Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti.
|
Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir.
|
1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi.
|
Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür.
|
Qrupun yaranması 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər.
|
Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur.
|
1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir.
|
O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı.
|
Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
|
Sonra bəstəkar Murad Kajlayevin dəvətilə kvartet Dağıstana gedir.
|
Burada qrup Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə çıxış edir.Dağıstanda qrup böyük yaradıcılıq şövqü ilə işləsə də, maddi ehtiyacları və ailə problemləri həll olunmadığı üçün Bakıya qayıtmalı olur.
|
Bakıya qayıdarkən qrupun heyəti qatarda kvartetin adı haqqında düşünmək fikrinə düşürlər.
|
Müxtəlif variantlar səslənir.
|
Təkliflərdən biri də "Qaya" olur.
|
Moskvada vokalçılar müsabiqəsi Kvartet ilk müvəffəqiyyətini 1966-cı ildə Moskvada keçirilən "Ən yaxşı Sovet mahnısı ifası" üzrə Ümumittifaq müsabiqəsində qazandı.
|
Müsabiqənin başlamasından 25 gün əvvəl dəvət aldıqdan sonra "Qaya" müsabiqəyə 10 mahnı hazırlamağı bacarır və parlaq bir qələbə qazanır.
|
Bu qələbə ilə qrupa bütün SSRİ-də şöhrət qazanır və kult qrupuna çevrilir.
|
Qaya" ansamblı 1972-ci ildə Azərbaycan SSR Nazirlər Soveti və Mədəniyyət Nazirliyinin qərarı ilə "Qaya" kvarterinə Dövlət Ansamblı statusu verilib.
|
Həmin ildə "Qaya" öz şou proqramını yaratmağa qərar verir və Mark Rozovski və Yuli Qusmanı ssenari yazmağa dəvət edir.
|
Şou proqrama "İsa Məsih — Super ulduz" rok operasından bir suit daxil edildi.
|
Qrup kvartetdən sekstet olur: Qrupa Tamilla Ağamiyeva və Qalina Barinovanı dəvət olunur.
|
Qrupda İsanın rolunu Rauf Babayev, İuda rolunu Lev Elisavetski, Qalina Barinova isə Maqdalenanı ifa edir.
|
Ansambl üçün geyimləri modelyer Vyaçeslav Zaytsev hazır edir.
|
1970-ci illərdə ABŞ-də ansambl Hyuston şəhərində yerləşən Caz Kollecində çıxış edib.
|
Çıxış zamanı qrupu auditoriyanın qəribə sükuta uğraması çaşdırır və çıxışdan sonra səhnəni tərk etmək istəyəndə tamaşaçıların gürultulu alqışları onları diksindirir.
|
Daha sonra tamaşaçıların istəyinə görə qrup eyni mahnını bir neçə dəfə təkrar edib.
|
Qrup ABŞ səfərinin ardınca Kubaya qastrol edib.
|
1979-cu ildə Lev Yelisavetski qrupu tərk edir və onu Cavan Zeynallı əvəzləyir.
|
Qrupun dağılması 1980-ci illərdə "Qaya"nın tərkibi tez-tez dəyişir.
|
1985-ci ildə isə "Qaya"nın nəzdində Caz və kamera orkestri yaradılır və "Qaya" estrada simfonik dövlət ansamblı adlanır.
|
1981-ci ildə ansambla daha bir müğənni — Rauf Əliyev əlavə edildi.
|
1988-ci ildə Rauf Əliyev qrupdan ayrıldıqdan sonra, onun yerini "Qaya" ansamblında işləyən Abbas Əhməd tutdu.
|
Daha sonra ansamblın nəzdində "Talisman" adlı rok-qrup da formalaşır.
|
2001-ci ildə ansamblın bədii rəhbəri Teymur Mirzəyev İsrailə köçdü.
|
Bundan sonra ansambl fəaliyyətini dayandırsa da, sonradan Azərbaycan Dövlət "Qaya" Ansamblına çevrildi.
|
2012-ci ildə Moskva Beynəlxalq Musiqi Evinin teatr salonunda "Qaya" vokal kvartetinin 50 illik yubileyinə həsr edilmiş konsert olub.
