Search is not available for this dataset
text
stringlengths
10
518k
1937-ci ildə müəllif vəfat etdi və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qliyerə tapşırılır.
Libretto müəllifi Məmməd Səid Ordubadidir.
Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi. "Nərgiz" operasının premyerası 1935-ci ilin dekabrın 24-də oldu.
Quruluşçu rejissor A. Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz), H. Hacıbabayev (Əliyar), Y. Rzayev (Cəfər), M. Bağırov (Ağalar bəy), B. Mustafayev (Həsən kişi), H. Hüseynov (Bədəl), Ə. Zülalov (Molla Mütəllim).
Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur.
L. Şirinova — Azərbaycanın görkəmli şəxsiyyətləri.
Biblioqrafiya Musiqişünas Səadət Təhmirazqızı — Üzeyir bəyin sənət dostu, məsləkdaşı: Müslüm Maqomayev Firəngiz Əlizadə: "Təəssüf edirəm ki, "Nərgiz" operası hazırda səhnəyə qoyulmur" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Üzeyir Hacıbəyov Müslüm Maqomayevin "Nərgiz" operası haqqında Əfrasiyab Bədəlbəyli Müslüm Maqomayevin "Nərgiz" operası haqqında Sona Aslanova — "Nərgiz" operasından Nərgizin ariyası Ramil Qasımov — "Nərgiz" operasından Əliyarın ariyası Rəşid Behbudov — "Nərgiz" operasından Çobanın ariyası rus dilində Həmçinin bax Şah İsmayıl (opera)
Odessanın müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 22 dekabr 1942-ci ildə təsis olunmuş SSRİ ordeni.
Medalın rəsminin müəllifi Nikolay Moskalyovdur 30 000 nəfər şəxs bu medalla təltif olunmuşdur.
Oktyabr İnqilabı" kanalı (OİK) — Dağıstan Respublikasının, eləcə də Maxçqala, Kaspiysk və İzberbaş şəhərlərini su ilə təmin edən kanal.
Kanal əsasən Dağıstanın quraq və az sulu rayonları olan Terek-Sulak və Primorski düzənliyini su ilə təmin etmək məqsədilə çəkilib.
Tikilmə tarixi İlk tikinti cəhtləri Primorski və Terek-Sulak düzənliyində rütubət çatışmazlığı üzündən tez-tez quraqlıq qeydə alınırdı.
Sulak çayı ilə Mahaçkala arasında qalan geniş məhsuldar torpaqlar ancaq otlaq sahəsi kimi istifadə olunurdu.
Su çatışmamzlığı Mahaçqala şəhərinin inkişafına, eləcə də sənayenin inkişafına mənfi təsir göstərirdi.
Şəhəri su ilə ancaq Tarki-Taudan çəkilən su xətti təmin edirdi.
Bundan başqa Şurinka və Sulak çaylarından su gətirilirdi.
Kanalın tikintisinə ilk cəht XIX əsrin ikinci yarında olmuşdur.
1 may 1875-ci ildə mühəndis Nevinskinin rəhbərliyi ilə Sulak çayında Mahaçqalaya (Petrovski-Port) kanal çəkilişinə start verildi.
1876-cı ildə kanalın 46 verstlik hissə çəkildi.
Ancaq hesablamalarda olan yanılışlıqlar üzündən kanal çəkilişi uğursuz oldu.
1882-ci ildə yenidən kanal çəkilişinə başlanıldı və 1888-ci ildə kanal şəhərə çəkilib çatdırıldı.
Bir il sonra kanala su buraxıldı.
Su ancaq Şurkina çayına kimi gəlib çata bildi.
Burda qurulmuş damba dağıldı.
Damba yenidən inşa olunsa da məlum oldu ki tikintidə yanılışlıqlar var.
Kanal tikintisi dayandırıldı və kanal tezliklə qumla doldu.
Xalq tikintisi 1921-ci ilin 11 oktyabrında Dağıstan hökumətinin № 114 qərarı ilə bölgədə böyük iməciliyə qərar verildi və bununla da Oktyabr İnqilabı kanalının tikintisinə başlanıldı.
Kanal tikintisinin ilk mərhələsinin Oktyabr inqilabının ildönümünə bitirmək planlaşdırılmışdı.
Tikintinin getdiyi üç ay müddətində gündəlik 3500 nəfər işçi toplam 16 min kubmetr torpağı qazmışdılar.
