Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
1,100 |
https://kayzen.az/blog/346/18326/zorla-g%C3%B6z%C9%99llik.html
|
Zorla gözəllik
|
Guilty
|
346 saylı marşrut
|
6 avqust 2015, 12:01
|
Dində məcburiyyət yoxdur!..." («Bəqərə», 256)
— Qonşu gətirib uşağının əlinə bir oyuncaq verib. Tutaq ki, o oyuncaq da məsələn, uşağın tərbiyəsi üçün çox zərərlidir. Sən indi başla zorla ya da nə bilim, fəlsəfə açaraq, onu uşağın əlindən almağa, hay ala bildin a; ağlayacaq, özün öldürəcək, acığa lap bərk-bərk yapışacaq oyuncaqdan. Yaxşı, bəs nə edim? Heç nə! Sən sadəcə ondan daha cazibədar, daha sevimli bir oyuncağı uşağına göstər, qardaş canı, heç bu qədər dava-dalaşa gərək qalmayacaq, uşaq onu atıb, bunu tutacaq! Düz demirəm bəlkə?! Əgər atmırsa, problem sənin oyuncağındadır, demək sənin oyuncağın çox maraqsız və sönükdür!
Bəzən uşağı məktəbdən lazımsız əyləncə proqramlarına aparmaq istəyirlər, düşünürsən ki, bu, uşağın üçün zərərli əyləncədir məsələn, icazə verməməyə qərar verirsən, çox gözəl, amma ondan öncə alternativ bir əyləncə təklif edirsən: «bütün ailə birlikdə filan parka gedəcəyik». Hə, eləki uşaq bu cazibədar təklifinlə razılaşdı və parka getdiniz, orada onu niyə o biri tədbirə qoymadığını, yəni bu qadağanın səbəbini ona uşaq məntiqi ilə izah edirsən, olur əla! Yoxsa əliboş insanı heç kim dinləmir, uşaq elə başa düşür ki, sən ona pul xərcləmək istəmirsən deyə belə fəlsəfə açırsan!
Yox, zorla olmayacaq! Əsla olmayacaq! Zorla etsən, etsən təbliğ etdiyin dəyərə qarşı nifrət yaradacaqsan, vəssəlam!
Tarixdə var ki, Müaviyə əmr edirdi şəhərin uşaqlarına balaca quzular paylansın, paylanırdı. Bir müddət keçirdi, eləki uşaqlar o qəşəng, sevimli quzulara alışdılar, bu vaxt o hiyləgər Müaviyənin başqa bir əmri gəlirdi: quzuları uşaqların əlindən xüsusi amansızlıqla — zorla alın və onlara deyin ki, bunu aldıran Əlidir! (ə)
Hə, uşaq nə anlayır ki, fəlsəfə nədir, haq nədir, batil nədir, Əli kimdir, Müaviyə kimdir...o sadəcə bunu bilir ki, əlindən xoşbəxtliyi alınıb, özü də zorla — acımasızcasına. Müaviyə lənətlik bu yolla nifrət yaradırdı Əliyə (ə) qarşı. Müvəffəq də olmuşdu müəyyən qədər. Baxın, zor budur, belədir!
İndi millətin ən zəhləsi getdiyi, ən qıcıq olduğu söz mentalitet sözüdür! Niyə?!
Diqqətlə baxsaq, indi də bənzər üsulla nifrət yaradılır (yaradıblar artıq) mentalitetə, dinə qarşı; hər hansı bir yad və zərərli mədəniyyəti gətirirlər yurdumuza, ən gözəl formada, xüsusi təqdimatla verirlər millətin ixtiyarına, belə yüksək səviyyəli təqdimatın qarşısında kimin hünəri çatar ki, yox desin, heç kimin. Hamı məstdi, nə yalan deyək, xalq sevir bu mədəniyyəti, xoşlayır, həzz alır...hər kəsin az qala ekstaza çatacağı vaxt, beyqafıl əlizorbalılar çıxır ortaya, düşür xalqın canına, nə yemisən, turşulu aş...
Düşmən bilir, bilir ki, bu xalqın dəyər keşikçiləri o qədər aydın deyillər ki, bu mədəniyyətlə «daha gözəl alternativ təqdim etmək» yolu ilə mübarizə aparsınlar, onlar çox yaxşı bilir ki, bu keşikçilər ZOR edəcəklər və bu, tutalım o yad mədəniyyətin qarşısının alınmasına səbəb olacaqsa da, olsun, əvəzində o keşikçilərə, bu mədəniyyəti onların əllərindən zorla alan idiologiyaya qarşı nifrət yaradacaq! Məqsəd də zatən budur!
Tarixə baxaq:
Peyğəmbərimiz (s) belə müşriklərin qarşısında bütləri inkar edib «La ilahə» (heç bir məbud yoxdur) deyəndə, eyni zamanda «illəllah» (Allahdan başqa) deyib, onlara daha qüdrətli və daha mehriban bir Allah təqdim edirdi.
Siz Nəsr surəsində təsvir olunan hala baxın: «Və insanların dəstə-dəstə Allahın dininə üz gətirdiyini gördüyün zaman». (Nəsr, 2) Daha cazibədar və daha gözəl alternativ özünün ən gözəl formasında təqdim olunmuşdu deyə bütpərəstlər əllərindəki taxta bütləri tullayaraq dəstə-dəstə Allahlanmağa, Allaha tərəf qaçırdılar.
Musa (ə) sehrbazların sehrini batil etmək üçün, insanların onlara aldanmamasını təmin etmək üçün, nə qədər fəlsəfə açsaydı faydasız olacaqdı. Bəs nə etdi? Hamını yığdı meydana, hər kəsin gözü önündə əsasını yerə atdı, əsa Allahın izni ilə əjdahaya çevrildi. (Və bu zaman) sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə) iman gətirdik!” – deyib səcdəyə düşdülər. («Ta Ha», 70)
Bax, görürsünüz, alternativ olmalıdır, hökmən olmalıdır, özü də daha cazibədar, daha güclü alternativ, yoxsa deyinə-deyinə qalacaq, axırda öz səsinizdən özünüz də bezəcəksiniz!
