Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
700 |
https://kayzen.az/blog/qadin/21376/abortdan-%C9%99vv%C9%99l-v%C9%99-sonra.html
|
Abortdan əvvəl və sonra
|
Apollon
|
Qadın
|
26 dekabr 2017, 23:52
|
Abort qadın üçün əhəmiyyətli qərarlardan biridir. Abortdan sonra psixoloji olaraq yaxşı hiss etməyiniz üçün bir psixoloqdan da kömək ala bilərsiniz.
Abort etdirəcəyiniz gün yalnız olmamağınız məsləhətdir. Anesteziya alacağınız üçün yanınızda duracaq və sizə kömək olacaq birinin olması yaxşıdır.
Həkiminizlə lokal, yaxud ümumi anesteziyanı seçməyinizlə bağlı məsləhətləşin. Uşaq əmizdirirsinizsə, lokal anesteziyanı istəyə bilərsiniz. Sizin üçün uyğun varianta həkiminizlə birlikdə qərar verə bilərsiniz. Ümumi anesteziya tətbiq olunacaqsa, adətən əməliyyatdan öncəki 6 saat boyu yemək yeməməli və su içməməlisiniz. Bununla əlaqədar dəqiq məlumatı yenə də həkiminizdən alın.
Proses öncəsi və sonrası da dincəlməyiniz lazım ola biləcəyindən, abort etdirəcəyiniz gün üçün başqa bir plan qurmamağınız məsləhətdir.
Ümumi anesteziyadan sonra avtomobil istifadəsi tövsiyə edilmədiyindən, abort prosesi üçün xəstəxanaya öz maşınınızla getməyin.
Abortdan sonra özünüzü yaxşı hiss etməyiniz üçün rahat paltarlar geyinin.
Abortdan sonra diqqət edilməli olan məqamlar hansılardır?
Bir müddət dincəldikdən sonra həkiminiz əksini söyləmədiyi təqdirdə nəsə yeyib-içməyiniz yaxşı olar. Qidalandırıcı, yüngül və enerji verən qidalar, və içkilər seçə bilərsiniz.Bir müddət menstruasiya ağrısına bənzər sancılar hiss etməyiniz normaldır. Həkiminizin məsləhət gördüyü ağrıkəsicilərdən qəbul edə bilərsiniz.Proses zamanı antibiotik verilməyibsə, abortdan sonra sizə bir müddət antibiotik təyin oluna bilər. Reseptinizi alarkən dərmanları necə istifadə edəcəyinizi mütləq həkiminizdən öyrənin.Abortdan sonra müəyyən qədər qanamanızın olması normaldır. Ya da heç qanamanız olmaya bilər. Yenə də normal olmayan bir qanama yaşadığınızı düşünürsünüzsə, həkiminizə məlumat verin.Abortdan sonra 40 gün ərzində mentruasiya olmasanız, bu haqda həkiminizlə danışın.Abortdan sonra qanamanız davam edirsə, cinsi əlaqəyə girməyiniz məsləhət deyil. Eyni şəkildə hovuza, vannaya, ya da dənizə də girməməlisiniz.Abort etdirdikdən sonra psixoloji olaraq özünüzü narahat hiss etdiyinizi düşünürsünüzsə, bir psixoloqdan kömək alın.
|
['qadın problemləri', 'qadın sağlamlığı', 'abort', 'abortdan sonra', 'abortdan əvvəl']
|
701 |
https://kayzen.az/blog/u%C4%9Fur/21379/%C3%B6z%C3%BCn%C3%BCz%C9%99-inanmaq-%C3%BC%C3%A7%C3%BCn-bu-v%C9%99rdi%C5%9Fl%C9%99rd%C9%99n-imtina-edin.html
|
Özünüzə inanmaq üçün bu vərdişlərdən imtina edin
|
Apollon
|
uğur psixologiyası
|
24 dekabr 2017, 16:51
|
1. Günahkarlıq hissi
Günah hissinə bir çoxumuzun uşaqlıqdan öyrədilirik. “Yeməyini ye, yoxsa arxandan ağlayar” və ya “Mən sənin üçün saçımı süpürgə edirəm, sən isə bu vəziyyətdə şikayət edirsən?” cümlələrini hamımız eşitmişik. Böyüdükcə isə bu cümlələr bizim daha da dərinimizdə yuva salaraq, güvənsizlik yaşamağınıza səbəb olur. Günahkarlıq hissi başqalarını bilərək incitməməkdə və ya ən dərindəki dəyərlərinizi heçə saymamaqda sizə kömək edə bilər. Ancaq həddindən çox günahkarlıq hissi həyatın bütün sevincini alıb aparır. Günahkarlığın bir çox növü vardır, tədqiqatlar isə bu növlər arasında tək bir günahkarlıq duyğusunun yaxşı olduğunu söyləyir; o da etdiyiniz zərərverici bir hərəkətin ardından duyulan günahkarlıq hissidir. Dəyər verdiyiniz birinə yalan söylədikdən və ya eqoist, alçaldıcı davrandıqdan sonra hiss edilən günahkarlıq duyğusu, eyni davranışı təkrarlamağınıza mane olur və peşmanlıq hiss etdirir. Digər bir çox günah hissi isə belə bir təsirə sahib deyil. Keçmişdəki səhvlərinizdən dərs çıxarın və həyatın sizə verdiyi hədiyyələrin, gözəlliklərin qiymətini bilin.
2. Müvəffəqiyyətsiz olduğunu düşünmək
Bir çoxumuzda bu müvəffəqiyyətsizlik düşüncəsi böyüdüyümüz vaxt ailədən gələn tənqidlər, nümunə göstərilən yoldaşlar və ya bacı-qardaşlar qədər ağıllı olduğunu düşünməmək hissi, diaqnoz edilməmiş diqqət pozuqluğu səbəbiylə meydana gələ bilər. Müvəffəqiyyətsizlik hissi həyatın əhəmiyyətli bir sahəsindəki xəyal qırıqlığından da qaynaqlana bilər; boşanma, tənhalıq, borca girmə, məktəbdə müvəffəqiyyətsizlik və ya istədiyi işi tapa bilməmək kimik hallar. Bu müvəffəqiyyətsizlik düşüncəsi bir dəfə meydana gəldikdə, bunu həyatınızın hər sahəsinə daşıya bilərsiniz. Bu düşüncə sizə verilən bir vəzifəyə kifayət qədər diqqət göstərməklı, işi vaxtında təhvil vermənək və ya çox mükəmməl olmağa çalışmaq, böyük şəkilə baxmaq əvəzinə gərəksiz detallara fokuslanma formasında özünü göstərə bilər. İnamslz davranıb, müdir və ya müştərilərinizin də sizə qarşı etibarsızlıq meydana gəlməsinə səbəb ola bilərsiniz. Bu müvəffəqiyyətsizlik hissinin öhdəsindən gəlmək üçün atmanız lazım olan ilk addım bu düşüncənin varlığının fərqinə varmaq və ona inanmaq məcburiyyətində olmadığınızı görməkdir. Hər yeni fürsət yeni bir başlanğıc və keçmişdəki səhvlərdən dərs çıxarmaq üçün yeni bir şansdır.
3. Hər şeyi mükəmməl etməyə çalışmaq
Öz-özünüzün ən böyük tənqidçisinizsə, etdiyiniz heç bir şey öz yüksək standartlarınızı qarşılamaq üçün kifayət olmursa, deməli problem var. Hər şeyi mükəmməl etməyə çalışmaqla, siz bir çox işləri yarımçıq qoyacaq, hər şeydən bezəcək, tezliklə isə əlinizi hər şeydən soyutmuş olacasınız. Review of General Psychology yayımladığı bir məqalədə mükəmməlçi olan insanların despressiya və ifrat həyəcana, hətta intihara meylli olduqlarını bildirmişdi. Mükəmməlçilik həm düşüncələriniz, həm də bədəniniz üçün təhlükəli ola bilər. Mükəmməlçilərin özlərinə qarşı hörmətləri də şərtlərə görə dəyişkən ola bilər. Özlərini yalnız nəyisə mükəmməl etdiklərin zaman sevirlər. Başqasının mükəmməl ola biləcəyini düşünmədikləri üçün başqalarını sevmə ehtimalları da olduqca aşağıdır. Bu xüsusiyyətdən xilas olmaq üçün “olmalıdır” ilə bitən cümlələrdən və həyatda yalnız qara və ağın olduğunu düşünməkdən imtina etmək lazımdır. Özünüzə bəzi şeyləri sınamaq üçün şans verin. Səhvləri bir fəlakət olaraq görməkdən əl çəkin. Özünüzə vaxt verin. Etdiyiniz bir işə dəfələrlə nəzarət etməyin.
4. Peşmanlıq hissiylə yaşamaq
Peşmanlıq mənfi şüur və emosiya vəziyyətidir və əldə edilən pis nəticələrdən ötrü özünü günahlandırmağa, məğlub kimi hiss etməyə, etdiyiniz seçimlərdən imtina etməyə səbəb olur. Əgər vəziyyəti dəyişdirmək üçün fürsət varsa, peşmanlıq nə qədər ağrılı olsa da, bəzən faydalı nəticələr verə bilər. Əgər bir vərdişiniz varsa, bundan yaxa qurtarmaq üçün peşmanlıq hətta faydalı bir hiss də ola bilər. Lakin hər hansı bir şeyi dəyişdirmək imkanınız olmadığı vəziyyətlərdə peşmanlıq hiss etmək sizi zehni və fiziki olaraq məhv edə bilər. Bu cür peşmanlıq hissi bütün bədəninizin və beyninizin nəzarətini öz əlinə keçirə bilər. Peşmanlıqla mübarizə aparmaq üçün fikrinizi indiki zamanda cəmləyin və buna uyğun strategiyalar fikirləşin.
5. Özünü başqaları müqayisə etmək
Başqalarının həyatının sizə görünən tərəfləri hər zaman qat-qat fərqli olacaq. Özünüzdən yaxşı həyat yaşayanlarla öz həyatınızı müqayisə edərək ancaq daha da arxaya addımlaya bilərsiniz. Sizin müayisə aparmalı olduğunuz yeganə şəxs keçmişdəki özünüzsünüz. Bu müqayisə sizi ancaq irəliyə aparacaq və atdığınız addımları təhlil edərək, daha böyük nəticələr əldə etməyinizə kömək edəcək.
6. Başqalarını məmnun etmək
Başqalarını məmnun etməyə çalışmağın əsl səbəbi hər kəsin sizi sevməsini və sizinlə əlaqədar müsbət fikirlərə sahib olmasını istəməkdir. Bəlkə Narsistik və hissiyyat baxımdan sizi istismar edən valideynlərə sahib olmusunuz və ailə içində psixoloji olaraq ayaqda qala bilmək üçün uşaqlığınız onları məmnun etməklə keçib. Hətta beynin daha dərinliklərində başqalarının sizə hirslənməsini və ya sizə hirslənməsinin qarşısını almaq üçün onları məmnun etmə düşüncəsi də yata bilər. İnsanları məmnun etmək empatik sui-istifadədən başqa bir şey deyil. Halbuki insanın hər zaman başqa seçim şansıvar. “Olmalıdır” deyə bitən cümlələrdən sıyrılın. Başqalarını məmnun etmək üçün verdiyiniz səyin sizə nə qədər çətinlik törətdiyini anlayın. Sərhədlər qoyun və başqalarından gələn tələblərə xeyr deməyi öyrənin. Uzun müddət stressdən xilas olmaq üçün qısa müddətli narahatlıqları qəbul edin. Başqalarının ehtiyaclarıyla öz ehtiyaclarınlz arasında tarazlıq qurmağı və öz ehtiyaclarınıza prioritet verməyi öyrənin.
Ülviyyə Mütəllimova
|
['özgüvən', 'özünə inam', 'uğur psixologiyası']
|
702 |
https://kayzen.az/blog/avtomobil/21348/piyada-vurulubsa,-s%C3%BCr%C3%BCc%C3%BCn%C3%BC-n%C9%99-g%C3%B6zl%C9%99yir.html
|
Piyada vurulubsa, sürücünü nə gözləyir?
|
Apollon
|
Avtomobil dünyası
|
22 dekabr 2017, 13:51
|
Sürücü yol hərəkəti qaydasını pozduğu zaman düzgün yerdən keçməyən piyadanı vura bilər. Bu zaman piyadanın haradan keçməsi deyil, sürücünün avtomobili necə idarə etməsi önəmli olacaq. Və ola bilər ki, sürücü qaydanı pozmasın, piyada qəflətən qarşısına çıxsın (məsələn: sərxoş piyada) və hadisə baş versin. İstənilən halda bu vəziyyət diqqətlə araşdırılmalıdır.
Əgər piyada yolun nəzərdə tutulmayan yerindən keçirsə, həmin an avtomobil əyləcləyə bilməzsə (Aeroport şossesi, Zığ avtomagistralı, Buzovna-Bilgəh yolu və s), yol nahamar, qaranlıq olarsa, o zaman sürücüyə ittiham irəli sürülməz. Yetər ki. sürücü də qaydalara əməl etsin: Sürəti icazə verilmiş həddə olsun. Sutkanın qaranlıq və yağışlı vaxtında hərəkət sürətini buna uyğun nizamlasın. İşıqları, əyləc sistemi normal vəziyyətdə çalışsın. Bu zaman sürücünün ən etibarlı şahidi avtomobildə quraşdırılmış videoqeydiyyatçısı olacaq. Görüntüyə baxdıqda, sürücünün hərəkəti, piyadanın trayektoriyası daha aydın görünəcək və bu sürücünün bəraət almasına imkan yaradacaq.
Lakin, sürücü unutmamalıdır ki, o yüksək risk qrupuna aid olan texnikanı idarə edir. Avtomobil idarə edilməsi vətəndaş məsuliyyəti yaradır. Həmçinin avtomobilin vaxtlı-vaxtında texniki baxışdan keçirməklə, bu cür hallar zamanı avtomobili istismar qaydasını pozmadan idarə etdiyinizi göstərəcək və daha yüngül cəza ilə qurtula biləcəksiniz
Ancaq, praktikada nələr tədbiq edilir:
Maddə 263. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma
263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda —
iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda —
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [510]
263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda —
beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «digər mexaniki nəqliyyat vasitəsi» dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.
Maddəni oxuyub həyacan təri sizi basmasın. Əsas məsələ sizin ehtiyyatlı olmağınız və avtomobilinizdə videoqeydiyyatçının olmasıdır. Hadisə baş verdiyi yerdə kamera yoxdursa, hadisənin səbəbkarı olmasanız belə, hər şey əksinizə işləyəcək. Ona görə videoregistratorunuz olsun. Mövsümi təkərləriniz yoxdur və əyləc sistemi nasazdırsa, yenə günahkar olacaqsınız. Çünki, avtomobili düzgün istismar etməmisiniz. İnanın mənə, həmin piyadanın haradan keçməsi deyil, sizin avtomobili necə idarə etməyiniz önəmli olacaq.
İndi isə sual yarana bilər ki, “bəs piyada qayda pozur və mənim avtomobilimə zərər dəyir. Ona heç nə düşmür?” Niyə düşmür ki?
Maddə 267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma
267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda —
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hətta siz həmin piyadadan avtomobilinizə dəymiş ziyanın ödənilməsini belə tələb edə bilərsiniz.
Bəs hadisə baş verirsə, nə etməli?
Bu stereotiplərdən qurtulun: “Heç nəyə xeyir yoxdur”. “Rüşvət verib müddəti azaldım”. “Vəssəlam, getdim həbsxanaya”. Cəza sürücünün günahı tam sübut edildikdən sonra verilir.
Piyada vurulmasından sonra, atacağınız addımlar sizi xilas edə bilər:
— İlkin tibbi yardım və təcili yardım çağırılması.
— Hadisə baş verdiyi yerin qeydə alınması, hadisə şahidlərinin müəyyən edilməsi, onların ad,soyad və telefon nömrələrinin götürülməsi (şahidlərinizdir. Məhkəmədə lazım olacaq)
— Ərazidə təhlükəsiz şəhər kamerası, bank və ya digər kameralar varsa, onların görüntüsünün işə əlavə edilməsi ilə bağlı vəsadət qaldırılması.
— Görüntülərin silinməməsi üçün cəld tərpənmək lazımdır.
— Videoqeydiyyatçınız varsa, dərhal görüntünün bir neçə surətinin çıxardılması.
— Tərtib edilmiş akt, hadisə sxemi və protokolu oxumadan imzalanmaması.
Ən əsası yola çıxan zaman, hava şəraitini, sürət həddini nəzərə alın. Yoxsa, sizi çətin bir bəraət yolu gözləyir.
|
['yol hərəkəti qaydaları', 'sürücü', 'sürücünün vəzifələri', 'piyada', 'yol-nəqliyyat hadisəsi']
|
703 |
https://kayzen.az/blog/sidik-ifrazat/21374/s%C3%BCz%C9%99n%C9%99k-yaxud-triplit.html
|
Süzənək yaxud triplit
|
Apollon
|
Sidik-cinsiyyət sistemi
|
22 dekabr 2017, 13:50
|
Cinsi yolla yoluxan və ən çox yayılan xəstəliklərdən (cyyx) biri də qonoreyadır. Bir sıra hallarda xəstə anadan doğuş zamanı dölə, xəstə insanın çirklənmiş hamam-tualet dəsti, paltarları, tibbi alətlər vasitəsilə də sağlam insanlara yoluxan bu xəstəlik çox müxtəlif adlarla (süzənək yaxud triplit) tanınır. Geniş sürətlə yayılması və kifayət qədər ciddi fəsadlara yol açması ilə kişi və qadın sonsuzluğunun səbəbləri arasında çox böyük çəkiyə malikdir. Qonoreyanın törədicisi neysseriya qonorreya adlanan bakteriyadır.
Qonoreyaya daha çox kim yoluxur?
Risk qrupuna reproduktiv yaşda olan tez-tez cinsi partnyorunu dəyişən, daha çox tüfeyli, əxlaqsız həyat tərzi keçirən aktiv cinsi həyat yaşayan savadsız insanlar- fahişələr, narkomanlar, cinsi gigiyenaya əməl etməyən insanlar daxildir. İnfeksiya mənbəyi əksər hallarda özündə xəstəliyin əlamətlərini hiss etməyən və qonoreya xəstəsi olduğunu bilmədən sağlam insanlarla cinsi əlaqədə olanlardır. Qonoreyalı xəstələrin 80%-ə qədəri 20-30 yaşlı, aktiv cinsi həyat yaşayan, cinsi partnyorlarını tez-tez dəyişən insanlardır. Məlum olmuşdur ki, bir dəfə cinsi əlaqədə olmaqla qonoreyalı qadından kişinin yoluxma riski 20-25 %, əksinə qonoreyalı kişidən qadının yoluxma riski təqribən 80%-dir. CYYX-in yoluxma yolu ümumi olduğundan 45-60%-ə qədər hallarda qonoreya digər cyyx-lə yanaşı olaraq aşkarlanır,daha çox isə xlamidiya (urogenital xlamidioz) ilə. Ona görə də qonoreyadan sonrakı uretritlərin səbəbi 80%-ə qədər hallarda xlamidiya olur. Uretrit sidik kanalının iltihabıdır.
Kliniki olaraq qonoreyanın üç forması ayırd edilir
1. Yeni yoluxmuş qonoreya (yoluxma anından keçən müddət iki aydan artıq olmadıqda.
2. Xroniki qonoreya (orqanizmdə olduğu müddət iki aydan artıq olduqda)
3. Latent forma yaxud qonoreya daşıyıcılığı. Qonoreyanın törədiciləri sidik-cinnsiyyət yollarında yaşamasına baxmayaraq insanda xəstəlik şəklində təzahür etmədiyi hal). Epidemioloji cəhətdən ən təhlükəli olan da məhz bunlardır. Kişilərdə 10%-ə qədər hallarda gizli, əlamətsiz keçməsi müşahidə edilir.
Kişilərdə əlamətləri
Qonorreyanın əsas klinik əlaməti sidik kanalından irinli sarı- yaşılımtıl axıntının olmasıdır. Qonoreyanın əlaməti cinsi əlaqədən 1-15 gün ərzində, daha çox hallarda isə 1-2 gün sonra, hətta bəzən 12 saat sonra yaranır. Bu əlamətlər sidik kanalından irinli axıntının gəlməsi,, qaşınma, yandırma, cinsi orqan başının ağrılı olması, sidik kanalının xarici dəliyinin qızarması şişkinləşməsi, iltihablaşması hərdən isə sidik ifrazının axırında cüzi qan qarışıgı, temperaturun yüksəlməsi ilə da özünü göstərir. Belə kəskin başlayan qonoreya müalicəyə nisbətən asan tabe olur. Lakin müalicəyə nisbətən gec başlanarsa prostatit, epididimit (xaya artımının iltihablaşaraq şişməsi, kəskin ağrılı olması, ümumi halsızlıq, temperaturla müşaiyət olunan halı), orxitlə (xayanın iltihablaşaraq şişməsi, kəskin ağrılı olması, ümumi halsızlıq, temperaturla müşaiyət olunan halı) ağırlaşması ola bilir.
Çox zəif əlamətlərlə müşahidə olunan qonoreya daha çətin müalicə olunması və sağaldıqdan sonra isə bir sıra hallarda sidik kanalında daralmalar ilə xarakterizə olunur. Belə daralmalar isə xəstələrin həm normal sidik ifrazına mane olur, həm də cinsi əlaqə zamanı diskomfort yaradır, toxumun xaric olmasına mane olur, sonsuzluqla nəticələnə bilir. Daralmalar sidik ifrazına, cinsi orqanın bərkiməsinə (ereeksiya), toxumun xaric olmasına mane olarsa cərrahi müdaxilə aparılır.
Qadınlarda əlamətləri
Əksər hallarda qadınlarda ya tamamilə əlamətsiz keçir, yaxud az nəzərə çarpan və diqqəti çox çəkməyən əlamətlərlə, sidik ifrazınin hərdən yandırma və cüzi ağrılı olması, az hallarda qaşınma, qarının aşagısında zəif ağrılarla müşaiyət olunur. Lakin 10-20%-ə qədər hallarda qadınlarda da aşkar əlamətlər verir və irinli axıntı yaranır. Diaqnoz qoyulması üçün kişidə mütləq sidik kanalından, qadında isə uşaqlıq yolundan yaxma və digər müayinələr üçün sıyrıntı gütürülür.
Müalicəsi
Müalicə taktikası xəstəliyiniyin klinik formasından, əlamətlərindən, yanaşı olaraq cinsi yolla yoluxan bir və ya bir neçə xəstəliyin olmasından, bakterioloji müayinənin nəticələrindən, xəstənin yaşından, cinsindən asılı olaraq dəyişir. Müalicənin ümumi prinsipi isə eynidir. Xəstəliyin törədicilərinə öldürücü təsir göstərən antibiotik dərman preparatları.
Ağırlaşmaları
Qonoreyanın çox tez-tez rast gəlinən ağırlaşmalarından biri xayanın və xaya artımlarının kəskin iltihabıdır. Xaya və xaya artımının kəskin iltihabı müvafiq olaraq orxit və epididimit adlanır. Orxit və epididimit zamanı xaya və xaya artımı şişir, ölçüsü bir neçə dəfə böyüyə bilir, kəskin ağrılı olur, bədən temperaturu yüksəlir. Təcili olaraq belə xəstələr uroloq-androloqa müraciət etməli və təcili olaraq xəstəxanaya yerləşdirilməlidirlər. Onların müalicəsi xəstəxana şəraitində, pastel rejimində aparılmalıdır. Orxit və epididimitdən sonra əksər hallarda xayanın həcmi kicilir, funksional aktivliyi azalır. Xayanın funksional aktivliyi dedikdə əsasən spermyaranma prosesi nəzərdə tutulur. Əgər orxit yaxud epididimit ikitərəfli olarsa sonsuzluq riski çox böyükdür.
Profilaktikası
Təsadüfi cinsi əlaqə zamanı qoruyucudan istifadə etmək, xəstə insanın yaxud xəstəliyə şübhə olan insanın hamam-tualet dəstindən və digər şəxsi gigiyena vasitələrindən istifadə etməmək.
Ziyad Əliyev
həkim uroloq-androloq
|
['sidik-cinsiyyət sistemi', 'sidik-cinsiyyət sistemi xəstəlikləri', 'süzənək', 'triplit']
|
704 |
https://kayzen.az/blog/pediatriya/21267/disleksiya.html
|
Disleksiya
|
Apollon
|
Pediatriya
|
20 dekabr 2017, 13:43
|
İnsan dünyaya gəldiyi andan etibarən yaşamının hər anına uyğun müəyyən fəaliyyətləri yerinə yetirir; iməkləyir, yeriyir, danışır,oyun oynayır,məktəbə gedir və s. Bütün bunlar hər bir ata və ananın öz övladlarından gözlədiyi normal fəaliyyətlərdir. Lakin bəzi uşaqlarda bu adi hesab etdiyimiz fəaliyyətlərin yerinə yetirilməsi daha gec bir zamanda baş verir. Bu da onlarda Disleksiya adlanan öyrənmə pozuntusunun olduğunu göstərir. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərən bir öyrənmə pozuntusudur.
Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır.
Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər.Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir.
İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər.
Disleksiya anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü aşağıdakı əlamətlərlə göstərir:
Danışmada gecikməYeni sözləri gec öyrənməHərəkət və koordinasiya pozuqluğuİstiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (bugün, sabah, əvvəl,sonra) anlayışlarında çətinliklərDanışarkən düzgün sözlərdən istifadə etməmək
Bəzən valideynlər bu əlamətləri normal hal kimi dəyərləndirir və uşaqlarında heç bir problem olmadığını bildirirlər. Lakin uşaqlar məktəbə başladıqdan sonra bu saydığımız əlamətlərin daha kəskin formaları özünü göstərir.
Məktəb dönəmi görülən əlamətlər:
Hərfləri öyrənmədə çətinlikSözləri hecalamada çətinlikSözləri və obyektlərin adını xatırlamada çətinlikYazıları oxumada çətinlikOxşar səsləri və hərfləri fərqləndirə bilməməkOxuyarkən sözləri, sətirləri buraxmaqYazı yazmada çətinlik (52 əvəzinə 25, kitab əvəzinə batik yazmaq və s.)Sözlərin düzgün mənalarını bilməməkYazı yazmağı və oxumağı bacarsalar belə, yazıda çoxlu imla səhvləri buraxmaq və çox gec oxumaq
İnsanların bir qismi disleksiyanın xəstəlik olduğunu digər bir qismi isə bunu zəka səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Lakin bunların heç biri doğru deyil. Hətta zəka səviyyəsi yüksək olan bir çox məşhurlar da belə disleksiya mövcud olub. Məsələn; Walt Disney, Albert Einstein, Tom Cruz, Bill Gates,Leonardo Da Vinci, Rodin,Harry Belafonte və s.
Disleksiyanın xüsusi bir müalicə üsulu yoxdur. Ancaq aşağıdakı ünsürlər onların müalicəsində böyük rol oynayır:
Doğru qidalanmaAilədə və cəmiyyətdə ona qoyulan düzgün münasibətÖzəl dərslər (burada onun öyrənmə qabiliyyətinin artması üçün daha maraqlı və əyləncəli öyrənmə metodlarından istifadə edilir)Disleksiyanın erkən yaşlarda diaqnozu çox vacibdir. Bu halda o məktəbə qədər olan müddətdə müəyyən dərəcədə inkişaf etmiş olar və artıq məktəb zamanı özyaşıdlarından geri qalmaz, həmçinində məktəb fobiyası yaranmaz.
Görülən bütün problemlərlə yanaşı disleksiyalı fərdlərin bir ya da bir neçə sahədə üstün qabiliyyətləri ola bilər. Onların incəsənət, fərdi idman, texnologiya, mexaniki, vizual-fəza sahələrində qabiliyyətləri araşdırılmalıdır. Bu sahələrin fərq edilməsi həyatlarının planlaşdırılması baxımından böyük əhəmiyyət daşımaqdadır. Həmçinin müvəffəqiyyət duyğusu yaşaması və mənlik hörmətinin artması baxımından da əhəmiyyətlidir.
|
['disleksiya']
|
705 |
https://kayzen.az/blog/psixologiya/21268/g%C3%BCv%C9%99n-verm%C9%99yin-19-yolu.html
|
Güvən verməyin 19 yolu
|
Apollon
|
Psixologiya
|
19 dekabr 2017, 13:13
|
1. Duruşunuz dik olsun: Duruşunuz dik olsa, «Həyatdan qorxmuram və həyatı qucaqlayıram” demiş olarsınız. Ralph Waldo Emersonun bir sözünü xatırlayaq: „Nə olduğunuz o qədər yüksək səslə danışır ki, nə dediyinizi eşidə bilmirəm.”
2. İmkanlarınızın əl verdiyi ölçüdə xarici görünüşünüzü yaxşılaşdırın: Görünüşünüz həm sizə, həm də başqalarına çox güclü mesajlar yollayar. Çəkiniz artıqdırsa, çəkinizdən qurtulduğunuz zaman özünüzü daha yaxşı hiss edəcəksiniz. Qəşəng geyinin. Büdcənizi aşın demirəm, amma geyiminizə diqqət edin. Sərfəli şərtlərdə də qeşəng geyinə bilərsiniz. Bunun necə olacağı barəsində əmin deyilsinizsə, tövsiyyələr ala bilərsiniz.
Görünüşünüzü yaxşılaşdırmağınız, həm sizin özünüzə, həm də başqalarının sizə olan baxışının müsbət yöndə dəyişməsini təmin edəcəkdir. Qəşəng bir paltar geyinəndə (çox uyğun bir qiymətlə bir araya gətirdiyim), yansımasını düşüncələrimdə, davranışlarımda və insanların mənə olan reaksiyalarında açıq bir şəkildə görə bilirəm. Adi geyindiyiniz bir günlə, olduqca qəşəng geyindiyiniz gün küçəyə çıxanda insanların sizə olan reaksiyalarını özünüz dəyərləndirin. Alış-verişdə, bankda işinizi həll edərkən, və ya bir şey içmək üçün hardasa oturanda insanların sizə yanaşmaları fərqli olacaqdır.
3. Diqqətinizi öz üzərinizdən çəkin: İnsan əlaqələrində çətinlik yaşamağımızın ən önəmli səbəblərindən biri, diqqətimizi öz üzərimizdə saxlamağımızdır. Özümüzə fokuslanırıq. Utancaqlıq, davamlı olaraq özümüzə diqqət etməyimizdən və başqalarının da hər an bizə diqqət edib bizi mühakimə etdikləri düşüncəsindən qaynaqlanır. “Görəsən, qarşımdakı insan mənim haqqımda nə düşünür?” deyə davamlı olaraq bir narahatlıq yaşayarıq. Bu şəkildə necə rahatlayıb özümüz ola bilərikki? Həyatın dadına necə baxa bilərik? Evdən bayıra çıxdığımız anda gərilməyə başlayarıq. Diqqətinizi öz üzərinizdən atıb başqalarına verin. Özünü rahat buraxmasan, hər an rədd edilmə qorxusu ilə yaşayarsan. Əlbəttə, axşam özünü pis hiss edərsən.
Qırxayaq necə yeridiyinə diqqət etdiyi zaman yeriyə bilməyibmiş. Sən də atdığın hər addımı ölçsən, eninə uzununa düşünsən, təbiiliyini yox edərsən. Yeriyə biləcəyin kimi yeriyə bilməzsən. Ondan sonra da davamlı olaraq, „Niyə elə elədim, niyə belə elədim… niyə onu söylədim, niyə bunu söyləmədim?” deyərsən. Dünyanı özünə zəhər edərsən. Özün olmağın özgürlüyünü və xəfifliyini yaşa! Bəzi kitablarda, yerimə sürətinizi artırın, deyir. Daha da yaxşısı, gedəcək bir yeriniz və etməli olduğunuz işlər olsun. Hədəfləriniz varsa və bunun uğunda çalışırsınızsa, onsuz da özünüzü düşünməyə vaxtınız qalmaz. Özünüzlə uğraşmazsınız. Yəni təbiiliyinizi qazanarsınız və bunun sayəsində gerçək mənliyinizi ortaya tökə bilərsiniz.
4. Etməyiniz lazım olan şeyləri edin: Bir şeyi etməyiniz lazımdır və ona laqeyd yanaşırsınızsa, özünüzə duyduğunuz güvəni və sayğını zədələyərsiniz.
5. Hədəflər təyin edin və gündəlik irəliləmələr yazın: Hara getdiyinizi bilin. İnsana daha çox güvən verə biləcək çox az şey vardır.
6. Söz alın: Düşüncələrinizi söyləməkdən; sinifdə, bir toplantıda və ya bir qrupla birlikdəykən söz almaqdan çəkinməyin. Danışmadıqca, bir şeylər danışmaq mövzusundakı tərəddüdünüz artar. Avtobusda, benzin alarkən və ya sırada gözləyərkən insanlarla söhbət edin. Dünyanın ən ağıllı şeyini söyləmək məcburiyyətində hiss etməyin, özünüzü. Salam verin, havadan sudan danışın. Marketdə olarkən, liftdə olarkən insanlara bir şeylər söyləyin.
7. Rahatlayın: Sevgiyə açıq olun, həyatı içinizə çəkin.
8. Oxuyun: Ümumi dünyagörüşünüzü artırın. Futbol, paparazzi və popstar məsələlərinin xaricində danışacaq bir şeyləriniz olsun.
9. İdmanla məşğul olun: İdmanla məşğul olarkən ifraz olunan endorfin həm sizi gücləndirəcək, həm də rahatlaşdıracaq. İdman, sizə gərginliyi atmağınıza köməkçi olur, dinclik təmin edib güvən verir. İdmanın fiziki olduğu qədər, zehni və ruhi faydaları da vardır. Depressiya yaşayan insanlara həkim və psixoloqların ilk tövsiyəsi, hərəkət etmələri və ya idman etmələri istiqamətindədir.
10. Yerişiniz, özünüzə duyduğunuz güvəni göstərsin: “Özümlə qürur duyuram”deyən bir yerişiniz olsun. Özünüzlə qürur duymalısınız, çünki bir şeyləri dəyişdirmə cəsarətini göstərirsiniz. Bayırda və televiziyada, insanların yerişlərinə diqqət edin. Kimlər özləriylə qürur duyur?
11. Soyuqqanlı olun: Yaşadığınız ana fokuslanın. Keçmişdə də, gələcəkdə də yaşamayın. Zehininizi yavaşladıb dincliyinizi qoruyun.
12. Səs tonunuza diqqət edin: Səs tonunuz sizinlə əlaqədar əhəmiyyətli ipucları verir. Səsinizi yalnız siz eşidə bilirsiniz? Özünə güvənən insanların səsi daha yüksək çıxar.
13. Gülümsəyin: Amma bu gülümsəmə yalnız səthi mimikalarla olmasın. İçdən gülümsəyin, ruhunuz gülümsəsin.
14. Göz təması qurun: Özünə güvənməyən insanlar gözlərini qaçırarlar. Təbii ki bu, qarşımızdakı adama gözlərimizi heç ayırmadan baxmaq mənasını vermir. Yenə, bayırda və ya televiziyada izlədiyiniz proqramlarda, insanların göz təmaslarını müşahidə edə bilərsiniz. Özünü güvəndə hiss etməyəni və ya o anda rahat olmayanı fərq edə bilərsinizmi? Özünə güvənən və rahat olan adam, qarşısındakının gözlərinə necə və hansı sıxlıqda baxır?
15. İstər kişi olun istər qadın, möhkəm bir əl sıxmağınız olsun: Salamlaşarkən, yalnız əl uzadılmaz, qarşılıqlı mesaj mübadiləsi də həyata keçirilər. Əllə salamlaşarkən, sadəcə əlinizi uzatmağınız, qarşıya sizinlə əlaqədar qarışıq mesajlar yollayar. Qarşınızdakı adama, ‘Məndə həyat var!’ mesajını verin.
16. Sosial mühitlərdə olun, insanlarla tanış olun: Müxtəlif fəaliyyətlərə qatılın. Fərqli şeylər təcrübə edin. Sadəcə kiçik bir çevrədə yaşamayın.
17. Müsbət və özünə güvənən insanlarla dostluq edin: Mənfi təsirləndiyiniz dostlarınızla tez-tez görüşməyin. Davamlı olaraq ağlayıb sızıldayan duyğusal vampirlərdən qaçın.
18. Sevgi əlini öncə siz uzadın: Riskə girin. Böyük bir ehtimalla, qarşısınızdakı insan da özünü, sizin hiss etdiyi kimi hiss edir. Bunu bir neçə dəfə sınayıb müsbət reaksiya aldıqda insanlarla dialoqlarınızda özünüzü daha rahat hiss edəcəksiniz.
19. Enerji səviyyənizi artırın: Fizioloji olaraq özünüzü yaxşı hiss etdiyinizdə, özünüzə olan güvəniniz artacaq. Bunun üçün qidalanmanıza və yuxunuza diqqət etməlisiniz. İdman etməlisiniz, dərin nəfəs almalısınız. Yorğun, yuxusuz və ya özünüzü enerjili hiss etmədiyiniz zamanlarda özünüzə olan güvəninizin azalacağını bilin.
|
['güvən', 'güvənmək', 'güvən problemi', 'güvən vermək']
|
706 |
https://kayzen.az/blog/yazar/21292/turgenev-v%C9%99-tolstoyun-17-il-k%C3%BCs%C3%BCl%C3%BC-qalmalar%C4%B1n%C4%B1n-s%C9%99b%C9%99bi.html
|
Turgenev və Tolstoyun 17 il küsülü qalmalarının səbəbi
|
Apollon
|
Yazıçılar
|
19 dekabr 2017, 13:01
|
1861-ci ilin yazında “Atalar və oğullar” əsərini yazıb bitirən İvan Turgenev əsərinin ilk əlyazmasını oxuyub fikrini bildirmək üçün yaxın dostu Lev Tolstoya aparır. Tolstoyun yaşadığı malikanəyə gedən Turgenev əlyazmaları onun masasının üzərinə qoyub çıxır. Aradan bir müddət keçdikdən sonra otağa qayıdan yazıçı Tolstoyun yatdığını görür. O, bu məqamdan incik düşsə də, üzə vurmayıb evdən gedir.
Ertəsi gün Tolstoy və Turgenev şair Afanasi Fetin evində hazırlanan qonaqlığa gedirlər. Çay süfrəsi arxasında əyləşib söhbət etdikləri zaman Turgenev qızının ingilis dili müəlliməsini tərifləməyə başlayır. Müəllimənin onun qızına xeyirxahlıq təlqin etdiyini, ondan bəlli miqdarda pul ilə kasıblara yardım etmək istəməsini deyir. Daha sonra o, hətta müəllimənin Turgenevin qızından yoxsul insanların cırıq, köhnə paltarlarını tikməsini, yamamasını da xahiş etdiyini açıqlayır.
Turgenevin fəxrlə dediyi bu sözlər Tolstoyun xoşuna gəlmir. O, üzünü ona tərəf çevirib deyir:
– Sən də bütün bu dediklərini doğru hesab edirsən?
– Əlbəttə. Belə vəziyyətdə insan yoxsulluğun nə olduğunu daha yaxşı anlayar.
– Mən isə belə düşünmürəm. Yoxsulların murdar, mikroblu cındırlarını nəzakətli və tərbiyə görmüş bir qız niyə əlinə almalıdır? Mənə belə gəlir ki, bu səmimiyyəti olmayan fars teatrına bənzəyir.
Dostunun bu sözlərindən hiddətlənən Turgenev deyir:
– Lev Nikolayeviç, xahiş edirəm belə danışmayın. Siz indi demək istəyirsiniz ki, mən qızıma yaxşı tərbiyə verə bilmirəm?
Tolstoy isə cavabında deyir:
– Nə düşünürəmsə, onu da deyirəm. Məncə, sizin tərbiyə üsulunuzda çatışmamazlıqlar var.
Bu sözlərdən sonra Turgenev qəzəblə ayağa qalxıb deyir:
– Bu dəqiqə sizin sifətinizi yumruğumla əzişdirərəm.
O, Tolstoyun üstünə yerisə də heç nə etməyib otaqdan çıxır. Bir neçə dəqiqədən sonra isə otağa qayıdıb Fetin arvadından üzr istəyib gedir.
Hər iki yazıçının hikkəli olduğunu yaxşı bilən Fet Tolstoyu hirsinin yatması üçün qaynının qonşu kənddə yerləşən malikanəsinə göndərir. Tolstoy mənzil başına çatan kimi Turgenevə belə bir məktub yazır. “Fet və arvadının yanında mənə qarşı təhqiramiz hərəkət etdiyini çox güman ki, vicdanın sənə söyləyib. Elə isə səndən tələb edirəm ki, mənim üçün bir üzrxahlıq məktubu yaz və göndər. Əgər mənim bu tələbimi haqsız hesab edirsənsə, o zaman səni Bogoslov yaxınlığında gözləyəcəm”.
Turgenevdən heç bir cavab almayan Tolstoy elə həmin günü silah sifariş edərək Turgenevi duelə çağırır.
Əslində Turgenev Tolstoyun ilk məktubuna üzrxahlıq cavabı yazır. Lakin necə olursa, məktubu səhv ünvana yollayır. O, Tolstoydan duelə çağırış məktubu alanda isə ikinci məktubu yazır. “Möhtərəm Lev Tolstoy, hal-hazırda səbəblərini qeyd etmək istəmədiyim anlaşılmazlıq ucbatından sizinlə mübahisə etdim. Bu mübahisənin olmaması üçün sizin atdığınız silahın qəlpələrinə öz sinəmi sevinərək sipər edərdim. Bunun üçün sizə yazdığım birinci məktubda üzr istəmişəm.
Əgər lazım gəlirsə, sizdən bir daha üzr istəyirəm. Çox güman ki, həmin hadisədən və məktubdan sonra bizim dostluq münasibətlərimiz sona çatacaq. Çünki, belə hadisələrin tamamilə silinməsi və bərpası mümkün deyildir. Bunun üçün də məktubumun sizi razı salmasını ürəkdən arzu edirəm. Məktubdan istədiyiniz nəticəni çıxarıb məni xəbərdar edəcəyinizə də əminəm. Hörmətli qulunuz İvan Turgenev”.
Tolstoy məktubu oxuduqdan sonra Turgenevə belə bir cavab yazır “Məndən qorxduğun gün işığı kimi aydındır. Amma mən sənin kimi bir adamla heç bir əlaqəmin olmasını istəmirəm”.
Lakin iki aydan sonra Tolstoy öz gündəliyinə bu sözləri yazırdı. “Turgenevlə dəhşətli davamız oldu. O əsl alçaqdı. Ancaq hesab edirəm ki, bir müddət sonra onu bağışlamamağım mümkünsüz olacaq. Onun haqqında ədalətli olmalı və ona bir əhv məktubu da mən yazmalıyam”.
Ertəsi gün o, Turgenevə belə bir məktub yazır “Səni çətin vəziyyətə saldımsa, məni bağışla. Səninlə düşmən olmaq məni dəhşətli dərəcədə məyus edir”. Həmin ərəfədə Turgenev Parisdə olduğundan Tolstoyun məktubu ona üç aydan sonra çatır. Bu müddət ərzində Tolstoyun Turgenevin ona yazdığı barışıq məktubunu bütün şəhərə yayması haqqında dedi-qodular gəzib dolaşır. Turgenev bu məsələdən xəbərdar olanda çox kədərlənib, Tolstoya yazda Rusiyaya qayıdıb şərəfini təmizləyəcəyi barədə hiddətli cümlələrlə bol məktub yazır. Lakin onun bu hiddətinə qarşılıq olaraq Tolstoy yenə ondan bağışlanmasını tələb edir.
Aradan bir müddət keçir. Turgenev isə Tolstoya təhdid dolu məktublar yazmağa davam edir. Tolstoy isə öz növbəsində onu inandırmağa çalışır ki, onun özü haqqında eşitdikləri şaiyədən başqa bir şey deyil. Lakin bütün bu söz-söhbətlər səngimir. Hətta Afanasi Fetin barışıq cəhdləri də baş tutmur. Tolstoy onu Turgenevin tərəfini tutmaqda ittiham edir. Bu söz-söhbətin üstündən düz 17 il vaxt keçir. İki dost bir də 1878-ci ildə barışırlar. Həmin vaxt Tolstoy artıq “Hərb və sülh”, “Anna Karenina” əsərlərini yazıb bitirmiş böyük yazıçı idi. İlk olaraq o, Turgenevə barış və sevgi dolu bir məktub yazıb onunla görüşmək istədiyini bildirir. Turgenev isə ona qısa və yumşaq ifadələrlə cavab yazıb onun barışıq üçün uzanan əlini sıxdığını bildirir.
İki nəhəng yazıçının məktublaşmaları 1882-ci ilə qədər davam edir. Sonuncu məktub isə ölüm yatağında olan Turgenevdən gəlir.
“Əziz dost xeyli vaxdır ki, sənə heç nə yaza bilmirəm. Bu məktubu yazmağıma səbəb isə artq ölüm döşəyində olmağımdır. Vəziyyətim günü-gündən pisləşir. Yaxşı olacağımı düşünməyin özü belə çox yorucu və mənasızdı. Dostum, ölüm artıq yaxınlığımdadı. Həkimlər belə xəstəliyimə bir ad tapıb qoya bilmirlər. Yeriyə bilmirəm, yemək yemirəm, yuxum da artıq pozulub. Ey rus torpağının yetişdirdiyi böyük yazıçı, ricamı eşit. Bu məktub sənə çatan kimi yanıma gəl və icazə ver səni, uşaqlarını, xanımını qucaqlayıb bağrıma basım. Artıq yaza bilmirəm. Tükəndim”.
Tolstoy məkubu əldə edən kimi dostunu ziyarət etmək üçün Parisə yola düşməyə hazırlaşsa da aldığı xəbər onu dərindən sarsıdır. Avqust ayının 22-də Turgenev artıq dünyasını dəyişir.
Sonralar Turgenevin xatirəsi üçün hazırlanacaq tədbirdə Tolstoydan da çıxış etməsini istəmişdilər. Həmin tədbirdə çıxış etmək üçün Tolstoy Turgenevin bütün əsərlərini yenidən oxuyub hazırlaşır. Lakin həmin ərəfədə onun cəmiyyət və din haqqındakı fikirlərindən qorxan çar quruluşu tədbirdə Tolstoyun çıxışının qarşısını almaq üçün xatirə gecəsini ləğv edir.
Tərcümə: Samirə Əşrəf
|
['rus ədəbiyyatı', 'rus yazıçıları', 'Lev Tolstoy', 'İvan Turgenev', 'yazıçılar']
|
707 |
https://kayzen.az/blog/din/21359/dinl%C9%99rin-dill%C9%99ri.html
|
Dinlərin dilləri
|
Ferro
|
Din və teologiya
|
16 dekabr 2017, 22:11
|
Hər bir dinin təzahürü, bu və ya digər şəkildə (və miqyasda) təbliği və yayılması kifayət qədər mürəkkəb dil proseslərilə müşayiət olunmuşdur. Əlbəttə, dinin dili bizim «insanlar arasında ən mühüm ünsiyyət vasitəsi» kimi tanıdığımız adi dildən xeyli fərqlənir. Və əsas fərq də ondan ibarətdir ki, bu dil ali üslubi xarakteri (və strukturu) etibarilə fövqəladə (eyni zamanda heç bir polemikaya gəlməyən) müqəddəs metafizik izharın dili olub bir- biri ilə sıx bağlı zəngin simvolik- obrazlı mühakimələr sistemindən ibarətdir.
İlk dinlər, tamamilə təbiidir ki, ilk inkişaf etmiş dillərin formalaşdığı məkan (və zaman)larda meydana gəlmişdir. Bu isə o deməkdir ki, müqəddəs metafizik izhar üçün eyni səviyyədə mükəmməl dil materialı tələb olunur. Və dini təfəkkürün təcrübəsindən, yaxud ifadə sınağından bu və ya digər dərəcədə çıxmış dillər, heç şübhə yoxdur ki, dünyanın ən mükəmməl dilləri olmuşdur.
Qədim Şumer, hind, yunan, roman (latın), İran, Çin, yəhudi, ərəb, türk, slavyan… dilləri bəşər övladının Tanrı axtarışlarının doğurduğu təfəkkür enerjisinin təzahürləri olan elə ilahi ünsiyyət texnologiyaları (mətnlər) yaratmışdır ki, intellektual inkişafın bugünkü səviyyəsində belə, böyük heyrət doğurur. Heç də hər bir qədim xalq Tanrı axtarıcılığının məhsuldar (və kütləvi) dövründə, məsələn, «Bibliya», yaxud «Quran» kimi möhtəşəm kitablar yaratmamış, yaxud Konfutsi, Budda, Musa, İsa, Məhəmməd kimi dünyaya hər mənada harmoniya gətirmiş dühalar yetirməmişdir; lakin tarixdə elə bir xalq olmamışdır ki, Tanrı ilə ünsiyyətə, onunla dil tapmağa cəhd etməsin. Və bu cəhdlər hər bir xalqın şifahi mifoloji mətnlərində, nağıllarında, dastanlarında, dualarında, alqış və qarğışlarında, ümumiyyətlə, «ibtidai din»in hər bir təzahüründə mövcuddur.
Dil dini təfəkkürün — «izhar»ın ifadəsi kimi, əlbəttə, özünün ən yüksək səviyyəsinə yüksəlmiş olur ki, bunu dünyanın bütün böyük şairləri, yazıçıları, mütəfəkkirləri etiraf etmiş, onların ən nəhəngləri məhz dini (ilahi!) mətnləri yaradıcılıq uğurları üçün örnək almışlar.
Bu da bir həqiqətdir ki, həm Şərqdə, həm də Qərbdə — həm müsəlman, həm də xristian İntibahının görkəmli nümayəndələri dünyanın o dillərini öyrənməyə xüsusi ehtiyac duymuşlar ki, həmin dillərdə məhz ilahi izharın mükəmməl mətnləri (və həmin mətnlərdə heç bir müzakirəyə gəlməyən universal, transmilli «bilik»lər!) əks olunmuşdur.
Qədim Şumer mətnlərində, eləcə də «Gilqamış» və ya «Bilqamıs» kimi tanınan dastanda dini motivlər kifayət qədər zəngin olsa da, bunlar «ilahi izhar», mükəmməl teoloji mətn səviyyəsinə yüksəlməyib, yalnız mifoloji təəssüratlarla məhdudlaşdığına görə tarixin fövqünə qalxa bilməmişdir. Odur ki, müasir elmdə çox populyar olan «tarix Şumerdən başlayır» (N.Kramer) təsəvvürü bu məsələdə özünü o qədər də doğrultmur. Lakin sonrakı dövrlərin dini mətnlərinə bir sıra süjet, obraz və motivlərin e.ə. V- III minilliklərə aid Şumer (Mesopotamiya) kitabələrindən (və genotipologiyası ilə yanaşı, taleyi də mübahisəli olan Şumer dilindən) gəldiyi ciddi şübhə doğurmur.
Qədim hind dili (və müasir hind- Avropa dillərinin klassik ədəbi əcdadı) olan sanskritdə təzahür etmiş induizm dünyanın bizə məlum olan ən qədim dinlərindən biri, hətta demək olar ki, birincisidir. Bu dinin əsas ideologiyalarının, kanonlarının yazılı mənbələri kimi «Veda»lar (sanskritcə «Bilik»lər) çıxış edir ki, onların e.ə. III- II minilliklərə aid olduğu güman edilir. Sonralar yazıya alınmış «Veda»lar yeni dövrdən dünyanın müxtəlif dillərinə tərcümə olunsa da, induizm ibadətləri məhz sanskritdə aparılır.
Qədim hind eposları «Mahabharata» (e.ə. IV əsr — b.e. IV əsri) və «Ramayana» (e.ə. II əsr — b.e. II əsri) da sanskritcədir.
Məhz dini mətnlərin, eləcə də ideya- məzmunca dini dünyagörüşü (induizm) ilə sıx bağlı olan eposların sayəsində özünün ən yüksək ifadə səviyyəsinə yüksəlmiş sanskrit XIX əsrin əvvəllərindən etibarən müqayisəli- tarixi dilçiliyin olduqca məhsuldar bir tədqiqat metodu (və elm!) kimi meydana çıxıb məşhurlaşmasında elə dəyərli mənbə- obyekt oldu ki, onsuz hind- Avropa dillərinin geneoloji şəcərəsini bu mükəmməlikdə «tərtib etmək» mümkün deyildi.
Və onu da qeyd eləmək lazımdır ki, qədim dünya dilçiliyi ədəbi (və müqəddəs) dil olan sanskriti xalq danışıq dillərinin qeyri- ədəbi təsirindən qorumaq məqsədilə meydana çıxmışdı.
Qədim Hindistanda sanskritlə yanaşı, eyni mənşəli xalq danışıq dilləri prakrit və pali də mövcud idi.
Buddizmin dili pali olmuş, lakin geniş yayıldıqca induizmlə ideoloji kontaktlar nəticəsində sanskrit dilinə məxsus bir sıra dini terminləri də qəbul etmişdir.
E.ə. I minillyin ortalarında Hindistanın şimalında meydana çıxan buddizm çox keçmədən həm bütün ölkəyə yayılır, həm də onun hüdudlarını aşıb Mərkəzi Asiya, Sibir, Çin, Tibet, Yaponiya, Koreya, İndoneziya kimi uzaq məmləkətlərdə məşhurlaşır. İnduizmdən fərqli olaraq buddizmin pali dilindəki əvvəl şifahi, sonra isə yazılı mətnləri məşhurlaşdığı məmləkətlərdə müxtəlif dillərə — Çin, Tibet, türk, yapon, Koreya, İndoneziya dillərinə tərcümə edilir. Hətta bu özünü buddaların (tanrıların) adında da göstərir: məsələn, ən məşhur buddalardan Avalokiteşvara Tibetdə Çenreziq, Çində Quan-in, Yaponiyada isə Kannon olurlar.
Qədim dövrlərdən başlayaraq Çində geniş yayılan üç əsas din — konfutsilik,buddizm və daosizm Çin dilinin inkişafına əhəmiyyətli təsir göstərdiyi kimi, bu gün də göstərməkdədir. Konfutsinin (Kun Fu — Szının — e.ə.551- 479) tərtib etdiyi «Lun- yuy» («Söhbətlər») kitabı, buddizm kanonlarının Çin dilinə tərcümələri, daosizmin (taoizmin) banisi sayılan əfsanəvi müdrik Lao- Szıya aid edilən (və ilk Orta əsrlərdə xüsusi nüfuz qazanıb geniş yayılan) «Dao de szin» ("Üsullar və onların gücü barədə kitab") və eləcə də digər çoxsaylı dini mənbələr eyni zamanda Çin dilinin elə bir tarixi (və müasir!) sərvətidir ki, yüz illər boyu şərh (və sərf) edilsələr də, öz sirlərini heç zaman sona qədər açmamışlar.
Dini mətnlər və ya başqa sözlə dinlərin dilləri yalnız yazılı şəkildə deyil, şifahi formada da yayılır. Məsələn, Qərbi Afrika (ən çox Nigeriya) mənşəli yoruba dini özünün ən müxtəlif təzahürlərində XVII əsrdən etibarən Amerikada (xüsusilə Braziliyada, Kubada) oraya aparılan qullar — ucuz işçi qüvvəsi vasitəsilə məhz şifahi formada böyük miqyas almışdır. İnananlarının (və ibadət edənlərinin) ümumi sayı on milyonlarla hesablanan yoruba bu günə qədər yazıya ehtiyac hiss etməmişdir.
Halbuki iudaizm e.ə. 586- cı ildə Yerusəlim məbədi dağılandan sonra diqqəti yəhudi Bibliyası mətnlərinin oxunub şərh edilməsinə verməli olduğuna görə ənənəvi olaraq yazı ilə bilavasitə bağlıdır.
Yəhudi Bibliyasına — Tövrata (yəhudilər onu «TaNaX» adlandırırlar) Musadan — Moiseydən qalan beş kitabla yanaşı, eramızın ilk əsrlərinə aid «Talmud»lar, hətta onların şərhləri daxildir ki, bu şərhlərdə yəhudi xarakterindən irəli gələn «polemizm» olduqca güclüdür. Və məşhur yəhudi atalar sözündə təsadüfən deyilmir ki, «yəhudilərin hətta mübahisələri də Tövratdır».
Ümumiyyətlə, şifahi dillə yazılı dilin bu qədər yaxın olması, yazılı nitqdən şifahi nitqə və əksinə, bu qədər rahat keçilməsi iudaizmin «dil fəlsəfəsi»ni digər dinlərdən xeyli dərəcədə fərqləndirir. Yazıya canlılıq verdiyi kimi, şifahi nitqi də kanonlaşdıraraq, artıq (əhəmiyyətsiz) təfərrüat və ya təfsilata imkan vermir. Və bu gün yəhudilər «TaNaX»ın yazılı Tövratı qədər də Talmudun iudaizm yaddaşının şedevri sayılan şifahi Tövratına əsaslanırlar.
Qədim yəhudi dilinin (ivritin) iki min beş yüz il ərzində dünyanın müxtəlif coğrafiyalarına dağılmağa məcbur olmuş yəhudilərin etnik-mənəvi birliyinin qorunub saxlanmasında rolu iudaizm qədər önəmli olmuşdur. Odur ki, müasir dövrdə bir sıra reformist iudaizm ideoloqlarının yəhudilərin dünyaya inteqrasiyasını təmin etmək məqsədilə ibadətlərin onların yaşadıqları ölkələrin dilində aparılması təklifləri ciddi etirazla qarşılanır.
Məlumdur ki, xristianlığın əsasları iudaizmdən gəlir. Və yunanca olan ilk xristian mətnləri yəhudəcədən (ivritdən) «tərcümə» və ya təbdil olaraq meydana çıxmışdır. Yunanların xristianlığı qəbul etməsilə Bibliya Homerin, Sokratın, Platonun, Aristotelin… dilində danışmağa başlamışdır…
XIII əsrdə «latın»larla «yunan»ların kilsə siyasəti ilə bağlı mübahisələri xristianlığın iki qola — katoliklərlə pravoslavlara ayrılmasına gətirib çıxardı… Pravoslavlar «Bibliya»nın yunanca katoliklər isə latınca mətnini əsas alsalar da, xristianlıq bu dini qəbul edəcək xalqların dillərinin inkişafına təkan verən çox əhəmiyyətli bir ənənənin əsasını qoydu: müqəddəs mətnlər müxtəlif dillərə tərcümə olunmağa başladı.
«Bibliya»nın son səhifələrində aydın şəkildə göstərilir ki, İsus Xristosun bilavasitə şagirdləri — apostol və ya həvariləri onun göylərə çəkilməsindən sonra xristianlığı yaymaq üçün dünyanın müxtəlif ölkələrinə ilk missioner səfərlərinə çıxdılar. Və istər bu, istərsə də sonrakı səfərlərdə xristianlığın təbliği yerli xalqlara (və dillərə) xüsusi diqqətlə, həssaslıqla yanaşılmasını tələb edirdi.
İslam dini dünyaya VII əsrdə gəlmiş, özü ilə ərəb dilini o zamana qədər görünməmiş bir səviyyəyə yüksəltmişdir. Və «Quran»ın dili həm müxtəlif ərəb dialektlərində danışan ərəblər arasında ədəbi dil olaraq möhkəmlənmiş, həm də xüsusilə bütün Orta əsrlər boyu türklər və farsların, sözün geniş mənasında, elm dili olmuşdur.
Müsəlman xalqlarının yalnız ərəbcə ibadət etməsi, «Quran»ın başqa dillərə rəsmi tərcüməsinin yasaqlanması nəticəsində digər (ərəb olmayan) xalqların dillərinə külli miqdarda ərəb sözləri, dini, fəlsəfi, elmi, ədəbi və s. terminlər keçmişdir. Və ərəb dilini bilməyən müsəlmanlar «Quran»ın əsas surə və ya ayələrini əzbərləməklə, tərcümə- şərhlər əsasında mahiyyətini anlamaqla kifayətlənmişlər.
Mütləq əksəriyyəti İslamı qəbul edən türklərin o vaxta qədərki müstəqil Tanrı axtarışlarının tarixi çox qədimlərdən başlasa (bunu sübut edən kifayət qədər zəngin mifoloji mətnlər bu günə qədər müxtəlif yazılı mənbələrdə, eləcə də şifahi olaraq qorunub saxlanmışdır) da, tanrıçılığın türklər arasında aparıcı dini dünyagörüşü kimi rəsmi mövqe tutması V- X əsrlərə aiddir. Tonikuk, Kül tiqin, Bilgə xaqan kitabələri Göy türklərin tanrıçılıq inamlarının bütöv bir sistem təşkil etdiyini, cəmiyyətin xüsusilə yuxarı təbəqəsinin dünyagörüşünə çevrildiyini, dövlət idarəçiliyində mühüm ideoloji rol oynadığını göstərir. Və türk inanır ki:
"Üze Kök Tenqri, asra yağız Yir kılındıkda ekin ara kisi oğlu kılınmıs…"
Türk tanrıçılığı türklər arasında məhz türkcə zühur edir. Və tanrıçılıq o dərəcədə mükəmməl terminologiya ilə təmsil olunur ki, X əsrdə İslamı qəbul eləyən türklər İslam dini anlayışlarını ərəbcə deyil, tamamilə türkcə ifadə etmək üçün heç bir çətinliklə qarşılaşmırlar. Və təsadüfi deyil ki, Yusif Balasaqunlunun «Kutadqu bilik» əsərində (XI əsr) ərəbcədən alınmalara, demək olar ki, rast gəlinmir.
Müxtəlif mənşəli dünya dinlərini — buddizm, iudaizm, xristianlıq və İslamı qəbul etmiş türklər həmin dinlərin müqəddəs mətnlərini türkcəyə tərcümə etməyə həmişə böyük maraq göstərmişlər.
Beləliklə, dillərin tarixində dinlərin rolu təsəvvür edildiyindən daha miqyaslı, daha kütləvi və daha ardıcıl olmuşdur. Və odur ki, din yaradan dillərin xüsusi tarixi statusu vardır… Ona görə də bu dillərdə meydana çıxmış dünyaca məşhur müqəddəs kitabların Azərbaycan dilinə peşəkar tərcümələrinin nə qədər əhəmiyyətli olduğunu sübut etməyə ehtiyac yəqin ki, yoxdur.
Müəllif:Nizami Cəfərov, filologiya elmləri doktoru
|
['din', 'linqvistika', 'Linqvistik araşdırma']
|
708 |
https://kayzen.az/blog/psixologiya/21262/dismorfofobiya.html
|
Dismorfofobiya
|
Apollon
|
Psixologiya
|
16 dekabr 2017, 13:46
|
Dismorfofobiya insanın öz bədən quruluşundakı çatışmazlıqları kompleks etməsi və kompleksin onun normal həyatına təsir etməsidir.
Dismorfofobiyanın yeniyetməlik dövründə meydana çıxması insanlarda sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanırlar və bu onların psixikalarında çatışmazlıqların meydana gəlməsinə səbəb olur. Bəzən bu fobiyaya orta yaşlı adamlarda da rast gəlmək mümkün olur.
Əksər hallarda dismorfofobiya depressiya və ya intiharlarla yekunlaşır. Statistikanin nəticələri özünə qəsd edənlərin əksəriyyətinin dismorfofobiuyadan əziyyət çəkdiyini təsdiq etmişdir.
Dismorfofobiyanın diaqnozunu qoymaq aşağıdakılara əsaslanır:
xəstənin öz bədən quruluşuna və xəstəliklərinə qarşı patoloji kompleksləri olurbir və ya bir-neçə fiziki problemə qarşı diqqətin çox olurxəstə öz qüsurunu faciəyə çevirirxəstənin daima öz qüsurları barədə danışaraq ətrafdakıların diqqətini özünə cəlb etmək istəyirxəstənin fikrinin yanlız öz çatışmazlığının və ya eybəcərliyinin üstündə olması Dismofofobiyanın əlamətləri müxtəlif cür ola bilir.
Onlar aşağıdakılarla əlaqədar olur:
güzgüşəkilləruydurma fikirlərcəmiyytdən uzaqlaşmapərtlikdiqqətin yanlız ö çayışmazlığına yönəlməsiöz deffektini düzəltməyə çalışmağa dirənmək.
Dismorfofobiyadan əziyyət çəkən adamlar şəkillərinə və güzgüyə baxdıqları zaman intihar barədə düşünürlər. Əgər oların qüsurlarını düzətdirməyə pulları çatmırsa o zaman onlarda intihara cəhd halları baş verir. Bu səbəbdən də dismorfofobiyadan əziyyət çəkən xəstələri təcili müalicə etdirmək lazımdır. Xəstəliyin müalicəsi müxtəlif vasitələrlə aparılır.
Adətən bu xəstəlikdən əziyyət çəkən adamların qüsurlarını plastik cərrhiyə yolu vasitəsilə müalicə etdikdə onlar başqa yerlərində qüsur axtarmağa başlayırlar. Ona görə də mütəxəssislər dismorfofobiyadan əziyyət çəkən xəstələri psixoloqların müalicə etməsi daha münasib sayılır. Kompleks müalicə isə daha yaxşı effekt verir. Bu zaman xəstə özünün bədənində qüsur olmadığını düşünür və özünü olduğu kimi qəbul edir.
|
['psixologiya', 'psixoloji problemlər', 'dismorfofobiya']
|
709 |
https://kayzen.az/blog/din/21340/konfusizm.html
|
Konfusizm
|
Ferro
|
Din və teologiya
|
16 dekabr 2017, 11:25
|
Konfutsi Çinli Filosof və siyasətçi idi. O, Çin xalqı üçün yeni din yaratdı. Bu din çoxları tərəfindən qəbul olunmasına baxmayaraq bir müddətdən sonra hörmətdən düşdü və öz yerini Buddizmə verdi.
1. Konfutsinin həyatıEradan əvvəl təxminən 551-ci ildə Çinin Lu əyalətində Tsuvun hakimi olan Kunq ailəsində Çiu adlı oğlan dünyaya gəldi. O, hələ üç yaşında atasını itirdi və həmin hakim nə yoldaşı, nə də övladı üçün heç bir miras qoymadan bu dünyadan köçdü. Uşaq öz anasının yanın- da böyüməyə başladı. Müəllimlər uşaqda olan zəkaya heyran olmuş- dular və onu parlaq gələcəyin gözləyəcəyini proqnoz verirdilər. Hələ on doqquz yaşında olanda baş vəzir həmin bölgənin əkin sahələrinin idarəsini ona tapşırır. O, belə yüksək dövlət vəzifəsində işləməklə ya- naşı incəsənət sahəsindəki mütaliələrini və təhsilini davam etdirdi və bir çox alimlər elm almaq üçün onun yanına gəlirdilər. Xalq onu Konq Futze (Kung-Futze), yəni Filosof Konq çağırırdı və biz bu sözü Konfutsi kimi tələffüz edirik.
Konfutsinin macəralarla dolu həyatı olmuşdur və şagirdlərə dərs deməklə yanaşı dövlət işində də çalışırdı. Əlli yaşında vəzir vəzifəsinə yüksəldi və qısa müddət ərzində vəzifəsi daha da yüksələrək baş vəzir seçildi. Onun ölkə idarəçiliyi sahəsindəki bacarığı bir çoxlarının paxıllıq hissini alovlandırdı. Elə bu səbəbdən də, bir müddətdən sonra öz vəzifəsindən uzaqlaşdı və şagirdlərin təlim-tərbiyəsi ilə məş- ğul olmağa başladı.
Eradan əvvəl 479-cu ildə həyatının sona çatdığını hiss etdi və tam müvəffəqiyyət qazanmadığı üçün qüssələndi. Amma onun şagirdləri və dostları Konfutsinin təlimlərini bütün insanlara çatdıra bildilər.
2. ƏsərləriKonfutsinin ömrünün son illərində Çinin klassik ədəbiyyatı incilərindən biri hesab edilən kitablar qələmə almışdır. Həmin kitab- lar aşağıdakılardır:
Şu Çinq (Tarix kitabı)Şi Çinq (Şeir kitabı)Li Çi (Adət-ənənələr kitabı)Ey Çinq (Mübadilələr kitabı)Çun Çiu (Bahar və payız təqvimi)İlk dörd kitabda əcdadların sözlərindən seçilmiş hissələr də yer tapmışdır, amma beşinci kitab təmamilə onun özünə aiddir.
3. TəlimləriKonfutsinin təlimləri əxlaq elminin əsaslarının, siyasətin və bəzi dini mövzuların birləşməsindən meydana çıxan təlimlərdir. Onun nəzərincə insanların əcdadları “Li” qanun-qaydasına uyğun olaraq ya- şayırdılar və elə buna görə də, xoşbəxtliyə və müxtəlif nemət-bərə- kətlərə malik idilər. Amma, onun dövrünün insanları həmin həyat dərslərini və yaşamaq metodlarından uzaqlaşdıqları üçün həmin ne- mət və bərəkətlərdən məhrum olmuşlar. Konfutsinin nəzərincə “Li”- nin müxtəlif mənaları var idi və paklıq, ədəb qaydaları, adət-ənənə və ibadət sahələrində istifadə edilirdi. Onun nəzərincə “Li”-dən yararlanmaqla hər bir iş yoluna düşər və utopik cəmiyyətə qovuşmaq mümkün olar.
4. Əxlaq prinsipləriO, beş növ əlaqəni sadalayaraq həmin əlaqələrin düzgün qurul- duğu təqdirdə bütün işlərin düz axarla inkişaf edəcəyini bildirirdi. Həmin əlaqələr bunlardır:
Ata-oğul əlaqələrində mehribanlığın mövcud olmasıBöyük qardaşın özündən balaca qardaşa nəzakət və mehriban- lıq göstərməsi və kiçik qardaşın özündən böyük qardaşa itaətini nümayiş etdirməsiƏrin öz həyat yoldaşı ilə ədalətlə davranması və qadının da öz ərinə itaət etməsiAşağı mənsəbli insanların bir-birinə mehribanlıq nümayiş et- dirməsi və onların yüksək mənsəb sahiblərinə itaət etməsiHakimiyyət başında dayananların rəiyyətlə mehriban davran- ması və rəiyyətin də öz növbəsində hökümdarlarına sədaqətli olmasıKonfutsi utopiya və hökümdarla rəiyyət arasında əlaqə sahəsində təlimlər keçirdi. Onun təlimlərinə əsasən hökümdarların qanunlara sadiq qalacağı və bu qanunları həyata keçirəcəyi təqdirdə bütün insan- lar, yüksək mənsəb sahiblərindən tutmuş ölkənin ən zavallı şəxsinə qədər hamı bu qanuna riayət edəcəkdir. O, kamil insan və şəxsiyyət barəsində də söz açaraq kamil insanın malik olduğu beş xislət barədə belə demişdir: “Mənəvi böyüklük və izzət, İlahilik, Niyyətin paklığı və saflığı, Əmələ göstərilən şövq və istək, Xoş rəftara malik olmaq.”
5. Dini və şəri qanun-qaydalarKonfutsinin hər şeydən öncə əxlaq müəllimi olmasına və bundan daha çoxuna iddia etməməsinə baxmayaraq insanlar onun təlimlərin- də böyük mənəvi ruhun mövcudluğu müşahidə etdilər və onu dindar- lığın ən yüksək mərtəbəsi kimi qəbul etdilər. Onun təbliğ etdiyi din olduqca sadə və fövqəltəbii məsələlərdən kənar idi. Onun üzərində ən çox dayandığı məsələ özünü ibadətə və dini adət-ənənələrə bağla- maqdan ibarət idi. O, həmişə deyərdi ki, keçmiş zamanların xaqanları və hökümdarları xoşbəxt insanlar idilər. Çünki, onlardan qalan övladların bəziləri qurban mərasimlərini, ibadəti və onlara ehtiramı tam diqqətlə yerinə yetirirdilər.
6. Davamçıları və rəqibləriKonfutsinin yetmiş nəfərdən ibarət olan şagirdləri Çinin bütün bölgələrinə səfər etdilər və hökümdarların, yüksək mənsəb sahiblə- rinin təlimi ilə məşğul olmağa başladılar. Onlardan bəziləri də xəlvət guşəyə çəkilərək təklikdə ibadətə üz tutdular. Bu filosofun təlimləri ondan iki nəsil sonrakı dövrədək şagirdləri tərəfindən yayıldı. Feoda- lizmin zəifləməsindən və müxtəlif rəqib fəlsəfə məktəblərinin meyda- na çıxması ilə Konfutsinin fikirlərinin və təlimlərinin yayımı müxtəlif problemlərlə üzləşməyə başladı. Bu fəlsəfi məktəblərin hər birisi ayrılıqda Konfutsinin fəlsəfi düşüncələrinə hücum edirdi. Belə qar- şıdurmalarda qələbə bəzi vaxtlar Konfutsinin davamçılarının, bəzən də digər fəlsəfi məktəblərin davamçılarını olurdu. Amma sonda Bud- dizmin Çinə daxil olması ilə düşüncə savaşı Buddizmin qələbəsi ilə başa çatdı və Konfutsinin düşüncələri müəyyən qədər kənarda qaldı. Buna baxmayaraq onun şöhrəti və əzəməti daim Çinlilər arasında mövcud olmuşdur və hal-hazırda da mövcud olmaqdadır.
7. Rəsmi dinÇin hökümdarları müxtəlif dövürlərdə həmişə Konfutsiyə və onun fəlsəfi məktəbinə ehtiram göstərmişlər və rəsmi şəkildə onu ən böyük filosof kimi qəbul edərək onun ruhuna ehtiram göstərmişlər. Onun məqbərəsi yanında qurban kəsmək adət-ənənəsi şagirdlərinin zamanından həyata keçirilməyə başlanılmışdır, amma ilk dəfə belə addım atmış padşah Kau Tsu olmuşdur. O, eradan əvvəl 195-ci ildə hakimiyyət başında olduğu ildə Konfutsinin qəbrini ziyarət etdikdən sonra elə həmin məkanda qurban kəsmişdir. Ondan sonra digər pad- şahlar da bu adət-ənənəni davam etdirmişlər və böyük filosofun ru- huna qurbanlar kəsərək hədiyyələr əta etmişlər. 1911-ci ildən rəsmi və dövlət səviyyəsində Konfutsinin ruhuna ehtiram adəti yığışdırıl- mağa başlanıldı. Bir müddətdən sonra Çin hökuməti böyük filosofların yanında Konfutsinin düşüncələrinin də dirildilməsi məsələsi ətrafında bəzi işlər görməyə çalışdı, amma 1949-cu ildə Çində baş vermiş Kommunist inqilabından sonra onun düşüncələri ilə kəskin mübarizəyə başlanıldı. Kommunistlər onu zəhmətkeş təbəqəyə qarşı çıxdığını və zadəganları müdafiə etməsi iddiasını irəli sürməyə başladılar.
Müəllif: Hüseyn Tövfiqi
Mənbə: "Böyük dinlərlə tanışlıq" kitabı, 2013
ISBN 978-9952-20-080-5
|
['Konfutsi', 'teologiya']
|
710 |
https://kayzen.az/blog/yazar/21206/brodskid%C9%99n-g%C9%99ncl%C9%99r%C9%99-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html
|
Brodskidən gənclərə məsləhətlər
|
Apollon
|
Yazıçılar
|
14 dekabr 2017, 12:01
|
Lüğətinizi genişləndirməyə və onunla bank hesabınız kimi rəftar etməyə çalışın. Ona daha çox diqqət ayırın və qazancınızı böyütməyə istiqamətlənin. Burada məqsəd sizin öz bəlağətinizi evdə və ya professional uğurlarınız yönündə inkişaf etdirmək (amma əlbəttə ki, bu da mümkündür), ya da kübar ağıllıya çevrilmək deyil. Məqsəd sizə özünüzü daha geniş səpkidə və dəqiq ifadə etmək imkanı yaratmaqdır; bir sözlə məqsəd sizin tarazlığınızdır.
Hər gün insan ruhunda bir çox şeylər dəyişir, amma özünüifadə tərzi eyni qalır. Özünü təqdimetmə istedadı təcrübədən qaynaqlanır. Heç bir ad verilməyən, adsız hisslər, rənglər, düşüncələr, mənimsəmə fərd daxilinə hopur, psixoloji partlayış və sınmaya aparıb çıxara bilər.
Bundan qaçmaq üçün «kitab qurdu»na çevrilmək vacib deyil. Sadəcə, lüğət yaratmaq və onu hər gün oxumaq, bəzən isə şeir kitablarını mütaliə etmək lazımdır. Bu kitablar olduqca ucuzdur, amma aralarında hətta ən bahalıları da psixiatrı ziyarət etməkdən qat-qat ucuzdur.
Çalışın, siyasətçilərə ümid etməyəsiz — təkcə ona görə yox ki, onlar ağılsızdı və ya yalan danışır — bu əsasən onların fəaliyyətinin hər biri üçün olduqca geniş hesab edilən miqyasdan asılı olaraq baş verir. Onlar ən yaxşı halda sosial qəzəbi müəyyən qədər azalda bilər, amma onun kökünü kəsə bilməz. Təkmilləşdirmə nə qədər zəruri olsa belə, etik nöqteyi-nəzərdən o həmişə cüzi ölçüdə qalacaq, çünki hər zaman heç olmasa bir nəfər tapılacaq ki, bu təkmilləşmədən xeyir əldə etməyə müvəffəq olacaq.
Dünya mükəmməl deyil. Qızıl dövr heç zaman olmayıb və olmayacaq. Dünyanı gözləyən yeganə hadisə onun genişlənməsi, əhali sayının artması amma ölçüsünün dəyişməməsidir. Sizin seçdiyiniz insan «piroqu bölən zaman » nə qədər ədalətli olsa belə, ölçülər böyüməyəcək: paylar mütləq kiçik olacaq. Bu dünyada və ya qaranlıqda siz öz ev «xörəklərinizə» güvənməli, daha doğrusu, dünyanı müstəqil idarə etməyi mənimsəməlisiz. Hər halda onun əliniz çatan və imkanlarınız daxilində olan hissəsini…
Sadə olmağa çalışın. Bizim sayımız hazırda olduqca çoxdur, yaxın zamanda isə daha çox olacaq. Bu cür günəş altındakı əraziyə üz tutma mütləq bunu etməyən başqalarının hesabına baş verəcək. Başqalarının ayağını tapdalamaq məcburiyyətində qalmağınız onların çiyinlərində dayanmağınız demək deyil. Bundan başqa siz bu nöqtədən — insan dənizi üstəgəl sizə iqtidar mövqeli olanları — zəngin və məşhur adlandırılanları görə biləcəksiz.
Əgər zəngin və ya məşhur olmaq istəyirsizsə (və ya hər ikisi), özünüzü bütünlüklə buna həsr etməyin. Kiminsə malik olduğu nələrəsə meyl salmaq şəxsi unikallığınızı boş yerə xərcləməkdi. Digər tərəfdən bu əlbəttə ki, kütləvi istehsalı stimullaşdırır.
Necə olur-olsun özünüzü qurban kimi təqdim etməkdən qaçmağa çalışın. Sizin vəziyyətiniz nə qədər iyrənc olsa belə, bunda mütləq qüvvələri günahlandırmayın: tarixi, dövləti, müdiriyyəti, əhalini, valideynləri, ay fazasını, uşaqlığı və sair. Nəyisə günahlandırdığınız an siz nəyi isə dəyişmək haqqında şəxsi qərarınızı ləğv edirsiniz.
Ümumiyyətlə, çalışın həyata təkcə onun gözəlliklərinə görə deyil, çətinliklərinə görə də hörmət edin. Onlar oyunun bir hissəsidir və onların ən yaxşı tərəfi yalanla bağlı olmamasıdır. Hər dəfə pis hadisə baş verdikdə və ya çətinlikləriniz zamanı ümidsizlik və ya ümidsizliyin bir addımlığında olduqda yada salın ki, həyat sizinlə yalnız özünə məlum olan dildə danışır.
Qədəm basmağa hazırlaşdığınız dünya heç də yaxşı nüfuza malik deyil. Tezliklə buranın heç də yaxşı yer olmadığını görəcəksiz və mən şübhə etmirəm ki, o sizin onu tərk edəcəyiniz zaman heç də indikindən fərəhli olmayacaq. Amma bura yaşayış olan yeganə dünyadır: alternativləri yoxdur. Lakin hətta başqa — bu cür dünya olsa belə, onun bu dünyadan daha yaxşı yer olacağına zəmanət verilə bilməz.
Sizi bədbəxt etməyə çalışanlara fikir verməməyə çalışın. Bu cür şəxslər çox olacaq — istər rəsmi, istər şəxsi münasibətlərdə. Əgər onlardan qaçmaq mümkün olmazsa, dözümlü olun, amma əllərindən yaxanızı qurtaran kimi dərhal onları unudun.
Bədxahlarınızın etdiklərinin məna və mühümlüyə malik olması sizin reaksiyanızdan asılıdır. Bu səbəbdən onların yanından elə keçin ki, onların sarı və ya qırmızı rəngdə olmasının fərqində olmayasız. Bununla da siz beyninizi mənasız həyəcanlardan uzaq tutacaqsız. Beləliklə də siz həmin axmaqları hətta özlərindən də xilas etmiş olacaqsız, çünki «unudulmuş olmaq» «bağışlanmaq» perspektivindən daha uğurludur. Kanalı dəyişin, siz bu şəbəkədə baş verənləri sonlandıra bilməzsiz, amma onun reytinqini azaltmaq sizin gücünüz daxilindədir. Bu qərar çətin ki, mələklərin xoşuna gəlsin, amma iblislərə mütləq zərbə vuracaqdır, hazırkı zamanda isə bu ən vacib məsələdir.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı İosif Brodskinin 1988-ci ildə Miçiqan Universitetinin məzunları önündəki məşhur nitqindən.
Tərcümə: Xatirə NURGÜL
Ədəbiyyat qəzeti
|
['İosif Brodski']
|
711 |
https://kayzen.az/blog/din/21336/hinduizm-dini.html
|
Hinduizm dini
|
Ferro
|
Din və teologiya
|
13 dekabr 2017, 21:25
|
Hinduizm Brahmanizmin təkamül tapmış formasıdır və 8-9-cu əsrlərdə Hindistanın iki görkəmli alimi tərəfindən yaradılmışdır.
1. Ariyayilərin hücumundan öncə Hindistanda yaşayan yerli əhali
Ariyayilərin İrana və Hindistana mühacirətindən öncə bu yerlərin əhalisi alçaqboylu və qaradərili insanlar idi. Onların xüsusi mədəniyyətləri, dinləri, mərasimləri var idi və onların sivilizasiya səviyyəsi Mesopotamiya sivilizasiyası səviyyəsində idi. Bu qövm İran ərazilərində demək olar ki, təmamilə aradan getdi, amma Hindistanda ölkənin cənub bölgələrinə tərəf qovuldular. Həmin qövm Dravediləri adı ilə tanınır. Onlar eləcə də, Nəces və yaxud Toxunulmazlar (Untouchables) adı ilə tanınırlar. Gələcəkdə onlar barədə söz açacağıq. Pakistanda, Sind çayının kənarında yerləşən Mohenco-Daro adlı bölgədə aparılan arxeoloji qazıntılarda onların mədəniyyətlərini əks etdirən çoxlu nümunələr aşkar edilmişdir. Bu kəşflərdən belə nəticə əldə etmək olar ki, Hinduizmin bəzi tanrıları Ariyayilərin Hindistana daxil olmasından öncə də mövcud idi.
2. Müqəddəs kitablar
Hinduların duaları və dini mərasimləri Sanskrit dilində Vedalar (Vedasyəni Elm) adlı topluda bir yerdə cəmləşdirilmişdir. Sruti, yəni vəhy, ilham və müqəddəs elmlər ləqəbi ilə tanınmışdır. Tarix elminin tədqiqatçıları Vedaların təxminən 1000-1400 il eradan əvvəl yarandığını bildirirlər və elə buna görə də, eradan qabaq 1500-800-ci illər arasındakı tarixi dönəmi Vedalar dönəmi adlandırırlar. Dörd növ Veda mövcuddu və bunlar aşağıdakılardır:
Riq-Veda, yəni sitayiş vedasıYacur-Veda, yəni qurban vedasıSama-Veda, yəni musiqi vedasıAtharva-Veda, yəni Atharvanin Vedası.Vedaların mətnləri Məntərlərdən (Mantaras), yəni atəşin, günəşin və təbiətin digər simvollarının sitayişində oxunan dualardır və bu dualar ruzi-bərəkətin çoxalması, məhsuldarlığın artması, günahların bağışlanması və s. məqsədlər üçün oxunurdu. Sonrakı dövrlərdə Brahmanlar (yəni ruhanilər) Vedalara şərh və təfsir yazmağa başladılar və adını Brahmanna qoydular. Brahmannalar həmin duaların nə üçün olmasını müəyyən edirdilər. Tədqiqatçılar bu münasibətlə eradan qabar 800-cü ildə 500-cü ilədək olan dönəmi Brahmanna dönəmi adlandırırdılar.
Qəbilənin və yaxud bu dini məktəbin əfsanəvi əcdadı Manu, yəni Brahmanların Manusu Dehli yaxınlığında yaşayırdı və onu tanrının oğlu kimi qələmə verirdilər. Halbuki, o bütün qanunlarını Brahmannadan götürmüşdür.
Hindistan mədəni irsində saysız-hesabsız dini, fəlsəfi, irfani və ədəbi kitablar mövcuddur və bu kitabların demək olar hamısı dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdur. Buna nümunə olaraq hamımızın yaxşı tanıdığı “Kəlilə və Dimnə” kitabını misal çəkə bilərik. “Kəlilə və Dimnə” kitabının Sanskrit dilindəki adı “Pança-Tantra”, yəni beş bölüm deməkdir. Mahabaharata və Ramayana kitablarında əfsanəvi hərbi, döyüş və şənlik mövzuları bir yerə toplanılmışdır və bu kitab Hindlilər arasında böyük hörmət və ehtirama malikdir. Qeyd olunmuş bu dini və ədəbi kitablar dünyanın bütün böyük dillərinə tərcümə olunmuşdur. Olduqca məşhur və maraqlı kitablardan biri də “Bhagavad-gita”, yəni böyük Tanrının musiqisi adlı kitabdır. Bu kitab əslində Mahabaharatanın bir hissəsidir və özünün iri həcimli olduğuna görə müstəqil şəkildə mövcuddur. Bəzən qısa formada Gita kimi də qeyd olunan bu kitab “Bhakti”, yəni sözün xalisliyi hissəsində söz barədə danışılır. Qeyd etdiyimiz kitabın nə dərəcədə əhəmiyyətli olmasını sübut etmək üçün onun davamlı olaraq dünyanın müxtəlif dillərinə tərcümə olunmasını və fars dilində də bu kitabın altı növ tərcüməsinin mövcudluğunu qeyd edə bilərik.
Bu kitabda Krişna ilə şahzadə Arcuna adlı bir şəxsin arasında gedən söhbətdən söz açılır. Qeyd etdiyimiz bu kitab 1-ci əsrdə məşhur epos Mahabaharatanın tərkibində qeyd olunmuşdur. Bu kitab Hindistanlılar tərəfindən bütün dini, elmi və s. kitablardan daha çox sevilir. Onun nəzm forması eyni formada deyildir, amma bu dəyərli və qiymətli sözlərin həmin əsərdə mövcudluğu minlərlə insanı öz aşıqlərinə çevirmişdir.
3. Veda tərbiyəsi və mədəniyyəti
Təxminə eradan əvvəl 6-cı əsrdə Hindu ruhanilərin, yəni Brahmanların ən güclü və qüdrətli vaxtında cəmiyyətdə kəskin təbəqələnmə prossesi meydana çıxdı və təxminən 2500 il müddətində öz dəhşətli təsirini böyük Hindistan ölkəsinin hər yerində nümayiş etdirdi. Qeyd etmək lazımdır ki, bu təbəqələşmənin qalıqları hələ də cəmiyyətdə mövcuddur. Tədqiqatçılar və sosioloqlar ictimai təbəqələri “Kasta” adlandırırlar. Kasta sözü Portuqaliya dilindən götürülmüşdür və nəsl mənasını verir. Həmin quruluşda dörd əsas kasta mövcud idi:
Brahmanlar-Ruhanilər təbəqəsiKşatriyalarŞahlar, şahzadələr və döyüşçülər təbəqəsiVişyalarTacirlər və torpaq sahibləri, mülkədarlarŞudralar-İşçilər və fəhlələrMüxtəlif və fərqli sektalar arasında əlaqələrin mövcudluğu həm şəri, həm də milli adət-ənənə nöqteyi-nəzərindən qəti qadağan idi. Sərt qanunların əksəriyyəti də sonuncu sektaya aid idi. Belə ki, onların özlərindən yüksək sektanın nümayəndələrinə toxunması və hətta baxması belə ən böyük günahlardan biri kimi qələmə verilirdi.
Bunlardan daha aşağı səviyyədə Hindistanın qeyri-Ariyayi yerli əhalisi sayılırdı və onları nəces, yaxud toxunulmazlar (Untouchablestoxunulmzlar) adlandırırdılar. Bu sektaya aid olan insanların digər dörd sektaya aid insanların yaşadığı məhəllərindən keçmələrinə belə icazə vermirdilər. Onlar zibil və digər tullantıları toplamaq üçün zərurət üzündən həmin məhəllələrə daxil olanda həmin məhəllədə olmalarını uca səslə bildirmək məcburiyyətində idilər. Nəceslərin bu işi görmələrində əsas məqsəd dörd sektaya aid insanları onları görməməsi zərurətindən doğurdu və əgər təsadüfən həmin dörd sektaya aid insanlardan kimsə nəceslər sektasına aid bir şəxsi görsəydi qüsl alaraq özlərini paklaşdırmalı idilər. Alış-veriş də bir-birilərini görmədən, yəni pulu bir yerə qoymaq və sonra aşağı sektaya aid insanların həmin pulu götürməsi ilə baş tuturdu.
Müqəddəs kitabların tilavətinə qulaq asmaq da onlar üçün qadağan edilmişdi. Əgər onlardan kimsə müqəddəs kitabların tilavətinə qulaq asardısa onu cəzalandırırdılar və qulağına əridilmiş qurğuşun tökürdülər.
Məsələnin ən təəccübləndirici məqamı bundan ibarət idi ki, Nəces və yaxud Toxunulmazlar sektasına aid insanların özləri də bu vəziyyəti səhv qiymətləndirərək bunu öz hüquqları kimi qəbul edirdilər. Onların inancına əsasən bu bədbəxtlikləri ötən həyatlarında törətdikləri günahlardan və pis işlərdən əmələ gəlmişdir. Dörd Sekta arasında olan fasiləni azaltmaq və Nəcesləri müdafiə etmək sahəsində atılmış hər bir addım şəriət baxımından qəbul olunmurdu və bağışlanmaz bir günah kimi qəbul edilirdi. Qeyd etmək lazımdır ki, həmin dörd sekta 2000-dən artıq müxtəlif sektaların tarix boyu qruplaşmasından yaranmışdır. Bu ictimai problem sonda 1955-ci ildə rəsmi şəkildə ləğv edildi və hal-hazırda həmin adət-ənənənin yalnız cüzi bir hissəsi gözə çarpmaqdadır.
Qurban kəsmək və xüsusən də, at qurban kəsmək ibadət əməllərindən biri kimi onların arasında geniş yayılmışdır. Buddizm və Caynizmin Hindastana hakim kəsildiyi illərdə bu adət dayandırıldı. Buddizmin Hindistanda aradan getməsindən sonra arzu-istəklərinə çatmaq üçün qurban kəsilməsi anlamı yenidən gündəmə gəldi və bu adət indiyə qədər də davam etməkdədir. Son əsrlərə qədər insanın qurban kəsilməsi də mövcud idi və bu qeyri-insani adət hal-hazırda qadağan edilmişdir.2
Ahimsa, yəni canlılara əzab verməkdən uzaq olmaq sonrakı dövrlərdə Caynizmin əqidəsinin banisi Mahaviranın təlimlərinin təsiri ilə diqqət mərkəzinə gəldi və indiyədək də bu düşüncə tərzinə ciddi şəkildə riayət olunmaqdadır. Bu təlimlərə və düşüncə tərzinə əsasən heyvanların ətini yemək qeyri-əxlaqi bir iş kimi qəbul olunur. Bu düşüncə tərzi Hindlilərin həyat və yaşayış tərzinə də inanılmaz təsirlər qoymuşdur
Hindlilər ölülərinin cənazələrinin xüsusi mərasim təşkil edərək yandırırlar və külünü Qanqa çayının sularına səpirlər. Qədim zamanlarda adət-ənənə belə idi ki, ölən insanın cənazəsini yandırdıqları zaman onun həyat yoldaşı da öz vəfadarlığını nümayiş etdirmək məqsədilə yanar odunların arasına uzanırdı və öz əri ilə birlikdə yanırdı. Belə qadınlara Sati, yəni vəfalı və fəzilətli xanım adı verilirdi. (Əsli Sanskrit olan bu sözdən Ərəb və Fars dillərində çox möhtərəm xanımların tərifi zamanı istifadə edilir). Belə fədakarlığa dözə bilməyən qadınlar isə saçlarını qırxdırırdılar və xeyirli işlərlə məşğul olurdular. Həyat yoldaşlarının diri-diri yandırılması adətini ilk dəfə olaraq İngilislər 1829-cu ildə Hindistanın bəzi bölgələrində qadağan etdilər və bu qadağa getdikcə Hindistanın bütün bölgələrində həyata keçirilməyə başladı. Saib Təbrizi yazır: “Heç kim Hind qadınları kimi sevgi və eşqdə mərd və vəfalı deyil. Sönmüş şam yolunda yanmaq da hər pərvanin işi deyil.”
4. Upanişadların fəlsəfəsi
Brahmanın zamanında (Eramızdan əvvəl 800-500-cü illərdə) qurban etmək dini adət-ənənəsi ifrat nöqtəsinə çatdı və onun genişlənməsilə dinin ən dərin düşüncəli və mənalı məsələləri belə unudulmağa başlanıldı. Atın və digər canlıların qurban kəsilməsi ölkənin iqtisadiyyatına böyük zərbələr vurdu və şahlıq xəzinəsi boşaldı. Elə buna görə də, Brahmanlar çıxış yolunun yalnız dində referendumun aparılmasında və yeniləşdirilməsində gördülər. Onlar meydana iki növ ideologiya çıxartdılar:
Aranyakelər (Aranyakas), yəni meşə namələri. Bu namələrdə özlərinə müxtəlif zülmlər edən insanlara aid məsələlər barədə söz açılıb.Upanişadlar (Upanishads), yəni yaxın oturmaq və daha geniş açıqlama versək dinin sirlərini öyrənmək məsələlərinə aydınlıq gətirilib.Upanişad daha böyük şöhrət qazandı. Bu kitab ilk dəfə alim, incəsənətçi və arif şahzadə olan Hindistanın müsəlman padişahı Şah Cahanın oğlu Daraşukuhun zamanında İslam irfanı ilə Hinduizim arasındakı oxşar cəhətləri çatdırmaq məqsədi ilə hicri-qəməri tarixi ilə 1067-ci ildə fars dilinə tərcümə olunmuşdur. Bu kitabı “Böyük sirr” adlandırmışdılar. (Əcnəbilərin Upanişadla ilk tanışlığı da elə bu kitabın köməkliyi ilə baş tutmuşdur).
Upanişad Vedanta, yəni “Vedaların sonu” adı ilə də adlandırılmışdır. Bu kitab Vedaların daxilini açıqlayır və insanların diqqətini zahiri yayınmalardan mənəvi böyüklüyə və batini məzmunlara diqqət yetirməyə çağırır. Qeyd etdiyimiz bu kitab bütün dünyada tanınmış kitablardan biridir.
5. Hinduizmin əsasları
Hinduizmin əsasları Brahmanların dini adət-ənənələrinə və antik kitablara etiqad və ehtiramdan, qədim dövrlərdə zühur etmiş tanrılara sitayış etməkdən ibarətdir. Ruhun yeni cismlər içərisində yenidən yerləşməsi və əlaqələr qurmaqda, eləcə də, ailə qurmaqda ictimai təbəqələşməyə, yəni kastalara riayət etmək, diri varlıqlara, xüsusən də inəyə hörmət etmək bu dinin əsas prinsiplərindən biridir.
Hindular inəyi ən müqəddəs heyvan kimi qəbul edirlər və onun heykəlini mənzillərdə, məbədlərdə və şəhər meydanlarında yerləşdirirlər. İnəklər küçələrdə azad şəkildə dolanırlar və dükanlarda olan meyvə və tərəvəzləri yeyirlər, tıxaclar yaradırlar və onların belə hərəkətlərinə heç kim etiraz belə etmir. İnəyin ətindən və dərisindən istifadə etmək qəti qadağandır və inək öləndə həmin inək xüsusi dini mərasim keçirərək torpağa tapşırılır. İnəkdən əlavə digər heyvanlara qarşı da hörmət və ehtiram çoxdur. Bu canlı xırda həşəratdan filə qədər ola bilər. Amma Hindistanın digər bölgələrində hindular yaşamadıqları üçün bu yerlərdə vəziyyət adidir. Hinduların azlıq kimi yaşadıqları ərazilərdə isə inəyin kəsilməsinin və ətinin satışa çıxarılmasının tam açıq formada həyata keçirilməməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, bəzi Hidular keçi və digər heyvanların ətindən istifadə edirlər, amma bəzi yerlərdə isə hətta yumurtanın yeyilməsinə belə qadağa qoyulmuşdur. İnsanın daxilinin də mübarək olması üçün İnəyin sidiyinin içilməsi və peyinin yeyilməsi geniş yayılmışdır və Hindlilərin bir çoxu təzə inək sidiyi əldə etmək üçün əllərində müxtəlif qablarla otlaqlarda inəklərin arxasıyca qaçırlar. Həmin sidiyin bir hissəsini içirlər və qalan hissəsini əllərinə, üzlərin və paltarlarına vururlar. Zahı qadının və Hindistan torpaqlarından kənara çıxmış insanların pak olması üçün onlar “Pança qavya”, yəni inəyə aid olan beş şey-süd, qatıq, yağ, sidik və peyin yeməlidirlər. Bəzən də, hər hansı bir yerin pak olması üçün bir inəyi müəyyən zaman ərzində orada saxlamalıdırlar və bu müddət ərzində həmin yerə lazımi qədər inək sidiyi və peyini dəyməlidir. Hindular üçün təxminən Amin mənası verən “Om” sözü olduqca müqəddəsdir və ibadətlər, xüsusi mərasimlər zamanı həmin sözü xüsusi avazla təkrarlamağa başlayırlar. Bu söz Tanrının ən böyük adıdır və müqəddəslikdə Yəhudi dinindəki “Yəhvə” adına çox bənzəyir.
