Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
1:1 hesabı ilə başa çatan cavab görüşündə də, Əfran İsmayılov fərqləndi və ümumi nəticədə "Qarabağ", 3:2 hesablı qələbə qazandı və III təsnifat mərhələsinə adladı.
|
Həmin mərhələdə "Qarabağ", Polşanın məşhur "Visla" Krakov futbolçuları ilə üz-üzə gəldi.
|
Krakov şəhərində baş tutan görüşdə, Vüqar Nadirovun qolu sayəsində "Qarabağ", minimal hesablı qələbə qazandı.
|
Cavab görüşündə də, "Qarabağ" inamlı təsir bağışladı və 3:2 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı.
|
Qrup mərhələsinə gedən yolda isə "Qarabağ", Almaniyanın məşhur "Borussiya" Dortmund futbolçularına məğlub oldu.
|
Qarabağ", Dortmund şəhərində baş tutan birinci görüşdə 0:4, cavab görüşündə isə 0:1 hesabı ilə məğlub oldu və ardıcıl ikinci dəfə, qrup mərhələsinin astanasında mübarizəni dayandırdı.
|
Yarışlara görə Ölkələrə görə 08 mart 2024 tarixinə olan məlumat Qrup mərhələsinin nəticələri Avroliqalarda qol vuran futbolçular 08 mart 2024-cü ilə olan məlumat: Omoniya - Qarabağ oyununda avtoqol qeydə alınıb: Psaltis-1 qol.
|
Həmçinin bax Qarabağ FK-nun mövsümlərinin siyahısı Xarici keçidlər "Qarabağ" FK-nun UEFA-nın rəsmi saytında səhifəsi
|
Qarabağ" ordeni — Azərbaycan Respublikasının 3-cü yüksək təltifi.
|
Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
|
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Qarabağ" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
|
Həmin qanunda deyilir: Maddə 1.
|
Təltif edilən şəxslər Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.Maddə 2.
|
Təltif edən orqan Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3.
|
Taxılma qaydası Azərbaycan Respublikasının "Qarabağ" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Zəfər" ordenindən sonra taxılır.
|
Ordenin təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
|
Ordenin ümumi təsviri Azərbaycan Respublikasının "Qarabağ" ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üç təbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.Maddə 2.
|
Ordenin ön tərəfi 2.1.
|
Ordenin ön tərəfində lentin mərkəzində "QARABAĞ" sözü yazılmışdır.
|
Lövhənin daxili konturunun içərisində tünd yaşıl minalı fonda dəbilqə, iki kəsişən qılınc, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuşdur.
|
Lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə palıd çələngləri təsvir olunmuşdur.
|
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3.
|
Ordenin arxa tərəfi Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.Maddə 4.
|
Ordenin elementləri 4.1.
|
Orden paltara bərkidilmək üçün elementi olan 52 mm x 15 mm ölçülü tünd yaşıl minalı bükülmüş lent formalı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
|
Lövhənin üzərində üfüqi vəziyyətdə nizələr həkk olunmuşdur.
|
Lentin mərkəzində dairəvi lövhə yerləşdirilmişdir.
|
Dairəvi lövhənin mərkəzindən yuxarı hissəsində üzəri xətlərlə işlənmiş ikitərəfli şüalı səkkizguşəli ulduz həkk olunmuşdur.
|
Dairəvi lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə səkkizguşəli ulduzu əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur.
|
Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 52 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.
|
Qarabağ" ordeni — Azərbaycanda Vətən müharibəsində qələbə münasibətilə təsis edilmiş ali hərbi ordenidir.