1921-ci ildə əsas iş Sulak çayındakı çıxış hissəsində gedirdi.
1922-ci ildə kanal tikintisi mərhələli şəkildə aparılırdı.
Sulak-Manas magistiral etapı, daha sonra Mahaçqala etapının bitməsinin 1922-ci ilin noyabırına planlaşdırırdılar.
Artıq kanal tikintisində iştirak edənlərin toplam sayı 10 min nəfər çatmışdır.
Kanalın tikintisi İkinci Ümumdağıstan Sovetlər qurultayında bitirildi.
Xarakteriskası Kanalın 1-ci hissəsinin uzunluğu — 90 km (Mahaçqalaya kimi), 2-ci hissəsinin uzunluğu — 140 km (İzberbaşa kimi).
Kanalın su ötürmə qabiliyyəti 20 m³/saniyədir.
Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur.
Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb.
Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir.
Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır.
Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir.
Nadya Comneci 2005-ci ilə qədər Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançı idi. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır.
Lakin, 2005-ci ildə keçmiş serbiyalı basketbolçu Borislav Stankovi də BOK-un prezidenti Jak Roqqe tərəfindən ikinci dəfə (birinci dəfə 1985) Olimpiya ordeni ilə təltif olunmuşdur.
Qızıl Olimpiya ordeni ilə təltif olunan bəzi şəxslər Olimpiya ordeni ilə yalnız idmançılar yox, həm də siyasi liderlər, din xadimləri də təltif olunub.
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun da qızıl Olimpiya ordeni ilə təltif olunmuşdur.
1981-ci il — II İohann Pavel 1981-ci il — V Olaf 1983-cü il — İndira Qandi 1987-ci il — Kənan Evrən 1987-ci il — Bhumibol Adulyadejə 1987-ci il — Todor Jivkov 1988-ci il — Rainier III, Monako Şahzadəsi 1990-cı il — Culio Andreotti Xarici keçidlər 2001-ci ildə Olimpiya ordeni ilə təltif olunan idmançılar (ing.)
Ordenli Azərbaycan" — Azərbaycan SSR-də buraxılmış kino jurnalı.
Filmoqrafiya Budyonnı Bakıda (film, 1952) (qısametrajlı sənədli film) Əmək və sülh mahnıları (film, 1952) (qısametrajlı sənədli süjet) Ordenli Azərbaycan № 30–31.
Xüsusi buraxılış (film, 1942) (sənədli film) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Bizim "Azərbaycanfilm".
Bakı: Mütərcim, 2004.- səh.
53–60; 72–80; 130–139.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh.
El həyatı — Ordubad rayonunda nəşr olunan qəzet.
Keçmiş SSRİ-də mahallar ləğv edildikdən sonra ittifaq dövlətinin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da 1930-cu ildə Ordubad rayonu təşkil olundu.
Aqarak qəsəbəsi və bir sıra kəndlər Ordubadın tərkibindən çıxarılaraq Ermənistanın Mehri rayonuna hədiyyə edilməklə Ordubad rayonu formalaşdırıldı.
Rayon formalaşdırıldıqdan sonra 1932-ci ilin iyul ayının 24-də bugünkü "El həyatı" qəzetinin sələfi olan "Ordubad fəhləsi" nəşr olundu.
Qəzet o dövrlərdə A4 fomatda 2 səhifədən ibarət çıxırdı.
Qəzetin ilk redaktoru Abbas Qasımov, məsul katibi isə İsmayıl İsmayılzadə olub.
1935-ci ildən Hüseyn İbrahimov "Ordubad fəhləsi"ndə redaktor, Hüseyn Ağrılı (Talıbov) isə məsul katib işləmişlər.
Hüseyn İbrahimov 1936-cı ilin yanvar ayında Ordubad rayon Partiya Komitəsinə katib seçildikdən sonra Nağı Babayev qəzetin redaktoru vəzifəsinə təyin olunmuşdur.
5 il "Ordubad fəhləsi" adı ilə çıxan rayon qəzeti 1937-ci ilin sonundan "Ordubad işçisi" adı ilə nəşr olunub.
1941-ci ildən "Ordubad işçisi" qəzetinə Səhralı Rüstəmov redaktor, Hüseynqulu Əzimov isə məsul katib təyin olunur.