6. Veda Tanrıları
Hindlilər qəribə adlara və görünüşlərə malik olan çoxlu sayda yer və göy Tanrılarına inanırlar və onların hər birisi üçün əzəmətli bütxana inşa edirlər. Bu Tanrılar arasında yaxınlıq və qohumluq əlaqələri də mövcuddur. Onların hər birinin cismi və ruhi xüsusiyyətləri Hinduların müqəddəs və dini-mədəni kitablarında geniş şəkildə açıqlanmışdır. Müxtəlif dövrlərdə tanrıların insan və heyvan formalarında təzahür etmələri məsələsi də diqqət yetirilməsi vacib olan məqamlardan biridir. Tanrıların da kastalara uyğun olaraq qruplara bölünməsi mövcuddur. Hinduların ən tanınmış və məşhur tanrıları aşağıdakılardır:
Aqni (Agni), yəni atəşVaruna (Varuna), yəni səmaİşvara (İsvara), yəni qüdrətli və aliməqamRurdra (Rurdra), yəni dəhşətliRama (Rama), yəni ürəyəyatanKrişna (Krishna), yəni tünd maviYama (Yama), yəni ölülərin ruhlarına hakim Tanrının arabaçısı. Zərdüştlükdə Yamanın müqabilində Cəm dayanır.Aşvin (Asvin), yəni at çapan. Hindu dinində iki mələkin adıdır. Onların dini nəzərlərinə əsasən bu iki səmavi həkim insan üçün sağlamlıq, xoşbəxtlik və var-dövlət gətirir.Çirkin, eybəcər və pis zatlı dişi bütə, yəni tərcümədə qara mənasını verən Kaliyə sitayiş edənlər bu büt üçün hədiyyələri yol kəsməklə əldə edə və oğurluq ilə əldə etdiyi qəniməti ona hədiyyə edə bilərlər. Bunu da qeyd etmək lazımdır ki, bütləri çox gözəl düzəldirlər. Belə ki, Fars ədəbiyyatında, ümumiyyətlə klassik şərq ədəbiyyatında büt dedikdə gözəl məhbub nəzərdə tutulur.
Hinduların sitayiş etdikləri bütlərin bəziləri bütxanalarda və bəziləri evlərdə saxlanılır. Bütlərin əksəriyyəti məxsusi görünüşləri olan metal oyuncaqlardır. İnsanlar belə bütləri mağazalrdan alaraq evlərinə gətirirlər. Onlar əldə etdikləri bu oyuncaqlarla insanlarla davrandıqları kimi davranırlar. Belə ki, onları yuxudan oyadırlar, paltar geyindirirlər, onların qabaqlarına yeməklər qoyurlar, onları tərifləyir və bəzən də tənbeh edirlər.
7. Üç tanrı
Hindistan Ariyayiləri bir çox müşriklər kimi dünyanın yaradıcısı olan Tanrıya da inanırdılar və onu Brahma, yəni əzəli və əbədi olan varlıq adlandırırdılar. Onların ilk zamanlarda bütləri və bütxanaları yox idi. Dini mərasimlərini isə açıq havada həyata keçirirdilər və onların sitayiş etdikləri Tanrılar səma cismləri olan erkək Tanrılar idilər. Sonrakı dövrlərdə saysız-hesabsız bütlər və bütxanalar meydana çıxdı və Ana ilahə, yer ilahəsi, Kobra ilanı və sair məfhumları da Tanrılaşdıraraq öz Tanrılarının cərgəsinə əlavə etdilər.
Hinduların üç tanrısı (Hindu Trimurti) aşağıdakılardır:
Brahma; Dünyanın yaradıcısı vəŞiva (Siva); Fani edən Tanrı. Bu Tanrının dörd əlli rəqs edən heykəli hər yerdə gözə çarpır. Şivanın rəqs eləməsi, onun məhv edə bilməsi və yenidən yaratmaq qabiliyyətinə malik olmasını nümayiş etdirir.Vişnu (Vishnu); Qoruyucu Tanrı. Vişnunun 1000 adı mövcuddur və Hindistanın dini əfsanələrində1 onun insanlara yardım etmək üçün on cildə düşməsi qeyd olunmuşdur. Vişnanın cildləri bunlardır: Balıq, tisbağa, qaban, liliput, yarı insan və yarı şir olan məxluq, əlində balta tutmuş Rama, Rama, Krişna, Budda, Kalki. Hindularına dini nəzərincə Buddizmin banisi olan Budda və qiyamət günü zühur edəcək şəxs Kalki dünyanı islah etmək və yenidən düz yola dəvət etmək üçün əllərində qılınc, at üstündə zühur edəcəklər.Hinduizmin saysız-hesabsız firqələri vardır və onların hamısı sülh və əmin-amanlıqla bir yerdə yaşayırlar. Bu firqələrin davamçıları dinin xüsusi bir sahəsinə daha çox diqqət ayırırlar və çox vaxt da Tanrılardan birinə tapınırlar. Şiva və Vişnu tərəfdarları ayrı-ayrılıqda böyük dəstələr yarada bilmişlər.
Şivaya sitayiş edənlər onun cinsiyyət üzvünə də, yəni onun erkəklik üzvü olan Linqaya da sitayiş edirlər. Bəzən də onun qadın cinsiyyət üzvünü Yoni adlandıraraq onu boşqab formasında hazırlayırlar və erkək cinsiyyət üzvünü isə onu üzərində yerləşdirirlər. Linqanın heykəli və məbədlərinin sayı çoxdur. Sonsuzluq bəlası və nəslin artırılması sahəsində mühim rol oynaması qədim zamanalardan bu inancın geniş şəkildə yayılmasına gətirib çıxarmışdır. Cinsiyyət orqanına sitayiş edənlər qeyd olunmuş heykəllərdən kömək istəyirlər. Onlar üçün insanların əsrlər boyu saxladıqları abır-həyanın mənası yoxdur. Vill Dorantın sözlərinə əsasən Qandi qərb missionerlərinin Hindlilərin cinsiyyət orqanına sitayiş etmələrinin eybəcərlikləri barədə yazmalarından gileylənirdi.
Linqaya hörmət və ehtiram məqsədilə ona ibadət üçün inşa edilmiş 12 məbəddən biri də Sumanat məbədidir. On dörd qızıl gümbəzi, saysız-hesabsız sərvəti olan bu məbəd Soltan Mahmud Qəznəvini təhrik etdi. O, hicri-Qəməri tarixilə 416-cı ildə ora hücum etdi və orada olan qızıl, gümüş, ləl-cəvahirat və bütün qiymətli şeyləri taladı. Hindular Sultan Mahmud Qəznəvinin bundan öncə digər bütxanalara hücum edərək qarət etməsini Sumanat bütxanasında olan bütün digər məbədlərdəki bütlərə qəzəblənməsi ilə açıqlayırdılar və elə buna görə bu məbədə daha çox diqqət ayırırdılar. Soltan Mahmud böyük qoşunla büt sındırma şüarı altında Sumanat məbədinə hücum etdi və saysız-hesabsız hinduları qətlə yetirdikdən sonra öz ağır gürzü ilə Linqa heykəlinin başından vurdu. O, öz böyük qələbəsini nümayiş etdirməkdən ötrü həmin heykəlin bir parçasını Qəzneyn şəhərinə gətirdi və cümə məscidinin kənarında insanlara göstərdi. Eləcə də, həmin heykəlin bəzi hissələrini Məkkəyə və xilafətin mərkəzi olan Bağdada və digər İslam ölkələrinə göndərdi.
Şivaya sitayiş edən dəstələrdən başqa birisi də Lanqavatdır, yəni Linqa daşıyıcılarıdır. Bu firqənin əsası 12-ci əsrdə qoyulmuşdur. Onlar balaca bağlama içərisində olan Linqanın xırda heykəllərinin daim boyunlarından asılı vəziyyətdə gəzdirirlər. İnsan qurban kəsmək və ölülərin kəllə sümüklərində şərab içmək də Şiva firqələrindən bəzilərinə aid edilir. Tərcümədə güc mənasını verən Şakti firqəsinin davamçılarının inancına əsasən ilahi qüvvə zərif cinsin daxilində yerləşmişdir. Elə buna görə də, şakti məbədlərində gənc qız və qadınlar rəqs edirlər. Bəzi firqələrdə daha vəhşi rəqslərin, qulaq batıran səslərin çıxarılmasının və dəlilərin qeyri-adi hərəkətlərinə bənzər rəqslərin edilməsinin ruhun təkamülünə kömək etməsi bildirilir.
Hinduizmdə qədim zamanlardan xüsusi terminlər mövcud olmuşdur və Buddizm də həmin dini terminlərdən biri ola bilər. Son əsrlərdə Hinduizmin xristiyanlıq və Avropa mədəniyyətilə tanışlığından sonra 1828-ci ildə Kalkatada Ram Mohan Roy tərəfindən “Brahmo samac” (yəni Brahmanlar təşkilatı) adlı islahatçı hərəkat yarandı. Həmin hərəkatın əsas məqsədi Hinduizmi müşriklikdən və xürafatdan uzaqlaşdırmaq idi. 1875-ci ildə isə Bombey şəhərində Dayananda Sarasvati tərəfindən “Ariya samac” (yəni qədim Hinduizmə qayıtma) hərəkatı meydana çıxdı. Ramakrişna da dinlərin vəhdəti və birliyinə əsaslanan yeni əqidə yaratdı və bir qrup insanlar da onun islahatçı məktəbinə daxil oldular. Bu üç firqənin Hindistan cəmiyyətində az davamçıları vardır və Hinduizm xristiyanlığa meyilliləşməkdədir.
Bu hərəkatın əksinə olan hərəkat, yəni xristiyanlığın Hinduizmə yaxınlaşması “Teosofi” (Teosophy) adlandırılır. Bu hərəkatı xanım Blavatski və xanım Besant meydana çıxartdılar. Bu məktəb “New Age”, yəni “Yeni əsr” məktəbinə çevrilmişdir.
8. Karma, Samsara, Mokşa və Nirvana
Tərcümədə rəftar, davranış və əməl mənasını verən Karma qanunlarına əsasən insan öz əməllərinin nəticələrini bu dünyaya yenidən qayıtdıqda görə bilər. Yaxşı əməl sahibləri sonrakı mərhələdə rifah və xoşluq içərisində yaşayacaqlar, amma pis əməl sahibləri isə yenidən qayıtdıqda səfillik və bədbəxtlik içərisində yaşayacaqlar. Bəzilərinin heyvan şəklində qayıtması da mümkündür. Ruhun digər canlılarda yerləşməsinə inanan insanların bəzilərinin əqidəsinə görə insanın qayıtması dörd cür ola bilər. Bu cansızlardan tutmuş insanlara qədər ola bilər və əlifba sırasıyla tərtib etsək belə alınar:
Rəsx; Ölən insanın ruhunun daşa köçməsiFəsx; Ölən insanın ruhunun bitgiyə köçməsiMəsx; Ölən insanın ruhunun heyvana köçməsiNəsx; Ölən insanın ruhunun insana köçməsiTənasux (İnsanın ruhunun yeni bədənə transformasiya olunması) mənasını verən Samsara dünyanın bir çox din və məzhəblərində (Yəhudilik, xristiyanlıq və İslam dinin bəzi səhv firqələrində) müxtəlif adlar altında mövcuddur. Amma Hinduizmdə bu əqidə böyük əhəmiyyətə malikdir. Hinduizm davamçılarının nəzərincə insan ruhu cisimləri dəyişməkdə davam edir. Yəni bu dairəvi hərəkətdə dəyişən cismlər olur, amma ruh eyniliklə qalır.
İnsanın dayanmadan dövr edən və əzab-əziyyətlə dolu ruhun cismlərdə yerləşməsində yeganə çıxış yolu onun Moşkanı (Azadlığı) əldə etməsi və Nirvanaya çatmasıdır. Bu söz tərcümədə sakitlik və sabitlik, amma terminalogiyada isə “Allahın fənasına və varlığına qovuşmaq” deməkdir.
9. Vücudun vəhdəti (Vəhdəti-vücud) fəlsəfəsi
Hindu alimləri və filosoflarının nəzərincə həmin dinin saysız-hesabsız Tanrıları bir Allahın təzahürləridir və bütün varlıqlar ilahiliyin əzəmətli bədəninin üzvləridir. Onların nəzərincə bu dünya və onda olan hər bir şey xəyaldan başqa heç nə deyildir. Bu xəyalı Maya, yəni yalan və təvəhhüm adlandırırlar. Onların inanclarına görə bütün bu xəyallar və yalan surətlər sonda məhv olacaq, həmişə var olan Brahman qalacaq. Son əsrlərdə Hinduizm irfanı qərbliləri öz sehrinə salmışdır. Qeyd etmək lazımdır ki, İslam irfanı da qərblilərin bir hissəsini İslam dininə yaxınlaşdırmışdır.
Hinduizmin əxlaq qanunları, sufiliyi və zərif düşüncələri qədim zamanlardan indiyə qədər özünəməxsus cazibəyə malik olmuşdur. Bəzilərinin sözlərinə əsasən Hinduizmin bəzi düşüncələrinin həm Xristiyanlıq, həm də İslamda olan sufi əhlinə düşüncə baxımından güclü təsiri olmuşdur.
Hinduların imanlarının əsası dörd məfhumdan ibarətdir:
Ruhun ilahiliyiVarlıqların vəhdəti və birliyiTanrıların vəhdəti və birliyiDinləri və məzhəblərin vəhdəti və birliyiHinduizm özünə qapanmağı və özünü mərkəzləşdirməyi qəbul etmir və hər bir Hindus öz dinindən əlavə dünyanın hər hansı dinlərindən birini qəbul edə bilər. Amma buna baxmayaraq Hindusların arasında ən kəskin təəssübkeşlik mövcudur. Yalnız bir məsələni qeyd etsək kifayət edər ki, Mhatma Qandi Hindularla Müsəlmanlar arasında bərabərliyə inandığı üçün bir qrup Hindusun düşməninə çevrildi və sonda həmin təəssübkeş Hinduslardan biri onu güllə ilə qətlə yetirdi. Son zamanlar Hindusların təəssübkeşliyi daha da güclənmişdir. Bunun ən yeni və amansız təzahürü Babərilər məscidinin dağıdılması, çoxlu sayda müsəlman və hindusun həmin hadisədə ölməsidir. Onların bu işi etməkdə bəhanələri isə Babəri məscidinin yerləşdiyi məkanın Ram bütünün doğulduğu yer olması idi. Onlar belə iddia edirdilər ki, Vişnu həmin yerdə Ram bütü formasında gözə görünmüşdü və Hinduslar həmin məkanda bütxana tikmişdilər. Amma sonralar həmin məbəd məscid formasına salınmışdır. Təəssübkeş Hinduslar bu bəhanələri əllərində saxlayaraq öz bütlərini məscidin dağıntıları üzərində yerləşdirmişlər və onlara sitayiş etməyə başlamışlar. Hinduslar həmin yerdə Ram məbədinin inşa etmək istəyirlər, amma müsəlmanların İslami məscidin Hindus bütxanasına dəyişdirilməsi məsələsinə kəskin etirazlarına görə məsələ hələ də havada qalmaqdadır.
Hindusların Kəşmirdə törətdikləri cinayətlər də diqqətə layiqdir. Onların İslam dini və müsəlmanlarla savaşması və bu məqsəd uğrunda Sionist İsrail rejimi ilə əməkdaşlıq aparması www.Hindruunity. com internet saytında aydın şəkildə öz əksini tapmışdır.
10. Yoqa fəlsəfəsi, yaxud Cukyan metodu
Hindusların nəzərincə həqiqətə çatmaq və qadir Allaha qovuşmaq yalnız yoqanın köməkliyi ilə mümkündür. Yoqa çətin və nəfəskəsici əzablara dəlalət edir və çox zaman sakit oturmaq, bardaş qurub düşünməklə meydana çıxır. Amma bunun üçün başqa metodlar da mövcuddur. Məsələn; dayanmaq, başaşağı durmaq, əyilmək, qollardan sallanmaq və üzərinə mismarlar vururlmuş taxtanın üzərində uzanmaq. Bu işlər on il belə davam edə bilər və bununla yanaşı digər çətin məqamlar, suyu önünə qoyub susuz vəziyyətdə ona baxmaq kimi məşəqqətli anlar yaşanıla bilər.
Nəfəsin həbs edilməsi məsələsi belədir ki, güclü məşqlərdən sonra tənəffüs sayları aşağı düşməyə başlayır və əsil yoqaçı bir ildə bir neçə dəfə nəfəs almaqla yaşaya bilir. Yoqa ilə nəbzin vurmasını və bədənin digər fəaliyyətlərini də ələ almaq olur. Belə hallarda insan bədəni digər yollardan istifadə etməklə sağ qala bilir. Belə ki, Yoqa ilə məşğul olan şəxsi altı ay ərzində qəbrdə dəfn edirlər və altı aydan sonra onun qəbrini açdıqda sağ olduğunu görürlər.2
Bu qədər çətinliyə və əzab-əziyyətə dözmənin həqiqətə çatmaq üçün həyata keçirilməsinə baxmayaraq belə ağır əziyyətlərə tab gətirmək yeni bacarıq və kəramət əldə olunması ilə nəticələnir. Yoqaçı belə məsələlərin onun kəmala çatması yolunda maniə kimi qəbul edir və çox vaxt belə qeyri-adi vərdişləri heç vaxt üzə çıxartmır.
Qərb alimləri bir neçə yoqaçı üzərində təcrübələr apardıqdan sonra həmin halların bəzilərinin həqiqi olmasını sübuta yetirmişlər. Məsələn, 1936-cı ildə Doktor Brossun başçılığı altında həkim heyəti nəfəsin həbsi barəsində təcrübə və tədqiqatlar apardıqdan sonra öz nəticələrini çap etdirmişlər.
Müəllif: Hüseyn Tövfiqi
Mənbə: "Böyük dinlərlə tanışlıq" kitabı, 2013
ISBN 978-9952-20-080-5
|
['induizm', 'hinduizm', 'qədim Hindistan', 'Hindistan haqqında maraqlı məlumatlar', 'hind mədəniyyəti', 'Hindistan']
|
712 |
https://kayzen.az/blog/din/20204/9.-h%C9%99rfi-h%C9%99ft%C9%99.html
|
9. Hərfi həftə
|
farhadov
|
Din və teologiya
|
13 dekabr 2017, 20:25
|
Şənbə kimi həftə də öz başlanğıcını dünyanın yaranmasından götürür; o, Müqəddəs Kitab tarixi vasitəsi ilə bizə qədər dəyişməz qalaraq gəlib çatmışdır. Allah Özü birinci həftəni dövrlərin sonuna qədər bütün gələcək həftələr üçün nümunə kimi ölçmüşdür. Hər bir həftə yeddi gündən ibarətdir. Altı gün ərzində Allah yaradılış işlərini yerinə yetirmişdir, yeddinci gün isə istirahət etmişdir və bundan sonra bu günə xeyir-dua verərək, onu insan üçün istirahət günü kimi ayırmışdır.
Sina dağında verilən qanunda Allah həftənin və onun əsaslandığı prinsiplərin mövcudluğunu təsdiq etmişdir. Altı gündə hansı işin yerinə yetirilməli olduğunu və yeddinci gündə nəyin edilməməsini qərara alaraq, «müqəddəs tutmaq üçün şənbə gününü yadda saxla» hökmünü verdikdən sonra O Özünü nümunə göstərərək həftəyə riayət etməyin səbəbini müəyyən etdi: «Şənbə gününü yadda saxlayıb təsdiq et. Altı gün çalışıb bütün işlərini gör, lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qaravaşın, heyvanların yanında qalan yadellin də heç bir iş görməsin. Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kahinatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı» (Çıxış 20:8,11). Biz yaradılış günlərini sözün hərfi mənasında qəbul edəndə bu səbəb bizim üçün kifayət qədər inandırıcı və uca görünür. Həftənin hər altı günü iş günüdür, çünki Allah bu zaman hissələrindən Öz yaradıcı əməyi üçün istifadə etmişdir. Yeddinci gün isə Yaradanın istirahəti haqqında xatirəyə hörmət edərək insan işləməməlidir.
Lakin birinci həftə ərzində baş verən bütün hadisələrin guya bir çox minilliklər ərzində inkişaf etməsi fərziyyəsi dördüncü hökmün əsasına birbaşa zərbədir. Bu, düşünməyə məcbur edir ki, Yaradan genişləndirilmiş, nəhayətsiz zaman dövrləri haqqında xatirə olaraq, yeddigünlük həftəni qorumağı insanlara əmr etmişdir. Bu, Onun Öz məxluqlarına münasibətinə kökündən ziddir. Bu, Onun çox aydın surətdə etdiklərini qeyri-adi və müəmmalı edir. Bu, imansızlığın ən məkrli və təhlükəli formasıdır; onun əsl xarakteri elə müvəffəqiyyətlə maskalanmışdır ki, Müqəddəs Kitaba inananların bir çoxu bu fərziyyəyə əsaslanırlar və başqalarına da bu cür öyrədirlər.
«Göylər Rəbbin sözü ilə, səma cisimləri Onun hökmü ilə yarandı… Çünki nə söylədi, mövcud oldu, nə əmr etdi, quruldu» (Zəbur 33:6-9). Müqəddəs Kitab yerin uzun yüzilliklər boyunca yavaş-yavaş inkişaf edərək qarışıq qaydasızlıqdan əmələ gəlməsini qəbul etmir. Yaradılışın hər yeni günü haqqında Müqəddəs Yazı deyir ki, o, bütün sonrakılar kimi gecədən və gündüzdən ibarət olmuşdur. Hər bir günün sonunda Yaradanın işlərinin nəticələri xəbər verilir. Birinci həftənin sonunda isə deyilmişdir: «Rəbb Allahın göyləri və yeri yaratmasının tarixçəsi belədir» (Yaradılış 2:4). Lakin bu, o demək deyildir ki, yaradılış günləri əsl günlərdən fərqlənmişlər. Hər bir gün yenisinin gəlməsi ilə tə`yin edilir, çünki həmin gün Allah Öz işinin yeni hissəsini yerinə yetirmişdir.
Geoloqlar təsdiq edirlər ki, tapılmış sübutlara əsasən yerin yaşı Musanın kitablarında bu barədə deyildiyindən daha çoxdur. Insanların və heyvanların sümükləri, həmçinin silah, daşlaşmış ağaclar və sairə bu kimi şeylərin öz ölçüləri ilə bu gün bizə məlum olan şeylərdən və min il bundan öncə mövcud olan şeylərdən ölçücə daha böyük olması, alimləri bu nəticəyə gətirir ki, dünyanın yaradılması haqqında yazılmış dövrdən çox-çox əvvəllər yer üzündə fiziki inkişaf cəhətcə insan nəslinin müasir nümayəndələrindən çox üstün olan insanlar yaşamışlar. Bu cür nəticələr Müqəddəs Kitaba iman edən adlanan bir çoxlarını düşünməyə məcbur edir ki, yaradılış günləri zamanın uzun, qeyri-müəyyən hissəsindən ibarət olmuşdur.
Lakin Müqəddəs Kitabın verdiyi xəbərlərə geologiya heç nə əlavə edə bilmir. Müxtəlif cür kəşflərə bu cür kor-koranə inananlar böyük daşqına qədərki insanların və heyvanların fiziki vəziyyətləri haqqında, ağacların nəhəngliyi və yaxud o vaxtdan bəri baş verən böyük dəyişikliklər haqqında müəyyən təsəvvürə malik deyildirlər. Yerdə tapılan qalıqlar indiki şəraitdən kəskin surətdə fərqlənən tamamilə başqa şəraitlərə dəlalət edirlər. Lakin yalnız Müqəddəs Yazı həmin şəraitlərin mövcudluq dövrlərini işıqlandıra bilər. Böyük daşqının tarixində vəhy Sözü geologiyanın da heç vaxt aça bilməyəcəyi şeyləri izah edir. Nuhun günlərində insanlar, heyvanlar, ağaclar ölçücə müasir dövrdəkindən çox böyük idilər və onlar yerin altında basdırılıb orada saxlandılar ki, qədim dünyanın böyük daşqın vasitəsilə məhv edilməsi haqqında gələcək nəsillərə şəhadət etsinlər. Allah istəyirdi ki, qədim keçmişin açılması insanların müqəddəs tarixə imanını möhkəmləndirsin, lakin insanlar öz şöhrətpərəst nəticələri ilə böyük daşqına qədərki dünyanın sakinləri kimi yanlış yola düşdülər, onlar da Allahın bəxşişlərindən düzgün istifadə etməyərək, onları lənətə çevirmişdilər.
Şeytanın fəndlərindən biri də budur ki, o, imansızlıq nağılları ilə xalqın başını qatmağa çalışır, çünki bu yolla o, aydın ifadə edilmiş Allah Qanununu təhrif edə bilir və insanları Allah idarəsinə qarşı üsyana qızışdırır. Yaşar Allahın yerin və göyün Yaradanı olduğunu aydın surətdə göstərən dördüncü hökmə onun qəzəbi xüsusilə çox tutur.
Insanlar zəifləmiş enerji ilə izah etməyə çalışırlar ki, məxluq təbiət proseslərinin nəticəsidir və bu cür əqli nəticələr, Müqəddəs Yazıdakı aydın dəlillərin ziddinə olaraq, hətta məsihçi adlananlar tərəfindən də qəbul edilirlər. Çoxları peyğəmbərlikləri, xüsusilə Danielin və Vəhy kitablarındakıları öyrənməkdən imtina edirlər, onlar təsdiq edirlər ki, guya bunlar ağlabatan deyildirlər və onları dərk etmək mümkün deyildir; bununla yanaşı elə həmin bu insanlar Musanın kitablarına zidd olan geoloqların fərziyyələrini həvəslə qəbul edirlər. Lakin Allahın bizə açdıqları başa düşülmək üçün bu qədər çətindirlərsə, onda Onun açmadığı fərziyyələri qəbul etmək də bir qədər düzgün deyildir!
«Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu Tövratın bütün sözlərinə əməl edək» (Təsniyə 29:29). Allah yaradılış işinin məhz hansı yolla yerinə yetirildiyini insanlara açmamışdır. Insan elmi Uca Olanın sirlərinə daxil ola bilməz. Onun yaradıcılıq qüdrəti Onun varlığı kimi əlçatmazdır.
Allah həm elm, həm də incəsənət sahəsində dünyanı işığa qərq etmişdir, lakin əgər alimlər bu sahələrə yalnız insan nöqtəyi-nəzərindən baxsalar, onlar yanlış nəticələrə gəlib çıxacaqlar. Əlbəttə, Allah Sözündə açıldığından əlavə də biz müxtəlif növ fərziyyələr qura bilərik, lakin yalnız bu şərtlə ki, bizim baxışlarımız Müqəddəs Kitabdaki faktlara zidd olmasın. Lakin Yazıları buraxıb yaradılış işini elmi nöqteyi-nəzərdən izah etməyə çalışanlar xəritəsiz və kompassız olaraq sahilsiz, okeanın namə`lum sularında azırlar. Əgər dahi ərlər öz tədqiqatlarında Allah Sözünü rəhbər tutmasalar, elm və Allah Vəhyi arasındakı əlaqəni müəyyən etmək cəhdlərində çıxılmaz yola düşəcəklər. Yaradanın Özü, Onun işləri, onların idrakı üçün əlçatmaz olduğuna görə və təbii qanunlar nöqteyi- nəzərindən izah edilmədiyinə görə alimlər Müqəddəs Kitab tarixini qeyri-həqiqi kimi sadəcə olaraq inkar edirlər. Qədim və Yeni Əhdlərin həqiqiliyinə şübhə edənlər daha uzağa gedəcəklər və Allahın Özünün varlığına şübhə edəcəklər, beləliklə də lövbəri itirərək imansızlıq qayalarında parçalanana qədər onlar dalğalar üzərində sərgərdan olacaqlar.
Belə insanlar imanın sadəliyini itirirlər. Allahın Müqəddəs Sözünün Ilahi nüfuzuna möhkəm inanmaq vacibdir. Müqəddəs Kitab insanların elmi baxışları ilə yoxlanıla bilməz. Insan biliyi e`tibarsız bələdçidir. Nəyə isə irad tutmaq üçün Müqəddəs Kitabı oxuyan skeptiklər elm və yaxud Allah Sözü sahəsində kifayət qədər bilikləri olmadığına görə, ola bilsin, təsdiq edəcəklər ki, elm və Müqəddəs Kitab bir-birinə ziddir. Lakin düzgün dərk
edilərkən aydın olur ki, onların arasında mükəmməl ahəngdarlıq mövcuddur. Musa Allahın Ruhundan ilham alaraq yazırdı və geologiyanın həqiqi nəzəriyyəsi onun mə`lumatına zidd olan kəşflərin doğruluğunu heç vaxt təsdiq etməmişdir. Təbiətdə və Allah Sözündə olan hər bir həqiqət özünün bütün təzahürlərində öz-özünə qanunauyğundur.
Müqəddəs Yazıda elə suallara toxunulur ki, hətta ən məşhur alimlər də onlara heç vaxt cavab verə bilməzlər. Onlar üzərində düşünərkən biz anlayırıq ki, hətta gündəlik həyatın adi təzahürlərində də elə çoxlu şeylər vardır ki, insan şüuru öz lovğa müdrikliyi ilə onları heç vaxt dərk etməyəcəkdir.
Alimlər isə hesab edirlər ki, onlar Allahın yaratdıqlarında və yarada biləcəklərində Onun müdrikliyini dərk etməyə qadirdirlər. Allahın Öz qanunları ilə məhdudlaşması ideyası geniş yayılmışdır. Insanlar ya Allahın varlığını inkar edirlər, ya Onun haqqında nə isə bilməkdən inadla imtina edirlər, ya da hər şeyi, hətta Müqəddəs Ruhun insan ürəyinə tə`sirini də izah etməyə çalışırlar. Onlarda Onun adı önündə pərəstiş, Onun gücü önündə qorxu yoxdur. Onlar fövqəladə olana inanmırlar, nə Allah Qanunlarını, nə də Onun iradəsini yerinə yetirmək üçün onlarda fəaliyyət göstərən hədsiz Allah gücünü başa düşmürlər. Adətən «təbiət qanunları» anlayışı altında o qanunlar nəzərdə tutulur ki, insanlar onları açmağa qadir olmuşlar və onlar fiziki dünyanı idarə edirlər. Lakin onların bilikləri necə də məhduddur və fani varlıqların idrak və şüur sərhədlərindən çox-çox kənara çıxaraq, Yaradanın Öz xüsusi qanunları ilə fəaliyyət göstərə bildiyi şeydən necə də nəhayətsizdir!
Çoxları öyrədirlər ki, materiya həyat qüvvəsinə malikdir, bu onun dəyişməz xüsusiyyətidir, o, öz xüsusi enerjisi sayəsində də fəaliyyət göstərir, təbiət hadisələri Allahın Özünün də hakim olmadığı dəyişməz qanunlar tərəfindən idarə olunur və bu qanunlara da tabedirlər. Bu, yalançı elmdir və o, Allah Sözü tərəfindən təsdiq edilmir. Təbiət Yaradanın xidmətçisidir. Allah Öz qanunlarını dəyişmir və onların ziddinə olaraq fəaliyyət göstərmir, lakin O, həmişə onlardan alət kimi istifadə edir. Təbiət həm öz qanunlarında, həm də bu qanunlar vasitəsilə təzahür edən şüurlu, daim fəaliyyət göstərən qüvvəyə şəhadət edir. Ata və Oğul yorulmadan təbiətdə fəaliyyət göstərirlər. Məsih deyir: «Atam indiyədək işləməkdədir və Mən də işləyirəm.» (Yəhya 5:17).
Nehemya tərəfindən yazılmış himndə levitlər oxuyurlar: «Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü… hər şeyi Sən yaratdın və hamısına həyat verirsən» (Nehemya 9:6). Bizim yer planetinə gəldikdə isə, Allahın yaradıcı işi qurtarmışdır. Çünki «Onun işləri dünya yaradılandan bəri başa çatmışdır» (Ibranilərə 4:3). Lakin Onun qüvvəsi həmişə bütün yaradılmışların idarəsində görünür. Bir dəfə fəaliyyətə gətirilmiş mexanizm ona görə e`tirazsız işləmir ki, onda qoyulan qüvvə hərəkət edir; bütün canlıların nəbzləri də bu səbəbə görə vurmur; lakin hər
bir nəfəs, ürəyin hər bir döyüntüsü Yaradanın hər şeyi əhatə edən qayğısına dəlalət edir ki, biz Onun sayəsində «yaşayırıq, hərəkət edirik və mövcuduq» (Həvarilərin işləri17:28). Yer yalnız onda qoyulmuş enerji sayəsində hər il bütün canlılara həyat vermir və günəş ətrafında dövr etmir. Allahın əli planetlərin Kainatdakı ciddi hərəkətini idarə edir. «Rəbb göy cisimləri sıraya düzüb çağırar, onların hamısını adları ilə çağırar. Bol qüvvəsinə, böyük qüdrətinə görə onlardan heç biri də əksik olmaz» (Yeşaya 40:26). Yalnız Onun qüdrəti sayəsində bitkilər yaşıllaşır, yarpaqlar görünür, çiçəklər açılır… O, «dağlarda ot bitirər» (Zəbur 147:8) və Onun sayəsində çöllər məhsuldar olur. Bütün meşə heyvanlarına O, qida göndərir və ən xırda böcəkdən tutmuş insana qədər, bütün canlı varlıqlar hər gün Onun tükənməz qayğısından asılıdır. Zəbur oxuyanın sözləri necə də gözəldir: «» (Zəbur 104:27,28). Onun Sözü təbiət qüvvələrini idarə edir: «O, göyüləri buludlarla bürüyər və yer üzünü yağışla təmin edər». «» (Zəbur 147:16). «» (Irməyə 10:13).
Allah hər şeyin əsasıdır, bünövrəsidir. Hər bir həqiqi elm Onun yaradıcılıq işləri ilə ahəngdarlıqdadır; hər bir həqiqi təhsil Onun idarəsinin qanunlarına itaətə aparır. Elm bizim baxışlarımıza yeni möcüzələr açır, o, səmanın ənginliklərinə daxil olur və yeni dərinlikləri tədqiq edir, lakin Ilahi vəhyə zidd olan heç bir şey tapmır. Allaha yanlış baxışları müdafiə etmək üçün nadanlıq elmi sübutlara əsaslana bilər, lakin təbiət kitabı və Allah Sözü bir-birlərini işığa qərq edirlər. Bu şahidlərin sayəsində biz Yaradana itaət etməyi və Onun Sözünə şüurlu surətdə inanmağı öyrənə bilərik.
Heç kimin məhdud ağlı Nəhayətsizin varlığını, qüdrətini, müdrikliyini və işlərini dərk etməyə qadir deyildir. Allahın müqəddəs xidmətçisi yazmışdır: «Allahın dərin sirlərini dərk edə bilərsənmi? Külli-Ixtiyarın sərhədlərinə çata bilərsənmi? Onlar göylər qədər ucadır, axı nə edə bilərsən? Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən? Meyarı aləmdən uzundur, dənizlərdən genişdir» (Əyyub 11:7-9). Ən görkəmli dahilər Allahı dərk edə bilmirlər. Insanlar tədqiq və kəşf edə bilərlər, lakin yenə də əlçatmazlıq sonsuzluğu qalacaqdır.
Yaradılış işləri Allahın qüdrətinə və əzəmətinə dəlalət edir. «» (Zəbur 19:1). Kim Allah Sözündən rəhbər kimi istifadə edəcəkdir, o, Allahı dərk etmək üçün elmi bir vasitə kimi əldə edəcəkdir. «Dünya yaranandan bəri Onun gözlə görülməz xüsusiyyətləri, yəni, əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür» (Romalılara 1:20).
Mənbə: Əcdadlar və Peyğəmbərlər (Patriarchs and Prophets)
Müəllif: Ellen Uayt (Ellen Gould White), Adventist xristian cərəyanının islahatçısı, 7-ci gün Adventist Kilsəsinin yaradıcısı
|
['Bibliya']
|
713 |
https://kayzen.az/blog/dusundurucu-hekayeler/21278/sevgi-t%C9%99rbiy%C9%99-edir.html
|
Sevgi tərbiyə edir
|
Apollon
|
Düşündürücü hekayələr
|
12 dekabr 2017, 11:08
|
Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imtahanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi.
Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk ağlımdan keçən «Armudun yaxşısını ayılar yeyər» düşüncəsi oldu. 27-28 yaşlarında, saçı bir az tökülmüş, kök, balacaboy adam idi. Bu insanla puluna görə nişanlana biləcəyi ağlıma gələn ilk fikir oldu. Sonra öyrəndim ki, imkanlı biri deyil və başqa bir universitetdə psixologiya üzrə doktoranturada oxuyur və gələcəkdə ixtisası üzrə professor olmaq istəyir. Düşüncəm məni rahat buraxmırdı. Görəsən nə tapmışdı mənim gözəl tələbəm bu oğlanda?
Bir gün koridorda qıza yaxınlaşdım və bir az ordan-burdan danışdıqdan sonra maraqlı olduğum mövzu ilə bağlı sual verdim:
— Nişanlınla necə tanış olmusan mənə çox maraqlıdır?
— Bir dini müşavirədə bərabər iştirak edirdik, orda tanış olduq.
— Bəs səni nəyi cəlb etdi?
O, bu sualı heç gözləmirdi. Ziyalı xanım olduğundan, bu cür sualları insanın şəxsi həyatına təcavüz hesab edərək təəccüblə üzümə baxdı. Bir qədər sonra gülümsəyərək:
«O, şəhanə bir insandır; O mənim qəhrəmanımdır. Ondan çox şey öyrənmişəm» dedi.
İlk anda duyduğum hiss qısqanclıq oldu. Gözəl bir qadının bir kişiyə «Sən mənim qəhrəmanımsan» duyğusu ilə baxmasının kişiyə verilmiş ən böyük hədiyyə olduğunu hiss etdim. Bu hədiyyəni həyatım boyu almadığımı bildiyim üçün qısqandım.
— Necə yəni? soruşdum.
— O, uşaq evində böyüyüb. Yetim olmağın nə demək olduğunu bildiyi üçün universitetdə tələbə olarkən, yetimxanadan 2 uşağa böyük qardaşlıq edir. Həftədə 10 saatını onlara ayırır; onlarla görüşüb oynayır, kitab oxuyur, onları gəzməyə aparır. Onların yaxşı yetişməsi üçün əlindən gələni edir. Onlardan biri əməliyyat olunub və nişanlım indi xəstəxanada qalıb ona baxır.
Üzümə şillə yemiş kimi oldum. Mən guya yüksək təhsil dərəcəsinə gəlmiş biriyəm və qarşımdakını hələ də görünüşünə görə mühakimə edir, onu «ayı» olaraq görürdüm. İçimdəki pislikdən utandım. Belə bir məntiq yürütdüm: Niyə mən o adama baxarkən, ilk növbədə «Armudun yaxşısını ayı yeyər» düşündüm. Çünki mən, yetişdiyim mühitdə tez-tez bu bənzətməni eşidərək böyümüşəm. Mənim mühitim mənə necə təsir edibsə, gözəl tələbəmin böyüdüyü mühit də ona elə təsir etmişdi.
Bu ailə məndə maraq oyatmağa başladı. Bir müddət sonra tələbəmə onlara qonaq gəlmək istədiyimi dedim. Getdim. Ənənəvi gülərüzlüklə qarşıladılar məni. Tələbəmin 4 yaşında bir balaca qardaşı, bir də özündən böyük evli qardaşı var idi.
Bu ailədə 2 hadisə diqqətimi çəkdi. Birinci, ata öz 4 yaşlı oğlu ilə danışarkən, aşağı əyilib düz onun göz xəttində dayanırdı. Bunu o qədər təbii edirdi ki, artıq fərqinə belə varmadan edilən davranış olduğu bəlli idi. Tələbəmdən bu haqda soruşdum.
O dedi:
— Hə, atamız həmişə bizimlə elə danışdı. Bir qardaşım evlidir və o, da uşaqları ilə elə danışır. Mən də həmişə elə danışacam.
Tüklərim biz-biz oldu. Atasına «Maraqlıdır, uşaqlarınızla göz xəttinə enərək danışırsız» dedim.
O, bir az təəccüblə gülümsəyərək:
— Bəli, axı onlar da balaca insanlardır. O qədər təbii baxırdı ki, mənə, gözləri «Sən belə etmirsən ki?» soruşurdu sanki. Mənimsə verdiyim tək cavab utanc bir gülümsəmə idi.
İkinci diqqətimi çəkən isə onun qardaşının davranışı oldu. Çox zəngin bir biznesmen olan bu insana çay əsnasında zəng gəldi və sabah önəmli bir görüşdə iştirak etməsinin vacibliyi bildirildi.
O isə belə cavab verdi:
«Mənim sabah eyni saatda daha vacib görüşüm var, başqa görüşləri təxirə salın».
Daha sonra bizə belə açıqlama verdi:
" 4 övladım var və həftədə biri ilə 4-5 saat bir yerdə zaman keçiririk. Sabah qızımla görüşüm var, bunu hec cür ertələmək olmaz. Uşaqlar tez böyüyür, bir də baxırsan böyüyüb və sən heç uşaqlarınla zaman keçirməmisən"
Öz uşaqlarıma içim yandı. Daha sonra uşaqlığıma yandı içim. Və son dayanacaq bütün ölkəmin uşaqlarına yandı içim.Heç kəsə hirslənə bilməyəcəyimi anlayıb «Bundan sonra nə edə bilərəm?» haqqında düşünməyə başladım. Tələbəmin böyüdüyü mühiti görəndə, onun seçdiyi o insanla nişanlanmasına daha yaxşı məna verə bilirdim. Atası hər dəfə onunla göz xəttinə əyilib danışanda, uşaq «Sən varsan, təbiisən, olduğun kimisən, dəyərlisən, güclüsən, sevilməyə layiqsən» mesajını alıb və onun ruhu bəslənib.
Uşağı ilə görüş vaxtına sadiq qalan ata «Səninlə vaxtımı keçirmək istəyirəm, sənin üçün darıxmışam» sözlərini onun bütün ruhuna yayır. Uşaq bunu yalnız sözlərdə yox, əməllərdə duyur, uşağın xəmiri «Mən sevilməyə layiq biriyəm» düşüncəsi ilə yoğrulur. Və o uşaq gələcəkdə bütün insanlara «sevilməyə layiq biriləri» kimi baxır. Bir ata-ananın övladına verə biləcəyi ən böyük miras, sevgi ilə böyümüş, bəslənmiş və buna inanmış güclü bir candır.
|
['ailə', 'sevgi', 'xoşbəxt ailə']
|
714 |
https://kayzen.az/blog/edebiyyat/21322/heca-v%C9%99zni-haqq%C4%B1nda.html
|
Heca vəzni haqqında
|
luminat
|
Ədəbiyyat
|
11 dekabr 2017, 23:17
|
Azərbaycan şeirində əsasən iki cür vəzn vardır: əruz vəzni, heca vəzni. Heca vəzni yalnız türkdilli xalqların deyil, fransız, italyan, ispan, polyak, yapon, monqol və s. xalqların da ədəbiyyatı üçün orta əsrlərdən başlamış indiyədək ən işlək əbədi vəzndir. Heca vəzni təkcə yazılı ədəbiyyatın yox, şifahi ədəbiyyatın da yaradıcılıq təcrübəsində sınaqdan çıxmışdır. Heca vəzni haqqında Ə.Abid, M.Cəfər, A.Axundov, M.Əliyev, Ə.Cəfər, M.Xamrayev, İ.Stebleva, T.Kovalski və b. alimlər dərin tədqiqatlar aparmışlar. Məxəzlərdə belə hesab edilir ki, əruz vəzninin geniş yayılmasına baxmayaraq, heca vəzni turkdilli poeziyada hələ Ə.Yaləvi, Y.Əmrə, Xətai, M.Əmani və b. sənətkarların yaradıcılığında çox, özü də ustalıqla istifadə edilmişdir. Akademik H.Arella, professor M.Təhmasib heca vəzninin xüsusilə M.P.Vaqif, Q.Zakir və xalq şeiri üslubunda yazan şairlərin yaradıcılığında kamil hal aldığını, S.Ə.Şirvani, Ə.Nəbati, M.Ə.Sabir, M.Hadi və b. məharətlə işlətdiyi vəzn olduğunu yazmışlar. Heca vəzni Azərbaycan şeirinin də əsas vəznidir.
Azərbaycan şeirində heca vəzninin 3-4 hecalıqdan tutmuş 15-16 hecalığa qədər müxtəlif formaları işlənmişdir ki, bunlarda 60-a yaxın durğu (bölgü) növü özünü göstərir. Əruz vəznindəki təqtilərdən və vəzndə fərqli olaraq, bu vəzndə durğular sözləri müxtəlif parçalara ayırmır, bir durğuda bir və ya bir neçə durğu növü, variantı var. Məsələn, 11 hecalığın 4+4+3, 3+4+4, 7+4 (4+7), 6+5 və s. durğu növləri, variantları mövcuddur.
Doqquz yüz il bundan qabaq Mahmud Kaşğari tərəfindən yazılmış «Divani-lüğət it-türk» kitabında heca vəznində yazılmış əski türk şeirlərindən nümunələr vardır. Bunlardan Alp Artunqa (Əfrasiyab) mərsiyəsi üçün söylənilmiş matəm şeiri (sağu) çox maraqlıdır. Bu sağu miladdan 700 il əvvəl yaşamış türklərin tarixi qəhrəmanı Əfrasiyab üçün xalq şairləri tərəfindən qoşulmuş və əsrlər boyu dildən-dilə, ağızdan-ağıza keçərək yaşamışdır. Bu sağudan bir parçanı nümunə üçün nəzərdən keçirək:
Alp Artunqa öldimi?
İssiz acun qaldimi?
Ödlən öcin aldimi?
İmdi ürək yırtılur
Ödlək yarıq gözətti
Oğri tuzaq uzatdı
Biglər bigin azıtdi qurtulur.
Bu mənzumə bayatılar kimi yeddi hecalı vəzndə söylənmiş əski türk şeiri şəklindədir, yəni dördlüklər məcmuəsindən (bəndlərdən) əmələ gəlmişdir.
Bu dördlüklərdə qafiyə belə olmuşdur: birinci bənddə I və III misralarda qafiyə azaddır, II və IV misralar bir-birilə həmqafiyədir. O biri bəndlərin hamısında ilk üç misra öz aralarında həmqafiyədir, dördüncü misra ilk bəndin ikinci-dördüncü misralarıyla həmqafiyədir.
XX əsrin əvvəllərində heca vəzninin inkişafı, təkmilləşməsində Hüseyn Cavidin çox böyük rolu olmuşdur. Bu rol ondan ibarətdir ki, Cavidə qədər şeirdə hecanın on iki, on dörd, on beş, on altılıq kimi şəkilləri çox az işlənmişdir. Cavid bu şəkillərdə gözəl sənət əsərləri yaratmaqla on ikilik, on dördlük, on beşlik, on altılıq kimi şəkilləri də başqa şəkillər kimi qanuniləşdirmişdi. İkinci tərəfdən, heca vəznində yalnız aşiqanə, lirik şeirlər, şərqilər yaratmaqla kifayətlənməyib, bu
vəznin müxtəlif şəkillərində mənzum dramlar, fəlsəfi və ictimai məzmun daşıyan lirik, epik əsərlər yaratdı. Azərbaycan heca vəzninin bu şəkillərini o dövrün gənc şairləri daha təkmilləşdirib, büllurlaşdırdılar. H.Cavidin heca vəznində müxtəlif şəkillərdə yazdığı bir neçə parçanı nəzərdən keçirək:
(yeddi hecalı bölgü)
Yeni zindanlar yuvamız, Fəlakət aşinamız.
Ordular udan qurşun Olmuş bizim qidamız.
(səkkiz hecalı bölgü)
Dün bir quş gördüm yaralı
Uçmuş yurdundan aralı.
Dişlərdi köksünü çala,
Söylədi sanki hər hala vəhşi qartal qıydı bana,
Vətən, ah sevgili ana!
Mənim könlüm hər qulbəyə
Nəşə səpən atəş deyil
Mənim eşqim hər kölgəyə
Gülümsəyən günəş deyil.
Ağ yelkənlər qanad açar
Süzülüb naz ilə uçar.
(on bir hecalı bölgülər)
Mən səndən öyrəndim qəhrəmanlığı
Yenilsəm də yoxdur peşmançılığı
Xalq şairi Səməd Vurğunun yaradıcılığında heca vəzni daha yüksək mövqe tutmuş, yeni keyfiyyətlər qazanmışdır. Bütün lirik əsərlərində xəlqilik, el üslubu, oynaq və axıcı ifadə tərzi olan heca vəznində yazdığı bütün əsərləri olduqca musiqili bir şəkildə, ritmi, avazı ilə seçilir. Şairin poeziyasında Azərbaycan şeirinin demək olar ki, bütün poetik şəkilləri var. S.Vurğunun 11 hecalı şeirindən bir parçanı nəzərdən keçirək:
Şair, bu yerləri yaxından tanı!
Təbiət quranda Azərbaycanı!
Onu sığallamış qüdrətin əli,
Bir böyük ürəkli qüvvətin əli.
İstər Hüseyn Cavidin, istər Səməd Vurğunun, istərsə də başqa şairlərimizin heca vəznində olan bütün əsrlərinə diqqət yetirsək görərik ki, hamı bir nəfər kimi şeir ölçüsünə ancaq qrafik (yazı) cəhətdən deyil, tələffüz nöqteyi-nəzərindən yanaşmışlar. Say etibarilə bəzən misranın birində heca əskik də ola bilər. Lakin tələffüzdə həmin əskiklik qətiyyən duyulmur. Onu da qeyd etmək lazımdır ki, heca vəznində yazılmış şeirdə ancaq 1-2 heca fərqli ola bilər. Məsələn:
Şeir yazmaq şərəf oldu, Şeir inci, sədəf oldu,
Durna kimi səf-səf oldu Sinəmizin söz qatarı.
(S.Vurğun)
Bu parçanın iki əvvəlinci misrasının hər birində 7, qalan iki misrasında 5 heca var. Lakin əvvəlki misraları da tələffüz edərkən 8 heca alınır.
Heca vəzninin ikinci əsas tələbi bölgü prinsipi ilə əlaqədardır. Yuxarıda qeyd olunan kimi bölgü şeirin ahəngini tənzimləyən amildir. Lakin ayrı-ayrı vəznlərdə bölgü prinsipi bir-birindən fərqlənir. Heca vəznində bölgü söz prinsipinə əsaslanır. Bu o deməkdir ki, misra daxilində fasilə verilərkən bir söz ayrı-ayrı hissələrə parçalana bilməz. Söz bütövlükdə bu və ya digər bölümə daxl olmalıdır. Məsələn:
Ömrüm həlak etdim / dəhrin peşində
Yüz min acu vardır / hər bir işində.
Hicran ocağında, / eşq atəşində
Cigər kabab oldum, / gör necə yandım.
Bu 11 hecalı dördlükdə bölgü 6+5-dir.
Xalq ədəbiyyatımızda bayatılar 7 hecalı, gəraylılar 8 və qoşmalar 11 hecalıdır.
Heca vəzninin əsas prinsiplərindən biri budur ki, misralarda hecaların sayı bərabər olduğu kimi, ayrı-ayrı misralardakı bölümlər də hecaların sayı etibarilə bir-birinə bərabər olmalıdır:
Nədəndir sözümə cavab vermədən
Həm camal gizləyib üz göstərmədən,
Gecələr gözlərim görməmək
Ol siyah nərgisi məstanədəndir.
(M.P.Vaqif)
Bu şeirdə bütün misralarda birinci bölüm (fasilənin birinci tərəfi) 6 hecadan, ikinci bölüm (fasilənin ikinci tərəfi) 5 hecadan ibarətdir. Yuxarıdakı qoşmada isə hər misra fasilə nəticəsində dörd hissəyə bölünür, hər bölümə 4 heca düşür ki, bu da şeirin ahəngini nizama salır. Müasir şeirşünaslıq öz nəzəriyyəsini daha çox şeirin təbiəti, dil və şeir dili problemləri əsasında yaradır. Şeirşünaslardan K.Paustovski vəznin mənşəyindən danışarkən Homeri xüsusi qiymətləndirir. Guya Homer ilk dəfə «İliada» əsərində vəzndən istifadə etmişdir. Onun fikrincə, bu vəzn, başqa sözlə, «İliada»nın ölçüsü hekzimetrdir.
Hekzimetrlə misralar doqquz qısa, beş uzun hecaların birlşməsi əsasında yaranır. K.Paustovskinin iddiasına görə, Homer dəniz kənarında oturaraq şeir qoşmuş və onun ölçülərini sahilə çırpan dalğaların səsinə tabe etmişdir. Homer guya dalğanın fasiləsi arxasınca gedərək özünün şeir ölçüsünü yaratmışdır. Paustovskinin fikrincə, Homer hekzimetri dənizdən götürür. V.A.Nikopov özünün
«Şeir və dil» məqaləsində (Problemı Vostoçnoqo stixoslojeniə, 1973) K.Paustovskinin bu fikrini əfsanə adlandıraraq yazır ki, «İliada»nın hekzimetri qoşulanda şeir artıq uzun bir inkişaf yolu keçmişdi. Ona görə də həmin şeir ölçüsünün yaranması dəniz dalğalarına təqlidlə əlaqədar deyil, şeirin uzun əsrlərdən bəri inkişafının nəticəsidir. V.A.Nikopova görə, Paustovski daktili (bir uzun, iki qısa hecalı təqti) hekzimetrlə qarışdırmışdır. Ümumiyyətlə, şeirşünaslar vəzn sistemlərini iki mühüm qrupa ayırırlar.1 Birincisi, kəmiyyt üzrə təyin olunan vəznlər; ikincisi, keyfiyyət üzrə təyin olunan vəznlər. Kəmiyyət üzrə təyin olunan vəznlərdə misranın ölçüsünü təşkil edən amil hecaların sayı və onların uzun və qısa tələffüzüdür. Keyfiyyət üzrə təyin olunan vəzndə ölçü vurğulu hecaların növbələşməsinə əsaslanır. Bu bölgülər adətən üç şeir sistemində təmsil olunur. Birinci şeir sistemi sillabik şeir sistemi adlanır. Adından göründüyü kimi, bu sistemdə vəzn hecaların sayına əsaslanır. İkincisi, sillabik-tonik şeir sistemidir. Bu sistemdə vəzn sillabik və tonik xüsusiyyətləri özündə birləşdirir. Burada hecaların sayından əlavə tonik keyfiyyətlər də mühüm rol oynayır. Başqa sözlə, heca və vurğu vəznin ölçüsünü təşkil edir. Üçüncüsü, tonik şeir sistemidir. Bu sistemdə toniklik- -vurğuluq vəznin başlıca xüsusiyyətidir. Burada ölçü vurğulu hecaların növbələşməsinə əsaslanır.
Göründüyü kimi, hər üç sistem kəmiyyət və keyfiyyətinə görə təyin olunan vəznlərlə bilavasitə bağlıdır. Bu daha çox son iki sistemə aiddir. Məsələn, vaxtilə «məktəb» və yaxud «barmaq» vəzni adlanan heca vəzni sillabik şeir sisteminin modeli ilə «səsləşirdi». Lakin bu uyğunluq zahiri xarakter daşıyır. Məsələn, məlumdur ki, Azərbaycan dili iltisaqi dillər qrupuna aiddir. Bu dilin xüsusiyyəti söz vurğusu ilə bağlıdır. Başqa sözlə, bu tipli dillərdə vurğu bir qayda olaraq sözün son hecasına düşür. Lakin şeir dilində, o cümlədən, Azərbaycan şeirində ritmik imkan bir sıra xüsusiyətlərlə zənginləşdirilir. Əvvəla, milli dil və daxili imkanlar hesabına zənginləşdirilir, eyni zamanda dildə yeni sözlər yaradılır. İkincisi, filektiv dillərdən bir çox sözlər dilimizə daxil olur ki, onlar şeirin ahəngində keyfiyyət dəyişmələri əmələ gətirir. Bir çox sözlərdə, məsələn, alim, asudə, mənsumə və s. vurğu yerləri müxtəlifdir. Halbuki bu tipli sözlər dilimizdə çoxdur və onlar şeirdə işləndikdə vurğu imkanlarını artırırlar və vəzndə tonik xüsusiyyətə yüksəlir. Şeir təcrübəsi göstərir ki, heca vəzninin aşağı ölçülərində (beş, altı, yeddi, səkkiz, on hecalı) tonik xüsusiyyət daha qabarıq şəkildə olur. Akademik M.Cəfərin fikrincə, hələ lap qədimlərdə də heca vəzninin müəyyən formaları tonik xüsusiyyətə malik olmuşdur. Məsələn, Avestanın tədqiqatçıları heca vəzninin müxtəlifliyini və tonik xüsusiyyətlərini nəzərə almadıqlarına görə Zərdüştün bəzi şeirlərinin heca vəznində deyil, əruz vəznində, başqa sözlə, ölçülü (metrik) vəzndə yazıldığını qeyd etmişlər. Yəni Zərdüşt həm əruzun təqarub bəhrində (fəul, fəulin, fəul, fəulin), eləcə də heca vəzninin beş və altı hecalı bölgüsündə şeirlər yazmışdır. Bu baxımdan aşağıdakı şeir diqqəti cəlb edir:
Güli-bahari,
Buti-tatari,
Nəbizi-dari,
Şerri-nəyari.
Fars dilində olan bu şeiri təbiidir ki, təqarubün fəul, fəulin təfiləsində tələffüz etmək tələb olunur. Diqqətlə yanaşdıqda bu bizim beşlik ölçümüzə də uyğundur. Burada təqtilər 2+3 şəklində bölünmüşdür. Lakin üçüncü misrada təqti xüsusiyyəti dəyişilmişdir. İlk baxışda bunu əruzun tələbi kimi də qiymətləndirmək olar. Bu «qeyri- sabitliyi janr xüsusiyyəti kimi qiymətləndirmək olar. Xüsusilə bayatı formasında yazılan şeirlərdə üçüncü misrada heca sayının az olması şifahi xalq ədəbiyyatı tərzi ilə əlaqələndirilir. Azərbaycan şeirində heca vəzninin imkanları daha geniş olmuşdur. Bu vəzndə bizim milli şeirimizin mühüm bir tarixi dövrü təmsil olunmuşdur.
Heca vəznində xalqımızın şair oğulları öz bədii düşüncələrini çox ilhamla sənət dilinə çevirə bilmişlər. Bu vəzn xalqımızın hiss və fikrinin poetik şəkildə ifadəsi üçün çox münasibdir. Xalqımızın poetik duyğuları hecalı və qafiyəli vəznə həddən artıq yaxın olmuşdur.1
Müasir poeziyada beş hecalı, altı hecalı, yeddi hecalı, səkkiz hecalı, doqquz hecalı, on hecalı və on bir hecalı şeirdə hər daxili bölgünün ənənə və təcrübəsi qorunub saxlanılır, həm də onları bədiilik və estetikliyin tələbləri ilə yanaşılır. Çünki misralararası bölgü heca vəznində ölçü qədər önəmli şərtdir, türkdilli poeziyada ifadəlilikdir, ölçü ilə bərabər ahəngi, avazı və daxili ritmi yaratmaq üçün işlədilən üsuldur. Təqti, yaxud bölgü misraların daxilində aparılır:
Yenə yüksəlirik / uca göylərə eləyirik / anamız yerə
Hələ uzaqdadır / bulud dağları Görünür sevimli / Bakı bağları.
(M.Rahim)
Bu parçada bölgü sistemi 6+5-dir. Bölgü – fasilə həm şeirin texniki üsullarına, həm də bədiiliyin tələblərinə görə aparılır.
Vəzn, ümumiyyətlə şeir ritm anlayışı ilə bağlıdır. Ritm şeirin keyfiyyət ölçüsüdür. O, söz, kəlmə, durğu və nitqin başqa ünsürlərinin düzgün əvəzlənməsi kimi emosionallığı yüksəldir və şeirə xüsusi ifadəlilik verir.
Ritm yunan sözü olub, tarazlıq, uyğunluq bildirir. O, müqayisə edilən hadisələrin zaman və məkan daxilində ardıcıl əvəzlənməsi və «təkrarıdır».
Şeirin əsl ritmik vahidi misradır. Şeir dilində ritm müxtəlif vasitələrlə əldə edilir. Məntiqi vurğu cümlənin və ya onun müəyyən bir hissəsinin qurtardığını bildirirsə, misra vurğusu ritm-intonasiya mənası daşıyaraq bir misranı digərindən ritmə görə ayırır. Əgər ritm vurğusu məntiqi vurğu ilə eyni yerə düşmürsə və ritm bir misranı o birisindən ayırırsa, məntiqi baxımdan onları ayırmaq olmaz.
Ritmdən əlavə qafiyə də şeirin mühüm əlamətidir. Qafiyə misranın sonundakı axırıncı heca vurğusundan başlayan səs təkrarına deyilir. Qafiyə ritmik mənaya malikdir. Qafiyənin həm də məna əhəmiyyəti vardır. Vurğu altına düşən və misranın sonunda olan (qafiyələnən) söz özünə diqqəti xüsusilə cəlb edir. Qafiyə həm səs və intonasiya ilə, həm vəznlə, həm leksika və sintaksislə, həm də şeirin bəndləri ilə bağlıdır. Bəzi hallarda şeirin misralarındakı ilk sözlər də həmqafiyə olur.
Şərq şeirində qafiyə problemi ilə bir çox şeirşünas alimlər məşğul olmuşlar. Bu barədə Xətib Təbrizi, Nəsirəddin Tusi, Şəmsi Fəxri, Vəhid Təbrizi, Əbdürrəhman Cami və başqalarının əsərləri məlumdur. Onlar «qafiyə elmi» (elmi-qafiyə) deyilən xüsusi bir elm yaratmışlar. Həmin elm qafiyənin mahiyyəti, şeir yaradıcılığında əhəmiyyəti, növləri, vəzn, intonasiya, leksika, fonetika və sintaksislə münasibətləri kimi çox müxtəlif poetika məsələlərinin elmi izahını vermişdir. Qafiyəşünaslıqda qafiyənin son hərfinə «rəvi» deyilir. «Əql ilə qələm bil ki, əkizdir bu cahanda. Əqlin yanılırsa, gedəcək ahu fəğan da» beytində misraların axırındakı «a» səsi rəvidir.
Şərq poetikasında qafiyə ilə əlaqədar təcil, rədif, dəxil, qeyd və s. terminlər vardır. Səslənmə dərəcəsinə, səciyyəsinə və işlənmə məqamına görə qafiyə bir neçə cür olur: qüvvətli və zəif, dürüst və təxmin, göz qafiyəsi, qulaq qafiyəsi, daxili qafiyə, tam və yarım qafiyə. Böyük söz ustadları adətən şeirlərində qüvvətli, tam, kamil qafiyələr yaratmağa müvəffəq olmuşlar. Bununla bərabər, qafiyə yaratmaqda sərbəstlik tərəfdarı olan şairlər də az deyil. Hərfləri bir-birinin ya tam eyni, ya da əsas etibarilə eyni olan göz qafiyəsi kimi, səslənmə zamanı sözləri, hərfləri həmahəng qulaq qafiyəsi də şeir üçün məqbul sayılır. Misal üçün məşhur türk klassik şairi Mahmud Əkrəm Rəcinzadəyə görə, «qafiyə göz üçün deyil, qulaq üçündür», yəni misraların sonundakı sözlər eyni ahəngdə səslənirsə, deməli, bu sözlər həmqafiyədir.
Azərbaycan şeirində rəngarəng, tam qüvvətli qafiyə yaratmaqda məharət göstərmiş sənətkarlar çoxdur. Bu siyahını klassiklərimizdən tutmuş ta indiki dövrə qədər bir çox şairlərə şamil etmək olar. Lakin vəzni, ölçüləri, ritmi, eyni zamanda qafiyəsi olduqca gözəl qurulmuş dahi H.Cavidin «Azər» əsərindən bir parçanı nəzərdən keçirək:
Hər günəşə vardım, ləkəli gördüm,
Hər vicdana girdim, kölgəli gördüm.
Parlaq imanları şübhəli gördüm
Məgərsə hər cilvə bir xülya imiş.
Hər günəşə vardım çiçəklər güldü,
Sevdalı bülbüllər salama gəldi.
Hər bəzmə uğradım, meylər töküldü,
Qədəhlər öpüşüb xurama gəldi.
Bu parçanın birinci bəndində ləkəli, kölgəli, şübhəli; ikinci bəndində isə güldü, gəldi, töküldü, eyni zamanda salama, xurama sözləri qafiyədir.
Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007
|
['ədəbiyyat nəzəriyyəsi', 'ədəbiyyatşünas', 'heca vəzni', 'Azərbaycan ədəbiyyatı']
|
715 |
https://kayzen.az/blog/psixologiya/21182/insanlar-saxtakarl%C4%B1%C4%9Fa-niy%C9%99-haqq-qazand%C4%B1r%C4%B1r.html
|
İnsanlar saxtakarlığa niyə haqq qazandırır?
|
Apollon
|
Psixologiya
|
9 dekabr 2017, 20:50
|
Bu suala cavab almaq üçün belə bir eksperiment aparılıb. İştirakçılar 1 saat ərzində mənasız və yorucu bir işlə məşğul olurlar. Vaxtın tamamında iştirakçılardan bunun necə bir iş olduğu soruşulur. Onlar hamısı işin çox mənasız və zəhlətökən olduğunu dedilər. Onlardan xahiş olunurdu ki, otaqdan çıxanda, növbə gözləyən adamlara çox maraqlı bir işlə məşğul olduqlarını desinlər.
Yəni, növbə gözləyən adamları aldatsınlar. Bu yalan müqabilində iştirakçıların bir qisminə 20 dollar, digər qisminə 1 dollar pul verilirdi. Onlar pulu götürmüş və eksperiment aparanların xahişini yerinə yetirmişdilər (dəhlizdə növbə gözləyən adamlara yalan söylədilər).
Daha sonra həmin adamlar yenidən sorğu olunur: gördüyünüz iş həqiqətənmi mənasız bir iş idi? Başqa adamlara yalan dediyinizə görə indi nə hislər keçirisiz?
20 dollar almış adamlar əvvəlki fikirdə qalmışdılar. İşin zəhlətökən olduğunu yenə də təsdiq etdilər, başqa iştirakçılara yalan danışdıqlarına görə utanc hiss etdikləri müşahidə olunmadı. 1 dollar almış adamların fikri dəyişmişdi. Onlar əvvəlki fikirlərinin əksinə olaraq, işin çox da mənasız olmadığını, guya nəsə bir şeylər öyrəndiklərini sübut etməyə çalışdılar. Psixoloqlar bunu belə izah edirlər:
Adamların yalana (başqalarını aldtmağa) görə nə dərəcə vicdan əzabı çəkməsi və ya utanması onların bu yalana görə nə qədər qazanmasından asılıdır. 20 dollar pul bu xırda yalana görə vicdan əzabını susdurmaq üçün yetərlidir, 1 dollar isə yox. Buna görə, 1 dollar alanlar öz hərəkətinə bəraət qazandırmağa çalışırlar. Görülmüş işin mənasız olmadığını sübut etməyə çalışarkən onlar əslində özlərinə təlqin edirlər ki, başqa iştirakçılara dedikləri açıq-aşkar yalan deyildi, onları həyasızcasına aldatmayıblar.
Beləliklə, məsələn, cüzi maaş aldığına baxmayaraq sistemi müdafiə edən, baş verənlərə haqq qazandıran sıravi insanlar əslində öz vicdanları ilə mübarizə aaprırlar. Öz-özlərini aldadırlar. Öz cılız ləyaqətini müdafiə etməyə çalışırlar. Öz miskin dünyasında haqlı görünmək istəyirlər. Başqa sözlə, onları riyakarlığa vadar edən səbəb sadəcə qorxu, əlində olanı itirmək deyil, bu, onlar üçün həm də vicdan, qürur oyunudur.
|
['psixologiya', 'saxtakarlıq', 'vicdan', 'vicdan əzabı']
|
716 |
https://kayzen.az/blog/pediatriya/21282/u%C5%9Faqlarada-yuxu-poz%C4%9Funlu%C4%9Fu.html
|
Uşaqlarada yuxu pozğunluğu
|
Apollon
|
Pediatriya
|
9 dekabr 2017, 20:46
|
Qadjetlərin insan yuxusuna təsiri istiqamətində aparılmış tədqiqatların əksəriyyətinin nəticələrinə görə, uşaq və yeniyetmələrin sağlamlığına ən çox zərər verən smartfonlar, noutbuklar və planşetlərdir.
«Beynimizin əsas xronometri işıqdır. Axşam saatlarında işığın gözümüzün tor qişasına daxil olması nəticəsində melatonin qatılığı kəskin şəkildə azalır və beləliklə yatmaq istəyi aradan qalxır, dövri ritmlərdə pozğunluq baş verir. Uşaqların göz bəbəyinin böyüklərə nisbətən daha iri, göz büllurunun isə daha şəffaf olduğu üçün, uşaqlarda işığa qarşı həssaslıq daha çoxdur», — tədqiqatın müəlliflərindən olan, Boulderdə yerləşən Kolorado universitetinin fiziologiya bölməsinin dosenti Monik LeBurjua (Monique K. LeBourgeois) izah edir.
Ekranlı qurğuların 5 yaşdan 17 yaş arası uşaqların sağlamlığına təsirinə həsr olunmuş 50-dən çox elmi işin nəticələrinə görə, ekran qarşısında daha çox vaxt keçirən uşaqların yuxusunda pozuntular baş verir.
LeBurjua həmçinin qeyd edir ki, əvvəlki təcrübələrin nəticələrinə əsasən, eyni işıq mənbəyinin təsiri nəticəsində uşaqlarda melatonin qatılığının böyüklərə nisbətən iki dəfə daha sürətli azalır. «Yuxu hormonunu» daha çox pozan bütün mobil qurğulardan gələn qısadalğalı «mavi işıqdır».
Özü də dövri ritmlərin pozulması təkcə qadjetlərin göz önündə saxlanılması nəticəsində baş vermir: yataq otağında telefon və ya noutbukun olması belə kifayətdir. Məsələn, səkkiz yaşa qədər olan uşaqlar orta hesabla gündə 48 dəqiqə ekran qarşısında keçirir. Valideynlər çox vaxt buna etiraz etmir, hətta əksinə, yatmazdan əvvəl uşaqlar üçün cizgi filmləri qoşurlar.
Məktəbəqədər yaş dövrü uşaq inkişafının son dərəcə həssas dövrüdür. Rəqəmsal medialar getdikcə uşaqların həyatına daha çox sirayət edir və tədqiq olunmamış hələ çox məqamlar var. Yeniyetmələrdə isə yuxudan doymama əksər hallarda yatmazdan əvvəl, məsələn, zorakılıq kimi «aqressiv elementi» olan səhnələrə baxmalarından irəli gələ bilər. Yuxunu həmçinin müxtəlif messencerlərdə dostlarla yazışma da ləngidir.
Alimlər valideynlərə uşaqlarına yatmalarına bir saat qalmış mobil telefon verməməyi, yuxu və istirahət dövründə özününküləri də daxil olmaqla, bütün elektron qurğuları söndürməyi, onları başqa otaqda enerji ilə yükləməyi və uşaqlar yatdığı otaqlarda heç bir qadjet saxlamamağı tövsiyə edir.
«Pediatrics» jurnalı
|
['pediatriya', 'uşaq sağlamlığı', 'uşaq yuxusu', 'yuxu rejimi', 'yuxu pozğunluğu']
|
717 |
https://kayzen.az/blog/ushaq_terbiyesi/21249/u%C5%9Fa%C4%9F%C4%B1n-yalan-dan%C4%B1%C5%9Fmas%C4%B1-n%C9%99y%C9%99-i%C5%9Far%C9%99dir.html
|
Uşağın yalan danışması nəyə işarədir?
|
Apollon
|
Uşaq tərbiyəsi
|
7 dekabr 2017, 21:20
|
Uşaq yalanı bir əyləncə də ola bilər, amma adətən daha ciddi problemlərə işarədir və buna diqqətlə yanaşmaq lazımdır. Əgər uşaq yalan danışırsa, bu zaman hansı fikirlər yarana bilər? Uşaq psixoloqu Lorens Katner uşağı yalana motivasiya edən 5 əsas səbəbləri sadalayır:
Cəza qorxusu
Uşaqlar cəzalanmaqdan qorxurlar. Əgər valideynlər uşaqlarını doğrudan da cəzalandıra və onlardan real olmayan nə isə gözləyirlərsə. Məsələn, valideyn istəyir ki, 8 yaşlı oğlu əla oxusun və hər gün əla qiymət alsın, ancaq bu, belə olmayan halda uşaq cəzalanır və futbol oynamaq üçün həyətə buraxılmır. Təbii ki, belə vəziyyətdə futbola böyük həvəsi olan uşaq yaxşı qiymət almadığı halda bunu valideyndən gizlədəcək, yaxud «yaxşı cavab verdim, amma müəllim qiymət yazmadı» kimi yalanlar danışacaq.
Mənliyin artırılması
Məktəbli uşaqlar dostları arasında statusunu artırmaq və yaxşı görünmək üçün yalan danışırlar. Məsələn: məşhur idmançı, aktyor, müğənni ilə rastlaşdığını və ya çox zəngin olduqlarını yoldaşlarına söyləyirlər. Əgər lovğalıq halları vaxtaşırı müşahidə olunursa, narahatçılığa səbəb yoxdur. Amma uşaq öz statusunu artırmaq üçün təkrarən yalan danışırsa, bu, uşağın ozündən tam narazı olmağına işarə edən ciddi bir siqnaldır. Bu hallarda aydınlaşdırmaq lazımdır ki, uşaq hansı səbəbdən özünü alçaldılmış və xeyirsiz hesab edir? Bəlkə məktəbdə yoldaşları uşağa lağ edir, fikir vermirlər?
Etiraz
Bir çox uşaqlar üçün yalan — məhdudiyyətlərə əks getmək, valideynlərinin avtoritetinə çağırış atmaq üsuludur. 10-12 yaşlarında uşaqlar düşünürlər ki, hər bir şeyi valideynə söyləməyə ehtiyac yoxdur və valideynin sualını hökm, təzyiq kimi qəbul etdikləri zaman yalan danışa bilərlər. ŞƏXSİ
Sərhədlərin təyini
Uşaq böyüdükcə müstəqilliyinin, şəxsi həyatının və şəxsi məsafəsinin olmasının vacibliyini kəskin hiss edir. Valideynin nəzarəti və himayəsi artdıqca, uşaq daha da çox sirr saxlayır və yalan danışır. Hətta ondan əl çəkilməsi məqsədilə, kobudluğa da yol verə bilirlər: «Sən hara gedirsən?» — «Heç yerə!», «Nə iş görürsən? — »Heç nə!", «O kimdir?»- «Sən onu tanımırsan!».
Ailədə olan problemlər
Uşaq daim yalan danışırsa, bu, ailədə hər hansı bir problemin olmasına işarədir. Əsasən də, yalana oğruluq və vandalizm (ətrafda olan əşyalara ziyan verilməsi) qoşulan zaman. Əgər uşaq tərəfindən yaranan pisliklərin qurbanı ailə üzvləridirsə, bu, ciddi diqqət mərkəzində olmalıdır, çünki sözlərdən daha ifadəli olan yardıma çağırış ümidsizlik hallarına işarə edə bilər. Adətən boşanan ailələrin uşaqlarında belə hallara tez-tez rast gəlinir. Bəzi hallarda isə uşaqlar öz hərəkətləri ilə valideynləri yenidən birləşməyə sövq edirlər.
Şəhla Rüstəmova
tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr
|
['uşaq psixologiyası', 'uşaq tərbiyəsi', 'yalan danışmaq']
|
718 |
https://kayzen.az/blog/edebiyyat/21148/portret-%7C-oldos-haksli.html
|
Portret | Oldos Haksli
|
Apollon
|
Ədəbiyyat
|
5 dekabr 2017, 14:56
|
— Rəsmlər? — Cənab Biqqer soruşdu, — demək rəsmlərə baxmaq istəyirsiniz. İndi muzeyimizdə müasir fransız və ingilis rəssamlarının əsərlərindən ibarət maraqlı, rəngarəng sərgi var.
Müştəri başını tərpədərək — yox, müasir rəsmlər istəmirəm, — yumşaq şimali İngiltərə ləhcəsiylə dedi. — Mənə Rembrandtın, Reynoldsun əsərləri kimi qədim və əsl rəsmlər lazımdır.
— Olsun. Bizdə qədim əsərlər də var.
— Məsələ bundadı ki, bu yaxınlarda malikanə almışam.
Cənab Biqqer gülümsədi. Saf görünüşlü bu adamda insana təsir edən səmimiyyət var idi. Qəfildən ağlının ucundan onun necə bir var-dövlətə sahib olduğunu keçirdi. «Malikanə». İlk görüşdən bunu deməsi çox yaxşıydı. Qarşısındakı adam cəmiyyətin alt təbəqəsindən malikanə sahibliyinə, piramidanın alt qatından zirvəsinə qədər qalxmışdı. Onun həyat hekayəsi, sosial siniflərin tarixi xüsusi vurğu ilə dediyi «malikanə» sözündə gizlənmişdi.
Müştərinin səsi cənab Biqqeri düşüncələrindən ayırdı.
— Belə bir evə sahib olduğum üçün gərək bir neçə də tablom olsun. Həm də qədim rəssamların əsərləri .
— Şübhəsiz. Köhnə rəsmlər sosial üstünlüyün göstəricisidi.
— Doğrudu. Ürəyimdən xəbər verdiniz.
Cənab Biqqer gülümsədi. Kinayəli sözləri ciddiyə alan bir adamla qarşı-qarşıya dayanmışdı.
— O cür rəsmləri qonaq otağının divarlarından asmaq lazımdı. Yataq otağı münasib deyil, — müştəri dedi.
— Düz deyirsiniz.
— Mənim qızım da arada çəkir və rəsmləri çox gözəldi. Bəzi rəsmlərini yataq otağından asmaq üçün çərçivəyə saldırıram. Ailədə rəssam olması çox yaxşıdı, tablolara pul xərcləməkdən xilas olursan. Ancaq bu o demək deyil ki, qonaq otağının divarlarında qədim rəsmlər olmamalıdı.
— Düşünürəm ki, istədiyiniz rəsm əsəri bizdə var, — cənab Biqqer dedi. Ayağa qalxaraq zəngi basdı. Müştərinin «qızım da arada çəkir» — dediyini xatırladı və gözünün önündə gombul, sarışın, bar piştaxtasının arxasında içki servis edən, otuz bir yaşlı evdə qalmış qız canlandı. Cənab Biqqerin köməkçisi qapıda göründü.
— Xanım Pratt, zəhmət olmasa arxa otaqdakı Venesiya portretini gətirərdiniz.
Müştəri — Qalereyanız gözəldi, — dedi, — yəqin yaxşı qazanırsınız.
Cənab Biqqer içini çəkdi. — Bir az durğunluq var və bu da bizim kimi sənətlə maraqlanan adamlara təsir edir, — dedi.
— Düzdü. Mən həmişə böhranı əvvəlcədən hiss etmişəm. Adamlar elə bilir ki, gözəl günlər həmişə davam edəcək. Axmaqlar! Mən o zaman, məzənnə yüksək olanda, hər şeyimi satdım və ona görə də indi tablo almağa pulum var.
Cənab Biqqer gülürdü. Bütün qalereyaçıların arzu etdiyi müştəri idi bu adam. — Kaş ki, mən də o vaxt nəsə sata biləydim, — dedi.
Malikanə sahibi gözləri yaşaranacan güldü. Xanım Pratt içəri girəndə o hələ də gülürdü. Xanım Pratt əlindəki tablonu qalxan kimi qarşısında tutmuşdu.
— Xanım Pratt, onu molbertə qoyun, — dedi cənab Biqqer. Sonra da malikanə sahibinə tərəf döndü:
— Tablo haqqında nə düşünürsünüz?
Tabloda dolusifət, ağbənizli, mavi geyimi böyük döşlərini qamarlamış, on səkkizinci əsrin italyan xanımı təsvir edilmişdi. Dodaqlarında özündən razı təbəssüm vardı. Əlində maskaradlarda taxılan qara maska tutmuşdu.
— Çox gözəldi, — malikanə sahibi dedi. — Amma deyəsən Rembrandta bənzəmir, — şübhəylə əlavə elədi. — Açıq rəngli və parlaqdı. Ancaq köhnə rəssamlar bu cür çəkmirdilər, onların əsərləri qaranlıq və dumanlıdı.
— Haqlısınız. Lakin klassik rəssamların hamısı Rembrandt kimi deyil.
— Hər halda elədi.
— Bu rəsm on səkkizinci əsr italyan rəsm məktəbinə aiddir. O dövrün rəsmləri isə işıqlıdı. Rəsmin müəllifi gənc yaşda vəfat edən Qianqolinidi. Çəkdiyi tablolardan altısı çox məşhurdu və bu onlardan biridi.
Müştəri təsdiq əlaməti olaraq başını tərpətdi. Bununla nadir sənət əsərlərindən başı çıxdığını göstərməyə çalışırdı.
— Lonqinin üslubu açıq-aşkar hiss edilir, xanımın üz ifadəsində isə Rosalbanın üslubu var, — cənab Biqqer özündən razı halda dedi.
Malikanə sahibi cənab Biqqerə və tabloya baxa-baxa qalmışdı. Sizdən daha məlumatlı birinin nəsə haqqında sizlə danışmasından rahatsız edici heç nə ola bilməz. Cənab Biqqer rəsm sahəsindəki üstünlüyünü davam etdirirdi:
— Tabloda Tiepolonun üslubunun olmaması maraqlıdı. Sizcə də elə deyilmi?
Malikanə sahibi bu dəfə də təsdiq edərək başını tərpətdi. Üzünə qaranlıq çökmüşdü, elə bil ağlayacaqdı.
— Rəsm sənətindən başı çıxan biriylə söhbət etmək əla hissdi, çünki çox az adam bu haqda bilir, — cənab Biqqer dilləndi.
Malikanə sahibi təvazökarlıqla:
— Əslində bu məsələdə o qədər də məlumatlı deyiləm. Mən ancaq bəyəndiyim şeylərdən danışa bilərəm. Üzü yenidən aydınlanmağa başlamışdı. — Təbii instinktdi. Bunu hələ siz qalereyaya girəndə başa düşmüşdüm, — cənab Biqqer dedi.
Müştəri sevincək:
— Həqiqətən də elədi, — dedi. Özünü daha yaxşı və vacib biri kimi hiss edirdi. Tənqid edəcəkmiş kimi başını yana əyərək dedi, — Gözəl tablodu. Lakin mən tarixi əsər nəzərdə tutmuşam. Başa sala bilirəmmi? Mənə tarixi şəxsiyyətlərlə bağlı tablo lazımdı. Məsələn, Anna Boleyn, Nell Qvin və ya Vellinqton Dükü kimi tarixdə özünə yer etmiş birinin portreti olsun.
— Sizə göstərdiyim bu tablonun da maraqlı hekayəsi var.
-Həqiqətənmi?
Cənab Biqqer kresloya yayxanaraq sözə başladı:
— Bu rəsmdə gördüyünüz qadın Hertmoranın dördüncü qrafının xanımı olub. Bu gün o ailədən sağ qalan yoxdur. Doqquzuncu qraf keçən il vəfat etdi. Mən bu tablonu onun evi satışa çıxarılanda almışam. Bir ailənin ocağının söndüyünü görmək adamı kədərləndirir.
Cənab Biqqer içini çəkdi. Malikanə sahibi sanki kilsədəymiş kimi, ciddi dayanmışdı. Cənab Biqqer davam edirdi, — indiyə qədər gördüyüm bütün portetlərində qraf Dördüncü Hertmora uzun sifəti və ölü baxışlarıyla mənə qaragüruh adam təsiri bağışlayıb. Onu yaddaşınızda heç vaxt gənc təsəvvür edə bilməzsiniz. Sanki həmişə əlli yaşında olub. Musiqi dinləmək və qədim Romadan qalma antik əşyalar toplamaq onun hobbisi idi. Hobbilərinə görə ömrünün ən azı yarısı İtaliyanı gəzməklə keçmişdi. Əlli beş yaşında evlənməyə qərar vermişdi. Seçdiyi xanım isə budu. Pulu və cəmiyyətdəki mövqeyi qocalığını ört-basdır edirdi. Xarici görünüşünə görə heç kim deyə bilməzdi ki, o, antik əşyalar kolleksiyaçısıdı. Geyimlər, elitar yığıncaqlar və qumar onun sevdiyi şeylər idi. Qısası, vaxtını əyləncəli keçirməyi xoşlayırdı. Yeni evlənmiş bu cütlüyün bir-birlərini yaxşı başa düşdüyünü heç kim deyə bilməzdi. Amma yola getmədiklərini də büruzə vermirdilər. Nikahdan bir il sonra qraf yenə İtaliyaya səhayət etməyə qərar verdi. Payızın əvvəlində Venesiyaya gəldilər. Venesiyanın qraf üçün xüsusi önəmi var idi. O, burda Qaluppinin musiqilərini dinləyir, kilsələrdə verilən konsertlərə gedirdi. Venesiya səfərində qraf xanımının portretini çəkdirmək qərarına gəldi. Bu işdə ona gənc rəssam Qianqolini məsləhət gördülər. Rəssam gənc və yaraşıqlı idi. Rəssamlıqda olduğu qədər xanımlara özünü sevdirməkdə də mahir idi. Onun cazibəsinə qapılmamaq qrafın xanımının əlində deyildi. Necə olsa, o da insanıydı.
— Biz də o gənc rəssam kimiyik, elə deyil? — malikanə sahibi barmağıyla cənab Biqqeri dürtmələyərək gülə-gülə dedi.
Cənab Biqqer nəzakət xətrinə müştərinin gülüşünə qoşuldu. Sonra sözünə davam etdi:
— Axırda qrafın xanımıyla rəssam qaçmaq qərarına gəldilər. Sərhədi keçib Vyanaya gedəcək və Hertmora ailəsinin qızıllarıyla yaşayacaqdılar. Qrafinyanın xüsusilə seçib çamadanına qoyduğu zinət əşyalarının dəyəri iyirmi mindən artıq idi. Bu qədər pulla Mariya Terezanın şəhərində bolluq içində yaşamaq olardı.
Hər şey asanlıqla yoluna düşdü. Qianqolinin dostu onlar üçün zəruri şeyləri hazırlamışdı. Saxta sənəd düzəltmiş, onları aparacaq araba üçün atları kirayələmiş, hətta öz arabasını da hazırlamışdı. Qaçış üçün rəsmin bitəcəyi günü seçdilər. Həmin gün qraf xanımını at arabasıyla rəssamın emalatxanasına gətirdi. Onu poza verdiyi, hündür arxalıqlı, kresloya bənzər oturacaqda otuzdurub Qaluppinin konsertinə yola düşdü. Karnaval idi. Günün günorta çağı belə adamlar üzlərində maskayla gəzirdilər. Qrafinyanın da qara ipəkdən maskası vardı — tabloda gördüyünüz həmin bu maska. Qrafın karnavallardan xoşu gəlməsə də, hər kəs kimi geyinir, onlar kimi hərəkət edirdi. Əgər etməsəydi, başqalarından seçilərdi, bu da ən qorxduğu şey idi.
Karnaval günlərində bütün venesiyalı kişilər uzun qara arxalıq və üçkünc qara şapka geyinir, ağ kartondan hazırlanan uzunburun maska taxırdılar. Qraf da başqalarından seçilməmək üçün bu qiyafəyə bürünürdü.
Qraf kirayələdiyi faytonla xanımını emalatxanaya aparırdı. Qrafinya geniş ətəkli donunun qırçınları arasındakı sandıqda Hertmora ailəsinin qızıllarını gizlətmişdi. Dar və qaranlıq faytonla hündür evlərin, sarayların önündən keçirdilər. Kilsənin önündən keçərkən qrafın səsi eşidildi:
— Hörmətli Martini ata sabah axşam yeməyinə bizə gələcək. Musiqi tarixini ondan yaxşı bilən adam tapılmaz. Onu hörmət və nəzakətlə qarşılamaq üçün əlinizdən gələni etməyi sizdən xahiş edirəm.
Qrafinya içində baş qaldıran gülüşü boğaraq dedi:
— Əlimdən gələni edəcəyimə arxayın ola bilərsiz.
Qrafinya ürəyində başqa şey düşünürdü. Sabah gecə sevgilisiylə birlikdə Vyanaya yola düşəcəkdi. Ərini tərk edəcəyi üçün qətiyyən vicdan əzabı çəkmirdi. Musiqi və qırıq mərmər parçaları onu təsəlli edərdi.
Qrafinya ətəyində gizlətdiyi qutunu əliylə yoxlayıb bərk-bərk sıxdı. Gizlətdiyi sirrin başgicəlləndirici ləzzətini hiss edirdi.
Cənab Biqqer əllərini sinəsində çarpazladı. Gördüyü işdən ləzzət alırdı. Malikanə sahibi diqqətlə cənab Biqqerə baxırdı. O, əllərini dizlərinə qoyub əhvalata davam etdi:
— Fayton rəssamın emalatxanasının önündə dayandı. Qraf xanımın faytondan düşməsinə kömək edərək onu rəssamın ikinci mərtəbədəki otağına qədər ötürdü. Həmişəki nəzakətlə xanımını rəssama əmanət edib geri qayıtdı. Konsertə gedirdi. Gizli sevgililərin qaçmaq üçün son hazırlıqları görməsinə ən azı iki saat vardı.
Qraf gedən kimi rəssamın xeyirxah dostu gəlib çıxdı. O da karnavala qatılan digər venesiyalılar kimi maska və arxalıq geyinmişdi. Sevinclə qucaqlaşıb görüşdülər. Hər şey planlaşdırıldığı kimi gedirdi, şübhə doğuracaq heç nə yox idi. Qrafinya gizlətdiyi qızılla dolu qutunu çıxarıb açanda ətrafı italyanlara məxsus sevinc qışqırıqları bürüdü. Brilyantlar, mirvarilər, qızıl boyunbağılar, bilərziklər, sırğalar maraqla qarışdırılır və qiymətləri hesablanırdı. Xeyirxah dostun təxmininə görə bunların dəyəri əlli min Venesiya qızılı olardı. Sevgililər xoşbəxtcəsinə bir-birlərini qucaqladılar.
Xeyirxah dost sevinmək üçün hələ tez olduğunu dedi. Polisə gedib bir neçə kağız imzalamalı və sənədlərini götürməliydilər, görüləcək iş çox idi. Asan iş olsa da, uzaqlara getmək üçün vacib idi. Xeyirxah dost isə qrafın qızıllarından birini satacaqdı, pul səfərə xərclənəcəkdi.
Cənab Biqqer siqaret yandırmaq üçün fasilə verdi. Dərin bir qullab alıb davam etdi:
- Karnaval geyimində evdən çıxdılar. Sevgililər başqa, xeyirxah dost başqa tərəfə getdi. Ah, Venesiyada sevgi necə də gözəldi. Siz heç Venesiyada aşiq olmusunuz? - cənab Biqqer içini çəkdi.
— Depdən başqa heç yerə getməmişəm bu günə qədər, — malikanə sahibi cavab verdi.
— Deməli həyatın ən vacib təcrübəsini hələ yaşamamısınız. Siz qrafinyayla rəssamın maska altından baxışa-baxışa kanal kənarıyla gedərkən nələr hiss etdiklərini anlaya bilməzsiniz. Bəlkə arada ayaq saxlayıb öpüşüblər də. Hər halda maskanı çıxarmadan mümkün deyildi, həm də kimsə onları tanıya bilərdi. Mənim fikrimcə isə, baxışmaq onlara kifayət edirdi. Onsuz da Venesiyada kanalların kənarı ilə gəzən insan təkcə bununla da xoşbəxt ola bilərdi.
Cənab Biqqer əlini yelləyib susdu. Siqaretindən bir-iki qullab alıb əhvalatı davam etdirdi:
— Onlar gedəndən yarım saat sonra rəssamın evinə bir fayton yaxınlaşdı. Faytonun maskalı müştərisi rəssamın otağına qalxdı. Otaqda heç kim yox idi. Molbertdəki portret şirin-şirin gülümsəyirdi. Lakin otaqda nə rəssam var idi, nə də model. Uzunburun maska key-key ətrafına baxırdı. Baxışları masada ilişib qaldı. Sevgililərin içini boşaldıb bir kənara atdığı qutu masanın üstündəydi. Təlxək maskasının arxasındakı adam qutuya baxa-baxa qalmışdı. Nəsə fikirləşirdi.
Bir neçə dəqiqə sonra pilləkənlərdə ayaq səsləri və iki nəfərin qəhqəhəsi eşidildi. Qraf arxası qapıya dayanıb pəncərədən baxmağa başladı. Qapı açıldı və sevgidən sərxoş olan sevgililər gülə-gülə otağa girdilər.
— Sən burdaydın, sevgili dostum? -gənc rəssam dedi. — Qızıllara nə qədər pul verdilər?
Pəncərədən çölə baxan maskalı adam yerindən tərpənmədi. Sevgililərin işi yaxşı getmişdi. Polis idarəsində onlardan heç nə soruşmamışdılar, imzalarını çəkib sənədlərini almışdılar. Qrafinya özünü çox saxlaya bilməyib gülməyə başladı.
— Nə oldu? — rəssam soruşdu, o da gülməyə başladı.
— Onu xatırladım, — qrafinya gülməkdən nəfəsi kəsilə-kəsilə dedi. İndi konsertdə oturub sadəlövhcəsinə musiqi dinləyir.
Qrafinya güldükcə gözləri yaşarırdı. Pəncərədən çölə baxan maskalı adam onlara tərəf çevrildi:
— Xanım, təəssüflər olsun ki, müğənni səhhətinə görə konsertə gələ bilməmişdi. — Qraf maskasını çıxardı. — Ona görə mən də tez qayıtdım.
Qraf solğun və əsəbi sifətlə onlara baxırdı.
Sevgililər də səssizcə ona baxırdılar. Qrafinya əlini sinəsinə qoydu. Ürəyindən və mədəsindən sanki daş sallanırdı. Yazıq rəssamın üzü maskası kimi ağappaq olmuşdu. Əsilzadə xanımların yanında ərlərinin icazəsiylə gənc oğlanların mühafizəçi kimi gəzməsinə baxmayaraq, qısqanclığa qapılıb xanımını öldürən kişilər çox idi o dövrlərdə. Qraf silahsız idi. Amma geniş arxalığının altında hansı silahı gizlətdiyini yalnız Tanrı bilirdi. Lakin qraf kobudluq etmədi. Hər zamankı ciddi tərziylə masaya yaxınlaşıb qutunu götürdü. Qapağını bağlayıb cibinə qoydu.
— Səhv etmirəmsə, bu qutu mənimdi, — deyib otaqdan çıxdı. Sevgililər çaşqınlıq içində bir-birlərinə baxırdılar.
Hər tərəf sükuta qərd oldu.
— Bəs sonra? — malikanə sahibi heyrətlə soruşdu.
— Əsl faciə elə bundan sonra başlayır, — cənab Biqqer kədər içində başını yellədi. Qianqolini mütləq qaçmalı olduqlarını dedi. Amma qrafinya bir az düşündükdən sonra bu hərəkətin, ümumiyyətlə, onların sevgili olmalarının düzgün olmadığına qərar verdi. Bir xanımın yeri onun evidi — ailəsinə aid cavahiratla birlikdə. Lakin qraf onu geri qəbul edəcəkdimi? Əsas məsələ bu idi; onu qorxudan, içini yeyən məsələ. Qrafinya geri qayıdaraq hər şeyi öz gözləri ilə görmək istədi.
Düz yemək vaxtı qayıtdı evə. Qulluqçu onu «Zati-aliləri yemək otağında sizi gözləyir» — deyərək qarşıladı. Qarşısında açılan əzəmətli qapılardan keçərkən başını dik tutsa da, ürəyi qorxudan çırpınırdı. Qraf buxarının yanında dayanmışdı. Xanımını qarşılamaq üçün ona tərəf addımladı.
— Sizi gözləyirdim, — dedi və onu masadakı yerinə qədər ötürdü.
O hadisə ilə bağlı dediyi tək kinayəli cümlə bu oldu. Günortadan sonra portreti gətirməsi üçün xidmətçilərdən birini rəssamın yanına göndərdi. Bir ay sonra İngiltərəyə qayıdanda portreti də özləriylə apardılar. Beləliklə, portretlə bərabər onun hekayəsi də nəsildən-nəslə dolaşdı. Mən də keçən il o ailənin yaxın bir dostundan aldım portreti.
Cənab Biqqer siqareti külqabıda söndürdü. Bu qədər gözəl hekayə anlatdığı üçün ürəyində özünə təriflər yağdırırdı.
— Çox maraqlıdı, — malikanə sahibi dedi. — Həqiqətən, çox maraqlıdı. Tarixdən bir parça, elə deyilmi? Hadisənin qəhrəmanları Nell Qvin və Anna Boleyn olsaydı belə, bu qədər maraqlı olmazdı. Sizcə də elə deyilmi?
Cənab Biqqer gülümsədi. Venesiyanı düşünürdü. Eyni pansionatda qaldığı rus qrafinyanı, yataq otağıyla üzbəüz qotazlı ağacı, qrafinyanın ağır qoxulu ətrini, Londondakı dənizi və faytonları düşünürdü. Qaranlıq göy üzünə uzanan kilsə qübbələri eynən Qvardinin rəsmlərində olduğu kimiydi. İndi bütün bunlar o qədər uzaq idi ki… O vaxtlar dəliqanlı bir yeniyetməydi və ilk uzunmüddətli səyahətinə çıxmışdı. Anidən xəyallarından ayrıldı.
Malikanə sahibi nəsə soruşurdu:
— Bu tabloya görə nə qədər pul istəyirsiniz? — Sanki tablonun hekayəsini unutmuşdu.
Cənab Biqqer rus qrafinyanın və iyirmi beş illik cənnət Venesiyanın xatirələrindən könülsüz ayrılaraq:
— Sizin üçün yeddi yüz əlli.
Malikanə sahibi fit çaldı:
— Yeddi yüz əlli? Çox bahadı.
— Cənab, Rembrandtın əsəri üçün nə qədər xərcləmiş olacağınızı təsəvvür edin. Ən azı iyirmi min. Bu tablo üçünsə yeddi yüz əlli çox deyil, əksinə, onun hekayəsi qarşısında olduqca azdı. Bilirəm ki, yaxşıyla pisi seçəcək qədər dünyagörüşünüz var.
— Orası elədi, — malikanə sahibi dedi. Dediklərinizlə razıyam. Amma yeddi yüz əlli çoxdu. Yaxşı ki, qızım rəsmlə maraqlanır, yoxsa təsəvvür edirsiniz, mən yataq otaqlarını tablolarla doldurmaq üçün nə qədər pul xərcləməli olardım?
Güldü.