|
9 dekabr 2020 Məmmədov Şahin İsgəndər oğlu — general-leytenant Nağıyev Əfqan Vəli oğlu — general-leytenant Osmanov Nizam Ramazan oğlu — general-leytenant Rəhimov Arzu Yusif oğlu — general-leytenant Abdullayev Cavid Mirhəmzə oğlu — general-mayor Bağırov Ramin Sabir oğlu — general-mayor Bərxudarov Mais Şükür oğlu — general-mayor Eminov Məmməd Şəmil oğlu — general-mayor Həsənov Hikmət Hüseyn oğlu — general-mayor Kazımov Vasif Ramiz oğlu — general-mayor Abdullayev Rafael Kamil oğlu — polkovnik Cəfərov Ceyhun Sədulla oğlu — polkovnik Əlövsədov Həsən Əli oğlu — polkovnik Quliyev Xaliq Qulu oğlu — polkovnik Məmmədov Teymur Davud oğlu — polkovnik Məşədiyev Taleh Vəliyət oğlu — polkovnik Musayev Telman Qurban oğlu — polkovnik Namazov Eldəniz Firuddin oğlu — polkovnik Omarov Barat Bayram oğlu — polkovnik Orucəliyev Mayis Mirzəyar oğlu — polkovnik Pənahov Elşad İslam oğlu — polkovnik Rəhimov Rəşad Manaf oğlu — polkovnik Rüstəmov Zaur Zeynalabdul oğlu — polkovnik Rzayev Gülməmməd Tofiq oğlu — polkovnik Seyfullayev Cəbi Güləhməd oğlu — polkovnik Şıxiyev Həbib Vələddin oğlu — polkovnik Abduləzizov Elnur Abduləziz oğlu — polkovnik-leytenant Abdullayev Vüqar Arif oğlu — polkovnik-leytenant Ağagülov Elşən Etibar oğlu — polkovnik-leytenant Ağcayev Bayram İlyas oğlu — polkovnik-leytenant Aslanov Rəşad Əmirbəy oğlu — polkovnik-leytenant Bağırov Ceyhun Əkbər oğlu — polkovnik-leytenant Bayramov Teyyub Nurəli — polkovnik-leytenant Bədəlov Firuz Əhməd oğlu — polkovnik-leytenant Əmirov Zamiq Məhəmməd oğlu — polkovnik-leytenant Əsədli Aqil Əlirza oğlu — polkovnik-leytenant Fərmanov Reyhun Arif oğlu — polkovnik-leytenant Haqverdiyev Qulam Fikrət oğlu — polkovnik-leytenant Həziyev Şəmşir Bəxtiyar oğlu — polkovnik-leytenant Hüseynov Elxan Kərim oğlu — polkovnik-leytenant İbrahimov Pərviz Bəhram oğlu — polkovnik-leytenant İsmayılov Samir Əlmusa oğlu — polkovnik-leytenant Qənbərov Mehman Nərman oğlu — polkovnik-leytenant (ölümündən sonra) Quliyev Anar Eldar oğlu — polkovnik-leytenant Quliyev Ümüdvar Əzizalı oğlu — polkovnik-leytenant Qurbanov Səfər Qurban oğlu — polkovnik-leytenant Məmmədov Ehtiram Eldar oğlu — polkovnik-leytenant Məmmədov Elçin Ziyadxan oğlu — polkovnik-leytenant Məmmədov Elmir Ağamalı oğlu — polkovnik-leytenant Məmmədov Zaur Alxan oğlu — polkovnik-leytenant Mustafayev Babək Salman oğlu — polkovnik-leytenant Müslümov Dəyanət Nuru oğlu — polkovnik-leytenant Rəfiyev Elçin Mirzəxan oğlu — polkovnik-leytenant Rizvanov Həbib Səməd oğlu — polkovnik-leytenant Rüstəmov Teyfur Çərkəz oğlu — polkovnik-leytenant Rüstəmov Zaur Tahir oğlu — polkovnik-leytenant Rzayev Orxan Nüsrət oğlu — polkovnik-leytenant Salahov Vüqar Nizami oğlu — polkovnik-leytenant Səlimov Şamxal Naid oğlu — polkovnik-leytenant Şadmanov Nəsimi Yunis oğlu — polkovnik-leytenant Şəfiyev Famil Mirsahib oğlu — polkovnik-leytenant Şirvanov Mehman Mirəziz oğlu — polkovnik-leytenant (ölümündən sonra) Tağıyev Samir Nəsrəddin oğlu — polkovnik-leytenant Ağayev Rövşən Eldar oğlu — mayor Axundov Emil Aqil oğlu — mayor Atakişiyev Rəşad Nazim oğlu — mayor Babayev Mahir Tahir