Həmin dövrdə qəzetin fəal qələm sahiblərindən Məmməd Axundovu, Əkbər Məftunu, Qərib Rəfiyevi, Mürsəl Rzayevi, Əli Qənbərini, Fərman Qaffarovu, Yaqub Məmmədovu və Xanım Mehdiyevanı göstərmək olar.
1931-ci ildən 1963-cü ilədək rayon qəzetinin 1742 nömrəsi işıq üzü görmüşdür.
1963-cü ilədək nəşr olunan "Ordubad işçisi" Ordubad rayonunun 1963-cü ildə ləğv olunduğu üçün Culfa rayonuna birləşdirilənədək nəşr olunmuşdur.
1965-ci ildə Ordubad yenidən müstəqil rayon olur.
Bununla da 1966-cı il yanvar ayının 1-dən rayon qəzeti nəşr olunmağa başlayır.
Həmin dövrdən 1991-ci il yanvar ayının 1-dək rayon qəzeti "Yeni Ordubad" adı ilə nəşr olunub.
1966-cı ildən 1991-ci ilədək qəzetə Malik Məmmədov redaktorluq etmişdir.
Müxtəlif dövrlərdə qəzetdə Cəmşid Tağızadə və Rafiq Babayev məsul katib işləmişlər.
Bundan sonra rayon qəzetinin 25 illik (1966–1991) tarixi isə 1966-cı il yanvar ayının 1-dən işıq üzü görən "Yeni Ordubad"la bağlıdır.
1991-ci il sentyabr ayının ortalarınadək həmin adla nəşr olunmuşdur.
Qəzetdə Məmməd Sadiqov, Cəmşid Tağızadə, Əşrəf Rəcəbov, Məhəmmədəli Babayev, Həsənqulu Həsənov, Hüseynqulu Əzimov, Lətifə Əhmədzadə, Rafiq Babayev, Adilə Məmmədova, Vidadi Yusifov və başqaları öz iti qələmləri, sadə dildə yazdıqları oxunaqlı yazıları ilə oxucuların dərin rəğbətini qazanmışdılar.
Qəzetlə əməkdaşlıq edən ştatdankənar müxbirlərdən Qadir Rəfiyev, Yaqub Məmmədov, Sərməst Rzayev, Sabir Məmmədov, Nəriman Bağırov, Əziz Baxşıyev, Rəcəb Həsənov, Abbas Tağıyev, Cabir İsmayılov və başqaları qələmə aldıqları hər bir yazıda dərin məsuliyyət hissi keçirmişlər.
1966-cı il yanvar ayından həftədə bir dəfə çıxan qəzet fevral ayından başlayaraq həftədə iki dəfə işıq üzü görüb.
Sonralar isə 1968-ci ilin yanvar ayının 1-dək qəzet həftədə iki və ya üç dəfə çıxıb.
1968-ci ildən 1991-ci ilin yanvar ayının 1-dək olan dövrdə isə "Yeni Ordubad" qəzeti çərşənbə, cümə və bazar günləri olmaqla həftədə üç dəfə nəşr olunub.
Qəzetin 1-ci sayında Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin "Şərq qapısı" qəzetinin redaktoru Rəşid Qazıbəyovun, Ordubad Rayon Partiya Komitəsinin və rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin təbrikləri, redaksiyanın oxuculara müraciəti, yeni illə bağlı məqalə və reportajlar dərc edilib.
Qəzetin 1972-ci il 7 may tarixli 54-cü (2500) nömrəsi qəzetin 2500-cü – yubiley nömrəsinə həsr olunub.
Elə ilk səhifədə "Rayonumuzun əmək salnaməsi" adlı yazıda bu sətirlər qeyd olunub: "3 adlı ("Ordubad fəhləsi", "Ordubad işçisi", "Yeni Ordubad") bu qəzetin 2500-cü nömrəsini qeyd etdiyimiz bir zamanda onun qarşısında daha mühüm və məsul vəzifələr durduğunu daha yaxı başa düşürük.
Yeni Ordubad" özünün qırx illik bayramını qeyd etmək ərəfəsindədir".
("Yeni Ordubad", 7 may 1972, № 54 (2500)).