Cənab Biqqer də gülümsədi:
— Amma unutmayın ki, çox yaxşı investisiya yatırmış olacaqsınız. Venesiyalı rəssamların əsərləri getdikcə bahalaşır. Əgər özümdə pul olsaydı… — Qapı açıldı və xanım Prattın sarı qıvrım saçları göründü:
— Cənab Biqqer, cənab Krouli sizinlə görüşmək istəyir.
Cənab Biqqerin üz ifadəsi dəyişdi: — Deyin gözləsin.
Sonra öskürdü və malikanə sahibinə tərəf döndü: — Bəli, əgər pulum olsaydı, bütün venesiyalı rəssamların əsərlərini alardım.
Axırda malikanə sahibi altı yüz səksənlik bir çek yazdı. Papağını taxa-taxa:
Xahiş etsəm, tablonun hekayəsinin çap maşınında yazılmış formasını da verə bilərsinizmi? Yeməyə dəvət etdiyim qonaqlara maraqlı bir hekayə danışmaq yaxşı olardı.
— Əlbəttə olar, — cənab Biqqer dedi.
Sonra da bu kök adamı qapıya qədər ötürdü.
Qapının ağzında uzun boylu, qalın bakenbardlı bir gənc dayanmışdı. Gözlərindən kədər yağırdı. Görənin yazığı gələrdi. Gənc rəssam Krouliydi.
Üzrlü say, gözlətdim səni, — cənab Biqqer dedi. Məni nə üçün görmək istəyirdin?
Cənab Krouli narahat görünürdü. Etməyə məcbur olduğu bu işdən necə də zəhləsi gedirdi. Nəhayət, dilləndi:
— Bir az pul sıxıntım var. Keçən həftə sizin üçün çəkdiyim rəsmə görə mənə pul verə bilərsinizmi? Buna görə narahat etdiyimə görə üzrlü sayın.
— Yox, heç bir narahatlıq yoxdu. Neçəyə almışdıq rəsmi?
— Deyəsən, iyirmi sterlinq.
Cənab Biqqer pulqabını çıxardıb, — iyirmi beş edək bunu, — dedi.
— Yox, bu qədər götürə bilmərəm. — Cənab Krouli utandığından qız uşağı kimi qızarmışdı. Cənab Biqqerin səmimiyyətindən cəsarətlənərək, — çəkdiyim mənzərə rəsmlərindən bəzilərini görmək istərdinizmi? — deyə soruşdu.
— Yox, yox. Sənin rəsmlərinə yox, çünki modern əsərlərdə pul yoxdu. Lakin sənin köhnə rəssamları təqlid edərək çəkdiyin rəsmlərin hamısını ala bilərəm.
Barmaqlarını tablo üzərində, qrafinyanın çiyinlərində gəzdirdi.
— Venesiya üslubunda çəkməyə davam elə. Bu tablo çox uğurlu oldu.
Türkiyə türkcəsindən uyğunlaşdıran: Taleh EMİNOĞLU
|
['ədəbiyyat', 'dünya ədəbiyyatı', 'Oldos Haksli']
|
719 |
https://kayzen.az/blog/ginekologiya/21254/kontraseptivl%C9%99r-haqda-bilm%C9%99diyiniz-faktlar.html
|
Kontraseptivlər haqda bilmədiyiniz faktlar
|
Apollon
|
ginekologiya
|
5 dekabr 2017, 14:54
|
Bütün dünyada hamiləlik əleyhinə preparatlar (kontraseptiv həblər) arzuolumaz hamiləliyin qarşısını alan və tez-tez istifadə olunan vasitədir.
Müasir hamiləlik əleyhinə həblər daha effektlidir və onların yanaşı təsirləri, əks-göstərişləri daha azdır. Belə həblər arzuolunmaz hamiləliyin riskini 99% azaldır. Bundan əlavə düzgün seçilmiş belə preparat qadın orqanizminə müsbət təsir edir — hormonal fonunu tənzimləyir, bəzi qadın cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır, güclü qanaxmaların və menstruasiya öncəsi sindromun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır və s. Bu səbəbdən hamiləlik əleyhinə həblər bəzi pozulmalar zamanı cinsi həyatı yaşamayan qızlara da müalicəvi vasitə kimi təyin olunur.
Həmçinin hamiləlik əleyhinə həblər sonsuzluğun da müalicəsində geniş istifadə olunur. Hamiləlik əleyhinə preparatların tərkibində qadın hormonlarının müəyyən kombinasiyası daxildir. Preparatın təsirindən qadın orqanizmində ovulyasiya baş vermir ki, bu da hamiləliyi mümkünsüz edir. Bundan əlavə, hamiləlik əleyhinə həblər servikal kanalda olan seliyi qatılaşdırır ki, spermatozoidlər uşaqlığa daxil ola bilmir. Hətta həblərin qəbulu fonunda ovulyasiya və mayalanma baş verərsə, embrion uşaqlıq boşluğuna implantasiya edə bilmir (yapışa bilmir) ki, hamiləlik əleyhinə həblər uşaqlığın divarlarını çox nazik edir.
Hamiləlik əleyhinə həblərin 50-dən çox növü var. Bir qadına uyğun olan preparat digəri üçün uyğun olmaya və hətta ziyanlı ola bilər. Bu səbəbdən oral kontraseptivləri özbaşına, rəfiqələrlə məsləhətləşdikdən və internet forumları oxuduqdan sonra qəbul etmək yolverilməzdir. Bu həblər qadına yalnız həkim-ginekoloq tərəfindən təyin olunmalıdır. Bundan əvvəl həkim qadını müayinə edir, həblərin qəbuluna əks-göstərişlərin olub-olmadığını araşdırır.
İstənilən digər preparatlarda olduğu kimi, hamiləlik əleyhinə həblərin da müəyyən əks-göstərişləri vardır. Damar problemləri, ciddi ürək, böyrək, qaraciyər xəstəlikləri olan, siqaret çəkən qadınlar üçün oral kontraseptivlərin qəbulu qadağandır.
Hamiləlik əleyhinə həblər müəyyən sxem üzrə qəbul olunur və həblərin qəbulunu buraxmaq olmaz. Bu halda hamiləlik əleyhinə effekt itir.
Hamiləlik əleyhinə həblərin müəyyən yanaşı təsirləri də var: arterial təzyiqin yüksəlməsi, baş ağrıları, saçların tökülməsi, çəkinin bir qədər artması və s. Bu halda həkimə müraciət etmək lazımdır.
Hamiləlik əleyhinə həbləri qəbul edən qadın ildə 2 dəfə ginekoloqun müayinəsindən keçməlidir.
saglamolun.az
|
['hamiləlik', 'hamilə qalmaq', 'hamiləlik əleyhinə həblər', 'kontraseptiv vasitə', 'kontrasepsiya']
|
720 |
https://kayzen.az/blog/edebiyyat/21074/iosif-brodski.html
|
İosif Brodski
|
Apollon
|
Ədəbiyyat
|
3 dekabr 2017, 14:21
|
Rus şairi və esse ustası İosif Brodski (1940-1996) Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Onun milliyyətcə yəhudi olan valideynləri bir neçə dil bilən ziyalı insanlar olmuşlar.
1947-ci ildə orta məktəbin 1-ci sinfinə gedən Brodski sonra bir neçə məktəb dəyişir. Dördüncü sinfi bitərən İosifə sinif rəhbəri belə bir məzmunda xasiyyətnamə verir: «Bu uşaq xarakterinə görə inadkar, sarsılmaz, həm də tənbəldir. Yazılı ev tapşırıqlarını ya çox pis yerinə yetirir, ya da ümumiyyətlə yerinə yetirmir.
Dəftəri dərsə aidiyyatı olmayan qeydlər və rəsmlərlə doludur. Bunlara baxmayaraq, qabiliyyətlidir, əlaçı da ola bilər, lakin cəhd göstərmir». Yeddinci sinfi bir neçə «iki» ilə «başa vuran» gələcəyin şairi təhsilini axşam məktbinə dəyişir və azad dinləyici kimi universitet mühazirələrində iştirak edir. Sonda o, sərbəst mütaliə hesabına geniş erudisiyalı bir şəxsə çevrilir. Qısa bir vaxtda ingilis və polyak dillərini dərindən mənimsəyir, latın, italyan və fransız dilində mətnləri çətinlik çəkmədən oxuyur.
Brodski 16 yaşından şeir yazmağa başlayır. 1957-ci ildə onun "Əlvida, unut, qınama" adlı məşhur şeirlərindən biri çap olunur. Bu şeirə görə böyük rus şairəsi Anna Axmatova «onun şərəfli taleyə malik olacağını və ağır həyat sürəcəyini» qabaqcadan söyləyir. Bir neçə il gərgin axtarışdan sonra Brodski öz yerini «tapır», poeziyada dünyanı özünəməxsus şəkildə görmə, duyma və qavrama rakursunu, ritmini və üslubunu müəyyənləşdirir. 1958-ci ildən onun şeirləri çap olunmağa başlayır. Lakin 60-cı illərin əvvəllərində onun yaradıcılığına faktiki olaraq qadağa qoyulur. 1964-cü ildə şairin əleyhinə «tüfeyliliyə görə» cinayət işi qaldırılır və ona məhkəmə qurulur. Brodskinin məhkəməsinə jurnalistlərin və yazıçı Viqdorovanın buraxılması sovet məkanında insan hüquqları uğrunda mübarizədə mühüm mərhələ hesab olunur. Xüsusi istedada malik bir gənc hazırcavablılığı ilə sovet məhkəmə sistemini ifşa edir:
Hakim: Şiz nə ilə məşğul olursunuz?
Brodski: Şeir yazıram, tərcümə edirəm.
Hakim: Sizin daimi iş yeriniz varmı?
Brodski: Mən belə başa düşürəm ki, bu, daimi iş yeridir.
Hakim: Dəqiq cavab verin.
Brodski: Mən şeirlər yazıram və hesab edirəm ki, onlar cap olunacaq.
Hakim: Siz cavab verin, nə üçün işləmirsiniz?
Brodski: Mən işləyirəm, mən şeir yazıram.
Hakim: Bizi bu maraqlandırmır, ümumiyyətlə, sizin sənətiniz nədir?
Brodski: Şair, şair- tərcüməçi.
Hakim: Sizin şair olmağınızı kim tanıyıb, sizi şairlər sırasına kim daxil edib?
Brodski: Heç kim. Onda məni insanlar sırasına kim daxil edib?
Hakim: Siz haradasa bunu öyrənmisinizmi?
Brodski: Nəyi?
Hakim: Şair olmağı. Bunu hazırlayan ali məktəbə daxil olmağa cəhd göstərmisənmi?
Brodski: Mən inanmıram ki, bu, təhsillə verilsin.
Hakim: Bəs haradan verilir?
Brodski: Mən hesab edirəm ki, bu, Allahla bağlıdır.
Məhkəmə Brodskini «tüfeyliliyə» görə 5 il azadlıqdan məhrum edir. İnsanın şeirlərinə və fikrinə görə həbs edilməsi o zaman Qərb dövlətlərini şoka salmışdı. Qərbdən dəstək gələnə qədər sovet mədəniyyətinin bütün görkəmli nümayəndələri ayağa qalxmışdılar. Gənc şair məhkəmə sistemini ifşa etməklə yanaşı, həm də ziyalılıarın birliyinə nail olmuşdu. Şairin vətənindəki həyatına diqqət edək: o, 15 yaşında orta məktəbi tərk edir, 18 yaşında «tüfeyli» şair adını qazanır, 20 yaşında həbs olunur, 23 yaşında həbsxanada psixiatrik klinikaya salınır, 32 yaşında ölkəni məcburi tərk edir.
Arxangelskə sürgün edilən Brodski elə həbsxanada ikən həyatının gələcək istiqamətini müəyyənləşdirir. Bu, həyatını poeziyaya həsr etmək yolu idi. O zaman tanınmış sovet mədəniyyət xadimləri Axmatova, Çukovski, Marşak, Paustovski, Şostakoviç onun azadlığa buraxılması üçün sovet rəhbərliyinə dəfələrlə müraciətlər edirlər.
Bir ildən sonra o, azadlığa buraxılır və vətəni Leninqrada qayıdır. Bu dövrdən başlayaraq Brodski beynəlxalq aləmdə tanınan yaradıcı şəxsiyyətə çevrilir. Şair bir sıra Qərb universitetlərində mühazirələr söyləmək üçün dəvətlər alır və şeirləri Avropada çap olunur. Nəhayət, 1972-ci ildə Brodski mühacirət yolunu seçir. Hava limanında sənətkar acı-acı deyir: «Yaramazlar, heç olmasa məni vətəndaşlıqdan məhrum etməyin. Nə vaxtsa mən bu torpağa ya ruhum, ya da kitablarımla qayıdacağam».
O, bir müddət Vyanada yaşadıqdan sonra Amerika Birləşmiş Ştatlarına gəlir. Burada iki dildə şeir və nəsr əsərləri yazmağa başlayır və Kolumbiya, Miçiqan, Nyu-York universitetlərində mühazirələr oxuyur. Mühacir şair tez bir zamanda Amerikada rus mədəniyyətinin mərkəzi təmsilçisinə çevrilir. 1980-ci ildə Brodski Massaçusetsdə məşhur «Beş kollec»də professor vəzifəsini tutur. Bununla yanaşı, Miçiqan, Kolumbiya, Kembric universitetlərinin professoru seçilir. 1978-ci ildə o, həmçinin Yel Universitetinin fəxri doktoru və ədəbiyyat üzrə professoru, bir ildən sonra isə Amerika İncəsənət və Ədəbiyyat Akademiyasına üzv olur. Ölkəsində özünü tapa bilməyən istedadlı bir şəxsin qısa bir vaxtda yad, lakin sözə və fikrə görə insanı təqib etməyən bir ölkədə fəth etdiyi zirvələr insanı heyrətə gətirir.
Brodski poeziyası müstəsna ustalığı, fəlsəfi dərinliyi, parlaq ironiyası və kəskin təxəyyülü ilə seçilir. Romantik istehzanın köməyi ilə sənətkar öz şeirlərində tənha insanı dünyada hökm sürən ədavətə, kinə qarşı qoyur. Bu ovqat onun «Səhrada dayanacaq», «Uraniya», "Çıxışın hissəsi" şeirlər toplusunda dolğun əks olunub. Onun «Vahiddən kiçik» adlı esselər toplusu, «Gözəl əsrin sonu», «Roma elegiyaları» şeirlər kitabı 1986-cı ildə ABŞ-da ədəbi tənqid sahəsində ən yaxşı tədqiqat işi və ən yaxşı şeirlər kimi qiymətləndirildi.
1987-ci ildə İosif Brodski «kəskin zəkası və dərin poetikliyi ilə seçilən çoxşaxəli yaradıcılığına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Onun 1991-ci ilin 5-8 dekabrında keçirilən Nobel yubileyi sipoziumunda etdiyi çıxış xüsusilə böyük maraq kəsb edir. Şair bu çıxışında XX yüzilliyin ədəbiyyatını xarakterizə etməyə çalışıb. Həmin çıxışın bir hissəsində deyilir:
«Mən bu qış gecəsində XX əsrin axırıncı onilliyinin birinci ilində öz yüzilliyimizə baxıb, 6 böyük yazıçı görürəm və onları xatırlamaq istəyirəm: Bu, Marsel Prust, Frans Kafka, Robert Müzil, Uilyam Folkner, Andrey Platonov və Semuel Bekketdir. Onlar bizim yüzilliyin ədəbi peyzajının zirvələridir; bu əsrin ədəbiyyatının Alp, And və Qafqaz dağları arasında onlar həqiqi Himalaylardır. Bu yazıçılar zərrə qədər də olsun, ötən əsrin ədəbiyyat nəhənglərindən geri qalmırlar. Onların əsərləri əsl həqiqətdə XIX əsrin romanlarının dayandığı yerdən başlanıb. Özü də daha çətin şəraitdə. Son hesabda ədəbiyyat toplanan xoşagəlməz hadisələrə qarşı insanın müqavimət göstərə bilməsinin xronikasıdır.
Bu dahi altıların fərqli və oxşar cəhətləri nədən ibarətdir? Birincisi, onlar komanda oyunçusu olmayıblar. Əksinə, tənha olublar. Son nəfəslərinə qədər nə qəddar diktatorlara nə də şirindilli yepiskoplara tabe olmayıblar. Bu altıların sənəti şair demişkən məntiqin yoxa çıxdığı yerdən, XIX əsrin süjet və kompozisiyalar sisteminın dağıldığı yerdən başlanıb. Diqqət edin Kafkanın „Qəsr“, Müzilin „Xassəsiz insan“, Platonovun „Çuvenqur“ romanları həmçinin Folknerin, Prustun, Bekketin əsərlərinə tamamlanmış əsərlər kimi baxmaq mümkün deyil. Neçə ki epos mərkəzdənqaçandır, əslində o heç vaxt tamamlana bilməz. Həmin gözəl altılığın əsərlərindəki mərkəzdənqaçma qüvvəsinin getdikcə genişlənən hərəkətinin mənbəyində duran — dəqiqlikdir. Tərəddüd dəqiqliyi, həm özünün və həm də yazı üslubunun hərəkətverici qüvvəsidir. Başqa sözlə hekayədən əvvəl nəğmənin mövcud olmasına baxmayaraq, modernistlərin dilin təhkiyə üzərində hakimiyyətini qaytarması ilə ədəbiyyat öz inkişaf dairəsini tamamladı. Poeziya təqlid (yaxud yamsılama) üçün yaramır.
Məhz bu keyfiyyət ona imkan vermir ki, demoqrafik hadisəyə çevrilsin. Terminologiya, yarlıqlaşma, təsnifatlandırmalar ədəbiyyatı demoqrafik reallığa gətirib çıxarıb. Son anda mən hesab edirəm ki, „modernistlər“ kimlər ki, dilin diktatına (əmrinə) tabe olub, onu etik, tarixi və ictimai həmrəyliyə tabe etdirməyiblərsə, biz onları „yaxşı yazıçılar“ kimi fərz edirik. Kim ki özünü dilin aləti hesab edirsə onları nəzərdə tuturam, əksini yox. İncəsənət nə yaradırsa yaratsın: lap yeni estetika olsun, etika ondan əmələ gəlir. Bu incəsənətin istənilən ictimai qanundan yaşlı olmasından irəli gəlmir, ondan irəli gəlir ki, onu ictimai qruplar yox, fərdlər yaradıb.
Bir neçə il əvvəl mən demişdim: estetika — etikanın anasıdır. Mənim sənətimin daşıyıcısı olan hər bir kəs şeirin ən əvvəl vokal olduğunu bilir, bilir ki, şeir öz başlanğıcını mənadan yox, səsdən götürür və yazar, yazı anında estetik seçim edir – bu, dilin seçimidir. Bununla yanaşı, istənilən həlledici seçim, məsələn, „sevgi“ seçimi də estetik mahiyyət daşıyır. Etika üzərində seçimə söykənsək „itə“ də üstünlük verə bilərik. Bütün bunlar mahiyyətcə bizim yüzilliyin ikinci yarısında nəsr sənətinin başına gələnlərdir. Son onilliklər kimi ədəbiyyat üçün mülayim mühit heç vaxt olmayıb. Mən yazmağa başlayanda ədəbiyyat yüzə yaxın müəllifi əhatə edirdi. İndi kitab dükanlarına baxıram, solist və qrup albomlarıyla zəngin val-plastinka dükanına bənzəyirlər. Bütün bu albomlardakı qruplar və solistləri dinləmək mümkün deyil, çünki buna heç ömür də bəs etməz. Həm də ona görə ki, onların əsas üslubu-səs küydür. Bütün bunlar müasir ədəbiyyata da aiddir. Onun didaktik səs-küyü, bu səs-küydən fərqlənmir.
Öz müxtəlifliyinə, xüsusən dəhşətli yaşantılarına baxmayaraq, iyirminci əsrdə bizim rəflərimizin əsas sahəsini zəbt edənlər daha çox maklatura üçün yararlıdır. Çünki bizim əsrin ədəbiyyatı özünün bugünkü sifətiylə fərdin azadlığına deyil, özünün və onun ictimailəşməsinə can atır. Əsrin son 25 ilini o öz yerini kino və televiziyaya verdiyinə görə bunlar onu lazımsız bir şeyə çevirib».
Brodskinin 1989-cu ildə yazdığı şeirlərindən biri bu misra ilə başlayır: «Tezliklə başa çatan əsrdən əvvəl mən olmayacam». Belə də oldu. Böyük şair və mütəffəkir 28 yanvar 1996-cı ildə dünyasını dəyişdi. Onu vəsiyyətinə uyğun olaraq, Venesiyada dəfn etdilər.
İ. Brodskinin Nobel mükafatının təqdimetmə mərasimindəki çıxışı
İsveç Akvdemiyasının möhtərəm üzvləri, zat-aliləri, xanımlar və cənablar! Mən Baltikanın o biri sahilində doğulub böyümüşəm. Arabir, xüsusən payızın aydın günlərində haradasa Kelomayki tərəflərdəki çimərlikdə dayanıb suların şimal-qərb istiqamətindəki vərəqi üzərindən barmağını tuşlayan tanışım deyərdi: «Torpağın mavi zolağını görürsən? Ora İçveçdi». Əlbəttə, o, zarafat edirdi: çünki bucaq düz deyildi, nədən ki, açıq məkanda insan gözü yalnız iyirmi mili əhatə edə bilərdi. Məkan isə açıq deyildi.
Amma yenə də olsa, xanımlar və cənablar, mən çox şadam ki, biz eyni hava ilə nəfəs almışıq, eyni balıqdan dadmışıq, ara-sıra, radioaktivdirsə belə, eyni yağış altında islanmışıq və ağacların eyni iynə yarpaqları bizi darıxdırıb da. Küləyin səmtindən asılı olaraq pəncərədən baxanda mənim gördüyüm buludları siz də görmüsünüz və ya əksinə. Mən çox şadam ki, bu zalda rastlaşanadək artıq bizim ümumi cəhətlərimiz olub.
Bu zala gəlincə isə düşünürəm ki, bir neçə saat əvvəl o bomboşdu və bir neçə saat sonra o, yenidən boşalacaq. Bizim buradakı iştirakımız, xüsusən də mənim, divarların nöqteyi-nəzərinə görə, tam təsadüfidir. Məkanın nöqteyi-nəzərincə, ümumiyyətlə, ondakı istənilən iştirak təsadüfidir, təbii ki, yalnız hərəkətsiz və bir qayda olaraq cansız peyzaj əlamətləri yoxdursa: deyək ki, hərəkətindən doğan süxur yığımı, təpə zirvələri, çay döngələri. Məhz kiminsə və ya nəyinsə öz içinə vərdiş etmiş məkanda bu sayaq qəfil peyda olması da hadisə hissiyyatı doğurur.
Məhz bu səbəbdən mənə Nobel mükafatı vermək qərarınıza görə sizə təşəkkür etməklə əslində əhatəli ədəbi peyzajdakı buz qayalarına xas dəyişməzlik keyfiyyətlərini mənim işimdə qiymətləndirdiyinizə görə özümü sizə minnətdarlıq etmiş sayıram. Mən yaxşı anlayıram ki, gizlətdiyi soyuqluq, lazımsızlıq, uzun və sürətli erroziya səbəbindən bu müqayisə riskli görünə bilər. Yaxın keçmişdə poetik auditoriya çox az hallarda əhalinin bir faizini əhatə edirdi. Buna görə də, antik və intibah dövrü şairləri saraylara və hakimiyyət mərkəzlərinə can atırdılar; məhz buna görə bu günün şairləri universitetlərdə, elm mərkəzlərində məskən salırlar. Sizin Akademiya mənə hər ikisinin qarışığı kimi görünür və əgər gələcəkdə də-onda ki, biz olmayacağıq- sizlərin səyi nəticəsində bu faiz tənasübü saxlanacaqsa, ümid edirəm, demoqrafik partlayış haqda düşüncə sizi ruhlandıra bilər. Hətta həmin faizin dörddə biri bu gun üçün də bir ordu oxucu deməkdir.
Ona görə də, mənim minnətdarlığım, xanımlar və cənablar, bütünlüklə eqoist xarakter daşımır. Mən sizə o kəslərə görə minnətdaram ki, həm bu gün, həm də sabah öz qərarınızla onları şeir oxumağa sövq edir və sövq edəcəksiniz. Mən, böyük amerikan həmvətənimin bir vaxtlar söylədiyi kimi, insanın ayaq üstə qalxıb (düşünürəm ki, o, bu zalı nəzərdə tuturdu) qələbə çaldığına az inanıram, amma mən büsbütün əminəm ki, şeir oxuyan insan üzərində qələbə çalmaq şeir oxumayanla müqayisədə xeyli çətindir.
Əlbəttə, Sankt-Peterburqdan Stokholma — bu, olduqca kəsə yoldur, amma mənim peşəmin adamı ücün iki nöqtə arasında ən qısa yolun düz xətt olması təsəvvürü öz cəlbediciliyini çoxdan itirib. Ona görə də coğrafiyanın ali ədalət ölçüsü olduğunu anlamaq mənim üçün çox xoşdur. Sağ olun.
Fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” əsərindən
|
['İosif Brodski', 'nobelli yazıçılar', 'rus ədəbiyyatı', 'yazıçılar', 'rus yazıçısı', 'rus yazıçıları', 'Иосиф Бродский']
|
721 |
https://kayzen.az/blog/intellekt/21272/m%C9%99kt%C9%99bd%C9%99-davran%C4%B1%C5%9F-qaydalar%C4%B1.html
|
Məktəbdə davranış qaydaları
|
Apollon
|
İntellekt və təhsil
|
3 dekabr 2017, 14:01
|
İnsanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşnallıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də, hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilir.
«Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.
Məktəb kiçik bir cəmiyyətdir. Sinif isə müqaisədə ondan bir qədər kiçikdir. Siniflər məktəbi əmələ gətirir. Bir anlığa təsəvvür edək ki, təxminən 600 şagirdin təhsil aldığı məktəbdə heç bir davranış qaydası yoxdur. O zaman hansı mənzərə ilə rastlaşırıq? Əlbəttə ki, özbaşnallıq yaranar. Buna görə də, sinif və məktəb üçün davranış qaydaları tərtib olunmuşdur. Həmin Qaydalar əsasən I-IV siniflər, V-VIII siniflər və IX-XI siniflər üçün ayrılıqda tərtib olunur. Sual oluna bilər ki, bir məktəbdə 3 növ davranış qaqydasının müəyyən edilməsi qaydası haradan yaranmışdır?
Məlumdur ki, I-IV sinif şagirdləri hələ çox kiçikdirlər. Onlardan çox şey tələb etmək mümkün deyil. I sinifə yenicə qəbul olun-muş uşaq məktəblə, onun xüsusiyyətləri ilə və yoldaşları ilə tanış olur. Onlar çox vaxt daraxır, evə getməyə tələsirlər. Getdikcə məktəbə alışan uşaqlar daxili nizam-intizam qaydalarını öyrənir və ona əməl edirlər.
V-VIII sinif şagirdləri nisbətən böyük olduqlarından „Davranış qaydaları”nda onların qarşısına qoyulan tələblər də dəyişir.
IX-XI sinif şagirdləri isə artıq müstəqil həyata hazırlaşdıqlarından, dünya görüşləri genişləndiyindən bir qədər də mürəkkəbləşir.
Unutmaq olmaz ki, “Davranış qaydaları”nda şagirdlərin vəzifələri xatırladılır. Bu qaydaların müddəalarında müəyyən qadağan-edici normalar vardır. „Bunu etmək olmaz” fikrini həmişə yadda saxlamaq lazımdır. Çünki, elə hərəkətlər var ki,yaşından asılı olmayaraq onu etmək heç bir insana başucalığı gətirmir.
Hər ailənin də özünəməxsus “Davranış qaydaları”nın olduğunu və məktəbin böyük bir ailə olduğunu nəzərə alsaq, biz ailədə olduğu kumi, məktəbdə də „Davranış qaydaları”na əməl etməliyik.
Təcrübəli pedaqoqların fikrincə uşaq ailənin güzgüsüdür.Məktəbə gələn hər bir məktəbli öz ailəsindəki tərbiyəni, “Davranış qaydaları”nı təcəssüm etdirir. Odur ki, hər bir şagird öz ailəsi haqqında mənfi fikir yaranmasın deyə, ağıllı və normal şəkildə hərəkət etməyə borcludur.
Sinif davranış qaydalarını sinif davranış qaydalarını şagirdlər sinif rəhbəri ilə birlikdə tərtib edə bilər. Növbətçilik cədvəli, sinif təşkilatı bölgüsü deyilən „Davranış qaydaları”nın bir nümunəsidir.* Yuxarıda qeyd etdiyimiz kimi, I sinifdən XI sinifə qədər “Davranış qaydaları”nın dəyişməsinin bir səbəbi də getdikcə yetkinləşən məktəblinin müstəqil həyata, cəmiyyətin qanunlarına uyğunlaşması üçün hazırlıq məqsədi daşıyır.
Müstəqil həyatda tələblər dəyişir. Uşaq olarkən heç bir məsuliyyət daşınılmayan məsələlərdə belə müəyyən məsuliyyət müəyyən edilir. Ona görə də, məktəblilər „Davranış qaydaları”na əməl etmək və gələcəkdə qanunlara hörmət etmək, cəmiyyətdə özünü idarə etmək vərdişlərinə yiyələnmiş olurlar.
Bir sözlə, məktəb və sinif şagird davranış qaydaları ən sadə cəmiyyət qanunlarıdır və onlara əməl etməklə hər bir şəxs özünün yetkin şəxsiyyət kimi formalaşmasına zəmin yaradır.
Sabir Fətullayev
|
['məktəb', 'şagird', 'təhsil', 'müəllim', 'məktəb həyatı']
|
722 |
https://kayzen.az/blog/yazar/21203/g%C3%B6rk%C9%99mli-yazarlar%C4%B1n-sirli-h%C9%99yat%C4%B1-henri-devid-toro.html
|
Görkəmli yazarların sirli həyatı: Henri Devid Toro
|
Apollon
|
Yazıçılar
|
1 dekabr 2017, 14:51
|
Sovet yəhudi-dissidentlərindən xeyli əvvəl yaşamağına baxmayaraq, Henri Devid Toronu dünya tarixində ilk imtinaçı (bu qəribə termin həmin yəhudi-dissidentlərin hesabına yaranıb) adlandırmaq olar. Bu adam hər zaman nədənsə imtina edərdi. Məsələn, Harvard universitetini bitirib incəsənət magistri diplomu almaq üçün 5 dollar ödəməkdən imtina edib. “5 dollara dəyməz, – Toro deyib, – hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır”.
Konkord Akademiyasına, belə bir mötəbər təhsil ocağına işə düzəldikdən sonra uşaqlara cismani cəza verməkdən imtina edib. Məktəb rəhbərliyi subordinasiyanı pozduğu üçün onu işdən çıxarıb, bu itaətsizlik onun gələcək karyerasına çox pis təsir göstərib.
Digər məşhur etirazı isə 1847-ci ildə olub. Toro Amerikanın Meksikadakı vətəndaş müharibəsinə qoşulmağı ilə bağlı etiraz üçün toplanan 1 dollarlıq vergini ödəməkdən imtina edib. Toro onun yerinə vergi ödəməyə gələn himayədarı Ralf Uoldo Emersonla (şayiələrə görə) mübahisə edərək həbsxanaya düşüb. “Henri, sən burada nə edirsən?” – guya Emerson xəbər alıb. “Bəs sən, Uoldo, sənin burada nə işin var? ” – Toro cavabında ondan soruşub. Bibisi onun əvəzinə vergini ödəyib evə tələsən Toro mərcan yürüşünün əvvəlinə özünü yürüşçülərə çatdıra bilib.
Toro öz adından da imtina edib. Anadan olarkən ona Devid Henri Toro adı verilsə də, hamının ona Henri Devid kimi müraciət etməyini istəyib. Hətta digər əcaib amerikan yazarları ilə müqayisədə Toro ən ipləmələrdən biri olub. Və hətta ən mənasız ədəbi personajlar belə Devid Henrinin, – ay, üzr istəyirəm! – Henri Devid Toronun – qəribəliklərinin yanında toya getməli idi.
Toronu bircə şeydə – dəyişkənlikdə – günahlandırmaq olmazdı. Həmişə ürəyi istəyən kimi yaşayıb. Onun həyat tərzi Massaçusets ştatının Konkord şəhərinin digər ekssentrik sakinlərinin həyat tərzindən fərqlənməyib. Toronun ən çox xoşladığı vərdişlərdən biri özü-özünə pul borc vermək, təbiətlə təmasda olmaq, qayıqla çayda gəzmək və öz səyahətləri haqqında geniş, tez-tez haşiyə çıxmaqla hesabat yazmaq olub. Dostları onu qəribə hesab etsələr də, həmişə rəğbət bəsləyiblər. Ralf Uold Emerson az qala bütün ömrü boyu Toronun xərclərini ödəyib. Toro özünü Emersonun arvadı və uşaqlarının cangüdəni kimi qələmə verib özünü şəhərin ən axmaq adamı kimi aparıb. Uşaqları meşəyə ekskursiyaya apararaq onlara yerli fauna və flora haqqında məlumat verər və müxtəlif quşların səsini çıxarmağı öyrədərmiş. Hər dəfə pulu qurtaran kimi isə atasının nüfuzlu qələm istehsalı fabrikində muzdla işləyərmiş.
Sağlığında Toronun kitabları demək olar ki, satılmırdı, ölümündən sonra isə (44 yaşında ölmüşdü) o, yavaş-yavaş yerli əfsanəyə çevrilməyə başladı. Herman Melvillin “Mobi Dik”i ilə bir yerdə Toronun “Uolden” romanı da dünyada demək olar ki, heç kəsin oxumadığı kitab kimi xatırlanır. Amma qələmə aldığı “Vətəndaş itaətsizliyi haqqında” traktat isə, hər kəsin oxuduğu kitablardandır. Mahatma Qandi, Lev Tolstoy və Martin Lyüter Kinq əsəri zəhmətin böyük ilham mənbəyi adlandırmışdı.
Toronun şəxsi həyatında da müxtəlif qalxmalar və enmələr baş verib. Ailə qurmaq istəsə də, subay qalıb. Sevimli qardaşı Con 1841-ci ildə yoluxucu tetanus xəstəliyindən dünyasını dəyişib. 1844-cü ilin aprelində isə Toro ilə yoldaşı meşədə gəzərkən qaladıqları tonqala nəzarət etmədikləri üzündən, haradasa üç yüz akr. meşə sahəsinin yanmağına səbəb olublar. Emersonun uğursuz maliyyə məsləhətləri üzündən Toro xirtdəyə qədər borca düşüb və bir neçə il ərzində ancaq borclarını qaytarmaq üçün işləyib. Nəticədə, az qala yaxın dostu ilə münasibəti korlanacaqmış. Amma bütün bunlara baxmayaraq, Toro həmişə özündən razı yaşayıb. “Amerika mühəndislərinin başçısı” – bu adı ona Emerson vermişdi və tamamilə “mərcan yürüşlərinin kapitanı” titulu (yeri gəlmişkən, onu da Emerson fikirləşmişdi) ilə səsləşirdi – olmadığına sevinirdi. Onun bu möhkəm inadı isə bütün dövrlərdə Toroya hörmət və rəğbət hissi oyadıb.
Yağ qiyamı
Vətəndaş itaətsizliyi Toroya irsən keçmişdi. Babası Eys Danbar 1766-cı ildə Harvard universitetində qaldırılan “Böyük yağ qiyamı”nın təşkilatçısı olmuşdu. Tələbə yeməkxanalarında verilən yeməklərin keyfiyyətindən narazı qalan Danbar (onun yerinə kim olsaydı eyni hərəkəti edərdi) tələbələri qiyama qaldırmışdı: “Bir fikir verin! Bizə verilən yağ iylənib! Onu yeyə bilmirik. Tələb edirik ki, bizə üfunət iyi verməyən yağ verilsin!” Lakin Harvard rəhbərliyi Danbarın bu, birmənalı şəkildə haqlı tələblərinə əhəmiyyət verməyib. Onu “itaətsizlikdə günahlandıran” rəhbərlik cəza olaraq, universitetin yarısını bağlayıb. Yağ üsyanı öz-özlüyündə nə qədər böyük əhəmiyyət kəsb etsə belə, sakitcə yatırılıb. Amma buna baxmayaraq, gələcəkdə Harvardda qalxan ərzaq qiyamlarına – 1805-ci ildəki Çörək və Yağ qiyamları və 1807-ci ildəki Kələm qiyamı da daxil olmaqla – zəmin yaradıb.
“Yaraşıqlı” Henri
Deyilənlərə görə, Toro çox cazibədar olub. Lakin onun görünüşü yaraşıq və gigiyena baxımından əsla bunu deməyə imkan vermir. Bu, əyalət şorgözü xarici görünüşünə görə qətiyyən diqqət çəkə bilməzdi. Qonşusu Hataniel Qoton onu belə təsvir edirdi: “Kabus kimi qorxunc siması var, yekə burnu, əyri dodaqları ilə çox yöndəmsiz görünür, kobud da olsa özünü gözə soxa bilir və təəssüf ki, bu bacarığı onun görünüşündə əks olunmayıb”. Toro təsadüfən yuyunar, pırtlaşıq saçlarını demək olar, daramaz, əyin-başını dəyişməzdi. Özünü süfrə arxasında apara bilməməyi ilə də ad çıxarmışdı. Oliver Uendel Holms Toronun əllə yemək vərdişindən həmişə narazılıq edərdi. Bütövlükdə götürəndə, ətrafında olanlar onun bu çatışmazlıqlarına barmaqarası yanaşardılar. Elə həmin o, Qorton onun barəsində – “Bütün ləyaqətli və diqqət çəkən adamlar kimi onun bu cür yaraşıqsız olmağı əsla qəbahət deyil, bu ona yaraşıqlı olmaqdan daha çox yaraşır”, – deyirdi. Toroya aşiq olan Luiza Mey Olhott yazırdı ki: – “Bütün qəbahətlərinə baxmayaraq, o Yaradanın gözündə böyük sevgi ilə xəlq olunub, bütün ideal adamlar onun kimi olur”.
Göbələk əvalatı
Toronun azad fikirliliyi hələ onun riyakarlıqdan tam uzaq olmağı demək deyildi. Bir dəfə 1856-cı ildə meşədə gəzən Toro kişi cinsiyyət orqanına oxşayan yekə göbələyi görüb heyrətlənmişdi. “Onu üç hissəyə ayırmaq olar: papaq, kök və kisə hissəsi – əsl fallosa oxşar bir şey, – gündəliyində yazırdı. – Bu iyrənc bitki, üstəlik, həm də abırsız idi. Göbələk öz görünüşü ilə diqqət çəkdiyi qədər, həm də ikrah doğururdu: papaq hissəsi göz önündə çürüyüb gedirdi, ondan qəribə bir üfunət yayılır, yağlı, yarısulu məhlul axırdı. Bir-iki saat ərzində göbələyin iyrənc qoxusu bütün evə yayılmışdı və nəfəs almaq olmurdu. Əvvəlcə onu öz otağıma qoymuşdum, amma sonra götürüb aparsam da, yatmazdan əvvəl bir müddət otağın havasını dəyişməli oldum. Göbələk az qala iylənmiş siçovul qoxuyurdu… Aman Tanrım, Təbiət belə şeyləri yaradanda nə fikirləşib görəsən? Onu eynən insanın ayaqyolundakı yaradıcılığı ilə müqayisə etmək olardı”.
Kitab anbarı
Etiraf etmək lazımdır ki, Toronun kitablarının satışı ilə Coanna Roulinqi müqayisə etmək olmaz. Onun ilk yaradıcılıq işi olan “Konkord çayında bir həftə və Merrimak” (1849) əsəri (bu roman indinin özündə belə birinci dərəcəli ədəbiyyat hesab olunmasa da, hər halda klassika sayılır) yazıçının sağlığında çox zəif satılırdı və yerli uşaqlar məxsusi olaraq “yazdığı kitabın bircə nüsxəsi belə satılmayan qəribə adama” baxmaq üçün Toronun evinə axışıb gəlirdilər. Düzdür, bu bir qədər şişirdilmiş nağıldır, amma od olmayan yerdən tüstü çıxmaz. Naşirin müəllifə məktub yazaraq “kitabın ofisdə qalıb toz basan nüsxələrini nə edək” sualına cavab olaraq, Toro ondan 706 ədəd kitab götürüb evinin çardağındakı rəflərə yığmış və qarşısına çıxan hər kəsə onlardan bir nüsxə satmağa çalışmışdı. “Kitab fondundakı nüsxələrin sayı doqquz yüzü keçən bir kitabxanam var, – deyirdi, – onların yeddi yüzünü şəxsən özüm yazmışam”.
Tarakan yox, kişmiş
Kişmişli çörəkdən xoşunuz gəlirsə, buna görə Toroya sağ ol deyin. Uolden gölü ətrafındakı meşədə yaşayarkən bunu o icad edib. Konkord şəhərinin qadınları onun bu mətbəx yeniliyindən heyrətə gəlmişdi. Çörək kündəsinə gətirdiyi yenilik Toronun qələm istehsalına gətirdiyi yeniliklə müqayisədə oyun-oyuncaq hesab olunur. Qələm düzəltmək (əgər doğrudan da belə bir termin mövcuddursa) Toroların qanında idi. Əmisi Çarlz Danbar Nyu-Hempşir ştatının Bristol əyalətində münbit qrafit yataqları tapdıqdan sonra, 1821-ci ildə qələm istehsalı üzrə ailə biznesi yaratmışdı. Az sonra Toronun atası da Çarlz Danbara qoşulmuş və qələm sənayesinə gətirdiyi yeniliklərə görə Massaçusets kənd təsərrüfatı cəmiyyətinin fəxri fərmanı ilə təltif olunmuşdu. Henri Devid Toro hələ gənc yaşından özünün gələcəkdə bu sahədə böyük iz qoyacağını büruzə vermişdi. Nəhayət, 1838-ci ilə onun əlinə belə bir imkan düşdü. Özünü bütünlüklə işə həsr edən Toro qələm içliyini təkmilləşdirə bildi və bundan sonra onun istehsal etdiyi qələmlər alman istehsalı olan eyni məhsullardan əsla geri qalmadı. Bu sahədə onun digər böyük inqilabi kəşfi isə qrafit ovmaq üçün düzəltdiyi dəyirman oldu. Əgər bütün kəşflərini patentləşdirə bilsəydi, yəqin ki, sağlığında çox varlı adamlardan biri olardı.
Əldə etdiyi uğurlarla kifayətlənən Toro qələm istehsalı ilə məşğul olmağa son qoydu. “Nəyimə lazımdır? – dostlarına demişdi. – Eyni bir şeyi nə qədər təkrarlamaq olar?” Lakin qələm istehsalı maqnit kimi hər zaman onu özünə cəlb edirdi və borclardan təngə gələn Toro 1843-cü ildə, beynindəki yeniliklərlə birlikdə fabrikə qayıtmışdı. Bütün varlığı ilə işə aludə olan Toro bir dəfə Ralf Uold Emersona hətta yuxuda da qələm düzəldən maşın gördüyünü söyləmişdi. İstənilən zəhmət özünü doğruldurdu. Toronun kəşf etdiyi yenilik reklamlarda: “xüsusilə rəssamlar və sadəcə, dəyər verə bilənlər üçün” – sözləri ilə təqdim olunmuşdu. Yeni qələm daha möhkəm, qara və digərlərinə nisbətən, daha zərif idi. Toroların daxili rəqabəti nəticəsində onların ailə biznesi uzun müddət bazardakı liderliyi qoruyub saxlaya bilmişdi.
Henri Devid qırmızılılar tərəfdədir?
1954-cü ildə, Sovet İttifaqı ilə soyuq müharibənin qızğın çağında bir vaxtlar Amerika ucqarlarında yaşamış yazıçı qəfildən antikommunist ruhunun obyektinə çevrildi. ABŞ Hökuməti “Uolden”i Amerikanın bütün səfirlik kitabxanalarından yığışdırmaq əmrini verdi. Deyilənlərə görə bu, “başdan-ayağa sosialist yönümlü” kitab imiş.
Müdhiş həşərat
Toro hər şeydən əvvəl özünü naturalist hesab edirdi, əgər zərqanadlılar fəsiləsindən olan bir həşəratın onun şərəfinə adlandırıldığından xəbər tutsaydı, yəqin, çox sevinərdi. Söhbət entomoloq A.A.Jironun kəşf etdiyi troxoqrammatid ailəsindən olub, adı latın sözü Thaerauadan götürən həşəratdan gedir.
Robert Şnakenberq
Tərcümə: Əyyub Qiyas
|
['ədəbiyyat', 'yazıçılar', 'dünya ədəbiyyatı', 'Robert Şnakenberq']
|
723 |
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/21205/f%C9%99ls%C9%99f%C9%99-intellektual-s%C3%B6hb%C9%99tdir,-ya-h%C9%99yat-t%C9%99limi.html
|
Fəlsəfə intellektual söhbətdir, ya həyat təlimi?
|
Apollon
|
Fəlsəfə
|
1 dekabr 2017, 14:46
|
Deyək ki, Vudi Allenin hansısa filmindəyik… Şərab içə-içə fəlsəfədən danışırıq. Və deyək ki, o gün dostlarımıza təsir etmək, biliyimizin nə qədər geniş olduğunu göstərmək üçün hansısa məşhur filosofun ifadəsindən söz açmağı münasib gördük.
Amma sözə gəlincə, baxdıq ki, məişət dilində ifadə edilərkən mənasını itirir. Yəni, əgər filosofumuzun istifadə etdiyi xüsusi terminologiyanı, özü icad etdiyi söz və anlayışları istifadə etməsək, başa saldığımızdan bir məna çıxmır… Bəzi söylədiklərimizi özümüz də anlamırıq, masadakıların başa düşəcəyinə ümid edirik. Çarəsizcə deyirik: "...Bilmirəm, başa sala bilirəmmi?"
Bu halda aşağıdakı variantlardan birinin doğru olması mümkündür:
1. Filosofun ifadəsini anlamamışıq;
2. İfadənin içi boşdur;
3. Hər ikisi.
Birinci variant, yəni filosofun təliminin anlaşılmamış olmaması ağla ilk gələn, insanlara tanış ehtimaldır. Amma xüsusi məclisdə məşhur filosofun «içi boş» olması təsəvvür edilə bilərmi?
Hər nə qədər söylənməsi cəsarət istəsə də… Bəzən kral "çılpaq", filosof da «boş» ola bilir. Filosofların həqiqi həyatdan qopmuş, mənasız boşboğazlıqla məşğul olduqlarını düşünənlər fəlsəfəni belə adlandırmağı xoşlayırlar:
«Fəlsəfə… Onsuz bu məqsədli yaradılmış terminologiyanın sistemli olaraq yanlış istifadə edilməsidir» (A systematic misuse of a terminology produced just for this purpose).
Bu və oxşar replikaların tamamilə haqlı və ya haqsız olması dəqiq deyil… Amma sevimli və müəyyən estetik ifadələr olması da danılmazdır. Bu xoşagəlimlilikləri sayəsində uzunömürlüdürlər. Çünki «fəlsəfi dairələrin» əhəmiyyətli zəifliyi söylənilən sözdə estetikaya dəyər verilməsi, tam mənasıyla həqiqəti dilə gətirməsə də gözəl sözün asanlıqla tərk edilə bilinməməsi, dəbi keçənə, dadı qaçana qədər təkrarlanmasıdır.
Hərdən bəzi filosofların başları ilə deyil, qələmlərilə düşündükləri hissinə qapılır, yazılarının «sətir aralarında» həqiqi niyyətin, ələ aldıqları mövzunu açıqlamaqdan çox, mövzu haqqında gözəl söz demək olduğunu «görürük».
Onsuz da sözə tökülməsi çətin olan həqiqət, lazımsız metafora və dil bəzəklərilə anlaşılmaz vəziyyətə gətirilir. Ədəbi dəyəri məntiqi dəyərini aşan mətnlər fəlsəfə adı altında qarşımıza qoyulur. Bunlar "İntellektual" məclislərində söhbət mövzusu kimi nəyəsə yarayar, amma fəlsəfəni həyat təlimi olaraq ciddiyə alan insanın gözündə boş gəvəzəlikdən savayı bir şey sayılmaz.
Bəzən bu «fəlsəfi ədəbiyyat» Nitsşenin ağlamadığı, bütün qəzəbini aşkara çıxardığı vaxtlarda etdiyi kimi, vulkan püskürməsini xatırladan hiddətlə yazıya tökülür...
İçki şüşədəki məsumluqla durmadığı kimi, qəzəblə yazılmış mətn da «kitabda durduğu kimi durmaz». Yazan da, oxuyan da «sərxoş olar»… Qəzəbini fəzilət saymağa, nifrətindən asılı olmağa başlayar… Təlim də, mürid də pis istifadəyə açıq olar.
Əziz dostlar,
Qiymətli vaxtımızı kin, lağlağı, nifrət, təkəbbür kimi rəzil hisləri qidalandırmaqla xərcləyə bilərik… Ya da müdrik yaşamağa üstünlük verib, bu yararsız hiss və həyəcanlardan təmizlənmənin yolunu axtarmağı seçə bilərik.
Əgər ikinci yolu seçmişiksə, həyat və insanları anlamağa deyil, anlamamağa «kilidlənmiş» hər cür ədəbiyyat, fəlsəfə və hətta elmi faydasız sayıb rəfə qaldırmağımız lazım gələ bilər. Bəzi yazıçıların istifadə etməyi xoşladıqları «Başa düşməkdə çətinlik çəkirəm!», "İnanılmazdır!" kimi ifadələr anlaşılmayan şeyin deyil, anlamayan zehnin zəifliyini göstərir. İnsan zehninin gücü də nə qədər anlamadığı ilə deyil, nə qədər anladığı ilə ölçülür.
Moris FRANSEZ
Tərcümə: Ceylan MUMOĞLU
|
['fəlsəfə', 'fəlsəfə nədir']
|
724 |
https://kayzen.az/blog/Bilirsinizmi/20190/g%C3%BCnd%C9%99lik-h%C9%99yatda-i%C5%9Finiz%C9%99-yarayacaq-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html
|
Gündəlik həyatda işinizə yarayacaq məsləhətlər
|
Apollon
|
Bilirsinizmi?
|
29 noyabr 2017, 14:47
|
Yeməkdən qabaq dişlərinizi fırçalasanız daha az yemək yeyəcəksiniz.Hıçqırığınız tutduğu zaman 10 saniyə nəfəs almayın və 3 dəfə udqunun. Hıçqırığınız keçəcək.Əgər soyuq duş altında 3 dəqiqə dayansanız, 40 kalori yandıracaqsınız .Qədəhdəki şərabın keyfiyyətini öyrənmək istəyirsinizsə, qədəhi asta çalxalayın. Qədəhin içindəki çöküntü nə qədər qatıdırsa, şərab bir o qədər keyfiyyətlidir. Yumurtanı qaynadarkən onun çatlamasını istəmirsinizsə, qaba yanmış kibrit qoyun.Tərə qarşı dezodorantları səhər yox, gecə vurun. Bu, daha uzun müddətə qoxunun qarşısını alacaq.Ütünün suyunun içinə bir az ətir vursanız, paltarlarınızdan gözəl qoxu gələcək.Külqabının pis iylənməməsi üçün onu su ilə yox, zeytun yağı ilə isladın.Pişiklərin divan və ya kreslonuza oturmasını istəmirsinizsə, həmin yerə naftalin qoyun. Pişiklər onu heç sevməzlər.Saçlarınızı boyadarkən üzünüzə dəyən boyanı südə batırılmış pambıqla silin.Yata bilmirisinizsə, albalı suyu için.Zibil qutunuzun içinə soda və ya qabartma tozu töksəniz pis qoxunun qarşısını ala biləcəksiniz.Yumurtanı qaynatdıqdan sonra qalan suyu dibçəyə tökün. Bitkilərə çox xeyirlidir.Dırnaq boyasından qalan sarılığı götürmək üçün dırnağa sirkə sürtün. Rəngini açacaq.Mədəniz bulanırsa bir stəkan qəhvə için.
|
['faydalı məlumatlar', 'bilirsinizmi']
|
725 |
https://kayzen.az/blog/qadinlar/21211/qodar%C4%B1n-ilah%C9%99si-anna-karina.html
|
Qodarın ilahəsi - Anna Karina
|
Apollon
|
Məşhur qadınlar
|
29 noyabr 2017, 14:45
|
Jan-Luk Qodarın filmlərini yada salmaqla özlüyünüzdə Anna Karinanın simasını təsəvvür edə bilərsiniz.
Devid Tompson kitabında yazırdı: “Qodarın Karina ilə işbirliyi onun yaradıcılığının pik nöqtəsi oldu. Bununla o, digər filmlərində çatışmayan “emosional parıltı”nı kəşf elədi”. Aktrisa fransız kinematoqrafiyasında “Yeni dalğa” epoxasının ikonası hesab edilir. Yeri gəlmişkən, sentyabrın 22-də aktrisanın doğum günü olub. Tamaşaçı 20 ildən çox ekranda parıldayan aktrisanı heyranedici qara saçları ilə xatırlayır...
Hanna Karin Blarke Bayer – Qodarın gələcək ilahəsi Anna Karina 1940-cı ildə məhz bu adla Danimarkada doğulub.
Uşaqlıqdan aktrisa olmağı arzulayırdı. Əvvəlcə Karina yaradıcılığına model kimi başlayır və bir neçə Danimarka moda jurnallarının üz qabığına çəkilir. Hanna onu tərbiyə edən nənəsi ilə birlikdə kastinqlərə qatılır. 1957-ci ildə rəqs məktəbini bitirir. Elə həmin ildə də “Başmaqlı qız” filmində ilk debütünü edir. Film Kann kinofestivalına təqdim olunur və Hanna qərara gəlir ki, Parisdə şöhrət qazanmalıdır.
Paris, sev məni
Gənc Hanna Karin Parisə gəlir. Üstəlik, bu şəhərdə heç bir nəfər də olsun, tanışı yox idi və fransızca danışa bilmirdi. “Fransaya 17 yaşımda getdim və pulum yox idi. Bircə qara donum və ağ ayaqqabılarım var idi. Bu əlbəttə ki, ən yaxşı qarderobum idi...”, — deyə aktrisa xatırlayır.
Ancaq Hanna özünə əmin idi. Parisdə bir otaq kirayələyir və dayanmadan iş axtarışına başlayır. Özü də aktrisa kimi yox, model kimi… Onun tələffüzü çox pis idi. Dili müstəqil öyrənən Hannanın bu qüsuru isə hər kəsi ondan uzaqlaşdırırdı. Lakin gözəlliyi, iri gözləri və yorğun baxışları moda agentliklərinin diqqətini cəlb edirdi. Beləcə, Hanna Karinin fotosu az-az moda haqqında rubrikalarda görünməyə başlayır.
“Bir dəfə “Elle” jurnalı üçün öz fotolarımı aparmışdım. Redaksiyada Koko Şanel adlı qadın var idi. O soruşdu: “Sən kimsən?”. Dedim: “Mən elə mənəm, adım Hanna Karindir”. “Sən aktrisa olmaq istəyirsən?” “Əlbəttə”. “Onda özünü Anna Karina adlandır” – Hanna Koko Şanellə dialoqunu belə xatırlayır.
Hannanın model kimi karyerası getdikcə yüksəlişə doğru irəliləyir. Koko Şanel və Pyer Kardin onu bir neçə dəfə öz nümayişlərinə və jurnallara çəkilməyə dəvət edirlər.
Belə nümayişlərin birində Hanna bütün Fransada məşhur olan rejissor Jan-Lük Qodarla tanış edilir. Qodar ilk dəfə Hannaya 1959-cu ildə yeni filmi “Sonuncu nəfəs”də çəkilməyi təklif edir. Ancaq Hannanın açıq-saçıq səhnələrə görə filmdə çəkilməkdən imtina etməsi Qodarı çox təəccübləndirir. “Amma ekranda ilk debütün “Palmolive”in reklamında vannada uzanmış şəkildə olub”, — deyə Qodar düşünmədən deyir. “Dəli olmusan? Orada bütün hər şey köpüklə gizlədilirdi. Üstəlik, köpüyün altında çimərlik geyimində idim” – Hanna söz altında qalmır. Qodarın həmin filmində isə Hannanın yerinə Cin Siberq çəkilir.
İlk imtinaya baxmayaraq, Karinin xarici görünüşü Qodara güclü təsir edir – o, aşiq olur. 1960-cı ildə rejissor qəzetdə belə bir elan verir: “Yeni “Balaca əsgər” filmində çəkilmək üçün 18-27 yaş aralığında aktrisa və onun əri olacaq şəxs axtarıram”.
Qodar özü də çox yaxşı bilirdi ki, bu rolda başqasını yox, məhz danimarkalı Karini görmək istəyir.
Həmçinin, ehtimal edirdi ki, bu elandan sonra Hanna hissləri haqda nəsə sezəcək. Anna Karina qabaqcadan rejissorla açıq səhnələrin olmayacağı ilə bağlı razılığa gələrək bu rol üçün razılaşır. Ancaq bu hiylə xoşagəlməz hadisələrə səbəb oldu.
Anna elanı oxumasa da, Qodarın qapıçısı belə şayiə buraxmağa başladı ki, Karinanı ona görə rola qəbul etdilər ki, rejissorla eşq yaşayır.
Bu şayiə aktrisanı sarsıdır və müqaviləni cırmağa hazırlaşır ki, Jan-Lük Qodar onu Anderson hekayələrinin personajına bənzədərək, qırmızı qızılgüllər bağışlayır və gərginliyi aradan götürür.
Ancaq hələ də Karina Qodarın hisslərindən şübhələnmirdi. “Bunu ilk dəfə Cenevrədə çəkiliş zamanı hiss elədim. Elə başlanğıcdan qəribə sevgi idi. Gördüm ki, Jan-Lük daim mənə baxır, mən də ona baxırdım və beləcə bütün günümüz keçirdi” – aktrisa xatırlayır.
“Balaca əsgər”, az qala, Jan-Lük Qodar üçün beynəlxalq qalmaqallarla nəticələnəcəkdi. Filmdəki hadisələr Əlcəzair müharibələri fonunda açılırdı. Çoxları rejissorun mövqeyini kommunist provokasiyası kimi qəbul edirdi və Qodar “persona non qrata” elan edilməyin bir addımlığından qayıdır. Bəziləri hətta Qodarın Fransadan qovulmasını tələb edirdi. Buna görə, “Balaca əsgər” ekranlara yalnız 1963-cü ildə çıxa bildi. Bu qalmaqallı film hamı tərəfindən müzakirə edilsə də, heç kim aktrisanın ilk fransız debütü haqda fikir bildirmirdi.
Qodarın ilahəsi
Qodarla birlikdə çəkilmiş növbəti film isə — “Qadın elə qadındır” – dərhal çoxlarının diqqətini Karinaya yönəldir. O, öz cazibəsi ilə yanaşı, musiqili filmdə göstərdiyi parlaq və uğurlu istedadı ilə də müzakirə olunurdu. Aktrisa qadın qəhrəmanının yeni obrazını yaratmışdı: qəribə və ağılsız, eyni zamanda həyat mövqeyində özünə tam əmin. Annanın filmdəki tərəf-müqabilləri isə Jan-Pol Belmondo və Jan-Klod Briali olur.
“Qadın elə qadındır” filmindən sonra hamı Anna Karina haqda danışmağa başladı. Artıq jurnalların üz qabığına çəkilir, müsahibələr verirdi. Tənqidçilər bir ağızdan deyirdilər ki, bu rolu ondan başqa kim daha yaxşı ifa edə bilərdi? Yeri gəlmişkən, aktrisa filmdəki roluna görə ilk mükafatını – 11-ci Berlin Beynəlxalq Kinofestivalında ən yaxşı qadın roluna görə “Gümüş ayı”nı almışdı.
Məhz bu filmdən sonra Anna Karina Jan-Lük Qodarın həyat yoldaşı olur. Rejissor xatırlayır: “Anna… bir qədər bədbin idi. Qabaqcadan heç vaxt hiss etdirmirdi ki, onunla necə davranmaq lazımdır. Ancaq hansısa rolu oynamaq istəyində o qədər səmimi idi ki, nəticədə bu səmimiyyət qazandı. Öz adımdan deyim ki, bu filmi çəkməyi o qədər istəyirdim ki, birləşib, nəhayət uğur əldə etdik”.
Aktrisa ilə rejissorun yaradıcılıq ittifaqı hər ikisinə xeyli uğur gətirdi. Birlikdə 7 film çəkdilər: “Öz həyatınla yaşamaq”, “Yadlar”, “Ağılsız Pyero”, “Alfavil” və “ABŞ istehsalıdır”.
Anna Karina digər rejissorlarla da əməkdaşlıq edirdi. Hərçənd, Qodarla ailəli olduğu dövrdə aktrisanı yeni layihələrə cəlb etmək çox çətin idi. Məsələ Karinanın ambisiyası və ya şöhrətpərəstliyində deyildi, görünür, Qodardan başqa rejissorlarla az çalışmaq işinə yarayırdı. Anna Pyer Qaspar-Yuinin “Şəhrizad” macəra dramında, Valeriya Dzurlininin “Əsgərlərin sevgililəri”, Roj Vadimin “Patrul”, Mişel Devilin “Zərif yırtıcılar”, Jan Orelin “Lamel” filmlərində çəkilib.
Təəssüf ki, Qodarla Karina 1967-ci ildə boşanırlar. Bununla belə, birlikdə 7 film çəkməklə mürəkkəb epoxa üçün əsl qarşıdurma yarada bildilər.
Qodardan ayrıldıqdan sonra Anna Karina 4 dəfə ərə gedib: 1968-ci ildə aktyor Pyer Fabrla, 1974-cü ildə yaraşıqlı Daniel Dyuvalla, 1982-ci ildə aktyor və rejissor Denis Berri ilə ailə qurub. 2009-cu ildən isə Moris Kuksla ailəlidir.
Teatr, mahnı
Fransız kinematoqrafiyasının metri sayılan Qodardan ayrılandan sonra Anna fəal şəkildə teatrda çalışmağa başlayır. Ona daha bir söhrəti isə Deni Didronun pyesi əsasında səhnələşdiriliən “Rahibə” tamaşasındakı rolu gətirir. Daha sonra bu rolu Jak Rivettin eyniadlı filmində oynayır. Beləliklə, Anna Karina Qodarın filmləri olmadan da peşəkar aktrisa kimi parlaya biləcəyini göstərən yeni yaradıcılıq mərhələsinə başlayır.
Anna Karina “Yeni frnasız dalğası”nda o film qalmadı ki, çəkilməsin. Bacarığı və xarizması ən uğursuz ssenarini belə gözəlləşdirməyə bəs edirdi. O, eyni zamanda Fransa sərhədlərindən kənarda da diqqət cəlb eləmişdi. Karina Avropa kinosunun məşhur rejissorlarının filmlərində çəkildi: Lukino Viskontinin “Yadlar”, Rayner Verner Fassbinderin “Çin ruletkası, Marta Mesaroşun “Öz evindəki kimi”, Raul Ruisin “Xəzinələr adası”, Andre Delvonun “Bredə görüş” və “Fəlsəfə daşı” filmləri...
Anna Karinanın aktrisalıq bacarığına daha bir istedadı əlavə olunurdu – oxumaq. O, Jan-Klod Briali və Serj Qensbur kimi məşhur bəstəkarlarla birlikdə bir neçə mahnı yazır. Anna hətta Serjlə qalmaqallı eşq yaşasa da, münasibətləri tezliklə pozulur.
Əfsanə
1973-cü ildə Anna “Birgə yaşayış” filmi ilə rejissor kimi ilk debütünü edir. O həmçinin, filmdə baş rolda çəkilmişdi. “Mən özümü bu rol üçün planlaşdırmamışdım, amma iş elə gətirdi ki, özüm oynamalı oldum. Filmin maliyyəsini özüm həll edirdim, heç kim mənə pul vermirdi, üstəlik məni rejissor olmaq fikrimdən daşındırırdılar. Fransada qadın-rejissor olmaq nadir hadisə idi, üstəlik həm də aktrisa üçün… Boynuma alıram ki, heç vaxt özümü budəfəki kimi pis aktrisa hesab etməmişdim: rejissor kimi də işimdən razı qalmamışdım”, — deyə Anna xatırlayır. Beləcə, film nə tənqidçilərin, nə də tamaşaçıların xoşuna gəlir.
Bir il sonra – 1974-cü ildə Endi Uorxol şəxsən aktrisa ilə görüşərək “İnterview” jurnalı üçün onun haqqında material dərc etmək istədiyini deyir. O zamanlar məhz Endi kimin məşhur olacağını, kimin isə yoxa çıxacağını müəyyən edirdi. Ona görə də, Karinanın onun jurnalının üz qabığına çıxması “əfsanə” statusunu daha da möhkəmləndirdi.
Aktrisanın nəzərəçarpan işləri arasında 1977-ci ildə 3-cü əri Dennis Bervi tərəfindən çəkilmiş “Sonuncu mahnılar” xüsusi yer tutur. Anna Karina, həmçinin, filmin ssenari həmmüəllifi idi. 90-cı illərin ortalarında isə o, köhnə dostu Jak Rivettin “Yuxarı, aşağı, kövrək” filmində çəkilir.
Hazırda Anna Karina heç bir filmdə rol almır. Sonuncu dəfə 2008-ci ildə “Viktoriya” filmində kamera qarşısına keçib. Anna eyni zamanda, həmin filmin rejissoru idi. Hazırda Karina kitablar yazır və ara-sıra televiziya verilişlərinə qatılır.
Anna Karinanın kadrda görünməsi istənilən filmə xüsusi məna verirdi. O, bir çox xatırlanan obraz yaradaraq “Yeni fransız dalğası”nın simasına çevrilib. Tanınmış aktrisanın stili isə indiyədək məşhurdur. Hər zaman arzularının arxasınca gedən Anna Karina çox şeyə nail oldu: kino ulduzuna, müğənniyə çevrildi, 4 kitab yazdı və sərbəst şəkildə 4 dil – fransız, ingilis, isveç, italyan — öyrəndi. Anna Karina, haqlı olaraq fransız kinematoqrafiyasının canlı əfsanəsi hesab edilir.
Nuranə Abbasova
|
['məşhur qadınlar', 'aktrisa', 'Anna Karina']
|
726 |
https://kayzen.az/blog/anal%C4%B1q/21220/haz%C4%B1r-u%C5%9Faq-qidalar%C4%B1.html
|
Hazır uşaq qidaları
|
Apollon
|
Körpəyə qulluq və analıq
|
29 noyabr 2017, 14:12
|
Körpənizə dükandan şüşə qabda və ya quru şəkildə uşaq yeməyi aldığınız zaman istehsalçıların sizi aldatmasının qarşısını almaq üçün bir sıra faydalı məsləhətlərə riayət edin.
Dənli əsaslı tərkibində buğda olan ərzaqları hətta qutunun və ya şüşənin üzərində “dörd aylı körpəyə uyğundur” yazısı olsa belə almayın. Beləki, tərkibində qlüten olan məhsullar 6 ayınadək körpələrdə bir sıra mədə xəstəliklərinə səbəb ola bilər. Bəzi səhiyyə orqanlarının bu haqda təlimatı olsa da, uşaq qida istehsalçıları bu prinsiplərə riayət etməkdən boyun qaçırırlar.
Şəkərin miqdarını öyrənmək üçün etiketi yoxlayın. Bəzi şəkərlə şirinləşdirilmiş körpə qidaları tamamilə qəbuledilməzdir. Şəkər uşağın immun sistemini boğur. Tərkibində az miqdarda şəkər olan ərzaqlara aldanmayın. Hazır ərzaqların üzərində “şəkər azaldılmışdır” yazısına da aldanmayın.
Bəzi tanınmış uşaq qida brendləri iddia edir ki, suxarilərin tərkibində şəkər az olmasını qeyd etməklərinə baxmayaraq, bunların tərkibində də 21% şəkər mövcuddur və bu miqdar ponçikin tərkibindəki şəkərin miqdarından da çoxdur (19%). Əgər siz körpənizi diş çıxaran müddətdə dişlərini qaşımaq üçün bərk ərzaqlar vermək istəyirsinizsə, o zaman körpənizə, soyulmuş alma dilimi və ya böyük parça kök verin (qida verərkən körpəyə nəzarət edin, boğulmaq ehtimalına imkan verməyin).
Gizli maddələrə diqqət verin. İnqrediyentlər siyahısında ilk gələn maddələr faiz nisbətində də ərzaqın əsas komponentidir. Ən səmərəli qida evdə sizin tərəfinizdən üzvi və təzə ərzaqlardan hazırlanan qidadır.
Mənbə: Lucy Burney “Boost your childs immune system” kitabı
Tərcümə edən: Aytən Məmmədova
|
['körpəyə qulluq', 'körpənin qidalanması', 'uşaq qidalanması', 'hazır uşaq qidaları']
|
727 |
https://kayzen.az/blog/paint/21207/mirvari-s%C4%B1r%C4%9Fal%C4%B1-q%C4%B1z-%7C-yan-vermeer.html
|
Mirvari sırğalı qız | Yan Vermeer
|
Apollon
|
Məşhur rəsmlər və rəssamlar
|
26 noyabr 2017, 16:19
|
“Mirvari sırğalı qız” Yan Vermeerin şah əsəri hesab olunur. Rəsmin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Sözügedən əsəri bəzən «Qərb Mona Lozası» və ya «Holland Mona Lizası» da adlandırırlar
Veermerin əsərləri haqda geniş məlumat demək olar ki, yoxdur. Bu əsər də istisna deyil. Rəsm əsəri «4Meer» şəklində imzalanıb, amma tarix qeyd edilməyib. Rəsmin 1994-ci ildəki sonuncu bərpasından sonra şəklin incə rəngli kombinasiyası və qızın tamaşaçıya baxışının yaxınlığı daha çox artıb.
Veermerin nadir əsərlərinin xaricə satılmasının qarşısını almağa çalışan Viktor de Stuersin məsləhətilə Dos Tombe 1887-ci ildə tablonu Haaqada keçirilən sərgidə satın alıb, amma varisi olmadığından bu əsərlə birgə başqa tabloları da 1902-ci ildə Mauritshuisa bağışlayıb. Əsər XX əsrin sonlarına doğru məşhurlaşmağa başlayıb.
Hər iki əsərdə cəlbedici arxa fon var. Fərq bundadır ki, «Mona Liza» portretdir, Veermerin şah əsərini isə portret saymaq olmaz. Buna «Trone» deyilir, bir xarakterin, var olan insanın təmsili anlamına gəlir. Güman ki, toblodakı mirvari sırğalı qız ekzotik insandır, çünki sarı örtüyü, XVII əsr holland mədəniyyətinə xas olmayan geyimi və böyük ölçülü mirvari sırğaları ilk baxışdan tanış gəlmir. Onu profildən görürük, amma düz tərəfdən baxmağa çalışsaq Mona Lizaya bənzədiyini görərik. Hər iki örnəkdə əsrarəngiz baxışlarla qarşılaşırıq. Bu dərin baxışlarla bizə nə anlatmağa çalışırlar? Nə düşünürlər, kimdir onlar? Əlaqəmiz nədən ibarətdir? Cavabını bilmədiyimiz suallar ortaya çıxır.
İşıq istifadəsinin incəliyi insanı özünə cəlb edir. Üz cizgilərinin yumşaqlığı, maviylə qızılı rəngin ahəngi insanda bağlılıq yaradır. Mənzərə toblolarında buludların keçməsi bizə zaman axışını hiss etdirir. Sanki əsərdəki qız başını çevirib bizimlə söhbət etməyə, əlaqə qurmağa çalışır, amma nə haqda olduğunu bilmirik. Rəng və işiğın incəliyi, səmimiyyət çox gözəl anın beynimizə həkk olunmasına yardım edir, rəsmin çox sevilməsinin bir səbəbi də budur.
Bu əsərdən təsirlənərək roman yazanlar da olub. 1999-ci ildə Treysi Çevalier bu tablonun yaranmasından bəhs eden «Mirvari sırğalı qız» adlı tarixi roman yazıb. Romanda Veermerin şəklin çəkilməsi üçun pulla tutulmuş Qriet adlı qulluqçuyla yaxınlığından, qızın onun həyat yoldaşının mirvari sırğasını taxdığından bəhs edilir.
Romanın motivləri əsasında 2003-ci ildə film çəkilib, 2008-ci ildə isə tamaşaya qoyulub.
parafraz.az
|
['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'Yan Vermeer', 'mirvari sırğalı qız']
|
728 |
https://kayzen.az/blog/moda/20450/salvatore-ferraqamo.html
|
Salvatore Ferraqamo
|
Apollon
|
Moda dünyası
|
17 noyabr 2017, 15:44
|
Statistikaya inansaq, qadını cazibədar göstərən ən önəmli aksessuar dikdaban ayaqqabılardır. Lakin çoxları dikdaban ayaqqabıları bizə sevdirən ixtiraçının kim olduğundan xəbərsizdir. Bunu bilmək üçün xəritədə çəkməyə bənzəyən ölkəni axtarın. Xəritəyə diqqət etsəniz, İtaliyanın çəkməyə oxşadığını görəcəksiz.
Taleyin qəribə oyunudur ki, xəritədə çəkməyə bənzəyən İtaliya dünyanın ən məşhur ayaqqabı ustalarını yetişdirir. Dünyanın bütün qadınları onları möhtəşəm göstərən ayaqqabılara görə italyan ayaqqabı ustası, rəssam və yenilikçi Salvatore Ferraqamoya borcludur.
«Salvatore Ferragamo” ayaqqabı brendi artıq 75 ildən çoxdur ki, italyan dəbdəbəsinin sinonimi hesab edilir. Hollivud ulduzları arasında qazandığı populyarlığa görə, o, „Çəkməçi kralı“ və ya „Ulduz çәkmәçi” ləqəbini alıb. Salvatore Ferraqamo xatirələrində yazır ki, əllə tikilmiş ayaqqabıdan mükəmməl heç nə ola bilməz. O özü də həmişə bu prinsipə əməl edirdi. Ferraqamo iddia edirdi ki, hər bir insan üçün fərdi — ayağı incəliklə “qucaqlayan” maksimum rahat ayaqqabı cütü hazırlanmalıdır. Məsələn, Salvatore Ferraqamo hər bir müştərisinin ayaq ölçüsünü ayrıca götürürdü. Ayaqqabıları da ona uyğun hazırlayırdı. Dizaynerin hazırladığı məmulatların bəzək elementlərini ümumi konsepsiyaya son dərəcə dəqiq uyğunlaşırdı.
Çətin keçən uşaqlıq illəri
Salvatore Ferraqamo 1898-ci ildə kasıb italyan ailəsində anadan olub. Neapol yaxınlığında doğulmuş Salvatore Ferraqamo ailənin 14 övladından on birincisi idi. Onun ailəsi o qədər kasıb idi ki, uşaqlar yalnız bayramdan-bayrama təzə ayaqqabı geyinirdilər. Görünür, məhz bu fakt Salvatore Ferraqamonun peşə seçiminə ciddi təsir edir.
Uşaqlıqda təzə ayaqqabılara həsrət qalan Salvatore özünün ilk ayaqqabı cütünü kiçik bacısı üçün tikmişdi. Onda onun cəmi doqquz yaşı var idi. Çəkməçi olmağa qərar verən Ferraqamo arzularının ardınca getmək üçün böyüməsini gözləmir. Məhrumiyyətlər içində keçən günlər, ailəsinin maddi vəziyyətinin pis olması oğlanı kiçik yaşlarından arzularını reallaşdırmağa sövq edir. Beləliklə, o 11 yaşından etibarən Neapolda çəkməçiliklә məşğul olan məşhur bir şəxsin yanında sənətin əsas texnikalarını öyrənməyə başlayır. Lakin Salvatore Ferraqamo ustasının öyrətdikləri ilə qane olmurdu. O, peşəsini təkmilləşdirmək məqsədi ilə Amerikaya köçməyə qərar verir. İtaliyalı çəkməçi əsl şöhrətini də məhz ABŞ-da qazanıb. Həmin illərdə Ferraqamonun böyük qardaşlarının əksəriyyəti ABŞ-da yaşayırdılar. O da 14 yaşı tamam olanda qardaşlarının yolu ilə gedərək Amerikaya köçür, Bostonda ayaqqabı fabrikində işə düzəlir. Gələcəyin parlaq dizayneri orada təxminən 10 il işləyir. 10 ildən sonra Kaliforniyada yaşayan başqa qardaşının yanına köçür. O, Kaliforniyada bir müddət ayaqqabı dükanında satıcı işləyir. Orada da pinəçilik sənətinin ənənəvi metodlarını öyrəndikdən sonra kinostudiyada işləmək təklifi alır.
»Ulduz çəkməçi" statusunun qazanılması
Salvatore Ferraqamo tezliklə kinostudiyada səhnə ayaqqabılarının hazırlanması ilə məşğul olur. O ərəfədə rejissor Sesil de Mill Salvatore Ferraqamoya 100 cüt kovboy çəkməsi sifariş vermişdi. Onların hazırlanmasından sonra rejissor öz filmi üçün dizaynerlə yeni müqavilə imzalayır. Bu hadisədən sonra Ferraqamonun işləri o dövrün tanınmış adamlarının da diqqətini çəkir. Onun əməyi qısa müddətdə layiqincə qiymətləndirilir. Məgər ustalıqla və böyük zövqlə tikilmiş eksklüziv ayaqqabı kimisə özünə biganə qoya bilərdimi? Ferraqamo tərəfindən yaradılan səhnə ayaqqabılarının keyfiyyəti o qədər yüksək olur ki, aktyor və aktrisalar gündəlik geyinmək üçün ona ayaqqabılar sifariş etməyə başlayırlar. Qreta Qarbo, Merilin Monro, Odri Hepbren, Cudi Qarland, Peqqi Quqqenxaym kimi digər dünya kinosunun əfsanəsi ulduzları " Salvatore Ferraqamo” ayaqqabı brendinin pərəstişkarı idilər.
Bundan başqa, Merilin Monronun çəkildiyi «Yeddinci ayın həvəsi” filmində ağ donunun qalxdığı məşhur səhnədə aktrisa obrazını „Salvatore Ferragamo”-dan olan ayaqqabı ilə tamamlamışdı. Bu səhnədə kişiləri aktrisanın gözəlliyi, qadınları isə zərif üstüaçıq ayaqqabıları cəlb etmişdi. Tezliklə Salvatore bütün dünya kino sənayesində böyük nüfuz qazanır. Dizayner bu xidmətlərinə görə, “Çəkməçi ulduz» statusunu qazanır. 20-ci illərdə Salvatorenin ayaqqabı dizayneri kimi populyarlığı artır və səhnə mühitinin çərçivələrindən kənara çıxır. O, 1923-cü ildə nəhayət ki, Santa-Barbara şəhərində xüsusi olaraq ayaqqabı istehsalı ilə məşğul olan şəxsi mağazasını açır.
Dizaynerin ixtirası
Salvatore Ferraqamo inanılmaz dərəcədə gözəl ayaqqabılar yaratmaqda davam edirdi. Santa-Barbara şəhərində ayaqqabının daha rahat olması üçün özünün ilk ideyalarını həyata keçirirdi. Dəbdə olan bütün yeni texnologiyalar və dəyişikliklər onu maraqlandırırdı. Çünki o, dayanmadan daha rahat ayaqqabı hazırlamağın yollarını axtarırdı. Lakin onlar əvvəlki kimi narahat idilər. Rahat ayaqqabı ixtirası üzərində bir müddət baş sındırdıqdan sonra dizayner çıxış yolunu təhsil almaqda görür. O, ayaqqabılarının konstruksiyasını təkmilləşdirmək, ayaqda ideal oturan ayaqqabını yaratmaq məqsədilə Los-Anceles universitetində riyaziyyat, anatomiya, mühəndislik üzrə təhsil alır. Uzun axtarışlardan sonra Salvatore Ferraqamo yastıqla içliyin arasına dəstəkləyici metal parçası yerləşdirməklə öz məqsədinə nail oldu. Ümumiyyətlə, müasir ayaqqabı növlərinin əksəriyyəti Ferraqamonun novatorluğu sayəsində yaradılıb. Salvatore əsl novatordur, o, 300-dan çox ayaqqabı modelinin patentini alıb. Ayaqqabı dəbi sahəsində müxtəlif daban formaları: incə, pazvari və kvadrat dabanlı stilettoların müəllifi məhz odur. Ferraqamo həmişə "Çəkməçi fantaziyalarını məhdudlaşdırmaq olmaz" — deyirdi. Buna görə də o, yosun və ya pulcuqlu balıq dərisindən ayaqqabılar hazırlayırdı. Belə ayaqqabılar çox əlverişsiz olduğu üçün uzunömürlü deyildi. Əvəzində isə sənət əsərləri kimi tamaşaçılarda böyük maraq doğururdu.
İtaliyada şəxsi emalatxanaların açılması
1927-ci ildə Salvatore Ferraqamo emalatxanasına şərq əsilli başıbağlı qadın gəlir. Bu qadının ayağı nəzərəçarpacaq dərəcədə qüsurlu idi, lakin o, xüsusi olaraq onun üçün hazırlanmış yüksək dabanlı ayaqqabı sifariş vermək istəyirdi. Ferraqamo qadının ayağındakı qüsuru gizlədən gözəl ayaqqabı yaratmaq üçün müştərinin sifarişi üzərində düz bir həftə işləyir. Qadın sifarişini almağa gələndə Salvatore öyrənir ki, sirli şərq qadını varlı hind maxaracının həyat yoldaşıdır. Dizaynerin işinə heyran qalan qadın ona daha bir neçə cüt ayaqqabı sifariş verir. Beləliklə, onun üçün əsl ayaqqabı seriyasını yaradır. Ayaqqabının belə dizaynı indiyədək «maxaraca üslubu» adını daşıyır.
Şərq qadını üçün hazırladığı sifarişlərə görə, dizayner külli miqdarda pul qazanır. Qazandığı pulu bu vaxta qədər ona əlçatmaz görünən arzusunu reallaşdırmasına sərf edir. Ferraqamo qazandığı uğurlara baxmayaraq, təsis etdiyi brendi inkişaf etdirmək üçün o, yenidən doğma İtaliyaya qayıdır. 1927-ci ildə İtaliyada əl əməyinə əsaslanan ayaqqabı emalatxanası açır. 1928-ci ildə isə artıq «Salvatore Ferragamo” brendini rəsmi qeydiyyatdan keçirir. Brendin qeydiyyatı I Dünya müharibəsi illərinə təsadüf etdiyi üçün şirkət müflis oldu, 1933-ci ildə isə bankrot olduğu elan edildi. Lakin öz əlaqələri və zəhmətkeş işçiləri vasitəsilə 30-cı illərin ortalarında dizayner İtaliyanın Verona və Florensiya şəhərlərində İntibah dövründən qalma iki baxımsız saray alır. 1936-ci ildə şirkətin Florensiyada „Palazzo Spini Feroni” mağazası açılıb.
Müharibədən sonrakı dövrdə ayaqqabıların hazırlanması
II Dünya müharibəsinin başlanması ayaqqabı istehsalı üçün xammalın çatışmazlığna səbəb olmuşdu, çünki ən yaxşı materiallardan ordu geyim formaları istehsal olunurdu. Bu zaman Salvatore Ferraqamo innovasiya ideyalarını tətbiq etməyə başlayır: o, ayaqqabı dabanları üçün palıd qabığından, yuxarı hissəsi üçün rezin, palma lifləri, plastikdən istifadə edirdi. 1947-ci ildə Salvatore Ferraqamo Arno çayının sahilində balıqçı ilə söhbət edərkən ağlına yaradıcı ideya gəlir. Dizayner balıqçıdan o qədər incə tilovun ipini kəsməkdən qorxmadığı ilə maraqlanır. O cavab verdi ki, bu möhkəm neylondur. Onda Salvatore bir neçə gecə yatmır və unikal “America” tuflilərini yaradır. O, bu ayaqqabıya görə, „Marcus Award Neiman” nüfuzlu mükafatına layiq görülmüşdü. 1952-ci ildə isə Salvatore Ferraqamo bu gün də qadının seksuallığının simvolu hesab olunan nazik dabanlı populyar stilettolarını yaradır.
Brendin yaradıcısının ölümündən sonra markanın taleyi həyat yoldaşına həvalə olunur
1960-cı ildə məşhur dizaynerin ölümündәn sonra həyat yoldaşı Vanda bütün işləri öz üzərinə götürür və şirkətin fəaliyyətini genişləndirir. Bu işdə onun ən yaxşı köməkçiləri 6 övladı – Fiamma, Covanna, Fulviya, Ferruççio, Leonardo və Massimo olurlar. Bu gün “Salvatore Ferragamo” moda evini üçüncü nəsil idarə edir. Bu genişlәnmә sayəsində şirkət tək ayaqqabı deyil, eynək, ətir, kəmər, zərgərlik məhsulları, qalstuk, çantalar, saat və geyim istehsalı ilə məşğul olur. Yeri gəlmişkən, şirkətin dünyada 450-dən çox butiki fəaliyyət göstərir.
Brendin ayaqqabıları bu gün də Hollivud gözəllərinin ayaqlarını bəzəyir. Dünya ulduzları „Salvatore Ferragamo” istehsalı olan ayaqqabıları ilə bir-biri ilə yarışa girirlər. Zəriflik və gözəllik, hündürdaban və incə dekor, möhtəşəm konstruksiya və valehedici gözəllik, rahatlıq və orijinallıq bu brenddə cəmlənib. Bu, hər bir qıza obrazının təkrarolunmaz individuallığını itirmədən özünü qlamur hiss etmək imkanı verir. Şirkət həmişə ancaq yüksək keyfiyyətli xammal və müasir texnikalardan istifadə etməklə, öz ənənələrinə və strategiyalarına sadiq qalıb. Dünyadakı modabaz xanımların yarısı bu brendin ayaqqabılarını əldə etmək arzusundadır. Bu ayaqqabıların xoşbəxt sahibələri onu ən qiymətli əşyalarından hesab edirlər. Hazırda tanınmış markanın çantaları da yüksək keyfiyyətə və möhtəşəm dizayna malikdir.
“Salvatore Ferragamo” kino qəhrəmanları üçün ayaqqabılar yaratmağa davam edir. Məsələn, Madonnanın „Yevite“ filmindəki Yevi Peron rolu üçün 14 cüt ayaqqabı yaradılıb. „Disney Entertainment” və “Saks Fifth Avenue”-nun birgə layihəsində „Salvtore Ferragamo” brendi də öz büllur ayaqqabı versiyasını təqdim etmişdi. Eləcə də “Şeytan Prada geyinir”, „Avstraliya“, „Dönüklər“ və digər filmlər üçün „Ferragamo Salvatore” ayaqqabı modelləri hazırlayıb.
1995-ci ildə Florensiyada “Salvatore Ferraqamo”-nun tarixinə həsr olunmuş muzey açılıb. Məşhur italyan ayaqqabı brendinin on min cüt ayaqqabıları Salvatore Ferraqamo Muzeyində saxlanılır. Muzeydə XVIII və XIX əsrlərin arxiv sənədləri, ayaqqabılar, geyim kolleksiyaları, 1970-ci və 1959-ci illərə aid çantalar saxlanılır.
|
['moda dünyası', 'Salvatore Ferragamo', 'brend', 'ayaqqabı']
|
729 |
https://kayzen.az/blog/ushaq_terbiyesi/19876/%C3%B6vlad%C4%B1n%C4%B1z-dahidirmi.html
|
Övladınız dahidirmi?
|
Apollon
|
Uşaq tərbiyəsi
|
17 noyabr 2017, 15:42
|
Hər hərəkətinin, hər sözünün ayrı bir anlamı varsa sizcə bu nəyin işarəsidir? Yoxsa balacanız dahi olmaq yolundamı addımlayır? Bir çox valideynlər uşağının digərlərindən bir addım öndə olduğunu düşünməyə meyilli olurlar.
“Bayaq nə dedi eşitdin?”, “bax necə şəkil şəkir?”, “gözlərindən sanki ağıl fışqırır”, “ bu uşaq axırda alim olacaq baxarsan” cümlələri bir çoxunuza yad deyil. Hər uşağın özəl olduğu və fərqli bacarıqlara malik olduğu bir həqiqətdir. Ancaq doğurdan da istedadlı olduğunu anlamaq üçün məktəb çağının başlaması lazımdır.
Bəzi uşaqlar istedadlı olduqlarını hələ çox balaca olanda bəlli edir. Bu vəziyyəti kiçik yaşda bilmək istedadlı uşaqların lazımi köməyi zamanında verərək məktəbə başlayanda üstünlük qazanma, həddən artıq mükəmməllik, uyğunlaşma problemlərini əngəlləyir.
Necə müəyyən edilir?
2-4 yaş arasındakı uşağınızın zəkalı olduğunu düşünürsüzsə bəzi önəmli əlamətləri izləməyiniz məsləhətdir:
* Özəl bir bacarığı və ya rəqəmlərlə həddən artıq bağlantısı olur. Məsələn, görməyə alışdığımız şəkillərdən fərqli olaraq təbii şəkillər çəkməsi və ya riyazi hesablamaları beynində aparması İnkişaf mərhələsinə yaşıdlarından daha tez çatırlar
* Söz bazaları daha genişdir və yaşıdlarına nəzərən daha anlamlı cümlələr qururlar. Hər şeylə maraqlanırlar, çox sual verməkdən çəkinmirlər. Çox hərəkətlidirlər ancaq hiperaktiv deyildirlər.
* Hiperaktiv uşaqlar diqqətlərini çox qısa müddət ərzində toplaya bilirlər. Zəkalı uşaqlar isə bir mövzu üzərində uzun müddət fikirlərini cəmləşdirə bilirlər, çətin fəaliyyətlərə meydan oxumağı sevirlər.
* Yaddaşları güclüdür: televiziyadan, filmlərdən və ya kitablardan əldə etdikləri məlumatları lazım olduqda tez xatırlaya bilirlər.
Düşüncə sürətlərinin danışma və hərəkət sürətlərindən çox olduğunun fərqinə varan uşaqlar müəyyən gərginlik hiss edə bilərlər. Əgər uşağınız normadan artıq əsəbi və gərgin davranırsa bir mütəxəssisdən kömək istəyə bilərsiniz.
valideyn.az
|
['uşaqlar', 'ağıllı uşaq', 'dahi', 'dahi uşaq']
|
730 |
https://kayzen.az/blog/yazar/21229/qoqolun-%C3%B6l%C3%BCm%C3%BC.html
|
Qoqolun ölümü
|
luminat
|
Yazıçılar
|
16 noyabr 2017, 20:02
|
Bu yaxınlarda rusiyalı rejissor Yeqor Baranovun dahi yazıçının həyatından bəhs edən “Qoqol. Başlanğıc” filminin premeryası baş tutdu. Filmdə yazıçının əsərlərinin süjet xətti və mistik həyat bioqrafiyası birləşdirilib. Ssenaridə Dikanka sakinləri, su pərisi, kazaklar, mujiklər, sirli varlıqlar və digər personajlar, öz yaradıcıları, gənc yazıçı Nikolar Qoqolla üzbəüz gəlir, görüşürlər. Təsəvvürümüzdə həmişə qəribə saç düzümü və bığları ilə asossasiya olunan bu insan dostu, xəfiyyə Quro ilə kənd qızlarının seriya qətllərini araşdırması üçün əyalətə gəlir…
Lakin, burda dayanaq. Hər şeyi danışıb, filmə olan tamaşaçı marağını öldürmək fikrindən uzaqda duraq.
Söhbətimiz filmin süjeti haqqında deyil, dünya ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Qoqolun əzab-əziyyətləri, xəstəliyi və ölüm sirri haqqında olacaq.
Britaniyada kral Artur milli qəhrəman hesab olunur. Xalq təsəvvürlərinə görə o, ölməyib və vətəni xilas etmək üçün öz qayıtma saatını gözləyir. Rusların bu rəvayətə uyğun qəhrəmanı Qoqoldur.
Qoqol haqqında istənilən söhbət sürüşərək onun son günlərinin müzakirəsinə gəlib çıxır. Gözümüzün qarşısına onun, dini mistika ilə insan əzabını bir-birinə qarışdırmış faciəvi taleyi gəlir.
Bəs, yazıçı necə və hansı şəraitdə dünyasını dəyişib?
1852-ci ilin 21 fevralında (4 mart) böyük rus yazıçısı Qoqol vəfat etdi. O, bir neçə həftənin içində solaraq, 42 yaşında dünyadan köçdü. Bu dəhşətli və mistik ölümdən 165 il ötür, amma onu sirri tam olaraq hələ də açılmayıb.
Letargiya yuxusu
Onun dəhşətli ölümü və ya letargiya yuxusunda olarkən basdırılması haqqında şaiələr o qədər maraq doğurur ki, o zamanlarda da, elə indinin özündə də, bəziləri bunun fakt, yaxud yalan olduğunu fərqq edə bilmir. Əslinə bu şaiələrin yaranmasında Qoqolun özünün də günahı var. Çünki, o xəstə olarkən tez-tez bayılır və bədəni qıc olurmuş. Yazıçı diri-diri basdırılacağından ehtiyat edirmiş.
Rus yazıçısı Sergey Aksakov xatırlayırdı: “Qoqol soyuqdan şikayətlənir, daim üşüyürdü. O, uzun “sapoq” qalın yun corablar geyirdi. Qızınmaq üçün otaqda qaçır, ayaqlarını sobanın üstünə qoyurdu. Şübhəsiz ki, bu onun hansısa xəstəlikdən əziyyət çəkdiyini göstərirdi”.
Başqa bir tanışı isə bunları yazırdı: İşə bir bax, o, ayaq üstdə yazır, oturaraq yatır. Uzanmaq istəmir. Qorxur ki, onu öıü zənn edib basdırarlar”.
O, “Vəsiyyətnamə”sində yazırdı: “yaddaşım, sağlam düşüncəm və ağlım başımdaykən öz axırıncı istəyimi bəyan edirəm. Məni yalnız cansız bədənimdə çürümə əlamətləri hiss edildikdən sonra dəfn edəsiniz. Biləsiniz ki, xəstəliyimin şiddətləndiyi dönəmlərdə bəzən tam hərəkətsiz oluram, nəbzim və ürək döyüntülərim hiss edilməyəcək dərəcədə yavaşıyır”
Məlumdur ki, yazıçının ölümündən 79 il keçdikdən sonra onun qəbri Danilov monastırından Novodeviçye qəbiristanlığına köçürülüb. Deyilənə görə, mərhumun bədəni tabutda ölü üçün normal olmayan vəziyyətdə yana çevirilibmiş. Tabutun daxili divarları isə kəsik-kəsik və cızılmış vəziyyətdə olub.
Bu şaiələr bir çoxlarında əminlik yaradıb ki, Nikolay Vasilyeviç torpaq altında zülmət içərisində əzablı və dəhşətli ölümə düçar olub. Bu fakti müasir tarixçilər təkzib edir. Müəyyən məxfilik tədbirlərinin nəzərə alındığı eksqumasiya (ölümün səbəblərini müəyyən etmək və ya dəfn yerini dəyişməkdən ötrü nəşin qəbirdən çıxarılması) zamanı Qoqolun qəbri ətrafında təxminən 20-dək adam tolaşıbmış.
Bu barədə Perm akademiyasının dosenti, tarixçi Mixail Davıdov yazır: “...yazıçı V.Q. Lidin də eksqumasiya mərasiminə iştirak edirmiş. Məhz o, təsdiq edirdi ki, yaxşı vəziyyətdə qalmış palıd tabutun içərisi cızıq-cızıq edilmiş, skelet isə qeyri-təbii vəziyyətdə, sanki büzüşmüş vəziyyətdə olub. Lidinin bu sözlərindən sonra Rusiyada yazıçının guya sağ olarkən basdırılması haqqında həmin dəhşətli əfsanəyə inam daha da güclənməyə başladı”
Əslində Qoqol həyatının son aylarını ağır ruhi sarsıntı, dözülməz iztirablar içərisində keçirib. O, yaxın tanışı Yekatrina Xomyakovanın gənc yaşında vəfat etməsindən də çox sarsılmışdı. Bu dövrlərdə yazıçı yaradıcı fəaliyyəti dayandıraraq, vaxtının çoxunu dua edib, oruc tutmaqla keçirir. Sonra, ölüm qorxusu ona o dərəcədə hakim kəsilir ki, hər kəsə, qeybdən ona tezliklə öləcəyini xəbər verən səslər eşitdiyini deyir.
Xəstəliyinin şiddətləndiyi, ağılın başdan çıxdığı və sayıqladığı dönəmlərdə Qoqol geri qaytarılması mümkün olmayan səhv edir. O, “Ölü canlar” əsərinin ikinci cildini yandırır. Belə hesab olunur ki, romanı məhv etməsini ona yaxın tanışı olan din xadimi Matvey Konstantinovski məsləhət görüb. Bu keşiş Nikolay Vasilyeviçin həyatının son dövrlərində ona böyük təsir edə bilirmiş. Din xadiminin bu cür təsir və təzyiqlərindən onun ruhi və fiziki durumu daha da pisləşir. Qoqol zəifləyir və az yatır, demək olar ki, heç nə yemir.
Onun şəxsi həkimi Tarasenkov bildirirdi ki, yazıçı ömrünün son günlərində olduqca zəifləyib və qocalıbmış. Həkim öz qeydlərində yazırdı: “Qoqolun nəbzi zəif, dili təmiz və qurudur, hərdən burnundan qan gəlir, əlləri qıc olur. Sidiyi tünd və qatıdır”
Artıq fevralın 10-da Qoqol o qədər gücdən düşür ki, evdən çıxa bilmir. 20 fevralda isə qəflətən halı ətrafdakıları tanımayacaq dərəcədə pisləşir. Həkimlərdən ibarət konsilium qərara qəlir ki, onu qidanı azaltmaqla və zəli ilə qan almaq metodu ilə “məcburi müalicə”yə cəlb etsinlər. Həkimlərin bu həlledici səhvindən sonra Qoqol 21 fevral səhər saat 8-də vəfat edir.
Tarasenkovun yuxarıdakı qeydlərinə və konsiliumun qərarlarına müasir həkimlərin rəyi tam ziddiyyət təşkil edir:
“Əslində, qatı tünd sidik, daimi susuzluq, burun qanaması, qıcolma-xroniki civə zəhərlənməsinin simptomlarıdır. Civə isə Qoqolun mədə xəstəliyindən xilas olması üçün həkimlərin ona verdiyi Kalomel preparatının tərkibində olub. Kalomelin əsas xüsusiyyəti ondan ibarətdir ki, əgər o bağırsaq vasitəsilə sorulub orqanizmdən xaric edilərsə tam zərərsiz olur. Amma xəstə pəhriz saxladığına görə mədəsi boş olduğundan civə orqanizmdə yığılaraq kəskin zəhərlənmə verib. Bir tərəfdən də, ruhi sarsıntıların, əsəb gərginliyinin zəiflətdiyi bədən ölümü daha da sürətləndirib.