oğlu — mayor Balıev Hüseynağa Salman oğlu — mayor (ölümündən sonra) Bilalov Amil Adil oğlu — mayor Cəfərov Azad Asif oğlu — mayor Daşdəmirov Nail Təmraz oğlu — mayor Eminov Elimdar Həsən oğlu — mayor Əliyev Kəramət İbrahim oğlu — mayor Əliyev Pərviz Həmzə oğlu — mayor Əliyev Ramin Rizvan oğlu — mayor Əliyev Rəvan Musa oğlu — mayor Fərəcov Cavid Yaşar oğlu — mayor Fərəcov Əliheydər İsrafil oğlu — mayor Hacıyev Ramid Nəriman oğlu — mayor (ölümündən sonra) Həsənov Əlişan Şakir oğlu — mayor Həsənov Hümmət Fərrux oğlu — mayor Hüseynov Rəhim Qədir oğlu — mayor (ölümündən sonra) Kərimov Taleh Adil oğlu — mayor (ölümündən sonra) Qənbərov İdris Dərya oğlu — mayor Qəribov Sahib Xanlar oğlu — mayor Qlinçev Anar Mirzəli oğlu — mayor Mehdiyev Rüstəm Süleyman oğlu — mayor Məlikov Vüqar Telman oğlu — mayor Məmmədov Elşən Tağı oğlu — mayor Mikayılov Azər Əmrah oğlu — mayor (ölümündən sonra) Muxtarov Ələsgər Faiq oğlu — mayor Paşayev Elsevər Vaqif oğlu — mayor (ölümündən sonra) Səfərov Elgün Elmar oğlu — mayor Süleymanlı Elçin Səlimxan oğlu — mayor Şükürov Mahmud Sabir oğlu — mayor Zeynalov Rauf Çingiz oğlu — mayor Ağayev Şamxal Elşad oğlu — kapitan Aslanov Elmin Məhərrəm oğlu — kapitan Babayev Xaliq Əli oğlu — kapitan Baxşəliyev Nizami Füzuli oğlu — kapitan Gülüyev Zaur Rusxət oğlu — kapitan Hacımuradov Səbrulla Hacımurad oğlu — kapitan Həsənov Vüsal Oktay oğlu — kapitan Hüseynov Elşən Əli oğlu — kapitan Hüseynov Ülvü Möhsün oğlu — kapitan (ölümündən sonra) Hüseynzadə Həmidağa Bağı oğlu — kapitan (ölümündən sonra) İbadov Tahir Allahverdi oğlu — kapitan İbrahimov Abdal Rafiq oğlu — kapitan Qurbanov Elman Xanlar oğlu — kapitan Məmmədov Ceyhun İslam oğlu — kapitan Məmmədov Əsgər Zaman oğlu — kapitan Məmmədov Nurlan Qabil oğlu — kapitan Rəşidli Tamerlan Elçin oğlu — kapitan Rüstəmzadə Qalib Firdovsi oğlu — kapitan Rzabəyli Eltürk Əli oğlu — kapitan Şikarov Nəcəf Şikar oğlu — kapitan (ölümündən sonra) Şirinov Kamil Əliş oğlu — kapitan (ölümündən sonra) Tağıyev Elçin Ağaqulu oğlu — kapitan (ölümündən sonra) Vəliyev Rəşad Elşən oğlu — kapitan Həşimov Fərrux Mirzəmməd oğlu — kapitan-leytenant (ölümündən sonra) Abbasbəyli Həmid Cavanşir oğlu — baş leytenant (ölümündən sonra) Abbaslı Arif Firuz oğlu — baş leytenant (ölümündən sonra) Abbaslı Cəlal Cəlil oğlu — baş leytenant Abbaslı Cəsarət Ədalət oğlu — baş leytenant Abbasov Eldar Adil oğlu — baş leytenant Abdullayev İbrahim Habil oğlu — baş leytenant (ölümündən sonra) Abdullayev Ramazan Səfəralı oğlu — baş leytenant Ağayev Süleyman Əhəd oğlu — baş leytenant Aslanov Ülvü Tahir oğlu — baş leytenant Əhmədzadə Natiq Nadir oğlu — baş leytenant Ələkbərov Əlisahib Selman oğlu — baş leytenant (ölümündən sonra) Əliyev Faiq Fəyyaz oğlu — baş leytenant Əsgərzadə Bəkir Zakir oğlu — baş leytenant Feyzullayev Polad Taryel oğlu — baş leytenant Həsənov Vüsal Vüqar oğlu — baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu — baş leytenant (ölümündən sonra) Kazımov Kamran Qurbanəli oğlu — baş leytenant (ölümündən sonra) Quliyev Tural Adil oğlu — baş leytenant Qüdrətli Elçin Yaşar oğlu — baş leytenant