İsa (ə) Fariseyləri haqqa yönəltmək, fırıldaqçı kahinləri ifşa etmək üçün xəstələrə şəfa verirdi, ölüləri dirildirdi, bunu Qurani-Kərim də təsdiq edir, İncilinsə böyük əksəriyyəti elə həzrətin bu möcüzələrindən ibarətdir. Sanki onun işi-gücü xəstələrə şafa vermək, ölüləri diriltmək olub. Bütün bunlara rəğmən, millətin bir qismi yenə də ona arxa çevirəndə haqlı olaraq etiraz edirdi, gileylənirdi: bu qədər möcüzə göstərdim, bu qədər işlər gördüm sizin üçün, axı niyə inanmadınız mənə?!
Hə, bəs sən, sənin ortaya qoyduğun ürəkləri oxşayan alternativin hanı, sənin möcüzən nədir, sən kimə şəfa verə bilmisən, sən bu vaxtacan kimi dirildə bilmisən ki, iddian budur: millət indiyə kimi əlində olanları atıb sənin ardınca gəlməlidir! Xeyir ola?!
Peyğəmbərimiz (s) ixtiyarında olan bütün ilahi imkanlara, möcüzələrə rəğmən, o qədər aydın izah, təbliğat, məntiq, dəlil-sübutdan sonra kimlərsə onu inkar edib başına kül tökəndə yenə də qıcamırdı dişlərini, hardasa anlayış göstərməyə çalışır, gecə yarısı dərgaha əl açıb yalvarırdı: «bağışla onları, bilmirlər, ilahi, bilseydilər etməzdilər». Sənsə deyirsən ki, canları çıxsın, bilsinlər, mənə nə?!...
Əzizim, birinə haq verməlisən ki, o da haqqı görə bilsin!
Təcrübəli Quran ustadı Möhsün Qiraəti danışır:
Kənar şəhərlərdən birinə dini təbliğ etməyə getmişdim. Bir gün şəhərin məktəbinə dəvət edildim. Din barədə danışmalı idim. Təyin olunan zaman məktəbə gəldim. Uşaqlar həyətdə həvəslə idman edirdilər. Məktəb direktoru məktəb zəngini çaldırdı. Uşaqları toplayaraq elan etdi ki, uşaqlar, idman vaxtı bitdi. Sonra üzünü mənə tərəf tutub uşaqların hazır olduqlarını bildirdi: buyurun, cənab Qiraəti, uşaqlar sizi dinləyir.
Çox fərqli vəziyyət, tamam qəribə situaçiya ilə üz-üzə qalmışdım, içimdə qərarımı verdim. Boğazımı arıtlayıb, çox qısa olaraq bunu dedim: «Bismillahir-rəhmanir-rəhim. Əziz uşaqlar, dinimiz idman etməyi çox bəyənir. Bu da mənim demək istədiklərim. Vəssalam! Gedin idmanınızla məşğul olun».
Uşaqlar dağılışandan sonra məktəb direktoru gileylənməyə başladı:
— Cənab Qiraəti, məni pis vəziyyətdə qoydunuz.
Razılaşmadığımı bildirdim:
— Siz heç bilirsiz nə edirsiniz?! Uşaqları idmandan ayıraraq zorla söhbətlərimə qulaq asdırmaqla, siz ta Qiyamət gününədək bu uşaqlarda din alimlərinə qarşı az qala nifrət oyadacaqdınız. Təsəvvür edin, indi mən əgər fürsəti qənimət sayıb (?!) uzun-uzadı din barədə danışsaydım, bilirsiz nə olacaqdı?! Onlar harda din alimi görsəydilər deyəcəkdilər ki, bunlar idmanla düşməndir.
Ustad əlavə edir: Elə bu barədə danışırdıq ki, uşaqlar mənə yaxınlaşaraq soruşdular:
— Siz axşamlar hansı məsciddə olursunuz?
Məscidin ünvanını verdim. Axşam o uşaqların hamısı məsciddə idi.
«Dində məcburiyyət yoxdur!...»
Bu gözəl AYƏni daha çox inanc məsələlərinə aid edirlər, amma mən biraz fərqli yöndən yanaşmaq istədim, bunu təbliğ məsələlərinə də aid etdim; istər ailə daxilində, istər cəmiyyət içində olan hansısa yanlışın qarşısını almaq üçün zor etmək məsələhətli seçim deyil, faydası olmayacaq, (bəzən də hətta əks təsir bağışlayacaq) olsa da müvəqqəti olacaq, çünki nəzarət həmişə mümkün olmur, nə uşağa, nə ailəyə, nə cəmiyyətə. «Nəsimi» filmində zordan və nəzarətdən bezən Teymur Ləngin axundlara dediyi cümləni xatırlayın:
Mən nə vaxtacan baş kəsməklə qalib gələcəyəm?!
Əslində lap dərindən baxanda, əgər sən qərb mədəniyyətinin ölkənə belə sürətlə axınından narahatsansa, demək sən hardasa öz dəyərlərinin gücündən əmin deyilsən, etiraf edirsən zəifliyinə. Sənin dəyərinin nomenal olaraq güclü olması yetmir, fenomenal olaraq da güclü və cazibədar olmalıdır ki, istənilən dəyərlər sistemi ilə toqquşmağa və bu toqquşmadan qalib çıxmağa hazır olsun! Belə olsa sənin ZOR etməyə ehtiyacın da qalmayacaq, indi zora ehtiyac duyursansa dolayısı ilə öz zəifliyinə etiraf edirsən.
İlqar Kamil
|
['Məcburiyyət', 'Din', 'İlqar Kamil']
|
1,101 |
https://kayzen.az/blog/fevral31/18325/u%C5%9Faql%C4%B1q.html
|
Uşaqlıq
|
fevral31
|
Bloq: fevral31
|
6 avqust 2015, 11:26
|
Uşaq vaxtı çox tələsik, ütələk və diqqətsiz olduğumdan başım çox əziyyət çəkib. Yadımdadır, «Uşağı buyur, dalınca yüyür!» atalar sözünü nənəm uşaq yerinə birbaşa adımı deyirdi. Pilləkənləri bir-bir qalxmağa hövsələm çatmır, iki-üç addımı birdən qalxırdım. Hətta bunu inkişaf etdirmişdim. Evdəki pilləkanları sayıb, uyğun rəqəmə bölüb, addımları minimuma endirirdim. Bir dəfə babam məni yanına çağırıb:
— Ay bala çox diqqətsizsən. Bir az gözüaçıq ol, ətrafına fikir ver!
