Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu orden Avropada verilən ordenlərdən fərqli olaraq, alan şəxsə ölümündən sonra da təqdim edilə bilər.
Peyk zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.
Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ.
E. konsorsiumunun iştirakı ilə tikilmişdir.
1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur.
2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir.
Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur.
Fəaliyət sahələri "PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya gədər) çap lövhələrinin istehsalı; Əyilgən çap lövhələrinin istehsalı; Sərt-əyilgən çap lövhələrinin istehsalıMüəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi.
Texnoloji imkanları Müəssisənin əsas istehsalat sahələri: "BARCO" işçi stansiyası; Fotoşablonların hazırlanması sahəsi; Pəstah sahəsi; Mexaniki sahə; Fotomexanika sahəsi; Qalvanik örtük sahəsi; Qoruyucu örtükləmə sahəsi; Setkoqrafiya sahəsi;Müəssisənin köməkçi istehsalat sahələri: Mikroiqlim sahəsi; Elektrik stansiyası; Təmir və texniki xidmət sahəsi; Təmizləmə qurğuları.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ― peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.
[1] Peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə yaradılmışdır.
Agentliyin direktoru Ceyhun Kərəmovdur.
Fəaliyyət istiqamətləri Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir; peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir; peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür; peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir; qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir; peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir.
Peşə təmayüllü siniflərin təşkili" layihəsi Agentliyin 2019-cu ildə Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlamış layihəsidir.
Layihə çərçivəsində 4 profil üzrə (kənd təsərrüfatı, xidmət, təmir-tikinti, İT) 10 peşə ixtisası tədris edilir — dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel ustası, aqronom, dərzi, İT, bərbər, qənnadçı.Layihə fəaliyyətə başladığı 2019–2020-ci tədris ilində 20 məktəbdə 20 sinif, 2020–2021-ci tədris ilində 35 məktəbdə 55 sinif, 2021–2022-ci tədris ilində isə 80 məktəbdə 124 sinfi əhatə etmişdir.Layihə siniflərinin təşkil edildiyi bütün məktəblərdə "STEAM" modulunun və karyera məsləhəti xidməti tətbiq edilir, bütün 11-ci sinifdə təhsil alan şagirdlər üçün isə "Sürücülük" modulu tədris edilir.
Həmçinin bax Elm və Təhsil Nazirliyi (Azərbaycan)
Planet Parni iz Baku — 2001-ci ildə təsis edilən studiya.
Baş direktoru Tahir İmanovdur.
AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun köməyi ilə 2001-ci ildə təsis edilib.
Qurulduğu gündən həyata keçirdiyi layihələrin bəziləri: "Planet Parni iz Baku" (14 tv proqram), "Bu Şəhərdə" (8 tv proqram), "Tam məxfi" (ilk yumoristik Azərbaycan teleserialı), "Məhəllə", "Məhəllə 2", "Məhəllə 3", "Məşədi İbad 94", "Ögey ata", "Ölülər 21-ci əsr","Ağanatiq" ,"Ağanatiq 2" ,"Bəxt üzüyü 2" kinokomediyaları, sənədli, elmi-publisistik və tarixi filmlər, reklam rolikləri və kliplər, konsertlər.
2004-cü ildə Studiyanın nəzdində "Planet Parni iz Baku" KVN Teatrı fəaliyyətə başlayıb.
Filmoqrafiya Məhəllə (film, 2003) Məhəllə 2 Moskvada (film, 2004) Tam məxfi (serial, 2004) Məşədi İbad-94 (film, 2005) Ögey ata (film, 2013) Ölülər XXI əsr (film, 2016) Ağanatiq (film, 2017) Bəxt üzüyü 2 (film, 2017) Məhəllə 3 (film, 2019) Kilimandjara (film, 2018) Ağanatiq 2 (film, 2020) Şiraslan vəzifəyə gəlir (film, 2022) 2004 — Bu Şəhərin Məhəlləsi 2005 — Xalqlar Dostluğu 2006 — 5 il axtarışda 2006 — Axtaran tapar 2007 — 100 kağız P. P. B.