Lətifov Lətif Nazim oğlu — baş leytenant Mustafayev Rauf Əzizağa oğlu — baş leytenant Nəcəfov Cəmil Nəcəf oğlu — baş leytenant (ölümündən sonra) Rzazadə Həsən Vüqar oğlu — baş leytenant (ölümündən sonra) Salmanov Həmzə Telman oğlu — baş leytenant Zeynalov Elnur Elsevər oğlu — baş leytenant (ölümündən sonra) Bayramov Emil Mürsəl oğlu — leytenant Bədəlov Fərəc Simran oğlu — leytenant Eyvazov Elvin Pərviz oğlu — leytenant Əsədov Emil Balaqardaş oğlu — leytenant (ölümündən sonra) Hüseynov Qarakişi Arif oğlu — leytenant Qaraşov Məhəmməd İlham oğlu — leytenant Qədirov Məhəmməd Valeh oğlu — leytenant Mehdiyev Rəşad Faxrəddin oğlu — leytenant Məmmədov Əhməd Qüdrət oğlu — leytenant Mövlamov Sabir Rasim oğlu — leytenant Rəsulov Samir Elxan oğlu — leytenant Səmirov Baloğlan Nəriman oğlu — leytenant Şirinov Pünhan Niyaz oğlu — leytenant Cabbarov Yusif Yunsur oğlu — baş gizir Cavadov Natiq Şahin oğlu — baş gizir Fərəcov Famil Yavər oğlu — baş gizir Yusifov Mehman Musa oğlu — baş gizir (ölümündən sonra) Mehdizadə Mərdan Əhməd oğlu — baş miçman (ölümündən sonra) Budaqov Rufiz Şirzad oğlu — gizir (ölümündən sonra) Cavadlı Nemət Cavid oğlu — gizir (ölümündən sonra) Ələsgərli Zaur Mübariz oğlu — gizir (ölümündən sonra) Əliyev Tural Səfər oğlu — gizir Əmənov Məhəmməd İltizam oğlu — gizir (ölümündən sonra) Əsgərov Asəf İlqar oğlu — gizir (ölümündən sonra) Həsənov Mustafa Elşad oğlu — gizir Hüseynov Azər Fəxrəddin oğlu — gizir İbrahimov Əlmuxtar Gülağa oğlu — gizir Qarayev Əfsər Hafis oğlu — gizir Qasımov Nuran Sabir oğlu — gizir Quliyev Nəbi Tələt oğlu — gizir Quliyev Şəhriyar Nəsib oğlu — gizir (ölümündən sonra) Mirzəyev Zəka Kamal oğlu — gizir Nağıyev Anar Sahib oğlu — gizir (ölümündən sonra) Rəşidov Tural Fazil oğlu — gizir (ölümündən sonra) Sadıqlı İbrahim Şahin oğlu — gizir (ölümündən sonra) Zeynalov Xalid İltifat oğlu — gizir Məmmədov Vüsal Qüdrət oğlu — miçman (ölümündən sonra) Nəcəfov Fuad Taleh oğlu — miçman (ölümündən sonra) Rəcəbov Ruslan Rəcəb oğlu — miçman (ölümündən sonra) Səfərov Elvin Ramiz oğlu — miçman (ölümündən sonra) Abdullayev Elcan Elçin oğlu — kiçik gizir Cavadov Yelmar Elgiz oğlu — kiçik gizir Dəmirov Siyahim Əlizamin oğlu — kiçik gizir (ölümündən sonra) Əzizli Əziz Sabir oğlu — kiçik gizir Xanzadə Elnur Yusif oğlu — kiçik gizir Qardaşxanov İbrahim Səmid oğlu — kiçik gizir Qasımov Mirağa Hafiz oğlu — kiçik gizir (ölümündən sonra) Quliyev Pərviz Aydəmir oğlu — kiçik gizir Quluzadə Orxan Elxan oğlu — kiçik gizir (ölümündən sonra) Mənəfov Şahmar Vidadi oğlu — kiçik gizir (ölümündən sonra) Mikayılov Nazim Namik oğlu — kiçik gizir Musayev Ramil Aydın oğlu — kiçik gizir (ölümündən sonra) Şıxəliyev Mehti Yalçın oğlu — kiçik gizir (ölümündən sonra) Abdullayev Tural Şakir oğlu — baş çavuş (ölümündən sonra) Allahyarov Vüsal Şakir oğlu — baş çavuş (ölümündən sonra) Hüseynli Ələddin Zahid oğlu — çavuş Cabbarov Elnur Şahmurad oğlu — əsgər (ölümündən sonra) Məhərrəmov Əkbər Səyyaf oğlu — əsgər Mənaflı Dursun Marif oğlu — əsgər 12 yanvar 2021 Səlcuq Bayraqdar — Türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi.
