Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu ovdan kəndxuda Nurməhəmməd oğlu Fuladın əmri- miladi ilə 1665-ci ildə tikilmişdir.
Ovdanın yerüstü hissəsi, Abşeron memarlıq ənənələrinə uyğun olaraq, girişi baş tağla qeyd olunmuşdur.
Yarım dairəvi baş tağın üstündə kitabə həkk olunmuşdur.
Ağ əhəngdaşından tikilmiş ovdanın yerüstü hissəsi üfüqi sıralarla hörülmüşdür.
Girişdən yeraltı su hövzəsinə kimi 17 pilləkən düşür.
Pilləkən qəfəsəsi daş bloklarla tağ örtük konstruksiyası vasitəsilə örtülmüşdür.
Birmarşlı pilləkənlər düzbucaq plan quruluşlu ovdana düşür.
Ətraf üfüqi proyeksiyalı daşlar arasında, Qala kəndinin çılpaq, yeknəsaq landşaftında, qədim ovdan, yaxınlıqdakı "Məhəmməd türbəsi" ilə birlikdə monumental tikinti təəssüratını yaradır.
Digər 3 ovdan-- "Dünyamalı ovdanı", "Kərbəlayı Süleyman ovdanı" və "Məşədi Süleyman ovdanı" qeyd olunduğu kimi "Şor" gölün sahilində ovdanlar sistemini yaratmışlar.
Ovdanlardan biri XVIII, daha ikisi isə XIX əsrlərə aid edilir.
Hər üç ovdan unikal memarlıq ansamblı kimi cənuba istiqamətlənmişdir.
Vaxtikən maraqlı kompozisiya həlli ilə seçilən bu hidrotexniki qurğular, hal-hazırda dağıntılara çevrilmiş, onların mühafizəsini təmin etmək, su mənbəyini qorumaq məqsədilə, qoruq idarəsinin təşəbbüsü ilə onların girişləri abidələrin bərpasına xitam verilənə kimi qapanmışdır.
Quyu və ovdanlar kəndin tanınmış peşə sahibləri olan kənkanlar tərəfindən qazılmışlar.
Onların bəziləri uzun illərin təcrübəsindən, neçə metr dərinlikdə hansı sahənin suyunun şirin, yaxud şor olduğunu belə dəqiq müəyyənləşdirə bilirdi.
Ümumiyyətlə, vaxtilə Qalada öz sənətinin bütün incəliklərinə bələd olan sənət, peşə adamları; misgərlər, colaylar, dərzilər, dəmirçilər, tikinti ustaları yaşamışlar.
Dülgər Kərbəlayı Umudəli, Əbdüləli, bənnalar Usta Qədim, Məşədi Dərgah, Yarəhməd, Daşdəmir, Əlivahab, cuna ustaları; Colay Həzrətqulu, Hacı Zeynal mahalda öz işləri ilə şöhrət qazanmışlar.
Bir məhəllə digər məhəllə ilə qohum olmağa meyilli olmazdı.
Qız köçürüb oğul evləndirəndə seçdikləri gənclər öz məhəllələrindən olardı.
Sonralar artıq məhəllələr arasında qohumluq yaranmağa başladı.
Təbii ki, bu gənclərin öz arzu və istəkləri əsasında baş verirdi.
Məhəllələrdən uşaqlar toplaşar və məhəllər arasında oyunlar, yarışlar keçirilərdi.
Bayramlarda isə gənclər arasında yarışlar təşkil olunardı.
Bəzi məhəllələr sənətkarlıqla bağlı olardı (məsələn: dulusçular, dəmirçilər və s.).
Belə məhəllələr də qohumluq əsasında yaradılardı.
Lakin sənət nəsildən-nəsilə keçdiyi üçün belə məhəllədə yalnız sənətkarlıq geniş yayılardı və məhəllə el arasında sənət növünə görə adlandırılardı.
Burada kı abidələrə diqqət yetirsək görərik ki, tikililər küləyin istiqamətini nəzərə alınmaqla inşa edilmişdir.
Axı Abşeron ümumiyyətlə, Bakı küləklər diyarıdır.
Məşhur Azərbaycan səyyah coğrafiyaşünası Zeynalabidin Şirvani XYIII əsrin sonlarında belə yazırdı ("Büstanüsəyyahə" adlı kitabında): "…İqliminə görə Badukubə deyilir, ona görə ki, çox vaxt o torpaqdan külək əskik olmur.
Bəzən elə əsir ki, oranın heyvanat və imarətinə zərər dəyir.