Biraz keçəndən sonra:
— Bir de görüm balkona neçə pilləkən var?
Heç fikirləşmədən:
— 7
— Yaxşı bəs həyətdən tövləyə?
— 7
— Ondan sonrakı?
— 5
— Yaxşı get işinlə məşğul ol.
|
['uşaq', 'uşaqlıq']
|
1,102 |
https://kayzen.az/blog/aforizmler/18323/%C3%B6z%C3%BCm%C3%BC-sev%C9%99nd%C9%99n-sonra-anlad%C4%B1m.html
|
Özümü sevəndən sonra anladım
|
_BUMERANQ_
|
Hikmət dənizi və aforizmlər
|
4 avqust 2015, 13:43
|
Özümü sevəndən sonra anladım ki, darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır. Bu gün bilirəm ki, buna — Etibarlılıq deyilir.Özümü sevəndən sonra anladım ki, bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla, onun buna hazır olmadığını nəzərə almamaq, onun xətrinə dəymək deməkdir. Və bu insan elə mən özüməm. Bu gün bilirəm ki, buna — Etiraf deyilir.Özümü sevəndən sonra, başqası kimi yaşamaq məqsədindən əl çəkib, öz əhatəmin məni necə böyütdüyünü anladım. Bu gün bilirəm ki, buna — Yetkinlik deyilir.Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna — Özgüvən deyilir.Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir.Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir. Özümü sevəndən sonra, hər zaman haqlı olmaq məqsədindən uzaqlaşdım və o gündən çox az səhv edirəm. Bu gün bilirəm ki, buna — Təvazökarlıq deyilir.Özümü sevəndən sonra, mən keçmişlə yaşamaq və gələcək üçün nigarançılıq hissini tərgitdim. Artıq an-la yaşayıram. Artıq mən hər gündə varam. Bu gün, sabah, birigün… Bu gün bilirəm ki, buna — Bacarmaq deyilir.Özümü sevəndən sonra anladım ki, ağılım məni təəsüfləndirə bilər və bundan xəstələnə bilərəm. Amma onu ürəyimlə birləşdirəndən sonra, mənim ağılım mənim dəyərli ortağıma çevrildi. Bu gün bilirəm ki, buna — Ürək müdrüklüyü deyilir.Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir...
© Charles Chaplin
|
['Çarli Çaplin', 'hikmət dənizi']
|
1,103 |
https://kayzen.az/blog/stil/16503/buz-g%C3%B6z%C9%99ll%C9%99%C5%9Fdirir.html
|
Buz gözəlləşdirir
|
Apollon
|
Yaraşıqlı görünüş, gözəl imic
|
2 avqust 2015, 11:13
|
Buzun cildinizi gözəlləşdirdiyini və hətta 16-cı yüzillikdə belə, dəriyə qulluq vasitəsi kimi istifadə edildiyini bilirdinizmi?
16-cı yüzillikdə Fransız kralı II Henrinin sevimlisi Diana de Poitiers təkrarsız gözəlliyinin sirlərindən biri olaraq buzdan istifadə edib.
Buz cildin gənc qalmasını təmin edir. Poitiers kraldan 20 yaş böyük olmasına rəğmən, məhz buz sayəsində daha gənc görünməyi bacarıb.
Bəs buz niyə gəncləşdirir?
Buz dəri metabolizmini və qan dövranını sürətləndirir. Təbii olaraq dərini təmizləyir və nəmləndirir. Qısa müddətdə cildin elastikliyini artırır, hamar edir və yaşlanmanın təsirlərini azaldaraq təbii bir parlaqlıq qazandırır.
|
['gözəl dəri', 'dəriyə qulluq']
|
1,104 |
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/17287/s%C3%BCbut-ed%C9%99c%C9%99y%C9%99m-ki,-o%C4%9Flun-s%C9%99n%C9%99-layiqdir.html
|
Sübut edəcəyəm ki, oğlun sənə layiqdir
|
Apollon
|
Böyük insanlar,şəxsiyyətlər
|
31 iyul 2015, 15:37
|
Müharibə illərində bir çox dövlət xadimlərinin övladları ön cəbhələrdə idilər. Ancaq respublika rəhbərləri arasında yalnız Mir Cəfər Bağırovun oğlu yaralandıqdan sonra hərbi xəstəxanadan birbaşa düşmənlə vuruşa yollanmışdı...
Cahangir Mir Cəfər oğlu Bağırov 1919-cu il oktyabrın 6-da anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına göndərilmiş, 1938-ci ildə Yeysk şəhərindəki hərbi dəniz-təyyarəçilik məktəbini bitirmişdi. Müharibə başlayanda Cahangir leytenant idi, sorağı Serpuxov ətrafındakı ağır döyüşlərdən gəlirdi. Gənc azərbaycanlı şahin partiya sıralarına keçirilmişdi.
1943-cü ilin əvvəllərində Cahangir Bağırov düşmənlə hava döyüşündə sol qolundan yaralanan təyyarəsini ustalıqla yerə endirdi, təslim olmadı. Yaralı şahini digər əsgərlərlə birlikdə Bakıdakı hərbi xəstəxanaya gətirdilər… Həmin ilin fevral ayının 4-də Cahangirin atasına yazdığı məktub 40 ildən sonra mətbuat səhifələrinə düşdü:
Oğlunun Mircəfər Bağırova yazdığı məktubu:
«Əziz ata! 2 ay yarımdır ki, mən öz yerimdə sayır, indi bu qədər qiymətli olan çörəyi yeyirəm. Vətənimizin təhlükədə olduğu, minlərcə gəncin döyüş bölgəsində nə canını, nə qanını əsirgədiyi bir vaxtda müşahidəçi mövqeyindəyəm. Halbuki, mən ən şiddətli döyüş yerlərində olmalıyam. Çünki sənin oğlunam, Vətənimin oğluyam, Partiyamızın oğluyam. Əgər sən bilsən ki, mən adamların gözlərinə baxanda necə xəcalət çəkirəm, cavan, sağlam adam olsam da, arxa cəbhədə vaxt keçirirəm...