|
Haluk Bayraqdar — Baykar Makinanın baş meneceri.24 iyun 2021 Məmmədov Alay Zeynəddin oğlu — polkovnik-leytenant Mirzəyev Hikmət İslam oğlu — mayor 7 noyabr 2023 Həsənov Zakir Əsgər oğlu — general-polkovnik Vəliyev Kərim Tofiq oğlu — general-polkovnik Əfəndiyev Ənvər Zəkəriyyə oğlu — general-leytenant Mirzəyev Hikmət İzzət oğlu — general-leytenant Tahirov Ramiz Firudin oğlu — general-leytenant
|
Qarabağ bülbülləri" ansamblı — bədii rəhbəri Murad Rzayevdir.
|
Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12-sənədli və bədii filmlədə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür.
|
Mükafatları Sovet İttifaqı Mərkəzi komitəsinin mükafatı SSRİ Xalq Təsərrufatı Nailiyyətlər Sərgisinin mükafatı Ağdam Rayon Partiya Komitəsinin mükafatı Ümumittifaq Komsomolun Mərkəzi Komtəsinin mükafatı Pioner Təşkilatının Mərkəzi Komitəsinin mükafatı Həmçinin bax Qarabağ bülbülləri (film, 1977) Oğlan (film, 1984) Xarici keçidlər Şirinov E.
|
Qarabağ bülbülləri"nin yaradıcısı kimdir.
|
Təzadlar" qəzeti, 20 may 2008, səh.
|
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması.
|
İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır.
|
Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir.
|
Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır.
|
Hadisənin səbəbi hələ də araşdırılır.Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir.
|
Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir.
|
Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır.
|
DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
|
Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsilə gedilir.
|
Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir.
|
Bunlardan İkinci Qarabağ müharibəsində də istifadə olunmuşdur.
|
O həmçinin, helikopterin pilot barədə danışarkən onun birinci dərəcəli pilot olduğunu bildirmişdir, onu "canlı əfsanə" adlandırmışdır.
|
DSX-nin rəhbəri Elçin Quliyev pilot Fizuli Cavadovun təcrübəli olduğunu vurğulamış və onun Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, helikopterin demək olar yeni olduğunu və qısa müddət əvvəl onda təmir işləri aparıldığını bildirmişdir.
|
DSX-nin döyüş növbəsinə çıxan aviasiya vasitələri uçuşdan əvvəl texniki baxışdan keçirilir.
|
Döyüşə hazır olması ilə bağlı raport qəbul edildikdən sonra, helikopter tapşırığa göndərilir.
|
Helikopterlər tapşırığı yerinə yetirdikdən sonra təkrar yoxlanışa qayıdır, yenidən döyüşə hazır vəziyyətə gətirilir.Azərbaycan tarixində ən dəhşətli helikopter qəzası 20 noyabr 1991-ci il tarixində Xocavənd rayonunun Qarakənd kəndində yaxınlıqlarında baş vermişdir.
|
Qarakənd faciəsi kimi bilinən hadisə nəticəsində Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov və başqaları olmaqla ümumilikdə 22 nəfər həlak olmuşdur.
|
24 iyul 2019-cu il tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təlim uçuşları həyata keçirən MİQ-29 təyyarəsi qəfil radarlardan itmişdir.
|
Təyyarə Xəzər dənizinə düşəndən sonra pilot polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüş, uzun axtarışlardan sonra pilotun nəşi tapılmışdır.
|
2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Azərbaycanın şərqində yerləşən Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri paytaxt Bakı şəhərindən 70 kilometr (43 mil) uzaqlıqdakı Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.Helikopterin qara qutusunun tapıldığını deyən Quliyev hadisədə heç bir kənar qüvvənin iştirakı olmadığını əlavə etmişdir.