|
Diskoqrafiya "Qaya" qrupun diskoqrafiyasına 8 studiya albomu daxildir.
|
Musiqi repertuarı Filmoqrafiya Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak Azərbaycan incəsənəti (film, 1970) Toyda görüş (film, 1970) Mahnı qanadlarında (film, 1972) "Qaya" vokal-instrumental ansamblı (film, 1977) Yarımçıq qalmış mahnı (film, 1979) Nəğməkar torpaq (film, 1981) Qaya (film, 2001) Əlvida, cənub şəhəri (film, 2006) Xarici keçidlər Ötən illərin mahnıları
|
Qayınana" əməliyyatı — tammetrajlı Azərbaycan komediya filmi.
|
Uzun müddət qayğısız qalan qayınana (Nəsibə Zeynalova) kürəkən və qızlarının başına oyun gətirmək və onlara dərs vermək qərarına gəlir.
|
Lakin bu oyun hamıya çox baha oturur.
|
Film-tamaşaya baxdıqda bu atalar sözü yada düşür: "Bağda ərik var idi, salam-əleyk var idi. Bağdan ərik qurtardı, salam-əleyk qurtardı.
|
Orfoqrafik: 1)Titrlərdə film-tamaşanın adı "Qaynana əməliyyatı" yazılmışdır.
|
Doğrusu isə "Qayınana əməliyyatı"dır.
|
2)Nüşabə Ələsgərlinin adı Nüşabə Ələskərli yazılmışdır.
|
3)Ələsgər Məmmədoğlunun adı Ələskər Məmmədoğlu yazılmışdır.
|
Film-tamaşanın heyəti Film-tamaşa üzərində işləyənlər Əsərin müəllifi: Əhməd Orucoğlu Quruluşçu rejissor: Məhərrəm Bədirzadə Quruluşçu operator: İsa Kazımov Səs rejissoru: Firudin Bağıroğlu Rejissor: Elşən Heydərov Montaj: Nasir Salamov, İlham Qaliboğlu Mahnının müəllifləri: Nadir Əzimov (musiqi), İsmayıl Dadaşov (sözlər) Musiqi tərtibatı: İsmayıl Dadaşov, Minurə Əfəndiyeva Qrim ustası: Zemfira Cəfərova İşıqçı: Seymur Quliyev Redaktor: Mailə Muradxanlı Direktor: Faiq Abbasov İfalarından istifadə edilən müğənni: Nüşabə Ələsgərli (titrlərdə yoxdur) Nəsibə Zeynalova-Qayınana Səyavuş Aslan-Səlim Səidə Quliyeva-Naznaz Hacı İsmayılov-Həmid Nüşabə Ələsgərli-Gülya Ramiz Məmmədov-Polis rəisi Ələsgər Məmmədoğlu-Xəfiyyə Məmmədkamal Kazımov-Şəhər sakini Qafar Novruzlu-Şəhər sakini Xarici keçidlər
|
Qayınana" əməliyyatı — tammetrajlı Azərbaycan komediya filmi.
|
Uzun müddət qayğısız qalan qayınana (Nəsibə Zeynalova) kürəkən və qızlarının başına oyun gətirmək və onlara dərs vermək qərarına gəlir.
|
Lakin bu oyun hamıya çox baha oturur.
|
Film-tamaşaya baxdıqda bu atalar sözü yada düşür: "Bağda ərik var idi, salam-əleyk var idi. Bağdan ərik qurtardı, salam-əleyk qurtardı.
|
Orfoqrafik: 1)Titrlərdə film-tamaşanın adı "Qaynana əməliyyatı" yazılmışdır.
|
Doğrusu isə "Qayınana əməliyyatı"dır.
|
2)Nüşabə Ələsgərlinin adı Nüşabə Ələskərli yazılmışdır.
|
3)Ələsgər Məmmədoğlunun adı Ələskər Məmmədoğlu yazılmışdır.