Ata, səndən xahiş edirəm ki, mənim cəbhəyə qayıtmaq məsələmin həllini sürətləndirəsən. Mənə burada bildirirlər ki, 2 ay yarım da gözləyim, yeni təyyarədə havaya qalxım… Mən isə hətta U-2 təyyarəsində uçmağa hazıram. Yalnız fəallyyətsizlik, döyüşdən qalmaq məni sıxır. Səbrsizlikiə cəbhəyə göndəriləcəyim günü gözləyirəm. Sübut edəcəyəm ki, sənin oğlun sənə və vətəninə layiqdir. Bərk-bərk öpürəm. Sənin Cahangirin».
...Peşəkar təyyarəçi Cahangir Bağırov yenidən ön cəbhəyə yollandı.Alayda heç kəs bilmirdi ki, komandanlığın ən müşkül görünən tapşırığını dəqiq yerinə yetirən bu qaynar baxışlı şahin Azərbaycan rəhbərinin oğludur.
1943-cü il iyun ayının əvvəli idi. Cahangir Bağırovun xidmət etdiyi hissə hərbi obyektimizi bombalamağa qalxan faşist təyyarələrini məhv edirdi. Düşmən təyyarələrinin qarşısına çıxan Cahangir Bağırov hər dəfə qələbə ilə qayıdırdı. İyunun 5-də növbəti əməliyyat zamanı C.Bağırov qəfildən 11 alman təyyarəsi ilə üzbəüz gəldi. Qeyri-adi məharətlə bunlardan 7-sini vurub yerə saldı. Yanacağı tükəndiyindən ölümün gözünə dik baxaraq, təyyarəsini faşist təyyarəsinə vurdu...
Cəbhə qəzetlərində dərc olunmuş materiallarda C.Bağırovun qəhrəmanlıqla həlak olması, onun ölümündən sonra “Lenin” ordeni ilə təltif olunmağa təqdim edilməsi göstərilirdi. Azərbaycanda isə yalnız iyulun 8-də respublika qəzetlərində nekroloq dərc olundu. Oxucular ilk dəfə idi ki, M.C.Bağırovun oğlunun şəklini görürdülər. Əfsuslar ki, qara haşiyədə.
1943-cü il iyunun 6-da alman-faşist işğalçılarının cinayətlərini təhqiq və müəyyən edən fövqəladə komissiyanın sədri Nikolay Şvernik M.C.Bağırova zəng vuraraq, onun oğlunun rəşadətlə həlak olması xəbərini çatdırmış, səmim-qəlbdən başsağlığı vermiş, ölümündən sonra onun “Lenin” ordeni ilə yanaşı, Sovet İttifaqı Qəhrəmanı adı – “Qızıl Ulduz”la da təltif olunacağını bildirmişdi. Bunu da əlavə etmişdi ki, komandanlığın əmri ilə igid şahinin cənazəsi öz Vətəninə — Azərbaycana göndərilir.
M.C.Bağırov cavabında demişdi:
— Nikolay Mixayioviç, başsağlığı üçün minnətdaram. Ancaq xahiş edirəm “Lenin” ordeni ilə kifayətlənəsiniz. Bir də müharibənin sərt qanunlarına riayət etməyi rica edirəm, Vətən yolunda canından keçənlərin hamısı mənim balalarımdır, oğlumun həlak olduğu torpaqda basdırılmasına ata kimi etiraz etmirəm.
N.M.Şvernikin bu sözləri telefon danışığını tamama yetirmişdi:
— Yoldaş Bağırov, təltif barədəki xahişinizi nəzərə almaq olar. Ancaq ikincisi… gecdir. Tabut artıq hərbi təyyarədədir və Bakıya istiqamət götürmüşdür.
...Cahangir Bağırovun cənazəsinin Bakıya gətirilməsinin bilavasitə təşkilatçısı olan Həzi Aslanov M.C.Bağırova təklif etmişdi ki, mərhum Dağüstü parkda dəfn edilsin. Azərbaycan rəhbəri Azərbaycan Ordusunun sərkərdəsinə «baxarıq» cavabını vermişdi. Həmin gün sübhdən Bakının Dağüstü parkından xeyli aralıda, Yasamal qəbristanında sinə daşında «Cahangirdən və Mir Cəfərdən yadigar» yazılmış bir məzarın yanında təzə bir qəbir qazılırdı.
Cahangirin əbədiyyət beşiyini anası yırğalayacaqdı. Bunu, şəhid oğulun atası M.C.Bağırov məsləhət görmüşdü…
|
['maraqlı faktlar', 'Mircəfər Bağırov']
|
1,105 |
https://kayzen.az/blog/edebiyyat/16544/%C3%A7i%C3%A7%C9%99k-v%C9%99-%C3%BCmid-%7C-ay%C5%9Fe-ilker.html
|
Çiçək və ümid | Ayşe İlker
|
Apollon
|
Ədəbiyyat
|
28 iyul 2015, 11:29
|
Uşaqlığımın yeddi yaşına qədərki qızıl dövrü tütün tarlalarında keçdi. Qızıl çağı ona görə deyirəm ki, rəngləri, çiçəkləri, ağacları, kiçik böcəkləri, incəcik ilan balalarını, badam qabıqlarını, dəvətikanlarını tanıdığım çağdır bu. Məndə izlərini, içimdəki sehrlərini baxışlarıma hopduran çağ.
Sanki hər şey mənə gülümsəyirdi: torpaq, göy üzü, badam ağacları, gecə-gündüz çiçəkləri… Ən gözəl gülümsəyən də tünd çəhrayı açmış çiçəkləri ilə üzə gülən gecə-gündüzlərdi.
Axşam vaxtı göy üzü hüzura bürünər, qovaq yarpaqları nazlı-nazlı qımıldanar və biz ayaqlarımızı yumaq üçün bulağın başına enərdik. Yaşlı adamın öskürməyi və ya xırıltılı nəfəs almağı kimi çıxardı su nasosunun səsi. Bu səs bütün tarlanı bürüyür, evin böyükününü verdiyi təpəri verirdi. Sus nasosunu bəzən babama bənzədirdim. Babam da öskürür, hər öskürəndə səsi onun var olduğunu isbat edirdi.
