Search is not available for this dataset
text
stringlengths
10
518k
Qala kəndinin tarixi çox acınacaqlı olmuşdur.
XIX əsrdə bu yerlərdə neft çıxarılmağa başlanmış, bu da əkinçilik və maldarlıq yerlərinin azalmasına gətirib çıxarmışdır.
Su azlığı problemi, torpaqların kolxozlaşdırılması, heyvandarlıq və əkinçiliklə məşğul olan əhalinin həyat tərzini çətinləşdirmişdir.
Sovet hökumətinin siyasi qayda-qanunlarına əsasən bir neçə yerdə əhalinin torpağı olmasına icazə verilməmiş, yalnız bir yerə qeydiyyata düşüb yaşamağa icazə verildiyindən, eyni zamanda əkin sahələri və mal-qaraya görə olan vergilər onsuz da Qalalıların çətin olan həyat tərzini daha da ağırlaşdırmışdır.
Beləcə əhalinin bu yerlərdən köçüb getməsinə səbəb olmuşdur.
Xüsusən də bu proses XX əsrin 30–40-cı illərinə qədər davam etmişdir.
Qalada onlarla misgər, dulusçu , dərzi, dəmirçi emalatxanaları var idi. Habelə silahsaz, örkəntoxuyan (kişilər), boyaqçılar, xalçaçılar da var idi ki, hansı ki, onları Məhəllələr: Orta əsrlərdə Qala kəndində bir sıra məhəllələr olub.
Hər məhəllədə isə ictimai mərkəz kimi, məscidin qarşısında kiçik meydança var idi. Həmin meydançaya ağsaqqallar yığışıb, kənd camaatı ilə söhbətlər aparırmışlar.
Qala kəndində məhəllələrdə əhali qonşuluq prinsipi əsasında yaşayırdı.
Bu məhəllələrdən Hacı Ramazan, Tərəkəmə, Balaverdi, Çəmbərəkənd qeyd etmək olar.
Məhəllələrin adları orada yaşayan ad qazanmış, hörmətli şəxsiyyətlərin adları ilə, də bağlı olardı.
Belə şəxslər çox zaman öz nəslini ətrafına yığardı.
Nəsli genişlənərək məhəllə şəklinə gələrdi.
Məhəllələrin adı orada məskunlaşmış əhalinin əslinə əsasən də adlanardı.
Məsələn, Tatlar məhəlləsində əslən tatlar yaşayırdı.
Tərəkəmə məhəlləsində isə türk köçəriləri yaşayırdı.
Qala kəndi ətrafında ovdanlar, quyular və su üçün hovuz var imiş.
Onların çoxu hal-hazırda itmişdir.
Sənaye tullantılarının gölə tökülməsi nəticəsində suyun səviyyəsi qalxmış, 2 göl birləşmişdir.
Əvvəllər əhalinin su təchizatını ödəmək üçün ovdanlardan, su quyularından və "Xaşa-xuna" bağlarından gələn kəhrizlərdən istifadə edilirmiş.
Qeyd edək ki, kənddə indiyə qədər su quyularının bir qismindən istifadə olunur.
Şor gölü: Kəndin ərazisində əvvəllər 2 göl var idi. Göl orta əsrlərdə kəndin həyatında xüsusi rol oynamışdır.
Şirin suyu olan göl "nohur" adlanırdı.
Kəhriz quyularından axan suyun qalığı buraya yığılırdı.
Onların əsas məşğuliyyəti heyvandarlıq olduğu üçün göldən istifadə sərfəli imiş.
Belə ki, göldən yun məhsullarının yuyulması və heyvanların suvarılması üçün istifadə edilirmiş.
Uzunömürlülərin dediyinə görə göldə bir dəfəyə 12 min at, 6 min qoyun, 1400 iri buynuzlu heyvan suvarılmağa gətirilirmiş.
İngilis səyahətçisi Şupv bu yerlərdə olanda yazırdı ki, "Bakı ətrafında 2 göl var.
Bu göllər vasitəsilə təbii iqlimin köməyi ilə əhali buradan duz çıxarırmış.
XIX əsrin 30-cu illərində hər yay fəsli Abşeron Şor göllərindən 30000 xalvara yaxın duz yığılarmış.
Bu zaman Qala Şorunun uzunluğu 1 verst 125 sajen, çevrəsi isə 3 verst 300 sajen idi. Qala duzu keyfiyyət baxımından digərlərindən ağlığı və aci olmaması ilə fərqlənirdi.
Bu duz məişətdə istifadədən əlavə çuvallara doldurularaq karvanlar vasitəsilə aparılır və satılırdı.
XIX əsrlərdə bu yerlərdə neft çıxarılmağa başlanmışdır.
Neft istehsalı, sənayenin inkişafı ilə əlaqədar sənaye tullantılarının gölə tökülməsi nəticəsində suyun səviyyəsi qalxmış və iki göl birləşmişdir.
Duz çıxarılması dayandırılmışdır.
Gölə yaxın yerdə "Tocuqla" adlanan meydan varmış.
