Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
900
https://kayzen.az/blog/ushaq_terbiyesi/19751/u%C5%9Faq-psixoloqlar%C4%B1n%C4%B1n-valideynl%C9%99r%C9%99-m%C9%99sl%C9%99h%C9%99t-g%C3%B6rm%C9%99diyi-10-c%C3%BCml%C9%99.html
Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə
Apollon
Uşaq tərbiyəsi
1 yanvar 2017, 21:57
Araşdırmalara görə, uşaq psixoloqları körpələrdə travma olmaması üçün valideynlərə bəzi cümlələri işlətməməyi məsləhət görürlər. Onların fikrincə körpənin neçə yaşının olması əhəmiyyətli deyil — o artıq hər şeyi, hətta səs tonunu belə ayırd edir. 1. Heç nəyi bacara bilmirsən, əlindən bir iş gəlmir — Ver, mən edim! Psixoloqlar təsdiq edirlər ki, bu cümlə uşağı travmaya məruz qoyur və qabaqcadan onu uğursuzluq üzrə proqramlaşdırır. O özünü axmaq və kobud hiss edir, ana yenidən qışqıracaq deyə düşünərək, gələcəkdə təşəbbüs göstərməyə qorxur. İşlədilməsi lazım olan cümlə: "Özün etməyə çalış, əgər yardıma ehtiyacın olsa, mənə güvənə bilərsən". 2. Al, götür, təki sakit ol! Bəzi valideynlər üçün çoxsaatlı qəmgin halda «Nə olar, ver də» sözlərinə səbr edib, dözmək çətindir. Lakin, istədiyi şeyi uşağa verməklə razılaşdıqda, valideynlər özləri belə istəmədən, uşağın bu cür düşünməsinə icazə verirlər: Ah-vay və yola gətirməklə hər şeyə nail olmaq olar və ananın «Yox» sözünü ciddiyə almaq lazım deyil. İşlədilməsi lazım olan cümlə: «Başa düşürəm ki, çox istəyirsən..., amma bilirsən ki, bunu sənə icazə verə bilmərəm.» 3. Əgər bir də belə etdiyini görsəm — sən görərsən! Praktikanın göstərdiyi kimi, təhdidin davamı işin nəticəsinə gedib çatmır. Yəni, çox vaxt valideynlər övladlarını cəzalandırmaq istəsələr də, cəzalandırmırlar. Nə ana, nə də ata cəzalandırmanı yerinə yetirmirlər, uşaq isə, nəticədə fəqət bərk qorxmuş olacaq. Uyğun cümlə uşaqlarda inciklik və bacarısızlıq yaradır. Balacanızı qorxutmayın. Uşaq bu və ya əks təqdirdə nəyi gözləməyin lazım olduğunu dəqiq bilməlidir. Valideynlərin gözlənilməz qırılmaları yaxşı bir şeyə səbəb olmayacaq. İşlədilməsi lazım olan cümlə: «Mən sənə bu işin nəticəsi barədə xəbərdarlıq etmişdim, buna görə də incimə, gərək verdiyim sözü tutum.» 4. Dedim ki, dərhal dur gözlə! Bu cür kəskin şəkildə uşaqla danışmağa dəyməz. Bu ki, sizin övladınızdır! Əgər özünüzdən çıxmısınızsa, ən yaxşısı üzr istəyin. Axı, uşaq özünü mütləq şəkildə səhv hesab etdiyi üçün inciyir. «Saxlamaq» əvəzinə etiraz etməyə başlayacaq — uşaqlar ağlayır və şıltaqlıq edir, yeniyetmələr isə, susaraq gedib, özlərinə qapılırlar. Ümumiliklə, hər nə cür edirsən, et, bu cümlə istənilən məqsədə çatmağa yardımçı olmayacaq. İşlədilməsi lazım olan cümlə: «Mən görürəm ki, bikefsən, bu haqda sən sakitləşdikdən sonra danışarıq.» 5. Bunu anlamalısan ki… Bir çox uşaqlarda bu cümləyə qarşı mühafizə reaksiyası və onun zəhlətökən davamı yaranır. Uşaq öyüd-nəsihət anlamır və sizə qulaq asmadan başqa bir şeyə qoşulur. Nəsihətin daha pis qəbul edilməsi, uşaqların həyəcanlı, məyus və ya qəzəbli anlarında olur. Yadda saxlayın, o da hər hansı bir «problemi» ortaya çıxmış bir insandır və hal hazırda onun dərdindədir və sizin hətta məntiqi və düzgün qərarınızı belə heç cür qəbul etmir. İşlədilməsi lazım olancümlə: «Bu barədə nəzər nöqtəni dinləməyə hazıram, — Gəl, səninlə bir az gəzək, rəsm çəkək və s. 6. Oğlanlar (qızlar) özlərini bu cür aparmır! Bunu daim təkrarlayaraq, övladlarını bəlirlənmiş stereotplərlə cilalayırlar. Yaşa dolduqda belə, artıq böyümüş olan oğlan şəxsi emosionallığını layiq olmayan bir şey kimi qəbul edəcək, qız isə — qadına layiq olmayan sənət və ya yetərincə yığışdırılmamış ev səbəbiylə kompleks hiss edəcək. İşlədilməsi lazım olan cümlə: „Doğurdanmı, bu sənin xoşuna gəlir?“ 7. Boş şeyə görə məyus olma! Ola bilər ki, bu, övlad üçün boş bir şey deyil. Öz uşaqlığınızı yadınıza salın! Bəli, uşaq — ona maşın verilmədiyi üçün və ya kubiklərdən yığılmış ev dağıldı deyə, kədərlənə bilər. Axı, onun kiçik dünyasında maşın və evcik — ən əsas şeyin özüdür! Uşağın problemlərinə qarşı etinasızlıq göstərərkən, onun etibarını itirməklə və gələcəkdə övladınızın heç də boş bir şey olmayan digər problemlərini bilməməyəcəyinizə dair risk edirsiz. Yəni, siz onun problemlərini boş bir şey olduğunu dilinizə gətirərək, həm etibarınızı itirir, həm də onun bir daha sizə problemini deməyəcəyinə zəmin yaradırsız. İşlədilməsi lazım olan cümlə: „Bilirəm, sənə necə ağır gəlir, mən də sənin yerində olsaydım, bikef olardım.“ 8. Sağlamlığımı qoru! Çox vaxt bəzi analar bunu övladlarına deyir. Amma anlayın, gec-tez bunların hamısı ciddiliyini itirir, eynən „Çoban və canavarlar“ın nağılı kimi. Ananın özünü həqiqi cəhətədən pis hiss etməsi zamanı övlad adət səbəbindən diqqət göstərməyə bilər. Düşünəcək ki, ana yalnız səs salmasın, atdanıb-düşməsin, oyunamasın və s. deyə şikayət edir. 9. Yox, bunu almayacağıq — pul yoxdur! Hər şeyi ardıcıl almağın niyə mümkünsüz olmasını uşağa başa salmaq çətindir. Amma belə çıxır ki, əgər ana və atanın pulu olsa, dükanda hər bir şeyi almaq mümkündür! Uşaq bu cümləni məhz bu cür anlayır. Məgər ana və atanın bu cür deməsi yaxşı deyilmi: „Sənin bu cür oyuncağın artıq var“, „Çox şokolad yemək ziyandır“. Bəli, başa salmaq hər zaman çətindir! Lakin uşaq valideynlərin bunu nə üçün onun üçün almadıqlarını anlamalıdır. 10. Hamının uşaqları uşaq kimidir, sən isə... … Allahın bəlası, pinti, axmaq və s. bu kimi sözləri uşaqların boynundan „asmaq“ lazım deyil! Bu özünə dəyər verməyi alçaldır və həqiqətən uşaq onlara uyğun gəlməyə başlayır. İşlədilməsi lazım olan cümlə:  »Mən sənin yaxşı tərəfini də, pis tərəfini də sevirəm". valideyn.az 
['uşaq psixologiyası', 'uşaqla rəftar', 'uşaq tərbiyəsi', 'övlad tərbiyəsi']
901
https://kayzen.az/blog/qadinlar/19643/k%C3%BCl%C9%99kl%C9%99-sovrulan-qad%C4%B1n.html
Küləklə sovrulan qadın…
Apollon
Məşhur qadınlar
30 dekabr 2016, 22:07
Hindistandan Hollivvuda uzanan yollar 1905-ci ildə iyirmi yaşlı Ernest Ricard Xarli işləmək üçün İngiltərədən Hindistanın Kəlküttə şəhərinə gəlir. Evlənmək haqqında düşünməyən gənc elə həmin ərəfədə Gerturuda Robinson Yakji ilə tanış olur. Gerturudanın gözəlliyi Ernesti onunla evlənməyə məcbur edir. 1911-ci ildə ailə quran cütlük Kəlküttdən çox da uzaq olmayan dağlarla əhatə olunmuş Darcilingdə yaşamağa başlayırlar. 1913-cü il noyabrın 5-də onların Vivyen adlı qızları doğulur. Vivyenin səhnəylə ilk tanışlığı çox erkən yaşlarından başlayır. Üç yaşı olanda səhnədə şeir deyir. Vivyenin anası savadlı qadın olduğu üçün hələ uşaq yaşlarından onda ədəbiyyata, musiqiyə maraq oyadır. Ona Hans Andersonun, Redyard Kiplinqin nağıllarını oxuyur. Yunan mifologiyası ilə tanış edir. 1920-ci ildə Vivyenin yeddi yaşı tamam olmağına az qalmış valideynləri onu Londonun qərbində yerləşən “Roxemptonun müqəddəs ürəyi” monastrına qoyurlar. Monastrın ən kiçik şagirdi olan qızcığaz orda özünə çoxlu rəfiqələr tapır. Lakin, sonralar o, gələcəkdə aktrisa olacaq Morin O Sallivan ilə möhkəm dostluq edir. Monastrı bitirdikdən sonra hər iki rəfiqə 1932-ci ildə Londonun İncəsənət Akademiyasına daxil olurlar. 1932-ci ildə Vivyen Herbert Li Hofmanla tanış olur. Onuy ilk dəfə görən kimi Vivyen Morinə deyir. “Mən ona ərə gedəcəm”. Həmin ərəfədə Vivyenin 19, Hofmanın isə 31 yaşı olur. 1932-ci ilin dekabr ayında onlar ailə həyatı qururlar. Toydan sonra həyat yoldaşının istəyi ilə təhsildən ayrılan Vivyen əri ilə bal ayına çıxırlar. Gəzintidən döndükdən sonra iki otaqlı balaca mənzilə yerləşən ailə bir müddət sakit və xöşbəxt yaşayırlar. Lakin, Vivyen tezliklə darıxmağa başlayır. Təhsilini yarımçıq qoymağın peşmançılığı onu dərindən narahat edir. Bir müddət sonra o, ərini yola gətirir ki, ona fransız dili dərslərinə getməyə icazə versin. Birinci rübü müvəfəqqiyyətlə bitirdikdən sonra o, hamilə olduğunu öyrənir. Bu səbəbdən dərslərə ara verir. 1933-cü il oktyabrın 12-də onları Syuzan adlı qızları dünyaya gəlir. Olivye Lourenslə tanışlıq və başlanan uğurlar Aktyor Lourens Olivye Vivyeni ilk dəfə “Maska Dobrodeteli” tamaşasında görüb bəyənir. Tamaşadan sonra o, Vivyeni təbrik edir. Bundan sonra onların əlaqələri davam edir. Həmin ərəfədə onun arvadı aktrisa Cilli Esmond hamilə olur. Lakin, Olivye tezliklə başa düşür ki, Vivyen kimi gözəl və ağıllı qadını sevməmək mümkün deyil. 1937-ci ildə onlar “Plamya nad anqley” filmində tərəf müqabili olurlar. Çəkiliş vaxtı bir-birlərinə daha da bağlanan cütlük tezliklə evlənmək qərarına gəlirlər. Lakin, nə Linin həyat yoldaşı, nə də Olivyenin arvadı boşanmağa razılıq vermirlər. Belə olan halda onlar birlikdə yaşamağa davam edirlər. Günlərin birində isə Vivyen Marqaret Bitççelin “Küləklə sovrulanlar” romanını oxuyur. Və belə qərara gəlir ki, həmin əsərin ekran versiyası üçün hazırlanan ssenarinin baş qadın rolunu çox gözəl ifa edə bilər. Bunun üçün də o, öz agentini məcbur edir ki, filmin prodüsseri Devid Selzniki Vivyeni Skarlet roluna təsdiq etmək üçün yola gətirsin. Filmlərlə yanaşı aktrisa teatrda rollarını ifa edirdi. O. Lourens Olivyenin qurluşunda hazırlanan “Hamlet” tamaşasında Ofeliya rolunu ifa edirdi. Bir müddət sonra Vivyen yaxın rəfiqəsi Morinlə birlikdə “Oksfordda yanki” filminə çəkilir. Həmin filmdən sonra aktrisa Birləşmiş ştatların diqqətini özünə cəlb edə bilir. Lourens Olivye isə bir müddət Hollivudu tərk etmək məcburiyyətində qalır. Onlar Vivyenlə müvəqqəti də olsa ayrılırlar. Həmin ərəfədə Hollivvudda “Küləklə sovrulanlar” əsərinin çəkilişlərinə başlamaq üçün hazırlıqlar gedir. Lakin, Skarlet rolu üçün təsdiq olunacaq aktrisanın axtarışları səylə davam edir. Filmin prodüsseri ona təkif olunmuş aktrisaların filmlərini nəzərdən keçirir. Eləcə də Vivyen Linin bütün filmlərinə baxır. Bir müddət sonra o, filmin rejissoruna məktub yazır: “Mən bu yeni qıza ümid edirəm.” Həmin ərəfədə Olivyeyə yaxın olmaq bəhanəsi ilə Los Ancelesə köçən Vivyen Devid Selznikin qardaşı Mayronla görüşür. Mayron onunla tanış olduqdan sonra əmin olur ki, qardaşının axtardığı aktrisa məhz Vivyendir. Bütün bu prosseslərdən sonra filmin rejissoru da Vivyeni həmin rolda görməyə razılşır. Beləliklə Vivyen öz arzusuna çatır və rəqiblərini arxada qoyaraq çətinliklə də olsa, Skarlet roluna təsdiq olunur. Filmin çəkilişləri çox çətin qaydalarla həyata keçirilir. Filmin ilk rejissoru Kyukor filmdən çıxarılır onu isə Viktor Fleminq əvəz edir. Li ilə Fleminq çox tez-tez mübahisə edirlər. Aktrisa filmdə tərəf müqabili olduğu Klerk Qeybl və onun həyat yoldaşı ilə çox yaxın dost münasibətində olurlar. O, həftənin bütün günləri fasilə vermədən filmin çəkiliş meydançasında olur. Çox yorğun və əsəbi olan Vivyen üzünü görmədiyi Olivyeyə yazdığı məktublarda qeyd edir “Mən artıq dözə bilmirəm. Bu cür işləməyə vərdiş edə bilmərəm. Kinoya çəkilməyə isə nifrət edirəm.” Çörçillin sevimlisi… Lakin, çəkilən zəhmət öz bəhrəsini verir. Film bitdikdən sonra gözlənilən mükafatı qazanır. Vivyen Li 1940-cı ildə ən yaxşı qadın roluna görə “Oskar” mükafatına layiq görülür. Elə həmin ili Cill Esmond Olivyedən, Xolman isə Vivyendən boşanmağa razılıq verirlər. Olivyeniun uşaqları Cillidə, Vivyenin qızı isə atasında qalır. 1940-cı il 30 avqustda onlar Kaliforniya ştatında evlənirlər. Toyun şahidləri isə aktrisa Ketrin Xepbern və rejissor Qarson Kanin olur. Li və Olivye 1941-ci ildə “Ledi Hamilton” filminə çəkilirlər. Film hər iki aktyora çox böyük uğur gətirir. Onların şöhrəti Aqmerika sərhədlərini aşır. Keçmiş SSSR-də film çox yüksək nəticələr əldə edir. Böyük Britaniyanın baş naziri Uinston Çörçill Amerikanın prezidenti Franklin Ruzveltin iştirakı ilə baş tutan məclisin sonunda məhz həmin filmin izlənilməsini təklif edir. Film Ruzveltində xoşuna gəlir. Həmin vaxtdan sonra Olivye və Vivyen Çörçillin ən sevimli sənət adamı olurlar. Çörçill ən layiqli məclislərinə fərxri qonaq kimi onları dəvət eidr. 1943-cü ildə Vivyen Afrikaya turneyə çıxır. Həmin ərəfədə aktrisada güclü öskürək baş qaldırır. Xəstəxanaya yatırılan Vivyenə vərəm diaqnozu qoyulur. Bir müddət xəstəxanada yatan aktrisa sağalandan sonra “Sezar və Kleopatra” və “Anna Karenina” filmlərinə çəkilir. Elə həmin vaxtları həkimlər Vivyenə hamilə olduğunu deyirlər. Vivyenin və Olivyenin sevinci çox çəkmir. Vivyen uşağı hələ bətnində ikən itirir. Xəstəlik və filmlərin yorğunluğundan sonra Vivyen dərin depressiyaya düşür. 1948-ci ildə Olivye və Vivyen Avstraliyaya işgüzar səfərə çıxırlar. Onların oynadıqları tamaşalar çoxlu uğurlar əldə etsə də Vivyen yorğunluqdan və yuxusuzluqdan əziyyət çəkir. Bütün bunlar isə təbii ki, onun ruh halından izsiz ötüşmür. Vivyenin halı pisləşən zaman onu həftələrlə dublyorları əvəz edir. Lakin bir dəfə Olivye onu səhnəyə çıxmağa məcbur edir. Bundan imtina edən Li Olivyedən yumruq zərbəsi alır. O, bunun əvəzində hamının gözü qarşısında Olivyenin üzünə şillə vuraraq çıxıb səhnəni tərk edir. İkinci “Oskar” və itirilən məhəbbət Bir müddət sonra aktrisa yenidən özündə güc tapıb “Arzular Tramvayı” filminə çəkilir. Filmdə aktrisanın tərəf müqabili yaraşıqlı Marlon Brando olur. Film uğur qazansa belə kinotənqidçilər Vivyenin ifasını uğursuz hesab edirlər. Buna baxmayaraq 1952-ci ildə Vivyen həmin filmdəki roluna görə ikinci “Oskar”ıqazanır. Filmin rejissoru isə filmin uğurunun ən çoxunun məhz Vivyenə məxsus olduğunu vurğulayır. Bir müddət sonra Vivyen daha da əsəbi olmağa başlayır. Lourens üçün onuna yaşamaq gün-ngündən çətinləşir. O, meylini aktrisa Con Poluyrayta salır. Bu xəbər Vivyenə çatanda o, psixoloji böhran yaşayır. Həkimlər ona dmanyakcasına depressiv vəziyyət diaqnozu qoyurlar. Lourens hiss edir k, artıq Vivyenlə birlikdə yaşamaq bircə dəqiqə də mümkün deyil. Beləliklə onlar ayrılırlar. Vivyen isə öz gündəliyinə bunları yazır. “Mən tək qala bilmirəm. Bütün sakitliyimi itirib dözülməz hala düşmüşəm. Mən daima nəyləsə məşğul olmaq məcburiyyətindəyəm” Vivyen isə aktyor Cek Marivel ilə yaxınlşamağa başlayır. Cek onu hər cür xasiyyəti ilə qəbul edir. Onlar birlikdə xarici ölkələrə qastrola çıxırlar. 1967-ci ildə onlar birlikdə yaşamağa başlayır. Hamı elə bilir ki, onlar artıq evlənmək üzrədilər. Lakin, təəssüf ki, vərəm xəstəliyi Vivyenin hər iki ağ ciyərini zəbt edir. Həkimlər ona təcili xəstəxanada müalicə almağı məsləhət görsələr də o, təklifləri rədd edir. Günlərin birində o evində Ceklə birlikdə oynayacaqları tamaşanın məşqini təkrarlayırlar. Daha sonra Vivyen mətbəxə keçib özünə sup hazırlayır. Otaqda tək qalan Cek mətbəxdən möhkəm və küt səs eşidir. O, mətbəxə gələndə Vivyen huşsuz halda yerdə uzanıqlı olur. O, Vivyeni yataq otağına gətirir. Vivyen özünə gəlsə də bədənini hərəkət etdirə bilmir. Cek Olivyeyə zəng vurur. Həmin ərəfədə Olivyedə xərçəng xəstəliyindən xəstəxanada müalicə olunur. Buna baxmayaraq o, tez zamanda Vivyenin evinə gəlir. Gəlib çatanda isə artıq Vivyenin cansız bədəni ilə qarşılşır. 8 oktyabr 1967-ci ildə aktrisa Londondan o qədər uzaq olmayan qəbirstanlıqda dəfn olunur. Tərcümə: Samirə Əşrəf
['məşhur qadınlar', 'aktrisa', 'hollivud ulduzu', 'Vivyen Leiyh', 'Vivien Leigh']
902
https://kayzen.az/blog/edebiyyat/19799/mahn%C4%B1lar%C4%B1m-%C9%99d%C9%99biyyatd%C4%B1rm%C4%B1-%7C-nobel-nitqi.html
Mahnılarım ədəbiyyatdırmı? | Nobel nitqi
Apollon
Ədəbiyyat
27 dekabr 2016, 11:16
Axşamınız xeyir! Mən İsveç Akademiyası üzvlərini və bu gecə burada iştirak edən bütün hörmətli qonaqları ürəkdən salamlayıram. Təəssüf edirəm ki, tədbirdə şəxsən iştirak edə bilmirəm. Lakin əmin olun ki, bütün ruhumla sizin yanınızdayam və bu cür nüfuzlu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. Ədəbiyyat üzrə Nobel mükafatı təsəvvür belə etmədiyim, yaxud baş verəcəyini xəyal belə etmədiyim bir şeydir. Uşaqlığımdan bəri bu mükafata layiq olan Kiplinq, Şou, Tomas Mann, Perl Bak, Alber Kamyu, Heminquey kimi yazıçıların əsərlərini oxumuş və onları öz ruhuma hopdurmuşam. Məktəblərdə keçilən, dünyanın hər yanındakı kitabxanalarda saxlanılan və haqqında ehtiramla söz açılan bu əsərlər insanlara həmişə dərin təsir göstərib. İndi mənim bu siyahıdakı adlara qoşulmağım, həqiqətən də, sözlə təsvir edə bilmədiyim bir duyğudur. Bu siyahıdakı kişi və qadınların Nobel mükafatını nə vaxtsa arzulayıb-arzulamadıqlarını bilmirəm. Lakin belə hesab edirəm ki, dünyanın harasında olursa olsun, kitab, ya şeir, ya da pyes yazan istənilən adam ürəyinin lap dərinliyində bu gizlin arzunu yaşadır. Bəlkə də, bu arzu o qədər dərindədir ki, onların ondan heç xəbəri də yoxdur. Əgər kimsə mənə Nobel mükafatını qazanmağa azacıq da olsa şansımın olduğunu nə vaxtsa desəydi, mənə elə gələrdi ki, bu, Ayda gəzməyim qədər inanılmazdır. Əslində, mənim doğulduğum və ondan sonrakı bir neçə il ərzində dünyada elə bir kəs yox idi ki, bu Nobel mükafatına layiq görüləcək dərəcədə yaxşı əsərlər yazmış olsun. Ona görə də mən, belə deyək, nadir adamlar arasındayam. Bu heyrətamiz xəbəri alarkən yolda idim və nə baş verdiyini tam olaraq başa düşmək mənim bir neçə dəqiqəmi aldı. Mən böyük ədib – Uilyam Şekspir haqqında düşünməyə başladım. Belə zənn edirəm ki, o özünü dramaturq hesab edirdi. Onun ədəbiyyat yaratması heç ağlına gələ bilməzdi. Onun sözləri səhnə üçün yazılmışdı. Onların oxunması deyil, deyilməsi nəzərdə tutulmuşdu. Əminəm ki, «Hamlet»i yazarkən Şekspir xeyli müxtəlif məqamlar haqqında düşünürmüş: “Bu rolları hansı aktyorlar daha yaxşı ifa edə bilər?”, “Bu hissə necə səhnələşdirilməlidir?”, “Hadisə, həqiqətən də, Danimarkada baş verməlidirmi?” Onun kreativ uzaqgörənliyi və hədəfləri, heç şübhəsiz ki, ağlında əsas yer tutub, amma onu məşğul edən və fikrini çəkdiyi məişət xarakterli problemləri də olub. “İşin maddi tərəfi həll olunacaqmı?”, “Tamaşanı maliyyələşdirənlər üçün ayrılan yaxşı yerlərin sayı kifayət qədərdir?”, “İnsan kəlləsini haradan tapım?” And içərəm ki, Şekspirin ağlına gələ biləcək son sual “Bu ədəbiyyatdırmı?” olardı. Yeniyetmə çağımda mahnı yazmağa, hətta qabiliyyətimi inkişaf etdirməkdən ötrü bəzi məşhurları dinləməyə başlayanda mənim mahnılarımla bağlı hədəflərim ancaq hazırkı ana aid idi. Mən elə fikirləşirdim ki, onların səsi kafelərdən, barlardan, bəlkə də, sonralar Karneqi-Hol, London-Palladium kimi yerlərdən gələcək. Arzuladığım, bəlkə də, ən böyük şey mahnılarımdan ibarət albom çıxartdırmaq, sonra da onları radioda eşitmək idi. Mən bunu, həqiqətən də, böyük bir mükafat olaraq qəbul edirdim. Albom çıxartdırmaq və mahnılarını radioda eşitmək bu mənaya gəlirdi ki, mən böyük auditoriya toplayıram və başladığım işi, ola bilsin, davam etdirmək imkanım var. Düzdür, artıq uzun müddətdir ki, başladığım işi davam etdirirəm. Mən onlarla albom çıxartdırmışam, bütün dünyada minlərlə konsert vermişəm. Lakin mənim etdiyim, az qala, hər şeyin mərkəzində dayanan məhz mahnılarımdır. Onlar müxtəlif mədəniyyətlərə sahib xeyli insanın həyatında öz yerini tutub və mən buna görə minnətdarlıq hissi duyuram. Lakin mənim deməli olduğum bir şey var. Bir ifaçı olaraq mən 50 000 adam üçün də, 50 adam üçün də ifa etmişəm və sizə onu deyim ki, 50 adam qarşısında çıxış etmək daha çətindir. 50 000 adam bir nəfərə çevrilə bilir, amma 50 adam yox. Hər bir adam özünəməxsus, ayrılmaz bir şəxsiyyəti, öz daxili dünyası var. Onlar hər bir şeyi daha aydın şəkildə dərk edirlər. Sənin səmimiyyətin və bunun istedadına nə dərəcədə təsir etməsi sınaqdan keçir. Mən Nobel komitəsi üzvlərinin sayının az olmasını çox yaxşı dərk edirəm. Lakin, eynilə Şekspir kimi, mənim də başım çox vaxt öz kreativ meyllərimi həyata keçirməklə və həyatın hər cür məişət xarakterli problemlərinin həlli ilə məşğul olur. “Bu mahnıları hansı müğənnilər daha yaxşı ifa edə bilər?”, “Görəsən, seçdiyim studiya mahnımı yazdırmaq üçün ən yaxşısıdır?”, “Bu mahnının tonallığı düzgün seçilibmi?” Bəzi şeylər heç vaxt dəyişmir, hətta dörd yüz il keçsə də. Bir dəfə də olsa, vaxtım olmayıb ki, özümə “Mahnılarım ədəbiyyatdırmı?” sualını verim. Beləliklə, məhz bu sual ətrafında düşünməkdən ötrü vaxt sərf edən və nəticədə ona belə gözəl şəkildə cavab verən İsveç Akademiyasına öz təşəkkürümü bildirirəm. Hər birinizə ən xoş arzularımla Bob Dilan Tərcümə: Svetlana Turan
['nobel nitqi', 'Bob Dilan']
903
https://kayzen.az/blog/kulinariya/19435/amerika-m%C9%99tb%C9%99xi.html
Amerika mətbəxi
Apollon
Kulinariya
25 dekabr 2016, 16:45
Dünyanın müxtəlif hissələrindən mədəniyyət, irq və dinlərin qarışığı Amerika mətbəxinin müxtəlifliyini asanlıqla izah edir. Bir çox millətlərin mətbəxi Amerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların tə’siri nəticəsində formalaşıb. Müxtəlif reqionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə tə’sir göstəriblər. Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir. Fast fud Şübhəsiz, fast fud anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir. Fast fud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan xot doq, qamburqer və ya toyuq qanadları yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar. Amerika mətbəxi ən çox fast fud ilə əlaqələndirilir. Fast fud adətən bayırda nahar zamanı tez tələsik yeyilən çox kalorili və o qədər sağlam olmayan qida deməkdir. Süfrədə tərəvəzlər Diqər tərəfdən, ən’ənəvi şorbalar, kekslər, marinadlar və yaxud tərəvəz və meyvə tərkibli salatlar həmçinin Amerikan mədəniyyətin bir hissəsidir. Şirin qarğıdalı və balqabaq kimi qidalı tərəvəzlərin vacibliyini nəzərdən qaçırmamalıyıq. Qarğıdalı müxtəlif şəkildə süfrəyə verilir. Yağ və duzla verilən bişmiş qarğıdalı, popcorn, və ya corn dogs — üzərində qarğıdalı xəmiri olan yaxşı qızardılmış sosiskalar ən populyar yeməklərdəndir. Balqabaq burada həmçinin xüsusi tərəvəz sayılır. O, əsasən 31 okyabr tarixində qeyd olunan Xelouinlə əlaqələndirilir. Xelouin zamanı bütün Amerika rəngini narıncı rəngə dəyişir, və evləri lampa şəklində bəzəyən içi oyulmuş bu tərəvəzin yanından keçmək qeyri-mümkün olur. Ən populyar yeməklər balqabaq şorbası və balqabaq piroqudur. Amerikan ənənəsi Təşəkkür günündə süfrəyə verilən içi doldurulmuş hind quşu, şirin kartof və quşüzümü sousu kimi yeməklər Amerikan mədəniyyətinin ayrılmaz hissəsidir. Bütün ailə süfrənin arxasında yığılıraraq əldə etdiyi məhsula görə tanrıya dua və şükür edir. Amerikada dostlarla görüşmək üçün o qədər səbəb var ki – barbekü, qril qonaqlıqları tez-tez təşkil olunur. Bağda qonaqların qəbulu da çox populyardır. Qrildə ətdən və tərəvəzlərdən tutmuş meyvəyə kimi hər şey bişirmək mümkündür. Amerikan barbekü qonaqlığında adətən müxtəlif souslarla verilən qabırğalar və toyuq qanadları istifadə olunur. Amerikan mətbəxində salatlardan da çox istifadə olunur. Kahı ilə Sezar salatı, vineqret, və ya tərəvəzlər və bərk bişirilmiş yumurta ilə Şefin salatı da çox populyardır. Başqa populyar salatların sırasında mayonezli kələm və yerkökü salatı və kərəviz, alma və qozdan hazırlanan Valdorf salatlarıdır. Duzdür, sağlam və qidalı xörəklərin hazırlanması müəyyən vaxt və səyləri tələb edir. Lakin, bunuda unutmamalıyıq ki, qidanın hazırlanması həmçinin cəhd və fantaziya tələb edən incəsənətdir. bonduelle.az 
['dünya mətbəxi', 'Amerika mətbəxi']
904
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/5051/g%C9%99lin-sa%C4%9Flam-olaq.html
Gəlin sağlam olaq!
nilufer
sağlam həyat tərzi
24 dekabr 2016, 17:30
İnsan sağlam olmaq istəyirsə öz məşğuliyyətini, iş və ev şəraitini nəzərə almalıdır. Hər bir peşənin öz spesifik xüssiyyətləri var: bir çoxuna kalsium, digərlərinə yod, başqalarına günəş vitamini lazımdır. Bu baxımdan dietoloqlar kimə nə yemək faydalı olduğunu məsləhət görür və aşağıdakı pəhriz növlərini təklif edirlər: Sümüklərimizi necə möhkəmləndirək? Bu yaxınlarda Amerikada aparılan tədqiqatlar osteoporoz problemi ilə mübarizəyə imkan verəcək. Bu tədqiqatlar əsasında dietoloqlar oturaq həyat keçirən insanlara tərkibində kalsium olan qidalar qəbul etməyi məsləhət görürlər. Faydalıdır: Gün ərzində yağlılığı 1,5 % yüksək olmayn 300 q turş-süd məhsulları, həftədə 1 neçə dəfə 200 q tərəvəz (kələm və s.) qəbul etmək. Zərərlidir: Turşəng, cəfəri, şomu. Belə ki, onların tərkibində turşəng turşusu var. O, kalsiumla birləşir və onun bağırsaqlardan sorulmasına mane olur. Ona görə də 35 yaşdan yuxarı qadınlara bu məhsulları qida rasionuna salmaq məsləhət deyil. İçkilərin təsiri: Kofe və şirin qazlı suları məhdudlaşdırmaq lazımdır (onlar böyrəklərlə kalsiumu çıxarır). Tərkibində C vitamini olan (itburnu, portağal, ananas, alma və albalı şirələri) şirələri isə hər gün içə bilərsiniz. Sinir sisteminə müsbət təsir edək: Kimin işi, məşğul olduğu sahə çoxlu əsəb gərginliyi ilə bağlıdırsa, yəni çoxlu sayda insanlarla təmasda olmaq məcburiyyətindədirsə, mütləq tərkibində B qrup vitaminləri olan qidaları yeməlidir. Bu məqsədlə bütün paxlalılar, göbələk, ət, yarmalar, xüsusilə qarabaşaq məsləhət görülür. Hətta həftədə 1-2 gün yalnız qarabaşaq yeməklə kifayətlənə bilərsiniz. Zərərlidir: Konservlər, xüsusən hisə verilmiş balıq, marinadlar, qırmızı və qara istiotlu kəskin təamlar. İçkilərin təsiri: Süd, meyvə şirələri, yaşıl və qara çay, qazsız sular içmək olar. Kofe, tünd çay, kakao məhdudlaşdırılmalıdır. Elektrik nəticəsində yaranan anemiyanı aradan qaldıraq Bir çoxları gün ərzində elektrik lampasının işığından istifadə etməyə məcburdurlar. Bu isə qanyaranmaya mənfi təsir edir və hətta anemiya ilə nəticələnə bilər. Belə hallarda sağlamlığa qidanın köməyi ilə nəzərat edə bilərsiniz. Faydalıdır: Dəmirlə zəngin qidalar. İlk növbədə qaraciyər, qarabaşaq, alma. Həmçinin hər gün sitruslar, kivi, nar yemək olar. Onlarda C vitamini çoxdur ki, bu da dəmirin sorulmasına kömək edir. Qanyaranmaya müsbət təsir edən 2-ci element misdir. Paxlalılarda və yarmalarda çoxdur. Lakin bütün bitki yağlarında dəmirin sorulmasının qarşısını alan maddələr var. Onların zərərli təsirlərini bir neçə vasitə ilə aradan qaldırmaq olar: proraşivanie, objarivanie, vımaçivanie. Bunun üçün bişirməmişdən əvvəl yarmanın üzərinə 1 neçə saatlıq soyuq su tökün. Zərərlidir: Şomu, baş soğan, perlova yarması. Bu məhsullarda üzvi duzlar olur ki, onlar da dəmirin sorulmasına mane olurlar. İçkilərin təsiri: Çay və kofedə olan taninlər dəmirin sorulmasına mane olur. Ona görə yemək zamanı və ya yeməkdən sonra çay içmək məsləhət deyil. Portağal və ya ananas şirəsi içmək isə yerinə düşər. Venalarımızı qoruyaq Uzun müddət ayaqüstü işlə məşğul olan insanlar (satıcılar, bərbərlər, müəllimlər və s.) xüsusi olaraq damar pəhrizinə riayət etməlidirlər. Bu pəhriz venaların divarlarını möhkəmləndirməyə yönəldilir. Bu məqsədlə qidaya P vitamini ilə zəngin qidalar daxil edilməlidir. Faydalıdır: Kivi, qara quşarmudu, şirin istiot, sitruslar, xüsusilə limon. Hər gün limonun 3/1 yemək xeyirlidir. Əgər gündəlik rasiona 3-4 qoz əlavə etsəniz, limonla birgə orqanizmi kifayət qədər P vitamini ilə təmin edəcək. Zərərlidir: Kəskin, duzlu, qızardılmış, hisə verilmiş və marinadlar. İçkilərin təsiri: Quru meyvələrədən kompot, təzə meyvələrdən hazırlanmış kisel və dəmləmələr. Tünd alkoqol, pivə və hər hansı qazlı su içmək qadağandır. Eşitmə orqanına əziyyət verməyək Yüksək səsli istehsalatda çalışanların, musiqi ilə, rəqslə məşğul olanların eşitmə orqanına həddindən artıq gərginlik düşür və onlara xüsusi pəhriz tələb olunur. Lazımdır: Gün ərzində 300q nişastasız tərəvəzlər (kələm, xiyar, pomidor, göyərti) yemək. Mütləq gündəlik rasiona brokkoli kələmi, şomu, ağbaş kələm və soğan daxil etmək məsləhət görülür. Zərərlidir: Yağlı ət və pendir, kərə yağı, yumurtanın sarısı. Həmçinin duza qoyulmuş kələm, ət yarımfabrikatları və hisə verilmiş yeməklər. Duz və şokoladın azaldılması da yaxşı olardı. İçkilərin təsiri: Gün ərzində tomat, yerkökü, kərəviz, çuğundur şirələri, yaşıl çay və turş-süd məhsullarını içmək olar. Kofe, koka-kola, tünd çay eşitmə üzvünə mənfi təsir etdiyindən çox içmək məsləhət deyil. Mineral su bu sıraya daxil edilə bilər. Hazırladı: S.Aytən Mənbə: İqtisadiyyat qəzeti
['sağlamlıq', 'Sağlam həyat tərzi']
905
https://kayzen.az/blog/kisiler/19294/qad%C4%B1nlar%C4%B1-nec%C9%99-sev%C9%99k.html
Qadınları necə sevək?
Apollon
Kişilər
23 dekabr 2016, 23:55
Onunla sosial rollarla bağlı razılaşın Yəhudi analar kimi kompleksi olan, əbədi uşaq qalan, hətta qəhvə hazırlaya bilməyən, hər kəs ona həsəd apardığı halda model kimi gözəl bədən quruluşuna sahib olduğundan xəbərsiz, bir sözlə, hər cür qadın var. Sizə lazım olan qadın sizin və onun sosial rollarının uyğun gəldiyi bir qadındır. Qadınların hər təklifi ilə razılaşın Bir çox ailə münaqişlərinin səbəbi məhz tərəflərdən birinin o birindən onun verə biləcəyini deyil, öz istədiyini gözləməsidir. Buna görə ilk başdan onun sizə verə biləcəyi və sizdən nə istədiyini aydınlaşdırın. İlkin çözümü siz təklif edin Gender olaraq qadınlar ailə qurduqdan sonra onların həyatları ilə bağlı başqa birinin qərar verməsindən, hüquqlarının pozulmasından narahat olurlar. “İlkin çözümü, qərarı siz təklif edin” demək “sizin fikriniz müzakirə olunmazdır” anlamına gəlməsin. Vacib məsələ odur ki, çıxılmaz problemlərdə ilkin çözümü siz təklif edib qadının da fikrini öyrənin. Sadəcə qadınlar mızıldanmağı xoşlamır. Məsələn, qadın sizə “Əzizim, axşam yeməyini bayırda yeyək”, — deyəndə “Gedək, əzizim. Hara istəsən gedərik, mənim üçün fərq etməz”, — demək yerinə “Gedək, əzizim. Hətta mən bu yaxınlarda yaxşı bir restoran gördüm. İstəsən ora gedərik. Nə deyirsən?”, — deyə ilkin təklifi siz edin. Xəbərdarlıq etmədən yox olmayın Başa düşürəm, gündəlik işlərlə bağlı kiməsə hesabat vermək insan azadlığını məhv edir. Ancaq bəzən bunu sosial şəbəkədə rahatlıqla edə bilirsiz, bunu da boynunuza alın. Bir az gecikdizsə, qadının ağlına min cür fikir gələcək. “Qəzaya düşüb, davaya qarışıb, işdə problemi çıxdı və s.”. Qadınlar narahat olur, bu, onların təbiətində var. Gecikəcəyinizlə, bir müddət olmayacağınızla bağlı mütləq xəbərdar edin. Evdəki əşyaları təmir edin Telefon xarab olduqda “mənim başım çıxmır”, – deyib telefon ustasının nömrəsini axtarmaq yerinə özünüz təmir etməyə çalışın. Ya da alternativ olaraq “Əzizim, al bu pulu, get, təzəsini al”, — deyə biərsiz. Hansı sizə sərf edirsə, onu edin. Həssaslıq göstərin Qadınlarda da kişilərdə olduğu kimi çox tez-tez əhval dəyişikliyi yaşanır. Kişilər isə qadının əhvalı olmayanda, divanın bir küncünə sığınıb oturanda buna önəm vermir. Ancaq qadın hamamdan gözləri qızarmış, ağlamış şəkildə çıxanda “Hər şey qaydasındadır? Nəsə olub?”, — deyə soruşarlar. Bu halda qadınlar “Mən artıq 3 aydır depressiyadayam. Sən amma… Hətta ölsəm belə, heç xəbərin olmaz”, — deyə od püskürər. Ona görə yalnız özünüzün deyil, qadının da qayğıya, həssas davranışa ehtiyac duyduğunu unutmayın. Elə tənqid edin ki, heç tənqid kimi görünməsin Tənqidi kobud şəkildə deyərək onu incitməyin. Bişirdiyi bir yemək xoşunuza gəlməsə də, “Az qala ölmüşdüm”, — deyib lağa qoymaq yerinə, “Çox dadlı idi, ancaq mən də bir az allergiya var. Gələn dəfə başqa cür bişirərsən”, — deyin. Tənbəllik etsəniz belə, azca diqqət göstərin Gül dəstəsini pulların boşuna sərfi hesab edrsiz, ancaq xanımınız gülü bəyənir axı! Boğazınızdan kəsib heç olmasa həftədə bir dəfə ona xoş nəsə alın. Sizin bir neçə manat pulunuz onun pulla ölçülməyəcək xoşbəxtliyinə səbəb olacaq. Səbəbsiz yerə ona həmişə xırda hədiyyələr edin və inanın, onun sevinci sizə də zövq verəcək. Onun vacib hesab etdiyi ən xırda detallara belə diqqət göstərin. Sizin tanışlığınız, ilk görüş, nişan günü, evlilik günü, doğum günü və s. Yalan olsa da, xarici görünüşünü tərifləyin Standartlar qadınının görünüşcə qəşəng olmasını tələb edir. Bir yeməyə gedərkən geyimi, makiyajı xoşunuza gəlmədisə, “Bu nədi?! Elə bil seks şousuna gedirsən, pisdi”, — demək əvəzinə “Çox gözəlsən. Ordakı hər kəsin gözü səndə olacaq, mən də çox qısqanıb narahat olacam. Keçən dəfə geyindiyin geyim var idi e, səni onda çox bəyənmişdim. Məncə, onu geyin”, — deyə bilərsiz. Heç vaxt edilməyəcək şeyləri təyin edin Uşaqlıqdan keçirdiyiniz travma, allergiya, xoşlanmadığınız şeylər, bunların hamısını ilk əvvəldən deyin. Məsələn, “heç vaxt çantanı daşımayacam, səninlə paltar bazarlığına getməyəcəm, itini gəzdirməyəcəm və s.” Səbəb isə gələcəkdə xanımınız bunları edərkən sizin xoşlanmadığınızı görüb artıq onu sevmədiyinizi düşünməməsidir. Ancaq siz onu sevirsiz axı. Və sevginiz xanımınızın şübhə etməyəcəyi yeganə nəsnə olmalıdır. Müəllif: psixoloq Nataliya Belousova
['kişi', 'kişilər', 'kişi-qadın münasibətləri', 'sevgi', 'kişi və qadın', 'kişi və qadın münasibətləri']
906
https://kayzen.az/blog/yazar/19458/%C3%A7exovun-h%C9%99yat%C4%B1-haqda-he%C3%A7-bilm%C9%99dikl%C9%99riniz.html
Çexovun həyatı haqda heç bilmədikləriniz
Apollon
Yazıçılar
23 dekabr 2016, 23:17
Çexov və Çar Çexov heç vaxt çar fərmanlarını oxumazmış, çar haqda filmlərə də baxmazmış, heç çarlar haqda kitabları da əlinə almazmış, bir sözlə çar onu zərrəcə də maraqlı deyildi. Elə çar özü də Çexovu sevməzmiş, nədən ki, Qoqolu oxuyanda gülürsən, Saltıkov-Şedrini oxuyanda yenə gülürsən, düzdür bir az qəzəb də yaranır, Çexovun da yazdıqları adamın üzündə təbəssüm yaradır, amma di gəl ki, onun həqiqətləri insanı elə dərin bir kədərə bürüyür ki, bu dünyadan başını götürüb qaçmaq istəyirsən. Buna görə də Çexovla Çar heç vaxt bir-biri ilə söhbət etməyiblər. Çexov və xəstə Günlərin bir günü Çexovun yanına bir xəstə gəlir, başlayır ki, dişim də ağrıyır, qarnım da ağrıyır, başım da ağrıyır, qabırğalarım da ağrıyır, oynaqlarım da ağrıyır, gözlərim qaralır, barmaqlarım isə taqətsizdir. Xəstəyə kömək etməkistəyən Çexov soruşur: “Bəs sizin soy adınız necədir?” Demərəm, — xəstə bunu deyib qaçır. Onda Çexov tüpürüb “At soyadı” hekayəsini yazır. Çexov və Qorki Çexovun bir zəif tərəfi vardı. Özü də əyalətdən çıxdığı üçün, əyalət adamlarını sevər və onlarla dostluq edərmiş. Çünki, nə Korolenko, nə Tolstoy,nə Bunin Peterburqda ya da Moskvada doğulmamışdılar. Qorkini isə daha çox qadınlar və proletariat oxuyurdu. Onlar söhbət edəndə isə, Çexov etiraf edir ki, kiçik şəhərləri, doğma palçığı, bozluğu, səhralığı, bir sözlə cansıxıcı hər şeyi sevir. Qorki isə əksinə, yeni şeylərdən ruh yüksəkliyi ilə danışır, fırtınanın tezliklə yatışacağından, yağışların kəsəcəyindən və tarixin arxından palçığın axıb təmizlənəcəyindən söhbət açır. Onların söhbətləri başdan-başa bu tempdə davam edir. Sonra isə, söhbətdən doyub meyxanəyə üz tuturlar, bol-bol içirlər və yalnız bundan sonra dalaşırlar. Çexov və Tolstoy Tostoy insanları sevmirdi, buna görə də onlardan uzaqda, Yasnoe-polyanada yaşayırdı. Çexovsa yaxşı yazıçı olmaqla bərabər, bəzən başqa yazarlara baş çəkib, söhbət etməyi sevir, başqa yazarlar da Çexovu eyni maraqla qarşılayırdılar, bir sözlə Çexov yaxşı yazarların yığıncağından yan ötməzmiş. Belə yığıncaqların birində süfrəyə dəniz ilbizi qoyurlar. Çexov naməlum qidaya maraqla baxır, hətta onlardan birini götürüb qoxlayaraqdillənir: bu nə qəribə yeməkdir gətiribsiniz. Bunu eşidən Tolstoy cavab verir: Ay Anton Pavloviç, siz allah bilmirsiniz bu nədir? Bu ki, dəniz ilbizidir. – Mənim ona qarşı allergiyam var –Çexov məğrur-məğrur dillənir. – Siz bilərsiniz – Tolstoy bunu deyib, ilbizlərin üstünə limon sıxır və bir-birinin ardınca yeyir. ÇexovTolstoyla çay içib gedir. Tolstoy isə evinə qayıdanda gündəliyində yazır: “O, necə də yaxşı insandır”. Çexov və almanlar Çexov alman dilini bilirdi, bununçün də almanlar onun dünyasını dəyişdiyi alman şəhərində (Badenvayler şəhəri – red) heykəlini qoyurlar. Bəlkə də Çexov yaxşı yazıçı olduğu üçün məhz ona heykəl qoyublar, bəlkə də bu onun alman dilini yaxşı bilməsinə görədir, ola bilsin həmin şəhərə daha əvvəl başqa yazıçılar gəlməmişdi, özlərinin də Çexov kimi yazarları olmayıb. Ola da bilsin, almanlar Çexovu milli qəhrəmanları hesab ediblər və Hitler kimi bir adamın heykəlini qoymaqdansa onunkini qoymağı üstün tutublar. Ona görə də bu gün Almaniyada Hitlerin bircə heykəli də yoxdur, Çexovunsa var. Çexov və Knipper-Çexova Günlərin bir günü, qış fəslində, bəlkə də yaz, ya da payızda, ancaq bircə yayda deyildi, Anton Çexovla Olga Knipper qonaq otağında oturub çay içirlərmiş.Sizin nə kobud soyadınız var, — Çexov gənc qıza deyir. Soyadınızda adamın qulağını cırnaqlayan nəsə var. Sanki, hardasa qağayı qışqırır. Elə bil, almanlar öz aralarında söyüş söyür. Bunun ardınca Çexov bir neçə dəfə yüksək səslə qışqırır: “Knipper, Knipper”! — Ya da, elə bil bazarda alverçilər müştəri səsləyir. Ya da nəyisə reklam edirlər. Yaman biabırçı soyaddır! – Çexov deyir. Bunun qarşısında özünü itirməyən Olqa cavab verir: İndi ki, mənim soyadımı bəyənmirsiniz, onda sizinkini də biabır edəcəm. Bir müddət sonra o Çexova ərə gedir və ölənə kimi hər iki soyadını saxlayır. Çexov və poçtalyon Günlərin bir günü, payızın oğlan çağında Çexov işləri ilə bağlı bir malikanəyə baş çəkməli olur. Qarşısına şən, kürən və danışqan bir poçtalyon çıxır. Eh ay ağa, burda heç darıxmazsan, — malikanənin yaxınlığındaÇexovu qarşılayan poçtalyon deyir, — o əli ilə sol tərəfi göstərir, — təsəvvür edin, burda yaşayan ağa yəhudi qızıyla evləndi və qonşu qızı ilə ona xəyanət etməyə başladı. Yəhudi qızı vərəmləyib öldü, ağaysa başına bir güllə çaxdı. Ya da o tərəfdəki, — o barmağını sağa tuşlayır, — dayı bacısı qızı ilə yaşayırdı, hansısa professor cavan arvadıyla onlara qonaq gəldikdən sonra, dava-qırğın başladı nə başladı, evdə bir əşya, qab-qacaq qalmadı, hamısını qırdılar, sonra dayı az qaldı professoru güllələsin. Gölün o yanında oğluyla birlikdə bir xanım yaşayırdı, oğlu pyeslər yazırdı, sonra nədənsə kefi pozuldu, o da başına bir güllə çaxdı. O dərədəki evin xanımı isə borcların əlindən başını götürüb Parisə getdi, di gəl ki, sadiq nökərini yaddan çıxartdı, nökər də elə burda öldü. Çexov poçtalyonu dinləyib,dəftərçəsinə növbəti pyesinin süjetini yazırdı. Çexov və Bunin Bunin 1953-cü ildə dünyasını dəyişib, Çexovsa 1904-də. Bununçün də Buninin başına çox iş gəlmiş, çox şeylər görmüş, çox bəlalar çəkmiş, xeyli xoşbəxt günləri də olmuşdur və özündən sonra kağız üzərində cild-cild əsərlər qoyub getmişdi. Çexovsa az yaşamışdı, ancaq zığ-palçıq, kasıblıq görmüş və özündən sonra “Qarağat” hekayəsini qoymuşdu. Bu səbəbdən, Bunin mühacirətdəki həyatında, nə vaxt qarağatla qarşılaşsa, Çexovu ehtiramla yad edirdi. Çexov və insanlar Çexov ana söyüşü söyməyi sevirmiş. Təkcə buna görə onu qətiyyən avara ya da quldur adlandırmaq olmaz, sadəcə o söyüşü sevirdi. Onun ətrafındakı adamlar da, kəndlilər də ana söyüşü söyürdülər, heç onlar da nə avara nə, nə quldur idilər. Onların danışıq tərzi beləydi və bir-birləriylə əla yola gedirdilər. Çexov və Teatr Günlərin bir günü Stanislavski zəngin həyatdan doyub, indi də məhşurlaşmağa qərar verir və beləliklə Nemiroviç-Dançenko ilə birlikdə teatr yaratmağı qərara alır. Çexovsa doğma oğlundan başqalarının əsərlərini sevməyən və belletristə vurulan dramaturq anası ilə bağlı bir pyes yazır və bu pyesi yeni yaranan teatra təqdim edir.Yaxşıdır, — Stanislavski dillənir və eynəyini çıxarır. O nəyisə bəyənəndə həmişə gülümsəyib eynəyini çıxararmış. – Yaxşıdır, — Nemiroviç-Dançenko dillənir və saqqalını tumarlayıb, bir mahnı zümzümə etməyə başlayır. O nəyisə bəyənəndə həmişə mahnı zümzümə edərmiş, gecələr tez-tez arvadı, onun bu hərəkətindən səksənib qorxarmış. — Yox pisdir, -Çexov deyir, bundan sonra heç nə dillənmir. — Pyesi səhnələşdirirlər, maraqla qarşılanır, yenidən səhnələşdirirlər, hamının xoşuna gəlir, rəqslər də olur, şampan şərabı da içirlər, öpüşürlər də, hətta pyesdəki surətə daha çox bənzəməsi üçün, aktyorlardan birinin vurub üz-gözünü dağıdırlar. Bütün bunlar heç Çexovun kefini açmır. O əsərin müəllifi kimi teatra gedib-gəlir, amma səhnədə göstərilənləri qətiyyən sevmir. Anton Çexov Moskva Bədii Teatrında aktyorlara öz pyesini oxuyur. Çexov və şampan şərabı Çexov araq içirdi. Bunu hamı bilirdi və hər bayram ona bir şüşə araq hədiyyə edirdilər. Bu Çexovun xoşuna gəlirdi, o gülür, əl sıxır və olduqca sevinirdi. Şampan şərabı isə ondan ikrah oyadırdı, onu içəndə mədə qıcqırması, baş ağrısı, ağzında xoşagəlməz tam yaranırdı. O Almaniyada olanda bu ölkəylə bağlı bütün təəssüratlarını korlamaq üçün ancaq şampan şərabı içirmiş. Şampan şərabı isə həqiqətən onun səhhətini korlayır. Kədərli bir tarixçədir. Çexov və yollar Çexov bütün Rusiya boyu tez-tez və uzun səyahətlərə çıxarmış. O vaxtın adəti idi, hamı səyahət edirdi, Tolstoy qatarla, Qorki ayaqyalın, başqa birisi paraxodla, bir başqası karetayla. Çexovsa arabada səyahət edirmiş, köhnə-küləş bir arabaymış, yağış yağanda su onun yaxasından içəri dolurmuş. Belə hallarda o qəmli-qəmli deyərmiş: Rusiyamız necə də kədərlidir, bunun ardınca gözünün yaşı yağışa qarışırmış. Çexov utancaq idi və göz yaşını kimsəyə hiss etdirməzmiş. Yağış kəsəndən sonra isə, Çexov yol boyu söyüş söyər, qarğış tökər və əsasını havada yellədərmiş. Bunu görən arabaçılar səksənib xaç çəkərmiş, buna görə də Çexovu “Əli əsalı, dəlisov həkim” adlandırırlarmış,uşaqları onunla qorxudurlarmış. Çexovun Rusiyanın Tomsk şəhərindəki heykəli Çexov və seks Çexov seksi sevirdi. O hər gecə yataqdan sıçrayıb qalxar və seks zamanı yaşadıqlarını yazmağa başlayarmış. “Onun ayaqları əyriydi”, yaxud “Onun bir döşü daha böyük idi”, ya da ki “O yataqda elə zingildəyir ki, adamın əsəblərinə toxunur”, bəzən də “Onun tər qoxusu az qalsın məni öldürəcəkdi”, ya da buna bənzər bir şey yazarmış. Qızlar bundan özlərini narahat və təhqir olunmuş hiss etsələr də, Çexov özünü böyük realist kimi tanıda bilmişdi. Çexov və ölüm Çexov böyük realist idi. O əcəli gələndə öləcəyini dedi və öldü də. O yad yatağında, yad şəhərdə, yad ölkədə və yad insanların arasında dünyasını dəyişdi. Məncə, Çexovu sevmək lazımıdr, çünki biz hələ də tənhayıq, hələ də darıxırıq, yollar həmin palçıqlı yollardır, həmin çay içmək məqamıdır, həmin qarlar yağıb yağışa keçir, mürəbbələr həminki kimi qoxuyur, elə o vaxtlardakı kimi daim işləmək, kədərlənmək və əzab çəkmək, sevmək, sevməmək, siqaret çəkmək, içmək, gəzmək lazımdır. Həmişəki kimi. Pavel Burleyev azadliq.org 
['rus ədəbiyyatı', 'Anton Çexov', 'Çexov', 'Anton Pavloviç Çexov']
907
https://kayzen.az/blog/edebiyyat/19283/jomon-51-d%C9%99qiq%C9%99lik-dayanacaq-%7C-jorj-simenon.html
Jomon - 51 dəqiqəlik dayanacaq | Jorj Simenon
Apollon
Ədəbiyyat
22 dekabr 2016, 13:42
Meqre yuxuda zəng səsi eşitdi, amma bunun telefon olduğunu başa düşmədi və arvadının onun üstündən əyilib dəstəyi götürməyini hiss etmədi. — Popoldur, — arvadı onu silkələyib dedi. – Səni istəyir. — Sənsən, Popol. – Meqre dəstəyə mızıldadı. — Sənsən, dayıcan. – deyə xəttin o başından səs gəldi. Gecə saat üç idi. Yataq isti idi, bayırdakı şaxtanın təsirindən pəncərənin şüşələri qırov bağlamışdı, Popolun zəng elədiyi yerdə — Jomonda isə daha soyuqdur. — Nə danışırsan?.. Gözlə!.. Adları yazım… Otto… Hərif-hərif de: daha dəqiq olar… Madam Meqre ərinə baxırdı. Onu bir şey maraqlandırırdı — durmalı olacaq, ya yox. Onun gözlədiyi kimi Meqre ayağa durub izah etdi: — Jomonda nadir hadisə olub. Popol isə öz cavabdehliyi ilə vaqonu saxlayıb… Popol deyəndə Meqrenin bacısı oğlu, Belçika sərhədində polis inspektoru işləyən Pol Vinşon nəzərdə tutulurdu. — Sən hara gedirsən? — Əvvəlcə bəzi məlumatları öyrənmək üçün Orfevrə, sonra yəqin ki, birinci qatarla gedəcəyəm… Xoşagəlməz hadisələr həmişə eyni qatarda olur. Qatar səhər on birdə Berlindən çıxır, Varşavadan bir-iki vaqon götürür, iyirmi üç qırx dörddə Lyöjdən keçir (bu vaxt vağzal demək olar ki, boş olur, qatar perrondan aralanan kimi isə vağzal bağlanır) və nəhayət gecə ikiyə üç dəqiqə qalmış Erkelenə çatır. Bu gecə də həmişəki kimi oldu. Erkelendə özlərini əziyyətə salmaq istəməyən belçikalı gömrükçülər koridorları gəzdilər, bir neçə kupeni açıb içəri boylandılar və sərhəddi keçməyə hazırlaşan qatarı tərk edib isti sobanın yanına tələsdilər. Üçə on dörd dəqiqə işləmiş qatar tərpənib sərhədi keçdi və üçə on yeddi dəqiqə işləmiş Jomona çatdı. Əlində fənərlə perron boyu qaçan bələdçi qışqırdı: — Jomon! Qatar əlli bir dəqiqə dayanacaq! Əksər kupelərdə lampalar söndürülmüş, pərdələr salınmış, sərnişinlərsə yatmışdılar. — İkinci və üçüncü dərəcəli vaqonların sərnişinlərindən xahiş olunur gömrük yoxlaması üçün çıxsınlar! – deyə Pol Vinşon qatar rəisinə yaxınlaşdı. — Bu dəfə birinci dərəcəli sərnişinlər çoxdur. — Sabah Parisdə dantist konqresinin açılışıdır, ona görə. Həm də ki, iyirmi beş nəfər elə də çox deyil, orta göstəricidir. Vinşon birinci vaqona minib bir-bir kupeləri açmağa başladı: — Zəhmət olmasa pasportlarınızı hazırlayın. Sərnişinlər yatan kupelərdə o işığı yandırırdı və ayılan üzlərin necə büzüşdüyünü görürdü. — Zəhmət olmasa pasportlarınızı hazırlayın! Beş dəqiqədən sonra dala qayıdanda o, sərnişinləri bayıra çıxardıb kupeləri yoxlayan gömrükçülərlə toqquşurdu. — Pasport, şəxsiyyəti təsdiq edən sənəd… Pol oturacaqları qırmızı parça ilə üzlənmiş alman vaqonuna girdi. Adətən belə kupelərdə dörd nəfər gedir, amma dantistlərə görə bu gün altı nəfər yerləşmişdi. Popol qapının yanında oturan gözəl qadına baxdı: o, Avstriya vətəndaşı idi. Popol hamını yoxladı. Kupenin lap axırında, qalın adyalın altında uzanıb tərpənməyən kişini gördü. Popol onun çiyninə toxunub təkrar tedi: — Pasport! O biri sərnişinlər çamadanlarını açmağa başlamışdılar, gömrükçülər yaxınlaşırdı. Vinşon yenə kişini tərpətdi və o, yanı üstə düşdü. Bir saniyə sonra inspektor əmin oldu ki, o, ölüb. Hamı təəccübləndi. Balaca kupedə güclə tərpənmək olurdu. Ağır meyiti xərəyə qoymaq isə lap çətin oldu. — Onu tibb məntəqəsinə aparın! – deyə Vinşon əmr verdi, az sonra öyrəndi ki, qatarda alman həkim var. Hər ehtimala qarşı gömrükçülərdən birini kupedə qoydu. Avstriyalı qadın təmiz hava almaq üçün bayıra çıxmaq istədiyini bildirdi, icazə vermədilər və o, çiyinlərini çəkdi. — Onun nədən öldüyünü deyə bilərsiniz? Həkim bilmirdi. O Vinşonun köməyilə meyiti soyundurdu və bir neçə dəqiqə sonra meyitin sinəsində güclə görünən yaranı göstərdi. — Onun sinəsinə sancaq soxublar. Qatarın getməyinə on iki-on üç dəqiqə qalmışdı. Həyəcanlanmış Vinşon nəsə bir qərar qəbul etməliydi; o, qatar rəisinin yanına qaçdı və vaqonu qatardan ayırmağı tələb etdi. Sərnişinlər nə baş verdiyini başa düşə bilmirdilər. Onlara bildirəndə ki, vaqon burda qalmalıdır və çalışıb özlərinə başqa yer tapsınlar, onlar hirsləndilər. Meyit tapılan kupedəki sərnişinlərsə səhərəcən burda qalmalı olduqlarını öyrənəndə daha çox hirsləndilər. Əgər onlardan birinin qatil olduğu nəzərə alınsa başqa çarə qalmırdı! Qatar bir vaqon və altı sərnişinsiz yola düşəndə Vinşon ayaqlarının əsdiyini hiss etdi və dayısına zəng etdi. Səhər dördə on beş dəqiqə qalmış Meqre bir neçə pəncərəsindən işıq görünən idarəyə girdi və növbətçidən ona kofe hazırlamasını xahiş etdi. Saat dörddə onun kabineti artıq qəlyan tüstüsü ilə dolmuşdu. Meqre Berlinə zəng vurdu və ordakı həmkarına bacısı oğlunun verdiyi adları və ünvanları dedi. Sonra o Vena ilə danışıq sifariş etdi, çünki sərnişinlərdən biri ordan idi. Sonra Varşavaya teleqram vurdu, çünki Vilnodan olan İrviç soyadlı biri də sərnişinlər arasında idi. Bu vaxt Pol Vinşon Jomon vağzalındakı kabinetdə beş sərnişinlə üz-üzə dayanmışdı. Sərnişinlər hadisəyə öz xasiyyətlərinə uyğun reaksiya verirdilər. Kabinet çox isti idi. Vinşon qonşu kabinetlərdən üzləri cırılmış, qara taxtadan hazırlanmış möhkəm kontor kreslolarından gətizdirdi. — Söz verirəm ki, işi mümkün qədər tez qurtarmağa çalışacağam. Vəziyyətdən asılı olaraq hələlik mən sizi nəzarətdə saxlamalıyam. Əgər səhərə raport hazırlamaq istəyirdisə o bir dəqiqə də itirməməliydi. Stolunun üstündə altı pasport qoyulmuşdu, Otto Braunun meyiti (meyitin cibindən çıxan pasportda bu ad yazılmışdı) tibb məntəqəsində idi. — İstəyirsinizsə, sizinçün içməli nəsə sifariş edə bilərəm. Amma tez olun, bufet tezliklə bağlanacaq. Beşə on dəqiqə işləmiş telefon zəng çaldı. — Alo!.. Olnua?.. Nə danışırsınız?.. Əlbəttə!.. Hə, yəqin ki, nəsə əlaqə var… Yaxşı! Onu birinci qatarla bura göndərin. Əlbəttə ki, sənədləri də… Qonşu kabinetdən Meqreyə zəng etdi ki, onları eşidən olmasın. — Sənsən, dayıcan?.. Daha bir xəbər var… Bir neçə dəqiqə əvvəl Olnuada vaqonun altından kiminsə çıxdığını görüblər. O, qaçıb, amma tuta biliblər… Cibində paket olub. Paketdən xarici şirkətlərə məxsus pay hissələri çıxıb, əsasən neft hasil edən şirkətlər, özü də küllü miqdar pul dəyərində… Həmin adam iddia edir ki, adı Cef Bebelmansdır, Antverpendə doğulub, sənəti də akrobatdır… Hə!.. Onu birinci qatarla bura gətirəcəklər… Siz də birinci qatarla gəlirsiniz? Yox?.. On birə iyirmi dəqiqə işləmiş?.. Sağ ol, dayıcan… Və o, özünün dediyi kimi, zebralarının yanına getdi. Dan söküləndə hava bir az da soyudu. Səma böyük buz parçası kimi ağarırdı. Sərnişinlər gəldi, qatarlar getdi… Vinşonsa işləməyə davam edirdi. O vaxt itirməməyə çalışırdı. Əslində onun vaxtı da yox idi, çünki bu iş elə işlərdən idi ki, dalınca diplomatik narazılıqlar da gətirirdi. Getdikləri kupedə meyit tapıldığına görə müxtəlif milliyyətli, bütün sənədləri yerində olan beş sərnişini sonsuzluğa qədər saxlamaq olmaz axı… Meqre söz verdiyi kimi on birə iyirmi dəqiqə işləmiş gəlib çatdı. Saat on birdə vaqonda axtarış aparıldı. Çox soyuq idi və hamı yorğun idi. Bir neçə dəfə əsəbi gülüş eşidildi: sərnişinlərdən hansısa qızışmaq üçün həddindən çox qroq içmişdi. — Əvvəlcə meyiti yerinə qoymaq lazımdır. – Meqre əmr etdi. – Zənnimcə, pərdələr salınmışdı. — Heç nəyə toxunulmayıb – Popol onu əmin etdi. Əlbəttə, daha yaxşı olardı ki, gecəni, hadisə baş verən saatı gözləsinlər. Amma bir halda ki, bu mümkün deyildi… Otto Braunun, pasporta əsasən əlli səkkiz yaşı vardı, Bremendə doğulmuşdu və Ştutqartda bankı vardı. Xarici görünüşü də bunu təsdiqləyirdi. Başı qırxılmış mehriban gombul, əsil yəhudi sifəti. Berlindən onun haqqındakı sorğuya bu cavab gəlmişdi: “...nasional-soaialist inqilabından sonra maddi sahibkarlığına son qoymaq məcburiyyətində qalmışdı. Amma hakimiyyətə sadiqlik andı içəndən sonra daha onu narahat etmədilər… Çox varlı hesab olunur… Partiyanın hesabına bir milyon mark keçirdib...” Meqre mərhumun cibindən Berlindəki “Kayzerxof” mehmanxanasının hesab çekini tapdı, Otto Braun Ştutqartdan gələndə üç gün burda qalmışdı. Eyni zamanda beş sərnişin koridorda düzülüb kimi bezginliklə, kimi də hirslə komissarın hərəkətlərini izləyirdi. Komissar Braunun yerinin üstündəki baqajı göstərib soruşdu: — Bu onun əşyalarıdır? Avstriyalı Lena Leynbax tez dilləndi: — Yox, mənimdir. — Siz gecəki yerinizdə otura bilərsiniz? Qadın tabe oldu: yerişindən bir az sərxoş olduğu bilinirdi. Əynində xəz şuba, dəbdəbəli paltar var idi, hər barmağında bir üzük parıldayırdı. Onunla bağlı sorğuya Venadan gələn teleqramda yazılmışdı: “...yüksək təbəqədən kurtizankadır. Avropanın bütün paytaxt şəhərlərinin hərəsinə bir neçə dəfə gedib, amma polis heç vaxt onunla maraqlanmalı olmayıb. Uzun müddət alman şahzadəsinin sevgilisi olub… ” Meqre o biri sərnişinlərə tərəf döndü: — Berlində kim minib? — Bir dəqiqə olar? – kimsə fransızca səsləndi. O həqiqətən də fransız idi – Lilladan Adolf Bonvuazen. — Mən birbaşa Varşavadan gəldiyim üçün sizə bütün məlumatları verə bilərəm… Əvvəlcə iki nəfər idik… İşlədiyim fabrikin Polşada filialı var, mən indi Lvovdan qayıdıram… Varşavada qatara mən və bu qadın mindik… O qara palto geyinmiş, Otto Braun kimi gombul, yaşlı yəhudi qadını göstərdi. — Vilnodan madam İrviç. O, fransızca bilmədiyi üçün almanca danışmalı oldular. Madam İrviçin əri xəz alverçisi idi, Parisə gedirdi. — Gecəki yerlərinizdə oturun! İki kişi qaldı. — Sizin adınız? – deyə Meqre arıq, hündür, xarici görünüşdən polisə oxşayan birinci kişidən soruşdu. — Tomas Xauke, Hamburqdan… Berlindən onun haqqında gələn məlumat daha dolğun idi: “... 1924-cü ildə oğurluq zinət əşyalarının alverinə görə iki il həbsə məhkum olunub… azadlığa çıxandan sonra nəzarət altında olub… Avropa paytaxtlarının əksəriyyətində olub… Kokain və morfi alveriylə məşğul olduğundan şübhələnirik...” Nəhayət axırıncı: otuz beş yaşlı, eynəkli, saçı dibindən qırxılmış kişi. — Doktor Qelxorn, Kölndən… Balaca bir anlaşılmamazlıq meydana çıxdı. Meqre soruşdu ki, onun yol yoldaşının tərpənmədiyi meydana çıxanda o nə üçün ilk yardım göstərməyib. — Çünki mən arxeologiya doktoruyam, tibb doktoru yox… Indi kupedə hamı keçən gecə oturduğu kimi oturmuşdu: Otto Braun – Adolf Bonvuazen – madam İrviç — Tomas Xauke – doktor Qelxorn – Lena Leynbax. Və təbii ki, daha şahidlik edə bilməyən Otto Braundan başqa hamı qətllə hər hansı əlaqəni inkar edirdi. Hamı iddia edirdi ki, ona heç nə məlum deyil. Meqre on beş dəqiqə də Olnuada vaqonun altından çıxıb qaçanda tutulan və cibindən ümumi məbləği üç milyon olan hissə sənədləri tapılan Antverpenli akrobat Cef Bebelmansla keçirtdi. Bebelmansı meyitin yanına aparanda onun üzündə bircə əzələ də tərpənmədi. O ancaq soruşdu: — Bu kimdir? Axtarış zamanı onun cibindən Berlindən Parisəcən üçüncü dərəcli bilet tapdılar, sərhəddə isə sənədlərin tapılmaması üçün o vaqonun altında gizlənmişdi. Amma o çox da söhbətcil deyildi. Sadəcə: — Sizin işiniz sual verməkdir. Mənimsə sizə deməli sözüm yoxdur… – dedi. Onun haqqında olan məlumatlar isə bundan ibarət idi: əvvəl akrobat olub, sonra Brüsselin və Berlinin gecə müəssisələrində ofisiant işləyib. — Belə, — deyə Meqre qısa fasilərlə danışmağa başladı. – Siz, Bonvuazen və madam İrviç qatara Varşavada minmisiniz. Bəs Berlində kim minib? Bonvuazen Lena Leynbaxı göstərdi: — Əvvəlcə bu xanım. — Sizin baqajınız hansıdır, madam? O mərhumun üstündəki taxçanı göstərdi, orda krokodil dərisindən hazırlanmış üç çamadan görünürdü. — Deməlki siz baqajınızı bura qoydunuz, özünüzsə qarşı tərəfdə oturdunuz. Diaqonal… Ehtirasla danışmaq istəyən Bonvuazen davam etdi: — Mərhum… daha doğrusu, demək istəyirəm ki, bu cənab… onun dalınca girdi... — Baqajsız? — Hə. Meqre bacısı oğluyla danışmaq üçün bayıra çıxdı. Onlar mərhumun portmanatına baxdılar və ordan yükdaşıma çeki tapdılar. Əşyalar artıq Parisdəydi, Meqre zəng etdi ki, təcili çamadanları açsınlar. — Yaxşı, indi… – o Xaukeni göstərdi, — bu cənab... — O Kelndə mindi... — Bu doğrudur, cənab Xauke? — Daha doğrusu, mən Kelndə kupeni dəyişdim… Əvvəl mən siqaret çəkməyənlər üçün kupedə gedirdim… Doktor Qelxorn da Kelndə minmişdi, o orda yaşayırdı. Meqre əlləri cibində dayanıb sual verərək və dodaqaltı nəsə mızıldayaraq hamını diqqətlə süzürdü. Pol Vinşon katib kimi əlüstü qeydlər aparırdı. Onun qeydlərindən bunları oxumaq olar: “Bonvuazen: sərhədə çatanacan elə bilirdik ki, burda bir-biriylə tanış olan ancaq madam İrviçlə mənəm. Gömrükdən sonra hamımız birtəhər yerləşdik ki, gözümüzün acısını alaq və lampanı söndürdük… Lyöjdə mənimlə üzbəüz oturan madam (Lena Leynbax) koridora çıxmaq istədi. Bu biri tərəfdə oturan cənab (Otto Braun) o saat ayağa durub almanca ondan hara getdiyini soruşdu. — Bircə dəqiqəlik, hava almağa – qadın dedi. Və mən əminəm ki, cənab dedi: — Otur yerinə!” Sonra Bonvuazen davam etdi: “Namürdə o yenə çıxmaq istədi, amma artıq yatan Otto Braun tərpəndi və madam qaldı. Şarleruada onlar yenə nəsə danışdılar, amma mən yuxulu idim deyə dumanlı xatırlayıram...” Deməli Otto Braun Şarleruada hələ sağ idi! Erkelendə də hələ sağ idi? Bunu heç kim bilə bilməzdi. Gömrükçü sadəcə qapını açıb və hamı yatdığı üçün çıxıb gedib. Deməli, Şarlerua ilə Jomon arasında, hardasa bir saat – saat yarım ərzində sərnişinlərdən biri durub Otto Brauna yaxınlaşmalı və sancağı onun ürəyinə soxmalıydı. Ancaq Bonvuazenin durmağı vacib deyildi. Bir az sağa əyilməyi kifayət idi ki, almana toxunsun. Qarşı tərəfdə oturmuş Xaukenin də mövqeyi uyğun idi. Ondan sonra doktor Qelxorn gəlirdi, daha sonra iki qadın. Soyuğa baxmayaraq Meqrenin alnında tər damcıları görünürdü. Lena Leynbaxın vəhşi nəzərləri onu əzirdi, madam İrviçsə revmatizmdən şikayətlənirdi və polyak dilində nəsə danışırdı. Tomas Xauke özünü yüksək ləyaqətlə aparırdı, Qelxornsa Luvrdakı vacib görüşünü qaçırtdığını deyirdi. Vinşonun qeydlərindən: “Meqre Lenaya: Berlində hansı tərəfdə yaşayırsınız? Lena: Mən ora cəmi səkkiz günlük gəlmişdim. Həmişəki kimi “Kayzerxof”da qalırdım. M.: Siz Otto Braunla tanış idiniz? L.L.: Yox! Bəlkə də hollda və ya liftdə rastlaşmışdıq… M.: Bəs onda nə üçün sərhəddi keçəndən sonra o sizinlə tanış adam kimi danışmışdı? L.L. (ironiya ilə): Ola bilər yad əraziyə keçmişdik deyə o sırtıqlaşmışdı… Almaniyada yəhudi ari qanını daşıyan qadınla görüşə bilməz… M.: Buna görə o sizə Lyöjdə və Namürdə bayıra çıxmağa icazə verməmişdi? L.L.: O sadəcə dedi ki, mənə soyuq ola bilər.” Parisdən zəng gələndə sorğu-sual hələ davam edirdi. Səkkiz dənə çamadanda o qədər paltar, dəyişək, özünəqulluq ləvazimatı var idi ki, sabiq bankirin uzun müddətlik getdiyini güman etmək olardı; əgər həmişəlik getmirdisə. Amma pul – bir qəpik də! Portmanatda isə cəmi dörd yüz mark vardı. Qalan sərnişinlərdə isə bu qədər tapıldı: Lena Leynbaxda – 500 Fransa frankı, 50 mark, 300 kron. Doktor Qelxornda – 800 mark. Tomas Xaukedə — 40 mark və 20 Fransa frankı. Madam İrviçdə — 30 mark, 100 frank və Parisdəki polyak bankirin adına kredit məktubu. Bonvuazendə — 12 zlota, 10 mark, 5000 Fransa frankı. Təkcə kupedəki yüklərə baxmaq qalırdı. Xaukenin sakvoyajında ehtiyat kostyum, smokinq və alt paltarı vardı. Bonvuazendə də diqqətəlayiq heç nə yox idi. Əsil tapıntı Lena Leynbaxın çamadanında idi: paltarların və qızıl flakonların altında gizli saxlanc vardı. Çamadanların saxlancları isə boş idi! Lena Leynbax bütün suallara eyni cür cavab verirdi: — Mən bu çamadanları kontrabanda ilə məşğul olan bir adamdan almışam. Yaxşı imkan düşmüşdü… Amma şəxsən mən heç vaxt bu gizli saxlancdan istifadə etməmişəm… Bəs onda Şarleruayla Jomon arasında, kupenin göyümtül yarıqaranlığında Otto Braunu kim öldürmüşdü? Parisdə narahat olmağa başlamışdılar. Meqreni tez-tez telefona çağırırdılar. Hadisə səs-küy salmışdı, məsələ böyüyürdü. Bebelmansda tapılan pay hissələrinin nömrələri böyük bankalarda yoxlanılmışdı və hissələrin kredit çekləri olduğu üzə çıxmışdı. Vaqondakı cansıxıcı axtarış əməliyyatı saat on birdə başlamışdı. Onun iştirakçıları vaqondan ancaq saat ikidə çıxdılar, çünki madam İrviç polyak dilində artıq meyit iyinə davam gətirmədiyini deyib huşunu itirdi. Pol Vinşon həyəcanlanırdı: ona elə gəlirdi ki, dayısı özünəxas soyuqqanlılığını itirir, daha doğrusu, qərarsızlıq içindədir. Yolda pıçıltıyla soruşdu: — Nəsə yolunda deyil, dayı? — Bu tapmacanı çözmək istəyirəm! – Meqre dedi. – Gör onları bir saat da saxlaya bilirsən... — Madam İrviç xəstədir axı! — Nə edə bilərəm? — Doktor Qelxorn deyir ki… Meqre onun sözünü kəsdi: — Qoy özüyçün desin! Və təklikdə vağzal bufetində səhər yeməyi yeməyə getdi. — Kəs səsini deyirəm! – Meqre özünü tamamilə itirmiş və nə edəcəyini bilməyən bacısı oğluna dedi. – Həmişə nəsə oyun çıxardırsan… Sənə bütün düşündüklərimi deyəcəyəm… Sonra özün altından çıxmağa çalış. Xəbərdarlıq edirəm, bacarmasan dayıya zəng eləməyi ağlına da gətirmə… Dayın artıq boğaza yığılıb… – Sonra başqa tonda davam etdi. – Bax! Mən hadisənin yeganə məntiqli izahını tapmışam. Sən ya sübut tapmalısan, ya da etirafa nail olmalısan. Özünü itirmə. Birincisi: məşhur bankir Otto Braun səkkiz çamadanlıq yüklə Fransaya gedir, portmanatındasa cəmi dörd yüz mark var... İkincisi: qatar Almaniyada olanda o özünü Lena Leynbaxı tanımırmış kimi aparırdı, sərhədi keçən kimi isə ona “sən”lə müraciət edib, bu səbəbsiz deyil… Üçüncüsü: o, Lenanın nə Lyöjdə, nə Namürdə, nə də Şarleruada bayıra çıxmağını istəmirdi… Dördüncüsü: Lena heç nəyə baxmayaraq inadla çıxmaq istəyirdi… Beşincisi: Braunu heç vaxt görməyən Bebelmans adlı birinin – əks halda onun meyitini görəndə necəsə reaksiya verərdi – cibində iki, ya üç milyonluq hissələr var idi… Meqre yenə tonun qaldırdı: — Başa salıram! Yəhudi Otto Braun, sərvətinin hamısını və ya bir hissəsini Almaniyadan çıxartmağa çalışıb. Öz əşyalarının diqqətlə yoxlanılacağını bildiyindən Berlində kutizanka ilə tanış olur və onun üçün gizli saxlancı olan çamadanlar sifariş edir; çətin ki, gömrükçülər qadın paltarlarını qurdalasınlar. Amma bütün özünə hörmət edən kurtizankalar kimi Lena Leynbaxın da ürək sirdaşı var, Tomas Xauke. Tomas Xauke professionaldır, hələ Berlində, ola bilsin lap “Kayzerxof”da çamadanlardan istiqrazları götürüb, əlbəttə ki, Lenanın iştirakı ilə. Lena qatara birinci minir və çamadanları ehtiyatlı davranmağa çalışan Braunun əvvəlcədən nişan verdiyi yerə qoyur, özü isə qarşı tərəfdə oturur, guya onlar tanış deyillər… Kelndə Xauke hadisələrin gedişatını görmək istədiyi üçün həmin kupeyə gəlir, akrobatsa sənədlərlə bir yerdə üçüncü dərəcəli vaqonda gedir, sərhədi keçəndə isə vaqonun altında gizlənməli olur… Sərhədi keçəndən sonra Otto Braun daha heç nədən qorxmur. O, hər dəqiqə çamadanları açıb sənədləri götürə bilər… Buna görə də Lena Leynbax əvvəl Lyöjdə, sonra isə Namürdə və Şarleruada ingilissayağı aradan çıxmağa çalışır… O qıza etibar edir? Nədənsə şübhələnir? Yoxsa ona vurulub? İstənilən halda qadını güdür, bu isə öz növbəsində qadını özündən çıxardır, axı Parisdə istər-istəməz oğurluğun üstü açılacaq… Fransa sərhədində də ola bilər. Burda sənədləri gizlətməyə səbəb yoxdur, o, gizli saxlancı açacaq. Tomas Xauke də bunu bilir… — Və Braunu öldürür? – deyə Vinşon soruşdu. — Əminəm ki, yox. Əgər o yerindən dursaydı sərnişinlərdən hansısa onu görərdi. Mənə elə gəlir ki, Braunu sən birinci dəfə girib “Pasportları hazırlayın” deyəndə öldürüblər… Hamı yarıqaranlıqda yerindən durub gözlərini ovuşdurur. Təkcə Lena Leynbaxın Otto Brauna yaxınlaşmağa səbəbi var: o, çamadanını açmalıdır. Əminəm ki, elə həmin an… — Bəs sübut? — Axtar! – Meqre mızıldandı. – Əgər rastlarına sənin kimi tip çıxıb meyiti soyundurmağı əmr eləməsəydi, hamı bu ölümü təbii ölüm qəbul edəcəkdi… Bu zibili sən açmısan… İndisə özün bil, necə bacarırsan elə… Lenanı əmin elə ki, Bebelmans hər şeyi etiraf edib, Bebelmansa de ki, Xauke ilişib. Bax da, köhnə nömrələri işlət… O, pivə içməyə getdi, Vinşonsa dayısının göstərişinə əməl etdi. Köhnə nömrələr işə yaradı. Ən çox da ona görə ki, Lena Leynbaxın şlyapasına ox şəkilli böyük brilyant sancaq keçirdilmişdi. Və Pol Vinşon – madam Meqrenin dediyi kimi, Popol — barmağıyla onu göstərib dedi: — İndi heç yerə qaça bilməyəcəksiniz… Sancağın üstündə qan ləkəsi var… Bu yalan idi. Amma qadın isterikaya qapıldı və hər şeyi etiraf etdi. Tərcümə: Həmid Piriyev
['ədəbiyyat', 'dünya ədəbiyyatı', 'hekayə', 'Jorj Simenon']
908
https://kayzen.az/blog/Bilirsinizmi/19301/b%C9%99yaz-k%C3%BCy.html
Bəyaz küy
Apollon
Bilirsinizmi?