Ayaqlarımızı yuyanda babam daima yanımızda olur, nasosun yanında çömbələr, bizi seyr edərdi. Anam yuxarıda dayanıb yaxşı-yaxşı yuyunmağımız, üzümüzü, ayaqlarımızı sabunlamağımız üçün tənbehləyərdi: tərtəmiz olmağa çalışırdıq. Babam baxışlarıyla hərəkətlərimizi təsdiq edər, mavi gözlərindən sevgi axıdırdı qəlbimizə. Bu sevinclə biz qanadlanıb uça bilərdik.
Yuyunandan sonra qurunmaq üçün gözləməli olurduq. Öncə ayaqqabı tərliklərini su nasosunun dəmirinə dik yerləşdirir, betonun üstünə su töküb yuduğumuz yerdə gözlərdik. Gözləməyimiz bir-iki dəqiqə davam edərdi. Gözləmə zamanı fikir-xəyalımız gecə-gündüz çiçəklərinin üstündə dolanardı. Çiçəklər su nasosunu dövrələmə bürümüşdü. Bunları ana nənəm toxum səpib göyərtmişdi. Yamyaşıl yarpaqları, incə budaqları bir-birlərinə elə girmişdilər ki, elə bil əl-ələ tutmuşdular.
Axşamüstü tünd çəhrayı çiçəkləri yumulardı. Babamdan onların niyə axşam vaxtı yumulmağının səbəbini soruşardım. Babam insanların gecələr yataraq dincəldiklərini, gecə-gündüz çiçəklərinin də dincəlmək və yatmaq üçün beləcə yumulduqlarını söylərdi. Amma buna inanmazdım. Çiçəklər də yorularmı?! Uşaqlar qaçar, analar, atalar tütün yarpağı toplar, babalar da əkin-biçinlə məşğul olardı. Bundan yorulardılar. Bəs çiçəklər? Onlar nə iş görürdülər ki, yorulaydılar da.
İnadla babamı öz fikirlərimə tabe etməyə çalışar, elə hey danışardım. Babam “Mən sənin ətrafında tez-tez fırlansam başım dönər, yorulduğumu hiss edərsən, deyilmi?” – deyə soruşardı. “Təbii ki!” – deyərdim. “Bax, biz də çiçəklərin ətrafında fırlanıb dururuq, onlar da bizim bu hərəkətimizdən yorulurlar” – deyərdi babam. Çəhrayı çiçəklərin axşam çağı yumulmaqlarına və boyun bükmələrinə üzülürdüm. Amma sabah təkrar açılacaqlarını görəcəyim üçün bu üzüntü çox çəkməzdi.
Hər axşam ayaqlarımızı yuyan vaxtı babam bizə sabah çiçəklərin açdığı anı göstərəcəyinə söz verir, biz bu anı heç cürə yaxalaya bilməzdik. Ən tezdən durub baxanda belə görərdik ki, onlar açılıb. Təzə, canlı və ümidlə dolu görünərdilər, gülümsəməyi də bəlkə onlardan öyrənmişdim. Yarpaqlarının yaşıl rəngindəki parlaqlıq gözlərimizə, çiçəklərindəki ağlıq yanaqlarımza uçuşur, bu arada ayaqlarımız da quruyur və babam bizi qucaqlayıb anama verirdi.
Çardaq dediyimiz yarıaçıq bölmədə, çəmən adlı təbii süfrədə şam yeməyimizi yeyir, səhər obaşdan gecə-gündüz çiçəklərinin çiçək açan vaxtı görəcəyimizi xəyal edərək yuxuya dalardıq. Bu xəyal elə güclü idi ki, gecələr çox qorxduğum bayquş səslərini belə duymazdım.
Səhərlər anamla atam tütünlüyə girir, babamla ana nənəm tarla evində qalırdı. Tütün yığmağa çox erkən başalmaq lazımdır, ona görə də qəlyanaltı tarlaya aparılırdı. Anamla atamın qəlyanaltısını həmişə babam aparırdı. Çaynikin üstünü yaxşıca örtər, kərə yağlı çörəkləri bir-birinin üstünə tən gələcək şəkildə qoyardı. Babam bu işi görəndən sonra bizi yuxudan qaldırardı. Gözümüzü açardıq ki, hələ də günəş doğmayıb. Pencəklərimizi çiynimizə atar, birlikdə su nasosu olan dərəyə enərdik. “Çiçəklər bizi gözləməyib, açıblar” deyə babama şikayət edərdik. Babam “sabah” deyə toxtaqlıq verərdi. Nə gözəl şeydi sabahı gözləmək! Çiçək açanda görməsək belə, çiçəkləyəndən sonra görməyə də xoşbəxt olardıq.
Üzümüzü su nasosunun soyuq suyuyla deyil, çiçəklərin yaşıl və çəhrayı ləçəkləri ilə yumuş kimi olurduq. Sonra babam əlimizdən tutub bizi ata-anamızın yanına aparırdı. Ana-atamız bizi öpər, üzümüzü mələkərin yuduğunu deyərdilər. Biz də etiraz edərdik. And aman edərdik ki, üzümüzü mələklər yox, gecə-gündüz çiçəkləri yuyub.
Tütünün qoxusu, gün doğmadan əvvəlki parlaqlıq, dəmlənmiş çaydan çıxan buğ zəhmətin ibadət olduğunu xatırladardı. Bizim ailə səhər tezdən qalxmaqdan şikayət etməzdi. Qəlbimdə deyərdim: “Anam, atam işləməyi çiçəklərdən öyrənirlər, axşam onlar kimi qapanıb, səhər erkəndən oyanıb açılırlar.”
Qəlyanaltı edəndən sonra qab-qacağı qardaşımla evə gətirərdik. Babam bir az orada qalmağı sevərdi. Biz quş civiltilərini dinləyə-dinləyə çiçəklərin ətrafında qaçar, nəğmə söyləyərdik.
Bir səhər yenə gecə-gündüz çiçəklərinin açacağı anı görmək arzusu ilə yuxudan durmuşduq. Su nasosunun başına endik. Gecə-gündüz çiçəkləri hələ açmamışdı. Çaşıb qalmışdıq. Gözümüzün qabağındamı açacaqdılar! Gözlədik. Səbirlə, ümidlə. Günəş dağların arxasından qızıl başını göstərənə kimi gözlədik. Qəlbimizdə nəsə bir şey əridi, rənglər solğunlaşdı.