Ona hamı hörmət edirdi. Hətta, ölümündən sonra belə. Yazıçının tanışı, rəssam Fyodr İordan yazırdı: “ O, başına dəfnə yarpağından çələng qoyulmuş vəziyyətdə uzandırılmışdı. Tabutun ağzını bağlayanda çələng götürüldü və yarpaqlarının satışından xeyli pul əldə edildi. Hər kəs özünə ondan dəyərli xatirə saxlamaq istəyirdi”.
İnsan kütləsi Moskvanın Nikitski küçəsini tam bağlamışdı. Bu zaman, izdiham axını görünməmiş həddə çatır. Məmurlar və polislər gərginlik içindədir. Üsyan? İnqilab? Yox, sadəcə Qoqolun dəfn mərasimi keçirilir.
Müəllif: Vüsal Bağırlı
|
['Qoqol', 'rus yazıçısı']
|
731 |
https://kayzen.az/blog/sevgi/21184/qalina-v%C9%99-yesenin-%C3%B6l%C3%BCml%C9%99-bit%C9%99n-sevgi.html
|
Qalina və Yesenin – ölümlə bitən sevgi
|
Apollon
|
Sevgi
|
15 noyabr 2017, 14:22
|
Sergey Yesenin həyatında çoxlu əyləncə və romanlar yaşayıb, ancaq onlardan birinin tarixçəsi ayrıca qeyd olunmağa dəyər.
Mənim üçün ən əziz olan hər şey bu qəbirdədir
1926-cı ilin bir dekabr səhəri açılar-açılmaz Moskvanın Vaqanskov qəbiristanlığının gözətçisi güclə eşidiləcək güllə səsinə oyandı. Sonra yenə daha bir güllə açıldı. Gözətçi komasından bayıra atılan kişi səs gələn səmtə — Sergey Yeseninin qəbrinə sarı qaçdı…
Orada gördükləri gözətçinin yaddaşına ömürlük həkk olunacaqdı: şairin qəbrinin üstündə damalı kepka və tünd nimdaş palto geymiş gənc bir qadın ölümcül konvulsiya (qıcolma – tərc.) vəziyyətində qıvrılırdı. Kişinin gözlərinin önündəcə qadının düşdüyü qarın üstü qandan tünd qırmızı rəngə boyanırdı… O, hələ huşunu itirməmişdi, bir əlində tapançanı, o birində isə əzilmiş kağış parçasını möhkəm sıxaraq sakitcə inildəyirdi. Yanında ucuz siqaret qutusu yerə dağılmışdı… Gözətçi titrək əlləri ilə ölümün qucağında qıvrılan qadının ovcundakı kağızı çıxarıb oxudu:
"Özümü öldürürəm. Bilirəm ki, bundan sonra Yesenini daha çox töhmətləndirəcəklər. Ancaq nə onun, nə də mənim üçün bunun heç bir əhəmiyyəti olmayacaq. Mənim üçün ən əziz olan hər şey bu qəbirdədir".
Bu qadın Qalina Benislavskaya idi.
O, Sergey Yesenini ilk dəfə 19 sentyabr 1920-ci ildə Politexnik muzeyindəki tədbirdə görür. Şair orada öz şeirlərini oxuyurdu. Gənc qız gündəliyində bu görüşü belə təsvir edir: «Birdən həmin gənc səhnəyə çıxır: yaxasıaçıq qısa gödəkçədə, əlləri şalvarının cibində, büsbütün qızılı saçlı. Qəddini çəkib başını yüngülçə geri ataraq şeir deməyə başlayır: „Ey külək, qucaq-qucaq yarpaqlar püskür. Mən də sənin kimi dələduzam“. O, şeiri deyəndən sonra nələr baş verdiyini sözlə ifadə etmək çətindir. Hamı qəfildən bir-bir yerindən sıçradı və səhnəyə, onun üzərinə atılmağa başladı. Ona nəinki səslənirdilər, ona yalvarırdılar: „Yenə nə isə oxu“. Və bir neçə dəqiqədən sonra o, artıq bu dəfə samur dərisindən xəz haşiyəsi olan papaqda çıxaraq uşaq kimi yenə „Püskür, ey külək“ şeirini dedi. Özümə gələndə gördüm ki, mən də səhnəyə qalxmışam. Ora necə çıxdığımı xatırlamırdım. Görünür, bu külək məni də ağuşuna almış, başdan çıxarmış və...»
O vaxt Yeseninin 25, Qalina Banislavskayanın isə 23 yaşı var idi. O, artıq məşhur şair və Moskvanın birinci frantı (modabaz, moda ilə geyinən adam, qəşəng geyinən adam – tərc.), Qalina isə o qədər də təmtəraqlı zahiri görkəmi olmayan sadə bir qız idi. Lakin Qalya gənc olmasına baxmayaraq, artıq həyatın bir çox amansız sınaqlarından keçməli olmuşdu. Onun anası gürcü, atası isə Karyer familiyalı ruslaşmış fransız idi. Karyer biləndə ki, arvadı hamilədir, ailəsini bir qara qəpiksiz qoyub qaçır. Qız ana nəvazişi və qayğısına həsrət böyüməli olur: anası ərinin xəyanətinə və satqınlığına dözə bilməyib ağlını itirir. Balaca Qalyanı qohumları tərbiyə edir, körpəyə öz familiyalarını verirlər. Beləcə o, Qalina Benislavckaya olur.
1917-ci ildə Peterburqda gimnaziyanı qızıl medalla bitirir. Bolşevizm ideyalarına coşqun meyil göstərən gənc qız artıq həmin ilin mayında bolşevik partiyasına daxil olur. Buna görə ögey valideynləri ilə arasında söz-söhbət yaranır və qız sərbəst həyata başlamaq arzusu ilə Xarkova gedir. Ancaq şəhəri tezliklə ağlar tutur. Qalina qırmızıların yanına keçmək üçün cəbhə xəttini təkbaşına keçməyə cəhd edir, ancaq yolda tutulur. «Bolşevik casusu» kimi güllələnməyə məhkum olunur. Lakin tale bədbəxt qıza acıyır: ağqvardiyaçıların qərargahında ögey atası doktor Benislavski ilə rastlaşır. O, qıza zamin durur, Qalya bu dəfə ölümün caynağından xilas ola bilir. Könüllü ordunun şəfqət bacısının vəsiqəsi ilə cəbhə xəttini keçə bilir. Əfsus! Gənc qız indi də «ağ kəşfiyyatçı» kimi qırmızılarda şübhə doğurur və yenidən həyatı tükdən asılı qalır. Bu dəfə də qəzavü-qədər həyatını xilas edir: rəfiqəsinin atası teleqram vurub Benislavskayanın bolşevik partiyasının üzvü olduğunu təsdiqləyir. Tezliklə qızı birbaş Moskvaya, «qüdrətli» ÜFK-nın sərəncamına yollayırlar.
Bütün Moskvanı dolaşan əfsanələr
O, Yeseninlə görüşünü həmişə həyatının üçüncü xoşbəxt təsadüfü hesab edirdi. Qalyanı nə şairin qalmaqallı şöhrəti, nə də çoxsaylı məhəbbət macəraları haqqında bütün Moskvanı dolaşan əfsanələr narahat edirdi. Çünki o, bütün qəlbilə inanırdı ki, günlərin bir günü bu dəliqanlı onu həqiqətən ürəkdən sevəcək və ətrafındakı bütün qadınlardan imtina edəcək. Tanış olduqları gündən Benislavskaya yalnız bir qısa görüşdən sonra digərinin həsrəti ilə yaşayır və öz həyatını artıq Yeseninsiz təsəvvür etmirdi.
«Belə sevmək, belə fədakarcasına sevmək, məgər belə şey olurmu? — o, gündəliyində açıqca yazırdı. — Bəs sevirəm axı və özümlə bacarmıram; bu hiss məndən, həyatımdan güclüdür. Əgər onunçün ölmək lazım olsaydı və onun mənim barəmdə öyrənib heç olmazsa gülümsəyəcəyini bilsəydim, ölümün özü mənimçün bir fərəh olardı».
O zaman gənc qızın heç ağlına da gəlməzdi ki, bu sözlər çox tezliklə necə böyük bir uzaqgörənliklə deyilmiş kəlmələrə çevriləcək. Ancaq hələ həyat onun üçün gözəl idi, çünki – zavallı qıza yazığı gəldiyindənmi, ya evsiz-eşiksiz qaldığından və gün-güzəranındakı nizamsızlıq səbəbindənmi, bilinmir, ancaq hər halda Zinaida Rayxla boşandıqdan sonra Yesenin Qalya Benislavskayanın yanına köçür.
Yeseninin kölgəsi
Onlar müəyyən müddət yaxın olurlar və həyatının bu dönəmlərində səadət şərabından sərxoş olan Benislavskayanın sanki gözü ayağının altını seçmir. Baxmayaraq ki, şair Qalyanı ilk növbədə özünün ən yaxın dostu saydığını heç vaxt gizlətmirdi, onunla bir dam altında keçirdiyi vaxtları Benislavskaya həyatının ən xoşbəxt günləri hesab edirdi. O aralarda Qalyanın sevgili şairi çox içir, başına cürbəcür əhvalatlar gəlir, gah antisemitizmdə (yəhudilərə qarşı ədavət – tərc.), gah da dələduzluqda günahlandırılaraq «ittiham edilirdi». Benislavskaya Yesenin üçün mübarizə aparırdı. O, Yesenini xarici aləmdəki düşmən münasibətlərindən qoruyaraq sözün əsl mənasında onun kölgəsinə çevrilir: nəşriyyatlarla müqavilələr bağlanmasına dair bütün işləri öz üzərinə götürür, qonorarları alır və çalışıb ən yaxşı sanatoriyalara putyovka əldə edirdi. Bir sözlə, ən yaxşı həyat yoldaşının etməli olduğu hər şeyi edirdi.
«Sergey Aleksandroviç — sonralar Benislavskaya xatırlayırdı, — mənim yanıma köçəndə bütün əlyazmalarını və ümumiyyətlə, bütün əşyalarını mənə verdi, çünki özü hər şeyi itirir, əlyazmalarını və şəkilləri paylayır, paylamadıqlarını isə daşıyırdılar. Hiss edəndə ki, nə isə itib, deyinir, söyür, ancaq qorumağı, saxlamağı və verdiyini geri istəməyi bacarmırdı».
Əlbəttə, Qalya onun bütün xəyanətlərindən xəbərdar idi, ancaq səbrlə dözürdü. Əsas o idi ki, bütün əyyaş sərgüzəştlərindən sonra Yesenin Bryusov döngəsindəki kiçik mənzilə, "öz Qalyasının" yanına qayıdırdı. Lakin uzun müddət onsuz da gərginlikdən dolub-daşan «göylər», nəhayət, 1921-ci ilin oktyabrında Yeseninin ad günündə hayqırıb guruldadı. Rəssam Yakulovun emalatxanasında çox şən, deyib-gülən tanışlar toplaşmışdılar. Onların arasında məşhur Amerika rəqqası Aysedora Dunkan da var idi. Rus dilində cəmi bir-neçə söz bilən 46 yaşlı «yalınayaq rəqs edən rəqqasə» Yeseninin şeirlərini dinləyən kimi onun qeyri-adi istedadını hiss etdi və yaxınlaşmaq üçün ilk addımı da özü atdı. O, hamının qarşısında şairi öpdü və simasına bir dalğınlıq qataraq pıçıltıyla dedi: «Mələk». Yesenin heç də özünü itirmədi və cavab öpüşündən sonra özsünəməxsus şövqlə deyilmiş bir söz eşitdi: "Şeytan!"
Bu axşamdan sonra Yeseninin Benislavskayanın otağına, onun yanına qayıtmadığını deməyə ehtiyac varmı? Dünkanla evlənən şair onunla birlikdə xaricə səyahətə yollanır.
Mən sizi bir qadın kimi zərrə qədər də sevmirəm
1925-ci ilin qışında Qalina Yeseninin başına dolamağa, onu daha şox nəvaziş və qayğı ilə əhatə etməyə çalışaraq böyük ruh yüksəkliyi ilə güzəranını sahmanlamaqla məşğul idi. O, qənaətlə yığıb topladığı bütün pulunu altı Vyana stuluna, yemək stoluna, paltar şkafı və yeni qab-qacağa xərcləyir. Şairin bacısı Şuranın dediyinə görə, Benislavskaya tək yaşayarkən «evin rahatlığı haqqında az fikirləşir və çox yoxsul şəraitdə yaşayırdı… Ancaq onun evində həmişə ideal təmizlik hökm sürürdü». Əfsus ki, şair onun fədakalığını görmürdü. O, həmişəki kimi bura ancaq gecələməyə gəlirdi. Açıq-açığına sağda-solda macəralar yaşayır, hətta Dunkanla rəsmən ayrıldıqdan sonra da Aysedora ilə birdəfəlik üzülməyə gücü çatmayan Yesenin Preçistenkedəki evə də həftədə bir dəfə baş çəkməkdə davam edirdi. Bütün bunlar Qalyaya ağlagəlməz iztirablar verirdi. Və şairdən intiqam almaq üçün, bir qədər də ümidsizlikdən gənc qadın (onun hələ heç 30 yaşı yox idi) da pis yola əl atır, Yeseninin dostları ilə sevgi macəraları yaşayır. Bunu öyrənən Yesenin Qalyadan həmişəlik uzaqlaşır. Bir gün evə qayıdan Qalya görür ki, Yeseninin əşyaları yoxdur, stolun üstündə isə rəhmsizcəsinə qısa yazılmış bir kağız var: "Əziz Qalya! Siz mənə bir dost kimi çox yaxınsınız, ancaq mən sizi bir qadın kimi zərrə qədər də sevmirəm".
Bu, son oldu. 1925-ci ilin yayında Yesenin gözlənilmədən məşhur rus yazıçısının nəvəsi Sofya Tolstoy ilə evləndi. Bu dəfə Benislavskaya toy xəbərini çox böyük kədər və acı ilə qarşıladı, uzun müddət əsəb pozğunluğundan müalicə olundu və özünə söz verdi ki, bir daha heç vaxt Yeseninlə görüşməyəcək. Ancaq onu həmişəlik unutmağı da heç vaxt bacarmadı. Bundan sonra Qalina ilə Yesenin görüşmədilər. Deyilənlərə görə, Yesenin sonuncu dəfə Leninqrada səfərə gedərkən vağzaldan Benislavskayaya zəng vurur, Qalya isə onunla danışmır: özündə güc tapa bilmir, yarası çox dərin idi. Kim bilir, əgər o vaxt bu danışıq baş tutsaydı, bəlkə də Qalya, əvvəllər də olduğu kimi sevgilisini fəlakətdən xilas edə bilərdi.
Qəbrin üstündə qısaca bu sözlər həkk olunub...
28 dekabr 1925-ci ildə Leninqradın «Anqleter» mehmanxanasında Sergey Yeseninin həyatına son qoyuldu. Qalina Benislavskaya yenidən psixiatriya klinikasına düşdü və dəfndə iştirak edə bilmədi. Həyat onun üçün bütün mənasını itirmişdi. Xəstəxanadan çıxdıqdan sonra özünü bütünlüklə Yeseninin arxivi üzərində işə sərf edir. Onun haqqında memuar yazmağa başlayır, amma bitirə bilmir. Onu tanıyanların xatirələrinə görə, şairin qətlindən sonrakı bütün bir ili Benislavskaya sanki qeyri-ixtiyari, özündə olmadan, bir süstlük, keylik içərisində yaşadı: heç kimlə danışmırdı, hətta gün ərzində nə isə yeyib-yemədiyini də unudurdu. O, tez-tez Yeseninin qəbri üstə gəlir və uzun-uzadı ağlayırdı. Qəbiristan gözətçisi artıq onu üzdən tanıyır və bacardığı qədər maraqlananların diqqətini yayındırmağa çalışırdı. Ancaq Benislavskaya sanki ətrafındakıları heç görmürdü də: nə qarşısına çıxanların gülüşünü, nə də özünün nimdaş, dəbdən düşmüş libasını. Əvvəllər də xüsusi gözəlliyi ilə seçilməyən Qalya qorxunc hala düşərək çirkinləşmişdi və dərddən divanəlik yağan gözləri ilə qoca qarıya bənzəyirdi. Düz bir il sonra o, Yeseninin qəbri üstə gələcək və özünü güllələyəcək. Birinci dəfə güllə boşa çıxacaq, sanki talesiz qıza bir daha götür-qoy etmək üçün, fikrindən daşınmaq üçün şans verəcək. Ancaq o, qərarını dəyişməyəcək...
Qalina Benislavskayanı Yeseninlə yanaşı dəfn etdilər. Qəbrin üstündə qısaca həkk olunmuşdu: «Sədaqətli Qalya». Yalnız bir neçə il sonra iki tarixi olan rəsmi başdaşı yazısını görmək olardı.
|
['rus ədəbiyyatı', 'rus şairi', 'Sergey Yesenin', 'Qalina Benislavskaya']
|
732 |
https://kayzen.az/blog/psixologiya/21189/genetik-qorxu.html
|
Genetik qorxu
|
Apollon
|
Psixologiya
|
15 noyabr 2017, 14:22
|
Belə bir eksperiment aparılıb. Laboratoriya siçanlarının saxlandığı qəfəsin siçanlar olan bir bölməsinə meşə gilasının çiçəklərində olan ətirli maddə (asetofenon) buraxılır. Siçanlar bu iyə reaksya vermirlər. Az sonra qəfəsin həmin bölməsinə zəif elektrik cərəyanı verilir. Siçanları cərəyan vurur, onlar həmin bölmədən qaçırlar. Bu təcrübə dəfələrlə təkrarlanır, axır iş o yerə çatır ki, hansısa bölməyə həmin maddə buraxılan anda siçanlar başqa bölmələrə qaçırlar. Yəni, siçanlarda həmin iyin özünə qarşı qorxu hissi yaranır.
Eksperimentin ikinci mərhələsi. Həmin siçanlardan əmələ gələn nəsillər başqa qəfəsdə böyüdülür. Yetkinləşdkdən sonra eyni təcrübə onların üzərində aparılır. Onların gəzişdiyi qəfəs bölməsinə asetofenon maddəsi buraxılan kimi onlar qorxub qaçırlar. Daha elektrik zərbəsindən istifadə olunmur. Yeni nəslin erkək fərdləri üzərində DNT tədqiqatı iy reseptorlarının işinə cavadeh olan Olfr151 sahəsində metilasiyanın baş verdiyini göstərdi. O deməkdir ki, birinci nəsildə həmin iyə qarşı şərtli (elektrikin köməy ilə) yaradılmış qorxu genlərə “hopub” və bu dəyişiklik yeni nəslə ötürülüb. Elektrik zərbəsinə ehtiyac yoxdur, yeni nəsil siçanların həmin iydən genetik qorxusu var.
Araşdırmalar göstərir ki, avtoritar ölkələrdə bir çox insanların polisdən, digər güc strukturlarından və onların istifadə etdiyi predmetlərdən (geyim, paqon, avtomobil serenası və sair) kritik qorxusu var, bəzi adamlarda isə bu fobiya şəklində rast gəlinir. Bunun irsi olması, yaxud həyat ərzində qazanılması bəlli deyil. Lakin siçanlar üzərində olan eksperimentin nəticələri bəzi hipotezlərə əsas verir. Misal üçün, itaətsizlik edən bir nəsli polisin gücü ilə sıxıb sındırmaq o deməkdir ki, onlardan alınan yeni nəsili polislə qorxutmaq, “əl quzusu” etmək daha asan olacaq.
|
['psixologiya', 'qorxu', 'qorxu hissi']
|
733 |
https://kayzen.az/blog/sahmat/21223/aleksandr-alexin.html
|
Çempion Aleksandr Alyoxin
|
luminat
|
Şahmat
|
14 noyabr 2017, 22:54
|
1946-cı ilin mart ayının 24-də Portuqaliyanın Eştoril şəhərinin “Park” otelində kişi meyidi aşkar edildi. Ölüm, bu naməlum insanı qəribə vəziyyətdə yaxalamışdı. O, qarşısında şahmat taxtası, kresloda oturmuş vəziyyətdə tapılmışdı. Polis zorakılıq əlamətləri müşahidə olunmayan meyidi ekspertizaya göndərdi. Ekspertlər ölümün səbəbini asfiksiya, udlaqda ilişmiş tikədən boğulma ilə izah etdilər.
Dünya tarixinin ən dahi şahmatçılarından sayılan, birinci rus dünya çempionu Aleksandr Alyoxin, ömrünü sonadək həsr etdiyi işinə sadiq qalaraq, şahmat taxtası arxasında vəfat etdi.
Bu sehirli oyunu Aleksandra anası öyrətmişdi. Uşaq, bu məşğuliyyətinə, hobbisinə bir o qədər də ciddi yanaşmırdı. 1902-ci ildə 10 yaşlı Alyoxin Rusiyada qastrolda olan tanınmış amerikalı şahmatçı Harri Pilsberlə oynamaq imkanı əldə edir. Blits turnirdə, 22 sıravi şahmatçıdan biri olan Aleksandr onunla heç-heçəyə nail ola bilir.
On dörd yaşında olarkən, o zamanların tanınmış şahmatçısı, iki dəfə dünya tacı uğrunda oyunda əfsanəvi Vilhelm Steyntsə məğlub olan Mixail Çiqorinlə oynamaq şansı qazanır. Artıq xəstə olan qocaman şahmatçı ömrünün son günlərini yaşayırdı. Bu tarixi görüş, estafetin artıq Alyoxinə ötürülməsinə işarə idi.
Sonra, müxtəlif yerli və beynəlxalq əhəmiyyətli turnirlərdə qazanılan qələbələr sayəsində Alyoxin Rusiyanın ən yaxşı şahmatçısına çevirildi. İndi qarşıda bir məsələ dururdu- dünya çempionu olmaq.
Dostlarına deyirdi ki, o, dünya çempionu ilə görüşə hazırlaşır. Dostlar soruşurdu, “Emmanuel Laskerləmi?”, cavabında “Yox, Kapablanka ilə” deyirdi.
Kubalı fitri istedad Xose-Raul Kapablanka təcrübəli Laskerdən çox cavan idi. Müasir dillə desək, biri Anand idi, o biri isə, Karlsen. Onların arasında, müxtəlif səbəblərdən, daim təxirə salınan oyun, nəhayət ki, 1921-ci ildə baş tutur və Alyoxinin proqnozu özünü doğruldur. Kapablanka qalib gəlir. Bundan sonra, hamı əmin idi ki, kubalı şahmatçının hökmranlığı hələ neçə onilliklər davam edəcək.
Hələ 1914-cü ildə, şahmat tacı uğrunda oyuna qatılmaq istəyən Aleksandra, qəflətən başlayan Birinci Dünya müharibəsi mane olur. Sonra, cəbhəyə gedir, iki dəfə kontuziya alır, Moskvaya qayıdır. 1917-ci il çeviriliş-inqilabından sonra o, çıxılmaz vəziyyətə düşür.
Əvvəlcə bolşeviklər onu güllələmək istəyir, lakin fikirlərindən daşınıb. Onu xidmətə götürürlər. Bolşeviklərin bu cür dəymədüşər hərəkətləri Alyoxini çıxış yolu axtarmağa sövq edirdi. Belə bir şans ona 1921-ci ildə düşür və o, Latviyaya gedir. Təəcüblüsü budur ki, hər şeyə iynənin gözü ilə baxan sovet hökuməti onun sərbəst şəkildə ölkəni tərk etməyinə göz yumur. Riqadan Berlinə adlayan Alyoxin qollarını çırmayıb, taxta arxasındakı rəqiblərini bir-bir aşırmağa başlayır. Amma, bu qələbələr ona azlıq edirdi.
O zamanlar dünya tacına qoşulmaq istəyən, “London protokolu” adlanan məchul qaydanın prinsiplərinə əməl etməliydi. Şərtə görə, taca namizəd olmaq istəyən şəxs turnirin mükafat fonduna, o dövr üçün fantastik məbləğ sayılan 10000 dollar pul ödəməliydi.
Bu məqsədlə, sponsor axtarışında olan Alyoxinin bəxti gətirir. Argentina hökuməti bütün xərcləri üzərinə götürür. Altı qələbəyə qədər davam edən möhtəşəm oyunlar seriyası 1927-ci ilin payızında Buenos-Ayres şəhərində baş tutur. Ekspertlərin yekdil proqnozunda yalnız bir adamın adı yazılmışdı-Xose-Raul Kapablanka. İndiyə qədər oynanılan oyunlarda da, o, şəksiz və şəriksiz üstünlüyə malik idi – 5:0.
Amma, inanılmazlıq reallığa çevirildi, Alyoxin 6:3 hesabı ilə inaml qələbə qazanıb, dünya çempionu oldu.
İndi, şərt qoymaq növbəsi Alyoxində idi. “Əgər, Kapablanka mənimlə təkrar görüşmək istəyirsə, “London protokolu”na əməl etsin”. Kapablanka bu məbləği tapa bilmir və onlar bir daha tac uğrunda görüşə bilmirlər.
20-ci əsrin 30-cu illər həm şəxsi həyatı sarıdan, həm də şahmat həyatında uğursuz illər kimi yadda qalır. Bu tənəzzülün pik nöqtəsi olan hadisə 1935-ci ildə baş verdi. Dünya çempionu adı uğrunda Alyoxin gözlənilmədən Maks Eyvəyə məğlub oldu.
Sonradan, depressiya zolağına düşüb, içki düşkününə çevirilən şahmatçı, 1937-ci ildə keçirilən təkrar görüşdə Eyveni darmadağın edir.
1938-ci ildə Hollandiyada 8 nəfər iştirakçısı olan Beynəlxalq turnir keçirilir. Burada Alyoxin və eks çempionlar Kapablanka və Eyve də var idi. Turnir sensasiyalarla yadda qalır. Çempion eston Keres olur və Roben Fayn ikinci, rus Mixail Botvinnik 3-cü yeri tutur. Alyoxin 6-cı, Kapablanka isə 7-ci yeri tutur.
Turnir göstərir ki, artıq şahmatda yeni dövr yaranmağa başlayıb. Başlayan ikinci Dünya Müharibəsi Alyoxinlə gənc sovet şahmatçı Botvinnikin görüşünü təxirə salır. Müharibə dövründə dahi şahmatçı işğal altında olan Fransada yaşayır. O, alman qəzetləri üçün şahmat mövzusunda məqalələr yazır və müxtəlif turnirlərdə iştirak edir.
1943-ci ildə o, Portuqaliyaya köçür, sadə, demək olar ki, asketik bir həyat tərzi sürməyə başlayır
Sonradan, almanlarla əməkdaşlıqda ittiham olunan dünya çempionu, “bunu yaxınlarımın xilası naminə etdim” deyərək özünə bəraət axtarır. 1945-ci ildə bu əməkdaşlığa görə, ona qarşı Avropada boykot elan olunur, Fransada isə vətən xaini ittihamı irəli sürülür.
1946-cı ildə Sovet İttifaqı Alyoxinlə Botvinnik arasında görüşün keçirilməsi üçün təşəbbüs irəli sürülür. Beynəlxalq Şahmat Federasiyası (FİDE) bu istəyi dəstəkləyir və həmin günün səhəri Alyoxin yazının əvvəlində bəhs etdiyimiz şəkildə dünyasını dəyişir.
İndi də, bu müəmmalı ölümün sovet xüsusi xidmət orqanlarının törətdiyi barədə versiyalar irəli sürülür, amma dəlil- sübut yoxdur.
Aleksandr Alyoxin həyatdan dünya çempionu kimi getdi. Hələ ki, şahmat tarixində bu yeganə hadisə olaraq qalır.
Müəllif: Vüsal Bağırlı
|
['Aleksandr Alyoxin', 'şahmatçı', 'şahmat çempionu', 'şahmat', 'Alyoxin', 'Rusiya şahmatçısı']
|
734 |
https://kayzen.az/blog/avtomobil/21090/avtomobil-tarixind%C9%99-ilkl%C9%99r.html
|
Avtomobil tarixində ilklər
|
Apollon
|
Avtomobil dünyası
|
10 noyabr 2017, 15:31
|
Dünyanın avtomobil tarixində ilklərə imza atan tanınmış şirkətlər və markalar yəqin ki, çoxları üçün maraq kəsb edir.
Dünyada ilk dəfə avtomobillər arasında kondisionerdən, avtomatik transmissiyadan, təhlükəsizlik yastığından, tavandakı “lyuk”dan, “offroader” modelindən, polad yükboşaldan kuzovdan, dizel və turbo mühərrikdən, mərkəzi qapanma, “Cruise Control” (sürət tənzimləyici), naviqasiya və ABS əyləc sistemindən və sairə istifadə olunan avtomobil markalarının adlarını və fotolarını oxuculara təqdim edir.
Dünyada ilk kondisionerli avtomobil 1938-ci ildə istehsal edilən “Studebaker Commander” modelidir.
ABS əyləc sisteminin tarixi isə 1920-ci illərə qədər gedib çıxır. Belə ki, Qabriel Voisin şirkəti əyləcin təkərləri qapatmadan öncəki əməliyyatına dair hidravlik sistemlə çalışan ilk nümunəni hazırlayıb və 671925 saylı patentini alıb.
1950-ci illərdə isə bir sıra təyyarələrdə sadə ABS əyləc sisteminin təchizatına başlanılıb. 1960-cı illərdən etibarən isə Almaniya silahlı qüvvələrində də ABŞ əyləc sistemindən istifadə olunub. Ancaq avtomobillərdə bu sistemdən istifadə ilk dəfə 1967-ci ildə İngilis mexanik Jensen tərəfindən həyata keçirilib. 1970-ci illərdən etibarən isə Avropa avtomobilləri ABS əyləc sistemindən kütləvi istifadəyə başlaybr. İlk dəfə 1978-ci ildə “Mercedes S” modelində, daha sonra BMW-nin 7 seriya modelində ABS sistemindən geniş formada istifadə edilib. Bu baxımdan da ABS əyləc sistemindən geniş formada istifadə edən avtomobil kimi 1978-ci ilin istehsalı olan “Mercedes S” modeli tarixə düşüb.
Dünyada ilk dəfə avtomatik transmissiya sistemi ilə təchiz olunan avtomobil 1958-ci ildə Hollandiyanın “DAF” şirkəti tərəfindən istehsal edilib. Ancaq şirkət 1975-ci ildən sonra səhmlərini “Volvo” şirkətinə satıb. Dünyada ilk dəfə mərkəzi qapanma sistemi ilə təmin olunan avtomobil isə 1914-cü ilin istehsalı olan “Scripps-Booth” modelidir.
Tavanda ilk dəfə “lyuk”dan istifadə edilən avtomobil 1937-ci ildə istehsal edilən “Nash Motor Company” şirkətinə məxsus olub. Daha sonra, yəni 1938-ci ildə isə Amerika modeli “Dodge” bu ardıcıllığı davam etdirib.
Dünyada ilk dəfə təhlükəsizlik yastığından istifadə edən avtomobil 1967-ci ildə istehsal edilən “Chrysler New Yorker” modeli hesab olunur.
Avtomobildə ilk dəfə naviqasiya cihazından istifadə italyanlar tərəfindən edilib. Belə ki, 1930-cu ildə avtomobillərdə istifadə edilən “Iter Avto” adlı naviqasiya cihazı indiki kimi peyk vasitəsilə deyil, xəritə və kompas vasitəsilə çalışırmış.
Dünyada ilk “offroader” ingilis sənayeçisi Jensenin 1966-cı ildə hazırladığı “FF” avtomobil modelidir.
İlk polad yükboşaldan kuzovlu avtomobil modeli isə 1924-cü il istehsalı olan “Citroen B10” hesab olunur.
Dünyada ilk dəfə sürət tənzimləyicisi (“Cruise Control”) ilə təchiz edilən avtomobil 1957-ci il istehsalı olan “Chrysler İmperial” modelidir.
Avropada ilk turbo mühərrikli avtomobil 1973-cü il istehsalı olan “BMW 2002”, ilk turbo dizel mühərrikli avtomobil isə 1986-cı il buraxılışı olan “Porsche 959”, qoşa turbo dizel mühərriki ilə ardıcıl istehsal edilən avtomobil isə 2002-ci ildən etibarən buraxılan “BMW 535d” modelidir.
Fransanın “Citroen” şirkəti 1934-cü ildə dünyada ilk dəfə olaraq ön çəkən ötürücülü avtomobil modelini, 1978-ci ildə isə dünyanın ən sürətli dizel mühərrikli “La CX 2500” modelini istehsal edib.
Dünyada ilk panorama tavanlı avtomobil isə 2000-ci ildə istehsal edilən “Fiat Stilo” modelidir. Avtomobil həvəskarlarının diqqətinə:
еадо Changan modelləri sərfəli şərtlər və barter imkanları ilə Changan Azərbaycan mərkəzində! Tam yeni еадо üçün müraciət edin!
|
['avtomobil dünyası', 'avtomobil ilkləri', 'ilklər']
|
735 |
https://kayzen.az/blog/ushaq_terbiyesi/21115/%C3%B6vladlarla-nec%C9%99-davranmal%C4%B1.html
|
Övladlarla necə davranmalı?
|
Apollon
|
Uşaq tərbiyəsi
|
10 noyabr 2017, 15:30
|
Övladınızla münasibətiniz necədir? Anlaya biləcəyi hər mövzuda fikrini öyrənib, onun da fikrinə dəyər verdiyinizi hissetdirirsinizmi? Yoxsa “çünki mən belə istəyirəm, mən sənin ananam”, “bunu eləmək məcburiyyətindəsən” kimi cümlələrdən istifadə edirsiniz? Ya da uşağınızı məyus etmək istəmədiyiniz üçün hər istəyinə icazə verirsiz? Bu davranış formalarına əsasən mütəxəssislər 4 fərqli ana modeli olduğunu söyləyir:
1. Demokratik analar / səmimi, ancaq sərt
“Çünki mən elə dedim”, “mən elə istədim” yerinə, uşağınızı dinləyir, onu anlamağa çalışır və fikirlərinə dəyər verirsinizsə;
Övladınızın inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirir və televizor və ya komputer qarşısında keçirdiyi müddət kimi bəzi hərəkətlərini məhdudlaşdırırısınızsa;
Evin qayda-qanunlarına nəyə görə əməl etməsi, qoyduğunuz qaydaların nə işə yaradığını ona başa salıb, onunla ortaq bir yol tapmağa çalışırsınızsa, lakin qaydalara əməl etmədiyində ona cəza deyil, xəbərdarlıq edirdinizsə;
Uşağınız sizinlə rahat şəkildə münasibət qura bilirsə, hər mövzuda düşüncələrini sizinlə paylaşa bilirsə, onu günahlandırmayacağınızı və danlamayacağınızı bilirsə;
Müstəqil bir fərd olmasına çalışırsınızsa.
Uşağa təsirləri
Araşdırmalara görə, demoktarik anaların uşaqları mübahisəli məsələləri yaxşı sonluğa gətirə bilirlər. Bu tərzdə valideynlik uşağın sağlam bir mühitdə böyüməsini təmin edir, ana və uşaq arasında məhsuldar münasibət yaradır. Demokratik anaların uşaqlarının sosial cəhətdən yetkin və məsuliyyətli olma ehtimalı daha yüksəkdir.
2. Avtoritar analar / “Mən belə istədiyim üçün”
Şərtlər nə olursa olsun uşağınızın hər zaman sual vermədən qaydalara əməl etməsinin lazım gəldiyinə inanırsınızsa;
Ona seçim hüququ vermək yerinə öz gözləntilərinizi ön sıraya qoyursunuzsa;
Tez-tez “Mən elə istədiyim üçün”, “çünki mən belə istəyirəm, mən sənin ananam” kimi ifadələr işlədirsinizsə;
İstəklərinizi elətdirmək üçün cəza verməyi vasitə olaraq istifadə edib tez-tez cəza verirsinizsə;
Övladınıza qarşı az səmimiyyət göstərir, “belə etsən səni sevməyəcəm”, “qardaşın daha ağıllıdır, onu daha çox sevirik”, “səni atıb gedəcəm” kimi cümlələrlə onu günahlandırırsınızsa.
Uşağa təsirləri
Avtoritar formada rəftar görən uşaqların məktəb sevgisinin az olduğu müşahidə edilmişdir. Belə uşaqlar avtoritar davrandığınızda səssiz qalıb, olmadığınızda isə daha təcavüzkar olurlar. Avtoritar anaların uşaqlarının özünə hörməti az, təcavüzkar və ya utancaq, sosial mühitdə çətinlik çəkən və bəzən ana yanında olmayanda uyğun olmayan davranışlara meyilli olurlar. Avtoritar tərzdəki bəzi qaydalar sağlam uşaq böyütmək üçün önəmli olsa da, qaydalar sərt olduqda uşağa zərər verə bilər.
3. İcazə verən analar / Ana deyil, dost kimi
Uşağınızın ruhdan düşməməsi üçün “xeyr”dən qaçırsınızsa, Qaydaları ümumilikdə uşağınızın hiss və istəklərinə görə formalaşdırırsızsa;
Ana olmaqdan çox dost olmağa çalışırsınızsa, Övladınızın bir şeyi etməsinə motivasiya etmək üçün şişirdilmiş mükafatlar verir və ya vəd edirsinizsə;
Sevginizi göstərməyinizin yolunun onun bütün istədiklərini vermək olduğunu düşünürsünüzsə;
“Əgər istəyirsənsə gec saatlara qədər otura bilərsən”, “Eləmək istəmirsənsə heç bir şeyi eləmək məcburiyyətində deyilsən” tərzində cümlələr qurursunuzsa.
Uşağa təsirləri:
Bu ana modelinin uşaq üçün zərərli olduğu düşünülür. Bir uşağın ən çox istədiyi ana modeli bu olsa da, verilən bu azadlıq hissi uzun müddətdə uşağa zərər verə bilər. Araşdırmalara görə, bu formada rəftar görən uşaqların alkoqollu içkilərə aludəçiliyi digər uşaqlara görə üç dəfə daha çox olduğu aşkar edilmişdir. Bu da ana-uşaq münasibətlərində sərhəd anlayışının önəmini ortaya qoyur.
4. Laqeyd analar
Övladınızın mənəvi və fiziki ehtiyacları ilə maraqlanacaq zaman tapmır, sadəcə bəsit ehtiyaclarını qarşılayırsınızsa;
Uşağınızın ev həyatı xaricində, təhsil və ya sosial həyatı haqqında məlumatınız yoxdursa;
İş və ya başqa səbəblərdən dolayı uşağınızı tez-tez yalnız buraxırsınızsa, evdən kənarda çox vaxt keçirir və onunla keçirdiyiniz zaman azdırsa;
Uşağınızın ehtiyaclarına, məktəbdəki təcrübələrinə, dostları ilə münasibətlərinə və harada nə elədiyinə münasibətsiz qalırsınızsa.
Uşağa təsirləri
Yuxarıdakılar sizə və ya tanıdığınız bir insana xasdırsa, bu uşağın zərər görmə riskinin yüksək olduğuna işarə edir.Anası ilə tərs münasibətdə olan və ya münasibətdə olmayan uşaqlar yaşıdları ilə və ya digər insanlarla münasibət qurmaqda və qurulan münasibəti davam etdirməkdə çətinlik çəkə bilirlər. Özünüzün və ya bir yaxınınızın laqeyd bir valideyn olduğunu düşünürsünüzsə, uşağın zərər görməməsi üçün məktəbin direktor və psixoloqlarından yardım almanız önərilir.
Ən yaxşısı “demokratik” ana olmaqdır, amma ki...
Mütəxəssislər 4 fərqli ana modelindən sağlam uşaq inkişafı üçün ən uyğun modelin “demokratik” ana modeli olduğunu qeyd edirlər. Bununla yanaşı bu modelləri birləşdirərək istifadə edən analar da vardır. Məsələn, uşağının dostları ilə tətilə getməsinə icazə verən ana, səbəbini açıqlamadan onun dostlarının sürdüyü maşına minməsinə icazə verməyərək avtoritar modellə demokratik modeli bir arada istifadə edir.
valideyn.az
|
['ailə münasibətləri', 'ana övlad münasibətləri', 'ana məhəbbəti', 'ana qayğısı']
|
736 |
https://kayzen.az/blog/marketinq/21170/m%C3%BC%C5%9Ft%C9%99ri-m%C9%99mnuniyy%C9%99ti-%C3%B6n%C9%99mlidir.html
|
Müştəri məmnuniyyəti önəmlidir
|
Apollon
|
Marketinq
|
8 noyabr 2017, 23:34
|
Klassik marketinqdə marketoloqlar üçün ən vacib amil yeni müştəriləri tapmaq idi. Onlar bütün güclərini, mövcud müştərilər ilə əlaqələrini inkişaf etdirmək yerinə, yeni müştərilər əldə etməyə sərf edərdilər. Əldə edilən hər yeni müştəri böyük bir sevinclə qarşılanardı. Xidmətdən yararlanan əvvəlki müştərilərə isə daha az xidmət edilirdi.
Bu gün vəziyyət (müasir marketinq) isə keçmişdə olanın tam əksidir. İndiki müəssisələrin əsas məqsədi, var olan müştərilərin müəsisəyə bağlı qalmalarını təmin etmək və edilən iş həcmini genişləndirməkdir.
Bu gün müəssisələr hər bir müştərini əldə etmək üçün çox pul xərcləyirlər. Müəssisə də var ki, rəqiblərindən müştəriləri oğurlamaq üçün vaxt və pul xərcləməkdədir.
Əslində bu vəziyyəti müsbət hal kimi qarşılayıram. Çünki müəssisə hər hansı bir pis xidməti ilə öz müştərisini itirərək, rəqibinə vermək istəmir. Buna görə istər-istəməz müştəri məmnuniyyətini anlayır və ön plana çıxardır.
Müəssisələrin rəqabət şəraitində olduğu bir zamanda, onların atacağı ən vacib addımlardan biri, müştərinin müəssisədə daimi saxlanılmasıdır. Bunun üçün müəssisə müştərinin bütün ehtiyaclarının tam qarşılamalıdır.
Müştərinin istək və ehtiyaclarının ən yaxşı şəkildə qarşılanması ilk növbədə müştərinin məmnun edilməsidir. Bu hal baş verərsə, müştəri müəssisəyə bağlanır və müəssisənin daimi müştərisi olaraq qalır.
Bir şirkətin göstərdiyi yaxşı xidmət, müştərilərin məmnuniyyəti artmasına səbəb olur və bu müsbət hadisə də istər istəməz müştərilərin öz aralarında yaxşı xəbər kimi yayılmasına gətirib çıxardır.
Məmnun qalmayan bir müştəri, qarşına çıxan bütün şəxslərə xidmət haqqında narazılığını izah edər. Bu fikirləri eşidən insanların əksəriyyəti də bu problemi ən azı 10-20 adama izah edir və beləcə bu proses davam edər.
Ortaya çıxan bu mənfi sözləri düzəltmək üçün heç bir reklam kampaniyası işə yaramaz, düzəlsə də asan düzəlməz.
Bu ifadələrimi təlimlərimdə, istərsə də təlimlərimdən kənar həmişə qeyd etmişəm.
Onu da bilirik ki, bu gün qlobal rəqabət mühitində müəssisələrin ən əhəmiyyətli aktivlərinin müştəriləri olduğu danılmaz bir gerçəkdir.
Belə ki, müəssisə istehsal etdiyi məhsul və ya xidməti müştərisinə yaxşı təqdim etdiyi halda, bunun nəticəsini qarşılıqlı görür. Bu gedişat müəssisənin rəqabətə dəyanıqlığını və inkişafını davam etdirir.
Bəzi müəssisələrin planında müştəri məmuniyyəti qeyd edilməyibsə (və yaxud qeyd edilib, əməl edilmirsə) bu dövürdə həmin şirkətin məhsullarının çox satılmayacağına əlbətdə şübhəmiz yoxdur.
İlk növbədə onu bilməliyi ki, müştərilər bir müəssisənin sahib olduğu ən dəyərli varlıqlardır. Müştəri bir işin, ideyanın meydana gəlmə səbəbidir. Hamımız çox yaxşı bilirik ki, müştəri olmazsa nə müəssisənin qurulmasının nə də məhsul-xidmət çıxarmanın bir mənası yoxdur.
Məhz buna görə də müasir marketinq anlayışı, müəssisələrin funksiyalarının tam mərkəzində müştəri anlayışını qoyur.
Müasir marketinq anlayışı ilə müəssisə fəaliyyətinin mərkəzinə yerləşən müştəri hər müəssisənin varlığının və müvəffəqiyyətinin təməlini meydana gətirər. Əslində müəssisə rəhbəri və işçiləri, müştərini müdir kimi qəbul etməlidir. Çünki müəssisənin gəlirini, gələcəyini, zəmanətini müştəri təmin edir.
Oxuyaq görək bir müəssisənin müştərisi kimdir?
Bu suala verilən cavablar bunlardır.
— Müştəri işimiz üçün bir vasitə deyil işimizin məqsədidir. Xidmət və ya məhsulu sataraq biz ona deyil, bizə belə bir fürsəti yaratdığı üçün, o bizə yaxşılıq etdiyini qəbul etməliyik.
— Müştəri, müəssisənin məhsul və ya xidmətlərin son istifadəçisidir.
— Müştəri, müəssisədəki ən əhəmiyyətli adamdır.
— Müştəri, qarşılıq gözləyən istək və ehtiyacları olan adamdır.
Müəssisənin vəzifəsi də həm özünə həm də müştərilərinə fayda təmin edəcək şəkildə xidmət etməkdir.
Bu sözlərimi həmişə qeyd etmişəm və yenədə edirəm. Müştəriyə hörmət, etibar, ədalət, düzgünlük və dürüstlüklə yanaşılmalıdır.
Çünki bütün xərcləri, işçilərin ödənişlərini ödəyən və biznes investisiyaları maliyyələşdirən də müştərilərdir. Buna görə müştəri, bütün maraq və diqqəti, təqdir və təşəkkürü haqq edən insandır!
Müəllif: Arzu Qafarlı
|
['marketinq', 'müştəri', 'müştərilərlə münasibət', 'müştəri məmnuniyyəti']
|
737 |
https://kayzen.az/blog/kisiler/21139/ki%C5%9Fil%C9%99ri-n%C9%99-xo%C5%9Fb%C9%99xt-edir.html
|
Kişiləri nə xoşbəxt edir?
|
Apollon
|
Kişilər
|
6 noyabr 2017, 12:14
|
Kişilər də bəzi zamanlar ən xırda şeylərdən xoşbəxt ola bilirlər. Bəlkə də o kiçik şey sizin üçün əhəmiyyətsiz görünə bilər, ancaq kişini xoşbəxt edir. Əgər kişinin gözlədiyi kimi olmursa, araya məsafə qoyar, hətta mübahisə də edə bilər.
İcazə almaq
Bir yerə gedərkən, ya bir şey edərkən sevgilisinin ondan icazə alması kişini çox xoşbəxt edir. Kişilər hər münasibətdə son sözü özünün söyləməsini, bütün ipləri ələ almağı istəyər. Bu, sevdiyinizin hər dediyinə göz yumacaqsınız demək deyil, ancaq ona demədən bir şey etmədiyinizi hiss etdirin.
Dostlarınızla birlikdə ikən onunla mesajlaşmaq
Dostlarınızın yanında “Sonra danışsaq, olarmı?”, — deyə cavab yazmanız özünü dəyərsiz hiss etdirə bilər. Küsəyən biri olduğunu bilirsinizsə, belə etməyin. Yox, əgər başa düşən biridirsə, onsuz da o özü “dostlarına ayıb olmasın, sonra danışarıq” deyəcək.
Geyiminə diqqət etmək
Kişilərin qısqanc olduğunu hər qadın bilir. Sevgilisinə başqa birinin gözucu belə, baxmasına dözə bilməyən kişilər belə hallarda çox ciddi mübahisə yarada bilər. Çox dekolte və mini geyimləri geyinməməklə heç nə itirmirsiniz. Qısqandırmaqla soyutmaq arasında incə bağlantını unutmayın, qısqandıracağınızı düşünərkən özünüzdən soyuda bilərsiniz.
Başınızı sinəsinə qoymaq
Televizor izləyərkən, yataqda uzanarkən, bir sözlə, uyğun şəraitlərdə başınızı sinəsinə qoymanız və sizi qolları ilə qucaqlaması ən gözəl duyğulardan biridir. Qoruyucu olmaq, kişilərin istədiyi bir xüsusiyyətdir və sevdiyi qadının onun qollarında özünü güvəndə hiss etdiyini düşünmək onu çox xoşbəxt edir.
İlk mesajı sizin yazmanız
Qadınlar hər zaman ilk mesajı kişinin yazmasını gözləyər. Axı niyə ilk mesajı ancaq kişi yazmalıdır ki? Belə bir qanunmu var?! İlk mesajı kişi yazandan qadın necə xoşbəxt olursa, ilk mesajı qadın yazanda kişi də özünü o qədər xoşbəxt hiss edir. Tez-tez mesaj yazın. Bu, bezdirin anlamına gəlmir. Oturub saatlarla mesaj yazmasını gözləmək yerinə, siz yazın, ya da zəng edin. Bəlkə də sizə həqiqətən ehtiyac duyduğu bir andır, ancaq sizə yazacaq, ya zəng edəcək bir halda deyildir.
Ona dəyər verdiyinizi söyləmək
Əgər kişi münasibəti üçün çox çalışırsa, ona dəyər verdiyinizi eşitməkdən və xoş sözlərinizdən heç bir zaman sıxılmaz. Bunu ona həmişə xatırladın.
Bir-birinizi dinləmək
Kişilər sözünün eşidilməsini istəyər. Bir-birinizi dinlədiyinizdə problemlər həll olunur. Gərginlik azalır. Bəzən kişinin həyatında sıxıntıları ola bilər, işlə bağlı problemlər yaşaya bilər. Oturub gözlərinə baxaraq dinləməniz onunla gerçəkdən maraqlandığınızı hiss etdirmək onu içdən xoşbəxt edir.
Sərbəst olduğunu hiss etdirmək
Onu azad buraxın demirik. Sadəcə bunu ona hiss etdirin. Kişilər sərbəst olduğunu hiss etdiklərində sevdikləri qadına daha çox bağlanırlar.
Sıxıntıları unutdura biləcək qədər şən olmaq
Bir kişini xoşbəxt etməyi bacarırsınızsa, o kişi sizi itirmək istəməz. Qarşısında həmişə qaraqabaq biri yerinə gülərüz, zarafatcıl bir sevgili istəyər. Ancaq bunu edərkən çox da şitini çıxarmayın.
Ailə qavrayışını dərk etmək
Bir qadının ailəyə dəyər verməsi kişi üçün olduqca mühümdür. Ailəyə önəm verməyən, bu məsələdə nizamlı olmayan bir reaksiya ilə qarşılaşmaq onun xəyallarını puç edə bilər.
|
['kişilər', 'kişi psixologiyası', 'kişi xoşbəxtliyi', 'xoşbəxt kişi']
|
738 |
https://kayzen.az/blog/346/21039/xalq%C4%B1n-genini-da%C4%9F%C4%B1dan-xalalar.html
|
Xalqın genini dağıdan xalalar
|
Apollon
|
346 saylı marşrut
|
1 noyabr 2017, 21:32
|
Incestus latınca günah deməkdi. Sonradan bu sözü din, fəlsəfə və ədəbiyyat insest kimi istifadə etməyə başlayıb. Çox yaxın qohumların cütləşməsini günah adlandırıblar.
Qədim Misirdə, Romada bacı-qardaş, ana-oğul seksi yasaq deyildi. Romada olmasa da, Misirdə bacı-qardaş evliliyinə icazə verilirdi. Sivilizasiya inkişaf etdikcə, qohum evliliklərinin faciələri ortaya çıxır, elm buna yasaq qoyur.
Xala, bibi, əmi, dayı uşaqlarının evliliyini tibb yasaq edib. Səbəb ciddidi. Döl ata-anadan gen alır. Fərqli genlərdən yaranan genə hetereziqot — dəyişik gen, eyni genlərdən yaranan genə homoziqot deyilir. İmbridinq deyilən bir anlayış var. İnsest onun bir qoludu. Xalauşaqlarının, bibiuşaqlaırnın və sairənin cütləşməsidi.
Gen eyni olduğu üçün uşağa irsi xəstəliklər, qüsurlar ikiqat ötürülür. Nəticədə xəstə nəsil yaranır. Bir yerdə mütləq və mütləq bu nəsildə problemlər üzə çıxır.
Eyni genlərdən yaranan orqanizmdə xəstəliklərlə mübarizə gücü az olur. Həmin övladda və ya onun övladlarında, törəməsində zehni, ya fiziki qüsurlar ortaya çıxır. Azərbaycanda yaxın qohumların evliliyi ta qədimdən adət olub.
İllah da o bizim ətli-budlu analar var ha, “oğluma bacım qızını alacam” deyən tiplər, onların sayəsində ölkədə bir xeyli qüsurlu nəsil yetişib. İki dılğır üzüyü yad qızına qismət olmasın deyə xalqın genini dağıdan bu xalalara dur demək gərəkdi.
Bizim kimi yad xalqlarla evlənməyən toplumun öz yaxın qohumları ilə evlənməsi xalqın cırlaşmasına səbəb olur. Baxın, kişilərimiz getdikcə necə balacalaşır, qadınlarımız zəifləyir. Qara, çirkin bir nəsil yetişir. Üstəlik, anlamaq bacarığı az, savadı yox, üzündə keylik-kütlük, qavrama zəif.
Ruslar xalauşaqarına, əmiuşaqlarına “dvoyurodnıy brat-sestra” – ikinci doğmalıq — ikinci bacı, ikinci qardaş deyirlər. Bu da səbəbsiz deyil. Tibdə bu, gerçəkdən də qan doğmalığı – bacı-qardaşlıq sayılır.
Tanış bir xanım xalaoğluna ərə getməyi planlayırdı. Eşidəndə dəhşətə gəldim düzü. Özü də həkim idi. Mat qaldım. Elə travma aldım ki, “Qadın peyğəmbər” romanımda da bu mövzuda yazdım. Normal bir xanım, özü də doktor olan biri qardaşı sayılana niyə ərə getsin ki?! Kişi qəhətdimi?! Ginekoloq doktordan onların uşaqlarının sağlam doğulacağı haqda hansısa test, yoxlama etməyin mümkün olub olmadığını soruşduq. Doktor belə testin olmadığını dedi. “Testə gərək yoxdu, tibb elmi birmənalı olaraq buna icazə vermir”. Həm mənəvi baxımdan bu doğru deyil, ölkədə, dünyada bunca oğlan-qız varkən, insan evinin içində birgə böyüdüyü adama tamah salarmı?! Bu birgəlikdən doğulan uşaqlarda və ya onların gələcək nəslində mütləq bir yerdə xəstəlik üzə çıxacaq.
Susub əlavə etdi: “Ayıbdı...”
Bir xalqın gözəlləşməsi, zəki olması üçün mütləq onun başqa xalqlarla qarışığının olması gərəkdi. Bu əsla soyuna təhlükə deyil. Əksinə, soyunu yaymaq, şaxələndirmək, gücləndirməkdi. Üstəlik, xalqların bəşəriliyi onların qurduqları dövlətlə ölçülür.
Baxın Avropa xalqlarına, necə ucaboy, aydın üzlü, ağıllı ifadəlidilər, intellektual və zəkidilər. Xalqlar qarışıb orda. Hansı tanınmışın avtobioqrafiyasına baxırsan, müxtəlif nəsillərdən gen aldığını görürsən. Biz nəinki yad xalqla evlənirik, öz qohumlarımızdan o yana çıxmırıq. Elə kəndlərimiz var, hətta qonşu kəndə qız verib-almırlar. Müqayisə yanlışdı, amma təsəvvür üçün önəmlidi. Yeni növ meyvə almaq üçün calaq nə deməkdisə, yeni müasir insan yaranması üçün də fərqli genlərin birləşməsi o deməkdi.
Xalqın evin içində bir-biri ilə evlənməsi onun özü üçün cızdığı sərhədlə, seçimsizliklə bağlı adətidi. Qızını, oğlunu ətəyindən kənara buraxmayan valideynlərdi səbəbkar. Uşaq gözünü açandan əks cinsdən yalnız birini görür, ona da meyllənir. Yabanı, vəhşi meyldi. Freyd buna libido deyirdi. Yaxında olana, əlin çatana can atmaq. Bu heç bir halda sevgi ola bilməz. Çünki seçimsizlikdən yaranan seçimdi.
“Çalı quşu” romanında Rəşad Nuri Güntəkin vəziyyəti əla ifadə edib. Fəridə mühafizəkar mühitdə böyüyür, qızlar məktəbində oxuyur, yalnız bir oğlanı — bibisi oğlu Kamranı görür, ona da bağlanır. Bu adət yalnız bizdə deyil. Avropa xalqları içində də olub.
Hətta məşhurlardan öz yaxını ilə ailə quranlar da olub. Amma bizdəki kimi yayğın deyil. Çox azdı.
Dünyaya, başqa mədəniyyətlərə açılım, çıxış həm də evlilik üsulu ilə olur. Geni cırlaşdırmaq yox, yaymaq gərək…
Aysel Əlizadə
|
['346 saylı marşrut', 'Aysel Əlizadə', 'evlilik', 'evlənmək', 'Azərbaycanda evlilik']
|
739 |
https://kayzen.az/blog/sinir/21053/yadda%C5%9F%C4%B1m%C4%B1z-niy%C9%99-z%C9%99ifl%C9%99yir.html
|
Yaddaşımız niyə zəifləyir?
|
Apollon
|
Sinir sistemi
|
1 noyabr 2017, 21:15
|
Son zamanlar yalnız yaşlılarda deyil, gənclərdə də yaddaş probleminin şahidi oluruq. Yəqin ki, hər kəsin ətrafında “görəsən, nə edəcəkdim”, “filan əşyanı hara qoymuşam” və bu kimi sualları tez-tez özünə verən insanlar var. Digər xəstəliklər kimi bu problemin də yaşı cavanlaşıb deyə bilərik. Maraqlıdır, buna səbəb olan amillər nələrdir?
Yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur Psixoloq Taryel Faziloğlu açıqlamasında bildirib ki, bu problem yalnız Azərbaycanda deyil, digər ölkələrdə də aktualdur:
“Əvvəllər yaddaş problemi sadəcə yaşlı insanlarda olurdu. Bu artıq fizioloji prosesdir. Yaşlandıqca beynin müəyyən funksiyalarını zəifləməyə başlayır və yaddaşsızlıq özünü biruzə verir. Bu problemlərin psixoloji tərəflərinin kökündə duran əsas amil insanların gələcəklə bağlı hədəf planlamasının olmamasıdır. Amma indiki halda gənclərin yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur.
İlk səbəb gənclərin plansız yaşamaqlarıdır. İkinci, gələcəyə heç bir güvən və inamları yoxdur. Sonuncu əsas amil isə psixoloji immunitetlərinin zəif olmasıdır. Yəni psixoloji əhval-ruhiyyələri tez-tez dəyişir və bu dəyişkənlik onlarda zehni yorğunluq yaradır. Bunun nəticəsində də yaddaş pozğunluğu özünü biruzə verir”.
İnsanlar psixoloji yardım alaraq problemin öhdəsindən gələ bilərlər
Psixoloqun sözlərinə görə yaddaşsızlığa təkan verən digər səbəblərdən biri informasiya bolluğudur: “İnformasiya zəhərlənməsindən əziyyət çəkən gənclərdə qeyd etdiyim hər üç psixoloji amil nəticəsində yaddaş pozğunluğu yaranır. Bu, artıq dünyada da aktual bir problemdir. Bununla bağlı inkişaf etmiş ölkələrdə problemin həlli istiqamətində xidmətlər təyin olunur. İnsanlar mütəmadi olaraq psixoloji dəstək alırlar. Təəssüf ki, son zamanlar bu kimi hallar Azərbaycanda da müşahidə edilir və artmaqdadır. Bu problemi yaşayan insanlar psixoloji yardım alaraq bunun öhdəsindən gələ bilərlər”.
“Texnologiya, mənşəyi bilinməyən məhsullar...”
Nevropatoloq Fərhad Əhmədov qeyd edib ki, yaddaş probleminin bir neçə səbəbləri ola bilər: “Hazırda informasiya bolluğunun olduğu zamanda yaşayırıq. İstər televiziyalar, istər digər media orqanları, eyni zamanda internet vasitəsilə əldə edilən informasiyalar həddindən artıq çoxdur. Bu da sinir sisteminə ağırlıq edir.
Nəticə olaraq gənclərdə də yaddaşsızlıq problemləri müşahidə edilir. Yaddaşın da müəyyən qədər həcmi var. Onu artıqlaması ilə yükləyən zaman istər-istəməz bu cür problemlərlə qarşılaşmaq mümkündür. Məsələn, əvvəllər texnologiya bu qədər inkişaf etməmişdi. Fikir verirsinizsə, həmin zamanlarda yaddaşla bağlı şikayətlər də az idi.
Digər tərəfdən mənşəyi bəlli olmayan, şübhəli məhsullar da problemin yaranmasına səbəb ola bilər. Yaddaşı gücləndirmək üçün yaxşı, düzgün qidalanma və bol su içmək, ağır pəhriz və uzun müddətli aclıqdan uzaq durmaq, idman etmək, hərəkətlilik, kitab oxumaq, musiqi dinləmək, lazımdır”.
F.Əhmədov bütün günü masa arxasında oturmağın da yaddaş zəifliyinə səbəb ola biləcəyini bildirib: “Eyni zamanda masa arxasında davamlı oturduqda beynə qan getmir və unutqanlıq başlayır. Səhərdən axşama qədər ofisdə oturub çalışan işçilərin onurğasında yaranan sərtlik bir müddət sonra beynə gedən qan axınının azalmasına səbəb olur. Bunun nəticəsində insan hansı işi görəcəyini unudur, söyləyəcəyi fikir yadından çıxır. Belə insanlar adətən yorğun olurlar”.
modern.az
|
['sinir sistemi', 'yaddaş', 'yaddaşsızlıq']
|
740 |
https://kayzen.az/blog/sevgi/21052/sevginin-f%C9%99sill%C9%99ri-%7C-con-grey.html
|
Sevginin fəsilləri | Con Grey
|
Apollon
|
Sevgi
|
30 okyabr 2017, 20:51
|
Sevgimiz bağa bənzəyir. Bağımızın gül, çiçəyə bürünməsi üçün həmişə ona qulluq etməliyik. Fəsilləri, dəyişkən havanı nəzərə almalıyıq. Yeni toxumlar basdırmalı, alaq otlarını təmizləməliyik. Bağımızda olduğu kimi sevgimizin də sehrini qorumaq lazımdır. Sevgimizin də fəsilləri var. Biz sevgimizdəki ehtiyacları anlamalıyıq.
Sevginin baharı
Aşiq olmaq bahar fəslinə bənzəyir. Biz elə düşünürük ki, bundan sonra yalnız xoşbəxt olacağıq. Öz yarımızı nə vaxtsa sevməyəcəyimizi heç ağlımıza da gətirmirik. Məsum duyğular fəslini yaşayırıq. Sehirli aləmdə yaşayırıq – hər şeyin mükəmməl olduğu sehirli aləmdə. Bizim üçün yarımız dünyadakı ən mükəmməl insandır. Sanki almanın o biri yarısını tapmışıq. Həyatımız birgəliyin harmoniyasında həzin-həzin axıb keçir. Bəxtimizin gətirdiyini düşünürük.
Sevginin yayı
Sevgimizə yay fəsli gəlir və anlayırıq ki, yarımız düşündüyümüz kimi mükəmməl deyilmiş. Və budur, münasibətimiz üzərində işləməyin vaxtıdır. Unutmayın yarımız da bizim kimi insandır. Səhvsiz insan yoxdur. Narazılıqlar və gərginliklər yaranır. Alaq otlarını kökündən çıxarmaq, yenicə əkdiyimiz toxumları isə qızmar günəşdən qorumaq lazımdır. Bağımıza qulluq etmək zamanıdır. Uzun müddət ərzində kiməsə sevgi vermək və ondan sevgi almaq çətindir. Zaman bizə göstərir ki, insan heç də həmişə xoşbəxt ola bilməz. Biz hər zaman sevmək ya da sevilmək məcburiyyətində deyilik. Əsl sevginin obrazı bu deyil. Bu nöqtədə bir çox cütlüyün ümidi puç olur. Onlar münasibətlərini yaxşılaşdırmaq üçün cəhd göstərmirlər. Bir çoxları yanlış olaraq sevginin yalnız bahar çağında qalacağını düşünürlər. Sevgililərimizi günahlandırır və ayrılığa təslim oluruq. Sevgi mübarizədir- asan olmayan mübarizə. Bəzən sevgimizin yandırıcı günəş altındakı güllər kimi suvarılmağa ehtiyyacı olur. Sevgimizin yayında biz yarımızın ehtiyaclarını anlamağa, həmçinin, öz ehtiyaclarımızı anlatmağa çalışmalıyıq. Bu mərhələ öz-özünə keçib getmir. Biz çox çalışmalıyıq sevgi bağımızın üzərində.
Sevginin payızı
Yayda bağımıza göstərdiyimiz qulluğun və əməyimizin bəhrəsini dadmağın vaxtıdır. Payız xəzan fəslidir. Sevgimizin qızılı dövrü gəlib çıxır. Məhz bu fəsildə gərçəklikləri görməliyik. Yarımızın mükəmməl olmadığını analamaqla daha xoşbəxt ola bilərik. Onu olduğu kimi qəbul etməklə münasibətimizə yetkin sevgini gətirməyin vaxtıdır. Paylaşmanın, minnətdarlığın fəslidir sevgimizin payızı. Əgər yayda münasibətimiz üzərində gərgin işləmişiksə, indi bağımızda oturub dincəlməyin əsl vaxtıdır.
Sevginin qışı
Qəfildən hava dəyişir, şiddətli soyuqlar başlayır. Budur, qış gəlib sevgimizə. Özümüzə qapanmağın zamanı gəlib çıxıb. Bizim istirahətə ehtiyyacımız var. Daxilən yeniləşməliyik. Bitməyəcək ağrıların, həyatımıza kölgə salan qaranlıqların fəslindəyik. Biz qoruyucu örtüyümüzü açmalıyıq. Əzaba dözməyin zamanıdır. Yeganə təsəllimiz yalnızlıqdır. Qış təkliyin rəmzidir. Qarşımızdakını azacıq kənara qoyub öz hisslərimiz üzərində işləməyin zamanı yetişib. Biz öz yaralarımızı sağaltmalıyıq. Uzun, soyuq, tək, əzablı qışdan sonra yazın gəlməsi labüddür. Həyat bizə yenidən sevgi, ümid vəd edir. Qışı arxada qoyun. Içinizdəki şübhələrlə, yanlış axtarışlarla birgə qışa əlvida deyin. Bahara qollarınızı açın. Bahar qoxusunu doya-doya içinizə çəkin.
Tərcümə etdi: Günel Əbilova
(“ Qadınlar Veneradan, kişilər isə Marsdan gəliblər” kitabından bir hissə)
|
['sevgi', 'ədəbiyyat', 'dünya ədəbiyyatı', 'Con Grey', 'sevginin fəsilləri']
|
741 |
https://kayzen.az/blog/happy/21112/pozitiv-d%C3%BC%C5%9F%C3%BCnm%C9%99yi-v%C9%99rdi%C5%9F-edin.html
|
Pozitiv düşünməyi vərdiş edin
|
Apollon
|
Xoşbəxtlik üçün
|
27 okyabr 2017, 00:35
|
Hər günün bir öncəkindən xoşbəxt keçməsini istəyirsən? Kim istəməz ki! Sən də daha xoşbəxt və hər gününü dolu dolu yaşamaq istəyirsənsə müsbət düşünməyi bir vərdiş halına gətirməlisen. Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır və inanıram ki hər kəs ruhən, romantik mənada və zehni mənada özünü müsbət düşünməyə öyrədə, öz daxili gücünü artırıb daha xoşbəxt yaşamanın yollarını öyrənə bilər. Müsbət düşünmə quruluşunu bir dəfə ələ keçirdikdə həyatı daha enerjili və daha həvəsli yaşamağa başlayacağıq.
Müsbət düşünmə tərzi həyatımıza bir çox gözəllik qatacaq və onlardan bəziləri isə özümüzə olan etibarımızı artırması, streslerimizi, hirslilik və depressiya hallarimizi ən aza endirməkdir. Bu pis hallardan xilas olmaq ve çox daha sağlam yaşamağı bizə təqdim edir deməkdir. Səhv etməkdən qorxmayın, müvəffəqiyyətli hər insanın gün içində etdikləri bir çox səhvləri vardır və o etdikləri onlarla səhvləri onların daha uğurlu olması üçün əslində bir köməkçidirlər.
1. Həyatdan məmnun ol
Həyatda sahib olduğumuz kiçik şeylərdən belə məmnun olub şükr etməyi öyrənməliyik. Bəlkə bank hesabında milyonlar yoxdur amma böyük ehtimalla bir ailən, uşaqların, yoldaşların, işin və ən əhəmiyyətlisi azadlığın əlində və bunlar üçün məmnun olmalı şükr etməyi unutmamalıyıq. Bəlkə də ən əhəmiyyətlisi sağlamlığımız yerində. Özümüzü pis hiss etdiyimiz və demoralize olduğumuz zamanlarda həyata qarşı üsyankar olar hər şeydən şikayətçi oluruq, lakin yuxarıda saydığım sahib olduğumuz əhəmiyyətli şeyləri unutduğumuz üçün belə düşünməyə və isyankar olmağa başlayırıq. Müsbət düşüncə quruluşunu bir vərdiş halına gətirmənin ən əhəmiyyətli mərhələlərindən biri həyata qarşı üsyankar olmamaq və məmnun olma halımızı davamlı davam etdirməkdir.
2. İlhamverici kitablar oxuyun
Əgər kitab oxuma vərdişi varsa səni həyata qarşı gücləndirəcək olan müsbət olmağı sənə unutturmayacak və səni həmişə bir sonrakı yerlərinə qarşı hazırlayacaq olan kitabları oxuya bilərsən. Əgər kitab oxumaqdan xoşlanmır və köhnəlikdir dusunursense, sən də müxtəlif bloqları və bu mövzuda qəzet, jurnalda çıxan yazıları oxuya bilərsən. İnternet mühitində tonlarla müsbət düşüncən i vərdiş halına gətirmənin yollarını izah edən yazılar var və bir çoxu işə yarayır. Tək etməyin lazım olan oxumağa başlamaq və yazılanlara güvenmektir.Her gün on on beş səhifə kitab oxumaq ya da günlük təyin etdiyin yazıları ya da Söyleşiler oxumaq və bunu hər gün qətiliklə etmək sənin üçün çox yaxşı bir başlanğıc olacaq və müsbət düşünməyi hiss etməyə başlayacaqsan.
3. Hər gün ən az bir müsbət cümlə yazın və bunu vərdiş halına gətirin
Həyatında hər gün yaşadığın ən az bir müsbət və səni çox xoşbəxt edən bir hadisə vardır. Bu an yaşadığın gününü nə qədər çətin keçdiyini bilə bilmərəm amma əminəm ki gün içində səni xoşbəxt edən ən az bir hadisə yaşadın ya da yaşayacaqsan. Hər kəsin gün içində ətrafında reallaşan xoş hadisələr olur.Bu hadisələri kağıza keçirməyi yoxla və bunu vərdiş halına gətir. O zaman görəcəksən ki bu hadisələrin təsiri daha uzun davam edəcək və xoşbəxt olma halın bütün gününə əks olunacaq və qarşılaşdığı çətinliklərə qarşı da bir qalxan vəzifəsi görəcəklər. Çünki artıq bilirsən ki həyatında gözəl və səni xoşbəxt edən hadisələr da olur. Tək etməyin lazım olan bu hadisələri görmək və fərqinə varmaqdir. Bəli, bir çətinliklə qarşılaşdığında artıq nə edəcəyini bilirsən: Yazdığın kağızı ortaya çıxar, oxu və bir az gül, arxasında qarşılaşdığın çətinliklə əlaqədar axtarışa başla. Belə çox daha asan olacaq.
4. Ətrafındakı mənfi düşünən və davranan insanlardan uzaqlaş
Əgər ətrafındakı və ətrafındakı insanlar hər fürsətdə mənfi düşünür və davranırsa, bu tərz insanların yanında müsbət düşünməyi və bunu bir vərdiş halına gətirmək olduqca çətindir. Davamlı müsbət düşünən dostları və bu tərz düşünən insanların olduğu birliklərə girib bu kəslərin tətbiq üsulları tətbiq eledikce müvəffəqiyyətli bir strategiya olacaq. Bu tərz insanları özünə qoyduğun hədəflər üçün sənə mənəvi verəcək və səni daha da müsbət düşünməyi üçün yüreklendireceklerdir. Bu şəkildə müsbət insanların içindəykən və günlərinin ən azından müəyyən bir qismini bu tərz insanlarla kecirirken hədəflərinə çatmaq daha asan olacaq. Mənfi insanlardan uzaqlaşma sənə yalnız enerji verməyəcək eyni zamanda müsbət insanların həyatına girməsi üçün də bir fürsət təqdim edəcək.
Validə Abbasova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
|
['müsbət düşün', 'pozitiv əhval-ruhiyyə', 'pozitiv', 'nikbinlik', 'optimizm']
|
742 |
https://kayzen.az/blog/ushaq_terbiyesi/21097/erk%C9%99n-yetkinliyin-qar%C5%9F%C4%B1s%C4%B1n%C4%B1-almaq-olarm%C4%B1.html
|
Erkən yetkinliyin qarşısını almaq olarmı?
|
Apollon
|
Uşaq tərbiyəsi
|
22 okyabr 2017, 16:40
|
“Erkən yetkinlik“ müasir dövrün ən böyük problemləri arasında mühüm yer tutur. Bir çox ailənin mübarizə etdiyi erkən yetkinlik probleminə xüsusilə, qız uşaqlarında daha tez rastlandığına diqqət çəkən həkimlər qarşılaşılan problemlərlərlə valideyinləri tanış etməyə çalışırlar.
Yetkinlik- uşaqlıqdan yetkinliyə addım atılan dövrdür. Uşağın fizioloji, psixoloji və ictimai baxımdan bir sıra dəyişikliklərə uğradığı müvəqqəti bir prosesdir- erkən yetkinlik.
Yetkinlik yaşı normalda qız uşaqlarında 8-13, oğlan uşaqlarında isə 9-14 yaş arasıdır. Əgər yetkinliyə aid əlamətlər qızlarda 8, oğlanlarda isə 9 yaşından əvvəl görülürsə uşaq erkən yetkinliyə çatmış deməkdir. Normalda yetkinliyin qızlardaki ilk əlaməti döş toxumasının böyüməsidir. Nəhayət ilk aybaşının başlamasıyla da tamamlanmaya doğru gedər.
Erkən yetkinliyə qızlarda daha çox rast gəlmək olur.
1.Erkən yetkinlik qızlarda oğlanlardan daha çoxdur və çox vaxt yaranma səbəbi ortaya çıxardıla bilməz.
2. Ancaq bəzən altda yatan çox əhəmiyyətli bir tibbi problem də ola bilər.
3. Xüsusilə də oğlan uşaqlarında görülərsə daha da diqqətli yanaşmaq lazımdır.
4. Hormon tərkibli qidalar erkən yetkinlik səbəb olur.
5. Dünyada son 10 ildə xüsusilə diqqəti çəkən nisbətdə erkən yetkinlik probleminə rast gəlinir.
6. Aparılan araşdırmalardan məlum olur ki, aldığımız qidaların tərkibində olan hormon və qatqı maddələri uşaqlarda bu vəziyyətə səbəb olur.
7. Böyümə hormonu əlavə olunaraq yetişdirilən meyvələr (çiyələk vs) tərəvəzlər (pomidor, brokoli vs), yenə hormon (xüsusilə estrogen) əlavə olunaraq sürətli böyüdülən toyuqlar və yumurtalar, ətlər və süd uşaqlarda hormon probleminə səbəb ola bilir.
8. Normal şərtlərdə uşaqlıq dövründə bu hormon xəbərdarlıq sistemi beyində, yetkinliyə qədər səssiz bir gözləmə şəraitində olduğu haslda bu xarici təsirlərin nəticəsində aktiv hala gəlir.
9. Eyni zamanda qatqı maddələri qədər olmasa da iqlim dəyişiklikləri və fiziki şərtlər də erkən yetkinliyə səbəb olur.
10. Fast food tərzi və süni sənaye məhsulları ilə qidalanma vərdişləri obezitəyə səbəb olaraq bədənin yağ nisbətini artırmaqla erkən yetkinliyə səbəb ola bilir.
Erkən yetkinlik uşaqlara necə təsir edir?
1. Erkən yetkinlik dövrünə qədəm qoyan uşaqda boy artımı olmur və zəif olur.
2. Yoldaşları, ailəsi və müəllimləri ilə ünsiyyət problemi yaşayan uşaq məktəbdə müvəffəqiyyətsiz olur.
3. Agresif, özünə etibarsız, dəyərsizlik duyğusuna sahib bu uşaqlarda maddə asılılığı, intihar meyli görülə bilir.
Müalicəsi necə edilir?
1. Yaxşı bir müayinə sonrasında farmakoloji maddələrdən istifadə etməklə aktif olmuş sistemin fəaliyyəti dayandırılır və erkən yetkinliyin qarşısı alınır.
2. Gerçək yetkinlik yaşı gözlənilib zamanı gəlincə bu dərmanlar kəsilərək yetkinliyin inkişafına icazə verilir.
3. Uşağın psixoloji problemləri üçün də mütləq kömək alınmalıdır.
4. Erkən yetkinlik problemininn həlli zamanı mütləq endikrinoloqa, psixatra, ginekoloqa, psixoloqa müraciət etmək lazımdır.
5. Müasir həyatın gətirdiyi bu mənfi təsirləri qarşısını almaq hələlik ancaq fərdi səy ilə mümkündür.
6. Bəslənmə vərdişinə diqqət edilməlidir.
7. Buna görə də ailələrin üzərinə böyük vəzifə düşür.
Kişilərdə erkən yetkinlik hansı xəstəliklərin əlaməti ola bilər?
1. Beyin şişləri.
2. Beyin abses və infeksiyaları.
3. Böyrəküstü vəzlərinin şişləri.
4. Yumurtalıq-testis şişləri və xəstəlikləri aparılan müayinələrdə bu problemlərin olmadığı təyin olunduqdan sonra erkən yetkinliyə səbəb olan xarici faktorları düşünmək lazımdır.
5. Qız uşaqlarında problem olsun ya da olmasın yetkinliklə əlaqədar ilk müayinələri 13 ilə 15 yaş arasında mütləq edilməlidir.
6. Ailələr də bu mövzuda daha diqqətli olmalıdır.
|
['uşaq tərbiyəsi', 'uşaqlarda erkən yetkinləşmə', 'yetkinlik dövrü']
|
743 |
https://kayzen.az/blog/issoc/21118/ba%C5%9Fqas%C4%B1n%C4%B1n-sevgilisini-sevm%C9%99k-g%C3%BCnahd%C4%B1rm%C4%B1.html
|
Başqasının sevgilisini sevmək günahdırmı?
|
Apollon
|
islam və cəmiyyət
|
22 okyabr 2017, 16:34
|
Şeytan vəsvəsə vasitəsi ilə sizin qəlbinizə haram olan sevgidən bir köz atıb. Siz bu haram olan şəhvət közünü şeytandan sizə təlqin olunan zəhərli oxlarının vasitəsi ilə (yəni haram olan nəzərlərlə, naməhrəmə baxmaqla), fəsad verən xam xəyallarla, yalnış ümidlərə qapılaraq və yalan olan arzularla alovlandırmısınız.
Böyük islam alimi İbn əl-Qeyyim (rahiməhullahu) «Zəədu-l-Məad» kitabında belə demişdir: «Bu xəstəlik qəlb xəstəliklərindən biridir. Həm öz-özlüyü, həm səbəbləri, həmdəki müalicəsi ilə başqa xəstəliklərdən fərqlidir. Əgər davamlı olarsa, bu xəstəlik getdikcə daha da şiddətlinib möhkəmlənər, həkimlərin xəstəni müalicə etməsi çox çətinləşər və xəstə üçün olduqca böyük təhlükələr yaradar. Sonra o yenə də sözünə davam edərək deyir; Eşq bəlasına əsasən Uca Allahın məhhəbbətindən xali (boş) olan qəlblər tutulur. Əgər qəlb Uca Allahın sevgisi ilə dolu olub, Onunla görüşməyə (görməyə) həvəsli olarsa, bu onu eşq xəstəliyi bəlasına tutulmaqdan müdafiə edər və onun qarşısını alar. Ona görə də Uca Allah bu xüsusda Yusufu (aleyhi-s-sələm) misal gətirərək deyir: „(Qadın) ona meyl etmişdi. Əgər (Yusuf) Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır“. (Yusuf, 24).
Bu ayə ona dəlalət edir ki, həqiqətən ixlaslı (səmimi) olmaq insanın özünü, şeytani sevgini və bunun üzərində qurulan günah və çirkin əməllərdən qorumasına bir səbəbdir. Buna görə də, bəzi keçmiş alimlər deyiblər ki, (haram) eşq sanki boş qəlbin hərəkətidir, yaxud (haram) sevgi qəlbin boşluğunun əlamətidir.
Şəriətə görə sizin etməli olduğunuz şeylər bunlardır:
Naməhrəmə baxmaqdan, söhbətdən, xəyallardan və digər şeylərdən çəkinmək
Siz Uca Allaha səmimi qəlbdən çoxlu dua etməlisiniz ki, sizi qəzəbinə aparan səbəblərdən və bu bəlanın kökü olan haram baxışlardan qorusun! Baxışlardan sonra vəsvəsə qəlbə yol açır, qəlb isə boş xəyallar və ümidlər qurmağa başlayır. Hətta qəlb o hala gəlib çatır ki, haramı icra etmək üçün arzu və xəyal edir.
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: „Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar“. (İmam Əhməd: „Musnəd“, 1/412).
Uca Allah buyurur: „Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar...“. (ən-Nur, 30-31).
Evlənmək
İnsanın namusunu haramdan qorumasının ən böyük yolu düşüncələrini və istəklərini Allahın halal buyurduqlarına yönləndirməsidir. Bu halda da, əgər imkan varsa, evlənməkdir. Əgər qəlb kimdənsə xoşlanarsa, bu zaman ən münasib olan odur ki, onunla şəri nigah bağlayasınız. Cabir ibn Abdullah (Allah onlardan razı olsun) nəql edir ki, bir nəfər Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gəlib belə soruşdu: „Ya Rəsulallah! Bizim yetim bir qızımız var. Onu biri varlı-hallı, digəri kasıb olmaqla iki nəfər almaq istəyir. Biz imkanlı olana vermək istəyirik. Özü isə kasıba üstünlük verir. Bu məsələyə siz necə baxırsınız? Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu suala belə cavab verdi: “Bir-birini sevən cütlük üçün evlənməkdən (nigahdan) daha münasib, üstün (bir şey) olmayıb (yoxdur)». (İbn Məcəh, 1847). Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Qoy evlənməyə imkanı olan (hər kəs, cavanlar) evlənsin. Çünki evlilik, gözləri və cinsiyyət üzvünü (zinadan) qoruyan ən yaxşı (səbəbdir). İmkanı olmayanlar isə oruc tutsunlar. Çünki oruc (insanın) şəhvətini soyudur». (əl-Buxari, 1905).
Bu halda siz tez evlənməyə tələsməlisiniz və çalışmalısınz ki, qarşınıznda olan maneələri Allahın izni ilə aşasınız və günah əməlləri özünüzdən uzaqlaşdırasınız. Bu halda siz etibar etdiyiniz adamların (sizi başa düşən ananız, bacınız, əməli saleh qohumlarınız və s.) köməklərindən də istifadə edə bilərsiniz.
Vəsvəsədən qorunmaq üçün çoxlu ibadət etmək
Evlənənə qədər siz özünüzü fiziki və əqli olaraq ibadətlərlə (namaz, oruc, zikr və s.) və Allaha itaətlə məşğul etməlisiniz. Şeytana sizin qəlbinizə girib sizə mane olmasına bir an da olsa belə imkan verməməlisiniz və bütün o şeytandan gələn şəhvani qapıları bağlamalısınız.
Dualarla Allahdan kömək istəmək
Bu xəstəliyin ən yaxşı və faydalı müalicə üsullarından biri də Uca Allaha səmimi (ixlasla) qəlblə yalvararaq, yalnız Ona təvəkkül edərək Onun qarşısında zəlilliyini və acizliyini etiraf edərək dua etmək və Onun köməyini, yardımını istəməkdir. Başlanğıc üçün bu ilkin addımdır. Sonra isə siz ismətinizi qorumağa çalışmalı və qəlbinizdə olan şeytani şəhvət hislərini gizlətməyə çalışmalısınız! Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: «Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Uca Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Uca Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Uca Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir». (əl-Buxari, 6470; Muslim, 1053).
Siz bilirsiniz ki, sizə başqa heç nə kömək olmayacaq və onunla evlənə bilməyəcəksiniz. Ona görə də etdiyiniz bu əməl haram və ağılsızlıqdır. Siz ömrünüzün çiçəklənən vaxtındasınız və yollar da qarşınızda çox asan və rahatdır. Ona görə də özünüzü Uca Allahın sizə qadağan etdiyi şeylərlə məşğul etməyin! Sonda Uca Allahdan istəyirik ki, imanı sizə sevdirib onunla qəlbinizi zinətləndirsin! Küfrə, fasiqliyə və asiliyə qarşı da sizdə nifrət hissi yaratsın, ən gözəl əməlləri və sözləri yerinə yetirməyə sizi müvəffəq eləsin və sizə əməli saleh ər və gözəl övladlar bəxş etsin!
zikr.az
|
['islam dini', 'günah', 'sevgi', 'xəyanət']
|
744 |
https://kayzen.az/blog/maraqli-faktlar/21100/bal%C4%B1q-v%C9%99-y%C9%99hudil%C9%99r.html
|
Balıq və yəhudilər
|
Apollon
|
Maraqlı faktlar
|
20 okyabr 2017, 15:34
|
Balıq yəhudi mətbəxi, dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da səmavi bayram simvollarından biri sayılır. Balıq bürcü isə yəhudilərdə həmişə ən xeyirxah zodiak işarəsi kimi qəbul olunub. Bu, bəlkə də onunla bağlıdır ki, iudaizm dinində balığın pis gözlərdən qoruduğuna inanılır. Bundan başqa, yəhudilərin fikrincə, göz qapaqları olmayan balıq Allahın ayıq gözüdür.
Tanexe, Talmud və Kabbala — yəhudi mistikasında balığa müxtəlif aspektlərdən baxılır və bizim müzakirə çərçivəmizdən kənara çıxırlar. Bu yazıda biz balığa yalnız kulinariya obyekti kimi baxmışıq.
Biz sağlam olmaq üçün qidalar vasitəsilə zülallar, yağlar, karbohidratlar, mineral və bioloji aktiv maddələr, o cümlədən vitaminlər qəbul etməliyik. Balıq isə C vitamini və karbohidratlar istisna olmaqla, bütün bu maddələrin ən yaxşı mənbəyidir.
Zülallar bütün orqanizmin əsasını təşkil edən, həmçinin maddələr mübadiləsi və tənzimləmə funksiyalarına görə cavab verən vacib elementdir. Qana hemoqlobin və oksigeni mürəkkəb zülallar daşıyır. Fermentlər və bəzi hormonlar (məsələn, insulin) da — zülallardır. Zülallar orqanizmi qoruyur və bir çox digər funksiyaları yerinə yetirir. Və nəhayət, zülal orqanizm enerji mənbəyi kimi istifadə oluna bilər. 1 qram zülal oksidləşmədə 4.1 kalori yaradır.
Zülallarda amin turşuları da var. Kimyaçılara çox sayda amin turşuları məlumdur, lakin onlardan yalnız 20-si zülalların tərkibinə daxildir. Canlı orqanizmlərdə amin turşuları zülalların və digər bioloji mühüm birləşmələrin biosintezində istifadə edilir. Bakteriyalar və bitkilər bütün lazım olan amin turşuları bəsit maddələrdən sintez etmək qabiliyyətinə malikdir. Lakin bir sıra canlı orqanizmlərdə və insanda amin turşuları sintez oluna bilmir, ona görə də onlar orqanizmə qida ilə daxil olmalıdır. Onlar əvəz oluna bilməyən amin turşular adlanır. Odur ki, balıq əvəzolunmaz amin turşuları və zülallarının əsas mənbəyidir.
Yağların miqdarı isə 0,4%-dən 29%-ə qədər (ağ, qızıl balıq, qütb siyənəyi) çatır. Balıq yağı yarımduru olub, çoxlu miqdarda doymamış yağ turşularından təşkil edilir. Bu turşular oksigenlə asanlıqla oksidləşirlər, odur ki, balıq ətini saxladıqda o iylənir və dadı korlanır.
Balıqda olan doymamış — Omeqa 3 yağ turşuları qiymətlidir. Və amin turşuları kimi yağ turşuları əvəzolunmaz olur, yəni onları bizim orqanizm sintez edə bilməz, qida ilə almalıdır. Balıq isə doymamış və əvəzolunmaz yağ turşularıyla, eləcə də yağda həll olan vitaminlərlə zəngindir.
Yəhudilər niyə uzunömürlü olur?
Balıq yağı dünyada gənclik məlhəmi hesab edilir. Tədqiqatçılar Omeqa 3 yağ turşularının hüceyrə pərdəsinə keçərək metabolizmaya təsir etdiyini müəyyənləşdirib. Orqanizm üçün vacib olan Omeqa 6 və Omeqa 3 yağları mütəmadi şəkildə qəbul edilməsinin faydaları aşağıdakı kimi göstərilir: Yaşlanma prosesini gecikdirir, dərini gözəlləşdirir. Şaça parlaqlıq verir və qırışıqlıqları azaldır.
Məhz buna görə də alimlər həftəlik qida rasionunda balıq rolunun mühüm olduğunu bildirərək xörəklərin tərkibində balıq ətinin istifadəsinin vacibliyini ortaya qoyub. Balıqdan hazırlanan qidaların tərkibində Omeqa 3-ün olması hər bir orqanizm üçün xüsusi əhəmiyyətə malikdir. Balıq növlərinə görə siz qızılbalıq, sardina (Siyənəklər fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verə bilərsiniz.
Yəhudilərin ağıllı olmasının balıqla nə əlaqəsi var?
Son illərdə diyetoloqlar və həkimlər doymamış yağ turşuları – Omeqa 3-ün möcüzəli xüsusiyyətlərini tez-tez aydınlaşdırır. Elmi araşdırmalar göstərir ki, bu əvəzolunmaz yağ turşuları beyinin işini normallaşdırırlar və inkişaf etdirir, ürək-damar sisteminə profilaktik və müalicəvi təsir göstərir, altsheymer xəstəliyi, hipertoniya, ateroskleroz, şəkər xəstəliyi, revmatizm və podaqra kimi dəri xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.
Bəzi tədqiqatlar da göstərir ki, Omeqa 3 gənclər arasında aqressivliyi və depressiyanı azaldır, disleksiya (beyin qabığının zədələnməsi nəticəsində oxumaq qabiliyyətinin itməsidir) xəstələrinə kömək edir.
Həmçinin əgər ana hamiləlikdə və əmizdirmə müddətində kifayət miqdarda Omeqa 3 alırsa, körpənin beyni və görmə bacarığı daha yaxşı inkişaf edir. Həftədə ən az 3 dəfə balıq yedikdə ağıl və zehin sağlamlığı daha yaxşı olur. Şizofreniya, depressiya kimi xəstəliklər az müşahidə edilir.
Balıq yeməyi sevən yəhudilərin ağıllı olmasının bir səbəbi budur. Onlar çox gözəl bilir ki, uşaqların beyin inkişafı üçün qidalanma rasionunda balıq xüsusi yer tutur. Ümumiyyətlə, balığın faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Yeri gəlmişkən qeyd edək ki, İsraildə balıqların istifadə müddətinə, keyfiyyətinə xüsusi nəzarət edilir.
Tərkibindəki B1 və B2 vitaminləri 0,05-0,1 mq%, PP vitamini isə 1-5 mq%-ə çatır. Yağlı balıqların toxumalarında A və D vitaminləri də olur. Dəniz balıqlarının qaraciyərindən alınan yağlarda isə bu vitaminlər daha çox olur. Belə balıqların ətində mikroelementlər, yod çoxdur. Məhz bu kimi amillər də insanın daha sağlam və uzun yaşamasına yardım edir.
O tez xarab olan yeyinti məhsullarına aiddir. Balıq hətta ətdən də tez xarab olur. Odur ki, balığı tutduqdan sonra onu -2-3°-yə kimi tez soyutmaq lazımdır.
Məlumat üçün bildirək ki, balığın faydaları və onun zəruri qida mənbəyi olması təxminən 1400 il əvvəl göndərilən Quranda da bildirilib. Quranda dəniz məhsullarını «Təzə ət yeməyiniz üçün dənizi də sizə ram edən Odur...» («Nəhl» surəsi, 14), «Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da faydalı olsun deyə halal edildi...» («Maidə» surəsi, 96) ayələri ilə xəbər verir.
Bundan əlavə, «Kəhf» surəsində də balığa xüsusi diqqət çəkilir. Bu surədə həzrəti Musanın və onun gənc köməkçisinin uzun bir səfərə çıxdığı və özləri ilə də qida kimi balıq götürdüyü qeyd edilib.
publika.az
|
['balıq', 'balıq əti', 'balıq ətinin faydaları', 'yəhudi', 'yəhudi mətbəxi', 'sağlam qida']
|
745 |
https://kayzen.az/blog/psixologiya/21113/h%C9%99yata-%C5%9Fizoidl%C9%99rin-g%C3%B6zl%C9%99ri-il%C9%99-bax%C4%B1%C5%9F.html
|
Həyata şizoidlərin gözləri ilə baxış
|
Apollon
|
Psixologiya
|
20 okyabr 2017, 15:34
|
Şizoid tiplər yeni tanış olduqları insalara qarşı olduqca ehtiyatlı davranan və eyni zamanda münasibətləri dərinləşdikcə belə bu davranışlarını heç vaxt dəyişdirməyən şəxsiyyət pozğunluğudur. Hisslərini ifadə etməkdə olduqca çətinlik çəkən şizoidlər daha çox öz daxili dünyasında olmağa üstünlük verirlər. Onların dost ətrafları olduqca az saydadır.
Şizoidləri başa düşmək heç də asan iş deyil, çünki onlar özləridə özlərini başa düşməkdən qaçırlar. Belə olduqda biz onların susqun, qayğısız, öz daxili aləmlərinə bağlanmış vəziyyətini izləyərkən,onların özləri və həmçinin başqaları haqqında nə düşündüyünü necə bilə bilərik?
Psixoloqların fikrincə onlar münasibət qurmağın olduqca yorucu olduğunu düşündüyü və səhv adama bağlanmaqlarından qorxduqları üçün, münasibət qurmamağın ən yaxşısı olduğunu fikirləşirlər.
Hamımızın bir çox insanı başa düşməkdə çətinlik çəkdiyimiz və bu münasibəti qurmağın yorucu olduğunu bildiyimiz məqamlar vardır. Lakin bu o anlama gəlmir ki, hər birimiz şizoid adlandırılmalıyıq. Başqalarıyla qurulan əlaqə niyə məhz şizoidlər üçün bir yorğunluq abidəsinə çevrilir? — deyə düşünərkən belə bir qənaətə gələ bilərik ki, onlar sıradan insanlar kimi münasibət qurmaq üçün başqalarının reaksiyalarını başa düşmək üçün səy göstərmirlər. Belə fikirləşək kifayət qədər yaxşı bilmədiyimiz dildə danışmaq məcburiyyətindəyik. Bu situasiyanın bizi necə yorduğu hissi ilə şizoidlərin başqalarıyla münasibət qurmağı hissi bəlkədə eynidir.
Onların münasibət qurmaqdan qaçdığına dair bir başqa səbəb isə başqalarının onlar haqqında fikirləri onlar üçün daha az ,demək olar ki yox səviyyəsində maraqlıdır. Heç vaxt kimlərinsə onları tərifləməyini sevməzlər, çünki bir çox insanlardan fərqli olaraq tərif şizoidlərdə həyəcanlan yaratmaz.
Şizoid tiplər böyük qismini tək olaraq həyata keçirəcəyi peşələrə daha meyilli olurlar. Çox zaman dərinliklərinə qədər araşdirmağı sevdikləri peşənin bir mütəxəssisinə çevrilirlər.
Sevinc Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
|
['psixoloji problemlər', 'şizofreniya', 'şizoid', 'psixoloji pozğunluq', 'şizofren']
|
746 |
https://kayzen.az/blog/346/20876/filank%C9%99sin-balas%C4%B1-sindromu.html
|
“Filankəsin balası” sindromu
|
Apollon
|
346 saylı marşrut
|
19 okyabr 2017, 11:49
|
Yeniyetməlik dövrünə qədər bu kəlmənin yalnız və yalnız öz valideynlərimə məxsus olduğunu və ancaq onların işlətdiyini düşünürdüm. Sonralar dostlarımın da, çevrəmdəki həmyaşıdlarımın da öz ailələrində həmin sözlərin təzyiqinə məruz qaldıqlarını gördüm. Ona görə də bu «filankəsin balası” deyiminə „filankəsin balası” sindromu adını versək lap yerinə düşər. Daha sonralar isə valideynlərim bu sindromun tarixi haqqında mənə açıqlama verdilər. Özlərinin də “filankəsin balası” sindromunun təsiri altında altında böyüdüklərini etiraf etdilər.
Belə nəticəyə gəldim ki valideynlərimiz babalarımızdan, babalarımız ulu babalarımızdan, ulu babalarımız azıx babalarımızdan, azıx babalarımız da başıbatmış babalarımızdan bu sözləri eşidə-eşidə gəlmişlər. Bu cəhətdən ancaq Habil ilə Qabilin bəxti gətirmişdi. Çünki, zavvalı Adəm və Həvvanın gözlərinə öz ailələrindən savayı, başqa bir ailə dəymirdi ki, onlar da həmin ailənin övladlarını „filankəsin balası” sözləri altında Habil ilə Qabilə nümuna göstərsinlər.
Bu “filankəsin balası” sindromu müxtəlif ailələrdə özünü müxtəlif cürə biruzə verə bilər. Məsələn, bunlar „camaatın uşağı”, “xalqın balası”, „bəxtəvərin balası” və bu kimi bir neçə sindromlardan ibarət ola bilər.