22 dekabr 2016, 13:41
İnsanların beyni gün ərzində müxtəlif məlumat toplayır, onu emal edir, araşdırır, yadda saxlayır. Bütün bu proseslər davamlı olaraq fəaliyyət göstərir. Yuxu insana rahatlıq gətirərək onu sanki yeni günə, yeni işlərə hazırlayır. İnsanlarda baş verən yuxu pozğunluqları onlarda müxtəlif psixoloji, psixo-nevroloji və psixo-fizioloji xəstəliklərə səbəb olur. Adətən, daha çox yuxusuzluq problemləri ilə qarşılaşan, lakin daha az şikayət edən analardır. Ana yeni doğulan körpənin ilk günlərdə yuxu rejiminin olmaması, gecə və gündüzlərin səhv salınması, köp və qaz problemlərinin olması, daha sonra isə diş çıxarma və digər uşağı narahat edən problemlərlə üzləşir. Xüsusən, ilk övladları doğulan analar, körpələrin hələ də inkişaf etməmiş mədə-bağırsaq, sinir, əzələ və digər sistemlərinin xüsusiyyətləri haqqında məlumatı olmadan uşağın ağlamağı və narahatlığı anında özlərini çarəsiz hiss edərək, nə edəcəklərini bilmirlər. Ananın arsenalında körpəni sakitləşdirmək üçün bir neçə vasitənin olması ən azı ananın özünəinam hissinin artmasına yardım edə bilər. Bu məqalənin əsas məqsədi, məhz bu sakitləşdirici vasitələr haqqında söhbət açaraq, ananı xəbərdar etməkdir. Bəyaz küy nədir? Bəyaz küy bir qayda olaraq həqiqətən uşaqların sakitləşməsinə və yuxuya getmələrinə səbəb olur. “Bəyaz küy” ifadəsinə bəyaz səslər də deyilir. Onlara yağan yağış, axan şəlalə, dəniz dalğalarının səslərini aid etmək olar. Necə ki, ağ rəng bütün rəng çalarlarını özündə toplayan rəngdisə, bəyaz səslər də insan qulağının ala biləcəyi bütün səsləri cəmləşdirmək özəlliyinə malikdir. Təbii səslərlə bərabər, bəyaz səslərə ventilyator, fen, tozsoran kimi məişət cihazlarının çıxardığı səslər də aiddir. Uşaqlar ana bətnində daim müxtəlif səslərlə əhatə olunur. Ananın ürək döyüntüsü, plasentanın damarlarında dolaşan qan, daxili orqanlarda baş verən proseslərin səsi cəmləşərək bəyaz küyün yaranmasına səbəb olur. Doğuşdan sonra körpənin rahatlaması və özünü hüzurlu hiss etməsi üçün bu səs fonunun yenidən yaradılması onun tez sakitləşməsinə səbəb olur. Yeni doğulmuş çağaların üzərində aparılan tədqiqatlar (Spencer, et al, 1990) göstərir ki, 80%-ə yaxın körpə “bəyaz küy” təsiri altında 5 dəq. ərzində sakitləşib sərbəst yuxuya gedə bilirdilər. Şərq Kaliforniya Tibb İnstitutunun pediatriya kafedrasının dosenti, Amerikalı uşaq həkimi, Harvey Karp, körpənin sakitləşdirilməsində “bəyaz küyün” fitri mexanizminin stimullaşdırma gücünə malik olduğunu bildirmişdir. Uşaqlar fitri olaraq artıq müxtəlif səslərə alışqan olurlar, bu səbəbdən, onların yuxusunun rahat olması üçün sakitliyin yaradılmasına ehtiyac qalmır. Bəyaz küy uşaqlarda təhlükəsizlik və əminamalıq təsəvvürü yaradır. Alimlər uşaqların rahat yuxulaması üçün bəyaz küyün əz azı onların 1 yaşına kimi faydalı olduğu fikrindədirlər. Bu səslərin yaradılması valideynlərdən artıq maliyyə və ya güc tələb etmir. Onlar bu səsləri ev şəraitində də rahat yarada bilərlər. Yuxarıda qeyd etdiyimiz müxtəlif elektrik əşyaların istifadəsi, radio dalğalarının səsi, telefona yazılan təbiət səsləri və s. uşağın tez bir zamanda sakitləşməsi və yuxulaması üçün effektiv bir üsul kimi istifadə oluna bilər. Bəzi ölkələrdə valideynlər bəyaz səsləri uzun müddət ərzində və ya bütün gecə ərzində yandırıb istifadə edirlər. Alimlər bu səslərin uzun müddət ərzində işlədiyi zaman beyinə olan təsirini araşdırdılar və belə nəticəyə gəldilər ki, gecə ərzində səslənən bu səs izn verilən həddləri aşır. Və nəticələr əsasında valideynlərə uşaqların yuxulaması üçün xüsusi aparatların istifadəsi ilə bağlı aşağıdakı məsləhətləri verdilər: 1. Bəyaz küy yaradan vasitələri uşaqdan mümkün qədər aralı yerləşdirmək, xüsusilə onun çarpayısından 2. Səsin ucalığını azaltmaq 3. Vasitələrdən qısa müddət ərzində istifadə etmək (gecə boyu işlətməmək) Əgər bu məqaləni oxuyandan sonra siz körpənizin sakitləşdirməsi va rahat yuxulaması üçün rahat “bəyaz küy” metodundan istifadə etməyi qərar verdinizsə, onda nəzərə alın ki, səsin ucalığı 50 db-dan artıq olmamalıdır. Bu rahatlıq və hüzur verən səs fonu yağan yağış şırıltısını və ya duşdan axan suyun səsini xatırladır. Müəllif: Gülarə Rüstəmova Uşaq psixoloqu və Əmizdirmə məsləhətçisi
['yuxu', 'bəyaz küy']
909
https://kayzen.az/blog/turizm/19803/mehrac-mahmudov-%7C-m%C9%99%C5%9Fhur-s%C9%99yah%C9%99t%C3%A7i.html
Mehrac Mahmudov | Məşhur səyahətçi
kayzen
Turizm
18 dekabr 2016, 20:49
156 ölkə gəzmiş azərbaycanlı səyyah haqqında Facebookda qeydlərlə yəqin ki qarşılaşmısınız. Paylaşdığı foto və informasiyalarla bizi virtual olaraq dünyanın ən ucqar ölkələrinə aparan Mehrac Mahmudovla daha yaxından tanış olmaq qərarına gəldik. — Sizi yaxından tanıyaq. Mehrac Mahmudov kimdir? — Naxçıvanda anadan olmuşam, orta təhsilimi orda tamamlayıb Sankt-Peterburq (Leninqrad) şəhərinin Politexnik İnstitunun məzunu olmuşam. Hal-hazırda səyahətdən başqa Bakıda şəxsi biznesimlə məşğulam. — 156 ölkə gəzmisiniz. İlk dəfə səyahətə çıxmaq qərarına necə gəldiniz? — Səyahətə çıxmaq kimi ayrıca bir qərarım yox idi. Sadəcə mən hərdən işimlə əlaqədar, bəzən isə səyahət məqsədi ilə tez-tez səfərlərə gedirdim. Daha sonra isə maraq dairəmi genişləndirmək üçün səfərlərimin sayını artırmaq qərarına gəldim. Beləliklə, bu, artıq mənim həyat tərzimə çevrilməyə başladı. — Səyahətə hansı ölkədən başlamısınız və hazırda getmək istədiyiniz hansısa ölkə qalıb? — İlk səfərim 1991-ci ildə keçmiş Almaniya Demokratik Respublikasına, alman tələbə yoldaşımın dəvəti ilə olub. O qədər ölkə var ki… Vaxt və şərait olduqca hər birini gəzməyə çalışacam. Dünya mənim üçün çox sirli və ecazkardır. Bu məqamda səyyahın 81-ci səyahətindən qeydlərinə nəzər salırıq: “...Mayyaların hökmranlıq etdiyi ölkə olan Qvatemala açıq yaşıl rəngin məskənidir. Nə qədər qəribə olsa da, avtobuslar, köşklər, səki kənarları, yanğınsöndürən maşınlar, məlumat lövhələri və saya bilmədiyim daha bir çox yer açıq yaşıl rəngə bürünüb. Amma belə müsbət rəng cinayətkarların fəallığına təsir göstərmir. Məni hətta qorxudurdular ki, hər gün bu küçələrdə bir neçə adam öldürülür. ...Kosta-Rika, yəqin ki, bölgənin ən orijinal ölkəsidir. Məni bəzi sözlərin mənası təəccübləndirdi. Məsələn, ispan dilinə «piyada» kimi tərcümə edilən söz burada «hədəf» mənasını verir. Yəqin bunun səbəbi ölkədə avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinə icazə verilməsidir. Bunu öyrənincə daha diqqətli olmağı qərara aldım. ...Myanmada küçədə gəzərkən boynunda çoxlu halqa olan gənc qadın gördüm. Əvvəllər belə bir şeyi ancaq şəkillərdə görmüşdüm. Yerlilərin dediyinə görə, ölkədə yaşayan paduanq tayfasının çox qəribə, mənim fikrimcə isə, hətta vəhşi adəti var: onlar 5 yaşından başlayaraq qızların boynuna latundan düzəldilmiş halqalar taxır. Halqaların sayı ilbəil yavaş-yavaş artırılır və nəticədə qızların boyun hissəsi uzanır”. — Səyahət çox insanın arzusu olsa da, maddi çətinliklərə görə bunu gerçəkləşdirmək mümkün olmur. Azərbaycanda hava nəqliyyatının elə də ucuz olmadığını nəzərə alsaq, onda insanlarımız əlavə vasitələr axtarmağa məcbur olur. Siz nəqliyyatı necə optimallaşdırırsınız? — Bu çətin işdə mənə Moskvadakı Turizm Agentliyinin əməkdaşları çox yardımçı olurlar. — Xarici səyyahlar səyahətə çıxan zaman kimi evini satır, kimi illərlə maaşını yığır. Bilmək olar, sizin səyahətinizə ümumi nə qədər xərciniz çıxıb? — Çətin sualdır. 23 ildən çox səyahət edirəm. Bu zaman ərzində çəkilən bütün xərcləri dəqiq söyləməyə çətinlik çəkirəm. — Gəzdiyiniz yerlərdə azərbaycanlı olduğunuzu deyəndə münasibət necə olur? Ölkəni tanıyırlar? — Daha öncə Azərbaycanlı deyəndə təəccüblə baxırdılar. Amma indi bu da çox sevincverici haldır ki, çoxları tanıyır və müsbət rəylər bildirir. Hətta, Azərbaycan bayrağı ilə şəkil çəkdirənlər də çox olub. — Pinqvinlər qitəsi kimi bilinən Antraktida, yəqin ki, az adamın səyahət planında yer alar. Necə oldu ki, siz oraya getmək qərarına gəldiniz? Bir də qitənin yerli sakinləri sizi necə qarşıladı? — Nəinki Antarktida, Arktika və Qrenlandiya da hər zaman insanlarda böyük maraq yaradıb. Mən də istisna deyildim. Unudulmaz səfər oldu. Antarktidaya turist kimi getmək çətindir. Ən azından bir il növbə gözləməlisən. Hər il yalnız yay aylarında 22 turist Antarktidaya buraxılır. Amma hava şəraiti pis olarsa, sizin səfəriniz təxirə salına, ödədiyiniz vəsait isə geri qaytarıla bilər. Qış mövsümündə isə qitə turistlər üçün demək olar ki, bağlıdır. Antarktidaya Çilidən təyyarə ilə uçduq. Hava şəraiti heç əlverişli deyildi. Düz üç gün gözləməli olduq. Nəhayət, bu ecazkar qitəyə ayaq basdıq. Yerli əhali qismində Qütb stansiyalarında çalışan alimlər idi, onlar da bizi çox isti qarşıladılar. Pinqvinlər, balinalar və qitənin digər sakinləri həmçinin. Mənim fikrimcə, bu qitənin əsl sahibləri pinqvinlərdir. Onlar tamamilə insanlardan qorxmurlar. Arktikadada ən unudulmaz ənənələrdən biri okeanın buzlu sularında çimmək idi. İnsanın o an yaşadıqlarını heç bir sözlə təsvir etmək olmur! Çili, Rusiya və Çinin elmi-tədqiqat stansiyalarında oldum. Bu qitə onunla gözəldir ki, özünü əsl tədqiqatçı kimi hiss edə bilirsən. Əbədi buzlar qitəsində öz ölkəmin bayrağını qaldırdım, vətənimin adını qeyd etdim və onu Antarktidadan ayıran məsafəni göstərdim. Bu işarə Antarktidada daim qalır, hansı ölkələrdən qitəyə səyyahların gəldiyini göstərir və bir növ həmin ölkədən xatirə simvolu olur. Antarktidada bütün qonaqlara bir nömrəli tələb təhlükəsizlik qaydalarına riayət olunmasıdır. Ümumilikdə isə, mənim fikrimcə, Antarktida əsl ekstremal turzim yeridir. — İndoneziya, Flippin adaları ilə bağlı maraqlı fikirlər paylaşmısız. Xüsusilə də adət-ənənələrlə bağlı. — Filippin məndə qarışıq bir hiss yaratdı: bir tərəfdən heyratamiz təbiəti və çimərlikləri ilə insanı valeh edir, digər tərəfdən Manilanın tozu, səs- küyü və hədsiz səliqəsiz və basırıq olması. Keçmişdə ispan koloniyası olduğu üçün, Milad bayramını çox təntənəli və rəngarəng qeyd edirler. Filippinlilər yemək düşkünüdür, hətta, xüsusi qida rejimləri də var. İndoneziya isə yüksək mədəniyyəti və inkişafı, eyni zamanda da irsi sərvətlərini qorumaları ilə özünə böyük hörmət qazanıb. Komod adalarındakı varanları, cəngəllik meşələri, filləri, digər flora və fauna nümunələri isə İndoneziyaya olan marağı daha da artırır. Qardaş Türkiyədəki kimi, İndoneziya da özündə Şərqlə Qərbi çox gözəl şəkildə sintez edir. — Demək olar ki, “Qara qitə”ni qarışbaqarış gəzmisiniz. Daha çox aclıq, uşaq ölümləri, qadın zorakılığı ilə bilinən bu ölkələr bəs sizdə hansı təəssüratları oyatdı? — Sizin söylədiyiniz “Qara qitə” də son zamanlar çox dəyişib. Bəzi ölkələr bu çətinlikləri aşaraq irəliyə doğru gedir, bir qismində isə təəssüflər olsun ki, hələ də bu hallar mövcuddur. Məsələn, bir dəfə Madaqaskarda dəhşətli bir hadisənin şahidi olmuşam. İnək oğurladığına görə bir oğlanı vəhşicəsinə öldürmüşdülər. Polislər də heç nə etmədilər. Kotonuda yerli bazarda diqqətimi bir şey çəkdi: Afrika qadınları çox zəhmətkeş olmaqla yanaşı çox ecazkardılar. Fransa kuturyeləri bunların yanında, məncə, susur! — Səyahətləriniz zamanı başınıza gələn ən maraqlı hadisələr nə olub? — Botsvanada timsaha az qala yem olacaqdım, Allah qorudu! Ümumiyyətlə, bu neçə illər ərzində maraqlı hadisələr, eləcə də maraqlı insanlar ilə təsadüfi görüşlər çox olub. — Azərbaycan daha çox qonaqpərvərliyi ilə seçilir. Gəzdiyiniz ölkələrlə müqayisədə buna haqq qazandırmaq olar? Yoxsa daha qonaqpərvər hesab etdiyiniz ölkələrdə oldunuz? — Daha qonaqpərəvər deməzdim, amma Azərbaycan qədər qonaqpərvər ölkələr çoxdur, elə götürək keçmiş sovet məkanının bəzi ölkələrini. Bir az Şimal ölkələrinin insanları daha soyuqdular. — “İnsanlar ölmədən öncə bu 3 yerdə olmalıdır” dediyiniz ölkələr var? — Arktikada Frans-İosif Torpağı kimi xatirəmdə qalan maraqlı yerlər var. Amma gəzmədiyim ölkələrin sayı hələ kifayət qədər olduğu üçün, bu suala cavab vermək tez olardı. Müsahibəni apardı: jurnalist Günel Hacı Mənbə: qafqazinfo.az saytı Müsahibənin alındığı tarix: 30 noyabr 2016-cı il Mehrac Mhamudovun İnstagram profili
['səyyah', 'səyahət', 'turist', 'səyahət etmək', 'turistlər', 'Mehrac Mahmudov']
910
https://kayzen.az/blog/ginekologiya/19266/do%C4%9Fu%C5%9F-haqq%C4%B1nda-10-yan%C4%B1lma.html
Doğuş haqqında 10 yanılma
Apollon
ginekologiya
18 dekabr 2016, 16:43
Doğuş gələcək analar üçün ən populyar mövzudur. Bu həyəcanlı hadisə haqqında nələr deyilmir, nələr məsləhət görülmür... Təəssüf ki, “təcrübəli” rəfiqələrindən, qohum və tanışlarından hamilə qadının aldığı informasiyanın heç də hamısı gerçəkliyə uyğun gəlmir. Gerçəkliklə yanılmanı bir-birindən necə fərqləndirməli? Gəlin doğuşa aid olan ən populyar yanılmaları ifşa edək. Birinci yanılma: Doğuş günü limon şirəsi qatılmış mineral sudan başqa, bütün yeməklər və içkilər qəti qadağan edilir. Bu, belə deyil, çünki doğuş anadan çoxlü güc və enerji tələb edir. Buna görə də doğuş günü Siz bir boşqab bulyon, şirin çay içə, kreker, suxarı, yoqurt yeyə bilərsiniz. Ac qalmayın, çünki Sizə hələ qüvvə lazım olacaqdır. Düzdür, bəzi həkimlər mütəmadi doğuş fəaliyyətinin başladığı andan eitbarən qida qəbul etməyi məsləhət görmür. Qidaya məhdudiyyətin qoyulması ondan irəli gəlir ki, doğuş zamanı narkoz verilməsinə ehtiyac yarana bilər. Bu zaman qusma ehtimalı böyük olur. Narkoz vəziyyətində olan qadında bu, qusuntu kütlələrinin ağ ciyərə daxil olmasına gətirib çıxarar ki, bu da pis nəticələrə səbəb ola bilir. İkinci yanılma: Doğuş fəaliyyəti başladıqda, dərhal doğum evinə getmək lazımıdır. Bu, bəlkə də ondan irəli gəlir ki, bədii filmlərdə çox vaxt doğuş maşında, qatarda və s.-də təsvir edilir. Əslində doğuşun davam etdiyi müddət Sizə tələsmədən doğum evinə çatmağa imkan verir. Belə ki, ilk doğuş bir qayda olaraq 10-12 saat davam edir. Sonrakı doğuşlar bir qədər az (6-8 saat) davam edir. Lakin bununla belə doğum evinə çatmaq üçün vaxt yetərlidir. Amma əvvəlki doğuşlar tez və ya sürətlə baş vermişdirsə, su gəldikdə, xüsusən də su şəffaf olmadıqda, yaşıla bənzədikdə, doğum evinə tələsmək lazımdır, çünki bu, uşağın bətndə əziyyət çəkməsindən xəbər verir. Xüsusən də cinsi yollardan qan gəldikdə, doğum evinə tələsmək lazımdır: bu, plasentanın ayrıldığı zaman (həm anaya, həm də körpəyə təhdid edən vəziyyətdə) baş verə bilir. Yerdə qalan hallarda doğum evinə ilk doğuşda doğuş tutmaları arasındakı fasilələr orta hesabla 10 dəqiqə, ikinci və sonrakı doğuşlarda – 15 dəqiqə olduqda, getmək lazımdır. Bu, doğum evinə 1 saat ərzində çata biləcəyiniz halda doğrudur. Üçüncü yanılma: Doğuş çox ağrılı olur. Belə bir fikir vardır ki, qadın üçün doğuş çox ağrılı bir prosesdir. Hamiləlik dövründə körpəni müdafiə etmək üçün uşaqlığı güclü əzələ dairəsi “bağlı” saxlayır. Doğuş zamanı bu əzələ dairəsi bir neçə saat ərzində 10 santimetrə qədər açılmalıdır. Doğuş zamanı güclü ağrı mütləqdirmi? Bu, daha çox psixoloji səbəblərlə bağlı deyilmi? Müəyyən olunmuşdur ki, qadın qarşıdan gələn doğuşa sakit münasibət bəsləyirsə və uşaq arzuolunandırsa, onda doğuş zamanı güclü ağrı da hiss etmir. Və, əksinə, doğuşdan əvvəl qorxu hissinin keçirilməsi gülcü ağrı hissinə də səbəb olur. Məhz buna görədir ki, müxtəlif qadınlar eyni dərəcəli ağrıları müxtəlif cür hiss edirlər – bəziləri “dözülməz”, bəziləri isə “dözülən” ağrılardan bəhs edir. Qorxu və gərginlik keçirən orqanizmdə adrenalinə bənzər hormonlar hasil olunur ki, bunlar da nəbzin tezləşməsinə və əzələlərin gərginləşməsinə səbəb olur. Bundan başqa, ağrı həddi də enir. Qadın ağrıdan nə qədər çox qorxsa, doğuş tutmaları zamanı nə qədər gərgin olsa, ağrı da bir o qədər güclü olar. Əzələ gərginliyi yoxdursa, emosional reaksiyalar sönür. Beləliklə, doğuş zamanı bədən tam boşalmışdırsa, bu, uşaqlığın aşağı seqmentlərinin dairəvi liflərinin, boynun artıq tonusunu aradan qaldırır. Ağrıları da yaradan elə məhz budur. Tam relaksasiya (boşalma) və sakit vəziyyətdə doğuş zamanı uşaqlığın aktivliyi sadəcə əzələlərin yığılması kimi hiss edilir. Gərginlik, o cümlədən uşaqlıq boynunun gərginliyi maneə yaradır ki, bunun da aradan qaldırılması üçün tutmalar dəfələrlə güclü olmalıdır. Bu isə doğan qadında diskomfortu artırır. Uşaqlıq boynunun gərginliyi çox güclü olduqda, tutmalar da güclənir və daha çox ağrı verir. Hər bir qadın tam əzələ relaksasiyası praktikasına yiyələnməlidir, çünki doğuşun asanlıq dərəcəsi məhz bundan asılıdır. Qeyd etmək lazımdır ki, doğan qadın bu prosesin aktiv iştirakçısıdır və doğuşun uğurla başa çatması bir çox mənada ondan asılıdır. Dördüncü yanılma: Tutma zamanı qadın kuşetka üzərində yatmağa məcbur edilir. Əslində isə palatada sərbəst gəzməyə icazə verilir. Bu zaman dayaq kimi çarpayıdan, stuldan və ya ərin (söhbət birgə tərəfdaşlıq doğuşundan gedirsə) köməyindən yararlanmaq olar. Əgər Siz uzanmağa üstünlük verirsinizsə, onda böyrü üstə, özü də dölün başının arxa hissəsinin olduğu böyrü üstə uzanmaq daha yaxşı olar. Böyrü üstə uzanmaq fizioloji baxımdan daha məqbul sayılır, çünki bu zaman uşaqlığın iri damarları (aorta, aşağı boş vena) sıxılmır və dölün oksigen aclığına və vena qanının daxili orqanlarda (o cümlədən uşaqlıqda) durğunlaşmasına gətirib çıxarmır. Aşağı boş vena sindromu da elə məhz bundan ibarətdir. Həmçinin doğuşun ilk dövründə yarıuzanıqlı və ya yarıoturaq vəziyyətdə olmaq məsləhətdir, çünki məhz bu vəziyyətdə dölün qabaqdakı hissəsi (başı və ya çanaq sonu) irəliyə doğru asan hərəkət edir. Beşinci yanılma: Amniotomiya, yəni döl qişasının süni şəkildə açılması həmişə pis nəticə verir. Məlum olduğu kimi, döl qişası doğuş zamanı bir neçə funksiyanı yerinə yetirir. O, birincisi, dölü infeksiyadan müdafiə edir, ikincisi, doğuşun ilk dövründə uşaqlıq boynunun açılmasında iştirak edir. Buna görə də uşaqlıq boynu tam açılarkən su döl qişasının öz funksiyalarını artıq yerinə yetirdikdən sonra boşalmalıdır. Lakin bəzi hallarda həkimlər qadına döl qişasını xüsusi alətlə süni şəkildə açmağı təklif edirlər. Söhbət hansı hallardan gedir? Hamiləliyin həqiqi vaxtının keçməsi – bu halda doğuş fəaliyyətini həvəsləndirmək üçün döl qişası açılır. Hamilə qadının gestozu – arterial təzyiqin yüksəlməsi, şişkinliklərin yaranması, qanda zülalın olması. Rezus-konflikt hamiləlik Qarnın aşağı hissəsində və beldə ağrılar Doğuş fəaliyyətinin zəifliyi Döl qişalarının bərkliyi Maye çoxluğu Yastı döl qişası – bu zaman dölün başı önündə su az olur, döl qişası normal doğuş fəaliyyətinin inkişafına mane olur. Plasentanın aşağıda yerləşməsi Yüksək arterial təzyiq və qan sirkulyasiyasının pozulması ilə bağlı olan müxtəlif patoloji hallar (hipertoniya, ürək və böyrək xəstəlikləri) və s. Altıncı yanılma: Qadın doğuşun üsulunu özü seçə, yəni öz istəyi ilə kesar kəsiyini seçə bilər. Əslində cərrahi yolla doğuş yalnız tibbi göstəriş olduqda, aparılır, çünki bu əməliyyat müəyyən rsklərlə bağlıdır və bu risklər doğuş zamanı yaranan risklərdən daha təhlükəlidir. Kesar kəsiyi yalnız təbii yolla doğuşun dölün və qadının həyatı və sağlamlığı üçün təhlükə kəsb etdiyi hallarda həyata keçirilir. Doğuş aşağıdakı hallarda təbii yolla baş verə bilməz: — Plasenta uşaqlıqdan çıxışı bağladıqda. — Plasentanın vaxtından əvvəl soyulması qanaxma ilə müşayiət olunur ki, bu da ana və dölün həyatı üçün təhlükəlidir. — Uşaqlıqda dölün tərs yerləşməsi — Hamiləliyin ağır yetkin toksikozu — qıc, arterial təzyiqin yüksəlməsi, bunun dərmanlarla müalicə oluna bilməməsi. — Ananın çanağının ölçüləri ilə dölün başının ölçülərinin bir-birinə uyğun gəlməməsi — Göbək bağının düşməsi — Uşaqlığın, yumurtalıqların, sidik kisəsinin şişi (məsələn, uşaqlığın mioması). Şişlər doğuş yollarını mühasirəyə alır və uşağın doğulmasına mane olur. Doğuş hökmən olmasa da, aşağıdakı göstərişlər olduqda, cərrahi yolla başa çata bilir: — Digər xoşagəlməz amillərlə birlikdə (uşağın çanaqda tərs yerləşməsi, iri döl, hamiləliyin vaxtının keçməsi) çanaq sümüklərinin bir qədər dar olması — Başın düz gəlməməsi (uşaqlıq yollarına ilk olaraq başın arxası deyil, alın və ya üz daxil olur). — Doğuş zamanı dölün oksigen aclığı təhlükəsi və ya bu aclığın başlaması (hipoksiya) — Uşağın çanaqda tərs yerləşməsi — uşaqlıqdan çıxışda dölün başı deyil (bu, daha yaxşıdır), sonu durur. — Orqanizmin doğuşa hazır olmaması şəraitində hamiləliyin vaxtının keçməsi. — Yüngül və orta dərəcəli yetkin toksikoz — Digər xoşagəlməz amillərlə yanaşı birinci doğuşun 30 yaşdan yuxarı yaşa təsadüf etməsi — İri döl — Uşaqlığın inkişafında qüsurların olması — Əvvəlki kesar kəsiyindən sonra uşaqlıqda çapıq Yeddinci yanılma: Döl dünyaya gələrkən nadir hallarda bağırsaq boşalması baş verir. Əslində bu, kifayət qədər tez-tez baş verir. Əksər qadınlar bundan utanır. Amma çox nahaq yerə, çünki doğuş zalında olan tibbi heyət buna heç təəccüblənməyəcəkdir. Axı buna kifaət qədər tez-tez rast gəlinir. Bütün ifrazatlar vaxtında təmizlənir ki, bu da uşağın onunla kontaktını istisna edir. Səkkizinci yanılma: Güc vermə zamanı qışqırmaq yaxşıdır. Çox vaxt qadın doğuşun ikinci dövrünə yaxın yorulur və sanki onun gücü qalmır. Unutmamalıdır ki, güc vermə doğuş prosesinin məsuliyyətli hissəsidir. Bu zaman qadından çox şey asılı olur. Onun necə tənəffüs etməsi, həkim və mama-ginekoloqun sözlərinə əməl etməsi bir çox mənada körpənin doğuş zamanı vəziyyətini şərtləndirir. Güc vermə anı mümkün qədər çox hava udmaq və bu zaman ön qarın divarının əzələləri ilə güc vermək lazımdır. Qışqırarkən bunu etmək mümkün olmur. Güc vermə zamanı səyləri bir çoxlarının etdiyi kimi, “üzə”yox (bu, dölün irəliləməsinə mane olur, buna görə də doğuş prosesi uzanır, doğan qadının göz və sifətində damarlar partlayır, həkimlər isə ön qarın divarına təzyiq göstərərək uşağı sıxaraq çıxarmalı, bəzi hallarda isə cərrah maşası ilə çıxarmalı olurlar), ağrının ən çox hiss olunduğu nayihəyə yönəltmək lazımdır. Doqquzuncu yanılma: Doğuş zamanı mütləq aralıq əzələləri cırılır, cırılmadıqda isə, onu cırırlar. Qeyd etmək lazımdır ki, epizio- və ya perinetomiyaya müəyyən göstərişlər olur. Aralıq əzələlərinin cırılma təhlükəsi olduqda, onu kəsirlər, çünki kəsik yara cırıq yarasından daha tez sağalır. Aralıq həmçinin yarımçıq hamiləlikdə, dölün ana bətnində inkişafı dayandıqda, dölün hipoksiyası (hamiləlik zamanı körpəyə oksigen və qida maddələri çatmadıqda) zamanı və bəzi digər hallarda kəsilir. Doğan qadın çox fəal güc verərkən mama-ginekoloqun başın çıxması üçün səy göstərdiyi zaman aralıq cırıla bilir. Bu an adətən qadından güc verməmək, başın çıxmasını tezləşdirməmək üçün tez-tez və səthi tənəffüs etmək xahiş olunur. Hər şey düzgün edildikdə, aralığın cırılma təhlükəsi yaranmır. Onuncu yanılma: Doğuşdan dərhal sonra qarın doğuşaqədərki formalarını alır. Qeyd etmək lazımdır ki, doğuşdan dərhal sonra uşaqlığın ölçüləri azalır, lakin 1-2 gün ərzində hamiləliyin 16-18 həftəsində olduğu kimi qalır. Bu isə kifayət qədər böyük qarındır. Doğuşdan sonra 6-8 həftə ərzində uşaqlıq öz əvvəlki ölçülərini alır. Onu da nəzərə almaq lazımdır ki, doğuşdan dərhal sonra qarnın dərisi genişlənir ki, bu da yaxşı təəssürat bağışlamır. Bu da doğuşdan təxminən 1 ay sonra keçib gedir. Söhbətimizin sonunda gələcək analara təbabətdən uzaq olan adamlara fikir verməməyi və daha çox öz həkiminə qulaq asmağı məsləhət görürük. Doğuşa hazırlıq zamanı rəhbər tuta biləcəyiniz mötəbər informasiyanı yalnız həkimdən ala bilərsiniz. ginekoloq.az
['ginekologiya', 'hamiləlik', 'doğuş', 'zahı qadın']
911
https://kayzen.az/blog/stil/19791/%C5%9Faxtal%C4%B1-havada-d%C9%99riy%C9%99-nec%C9%99-qulluq-etm%C9%99li.html
Şaxtalı havada dəriyə necə qulluq etməli?
Apollon
Yaraşıqlı görünüş, gözəl imic
16 dekabr 2016, 11:15
— Mütəxəssislər şaxtalı havalarda üzün və əlin dərisini tərkibində spirt olan vasitələrlə silməyi məsləhət bilmirlər. Onlar müxtəlif losyonları qış aylarında süd və ya qliserin tərkibli üz təmizləyicilərlə əvəz etməyi məsləhət bilirlər. — Şaxtalı havalarda vanna və buxar qəbul eləmək də məsləhət görülmür. Çünki qaynaq su vannasından sonra qış aylarında dəri məsamləriniz daha da dərinləşəcək. Üzünüzü isti su ilə yuyub krem çəkə bilərsiniz, amma bunu etdikdən sonra ən azı 2 saat evdən bayıra çıxmaq olmaz. — Qış aylarında orqanizmin vitaminə olan tələbatı artır. Bu təlabat özünü dərinin quruluğunda da hiss etdirir. Mütəxəssislər dərinin vitamin azlığından əziyyət çəkməsinin qarşısını almaq üçün bol meyvə-tərəvəz yeməyi məsləhət görür. Qoz, dəniz məhsulları və yağsız ət dəriyə gözəl təsir edir. — Qış aylarında insanların suya olan tələbatı azaldığına görə az su qəbul edilir. Bu da dəridə quruluğun artmasına səbəb olur. Həkimlər orqanizmin suya təlabatının az olduğu aylarda belə su içməyi məsləhət bilir. Çünki su içmək tər vəziləri daxil olmaqla əksər orqanların fəaliyyətini aktivləşdirərək orqanizmə müsbət təsir edir. — Kosmetoloqlar şaxtalı və küləkli havalarda evdən çıxarkən dəriyə yumuşaldıcı kremlərdən sürtməyi məsləhət bilirlər. Bu dərini küləyin zədələrindən qorunmasına yardım edir.
['üz dərisinə qulluq', 'gözəl dəri', 'baxımlı üz']
912
https://kayzen.az/blog/qadinlar/19346/janna-moro.html
Janna Moro
Apollon
Məşhur qadınlar
13 dekabr 2016, 22:56
Qadağan olunan arzu… Janna Moro 23 yanvar 1928-ci ildə Parisdə dünyaya gəlib. Hələ erkən yaşlarından rastlaşdığı ikinci dünya müharibəsinin fəsadları onun ailəsindən də yan keçməyib. II dünya müharibəsinin başlanması Jannanın uşaqlıq illərinə düşdüyü üçün o, özünü hər zaman müharibə uşağı adlandırıb. Müharibənin başlanmasıyla atasının müflisləşməsi, ingilis qanı daşıdığı üçün anasının həbs olunması bir dövrə təsadüf edib. Hitlerçilərin Fransaya soxulması, kədərli və ac uşaqlıq dostları, qara bazar, küçələrdəki fahişəlik, alman əsgərləri, qəzəb və qorxu Jannanın uşaqlıq illərində ən çox rastlaşdığı məqamalar olub. Özünün artistlik istedadına güvənən Jannanın teatra və kinoya olan həvəsi bir zamanlar “Folli Berjer” müzik-xollunda balerina olmuş anasından qaynaqlanır. Səhnədən ərinin təkidi ilə ayrılmağa məcbur olan ana qızının bu sənəti davam etdirəcəyinə böyük ümidlər bəsləsə də, Jannanın atası qızının balerina və ya aktrisa olmaq arzusunu eşitmək beləistəmir. Və bu haqda danışmağı Jannaya qadağan edir. Lakin teatr sənətinə olan həvəsi onu on beş yaşında Deni İnesanın yaratdığı aktyroluq kurslarına gedib məşqləri və tamaşaları izləməyə məcbur edirdi. Daha sonra o, konservatoriyanın dramatik incəsənət fakültəsinə daxil olur. Janna ilk dəfə səhnəyə “Antiqon” tamaşasında ifa edəcəyi Anuya rolu ilə çıxır. Dəbdə sarışınlardı… On doqquz yaşlı Janna tələbəlik dövründə Fransanın ən görkəmli teatr rejissorlarından biri olan Jan Vilar ilə tanış oldu. Həmin ərəfədə Jan Vilar sonralar məşhurlaşacaq Avinyon teatr festivalını yenicə ərsəyə gətirmişdi. O, festivalın açılışı üçün nəzərdə tutulmuş “Günorta terrası” tamaşasındakı baş rollardan birini Jannaya həvalə edir. Rejissorun aktrisaya olan ümidi özünü doğruldur. Jannanın ifa etdiyi rol o qədər böyük uğur qazanır ki, əsası XIV Lüdoviq tərəfindən hələ 1680-ci ildə qoyulmuş “Komedi Fransez” teatrının rəhbərliyi Jannanı fəaliyyət göstərmək üçün öz teatrına dəvət edir. Qızının aktrisa olmasını bir ildən sonra xəbər tutan ata da məhz Jannanın Komedi Fransez teatrında fəaliyyətini öyrəndikdən sonra onunla barışırb susmalı olur. Həm də “Molyerin evi” adlandırılan məşhur teatrda Jannanın ilk rolu Jan Meyerin quruluşunda hazırlanan İvan Turgenevin “Kənddə ay” pyesindəki Nataşa rolu olur. Teatrın üçüncü mövsümünün aşılışında Janna artıq həmin teatrda xeyli məşhur sənət adamları ilə tanış olur. Gənc aktrisa teatrda işlədiyi dörd il ərzində çoxlu təcrübə qazanır və xeyli klassik rolların ifaçısı olur. Teatr sahəsində aktrisanın işləri uğurlu getsə də, kinoya keçid onun üçün nisbətən çətin oldu. Çünki, onun kinoya gəlişi elə bir vaxta təsadüf edirdi ki, həmin ərəfədə “teatr aktyorlarının filmə çəkilməsi zərərlidir” kimi fikirlər geniş yayılmış və möhkəmlənmişdi. Filmlər və rollar həmin dövrlərdə meydana çıxan yeni tipajlar üçün nəzərdə tutulub hazırlanırdı. Dəbdə isə sarışınlar idi. Jannanın debüt rolu 1953-cü ildə Jak Bekkerin “Əldə edilənə toxunmayın” filmindəki Jüzi obrazı olur. Həmin filmdə o, əfsanəvi Jan Qabenlə tərəf müqabili olur. Elə həmin ili aktrisa Mark Alleqrenin “Cülyetta” komediya filminə çəkilir. Lui Malın filmləri və məhəbbəti… Ondan çox filmə çəkilən aktrisa Fransada yaranan “yeni dalğa” cərəyanınlın rejiissorlarının da diqqətini cəlb edir. 1957-ci ilin yazında Lui Mal Jannanı izlədiyi tamaşaların birində görüb bəyənir və onu özünün çəkəcəyi “Lift eşafotda” filminin danışıqlarına dəvət edir. Janna həmin günləri Lui Malın ona söylədiyi sözləri belə xatırlayır: “Janna siz məşhur aktrisasınız. Ancaq təəssüf ki, işbilməz, şöhrəti olmayan və pulsuz adamlarla işləyirsiniz.” Jannanın valehedici gözlərindən saçan sirli təbəssümün arxasında isə hər şeyi bilməyə can atan, gözəl, işvəkar bir aktrisa vardı. O, Lui Malın sınaq çəkilişlərində iştirak edərək onun fəaliyyətini yaxından izləyir. Sınaq çəkilişlərindən sonra operatorlar Mala məsləhət görürlər ki, Jannaya görə öz kinokaryerasını korlamasın. Məsələ burasındaydı ki, Janna fotogenik deyildi. Hətta çoxları onu “çirkin sima” hesab edərək filmə çəkilmək üçün yararlı hesab etmirdilər. Onun siması üzərində hədsiz incəliklə və xeyli müddət işləmək, qrimləmək lazım gəlirdi. Yalnız bu zaman Janna birdən-birə dəyişilə bilirdi. Lakin, aktrisaya olan inam həm də sevgi Lui Mala əsas verir ki, Jannanı öz filmində görsün. Janna isə öz növbəsində Lui ilə birgə işləmək üçün Stenli Kubrikin çəkəcəyi “Spartak” filmindən imtina edir. Elə həmin filmdən sonra Lui ilə Jannanın arasında böyük bir məhəbət başlayır. Sonralar Janna müsahibələrinin birində deyirdi: “Lui Malla mənim sevgim dərin və valehedici idi. Hərçənd ki, rejissorlarla aktrisalar arasında çox zaman məftunedici münasibətlər, əlaqələr mövcud olur. Çünki rejissor film üzərində işləyən zaman tez-tez müxtəlif obrazların sayrışan baxışlarını görür. Bunun üçün də rejissorla aktrisa arasında əlaqə o qədər güclü olmalıdır ki, rejissor ondan istədiyini əldə edə bilsin.” “Lift eşafotda” filmindən sonra aktrisa Lui Malın daha üç filminə də çəkilir. “Sevgili”, “Fırlanan qığılcım”, “Viva Mariya” filmləri Jannanı Fransanın ən məşhur aktrisasına çevirir. Daha sonra aktrisa digər tanınmış rejissor Fransua Trüffonun “Jül və Cim” filminə dəvət alır. Həmin filmdəki rolu Jannanın ən parlaq obrazlarından biri hesab olunur. Film Kannda mükafata layiq görülür. 50-ci illərin sonlarından başlayaraq Janna Fransa kinomatoqrafiyasının azad simvoluna çevrilir. Klod Şarbol, Fransua Trüffo, Jan Lyuk Qodar, Mikelancelo Antonioni, Orson Ueles kimi rejissorlarla işləyən Janna artıq təklif olunan rollar üzərində seçim etməyə haqqı çatan aktrisa olur. Deyilənə görə Lukino Viskonti Jannanya “Rokki və onun qardaşları” filminə çəkilməyi təklif etsə də Janna bu roldan imtina edib.* Bir çoxlarının onu “yeni Qreta Qarbo”, “Betti Devisin layiqli davamçısı” kimi adlandırmalarına aktrisa həmişə istehza ilə yanaşıb. Hollivuddakı illər… 70 ci illərin ortalarında Janna bir müddət yazıçı Henritta Yelinekle birlikdə Beverli-Xilz şəhərində yaşamağa başlayır. Hollivud aktrisaya öz qapılarını açmışdı. Həmin ərəfədə Yelinek rejissor kimi özünü ikinci filmində sınamaq istəyirdi. 1979-cu ildə lentə alınan “Yeniyetmə qız filmi”ndəki rolu Janna Moroya böyük uğur qazandı. Daha sonra o, Elis Kazanın “Sonuncu maqnat” filminə çəkilir. “Brodvey” səhnəsində bir neçə tamaşada rol alır. Elə həmin ərəfədə Janna məşhur Hollivud rejissoru Uilyam Fridkinlə tanış olur. Daha sonra bu tanışlıq evliliklə nəticələnir. O, bir müddət film sahəsindən kənar durur. Aktrisanı yaxın ətrafı onu həmişə təvözokar insan olduğu üçün daha çox sevdiklərini bildiriblər. Bir çox məşhur və novator rejisorlarla işləyən aktrisa heç vaxt rolları haqqında öyünməyib. Filmlərinin bütün zəhmət və uğurlarını rejissorların adı ilə bağlayıb. Fridkindən ayrıldıqdan sonra Janna yenidən Fransaya qayıdır. 1999-cu ildə aktrisa sovet rejissoru Rüstəm Həmdətovun ekranlaşdırdığı “Anna Karamazoff” filminə çəkilir. Aktrisa iki dəfə Kann film festivalında ən yaxşı qadın aktrisa roluna görə mükafat alıb. Bu baxımdan “Cül və Cim” və “Moderato Kantabil” filmi onun ən uğurlu filmləridi. Bununlarla yanaşı aktrisa bir neçə dəfə “Sezar” mükafatına və uzun illik yaradıcılıq fəaliyyətinə görə “Hörmətli oskar”a layiq görülür. Aktrisa heç bir zaman estetik əməliyyat etdirməyib. O. Yaşlansa belə özünü həmişə şarmlı və gözəl hesab edərək deyib: Yaş insanı təhlükəli sevgidən xilas etmir. Amma sevgi isə sizi qocalığın təhlükəsindən xilas etmək gücündədir.  Janna Moro hal-hazırda 87 yaşındadı. O, Parisdə birinci nikahından olan oğlu ilə birlikdə yaşayır. Tərcümə: Samirə Əşrəf
['məşhur qadınlar', 'aktrisalar', 'Janna Moro', 'Jeanne Moreau']
913
https://kayzen.az/blog/psixologiya/19299/izn-verin-u%C5%9Faqlar-a%C4%9Flas%C4%B1n.html
İzn verin uşaqlar ağlasın
Apollon
Psixologiya
10 dekabr 2016, 17:43
Valideynlərdən tez-tez uşaqlarının səbəbsiz yerə ağladığını, bir şeyi ağlayaraq istədiyini və ya ağlamaqla öz istəklərinə nail olmasını istəyini eşidirəm. Və bu uşaqların ağlamağı ilə bağlı siyahının yalnız bir hissəsidir. Niyə bizim uşaq göz yaşlarına münasibətimiz bu cür birtərəfli və qətidir? Niyə uşaqların göz yaşlarını görüb, onları həmən sakitləşdirib, susdurmaq istəyirik? Niyə oğlan uşaqlarının göz yaşları bizdə zəiflik və gücsüzlük əlaməti kimi qəbul olunur? Biz uşaqların göz yaşlarının əsl səbəbini sona kimi anlaya bilməyəcəyik. Bəli, uşaqlar yorğunluqdan, aclıqdan, yuxusuzluqdan, həyacandan, qısqanclıqdan, sevincdən, narahatlıqdan, ana və ya ata üçün darıxdığından və digər səbəblərdən ağlaya bilər. Amma biz bu səbəbləri anlamaya da bilərik. Balaca uşaq qəlbindən neçə və necə fikirlərin keçməsi heç ağlımıza gəlibmi? Bizim gördüyümüz mənzərə həmişə həqiqi səbəbi təsvir etmir. Ona görə hərdən uşaq ağladığı zaman onu sakitləşdirmək üçün istifadə etdiyimiz üsullar və ya təkliflər mənasız olur. Və bu bizim əsəbləşməyimizə və hətta uşağa cəza verməyimizə səbəb olur. Təsəvvür edin ki, sizin uşağınız daha ağlamır. Bir anlıq “Nə gözəl!” fikri ağlınıza gələ bilər. Hələ dil açmayan uşaq bəs ağrısını necə bildirsin, ana üçün darıxdığı zaman necə hisslərini ifadə etsin, gecə zamanı qaranlıqda kölgələr görüb necə qorxusunu ifadə etsin? Uşaqlar ağlamasa biz onların tələbatlarını, istəklərini, ağrılarını bilməyəcəyik. Bu üsulla onlar bizim qəlblərimizə yol tapıb, onları anlaya biləcəyimizi ümüd edirlər. Onun əvəzinə isə uşaqlar səbrsiz və anlayış göstərməyən valideyn və digər böyüklərlə rastlaşırlar. Uşaqlıqdan bir xatirə həmişə yadımdadır. Mən uşaq bağçasındayam. Uşaqlar qaçışır, oynayırlar. Mən isə pəncərədən həyətə baxırdım. Birdən uzaqda məni görməyən, kiçik bacımla dükana gedən anamı gördüm. Təbii ki, həmin an anamın yanında olmağı istəyirdim və bərk ağlamağa başladım. Çox təəssüflər olsun ki, o qədər də mehriban olmayan tərbiyəçilər sakitləşdirmək əvəzinə məni cəzalandırdılar. Özümü çox pis hiss edirdim, tərk edilmiş və atılmış kimi idim. İndi mən uşaqların hisslərini çox gözəl başa düşürəm. Uşaqlar hərdən yalnız rahatlamaq üçün, ana qucağında sakitləşmək üçün ağlamağa hazırdılar. Ağlamaq bir həyacan siqnalı kimidir. Biz həmən an qulaqlarımızı bağlamaq əvəzinə bu həyacan siqnalının nə ilə əlaqəli olduğunu anlayıb, uşağın həyacanını azaltmalıyıq. Maraqlısı budur ki, uşaqlar valideyn və özlərinə daha yaxın olan insanların yanında ağlaya bilirlər, eyni ilə bizim kimi. Niyə? Bu sualı özünə vermisinizmi? Yalnız doğma insanların yanında insan özünü rahat hiss edir. Başqalara biz sərt, kobud görünə bilərik, amma yalnız doğma və əziz bildiklərimizin yanında yumşalıb, ağlaya bilərik. Uşaqlar bizi doğma bilib, bizə inanıb, öz hisslərini rahat təzahür edə bilirlər. Vaxt gələcək, uşaq böyüdükcə göz yaşları azalacaqdır. Bəlkə də ağlayacaq amma gizlində, ona vaxtı ilə ağlamağa imkan verməyən və inamı itirən böyüklər artıq valideyn kimi öz rolunu itirəcəklər. Biz övladlarımıza qarşı həssas olmalıyıq. Adətən analar övladlarının nə səbəbdən ağladıqlarını artıq çox gözəl ayıra bilirlər. Hərdən isə, uşaqların heç ağlamağı da ana-atalara təsir etmir. Müəyyən bir müddətdən sonra uşaqların qəlbi elə daşlaşır ki, onlara nə ata sözü, nə ana sözü kar etmir. Bununla bağlı 1969-cu ildə Britaniyada çəkilən məşhur “Con” sənədli filmi yadıma düşdü. Anasının doğum evində müəyyən bir müddət qalmalı olduğuna görə, uşaq evində saxlanılan Con, bu ayrılıq səbəbilə anası üçün çox darıxan və ağlayan uşaq sonunda anasını görəndə üzünə də baxmaq istəmirdi. Ağlamaq uşağa qəlbi yumşaq, həssas olmağa yardım edir, mənfi emosiyalardan azad olub, rahatlanmağa və çətin vəziyyətlərə daha asanlıqla alışmağa imkan yaradır. Bütün deyilənləri nəzərə alaraq, əziz valideynlər, övladlarınıza qarşı diqqətli olun. Səbrli olub, ilk öncə rahat bir vəziyyət seçib, uşağı qucağa alıb sakitləşdirməyə çalışın. Sizin mülayim, anlayış göstərən səsiniz onun rahatlamasına səbəb ola bilər. Əgər ağlamağının səbəbini bilirsinizsə, mümkün olanı edin (yedizdirin, yatızdırın və s.). Yox əgər bilmirsinizsə, adətən bu hansısa streslə əlaqəli ola bilər. Sizin dəstəyiniz və anlayış göstərməniz kifayət edə bilər. Belə hallarda uşağı qucaqda sakitləşdirib bir oyun təklif etmək olar, və ya başını digər maraqlı bir şeylə qatmaq olar. Amma əgər uşağın ağlamağı gündən-günə şiddətlənir və səbəbini tapa bilmirsinizsə, bu halda həkimə müraciət etsəniz daha yaxşı olar. Hərdən uşaqlarda kəskin ağrılar dayanmayan göz yaşlarına səbəb olur. Bu hələ dil açmayan uşaqlara aiddir. Hər bir uşağa fərdi yanaşma mütləqdir. Hətta eyni ailədə tərbiyə alan uşaqlara belə. Övladlarımıza həssas yanaşmaq üçün özümüzdən başlamalıyıq. Əgər uşaqlıqda sizə rahat ağlamağa imkan verməyiblərsə, əgər ağlamağı bir zəiflik kimi qələmə veriblərsə, siz də elə düşünəcəksiniz. Siz də parkda, dükanda və başqa ictimai yerlərdə qəflətən ağlayan övladınıza sərt münasibət bəsləyib, anlayış göstərməyəcəksiniz. Hər şey bizdən başlayır. Ağlamağa öyrənməyincə, qəlblərimizi yumşaltmayınca uşaqlarımıza qarşı digər üsülü seçmək mümkün olmayacaq. Mən isə öz növbəmdə demək istəyirəm: “İzn verin uşaqlar ağlasın!”  Müəllif: Gülarə Rüstəmova Uşaq psixoloqu, əmizdirmə məsləhətçisi
['uşaq psixologiyası', 'ağlamaq', 'ağlayan uşaqlar', 'uşaq dünyası', 'övlad tərbiyəsi']
914
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/19506/s%C3%BCrrealizm-v%C9%99-salvador-dali.html
Sürrealizm və Salvador Dali
Apollon
Böyük insanlar,şəxsiyyətlər
8 dekabr 2016, 14:35
XX əsr avanqard cərəyanlarının ən sonuncusu olan sürrealizm fransız dilində “realizmdən üstün» anlamındadır. Bu cərəyan Avstriya psixiatrı Ziqmund Freydin nəzəriyyəsi, irrasionalizm (duyğuları idrakın əsas özəlliyi kimi qəbul edən fəlsəfi təlim) və alogizmə (məntiqsizlik, idrakı inkar edən düşüncə tərzi) söykənir. Adıçəkilən cərəyan ötən yüzilin 20-ci illərində Fransada ədəbiyyatçılar arasında yaranıb. Ədəbiyyatda Luis Araqon, Pol Elüar və başqaları bu cərəyanın ilk nümayəndələri sayılırlar. Z.Freydin “şüurdan instinktə keçid üçün azad assosiasiya nəzəriyyəsi” üzərində qurulan sürrealizm XX yüzildə ən məşhur və uzunömürlü sənət cərəyanlarından biridir. Bu cərəyan I Dünya müharibəsi illərində psixiatriya sahəsində işləyən və Freydin düşüncələriylə yaxından tanış olan Andre Breton tərəfindən sistemləşdirilib. Sürrealistlər instinktləri, xəstə əhvalları, sayıqlama, qarabasma və yuxuları bədii yaradıcılığın başlıca qaynağı və estetik prinsipi sayırdılar. Sürrealizmə əcaiblik, gerçəkliyə uyuşmayan məntiqsiz düşüncə tərzi daha xarakterikdir. Bu cərəyanın əsas istəyi instinktin idrakdan üstünlüyünü göstərməkdir. Bretonun ətrafında Pol Elüar, Benjamin Peret, Rene Krevel, Robert Desnos, Marsel Duxamp, Andre Masson və başqa qələm sahibləri var idilər. 1924-cü ildə onlar özlərinin ilk “Surrealist manifesto” adlı kitablarını nəşr etdirirlər. Bretonun səylərinə baxmayaraq, sürrealistlər fikir birliyinə gəlmədilər. Bu yazarlar bir-birini nədəsə suçlayır və onlarla razılaşmayanları sıralarından çıxarırdılar. Fransız filosofu Henri Berqsonun intuitivizm (həqiqətin duyğularla ortaya çıxmasını önə çəkən fəlsəfi təlim) təlimi də sürrealizmə təsir edib. Bu cərəyan öz qarşısına insanın sosial, mənəvi, intellektual azadlığına nail olmağı qoymuşdu və həm də incəsənətin kommersiya vasitəsinə çevrilməsinə qarşı idi. Di gəl ki, tarix başqa bir gerçəkliyi ortaya qoydu. S.Dali başda olmaqla bütün tanınmış sürrealist rəssamların əsərləri bu gün dünyada ən bahalı əsərlərdir. Qeyd edək ki, sürrealistlərin sələfləri məntiqi inkar edən dadaistlər olublar. Bu cərəyanın Belçikadakı ən önəmli nümayəndəsi olan Rene Magritte gerçək məntiqə uyuşmayan, zahirən fəlsəfi görünən əsərlər yaradırdı. İspan rəssamı Ruan Miro da gözlənilməz biçim və rənglərdən istifadə edirdi. Onun əsərləri üçün ən başlıca özəllik qarmaqarışıqlıq idi. Rəssamın əsərlərində predmetlər var, ancaq onların nə ifadə etdiyi müəmmalı olaraq qalır, əsərlər ilk baxışdan kollaja oxşayır. 20-ci illərdə bir çox sənətkarlar kimi bəstəkarlar da sürrealizmin təsirinə düşmüşdülər. Sürrealizm özünü caz və bluz musiqilərinin improvizasiyasında da göstərirdi. 30-cu illər adıçəkilən cərəyanın ən uğurlu dönəmi sayılır. Dali və Magritte sürrealizmin prinsipial əsərlərini yaradırlar. Lakin bu dövrdə sürrealizm ədəbiyyatda önəmini itirir, L.Araqon, P.Elüar və başqaları ondan uzaqlaşırlar. 40-cı illərdə sürrealizmin mərkəzi ABŞ olur, Andre Breton, Salvador Dali və başqa yaradıcılar yaşamaq üçün buraya köçürlər. II Dünya müharibəsindən sonra Avropada faşizmə nifrət edən rəssamların çoxu Şimali Amerikaya üz tuturdular. Buna görə bir çox amerikalı rəssamlar da sürrealizmlə məşğul olmağa başlamışdılar. Sürrealizm Amerika incəsənətinin, mədəniyyətinin inkişafında ayrıca rol oynayıb. Sürrealizmin ən tanınmış nümayəndələrindən olan ispan rəssamı Salvador Dali eyni zamanda heykəltəraş, rejissor kimi də dünya incəsənət tarixində iz qoyub. O, 1904-cü ildə İspaniyanın Fiqeras şəhərində doğulub, rəssamlığa marağı uşaq yaşlarından yaranıb. 1916-cı ildə o, ilk dəfə modernist incəsənətlə tanış olur və bu, onun gələcək yaradıcılığına təsir edir. 1919-cu ildə Dalinin ilk fərdi sərgisi keçirilir. 1921-ci ildə o, Madriddəki San-Fernando İncəsənət Akademiyasında oxumağa başlayır. Burada ispan incəsənətinin bir çox nümayəndələri ilə yaxından tanış olur. Bu dövrdə kubizm və dadaizm cərəyanlarına da meyl göstərir. 1926-cı ildə müəllimlərə qarşı saymaz davranışına görə akademiyadan xaric edilir. Elə həmin il Parisdə Pikasso ilə tanış olur. 1929-cu ildə o, A.Breton tərəfindən təşkil olunmuş sürrealistlər dəstəsinə qoşulur. 1934-cü ildə Dali fransız şairi Pol Elüarın xanımı rus əsilli Qala (Yelena Dyakonova) ilə qeyri-rəsmi nikah bağlayır, ömrünün sonuna kimi bir yerdə yaşayırlar. Qala sonradan rəssamın bir çox əsərlərində əsas obrazlardan birinə və ilhamvericisinə çevrilir. 1936-cı ildə İspaniyada başlanan vətəndaş müharibəsi Salvador Dali ilə onun solçu düşüncələrə malik sürrealist yoldaşları arasında fikir ayrılığına səbəb olur. Dali bu dəstədən xaric edilir, buna cavab olaraq o, “sürrealizm mənəm” fikrini söyləyir. 1940-cı ildə Dali həyat yoldaşı Qala ilə birlikdə ABŞ-a köçür və 1948-ci ilədək orada yaşayırlar. 1949-cu ildə vətənə qayıdır, Kataloniyada məskunlaşır. Dalinin rəsm əsərləri hələ sağlığında sənət bilicilərinin diqqət mərkəzində olub. O bütün əsərlərində sürrealizmin prinsiplərinə sadiq olub. Onun əsərləri ən hazırlıqlı tamaşaçı üçün də bir müəmmadır. Rəssam nə demək istəyir? — hamı bunu bilməyə can atır və heç nə öyrənə bilmir, yəni hansısa məntiqi sonuca varmaq olmur. Hələ də bəziləri bu düşüncədədirlər ki, Dali əsərlərində gələcək haqqında hansısa bilgilər qoyub. Guya orada gələcək haqqında önəmli, bəşərin yönünü dəyişəcək fikirlər yer alıb. Əslində bu, Dali haqqında yaradılan mifdir. Bu baxımdan Dalinin əsərlərində gələcəyi axtarmağın özü məntiqsizlikdir. Ona görə ki, onun əsərlərində ilk baxışdan insanı cəlb edən sirli müəmma açılmaq əvəzinə, daha da anlaşılmazlığa dirənir. Tamaşaçı idrak sonuca vara bilmir, çünki məntiq qırılır. Rəssam bizi inandırır və aldadır. Bu isə illüziyadır. Bu baxımdan məntiqsizlik onun əsərlərinin başlıca “məntiq”idir. Rəssamın diqqətçəkən bədii üsullarından biri illüziyalardan uğurla istifadə etməsidir. Dalinin bu müəmma dolu dahiliyi bizə nə vəd edir? Əslində dahilik çətin, qarışıq, anlaşılmaz olanı insanlıq üçün sadələşdirmək, asanlaşdırmaq, əlçatan eləməkdir. O isə çətini asanlaşdırmaq yerinə onu qəlizləşdirir, tamaşaçını çaşdırır, çıxılmazlığa salır. Bu, əslində XX əsr incəsənətinin çox yayğın xüsusiyyətidir ki, bu gün modernist rəssamlar arasında dəbdədir. Onlar kiməsə nəyisə izah etməyə gərək duymurlar. Yəni, kim necə istəyir, anlasın. Beləcə həmin əsərlər illər boyu anlaşılmaz olaraq qalacaq... Dali 1500-dən çox rəsm əsəri çəkib. Eləcə də o, onlarla heykəl, daş üzərində müxtəlif səpkili əsərlər yaradıb, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların yaradıcısı olub. 1981-ci ildə rəssamın mərkəzi sinir sistemində problemlər yaranır, o, Parkinson xəstəliyinə tutulur. 10 iyun 1982-ci ildə həyat yoldaşı Qala vəfat edir. 1984-cü ildə Dalinin yataq otağında yanğın baş verir. Deyilənə görə, o, intihara cəhd edibmiş. Xidmətçiləri onu xilas edə bilirlər. Dali ömrünün qalan hissəsini öz adını daşıyan teatr muzeyində yaşayır. 1988-ci ildə infarkt keçirir, 23 yanvar 1989-cu ildə ürək çatışmazlığından dünyasını dəyişir. S.Qaliboğlu «Mədəniyyət» qəzeti
['Salvador Dali', 'böyük rəssamlar', 'məşhur rəssamlar', 'sürrealizm']
915
https://kayzen.az/blog/yazar/19559/rus-yaz%C4%B1%C3%A7%C4%B1lar%C4%B1n%C4%B1n-soyadlar%C4%B1-hardan-g%C9%99lir.html
Rus yazıçılarının soyadları hardan gəlir?
Apollon
Yazıçılar
6 dekabr 2016, 11:17
Lev Tolstoy Bu soyadda vurğu ən qədim rus soyadlarında olduğu kimi son hecaya düşür. 1383-cü ildə İndros adlı litvalı Rusiyaya köçür. Onun nəticəsi Andrey 15-ci əsrdə Moskva knyazı Vasilinin ordusunda xidmətə başlayır. Knyaz bədən quruluşuna uyğun olaraq ona «Tolstoy» deməyə başlayır və bu, nəslin soyadına çevrilir. Böyük Pyotr, sədaqətinə görə, bu nəslin nümayəndəsi Pyotr Tolstoya qraf titulu verir. Anton Çexov Bu nəslin adının çex xalqı ilə heç bir əlaqəsi yoxdur. Qədimdə Rusiyada Çox, Çex (bəzən «чех» yazılıb «чёх» kimi tələffüz edilirdi) adları geniş yayılmışdı. Pravoslavlıqdan əvvəlki, yəni kilsədə verilməyən adlardan olub. Çox — «чихание» (asqırmaq) sözündəndir. Tez-tez soyuq dəyən, yaxud nəyəsə allergiyası olan və buna görə asqıran uşağa belə bir ad verilə bilərdi. Rusiyada Çoxov, Çexonin kimi eyni kökdən gələn soyadlar da var. Denis Fonvizin 18-ci əsrdə yaşamış böyük rus dramaturqu Denis Fonvizin də ruslaşmış Pribaltika almanlarının nəslindəndir: vonWiesen-lərdən. 17-ci əsrin əvvəlində artıq ruslaşmış nəslin soyadı sənədlərdə Fonvizin yazılırdı. Fyodor Dostoyevski Bu nəslin şəcərəsi Danila İvanoviç Rtişşevdən başlanır. Rtişşevlərin adı cənub-qərbi Rusiyanın 16-cı əsrə aid sənədlərində tez-tez çəkilir. Onlara o dövrdə pravoslav Rusiyasının katolik Avropanın təsiri dairəsinə düşməsi qarşısında sipər olan millətçi və dindar nəsillərdən biri kimi böyük ehtiram göstərilirdi. Pinsk knyazı Fyodor İvanıç bu xidmətlərinə görə Dostoyeva kəndinin bir hissəsini Rtişşevlərə bağışlamışdı. Beləcə, kəndin yeni sahiblərini Dostoyevskilər adlandırmağa başladılar. Kəndin adında vurğu ikinci hecaya düşdüyü üçün Dostoyevski soyadı da ilkin dövrlərdə buna uyğun səslənirdi. Aleksandr Puşkin Şəcərənin tarixi Rusiyaya köçmüş Radşa adlı almandan başlanır. O, Rusiyaya knyaz Aleksandr Nevski dövründə köçüb. Musinlər, Bobrışevlər, Buturlinlər, Şerefinovlar və bir sıra başqa məşhur nəsillərin də şəcərəsi başlanğıcını Radşadan alıb. «Puşkin» soyadı isə Radşinin nəslindən olan və 16-cı əsrdə yaşamış Qriqori Aleksandroviç Puşkadan gəlir. Ona niyə «Puşka» deyildiyi bilinmir. Güman edilir ki, ya topçu olub, ya da töp tökən usta. 16-cı əsrdən sonrakı sənədlərdə Puşkin soyadlı mülkədar və boyarların adlarına rast gəlinir. Mixail Lermontov Rusiyanın ən məşhur nəsillərindən olan Lermontovlar öz soyadını şotland əsilli Corc Ler-montdan götürüb. 17-ci əsrin əvvələrində o, muzdlu döyüşçü kimi polyak ordusunda xidmət edirdi. Ruslara əsir düşəndən sonra Rusiyada qalır və ailə qurur... İvan Turgenev Şəcərə Qızıl Ordadan olan tatar Turgendən başlanır. «Turgen» monqol dilində «cəld, sürətli, tez özündən çıxan» deməkdir. Nikolay Karamzin Böyük rus tarixçisi və yazıçısı Nikolay Karamzinin də nəsli türk kökənlidir. Soyad tatar Kara Murzanın adındandır. «Karamurzin» sonradan «Karamzin»ə çevrilib.
['rus ədəbiyyatı']
916
https://kayzen.az/blog/esse/19556/f%C9%99ls%C9%99f%C9%99ni-nec%C9%99-%C3%B6ld%C3%BCrm%C9%99li.html
Fəlsəfəni necə öldürməli?
Apollon
Esse
3 dekabr 2016, 21:14
Görüşlərdə, söhbətlərdə, sosial şəbəkələrdə gənclərin fəlsəfəyə meylini görürəm. Fəlsəfə təhsilli olduğum üçün bu suallarla tez-tez qarşılaşıram. Halbuki bu sualları heç sevmirəm, amma gənclərin bu istəyi çox təbii və yerindədir. Gənclik fəlsəfi suallar doğurur və bu sualların arxasınca gedir. Dünyanı Tanrı yaradıbmı? Ölümdən sonra həyat varmı? İnsan öz hərəkətində azaddırmı? Azadlıq nədir? Bu və bu kimi suallar… Doğrusu, bu suallara cavab verməyə həvəsim qalmır. Təkcə ona görə yox ki, bu sualların cavabları çox uzundur və bu cavabları anlamaq baza səviyyəsində olsa belə fəlsəfi mədəniyyət tələb edir. Məsələ təkcə bunda deyil. Bu məsələləri anlamağın elə bir əhəmiyyəti də yoxdur. Bilirəm, sizə çox radikal gəldi. Lakin məsələ bundan ibarətdir. İnsan həyatının mənası haqqında düşünənə qədər bu mənanı özü üçün yaratmalıdır. Əlbəttə ki, özünüdərk prosesini nəzəri mənbələrdən tamamilə ayırmaq mümkünsüzdür. Bilirəm, çox qəliz bir yerə girmişəm, sonda deyəcəyimi əvvəldən demişəm. Bir pritça danışaq, sonra da əhvalatımıza davam edərik. Buddadan soruşurlar: Tanrı varmı? Budda suala sükutla cavab verir, adam sualı təkrarlayır. Yenə sükut. Yenə sual. Yenə sükut. Adam üçüncü dəfə soruşanda Budda deyir: “Bu cür məsələlər sənin nirvanaya çatmağa mane olur”. Bəli, biz adətən yaşamaqdan çox həyat haqqında düşünürük. Başımızı kitablara soxuruq, lazımsız polemikalara baş qoşuruq. Dindarlar və sosialistlər bir-biri ilə Facebook Meydan Müharibəsinə çıxırlar, lakin onların heç biri öz əqidələrinə görə yaşamaq haqqında düşünmürlər. Biz bu dünyanın fəlsəfi problemlərini həll etmək gücündə deyilik, zatən fəlsəfi problemin mahiyyətində həllolunmazlıq, çoxvariantlılıq var. Fəlsəfədə cavab vermək sual qoymaqdan daha hörmətsiz iş sayılıb. Kantı Kant edən onun fəlsəfənin sonrakı gedişatını müəyyən edən problemləri ortaya çıxartmasıydı. Hətta Hegellə Şopenhauer bir-biri ilə qəddar düşmən olsalar da hər ikisi özünün kantçı sayırdı və belə hesab edirdilər ki, rəqibi Kantı doğru anlamayıb. Hegelin altından qalxa bilmədiyi daşı sizmi yerinə qoyacaqsınız? Mən “kitab oxumayaq” demirəm. Azərbaycanda bir qisim insanlar var, savadsızlığı ucaldır, aliləşdirirlər. Belələrinə yazıçılar arasında tez-tez rast gələrsiniz. Onlar yazıçılığın bir ilham mənbəyi olduğuna inanarlar. Mən isə özümü heç bir zaman kitabdan ayrı hiss etmədim. Obrazların arasında yaşamağa lap kiçik yaşlardan başlamışdım. İlk oxuduğum kitablardan biri “Kapitan Qrantın uşaqları” idi. Mən orda Paqanelə gülə-gülə, Ayltona nifrət edə-edə, Qlenarvana rəğbət duya-duya, gizlicə Merini sevə-sevə özümü o obrazlardan kənarda təsəvvür etmir, 37-ci paralellə səyahət edirdim. Ya da “Tom dayının daxması” romanını oxuyarkən Leqrinin əclaf hərəkətlərinə nifrət edir, özümü onu cəzalandıran gənc Şelbinin yerinə qoyurdum. Romanın son səhifələrini göz yaşları ilə oxuyurdum. Bu sevinc göz yaşları idi. Hardasa 10 yaşım olardı, Kojevnikovun 600-700 səhifəlik “Qılınc və qalxan” romanını yenicə oxuyub bitirmişdim. Gecəydi, qəfildən oyandım və ürəyim romanda ölən tankçının ağrısı ilə döyünməyə başladı. Bu ağrı o qədər güclü, bu əzab o qədər böyük idi ki… Mən heç cür bu ağrıya dözə bilmirdim, o kiçik ürəyim bu kədəri daşımağa dözmürdü. Bu ağrı bir neçə dəqiqə davam etdi, lakin indiyə qədər xatirimdən çıxmayıbdır. Mən kitabları bu dünyadan kənar bir şey sanmırdım. İllər keçdi, Borxes oxuyanda o uşaqlıq, o yeniyetməlik xəyallarımın ən gözəl ifadəsini tapdım: “Deyirlər ki, filan şey həyatdadır, başqa şey kitabda. Mən elə düşünmürəm. Kitabda oxuduqlarımız da bizim dünyamızdadır, onlar ən azı gerçək həyatda gördüklərimiz qədər maddidir, şüurumuzda yer tutur. Kitabla gerçəklik arasında heç bir fərq yoxdur, onların hər ikisi şüurumuzda mövcuddur”. Məsələ də elə budur, kitabı öz həyat yolunuzda məşələ, mayaka çevirə bilmirsinizsə, ondan nəsə götürə bilmirsinizsə buraxın kitabın başını. Gedin, Malakan bağına, ağaclara baxın, oynayan uşaqları seyr edin, bir siqaret yandırıb həyatın mənası haqqında düşünün. Sevgilinizdən nəyə görə ayrıldığınız haqqında düşünün, açın, bir hekayə oxuyun, özünüzü ordakı adamın yerinə qoyun, orda nə edərdiniz, o adam harada səhv elədi deyə fikirləşin. İnsanlara münasibətdə diqqətli olun, həyatda gözəl dostlar qazanın, özünüzü xoşbəxt edəcək kiçik şeylər tapın, Fəvvarələr meydanında quşlara tum atın, dənizdə daş səkdirin, heç nəyi özünüzə dərd etməyin. Özünüzə rəva görmədiyinizi heç kimə rəva görməyin. Baxın, bu son cümlə sitatdır, deyəsən Konfutsidəndir, bəlkə də yunanlardan biri deyib, nə vecimizə. Siz də vecinizə almayın müəllifin kimliyini… Amma o əclaf kimdisə, yaxşı deyib. Özünüzü meyar bilin, ürəyinizin səsinə qulaq asın. Hə, dediklərimə inanmırsınız, deyirsiniz ki, biz o qəliz fəlsəfi problematika, gənclərin oxuyub qocaların yazdığı o qarmaqarışıq şeylərlə yaşamaq istəyirsiniz? O Rene Dekart deyirdi ki, fəlsəfəni tənqid eləmək özü də fəlsəfədir. Siz fərqində olmadan mən sizin üçün bir fəlsəfə yaratdım burda. “Fəlsəfəsiz fəlsəfə” də deyə bilərsiz buna, kefinizə düşsə əlbəttə ki… Adı qəliz bir filosof var, daha doğrusu adı yox, familiyası. Lüdviq Vitgenşteyn. Bu filosofu çoxları qəliz filosof hesab edir, hərçənd haqsız sayılmazlar, çünki onun fəlsəfəsinin ilk dövründə yazdığı “Məntiqi fəlsəfi traktat” olduqca qəlizdir, bu kiçik əsərin kommentariyaları əsərdən dəfələrlə qalındır. Vitgenşteyn fəlsəfənin əsas problemini bu traktatla həll etdiyini düşünüb meydandan çəkildi. Norveçin bir kəndində yaşamağa başladı, lakin bir müddət sonra İngiltərəyə qayıtdı. Çünki deməyə sözü vardı və o deyəcəyi söz bizim bu mövzumuzla birbaşa bağlıdı, hətta bu mövzunun özüdür. Vitgenşteyn məsələni çox sadə şəkildə izah elədi. Dedi ki, filosoflara fikir verməyin, onlar xəstə adamlardır, həqiqət sağlam şüurdadır. Bu sağlam şüur sözü sizi aldatmasın, sağlam şüur zəkalı, “Bakı Dövləti” zadı qurtarmış adam deyil, sağlam şüur küçədəki insanın şüurudur, təhsili olmayan, savadı olmayan adamdır. O küçədəki adamın beynində filosofların yüz illərdir mübahisə etdiyi materiya, yoxsa şüur dilemması yoxdur, o adamın ruhun varlığı ya da yoxluğu, insan həyatının mənası narahat eləmir, o sadəcə yaşayır. Vitgenşteyn fəlsəfəyə yoluxmuş insanın müalicəyə ehtiyacı olduğunu düşünürdü və onun fəlsəfəsini bu cəhətə görə “terapik fəlsəfə” adlandırırlar. Həqiqəti dərk etmək üçün fəlsəfəni həyatdan çıxartmaq, beyni filosofların zəhərli anlayışlarından, qarmaqarışıq düşüncələrindən xilas etmək lazımdır, meyar isə küçədəki insandır, onun həyatıdır, onun beynidir. Vitgenşteyn Nobel alıb həyatın mənasızlığı haqda danışan Kamyu qədər riyakar deyildi. Vitgenşteyn öz fəlsəfəsinə sona qədər sadiq qaldı, misal üçün yuxarıda yazdığım fikirləri, ikinci dövr fəlsəfəsini heç bir zaman yazmadı, o kitabyazan filosof olmaq istəmirdi, fəlsəfə mühazirəsini oxuyub ucuz bir Hollivud filminə baxmağa gedirdi və o filmdən ləzzət alırdı. Bizə onun bu fəlsəfəsi haqqında tələbələrin mühazirə mətnlərindən və ölümündən sonra tapılan qeydlərindən bilirik. O, bu qeydləri kitab halında görmək istəmirdi, amma ölümündən sonra bu kitab çap edildi. Hə, deyəsən uzun danışdım… Məsələ isə sadədir. Kimsə deyib ki, (o kimsənin adını bilirəm, amma özüm demirəm) beynimi bir süngər kimi sıxıb onun içindəki bilikləri çölə atmaq istəyirəm. İndi beyninizdə olan o lazımsız bilikləri zibilə tullayın və Vitgenşteynin fəlsəfəsinə əməl edin. Əməl edəcəyiniz fəlsəfə fəlsəfəsiz olsun. Nə demişdi Dostoyevski? “Qardaş, dönərin birini soğansız elə” Söhbət belədi... Qan Turalı
['esse', 'Qan Turalı', 'fəlsəfə', 'fəlsəfi düşüncələr', 'intellektual nəsr', 'fəlsəfi fikirlər', 'müasir təhsilimiz']
917
https://kayzen.az/blog/psixologiya/19737/zefir-testi.html
Zefir testi
Apollon
Psixologiya
3 dekabr 2016, 20:44
60-cı illərin sonunda Kolumbiya Universitetinin professoru Uolter Mişel tərəfindən «Zefir testi» adlı bir eksperiment keçirilir. Stenfordun «Bing» uşaq bağçasından olan 4-6 yaşlı uşaqlar növbə ilə bir otağa yerləşdirirdilər. Otağda sadəcə bir masa və oturacaq var idi. Masanın üstünə bir zefir (marshmallow) qoyulur (əlavə olaraq digər «peçenye»lər də var) və hər bir iştirakçıya bildirilir ki, əgər onlar 15 dəqiqə gözləyib bu zefiri yeməsələr onda onlara əlavə 1 ədəd də zefir veriləcək. Sonra «qurban»ı zefirlə otaqda tək qoyurlar. Testdə iştirak edən 653 nəfərin seçimləri əlbəttə ki, fərqli idi — bəziləri düşünmədən zefiri udurdu, bəziləri çalışırdı, lakin sonda uduzurdu, bəziləri isə müxtəlif yöntəmlərdən istifadə edərək (yatmağa çalışmaq, mahnı oxumaq) sona kimi dözüb sonra 2-ci zefiri hədiyyə alırdılar. Testdə iştirak edən 653 uşağın bir çoxunun taleyi sonradan diqqətlə izlənilirdi və maraqlı tendensiya odur ki, zefiri yeyən cəmiyyətin üzvləri həyatda daha az nailiyyətlər əldə edir, daha çox artıq çəki və narkotik asılılığından əziyyət çəkirlər. Professor Mişel düşünürdü ki, yüksək həddə çatmış emosiyaları idarə etmək və özünü idarəetmə bacarıqları insan taleyinə onun digər bacarıqlarından daha çox təsir edir. Sonralar aparılan bir çox araşdırmalar da bunu təsdiq edirdi. 2011-ci ildə Kornel Universitetinin professoru Keysi həmin tarixi «Zefir» eksperimentinin 59 iştirakçısının beynində apardığı müayinədən sonra bildirdi ki, vaxtilə zefiri yeməyib gözləyən təbəqənin üzvlərində beynin alın payında xüsusi aktivlik müşahidə olunub. Alimlərin fikrincə bu ona görə vacibdir ki, bu qeyd etdiyimiz hissə insanın emosiyalarını idarə etmə prosesində başlıca rol oynayır.
['psixoloji test', 'zefir testi', 'the marshmallow test']
918
https://kayzen.az/blog/psixologiya/19380/dejavu-sindromu.html
Dejavu sindromu
Apollon
Psixologiya
1 dekabr 2016, 22:41
Həyatımızda bəzən gündəlik yaşantımızda elə vəziyyətlər olur ki, elə bil öncədən nə vaxtsa bu stiuasiyanı yaşamışıq. Davranışlarımız bizə tanış gəlir və belə vəziyyətə dejavu vəziyyəti deyilir. Dejavu — insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır. Dejavu sözünün lüğəti mənası “daha əvvəl görülmüş” deməkdir. Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir. Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Uşaqlar əgər tez-tez eyni halla qarşılaşdığını valideynlərinə bildirərlərsə, valideyn laqeyd qalmamalır və mütəxəssisə müraciət etməlidir. Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaranmasına yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər. Dünyadakı insanların 70 faizdən çoxu dejavuyla qarşılaşdıqlarını bildirirlər. Ruh halı dəyişkən olan insanlarda daha çox rast gəlinir. Ən çox rast gəlinmə sıxlığı 15-25 yaşdır. Bəzən insanlar dejavunun tərsi olan Jamais vu halını yaşadıqlarını söyləyirlər. (Jamais Vu-bir insanın dəfələrlə gördüyü, tanıdığı birini və ya hər hansı məkanı ilk dəfə görməsi halıdır).  Aysel Məmmədzadə
['psixologiya', 'dejavü', 'dejavu sindromu']
919
https://kayzen.az/blog/esse/19657/%C5%9Feirl%C9%99r-haqq%C4%B1nda-%7C-hermann-hesse.html
Şeirlər haqqında | Hermann Hesse
Apollon
Esse
27 noyabr 2016, 22:34
Mənim on yaşım var idi. Məktəbdə oxu dərsində bir şeir keçmişdik. Deyəsən, adı belə idi — "Şpekbaxerin oğlu". Şeir müharibə vaxtı giliz toplayan bir balaca qəhrəman oğlan haqqında idi. Biz heyran olmuşduq. Səsində qəribə istehza olan müəllim bizdən şeir haqqında rəy soruşanda bəyəndiyimizi söylədik. O isə gülümsəyərək başını yellədib dedi: «Xeyr, uşaqlar, bu pis və zəif şeirdi». Müəllimimiz haqlı idi. Şeir bizim dövrün zövqünə və ədəbiyyatına görə yaxşı deyildi, saxta, mənasız və maraqsız idi. Lakin bütün bunlara baxmayaraq bizi heyran etmişdi. On ildən sonra, artıq iyirmi bir yaşım olanda mən elə ilk oxunuşdanca düşünmədən bu şeirin yaxşı və ya pis olduğunu duya bildim. Bundan ötrü bir neçə sətrə göz gəzdirmək yetərli idi. O vaxtdan daha bir neçə on illiklər keçib. Oxuduğum şeirlərin sayı-hesabı yoxdur. Lakin yenə də şeirə düzgün qiymət verə biləcəyimə əmin deyiləm. Müəlliflər mənə tez-tez şeirlərlə müraciət edirlər. Onlar adətən şeir haqqında rəy almaq və naşir tapmaq arzusunda olan gənclər olur. Və həmin o gənclər səriştəli sandıqları yaşlı həmkarların əslində, təcrübəsiz olduğunu, əlyazmalarını tərəddüd içində səhifələdiyini görəndə pərişan olurlar. İyirmi yaşındaykən iki dəqiqəyə edə biləcəyim işi indi etməyə çətinlik çəkirəm. Hətta bu mənə mümkünsüz görünür. Gənc çağlarımda düşünürdüm ki, «təcrübə» özü-özünə yaranır. Lakin bu heç də belə deyil. Təcrübə baxımından istedadlı insanlar var. Bu istedad onlarda məktəb yaşlarından, hətta ana bətnindən yaranıb. Lakin başqaları da var. Onlar «təcrübənin» nə olduğunu anlamadan altmış il, yüz il ömür sürə bilərlər. Mən də belələrindənəm. İyirmi yaşındaykən mənim şeir haqqındakı rəylərim müəyyən şeirlərə və şairlərə olan sevgimə əsaslanırdı. O sevgi elə böyük idi ki, demək olar hər bir kitabı, hər bir şeiri məhz onlarla müqayisə edirdim. Əgər onlar arasında uyğunluq, oxşarlıq olurdusa, deməli yaxşıydı, yoxuydusa heç nəyə yaramırdı. İndi də mənim xüsusilə rəğbət bəslədiyim, sevdiyim şairlər var. Onlardan bəziləri elə əvvəllərdən xoşuma gələnlərdir. Bu gün isə o şairlərdən hər hansı birini xatırladan şeirləri dinləyəndə, artıq onlara şübhə ilə yanaşıram. Şairlərdən və şeirlərdən danışmayacağam. Mən ancaq öz müəllifindən başqa hamının orta səviyyəli, zəif, mənasız, kasad hesab etdiyi «pis» şeirlərdən söhbət açacağam. Yaşadığım illər boyunca bu cür şeirlərdən xeyli oxumuşam. Əvvəllər mən onların pis olduğunu və niyə görə pis olduğunu yaxşı bilirdim. Bu gün isə mən buna çox da əmin deyiləm. Birdən birə istənilən adətkarlıq kimi bu əminlik və biliyimə də şübhə ilə yanaşmağa başladım. Nədənsə mənə quru, darıxdırıcı, yad və zərərli göründü. Nəhayət, əhəmiyyətini itirmiş, köhnəlmiş, artıq keçmişdə qalmış, dəyərini bilmədiyim bir şeyə çevrildi. Bəzən indi elə olur ki, «pis» şeirlərə xeyir-dua verərək, tərifləmək istəyirəm, yaxşı şeirlərisə, əksinə, tərifləməyə tərəddüd edirəm. Eynilə həmin hissləri bəzən professora, məmura və ya hər hansı bir dəliyə qarşı hiss edirik. Axı biz cənab məmurun gözəl insan, cəmiyyətçün faydalı bir vətəndaş olduğuna, dəlininsə yazıq, çarəsiz, xəstə, hamını ona yazığı gəldiyinə və onu tam normal hesab etmədiyinə əminik. Lakin bəzən bir professorla və ya dəliylə söhbətləşəndən sonra, həqiqətin tam əksinə olduğunu görürük. Dəli dediyimiz adam sakit, özünə əmin, xoşbəxt, Allahın sevimlisi, özünəməxsus xarakterli, inamlı bir adam, professor isə aşağı səviyyəli, simasız, marionet biri olur. Bax elə eyniylə bu cür hissləri bəzən mən pis şeirləri oxuyanda duyuram. Onlar birdən-birə gözümə heç də pis görünməyib xüsusi bir ətrə, özünəməxsusluğa, uşaq həssaslığına malik olur. Məlum həmin o zəif nöqtələri, çatışmazlıqları orijinal, xoş, gözəl görür, sevimli və gözəl şeirlərlə müqayisə zamanı isə onları rəngsiz, solğun və şablon kimi qəbul edirəm. Ekspressionizmin araya gəlməsi ilə biz buna bənzər halları bəzi gənc şairlərin də yaradıcılığında müşahidə edirik. Həmin şairlər daha qəsdən «yaxşı» şeirlər yazmırlar. Onlar kifayət qədər gözəl şeirlərin olduğunu düşünürlər. Bu dünyada öz-özünə doğulduğunu zənn edib gözəl şeirlər qatarına bənd olaraq çox-çox əvvəllərdən başlamış «kim kimi üstələyəcək» oyununa qoşulmurlar. Yəqin ki, onlar tamamilə haqlıdırlar. Bəzən onların şeirləri də elə o cür təsirli səslənir. Məsələnin nə yerdə olduğu bəllidir. Şeirin dünyaya gəlişinin məğzi birmənalıdır. O bir çağırış, hayqırtı, nəfəs, işarə, həyəcan dolu ürəyin reaksiyası, emosiyasıdır. Heç bir şeir bu başlıca, ilkin və ən vacib funksiyalara görə dəyərləndirilmir. Hər şeydən öncə o, şairin özünə müraciətdir — onun nəfəsi, səsi, xəyalı, təbəssümüdür. Kim gecə yuxularının estetik dəyərini, əl-qol hərəkətlərinin məqsədini, mimikaları və hərəkətləri mühakimə edər ki?! Ayaq və ya əl barmağını ağzına salıb sovuran körpə də qələminin başlığını gəmirən müəllif kimi, quyruğunu açan tovuzquşu kimi düzgün və ağıllı hərəkət edir. Onlardan heç biri bir-birinə nisbətən daha yaxşı və ya daha haqlı deyillər. Bəzən müəllifə rahatlıq və yüngüllük gətirən hər hansı bir şeir bir başqasını sevindirə, həyəcanlandıra, kövrəldə bilər. Və bu bəzən gözəl olur. Bu, şeirdə hamıya aid nəsə olanda, hamının taleyində ola biləcək şeylər olanda mümkün olur. Lakin bunun da hər zaman mütləq belə olması vacib şərt deyil. Məhz elə burda problemli dövri hərəkət başlayır. «Gözəl» şeirlər şairləri publikanın sevimlisi edir. Buna görə də şeirin yenidən zülməti başlayır — yaranışdan əvvəlki müqəddəs funksiyalarını unudaraq, hamısı ancaq gözəl olmaq istəyir. Bu cür şeirlər dinləyicilər üçün, oxucular üçün yaranır. Onlar nə şirin xəyal, nə rəqs hərəkəti, nə ruhun fəryadı, nə yaşananlara reaksiya, nə qarabasmalar, nə ovsun, cadu deyildir. Onlar publikadan ötrü uydurulmuş, əldə qayrılmış məmulat, fabrik məhsulu, konfetdirlər ki, yaymaq, satmaq üçün istehsal olunublar. Həmin məmulatlar alıcıları şənləndirmək, ruh yüksəkliyi vermək və ya əyləndirməkdən ötrü istifadəyə verilmişdir. Məhz onlar müvəffəqiyyət qazana bilir. Bu cür şeirdə ciddilik və sevgiylə yüklənmək lazım gəlmir. Onlar adamı incitmir, kədərləndirmir, əksinə şad və rahatlıq içində öz gözəl və sakit dalğalarında yelləndirirlər. Bu «gözəl» şeirlər bəzən çərçivə boyunca qaydaya salınmış, uyğunlaşdırılmış əşyalar, professorlar və məmurlar kimi müəmmalı və xoşagəlməz ola bilirlər. O zaman ki, düzgün, ədalətli dünyadan bezib fənərləri sındırmaq, məbədləri yandırmaq istəyirsən, bütün «gözəl» şeirlər senzuraya məruz qalmış, kəsilmiş həddindən artıq münasib, əhliləşdirilmiş, ədəbli kimi görünür insana. Onda pis şeirlərə müraciət edirsən. Şeirlərin içində heç bir dənəsi də olsun pis olmur. Lakin burada bizi məyusluq gözləyir. Pis şeirlərdən alınan zövq çox qısamüddətlidir. Onlar tez bezdirir. Bəs bu şeirləri oxumaq nəyə lazımdır ki? Olmaz ki hər bir kəs özü bu cür pis şeir yazsın? Girişin bu işə! Və görəcəksiniz ki, pis şeir yazmaq insana ən gözəl şeir oxumaqdan belə çox zövq verir. “Kaspi” qəzeti
['Herman Hesse', 'Hermann Hesse', 'esse', 'şeir']
920
https://kayzen.az/blog/psixologiya/19699/q%C4%B1%C5%9F-depressiyas%C4%B1.html
Qış depressiyası
Apollon
Psixologiya
27 noyabr 2016, 22:32
Qış depressiyası bir növ affektiv narahatlıq – emosional pozğunluqdur. Bu hal fəsil depressiyalarının bir növüdür. Əsasən əhval-ruhiyyənin aşağı olması, həssaslıq, koqnitiv pozğunluqlarla – adaptasiya olmada çətinlik, yaddaşın zəifləməsi və s. müşahidə edilir. Qadınlar kişilərlə müqayisədə bu hala daha həssasdırlar. Əsasən 18-30 yaş arası insanlarda daha çox baş verir. Bir çox alimlər bunu qış vaxtı yetərli gün işığı almama ilə əlaqələndirirlər. İşıq çatışmazlığı isə öz növbəsində beyində hipotalamusun işinə mənfi təsir edir, melatonin və serotonin arasındakı balans pozulur. Fəsil depressiyasının əlamətləri erkən payızdan da başlayaraq qışa qədər qala bilər. Hətta bir çox insanlar bu hala çox ağır reaksiya verirlər. Qış depressiyasının əlamətləri: • Emosional sferanın pozulması — əhvalın azalması, özünü günahkar hiss etmə, özünüdəyərləndirmənin itməsi, müxtəlif məşğuliyyətlərə marağın azalması, daimi həyəcan hissinin olması, həssaslıq, oyanıqlıq və s. • Yuxu pozğunluğu, yuxusuzluq • Yaddaşın azalması, intellektual səviyyənin enməsi • İş qabiliyyətinin aşağı düşməsi • İştahanın azalması • Həzm pozğunluqları • İmmun sistemin zəifləməsi • Özünəqapanma • Sosial problemlərin yaranması və s. Müalicəsi Əslində hər bir kəs özünün psixoloqu olaraq özünü bu haldan çıxara bilər. Qış depressiyalarının ən effektiv müalicələrindən biri işıq terapiyasıdır. Bundan əlavə idman, rəqs, musiqi dinləmə, uzun müddət açıq, təmiz havada gəzintilərin təşkili də dəyərli metodlardan sayılır. Eyni zamanda qida rasionuna bu qidalar da daxil edilsə yaxşı olar: ət, yumurta, süd, balıq, pendir, meyvə və tərəvəzlər. Ətirli bitki dəmləmələri – məkkəgülü, jasmin, mixək, darçın, ətirli yağlarla masaj – lavanda, limon, portağal və s., efir yağları ilə aromaterapiya müsbət təsir edən üsullardandır. Və ən nəhayət, çalışın ki, hər kəsə gülümsəyəsiniz ki, depressiyadan uzaq olasınız.
['depressiya', 'depressiya əlamətləri', 'qış depressiyası']
921
https://kayzen.az/blog/kisiler/19295/puberfoniya.html
Puberfoniya
Apollon
Kişilər
26 noyabr 2016, 17:27
Puberfoniya nədir, əlamətləri nələrdir? İnsanda özgüvən probleminə yol açan bu səs probleminin müalicəsi mümkündürmü? Yeniyetməlik dövründə böyümə və hormonların təsiri ilə tənəffüs, fonasiya (səslənmə) və rezonans orqanları inkişaf etməyə, bu səbəbdən səsin pərdə və keyfiyyəti dəyişməyə başlayır. Bu dəyişikliklər oğlan uşaqlarında qız uşaqlarına nisbətən daha qabarıq olur. Yeniyetməlik dövründə pərdə və səs qırılmaları, stabillik və səs qısıqlığı kimi problemlər görülə bilər. Qırtlaq toxumasında hər hansı bir problem olmamasına rəğmən səs qalınlaşmayıb nazik qala bilər. “Səsim uşaq səsinə bənzəyir” Mutasion falset, digər adı ilə puberfoniya adlanan, yeniyetməlik çağında ortaya çıxan, müalicə edilmədiyi təqdirdə irəli yaşlara qədər davam edə bilən, səs pərdəsinin anormal səthdə olması, pərdə qırılmaları və tək pərdədən danışma ilə xarakterizə edilən səs problemidir. Xəstələr əsasən “səsim çox nazik çıxır, danışanda qəfildən nazikləşir, ya da qısılır” kimi şikayətlər edir. Belə xəstələrdə səs teli müayinəsində anatomik və fiziki bir problem müşahidə edilmir. Danışarkən vokal tellərin ancaq ön qisminin titrəməsi səsin incəlməsinə, fısıltılı, ya da nəfəsli olmasına səbəb olur. Mutasion nadir görülən problem deyil. Səs problemindən dolayı həkimə müraciət edənlərin 2-3%-də bu problem ortaya çıxır. Bu şəxslər çox vaxt telefonla danışarkən cinsiyyətləri aydın olmadığından lağ obyekti olurlar. Əlamətləri nələrdir? Zəif, fısıltılı, boğuq səs, səs qırılmaları, səs qısıqlığı. Səbəbləri nələrdir? Yeniyetməlik dövründəki dəyişikliklərə qarşı çıxmaq, yeniyetməlik dövründən sonrakı səsdən xoşlanmamaq, gənc qalmaq istəyi, utancaqlıq, psixoloji problemlər. Necə müalicə edilir? Bu problemin müalicəsi daha rahatdır. Dəqiq müsbət sonluqla nəticələnir. Səs müalicəsi ilə ilk seansda xəstə öz səsinə qovuşmuş olur. Səs seansının vaxtı 45 dəqiqədir. Bu müalicədə xəstəyə psixoloji müalicə almaq da tövsiyə edilir. Bunun səbəbi isə problemin xəstənin həm psixoloji, həm də sosial baxımdan travmalar yaşamasıdır. Mutasion falset insanda özgüvən problemlərinə yol açır. Bu insanlar özlərinə qapanmış, utancaq biri olurlar. Sosial münasibətlərində problem yaşayırlar.
['kişilər', 'kişi problemləri', 'Puberfoniya']
922
https://kayzen.az/blog/daily-problems/19489/i%C5%9Fl%C9%99y%C9%99n-ana-v%C9%99-%C3%B6vlad-m%C3%BCnasib%C9%99tl%C9%99ri.html
İşləyən ana və övlad münasibətləri
Apollon
Gündəlik həyatın çətinlikləri
20 noyabr 2016, 15:50
Uşaqlar valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər. Müəyyən dövrdən sonra isə ananın işləməsinin uşaqlar tərəfindən o qədər də xoş qarşılanmadığınının şahidi olursunuz. Həm iş karyerasını uğurla həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil. Hər iki işi uğurla həyata keçirmək üçün necə davranmalı olduğunuzu bilirsinizmi? 0-3 yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur. Ananın işləməsi və ya işləməməsi deyil, uşağa ayrılan zamanın keyfiyyətli olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən, qayğısından asılı olan bir məqamdır. Əgər ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək olar? Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə münasibətlərinə mənfi təsir etməməsi üçün necə yanaşmalısınız? Əgər siz çalışan anasınızsa övladınız müəyyən davranışları ilə sizin diqqətinizi çəkməyə çalışacaq. Müşahidə olunan davranışlar: AqressivlikSevmədiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidən etməsiSiz işə gedərkən ağlamasıSiz evə gələrkən ağlamasıYemək yemə zamanı kaprizləriQısqanclığı və s. Övladınızın bu kimi davranışlardan uzaq olmasını istəyirsinizsə bu zaman övladınızla münasibətlərinizdə nəzərə almalı olduğunuz məqamları unutmamalısınız. İşləmənizlə bağlı səbəbi övladınızın yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq ona izah edin.İşdə olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilə bağlı məlumat aldığınızı övladınıza hiss etdirin.İşiniz bitdikdən sonra evə gələcəyinizi, onunla birlikdə xoş vaxt keçirəcəyinizi, oyunlar oynayacağınızı ona bildirin. İşdən sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyətliliyinə önəm verin.Suallar verin.Siz işdə olarkən nə işlərlə məşğul olduğu, nə yeniliklər öyrəndiyi, hansı oyunlar oynadığını və s. ilə bağlı məlumatları ondan soruşmanız övladınıza xoş təsir bağışlayar.Diqqətinizin onda olduğunu hiss etdirin.Danışdıqlarına qulaq asırmış kimi göstərib diqqətinizin başqa nədəsə olması övladınız üçün xoş olmaz.Bir qədər yorğunluğunuz çıxdıqdan sonra birlikdə oyunlar oynayın.Yuxu zamanında nağıl danışın.Həftəsonlarını gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə keçirin.