Çiçəklər açmırdı.
Babamın yanına qaçdıq. Nə tarlada, nə evdə kimsə vardı. Təlaşa düşdük. Su nasosunun yanına düşdük gözlədik, gözlədik.
Hələ də gözləməkdəyəm: yumulan gecə-gündüz çiçəkləri açacaq və babam taxta nərdivandan nasosun başına enəcək, biz də üzümüzü yuyacağıq.
|
['hekayə', 'Ayşe İlker']
|
1,106 |
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/16648/qida-allergiyas%C4%B1.html
|
Qida allergiyası
|
Apollon
|
sağlam həyat tərzi
|
21 iyul 2015, 19:31
|
Qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilən allergik reaksiyadır.
İstənilən qidanın tərkibində allergenlər ola bilər. Adətən zülallar, daha az hallarda isə piylər və karbohidratlar allergik reaksiyalara səbəb ola bilər.
Normada immun sistemimiz adi qidalara heç bir ciddi reaksiya vermir. Lakin bəzi insanların immun sistemi adi qidaları zərərli maddələr kimi qəbul edir. Nəticədə orqanizmdə xüsusi qoruyucu mexanizmlər işə salınır. Bu isə öz növbəsində müxtəlif pozulmalara səbəb olur — dəridə səpgilər, ödem, ishal, qusma, asfiksiya (boğulma) və s.
Bəzi hallarda immun sistemi prosesə daxil olmur. Bu halda insanda yalnız mədə-bağırsaq pozulmaları yaranır — köp, ishal. Bunu qida allergiyası kimi deyil, sadəcə hər hansı qidaya dözülməzlik kimi qəbul etmək olar.
Əsl qida allergiyasına nadir hallarda rast gəlinir. Əksər hallarda onun səbəbi irsiyyət olur. Uşaqlarda allergiya adətən həyatın ilk illərində daha çox yumurta zülallarına qarşı olur, onlar böyüdükcə həmin dövrdən çıxırlar. Qida allergiyası olduğu güman edilən böyüklərin təxminən 80%-ndə əslində ekspertlərin “qida psevdoallergiyası” adlandırdıqları hal müşahidə olunur. Onların simptomları əsl qida allergiyası kimi olmasına baxmayaraq, onun səbəbi sadəcə həmin qidaya dözülməzlik, hətta bəzən qidaya qarşı psixosomatik reaksiyalar ola bilər (xəstələr elə hesab edir ki, həmin qida onlarda allergiya yaradır).
Qida allergiyasının səbəbləri
Valideynlərindən biri allergiyadan əziyyət çəkirsə, uşaqda allergiyanın əmələ gəlmə riski ikiqat yüksək olur. Hər iki valideyndə allergiya varsa, uşaqda onun əmələ gəlmə riski dördqat çox olur. Valideyn və uşaqda olan allergiyanı törədən allergenlər müxtəlif ola bilər.
Allergiyanın, demək olar ki, istənilən qida növünə qarşı yarana biləcəyinə baxmayaraq ən çox yayılmış qida allergenləri – süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır.
Hər hansı allergenə olan reaksiyadan sonra əmələ gələn çarpaz allegiya mövcuddur. Yerfındığına qarşı allergiyası olanlarda paxlalılar fəsiləsinin digər məhsullarına – məsələn, noxud, soya paxlası, mərcimək və s. qarşı da allergiya ola bilər. Yemişə qarşı allergiyası olanlarda zamanla xiyar və balqabağa qarşı da allergiya yarana bilər. Həmin qayda ilə krevetlərə allergiyası olanlar yengəclərə (krablara) qarşı da həssaslaşırlar.
Bəzən sulfitlərə – yeməklərin rəngini qorumaq üçün istifadə olunan kimyəvi maddələrə qarşı da allergiya olur. Bu maddəni quru meyvələrə və tərəvəzlərə vururlar. Sulfitli qidanı qəbul etdikdən sonra insanda boğulma inkişaf edir və ya allergik şok yaranır. Sulfitlər həmçinin ağır astma tutmaları törədə bilər.
Qida allergiyasının simptomları
Allergik reakisyalar adətən qidanı qəbul etdikdən bir neçə dəqiqə sonra başlayır və iki saata qədər müddətdə yarana bilər. Lakin allergiyanın ağır formasına düçar olanlarda yeməyə toxunmaq və ya onun iyini hiss etməklə də allergik reaksiya yaranır.
Səciyyəvi erkən simptomlar – dodaqlar, ağız boşluğu və ya boğazın şişməsi və qaşınmasıdır. Qıcıqlandırıcı yeməklər qida yollarına düşərək ürəkbulanma, öyümə, qusma, bağırsaq sancıları və ishal törədə bilər. Həmçinin bəzən qaşınma, övrə, ekzema və dəri qızarmasına səbəb olur.
Bəzi xəstələrdə həmin qida zökəm, öskürək və səthi tənəffüslə səciyyələnən allergik rinit yarada bilər.
Bəzən də ləngimiş allergik reaksiya ola bilər – yəni allergik reaksiya qidanı yedikdən bir neçə saat və hətta bir neçə gün sonra inkişaf edir. Təcili cavabdan fərqli olaraq ləngimiş allergik reaksiyanın simptomları o qədər də çox təzahür etmir və övrə, ekzema və astmaya səbəb olmaya bilər.
Profilaktika
Risk qrupunda olanlar, yəni ailə üzvləri arasında allergiyaya həssas olanlar varsa, orqanizmin hər hansı yeni qidaya qarşı reaksiyasına diqqətli yanaşılmalıdır. Qida məhsullarını yeməyə kiçik porsiyadan başlamaq və ya ondan ümumiyyətlə imtina etmək lazımdır.
Mağazadan alınan qurudulmuş, konservləşdirilmiş və emal edilmiş qidaların qəbulundan imtina edilməlidir.
Uşağın rasionuna yeni qida məhsulları ehtiyatla daxil edilməlidir, əsasən də valideynlərdə allergiya varsa, daha çox diqqətli olmaq tələb olunur. Ona hər dəfə yeni məhsul verdikdə, çox kiçik porsiyalarla vermək və porsiyaları tədricən artırmaq olar.