Bu söz işlənilərkən sənin və sənə misal çəkilən həmin “filankəsin balası” ilə potensial imkanlarınız, perspektivləriniz, qarşınıza çıxan maneələr, qarşınıza qoyduğunuz məqsədlər və hədəflər ayrı — ayrılıqda nəzərə alınmır. Məhz problemin də kökü bu məsələyə dirənir. İstənilən ailədə „filankəsin balası” sindromundan əziyyət çəkən insanlar bu məsələdə məni asanlıqla başa düşəcəkələr.
Bəs bu “filankəsin balası” kimlərdir? Bu „filankəsin balası” siyahısında yaşca səndən kiçik olmasına baxmayaraq Olimpiada oyunlardan qızıl medal gətirən güləşçiləri, Muğam müsabiqələrində zilə qalxaraq ruhu bədəndən vəhşicəsinə ayıran kiçikyaşlı xanəndələri, xarici ölkələrə yalnız gəzməyə, isirahətə və alış – verişə gedən milli futbolçularımızı, öz doğma əmioğlunu, dayıoğlunu, xalanın rəfiqəsinin qapı qonşusunun baldızı oğlunu, atanın iş yoldaşının əsgərlik dostunun kirvəsinin nəvəsini, ananın bibisi qızınınqudasının kənddən şəhərə oxumağa gələn ortancıl oğlunu və hətta bacarıqlı əks cinsin nümayəndələrini də görə bilərsən. Bu siyahını istədiyimiz qədər uzada bilərik.
İndi oğul axtarıram bu qədər sadalanan “filankəslərin balalarından” özləri üçün nümunəvi insan obrazını seçsin və yaxud həmin şəxlərin ayrı-ayrılıqda hərəsinin ən gözəl xüsusiyyətlərini özündə cəmləyərək ideal bir insan kimi formalaşsın. Dərd burasındadır ki, bu „filankəsin balası” sözü elə pafosla, elə həvəslə, elə istəklə işlənilir ki, onlar avtomatik olaraq sənin kumirinə çevrilir. Hətta öz doğma xalaoğlun da, bibin nəvəsi də, hətta dayın qızı da… Təsəvvür eləyirsiniz?
Necə olur ki illərboyu hər kəs bu sindromdan əziyyət çəksə də bir nəfər də olsa bu bəlanın əlacını tapmamışdır?
Heç kimin bu sindroma yoluxmayacağından sığortalanmadığını nəzərə alsaq təsəvvür edirəm mən də günlərin bir günündə özüm də şəxsən bu sindromun qurbanına çevriləcəyəm…
Müəllif: Aziza
|
['camaatın uşağı', 'filankəsin balası', 'sindrom', 'psixoloji problemlər', 'publisistika', 'xalxın uşağı']
|
747 |
https://kayzen.az/blog/yazar/21065/murakami-i%C5%9Fiqurodan-yaz%C4%B1r.html
|
Murakami İşiqurodan yazır
|
Apollon
|
Yazıçılar
|
17 okyabr 2017, 10:26
|
Bəzi yazıçılar var ki, yeni romanları çıxan kimi məni bir nüsxəsini almaq üçün o saat kitab evinə dartır; sonra o ərəfədə nəyi oxuyuramsa, onu bir yana atıb həmin əsəri oxumağa girişirəm. Bu günlərdə çox az yazıçı mənə bu cür təsir edir. Kazuo İşiquro onlardan biridir.
Məncə, İşiquronun ən gözə çarpan xüsusiyyəti bütün əsərlərinin fərqli olmasıdır; hər romanı fərqli formada qurulub və fərqli yönlərə işarə edir. Struktur və üslub baxımından hər biri açıq şəkilədə digərindən fərqli olmaq üçün yazılıb. Yenə də hər biri açıq şəkildə İşiquronun damğasını daşıyır, buna baxmayaraq, hər biri öz içində mikro-kosmosları olan bənzərsiz dünyalardır.
Amma məsələ bununla bitmir. Bütün bu mikro-kosmoslar bir araya gətiriləndə (əlbəttə, bu sadəcə oxucunun beynində baş verir), daha böyük bir kosmos – İşiquronun bütün romanlarının yekunu – həyat dolu bir formaya düşür. Bu mənada, onun romanları eyni zamanda həm horizontal, diaxron, həm də vertikal, sinxrondur. İşiquronun mənə təsir edən ən güclü tərəfi də budur. Romanlarının hər biri böyük ehtimalla təkamüldəki bir prosesin növbəti mərhələsidir (bağışlayın, əlbəttə, təkamül edirlər). Bununla yanaşı, bu prosesin mövcud olub-olmadığının, ya da nələri ehtiva etdiyinin detallarındansa, bu əsərlərin bir-biri ilə necə çulğalaşması məni daha çox maraqlandırır. Məncə, İşiquronu dəyərli edən və əksər yazıçılardan fərqləndirən də budur.
İşiquronu neçə illərdi oxuyuram və o, məni əsla məyus etməyib, ya da şübhəyə salmayıb. Ona qarşı hiss etdiyim dərin heyranlığın səbəbi əsərlərindəki fərqli dünyaları, kosmosları bir-biriylə çulğalaşdırırkən göstərdiyi böyük ustalıqdı, məharətdir. Şübhəsiz, əsərlərindən söhbət gedəndə mənim də subyektiv seçimlər var; tutalım, A əsəri, mənim zövqümə B əsərindən daha çox uyğun gəlir. Yenə də digər yazıçılarla müqayisə ediləndə, İşiquronun bədii dünyası bu müqayisə məsələsini nisbi şəkildə əhəmiyyətsizləşdirir. Qeyd etməliyəm ki, mənə daha çox təsir edən şeylərdən biri də əsərlərinin hər birinin digərini tamamlaması, dəstləkləməsidir. Eynilə bir araya gələn molekullar kimi.
Açıq deyim ki, çox az yazıçı bu cür çoxhissəli kosmos yaratmağı bacarır. Bu sadəcə tez-tez vöyük roman yaratmaq məsələsi deyil. Bundan daha ziyadə İşiquro əsərini formalaşdıran müəyyən bir baxış bucağına, vahid plana sahib – yazdığı hər yeni roman daha geniş makro-təhkiyənin inşasında – növbəti addımın tərkib hissəsidir. Onun əsərlərinin məndə yaratdığı hiss budur.
Bəlkə də məramımı belə ifadə edə bilərəm: İşiquro azman bir rəsm əsəri üstündə işləyən bir rəssamdır. Rəsmin heybətli, yayılıb genişlənən tərzi bir kilsənin tavanını ya da divarlarını bürüyə bilər. Ucsuz-bucaqsız bir zaman və ağlasığmaz bir enerji tələb edən bütöv bir əsər. Ömür boyu çəkəcək bir iş. Bir neçə ildə bir bu rəsmin bir parçasını bitirir və bizə göstərir. Biz də onunla birgə o parçanın səhnə-səhnə genişlənən kosmosa baxırıq. Bu, həm nəfəs kəsən, həm də son dərəcə özəl bir təcrübədir. Amma bütün əsəri görmək üçün quş baxışı bir mənzərəyə sahib olmalıyıq.
Tamamlanmış əsərdə hansı obrazların görünə biləcəyini və bunların bizə necə təsir edib içimizdə hansı duyğuları oyandıra biləcəyini ancaq təxmin edə bilirik. Bir roman oxucusu kimi, Kazuo İşiquro kimi bir çağdaşa sahib olmaq böyük zövqdür. Bir yazıçı kimi isə böyük təşviqdir. Mənim üçün onun yenin romanlarının necə olacağını təsəvvür etmək, hələ yazmadığım öz əsərlərimi də təsəvvür etmək deməkdir.
Yazı Kazuo İşiquro haqqında 2009-cu ildə çıxan “Kazui İshiguro: Contemporary Critical Perspectives” kitabının önsözüdür.
Tərcümə: Qismət
sim-sim.az
|
['nobelli yazıçılar', 'yazıçılar', 'Haruki Murakami', 'Kazuo İşiquro', 'Kazui İshiguro']
|
748 |
https://kayzen.az/blog/edebiyyat/20859/kitab-x%C9%99st%C9%99si-%7C-herman-hesse.html
|
Kitab xəstəsi | Herman Hesse
|
Apollon
|
Ədəbiyyat
|
15 okyabr 2017, 16:59
|
Biri var idi, biri yox idi. Bir oxucu vardı. O, həyat burulğanlarından cavan yaşlarında ikən qorxaraq kitablara sığınmışdı. Evində çoxlu kitablar vardı, ancaq kitablarla ünsiyyət qururdu. Ən doğru, həqiqi gözəlliyə böyük həvəslə mübtəla olması, bəşəriyyətin ən nəcib, alicənab dərrakələri ilə ünsiyyəti ona təsadüflərlə rastlaşmaq və təsadüfi insanlara qoşulmaqdan daha səmərəli gəlirdi. Həyat insanın yolunu onsuz da istəyindən asılı olmayaraq bu cür təsadüflərə rast gətirir. Onun ev kitabxanasındakı kitabların müəllifləri qədim yunan və roma ədibləri və müdrikləri idi.
Oxucu onların yazı dilini çox sevirdi. Bu dil ona çox müdrik gəlir, düşüncələri ilə uyğunluq təşkil edirdi. Oxuduqca o, insanların zamanla niyə bu cür yüksək mövqelərdən azdığını, səhv yollara düşdüyünü anlaya bilmirdi. Axı bu qədim insanlar elmin bütün sahələrində zirvələri fəth etmişdilər. Höteni nəzərə almasaq, yeni gələn nəsillər demək olar ki, ədəbiyyata heç nə verməyib. Bəşəriyyət bu kitab fədaisinə heç də maraqlı olmayan, hətta lazımsız hesab etdiyi – avtomobillər və hərbi sursatların, dirinin ölüyə, təbiətin rəqəm və pullara çevrilməsi sahəsində xeyli inkişaf etmişdi.
Oxucu sakit həyat sürürdü. O, öz kiçik bağçasında Feokritin şeirləri dilinin əzbəri idi. Xəyallarında antiklərin – xüsusilə də Platonun söylədiklərini düşünür, onlara əməl etməyə çalışırdı. Hərdən ona elə gəlirdi ki, həyatı çox kasıb və məhdudiyyətlər içində keçir. Lakin, oxuduqlarından ona məlum idi ki, ağıllı insan xoşbəxtlik, bolluq və rəngarənglik içində keçirdiyi həyatla deyil, sadiqliyi və öz tələblərini məhdudlaşdırmağı ilə xoşbəxt ola bilər.
Qonşu dövlətlərin birinə kitab almağa gedən oxucu bir axşamını teatrda keçirir. Və onun sürdüyü bu sakit həyat pozulur. Teatrda Şekspirin bir dram əsərini tamaşaya qoymuşdular. Məktəb illərində bu əsəri oxumuşdu. Bu böyük və qaranlıq məkanda özünü məyus və gərgin hiss edirdi. O, qələbəliyi sevmirdi. Amma, özündə tezliklə bu dramın mənəvi çağırışına bir yaxınlıq hiss etdi və tamaşanı çox sevdi. Teatrşünas olmasa da, ssenarinin və aktyor oyununun ortabab olduğunu başa düşürdü. Lakin buna baxmayaraq, hansısa bir işığı, onu bürüyən, indiyə qədər görmədiyi bir ovsunun gücünü hiss edirdi. Pərdələr bağlananda teatrdan sərxoş kimi qaçdı. Səfərini davam etdi və bu ingilis yazıçısının bütün əsərlərini alıb özü ilə evə gətirdi.
İlk dəfə oxucunun dünyasına bir dəlik açıldı ki, oradan onun antik sakitliyinə hava və işıq doldu. Bəlkə də bu hisslərin hamısı oxucunun daxilində varıydı. Bəlkə də bu hisslər hələ indi onun qəlbində baş qaldırırdı. Bütün bunlar necə də qəribə və yeni hisslər idi. Çoxdan dünyasını dəyişmiş ədib heç bir ideala etiqad etmirdi. Əgər edirdisə də, onlar antik yunanlar deyildilər. Şekspirə görə bəşəriyyət tənhalığı seyr edən məbəd deyildi. O,bir dəniz idi. Bu dənizdə məhrumiyyətlərindən xoşbəxt, alın yazılarından sərxoş olmuş insanlar çapalayıb boğulurdular. Onlar sanki bir bürc üzrə, hər biri onun üçün qabaqcadan müəyyənləşdirilmiş istiqamətdə, hətta bu yol ölüm uçurumuna aparsa belə hərəkət edirdi.
Oxucu sanki nəhayət ki, əfsanələrdən ayrılandan və keçmiş həyatını yada salandan sonra, adət etdiyi kitablara qayıtdı. O, hiss etdi ki, indi yunan və romalıların zövqü başqadı – zəhlətökən və yüngüldür, həm də bir az da yaddır. O, müasir kitablar oxumağa başladı. Lakin onları da bəyənmədi. Sanki hər şey əhəmiyyətsiz və cılız sonluqla bitirdi. Süjetlər də qeyri-ciddi idi. Bu oxucunu yeni, qeyri-adi, füsunkarlıqları dərk etmək, anlamaq hissi tərk etmirdi. Axtaran tapar. Və tapdığı yeni kitab Hamsun adlı Norveç yazıçısının idi –qəribə müəllifin qeyri-adi kitabı. Oxucuya elə gəlirdi ki, Hamsun təkbaşına dünya səyahətinə çıxıb. O, plansız, burulğanlı bir həyat yaşayan, qəlbində Allah sevgisi olmayan, ərköyün, əzabkeş idi və sanki ürəyinin ətraf aləmlə həmahəngliyi üçün lazım olan hisslərin axtarışında idi.
Bir axşam gözləri yorulub ağrıyanadək mütaliə etdikdən sonra, oxucu dərin fikrə daldı. O, artıq gənc deyildi. Qədim yunanların belə bir dəyərli fikri vardı: "Özünü tanı!". İndi bu fikir, oxucunun düşüncəsini məşğul edirdi. Oxucu isə özünü tanımırdı, özü barəsində uzun zaman idi ki, heç nə bilmirdi. İtməkdə olan xatirələrin izləri ilə o, xəyalən keçmişə qayıtdı. Horatsinin lirikasından heyran, Pindarın himnindən xoşbəxt olduğu vaxtları yadına salmağa başladı. Antikləri oxuya-oxuya özündə insanlıq adlanan keyfiyyəti aşkarlamışdı. Yazıçılarla birgə o, həm qəhrəman, həm hökmdar, həm müdrik olurdu. O, qanunlar qəbul edir və onları ləğv edirdi. O, yüksək ləyaqət daşıyıcısı idi. İndi bunların hamısı dağıldı, heç vaxt olmayıbmış kimi itib-batdı. O, indi quldurlar və məhəbbət haqqındakı hadisələri oxuyub zövq almırdı. İndi o, həm məşuqla, həm günahkarla, həm qatillə, həm iztirab verənlə nöqsanlar uçurumuna atılır, cinayət və kasıbçılığa meyl edir, duyğu hərisliyinə aludə olurdu. Qorxudan tir-tir əsərək iyrənc insanların və açılması qadağan olunmuş hadisələrin içində nə isə araşdırırdı.
Onun düşüncələri nəticəsiz qaldı. Və tezliklə o, qəribə kitablara qapıldı. Oskar Uayldın insanı titrədən əxlaqsız əhvalatlarını qəbul etməyə çalışır, Floberin etiqadsız Allah axtarışları yollarında azır, yeni dövrün şeir və dram əsərlərini oxuyurdu. Yeni dövr ədibləri sanki həyata deyil, bütün yunanlara və klassiklərə ölüm elan edərək, üsyan və qarışıqlıq təbliğ edir, çirkinliyi Allahlaşdırır, dəhşətlərə gülürdülər. Və oxucu birdən anladı ki, onlar da haradasa bir az haqlıdırlar. İnsan gülürsə, onun daxili aləmində həyatın qanlı hərc-mərcliyindən mütləq nəsə olmalıdır!
Sonra ruhi gərginliyə qapıldı və yoruldu. O, özünü xəstə, qoca və aldadılmış kimi hiss etdi. Bir dəfə yuxuda özünün nə vəziyyətdə olduğunu gördü. O, hündür bir kitab divarının tikintisi üzərində çalışırdı. Divar böyüdükcə, ondan başqa heç nə görünmürdü. Onun məqsədi dünyada olan bütün kitablardan nəhəng bir bina ucaltmaq idi. Və birdən divarın bir hissəsi tərpəndi. Kitablar hörgünün arasından uçuruma tökülməyə başladı. Açılan yarıqdan qorxulu bir işıq şığıyaraq ona tərəf gəldi. Kitab divarının o tərəfindən dəhşətli nəsnələr gördü: tüstülənən havada canlılar və əşyaların ağlasığmaz qarışıqlığını, doğulan və ölən uşaqları, heyvanları, ilan və əsgərləri, od tutub alışan şəhərləri və batan gəmiləri. O, fəryad qoparanların və şənlik edənlərin səsini eşidirdi, qan su yerinə axır, çaxır axıdılırdı. Yanan məşəllərin gözləri kor edən tüstüsü isə aləmi bürümüşdü. O, dəhşət içində ürəyində ağırlıq hissi ilə çarpayıdan atıldı. Öz sakit otağının tən ortasında ay işığında pəncərəsinin önündəki ağaclara və masasının üzərindəki kitablara baxaraq donub qalmışdı. Və o, birdən hər şeyi başa düşdü.
O, aldadılmışdı. Büsbütün aldadılmışdı. Mütaliə edərək, səhifə-səhifə kağız həyatı yaşayırdı o! Bu iyrənc, çirkin kitab divarının arxasında isə əsl həyat qaynayırdı. Ürəklər yanır, ehtiras guruldayır, qan və şərab süzülür, haqsızlıq və məhəbbət şənlik edib qələbə çalırdı. Və bütün baş verənlərin ona heç bir aidiyyatı yox idi. Bunlar başqa adamların başına gəlirdi, o, sadəcə barmaqlarının ucunda səhifələrdəki kölgəni hiss edirdi.
Daha o, yatağa qayıtmadı. Tez-tələsik geyinərək şəhərə tərəf yollandı. Yüzlərlə fənərlərin işıqlandırdığı küçələrdə gəzir, minlərlə qaranlıq pəncərələrə boylanır, yüzlərlə bağlı qapıları dinləyirdi. Dan yeri ağarmağa başlamışdı. Sərxoşluqdan bihuş olacaq adam kimi, doğan günəşin zəif işığında gəzişirdi. Şəhər artıq yavaş-yavaş oyanırdı. Üzbəüz arıq, xəstə bənizli, üzündə qanı qaçmış bir qız gəlirdi. Oxucu qızın qarşısında diz çökdü və qız onu özüylə apardı.
O, qızın otağında yuxarıda toz basmış və hörümçək toru tutmuş, açıq yapon yelpinci asılan sınıq çarpayıda oturmuşdu. Oturub onun necə gümüş pullarla oynamağına baxırdı. Və birdən yenə də qızın əlindən yapışaraq yalvarmağa başladı: «Xahiş edirəm, məni tək qoyma! Mənə kömək et! Artıq yaşlanmışam və səndən başqa heç kimim yoxdur! Mənimlə qal! Daha xəstəlik və ölümdən başqa heç nəyi gözləmirəm! Bu ölümü mən bütün varlığımla, qanımla, ürəyimlə yaşamaq istəyirəm! Sən necə də gözəlsən! Əllərini sıxmaqla səni incitmirəm ki? Yox? Çox xeyirxahsan! Təsəvvür et ki, mən bütün ömrüm boyu dəfn edilmişəm, ölmədən, sağ ikən kağızların içində basdırılmışam! Bilirsən heç bu nə deməkdir? Yox? Yaxşı ki, bilmirsən. Biz birgə yaşayarıq. Günəş artıq çıxıb? Mən ilk dəfədir ki, günəşi görürəm!»
Qız onun narahat əllərini sığallayaraq dinləyirdi. Gülümsəyirdi. Onu başa düşmürdü. O, səhərin bu çağında yuxulu və bədbəxt görünürdü. Bütün gecəni o da küçədə keçirmişdi. Qız birdən gülümsünərək dilləndi: «Bəli, mən sənə kömək edəcəyəm. Sakitləş, narahat olma, mütləq sənə kömək edəcəyəm».
Rus dilindən tərcümə edən: Xanım Aydın
|
['Herman Hesse', 'Hermann Hesse', 'alman ədəbiyyatı', 'esse']
|
749 |
https://kayzen.az/blog/sahmat/20952/samuel-herman-reshevsky.html
|
Samuel Herman Reshevsky
|
Apollon
|
Şahmat
|
15 okyabr 2017, 16:57
|
Bəşəriyyət tarixi insanları öz bacarıqları ilə heyrət içərisində qoyan bir çox dahi insanlara sahib olmuşdur. Onlardan biri də 8 yaşında 8 qat Amerika çempionu olmağı bacarmış Samuel Herman Reshevsky idi. Ən təəccüblüsü o idi ki, adi əlifbanı belə bilməyən 4 yaşlı uşaq şahmat ustalarını asanlıqla “mat” etməyi bacarırdı.
Gələcəyin çempionu 1911-ci ilin noyabr ayında Rusiya imperiyasının Ozorkuv adlı qəsəbəsində dünyaya gəlir. Onun artıq 2 yaşı olduqda lövhə üzərində şahmat fiqurları çəkməyə başlamış, 4 yaşında isə əyalətdə şahmat oyunu üzrə özünə rəqib tanımırdı. Bir qədər sonra o ailəsi ilə Polşanın Lodz şəhərinə köçür. Məhz burada onun dahi Salye ilə görüşü baş turu və bu görüş Samuel-in şahmat karyerasına böyük təkan verir. Yoxsul ailənin 6-cı övladı olan Samuel-in həyatda irəli getmək üçün bundan daha yaxşı şansı ola bilməzdi. Maraqlısı odur ki, kiçik Samuel məktəbə getmir, heyvanları ayırd edə bilmir, riyaziyyat və digər elmləri bilmirdi. Lakin o hər hansı bir şəkildə böyüklərin belə həll edə bilmədiyi tapşırıqları həll edirdi.
Samuel 1933-cü ildə Çikaqo universitetindən mühasib diplomu ilə məzun olur. Keçən əsrin 20-ci illərində Samuelin şahmatçı olaraq Avropa turnesi baş tutmuş və kifayət qədər uğurla başa çatmışdı.
Deyilənə görə, uşağın oyununu ilə izləmək bir qədər vahiməli təsir bağışlayırdı. Böyüklər üzlərində böyük təəccüb və heyrət hissi ilə Samuelə məğlub olurdular. Dahi şahmatçının son oyunu zamanı onun 62 yaşı var idi.
Samuel Reshevsky hələ professional şahmatçı olmadan öncə 1936-cı ildən 1969-cu ilə qədər şahmat üzrə 8 dəfə Amerika çempionu olmuşdu. Bununla yanaşı, çoxsaylı beynəlxalq turnir və oyunlarında qalibinə çevrilmişdi.
|
['şahmat', 'şahmatçı', 'şahmat çempionu', 'Samuel Herman Reshevsky', 'məşhur şahmatçılar']
|
750 |
https://kayzen.az/blog/psixologiya/20896/handikap-prinsipi.html
|
Handikap prinsipi
|
Apollon
|
Psixologiya
|
12 okyabr 2017, 23:14
|
Qadınlar niyə «pis» oğlanları seçirlər?
Məni düzgün başa düşün; klassik sentimental şeylərdən danışmayacağam burada. Sadəcə izah edəcəyəm. Fikir vermisiniz yəqin, aqressiv, bəzən isə əksinə, uşaq sifətli erkək cinsi nümayəndələri qadınların daha çox xoşuna gəlir. Xüsusilə də macərapərəstlər. Oğlanlardan biri paraşutla tullanır. Özü də dağlardan. O dəqiqə başına qadın cinsi nümayəndələri yığışır. Oğlan qumarbazdır. Bütün günü başı qovğadadır. Amma qızlara şirin gəlir.
Normadan kənara çıxan, özünü təhlükəyə atan nə varsa, qızların xoşuna gəlir. Lakin belə yaxından baxanda, başı bəlalı adam çox da çəkici olmamalıdır axı. Sabah bəlkə qumar borcu üstündə bıçaqladırlar? Ya da paraşut açılmadı və adam həlak oldu? Və s. Və s.
Fakt sadədir: qadınlar öz həyatını və varidatını təhlükəyə atan oğlanları daha çox bəyənirlər. Təbiətdə də belədir. Tovuz quşunun erkəyinin quyruğu əslində erkəyin özü üçün zərərlidir. İstənilən çaqqal böyük quyruğu olan tovuz quşunu yaxalayıb yeyə bilər. Yaxud da, xoruz, məsələn, dişini çağırmaq üçün banlayır, boğazını yırtır. İlk baxışdan, mənasız alışqanlıqdır. Xoruzun səsini eşidən çaqqal onu yenə də tutub yeyə bilər. Təbiət zərərli olduğu aşkar olan xüsusiyyətləri niyə saxlayır? Saxlayır nədir; inkişaf etdirir.
Bunun sirrini Amos Zahavi (Amotz Zahavi) adlı bir bioloq izah etdi. Adını da «handikap prinsipi» qoydu. Məgərsə, özünə zərərli, macərapərəstlik əslində erkək genlərinin nə qədər sağlam olduğunu göstərirmiş. Belə düşünək: bütün erkəklər ancaq fərd olaraq özlərinə sərf edən, öz həyatlarını qorumaq üçün uyğun xüsusiyyətlərə malik olsaydı, onların əslində nə qədər sağlam olduğunu tapmaq çətin olacaqdı.
Dişi cinsi məntiqi belə düşünür: Əgər bir erkək özünü təhlükəyə atan bu xüsusiyyətlə cinsi yetişkənliyə çatıbsa, demək genetik olaraq sağlam və güclüdür. Yoxsa indiyə qədər çoxdan bir çaqqal çıxıb onu yemişdi. Amma həmən sevinməyin, ya da bəziləriniz üzülməsin. Handikap prinsipi rəqabətin nisbətən yumşaq, təhlükənin nisbətən daha az olduğu cəmiyyət və sürülərdə işləyir.
Bir yerdə həyat uğrunda mübarizə sərt keçirsə, orada handikap prinsipi işləmir. Belə yerlərdə erkəklər özlərini heç vaxt təhlükəyə atmazlar. Bu, daha çox pişikkimilər (pələng, panter və s.) və ayılarda belədir. Səbəbi isə bəsitdir: pişikkimilər əsasən tək yaşayırlar. Onları sürü qorumur, çox «lotuluq» edə bilməzlər. Sadəcə sürü ilə yaşayan şirlərdə handikap prinsipi işləyir. Sürüdür də....
Vasif İsmayıl
|
['psixologiya', 'psixoloji analiz', 'Handikap prinsipi', 'qadın məntiqi', 'kişi ağlı']
|
751 |
https://kayzen.az/blog/kino/21032/imperator-olmaq-ist%C9%99mir%C9%99m.html
|
İmperator olmaq istəmirəm!
|
Apollon
|
Kino
|
12 okyabr 2017, 22:17
|
Gərək məni bağışlayasanız, amma mən imperator olmaq istəmirəm. Çünki, bu mənim işim deyil. Mən nə yeni torpaqlar işğal etmək istəyirəm, nə də insanları idarə etmək. Hətta əgər mümkün olsaydı mən hər kəsə: yahudilərə, xristianlara, qaralara və ağlara yardım edərdim. Biz insanlar hamımız bir-birimizə yardım etmək istəyirik.Çünki, insan oğlu belə yaradılıb. Biz digərlərnin xoşbəxtliklərindən ilham alıb yaşamaq istəyirik bədbəxtliklərin deyil.
Çünki, biz bir-birimizə nə nifrət etmək, nə də xor baxmaq istəyirik. Yer üzərində hər kəsə çatacaq qədər yer, hər kəsi doyuracaq qədər nemət vardır. Yaşam yolu gözəl və azaddır, lakin biz öz yolumuzu itirmişik: Nəfs insan ruhunu zəhərləmiş, dünyanı nifrət hissi ilə doldurmuş, bizi qazlar kimi yürüş edib safalət və qan tökülməsinə şərait yaratmağa vadar etmişdir.
Surəti artıqsaq da indi də özümüzə qapılmışıq. Bolluq gətirən maşınlar bizi ehtiyac içində qoyub. Bilikliliyimiz bizi həyasız, intellektualılığımız isə bizi sərt və nəzakətsiz edib. Buna görə də çox düşünür, az hiss edirik. Maşınlardan çox insanlığa, intellektuallıqdan çox şirinliyə və mərhəmətə ehtiyacımız. Bu gözəl duyğular olmadan həyat çox acımasız və mənasız olar.
Təyyarələr və radio bizi bir-birimizə yaxınlaşdırdı. Bu icadların əsas məramı insanın içindəki mərhəmətə səslənişdir, ümumbəşəri qardaşlığa və birliyə çağırışdır. Hətta indi məni dünyanın dörd bir tərəfindən milyonlarca insan eşidir. Ümidsiz kişilər, qadınlar və uşaqlar. Onlar günahsız insanlara işgəncə verən, insanları həbs edən bir sistemin qurbanlarıdır. Məni eşidənlərə bir sözüm var: ümidsizliyə qapılmayın. Vaxtsız üzləşdiyimiz bu bəxtsizliyin səbəbi acgöz insanların insanlığın inkişafından qorxmasıdır. İnsanların nifrəti keçəcək, diktatorlar öləcək və onların dünya üzərindəki gücü bir gün xalqa qayıdacaqdır. İnsanlar öləcəklər, amma azadlıq heç zaman ölməz!!!
Əsgərlər!
Sizi xor görən, sizi alçaldan, sizə nə etməyinizi, nə düşünməyinizi və nə hiss etməyinizi deyən bu sarsaqlara itaət etməyin! Onlar sizinlə bir eşşək kimi davranırlar, sizi peşka kimi istifadə edirlər. Bu insafsızlara – beyinləri, ürəkləri maşınlaşmış bu insan-maşınlara görə dəridən-qabıqdan çıxmayın. Siz maşın deyilsiniz! Siz insansız! İçində insanlıq sevgisi olan insan! İçinizdə kin saxlamayın! Yalnız sevilməyən insan nifrət edər! Əsgərlər, qul olmaq üçün mübarizə aparmayın! Azadlıq üçün mübarizə aparın! Müqəddəs Lukanın 17-ci fəslində yazıldığı kimi; Tanrının krallığı insanın daxilindədir. Bir insanın və ya bir qrup insanın deyil bütün insanların! Sizin! Güc – maşın düzəltmək, xoşbəxtlik yaratmaq gücü sizin –xalqaların əlindədir! Bu güclə azad, möhtəşəm və macera dolu dünya yaratmaq olar! Gəlin yeni dünya üçün mübarizə aparaq. İnsanların əmin-amanlıqla işləyə biləcəyi, cavanlara gələcək vəd edən və qocalığa zəmanət verən dünya.
Sarsaqlar sizə bunları vəd edərək hakimiyyəti ələ keçirdilər. Amma yalan deyirdilər! Onlar sözlərinin üstündə durmadılar. Heç vaxt da durmayacaqlar! Diktatorlar öz rahatlıqları naminə xalqı qul etdilər. Dünyanı bütün bunlardan qurtarmaq üçün, milli maneələri aşmaq üçün, tamahın, kinin və qeyri-tolerantlığın olmadığı bir düyna üçün mübarizə aparaq. Ədalətli bir dünya üçün mübarizə aparaq. Elim və uğurun insanların xoşbəxtliyinə xidmət etdiyi bir dünya üçün mübarizə aparaq. Əsgərlər, gəlin demokratiya ətrafında birləşək!
Anna məni eşidirsən? Hər halda bu sənsən, Anna! Gözlərini aç! Gözlərini aç, Anna! Qara buludlar yox olur! Günəş yenidən parlayır! Qaranlıqdan aydınlığa çıxırıq! Yeni bir dünyaya göz açırıq, daha gözəl bir dünyaya, insanların öz nəfsinə, nifrətinə, öz pis əməllərinə qalib gəldiyi bir dünyaya. Gözlərini aç, Anna! İnsan ruhu öz qanadlarını geyinib yenidən göy qurşağına, ümidlərin işıq saçdığı yerlərə uçmağa başlayır. Gözlərini aç, Anna! Gözlərini aç!
“Böyük Diktator” filmindən bir parça
İtalyan dilindən tərcümə etdi: Abuzər Cəfərov
|
['kino', 'film', 'Çarli Çaplin', 'hitler', 'diktator', 'Charles Chaplin']
|
752 |
https://kayzen.az/blog/yazar/21077/nabokovun-nakam-m%C9%99h%C9%99bb%C9%99ti.html
|
Nabokovun nakam məhəbbəti
|
Apollon
|
Yazıçılar
|
12 okyabr 2017, 22:12
|
Araşdırmaçıların dediyinə görə Vladimir Nabokovun “Başqa sahil” adlı hekayəsi Peterburqdakı malikanədə baş verib. Çoxlarına məlum deyil ki, həmin malikanənin eyvanında on altı yaşlı gənc Nabokov Vale Şulqinlə qarşılaşır. Bu təsadüfün sirli olması ondadır ki, sonradan Nabokovun Lolita obrazı məhz həmin insanla qarşılaşmasından yaranacaqdı…
Sirli qarşılaşma
Nabokov “Lolitası”nı belə xatırlayırdı: “Onun boyu elə də uca deyildi, həvəsli görünür, yerişindən-duruşundan zirək birinə oxşayırdı. Bu da onun gözəlliyinə bir az da incəlik, zəriflik, canlılıq gətirirdi. Onun məzəsi, qəribə, qeyri-ixtiyari gülüşü, tez-tələsik danışığı, sözləri düzgün tələffüz etməməsi, düppədüz, ağappaq dişləri, saçı, doluxsunmuş gözləri, zərif sinəsi, köhnə tufliləri, kiçik, donqar burnu, şirin, xoşagələn qoxusu – bütün bunlar bir-birinə qarışaraq göz oxşayan zəif bir dumanı ortaya çıxardır. Hansı ki, bu duman indi mənim hisslərimi dörd tərəfdən bürüyüb”, — yazıçı Şulqinlə görüşü barədə gündəliyində yazır.
Gənclər 1916-cı ilin yayında qarşılaşırlar. Onda Nabokovun on altı yaşı vardı. Qız ondan bir neçə ay balacaydı. Bu qarşılaşma Şulqində böyük, yaddan çıxmaz bir təəssürat oyatdığından o, Nabokovla görüşməyi qərara alır. Malikanədə bir-birini görən cütlüyün taleyinə hamını çaş-baş qoyacaq bir sevgi yazılır. Onu da deyək ki, bu malikanə Nabokova homoseksual əmisindən miras qalmışdı. Vasiliy Rukavişnik ismində olan Nabokovun əmisi uşaq sahibi olmadan dünyadan köçmüşdü.
Şulqin Nabokovun göz bəbəyi olan malikanədən 4-5 metr aralıdakı yerə öz doğmalarını yerləşdirmişdi. Ata-anasının Nabokovla oturub-durmasını, söhbətləşməsini düşünən qızın bu istəyini gələcəyin yazıçısı ağlına belə gətirməmişdi. Bütün bunlarla yanaşı, Nabokov xoşbəxt idi. O, yaşca Şulqindən balaca olsa da, bu sirrli əlaqəni kəsmək istəmirdi. Çünki Valini, gördüyü ilk qadını sevirdi… Bu sevgi Nabokova yaradıcılıq həyatı da verdi: gələcəyin yazıçısı “Başqa sahillər”i yazmağa başlamışdı.
İntim mövzu haqqında söhbət
Malikanədə işləyən tərbiyəçinin bir dəfə Nabokovu axtarması gizli sevginin üzə çıxmasına səbəb olur. Özündən çıxmış gənc Nabokov tərbiyəçidən anasına şikayət edir. Sonrakı gün Nabokov öz atasıyla ciddi söhbət etməyi qərara alır. Kitabxanadan ayrılıb gələn gələcəyin yazıçının sualı atasını təəccübləndirir: “Qadınla necə hərəkət etmək lazımdır ki, hamilə qalsın?” Təəccüblənmiş Vladimir Dmitreviç oğlunu xeyli tənbeh edir.
Ayrılıq...
İnqilab dövrü yetişənə qədər böyük bir zaman kəsimində Nabokovla Valeninn sevgi macərası davam edir. Yazıçı axırıncı dəfə qatardakı görüşdən belə yazırdı: “Qışın oğlan çağında, səbəbini aydınlaşdıra bilmədiyimiz ayrılıqdan sonra onu qatarda yenidən gördüm. Bir neçə dəqiqə, stansiya ötüb keçənə qədər ikimizdə eləcə vaqonda yanaşı durduq. Mən əvvəllər heç keçirmədiyim dəhşətli bir həyacan içindəydim. Ona olan sevgimə görə içimdə hər şey qarma-qarışıq bir hal almışdı — təəssüf, təəccüb, xəcalət və fantastik bir uydurma...”
Bu onların son görüşü olur. Bundan sonra gənclər bir daha qarşılaşmadılar. Vale inqilab dövründə Petroqrada yollandı və orda qarşılaşdığı çekistlə evləndi. Bu hadisəni eşidən Nabokov isə həyatında ilk dəfə ağır bir kədərin içinə yuvarlandı… Bu onun yaradıcı taleyi idi…
Oğuz Ayvaz
|
['yazıçılar', 'Nabokov', 'Vladimir Nabokov', 'yazıçıların sevgisi', 'nakam sevgi']
|
753 |
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/20692/vegetarianl%C4%B1q-v%C9%99-veqanizm-u%C5%9Faqlara-faydal%C4%B1d%C4%B1rm%C4%B1.html
|
Vegetarianlıq və veqanizm uşaqlara faydalıdırmı?
|
Apollon
|
sağlam həyat tərzi
|
10 okyabr 2017, 14:17
|
Dünyada heyvan mənşəli məhsullardan tamamilə və ya qismən imtina etmək getdikcə populyarlaşır. Vegetarianlıq özü-özlüyündə bir neçə növə bölünür- süd içən vegeterian və ya yumurta yeyən vegeterian. Həqiqi vegetarianlar, onları veqanlar da adlandırırlar, ümumiyyətlə heyvan mənşəli heç bir qida qəbul etməyib, balıq, yumurta, süd məhsulları və baldan da imtina edirlər.
Bir qayda olaraq, vegetarian həyat tərzi seçmiş valideynlərin övladlarının da rasionunda ət və ət məhsulları olmur. Lakin, son zamanlar vegetarian ailələrdə böyüyən uşaqların pis qidalanma səbəbilə xəstəxanaya yatırılma halları artıb. Məhz bu səbəbdən İtaliyada 16 yaşdan aşağı uşaqları bu pəhrizə məruz qoymağın cinayət hesab olunmasına dair qanun layihəsi irəli sürülüb, Amerikada isə vegetarianlıq səbəbilə uşaqlarını pis qidalanmaya məruz qoyan valideynlər cinayət məsuliyyətinə cəlb olunub.
Vegetarianlıq və ya veqanizm tərzində yaşayan ailələrində uşaqların kifayət qədər B12 vitamini qəbul etməməsi ilə nəticələnir. Elmi icmalçı, Anna Remişin sözlərinə əsasən, B12 (kobalamin) çatışmazlığı anemiyaya, nevroloji pozuntulara və hətta autizmə səbəb ola bilər. Bu həyati əhəmiyyətli vitamini yalnız heyvani mənşəli qidalardan və ya süni vitamin əlavələrindən almaq olar.
Norveçli alimlər tərəfindən həyata keçirilən tədqiqatlar nəticəsində məlum olub ki, bu cür vitaminin çatışmazlığından əziyyət çəkən uşaqlar gələcəkdə intellektin inkişafı ilə bağlı problem yaşaya bilər. Alimlər bu qənaətə son 5 ildə 320 nepallı uşaq üzərində apardıqları araşdırma nəticəsində gəliblər. Araşdırma çərçivəsində vegetarian pəhrizi ilə qidalanan uşaqlar hərfləri, həndəsi fiqurları daha pis qavrayır, tapmacaları daha gec həll edirdilər. Mütəxəssislərin sözlərinə əsasən, rasionundan ət, yumurta və süd məhsullarını tamamilə çıxarılmış vegetarian ailələrin uşaqları da risk zonasına düşür. Xüsusilə qız uşaqları cinsi yetişkənlik dövründə ikən orqanizmdə dəmir səviyyəsi aşağı düşür və bu çatışmazlığı bitki tərkibli qidalar hesabına aradan qaldırmaq mümkün olmur.
Britaniya Pəhriz Assosiasiyasının üzvü, uşaq dietoloqu Helen Uilkok, bildirib ki, vegetarian uşaq böyüdən valideynlər qidalanma barəsində kifayət qədər məlumatlı olmalıdırlar: “Vegetarain uşaqlarda D vitamini, kalsium, dəmir və B12 vitamini çatışmazlığ ola bilər. Odur ki, onlara ən azından vitamin formasında qida əlavələri vermək lazımdır”.
Bundan əlavə, pediatrların sözlərinə əsasən, uşaqların sağlam inkişafı üçün onların müəyyən amin turşularını qəbul etmələri zəruridir və bu turşulardan bəziləri yalnız heyvan mənşəli qidaların tərkibində var. Digər bir narahatedici məsələ isə vegetarianların rasionuna daxil olan qidaların tərkibində kifayət qədər zülalın olmamasıdır. Helen Uilkok zülal ilə bağlı bunları deyib: “Əgər uşaq ət və balıq yeyirsə, bütün düzgün amin turşularını asanlıqla qəbul edir. Amma, əgər uşaq paxlakimilərlə qidalanırsa, bir növ paxla onu bütün amin turşuları ilə təmin etmir. Odur ki, paxlakimiləri balanslaşdırmaq lazımdır. Digər sözlərlə desək, ancaq toyuq yeyən uşaq bütün amin turşularını qəbul edir, yalnız bir növ paxla yeyən uşaq isə yox”. Həmçinin pediatrın sözlərinə görə veqan pəhrizi ümumiyyətlə, çox az enerji tutumludur və daha çox enerji almaq üçün daha çox qidalanmaq gərəkdir. Lakin məlumdur ki, uşaqlar az miqdarda qida ilə kifayətlənirlər, bu isə onları daha ciddi riskə atır. Mütəxəssis veqan valideynlərə uşaqlarının qidasına daha çox yağ qatmağı tövsiyə edir ki, bu da qidanın enerji tutumunu artıra bilir.
Çoxsaylı tədqiqatlardan sonra amerikalı alimlər bu qənaətə gəliblər ki, vegetarian pəhrizinə riayət edən insanlar genetik mutasiyaya məruz qalır. Nəticə etibarilə xərçəng və ürək-damar sistemi xəstəliklərinə yaxalanma riski artır. Alimlərin bu kəşfi vegetarianların kolorektal xərçəngə ətyeyənlərdən 40% daha çox yaxalanmasının səbəbini izah etməyə imkan verib. Bundan əlavə, ABŞ-ın Kornel Universitetinin tədqiqatçıları vegetarianlıq və veqanizmə riayət edənlərin və ət məhsullarından istifadə edən insanların genomlarını müqayisə etdikdə əhəmiyyətli fərqlərlə rastlaşıblar.
Bir faktı da qeyd etmək lazımdır ki, vegetarian ailələr övladlarının kifayət qədər kalsium qəbul edə bilməsi üçün onları soya südü və digər soya məhsulları ilə qidalandırırlar. Lakin, məsələ burasındadır ki, satışda olan soya məhsullarının əksəriyyəti GMO tərkiblidir və bu məhsullar uşaqların sağlamlığı üçün daha təhlükəlidir.
Britaniya Qidalanma Fondunun mütəxəssisi Kler Üilyamsonun fikrinə görə, valideynlərin ən çox yalnış bildikləri bir məqam var:”Böyüklər üçün faydalı olan, uşaqlar üçün də faydalıdır.” Reallıqda isə vəziyyət kifayət qədər fərqlidir. Məsələn, böyüklərin daha az yağa ehtiyacı olduğu halda uşaqların yağa olan tələbatı qat-qat böyükdür. Bir sözlə, böyüməkdə olan bədənin yetkin bədənə nisbətdə tələbatları daha çoxdur və bu amil vegeterian və ya veqan valideyn tərəfindən nəzərə alınmalıdır. Mütəxəssislər bütün insanların, xüsusilə uşaqların balanslaşdırılmış rasiona malik olmasının həyati vacib orqanların fəaliyyəti üçün zəruri olduğu qənaətindədirlər. Bunun üçün heyvan mənşəli zülalın nə qəbulunda, nə də imtinasında ifrata varmaq tövsiyyə edilmir.
Müəllif: Xumar Ərşadlı
|
['uşaq sağlamlığı', 'vegetarian', 'vegeterianlar', 'veqanizm', 'sağlam həyat tərzi']
|
754 |
https://kayzen.az/blog/kino/20232/poetik-filmin-usta-rejissoru.html
|
Poetik filmin usta rejissoru
|
Apollon
|
Kino
|
8 okyabr 2017, 17:21
|
Poetik filmlər deyəndə ağlımıza nə gəlir? Və ya poetik filmlər bizə kimləri xatırladır? Poetika ilə film arasındakı əlaqələr nədir? Uzun vaxtdır, bu suallar üzərinə düşünürəm. Və bu prosesdə şeiri filmə köçürmək deyəndə ağlıma 2 mərhum insan gəlir. Bunun biri dəyərli Andrey Tarkovski və Kşiştof Kyeslovskidir. Amma bu gün sizə uzun və yorucu bir mütaliə bağışlamaq istəmirəm. Sənəti bu qədər sıxıcı fəaliyyət hesab etməyinizi istəmirəm. Halbuki sənət sıxıcılıqdan və monotonluqdan qaçışın bir hissədir. Bəli, bir kiçik hissəsi hesab etmək olar.
13 Mart 1996-cı ildə Polşanın Varşava şəhərinin Mazowieckie qəsəbəsində bir adam infarkt keçirərək həyata vəda etdi. Onsuz da uzun müddətdir, yorğunluq və stress səbəbilə narahatlıq keçirirdi. Düzəlmək üçün işlərini yoluna qoyduqdan sonra hər şeydən əlini-ətəyini çəkib buraya — doğulduğu qəsəbəyə geri qayıtmışdı. Bu adam — 1941-ci il iyunun 21-də, İkinci Dünya Müharibəsinin ən sərt dövründə doğulub. Uşaqlıq illəri ərzində vərəm xəstəsi olan atası üçün anası və bacısı ilə sanatoriyası olan şəhərləri gəzib. Sovet təzyiqi altında əzilən ölkəsində həyat uğrunda mübarizə aparan, Milenium çağının yaxınlaşdığı və Sovet İttifaqının dağıldığı dövrdə artıq həyatdan yorulan və qabığına çəkilən adam Kşiştof Kyeslovski idi.
«Film çəkmək tamaşaçılar, festivallar, tənqidlər, danışıqlar demək deyil. Film çəkmək hər gün səhər saat 6-da oyanmaq deməkdir. Soyuqda, yağışda, palçıqda ağır avadanlıqlar daşımaq deməkdir. Hər şeydən əvvəl, əsəb gücü gərəkdirən bir peşədir və hər şey — ailən, duyğuların, şəxsi həyatın daxil olmaqla ikinci plana atılır. Hamısı bir yana, film çəkmək səbir etmək deməkdir.»
Kyeslovski uşaq vaxtı xilasedici olmaq istəyirdi. Əlbəttə, ailəsi bu vəziyyətə müsbət baxmadı. Lakin atası ona bu işin qənaətbəxş olmadığını göstərmək üçün Kşiştofu bir yanğınsöndürən məktəbinə yazdırır. O anlayır ki, buralar onun yeri deyil. Ailəsi həmişə onun təhsil almağını istəyirdi. Ancaq o, Varşavada bir səhnə sənəti üzərinə bir məktəbə yazılır. Əslində, Kşiştofun Kyeslovski olması buradan başladı. Və o bu haqda bunları deyir:
“Bu məktəb həqiqətən çox uğurlu idi mənim üçün. Bizi intellekt aspektindən çox oyandırdı. Həyatın yemək, yatmaq və başını girləyə biləcəyin bir ev tapmaq mücadiləsindən daha başqa bir şey olduğunu öyrətdi. Həyatın başqa növdən bir qida olduğunu da — ruh üçün qida və ya ağıl üçün qida. Beləcə, səhnə rejissoru deyil, film rejissoru olmaq qərarına gəldim. Fəqət bunun üçün diplom lazım idi. Amma mən polyakca, sosiologiya və tarix dərslərini oxumaq istəmirdim. Fakültəmi dəyişdirdim”
Təhsil həyatını tamamladıqdan sonra Kyeslovski ard-arda sənədli filmlər çəkməyə başlayır. İçində olduqları tarixi prosesdə Polşada Sovet İttifaqının gətirdiyi modernist yanaşmalar və onları dərindən sarsan böyük bir döyüşün gətirdiyi krizis xalqı boşluğa düşürmüşdü. Dövrün intellektual təbəqəsi bu boşluğu tamamlamaq üçün sənədli filmlərə yönəlmişdi. Məqsədləri insanların həyata baxışlarını kiçik parçalar halında təqdim etmək idi. Bu dövrdə Kşiştof təxminən, 10 il ərzində bir çox sənədli film çəkdi.
«Sənədli filmlər çəkmək gerçək həyatlarda yaşayan insanlarla bağlıdır. Bizə güvənən və həyatları haqqında həqiqətləri açıqlayan insanlardır onlar. Amma bu gerçək, əsasən, onlara qarşı istifadə edilmişdir. Vasitələrimiz nə qədər görünməz olsa, bir o qədər özümüzü, kamera və mikrofonlarımızla olmamağımız lazım olan bir yerdə tapmaq təhlükəmiz də o qədər böyük idi. Yəni bir insanın tək qalmağa haqqı olan yerdə xoşbəxt ya da acıdan qıvrılmış şəkildə çəkə bilməzdik.»
Uzun davam edən sənədli filmlər dövründən sonra Kşiştof Kyeslovski nəhayət ki bədii filmlərə yönəlir. “Bez Konca” (Sonsuzluq) filmindən sonra isə artıq tanınan bir rejissor olmuşdu. Və bu, bütün enerjisini filmlərinə ayıra bilməsini təmin etdi.
«Yarım saatlıq ilk televiziya filmimi çəkərkən Polşada bütün rejissorların getdiyi yolu getdim. Bu yolu seçmək istədim, çünki necə mövzulu film çəkiləcəyini bilmirdim. Mövzulu film çəkmək istəyirsinizsə bir qayda vardır; ilk əvvəl televiziya üçün yarım saatlıq, sonra bir saatlıq film çəkməniz lazım idi, ancaq ondan sonra tam bir kino filmi çəkə bilərdim. „
“Sonsuzluq” filmi rejissor üçün filmlərinə yanaşmaq tərzi üzrə qırılma nöqtəsi oldu. Bu, mərhum ustadın filmoqrafiyasında siyasi mövzuların pik nöqtəsi idi. Hərbi vəziyyət dövründə sistemi, hökuməti və bürokratiyanı çox sərt bir şəkildə tənqid edirdi. Amma bunu edərkən didaktik olmaması, fərdi hekayəyə əhəmiyyət verməsi “Sonsuzluq” filmini çox fərqli bir yüksəkliyə daşımışdı. Lakin bu filmlə birlikdə artıq siyasətə və kinoya olan münasibəti dəyişdi.
“Bu film altı ay qədər bir müddət vizyona girə bilmədi. Sonra nümayişə verildiyində heç xoş qarşılanmadı. Fəlakət!.. Bu filmdə olduğu qədər heç bir filmimizdə bu səviyyədə mənfi rəylərlə qarşılaşmamışdım. Siyasi elita, müxaliflər və kilsə filmdən nifrət etdi ki, bunlar Polşada üç güclü seqmentdir. Filmi bəyənən tək bir qrup var idi — o da tamaşaçılar.»
Kyeslovski bundan sonra siyasəti filmlərindən uzaq tutaraq tamamilə fərdi hekayələrə cəmləndi. Artıq öhdəsinə götürdüyü mövzular daha mənəvi məsələlərlə əlaqədar idi. Tanrı, ailə, qardaşlıq və azadlıq kimi anlayışlara sıxlaşdığı son dövründə Kşiştof bu mənəvi atmosferi dəstəkləmək üçün də tamamilə orijinal bir kinematoqrafiya meydana gətirdi.
“İnsanların doğuşdan yaxşı olduqlarına inanıram. Yaxşı olmaq hər kəsin təbiətində var. Lakin bir sual meydana çıxır: Hər şey yaxşıdırsa, bəs pislik haradan meydana gəlir? Buna verə biləcək məntiqli və rasional cavabım yoxdur. Amma insanlar bir yerdən sonra yaxşını ortaya çıxara biləcəklərinə inamlarını itirirlər. Və mən pisliklərin bu nöqteyi-nəzərdən ortaya çıxa biləcəyinə inanıram. Pislik bir növ xəyalların puça çevrilməsindən doğulur. Bəli, bu belədir. İnsanların bunu şüurlu və ya şüursuz etməkləri mövzu obyektimiz deyil. Amma mənim həyata qarşı pessimist, bədbin və acı münasibətim etdiyim yaxşılıqların boşa çıxmasından qaynaqlanır”
Kyeslovski bir reportajda «Niyə film çəkirsiniz?» sualına "Çünki etməyi bildiyim tək şey budur" deyərək film ilə olan əlaqəsini minimalizmə gətirir. O, daim həyata qarşı bu pessimist mövqeyinin əksinə inandığı şey uğruna hər şeyini fəda edə biləcək dərəcədə əslində dərinlərində ümidi daşıyan biridir. Mühafizəkar bir katolik olan Polşa mədəniyyətinə inanc azadlığını dəmir yumruqla qadağan edən Sovet rejiminə baxmayaraq hər kəsdən və hər şeydən fərqli bir inanca sahibdir Kşiştof...
"İnandıqları üçün xoşbəxt olan bir çox insan tanıyıram. Etdiyiniz hər iş üçün son məqsəd yaradacaq bir istinad nöqtəsinə və mesaj verə biləcəyimiz bir şeyə ehtiyacımız var. Tanrı belə bir istinad nöqtəsidir, əgər varsa. Tanrıyla yaxın bir bağlantım olduğuna inanıram, çox fərdi, çox xüsusi. Bu mənim öz bağlantımdır. Ondan bəzi şeylərin olmasını istəyirəm və bəzi şeylər olur. O anda nəyə ehtiyacım varsa, mənə verməsini istəyirəm. Hər şeydən əvvəl, mənə aydın bir dünyagörüşü verməsini istəyirəm. Amma eyni zamanda mənə ehtiyacım olan duyğuları da verməsini istəyirəm. Bəzi şeylərin olmasını istəyirəm. Bəzən edir, bəzən etmir."
Kyeslovski 1994-ci ildə son filmi “Qırmızı” filmini çəkdikdən sonra bir daha film çəkməyəcəyini söylədi. Artıq yorğun və film çəkmək üçün lazımi səbri göstərə bilmirdi. Yaxşı, axtardığı şey həqiqətən də həyatının son iki ildə etdiyi kimi bir küncə çəkilib eləcə yaşamaq idimi?
O, hər şeydən əlini-ətəyini çəkdiyini söyləməsinə baxmayaraq “Qırmızı”dan sonra «Cənnət, Cəhənnəm» və "Əraf" adlı bir trilogiya ssenarisini yazmağa başladı. Hətta ömrü çatsaydı, bəlkə də çəkəcəkdi. Kyeslovski son anına qədər sənət ilə iç-içə olaraq və davamlı yaradaraq yaşadı. Bu filmlər daha sonra fərqli rejissorlar tərəfindən çəkildi.
Faiq Azər
|
['Krzysztof Kieslowski', 'Kşiştof Kyeslovski', 'rejissor']
|
755 |
https://kayzen.az/blog/time-management/21014/yolda-ke%C3%A7%C9%99n-vaxtdan-nec%C9%99-istifad%C9%99-ed%C9%99k.html
|
Yolda keçən vaxtdan necə istifadə edək?
|
Apollon
|
Time-management (zamanı idarə etmək)
|
8 okyabr 2017, 16:33
|
Heç kimə sirr deyil ki, hər gün səhər və axşam evlə iş arasında müəyyən zaman sərf edirik. İşə çatana qədər sərf etdiyimiz zamandan məmnunluq və fayda ilə yararlandıqda bütün iş günü məhsuldar keçər. Bəs bu zaman kəsiyi ərzində gününüzü daha faydalı etmək üçün nələr edə bilərsiniz?
1. Motivasiya edici bir şeylər dinləyin
Podcastlar yaxud audiokitablar, sevimli mahnı və yaxud radio – əhvalınızı yüksəldən amili təyin edin və daha sonradan işə başlamaq da asan olacaq. Əgər fəaliyyətiniz yaradıcılıq ilə bağlıdırsa, konkret məşğulluq sahəniz üçün motivasiya mənbələri axtarın. Nə seçməyinizdən asılı olmayaraq, işə çatana qədər zaman məmnunluq hissi ilə müşayiət olunarsa, bu məhsuldar günün zəmanəti olar.
2. Nailiyyətlərinizi yazın
Daimi iş dövriyyəsi zamanı adətən öz kiçik uğurlarımızı unuduruq. Sonra isə bizə elə gəlir ki, gün ərzində heç nəyə nail olmamışıq. Dünən hansı tapşırıqları uğurla icra etdiyinizi, hansı kiçik nailiyyətlərin sizi sevindirdiyini xatırlayın və onları bir kənara qeyd edin. Bu sizi yeni nailiyyət və uğurlar üçün motivasiya edəcək.
3. Şirkət məlumatlarını oxuyun
Heç də həmişə şirkətin daxili sənədlərini və yaxud digər şöbələrdən göndərilən məlumatları oxumağa vaxt olmur. Bəs nəyə görə bunu nəqliyyatda etməyəsiniz? Bununla zamana qənaət etməklə yanaşı, uzun müddətdir təxirə saldığınız işi yerinə yetirmiş olarsız.
4. Görəcəyiniz işlərin siyahısını tərtib edin
Bu gün kimlərlə əlaqəli saxlamalısınız? İlk növbədə hansı tapşırığa diqqət yönəltməlisiniz? Hansı məsələ hələ gözləyə bilər? Əvvəlcədən tərtib edilmiş iş siyahısı gün ərzində vaxt və əsəblərinizə qənaət etmiş olacaq. İşə çatarkən siyahıdakı ilk işə köklənərək çalışmağa başlaya bilərsiniz. Əgər sükan arxasındasınızsa belə bir siyahını diktə etmək mümkün olan tətbiqetmələrdən istifadə edin.
5. Özünüzə narahat olmaq imkanı verin
Qarşıda yaşayacağınız gün stress və həyəcan yaşadırsa (uzun yol isə vəziyyətinizi daha da pisləşdirirsə) sadəcə olaraq narahat olmaq üçün 5-10 dəqiqə zaman ayırın. Bununla həyəcan sizi yox, siz həyəcanı tənzimləmiş olacaqsınız. Narahatlığın sizi tam olaraq əhatə etməsinə icazə verin, bu müddət başa çatdıqda isə başqa bir işlə məşğul olun.
|
['vaxt', 'zaman', 'zamanı idarə etmək', 'zamanın dəyəri']
|
756 |
https://kayzen.az/blog/yazar/21066/tim-parks-%7C-nobelin-q%C3%BCsuru-n%C9%99d%C9%99dir.html
|
Tim Parks | Nobelin qüsuru nədədir?
|
Apollon
|
Yazıçılar
|
8 okyabr 2017, 16:29
|
İsveçli şair Tomas Transtörmer Nobel mükafatını qazandı. İnternetdəki bir neçə uzun şeirindən başqa Tranströmerdən heç nə oxumamışam, amma düşünürəm ki, onun qalib olması hər cəhətdən çox yaxşı seçimdir. Əvvəla Nobel jürisi baxımından. Açıqlayım.
Jürinin on səkkiz üzvü var, bunlar İsveç Akademiyası adlanan, XIX əsrin axırlarından Nobel mükafatını vermək üçün seçilmiş bir qurumun nümayəndələridir. Əvvəllər qurumun iki üzvü demişdilər ki, bu öhdəliyi öz üzərlərinə götürməkləri doğru deyil. Qurumun 1786-ci il tarixli yaranma sənədində Akademiyanın məqsədi belə ifadə olunmuşdu: “İsveç dilinin saflığını, gücünü və ucalığını dəstəkləmək.” Dünyanın hər hansı bir yerindən ən dəyərli, “idealist yönümlü” əsərləri seçmək bu məqsədlə uyuşurdumu?
Akademiyanın bütün üzvləri isveçlidir, əksəriyyəti İsveç Universitetlərində tam ştat işləyən müəllimlərdir. İndiki jüridə beşcə qadın var, Akdemiya tarixində jüri rəhbəri qadın olmayıb. Hal-hazırkı üzvlərdən sadəcə biri 1960-cı ildən sonra doğulub. Bunun səbəbi odur ki, Akademiyadan istefa vermək olmur. Ömürlük həbsdir. Deməli, təzə qan nadir tapılır. Gəl gör ki, son bir neçə ildə jürinin iki üzvü əvvəlki anlaşmazlıqlara görə müzakirələrə qatılmaqdan imtina etdi; mübahisələrdən birinin mövzusu Salman Rüşdünün əleyhinə olan fətvaya reaksiya verilməməsi, digəri isə mükafatın “xaos və pornoqrafiya” müəllifi sayılan Elfrida Yelinekə verilməsiydi.
Bu adamlar beynəlxalq arenada dövrün ən böyük romançılarının, yaxud şairlərinin kim olduğuna necə qərar verirlər? Onlarla ölkədən çoxsaylı ədəbiyyat mütəxəssisinə müraciət edir, əmək haqlarını ödəyərək namizəd ola biləcək yazıçılarla bağlı rəylər yazdırırlar. Rəy yazanların adı gizli saxlanır, amma qaçınılmaz şəkildə bəziləri rəy verdiyi müəllifi şəxsən tanıyırlar.
Proses ərzində nə qədər kitab oxumaq imkanları olduğunu təsəvvür edək. Hər il yüz müəllifin namizəd göstərildiyini – sizə qeyri-mümkün gəlməsin – və jürinin hər namizəddən bir kitab oxumaqla işə başladığını ehtimal edək. Amma bu mükafat bir yazıçının bütöv yaradıcılığına verilən mükafatdır, deməli təsnifat nəticəsində namizəd sayını azaldaraq yerdən qalanlardan iki kitabını, sonra üç, sonra dörd kitab oxuyurlar. Böyük ehtimalla hər il iki yüz kitab oxumalı olurlar. (öz işlərindən əlavə) Bu kitablardan çox azı isveçcə yazılmış, yaxud isveç dilinə çevrilib; əksəriyyəti ingiliscə yazılmış, ya da ingilis dilinə tərcümə edilmiş olacaq. Amma məlum olduğu kimi, ingilislər və amerikalılar tərcüməylə çox da məşğul olmadıqları üçün, daha ekzotik dillərdə yazılmış kitabların fransızcaya, almancaya və ya ispancaya tərcümələrini oxumalı olacaqlar. Unutmayın ki, romanlardan başqa, söhbət şeirlərdən də gedir və bu əsərlər dünyanın müxtəlif yerlərində yazılır; başa düşüləndir ki, əsərlərin çoxu İsveç Akademiyası üzvlərinin çox da bilgi sahibi olmadığı mədəniyyətlər və ədəbi ənənələrlə sıx şəkildə bağlı olacaq. Deməli bu professorların hər il mənimsəyib qarşılaşdırmalı olduqları kitab topası heterogendir. Son on ildə yeddi mükafatın avropalılara verilməsi ilə bağlı səsləndirilən tənqidlərə jürinin hazırkı sədri Peter Enqlund belə cavab verib ki, üzvlərimiz ingiliscə kifayət qədər yaxşı bilirlər, ancaq indoneziya dilində özlərinə çox da güvənmirlər. Məntiqli cavabdır.
Bu məqamda dayanıb belə bir xəyal quraq: isveç dilinin saflığını qorumağa məsul olan isveçli professorlarımız ingiliscəyə çevrilmiş indoneziyalı bir şair, ancaq fransızca oxuya biləcəkləri kamerunlu bir romançı, afrikaner dilində yazan, amma almancaya tərcümə olunmuş, bir də əlbəttə ki, ingiliscə oxuya biləcəkləri, amma sırf yorğunluqdan isveçcəsinə də nəzər yetirəcəkləri bir əsəri, tutalım, Filip Rot kimi son dərəcə məşhur bir yazıçının əsərləri ilə qarşılaşdırırlar. Həsəd aparılası işdir? Mənası varmı? Bir əsr əvvəl iki nəfər bu yükü daşımaqdan bezərək Akademiyanın “kosmopolit bir ədəbiyyat məhkəməsinə” çevriləcəyindən narahat olmuşdu. Bu, problem yaranacağını fəhmlə hiss etdikləri məqam idi. Səhv etmirdilər.
İndi isə təsəvvür edək ki, ömrümüz boyunca hər il dünyanın get-gedə daha çox maraq göstərdiyi və anlaşılmaz bir çılğınlıqla dəyərə mindirdiyi, topdan və az qala imkansız bir qərara qol qoymalıyıq. Bu qərarı necə verməli? Bu bəlanı sovuşdurmaq üçün geniş yayılmış sadə və sürətli meyarlar tapmağa çalışarıq. Borxesin də dediyi kimi, estetika çətin olduğu üçün, xüsusi həssaslıq və uzun-uzadı düşünmək tələb etdiyi üçün, ya siyasi təbəddülatlar, ya da insan haqlarının pozulması ilə bağlı dünyanın diqqətini çəkən bölgələri müəyyənləşdirməklə işə başlamaq olar; çox güman ki, vacib mükafatlar qazanmış, mövcud siyasi uçurumun düzgün tərəfini açıqca müdafiə etmiş yazıçıları taparıq və onları seçərik.
Nobelin Şərq Bloku müxaliflərinə, ya da diktaturaya qarşı olan Şimali Amerikalı yazıçılara, Aparteid əleyhinə olan Şimali Afrikalı yazıçılara, ya da ən qəribəsi, mükafatı qazanması İtaliyada heyrətə səbəb olan Berluskoni əleyhdarı Dario Foya verildiyi dövrdə bu mexanizm işlək idi. Şərəfli formul idi, amma təəssüf ki, hər problemli regionun (Tibet, Çeçenistan) böyük müxalif yazıçısı yoxdur; bundan başqa, mükafatın yazıçı qədər ölkəyə də verildiyi şəklində bir fikir də mövcud olduğu üçün, mükafatı dalbadal iki il eyni problemli bölgədən olan yazıçıya vermək mümkün olmur. Əsl çıxılmazlıqdır! Bəzən jüri üzvlərinin ağzı yanır. 2004-cü ildə Almaniya və Avstriyada xeyli vacib ədəbi mükafatlar almış sol yönümlü feminist Yelinek yaxşı seçim kimi görünmüşdü. Amma Yelinekin əsərləri vəhşidir, əksəriyyətinin həzm olunması çətindir (məsələn, o, İtaliyada, ya da İngiltərədə qətiyyən mükafat qazana bilməzdi); xüsusilə Nobeli almamışdan qısa müddət əvvəl çap olunanu “Hirs” romanı həqiqətən də oxunması imkansız kitab idi. Cəhd etdiyim üçün bilirəm, sonra yenidən cəhd etdim. Jüri üzvləri doğurdan bu romanı oxumuşdularmı? Adamı maraq bürüyür. Mükafatın Yelinekə verilməsindən sonra yaranan mübahisələrin nəticəsində jüri üzvləri son illərdə tanınıb-bilinən müəllifləri seçməyə başladı, bu da heç kimi təəəccübləndirmir: siyasi olaraq uyğun gələn, yarıbayarı unudulmuş Pinter, ardınca isə mənim nədənsə Nobeli çoxdan qazandığını düşündüyüm Varqas Lyosa.
Bu halda arabir nə olur-olsun deyərək mükafatı bir isveçliyə vermək yəqin ki, çox böyük rahatlıqdır; bu dəfə mükafatı alan, öz millətinin yaşayan ən böyük şairi sayılan, Peter Enqlundun sevimli ifadəsi ilə, bütün yaradıcılığı nazik üzlü bir kitaba sığışan səksən yaşlı bir adamdır; kəsəsi, bütün jüri üzvlərinin isveçcədən bir neçə saata oxuya biləcəkləri bir şairdir. Bəlkə də jüri üzvlərinin bir illik akademik məzuniyyətə ehtiyacı vardı. İqtisadi böhran dönəmində diqqətdən kənarda qalmamalı bir məqam da var, bir milyon yarımlıq mükafat İsveçdə qalacaq. Amma məsələnin ən sağlam tərəfi hamımızın bildiyi şeyləri, məsələn, amerikalı, ya da nigeriyalı, bəlkə də daha çox norveçli bir jüri üzvünün əsla belə bir qərar verməyəcəyini, bu mükafatın nə qədər cəfəng olmasını və onu ciddiyə aldığımız üçün bizim nə qədər axmaq olduğumuzu bizə xatırlatmasıdır. On səkkiz (ya da on altı) isveçlinin İsveç ədəbiyyatını dəyərləndirməsi inandırıcı görünür – Tranströmerin mükəmməl bir şair olduğuna heç bir şübhəm yoxdu – amma yüzlərlə fərqli ənənənin zəngin müxtəliflikdəki əsərlərini həqiqətən başa düşə biləcək bir insan ittifaqı ola bilərmi? Üstəlik, niyə onlardan bunu etməyini istəməliyik ki?
Tərcümə: Qismət
|
['Nobel mükafatı', 'nobelli yazıçılar', 'yazıçılar', 'tənqidi yazı', 'Tim Parks']
|
757 |
https://kayzen.az/blog/riyaziyyat/20974/ramanucan.html
|
Ramanucan
|
Apollon
|
Riyaziyyat
|
6 okyabr 2017, 22:18
|
19-cu əsrin sonunda Hindistanın cənubunda kasıb bir ailədə Srinivasa Ramanucan Ayenqor adlı bir oğlan dünyaya gəlir. Onun ailəsi zənginliyi ilə fərqlənməsə də, brahmanlar kastasına daxil idi və ənənə və dini ayinləri müqəddəs hesab edirdilər. Buna görə də gənc Ramanucanın bütün təhsil və tərbiyəsi yalnız bir şeyə gətirib çıxarırdı: O atasının yolunu davam etdirməli və məmur olmalı idi.
Lakin Ramanucanı lap kiçik yaşlarından tamamilə başqa bir şey maraqlandırırdı. O çox da təhsilli olmayan Hindistanda heç də asan məsələ olmayan rəqəm və tənliklərin həllinə maraq göstərir. Uşaq dəhşətıi dərəcədə məlumat azlığından əziyyət çəkirdi. Onun demək olar ki, riyaziyyata aid heç bir kitabı yox idi və kitab əldə etmək üçün hətta oğurluq belə etməyə hazır idi. Ramanucan hələ hənc yaşında olarkən belə bir çox teorem və düstürları kəşf etmişdir.
1913-cü ildə Cambridge universitetinin professoru olan G. H. Hardy Hindistandan qeyri-adi bir məktub əldə edir və məktubda naməlum bir gənc onun sübut etdiyi teorem və düsturları çap etməyi xahiş edir və özünün çox kasıb olduğundan bunu edə bilmədiyini bildirir. Hardy bu gənc dahi ilə maraqlanmağa başlayır və universitetin hindli müəllimləri vasitəsilə fəal məktublaşma başalyır. Bu məktublaşma nəticəsində professor elmə hələ məlum olmayan yüzlərlə düstur əldə edir. Bunlardan bir neçəsi qismən də olsa Hardy və yaxud digər riyaziyyatçılar tərəfindən sübut edilmişdi.
Onun 27 yaşı olduqda Hardy-nin fəal iştirakı ilə Ramanucan İngiltərəyə köçür. Lakin İngiltərə iqlimi ona düşərli olmur və tezliklə tüberkuloza məruz qalır. O uzun müddət xəstəxana və sanatoriyalarda müalicə almalı olur. Lakin bununla belə hər yerdə o işləyir, işləyir, yenə də işləyir. 1919-cu ildə o bir qədər sağalır və həkimlərin səyi ilə ayağa qalxır. İlk olaraq elə təəssurat yaranır ki, xəstəlik tamamilə yox olub və Ramanucan Hindistana qayıtmağı qərara alır. Lakin o növbəti iqlim dəyişikliyinə tab gətirmir və 26 aprel 1920-ci ildə Ramanucan özündən sonra çoxsaylı riyazi biliklər qoyaraq dünyasını dəyişir.
|
['riyaziyyat', 'riyaziyyatçılar', 'riyaziyyatçı', 'rəqəmlərin şahı', 'Srinivasa Ramanucan Ayenqor', 'Ramanucan']
|
758 |
https://kayzen.az/blog/ushaq_terbiyesi/21009/u%C5%9Fa%C4%9Fa-d%C9%99rs-oxutma%C4%9F%C4%B1n-effektli-%C3%BCsullar%C4%B1.html
|
Uşağa dərs oxutmağın effektli üsulları
|
Apollon
|
Uşaq tərbiyəsi
|
30 sentyabr 2017, 16:14
|
Yeni tədris ilinin başlanması ilə valideynlərin də əziyyətli günləri başlanıb. Bütün gün işdə qayğılar, məişət problemlərinin öhdəsindən gəlməyə çalışanlar axşam da uşaqlarının ev tapşırıqlarını etmək məcburiyyətindədir. Necə deyərlər, ikinci növbəli iş kimi. Məsələn, siz bir əlinizdə dolma büküb, o biri əlinizdə uşağın “Həyat bilgisi”ndən verilən tapşırığını — yumurtadan hazırlanmış toyuq maketini ərsəyə gətirmək zorunda qalırsız.
Hərdən də müəllim(ə)lərin belə iradları ilə qarşılaşırsız: “Sizin uşaq riyaziyyatı o qədər də yaxşı qavramır. Onunla məşğul olun”. Halbuki Pensilvaniya Universiteti professorlarından biri sübut edib ki, şagirdin ev tapşırıqlarını yerinə yetirmə dərəcəsi, səviyyəsi heç də onun savadının, təhsildə uğur qazanmasının göstəricisi ola bilməz. Amma bu, heç cür ev tapşırıqlarının ləğvi ilə nəticələnmir.
Ümumiyyətlə, şagirdə baxıb, onun ev tapşırıqlarını təkbaşına, ya da müəllimi ilə birgə etdiyini müəyyənləşdirmək olar. Əgər ana, yaxud nənə evdədirsə, onu masa arxasında oturdacaq, ev tapşırığını etdirəcək, bir dərsi bir neçə dəfə izah edəcək… Nəticədə uşaq hər şeyi yaxşı, daha yaxşı edəcək.
Birincilərə kömək edin!
Psixoloq və pedaqoqlar iddia edir ki, məhz ev tapşırıqlarının yerinə yetirilməsi nəinki məktəbdə öyrəndiyimiz bütün bilikləri möhkəmləndirir, eyni zamanda şagirdin təşkilatlanmış, sistemli, öyrəndiklərini strukturlaşdırmasına yardım edir. Buna görə də ev tapşırıqlarının həll edilməsində biz valideynlərin rolu olduqca böyükdür. Uşağın yadda saxlaya bilmədiyi məlumatları ona bu və ya digər formada öyrətmək, yadında qalması üçün yaddaş oyunlarını yerinə yetirmək valideynlərin vəzifəsidir. Birinci sinif uşaqlarının valideynləri anlamalıdır ki, uşaqlara verilən ev tapşırığı elə onlara verilən tapşırıqdır. 7 yaşlı uşağa məktəbdə öyrədilən dərslərin çoxluğu ona uşaq kimi qalmağa imkan vermir. Ona nəfəs almaq, fasilələr üçün imkan yaratmaq, eyni zamanda oynamağa da icazə vermək lazımdır.
İbtidai siniflərdə uşaqların ev tapşırıqlarının yerinə yetirilməsi üçün 1.5 saatdan artıq vaxt lazım deyil. Və eyni zamanda dinamik fasilələri də unutmayın — hoppanmaq, qaçmaq, barmaqların gimnastikası… Dinamik fasilə məqsədi ilə konstruktorlu, gəlincikli oyunları da yaddan çıxarmaq olmaz. Uşaq bir dərsi yerinə yetirdi? 10 dəqiqəlik fasilə etsin. Və bu fasilə zamanı uşağa istədiyini etməyə imkan verin. Amma bu zaman kompüterlə oynamaq və televizora baxmağı qadağan etmək lazımdır.
Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın?
4-5-ci siniflərdə ev tapşırığına 2 saatdan, 6-8-ci siniflərdə 2.5 saatdan, yuxarı siniflərdə isə 3.5 saatdan artıq ayırmaq lazım deyil. İstirahət etmək mütləqdir. İdeal odur ki, məktəbdən sonra uşaq bir qədər gəzsin, sonra evə qayıdıb nahar etsin, ardınca istirahət etsin və ancaq ondan sonra dərslərə başlasın. Uşaq üçün ən aktiv dönəm — saat 11-dən 13-ə qədər, eləcə də saat 16.00-dan 19.00-a qədər olan dönəmdir. Nəzərə alanda ki, 5-ci dərs saat 13.00-13.30-da bitir, o zaman gəzinti, yemək və istirahətdən sonra saat 16.00-ya yaxın dərs oxumağa başlamaq ən ideal variantdır.
Uşağa dərs oxumaq üçün yer hazırlayın
Məktəblinin öz dərs masası olmalıdır. “Divanda oturub, dərslərimizi oxuyarıq” söhbətini yığışdırın. Anası kələm doğrayan vaxt uşağın mətbəx masasının yanında riyaziyyat tapşırığı etməsinin heç bir mənası yoxdur. Onun daimi dərs oxuyacağı yer olmalıdır — dərs masası, stulu, şkafı. Və ətrafda onu dərsdən yayındıracaq nə varsa, hamısını uzaqlaşdırmaq vacibdir. Oyuncaqlar, disklər, konstruktorlar… Bunların hamısı mane olanlar siyahısına daxildir.
Bəs ardıcıllığı necə qurmalı?
— Dərslərin yerinə yetirilməsi prosesinə uşağın ən çox sevdiyi dərsdən başlayın. Uşağınız hansı dərsi daha tez və zövqlə edirsə, siyahıda birinciliyi ona verin. “Məndə hər şey alınır” deyə, həvəslə dərs oxumağa başlayan uşaq daha qısa zamanda və uğurla işlərinin öhdəsindən gələ bilir.
— Əgər uşaq tapşırığın üzərində uzun müddət dayanır və onun öhdəsindən gələ bilmirsə, ona daha rahat yerinə yetirəcəyi tapşırıq verin. Bu, beyin gimnastikası üçün çox önəmlidir.
— Yox, əgər uşaq dərsə çox tez köklənib, tez də yorulursa, o halda ən çətin bildiyiniz dərslərdən başlayın. Çünki maksimum enerji və diqqət tələb edən tapşırıqları enerjili vaxtda etmək məsləhətdir.
— Şifahi və ya yazılı tapşırıqların hansından başlamağın heç bir önəmi yoxdur. Yəni uşaq öncə qaydaları öyrənməli, ardınca qaydalara uyğun olan yazılı tapşırıqları yerinə yetirməlidir. Yəni bu işin doğru olan qaydası belədir.
— Mütəxəssislər həm də məsləhət görür ki, əgər siz uşağınızın yorulduğunu görürsüzsə, israrla yuxusunu qaçırıb, dərslərini davam etməsində dirəniş göstərməyin. Ən yaxşısı budur ki, ona dərsi özünüz oxuyun. Uşaq özünü pis hiss edirsə, ona dərslərində kömək edin. Yuxu vaxtına az, dərslərinin bitməsinə isə çox qalıbsa, bəzi yükləri paylaşmağa çalışın. Məsələn, o, riyaziyyat tapşırıqlarını edirsə, siz də ona rəsmdən verilən kağızların kəsilməsi tapşırıqlarını edin.
Hamıdan çox oxuyuruq, ya hamıdan az?
Müqayisə üçün sizə dünya məktəblərindəki dərs müddətini də təqdim edək. Məlum, biz yeni başlamışıq və dərs ilinin uzunluğundan, tətillərin azlığından şikayət edirik. Bəs dünyada vəziyyət necədir? Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11 həftə çəkir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur.
Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də (rüblük) cəmi 5 gündür. İsveçdə tədris ili iyunun ortasından avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük tətil İsveçdə məktəblilərin dərs ili iki hissəyə bölünür. Yaponiyada ildə iki böyük tətil — martın sonundan aprelin əvvəlinə və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədər ənənəvi qış tətilidir.
Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. “Marta Break” adını daşıyan yaz tətili isə martın üçüncü bazar ertəsindən başlayıb bir həftə sürür. Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.
Azərbaycanda isə il ərzində şagirdlərə 3 ay 15 gün yay, Yeni il və Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir. Yəni ildə 4 ay. Bundan başqa, İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.
Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standartlara görə, orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda orta təhsil 12 ildir. Almaniya, İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir. 12 illik təhsilə keçidin tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətillər tətbiq oluna bilər.
|
['uşaq tərbiyəsi', 'uşaq psixologiyası', 'uşaqla rəftar', 'dərs hazırlamaq', 'dərs oxumaq']
|
759 |
https://kayzen.az/blog/dusundurucu-hekayeler/20939/savad%C4%B1n-qiym%C9%99ti-n%C9%99-q%C9%99d%C9%99rdir.html
|
Savadın qiyməti nə qədərdir?
|
Apollon
|
Düşündürücü hekayələr
|
30 sentyabr 2017, 15:34
|
XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda qalmışdır. Buxar maşınlarının fəaliyyət prinsipi bir neçə il əvvəl yaradılsa da, yalnızca 1760-cı ildə şotlandiyalı mühəndis James Watt tərəfindən təkmilləşdirilir. Bu yazı onun və istehlakçının nəyə pul ödədiyi haqqındadır!
Bir dəfə Watt nəhəng buxar maşınında yaranmış problemi həll etməsi üçün dəvət edilir. Sahibkarla yaranmış problemlər səbəbindən ciddi zərərlə üzləşmişdi, digər mühəndislər problemi həll edə bilmədiyindən Watt şəxsən dəvət edilir. Çünki buxar maşınlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməsi səbəbindən onu buxar maşınlarının ikinci ixtiraçısı hesab edirdilər. Müasirləri arasında sözügedən cihazın mexanizmini onun kimi detallarına qədər heç kəs bilmirdi. Mühəndisə problemi həll etməsi qarşılığında o zaman böyük məbləğ hesab edilən 1000 dollar ödəmək təklif edilir.
Watt 3 dəfə buxar maşınının ətrafına dolanır, daha sonra böyük çəkic istəyir. Onun isətdiyi çəkic dərhal gətirilir. O çəkici tarazlayaraq maşının korpusuna bərk zərbə endirir və “İndi işə sala bilərsiniz” deyir. Maşın işə düşür. Ən maraqlısı isə bundan sonra başlayır. Maşın sahibləri çəkiclə endirilən cəmi 1 zərbəyə görə 1000 dollar ödəməyə heyfslənirlər və özlərini axmaq vəziyyətə düşmüş kimi hiss edirlər. Belə olduqda onlar hiyləgərlik etmək qərarına gəlirlər və daha sonradan mübahisə etməyə cəhd etmək üçün Watt-dan hesabı yazmasını tələb edirlər.
Watt isə öz növbəsində kağız götürür və belə yazır: “Çəkiclə zərbə 1 dollar, hara vurmaq lazım olduğunu bilməyə görə 999 dollar”. Vəziyyət belə olduqda maşın sahibləri söz verdikləri məbləği bütünlüklə ödəməli olurlar.
|
['James Watt', 'düşündürücü hekayələr', 'real hekayə', 'real həyat hekayələri']
|
760 |
https://kayzen.az/blog/edebiyyat/21033/a%C3%A7%C4%B1q-p%C9%99nc%C9%99r%C9%99-%7C-h.-h.-munro-saki.html
|
Açıq Pəncərə | H. H. Munro (Saki)
|
Apollon
|
Ədəbiyyat
|
29 sentyabr 2017, 09:40
|
“Xalam tezliklə aşağıda olacaq, cənab Nattel, – 15 yaşlı gənc, təmkinli qız bildirdi, – ona kimi həmsöhbətiniz mən olacağam”.
Framton Nattel yolda olan xalanın şan-şöhrətinə xələl gətirən bir söz demədən çox hörmətli xala qızını lazımınca tərifləmək üçün nəsə deməyə çalışırdı. Özünün heç gümanı gəlmirdi ki, tanımadığı adamlara etdiyi bu ziyarətlərin müalicəsi labüd olan sinirlərinə çox xeyri dəysin.
“Mən bilirəm necə olacaq, – o, bu kəndə köçəndə bacısı ona demişdi, – sən özünü hamıdan təcrid edəcək, bir Allah bəndəsi ilə də danışmayacaqsan. Qəm-qüssədən əsəblərin daha da pozulacaq. Sənə orda tanıdığım insanlara göstərməyin üçün təqdimat məktubları verəcəyəm. Yaxşı yadımdadır, onlardan bəziləri gözəl insanlar idi”.
Məktublardan birini təqdim edəcəyi xanım Sappletonun yaxşıların qrupuna daxil olub-olmadığı Framtona maraqlı idi.
Qız səssizliyin hökm sürdüyünü görüb:“Buradakı insanların çoxusunu tanıyırsınız?”, – deyə soruşdu.
“Heç bir nəfəri də tanımıram. Nəzərinizə çatdırım ki, bacım təxminən 4 il əvvəl burada prixod keşişinin malikanəsində qalırdı. O, mənə təqdimat məktubları verib ki, burda bəzi insanlara təqdim edim”.
O, sonuncu cümləsini açıq-aşkar təəssüf hissi ilə dedi.
“Onda siz, demək olar ki, xalam haqqında heç nə bilmirsiniz”, – gənc, təmkinli qız sözlərinə davam elədi.
“Təkcə adını və ünvanını”, – qonaq etiraf etdi. O, xanım Sapletonun evli və ya subay olduğunu öyrənmək istəyirdi. Otaqda nə isə qeyri-müəyyən bir şey burada kişi yaşadığından xəbər verirdi.* “Onun faciəsi düz üç il bundan qabaq, elə bacınızın gedişindən sonra baş verdi”, – uşaq söylədi.* “Necə? Faciəsi?” Framton soruşdu.
Bu sakit, balaca məkana faciə sözü heç uyğun gəlmirdi.
Çəmənliyə açılan böyük qapını göstərərək bacı qızı dedi:”Sizə maraqlı gələ bilər ki, oktyabr ayında axşamüstü biz niyə onu açıq saxlayırıq”.
“İlin bu vaxtına görə istidir, – Framton bildirdi, – amma qapının faciə ilə nəsə əlaqəsi var ki?”
“Üç il bundan qabaq bu qapıdan onun həyat yoldaşı ilə iki cavan qardaşı gündəlik ov üçün çıxıb getdilər, bir də geri qayıtmadılar. Torfluqdan ən sevdikləri pusqu yerlərinə keçərkən hər üçü də qorxunc bataqlığa qərq olublar. Bilirsiniz, elə rütubətli yay idi ki! Başqa vaxt təhlükədən əsər-əlamət olmayan bu yerlər qəfildən dəyişmişdi. Onların cəsədləri heç vaxt tapılmadı. Ən qorxunc tərəfi də bu idi”.
Burada uşağın səsindəki soyuqqanlılıq yox oldu və duruxsunub dedi: “Yazıq xalam həmişə düşünür ki, onlar və onlarla qeyb olan balaca qəhvəyi spaniel nə vaxtsa geri qayıdacaq və əvvəlki qayda ilə arxa qapıdan evə daxil olacaqlar. Elə buna görə də hər gün qaranlıq qarışana qədər qapını açıq saxlayırıq. Mənim yazıq xalam. Mənə tez-tez onların, yəni qolları üzərində ağ sukeçirməz plaş olan həyat yoldaşının və xalamı cırnatmaq üçün onun əsəblərinə toxunan “Berti, sən niyə tullanırsan?” mahnısını oxuyan ən kiçik qardaşı Ronninin necə getdiyindən danışır. Bilirsiniz, bəzən məhz bügünkü kimi sakit, səssiz gecələrdə mən elə tükürpədici hisslər keçirirəm ki, az qala, elə bilirəm, onlar gəlib, həmin qapıdan evə daxil olacaqlar”.
O, yüngülcə titrədi. Qızın xalasının gec gəldiyi üçün otağa hay-küylə daxil olub, üzr istəməsi Framtonu bir qədər sakitləşdirdi.
“Ümid edirəm, Vera ilə vaxtınız xoş keçib”, – qızın xalası dedi.
“Bəli, özü də çox”, – Framton cavab verdi.
Ümidvaram, qapını açıq saxlamağımıza etiraz etməzsiniz, – xanım Sapleton cəld şəkildə qeyd elədi, – həyat yoldaşım və qardaşlarım ovdan birbaşa evə qayıdacaqlar və onlar həmişə bu yolla gəlirlər. Onlar bu gün ov üçün bataqlıqda olublar. Bu, o deməkdir ki, mənim yazıq xalçalarımı yaxşıca çirkləndirəcəklər. Bütün kişilər məgər belə deyilmi?”
O, dayanmadan, sevincək halda ovdan, quşların azlığından, qışda ördəklərin sayından danışırdı. Framtona görə bu, çox acınacaqlı idi. O, vahiməli görünən söhbətin mövzusunu dəyişdirmək üçün ümidsizcəsinə cəhd göstərdi, amma bu, qismən uğurlu alındı. Anlayırdı ki, ev sahibəsinin fikri onda deyil. Xanımın nəzərləri daima ondan yan keçib, açıq pəncərəyə və arxadakı çəmənliyə doğru istiqamət alırdı. Onun belə bir gündə, yəni faciənin ildönümündə ziyarətə gəlməsi neçə də pis təsadüf idi!
“Həkimlər bir məsələdə razılığa gəlirlər ki, yaxşıca istirahət etməli, həyəcanlanmamalı və ağır fiziki işlərdən uzaq durmalıyam”, – qarabasmalardan əziyyət çəkən Framton vurğuladı. Yadlar və təsadüfi tanışlar acgözlüklə bu cür insanların xəstəliyinin, zəifliyinin ən xırda detallarını, səbəblərini və nə cür müalicə olunduğunu öyrənməyə can atırlar. “Pəhriz məsələsində isə ortaq bir nöqtəyə gələ bilmirlər”, – deyə o, sözünə davam elədi.
“Həqiqi?”, – deyərək xanım Sapleton son məqamda səs tonunu dəyişib, əsnədi. Amma qəfildən yerindən dikəldi. Səbəb isə Framtonun söylədikləri deyildi.
“Nəhayət ki gəldilər, – o qışqırdı, – çay vaxtına gəlib-çatdılar. Elə bil, heç təpədən dırnağa kimi palçığa batmayıblar”.
Framton xəfifcə titrədi, xanım Sapletonu anladığını, ona ürəyinin yandığını göstərmək üçün dönüb xala qızına baxdı. Uşaq dəhşət ifadə edən gözlərini açıq pəncərəyə zilləmişdi. Təsvirə gəlməz qorxunun dərin sarsıntısı içində Framton çevrilib eyni istiqamətə baxdı.
Getdikcə tutqunlaşan alaqaranlıqda hər biri qollarında silah tutan 3 kölgə çəmənlikdə evə doğru irəliləyirdi. Onlardan biri çiyinlərinə ağ plaş da atmışdı. Yorğun qəhvəyi spaniel də onlarla birlikdə idi. Səssizcə evə yaxınlaşdılar və daha sonra toranlıqda boğuq səsli bir gənc oxumağa başladı:“Mən dedim ki, Berti, sən niyə tullanırsan?”
Framton dəli kimi əl ağacından və şapkasından yapışdı; zalın qapısı, çınqıl yol, ön darvaza – hamısı başıalovlu geri qayıdan Framtona tutqun səhnə kimi görünürdü. Onunla qarşı-qarşıya gələn velosipedçi də labüd toqquşmadan yayınmaq üçün velosipedi çəpərə sürməli oldu.
“Biz gəldik, əzizim, – ağ sukeçirməz plaşın sahibi qapıdan içəri girərək dedi,- büsbütün palçığa batmışıq, amma palçığın çox hissəsi quruyub. Biz gələndə tez-tələsik aradan çıxan o kişi kim idi?”
“Çox qəribə insan – cənab Nuttel idi. Bircə öz xəstəliyindən danışdı, siz gəlib çatanda da sağollaşmadan, üzr belə istəmədən tələm-tələsik çıxıb getdi. Elə bil ki, ruh görüb.” – xanım Sapleton bildirdi.
“Məncə, spanielə görədir, – bacı qızı aramla bildirdi, – o, mənə demişdi ki, itlərdən yaman qorxur. Bir dəfə Qanq sahili tərəfdə qəbiristanlıqda sahibsiz küçə itlərinin hücumuna məruz qalmış, bütün gecəni başının üstündə hürüb, dişlərini qıcayan itlərin əhatəsində yenicə qazılmış qəbirdə keçirtməli olmuşdur. Belə olanda kimin sinirləri pozulmaz ki?”
O, qısa müddət ərzində özündən hekayələr düzüb-qoşmaqda mahir idi.
Tərcümə etdi: Vüsalə Cuvarova
|
['ədəbiyyat', 'dünya ədəbiyyatı', 'hekayə', 'H. H. Munro (Saki)', 'Saki']
|
761 |
https://kayzen.az/blog/optimist/20717/h%C9%99r-insan%C4%B1n-bacarmal%C4%B1-oldu%C4%9Fu-50-%C5%9Fey.html
|
Hər insanın bacarmalı olduğu 50 şey
|
Apollon
|
Hər şey gözəldir
|
27 sentyabr 2017, 10:18
|
Sağlam və məhsuldar bir həyat yaşaya bilməyin yolu, yeni bacarıqlar inkişaf etdirmək və öz-özünüzə kifayət edə bilməkdən keçir. Davamlı olaraq yeni şeylər öyrənmək, eyni zamanda özgüvəninizi də artırmağın ən təsirli üsullarından biridir. Başqalarına ehtiyac duymadan, bəzi işlərinizi praktiki yollara həll edə bilmək üçün təməl mövzularda bilgi sahibi olmalı, əlinizdən bir çox işin gəlməsini təmin etməlisiniz. Bu, həyatınız asanlaşdırar.
1. Od qalamaq – Od qalamağı öyrənmək; çətin vəziyyətlərdə, isinmə və işıqlanma kimi təməl və həyati ehtiyaclarımızı qarşılamağımızı təmin edə bilər.
2. Kompüterdən istifadə etmək – Günümüzdə, təməl kompüter biliyinə sahib olmaq, hardasa məcbur bir hala gəlib çıxıb. Öyrənin və ehtiyacı olanlara öyrədin.
3. Google-dan effektli bir şəkildə istifadə edə bilmək – Google, ehtiyacınız olan hər şeyi tapa bilməyinizə köməkçi ola bilər. Özünüzü inkişaf etdirmək üçün, effektiv axtarış üsulları kimi məqalələrdən yararlana bilərsiniz.
4. Ürək masajı və Heimlich manevri – Bir gün, ürək masajına ehtiyacı olan həyat yoldaşınız, uşaqlarınız və ya qonşularınız ola bilər. Gecikmədən, öyrənin.
5. Mexanika maşın sürməyi öyrənmək – Birdən, elə bir vəziyyət yaransa ki, mexanika maşın sürməli olsanız?
6. Yemək bişirmək – Yumurta, makaron kimi sadə şeyləri bişirməyi öyrənməlisiniz. Ən azından özünüzü doyura biləcək qədər.
7. İnsanların diqqətini cəlb edə biləcək bir hekayə anlatmaq – Əgər bir şeylər anlatarkən ətrafınızdakıların diqqətini toplamağı bacarmırsınızsa, bəlkə də danışmamalısınız.
8. Döyüşməyi öyrənmək və ya davanın qarşısını almaq – Hər iki vəziyyətdə də qazanan siz olarsınız.
9. Pis xəbər verə bilmək – Üzücüdür, amma biriləri bunu etmək məcburiyyətindədir. Bir gün siz də məcbur qala bilərsiniz.
10. Təkər dəyişdirmək – Təkərlər hava ilə doludur və adətən, hava ilə dolu olan şeylər partlayar. Hazrılıqlı olmağınızda fayda var.
11. İş intervyusu – Həyəcan içində tərləməyin çox istədiyiniz o işi almağınıza kömək etməyəcəyi dəqiqdir.
12. Proqram hazırlamaq – Proqramsız olmaq vaxt itirmək demək olmaya bilər, lakin məhsuldarlığınızı artırmaq üçün proqramlı olmağınızda fyada var.
13. Sürətli oxumaq – Bəzən bir şeyləri tam oxumaq əvəzinə, ehtiyacınız olan şey, qısa bir müddətdə əldə edə biləcəyiniz ümumi bir fikirdir.
14.Adları xatırlamaq – Başqalarının sizi, “Ey, sən!” deyə çağırmağı xoşunuza gəlir?
15. Köçmək – Köçmək, hər zaman, düşündüyünüzdən daha çətindir. Nizamlı və proqramlı olun.
16. Az əşya ilə səyahət etmək – Sadəcə ehtiyacınız olanları özünüzlə götürmək, daha məsrəfsiz, daha asan və daha ağıllı bir işdir.
17. Polislərlə yaxşı yola getmək – Avtomobilinizi saxladıqları və ya qapınıza gəldikləri zaman, stres yaşamamaq üçün, polislərlə necə anlaşa biləcəyinizi öyrənin.
18. Yolu başa salmaq – Ən azından yaxın çevrənizi tanıyın və effektli şəkildə yol başa salmağı öyərnin.
19. İlk tibbi yardım – Hansısa bir yaranı sarıya bilmək üçün həkim olmağınıza ehtiyac yoxdur.
20. Üzmək – Yer üzünün 71 % -i su ilə örtülüdür. Üzməyi öyrənmək yaxşı bir fikir ola bilər.
21. Avtomobili dayanacağa qoymaq – Avtomobili dayanacağa qoymaq, asan görünməyinə rəğmən, bir çox insanın bacara bilmədiyi və çətinlik çəkdiyi bir mövzudur. Nəqliyyatdakı fərdi avtomobil sayını nəzərə alanada isə, bir o qədər də həssas.
22. Alkoqol limitinizi öyrənmək – Sərhədi keçməmək və özünüzü idarə edə bilmək üçün, öz limitlərinizi kəşf etməyinizdə fayda var.
23. Təzə meyvə-tərəvəz seçmək – Pis bir alış-veriş edib ruh düşkünlüyü yaşamaq istəmərsiniz.
24. Çəkic, balta və mişardan istifadə etmək – Sadə əl alətlərindən istifadə etməyi öyrənmək, bir çox işinizi tək başınıza həll edə bilmək üçün köməkçi olar.
25. Büdcə hazırlamaq – Bocunuzun olmağı xoş bir hal deyil. Öz büdcənizi hazırlamaq və buna bağlı qalmaq, həm güvəndə, həm də yaxşı hiss etdirər.