['ana övlad münasibətləri', 'işləyən ana', 'uşaqğa qayğı']
923
https://kayzen.az/blog/qadinlar/19526/ella-fitscerald.html
Ella Fitscerald
Apollon
Məşhur qadınlar
18 noyabr 2016, 15:34
«Mahnıların Birinci Ledisi» — Ella Fitsceraldı belə adlandırırdılar. Onun vokalı, haqlı olaraq caz tarixində ən incə vokal hesab edilirdi, hərçənd çoxları bu baxımdan Sarah Vaughanı, yaxud Billie Holidayı də ən uca pillədə hesab edə bilər. Təbiətin geniş diapazonlu gözəl səs bəxş etdiyi Ella oxumaqda kimi desəniz üstülüyə bilərdi. O, bənzərsiz skat-müğənni idi və praktiki olaraq ideal elokvensiyaya malik idi. İnsanlar həmişə onun məhz nə oxuduğunu, onun hər bir kəlməsini başa düşürdü. Ellaya xas olan yeganə daimi və yeri gəlmişkən bir qədər kurzey xarakterli nöqsan ondan ibarət idi ki, o, hədsiz dərəcədə həyatsevər idi və mahnının mətninin tələb etdiyi kimi, hədsiz lirik tərzdə oxuya bilmirdi. Hətta «Love For Sale» kompozisiyasında da onun ifası şən və şaqraq səslənirdi. Hər halda onun karyerasını bütövlükdə qiymətləndirmək istəsək, sadəcə olaraq bu səviyyəli başqa bir müğənni yox idi. Ella Fitscerald öz yaradıcılıq yolunun başlanğıcında heç vaxt Billi Holideyə məxsus olan quru səsi ilə fərqlənməmişdir. Həddən artıq yoxsulluq şəraitində yaşayan Ella bir müddət sözün həqiqi mənasında evsiz-eşiksiz qalmışdı. Bu dövrdə onun oxumasında böyük bir fasilə yarandı. 1934-cü ildə o, Harlemdəki «Apollo» teatrında həvəskarlar üçün keçirilən müsabiqədə özünün büt saydığı müğənni Solpeye Boswellin repertuarından olan «Judy» mahnısını ifa edərək müsabiqənin qalibi olur. Ella bir müddət Tiny Bradshaw ilə işləyəndən sonra «Apollo»ya gəlmiş Benni Carter onu Chick Webb adlı musiqiçi ilə tanış etdi. 17 yaşlı Ellanın zahiri görkəmi Webbə o qədər də güclü təsir bağışlamadı və o, qıza könülsüz halda təklif etdi ki, klubda onun orkestri ilə birlikdə bir qədər oxusun. Sınaq uğurlu oldu və tezliklə bu məşhur təbilçi başa düşdü ki, Ellanın ciddi kommersiya potensialı var. 1935-ci ildən başlayaraq Ella Fitscerald «Webb's Orchestra» ilə birgə ifalarını lentə yazdırmışdır. 1937-ci ildən etibarən bu qrupun mahnılarının yarısından çoxu Fitsceraldın iştirakı ilə ifa edilmişdir. 1938-ci ildə onlar «A-Tisket, A-Tasket» adlı hiti, bir qədər sonra isə çox populyar olan «Undecided» mahnısını yazdırdılar. Bu dövrdə Ella qeyri-adi cavan səsə malik olan, balladalar ifasında güclü olması ilə seçilən pop-svinq müğənnisi idi. Artıq, onun səsi kifayət qədər güclü idi, lakin hələ improvizasiya və skat səviyyəsinə çatmamışdı. Ellanın bu istedadları sonradan üzə çıxdı. 1939-cu il iyunun 16-da Chick Webb vəfat etdi. Bundan sonra orkestrin üzvlərinin yekdil qərarına əsasən Ella orkestrə rəhbərlik etməli oldu. Düzdür, o vaxta qədər Ella repertuar və musiqiçilərin işə qəbul edilməsi, yaxud işdən azad edilməsi məsələləri ilə az məşğul olmuşdu, lakin buna baxmayaraq, qrupun populyarlığını qoruyub saxlaya bildi və 1949-cu ildə qrup buraxılanda Ellanın solo karyerasına başlaması o qədər də çətin olmadı. Ella İnk Spots, Louis Jordan və «Delta Rhythm Boys» qrupu ilə əməkdaşlıq etməyə, 1946-cı ildən sonra isə «Norman Qranz's Jazz at the Philarmonic» qrupu ilə birgə çıxış etməyə başladı. Qranz onun meneceri oldu, lakin müğənnini şirnikləndirərək öz leyblinə cəlb etmək üçün təqribən on il gözləmək lazım gəldi. Bu müddətdə Ellanın oxumasında ciddi dəyişikliklər baş vermişdi: Dizzi Gillespienin biq-bendi ilə birgə tur zamanı bi-bop janrını mənimsəmiş Ellanın oxuma manerasında yeni üsluba xas olan məqamlar yaranmışdı. Elə həmin dövrdə o, öz çıxışlarında skat-oxumadan istifadə etməyə başlamışdı. 1945-1947-ci illərdə yazdırdığı Lady Be Good, How High the Moon və Flying Homer mahnıları çox populyarlaşdı və Ella ən yaxşı caz müğənnilərindən birinə çevrildi. Ella Fitscerald Basist Ray Brown ilə ailə qurandan sonra Ella 1948-1952-ci illərdə ərinin triosu ilə birgə çıxış etməyə başlayır. Bundan əlavə, 1950-ci və 1954-cü illərdə o, Ellis Larkins ilə duet şəklində bir neçə plastinka yazdırmışdır. Həmin plastinkalarda Ella Corc Gerşvinin mahnılarını özünəməxsus bir tərzdə ifa etmişdir. 1955-ci ildə «Pete Çelly's Blues» filmində iştirak edəndən sonra Ella «Verve» leybli ilə kontrakt imzalamış və sonrakı bir neçə ildə ümumi adı «Songbooks» olan silsilə albomlar yazdırmışdır. Bu albomlara Gerşvinin, eləcə də Cole Porter, Rocers and Hart, Dyuk Ellinqton, Harld Arlen, Ceromi Çern və Conni Mergerin mahnıları daxildir. Buna baxmayaraq, Ellinqtonun mahnılarının ifası istisna olmaqla, bu layihə Ella Fitsceraldın əsas caz layihəsi adlandırıla bilməz. Lakin bu prestijli layihə müğənnini çox populyarlaşdırdı. 60-cı illərdə karyerasının zirvədə olduğu vaxtda ella Berlində canlı ifa rejimində «Mack the Knife» adlı plastinka yazdırmışdır. Çox şən mahnılardan ibarət olan bu albomun yazılışı zamanı Ella Fitsceraldın mahnının sözlərini tamamilə unutmuşdu və bədahətən mətni öz sözləri ilə əvəz edirdi. Sonradan bu albom klassikaya çevrildi. Ellanın 1967-1970-ci illərdə «Capitol» və «Reprise» leyblləri üçün yazdırdığı ifaların səviyyəsi bir qədər aşağı idi. Bu dövrdə Fitcerald öz repertuarına «Sunny İ Heard İt Through the Grapevine» kimi populyar mahnılar daxil etməyə cəhd göstərmiş, lakin onun ifası xeyli zəif alınmışdır. Xoşbəxtlikdən, onun karyerasında tənəzzül baş vermədi, çünki Norman Granz «Pavlo» adlı yeni leybl yaratmağı və həmin leybldə Ellanın ifalarını yazdırmağı qərara almışdı. 1972-ci ildə Santa-Monikada konsertdən sonra Ella Fitcerald cazın sərvəti hesab edilməyə başladı və Count Basie, Oskar Peterson və Joe Pass kimi ifaçılarla birgə çıxış etdi. 70-ci illərdən sonra Ellanın səsi nəzərəçarpacaq dərəcədə zəiflədi və 80-ci illərdə onun müğənni karyerası başa çatdı. Təbii ki, yaş da özünü göstərirdi. Ellanın gözü və ürəyi ilə bağlı problemlər onu uzun müddət musiqini unutmağa məcbur etsə də, nadir hallarda səslənən canlı çıxışları həmişə əla svinq duyumu və müğənninin səsindəki sabit sevinc çalarları ilə fərqlənirdi. 1994-cü ildə Ella Fitscerald həmişəlik təqaüdə çıxdı, iki ildən sonra isə dünyasını dəyişdi. Lakin onun adı hələ də çoxlarına tanışdır. Müğənninin çoxsaylı lent yazıları kompakt disklər şəklində buraxılmışdır. «Jazz dünyası»  jurnalı
['böyük musiqiçilər', 'caz musiqisi', 'məşhur qadınlar', 'Ella Fitscerald', 'musiqiçi']
924
https://kayzen.az/blog/kitab/19665/c%C9%99sur-yeni-d%C3%BCnya.html
Cəsur yeni dünya
Apollon
Kitablar və mütaliə
18 noyabr 2016, 15:28
Oldos Haksli Britaniyada, məşhur Haksli ailəsində 1894-cü ildə doğulmuşdur. Müasirləri onun iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyən və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı. Müəllifə görə “Cəsur Yeni Dünya” romanı gələcək haqqında kəhanətdən ibarətdir. Antik yunan mifologiyası, polineziya antropologiyası, sanskritcə və çincə buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa… Haksli “Cəsur Yeni Dünya”nı bütün bunlardan topladığını deyir. Kitabdan serçmələr: Və məhz elə bu xoşbəxtlik və məziyyətin sirridir-görməli olduğunuz işi xoşlamaq. Bütün tənzimləmələrin məqsədi budur: insanlara qaçılmaz sosial qismətlərini sevdirmək. Xoşbəxtlik haqqında insanlar düşünməli olmasa, həyat necə də əyləncəli olardı. Hə, amma mən suni xoşbəxtlikdənsə bədbəxt olmağı daha üstün tuturam. Xoşbəxtlik öz sadə görüntüsü ilə, bədbəxtliyin rəngarəng çalarlarının yanında hər zaman riqqətli görünür. Bir də əlbəttə, stabillik qeyri-stabillik qədər cəlbedici deyil. Xoşbəxtlikdə pis qismətə qarşı mübarizənin romantikası, hisslərlə obrazlı mübarizə və ya şübhə və ehtiras ilə ölümcül mübarizənin heç biri yoxdur. Xoşbəxtlik heç vaxt təşəxxüslü olmur. Xoşbəxtlik ağır bir işdir. Xüsusilə də başqalarının xoşbəxtliyi. İnsanlar əgər sorğulamadan qəbul etməyə tənzimlənibsə, xoşbəxtlik həqiqətən də daha çətin bir işdir. Biz nəyisə qurban vermədən heç nə əldə edə bilmərik. Xoşbəxtlik üçün bəzi şeylər vermək lazımdır. Əlbəttə, tələbələrə gələcəkdə işlərini yaxşı görmələri üçün hər hansı bir fikir vermək lazım idi, lakin verilən bu fikrin miqyası çox böyük olmalı deyildi. Əks-təqdirdə, tələbələrdən cəmiyyətə yararlı, xoşbəxt və yaxşı insanlar çıxmazdı. Filosoflar deyil, məhz oymaçı və marka kolleksiyaçıları cəmiyyətin təməl daşını təşkil edir. İnsan öz seçimləri ilə qala bilməz. Mən həqiqətdə maraqlıyam, elmi sevirəm. Lakin həqiqət təhlükəlidir, elm isə ictimai təhlükə. Faydalı olduğu qədər də təhlükəlidir. Elmin etdiklərini elmlə də məhv edə bilmərik. Ətrafında qarayara bombaları partlayarkən, həqiqət və gözəlliyin və ya savadın nə kimi əhəmiyyəti var? Əsl elmi ixtiraların hər birinin içində dağıdıcılıq var, hətta bəzən hər elm sahəsinə düşmən kimi baxmaq lazım ola bilər. Bəli, hətta elmə qarşı da. Siz məğzini bilmədən hər hansı bir elmi öyrənə bilməzsiniz. İnsanın birləşdirdiyi şeyi təbiətin ayırmağa gücü çatmaz. Güllərin və mənzərələrin təhlükəli bir qüsuru var: onlar havayıdırlar. Təbiətə sevgi ilə zavodları doldurmaq olmaz. Əxlaqi təhsil heç bir halda rasional olmalı deyil. Əgər siz tarixə öyrəşməmisinizsə, keçmişə dair bir çox faktlar sizə ağlasığmaz gələ bilər. Reallıqdan istədiyin vaxt tətilə çıxa bilərsən. Qayıtdığında isə, nə baş ağrın olacaq, nə də danışa biləcəyin hər hansı bir mif. İfrat ağıl öz məqsədləri uğruna qəsdən yalnız qalmaq üçün könüllü korluk və karlıq edə bilər, mövcud suni həzzlərdən əl çəkər. İnsanlar səndən şübhələnməyə başladıqda, sən də onlardan şübhələnməyə başlayırsan. İnsan axı ikilikdə qaldıqda nə edə bilər ki? (Əbbəttə yatağa getməkdən başqa, lakin bunu da hər zaman edə bilməzsən.) Hə nə var ki? Çox az şey. Hamı hamı üçün işləyir. Biz başqası olmadan yaşaya bilmərik. İntellektual üstünlük əxlaqi məsuliyyətləri də özü ilə bir yerdə gətirir. İnsanın istedadı nə qədər böyükdürsə, onun insanları yoldan çıxarma gücü də bir o qədər çox olur. Çox insanın korlanmasındansa, bir insanın əzab çəkməsi daha yaxşıdır. Heç bir günah, davranış uyğunsuzluğu kimi bağışlanılmaz deyil. Davranış pozgunluğu isə tək bir şəxsin həyatından daha çox şey üçün, təhlükə yaratmaqdadır, bu birbaşa cəmiyyət üçün təhlükəlidir. Dostun əsas funksiyalarından biri də, bizim düşmənlərimizə vermək istədiyimiz, lakin verə bilmədiyimiz cəzaları onun çəkməsidir. (Daha mülayim və simvolik formada) “Çünki köhnədirlər. Bu əsas səbəbdir. Biz burada köhnəlmiş heç nədən istifadə etmirik. Hətta onlar gözəl olsalar da? Xüsusilə onlar gözəl olduqlarında. Gözəllik cəlbedicidir və biz insanların köhnə şeylər tərəfindən cəlb olunmasını istəmirik. Biz insanların yeni şeyləri bəyənməsini istəyirik. Sahib olduğumuz şeylər bizə nə qədər aiddirsə, biz də özümüzə o qədər aidik. Özümüz özümüzü yaratmamışıq, özümüzdən üstün ola bilmərik. Bizim bütün dünənlərimiz biz axmaqların tozlu ölümünə gedən yolu işıqlandırırdı. Məqsədi olmayan uşaqlar üçün milçəklər nədirsə, biz də tanrının gözündə onlarıq. Yatmaq sənin ən yaxşı istirahətindir, sən elə hey yuxuya gedirsən, amna ölümdən qorxursan, hansı ki, yatmaqdan başqa bir şey deyil. İntellektual insan seksdən daha maraqlı bir şeyi tapan insandır. Hər şeyi bilmək üçün. Təkcə tamaşaçı deyil, həm də aktyor olmalısan. Hazırladı: Şahanə Nuriyeva
['cəsur yeni dünya', 'Aldous Huxley', 'Oldos Haksli', 'əsərlər', 'kitablar']
925
https://kayzen.az/blog/kino/19159/%C9%99lil-arabas%C4%B1nda-%C3%B6mr%C3%BCn%C3%BC-ba%C5%9Fa-vuran-kefcil.html
Əlil arabasında ömrünü başa vuran “Kefcil”
Apollon
Kino
16 noyabr 2016, 12:17
İlk dəfə onu uşaq vaxtı sevərək baxdığım “Gələcəkdən gəlmiş qonaq” filmində görmüşdüm. Bu filmdə o, zalım kosmik pirat Veselçak (“Kefcil”) rolunu oynayırdı. Sonralar digər filmlərdə məşhur rollarını görsəm də, nədənsə yaddaşımda elə Veselçak kimi qaldı... SSRİ-nin Xalq artisti Vyaçeslav Nevinnı 1934-cü il noyabrın 30-da Tula şəhərində anadan olub. Atası silah zavodunda, anası isə dəmir yol vağzalında katibə işləyib. Teatra uşaq yaşlarından həvəs göstərib. Məktəbdə oxuyarkən teatr dərnəyinə yazılıb və tamaşalarda oynamağa başlayıb. 1954-cü ildə orta məktəbi bitirən Vyaçeslav sənədlərini Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına verir. Lakin müsabiqədən keçmir və Tula şəhərinə qayıdıb, Gənclər Teatrında işə düzəlir. Bir il sonra yenidən Moskvaya gedir və bu dəfə uğur qazanır. 1959-cu ildə məktəb-studiyada təhsili başa vurur və MXAT-da işləməyə başlayır. Məktəb-studiyada tanış olduğu gələcəyin tanınmış aktrisası Nina Qulyayeva ilə ailə həyatı qurur. Bu nikahdan onların bir oğulları olur, adını Vyaçeslav qoyurlar. Teatrda bir çox tamaşalarda oynayan Vyaçeslav Nevinnı kinoda 1957-ci ildə rejissor Yuri Rayzmanın “Kommunist” filmində debüt edir. 1960-cı ildə Vladimir Gerasimovun “Sınaq müddəti” filmində milis işçisi rolunu oynayır. Görkəmli rejissorlar Eldar Ryazanov və Leonid Qaydayla tanışlığı onu məşhurlaşdırır. “Qaraj” filmindəki Karpuxin və “Ola bilməz!” filmində pivəsatan Qorbuşkinin qaynı rolları ona geniş tamaşaçı sevgisi qazandırır.  Bundan başqa, aktyor “Sədr” (Pavel Markuşev), “33” (Vasili Lyubaşkin), “Avtomobildən qorun” (maşın çilingəri), “Ruslan və Lyudmila” (Farlaf), “Gələcəkdən gəlmiş qonaq” (pirat Veselçak), “Ölü canlar” (Mixail Sobakeviç), “Köhnə Yeni il” (Pyotr Sebeykin) və s. ekran əsərlərində bir-birindən maraqlı rollar oynayır. Bundan başqa o, “Soyuzmultfilm”də bir çox cizgi filmlərinin səsləndirilməsində iştirak edir. 1997-ci ildə “Polis və oğru” (Slava) filminə çəkilir, bundan sonra əsasən teleseriallarda rol alır. Axırıncı dəfə isə 2003-cü ildə “Dünyanın ən yaxşı şəhəri” serialına çəkilir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən aktyorun ayaqlarındakı şiddətli ağrılar üzündən xəstəxanaya düşür, 70 yaşını burada “qeyd etməli” olur. Xəstəliyi ağırlaşır və əvvəl bir, sonra o biri ayağı amputasiya olunur. Əlil arabasına məhkum olan aktyorun həyat yoldaşı və oğlu bu ağır günlərdə həmişə yanında olurlar. 70-dən çox filmə çəkilən aktyor 31 may 2009-cu ildə vəfat edir. Hazırda onun sənət yolunu oğlu Vyaçeslav Nevinnı davam etdirir. Səbinə Əlibalaqızı «Mədəniyyət» qəzeti 
['kino', 'aktyor', 'sovet kinosu', 'Vyaçeslav Nevinnı']
926
https://kayzen.az/blog/daily-problems/19536/bunlar%C4%B1-day%C9%99d%C9%99n-t%C9%99l%C9%99b-etm%C9%99yin.html
Bunları dayədən tələb etməyin
Apollon
Gündəlik həyatın çətinlikləri
14 noyabr 2016, 12:59
Müasir dövrdə demək olar ki, anaların əksəriyyəti işləyir. Sözsüz ki, hər kəs uşağını bağçaya qoymur. Çoxları evdə dayə tutmağa üstünlük verir. Ana üçün dünyada ən qiymətli varlığını başqasına təslim etmək asan deyil. Bir neçə saat onlardan xəbərsiz qalmaq da ananı narahat edir. Mütəmadi evə və ya dayəyə zəng edib uşağı soruşsa da, evdə baş verənlərdən xəbərsiz qalır. Əmin olun ki, dayənin sizi narahat etməmək üçün dilə gətirmədiyi məqamlar var. Amma digər tərəfdən unutmayın ki, onun xoşbəxtliyi və dincliyi körpənizlə maraqlanma formasına də təsir edəcək.  1. Dayələr ev işləri ilə maraqlanmaq məcburiyyətində deyil Onlardan uşağınızın dağıtdığı evi yığışdırmasını, ya da qab-qacaqları yumasını gözləyə bilməzsiniz. Əgər bu mövzularda da köməyə ehtiyacınız varsa, başqa bir köməkçi tutmaq məcburiyyətindəsiniz. Dayə yalnız körpəyə baxmaq üçün oradadır, başqa heç bir şey üçün yox. 2. Evə dediyiniz vaxtda gəlməlisiniz Dayənin zamanı sizinkindən daha az qiymətli deyil. Onun vaxtında gəlməsini gözlədiyiniz kimi, siz də razılaşdığınız saatda evə dönməlisiniz. Əgər 20 dəqiqədən çox gecikməli olsanız, mütləq ona zəng vurub bunu bildirin və üzr istəyin. 3. Son anda təxirə salmayın Əvvəldən təyin etdiyiniz tanışlıq görüşünü son anda təxirə salmayın. Bu, heç yaxşı hal deyil. Mümkün qədər tez zəng edin ki, planlarını dəyişdirmək üçün ehtiyacı olan vaxtı qazansın. Çünki bir daha qeyd edirik, onun zamanı da ən az sizinki qədər əhəmiyyətlidir. 4. Sizin valideynlik metodlarınızı qəbul etməyə bilər Bəzi valideynlər uşaqlarını ərköyün etməyə çox meyllidir. Bu da vaxt keçdikcə uşaq tərbiyəsi baxımından problemlərə səbəb olur. Dayə isə sizin valideynlik tərzinizdən məmnun olmaya bilər. Amma bunu sizə söyləməyə əsla cəsarət etməyəcək. Uşağınız sizin yanınızda istədiyi qədər ərköyün ola bilər. Lakin ona müəyyən qaydalar və sərhədlər qoymalısınız. Çünki bu, uşaqla maraqlanan dayənin əsəbləşməməsi üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu, şəxsiyyət inkişafı və yaxşı xüsusiyyətlər əldə etməsi baxımından da vacibdir. 5. Uşaqlar valideynlərinin marağına möhtacdır Dilə gətirmədiyi digər məsələlərlə yanaşı, dayə sizi uşağınızla maraqlanmamaqda da günahlandırmağa cəsarət etməyəcək. Uşaqların valideynləri üçün çox darıxdıqlarını unutmayın. Onunla mümkün qədər çox və keyfiyyətli vaxt keçirmək üçün əlinizdən gələni edin. Uşaqlar valideynlərinin evə dönməsini böyük həvəslə gözləyir. Sizə o gün öyrəndikləri və kəşf etdikləri hər şeyi izah etmək üçün tələsirlər. 6. Uşağınız xəstə olduqda bu barədə dayəyə bildirin Dayələr baxmağı öhdəsinə götürdüyü uşağın hansı xəstəliyi olmasını bilmək istəyir. Uşağınızın hər hansı xəstəliyi haqqında dayəyə bildirməmək uşağınızın xəstəliyinə biganə olmanız demək deyil. Sadəcə olaraq, dayə xəstəliyin yoluxma riski olub-olmamasını bilməlidir. Onun vacib görüşü, gedəcəyi yer və ya virusu yoluxdurmaq istəmədiyi uşaqları ola bilər. 7. Onun nüfuzunu baltalamayın Əgər dayə uşağınıza bəzi qaydalar qoyubsa, o getdikdən sonra bunların qırılmasına səbəb olmayın. Bunu etsəniz, onun nüfuzunu baltalamış olacaqsınız və uşağınız dayənin sözünə baxmayacaq. Yaxşı bir dayə nə etdiyini bilir. Onun hər hansı qaydası ilə razı deyilsinizsə, bunu onun özünə və uşağınız olmayan vaxt deməlisiniz. Ümidə Qəhrəman ailem.az 
['dayə', 'dayəlik', 'valideyn', 'uşaqlara münasibət']
927
https://kayzen.az/blog/aforizmler/19622/dan%C4%B1%C5%9Fanda-t%C9%99krar-edirs%C9%99n,-dinl%C9%99y%C9%99nd%C9%99-%C3%B6yr%C9%99nirs%C9%99n.html
Danışanda təkrar edirsən, dinləyəndə öyrənirsən
Apollon
Hikmət dənizi və aforizmlər
12 noyabr 2016, 23:11
Uilyam Bleyk: Fəaliyyətə çevrilməyən arzu ruh pozğunluğu yaradır. Çak Pallannik: Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir. Susan Etz: Yağışlı bir bazar günü, günortadan sonra nə etmək istədiyini bilməyən milyonlarla insan bir də ölümsüzlük istəyir. Emil Ajar: Aktyorluq eləməsəniz sizə asosial, ipə-sapa yatmayan və əsəb xəstəsi damğası vuracaqlar. Fyodr Dostoyevski: Əslində insana ən çox əzab verən xəyal qırıqlığı deyil, yaşanması mümkün olub, amma yaşaya bilmədiyi xoşbəxtlikləridir. Ziqmund Freyd: İfadə edilməmiş hisslər heç vaxt ölmürlər, diri-diri basdırılırlar və sonradan daha qorxunc şəkildə təzahür edirlər. Anton Çexov: Necə də gözəl gündür! Çaymı dəmləyim, özümümü asım, qərar verə bilmirəm. Mark Tven: Həmişə doğru danışın, onda nə dediyinizi xatırlamağa məcbur olmayacaqsız. Anonim: Yumurta xaricdən qırılırsa həyat sona yetir, daxildən qırılırsa həyat başlayır. Böyük işlər həmişə içəridən başlayır. Anonim: Yuxun gəlmirsə deməli oyanmaq istədiyin yerdə deyilsən. Uilyam Şekspir: Bəyəndiyiniz bədənlərə xəyalınızdakı ruhları qoyub bunu məhəbbət hesab edirsiz. Anton Çexov: Ən təhlükəli insan tipi az anlayıb çox inanandır. Dalay Lama: Danışanda ancaq bildiklərini təkrar edirsən, dinləyəndə isə yeni şeylər öyrənirsən. Ziqmund Freyd: Əgər insan bir yerə baxırsa orda marağını çəkən bir şey var. Əgər insan bir yerə heç baxmırsa deməli orada marağını çəkən şey mütləq var. Anonim: Bəlkə də oksigen təxminən 70 il sonra öldürən zəhərdir.
['hikmətli sözlər', 'aforizmlər', 'sitatlar']
928
https://kayzen.az/blog/psixologiya/19258/qeyb%C9%99t-psixologiyas%C4%B1.html
Qeybət psixologiyası
Apollon
Psixologiya
11 noyabr 2016, 23:50
Təbiətin ən ali varlığı, yaradanın ən qiymətlisi insan dünyaya gələndə onunla (müstəsna hallar istisna olmaqla), halı xasiyyəti, ağlı və istedadı da da birgə doğulur. Müstəsna hallar dedikdə ilk öncə insanın düşdüyü mühüti və şəraiti nəzərdə tuturuq. Bəzən mühit və şərait insan ağlına, düşüncəsinə ciddi təsir edir. Təbii ki, bu bir başqa yazının mövzusudur. Dünyaya gələn insanın dünyaya baxışı müxtəlif olduğu kimi, hər bir insana baxış da müxtəlif ola bilər. Əqlinə və əməlinə görə, Mövlanə Cəmaləddin Rumi, Fəzullah Nəimi, İmaməddin Nəsimi, Ibni Sina kimi müdrüklər insanlara qiymət verərkən onları Kamil insan və cahil insan kimi şərti qiymətləndirmə üsulundan istifadə edərək iki qurupa bölmüşlər… Kamil insan ağlının gücünə inanan, biliyi, bacarığı, xeyirxaqlığı, yaşadğı cəmiyyətə xeyir verən və onun xoşbəxtliyi uğrunda canını fəda etməyə hazır olan və ən azından bacardığını edən və etmək istəyənlərdir. Və insanın kamillik dərəcəsini qiymətləndirmək üçün bu siyahını istədiyimiz qədər uzada bilərik. Cahil insan birincinin əksinə olaraq bütün pisliklərə məhəl qoymadan imza atamağa hazır olan, və onları edənlərdir. Detallarına varsaq görərik ki, cahil insan yaltaq da ola bilir, qeybətcil də, iküzlü də ola bilir, yalançı da… Başqasının yaxşı əməlinə mane də ola bilər, ona xəsəd də apara bilər… Bu məqamda insanın genefondunu nəzərə almasaq düşüdüyü mühütin də rolu öz işini görmüş olur… Yazımızın əsas mövzusu yaltaqlıq və qeybət olduğu üçün hələlik bu məqamın üstündə qərar tutmaq niyətindəyik. Çox təssüf doğuran haldır ki,yaltaqlıq və qeybət sarı sarmaşıq, qorxulu bir illət kimi cəmiyyəti sarımaqdadır. Təbii ki, bu iki sindiromu ən çox yaradan amil ətraf mühit və şəraitdir… Ən çox bacarıqsız,elmi və sosial mühitdə düşüncəsi inkişafdan geri qalan insanların bir qismi bu xəstəliyə yoluxurlar… Və ən pis cəhəti də budur ki, bu cür insanlar etdikəri pisliklərin dərəcəsini qiymətləndirmək hisslərini itirdikləri üçün ya özlərinə tərəf müqabil axtarır,həm düşüncə və həmfikirlərinin çoxluğunu arzu edirlər. Ya da təsir dairələrini genişləndirmək üçün qeyri ənənəvi metodlardan istifadə edərək ətrafda olan kamil insanlara zərər verməkdən çəkinmirlər. Cəsarətlə demək istəyirəm ki, bu xasiyyət deyil qorxunc bir xəstəlikdir. Hal hazirda belə bir diaqnoz olmasa da inaniram ki, yaxın zamanlarda insanların bu xəstəliyin müalicəsinə olan aşırı təlabatı nəzərə alaraq psixologiya elmi bunu psixoloji xəstəliyin ən qorxunc növü kimi təsdiq edəcəkdir. Ən pisi də budur ki, millət olaraq ən çox diaqnoz qoyulan kimi statistikada biz ön yerlərdən birində yer alacağıq. Səbəbini araşdırdıqda isə təməli mükəmməlliyyətçilikdən, tamamlanmamış qayğılardan, özgüvənsizlikdən, olanla yetinməməkdən, ümüdsüzlükdən (yəni ozu haqqinda düşünməyib də başqalarının həyatını götür-qoy edir) şərataninin azlığından ozünü daha bacarıqlı ve her şeyi çox bilmiş kimi göstərmək istəyi və s. Sindrom özünü qadınlarda ve kişilərdə fərqli formada göstərir. Qadinlarda daha çox görülən bu diaqnoz söz almaq üçün, kimi sə kiminsə gözunden salmaq üçün,kiminsə sirrini hər kəsə açmaq üçün və bir çox digər məqsədlər daşıyırsa kişilərdə özünü təsdiqləmə yanindaki insana onun daha üstün oldugunu göstərmə, hər olanı çox yaxşı anladığını bildirmək üçün və ya heç kimi bəyənmirmiş kimi düşuncesi oldugunu göstərmək və yaltaqlıq üçün istifadə edilir. Əslində insan üçün heç bir xeyri olmayan əksinə insanı ətrafındakı insanların gözündən salan,güvənilməyəcək və hörmət olunmayacaq, bir hala salan bu vərdiş onu edənlər üçün sadəcə günlük rejimin əsas hissəsi və qətiyyən təxirə salinmayacaq bir məşğuliyyətdir. Qeyd edim ki, bu sindrom keçicidir. Genetik yolla atadan oğula və bütün geni əhatə edən insanlara keçə bilər. Xəstəlik özu ilə yalana meyillilik, sayrışan nevroz, sosial fobia ve hallüsinasialar da yaradır. Belə insanlar bu vərdiş üzrə özlərini peşakar saydıqları üçün evdə oturduqları halda qiybət etdikləri insanın ilk top 5 də olanlar haqqında öncədən fantaziyalar qururlar. Uydurduqları yalanlara özləri inandıqları və zaman keçdikcə bunu bir həqiqət kimi qəbul etdiklər üçün «əqlinin» və fantaziyasının «məhsulu» olan yalanı ətrafa yaymaga başlayirlar. Terapiya üsulunun necə aparıldığı haqqında duşunsək onları ilk öncə psixoanaliz edib həyatlarındaki problemleri hell etdikdən sonra psixiatrın derman dəstəyi ilə aradan qaldırmaq mümükündür. Həyatlarında olan problemi tapmanın ən asan yolu ise danışdığı insanda daha çox nədən danışırsa, deməli bu insanın öz həyatında o yöndə dərin yoxsulluq var demekdir. Bu cür adamlar danışdıqlarının öz həyatlarındanda da olmasını arzu etmələri kiminsə haqqında yalnız fikirlərini pis yöndə ifadə etməklə tamamlayırlar. Düşüncəmizə görə əgər günümüzdə bu cür adamlarla qarşılaşırıqsa heç fikir verməyə də bilərik qənaətində olanlar da var. Lakin bilməliyik ki, onlar hec yorulmadan danışdıqlarını sizin tesdiqləmənizi istəyəcəklər. Bunu etmiş olsanız problemi daha da dərinləşdirməyə yardım etmiş olarsınız. Bu xəstəliyə yoluxmuş insanları tanımaq o qədər də çətin deyildir. Onlar cəmiyyət içində daha çox diqqəti yayınıq olan biri kimi görünürlər. Çünki daima ətrafdaki insanlari analiz etdiklərinə və tapdıqları mövzunu danışmağa, genişləndirərək yaymaqa vasitə axtardıqlarına görə həmişə beyinləri məşqul vəziyyətdə olur, özlərindən biixtiyar donuq üz ifadəsi alırlar… Türkay Soltanlı Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu
['psixologiya', 'qeybət', 'qeybət etmək']
929
https://kayzen.az/blog/aforizmler/19707/budda-ay%C9%99l%C9%99ri.html
Bud­da ayə­lə­ri
Apollon
Hikmət dənizi və aforizmlər
10 noyabr 2016, 16:27
Bud­diz­min mü­qəd­dəs ki­ta­bı «Ti­pi­ta­ka» ("Üç sə­bət (qa­nun)") era­dan 80 il ön­cə Sey­lon­da ya­zı­lıb, an­caq onun ya­ran­ma ta­ri­xi xey­li əv­və­lə, e.ə. VI əs­rə və son­ra­kı yü­zil­lə­rə ge­dib çı­xır. «Ti­pi­ta­ka» üç böl­mə­yə ay­rı­lır: «Vi­na­ya-pi­ta­ki» ("Öyüd-nə­si­hət sə­bə­ti"), «Sut­ta-pi­ta­ki» («Mətn­lər sə­bə­ti»), bir də «Ab­hid­ham­ma-pi­ta­ki» (Müd­rik­lik sə­bə­ti). Hər böl­mə öz­lü­yün­də his­sə­lə­rə, ki­tab­la­ra, fə­sil­lə­rə və s. bö­lü­nür. Ay­rı-ay­rı bud­dizm mətn­lə­ri gü­nü­mü­zə bir çox dil­lər­də, o cüm­lə­dən sans­krit di­lin­də gə­lib ça­tıb, an­caq «Ti­pi­ta­ka»nın bü­töv ver­si­ya­sı pa­li di­lin­də qo­ru­nub-sax­la­nıb. Ümu­mi­lik­də «Ti­pi­ta­ka» bir çox üs­lub­la­rı, for­ma­la­rı, janr­la­rı özün­də bir­ləş­di­rən ki­tab­dı. Onun bir sı­ra böl­mə­lə­ri, fə­sil­lə­ri bə­dii key­fiy­yət­lə­ri­nə gö­rə dün­ya ədə­biy­ya­tı­nın qı­zıl fon­du­na da­xil olub. Bu ba­xım­dan ikin­ci böl­mə – «Sut­ta-pi­ta­ki» ay­rı­ca se­çi­lir. Onun mət­ni həm şer, həm də nəsr­lə ya­zı­lıb. Öz­lü­yün­də «Sut­ta-pi­ta­ki»nin ən güc­lü ye­ri isə be­şin­ci his­sə – «Khud­da­ka-ni­ka­ya» («Qı­sa tə­lim­lər top­lu­su») he­sab olu­nur. Bu his­sə­yə bud­dist ədə­biy­ya­tın şe­devr­lə­ri sa­yı­lan «Dham­ma­pa­da» («Yax­şı­lıq yo­lu»), «Sut­ta-ni­pa­ta» («Mətn­lə­rin ki­çik top­lu­su»), «The­ra-qat­ha» və «The­ri-qat­ha» («Ra­hib və ra­hi­bə­lə­rin nəğ­mə­lə­ri»), «Ca­ta­ki» (Bud­da­nın əv­vəl­ki do­ğu­luş­la­rı­nın ta­ri­xi) və baş­qa ki­tab­lar da­xil­di. Bud­diz­min baş­lı­ca əx­la­qi prin­sip­lə­ri «Dham­ma­pa­da»ya yı­ğı­lıb. Ənə­nə­yə gö­rə, bu de­yim­lə­rin ha­mı­sı Bud­da­ya məx­sus he­sab edi­lir. 26 fə­sil və 423 ayə­dən iba­rət «Dham­ma­pa­da» əsr­lər uzu­nu bir çox Asi­ya dil­lə­ri­nə çev­ri­lib, bə­zi öl­kə­lər­də bud­diz­mi qə­bul edən­lər üçün dərs­lik ki­mi is­ti­fa­də olu­nub, əz­bər öy­rə­ni­lib. «Dham­ma­pa­da»dan seç­mə­lər «O mə­ni təh­qir elə­di, o mə­ni vur­du, o mə­nə qa­lib gəl­di, o mə­ni so­yub-ta­la­dı». İçin­də be­lə fi­kir­lər giz­lə­də­nin nif­rə­ti sön­məz.  Nif­rə­tin qar­şı­sı nif­rət­lə alın­maz, yal­nız nif­rət­siz­lik­lə nif­rə­ti sön­dür­mək olar. Bu, əbə­di qa­nun­du. *** Çox­la­rı­nın xə­bə­ri yox­du ki, bur­da hə­lak ol­maq bi­zim al­nı­mı­za ya­zı­lıb. Bu­nu bi­lən­lər­sə elə hə­min an­da­ca hər söz-söh­bə­tə son qo­yur­lar. Da­mı yax­şı dö­şən­mə­miş evə ya­ğış ne­cə da­mır­sa, yax­şı iş­lə­mə­yən ağı­la da ta­mah elə­cə da­mır. Əgər bi­ri­si Mü­qəd­dəs Ki­ta­bı ge­cə-gün­düz oxu­yur, an­caq əməl elə­mir­sə, be­lə­si öz­gə­si­nin inə­yi­ni sa­yan na­xır­çı­ya bən­zər. Mü­qəd­dəs­lər cər­gə­sin­də ona yer yox­du. Ha­va­lı, yün­gül, har­da gəl­di büd­rə­yən, ili­şən fik­rin ci­lov­lan­ma­sı xoş­bəxt­lik­di. Xoş­bəxt­li­yin yo­lu sus­du­rul­muş fi­kir­dən ke­çir. Xe­yir­dən-şər­dən üz dön­də­rən na­mus­lu fik­rin, bir də ayıq-sa­yıq­la­rın qor­xu­su ol­maz. Ya­zıq­lar ol­sun! Kö­tük ki­mi duy­ğu­suz, fay­da­sız, atı­lıb-qal­mış bu bə­dən yer üzün­də çox ya­şa­ma­ya­caq. Şi­rə çə­kən arı çi­çək­lə­rə, gül­lə­rin rən­gi­nə, qo­xu­su­na heç bir zə­rər vur­ma­dan ne­cə uçub ge­dir­sə, müd­rik adam da öz yur­du­na elə­cə gə­lib-get­sin. Yax­şı söz­lər da­nı­şıb əməl elə­mə­yən adam ət­ri ol­ma­yan gö­zəl çi­çək­lə­rə bən­zər. Çi­çək­lə­rin ət­ri kü­lə­yin axı­nı­na qar­şı ya­yıl­maz. Xe­yir­xah adam­la­rın ət­ri isə kü­lə­yin gəl­di­yi yer­lə­rə də ya­yı­lır. Gə­zər­ki adam, əgər özün­dən yax­şı­sı­na, ya da heç ol­ma­sa özün ki­mi­si­nə rast gəl­mə­din­sə, çə­kil öz tən­ha­lı­ğı­na: ax­maq­lar­la sə­nin­ki tut­maz. «Mə­nim öv­lad­la­rım, mə­nim var-döv­lə­tim» – ax­maq adam özü­nü be­lə şey­lər­lə üzür. O heç özü-özü­nə də yi­yə­lik edə bil­məz. O ki qa­la öv­lad ol­sun, var-döv­lət ol­sun.  Ax­maq bü­tün öm­rü­nü müd­rik­lə­rin ara­sın­da ke­çir­sə be­lə, ye­nə də müd­rik­li­yin nə ol­du­ğu­nu qa­şıq xö­rə­yin da­dı­nı bil­di­yin­dən ar­tıq bil­məz. Peş­man­çı­lı­ğa, göz yaş­la­rı­na ba­şa gə­lən işə xe­yir iş de­mək ol­maz.  Ax­maq adam bi­lik qa­za­nar­sa, öz bəd­bəxt­li­yi­ni bi­rə-beş ar­tı­rar. Arx çə­kən su­ya güc gəl­mə­li­di, yay çə­kən oxa güc gəl­mə­li­di, dül­gər olan ağa­ca güc gəl­mə­li­di, müd­rik olan özü­nə güc gəl­mə­li­di. Yel qa­ya­dan, tə­rif və töh­mət isə müd­rik adam­dan heç nə apa­ra bil­məz. Nə özün­dən öt­rü, nə baş­qa­la­rın­dan öt­rü öv­lad, var-döv­lət, taxt-tac is­tə­məz o. Qa­nun­suz­luq üs­tün­də uğur qa­zan­ma­ğa onun eh­ti­ya­cı yox­du. Qoy onun müd­rik­li­yi və əda­lə­ti əbə­di ol­sun! Qoy o, xe­yir iş­lər gör­mə­yə tə­ləs­sin; şər­dən fik­ri­ni ya­yın­dır­sın. Çün­ki xe­yir­lə uğ­raş­ma­yan kim­sə­nin ağ­lı öz se­vin­ci­ni şər­də ta­pır. Əlin ya­ra de­yil­sə, zə­hə­ri ov­cun­da gəz­di­rə bi­lər­sən. Ya­ra­sı ol­ma­ya­na zə­hər əsər elə­məz. Şər iş­lər tö­rət­mə­yə­nə şə­rin di­şi bat­maz. Ki­mi­si ana bət­ni­nə qa­yı­dır, gü­nah­kar­lar cə­hən­nə­mə va­sil olur, mö­min­lər gö­yə çə­ki­lir, ar­zu­lar­dan üz dön­də­rən­lər isə nir­va­na­ya (ila­hi sa­kit­li­yə – red.) ça­tır­lar. Dün­ya baş­dan-ba­şa yan­maq­da ikən bu nə gü­lüş, nə se­vinc­di? Ge­cə­yə gö­mü­lən­lər, siz ni­yə işıq ax­tar­mır­sı­nız? Nə göy­də, nə də­niz­lə­rin di­bin­də, nə də­rə­lə­rin də­rin­li­yin­də elə bir yer ta­pıl­maz ki, di­ri­lə­ri ölüm hax­la­ma­sın. Xəs­tə­lik­lər yu­va­sı bu eti­bar­sız bə­dən ge­yil­mək­dən köh­nə­lib ar­tıq; bu çü­rün­tü yı­ğı­nı me­yit qo­xu­yur, çün­ki öm­rün yal­nız bir so­nu var – ölüm. Sü­mük­dən ti­ki­lib bu qa­la, ət­lə-qan­la ma­la­la­nıb-su­va­nıb; qo­ca­lıq və ölüm, ya­lan və iki­üz­lü­lük giz­lə­nib bu qa­la­da. Çox do­ğul­dum, çox ömür­lər­dən keç­dim, bu evi ti­kə­ni çox gəz­dim, an­caq tap­ma­dım. Dö­nə-dö­nə do­ğul­maq dəh­şət­di. Ey bu evi ti­kən, sən gö­rür­sən! Sən bir də bu əziy­yə­ti çək­mə­yə­cək­sən. Di­rək­lə­rin uçub ar­tıq, çar­da­ğı­nın bə­zə­yi po­zu­lub. Bu dün­ya­dan dar­tı­nan ağıl, axır ki, ar­zu­la­ra qa­lib gəl­di. Mö­min hə­yat ke­çir­mə­yən­lər, gənc­lik­də var­lan­ma­yan­lar ba­lıq­sız göl­mə­çə­də qo­ca ba­lı­qu­dan­lar ki­mi hə­lak olur­lar. Mö­min hə­yat ke­çir­mə­yən­lər, gənc­lik­də var­lan­ma­yan­lar keç­mi­şin qüs­sə­si­ni çə­kən qı­rıq yay ki­mi atı­lıb-qa­lır­lar. Ah! Biz düş­mən­siz­lər ne­cə xoş­bəx­tik bir-bi­ri­ni ye­yən­lə­rin ara­sın­da; bir-bi­ri­ni ye­yən­lə­rin ara­sın­da ya­şa­yı­rıq biz düş­mən­siz­lər. Ah! Biz sağ­lam­lar ne­cə xoş­bəx­tik xəs­tə­lə­rin ara­sın­da; xəs­tə­lə­rin ara­sın­da ya­şa­yı­rıq biz sağ­lam­lar. Ah! Biz yo­rul­maz­lar ne­cə xoş­bəx­tik əl­dən düş­müş­lə­rin ara­sın­da; əl­dən düş­müş­lə­rin ara­sın­da ya­şa­yı­rıq biz yo­rul­maz­lar. Ah! Biz ne­cə xoş­bəx­tik, heç nə­yi­miz ol­ma­sa da. İşıq­lı tan­rı­lar ki­mi özü­mü­zü se­vinc­lə do­yu­ra­ca­ğıq. Qə­lə­bə nif­rət do­ğu­rur; udu­zan qə­mə tu­tu­lur. Yal­nız ud­maq­dan və uduz­maq­dan üz dön­də­rən­lər xoş­bəxt ömür sü­rür­lər. Eh­ti­ras­dan bö­yük alov yox­du; nif­rət­dən bö­yük dərd yox­du; bə­dən­dən bö­yük bəd­bəxt­lik yox­du; sa­kit­lik­dən bö­yük xoş­bəxt­lik yox­du. Sən in­di sa­ral­mış yar­paq ki­mi­sən, o dün­ya­nın el­çi­lə­ri sə­nin da­lın­ca gə­lib­lər. Ölü­mün as­ta­na­sın­da dur­mu­san və heç yol eh­ti­ya­tı da gö­tür­mə­mi­sən. Özü­nə bir ada qur, ça­lış, vu­ruş, müd­rik ol! İy­rənc­lik­dən ara­la­nıb göy üzün­də­ki mərd­lər səl­tə­nə­ti­nin sa­ki­ni ola­caq­san. Be­lə­cə, öm­rün so­na çat­dı. O dün­ya­ya az qa­lıb, an­caq sə­nin nə evin var, nə də yol eh­ti­ya­tın. Özü­nə bir ada qur, ça­lış, vu­ruş, müd­rik ol! İy­rənc­lik­dən azad olub bir də heç vaxt do­ğul­ma­ya­caq­san, bir də qo­cal­ma­ya­caq­san… Tərcümə etdi: Fəxri Uğurlu
['Budda', 'dham\xadma\xadpa\xadda', 'hikmət dolu sözlər', 'hikmət dənizi', 'Budda təlimi', 'Buddizm', 'Buddanın mənalı aforizmləri']
930
https://kayzen.az/blog/musiqi/19774/f%C3%BCr-elise.html
Für Elise
_BUMERANQ_
Musiqi
10 noyabr 2016, 13:43
Bagatelle No. 25 A minör (WoO 59 ve Bia 515), hamımıza tanış olan adı ilə Für Elise / Fuer Elise. Möhtəşəmliyi ilə ruhumuza sığal çəkən musiqilərdən olsa da, bir sıra yerlərdə istifadəsilə çox insanda qıcıq doğurması da danılmaz faktdı. Axı Bethoveh haradan biləydi ki, onun hər notunu duyaraq bəstələdiyi əsər, bir gün bizim açıqcaların, musiqi qutularının, məktəb zənglərinin, ya da telefonda gözləmə musiqisinin yerinə keçəcək, öz də ən keyfiyyətsiz halı ilə. Bütün bu neqativlikləri qovub, gözlərimizi yumub dinləyəndə, hamısını unutdurub öz zərifliyini hissetdirəcək gücdə olan musiqidi Für Elise. Bəstənin ilk nəşri, 1867 Betfovenin bir sıra (Ay sonatası, Eroika və b.) əsərlərinin müxtəlif hekayələri olduğu kimi, Für Elisenin də haqqında xeyli mülahizə, hekayə var. Bəstənin adı Für Elise olmaqla yanaşı, Für Therese olaraq da bilinir. Kanadalı musiqi mütəxəssisi Rita Steblin araşdırmalarına əsasən hesab edir ki, Bethovenin 1810-cu ildə bəstələdiyi sonatanı bovariyalı müğənni Elisa Barensfeldə ithaf etmişdi. Avstriya və Almaniyada olan qəzet xəbərləri, polis arxivləri və aristoktat ailələrin xatirə dəftərlərini incələyərək araşdırmalar aparan Rita Steblin «Elise üçün. 27 aprel, L.v.Bethovenin xatirəsinə» şəklində qeydlə rastaşmış və bundan sonra bəstəkarın o dönəmlərdə sevdiyi xanım Theresa von Malfattinin qonşusu və tələbəsi  Elisa Barensfeldə ithaf olunduğu qənaətinə gəlmişdir.Tədqiqatçı hesab edir ki, Theresa von Malfattini heyran etmək istəyən bəstəkar onun tələbəsinə musiqi bəstələməklə buna nail olmağa çalışmışdır. Bundan başqa, berlinli tədqiqatçı Klaus Kopitza görə, bəstəkara ilham verən opera sənətçisi Elisabeth Röckel olmuşdur. Amma bu bəstə ilə bağlı ən geniş yayılmış mülahizə, əsərin adının yalnış oxunması iddiasıdır ki, bir çox tədqiqatçı bununla razıdır. Buna musiqi sahəsi üzrə alim, Fül Eliseni ilk dəfə aşkarlayan Ludwig Nohlun əvvəlcə aşkarlayıb, daha sonra itirdiyi bəstənin orijinalında (Bethovenin xətti çox qarışıq olduğundan) Theresanı Elise kimi oxuması səbəb olmuşdur. Betovenin Für Eliseni bəstələdiyi il  Theresa von Malfattiyə evlənmə təklif etməsi faktı əsərin ona ithaf olunduğunu göstərsə də, bu gün Rita Steblinin qənaətləri faktlarla daha inandırıcı hesab olunur.  Hekayələri nə olur olsun, görünən odur ki,  bütün ruhu ilə musiqini duyan Bethovenin əsərlərinin hər birinin arxa planında mütləq yaşanmışlıqlar, insani duyğuların eniş-çıxışları, sevgi, qəzəb, nifrət, həlimlik, bəlkə adını qoya bilmədiyimiz neçə-neçə duyğular var. Sözə sığmayıb notlarda görünən hisslər. P.S: Sonda sizə bəstəkar haqqında çəkilmiş "Ölümsüz sevgili" filmindən ən gözəl səhnəyə baxmağı təklif edirəm, vaxt itirmədən filmin özünü izləməyə yönələcəyinizə də əminəm.  Ruhunuz doysun! Hazırladı: Axundova Təhminə
['Bethoven', 'sonata', 'bəstə', 'für elise', 'für therese']
931
https://kayzen.az/blog/u%C4%9Fur/19754/bilm%C9%99li-oldu%C4%9Fumuz-20-qayda.html
Bilməli olduğumuz 20 qayda
Apollon
uğur psixologiyası
10 noyabr 2016, 13:12
Amerikalı yazıçısı və biznes-treyner Julyen Smit gənclərə praktiki məsləhət verərək, onlara bu dünyada necə düzgün istiqamət tutmağda kömək etməyə çalışır. Zaman keçdikcə və yaş səni haqladıqca, uğurlu və zəngin olmaq üçün, 20 il ərzində müəyyən qaydalara riayət etmək və müasir həyatın bəzi gerçəkləri haqqında səlis, aydın təsəvvürə malik olmaq lazımdır. 1. Dünya səni kütbeyin etməyə çalışır. Bank ödənişlərindən və faizlərdən tutmuş, möcüzəvi pəhrizlərə qədər hər bir nüansa fikir verin. Savadsız insanlardan pul qoparmaq daha asandır, həmçinin onları idarə etmək də elə bir çətinlik törətmir. Mümkün qədər özünü-təhsilə diqqət ayırın, bacardığınız qədər savadlanmağa və öyrənməyə çalışın. Varlı, müstəqil və xoşbəxt olmaq üçün bu mütləqdir. 2. Kor-koranə tədris müəssisələrinə etibar etməyin. Onlar təhsil planını hazırlayana qədər sistem köhnəlir və ya ümumiyyətlə sıradan çıxar. Öyrənməyin və insanların hörmətini qazanmağın ən yaxşı üsulu nəyisə izləmək və riayət etmək yox, liderlik və yaradıcılıqdır. 3. Bacardığınız qədər, əlinizdən gələn qədər çox oxuyun. Sürətli mütaliə və yüksək səviyyədə qavrama və yadda saxlama texnikasını mənimsəyin. Siz istəsəniz, çox rahatlıqla bir kitabı bir həftəyə oxuya bilərsiniz. 4. Həmişə hamı ilə ünsiyyət quramağa çalışın. Ünsiyyət ustadına çevrilin. Insanda sizin xoşunuza gələcək, müsbət bir xüssusiyyət tapmağa çalışın. Sonra isə insanın məhz bu tərəfinə istinad edərək ona müraciət edin. 5. Utancaqlığa vaxt itirməyin. Utancaqlıq –sizin emosiyalarınızın sizin qərar qəbul etmə prosesinə hakim kəsliləcəyinə olan inamdır, amma əslində gerçəklik tamamı ilə buna ziddir. 6. Əgər sizi kiminləsə münasibət zamanı nəsə oluqca pis təəccübləndirirsə, onda çox güman ki, siz bu hissdən yalnız münasibətlərin qırılması ilə qurtula biləcəksiniz. 7. Mümkün qədər çox halda, sizdən daha böyük olan insanlar ilə ünsiyyət quramağa çalışın. Yaşlılar ilə olan söhbətin dəyərliliyi ondadır ki, sizinlə həm yaşıd olan insanların qərar qəbul etmə sistemi sizə o qədər də kömək edə bilməyəcək. Yaşlılar isə həm də eyni zamanda sizin hələ öyrənəcəyiniz çox şeyi artıq indidən bilirlər –ona görə də onlardan soruşmağa dəyər. 8. Özünüzdən daha güclü olan adamlar axtarın (məhz sizi maraqlandıran sahədə) və onlarla vaxt keçirin. Bu amil özlüyündə çax vacibdir, amma nəticə az əhəmiyyətli deyil–öz qrupunuzda ortaq bir mövqe tutmağa, sırdan bir əməkdaş olmağa çalışmayın (maraqlı şeylər edin, təkəbbürlü, tez götürən, inadcıl olun, ambisiyalı davranın). 9. Zaman keçdikcə siz daha konservativ olacaqsınız. Bu sadəcə faktdır. Sizin ətrafınızda olanlar, sanki bir qabarcıq yaradırlar, bu isə “status kvonu”nu (hadisələrim mövcud vəziyyətini saxlamağa xidmət edir. Ona görə də ən dəlisov və ağlasığmaz ideyaları məhz İNDİ reallaşdırmaq lazımdır. Sonra siz daha çox qorxaq və ürkək olacaqsınız. İnanın mənə. 10. Xərclərinizi maksimal azaldın. Bu, sizə yuxarıda söylədiyimiz həmin dəlisov arzunu gerçəkləşdirmək üçün ehtiyat toplamağa icazə verəcək. 11. Müxtəlif obyektlər ilə statusunuzu qaldırmaq əvəzinə, (çünki onların sizə verdiyi üstünlük müvəqqəti xarakter daşıyır) onu təcrübə ilə yüksəldin. Başqa sözlərlə, Parisə səyahət etmək, daha yaxşı seçimdir, nəinki yeni bir şkaf və ya dolab almaq. Araşdırmalar göstərir ki, belə bir seçim həyatdan əldə etdiyiniz məmnuniyyət səviyyəsini artırır. 12. Əgər siz ehtiyac içində yaşayırsınızsa, pul problemini həll edin. İnternetdən istifadə edin, çünki o, sizə auksionlarda daha ucuz alış veriş etmək imkanı verəcək. Əgər siz indi əməkhaqqından-əməkhaqqına yaşayırsınızsa, planlaşdırma müddətini iki həftə əvəzinə üç həftəyə qədər uzadın. Sonra işlər daha yaxşı gedəndə, bir aya, daha sora isə üç aya planlar qurmaq olar. Daha sonra planların müddəti 6 aya və nəhayət 1 ilə çatacaq. Məqsəd sizin beş il qabağa plan qura biləcəyiniz məqama yetişməkdir. 13. Proyekt qurmağı öyrənin. Bu məntiqin, yaddaşın və təxəyyülü əla inkişaf etməyinə səbəb olur. 14. Gənclikdə əlavə çəki yığmayın. Sizin hormonlarınız ilk öncə sizə bu məsələdə kömək olacaq, amma bu imkanı itirmək olmaz, inanın mənə. 15. Yemək hazırlamağı öyrənin. Bu sizin həyatınız çox-çox asanlaşdıracaq, qidalanma daha sizin üçün yorucu və ya üzücü bir iş olmayacaq, o sizin üçün bahalı ehtiyacdan sevimli bir məşğuliyyətə çevriləcək. Bu zaman vəsaitlərə qənaət etmək də imkanınız olacaq. 16. Yuxunuzu yaxşı alın. Yaxşıca yatmaq və yeməyin sərbəst şəkildə hazırlanması sizə əlavə çəki yığmamağa kömək edəcək. Əgər “öləndə kifayət qədər yatmağa vaxtım olacaq”, “mən hələ çox şey etməliyəm, yatsam bunların heç birini çatdıra bilməyəcəm” deyə düşünsəniz, onda qoyun sizə deyim ki, yuxunuzu yaxşı almamış, siz yetərincə effektiv ola bilməyəcəksiniz, yuxu vaxtının ixtisar edilməsi sizə heç nə ilə kömək etməyəcək. 17. Özünüz üçün gündəlik –yaddaş kitabçası tutun. Beyninizə qurulmuş yaddaş ilə kifayətlənməyin, təkcə ona arxayın olmayın. Situasiyanı o həddə gətirməyin ki, edilməsi vacib olan işləri gecikdirərək edəsiniz. Nə yazmısınızsa, onu da edin, diqqətinizə başqa işlər görməyə yönəltməyin. Yalnız qeydlərinizə etibar din. 18. Özünüzə böyük hədəf təyin edin və təsadüflərin sizə kömək etməsinə də imkan verin. Özünüzə hədəf təyin etməsəniz, əlbəttə ki, şanslar olacaq, amma etsəniz, əmin olun ki, gözlədiyinizdən daha çox olacaq. 19. Hər hansı bir işdə peşəkar-mütəxəssis olun. Beş ilinizi əsl mənada işə həsr edin, onun ətrafında dolaşmayın, o tərəf bu tərəfə çox vurnuxmayın. Sonra peşənizi dəyişmək istəsəniz, buyurun yol açıqdır, amma konkret bir seçim edin. (Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan). 20. İnsanları düzəltməyə çalışmayın, daha yaxşı olar ki, hələ ki korlanmamış insanlar tapasınız.
['uğur qazanmaq', 'uğur psixologiyası', 'faydalı məsləhətlər', 'uğur fəlsəfəsi', 'uğurun şərtləri']
932
https://kayzen.az/blog/ginekologiya/19752/ayba%C5%9F%C4%B1lar%C4%B1n-gecikm%C9%99sinin-10-s%C9%99b%C9%99bi.html
Aybaşıların gecikməsinin 10 səbəbi
Apollon
ginekologiya
7 noyabr 2016, 10:50
Ginekoloqun qəbulunda ən çox rast gəlinən şikayətlərdən biri aybaşıların gecikməsidir. Baxmayaraq ki, gecikmə hamiləliyin aşkar simptomudur, menstruasiyanın olmaması başqa hallarla da əlaqəli ola bilər. Bu məqalədə biz menstruasiya gecikməsinin ən çox yayılmış səbəblərini göstərəcəyik. 1. Hamiləlik Hamiləlik cinsi həyat yaşayan cavan qızlarda və qadınlarda menstruasiya gecikməsinin ən çox rast gəlinən səbəblərindən biridir. Erkən müddətlərdə hamiləliyin digər simptomları qarının aşağı hissəsində dartıcı ağrılar, döşlərdə şişkinlik və ağrı, qarının şişməsi, yüksək yorğunluq, yuxululuqdur. Bəzi qadınlarda yaxılan qanlı (qəhvəyi) ifrazatlar müşahidə oluna bilər. Əgər siz cinsi həyat keçirirsinizsə və sizin bu ayda cinsi əlaqələriniz olubsa, aybaşıların 3 gün və ya daha çox gecikməsi sizin hamilə olmağınızdan xəbər verə bilər. Hamiləlikdən şübhələndikdə hamiləlik testini etmək tövsiyə olunur. Aybaşıların gecikməsi və hamiləlik testinin müsbət cavab verməsi böyük ehtimalla sizin həqiqətən də hamilə olduğunuzu göstərən əlamətlərdir. Hamiləliyi müəyyən etməyin başqa bir üsulu İXQ-ya (İnsanın Xronik Qonadotropini) qan analizi verməkdir. Aybaşıların gecikməsi zamanı hamiləlik testi mənfidirsə, bunun aşağıda göstərilən digər səbəbləri də ola bilər. 2. Stress və fiziki yorğunluq Işdə problemlər, yaxınlarla konfliktlər, imtahanlar və ya diplom işinin müdafiəsi – istənilən stress vəziyyəti menstrual dövrənin pozuntusuna və aybaşıların bir həftəyə və daha çox müddətə gecikməsinə gətirib çıxara bilər. Gecikmənin başqa bir səbəbi stress ilə birlikdə müşahidə olunan həddindən artıq yorulma ola bilər. Fəal həyat tərzi, əlbəttə ki, bizim bədənimiz üçün faydalıdır, lakin qadın fiziki yüklənmələrlə həddi aşsa və özünü həddindən artıq yorsa, bu menstrual dövrənin müntəzəmliyinə təsir edə bilər. Həddindən artıq fiziki yüklənmələr (xüsusən də, sərt pəhrizlə birlikdə) estrogen hormonunun hasilatını pozurlar, bu isə menstrual dövrənin pozulmasına və aybaşıların gecikməsinə gətirib çıxara bilər. Məsələn, qeyri-müntəzəm aybaşılar və tez-tez gecikmələr çox vaxt peşəkar idmançılarda müşahidə olunur. Lakin idman zalında özünü taqətdən salmaq üçün peşəkar idmançı olmaq mütləq deyil. Həddindən artıq fiziki yorğunluğun digər əlamətləri sürətli çəki itkisi, zəiflik, baş ağrıları, iş qabiliyyətinin azalmasıdır. Əgər həddindən artıq yorğunluq aybaşıların gecikməsinə səbəb olubsa, bu sizin orqanizminizin verdiyi aşkar siqnaldır ki, tempi azaltmaq lazımdır. Fiziki aktivliklə qidalanma arasındakı balansı bərpa etdikdə menstrual dövrə öz-özünə normaya düşür. 3. Artıq çəki və bədən kütləsinin defisiti Endokrin sisteminin adekvat fəaliyyət göstərməsi üçün qadına, boyuna nisbətən hesablanan normal çəki saxlamaq önəmlidir. Əgər sizin bədən çəkisi indeksiniz 18-dən aşağıdırsa və ya 25-dən yuxarıdırsa, menstruasiyanın gecikməsi məhz çəki ilə əlaqəli ola bilər. Çəkinin normaya gətirilməsi adətən müntəzəm menstrual dövrənin bərpasına gətirib çıxarır. 4. Yaşayış yerinin və saat qurşaqlarının dəyişdirilməsi, səyahətlər Vərdiş olunmuş həyat fəaliyyətinin ritmi və ya bioloji saat menstrual dövrənin normal requlyasiyası üçün heç də az əhəmiyyət daşımır. Və əgər siz gecə ilə gündüzü dəyişmisinizsə (məsələn, başqa bir ölkəyə uçub getmisinizsə və ya gecələr işləməyə başlamısınızsa), bioloji saat pozula bilər, bu isə aybaşıların gecikməsinə gətirib çıxaracaqdır. Əgər gecikmənin səbəbi həyat ritminin dəyişməsindədirsə, adətən normal menstrual dövrə bir neçə ay ərzində özü qaydasına düşür. 5. Yeniyetməlik dövrü Yeniyetmələrdə aybaşıların gecikməsi çox nadir haldır. Menstrual dövrə ilk aybaşıların gəlişindən sonra ilk bir neçə həftə ərzində qeyri-müntəzəm ola bilər. Bu normaldır və xüsusi müalicə tələb etmir. 6. Soyuqdəymə və digər iltihabi xəstəliklər İstənilən xəstəlik menstrual dövrənin müntəzəmliyinə öz mənfi təsirini göstərə və gecikmənin əmələ gəlməsinə gətirib çıxara bilər. Keçən ay ərzində sizdə soyuqdəymə xəstəlikləri, xroniki xəstəliklərin ağırlaşmaları və ya sağlamlıqla bağlı başqa problemlərinizin olub olmadığını yadınıza salın. Əgər gecikmənin səbəbi budursa, menstrual dövrə bir neçə ay ərzində özü bərpa olunacaqdır. 7. Dərmanlar Bəzi dərmanlar aybaşıların gecikməsinə səbəb olaraq menstrual dövrəyə təsir göstərə bilər. Hamiləliyin qarşısını alan həblərin qəbulu dərman qəbulu ilə bağlı aybaşıların gecikməsinin ən yayılmış səbəblərindən biridir. Əgər siz oral kontraseptivlər qəbul edirsinizsə (məsələn, Ces, Yarina, Novinet, Lindinet 20, Midianu, riqevidon, Diane 35 və s.), bağlamaların qəbulu arasındakı fasilələrdə və ya qeyri-aktiv həblərin qəbulu zamanı gecicmənin olmaması norma kimi qəbul edilə bilər. Buna baxmayaraq OK qəbulu fonunda gecikmə olduqda, ginekoloqlar gecikmənin hamiləliklə bağlı olmadığına əmin olmaq üçün hamiləlik testini etməyi məsləhət görürlər. Bəzi təcili kontrasepsiya vasitələri (Postinor, Eskapel) də aybaşıların 3-10 gün və daha çox müddətə gecikməsinə səbəb ola bilərlər. Əgər siz yaxın vaxtlarda bu vasitələrdən birini qəbul etmisinizsə, aybaşıların gecikməsi ya hamiləliklə (hansı ki bu dərmanların qəbuluna rəğmən baş verə bilər), ya da ki elə təcili kontrasepsiya vasitəsinin qəbulu faktı ilə bağlı ola bilər. Bu halda ginekoloqlar hamiləlik testindən keçməyi və həkimə müraciət etməyi tövsiyə edirlər. Aybaşıların gecikməsinə həmçinin antidepressantlar, kortikosteroid hormonları, onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərmanlar (kimyəvi terapiya preparatları) və bəzi başqa medikamentlər səbəb ola bilər. Çoxları maraqlanırlar ki, antibiotiklər gecikməyə səbəb ola bilərlərmi. Adətən, antibiotiklər menstrual dövrəyə təsir etmirlər, lakin dövrədəki pozuntu, qadını antibiotikləri qəbul etməyə sövq edən xəstəlikdən qaynaqlana bilər. 8. Polikistozlu yumurtalıqlar sindromu (PKYS) Yumurtalıqların polikistozu hormonal pozuntularla müşayidə olunan və menstrual dövrənin tez-tez pozuntularına səbəb olan kifayət qədər yayılmış xəstəlikdir. Aybaşı gecikmələrindən başqa polikistozun simptomlarına bədəndə və üz nahiyəsində artıq tüklərin çıxması, dəri problemləri (yağlı dəri, akne), artıq çəki və uşağa hamilə qalmaqla bağlı problemlər daxildir. Bizim saytda bu mövzuya aid ayrıca bir məqalə var: Yumurtalıqların polikistozu. Əgər gecikmənin səbəbi polikistozlu yumurtalıqlar sindromudursa, ginekoloq menstrual dövrəni nizama salmaq üçün hamiləliyin qarşısını alan həblərin qəbulunu tövsiyə edə bilər. 9. Qalxanvarı vəzinin fəaliyyətinin pozulması Qalxanvarı vəzin hormonları maddələr mübadiləsini nizamlayırlar. Bu hormonların həddindən çox və ya az olması menstrual dövrənin müntəzəmliyinə təsir edə və aybaşıların gecikməsinə səbəb ola bilər. Qalxanvari vəz hormonlarının səviyyəsi yüksək olduqda aşağıdakı simptomlar müşahidə oluna bilər: çəki itkisi, artan ürək döyüntüsü, yüksək tərləmə, yuxusuzluq, emosional qeyri-sabitlik və s. Qalxanvari vəz hormonlarının defisiti zamanı çəkidə artım, şişlər, saç töküntüsü, yuxululuq müşahidə olunur. Əgər qalxanvari vəzinizlə bağlı problemlərin olmasından şübhələnirsinizsə, həkim-endokrinoloqa müraciət edin. 10. Klimaksın (menopauzanın) yaxınlaşması Əksər qadınlarda menopauza 45-55 yaş arasında başlayır. Menopauzadan aybaşıların bir il və ya daha artıq müddətdə olmadığı halda danışmaq olar. Lakin klimaks demək olar ki, heç vaxt qəfildən baş vermir. Menopauzanın inkişafına hələ bir neçə il qalmış qadınlarda menstrual dövrə pozğunluqları və aybaşıların tez-tez gecikməsi müşahidə oluna bilər. Klimaksın yaxınlaşmasının başqa simptomları: istiliyin gəlməsi, gecələr yüksək tərləmə, qəfil əhval dəyişiklikləri, yuxusuzluq, uşaqlıq yolunda quruluq hissi və s. ginekoloq.az 
['ginekologiya', 'aybaşı', 'menstruasiya', 'menstruasiyanın ləngiməsi', 'aybaşı ləngiməsi', 'aybaşı gecikməsi', 'aybasi gecikmesi', 'menstruasiya gecikmesi']
933
https://kayzen.az/blog/qadinlar/19386/romi-nayder.html
Romi Şnayder
Apollon
Məşhur qadınlar
5 noyabr 2016, 19:16
Monastrdan səhnəyə… Romi Şnayder əsl adı (Rozmari Maqdalina Albax) 1938-ci il sentyabrın 23-də Vyana şəhərində anadan olmuşdur. Ailənin tək övladı olan gələcək aktrisanın dörd yaşı tamam olanda valideynləri boşanırlar. Rominin anası ikinci dəfə restoran sahibi ilə ailə qurur. Başları öz həyatlarına qarışdığından valideynləri Romini tərbiyə olunması üçün yatılı monastra təhvil verirlər. Rominin on beş yaşı olanda anası onu monastrdan götürüb öz yanına gətirir. Həmin zaman onun anası Vyana teatrlarının birində prodüsser vəzifəsində çalışırdı. Rominin nənəsi Avstryanın Sara Bernar titulunu qazanmış Roza Albax Petti də həmin teatrda vaxtilə aparıcı rolları ifa edən qocaman aktrisa kimi fəaliyyət göstərirdi. Rozamri də həmin teatr tamaşalarında rollar ifa etməyə başlayır. Bir il sonra Rozmari “Feyerverk” filminə çəkilir. Və özünə Romi Şnayder təxəllüsünü götürür. 1957-ci ildə Romi artıq məşhur aktrisaya çevrilə bilir. Erkən yaşda gəlmiş məşhurluq onun başını gicəlləndirmir. 1957-ci ildə o, “Sissi” serialına çəkilir. Lakin, qəfildən serialın gələcək bölümlərinə çəkilməkdən imtina edən aktrisa “Kristina” filmindən gələn təklifi qəbul edir. Ancaq bir şərtlə tərəf müqabilini məhz o, özü seçəcək. Yüzlərlə fotonun içərisindən Alen Delonun şəklini seçən Romi anası ilə birlikdə Fransaya gedir. Aktrisanın qarşılanma mərasimi gül-çiçəklə başa çatdıqdan sonra Rominin qarşısında əlində qırmızı gül dəstəsi tutmuş cavan oğlan dayanır. Həmin oğlan hələ Parisdə çox az tanınan Alen Delon olur. Kinayəli gülüşlə Romini izləyən Alen dostuna tərəf çevrilərək aktrisa haqqında dodaqltı mızıldayır: “Üfürülmüş alman qazı”. Onun bu sözlərini eşidən yaxınlıqdakı pərəstişkarlar cavan aktyoru yerindəcə parçalamaq istəyirlər. Nifrətin məhəbbətə çevrilməsi… “Kristina” filminin çəkilişləri zamanı baş rol ifaçılarının münasibətləri ürəkaçan olmur. Əhilləşməmiş aktyorla, nazlı aktrisa bir-birlərini fürsət düşən kimi sancmaqdan zövq alırlar. Çox keçmir ki, ətrafdakı hər kəs onları bir-birinə nifrət edən tərəf müqabili kimi qəbul etməyə başlayır. Lakin, bu nifrət yalançı olur. Heç kimin inanmadığı anda cütlük arasında sevgi qığılcımları işıldayır. Filminin çəkilişləri bitən kimi Romi vətəninə yola düşür. Təyyarə ilə onu yola salan Alenin kədərli və sevgi dolu baxışlarını unuda bilməyən Romi düz iki gündən sonra yenidən Parisə sevimlisinin yanına qayıdır. Alenlə tanışlığının yeni dövrlərində Romi öz gündəliyinə bu sözləri yazır: “Parisdə mən əsl Alen Delonla tanış oldum. Gənc, dəliqanlı, daima cins və rəngbərəng köynəklər geyinən, həmişə çəkiliş meydançasına gecikən Alen Delonla. O, özünün “Reno” markalı maşını ilə gələr və həmişə də inanılmaz əhvalatlar nəql etməyi sevərdi.” 1959-cu il martın 22-də Romi anasının kəskin etirazına məhəl qoymayaraq Alenlə nişanlaır. Onların birlikdə çəkildikləri filmin seansından əvvəl bütün kinoteatrlarda sevindirici elan verilir: Müasir kinonun ən gözəl cütlüyü nəhayət ki nişanlandılrlar. Sevgililər Parisdə böyük bir mənzil kirayə edib orda yaşamağa başlayırlr. İstirahət günlərini isə yaxınlıqdakı kənddə keçirirlər. Bir müddət sonra Alen Lukino Viskontinin çəkəcəyi “Rokko və onun qardaşları” filmi üçün İtaliyaya gedir. O, Romini də özü ilə birlikdə İtaliyaya aparmağı qərara alır. Usta rejissor Alenin nişanlısının ağlını və istedadını çox yüksək qiymətləndirir. O, Con Fordun “Sən necə fahişə oldun?” pyesini səhnələşdirmək istəyir. Alen və Romi həmin pyes üçün əvəzolunmaz tapıntı olurlar. Viskonti tezliklə Koko Şanellə əlaqə yaradır. Şanel qısa zaman ərzində Romini əsl parisli qadına çevirir. Onun tapşırıqlarına əsasən Romi dieta saxlayır, idmanla məşğul olur. Şanel ona düzgün yerişi, qaməti düz saxlamasını öyrədir. Sonralar Romi öz gündəliyinə bunları yazır: “Mənim həyatımın tamamilə dəyişməsində üç nəfərin danılmaz rolu olub. Alen, Viskonti və Koko Şanel.” Daha sonra Romi Viskontinin “Lüdviq” filmində də rol alır. Ölü sevgi… Hər iki məşhurun film çəkilişləri ucbatından Alenlə Rominin toyu bir neçə dəfə təxirə salınır. Hər zaman cütlüyə izlənən baxışlrda ancaq bircə sual olurdu: Toy nə zaman olacaq? 1963-cü ildə qəzetlərin biri bu suala Alen Delonun sarışın bir qadının qarşısında diz çökmüş fotosu ilə cavab verir. Elə həmin gün Romi Alenə zəng vurur. Alen isə hər vasitə ilə onu sevdiyini inandırmağa çalışır. Ancaq həmin ilin avqustunda Alenin Romidən ayrılma xəbərləri ətrafı bürüyür. Bir neçə aydan sonra isə bu xəbər özünün doğruldur. Alenin başqa qadından bir oğlu dünyaya gəlir. Bir müddət sonra Romi Berlində yeni istifadəyə verilən restoranın açılışında iştirak etmək Berlinə yola düşür. Açılış zamanı o, Berlində fəaliyyət göstərən “Komediya” teatrının direktoru Qarri Meyenlə tanış olur. Onlar xeyli müddət görüşürlər. Nəhayət Romi Qarrinin ona olan məhəbbətinə müsbət cavab verir. Toydan sonra Rominin David adlı bir oğlu doğulur. Romiyə elə gəlir ki, onun həyatında artıq hər şey qaydasında gedir. Və o, həyatı yaşamağı yenidən öyrənir. Lakin, bir telefon zəngi yenidən hər şeyi darmadağın edir. Alen Delon Romini onunla birlikdə “Hovuz” filmində tərəf müqabili olmağa dəvət edir. Publika qarşısında gülümsər sima ilə pozlar verən Alen jurnalistlərin Romi ilə bağlı suallarına belə cavab verir: “Bu dəfə biz doğurdan da ssenari üzrə bir-birimizi sevəcəyik.” Onunla yanaşı dayanan Romi isə çiyinlərini çəkərək deyir: “Ölü sevgidən soyuq heç nə ola bilməz.” Filmin premyerasından sonra qəzetlərdə Romi ilə Alenin aeroportların birində qucaqlaşmış vəziyyətdə olan fotoları yayımlanır. Qarri Meyen Rominin bu xəyanətini ona bağışlaya bilmir. O, işdən çıxır. İçki içməyə başlayır. Romi də tez-tez rast gəldiyi depressiyaya məruz qalır. 1973-cü ildə aktrisa ərindən boşanmaq üçün məhkəməyə ərizə verir. Və onlar qısa zamanda boşanırlar. İki ildən sonra Romi Şnayder cavan dramaturq Daniel Byaziniyə ərə gedir. Tezliklə onların Sara adlı qızları dünyaya gəldi. Qızının doğluması ilə özünü xeyli bəxtiyar hiss edən Rominin gözəl günləri bu dəfə də çox davam etmədi. 1979-cu ildə Rominin birinci əri Qarri Meyen öz evində Rominin şərfi ilə özünü asır. Oğul faciəsi və bir il sonra gələn ölüm. 55-ci filminin çəkilişləri zamanı Romi artıq əsəbi və deyingən bir aktrisaya çevrilir. O, gün ərzində iki, üç qutu siqaret çəkir, İçki şüşələrindən uzaq dayana bilmir. Həddindən artı əsəbi və gərgin olan aktrisaya ən böyük zərbə oğlu Davidin qəfil ölüm xəbəri olur. 1981-ci ildə açarının evdə unudan David evə girmək üçün bağçanın hasarından aşıb keçmək istəyərkən metaldan düzəldilmiş şiş uclu payaların üzərinə yıxılır. Bədbəxtlikdən özünə qapanan aktrisa heç kimi görmək istəmir. Bir nəfərdən başqa. O, yalnız Alen Delonun onunla görüşmək istəyinə razılıq verir. Və vəfat etdiyi zaman onun ölüm işləri ilə əlaqəli bütün səlahiyyətləri Alen Delona tapşırır.  Çəkdiyi əzablardan əldən düşüb, bir dəri, bir sümük qalan aktrisa hamıdan üz çevirib dörd divara qapanır. Jurnalistləri isə qətiyyətlə rədd edir. Hətta onun ən yaxın dostları olan mətbuat işçiləri belə Pomiyə yaxın düşə bilmirlər. Ancaq necə olursa, Romini evdən çıxartmağa rejissor Jak Ruffino nail olur. Mişel Pikollo ilə “San-susi dəhlizi” filmi aktrisanın çəkildiyi son film olur. Həmin filmdə o, on iki yaşlı oğlanı təhlükədən xilas edən qadın rolunu ifa edir. Rominin xahişi ilə filmin son titrlərində bu sözlər yazılır: “David və atasının xatirəsinə…” Qırmızı gül dəstəsi… 29 may 1982-ci ildə aktrisa öz evində ölü vəziyyətdə tapılır. O, yazı masasının üzərinə sərilmiş vəziyyətdə baxışları isə qarşı tərəfdə divardan asılmış oğlu Davidin şəklinə dikilmiş halda olur. Sonradan həmin masadan Rominin qızı Saraya yazdığı məktub tapılır. Tezliklə qəzetlərin manşetlərini intihar xəbərləri bürüyür. Lakin, aparılan ekspertizadan sonra məlum olur ki, Romi üək partlamasından dünyasını dəyişib. Vəsiyyət etdiyi kimi onu bütün dəfn işlərini Alen Delon özü yerinə yetirir. Romi oğlu Davidin yanında dəfn edilir. Məzarlığı sonuncu tərk edən Alen Rominin qəbri üzərinə onu ilk dəfə qarşıladığı zaman əlində tutmuş olduğu qırmızı gül dəstəsinin eynisini qoyur. Tərcümə: Samirə Əşrəf
['məşhur qadınlar', 'aktrisalar', 'Romi Şnayder']
934
https://kayzen.az/blog/karyera/19685/sevimli-iinizi-nec-tapmal.html
Sevimli işinizi necə tapmalı?
Apollon
Karyera və yüksəliş
28 okyabr 2016, 11:32
Məktəb illərindən, daha dəqiq desək, ta birinci sinifdə oxuyandan özümüzü olmaq istədiyimiz sənətlərdə təsəvvür edirik. Kimimizdə bu, vaxtı gələndə real olur, kimimizdə isə dəyişmiş fikirlər olur. Bu mərhələyə gələnə qədər gah müəllimə, gah həkim, gah kosmonavt, gah stilist, gah da bank işçisi oluruq. Bəzən isə sevimli işimizi tapa bilmirik. Buna görə də, öz sevimli işinizi tapmaq üçün sizin üçün araşdırma apardıq. Bu yazını oxumaqla siz sevimli işinizi tapmaqda bəzi hiylələri öyrənəcəksiniz. Nədən başlamalı? Xatırlayın Ola bilsin ki, indi elə bir işlə məşğul olmaq istəyirsiniz ki, onunla artıq əvvəllər məşğul olmusunuz. Bəs hardan bilə bilərdiniz ki, bu iş sizin sevdiyiniz iş olacaq? Cavabı özünüzdə axtarın: yəqin ki, siz bir neçə il öncə rəfiqənizlə oturub ssenari yazırdınız ya da ki, kimya dərsində təcrübə etməyi çox sevirdiniz. Bu nüanslar sevdiyiniz işi tapmaqda ilk pillə ola bilər. Formullaşdır Öz arzularınızı dilə gətirin. Birinci ümumidən başlayın. Məsələn: “ Mən idmanla məşğul olmaq istəyirəm” ya da “İstəyirəm mənim elə bir işim olsun ki, dənizlə bağlı olsun” və daha sonra detallı suallara keçin. Məhz hansı idmanı sevirsiniz, tək yoxsa qrupla məşğul olmaq istəyirsiniz, çəki atmaq üçün idmanla məşğul olmaq istəyirsiniz və ya sadəcə idmanı sevdiyiniz üçün – bütün bu suallara cavab tapmaqla siz məqsədinizi formullaşdıra biləcəksiniz. Vəziyyəti qiymətləndirin Qiymətləndirin. Baxın, sizin seçdiyiniz peşəyə bazarda nə qədər ehtiyac var. Sizə nə qədər təlim lazımdır bu peşəni dərindən bilmək və nə qədər zaman, pul xərcləməlisiniz bunun üçün – bütün bunları nəzərdən keçirdib, dəyərləndirin. Yox əgər bu iş sevdiyiniz, davamlı olaraq məşğul olacağınız iş deyil, sadəcə xobbi olaraq məşğul olmaq istəyirsinizsə, bu zaman da yuxarıda qeyd olunan nüanslara diqqət etmək və dəyər vermək lazımdır. Nələri unutmaq lazımdır? Stereotiplər Əgər istədiyiniz iş üçün yenidən oxumaq lazımdırsa və sizin 25-dən çox yaşınız varsa o zaman ətrafınızdakı yaxın və digər insanların sizi yolunuzdan döndərmək kimi fikirlərinə hazır olun. Ki, “sənin yaşında oxumurlar, başqalarını öyrədilər”, “işlə oxumağı yanaşı apara bilməzsən”, “gecə tələbəsi olmamalısan” – bu kimi fikirlər eşidəcəksiniz və əslində də, həqiqət bunlardan ibarətdir. Siz həmin insanlara başa salın ki, hər yaşda oxumaq olur, yetər ki, o təhsili dəyərləndirəsiniz və məcbur deyil gündüz təhsil almaq. Yaxınlarınız sizin yaxşılığınızı istəsələr də, indiki halda siz onları dinləməli deyilsiniz. Sadəcə ona görə ki, bu həyat sizindir və onunla nə etməli olduğunuz barədə siz qərar verə bilərsiniz. Digərlərinin uğurları Biz digərlərinə diqqət edirik və adətən, onların etdiklərini təkrar etməyə çalışırıq. Məsələn, bir rəfiqəniz fransız dili öyrənmək istəyirsə siz də onu öyrənməyə meyl salırsınız. Bu zaman siz digərlərinin arzusuna meyl saldığınız üçün öz arzularınızı xərcləmiş olursunuz. Buna görə də, siz öz məqsədinizə çatmaq üçün digərlərinin uğurları haqqında düşünməməlisiniz. Dəbdə olan trendlər Öz real arzularınızı trend olmaq istəyindən ayırd etməyə çalışın. Yəni, dəbdə olan trend peşələr sizi daha çox cəlb edir yoxsa məhz sizin real arzunuz vacibdir? Məsələn, əgər siz dünən marafonda qaçmaq istəyirdinizsə bugün yoqa ilə məşğul olmağı düşünə yaxud da gözəllik bloqeri olub sosial şəbəkələrdə “like”lar, yaxşı şərhlər yazılmasını istəyərsiniz. Belə olduğu halda sizi yalnız məşhurluq maraqlandıra bilər və bu da, sizin həyatınıza mənfi təsir edə bilər.
['karyera', 'iş seçimi', 'doğru iş', 'karyera qurmaq']
935
https://kayzen.az/blog/pascal/19721/as%C4%B1lm%C4%B1%C5%9F-q%C9%99hv%C9%99-haqq%C4%B1nda-hekay%C9%99.html
Asılmış qəhvə haqqında hekayə
pascal
Bloq: pascal
27 okyabr 2016, 11:40
Biz vağzalın yaxınlığında olan kafelərdən birinə daxil oluruq. Bizim arxamızca iki nəfər də kafeyə gəlir və ofisianta  deyirlər: — Beş fincan qəhvə, iksini indi içirik, üçü isə havada asılmış qalır. Ödəməyə gedəndə 5 qəhvənin pulunu ödəyirlər. Sonra öz qəhvələrini, yəni hərəyə bir fincan içib gedirlər. Mən De Sikudan soruşuram: “asılmış qəhvə nə deməkdir?”.  O deyir: – gözlə. Daha sonra digər insanlar daxil olur. Qızlar adi qaydada qəhvə sifariş edir, pullarını ödəyirlər. Daha sonra kafeyə üç vəkil gəlir. Onlar yeddi qəhvə sifariş edirlər: — Üçünü indi içirik, dördü isə havada qalır. Sonra öz üç fincan qəhvələrini içib gedirlər. Sonra gənc bir oğlan iki qəhvə sifariş edir, amma yalnız birini içir. Bu minvalla biz De Siko ilə günortaya qədər söhbət edərək vaxt keçirdik. Qapılar açıq idi və mən günəşin isitdiyi meydançaya tamaşa edirdim. Və birdən mən qapıya yaxınlaşan tünd bir kölgə gördüm. Kölgə tam qapıya çatanda, onun kasıb bir insan olduğunu gördüm.  Kasıb adam kafeyə daxil olur və soruşur ki, asılmış qəhvə varmı? Bu bir növ Neapoldan gəlmiş bir adətdir, orda nəinki qəhvəni, həm də yeməkləri özündən sonra gələcək adama saxlayırmışlar. Belə bir şeyi bizim ölkədə təsəvvür etmək çətindir. Amma təəssüf, çox gözəl adətdir. Asılmış qəhvə (Tonuna Querranın hekayəsi)
['asılmış qəhvə', 'hekayə']
936
https://kayzen.az/blog/Bilirsinizmi/19720/bankrot-kimdir-v%C9%99-termin-nec%C9%99-yaran%C4%B1b.html
“Bankrot” kimdir və termin necə yaranıb?
pascal
Bilirsinizmi?
27 okyabr 2016, 10:25
Böhran zamanı biz tez-tez “müflis” sözünü eşidirik. Müəssisələrin, maliyyə strukturlarının müflisləşməsi zamanla adi hala çevrilir. Bəs “müflis” (bankrot) termini necə yaranıb və dəqiq olaraq hansı mənanı ifadə edir? Qədim zamanlarda bir dövlətin sikkəsini digər dövlətin sikkəsi ilə dəyişən şəxslər sərraf adlanırdı. Onların fəaliyyəti müasir valyuta mübadilə məntəqələrinin işini xatırladırdı. Onlar adətən nəhəng liman şəhərlərində və yaxud ticarət aparılan yerlərdə qərarlaşırdılar. Sərraflar öz işlərinin əsl ustadı idilər; onlar sikkənin saxta olub-olmadığını və onun digər ölkə valyutaları ilə münasibətdə məzənnəsini anındaca təyin edə bilirdilər. Bizneslərini uğurlu şəkildə idarə etsinlər deyə, onlar daim digər ölkə valyuta ehtiyatına sahib idilər. Sərraflar tərəfdaşlıq cəmiyyətlərində birləşir və dünyanın müxtəlif yerlərində öz nümayəndələrinə sahib olurdular. Bir çox varlı tacirlər öz pul ehtiyatlarını sərraflar vasitəsilə saxlamağa üstünlük verirdilər. Tacirlər başqa ölkəyə yollanarkən üzərlərində nağd pul aparmağa ehtiyat edirdilər və bu səbəbdən də səraflardan qəbz alaraq lazımi ölkəyə gəldikdə onu yerli sərraflara təqdim edir, “nağdsız ödəniş” üçün bir qədər məbləğ ödəyir və lazımi məbləği əldə edirdilər. Hələ XII əsrdə Genuyada sərraflar italyan dilində “banco” sözündən yaranan bankir adlandırılırdı ki, bu da tərcümədə piştaxta və yaxud skamya mənasını verirdi. Bu zaman skamya dedikdə dünyanın müxtəlif pul sistemlərindən xəbəri olan və pul mübadiləsi ilə məşğul olan şəxsin əyləşdiyi skamya nəzərdə tutulurdu. Məhz bu skamya öz adını banklara vermişdir. Sərraflar zamanla böyük kapitala sahib olur,  yüksək elitadan tutmuş ən adi vətəndaşların pullarını saxlayırdılar. Zamanla onlar şübhəli layihələri – dəniz quldurlarının yürüşlərini, qul ticarətini maliyyələşdirməkdə təqsirli bilinirdilər.  Kapitalın ilkin yığım dövrü dəhşətli cinayətlərsiz, fırıldaq olmadan və yalan əməliyyatlar olmadan ötüşməyib. Bu zaman heç kəs sərraflar qədər maliyyə biliyinə sahib deyildilər. Bu səbəbdən də, ümumiyyətlə məlumatsız olan vətəndaşa aşağı məzənnə ilə mübadilə edilə və hətta ona saxta sikkə də verilə bilirdi. Lakin hər hansı bir sərrafın fırıldaqçılıq etdiyi aşkar edilsəydi cəza mütləq olaraq təyine dilirdi. Qəzəbli vətəndaşlar fırıldaqçı sərrafı oturduğu yerdən qovur, skamyasını isə sındırırdılar. Bu səbəbdən də, “Banca rotta” hərfi mənada tərcümədə “sınmış skamya” deməkdir. Mənbə: banker.az
['Bankrot kimdir', 'bankrot termini', 'kəlmə anlamı', 'müflisləşmə', 'iflas']
937
https://kayzen.az/blog/dusundurucu-hekayeler/19719/sizin-%C3%BC%C3%A7%C3%BCn-%C9%99n-d%C9%99y%C9%99rli-olan-n%C9%99dir.html
Sizin üçün ən dəyərli olan nədir?
pascal
Düşündürücü hekayələr
26 okyabr 2016, 11:05
Heç bir şey üçün zaman tapa bilməzsən. Zaman istəyirsənsə, onu yaratmalısan. Charles Buxton Bir kişi uşaqlıqda qoca qonşusu ilə çox mehriban idi, onları dost adlandırmaq olardı. Amma zaman ötür, kollec və digər əyləncələr ortaya çıxırdı, daha sonra isə iş və şəxsi həyat. Gənc insan demək olar ki, hər dəqiqə məşğul idi, onun keçmişi xatırlamağa heç vaxt qalmırdı, o heç yaxınları ilə birlikdə olmaq üçün də zaman ayırmırdı. Bir dəfə o, öyrənir ki, qoca qonşuları ölüb və qəflətən o xatırlayır, bu qoca ona çox şey öyrədib və ona vəfat etmiş atasını əvəz etməyə çalışıb. Özünü günahkar hesab edən kişi dəfnetmə mərasiminə getməyə qərar verir. Dəfndən sonrakı axşam kişi mərhumun kimsəsiz qalmış evinə daxil olur. Hər şey məhz neçə-neçə illər əvvəl olduğu kimi idi…. Amma bircə stolun üstündə olan qızılı rəngli qutu yox idi. Qocanın sözlərinə görə o bu qutuda onun üçün ən əziz, ən dəyərli olan əşyanı saxlayırdı. Cavan kişi düşünür ki, yəqin qutunu mərhumun azsaylı qohumlarından biri götürüb. Daha sonra o, evi tərk edir. Amma iki həftə sonra o, bir bağlama alır. Bağlamanın üstündə rəhmətə getmiş qonşusunun adını görən kişi diksinir və sonra bağlamanı açır. Içəridə həmin qızılı rəngli qutu var idi. Qutunun içində isə qızıl qol saatı vardı, saatda yazılmışdı: “Mənimlə keçirdiyin zaman görə, çox sağ ol”. Gənc adam başa düşür ki, qoca kişi üçün ən dəyərli şey balaca dostu ilə keçirdiyi vaxt idi. Həmin dövrdən sonra gənc adam ailəsinə və oğluna daha çox vaxt ayırmağa çalışır. Həyat heç də aldığımız nəfəslərin sayı ilə ölçülmür. O, bizi nəfəsimizi kəsməyə məcbur edən anların, məqamların sayı ilə ölçülür. Zaman hər saniyə axıb gedir və onu saxlamaq mümkün deyil. Amma elə indi onu bundan sonra necə sərf edəcəyinizi düşünməyə dəyər.