Qidanın hər hansı inqrediyentinə qarşı reaksiya əmələ gəldikdə həmin simptomların doğrudan da qida allergiyası olmasını və ya hər hansı digər problemdən baş verdiyini öyrənmək üçün allerqoloqla məsləhətləşmək lazımdır.
Əgər bir dəfə qida allergiyası diaqnozu qoyulubsa, onunla mübarizə aparmağın yeganə yolu – qıcıqlandırıcı komponenti tapmaq və ondan uzaq durmaqdır.
Müalicə
Allerqoloq xəstəlik tarixçəsinin analizinə, obyektiv müayinəyə və laborator testlərə əsaslanaraq dəqiq diaqnoz qoya bilər. Qida allergiyasının diaqnostikasında dərinin skarifikatorlu sınağı tətbiq edilir. Qidanın həll edilmiş cövhərini dəri üzərinə yerləşdirir, həmin yerə cızıqlar çəkilir və iynələr batırılır. Heç bir reaksiya əmələ gəlmədikdə dəri sınağı mənfidir. Lakin 15 dəqiqə ərzində dəridə ağcaqanad sancmasına bənzər qızarma və ya şişmə yaranarsa, deməli, araşdırılan qida məhsuluna qarşı allergiya var. Test yanlış müsbət və yanlış mənfi nəticələr də verə bilər.
Daha dəqiq radioallerqosorbent test (RAST), immunoferment analiz (İFA) və anticismlərin analizi kimi tanınan qan analizləridir. Lakin bəzən onlardan da yanlış cavablar alına bilər.
Dəri testləri və qanın anticismlərə analizi allergik reaksiya törədicisi olan allergenlərə işarə edir. Lakin dəri testlərindən və qan müayinəsindən sonra da diaqnoz aydınlaşmasa, həkim təhrikedici testlər təyin edə bilər. Həmin müayinələr ciddi göstərişlərə əsasən allerqoloji stasionarlarda aparılır. Burun, dilaltı və ya bilavasitə bronxlara təhrikedici testlər edildikdə allergen kiçik miqdarda daxil edilir, bir müddət sonra reaksiya qiymətləndirilir. Bu cür müayinə xəstədə güclü allergik reaksiya törədə bilər və ona görə də, lazım gəldikdə dərhal tibbi yardım göstərilməsi üçün həkim nəzarəti altında aparılmalıdır.
Əgər əsl qida allergiyası aşkar edilibsə, həmin allergeni tamamilə istisna etməklə xüsusi pəhriz tövsiyə edilir. Bir neçə həftə ərzində bu cür (adətən düyü, salat və almanın daxil edildiyi) hipoallergen pəhrizə mütləq riayət etmək lazımdır. Müəyyən vaxtdan sonra pəhrizə digər məhsullar da əlavə etmək, sonra allergiya yaradan həmin allergeni daxil etmək olar. Əgər onu daxil etdikdə yenidən allergiya yaranarsa, başlanılan pəhrizi davam etdirmək lazımdır. İstənilən elminasiyalı pəhriz (allergen məhsulların istisna olduğu pəhriz) yalnız həkimin icazəsi və diyetoloqun nəzarəti altında aparıla bilər. Hətta bu cür pəhriz zamanı da orqanizmə lazım olan bütün maddələr qəbul olunmalıdır. Həkim allergen məhsulları, tərkibində həmin qidalı maddələr və vitaminlər olan məhsulları başqaları ilə əvəz edəcək. Heç vaxt rasiondan xüsusən də azyaşlı uşaqlar, yaşlı və xəstələrin menyusundakı bütün qrup məhsulları eyni zamanda bir neçə həftəlik çıxarmaq düzgün deyil.
Allergik fonu tənzimləmək, əlamətlərin sürətlə sönməsini təmin etmək üçün pəhriz müalicəsi ilə yanaşı Teader çayı 1-2 ay müddətində qəbul olunmalıdır. Onu istifadə etməzdən qabaq bitkilərə qarşı allergiya inkar olunmalıdır.
Ciddi pəhrizə riayət etməklə qida allergiyasından azad olmaq mümkündür. Tədqiqatlar nəticəsində aşkar edilib ki, 1-2 il hipoallergen pəhrizə əməl etdikdən sonra yeniyetmə uşaqların və böyüklərin təxminən üçdə bir hissəsi onları qıcıqlandıran qidaya həssaslıqdan azad olur. Lakin yerfındığına, qoz və fındığa, balıq və molyusklara olan allergiya insanda ömrün sonuna kimi qala bilər.