26. Ən az, iki xarici dil öyrənmək – Dünya əhalisinin sadəcə 25 %- i ingiliscə danışır. Yerdə qalan 75 % – lə də əlaqə qurmaq istəyə bilərsiniz.
27. Jim və pres hərəkəti – Düzgün yerinə yetirilməyən jim və pres hərəkətləri; vaxt itkisi olmaqla yanaşı, sizi incidər.
28. Kompliment etmək – Kompliment, kiməsə verə biləcəyiniz ən gözəl hədiyyələrdən birirdir, üstəlik pulsuzdur.
29. Anlaşma – Daha qazanclı bir anlaşmadan, sadəcə bir və ya iki cümlə uzaqdasınız.
30. Dinləmək – Daha çox dinləyib, daha az danışsanız, daha çox şey öyrənə bilər və daha az şey qaçırarsınız.
31. Dünya coğrafiyası – Öz kiçik dünyanızın xarici haqqında bir şey bilmirsinizsə, elə də çox şey bildiyinizi demək olmaz.
32. Sadə boyama, ağartma işləri – Sadə ağartma işləri üçün böyük məbləğlər ödəmək, ağıllı bir iş deyil.
33. Nitq söyləmək – Növbəti şirkət toplantısında, müdürünüz qısa bir açıqlama etməyinzi istəsə, hazırlıqlı olmağınızda fayda var. Yaxşı bir nitqin, özgüvəninizi artıracağı da dəqiqidir.
34. Poza vermək – Kim fotolarda daha gözəl görünmək istəməz? Rahat-rahat poza vermək və kameralara gülümsəmək üçün güzgü qarşısında məşq edə bilrəsiniz.
35. Sevgi münasibəti üçün əks cinslə tanışlıq – Uğurlu bir tanışlıqla, utandırıcı bir tanışlıq arasında incə bir xətt var. Əgər qarşınızdakı insanın çox üstünə getsəniz, itirərsiniz. Əgər lazım olan qədər çalışmasanız, yenə də itirərsiniz.
36. Qeyd etmək – Natamam və ya çətin anlaşılan qeydlər, təəssüf ki, işinizi asanlaşdırmaz. Resepti natamam olan bir yeməyin dadlı olmağı, təəssüf ki, çətin işdir.
37. Qonaq olmaq – Sayğılı bir qona qolmağı bacarmırsınızsa, otel otaqlarında daha çox vaxt keçirməli ola bilərsiniz.
38. Effektli bir ilk təəssürat yaratmaq – İlk təəssürat üçün əsla ikinci bir şansınız yoxdur.
39. Xəritə və ya kopasla istiqaməti tapmaq – Heç tanımadığınız bir yerdə, GPS alətiniz xarab olsa, nə edəcəksiniz?
40. Düymə tikmək – Yeni bir köynək almaqdan qat-qat daha ucuzdur.
41. Səs sistemi qurmaq – Bu qədər sadə bir iş üçün pul ödəmək elə də məntiqli deyil, bundan başqa, biraz da tənbəl işidir.
42. Klaviaturadan istifadə etmək – Klaviaturanızla daha sürətli yazmağı öyrənmək, sizə bol-bol zaman qazandıracaq.
43. Şəxsi məlumatlarınızı qorumaq – Şəxsi məlumatlarınızı oğurlatmaq, heç də xoş olmayan nəticələr doğura bilər. Diqqətli olun.
44. Sadə kompüter və ya internet təhlükəsizliyi – Heç kimin tapa bilməyəcəyi parollar qoymaq və ya virus proqramlarından istifadə edə bilmək üçün kompüter mühəndisi olmağınıza ehtiyac yoxdur.
45. Yalan deyildiyinin fərqində olmaq – Təəssüf ki, insanlar sizə yalan söyləyəcək. Kimə güvənə biləcəyinizi bilməlisiniz.
47. Ləkə aparmaq – Düymə tikmək kimi, bu da, yenisini almaqdan daha ucuzdur.
48. Evi təmiz saxlamaq – Təmiz və səliqəli bir ev, nizamlı bir həyatın açarıdır.
49. Körpəni tutmaq – Körpələri necə tutmalı olduğunuzu öyrənin. Zərər vermək istəmərsiniz, hər halda.
50. Akkumlyatoru yatan maşını, dəstəkləyici kabellə, və ya arxadan itələyərək işə salmaq – yeriməkdən və ya hər dəfə çəkən çağırmaqdan, və ya yerimək məcburiyyətində qalmaqdan daha asandır.
Hazırladı: Fidan Aslanova Red
Mənbə: www.uplifers.com
|
['bacarıq', 'dünyagörüşü', 'həyat', 'insan', 'bacarıqlı insan']
|
762 |
https://kayzen.az/blog/ushaq_terbiyesi/20899/u%C5%9Faqla-bir-dild%C9%99-dan%C4%B1%C5%9F%C4%B1n.html
|
Uşaqla bir dildə danışın
|
Apollon
|
Uşaq tərbiyəsi
|
19 sentyabr 2017, 13:29
|
Hazırda günümüzün problemlərindən və valdeynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iki dillilik problemidir. Valideynlərin şikayətləri isə əsasən bu yöndədir: «Uşağım danışa bilmir və 2 yaşı var. O, daha çox evdə yalnız mənimlə əlaqədə olur. Mən rus dilində danışıram. Uşağımla da bu vaxta qədər rus dilində danışmışam. Nənə, baba azərbaycan dilində danışır.
Uşağın danışmasında problem olduğu üçün, loqopedə müraciət etmişik. O arada hər iki dildə sözlər deyir. Mən nə etməliyəm? Hansı dildə bağçaya və loqopedə aparmalıyam...”
Belə hallarda isə mənim məsləhətim o olur ki, ümumiyyətlə hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, uşağın yaşadığı mühitdə hansı dil üstünlük təşkil edirsə, uşağa həmin dil öyrədilməlidir. Çünki dil irsi deyil, irqidir. Mütəxəssis kimi məsləhət görürəm ki, uşağın dili açılıb nitqi formalaşana kimi, bir dil seçimi etmək daha uyğundur. Əgər ata, ana rus dilli, lakin nənə, baba azərbaycan dilini istifadə edirsə, bu o deməkdir ki ailəni iki dillidir və uşağınızın nitqində bu problem yarada bilər və nitqinə mənfi təsir edə bilər.
Bəs bu halda nə etməli? Əgər, siz ailənizdə iki dil istifadə edir və hər bir istifadə etdiyiniz sözləri, uşağınıza başa salırsınızsa, tərcümə edirsinizsə, doğru yoldasınız. Əgər yuxarıda göstərildiyi kimi ana rus dilli, digər ailə fərdləri azərbaycan dilində danışırsa, bu zaman uşağın bağça və ya loqopedi azərbaycan dilində olması məsləhətlidir. Ancaq bir məsələ var ki, əgər uşaqla 2 il müddətində rus dilində danışılıbsa, onu tam yığışdırmaq olmaz.
Çünki istəsək də bunu edə bilmərik və bacarmarıq. Uşağın nitqində mütləq rus dilli sözlər qalır. Uşaq ya salam verəndə, ya sağollaşanda və ya dərs müddətində, rus dilli sözləri istifadə edəcək. Ona görə də həmin anda uşağın istifadə etdiyi sözləri ona tərcümə edərək, başa salaraq, möhkəmləndirmək lazımdır. Məsələn uşağa kökü göstərdikdə, „morkovь“ deyirsə, ona bunu həm kök, həm „morkovь“ kimi öyrətmək lazımdır. Və hər dəfə uşaq „morkovь“ dedikdə, onu başa salaraq bunun rus dilində olduğunu, demək lazımdır.
Bəs evdə valideynlər nə etməlidilər? Məhz belə hallarda mənim şəxsən hər bir valideynə tapşırığım bu yöndə olur ki, uşağın nitqi açılıb formalaşana kimi mümkün dərəcədə azərbaycan dilində danışsınlar. Əgər uşaq danışmağa başladıqda rus dilində sözlər deyirsə və ya siz valideynlərindən rus dilində söz eşitdiyi zaman onu yönləndirməyə çalışın başa salın ki, bu eşitdiyin rus dilidir və bu söz bu anlama gəlir. Bəzən valideynə elə gəlir ki, » əşi, uşaqdır, o, nə başa düşür?". Amma bu adi görünsə də, diqqət edilməsi gərəkən məqamlardır.
Çünki edilmədikdə mənfi nüanslar yaradır. Əgər uşağınız dil açanda ona tərcümə edərək, hər iki dildən istifadə etsəniz uşağın nitqi ilə bağlı problem yaşamayacaqsınız. Lakin bu təbii ki mütəxəssis kimi məsləhət gördüyüm, alternativ variantdır. Yəni bu o demək deyil ki, iki dil istifadə etmək lazımdır. Yenə də bildirirəm ki, uşağın nitqi açılıb formalaşana kimi, bir dildən istifadə etmək daha məqsədyönlüdür.
Bəsirə Pənciyeva
loqoped
|
['uşaq psixologiyası', 'uşaq tərbiyəsi', 'uşaq sağlamlığı', 'uşağın inkişafı']
|
763 |
https://kayzen.az/blog/aforizmler/20975/c%C9%99sar%C9%99tl%C9%99-h%C9%99r%C9%99k%C9%99t-et-v%C9%99-b%C9%99han%C9%99-axtarma.html
|
Cəsarətlə hərəkət et və bəhanə axtarma
|
Apollon
|
Hikmət dənizi və aforizmlər
|
17 sentyabr 2017, 20:36
|
Bütün həyatını eyni bir yol uğrunda sərf etmək faydasızdır, xüsusəndə bu yol ürəyə sahib deyilsə.
Çox izah etmə. Hər bir izahda dəyişiklik gizlidir. Beləliklə, bu və ya digər bir şeyi nəyə görə edə bilməyəcəyini izah etməyə çalışdıqda, əslində qarşında insanın səni başa düşəcəyi və bağışlayacağı ümidi ilə öz çatışmayan cəhətlərinə görə üzr istəyirsən.
Həyatda daha çox şeyə nail olmaq üçün insan dəyişməlidir. Təəssüflər olsun ki, insan böyük çətinliklə dəyişir və bu dəyişiklik çox ləng şəkildə baş verir. Bir çoxları bu dəyişiklik uğrunda illərini sərf edir. Lakin ən çətin məsələ – həqiqətən dəyişməyi arzulamaqdır.
Heç vaxt heç kimə qəzəblənmirəm. Heç bir insan mənim bu reaksiyama sahib ola biləcək heç bir şey edə bilməz. İnsanların hərəkətlərinin mühüm olduğunu anladıqda onlara qəzəblənirsən. Uzun müddətdir ki, belə bir hiss yaşamıram.
Hər zaman başa düşməlisən ki, yol – sadəcə yoldur. Bu yolda addımlamamalı olduğunu hiss edirsənsə, heç bir halda yola davam etmək olmaz.
Hər şey yuxu imiş kimi davran. Cəsarətlə hərəkət et və bəhanə axtarma.
İnsanların əksəriyyəti üçün əsas maneə daxili dialoqdur. Bu hər şeyin açarıdır. İnsan onu dayandırmağa başladıqda hər şey mümkün olur. Hətta ən inanılmaz layihələr belə öz real əksini qazanır.
İnsanlar adətləri üzrə istənilən anda istənilən hər şeyi həyatlarından çıxara biləcəkləri ilə bağlı özlərinə hesabat vermirlər. İstənilən anda. Anidən.
Sahib olduğumuz yeganə müdrik məsləhətçi ÖLÜM-dür. Hər dəfə uğursuzluqla nəticələndikdə və əllərin yenidən boş qaldıqda sola dön və öz ölümündən soruş. Bu həqiqətəndəmi belədir? Və sənin ölümün bunun belə olmadığı, yanıldığın cavabını verəcək. O deyəcək: “Mən ki sənə toxunmadım!”.
Karlos Kastaneda
|
['yazıçılar', 'hikmətli sözlər', 'aforizmlər', 'Karlos Kastaneda']
|
764 |
https://kayzen.az/blog/sevgi/20901/m%C3%BCnasib%C9%99ti-t%C3%BCk%C9%99ndir%C9%99n-s%C9%99hvl%C9%99r.html
|
Münasibəti tükəndirən səhvlər
|
Apollon
|
Sevgi
|
8 sentyabr 2017, 23:35
|
Həmişə haqlı olmağa çalışmaq
Həyatda hər zaman haqlı olmaq mümkün deyil. Bəzi məsələlər var ki, haqlı olmağın bir əhəmiyyəti də yoxdur. Ancaq bir adamın hər zaman haqlı olmağa çalışması doğru deyil. Bəzən insanlar haqlı olmağa o qədər meyilli olurlar ki, xoşbəxt olmağı unudurlar. Söhbət sevgi münasibətindən gedirsə, tərəflərdən hansınınsa yüzdə yüz haqlı ya da yüzdə yüz haqsız olmadığını unutmayın və ikili münasibəti bitirən bu yanlışı kənara qoyun. Lazım gələrsə, üzr istəyin, üzr istəmək zəiflik deyil.
Hər şeyi bərabər etmək istəyi
Bir münasibətdə önəmli olan “mən”ləri itirmədən “biz” ola bilməkdir. Münasibətdə hər bir insanın özünə aid bir ətrafının olması çox önəmlidir. Birlikdə vaxt keçirməklə yanaşı hər bir fərdin öz dostları, ailə ilə vaxt keçirməsi, öz hobbilərinə vaxt ayırması, insanların münasibətlərinə daha obyektiv yanaşması və münasibətdən daha da çox zövq almalarını təmin edər. Buna görə “mütləq hər şeyi birlikdə etməliyik” istəyindən əl çəkin.
Bir-birini dəyişdirməyə çalışmaq
Hər bir münasibətin başlanğıcında sevgilinizdə sevdiyiniz xüsusiyyətlər, zamanla ən çox dəyişdirmək istədiyiniz özəlliklər ola bilər. Ən yaxşısı, qarşınızdakının da hər insan kimi qüsurlarının olduğunu qəbul edin və həmişə onu dəyişdirməyə çalışmayın. Üstəlik bir adam dəyişmək istəmirsə, onu zorla dəyişdirə bilmərsiniz. Sevdiyinizin mənfi yönlərinə diqqətinizi daha çox kökləsəniz, o zaman münasibətiniz gərginləşəcək. Ancaq önəmli bir amil odur ki, sevdiyinizdə dəyişdirmək istədiyiniz özəllik sizə və ətrafdakılara zərər verir ya yox? Zərər vermirsə, dəyişdirməyin. Dəyişdirmək ona qarşı edilmiş bir haqsızlıq olar.
Sevgilini həyatının mərkəzinə qoymaq
Belə yanaşma son dərəcə yanlışdır. Bir münasibətə çox köklənməniz, hər şeyinizi sevgilinizə görə planlaşdırmanız sizi tez tükəndirəcək və münasibətdəki balansı pozur. Sevdiyiniz insan sizin üçün çox önəmli ola bilər, amma həyatınızı tamamlayan şeylərdən yalnız biridir, həyatınızın hamısı deyil. Ona görə bu səhvi etməyin.
Sosial şəbəkə və oyunlarda çox vaxt keçirmək
Günümüzdə ən mühüm problemlərdən biri tərəflərdən birinin həddən çox telefon və sosial şəbəkələrdə vaxt keçirməsidir. Axşam evə gələn kimi əlinə telefonu alıb buraxmamaq, sosial şəbəkədən gözünü ayırmamaq, bir-biri ilə zaman keçirmək yerinə başqalarının paylaşımlarına baxmaq, “başımı dincəldirəm” deməklə kompüter oyunlarında vaxt keçirmək gerçək münasibətlərə ciddi zərər verir.
Çox şey gözləmək
Qarşınızdakı insandan sizə verə biləcəyi qədər istəməlisiniz. Hər insanın sevgi alma və vermə qədəri var. Sevdiyiniz adamın bu qədərini bilin və ondan hər şeyi gözləməyin. Xüsusilə, indi insanların çoxu sosial şəbəkələrdə bəzi insanlar əyləncələrdə, gəzintilərdəki fotolarına baxaraq öz həyatı ilə müqayisə edir və qarşı tərəfin günün qara edirlər.
Keçmişə və pis şeylərə ilişib qalmaq
Bəzi insanlar keçmişi heç cür unuda bilməzlər. Ancaq ki münasibət zamanı keçmişdə edilən səhvlərə ilişib qalmaq, köhnə problemləri həmişə gündəmə gətirmək münasibətin dağılması üçün hazır qoyulan bir bombadır. Səhvlərindən dərs çıxarıb çıxarmadığına baxmaq mühümdür. Keçmişdəki səhvlərini bağışlamağı seçmisinizsə, bunun məsuliyyətini də dərk etməlisiniz. Əgər bağışlaya bilmirsinizsə, mütəxəssis yardımı alın.
Təhqir etmək
Dava edərkən sizi narahat edən məsələ ilə bağlı danışın, amma təhqir etməyin. Problemi daha da böyütməyin. Qarşınızdakı adamın dəyərlərinə hücum etmək, kiçik görmək etdiyiniz ən böyü səhvlərdən olar.
İçinə atmaq
Sualları içinizə atmaq yerinə, doğru zamanda, doğru yerdə dilə gətirməkdən qaçmayın. Əksinə içinizə atmanız, danışmamanız problemlərin gələcəkdə daha da böyüməsinə səbəb olar. Sakitliyinizi qoruyaraq incikliyinizi bir yolla dilə gətirin. Duyğularınızı paylaşın.
ailem.az
|
['sevgi', 'kişi-qadın münasibətləri', 'münasibətlərdə problemlər', 'münasibətlərdə səhvlər']
|
765 |
https://kayzen.az/blog/fizikl%C9%99r/20947/nils-bordan-m%C3%BCk%C9%99mm%C9%99l-cavab.html
|
Nils Bordan mükəmməl cavab
|
Apollon
|
Görkəmli fiziklər
|
8 sentyabr 2017, 23:17
|
Bir dəfə Kral akademiyasının prezidenti olan Ernest Rezerforda bir kolleqası kömək üçün müraciət edir. O tələbələrindən birinə fizikadan ən aşağı qiyməti verməyə hazırlaşdığı bir vaxtda həmin tələbə ən yüksək qiymətə layiq olduğunu iddia edirdi. Müəllim və iddialı tələbə mübahisənin həlli üçün üçüncü tərəfin köməyindən istifadə etməyi qərara alırlar. Üçüncü şəxs olaraq isə Ernest Rezerford təyin edilir. İmtahan sualı belə idi: “Barometrin köməkliyi ilə binanın hündürlüyünü necə ölçmək olar?”.
Tələbənin cavabı belə idi: “Barometrlə dama qalxmaq, onu uzun kəndirlə aşağı sallamaq, daha sonradan geri çəkmək və kəndiri ölçmək lazımdır. Kəndirin uzunluğu binanın hündürlüyünü dəqiq olaraq bildirəcək. Burada vəziyyət qəliz hala alır. Belə ki, tələbənin cavabı məntiqi cəhətdən doğru idi. Digər tərəfdən isə imtahan fizika fənni olduğundan cavabın bu sahə ilə əlaqəsi yox idi.
Rezerford tələbəyə bir daha cavab verməyə çalışmasını deyir. Tələbəyə 6 dəqiqə vaxt verən Rezerford ona xəbərdarlıq edərək bildirir ki, cavab mütləq fizika ilə bağlı biliklərə əsaslanmalıdır. Verilən 6 dəqiqənin 5 dəqiqəsi tamam olduqda tələbənin vərəqi boş idi. Rezerford ondan təslim olub-olmadığını soruşduqda o bir neçə cavab variantının olduğunu və ən yaxşısını seçməklə məşğuı olduğunu deyir.
Cavabın nə olduğu ilə maraqlanan Rezerford tələbədən nəhayət ki, cavab verməsini tələb edir. Yeni cavab isə belə idi: “Barometrlə binanın damına qalxmaq və onu aşağı atmaq lazımdır. Düşmə zamanını hesablayıb, düstürdan istifadə edərək binanın hündürlüyünü təyin etmək olar”.
Bu zaman Rezerford kolleqasından cavabla qane olub-olmadığını soruşur. O isə öz növbəsində cavabdan məmnun olduğunu bildirir. Tələbə bir neçə cavab variantının olduğunu bildirdiyindən onlar həmin cavabları da səsləndirməsini xahiş edirlər.
— Barometrin köməkliyi ilə binanın hündürlüyünü ölçmək üçün bir neçə üsul var. Məsələn, günəşli havada küçəyə çıxmaq, barometrin və onun kölgəsinin hündürlüyünü, həmçinin binanın özünün kölgəsinin hündürlüyünü ölçmək mümkündür. Daha sonrada, heç də çətin olmayan ipucularından istifadə edərək binanın əsl hündürlüyünü tapmaq olar.
—Pis deyil, — deyə Rezerford deyir.
— Digər üsullar da mövcuddur?
— Bəli. Əminəm ki, sizin də xoşunuza gələcək çox sadə üsul var. Barometri əlinizə götürürsünüz və barometri divara dayayaraq pilləkənlə qalxırsınız və qeydlər edirsiniz. Bu qeydlərin sayını hesablayıb və onu barometrin ölçüsünə vursanız binanın hündürlüyünü əldə edəcəksiniz.
O davam edir:
— Nisbətən çətin üsuldan istifadə etmək istəyirsinizsə, barometri bir bağa başlayırsınız və onu bir kəfgir kimi yellədirsiniz. Bu zaman binanın aşağısında və damında qravitasiya həcmini təyin edin. Prinsipcə bu həcmlər arasındakı fərqlə binanın hündürlüyünü təyin etmək mümkündür.
— Nəhayət, — deyə o sözünü yekunlaşdırır, — bütün sadə üsullar içərisində daha sadə olanı budur: Barometri özünüzlə götürün, binanı idarə edən şəxsi tapın və deyin: “Cənab, mənim mükəmməl barometrim var. Mənə binanın hündürlüyünü desəniz o sizindir”.
Bu zaman Rezerford tələbədən nəyə görə ilk əvvəldən suala düzgün cavab vermədiyini soruşduqda o müəllimlərin məktəb və kolleclərdə tələbələri standart fikirlərlə yükləməsini görməkdən təngə gəldiyini bildirmişdi.
Həmin tələbə isə danimarkalı fizik, 1922-ci ildə Nobel mükafatı laureatı Nils Bor (1885-1962) idi.
|
['fizik', 'fizika alimi', 'böyük fiziklər', 'məşhur fiziklər', 'görkəmli fiziklər', 'Nils Bor']
|
766 |
https://kayzen.az/blog/menecment/20935/trumpdan-biznes-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99ri.html
|
Trumpdan biznes məsləhətləri
|
Apollon
|
Menecment
|
7 sentyabr 2017, 20:41
|
Son zamanlara qədər sadəcə biznes sahəsində məşhur olan amerikalı milyarder Donald Trump ABŞ prezidentliyinə namizəd olduqdan sonra öz qalmaqallı çıxışları və iddiaları ilə də gündəmə gəldi və hazırda da bütün dünya üzrə müzakirə mövzusu olaraq qalmaqdadır.
Lakin bütün bunlara baxmayaraq qalmaqallı namizəd biznesmen fəaliyyətini davam etdirir. Onun bir fəlsəfəsi var – milyarder kimi düşün və sən milyarder olacaqsan. Bununla yanaşı, Donald Trump hər zaman öz qəddar və praqmatik müdrikliyini hər kəslə paylaşmağa hazırdır.
▪ Həyata qarşı pozitiv münasibətinin daim qələbə qazanmasına imkan ver: öz optimistliyində inadkar ol.
▪ İşdən azad etmək – vacib və məsuliyyətli bir prosesdir. Düzdür, işdən qovmaq xoş olmasa da, xəstə budağı kəsməklə, bütün ağacı xilas etmək olar.
▪ Bilik üçün səbr, fəaliyyət üçün cəsarət lazımdır. Səbr və cəsarəti birləşdirin və qalib olacaqsınız.
▪ İntuisiyanıza qulaq asın. Əslində hara getmək istədiyiniz yalnız sizin özünüzə məlumdur.
▪ Nümunə göstərin və sizə lazım olan insanlar özləri sizi tapacaqlar. Bu sizə xoş gələn insanlarla işləməyin ən yaxşı yoludur.
▪ Risk etməkdən qorxmayın, sevdiyiniz işlə məşğul olun, öz hərəkət istiqamətinizi özünüz seçin.
▪ Milyarderlər üçün iş və məmnunluq – hər ikisi eyni şeydir.
▪ Heç vaxt məzuniyyət götürməyin. Nəyinizə gərəkdir? Əgər işiniz sizə məmnunluq qazandırmırsa, demək lazım olan yerdə işləmirsiniz. Mən isə qolf oynayıram və öz biznesimi davam etdirirəm.
▪ Mənim devizim budur: Ən yaxşıları işə götür – və heç bir şeydə onlara etibar etmə.
▪ Ciddi olun, öz nailiyyət və qüvvənizi lazımi ana saxlayın.
▪ Əminəm ki, insan lazım bildiyi qədər pul xərcləməlidir. Lakin həmçinin bir şeyə də əminəm ki, mümkün olduğu qədər də çox xərcləmək lazım deyil.
▪ Mən gecə saat 1-də yatağa gedirəm və səhər artıq 5-də oyanaraq yeni qəzetləri oxuyuram.
▪ Maliyyə rifahı üçün yaxşı ideya düşünüb həyata keçirməməkdən daha dəhşətli bir şey yoxdur.
▪ Hər hansı bir müqaviləyə imza atarkən yarana biləcək çətinlik və bu çətinliyin öhdəsindən gəlmək ehtimalını düşünürəm. Müqavilənin yaxşı tərəfləri barədə düşünməyə dəyməz. Yaxşə tərəf özü-özünə həyata keçəməyə qadirdir.
▪ Varlanmağın yeganə yolu – realizm və düzgün limitlərdir. Yalnız jurnal vərəqlərində və televiziyada mövcud olan illuziya dünyası ilə vidalaşmaq zamanıdır. Hər şey siz düşündüyünüz qədər asan deyil.
▪ Əsl milyarderlər heç vaxt zamanı tələsdirməyə çalışmırlar. Çünki həyat çox gözəldir, lakin bununla belə çox da qısadır.
▪ Hər zaman bir sadə qaydanı yadda saxlayın: sahib olmaq istədiyiniz iş üçün yaxşı geyinmək lazımdır, hazırda işlədiyiniz üçün yox.
▪ Əslində dünya qəddar, insanlar isə amansızdırlar. Onlar üzünüzə gülümsəyə və bu təbəssümün arxasında sizi öldürmək arzularını gizlədə bilərlər. Cəngəlliklərdə yırtıcı heyvanlar həyatda qalmaq üçün öldürürlər. Yalnız insanlar bunu əyləncə üçün kimisə qətlə yetirirlər.
▪ Nə qədər ağıllı olduğunuz, təhsilinizin nə qədər ali olduğu və təcrübənizin nə qədər geniş olduğu vacib deyil. O dərəcədə müdrik olmaq mümkün deyil ki, tək başına uğurlu biznes qurasan.
▪ Baxın, qulaq asın və öyrənin. Siz hər şeyi bilə bilməzsiniz. Kim belə düşünürsə, yaxşı olmağa məhkumdur.
|
['Donald Trump', 'uğur sirrləri', 'uğur psixologiyası']
|
767 |
https://kayzen.az/blog/psixologiya/20359/karl-qustav-yunq.html
|
Karl Qustav Yunq
|
Apollon
|
Psixologiya
|
4 sentyabr 2017, 23:44
|
Analitik nəzəriyyə. Yunqa görə şəxsiyyət 3 ayrı-ayrı, lakin bir-birilə qarşılıqlı əlaqədə olan strukturdan ibarətdir: eqo, şəxsi şüursuzluq və kollektiv şüursuzluq.
Eqo. Şüur sferasının mərkəzində durur. O, özündə fikir, hiss, təəssürat və duyğuları birləşdirən,”psyche” komponenti vasitəsilə çıxış edir. Elə buna görə də biz özümüzü tam, daimi hiss edirik və insan kimi qavrayırıq. Eqonun hesabında biz öz şüur fəaliyyətimizin nəticəsini görə bilirik.
Şəxsi şüursuzluq. Özündə indi unudulmuş, amma vaxtilə baş verən konflikt və təəssüratları birləşdirir. Yunq Freyddən daha irəli gedərək bildirir ki, şəxsi şüursuzluq fərdin keçmiş yaxud anadan gəlmə, nəsli təcrübəsindən gələn kompleksləri, yaxud emosional fikirləri: hiss və təəssüratları birləşdirir. Yunqun təsəvvürlərinə görə bu komplekslər fərdin davranışına güclü təsir göstərə bilər. Məs: hakimlik kompleksi olan insan birbaşa yaxud simvolik olaraq hakimiyyət mövzusu ilə əlaqədar olan işlərə əhəmiyyətli dərəcədə psixi enerji sərf edə bilər. Bir dəfə formalaşmış kompleks insanın davranışına və onun hisslər aləminə təsir etməyə başlayır. Nəticədə kompleksin komponentləri, yaxud bütün kompleks dərk edilə və fərdin həyatına güclü təsir edə bilər.
Kollektiv şüursuzluq. Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və şəxsi şüursuzluğu ört-basdır edir. Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insan təkamülünün ruhi səltənəti durur. Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir. Onu da qeyd etməliyəm ki, Yunqun və Freydin fikir ayrılığının əsas səbəbi kollektiv şüursuzluq konsepsiyası oldu.
Atxetiplər. Yunq belə bir fərziyyə irəli sürdü ki, kollektiv şüursuzluq ilkin psixi obrazlar olan arxetiplərdən ibarətdir. Arxetip — bu əhəmiyyətli emosional elementə malik universal fikir formasıdır. Arxetiplər -anadangəlmə fikir və təəsüratlardır. Anadangəlmə burada konkret situasiyalara emosional, koqnitiv və davranış baxımından cavab vermə tendensiyası kimi başa düşülür. Misal üçün, valideynlərlə, sevdiyin insanla, ilanla yaxud ölümlə qəfil qarşılaşma olduqda. Yunq tərəfindən göstərilən arxetiplər arasında ana, uşaq, qəhrəman, müdrik, Allah və ölüm daxildir.
Yunq belə hesab edirdi ki, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kütləvi şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır.
Persona. (latınca “persona” – maska dem.) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur.
Anima və animus. Bir çoxları tərəfindən qəbul olunmuşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Homoseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan bioseksuallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxetipi anima, qadında maskulin arxetipi isə animus adlanır. Bu arxetiplər xromosomlar və cinsi maddələrlə şərtlənsələr də kişilərin qadınlarla bağlı olaraq və qadınların kişilərlə bağlı olaraq keçirdikləri təəsüratlаrın nəticəsidir.
Kölgə. Persona arxetipinə əks mövqedə, şəxsiyyətin qaranlıq, qarışıq və heyvani tərəfi olan kölgə dayanır. Kölgə özündə sosial cəhətdən qəbul olunmayan seksual və aqressiv impulsları, əxlaqsız fikir və ehtirasları özündə birləşdirir. Lakin kölgənin həm də müsbət tərəfləri də var. Yunq kölgəyə həyatın mənbəyi, fərdin həyatının spontаn və yaradıcılığının başlanğıcı kimi baxırdı. Оnun fikrinə görə, eqonun funksiyası kölgənin enerjisini düzgün cərəyana yönəltsin.
Özəllik. Yunqun nəzəriyyəsində daha vacib xarakter daşıyır. Bu arxetip ətrafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir. Belə olan halda Yunqa görə özəllik bu insan həyatının başlıca məqsədidir.
|
['psixologiya', 'psixoloq', 'psixoloq-alim', 'Karl Qustav Yunq']
|
768 |
https://kayzen.az/blog/intellekt/20697/finlandiya-t%C9%99hsil-sistemi_2.html
|
Finlandiya təhsil sistemi
|
Apollon
|
İntellekt və təhsil
|
28 avqust 2017, 21:04
|
Fin düşüncəsi: oxumağın yeri məktəbdir
Burada uşaqların məktəb həyatı dövlətin gənclik və təhsil siyasətinin uğurudur. Fin təhsil sistemində təbiət elmləri, riyaziyyat, humanitar elmlər, incəsənət, idman və praktika da çox vacibdir. Fin uşaqları bağça və ibtidai siniflərdə oyunlar oynayır və zövq alaraq öyrənirlər. Müəllimlər də, valideynlər də riyaziyyat və ya dəqiq elmlərdə mücərrəd anlayışları öyrətməyin ən səmərəli yolunun musiqi, dram, ya da idman olduğunu düşünürlər. Elmi və elmi olmayan öyrənmə üsulları arasında qurulan bu tarazlıq uşaqların məktəbdə xoşbəxt olmasının sehrli formuludur. Tələbə Dəyərləndirməsi üzrə Beynəlxalq Proqram (PISA – Programme for International Student Assessment) testləri məktəb həyatının çox əhəmiyyətli olan bəzi meyarlarını qiymətləndirmir. Aşağı məsrəflər, bolluca boş zaman, qısa məktəb saatları ilə yüksək akademik müvəffəqiyyət, müstəqilliyə əhəmiyyət verən, şagirdlərə öz təhsil proqramını özlərinin tərtib etmə məsuliyyətini həvalə edən, əylənərək öyrənməyi sintezləşdirən fin təhsil sistemi hələ də təhsilin röya ölkəsi olaraq qalır.
Finlandiyada məcburi məktəbə başlama yaşı 7-dir. Bu, ilk təhsilin ailədən gəldiyi düşüncəsinə əsaslanır. Uşaqlar məktəbə özləri piyada, ya da velosipedlə gedirlər. Fin mədəniyyəti uşaqların müstəqil yetişməsini vacib sayır. Övladlarını aparıb-gətirən, dərs öyrədən valideyn anlayışı yoxdur. Bəzən vacib olanda, ya da məsafə uzaqdırsa, bunu edirlər. 2013-cü il hesabatı ilə əhali sayı 5,5 milyon olan Finlandiya cinayətin çox az olduğu, yol qaydalarına hər kəsin əməl etdiyi, avtobusların vaxtında işlədiyi bir ölkədir. Odur ki, hər kəs uşağını məktəbə servissiz göndərə bilir. Fin təhsilinin tədrisi bəsitdir, 8-ci sinfə qədər bütün şagirdlərə eyni proqram tətbiq olunur, 8-ci sinifdən etibarən onlar öz maraq və ehtiyaclarına uyğun tədris proqramlarını formalaşdırma haqlarına sahibdirlər. Müəllimlər də həmçinin. Fin şagirdlərinə ibtidai sinifdə qiymət verilmir və onlar standartlaşdırılmış bir sınaq sisteminə tabe deyillər. Ölkənin təhsil sistemində sınaq stresi yoxdur, müqayisə, özəl kurslar, repetitorlar da onun kimi. 16 yaşlarında ölkə səviyyəsində imtahana girirlər. Müəllimlər gün ərzində sinifdə ortalama dörd saat dərs keçirlər, ancaq bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar. Şagirdlərə ev tapşırığı verilmir, finlilərə görə öyrənmənin yeri məktəbdir. Daha kiçik yaş qruplarının təlim-tərbiyəsi ilə bağlı bir çox əyləncəli qısa videomateriallar var. Siniflərdə 15, bəzən 20 şagird olur, çox aktiv və yetərincə yaxşı öyrənməyən uşaqlar varsa, müəllimə əlavə yardımçılar da qoşulur. Zəif şagirdlərə dəstək verilir, üçmərhələli “şagird xilasetmə” proqramı tətbiq edilir. Uşaqlar məktəbə keflə gedib-gəlirlər, mızmızlanma yoxdur. Oyun saatı boldur.
Məktəb həm təhsil, həm tərbiyə, həm də yemək verir
Fin məktəblərində idman və musiqiyə əhəmiyyətli yer verilir. Hətta şagirdlərin çoxu həftə sonlarını məktəblə çalışan könüllülərdən ibarət idman klubları və ya yerli rəhbərliyin təşkil etdiyi idman xidmətlərindən faydalanırlar. Amma idmanda qarşılaşmaq üçün komandalar yoxdur. Rəqabət, üstünlük əldə etmək fin cəmiyyətində xoş qarşılanmır. Finlandiyada özəl məktəb yoxdur və təhsil xərclərinin hamısı dövlət tərəfindən qarşılanır. Məktəblər bir-birlərilə rəqabətdə olmur, əksinə həmrəylik nümayiş etdirirlər və müvəffəqiyyət göstəriciləri demək olar eynidir. Finlilərə görə “təhsil hər kəsə bərabər fürsətlər yaratmaqdır”. Bərabərlik anlayışına fövqəladə dəyər verilir. Zəka və bacarıqları nə olur-olsun, bütün uşaqlar eyni siniflərdə oxuyurlar. Məktəbdə günorta yeməyini dövlət təmin edir və bunu hər məktəb üçün eyni şəkildə və yüksək keyfiyyətlə təqdim edir. 6-7 yaşlı uşaqlara isə əlavə servis edilir, nəzərə alınır ki, onlar gün boyu qaçıb-oynayır, enerji xərcləyirlər. Hətta allergiyası olan uşaqlara, bir nəfər olsa belə, ayrı yemək hazırlanır. Uşaq məktəbdə həm təhsil alır, həm oynayır, həm də qidalanır. Bufetlərdə yalnız su, süd və meyvə satılır. Ölkədə təhsildən əvvəl, insanların təməl ehtiyaclarının qarşılanmasının əsas şərt olduğu qanunlarla tənzimlənir. Hər kəsin özünü etibarlı hiss etməsi, düşüncə azadlığının qorunması, qidalanma əndişəsi yaşamaması kimi baza ehtiyaclar zəmanətə alınıb.
Siniflər ev tərzində dekorasiya olunur, “quraraq-yaşayaraq öyrənmə modeli”nə uyğun sahələr mövcuddur. Bu səbəblə şagirdlər evdən məktəbə gəlincə fərqli bir mühitə düşmüş kimi olmurlar. Eynilə evində olduğu kimi dərsi istərsə kresloda oturaraq, istərsə yerdə çömələrək dinləyir. Dərs zamanı diqqəti çəkmədən gəzinmək sərbəstdir. Əgər bir sinifdən heç səs çıxmırsa, şagirdlər partalarda oturur və qalxmırlarsa, o müəllim sorğuya çəkilir. Çünki Fin təhsil sistemində dərs izah edən müəllim yoxdur, birlikdə fəaliyyət göstərən komanda var. İbtidai sinifdə şagirdlərin dərsdən kənar, tənəffüs üçün keçirdikləri zaman ümumilikdə 75 dəqiqədir. Amerikada bu 27, Türkiyədə 45, Azərbaycanda 30-35 dəqiqədir. Finlandiyada tətil də uzundur.
Müəllimlər üçmərhələli testdən keçir, həftədə iki saat savadını artırır
Bütün müəllimlərin ən az magistr dərəcəsi var və onlar universitet nəticəsi yüksək olanlar arasından seçilir. Müəllim cəmiyyətdə ən hörmətli peşələrdən biridir, statusu həkim və vəkillə eynidir. Müəllim olmaq üçün üçmərhələli bir testdən keçilir. Bu mərhələlərdə müsahibə, dərs izah etmə kimi vacib bölümlər də var. Finlandiya müəllimləri bacarıqlı-bacarıqsız olaraq mühakimə etməyən bir mentalitetə sahibdir. Çatışmazlıqları olanların yeni təlim-tədris proqramlarıyla özlərini inkişaf etdirməsi şərtdir. Müəllimin aşağı performans səbəbiylə işdən atılma qorxusu yoxdur. Həftədə iki saatı ixtisasartırma təlimlərinə qatılmağa ayırırlar. Odur ki, şagirdin problemi varsa, bu, məktəbin və müəllimin sayılır. Hər uşağa dəyər verilir, biri yetərli dərəcədə yaxşı öyrənmirsə, müəllimləri dərhal sezir və tədris proqramını onun fərdi ehtiyaclarına görə tərtib edir. Eynisi məktəbə uyğunlaşa bilməyən, sıxılan, ya da proqramı qabaqlayan uşaqlara da tətbiq olunur. Uşaqların ortalama 30%-nə təhsil həyatlarının ilk doqquz ilində xüsusi proqramlarla dəstək verilir. Müəllimlərin yüksək təhsil səviyyəsi, uşaqların hər cür inkişafını müşahidə edə və çevik həll yolları tapa bilmələrinin əsas səbəbidir. Finlandiya onu dünya ölkələri arasında birinci edən uğura necə çatıb, bacarığın səbəbi nədir, soruşulduğunda şagirdlər “müəllimlərimizdir”, deyirlər.
Finlandiyada təhsilə nəzərdə tutulan büdcənin çox hissəsi dərs mühitində özünü biruzə verir. Müəllimlər də, rəhbərlər də təxminən eyni maaş alırlar. Bu ölkədə hər şagirdə ABŞ-la müqayisədə 30% az pul xərclənir.15 il iş stajlı bir müəllim ortalama iş həyatına yeni başlayan həmkarından daha yaxşı qazanır. Müəllimin illik maaşının 29 min avro olduğu deyilsə də, bəzi mənbələr daha az söyləyir. Müəllim sayı NewYorkdakı qədər, amma Finlandiyada hər müəllimə düşən şagird sayı NewYorkdakından iki dəfəyə yaxın azdır – NewYorkda 1,1 milyon, Finlandiyada 600 min şagird var.
“Bataqlıqlar ölkəsi”ndən “zanbaqlar ölkəsi”nə
Lisey məzunlarının 66%-i təhsillərini universitetlərdə davam etdirirlər və bu, Avropa ölkələri arasında ən yüksək göstəricidir. Finlandiya ortalama ən yaxşı və ən pis şagird arasında fərqin az olduğu ölkədir. Fən bölümlərini seçənlər ən çox 16 nəfərlik siniflərdə təlim görürlər və beləliklə laboratoriya imkanlarından yüksək səviyyədə yararlana bilirlər. Finli gənclərin 93%-i lisey məzunudur və bu göstərici ABŞ-a nisbətən 17,5% çoxdur. Şagirdlərin 43%-i peşə liseylərinə gedirlər. Məktəblərdə normal təhsillə bərabər peşə təhsili də verilir. Hər şagird məktəbi bitirdiyi zaman marağında olduğu peşəyə yiyələnəcək qabiliyyətə sahib olur. Amma soruşduğunuzda hər sinifdən 1-2 nəfər mühəndis, ya da həkim olmaq istəyir, çoxu aşpaz, idmançı və ya xidmət sahəsində peşələr seçəcəyini söyləyir. Fin uşaqlarının məsələlərə praktik çözüm tapmaq, ya da xüsusi bir sahədə bacarığı yoxdur, adi uşaqlardır. Amma sistem kütlədən almaslar yetişdirə bilir, hər şagirdin mühüm olduğunu və xüsusi qabiliyyətini vurğulayır, “əsas olanı ortaya çıxarmaqdır”, deyirlər.
Ölkədə təhsili elm kimi dəyərləndirirlər. 2000-ci ildən bəri PİSA testlərində ən uğurlu ölkə həmişə Finlandiya olub. Finlilər üçün məsələ nə universitet məzunu olmaq, nə də yüksək bilgi sahibinə çevrilməkdir, bu barədə iddialı xalq deyil. Əsl məsələ təhsil aldığın, ya da işlədiyin sahədə özünü xoşbəxt hiss etməkdir. Beynəlxalq əhəmiyyətli sınaqlarda əldə edilən böyük uğurlar, “Nokia” kimi etibarlı bir markanın yaradılması təhsildə bu ölkənin gəldiyi yerin nəticəsidir. Finlandiya elastik təhsil sistemi ilə hər il ölkələri böyük fərqlə geridə qoyaraq bu sahədə lider olur. Təhsil sistemi bu qədər güclü olan ölkə siyasətçilərinin dünyanın siyasi liderliyinə oynamaq iddiası yoxdur. Onlar daxildə rifahın artırılmasına çalışırlar, dünyaya təsir edən siyasi fəaliyyətlərdən uzaq dayanırlar. Bu səbəblə Avropada zəngin-yoxsul ayrı-seçkiliyinin ən aşağı, təbəqələşmənin demək olar meydana gəlmədiyi bir ölkədir. “Bu ölkədə hər şey təhsil üçündür” demək olar. Finlandiyada təhsil sistemi son 200 ildir belə işləyir və dəyişikliyə uğramayıb. Sadəcə ABŞ-la deyil, nüfuzuna görə özünə bənzər ölkələrlə qarşılaşdırıldığında təhsil sektorunda zirvələrdədir. Rus yazıçısı Qriqoriy Petrovun Finlandiya haqqında “Ağ zanbaqlar ölkəsində” kitabı təhsil sisteminin bir ölkəni necə dəyişdirdiyinin, iki əsr əvvəl müstəqilliyini qazanan və hər tərəfi bataqlıq olan ölkənin “xoşbəxtlər ölkəsi”nə çevrildiyinin ən gözəl nümunəsidir.
|
['təhsil sistemi', 'dünya təhsil sistemi', 'Finlandiya təhsil sistemi', 'xaricdə təhsil']
|
769 |
https://kayzen.az/blog/ginekologiya/20779/toksikoz.html
|
Toksikoz
|
Apollon
|
ginekologiya
|
26 avqust 2017, 15:21
|
Amerika Hamiləlik Asossiasiyasının verdiyi məlumata görə 50% qadın hamiləlikdə ürəkbulanmaları, daha dəqiq desək toksikozdan əziyyət çəkirlər. Toksikoz əsasən hamiləliyin ilk trimesterində hormonların bədəndə sürətli artımı nəticəsində baş verir. Bu halın əsas simptomları cüzi və ya şiddətli ürəkbulanma hissinin olması, halsızlıq, iştahasızlıq, qusma halları, bədəndə susuzlaşma, başgicəllənmələri və s. müşahidə oluna bilər.
Hal-hazırda da toksikoz haqqında irimiqyaslı araşdırmalar aparan xanım Fejzo 2009-cu ildə əldə etdiyi məlumata görə ürəkbulanmaları əsas etibarilə hamiləliyin 27-ci həftəsinə qədər keçib qurtarır. Lakin toksikozdan əziyyət çəkən qadınların 22%-ində xoşagəlməz əlamətlər hətta doğuşa qədər özünü göstərə bilir.
Tibb sahəsinin mütəxəssisləri toksikozu öncədən təyin edə bilməsələr də, risk altında olan qadınların əlamətlərini qeyd edirlər:
— Artıq çəkiyə malik olan
— Müxtəlif allergiyalardan əziyyət çəkən
— Hamiləlikdən öncə müəyyən növ pəhriz (vegeterian, laktozsuz, qida dözümsüzlüyü və s.) saxlayan
— Erkən hamiləlik yaşayan
Qadınları maarifləndirmək və toksikozdan əziyyət çəkən qadınlara dəstək olmaq üçün 2012-ci ildə ilk dəfə olaraq 15 may tarixində dünyada “Toksikoz maarifləndirmə günü” (Hyperemesis Gravidarum Awareness Day) H.E.R. Foundation tərəfindən təsis olunaraq hər il keçirilməyə başlandı.
Baxmayaraq ki, alimlərə toksikozun səbəbi daha ətraflı məlum deyil, lakin onlar qeyd edirlər ki, məhz toksikoz səbəbilə döl qida və içkilərin tərkibində mövcud olan zəhərli maddələrdən və xəstəliktörədici orqanizmlərdən qorunur.
Yuxarıda sadalanan xoşagəlməz simptomlara rəğmən mütəxəssislər anaları sakitləşdirməyə, toksikozun ana və uşaq sağlamlığına təhlükəli olmadığını, hətta faydalı olması haqqında məlumatı paylaşırlar. Belə ki, Milli Sağlamlıq İnstitunun (National Institutes of Health) apardığı yeni araşdırmalara əsasən sübut olunmuşdur ki, hamiləlikdə baş verən ürəkbulanma və qusma kimi hallar dölün düşməsi və hamiləliyin dayanması riskini azaldır. 1992-2012-ci illər müddətində Kanadalı alimlər 850 000 hamilə qadının iştirakı ilə araşdırma aparmışlar və məlum olmuşdur ki, toksikozdan əziyyət çəkməyən qadında hamiləliyin pozulması riski 3-10 dəfə daha çoxdur. Həmçinin toksikoz vaxtından erkən doğulma hallarını 6,4-9,5% azalmasına əsas vermişdir. Bunlardan əlavə olaraq, toksikoz keçirən qadınlarda anadangəlmə qüsurlu uşaq doğma halları 30-80% daha azdır.
Kanadalı alimlər bu araşdırma əsnasında toksikozun daha bir faydasını kəşf etməyə nail olmuşdurlar. Araşdırmalara görə anaları toksikoz keçirən uşaqlar 3-7 yaşlar arasında daha yüksək zəka kəmiyyəti (İQ) nümayiş etdirmişdirlər.
Müəyyən olmuşdur ki, toksikozun simptomları nə qədər şiddətli və kəskindirsə, yuxarıda qeyd olunan faydalarının şansı da bir o qədər yüksəkdir.
Qeyd edək ki, həkimlər hamilə qadınlara müxtəlif rahatladıcı üsullar təklif etsələr də, toksikozun mürəkkəbliyi ondan ibarətdir ki, bir qadın üçün təsirli olan digərinə uyğun gəlmir, bəzi hallarda isə ümumiyyətlə heç bir üsul təsir göstərmir.
Dünyanın müxtəlif guşələrindən olan mütəxəssislər ürəkbulanmaya qarşı aşağıdakı dəmləmələri qəbul etməyi məsləhət görürlər:
* Yarpız çayı
* Anis ulduzundan hazırlanmış çay
* Zəncəfil çayı
* Razyana toxumlarının çayı
Qreypfrut və rəndələnmiş limon qabıqlarını çaya əlavə etmək də ürəkbulanmanı azalda bilər. Ədviyyatlardan bəziləri mədə bağırsaq sistemini rahatlamaqla ürəkbulanmaların azalmasına da müsbət təsir edir. Məsələn, anis, cirə və razyana toxumlarını çeynəmək, yeməklərə zəncəfil tozu və ya zəncəfil kökünün rəndələnmiş halını əlavə etmək müsbət nəticə verə bilər.
Şirələr və smuzilər bəzən bərk qida qəbul edə bilməyən hamilə qadınların yeganə qida mənbəyinə çevrilir. Qidalandırıcı olmaqla yanaşı, ürəkbulanmanı azaldan bir sıra şirələr və qarışıqlar mövcuddur:
— Limonlu su və ya digər limon əsaslı içkilər
— Alma sirkəsi, su və bal qarışığı
— Alma şirəsi
— Pomidor və limon şirələrinin qarışığı
— Kokos suyu
— Bananlı smuzilər
— Badam südü
Bəzi qadınlar sadəcə buz kublarını sovurmaqla ürəkbulanmalarına qalib gəldiklərini bildirirlər. Buzdan əlavə olaraq, meyvə şirələrini dondurmaq və dondurma kimi qəbul etmək yardım edə bilər. Qida mütəxəssisləri ürəkbulanmalarını azaltmaq üçün hamilələrə yemək və içkilərinəq bal, dəniz duzu və jelatin əlavə etməyi məsləhət görürlər.
Toksikozdan əziyyət çəkən hamilələrə aşağıdakıları etməmək tövsiyə olunur:
* Yeməkdən sonra uzanmaq
* Yemək vaxtını ötürmək
* Yemək bişirmək
* Acı və ədviyyatlarla zəngin qida qəbul etmək
Hazırladı: Səltənət Zülfüqarova
|
['ginekologiya', 'ginekoloji problemlər', 'toksikoz', 'hamiləlik problemləri', 'Hamilə qadınlara məsləhətlər']
|
770 |
https://kayzen.az/blog/ushaq_terbiyesi/20695/%C9%99ks-n%C9%99tic%C9%99-ver%C9%99n-5-t%C9%99rbiy%C9%99-%C3%BCsulu.html
|
Əks nəticə verən 5 tərbiyə üsulu
|
Apollon
|
Uşaq tərbiyəsi
|
26 avqust 2017, 15:17
|
1. Uşağı sakitləşdirmək üçün, onun fikrini yayındırmaq lazımdır
Məqsəd: uşağa mənfi emosiyaların öhdəsindən gəlməyə kömək etmək.
Nəticə: uşağın fikrini yayındırmaqla, biz mənfi hisslərin uşağın içində qalmasına səbəb oluruq və hisslərin çıxması üçün şərait olmur. Hətta əgər o zahirən sakitləşmiş görünsə də, çox güman ki, ilk fürsətdə öz hisslərini büruzə verəcək, biz isə təəccüblənəcəyik ki, axı uşaq niyə xırda bir məsələ ucbatından bir saat isterikaya düşdü.
Emosiyalar – enerjidir, onları da hansısa yolla sərf etmək lazımdır. Biz sadəlövhcəsinə düşünürük ki, bu hisslər sadəcə öz-özünə yoxa çıxacaq. Bəlkə də həyatda heç bir məsələ ilə bağlı bu cür möcüzənin baş verməsinə inanmırıq. Biz gözəl başa düşürük ki, başımızı işlə qatmaqla aclıq hissi yoxa çıxmır (düzdür, müəyyən müddət aclığı unutmaq olar, amma orqanizmimiz cidd-cəhdlə bizə yemək qəbul etməyimiz üçün siqnallar verəcək). Biz bilirik ki, səliqəsiz otaqdan çıxmaqla o otaq qaydasına düşməyəcək. Və nəhayət biz yersiz vaxtda bizi narahat edən təbii ehtiyacımızın (həmişəlik və tamamilə!) yoxa çıxacağına ümidlənib özümüzü boş yerə təsəlli etmirik. Biz sadəcə bu siqnallara daha sivil yollarla cavab verməyə çalışırıq. Emosiyalar da bizdən bunu tələb edir. Emosiyalar pis irsi vərdişlər səbəbilə və ya uşaqların təbiətcə idarəçi və ziyankar olmağa meylli olduqları üçün meydana çıxmır – emosiyalar bizə nəyinsə qaydasında getmədiyini xəbər verir. Və hətta əgər nəyisə düzəltmək mümkün deyilsə, emosiyaları ifadə etmək, yaşamaq lazımdır ki, onlar üst-üstə yığılaraq partlamamış bomba təsiri göstərməsinlər.
2. Uşaq kimisə dişləyirsə – əvəzində onu da dişləmək lazımdır
Məqsəd: Uşağa dişləməyin insanı incitdiyini göstərmək və onda acıma hissi oyatmaq.
Nəticə: Biz bu yolla uşağa müxtəlif ideyalar verə bilərik, amma əmin olun ki, ağrıya səbəb olduğu üçün dişləməyin pis hərəkət olduğunu ona izah edə bilməyəcəksiniz. Əksinə, biz bu hərəkətimizlə ona göstəririk ki, deməli başqasını dişləmək olar. Həmçinin biz ona güclü olanın qalib gəldiyini göstəririk. Habelə, ona yazığımız gəlmədiyini və onu incitməyə hazır olduğumuzu bildiririk. Göstəririk ki, qisas almaq lazımdır və biz böyüklərdən hər şey gözləmək olar. Niyə biz elə düşünürük ki, uşağın hərəkətlərinin eynisini etməklə onda acıma hissi oyadacağıq? Çünki, ümid edirik ki, uşaq öz məntiqini işə salacaq: “məni dişlədilər və mən ağrı hiss etdim – deməli, mən də kimisə dişləyəndə onun ağrı hiss etməsinə səbəb oluram. Mənim ağrı hiss etməkdən xoşum gəlmir – deməli, bu başqasının da xoşuna gəlməyəcək. Mən öz valideynlərimi sevirəm – deməli, onların ağrı hiss etməsini istəmirəm, çünki ağrı hiss etmək çox pisdir”. Bütün bunları beynimizdə daha qısa şəkildə canlandırırıq, amma sözlərlə ifadə edəndə görürük ki, uşağın beyni buna hazır deyil.
Həmçinin, biz uşağın beynində bu alqoritmi işə salmağa cəhd edəndə unuduruq ki:
▪ o bu cür arıdıcıl məntiqi gedişatlar etmək üçün hələ şifahi-məntiqi düşüncəyə sahib deyil
▪ belə hallarda hisslər işə qarışır – məsələn, uşaq qorxur və ya inciyir və ya bu hisslərin hamısını keçirir. Və o tərbiyəçiyə olan inamını itir. Belə olan halda məntiqə artıq yer qalmır.
Beləliklə, əgər bu cür üsulun məqsədi uşağı dişləməkdən çəkindirməkdirsə, ola bilsin ki, bu üsul işə yaramayacaq. Lakin, əgər məqsədimiz uşağımıza acıma, başqasının dərdinə şərik olma hissləri aşılamaqdırsa, o zaman başqa üsula əl atmalıyıq.
3. Uşaq xəsis böyüməsin deyə, ona paylaşması üçün israr etmək lazımdır
Məqsəd: uşağa əliaçıq olmağı öyrətmək.
Nəticə: bu üsul ən əks nəticəni verəcək.
Bir qayda olaraq, biz iki halda nəyisə paylaşmaq istəyirik:
▪ əmin olanda ki, paylaşdığımız şey hər kəsə çatacaq qədər çoxdur
▪ və bizə yaxın olan insana yaxşılıq eləmək istədikdə. Belə olan halda hətta öz istədiyimiz bir şeyi də qurban verməyə hazır oluruq.
Bundan əlavə, biz bir şeydə mənfəət güdərək, məsələn kiminsə rəğbətini qazanmaq və ya haqqımızda kiminsə pis düşünəcəyindən qorxaraq əlimizdə olanı paylaşırıq: Elə məhz sonuncu “əliaçıqlıq” variantı özümüzün də bu cür tərbiyə olunmağımızın nəticəsidir. İlk iki variant isə müəyyən səviyyədə yetişkənlik tələb edir. Qarışıq hisslərə hazır olmaq (“bunu özüm istəyirəm, amma yaxşılıq da eləmək istəyirəm”) və məkan-zaman təsəvvürlərinin təkmilləşməsi (“bilirəm ki, bundan yenə əldə edə bilərəm”) – bütün bunları müəyyən yaşa qədər uşaqdan gözləməyə dəyməz (oyun meydançasında oynayan uşaqlardan isə ümumiyyətlə gözləməyə dəyməz. Çünki “əliaçıqlıq pedaqogikasının” mərkəzi məhz oyun meydançalarıdır). Bəs uşağa əliaçıq olması üçün necə kömək etmək olar? Hər şey çox sadədir – ona nümunə olmaq lazımdır (səmimi əliaçıqlıq nümunəsi, məcburi, göstəriş üçün nümayiş etdirilən əliaçıqlıq nümunəsi yox). Və ümumiyyətlə əliaçıqlıq etməzdən əvvəl, mülkiyyətin nə olduğunu dərk etmək lazımdır. Yəni, əgər kimsə uşaqdan onun oyuncağını istəyirsə, onun imtina etmək haqqına sahib olduğunu qəbul etmək lazımdır.
4. Uşaq ağlağan olmasın deyə, ona başına gələn hadisənin əhəmiyyətsiz olduğunu göstərmək lazımdır
Məqsəd: uşağa hisslərinin öhdəsindən asanlıqla gəlməyə kömək etmək.
Nəticə: uşağın fikrini yayındırmaqla hansı nəticə əldə edəcəksinizsə, bu üsul da eyni nəticəni verəcək. Emosiyaların öhdəsindən gəlməyin yeganə yolu – onları büruzə verməkdir. Bunu isə müxtəlif yollarla etmək olar: hönkürtü ilə ağlamaq, qışqırmaq, hissləri sözlərlə ifadə etmək, onların şəklini çəkmək, məktub yazmaq və s. Lakin, müxtəlif üsulları mənimsəmək üçün vaxta və təcrübəyə ehtiyac var. Və yaxşı olar ki, bu proses böyüklərin vəziyyəti qəbullanması və dəstəyi ilə baş versin. Niyə biz böyüklər hər sıyrıntıya görə ağlamırıq? Ona görə yox ki, kimsə bizə bunun boş şey olduğunu deyib. Ona görə ki, biz ÖZÜMÜZ bunun boş şey olduğunu bilirik. Bu, inteqrasiyanın və zaman təsəvvürlərinin inkişaf etməsinin nəticəsidir. Böyüklər bilir ki, sıyrıntının ağrısı az sonra keçib gedəcək və yara tezliklə sağalacaq. Böyüklər eyni situasiyanı dəfələrlə yaşadıqları üçün və eyni zamanda beyinlərinin tədricən inkişaf etməsi nəticəsində bu biliklərə yiyələnirlər.
5. Uşağın nəzakətli olması üçün, kiçik yaşlarından ondan ədəb qaydalarına riayət etməsini tələb etmək lazımdır
Məqsəd: uşağa diqqətli və qayğıkeş olmağı öyrətmək.
Nəticə: tam əks nəticə verməsə də, bu üsulu tətbiq etməklə vəziyyəti tam düzəltməyə nail olmaq mümkün deyil.
Hər şey, nəzakət məsələsi üzərində işləyərkən nə qədər emosiya sərf etməyimiz və nə qədər zəhmətə qatlaşmağımızdan asılıdır. Əgər uşaq hiss edirsə ki, biz onun “qaşqabağını” qəbul etməyə hazır deyilik, çətin ki, bu onun üçün xoş bir proses və qayğının təzahürü olsun. Bu onun üçün sadəcə əziyyətli bir vəzifə borcu olacaq. Bəlkə də bu üsul ara-sıra, israr etmədən ona təlqin edilsə, o halda əks nəticə verməyəcək. Lakin, gəlin etiraf edək ki, bunu uşağın tərbiyəsinin inkişafı üçün yox, ətrafdakıların rifahı üçün edirik. Əgər uşağa ətraf mühitin təhlükəsiz olduğunu hiss etdirsək, xeyirxah və uşağı bütün hissləri ilə qəbul edən bir şəraitdə uşaq özü diqqətcil və qayğıkeş böyüyəcək.
Müəllif: Nadejda Monastırskaya
Mənbə: «5 воспитательных приёмов с обратным эффектом»
Tərcümə edən: Xumar Ərşadlı
|
['uşaq tərbiyəsi', 'tərbiyə metodları', 'tərbiyə üsulları', 'övlad tərbiyəsi']
|
771 |
https://kayzen.az/blog/aforizmler/20290/insan-dan%C4%B1%C5%9Fmayana-q%C9%99d%C9%99r-a%C4%9F%C4%B1ll%C4%B1-say%C4%B1lmaz.html
|
İnsan danışmayana qədər ağıllı sayılmaz
|
Apollon
|
Hikmət dənizi və aforizmlər
|
24 avqust 2017, 12:11
|
Ağrımız artıq əvvəlki kimi zavallı olmasın, bir başqa cür olsun. Ağrımız kərtənkələnin, tısbağanın ağrısına bənzəyirdi.
Ölü kimi yaşamağı bacardıq, adam kimi yaşamaq artıq çətin olmaz.
Çox zəngin bir adam deyiləm, sırf bədənimin içində yaşayıram.
Doğrudur: Ruh boyundadır! Bəs bizi niyə boynumuzdan asırlar?
Maşına minib burjuaziyaya gedəcəm, iki çəllək mürəbbə gətirəcəm, bütün kommunizmə yetər.
Xoşbəxt insanları cəzalandırmaq çətindir, çünki onlar pislikdən bir şey anlamazlar.
Sonsuzluq nədir axı? O sonunda dalana dirənmək məcburiyyətindədir.
Ölmək istədiyi halda həyatda qalsaydı, azad düzəndən bəhs edə bilərdikmi?
Dəmirdən istədiyinizi düzəldə bilərəm, amma insandan kommunist düzəldə bilmərəm.
Kopyonkin çiyninə atdığı kötüklə qarşıdan gəlirdi, arxadan da Serbinov kötüyü bacarıqsızcasına, ağırlığın ancaq səkkizdə birini qaldıraraq, bir intellektuala yaraşacaq şəkildə tutmuşdu.
İnqilab savaşdan asandır.
İnsanın dərdi günəşin yolunu izləyər; axşam çöküncə batar, səhər açılınca təpəyə çıxar. Hərəkət+ Hərəkətə keçməyən insanlar özlərini ağıllı sanırlar ki, bu axmaqlıqdan daha pisdir.
Qəlb dediyin insanın təsərrüfat işçisidir, işçinin özüdür ki, var.
Dvanovun başının içində qan düşünür, yoldaş Profoyində isə sümük. Birdəfəlik anladınmı?
Mən kor bir adamam, ancaq qaranlığı anlayıram.
Kommunizmi və xoşbəxtliyi bütünlüklə yığışdırmaq daha yaxşı olmazdımı? Aradabir sinfin ehtiyacına görə kütlələrə bir pay düşərdi.
Yer üzündə ölüdən daha kasıb proletar yoxdur.
Bilgisizliyi mədəniyyətdən çox sevirdi: cahillik hər bilginin yetişə, bitə biləcəyi bir tarladırsa, mədəniyyət artıq heç bir şeyin yetişməyəcəyi ot basmış tarladır.
Bir zamanlar bəylər üçün qos-qoca nəhrlər qazmış işçilər artıq heç bir şey, özləri üçün məzar belə, qaza bilməyəcəkdilər.
Musiqini bir liderin danışması, ya da hər zaman düşündüyü, amma əsla yüksək səslə söyləyə bilmədiyi öz sözləri kimi dinləyərdi.
Boş yerə ağlama, insanlar mahnı deyil. Məni mahnılar çox ağladır. Öz toyumda belə ağlamışdım.
Altmış ildən bəri hər Allahın ver günü ömrünə nöqtə qoymağa bircə an qalmış bu adam hələ bir dəfə də olsun ölməmişdi. Bu səbəbdən ölümün və hər cür fəlakətin gücünə inamını itirmişdi. Ölümsüz, xoşbəxt biri kimi sakitcə, qayğısız həyatını sürdürürdü.
Ruhun içində insanın xoşbəxtliyini təmin etməsi üçün boş bir yer həmişə qalır.
Nədənsə müharibə və inqilab çağında insanlar çoxlu yuxular görürlər. Sülh zamanı belə şeylər olmur; hamı kötük kimi yatır.
İç çəkmələr və xorultular o qədər gurultuluydu ki, sanki burda yatmırdılar, nəsə iş görürdülər. O qayğılarla dol günlərdə yuxu da bir iş idi.
Ürəkdə və dünyada qəfəsə salınmış kimi çırpınan, hələ sınanmamış bir səadət yaşayırdı, hər bir insan onun gücünü hiss edirdi, onun hərəkət meydanı məhdud idi və dar bir yerə sığına bilmək üçün skelet içindəki ürək kimi şikəst qalmışdı.
İnsanın içində bir də bir kiçik seyrçi yaşayır: nə davranışımıza, nə acılarımıza qatılan, daim soyuqqanlı və dəyişməz qalan bir seyrçi. Onun işi görmək və şahid olmaqdan ibarətdir. Amma o insanın həyatında söz haqqına sahib ola bilməz.
İnsan danışmayana qədər ağıllı sayılmaz, çünki susqunluqda ağıl yoxdur, ani duyğunun əziyyəti var.
İnsanın öz-özüylə söhbəti sənət, başqalarıyla söhbəti əyləncədir. Şəhər+ Mən həmişə bir şəhərdə yaşayıb başqa şəhəri sevmişəm.
Duyğu dediyin kütləvi bir axındır, düşüncə isə təşkilanmaqdır.
Torpağı verdiniz, əvəzində son toxumumuza qədər əlimizdən alırsınız. Elə isə bu torpağı siz təpələriylə istifadə edin. Kəndlinin nəsibi ancaq üfüqün mənzərəsidir.
Bir zaman var olmusunuz, heç bir şey digər bir şeyə bənzəmədən, var olan bir şeyi yıxmadan gerçəyə çevrilə bilməz.
Bir kimsə uyuyan insanları seyr etməz, halbuki gerçək sevimli üzlər sadəcə, onlardadır. Oyaq insanın üzü isə yaddaşla çapılıb.
Hüznlü olsa belə, musiqi daim zəfər üçün səslənər.
Andrey Platonovun müxtəlif əsərlərindən seçilmiş fikirlər
Tərcümə etdi: Kənan HACI
|
['hikmətli sözlər', 'aforizmlər', 'sitatlar', 'Andrey Platonov']
|
772 |
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/20320/t%C9%99b%C9%99ss%C3%BCml%C9%99r-diyar%C4%B1-tailand.html
|
Təbəssümlər diyarı - Tailand
|
Apollon
|
Ölkələr
|
20 avqust 2017, 22:17
|
Uzaq Şərq incəsənətinin, dininin və fəlsəfi məktəblərinin fərqli cəhəti — dinclikdir. Bu cəhət yaşından və ictimai statusundan asılı olmayaraq Uzaq Şərqdə yaşayan bütün insanlara xasdır. Və məhz həmin xüsusiyyətin sayəsində bu insanlar gündəlik həyatın çətinliklərinə sinə gərə bilirlər. Taylanda gələn turistlər çox vaxt təəccüblənirlər: axı nə üçün rastlarına çıxan hər kəs — stüardessa, satıcı, biznesmen, küçədəki piyadalar gülümsəyir?
Bəzən bu yersiz gülümsəmə hətta adamı əməlli başlı əsəbiləşdirir də! Görüm sizə baqajınızın səhvən başqa ölkəyə getməsi, reysinizin bilinməyən vaxtacan təxirə salınması, oteldə boş yer olmamasını gülümsəyərək xəbər versələr neyləyərsiz. Avropalı ən azı fikirləşər ki, onu dolayırlar, halbuki yazıq «bədxəbərin» yeganə istəyi verdiyi məlumatın mümkün qədər az xoşagəlməz effekt yaratmasıdır, vəssalam. Bir sözlə, yerli camaatın gülümsəməsi — ənənəvi nəzakət davranışlarına riayət etməkdən başqa bir şey deyil. Bununla belə, çətin ki, qanı qara olan adamı gülümsəməyə məcbur edəsiniz. Tayca bir balaca başa düşənlər danışıq dilində tez-tez işlənən «mai pen arai» («ürəyinə salma») ifadəsinə mütləq diqqət yetirəcəklər.
Bu ifadə həyatınızın ən müxtəlif vaxtlarında dadınıza çata bilər. Doğrudan da, boş şeylərə görə qan qaraltmağa, onsuz da problemlərlə dolu həyatı qəlizləşdirməyə dəyərmi? Mai pen arai! Və əgər hansısa bir taylandlı yaxın adamının ölümü haqqında təbəssümlə danışırsa, bu heç də o demək deyil ki, bu taylandalının ürəyi daşdandır. Sadəcə, o, bütün yer üzündəki insanların faniliyini bir daha təsdiqləyir və bu səbədən də artıq yerə qanınızı qaraltmır. Axı həyat, əslində, oyundur.
Tailand üçün səciyyəvi olan bu cəhət, hətta deyrədik, həyat fəlsəfəsi (XX əsrin əvvəllərində Siamı «təbəssümlər diyarı» adlandırırdılar), Şri-Lankadan tutmuş Laosacan, Bali adasından Yaponiyayacan bütün Uzaq Şərq ölkələrinə aid edilə bilər. Qərbi yapon mədəniyyəti ilə tanış edən ingilis yazıçısı Lafkadio Xirn keçən əsrin əvvəllərində yapon təəbəəliyini qəbul edib yapon təbəssümü haqqında hətta bir kitab da qələmə almışdı.
Hər şey ötəridir: cavanlıq da, gözəllik də, məhəbbət də, xoşbəxtlik də, bədbəxtlik də, həyat da… Dəyişkənlik, fanilik — budur isan varlığının iç üzü, Kainatın böyük oyunu. Uzaq Şərq ölkələrinin həyatı və incəsənəti dəyişkənliyin sezilməz qanunları üzərində qurulub. Gözəlliyin və xoşbəxtliyin də nadir anlarının məhz ona görə görüb qiymətləndirmək lazımdır ki, onlar keçici və müvəqqətidir, amma bununla belə onların əsirinə də çevirilmək olmaz. Bir yapon xokkusunda deyilir: Ləpə gəlir və qayıdır/ Mən suya toxunmaq istəyirəm/ Mənim qoltuğum yam-yaşdır (göz yaşından nəzərdə tutulur).
Şairin demək istədiyi odur ki, eşqə oyun kimi baxan axır-əvvəl ürək sarsıntısı keçirəcək. Amma sarsıntı özü də oyunun bir hissəsidir. Bəlkə də, estetik hissin təməlində dünyanın müvəqqəti olmasının dərki durur və bu hiss ən çox VII əsrdə çin və yapon incəsənətinə təsir göstərən dzen-buddizmdə öz əksini tapır.
«Ötəri təəssüratın bütü» saray alimlərinə olduğu qədər, qara camaata da eyni dərəcədə təsir göstərmişdir. İndinin özündə belə sakuranın çiçəkləndiyi vaxt Tokio və Kiotonun minlərlə gənc sakini şəhər parklarına axışıb yeni açılan albalı çiçəklərinə tamaşa etməkdən doymurlar. Nə deyəsən!
Təcrid olunma və oyun
Əsl oyun yalnız onda mümkündür ki, ona çox da əhəmiyyət verməyəsən. Oyun öz-özlüyündə təcrid olunmaya, insanı özünü unutmağa imkan yaradır. Əslində, oyun — müdriklik və zövqün qaynağıdır. Əgər ümumiləşdirmələrdən qorxmayıb Şərqlə Qərbi müqayisə etsək, görərik ki, avropalıdan daha az eqosentrik olan şərq adamının surəti həqiqətdən bir o qədər də uzaq deyil. Kosmopolit və intellektual dairələrdə oturub-duran adamları bir kənara qoysaq, görərik ki, Uzaq Şərqdə gənclərin «bir şəxsiyyət kimi özünütəsdiqə» ümumiyyətlə ehtiyacı yoxdur. «Mən»i bir xülya sayan əsl buddist bu haqda heç düşünmür də…
Əlbəttə, Uzaq Şərqin sakinləri bütün qalan dünya insanları kimi cəmiyyətdə müəyyən rollarını oynayırlar, amma bir dəqiqə də olsa unutmurlar ki, bu, sadəcə roldur. Bəlkə də onlar bu rollarını daha arxayın oynayırlar, çünki ifa etdiklərinin süniliyini dərk edirdər. Biz də rolumuzun şərtiliyini nə qədər yaxşı başa düşsək, yaşımıza, cinsimizə, ictimai statusumuza uyğun oyun maskalarını da daha rahat taxmış olarıq.
Diqqətini şəxsiyyəti üzərində avropalılardan daha az cəmləşdirən Uzaq Şərq sakinləri insan və qalan dünya-aləm, ələlxüsus da insan və heyvan aləmi arasında böyük fərq qoymurlar. Çünki təxminən belə düşünürlər: «Biz anlayırıq ki, heyvanlardan fərqlənirik. Amma daha o qədər yox ki, özümüzü onlardan təcrid edək. Avropalılardan fərqli olaraq biz hevanlarla xeyirhaq davranmırıq, amma avropalılarla müqayisədə heyvanlara yuxarıdan aşağı da baxmırıq. Bunu anlamaq üçün yapon uşağının hevanxanada ceyrana sörək uzadarkən qarşısında baş əydiyini göstərmək kifayətdir. Nəzakət qaydalarına riayət Uzaq Şərqdə oyunun ayrılmaz bir hissəsidir. Məşhur antropoloq Qreqori Beytson deyirdi ki, oyun — müxtəlif məxluqların, məsələn: it və meymunun, adam və delfinin, o cümlədən, ayrı-ayrı nəsillərin nümayəndələrinin, ictimai səviyyələrə və mədəniyyətlərə mənsub adamlar arasında ən yaxşı ünsiyyət formasıdır. Uşaq və pişik oynayanda insan xisləti nəticəsində parçalanan Kainatın bütövlüyü bərpa olunur.
Taylandlıları asket adlandırmaq olmaz. Amma onlar belə bir qənaətə gəliblər: həyat və ölüm, azadlıq və köləlik, sevinc və kədər, xoşbəxtlik və bədbəxtlik ayrılmaz məfhumlar olub həmişə yanaşı addımlayırlar. Məhz buna görə də Uzaq Şərq sakinləri həyatı olduğu kimi qəbul edib ötəri sevinclərlə yaşayırlar. Sanuk dee («Nə yaxşı!») ifadəsi məişət dilində yuxarıda misal gətirdiyimiz mai pen arai ifadəsindən heç də az səslənmir. Yaxşı bir şey baş verəndə taylandlılar: «Sanuk dee» — deyə gülümsəyirlər, bədbəxtlik üz verəndə isə: «Mai pen arai» — deyib yenə də gülümsəyirlər...
Bəlkə daimi oyun olan həyatın əsas qanunları elə bunlardır?
Aynur İsabəyli
«Pəncərə» jurnalı
|
['ölkələr', 'Tailand', 'ölkələr haqqında']
|
773 |
https://kayzen.az/blog/yazar/20805/yaz%C4%B1%C3%A7%C4%B1-s%C9%99n%C9%99ti-%7C-yuhan-borgen.html
|
Yazıçı sənəti | Yuhan Borgen
|
Apollon
|
Yazıçılar
|
20 avqust 2017, 22:10
|
Yazıçı olmaq – öz qəlbini, duyğularını insanlara etibar etmək deməkdir. Əlbəttə, fikiri ifadə etməyin digər yazı formaları da mövcuddur. Onlar istənilən sahəni – elmi, texnikanı, sənətkarlığı, fəlsəfəni, siyasəti, dini əhatə edə bilər. Sonuncu üç sahənin əsasən müəyyən üslub istiqamətləri barədə danışa bilərik. Təşviqat, təbliğ etmə də məhz belə əmələ gəlir. Nəticədə isə ifadə etməyin qarışıq formaları yaranır. Onlar asanlıqla transformasiya olunaraq bizim adlandırdığımız bədii ədəbiyyata çevrilə bilirlər. Bu anlayışlar arasındakı fərqi həmişə asanlıqla aradan qaldırmaq olmur. Zəmanəmizdə taleyini bədii ədəbiyyata bağlamış insanlar bu ifadəni işlətməyi heç də xoşlamırlar. Çünki bu söz olduqca təmtəraqlı səslənir. Əvəzində isə biz həvəslə “balletristika” (“uydurma”) terminini işlədirik. Əslində bu termini çox da uğurlu saymaq olmaz.
Zərif söz olan belle lettre bizim nəzərdə tutduğumuz məqsədi ifadə edə bilmir. Doğrudur, çox hallarda insanlar bu ifadəni işlətməyimizlə nədən bəhs etmək istədiyimizi anlayırlar. Əslində bununla biz nəyi anlatmaq və ya aşılamaq istəyirik? Bu və digər hallarda söhbət həmçinin “yenidən yaratmadan” gedir. Bu isə fantaziya anlayışı ilə bağlıdır. Bəs, deyək ki, fantaziya nə olan şeydir? Çoxlarına elə gəlir ki, bu anlayış havasız fəzada özü üçün süzür. Əslində isə bu, heç də elə deyil. Fantaziya həmişə təcrübə və müşahidə üzərində qurulur.
Fantaziya təcrübədən ustalıqla istifadə edən alətdir. O bizim fikirlərimizi lazımi tərəflərə istiqamətləndirir. Sadəcə biz əvvəllərdə yaşanmışların təəssüratlarının rolunu heç də həmişə dolğun təqdim edə bilmirik. (Halbuki keçmişin müəyyən təəssüratları həmişə bizimlə olur). Mənə elə gəlir ki, çoxları məktəbə getdikləri ilk günü, yaxud üzməyi öyrəndikləri vaxtı yaxşı xatırlayırlar. Hələ ilk məhəbbəti demirəm. Bu unudulmaz hadisələrdən söz açarkən onlar barədə hər şeyin təfsilatı ilə yaddaşımıza köçdüyünü heç də təsdiq edə bilmərik. Şəxsən mənim məktəbə getdiyim ilk gündən yadımda qalan çantamın qoxusudur. Mal-heyvan, yaxud da atın dərisindən qayrılmış çantadan qalxan iy yaddaşımda həmişəlik iz salıb. İndinin özündə də gözlərimin önündə sinif otağı, yazı partasındakı hərflər, Reydar adlı şagird yoldaşımın qulaqları canlanmaqdadır. Reydarın adını çəkərkən yadıma yeni adlar, yeni üzlər və yeni səslər gəlir. Təəssüratlar kino lenti kimi fırlanır. Coğrafiya dərsliyinin mavi cildini, eləcə də Knut adlı oğlanın Kristian adlı oğlanla dava-dalaşını xatırlayıram. Knut daha çox xoşuma gəlirdi və mən onunla həmrəy idim. Elə xatirələrimdə də həmin dava-dalaşdan qalib çıxan Knut olurdu.
İndi budur, mən yazıçıyam. Bu ona görədir ki, mən atın qoxusunu yadımda saxlaya bilmişəm. İnanıram ki, bu cür hisləri çoxu keçirib. Hər kəs o mənada ona görə şair ola bilir ki, onun hansısa assosasiya barədə fikirləri yaranır. Bu fikirlər yeni fikirlərin əmələ gəlməsinə təkan verməklə fantaziyanı qidalandırır.
Bəzi hallarda xatirələrimizin təxəyyülümüzün qəribə oyunları ilə bağlı olduğunu çox gözəl dərk edirik. Bəzən xatirələrimiz şərtsiz həqiqət kimi, bəzən isə şüurlu uydurma kimi ifadə olunur. Əgər bu “yalan”, bu “uydurma” formaya düşürsə, onda onlar bədii əsərə çevrilə bilirlər. Belədə mən “yalan” adlandırdığım şeyə hörmət hissi ilə yanaşaraq onun quru, çılpaqdan daha çox əsl həqiqət olduğuna inanıram (məsələn, yuxarıda haqqında bəhs etdiyim uşaq davası kimi). Bir də ki, o vaxt hadisələrin gedişi həddindən ziyadə təsadüfi idi, bədii ədəbiyyat isə heç vaxt təsadüfi olmur.
Mənim bədii əsərlərimin arasında elələri var ki, onların süjet xətti real həyat materialı, olmuş hadisələr üzərində qurulmuşdur. Buna misal olaraq “Cənnət bağı”, “Onlar gülmürdülər” əsərlərini göstərmək mümkündür. Amma bu o demək deyil ki, həyatda hər şey məhz elə bu cür də inkişaf etmişdir. Real faktlar fantaziya ilə transformasiya olunmuşdur.
Digər əsərlərimə gələndə isə, burada fantaziya ilə həqiqət arasındakı nisbət bir qədər başqa cürdür. “Doqquzdon” novellasının süjeti heç də uşaqlıq illərimdə baş verən, yaxud da uşaqlıq dostlarımdan kiminsə başına gələn konkret hadisələrlə bağlı deyil. Uzun illərdən bəri məktəblilərdən aldığım məktublarda soruşulurdu ki, onu necə başa düşmək olar. Çox hallarda novella barəsində müəllimlər öz bildikləri kimi, şagirdlər isə fərqli anlamda fikir yürüdürdülər. Müəllif olaraq buna mən nə deyə bilərəm? Gənc oxucu, novellanı istədiyin kimi anla, başa düş. Bəlkə əsər hələlik sənə ümumiyyətlə heç nə demir. Belədə onu hələlik kənara qoy, qalsın. Hər şeyin hər kəsə birdəfəyə aydın olması mümkünsüzdür. Əgər novella sənə nəsə demək istəyirsə, hesab et ki, bunu məhz yazıçı özü demək istəyib. Belə olan təqdirdə sən artıq əsəri bir kənara qoyub, asanlıqla canını ondan qurtara bilməzsən. Bədii əsər insan şüurunda illərlə yaşamaqla yanaşı, illər ötdükcə eyni zamanda dəyişə də bilər. Ona görə də məsələni müəllimin təsəvvürü ilə eyniləşdirərək, özünü haqsız çıxarmaq olmaz. Mənə elə gəlir ki, mühüm olan başqa şeydir. Görəsən yazıçı özü bu və ya digər materialın ona haradan gəldiyini bilirmi?
Mən yuxarıda söyləmişdim ki, fantaziya havasız fəzada heç nə edə bilmir, onun sınaqdan, təcrübədən keçmiş kökləri var. Bütün bunlar belədir, amma biz heç də həmişə şəxsi təəssüratlarımızın mahiyyətini dərk edə bilmirik. Bunun isə iki səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, bizim təəssüratlarımız elə formalaşdığı anlardan sıxışdırılaraq aradan çıxarılır. Onlar ortadan götürülərək kənara atılır, hətta onları unutmağa çalışırlar, bunun isə müxtəlif səbəbləri ola bilər. Amma biz onlara toxunmayacağıq. Digər səbəb isə odur ki, baş verənlər həyatımızın çox erkən mərhələlərində özlərinə yer tapıblar (məsələn, hələ hüceyrə vəziyyətində), bunu isə adi anlayışda yadda saxlamağa heç bir səbəb yoxdur.
“Yaddaş” sözünü mən “xatirə” sözü ilə əvəz edərdim. Bu söz bir qədər köhnə səslənsə də daha dürüst və doğrudur. Hadisələr bir və ya bir neçə saniyə müddətində cərəyan edir. Bu odur ki, bizim daxilimizə nüfuz edərək, vasitəmizlə də itib yox olur. Bəziləri bunu ilham adlandırır – hər halda pis söz deyil. Siz gənclər də heç şübhəsiz zamandan zamana belə vəziyyətləri yaşayırsınız. Amma siz bu barədə çox nadir hallarda danışırsınız. Və sizə elə gəlir ki, qanad açıb göyün yeddi qatında uçursunuz. Amma bu, heç də sadəcə göylərdə uçmaq deyil. Belədə mən sizə müraciət edərək məsləhət görürəm ki, bu əhval-ruhiyyəni saxlayıb özünüzü ona tabe edəsiniz. Son nəticədə saniyələr ərzində ilhamlanmağınız sizi şairə çevirir. İndi gəlin fikirləşin: belə anlar həyatınızda tez-tez təkrar oluna bilər. Sənətkarın məqsədlərindən biri məhz belə anları təsvir etmək, oxucuya çatdırmaqdan ibarətdir. Elə buna görə də üzümü sizlərə tutub deyirəm: ”Ayılın”. Ayılmaq reallıq dediyimiz şeydən qaçmaq üçündürmü? Yox, əksinə ayılmaq reallığı, həqiqəti parlaq, doğru-dürüst detallarla təsvir edib, oxucuya, tamaşaçıya çatdırmaq üçün lazımdır.
Məlum məsələdir ki, hər kəs peşəkar şair olmaq iqtidarında deyil. Bununla belə biz ilhamın gəldiyi anlardan xeyrimizə istifadə etməliyik. Onsuz da indiki zamanda xeyirlə zərərin sərhədləri arasındakı məsafə daralmışdır. Belə ki, xeyirli şeylər müəyyən müddətdən sonra ziyanlı şeylərə də çevrilə bilir. (Burada mən əsasən ekoloji böhranı nəzərdə tutmuşam. Məlum məsələdir ki, bu barədə siz də kifayət qədər məlumatlısınız. Yox əgər bilmirsinizsə, onda müəllimlərinizdən soruşun, müəllimlər həmişə axmaq olmurlar).
Əgər siz şayət məndən soruşsanız ki, bütün bu bədii yaradıcılıq ümumiyyətlə nədən ötrüdür, cavabında deyərdim: bunlar insanı fəallaşdırmaq, bacarıq və təxəyyülü stimullaşdırmaq, nəticədə onun həyatını kamilləşdirməkdən ötrüdür. Axı, bədii əsər də mesaj kimidir – müəllif bununla özünün ən mərhəm, ən dəyərli fikirlərini, düşüncələrini sənə etibar edir. Sən isə bu əsərlə istədiyin cür davrana bilərsən. Ondan üz döndərərək, – əgər hesab edirsənsə, haqqın çatır, – tüpürə də bilərsən. Yaxud da əksinə – onu heç olmasa bir saniyəyə qəbul etməyi bacarasan. Bax, belədə söhbətimiz baş tuta bilər. Biz yazıçıların da arzusunda olduqları, uğrunda çalışdıqları məhz bunlardır.
Tərcümə etdi: Ağaddin BABAYEV
|
['yazıçılar', 'yazıçı', 'yazıçı olmaq', 'yazıçılıq sənəti', 'yazıçı sənəti', 'Yuhan Borgen']
|
774 |
https://kayzen.az/blog/psixologiya/20716/hiperaktiv-u%C5%9Faqlar%C4%B1n-valideynl%C9%99rin%C9%99-psixoloq-t%C3%B6vsiy%C9%99l%C9%99ri.html
|
Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri
|
Apollon
|
Psixologiya
|
20 avqust 2017, 21:59
|
Hiperaktiv uşaqlar daim düşünmədən hərəkət edir, bir fəaliyyət növündən digərinə asanlıqla keçir, bəzən etik qaydalara uyğun olmayan hərəkətlər də edirlər.
Ümumiyyətlə, hiperaktiv uşaqlar davranışlarının diqqəti çəkən və narahatlıq yaradan olduqlarını bilirlər. Lakin bunun qarşısını almaq üçün heç nə edə bilmirlər. Valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Hiperaktivliyin gətirdiyi çətinlikləri keçə bilmək üçün valideynlər uşaqlarının həkimi, psixoloqu və müəllimləri ilə mütəmadi əlaqə saxlamalıdırlar.
Qeyd edək ki, hiperaktivliyin əlamətləri uşaqlarda yeddi ayından əvvəl yaranmağa başlayır. Hiperaktiv uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkir və başqa uşaqlara nisbətən çox fəal olmalıdırlar. Bəzi hiperaktiv uşaqlarda isə diqqətini cəmləyə bilməmək, düşünmədən hərəkət etmək kimi əlamətlər özünü göstərsə də, onlarda həddindən artıq hərəkətlilik müşahidə olunmur. Bundan başqa qız uşaqlarında fəallıq, hərəkətlilik olmadan da diqqət əskikliyi özünü göstərə bilər. Bu vəziyyətdə isə diaqnoz qoymaq çətindir. Çünki bu vəziyyət səssiz, özünə qapanan qız uşaqlarında bir müddət gizli qala bilər. Diqqətini cəmləyərkən çəkdiyi çətinlik, diqqətinin tez yayınması ara-sıra gözə dəyər.
Uşaqlar böyüklərə nisbətən daha fəal və hərəkətlidirlər. Ancaq hiperaktiv uşaqlarda bu hərəkətlilik uşağın öz yaşıdları ilə müqayisədə diqqətə çarpacaq qədər çoxdur. Uşaqların hərəkətliliyi oyunlar zamanı, bağçada, məktəbdə və ya evdə olarkən ailə və müəllimlər üçün problem yaratdıqda həddindən artıq hərəkətlilik kimi xarakterizə edilir. Digər tərəfdən hiperaktiv uşağın qısa müddətli işlər ərzində televiziyaya baxmaq, kompüter oyunu oynamaq kimi əyləncələr zamanı çox diqqətli olduğunu da görə bilərsiniz.
Hiperaktiv uşaqların davranışı
Belə uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkir, mebellərin üstü ilə gəzir, evin içində qaçır, daim əllərində hansısa bir oyuncaq və ya əşya ilə oynayır, növbəsini gözləmək məsələsində də çox səbirsizdilər. Lakin bu uşaqlar diqqət əskikliyi göstərmədən saatlarla televizora baxır, kompüter oyunları oynayırlar. Belə bir halda uşaq necə hiperaktiv ola bilər? Cavab çox asandır. Kompüter oyunları və televiziya uşaqların diqqətini cəmləyərək xəbərdarlıq göndərir. Yəni bu uşaqlar televizora baxarkən və ya kompüter oyunlarını oynayarkən passiv mövqedədirlər və diqqətlərini kənardan gələn xəbərdarlıqlar sayəsində cəmləyə bilirlər.
Hiperaktiv uşaqların valideynlərinin nəzərinə
Hiperaktiv uşaqlar həm valideynlərə, həm də ailənin digər üzvlərinə böyük problemlər yaradır. Müalicə olunmayan hiperaktiv uşaq ailəyə narahatlıq yaratmağa davam edəcək. Bu səbəbdən də uşağınıza davranışını idarə edə bilməsi üçün sizə kömək etmək məqsədilə bir neçə məsləhət veririk:
— Uşağınız üçün gündəlik bir proqram hazırlayın. Onun yemək yediyi, yuyunduğu, məktəbə getmək üçün evdən çıxdığı vaxtı hər gün eyni saatlarda müəyyən edin.
— Hiperaktiv uşaqlar ancaq yanlış bir şey etdikləri zaman böyüklərin diqqətini çəkirlər. Bu səbəbdən də uşağınızı gözəl sözlər deyərək qucaqlayıb mükafatlandırmağınız, müsbət davranışları üçün kiçik hədiyyələr verməyiniz çox önəmlidir. Valideyn və digər ailə üzvləri və yoldaşları tərəfindən olan bu cür müsbət dəstək və sevgi uşağınızın özünü yaxşı hiss etməsini təmin edəcək. Bu uşaqlar üçün ən uyğun davranış forması onları cəzalandırmaq əvəzinə mükafatlandırmaqdır. Onlarla danışarkən mümkün qədər düz gözlərinə baxmaq, bəzən kürəyini və ya əlini tutaraq toxunmaq da yaxşı nəticə verir.
— Məktəbdə uşaq lövhəyə yaxın olan parta arxasında, sakit bir uşağın yanında, müəllimin asanlıqla gördüyü, tez gedib toxunaraq təmas qura biləcəyi və xəbərdarlıq edə biləcəyi yerdə oturmalıdır.
— Öyrənmə çatışmazıqları varsa, pedaqoji üsullar tətbiq olunur. Hiperaktiv uşaqların təhsil almasında ailə üzvlərinin və uşağın ünsiyyətdə olduğu insanların rolu da çox böyükdür. Belə uşaqlar da məktəbdə ən azı digər yoldaşları qədər müvəffəqiyyətli ola bilirlər. Uşağın hiperaktiv olması əsla onun kifayət qədər ağıllı olmadığını göstərmir. Hiperaktiv uşaqlar nizamsız və diqqətsiz ola bilərlər. Lakin bu, onların öyrənmə qabiliyyətlərinin olmamasından xəbər vermir. Bu, onların hiperaktivliyindən irəli gəlir.
Sonda isə əziz valideynlərə məsləhətim odur ki, pozitiv düşünsünlər. Övladlarının daxili aləmi ilə daha yaxından maraqlansınlar.
Elnurə Cahangirova
«Narınc» Uşaq Psixologiya Mərkəzinin psixoloqu
|
['hiperaktiv uşaqlar', 'hiperaktivlik', 'psixologiya']
|
775 |
https://kayzen.az/blog/ushaq_terbiyesi/20471/u%C5%9Faqlar-b%C3%B6y%C3%BCkl%C9%99ri-niy%C9%99-sevmir.html
|
Uşaqlar böyükləri niyə sevmir?
|
Apollon
|
Uşaq tərbiyəsi
|
18 avqust 2017, 23:29
|
Uşaqlara fikir versəz, görərsiz ki, əslində onların böyüklərdən xoşları gəlmir. Biz zorla böyüklərə əydiririk uşaqları: “Böyükdü, hörmət et”. “Böyükdü, salam ver”. “Böyükdü, imkan ver səni öpsün” “Böyükdü, sən dur, o otursun”. Özlərinə qalsa, böyüklər onların vecinə də deyil. Düz də edirlər. Nə öyrənəcəklər bizdən? Saxtalığı? Onlar öz dünyalarında xoşbəxtdilər. İstədikləri vaxt gülürlər, qışqırırlar, sevinirlər. Biz isə bu təbii sevinci əngəlləməklə məşğuluq. Ayıbdı, camaat baxır…
Çünki camaat doğrudan da baxır. Çünki heç kim baxıb təbii qəbul etmir. “Uşaqdı, belə də olmalıdı” düşünmür. Biz uşaqla davranmağı bacarmırıq. Onları görəndə şitlik edirik. Yalançı “usi-pusi”lər, əzizləmələr uşaqların ətini tökür. Bunu sevmirlər. Mənim qızımın da böyüklərdən xoşu gəlmir. Heç cür başa düşə bilmir ki, adamlar niyə onu görəndə üstünə cumurlar, onu icazəsiz öpürlər, onunla dillərini əzə-əzə danışırlar. İnsanların özünü ifadə etmək problemi var. Sevgini, sevinci, heyrəti, kədəri eybəcər ifadə edirik. Səmimi olmaqdan qorxuruq. Ölçü hissimiz yoxdu.
İllər əvvəl dayım dedi ki, hara getsən, özünü ürəklə təqdim et, danışanda adamların gözlərinə bax, bacarıqlarından danış, uğurlarını sadala, çəkinmə. Bütün sivil dünyada gənclərə özlərini doğru ifadə etməyi, rahatca tanıtmağı öyrədirlər. Bizdə gənc əzilir. Ona görə də cəmiyyət əzilmişlərin çoxluğunda batır. Bu yanaşma uşaqlıqdan başlayır. Uşaqlar bizimlə eyni hüquqa sahibdilər. Hətta daha artıq. Biz isə onlara oyuncaq, ev aksesuarı, şüursuz heyvan kimi yanaşırıq. Başa düşə bilmirik ki, qarşımızda şüuru, ağlı, hissi, hüququ olan insan dayanıb. Hə, indilik balaca insandı. Amma böyüyəcək. Biz sadəcə, ona doğru böyüməsi üçün kömək edə bilərik. Öhdəmizə bir sıra məsuliyyət düşür.
Toyda tanış bir qadın qızımı görüb bərkdən “ayalaa” edib üstünə getdi. Uşaq diksindi. Onu ilk dəfəydi görürdü. Geri çəkildi. Qadının niyə belə etdiyini anlamırdı. Qadın təəccüblə üzümə baxdı və qışqıra-qışqıra nəsə əzizləyici şeylər deyib uşağı zorla tutub öpməyə çalışdı. Uşaq ağladı. Dartınıb qadının əlindən çıxdı. Özümü itirdim. Anidən “niyə belə edirsiz” soruşdum. Qadın mat-mat baxdı. Sevmir, qızım icazə almadan onu öpməyə çalışanları sevmir. Onu görəndə dilini əzib danışanları sevmir. Yalnız ona hörmətlə yanaşanları bəyənir. Anlayır ki, hər öpmək istəyən doğrudan da sevən deyil.
Uşaqlar saxtalığı görürlər. Özümüzə baxmayın, biz saxtalığa öyrəşmişik, ayırd edə bilmirik. Ən sivil ölkələrdə uşaq hüquqları hər şeydən öncə gəlir. Uşağına səsini qaldıran valideyni dəlixanaya aparırlar, polisə çağırırlar. Ağıllı adam niyə uşağa bağırsın? Uşaqla münasibətdə səbr, anlayış sərhədsiz olmalıdı. Həddimizi bilməliyik. Böyüklər arasında xoşuna gələnlərin siyahısına baxıram. O adamlardı ki, heç vaxt uşağın sərhədini keçməzlər, onunla şəxsiyyət kimi davranarlar. Ən əsası, zorla öpməzlər.