|
Film-tamaşanın heyəti Film-tamaşa üzərində işləyənlər Əsərin müəllifi: Əhməd Orucoğlu Quruluşçu rejissor: Məhərrəm Bədirzadə Quruluşçu operator: İsa Kazımov Səs rejissoru: Firudin Bağıroğlu Rejissor: Elşən Heydərov Montaj: Nasir Salamov, İlham Qaliboğlu Mahnının müəllifləri: Nadir Əzimov (musiqi), İsmayıl Dadaşov (sözlər) Musiqi tərtibatı: İsmayıl Dadaşov, Minurə Əfəndiyeva Qrim ustası: Zemfira Cəfərova İşıqçı: Seymur Quliyev Redaktor: Mailə Muradxanlı Direktor: Faiq Abbasov İfalarından istifadə edilən müğənni: Nüşabə Ələsgərli (titrlərdə yoxdur) Nəsibə Zeynalova-Qayınana Səyavuş Aslan-Səlim Səidə Quliyeva-Naznaz Hacı İsmayılov-Həmid Nüşabə Ələsgərli-Gülya Ramiz Məmmədov-Polis rəisi Ələsgər Məmmədoğlu-Xəfiyyə Məmmədkamal Kazımov-Şəhər sakini Qafar Novruzlu-Şəhər sakini Xarici keçidlər
|
Medal qaydaları Yubiley medalı Qazaxıstan Respublikası vətəndaşlarına və Qazaxıstan Respublikasının dövlətçiliyinin formalaşmasına, suverenliyinin möhkəmləndirilməsinə və sosial-iqtisadi inkişafına böyük töhfə verən xarici vətəndaşlara verilir.
|
Yubiley medalının verilməsi üçün namizədlər parlament, hökumət, nazirliklər, digər mərkəzi dövlət orqanları, bölgələrin və ya Astana və Almatı şəhərlərinin bələdiyyə başçıları, habelə ictimai təşkilatlar tərəfindən təqdim olunur.
|
Yubiley medalı dövlət başçısı tərəfindən təqdim olunur.
|
Dövlət başçısının adından və adından medal Qazaxıstan Respublikasının Dövlət katibi, vilayətlərin və ya Astana və ya Alma-Ata şəhərlərinin bələdiyyə başçıları, habelə Qazaxıstan Prezidenti tərəfindən səlahiyyət verilmiş digər vəzifəli şəxslər tərəfindən verilə bilər.
|
Yubiley medalının təqdimatı təntənəli şəraitdə həyata keçirilir.
|
Medal alana şəxsən təqdim olunur.
|
Təqdimatdan əvvəl Qazaxıstan Respublikası Prezidentinin mükafatlandırılması haqqında Fərmanı elan edilir.
|
Medalla birlikdə alıcıya müəyyən edilmiş formada bir sertifikat verilir.
|
Yubiley medalının təqdimatında mükafatlandırılmaq üçün siyahıda müvafiq qeyd aparılır.
|
Edilən mükafatların qeydləri, habelə yubiley medalının təqdim edilməsinin gedişi barədə hesabat Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasında aparılır.
|
Yubiley medalı sinənin sol tərəfində taxılır.
|
Qazaxıstan Respublikasının dövlət mükafatları varsa, onlardan sonra yerləşir.
|
Yubiley medalı, diametri 34 mm olan müntəzəm bir dairə şəklindədir.
|
Medalın təsis edilməsi haqqında fərman üz cədvəlinin aşağıdakı təsvirini verir: Yubiley medalının ön tərəfində Qazaxıstan Respublikasının Müstəqilliyinin 25-ci ildönümünün loqosunun təsviri verilmişdir.
|
Şüaları olan günəş, gözə çarpan parlaq relyefdə mavi emaye şəklində təsvir edilmişdir.
|
Aşağı hissədə qırmızı emaye boyada milli ornamentin təsviri verilmişdir.Medalın ön hissəsinin əsas hissəsi Akorda prezident sarayı binası, Kazak Eli abidəsi və "Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vətəndaşların əhatəsində Qazaxıstan Konstitusiyasına and içərək and içir.
|
, Qazaxıstanın tutqun bir xəritəsinin fonunda yerləşir.
|
Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümünün loqosu rənglər ilə hazırlanmış və üzərində mavi fonda şüaları olan günəşi əks etdirir, üzərində "25" qırmızı rəqəmləri təsvir edilmişdir.Yubiley medalının arxa tərəfində, mərkəzi hissədə " Qazaxıstan Respublikasyk Tauelsizdіgіne 25 zhyl " adlı bir relyef yazısı var.