Qəzetin həmin mömrəsində Azərbaycan KP Ordubad rayon Komitəsinin ""Yeni Ordubad" qəzeti redaksiyasına" təbrikində yazılıb: ""Yeni Ordubad" qəzetinin 2500-cü nömrəsinin çapdan çıxması münasibətilə sizi – qəzetin bütün əməkdaşlarını ürəkdən təbrik edirik.
Qəzet rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsində, şəhər və kəndlərimizin abadlaşdırılıb tərəqqi etməsində partiya və sovet təşkilatlarının ən yaxın köməkçisinə çevrilmişdir.
Yeni Ordubad" qəzetinin 1932-ci ildən bu günə kimi fəaliyyəti, bütün 2500 nömrəsi məhz partiya təşkilatının fəaliyyəti ilə bağlı olmuşdur".
Qəzetin 1972-ci il 7 may tarixli 54-cü (2500) nömrəsində ""Yeni Ordubad" özünün qırx illik bayramını qeyd etmək ərəfəsindədir" sözləri qeyd edilsə də, təəssüf ki, qəzetin heç bir sayında 40 illik yubileylə bağlı ən kiçik bir yazı belə yoxdur.
Qəzetin 9, 11, 13, 17 yanvar 1976-cı il (№ 4-5-6-8) saylarında ""Yeni Ordubad" qəzetinin nəşri tarixi"nə aid maraqlı məqamları özündə əks etdirən yazılar da dərc olunub.
Qəzetin 9 yanvar 1976-cı il (№ 4) sayında dərc olunmuş ""Yeni Ordubad" qəzetinin nəşri tarixindən" adlı yazıda oxuyuruq: "Təqdirəlayiq haldır ki, 1975-ci ildə Azərbaycan Dövlət Univeristeti jurnalistika fakültəsinin tələbələrinə verilən diplom işləri siyahısına ""Yeni Ordubad" qəzetinin nəşri tarixi və fəaliyyətinin ilk illəri (1932–1945-ci illər)" mövzusu da daxil edilmişdir.
Həmin mövzuda diplom işini jurnalistika fakültəsinin qiyabi şöbəsinin tələbəsi, İliç rayonunda çıxan "İşıqlı yol" qəzetinin əməkdaşı Elman Məmmədov müdafiə etmişdir".
Onu da qeyd edək ki, Elman Məmmədov (Telmanoğlu) "İşıqlı yol" qəzetinin xələfi olan indiki "Şərurun səsi" qəzetinin redktorudur.
Qəzetin 4 sayında dərc olunmuş ""Yeni Ordubad" qəzetinin nəşri tarixi" adlı yazılar Elman Məmmədovun diplom işinin bəzi hissələridir.
1988-ci ildən başlayaraq bir çox yerlərdə olduğu kimi Ordubad rayonunda da redaksiyada çalışan jurnalistlərin əksəriyyəti daha kommunist partiyasının orqanında çalışmaq istəmirdilər.
Buna görə də 1991-ci ilin yanvar ayının 1-də rayon Xalq Deputatları Məclisi və Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin təsis etdiyi "El həyatı" rayon qəzeti nəşrə başlayanda "Yeni Ordubad" qəzetinin əksər əməkdaşları başda Malik Məmmədov olmaqla həmin qəzetdə işə girdilər.
Yeni Ordubad" qəzeti isə bundan sonra rayon partiya komitəsinin orqanı kimi 9 ay da fəaliyyət göstərdi və az sonra öz fəaliyyətini tamamilə dayandırdı.
1966-cı ildən bu günədək rayon qəzetində müxtəlif illərdə Məmməd Sadiqov, Həsən Əliyev, Cəmşid Tağızadə, Yaqub Məmmədov, Əşrəf Rəcəbov, Həsənqulu Həsənov, Abbas Seyid, Fəxrəddin Bağırov, Vidadi Yusifov, Rafiq Babayev, Vaqif Qənbərov, Nizami Məmmədov, Qədir Səmədov, Məhəmmədəli Babayev, Hüseynqulu Əzimov, Şamil Bağırov, Tofiq Cəlilov, Fərqanə Hüsenli əməkdaş kimi fəaliyyət göstərmişlər.
1991–1994-cü illərdə qəzetə Malik Məmmədov, Cəmşid Tağızadə və Məzahir İsgəndərov redaktorluq etmişlər.
1994-cü ilin iyun ayından 2009-cu ilin dekabr ayının 19-dək Vaqif Qənbərov qəzetin redaktoru olmuşdur.