“Əşşi, uşaqdı, nə qanır” cümləsində bizim cəmiyyətin bütün bəlalarının səbəbi var. Qanır, yaxşı qanır. Diqqət etsəz, görərsiz. Qanmaz biz özümük – böyüklər. Bu günlərdə bir qadın uşaqlarına əsəbləşib özünü bıçaqlayıb. Psixoza baxın. Hamımızda o hiss olur. Amma tərbiyəli adam bunu özündə basdırmağın, yox etməyin yolunu bilir. Bunu özümüzə öyrətməliyik.
Rəhmətlik Vaqif Səmədoğlu müsahibəmizdə danışmışdı. Bir dəfə qızım uşağa qışqırdı. Neynirsən soruşdum. Tərbiyə edirəm, dedi. Əvvəlcə özünü tərbiyə elə dedim. Özümüzü tərbiyə etmədən uşağı tərbiyə etməyə çalışırıq. Mümkün deyil! Cəmiyyətə baxanda görünmür ki?
Aysel Əlizadə
|
['uşaqlar', 'uşaq dünyası', 'uşaq tərbiyəsi']
|
776 |
https://kayzen.az/blog/yazar/20732/stefan-sveyqin-intihar-m%C9%99ktubu.html
|
Stefan Sveyqin intihar məktubu
|
Apollon
|
Yazıçılar
|
13 avqust 2017, 16:46
|
Avstriyalı yazıçı Stefan Sveyqin intihar məktubu İsrail Milli Kitabxanası tərəfindən internetdə dərc olunub. Kitabxana məşhur yazıçının ölümünün 70-ci ildönümündə aralarında intihar məktubunun da olduğu bir neçə sənədi internet üzərindən oxuculara təqdim edib.
1881-ci il təvəllüdlü Stefan Sveyq1934-ci ildə Adolf Hitler və Nasist ideologiyasının hakimiyyətə gəlməsindən sonra Avstriyanı tərk etmişdi. Əvvəl İngiltərəyə, sonra ABŞ-a gedən Sveyq 22 fevral 1942-ci ildə həyatına son verdiyi Braziliyaya yerləşib.
Braziliyalı bir həkim Stefan Sveyqin intihar məktubunu 1960-cı illərdə bir polis məmurundan alıb, 30 il sonra da İsrail Milli Kitabxanasına bağışlamışdı.
Stefan Sveyqin arvadı Lotte ilə birlikdə intiharına Hitlerin dünya nizamını dəyişməsinin verdiyi pessimizmlə yanaşı, öz dünyasının heç vaxt bir daha mövcud olmayacağı fikri səbəb olmuşdu.
Yazıçının intihar məktubu
«Azad iradəm və açıq bir şüurla bu həyatdan ayrılarkən, son bir məsuliyyət yerinə yetirilməyi gözləyir: Mənə və işimi yerinə yetirməyimə dinc bir mühit bəxş edən ecazkar ölkə Braziliyaya səmimi təşəkkürümü bildirmək istəyirəm.
Hər yeni günlə bu ölkə daha çox sevməyi öyrəndim, ruhi ana vətənim Avropa özünü yox etdikdən və ana dilimin dünyası yox olduqdan sonra dünyanın heç bir yerində həyatımı bu qədər sevə-sevə yenidən qura bilməzdim.
Amma altmış yaşdan sonra tam mənada yenidən başlamaq çox xüsusi bir güc tələb edir. Və mənim gücüm illər sürən vətənsiz səfərlərdən sonra yaxşıca tükəndi. Bu səbəblə həyatımı doğru zamanda və doğru bir şəkildə başa vurmağımın yaxşı olacağına inanıram.
Həyatım boyu mənəvi məşğuliyyətim, ən böyük həzz mənbəyim və şəxsi azadlığım ən uca dəyərim oldu. Bütün dostlarımı salamlayıram! Hamısına uzun gecədən sonra gələn dan yerinin qızılllığını görmək nəsib olsun! Mən, həmişəki səbirsizliyimlə öndən gedirəm».
|
['intihar məktubu', 'yazıçılar', 'intihar etmiş məşhurlar', 'Stefan Sveyq']
|
777 |
https://kayzen.az/blog/Bilirsinizmi/20544/ay-da%C5%9F%C4%B1.html
|
Ay daşı
|
Apollon
|
Bilirsinizmi?
|
9 avqust 2017, 21:25
|
Yarıqiymətli daşlardan bəlkə də ən qədimi Ay daşıdır. Bu daş qədim zamanlardan bəri həm gözəlliyinə, həm də şəfalı xüsusiyyətlərinə görə, çox sevilib.
Niyə Ay daşı adlandırıldı?
Bu daş yarışəffaf, narıncı, boz, süd və ağ rənglərdə olur. Açıq çəhrayı, yaşıl Ay daşlarına da rast gəlinir. Göyqurşağı adı verilən növü isə işıqda maviyə çalır.
Ay daşı yataqları daha çox Braziliya, Şri-lanka, Madaqaskar, ABŞ və Türkiyədə aşkarlanıb. Bu daşdan keyfiyyətli şüşə istehsalında istifadə edilir. Ay daşı çox erkən mədəniyyətlərdə ləl-cavahiratların hazırlanmasında istifadə edilib.
Romalılar bu daşın Ayın şüalarından yarandığına inanıblar. Daşa «Ay daşı» deyilməsinin əsas səbəbi onun ağımtıl rəngi və Ayı xatırladan görünüşüdür. Daşa məhz bu adın verilməsinin digər bir səbəbi isə Ayın insanın əhval-ruhiyyəsinə etdiyi təsiri artırdığına inanılmasıdır. Ay gecələr göründüyü üçün eşqin, romantikanın simvolu hesab edilir. Elə buna görə də, Ay daşı eşqi təmsil edir.
Roma və Yunanıstanda Ay tanrısının barmağında məhz Ay daşından hazırlanan üzük təsvir edilib. Müqəddəs olduğuna inanılıb. Qədim zamanlarda bu daşın səyahətçiləri mühafizə etdiyinə inanılıb. Sehrli və tilsimli olduğu düşünülən Ay daşı ilə bağlı ən çox əfsanə Hindistanda yayılıb. Bu ölkədə Ay daşı müqəddəs hesab edilib. Onun sevgililəri daha ehtiraslı etdiyini düşünüblər.
Ərəblər üçün də Ay daşı xüsusi əhəmiyyət kəsb edib. Ərəb qadınları bu daşın ana olmaq qabiliyyətini artırdığına inanıblar. Hindlilər isə yuxuların çin çıxması üçün hələ də Ay daşından istifadə edirlər. Sevgini qüvvətləndirdiyi üçün o, ailə daşı hesab edilib. Hindistanda, Ərəb ölkələrində və Şri-Lankada qadınlar hamilə qalmaq üçün gecə paltarlarına və ya yastıqlarına Ay daşı ilişdiriblər.
Göz qamaşdırmaq üçün Ay daşına müraciət edən ulduzlar
Tarix boyu Ay daşından ən çox qadınlar istifadə ediblər. Ancaq onun şəfalı xüsusiyyətlərindən yararlanmaq istəyən kişilər də bu daşa müraciət ediblər.
İndiki dövrdə də Ay daşı öz populyarlığını qoruyub saxlayıb. Belə ki, ən cazibədar Hollivud ulduzları, müğənnilər Ay daşının tilsiminə inanırlar. Ona görə də, onlar mücrülərində Ay daşından hazırlanan heç olmasa bir neçə boyunbağı, üzük saxlayırlar. Qırmızı xalıda göz qamaşdırmaq istəyən ulduzlar tez-tez Ay daşının sehrli qüvvəsindən istifadə edirlər.
Kristin Stüartın onu məşhurlaşdıran «Alatoranlıq» filmində istifadə etdiyi üzük xüsusilə diqqət çəkmişdi.
Pop ulduz Rihanna isə dəvətlərdən birində iri Ay daşlı üzükləri ilə stilini vurğulamışdı. Naomi Uats, Adriana Lima, Ledi Qaqa da daxil olmaqla onlarla ulduz bahalı almaz və ya brilyant əvəzinə məhz Ay daşından hazırlanan zinət əşyalarına üstünlük verirlər.
Hansı bürcə şans gətirir?
Ay daşı astrologiyada ruhu təmsil edən Ay planetinin daşıdır. Ay xərçəng bürcünün planeti olduğu üçün Ay daşı bu bürcün insanlarına uğur gətirir. Oxatan bürcünün yaradıcı ruhunu zirvəyə qaldırır, Balıq bürcünün isə həssaslığını artırır.
Ruh və bədən sağlamlığı üçün əsl şəfa mənbəyi
Ay daşı insana şəfa vermək baxımından ən güclü daşlardan biridir. Ay daşının faydaları elm adamlarının da diqqətini çəkib. Araşdırmalar nəticəsində məlum olub ki, bu daşla bağlı xalq arasında yayılan şayiələrin çoxu doğrudur. Ay daşı həqiqətən də insanı bir çox təhlükələrdən mühafizə etməyə qadirdir.
1. Ay daşı mənfi enerjə qarşı qalxan funksiyasını yerinə yetirir.
2. İnsana həyat sevgisi aşılayır.
3.Yuxuların yaddaşda daha aydın qalmasını təmin edir. Yuxuları çin etdiyinə inanılır.
4. İmunitet sistemini qüvvətləndirir.
5. Böyrək xəstəliklərinə qarşı təsirlidir.
6. Toxluq hissi verir. Buna görə də arıqlamağa kömək edir. Pəhriz saxlayanlar bu daşdan hazırlanan boyunbağı taxa bilərlər.
7.Qadınların menstruasiya zamanı üzləşdikləri problemləri aradan qaldırır. Menstruasiya tsiklinin nizamlı olmasını təmin edir. Aybaşı zamanı yaranan ağrı və şişkinliyin qarşısını alır.
8. Əzələ, qıç, kürək ağrılarını aradan qaldırır.
9. Doğuş sancısını yüngülləşdirir.
10. Hüceyrələrin yenilənməsini təmin edir, yaşlanmağa qoymur.
11. əd nəzərdən qoruyur.
12. Eqodan və özünü bəyənmişlikdən qaynaqlanan əsəbi, kini-küdurəti aradan qaldırır.
13. İnsanın daha tez ünsiyyət qura bilməsini təmin edir. Altıncı hissi qüvvətləndirir.
14. Cütlüklərin bir-birlərinə bağlanmasını təmin edir. Ehtirası artırır.
15. İnsanın stressdən və gərginlikdən xilas olmasına kömək edir.
16. Sakitləşdirici xüsusiyyətə malikdir.
17. Qadın sonsuzluğuna qarşı təsirlidir. Ana olmaq ehtimalını artırır. Cinsiyyət orqanlarının xəstəliklərindən qoruyur.
18.Hormonları tarazlayır. Süd vəzilərinin daha çox işləməsini təmin edərək südü artırır. Ona görə də körpəsini əmizdirən qadınlara tövsiyə edilir.
19. Zoba faydalıdır.
20. Maddələr mübadiləsini sürətləndirir, həzmi asanlaşdırır.
21. Hissiyatı gücləndirdiyi üçün meditasiya ilə məşğul olanlar onu çox sevirlər.
22. Həkimlər və tibb bacıları yanlarında Ay daşı gəzdirsələr, xəstələrini daha tez sağlada bilərlər.
23. Ay daşını bitkilərin yanına qoyanda onların daha sağlam və uzunömürlü olduğuna inanılır.
24. Bəzi ölkələrdə Ay daşının qisməti açdığına inanılır. Bu daşı taxan şəxs qarşı cinsi maqnit kimi cəlb edir.
25. Ay daşı insana şans gətirir.
Daşın təsirini artırmaq üçün nə etməli?
O, çox fərdi bir daşdır. Bu daşa sadəcə sahibi toxunmalıdır. Başqa bir adam toxunduğu təqdirdə mütləq daşı təmizləmək lazımdır. Ay daşından hazırlanan zinət əşyalarını təmizləməyin ən yaxşı üsulu onları hematit daşlarının olduğu qabın içərisində saxlamaqdır. İri Ay daşları isə hər istifadədən sonra axar suyun altında yuyulmalıdır. Daşın təsirini artırmaq üçün bütöv Ay olan gecələrdə onu Ay işığının altında saxlamaq lazımdır. Onu da qeyd edək ki, Ay daşını ancaq gümüşlə haşiyəyə almaq olar. Yəni, bu daşla bəzədilən qolbaqlar, sırğalar, üzüklər gümüşdən hazırlanmalıdır. Əks təqdirdə daş öz təsirini itirər. Daşın təsirini hiss etmək üçün onun bədəninizə toxunması şərtdir. Daşın bədəninizə təmas etməsi üçün boyunbağı və qolbağa üstünlük verə bilərsiniz.
Ay daşı digər qiymətli daşlarla müqayisədə daha kövrəkdir. Ona görə də onu diqqətli şəkildə mühafizə etmək lazımdır.
Hazırladı: Ləman Sultan
|
['yarıqiymətli daşlar', 'ay daşı', 'daş-qaş']
|
778 |
https://kayzen.az/blog/ginekologiya/20711/kegel-gimnastikas%C4%B1.html
|
Kegel gimnastikası
|
Apollon
|
ginekologiya
|
9 avqust 2017, 21:13
|
Uşaqlığın sallanması orta və yaşlı qadınlarda tez-tez təsadüf olunan problemdir. Onu həmçinin prolaps adlandırırlar, ağır dərəcələrdə isə uterotsele deyirlər. Bu vəziyyətə səbəb bilavasitə çanaq dibi əzələlərin gücünün və tonusun aşağı düşməsi, uşaqlıq bağlarının uzanması ilə uyğunlaşmasıdır. Buna görə də müalicəvi gimnastika uşaqlıq sallanması zamanı konservativ müalicənin və xəstəliyin profilaktikasının əsasıdır. Kegel kompleksinin – xüsusi seçilmiş hərəkətlərin müntəzəm yerinə yetirilməsi çanaq dibi əzələlərini möhkəmləndirir, prolapsın yüngül dərəcələrində isə hətta yerlərini dəyişən orqanların əvvəlki vəziyyətini bərpa edir.
Uşaqlıq sallanması nədir və onun nə təhlükəsi var?
Uşaqlıq sallanması onun cismi normal vəziyyətindən aşağıya doğru yerini dəyişdikdə deyilir. Prolapsın dərəcəsi artdıqca qonşu orqanlarda da dəyişikliklər yaranır. Uretranın, sidik kisəsinin və düz bağırsağın yerdəyişməsi və deformasiyası baş verir, uşaqlıq yolu isə yuxarı üçdə birindən başlayaraq konfiqurasiyasını dəyişir. Həmçinin kiçik çanaqda bütün törəmələrin qan axını pozulur, sidik axarları və yoğun bağırsağın funksiyalarında ikincili pozğunluqlar müşahidə olunur.
Uşaqlıq sallanmasına görə Kegel gimnastikası
XX əsrin 40-cı illərində amerikalı ginekoloq Arnold Kegel doğuşdan sonrakı sidik saxlamazlığının profilaktika və müalicəsi üçün idman məşqləri kompleksini hazırladı. Sonradan onu qadın və kişilərdə digər pozğunluqların korreksiyası üçün istifadə olunmağa başlandı. Hazırkı dövrdə çanaq dibi əzələlərinin Kegelə görə möhkəmləndirilməsi uterogenital sahənin bir sıra xəstəliklərinin profilaktika və konservativ müalicəsinin əsasını təşkil edir. O, uşaqlıq sallanmasında da tətbiq olunur.
Nəzərə almaq lazımdır ki, təkcə kiçik çanaq və uşaqlıq yolu əzələləri deyil, həm də qarın presinin aşağı hissələri də möhkəmlənmə tələb edir. Onların tonusunun artması qarındaxili təzyiqin tənzimlənməsinə və bağırsaq fəaliyyətinin normallaşmasına səbəb olacaq. Qarın presi və onun funksional antaqonisti (onurğanı düzləndirən əzələ qrupu) çanağı düz vəziyyətdə saxlamağa kömək edir, hansı ki, uşaqlıq və digər orqanların vəziyyətlərini saxlamaqda vacibdir. Ona görə də «intim məşqi» yerinə yetirərkən kompleks yanaşma lazımdır.
Uşaqlığın tam və natamam prolapsında hərəkətlər kompleksi və onların yerinə yetirilmə texnikası mütləq həkimlə razılaşdırılmalıdır. Bu, sallanan toxumaların boğulma və travmasının qarşısının alınması üçün lazımdır. Bədəninin vəziyyətinin bu zaman elə bir əhəmiyyəti yoxdur, amma qadınların əksəriyyəti əzələlərin düzgün yığılmasına oturaq vəziyyətdə daha asan nəzarət edir. Kegel gimnastikasını həmçinin qarnıüstə uzanaraq ayaqları düz vəziyyətdə aralayıb yumşaq yastığın üstündə, arxasıüstə uzanaraq ayaqları diz və bud-çanaq oynaqlarında bükülmüş vəziyyətdə pəncələrə dayayaraq etmək olar. Bədənin əzələ korseti üçün hərəkətlər isə öz texnikalarına uyğun edilir.
Çanaq dibi əzələləri üçün hərəkətlərin xüsusiyyətləri
Uşaqlıq sallanmasında Kegel gimnastikası xüsusi hazırlıq və şərtlər tələb eləmir. Bu kompleksi gün ərzində bir neçə dəfə etmək tövsiyə olunur — tədricən əzələ yığılmalarının gücünü, onların amlitudunu və davam müddətini artırmaqla.
Əsas hərəkətlər səthi yerləşən əzələ liflərinin (anal kanalın xarici sfinkterinin, soğanaq-mağaralı əzələnin), orta qatın (aralığın dərin köndələn əzələsi və sidik-cinsiyyət sfinkteri) və arxa keçəcəyi qaldıran əzələni bərkitməyə yönəldilib. Uşaqlıq sallanmasında Kegel gimnastikası həmçinin uşaqlıq yolunun həlqəvi və boylama əzələlərinin məşqini mütləq nəzərdə tutur.
Hərəkətləri sakit tənəffüslə, nəfəsvermənin ləngitməməsinə nəzarət edərək etmək lazımdır. Əzələlərin yığılmasını nəfəs ritmi ilə sinxronlaşdırmamaq olar. Həmçinin sağrının və qarın presinin tonusuna mütləq nəzarət edilməlidi. Qarın yumşaq olmalı və tənəffüsdə iştirak edə bilər, göbək isə məşq zamanı hərəkətsiz qalmalıdır. Sağrı və ayaq əzələlərini də çanaq dibini işlədəndə gərginləşdirmək lazım deyil.
Başlanğıcda qadına aralıq nahiyəsinin müxtəlif əzələlərinin işini hiss etmək çətindir. Ağır doğuşlar və ya cərrahi müdaxilələr zamanı sinir liflərinin zədələnməsi isə (məsələn, epiziotomiyadan sonra) bu vəziyyəti ağırlaşdırır. Buna görə də məşq etməmiş insanlarda iradi yığılmalar çanaq diafraqmasının və uşaqlıq yolunun bütün əzələ qatlarını əhatə edir. Kegel gimnastikasını müntəzəm edən qadınlar ayrı-ayrı əzələləri işlətməyi öyrənirlər ki, bu da idmanı daha effektiv verir.
Uretranın, vaginanın və anusun dəliklərini büzən əzələlərin fəaliyyətini sidik ifrazı zamanı hiss eləmək olar. Sidik ifrazının iradi dayandırılması çanaq dibinin səthi və orta qatlarının həlqəvi gedən əsas əzələ lifləri hesabına baş verir. Ona görə də başlanğıc mərhələdə hərəkətləri sidik ifrazı zamanı etmək olar. Sonralar gimnastikanın bu hissəsini istənilən yerdə etmək olar, çünki çanaq dibi əzələlərin yığılmasını ətrafdakılar görə bilməz. Gimnastikanın düzgün yerinə yetirilməsi arxa çıxacaq sfinkterinin büzülməsinə və düz bağırsağın yuxarı dartılmasına, sidik kanalı sfinkterinin və uşaqlıq yolu dəliyinin daralmasına gətirib çıxarır. Əzələlər bərkidikcə çalışmaq lazımdır ki, əzələlərin hamısını birlikdə deyil, ayrı-ayrılıqda yığılsın.
Məsələn, arxa keçəcək və sidik-cinsiyyət sfinkterlərinin növbə ilə işləməsi məşqin yaxşı variantıdır. Bu zaman əzələlərin cəld və güclü yığılmasını maksimal uzun müddətli tonusu ilə uzlaşdırmaq lazımdır. Hərəkətlərin sayı və yerinə yetirilmə müddəti tədricən artırılacaq.
Uşaqlıq yolu əzələlərinin möhkəmləndirilməsi
Kegel hərəkətləri uşaqlıq sallanmasında uşaqlıq yolu əzələlərinin möhkəmləndirilməsini də özündə birləşdirir. Bu zaman təkcə bu orqanın aşağı üçdə birində olan həlqəvi liflərə (hansı ki, çanaq dibinin strukturuna daxildir) diqqət yetirmək lazım deyil.
Uşaqlıq yolu divarlarının digər əzələ qruplarının tonusunu artırmaq üçün «lift» hərəkətindən istifadə edilir. O bir neçə mərhələdən ibarətdir və aralıq əzələlərinin artan tonik gərginliyi olub, uşaqlıq yolunu da özündə birləşdirir. Yığılmaların belə iradi güclənmələrinə qonşu əzələ qrupları da qoşulur. Nəticədə uşaqlıq yolu bütün gedişi boyunca daralır və eyni zamanda yığılır. Uşaqlıq cismi öz vəziyyətini azca dəyişir ki, bu da onun patoloji əyriliklərinin düzəlməsinə kömək edir. Bu hərəkəti yerin yetirərkən gücənməkdən çəkinmək çox vacibdir. Qadın uşaqlıq yolu əzələlərinin müxtəlif hissələrinin yığılmasını təyin etməyə bacardıqda, o, ardıcıl dalğavari (peristaltik) hərəkətlər edə bilər. Və belə hərəkətlərin mühüm mərhələsi uşaqlıq yolunun ən yuxarı şöbələrinin tonik gərginliyidir. Burada yerləşən əzələ liflərinin hissələri qismən miometriuma qarışıb və uşaqlığı saxlamağa kömək edir.
Müxtəlif ölçü və formada, bir və ya bir neçə kürədən ibarət olan, manometrli elastiki armudvari vaginal trenajorlardan istifadə tövsiyyələrinə rast gəlmək olar. Amma, bu, uşaqlıqlıq sallanmasında aşağıda yerləşən uşaqlıq boynunun və uşaqlıq yolunun atrofik divarlarının zədələnməsi riskini artırır. Buna görə də əlavə vasitələrin istifadəsini vaginal əzələlər gücləndikdən və onların yığılmasını idarə etməyi bacardıqdan sonra həkimlə məsləhətləşməklə etmək lazımdır.
Uşaqlığın sallanması ilə bağlı Keqel gimnastikası gövdənin əzələ korsetini gücləndirən hərəkət kompleksi əlavə olunur. Bunuüçün gündəlik «velosiped», «tozağacı», «qayıq», «qaranquş», «pişik» hərəkətlərini (aralıq əzələlərinin yığılmasını artırmaqla) etmək lazımdır. Həmçinin arxası üstə uzanaraq düzləndirilmiş ayaqları azca qaldıraraq saxlamaq, «qaz» yerişi, diz və budlarla gimnastika topunu sıxmaq və pilləkənlərlə qalxmaq da faydalıdır.
Belə gimnastika rejimi ümumi fiziki hazırlıqdan asılıdır. İlk vaxtlar onu həftədə bir neçə dəfə etmək olar. Sonralar məşqlər gündəlik olur, sayı və davam etmə müddətini artırılır. Əzələlərin möhkəmlənməsi gimnastikanı müntəzəm olaraq yetərli gərginliklə, tonik və dinamik yığılmaları növbələmək sayəsində mümkündür. Belə yanaşma qadın bu xəstəliyin risk qrupuna daxil olduqda, xəstəliyin profilaktikası üçün də məqsədəuyğundur.
Ramilə Abbaszadə
cərrah, mama-ginekoloq
|
['ginekologiya', 'uşaqlıq', 'uşaqlıq sallanması', 'kegel gimnastikası']
|
779 |
https://kayzen.az/blog/yazar/20534/maksim-qorkiy%C9%99-g%C3%B6r%C9%99-tay%C4%B1-b%C9%99rab%C9%99ri-olmayan-yaz%C4%B1%C3%A7%C4%B1-knut-hamsun.html
|
Maksim Qorkiyə görə tayı-bərabəri olmayan yazıçı – Knut Hamsun
|
Apollon
|
Yazıçılar
|
7 avqust 2017, 16:48
|
Elə insanlar var, onlar üçün kitab yazmaq bir peşə, «dolanışıq vasitəsi»dir; amma onlar yalan danışmırlarsa, bir şeyi olduğundan pis göstərmirlərsə, — bunun özü də yaxşıdır. Daha da yaxşısı isə odur ki, onlar məhrəm hesab etdikləri insanı kobud dillə ifadə etsək, azca bəzəyib-düzəyirlərsə, bunu sadəcə oxucuya olan sevgilərindən edirlər, zənnimcə, oxucular özlərini nə qədər az sönük görsələr, o qədər faydalıdır; gözəl lələkli insan xoruz kimi bir şeydir, amma nə olsun, uçmağı unudan bu quş yerdə hələ də qürurla gəzir və dünyaya təkcə milyonlarla damazlıq yumurta ərmağan etdiyinə görə yox, həm də rəqabətin mədəni əhəmiyyətini çox yaxşı dərk etdiyinə görə hörmətəlayiqdir.
«Sifətləri tərdən islanmış» halda işləmək «istedadı» azarına tutulan, olduqca normal və bioloji cəhətdən bəraəti olan "şöhrət" qazanmaq yolunda narahat bir canfəşanlıqla kitablar yazmağı özlərinə məcbur edən, öz şəxsiyyətlərini «sadə insanlar» xaotik kütləsindən ayırıb ortaya çıxaran, bu insanlar arasında yaradıcıya, təsəlli verənə, zarafatcıla diqqət mühiti və rəğbət yaradan yazıçılar da var. Bu yazıçılardan ötrü tənqidçilərin tərif yazıları, oxucuların hörmətlə təzim etmələri, qadınların çoxlu vədlər verən maraqları və bütün bu kimi digər məsələlər olduqca vacibdir, çünki bu onlara ləzzət verərək, zəhmətə davam etmələrini şirnikləndirir. Bu qəbildən olan yazıçılar uzun ömürlü deyillər və onlar öz adlarını "əsrlərin yaddaşı”na dərin qazıya bilməzlər, lakin sözün geniş mənasında "ədəbiyyatı" məhz onlar yaradırlar və bununla onlar Orta Əsrlərin ecazkar məbədlərini yaradan adsız-sansız bənnalara bənzəyirlər.
Ardınca isə istisnasız ruh gücünə, konsentrasiyaya və demək olar, möcüzəvi mənəvi baxışa qadir yazıçılar gəlir: onlar başqalarının görə bilmədiklərini görməyə, başa düşmədiklərini başa düşməyə, adi bir şeydə qeyri-adini aşkar etməyə qadirdirlər. Onların kitablarında məhrəmliyin nüfuzedici və əsrarəngiz izləri var və sən hər zaman hiss edirsən ki, onlar "ümumilikdə insanlar üçün" deyil, hansısa tək, sevdikləri bir şəxs üçün yazırlar, onlardan ötrü vacib olan təkcə odur, təkcə o, ona yazılan «müqəddəs mətn»in dərinliyini və əhəmiyyətini dərk edə bilər.
Təbii ki, belə bir insan fiziki olaraq mövcud deyil, yazıçı onu uydurur. Uydurma həmsöhbət olduqca müəyyəndir, ağıllıdır və yaxud da o — sən özünsən. Anatol Fransı canlı bir insanla, dostuyla açıq-açığına, aramsız, fasiləylə və çoxlu nöqtələr tələb edərək danışdığını təsəvvürümə gətirə bilmirəm.
Onlar sənətin nəhəng insanları, "əbədi kitabların" baniləri, ədəbiyyat sahəsinin despotları, məktəb, cərəyan, üslub yaradıcılarıdır.
Knut Hamsun söz rəssamlarının məhz bu qrupuna daxildir. Ancaq onların arasında da o mənimçün bir istisnadır. Müasir ədəbiyyatda yaradıcılıqdakı orijinallığa görə mən onun tayı-bərabərində başqa bir kəs tanımıram.
Zənnimcə, «məktəb», "üslub", ümumiyyətlə həqiqi sənətin kölgəsində gizlənən hər şey onun üçün vacib deyil, maraqlı deyil, necə ki, eynilə elm də məhz «ikinci təbiət» (insanın yaratdığı ətraf aləm-tərc) yaradır, bir fərqlə ki, elm insanı çöldən qayğıkeşcəsinə «ikinci təbiət»lə əhatələyir, sənət isə bu təbiəti bizim daxilimizdə yaradır.
Hamsunun yaradıcılığı həqiqətən insanlar haqda «müqəddəs mətn»dir, onun mətni hansısa bəzək-düzəkdən birmərrə uzaqdır — onun gözəlliyi əllətutulmaz və gözqamaşdırıcı sadə həqiqətpərəstliyindədir ki, yaratdığı norveçli insan fiqurlarını möcüzəvi bir şəkildə antik Yunan heykəlcikləri kimi məftunedici dərəcədə gözəl edir.
O, oxucular üçün yazmır, yeganə «sevimli» bir adam üçün də yox. Məndə belə bir təəssürat var ki, Hamsun bütün insanların başı üzərindən kiməsə və harasa üçün yazdığını bilir və hiss edir.
Nəql etdikcə, o düşünür, amma mənim gümanımca, Knut Hamsunun məhz nəyi iddia etdiyini axtarmaq faydasız bir iş olardı. Onun düşüncəsi «pedaqoji» niyyətlərdən tamamilə uzaqdır, onun fikirləri əxlaqi doqmalardan və sosial fərziyyələrdən ümumiyyətlə xalidir, mənə o bütünlüklə azadmış kimi gəlir.
«Bəli, — o deyir, — bizim hamımız Yer üzünə səpələnmiş səfillərik». O deyir, ancaq iddia etmir. O bədbin deyil. Onun «səfilləri» — Yer üzünün sahibləridir; onun yaratdığı balaca və sərt ölkənin insanlarının hamısı qəhrəmandırlar. «Torpağın bərəkəti»ndəki İsaak dastanvari qəhrəmandır. Əgər Hamsuna qədər Edda yaradılmasaydı, o, özünün təsəvvür dəzgahında Tor-undan, Baldur-undan, Freya-sından və Loki-sindən sonra onu yaradardı. Lokini də həmçinin yaradardı, çünki şəri də mütləq sistemə gətirmək, ona bir baş qoymaq lazım idi ki, sonra onu qoparda biləsən. Fikrimcə, Lokinin başını ancaq İsaaka bənzər biri qopara bilər və sonra dünyada artıq çoxdan vaxtı gəlib çatmış, insana layiq, kinsiz-küdurətsiz bir nizam qurulduqdan sonra, o, daha humanist və daha xeyirxah allahlar yerləşdirib səmaları yeniləyər. Çünki yəqin, bu gələcək yaxşı, ağıllı insan ehtiyat etdiyindən göylərdə boşluq yaranmasına imkan verməzdi ki, sonrada bu boşluq onun qəlbinə nüfuz eləməsin.
Freken Despar «yaxşı və pis şeylərdə o qədər inadkar idi ki, dünyəvi olan hər şeyi təcrübəsindən keçirdi. Biz bunu belə adlandırırıq».
Vurğulanan kəlmələrə Hamsun bir müdrikin incə və xəfif kinayəsini qatıb: dünyəvi olandan savayı nə var, bir heçlikdə, insanların ayaqları altında silkələnən, parçalanan və eynilə Lissabondakı, Martinikdəki, Messina və Yaponiyadakı kimi bircə anın içində on minlərlə insanı yox edən bir dünyada yaşamağa məhkum edilmiş əhəmiyyətsiz insan məxluqlarının əzablarından daha əhəmiyyətli nə var?
Məhz bunda, dünyəvilikdədir bizim bütün mövcudluğumuzun mənası, axı insan əlində başqa bir şey olmadığına görə günahkar deyil. Onun özünü təsəlli etməkdən ötrü yaratdığı Tanrısından başqa bir şeyi yoxdur və o, Tanrının da şəxsən mən mexanikliyi qədər mistikasının olduğunu görürəm. Məgər Tanrı hər şeyi edən, hər şeyi bilən bir güc düşüncəsini ehtiva etmək, vurğulamaq üçün yaradılmayıbmı, məgər Tanrı insanın özünü müdafiə edəcək yeganə silah olan düşüncənin məhsulu deyilmi?
Fikirləşmək olar ki, sonuncu kitablarında — «Torpağın bərəkəti», «Quyudakı qadın», «Qorahus sanatoriyası»nda Hamsun yalnız özünə tanış olan bir məxluqla danışır. Ola bilsin, bu, «Loqos» deyilən şeydir, ola bilsin, — Knut Hamsunun tanrısı özünün söhbət etmək üçün yaratdığı tanrıdır.
«Torpağın bərəkəti»ndəki İngerin timsalında insanların hekayətini böyük norveçli sənətkar dastanvari sadələdikdə yazır. O, bu gündəlik həyatın qəhrəmanını «O, insanlar arasında demək olar ki, heç kimiydi, əhəmiyyətsiz bir varlıqdı», — deyə təsvir edirdi.
Hamsuna qədər heç kəs guya şəxsiyyətsiz və əhəmiyyətsiz olan adi insanlardan belə parlaq formada yaza bilməmişdi və heç kəs də əhəmiyyətsiz insan yoxdur anlayışını belə heyratamiz formada ifadə etməmişdi.
Yer üzündə ölümə məhkum edilmiş milyonlarla günahsız qarışqa-qəhrəman yaşayır, onlar daş yığınlarından şəhərlər tikir, yaşadıqları çətin həyatı hər cəhətdən mənalandırmağa çalışaraq gözəl, hikmətli şeylər düşünür və yaradırlar, eyni zamanda isə özlərini əzablı, dözülməz sosial həyat şərtləriylə də əhatə etmiş olurlar.
Bu barədə, bu ağılsız və qorxunc həyat barədə də Hamsun danışır, çaşqın halda, sözlərin arasında qəzəbini boğmağa çalışaraq həmsöhbətindən soruşur:
«Bilirsənmi bütün bunlar nəyə görə lazımdır? Sənə aydındırmı biz hamımız — qəhrəmanlar və əzabkeşlər niyə bir-birimizin gözünə şəxsiyyətsiz və əhəmiyyətsiz kimi görünürük. Sən başa düşürsənmi niyə insanlar belə bədbəxtdirlər?»
Həmsöhbət çoxbilmişliyindən, ya da çaşqınlığından susur.
«Bəli, — möhtəşəm sənətkar Knut Hamsun israr edir — bax, belədir həyat. Bəs nəyə görə belə? Deyə bilərsənmi?»
Sualına cavab gəlmir.
Onda Hamsun daha nəfis bir sadəliklə saysız-hesabsız cəfalara məhkum günahsız insanların yeni hekayətidən danışır.
«Bəli, — o deyir, — bizim hamımız Yer üzünün səfilləriyik. Niyə səfil və nəyə görə? Biz onun üstündə çoxlu əziyyət çəkirik, onu yaxşı bəzəmişik. Həqiqətən bir-birimizi sevməyimiz və hörmət etməyimiz üçün səbəbimiz var, biz yaxşı işçilərik. Sən bilirsənmi biz bir-birimizə niyə işgəncə veririk? Dərk eləyirsənmi ki, bütün bunlar niyə lazımdır?»
Sualına cavab gəlmir.
Bu dünyada Knut Hamsunun obrazı kimi yaşamaq və bütün həyatın boyunca lal, kar və ola bilsin, düzəlməz dərəcədə səfeh, yaxud ağlasığmaz dərəcədə naqis bir insanla söhbət etmək olduqca çətin şücaətdir. Və nə yaxşı ki, o cür bədheybət mövcud deyil və Hamsun kimi insanlar həyat barədə düşünərkən, sadəcə olaraq Lokiyə bir baş qoyurlar ki, sonradan onu qoparda bilsinlər.
Tərcümə: Cavid Ramazanlı
|
['Maksim Qorki', 'Knut Hamsun']
|
780 |
https://kayzen.az/blog/dieta/20766/yedikc%C9%99-ar%C4%B1qladan-10-qida.html
|
Yedikcə arıqladan 10 qida
|
Apollon
|
Dietologiya
|
7 avqust 2017, 16:41
|
1. Qatıq
Qatığın 100 qramında yalnız 50 kalori var və uzun müddət tox tutur. Qatığı səhər yeməyində, naharda, şam yeməyində və ara yeməklərində də yeyə bilərsiniz. İstəsəniz, meyvə, çərəz, bal, mürəbbə ya da təzə göyərtilər əlavə edərək daha fərqli dad əldə edərsiniz. Axşamüstü acdığınızda şirniyyatla çay içmək əvəzinə süzmə qatığın içinə nanə, cəfəri, şüyüd, xiyar əlavə edib, yanında da tam taxıllı bir dilim çörək yeyə bilərsiniz.
2. Meyvə
Qramında 1 kalori enerji olan meyvələr dadlı olduğu qədər tox tutmaq xüsusiyyətinə də malikdir. Xüsusilə alma, ərik kimi lif miqdarı çox olan meyvələri yeyərkən uzun müddət acmırsınız. Şirniyyat yemək istəyiniz yarandığı zaman bananı incə-incə doğrayın, üstünə bir çay qaşığı üyüdülmüş hindistan qozu və ya darçın səpib yeyin.
3. Tərəvəz
Pəhrizdə ən az sevilən qida tərəvəzdir. Ancaq arıqlamaq istəyirsinizsə, tərəvəz yemək məcburiyyətindəsiniz. Çünki, tərəvəzlər həm lifli olduqlarına görə, həm də içərisindəki vitamin və minerallarla sizin gümrah olmağınıza şərait yaradır.
4. Yağsız toyuq və hinduşka
Gündə bir pors ət yeməyi xoşlayırsınızsa, kalorisi az olan ağ ət yaxşı bir seçim olar. Ancaq toyuq və ya hinduşska əti yeyərkən yağlı olduğundan dərisini yeməməlisiniz. Bunları bişirərkən yağ, sous kimi əlavələr etməməyə diqqət yetirməlisiniz.
5. Yağsız balıq
Bir çox yağsız balıq növünü dieta saxladığınız müddətdə hər gün yeyə bilərsiniz. Lakin arıqlamaq istəyirsinizsə, balıq qızartmasından uzaq durmalısınız. Balığı yalnız tərəvəzlərlə birgə falqa kağızında sobada və ya manqalda bişirməlisiniz.
6. Kəpəkli makaron
Makaron kökəldirmi? Bu, çəki problemi olan hər kəsi maraqlandıran bir sualdır. Xeyir, makaron, xüsusilə də kəpəkli makaron kökəltmir, sadəcə makaronun yanında yeyilən sous kökəldir. Kəpəkli makaronun 100 qramında 130 kalori var. Kəpəkli makaronu qaynadılmış yaşıl mərcimək və təzə göyərtilərlə qarışdıraraq dadlı bir salat hazırlayıb yeyə bilərsiniz.
7. Kartof
Makaron kimi kartofun da hamı kökəlməyə səbəb olduğunu düşünür. Halbuki, 100 qram kartofda sadəcə 70 kalori var. Həmçinin, tərkibində bir çox vitamin və minerallar var və uzun müddət tox tutur. Ancaq vitaminlərin çoxusu qabığında olduğundan kartofu qabığı ilə bişirməlisiniz.
8. Salat
Dieta saxlayanların xoşlamadığı şeylərdən biri də salatdır. Ancaq salat tox tutduğuna görə dietlərdə mütləq istifadə olunmalıdır. Salatı yeməklə birgə deyil, yeməkdən əvvəl yeyin. Bununla doyduğunuzu hiss edəcək və yeməyin yarısını yeyəcəksiniz.
9. Su
Artıq çəkilərinizdən azad olmaq istəyirsinizsə, bol miqdarda su içməlisiniz. Çünki suyun kalorisi 0-dır. Lakin su içməyi xoşlamırsınızsa, bunun əvəzinə süni dadlandırıcılar əlavə olunmamış soyuq bitgi çayları da içə bilərsiniz. Daha az yemək üçün hər yeməkdən əvvəl bir stəkan su için.
10. Bulqur
Ağ düyü şəkəri tez yüksəltdiyinə görə tez də acdırır. Buna görə dieta saxladığınız müddətdə düyü yerinə bulqurdan istifadə etməlisiniz. Bol pomidorla bişirilən bulqur plovu və yanında doğramac yeməklə uzun müddət tox qalacaqsınız.
|
['dieta', 'pəhriz', 'arıqlamaq', 'arıqladan qidalar']
|
781 |
https://kayzen.az/blog/edebiyyat/20533/b%C3%B6y%C3%BCk-bal%C4%B1qlar,-balaca-bal%C4%B1qlar-%7C-italo-kalvino.html
|
Böyük balıqlar, balaca balıqlar | İtalo Kalvino
|
Apollon
|
Ədəbiyyat
|
5 avqust 2017, 21:05
|
Zefferinonun atası qəti çimərlik paltarı geyməzdi. Əynində həmişə köynək və ətəyini qatladığı şalvar olar, ağ papağını gözünün üstünə basıb gün boyu qayalıqlarda hərlənərdi. Ən böyük azarı qayalara yapışan, hər birinin sərt qabığı az qala daşlaşan Çinpapaq midyələr, yastı molyuskalar idi. Zefferinonun atası onları ancaq bıçaqla qoparardı. Hər bazar günü, gözündə iri eynəyi, sahil burnundakı qayaları bir-bir yoxlayardı. Balaca səbətini doldurana qədər ordan getməz, bəzilərini ordaca yeyər, islaq və turşməzə əti qaşıq kimi tutduğu qabıqdan sümürər, bəzilərini isə səbətinə atardı. Arada başını qaldırıb dənizə baxar və “Zefferino, haradasan?” deyə qışqırardı.
Zefferino günortadan sonraları dənizdən çıxmazdı. Ata-oğul birlikdə buruna gələr, sonra atası onu orda qoyub molyuskaların dalınca gedərdi. Qayalara yapışmış, inadkar Çinpapaq midyələr Zefferinonun diqqətini çəkmirdi; əvvəllər xərçənglərə, sonra osminoqlara, meduzalara meyil salmış və yavaş-yavaş hər növ balıqla maraqlanmağa başlamışdı. Yaz aylarında get-gedə daha çətin və ustalıq tələb edən işlərlə məşğul olurdu: artıq yaşıdları arasında sualtı tüfəngdən onun qədər bacarıqla istifadə edən yox idi. Ən yaxşı üzgüçülər bəstəboy və arıq-tırıq olanlardan çıxır, Zefferino da eləydi. Onu sahildə atasının əlindən tutub gedərkən görsəniz, elə bilərdiniz ki, saçı dibindən keçəl olan bu ağzı ayrıq uşağı dümsükləməsən tərpənməz, amma elə ki, dənizə girdi, heç kim onunla aşıq ata bilməzdi, özü də dibdən üzməkdə əlinə su tökən yox idi.
Zefferino o gün bütün sualtı alət dəstini hazırlamışdı. Şnorkeli onsuz da vardı, keçən il nənəsi hədiyyə vermişdi; ayaqları balaca olan əmisi uşağı öz üzgəclərini ona vermiş, tüfəngi isə əmisigildən əkişdirmişdi, amma atasına demişdi ki, borca götürmüşəm. Əslində çox diqqətli, hər şeyi təmiz və yaxşı istifadə etdiyi üçün ona güvənir, nə istəsə verirdilər.
Dəniz tərtəmiz və gözəl idi. Atası nə qədər xəbərdarlıq etsə də, Zefferino “Yaxşı, ata” deyəndən sonra dənizə girdi. İndi o bu sifətdə insana oxşamırdı: sifətində şnorkeli, tənəffüs borusu, ayaqlarında üzgəcləri – balıqlardakı kimi, əlində isə bir az mizrağa, bir az tüfəngə, bir az da çəngələ oxşayan nəsə bir alət. Amma bu qıraqdan belə görünürdü, üzgəclərini tərpətməsindən, qoltuğunun altındakı tüfəngi tutmasından, dənizin üzünü öpüb dərinlərə dalmasından bilinirdi ki, Zefferino ən çox indi özüdür.
Dənizin dibi dayazlıqda daş-kəsək idi, sonra bəzisi çılpaq və aşınmış, bəzisi qəhvəyi, sıx yosunlarla örtülü qayalar başlayırdı. Hər qaya çıxıntısından, axıntıda titrəşən hər yosun topasından iri bir balıq çıxa bilərdi; şnorkelin pəncərəsindən Zefferinonun maraqlı gözləri diqqətlə künc-bucağı araşdırırdı.
Birinci dəfə görəndə dənizin dibi adama gözəl gəlir, amma hər şeydə olduğu kimi, əsl gözəllik hər tərəf qulac-qulac kəşf ediləndən sonra başlayır – elə bil, dənizin dibindəki görüntüləri içirsiniz, ha gedirsiniz, sonu yoxdur. Şnorkelin şüşəsi kölgələri və rəngləri udmağa müntəzir duran azman bir göz kimidir. Budur qaranlıq qurtarır, qayalıqlardan çıxırsan; dibdəki qumluqda dalğaların ayaq izi gözə dəyir. Göz vuran parıltılar və tilov dalınca düşən işıltılı balıq sürülərinin arasından süzülüb gələn günəş şüaları buracan gəlib çatır; xırda balıqlar ox kimi süzürlər, sonra qəfildən hamısı bir yerdə başqa tərəfə dönürlər.
Dənizin dibindən quyruğunu torpağa çırpan sarqan balığının yaratdığı xırda bir toz buludu yüksəldi. Balıq tilova üz tutduğu üçün heç nədən xəbər yox idi. Zefferino dibdən üzürdü, sarqan zolaqlı böyrünü bir-iki dəfə çevirərək dalğın-dalğın səntirlədikdən sonra birdən uzaqlaşmağa başladı. Balıqla balıqçı hər yanı məsaməli və az qala çılpaq olan yosunlu qayalıqların arasından üzdülər. Zefferino, “burada artıq əlimdən qaça bilməz” deyə düşündü və elə həmin an balıq yenidən yoxa çıxdı. Dəliklərdən, oyuqlardan sıra-sıra hava qabarcıqları çıxır, sonra birdən kəsilir və başqa tərəfdə yenidən başlayırdı, pusquya yatmış kimi gözləyən dənizlaləri par-par yanırdı. Sarqan bir yuvadan gizlicə başını çıxardı, sonra başqa oyuğa girdi və çox keçməmiş uzaqdakı bir dəlikdən çölə çıxdı. Sivri bir qayanın ətrafında var-gəl edib istiqamətini dəyişdirdi, dibə üzdü; Zefferino aşağıda parlaq yaşıl bir yer gördü. Balıq həmin işıqda gözdən itdi, Zefferino da dalınca üzdü.
Qayanın ətəyindəki qövsü keçdi, yuxarıda suyu və səmanı gördü. Hər tərəfdə rəngli daşların kölgəsi oynaşır, açıq dənizdə yarısı suya gömülmüş bir qaya parçası görünürdü. Zefferino üzgəclərini işə salıb irəli atıldı, sonra nəfəsini dərmək üçün yuxarı üzdü. Şnorkelinin içinə girmiş bir-iki damcı suyu tənəffüs borusundan çölə üflədi, amma başı suyun altında qaldı. Sarqanı yenidən tapmışdı; özü də indi bir yox, iki dənə idilər! Elə təzəcə nişan almışdı ki, sol tərəfində sakit-sakit üzən bir balıq sürüsü gördü, sağından da par-par yanan başqa bir sürü keçirdi. Bura balaca bir gölü xatırladan, bol balıqlı əsl ov yer idi; Zefferino hara baxsa, qaynaşan üzgəclər, par-par yanan pulcuqlar görür, sevincdən və təəccübdən tətiyi çəkmək belə ağlına gəlmirdi.
Tələsməməli, balıqları qorxudub qaçırmadan ən yaxşı ovun hansı olduğunu araşdırmalı idi. Başını suyun altında saxlayan Zefferino ən yaxın qayalığa üz tutdu və suya sürüşmüş bir əl gördü. Su sakit idi, amma onun dümdüz, tərtəmiz səthində yağış damcıları düşürmüş kimi iç-içə keçmiş iri həlqələr əmələ gəlirdi. Uşaq başını qaldırıb boylandı, qayanın üstündə üzü üstə uzanmış ətli-budlu, çimərlik paltarında bir qadın günəşlənirdi. Və ağlayırdı. Yanaqlarından süzülən damla-damla göz yaşları dənizə düşürdü.* Zefferino şnorkelini alnına sıyırıb “Şeydi, üzrlü sayın” dedi.
Kök qadın “Zərəri yoxdu, bala,” dedi və ağlamağına davam edərək, “sən ovlanmağında ol” deyə əlavə etdi.
Zefferino, “Bu yer balıqla doludu,” dedi, “görürsünüz nə çoxdu?”
Kök qadın başını qaldırıb yaşlı gözlərilə irəli baxırdı.
“Görməmişəm, necə görüm, ağlayıb kiriyə bilirəm ki?”
Söhbət dəniz və balıqlardan gedəndə od-alov olan Zefferino iş insanlara gələndə o saat ağzı ayrıq, pəltək uşağa çevrilirdi. “Bağışlayın, madam…”
Sarqanın dalınca düşmək istəyirdi, amma ağlayan kök qadın görmək elə qeyri-adi bir şey idi ki, sehrlənmiş kimi ağlı başından çıxmışdı, qeyri-ixtiyari ona baxmağa davam edirdi.
Kök qadın nəcib, azca da burnundan gələn səslə cavab verdi:
“Mən madam deyiləm, bala, mənə madmazel de. Madmazel de Magistris. Sənin adın nədir?”
“Zefferino.”
“Afərin sənə, Zefferino. Necə deyirlər, işin avand olsun?”
“Bilmirəm necə deyirlər. Hələ heç nə tutmamışam. Amma bura yaxşı yerdi.”
“O tüfənglə ehtiyatlı ol. Özüm üçüm demirəm. Mən onsuz da bitmişəm. Sənə görə deyirəm, ehtiyatlı ol, özünü yaralama.”
Zefferino qadına dedi ki, narahat olmasın. Qayaya dırmaşıb qadının yanında oturdu və bir müddət onun ağlamağına tamaşa etdi. Qadın bəzən kiriyən kimi olur, qıpqırmızı burnunu çəkə-çəkə başını yelləyirdi. Amma elə həmin andaca gözlərinin çeşməsində yığılıb qalan təzə-tər damlalar yanaqlarından daşıb aşağı yuvarlanırdı.
Zefferino bilmirdi neynəsin. Bir qadını ağlayan görmək ürəyini yandırırdı. İnsanın qəlbini sonsuz sevinc və istəklə dolduran saysız-hesabsız balıqla dolu bu gözəl məkanda necə dərdlənmək olardı? Amma qarşısında oturan qadın göz yaşlarına qərq olmuşkən o necə yamyaşıl sulara dalıb balıq dalınca gedə bilərdi? Havada bir-birinə zidd olan, qovuşması qeyri-mümkün iki duyğu vardı. Zefferino iki duyğunu birdən dərk edə bilmir, nə birindən, nə də digərindən vaz keçə bilirdi.
“Madmazel,” – dedi.
“Buyur qadası.”
“Niyə ağlayırsız?”
“Sevgidən sarı heç bəxtim gətirmir, ona görə.”
“Belə de!”
“Sən başa düşməzsən, hələ uşaqsan.”
“Şnorkellə üzmək istəyirsiz?”
“Sağ ol, sevə-sevə. Gözəldi?”
“Dünyanın ən gözəl şeyidi.”
Madmazel De Magistris ayağa qalxdı və çimərlik geyimini səhmana saldı. Zefferino şnorkelini ona verdi, necə taxacağını başa saldı. Qadın bir az istehzalı, bir az da utana-utana şnorkeli başına keçirdi, amma şüşənin arxasından hələ də doluxsunmuş gözləri görünürdü. Suiti kimi astagəlliklə dənizə girdi və üzünü suya daldırıb çabalamağa başladı. Zefferino da tüfəngini qoltuğunun altına basıb suya tullandı.
Madmazel De Magistrisə tərəf çığırdı: “Balıq görən kimi mənə xəbər verin.” Zefferinonu dənizdə çox ciddi olur, onunla birgə ovlanmaq şərəfini başqalarına çox nadir hallarda bəxş edirdi.
Amma madmazel başını qaldırır və yox deyirmiş kimi işarələr edirdi. Şnorkelin şüşəsi tərləmişdi və üzü görünmürdü. Sonra şnorkeli çıxartdı. “Heç nə görmürəm, ağlamaqdan şüşə tərlədi. Bacarmayacam. Üzrlü say.” – dedi. Və dənizin ortasında təzədən ağlamağa başladı.
Zefferino öz-özünə “İşə düşdük də” – dedi. Özüylə şnorkelin şüşəsini təmizləyəcək bir dilim kartof götürməmişdi, amma tüpürcəyilə bacardıqca siləndən sonra şnorkeli özü taxdı. Sonra üzünü qadına tutub dedi: “Görün mən nətər eləyirəm.” Zefferino başını suyun altında tutaraq üzgəclərini tərpəşdirib irəli atılır, yanpörtü üzən qadın bir qolunu qabağa uzadıb o birini bükür, başını dik tutub nəhayətsiz kədər içində balaca oğlanla yanaşı üzürdü.
Madmazel De Magistris bacarıqsız qulaclarla yanpörtü və pis üzürdü. Metrlərcə aşağıda balıqlar qaynaşır, dəniz ulduzları ilə mürəkkəbbalıqları üzür, anemonlar ağızlarını açıb yumurdular. Zefferinonun gözləri qarşısında insanı məst eləyən bir mənzərə açılmışdı. Bura dərin idi, dibdəki qumlara səpələnmiş balaca qayalıqların arasındakı yosun yumaqları dənizin çətin eşidilən axıntısı ilə xəfif-xəfif titrəyirdi. Amma yuxarıdan baxanda sakit dənizin və yosun yığınlarının arasında dibdəki qayalıqlar yellənirmiş kimi görünürdü.
De Magistris birdən uşağın suya baş vurub gözdən itdiyini, bir anda yanbızının su üzünə çıxdığını, əvvəlcə üzgəclərinin, sonra kölgəsinin, ardınca isə özünün sürətlə suyun dibinə üzdüyünü gördü. Xanı balığı təhlükəni sezəndə artıq gec idi: böyründən vurulmuş və harpunun orta dişi quyruğunun bir tərəfindən girib o biri tərəfindən çıxmışdı. Xanı tikanlı üzgəclərini düzəldib suyu döyməyə başladı, harpunun o biri dişləri gövdəsinə saplanmamışdı, quyruğu qopsa belə qaçmağa ümid edirdi. Amma üzgəclərindən birini harpunun dişlərinə qurban verdi və məğlub oldu. Artıq taxtabənd qarqaraya sarınaraq dartılmağa başlamışdı, Zefferinonun xoşbəxt, çəhrayı kölgəsi düz təpəsindəydi.
Suyun üzündə əvvəlcə xanı balığı, sonra uşağın qolu, dalınca isə borusundan sular püskürən şnorkelli baş göründü. Zefferino şnorkelini çıxara-çıxara dedi: “Gördünüz nə gözəldir? Gördünüz madmazel?” Bu, tünd gümüşü rəngdə bir xanı balığı idi. Amma qadın hələ də ağlayırdı.
Zefferino qayalardan birinin burnuna dırmaşdı. De Magistris çətinliklə onun dalınca getdi. Balığı sərin bir yerdə saxlamaq istəyən uşaq su dolu bir çuxur tapdı. Orda yan-yana uzandılar. Zefferino balığın rəngdən rəngə düşməsinə heyranlıqla baxır, pulcuqlarını sığallayır, De Magistrisin də onun kimi etməsini istəyirdi.
“Gördünüz nə gözəldir? Görün necə dişləyir?” Sonra balıqla azca da olsa maraqlanmağın kök qadını az-maz ovundurduğunu hiss edəndə, “Mən gedib baxım, bəlkə yenə nəsə vura bildim” – deyərək yenidən suya baş vurdu.
Qadın balıqla tək qaldı. Düşündü ki, heç bu qədər kədərli balıq görməyib. Barmaqlarını balığın halqa kimi açıq ağzında, qəlsəmələrində, quyruğunda gəzdirir, onun gümüş gövdəsində minlərcə balaca deşiyin açıldığını görürdü. Balıqlara qırsaqqız kimi yapışan balaca su birələri çoxdan xanının canına daraşıb onu gəmirirdilər.
Zefferino bütün baş verənlərdən xəbərsizcəsinə harpunun ucunda qızılı bir umbrina ilə qayıtdı və balığı madmazel De Magistrisə verdi. Beləcə, aralarında iş bölgüsü başladı. Qadın balığı harpundan çıxarır və su dolu çuxura atırdı, Zefferino da təzəsini tutmaq üçün yenidən suya baş vururdu. Amma hər dəfə dayanıb qadına baxırdı ki, görsün ağlayır, ya yox. Bir xanı balığı, bir umbrina görəndə ağlamağı kəsməsə, görən onu başqa nə ilə ovuda bilərdi?
Umbrinanın böyründə qızılı zolaqlar, kürəyində iki sıra üzgəc vardı. Madmazel bu üzgəclərin arasında harpunun açdığı yaradan daha qədim, incə və dərin bir yara gördü. Bir qağayı balığın kürəyini elə möhkəm dimdikləmişdi ki, ölməməyi möcüzə idi. Zavallı umbrina kim bilir neçə vaxtdır bu ağrıya dözürdü!
Zefferinonun harpunundan daha sürətli olan zuban balığı bir sürü xırda və çaş-baş balığın ətrafında hərlənirdi; zuban xırda balıqlardan birini təzəcə udmuşdu ki, harpun boğazına saplandı. Zefferinonun əli heç vaxt belə gətirməmişdi.
Şnorkelini çıxararkən “Möhtəşəm bir zuban!” deyə qışqırdı. “Mən xırda balıqları qovurdum! O biri balığı udan kimi, mən də onu haqladım…” Həyəcandan pəltəkləyərək həmin səhnəni təsvir etməyə çalışırdı. Bundan daha iri və gözəl balıq ovlamaq olmazdı. Zefferino istəyirdi ki, qadın da onun xoşbəxtliyini bölüşsün. Qadın balığın gümüşü iri gödvəsinə, bir az əvvəl o yaşılımtraq xırda balığı udan, indi isə harpunun dişləri ilə parçalanmış ağzına baxırdı: dənizdə həyat belədir!
Zefferino sonra biri boz, biri qırmızı rokka, kürəyi sarı zolaqlı bir sarqan, iri bir qızıl balıq, yastı bir kupes, bir də tikanlı və bığlı lüsian tutdu. Amma madmazel De Magistris bunların hamısında harpun yarasından başqa ya su birəsindən qalma izlər, ya məchul bir xəstəliyin yaratdığı ləkələr, ya da çox-çox əvvəllər boğazlarına saplanmış qarmaqların yarasını görürdü. Uşağın kəşf etdiyi bu buxta bəlkə də ölməyə gələn heyvanların sığınacağı, ümidsiz xəstələr üçün dəniz xəstəxanası, ağrıdan dəliyə dönmüş balıqların ölümünə savaşdığı bir döyüş arenası idi.
Zefferino indi də qayaların arasında pusquda durmuşdu: osminoqlar! Bir qayanın dibində gizlənmiş bir osminoq sürüsü kəşf etdi. Budur, harpunun ucuna taxılmış iri, bənövşəyi osminoqun yarasından su qatılmış mürəkkəb kimi maye damcılayır. Madmazel De Magistrisin birdən ürəyi sıxıldı. Osminoqun ölçülərinə uyğun təzə bir çuxur tapıldı; Zefferino onun başından ayrılmır, yavaş-yavaş rəngini dəyişdirən çəhrayı-boz osminoqu heyranlıqla seyr edirdi. Artıq xeyli vaxt keçmiş, o qədər uzun müddət suda qalmaqdan uşaq yolunmuş toyuğa dönmüşdü. Amma Zefferinonun yuvasını təzəcə kəşf etdiyi osminoq ailəsini buraxmaq fikri yox idi.
Madmazel osminoqun sürüşkən ətinə, əmcəklərinin ağzına, qırmızı, az qala, su kimi şəffaf gözlərinə baxırdı. Bu osminoq indiyə qədərki ovların içində yarası və ağrısı olmayan yeganə varlıqdır. İnsan əzələləri kimi yumuşaq, qıvrım-qıvrım bir sürü gizli qoltuqaltını xatırladan qolları sağlam və həyat dolu idi, asta-asta bükülüb açılan əmcəkləri böyüyüb genişlənirdi. Madmazel De Magistrisin havaya qalxan əlləri, elə bil, osminoqu sığallayır, heyvanın gərilib büzülməsinə züy tutaraq get-gedə ona daha çox yaxınlaşırdı.
Axşam düşürdü, iri bir dalğa qabaran dənizin üzünü qırışdırmağa başlamışdı. Osminoqun əlləri qamçı kimi havada titrəyirdi və qəfildən onlardan biri var gücüylə qadının qoluna dolandı. Qayanın üstündə ayağa duran qadın özü-özü qolundan xilas olmaq istəyirmiş kimi, “Osminoq! Osminoq məni parçalayır!” deyə çığırmağa başladı.
Bir kalmarı yuvasından qovan Zefferino başını sudan çıxardı, qadının qoluna dolanan osminoqun onun boynunu sarmaq istədiyini gördü. Madmazel uzun-uzun və bacardıqca bərkdən qışqırsa da, bağırtısının ancaq axırını eşitmişdi, amma deyəsən qadın artıq ağlamırdı.
Əlində bıçaq qaça-qaça bir adam gəldi, bıçağı osminoqun gözünə saplamağa başladı və bir həmlədə başını kəsdi. Bu, səpətini Çinpapaq midyələrlə doldurmuş və qayalıqlarda oğlunu axtarmağa çıxmış Zefferinonun atası idi. Çığırtını eşitmiş, iri eynəyinin üstündən baxıb qadını görmüş və onun köməyinə gəlmişdi. Osminoqun qolları o saat boşaldılar, sonra qadının ürəyi getdi.
Ayılanda osminoqun parçalandığını gördü, Zefferionun atası qızartmaq üçün osminoq tikələrini qadına hədiyyə etdi. Axşam düşmüşdü. Zefferino köynəyini geyindi. Atası qadına ən yaxşı osminoq qızartmasını necə bişirməli olduğunu başa saldı. Zefferino durub-durub madmazelə baxırdı, bir-iki dəfə ona elə gəldi ki, qadın yenə ağlayacaq, amma onun gözlərindən bir damcı da yaş düşmədi.
(1950)
Tərcümə etdi: Qismət
|
['italyan ədəbiyyatı', 'İtalo Kalvino', 'dünya ədəbiyyatı', 'hekayə']
|
782 |
https://kayzen.az/blog/ushaq_terbiyesi/20755/u%C5%9Fa%C4%9F%C4%B1n%C4%B1z%C4%B1n-sizi-dinl%C9%99m%C9%99si-%C3%BC%C3%A7%C3%BCn-25-%C3%BCsul.html
|
Uşağınızın sizi dinləməsi üçün 25 üsul
|
Apollon
|
Uşaq tərbiyəsi
|
29 iyul 2017, 20:10
|
1. Onunla eyni boy səviyyəsinə enib göz kontaktı qurun.
2. Adı ilə müraciət edin.
3. Qısa və anlaşıqlı danışın. Ən əsası — başdan bir cümləylə fikrinizi çatdırın. Nə qədər çox danışsanız, övladınız bir o qədər az dinləyəcək sizi.
4. Fikrinizi sadə formada ifadə edin. Qısa sözlər və cümlələr istifadə edin. Çalışıb onun kimi danışın.
5. Uşaqdan sizin ondan etdiyiniz tələbi və ya tapşırığı təkrar etməsini xahiş edin.
6. İmtina edə bilməyəcəyi təkliflər və ya alternativlər irəli sürün. Məsələn: Geyin ki, parka oynamağa gedək.
7. Pozitiv olun. «Qaçmaq olmaz» qışqırmaq yerinə, izahedici tərzdə «Biz evdə gəzirik, qaçmaq isə parkda olar» deyin.
8. Tapşırıqlara «Mən istəyirəm ki...» deyərək başlayın. Uşaqlar valideynləriylə birlikdə nələrsə etməyi sevirlər, amma əmrləri sevmirlər. Onlara nəsə etdirmək istədikdə birlikdə etməyi yoxlayın.
9. "Əgər filan şeyi etsən..., onda" yerinə, «Filan şeyi et ki...» deyin. Beləcə ona tələbinizi etməməsi üçün bir seçim verməmiş olacaqsınız. Məsələn: Dişlərini yu və biz kitab oxuyaq.
10. Ondan nə istədiyinizi şəxsən və üz-üzə bildirin. O cizgi film izlədiyi vaxt mətbəxdən «Gəl yeməyini ye» qışqırmaq əvəzinə, onun yanına gəlib bir neçə dəqiqə oturun və reklam vaxtı onu yemək üçün aparın.
11. Lazımlı tələblərinizi seçimlər formasında təklif edin: "Əvvəlcə pijamanı geymək istəyirsən, yoxsa dişlərini yumaq?", «Qırmızı yoxsa göy papağını qoymaq istəyirsən?»
12. Ona yaşına uyğun suallar verin. 3 yaşındakı hər uşaq (elə böyüklər də) «Bunu niyə etdin?» sualına cavab verə bilmir. O sual yerinə «Gəl etdiyin hərəkət haqqında danışaq» deyə bilərsiniz.
13. «Zəhmət olmasa» və "Çox sağ ol" sözlərini övladınıza öyrədin. Onunla dialoq vaxtı özünüz də mütləq o sözlərdən istifadə edin.
14. Psixoloji cəhətdən sözlərinizi düzgün seçin. Məsələn, «Sən etməlisən» yerinə, «Mən istəyirəm ki, sən… edəsən» deyin. Əgər sual mənfi cavab alınacaq formadadırsa onu mütləq düzəldin. Məsələn, «Paltonu götürə bilərsən?» əvəzinə «Paltonu götür zəhmət olmasa» işlədin.
15. Kağızlarda gülməli qeydlər, işarələr qoyun. Bu da uşaqla ünsiyyət vasitəsidir. Onların həvəsinə uşaq istəklərinizi edəcək.
16. Uşaq nə qədər bərk qışqırsa siz bir o qədər sakit danışın. Tez-tez «Mən səni başa düşürəm» və ya «Sənə necə kömək edə bilərəm?» deyin.
17. Əvvəl sakitləşdirin, sonra danışın.
18. Vaxtaşırı əvvəl dediklərinizi təkrar edin. Bəzən uşaqlara çətindir yadda saxlamaq. Amma uşaq böyüdükcə buna ehtiyac da azalır.
19. Uşağa fikrini bitirməyə imkan verin.
20. Əzbərləyəcəyi işlər verin.
21. Nəyəsə imtina etdikdə eyni zamanda alternativ də təklif edin: «Sən hələ tək parka gedə bilməzsən, amma dostlarını çağırıb həyətdə oynaya bilərsən».
22. Məsləhətlər verin: «Bir azdan gedəcəyik. Oyuncaqlarına „hələlik“ de.
23. Özünəqapalı və azdanışan uşaqlarla ünsiyyət zamanı cavabında Bəli/Xeyr deyəcəyi suallar verməyin. Yaxşı olar ki, dar çərçivəli və spesifik suallar verəsiniz. Məsələn, „Məktəbdə vaxtını yaxşı keçirtdinmi?“ əvəzinə „Bugün məktəbdə ən çox nə xoşuna gəldi?“ verə bilərsiniz.
24. Hisslərinizi uyğun formada uşaqlarınıza deyin. Uşaqlar heç vaxt valideynlərinin pis olmalarını istəmirlər. Məsələn, „Sən mağazada qaçanda mən çox qorxuram. Elə bilirəm səni itirəcəm“.
25. Uşağı fikrindən döndərə bilmədikdə dərhal „biznes ton“a keçməyin. „Vəssalam, get otağına“ deyib qışqırmaq yerinə sakit, amma qəti şəkildə „Bu mövzuda fikrim dəyişməyəcək. Bağışla.“ deyib ona qərarınızı qəbul etdirin.
|
['uşaq tərbiyəsi', 'uşaq psixologiyası', 'tərbiyə']
|
783 |
https://kayzen.az/blog/sevgi/20329/sevgim-sizi-%C3%B6l%C3%BCmd%C9%99n-bel%C9%99-qoruyacaq.html
|
Sevgim sizi ölümdən belə qoruyacaq
|
Apollon
|
Sevgi
|
26 iyul 2017, 00:03
|
Bu sevgi hekayəsi bir neçə yüzillikdir ki, eşidənləri hələ də heyrətləndirir. 1525-ci ildə Fransa sarayında aləm qarışmışdı. Axı ölkə kralsız qalmışdı. İspaniya ilə döyüşə girən ağılsız kral I Fransisk nəinki məğlub olmuşdu, üstəlik əsir düşmüşdü. Onun üçün böyük məbləğdə pul tələb edilirdi. Pul verilmədiyi təqdirdə isə kralın oğulları — 8 yaşlı Fransisk və 7 yaşlı Henrix göndərilə bilərdi.
1526-cı ilin martında Paris sarayı İspaniya ilə sərhəddə kralla balaca şahzadələri dəyişdi. Yol dəhşətli, hava isə pis idi. Şahzadələr öskürürdülər. Saray xanımları arabadan belə çıxmadılar. Yolu maraqlı etmək üçün kavalerlər saray gözəlçəsi Diana de Puatye ilə söhbətə başladılar. Vaxtilə Fransisk özü də bu gözələ vurulmuşdu. Lakin gözəlçə onu yaxına buraxmamışdı. Elə sarayda olduğu ilk günlərdən Diana özünü soyuq aparırdı. Hətta onu Buz Qız adlandırırdılar.
29 mart 1515-ci ildə o, atasının dostu — 56 yaşlı Lui de Breze ilə evləndi. Hamı gözləyirdi ki, 15 yaşlı gözəl qız qoca ərini evdə qoyub, özünə gənc sevgililər tapacaq. Amma o, iki qız dünyaya gətirdi və kənardan heç kimlə münasibət saxlamadı. İndi isə karetasında əyləşmiş 26 yaşlı Diana gözəlliyi haqqında iltifatları dinləyirdi.
15 martda nəhayət ki, dəstə sərhəddə yerləşən Bidassoa çayına çatdı. Burada şahzadələrlə kralı dəyişəcəkdilər. Yenə aləm qarışdı. Çayda qayıqda oturmuş kral göründü. Ətrafdakılar tələsik gənc şahzadələri yola hazırladılar. Heç kim balaca Henrixə fikir vermirdi. Diana ona acıdı. Yaxınlaşdı, qucaqladı və dedi:
— Dözməlisən, balaca. Biz səni gözləyəcəyik.
Sonradan isə Diana öyrəndi ki, ispanlar uşaqları həbsxanaya atıblar. Onları ac saxlayır, döyürlər. Diana tez-tez gecələr Henrixi yuxularında görür, onun üçün dua edirdi. Yalnız dörd il sonra I Fransisk balaca şahzadələri geri ala bildi. Onların geri qayıdışı və Kralın evlənməsi şərəfinə turnir təşkil edildi. Hər kəs yeni kraliçanın qarşısında təzim edərkən, Henrix Diana Puatyeyə yaxınlaşıb onun qarşısında diz çökdü. Bütün saray şokda idi. Diananın 31 yaşı vardı. Gənc şahzadənin isə heç 12 yaşı olmamışdı. Üç ay sonra isə Diananın əri vəfat etdi. Diana ömürlük qara geyimə büründü.
1531-ci ildə kral Diananı yanına çağırdı. Diana 32 yaşında daha da gəncləşmiş, gözəlləşmişdi. Ərinin ölümündən sonra o, qızlıq soyadını geri alsa da, matəm geyimini soyunmamışdı. Kral Dianaya dedi:
— Lənətə gəlmiş əsirlik Henrixi yaşından iki dəfə böyüdüb. İndi 13 yaşı var. O, gülməyi belə unudub. Amma sizə necə baxdığını görürəm. Ona bir azca nəzakət göstərin.
Diana üçün azca nəzakət nə demək idi ki… O, çoxdan Henrixi sevirdi. Henrix ona şeirlər yazarkən gecələr röyasında görürdü. Yuxularında unudurdu ki, dul qadındır və oğlu Fransuaza Henrixdən böyükdür.* Kral isə oğlu üçün planlar qurmaqda davam edirdi. 1533-cü ildə İtaliyadan oğlu üçün gəlin olacaq hersoqinya Yekaterina Mediçini gətizdirdi. 14 yaşlı qız gənc ərinə məhəbbətlə baxırdı. Amma bu çirkin, balacaboy qız Henrixi cəlb etmədi. Kral bunu anlayırdı. Ona görə də toydan sonra kral özü gəncləri yataq otağına apararaq, onlar ər-arvad olana qədər yanlarından ayrılmadı.
Amma elə toyun səhəri Diana Henrixi evinin yanında gördü. Hər gecə Diana dua edirdi ki, Henrixin qəlbindəki ehtiras, sevgi sönsün. Qoy, hər ikisi sakit olsunlar. Qoy, gənc şahzadə arvadı ilə xoşbəxt olsun.
1536-cı ildə kralın böyük oğlu qəfil vəfat etdi. Artıq taxt-tacın yeganə varisi 17 yaşlı Henrix idi. Əvvəllər heç kimin diqqət etmədiyi gənc indi bütün sarayın diqqət mərkəzində idi. Bir gün Ekuan qalasında məşhur rəsm əsərlərinə baxmağa gedərkən Henrix Diananı gördü. Ona yaxınlaşaraq qucaqladı və pıçıldadı:
— Əsirlikdə yalnız ona görə yaşadım ki, sizi görə biləm.
Diana isə yalnız onu düşünürdü ki, qoy, bu gecəki ay hər zaman qalsın. Heç günəş çıxmasın, aralarındakı yaş fərqi görünməsin. Və elə həmin gün bu gözəl qadın anladı ki, əslində heç vaxt həqiqətən sevməyibmiş.
Yekaterina isə artıq ərini yataq otağında gözləməkdən bezmişdi. Neçə ildir evli idilər, amma varis yox idi. Henrix gecə-gündüz Diananın yanında olurdu. Bir gecə isə Henrix arvadının yanına girir. Ərlik borcunu yerinə yetirdikdən sonra isə deyir:
— Əzizim, ümid edirəm səni xoşbəxt etdim. Diana mənimlə dalaşır ki, hər gecə yanınızda deyiləm və buna görə də mənə varis doğa bilmirsiniz.
Yekaterina səhərə qədər ağladı. Qərar verdi ki, səbr etsin. Əvvəl-axır Diana qocalacaq. O isə hələ gəncdir.
19 yanvar 1544-cü ildə Yekaterina ilk övladını dünyaya gətirdi. Onu babasının şərəfinə Fransisk adlandırdılar. Lakin bu övlad da Henrixi dəyişmədi. Diana onun həyatı idi. Hətta bir gün belə kənarda olanda sevgilisinə saysız məktublar göndərirdi.
1547-ci ildə I Fransisk öldükdən sonra isə II Henrix Dianaya Luara çayı sahilində əfsanəvi Şenonso qəsrini bağışladı. Sanki Yekaterina deyil, Diana Fransanın kraliçası idi.
Bir gün Diana yuxudan tər içində oyandı. Tezliklə 50 yaşı olacaqdı. Hələ ki, Henrix onu sevirdi. Bəs sonra nə olacaqdı?! Heç bir cadu zamanı saxlaya bilməzdi. Amma o, rəsmlərdə qala bilərdi. Diana ən yaxşı inşaatçıları dəvət etdi ki, sarayları bərpa etsinlər. Ən gözəl rəssamları çağırdı ki, onun portretlərini çəksinlər. Ən yaxşı şairləri və musiqiçiləri dəvət etdi ki, Henrixə olan sevgisini aləmə car çəksinlər.
Krallıq sevgi üçbucağı üzərində davam edirdi. Nə Yekaterina, nə də Diana bir-birinə qarışmırdılar. Amma 1558-ci ildə onlar özlərini saxlaya bilmədilər. Yekaterina bir siyasi məsələyə qarışdı. Henrix isə arvadının üstünə qışqırdı. Yekaterina göz yaşlarını boğub əlinə kitab götürdü. Diana barışmaq üçün ondan “nə oxuyursunuz, madam?” soruşduqda isə cavab verdi:
— Fransa tarixini oxuyuram və görürəm ki, bütün fahişələr kralları idarə edirlər. Diana özünü saxlaya bilməyib dedi:
— Fahişələr haqqında ucadan danışmaq lazım deyil. Onsuz da hamı görür ki, uşaqlarınız Henrixə az oxşayırlar.
Bu, ədalətli ittiham deyildi, Diana da bunu bilirdi. Sadəcə Yekaterinaya zərbə vurmaq istəyirdi. Axı dəfələrlə Henrix ondan boşanmaq istəsə də, buna razı olmamışdı. Diana sarayı tərk etmək qərarına gəlir. Amma bu, Henrixi dəhşətə gətirir. Arvadına nə deyirsə, o, Diana ilə barışır. Henrix arvadı və məşuqəsinin barışması şərəfinə turnir təşkil etdirir. 30 iyun 1559-cu ildə Henrix “Bədbəxtlik” adlı atının belində yarışmaya çıxır. Başında qızıl dəbilqə vardı. Diana birdən xatırlayır ki, hələ uşaq ikən falına baxan qadın ona qızıl başlı birini itirəcəyini demişdi. Bütün gücü ilə qışqıraraq Henrixi saxlamağa çalışır. Lakin kralın üzləşdiyi cəngavərin nizəsi onun gözünə girir. Kralı qan içində saraya aparırlar…
Kral öldükdən sonra yerinə keçmiş oğlu II Fransisk Diananı saraydan qovur. 25 aprel 1566-cı ildə isə Diana de Puatye Henrixini xatırlayaraq gülümsəyib yatır. Və bir daha ayılmır...
Artıq əsrlər keçməsinə baxmayaraq, Diananın heykəlinin önünə sevgililər axışır. Bura iki bəyaz qızılgül qoyulur. Biri Diana, digəri Henrix üçün. Vaxtilə Henrix sevgilisinə yazmışdı: “Sevgim sizi ölümdən belə qoruyacaq”.
Gülər Qasımova
|
['sevgi', 'məşhurların sevgisi', 'II Henrix', 'Diana de Puatye']
|
784 |
https://kayzen.az/blog/346/20493/bizim-ibtidail%C9%99rimiz.html
|
Bizim ibtidailərimiz
|
Apollon
|
346 saylı marşrut
|
24 iyul 2017, 14:24
|
Səhər tezdən bir az təmiz hava almaq, bir az yerimək, bir az ruhumu təmizləmək üçün kilsəyə getdim. Saysız-hesabsız günahlarımın bağışlanması üçün bir az da dua etmək fikrim vardı. Hətta günün duasını da müəyyən etmişdim: İlahi, mənim cəzamı sən özün ver, amma məni insanların hökmünə vermə.
Kilsənin həyətində müxtəlif millətlərə, xalqlara mənsub xeyli qoca kişilər, yaşlı qadınlar gəzişir, fotolar çəkir, hisslərini, duyğularını bir-birləri ilə bölüşürdülər. Onların geyimlərinə, davranışlarına baxdım, baxdım, baxdım və öz-özümə düşündüm – bəs bu insanların yaşıdları, bizim yaşlı kişilər və yaşlı qadınlar, ağsaqqal və ağbirçək adlandırdıqlarımız nəylə məşğuldurlar? Nə edirlər? Bu kimi suallarla özüm-özümü o qədər əsəbiləşdirdim ki, nə dua edə bildim, nə də ruhum təmizləndi. Ağsaqqallarımız və ağbirçəklərimiz mövzusunda bir neçə yazı yazmağıma baxmayaraq, bu mövzuda daha bir yazı yazmaq qərarına gəldim. Nə qədər istədim özümü sıxam, alınmadı. Çünki günü gündən daha dərindən və qəti olaraq anlayıram ki, bizim böyüklərimiz rəsmən bizim düşmənlərimizdi.
Bizim ağsaqqal və ağbirçək adlandırdıqlarımız nəylə məşğuldurlar? Heç nə, qeybət, qeybət, qeybət… Onun-bunun işinə, həyatına müdaxilə etmək, onun-bunun həyatını zəhərləyib cəhənnəmə çevirmək. Səbəb? Səbəb çox sadədi. Çünki səviyyə sıfırdı. Ruhları bozdur, mənəviyyat dünyaları boşdu. Onların ruh dünyalarında böyük boşluq hökm sürür.
Əgər insan kitab oxumursa, düz-əməlli bir filmə baxmırsa, zövq yoxdursa, onun qeybət etməkdən, başqasının həyatına burun soxmaqdan, başqalarının həyatını zəhərləyib cəhənnəmə çevirməkdən savayı yolu qalmır. Bizim ağsaqqal və ağbirçək adlandırdıqlarımızın həyat fəlsəfəsi nədən ibarətdi? Heç nədən. Onlar öz enerjilərini başqalarının pulunu saymağa, başqalarının hərəkətlərini uzun-uzadı müzakirə etməyə xərcləyirlər. Qonşu bir ağac əkir, artıq bu ağacın nə qədər bar gətirəcəyini hesablayırlar. Qonşunun maşınının nömrəsini də əzbərdən bilirlər. Nəinki qonşunun, bütün məhəllədəki maşınların nömrəsini əzbərləyirlər. Hamısı bekarçılıqdandı. Zövqsüz və səviyyəsiz insanın beyninə pis fikirlər bir çox hallarda bekarçılıqdan, avaraçılıqdan girir. Hamısı mənəviyyat dünyasının boş olmasının nəticəsidi. Əgər onlar bir kitab oxusalar, düz əməlli bir filmə baxsalar söhbətlərinin də mövzusu dəyişər. Oxuyanda da uzaq başı dini kitablar oxuyurlar və oxuduqlarını da çox vaxt səhv başa düşürlər.
Bir neçə dəfə başqa millətlərdən olan yaşlı insanlarla görüşüm baş tutub. Baxmışam geyimlərinə, baxmışam səviyyələrinə, baxmışam davranışlarına, öz-özümə düşünmüşəm; İlahi, bizim ağsaqqal və ağbirçəklərimiz nə gündədilər. Üçüncü növ bir ölkənin hələ özünü düz əməlli realizə etməmiş yazarına başqa millətin yaşlı adamları necə diqqətlə qulaq asırdılar. Yaş altmışı ötüb, amma yorulmurlar, öyrənirlər, öyrədirlər, paylaşırlar, həyatdan həzz alırlar. Bəs bizimkilər?
Bəzi insanlar düşünə bilər ki, həyat şərtləri bizimkilərə öyrənməyə, gəzməyə, oxumağa mane olur. Xeyr. Tutaq ki, kasıb yaşlıların öyrənmək, gəzmək, oxumaq, baxmaq, öyrətmək imkanları yoxdur. Bəs imkanı olan ağsaqqal və ağbirçəklər nəylə məşğuldurlar. Axı onlar da oxumur, baxmır, öyrənmir. Uzaq başı restoranda, kabinetdə oturub kababdan yeyib, araqdan vururlar. Öz boş həyat fəlsəfələrini başqalarına aşılayırlar, ya da uzaq başı özlərinin mənfur sanatoriya macəralarını danışırlar.
Bizim ağsaqqalların və ağbirçəklərin ən sevdiyi hadisə toy və yas mərasimləridi. Çünki onlar toy və yas mərasimlərində sözün həqiqi mənasında özlərini bütünlüklə ifadə etmək üçün münbit şərait, meydan tapırlar. Kimisə cütləşdirmək (Evləndirmək yox. Azərbaycanda adamlar ailə qurmurlar, Azərbaycanda adamları əksər hallarda valideynləri, ağsaqqallar və ağbirçəklər tərəfindən cütləşdirilirlər.), qayınana, qayınata, nənə, baba olmaq onların həyatda qazana biləcəkləri ən böyük status, həyatda çata biləcəkləri ən böyük nailiyyətdi.
Bir ağbirçək arvada de ki, evlənmək istəyirəm, mənə bir qız tap, gör necə çiçəyi çatlayacaq. Elə bil ona dünyanın ən şərəfli bir işini tapşırırsan. Adam cütləşdirməkdən, qeybət etməkdən, başqalarının pulunu saymaqdan savayı düz-əməlli bacardıqları bir iş yoxdu. Yığıb adamları başına bir faydalı iş görələr, ağac əkələr, bir abadlıq işi aparalar, faydalı bir işin qulpundan yapışalar, xeyirxah bir əməl sahibi olalar, harasa gedib bir təbiət qoynunda dincələlər, ya da nəvələrini geyindirib-keçindirib bir muzeyə, ya teatra, zooparka, ya nə bilim dərnəyə-filana aparalar… Nə bilim, əgər adam istəsə həyata keçirməyə, reallaşdırmağa min cur yaxşı iş tapar. Yox olmaz. Dünya dağılar.
Çünki özü də bu anlayışlardan uzaqdır. Ən pisi odur ki, bu ibtidailik nəsildən-nəslə ötürülür. Bu ibtidai ağsaqqal və ağbirçəklərlə fəxr edən adamlar var. Onların həyat fəlsəfəsi təqdir olunur. Bu da heç. Buna birtəhər dözmək olar. Ən dəhşətlisi odur ki, İran və türk, həmçinin Azərbaycan filmlərində, Şərq ədəbiyyatında əksər hallarda bu ibtidai insanların həyat fəlsəfəsi yüksək qiymətləndirilir. Təbliğ olunur. Loru dildə desək, Volter, Russo, Hüqo, Hesse, onların yazdıqları filan boş şeydi, guya bu ibtidai qocalar müdriklik mücəssəməsidirlər və həqiqətə çatıblar.
Əslində bu tənbəl Şərq sənətkarlarının arzularıdır. Hüqo deyirdi ki, arzuda iradə yoxdur. Yəni, bir adamı tanımaq istəyirsənsə onun arzularını öyrən. Xüsusən, türk rejissorları çəkdikləri filmlərdə çox vaxt bu ibtidai qocaların dilindən öz arzularını dilə gətirirlər. Bir də görürsən bir saqqallı kişi müdrik-müdrik, mənalı-mənalı baxdı uzaqlara və sakit səslə dedi: Övladım, bu həyatda qarışqa da insan kimi düşünür...
Hardadı axı bu müdrik, həqiqətə çatmış qocalar? Elə yalan danışırlar ki, elə bil guya bunları tanımırıq. Guya başqa-başqa planetlərdə yaşayırıq.
Seymur Baycan
|
['Seymur Baycan', 'esse', 'yaşlı nəsil']
|
785 |
https://kayzen.az/blog/maraqli-faktlar/20737/%C9%99kizl%C9%99r-haqq%C4%B1nda-10-fakt.html
|
Əkizlər haqqında 10 fakt
|
Apollon
|
Maraqlı faktlar
|
24 iyul 2017, 14:17
|
1. Tək yumurta əkizlərinin barmaq izləri fərqlidir.
2. 100 əkizdən 22-si isə solaxaydır.
3. Dünyada tək yumurta əkizlərinin ən çox doğulduğu ölkə Nigeriyadır. ABŞ-da Massaçusetsdə isə hər yüz doğumun beşində əkiz uşaq dünyaya gəlir.
4. Əkiz qadınların əkiz dünyaya gətirmə ehtimalı isə digər qadınlara nisbətən daha yüksəkdir.
5. Əkiz hamiləlik təxminən 36 həftə 3 gün çəkir. Hamiləliyin 14-cü həftəsindən etibarən əkizlər bir-birinə toxunmağa başlayır. Onların təxminən yüzdə 70-i təbii doğuş, yüzdə qırx faizi isə qeysər kəsiyi vasitəsilə dünyaya gəlir.
6. Statistikaya görə, son 35 ildə dünyada əkiz doğumlarının sayı artıb. Qarşıdakı 40 il ərzində dünyada ümumi əkiz doğumlarının sayının daha da artacağı təxmin edilir. Bunun səbəbi isə süni mayalanma üsulu ilə hamilə qalmanın sayının çoxalmasıdır.
7. Əkizlər ana dillərini öyrənənə qədər yalnız özlərinin anladığı bir dil yaradırlar və ana dilini öyrəndikdən sonra bu ortaq dili unudurlar.
8. Dünyada hamiləliklərin yüzdə biri əkiz hamiləlikdir. Əkizlərin üçdə biri isə tək yumurta əkizidir.
9. Tək yumurta əkizlərini ayırmaq haradasa imkansızdır. Genetik tək yumurta əkizləri ananın yumurtası və atanın spermasının birləşməsi ilə yarandığı halda, cüt yumurta əkizləri ananın iki yumurtası, atanın iki spermasının birləşməsi ilə yaranır.
10. Genetik quruluşları fərqli olduğu üçün cüt yumurta əkizlərinin yarısının cinsiyyəti fərqlidir və bir-birlərinə heç bənzəməyə bilirlər.
|
['əkizlər', 'əkiz uşaqlar', 'əkiz', 'ekizler']
|
786 |
https://kayzen.az/blog/sevgi/20741/sevginin-t%C9%99kam%C3%BCl%C3%BC.html
|
Sevginin təkamülü
|
Apollon
|
Sevgi
|
20 iyul 2017, 15:06
|
Sevgi nədir – Qərb ədəbiyyatının yaratdığı bir əfsanə, yoxsa ümumbəşəri möhtəşəm bir fenomen? İnsan niyə aşiq olur? İnsan necə sevir? Sevgi zəruridirmi? Sonunda elmin əldə etdiyi nəaliyyətlərlə bu suallara dolğun cavablar vermək mümkündür.
Dilimizdə sevgini ifadə edə bilən bir neçə söz var: eşq, məhəbbət, sevda. Bu sözlər bir çox halda eyniyüklü kimi qəbul edilsə də, əslində eyni mənaları ifadə etmirlər. Ona görə belə qərara gəldik ki, yazımız boyunca sevginin müxtəlif mərhələlərindən və növlərindən bəhs etdikcə bu anlayışlara da aydınlıq gətirək.
Əgər biz insanın təkamül yolu ilə yarandığını düşünürüksə, bəs necə oldu ki, sevgi yarandı? Sevginin insan təkamülündəki yeri haradır, hansı səbəblərdən qaynaqlanır? Şübhəsiz, təkamül boyunca dəyişikliklər mövcud hansısa zəruriyyətlərdən yaranır. Məhz sevgi də belə bir zəruriyyət idi.
Hər şey 4 milyon il əvvəl insanın “ayağa qalxması”la başladı. Bipedalizm (ikiayaqlılıq) insan bədənində ciddi dəyişikliklərin baş verməsinə səbəb oldu. Ön ayaqları ələ çevrilən insan bunlardan istifadə edərək yeni təcrübələr qazanırdı, müasir insanın beynində digər primatlardan fərqlənən frontal lob (beynin ön hissəsi) məhz bu dövrlərdə inkişaf etməyə başlayır. Həmçinin bu səbəblə insanın çanaq sümüyündə də kiçilmə baş verirdi. Bunu bilmək lazımdır ki, o zamanlar insanlarda da, indiki şimpanzelər kimi hamiləlik 2 il davam edirdi. Lakin məhz çanaq sümüyünün daralması və dünyaya gələcək körpənin başının daha böyük olması onun doğulmasını çətinləşdirirdi. Buna görə də hamiləlik dövrü tədricən hazırki 9 aya qədər azaldı. Bu isə dünyaya gələn körpənin öz inkişafını tamamlamadığını və daha çox qayğıya ehtiyacı olduğunu bildirirdi.
Habelə bu zamanlarda insan artıq ibtidai əmək vərdişləri formalaşdırırdı ki, bunların körpəyə öyrədilməsi uzun vaxt tələb edirdi. Nəticədə ata ana ilə birlikdə qalıb körpənin qayğısını çəkməli və onun inkişafının təmininə dəstək olmalı oldu. Artıq hər iki tərəfin də üzərində ciddi məsuliyyət var idi. Beynimiz bu cür biznes münasibətlərinə oxşayan yorucu və rasional məsuliyyətləri əsrarəngiz və xoş sevgi ilə əvəz etdi. Sevgi cari vəziyyətin necəliyindən və gələcəkdə hansı böyük zərərlərin ola biləcəyindən asılı olmayaraq insanların birlikdə olmasını mümkün edən bir irrasional gücdür.
Bəs beynimiz bunu necə edir?
Məlumdur ki, beynimiz bədənimizi, həmçinin özünü müxtəlif elektrik siqnalları göndərərək idarə edir. Bu elektrik siqnallarının nəqliyyatında nevrotransmitter adlanan xüsusi kimyəvi maddələrin-hormonların əhəmiyyətli yeri var. Beynimiz bu hormonların balansını tənzimləməklə bizim davranış və düşüncələrimizə yön verir. Sevgi də məhz elə bu cür nevrokimyəvi bir hadisədir.
İlk mərhələ – Vurulmaq və ya İlk baxışda sevgi
1976-ci ildə Nyu-Yorkda laboratoriya siçanları üzərində bir araşdırma aparıldı. Bu araşdırmanın əsas tədqiqat obyekti MHC (Major Histocompataibility Complex-Əsas Histouyğunlaşma Kompleksi) genlərinin siçanların digər hansı siçanla cütləşəcəyinə nə kimi təsirinin olduğunu araşdırmaq idi. Aparılan təcrübənin sonunda belə bir nəticə əldə olundu ki, siçanlar immun sisteminin düzgün fəaliyyətində mühüm rol oynayan MHC genləri özünkündən fərqli olan siçanlarla cütləşməyə meyllidir. Fərqli MHC genlərinə sahib olmaqları isə onların dünyaya gətirəcəyi övladlarının xəstəliklərə qarşı daha dözümlü olması deməkdir. Eyni hal ABŞ-ın Cənubi Dakota və Montana ştatlarında yaşayan qapalı Qutterit cəmiyyətlərində də müşahidə edilmişdir.
Bəs bir digər insanın hansı MHC genlərinə sahib olduğunu necə bilirik? Burada isə bizə köməyə feromonlar adlanan xüsusi gizli qoxu ifraz edən kimyəvi maddələr gəlir. Sırf bu qoxuların vasitəsil0ə bizə ən uyğun olan şəxsi digərlərindən fərqləndirə və sevə bilirik.
Bəs biz vurulduqda nə baş verir? Sevginin yaranmasının ilk mərhələsi feniletilaminin ifrazı ilə başlayır. Feniletilamin insanın və digər məməlilərin mərkəzi sinir sistemində nevrotransmitter kimi fəaliyyət göstərir. Bu maddə həmçinin şokaladın tərkibində də var olduğundan, şokalad “xoşbəxtlik qidası” sayılır. Onun təsiri nəticəsində iki yeni kimyəvi maddə ifraz edilir: dopamin və epinefrin. Bilindiyi kimi dopamin sevərkən bizim özümüzü xoşbəxt hiss etməyimizə səbəb olan hormondur. Dopamin təbiətən asılılıq yaradan və həmçinin beynin özünü müfakatlandırma üçün ifraz etdiyi kimyəvi maddədir. Bu maddə eyni zamanda narkotik vasitələrin də təsirilə ifraz olunur. Efinefrin isə digər bir adı ilə, adrenalin adı ilə daha çox tanınır. Bu hormon bizim ürək döyüntülərimizin sürətlənməsinə, dizlərimizin əsməsinə, ani aclıq hissi yaşamağımıza və nəticə etibarı ilə bizi “qaç və ya döyüş” vəziyyətinə gətirir.
Sevgidə digər bir böyük rola sahib olan hormon isə çox zaman mədəmizdə kəpənəklərin uçuşduğunu bizə zənn etdirən, saatlarla iştahsızlığa səbəb olan serotonindir. Serotonin “xoşbəxtlik” hormonu kimi bilinir. Serotonin səviyyəsinin yüksək olması özümüzü yaxşı, rahat hiss etməyimizə səbəb olur və əgər normadan aşağı olarsa, depresiyaya düşürük. Serotoninin yüksək səviyyədə olması həmçinin yaraların tez sağalmasına səbəb olduğu bilinir.
Həmçinin son kəşflərdən də biri NGF (sinir inkişaf faktoru-nerve growth factor) adlanan proteinin ilk vurulma zamanı həddən artıq yüksək səviyyələrə qalxması olmuşdur. Belə ki, bu protein sağqalma ilə yanaşı beyin hüceyrələri də daxil olmaq üzrə bütün hüceyrələr arası əlaqənin yaradılması, inkişaf etdirilməsindən məsuliyyət daşıyır. Beləliklə, artıq ilk mərhələ başa çatmış olur.
Qeyd etmək olar ki, beynin vurulma zamanı verdiyi reaksiya narkotik maddə qəbulu zamanı verdiyi reaksiyalarla örtüşür. Bu o deməkdir ki, aşiq artıq vurulduğu şəxsin ardınca getmək məcburiyyətindədir, çünki artıq asılılıq yaranmışdır.
İkinci mərhələ — Eşq
Bəli, ikinci mərhələdə artıq vəziyyət bir az dəyişir. İkinci mərhələnin eşq adlandırmağımızın xüsusi səbəbi var. Çünki eşq sözünün ərəbcədən “aşeka” adlanan sarmaşıqdan gəldiyi güman edilir. Bu sarmaşıq ağaca dolanaraq onu zamanla məhv edir. Klassik “şam və pərvanə” mənzərəsinə bənzəsə də, əslində biz vəziyyətin dramatikliyini göstərmək üçün yox, iki şəxsin uzun müddət birlikdə olacağını qeyd etməyə çalışmışıq. Nəzərə almaq lazımdır ki, orta əsr ərəb cəmiyyətlərində kiməsə aşiq olmağın məyusluqla nəticələnəcəyi zənn edilirdi.
Lakin hər zaman ikinci mərhələyə keçmək mümkün olmur. Çünki tərəflərdən biri əgər bu münasibəti dəstəkləməsə, artıq aşiq olmuş şəxs sevdaya düşmüş olur. Sevda sözü Qərbdəki melanxoliya sözünün adekvatıdır. Hippokratın fikrincə insanın bədənində dörd öd (vəzi, maye) olur və bunlar bədəni idarə edir. Bunlar insan temperamentini təşkil edən əsas elementlərdir. Balansın pozulması insanın ruhi və (ya) fiziki vəzyyətinin dəyişməsinə səbəb olur və sevda (ərəbcə qara deməkdir) insanın artıq olduğu zaman insan çox zaman bədbin, kədərli və əsəbi olur. Qarşılıqsız qalan sevginin qara sevda adlandırılmasının səbəbi də budur. Sevdalı şəxsin bu vəziyyəti bəzən bir müddət sonra özlüyündən keçsə də, bəzən də ağır kliniki depresiya ilə müşahidə olunur.