['zaman', 'həyat', 'itirilmiş vaxt', 'dəyər']
938
https://kayzen.az/blog/ushaq_edebiyyati/19636/azad-ruhlu-uaqlarn-yazar-astrid-lindgren.html
Azad ruhlu uşaqların yazarı - Astrid Lindgren
Apollon
Uşaq ədəbiyyatı
23 okyabr 2016, 17:27
XX əsrin əvvəllərində İsveç uşaq ədəbiyyatı Astrid Lindgren 1907-ci ildə anadan olmuşdu. İsveçdə uşaq ədəbiyyatının onun adı ilə başlandığı hesab olunur. Ancaq bu doğru deyil: Lindgren anadan olanda İsveçdə artıq görkəmli uşaq yazıçıları və gözəl uşaq ədəbiyyatı var idi. Məsələn, Selma Lagerlöf-un “Nilsin vəhşi qazlarla möhtəşəm səyahəti” əsərini göstərmək olar. Bu pedaqoji roman uşaq ədəbiyyatının klassikasıdı: O, yazıçıların niyə uşaqlar üçün xüsusi əsərlər yaratmağa başladıqlarını parlaq şəkildə əks etdirir. Bu, ilk növbədə böyüklərə lazım idi – uşağa çox vacib məsələləri anlatmaqdan ötrü vəsait qismində. Selma Lagerlöf müəllimə idi və məhz, öz işi gərəyi maraqlı mətnlər uydururdu. Yuxarıda adı çəkilən nağılı da sadəcə ölkə coğrafiyasını uşaqlara əyləncəli şəkildə izah eləməkdən ötrü yazmışdı. Qazlar bir məkandan digərinə uçduqca həmin məkanda hansı şəhərlərin yerləşdiyindən, flora və faunasından danışmaq mümkün idi. Tədris ideyası ilə yanaşı bu kitab həm də tərbiyəvi əhəmiyyət daşıyırdı. Əsərin əvvəlindəki və sonundakı Nils – iki fərqli oğlandı. Selma Lagerlöf deyir ki, insanın elə-belə, durduğu yerdə dəyişməsi mümkün deyil. Yalnız nə isə yaşayandan, müəyyən sınaqlardan keçəndən sonra dəyişmək olar. Yalnız şəxsi təcrübə insana dəyişmək imkanı verir. Astrid Lindgrenin İdeyası nə idi? Bəs Astrid Lindgreni nə dəyişmişdi? Məlum olduğu kimi o, qızı doğulandan sonra uşaqlar üçün yazmağa başlayıb. O vaxta qədər Lindgren jurnalist, makinaçı işləmişdi, pulunu bacardığı kimi qazanmışdı. Asrtridə qədər böyüklər üçün yazan istənilən yazıçı paralel olaraq uşaqlar üçün də yazmağı özünə borc bilirdi. Astrid Lindgren yalnız uşaqlar üçün yazan ilk müəllif idi. Bu o demək deyildi ki, o, böyükləri həyatından silmişdi, əksinə, böyüklər onu çox maraqlandırırdı. Bizdən fərqli olaraq, isveçlilər Lindgrenin “Karlson”unu yox, “Uzuncorab Peppilotta”sını sevirlər. İkinci yerdə isə “Lyönneberqli Emil” gəlir. Deyilənə görə, isveçlilər Karlsonu, ümumiyyətlə, sevmirlər. Bu damda yaşayan dəcəl, şuluq balaca isveç valideynlərinin xoşuna gəlmir. “Uzuncorab Peppilotta” – qeyri-adi gücə sahib, bütün qaydaları pozan 11-12 yaşlı qızcığaz haqqındadı. O, tək, valideynlərsiz yaşayır, yaşıdları kimi geyinmir. Bu əhvalatın əsas ideyası aşağıdakı parçada gizlənib: “Peppi bir ayağı səkidə, bir ayağı yolda küçəboyu addımladı. Tommi və Annika gözlərini ondan çəkmirdilər, ancaq o, döngədə gözdən itdi. Qız tezliklə geri qayıtdı, amma bu dəfə dal-qabaq yeriyirdi. Üstəlik ona görə belə yeriyirdi ki, evə dönmək qərarına gəlsə də, çevrilməyə tənbəllik eləmişdi. Peppi, Tommi ilə Annikanın çəpərinə çatanda dayandı. Uşaqlar bir dəqiqə səssizcə biri-birilərinə baxdılar. Nəhayət, Tommi dedi: Sən niyə xərçəng kimi dal-qabaq gedirsən? Niyə xərçəng kimi yeriyirəm?- Peppi sualı təkrarladı. – Elə bil ki, biz azad ölkədə yaşayırıq, düzdü? Məgər hər insan istədiyi kimi yeriyə bilməz? Ümumiyyətlə, əgər bilmək istəyirsənsə, Misirdə hamı belə yeriyir, heç kim də bir qram da təəccüblənmir”. Astrid Lindgren uşaq ədəbiyyatında, məhz, bunu eləmişdi: onu uşaqların, istədiklərini eləmək hüquqlarının manifestinə çevirmişdi. Şəxsi travma Astrid kəndli ailəsində doğulmuşdu və asan yaşamamışdı. O, böyüdüyü müddətdə ailəsi kifayət qədər ağır zamanlardan keçməli olmuşdu. Uşaq çox idi, hamısını yedirtmək lazım idi. Ancaq bir müddət sonra əvvəllər həddindən artıq yoxsul olan ailə öz maddi vəziyyətini elə yaxşı düzəltmişdi ki, nəinki uşaqları, evlərində yaşayan bütün muzdlu fəhlələri doyunca yedizdirə bilirdilər. Astrid aclıq çəkən, ancaq isveçlilərin zəhmətkeşliyi sayəsində özünü toplayıb, çiçəklənən ölkəyə çevrilən İsveçdə dünyaya gəlmişdi. O, son dərəcə dindar ölkə idi (hərçənd indi də elədir). Həddindən artıq sərt qayda-qanunları, ənənələri, ailə kultu vardı, eyni zamanda inanılmaz zəhmətsevər və məqsədyönlü idi. Astrid 16 yaşında yerli qəzetdə jurnalist işləməyə başlayır. Onun anadangəlmə ədəbi istedadı, yazmaq qabiliyyəti vardı, amma vərdiş elədiyi mühitdən ayrılıb tamamilə fərqli bir dünyada işləyərkən əksər gənc qızların başına gələn ondan da yan keçmədi: hamilə qaldı. Astrid nigahdan kənar uşağı valideynlərinin evində doğa bilməzdi, buna görə də Stokholma yollandı. Orda makinaçı işi tapdı və ev kirayələdi. Gənc qız özünü təmin eləyə bilmirdi, bəs körpəni necə, harda saxlayacaqdı? Bu sualın cavabını axtararkən gələcək yazıçı, kopenhagenli bir qadınla tanış olur. Qadın, Danimarkada körpəni qəbul edəcək və anası maddi vəziyyətini düzəldənə qədər ona baxacaq bir ailə tapır. Danimarkada belə ailələr çox idi və bu, körpədən imtina eləmək, onu övladlığa vermək demək deyildi. Sadəcə çətin vəziyyətdə olan qadına yardım məqsədi daşıyırdı. Uşağın 3 yaşı tamam olanda Astrid onu geri alır və kəndə, öz valideynlərinin yanına qayıdır. Keçən üç il ərzində o, həm özünü, həm də övladını təmin edə biləcək qədər pul toplamağı bacarmışdı. Lakin təbii ki, travma qalmışdı: övladından ayrılmaq istənilən qadın kimi ondan ötrü də böyük faciə idi və onu geri almaq üçün xeyli mübarizə aparmışdı. Lindgrenin sonrakı həyatı kifayət qədər uğurlu olur: o, ərə gedir, bir qızı olur, xoşbəxt yaşayır. Elə bu şəxsi əmin-amanlıq da ona istedadını üzə çıxartmağa yardım edir. Yazıçını yetmiş yaşında çəkdirdiyi bir şəkil var. Həmin şəkildə o, ağaca dırmaşır. Onun üçün hətta yaşlı vaxtında da ağaclara çıxa bildiyini, uşaqlığını itirmədiyini göstərmək çox vacib idi. İ.Y.Novitskaya “Astrid Lindgrenin bədii dünyasının yaranması” adlı monoqrafiyasında sübut edir ki, yazıçı, bütün dəcəl qəhrəmanlarını öz uşaqlığından köçürüb. Kitablar  İsveçdən kənarda Astrid Lindgrenin ən məşhur əsəri “Damda yaşayan Karlson”du. Yazıçının digər əsərləri “Quldur qızı Roni”, “Lyönneberqli Emil”, “Avara-Rasmus”, “Mio, mənim Miom” keçmiş sovet ərazisində yazıçının ən geniş yayılmış əsərləridi. Astrid fantastik məhsuldarlığı ilə fərqlənirdi, son dərəcə çox yazırdı. Onun əsas mövzuları hansılar idi? “Balaca Nils Karlson” və “Meşədə quldur yoxdu” əsərlərini götürək. Bu kitablar, uşaqlıqlarını tənha keçirməyə məcbur olan balacalar haqqındadı, yəni öz oğlu Larsın hekayətidi. “Balaca Nils Karlson” “Damda yaşayan Karlson”dan xeyli əvvəl yazılıb. Bu, valideynləri işdə olanda məcburən evdə tək qalan oğlanın əhvalatıdı. Oğlanın bacısı ölüb. O, bütün günü evdə tək oturur, heç yerə çıxa bilmir və başını necəsə qatmalıdı. Beləcə onun sehrli dostu peyda olur. Dost çox balacadı və kiçik bir qapının arxasında yaşayır. Buna görə də uşaq, bacısından qalan bütün əşyaları ona verir. Bu əsər, sözügedən şərtlərdə yaşamağın uşaq üçün necə çətin keçdiyini, həyatının nələrdən ibarət olduğunu göstərir. Özü də balaca varlı ailədən deyil, Astridin öz ailəsi kimi sadə ailənin nümayəndəsidi. “Meşədə quldur yoxdu” əsəri də, təxminən, eyni mövzudan bəhs edir, ancaq orda əsas qəhrəman balaca qızdı. Ancaq mənim üçün Lindgerinin ən maraqlı əsərləri “Biz hamımız Byüllerbyudanıq” və “Saltkroka adasında” əsərləridi. Burda ailə mövzusu ilk dəfə peyda olur: diqqət uşaqlardan övladla valideyn münasibətlərinə, ailənin necə qurulduğuna, böyüklərlə balacaların qarşılıqlı münasibətlərinə keçir. Bu əsərlərdə əhvalatlar hələlik tamamilə problemsiz və sakitdi. Nəsə baş verəndə də adi məişət problemi çərçivəsindən çıxmır: evdə işıqlar sönür, kimisə arı sancır. Ən təhlükəli hadisə o olur ki, məsələn, uşaqlar qayıqda üzərək uzaqlaşırlar və bir müddət geri qayıda bilmirlər, amma elə həmin fəslin sonunda hər şey yaxşı bitir. Bu kitablar dünyanın uşaqlara müsbət yanaşdığı haqqındadı. Valideynlərin buraxdıqları səhvlər də əhəmiyyətsiz və zərərsiz olur. Lindgrenin əsərləri sayəsində İsveç ədəbiyyatında uşaqlarla bağlı yeni bir yanaşma meydana çıxmışdı: Uşaq, özbaşına veyillənən avara Rasmus, Oliver Tvist deyil, ailədi. Uşağa kömək eləmək istəyirsiniz? Ailəsinə kömək eləyin. Bu baxımdan Astrid Lindgren İsveç cəmiyyətində ailə dəyərlərinin inkişafı və dəstəklənməsində əhəmiyyətli rol oynayıb. Astrid yeniyetmələr üçün də kitablar yazıb. Onun müstəqil gənc qız olan Kati haqqında silsilə əsərləri var. Kati səyahət eləyir, Parisi, İtaliyanı, Amerikanı gəzir. Yazıçı bu əsərlərdə coğrafi süjet, yeni görüşlər vasitəsilə yeniyetmərlərlə onları narahat edən məsələlər haqqında danışmağa nail olur. Oğlanlarla necə ünsiyyət qurmalı? Görüşə necə getməli? Ümumiyyətlə, həyatında baş verənlərə necə yanaşmalı? Bu kitabda artıq elə səhnələr var ki, uşağa oxumağa dəyərmi, dəyməzmi deyə tərəddüd eləməyə başlayırsan. Bəlkə hələ tezdi? Yaxşı, bəs 18, 19, 20 yaşda olacaqlar haqda nə vaxt danışmaq lazımdı? Hər halda 18 yaşda yox. Bu kitabların üzərində 18+ işarəsi ola bilməz. O, 13 yaşlılara –yeniyetmələrin həyat haqqında düşünməyə başladığı zaman- ünvanlanmalıdı. Və bu fikir, sonralar İsveç ədəbiyyatının inkişafına ciddi təsir edib. Mürəkkəb mövzularda dürüst söhbət Astrid Lindgren haqqında başqa nələri bilməliyik? O, kitab yazmaqla paralel öz əsərləri əsasında yaranan filmlərin çəkilişlərində iştirak eləyirdi, uşaqlarla ünsiyyət qurmaq üçün heç bir fürsəti əldən buraxmırdı. Ümumiyyətlə, bu işıqlı, müdrik, bir qədər də sərt şəxsiyyət özünü insanlara səxavətlə bəxş edirdi. II Dünya Müharibəsi zamanı yazıçı senzura idarəsində işləyirdi. Başqa sözlə, xüsusi xidmət orqanında. Adətən, bu təşkilatın nəzarətindən keçən hər şey onun masasına gəlirdi. Astridin faşizmə münasibəti son dərəcə sərt idi. O, yaxşı və pisin nə olduğunu dəqiq bilirdi. Məhz, bu, onunla nəticələnmişdi ki, artıq nüfuzlu, yetişkin insan olduğu dövrdə vergilərlə bağlı iqtisadiyyat nazirliyi ilə polemikaya girmişdi və onun kitablarını oxuyan, olkədə onunla eyni həyatı bölüşən həmvətənlərini müdafiə eləmək öhdəliyini üzərinə götürmüşdü. Uşaq yazıçısı üçün bu cür mövqe – həmin dövrdə (elə indi də) nadir hadisə idi. Yazıçının “Şir ürəyi qardaşları” əsəri Isveçdə böyük qalmaqal yaratmışdı. Bu əsər uşaqla ölüm haqqında danışan, ölümün həyatın bir parçası olduğunu deyən ilk dürüst və açıq söhbətdi. Kitabda ölüm, Nanqiyale adlı ölkə kimi təqdim olunur. “Nanqiyaledə görüşərik” ifadəsi isveçlərin başdaşına yazmaq üçün istifadə etdikləri epitafiyadı. Dindar ailədə böyümüş Astrid özünü aqnostik adlandırırdı. Süjetə görə, iki qardaşdan kiçiyi sağalmaz xəstəlikdən əziyyət çəkir. Böyük qardaş isə daim ona təsəlli verir, balaca qardaşının həyatını mümkün qədər işıqlı eləməyə çalışır. Hər şey kiçik qardaşın tezliklə öləcəyinə işarə edir, ancaq gözlənilməz hadisə baş verir: birinci, böyük qardaşhəlak olur. Qardaşlar başqa ölkədə görüşürlər. Orda onları yeni sınaqlar gözləyir. Həmin sınaqlardan keçən qardaşlar yenidən ölümlə qarşılaşırlar. Beləcə, Astrid ölüm mövzusunu uşaq ədəbiyyatına gətirmişdi. Bu o demək deyildi ki, ona qədər uşaqlar ölüm barədə heç nə bilmirdilər və oxumurdular. Yox. Lakin bu söhbət o halda ola bilərdi ki, uşaq gəlib “Ana, mən öləcəm?” sualıyla bizi sıxışdıraydı. Bu halda ona necə və nə cavab vermək lazımdı? Astrid deyir: uşaqla danışa bilməyəcəyimiz heç bir mövzu yoxdu. Biz uşağın istənilən sualını cavablandımalıyıq. Bu, böyüklərin uşaqlar qarşısında borcudu. Hər nəsil öz cavabını tapmalıdı – 50, 100 il əvvəl tapılmış cavablarla kifayətlənmək olmaz. Hərçənd onlara əsaslanmaq mümkündü. Bu, əbədi sosiallaşmadı: yalnız uşaqlar yox, onların valideynləri də sosiallaşır. Bu da Astrid Lindgrenin fikri idi. İsveçin müasir uşaq ədəbiyyatı İsveçlilər qədir bilən, faydalı oxucular çıxdılar. Hazırda onlar uşaq ədəbiyyatını uğurla inkişaf etdirirlər. Sven Nordqvist, Astrid Lindgrenin ideyalarını davam etdirən ilk uşaq yazıçılarından biridi. Onun ən əsas kitabı Petson və Findus adlı pişikdən bəhs eləyən hekayələrdi. Petson qoca kişidi, kənddə tək yaşayır. Findus isə onun pişiyidi. Findus tez-tez şablon olmayan vəziyyətlərə düşür. (Karlsonun, ya da pişik Matroskinin macəralarından fərqlənən). Məsələn, hekayələrdən biri “Petson kədərlidi” adlanır. Valideynlərin ümumiləşmiş obrazı olan Petsonun kefi yoxdu. O, nə isə eləmək, işə getmək istəmir. Findus müxtəlif yollarla onun kefini açmağa çalışır, amma heç nə alınmır. Bu əhvalatın iki mesajı var: 1) kefsiz olmaq normal haldı; 2) həmişə böyüklər balacalara təsəlli vermirlər, hərdən əksinə də olur. Digər yazıçı – Annika Thor yeniyetmələr üçün yazır. Onun dördhissəli “Dənizdə ada” əsəri Qırmızı Xaçın köməyi ilə gettonun əlindən xilas edilmiş və Avstriyadan İsveçə gətirilmiş dörd yeniyetmə yəhudi qız haqqındadı. Bir də onun “Həqiqət, yoxsa nəticə” adlı yeniyetmələr üçün yazdığı həddindən artıq sərt povesti var. Növbəti yazıçı son dərəcə fenomenal və fantastik Ulf Starkdı. O, hərdən Rusiyaya gəlir, hətta “Ruslan və Lyudmila”nı isveç dilinə tərcümə eləməyə çalışıb. Stark, A.Lindgrenin “uşaqlarla hər şey haqqında danışmaq lazımdı” ideyasını davam etdirir. “Mənim bacım mələkdi”, “Ayaks adlı ulduz”, “Balaca Asmodey”, “Qara skripka” əsərləri uşaqlara bu və ya digər şəkildə həyatın əbədi olmadığından danışır. Ancaq birbaşa yox. Bu fikir mətnaltı oxunur. Starkın dediyinə görə,“Ayaks adlı ulduz”, Makdonaldsda “Happy Meel” qutusunda uşaqlara verilirmiş. Bu on altı səhifəlik kitab bir köpəyin ölümündən bəhs edir. Bir ailədə oğlan uşağı dünyaya gəlir. Evin köpəyi onun ən yaxın dostuna çevrilir. Oğlanın yeddi yaşı olanda Ayaks dünyasını dəyişir. Oğlan çox kədərlənir, amma sonra yuxuda görür ki, sehrli bir atın üzərində Ayaks adlı ulduza səyahət eləyir. Bu hekayəni qəhərlənmədən, kövrəlmədən oxumaq mümkün deyil. Dost üçün yas saxlamaq kədərlidi, amma doğrudu. Ulf Starkın “Qoy, ağ ayılar rəqs etsin” və “Əcaiblər və zəhlətökənlər” adlı yeniyetmələr üçün yazılmış gözəl romanları var. Hər iki əsər, ailə dağılsa da, valideynlər bir yerdə yaşamasalar da, həyatın bitmədiyindən, yenə öz gözəlliyini qoruduğundan bəhs edən mürəkkəb əhvalatlardı. Möhtəşəm İsveç yazıçısı Stefan Casta hər dəfə yeni janrda yazmağı hədəfləyən unikal müəllifdi.O, uşaqları təbiətlə tanış eləməkdən ötrü “Sofi ağaclar aləmində” və “Sofi otlar aləmində” adlı kitablar yazıb. “Özünü ölülüyə vurmaq” adlı povestində isə isveç ailəsi tərəfindən övladlığa götürülmüş vyetnamlı oğlan bir qıza vurulur və qızın xətrinə onun dostları ilə ünsiyyət qurur. Bir dəfə uşaqlar ev tapşırığını yerinə yetirmək üçün meşəyə, quşları dinləməyə yollanırlar. Yoldaşları, qəhrəmanı meşədə tək qoyub qaçırlar və o, həlak olmaq təhlükəsi ilə üz-üzə qalır. Ancaq kitab bununla bitmir: oğlan nəinki meşədən çıxır, həm də ona pislik edənləri bağışlayır. *** Yaxşı, Astrid Lindgren uşaq ədəbiyyatına hansı yenilikləri gətirmişdi? Uşaq ədəbiyyatı son dərəcə rəngarəng olmalı və hamı üçün nəzərdə tutulmalıdı; Uşaqların hüquqlarını qorumalıdı, böyüklərə uşaqların kim olduqlarını göstərməlidi; Səhvlərə yol verən, adi insan olan valideynlərin hüquqlarını müdafiə eləməlidi; Və ən əsası – uşaq ədəbiyyatı valideynin övladı ilə ən mürəkkəb mövzularda danışmağına kömək eləyə bilər. Çünki o mövzulardan gizlənmək mümkün deyil.   azadliq.org 
['uşaq ədəbiyyatı', 'Astrid Lindqren', 'qadın yazarlar']
939
https://kayzen.az/blog/az-proza/19281/smayl-xl.html
İsmayıl Şıxlı
Apollon
Azərbaycan ədəbiyyatı
20 okyabr 2016, 20:37
Dünya qələmli ədib, milli ər qırımlı xarakter, xəlqi ədəb-ərkanlı Müəllim — İsmayıl Şıxlı... Onun Müəllimlik obrazı haqda — dərsləri necə bir məhəbbət və məharətlə deməsi, bu sənətə Məcnun məftunluğu barədə çox danışmamaqçün, 70 illik yubileyində həmkarlarından birinin söylədiyi bir nüansa diqqət edək: “Bizim çoxumuz zamanın havasına uyduq, ad-sanımızı qoruya bilmədik, İsmayıl Şıxlı isə bu adı ürəyi kimi — tər-təmiz saxladı!..” Bəli, tariximizin “sovet dövrü” illərində tez-tez səslənən “dovşana qaç, tazıya tut”, “dünyanın düz vaxtları”, “bu dünyanın herti-pertisinə lənət!” kimi deyimlər, 3 növ təyini söz birləşmələrindən əlavə, hərdən belə bir “dəvədə buynuz” da eşidərdik: — “Kristal adam”... O dövrün ali məktəb tələbələrinin hər birinin ayrılıqda öz “ideal müəllim”i olsa da, İsmayıl Şıxlı hamı üçün ortaq “İdeal Pedaqoq”, milli “Kristal Müəllim” sayılırdı… Hər tələbə onu öz diapazon-səviyyəsiycə anardı: “Böyük Turanlı”, “Bütöv Azərbaycanlı”, “Şanlı qazaxlı”. O, biz tələbələrçün öz möhtəşəm “Dəli Kür”ündəki “qıllı qaşlar”, “həbəşi dodaqlar” kimi ifadələrilə kolorital Sənətkar, cahanşümul Cahandarı ilə ustad Qələmli, əsl milli ziyalılığı, əfsanəvi nəfs təmizliyilə özgür Şəxsiyyət imic-obrazını yaratmışdı. Yazanların yağışdan sonra göbələk, “Seçilmiş əsərlər”in örüşdən sonra pıtraq sayında olduğu o vaxtlarda biz hələ bu qəbil, bu “qəlib” seçilmiş şəxsiyyətlərin tək elə Azərbaycanda yox, hər xalqın ədəbiyyatında barmaqla sayılası qədər olduğunu yaxşı bilmirdik. Amma adları APİ-nin (indiki ADPU-nun) jurnallarında olmayan tələbələr də yaxşı bilirdi ki, İsmayıl Şıxlı öz mühazirələrinə “legioner” tələbələri də cəzb edən əfsanəvi Əli Sultanlı, Mir Cəlal, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov kimi beş-üç İşıq-Müəllimlərdən biridir... Bəzilərimiz bunu da bilirdik ki, istedadlı yaradılmışların bilvasitə yaratdığı ədəbi-bədii obraz-şəxsiyyətlər ilə Yaradanın bilavasitə yaratdığı bəşəri-bəndəvi Şəxsiyyətlər arasında yer-göy qədəri fərqlər var. Ən başlıcası da bu ki, birincilərin taleyi qələmdən, ikincilərininki taledən asılıdır. Sənət məziyyətlərindən yaranan birincilərin bütün gərəyi-çörəyi ətrafın “kəllə” dediyi başlardan çıxır, həyat əzab-əziyyətlərindən yoğurulub-yaranan ikincilərinki isə zəllə-zəllə daşdan. Sayca orduya timsal birincilər, uzaq başı, Don Kixotvarı fabulalanır, nadir sərkərdələrə misal ikincilər isə dünya malına göz yummaq kimi — çox müşkül cəbri-nəfslərlə. Və milli “mən”i yaradıcılığı qədər uca, şəxsi nəfsi öz ustad qələmindən də qəlbi Müəllim İsmayıl Şıxlı həmin “ikincilər”in birincilərindən… Onun qələmiylə yaranmış bədii şəxsiyyətlər milyonlarla oxucu qəlbində, səhnələrdə, kino-teleekranlarda, müxtəlif formatlı məclislərdə sevgi dolu təəssürat, ehtiram-etimadla yaşayıb, öz Obrazını da yaşatmaqda… Bu Obrazın, demək olar, bütün “ədd-ədəvası” aydın, Müəllimlik “qarası” isə… Təəssüf, onun hər cür təsvir-təfsir imkanlarına, fırçalarınkından fazla rənglərə malik Qələmi özünə bab bir müəllim obrazı işləmədi. O vaxtların kütləvi “maarif-tarif” bazarı (beş-on təmiz-tarıq müəllimin ruhundan iraq) kimi tanınan bir “taksa”xanada “kristal” qala bilmək, bircə loğma haram yeməmək, çoxu maddiyyata, azı mənəviyyata möhtac tələbələrin tez-tez dəyişdiyi auditoriyalarda mövzudankənar söhbətlərini halallıq, milli vicdan, xəlqi namus, Haqq üstdə quraraq dərs deməyi bacaran (!) bir müəllim obrazı… Deyirəm, bəlkə onun bu aşırı milli özgürlüyünün, içində bu boyda istedad, gələcək nam-nişanlı görəvlərə namizəd, bu yar-yaraşıqda və xeyli məşhurlaşmış ola-ola, ucqar bir kənd (Kosalar) məktəbində müəllim işləməyi “intixab” etməsinin bir tərəfi də Demokratik Cümhuriyyət illərimizin birində (1919) doğulmağıyla bağlı imiş? Özü də adlı-sanlı bir kənd müəllimi ailəsində və “Rus artilleriyasının Allahı” deyilən Əlağa Şıxlinski kimi bir fenomenin əmiliyi haləsində!.. Hələ belə bir zabitəli bir gəncin müharibədə zabit oluban yox, sıravi əsgər kimi döyüşməsi! Bu məqamda deyim ki, İkinci Dünya müharibəsi İsmayıl Şıxlının tək elə yaradıcılığında deyil, şəxsi-psixoloji aləmində də ayrıca bir obrazdır. Bu müdhiş obrazın “doğuluş” xəbərini ömrünün sonunadək çalışdığı Azərbaycan Pedaqoji İnstitutunun axırıncı kursunda — dövlət imtahanı ərəfəsində eşitmiş ədib yazır: “Nahar vaxtı idi, yataqxanadakı yeməkxanaya toplaşmışdıq. Deyə-gülə zarafatlaşmağımız divardan asılmış radionun səsini eşidilməz etmişdi. Şəmistan adlı bir yoldaşım mənə yaxınlaşıb, titrək səslə qulağıma pıçıldadı ki, müharibə başlayıb. İnanmadım. Axı, SSRİ ilə Almaniya arasında on il bir-birinə hücum edilməməsinə dair müqavilə bağlanmışdı. Bu, nə namərdlikdi! ...Birdən hiss etdim ki, yeməkxanaya sükut çöküb. Qaşıqlar əldə, xörəklər qabaqda qalıb. Molotov danışırdı...” ...Beş il keçəcək, elə həmin əl yazacaqdı: “Dan yeri təzəcə qızarırdı. Katerin radiosundan Levitanın səsini eşitdim: “Düşmən danışıqsız olaraq təslim edilmişdir”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Ətrafa sükut çökmüşdü...” Müharibənin həmin sükutundan sonra bu sənətkarın haylı-haraylı qələbəlikləri başlayır. İyirmi doqquz yaşından APİ-də kafedra müdiri, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Azərbaycan” jurnalının baş redaktoru, SSRİ Yazıçılar İttifaqının katibi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, neçə-neçə ordenlər, fəxri fərmanlar, mükafatlar, Xalq yazıçısı… Amma o vaxtların oyaq oxucularının qəlbində belə bir təəssüflü təəssürat da vardı ki, nədən qüdrətli “Dəli Kür” bu qədər az (əslində, o vaxtlarçün ən çox — 80 min!), “Sakit Don” isə imperiya qapsamında — 8 milyon tirajla buraxılır?! Niyə eyni istedad və zəhmət sərf edən rus Şoloxov üç-dörd milyon manat qonorar almalıdır, Şıxlı otuz-qırx min? Budurmu gur-gur guruldanan “sovet bərabərçiliyi” şüarı?! “Çox “qoşa saat”lara sığışmayası bu Obraz haqda bir “qəzetlik dərs”də nə demək olar ki?” deyib, keçirəm bir vaxtlar deyilmiş, yazılmış, xatirələşmiş mətləblərdən fraqmentlərə. Məsələn; Deyirlər, onun dediyi fənnə sevgisi olmayan tələbələr belə, dərsləri İsmayıl Şıxlıya hörmət və ehtiramdan yana əla oxuyarmışlar. Deyirlər, ömrü boyu “tələbə payı”, “semestr sezonu”, “qəbul taranı” kimi çirkablardan uzaq olmuş bu Kişi öz halal qazancı hesabına (neçə illər yalnız ən yaxın həmkarlarına bəlli olan) təqaüd də kəsibmiş. Şərti olaraq “İsmayıl Şıxlı” adlanan bu təqaüdü İsmayıl müəllim “əşhədi-ehtiyacı” olan (və bundan çox-çox sonralar xəbər tutan) tələbələrinə verdirirmiş… Deyirlər, İsmayıl Şıxlının istər evinə, istər rəhbərlik etdiyi kafedraya gələnlərin ən səmimiyyətsizləri belə, həmin ünvanlardan böyük səmimiyyət yüküylə ayrılarmış… Yazırlar ki, onu qüdrətli “Dəli Kür”ə gətirən, bundan xeyli əvvəl yazdığı və özünəinam hissini hədsiz dərəcədə artıran “Ayrılan yollar” romanı olub. Canlı həyatın özü qədər dirilik təcəssümü olan “Dəli Kür”ün “irsi-varisi” davamiyyətini bəzi və bəlli səbəblərdən qələmə ala bilməyən ədib xatirələrinin bir məqamında yazıb: “Onların qarşısında özümü borclu və günahkar hesab edirəm... ” Bu məqamda, hər insanın yaddaş sarayının baş hücrəsinin məhz uşaqlıq dövrünə mənsub olması həqiqətini xatırlayaq və onun hələ adi “İsmayıl”lıq dövrü ilə ilgili bir epizodu xatırladaq. Günlərin bir günü silahlı bir dəstənin Qaymaqlı kəndinə gəlib, camaatdakı bütün silahları yığarkən, buna etiraz edənlərdən birinin “sinfi düşmən” adıyla yerindəcə güllələnməsi onun yaddaşına “uşaqlıq illərinə atılmış güllə” kimi həkk olur…  Yazırlar ki, İsmayıl Şıxlı bir vaxtlar “əfsanəvi mühazirə ustadı” Əli Sultanlıya bənzəmək istəyirdisə, sonralar bütün tələbələr İsmayıl Şıxlı olmaq istəyirdi… Özü yazırdı: “Kursumuzda yüz əlli tələbə vardı, yüz əllisi də Əli Sultanlı olmaq istəyirdi”. Onun, xarici ölkələr ədəbiyyatına aid heç bir Azərbaycandilli mənbənin olmadığı vaxtlarda yazdığı “XVIII əsr xarici ədəbiyyat tarixi” (müştərək müəllifliklə), “XX əsr xarici ədəbiyyat tarixi” kitabları, G.Mopassan və başqalarından etdiyi tərcümələr haqda isə kiminsə söyləməsinə ehtiyac yox… Bütün bu deyilib-yazılanlardan sonra bəndəniz də belə bir “sillagizm” yazmaya bilmir ki, görəsən indilər, bir vaxtlar ona oxşamaq istəyənlərə də oxşamaq istəyənlər varmı?.. «Mədəniyyət» qəzeti Tahir Abbaslı
['Azərbaycan ədəbiyyatı', 'İsmayıl Şıxlı']
940
https://kayzen.az/blog/qadin/19422/_56.html
Kişilərlə tanış olmaq üçün yollar
Apollon
Qadın
20 okyabr 2016, 20:32
Uzun zamandır ki, ətrafınızda dolanan bir adam var və onunla nə danışacağınızı bilmirsən. Ya da ki, sənin ətrafında dolandığın biri var və yenə də onunla söhbətə necə başlayacağını bilmirsən. Kişilərlə danışmaq üçün yollar axtarırsınızsa, bu yazı tam sizlikdi. Kişilərlə söhbət edərkən dəqiq ol Əvvəlcə söhbət etmək istədiyin kişi ilə hansı mənada maraqlandığını təyin etməlisən. Ondan xoşun gəlir, yoxsa sadəcə bir dost kimi yanaşırsan? Buna qərar verməlisən. Tanış olmaq mərhələsi Uzun müddətdir tanış olmaq istədiyin bir adam varsa, ortaq dostlarınızdan faydalana bilərsiniz. Məsələn, dostlar arasında oturduğunuz zaman söhbət əsnasında ona bir sual yönəldərək tanış olma mərhələsinə başlaya bilərsiniz. Unutmayın ki, adi bir mövzu sizin maraqlı söhbətiniz üçün zəmin ola bilər. Qarşındakı insanın bir kişidən çox bir insan olduğunu anlasanız münasibətləriniz gözəl alınacaq. Bir kişi ilə söhbəti necə irəli aparmaq olar? Yeni tanış olduğunuz biri ilə söhbəti irəli aparmaq çox vaxt çətin ola bilər. Bu mərhələdə edə biləcəyiniz ən yaxşı iş ortaq nöqtələrə diqqət etməkdir. Maraq sahələrini, musiqi zövqünü, oxuduğu kitabları, gəzdiyi yerlər barədə söhbət edə bilərsiniz. Kişiləri sual yağışına tutma Bütün bunları edərkən ilk dəfə tanış olduğun birini sual yağışına tutmanın doğru olmadığını bilməlisən. Burada ən əhəmiyyətli məqam dinləməkdir. Sual verib dinləyib, sakit söhbətə daxil ola bilərsən. Əks təqdirdə qarşındakını sorğuya çəkirmiş kimi görünə bilərsən. Əsgərlik xatirələrini dinləmək Mövzu mövzunu açır, dinlədikcə söhbət dərinləşir və növbə gəlir əsgərlik xatirələrinə. Bu zaman “Masadan qalxıb “işim çoxdur, getməliyəm” deməyin çox səhv addım olar. Sən yeganə olaraq səbrlə onun ilk xatirsəni dinləməlisən. İkinci xatirəni dinləmək istəmirsənsə sırf ondan xoşun gəlir deyə yalandan təbəssümlə söhbətə qoşulma. Çünki diqqətinin dağıldığını ona hiss etdirə bilərsən. Əvəzində, əsgərlik xatirələrini danışan zaman tualetə getmək istədiyini söyləyib masadan qalxa bilərsən. Bu sırada tualetdə bir az vaxt keçirsəniz yaxşı olar. Onun üçün də düşünmə fürsəti yaranar. Yox, hələ anlamayıbsa və məzəli əsgərlik xatirələrini danışmağa davam edirsə, sıxıldığını müəyyən etmənin başqa yollarını axtarmaq məsləhətdir. Mən sadəcə dost kimi... Dostluq münasibətinizdən məmnunsan, lakin onun səndən romantik mənada gözləntiləri var. Yüksək ehtimalla dostunu itirmək istəmirsən. Təəssüf ki, bu mümkün deyil. Bir tərəf münasibəti başqa bir istiqamətə yönləndirmək istəyirsə, o artıq məasum dostluqdan çox irəli münasibətə doğru irəliləyir. Bu halda sənin üçün ən yaxşı yol vəziyyəti ona açıqca ifadə etməkdir. Beləcə, həqiqətən dəyər verdiyin bir insanı gözləntilərlə dolu naməlum bir istiqamətə sürükləmiş olmazsan. Kişilərə israr etməyin Bu vəziyyət münasibətləri korlayan əsas səbəblərdən biridir. Bir tərəfin çox israrçı olması, digər tərəfdə altından çıxa bilmədiyi təzyiq meydana gətirir. Davamlı maraq mərkəzi olmaq boğucu və qorxuducu gələ bilər. İlk söhbətləri etdikdən sonra geri çəkilmək lazımdır. Zamana buraxmaq və sirr oyandırmaq ən gözəl yollardan biridir. Yəni davamlı axtarıb-aramayın. Telefonlara cavab vermir Bu nöqtədə deyilə biləcək bir məsləhət var: daha çox israr etməyin. Çox əhəmiyyətli hadisə baş verməyibsə, adətən insanların çoxu telefonlarını yanında daşıyır. Axtarışlarına cavab vermirsə, günlərlə ondan xəbər almırsansa, burax getsin. Olmayanda olmur. Dost kimi razılaşdıq. Bəs sonra nə olacaq? Dost kimi yaxşı anlaşdınız və bundan sonra aranızda nələr olacağını düşünürsənsə, bir müddət gözləmək lazımdır. İstəsən ilk addımı sən ata bilərsən. Bir axşam qəhvə içməyə dəvət edərək daha çox vaxt keçirə bilərsiniz. Bəzən tanış olduğumuz biri ilə birlikdə olmağı o qədər çox istəyirik ki, hətta heç vaxt düşünmədiklərimizi edirik. Bu heç də hər zaman pis hal deyil. Əgər o, sizi daha yaxşıya yönəldir, daha gözəl şeylər üçün üçün motivasiya edirsə, möcüzədir. Amma unutmayın ki, bir kişi üçün əsla dəyişdirmək məcburiyyətində olmadığınız şeylər də var: * Dərin V yaxa formasında köynək geyinən kişilər. Belə kişilər möcüzə olduqlarını düşünürlər. Ehtimalla ona əksini sübut etmək üçün yalvaracağınız günlər gələcək. * Gələn həftə qardaşınızın toyudur və siz bir müddətdir heç kiminlə görüşmürsünüz və ya görüşdüyünüz biri var, lakin onu bütün ailənizin qatılacağı belə ciddi bir məclisə aparmaq istədiyinizə əmin deyilsiniz. Elə isə, nə edəcəksiniz, yalnız gənclər və uşaqlarla eyni masanı paylaşacaqsınız? Xeyr, buna ehtiyac yoxdur. Çünki o, parlayan zirehli cəngavər kimi sizə yoldaşlıq etməyə hazır olacaq. Sizinlə güləcək, rəqs edəcək və yəqin ki, bütün ailənizə özünü sevdirməyi bacaracaq bir həyat yoldaşı olacaq.
['tanışlıq', 'qadın biclikləri', 'flirt', 'kisilerle tanisliq', 'kişi psixologiyası', 'qadin kisi munasibetleri', 'qadın kişi münasibətləri', 'kişi- qadın münasibəti', 'tanisliq']
941
https://kayzen.az/blog/qadinlar/19642/kamilla-kladuel.html
Kamilla Kladuel
Apollon
Məşhur qadınlar
18 okyabr 2016, 14:32
Kamilla Kladuel 8 dekabr 1864-cü ildə Fransada bank işçisi Lui Prosper və dindar Luisa Atanisinin ailəsində doğulub. Ailənin ikinci övladı olan Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi. Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi. Lakin, hələ on üç yaşı olanda Kamilla Bismarkın, I Napoleonun heykəllərini düzəltməyi bacarırdı. Qızının bu qabiliyyətini qəbul etməyən ana tezliklə Kamillanı arzuladığı işdən uzaqlaşdırmağa cəhd edir. Kamillanın özündən böyük bir qardaşı və özündən kiçik balaca bacısı da vardı. Onlarla müqayisədə ana Kamillanın hərəkətlərini və qəribəliklərini qəbul edə bilmir. Onun fikrinə görə qızı ətrafdakı ailələrin gənc qızlarından xeyli fərqlənir və bu hal onun üçün xoşagəlməzdir. Bütün bu səbələrdən ana ilə qızın arasında daima gərgin və emossional münasibət olurdu. Anadan fərqli olaraq ailədə avtoritet fiqur olan ata qızının gilə və daşlara olan marağını yüksək qiymətləndirir və hər zaman qızına dəstək olur. Hətta bu sahədə Kamillanın daha yaxşı təhsil alması üçün ailəsini Parisə köçürtməyə qəti qərar verir. Rodenlə tanışlıq və məhvedici məhəbbət… 1881-ci ildə Kamilla Parisdə qız tələbələrin təhsil almasına o qədər də üstünlük verilməyən Kolarossi akademiyasına yazılır. Üç dostu ilə birlikdə kiçik bir emalatxana kiraləyən Kamilla bir müddət sonra dövrün ən məhşur heykəltaraşlarından biri olan Roden Oqyustun tələbəsinə çevrilir. Bu tanışlıq Kamillanın həyatındakı dönüş nöqtəsi olur. Çünki bir müddət sonra Roden Kamillanın sevgilisi sonda isə rəqibi olur. Roden Kamillanın gözqamaşdırıcı istedadından çox təsirlənir. Və birlikdə bir çox işlərə imza ata biləcəklərini düşünür. Həmin ərəfədə Roden “Cəhənnəm qapıları” adlı unudulmaz əsərini yaradır. Lakin, Rodenin bu əsərinin daha çox hissəsini Kamilla ilə birlikdə hazırladığı üçün ona aid olan uğurun tən yarısının Kamillaya aid olduğu dildən-dilə dolaşır. Dövrün bir çox tənqidçiləri hətta Rodenin ən yaxşı və unudulmaz əsərlərinin məhz Kamilla ilə birlikdə olduğu müddətdə yarandığını dilə gətirməkdən də çəkinmirlər. Axtardığı qızıl öz içərisindəydi… 1890-cı illərdə Kamilla artıq öz əsərləri ilə məşhurluq qazanmış və ətrafındakı insanlardan hörmət görən sənətkar idi. O, öz məşhurluğunun və içindəki potensialın fərqinə varırdı. Lakin, Rodenlə birlikidə yaşamasını ailəsi ona bağışlamır. İlk öncə anası daha sonra digər ailə üzvləri ondan üz çevirir. Ailəsinin dəstəyini itirən Kamilla daha bir itki ilə üz-üzə qalır. O, Rodendən hamilə qalsa da, qəza nəticəsində bətnindəki uşağını itirir. Bu itkinin ardından o, çoxlu uşaq heykəlləri və fiqurları düzəldir. Bir müddət keçir. Kamilla artıq yaradıcılığına Rodenin qanadları altında davam etmək istəmir. Azad ruhlu, heç kimdən asılı olmağı sevməyən Kamilla ilə Roden arasında məhəbbət ucbatından çıxan qısqanclıq davalarını da səbəb görərək, Kamilla 1898-ci ildə Rodendən ayrılıb gələcəyə təkbaşına davam etmək qərarına gəlir. Roden də öz növbəsində Kamilladan ayrılmaq istəyir. Və ilk addımı da o, atır. Kamillanı tərk edib başqa qadınla evlənir. Ayrılıq isə Kamilla üçün o qədər asan olmur. Rodenlə birlikdə olduğu müddətdə “Vals”, “Ölüm vaxtı”, “İtmiş tanrı”, “Zəvzək qadınlar”, “Sakuntala” kimi ən yaxşı əsərlərini yaratsa da, ayrılıqdan sonra onun heykəlləri gözəl və canlı görsənsələr belə, o qədər də heyranlıq doğurmur. Hətta deyilənlərə görə həmin illərdə heç bir heykəltaraş heykəllərə Kamilla qədər can verməyi, daşı onun qədər hiss edərək yonmağı bacarmayıb. Sonralar Roden Kamilla haqqında deyirdi: “Ona qızılı harda tapa biləcəyini söylədim. Amma tapdığı qızıl onun öz içərisindəydi.” Öz əsərlərinə düşməncəsinə münasibət… Kamilla ailəsindəki kişilərdən nə qədər dəstək görürdüsə, qadınlardan da bir o qədər pis, alçaldıcı münasibət görür. Anası və bacısı bacardıqları qədər ondan uzaq durmağa çalışırlar. Lakin atası və qardaşı Pol yaşadıqları müddətdə onun sənətinə hörmət edib sahib çıxırlar. Kamillanın atası çox uzunömürlü olmur. O, həyatdan köçdükdən sonra Pol da diplomatik işləri ilə əlaqədar Şərqə işləməyə gedir. O, 1898-ci ildən sonrakı zamanlarda həm qadın sənətçi kimi yaşadığı sıxıntılar, həm də şəxsi həyatındakı fırtınalı hadisələr ucbatından ruh düşkünlüyünə yuvarlanır. Maddi sıxıntılar içərisində çabalayan Kamillanın ruh sağlamlığında problemlər baş qaldırır, paronoik hallar yaranır. 1906-cı ildə isə onda şiddətli krizlər başlayır. Bir gün gecə əsərlərinin çoxsunu sındırıb məhv edir, yarısını çaya atır. Onun vəziyyətinin pisləşdiyini görən anası və bacısı Rodenin köməkliyi ilə Kamillanı ruhi xəstəxnaya yatırdırlar. Nə etdim ki, tənhayam? Bir sənət adamına ediləcək ən böyük pislik məhz Kamillaya edilir. Xəstəxanada olduğu müddətdə dəfələrlə həkimlərdən palçıq və gil istəsə də onun bu arzusu qətiyyətlə rədd edilir. Onun tək istəyi evlərinə qayıdıb heykəl hazırlamaq olur. Kamillanın bu istəyini həkimi dəfələrlə onun anasına və bacısına yazıb bildirsə də, onlar tərəfindən məktublara heç bir əhəmiyyət verilmir. Beş ildən bir onu ziyarətə gələn qardaşı Pola yazdığı məktubda Kamilla çəkdiyi əzabları dilə gətirir: “Ruhi xəstəxanadayam. Haqqımı itirmişəm… Zülm eləyirlər mənə, bir qadına belə zülm etməzlər, sənəti belə təhqir etməzlər, Pol… Boş yerə xəstəxanaya saldılar. Onlar mənim yaradıcılğımın sərhədlərinə yaxşı bələd idilər. Qurdların gəmirdiyi kələm kimiyəm – hər yetişən yarpağımı çeynəyirlər… Bura atıldığım neçə il oldu? Bilmirəm… Ancaq bütün həyatım boyu yaratdığım əsərlərə sahib çıxdıqdan sonra özlərinin yaşamalı olduqları həbsxana həyatını mənə yaşadırlar. Bütün bunlar Roden deyilən o şeytanın işləridi. Onun beynində bircə qorxulu fikir vardı. Mənim ondan üstün olmağım. O bunu bilirdi. Bunun üçün də məni hər zaman sənətdən uzaq və bədbəxt edib bura saldırdı. Nə etdim ki, tənhayam? Bu əsarətdən çox sıxılıram… Evə heç bir zaman dönməyəcəmmi, Pol? Mən həyatı, eşqi və ümidi sevirdim. Mükafatsız olsalar belə…” Həyatının ən məhsuldar illərində ruhi xəstaxanaya salınması və otuz ilini orda keçirməsi Kamilla üçün dəhşətli idi. Ən pisi isə sevdiyi sənətdən, gildən, daşlardan və heykəldən uzaq olması idi. Kamilla Kladuel 1943-ci il 19 oktyabrda otuz ildən çox qaldığı ruhi xəstəxanada həyata gözlərini həmişəlik yumur. O, Monfavet məzarlığında dəfn olunur. Henrix İbsen onun həyatından bəhs edən “Biz ölülər oyanarkən” adlı kitab yazıb. Kamilla Klodelin həyatından bəhs edən ilk film 1988-ci ildə rejissor Bryuno Nyuitten tərəfindən ekranlaşdırılıb. İkinci bir film isə 2014 cü ildə Bryuno Dyumon tərəfindən çəkilib. Həmin filmdə Kamilla obrazını aktrisa Jülyet Binoş ifa edir. Tərcümə: Samirə Əşrəf
['məşhur qadınlar', 'hekəltəraş qadın', 'Kamilla Kladuel', 'Camille Claudel']
942
https://kayzen.az/blog/u%C4%9Fur/19652/6-addmda-istdiyinizi-ld-edin.html
6 addımda istədiyinizi əldə edin
Apollon
uğur psixologiyası
16 okyabr 2016, 19:25
Nədənsə özümüzü hər istədiyimizi əldə edə bilməyəcəyimizə inandırmışıq. Bu düşüncəni mənimsəmiş olsaq da, ətrafımızda ağlına qoyduğu hər şeyi edən, istədiyini əldə edən bir çox insan var. Bəs bunu necə edirlər? Hüquqşünaslar kimi insanları asanlıqla razılığa gətirə bilən və adətən, istədiklərini əldə etməyi bilən insanların vərdişlərinə nəzər salaq. Konkret danışmaq! İnsanlar hələ zehin oxumağı kəşf edə bilmədiyi üçün ağlınızdan nə keçirsə, konkret şəkildə deməlisiniz. Konkret olaraq ifadə edə bilmədiyiniz şeylərin həyata keçməsini gözləmək elə də məntiqli deyil. Öz ehtiyaclarınızı müəyyən edib, istəklərinizi açıq şəkildə dilə gətirmək üçün əvvəlcə özünüzə güvənməlisiniz. Dəqiq ifadələrlə nə istədiyinizi bildirdikdə qarşınızdakı insanları razı salmağınız və istədiyiniz şeyi almağınız asanlaşacaq. Başqasının sizin fikrinizi kəşf etməsinə icazə verin! Əgər razı salmağın çətin olduğu biri ilə qarşı-qarşıyasınızsa, öz fikrinizi birbaşa demək yerinə, söhbəti açıb danışdığınız insanın sizin düşüncələrinizi mənimsəməsinə çalışın. Adətən, insanlara yeni bir fikir təqdim etdikdə ilk reaksiya qarşı çıxmaq olur. Ancaq insanların o fikri öz-özlərinə kəşf etməsinə icazə versəniz, qarşınızda heç bir əngəl qalmaz. “Bunun haqqında nə düşünürsən?”, “Ağlındakı həll yolu nədir?” kimi cümlələrlə müzakirələri istiqamətləndirib istədiyiniz nöqtədə dayana bilərsiniz. İşlətdiyiniz sözlərə diqqət edin! İstədiyiniz şeyi əldə etməyə çalışarkən istifadə etdiyiniz sözlərə diqqət edin. Ağlımız müəyyən bir mövzu üzərinə fokuslandığı üçün müzakirə zamanı qarşımızdakı insana qarşı kobud sözlər deyə bilirik. Ünsiyyət həm sözlərlə, həm də sözlər olmadan qurula bilən bir şeydir. Başqalarının sizin fikrinizə qoşulmasını istəyirsinizsə, özlərini müdafiə etməyə başlamasını istəməzsiniz. Elə buna görə də mimikalarınıza və seçdiyiniz sözlərə diqqət etməlisiniz. Münasibətlərinizə əhəmiyyət verin. Ofisdəki ən çalışqan insan siz olsanız da, heç kəslə kəlmə kəsmədən bir küncə çəkilirsinizsə, istədiklərinizi başqalarına qəbul etdirməyiniz bir az çətin ola bilər. İş yoldaşlarınızı, müdirinizi və ətrafınızdakı insanları yaxından tanımalı və necə rəftar edəcəklərini təxmin etməlisiniz. Həmçinin insanların tanıdıqları insanların fikirlərinə etibar etdiyi də sübut olunmuş bir həqiqətdir. Kömək istəyin Səbəbini bilməsək də, bizlər çətinlik çəkdiyimiz mövzularda kömək istəməkdən çəkinirik. Ancaq kömək almaq işlərimizi xeyli asanlaşdıra bilər. Başqalarından kömək istəməyin sizi gücsüz göstərəcək bir şey olmadığını anlamalısınız. Öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz hər problemi başqalarından gələcək kiçik bir dəstək ilə həll edə bilərsiniz. Deyilənlərə qulaq asın! Danışarkən dinlədiyinizi zənn edirsiniz, amma əslində ürəyinizdə danışmaq üçün sizin sıranızın gəlməsini gözləyirsiniz. Təkcə öz düşüncələrinizi ifadə etmək üçün sıranızı gözləyirsinizsə, deməli sizə köməkçi olacaq vacib nöqtələri qaçırırsınız.
['uğurlu iş', 'uğurlu insanlar', 'iş həyatı']
943
https://kayzen.az/blog/ushaq_terbiyesi/19571/_146.html
Valideynlərin uşaqlarda itirdikləri güvən problemi
Apollon
Uşaq tərbiyəsi
15 okyabr 2016, 20:54
Ata-ananın uşağına verə biləcəyi ən qiymətli hiss güvən hissidir. Əgər uşaq valideylərindən güvən hissini doya-doya ala bilirsə, öz kollektivindən güvən hissini ala bilirsə, şiddətə məruz qalmırsa, “dərsini niyə etməmisən? sənin kimi tənbəl uşaq heç görmədim”, “sənin kimi uşaqdansa heç uşağım olmayaydı kaş” valideynlər bu tipli uşağın duyğusuna xitab edilən cümlələr işlətmədikcə, şiddət görmədən, uşaq olduğu halı ilə evin içərsində qəbul edilirsə, o evin içərsində uşaq xoşbəxtdirsə, anasından əmindirsə o uşaqda güvən problemi olmaz. Uşaq nəyə görə anasından əmin olmalıdır? Anasının onu döyməyəcəyindən, onu söyməyəcəyindən, onu təhqir etməyəcəyindən əmin olmalıdır.  Çox təəssüflər olsun ki, bəzi anaların tez-tez istifadə etdikləri yol şiddətdir. Uşaq hər dəfə səhv etdikcə onu döyən, söyən, təhqir edən anası vardır. Məsələn, 30 yaşlı bir ana 4 yaşlı uşağına şiddət yaşadır. Nə üçün yaşadır bu şiddəti? Uşaq onun dediyinə əməl etmədi deyə. Halbuki uşaq 3 ildir ki, dünyaya gəlib. Uşağa imkan vermir ki, dünyanı tanısın. Ananın dediyi qaşığı sağa qoy, uşağın etdiyi qaşığı sola qoymaq, ana uşağa gəl deyir, uşaqsa gəlmir. Anaların “uşaq mənə qulaq asmır, sözümü uşağa keçirə bilmirəm” deyərək yumruqlarını sıxaraq uşağın üstünə gedərkən uşağın içində ata-anaya qarşı olan güvən hissi itib yox olur… Hələ uşaq nəyin yaxşı, nəyin pis olduğunu anlamağı dövrdə ata-ana dişlərini sıxmış halda uşağın üstünə gedib onu yiyəcəkmiş kimi təzyiq göstərirsə… Bu vəziyyətdə hansı uşaqdaki güvən hissinin olduğundan danışa bilərik… Halbuki sağlam ruha sahib olan bir uşağın içində daşıyacağı ən önəmli hissdir güvən hissi… Ata-analar içlərində olan bir eqoya sahib çıxa bilmədikləri üçün, uşaq onların sözünü yerinə yetirməməsi qarşısında öz aqressivliklərini uşağın üzərində çıxartmasından əlaqədar olaraq uşaqların onlara qarşı güvən hissi itmiş olur. Yaxud qonaqlıqda uşaq əlindəki stəkanı yerə salıb sındırdı deyə ana qışqırtı ilə “çolaqsan niyə əlindəkini yerə saldın” deməklə hamının yanında uşağın qürurunu sındırmış olur. Uşaq da içində deyir ki, “mənim anam budur, etdiyim hər səhvə görə həmişə məni əzdirən, Allah məni niyə bu anaya göndərmiş deyər”… Belə ananın əlində pərişan hisslər keçirər uşaq. Halbuki o, yeriməyi, oturmağı, danışmağı, əşyalarla necə rəftar edilməsini- stəkanı tutmağı yeni öyrənən dövrdə ona qarşı düzgün rəftar etməyi bilməyən bir ananın övladıdır. Səhv etməyə imkan verməyən bir ananın övladıdır. İnsanların içərsində onu alçaldan bir ananın övladıdır. Onun ruhunu görməyən bir ananın övladıdır. Bu vəziyyətdə uşaq nə edər? Özünü qorumağa çalışar. Ona qarşı bir söz deyənin cavabını verər, valideynləri ilə tərs danışar, onlara əsəbləşməyə başlayar. Bu da uşağın özünü qorumaq üçün istifadə etdiyi yollardır. Kimdən qorumaq üçün? Ata və anasından... Əziz valideynlər, uşağınızı tərbiyə etməzdən əvvəl birinci özünüzü tərbiyə edin. Onsuzda uşağınız sizin açdığınız cığırın ardınca gedəcəkdir. Əvvəlcə, güzgüyə baxın, səhvlərinizi görməyə çalışın, özünüzü uşağın yerinə qoyun, sizə belə rəftar edəcək ata-anaya necə münasibət bəsləyərdiniz? Belə hərəkətlərinizlə uşağınızda dərin izlər, məsafələr buraxmayın. Uşaqlarınızı olduğu kimi qəbul edin, başqası olmasını istəməyin. Uşağınızın ruhuna diqqət edin. Uşaq böyütmək demək onun saçlarını daramaq, onun qarnını doyuzdurmaq demək deyildir… Uşağın ruhuna da arada baxın… O parçalanmış ruhuna çarə axtarın… Əminə İsrafilzadə
['uşaq psixologiyası', 'güvənmək', 'güvən problemi']
944
https://kayzen.az/blog/ushaq_terbiyesi/19656/_183.html
Uşağa oxumağı öyrətmək barədə əməli tövsiyələr
Apollon
Uşaq tərbiyəsi
9 okyabr 2016, 19:06
Oxumaq uşağın təfəkkür və nitqinin inkişaf etməsinə, lüğət ehtiyatının genişlənməsinə, məntiqinin inkişafına kömək edir və onu məktəbə hazırlayır. Uşağı inkişaf etdirmək istəyən valideynlər hər nəyin bahasına olursa-olsun ona oxumağı öyrətmək istəyirlər. Sual yaranır ki, əgər oxumağı ibtidai sinifdə öyrədirlərsə, bunu nə üçün etmək lazımdır? Ancaq fikrindən dönməyən ata və analar cavab tapırlar: «Ona görə ki, uşaq onu maraqlandıran kitabları oxuya bilsin». Uşağa oxumağı öyrətmək ilk baxışdan elə də sadə bir iş deyildir. Yavaş-yavaş hərəkət etmək lazımdır, onun üçün nəyin maraqlı və nəyin maraqsız olduğunu bilməliyik. Əgər siz uşağınıza oxumağı ona görə öyrətmək istəyirsiniz ki, dostlarınızın yanında lovğalanasınız, onda bu işə başlamasanız yaxşı olar. Başqa ciddi səbəblər də ola bilər. Oxumaq uşağın təfəkkür və tələffüzünü inkişaf etdirir, lüğət ehtiyatını artırır, məntiqini inkişaf etdirir və məktəbə hazırlayır. Bəs uşaq necə, oxumağa hazırdırmı? Adətən oxumağı uşaq sözləri səslərdən ayırmağı bacaranda, 3-4 yaşlarında öyrtəməyə başlayırlar. Əgər uşaq hələ təhtəlşüur səviyyəsində sözlərin səslərdən ibarət olduğunu hiss etmirsə, deməli oxumağı öyrətməyə başlamaq hələ tezdir. Eşitmə qavrayışına görə ən çətin sonor səslər r, l, y səsi, fışıltılı s, z və onların yumşaq formaları və həmçinin fışıltılı ş, j, ç, ş hərfləridir (bu hərflər rus dilinə görə seçilib araşdırılb — Dəyərlər). Ona görə «oxumağa» başlamamışdan qabaq tələffüzü itiləşdirmək lazımdır. Bunu necə etmək olar? Əlbəttə ki, oyunla. Məsələn, uşaqdan soruşun ki, yarpaqlar necə xışıldayır, külək necə vıyıldayır, beləliklə siz “ş” səsini öyrədə biləcəksiniz. “Ş” hərfi ilə başlayan oyuncaqlarla oynayın. Uşaqların inək kimi səs çıxarmaq, miyoldamaq, hürmək, mırıldamaq çox xoşlarına gəlir, ona görə də müxtəlif heyvan şəkillərinə baxın və onları mütləq izah edin. Danışıq aparatının formalaşmasına yönəldilmiş bir çox oyunlar vardır. Məsələn siz söz deyirsiniz, uşaq da onunla başlayan hərflə və ya qabaqki sözün son hərfi ilə başlayan sözlə cavab verir. Başqa bir yaxşı oyun da vardır. Üç dənə oyuncaq maşın və ya fincanı bir-birindən bir az aralı qoyun və deyin ki, hər bir maşında bir səs var və onların hamısı bir söz daşıyırlar. Birinci maşını götürün və yavaş-yavaş başqa maşına tərəf hərəkət etdirin və deyin S-S-S. İkinci maşına çataraq, Ü-Ü-Ü deyin. Üçüncü maşını D-D-D səsləyin. Ondan soruşun ki, maşınlar nə səsi aparırlar. Uşaq həmən sözü tapıb deyir SÜD. Oyun arası öyrəndiyiniz səslərə aid tapmacalar, nağıldan hissələr, şerlər oxuyun – beləliklə yavaş-yavaş uşaqda səslər haqqında təsəvvür yaranır. Köhnə sınaqdan çıxmış və ya təzə, lakin effektiv? Oxumaq üçün lazım olan məsləhətlərin, qaydaların və metodların sayı o qədər çoxdur ki, sanki, nə qədər insan var, o qədər də fikir var. Kitab rəfləri məktəbəqədər ədəbiyyatla doludur, valideynlərin isə nə seçəcəyini bilmirlər. Hansını seçmək lazımdır? Şerdəki bu sözləri xatırlayırsınız: «Oxumağı bacarmaq necə də yaxşıdır, nə ananı incidirsən, nə də nənənin ətəyini silkələyirsən...». Əslində uşağı oxumağa həvəsləndirmək çox çətindir və istənilən hər hansısa bir yanlış addım bütün oxumaq əhvalını heçə endirə bilər. Əsas məsələ budur ki, bu işi həvəslə etmək lazımdır və onu heç bir vəchlə məcbur etmək olmaz. Bugünkü əlifba kitabları – keçən əsrindir, baxmayaraq ki, məktəblərdə hələ də uşaqları bu kitablar əsasında öyrətməyə davam edirlər. Hər bir hərfin yanında şəkil verilir və beləliklə uşaqda buna aid müvafiq surət və obraz yaradılır. Bu heç də həmişə yaxşı deyildir: nəticədə uşaq sözü oxuyan zaman əlifba kitabında konkret hərflə bağlı assosiasiya olan həmin şəkilləri xatırlayacaq və sonra səsləri sözdə birləşdirəcək və bu yolla o son dərəcə uzun müddətli oxumaq prosesini keçəcəkdir. Uşağa ayrıca hərfləri əzbərlətməyə də dəyməz ki, sonra onları birləşdirsin: bu yolla siz dolaşıqlıq yaradacaqsınız, çünki ayrıca götürülmüş hərf və sözdə olan hərf müxtəlif mənalar verə bilərlər. Məsələn, N hərfi eyni zamanda həm “nı”-dır və ya “en”-dir və ya qısa N-dır, ancaq “ana” sözü isə “a-en-a” kimi oxunur. Məktəb metodlarına uyğun olaraq, uşaqlara izah edirlər ki, əlifbada müxtəlif səslər vardır: saitlər və samitlər, saitlər öz növbəsində qalın və incə olurlar, samitlər kar və cingiltili olurlar, hərflər isə səslərin qrafik təsviridir. Bunu öyrənərək uşaqlar saitləri samitlərlə birləşdirərək, hecalarla tanış olurlar. Fonetika haqqında çox az məlumatları olan valideynlər uşağı bu sxemlə öyrədən zaman bunun öhdəsindən gəlmiyə də bilərlər. Bəzi mütəxəssislər məsləhət görürlər ki, uşağa birbaşa oxumağı öyrətmək lazımdır və ayrı-ayı hərflərə vaxt sərf etmək lazım deyildir. Bu metodda açıq hecalardan başlayıb, tədricən qapalı hecalara keçilir. Bu sistemin tək mənfi cəhəti odur ki, bütün sözlər asan oxunmur. O ki, qaldı yeni metodlara, Zaytsevin məşhur kubik metodunu, Qlen Domanın və xanım Montessorinin metodunu yada salmaq yerinə düşərdi. Mariya Montessorinin metodu Bu metodun xüsusiyyəti ondan ibarətdir ki, oxumağın bütün tədris prosesi sırf oyunların üzərində qurulur. Təəcübləndirən nədir: uşaqlar əvvəlcə «yazmağı» öyrənirlər, onlar qabarmış hərfləri (yazılı hərfləri deyil!) əlləri ilə hiss edirlər və əllə yazılımış hərəkətli hərflərlə işləyirlər, sonra isə oxumağa başlayırlar. Burada əsas ideya uşaqlarda oxumağa maraq hissi yaratmaqdır. Uşağı daima təhrik etmək lazımdır ki, o, kitaba baxsın. Məsələn, uşaqla kitab səhifələrində «gizlənpaç» oynamaq: «Bax, „A“ hərfi itib, getdi, getdi itdi qaldı, gəl indi onu axtaraq tapaq!». Siz görəcəksiniz ki, sizin uşağınız necə şövqlə kitabın axırıncı səhifəsində bu hərfi tapacaqdır. «Bir yerdə dostluq edək» oyununda bütün hərflər dostdurlar və onlar bir-birinin yanına qaçırlar və bu zaman sözlər yaranır və uşağın lüğət ehtiyatını artırırlar. Çap olunan mətnlərdə isə tanış hecanın axtarışı görmə yaddaşı ilə məşq edilir. Bu metodun müəllifi bildirir ki, tədricən hecalara vizual vərdişin yaranması avtomatik olaraq, hərflərin hecalarda birləşdirilməsinə gətirib çıxaracaqdır. Uşaq hərfləri və hecaları tanıyandan sonra, sözləri oxumağa başlamaq olar. Montessori məsləhət görür ki, öz uşağınızın sevimli kitabını oxuyan zaman ən maraqlı yerdə dayanıb, deyəsiniz ki, vacib işiniz çıxıb. Bir vaxt, uşaq özü kitaba can atacaqdır ki, hekayə necə qurtardığını öyrənsin. Və günlərin bir günü görəcəksiniz ki, sizin körpəniz necə müstəqil halda oxumağa başlayır. Qlen Domanın metodu Domanın bütün elmi əsərlərində əsas ideya uşağın ibtidai inkişafıdır. Metodun əsas ideyası çox sadədir: uşaq vizual halda sözləri bütöv yadda saxlayır. Tam mənası ilə anadan olandan gündən başlayaraq gündə üç dəfə ona bir neçə saniyə ərzində karton kağız üzərində iri hərflərlə yazılan sözlər göstərilir. Bu işi davamlı etmək lazımdır: əvvəlcə uşağa yaxın olan sözlər – ana, ata, onu əhatə edən əşyaların adı, bədən üzvləri və rənglər nümayiş etdirilir. Bu zaman eyni sözün iki dəfə nümayiş etdirilməsi və köhnə sözlərin nümayişi məsləhət görülmür. Belə ki, bu metodun müəllifinin sözlərinə görə, əks halda bu üslub uşağı bezdirə bilər. Nəticədə ayrı-ayrı sözlər söz birləşmələri və sadə cümlələrlə əvəz olunacaqdır. Ehtimal olunur ki, uşaq sözü bütovlükdə yadda saxlayır və müəyyən vaxt kəmiyyət keyfiyyətə çevrilir – o, nəinki kartoçkalarda ona tanış olan sözləri oxuyur, hətta qalan sözləri də oxuyur. Hərfin adını, əlifbanı, səslərin müxtəlifliyini uşaq oxumağı öyrənəndən sonra tanıyır. Bütün bu deyilən qaydalara əməl edənlərin demək olar ki, çox az hissəsi müsbət nəticəyə gəlir, çünki hər bir uşaq bir fərddir və xüsusi yanaşma istəyir. Bundan başqa bu metodla oxumağı öyrənəndən sonra sizin uşağınızın məktəbdə savad ilə problemi yaranacaqdır. Zaytsevin kubikləri Kubiklərin əsas çatışmamazlığı onun bahalığıdır. Bu kubiklər əyləncəli oyuncaqdırlar. Bu kubiklər taxta-qızıl, dəmir-qızıl və başqa növlərə təsnif edilir. Dəmir kubiklərin daxilinə xırda dəmir pul qoyurlar, cingiltisiz kubiklərin daxilinə isə taxta. Öyrtəmə prosesinin əsas mahiyyəti düzülüşü yadda saxlamaqdır. Kubik düzəltməsi – yazmanın və qiraətin vahididir, lakin bu heca deyildir. Kubiklərdən düzəltmə ya bir sait ola bilər, ya da bir samit, ya da bir sait ilə bir samitin birləşməsi: qa-pı (qa+pı — iki düzəltmə). Gün ərzində uşağa müəyyən formada düzəltmələr plakatlar kimi nümayiş etdirilir, yəni kubiklərin köməyi ilə düzəldilmiş sözlər nümayiş etdirilir. Bu zaman hiss orqanlarının hamısı işləyir – eşitmə, görmə və təmas. Uşaq kubiklərlə oxumağı öyrənəndən sonra, onu hərflərlə tanış edirlər. Uşağa oxumağı öyrtəmək hələ heç də ona kitablara məhəbbət hissi yaratmaq demək deyil. Uşağınızın Oxucu olması üçün sizi uzun və zəhmətli iş gözləyir. Mühüm deyildir siz uşağınızı hansı yolla oxumağı öyrədəcəksiniz. Əsas vacib olan odur ki, bundan sonra onun qarşısında yeni kitablar dünyası açılacaqdır və o, təkcə ailə üzvlərinin biliyini deyil, bütün insanlığın toplanmış biliyini əldə edə biləcəkdir. deyerler.org Hazırladı: Xədicə Təqizadə
['uşaqların inkişafı', 'metodlar', 'intellekt', 'təhsil']
945
https://kayzen.az/blog/Nesin/19669/xobxt-piik.html
Xoşbəxt pişik
pascal
Əziz Nesin satirası
9 okyabr 2016, 10:48
Dünən bir nəfər məşhur rəssam qadının əsərləri sərgisinin təntənəli açılışı idi. O sərgiyə getmək bizə də nəsib olmuşdu. Hamı tanış adamlardı. Küçədə dözülməz isti vardı. Bu, çıxış edənlərin hərarətini daha da artırırdı. İştirak edənlərdən məşhur rəssam bir qadın ümumi əhvali-ruhiyyədən vəcdə gələrək, qızğın bir nitq söyləyərkən birdən səsini dəyişdi: – Dostlar, dünən gecə bir yuxu görmüşəm. – Yəqin ki, qorxunc yuxu idi? – deyə şair maraqlandı. – Bunu sonra siz özünüz müəyyən edərsiniz. Burada yuxu yozmağı bacaran varmı? Rəssam öz yuxusunu danışmağa başladı. – … Küçə adamla dolu idi. Hərə öz yolu ilə gedir, hərə öz işi ilə məşğuldu. Mən də gedirdim. Birdən izdihamın içərisindən bir səs eşidildi: “Eyyyy!”. Hamı geri çevrildi. Biz də o dəqiqə dayandıq… – Bəs siz niyə durdunuz? – deyə heykəltaraş soruşdu. – Heç özüm bilmədim ki, niyə dayandım. Dayandıq, vəssalam. Hamı dayandı, mən də. Bir də, əzizim, axı bu, yuxu idi. Burada nə iradəbazlıqdır… Bir azdan sonra bir əmr verildi ki, hərə təbaşirlə öz dövrəsinə dairə çəksin. Bu yuxularda olduğu kimi, o dəqiqə hamının əlində təbaşir göründü. Lakin izdihamın içərisindən kiminsə səsi eşidildi: “Mənim təbaşirim yoxdur!”. Bunun cavabında deyildi: – Kimin təbaşiri yoxsa, dairəni qoy qələmlə çəksin! Bəziləri avtoqələm, bəziləri isə karandaş çıxarıb, döşəmənin üstünə dairə çəkməyə başladılar. Mən də ciblərimi axtardım, portfelimi araşdırdım, ancaq nə təbaşir tapdım, nə qələm. Məni qorxu bürüdü. Titrəməyə başladım. Məndən başqa bir neçəsinin də qələmi yoxdu. Bu adamlar qorxa-qorxa səsləndilər: “Bizim heç nəyimiz yoxdur”. Cavabında bu səsi eşitdik: “Kimin qələmi yoxsa, dairəni barmaqla çəkməlidir!”. Beləliklə, mən dabanım üstündə hərlənərək, havada barmağımla dairə çəkdim… – Dairəni niyə çəkdin? – deyə yanımda durmuş novellaçı maraqlandı. – Məgər belə hallarda “nə üçün?” soruşarlar? Yuxuda “nə üçün” və “niyə” olmur. Yuxu oldumu, hər şey bitdi. – Elədir, yuxuda da adam məntiq axtarar? – deyə artist söhbətə qarışdı. Hamı mübahisəyə qoşuldu. Yuxu məntiqli olurmu? Və nəhayət bu qərara gəldilər ki, yuxuda məntiq axtarmaq lazım deyil. Rəssam qadın öz söhbətinə davam etdi: – … Hə, belə. Hamı dairə çəkəndən sonra həmin adam komanda verdi. “İndi qoy hərə öz dairəsində dursun. Dairədən kənara çıxmaq qadağandır”. Biz yerimizdəcə donub qaldıq. İtaətkarlıqla bu dairələrdə durub bir addım ata bilmirdik. – Siz nə üçün dairədən çıxa bilmirdiniz? – deyə şair sual verdi. – Çıxa bilmirdik. – Nə üçün? – Olmazdı, vəssalam! Әgər qadağan olunubsa, necə çıxa bilərdik. Qa-da-ğandı! Başa düşmürsünüz? – Xeyr, axı, nə üçün olmazdı? – Axı, əzizim, bu, yuxu idi. Heç “nə üçün”ün yeridir? Bundan başqa… biz dairənin içərisində dustaqdıq. Novellaçı dedi: – Yaxşı, axı, sizin ki, dairəniz yoxdu!.. – Barmağımla havada çəkmişdim… Doğrudur, gözə görünmürdü, ancaq vardı… Beləliklə, durub, hamımız nə isə gözləyirdik. Nəhayət, dairədə durmaq məni usandırdı. Ondan necə çıxmaq üçün baş sındırmağa başladım… – Addımınızı atıb çıxaydınız da. – Doğrudan da… – Cənablar, insafınız olsun! Axı, mən dedim ki, bu yuxu idi… – Hə-əə?.. Dairədən çıxmaq arzusu ilə çırpınırdım. Bir anlığa öz-özümə fikirləşdim: “Görəsən təsəvvürümdə tutduğum dairəni silib, kənara çıxsam nə olar?” Barmaqlarımın arxa tərəfi ilə xəyalımda tutduğum dairəni silmək üçün əlimi uzatmışdım ki, birdən haman adam səsləndi: “Heç kəs öz dairəsini silməməlidir!” Mən eləcə yerimdə donub qaldım… İndi bizim işimiz necə olacaq, fikirləşdim ki… – Siz gərək əvvəlcədən dairəni çəkməyəydiniz… – deyə artistin səsi eşidildi. Rəssam qadın dedi: – Doğrudur, gərək çəkməyəydik. Ancaq olacağa çarə yoxdur. Dairəni çəkdim və içində dustaq oldum. Dövrəmdəki adamlara baxdım. Onların da işi çətindi. Məndən sağ tərəfdəki dairədə bir şikəst dayanmışdı. “İyirmi ildir ki, ayaqlarım tutulub, – dedi, – və bütün bu müddətdə hərəkətsiz düşüb qalmışam. Ancaq indi buradan çıxmaq arzusu içimi yaxıb-yandırır”. Mən ondan soruşdum: “Axı, sizin ayaqlarınız şikəstdir, necə gedərsiniz?” O dedi: ” Bu dairənin ləzzətini daddıqdan sonra, mənə elə gəlir ki, buradan lap qaça da bilərəm… Әgər qadağan olmasaydı, indicə çıxıb qaçardım”. Məndən arxada, yerdə bir qadın uzanmışdı. Diqqətlə baxdım. Qadın ölmüşdü. Bəli, bəli, ölmüşdü, ancaq danışırdı. Ölmüş qadın deyirdi: “Әgər bu dairələri dağıtsaydılar və mən gəzə bilsəydim…” Mən dedim: “Axı, siz canlı deyilsiniz, bu barədə fikirləşməyə dəyərmi?” Qadın dedi: “Öləndən bəri mən bir dəfə də olsun, gəzmək arzusuna düşməmişdim, lakin çəkilmiş dairədən kənara çıxmaq bizə qadağan olunan kimi məndə gəzməyə böyük bir həvəs oyanmışdır. Әgər bu dairədə olmasaydım, heç ağlıma gəlməzdi ki, mən də siz canlılar kimi hərəkət edə bilərəm”. Qarşımda bir gənc gördüm. Zavallını iflic vurmuşdu. O da dua edirdi: “Eh, nə olaydı, bir adam tapılaydı, bu dairəni dağıdıb məni xilas edəydi!” Mən dedim: “Axı siz heç barmağınızı da tərpədə bilmirsiniz. Bundan başqa dövrənizdə heç bir dairə də yoxdur”. İflic vurmuş gənc dedi: “Bəli, siz haqlısınız, mən əlimlə dairə çəkməmişəm, onu ancaq xəyalən cızmışam, ancaq yenə də onun içərisindən heç cür çıxa bilmirəm!” Bir sözlə, hamımız, intizar və naməlumluq içərisində əzab çəkirdik. Ordan-burdan səslər eşidilirdi: – Eh, bir nəfər gəlib, bizi buradan çıxarsaydı! Haradadır, elə bir xilaskar ki, cəsarət edib bu dairələri silsin…” Yavaş-yavaş hamı bu barədə danışırdı. Mən də onlardan geri qalmırdım. Hava qaraldı, gecə düşdü. Mən dəli olmaq dərəcəsinə gəlirdim. Birdən kiminsə səsini eşitdim: “Әgər biriniz dairədən çıxarsa, mən də onun dalınca çıxmağa hazıram. Әgər biriniz ayağınızı dairənin xətti üstünə qoyarsa, mən də belə edərəm”. Bir azdan yenə səs eşidildi: “Әgər bir nəfər çıxarsa, mən də…” Nəhayət, bu səs ümumi bir bağırtıya çevrildi: “Belə bir cəsur adam yoxdurmu? Bəs o haradadır? Biriniz barı çıxınız?” Belə bir adam hamı ola bilərdi, ancaq heç kəs ağız açıb, “mən” demədi. Elə bu zaman bir pişik göründü. Qaranlıqda onun gözləri köz kimi qızarırdı. Pişik sanki heç bir şey olmayıbmış kimi gəzişirdi. Yuxarı çıxır, aşağı düşürdü. Heç kəs də ona toxunmurdu. Mən pişiyə baxıb öz-özümə dedim: “Bax, həyat buna deyərəm!.. Kefi istədiyi kimi gəzir…” Məni həsəd bürüdü. Eh, mən də pişik ola bilsəydim… O, nə qədər xoşbəxtdir!.. Başqaları da dilləndi: “Biz də pişik olsaydıq…” Pişik isə sanki bizə acıq verirmiş kimi boş, qaranlıq küçələrdə gəzirdi. Bu zaman yuxudan ayıldım. Məni soyuq tər basmışdı… Hə, sizin aranızda elə bir adam tapılar ki, bu yuxumu yozsun? Orada olanlar içərisində belə bir adam tapılmadı. Bir yazıçı dedi: – Adamlar əgər insan kimi yaşamağı öyrənməsələr, hətta pişiklərə də həsəd aparacaqlar. Sonra əlavə etdi: – Mən bu barədə yazacağam. – Nə üçün? – Bəlkə sizin yuxunun iştirakçılarından biri öz dairəsindən sıçrayıb çıxa. Biri çıxan kimi o birilər də onun dalınca çıxacaqlar.
['Əziz Nesin satirası', 'xoşbəxt pişik', 'hekayə']
946
https://kayzen.az/blog/pascal/19653/x%C9%99sis.html
Xəsis
pascal
Bloq: pascal
6 okyabr 2016, 11:20
Xəsis bir adam bütün mal varlığından əmin olmaq üçün hər şeyini satıb, qızıla çevirir. Qızılları yerin altına basdırıb, arada bir nəzarət etmək üçün yoxlayır. Bu hərəkəti işçilərindən birinin diqqətini çəkir və orada xəzinə olduğundan şübhələnir. Gecə həmən yerə gedib o qızılları oğurlayır. Ertəsi günü xəsis qızılların yerində olmadığını görür. Aglayır, fəryad qoparmağa başlayır. Onu belə pərişan halda görən qonşusu səbəbi öyrənincə belə deyir: — Özünü üzmə artıq. Bir daş alıb eyni çuxura qoy və o daşın qızıllar olduğunu düşün. Çünki heç istifadə edə bilmədiyinə görə daş da eyni işi görəcəkdir. Əlimizdəkilərin sahib olmaqla deyil, onları Allah rizası üçün və doğru yerdə istifadə edə biləndə dəyəri artır. Heç bir şey mənimdir demə, əmanətdir de. Çünki nə mal, nə mülk, nə gənclik, nə sağlamlıq, nə yoldaş, nə də övlad daim səninlə qalmaz.  
['düşündürücü hekaylər', 'xəsis', 'dəyərlər', 'səxavət']
947
https://kayzen.az/blog/paint/19340/tan%C4%B1mal%C4%B1-oldu%C4%9Fumuz-%C9%99n-m%C9%99%C5%9Fhur-10-r%C9%99sm-%C9%99s%C9%99ri.html
Tanımalı olduğumuz ən məşhur 10 rəsm əsəri
Apollon
Məşhur rəsmlər və rəssamlar
3 okyabr 2016, 23:19
1. «Mona Liza» — Leonardo Da Vinçi Florensiyalı Leonardo Da Vinçi renessans dövrünün ən möhtəşəm rəssamı hesab olunur. O, təkcə rəssam kimi deyil, həm də alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, heykəltəraş, memar, musiqiçi və yazıçı kimi də tanınır. Haqqında yazılanlara görə, Da Vinçi «dağınıq» xarakterə sahib olub. O, bir neçə əsərini tamamlanmamış, yarımçıq qoyub. Da Vinçinin 1503-1506-cı illərdə yaratdığı «Mona Liza» əsəri bütün dünyada məşhurdur və incəsənətin ən dahi əsərlərindən hesab olunur. «Mona Liza»nın simasındakı ifadə — həm xoşbəxt, həm də məyus görünməsi üstü açılmayan sirr olaraq qalıb. Rəsm əsərində oturmuş halda təsvir edilən qadının yaradılmasında rəssam sfumato üsulundan istifadə edib. Sfumato — rəssamlıqda fiqur və əşyaları bürüyən havanı vermək üçün ümumi təsvirin yumşaldılması texnikasıdır. Sfumato üsulu nəzəriyyədə və praktikada ilk dəfə Leonardo Da Vinçi tərəfindən yaradılıb. 2. «Gernika» — Pablo Pikasso «Gernika» ispan rəssam Pablo Pikassonun 1937-ci il 26 fevral İspaniya Vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biridir. Bu bombardman nəticəsində çox sayda insan həlak olub və yaralanmışdı. 3. "Günəbaxanlar" — Van Qoq Vazda on iki çiçəyin təsvirindən ibarət olan «Günəbaxanlar» əsərinin müəllifi dünya şöhrətli rəssam Van Qoqdur. O, 1853-1890-cı illərdə yaşayan holland rəssamdır. Təhsilini yarımçıq qoyan rəssamın böyük istedadı var idi. Rəsm karyerasına ölümündən on il öncə başlayıb. Paris şəhərində müşahidə etdikləri ona əsərlərin canlı rənglərə üstünlük verməsini öyrətdi. Daha sonralar isə o, özünəməxsus tərzini yaratdı. Rəssam ən önəmli əsərlərini isə ölümündən iki il öncə yaradıb. Ən yaxın dostu olan Pol Qogenlə münasibətləri pozulandan sonra bir qulağını kəsir. Daha sonralar meydana gələn psixoloji sarsıntılar rəssamın intihar etməsi ilə nəticələnir. 4. «Azadlığa aparan xalq» — Ejen Delakrua Ferdinan Viktor Ejen Delekrua 1798-1863-ci illərdə yaşayan fransız əsilli rəssam kimi bütün dünyada məşhurdur. O, təsviri sənətdə romantizm cərəyanının yaradıcılarından biri hesab olunur. Delakrua 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş Böyük Fransa inqilabı motivləri əsasında «Azadlığa aparan xalq» əsərini yaratmışdı. Çoxlu hazırlıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsəyə gətirmişdi. Delakrua qardaşına yazmış olduğu 1830-cu il 12 oktyabr tarixli məktubda yazmışdı: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda, heç olmasa, onun üçün çəkərəm". İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş, dərhal dövlət tərəfindən satın alınmışdı. 5. «Adəmin yaradılışı» — Mikelancelo Mikelancelo İtaliyanın ən görkəmli rəssamlarından biridir. O, renessans dövründə fəaliyyət göstərib. Mikelancelo təkcə rəssamlıq sahəsində deyil, həm də poeziya, heykəltəraşlıq və s. istiqamətlərdə də fəaliyyət göstərib. Bütün dünyada məşhur olan «Adəmin yaradılışı» əsərinin müəllifi məhz Mikelancelodur. Əsər 1511-ci ildə yaradılıb. Əsərdə Mikelancelo Tanrı ilə Adəmin arasındakı bir barmaq ucu qədər uzaq olan məsafəni təsvir edib. Bu rəsmdə Tanrının Adəmi öz surətindən yaratdığı mesajı ötürülür. 6. «30 May, 1808» — Françisko Qoya 1814-cü ildə yaradılmış bu əsər 1808-ci il 3 may hadisələrinə həsr olunub. Daha çox portretləri ilə məşhurluq qazanan Qoya öz yaradıcılığında müasir incəsənətin ünsürlərini əks etdirirdi. Hələ uşaq yaşlarından rəssamlıqla məşğul olan Françisko Qoya 40 yaşı olanda kral IV Karlosun sarayına köçür və sarayın birinci rəssamı elan olunur. Şəxsi həyatında baş verən problemlərə görə, Qoya illər keçdikcə öz əsərlərində daha çox dərdin, iztirabın, kədərin təsvirinə daha çox yer verir. İspaniyanın işğalından təsirlənən Qoya «30 May, 1808» əsərində şiddəti və müharibəni təsvir edib. Əsərdə bəyaz köynəkli bir ispanın fransız əsgərləri tərəfindən güllələnməsi təsvir olunub. Rəsmdəki hadisələr Madriddə baş verir. Qoya bu əsəri Napoleonun əsgərlərinə qarşı çıxan, amma çarəsiz və köməksiz qalan ispan döyüşçülərinin xatirəsinə yaradıb. 7. «Anyerdə çimənlər» — Corc Pyer Sera Corc Pyer Sera fransız əsilli postimpressionist və pointillist rəssamdır. O, 1859-1891-ci illərdə yaşayıb. Rəssamlığa gətirdiyi yeni tərzi və özünəməxsusluğu ilə dünya rəssamları arasında xüsusi rola malikdir. Sözügedən rəsm əsəri sənayenin inkişafı ilə meydana gələn fəhlə sinfinin istirahət mərkəzinə çevrilən Anyerdə üzən və dincələn insanların təsviridir. Əsər rəsmdən çox fotonu xatırladır. 8. «Almalarla həyat» — Pol Sezann Fransız rəssam Pol Sezann postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsidir. O, öz yaradıcılığı ilə impressionizm və kubizm arasında körpü rolunu oynayıb. Pol Sezann öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirib. Onun əsərlərində mövcud olan rəng üslubu təkrarolunmazdır. Əsərlərində daha çox qəhvəyi, boz, qara rənglər onun işlərinə müəyyən dərəcədə kədər qatır. Pisarro ilə tanış olduqdan sonra isə Polun yaradıcılığında əlvan rənglər artmağa başlayır. Pisarronun məsləhəti ilə Pontuaza, oradan Overə köçüb, daha sonra isə Parisə qayıdıb. Emil Zolya vasitəsilə gələcək impressionizmin nümayəndələri olan E.Mane, K.Pissarro, K.Mone, O.Renuar və s. kimi rəssamlarla tanış olub. Bu illərdən başlayaraq, Pol Sezann rəssamlar arasında tanınmağa başlayıb, impressionistlərin keçirdikləri 1874-cü və 1877-ci il sərgilərində iştirak edib. İlk pərəstişkarları arasında əsərlərinin kolleksiyaçısı olan Viktor Şoke xüsusi yer tutur. 9. «Rəssamın anası» — Ceymz Uistler Rəssamlıq karyerasına əsgərlikdə olarkən başlayan Uistler üç il dəniz xəritəçiliyi sahəsində professional kimi çalışıb. Onun rəssamlığa və incəsənətə olan xüsusi marağı Uistleri Parisə köçməyə vadar edir. Burda müxtəlif rəssamlarla tanış olan Uistler realizm sahəsində çəkməyə başlayır. Uistlerin ən məşhur əsəri «Rəssamın anası» əsəridir. Daha çox boz, bəyaz və qara rənglərə üstünlük verdiyi bu rəsmdə oturan yaşlı bir qadının profildən təsviri verilib. Rəsm əsərindəki qadının geyim tərzinin Viktorian dövrünə aid olması rəssamın ötürmək istədiyi mesaj kimi izah olunur. 10. «Sabahınız xeyir, cənab Kurbe» — Qustav Kurbe Qustav Kurbe XIX əsrdə fəaliyyət göstərmiş fransız rəssamdır. O, XIX əsrin realizm cərəyanının yaradıcılarından biri hesab olunur. Kurbe realizm cərəyanının yaradıcısı və bu termini gətirən ilk rəssam olaraq şöhrət qazanıb. Bir sənətkar olaraq təbiət və dəniz mənzərələri, eləcə də, məcazi kompozisiyalarla yanaşı, həm də sosial mövzulara toxunur, kasıbların ağır iş şəraitini əks etdirən əsərlər yaradırdı. Qustavın əsərləri nə romantizm, nə də neoklassisizm cərəyanının içində özünə yer tapa bildi. Rəssam realizmlə bağlı düşüncələrini anarxizmlə birləşdirdi və müəyyən izləyici kütləsi qazandıqdan sonra demokratik və sosialist çıxışlar etməyə başladı. Kurbenin realizm tərzindən ondan sonra gələn bir çox rəssamlar təsirləndi. Bunların arasında alman rəssamlar Vilhelm Leybl, Pol Sezann və Ceyms Makneyl Vistler də vardı.
['məşhur rəssamlar', 'məşhur rəsmlər']
948
https://kayzen.az/blog/qadinlar/19564/indira-qandi.html
İndira Qandi
Apollon
Məşhur qadınlar
30 sentyabr 2016, 19:48
İndira Qandi Brejnevlə dostluq edirdi, Mao ilə münasibətlərdə isə soyuqluq yaşanırdı. Səbəb Çindəki qeyri-demokratik ab-hava, üstəlik, çinlilərin Tibeti işğalı nəticəsində, Hindistana axışan qaçqınlar idi... Və Atom boması – bəli, atom bombası İndiranın ideyası idi. Pakistanla münasibətlər gərgin həddə çatmışdı. Qandi müdafiəyə inanılmaz pullar xərcləyirdi... Bəs İndira Qandinin ən böyük səhvi hansı idi? Qərb iki milyon kasıb hindunun dölsüzləşdirilməsini faşist aksiyası kimi dəyərləndirdi. Bəli, bu xanım siyasətçinin ən böyük yanlış addımı idi. Bunu etmək lazım deyildi. Amma siyasi liderlər tərəfindən təzyiqlər edilirdi, həmçinin, İndiranın oğlu da kasıb kişilərin dölsüzləşdirilməsinin yoxsulluğun artmasının qarşısını alacağına ümid bəsləyirdi. Hökümət milyonlarla ac uşağın öldüyünü görürdü, odur ki, konkret addımlar atmaq lazım idi… O yalnız Hindistanda deyil, bütün dünyada əfsanəyə çevrilməyə bacardı. Qadın siyasətçi, amma ilk növbədə, qadın… İndiraya simvol, əlində hakimiyyət olan biri və ya düşmən kimi baxanda onun nələr çəkdiyini bir özü bilirdi. Kişidən fərqli olaraq, qadına hakimiyyət başında olmaq daha çətindir. O, səhv edə, zəiflik göstərə bilməz. Əgər kişiyə adi bir cəhd etmək kifayət edirsə, qadın mükəmməl olmalı, ona olan inamı təmin etmək üçün qəhrəmana çevrilməlidir. Köməkçilərinin məsləhəti ilə davranıb qərar verdiyi vaxtlar onu “səfeh gəlincik” adlandırırdılar. Amma o, tarixə müdrik siyasətçi və Hindistanın sevimli qızı kimi düşdü. İndira Qandi atası ilə fəxr edən qız, sevimli həyat yoldaşı və ana idi. Bütün qadınlar kimi, o da gözəl olmağı arzulayırdı, bununla yanaşı, ailə və evdən ibarət olmayan xoşbəxtlik axtarırdı. Onun dünyası böyük idi. İndira xalqının, bütün Hindistanın xoş gününü görmək istəyirdi. Xanım Qandi məhz bu arzusuna – insanları xoşbəxt etmək, yaşayış şəraitini yaxşılaşdırmaq arzusuna bütün həyatını həsr edir. O, çox qurbanlar verməli oldu, şəxsi həyatı ictimailəşdi. Bu çox çətindir, sən daim güclü olmalısan, minlərlə insan taleyinin asılı olduğu qərarlar verməlisən – düzgün qərarlar... İndira Qandi Hindistanın azadlıq uğrunda mübarizə aparan parlaq siması baş nazir Cəvaharlal Nerunun yeganə qızı idi. “Erkən yaşlarımdan qeyri-adi insanıların əhatəsindəyəm və qeyri-adi hadisələrin iştirakçısıyam. Uşaqlığım da bu şəraitdə keçib” – Qandi xatırlayırdı. Hələ o vaxt Hindistanda azadlıq uğrunda nümayiş edən insanların ingilis əsgərləri tərəfindən güllələndiyinin şahidi olduqdan sonra İndira xaricdən gətirilən gəlinciyini oda atmışdı… Onun ailəsi də xarici mallardan imtina etmişdi. Atası həbsdə olanda qızına oradan yazırdı. Sonralar Cəvaharlal Nerunun “Qızıma məktublar”ı kitab şəklində nəşr olundu. İndiranın atası, sözsüz ki, qızının dünyagörüşünə təsir göstərmişdi və İndira: “Həyatın həqiqi yolu – həqiqət, zor tətbiq etməmək və məhəbbətə əsaslanır” – qeyd edirdi. Xanım siyasətçi tez-tez atasını xatırlayır və atasının ona xeyir-dua verəcəyinə ümid edirdi: “Atam dövlət əri idi. Mən, sadəcə, qadın siyasətçiyəm. Atam müqəddəs idi, mən isə yox”… İndira Qandi Avropada təhsil alırdı. Oksforddan qayıdan xanım Qandi vəkil Feruz Qandi ilə ailə həyatı qurur. Feruz İndiranın həyat yoldaşı olmaqla yanaşı, ona dayaq, dost idi. Başqa dinə və daha aşağı kastaya aid olmasına baxmayaraq, İndira onun həyat yoldaşı oldu və ona Raciva və Sancay adında iki oğul bəxş etdi. Bəs İndira xoşbəxt idi? O, güclü, hökmlü qadın idi, şəxsi həyatı barədə danışmağı sevmirdi. Feruza isə belə qadınla yaşamaq çətin idi. İndira özünü xalqına həsr edir. 1966-cı ildə o, Hindistanın ilk qadın baş naziri olur. Xanım Qandi deyirdi: “Düşünmürəm ki, kişilər qadınlardan daha çox azad edilib”. İndira ilə fəxr edirdilər, amma səhvlərini də bağışlamırdılar. Və elə bir gün gəldi ki, bütün ömrünü xalqına həsr edən insanı həmin xalq dəstəkləmədi. Ancaq İndira onda da təslim olmadı və bir neçə ildən sonra yenidən zirvələrdə göründü. Onu daim ölümlə hədələyirdilər, fəqət İndira həmişə öz bildiyi kimi, hərəkət edirdi. O, qəddar olmağı bacarırdı, özünə və ətrafa qarşı… İndira ərini, atasını və kiçik oğlunu itirsə də, işləməyə davam etdi. O deyirdi: “Dünya seçilmişlər üçün qəddar məkandır, xüsusilə, hiss etməyi bacaranlar üçün”... O isə hiss etməyi bacarırdı, və nəinki öz ağrısını, həmçinin, bütün Hindistanın ağrısını… İndira Qandinin həyatı qələbə, uğursuzluqlar, öz yolunda sonsuz inamdan ibarətdir. O, qanının hər bir damlasının Hindistana aid olduğunu söyləyirdi. Hindistanın qızı 1984-cü ilin 31 oktyabr tarixində öz şəxsi mühafizəçisi tərəfindən qətlə yetirildi.  İndira Qandinin seçilmiş sitatları: Son üç ildə çox yorulmuşam, işlərdən kənarlaşmasam, ölə bilərəm. Uzun illər ailəmə və dövlətimə xidmət göstərmişəm. İndi artıq başqa həyat yaşamaq istəyirəm. Amma ola bilsin, ona hazır olmaya bilərəm. (İ. Qandinin Oksforddakı rəfiqəsi Doroti Normana məktubundan) Təcrübəm deməyə əsas verir ki, əgər insanlar sənin əleyhinə nəsə edirsə, son nəticədə, bu sənin xeyrinə olacaq. Heç bir hindistanlı siyasətçi xalqa inəyin yeyilə biləcəyini izah etməyə cürət etməz. Tarix ən pis şagirdləri olan ən yaxşı müəllimdir. Azadlığa gedən yol yoxdur, çünki azadlıq özü yoldur. Aytən Cavanşir
['məşhur qadınlar', 'siyasətçi qadın', 'İndira Qandi']
949
https://kayzen.az/blog/fotosessiya/19616/yaponlar%C4%B1n-haz%C4%B1rlad%C4%B1qlar%C4%B1-qeyri-adi-%C3%A7%C9%99tirl%C9%99r.html
Yaponların hazırladıqları qeyri-adi çətirlər
pascal
Fotosessiya
29 sentyabr 2016, 10:20
Yağışlı havalarda yanımızdan ayırmadığımız çətirlər lazımlı əşyalarımızdan biridir. Yapon mütəxəssislərinin hazırladığı, bu günə qədər görmədiyiniz və özünüzün sahib olmaq istədiyiniz maraqlı və qeyri-adi çətirlərə baxmaq belə zövq vericidir, nəinki sahib olmaq.