XIX əsrin II yarısından etibarən həm Bakı şəhərinin, həm də bütövlükdə Abşeronun əhalisi təbii miqrasiya yolu ilə sürətlə artmışdır.
Yarımadada boz torpaqlar və dənizsahili qumsallıqlar yayılmışdır.
Təbii-coğrafi mühiti Xəzər dənizi ilə bilavasitə əlaqədar olan Abşeron arxipelaqlarına (Pirallahı, Çilov, Qum adası, Gil adası, Daşlı adası və s.) malikdir.
Yarımadada zəngin yeraltı sərvətlər xüsusilə də neft boldur.
Yarımadanın məşhur təbii sərvətləri və tarixi irsi hələ uzun illərdən bəri Avropa və Asiya səyyahlarını özünə cəlb etmişdir.
Qala" Dövlət tarix-etnoqrafiya qoruğunun xalqımızın tarixi, milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası, həmçinin onların təbliği sahəsində əhəmiyyəti böyükdür.
Yəni Qala qəsəbəsinin tarixi hissəsində- "Qala" Dövlət tarix- etnoqrafiya qoruğu ərazisində olan elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarix və mədəniyyət abidələri dövlət tərəfindən qorunur.onun məşhurluğu hətta ətraf kəndlərə də yayılmışdı.
Həyət: Qala kəndi faktiki olaraq kiçik şəhər kimi olub, əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olmasına baxmayaraq, kəndin daxilində əkin sahələri və bağlar olmayıb.
Bütün əkin sahələri kənddən kənarda olmuşdur.
Qəsəbənin yaşayış evləri üçün kiçik bağlı həyətlər xarakterikdir.
Bu həyətlərdə əsasən bir neçə ağac əkilərdi.
Xüsusilə tut və püstə ağacı əkmək demək olar ki, ənənəvi hal idi. Qaydaya görə hər həyətdə daş hovuz da olardı.
Bu hovuzlar bəzən yumru, bəzən də kvadrat şəkilli olarmuş.
Həyətlərdə su quyusu, taxıl üçün zirzəmi və duz üçün quyu da olub.
Artizan su quyusu Qala üçün səciyyəvi olan su mənbələrindən biridir.
Quyunun ətrafındakı daşlarda yarıqlar da var, bu səhəng qoymaq üçün xüsusi yerlərdir.
Həm də bu daşda su qalıb iy verməsin deyə, axar yerləri də var.
Quyunun içinə düşmək üçün ayaq yerləri də var.
Quyularla yanaşı, kənddə ovdanlar və yeraltı kəhriz sistemi də olub.
İçməli su məsələsi Qalada çətin olub.
Quyuların əsas hissəsi ancaq Şor gölün ətrafında yerləşib.
Kəndin şərq (yuxarı) hissəsinə getdikcə suyun tərkibi tam dəyişir, həmin sudan istifadə isə mümkün deyil.
Ev: Bildiyimiz kimi, Abşeron qumluq və susuzluq olan bir yerdir.
Ağac məhsullarının qıtlığından Abşeronda tikinti materialları üçün əhəng daşından istifadə edilirmiş.
Evlərin tikilişində daşların üstünlük təşkil etməsi, tağ və gümbəzli evlərin yaranmasında müəyyən rol oynamışdır.
Qala kəndində olan evlərin əksəriyyətinin tavanları tağ formasındadır.
Yəni həmin konstruksiya bütövlükdə tağın mərkəzində yerləşən qıfıl daşın üzərində qurulub.
Bu tağ trapesiya şəklindədir.
Həmin daşlar gil vasitəsilə tikilmişdir.
Evlərin damı üst hissədən gillə çəkilir, su gillərin üstündən navalçalar vasitəsilə süzülür.
Hər mənzilin qarşısında mütləq 80sm-1m hündürlüyündə səki olur.
Qalanın özündə yaşayış evləri iki, bəzi hallarda isə üç otaqdan ibarət olub.
Şərti olaraq otağın birini təsərrüfat hissəsi adlandırmaq olar.
Digər bir hissə isə qonaq, yaxud yataq otağı kimi istifadə olunur.
Üçotaqlı evlərdə otaqlardan biri mətbəx, ikisi qonaq və yataq otağı kimi istifadə olunurdu.
Ümumiyyətlə, üçotaqlı evlər ailənin maddi, sosial vəziyyəti və uşaqların sayının çox olması ilə əlaqədar tikilirdi.