Belə ki, ilk vurulma anından, hormonların öz pik səviyyələrinə çatmasından sonra eşq başlayır və eşq 1.5-3.5 il davam edə bilər. Bu dövrdə bədəndə mövcud olan dopamin, serotonin kimi hormonlar özümüzü xoşbəxt hiss etməyimizə səbəb olduğundan, münasibətə davam etməyə çalışırıq. Eşqin sonlarına yaxınlaşdıqca isə hormonlar, demək olar ki, vurulmadan öncəki vəziyyətlərinə qayıtmağa nail olurlar və bu artıq münasibətdə olan cütlüyün özünü əvvəlki tək xoşbəxt hiss etməməsinə, aradakı həyəcanın itdiyini düşünməklərinə səbəb olur.
Üçüncü mərhələ — Məhəbbət
Bu mərhələdə cütlüklər iki yolla üz-üzə qalırlar. Birinci yol məhəbbət adlanır. Məhəbbət on illərlə davam edə bilir. Məhəbbətin sevginin ən pik və şüurlu nöqtəsini olduğunu demək olar. Məsələn, biz Vətən məhəbbəti, dostlar arası məhəbbət, insanın cəmiyyətə məhəbbəti kimi vəziyyətlərə şahid oluruq. Bu təsadüfi deyil, çünki məhəbbət sözünün mənalarından biri də məhz “dostluq, söhbət”dir.
Yəni belə deyə bilərik ki, ilkin ibtidai ehtirasları soyuduqdan, eşq korluğu keçdikdən sonra tərəflərin bir-birilə münasibətinin davamının təmini üçün arada hörmətin, dostluğun, həmsöhbətliyin, qarşılıqlı anlaşmanın, ortaq maraqların olması vacibdir. Buna görə bir çox hallarda ənənəvi nigah formalarının (partnyorların valideynlər, qohumlar tərəfindən seçildiyi) romantik nigahlardan daha uğurlu alındığı aşkar edilir, çünki burada tərəflərin sosial-iqtisadi və mədəni-mənəvi uyğunluğu diqqətlə seçilmiş olur. Digər bir yol isə ayrılıqdır. Əgər tərəflər artıq bir-birlərinə olan maraqlarını itirir və yeni insanlarla tanış olmağın onlar üçün daha mənfəətli olduğunu düşünürlərsə, artıq ayrılıq zamanı gəlib çatmışdır.
Sonda bunu deyək ki, ilk zamanlar sevgi körpələrin həyatda qalma şansını artırmaq üçün yaranmış olsa da, hazırda partnyorların bir-birini tanımasından həyatlarının sonuna qədər davam edə bilən bir prosesə çevrilmişdir.
Mənbələr:
1. The Chemistry of Love
2. On Love
3. The Seven Year Itch: Theories of Marriage, Divorce, and Love
4. Aşk… Beyinde mi kalpte mi?
|
['sevgi', 'ilk baxışda sevgi', 'vurulmaq', 'eşq', 'məhəbbət', 'məhəbbət psixologiyası', 'Sevgi haqqında', 'məhəbbət anlamı']
|
787 |
https://kayzen.az/blog/stil/20704/ofis-makiyaj%C4%B1-nec%C9%99-olmal%C4%B1d%C4%B1r.html
|
Ofis makiyajı necə olmalıdır?
|
Apollon
|
Yaraşıqlı görünüş, gözəl imic
|
19 iyul 2017, 11:57
|
Araşdırmalara görə, makiyaj edən qadınlar makiyaj etməyən qadınlara nisbətdə daha az qazanırlar. Bu da faktdır ki, əksəriyyət işə və ya iş görüşməsinə “toy” makiyajında gedir. Çox güman ki, düşünürlər ki, belə makiyaj diqqət cəlb edər və “uğurlu karyera”ya ilk addımlarını atarlar. Xeyr! Yerində makiyaj uğurun açarıdır. Elə isə gəlin ofis üçün hansı makiyaj etmək olar və makiyaj edərkən hansı səhvləri edirik, birlikdə bilək.
1. Düzgün işıqda edilməyən makiyaj – əgər səhər işə gecikirsinizsə və makiyajınızı ofisdə edəcəksinizsə, o zaman düzgün işığı tapmalısınız. Florans işıq olan ofislərdə makiyaj etmək çətindir. Ona görə də, makiyajınızı etmək üçün ən yaxşı yer yaxşı işıq düşən pəncərə önüdür.
2. Həddən artıq metallik məhsul istifadə etmək – işıqlandırma mövzusu bu hissədə də vacib olduğundan çalışın metallik makiyaj məhsullarından uzaq durasınız. Əks halda üzünüz diskoteka şarına oxşayacaq.
3. Dodaq boyasının gücünü istifadə etməmək – Diqqətləri üzərinizə çəkmək üçün pomidor qırmızısında dodaq boyasından istifadə etmək heç də gözəl görüntü deyil. Əksinə daha mat, nude çalarlarda dodaq boyası sizi şıq göstərə bilər.
4. Həddən artıq tonal krem istifadə etmək – Dərin rəngini tamamilə yox edib “zebra” kimi görünmək də estetik deyil. Ona görə də yüngül tonal vasitə ya da örtücü istifadə etmək daha yaxşıdır.
5. Özünüzü tez-tez yoxlamaq – İş masasında sadəcə işləmək lazımdır. Dəqiqə başı güzgüyə makiyajınızı yenilmək üçün baxmaq sizin işləməyinizə mane olar.
6. Qaşları doldurmağı unutmaq – Qaşlar ümumiyyətlə üzdə çox vacib nüansdır. Ona görə də makiyaj edərkən mütləq qaşları səliqəyə salmaq, doldurub canlı göstərmək vacibdir.
7. Parlaq dodaq boyası çəkmək – Parlaq dodaq boyası gənc göstərsə də ofis üçün heç də düzgün seçim deyil.
8. Gözəçarpan konturlama – Sərt görünüşdən uzaq durmaq üçün daha yüngül konturlama texnikasından istifadə edin.
9. Ənlikdən çox istifadə etmək – Ənlikdən çox istifadə edib “boyanmış yumurta” təsiri bağışlamaq sizi ofisdə pis vəziyyətdə qoya bilər. Odur ki, florasan işıqları olan bir ofisdə işləyirsinizsə, azca ənlik sizə kifayət edər.
10. Bütün makiyajınızı iş masasında etmək olmaz – Səhər tez oyanıb makiyajınızın çətin hissəsini evdə etsəniz və ofisdə də sadəcə dodaq boyasını çəksəniz həm vaxt qazanmış olarsınız, həm də iş yoldaşlarınıza qeyri-etik görünmərsiniz.
|
['makiyaj', 'makiyaj sirləri', 'makiyaj səhvləri', 'ofis makiyajı', 'biznes-ledi', 'biznes-stil']
|
788 |
https://kayzen.az/blog/maraqli-faktlar/20707/%C9%99n-%C3%A7%C9%99tin-%C3%B6yr%C9%99nil%C9%99n-6-dil.html
|
Ən çətin öyrənilən 6 dil
|
Apollon
|
Maraqlı faktlar
|
19 iyul 2017, 11:56
|
Dünya ölkələrinin, xalqların mədəniyyətləri, onların özünəməxsus xüsusiyyətləri və cəhətləri ilə müəyyən qədər tanışsız. Ölkələri bir-birindən ayıran əsas nüanslardan biri də müxtəlif dillərdə danışmalarıdır. Belə ki, hər bir ölkənin özünəməxsus dili var. Bəzi ölkələrdə rəsmi qaydada birdən artıq dil istifadə olunur.
Çətinliyinə görə birinci yerdə Çin dili durur. Dilin qəliz strukturu, çətin tələffüz forması onu digər dillərdən fərqləndirir. Dünya əhalisinin beşdə biri bu dildə danışır. Çin dili rəsmi olaraq Çin Xalq Respublikasında, Tayvan və Sinqapurda istifadə edilir.
Bu gün istifadə edilən ərəb dili ilk dəfə 6-cı əsrdə danışılan klassik Ərəb dilinin inkişaf etmiş formasıdır. Ərəb dilində sözlərin cümlənin əvvəlində, ortasında və sonunda dəyişik formada işlənməsi ilə yanaşı, xüsusi səslərlə tələffüzü də bu dilin öyrənilməsini olduqca çətinləşdirir.
Vyetnam dili Vyetnamın rəsmi və milli danışıq dilidir. Vyetnam dilinin tərkibi Çin dilindən alınma sözlərlə doludur. Ümumilikdə isə Vyetnam əlifbasındakı bəzi hərflər və işarələr Latın dilini də xatırladır. Çin dili ilə yaxından bağlılığı onu çətin dillər sırasında 3-cü yerdə qərarlaşdırıb.
Taylandın milli dili olan tay dili də olduqca çətin öyrənilən dillərdən biridir. Başqa-başqa dillərdən alınma sözlərlə zəngin olan dilin tələffüzü, eləcə də qrammatikası çox qarışıqdır.
Şərqi Avropada yerləşən Albaniyanın rəsmi dili sayılan alban dili çox çətin dillərdən biridir. İlk olaraq yunanlar tərəfindən istifadə edilən bu dil əsrlərdir özünü qoruyub saxlayıb. Sinonimlərin çoxluq təşkil etdiyi dili öyrənmək üçün 3-4 ildən çox vaxt sərf etmək lazımdır.
Yapon dili dünyada təxminən 125 milyondan çox insan tərəfindən istifadə edilir. Çin əlifbasına yaxın bir dil olan Yapon dilinin əlifbası çox çətin və qarışıqdır.
Könül Cəfərli
|
['xarici dil', 'xarici dillər', 'dünya dilləri', 'ən çətin dillər', 'çətin öyrənilən dillər', 'linqvistika']
|
789 |
https://kayzen.az/blog/yazar/20646/lev-nikolayevi%C3%A7-tolstoy.html
|
Lev Nikolayeviç Tolstoy
|
Apollon
|
Yazıçılar
|
12 iyul 2017, 22:45
|
Tolstoylar nəslinin bütün nümayəndələri bədəncə sağlam olublar. Öz ömrünü müharibə və ya ölüm cəzası ilə başa vuranlardan başqa qalanları çox uzun və səmərəli həyat yaşayıblar. Lev Nikolayeviç məlum olduğu kimi xəstəxanada deyil, yolda ölmüşdü. Özü də 82 yaşında, indiki ölçülərlə götürsək kifayət qədər uzun ömürdür.
Qəhvədən də, ətdən də imtina
Tolstoy sağlam həyat tərzinin təbliği ilə bağlı da xeyli işlər görmüşdü. İçmir, çəkmirdi, ömrünün ortalarında qəhvədən, yaşlı vaxtı isə ətdən imtina etmişdi. Gimnastik hərəkətlər kompleksi işləyib hazırlamışdı. Onun tərtib etdiyi gimnastik hərəkətlər dövrü üçün qabaqcıl tapıntı idi, elə müasir dövrdə də kifayət qədər yararlıdır. Başqa sözlə Tolstoy sağlamlıq məsələlərində də nümunə sayıla bilərdi.
Bütün bunlara baxmayaraq əsas sual açıq qalır – Tolstoy belə sağlam həyat tərzinə necə gəlib çıxmışdı? Adətən deyirlər ki, sadaladığımız uğurlar aramsız mənəvi axtarış və düşüncələrin məhsuludur. Prinsipcə bu, doğrudur. Sadəcə bir şeyi dəqiqləşdirmək gərək: Lev Nikolayeviç ali ruhani dəyərlərdən çox sağ qalmaq kimi elementar şeylər haqqında düşünürdü. Çünki yumşaq desək, onun sağlamlığı yerində deyildi.
Bu da hərbi hospitalın artilleriya podporuçiki Lev Tolstoyun sağlamlıq vəziyyəti barədə verdiyi arayışdan çıxarış: “Ortaboylu olsa da, bədəncə arıqdır. Bir neçə dəfə ciyərlərinə soyuq dəydiyi üçün xəstələnib, əl və ayaqlarında revmatik ağrılar var. Həmçinin təngnəfəslik, öskürək, təşviş, xiffət, ürəkgetmə, quru, xışıltılı nəfəs alma ilə yanaşı güclü ürək döyüntülərinin olması da müəyyənləşib. Bunlardan başqa Krım qızdırmasından sonra onda yaranmış qara ciyər bərkiməsi nəticəsində iştahası zəifləyib, həzm prosesi düzgün getmir, mütəmadi qəbzlik yaranır, beyinə qan yığılması və başgicəllənmə müşahidə olunur. Rütubətli havada aşağı və yuxarı ətraflarında revmatik yel ağrıları olur.”
Qeyd edək ki, bu xəstənin şübhə və qorxularını rədd edən rəsmi sənəddir, onun fantaziyasının məhsulu deyil.
Lev Nikolayeviçin fantaziyası isə kifayət qədər dərin idi. Geniş yazıçı təxəyyülü kiçik bir sızanağı belə görünməmiş dərəcədə böyüdüb dərd eləməyə imkan verirdi. Götürək elə adi itdirsəyini. Xalq arasında ona heç önəm vermirlər, tüpürürsən gedir. Daha dəqiq desək qəfildən xəstənin gözünə tüpürmək lazımdır (başqa bir “dərmanı” da var, amma onu yazmırıq, özünüz bilirsiz nədir). Guya tüpürəndə itdirsəyi sağalır.
Bu üsul “xalqa yaxınlığı” ilə öyünən Tolstoyun işinə yaramırdı. Görün gündəliyində nə yazır: “Gözümə yepyekə itdirsəyi çıxıb. Elə əziyyət verir ki, hər şeydən məhrum olmuşam. Nə yeyə, nə də yata bilirəm. Görə bilmirəm, eşidə bilmirəm, nəyisə qoxlaya bilmirəm, bir az da səfehləmişəm.” O qədər böyük ustalıqla yazılıb ki, istər-istəməz xəstənin halına yanırsan. Ancaq görün bu naxoşluğa onun dostları, misal üçün dekabrist Mixail Puşin necə reaksiya verir: “Onun ağrımağı bizə ləzzət edir, əyləndirir, güldürür: bekara itdirsəyindən ötrü üç dəfə həkim dalınca adam göndərib”.
İngilis yazıçı Cerom K.Ceromun “Qayıqda üç nəfər, iti saymasaq” əsərində baş qəhrəman tibbi lüğəti oxumağa başlayır və oxuduqca orda adı keçən xəstəliklərin hər birini özündə aşkar edir, bircə zahı qızdırmasından başqa. Belə təəssürat yaranır ki, ingilis yazıçı rus ədəbiyyatının klassiki ilə yaxın tanış imiş: Tolstoyun tibbə münasibəti eynən bu şablon üzərində qurulmuşdu.
32 dişdən dördü
Buyurun, bu da hələ 30 yaşına çatmamış Lev Nikolayeviçin “əziyyət çəkdiyi” xəstəliklərin bəzilərinin siyahısı: Sancıyla müşayiət olunan qanlı ishal, səbəbi bilinməyən səpmə, örə xəstəliyi, mədə qıcqırması, ürək tutması, bel ağrıları, boğaz və qaraciyərdə eyni vaxtda ağrılar, quru və bəlğəmli öskürək, öyümə verən miqren, qasıqda ağrı və şişkinlik, zökəm, revmatizm, mədə pozğunluğu, damarların varikoz genişlənməsi, qotur və babasil. Hələ harasıdır? Tolstoy bu “xırda xəstəliklər”lə yanaşı ciddi-ciddi özündə vərəm, epilepsiya, sifilis, mədə xorası və nəhayət beyin xərçənginin əlamətlərini axtarırdı.
Aydındır ki, hər dəfə bu cür bəhanələrə görə həkim çağırılırdı. Orası da aydındır ki, həmin həkimlər yuxarıda adları sadalanan xəstəliklərin heç birini onda tapmadıqları üçün fırıldaqçı elan olunurdular: “Cahillər, boşboğazlar, başları heç nədən çıxmır, heç bir xeyirləri yoxdu, başdan-ayağa yalançıdırlar.”
Ən gülməlisi odur ki, bu sadalanan və sadalanmayan naxoşluqlardan biri onda həqiqətən var idi. Karies və parodontoz sürətlə inkişaf edirdi. Hələ 22 yaşı olanda gündəliyində ilk dəfə belə qeyd yazmışdı: “Yenə dişlərimi soyuğa vermişəm, flüs (xəstə dişin ətinin iltihabı) çoxalıb, buna görə də yata bilmirəm, bütün günü dişlərim ağrıyıb.” Yaxın 11 ildə yazıçının gündəliyinin leytmotivini bu fikirlər təşkil edəcəkdi.
Məsələ burasındadır ki, bu real, nəzərəçarpan, əzablı problem nədənsə diqqətdən kənar qalmışdı. Tolstoy dantistlərin tibbi yardımından qəti surətdə imtina edirdi. Dişləri isə ağrımaqda və düşməkdə davam edirdi. Bu, yazıçının Londona səfər etdiyi 1861-ci ilə qədər davam etdi. Yazıçının orada qaldığı ay yarım müddətinə problem öz-özünə həll oldu. Tolstoy bu haqqında yazır: “Dişlərim sındı”. Bu o demək idi ki, onun ağzındakı 32 dişdən cəmi dördü salamat qalmışdı. Belə ağızla yaşamağın çətinliyini anlamaq üçün həkim olmağa ehtiyac yoxdu. Yaxınları Tolstoya məsləhət görürdülər ki, “saxta” diş qoydursun. Əbəs yerə. Tolstoy ömrünün sonuna qədər ağzındakı dörd dişlə yaşadı.
Qəribə də olsa, bu fenomenə hardasa ağıllı izahat tapmaq mümkündür. Təqribən həmin dövrdə dünyanın başqa böyük yazıçısı da oxşar problem yaşayırdı. Bu Hans Kristian Anderson idi. Özü də deyəsən Tolstoya baxanda onun dişləri daha pis ağrıyırdı. Onun ağzında da karies, parodontaz kimi problemlər vardı, dişləri dəhşətli ağrılar verirdi. Bununla belə Anderson düşünürdü ki, ona ilham verən elə bu ağrılardır, ağrılar sayəsində belə dahiyanə əsərlər yazır. Anderson bu fikrə o qədər inanırdı ki, sonuncu dişi düşəndən sonra yazmaq bacarığını tamamilə itirdi.
“Andersonun əhvalatı” bütün Avropa qəzetlərində tirajlanırdı. Lev Nikolayeviç də bu kədərli hadisə barədə kifayət qədər məlumatlı idi. Məşhur nağılçının taleyini təkrarlamaq istəmirdi. Buna görə də “saxta” dişlərdən imtina edirdi, ona elə gəlirdi ki, bu dişlərin gətirəcəyi ilham da saxta olacaq.
Şedevrin doğuluşu
Qəribədir ki, bu ona kömək etdi. Lev Nikolayeviç 1860-cı illərin əvvəllərində həyatının ən önəmli əsəri olan “Hərb və sülh” roman-epopeyası üzərində çalışırdı. Əsərin yazı prosesi növbəti dəfə ləngiyir, Tolstoy əsərin davamını yaza bilmir. Bir yandan da diş ağrıları şiddətlənir. Ağrılar o qədər güclənir ki, Tolstoy ilk dəfə həkimlərin dediyinə əməl etməli olur. O, əksər xəstəliklərin çox yeməkdən qaynaqlandığını nəzərə alaraq özünə qarşı kəskin qaydalar qoyur.
Ağzındakı salamat dişlərini qorumaq naminə o ətdən imtina edir, sürtgəcdən keçirilmiş yeməklər yeyir, yalnız sup, sıyıq və kisellə qidalanır: “Yemək barəsində özümü tamam saxlayıram. Şam yeməyim çox sadədir. Səhər yeməyində ancaq yulaf sıyığı yeyirəm.” Hətta bu da ona az görünür: “Şam yeməklərini ötürürəm. Ciddi pəhrizə qayıtmışam. Hər gün yaş dəsmalla silinirəm.”
Bu pəhrizə əməl edəndən iki həftə sonra roman “ölü nöqtə”dən tərpənir. Yazıçı isə özünün ümumi vəziyyəti barədə ilk dəfə belə yazır: “Düşüncələrim aşıb-daşır. Gümraham, şənəm, başım aydındı, gün ərzində beş-altı saat işləyirəm. Bu təsadüfdü, ya yox?”
Sualdan da hiss olunur ki, Tolstoy bunun təsadüf olmadığını düşünürmüş. Məhz “Hərb və sülh” üzərində çalışdığı zaman o, içkini, siqareti atır, qəhvədən imtina edir. Bunlardan başqa öz gigiyenasına da diqqət etməyə başlayır. Baxaq görək bunlar barəsində yoldaşı Sofiya Andreyevna Tolstaya nə deyirdi: “Lev Nikolayeviç fiziki sağlamlığının qayğısına çox qalırdı. Gimnastika ilə məşğul olur, gir qaldırır, həzm məsələlərinə diqqət edir, açıq havada çox vaxt keçirməyə çalışırdı. Ən başlıcası isə yuxusunun qeydinə qalırdı və gün ərzində kifayət qədər yatmağa çalışırdı.” Sonuncu cümlə xüsusilə qiymətlidir. Kimin tərəfindən deyildiyi bilinməsə də belə bir fikir yayılıb ki, guya Tolstoy gün ərzində cəm 4 saat yuxu yatırmış və bununla belə özünü gümrah hiss edirmiş. Yazıçının böyük oğlu Sergey Lvoviç atasının gün bölgüsü barədə başqa şey deyirdi: “O, gecə birdə yatmağa gedir, səhər doqquza qalmış yuxudan durardı.” Belə çıxır ki, Tolstoyun yatmağına 7-8 saat vaxt sərf olunurmuş. Müasir mütəxəssislər də gün ərzində bu qədər yatmağı məsləhət görürlər.
Tolstoyu nahaq yerə unikal yazıçı adlandırmırlar. Ancaq o, insan kimi də unikal idi. Onun vasvasılıq və stomatoloji xurafatdan başlayıb ağıllı və sağlam həyat tərzi ilə yekunlaşan ömrü insanı heç də əsərlərindən az təəccübləndirmir.
Elnarə Ağaoğlu
|
['rus ədəbiyyatı', 'rus yazıçıları', 'Lev Tolstoy', 'Tolstoy']
|
790 |
https://kayzen.az/blog/sevgi/20519/bekheml%C9%99rin-sevgi-hekay%C9%99si.html
|
Bekhemlərin sevgi hekayəsi
|
Apollon
|
Sevgi
|
11 iyul 2017, 20:03
|
Hər ikisi iş görüşlərində, tədbirlərdə, axşam yeməklərində tez-tez olurdu. Çox vaxt da məcbur olduqları üçün gedirdilər. Bu da o cür görüşlərdən biriydi. Daha doğrusu, xeyriyyə məqsədilə keçirilən oyun idi. Viktoriya Adams ora “Spice Girls” qrupunun digər üzvünün təkidilə gəlmişdi. Ancaq nə biləydi ki, bu görüş onun bütün həyatını dəyişəcək. İlk dəfə orda tanış olmuşdular. Elə dərhal da Viktoriya Bekhemi təəccübləndirə bilmişdi — ondan avtoqraf istəməməklə. Sonralar Devid Bekhem deyəcəkdi: “O, məni futbol kitablarından, mən isə onu televiziya ekranından seçmişəm. Amma dərhal görünürdü ki, biz bir-birimiz üçün yaranmışıq”.
Onların münasibəti ilk baxışdan sevgi deyildi. Çünki Viktoriya da sevgilisindən təzə ayrılmışdı. Münasibətə söhbətləşməklə başlayırlar. Sonra telefonlaşırlar və bir neçə dəfə yeməyə çıxırlar. Artıq birlikdə vaxt keçirməyi xoşlayırdılar. Devid hiss edirdi ki, heç vaxt maraq dairəsində olmayan pop musiqi ilə maraqlanmağa başlayıb, Viktoriya isə futbol oyunlarına gedir.
Bekhem sadə ailədən çıxmışdı və şöhrətin nə olduğunu gənc yaşında anlamışdı. Onun valideynləri “Mançestr Yunayted” komandasının azarkeşi idi. Onlar Devidi komandanın bütün oyunlarına aparırdılar. Tale elə gətirdi ki, Bekhem 17 yaşında məhz bu komandada futbol karyerasına bağladı. Sonra isə başgicəlləndirici yüksəliş…
Məşhur olmağında xarici görünüşü də müəyyən rol oynadı. Xüsusən yanaqlarındakı batıqlar. Buna baxmayaraq qəfil gələn şöhrət, ucsuz-bucaqsız qonorarlar onu xoşbəxt etmirdi. Əks cinsin nümayəndələri onu diqqətdən kənarda qoymurdu. Ancaq Devid inanmırdı ki, bütün qızları yalnız sadə londonlu oğlan maraqlandırır.
O, Viktoriyada yalnız maraqlı həmsöhbət və cazibədar qadın gözəlliyi tapmamışdı. Viktoriya Devid üçün ideal qadın idi. Layiqli həyat yoldaşı və qayğıkeş ana ola biləcək əsl qadın. Onların hər ikisi kifayət qədər tanınırdılar. Viktoriya hələ xanım Bekhem olmamışdan əvvəl də bəzəkli, baxımlı, səliqəli, gözəl geyimli qadın olub. Uşaqlıqdan əsl xanım kimi yetişmək üçün 3 məqamı mənimsəmişdi: kürəyi düz saxlamaq, dizləri cütləşdirib oturmaq və azacıq kənara əymək, balıq bıçağı ilə ət bıçağını səhv salmamaq. Viktoriya həmin illəri belə xatırlayır: “Özümü tanıyandan öz üzərimdə çalışmağa başladım. Hər şeyi… Oturmağı, durmağı, yeriməyi, gülməyi, əsəbiləşməyi, geyinməyi, soyunmağı… Bilirsiz, nümunəvi imic məsuliyyət tələb edir. Ona görə ki, başqa çıxış yoxdur”.
Atası satıcı, anası isə fermer olmasına baxmayaraq, Viktoriya anadangəlmə aristokratdır. Onun bədən quruluşu 90-60-90 standartında olmasa da, etdiyi hər şey idealdır. Onun 17 yaşı tamam olan kimi “Laine Theatre Arts” kollecinə daxil olur. Viki saatlarla rəqs dərnəyində itib batırdı. Ciddi-cəhdlə rəqs öyrənirdi. Əfsanəvi “Spice Girls” qrupuna müsabiqə ilə düşmüşdü. Bu qrupda o, həm kommersiya, həm də populyarlıq baxımından super uğurlar qazandı. Amma sən saydığını say...
Həm Devid, həm Viktoriya anlayırdılar ki, onlar maraqlı cütlük ola bilərlər. Hər birinin milyonları var, hər ikisi karyerasının zirvəsindədir. Futbol fanatları düşünürdülər ki, Bekhemin tez evlənməyi onun karyerasına ziyan vura bilər. “Spice Girls” qrupunu sevənlər isə Viktoriyanın itkisi ilə tez barışdılar. Mətbuatda isə onların hansınınsa kənarda eşq macərası olması haqda şayiələr gəzirdi. Lakin məlum oldu ki, bunlar hamısı uydurmadır. Tanışlıqlarından bir il sonra cütlük nişanlandıqlarını elan etdi. 1999-cu il 4 iyulda onların toy mərasimi baş tutdu. Çox keçmədi ki, oğlanları Bruklin dünyaya gəldi. Və elə o vaxt Bekhemlər özlərinin ilk evini aldılar. Bu evi jurnalistlər “Bekhemlərin sarayı” adlandırırdı.
Onların xoşbəxtliyinə çoxları həsəd aparırdı. Hər addımları paparatsilərin diqqət mərkəzində idi. Amma gənclər buna çox da əhəmiyyət vermirdi. 2002-ci ildə Bekhemlərin ikinci oğlu Romeo Ceyms dünyaya gəldi.
Ancaq tale onlara ciddi sınaq hazırlayırdı. İkinci oğlu dünyaya gələndən sonra Devid “Real Madrid” klubu ilə müqavilə bağlayır və İspaniyaya gedir. Ailə isə İngiltərədə qalır. Elə hər şey bu zaman baş verir.
Rebekka Lus Devidə dil öyrədir və şəhərlə tanışlığına kömək edirdi. Amma çox keçmir ki, paparatsilər onları tək işgüzar görüşlərdə yox, restoranlarda qeyri-formal şam yeməklərində yaxaladılar. Qəzetlərdə Devid Bekhemin xəyanəti haqda məqalələr yazılmağa başladı. Hətta bunu şahzadə Dianadan sonra ən böyük xəyanət dramı adlandırdılar. Qəzetlərdə “İdeal cütlüyün sonu”, “Devid Vikini kimə dəyişdi?” kimi başlıqlar yayılırdı. Dünya xəyanətə uğrayan qadından reaksiya gözləyirdi. Hamı əmin idi ki, cütlük tezliklə boşanacaq. Amma düşünülənin əksinə, Viktoriya oğlanlarını da götürüb Madridə yollandı — ərinin yanına.
Sonra o, bu barədə belə deyəcəkdi: “Gizlətməyəcəm. Bu, bizim ailənin çətin günləri idi. Amma mən başa düşdüm ki, dünyada hər şeyin öz qiyməti var. İnsanın da həmçinin”. Beləliklə, Viktoriya Devidi bağışladı və dünyaya daha bir oğul gəldi – Kruz.
Bundan sonra cütlük yenə də bütün tədbirlərdə birlikdə görünməyə başladı. Viktoriyanın üzündən təbəssüm əskik olmurdu. Və bütün bunlardan sonra Bekhem öz sevimli qadını ilə daha bir nikah mərasimi düzənlədi. Kilsə kəbinindən sonra ikiqat evlilər belə bir tatu döydürdülər: “Hər şey yenidən”.
Toylarının 10 illiyində Viktoriya hisslərini bu cür bölüşüb: “Mən özümü sonsuz dərəcədə sevilən və möhtəşəm hiss edirəm. Ən yaxşı dostum mənim sevgimdir. Məni hər gün ilhamlandıran ən yaxşı kişi… İldönümün mübarək, dünyanın ən yaxşı əri və atası”. Devid də ildönümlərinə biganə qalmayıb: “Bizim 4 gözəl uşağımız var və onlar üçün səndən yaxşı ana təsəvvür edə bilməzdim”.
2011-ci ilin iyulunda isə üç oğlandan sonra bir qızları dünyaya gəldi – Harper Seven. Dünya şöhrətli iki insanın uzun müddət evli qalmaları qədər, dörd uşaq sahibi olmaları da hər kəsi təəccübləndirir. Bu gün stil ikonası hesab olunan, “Viktorias secret” brendinin yaradıcısı, 42 yaşlı britaniyalı dizayner, model, müğənni həm də gözəl övladların xoşbəxt anasıdır. İndi bütün dünyada milyonlarla gənc və yeniyetmə qız ona oxşamaq istəyir. Viktoriya Bekhem ötən il daha bir addımı ilə gündəmə gəldi. O, döymələrini sildirdi. Bunun səbəbini isə döymələrin hazırki nüfuzuna xələl gətirməsi ilə izah edir. Yəni Viktoriya hazırda bizneslə məşğul olan bir qadın kimi bu döymələri özünə yaraşdırmır.
Bütün bədbin proqnozlara baxmayaraq, onların ailə ittifaqı möhkəm alındı. 18 ildir evli olan bu cütlük haqqında müxtəlif dedi-qodular çıxsa da, onların xoşbəxt həyatı göz qarşısındadır. Bekhemlər övladlarını ciddi və mükəmməl tərbiyə ilə böyüdürlər. Onlar həm də uşaqları ilə dostdurlar. Bunları ən azı valideynlərin sosial şəbəkələrdə paylaşdığı foto və videolardan da görmək olar. Odur ki, Bekhemlərin ailəsi bütün dünyada ideal ailə kimi nümunə göstərilir.
|
['sevgi', 'məşhurların sevgiləri', 'Devid Bekhem', 'Viktoriya Bekhem']
|
791 |
https://kayzen.az/blog/ginekologiya/20638/hamil%C9%99lik-testl%C9%99ri-il%C9%99-ba%C4%9Fl%C4%B1-10-qeyd.html
|
Hamiləlik testləri ilə bağlı 10 qeyd
|
Apollon
|
ginekologiya
|
6 iyul 2017, 21:40
|
1. Ev şəraitində istifadə olunan bütün hamiləlik testlərinin iş prinsipi eynidir — onlar sidikdə “hamiləlik hormonu” olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Hamilə olmayan qadının orqanizmində bu hormon olmur. XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən (yapışdıqdan) sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir. Orqanizmdə olan bütün qan böyrəklərdən keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur.
2. Bahalı və ucuz hamiləlik testləri eyni işləyir və testin qiyməti onun dəqiq olub-olmadığına təsir etmir.
3. Testi günün istənilən vaxtı etmək olar. Lakin həkimlər bunu sübh tezdən etməyi tövsiyə edir. Gecə yuxusundan sonra sidik daha “qatı” olur ki, XQ də sidikdə daha çox olur. Əgər qadın test etdikdən əvvəl çoxlu maye qəbul edibsə, test yanlış mənfi nəticə göstərə bilər.
4. Sidik testə düşdükdən sonra 1 zolaq mütləq görünməlidir. Bu, kontrol zolaqdır. Əgər kontrol zolaq çıxmırsa və ya solğun çıxırsa, deməli, hamiləlik testi xarabdır və ya onun yararlılıq müddəti bitib. Bu halda aptekdən təzə test almaq lazımdır.
5. Testin nəticəsi əksər hallarda 5 dəqiqə ərzində qiymətləndirilir. Əgər bu müddət ərzində testdə 2-ci zolaq çıxmayıbsa, nəticə mənfi sayılır (yəni hamiləlik yoxdur). 10 dəqiqədən artıq nəticə gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər.
6. Farmaseptlərin sözlərinə görə, hamiləlik varsa, test bunu mütləq göstərəcək. Yəni yanlış nəticənin ehtimalı, demək olar, sıfıra bərabərdir. Lakin bəzən qadınlar tələsir və testi lazım olandan daha tez edir. XQ yalnız mayalanmış yumurta hüceyrəsi uşaqlığın divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır. Bundan tez yox.
7. Əgər testdə 5 dəqiqə ərzində nazik da olsa, ikinci xətt görünübsə, test müsbət sayılır. Növbəti gün testi təkrar etmək lazımdır — zolaq tündləşəcək. Bu, hamilə qadının qanında XQ hormonunun sürətlə artması ilə bağlıdır.
8. Bəzən hamiləlik testi yanlış müsbət nəticə verə bilər. Bu, hormonal müalicə alan (inyeksiya şəklində XQ hormonu alan) qadınlarda mümkündür. Testin digər yanlış müsbət nəticəsinin səbəbi qadında yumurtalıq şişinin olmasıdır. Məhz bu səbəbdən hamiləliyin əvvəlində (təxminən 5-6-cı həftələrində) qadın USM-dən keçməlidir. USM zamanı dölün uşaqlıq boşluğu daxilində olması müəyyən edilirsə, hamiləlik təsdiq olunmuş sayılır.
9. Uşaqlıqdan kənar hamiləlik zamanı da test müsbət nəticə göstərir. Lakin uşaqlıqdankənar hamiləlik zamanı XQ daha yavaş artır ki, testdə 2-ci xətt uzun müddət ərzində solğun çıxa bilər. Belə solğun ikinci xətt çıxan zaman uşaqlıqdankənar hamiləlikdən şübhələnmək olar.
10. Kişilərdə hamiləlik testi… müsbət nəticə verə bilər. Xaya xərçəngi zamanı kişinin orqanizmində XQ hormonu ifraz olunmağa başlayır ki, hamiləlik testi də müsbət nəticə göstərir.
Cəlil Bağırov
həkim-onkoginekoloq
|
['hamilə', 'hamiləlik', 'hamiləlik testi']
|
792 |
https://kayzen.az/blog/anal%C4%B1q/20693/k%C3%B6rp%C9%99l%C9%99r-b%C3%BCt%C3%BCn-gec%C9%99ni-yatmal%C4%B1d%C4%B1rm%C4%B1.html
|
Körpələr bütün gecəni yatmalıdırmı?
|
Apollon
|
Körpəyə qulluq və analıq
|
6 iyul 2017, 20:28
|
Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini və valideynlərini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə “ Uşaq gecəni necə yatır?”, “Uşaq gecə neçə dəfə oyanır?” “Uşağın yuxusu necədir?” suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər “məsləhətlər” atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti “Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!”, “Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın”, digər qisminin isə məsləhəti “Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!”, “Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!” olur.
Valideynlərə verilən bu məsləhətlərin öz-özlüyündə yalnış olmaqlarına aydınlıq gətirmədən, sadə bir sualan nəzər yetirək- “Həqiqətənmi, uşaqlar körpə yaşlarından bütün gecəni yatmalıdırlar?” Valideynlərə cavab qısaca olaraq, “Xeyr”-dir. Elmi araşdırmalar göstərir ki, gecələri dəfələrlə oyanaraq yatmaq uşaqlar üçün kifayət qədər normaldır. Müşahidələrə əsasən uşaqlar həyatlarının ilk ilində ən azı 1-2 dəfə gecə oyanırlar. 3 ayından kiçik olan körpələr isə hər 2 saatdan bir oyanmaları qeydə alınmışdır. Bu halların baş verməsi nəinki normaldır hətta, körpələrin sağlamlığı üçün önəmlidir. Valideynlərin nəzərinə çatdıraq ki, körpələrin mədəsi çox kiçikdir- yenicə doğulmuşun mədəsinin ölçüsü iri qoz ölçüsündə, 1 aylığın isə yumurta boydadır. Bu o deməkdir ki, tez bir müddət ərzində acdıqlarında onların tez-tez əmizdirilməyə və ya valideyn tərəfindən yedizdirilməyə ehtiyacları var.
Yuxudan tez-tez oyanmaq körpələrin təhlükəsizliyini təmin edir. Müəyyən araşdırmalara əsasən aydın olmuşdur ki, uzun və dərin yuxu yatan körpələrin “beşik ölüm” və ya Qəfil Körpə Ölüm Sindromu riski daha çoxdur. Körpələri qalın və sıx bələmək, onları başqa otaqda tək yatdırmaq valideynlərə qəti məsləhət deyil.
Başqa bir araşdırmalara əsasən məlum olmuşdur ki, uşaqların gecələri valideynlərinə, xüsusən analarına yaxın yatmaq istəkləri fitri bir ehtiyacdır. Bu onlara mühafizə, əminlik və rahatlıq hissi verir. Bəzi valideynlik ədəbiyyatlarının validyenlərə verilən uşaq ağlamasına fikir verməmək məsləhətlərinə rəğmən, bütün deyilənlərdən son nəticə olaraq, valideynlər körpənin gecə oyanmalarına və ağlamalarına mütləq şəkildə cavab verilməlidir. Çünki, körpələr özləri öz ehtiyaclarını ödəmək qabiliyyətinə qadir deyillər.
Əgər onlar oyanırlarsa demək buna səbəblər var:
Körpəyə isti və ya soyuqdur.Körpə acdır.Körpənin bezi dəyişdirilməlidir.Körpə sadəcə olaraq qucaq nəvazişi almaq istəyir.Körpənin ağlamasına və oyanmasına böyüklərin fikir verməməsi körpələrdə ciddi stresə səbəb olur ki, bu da onların beyin inkişafına mane olur.
O ki, qaldı süni qida ilə qidalanandırılan körpələrin daha uzun və dərin yuxuya malik olmalarına, cavab çox sadədir: Süni qida kiçik körpə mədəsinin həzmi üçün ağır olan qidadır. Lakin valideynlər həmçinin unutmamalıdırlar ki, süni qida ilə bəslənilən körpələr ana südü ilə bəslənilənlərə nisbətdə daha çox qazlılıq, mədə sancıları və həzm problemləri yaşayırlar ki, bu da onların gecə şirin yuxularına mane olur. Üstəlik araşdırmalar göstərir ki, daha böyük olan uşaqlara süni qida artıq uzun və dərin yuxu təmin etmir.
Swansea Universitetində Dr. Amy Brown tərəfindən 700-dən artıq 6-12 aylıq uşaqların müşahidəsi əsasında tətqiqatlar aparılmışdır. Məlum olmuşdur ki, onların 78%-i gecələri bir neçə dəfə oyanması hətta bu aylarda da tamamilə normaldır. Müşahidə olunan uşaqların yalnız 20%-i bütün gecəni yatırlar. Həmçinin süni qida alan uşaqlar eyni ilə ana südü ilə qidalananlar kimi gecələri oyanırlar. Hətta əlavə bərk qida qəbul edən uşaqların da yuxusunda heç bir dəyişiklik qeydə alınmamışdır. Bəzən uşaqlar lap böyüklər kimi səbəbsiz olaraq da, oyana bilirlər. Bunu aclıq ilə uzlaşdırmaq düzgün deyil.
Sonda valideynlərə uşaqlarına və onların istəklərinə qarşı həssas və diqqətli olmağa çağırırıq. Əgər körpə kürlük edir və ya ağlayırsa demək buna səbəblər var. Əksər hallarda bu səbəblər kifayət qədər vacib və ciddidir.
Müəllif: Səltənət Zülfüqarova
Əmizdirmə məsləhətçisi
|
['körpələr', 'körpə yuxusu', 'uşaq yuxusu', 'uşaq sağlamlığı']
|
793 |
https://kayzen.az/blog/seks/20455/hamil%C9%99lik-d%C3%B6vr%C3%BCnd%C9%99-cinsi-%C9%99laq%C9%99.html
|
Hamiləlik dövründə cinsi əlaqə
|
Apollon
|
Seks (18+)
|
5 iyul 2017, 13:23
|
Hamiləlik müddətində cinsi münasibətlər haqda qulaqdan-qulağa eşidilən bəzi fikirlər cütlüklər arasında qorxulara səbəb olur. Qadın, yaxud kişi 9 ay müddətində cinsi əlaqədə olmağa ehtiyat edir.
Hamiləlik zamanı cinsi həyat cütlüklərin çox zaman həkimlərdən soruşmağa utandıqları mövzudur. Halbuki soruşsalar, problemə aydınlıq gətirmiş olarlar. Çünki həkimlər cinsi həyatın sağlam bir hamiləlik üçün vacib olduğunu deyirlər. Hamiləlik qayda-qanunlarına düzgün riayət etdikdə cinsi həyatı davam etdirmək olar. Hətta bəlli ölçüdə adi vaxtlardakından daha rəngli bir cinsi həyat yaşamaq mümkündür.
Həkimlər bildirir ki, hamiləlik zamanı cinsi əlaqədə olmaq zərərlidir fikri kökündən yanlışdır. Bu yanlış fikrin yayılmasının bir çox səbəbləri var. Hamiləlik müddətində cinsi əlaqə körpəyə heç zaman zərər verə bilməz. Çünki körpənin amnion mayesi (embrionu qoruyan və qidalandıran maye) bütün fiziki dəyişiklikləri içində saxlayacaq şəkildə yaradılıb. Ona görə də hamiləlik dövründə sekslə məşğul olmaq zərərli deyil. Əksinə, anaya və uşağa xeyirdir. Belə ki, hormon nizamında artma olduğu üçün genital bölgədə qan axımı artır, bu zaman oyanma daha asan baş verir və qadınların çoxu üçün hamiləlik zamanı cinsi münasibət daha zövqverici ola bilər. Hamiləlik zamanı mütəmadi seks hər hansı səbəbdən yaranan neqativ enerjini alır və gərginliyin aradan qaldırılmasına kömək olur. Hamiləlik zamanı cinsi münasibət fiziki aktivliyi artırır. Bu isə hamilə qadının artıq çəki almasına mane olur. Bununla yanaşı, istifadə edilən əzələlər sayəsində normal doğuş daha rahat keçir.
Hamiləykən cinsi yaxınlığın uşağa ziyan olduğunu düşünən qadınlar həyat yoldaşlarından soyuyur və bu zaman hamiləlik daha da çətin bir hal alır. Qadınlar bilməlidir ki, hamiləlik bir xəstəlik deyil və normal həyatlarını hamiləliklərinə qurban vermələri düzgün deyil. Ancaq hamiləlik zamanı körpə və anaya zərər verməyən pozaların seçilməsi mühümdür. Bu movzünu cütlüklər hamiləliyin ilk vaxtlarında həkimlə mütləq müzakirə etməlidirlər. Çünki hamiləlikdən əvvəl istədiyiniz sevişmə pozaları hamiləlik müddətində arzuedilməz ola bilər. Misal üçün, qadının arxası üstə uzandığı və kişinin üstdə olduğu misioner pozası kimi tanınan və cütlüklərin 80 faizinin üstünlük verdiyi bu poza hamiləlik zamanı uyğun deyil. İlk 3 aydan sonra körpə ilə birlikdə böyüyən uşaqlıq arxası üstə yatan hamilə qadının ürəkdən gələn böyük damarlarına təzyiq edir və beləliklə də uşaqlıq, plasenta, həmçinin körpə kifayət qədər qan qəbul edə bilmir.
Eyni zamanda təzyiq səbəbindən ananın ürəyinə kifayət qədər qan geri qayıtmır və ana baş gicəllənməsi, nəfəs çatışmazlığı hiss edir. Bu halda hamilə qadının ürəyi də gedə bilər. Ona görə də hamiləlik zamanı cinsi münasibətdə qaşıq deyilən poza, yəni qadın yanı üstə uzanmalı və ya üstə olduğu pozalar seçilməlidir.
Hamiləlik zamanı cinsi münasibətin qadağan olunduğu hallar da var:
— Dölün düşmə təhlükəsi varsa
— Daha əvvəl iki dəfədən çox düşmə halı baş veribsə
— Səbəbi məlum olan və olmayan vaginal qanama
— Körpənin qadının uşaqlığına yaxın olması (plesentaprevia)
— Uşaqlığın çatışmazlığı hallarında
— Vaxtından əvvəl doğuş təhlükəsi və ya vaxtından əvvəl doğuş baş veribsə
— Hamiləlik kisəsi vaxtından tez açılıbsa və ya su vaxtından tez gəlməyə başlayıbsa
— Kişidə cinsi yolla keçən xəstəliyin olması və ya daşıyıcısı olması (genital bölgədə aktiv kondiloma və ya herpesenfeksiyanın olması) — Yüksək riskli hamiləlikdə (əkiz və ya başqa hallar)
Bu hallara isə diqqət etmək lazımdır:
— Həkim tərəfindən qadağan olunduğu hallarda cinsi münasibətdə olmaq
— Cinsi münasibətdən sonra az da olsa, qanama baş verərsə, mütləq bunu həkimə bildirmək vacibdir
— Cinsi münasibət zamanı döşlərin ucları çox oyandırılmamalıdır. Çünki bu oyandırma zamanı beyindən oksitosin deyilən hormon ifraz edilir, bu isə uşaqlıqda sıxılmalara səbəb olur və vaxtından tez doğuş baş verə bilər. Qeyd edək ki, bu cür hallar çox zaman döş uclarının stimulyasiyası səbəbindən baş verir.
Bəs hamiləlikdə cinsi yaxınlıq zamanı qoruyuculardan istifadə etmək vacibdirmi?
Hamiləlik zamanı qadın orqanizmindən ifraz edilən maddə cinsi yaxınlıq zamanı vücuda daxil olan sperma və bakteriyaların qarşısını alır. Ancaq spermanın tərkibindəki prostaqlandin adlı maddə uşaqlığın ağzında sıxılmalara səbəb olduğu üçün cinsi əlaqə zamanı qoruyucudan istifadə edilməsi məsləhətdir.
ailem.az
|
['hamiləlik', 'cinsi əlaqə', 'hamiləlik dövrü']
|
794 |
https://kayzen.az/blog/kisiler/20639/qad%C4%B1nlar%C4%B1n-ki%C5%9Fil%C9%99rd%C9%99n-g%C3%B6zl%C9%99diyi-davran%C4%B1%C5%9Flar.html
|
Qadınların kişilərdən gözlədiyi davranışlar
|
Apollon
|
Kişilər
|
3 iyul 2017, 09:57
|
Təxmin edilməyən addımlar
Təbii ki, bu, hər gün onunla başqa bir ölkədə olmalı, ya da eyvanının altında serenada oxumalı olduğunuz anlamına gəlmir. Spontan davranışlarınızı kiçik şeylər üzərində qurun. Məsələn, bir gün yolda gedərkən, “gəl, yeməyə gedək” demək də onu xoşbəxt edəcək. Qadınlar kişilərin növbəti addım olaraq nə edəcəyini bilməyəndə daha çox həyəcanlanırlar.
Bir az təkid edin
Əgər bir qadın sizə “yox” deyirsə, əslində “yox” demir. Amma, “hə” də demir. Belə hallarda etməli olduğunuz onu razı salmağa çalışmaq, cavabının qəti “hə” olmasına nail olmaqdır. Həddi aşmamağa çalışın.
İnanc
Xüsusilə özünə inanmadığı zamanlarda ona inanan bir kişi hər qadının diqqətini çəkir. Yeni bir işə başlayırsa, ona bunu bacaracağını deyin. Bunu sadəcə dildə söyləməyin. Ona həqiqətən inanın və dəstək olun.
Hədiyyələr
Əgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Sözarası sevdiyini dediyi hər hansı bir şeyi heç gözləmədiyi anda alıb gətirsəniz, daha xoşbəxt olacaq. Bu, sevdiyi bir çiçək, yaxud şokolad, şirniyyat da ola bilər.
Yumor hissi
Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Onu güldürmək üçün zarafatlar edin. Təbii ki, həddinizi aşmadan.
Diqqət
Çox da şitini çıxarmadan, gündüz yüz dəfə zəng etmədən, ya da gün ərzində tez-tez mesaj yazmadan da diqqətcil ola bilərsiniz. Günün sonunda səmimi şəkildə soruşacağınız “günün necə keçdi?” sualı işinizə yarayacaq.
Pozitivlik
Duyğusal olaraq özünü yaxşı hiss etməyən bir qadın üçün motivasiyaedici cümlələr çox romantik ola bilər. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın. Gözəl duyğular özü ilə daha da gözəllərini gətirir.
Dürüstlük
Qadınlar bu məsələdə çox həssasdırlar. Bir yerə getmək istəmədiyiniz zaman bəhanə uydurmaq yerinə “ora getmək istəmirəm, çünki bu gün başqa bir şey etmək istəyirəm” deyərək dürüst ola bilərsiniz. Hər zaman sözün düzünü danışın.
Hörmət
Əgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.
|
['kişi-qadın münasibətləri', 'qadınlar nə istəyir', 'qadın istəkləri', 'flirt', 'cinslərarası münasibətlər']
|
795 |
https://kayzen.az/blog/psixologiya/20026/%C3%B6z%C3%BCml%C9%99-birg%C9%99-8-saat.html
|
Özümlə birgə 8 saat
|
Apollon
|
Psixologiya
|
30 iyun 2017, 19:33
|
Sankt-Peterburqlu psixololoq Yekaterina Muraşova yeniyetmələr arasında bir təcrübə həyata keçirib. Təcrübənin şərtlərinə əsasən 12-18 yaşlar arasındakı gənclər 8 saat ərzində kompüterdən, telefondan, televizordan və planşetdən istifadə edə bilməzdilər. Eyni zamanda onlar 8 saat ərzində heç kimlə ünsiyyətdə olmamalı və təcrüb zamanı gündəliyə qeydlər etməli idilər.
Təcrübəyə 68 yeniyetmə – 31 oğlan və 37 qız cəlb olunur. Psixoloq düşünürdü ki, bu təcrübə tamamilə təhlükəsizdir. Lakin, o, yanılıb. Təcrübənin sonunadək yalnız 2 oğlan və 1 qız tab gətirə bilir. Yeddi yeniyetmə 5 saatdan bir az artıq, qalanları isə daha az dözə bildilər. 20 qız və 7 oğlanda vegetativ simptomlar müşahidə olunurdu: qızdırma, baş gicəllənməsi, tərləmə, ağız quruluğu, qarında və sinədə ağrılar, başın tüklərinin “biz-biz durması” hissi. Demək olar ki, bütün yeniyetmələr narahatlıq və qorxu hissi keçirirdilər. 5 yeniyetmədə “vahimə tutmaları”, 3 nəfərdə isə intihara meyllilik müşahidə olunmuşdur.
Təcrübəni başa çatdıran qəhrəman qız gündəliyə öz hisslərini yazır. Psixoloq bu yazıları oxusa da, etik düşüncələrdən dolayı onları ictimaiyyətə açıqlamamaq qərarına gəlir.
Yeniyetmələr təcrübə zamanı aşağıdakı fəaliyyətlərlə məşğul olurdular:
– yemək bişirir və yeyirdilər
– kitab oxuyur və ya oxumağa çalışırdılar
– ev tapşırıqlarını yerinə yetirirdilər
– pəncərədən baxır və ya otaqda gəzişirdilər
– “Leqo” oyuncaqları ilə oynayırdılar
– rəsm çəkirdilər
– yuyunurdular
– otaqda və evdə yır-yığış edirdilər
– trenajorda idman edirdilər
– it və ya pişiklə oynayırdılar
– öz hisslərini gündəliyə yazırdılar
– gitara və ya pianino çalırdılar
– üç nəfər şeir yazırdı
– bir oğlan beş saat ərzində metro və avtobuslardan istifadə edərək şəhəri gəzib
– bir qız tikişlə məşğul olub
– bir oğlan əyləncə parkına gedərək üç saat ərzində attraksionlara minib
– bir yeniyetmə Peterburqun bir başından o biri başına qədər, təxminən 25 km boyunca gəzib
– bir qız siyasi tarix muzeyinə gedib
– bir oğlan heyvanxanaya baş çəkib
– bir qız dua edib
Demək olar ki, bütün iştirakçılar yuxuya getmək arzusunda olub. Lakin, heç kim yata bilməyib. Təcrübənin sonuna qədər tab gətirən 2 oğlandan biri yelkənli qayıq modeli hazırlamaqla məşğul olub. İkinci oğlan isə öz kolleksiyalarını səliqəyə salıb, evindəki bitkilərlə məşğul olub. Bu iki iştirakçıdan heç bir narahatlıq hissi keçirməyiblər. Bu nəticələri əldə edən psixoloq çox təəcüblənib. Yeniyetmələrin demək olar ki, hamısı öz gündəliklərində “asılılıq”, “bu cür yaşaya bilmirəm”, “beynim partlayacaq” və s. kimi sözlər yazmışdılar.
Bütün bu deyilənləri nəzərə alaraq bu qənaətə gəlmək olar ki, biz valideynlər uşaqları erkən yaşlarından televizora, kompüter oyunlarına elə alışdırırıq ki, onlar artıq özləri ilə təklikdə qalmaqdan qorxurlar.
Müəllif: Sevil Amil
|
['psixologiya', 'təcrübə', 'psixoloji analiz']
|
796 |
https://kayzen.az/blog/idman-fiziologiyas%C4%B1/19982/%C9%99z%C9%99l%C9%99-k%C3%BCtl%C9%99sini-art%C4%B1ran-qidalar.html
|
Əzələ kütləsini artıran qidalar
|
Apollon
|
idman fiziologiyası
|
27 iyun 2017, 19:45
|
1. Yumurta
Böyük miqdarda zülal ehtiyatlarına malikdir. Vitaminlər, sink, dəmir və kalsiy ilə zəngindir. Yumurtadakı bütün bu xüsusiyyətlər onu əzələ kütləsini artırmaq üçün ən mühüm və balanslaşdırılmış ərzağa çevirir.
2. Toyuq filesi
100 qram toyuq ətinın tərkibində 30 qram zülal mövcuddur. Toyuq filesinin digər özəlliyi isə onu müxtəlif xörəklərdə, cürbəcür dadlarda hazırlana bilməsidir.
3. Su
Baxmayaraq ki, su qida deyil, amma əzələ toxumasının 75%-ni təşkil edir. Gün ərzində lazımi miqdarda su qəbulu enerjiləri bərpa edir, həzm sistemini normallaşdırır, hansı ki, bu amillər əzələlərin düzgün inkişafına səbəb olur.
4. Balıq yağı
Balıq yağı – ağır məşqlərdən sonra orqanizmin bərpa olunmasına yardım edir. Bu isə məşqlərin intensivliyini artırmağa imkan verir. Bundan əlavə, balıq yağı maddələr mübadiləsini sürətləndirir.
5. Mal əti
Mal əti – keyfiyyətli zülalın əla mənbəyidir. Tərkibində çoxlu miqdarda A, E vitamini var.
6. Hinduşka əti
Hinduşka əti də həmçinin, çoxlu miqdarda zülal və 11 vitamini özündə birləşdirir.
7. Qarabaşaq (qreçka)
100 qram qarabaşaq bioloji dəyəri 90% olan 18 qram protein təşkil edir.
8. Yulaf yarması
Yulaf yarması – zülal, minerallar, vitaminlər və sellüloza ilə zəngindir. Yulaf yarmasının digər özəlliyi isə onun tərkibində gec həzm olunan zülalların, elementlərin mövcud olmasıdır. Bu isə özü-özlüyündə gün ərzində tox qalmağımıza yardım edir.
9. Qızılbalıq
Qızılbalıq – zülal və omeqa -3 yağlarının ideal və ən güclü mənbəyidir. Bu keyfiyyətlər isə əzələ kütləsinin sürətli inkişafına, artmasına səbəb olur.
10. Şor
Nəinki idmançılar, həmçinin sağlam qidalanmaya üstünlük verən insanların gündəlik qida rasionunda şor olmalıdır. 100 qram şorun tərkibində 28 qram təmiz zülal var. Şorun digər üstünlüyü isə onun tərkibində eyni zamanda həm asan, həm də çətin həzm olunan zülalların olmasıdır.
|
['əzələ', 'əzələ yaradan qidalar', 'əzələ yiğmağın yollari', 'əzələli kişilər', 'əzələlər']
|
797 |
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/20257/x%C9%99rcl%C9%99rin-azald%C4%B1lmas%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-9-qayda.html
|
Xərclərin azaldılması üçün 9 qayda
|
Apollon
|
Xoşbəxt ailə
|
18 iyun 2017, 15:31
|
Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir. Maddi rifaha doğru gedən yol.
Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmasız mümkün deyil. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərdən gedir. Siz sual verəcəksiniz ki, niyə məhz 10?
Çünki sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin məbləğləri – sizin büdcəniz üçün mühümdürlər və belə məbləğlərin planlaşdırılmamış şəkildə xərclənməsi sizin maliyyə tarazlığınıza təsir edə bilər. Bax belə. Bu təcrübədə yoxlanılıb, bu səbəbdən də bu faktı olduğu kimi qəbul edin. Beləliklə,aşağıda yer almış qaydalar, əsasən öncədən planlaşdırmanın əsasında qurulmuşdur. Onları öyrənin və istədiyiniz kimi işlədin.
1. Hər ay üzrə xərclərin planını tərtib edin
Bu planda mütləq şəkildə bütün xərclərin məbləğləri olmalıdır. Bəzi məbləğləri əvvəlcədən qeyd etməkdə çətinlik çəkirsinizsə, planda maksimal dərəcədə yaxın olan bir məbləğ göstərin.Bu yanaşma sizə pul vəsaitlərinin hansı məbləğdə və nəyə xərcləyəcəyinizi görmək imkanı yaradacaqdır. Belə etdikdə, sizdə ay ərzində sürpriz kimi, gözlənilməyən xərclər peydə olmayacaq. Bu müəssisənin öz fəaliyyətini necə planlaşdırmasına bənzəyir. Sizdə eynilə belə etməlisiniz. Aşağıda sizin üçün xərclərin planlaşdırılmasının real nümünəsi göstərilmişdir.
2. Bütün alış-veriş edəcəyiniz şeyləri qabaqcadan planlaşdırın
Söhbər ondan gedir ki, Siz məsələn, gələn ay özünüz üçün paltar yuyan maşın almağı planlaşdırırsınız. Onun qiymətini öyərnirsiniz və fikirinizdə onu gələn maaşadək alıb ala bilməyəcəyinizi hesablamağa çalışırsınız. Ala biləcəksinizsə, bu əladır, ala bilməyəcəyinizsə onun üçün pul toplamaq lazım gələcəkdir. Pulun düzgün şəkildə necə toplanması barədə burada oxuyun. Qəfil edilən alış-verişlərdən çəkinin, çünki ehtimal var ki, Siz öz maddi gücünuzu düzgün hesablaya bilməyəcəksiniz. Müxtəlif alış-verişləri planlaşdırmaqla yanaşı, sizin üçün başqa xərcləri də planlaşdırmaq pis olmazdı, məsələn, ad günlərini, müxtəlif bayramları və s. Belə etdikdə, maliyyə sürprizləri sizdən yan keçəcəkdir.
3. Ərzaqları əvvəlcədən yazılmış siyahı üzrə alın
Nə üçün ərzaqlar haqqında ayrıca bir söhbət açmışıq? Çünki qidalanmaya sərf olunan xərclər bizim büdcənin təxminən yarısını təşkil edir. Bu səbəbdən də, əvvəlcədən sizə lazım olacaq ərzaqların siyahısını tutun və yalnız bundan sonra supermarketə yollanın. Bundan əlavə, özünüz üçün bir qayda olaraq, siyahıda olmayan ərzaqları almamağı vərdiş halına gətirin. Hətta onları siyahıya yazmağı unutsanız belə və onlar sizə lazım olsa belə. Heç bir qorxusu yoxdur. Gələn dəfə alarsınız. Bu cür alış-veriş üsulu çox güclü effektə malikdir və sizin həddindən artıq ərzaq almağınızın qarşısını alacaqdır. Belə baxanda, əslində bizə elə də çox şey lazım deyil. Bu üsuldan istifadə etdikdə, siz təəcüblə aşkar edəcəksiniz ki, sizin ərzaqlar ilə bağlı xərcləriniz azalıbdır.
4. Ac olduğunuz vaxtda ərzaq almayın
Bu mümkündür və çox gülməli səslənir, lakin belə bir fakt var ki, siz mağaza və ya supermarketdə olduğunuz zaman və bu vaxtda sizi aclıq hissi bürüyürsə, 90 % hallarda, evə qayıtdıqdan sonra siz evdə çox sayda lazımsız ərzaq və ya həddindən artıq qida aşkar edəcəksiniz. Özünüzü müşahidə edin, istəsəniz, eksperiment də keçirin. Bu hamı ilə olur. Nəticə çox sadədir – əvvəlcədən qidalanın, sonra isə mağazaya yollanın. Belə, siz yalnız doğrudanda lazım olan şeyləri alacaqsınız və özünüzü lazımsız xərclərdən qoruyacaqsınız.
5. Hər hansı qarşılaşacağınız vəziyyətdə sizə lazım olacaq pul vəsaitindən artıq pul götürməyin
Bu çox sadə, amma çox effektiv bir qaydadır. Siz sadəcə pul kisənizdə olan məbləğdən artıq xərcləyə bilməyəcəksiniz.Bu qayda xüsusilə müxtəlif emosiya və vəziyyətlərin təsiri altında pul xərcləməyə zəiflik göstərən şəxslərə aiddir.
6. Aydan aya pullarınızı necə xərcləməyinizi izləyin
Bu qayda ondan ibarətdir ki, biz aydan aya öz pullarımızı necə xərcləməyimizi izləməliyik. Bu, belə demək olarsa, statistikadır. Aydan aya xərclərinizin statistikasını aparın. Bu statistikanı siz sizə uyğun istənilən formada apara bilərsiniz. Bu nə üçün lazımdır axı? Bu sualı cavabı aşağıda göstərilən qaydada öz əksini tapmışdır.
7. Lazımsın xərclərdən azad olun
Öncə müzakirə etdiyimiz qaydada deyildiyi kimi, sizdə, belə desək, bir neçə ay üzrə xərlərin statistikası olmalıdır. Bu cür siz bütün lazımsız xərclərin qarşısını ala biləcəksiniz. Lakin, fakt deyil ki, sizdə belələri tapılacaqdır. Elə bir vəziyyət ola bilər ki, sizin bütün xərcləriniz “lazımlıdır”. Dilxor olmayın. Siz xərclərinizin bəzi bəndlərini azaltmağa cəhd edə bilərsiniz.
8. Borclardan azad olun
Siz maksimal dərəcədə tez bir şəkildə bütün borclarınızdan qurtulmalısınız. Çünki hər hansı bir borc sizin üçün – əlavə xərclərdir. Bu borclar sizin pullarınızı sorururlar. Onlardan tez bir şəkildə canınızı qurtarın.
9. İfratçılığa qapılmayın
Böyük bir həvəslə qənaət etməyə və bütün xərclərinizi minimuma endirmək lazım deyil. Bu düzgün deyil. Necə deyərlər – fanatizmsiz. Necə yaşayırdınızsa elədə yaşayın, sadəcə öz xərclərinizi nəzarət altında saxlayın, onları izləyin və üzərində düzəlişlər edin. Vəssalam. İfratçılığa isə qapılmaq lazım deyil. Çünki sərt qənaətlə qarşılaşaraq, siz yenədə nəzarətdən çıxmış xərclərə yol verəcəksiniz. Bir müdrik adam söylədiyi kimi – orta yol ilə gedin.
gencaile.az
|
['ailə büdcəsi', 'ailə həyatı', 'xoşbəxt ailə', 'xoşbəxt ailənin sirləri', 'varlı olmaq', 'zəngin olmaq', 'qənaət', 'qenaetcil olmaq', 'qənaət etmək']
|
798 |
https://kayzen.az/blog/psixologiya/19935/d%C3%BCzg%C3%BCn-%C3%BCnsiyy%C9%99tin-sirrl%C9%99ri.html
|
Düzgün ünsiyyətin sirrləri
|
Apollon
|
Psixologiya
|
16 iyun 2017, 23:52
|
Psixologiya elmi mütləq çoxluğun həqiqəti müsbət bir məfhum kimi gördüyünü söyləyir. Kimə soruşsan, dürüstlük, düzgün davranış və həqiqətin yanında olduğunu bildirəcək. Bəlkə siz, həyatınızda həqiqətdən açıq-aşkar imtina edən birini tanıyırsınız, amma 40 illik həyatımda beləsi ilə şəxsən rastlaşmamışam.
Əvvəllər çox şey fərqli idi. Bir insan bir gün və ya ay ərzində ən çox 10–15 insan ilə ünsiyyətdə olurdu. Sadə söhbət deyil əlbəttə, kiminsə nitqinə şahid olmaq və susmaq da bir ünsiyyət formasıdır. Sosial şəbəkələrin meydana çıxması ilə artıq gün ərzində onlarla insanın yazdığını oxuyur, müəyyən fikir formalaşdırırıq.
Çoxumuzun diqqət etdiyi bir fakt vardır: bəziləri aşkar şeyləri anlamaqda çətinlik çəkir, bəzən isə faktları inkar edir, ağ yalana üz tutur. Bir qisim insan hiddətlənir, digərləri tərəf müqabilini başa salmağa çalışır, müdrikləşmiş və hisslərini nəzarətdə saxlamağı bacaranlar isə əlini yelləyərək “boş verir”lər.
Görəsən insanlar niyə yanılırlar?
Danışmaq haqqında bütöv bir elmi disiplin vardır. Psixologiyanın bir parçası olan bu cərəyana sosiolinqvistika deyirlər. Bu kiçik yazımızda sizə bu elmin incəliklərini aça bilməyəcəyəm əlbəttə — hələ bu işin ustası da deyiləm axı. Amma özümə verdiyim bəzi suallara tapdığım cavabları sizinlə paylaşmaq istəyirəm.
Ünsiyyət formaları.
Gündəlik həyatınızda qarşılaşdığınız ünsiyyət formalarını belə sinifləndirmək olar:
-Rəsmi-işgüzar ünsiyyət tərzi
-Elmi ünsiyyət tərzi
-Publisistik ünsiyyət tərzi
-Məişət ünsiyyəti
Dostunuzla kafedə, tədris ocağında apardığınız söhbət məişət ünsiyyəti sayılır. Məktəbdə lövhəyə çıxaraq dərs danışarkən bir az əvvəl tənəffüsdə dostunuzla etdiyiniz söhbət tərzi əlbəttə uyğun deyildir. Hər vəziyyətin öz ünsiyyət forması vardır. Əgər siz sosial şəbəkədə, digər insanların içərisində müəyyən bir fikir bildirirsinizsə, sizin ünsiyyət formanız artıq publisistikdir. İkisinin arasında fərq isə böyükdür.
Məişət ünsiyyəti:
Qeyri-formal şəraitdə özünü ifadə etmək, şəxsiyyəti nümayiş etdirmək üçün istifadə edilir. Emosionaldır və ünsiyyətin bir qismi tamamilə bədən dilinə əsaslanır. Məsələn, əllərinizi həyəcanla başınızın üstünə qaldıraraq hündürlüyü təsvir etməyə çalışırsınız. Bir də “o boydaaaaaaa” deyə hərfləri uzadırsınız.
Bidirilən fikirlər subyektivdir. Hiss etdiyiniz şeyləri danışırsınız, yanıla bilərsiniz, göstərdiyiniz faktları çox vaxt heç yoxlamamısınız da. Dili daha sərbəstdir. Tez-tez qısaltmalardan, “əəəə, sən mənim canım” şəklində yenə də hissiyat yüklü sözlərdən və frazalardan istifadə edilir.
Publisistik ünsiyyət:
Publikaya istiqamətlənmiş bir çox hal bu qrupa girir. Məruzə etmək, nitq, mühazirə söyləmək, iclasda, televiziya və radioda, nümayişlərdə edilən çıxışlar, sosial şəbəkədə müəyyən qrupa və-ya ayrı-ayrı insanlara edilən müraciətlər, şərhlər, rəy bildirilməsi — hamısı tipik publisistik ünsiyyət formalarıdır.
Bildirilən fikir məlumatlandırıcı olmalıdır. Sənədli və ya faktoloji, araşdırma nəticəsində aşkar edilən hallar, rəsmi mənbələr istifadə edilməlidir. Gündəlik həyatda qarşılaşdığınız və ya şahidi olduğunu hadisələrin izahı. Sizi oxuyanlar söhbətin nədən getdiyini, hadisənin harada və nə zaman baş verdiyini, hansı nəticəyə gəldiyinizi və ən əsası nə üçün belə nəticə çıxardığınızı anlamalıdırlar.
Ünvanlı çağırışlar etmək. Müraciət və ya bildirdiyiniz fikrin kimə ünvanlandığı anlaşılmalıdır, ya da özünüz bunu açıq şəkil “ay həkimlər…” kimi göstərməlisiniz. Əsaslandırma üçün iqtibaslardan istifadə. Bildirdiyinizi fikri əsaslandırmaq üçün kitaba, məqaləyə, şahidi olduğunu hadisələrə, şəkil və fiqurlara müraciət etmək olar. Burada əsas şərt göstərdiyiniz qaynağın hamı tərəfindən əlçatan olmasıdır. Sizin gətirdiyiniz iqtibasları sizdən başqa heç kəs görə bilməyəcəksə, o fikri heç bildirməsəniz yaxşıdır.
Yumor hissi, lətifələr danışmaq alqışlansa da, açıq-aşkar sarkazm, lağ etmək pis qarşılanır. Sarkazm yerində çox gözəl fənddir, amma bunu bacarırsınızsa, tərəf müqabilinizi təhqir etməyəcək və alçaltmayacaqsınız bir formul tapmaq lazımdır.
Publikaya çatdırılan məlumatdan çox ehtiyatla istifadə etmək lazımdır. Diffamasiya qaydalarını pozaraq şər, böhtan xarakterli, ləyaqəti alçaldıcı gedişlərdən istifadə etmək sizi çox vaxt məişət ünsiyyəti formasına, yəni küçəyə “razborka”ya çatdıracaq. Publisistik ünsiyyət hər şeydən öncə Obyektivdir.
İnsanlar niyə yanılırlar?
Çoxunuz leyləklə qurbağanın dostluğu haqqında təmsili bilirsiniz. Leylək qurbağanı qonaq çağırır, amma təkcə özünün dimdiyi girəcək hündür və dar boğazlı sürahidə dovğa ilə qonaq edir. Qurbağa da eyni yanlqıya düşərək leyləyi öz evində sinidə təqdim edilən düyüyə qonaq edir. Hər ikisi qonaqlıq sırasında ac qalır. Nəticədə bu dostluq alınmır.
Sosial şəbəkələrdə onillərlə yaşadığım təcrübə əsasında insanların bir-birini başa düşməkdə çətinliklərinin səbəbiolaraq məhz bir-birini anlamadıqlarını, başqa-başqa tərzlərdə ünsiyyət qurmalarında görürəm. Doğrudur, savadlı aparılan publisistik ünsiyyət sırasında tərəflərdən birinin “cığallıq” edərək faktları çarpıtdığı, aldatdığı halları da geniş yayılmışdır. Amma ən azından bir şeydə anlaşa bilərik: elə belə söhbətmi edirik, yoxsa fikir bildiririk?!
Əgər digər insanları da maraqlandıran məsələ haqqında publik, yəni o insanların hüzurunda yazırıqsa, artıq publisistik ünsiyyətin qaydalarına əməl etmək, rəylərdə və şərhlərdə obyektiv olmaq, fikrini əsaslandırmaq şərtdir. Həkim məsləhətidir.
Dr. Vasif İsmayıl
P.S. Yazı sırasında Psyera humanitar-hüquqi portalının materiallarından istifadə edilmişdir.
|
['ünsiyyət', 'ünsiyyət mədəniyyəti', 'ünsiyyət bacarığı']
|
799 |
https://kayzen.az/blog/edebiyyat/20632/sevginin-insan-ya%C5%9Fam%C4%B1nda-tutdu%C4%9Fu-yer.html
|
Sevginin insan yaşamında tutduğu yer
|
Apollon
|
Ədəbiyyat
|
14 iyun 2017, 11:18
|
Sevgi, özünün bitkin sayıla biləcək anlamında, yalnız elə iki kimlik arasında baş verən cinsi ilişkilər kimi anlaşılmamalıdır, düzdür, sevgi insanlar arasında cinsi ilişkilərin yaranmasına gətirib çıxarır, ancaq bu ilişkilərin gerçəkləşməsi, sevənlərin çox yüksək bir emosional coşqunluq halında, özü də onların həm psixoloji, həm də fizioloji durumlarına, sözün yaxşı anlamında, təsir göstərərək baş verir. Bu emosional coşqunluqlar isə, haracan desən yüksələ də bilər. Ancaq burası da vardır, “Tristan və İzolda”1 kimi əsərlərin örnəyindən gördüyümüz bu yüksək coşqunluq, indiyə kimi biri-birini sevmiş sayı bilinməz kişilərlə qadınların yaşamında uyğunsuzluq doğurmamış, onlar arasında heç bir anlaşılmazlıq yaratmamışdır.
Bu emeosional coşqunluğu, bədii formalarla yetərincə açıqlaya bilməyin örnəkləri çox azdır, ancaq bu duyğunun özünün baş verməsi, ən azından Avropada, gözəçarpacaq qədər çoxdur. Bir sözlə, sevginin bir toplumda, başqa birisindən daha çox gözə dəyməsi, məncə, heç də əxlaqi özəlliklərlə yox, ən çox ənənələrlə, bir də ictimai quruluşlarla bağlıdır. Çində sevgi çox az üzləşilən bir duyğudur, gözlərindən heç nə yayınmamış çin tarixçiləri belə öz kitablarında ondan çox az söz açırlar, ən çoxu, hansısa yaramaz qaravaşın imperatoru sevgi oyunu ilə aldatmasından ötəri yazıb keçirlər. Çin mədəniyyətində, güclü emosiyalara uymaq bəyənilməmiş, insanın istənilən durumlarda ağla arxalanaraq davranmasına üstünlük verilmişdir. Bu, bir azca, bizim toplumda XVIII yüzillikdəki oturuşmuş durumu andırmaqadır.
Böyük Fransız İnqilabını, romantizmlə bağlı bir çox hərəkatları, Böyük Dünya savaşlarını görəndən sonra, artıq bizim yaşamımızda ağılın ağalıq eləmədiyini hamımız çox yaxşı bilirik, kraliça Annanın2 çağında çox geniş yayılmış, insanların ancaq ağıla arxalanmaqla doğru-düzgün yaşaya biləcəklərinə olan inamın yanlışlığını bu gün artıq hamı bilir. İş burasındadır, psixoanaliz elmi formalaşmağa başlayanda, ağıl özünün üzüdönüklüyünü bir daha, bu dəfə elmi baxımdan göstərmişdi. Çağdaş yaşamda üç ağlasığmaz fəaliyyət türü vardır, bunlar: din, savaş, bir də sevgidir. Ancaq iş burasındadır, sevgi ilə ağılın arasında heç bir qarşıdurma yoxdur, istənilən ağıllı insan bu duyğuya qapıla, onun dadını çıxara, bununla yanaşı olaraq, ağıllı olaraq qala da bilər. Səbəbini bu kitabın başlanğıcında anlatdığımız kimi, çağdaş dünyamızda din ilə sevgi arasında gözəçarpacaq bir öcəşkənlik vardır. Mən bu qarşıdurmanın aradan qaldırıla biləcəyinə inanıram; bu öcəşmənin yaranmasının başlıca səbəbi isə, başqa dinlərdən fərqli olaraq, xristianlığıqda asketizmin olması ilə bağlıdır.
Ancaq çağdaş dünyamızda sevginin dindən də qat-qat qorxulu olan başqa bir yağısı da vardır, bu yağının “incilini”–müqəddəs kitabını isə, “iş və iqtisadi uğurlar” kimi adlandırmaq olar. İndi dünyanın çox yerlərinndə, ən çox da Amerikada, belə bir söz tez-tez işlənir: “sevgi gərək insanın karyerasını əngəlləməsin, kiminsə sevgisi öz işindəki uğurlarını əngəlləyirsə, deməli o, qanmaz adamdır”. Ancaq, elə bütün başqa sorularda olduğu kimi, burada da tarazlığın gözlənilməsi çox önəmlidir. Bir sıra bəlli durumlarda, öz karyerasını bütünlüklə sevgiyə qurban vermək doğrudan da igidlik sayıla bilsə də, ancaq başqa çoxlu durumlarda karyerasını büsbütün sevgiyə qurban vermək doğrudan da qanmazlıq sayıla bilərdi; ancaq bundan da qat-qat artıq qanmazlıq, sevgini büsbütün karyeraya qurban vermək sayılmalıdır, həm də burada hansısa igidlikdən danışmağın özü belə yersiz görünür. Ancaq qazanc dalınca qaçmaq prinsipləri üzərində qurulmuş toplumlarda, dediyimiz bu, sevginin karyeraya qurban verilməsi durumu istər-istəməz, özü də sıx-sıx yaranır.
Örnək üçün, Amerikada yaşayan adi bir biznesmenin yaşamını götürüb baxın. Yeniyetməliyini başa vuran kimi biznesə atılan bu adamın bütün düşüncəsi, bütün enerjisi, ancaq maliyyə uğurları qazanmağa yönəlmişdir. O hələ nə qədər gəncdir, aradabir vaxt tapıb fahişələrin yanına gedib özünün cunsi istəklərini ovudur; sonradan o, evlənir, ancaq onun maraqları ilə xanımının maraqları büsbütün biri-birindən ayrı olur, demək olar, onlar arasında heç vaxt gerçək bir doğmalıq olmur. O öz ofisindən çıxıb, çox gec, yorulub əldən düşümüş bir durumda evə qayıdır; gün doğmamış, xanımı hələ yuxudaykən, qalxıb işə gedir; bazar günləri o, pul qazana bilmək üçün çox gərəkli olan sağlamlığını qoruya bilməkdən ötrü, qolf oynamağa gedir. O, xanımının istəkləri ilə üzdə razılaşsa da, ürəyində onun bu istəklərini qadınlıq şıltağından başqa bir şey saymır. Evlilikdən qıraqda kiminləsə sevişmək üçün onun vaxtı yoxdur, ən acınacaqlısı isə o, elə evlilikdə də sevişməyə vaxt tapa bilmir, ola bilsin, ara-sıra işi ilə bağlı getdiyi ezamiyyətlərdə fahişələrlə görüşə bilir. Onun xanımı, sürdüyü bu ömürlə bağlı olaraq, seksual baxımdan çox soyuqqanlı olur, bunun da başlıca səbəbi onun öz xanımına qarşı istiaqanlılıq göstərməməsidir.
Bu gənc amerikalı biznesmen, həmişə özünün alt şüurunda nəyəsə gərək duyur, öz ömründə nəyinsə çatışmadığını düşünür, ancaq bu istəklərin haradan doğduğunu anlaya bilmir. Onun başı bütünlüklə işə, fanatı olduğu boks yarışmalarına baxmağa, yaxud da toplumda sol radikal qüvvələrin sıxışdırılmasına həsr olunmuş kompaniyalarda vaxt keçirməyə elə bərk qarışmışdır, artıq sevgini biryolluq unutmuşdur. Onun xanımı da, elə onun kimi, alt şüurundan gələn bir duyumla yaşamında hansısa anlaşılmaz çatışmazlıqların olduğunu düşünməyə başlayır, darıxmağını aradan qaldırmaq üçün ucuz mədəniyyət örnəkləri ilə özünü ovundurmağa çalışır; öz ərinə qarşı dönüklüyü ağlına belə gətirməyən bu qadın, azad düşüncəli, ağgünlü yaaşayan insanlara öcəşməyə yönəlik düşüncələrə qapılmağa başlayır. Beləliklə də, seksual istəklərinin ödənilməməsindən yaranan bu çatışmazıq, kişidə də, onun xanımında da, insanlara qarşı nifrət duyğusu doğurmağa başlayır, ən pisi isə, onlar bu nifrətlərini, ictimai rəy, yüksək əxlaq adı altında pərdələməyə başlayırlar.
İnsanların belə qaragünlü olması isə, seksual istəklərin ödənilməsi ilə bağlı yanlış bir konsepsiyanın ucbatından baş verir. Apostol Pavel bu konuyla bağlı belə düşünürdü: nikahda insanları biri-birinə bağlayan, yalnız cinsi ilişkilərdir; bu baxış isə xristianlıq təlimi ilə əxlaqının başlıca konsepsiyası olaraq götürülmüş, sonradan insanların yaşamlarına daşınmışdır. Seksə olan nifrətləri əxlaqçıların gözlərini bağladığından, onlar seksual ilişkilərdə yaxşı olan heç nə görə bilmirdilər. Ona görə də, kimsə gəncliyində, kor-koruna, onların bu təlimini qəbul eləyirdisə, özünün ən dəyərli, ən dadlı duyğularının ömrünə gətirə biləcəyi böyük sevinclərini biryolluq itirmiş olurdu.
Sevgi, biri-biri ilə cinsi ilişkilərdə olmaq istəyindən qat-qat böyük olan bir gerçəklikdir; o, insanın təklikdən qurtulmasının ən başlıca aracıdır, sevgisini tapa bilməyən neçə-neçə kişilərlə qadınlar, öz ömürlərini təklikdə keçirərək, puç eləmişlər. Ruhlarının dərinliklərində insanların çoxu dünyanın soyuqluğu, qara kütlənin amansızlığı qarşısında qorxu hissləri keçirməkdədirlər; bununla yanaşı olaraq, onların ürəklərində incəliyə, sevgiyə can atan çılğın duyğular da vardır, kişilər bu duyğularını, özlərinin qabalaığı, yekəbaşlığı, yaramazlığının, qadınlar isə bunu, öz hikkələri ilə yersiz qovğalarının altında gizlədirlər. Qarşılıqlı, çılğın sevgi, davam etdiyi sürədə, bütün bunlara son qoyur, bizim mənliyimizin üstündən bu qabalıqları silib atır, büsbütün dəyişilmiş iki kimsənin ruhca qovuşmasından yaranan yeni, gözəl bir birlik yaradır. Təbiət insanları təklikdə yaşamaq üçün yaratmayıbdır. Belə olsaydı, onda insanlar öz aralarındakı gərəkli bağlılaqların, qarşılıqlı yardımların olmaması ucbatından, öz bioloji varlıqlarını qoruyub saxlaya da bilməzdilər. Burası da var, insansevər, yaxşı tərbiyə görmüş kimsələr, ortalıqda sevgi yoxdursa, heç vaxt cinsi əlaqələrə girmirlər, bir insanın cismani, ruhani varlığının başqa bir insanın cismani, ruhani varlığı ilə birləşməsindən sonra, ancaq onda, cinsi istəklərdən gərəkən yetkin bir həzz duymaq olur.
Kimsə öz ömründə bu mərhəmliyi duymayıbsa, bu sayaq biri-birinə isnişməni, qarşılıqlı sevgini yaşamayıbsa, onda öz ömründə tapa biləcəyi ən dəyərli nəsnələrin yanından ötüb keçmişdir. Burası da var, bu dəyərli nəsnələri əldən buraxanlar, çox vaxt bunu ya alt şüurları ilə, ya da elə birbaşa anlamağa başlayır, ruhlarını incidən bu sarsıntılar onlarda gözügötürməzlik, amansızlıq duyğuları doğurur, başqalarının üstündə tiranlıq eləmək istəyi yaradır. Belə çıxır, sosioloqların görməli olduqları önəmli işlərdən biri də, sevginin insan yaşamında öz gərəkən yerini tuta bilməsi üçün əlverişli durumlar yaratmağa çalışmlıdırlar, öz ömründə sevgi duyğusunu yaşamayan insan heç vaxt yetkin bir kimsə sayıla bilməz, demək, sevginin aşıladığı istiqanlılıq, yaxşılıqsevərlik duyğuları ilə başqalarına yanaşa da bilməzlər, belə insanların ictimai fəaliyyətləri isə, topluma ziyandan başqa heç nə gətirə bilməz.
Bəlli durumlarda, bəlli dönəmlərdə, çoxlu qadınlarla kişilər çılğın sevgi duyğusunu yaşamalı olurlar. Haçansa bu duyğuları yaşamayanlar, gerçək sevgi ilə, acgöz cinsi instinktin fərqini ayırd eləyə bilmirlər. Örnək üçün, yaxşı tərbiyə görmüş gənc qız, ortalıqda sevgi olmadan kiminləsə öpüşməyin yolverilməz olduğunu yaxşı bilir; öz bakirəliyini qoruyub saxlayan bu gənc qız ərə gedəndən sonra qurbana çevrilir–daha doğrusu o, qısa sürən, keçici olan seksual cazibənin tələsinə düşür, elə onda da ilişib qalır, ancaq öz yaşamında artıq belə cinsi ilişkiləri sınaqdan keçirmiş qadın, bu cazibənin gerçək sevgi olmadığını bildiyindən, onu sevgi ilə qarışdırmaq kimi yanlışlığa qapılmır.
Mənə elə gəlir, uğursuz evlənmələrin səbəbini burada axtarmaq gərəkdir. Ancaq, ortalıqda qarşılıqlı sevgi olanda belə, yenə də bu duyğulara ağu qatan bir durum yarana bilər, bu isə sevgi duyğusunu yaşayanların hansısa günah işlətməsi ilə bağlı düşüncələrin olmasından doğulur. Belə düşüncələrin yaranması üçün bəlli arqumentlər də vardır. Örnək üçün, Parnell özünün şorgözlüyü ilə doğrudan da gunah işlətmişdi, elə bu gözüdağınıqlığına görə də İrlandiyanın ona bəslədiyi ümidləri doğrulda bilməmişdi. İş burasındadır, sevgidə günahın olması ilə bağlı düşüncələr, bunun fərqində olmayanların da sevgi duyğularına ağu qata bilir. Sevgi özündə olan bütün yaxşılıqları ancaq bir durumda bütünlüyü ilə üzə çıxara bilir: o gərək bütün məhdudiyyətlərdən azad olsun, səmimi olsun, bir də ürəyin ən dərin qatlarından gəlsin.
Sevginin günah sayılması düşüncəsi,–evlilikdən sonra da belə düşünənlər var,–ənənlərlə bağlı tərbiyədən gəlir, istər qadın, istərsə də kişi olsun, hər ikisinin alt şüurunda qorunub saxlanılır; bu yanlışlıq təkcə elə ənənvi baxışlara bağlı olan kimsələrdə yox, həm də açıq düşüncəli, geriçilikdən uzaq kimsələrdə də qalmaqdadır. Sevgiyə belə yanaşmanın biriri-birindən seçilən sonucları olur: kişilərdə bu, onların sevgiyə canatmalarının(love-making) kobud, xoşagəlməz xarakter almasında özünü göstərməkdədir, onlar sevginin gəlib çatdığı sonluqda qadınların cinsi yaxınqlıqdan gözlədikləri həzzi bütün dolğunluğu ilə ala bilmələri üçün onlara göstərilməli olan incə davranışları, deyilməli olan gərəkən sözləri bilmirlər. Bu azmış kimi, onların bir çoxu qadının cinsi yaxınlıqdan həzz almalı olduğunu belə anlamaq istəmirlər, həm də bunun suçunu özlərində axtarmaqdan da uzaq olurlar.
Bununla yanaşı olaraq, ənənəvi tərbiyə ilə böyümüş qadınların bir çoxu, cismani yaxınlıq eləməkdə soyuqluğa, yersiz özünü qorumağa qapılırlar. Onların bu çatışmazlığını yalnız oynaşları ola biləcək kişilər aradan qaldıra bilərdi, ancaq öz qadınının belə özəlliklərini onun üstünlükləri sırasına yazan ərləri isə, onların bu özəllikləri ilə öyünürlər, beləliklə də, çoxillik evlilikdə onların ilişkiləri beləcə soyuq, formal bir xarakter daşıyır. Bizim babalarımız öz xanımlarını heç vaxt anadangəlmə çılpaq görməmişdilər, onların xanımları da belə bir “iyrənc duruma” düşməyi ağıllarına gətirməkdən qorxub çəkinərdilər. Qadın-kişi ilişkilərində belə anlaşılmaz durumlar bu gün də qalır, özü də biz düşündüyümüzdən də qat-qat çoxdur. Bu çatışmazlıqların adlaya bilənlərdə belə, yenə də keçmişdən qalma çəkingənlik duyğusunun qalıqları saxlanılmış olur.
Çağdaş dünyamızda, sevgi duyğusunun bütövlüyünü korlayan, onun bütün dolğunluğu ilə gerçəkləşməsinin qarşısını alan bir psixoloji durum da vardır. Çoxlarının yaşadığı bu psixoloji durumun adı, özünün fərdi bütövlüyünü itirmək qorxusudur. Bu çox böyük bir anlamazlıq olsa da, ancaq neyləmək olar, çağdaş dünyamızda belə bir əskiklik özünü göstərməkdədir! İnsanın fərdiyyəti, ayrılıqda götürülərək dəyərləndirilə bilən bir gerçəklik deyildir, insan dünya ilə ilişkilər qurmadan yaşaya bilmədiyi üçün, onun fərdiyyəti də arası kəsilmədən dəyişir, ona görə də özünün bütövlüyünü, toxunulmazlığını qoruyub saxlamaq gücündə deyildir. Bütünlüklə özünə qapılmış fərdiyyət, şüşə qəfəsə qoyulmuş bitki kimi çox keçmədən saralıb solardı; bunun tərsinə olaraq, başqaları ilə ilişkilərdə olmaq fərdiyyəti artırıb böyüdür. Sevmək, uşaqları olmaq, işləmək fərdin dünyayla əlverişli ilişkilərinə yol açır. Bu sırada sevgi birinci yerdə dayanır. Bundan başqa da, sevgi olmasaydı, atalıq-analıq sevgisi də yarana bilməzdi. Doğulan uşağa ata ilə ananın hər ikisindən pay düşür, onlar biri-birini sevməsələr, onda birisi uşağında özünə oxşarlığa baxıb sevinəcəksə, o birisi öz doğmaca uşağının sevmədiyi kimsəyə oxşadığını görüb öfkələnəcəkdir.
İnsanın bağlı olduğu iş, heç də həmişə onun dünyayala əlverişli ilişkilərinə yol açmır–burada hər şey görülən işin mənəvi dəyərindən asılıdır. Ancaq pul qazanmaqla bağlı olan işin heç bir mənəvi dəyəri olmur, mənəvi dəyəri olan işlər, işçinin ürəyini coşdurmalı, onun gözlərini dünyaya açmalı, ona, həm öz işinə, həm də insanlara qarşı sevgi aşılamalıdır. Kİmsə sevgi adı altında başqasını ələ keçirməyi, ona yiyələnməyi, ondan cismani yararlanmağı başa düşürsə, bərk yanılır, bunun adı sevgi deyildir, bu da elə pul qazanmaq düşkünlüyünə oxşar bir nəsnədir. Qarşılıqlı ilişkilərin sevgi adlana bilməsi üçün, kişi, yaxud da qadın, gərək sevdiyinin də mənliyinə öz mənliyi qədər önəm verə bilsin, onun duyğularını, istəklərini özününkü qədər anlayıb duya bilsin. Bunun üçünsə gərək mənlik duyğusu özünün istər insinktiv, istərsə də şüurlu qatını, başqasının mənliyini öz içinə ala biləcək qədər genişləndirə bilsin. Ancaq bizim yağılıqlarla, öcəşkənliklərlə dolub daşan toplumda, protestantizmlə, romantizmdən qaynaqlanan fərdiyyətçilik kultuna tapınmaq baş alıb getdiyindən, bu dediyimiz sayaq qovuşma da get-gedə azalmaqdadır.
Əski əxlaqi dəyərlərdən əl çəkmiş çağdaşlarımız arasında, gerçək anlam daşıyan sevgi üçün yeni bir qorxu törənməkdədir. Cinsi ilişkilərə göz qoyub, bu işi görmək istəyənlərə sorumluluq aşılayan əxlaqi dəyərlər ortadan çıxanda, insanlar harada oldu, necə gəldi cinsi ilişkilərə girməyə başlayırlar; onlar seksə: heç bir duyğu, incəlik, insani bağlılıq olmadan baş verən adi bir olay kimi baxmağa alışırlar; onların bir çoxu isə seksə nifrətlə yanaşmaqdan belə çəkinmirlər. Oldos Xakslinin4 romanı belə yanaşmaların qabarıq bir örnəyi ola bilər. Onun bu romanlarının qəhrəmanları da, cinsi ilişkilərə elə apostol Pavelsayağı, fizioloji akt kimi baxırlar; seksin hansı yüksək dəyərlərlə bağlı olduğunu görünür yerli-dibli bilmirlər. Buradan isə, asketizmə keçmək üçün vur-tut bircə addım qalır. Bu adamlar sevginin özünəməxsus olan bir idealının, həmdə ancaq özünəməxsus olan əxlaqi normalarının olduğunu anlamaq belə istəmirlər. Bu normaları isə, bir yandan xristian təlimi, o biri yandan da çağdaş gəncliyin əyyaşlığı, sıxışdırıb toplumdan çıxarmış, gözdən-könüldən uzaq salmışdır. Ancaq ortalıqda sevgi olmadan baş verən cinsi ilişkilərdə insanın cinsi istəklərinin yetərincə ödənilmədiyini də unutmaq olmaz. Mən bununla, sevgi olmadan cinsi ilişkilərin baş verməsinin bütünlüklə gərəksiz olduğunu demək istəmirəm, belə olardısa onda biz yenidən sevginin qarşısında onun keçə bilməyəcəyi hündür hasarlar çəkmiş olardıq. Mənim deməyim odur, sevgi olmadan baş verən cinsi ilişkilərin heç bir böyük dəyəri yoxdur, belə ilişkilər olsa-olsa gerçək sevgiyə çata bilmək yolunda sınaqlar sayıla bilərdi.
Beləliklə də, gördüyünüz kimi, sevgiyə, insanın yaşamında ən sayğılı yerlərdən birini tutmaq yaraşır. Ancaq bununla yanaşı, sevgi, onun qarşısında qanunlarla adətlərin qoyduğu istənilən maneələri adlayıb keçməyi bacaran, ipə-sapa yatmayan bir gerçəklikdir. Sevgililərin uşaqları doğulana kimi, sevgi qarşısıalınmaz bir güclə irəliləyir. Ancaq uşaqların doğulması ilə sevgi özünün öncələrdəki gücünü itirməyə başlayır, insan soyunun davamının bioloji tələblərinə boyun əyməli olur. Evlilikdə olanlar arasında yaranan hər hansı öcəşkənlikdə, etik normalar araya girməyə başlayır, uşaqların gələcək taleyinin eqoistcəsinə özünüsevməkdən üstün tutulması tələb olunur. Evlilikdə olan kişi ilə qadın arasındakı ilişkiləri nizamlayan ağlabatan etik normalar, onlar arasında baş verən bu öcəşkənliyi yumşaltmağı bacarır, onlara təkcə öz uşaqlarını sevməyin az olduğunu, uşaqların, öz ata-anaları arasındakı sevgini duymalarının da önəmli olduğunu anladır. Ona görə də, əks cinslər arasındakı ilişkiləri nizamlamağa çalışan istənilən ağlabatan etik normalar, ailədəki uşaqların maraqlarını gözləmək şərti ilə, kişi ilə qadın arasındakı sevgi ilişkilərinə qarışmaqdan çəkinməlidir. Biz bu sorunun daha geniş araşdırılmasına, kitabımızın ailədəki ilişkilərlə bağlı başlığında baxacağıq.
Yorumlar.
1. Burada VIII-IX yüzilliklərə aid olunan kornoullu kralın xanımı İzolda ilə, onun ərinin qardaşı oğlu olan Tristan arasında olan sevgi ilə bağlı əfsanədən söz açılır. Görünür Bertran Rassel burada Rixard Vaqnerin, faciəvi-romantik sevgini ön plana çəkildiyi “Tristan və İzolda” operasından söz açır.
2. Kraliça Annanın çağı deyəndə Bertran Rassel, XVIII yüzillikdə yaşamış ingilis maarifçiləri Defonu, Svifti, Addisonu, Stili, Poupu anmışdır.
3. Çarlz Styuart Parnell(1846-1891)—irland millətçilərinin lideri, tanınmış publisit olmuşdur. O, İrlandiyaya muxtariyyat verilməsi uğrunda çalışmışdır. Onun evlilikdən kənar sevgisi olması üzündən arvadı ilə boşanması, İrlandiyada ona qarşı böyük bir xalq qınağı yaratmışdı. İrlandiya katolik ölkəsi olduğundan, burada boşanma cinayət sayılırdı. Rassel də bu olayı anaraq, Parnellin öz xalqının gözündən düşməsindən söz açır.
4. Oldos Xaksli(1894-1963)—ingilis yazıçısıdır, onun çoxsaylı romanlarında ingilis ziyalıları satirik görünüşlərlə oxuculara təqdim olunurdu.
Bertran Rasselin 1950-ci ildə Ədəbiyyat üzrə Nobel ödülü almış “Evlilik ilə əxlaq” kitabından bir parça.
Tərcümə: Araz Gündüz
|
['Bertrand Russell', 'Bertran Rassel', 'ədəbiyyat']
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.