|
Yubiley medalı bürüncdən hazırlanır və bir dəlik və üzük köməyi ilə 32 mm enində və 50 mm hündürlüyündə bir blokla birləşdirilir, ortada qırmızı şaquli zolaqlı mavi lentlə örtülmüşdür.
|
Medalı geyimə əlavə etmək üçün üzlük kilidli bir sancaq istifadə olunur.
|
Xarici keçidlər Qazaxıstan Respublikasının Müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş yubiley medalı haqqında.
|
Qazaxıstan pilot-kosmonavtları: Toktar Əbubəkirov — 15.10.1994; Talqat Musabayev — 01/12/1995; Yuri Malençenko — 01/12/1995 ; Aydın Aimbetov — 14.10.2015.
|
Xarici keçidlər Qazaxıstanın mükafatları və mükafatları
|
Qida" korporasiyası (ing.
|
— Robert Kennerin rejissoru olduğu 2008-ci il amerikan sənədli filmi.
|
Filmdə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatı üzərində aparılan araşdırmalar əsasında, aqrobiznesin həm ətraf mühitə, həm heyvanlara, həm də işçilərə zərərli bir şəkildə qida istehsal etdiyindən bəhs edilir.
|
Film Maykl Pollan və Erik Şlosser tərəfindən səsləndirilmişdir.Film tənqidi zamanı müsbət reaksiyalar almış və bir çox mükafata, o cümlədən 2009-cu ildə ən yaxşı sənədli film təqdimata görə Akademiya Mükafatı və Müstəqil Ruh Mükafatına namizəd görülmüşdür.
|
Amerika kənd təsərrüfatı bir çox cəhətdən digər dünya ölkələri tərəfindən həsəd aparılan sahə olmuşdur.
|
ABŞ aqrobiznesi daha az torpaq sahəsində daha böyük məhsuldarlıq və immiqrantların ucuz qiymətə işlədilməsi prinsipinə əsaslanır.
|
Bəs burada bizi qidadan soyudan nə ola bilər?
|
Aşağı qiymətə işləyən fermerlərin, ucuz qida restoranlarının və xəstəlikli istehlakçıların artan sayına əsasən, "Qida" korporasiyası sənədli filmi çəkilmişdir.
|
Bu heyrətləndirici sənədli filmdə vurğulandığı kimi xəstə heyvanlar, ətraf mühitin pozulması, korlanmış və zərərli qidalar, piylənmə, şəkərli diabet və digər sağlamlıq problemləri yüksək mexanikləşdirilmiş və mərkəzləşdirilmiş sistemlə əlaqəli ən yayğın problemlərdir.
|
Bu problemlərin əsas səbəbi aqrobiznesmenlərin kiçik miqdarda büdcə ilə böyük miqdarda gəlir əldə etmək istəyidir.
|
Qodonu gözləyərkən (ingiliscə: Waiting for Godot) — irland dramaturq Semyuel Bekketin pyesi.
|
İkipərdəli tragikomediyadır.
|
Əsər fransızca yazılmış, daha sonra Bekketin özü tərəfindən ingilis dilinə tərcümə olunmuşdur.
|
Birinci pərdə Hadisələr tək ağacın olduğu bir yolda cərəyan edir.
|
Estraqon (Qoqo) ayaqqabısını çıxarmağa çalışarkən Vladimir (Didi) səhnəyə daxil olur.
|
Uzun cəhdlərdən sonra o, nəhayət ki, ayaqqabısını çıxarmağa müvəqqət olur.
|
Bəlkə nəsə taparlar deyə düşünərək Estraqon ayaqqabısının, Vladimir də şlyapasının içinə baxır.
|
Vaxt keçsin deyə Vladimir İsa Məsihin yanında çarmıxa çəkilmiş iki oğru haqda danışır.
|
Estraqon da Müqəddəs Torpaqları təsvir edir.
|
Estraqon çıxıb getmək istəyərkən Vladimir onu getməyə qoymur, çünki onlar Qodonun gəlməsini gözləyirlər.
|
Lakin məlum olur ki, onlar Qodonun kim olduğundan, doğru yerdə olub-olmadıqlarından əmin deyillər.
|