['çətirlər', 'maraqlı', 'qeyri-adi çətirlər', 'fotosessiya']
950
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/19565/xo%C5%9Fb%C9%99xt-evliliyin-q%C4%B1z%C4%B1l-qaydalar%C4%B1.html
Xoşbəxt evliliyin qızıl qaydaları
Apollon
Xoşbəxt ailə
27 sentyabr 2016, 13:19
Hər kəs ailə qurduqda xoşbəxt olmaq istəyir. Lakin çox zaman bu xoşbəxtlik üçün qarşı tərəfdən addım gözləyirik. Ailə isə əvvəlcə iki, daha sonra bu iki insanın dünyaya gətirdiyi övladların bir-birinə bəxş edə biləcəyi sevinc, qayğı, diqqət, hörmət sayəsində xoşbəxt olur. ABŞ-ın qabaqcıl dərgilərindən biri xoşbəxt evliliyin 25 qaydasını oxucularla paylaşıb. 1. Bir-birinizin ən yaxşı dostu olun. Seks əhəmiyyətini itirdikdə birlikdə edəcəyiniz şeylərdən zövq alsanız, bir-birinizdən qopmazsınız. 2. Lazım olduqda evdə həyat yoldaşınızın istəyinə uyğun dəyişikliklər edin. 3. Pula görə əsla dava etməyin. 4. Ac və yorğun olan zaman əhəmiyyətli və həssas mövzuları müzakirə etməyin. 5. Həyat yoldaşınız evə gələndə onunla hörmətli bir qonaq kimi davranın. 6. Axşamlar fiziki təmasa keçə biləcək qədər yaxın oturun. 7. Birlikdə gülün. 8. Mümkündürsə, hamam otaqlarınız ayrı olsun. 9. Qadınların sevilmək üçün əzizlənməyə, kişilərin sayılmağa ehtiyacı olduğunu unutmayın. 10. Ayda bir dəfə də olsa, ikiniz birlikdə nəsə edin. 11. "Əvvəl mən" deməyin. 12. Uşaq sahibi olun. 13. Davamlı pis halları gündəmə gətirməyin. 14. Gözəl zamanlarınızı xatırlayın. 15. Boşanmaq ağıla gələn ilk variant olmamalıdır. 16. Ehtiraslı olun. 17. Bir-birinizi dəstəkləyin və digərinin fərdi fəaliyyətlərini qəbul edin. 18. Əvvəllər sahib olduğunuz ən yaxşı dostunuzu unudun, indi yeni və ən yaxşı dostunuz var. 19. Seks həyatınızı maraqlı edin. 20. Evliliyinizə mənfi təsiri olan qohumlarınızdan uzaqlaşın. 21. “Xahiş edirəm”, “Zəhmət olmasa”, “Zəhmət oldu” kimi sehrli ifadələrdən istifadə etməyi unutmayın. 22. Bir-birinizin fərqli tərəflərinə, xüsusiyyətlərinə hörmətlə yanaşın. 23. Uşaqlar olmadan, ikiniz birlikdə səyahətə çıxın. 24. Ortaq xəyallarınız olsun. 25. Bir-birinizin yaşlanma, yetkinləşmə müddətini izləyin və maraq göstərin. aile.lent.az
['evlilik', 'xoşbəxt evlilik', 'ailə həyatı', 'nikah', 'xoşbəxt ailənin sirləri']
951
https://kayzen.az/blog/qadinlar/19387/liv-ulman.html
Liv Ulman
Apollon
Məşhur qadınlar
25 sentyabr 2016, 20:01
Səhnədən “Persona”ya… Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə dünyaya göz açıb. Məktəb təhsilini bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveç şəhərinə köçür. Sənətə teatrdan gələn aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən “Roqaland” teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olub onu çəkəcəyi “Persona” filminə dəvət edir. Həddindən artıq utancaq və sadə xasiyyətli Liv İnqmar Berqmanın bu təklifinə hədsiz şad olsa da çox həyəcanlanır. Həmin vaxt Livin iyirmi beş Berqmanın isə qırx altı yaşı olur. “Persona” filminin çəkilişləri vaxtı onlar bir-birlərinə aşiq olurlar. Liv daha gənc olduğundan hislərini daha tez biruzə verir. Xatirələrində hər səhər göz yaşları içərisində ayılıb çəkilişə getdiyini deyən Ulman rejissorun da ona biganə qalmadığını qeyd edir: “Çəkiliş arası fasilələrdə mən həmişə bir kənara çəkilib kitab oxuyurdum. Operatorla Berqman isə elə hey məşğul olurdular. Onlar kameradan uzqlaşmasalar da mən hərdən bir onlar tərəfə nəzər yetirəndə Berqmanın daima mənə tərəf baxdığını görürdüm. Bu isə mənim xoşuma gəlirdi.” Rejissor isə Livə yazdığı məktublarının birində məhəbbətini belə izhar edir: “Sevgili Liv, hər yerdə varsan. Pəncərədən süzülən işıqda, yataqda, stulda, hamamın qapısında… Səni şüşə divarın arxasından görmək mənə cəhnənnəm əzabı yaşadır. Mənimlə bir əlaqə yaratmağın üçün dua edirəm. Sanki vücudumda dəri yoxmuş kimi bütün qəlbim səni arzulayır. Qadınlığın və şəfqətinlə məni al və qollarınla qucaqla.” Forye adasında yaşanan sevgi dolu illər… “Persona” filminin çəkilişləri bitən kimi Liv əşyalarını da yığışdırıb Norveçə geri dönür. Onu bu addımı atmağa aradakı yaş fərqinin çoxluğu və Berqmana daha çox bağlanma qorxusu vadar edir. Berqman isə firkiləşmədən bir neçə gün sonra Ulmanın ardınca Norveçə gedir. Onu tanıyan bir neçə yaxın adamdan və ən yaxın rəfiqəsi Bibi Andersondan Livi xəbər alıb onun yaşadığı evə gəlir və aktrisaya məhəbbətini bildirib onunla birlikdə yaşamasını xahiş edir. Lakin həmin vaxtı onlar hər ikisi ailəli idilər. Liv isə Berqmandan uşaq gözləyirdi. Aktrisa qeyri-münasibətini ərinə açıqlamağa ürək etmir. Bu barədə anası qədər sevdiyi qaynanasına məktub yazıb ərinin evini tərk edir. Berqman onu ilk dəfə tanış olduqları Baltik dənizinin sahilində yerləşən Forye adasına gətirir. Orada isə Livi inanmayacağı bir sürpriz qarşlıayır. Berqman onların birgə yaşayacağı evi məhz həmin adada inşa etdirir. Onlar qanuni nikaha girməsələr də həmin gündən etibarən birlikdə yaşamağa başlayırlar. Qısqanclığn gətirdiyi ayrılıq… Günün çox hissəsini öz otağında ssenarilərini yazmaqla, kitab oxumaqla keçirən Berqman Livə qarşı çox qısqanc və tələbkar olur. Evə heç kimi qonaq qəbul etməməyi və onun icazəsi olmadan harasa getməyi aktrisaya qadağan edir. Bir müddət sonra aktrisa analıq səadətini yaşayır. 1966-cı ildə onların Linn adlı qızları dünyaya gəlir. Lakin qızlarının olması belə onların ailəsindəki söz-söhbəti azaltmır. Əksinə rejissor hər gün daha çox qısqanc və dözülməz olmağa başlayır. O, Livi ətrafda olan hər kəsə qısqanır, onu evdən bayıra buraxmır, çəkilişlər zamanı isə aktrisaya olmazın əziyyətlər verməyə başlayır. Ulmanın sadə və həlim xasiyyəti ailəsində baş verənləri sakitliklə qarşılamağa məcbur edir. Lakin vəziyyət getdikcə dözülməz həddə çatır. İnqmar və Liv ayrılmağa qərar verirlər. Aktrisa qızının və özünün əşyalarını yığıb evi tərk edərək Norveçə ailəsinin yanına yola düşür. Oradakı teatrda işə düzələrək işləməyə başlayır. Mənim kiçik və sevimli dostum… Ara sıra aktrisaya məktub yazan İnqmar bir məktubunda belə yazır: “Liv, indi bu ayrılığın nə qədər lazımlı olduğunu anlayıram. Əks halda bir-birimizi oda atmış olacaqdıq. Və biz hələ də yaşamağı bacara bilərik. Daima fiziki və mənəvi ağrı duyuram. Sən məni başa düşürsən. Səni sevirəm. Mənim kiçik və sevgili dostum.” Berqmanla ayrılığı həzm edə bilməyən aktrisa özünü bütünlüklə teatrdakı işinə həsr edir. Elə həmin ərəfədə Liv Hollivudda filmə çəkilmək üçün yaxşı təkliflər alır. Tezliklə Hollivuda gelən aktrisa gözlənilməz tamaşaçı sevgisi ilə rastlaşır. Ard-arda dörd filmə çəkilən Liv xeyli teleşouların, proqramların qonağı olur. Elə həmin dövrdə onun “Dəyişikliklər” adlı avtobioqrafik kitabı çap olunur. Aktrisa kitaba uşaqlıq, gənclik illərindən bəhs edən xatirələrini daxil edir. Həmçinin çəkildiyi filmlərdə baş verən maraqlı əhvalatları, İnqmarla olan bərabərlikləri zaman yaşananları da qeyd etməyi unutmur. Gündən günə məşhurlaşan aktrisa tezliklə digər məşhur rejissolardan və Berqmandan iş təklifləri almağa başlayır. Aktrisa ilə Berqmanın ailə həyatı müvəffəqiyyətsiz olsa da, onların dostluğu və işbirliyi uzunmüddətli olur. Belə ki, sonralar ona məşhurluq gətirən ən yaxşı rollarını İnqmar Berqmanın filmlərində yaradır. “Canavar vaxtı”, “Qorxu”, “Pıçıltı və qışqırıq”, “Payız sonatası”, “Sarabanda” kimi filmlərə çəkilən aktrisa 90-cı illərin əvvəlində özünü rejissor kimi də sınayaraq altı film çəkir. Heç vaxt ailə həyatı qurmayan aktrisanın adı həm də rus rejissoru Andrey Konçalovski ilə hallanır. Aktrisaya vurğun olan Konçalovski onu özünün axtarıb tapdığını bir günün içərisində təyyarə ilə Norveçə uçduğunu qeyd edir. Rejissorun hər hansısa iş təklifi edəcəyini gözləyən aktrisa onunla görüşüb işlədiyi teatrın kafesində nahar edir. Lakin Liv biləndə ki, Konçalovski ancaq onu görmək üçün Norveçə gəlib bundan xeyli mütəəssir olur. Liv rejissoru evinə qonaq dəvət edir. Onlar gecə səhərə qədər şərab içib söhbətləşirlər. Sonralar o, Konçalovskinin dəvəti ilə bir neçə dəfə Moskvaya səfər edib maraqlı kino layihələrdə iştirak edir. Aktrisa sonuncu dəfə 2013-cü ildə Georq Massın “İki həyat” filminə şəkilib. Liv Ulman hal-hazırda yetmiş altı yaşındadı. O, qızı və nəvələri ilə birgə Norveçdə yaşayır. Tərcümə etdi: Samirə Əşrəf
['məşhur qadınlar', 'aktrisa', 'Liv Ulman']
952
https://kayzen.az/blog/DMF/19595/b%C9%99n%C3%B6v%C5%9F%C9%99-b%C9%99nd%C9%99-d%C3%BC%C5%9F%C9%99.html
Bənövşə - bəndə düşə
pascal
Düşüncələrim, münasibətim, fikirlərim
25 sentyabr 2016, 11:36
Bənövşə — bəndə düşə, Sizdən bizə kim düşə?... Bu uşaq oyununu uşaqkən hər kəs oynamasa da oyunda deyilən ilk bəndi əminəm ki, hər kəs ən az bir dəfə eşidib və bilir. Uşaqkən bu oyunun mahiyyətinə varmaq ağlımdan da keçməyib. Sadə uşaq oyunu kimi qəbul edib, 2 hissəyə ayrılmış dəstələrin bir-birinin əllərindən tutub səf quraraq üzbəüz dayandığı insan zəncirindən bir uşağın adı çəkildikdən sonra ayrılıb, sürətlə qaçaraq o biri dəstənin zəncir kimi birləşən əllərini qırmağa çalışdığı güc oyunu kimi anlamışam həmişə. Bəlkə də düşünəcəksiniz ki, elə belədir də. Başqa nə məna axtarırsan ki, adi uşaq oyununda? Mən də sizin kimi düşünürdüm. Ta ki, dünən təsadüfən «Azərbaycanfilm»in istehsalı olan "Xoşbəxtlik qayğıları«nın finalının bu uşaq oyunuyla sonlandığına baxana qədər. Sən demə, adi bildiyimiz bu uşaq oyunu bizə çox şey anladırmış. Aranızda bu filmə baxanlar varsa, bilər. Baxmayanlara isə tövsiyə edərdim baxsınlar. Həmişə Hollivud filmlərini reklam edib interpretasiya etməyəcəyik ki. Bizim də baxılası maraqlı, mənalı filmlərimiz var. Elə bu film kimi. Əvvəlcə film haqqında qısa məlumat verim. Film insan xoşbəxtliyinin, ailə səadətin maddi nemətlər üzərində qurulmamasından, hər şeyin maddiyyatla ölçülməməsindən bəhs edir. 5 qızı və bir oğlu olan Rüxsarə ananın həyata baxışı bir az fərqlidir. Oxudub, boya-başa çatdırdığı qızlarının evlilik yaşına çatdığında onların quracağı gələcək ailə qayğıları ananı narahat edir. Hər dəfə qonşularda qızların təmtəraqla, çoxlu cer-cehizlə gəlin köçməsini görən ana bu imkanı öz qızlarına verə bilməməsinin nigaranlığını çəkir. Ananın da arzusu qızlarını eynilə belə — cer-cehizlə, necə deyərlər, „dədə-baba qaydasıyla“ ər evinə yola salmaqdır. Oğlu — qızlarına ata əvəzi saydığı İbrahim anası kimi düşünməsə də, ailə səadətini verilən cehizlə, mebellə ölçülməsində görməsə də anasının xətrinə dəymək istəmir. Onun arzusunun həyata keçməsi naminə (zavodda yüksək dərəcəli ustadır) işindən əlavə əlindən gəldiyi və gəlmədiyi qədər, hətta bacarmadığı işə girişərək başqalarının bağında, qonşuluqda yerləşən avtomobil təmiri sexində işləyib bacılarına cehiz pulu qazanmağa çalışır. Bacılar isə nə ana, nə də qardaşları kimi düşünmürlər. Onlara görə sevgi, ailə xoşbəxtliyi heç bir maddi nemətlə ölçülmür. Sevdiyin insanla anlaşa bilmək, əl-ələ verib xoşbəxt həyatın təməlini qoymaq nə təmtəraqlı toy keçirmək, nə özünü borca-xərcə salıb cehiz alıb aparmaqla deyil. Qızlar, əsas da Gülxar dəfələrlə bu fikrini anasına, qardaşına bildirsə də, xeyri olmur. Nəhayət o, etirazını evi tərk edərək bildirir. Qardaşı İbrahim onu axtarıb tapandan sonra qardaşının fikrinin dəyişdiyini görən Gülxar evə qayıdır.  Filmin 2 yerində: bir əvvəli, bir də finalında həyətdə, yazımın əvvəlində adını çəkdiyim həmən uşaq oyunu göstərilir. İlk oyun səhnəsində uşaq zənciri qıra bilməsə də, son səhnə — filmin finalı uşağın bu zənciri qırması ilə tamamlanır. Rejissorun, ümumiyyətlə, filmin çatdırmaq istədiyi mesajı yəqin ki, anladınız. Film 1976-cı ildə çəkilib. Üstündən 40 il keçməsinə baxmayaraq hələ də bu günümüzlə səslənir, hələ də öz aktuallığın qoruyub saxlayır. „Dədə-baba qaydası“ dediyimiz, mentalitet bildiyimiz, əslində köhnəlmiş və bizləri incidən, içdən yeyib-bitirən bu adət-ənənələrimizə qarşı hələ də aciz davranırıq. „O nə deyər“, „bu nə fikirləşər“ düşüncəsiylə özünü sıxan gənclər və ya ailələr imkan yetmədiyi halda borca düşüb, banklardan kredit çəkib toy-düyün, nişan, xonça, qır-qızıl, təmtəraqlı cer-cehiz vermək dərdiylə özlərini elə çətinliyə salırlar ki, toydan sonra da bunun stresindən aylarla çıxa bilmirlər. Bu da istər-istəməz ailədaxili gərginliklərə, mənasız münaqişələrə yol açır, yeni qurulmuş ailənin kövrək fundamentinə sızan su kimi elə ilk gündən ailənin təməl daşlarını laxladmağa başlayır. Lokal, sanki heç köhnəlməyəcək, əksinə, getdikcə artan bəzi mental problemlər o oyundakı tək, qarşımızı kəsən insan zənciri kimi səfə düzülüb. Oyunda zənciri qırmağın mükafatı bir nəfəri qazanmaqdır. Eləcə də bizi əzən, həyat tərzimizə çevrilən, nəsildən-nəsilə keçən bu mənasız qaydaları, vərdişləri qırmaq da yeni, rahat bir adətin təməlini qoya bilmək qazancı verəcək bizlərə. Gücümüz yetsə, mənəviyyatımıza hakim kəsilən mənasız adət-ənənələr zəncirini qıra bilsək qazancımız çox olacaq. Yox, əgər bacarmasaq, elə o oyunda deyildiyi kimi, özümüz bu sadaladıqlarımızın əsiri olacağıq. Bənövşə — bəndə düşə, Sizdən bizə kim düşə?Bizim zənciri qırsan,Bir nəfər apararsan.Əgər qıra bilməsən,Özün əsir olarsan. Bu film insanların özlərinin yaratdıqları çətinliklərin, lazımsız adətlərin istənilən halda öhdəsindən gəlməsinə və yeni normaların yarana bilməsinə verdiyi gözəl ismarışdı. Mesajı anlasaq da tətbiqi üçün passiv fəaliyyət mövqeyində dururuq təəssüf ki. Axı biz mənasız adət-ənənələrə kor-koranə sadiq qalan xələflərik. P.S Yeri gəlmişkən, bu gün toyu olan, evlənən bütün gəncləri təbrik edir, onlara əsl ailə səadəti, xoşbəxt həyat, bir-birini anlaya bilən, qarşılaşdıqları çətinliklərin öhdəsindən birlikdə gəlməyi bacaran güc və bu gücü yaradacaq böyük sevgi arzulayıram!
['düşüncələrim', 'münasibətim', 'fikirlərim', 'film', 'uşaq oyunu']
953
https://kayzen.az/blog/bloq/19590/infoqrafika-haqq%C4%B1nda.html
İnfoqrafika haqqında
kotler
İnfoqrafika
23 sentyabr 2016, 23:25
Infoqrafika adından da görunduyu kimi informasiyanı qrafik şəkildə təsvir edən məlumat tipidir. Nəzərə alanda ki,beynimiz əldə etdiyiinformasiyanın 90%-ni vizual şəkildə qəbul edir, göruntu əsasında yaranan məlumatların nə qədər əhəmiyyətli olduğunu başa duşərsiniz. Bəli, biz adi mətn (tekst) materiallarına nisbətən vizual təsvirləri 6000 dəfə daha surətlə qavrayırıq. Daha bir maraqlı fakt: insanlar veb-saytlarda mətnin yalnız 28%-ni oxuyur, çunki beynimiz vizual ipucları axtarır. İnfoqrafika isə mətni göturur, onu asanoxunan formada vizuallaşdırır, datanı daha yaddaqalan və anlaşılan formada təqdim edir. Məsələn,balinalar haqda xeyli məlumat oxumaqdansa aşağıdakı sadə bir infographics daha gözəldir,deyilmi? İlk baxışdan adama gəlir ki, onu hazırlamaq çox əziyyətli işdir. Qətiyyən! Canva-nın sadə texnologiyası ilə bunu rahat etmək olar. Rahatı odur ki, sadə bir şablon uzərində drag-and-drop funksiyasıyla mətni,şəkli, istədiyiniz elementi çəkib bir neçə kliklə lövhəyə yapışdırırsınız.Vəssalam.
['infoqrafika']
954
https://kayzen.az/blog/pascal/19577/%C5%9Fahmat-v%C9%99-n%C9%99rd-haqq%C4%B1nda.html
Şahmat və Nərd haqqında
pascal
Bloq: pascal
22 sentyabr 2016, 11:29
Şahmat Hindistanda yaranmış klassik bir strategiya oyunudur. Əfsanəyə görə hind imperatoru məsləhətçilərinə, uşaqlarının döyüşdə yaxşı düşünən, uğur qazana bilən bir sərkərdə olmaları üçün yol göstərməsi haqqında təlimat verir. Bu təlimat üzrə imperatorun məsləhətçilərindən Herssabbin Dahir adlı bir hind mütəfəkkiri şahmat oyununu kəşf edir. Hind imperatoru bu şahmat oyununu, yanında bir məktub ilə birlikdə hədiyyə olaraq fars imperatoruna göndərir. Məktubunda oyunla əlaqədar heç bir şərh vermir, yalnız: Fars imperatoruna: Kim daha çox düşünür, kim daha yaxşı bilir, kim daha çox irəlini görürsə, o qazanar. Bax, HAYAT BUDUR!" yazır. Fars imperatoru bu məktubu dövrün ən alim, müdrik vəziri olan Büzür Mehir ilə paylaşır və ondan əvvəlcə oyunu aydınlaşdırmasını, sonra da qarşılıq olaraq hind imperatoruna hədiyyə etmək üçün başqa bir oyun icad etməsini istəyir. Büzür Mehir 10 gün müddətində nərd oyununu icad edir. Onun tərəfindən hazırlanan nərd oyunu dünyanın ən məşhur oyunlarından biridir. Zaman məfhumundan ilham alaraq hazırlanan bu oyun son dərəcə təsir edicidir. Nərdin 4 küncü 4 mövsümü, içindəki qarşılıqlı 6 xana 12 ayı, oyun daşlarının sayı ayın 30 gününü, qara-ağ rəngdə olması gecə və gündüzü, qarşılıqlı 12 xana isə günün 24 saatına işarədir. Nərddə 4500-ə yaxın hücum ehtimalı olduğundan oyunda ustalaşmak əhəmiyyətlidir. Ancaq zərlərin şansı simvolizə etməsini nəzərə alaraq şans (bəxt) amili də önəmlidir. Büzür Mehirin icad etdiyi oyunu çox bəyənən fars imperatoru hind İmperatorunun hədiyyəsinə qarşılıq olaraq nərd oyununu göndərir. Hədiyyəsi ilə birlikdə göndərdiyi məktubda isə belə yazır: "Hind imperatoruna: Bəli, Kim daha çox düşünür, kim daha yaxşı bilir, kim daha çox irəlini görürsə, o qazanar. Amma bir az da şans gərəkdir. Bax, HAYAT BUDUR! "
['hekayə', 'şahmat', 'nərd', 'oyun', 'tarixi hekayə']
955
https://kayzen.az/blog/aforizmler/19557/%C9%99n-b%C3%B6y%C3%BCk-h%C9%99qiq%C9%99tl%C9%99r-%C9%99n-sad%C9%99-%C5%9Feyl%C9%99rdir.html
Ən böyük həqiqətlər – ən sadə şeylərdir
Apollon
Hikmət dənizi və aforizmlər
20 sentyabr 2016, 21:06
Hakimiyyət öz gücünü xalqın savadsızlığından alır, özü də bunu bilir, odur ki, həmişə maarifçiliklə mübarizə aparacaq. Hamı insanlığı dəyişdirmək haqqında düşünür, heç kəs özünü dəyişdirmək haqda düşünmür. Yaxşı şeylər gözləməyi bacaran adama gəlir. Güclü insanlar həmişə sadə olurlar. Qoy hər kəs öz qapısının ağzını süpürsün. Onda bütün küçə təmiz olar. Hamıya elə gəlir ki, bizi yaxşı olduğumuzdan sevirlər. Heç ağlımıza gəlmir ki, bizi yaxşı olduqlarına görə sevirlər. Sevgisiz yaşamaq daha asan olardı. Amma nə mənası olardı o həyatın?! Məndə sevdiyim hər şey yoxdur. Amma əlimdə olan hər şeyi sevirəm. Dünya əziyyət çəkən insanların hesabına fırlanır. Ən böyük həqiqətlər – ən sadə şeylərdir. Məsələ çox bilməkdə deyil, lazım olanı bilməkdədir. İnsanlar adətən öz vicdanlarının təmizliyilə qürrələnirlər, çünki yaddaşları zəifdir. Elə bir yaramaz yoxdur ki, axtarsa, hansısa baxımdan, özündən daha yaramazını tapmasın. Buna görə özlərindən razı olurlar. Şər içimizdədir, yəni çıxarılması mümkün olan yerdə. İnsan həmişə xoşbəxt olmalıdır, xoşbəxtlik yoxdursa, harada səhv etdiyini yoxla. Hamı plan qurur, sabaha çıxıb-çıxmayacağını bimədən. Elə şərait yoxdur ki, insan alışa bilməsin, bütün ətrafdakıların o şəraitdə yaşadığını bilən adam üçünsə alışmaq daha asandır. Ən heyrətamiz yanılmalardan biri budur: insan xoşbəxtliyinin heç nə etmədən oturmaq olduğunu düşünürlər. Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxtdir. Lev Tolstoy 
['aforizmlər', 'hikmətli sözlər', 'Lev Tolstoy']
956
https://kayzen.az/blog/poeziya/19540/vaxt%C4%B1nda-yet-k%C3%B6m%C9%99y%C9%99-%C5%9Firing%C3%BCl-musayeva.html
Vaxtında yet köməyə/Şiringül Musayeva
ShiringulMusayeva
Poeziya
17 sentyabr 2016, 00:13
Günəş, qəlbimizə  nur  payla,  gəl  vaxtında. Ağ  buludlar, yağış göndər  Insanlara vaxtında. Vaxtında  coşdur qanımızı, gözəl bahar. Vaxtında  kədər  gətir,  kədərli qış. Vaxtında kömək edin dara  düşənlərə  ,insanlar. Vaxtında çatın harayına  əli hər yerdən üzülənin. Vaxtında sev məni,əzizim, Yoxsa  qəlbim  sevməz səni heç zaman. Nifrətə layiqdir bilin hər zaman Gecikmiş haraylar,  gecikmiş səslər. Sonradan saf-  çürük  edib hər  şeyi, xeyirini güdüb, şərini güdüb, Köməyə gəlməyin heç vaxt, Insanlar. Nifrətə layiqdir onda  işiniz , onda gülüşünüz , təbəssümünüz... Onda insanlıqdan uzaqsınız siz. Saxtasız, sünisiz , alçaqsınız siz.
['şeir']
957
https://kayzen.az/blog/DMF/19518/na%C4%9F%C4%B1ls%C4%B1z-n%C9%99n%C9%99l%C9%99r.html
Nağılsız nənələr
_BUMERANQ_
Düşüncələrim, münasibətim, fikirlərim
16 sentyabr 2016, 12:07
— Qızı vermisən? — Hə. — Neçə yaşı var idi? — 11-i bu il qurtardı. — Hə, yaxşı eləmisən. Elə tez versən yaxşıdı, sora seçir. Bu dialoq, işdən evə gələrkən ətrafdakı heç bir səsi eşitməyəcək halda, istəmədən diqqət mərkəzimə hakim olmuş yaşlı nənə ilə orta yaşlı qadının söhbətidir. Əslində bu dialoqun üstündən bir aydan çox vaxt keçib, amma az qala hər gün «sonra seçir» sözləri və bu sözü müdriklik yaşına gəlməli olan bir fərdin deməsi, belə çox emosional deyim, məni məhv edir. Harda olur olsun yaşlı və müdrik insanları, lap müdrik də deyib çox şişirtmədən qarşısındakını dinləməyi bacaran və məsləhət verə bilən yaşlı insanlara heyranlıqla baxmışam. Və seçən insan qarşısında qorxuya düşən nənədən sonra, onların nə qədər az olduğunu daha çox hiss etmişəm. Bir insan seçən insandan qorxursa... Bu başlıq altında fikirlər məni nənənin uşaqlığına apardı. Gördüm ki, o nənə heç vaxt nağıl dinləməyib, həm də nağıl oxumayıb, əslində həm də uşaq ola bilməyib. Uşaq ola bilməyən fərd böyüyüb yarımçıq yeniyetmə, daha sonra bir az da yarımçıq gənc, yarımçıq ana (əslində ən təhlükəlisi də budur)...və ən sonunda heç özü də nəvələrinə nağıl oxumayan nənə olub. Onların suallarına cavab vermək haqqında düşünmək əvəzinə, seçə bilməsinə mümkün qədər mane olub.   Bütün bunları yazdığıma görə uşaqlığım tam olub demirəm əlbəttə, bir az şanslı olmuşam nənələrimdən biri nağıl oxuyan olub. Amma yarımçıqları olan fərdəm, sadəcə bir yerlərdə bunun fərqinə vardığımdan, yazmaq istədim ki, bəlkə sən də yarımçıq olduğunu bilmirsən. Bəlkə sən də «seçən nəvə»dən qorxacaqsan.  Bacardığın qədər buna mane ol. Sən nağıl oxuyan, dinləyən və müdrikləşən nənə ol! PS: Babalar süddən çıxmış ağ qaşıq deyil. Bütün qocaları müdrik görmək diləyilə.
['fikirlərim', 'münasibətim', 'nağıl', 'nənə', 'qocalıq']
958
https://kayzen.az/blog/u%C4%9Fur/19531/ugurlu-biznes-qurmagin-yollari.html
Uğurlu biznes qurmağın yolları
kotler
uğur psixologiyası
14 sentyabr 2016, 22:57
Biz kiminsə uğurlu iş adamı olduğunu görəndə çox vaxt yalnız nəticəyə baxırıq, həmin adamın bu pilləyə necə gəlib çatması barədə düşünmürük. Hesab edirik ki, uğurlu biznes qurmaq üçün yaxşı ideya tapmaq və təcrübəli iş adamlarından məsləhət almaq kifayətdir. Amma bu, heç də belə deyil. Uğur əldə etməyin universal formulu mövcuddur: Hazırlıq + Biznes ideyası + İdeyanın reallaşdırılması mexanizmi = Uğurlu biznes. Biznesə başlamaq, onu qurmaq və inkişaf etdirmək cəzbedici görünür. Bəzi sahibkarlar vaxtilə kiminsə “əlinin altında” işlədiklərindən daha çox işləyirlər, heç qazancları da əvvəlkindən fərqlənmir. Elə isə, onları öz bizneslərini qurmağa nə vadar edib? Yəqin ki, məqsəd iqtisadi asılılığa son qoymaq, azadlıq və müstəqillik olub. Gələcək biznesmenin hazırlıqlı olması çox vacibdir. Müvafiq bilik və bacarıqları olmayan “iş adamı” öz fəaliyyətinin başlanğıcında müflis ola bilər. Bu, avtomobil sürməyi bacarmayan birinin sükan arxasına keçərək, avtomobili hərəkətə gətirməyə çalışması kimi bir şeydir. Biznes üçün yaxşı ideya olmadan uğur əldə etməyə ümid etmək olmaz. Bu ideyanı qiymətləndirmək çox vacibdir. Təklif etmək istədiyiniz məhsul və ya xidmət alıcıların və ya istifadəçilərin marağına səbəb ola biləcəkmi? İnsanlar onlara görə pul ödəməyə razı olacaqmı? Unutmayın: Biznes sizə işləyir, siz biznesə deyil.İdeya tapdıqdan sonra onun reallaşdırılması mexanizmi olmalıdır. Biznesi uğurlu və gəlirli etmək üçün gəlirlərin xərclərdən artıq  olacağı bir model yaratmaq lazımdır. Bu model alıcı və ya istifadəçi axınının dayanmamasına hesablanmalıdır.  Lakinyaxşı pul gətirən ideyalardan yapışmayın, çünki əksər gəlirli sahələr artıq “tutulub” və yeni başlayanlar üçün güclü rəqiblər arasında çox çətin ola  bilər. Yaxşı bacardığınız işlərdən yapışın. Əgər yaxşı şirniyyat bişirməyi bacarırsınızsa, biznesinizə şirniyyat mağazasını açmaqla başlaya bilərsiniz. Kompüter bacarıqlarınız əladırsa, şəxsi internet-mağazanızı aça bilərsiniz. Xalça toxumağı bacarırsınızsa, mini-xalça sexi açmaq olar. Ətrafınızdakı uğurlu biznes sahiblərinin yolu ilə getməyə çalışmayın, öz yolunuzu müəyyənləşdirin. Bundan sonra növbə çatır biznes-planın tərtib edilməsinə. Bu sənəddə ideyalarınız və onların reallaşdırılmasınıntəşkili üçün çox vacib olan üsul və vasitələr, gəlir proqnozları, xərclər, işçi siyahısı və digər məlumatlar yer alır. Bəs uğurlu biznes qurmaq üçün haradan pul tapa bilərik? Ağıla gələn ilk fikir “qara gün” üçün yığdıqlarımızdan istifadə etməkdir. Biznes-planınızı kredit təşkilatlarına təqdim etməklə də biznesə başlamaq üçün kapital əldə edə bilərsiniz. Partnyor və ya investorlar da cəlb edə bilərsiniz, amma bunu etməzdən əvvəl yüz ölçüb, bir biçin. Bəzən ən çox etibar etdiyimiz insanlar bizi çətin vəziyyətdə qoya bilər. Uğurlu biznes qurmaq üçün yalnız özünüzə güvənin, bir az skeptik olun. Əgər Nizami Piriyev, Mübariz Mənsimov, Nasib Piriyev və ya Nuru Əliyev kimi iş adamlarının şirkətlərinin sahib olduğu uğuru qazanmaq istəyirsinizsə, biznes qurarkən bu addımları atmalısınız:Biznes strategiyalarını səmərəli şəkildə icra etmək üçün mövcud resurslardan istifadə;Diqqətin müştəri və alıcı üzərində cəmləşdirilməsi və onların tələbatlarının nəzərə alınması;Şirkətin məqsədlərini dəstəkləmək üçün strukturların qurulması;Texnologiyanın yaratdığı imkanlardan maksimum şəkildə yararlanmaq;Pis ssenarilərə hazır olmaq və risk etməkdən çəkinməmək. İtirməyə çox şeyiniz olsa belə, itirməyə heç nəyiniz yoxmuş kimi davranın. Sonradan biznesinizi sistem halına gətirmək barədə də düşünün. Artıq sizin məqsədiniz bir şirniyyat mağazasını mağazalar şəbəkəsinə, şirkəti şirkətlər qrupuna çevirmək ola bilər. Əgər gəlirlərinizi artırmaq istəyirsinizsə, işlədiyiniz saatları da artırmalı olacaqsınız. Əsas odur ki, sevdiyiniz işi görüb, gördüyünüz işi də sevəsiniz. 
['uğur psixologiyası', 'uğur qazanmaq', 'uğurlu insanlar', 'müvəffəqiyyət', 'biznes qurmaq', 'biznesmen', 'uğur sirrləri', 'işgüzar psixologiya', 'iş adamları']
959
https://kayzen.az/blog/Satira/19505/%C3%BCzeyir-b%C9%99y-hac%C4%B1b%C9%99yov-ba%C5%9Fa-d%C3%BC%C5%9Fm%C9%99di.html
Üzeyir bəy Hacıbəyov - Başa düşmədi
pascal
Satirik hekayələr
11 sentyabr 2016, 11:50
Keçәnlәrdә idarәmizә Yevropadan bir nәfәr adam uçub gәlmişdi. Söhbәt arasında dedi ki, bizim Yevropada böyük bir hәyәcan vә qorxu vardır. D e d i m: — Sәbәbi nәdir? D e d i: — Sәbәbi odur ki, Yevropaya çox hәyәcanlı xәbәrlәr gәlir ki, müsәlmanlar böyük bir sürәtlә tәrәqqi edirlәr.... D e d i m: — Tәәccübdür, bizim tәrәqqimiz sizi qorxudurmu? D e d i: — Bilirsiniz, insaniyyәt nöqteyi-nәzәrincә çox şad elәyir. Biz sevinirik ki, bizim növümüz yavaş-yavaş zillәtdәn qurtarır. Amma o biri tәrәfdәn, bilirsiniz, bu әyyam bir әsri — mübarizeyi-hәyatiyyә әsridir. Yәni, dirilik üçün dava elәmәk әsridir. Onun üçün biz istәmәzdik ki, dirilik üçün dava edәnlәr bizim kimi elm qüvvәti ilә güclü olsunlar. Mәsәlәn, bu gün elm vә mәdәniyyәt qüvvәti ilә yaraqlanmış olan İspaniya Fas әrәblәri ilә dirilik üçün dava elәyir. Onun üçün İspaniyanın firәnglәrә çox bәrk acığı tutubdur. Deyir ki, axı sәn nә üçün bu vәhşilәrә mәdәniyyәt ucunu göstәrib, tüfәng atmaq öyrәtdin ki, onlar da bizә tüfәng atırlar. Bütün alәm dә bunu boynuna alır ki, әgәr Fas әrәblәri Yevropa mәdәniyyәtini öyrәnsәlәr, İspaniyanı beş-on gün içindә darmadağın edib, әvvәlcә dә mәdәniyyәt gücü ilә İspaniyanı öz mülkü etdiyi kimi, bu sәfәr dә elәcә edәr (çünki o zaman ki, Yevropa mәdәniyyәtdәn mәhrum idi, әrәblәr әn şәşәlli bir mәdәniyyәtә malik idilәr, yəni bütün elm vә fәnlәr aralarında getdikcә tәrәqqi edirdi. O halda İspaniyanı әrәblәr alıb, islam dövlәtinin bir vilayәti etmişdilәr… Amma sonradan… әşi, allah mollalara insaf versin) Mәn yevropalıya dedim ki, әzizim, bizi bağışlayın, sizin qorxunuz bizim tәrәqqimizә mane ola bilmәz. İstәr sizin qorxudan ürәyiniz getsin, biz yekә tәrәqqimizi әldәn buraxmayacayıq. Biz tәrәqqi elәyәcәyik. Dedi: — Bircә onu de görüm indiyә qәdәr çoxmu tәrәqqi eylәyibsiniz? D e d i m: — Çox elәmişik. D e d i: — Olmazmı, öz tәrәqqinizdәn mәnә nümunә göstәrәsiniz? D e d i m: — Olar, çıxaq bayıra.... Bayıra çıxdıq, yevropalıya dedim. Tamaşa elә. D e d i: — Baxıram.   — Gördünmü?   — Nәyi?   — Tәrәqqini?   — Hanı? Heç bir şey görmәdim.   — Bәs görmәdinmi ki, buradan bir nәfәr saqqallı müsәlman keçdi ki, ayağına çәkmә geymişdi. Onun ayağına çәkmә geymәyi çox böyük tәrәqqidir. D e d i: -  Anlamıram nә deyirsәn. D e d i m: -  Belә beş-altı il bundan irәli hәr kәs ayağına başmaqdan başqa özgә bir şey geysәydi ona salam vermәk әvәzindә, «allah saxlasın» — demәk lazım gәlirdi. Amma tәrәqqimiz bu gün o dәrәcәyә çatıbdır ki, çәkmәnin başmaqdan rahat olduğunu hamımız boynumuza almışıq. D e d i: -  Heç başa düşmürәm nә deyirsәn? Bir az ora-bura göz gәzdirdim:   — Bax, bax, müsәlman arvadları faytona minibdilәr. D e d i: — Nә olsun? D e d i m: — Pa-ho! Bir neçә il bundan irәli nәinki arvad, hәtta, kişi cürәt edib faytona minsәydi haman dәm faytonun çarxları bir tuği-lәnәt olub onun boynuna keçәrdi. D e d i: — Sözün doğrusu, heç qanmıram nә deyirsәn? D e d i m: — Bir ora bax, iki nәfәr müsәlman bir-birinin yanından keçdi vә heç bir şey olmadı. D e d i: — Nә olsun? D e d i m: — Pa! Bir-iki ay bundan irәli onlar bir-birinin yanından keçsәydilәr, haman dәm atışıb bir-birini öldürmüşdülәr. Halbuki, indi heç bir zad olmadı. Bundan artıq nә tәrәqqi? D e d i: — O sizin tәrәqqi deyildir, o, Martınovun qorxusudur. Sәn bircә mәnә de görüm realnidә, gimnaziyada, universitetlәrdә oxuyan uşaqlarınız çoxdurmu? D e d i m: — Vallah, onlar çox olardı, hәrgah bir mәsәlә ümum müsәlmanların qabağını kәsmәsәydi. D e d i: — Nә mәsәlәdir?  D e d i m: — Çox böyük mәsәlәdir. Әyilib qulağıma dedi: — Hökumәt qoymur? D e d i m: — Xeyr, onun bir sözü yoxdur, bu mәsәlә başqa mәsәlәdir. D e d i: — Bir de, görәk nә mәsәlәdir? D e d i m: — Şalvar mәsәlәsidir. — Necә şalvar? — Adam geyәn şalvar. D e d i: — Canım, sәn müәmma ilә danışırsan, açıq de görüm nә demәk istәyirsәn? D e d i m: — Qoçaq, bundan açıq söz olmaz, şkola gedәn uşaqlar dar şalvar geyirlәr vә dar şalvar da bizlәrdә çox pis şeydir. İndi hәmin mәsәlә bizim qabağımızı kәsdiyinә görә işkolaya uşaq qoymağa cürәt elәmirik. Bu sözlәrdәn sonra әcnәbi әvvәlcә çox güldü, amma sonra bir qәdәr fikrә gedib, birdәn başladı uşaq kimi ağlamağa vә ağlaya-ağlaya bu sözlәri dedi: — Biz elm sayәsindә havada quş kimi uçuruq, amma bunlar hәlә şalvar mәsәlәsinә mәşğuldurlar.... Dedi vә uçub getdi…
['Üzeyir bəy Hacıbəyov', 'satirik hekayələr', 'felyeton']
960
https://kayzen.az/blog/edebiyyat/19390/m%C9%99murun-%C3%B6l%C3%BCm%C3%BC-%7C-anton-%C3%A7exov.html
Məmurun ölümü | Anton Çexov
Apollon
Ədəbiyyat
8 sentyabr 2016, 11:12
Bir gün axşam ekzekutor* İvan Dmitriç Çervyakov ikinci sıra kresloda oturub durbin ilə “Kornevil zəngləri” operasına baxır və özünü son dərəcə xoşbəxt hiss edirdi. Lakin birdən… hekayələrdə lakin birdən sözünə tez-tez təsadüf olunur. Müəlliflər haqlıdırlar: həyat gözlənilmədən baş verən hadisələrlə doludur! Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi kəsildi… O durbini gözündən uzaqlaşdırıb əyildi və ...asqırdı. Asqırmaq heç kimə, heç yerdə qüsur tutulmur. Kəndlilər də, polis müdirləri də, bəzən hətta gizli müşavirlər də asqırırlar. Hamı asqırır. Çervyakov heç pərt olmadı, yaylıqla ağız-burnunu sildi və asqırması ilə bir kimsəni narahat edib-etmədiyini bilmək üçün nəzakətli bir adam kimi ətrafına baxdı. Lakin bu zaman o utanmalı oldu, qabaqda, birinci sırada oturan bir qoca öz əlcəyi ilə daz başını və boynunu bərk-bərk silir və yavaşcadan deyinirdi. Çervyakov qocanı tanıdı, o, yollar idarəsində işləyən statiski general Brizjalov idi. Çervyakov düşünərək öz-özünə dedi: “Asqıranda tüpürcəyim üstünə sıçrayıb! Mənim rəisim olmasa da hər halda yaxşı olmadı. Üzr istəmək lazımdır” Çervykaov öskürdü və başını qabağa uzadıb generalın qulağına pıçıldadı: — Zat-aliləri. Məni bağışlayın, asqıranda üstünüzə sıçrayıb… qəfildən oldu… — Eybi yoxdur, eybi yoxdur... — Allah eşqinə bağışlayın. Mən bunu… bilə-bilə eləmədim! — Eh, oturun yerinizə xahiş edirəm! Qoyun qulaq asaq! Çervyakov pərt olub mənasız bir halda gülümsədi və səhnəyə tamaşa etməyə başladı. O tamaşa edirdi, ancaq əvvəlki ləzzəti duymurdu. Çox narahat idi. Tənəffüsdə Birzjalova yaxınlaşd və onun yanı ilə gedə-gedə özünə ürək verərərk astadan dedi: — Zati-aliləri, mən asqıranda sizin üstünüzə sıçradı. Bağışlayın… Axı mən… General: — Ah bəsdir də… Mən bunu unutmuşam, siz isə yenə də ondan danışırsınız, -dedi. Bunu söylərkən o alt dodağını əsəbi halda tərpətdi. Çervyakov şübhəli-şübhəli generala baxaraq düşünürdü: “Unudubdur, ancaq gözlərindən zəhər yağır, heç danışmaq da istəmir. Onu başa salmalıyam ki, mən bunu bilə-bilə eləməmişəm. Bu təbiətin qanunudur, yoxsa elə güman elər ki, mən onun üstünə tüpürmək istəmişəm. İndi belə düşünməsə də sonra bu cür düşünə bilər!” Çervyakov evə gəldikdən sonra öz nəzakətsizliyini arvadına danışdı; o əvvəl qorxdu, lakin Brizjalovun “başqa” rəis olduğunu bildikdən sonra sakitləşdi. Arvadı dedi: — Hər halda sən get üzr istə. Yoxsa elə güman edər ki, sən camaatın arasında özünü apara bilmirsən! — Elə də eləmişəm! Üzr istədim, ancaq o qəribə adamdır… Heç əməlli-başlı bir söz demədi. Danışmağa da vaxt yox idi. Ertəsi gün Çervyakov təzə vitsmundirini geydi, üzünü qırxdırdı və izahat vermək üçün Birzjalovun yanına getdi… Generalın qəbul otağına girəndə orada öz işindən ötrü gələn çoxlu adam gördü; general özü də onların arasında idi. O, gələnləri yenicə qəbul etməyə başlamışdı. Bir neçə nəfərdən nə üçün gəldiyini soruşduqdan sonra, Çervyakova da baxdı. — Zat-aliləri, dünən, əgər yadınızdadırsa, “Arkadi”də, — deyə ekzekutor izahat verməyə başladı, — mən asqırdım və sizin üstünüzə sıçradı… — Bu nə mənasız sözdür! Belə də şey olar! – General o biri adama müraciət etdi: — Sizə nə lazımdır? Çervyakov rəngi ağarmış halda fikirləşdi: “Heç danışmaq istəmir! Deməli acığı tutub… Yox, bu məsələni belə qoymaq olmaz… mən ona izah etməliyəm...” General axırıncı adamla söhbəti qurtardıqdan sonra içəriyə girmək istəyirdi ki, Çervyakov onun ardınca gedərək mızıldadı: — Zat-aliləri! Cənabınızın rahatlığını pozmağa cəsarət etdimsə, bunu məhz peşmançılığımı bildirmək üzündən edirəm!.. Özünüz bilirsiniz ki, mən bunu bilə-bilə etməmişəm! General ağlamsınmış kimi üz-gözünü qırışdıraraq əlini yellədi: — Cənab, siz məni ələ salmısınız! – deyərək içəri girdi. Çervyakov düşünərək öz-özünə dedi: — “Ələ salmaq nədir? Burada heç bir ələ salmaq filan yoxdur! Özü generaldır ancaq başa düşmür! İş ki belə oldu, mən daha bu yalançı pəhləvandan üzr istəməyəcəm! Qoy cəhənnəm olsun! Ona məktub yazacağam, amma yanına getməyəcəyəm! Vallah getməyəcəyəm!” Çervyakov evə gedərkən belə düşünürdü. O, generala məktub yazmadı. Fikirləşdi, fikirləşdi, məktubu necə yazmaq haqqında heç bir qərara gələ bilmədi. Ertəsi gün yenə də özü getməli oldu. General başını qaldırıb sualedici bir nəzərlə ona baxarkən o belə dedi: — Zat-aliləri, mən dünən sizi narahat edərkən heç də, siz buyurduğunuz kimi sizi ələ salmaq fikrində deyildim. Mən asqırarkən sizin üstünüzü buladığım üçün üzr istəməyə gəlmişdim, sizi ələ salmaq mənim heç ağlıma da gəlməzdi. Mən sizi ələ salmağa heç cəsarət edərəmmi? Biz başqalarını ələ salırıqsa onda deməli, böyüklərə heç hörmətimiz olmaz… General qəzəbindən göyərərək titrəyirdi. O birdən: — Rədd ol burdan! – deyə çığırdı. Dəhşətdən yerində donub qalmış Çervyakov pıçıltı ilə soruşdu: — Nə? General ayağını yerə vuraraq təkrar etdi? — Rədd ol burdan! Çervyakovun elə bil ürəyi qopdu. O heç bir şey görmədi, heç bir şey eşitmədi, yavaş-yavaş dal-dalı qapıya tərəf getdi və küçəyə çıxıb tüpürdü… Tez evə gəlib vitsmundirini çıxarmadan divana uzandı və… öldü. Tərcümə: Q. Musayev *ekzekutor — İdarədə təsərrüfat işlərinə baxan kiçik məmur.
['rus ədəbiyyatı', 'Anton Çexov', 'məmurun ölümü']
961
https://kayzen.az/blog/qadinlar/19341/qreta-qarbo.html
Qreta Qarbo
Apollon
Məşhur qadınlar
6 sentyabr 2016, 12:46
Qısa zaman ərzində gözəlliyi və oynadığı rolların bənzərsizliyi ilə bütün Amerikanı fəth edən aktrisa Qreta Qarbo 18 sentyabr 1905-ci ildə İsveçrənin Stokholm şəhərində tualet təmizləyicisi Karl Alferdin və Anna Qustafson ailəsinin üçüncü uşağı olaraq dünaya göz açır. Əsl adı Qreta Luiza Qustafson olan aktrisa evdə Qreta Luiza və ya Keta adı ilə əzizlənir. Valideynlər çox kasıb olsalar da, çox böyük əziyyətlə Qretanı orta məktəbə yazdıra bilirlər. On dörd yaşı olanda çox sevdiyi atası vərəm xəstəliyinə tutulur. Onsuz da maddi vəziyyəti yaxşı olmayan ailənin atanı sağaltmaq imkanı olmur. 1920-ci ildə gələcək aktrisanın atası dünyasını dəyişir. Bu itkidən sonra dolanışıqlarına kömək üçün Qreta həm məktəbdə oxumaq, həm də işləmək məcburiyyətində qalır. Sonralar uşaqlıq illərini xatırlayarkən aktrisa bunları yazırdı: «Mən çox qəribə uşaq olmuşam. Gecələri demək olar ki, yatmayıb, evdə gəzirdim. Heç vaxt özümə arxayın deyildim. Həmişə elə hiss edirdim ki, indicə nə isə bədbəxt bir hadisə baş verəcək». Atasını itirdikdən sonra aktrisa özü üçün qəti and içdi: «O, özünə elə bir həyat quracaq ki, heç vaxt heç kimin güzaranına baxıb köks ötürməyəcək.» O, bu andını düz iyirmi il sonra gerçəkləşdirməyi bacarsa da, dünyanın ən varlı qadını olan Qreta Qarbonun qadın xoşbəxtliyi olmur. Həmin iyirmi ildən əvvəl isə on dörd yaşlı bu qızcığaz Stokholmun ən məşhur qadın paltarları satılan mağazlarının biri olan qadın şlyapaları bölməsində satıcı kimi işə başlasa da, tale bu gənc və valehedici gözələ başqa bir gələcək hazırlayır. Kəndçi qızına ulduz demək olarmı… Mağazada işləyərək o, həm də İsveç Dram Teatrına qəbul olunur. Həmin teatrda o, bir reklam rolikinə çəkilir. Həmin vaxt onu İsveçrənin tanınmış rejissorlarından olan Moris Stillerin diqqətini cəlb edir. Gələcəyin bənzərsiz aktrisasını kəşf etdiyini duyan rejissor elə həmin an Qretaya özünün çəkəcəyi filmdə vacib rollardan birini oynamağı təklif edir. Qreta bu təklifi qəbul edir. Və beləliklə onun film həyatı başlayır. Həmin film çox böyük uğur qazanır. Moris Stiller Qretaya Qarbo təxəllüsünü verir. Onlar tezliklə Amerikaya yola düşürlər. Və Hollivuddun ən məşhur şirkətlərindən biri olan Metro Goldvin Mayerlə işləmək təklifi alırlar. İlk filmdən qazandığı uğurun səbəbini Qreta əcnəbi qadınlara oxşamasında görür. Lakin olduqca təcrübəli və öz işinin ustası olan Stiller bu debütant aktrisanı ilk dəfə görərkən peyğəmbərcəsinə bu sözləri deyir: «Belə bir sima ekran qarşısına yüz ildən bir gələ bilər. O, çox böyük aktrisa olacaq!» 1924-cü ildə Qreta alman rejissoru Georq Pabstın «Fərəhsiz döngə» filminə çəkilir. Qreta Hollivudda özünün həmişə yad hesab edir. Bənzərsiz gözəlliyi, qazandığı şöhrət və Hollivudda var olması bir çoxlarında çaşqınlıq yaradır: Onun haqqında bu sözləri deyirlər: «Qaba corabların üstündən tufli geyinən bu kəndçi qızına ulduz demək olarmı?» Bu cür rişxəndlər onun ləhcəsinə, dik burnuna, saçlarına qarşı da edilirdi. Tezliklə «isveçrəli kəndçini» Hollivud standartlarına uyğunlaşdırmaq lazım gəldi. O, tez bir zamanda dieta ilə on dörd kilo arıqladı. Onun üçün ən çətin dönəmlər isə çəkiliş meydançasında olan vaxtları idi. O, çəkiliş üçün hazır olan vaxtı onu çəkiliş meydançasından qovurdular. Elə ki, yatmağa hazırlaşırdı, onu yenidən çəkilişə dəvət edirdilər. Miloslu Venera, Qərib gözəl və İsveç Sfinksi… 1926-cı ildə Qarbo Leonardo Morenonun «Axın» filmində çəkildikdən sonra kino ekspertləri onun haqqında çox yüksək fikirlər yürütməyə başlayırlar. Qretanın sifət quruluşu o qədər unikal və cəlb edici idi ki, onu hər bucaqdan kameraya çəkmək uğurlu olurdu. Bədən quruluşunun zərifliyinə görə onu çox vaxtı Miloslu Venera heykəli ilə müqayisə edirdilər. Firuzə rəgli mavi və kədərli gözləri, uzun kirpikləri, oval sifət qurluşu, qeyri-təbii sıx saç düzümü ona seksual görüntü verirdi. Tezliklə onu «qərib gözəl» və "İsveç Sfinksi" ləqəblərini də verdilər. «Axın» filmindən sonra Qarbo romantik məhəbbət filmlərinin əvəzolunmaz qəhrəmanına çevrildi. Rejissorlar tezliklə onun faciəvi simasını yaratdılar. Nazik qaşların altından süzgün, yorğun, lakin ehtiraslı baxışlar. Ümidsiz, kədərli və soyuq oval sima onu «Yoldançıxaran» 1926, «Bədən və iblis» 1927, "İlahi qadın" 1928, "Əgər məni arzu edirsənsə" 1932 kimi filmlərin qəhrəmanına çevirdi. Yaradıcılığı boyu bir çox rejissorlarla və şirkətlərlə qalmaqal yaşayan aktrisa xaraktercə realist və tələbkar olmuşdur. Müqavilə bağladığı film şirkətləri onu daha çox əyləncəli rollara çəkmək istəmişlər. Lakin aktrisa mənalı və yaddaqalan rollar oynamağa can atmışdır. Mən tək qalmaq istəyirəm! Bacısı Alvanın vəfat etmə xəbərini eşidən kimi İsveçrəyə getmək istəyən aktrisaya rejissorlar tərəfindən qadağa gəlir. O zaman bacısının dəfnində iştirak edə bilməyən aktrisa yazıçı Lars Saksona ünvanladığı məktubunda yazır: «Başa düşə bilmirəm ki, allah məni niyə belə cəzalandırır. Mən çox istəyirəm ki, evimə gedim. Lakin hamı mənə mane olur. Onlar deyirlər ki, mən qarşıdakı üç filmə çəkilməmiş heç bir yerə getməməliyəm. Ancaq mən fürsət düşən kimi İsveçrəyə gedəcəm». «Mata Xari», «Kraliça Kristina», «Anna Karenina», «Kamelyalı qadın» kimi bir çox filmlərə çəkilir. Və həmin filmlər ona dünya şöhrəti qazandırır. Ata Aleksandr Dümanın «Kamelyalı qadın» əsəri 26 dəfə ekranlaşdırılıb. Ancaq Qreta Qarbonun yaratdığı obrazın şöhrəti onun sələfləri olan Sara Bernarı Eleanor Duzeni belə ötüb keçir. Qarbo heç vaxt çəkiliş vaxt məşq etməyi xoşlamazmış. O, hesab edirmiş ki, çəkildiyi ilk kadr hamısından yaxşı olur. Və belə də olurmuş. Aktrisa heç vaxt avtoqraf verməyib. Həmçinin pərəstişakarları ilə görüşməkdən və onların məktublarına cavab verməkdən imtina edir. 1939-cu ildə aktrisa «Ninoçka» komediyasına çəkilir. Daha sonra 1941-ci ildə "İkiüzlü qadın" filmində baş rolu ifa edir. Bu filmdən sonra aktrisa ona gələn bütün film təkliflərini və müqavilələrini rədd edib mətbuata belə bir açıqlama verir: «Mən tək qalmaq istəyirəm». Daha sonra isə aktrisa kinomatoqrafiya sahəsini həmişəlik tərk edir.* Onun kinodan getməsini bir çoxları onun yaşlanmaqla olan qorxusu ilə bağlayırlar. Çünki o, pərəstişkarlarının yaddaşında həmişə gözəl qalamq istəyir. Qarmaqarışıq sevgi macəraları… 1928-ci ildə «Sevgi» filminə çəkilən Qarbo həmin filmdəki tərəf-müqabili Con Gilbertdən evlənmək təklifi alır. Evlilk təklifinə razılıq verən aktrisa toy günü evlilikdən imtina edir. Bu hadisə yaraşıqlı aktyorun karyerasına çox pis etsə də sonralar bir neçə dəfə də Con Qarboya yenidən evlənmək təklifləri etsə də ondan bu cavabı alır: «Kiminsə arvadı olacağımı bilmək mənim üçün iyrəncdir». Aktrisanın bir çox məşhur insanlarla eşq macəraları olsa da, heç vaxt heç kimlə evlənməmişdir. Britaniya əsilli aristokrat fotoqraf Sesil Bitonla böyük eşq məcərası yaşasa da onunla da olan münasibətləri bir müddət sonra sona çatmışdır. Qreta Qarbonun intim həyatı çox qarışıq olmuşdur. Belə ki, onun bir çox məşhur qadınlarla da eşq macəraları olmuşdur. Biseksual aktrisanın ilk qadın sevgilisi aktrisa Mimi Pollak, Lilian Teşman, Fifi Dorse daha sonra Marlen Ditrix olmuşdur. 1931-ci ildə Qarbo həmin dövrün ən məşhur feminist və lesbiyan qadınlarından biri olan Mersedes de Kosta ilə tanış olur. Mersedes Qretadan on iki yaş böyük olur. Bu dostluq və məhəbbət uzun illər davam etsə də gizli qalır. Lakin, Mesedesin öz həyatından bəhs edən kitabda qadınlarla olan məhbəbətindən yazması onun Qreta ilə olan məhəbbəti ilə yanaşı Marlen Ditrix, Aysedora Dunkanla olan məhəbbət sirrlərini açır. Rəfiqəsinin bu hərəkətindən utanan Qarbo onunla olan bütün əlaqələrini bitirir və ömrünün sonunadək onu bağışlamır. Lakin Mersedesin ölüm xəbəri yayılanda Qreta onun tabutu üzərinə bir dəstə ağ liliya çiçəkləri yollayır. Bunula da o, öz rəfiqəsini son dəfə yad edir. Üzə çıxan sirli məhəbbət məktubları və ölüm…  27 filmə çəkildikdən sonra həyatının əlli ilini dünyadan təcrid olunmuş vəziyyətdə yaşayan aktrisanın ən böyük və gizli məhəbbəti İsveçrədəki Teatr məktəbində birgə oxuduğu Mimi Pollak olmuşdur. Bu iki qadın arasında düz altmış il davam edən məktublaşama Tin Anderson Axell tərəfindən kitab halında dərc olunmuşdur. Məktublarında Mimini Mimoza adlandıran Qreta «Səndən gələn hər məktub içimdəki sevgi fırtınasını daha da gücləndirir. Sənsiz asta, sıxıcı və yorğun bir qadınam. Səni görməyi xəyal edirəm. Səni gördüyüm anda məni əvvəlki kimi sevib, sevmədiyini anlayacağam balaca mimozam». Mimi Pollakın 1928-ci ildə ailə həyatı qurması, iki il sonra isə onun ana olması belə Qretanın ona olan münasibətini dəyişmir. Belə ki, o, Mimiyə yazdığı təbrik məktubuna bu sözləri də əlavə edir. «Bilirəm ki, allah bizi belə yaradıb. Və təbiətimizə qarşı üsyan edə bilmirik. Ancaq bizim mən həmişə səni arzuladım. Həyatım boyunca bir-birimizə aid olduğumuzu düşündüm. Sənin ana olduğunu eşitdim. Mən isə ata olmaqdan qürur duyuram». 1955-ci ildə aktrisa «ekranda yaratdığı unudulmaz rolları»na görə «Oskar» mükafatına layiq görülür. Kinodan ayrıldıqdan sonra aktrisa çox ciddi rejimlə həyat sürür. O, yoqayla məşğul olur, hind filosofların kitablarını mütaliə edir. Günün xeyli hissəsini piyada gəzintilər edir. Yalnız yaxın ətrafında olan insanlarala əlaqələr saxlayır. Hələ Hollivudda olarkən Qreta çox tez-tez xəstələnir. Son on bir ayda isə o, üç dəfə böyrək dializi etdirir. 1990-cı il aprel ayının 15-də səhər saat 11.30-da Qreta Qarbo 84 yaşında böyrək sətəlcəmi və çatışmazlığından dünyasını dəyişir. Bütün varidatını qardaşı qızına vəsiyyət edən aktrisanın vəsiyyətinə uyğun olaraq meyit yandırılır. Külü isə doqquz il sonra İsveçrədəki qəbiristanlıqda basdırlır. Tərcümə: Samirə Əşrəf
['məşhur qadınlar', 'aktrisalar', 'Qreta Qarbo', 'Greta Garbo']
962
https://kayzen.az/blog/pascal/19485/m%C9%99n-se%C3%A7ilm%C9%99m,-se%C3%A7%C9%99rim.html
Mən seçilməm, seçərim!
pascal
Bloq: pascal
6 sentyabr 2016, 10:08
Həyatımızın müxtəlif anlarında qısa da olsa yalqız qalmağa ehtiyac duyarıq. Bu, tənhalığa çəkilib öz varlığımızı, keçmişimizi, yanlışlıqlarımızı sorğulamaq, özümüzü daha dərindən tanımaq, özümüzlə baş-başa qalmaqdan yaranan bir ehtiyac olsa da, insan bütün həyatı boyu tənha yaşaya bilməz. Duyğularımızı, əmllərimizi paylaşmaq üçün həmişə anlayışlı və duyarlı həmsöhbətə, dosta, sevgiliyə, həyat yoldaşına, həmkara və s. ehtiyacımız var. Bilirsiniz ki, həyatda seçə bilmədiyimiz yaxınlarımızla (ata, ana, bacı, qardaş və s.) yanaşı, seçdiyimiz yaxınlarımız da var. Mənə maraqlı olan budur: Siz seçdiyiniz, həyatınıza salacaq, birlikdə və bərabər addımlamaq istədiyiniz, ömür paylaşacaq insanları tanımaq üçün nə edirsiniz? Hər hansı bir üsul, sınaqdan çıxarmaq üçün vasitə və ya metod tətbiq edib, inisiativ addım atırsınızmı? Yoxsa hər şeyi öz axarına buraxıb, gələcəyinizi qismətin, talenin hökmünə buraxırsız? Ümumiyyətlə, seçici insansınızmı? İstərdim ki, istifadəçilər bu haqda öz həyat təcrübələrindən (əgər varsa), başlarına gəlmiş və gələcək bu tip məslələrlə bağlı qarşılaşanda nə edəcəklərini, hansı zəruri addımlar atacağına dair fikir və düşüncələrini şərhlərdə qeyd etsinlər. P.S Kayzen-forum çoxdan yaranan bir bloq olsa da, təəssüf ki, ilk nəşr olunan yazı budur. Arada diskussiya aparmaq da yaxşıdır. :)
['Düşüncələrim', 'münasibətim', 'fikirlərim', 'seçim', 'dostluq', 'həyat dərsləri']
963
https://kayzen.az/blog/kino/19344/azadl%C4%B1q-sevgidi.html
Azadlıq sevgidi
Apollon
Kino
4 sentyabr 2016, 19:36
La-Mança şəhərinin kino yaradıcılığına təsiri… Mənim doğulduğum La-Mança şəhəri İspaniyanın bəlkə də ən quraqlıq olan bölgəsidir. Orda torpaq tünd qırmızı rəngə çalır. Və üst-üstə təbəqələrdən ibarətdir. Uzaqlara baxdığınız zaman dümdüz üfiqi xətt, tək-tük ağac nəzərə çarpır. Torpağın üzərində isə ağır buludlu asiman sonsuza qədər davam edir. Bununla yanaşı çox maraqlıdır ki, La-Mançalı yazıçı və rəssamların çox parlaq və xeyli barokko tərzləri var. Hesab edirəm ki, o qədər də bər-bəzəkli olmayan belə bir mənzərə insana öz fantaziyasını yaratmaqda kömək edir. Uşaq vaxtı insan özünü sadəcə uşaq kimi görər. Bunun üçün başqa bir şans da olmur. Səkkiz yaşıma qədər La-Mançada yaşamışam. Ancaq filmlərimdə istifadə etdiyim rənglər toplusunu orada tapa bilməzsiniz. Qəribədir ki, həmin rənglərlə çox sonralar Santo-Dominqoda, Kubada, Meksikada rastlaşdım. Oralara ilk dəfə getdiyim zaman artıq karyeramın ortalarında idim. Və həmin rənglərlə elə bütünləşmişdim ki, məni həmin torpaqlara bağlayan genlərə sahib olub-olmadığım haqda maraqlanırdım. İlk kitablar və filmlər… Uşaq vaxtı o qədər də danışqan biri deyildim. Səkkiz yaşımdan sonra daha çox ünsiyyət yaratmağa çalışdım. Əsasən insanlar və başqa dünyalar haqqında danışmağı xoşlayırdım. Daha sonra bu təsiredici kənar aləmi kitablarda və filmlərdə tapdım. Doqquz yaşım olanda poçtla kitablar sifariş etdiyimi xatırlayıram. Bacılarım özləri üçün mətbəx qabları və şəxsi əşyalar sifariş edirdilər. Mən isə dövrün ən çox satılan kitablarını gətizdirirdim. Elə həmin dövrdən etibarən çoxlu filmlər izləməyə başladım. Kaş ki, ilk izlədiyim filmin hansı olduğunu xatırladığımı yalandan da olsa, deyə biləydim. Ancaq təəssüf ki yadıma gəlmir. Bizim evə televizor ilk dəfə 1963-cü ildə alındı. Ona qədər kəndimizdə bircə televizor vardı. Və bütün kənd camaatı da verlişləri həmin televizordan izləyirdilər. Mən ən çox pop musiqi proqramlarına baxırdım. Bezənə qədər musiqi dinləyirdim. Həqiqətən də indi o uzaq keçmişdə qalan həmin ağ-qara proqramları çox sevirdim. 1968-ci ildə Madridə gəldiyim zaman artıq müasir kino axınına daxil olan filmlərə və əvvəllər baxa bilmədiyim müxtəlif dövrlərə aid filmlərin çoxuna baxdım. Müasir və həqiqi filmlər, səssiz alman kinosu, otuzuncu, əllinci iilərə aid olan bütün filmlərin çoxunu izləmək fürsəti tapmışdım. Məsələn, o vaxtlar Antonioninin “Məcəra”, “Tutulma” və “Gecə” filmlərinə baxdıqdan sonra çox təsirləndiyim yadıma gəlir. Hətta filmlərdəki qəhrəmanların hərəkətlərini izləyərkən «aman allah necə də onlara bənzəyirəm» deyə düşünürdüm. O vaxtlar on üç, on dörd yaşım vardı… İlk film və onun qazandırdıqları. Madridə gəldiyim zaman müxtəlif sahələrdə işlədim. Qapı-qapı düşüb kitab satmaqdan tutmuş, barda dj, poçt idarəsində köməkçi vəzifələrinə qədər. Poçtda işləyərkən pul yığmağa başladım. Sonra həmin pula 8 millimetrlik kamera aldım. Həmin kamera ilə ilk dəfə 1980-ci ildə ilk tammetrajlı “Pepi, Lyüsi, Bom və başqa qızlar” filmini çəkdim. Filmdə iştirak edən aktyorlar müəyyən olunduqca onlarla məşqlər edirdim. Əslinə qalsa, mən həmin filmi çəkərkən sadəcə filmin vasitəsi ilə hekayə danışmaq istəyirdim. Və o zamanlar da gücüm çatan, bahalı olmayan vasitələrlə bu hekayələri lentə köçürməyə çalışırdım. İlk filmi çəkmək istəyim artıq məcburiyyət halına çevrilmişdi. Nə olur-olsun mən bu filmi çəkmliyəm deyirdim. Bu hissdən heç cür yaxa qurtara bilmirdim.Texniki cəhətdən o qədər cahil və savadsız idim ki, nəticənin necə olacağı belə məni narahat etmirdi. İlk filmim ekranlara çıxanda 80-ci illərin əvvəliydi. İspaniya yenicə diktatorlardan xilas olmuşdu. Hesab edirəm ki, “Pepi, Lyüsi, Bom və başqa qızlar” filmi tamaşaçının İspaniyanın nə qədər dəyişməsinə şahid olduğu ilk film idi. Kiminsə çıxıb belə bir film çəkməsi ölkənin yaşadığı dəyişikliyin sübutu idi. Əlbəttə çoxluq filmin ədəbsiz və bayağı olduğu fikirni irəli sürdü. Ancaq gənclər, gecə klublarında əylənən yeni fikirli insanlar tərəfindən film çox xoş qarşılandı. Və demək olar ki, bu ekran əsəri kult film kimi dörd il ölkənin müxtəlif kinoteatrlarında nümayiş olundu. Geniş tamaşaçı kütləsini hədəf götürdüyüm üçün bu mənim ən böyük uğurum idi. Bir möcüzəyə canlı-canlı şahidlik edirdim. Və təbii ki, rejissor olaraq mükəmməl başlanğıca imza atmışdım. Kinonun dili… Filmlərimin hamısı hekayə danışmaq ehtiyacından yaranırdı. Çünki, təzə-təzə başlayanda kino texnikasından tamamilə xəbərsizdim. Düzdü, o dövrlərdə mən teatrda işləyirdim. Amma bunun kino texnikasına adiyyatı yox idi. Sadəcə olaraq daxilimdəki yaratmaq, danışmaq ehtiyacı o qədər böyük idi ki, sonda kinonun dilini öyrənməyi bacardım. O vaxtı da, elə indi də yaxın planda çəkmək çox çətindir. Çünki burada xətaya yer olmamalıdır. Yaxın plan aktyorun şəxsiyyətini, ruhunun dərinliklərini açıb göstərir. Filmin ritminin hər hansısa formada ləngiməsinə imkan vermir. Eyni məsələ ssenariyə də aiddir. Ssenarinin içərisində artıq söz olmamalıdır. Yəni yaxın planı lentə köçürmək çox təhlükəli və çətin işdir. Lakin, hər şeyi yerli yerində edib, uğurlu çəkiliş etməyi bacarmaq mümkün olsa, ortaya möhtəşəm bir sənət əsəri çıxacağından şübhəniz olmasın. Müxtəlif vaxtlarda Harry Cane təxəllüsü ilə fəaliyyət göstərdim. Mənə elə gəlirdi ki, güclü təxəyyülə və ehtirasa malik olsam da, özümü tanımağım, mənliyimin fərqində olmağım mənim üçün yük olmağa başlamışdı. Yəni özümə, nəql etmək istədiyim hekayəyə, onu ən yaxşı formada izah edəcəyim tərzə, bu məsələdə nə qədər həddi aşacağıma və görə biləcəyim hər işin mükəmməlliyinə dair şüurlu olmağı nəzərdə tuturam. Film çəkdiyim zaman yükləndiyim bu enerji, eynilə aşiq olmaq kimi bir duyğuydu. Gənc vaxtı hər kəslə əylənib günümüzü keçirdərik. Düşünüb, daşınmadan hərəkət edərdik. Bir müddət keçdikdən sonra isə aşiq oluruq. İçimizdəki ehtirası hiss edər və həmin ehtiras olmadan yaşaya bilmərik. Qorxub əzab çəkərik. Həm də axı insan yeni eşqə, sevgiyə düşdüyü zaman böyük azadlığa malik olur. Beləcə mən də başqa ad altında işləsəm, film çəkməyə başladığım ilk zamanlardakı məsumluğu, azadlığı yenidən əldə edə biləcəyimi güman edirdim. Ancaq indi bu fikrin yalandan ibarət olduğunu düşünürəm. Çünki, başqa ad altında fəaliyyət göstərsəm də, dəyişən ancaq adım olurdu. Düşüncələrim və xatirələrim olduğu kimi qalırdı. Əslində o qədər də yaxşı aktyor deyiləm. Ancaq filmlərim haqqında danışarkən, onları izah edərkən aktyora çevrilirəm. Çünki o zaman mən də aktyorlarla birlikdə çəkilişdən ləzzət alır, onların film haqqında mənə söylədikləri fikirlərlə əylənirəm, filmdəki obrazların davranışlarını şərh edirəm. Bir də son vaxtlar çəkiliş meydançasında olarkən bütün rolları özüm ifa edir, bunu aktyora göstərirəm. Lakin, aktyorluğa görə rejissorluqdan əl çəksəydim elə də uğur qazanacağımı zənn etmirəm. Bir çox məşhur rejissorlardan filmlərində çəkilmək üçün təkliflər aldım. Ancaq aktyorluğa qarşı əsl aktyorların hiss etdiyi ehtirası öz qəlbimdə duymadım. Bu səbəbdən də hesab edirəm ki, yaxşı aktyor deyiləm. Filmlərimdə daha çox kiçik məkanlardan böyük şəhərlərə gələn qızlardan və onların həyatla mübarizəsindən bəhs edirəm. Bir də mənə ən səmimi gələn mövzu ev qadınları haqqında olanlardı. İndi daha sadə filmlər çəkmək istəyirəm. Ola bilər ki, son filmlərim o qədər də təəccübləndirici deyil. Ancaq onsuz da kimisə təəccübləndirmək və ya skandal yaratmaq kimi istəyim yoxdur. Sadəcə olaraq öhdəsindən gələ biləcəyim və əlimdəki imkanlardan istifadə edərək film çəkməyə çalışıram. Lazımi qədər qərarlı birisinizsə filminizi istədiyiniz kimi yarada bilərsiniz. Lakin, nə istədiyinizi bilməyiniz birinci şərtdi. Bu günün rejissorları mənim nəslimlə müqayisədə texniki məsələlərdə daha çox biliyə sahibdilər. Onlardan kiminsə ilk filminə baxdığım zaman filmin texniki şərtlərin hamısına cavab verdiyini görürəm. Lakin, heyran olunacaq bir film yaratmaq üçün texniki bilik azlıq edir. Əgər otuz film çəkmək istəyirlərsə, o zaman filmin dilini öyrənmələri vacibdi. Mütləq həmin dili öyrənmək və hədəflərin istiqaməti üzrə hərəkət etmək lazımdı. Mən bunu üçüncü filmi çəkəndə anladım. Pedro Almodovar Tərcümə etdi: Samirə Əşrəf
['kino', 'rejissorlar', 'Pedro Almodovar']
964
https://kayzen.az/blog/edebiyyat/19376/ruhunu-%C5%9Feytana-satan-bulqakov.html
Ruhunu şeytana satan Bulqakov
Apollon
Ədəbiyyat
31 avqust 2016, 13:47
Ruhunu satmaqla bağlı Deyilənə görə, Bulqakov tez-tez “Faust”a baxmaq üçün “Bolşoy Teatra” gedirmiş. Bu opera onun əhvalını açırmış. Faust obrazı ona xüsusilə doğma imiş. Ancaq, günlərin bir günü Bulqakov teatrdan evə qaşqabaqlı, gərgin vəziyyətdə gəlir. Arvadı nə olduğunu soruşunca, o yaxın günlərdə yazmağa başladığı “Batum” pyesin ucbatından bu hala düşdüyünü deyir. Sən demə Stalin haqda pyes yazmağa razılıq vermiş Bulqakov, birdən-birə ruhunu şeytana satmış Faustun yerində özünü görüb. Əskik olan personaj 1937-ci ildə A. S. Puşkinin ölümünün ildönümü münasibətiylə bir neçə yazara onun haqda pyes yazmaq tapşırılır. Bu yazarlar arasında M. A. Bulqakov da olur. Lakin Bulqakovun “Aleksandr Puşkin” adlı pyesində digər müəlliflərin əsərlərindən fərqli olaraq bir obrazı verilmir. Bulqakov hesab edirmiş ki, bu şəxsin səhnəyə çıxması vulqar və zövqsüz görünəcək. Həmin şəxs Aleksandr Puşkin özü imiş. Mixail Bulqakovun xəzinəsi Bulqakov “Ağ qvardiya” romanında özünün Kiyevdə yaşadığı evi təfərrüatı ilə təsvir edib. Evin sonrakı sahibinin isə romandakı bircə detala görə Bulqakovu görməyə gözü yoxdur, belə ki, o ev sahibinə böyük zərər vurub. İş orasındadır ki, ev sahibi Bulqakovun romanını oxuyanda sonra evin bütün divarlarını uçurub təməlini qazır ki, romanda təsvir olunan xəzinəni tapsın, ancaq biri də çıxıb ona demir ki, bu yazıçının bədii təxəyyülündən başqa bir şey deyil. Volandın əhvalatı Bulqakov “Master və Marqarita” romanındakı Voland obrazını Götenin qəhrəmanı Mefistofeldən götürmüşdü. “Faust” poemasında Mefistofel qaranlıq qüvvələri kənara çəkilib yol verməyə səsləyərkən deyir: “Zadəgan Voland gəlir!”. Həmçinin, qədim alman ədəbiyyatında iblisin Faland adlandırıldığı məlumdur. Bu ad “Master və Marqarita”da, məmurlar sehirbazın adını yada salmağa çalışarkən də ortaya çıxır: “...Bəlkə də Faland idi?” Kitabın ilk çap versiyasında əvvəlcə naməlum adam kimi ortaya çıxan Volandın təsvirinə geniş (əlyazmada on beş səhifədir) yer ayırılmağına baxmayaraq, indiki versiyada bu təsvirlə tamam çıxarılıb. Bundan əlavə ilk dəfələrdə Volandın yerinə Astarot (qərb demonologiyasında cəhənnəmin ən yuxarıda dayanan iblisi) işlənilirdi. Sonradan Bulqakov onu Volandla əvəz edir, görünür o obrazının mifologiyadakı şeytanla eyni olmasını istəməyib. “İt ürəyi” və rus inqilabı “İt ürəyi” povestində cəmi bircə siyasi məqamın olduğu sanılır. Belə ki, baş qəhrəman Şarikov lümpen-ploretariata aid olan alleqorik obrazdır. O təsadüfən çoxlu imtiyazlar və azadlıqlar əldə edir, ancaq bunun ardınca daxilində eqoizmi və özünəbənzərləri məhv etmək istəyini aşkarlayır. Lakin povest haqda başqa iddialar da var, deyilənə görə bur 1920-ci illərdəki hökümətdaxili vəziyyəti ələ salan siyasi satiradır. Yozumlara görə, Şarikov-Çuqunkin əslində Stalinin (hər ikisinin iki soyadından biri “dəmir”lə bağlıdır), professor Preobrajenski –Leninin (preobrajit – rusca dəyişmək deməkdir, burda Leninin ölkəni dəyişməsinə işarə edilir), onun köməkçisi daim Şarikovla ixtilafda olan doktor Bormental – Trotskinin (onun sonyadı Bronşteyn idi), Şvonder – Kamenovun, köməkçi Zina (Darya Zinovyev) – Dzerjinskinin prototipləridir. Begemotun prototipi Volandın ən çox diqqət çəkən köməkçisi Begemotum gerçək həyatda prototipi varmış. Amma o pişik deyil Mixayıl Bulqakovun Begemot ləqəbli, zil qara itidir. Deyilənə görə it çox ağıllı imiş. Günlərin bir günü Bulqakov arvadı ilə birlikdə yeni ili qeyd edərkən kreml saatının zənglərini eşidən it düz on iki dəfə hürür, ancaq ona bu şeyi heç kim öyrətməyibmiş. İvan Vasiliyeviç: yenidən keçmişə Hələ 1934-cü ildə Mixayıl Afansaiyeviç Bulqakov zaman maşını yaratmağa çalışan moskvalı ixtiraçı-alim Nikolay İvanoviç Timofeyev haqda komediya-pyes yazır. Pyesdə Nikolay İvanoviç zaman maşını vasitəislə İvan Qroznunu müasir dövrə gətirir (1934-cü ilə), əvəzində isə evlər idarəsinin müdiri Bunş-Koryçki və fırıldaqçı Jorj Miloslavskini keçmişə yollayır. Pyesi oxuyanlar Bulqkovu pyesdə bəzi dəyişikliklər etməsi üçün dilə tuturdular. Hər kəs İvan Qroznu ilə İyosif Stalin obrazının açıq-aydın bənzərliyinə görə qorxurdu. “İvan Vasiliyeviç” pyesi öz təntənəli uğurunu 1973-cü ildə, böyük kino ustası Leonid Qayday bu işə əl qoyandan sonra qazandı. Tanınmış rejissor Bulqakov xəttini tam olaraq saxladı, təkcə 30-cu illərə aid detalları 70-ci illərə uyğunlaşdırmalı oldu. Məsəlçün, pyesdə haqqında bəhs edilən patefon maqnitofonla, koverkot palto zamşa gödəkcə ilə dəyişdirildi, zaman maşınında isə tranzistorlardan istifadə edildi. Yakinin İvan Qroznu ilə görüşündə 70-ci illərdə SSRİ-də məşhur olan məşhur kino artistlərinin adını sadalayır.* Yeri gəlmişkən, film amerikalı tamaşaçılara da tanışdır, ancaq filmin amerikan versiyasının adı dəyişidirilərək “İvan Vasiliyeviç: yenidən keçmişə” olaraq dəyişdirilib (“Ivan Vasilievich: Back to the Future” və “Ivan the Terrible: Back to the Future”). Tərcümə: Namiq Hüseynli
['rus ədəbiyyatı', 'Mixail Bulqakov', 'Master və Marqarita']
965
https://kayzen.az/blog/qadinlar/19385/%C9%99d%C9%99biyyat,-diplomatik-karyera-arzusu-v%C9%99-kino.html
Ədəbiyyat, diplomatik karyera arzusu və kino…
Apollon
Məşhur qadınlar
29 avqust 2016, 21:36
Fransanın ən məşhur aktrisalarından biri olan Fanni Marqerit Jyudit Ardan 1949-cu ilin 22 martında Somyur şəhərində anadan olub. Onun atası süvari zabiti olduğundan Fanninin ailəsi İsveçrə, İspaniya və İngiltərə kimi ölkələri çox erkən yaşlarından səyahət etmiş və həmin ölkələrin kral ailələri ilə yaxından tanış olmuşdur. Fanninin atası tezliklə Monoko sarayında aparıcı vəzifəyə təyin olunur. Ailə də həmin şəhərə köçmək məcburiyyətində qalır. Gələcəyin aktrisası on yeddi yaşlı Ardan katolik liseydə təhsil almağa başlayır. Elə həmin liseydə də o, şəhzadə Qreys Kelli ilə çox yaxın rəfiqə olur. Onlar ciddi ədəbiyyat mütaliə edir və rus ədəbiyyatı ilə dərindən maraqlanırlar. Lev Tolstoyun, Turgenevin və Dostoyevskinin əsərlərini mütaliə edirlər. Lakin, ədəbiyyata olan marağına baxmayaraq, Fanni atasının yolunu davam etdirmək və diplomatik karyera qurmağa hazırlaşır. Liseyi bitirdikdən sonra Fanni Fransaya geri dönüb Provansa Universitetində politologiya üzrə təhsil almağa başladı. Təhsil almaqla yanaşı onu dünya kinosu və teatrı da cəlb edirdi. Nəhayət Fanni Jana Perimonun aktyor kurslarına yazıldı. O, ilk dəfə 1974-cü ildə teatrda Pyer Kornellinin əsəri olan “Polievkt” dramındə rol aldı. Bundan başqa aktrisa televiziyada çəkilən tamaşalarda da kiçik rollar çəkilirdi. 1975-ci ildə Fanninin Dominiko Leverddən olan qızı Lumir dünyaya gəldi. Məşhur rejissoru sehrləmək və… Bir müddət sonra Fanni Dominikodan ayrıldı. 1976-cı ildə çəkilmiş “Marinin gəlincikləri” filmi ilə o, kinoda ilk debütünü edir. Daha sonra isə 1979-cu ildə “İtlər” filminə çəkildi. Lakin, bu filmlərin heç biri aktrisaya mükafat və dünya şöhrəti gətirməsə də, onun sonrakı yaradıcılığına gözəl başlanğıc oldu. Məsələ bunda idi ki, Fannini televizorda görən rejissor Fransua Trüffo onun ehtiraslı cazibəsinin sehrinə düşmüşdü. Bu sehr Trüffonu aktrisa ilə yaxından tanış olmağa vadar etdi. Beləliklə onların arasında fırtınalı roman başlandı. Fransua bu erudisiyalı, qara saçlı, qaynar gözlü qadına vurulmuşdu. Tezliklə o, Fanniyə “Qonşu” filmində baş rolu həvalə etdi. Məhz həmin filmdə Trüffo ona lazım olan güclü, canlı, yumorlu qadın qəhrəmanını tapdığını deyirdi. Fanninin həmin filmdə tərəf müqabili təcrübəli aktyor Jerar Depardye idi. 1982-ci ildə aktrisa həmin filmdəki Matilda Boşar roluna görə Fransannın milli film mükafatı olan “Sezer”ə namizəd seçildi. 1981-ci ildə Ardan Fransua Trüffonun sonuncu arvadı olur. Bəzi mənbələrin məlumatına görə məşhur aktrisa heç kimlə qanuni nigah bağlamamışdır. 1983-cü ildə Trüffonun lentə aldığı “Nəşəli bazar” filmindən sonra Fanni Trüffoya Jozefina adlı bir qız övladı hədiyyə etdi. 1984-cü ilin oktyabr ayında isə böyük rejissor beyin xərçəngindən dünyasını dəyişdi. Müsahibələrinin birində Fanni Trüffo ilə iş prosesi haqqında deyir “Fransua mənə filmin sinopsisini verdi. Mən heç bir dialoqdan ibarət olmayan ssenariyə nəzər yetirdim. Trüffo məndən soruşdu: Hər hansısa bir sualın var? Mən cavab verdim ki- yox. Beləcə hər dəfə o mənə nəsə bir sualım olduğunu soruşanda,mən yox cavabını verirdim. O, isə sevinclə deyirdi: İlahi necə də gözəldir”. Karyerada qəfil yüksəliş… Trüffonun ölümündən sonra Fanni hər janrlı filmlərdə oynamağa hazır idi. Çünki rejissorlar və tamaşaçılar onu hər zaman dramatik və ciddi rolların mahir ifaçısı kimi tanıyırdı. Sonrakı on illikdə o, “Ailə məsləhəti”, “Ailə”, “Avstraliya” kimi filmlərdə rol alıb Alen Rene, Andre Delvo, Folker Şlendorf kimi görkəmli rejissorlarla işlədi. 1990-cı ildə aktrisa üçüncü dəfə qız anası oldu. Onun Fabio Konversi ilə olan münasibətindən dünyaya gələn qızı Baladinin doğulmasından bir müddət sonra o, Fabiodan ayrıldı. 90-cı illərin ilk vaxtlarında Fanni Ardanın aktrisalıq karyerasında elə bir ciddi dəyişiklik baş verməid. 1994-cü ildə çəkilmiş olan “Polkovnik Şaber” və 1995-ci ildə lentə alınmış “Sabrina” filmlərindən başqa. 1996-cı ilin əvvəlləri aktrisanın karyerasında fasilə yaransa da, tezliklə rejissor Patris Lekontonun “İstehza” filminə çəkildi. Film çox böyük uğur qazandı. Aktrisa ən yaxşı qadın roluna görə çoxdan azuladığı “Sezar” mükafatına layiq görüldü. Film isə “Kann Kino festivalı”nda fərqli kateqoriyalar üzrə mükafatlar qazandı. Daha sonra isə həmin film “Oskar” mükatafına namizəd görüldü. Arzuolunan mükafatdan sonra aktrisa daha həvəslə işləməyə başladı. 21-ci əsrdə “Yelizaveta” 1998, “Rasputnik” 2000, “Allahdan xəbər yoxdu”, “Əbədi Kallas” 2001, “8 qadın” 2002, “Paris mən səni sevirəm” 2006 kimi filmlərə çəkildi. “8 qadın” filmində Katrin Denöv və başqa məşhur fransız aktrisalarla tərəf müqabili olan Fanni yaxın rəfiqəsi olan Denövlə bir filmə çəkilməkdən çox sevincli olduğunu dilə gətirir. Cəsarətli açıqlama,məhkəmə qorxusu və üzrxahlıq… Lakin, Fanni Ardanın həyatında xoşagəlməz məqamlarda baş verdi. Belə ki, o, 2007-ci ildə məhkəmə stulunda oturmaqdan güclə qurtulur. İtalyanın sol yönümlü terror təşkilatı olan “Qırmızı briqada”ya olan simpatiyasını publika qarşısında dilə gətirən aktrisa həmin təşkilatı “maraqlı və təccüblü fenomen” adlandırır. Həmçinin təşkilatın lideri olan Renato Kurçonu öz qəhrəmanı hesab etdiyini açıqlamaqdan da çəkinmir. Bu qalmaqallı açıqlamadan sonra aktrisanı sevən böyük tamaşaçı kütləsi əsl şok yaşayır. Aktrisa məhkəməyə verilir. İtliya Parlamentinin kəskin narazılığı ilə üz-üzə qalan aktrisa publika qarşısında üzrxahlıq etsə də 2007-ci ildə “Venesiya Film festivalı”na getməkdən imtina etməyə məcbur olur. Altmış dörd yaşlı aktrisa hal-hazırda bir sıra filmlərə çəkilməklə yanaşı teatrtda olan işini də davam etdirir. 2008-ci ildə “Toz və qan” filminin ssenarisini yazan aktrisa filmi ekranlaşdırmaqdan çəkinməyib özünü rejissor kimi də sınayır. Filmin büdcəsi üç milyon evro təşkil edir. Fanni Ardan şəxsi həyatı və ailəsi haqqında danışmağı sevmir. Heç vaxt qanuni nigahda olmayan aktrisanın qızları fərqli sənət sahibidirlər. Böyük qızı Lumir rəssam, ikinci qızı Jozefina hüquq sahəsi üzrə təhsil almış, kiçik qızı Baladin isə mühasibatçı işləyir. O, qızları haqqında deyir: “Mən çox şadam ki, onlar tamamilə başqa-başqa sahələri seçdilər. Qızlarım mənə öz peşələri üzrə çox maraqlı tövsiyələr verirlər. Ən əsası odur ki, mən onlara azadlıq hissinin nə olduğunu öyrədə bilmişəm”. O, özü haqqında isə belə deyir “Mən heç vaxt ikon ola bilmərəm. Mən ancaq aktrisayam və bu sahədə olan bacarığımdan başqa heç nə etməmişəm. Daxilimdə belə bir hiss var ki, həmişə sıfırdan başlayıram. Həmişə də öz-özümə deyirəm sabah hər şey yaxşı olacaq. Tərcümə etdi: Samirə Əşrəf
['məşhur qadınlar', 'Fanni Marqerit Jyudit Ardan', 'Fanni Ardan']
966
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/19434/b%C9%99%C5%9F%C9%99riyy%C9%99tin-g%C9%99l%C9%99c%C9%99yi.html
Bəşəriyyətin Gələcəyi
Türkəl
Bloq: Türkəl
29 avqust 2016, 10:52
Bütün böyük dəyişikliklər insanları qorxudur. Güman ki, biz Homo Sapiens nəslinin son nümayəndələrindənik. Bir-iki əsrdən sonra biz ya bəşəriyyəti məhv edəcək, ya da texnologiya vasitəsi ilə özümüzü üstün bir canlıya çevirəcək qədər dəyişəcəyik. Biz həyatın çox vacib qaydalarını dəyişməyə yaxınıq.  Təkamülün 4 milyardlıq tarixi ərzində həyat təbii seçmə yolu ilə (ətraf-mühitin təsiri altında, sağ qalmaq uğrunda mübarizə vasitəsi ilə) təkamül etmiş və üzvi aləmdən kənara çıxmamışdır. Kim olmağından asılı olmayaraq amöb, dinozavr və ya homo sapiens – hamı üzvi maddələrdən ibarətdir. Həyat ağıllı dizayn vasitəsi ilə (kor-təbii təbii seçmə yolu ilə yox, məhz daha üstün varlığın düşünülmüş müdaxiləsi ilə) təkamül edəcək və ilk qeyri-üzvi canlının yaradılışı ilə üzvi aləmdən çıxıb, qeyri-üzvi aləmə daxil olacaq. Yer kürəsində hələ də canlılar yaşayacaq, amma çox güman ki, onlar bizdən çox fərqli olacaqlar, bizim neandertallardan və şimpanzelərdən fərqli olduğumuz kimi. Oyunun qaydaları tamamilə dəyişəcək. Bu həm də ilk dəfə olaraq bizim yaşamın Yer Kürəsindən çıxışını təmin edəcək. Ümumilikdə fəzada və başqa planetlərdə üzvi həyatı qorumaq olmur. Lakin üzvidən qeyri-üzviyə keçdikdən sonra süni intellektin qorunması ilə bağlı problem olmayacaq. Əgər bu Ulduz Yolu serialı (Star Trek) və ya Ulduz Müharibələri filmləri (Star Wars) kimi şeyləri sizin yadınıza salırsa, demək lazımdır ki, onlar bizim kimi insanları təsvir edir. İşıq sürəti ilə uçan fəza gəmilərindəki insanları. Fərqli olan isə budur ki, bu uçan fəza gəmiləri olmayacaq, bu həmin gəmilərin içində uçan insanlar olacaq. Onlar bizim kimi olmayacaq, onlar tam fərqli olacaqlar. Bu təkamül olacaq, lakin təbii seçmə ilə yox, ağıllı dizayn ilə əldə olunmuş təkamül. Müəllif: Yuval Noah Harari.   Tərcümə: Türkel Əfəndiyev.  Mətnin istifadəsi zamanı müəllif və tərcüməçiyə istinad edilməsi xahiş olunur.  Original mənbə: http://www.bbc.com/news/uk-37171171
['təkamül', 'təkamül nəzəriyyəsi', 'təbii seçmə', 'ağıllı dizayn']
967
https://kayzen.az/blog/tibbi-yard%C4%B1m/19419/u%C5%9Faqlar%C4%B1n%C4%B1z%C4%B1-bel%C9%99-qoruyun.html
Uşaqlarınızı belə qoruyun
Apollon
Tibbi yardım
27 avqust 2016, 18:22
Yay aylarında açıq havada keçirilən zaman da artır. Bu halda bəzi qəzalar da qaçılmaz olur. Xüsusilə uşaqların yay mövsümündə artan enerjiləri, həyəcanları və aktiv hərəkətləri daha çox təhlükəli vəziyyətlər yaradır. Yayda hovuz və dənizdə olan günvurmalar, burxulma və qırıqlarla nəticələnən velosiped qəzaları, boğulmadan tutmuş günəş yanmalarına qədər bir çox səbəbdən uşaqlarını təcili yardıma gətirən valideynlərin də sayı artır. Yayın sevincinin kədərlə bitməsini istəmirsinizsə diqqətli olun. Yayda uşaqlar əyləndikləri zaman onları gözləyən təhlükənin fərqində olmaya bilik. Ona görə də bəzi lazımi tədbirlər görməkdə fayda var. Əks halda bu qəzalar həm ciddi və qalıcı sağlamlıq problemlərinə yol aça bilər, həm də yay tətiliniz acı xatirələrlə yadda qalar. İlk növbədə valideynlər ilk yardım tətbiqlərini öyrənməlidirlər. Velosiped xəsarətləri və yol qəzalarına qarşı tədbir Yaşıllıq olmayan yerlərdə uşaqlar küçədə oynamaq məcburiyyətində qalır. bu halda isə yol qəzalarında ciddi artım olur. Uşaqların oynadığı və velosiped sürdüyü yerin etibarlı və avtomobillərin sıx istifadə olunmadığı yol olmasına diqqət edin. Daxili orqanlardakı xəsarət qarşıdakı günlərdə də böyük fəsadlara səbəb ola biləcəyi üçün həkimə müraciət edin. Dəridə problem yaranıbsa, bol təmiz su ilə yaranı yuyub üzərini təmiz parça ilə bağlayın. Yol qəzaları baş verərsə, uşaq yıxılarsa beyin və nəfəs kimi həyati funksiyalarını nəzarət edin. Problem aşkarlasanız vaxt itirmədən təcili yardım çağırın. Bu müddətdə xüsusilə boyun bölgəsindəki onurğanı sabit saxlayın. Suda gözləyən təhlükə Uşaqlar həddindən artıq isti günlərdə sərinləyib əylənmək üçün suya baş vururlar. Dəniz, göl, su kənarlarında boğulma xəbərlərinə tez-tez rast gəlirik. Uşağınız üzməyi bacarsa da, bacarmasa da gözünüzü ondan ayırmayın. Kiçik uşaq üçün çox az miqdarda su yığını belə, böyük risk yarada bilər. Unutmayın ki, bir neçə dəqiqəlik laqeydlik öhdəsində gələ bilməyəcəyiniz qəzalara yol aça bilər. Boğulma vəziyyətində dərhal həyati funksiyalarına diqqət edin, beyni dayanıbsa və nəfəs almırsa həyatı qurtaran 5 nəfəs verin. Dəyişiklik olmasa təcili yardım çağırın dərhal əsas həyat dəstəyi tətbiq edin. Vəziyyəti yaxşılaşsa da mütləq həkimə aparıb müayinədən keçirin. Günvurma zamanı nə etməli? Yayda bişməcədən tutmuş günvurmaya qədər günəşin səbəb olduğu bir çox mənfi hallarla rastlaşırıq. Yüksək hərarət və başgicəllənmə diaqnozu qoyulan günvurma həyati risk meydana gətirir. Halsızlıq, yorğunluq kimi yüngül mənzərələr baş ağrılarına səbəb ola bilər. Sadə tədbirlərlə bunların qarşısını ala bilərsiniz. Nahar saatlarını kölgədə keçirməsini, bol su içməsini, gün ərzində sərin duş almasını təmin edin. Nazik və enli paltarlar geyindirin. Şüşələri açıq olsa da uşağı qətiliklə maşında saxlamayın. Hər hansı bir problem yaranarsa, əvvəlcə bədən istiliyini aşağı salın, sonra həkimə aparın. Günəş və termal yanıqlara qarşı nə etməli? Yayda hovuz kənarları və ya dənizdə fərqində olmadan günəş yanıqları meydana gələ bilər. Bu səbəbdən də uzun müddət günəşdə qalmamasına, günəşdən qoruyucu krem istifadə etməsinə diqqət edin. Uşağınızın yanında kibrit və alışqan saxlamayın. Bağlı və ya açıq məkanlarda yandırılan alov ətrafında olduqda onlar üçün tədbir görün. Sadə yanıqlar zamanı yaranı bol soyuq su ilə yuyub təmiz sarğı ilə bağlayın. Buz, diş pastası, yağ və ya bənzəri maddələrdən qaçın. Ciddi yanıqlar baş verdikdə dərhal təcili yardım çağırın. Bu müddətdə etibarlı bir mühitdə yanıq bölgəsini təmiz bez ilə örtün, infeksiyadan qoruyun. Kiçik yanıq qəzalarında belə mütləq həkimə müraciət edin. Qanamalara qarşı nə etməli? Qanayan hər hansı bölgəni bol təmiz su ilə təmizləyib, təmiz bezlə üstünü örtərək sıxın. Buna baxmayaraq, qan dayanmırsa son variant olaraq bandajla sarıyın. Burun qanamalarında uşağın başını arxaya doğru qaytarın. Sonra başı yüngül önə əyib, burun sümüklərini bir-birinə doğru yüngülcə sıxın. Barmaq zədələnibsə, durmadan təcili yardım çağırın. Ancaq bu müddətdə barmağı nəmli və soyuq saxlayın. Təmiz parça və təmiz su ilə nəmləndirərək sarıyın. Təmiz, dəliksiz, ağzı bağlı plastik torbaya qoyub, ağzını möhkəm bağladıqdan sonra, içində su və buz parçaları olan başqa bir torba və ya qab içinə yerləşdirin. Qırılan orqanı birbaşa su içinə qoyub buz ilə təmas etdirmək olmaz. Burxulma, çıxıq və qırıqlarla mübarizə Uşaqların yayda tez-tez rastlaşdığı qəzalardan biri də yıxılmadır. Burxulmalar, çıxıq və qırıqlardan təsirlənən üzv sabitlənməlidir. Bunun üçün ətrafdakı bir cismi istifadə edə bilərsiniz. Üzv altına qoyduğumuz bu cisim bir sarğı ilə sarılmalı və yüksəkdə tutulmalıdır. Mümkündürsə soyuq tətbiq olunmalı və təcili həkimə müraciət olunmalıdır. ailem.az 
['ilk tibbi yardım', 'tibbi yardım', 'gün vurma', 'boğulma', 'çıxıqlar']
968
https://kayzen.az/blog/yazar/19392/anton-%C3%A7exov_2.html
Anton Çexov
Apollon
Yazıçılar
23 avqust 2016, 16:58
Gələcəyin yazıçısı Rusiya İmperiyasının cənubunda sadə ailədə anadan olmuşdu. Onun babası Yeqor Mixayloviç Çexov keçmiş təhkimçi kəndli idi. Beləliklə Anton, onun qardaş və bacıları nəsillərinin təhkimli ailədə doğulmayan ilk azad nümayəndələri idilər. Sonralar o, məktublarının birində bu haqda belə yazırdı: “Dvoryan yazıçıların təbiətdən müftə qazandıqlarını raznoçinlər cavanlıqları hesabına əldə edirdilər. Təhkimçi kəndlinin, keçmiş dükançı, gimnazist, tələbə, böyüklərə ehtiram ruhunda böyüdülmüş, keşiş əli öpən, başqalarının fikrinə itaət edən cavan oğlunun öz canından qul xislətini damcı-damcı çıxarmasından və bir gün oyanıb daha damarlarında qul qanı yerinə əsl insan qanı axdığını görməsi barədə bir hekayə yazın.” Həyat yoldaşı və sevgilisi Hələ lap uşaqlığından Anton ehtiyacın nə olduğunu bilirdi. Buna görə də həkimliyi seçmişdi, çünki bu peşə onun üçün geniş imkanlar açırdı. O dövrdə tibb elmi bir o qədər ixtisaslaşmamışdı, həkimlər soyuqdəymədən tutmuş zöhrəvi xəstəliklərə qədər istənilən xəstəliyi müalicə edə bilirdilər. Şəhər həkimləri ilə on min rubla qədər qazana bilir, ekipaj saxlayır, normal mənzildə yaşayır, yüksək dairələrdə tanınırdılar. Amma bunun üçün gecə-gündüz oxumaq gərək idi. Təhsil zamanı tələbələr tibb elminin bütün sahələrini öyrənirdilər. Buraxılış zamanı isə əvvəlki kursların imtahanlarını da təzədən verirdilər. Çexov bu ağır sınaqdan çıxaraq 25 yaşında həkimlik diplomunu aldı. O, hələ tələbə vaxtlarından hekayə yazır, onları əsasən əyləncəvi mətbu orqanlarında çap edirdi. Hekayələri normal gəlir gətirəndən sonra da o həkimliklə məşğul olmağa davam edir, tibbi arvadı, ədəbiyyatı isə sevgilisi adlandırırdı. O, ədəbiyyatla yalnız naşir Aleksey Suvorin onu himayə edəndən sonra ciddi məşğul olmağa başladı. Suvorin ona tamama başqa tariflə ödəniş edir, buna görə də yazıçı bir hekayəni bir günə yox bir həftəyə yaza bilirdi. Çexovun “Çöl”, “Qara rahib”, “Altı nömrəli palata” kimi gözəl əsərlərinə görə biz Suvorinə də minnətdar olmalıyıq. Çexovun sosial mənşəyi bir çox məsələlərdə onun yaradıcılıq istiqamətini də müəyyən edirdi. Gənc müəllifin hekayələri geniş oxucu kütləsi tərəfindən daha çox ona görə sevildi ki, sadə dükançılar, həkimlər, tacir və intelligentlər bu hekayələrdə özlərini görürdülər. Tezliklə onu hər yerdə öz adamları kimi qəbul etməyə başladılar, bununla belə o yenə də kübar cəmiyyəti bəzi xüsusiyyətləri ilə heyrətləndirməyi bacarırdı. Misal üçün əksər cənublular kimi tum çırtlayırdı. Yeganə səyahət Dvoryan təbəqəsindən olan qələm yoldaşlarından fərqli olaraq Çexov ömrü boyu ədəbiyyata peşə kimi yanaşıb. O, özünə yaradıcı böhran keçirmək, müəyyən müddət yazmamaq ixtiyarı verə bilməzdi. Çexov yazı prosesinə intizamla yanaşırdı; o dəqiq müəyyən edilmiş vaxtlarda yazı masasının arxasına keçir, özü də heç vaxt kəpənək qalstuk taxmamış yazmağa başlamazdı. Bütün sənədlərini isə — məktublar, qeydlər, mağaza çekləri, hətta restoran hesabları – səliqə ilə saxlayırdı. Həyatının çox hissəsini Çexov ailəsi ilə kirayə mənzillərin birindən o birinə köçə-köçə keçirib. O, valideynlərini də himayə edir, fərsiz qardaşlarının borclarını ödəyir, “insanlar” içinə çıxmağa çalışırdı. Buna görə də yazıçı ömrü boyu cəmi bircə dəfə səyahət edib, o da Rusiyanın bir başından çıxaraq Saxalinə getdiyi səyahət olub. Bu ada o zamanlar ömürlük sürgünə göndərilənlərin yaşayış yeri idi. Onun Saxalinə getməkdə məqsədi insanların həyat şəraitini öz gözləri ilə görüb yazmaq idi. Sovurin bu səfərə qarşı idi (“bu nə qəribə fantaziyadır”, “Saxalin heç kəsə gərək deyil və maraqsızdır”). Çexov isə ona etiraz etmişdi: “Saxalin yalnız o cəmiyyət üçün lazımsız və maraqsız yer ola bilər ki, o, Saxalinə minlərlə insanı sürgün etməsin və buna milyonlar xərcləməsin… Bu yer yalnız azad və asılı insanların çəkə biləcəyi dözülməz əzabların məskənidir.” Səyahətin nəticəsi olaraq yazılan “Saxalin adası” kitabından sonra Rusiya həbsxanalarında islahatlar aparılmağa başlandı. Pişiklər, siçanlar və manqust Ancaq çox az adam bu səfərin təkcə Saxalinlə yekunlaşmadığını bilir. Adaya Sibir yolu (“ən böyük və deyəsən dünyanın ən yöndəmsiz yolu”) ilə gələn yazıçı geriyə Hindistan, Sinqapur, Seylon, Port-Said, İstanbul və Odessadan keçərək qayıtmışdı. Seylonda Çexov manqust adlı heyvan almışdı. Yazıçı heyvanı “Yaramaz” deyə çağırırdı, çünki ada haqqında bütün yol qeydlərini yemişdi. Qeydləri bərpa etmək mümkün olmur, buna görə də yazıçının məşhur çay plantasiyaları barədə təəssüratları bizə məlum deyil. Manqust Çexovlar ailəsinin Moskva quberniyasında aldıqları malikanədə uzun müddət yaşadı. Yazıçının atasının sözlərinə görə o, “heyvan yaramazlığına nümunə” idi: qabları qırır, stolların üzərində hoppanır, yatanların burunlarını dişləyir, butulkaların tıxacını çıxarırmış. Manqust meşəyə qaçanda isə onu uzun müddət tapa bilməyiblər. Axırda onu bir ovçu daş karxanasındakı yarğanda tapıb Çexovlara qaytarır, onlar isə manqustu zooparka vermək qərarına gəlirlər. Manqustla yanaşı yazıçının Brom və Xina ləqəbli iki taksası (əyriqıç it cinsi) vardı. İtlərə pişiklərdən çox hörmət qoyulurdu. Moskva quberniyasındakı malikanəyə pişiklər buraxılmırdı, buna görə də orada siçan çox olurdu. Tələyə düşmüş siçanları isə yazıçı öldürmürdü, meşəyə buraxırdı. Xəstəliyinə görə Yaltaya köçəndən sonra Çexov Nemiroviç-Dançenkoya yazmışdı ki, zeytun ağacının altında yatan küçüyü özüylə saxlayıb və ona Kaştan ləqəbi qoyub. “Pişikləri isə öldürəcəyik”- daha sonra o, əlavə etmişdi. Ölümsüzlük Yazıçı xəstəliyə məhkum olduğunu öyrənəndən sonra rahat həyat yaşamağa, dincəlməyə başladı. Tibb təhsili olmasına baxmayaraq Çexov o dövrdə hələ sağalmaz xəstəlik hesab olunan vərəmin əlamətlərini uzun müddət görməzdən gəlməyə çalışdı. İlk ciddi tutması Anton Pavloviçin 36 yaşı olanda baş verdi. Həmin gün yazıçı restoranda Suvorinlə nahar edirdi. Qəfildən boğazından qan gəldi. Mehmanxana nömrəsinə gəlib uzanandan sonra Çexov öz naşirinə belə dedi: “Qardaşımdakı kimi, vərəmdən ölən qohumumdakı kimi mənim sağ ciyərimdən qan gəlir.” İlk tutmadan sonra o, əvvəlki kimi yaşamağa davam etdi, amma bir il sonra daha ciddi qanaxma ilə xəstəxanaya yerləşdirildi. Xəstəyə dinclik lazım olduğu üçün onun yanına heç kəsi buraxmırdılar. Ancaq bir dəfə onu yoluxmağa elə bir qonaq gəldi ki, onu xəstənin yanına buraxmaya bilmədilər. Həmin dövrdə ən məşhur rus yazıçısı olan Lev Tosltoy hələ yeni başlayan yazıçını xəstəxana palatasında ziyarət edərək onunla ölümdən sonrakı həyat barədə xeyli söhbət elədi. Tolstoyu olduqca yüksək qiymətləndirsə də bu cür söhbətlərə alışıq olmayan Çexov bu görüşü belə xatırlayırdı: “Ölümsüzlük haqqında danışdıq. O Kant tərzində ölümsüzlüyü qəbul edir. Belə hesab edir ki, biz hamımız (insanlar və heyvanlar) mahiyyət və məqsədi bizim üçün sirr olan ağıl, sevgidən ibarət bir başlanğıcda yaşayacağıq. Mənə isə bu başlanğıc və ya güc həlməşik, formasız kütlə halında görünür. Mənim individuallığım, şüurum bu kütlə ilə qarışacaq. Mənə belə ölümsüzlük gərək deyil. Mən onu anlamıram və Lev Nikolayeviç təəccüblənir ki, onu niyə anlamıram.” Tolstoy və Çexovun görüşü daha sonra Yasnaya Polyana və Yaltada baş tutdu. Bu görüşlər hələ də ədəbiyyatşünaslar üçün tədqiqat predmeti olaraq qalır. Qəribə evlilik Həkimlər Çexova Krıma səyahət etməyi məsləhət görürdülər. İsti iqlim ölümün qarşısını bir müddət ala bilərdi. Yazıçı külliyyatının çap hüququnu sataraq Yaltada kiçik ev alır. Yarımada o dövrdə hələ inkişaf etmiş kurort bölgəsi deyildi. Seyrəklik olduğu üçün dincələnlər dağılandan sonra sahil boş olurdu. Qəzet isə bu ucqar bölgəyə çox gec gəlirdi. Yazıçının sözlərinə görə qəzetsiz burada “malxulyaya qapılmaq, hətta evlənmək olardı”. Çexov 1901-ci ildə, 42 yaşında, aktrisa Olqa Knipperlə evlənmişdi. Təəssüf ki, bu evlilik ona xoşbəxtlik nəsib etmədi. Ölməkdə olan yazıçı Yaltada tək yaşayır, Moskva Bədaye Teatrının səhnəsində oynayan xanımı isə ildə cəmi bir neçə günlüyünə ərini görməyə gəlirdi. Onu qeyd edək ki, bu formatda münasibəti Çexov özü tələb edirdi. Hələ Knipperlə tanış olmamışdan əvvəl, məktublarından birində o, yazırdı: “Buyurun, əgər Siz razısınızsa mən evlənirəm. Ancaq mənim şərtim var: bu vaxta qədər necə idisə evlənəndən sonra da o cür olmalıdır, daha doğrusu o, Moskvada yaşamalı, mənsə kənddə və mən ancaq özüm onun yanına gedəcəm. Günbəgün, səhərbəsəhər davam edən xoşbəxtliyə mən tab gətirə bilmərəm. Mən əla ər olmağa hazıram, ancaq mənə elə arvad verin ki, o Ay kimi mənim göylərimdə hər gecə parlamasın.” Ölüm və şampan şərabı 1904-cü ildə yazıçının səhhəti böhran vəziyyətinə çatanda Knipper onu Almaniyaya müalicəyə aparmaq qərarına gəlir. Bu vaxt artıq Çexov sinəsində dözülməz ağrılar hiss edir, güclü ağrıkəsicilər qəbul edirdi (həkimlər ona tiryək, morfi və heroin yazmışdılar). 3 iyun 1904-cü ildə Çexovlar Berlinə çatırlar. Dörd gün sonra isə onlara mehmanxanada daxili xəstəliklər üzrə aparıcı alman mütəxəssis professor Evald baş çəkir. Xəstəni müayinə edəndən sonra o, heyrətlə mehmanxana nömrəsini tərk edir. Professoru heyrətləndirən o idi ki, axı niyə ölüm ayağında olan xəstəni bütün Avropanı keçərək bura gətiriblər. Halbuki nə yazıçı, nə də xanımı ümidlərini itirmişdi. 21 iyunda Almaniyanın digər qurtaracağındakı Badenveyler şəhərinə gələn Çexov Rusiyaya yazırdı ki, onu indi yalnız təngnəfəslik və arıqlıq narahat edir. Və o, artıq bu “darıxdırıcılıqdan harasa əkilməyi” düşünür. Əslində isə onun səhhəti kəskin şəkildə pisləşirdi. Knipper Nemiroviç-Dançenkoya yazırdı: “Anton Pavloviçin görünüşcə qaralmasına və əmələ gəlməsinə baxmayaraq özünü yaxşı hiss eləmir. Hərarəti həmişə yüksəkdir, bu gün hətta 38.1 idi. Gecələri ağrıyır. Boğulur, yatmır Əhvalını özünüz təsəvvür edə bilərsiz. Bütün günü quzu kimi sakit, səbirlə oturur, heç nədən şikayətlənmir.” 15 iyulda sayıqlayaraq ayılır: yuxuda görür ki, dənizçi formasında olan qohumu Kolya suda boğulur. Alman həkimin dalıyca adam göndərirlər, şveysar isə buz gətirir. Ürəyinin üzərinə buz qoymaq istəyəndə Çexov müqavimət göstərib deyirmiş ki, boş ürəyin üzərinə buz qoymazlar. Həkim gələndən sonra Çexova kamfara inyeksiyası edir, nəbzini yoxlayır və xahiş edir ki, şampan şərabı gətirsinlər. Həkim etikasına görə peşə yoldaşı görəndə ki, xəstə ölüm ayağındadır, yaşamasına daha ümid yoxdur, o zaman həkim ölən adama köpüklü şərab təqdim etməlidir. Çexov şərabı dibinə qədər içəndən sonra dedi: “Çoxdandır şampan şərabı içmirdim”, üzünü divara çevirdi və yatdı, bir neçə saat sonra isə onun ürəyi dayandı. Sonuncu səfər Yazıçının cənazəsi olan tabut Moskvaya vaqon-refrijeratorda gətirilir. Cənazəni kiçik qrup qarşılayır. Ancaq məlum olur ki, onların çoxu Çexova son borcunu ödəmək üçün deyil, onunla birlikdə Mancuriyadan cənazəsi gətirilən general Kellerə görə gəliblər. Yazıçının dəfnində isə 4 min adam olur: Tabutu Nikolayevsk vağzalından Novodeviçevo monastırına qədər müşayiət edirlər. Qorki bu dəfni belə xatırlayırdı: “Bu dəfnlərdən elə bezmişəm iyrənirəm, mənə elə gəlir üstümə pis iy verən, yapışqan palçıq yaxılıb. Bayağılıq və vulqarlıqdan həmişə çiyrinən Anton Çexovu istridyə daşınan vaqonda gətirmişdilər və dul kazak arvadı Olqa Kukaretkinanın yanında basdırdılar. Qəbir üstündə gözləyirdilər ki, çoxlu nitq söyləniləcək. Demək olar ki, nitq söyləyən olmadı. Bu nə camaat idi? Bilmirəm. Ağaclara dırmaşıb gülüşürdülər, xaçları qırırdılar, söyüş söyürdülər, bərkdən soruşurdular: “Arvadı hansıdır? Bəs bacısı?” Şalyapin ağlayıb söyüş söyməyə başladı: “Elə bu əclaflar üçün o yaşadı, yazdı, öyrətdi, qınadı”. Dünya şöhrəti Çoxlarının fikrincə Çexovun vaxtsız ölümü ilə (onun cəmi 44 yaşı vardı) özünün də bir hissəsi olduğu epoxa bitdi. İnsanın yaxşılığa doğru dəyişə biləcəyinə inanan böyük humanist, 1905-ci il inqilabını, Birinci Dünya müharibəsini, Oktyabr üsyanını və onun ardınca gələn qardaş qırğınını müəyyən mənada yaxşı ki, görmədi. Çexovun adı bütün dünyada ölümündən bir neçə il sonra, Moskva Bədaye Teatrının xarici qastrollarda “Qağayı”, “Üç bacı”, “Albalı bağı” pyeslərini göstərməsi ilə tanınmağa başladı. Bu əsərlər teatr və dram haqqında fikirləri alt-üst etdi. Yazıçının ciddi ədəbiyyat hesab etmədiyi hekayələri isə dünyanın onlarla dilinə çevrildi.