2007 — 6 günlük dünya 2007 — Bizim Moskovski Məhəlləmiz 2008 — Baharın 7 anı 2009 — Qaydasız Gülüş 2010 — Ağ-qara komediya 2011 — 10line Yubiley 2012 — EUROGULUSHİON 2013 — Hər Gün Sirk 2014 — Analoqu olmayan 2015 — Hamı avroppalara 2016– 25 illik İdeal milli yumor 2017 — TV-yə giriş qadağandır 2018 — Nataşa ti prişol?
2019 — Nataşa mı prişla!
2021 — 30 illik konsert.
Maskalı Yubiley 2022 — Gülüşün buster dozası Həmçinin bax Parni iz Baku Xarici keçidlər planetparniizbaku.az — Planet Parni iz Bakunun rəsmi saytı Planet Parni iz Baku — Facebook səhifəsi Planet Parni iz Baku — Instagram səhifəsi Rəsmi YouTube kanalı "Planet Parni iz Baku": Bizə ömürlük qadağa qoyulsa da, dövlətə və dövlətçiliyə sadiq qalacağıq — FOTO + VİDEO "Planet Parni iz Baku": Cənab prezident, bizi ədalətsizlikdən qoruyun!
Planet parni iz Baku" KVN Teatrı "Ağ-qara" konsert proqramının nümayişini başa çatdırıb — FOTO Arxivləşdirilib 2020-08-11 at the Wayback Machine

Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal).
Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır.
Medalın Təsviri “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir.
Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir.
Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir.
Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir.
Lövhə öndən 2 hissədən ibarətdir.
Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür.
Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
Lövhənin üst hissəsinin uzunluğu kənarlarda 32 mm, ortada 34 mm-dir, alt hissəsinin uzunluğu isə kənarlarda 10 mm, ortada 8 mm-dir.
Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 20 mmx10 mm ölçülü qəlib əlavə olunur.

Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina.
Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur.
Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.
Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir.
1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi.
Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir.
2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsada faktiki olaraü istifadəsiz olmuşdur.
Arxitektura Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir.
Bina bir tərəfli dəhliz susteminə malikdir.
Bina iki mərtəbədən ibarətdir.
Dam örtüyü az meyililiyi ilə seçilir.
Binanın fasad hissəsi klassizm stilinə sahibdir.
Onun fasadında əsas fərqləndirici element pəncərələridir.
İkinci mərtəbədə yerləşən pəncərələr üçbucaq arkaya sahibdir.
Eyvanlarında metal məhəccərlər vardır.
Faadında dekotativ işləmələr mövcuddur.
Memorial lövhə Binabın fasadında iki memorial lövhə quraşdırılmışdır.
1968-ci ildə bura vurulmuş lövhədə yazılır: 1978-ci ildə binanın fasadına vurulan ikinci memorial lövhədə yazılır:
Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
5 noyabr 2022-ci ildə təsis edilmişdir.
Tarixi və əsasnaməsi "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Medal ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə; Prokurorluq sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə.Medala layiq görülən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri tərəfindən təltif edilirlər.
Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "Prokurorluq orqanları i̇lə səmərəli̇ əməkdaşlığa görə" sözləri yazılmışdır.
Səkkizguşəli ulduz ilə yazıların arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Daxili çevrədə yer kürəsi, onun mərkəzində paralellərin və meridianların kəsişməsi fonunda Azərbaycan Prokurorluğunun rəsmi emblemi təsvir edilmişdir.
Emblemin aşağı hissəsində əməkdaşlıq simvolu əks olunmuşdur.
Medalın ön tərəfinin səthi nahamardır, yazılar və təsvirlər relyeflidir, qızılı rəngdədir.
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qızılı rəngli fonda "Azərbaycan Respublikasının Prokurorluğu" sözləri yazılmışdır.
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Medalın elementləri Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissələrinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli hamar metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Tünd qırmızı xara lentin hər iki kənarında 1,5 mm enində və onların hər birindən mərkəzə doğru 4 mm aralı 2,5 mm enində sarı rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
5 noyabr 2022-ci ildə təsis edilmişdir.
Tarixi və əsasnaməsi "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Medal ilə prokurorluq işçiləri aşağıdakılara görə təltif edilirlər: Prokurorluq orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə; Xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə görə; Prokurorluq orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə.Prokurorluq işçiləri "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilirlər.
Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.