Həmin yerə kəndin əhalisi toplaşar, mərasimlər, bayramlar keçirərdilər.
Duz ilə əlaqədar vaxtı ilə yerli əhali arasında belə bir əfsanə yayılmışdır ki, güya yerli xan qazanc məqsədilə şoru icarəyə vermək məqsədinə düşür.
Lakin bu zaman birdən şorun üstünü qan ləkəsi örtür.
Bunu görən xan öz niyyətindən əl cəkir.
Ona görədə camaat əvvəlki kimi hec bir ödənc vermədən həmin duzdan istifadə edir.
Ovdanlar: Kənddə 4 ovdan və içməli su quyuları indiyə kimi qalmaqdadır Abşeronun yarımsəhra iqlim zolağında yerləşməsi, daima əhalinin suya olan tələbatında çətinliklər yaratmışdır.
Əkinçilik və maldarlıqda, eləcə də məişətdə olan su ehtiyaclarını ödəmək üçün əhali yaxındakı su mənbələrindən yaşayış məntəqələrinə kəhriz sistemi ilə su çəkir və ya Abşerona xas olan ovdan və quyulardan istifadə edirdilər.
Abşeron yarımadasının bütün yaşayış məskənlərinə xas olan kəhriz və ovdanlar Qala kəndi üçün də səciyyəvi hal almışdır.
Qala kəndinin təbii su mənbəyi olan "Şor" gölün sahilində yerləşməsinə baxmayaraq, tarixən burada 6 ovdan, 8 içməli sulu el quyusu və kəhriz sistemi mövcud olmuşdur.
Gölün suyunun çox şor olması, əhalini XIX əsrin əvvəllərində Qurat bağlarından, Xəşəxuna bağlarının 150–200 metrlik şimal tərəfindən kəhriz çəkməyə vadar etmişdir.
(13) Qala kəhriz sistemində hər 50 metr məsafədə olmaqla cəmi 17 quyu qazılmışdır.
Bu quyuların suyu yeraltı saxsı borularla, yerin relyefi nəzərə alınmaqla su hövzələrinə toplanaraq (belə su hövzəsi cəmi 10 ədəd olmuşdur.
)istifadə olunmuşdur.
Qeyd etmək istərdim ki, həmin kəhrizin nişanələri hələ də qalmaqdadır.
Kənddə mülki şəxslər tərəfindən qazılmış 8 el quyusunun bəzilərindən indii də istifadə olunur.
Kənddə su yalnız "Şor" gölün sahilindən çıxdığı üçün, sahil boyu müxtəlif şəxslərə məxsus quyular səpələnmişdir.
Leyla bulağı", "Qafur quyusu", "Hacısəlim quyusu", "Balakişi quyusu", "Kəbləpaşa quyusu", "Mürşüd quyusu", "Əlisəttar quyusu", "Orucqulu quyusu" xalq arasında "el quyusu", "camaaat quyusu", "kənd quyusu" kimi tanınırdı.
Bu quyuların bəziləri isə "savab" məqsədilə qazılaraq (Leyla bulağı) əhaliyə paylanardı.
Quyulardan su çıxarılmasında dolamaçarx və yel dəyirmanları, dartma, mancanaq, dolbağara üsullarından istifadə olunurdu.
Qala kəndində, əhalinin verdiyi məlumata görə, 6 ovdan fəaliyyət göstərmişdir.
Lakin hal-hazırda bu ovdanların 4-ü qeydə alınmışdır.
Ovdanların üçü "Şor" gölün sahilində, biri isə qəbiristanlıq ərazisində tikilmişdir.
Ovdan" sözü əslində el arasında işlənən "Oudan" sözündən götürülmüşdür.
Ou"-su, "dan"-işarə, göstərmək deməkdir.
Deməli, oudan suyun olduğu yeri göstərmək, işarə etmək mənası daşıyır.
Ovdanlar, su qorunan hövzələr, maraqlı hidrotexniki qurğular kimi, unikal memarlıq və konstruktiv həlli nöqteyi-nəzərindən memarlıq abidələri sırasına daxil edilmişlər.
Özlərinin çox da böyük olmayan həcm-məkan tutumu ilə ovdanlar, sanki Abşeron landşaftına hopmaqla onun ayrılmaz hissəsinə çevrilmişlər.
Kəndin bu su qurğuları, əsasən yeraltı qrunt sularının yığılması nəticəsində ərsəyə gətirilmişdir.
Ən qədim ovdan XVII əsrdə, Şah Abbas dövründə qəbiristanlıq ərazisində tikilmişdir.
Ovdanın epiqrafik yazıları qiymətli abidə kimi "Şirvanşahlar" saray qoruğunda mühafizə edilir.
Epiqrafik yazının ərəbcədən tərcüməsi belədir: "Bu dövr ədalətli şah, yer üzündə böyük Allahın kölgəsi Şah Abbas Səfəvinin hakimiyyətinə aiddir.
Allah onun hakimiyyətini daimi etsin.