['yazıçılar', 'rus ədəbiyyatı', 'Anton Çexov', 'Anton Pavloviç Çexov', 'Çexov']
969
https://kayzen.az/blog/DMF/19407/_45.html
Özümüzdən başlamasaq...
pascal
Düşüncələrim, münasibətim, fikirlərim
23 avqust 2016, 11:19
Əbdürrəhim bəy Haqverdiyevin «Mirzə Səfər» hekayəsini oxumayan bəlkə də çox adam olar, amma yazıçının «Mirzə Səfər», «Papaq» və «Bomba» hekayələrinin motivləri əsasında Cahangir Mehdiyevin quruluş verdiyi «Evlənmək istəyirəm» filminə yəqin ki, çoxları baxıb və bu dialoqu az qala əzbər bilirik: «Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib, кatibdən öz кağızından dоlayı məlumat istəyir, кatib cavab verir кi, кağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir:  – Mirzə, mənim кağızımı, mümкün isə, yaz aparım. – Dayan, bu saat yazaram, əlimdə özgə iş var. – Bilirsiniz, mən Həsən ağanın qоhumuyam? Mirzə qələmi əlindən buraxıb кişinin gözlərinin içinə baxdı. – Dоğrudan Həsən ağanın qоhumusan? – Dоğrudan. – Sən Allah, Həsən ağanın qоhumusan? – Vallah, dоğru deyirəm. – Sən Həzrət Abbas, Həsən ağanın qоhumusan? – Həzrət Abbas haqqı Həsən ağanın qоhumuyam. – Deyinən sən öl, Həsən ağanın adamıyam. – Sən öl, Həsən ağanın adamıyam. – Bəs elə isə, gəl, min mənim bоynuma. Neynəyim Həsən ağanın qоhumusan? Gözlə, vaxtında кağızın hazır оlar, apararsan.» Yazıçı hekayədəki bu dialoqla hələ əsrlər öncə insanlarımızın necə düşüncəyə sahib olduğunu oxucusuna ustalıqla çatdırır. Əhməd bəy xaricdə təhsil alıb gələn bir gənc olsa da, aldığı təhsillə öz doğulduğu yerə, insanlara, millətinə xeyri dəyməyən bir «ziyalıdır.»  O, həmin dəftərxanada qayda-qanuna məhəl qoymayan, növbə gözləməyə belə tənəzzül etməyərək öz nüfuzlu qohumunun adından istifadə edib, işini tezləşdirən bir tip kimi təqdim olunur. Üstündən yüzillər keçməsinə baxmayaraq həmin epizodu olduğu kimi götürüb, analiz etsək, hadisəni o zamanla indi arasında qarşılaşdırıb, günümüzün reallığıyla müqayisə aparsaq görərik ki, dəyişən heç bir şey, heç bir fərq yoxdur. Hekayənin ana fikri bu günümüzü özündə əks etdirərək hələ də öz aktuallığını qoruyur. Təhsilli gənclərimizin, savadlı insanlarımızın gün-gündən çoxaldığı bir zəmanədə yaşasaq da insani keyfiyyətlərimizin, haqqı tələb etmək cəsarətimizin, Mirzə Səfər kimi cəsarətli, şərəfli, vəzifəcə özündən böyük olana boyun əyməyən, halal zəhmətilə yaşayan namuslu məmurlarımızın azaldığını görürük. Sivilizasiyaya, müasirliyə doğru inkişaf getdikcə zehinlər, düşüncələr geriləyir, cılızlaşır sanki. Qorxaqlıq, öz haqqını tələb etməmək, cəsarətsizlik insanların ruhuna hakim kəsilir. Üzeyir bəy Hacıbəyov, C.Məmmədquluzadə, Ə. Haqverdiyev, M.Ə.Sabir və bir çox belə yazıçılarımız həm öz əsərləri ilə, həm həyat fəaliyyətləri, xidmətləri ilə hələ o dövrdə insanlarımızda özünüdərki, inkişafı, milli şüuru oyatmaq üçün əllərindən gələni edir, bu yolun da təhsildən, elmdən keçdiyini anlatmağa çalışırdılar. Zamanla inqilablar, müharibələr, nələr, nələr görərək, çətin periodlar keçən bu millət yavaş-yavaş oyanışa doğru getməyə başladı. Təhsil də aldıq, bilik də, savad da… İllər, əsrlər keçib o zamandan. Bu günümüzdən dönüb o zamana boylansaq müqayisə olunacaq çox işlər görə bilərik. Geyimimizdən başlayaraq ta ətrafımızda gördüyümüz hər şey dəyişib. Bəs şüurumuz, mənəviyyatımız necə, o da inkişaf edib, dəyişibmi?! Bax, buna tam əminliklə kimsə  «Bəli, dəyişib!» deyə bilməz. On illər, yüz illər keçsə də hələ də beyinlər XVIII-XIX əsrdən qalmadır. Təəssüf ki, elə o hekayədəki kimi, xaricdə (elə öz məmləkətində də) təhsil alıb qayıdan  təkəbbürlü, lovğa, özündənrazı, növbə mədəniyyəti bilməyən, kimsənin haqqını gözləmyən, özünü hər kəsdən üstün tutan, özünü inkişaf etdirməyən, deyingən və narazı «savadlılarımız», özünü göstərmək xətrinə oxuyan, «daydayına» arxalanan «təhsilli» əhməd bəylərimiz var və artmaqdadır da. Və hələ də həyatın anlamını madiyyatda axtaran, vəzifədə görən həsən ağalar, hacı kəmyablarımız da var olmaqdadır. Demək ki, avamlıq, cahillik, mənəviyyatın kasadlığı, cəmiyyətin inkişafdan qalması təkcə təhsil almaqla bitmirmiş. Əvvəl içindəki qaranlığı aydınlatmalı, sivilizasiyanı, müasirliyi, mədəniyyəti, inkişafı içimizdə yaratmalıyıq. Qarşımdakının mənə qarşı münasibət və davranışını necə görmək istəyirəmsə, eləcə də mən ətrafımdakılarla elə davranmalıyam. Bir sözlə, özümüzdən başlamasaq, dəyişəsi deyilik.
['Düşüncələrim', 'münasibətim', 'fikirlərim', 'mənəviyyat', 'müasirlik', 'təhsil']
970
https://kayzen.az/blog/u%C4%9Fur/19260/m%C9%99qs%C9%99din-m%C3%BC%C9%99yy%C9%99nl%C9%99%C5%9Fdirilm%C9%99si.html
Məqsədin müəyyənləşdirilməsi
Apollon
uğur psixologiyası
19 avqust 2016, 22:30
Edvin Loke tərəfindən 1968-ci ildə irəli sürülən qaydaya əsasən, insanlar ətrafındakıların fikirlərinə önəm verməklə, onlara müxtəlif şərhlər edirlər. Daha sonra bu qaydaları öz yanaşma tərzlərinə uyğun olaraq dəyərləndirirlər. Yəni, hərkəs öz xüsusiyyətlərinə görə, nəyin yaxşı, nəyin pis olduğuna, doğru yoxsa yanlış olduğuna, faydalı olub-olmamasına qərar verir. Buna görə də, insan özündə müəyyən məqsədlər yaradır, gələcək davranışlarını da bu məqsədlərə görə təyin edir.  Fərdlərin təyin etdiyi məqsədlər onların motivə olmalarına da təsirsiz ötüşmür. Buna görə də, əldə edilməsi çətin və olduqca əlçatmaz olan məqsədlər təyin edən fərdlər, əldə edilməsi asan olan məqsədlər təyin edən fərdlərlə müqayisədə daha çox performans göstərəcək və motivasiya olacaqlar. Qaydanın əsas olaraq 2 halı vardır: 1. İnsanın qarşıya qoyduğu məqsədlər onun davranışına çox böyük təsir göstərir. Həmçinin qarşıya qoyulan məqsəd və niyyətlər iş həyatında daha uğurlu olmağa səbəb ola bilər. 2. Bundan başqa, ətrafdan verilən qıcıqlandırıcılar məqsəd və niyyətlərə təsir edərək, onların işlərində də özünü bilavasitə göstərmişdir. Qaydalara görə, məqsədlərin bir neçə xüsusiyyətləri vardır: • O nisbətdə artacağı nəticəni vermişdir. Yəni, bu, məqsədi ölçə bilmə dərəcəsidir, məqsədə çatma müşahidə də oluna bilər və müəyyən ölçü dərəcəsini ifadə edər. • Məqsədin güclülüyü. Təcrübələrdə özləri üçün güclü məqsədlər müəyyən edənlər daha yaxşı nəticə əldə edir. Son olaraq, məqsəd gücləşdikcə, uğur qazanmaq daha da çoxalır-deyə qeyd edilir. • Məqsədin qəbul olması. Məqsədin iş nailiyyətlərinə təsir etməsi üçün bu məqsədlərin həmin şəxs tərəfindən qəbul edilməsi lazımdır. Burada “ qəbul etmə” kəlməsi təkcə nəyəsə boyun əymək mənasını vermir, məqsədlərin mahiyyətini mənimsəmək lazım olduğunu bildirir. • Məqsədin müəyyən edilməsi. Qaydaya görə, işçilər məqsədlərini müəyyən etdikdə, qazandıqları uğur və nailiyyətlər də bir o qədər yüksək olur. • Məqsədə dair məlumatların verilməsi. Qaydaya görə, məqsədə görə məlumatların verilməsi məqsədə çatmaq üçün göstərilən səylə üst-üstə düşərsə, iş sahəsində uğurları artacaqdır. Çünki: 1. İşlərində uğur qazanan bir insan aldığı məlumatlara əsasən, məqsədlərini müəyyən etməyə yönələcəkdir. 2. Əvvəlki məqsədinə nail olduğunu görə bilən məqsədini daha da yüksəldəcəkdir. 3. Qazandığı hər bir uğurunda səylə çalışdığını görə bilən, daha da həvəslə işləyəcək və daha çox səy göstərəcəkdir. 4. İşçi digər işçilərlə iş metodikasının üsullarının inkişaf etdirilməsiylə bağlı olaraq, müxtəlif istiqamətlər verə bilər. Hazırladı: Qasımova Fatiməxanım
['motivasiya', 'məqsəd', 'uğur psixologiyası']
971
https://kayzen.az/blog/psixologiya/19310/sinesteziya.html
Sinesteziya
Apollon
Psixologiya
17 avqust 2016, 18:19
Sinesteziya- bu rənglərin, səsin, formaların, iybilmə, dadbilmə və duyğu orqanlarının psixoloji əlaqələndirilməsidir. İlk dəfə bu hadisəyə yaradıcı şəxsiyyətlər — rəssamlar və yazıçılar diqqət yetirmişdir. Qöte həndəsi fiqurları müəyyən edilmiş rənglərlə qeyd edirdi (dairə — göy, ücbucaq — sarı). Artur Rembo yazırdı ki, “A” səsi — qara, “E” — ağ, “İ” – qırmızı, “U” – yaşıl, “O” — mavi rənglərdədir. İvan Bunin daha dərinə gedərək rus əlifbasının bütün hərflərinin rəngötürücüsünü şərh etmişdir. XX əsrin ortalarında sinesteziyanı ətraflı şəkildə həmçinin psixoloqlar da öyrənməyə başladı. Onlar sübut etdilər ki, sinesteziya bütün insanlar üçün xarakterikdir, lakin o əksər vaxtlar özünü şüursuzluq halında göstərir. Rəngin səs və ya dad duyğusu spontan meydana gəlir. Sinesteziya effektini qablaşdırma reklamlarında istifadə etmək olar, belə ki, rəng reklamda istehlakçıya düzgün istiqamətə yönəlməyə kömek edir, onun mala olan münasibetini müsbət tərəfə yönəldir. Praktikada rəngin funksional faydalılığı böyük rol oynayır. Şəraitdən asılı olaraq bu və ya digər rəng müəyyən psixoloji hiss əmələ gətirir. Qırmızı: isti, fəal, xoş, şən. Qida məhsullarının, alkoqollu və alkoqolsuz içkilərin, siqaret reklamlarının tərtibatında məsləhət görülür. Şirniyyat məmulatlarının qablaşdırılmasında ehtiyatlı olmağı tələb edir, belə ki, şirniyyatda qırmızı rəng doyma və ya ürək bulanma hissi yarada bilər. Zəif qırmızı dekorativ kosmetika cərgəsi tərtibatında idealdır. Göy: soyuq, dinc, xoş, sakit. Sevimli rəngler siyahısında sabit ikinci yeri tutur. Qida məhsullarə, mineral sular, məişət texnikaları (əsasən soyuducu ve kondisioner), santexnika avadanlıqlarının reklam tərtibatında məsləhət görülür. Yaşıl: sabit, soyuq, səssiz, turş. Təbiət anlayışı ilə əlaqələndirilən təbii rəng, müalicə əhəmiyyətli, ekoloji cəhətdən təmiz məhsullar, dərman preparatlarə, müalicevi kosmetika və pivə (turş dadlı) üçün məsləhət görülür. Sarı: ilıq, ince, yüngül, təlaşlı. Rəng olaraq ziddiyətli olması xarakterikdir.Buna görə də ondan müxtəlif qida reklamı tərtibatında istifadə etmek olar. (uşaq qidalarında, cürbəcür xörək yağlarında, dərman preparatlarə və turistik xidmətlərdə) Bənövşəyi: çətin, səssiz, özbaşına. Hər hansı gözlənilməz aspekti, mürəkkəbliyi, özünə məxsusluğu ilə seçilən məhsullarla yaxşı uyğunlaşır. Qəhvəyi: torpaq, təbii, rahat. Təcrübəliliyi və ənənəçiliyi ifadə edir. Ənənəyə sadiq qalan məhsullara uyğun gəlir. Qəhvəyi – zamanla sınanmanı və ağır təbiətliliyi nəzərə çatdırır. Qara: çətin, səssiz, özünəçəkən. Cüt rənglərlə psixoloji təsiri müəyyənləşdirir. Rəng kimi reklamda təntənəni, məhsulun vacibliyini və ekskluziv məhsulun yüksək qiymətini “özünü doğrultmasını” ifadə edir. Ağ: yüngül, işıqlı, musiqili, açılan. Qara rəng kimi cütlükdə dəyərli deyil. Soyuq rənglərlə birgə məhsulun “təravətli”, “təmiz”, “steril” olmasını ifadə edir.  Bu və ya digər məqsədlər üçün rənglərin istifadəsinə dair bütün tövsiyyələr yalnız sinesteziya effekti bazasında əsaslaşır. Rənglərin seçimində digər faktları da nəzərə almaq, onların cəmini qiymətləndirmək və prioritetləri seçmək lazımdır. Reklamda rəng əsas amillərdən biridir, onalar sizin şəxsi istəyiniz, seçiminiz və yaxud birmənalı şəkildə ədəbiyyatlarda tövsiyyə olunduğu kimi olmamalıdır.
['psixologiya', 'sinesteziya']
972
https://kayzen.az/blog/DMF/19355/niy%C9%99-xalq-olaraq-inki%C5%9Faf-etmirik.html
Niyə xalq olaraq inkişaf etmirik?
kurdamir
Düşüncələrim, münasibətim, fikirlərim
14 avqust 2016, 14:07
Fərdi inkişafım üçün özümə çox zaman “Niyə?” sualını verirəm. Məsələn; dərsləri yerinə yetirəndə, insanların çox olduğu yerlərdə və s.Gəlin, indi ümumi Azərbaycan modelinə, Azərbaycan cəmiyyətinə “niyə?” sualını verək. Məncə, elə “Niyə inkişaf edə bilmirik?” sualını versək, tam yerinə düşər. Niyə inkişaf edə bilmirik?! Cəmiyyətin inkişaf etməsi üçün cəmiyyəti təşkil edən hər bir fərdin özünü dərk etməsi mütləqdir.Yalnız fərdlər düşünərək özünü dərk edə bilər. Platon cəmiyyətin düşünən məhfum olmadığını söyləyirdi. Umumiyyətlə, bəs niyə özümüzü dərk edə bilmirik? Mənə elə gəlir ki, ”müstəqil”liyin 25-ci  ilini qeyd etsək də, müstəqil ola bilməməyimizin səbəbi də elə özümüzü dərk edə bilməməyimizdir. Cəmiyyət olaraq inkişaf edə bilməməyimizin ən böyük səbəblərindən biri də, böyük bir SSRİ faktorudur. SSRİ bir fərd, daha doğrusu azad düşüncəli şəxsiyyət yetişdirə bilmədi. Zaman-zaman bunun yaratdığı problemləri aşkar nümunələrlə görürük.Yaşlı nəslin inkişaf tərafdarı olmamasının da ayrı bir dərd olduğunu qeyd etməliyəm. (Müyyən fəktlar əsasında yazıram,bu cümləni) Əslində, inkişafımıza maneə olan çoxsaylı səbəblər var. Çünki hər bir kənar təsir düşüncəni əngəlləyir. Filosof Müşviq Şükürovdan niyə inkişaf edə bilmədiyimizi soruşdum, onu dediklərini eynilə qeyd etmək istəyirəm: “Feodal təfəkkür tərzindən çıxa bilmirik. Dünyadakı yenilikləri yamsılayırıq yalnız. Mənimsəmirik. Həqiqətən işıqlı adamlarımız azdır. Olanları da qiymətləndirmirik. Bir az əvvəl də qeyd etdiyim kimi, özümüz ola bilmirik." Yeni insan modeli yaratmaq istəyən SSRİ demək olar ki, düşünmə qabiliyyətini məhv edib. Və birdə inkişafı əngəlləyən din, mentalitet və daha nələr var... Cəmiyyət olaraq elmli insanlara meyl etmirik, ətrfınıza baxın, görün kimləri dəyərləndiririk: bahalı maşını, vəzifəsi böyük olanı... Bu cəmiyyətdən inkişaf gözləmək bəlkə də, axmaqlıqdır... Məktəblərimizdə şagirdlər şəxsiyyət kimi yetişdirilmir. Ziyalılarımız (əsasən yazıçılar) xalqı “oyatmağa” cəhd göstərmir. Valdeynlər hələ də öz dar düşüncələri ilə övladlarını məhv edirlər. Hələ də qızlarını oxumağa qoymayan valdeynlər var. 5 manatlıq kitabı övladına almayan bir nəsil “Fala inanma,faldan da qalma” prinsipi ilə hərəkət edirlər… Bütün bunlar cəmiyyyətimizin kiçik təsviridir. Bütün bunlar cəmiyyətin inkaşafına mane olur... Nə qədər ki, kitabxanalarımızda tozlu kitablar olacaq, cəmiyyət inkişaf etməyəcək. Kitabxanalarda olan tozlu kitabların sayı ilə inkişaf edən cəmiyyət tərs mütənasibdir. İstədim fikirlərimi daha geniş və aydın yazım, ancaq Cəlil Məmmədquluzadənin məşhur sitatı sözün əsl mənasında imkan vermədi: «Millətim kitabı bağlayıb, kənara qoyanda, oğul-uşaq evləndirmək üçün mollaya, falçıya üz tutanda əmin oldum ki, bu xalqın savad almağa meyli olmayacaq və illər keçdikcə daha da həvəs itəcək təhsilə...» Sizə elə gəlmirmi  “Niyə?” sualının ən böyük cavabı bu dahinin fikirlərində gizlənib?      Müəllif: Hacı Mayılov  
['təfəkkür', 'inkişaf edək', 'niyə inkişaf etmirik', 'fikirlərim']
973
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/19354/hans%C4%B1-orqan%C4%B1m%C4%B1z-n%C9%99-vaxt-i%C5%9Fl%C9%99yir.html
Hansı orqanımız nə vaxt işləyir?
pascal
sağlam həyat tərzi
14 avqust 2016, 11:43
Məlumdur ki, bütün orqanlarımızın gün ərzində aktiv olduğu müəyyən vaxtlar var. Bu vaxtları bilməklə biz onların daha yaxşı fəaliyyətini təmin edər və onların çox zora düşməsinin qarşısını almış olarıq. Ağciyərlər gecə saat 3-dən səhər 5-ə kimi aktiv işləyir. Saat 5-dən 7-yə kimi qalın bağırsağın fəaliyyəti başlayır. Bu aralarda ayağa qalxmısınızsa, yaxşı olar ki, su içəsiniz, həmçinin quru meyvələr yeyə bilərsiniz. 7-dən 9-a qədər mədə işləməyə başlayır. Bu vaxtlarda yaxşı olar ki, sıyıq və müsli yeyəsiniz. Bunlara meyvə və qoz qatmaq da olar. Bir az sonra saat 9-dan 11-ə kimi mədə istirahət edir. Mədəaltıvəzi aktiv çalışmağa başlayır. Yaxşi olar ki, meyvə və ya yağsız qatıq yeyilsin. Günorta naharına yaxın 11-dən 13-ə qədər ürək aktiv çalışır, yemək yeyilməsi məsləhət deyil. Əgər yemək yeyilərsə, şorba, ya salat yeyilməsi məsləhətdir. 13-dən 15-ə qədər yoğun bağırsaq aktiv hərəkət edir. Böyrəklər və sidik kisəsi 15-dən 19-a kimi intensiv işləməyə başlayır. Bu aralarda çoxlu maye içmək lazımdır. Axşam yeməyinə toyuq, balıq, krivetka, həmçinin qarnir kimi pörtlənmiş tərəvəzlər məsləhətdir. Saat 19-dan 21-ə kimi böyrəklərin istirahət vaxtıdır. Buna görə, bu aralar mayeni az içmək lazımdır, həmçinin yemək lazım deyil. Bu saatlarda qan dövranı intensiv hərəkət edir. Axşam gəzintisi üçün ən yaxşı vaxtdır. 21-dən 23-ə kimi istədiyiniz işlə məşğul olmaq olar. 23-dən 01-ə kimi mədəaltıvəzin funksiyası işə başlayır. Qətiyyən heç bir yağlı qida yemək olmaz. Yalnız az meyvə yeyə bilərsiniz. Gecə 1-dən 3-ə kimi qaraciyər işləyir. Yaxşı olar ki, bu saatlarda hər kəs özünə diqqət etsin. Qidalanmasını vaxtında yerinə yetirsin. Səhər yeməyi ilə günorta yeməyi və naharla axşam yeməyi arasında 5-6 saat ara olmalıdır. Axşam yeməyi ilə yuxu vaxtı arasında 3-4 saat vaxt olmalıdır.
['sağlamlıq', 'orqanizm', 'qidalanmaq', 'yeməyin uyğun vaxtları', 'daxili orqanlar']
974
https://kayzen.az/blog/kino/19343/yar%C4%B1m%C3%A7%C4%B1q-kino-abbas-kiarostami.html
Yarımçıq kino - Abbas Kiarostami
Apollon
Kino
12 avqust 2016, 13:06
Abbas Kiarostaminin 1995-ci ildə Kinonun Yüz İllik Yubileyi münasibəti ilə Parisdəki çıxışı Əvvəllər kino zallarında işığın monitorun daha yaxşı görünməsi üçün söndürüldüyünü düşünürdüm. Sonra tamaşaçılara diqqətlə baxanda çox vacib bir nüansı anladım: qaranlıq izləyicinin özünü digərlərindən ayırmasını və tək qalmasını təmin edirdi. Tamaşaçı həm başqalarıyla bərabər, həm də onlardan ayrı idi. Tamaşaçıya sinematoqrafik bir dünya göstərəndə hər kəs şəxsi təcrübələrinə söykənərək özlərinə xas bir dünya yaratmağı öyrənir. Rejissor olaraq bu yaradıcı alış-verişə inanıram, belə olmasaydı tamaşaçı da, kino da çoxdan ölərdi. Bir çox mətnlərin başlıca problemi oxucunun hekayəyə daxil olmasına imkan verməməsidir. Hekayəsi olmayan filmlərin tamaşaçı tərəfindən o qədər də qəbul olunmadığı ilə razıyam, ancaq hekayələrin də yazılmayan cümlələrə, tapmacalardakı kimi düşündürməyə, izləyicinin doldurması üçün buraxılan boşluqlara ehtiyacı var. Ya da ki, tamaşaçıların dedektivlər kimi kəşf edə biləcəkləri ipucları olmalıdır. Mən tamaşaçısına daha çox fürsət və zaman verən bir kinoya inanıram. Bu, yarımçıq kinodur, izləyicinin yaradıcı ruhunun qatqısıyla tamamlanan, hələ tam bitməmiş bir kino… Bugünə qədər baxdığımız yüzlərlə filmdə olduğu kimi izləyicisinə aid olan və onların daxili dünyasıyla kəsişən bir kino… Hər bir əsərin, filmin dünyası yeni bir həqiqəti ortaya qoyur. Kino zallarında tamaşaçılara xəyal qurmaq və bu xəyalları rahatlıqla ifadə etmələri üçün şans verməliyik. Sənətin nələrisə dəyişmək və yeni düşüncələri ortaya çıxarmaq kimi bir tərəfi varsa, bunun reallaşması ancaq hər bir izləyicinin azad şəkildə bu yaradıcı prosesə qoşulmasıyla mümkündür. Sənətkarın və izləyicinin xəyal dünyaları arasında sağlam bir bağ var. Sənət fərdin arzuları və dünyaya baxışlarıyla səsləşən öz dünyasını qurmasına kömək edir, ona zorla sırınan həqiqətləri heçə sayması üçün ruhlandırır. Sənət sənətkara və tamaşaçısına insanların hər gün yaşadığı ağrının arxasındakı gizli həqiqətə dair daha aydın bir fikrə sahib olmaq imkanı verir. Rejissor monoton gündəlik həyatımıza rəng qatmaq istəyinə ancaq izləyicisinin köməyi ilə nail ola bilər. Bu da yalnız filmiylə tamaşaçıların qavraya biləcəyi ziddiyyətlər və qarşıdurmalarla dolu bir dünya yaradanda mümkün olur. Yaşamağa təhkim olduğumuz dünya ədalətli deyil. Bu dünya bizim xəyal gücümüzün məhsulu deyil və biz bu dünyadan təbii olaraq razı deyilik, lakin sinematoqrafik fəndlərin vasitəsiylə içində yaşadığımız dünyadan yüz dəfə daha gerçək və ədalətli bir dünya yarada bilirik. Bu, bizim qurduğumuz dünyanının saxta bir ədalət duyğusu yaratdığı mənasına gəlmir. Bizim ideal dünya barəsindəki təsəvvürümüzlə gerçək dünya arasındakı ziddiyyətləri görməyimizə kömək olur. Kino bizim xəyallarımıza açılan bir pəncərədir. Biz onun vasitəsiylə özümüzü daha yaxşı anlayırıq. Kinonun yardımı ilə həyatı xəyallarımızın lehinə çeviririk. Kino zalındakı oturacaq bir psixoloqun divanından daha çox təsir gücünə malikdir. Kino zalında oturub özümüzü filmin axarına buraxırıq və bəlkə də bura bizlərin özümüzə, başqalarına həm ən yaxın, həm də ən uzaq olduğumuz yerdir. Bax, kinonun möcüzəsi budur. Önümüzdəki əsrdə tamaşaçının təqdim olunan filmə hörmət göstərməsi üçün rejissorun özünü əsərin tək sahibi olaraq gördüyü o qədim fikrindən uzaqlaşması, rejissorun da öz filminin izləyicisi olması lazım gələcək. Bir əsr boyunca kino həmişə rejissorun oldu. Ümid edirəm ki, indi yaxınlarda başlayacaq ikinci əsrdə kino tamaşaçının olacaq. Tərcümə etdi: Ramil Əhməd
['kino', 'kinomatoqrafiya', 'rejissorlar', 'Abbas Kiarostami', 'İran kinosu']
975
https://kayzen.az/blog/sevgi/19311/karl-marks%C4%B1n-xan%C4%B1m%C4%B1na-m%C9%99ktubu.html
Karl Marksın xanımına məktubu
Apollon
Sevgi
11 avqust 2016, 20:05
Ürəkdən sevdiyim; Yenə sənə yazıram, çünki tənhayam və beynimdə daxilən sənlə danışdığım zaman sənin bunu bilə bilməməyinə yaxud da, mənə qarşılıq verə bilməməyinə dözə bilmirəm. Qısamüddətli ayrılıqlar yaxşıdır, çünki hər zaman birlikdə olduğumuz zaman hər şey ayırd edilə bilməyəcək qədər oxşarlaşmağa başlayır. Yanbayan dayandıqda qüllələr belə balacalaşsa ...da, adi və kiçik şeylər yaxından baxıldıqda nəhəngləşir. Xırda narahatlıqlar onlara səbəb olan şeylər aradan qaldırılan zaman yox ola bilərlər. Yanaşı olduqlarına görə adiləşən ehtiraslar da məsafənin sehrindən böyüyüb təbii vəziyyətlərinə dönərlər. Sevgim də belədir... Zamanın sevgimi günəş və yağışın bitkiləri böyütdüyü kimi böyütdüyünü anlamağım üçün sənin bircə an, röyada belə olsa məndən ayrılmağın yetərlidir. Səndən ayrılan kimi sənə olan sevgim bütün gerçəkliyi ilə özünü büruzə verir: o, ruhumun bütün enerjisi ilə ürəyimin bütün xarakterini birləşdirən bir nəhəngdir. Beləcə, mən yenidən insan olduğumu hiss edirəm, çünki içim ehtiraslarla dolur. Araşdırma və müasir təhsilin bizi ağuşuna atdığı qeyri-müəyyənli klər və bütün obyektiv və subyektiv təəssüratlarımızda qüsur tapmağa vadar edən skeptiklik bizi kiçildir, zəiflədir və deyingənləşdirir. Lakin sevgi- Feyerbaxvari sevgi, varlığa olan sevgi, proletariata sevgi yox, sevdiyinə qarşı duyduğun eşq, yəni,- sənə olan sevgim insanı yenidən insanlaşdırır... Dünyada çox qadın var, bəziləri çox gözəldir, lakin mən hər bir cizgisi, hətta, hər bir qırışı mənə həyatımın ən böyük və ən şirin anlarını xatırladan bir üzü bir də harda tapa bilərəm? Sənin şirin simanda sonsuz iztirablarımı, əvəz olunmaz itkilərimi belə oxuya bilirəm və sənin üzündən öpdüyüm zaman kədəri öpürəm… Salamat qal, əzizim. Səni və uşaqları min dəfələrlə öpürəm... Sənin Karlın. Mançester. 21iyun, 1865-ci il.
['məşhurların məktubları', 'Karl Marks', 'Karl Marksın məktubu']
976
https://kayzen.az/blog/dieta/19223/k%C3%B6k%C9%99lm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-ilk-add%C4%B1mlar.html
Kökəlmək üçün ilk addımlar
Apollon
Dietologiya
10 avqust 2016, 11:49
Bədəninizə uyğun paltar tapa bilmirsiz? Geydiyiniz hər şey üstünüzdən düşür? Bir çoxları artıq çəkidən azad olmaq üçün müxtəlif proqramlar tətbiq edərkən, siz ancaq kökəlmək istəyirsiniz? Bu zaman aşağıdakı yazı tam sizə görədir. Kökəlmək və orqanizmdə olan zəifliyi aradan qaldırmaq istəyənlər ilk növbədə zəifliyin səbəbini bilməlidirlər. Bura qalxanvarı vəzinin sürətlə işləməsi, bağırsaqlarda parazit olması, iltihablı bağırsaq, genetik və psixosomatik səbəblər aid edilə bilər. Təbii ki, əsas səbəbi həkim doğru söyləyəcəkdir. Əgər hormonal səbəblərdən ötəri zəiflik meydana gəlmişsə, hormon müalicəsi kafi hesab olunur. Orqanizimdə olan parazitlərdən qaynaqlanırsa bu zaman müxtəlif dərman və tabletlərlə müalicə edilir. Parazitlər və ya qurdlar aradan qaldırıldıqda təbii olaraq kökəlmə reallaşa bilər. Düzgün qidalanma problemi olduqda isə qidalanma vərdişlərinin düzgün təşkil edilməsi vacibdir. Onuda qeyd etmək lazımdır ki, insan boyuna görə də çəki gözlənilməlidir. Əgər nəzərdə tutulandan aşağıdırsa bu artıq zəiflik, çox aşağıdırsa ciddi zəiflik kimi qiymətləndirilir. Kökəlmək üçün insanın gündəlik enerjisi müəyyən olunduqdan sonra + 1000 kalorilik enerji əlavəsi tətbiq olunaraq müalicə aparıla bilər. Bu ilk növbədə qidalanma vərdişini müəyyənləşdirməkdən keçir. Bu zaman qida rasionunda nəzərdə tutulan paylar artırılaraq, gün ərzində 3 dəfə qəbul olunmaqla tənzimlənə bilər. Lakin unudulmamalıdır ki, həmin payların qida dəyəri yüksək yeməklərdən ibarət olmalıdır. Enerji daha çox karbohidratların çoxaldılması ilə təmin edilməlidir. Pəhriz vitamin və mineral məzmunu ilə zəngin olmalıdır. Xüsusilə B qrupu vitaminlər üstünlük verilməsi məsləhətdir. Bu qrupdakı vitaminlər iştah artımını təmin edir. Pəhrizin ən əhəmiyyətli xüsusiyyətlərindən biri həcm cəhətdən az olmasına baxmayaraq keyfiyyətli və kökəlməyə səbəb olan qida qəbuludur.
['kökəlmək', 'arıqlığın səbələri']
977
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/19064/polad-kimi-polad.html
Polad kimi Polad
Apollon
böyük musiqiçilər
7 avqust 2016, 22:51
O, tək elə 2009-cu “İlin Adamı” yox... ...həm də iki əsrin canlı dəbidir. Həm sənətdə, həm siyasətdə. “Necə”-“niyə”sini soruşan tapılmaz qənaətindəyəm. Nədən ki, o, bütün yaradıcı və ictimai-siyasi fəaliyyətində bu sayaq sual-çalarlar üçün bir boşluq qoymayıb. Yox, əgər bu “cəsarətdə” bulunan bir respondent varsa, buyurub, bir “internet-referendum” keçirə bilər. Amma bəri başdan praqmatiklik edə bilərəm ki, o “şəkkak”ın cəhdi havayı gedəcək. Yəni bu sentimental “referendum”un nəticələrinə görə, Azərbaycan üzrə 100, keçmiş Sovetlər İttifaqı məkanı üzrə 101, dünya çapı üzrə isə — təbliğ-reklam çatı, o dövr tikanlı məftillərinin energetik kilovatı, bir az da sözügedən sənətkarın səsindəki hədsiz millilik qatı və şərqlilik zatı səbəbindən — minimum 99,9 faiz uduzacaq… Ailədən aləmə Yəni, ümumi yanaşdıqda, statistik bir şəxsin sıradan bir fərdi ailədən ictimai ailə-aləmə gəlişi. Ancaq söhbət, sadəcə, 1945-ci il fevralın 4-də Bakıda anadan olan Məmmədov Polad Bülbül oğlundan yox, elə ilk gəncliyindən elə ilk mahnıları ilə (xüsusən, “Barı, bir zəng elə!”) bütün Azərbaycana, SSRİ-yə, ardınca dünya-aləmə doğulan Polad Bülbüloğlundan gedirsə, sözün-sovun üslubu ilə bərabər, fikrin “üsul-idarə”sinə də məsuliyyətlə yanaşmaq gərəkdir. Deməli, yuxarıdakı bir qədər ala-qaranlıq təsiri bağışlayan yarımbaşlığı da işıqlandırmaq lazım. Yəni Poladın fərdi (və dahi) sənətkar ailəsindən ictimai sənət ailəsinə — ümummilli mədəniyyət aləmimizə gəlişi. Yeri gəlmişkən, yazımın lap başdakı sərlövhəsini də izahat ayağına çəkmək istərdim. Yəni ona görə “polad kimi Polad” ki, böyük Bülbülün hələ bundan belə yeddi nəslini də barındırıb-yarındırası fəxr-fəxarət işığı onun gözlərini qamaşdırıb çaşdıra bilmədi. Polad oğul Palıd atanın nəinki təkcə “dalı-qabağı”, hətta qəbzəsi də (xüsusən sağlığında) kəsən sənət-şöhrət “qılınc”ının cənnətməkan kölgəsinə əyilmədi. O dövrün ən psixo-konspirativ sindromu olan eyforiyaya yoluxmadı. Öz qabiliyyəti ilə qədəmlənib, öz istedadına güvənib, orijinal səsinin sədası arxasınca düşüb, bu dünyanı ölkə-ölkə fəth etməyə başladı. Bu gün artıq 6-cı ildir ki, müstəqil respublikamızın fövqəladə və səlahiyyətli səfiri olduğu Rusiyada isə o, hələ 40 il bundan öncə mədəniyyətimizin fövqəlziyadə səfirliyinə başlamışdı. Sovetlərin müttəfiq respublikalarını tək elə idarə-siyasət aspektindən yox, həm də mədəniyyət sarıdan yönləndirən Moskvanın qəlbində (xüsusən, xanımlarının!) Azərbaycan musiqisi 60-cı illərdən başlayaraq, əsasən iki adla ehtiva olunurdu: Müslüm Maqomayev və Polad Bülbüloğlu! Yeri gəlmişkən, onların həyatda dostluq, sənətdə duallıq tandemi də ayrıca bir yaradıcılıq hadisəsi, əsər mövzusudur. Gənc Polad — öncə məhəlli, sonra bakılı, azərbaycanlı yaşıdlarından daim bir boy yuxarı görünən, öz milli soy-kök ağacı üstdə oturub Şimalın, Qərbin sənət budaqlarına boylanan, xaraktercə “dəcəl”, prinsipiallıqca bir qədər “dəbbə”, auraca tunc Polad hər gün bir yerdə, hər ay çox yerdə, hər il hər yerdə idi. Bu sözlərin ritmi, istər-istəməz, günümüzün ahıl, ağır-batman sənətkarının cavanlığını Fiqaronun (“Fiqaronun toyu”) məşhur ariyasının dinamikası ilə də müqayisəyə çəkir (özü də məhz rusca): “Fiqaro tam, Fiqaro tut...” Bəli, Polad orada, Polad burada, Polad hər yerdə! Bir vaxt Polad da doğma ölkəmizdən böyük “doqma” ölkəmizin paytaxtına getdi və… qayıtdı. Özü də bir çox başqaları kimi yox, məhz özü kimi gedib-qayıtdı. Gedişini deyə bilmərəm, qayıdışını birmənalı qarşılamayanlar da oldu: “Cavanlıq şirəsini yadlara verib, üstümüzə “cecə”si ilə qayıtdı” kimi dedi-qodular da səsləndi. Amma Polad yenidən səsləndi, təzədən avazlandı. Radionun düyməsinə toxundular: “Oxuyur Polad Bülbüloğlu”, televizoru açdılar: “Polad Bülbüloğlunun yeni mahnılarından ibarət konsert”. Teatrlarda, filmlərdə: “Musiqisi Polad Bülbüloğlunundur”. Hələ bu poetik-musiqili qəlbdəki rəngarəngliyə baxın: “Uşaqlığın son gecəsi”, “Abşeron ritmləri; “Ən vacib müsahibə”, “Bombardman”, “Aktrisanın təbəssümü”, “Babək”, “Ay çox, il çox”, “Ərənlər”, “Müstəqillik yollarında” (dörd film), “Tikdim ki, izim qala...”, “Rəfibəylilər”… Sayıb başa çatdırılması belə zarafat olmayan yüzə qədər ciddi əsər. Və onun atalı vaxtları ilə əlaqədar bəhs etdiyim mətləbə dair akkord: O, “hazıra...” yox, öz şəxsi sənət və fəaliyyət industriyası hesabına nazir oldu. Bir az da aləmdən ailəyə Polad Bülbüloğlunun 1994-cü ildə sədri seçildiyi TÜRKSOY təşkilatının adının necə doğma səsləndiyinin fərqində olduğumu burdaca duyurmaya bilmirəm. Hələ o vaxtlar bu yeni terminin yaradılmasında Poladın kök-soyuna bir hissi dəxalət olması variasiyam da vardı. Bu hissin kökü Poladın anasının böyük Bülbül haqda “Xatirələr”indən yaranmışdı. Tələbəlik illərimdə oxuduğum o “Xatirələr”də ən çox yadımda qalan on bir nüansın ən birincisi Bülbülün Stalinin çox nadir hallarda baş verən səmimiyyətini — “...bəlkə Moskvada qalasınız” təklifini yerə salıb, Bakıya qayıtması cəsarəti, millətinə bağlılığı, müqəddəs Azərbaycan dənizinin namını müqtədir Rusiya okeanına verməməsi idi. 1937-ci ilin “Azərbaycan dekadası”nda Moskvanın Böyük Bədaye Teatrındakı məlum və məşhur tamaşanın sonunda Üzeyir bəyə (əlini kürəyinə çəkərək): “Belə operadan birini də yaza bilərsinizmi?” (Allah bilir, fikrində hansı mövzunu tutubmuş!) deyən, Bülbülə isə sözügedən təklifi edən Stalini bu fövqəladə səmimiyyətə Azərbaycana olan məhəbbəti yox, ölməz “Koroğlu” operasına heyrəti gətirmişdi! Yeri gəlmişkən, Azərbaycan mədəniyyətinin incisi hesab edilən bu operaya aid zirvə epitet də ilk dəfə Bülbülün dilindən səslənib. Belə ki, yazılma prosesində əsəri öz aralarında partiya-partiya müzakirə edərkən ”Nigarın ariyası”nı dinləyən Bülbül heyrətə gələrək: “Əşi, bu ki şah əsərdir!” deyib. Böyük sənət Bəyimizin vəfalı Bayanı o “Xatirələr”ində yazır: “Nə gizlədim, qatarla geri qayıdarkən, mən, bir qadın kimi, “nəhəng, hər nə desən tapılan Moskva!” xəyalı ilə Bülbülə dedim, bəlkə Stalin yoldaşın təklifi ilə razılaşasan?.. O isə — buna etirazının bir neçə səbəbindən sonra, söhbətimizi belə yekunlaşdırdı: “Yox, neçə illərdi məşğul olduğum aşıq musiqiləri ilə bağlı tədqiqatlarım yarımçıq qala bilər...” Uşaqlıqda belə bir ailədə maya tutub aylar-illər yaşamış Polad, böyüklükdə — “Polad Bülbüloğlu”luq erasında mənən necə böyüməyə bilərdi? Və bu neçə illərin birində necə “İlin Adamı” olmaya bilərdi?.. “Məhəbbət və ölüm” (?..) Qrammatik qanunla cümlə olmasa da, bitmiş bir fikri ifadə edən bu tərkibdə hər iki söz — “və”nin hər iki tərəfi əzəli və əbədi məfhumlardır. Biri qeyri-maddi, o biri maddi… Bu ən bəşəri halət baletinin adındakı birinci söz başdan-başa müəllifin özünü də ifadə edirsə, ikinci kəlmə onun sənətindən tam iraq bir olay, çox gümrah görünən səhhətindən isə hələ çox uzaq bir avans-assosiasiyadır. Çox geniş və xüsusən professional resenziyaya ehtiyacı olan bu gözəl əsər haqda yeganə deyə biləcəyim bu: müəllif “Məhəbbət və ölüm” baleti ilə bu janrın anası sayılan Qərbin şablonlaşmaqda olan soyuq ağuşuna daha bir isti, çılğın, cilvəkar “Şərq balası” vermiş oldu… «Mədəniyyət» qəzeti Tahir Abbaslı
['musiqiçi', 'siyasi xadim', 'Polad Bülbüloğlu', 'Azərbaycan müğənniləri']
978
https://kayzen.az/blog/psixologiya/19314/xan%C4%B1mlara-xas-psixoloji-sindromlar.html
Xanımlara xas psixoloji sindromlar
Apollon
Psixologiya
6 avqust 2016, 20:10
Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbəttə ki, romantizm – sevgidir. Lakin bu əsəri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heçdə insana asan başa gəlmir; əksinə, ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özünə qapanır, depressiyaya uğrayır. Psixologiyada bir neçə sindrom varki, onları sizin nəzərinizə çatdırmaq istəyirik. Anna Karenina sindromu Klinik portret: “Məni heç kəs sevmir. İsterik davranış – mən dünyanın mərkəziyəm. Hamı məni sevməlidi, ama niyə belə olmur?! Birdən məndən daha yaxşısını tapar. Mən hiss edirəm, o, mənə xəyanət edir.” Əslində belə qadınlar pataloji qısqanclıqdan əziyyət çəkirlər. Özlərini çıxılmaz vəziyyətə salırlar. Çünki, realda onu atmaq istəyən olmayıb. Nəticədə özündə irrasional düşüncə formalaşdırır. Elizabet Bennet sindromu Klinik portret: “Bu sindromdan əziyyət çəkən qadınlar öz intellektini nümayiş eləməyə can atırlar. Hamını ağlına görə qiymətləndirən, dəyər verən bir qadın obrazıdır. Kimi ki, Elizabet sevmir, vay onların halına! İntellektual söhbətlər, atmacalar sizin peşinizi buraxmayacaq. Skarlett Oxara sindromu  Klinik portret: Bu qadın üçün həyatda yüngül yol mövcud deyil. Çətinlikləri sevən, problemləri həll edən bir güclü, dəmir ledi. O, problem olmayanda özünü xoşbəxt hiss edə bilməyən bir qadındır. Şəxsi həyatı sakit olsa, o bədbəxt olar. O ehtiras burulğanına düşmək fikirindədir. O kişi ürəklərinin ovçusudur. Onu əldə etmək üçün ona laqeyid olun. Rebekka Şarp sindromu  Klinik portret: “Mən kimdən əksiyəm?!” Onun fikrincə, onda bütün qadına lazım olan xüsusiyyətlər vardır. Lakin bəxti gətirməyib ki, kasıb ailədə dünyaya gəlib. Ən böyük arzusu – yüksək vəzifəli insanlar sırasında olmaqdır. Bunun üçün bütün gücünü səfərbər edən Miss Şarpln qarşısında dayanmaq olmaz. Ambisioz olan bu qız, hamını yox etməyə hazırdır. Nastasya Filipovna sindromu  Klinik portret: “Kimi bu gün acılayım?! Kimi əsəbləşdirim?! Kim məni özümdən çıxartsın ki, mən ağlayım?!”Onun fikrincə, qadın isterik və nevrotik olmalıdırki, ona fikir versinlər. O ehtiras axtarır, qanı qaynayır, pul xərcləməyi sevir. Fantaziyası möhkəm olan bu qadınlar özlərindən başqa heçkəsi sevmirlər. Bu şəxsiyyət növlərinin formalaşması patoloji şəxsiyyət pozuntusuna gətirə bilər. Klinik simptomatikaya fikir verək: İsterik elementlərin mövcudluğuEmosional labillik, davamsızlıqBədbinlikKonfliklərə meyllilikAqressivlikIdeallaşmaYüksək qiymətli fikirlərin olması Belə qadınlara mütləq şəkildə öz həyat tərzlərini dəyişmək, daxili aləmlərini inkişaf etdirmək, dəyərləri yenidən qiymətləndirmə və psixoterapiya lazımdır. Hazırladılar: Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu – Reyhan Mirzağayeva və Klinik Psixoloq- Aydan Xasməmmədzadə
['qadın psixologiyası', 'psixoloji sindromlar', 'sindromlar']
979
https://kayzen.az/blog/qadin/15535/qad%C4%B1nlar-haqda-yan%C4%B1lmalar.html
Qadınlar haqda yanılmalar
nilufer
Qadın
5 avqust 2016, 23:21
1. Ailəni yedizdirən qədimdən bəri kişilər olub. Amerikan arxeoloqları müəyyən ediblərki, tayfanı yedizdirən kişilər yox, qadınlar olub. Yeməyin 80 faizini onlar tapıb gətirirmişlər. Məhz qadınlar meyvələri, qozları, quş yumurtalarını yığırmışlar. Kişilərin tapdığı ət isə hər zaman ələ düşmürdü, hər gün ov ovlamaq onlara nəsib olmurdu. Qadınlar isə əqrabalarını meyvələrlə, yumurtalarla müntəzəm olaraq yedizdirirdilər. 2. Analar öz uşaqlarını qoxusuna görə tanıyır. İsveç tədqiqatçıları bu məsləkin yalan olduğunu üzə çıxardıblar. Onlar 1 aylıq 24 uşağı və 2-3 yaşlı 24 uşağı çarpayıda yatızdırıblar. Əyinlərinə isə qoxunu yaxşı hopduran xüsusi köynəklər geydiriblər. Sonra onların köynəyini çıxardıb valideynlərə iyləmək üçün veriblər. Heç bir ana öz uşağını düzgün tapa bilməyib. Qəribədir ki, bu eksperimentdə kişilər daha hissiyatlı olub: Onlardan çoxu öz körpələrini iylərinə görə tapa biliblər. Hətta bəzi kişilər böyük yaşlı uşaqlarını da qoxusuna görə tanıya bilib. 3. Qadınlar uşaqlarla daha yaxşı dil tapır. Amerikanın Kaliforniya universitetinin professoru Ross Park təyin edibki, atalar öz uşaqları ilə analara nisbətən daha çox söhbət edirlər, və körpələri daha tez tez öpürlər. Və adətən işdən yorğun gələn kişilər uşaqlarla ünsiyyətlə olmaqla sanki öz yorğunluqlarını çıxardıb istirahət edirlər. Qadınlar isə istirahətlərini güzgü qarşısında və ya rəfiqəylə söhbət etməklə keçirirlər. 4. Aqressivlik – kişilərin əsas xüsusiyyətidir Tədqiqatçılar müəyyən ediblərki aqressiyayanı büruzə vermək yalnız kişilərin xüsusiyyəti deyil. Demə kişilər yalnız uşaq yaşlarında aqressiyaya meyilli olurlar. Qızlar isə həmin vaxt aqressiyanı başqa üsulla göstərirlər, küsmək, fors və s. Böyüyəndən sonra isə fərq tamamilə itir. Və aqressivlikdə qadın kişidən fərqlənmir. 5. Qadın kişidən az qazanır. Sosioloqların apardığı sorğunun nəticəsinə görə ABŞ-da 30% qadınlar öz ərindən daha çox qazanır. Rusiyada 36% qadın, Avropada isə 60% qadının qazancı kişilərdən daha çoxdu. 6. Qadınlar dözümsüzdür və həyata uyğunlaşmaqda çətinlik çəkirlər. İtalyan tədqiqatçıları hesab edirlər ki,qadınlarda olan ikiqat XX xromosomları (kişilərdə XY) onları bir çox xəstəliklərdən qoruyur, məsələn, əzələ distrofiyası, hemofiliya, ürək damar xəstəlikləri, şəkər, alkoqolizm və xərçəngin bir çox növlərindən. Məhz buna görə qadınların orta ömrü 83,3 il, kişilərinki isə 77, 4 ildir. Bu və digər səbəblərdən qadınlar həyata daha yaxşı uyğunlaşırlar və çətinliklərin öhdəsindən daha uğurla gəlirlər. 7. Qadınlar fiziki ağrılara çətinliklə davam gətirirlər. Siena universitetinin fizioloqu Aloizi hesab edirki, qadınlar daha dözümlüdür. Baxmayaraq ki, kişilərdə ağrıya qarşı davam gətirməkdə testosteron hormonları yardımçı olur. Qadınlarda bu hormonlar daha azdı, amma onlar dözə bilirlər. 8. Qadınlar daha təmizkardır. Hətta bu məsləkin yalan olduğunu tədqiqatçılar üzə çıxarıblar. Arizona ştatının bioloqu Çarliz Gerb iş stollarını, telefonları, komputerləri, klaviyaturaları, papkaları və çantaları müayinə edəndən sonra bu nəticəyə gəlib ki, adı çəkilən əşyalarda olan qadın bakteriyaları kişi bakteriyalarından 4 dəfə çoxdu. Tədqiqatçılar bunun səbəbini qadınların cürbəcür kosmetikadan, kremlərdən istifadə etməsində görürlər. Qadınların istifadə etdiyi bu vasitələr mikroorqanizmlər üçün bol yemdir. 9. Qadınlar pornoqrafiyanı sevmir. Sosioloqlar sorğu vasitəsiylə bu nəticəyə gəliblər ki, pornoqrafiya qadınların çox faizini cəlb edir. Kişilərin 73%-zi pornonu sevir. Qadınlarda kişilərdən heç də geri qalmamalarına baxmayaraq bu sahəyə maraqlarını sadəcə gizlədirlər. 10. Qadınlar kişilərə nisbətən daha gec ehtiraslanır. Kanadada Tibb universitetinin tədqiqatçıları Tuuli Kukkonen və İrva Binik 100 qadına və 100 kişiyə porno film göstəriblər. Kişilərin ehtirasın pik nöqtəsinə orta hesabla 665 saniyəyə çatıblar. Qadınlar isə 743 saniyəyə. Doktor Kukkonen təxminən 2 dəqiqəlik fərqin statistik məna daşımadığını deyib: Hər iki cinsin nümayəndələrinə ehtiraslanmaq üçün təxminən eyni vaxt tələb olunur.
['qadın və kişi', 'gender', 'kişi və qadın']
980
https://kayzen.az/blog/paint/19160/sa%C4%9Fl%C4%B1%C4%9F%C4%B1nda-s%C9%99fillikd%C9%99-ya%C5%9Fayan-milyon%C3%A7u-r%C9%99ssam.html
Sağlığında səfillikdə yaşayan “milyonçu” rəssam
Apollon
Məşhur rəsmlər və rəssamlar
5 avqust 2016, 13:04
Pol Qogen (Ejen Henri Pol Qogen) adı dünya incəsənət tarixinə qızıl hərflərlə yazılıb. Dünya rəssamlıq sənətində onun özünəməxsus yeri var. Rəssam 1848-ci ildə Parisdə anadan olub. Onun yaradıcılığı başlıca olaraq postimpressionizm və primitivizm cərəyanlarını əhatə edir. 1851-ci ildə Qogenin ailəsi Peruya köçür. Ailə başçısının ölümündən sonra 4 il Limada yaşayan ailə üzvləri 1855-ci ildə yenidən Parisə qayıdırlar. Pol Qogen bir müddət donanmada işləyib, Parisdə birjada çalışıb. 1873-cü ildə rəssam danimarkalı bir qızla evlənib və ondan beş övladı doğulub. Qogen uşaqlıqdan rəssamlığa həvəsliydi. Gənclik illərində o, ardıcıl rəsmlər çəkir, özünü sənətkar kimi yetişdirirdi. O özü-özünün müəllimi idi. Ona görə də rəssamlıq təhsili almağa gərək duymamışdı. Yaxın rəssam dostları Kamil Pizarro, Pol Sezannla bir yerdə rəsmlər çəkir, dünya rəssamlıq tarixinin gələcək incilərini yaradırdı. 1881-1882-ci illərdə o, ilk dəfə impressionistlərin sərgisində əsərlərini nümayiş etdirsə də, diqqət cəlb etmir. 1884-cü ildə ailəsi ilə Kopenhagenə köçən rəssam burada dolanmaq üçün dayanıqlı iş tapa bilmir. Bundan sonra o, böyük oğlu ilə Parisə qayıdaraq bütün diqqətini rəssamlığa verir. Bu vaxt Van Qoq onu Fransanın Arl bölgəsinə dəvət edir və onlar iki ay bir yerdə rəsm çəkirlər. İlk çağlar Qogen impressionizmə meyl etsə də, özünü onda tapa bilmir. Bundan sonra o, Afrika və Asiya incəsənətini dərindən öyrənir, özəlliklə yapon folklorunun, mədəniyyət və incəsənətinin təsirinə düşür. 1891-ci ildə rəssamın maddi durumu olduqca pisləşir, əsərlərini alan olmur, bir yandan da özünü tanıtdıra bilmir. O, az müddətə Fransanın Sakit okeandakı müstəmləkəsi olan Taiti adasında yaşamağa gedir. Bu, onun yeni axtarışlar dönəmiydi. Burada yerli əhalinin yaşam tərzini əks etdirən çoxlu əsərlər yaradır. Həyatının qalan hissəsini isə Taitinin qonşuluğundakı Markiz adasında keçirir. Burada o, xatirələrini, sənət haqqında fikirlərdən ibarət "Öncə və sonra" adlı kitab da yazıb. 1903-cü ildə rəssam bərk xəstələnir və 54 yaşında dünyasını dəyişir. Taitidə rəssamın şərəfinə Qogen muzeyi də yaradılıb. Onun bütün əsərlərində insanlar öz təbiiliyi ilə əksini tapıb. “Arlda gecə kafesi”, “Sahildə taitili qadınlar”, “Çiçək ilə qadın”, “Pont Avendə su kanalı”, “Günorta mürgüsü”, “İki taitili qadın” və başqa əsərlərində dərin səmimilik duyulmaqdadır. Rəssamın avtoportretlər silsiləsi də var. Ölümündən sonra Qogenin yaradıcılığına maraq artır, əsərlərinin çoxu rus kolleksiyaçısı Sergey Şukin tərəfindən alınır, həmin əsərlərin bir qismi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində saxlanılır. Bu gün Qogen dünyanın əsərləri baha satılan ən məşhur rəssamlarındandır. Onun əsərlərinin orta qiyməti 40 milyon dollardır. “Mənimlə nə zaman evlənəcəksən?” əsəri 2015-ci ildə 300 milyon dollara satılıb. Soltan «Mədəniyyət» qəzeti 
['məşhur rəssamlar', 'rəsmlər', 'rəssam', 'Paul Gauguin', 'Pol Qogen', 'impressionist rəssam', 'impressionizm', 'Qogen', 'dahi rəssam']
981
https://kayzen.az/blog/kulturologiya/19157/%C5%9F%C9%99rqin-b%C9%99%C5%9F%C9%99ri-m%C9%99d%C9%99niyy%C9%99t-sistemi.html
Şərqin bəşəri mədəniyyət sistemi
Apollon
Kulturologiya (mədəniyyətşünaslıq)
29 iyul 2016, 23:18
Qədim Şərq mədəniyyətinin ən böyük sirlərindən biri meditasiyadır. Şərqlilər uzun əsrlər bunu ilahi bir hal saydıqlarından onunla bağlı sirləri başqalarına verməkdən çəkiniblər. “Meditasiya” latınca “düşüncəyə dalma” mənasını verir. Ruh və bədənlə birbaşa bağlı olan meditasiyanın əsas məqsədi insanı əsl mahiyyətinə çatdırmaqla kamil bir duruma gətirməkdən ibarətdir. Qədim Şərq dünyabaxışı insana ruh və bədənin birliyi kimi baxır, ancaq bütün hallarda ruhu birinci sayırdı. Deməli, gerçək təkmilləşmənin əsasında əslində mənəvi, idraki, ruhi təkmilləşmə durur. Bunları bir-birindən ayırmaq olmaz. Əgər insan öz sənətinin incəliklərinə yiyələnmək istəyirsə, hökmən ruhunu aşkarlamalı, onu eşitməlidir. Şərq meditasiya sistemi öyrədir ki, insanın gücü, onun fiziki təkmilləşməsindən az asılıdır, o, əsas ruhsal hala bağlıdır. Meditasiyanın müddətinə gəlincə, bu hər kəsin öz istəyindən asılıdır. Proses bir neçə dəqiqədən tutmuş bir neçə saata qədər davam edə bilər. Təsadüfi deyil ki, bu gün Çinin, Yaponiyanın bütün ümumtəhsil, ali məktəblərində, eləcə də bir çox müəssisələrində dərs və iş bir neçə dəqiqəlik ayaqüstü meditasiya ilə başlayır, onunla da başa çatır. Bu da fərdin özünü səfərbər etməsinə, işə təmiz beyinlə başlamasına şərait yaradır. Meditasiya insana özünün ilahi, qeyri-adi, tükənməz enerjisini, gücünü göstərən, üzə çıxaran ən böyük mədəniyyətdir. Onun sayəsində insan daxilindəki qeyri-sabitlikdən, sarsıntıdan çıxa, beyninin təmizliyinə nail ola bilir. Çağımızda beyinin sakit, təmiz olması üçün insanlar nələr etmirlər? Bunun üçün çox böyük pullar xərcləyib yaxın-uzaq səfərlərə gedir, təbiət qoynunda dincəlir, yaxud cürbəcür müalicələr qəbul edirlər. Amma bütün bunlar hamısı ötəri və keçici xarakter daşıyır. Deməli, çıxış yalnız təbiətin yaranışda insana verdiyi yolla getmək, yəni meditasiya mədəniyyətinə yiyələnməkdən ibarətdir. Meditasiya mədəniyyətinə yiyələnən şəxs beyinin tam aydınlığını yaratmaqla onu sanki duru, təmiz səma vəziyyətinə gətirir. Yəni səma özündə heç nəyi saxlamadığı kimi, beyin də gərəksiz fikirləri qorumur. Bu, özünənəzarətin ən yüksək formasıdır. Beyin həmişə açıq və aydındırsa, insanın düzgün düşünməsində, qərarlar qəbul etməsində səhv ola bilməz. İstəmədiyin, iradədən kənar fikirlər heç vaxt insanı narahat etməz, buna heç səy də göstərməz.  Beyin səma kimi təmizdirsə, deməli, o, başqalarınkından fərqli fəaliyyət göstərir. Onun çox sirli kanalları işə düşür, insanın fəaliyyətinə hərtərəfli işıq saçır. Bu məqamda insan hadisələrdə, vəziyyətlərdə ilişib qalmır, onların mahiyyətlərini dərk edir. Ruhsal və fiziki gücün görünməmiş səviyyəsi aşkarlanır. Meditasiya mədəniyyətinin ən önəmli keyfiyyəti insanı yüksək əhvala gətirib çıxarmasıdır. Ardıcıl meditasiya insanda sevinc, fərəh hissi yaradır. İnsan həyata, hadisələrə, dünyaya öz ruhunun gözü ilə baxır, ən pis məqamda belə fərəh hissi onu tərk etmir, dünyaya inamını itirmir. İnsan bu məqamda hər şeyi mənalandırır, həyatda yaşadığına, onun gözəlliklərini görüb duyduğuna çox məmnun olur. O, dünyanın mahiyyətini duyaraq və dərk edərək yaşayır. Daxili enerjini üzə çıxarmaq mədəniyyətinə yiyələnmək, ondan yararlanmaq nə qədər cazibəli görünürsə, ona nail olmaq, yetmək və ömrü bu yöndə kökləmək insandan böyük inam və sarsılmaz iradə tələb edir. Beyinin tam aydınlıq məqamına çatması, ruhun aşkarlanması, daxili enerjinin üzə çıxması və s. keyfiyyətlər üçün uzun illər tələb olunur ki, bu da ardıcıllığa əsaslanır. Bu, müdriklik yoludur, özünütəsdiqetmədir. Bu yazıda o şeylərdən danışdıq ki, ustadlar ümumi cəhətlərin hamıya aydın olmasına icazə verirlər. Əslində isə bütün bunlar izaholunmazdır. Əsl həqiqət isə yazılanların və görünənlərin o tayındadır. Mədəniyyət qəzeti S.Qaliboğlu
['qədim Şərq', 'meditasiya']
982
https://kayzen.az/blog/psixologiya/19261/t%C9%99labatlar-piramidas%C4%B1.html
Təlabatlar piramidası
Apollon
Psixologiya
29 iyul 2016, 23:16
Motivlərin ierarxiyasını izah etmək üçün ingilis psixoloqu Abraham Maslou yeni bir model təklif etmişdir. Piramidaya bənzəyən bu modelin aşağı təbəqələrində ibtidai, yuxarı təbəqəsində isə ali, yüksək təlabatlar yerləşir. Abraham Maslounun nəzəriyyəsinə əsasən insan tələbatları, ilk öncə, fizioloji və psixoloji öhdəliklərin məcmusu ilə müəyyən olunur. O insan tələbatlarını, onların vaciblik səviyyəsinə görə 5 qrupa bölür: Birinci səviyyə: Fizioloji və ibtidai tələbatlara: qidalanmağa, hava, su, yuxuya, seksual istəyi ödəməyə, istirahət və fizioloji varlığı təmin etmək üçün lazım olan digər tələbatlar İkinci səviyyə: Təhlükəsizlik tələbatı: istidən və soyuqdan qorunmaq və digər bu kimi təlabatları, eləcə də fiziki və psixoloji orqanların müdafiəsi. Üçüncü səviyyə: İctimai nüfuza tələbat: sevgiyə, ünsiyyətə, cəmiyyət üçün faydalı olan fəaliyyətə maraq, sosial tədbirlərdə aktiv iştirak, insanlarla dostcasına münasibət, müəyyən qruplarda hörmət. İbtidai təlabatlardan fərqli olaraq buraya nümayiş etdirilə bilən əlamətlərə (məs: mükafatlandırılmaq) üstünlük verilir. Dördüncü səviyyə: Hörmətə tələbat: özünə hörmət, adekvat nailiyyətlərə səy, etibarlılıq, nüfuz. Beşinci səviyyə: Özünü reallaşdırmağa tələbat: yaradıcılığa meyl, öz potensialını və məqsədlərini tam reallaşdırmaq arzusu. Maslou təklif etmişdir ki, daha yüksək ali hislərə yüksəlmək üçün ibtidai təlabatların ödənilməsi vacibdir. Məs: şəxsin təhlükəsizliyi təmin olunmayıbsa onun sevgi – məhəbbət, özünüqiymətləndirmə hisləri aktual ola bilməz. Doğrudan da, təcrübə göstərir ki, təbii fəlakət qurbanları və ya müharibə əziyyətləri görmüş insanlar çox vaxt normal ailə münasibətləri yarada bilmir və başqalarının problemlərinə qarşı laqeyd olurlar.  Maslou nəzəriyyəsinin əsasını, insanın yaşayış tərzindən, hansı tələbatlarına nail olmasından asılı olaraq bu və ya digər tələbatların hakim olması təşkil edir. Bu tələbatlar sistemində ən əsas olanı – fizioloji tələbatdır ki, bu da təhlükəsizilik tələbatı qəbul olunanadək ödənilməlidir. Əgər ilk tələbat ödənibsə, onda ictimai nüfuza və hörmətə olan tələbat motivasiya kimi çıxış edəcək. Maslou dəfələrlə qeyd edirdi ki, əgər tələbatın bir səviyyəsi ödənibsə, onda digər səviyyə insan davranışını bu səviyyə ödənilənədək müəyyən edir. O əmin idi ki, ödənilmiş tələbat davranışın motivatoru kimi çıxış edə bilməz. Hər halda, bəzi səviyyələrin qismən olaraq üst-üstə düşməsi ola bilər ki, bu da əvvəlki səviyyə ödənilənədək, növbəti səviyyənin yaranması zamanı baş verə bilər. Bu zaman, ilkin tələbat kifayət qədər ödənilmiş olmalıdır ki, işçi onun ödənilməsinə vaxt sərf eləməsin. Dördüncü səviyyədəki tələbatın ödənilməsinə cəlb olunmuş fərdlə, birinci səviyyədəki tələbatın ödənilməsinə cəlb olunmuş fərdin eyni stimullara olan reaksiyası müxtəlif olacaq. Maslou nəzəriyyəsində maraqlı amillərdən biri odur ki, insanlar heç vaxt bütün tələbatlarını ödəmirlər.
['tələbat', 'təlabatlar', 'təlabatlar piramidası']
983
https://kayzen.az/blog/sevgi/19125/m%C9%99%C5%9Fhur-m%C9%99%C5%9Fuqlar.html
Məşhur məşuqlar
Apollon
Sevgi
27 iyul 2016, 15:25
Məşhur məşuqlar – bu ifadə daha çox kişilərə aid edilir. Çünki qadınlar intim münasibətə daha həssas yanaşırlar. Məşhur məşuqlar sevgi yaşayan kişilər deyil. Çünki “məşuq” sözü kişi və qadın arasındakı intim münasibətləri tam ifadə etmir. Məsələyə ciddi yanaşsaq, kimi məşuq adlandırmaq olar? Onlar üçün daimi sevgi münasibətləri bir həyat tərzidir axı… Fəqət bunun adını sevgi qoymaq olarmı? XX əsrin məşuqları kim olub? – Əlbəttə ki, Cakomo Kazanova, VIII Henrix, kardinal Rişelye və XIV Lüdovik, Viktor Hüqo, Aleksandr Düma, Modilyani, Dali, Çarli Çaplin və Marçello Mastroyanni bu siyahıda mütləq yer almalıdırlar… Ən bacarıqlı məşuq  Çin imperatoru Yandi məhəbbət, daha doğrusu, seks sahəsində öz “yaradıcılığı” ilə şöhrət qazanıb. Onun yataq səhnələrində yeddi arvadı və yetmiş iki saray qadını iştirak edirdi. İmperator səyahət edərkən onun karvanında on araba və onların hər birində çılpaq gözəllər olurdu.  Lüdovik XV Sevgi məsələlərində bütün fransız monarxlarını vurub-keçib. Onun ən məşhur məşuqəsi markiza de Pompadur olub. Lakin bununla yanaşı, saraydakı kənizlərinin sayı da az olmayıb... Cakomo Kazanova Bu insan haqda kitablar yazılıb, filmlər çəkilib. Xarici görünüşcə bir o qədər yaraşıqlı olmasa da, o, ən məşhur, ən romantik məşuq sayılır. Kazanova, həqiqətən, qadınları sevib, qadınlar isə öz növbələrində onun bu sevgisini cavabsız qoymayıblar. O, bu haqda kifayət qədər detallı və səmimi xatirələr yazır. Ancaq sonda, məşhur məşuq tənhalıq və kasıbçılıq içində vəfat edir.  Markiz de Sad Lap qaniçən olmasa da, “sadizm” onun “əl işi”dir…   I Pyotr Dəhşətli dərəcədə qısqanc olub, seksual həyatda isə hədsiz ehtiraslı… Birinci Pyotr ən çox alman və digər avropalı qızları sevib. Cənublu xanımları isə sevmirdi, belə ki, onların ehtirası və yelbeyinlikləri onda qısqanclıq hisslərini alovlandırırdı. Onun ölümünə səbəb banal sifilis xəstəliyi olur. Lavrentiy Beriya Dahi məşuqdan çox dahi zorlayan təqdim etsək, daha düzgün olar. Bu sahədə ona rəqib olan tapılmaz. Beriya üçün qadınları xüsusi təlim keçmiş insanlar seçirdi... Çarli Çaplin Gənc qızları sevirdi. Təkcə sevmirdi, onlarla evlənirdi də. Bütün bunlara görə, həyatında çoxlu problemlər yaşayıb. Çünki gənc xanımlar onun pullarını sevirdi. Çarli yalnız yaşlı vaxtında onu həqiqətən sevən — həyatının qadınını tapır...  Cimmi Hendriks 28 il ömür sürsə də, həyatında mindən çox qadın olub...  Con Kennedi Con Kennedinin sevgi macəraları barədə də danışaq. Deyilənə görə, onun Merilin Monro ilə münasibəti aysberqin hələ görünən tərəfi olub. Ağ evdə akreditə olunmuş katibələr, jurnalistlər… Kennedinin təşkil etdiyi çoxsaylı “sevgi əyləncələri”ndə Ağ evin əməkdaşları da iştirak edirdi. Tədqiqatçılar söyləyirlər ki, Con Kennedinin (fahişələr də daxil olmaqla) bir neçə yüz tərəf müqabili olub. Və bütün bunlar praktiki olaraq, onun gözəl həyat yoldaşının gözləri önündə baş verib.  Hyu Hefner Ancaq ən görkəmli pleyboy eyniadlı jurnalın təsisçisi Hyu Hefner olub. O, bir dəfə söyləmişdi ki, onun yatağından iki mindən çox qadın keçib. Bu həqiqətdir yoxsa yalan? Maraqlı sualdır...  Hulio İglesias Ən məşhur qadınsevərlər arasında gözəl səs sahibi Hulio İglesiasın da adı var. İfaçı özü həyatında olan qadınların sayının 500 olduğunu iddia etsə də, şayiələrə görə, qadınların sayı iddia olunduğundan qat-qat çox olub. Hulionun ilk həyat yoldaşı fillipinli gözəl İzabel əri ilə ayrıldıqdan sonra, 1979-cu ildə jurnalistlərə boşanmalarının səbəbi kimi Hulionun qadınlara olan hədsiz sevgisi olduğunu açıqlayır. Və əlavə edir ki, Hulionun xəyanətlərinə hətta ən səbrli qadın da dözə bilməz... Hulio İglesias özü isə qeyd edir ki, qadınların qarşısında baş əyir və hətta sevgiyə görə ölməyə belə hazırdır. İfaçının fikrincə, qadınları ələ almağın yeganə yolu — varlı olmaq, tanqo rəqsini bacarmaq və sevmək, sevmək, sevməkdir.  Tərcümə: Aytən Cavanşir
['sevgi', 'eşq', 'playboy', 'məşuq']
984
https://kayzen.az/blog/pascal/19268/k%C3%B6n%C3%BCll%C3%BC-k%C3%B6l%C9%99lik-orxan-ad%C4%B1g%C3%B6z%C9%99l.html
Könüllü köləlik - Orxan Adıgözəl
pascal
Bloq: pascal
27 iyul 2016, 14:28
Tarix boyu əksər tiranlar öz hakimiyyətini bərkitmək üçün baş işlətmək əvəzinə çox mürtəce bir üsula əl atır, ölkədə bir nəfər də olsa ləyaqətli insanın qalmamasına çalışırlar.  Çoxları bunu ən bəsit yollarla, yəni mərd insanları fiziki məhv, həbs və ya sürgün etməklə həyata keçirdiyi halda, tarixdə elə tiranlar da olmuş ki, təbəələr üçün anlaşılmaz olan hiylələrdən istifadə etmişlər. Məsələn, Lidiyanı tutduqdan sonra Kir lidiyalıların çarı Krezi əsir götürüb özü ilə aparır. Bir müddət sonra ona xəbər çatdırılır ki, lidiyalılar yenidən baş qaldırmışdır. Kir üsyanı yatırır, amma bu gözəl şəhəri viran qoymaq və ya şəhəri əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, fahişəxanalar, tamaşa səhnələri qurdurub, bütün bunları cəmi sakinlər üçün açıq elan edir. Bu üsul o qədər səmərəli oldu ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmadı. Nadan şəhər sakinləri fərqinə çox da varmadan əyləncənin əsirinə çevrilib, günlərini yeni-yeni oyunlar yaratmaqla keçirirdilər.   İstər sosial şəbəkələrdə, istər real həyatda xalqımızı elə öz xalqımızın bir çox nümayəndələri ən pis ifadələrlə təhqir edirlər. Onlar analizimizin nəticəsi olaraq qanımızda və sidiyimizdə “rüşvət alıb-verməyi” müəyyən edir, bizi heç bir fövqəl gücün də yaxşı istiqamətə dəyişdirə bilməyəcəyini iddia edərək, sosioloji-politoloji proqnozla –“belə gəlib, belə də gedəcəyik”, “heç vaxt düzələn deyilik” rəylərini bildirirlər. Belə bir məşhur deyim var- Mərdi qova-qova namərd eləmək… Bax, beli qırılmış təhsilin olduğu məmləkətdə aşırı dozada olan tənqid xalqı həmin “namərdliyə” gətirib çıxarır. Əgər xaraktercə zəif bir insana dayanmadan “sən pis insansan” desən, o insan getdikcə pis birinə çevriləcək. Söz sehrlidir. Onun təsir gücü fantastik effektlər verir. Sözlə müharibələr başlanır, sözlə müharibələr yatırılır. Azərbaycan kimi formalaşmamış cəmiyyətlərdə hətta inkişaf naminə söz işlədiləndə gərək diqqətli olasan. Bu ən çox geniş auditoriyası ilan ictimai adamlara aiddir. Onlar ictimai rəyin formalaşmasında əsas və bilavasitə rol ifaçılarıdır. Bir filmdə görmüşdüm, qadın öz həyat yoldaşına tez-tez onu başqa qadınla aldatdığını və onu atacağını deyir. Kişi əslində nə qadına xəyanət edir, nə də yoldaşında şübhə doğuracaq hərəkətlərə yol verir. Sadəcə qadın özü qəlbiqara və çox emosional birisi olur. Bir müddət sonra qadının “dığ-dığından” bezən kişi onu tərk edir və başqa qadınla münasibət yaradır. Bu da “namərdliyə” təhrik etmə formalarından biridir. Bu dəqiqə əsas olaraq insanlara hər fürsətdə azad düşüncənin, bütövlükdə azadlığın necə şirin nemət olduğunu və indiki çətin durumda onu necə qoruyub saxlamağın yollarını təqdim etmək lazımdır. Əgər sən daxilən azad birisənsə və reallığı görürsənsə, bəyənmədiyin cəmiyyətə nifrini tökmək əvəzinə, ümumi maraqlara xidmət edəcək nümunəvi və faydalı bir şeylər et. Bunu edə bilmək ixtiyarında deyilsənsə sadəcə SUS! 16-cı əsrdə yaşayıb-yaratmış Fransız yazıçı və filosof Étienne de La Boétie(Etyen de la Boesi) könüllü köləlik haqqında mühakiməsində bunları yazıb- “Azadlığın təbii nemət olduğunu müzakirə etməyə ehtiyac belə yoxdur, çünki köləliyə düçar olan kimsə onun doğurduğu iztirabları hiss etməyə bilməz; kölə kimi alçaldılmaq son dərəcə dözülməzdir. Etiraf olunmalı ki, azadlıq təbiidir və hər kəsə anadangəlmə olaraq nəinki azadlıq haqqı, habelə onu qorumaq öhdəliyi verilib. Bütün bunlara dair hər hansı şübhə varsa, yaxud öz nemətimizi dərk etməyəcək qədər nadanıqsa, bunu heç olmazsa yabanı heyvanlardan öyrənə bilərik. Əgər heyvanların bizim kimi dili olsaydı, “Yaşasın azadlıq!” deyən hayqırtılarını eşidərdik. Onların bir çoxu məhz azadlıqdan məhrum olduğu üçün tələf olur. İstər böyük, istər balaca bir heyvanı ovlayanda onlar bütün gücləri ilə, dişlə, caynaqla, buynuzla müqavimət göstərir, bununla əyan edirlər ki, çox qiymətli bir şeyi itirirlər, itirmək istəmirlər. Əsirliyə düşüncə onların davranışından özlərini nə qədər Bədbəxt hiss etmələri açıq-aşkar görünür və bundan sonrakı həyatlarını köləliyə boyun əyməklə deyil, itkinin xiffətini çəkərək başa vururlar. Biz dayçaları doğulduğu ilk günlərdən itaətə alışdırırıq, amma onu nə qədər əzizləsək də, böyüyüb xidmət etmək çağına yetişdikdə başına keçirilən yüyəni gəmirməyə başlayır, dartınıb əldən çıxmaq istəyir, bununla bir növ göstərir ki, itaətə ram olmaq niyyəti yoxdur, xidmət edəcəksə, bunu öz xoşu ilə deyil, çarəsizlik ucbatından edəcəkdir”. Filosof öz mühakiməsi ilə bizlərə anlatmağa çalışır ki, azadlıq hər canlı üçün hava və su kimi əhəmiyyətlidir. Bir sözlə, hissiyyatı olan, itaətin yamanlığını duyan bütün canlılar azadlığa can atırlar. Kölə ailəsində dünyaya gəlib tərbiyə olunan və bu üzdən, göz açdığı şəraiti təbii qəbul edən insanlar həyatın bu tərzi ilə razılaşır, malik olduqları cüzi haqq və nemətlərdən əlavə nəyəsə nail olmağı ağıllarına belə, gətirmirlər. Yəni ki, “başını aşağı sal, bir tikə çörəyini qazan”. Axı insan oğlu nə qədər israfçı və etinasız olsa da, öz vəziyyətinə bir nəzər salmalıdır, görsün, bütün haqlarından istifadə edirmi, onun və ya onun sələfinin əlindən nəyisə almayıblar ki. Bəli, vərdişin insan üzərində ümumən böyük hakimiyyəti var və çox güman, insanı köləliyə alışdırmaq, ona köləliyin acı zəhərini xoşhallıqla içməyi öyrətmək qüdrəti hakimiyyətin zirvəsidir. İnsan üçün azad olmaq və bunu arzu etmək təbiidir, bununla belə, onun xisləti elədir ki, çox şeyə vərdiş etməyi bacarır… Belə nəticə çıxır, insan üçün onun vərdiş edə bildiyi hər şey təbiidir. Deməli, könüllü köləliyin başda duran səbəbi vərdişdir. Həmin vərdiş ki, atları əvvələn yüyəni gəmirməyə, sonradan onunla oynayıb əylənməyə vadar edir, əvvələn qoşqu yəhərindən dartınıb qurtulmağa çalışır, sonralar yəhər altında sanki fəxrlə nazlanırlar. Könüllü köləliyinin başlıca səbəbi – insanların bu vəziyyətdə doğulub tərbiyə olunması – ikinci bir səbəbin qaynağına çevrilir. Belə ki, tiranların hakimiyyəti altında insanlar qorxaq, məzlum və rəzil kütləyə çevrilirlər. Bu gün haqsızlıq qarşısında susanlar ordusu məhz Sovet təfəkküründə yetişmiş itaətkar valideynlərimiz və nənə-babalarımızın hesabına formalaşıb. Baxın, yenə də idarə etmədən söhbət gedir. 10 il əvvəl Gürcüstanda adamı avtomobili ilə bir yerdə oğurlayırdılar. Gürcülər Qafqazda ən oğru millət kimi obraz yaratmışdı. Saakaşvili 2004-cü ildə hakimiyyətə gələndən sonra geniş islahatlar apararaq, ciddi nizam yaratdı. Ölkənin üzərini qara bulud kimi örtən rüşvəti yığışdırdı və vətəndaşlara azadlığı daddırdı. Gürcüstanda olan dost-tanışlardan da indi insanların və quruluşun necə olduğunu soruşa bilərsiniz. Başqa bir misalı isə eyni millət olub, ayrı respublikalara malik koreyalılardan çəkim. Şimali Koreyada özünü Tanrı zənn edən zalım prezidentin hakimiyyəti altında əzilən kasıb, kölə vətəndaşlar, aşağıda isə bütün dünyanı texnoloji məmulatlarla təchiz etməklə yanaşı, yaşamaq üçün həyat səviyyəsinin ən yüksək olduğu ölkələrdən biri hesab olunan Cənubi Koreya vətəndaşları yaşayır. Hələlik bu qədər! Yazıdan nəticə çıxarmaq sizə qalır.