Təsərrüfat yönümlü otaqda, həm mətbəx, həm də təsərrüfat işləri görülürdü.
Mətbəx hissəni, qonaq otağından ayırırmaq üçün, evlərdə tağ tikilirdi.
Adətən mətbəx hissədə təndir, ocaq və "suaxan" yerləşir.
Ən maraqlı memarlıq abidəsi "suaxan" adlanan yerdir.
Suaxan" adlanan yerdə, evli insanlar qüsl vermək, namaz qılmamışdan əvvəl dəstəmaz (pak olmaq üçün)almaq üçün istifadə edirmişlər.
Bu da onu göstərir ki, Azərbaycan xalqı ta qədim dövrlərdən öz yaşayış tərzinə böyük diqqət ayırmış, sanitar-gigiyenik normalara vaxtlı-vaxtında riayət etmişlər.
Mətbəxin içərisində gildən təndir olurmuş.
Evlər plan quruluşuna görə elə inşa edilmişdir ki, mətbəx hissədə xörək hazırlayanda, həm ocağın, həm də təndirin tüstüsü onların üzərində yerləşən xüsusi baca(dobla) vasitəsilə çıxırmış.
Otaqların qızdırılması üçün kürsüdən, yaxud buxaradan istifadə edilirmiş.
Otağın bir hissəsində mərkəzdə kürsü üçün yer ayrılırmış, ora manqal qoyurmuşlar, içərisinə qızmar kömür tökülürmüş və onun vasitəsilə də otaqlar qızdırılırmış.
Kürsü qızdırılan zaman yaranan tüstünü evdən uzaqlaşdırmaq üçün dam örtüyündə kiçik bir boşluq-baca qoyulurdu.
Otaqların döşəməsi torpaq, bəzən də gillə örtülərmiş.
Divarlarda müxtəlif ölçülərdə taxçalar düzəldilərmiş.
Cumaxatan" deyilən yerdə sandıq və üzərində yorğan-döşək qoyurlarmış.
Divarın hündür hissəsində özünəməxsus xüsusiyyətə malik taxça tikilər və bura müqəddəs kitab- "Quran" yaxud "çıraq" qoyulurdu.
1,8–2m hündürlüyündə ləmə düzəldilirmiş.
Ləməyə qab-qacaq düzərdilər və bu da evin gözəlləşməsinə xidmət edərdi.
Sənətkarlıq Qala kəndində bir sıra sənət sahələri inkişaf etmişdi.
Qala xalçaçıları, dəmirçiləri, dulusçuları, bənnaları, dülgərləri, silahsazları ilə məşhur idi. Qalalılar üçün ənənəvi təsərrüfat sahələrindən biri həmişə heyvandarlıq, xüsusilə də qoyunçuluq olmuşdur.
Qala cins qoyunu öz keyfiyyətinə görə məşhur idi.
Bu cinsdən olan qoyunlar 80–90 kq ət verirmiş.
Hətta onların quyruğunun ağırlığı 15–20 kq olub.
Bəzən quyruq o qədər ağır olurmuş ki, heyvan yatıb dura bilmədiyindən hərəkətdən qalırmış.
Buna görə də ağır quyruqlu heyvan üçün iki çarxlı yeşikvarı xüsusi sürüyücü araba hazırlayıb, hərəkət zamanı quyruğu onun içinə salırmışlar.
Bütün bu cəhətlərinə görə Qala qoyunu Abşeronda həmişə ən yüksək qiymətləndirilmişdir.
Samanlıqlar: Samanlıqlar evlərə bitişik inşa edilməklə yanaşı evlərdən kənar həyətdə də inşa edilirdi.
Ümumiyyətlə, samanlıqlar sonralar həyətdən kənarda inşa edilmişdir.
Əslində samanlıqların bir hissəsi yerin altında olmaqla iki hissəli inşa edilirdi.
Aşağı enmək üçün pilləkənlər qoyulurdu.
Dam örtüyü daşların səliqə ilə yığılmasından ibarət olurdu.
Daşların arasına gil çəkilirdi.
Dam örtüyündəki qoyulmuş oyuq isə havanın dövr etməsi üçün idi. Belə tikililərin ilkin nümunələrində daşların arasında gil örtüyü olmamışdır.
Deməli, əcdadlarımız həndəsi baxımdan bu tikililərin inşasını mükəmməl düşünməyə qadir olmuşlar.
Yuxarı hissəni daha çox "zəvərdər" adlanan böyük daşlar saxlayır.
Divarda heyvanı yemləmək üçün yer ayrılarmş.