Bu ovdan kəndxuda Nurməhəmməd oğlu Fuladın əmri- miladi ilə 1665-ci ildə tikilmişdir.
Ovdanın yerüstü hissəsi, Abşeron memarlıq ənənələrinə uyğun olaraq, girişi baş tağla qeyd olunmuşdur.
Yarım dairəvi baş tağın üstündə kitabə həkk olunmuşdur.
Ağ əhəngdaşından tikilmiş ovdanın yerüstü hissəsi üfüqi sıralarla hörülmüşdür.
Girişdən yeraltı su hövzəsinə kimi 17 pilləkən düşür.
Pilləkən qəfəsəsi daş bloklarla tağ örtük konstruksiyası vasitəsilə örtülmüşdür.
Birmarşlı pilləkənlər düzbucaq plan quruluşlu ovdana düşür.
Ətraf üfüqi proyeksiyalı daşlar arasında, Qala kəndinin çılpaq, yeknəsaq landşaftında, qədim ovdan, yaxınlıqdakı "Məhəmməd türbəsi" ilə birlikdə monumental tikinti təəssüratını yaradır.
Digər 3 ovdan-- "Dünyamalı ovdanı", "Kərbəlayı Süleyman ovdanı" və "Məşədi Süleyman ovdanı" qeyd olunduğu kimi "Şor" gölün sahilində ovdanlar sistemini yaratmışlar.
Ovdanlardan biri XVIII, daha ikisi isə XIX əsrlərə aid edilir.
Hər üç ovdan unikal memarlıq ansamblı kimi cənuba istiqamətlənmişdir.
Vaxtikən maraqlı kompozisiya həlli ilə seçilən bu hidrotexniki qurğular, hal-hazırda dağıntılara çevrilmiş, onların mühafizəsini təmin etmək, su mənbəyini qorumaq məqsədilə, qoruq idarəsinin təşəbbüsü ilə onların girişləri abidələrin bərpasına xitam verilənə kimi qapanmışdır.
Quyu və ovdanlar kəndin tanınmış peşə sahibləri olan kənkanlar tərəfindən qazılmışlar.
Onların bəziləri uzun illərin təcrübəsindən, neçə metr dərinlikdə hansı sahənin suyunun şirin, yaxud şor olduğunu belə dəqiq müəyyənləşdirə bilirdi.
Ümumiyyətlə, vaxtilə Qalada öz sənətinin bütün incəliklərinə bələd olan sənət, peşə adamları; misgərlər, colaylar, dərzilər, dəmirçilər, tikinti ustaları yaşamışlar.
Dülgər Kərbəlayı Umudəli, Əbdüləli, bənnalar Usta Qədim, Məşədi Dərgah, Yarəhməd, Daşdəmir, Əlivahab, cuna ustaları; Colay Həzrətqulu, Hacı Zeynal mahalda öz işləri ilə şöhrət qazanmışlar.
Bir məhəllə digər məhəllə ilə qohum olmağa meyilli olmazdı.
Qız köçürüb oğul evləndirəndə seçdikləri gənclər öz məhəllələrindən olardı.
Sonralar artıq məhəllələr arasında qohumluq yaranmağa başladı.
Təbii ki, bu gənclərin öz arzu və istəkləri əsasında baş verirdi.
Məhəllələrdən uşaqlar toplaşar və məhəllər arasında oyunlar, yarışlar keçirilərdi.
Bayramlarda isə gənclər arasında yarışlar təşkil olunardı.
Bəzi məhəllələr sənətkarlıqla bağlı olardı (məsələn: dulusçular, dəmirçilər və s.).
Belə məhəllələr də qohumluq əsasında yaradılardı.
Lakin sənət nəsildən-nəsilə keçdiyi üçün belə məhəllədə yalnız sənətkarlıq geniş yayılardı və məhəllə el arasında sənət növünə görə adlandırılardı.
Burada kı abidələrə diqqət yetirsək görərik ki, tikililər küləyin istiqamətini nəzərə alınmaqla inşa edilmişdir.
Axı Abşeron ümumiyyətlə, Bakı küləklər diyarıdır.
Məşhur Azərbaycan səyyah coğrafiyaşünası Zeynalabidin Şirvani XYIII əsrin sonlarında belə yazırdı ("Büstanüsəyyahə" adlı kitabında): "…İqliminə görə Badukubə deyilir, ona görə ki, çox vaxt o torpaqdan külək əskik olmur.
Bəzən elə əsir ki, oranın heyvanat və imarətinə zərər dəyir.
XIX əsrin II yarısından etibarən həm Bakı şəhərinin, həm də bütövlükdə Abşeronun əhalisi təbii miqrasiya yolu ilə sürətlə artmışdır.
Yarımadada boz torpaqlar və dənizsahili qumsallıqlar yayılmışdır.
Təbii-coğrafi mühiti Xəzər dənizi ilə bilavasitə əlaqədar olan Abşeron arxipelaqlarına (Pirallahı, Çilov, Qum adası, Gil adası, Daşlı adası və s.) malikdir.