['esse', 'könüllü köləlik', 'təfəkkür tərzimiz', 'ədalətsizlik', 'əsarət', 'vərdiş']
985
https://kayzen.az/blog/H%C3%BCquq/19135/hamil%C9%99-qad%C4%B1nlar%C4%B1n-v%C9%99-analar%C4%B1n-h%C3%BCquqlar%C4%B1.html
Hamilə qadınların və anaların hüquqları
Apollon
Hüquq
21 iyul 2016, 21:32
Hamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür. İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2–3 saatdan bir körpənin yanında olmaq lazım gəlir. Bu çətinlikləri aradan qaldırmaq üçün dövlətlər analara bəzi güzəştlər tətbiq edir, onlara xüsusi hüquqlar verirlər. Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır. Lakin təəssüf ki, bəzən anaların öz hüquqları ilə bağlı məlumatları olmur və bəzi iş yerlərində onların bu hüquqları çox tez–tez pozulur. Bunları nəzərə alaraq, biz Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların və süd verən anaların hüquqları ilə bağlı bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq. Təbii ki, ilk növbədə, bütün anaları hamiləlik və doğuşa görə verilən məzuniyyətlər maraqlandırır. Körpələrini ana südü ilə qidalandıran analar gün ərzində bir neçə dəfə uşaqlarının yanında olmalıdırlar. Bununla əlaqədar olaraq Əmək Məcəlləsində məzuniyyət dövrü iki hissəyə bölünür: doğuşdan əvvəl və doğuşdan sonra. Əmək Məcəlləsinin “Hamiləliyə və doğuşa görə məzuniyyətlər” adlı 125–ci Maddəsinə əsasən analara verilən bu məzuniyyət ödənişlidir. Lakin onun müddəti müəyyən hallarda fərqli olur. Normal doğuş zamanı analara verilən məzuniyyətin müddəti doğuşdan əvvəl 70 gün, doğuşdan sonra isə 56 gündür. Amma doğuşun çətin keçməsi (keysəriyyə əməliyyatı və s. çətin sayılan hallar) və iki və ya daha çox uşağın doğulması kimi bəzi xüsusi hallarda doğuşdan sonrakı məzuniyyətin müddəti 14 gün artırılır, yəni 70 təqvim günü təşkil edir.  Kənd təsərrüfatı sahəsində çalışan qadınlara isə hamiləliyə və doğuşa görə məzuniyyət, bu qadınların işinin çətinliyinə görə verilir. Bu, normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü), doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü), iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü) kimi verilir. Bəzi mütəxəssislər yuxarıda qeyd olunan vaxtların yetərli olmadığınıdeyirlər. Çünki körpə 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır.  Lakin qanunvericiliyə istinad etməklə, bu problemdən çıxış yolu tapmaq mümkündür. Belə ki, adətən birinci il işləyən işçilərə məzuniyyət haqqı 6 ay işlədikdən sonra verilir, lakin “Əmək məzuniyyətinin verilməsi qaydası” Maddəsinə (Maddə 131.) görə, əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən qadınlar hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonar istifadə edə bilərlər. Beləliklə analar öz körpələrinin yanında olmaq imkanını, hamiləliyə və doğuşa görə verilən sosial məzuniyyətdən dərhal sonar məzuniyyət götürərək, bir az da uzada bilərlər. Dövlət, körpəsi olan analara 6 ay müddətində işə çıxmamaq imkanı yarada bilməsə də, onlara başqa güzəştlər edir. Belə ki, dövlət Əmək Məcəlləsinin “Uşağın yedizdirilməsi üçün fasilələr” Maddəsində (Maddə 244) yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir.  Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduğu təqdirdə isə hər fasilənin müddəti ən azı bir saat müəyyən edilir. Bu fasilələr qadının əmək haqqından çıxılmır, onlar iş vaxtına daxil olur. Ona da diqqət yetirmək lazımdır ki, qanunvericilik bu fasilələrin ən azı 30 dəqiqə olduğunu deyir, yəni, əgər siz iş yerindən uzaqda yaşayırsınızsa, siz işəgötürənlə razılığa gəlib fasilə müddətini uzada da bilərsiniz. Əmək Məcəlləsinin “Qısaldılmış iş vaxtı” Maddəsinə (Maddə 91) görə analar işə çıxdıqdan sonra işəgötürəndən 36 saatadək qısaldılmış iş vaxtını tələb etmək hüququna malikdirlər. Bu haqdan analar uşaqlarının yaş yarımına qədər istifadə edə bilərlər. Bunlardan əlavə, dövlət hamilələrə və 3 yaşınadək uşağı olan analara işə düzələn zaman da böyük güzəştlər edir. Əmək Məcəlləsinin “Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri” Maddəsində (Maddə 240) deyilir ki, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbi ilə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yol verilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hamilə qadınların və 3 yaşınadək uşağı olan anaların vəziyyətinin xüsusiyyətlərinə görə gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir (Maddə 242). Hamiləlik dövründə iş yerində qadınlara qarşı tələblər azaldılır və ya onlar daha yüngül və sağlam iş yerinə keçirilir. Belə hallarda da onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır və əmək haqqının azaldılmasına qadağa qoyulur.  Bu qaydalar yaş yarımına çatma səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hamilə qadınların və 3 yaşınadək uşağı olan anaların vəziyyətinin xüsusiyyətlərinə görə gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir (Maddə 242). Hamiləlik dövründə iş yerində qadınlara qarşı tələblər azaldılır və ya onlar daha yüngül və sağlam iş yerinə keçirilir. Belə hallarda da onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır və əmək haqqının azaldılmasına qadağa qoyulur. Bu qaydalar yaş yarımına çatmamış uşağı olan və əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkən qadınlara da aid edilir (Maddə 243). Elə hallar da olur ki, işəgötürən işçilərin ixtisarı, səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi, özünün əmək funksiyasını yerinə yetirməməsi adı altında hamilə və yaxud uşaqlı ananı işdən azad etmək istəyir. Lakin dövlət, bu vəziyyətdə olan qadınların xüsusiyyətlərini nəzərə alaraq Əmək Məcəlləsinin 79–cu Maddəsində bu səbəblərlə hamilə və 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsinə qadağa qoyub. İş yerlərində hüquqlarının tapdanmasının qarşısını ala bilmək üçün anaların və hamilə qadınların öz hüquqlarını bilməsi çox vacibdir. «Parents» Jurnalı | Sentyabr 2011 Nərmin Babayeva
['qadın', 'hamilə qadın', 'qadın hüququ']
986
https://kayzen.az/blog/kino/19225/kino-estetikas%C4%B1n%C4%B1-d%C9%99yi%C5%9Fdir%C9%99n-rejissor-krzysztof-kieslowski.html
Kino estetikasını dəyişdirən rejissor - Krzysztof Kieslowski
_BUMERANQ_
Kino
19 iyul 2016, 12:03
Filmlər heç bir şeyi dəyişdirə bilməz, amma insanların bir çox şeyi başa düşməsinə kömək edə bilər, dünyanı dəyişdirəcək olan şey filmlər deyil, o fimləri izləyən insanlardır. Bir çıxışında Kieslowski’dən ən sevdiyi rejissorun kim olduğu barəsində sual soruşurlar. O da cavab olaraq Dostoyevski, Kafka, Şekspir deyə cavab verir. Jurnalistlər təəccüblənir və ondan bu saydıqlarının rejissor olub-olmadığını soruşurlar. Kieslowski “Xeyr, onlar yazıçıdırlar və bu da mənim üçün bir filmdən daha üstündür” cavabını verir. Mənə də ən sevdiyim şair kimdir deyə sual versələr, Kieslowski deyə cavab verərəm. Çünki onun sənəti mənim üçün kitabdan daha üstündür. Kieslowski kinonun şairidir. Gəlin kinonun şairi olan bu insanı bir az yaxından tanıyaq... 27 iyun 1941-ci ildə Varşavada dünyaya gələn Kieslowski atasının vərəmdən əziyyət çəkməsi səbəbilə Polşada bir çox şəhəri gəzmək məcburiyyətində qalmışdı. Atası bir sanatoriyadan digərinə göndərilərkən, Kieslowski demək olar ki, bir mühacir həyatı yaşamışdı. Buna görə də bu böyük rejissor Polşada yaşadığı qədər, Polşanı da yaşamışdır deyə bilərik. Uşaq yaşlarında yanğınsöndürən olmaq istəyən, sonradan Lodz Film Akademiyasına 2 dəfə müraciət edən Kryzstof qəbul ola bilmədi. Bir müddət sonra rəsm akademiyasında oxuyan Kryzstof, nəhayət, 1965-ci ildə Film Akademiyasına qəbul oldu. Akademiyada gənc Kryzstofla bərabər təhsil alanların arasında Roman Polanski, Andrzej Wadja, Jerzy Skolimowski və Krzystof Zanussi tanış insanların adlarını çəkə bilərik. Belə bir mühitdə özünü inkişaf etdirən Kryzstof özünün “Tramvay” adlı ilk qısametrajlı filmini də çəkmək imkanı əldə etdi. Bu film ağ-qara formatda olub, tramvayda yalnız bir kişinin bir qadından xoşu gəlməsi və tovlamaq cəhdlərindən bəhs edir. Bu filmdən sonra gənc Kryzstof çəkdiyi “Ofis” filmi ilə o dövrdə ölkədə olan kommunist rejmini tənqid edir. 1970-ci ildə “Fabrik”, 1970-ci ilin ortalarında isə “İlk məhəbbət” adlı filmlərini bitirir. Polşada “əxlaqi narahatlıq” adı verilən 1970-ci illərin sonunda rejissor özünün “Kamuflaj” və “Mərmər adam” adlı növbəti qısametrajlı filmlərini ekranlaşdırır. Daha sonra çəkdiyi “Tərcümeyi-hal” filmində hökuməti tənqid etməsini deməsinə baxmayaraq, öz məsləkdaşları tərəfindən hökumətlə əməkdaşlıq etməsi ilə günahlandırıldı. Ümumiyyətlə, Kieslowski yaradıcılğını qısametrajlı sənədli filmlər və uzunmetrajlı filmlər kimi iki hissəyə ayıra bilərik və o, 1981-ci ildə çəkdiyi “Stansiya” filmi məhkəmədə əleyhinə sübut kimi göstərildikdən sonra yaradıcılığının qısametrajlı sənədli filmlər olan ilk hissəsini burda dayandırdı. Rejissorun ilk uzunmetrajlı filmi “Yara”dır. 1979-cu ildə “Kamera düşgünü” filmini lentə almışdır. Bir müsahibəsində “Film çəkmək əsəblərinizi korlayan bir şeydir və yeri gəldiyində ailənizi, emosiyalarınızı, şəxsi həyatınızı və başqa hər şeyi ikinci plana atmağa məcbursunuz” deyən Kieslowski, bu filmdə adi bir işçinin bir kameraya sahib olmasından sonra rejissorluğa gedən yolu, necə bir kamera düşkününə dönməsindən bəhs edir. Çoxlarının iddia etdiyi kimi bu filmdə Kieslowski məhz öz portretini təsvir etmişdir. Polşada “Ümid və Məyusluq” (1980-ci illər sonrası) adı verilən və kütləvi tətillər, işdən ayrılmalar ilə yaşanılan bir dövrdə rejissor “Kor Tale” adını verdiyi filmini bitirmişdir. Daha sonra ekranlaşdırdığı “Sonsuz” adlı filmində isə Kieslowski simvolik olaraq hərbi vəziyyət sonrası dönəmdəki Polşanı təsvir etmişdir. Nəhayət, 1988-ci ildə Polşa televiziyası üçün planlaşdırılan, rejissorun şah əsərlərindən sayılan Krzysztof Piesiewicz ilə senarilərini yazdıqları, 10 filmdən ibarət “Dekalog”u çəkməyə başlayır. Hər bölümün təqribən 1 saat davam etdiyi “Dekalog” da Hz.Musa’nın “10 əmri” mövzusuna toxunulmuşdur. Sonradan “Öldürməyəcəksən” maddəsinə çəkilmiş seriya – “Ölüm haqqında qısa film”, “Zina etməyəcəksən” maddəsinə çəkilmiş seriya isə “Məhəbbət haqqında qısa film” adları ilə ayrıca bədii film halına gətirildi. İlk baxışdan toxunduğu mövzu baxımından Kieslowski dindar hesab oluna bilər, lakin verdiyi müsahibələrdə özünü heç bir dinə aid hesab etmədiyini, öz içində dindar biri olduğunu bildirmişdir. Kieslowski öz içindəki yaradıcıya inanırdı və başqa hər hansı bir dinin boyunduruğu altına girməkdən imtina edirdi. Kieslowski’ni məşhurlaşdıran “Veronikanın İkili Yaşamı”dır. 1991-ci ildə ekranlaşdırdığı bu filmin ana mövzusu, Kieslowski’nin öz sözləri ilə desək, “Daha diqqətlə yaşayın, çünki elədiklərinizin nəticəsini özünüz də bilmirsiniz, tanıdığınız və ya tanımadığınız insanların nələr edə biləcəyini bilmirsiniz”dir. Nələr yaşayacağımız etdiyimiz seçimlərin nəticəsində müəyyən olunması və ya bəzən təsadüflərin (Kieslowskiy’ə görə, bu təsadüflərdə tanımadığımız milyonlarca insanın təsiri vardır) istiqamətləndirmiş olması Kieslowski yaradıcılığının əsas dayaq nöqtəsidir. “Veronikanın ikili yaşamı” filmində hakim olan sirli atmosfer (həyatın gizli, görünməyən üzü) eyni zamanda həyatın özü ilə kəsişmişdir. Kieslowski həyatın kəsişmələrdən ibarət olduğunu, elədiklərimizin qarşılığını ödəyəcəyimizi və nəticə etibarilə məsuliyyət daşıdığımızı bildirir. Kieslowski bu filmdə Polşada yaşayan Weronika ilə Fransada yaşayan Veronique’nin hekayələrini bəlkədə ola biləcək ən maraqlı bir şəkildə tamaşaçılara təqdim edir. 1990-cı illərin ortalarında çəkdiyi “Üç rəng” trilogiyası Kieslowski yaradıcılığının zirvəsi hesab olunur. Trilogiyanın filmləri “Mavi”, “Bəyaz”, “Qırmızı” adlanır. Adlarını Fransa bayrağında olan rənglərdən alan filmlərdə müvafiq olaraq azadlıq, bərabərlik, qardaşlıq mövzularına toxunur. Bu üç filmdə bəzi ortaq səhnələr mövcuddur. Bunlardan ən təsirlisi əlindəki şüşəni təkrar emal üçün ayrılmış zibil qutusuna atmağa çalışan yaşlı qadının olduğu səhnədir. Bu qadın, mavidə şüşəni qutuya ata bilmir, bəyazda bir az çətinlik çəkir, ama ata bildiyini görürük, qırmızıda isə filmin baş qəhrəmanı Valentin, yəni İrene Jacob, yaşlı qadının yanına gedib, ona şüşəni zibil qabına atmağa yardım edir. “Qırmızı”da baş qəhrəman olaraq qarşımıza İrene Jacob, “Mavi”də Juliette Binoche, “Bəyaz”da isə Julie Delpy çıxır. Bu trilogiyada bu üç – azadlıq, bərabərlik, qardaşlıq məfhumlarına günlük həyatda onların həqiqətən necə işlədiyi barəsində düşünərək, tamamilə həyati və şəxsi pəncərələrdən baxırıq. Bu məfhumlar insan təbiəti ilə təzadlıdır və insan həyatda onlarla tək-tək qarşılaşdığı zaman necə yaşayacağını bilmirik. İnsanlar həqiqətənmi azadlığı, bərabərliyi, qardaşlığı bu qədər çox istəyirlər deyə soruşan Kieslowski, eynilə “Dekalog”dakı kimi mövzulara tək-tək yanaşmış, bu üç rəngin insan həyatındakı rolu, həyatımızda nə qədər var olduğu və bizim bu anlayışlar qarşısında həyatımızı necə istiqamətləndirib, onlarla haralarda qarşılaşdığımız kimi nüanslara toxunmuşdur. Kieslowski’nin bu trilogiyasında çox həssas, emosional səhnələr var. Amma Kieslowski bunların heç birində ifratçılığa getməmişdir. Bəlkə də bu trilogiyanın bir şah əsər hesab olunmasının ən əsas səbəblərindən biri də budur: təbiilik və səmimilik. Personajların hər birinin başına gələn hadisələr bizim yaşamımızdan bir parçadır. Ya da hələ yaşamamış olduğumuz, yaşayacağımız yaşamdan. Tale məfhumuna, ”həyatın bizimlə bağlı heç vaxt başa düşə bilməyəcəyimiz planları var” kimi fikirlərə dərindən bağlı olan Kieslowski, əvvəlki filmləri kimi bu filmdə də bunları bizə hiss etdirir. Həyata nə qədər yön verməyə çalışsaq da səmərəsizdir, əlimizdə olmayan hər hansı bir kiçik dəyişiklik hər şeyi dağıda, o ana qədər planladığımız hər şeyi məhv edə bilər. Və “Mavi”də toxunduğu azadlıq məfhumu ilə bağlı Kieslowski: “Əslində azadlıq və sevgi bir-biri ilə təzad təşkil edir. Əgər biri sevərsə, digərinin azadlığını məhdudlaşdırar. Bir qadını sevər, həyatınızı yaşayar və bilmədiyiniz yönlərinizi həmin qadının gözlərindən görə bilərsiniz. Azadlığımızı məhdudlaşdıran çox şey var: bir it, bir maşın, bir televizor. Filosofluq etmək istəmirəm ,amma bu nümunələrlə insan azadlıq məfhumunu düşünə bilər. Məhz bizim eləmək istədiyimiz şeyin ”– deyə buyurmuşdu. Filmləri haqqında danışarkən tez-tez kommunizm, Hitler, Lenin kimi adlar çəkən Kieslowski’nin yaradıcılığı üzərinə 2-ci Dünya Müharibəsinin və onun sonrasındakı vəziyyətin nə qədər təsiri olduğunu anlaya bilərik. Bu səbəblə özünün də dediyi kimi siyasətdən uzaqlaşmış və sənətinə apoliltik deyə biləcəyimiz bir münasibət bəsləmişdi. Amma bu apolitikal münasibət heç vaxt hər şeyə biganə tərzdə olmamışdır. O, dünyanın dəyişməsi və xəyal etdiyi ideallara çatması üçün ən əsas faktor olan insanı düşünmüş, yuxarıdan aşağıya doğru deyil, aşağıdan yuxarı doğru bir əlaqə yaratmaq istəmişdir. Məhz buna görə də Kieslowski özündən yüz illər öncə yaşamış filosoflar kimi kameranı bir fəlsəfə alətinə çevirmişdi. Kinonun ədəbiyyat qədər güclü olmadığını deyən Kieslowski yenə də gördüklərini, görmək istədiklərini ekrana əks etdirməyi üstün tutmuşdur. Bunun səbəbi isə əlbəttə ki, fikirərini insana daha rahat, və daha vizual bir üsulla çatdırmaq olmuşdur. Əslində hər şeydən öncə Kieslowski kinonun şairidir. Çünki filmlərində istifadə etdiyi hər əşya başdan sona qədər çox təsirlidir. Hər səhnədə, hər dialoq və monoloqda, səssizlikdə belə çox vacib detallar gizlənir. Kieslowski filmlərinə bir dəfə də olsun boş səhnə əlavə etməmişdir. Kieslowski filmlərində səhnələrarası keçidlərlə, istifadə etdiyi filtrlərlə, musiqilərlə, məkanlarla inanılmaz bir əlaqə və özünün vizual qafiyəsini yaradıb. Bunlar bəlkə də tamaşaçılar tərəfindən ilk dəfə baxıldıqda aydın olmaya bilər, lakin filmlərə ikinci və ya üçüncü dəfə baxdıqda heç kim bu qafiyələrin qüsursuz uyğunluğundan zövq almaya bilməz. Rejissorun istifadə etdiyi çəkiliş texnikası da söz edilməyə dəyər başqa bir mözvzudur. Məsələn, “Mavi”nin başlanğıc səhnəsində maşının hidravlik yağının damla-damla sızıntısı insanın içində nəsə uğursuz, pis bir şey olacağına işarədir və insanın içində istər-istəməz bu kimi fikirlər oyadır. Rejissorun digər filmlərində bu kimi “xəbardarlıq” səhnələri boldur. Əlavə olaraq, birləşik səhnələrdə dəyişən incə detallar bir- birini tamamlayır. Buna da bir nümunə olaraq “Dekalog 1”də həyatda hesablana bilməyəcək heç bir şey olmadığına inanan, ruhun varlığını qəbul etməyən bir atanın oğlunun ölümünə qədər qədər uzanan zaman aralığındakı çox incə bir detalı verə bilərik. Hər nəticənin hesablana biləcəyini düşünən və bunların maddi səbəblərdən olduğuna inanan bir riyaziyyat professoru bir gün oğlu ilə birlikdə öncəki günün hava məlumatlarını alır və növbəti gün üçün göldə buzun qalınlığını hesablayır. Donan göl təqribən 275 kiloluq bir kütləyə tab gətirə bilərdi. Lakin Kieslowskinin tale və həyatın planları ilə bağlı fikirlərini yenidən düşünsək xatırlaya bilərik ki, bəzən bir çox şey planladığımız kimi getməz. Oğlu buz üstündə sürüşərkən ata evdə işləyirdi. Birdən mürəkkəb şüşəsi partlayır və professorun kağızları və qarşısında olan kitab mürəkkəbə boyanır. Bu tamamilə əvvəlcədən görülə bilinməycək bir situasiya idi. Stolu təmizləyərkən qonşusu zəng edir və professorun oğlu ilə buz üzərində sürüşməyə gedən oğlu haqqında narahat olduğunu söyləyir. Mürəkkəb şüşəsinin duran yerdə partlaması ardından gələn daha böyük bir fəlakətin başlanğıcı... Kieslowski bəzən bunun tam tərsini edər. Gözlənilməyən gözəl bir sürprizdən sonra qəhrəmanımızın başına nəsə uğursuz bir şey gələr. Yəni həyatda bütün uğursuzluqlar və sürprizlər bir-biri ilə inanılmaz bir şəkildə bağlıdır və aralarında bir qafiyə mövcuddur. Və insan övladı təəssüf ki, bu əlaqəni izah etməkdə acizdir. Vizual təsvirlərin yanında səslər və musiqi də Kieslowki filmləri üçün çox böyük önəm daşıyır. Kieslowski yaradıcılığından danışarkən Zbigniew Preisner’dən söz açmamaq çox böyük yanlışlıq olardı. Kieslowski’nin yaxın dostu olan bu bəstəkar bəstələdiyi musiqilər ilə rejissorun filmlərinə ölümsüz ruh qazandırmışdır deyə bilərik. Musiqilərdən əlavə bəzi səhnələrdə istifadə olunan səslər, bəzən bir personajın sadəcə nəfəs alıb verməsini eşitməyimiz, ya da bir uşağın boğuq səslə danışması hər zaman həm öz-özlüyündə həm də filmlə birlikdə çox böyük bir vəhdət yaradır. Kieslowski filmlərində təsvirlərin güzgülərdə, şüşələrdə əks olunması çox ayrıca bir özəllikdir. Şüşə insanları həm ayıran, həm də birləşdirən bir şeydir. Personajların güzgülərə düşən əksləri, onların üzərinə düşən işıqlar, kölgə oyunları o an personajların ruh hallarını bilməyimizə kömək olur. Kieslowskinin sirri də belə səhnələrdə üzə çıxır, tamaşıçını detallarla bezdirmədən, saniyəlik təsvirlərlə və incəliklərlə mövzunu bütünlükə ələ alıb, bir film nədir sualına cavab verir. Kieslowski filmlərində tamaşıçıları istədiyi kimi istiqamətləndirir və onlara personajlarla empati yaratması üçün şərait yaradır. Bəhs etdiyimiz bu empati müxtəlif yollarla yaradıla bilər. Lakin bunun ən əsas yaradıcısı, heç şübhəsiz, səmimiyyətdir. Əsərlərindəki səmimiyyətdən heç vaxt şübhə edə bilmədiyimiz bu böyük yazıçı-rejissor personajları başa düşməyimiz və mövcud situasiyanı onların gözləri ilə görməyimizi istədiyində bəzən Juliette Binochenin yaralı gözünün içinə soxar bizi və hər şeyi tutqun görməyimizi, və beləliklə Binochonun yaşadığı tutqun, dağılmış həyatı başa düşməyimizə yardım edər.  “Üç Rəng” trilogiyasını bitirdikdən sonra bir daha rejissorluq etməyəciyini açıqlayan Kieslowski “evimə gedib siqaret çəkəcəyəm” deyir. Karyerasına son nöqtəni qoyan bu cümlənin belə altında çox gizli məqamlar vardır. Filmlərində toxunduğu azadlıq, bərabərlik, qardaşlıq məfhumlarına çox bağlı olan Kieslowski film çəkiliş meydançasında 4 fərqli – Almaniya, Polşa, Fransa, İngiltərədən olan insanlarla işləmişdir. Amma Kieslowski “Özünüzü avropalı hiss edirsin- izmi?” sualına bəlkə də sənətinin ruhunu açıqlayan bir cavab vermişdir. “Xeyr, özümü polşalı hiss edirəm, hətta özümü Polşanın şimal-şərqində yerləşən balaca bir kəndə sahib olduğum evə aid hiss edirəm, orada yaşamaqdan xoşbəxtəm, ama orada işləmirəm, film çəkmirəm, sadəcə odun toplayıram”. Bir gerçək sənət insanının özündən, aid olduğu yerdən qopmadan dünyəvi olması necə imkansızdırsa, Kieslowski də bu gerçəyin təməlləri ilə yaşadı və dünyaya böyük bir miras buraxdı. Müəllif: Kənan İsaxanlı Mənbə: «Film Fiction» jurnalı
['kinomatoqrafiya', 'rejissorlar', 'dahi rejissor', 'kinonun şairi', 'Krzysztof Kieslowski']
987
https://kayzen.az/blog/Satira/19218/%C3%BCzeyir-b%C9%99y-hac%C4%B1b%C9%99yli-t%C9%99r%C9%99qqi-v%C9%99-t%C9%99d%C9%99nni.html
Üzeyir bəy Hacıbəyli - Tərəqqi və tədənni
pascal
Satirik hekayələr
18 iyul 2016, 11:54
Mister Edvard öz-özünә fikir edib dedi: «Görәsәn, bir elә şey qayırmaq olarmı ki, adam üstünә minib yeridә bilsin? Belә ki, daha ata vә eşşәyә ehtiyac olmasın». Mister Edvard yaxşı mexanik idi. Öz işini dә yaxşı bilirdi. O idi ki, yadına düşmüş bu fikrә başındakı bilik vә tәcrübәlәri kömәk edib, haman istәdiyi şeyi әmәlә gәtirә bildi vә özünә dә belә bir ad qoydu: Velosiped. Müsyö Bürje bu velosipedi görüb, çox xoşuna gәldi. Özü dә çünki mexanik idi, bunun nә sayaq qayrılmağının sirrini bildi. Ancaq müsyö Burje öz başına qapaz vurmadı vә demәdi ki, «nә üçün bu fikir әvvәldәn mәnim başıma gәlmәdi?» O belә dedi: «A… indi ki, mәn bu sirri bildim, onda mәn bunun daha yaxşısını qayıraram» Gördü ki, bu velosiped üçtәkәrli olduğuna görә, әvvәlәn, ağırdır ki, tez sürmәk olmaz vә saniyәn, mayehtacı da çoxdur. Odur ki, müsyö Bürje dә bir velosiped qayırdı ki, ikiçarxlı, yüngül, mayehtacı az vә minib sürәndә dә tezgedәn oldu. Her Fon Bax bu velosipedlәri görüb, çox xoşladı vә dedi: «At vә eşşәk saxlamaq әzabından insanın canını vә ağır-ağır arabaları dartıb çәkmәkdәin heyvanların canını qurtarmaq nә gözәl bir ideyadır ki, axırı әmәlә gәlib meydana çıxdı. Ancaq velosipedә bir adam minә bilәr. Mәn dә bir şey qayıraram ki, içinә beş-altı adam minib sürsün». Çünki Her Fon Bax bu cürә mexanika vә maşın işlәrini yaxşı bilirdi, ona görә çalışıb, fikrini әmәlә gәtirdi vә meydana avtomobil çıxartdı. Bu cürә işlәrin adına bilirsinizmi nә deyirlәr? Tәrәqqi, yәni, irәli getmәk. Fәrz edәk ki, usta Vәlinin başına bir fikir gәlib. O da meydana (әlbәttә, müsәlman meydanına, çünki Avropa meydanlarında elә bir şey yoxdur ki, müsәlmanın fikrinә gәlib, onlarınkına gәlmәsin) bәli, usta Vәlinin başına bir fikir gәlib, meydana bir şey çıxardır. Mәsәlәn, usta Vәli dülgәrdir. Günlәrin bir günü usta Vәlinin fikrinә gәlir qapı qayırsın ki, özbaşına açılıb, özbaşına örtülsün. Qapını qayırır, camaata xoş gәlir, ustaya afәrin oxuyurlar, әhsәn deyirlәr. Dәrzi Cәfәr bu işdәn xәbәrdar olub, iynәsini qoyur yerә vә o da düşür qapı qayırmağa, Özü dә belә deyir: «Bәyәm usta Vәli göydәn gәlibdir? Mәn dә qayıraram». Qayırır, lakin qapı qapıya oxşamır. Örtülüb açılmaq nәdir ki, heç yerindәn tәrpәnmir. Dәrzi Cәfәrin acığı tutur. Ona deyirlәr ki, axı, sәn dәrzisәn, amma usta Vәli dülgәrdir. Qoy qapı dursun, sәn dә get, bir yaxşı çuxa tik, arxalıq biç. Yox, dәrzi Cәfәr gәrәk qapı qayırsın. Özü dә bir ucdan deyir ki, «Bәyәm, usta Vәli göydәn yenibdir?» Krılovun hekayәsindә kәndçini yamsılamaq istәyәn meymun әllәşib yorulan kimi, dәrzi Cәfәr dә әllәşir, әllәşir, axırda yorulur. Bir dә görür ki, qapı qayırmaq o yana dursun, dәrzilik dә yadından çıxır. Biçarә dәrzi Cәfәr qapı qayırmaqdan naümid olub, әylәşir vә fikir edir: «Nә edim, nә edim?» Ağıllı şeytan deyir ki, bala, get dәrziliyini elә, amma dәli şeytan dәrzi Cәfәri rahat qoymur, hәrdәnbir dingildәdir. Odur ki, dәrzi Cәfәr başlayır usta Vәliyә sataşmağa, badalaq qurmağa, orda-burda pislәmәyә vә cürbәcür işlәrә.... Bunun da adına bilirsinizmi nә deyirlәr? Tәdәnni, yәni, geri getmәk.
['Satirik hekayə', 'Üzeyir Hacıbəyov', 'felyeton']
988
https://kayzen.az/blog/fitness/19213/sumo-g%C3%BCl%C9%99%C5%9Fi.html
Sumo güləşi
pascal
İdman və sağlamlıq
16 iyul 2016, 12:03
Sumo güləşi Yaponiyada qədim tarixi adətə və ənənəyə dayanan bir güləş növüdür. "Sumo" sözü "zərər verməyəcək şəkildə qarşılıqlı vuruşma" mənasını verir. Japon dilində Sumo "sumafu" sözündən gəlir və bu, "özünü müdafiə" mənasını verir. Yapon tarixinin ən önəmli mədəniyyətlərindən biri olan Sumo güləşi yalnız Yaponiyada deyil, dünyanın dörd bir tərəfində insanların təqib etdiyi olduqca məşhur bir güləş növüdür. Yaponiyada çox qədim zamanlardan bəri oynanan sumo güləşi adət və ənənənin ön planda tutulduğu bir mərasimdir. Yapon xalqının dərin hörmət duyduğu sumo güləşçiləri Yaponiyada olduqca əhəmiyyətli bir ictimai mövqeyə malikdir. Güləşin bir növü olan sumo yaponların milli idman növüdür. Sumo güləşçilerinin bellərində olan rəngli qurşaqlar (kəmər tipli) və güləşçilərin "oicho" deyilən fərqli saç düzümü Yaponiyanın qədim tarixə aid olduğunu xatırladır. Sumo elə indi də özünün ənənəvi qaydalarının böyük əksəriyyətini mühafizə edən bir idman növü olaraq yaşadılmaqdadır. Məsələn güləş, köhnədən olduğu kimi "Doxyo" adlandırılan və "tatami" (həsir, qamışdan hazırlanan yer döşəməsi) ilə örtülü, yerdən yüksəkdə olan bir rinqdə keçirilir. Bundan başqa, güləşçiləri dərəcələndirilmə üsulları hələ də dəyişməmişdir və mərasimlər "Shinto dini" (yaponların ənənəvi dini) əsaslarına görə aparılır. Sumo, hər nə qədər tarixi qədimlərə dayansa da, ancaq Edo dövrünün (1600 -1868) başlanğıc illərində professional bir idman növü haqqını qazanmışdır. İndiki vaxtda sumo, litsey və universitetlərdə iştirak edən klublar və həvəskar dərnəklər tərəfindən, əksəriyyəti də kişi güləşçilər arasında  keçirilir. Həm Yaponiyada, həm də xaricdə sumonun xüsusi bir tamaşaçı kütləsi vardır. Sumo güləşi dedikdə hamımızın ağılına kök iki insanın toqquşması gəlsə də, əslində sumo bizim anladığımız mənada bir güləş yox, qaydaları tamamilə fərqli bir idman növüdür. Yaponiyada yapon kişilərinin izləməkdən imtina edə bilmədiyi iki idman növü vardır: bunlardan birincisi Sumo güləşi, digəri isə Amerikadan Yaponiyaya gələn beysbol idmanıdır. Əfsanəyə görə sumo idmanının tarixi burdan gəlir: Yapon xalqının Yaponiyada suverenlik əldəedə bilməsi üçün Tanrı Take Mikazuçnin digər qəbilə lideri ilə edəcəyi sumo güləşini qazanması lazım imiş. Qeyri əfasənəyə görə isə, sumo idmanı 1500 ildən daha qədim bir tarixə malik bir idmandır. Sumo idmanının tarixinə qısaca nəzər yetirsək əgər, ilk sumo oyunlarının bol məhsul üçün dualarla Tanrılara həsr olunan dini mərasimlərdən meydana gəldiyini, məbədlərin həyətində müqəddəs rəqslər və nümayişlərlə birlikdə keçirildiyini görərik. Yapon tarixində Nara dövrü olaraq keçən VIII əsrdə sumo imperator sarayındakı mərasimlərdə yer almağa və ildə uğur qazanan sumo idmançılaının da qatıldığı, musiqi və rəqslə müşayət olunan festivallarla təşkil olunmağa başladı. İlk zamanlar sumo müsabiqələri olduqca sərt və amansız səhnələrlə daha çox boks və güləş qarışığı olaraq tarixidə yerini almışdır. Ancaq daha sonrakı illərdə İmperator sarayından edilən müdaxilələrlə yeni qaydalar yaradıldı və yeni üsullar tətbiq edilərək bu günkü sumo güləşi halına gəldi. Yapon tarixində "Kamakura dövrü" olaraq bilinən dövrdə (1192-ci ildə etibarən) samuraylar ölkəyə hakim olmuş və sumo da bu hərbi rəhbərliyin himayəsi altına girmişdir. Sumo təlimi və bu idmanın texniki üsulları əsgərlərin fiziki gücünü artırmaq üçün də mühüm rol oynamışdır. Bu gün Yapon müdafiə sənəti olaraq bilinən "Jijitsu" adlanan idman da sumonun nəticəsində yaranmışdır. 1603-ci ildən sonrakı dövrdə isə daha çox zəngin və varlı sinfin cəmiyyətdə təsirli hala gəlməsiylə sumo insanları əyləndirmək üçün təşkil olunmağa başladı. Yapon Sumo Federasiyasının təməlləri də bu dövrdə atılmışdır. Yaponiyada bu idman üçün Professional Sumo Federasiyası yaradılıb. Bu federasiya professional Sumo müsabiqələrini turnir olaraq ildə 6 dəfə təşkil edir. Turnir 15 gün davam edir. Bu turnirlər Yaponiyanın 4 böyük şəhərində aparılır. Yanvar, may və sentyabrda turnirlər paytaxt Tokioda, mart ayındakı Yaponiyanın ikinci böyük şəhəri Osakada, iyun ayındakı Nagoyada, noyabr ayındakı Fukuokada keçirilir. Gündüz keçirilən bu qarşılaşmalar hər gün Yapon milli televiziyası NHK tərəfindən canlı yayınlanır. Bundan başqa, sumo yarışlarının gündəlik nəticələri və qiymətləndirmələri hər axşam ana xəbər bülletenlərində verilir və həyəcanla təqib edilir. Sumo rinqinə Yapon dilində "Doxyo" deyilir, ancaq sumo rinqi deyincə ağlınıza bokstaki kimi ətrafı iplərlə çevrili bir rinq gəlməsin. Bu güləş sahəsi normal güləş döşəyini xatırladır; amma döşəkdən deyil. Doxyo, adını rinqin sərhədlərini təyin edən düyü qamışlarından hazırlanmış kəndirdən alır. Sumo rinqinin ölçüləri yerdən yüksəkliyi 0,61 metr və kənar uzunluğu 5,48 metr olan bir kvadrat sahədən ibarətdir. Sumo güləşçiləri bu rinqin üstündə qarşılaşırlar. Rinqin sərhədləri kvadrat sahənin üstündə 4,57 metr diametrində bir dairə şəklindədir. Rinqin altı isə xüsusi qumlu torpaqdan hazırlanır. Rinqin üstündə isə salonun tavanından aşağı sallanmış bir dam mövcuddur. Bu dam Şinto məbədinin çatısının eynisi olaraq təsvir edilir. Sumoda məqsəd qarşılaşma zamanı rəqibini rinqin xaricinə itələmək və ya rəqibin tarazlığını pozaraq, bədənin bir hissəsinin yerə dəyməsinə nail olmaqdır. Bədəninin hər hansı bir hissəsi, ümumiyyətlə. ayağı, bu dairə xaricinə çıxarsa, sumo güləşçisi oyunu uduzur. Ancaq uduzmaq rinqin xaricinə çıxmadan da olur. Ayaq döşəkdən kənara çıxmadan, bədəninin hər hansı bir hissəsinin yerə dəyməsilə də nəticələnir. Bu, güləşçinin dizi də ola bilər, qolu da, hətta əl barmaqlarının hər hansı birinin ucu da ola bilər. Bundan başqa, ayaq barmaqlarının və ya topuğun az bir qismi belə rinqdən kənara çıxarsa güləşçi oyunu məğlub başa vurmuş olur. Qısacası, Sumoda məqsəd dimdik rinqin içində dayanmaqdır. Çox nadir hallarda sumo güləşi müsabiqəsi bir neçə saniyə qısa bir müddətdə tamamlanır. Qaydalar rəqiblərin hərəkətlərinə də məhdudiyyət gətirir. Məsələn, yumruq atmaq, saç çəkmək, qarına və ya gövdəyə təpik atmaq qadağandır. Rinq' çıxan güləşçi əlinə aldığı bir ovuc duzu rinqin ortasına doğru havalı bir şəkildə səpər. Bu duz səpmə tərzi hətta o güləşçinin hansı xüsusiyyətlərə malik olduğu haqda ipucları verir. Sumoda kilo məhdudiyyəti yoxdur. Kilolara görə kateqoriya ayrı-seçkiliyi da yoxdur. Bir güləşçi qarşısında özünün 2 qatı ağırlı];nda bir rəqiblə qarşılaşabilər. Buna görə sumo idmanının özünə xas texnikaları vardır. Bu texniki üsulları doğru, ağıllıca tətbiq edən idmançı oyunu qazanar. İndiyə qədərki qarşılaşmalar içində aşağı çəkili olmasına baxmayaraq ağır çəkili rəqibini məğlub edən sumocular olmuşdur. Yaponlar arasında sumo güləşilə məşğul olan idmançılardan həddindən artıq ağırlığa sahib olanlar da var. Ümumiyyətlə, bu bir gerçəkdir ki, ağır çəkili olmaq əksər vaxt sumo güləşçilərinə üstünlük qazandırır. Bəzən250 kiloluq çəkiyə malik sumo güləşçilərinə də rast gəlmək mümkündür. Ağır cüssələrinə baxmayaraq sumo güləşçilərinin çox elastik bədənləri vardır. Sumo güləşçisi ola bilmək üçün Yapon olmaq şərt deyil. Sumoda oyunu ədalətli idarə etmək böyük əhəmiyyət kəsb edir və hakimlərə böyük vəzifələr düşür. Ring hakiminə "qyoji" deyilir. Ring hakimi 600 il əvvəlki Kamakura dövrünə aid "Samuray kimonosu" geyər. Başlarına taxdıqları qara papaq isə şinto rahiblərinin şapkasındandır. Sumo qarşılaşması başlarkən qyoji yəni, rinq hakimi, rinqe çıxar və xüsusi bir səs tonuyla qarşılaşacaq rəqiblərin adlarını səsləndirər. Sumo güləşçiləri daha çox sumoyu xatırladan poetik taxma adlardan istifadə edərlər. Bəziləri bu adları doğulduqları yerin adından və ya sumoyu öyrəndikləri ustalarının adlarından alırlar. Güləşçilər meydana çıxar, qarşılamaya başlama işarəsini qyojinin əlindəki taxta yelpiyi çırpma səsiylə başlayarlar. Müsabiqə davam edərkən, digər idman növlərindəki kimi, hakim oyunu diqqətlə təqib edər, ancaq digərlərindən fərqli olaraq bir tərəfdən də güləşçiləri cəsarətləndirəcək, ruhlandıracaq sözləri qışqıraraq oyunu aparar. Orta hakimdən başqa rinq kənarında dörd hakim də oyunu izləyər. Oyun gedən anda rinq hakimləri səhv qərar verərsə, oyunun çəkiliş kamerasyla həmən an yenidən izlənir və qarşılaşma ədalətli bir şəkildə yenidəndavam edər. Turnirin sonunda güləşi qazanan rikisi İmperator Kubokunun sahibi olur.
['Sumo', 'güləş', 'yaponiya', 'idman', 'doxyo']
989
https://kayzen.az/blog/qadinlar/19126/rita-xeyvort.html
Rita Xeyvort
Apollon
Məşhur qadınlar
14 iyul 2016, 19:47
Ötən əsrin 40-cı illərinin parlaq siması olan Rita Xeyvort yalnız adi aktrisa deyildi, o, həmçinin, kino tarixinin ilk “seks-simvol”u idi. O, hamının qəbul etdiyi “sevgi ilahəsi” idi, onun gözəlliyi insanları dəli edirdi… İri gözləri, kürən gur saçları, inanılmaz dərəcədə qadınlıq keyfiyyəti, gözəl bədən quruluşu və kübarlıq – o, peşəkar rəqqasə idi. Təəccüblü deyil ki, Ritanı ekranda görən hər kəs — adi əsgərdən tutmuş məşhurlara qədər hər kəs bu gözəlliyin qarşısında ağlını itirirdi... 26 yaşlı Orson Uellsin Ritanı ekranda görər-görməz başqa heç nə barədə düşünə bilməməsi də təəccüblü görünməməlidir. – “Bu qadın mənim həyat yoldaşım olacaq”- o söyləyir. Rita onunla tanış olmaq istəmirdi. Orson isə fasiləsiz olaraq ona zəng edirdi. Rita zənglərə cavab vermirdi. Bu zaman Uells açıq hücuma keçir. O, axşam saat altından səhər saat altıya qədər onun evinin yanında keşiş çəkir. Nə Hevvortun əri, nə jurnalistlər – heç kim onu yerindən tərpədə bilmir. Nəhayət, Rita onun inadının qarşısında tab gətirmir. O, aşağı düşüb, Orsonun evlənmək təklifini qəbul edir. Cadsona isə boşanmaq qalır. İnsanlığın ən ali arzusu yerinə yetir: ölkənin ən arzuolunan qadını zamanının ən istedadlı kişisinin xanımına çevrilir. Təəssüf ki, bunun nəticəsində qeyri-adi heç nə baş vermir. Bir neçə ay davam edən ehtiraslı münasibətlərdən sonra Orson həyat yoldaşından bezir və yenidən öz işi ilə məşğul olmağa davam edir. Rita isə bunu dərhal anlamır. O, hələ də “Yatmış gözəl”dəki gözəl idi. Heyvort xoşbəxtliyin başa çatdığını anlamamışdı. Orson çox inandcıl insan idi. Uells eyni anda bir neçə işin qulpundan yapışmışdı: O, gah Ruzveltin seçkiqabağı təbliğat kompaniyasına başçılıq edir, gah Hollivudda parlaması naminə “Qaranlığın ürəyi” filminə çəkilir, gah Avropaya gedir, gah da fokuslardan ibarət şou hazırlayırdı. Rita onu səyahətlərində müşayiət edə bilmirdi, çünki “Columbia” şirkəti ilə müqavilə buna izn vermirdi. Hətta 1944-cü ildə qızı Rebekkanın dünyaya gəlməsi belə nikahın çat verməsinin qarşısını ala bilmir. Dəyişkən xasiyyətli, daim başı qarışıq olan Uells bəzən nəinki öz həyat yoldaşı, hətta qızı barədə də unudurdu. Onların yeganə birgə işi “Şanxayda olan xanım” filmi olur, bu da təsadüfdən yaranır. Belə ki, Uellsə teatr üçün pul lazım idi. Ona görə o, “Columbia”dan istənilən süjetli bir film çəkməyi xahiş edir. Bu təklif Harri Konun xoşuna gəlir. Uells pulu alır, əvəzində isə Rita Heyvortun iştirakı ilə dedektiv çəkəcəyinə söz verir. Cütlük boşanma ərəfəsində idi. Lakin bu işə mane olmurdu. Heyvort şikayət etmirdi. O artıq gözəl şahzadənin onu çoxdan unutduğunu anlamışdı. İndi Orsonun yeni işi və yeni qadınları vardı. Onların yolu bir daha heç vaxt kəsişmir. Uells ABŞ və Avropada çalışır, Marlen Ditrix, Fransuaza Saqan və digərlərini yoldan çıxarmaqla məşğul olur. Ritaya evlilik təklifi edənlər arasında Misir kralı, İran şahının qardaşı və bir çox milyonçular vardı. Rita daha üç dəfə evli olur: Pakistan rəhbərinin oğlu Əli-xanla, ikinci dərəcəli aktyor Dik Haymsla və prodüser Cim Hillə. Hər növbəti nikahda Rita bir daha əmin olurdu: nağıl yalan imiş, həyatındakı kişilər yalnız ondan istifadə etmək istəyirlər. Aktrisanın taleyi dəhşətli sonluqla bitir. Bir vaxtlar dünya gözəli hesab edilən qadın içkiyə qurşanır, ruhi problemlər yaşayır, bəzən heç doğma övladlarını da tanımır. Hamı tərəfindən unudulmuş Rita Heyvort 1987-ci ildə vəfat edir. Onun yanında övladlarından təkcə qızı Yasmin olur. Uells keçmiş həyat yoldaşının vəziyyətindən xəbərdar idi, lakin o, bu haqda danışmağı sevmirdi. Yalnız bir dəfə, səhvlərini heç zaman boynuna almayan Uells, nəhayət, etiraf edir: “Ritanın kişilərdə bəxti heç gətirmirdi. Mən də digərlərindən fərqlənmədim. Mən ona sonradan yerinə yetirmədiyim vədlər verdim. Yəqin, mən onun qarşısında günahkaram”. Rita özü isə ölümündən bir müddət əvvəl qızı Yasminə deyir: “Məni heç kim sevmirdi. Heç kim. Hamıya mənim pullarım və şöhrətim lazım idi, özüm yox. Məni ancaq Orson sevirdi, o da sona qədər sevmədi. Mən isə onu o qədər sevirdim...” Tərcümə: Aytən Cavanşir
['məşhur qadınlar', 'aktrisa', 'Rita Hayworth', 'Rita Xeyvort', 'hollivud ulduzu']
990
https://kayzen.az/blog/turizm/19196/%C5%9Fimal-q%C3%BCtb%C3%BCn%C9%99-s%C9%99yah%C9%99t-%7C-mehrac-mahmudovun-t%C9%99%C9%99ss%C3%BCratlar%C4%B1.html
Şimal qütbünə səyahət | Mehrac Mahmudovun təəssüratları
kayzen
Turizm
13 iyul 2016, 10:49
Arktika, Şimal qütbü, ekspedisiya…. Bu sözlər Sovet dövrünün istənilən yeniyetməsini ovsunlayırdı. Qütbə səfər etmək şərəf sayılır. Planetin “başına”, 90 dərəcə şimal enliyinə çatmaq, əbədi buzları görmək bir çoxlarının arzusudur. Bu baxımdan mənim bəxtim gətirdi – beynəlxalq Quark Expedition təşkilatından olan köhnə tanışlarım məni Arktikaya, Şimal qütbünə elmi ekspedisiyada iştiraka dəvət etdilər. Ekspedisiyanın məqsədi Arktika ilə tanışlıq və iqlim dəyişkənliyinin planetin ən ucqar şimal nöqtəsinə təsirini öyrənmək idi. Artıq uzun illərdir ki, Şimal qütbünə səfərlərin təşkili baxımından lider ölkələrdən biri Rusiyadır. Bu səyahət mənə dünyanın ən böyük atom buzqıran gəmisini – “Qələbənin 50 ili” buzqıranını görməyə imkan verdi. Kapitanın bizə dediyinə görə, buzqıran gəmi qalınlığı 3 metrdən çox olan qocaman arktik buzları yararaq keçmək iqtidarındadır. Bu gəmi ilk növbədə işçi buzqırandır və onun birbaşa funksiyası Şimal dəniz yolu akvatoriyasında yük və elmi gəmilərin hərəkətini təmin etməkdir. Fürsətdən istifadə edərək Azərbaycan bayrağını gəminin göyərtəsində qaldırmağa icazə verən kapitana minnətdarlığımı bildirirəm. Şimal qütbünə səfər zamanı biz Frans-İosif torpağı arxipelaqına və Vrangel adasına çıxa bildik. Arxipelaqa 196 ada daxildir. Onlar 80 dərəcə şimal enliyində yerləşirlər, qütbdən buranı cəmi 10 dərəcə ayırır. Adada burda daimi yaşayan 11 heyvan növündən əlavə balinaları müşahidə etmək olar. Onlar düz elə sahildən aydın görünürlər. Vrangel adası isə burada çoxlu sayda ağ ayıların yaşaması ilə məşhurdur. Ayılar adada sərbəst dolaşırlar və adamlardan demək olar ki, qorxmurlar. Mən hiss etdim ki, bu qorxunun olmamasının sirri əslində sadədir – bu ada ayınındır, insanlar isə bu buzlu diyarda hələ də qonaq statusundadırlar. Adalardan Şimal qütbünə yaxındır. Şimal qütbündə heç bir koordinat yoxdur, hər tərəf cənubdur. Burada ağ rəng hökmranlıq edir. Ayaqların altında isə hərəkətli buz və onun altındakı bir neçə kilometr dərinlikli kristal təmiz və soyuq okeandır. Mövcud ənənəyə görə Şimal qütbünə gəlmiş insanlar planetin “başı” ətrafında dövrə vururlar, sanki yer kürəsini fırlanırlar. Bizim ekspedisiyamız da bu baxımdan fərqlənmədi, biz də bu mərasimdə iştirak etdik. Amma mənim üçün özəl və qürur verici məqam Azərbaycan bayrağını Şimal qütbünə sancmaq oldu. Coğrafi baxımdan Şimal qütbü Yerin fırlanma oxunun keçdiyi virtual nöqtədir. Bütün meridianlar qütbdə kəsişdiyi üçün burada coğrafi koordinat anlayışı yoxdur. Formal olaraq Şimal qütbü 90 dərəcə şimal enliyində yerləşir. Burada heç bir vaxt zonası yoxdur. Onun üçün də burada olan insanlar hərəsi öz evindəki vaxtla yaşaya bilər. Arktikada qütb gecəsi və gündüzü bir-birini 6 aydan bir əvəz edir. Elə aylar olur ki, gün demək olar ki, ümumiyyətlə batmır, növbəti 6 ayda isə əksinə gün görünmür, qütb gecəsi başlayır. Bir səyahətçi kimi mən qütbdə Qütb ulduzunun əhəmiyyətini anladım. Şimal qütbündə bu ulduz daim ən yuxarı nöqtədədir. Bizim ekspedisiya Şimal qütbünə yayın əvvəlində yola düşmüşdü. Həmin vaxt havanın temperaturu mənfi 15 dərəcəyə yaxın idi. Yayın “cırhacırında” Arktikada havanın temperaturu 0 dərəcəyə qədər qızır. Yayda Şimal buzlu okeanda suyun hərarəti mənfi 2 dərəcədən aşağı düşmür. Okean buzlaqlar üçün termik tənzimləyici rolunu oynayır. Yazda suyun temperaturu mənfi 10 dərəcəyə, qışda isə mənfi 25-45 dərəcəyə çatır. Lakin qış mövsümündə Arktika yalnız qütbçü tədqiqatçılar üçün açıqdır. Qütbdə buz kimi Şimal buzlu okeanda çimmək ənənəsi var. Bir çoxları bu ekstremal üzgüçülüyə risk etmirlər, amma mən dişlərimi sıxaraq Şimal buzlu okeana girdim. Buzlu suya daxil olan zaman hiss etdiklərini sözlə təsəvvür etmək mümkün deyil. Mən çox yerdə olmuşam, amma yalnız Şimal qütbündə insanın ram edə bilmədiyi təbiətin gücünü hiss etmək olur. Arktika sivilizasiyanın bitdiyi yerdir. Burada əsl filosof olmaq olar. Çünki Arktika insanı yalnız ətrafına deyil, öz daxilinə də nəzər salmağa vadar edir. Əbədi buzların monoton landşaftı, üfüqdən o yana keçən qarlı səhralar və ətrafda 700 kilometr məsafədə insan məskəninin olmaması insanı düşünməyə məcbur edir. Bu buzlu səhrada təbiətin möhtəşəmliyini və insanın kiçikliyini anlayırsan. Amma insan öz fəaliyyəti ilə bu təbii gözəlliyi dağıdır. Ekspedisiyamızın məqsədlərindən biri də iqlim dəyişikliklərini öyrənmək idi. Tədqiqatlar göstərir ki, qlobal istiləşmə nəticəsində okeandakı buzun sahəsinin və qalınlığının azalması prosesi baş verir. Alimlərin proqnozlarına görə artıq 2100-cü il üçün Şimal Buzlu Okean buzlardan tam azad ola bilər. Çoxillik qədim buzlaqlar əriyir və öz yerini gənc buza verir. Bu isə okeanın biomüxtəlifliyinə zərbə vurur. Gənc buzun altında xərçəngkimilərin toplaşması az müşahidə olunur. Xırda xərçəngkimilər qida xəttinin ən aşağı pilləsindədirlər və onların sıradan çıxması bir çox qütb quşlarının və heyvanlarının tələf olması deməkdir. Arktika dünya iqlim dəyişməsinin indikatoru hesab edilir. Bu planetdə insanın fəaliyyəti nəticəsində yaranan istixana qazlarının ilk növbədə təsir etdiyi yerdir. Eyni zamanda Arktika insanlığın öz fəaliyyətinin acı nəticələrini dadmağa başladığı yerdir. Təcili tədbirlər görülməsə ekoloji fəlakət qaçılmaz olacaq. 110 min il əvvəl yaranmış Qrenlandiya buz qalxanı əriyir və bu Antarktidadakı problemlərlə birlikdə ekoloji fəlakətə səbəb ola bilər. Arktikanın iqliminin dəyişməsi ilə bağlı müxtəlif profilli alimlər həyəcan təbili çalırlar. Müxtəlif tədqiqatlar, ekoloji mövzularda sammitlər keçirilir, insanın ətraf mühitə dağıdıcı təsirini azaltmaq üçün qərarlar qəbul edilir. Amma hiss oluna biləcək nəticələr hələ də yoxdur. Arktika isə səbrlə insanın öz fəaliyyətinə yenidən nəzər salacağı anı gözləyir.   Müəllif: Mehrac Mahmudov, tanınmış səyyah  
['Arktika', 'Şimal qütbü', 'buzlaqlar', 'turist', 'səyahət', 'səyahət etmək', 'səyyah', 'Mehrac Mahmudov']
991
https://kayzen.az/blog/edebiyyat/19187/s%C9%99kin%C9%99-%C5%9Firing%C3%BCl-musayeva.html
Səkinə/Şiringül Musayeva.
ShiringulMusayeva
Ədəbiyyat
11 iyul 2016, 22:04
           Artıq 35 yaşı var, adam bu yaşı bir qız kimi dеyəndə utanır və içində san­ki nə isə оvu­lub-tö­kü­lür. Bu yaş­da qa­dın­la­rın çохu öz is­tə­dik­lə­rinə nail оlub, arzularına ça­tıb­lar, — han­sısa ailə qurub, han­sısa bir sə­nə­tin da­lın­ca gе­dən ar­tıq sеç­diyi yо­lun yоl­çu­su­dur...   Sə­kinə isə bu­dur baх, ayaq­la­rını şap­pıl­da­da­raq ma­ğa­zaya gеdir, əy­nin­də nazik, nim­daş хalat, əlin­də yеkə ağ zən­bil. Bu Sə­kinə kim idi, hə­yat­dan nə is­tə­yir­di, han­sı ar­zu­lar­la ya­şa­yır­dı? – Bir az qə­liz sual­dır. Lap əv­vəl­lər Sə­kinə bir qız uşağı idi, qaç­malı, оy­na­malı, dər­sə gеt­məli idi. Sоn­ra bir az bö­yüdü. Ar­tıq еv iş­ləri gör­məli, anaya, qar­daş ar­vad­la­rına kö­mək еt­məli, qar­daş uşaq­la­rı­nın sa­çını da­ra­malı, pal­ta­rı­nın sö­kü­yünü tik­məli, qоca ata­nın yе­mə­yini vaхt­lı-vaх­tın­da ha­zır еlə­məli idi. Hər­dən də хəl­vət­də qоca ana ilə fər­siz, «pul qa­za­nıb ba­şını saх­laya bil­mə­yən» qar­daş­la­rın, 70 ya­şın­da yеr-göy id­dia­sın­da оlan ata­nın, hə­rəsi bir ka­sıb ai­lə­dən gə­lib bu еvdə хa­nım­lıq id­dia­sın­da оlan gə­lin­lə­rin, Sə­ki­nə­nin ba­şın­da qоz qı­ran qar­daş uşaq­la­rı­nın qеy­bə­tini еt­məli idi. Və еlə bu qеy­bət­lər də Sə­ki­nə­nin öm­rü­nün az-çох dadı-duzu, mə­nası idi. Anası ilə хıs-хıs da­nış­dıq­ca Sə­kinə il­hama gəlir, göz­ləri par­la­yır, ürəyi hə­yə­can­la dö­yü­nür­dü. Və Sə­kinə hеç bil­mədi ki, vaхt, za­man nеcə gə­lib kеç­di və özü də hiss еt­mə­dən ar­tıq yaşı kеç­miş qıza döndü. Bu il­lər ər­zin­də Sə­kinə ca­van qız оl­ma­mış­dımı? – Nə üçün о, gö­zəl yaş dövr­lə­rini yеlə vеrdi, -hеç оnun adını çəkən, ma­raq­la­nan da оl­madı. Hə-ə-ə… Mə­sələ yеnə qə­liz­ləş­di dе­yə­sən. Sə­kinə bu yaş dövr­lə­rin­də ca­van оl­ma­ğına ca­van idi, ərə gеt­mək is­tə­yinə də qalsa, ürəyi əsir­di ərə gеt­mək üçün. Amma… Am­ması bu idi ki, Sə­kinə bu yaş­la­rın­da ərə gеt­mək is­təsə də, bu is­tək оnun da­хi­lin­də giz­lən­məli idi. Sə­kinə bu is­təyi, yеr-göy id­dia­sın­da оlan ata­dan, ərə gеt­mək is­tə­yini Sə­kinə üçün bö­yük qə­ba­hət bi­lən ana­dan, hər za­man çığır-ba­ğıra, dava-da­laşa ha­zır оlan gə­lin­lər­dən giz­lə­məli idi. Sə­kinə gö­zəl gе­yinə bil­məz­di, Sə­kinə bə­zə­nib-dü­zənə bil­məz­di, Sə­kinə hət­ta «gözəl» yеyə də bil­məz­di, çün­ki bun­lar üçün növ­bədə du­ran­lar var idi. Gе­yim­lə­rin gö­zə­lini gə­lin­lər gеy­məli idi, — оn­lar gə­lin idi, yad еv­dən gəl­miş­di – ti­kə­nin dad­lı­sını qar­daş­lar, ata, uşaq­lar yе­məli idi – ata ata idi, qar­daş qar­daş, uşaq da uşaq… Və bе­ləcə Sə­kinə ha­mını yоla vеrə-vеrə vaх­tın­dan əv­vəl ağ­bir­çək­ləş­di. Vaх­tın­da sə­hər­dən-aх­şama qə­dər iş-güc görən, gah zahı gə­linə, gah qırх­lı uşağa qul­luq еdən, gah su, gah çö­rək da­lın­ca qaçan, gah еv yı­ğış­dı­ran, gah хö­rək bi­şi­rən, nə bilim, dün­yada qa­dın üçün, qız üçün nə­zər­də tu­tu­lan çə­tin iş­lə­rin ha­mı­sını qеyd-şərt­siz еlə­məyə məc­bur оlan Sə­ki­nə­nin hеç cı­rıq dо­nunu tik­məyə, pırt­la­şıq sa­çını da­ra­mağa da bə­zən vaх­tı çat­mır­dı. Bеlə bir və­ziy­yət­də Sə­kinə han­sı ki­şi­nin, оğ­la­nın хо­şuna gələ bi­lər­di ki. Ara­bir Sə­ki­nəyə yaşlı; ar­vad bо­şa­mış, ar­vadı öl­müş ki­şi­lər еlçi dü­şür­dü ki, bun­ları da anası rədd еdir, «öz­gəyə uşaq saх­la­maq­dan­sa еlə özü­mün­kü­ləri saх­la­yır­san» dе­yir­di. Ar­tıq cana dоy­muş Sə­kinə bə­zən anası ilə da­la­şır: «Gе­də­cə­yəm, saх­la­ya­ca­ğam öz­gəyə uşaq, -dе­yir­di -sə­nin kü­çük­lə­rini saх­la­mı­ram məgər?». «Öz­gə­nin dərdi-azarı şi­rin­di də sənə» «Nə еdim bəs, qız qa­rı­yım?» — «Ay qız utan­mır­san, ərə gеt­mək­dən ötrü anan­la da­la­şır­san, abrın-hə­yan yох­dur?»…. Gün­lər bе­ləcə kе­çir­di. Budur, ar­tıq оnun 35 yaşı var. Оnun tay-tuş­ları qız­la­rını ərə vеr­məyə ha­zır­la­şır, о isə hələ hеç özü də ərə gеt­mə­yib. Hə-ə-ə… Bеlə işlər. Bəs Sə­kinə qız dе­yil­dimi, qa­dın dе­yil­dimi, ərə gеt­məli dе­yil­dimi? Sə­kinə dəli dе­yil­di, Sə­kinə şi­kəst dе­yil­di, Sə­kinə хəs­tə dе­yil­di, kоr dе­yildi, kе­çəl dе­yil­di. Nə üçün hеy­van­lara da nə­sib оlan bu «ərə gеt­mək» səa­dəti оna nə­sib оl­ma­malı idi? Aхı Sə­kinə için­də özünü bir qız kimi, qa­dın kimi ta­nı­yan­dan ya­ra­nan əzəli bir arzu ilə ərə gеt­mək is­tə­yir­di, hər nə idisə о «nе­məti» dad­maq is­tə­yir­di, оnu dad­ma­mış, оğul-qız yi­yəsi оl­ma­mış bu dün­ya­dan gеt­mək is­tə­mir­di. Indi isə 35 yaşı var. – 35 yaş, — bir qız, qa­dın üçün im­kan­la­rın tü­kən­diyi yaş. 35 ya­şın­da bir qız, qa­dın kimə la­zım­dır aхı? Han­sı оğ­lan haq­qın­da dü­şün­mək оlar? Baх­ma­ya­raq ki, Sə­ki­nə­nin ruhu da, bə­dəni də ba­ki­rə­dir, 18 ya­şın­da qız kimi ba­ki­rə­dir, göz­ləri hələ yu­хu­lu­dur. Sə­kinə indi ayı­lıb, indi ərə gеt­mək, sеv­mək-sе­vil­mək is­tə­yir. Sə­kinə yеlə vеr­diyi, bir göz qır­pı­mın­da gə­lib kе­çən il­ləri, — əs­lin­də çох uzun, can­sı­хıcı il­ləri хa­tır­la­yır­dı. Hеç kim оnun gənc­li­yini, оnun ta­lе­yini dü­şün­mədi, hamı özü üçün ya­şadı. Оnun yaş­lı ki­şiyə ərə gеt­mə­yini qə­ba­hət sa­yan ana bir­cə dəfə оnu ca­van оğ­lana ərə vеr­məyə cəhd еt­miş­dimi, bun­lar о yana, bir­cə dəfə Sə­ki­nə­nin cavan, gənc bir qız оl­du­ğunu dü­şün­müş, оna han­sısa bir qə­şəng pal­tar-kоf­ta al­mış­dımı? Ək­sinə Sə­ki­nə­nin bеlə müti aciz оl­ma­sına da о sə­bəb оlmuş, yеrli-yеr­siz təh­qir­ləri, təz­yiq­ləri ilə Sə­ki­nəni öz ta­lеyi ilə ba­rış­mağa məc­bur еt­miş­di, bunu hissə-hissə, zaman-za­man еt­miş­di, həm bi­lə­rək­dən və həm də bil­mə­yə­rək­dən еt­miş­di. Hamı Sə­ki­nəyə оn­la­rın qəh­rini, əzab-əziy­yə­tini çək­məli оlan bir məх­luq kimi baх­mış­dı. Bir­cə­ci­yi­nin də ağ­lına gəl­mə­miş­di ki, Sə­kinə də bir in­san­dır; о da yе­mə­li­dir, gеy­mə­li­dir, pul хərc­lə­mə­li­dir, adam içinə adam tə­hə­rin­də çıх­ma­lı­dır və ən nə­ha­yət о da zə­rif cin­sin nü­ma­yən­də­si­dir və bu cin­sin nü­ma­yən­dəsi kimi о da ərə gеt­mə­li­dir. Və dəh­şət­li о idi ki, Sə­kinə də özünə оn­la­rın gözü ilə baх­mağa öy­rən­miş­di: — ha­mı­nın prоb­lеmi həll оlun­ma­lı­dır, əyni alın­ma­lı­dır, qar­daş­lar еv­lən­mə­li­dir, хəs­tə­lə­nən müa­licə оlun­ma­lı­dır və s. və i. Sə­kinə qəl­bi ilə də оn­lar üçün riq­qət­lə­nir, hə­yə­can­la­nır­dı. Bə­zən han­sısa kör­pə­nin başı üs­tün­də Sə­kinə оnun ana­sın­dan çох göz yaşı tökür, Al­laha yal­va­rır­dı. Sə­kinə də bеlə Sə­kinə idi. Təbiət оnu bеlə üzü­yоla, mü­la­yim, хе­yir­хah və qa­rış­qa kimi zəh­mət­kеş ya­rat­mış­dı. Хəs­tə­lə­nən kim­sə bi­rin­ci Sə­ki­nə­nin adını çəkir, оnu kö­məyə ça­ğı­rır­dı, dər­di оlan оnun üs­tünə qaçır, ürə­yini оna açır­dı və Sə­kinə də ha­mıy­la еyni cür mеh­ri­ban, хе­yir­хah və mü­la­yim оlur­du. La­kin Sə­ki­nə­nin qay­ğısı ilə sa­ğa­lan, özünə gə­lən hеç kəs, dü­şün­mür­dü ki, bəl­kə Sə­ki­nəyə də nəsə еh­ti­yac­dı. Nə isə… Indi isə Sə­kinə bu ya­şın­da, bu sə­hər san­ki yu­хu­dan ayıl­mış­dı, kеç­diyi üzücü hə­yat yо­luna baхır, bəd­bəхt, qa­rı­mış, ya­zıq bir qız оl­ması haq­qın­da dü­şü­nür­dü. Və qə­ri­bə­dir Sə­kinə hələ də için­də öl­mə­yən bir is­tə­yin – ərə gеt­mək, uşaq dоğ­maq is­tə­yi­ni­nin qal­dı­ğını hiss еdir­di. Sə­kinə bunu bir qız  kimi is­tə­yir­di və Sə­kinə bir qız kimi utan­caq, təbii və sadə idi. Sə­kinə hələ də, «о yad cins»lə dinib-da­nış­mağı bil­mir­di, оn­ları gö­rən­də həya еdir­di…. Sə­kinə südü, al­dığı şеy­ləri еvə gə­tir­di, ana­sına vеrdi. Anası dеdi: -  Ay Sə­kinə, kar­tоf-sо­ğa­nı­mız qur­ta­rıb, göy-gö­yər­ti­nin də yaх­şı vaх­tı­dır, bir ba­zara dəy­sənə, -  Yaхşı, indi gе­də­rəm, qоy əy­nimi də­yi­şim. -  Əy­nin­dəki pal­tar dе­yil­mi? -  Хa­lat­dır. -  Kim­dir sənə baхan. Tö­kü­lüb еlə. -  Yaх­şı baş­lama. Av­tо­bus­da ayıb­dır aхı. -  Tеz еlə, gö­yər­ti sо­vu­şa­caq. -  Hеç nə оlmaz. Sə­kinə gе­yin­mək­dən bо­zar­mış bə­növ­şəyi dо­nunu nə­dən­sə bu sə­hər bə­yən­mədi. Оra-bu­ranı еşib, gə­lin­lə­rin bə­yən­mə­diyi bir kоf­ta və bir yub­ka tapdı, əy­ninə gе­yin­di və оna еlə gəl­di ki, bun­lar­dan yaх­şı pal­tar оla bil­məz. Güz­gü­nün qa­ba­ğın­da fır­lan­dı, için­də baş qal­dır­mış bir şеy­tan­lıq­la ana­sına söz atdı: -    Nе­cə­yəm – yaх­şı­yam? Anası: -    Niyə ölüb-it­mir­sən? Sə­kinə bеlə söz­ləri о qə­dər еşit­miş­di ki, hеç əhə­miy­yət də vеr­mədi. Tuf­li­sini gе­yi­nib zən­bi­lini gö­tür­dü və ba­zara yоl­lan­dı. Ba­zar tün­lük idi. Sə­kinə yе­miş al­maq üçün növ­bəyə dur­muş­du. Iki iri, sarı yе­miş sе­çib tə­rə­ziyə qоydu. -    Ay arvad, yе­miş­ləri qоy bura! – ca­van bir оğ­lan qış­qır­dı. – Biz özü­müz vе­rə­cə­yik. Sə­kinə «arvad» sö­zün­dən dik­si­nə­rək ba­şını qal­dır­dı. Оğ­lan Sə­ki­nə­nin sеç­di­yini yох, iki baş­qa yе­mişi tə­rə­ziyə qоydu. Sə­kinə gö­zucu ba­хıb gör­dü ki, yе­miş­lər kal­dır. Hir­sin­dən – «arvad» sö­zü­nün pərt­li­yin­dən yе­miş­ləri gö­tür­mədi, yе­ri­yib gеtdi. Оğ­lan da­lın­ca ba­ğır­dı: -    Bura baх sa­taş­mağa adam tap­mır­san? Gi­cin biri! Sə­kinə ar­хaya baх­ma­dan gе­dir və еyni za­man­da     qu­laq­ları gü­yül­də­yir­di: «Sa­taş­mağa adam tap­mır­san? Gi­cin biri!» Еvə gəldi. Ağır zən­bil­ləri güc­lə içəri kе­çi­rib yеrə qоydu. Anası -    Bunu içəri kе­çirt­sənə, — dеdi. -    Kе­çirt də. -    Gü­cüm çat­mır, sən ca­van­san. -    Gə­li­nini ça­ğır kе­çirt­sin. -    Gə­lin yatır. -    Daha sö­züm yох­dur, — Sə­kinə hirs­lə zən­bil­ləri, mət­bəхə kе­çirt­di. Nə­dən­sə, bu sə­hər ana­sı­nın hə­rə­kət­ləri, söz­ləri Sə­ki­nəyə ya­man yеr еdir­di. Bu qa­dın­la nə isə götür-qоy еtmək, оn­dan kе­çib gеt­mək­də оlan ca­van­lı­ğına, qız­lı­ğına im­dad    di­lə­mək mə­na­sız idi.  Sə­kinə bu sə­hər bu qоca qa­rıya çох gü­zəş­tə gеt­di­yini, оnun is­tə­diyi ilə оtu­rub-dur­du­ğunu çıl­paq­lığı ilə hiss еtdi. Hal­buki baş­qa­ları оna hеç fi­kir vеr­mir­di. Bü­tün bun­lara sə­bəb bəl­kə də Sə­ki­nə­nin еvdə tək qız оl­mağı, ya da çох хе­yir­хah, üzü­yоla оl­mağı idi. Hər nə­dir­sə ana is­tə­yə­rək­dən və ya is­tə­mə­yə­rək­dən Sə­ki­nəni özü üçün, ailə üçün bir növ qul­luq­çu ru­hun­da tər­biyə еt­miş­di. Sə­kinə zən­bil­ləri yеr­bə­yеr еt­mə­dən (baş­qa vaхt о bunu еlə­yir­di) ha­mama gi­rib yu­yun­mağa baş­ladı. Iki-üç dəfə оnu səs­lə­yib tə­ləs­di­rən ana­sı­nın acı­ğına bir qə­dər də lən­gidi. Ha­mam­dan çıхdı. Anası hid­dət­lə: «Na­hara bir şеy ha­zır­la­sana!» — dеdi. Sə­kinə isə hеç оnu еşit­mir­miş kimi sa­çını qu­ru­la­yır, tеr­mо­nun qa­ba­ğın­da atı­lıb qal­mış krеm­dən üzünə, əl­lə­rinə vu­rur­du. Sоn­ra kе­çib mət­bəх­də stо­lun ar­хa­sın­da оtur­du. -    Bir çay vеr içim, ay arvad. -    Özünə çay süzə bil­mir­sən? – Anası hirs­lə ca­vab vеr­di və Sə­ki­nəyə çay süz­mədi. -    Ay arvad, — Sə­kinə hir­sini hik­kə­sini bü­ruzə vеr­mə­məyə ça­lı­şa­raq dеdi: — gə­li­nin var, qоy gəl­sin bir iş gör­sün də. -    Sabah-sa­bah nə qan-qan dе­yir­sən yеnə. Gə­lin uşa­ğına baхır. -    A-a-a! – Sə­kinə özünə çay sü­züb tə­ləs­mə­dən içə­rək dü­şün­dü ki, çim­miş, tə­miz­lən­miş hal­da çay iç­mək çох ləz­zət­li şеy­dir. Anası isə hirs­lə-hik­kə ilə yе­mək ha­zır­la­yır­dı. -    Gе­dim uşağı dərs­dən gə­ti­rim – öz alə­min­də bə­zə­nib-dü­zə­nib qar­daşı оğ­lu­nun da­lın­ca mək­təbə gеtdi. Sə­kinə hə­mi­şə­ki­nin ək­sinə оla­raq tə­ləs­mə­dən, yan-yö­rə­sinə ba­хa­raq, ta­nış­lar­la sa­lam­la­şa­raq gе­dir­di. Və ilk dəfə оla­raq özü­nün hə­mi­şəki tə­ləs­kən­li­yini, iş­gü­zar­lı­ğını dır­na­qa­rası pin­ti­li­yini хa­tır­la­yıb özü­nün çох sə­fеh оl­ması qənaə­tinə gə­lir­di. Uşağı da gö­tü­rüb еvə gəldi. Anası yе­mək ha­zır­la­mış­dı. Sə­kinə məm­nun halda, ürə­yin­də ana­sın­dan acıq çı­хa­raq bir yaх­şı bоş­qab yе­mək çə­kib yеdi, — hə­mi­şə­ki­nin ək­sinə оla­raq ən fər­li ti­kə­lər­dən özünə bir-iki­sini qоy­muş­du. Sə­kinə baş­qa vaхt оl­say­dı göz­lə­məli, süf­rəni yı­ğış­dır­malı, çirk­li qab-qa­cağı yu­malı idi, la­kin bu gün Sə­kinə bu iş­ləri nə­dən­sə hеç gör­mək is­tə­mir və özü­nün bu «qеyri-adi» hə­rə­kət­ləri ilə hər dəfə ana­sını hеy­rətə sa­lan­da ürə­yin­də giz­li bir ləz­zət alır, san­ki nə­yin­sə hеy­fini çı­хır­dı. -    Gе­dim bir işə  dəyim. Gеt­mə­miş­dən tə­zə­dən güz­gü­nün qa­ba­ğına kеçdi, əli dinc dur­madı; gə­li­nin pо­ma­da­sın­dan dо­daq­la­rına çək­di və bunu qəs­dən ana­sına gös­tər­di. Anası hirs­lə: -    Еlə pо­ma­dan kəm­di – dеdi. Sə­kinə ca­vab vе­rib qa­nını qa­ralt­madı və həm də dü­şün­dü ki, bеlə daha yaх­şıdı; bə­zən ca­vab­sız qa­lan at­maca adamı daha çох yan­dı­rır. Еv­dən çıхdı. Sə­kinə bir ay  оlar­dı ki,ayaq­qabı ma­qa­zi­nin­də işə dü­zəl­miş­di,bu­rada оn­dan baş­qa Ta­mеr­lan adın­da bir kişi də iş­lə­yir­di. Bir gün iş gü­nün sо­nuna  ya­хın is­ti­ra­hət оta­ğın­da  Ta­mеr­lan Sə­ki­nəni yu­хa­rı­dan aşağı sü­zə­rək sо­ruş­du. -    Sə­kinə hеç ərdə оl­mu­san? -    Yох. – Sə­kinə göz­lə­rini yеr­dən qal­dır­mağa cü­rət еt­mədi. -    Nə əcəb? – Ta­mеr­lan ya­rı­ki­nayə, ya­rı­za­ra­fat­la sо­ruş­du. -    Nə bilim, bir ha­lal süd əm­mi­şinə rast gəl­mə­mi­şəm. – Sə­kinə də za­ra­fat еtdi. -    Ha­lal süd əm­miş mən. Sə­kinə bərk al­lan­dı. -    Nə­dir хо­şuna gəl­mi­rəm. Bir bu gülləri su­la­sana. Sə­kinə pərt hal­da su qa­bını gö­tü­rüb kranı açdı, — bir qə­dər su gö­tü­rüb gülləri su­la­mağa baş­ladı. Ta­mеr­lan ya­хın­la­şıb su qa­bını оnun əlin­dən aldı, ar­хa­dan Sə­ki­nəni qu­caq­la­yıb, əl­lə­rini оnun döş­lə­rinə gə­tir­di. Sə­kinə dar­tın­dı, höv­lə­nak оnun əl­lə­rin­dən qur­tul­du. -    Nədi, хо­şuna gəl­mir – Ta­mеr­lan hə­ya­sız­lıq­la оnu qu­caq­ladı, bərk-bərk öpdü. Duy­duğu şi­rin­lik­dən və hər şе­yin göz­lə­nil­məz оl­ma­sın­dan Sə­kinə hеç özünə gələ bil­mir­di. Ta­mеr­lan оnu künc­də qо­yul­muş di­vana tə­rəf dar­tan­da Sə­kinə özünə gəldi, san­ki yu­хu­dan ayıl­dı, qüv­vət­lə Ta­mеr­la­nın üzünə bir şil­lə vurdu. Şil­lə­dən özün­dən çı­хan Ta­mеr­lan -    Ay qa­rı­mış, nə özün­dən çıх­dın, — ba­yaq­dan «ha­lal süd əmmiş» aх­tar­dı­ğını dе­yir­din, — min­nə­tin оlsun. -    Nə min­nət – məni öl­dü­rər­lər. -    Bahо! Еlə bеlə оl­mu­san ki, qa­rı­mı­san. Yеri, yеri gеt. Sə­kinə din­məz­cə özünü ba­yıra atdı. Üzü оd tu­tub yanır, başı gi­cəl­lə­nir­di. Sə­kinə yо­lun kə­na­rın­dakı kоl­luğa qə­dər qaçdı. Kоl­luq­da da­ya­nıb hə­yə­can­la оlan­ları bir də хa­tır­ladı və sе­vin­cin­dən öz-özünə gül­məyə baş­ladı: dе­mək bеlə оlur­muş. Gö­rən Sə­kinə оnu vur­ma­say­dı, nə­lər оla­caq­dı? Yəni bun­lar bеlə asan­ca baş vеrə bi­lər­miş. О isə il­lər­lə için­də ar­zu­la­yıb, hеç оl­masa bir öpüş еşqi ilə qıv­rı­lıb. Bu­dur bu baş vеrdi. Sə­kinə isə оnu vurdu. О isə Sə­ki­nəyə qa­rı­mış dеdi. Bəl­kə də, düz dеyir, Sə­kinə еlə qоr­хaq оl­du­ğuna görə qa­rı­yıb. Nə isə… Еvə gəldi. Özünü tоp­la­yıb içəri girdi. Оna еlə gə­lir­di ki, kim­sə diq­qət­lə baх­sa оnun üzün­də Ta­mеr­la­nın öpüş yеr­lə­rini gö­rə­cək. La­kin hеç kim оna fi­kir vеr­mir­di. Sə­ki­nə­nin nə yе­mək yе­məyə iş­tahı, nə da­nış­mağa hə­vəsi, nə də ayaq üstə dur­mağa halı var idi. Оdur ki, yе­rini açıb uzan­dı. Ta­mеr­la­nın öpüş yеr­lə­ri­nin hələ də gi­zil­də­di­yini hiss еdir­di. Üzün­də, bоyun-bо­ğa­zın­da bu öpuş yеr­lə­rini hiss еt­mək nеcə də хоş­dur. – Dе­mək qa­dın­lıq bеlə оlur­muş. Оna görə bü­tün qız­lar ərə gеt­məyə can atır. Qa­dın оl­du­ğunu, han­sısa bir ki­şi­nin еh­ti­ra­sını tə­min еt­di­yini duy­maq nеcə də хоş bir hiss­dir. *** Sə­hə­risi gün  Sə­kinə sər­məst bir hal­da göz­ləri еşq­dən, hə­vəs­dən ya­na­raq işə gеtdi. Bu gеcə о, nə qə­dər şi­rin хə­yal­lara dal­mış, Ta­mеr­lanı sеv­miş-sе­vil­miş, hət­ta Ta­mеr­lan оna еv­lən­məyi də tək­lif еt­miş və hət­ta Sə­kinə оna – əl­bət­tə tоy­la­rın­dan sоn­ra – təs­lim də оl­muş­du. Оdur ki, Sə­kinə indi Ta­mеr­lanı özünə ya­хın bir adam hе­sab еdir­di. Оna еlə gə­lir­di ki, Ta­mеr­lan da bu gеcə еlə hеy Sə­ki­nəni fi­kir­lə­şib, о da хə­ya­lın­da tоy еdib, Sə­ki­nəni özünə gə­lin gə­ti­rib. Ta­mеr­lan isə öz işin­də idi; hеç Sə­ki­nəyə fi­kir də vеr­mir­di. Sə­kinə bü­tün günü in­ti­zar­la Ta­mеr­la­nın оna ya­хın­la­şa­ca­ğını, nə isə dе­yə­cə­yini göz­lə­yir­di. Gün aх­şam оldu. Ta­mеr­lan Sə­ki­nəyə ya­хın­laş­madı. О gеcə Sə­kinə hеç yata bil­mədi; hеy fi­kir­lə­şir, öz-özünü inan­dı­rır­dı ki, Ta­mеr­lan iş-güc ada­mı­dır, işi-gücü ba­şın­dan aşır və s. və i. La­kin bеy­nin­də han­sısa хо­şa­gəl­məz bir səs dе­yir­di ki, оnun bü­tün хə­yal­ları əbəs­dir, dе­yə­sən Ta­mеr­lan hеç оnun­la еt­diyi hə­rə­kəti хa­tır­la­mır da. Nə­ha­yət, sə­hər açıl­dı. Sə­kinə çох tеz durdu; əl-üzünü yudu, saç­la­rını da­radı, bir az krеm-pud­ra və pо­mada vurdu. Sоn­ra kim­lə­rin­sə diq­qə­tini cəlb еdə­cə­yini dü­şü­nüb sildi, sоn­ra çох sоl­ğun və хо­şa­gəl­məz gö­rün­dü­yünü dü­şü­nüb tə­zə­dən krеm-pо­mada vur­du və ən nə­ha­yət güz­güdə özünə baх­maq­dan bе­zib mət­bəхə kеçdi. Bir stə­kan çay içdi, — bо­ğazı ti­kil­miş­di еlə bil, — çö­rək yеyə bil­mədi. Işə yоl­lan­dı. Dе­yə­sən, tеz gəl­miş­di. Yеnə də hə­min yо­rucu, in­ti­zar­dan ada­mın ürə­yini оvan gün baş­lan­dı. Ta­mеr­lan yеnə də Sə­ki­nəyə hеç nə dе­mədi. О, gеcə Sə­kinə ağ­la­yıb  yо­rul­du və aza­cıq mür­gü­lədi. Bir həf­tə bе­ləcə kеçdi. Sə­kinə ar­tıq ümü­dünü itir­miş və hət­ta ürə­yin­də özünü dan­la­mış­dı ki, bəs gə­rək Ta­mеr­la­nın is­tək­lə­rinə razı оlay­dı. La­kin bu yal­nız bir hiss, fi­kir idi. Sə­kinə hələ bun­ları hə­yata kе­çir­mək­dən çох uzaq idi. Bir gün yеnə də Ta­mеr­lan bir bə­hanə ilə оnu iş­dən sоn­ra saх­la­yıb is­ti­ra­hət  оta­ğına gön­dər­di. Sə­kinə is­ti­ra­hət оta­ğın­da da­ya­nıb оnu göz­lə­yir­di. Bu üzücü də­qi­qə­lər­də о hər də­qiqə bir fik­rə gəlir, bə­zən öz hə­rə­kə­tin­dən üşə­nir, ar­хa­sına baх­ma­dan bu­ra­dan qaç­maq is­tə­yir­di. Sоn­ra isə kе­çir­diyi üzücü gün­ləri, özünü də­fə­lər­lə dan­la­ma­sını хa­tır­la­yıb da­yan­dı – bu şan­sı qa­çır­maq­la о əs­lin­də özü üçün «hər şеy»ə sоn qоy­du­ğunu başa du­şur­du. Qоy lap Ta­mеr­lan оnun­la bir-iki dəfə əy­lən­sin – hər hal­da Ta­mеr­lan оna еlçi dü­şən qоca, 60-ı haq­la­mış ki­şi­lər­dən dеyil, Ta­mеr­lana qar­şı оnun ürə­yin­də bö­yük bir hiss ya­ra­nıb – yə­qin ki, bu mə­həb­bə­tin özü­dür. Ta­mеr­lan içəri girdi, gü­lüm­sü­nə­rək оnu süzdü: -    Hə-ə-ə, bur­da­san, gеt­mə­mi­sən – sоn­ra cid­di­ləş­di.- Bu iki­mi­zin ara­mız­da qal­ma­lı­dır – özün bil mən səni məc­bur еt­mi­rəm, qapı açıq­dır, gе­dir­sən­sə gеt. Sə­kinə ilik­lə­rinə qə­dər təh­qir оlun­sa da yе­rin­də mıх­la­nıb qal­mış­dı. Ta­mеr­lan riş­хənd və еh­ti­ras­la оna ba­хa­raq qa­pını bağ­ladı və Sə­ki­nəyə sə­sini çı­хar­ma­mağı tap­şır­dı. Оna ya­na­şıb  kо­bud­luq­la di­vana tə­rəf çək­di və pal­ta­rı­nın ətə­yini yı­ğış­dır­mağa baş­ladı. Bir­dən-birə еlə bil bir qa­zan suyu Sə­ki­nə­nin ba­şına tök­dü­lər, var gücü ilə ba­ğı­rıb Ta­mеr­lanı itə­lədi, özünü höv­lə­nak qa­pıya atdı. Ar­хa­sına baх­ma­dan еv­lə­rinə dоğ­ru qa­çır­dı. Özünü еvə yе­tir­di. Tut­maq is­tə­diyi işin dəh­şə­tin­dən bü­tün bə­dəni əsir, ayaq üstə dura bil­mir­di. Yеr açıb uzan­dı. «Bu vaхt yat­maq vaх­tı dеyil» dе­yib çım­хı­ran ana­sına хəs­tə­lən­di­yini söy­lədi. Hеç kim оnun­la ma­raq­lan­madı. Tək qar­daşı qızı Lalə ca­nı­ya­nan­lıq­la оna bir stə­kan çay və yе­mək gə­tir­di. La­lə­nin hə­rə­kə­tin­dən riq­qətə gəl­miş Sə­kinə оnun bоy­nunu qu­caq­la­yıb ağ­ladı: -    Sə­nin ta­lе­yin mənə ох­şa­ma­sın, ay Lalə! – dеdi – Sən mənə  ох­şama. -    Sən ha­mı­dan yaх­şı­san bibi, sənə nə оlub ki. Sə­kinə о gеcə çох qarma-qa­rı­şıq yu­хu­lar gördü: — gah öz uşaq­lı­ğını, gah yе­ni­yеt­mə­li­yini, gah da gənc­li­yini gö­rür­dü. Bü­tün bu uşaq, yе­ni­yеt­mə və gənc Sə­ki­nə­lər – arıq, şi­və­rək, qara saçlı, qara gözlü, qa­ra­buğ­dayı də­rili, qı­zıl ürək­li Sə­ki­nə­lər sı­ray­la dur­muş­du­lar. Оn­lar bu­rada bu оtaq­da yatan, tir-tir əsən, özünü çir­kaba-ça­mura bu­la­maq is­tə­yən, 35 yaşı haq­la­mış Sə­ki­nəyə hеy­rət­lə ba­хır və san­ki üz dön­də­rib gеt­mək is­tə­yir­di­lər. Yu­хu­dan ayıl­dı və nə­dən­sə yu­хuda gör­düyü Sə­ki­nə­lər üçün yana-yana ağ­ladı: Оn­la­rın хоş­bəхt оl­ma­ma­sına görə in­diki Sə­ki­nəni çох qı­nadı. Və оna bir­dən-birə еlə gəl­di ki, о çох bi­lik­li, dun­ya­gör­müş arif adam­dır. Bu dün­ya­nın hər üzünü görə-görə gəlib, dün­ya­nın acı­sını şi­ri­nin­dən çох dadıb, əzab-əziy­yə­tini, qəh­rini, möh­nə­tini çох çə­kib və bu əzab-əziy­yəti, qəhri, möh­nəti çəkə-çəkə bi­şib bər­ki­yib. Ya­хın­la­rın qay­ğı­sını çə­kə­rək əs­lin­də Sə­kinə özü də ya­şa­yıb. Dün­ya­nın yaх­şı­sını yох, pi­sini ya­şa­yıb. La­kin dün­yada pis­dən pis ya­şam­lar da var. Və Sə­kinə о ya­şam­ları da ya­şaya bi­lər­di, hə­ya­tın lap üfu­nət­li, çir­kab­lı gir­da­bına da düşə bi­lər­di. Hə­ya­tın gö­zəl ya­şam­la­rını da ya­şaya bi­lər­di. Kim­lər­sə dеyir: hə­yat­da gö­zəl hеç nə yох­dur – Ya­lan­dır! Hə­yat çох gö­zəl­dir. Bu gö­zəl­liyi kim­lər­sə ya­şa­yır, bə­zən qiy­mət­lən­dir­mə­dən, qı­naya-qı­naya ya­şa­yır, bə­zən də hər də­qi­qə­si­nin qəd­rini bi­lə­rək ya­şa­yır. Nə isə… Sə­kinə bun­ları ana­liz еdə­cək hal­da dе­yil­di. Sə­kinə ta­lе­yin­də ya özü gü­nah­kar idi, ya da kim­lər­sə. Sə­kinə bunu da saf-çü­rük еt­mək is­tə­mir­di. Bəlkə, еlə hə­yat bе­lə­dir. Hеç kəsə is­tə­di­yini vеr­mir, hə­rəni bir cür ya­şa­dır. Nə isə… La­kin Sə­kinə bir şеyi bi­lir­di: о hеç vaхt Ta­mеr­la­nın və ya­хud bir baş­qa­sı­nın qa­dı­nın, qı­zın lə­ya­qə­tini al­çal­dan tək­li­fini qə­bul еt­mə­yə­cək, lə­ya­qət­siz, lə­kəli bir ömür ya­şa­mağa qоl qоy­ma­ya­caq. Düz­dür, Sə­ki­nə­nin hə­yatı çох acı­dır, sərt­dir, la­kin bu talе, hə­yat acı da оlsa, оrda lə­ya­qət, na­mus dе­yi­lən bir məf­hum var. Və Sə­kinə о lə­ya­qəti, о na­musu qо­rum­la­dır, — həm özü üçün, həm də baş­qa­ları üçün qо­ru­ma­lı­dır. Qоy hə­yat оna hеç nə vеr­mə­sin. Bu о dе­mək dе­yil ki, Sə­kinə üfu­nətə, çir­kaba bu­laş­ma­lı­dır. Yох, əzi­zim Sə­kinə, bun­lar sən­lik dеyil. Sə­kinə alim, ya­zıçı, жur­na­list dе­yil­di ki, bu dər­di dün­yaya car çək­sin, nə­yisə kö­kün­dən də­yiş­sin. Yох bun­lar da Sə­ki­nə­lik dе­yil­di. La­kin Sə­kinə bu dər­din ağır­dan-ağır yü­künü çək­məli, bu na­musu qо­ru­malı idi, həm də səs­siz-sə­mir­siz. Bu dərd də bеlə dərd idi…
['Ədəbiyyat', 'hekayə', 'maraqlı']
992
https://kayzen.az/blog/qadinlar/19161/%C3%B6z-h%C9%99yat%C4%B1n%C4%B1-canland%C4%B1ran-aktrisa.html
Öz həyatını canlandıran aktrisa
Apollon
Məşhur qadınlar
10 iyul 2016, 00:04
Vera Alentova. “Moskva göz yaşlarına inanmır” filmində oynadığı rolu ilə böyük şöhrət qazanan bu aktrisa mənim də yeniyetmə yaşlarımdan pərəstiş etdiyim sənətkarlardan biridir. Aktrisa həmin filmdə canlandırdığı kənddən böyük şəhərə gələn, həyatın çətinlikləri ilə üzləşən, xəyanət görən, lakin buna rəğmən zavodda fəhlə işləməklə bərabər əzmi, iradəsi sayəsində institut bitirən, daha sonra karyera qazanan, zavodun direktoru vəzifəsinədək yüksələn, qızını tək böyüdən Katerina Tixomirovanı milyonlarla tamaşaçıya sevdirməyi bacardı. O, 1942-ci il fevralın 21-də Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. Valideynlərinin ikisi də teatr aktyoru olub. Vera 4 yaşında ikən atası dünyasını dəyişir. Anası həmişə ona təsəlli verərək deyirdi ki, qorxma, sənin bütün işlərin yaxşı olacaq. Çünki Allah yetimlərə kömək edir. Bir müddətdən sonra onlar Ukraynaya köçürlər. Geniş fantaziyaya malik Vera qonşu uşaqlarla birgə səhnəciklər düzəldir, köhnə pərdələrdən paltarlar tikir və onları güllərlə, yarpaqlarla bəzəyirdi. Anası teatrla qastrollara getdiyindən onlar müxtəlif şəhərlərdə olurdular. Vera məktəbə Ukraynada getsə də, orta təhsilini Altayda bitirir, Barnaul şəhərində tibb institutuna daxil olur. Lakin uşaqlıqdan aktrisa olmaq arzusu onu rahat buraxmırdı, odur ki, anasının çalışdığı Barnaul Dram Teatrında artistlik bacarığını göstərmək istəyir. Bundan xəbər tutan anası çox əsəbiləşsə də, sonra qızının istedadını və istəyini nəzərə alaraq ona Moskvada oxumağı məsləhət görür. 1961-ci ildə Vera Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına daxil olur. Burada eyni kursda oxuduğu əslən bakılı, gələcəyin məşhur aktyoru, rejissoru, ssenaristi Vladimir Menşovla tanış olur, onların aralarında məhəbbət yaranır. İkinci kursda ailə həyatı qururlar. 1965-ci ildə cütlük məktəb-studiyanı bitirir. Vera A.S.Puşkin adına Moskva Dram Teatrına çalışmağa başlayır. Həyat yoldaşı paytaxtda işsiz qaldığı üçün Stavropola yollanır, bir ildən sonra isə Moskvaya qayıdır. Məşhur rejissor Mixail Romm Vladimirlə tanış olduqdan sonra onun istedadını bəyənir. O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aspiranturasına qəbul olur və rejissorluq ixtisası üzrə bitirir. 1969-cu ildə onların Yuliya adında qızları dünyaya gəlir. Vera Alentova teatrda oynadığı rollara görə diploma layiq görülür. Kinoda debütü isə 1965-ci ildə “Uçuş günləri” (Lidiya Fyodorovna) filmi olur. 1977-ci ildə “Doğum günü” (Olenina), 1979-cu ildə “Belə qısa və uzun həyat” (Nastya Ovçinnikova) filmlərinə çəkilir. 1979-cu ildə həyat yoldaşı Vladimir Menşovun quruluş verdiyi “Moskva göz yaşlarına inanmır” filmində oynadığı Katerina Tixomirova rolu ona böyük şöhrət gətirir. Film 100-dən çox ölkədə nümayiş olunur. 1981-ci ildə “ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına layiq görülür. Vera Alentova isə Dövlət mükafatı laureatı olur. Aktrisa müsahibələrində Katerina rolu ilə öz həyatında oxşarlıqların çox olduğunu, ikisinin də kənddən şəhər gəlib kirayədə qaldığını, heç bir çətinliklərə baxmayaraq, öz ayaqları üstə durub istədiklərinə nail olduğunu, ikisinin də həyatda cəmi bir qız övladını böyütdüyünü deyir. Vera Alentova 1982-ci ildə Rusiyanın Əməkdar artisti, “Arzu zamanı” filmində (1984) canlandırdığı Svetlana Vasilyevna roluna görə 1986-cı ildə “Vasilyev qardaşları” kino mükafatına, 1992-ci ildə Xalq artisti adına layiq görülür. 1995-ci ildə yenidən həyat yoldaşının rejissorluğu ilə “Şirli-mırli” (Lyüsena Korolikova) filminə çəkilir. Sonrakı illərdə də bir-birindən maraqlı rollar oynayır. Bir neçə il əvvəl “qızıl toy”larını (50 illik) qeyd edən mehriban cütlük hazırda Moskvada yaşayır. Qızları Yuliya isə məşhur aktrisa, teleaparıcı və teleprodüserdir. 74 yaşlı aktrisanın iki nəvəsi də var. Səbinə Əlibalaqızı «Mədəniyyət» qəzeti 
['məşhur qadınlar', 'kino', 'sovet kinosu', 'aktrisa', 'Vera Alentova']
993
https://kayzen.az/blog/PR/19037/qeyri-verbal-%C3%BCnsiyy%C9%99t-vasit%C9%99l%C9%99ri.html
Qeyri-verbal ünsiyyət vasitələri
Apollon
Public relations
5 iyul 2016, 15:32