|
Qəzanın səbəbi kimi ilkin ehtimallar olaraq pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəb irəli sürülmüşdür.
|
Hadisə nəticəsində yaralanmış Emil Cəfərov qəzanın enişin yerinə yetirilməsi zamanı baş verdiyini bildirmişdir.
|
Onun sözlərinə görə, helikopter təzə idi və onun hər bir şeyi yoxlanılmışdı.
|
Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı, proqnoza görə külək günortadan sonra olmalı idi. Digər yaralı Ramil Ədilov da çox küləyin və heç bir kənar müdaxilənin olmadığını bildirmişdir.Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir.
|
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış və cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür.
|
Helikopter qəzasını araşdıran istintaq qrupuna Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədov rəhbərlik etmişdir.
|
2 dekabrda helikopterin qara qutusu tədqiq edilsin deyə Rusiyanın Kazan şəhərinə, helikopterin istehsal olunduğu zavoda göndərilmişdir.
|
Qəzaya nəyin səbəb olduğu dərhal açıqlanmayıb.Qara qutuların tədqiqi zamanı müəyyən olunub ki, helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük 101 metr olub.
|
Uçuşun 17 dəqiqə 10-cu saniyəsində, eniş zamanı küləyin təsiri nəticəsində helikopterin uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metrə qədər dəyişib.
|
Helikopterin qəzaya uğraması nəticəsində üç polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olmuşdur.
|
Həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilmiş, müayinə olunduqdan sonra növbəti gün morqdan çıxarılaraq DSX-nin "Sərhədçi" İdman Kompleksində onların vida mərasimi keçirilmişdir.
|
Həlak olanların çoxusu II Şəhidlər xiyabanında, Fərid Nağıyev isə Beyləqan Şəhidlər xiyabanında dəfn olunmuşdur.
|
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev qəzada həlak olan əsgərlərə şəhid statusunun veriləcəyini demiş, Azərbaycan Prezidenti İlham Əliyevin hadisənin təfərrüatlarının daha da aydınlaşdırılması, şəhidlərin dəfn edilməsi və yaralıların müalicəsi üçün lazım olan hər şeyin edilməsi ilə bağlı tapşırıqlar verdiyini də diqqətə çatdırmışdır.
|
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların "şəhid" olduğunu bildirmiş, bu statusda nəzərdə tutulan bütün ödənişlərin onların ailələrinə ödəniləcəyini, mənzil və avtomobil təminatı olacağını əlavə etmişdir.
|
DSX-nin məlumatına görə, hadisə nəticəsində həlak olanların siyahısı: Cavadov Fizuli Əli İbram oğlu — polkovnik Nəbiyev Elçin Fikrət oğlu — polkovnik Nəzirov Emil Nəzir oğlu — polkovnik Həsənov Elmir Mircəlil oğlu — mayor Əhmədov Elbrus Səmrəddin oğlu — mayor Mayılov Emil Şahid oğlu — mayor Məmmədov Murad Yaşar oğlu — mayor Əliyev Emil Elman oğlu — mayor Əhmədxanov Ceyhun Xanlar oğlu — tibb xidməti kapitanı Bayramlı Cavid Əhliman oğlu — kapitan Əliyev Xəyyam Əlixan oğlu — kapitan Qaraisayev Teymur Ənvər oğlu — kapitan Nağıyev Fərid Təyyar oğlu — baş leytenant Süleymanov Abdulla Telman oğlu — leytenantQəza nəticəsində bir polkovnik və bir kapitan isə yaralanmışdır.
|
Quliyev qəza zamanı xəsarət alan iki hərbçi ilə telefonla danışdığını və onların səhhətinin normal olduğunu bildirmişdir.
|
DSX-nin Mətbuat Mərkəzinin 4 dekabrda verdiyi məlumata görə, hər iki hərbi qulluqçunun səhhəti normaldır, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlər görülür.
|
DSX-nin məlumatına görə, hadisə nəticəsində yaralananların siyahısı: Cəfərov Emil Məmməd oğlu — polkovnik-leytenant Ədilov Ramin Ramiz oğlu — kapitan Reaksiyalar Ölkə daxili Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva həlak olanların ailələrinə başsağlığı veriblər.