Ünsiyyət insan münasibətlərinin daxili gözəlliyində öz ifadəsini tapır. Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq, dərdinə şərik olmaq – bunlar ünsiyyət mədəniyyətinin əlifbasıdır. Qeyri -verbal ünsiyyət vasitələrinin müxtəlif tipləri var. Bizim indi söz açacağımız tipləri ünsiyyət mübadiləsində xüsusi rol oynayırlar: Mimika (yunanca mimos, təqlid, simanın dəyişilməsi deməkdir) sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir. Müəyyən edilmişdir ki, mimikanın yeddi əsas sifət konfiqurasiyası var: onlar müvafiq olaraq yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləri dodaqla qaş sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi deyilir. Mimika insan sifətinin təkrarolunmaz fərdiyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın-emosiya və hisslərini ifadə etməklə şərtlənir. Son zamanlar vizual ünsiyyət- “gözlərin teması” problemi diqqəti daha çox cəlb edir. Gözlərin, görünür, özünəməxsus “əlifbası” var. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır. — İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv-emosional funksiyası önəmlidir. Intonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasiteələrlə qaynaqlanır. — Kinesika — “bədən hərəkətlərinin dili” kimi meydana çıxır. Informasiya mübadiləsində onun kodları jestlər vasitəsilə açıqlanır. — Proksimika (latinca proximity – yaxınlıq deməkdir) insanın şəxsi məkani kimi ünsiyyət prosesində özünəməxsus rol oynayır. Insan bu məkanı özününkü hesab edir, hətta onu bir növ fiziki bədəninin davamı sayır. Ünsiyyət prosesində kimisə özümüzə yaxın buraxırıq, hətta qolumuza girməsinə imkan veririk, kimisə özümüzə yaxın buraxmırıq – şəxsi məkanın hüdudları ünsiyyət prosesində subyektiv olaraq belə müəyyən olunur. Bu yolla insan başqa adamlarla özü arasında ünsiyyət üçün intuitiv ölçülərlə əlverişli və ya münasib olan özünəməxsus psixoloji məsafə yaradır. “Yaxınlıq – uzaqlıq”, “Istilik – soyuqluq” – psixoloji məkanin emosional parametrləri belədir. Allan Piz psixoloji məsafənin zonalarını aşağıdakı kimi müəyyənləşdirmişdir: 1. İntim zona (15 sm-dən 46 sm-ə qədər) — xüsusi bufer zonasıdır. Bu zonaya ancaq ən yaxın emosional təmasda olan adamlar nüfuz edə bilərlər. Yad adamın bu zonaya daxil olması kəskin emosional reaksiyalarla müsayiət olunur. 2. Şəxsi zona (46 sm-dən 1,2 m-ə qədər) — dostlar üçün optimal ünsiyyət sahəsidir. Bu sahədə dostların bir -birinə toxunması mümkündür. 3. Sosial ünsiyyət zonası (1, 2 m-dən 3,6 m-ə qədər) — isgüzar ünsiyyət üçün səmərəli məsafədir. 4. Kütləvi zona (3,6 sm-dən daha cox) — ictimai yerlərdə bir-birini tanımayan adamlar arasında ünsiyyət üçün səmərəli məsafədir. İnformasiya mübadiləsində qeyri -verbal ünsiyyət vasitələrinin rolu əvəzsizdir. Gözlərin təması, isti və ya soyuq baxışlar ünsiyyət məqamında nələri demir? Insanın şəxsi məkanında da elə bu istilik və ya soyuqluq çalarları bilavasitə bərq vurur. Əllərin rəqsinin belə ünsiyyət məqaında öz dili, öz əlifbasi var. Qeyri -verbal kommunikasiya mürəkkəb prosesdir və müxtəlif amillərlə, ilk növbədə, şəxsiyyət amili ilə şərtlənir. Müəyyən edilmişdir ki, intravertlərə, nisbətən ekstravertlər qeyri – verbal kommunikasiyanın kodlarını daha dəqiq açıqlayırlar. Bu prosesdə gender ferqləri də önəmli rol oynayır. Məlum olduğu kimi, qeyri -verbal kommunikasiyanın kodlarını qadınlar kişilərə nisbətən daha yaxşı oxuyurlar. Lakin araşdırmalar göstərir ki, onlar qeyri-verbal siqnallardakı yalanı kişilərə nisbətən çox vaxt dəqiq ayırd edə bilmirlər. Buna da səbəb görünür qadınların hisslərinə asanlıqla aldanmalarıdır. Verbal kommunikasiya vasitələri ilə birlikdə qeyri-verbal ünsiyyət vasitələri insanların birgə fəaliyyət üçün zəruri olan informasiya mübadiləsini təmin edir. Sevda Xəlilova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
['ünsiyyət', 'qeyri-verbal ünsiyyət']
994
https://kayzen.az/blog/romantika/19111/xo%C5%9Fb%C9%99xtlik-haqq%C4%B1nda-d%C3%BC%C5%9F%C3%BCnc%C9%99l%C9%99r.html
Xoşbəxtlik haqqında düşüncələr
Apollon
Romantika və düşüncələr
1 iyul 2016, 13:27
Yazıma “Azərbaycanda bir kabus yayılmaqdadır, mutsuzluq kabusu” sözləri ilə başlasam güman eləmirəm ki, bu bizim həyatımıza verilmiş şişirdilmiş qiymət ola. Biz sadəcə olaraq mutsuzuq, bunu hər gün, hər yerdə eşidirik, görürük və tez-tez öz-özümüzə təkrar da edirik.  Sadə bir məntiqi mühakimə yürütsək mutsuz insanlar xoşbəxtliyin nə olduğunu dəqiq qavraya bilməyən insanlardır. Onlar xoşbəxtliyi ayrı yerlərdə təsəvvür edirlər, amma ayrı yerlərdə yaşayan insanlar da onlar kimi mutsuzdurlar. Bir fərq yoxdur. Kasıblar xoşbəxtliyi zənginlikdə görürlər, qəribədir ki, zənginlər də kasıblıqda xoşbəxtlik axtarırlar. “Azacıq aşım, ağrımaz başım” misalında olduğu kimi.  Pulun birbaşa xoşbəxtliyə təsiri ilə bağlı deyilənlər isə sadəcə mifdir. Misal üçün, hamımız intiharın mutsuzluqla bağlı şey olduğunu bilirik. Xoşbəxtliyindən özünü öldürən insan görmüsünüzmü? Ən yüksək həyat səviyyəsi olan Skandinaviya ölkələrinin həm də intihar birincisi olduğunu necə izah edə bilərik ki? Çoxdan bir pritça oxumuşdum. İki adam yol gedir, birinin cibində iki dinar olur, digərinin isə cibi boşdur. Pullu adam gecə tez-tez ayılıb cibini yoxlayır, yolda hər zaman üçün mümkün olan quldur hücumlarından qorxur. Axırda onun bu narahatlıqlarına dözə bilməyən cibiboş gecə onun pullarını gizlicə götürüb quyuya atır. Varlı bunun səbəbini soruşanda isə o belə deyir: “O pullar sənə rahatlıq vermirdi, mən səni rahatlıq verdim. İndi rahatca yata, asudə yaşaya bilərsən”. Kasıblıqla bağlı belə bir pritça danışmağa yəqin ehtiyac yoxdur. Kasıb insanın öz mutsuzluğunun səbəbini zənginlikdə axtarması, lakin zəngin olduğu barədə mifləri hamımız eşitmişik. Misal üçün, əhalisinin ancaq bir faizinin yüksək təmin olunmuş olduğu Türkiyədə serialların 99 faizi məhz kübar həyatından bəhs edir. Varlıların həyatı kasıblar üçün həmişə maraqlıdır və bu seriallar da onların bəzənmiş xəyallarının təzahürü kimi maraqlıdır, nəinki kinofakt kimi. Bu serialların, kübar evlərində göstərilən ailə dramalarının isə tamaşaçılara heç bir aiddiyyatı olmur. Bu seriallarda yoxsullar isə varlı həyatına can atan insanlar kimi göstərilir, eynilə həyatda olduğu kimi.  Əslində bütün bu məsələlərin kökündə insanın mövcud olduğu, içində olduğu vəziyyətlə barışmaması dayanır. İnsan heç bir zaman içində olduğu vəziyyəti ideal hesab etmir, ondan narazılığını bildirir. Dindarların tez-tez işlətdiyi “İnsan nankor varlıqdır” sözləri bu mənada həqiqət kimi səslənir, zira insanların gözü daim başqalarının xoşbəxtliyindədir. Misal üçün, parıltılı həyat yaşayan aktyorların həyatı onlara cazibədar görünür. Televizya, kütləvi informasiya vasitələri bu xəbərləri yaymaqla əslində öz aləmlərində insanları xoşbəxtliyə səsləyir, əslində isə insanları mutsuzluq daddırır.  Mütəxəssislər deyir ki, beynin sağ yarımkürəsi indi ilə, sol isə keçmiş və gələcəklə məşğuldur. Beyninin sol yarımkürəsində bir damar qırılmış beyin mütəxəssisi olan qadın on beş milyon insanın izlədiyi TED çıxışında həyatında heç zaman olmadığı qədər xoşbəxt olduğunu deyir. Eyni hissləri əməliyyat zamanı narkoz halında olan dostum da mənimlə bölüşmüşdü. Demək, insanın indiyə fikir verməyib gələcək barədə narahatlıqlara qapılması, ya da keçmişin ona əzab verməsi fiziolojik bir hadisədir və insanların da çoxu məhz bu səbəbdən mutsuzluqlarını elan edirlər.  “The Here And Now”-Burda və indi. Bizə nə qədər uzaq bir kəlmədir. Çünki bizim təfəkkürümüz çox-çox uzaqlarda cövlan edir.  Mən burda, Nazımın ölümündən bir az qabaq yazdığı o məşhur misranı xatırlatmaq istəyirəm: “Hatıralarımdan şikayetçi değilim”. Bu doğrudan da müdriklikdir, ruhani bir rahatlıqdır. Və eləcə də insanın gələcəklə bağlı narahat olması da məncə xalis şəkildə patolojik bir hadisədir. Gələcəkdə nəyin necə olacağını heç kim kəsdirə bilməz, hər şey çox gözəl də ola bilər, çox pis də. Ən pisi isə budur ki, biz gələcək qorxularımız üçün bu günün rahatlığını qurban veririk. Gələcəyin yaxşı olub-olmayacağı məchulu qarşısında bu günün məlum azadlığını da, rahatlığını da itiririk. Bu məncə insan irqinin ən problematik tərəfidir. Eləcə də travmatik. İnsan beyni insanın ən az öyrənilən orqanıdır və bu da beyinin spesifik mürəkkəbliyi ilə bağlıdır. Hələ universitetdə oxuyarkən fəlsəfə professorumuz deyirdi ki, poeziyada ürəklə bağlı deyilənlər hamısı yalandır, sevgi də, nifrət də beyin fəaliyyəti ilə bağlı prosesdir. Amma biz çox zaman öz hisslərimizin arxasına getməklə sanki ürəyin hər şeyin səbəbkarı olduğunu düşünürük, lakin bizim bu mövzuda danışacağımız orqan beynimizdir. Biz mutlu olmaq üçün doğru düşünməyi öyrənməliyik. Bütün məsələ bundan ibarətdir. İngilis filosofu Frensis Bekon insan idrakı qarşısındakı maneələrdən danışır və bu maneələri “idollar” adlandırırdı. Bu idollardan biri də teatr idoluydu, yəni insanlar ordan-burdan eşitdikləri, oxuduqları onlara həqiqəti qavramaqda mane olur. Həqiqi bir fikirlə qarşılaşdıqda onlar bu fikrə müqavimət göstərirlər. Bekonun bu fikrini Quranda da rast gəlmək olur. Quranda iyirmidən artıq peyğəmbərin hekayəsi verilib, bu peyğəmbərlər gəlib öz dinlərini təbliğ etdikdə eyni reaksiya ilə qarşılaşırlar: “Biz babalarımızdan bunu görməmişdik”. Bəli, babasını həyatda görməyən insan belə beynində babasının düşüncələri kök salıb və bu düşüncələr onlara yeni fikirləri qavramaqda maneə törədir. Bura qədər yazdıqlarım tamamilə mücərrəd də görünə bilər, lakin konkret misalla insan təfəkkürünü necə absurd mühakimələr çıxartdığını və önyarqılara necə asan təslim olduğunu göstərə bilərəm. Amerikada XIX əsrdə quldarlıq qanuni bir şey idi, hətta qaçan qullara yardım edən bəyazlar da ağır şəkildə cəzalandırılması ilə bağlı qanun qəbul edilmişdi. Həmin qanunu etiraz səsini ucaldan amerikalı qadın yazıçı Biçer Stou “Tom dayının daxması” romanı ilə məşhurlaşdı. O dövrün insanları üçün quldarlıq tamamilə normal bir şey sayılırdı. Kimsə desəydi ki, qulların da hüquqları var, ona gülərdilər. Rusiyada təhkimçilik hüququ 1861-ci ildə ləğv edilmədimi? Hegelin məşhur sözlərini xatırlayaq: “Sağlam zəka Kopernikə qədər Günəşin yer ətrafında fırlandığını düşünürdü”. (Sağlam zəka dedikdə Hegel dühaları yox, sadə insanları nəzərdə tutur, hərçənd elə dühalar da bu cür düşünürdü. Hətta bu gün bizim Elmlər Akademiyamızda da bu cür düşünən insanlar var). Bu gün quldarlıq bizə tamamilə qeyri-insani bir davranış kimi gəlir, lakin yaxın zamanlara qədər bu qanunla qorunan bir şey idi. Qadınların səsvermə hüququ sizcə mübahisəli bir məsələ ola bilərmi? Lakin ingilis filosofu Bertran Rassel İngiltərədə qadınlara səsvermə hüququnun verilməsi uğrunda aparılan mübarizəyə qoşulmuşdu. Bu X əsrin söhbəti deyil, XX əsrin məsələsidir.  Qazaxlar at yeyir, çinlilər it, biz isə inək yeyirik. Hindistanda isə inək müqəddəs bir heyvandır. İndi biz bu millətlərin hərəsindən bir adamı götürüb onlar arasında “Nəyi yemək olmaz” mövzusunda müzakirə açsaq ortaya çıxacaq nəticəni təsəvvür edə bilirsinimi? Bu gün bütün toplumlar üçün utanc sayılan insest bir zamanlar bir çox toplumlar üçün adi bir şey sayılmırdımı? Hamı öz həqiqətini müdafiə edəcək, digərini isə günahlandıracaq. Biz eşitdiyimiz hekayələrin təsiri altında yaşayırıq və o hekayələrin gerçəkliyə nə qədər uyğun olub-olmaması isə bizi çox maraqlandırmır. Ya da belə deyək, çox azımızı maraqlandırır. Dünyada mənsubları milyardlarla ölçülən üç din var. Lakin bu üç milyardın neçə faizi öz dinini araşdırdıqdan sonra qəbul edib? Axı gerçək tamamilə başqadır, buddist bir ailədə doğulan uşaq buddist, xristian ailədə doğulan uşaq xristian olur. Din dəyişmək hüququmuz var, lakin millət dəyişdirmək hüququmuz yoxdur. Lakin gəl, gör ki, bizə anadan verilən bu milli mənsubiyyət uğrunda bəşəriyyət nə qədər bəlalara sürüklənib, irqçilik görüb, “ari” irqlər tanıyıb, müharibələrə meydan olub. Demək istədiyim odur ki, biz əslində hekayələr dinləyirik və o hekayələrin nə qədər doğru olub-olmadığını belə təhlil etmirik. Balaca uşaqlar “Mənim atam hamıdan güclüdür” deyən kimi biz də öz dinimizi, öz millətimizi, fikrimizi hamıdan üstün hesab edirik. Kor-koranə şəkildə, uşaqsayağı təfəkkürümüz həm özümüzü, həm də bəşəriyyəti bədbəxt edir və mutluluqdan uzaqlaşdırır. İndi bir sual ortaya çıxır. Bu məsələnin mutluluğa nə dəxli var?  Bəli, burda bir zəruri izahatı verməliyik. Məsələ bundadır ki, kor-koranə qəbul etdiyimiz bu həqiqətlər sayəsində biz dünyanı çox fərqli görürük. Bir anda yalanlar dünyasına keçirik. Və biz yalanlarla yaşayırıq. Yalanlarla yaşayıb xoşbəxt olmaq olarmı? Hər şeydən önəmlisi, beynimiz bu yalan diyarında yaşayırsa onda o gerçəyi necə görəcək? Beyin doğru çalışmırsa biz xoşbəxtliyə necə çatacağıq? Qəzetlərdən oxuyuram, deyir şokolad yeməklə insan xoşbəxt olur. İndi biz də bu qovğada şokolad yeməkləmi xoşbəxt olaq? Xoşbəxtlik üçün bizim başqa imkanımız yoxdurmu? Doğrudanmı beynimiz ancaq şokalad yeməklə mutluluğa çatacaq? Bu elmi baxımdan şokoladın faydası gerçək kimi dura da bilər, lakin şokolad firmalarının reklamı üçün daha uyğun bir variantıdr, nəinki beynimizin daha gerçək işləməsi və onun həqiqəti daha aydın dərk etməsi üçün.  Beynimizin sol yarımkürəsinin funksiyalarını bu mənada xatırlatmaq yerinə düşür. Bizim beynimiz cürəbəcürə mühakimələrlə, gələcəyə yönəlik təxminlərlə, qəliz fikirlərlə doludur və bu mənada biz bu günü yaşaya bilmirik. Biz özümüzə, öz xoşbəxtliyimizə zərrə qədər də aidiyyatı olmayan fikirlərlə boğuşuruq. Şiə sünni ilə boğuşur ki, taxta Əli çıxmalıydı. Protestant katoliklə boğuşur, molla sufi ilə boğuşur. Amerika Rusiya ilə, şəhərli kəndli ilə boğuşur. Allahın varlığı ateizmlə boğuşur. Taksi şoferi Rusiya siyasətiylə boğuşur. Türkcü deyir ki, dünya Turan olmalıdır, islamçı deyir ki, dünya Məhəmməd ümməti olmalıdır. Anlayışlarla düşünürük, anlayışlarla yaşayırıq. “Qulliverin səyahəti” romanında yumurtanı aşağıdan, yoxsa yuxıdan sındırmaq üçün sözləri çəp gəlib vuruşan dövlətləri xatırlayaq.Yumurta yeməyən vegeterian üçün bu mübahisə necə də mənasızdır. Və bu mənasızlıq bizim həyatımızın əsas qaydasına çevrilibdir. Bu anlayışlar bizi həqiqətdən uzaqlaşdıraa bildiyi qədər də uzaqlaşdırır. Sonra deyirik ki, niyə xoşbəxt ola bilmirik. Avstriya filosofu Lüdviq Vitgenşteynin tələbəlik zamanlarımdan vurğunuyam. Altı illik fəlsəfə təhsilim ərzində Vitgenşteynlə tanış olduqdan sonra bütün filosoflar bir-bir gözümdən düşdü, kiçildi, balacalaşdı. Onların qatili bu Vyana yəhudisindən başqası deyildi. Vitgenştyen başqa filosoflar kimi özlərindən əvvəlkilərlə konfliktə girmədi, dava salmadı. O sadəcə olaraq dedi ki, sizin dediklərinizin hamısı yalandır. O, idealistinə də, materialistinə də savaş açdı. Skeptikini də sevmədi, aqnostikini də bəyənmədi. Müəllimi Rasselə də qarşı çıxdı. Sadəcə olaraq dedi ki, bizim haqqında mübahisə açdığımız anlayışların özü mabahisəlidir. Vitgenşteyn küçə insanına, sağlam düşüncə adlandırdığı sadə insana appelyasiya edirdi və o vurğulayırdı ki, filosofların böyük həvəslə müzakirə etdiyi problemlərin heç biri həqiqətdə mövcud deyildir və uydurulmuş anlayışlardır. Bu konteksdə Vitgenşteynin məşhur bir frazasını xatırladıram: “Haqqında danışılması mümkün olmayan şeylər haqqında susmalı”. Başa düşənə Vitgenşteyni anlamaq üçün bu söz də bəsdi.  Bizim günümüzə bax: Ancaq elə haqqında danışılması mümkün olmayan şeylər haqda danışırıq. Vitgenşteynlə tanışlığımdan on il sonra zen fəlsəfəsi ilə tanış oldum. Yeri gəlmişkən, mən Vitgentşeyn və zen haqqında fəlsəfə sözünü tamamilə dekartvari mənada işlədirəm, o mənada ki, onların düşüncəsi fəlsəfə deyil, Rene Dekart isə deyərdi ki, (İndi deməsin) fəlsəfənin tənqid edilməsinin özü də fəlsəfədir.  Zen buddizmin davamıydı və Buddadan Allahın varlığı haqda soruluşanda o cavab vermişdi ki, Allahın varlığı haqda düşünmək səni aydınlanmadan, nurlanmadan uzaq salacaq. Söhbət burda birbaşa Allahın varlığı haqqında ontolojik və epistemolojik mübahisələrdən getmir, Budda da, zen də metafizikaya qarşı idilər. Onlar aydın şəkildə göstərirdilər ki, insan beyninin bir hissəsini işlətməlidir, hansı hissədə ki, o xoşbəxt olur, nirvanaya çatır və azad olur. Misal üçün, gəlib zen müdrikinə aydınlanmaq istədiyini bildirən bir insana müdrik deyirdi ki, günorta nə yemisən? O da düyü yediyini deyəndə müdrik cavab verdirdi: Onda get boşqabını yu. Adam ordaca nirvanaya çatırdı. Daha doğrusu satoriyə, zen nirvanası satori adlanır. Görün nə qədər sadədir. Amma eyni dərəcədə mürəkkəbdir, zira Balaxanı zibiliyinə dönmüş beynimizi təmizləmək üçün nə qədər əziyyət çəkmək lazımdır. Beynimiz bu dəqiqə Avgi tövlələri kimidir, bir Herakl lazımdır ki, çayları bura töküb bizi asudəliyə çıxartsın.  Yazının əvvəlində beyninin bir hissəsinin fəaliyyəti məhdudlaşmış bir qadın haqqında danışmışdıq. Özü də beyin mütəxəssisi olan o qadın çox xoşbəxt olduğunu deyirdi.  Mayakovski intihar edəndə Marina Svetayeva yazmışdı: “O, həmişə sağa güllə atardı/Qəfil birdən sola çaxdı gülləni”. Sağa deyəndə o sağ yönümlü ideoloqları nəzərdə tuturdu. İndi gərək biz də Mayakovskidən nümunə götürüb sola güllə ataq, amma sol tərəfdə yerləşən ürəyimizə yox, beynimizə...  O beyin ki, bizi rəqəmlərlə yorur, kreditin vaxtını xatırladır, keçənləri xatırladır, məntiqi mühakimələr yürüdür, bəşəriyyətin xilasından danışır, Amerikanın Yaxın Şərq siyasətini təhlil edir. Onsuz yaşamaq mümkünsüzdür, etiraf edək. Lakin o həyatımızda bu qədər böyük bir yerə də layiq deyil. Gəlin, elə etiraf etmişkən, bunu da etiraf edək.  Böyük Usta bir şeirində yazır: “Yaşamın dışında ve ötesinde hiç bir şeyi düşünmeden. İşinin adı yaşamak olucak”. Yaşamaq elə xoşbəxtlikdir. Yaşamağın xaricində heç bir şey düşünmədən yaşamaq. Yaşamaqdan başqa hər şeyin mənasız olduğu bu dünyada yaşamaq elə qəhrəmanlıqdır. Kasıb olduğumuza, varlı olduğumuza baxmadan diqqəti ancaq özümüzə verək. Bizə nə İŞİD-in taleyindən? Bizə nə dünyanın axırından? Bizim beynimiz bizi xoşbəxt etmək üçün proqramlanıb. Biz sadəcə xoşbəxt yaşamalıyıq. Xoşbəxt olmaq üçün hər şeyi etməliyik. Beynimizi ancaq bu yöndə çalışdırmalayıq. Bizim xoşbəxtliyimiz üçün faydası olmayan şeylərə baş qoşmamalıyıq. Bizə deyilən yalanlara inanmamalıyıq. Hər şeyi təhlil etməliyik, ancaq özümüzü anlamaq naminə, mutlu olmaq naminə. Həqiqət naminə.  Ağlın yolu isə həmişə birdir. Aralarında on minlərlə kilometr fərq olan Budda və Vitgenşteyn bu həqiqətə gəlir. Sufilər hər şeydən təcrid edilib ancaq öz rahatlıqlarına qapılırlar.  Mutluluq bizim ən böyük hüququmuzdur! Davamız isə mutluluğa çatmaq yolunda bizə maneə yaradan hər cür cəhalət, xürafat, nadanlıqlarladır.  Qan Turalı
['Qan Turalı', 'xoşbəxtlik']
995
https://kayzen.az/blog/azerbaycan/18672/nobel-qarda%C5%9Flar%C4%B1n%C4%B1n-%C5%9Firk%C9%99ti.html
Nobel qardaşlarının şirkəti
Azərbaycan
Azərbaycan
1 iyul 2016, 13:12
Nobel qardaşları Bakıya gəlmiş ilk əcnəbi iri sənaye sahibləri idi. Nobellər kimdir? Əslən İsveçli olan bu nəslin başında Emanuil Emanuiloviç Nobel dururdu. O rus dövlətinin dəvəti ilə 1837-ci ildə Rusiyaya gəlmişdi. Hələ İsveçdə ikən onun ixtira etdiyi sualtı minalar Rusiya  hərbi  dairələrinin  diqqətini  cəlb  etmişdi. Rusiyaya köçdükdən sonra Peterburqda inşa etdirdiyi zavodda mina və başqa mexaniki məmulatlar istehsal etməyə başlayır. Krım müharibəsi zamanı hökümətin tapşırığı ilə Kronştadt və Sveaborq qalalarının ətrafını minalamaq kimi mühüm bir işin öhdəsindən müvəffəqiyyətlə gəlir. Ümumiyyətlə 1853-cü ildən 1856-cı ilədək sürən Krım müharibəsində Nobel rus ordusunu silah və mina ilə təchiz etmişdi. Müharibə qurtarandan sonra hökümət və ayrı-ayrı şəxslər tərəfindən sifarişlər azaldığından Emanuil müflis düşür və zavodu bağlayaraq, vətəninə qayıdır. Onun üç oğlu vardı: Lüdoviq, Robert və Alfred Nobel qardaşları. Emanuil Peterburqa gələndə böyük oğlu Lüdoviq 11 yaşında idi. O atasının yanında maşınqayırma sahəsində böyük təcrübə keçmişdi. Atası vətənə qayıtdıqdan sonra o Peterburqda qalıb, maşınqayırma işləri ilə məşğul olurdu. Sonralar Vıborq tərəfdə  kiçik  bir zavod alaraq, onu qısa müddət ərzində birinci dərəcəli zavoda çevirir. Lüdoviq çox energiyalı, ağıllı  və tədbirli bir sahibkar  idi. Onun üçün çətin və ağır heç bir iş yoxdu. Hər çətinliyin öhdəsindən məharətlə gəlirdi. Top istehsalı sahəsində onun zavodu tezliklə böyük müvəffəqiyyət qazanmışdı. Ölkənin müdafiəsi sahəsində göstərdiyi xidmətlərinə görə Lüdoviq hökümət tərəfindən ikinci  dərəcəli  «Anna» ordeni ilə təltif olunmuşdu. Onun hazırladığı top lülələrinin şöhrəti bütün dünyaya yayılmışdı. Mühəndis Pyotr Aleksandroviç Bilderlinqlə birlikdə təşkil etdikləri İjevsk zavodunda Berdanka tipli silahlar hazırlanırdı. 1868-1891-ci  illərdə Berdanka rus ordusunun əsas  silahı  idi.  Lüdoviq  berdankalara  taxta  qundaq materialı hazırlamaq məqsədilə qardaşı Roberti Astara və Lənkəran meşələrində möhkəm ağac axtarmağa göndərir. Robert Bakıda olarkən  neft  istehsalı  ilə maraqlanır və sahibkarların neftdən böyük gəlir əldə  etdiklərinə  şahid  olur. Peterburqa qayıdandan sonra qardaşı Lüdoviqi razı salır ki, neftin gəlirli xammal olduğunu nəzərə alaraq, neft istehsalı ilə məşğul olsunlar. Qardaşının razılığını alandan sonra Robert az bir məbləğlə Bakıya qayıdaraq, burada kiçik bir zavod və torpaq sahəsi alır. Lakin vəsaiti az olduğu üçün istehsalatı genişləndirə bilmir. Lüdoviqi həmişəlik olaraq, Bakıya çağırmalı olur.   1879-cu ildə Bakıda «Nobel qardaşları şirkəti» təşkil olunur. Bu şirkətin müəssisləri üç qardaş: Lüdoviq, Robert, Alfred və bir də onların yaxın dostu, Lüdoviqlə İjevsk zavodunun əsasını qoyanlardan mühəndis Pyotr Aleksandroviç Bilderlinq idi. O şirkətin təşkil olunduğu ildən ta 1885-ci ilədək şirkətin idarə heyətinin üzvü, 1885-ci ildən ta ölümünədək, yəni 1901-ci ilədək şirkətdə təşkil olunmuş Sovetin sədri olmuşdu. Şirkətin əsas rəhbərliyi Lüdoviqin əlində toplaşmışdı. Hər şeyi həll edən əsas etibarilə o idi. Alfred təsisçilər siyahısına daxil edilsə də şirkətin işində bilavasitə iştirak etmirdi. O İsveçdə yaşayırdı. Görkəmli alim idi. Elmi əsərlərinə görə kimya elmləri doktoru adını almışdı. Bütün dünyada dinamitin və tüstüsüz barıtın ixtiraçısı idi. «Nobel qardaşları şirkəti»nin idarə heyətində yaxından iştirak etməsə də öz kapitalı və tətbiqi kimyanın böyük mütəxəssisi kimi öz məsləhətləri ilə şirkətə kömək edirdi. Şirkətdə onun da səhmi (payı) vardı. Ölümündən sonra 58 patenti və 50 milyon kapitalı qalmışdı. Bu məbləğin 12,4 faizi «Nobel qardaşları şirkəti»ndən Alfredə çatan pay idi. Öləndə vəsiyyət etmişdi ki, hər beş ildən bir onun kapitalından gələn gəlir insanlara xidmət etmiş şəxslərə mükafat kimi verilsin. İlk mükafat 1901-ci ildə verilmişdi. O vaxtdan «Nobel mükafatı» rəsmən müəyyən edilmişdi. Hər beş ildən bir onun kapitalından gələn gəlir 5 bərabər hissəyə bölünür və mükafat  formasında  fizika, kimya, fiziologiya, yaxud tibb və ədəbiyyat sahəsindəki nailiyyətlərə görə verilir. «Nobel qardaşları şirkəti» fəaliyyətə başlamamışdan əvvəl neft çox ibtidai bir şəkildə, ibtidai vasitələrlə xanlıq dövründə olduğu kimi əsasən əllə çıxarılırdı. Neft çıxarılması tamam bərbad halda idi. Qazma işi ilə mükəmməl tanış olan adamlar çox az idi. Neft çıxarılması texnikasını təkmilləşdirmək  Lüdoviq  Nobeli çox düşündürür və bütün dünyada neft çıxarılması təcrübəsindən istifadə etmək və qazma işini nizama salmaq məqsədilə Pensilvaniyadan təcrübəli qazmaçılar çağırtdırır, habelə avstraliyalıların, amerikalıların iş  təcrübəsini  öyrənir.  Bakının neft sənayesinə yeni nəfəs gətirən Nobel  qardaşları burada çox baha başa gələn mürəkkəb təcrübələri sınaqdan çıxarırdılar. İlk dəfə olaraq buxar maşınından istifadə edirdilər. Başqa neft sahibkarları Nobel qardaşlarının bu axtarışlarına, yeniliyə can atmalarına həsədlə baxırdılar. Nobel qardaşları hər  sahədə  pioner idilər. Bütün işlərini elmi əsaslar və yeni texnika  əsasında  qurmağa  çalışırdılar. Onlar qazma işlərində də ilk dəfə elektrik enerjisindən istifadə etməyə başladılar. Nobellərin təcrübəsindən bəhrələnməyə çalışan yerli, xarici kapitalistlər birinci növbədə onların ilk tətbiq etdikləri buxar maşınlarından istifadə etməyə girişdilər. Qazma işləri ilə yanaşı olaraq, Nobel qardaşları əvvəlcədən alıb, saxladıqları torpaq sahələrində kəşfiyyat işlərini də davam etdirirdilər. Bu sahədə Nobellərdən irəlidə gedən ikinci bir şirkət yox idi. Çələkən və Pirallahı adalarında, Putada müntəzəm kəşfiyyat işləri aparılır və getdikcə geniş vüsət alırdı. Lüdoviq Nobel qabağı görən və həmişə axtarışla məşğul olan bir adamdı, bütün maniələri yıxaraq, yorulmadan yeniliyə doğru can atırdı. Onlar neftin emalı sahəsində də yeni axtarışlarla məşğul idilər. Neft emalının mövcud üsulu onları qətiyyən təmin etmirdi. Bu illərdə Qara şəhərdə neftayıran zavodlar tikərək kerosin hasilatı ilə məşğul olanlar vardı. 1869-cu ildə artıq 23 zavod açılmış və onların sayı ildən-ilə artırdı. Lakin icarə sistemi Bakıda neft istehsalının qarşısını alır və məhsuldarlıq azalırdı. İcarə sistemi zamanı neftin istehsalı xeyli aşağı düşmüşdü. Sahibkarlar tələb etməyə başladılar ki, kerosin zavodları və anbarlar üçün icarəyə verilmiş yerlər daimi olaraq, onların xüsusi mülkiyyətlərinə çevrilsin. Nəhayət 1873-cü ildə icarə sistemi ləğv olundu və hökümət böyük neft sahələrinin aksion satışına başladı. 180 desyatin neftli sahələr 3,5 milyon manata xüsusi şəxslərə satıldı. Belə sahələr əsas etibarilə Suraxanada və Bibiheybətdə idi. Suraxana torpaqları uğrunda gərgin rəqabət gedirdi. Əsas rəqabət  Mirzəyev ilə Kokorev arasında idi. Bibiheybətdə isə aksion zamanı H. Z. Tağıyev tərəfindən 3 min manatlıq, Zubalov tərəfindən isə 18 min manatlıq torpaq sahələri alındı. Hər desyatin torpaq alıcılara orta hesabla 20-30 min manata başa gəldi. Bu tədbir ona gətirib çıxardı ki, bu vaxtadək torpaq sahələrini çox qısa müddətə almış və buna görə də müəssisənin texniki quruluşuna böyük xərc çəkmək istəməyən sahibkarlar indi öz şəxsi sahələrinin istismarı üçün əsaslı avadanlıq düzəltməyə başladılar. Görülən tədbirlərin nəticəsində neft hasilatı artmağa başladı. Yeni axtarışlar, səmərələşdirici təkliflər irəli sürüldü. Artıq Amerikadan Rusiyaya nəinki   kerosin   gətirilmir,   əksinə   Bakı   nefti   Amerika   neftini   sıxışdırmağa başlamışdı. İndi rus kerosini xarici bazarları da təmin edirdi. Məsələn, 1881-ci ildə Rusiyadan xaricə göndərilən neft məhsulları bir milyon puddan artıq deyildi. 90-cı illərin əvvəllərində isə bu rəqəm 63 milyon yarıma çatmışdı. Neftin istehsal edilməsinə də bunun böyük təsiri oldu. 1892-ci ildə Balaxanada neft quyuları qazma yolu ilə istismar olunmağa başladı. Bir quyudan bir sutka ərzində təxminən 1000 pud neft çıxarılırdı. Fantanların da sayı artmışdı. Məsələn, 1892-ci ildə Nobel qardaşlarının bir fantanı sutkada bir milyon pudadək neft verirdi. Neft istehsalının artması neftin daşınması məsələsini də vacib məsələ kimi irəli sürürdü. Hər şeydən əvvəl neftin çıxarıldığı yerlərlə onun emal edildiyi yer arasında sərbəst və müntəzəm hərəkət lazımdı. Halbuki, neft mədənlərdən neftayırma zavodlarına arabalarla daşınırdı. Daşınma çox zaman hava şəraiti ilə əlaqədar ləngiyirdi. Neft emalı sürətlə inkişaf edir, daşınma isə ibtidai şəkildə qalmaqda idi. Bu sahədə də ilk addım Nobel qardaşları tərəfindən atıldı. Onlar başqa sahibkarlara müraciət edərək Balaxanadan Qara şəhərə müştərək kəmər çəkməyi təklif etdilər. Lakin onlardan heç kəs bu təkliflə razılaşmadı. Lüdoviq böyük əziyyət və çətinliklə Balaxanadan Qara şəhərə öz hesabına kəmər çəkdirdi. Ona xərc olunmuş 100.000 manatı bir ildə çıxartdı. Kəmərin çəkilməsi nəticəsində neftin zavoda daşınması çox ucuz başa gəldi. Bu kəmər hər gün Balaxanadan Qara şəhərə 24 min pud neft vururdu. Bu iqtisadi cəhətdən Nobel qardaşları üçün çox əlverişli idi. Balaxanada neftin pudu 8 qəpik idi. Nobel qardaşları isə onu Qara şəhərdə 14 qəpiyə satırdılar. Neftin kəmərlə daşınması üçün 6 qəpik alırdı. Arabaçılar isə Balaxanadan Qara şəhərə neftin pudunu 8 qəpiyə daşıyırdılar. Demək pudu 18 qəpiyə başa gəlirdi. Nobellər isə pudunu 14 qəpiyə satırdılar. Bununla belə Nobel qardaşları bundan hər gün 1000 manat pul əldə edirdilər. Nobellərdən sonra «Bakı neft şirkəti» də Balaxanadan Suraxanaya — öz zavodlarına kəmər çəkdirdi. Və çox keçmədi ki, başqaları da bu işə girişdilər. Mədənlərdən zavodlara çəkilən kəmərlərin sayı artdı. Zavodları dəniz sahili ilə birləşdirən daha 37 kəmər çəkildi. Dəniz kənarından kerosin yelkənli gəmilərlə Volqaya taxta boçkalarda göndərilirdi. Bununla əlaqədar olaraq, Bakı şəhərində çəlləkçilik çox inkişaf etmişdi. Şəhərin bir sıra küçələrində çəlləkçilik dükanları açılmışdı. Bu boçkalar əksərən 20 pudluq olurdu və boçkanın pulu da 30 qəpikdən 60 qəpiyədək kerosinin qiymətinin üstünə gəlirdi. Kerosinin boçkalarla daşınması əlverişli deyildi. Əvvəla neft dolu boçkaları yerləşdirmək çətin olduğu üçün gəminin anbarlarından tam istifadə etmək qeyri- mümkündü. Bununla əlaqədar kerosinin xərci də 25 faiz artırdı. İkinci tərəfdən neftin daşınması Bakı çəlləkçilərinin düzəltdikləri boçkalardan asılı olurdu. Bəzən çatdıra bilmirdilər. Daşınma çox zaman gəmi sahiblərindən və havanın vəziyyətindən də asılı idi. Kerosinin su yolu ilə daşınması Lüdoviq Nobeli çox düşündürürdü. Nəhayət nefti maye daşıyan gəmilərlə göndərməyi qərara aldı. Belə bir iş o zaman böyük təcrübəsi olan Amerikada da yox idi. Məlum oldu ki, kerosinin axıcılıq xasiyyətinə görə maye daşıyan gəmilər təsis  etmək  qeyri-mümkündür.  Daşınma  zamanı gəminin maşın şöbəsində əmələ gələn 30-40 dərəcə hərarət kerosin üçün qorxulu idi.  Lakin  buna  baxmayaraq,  dünya  bazarında  Amerika  kerosini  ilə  rəqabət aparmaq məqsədilə Nobel bunu lazım bildi. O gəmi şirkətlərinə təklif etdi ki, bir neçə gəminin anbarını onun layihəsi  əsasında ayrı-ayrı şöbələrə ayırsınlar ki, kerosini onlarda daşımaq mümkün olsun. Bunun müqabilində külli miqdarda pul təklif edirdi. Ancaq gəmi şirkətlərindən heç biri bu işə razılıq vermədi. Lüdoviq Nobel bu çətinliyi də öz çiyinlərində daşımalı oldu. 1877-ci ildə Lüdoviqin öz layihəsi əsasında İsveçdə hazırlanmış «Zaraostra» neftdaşıyan gəmisi-tankeri Xəzər sularına gətirildi. Bu dünyada ilk neft daşıyan tanker idi. Yalnız ondan sonra başqa neft sahibkarları da İsveçdə tanker düzəldilməsi üçün sifariş verməyə başladılar. Zaqafqaziyada dəmir yolunun açılışı və o zaman bütün dünyada ən uzun neft kəməri olan 865 kilometr uzunluğunda Bakı-Batum  neft  kəməri  çəkiləndən  sonra Bakı nefti arası kəsilmədən dünya bazarlarına göndərilirdi. Bu kəmərin çəkilişində görkəmli alim və mühəndis V. Q. Şuxovun böyük xidməti  olmuşdur.  Tankerlər Xəzər dənizinə buraxılandan sonra neftin boçkalarla daşınması tamamilə ləğv olundu. «Nobel qardaşları şirkəti» neftin dəmir yolu ilə daşınmasını ucuzlaşdırmaq üçün amerikalıların təşəbbüsündən istifadə etdi. Dəmir yolu idarəsinə Amerika sayağı vaqon-çən düzəltməyi təklif etdi. Lakin təklifi rədd edildi. Lüdoviq bu işi də özü təşkil etməli oldu. Öz konstruksiyası ilə 100 vaqon-çən düzəldib Qryaze- Saritsin dəmir yoluna verdi. Hətta özunün dəmir  yolu  komandasını  və  vaqonları təmir emalatxanasını təşkil etdi. Sonralar dəmir yolu  özü  belə  vaqon-çənlər hazırlayıb bütöv qatarlar düzəltdi. Lüdoviq Nobeli düşündürən bir məsələ də neft ticarəti sahəsində yeni qaydaların yaradılması idi. Saysız-hesabsız neft ticarəti vasitəçilərindən yaxa qurtarmaq, bilavasitə alıcılarla əlaqə saxlamaq məqsədilə böyük şəhərlərdə, dəmir yolu stansiyalarında nefti saxlamaq üçün iri dəmir rezervuarlar düzəltdi. Bu böyük xərcə başa gəlsə də bundan çəkinmədi. Volqa boyu şəhərlərində belə dəmir çənlərin sayı ildən-ilə artdı. Neft istehsalının ayrı-ayrı sahələrində böyük irəliləyişə baxmayaraq, neft sənayesinin vəziyyəti bir o qədər də yaxşılaşa bilməmişdi. Çünki icarə sistemi ləğv olunsa da, 1875-ci ildə aksiz sistemi tətbiq olunmuşdu. Bu neft məhsullarına qoyulan əlavə vergi idi. Doğrudur, neftli torpaqların xüsusi əllərə keçməsindən sonra neft istehsalı sürətlə inkişaf etsə də bazarlarda kerosin pis satılırdı. Sahibkarların fəaliyyətində böhran başlamışdı. Neft sahibkarları bunun səbəbini aksiz sistemində görürdülər. Böhrandan bircə çıxış yolu vardı. O da aksiz sisteminin ləğvi idi. Qəzetlər də sahibkarların səsinə qoşularaq, aksiz əleyhinə öz etirazlarını bildirirdilər. 1877-ci ildə aksiz sistemi ləğv olundu. Neft hasilatı daha da artdı. Neft zavodlarında isə neftayırma hələ də ibtidai üsullarla aparılırdı. Bunun nəticəsində də alınan kerosin aşağı səviyyədə olub, bazarlarda Amerika kerosini ilə rəqabət apara bilmirdi. 1873-cü ildə Təbrizov tərəfindən neft ayırmaq üçün yeni aparat kəşf edildi. Bu aparat Nobel qardaşlarının zavodunda quruldu və o vaxtdan neft fasiləsiz olaraq, distillə olunmağa başladı. Alınan məhsul Amerika kerosinindən heç də əskik olmayıb, bəlkə də öz təmizliyi ilə ondan üstün idi. 1886- cı ildə Şibayevin zavodunda da yeni bir aparat quruldu. Bu distillə qurğusu V. Q. Şuxov və F. A. İnçik tərəfindən ixtira olunmuşdu. Nobel qardaşları neft emalını texniki cəhətdən təkmilləşdirmək üçün işə lap ibtidaidən başladı. Başqa sözlə desək Bakı neftini elmi-laboratoriya yolu ilə tədqiq etmək niyyətilə böyük hazırlıq işləri apardı. Əvvəlcə Bakıda, sonra isə Peterburqda kimya laboratoriyaları təşkil etdi. Əlbəttə, bu işdə ona İsveçdə yaşayan kimyaçı qardaşı Alfred öz məsləhətləri ilə yaxından kömək edirdi. Əldə edilən hər bir kəşf dərhal mədən və zavodlara tətbiq olunurdu. Kerosinin keyfiyyəti barədə bu dərəcədə qayğı və fasiləsiz nəzarət şirkətin məhsullarına ümumdünya şöhrəti qazandırdı. 1895-ci ilin mart ayında neftin emalı səviyyəsini yoxlayan komissiya şirkətin zavodunda bir pud kerosini belə keyfiyyətsiz hesab etməmişdi. Yorulmaq bilməyən Lüdoviq bir sıra laboratoriya təcrübələri nəticəsində Amerikada və Avropada hələ məlum olmayan neftin fasiləsiz emalına nail oldu. Əsrin axırında neft istehsalının 20 faizini, kerosin emalının 40 faizini «Nobel qardaşları şirkəti» verirdi, 18-ci ildə «Nobel qardaşları şirkəti» Rotşildə məxsus «Mazut cəmiyyəti» ilə birləşib «Nobel-Mazut» inhisar birliyi yaratmışdılar. Rusiyanın bütün daxili bazarlarında birlikdə hegemonluq edirdilər. Xəzər dənizi vasitəsilə Rusiyanın bazarlarına daşınan duru yanacağın 57 faizi, sürtgü yağlarının 57,5 faizi və ixrac olunan neftin 60 faizi bu şirkətlərin əlində idi. A. M. Mantaşov, K. S. Şibayev Oleum, «Q. M. Leonozovun oğlanları» kimi şirkətlər çıxardıqları bütün yanacağın satın hüququnu «Nobel-Mazufa verməyə məcbur olmuşdular. 1908-ci ildə „Nobel qardaşları şirkəti“ müxtəlif sənaye sahələrini birləşdirən iri kapitalist konserninə çevrilmişdi. Nobellərin neft imperiyasında 25 mindən artıq adam işləyirdi. Tərkibinə əsas kapitalı 150 milyondan çox olan 25 müxtəlif müəssisə daxil idi. Dünyanın kerosin bazarında bölüşdürülməsində Rotşild və Rokfeller ilə bərabər fəal iştirak edirdilər. Lüdoviq işgüzar və eyni zamanda maarifpərvər bir sahibkar idi. İmperator rus texniki cəmiyyəti Bakı şöbəsinin əsasını qoyanlardan biri idi. Cəmiyyətin işlərində yaxından iştirak edirdi. Onun irəli sürdüyü təşəbbüslər və təkmilləşdirmələr çox çəkmədən ictimaiyyətin malı  olurdu.  O  öz  yeni ideyalarından heç zaman yalnız özü üçün istifadə etmirdi. O əməklə qazanılmayan pulları sevməzdi. Bu onun təbiətinə müğayir idi O adətən deyirdi: „O gün ki, işləmək istəmirsən, o gün də yeməməlisən“. Lüdoviq birja alveri ilə heç zaman məşğul olmazdı. Ona hər dəfə öz işini əlverişli şəraitdə xaricə satmaq təklif olunduqda deyərdi: „Siz istəyirsiniz ki, mən pullarımı faizli kağızlara  çevirib, kupon kəsmək üçün qayçı alım və onları satmaq üçün birjaya girim? Mən bunu istəmirəm. Mənə pul yox, iş də lazımdır“. O işlədiyi sahədə rəqabət aparmağı sevir və yorulmadan yeni yollar axtarırdı. Lüdoviqin əsas prinsiplərindən biri də çalışan adamların taleyini müəssisənin taleyi ilə bağlamaq  idi.  Çoxlu  qazanc  əldə  etmək üçün xidmətçi və fəhlələrin qayğısına  qalmağı  vacib  hesab  edirdi.  Uğurlu  işdən ötrü kontorun xidmətçilərinə, müəssisənin fəhlələrinə mükafatlar verirdi. Onlara yataqxanalar tikdirmiş və bu yataqxanaları isti su və xörəklərlə təchiz  edirdi. Bakıda yaşayan fəhlələr hər səhər Pyotr meydanında olan körpüdən barjlarla Qara şəhərə işə daşınır və axşam evlərinə qaytarılırdı. Qara şəhərin neft qurğuları içərisində   böyük   torpaq   sahəsi   alıb,   park   saldırmışdı.   Bu   parkda   istirahət guşələrindən başqa klub da vardı. İndi Nizami adına olan park o zaman Villa Petrolea adlanırdı. Lüdoviq ilin çox ayını Peterburqda keçirirdi. Daimi axtarışlar, məhsuldarlığı artırmaq üçün gecəli-gündüzlü çalışmalar nəhayət onu yorur. Buna görə Peterburqu tərk edərək Avropanın cənubuna gedir və 1886-cı il martın 31-də orada 57 yaşında ikən ölür. Lüdoviqin ölümündən hələ çox əvvəl şirkət onun böyük oğlu Emanuilin əlinə keçmişdi. 1904-cü ildə şirkətin 25 illiyi qeyd edilərkən onu təsis edənlərdən heç biri sağ deyildi. Şirkətin heyəti aşağıdakılardan ibarət idi. 1.Emanuil Lüdoviqoviç Nobel (sədr),  2. İ. O. Olsen.  3. M. M. Belyamin. 4. Y. Q. Krussel. 5. Xaqelin. 25 illik yubiley günündə şirkət aşağıdakıları qərara almışdı: Yubiley günləri üçün nəzərdə tutulmuş 100 min manat hərbi zamanın ehtiyacları üçün əlahəzrət imperatoriçə Aleksandra Fyodorovnanın sərəncamına verilsin.Bakıda şirkət işçilərinin uşaqlarından ötrü məktəb tikilməsi üçün 100 min manat ayrılsın. Məktəb də belə adlansın: ”Nobel qardaşları neft istehsalı şirkətinin 25 illiyinə xatirə məktəbi”.Şirkət işçilərinin ali məktəblərində oxuyan övladları üçün 250.000 manat ayrılsın.Şirkətdə tam 25 il işləyən xidmətçilər üçün 360 min manat ayrılsın. 5.Şirkətdə 25 il işləyən fəhlə və matroslara bir aylıq maaşları miqdarında əmək haqqı verilsin.Şirkətin bütün fəhlə və xidmətçilərindən əsgərliyə çağırılanı varsa, onlara bir dəfəlik bir aylıq maaşları miqdarında pul verilsin və əsgəri xidmətdə olduqları müddətdə maaşlarının 50 faizi ailələrinə verilsin və əsgərlikdən qayıtdıqda işə qəbul edilsinlər. 1877-ci ildə Nobellər tərəfindən tutulmuş layihəyə görə müəssisədən gələn təmiz gəlirin 50 faizi xidmətçilər arasında bölünürdü: 1905-ci ildə qanunda olan nizamnaməyə görə gəlirin 40 faizi əməkçilər və fəhlələr arasında bölünürdü. Bu nizamnamənin necə həyata keçirildiyini deyə bilmərik. Çünki əlimizdə heç bir sənəd yoxdur. Lakin bir faktı göstərmək lazımdır ki, o illərdə başqa neft şirkətlərində işləyən fəhlə və qulluqçuların Nobel qardaşlarının müəssisələrində işləməyə can atmaları bəlkə buna görə də təsadüfi deyildi. Etiraf etmək lazımdır ki, Bakıda neft istehsalının inkişafında, neftin emal edilməsində, daşınmasında və saxlanılmasında Nobellərin böyük xidməti olmuşdur. Neft sahəsində texniki yeniliklərin demək olar ki, əksəriyyəti onlara aid idi.   Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR  Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7  
['Bakı şəhəri', 'Bakının tarixi', 'Nobel qardaşları', 'Nobel', 'Bakı nefti', 'Azərbaycan nefti']
996
https://kayzen.az/blog/intellekt/19087/montessori-t%C9%99limi.html
Montessori təlimi
Apollon
İntellekt və təhsil
27 iyun 2016, 20:41
Montessori təlimi. Bu adı son zamanlar çox eşidirik və şəhərin bir sıra bağçalarında bu təlim tətbiq edilir. Bəs Montessori təlimi nə deməkdir? Bu təlim Mariya Montessori tərəfindən yaradılıb.  Montessori kimdir? 26 yaşında İtaliyanın ilk qadın həkimi olan Montessori 1896-cı ildə universitet xəstəxanasında (San Giovanni Hospital) həkim assistenti kimi işləməyə başlayır və ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Uşaqlar boş otaqlarda saxlanılırdı, onlarla demək olar ki, ünsiyyət qurulmurdu, oyuncaq və kitabları yox idi. Bir dəfə Mariya qəribə bir hadisənin şahidi olur: nahardan sonra uşaqlar çörək qabığı tapırlar və onu əzirlər. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Mariya onlara sadə əşyalar – qutular, parçalar gətirməyə başlayır, tez bir zamanda uşaqların davranışında müsbətə doğru dəyişiklik müşahidə olunur. Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır.  Mariya Montessori pedaqogika, psixologiya və antropologiyanı tədqiq etməyə başlayır, fransız psixoloqları Qaspar İtard (fransız həkimi) və Eduard Segenin (fransız psixiatrı) əsərlərini oxuyur, Jan Piaje (isveçrəli psixoloq və filosof), Anna Freyd (Britaniya psixoloqu Ziqmund Freydin kiçik qızı) ilə müzakirələr edir, müşahidələr və təcrübələr aparır, nəticələrin üzərində düşünür. Tədqiqatları və mütaliələri əsasında belə qərara gəlir ki, əqli geriliyi olan uşaqlar tibdən daha çox, pedaqogikanın problemidir, bu səbəbdən də onlarla xəstəxanada deyil, məktəbdə məşğul olmaq lazımdır. Beləliklə, 1907-ci il yanvarın 6-da ilk Montessori məktəbi açılır. Bu, Roma ətrafında San-Lorensoda fəaliyyət göstərən Casa dei Bambini olur.  Mariya Montessori ömrünün neçə ilini uşaqlarla bağlı təlim-tərbiyə metodlarını araşdırmaq və yaratmaq üçün sərf etmiş, minlərlə pedaqoq yetişdirmişdir. Uşaqlara göstərdiyi inanılmaz təsiri nəticəsində bu təlim geniş tətbiq edilməyə başladı. Getdikcə Amerika və Avropada yayıldı. Bu metod ən çox Hollandiyada tətbiq edilir. İkinci Dünya Müharibəsi ərəfəsində isə Montessori siyasətə boyun əymədiyi üçün qadağan edilir. Bu səbəbdən o, müharibə bitənədək Hindistanda yaşayır və orda oğlu ilə birlikdə minə yaxın montessori-pedaqoq yetişdirir.  Zamanla Montessorinin davamçıları sistemə uyğun olaraq onu daha da işləyib təkmilləşdirdilər. İndi bu təlim dünyada geniş yayılıb. Autizmli və digər problemi olanlarla yanaşı sağlam uşaqlara da tətbiq edildikdə inanılmaz nəticələr əldə edilib. Montessori təlimi şəxsiyyət yetişdirməkdə hələ ki, ən mükəmməl və yeganə təlimdir.  Montessori təlimçisindən evdə edə biləcəyiniz 6 tapşırıq   Montessori haqqında daha geniş bilgi əldə etmək üçün şəhərimizin bağçalarından birində montessori təlimçisi olaraq çalışmış Gülay Cavadova ilə söhbətləşdik.  — Montessori təlimi haqqında nə danışa bilərsiniz? — Bu təlim sistemini keçən uşaq gələcəkdə bir şəxsiyyət kimi formalaşacaq. Uşağa özünü tanımaq, sərbəst şəkildə özünü idarə etmək, qərar vermək, yaşadığı çevrəyə hörmət etmək, danışaraq problemi həll etmək, özündən böyükləri izləyib kiçiklərə nümunə olmaq və s. kimi müsbət keyfiyyətlər aşılanır. Montessori sistemini bir kəlmə ilə ifadə edim — “Mənə kömək et ki, mən özüm edə bilim”. Uşaqlar bu sistemdə səbrli və diqqətli olmağı öyrənir. — Bəs bu nailiyyətlər necə əldə olunur? Sistem fərqli nə edir ki, uşaq bunları mənimsəyir? — Hər uşağın özəlliyini tapır, bunun əsasında uşaqla davranır. Adətən biz uşaqlarla söhbət edəndə, ayaq üstəyiksə, yuxarıdan aşağı baxaraq danışırıq. Bu zaman o, özünü kiçik kimi tanıyır. Amma montessoridə uşaqla söhbət edəndə onun boyu bərabərinə enib, oturub söhbət edirsən. Bu da onun özünü qarşısındakı səviyyəsində hiss etməsinə şərait yaradır. Özünəinamı artır. Uşaqlar “Sən bunu düz etmədin” deyəndə xoşlamırlar. Montessori isə müəllim və ya bu sistemi bilən hər bir anaya bu sözləri işlətməyə icazə vermir. Səhv olduqda sakitcə dayanır ki, uşaq özü öz səhvini tapsın. Bununla da uşaq kəşf edərək öyrənir. Sadəcə ana və ya müəllim istiqamətverici rol oynayır. Bir işi düzgün edəndə də “afərin” demirik, deyirik “yaxşıdı, amma sən bundan da gözəl edə bilərsən”. Bununla daxili intizamı artır. — Dərslərin keçirilməsi haqda nə deyə bilərsiniz?  — Dərslər keçirilən otaq, ortam tam sakit olur. Çünki heç olmasa 1 ay bu təlimi keçən uşaq özü sakitliyə riayət edir, dostlarına mane olmur. Bununla da ortam tam sakit olur. Baxanda montessori otağındakı vəsaitlər oyuncağı xatırladır. Amma əslində onların hər biri çalışmadı. 5 bölməli olur montessori: günlük yaşam, duyğu, riyaziyyat, nitqin inkişafı, kosmik təlim. Riyaziyyat bölməsində təlim keçən 5 yaşlı uşaq artıq 4 rəqəmli çalışmanı toplaya, çıxa, vura, bölə bilir. Və yaxud günlük yaşam bölməsində ətrafımızda gördüyümüz hər bir avadanlıqla uşaq sərbəst rəftar edə bilir. Qapını səliqə ilə örtmək, stulu səliqə ilə çəkib oturmaq, stolun tozunu astadan almaq, burnunu sərbəst şəkildə silmək, gülləri sulamaq və s. Bununla bərabər duyğu bölməsində uşaq gözü yumulu nəyinsə materialını hiss edib adını deyir, bu da onun əzələ və duyğusunu güclü inkişaf etməsinə gətirib çıxarır. Bu sistemdə uşağa cəza və mükafat vermək qəti qadağandır.  — Bəzən uşaqlar kaprizli dönəmlərdən keçirlər, çox ağlağan olurlar, tərslik edirlər. Bu hallarda montessori nə məsləhət görür? Yəni necə davranmaq lazımdır?  — Bir şəkildə onu ətrafda, əlinin altındakı nə iləsə cəlb edib, sakitləşdirib, fikrini tamamən yayındırırsan. Məsələn, elementar pazzlı götürüb deyirsən, “bax, sən bir ev tikə bilərsən, bir quş hazırlaya bilərsən”. Xörəyi yemirsə, demirsən “atan gəlsə, deyəcəyəm”. Deyirik “əziz balam, xörəyi yeməsən, yaşıdların səni ötüb keçəcək, sənsə bapbalaca qalarsan, utanarsan”. Beləliklə, o heç vaxt istəməz şəxsiyyəti alçalsın və razılaşacaq. Danışaraq problemi həll etmək budur. Montessori uşağa səbrli olmağı öyrədir. Bizdə bir çalışma var: maşa ilə noxud götürmə. Siz təsəvvür edin, bir uşağın başı balaca maşa ilə balaca noxud götürməyə qarışırsa, onda nə əsəb qalar, nə də kapriz. Bilirsiz, Montessori fikir vermişdi ki, uşaqların ev, məişət əşyalarına diqqəti, marağı daha çoxdur, nəinki oyuncaqlara. Ona görə elə çalışmalar hazırlamışdı ki, uşaq montessori otağına daxil olanda çevrə onu istər-istəməz cəlb edir. Montessori təkcə sağlam deyil, əngəlli uşaqları da düşünüb. Əsasən də, hiperaktiv, daun sindromlu uşaqların diqqəti üçündü bu sistem. Montessori karlar üçün 6-cı duyumu da yaratmışdır: bu, əzələ hafizəsidir. Toxunur bir şeyə, əzələ hafizəsi il cavab verir. Bu sistem gələcəyin yetişdirəcəyi şəxsin modelini sanki qabaqcadan yaradır. Uşağa sadəcə istiqamət verilir. Elə o sərbəstliyi sayəsində özünü tanıyır üzə çıxarır. Məncə, montessori dövrümüzün tələblərinə cavab verən ən doğru təlim metodudur.  -Valideynlərə bu təlimdən evdə edə biləcəkləri bir-iki tapşırıq deyə bilərsiniz? — Bayaq dediyim kimi montessori çalışmaları gündəlik məişətdə istifadə edilən vəsaitlərdən hazırlayıb. Buna görə heç çətinlik çəkmədən bir neçə çalışma hazırlaya bilərlər evdə.  Tapşırıqlar: 1. Qaşıqlama çalışması: orda xüsusi qablardadı, ev şəraitində bildiyimiz maskuranı istifadə edə bilərik. 2 maskura, bir sini və 1 çay qaşığı gotürürük. Maskuraları sininin içinə biri sol tərəfdə, biri isə sağ tərəfdə olmaqla yerləşdiririk. Sol tərəfdəkinə mərci və ya qarabaşaq, yəni xırda dənli bitki toxumu tökürük. Sağ tərəfdəki isə boş qalır. Uşaqla məşğul olan şəxs isə uşağı sol tərəfində oturur. Burda məqsəd, nəyisə anladan zaman uşağa görməkdə mane olmamaqdır. Uşaq stulda düz oturur, qaşıqla sol tərəfdəki dənləri götürüb, səliqə ilə boş qaba qoymalıdır. Fərq etməz nə qədər götürməsi. Əsas odur ki, səliqə ilə dağıtmadan bunu etsin. Əgər uşaq hövsələsizlik edib, əli ilə götürmək istəsə, və ya tamamən bu qabdan o qaba boşaltmaq istəsə, bu zaman ona izah edib yenidən həvəsləndirməyə çalışmaq lazımdır. Bir az istirahət edib yenidən cəhd etmək olar. Bu çalışmanın məqsədi isə, yazı bacarığını inkişaf etdirməkdir. Soldan sağa yazmaq. Bununla yanaşı, burada həm də iki barmaq motorikası, biləklər işləyir. Səbr formalaşır. 2. İrini xırdadan ayırmaq üçün belə bir çalışma etmək olar. 3 maskura götürürük. Birinə (sol tərəfdəkinə) xırda dənli bitki (qarabaşaq) və üzərinə də çox narın bir bitki və ya un tökürük (balaca süzgəcdən keçə biləcək narınlıqda olmalıdır). Sağ tərəfdə isə biri yuxarıda, biri aşağıda olmaqla iki maskura qoyuruq. Yenə siniyə qoyuruq nə dağılırsa, ora dağılsın, həm də uşaq səliqə-sahman öyrənir, anlamalıdır ki, harda gəldi, necə gəldi işləmək olmaz. Süzgəci götürüb sağ tərəfdə yuxarıdakı maskuranın içinə qoyuruq. Sol qabdakı qarabaşaqla mannını qaşıqla qarışıdırıb, 1 qaşıq tökürük süzgəcin içinə. Sonra yenə qaşıqla qarışdırırıq ki, süzgəcdən dənlər tökülsün. Bu zaman uşağa həvəsləndirici sözlər demək lazımdır: “bax gör sən nə elədin? Xırdanı böyükdən ayırdın. Necə oldu bu?” Axı o, hələ balacadı, onun üçün bunu etmək böyük bir şeydi. Belə olduqda uşaqda özgüvən artar. Süzgəcdə qalan qarabaşaqları isə digər boş qaba boşaldırıq. 3. Uşaqlar çox zaman bir qabdan digərinə su tökə bilmirlər. Bu çalışma bunun üçündür. İki balaca qrafin götürürük. Biri boş olur, digərinə isə bir miqdar su tökürük. Boş qrafini sol tərəfə, dolu olanı isə sağ tərəfə qoyuruq. Bir də mütləq su ilə olan çalışmalarda uşağın yanına balaca da olsa, dəsmal qoyuruq ki, bir damcı belə su dağılsa, özü silə bilsin. Və uşaq sağdakı qrafindən soldakı qrafinə suyu ehmalca boşaldır. Diqqət edin: dənlilərlə olan çalışmalarda soldan sağa işləyirdiksə, burada sağdan sola işləmək lazım gəlir. Burada məqsəd beynin hər iki yarımkürəsini inkişaf etdirməkdir. 4. Rəqəmləri uşağa rahat şəkildə öyrətmək üçün belə bir üsul çox uğurludur: satışda balacalara rəqəmləri və hərfləri öyrətmək üçün müxtəlif vəsaitlər var. Məsələn, taxta lövhələr, plastik, başı yumru çubuqlar və s. Bunlardan hansınısa əldə edin, üzərindəki rəqəmi və ya hərfi zərli dırnaq boyası ilə səliqəylə rəngləyin. Bu zaman həmin yazı əlinizi sürtdükdə hiss olunacaq və fərqli materiala oxşayacaq. Uşaq əllərini bu yazıya gəzdirərək onu hiss edir və onu beyninə yazır. Gələcəkdə yazmağa başlayanda bu bilgilər köməyə gələcək. Təbii ki, bunların montessori proqramında xüsusi taxtadan vəsaitləri var. Bu üsul tapşırığı ev şəraitində yerinə yetirə bilmək üçündür. 5. Boş qutuları atmayın saxlayın, məsələn plastilin qutularını (ağzı qapaqlı). 3-dən çox qutunu götürürük. Birinin içinə şəkər, birinin içinə düyü, birininkinə 2 lobya, digərinə qabıqlı fındıq qoyuruq. Sayı istəyinizə görə dəyişə bilərsiniz. Qabların ağzını kip bağladıqdan sonra hər qabı 1 dəfə sağa və 1 dəfə də sola tərpədib uşaqdan səsini yadda saxlamasını tələb edirik. Çox silkələmək olmaz. Çünki çaşqınlıq yarada bilər. İkinci qabı tərpətdikdən sonra uşaqdan hansının səsinin daha nazik və ya qalın olduğunu soruşuruq. Bu çalışmanın musiqi duyumu ilə əlaqəsi yoxdur. Bu, tam diqqət çalışmasıdır və diqqəti artırmağa yardımçı olur. Uşaq diqqəti toplayıb fikirləşir və səsləri seçir. Diqqət edin ki, özünüz də qabları səhv salmayasız. Qabların altını dırnaq boyası ilə nömrələyin. Çünki bir dəfə yanlış desəniz, uşaq elə o cür yadda saxlayacaq. 6. Daha bir asan çalışma: Bir qədər dərin siniyə mannı tökürük, qabın dibi görünməmək şərti ilə. Sonra üzərində barmağımızla rəqəmləri bir-bir cızırıq. Bu yolla uşaq həm rəqəmləri yadda saxlayır, həm də necə yazmağı öyrənir. Aysel Babayeva ailem.az 
['uşaq psixologiyası', 'uşaqların inkişafı', 'Montessori təlimi', 'Mariya Montessori']
997
https://kayzen.az/blog/edebiyyat/19110/%C3%BC%C3%A7-sual-lev-tolstoy.html
Üç sual – Lev Tolstoy
pascal
Ədəbiyyat
26 iyun 2016, 11:23
Günlərin bir günü padşahın ağlına belə bir fikir gəldi ki, əgər o, həmişə hər şeyi başlamaq üçün doğru zamanı, sözünə güvəniləsi və əksinə uzaq dolanılası  insanları,  ən əsası isə  özü üçün  ən vacib məşğuliyyətin nə olduğunu bilsəydi, öz üzərinə götürdüyü hər işdə müvəffəqiyyət qazanardı. Bu fikir ağlına gələr-gəlməz o, bütün padşahlığa elan etdi ki, kim ona həyatda atılan hər   addım üçün doğru zamanı, həyatda onun üçün ən vacib insanları  və ən vacib məşğuliyyətin nə olduğunu desə, o şəxsi böyük mükafat gözləyir. Padşahlığın bütün oxumuş, savadlı adamları padşahın yanına gələrək onun suallarını müxtəlif cür cavablandırdılar. Birinci suala cavab olaraq bəziləri dedi ki, hər atılan addımın  doğru zamanını bilmək üçün əvvəlcədən gün, ay və illərdən ibarət  bir cədvəl tərtib etmək və ciddi şəkildə cədvələ uyğun yaşamaq lazımdır. Yalnız bu halda, hər şey öz lazımi vaxtında yerinə yetirilə bilər. Digərləri isə dedi  ki, hər atılan addım üçün doğru zamanı əvvəlcədən müəyyənləşdirmək qeyri-mümkündür, lakin ötüb keçən zamana da laqeyd qalmamaq, bütün baş verən hadisələrə diqqət ayırmaq və daha sonra isə ən lazımi işi görmək lazımdır. Bir qisim adamlar da deyirdi ki, padşah nə qədər  baş verənlərə qarşı diqqətcil  olsa da, yenə də hər addım üçün doğru zamanı tam dəqiqliklə  müəyyən etmək  mümkün deyil  və gərək ki, padşahın müdrik adamlardan seçilmiş vəzir-vəkili  olsun və ona hər şey üçün doğru zamanı müəyyən etməkdə kömək etsin. Bəzisi isə deyirdi  ki, elə  şeylər vardır ki, onlar haqqında qərarı dərhal qəbul etmək lazımdır;  “Görəsən bu işi edim, ya yox?” — cavabsa vəzir-vəkilin  qərarını  gözləməyəcək və ən  doğru qərar vermək üçün sonradan nə baş verəcəyini öncədən bilmək lazımdır. Gələcəyi isə yalnız münəccimlər görə bilər və buna görə də hər addımın  doğru zamanını bilmək üçün gərək padşah münəccimlə məsləhətləşsin. İkinci suala da eynilə bu cür müxtəlif cavablar  verilmişdi. Bəziləri deyirdi ki, padşaha ən önəmli şəxslər müşavirlərdir, bəziləri isə bunun keşişlər, həkimlər olduğunu, bir qisim adamlar  isə döyüşçülərin ən önəmli şəxslər olduğunu deyirdilər. Üçüncü, ən vacib məşğuliyyətin  nə olduğu sualına isə, bəziləri “elm” cavabını verirdi. Digərləri isə hərbdə göstərilən şücaət, başqa bir qisim isə bunun ibadət olduğunu deyirdi. Cavablar müxtəlif olduğu üçün, padşah onların heç biri ilə razılaşmadı və  heç kəs də mükafat ala bilmədi. Lakin hələ də suallarına cavab tapmaq arzusunda olan padşah qarara gəldi ki, öz müdrikliyi ilə xalq arasında nam qazanmış zahidlə məsləhətləşsin. Zahid bir meşədə yaşayar, heç vaxt ordan ayrılmazdı. O, adi xalqdan başqa heç kimi öz yanına qəbul etmirdi. Buna görə də, padşah əyninə sadə paltar geyib zahidin yaşadığı yerə  çatmamış  atından endi və təkbaşına yoluna  davam etdi. Padşah  yaxınlaşanda, zahid öz daxmasının qarşısında yeri qazmaqla məşğul idi. Padşahı görüb ona salam verdi və yenidən işinə davam etdi. Zahid taqətsiz və cılız idi. Hər dəfə beli torpağa sancanda və azacıq torpaq çevirəndə, ağır-ağır nəfəs alırdı. Padşah ona yaxınlaşıb dedi: — Müdrik zahid,  sənin yanına ondan ötrü gəlmişəm ki, mənim üç sualıma cavab verəsən: Necə edim ki, doğru zamanda doğru addımı atım? Mənə ən çox lazım olan, digər insanlardan daha çox qayğı, diqqət göstərməli olduğum insanlar kimdir? Və ən nəhayəti, hansı işlər ən önəmlidir, mən nəyə daha çox zaman ayırmalıyam? Zahid padşaha qulaq assa da, heç bir şey demədi. O, əlinin içinə tüpürdü və yeri qazmağa davam etdi. — Sən yorğunsan,  padşah dedi, — beli mənə ver, qoy bir az sənin üçün iş görüm. — Çox sağ ol! — zahid cavab verdi və beli padşaha verərək torpağın üstündə əyləşdi. İki dəfə  qazmışdı ki, padşah dayandı və suallarını bir daha təkrar etdi. Zahid yenə də heç bir cavab vermədi, ayağa qalxıb əlini belə uzadaraq dedi: — İndi isə bir az dincəl, qoy bir az da mən işləyim. Ancaq padşah beli ona vermədi və qazmağa davam etdi. Beləcə bir-iki saat keçdi. Günəş ağacların arxasında batmaq üzrə idi və padşah nəhayət beli torpağa sancaraq dedi: — Müdrik zahid, mən öz suallarıma cavab tapmaq üçün sənin yanına gəlmişəm. Əgər heç bir cavab verməyəcəksənsə, de, işimi bilim,  evimə qayıdım. — Kimsə qaçaraq bura gəlir, — zahid dedi, — baxaq görək kimdir. Padşah dönüb arxaya baxdı  və meşədən qaçıb gələn saqqallı bir kişi gördü. O, əlləri ilə qarnını sıxmışdıvə barmaqları arasından qan axırdı. Kişi padşaha çatanda, taqətsiz halda inildəyərək yerə yıxıldı və  huşunu itirdi. Padşah və zahid yaralı adamın paltarını açmağa başladı. Onun qarnında böyük bir yara var idi. Padşah yaranı bacardığı qədər yaxşı-yaxşı yuyub, öz əl yaylığı və zahidin məhrəbası  ilə sarıdı. Lakin qan dayanmırdı və padşah isti qanla islanmış sarğını dəfələrlə açıb, yaranı yuyaraq  bir daha sarıyırdı. Qan dayananda yaralı  ayıldı və içməyə  bir şey istədi. Padşah təmiz su gətirib ona verdi. Bu vaxt günəş artıq batmışdı və hava sərin idi. Buna görə də padşah zahidin köməyi ilə yaralı adamı daxmaya apardı və çarpayıya uzatdı. Yaralı çarpayıda uzanaraq gözlərini yumdu və sakitləşdi. Lakin padşah piyada gəzdiyi və çox işlədiyi üçün  o qədər  yorğun idi ki, qapının ağzındaca çömələrək yuxuya getdi. O qədər bərk yatmışdı ki, bütün bu, qısa yay gecəsi boyu heç oyanmadı. Səhər isə  oyananda, uzun müddət harada olduğunu və çarpayıda uzanaraq  işıldayan gözlərlə  ona diqqətlə baxan   saqqallı yad adamın kim olduğunu düşündü. — Məni bağışla! — saqqallı adam padşahın artıq oyandığını və  ona baxdığını görərək alçaq  səslə dedi. — Mən səni tanımıram və bağışlanmalı da bir şey yoxdur zənnimcə. — Düzdür, sən məni tanımrsan, amma mən səni tanıyıram. Mən sənin düşməninəm, qardaşımı edam etdirib  mal-mülkünü ələ keçirdiyin üçün səndən qisas almağa and içmişdim .Zahidin yanına tək gələcəyindən xəbərim var idi və qərara aldım ki, qayıdanbaş səni öldürüm. Amma bir gün keçsə də, sən qayıtmadın. Mən də gizləndiyim pusqudan çıxıb səni axtarmaq qərarına gəldim, lakin sənin mühafizəçilərinlə rastlaşdım və onlar məni tanıyaraq yaraladı. Onlardan qaçıb canımı qurtara bildim, amma sən mənim yaramı sarımasaydın, qanaxmadan öləcəkdim. Mən səni öldürməyi arzulayırdım, sən isə mənim həyatımı qurtardın. İndi isə əgər mən sağ qalsam və əgər sən buna izin versən, mən sənə ən sadiq qulun kimi  xidmət edəcəm və oğullarıma da sənə xidmət etməyi buyuracam. Keç günahımdan! Padşah öz düşmənilə belə asanlıqla barışıq əldə etdiyinə və onun kimi bir dost qazandığına görə çox şad idi. Belə ki,  o, sadəcə, onu bağışlamaqla qalmadı, öz qulluqçuları və şəxsi həkimini ona baş çəkməyə göndərəcəyinəvə mal-mülkünü yenidən qaytaracağına dair söz də verdi. Yaralı adam getdikdən sonra, padşah eyvana çıxaraq zahidi gəzən  baxışlarla ətrafa nəzər saldı. Getmədən öncə o, son bir dəfə öz suallarına cavab tapmaq üçün zahidlə danışmaq fikrində idi. Zahid çöldə idi, öz dizləri üstündə oturaraq bir gün öncə qazılmış laylara toxum səpirdi. Padşah ona yaxınlaşaraq dedi: — Son dəfə suallarıma cavab vermən üçün səndən xahiş edirəm, ey müdrik insan. — Sən artıq sualların cavabını bilirsən! — zahid öz nazik qıçları üstündə əyilmiş halda  qarşısında dayanan padşaha baxaraq dedi. — Necə yəni artıq cavabını bilirəm? Nə demək  istəyirsən? — padşah soruşdu. — Görmürsənmi, — zahid cavab verdi — dünən sən mənim halıma  acımadan, torpağı mənim üçün qazmayıb, əvəzində çıxıb getsəydin, o adam səni yaxalayacaqdı və sən də mənimlə qalmadığına görə peşman olacaqdın. Belə ki, o zaman ən önəmli an sənin torpağı qazdığın an idi və mən də ən önəmli adam idim. Mənə yaxşılıq etmək isə sənin o an ən vacib məşğuliyyətin idi. Daha sonra, o adam bizə tərəf qaçanda, ən vacib an, sənin onun qeydinə qaldığın an  idi, çünki əgər sən onun yarasını sarımasaydın, o, səninlə olan ədavətə son qoymadan  öləcəkdi. Beləliklə, o, ən vacib adam idi və sənin ona etdiklərin də sənin ən vacib məşğuliyyətin idi. Odur ki, yadda saxla: Vacib olan sadəcə bir an var — İndi! Bu, ən vacib andır, çünki yalnız bu anda biz bir şeylər etmək iqtidarında oluruq. Ən vacib adam isə, indi səninlə, sənin yanında  olan adamdır, çünki heç kəs bilə bilməz ki, o, daha sonra səninlə olacaq ya yox. Və nəhayət, ən vacib məşğuliyyət, yaxşılıq etməkdir,  çünki insan yalnız bunun üçün yer üzünə göndərilib! Tərcümə etdi: Nərmin Musayeva
['Üç sual', 'Lev Tolstoy', 'hekayə', 'ədəbyyat']
998
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/18884/li-%C5%9Fi-min-taytszun.html
Li Şi Min (Taytszun)
luminat
böyük hərbi xadimlər
25 iyun 2016, 10:00
Çin imperatoru Çinin şimal sərhədlərində yaşayan Tobo və ya Tapqaç adlı türkdilli xalqın nümayəndəsidir. Bu xalq Çin mədəniyyətini və məişətini qəbul edib, öz dilini və məişətini saxlamaqla Cin dilini də bilirdi. Onlar əsasən Çinin şimal sərhədlərindəki ərazilərdə yaşayıb, oradakı hərbi hissələrdə və şimal şəhərlərinin hərbi və mülki vəzifələrində fəaliyyət göstərirdilər. Onların Orxon-Yenisey türklərindən fərqi yalnız bunda idi. Bir də olsun ki, aralarında bizimlə Osmanlı ləhcəsi arasındakı fərq qədər fərq vardı. VI əsrdə Çin nə vəziyyətdə idi? Çində Suy imperiyası mövcud idi və Yan di də imperator idi. Qədim və sonrakı Çin tarixçiləri də, Lev Nikolayeviç Qumilyev də onun çox fərsiz, hətta səfeh hökmdar olduğunu qeyd edirlər. Təbii ki, ölkə taxtında səfeh və fərasətsiz, kef-nəşə hərisi olan bir hökmdar oturarsa, ölkə güclü və çiçəklənən ola bilməz. Çin də demək olar ki, belə bir gündə idi. Koreya ilə mənasız və faydasız müharibələr həm ölkə əhalisini qırğına verir, həm də var-yox talan olunurdu. Buna görə ölkəni üsyanlar bürümüşdü. Bu üsyanlar nizami ordular tərəfindən məğlub edilsələr də fasiləsiz davam edirdi. Bir yerdə ocaq söndürüləndə başqa bir yerdə təzədən alışırdı. Əlbəttə, qonşular da, xüsusilə Orxan-Yenisey türkləri, yəni türk türkütlər, tapqaçlar və başqaları da bundan istifadə etməyə bilməzdilər. Onlar da bir yandan bu böyük ölkəni çapıb-talayırdılar. Xüsusilə türkütlər çox fəal idi. Tapqaçların içində zadəganlar əmələ gəlmişdi ki, onların biri də qədim Tan əyalətinin knyazı Li Yuan idi. O, sülalənin hərc-mərclik içində boğulduğunu görüb, nəsə qayda-qanun yaratmaq istəyirdi. İmperatorun özü isə bu zaman Çinin şimal-şərqindəki Fın qəsrində eyş-işrətdə idi. Bundan istifadə edən türkütlər qalaya hücum etdilər. «Böyük» imperator oğlunu qucaqlayıb qorxusundan elə ağlayırdı ki, gözləri şişmişdi. Təbii ki, general Li Yuan öz mətin sərhəd qoşunları ilə imperatorun köməyinə gəldi. Yan Di xilas olub növbəti istirahət üçün cənub şəhərlərinin birinə getdi. Təbii ki, ölkəni yeni üsyanlar dalğası bürüdü. General Li Yuan bilmirdi ki, neyləsin. O, bacarıqlı hərbçi idi. Amma dövlət başçısı və siyasətçi keyfiyyətləri yox idi. Bu keyfiyyətlər bütün Çində ən parlaq şəkildə yalnız bir şəxsdə — general Li Yuanın ortancıl oğlu Li Şi Mində vardı. Oğlunun məsləhəti ilə ata Çini bürümüş vətəndaş müharibəsinə qoşuldu. Onun məramı və şüarı (əlbəttə ki, oğlunun fikri idi) ədalətli müharibə, yəni Suy sülaləsinin hakimiyyətini bərpası idi. Xoşbəxtlikdən elə bu zaman Yan Dinin yaxın əyanlarından biri dözə bilməyib sərxoş imperatoru boğub öldürdü və bununla da Li Yuanın taxt-tac uğrunda mübarizəsinə yol açdı. Bundan əvvəl ölkənin paytaxtı Çanyanı alan və bir sıra uğurlu fərmanlar verib xalqın və ordunun rəğbətini qazanan Li Yuan həmin günlərdə imperatorun ölüm xəbərini eşitdi. Daha gözləmək və fürsəti əldən vermək olmazdı və Li Yuan 18 iyun 618-ci ildə özünü imperator Qaotszı elan edib, sülaləni TAN adlandırdı. Artıq ölkədə ona qarşı çıxacaq bir qüvvə yox idi. Çin dövlət adamları istər-istəməz bu yeniliyi qəbul etməli oldular. Eynilə Orxan-Yenisey türkləri də buna sevindilər. Çünki L.N.Qumilyev demişkən, «hakimiyyətə onlara yabançı olan, dillərini anlamadıqları bir adam deyil, əksinə onlar kimi danışan və geyinən bir şəxs gəlmişdi». Və əlbəttə, göytürklər və onların xaqanı Şibil xan yanılırdılar. Niyə yanılırdılar, bu ayrıca bir mövzudur. Bizim mövzumuz isə Li Şi Mindir. Lakin Li Şi Minlə qardaşları arasında amansız rəqabəti təsvir etməmək mümkün deyil. Yeni imperatorun daha iki oğlu vardı. Taxt-tacın varisi olan böyük oğlu Li Quan-Çen və kiçik oğlu Li Quan-Ki. Onlar şübhəsiz ki, imperiyanın hərbi işlərini əlinə almış ortancıl oğula düşmən kəsilməyə bilməzdilər. Onlar Li Şi Mini zəhərlədilər. Amma gənc şahzadə ölməyib sağaldı. Onlar onu atalarının adından saraya dəvət etdilər ki, öldürsünlər. Li Şi Min qardaşlarının niyyəti barəsində xəbərdar edilmişdisə də, 626-cı il iyulun 2-də atasının çağırışı ilə saraya gəldi. Lakin şahzadə tək deyildi. Ən cəsur döyüşçülərdən seçilmiş çoxsaylı və yaxşı silahlanmış yaxın adamları da onunla birlikdə saraya gəlmişdi. O, qəbul otağına əldə silah, dostu, voyevoda Çin-de ilə birlikdə daxil oldu və zalda qardaşlarını gördü. Böyük qardaş heç bir söz demədən yayı çəkib oxu Li Şi Minə atdı. Lakin ox yan keçdi. Li Şi Minin oxu isə onu yerindəcə öldürdü. Çin-de də Li Quan-kini aradan götürdü. Bundan sonra saray Li Şi Minin hökmü altına keçdi. Qoca imperator qardaşlarının cinayətkar sui-qəsdi haqqında oğlunun məlumatını dinlədikdən sonra tökülmüş qanı ona bağışladı. Li Şi Mini vəliəhd təyin olunduğunu bildirdi, ən başlıcası isə buddizmin və daosizmin yasaq olunması haqqındakı fərmanı ləğv etdi. Bu hadisələri bir-biri ilə sıx əlaqələndirməmək qeyri-mümkündür. 626-cı il sentyabrın 4-də Li Yuan oğlunun xeyrinə taxt-tacdan imtina etdi. Li Şi Min TAYTSZUN titulu ilə taxta çıxdı. Bundan sonra Li Şi Min bir neçə döyüşdə asanlıqla türkütləri və başqa aqressiv qonşuları ağır zərbə vurmadan məğlub etdi. Və sonra onları o dərəcədə özünə bağladı ki, minlərlə türk Çin ordusuna daxil olub, minlərlə türk də Çinin paytaxtında məskən salıb yaşamağa başladı. Qumilyev yazır ki, hətta Çində Türk-Çin lüğəti çap olundu. Çinlilər türk paltarı geyinir, türk musiqisinə qulaq asır, qışda isə çox vaxt yurtlarda yaşamağı xoşlayırdılar. Dahi Çin şairi Bo Tszı türk yurtunu yüksək poetik şəkildə mədh edən gözəl şerlər yazmışdı. Əlbəttə, Li Şi Minin Çin dövlətini parlaq səviyyəyə qaldırması son nəticədə göytürklər üçün faciəli oldu. Onların neçə əsrlik dövlətinin varlığına son qoyuldu. Doğrudur, cəmi 50 il sonra Göytürk dövləti Səməndər quşu kimi yenidən meydana çıxıb Mərkəzi Asiyanın hegemon dövlətinə çevrildi. Ancaq bu, başqa bir söhbətin mövzusudur. Bizim qəhrəmanımız isə türk mənşəli Çin imperatoru Taytszundur. L.N.Qumilyev yazır: "Özlərinin şəxsi keyfiyyətləri sayəsində ali hakimiyyətə çatan adamlardan danışarkən bir qayda olaraq Napoleonun adını çəkirlər. Qeyd etmək lazımdır ki, Napoleonla Taytszun Li Şi Min arasında bir çox ümumiliklər var. Onların ikisi də hərbi xidmətə ordu leytenantı kimi başlamış, öz istedadları ilə diqqəti cəlb etmiş və döyüş dostlarını ətraflarında birləşdirə bilmişdilər. Hər ikisi igid və ağıllı olmuş, xalqlarının tarixində son dərəcə böyük rol oynamışdılar. Lakin Napoleonun başladığı iş hələ onun öz sağlığında məğlubiyyətə uğradı, Taytszunun işi isə özündən sonra daha yüz il yaşadı. 649-cu ilin baharında imperator özünü pis hiss etdi, əyanlarını yanına çağırdı, dövlətin idarə olunması işlərində oğluna kömək etməyi onlara tapşırdı. Vəfat etdiyi günə — 649-cu il iyulun 10-na qədər o, oğluna məsləhətlər verməyi dayandırmırdı. Onun ölümü günü sarayda olanların hamısı əzizlərini və atalarını itirmiş adamlar kimi ağlayırdılar. Göytürk sərkərdəsi Aşina Şeni dostunu o biri dünyada müşayiət etmək üçün hətta özünü öldürüb onunla birlikdə dəfn olunmasını istəyirdi, lakin vəliəhd buna icazə vermədi".
['sərkərdə', 'hökmdar']
999
https://kayzen.az/blog/paint/19062/m%C9%99kt%C9%99b-g%C3%B6rm%C9%99yib-m%C9%99kt%C9%99b-yaradan-r%C9%99ssam.html
Məktəb görməyib məktəb yaradan rəssam
Apollon
Məşhur rəsmlər və rəssamlar
23 iyun 2016, 15:14
Məşhur fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi Pol Sezan (1839-1906) adını dünya təsviri sənət tarixinə qızıl hərflərlə yazıb. Onun yaradıcılığını impressionizmlə kubizm arasında körpü də adlandırmaq olar. Sezan 1839-cu ildə Fransanın Eks-an-Provans şəhərində dünyaya gəlib. Atası Lui-Ogüst Sezan bankir idi və oğlunu hüquqşünas görmək istəyirdi. Gələcəyin dahi rəssamı əvvəlcə atasının dediyi sənəti seçir. 1858-ci ildə təhsilini bitirdikdən sonra atasının kontorunda işləməyə başlayır. Di gəl ki, gənc Sezanın öz dünyası vardı, bu, onun sənət axtarışları dönəmiydi. Atası ona yaradıcı axtarışlarının dalınca Parisə getməyə razılıq verir. Pol 1862-ci ildə Parisdəki Zərif Sənətlər Məktəbinə imtahan versə də, qəbul oluna bilmir. Rəssam ilk sərgisini keçirməyə cəhd edir, bu istəyi də uğursuzluqla sonuclanır. 1869-cu ildə o, rəssamlar üçün modellik edən Mari-Qortenziey Fike adlı 19 yaşlı gənc qızla tanış olur və onunla ailə qurur. 1872-ci ildə bu nikahdan onların Pol adlı bir oğlu dünyaya gəlir. Bu illərdə Pol Sezan rəssamlar arasında tanınmağa başlayır, impressionistlərin təşkil etdikləri 1874 və 1877-ci il sərgilərinə qatılır. O həm də Luvr muzeyində köhnə rəssamların əsərlərinin surətini çıxarırdı. Rəssamlıq təhsili olmadığı üçün hər şeyi özü öyrənirdi. Ən başlıcası, sənətin akademik qaydalarına tabe olmaq istəmirdi. Fırça ustası məktəb keçməmişdi, ancaq öz adıyla bağlı olan məktəb yarada bildi. Öncələr Sezan impressionizmə yön almışdı. 1870-ci illərdən açıq havada işləməyə başlayan Sezan öz boyakarlıq sistemini yaradır və bu dövrdən impressionizm ilə onun yaradıcılığı arasında qarşıdurma baş verir. Bununla da onun yaradıcılığı XX əsr boyakarlığına geniş təsir göstərir. Sezan yazar Emil Zolya ilə dost idi, onun vasitəsilə impressionizmin gələcək nümayəndələri olan E.Mane, K.Pissarro, K.Mone, O.Renuar və s. kimi rəssamlarla tanış olur. Sezanın əsərlərinin hansı illərdə çəkildiyini dəqiq demək mümkün deyil. Rəsmlərinin üzərində çəkilmə illərini nadir hallarda qeyd edirdi. Sezan daha çox sulu boyaya maraq göstərirdi, onun ayrı-ayrı üsullarını yağlı boya texnikasına gətirirdi. “Qara mərmər saat”, “Açıq siyirtmə ilə natürmort”, “Kart oyunçuları”, “Kəllə piramidası”, “Palitra ilə natürmort” və başqa əsərlər onun yaradıcılığının “qızıl fondu”na daxildir. 1870-ci illərdə Sezanın yaradıcılığında həm də avtoportretlər silsiləsi başlayır. 1880-ci illərdən sonra Sent-Viktuar dağı onun mənzərələrində tez-tez rast gəlinir. Həmin dağ onun Eks-an-Provansdakı emalatxanasının pəncərəsindən aydın görünürdü. O, fovist və kubistlərin, rus «sezançılar»ın yaradıcılığına böyük təsir göstərib. Bəzən Sezana «rəssamlar üçün rəssam», bəzən də dünya və incəsənətində fəlsəfi konsepsiya yaradan rəssam kimi baxırlar. Hazırda onun əsərləri ən məşhur muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır, hərraclarda baha qiymətə satılır. «Mədəniyyət» qəzeti S.Qaliboğlu
['məşhur rəssamlar', 'rəssamlar', 'rəsmlər', 'Pol Sezan', 'impressionist rəssam']