|
Milli Məclisin sədri Sahibə Qafarova qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı vermişdir.
|
DSX rəisi, general-polkovnik Elçin Quliyev həlak olan hərbi qulluqçuların ailələrinə başsağlığı vermiş və qeyd etmişdir ki, "onların xatirəsi daima yaşayacaq".
|
Quliyev 2 dekabrda+ DSX-nın digər vəzifəli şəxsləri ilə birlikdə həlak olan hərbi qulluqçular Cavadov və Əliyevin məzarlarını ziyarət etmişdir.
|
Milli Məclisin 3 dekabrda keçirilən payız sessiyasının plenar iclasında qəzada həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
|
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Xızıda faciəvi helikopter qəzası xəbərinin onu kədərləndirdiyini bildirmiş, yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı vermişdir.
|
Türk Dövlətləri Təşkilatı və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Azərbaycana başsağlığı vermişdir.
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək Azərbaycanda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərə başsağlığı verib.
|
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general Zakir Həsənova və Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevə başsağlığı vermişdir.
|
Türkiyə Xarici İşlər Nazirliyi, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyənin İYİ Partiyanın sədri Meral Akşenər, Türkiyənin sabiq baş naziri Binəli Yıldırım, Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Azərbaycan xalqına başsağlığı vermişdir.
|
Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar qəza nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı vermişdir.
|
Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev qəza nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı vermişdir.
|
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan Respublikası hökumətinə və xalqına, həmçinin hərbi helikopterin faciəvi qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı vermişdir.
|
İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin Baş qərargah rəisi Kərim Vəliyevə başsağlığı vermişdir.
|
Ukrayna Baş prokuroru İrina Venediktova Azərbaycana başsağlığı vermişdir.
|
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı vermişdir.
|
Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı vermişdir.ABŞ-nin Azərbaycandakı səfiri Örl Litzenberger, Avstraliyanın Azərbaycandakı səfirliyi, Belarusun Azərbaycandakı səfirliyi, İranın Azərbaycandakı səfirliyi, İtaliyanın Azərbaycandakı səfirliyi, Fələstinin Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema, Xorvatiyanın Azərbaycandakı səfirliyi, İndoneziyanın Azərbaycandakı səfirliyi, İsrailin Azərbaycandakı səfiri Corc Dik, Qazaxıstanın Azərbaycandakı səfirliyi, Serbiyanın Azərbaycandakı səfirliyi, Slovakiyanın Azərbaycan səfirliyi, Gürcüstanın Azərbaycan səfirliyi, Pakistanın Azərbaycandakı səfirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyi hərbi helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı vermişdir.
|
Konspirasiya nəzəriyyələri Helikopter qəzası ilə bağlı ilk anlardan müxtəlif iddialar dövriyyəyə buraxılmışdır.
|
Çoxları, o cümlədən ciddi analitiklər əminliklə iddia edirdilər ki, qəza hansısa xarici qüvvənin işidir və hökumət bunu basdırmağa çalışır.
|
Bəziləri qəzada həlak olan hərbçilərin sui-qəsdə məruz qaldığını irəli sürmüşdür.
|
Helikopterdə 16 nəfərlik heyət olması hərbi qaydalara uyğun olub-olmaması, yüksək rütbəli zabitlərin bir helikopterə mindirilməsi də sual doğurmuşdur.
|
Aşqabadda və Soçidə Azərbaycan üçün əldə olunan uğurlu nəticələrdən dərhal sonra baş verməsi Azərbaycan ictimaiyyətində suallar yaratmışdır.
|
Əlavə olaraq, ictimaiyyət daxilində qəza ilə Qarakənd faciəsinin müqayisəsi aparılmışdır.
|
Həmçinin, bəzi nəzəriyyələrdə həlak olanların "narkoticarətin üstünü açmış zabitlər " olduğunu deyərək sui-qəsd ehtimalı müdafiə edilmiş, bəzilərində isə helikopterin "Rusiya qırıcısı tərəfindən göydə vurulduğu" iddia edilmişdir.
|
Qəzanın texniki nasazlıq nəticəsində baş verdiyini düşünənlər də hər hansı nasaz avadanlıqların məmur korrupsiyası ilə əlaqələndirilə biləcəyini iddia edərək hökuməti günahlandırırlar.
|