Mənbə: «Herba Flora» jurnalı
|
['allergiya', 'allergiyanın növləri', 'qida allergiyası']
|
1,107 |
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/18295/orta-%C9%99sr-q%C9%99rbi-avropa-sivilizasiyasinda-%C5%9F%C9%99h%C9%99rl%C9%99rin-yeri.html
|
Orta əsr Qərbi Avropa sivilizasiyasinda şəhərlərin yeri
|
luminat
|
orta əsrlər tarixi
|
21 iyul 2015, 19:26
|
Erkən orta əsrlər dövründə natural təsərrüfatın hökmranlığıMəhsuldar qüvvələrin inkişafı. Sənətin kənd təsərrüfatından ayrılmasıŞəhərin kənddən ayrılması.Şəhərlər — sənət və ticarət mərkəzləri kimiFeodalizmdə sadə əmtəə təsərrüfatıOrta əsr şəhərlərinin əhalisi və xarici görünüşüSexlərQərbi Avropada təcarət və kredit işinin inkişafı Şəhərlər orta əsr cəmiyyətinin iqtisadiyyatına böyük təsir göstərmiş, onun sosial — iqtisadi və mədəni həyatında mühüm rol oynamışlar. Qərbi Avropanın əksər ölkələrində şəhərlərin meydana gəldiyi XI əsr – erkən orta əsrlərlə (V — XI) inkişaf etmiş orta əsrlər (XI — XV) arasında xronoloji hüduddur.1. Erkən orta əsrlərin ilk yüzillikləri Qərbi Avropada natural təsərrüfat demək olar ki, tam hökmran idi, əhalinin böyük hissəsini təşkil edən kəndlilər həm də sənətkarlıq məmulatları, əmək aləti, geyim də istehsal edirdilər. Əmək alətinin işçinin özünə məxsus olması, kənd əməyinin sənətlə birləşməsi – natural təsərrüfatın xarakterik cəhətləridir. Məhsul mübadiləsi zəif idi və əməyin coğrafi bölgüsü ilə bağlı idi: təbii şəraitin fərqli olması ayrı-ayrı bölgələrin inkişaf səviyyəsinə təsir göstərirdi. Təsərrüfat üçün ən zəruri mallarla: dəmir, qurğuşun, mis, duzla alver edirdilər. Bundan əlavə, Şərqdən gələn ipək parça, bəzək əşyaları, silahlar və ədviyyat da ticarət obyekti idi. Ticarətdə əsas rolu yadelli tacirlər (yunanlar, ermənilər, yəhudilər, ərəblər) oynayırdı. Satış üçün nəzərdə tutulmuş məhsulların istehsalı demək olar ki, yox idi. Roma şəhərləri tənəzzül etmişdi, iqtisadiyyat aqrarlaşmışdı, barbar ərazilərdə isə şəhərlər yenicə yaranırdı, ticarət isə primitiv idi.Əlbəttə, orta əsrlərin ilk mərhələsini “şəhərsiz” dövr də adlandırmaq olmaz. Bizansda son quldar polisi və Qərbi Roma şəhərləri hələ qalmışdı (Milan, Florensiya, Neapol, Paris, Lion, Köln, Strasburq, Vyana, London, York). Lakin onlar daha çox inzibati mərkəzlər və ya qala — burqlar idi. Onların böyük olmayan əhalisi kənd əhalisindən az fərqlənirdi, şəhər meydanları otlaqlara çevrilmişdi. Ticarət və sənət şəhərlilər üçün idi və kəndə az təsir göstərirdi. Şəhərlər ən çox romanlaşmış vilayətlərdə: Bizansda Konstantinopol, İtaliyada emporiyalar və nəhayət, ərəb İspaniyasında idi. Hərçənd, orada da son antik şəhərlər V — VII əsrlərdə tənəzzül dövrünü yaşayırdı.Beləliklə, Avropa miqyasında şəhər quruluşu ümumi və mükəmməl sistem kimi erkən orta əsrlərdə hələ təşəkkül etməmişdi. Qərbi Avropa öz inkşafı ilə Şərqdən və Bizansdan geri qalırdı. Lakin erkən şəhər məskənlərinin mövcud olması feodallaşma prosesində iştirak edirdi və siyasi — inzibati, strateji və kilsə təşkilatının mərkəzi kimi çıxış edirdi.Şəhər həyatının əsasını iqtisadi funksiya təşkil edirdi. Onun inkişafı əməyin ictimai bölgüsünə əsaslanırdı.2. X — XI əsrlərə doğru Qərbi Avropanın təsərrüf həyatında mühüm dəyişiliklər baş verir. Məhsuldar qüvvələrin artması erkən orta əsrlərdə sənətkarlıqda daha sürətlə gedirdi. Bu, sənətkarlıq texnikasının tədricən dəyişməsi və inkişafı, onun genişlənməsi, təbəqələşməsi və mükəmməlləşməsində öz əksini tapırdı. Sənətkarlıq fəaliyyəti daha çox ixtisaslaşma tələb edirdi. Eyni zamanda mübadilə sahəsi də genişlənirdi: yarmarkalar yaranır, nizami bazarlar təşəkkül edir, pul zərbi və pul mübadiləsi artırdı.Elə bir an çatır ki, sənətin kənd təsərrüfatından ayrılması zəruri olur: sənətin müstəqil istehsal sahəsinə çevrilməsi, sənətin və ticarətin xüsusi mərkəzlərdə toplanmasına imkan yaranır.Sənətin və ticarətin kənd təsərrüfatından ayrılması üçün daha bir şərt kənddə tərəqqi olur. Taxıl və texniki bitki əkinin genişlənməsi, kənd təsərrüfatı ilə sıx bağlı olan şərabçılıq, dəyirman işi kimi sahələrin inkişafı, mal — qara cinslərinin yaxşılaşdırılması və sayının artması baş verirdi. Kənd təsərrüfatının məhsuldarlığının artması imkan verirdi ki, onun məhsullarının bir hissəsini sənətkarlıq məmulatı ilə əvəz etmək mümkün olsun və bu, kəndlini həmin məmulatı istehsal etmək zərurətindən azad edirdi.Yuxarıda qeyd olunan təsərrüfat dəyişikləri ilə yanaşı, I və II minilliklərin hüdudunda sosial və siyasi şərait də orta əsr şəhərlərinin təşəkkülündə rol oynamışdır. Feodallaşma prosesi başa çatmışdı. Dövlət və kilsə şəhərdə özlərinə dayaq və gəlir mənbəyi görürdülər. Xüsusi hakim təbəqə ayrılır ki, onun zəngin həyata olan tələbatı professional sənətkarların sayının artmasına imkan verirdi. Dövlət gəlirlərinin artması isə bazar əlaqələrini stimullaşdırırdı.Kənddə əmtəə istehsalının inkişafı üçün şərait məhdud idi, çünki sənətkarlıq məmulatının istehlak bazarı da dar idi. Ona görə də sənətkarlar kənddən qaçırdılar və müstəqil işləmələri üçün şərait olan, onların məhsullunun istehlakı üçün imkan yaradan yerlərdə məskunlaşırdılar.3. Sənətin kənd təsərrüfatından ayrılması və mübadilənin inkişafı nəticəsində X — XIII əsrlərdə (İtaliyada IX əsrdən) Qərbi Avropada yeni, feodal tipli şəhərlərin artması baş verir. İtaliyada və Cənubi Fransada şəhərlərin daha erkən yaranması və artması həm də Bizans və Şərqlə ticarətin təsiri ilə olmuşdu.X — XI əsrlərdə Şimali Fransada, Niderlandda, İngiltərə və Almaniyada feodal şəhərləri yaranır. Bir qədər gec, XII — XIII əsrlərdə Reynarxası Almaniyada, Skandinaviya ölkələrində, İrlandiyada, Macarıstanda, yəni feodal münasibətlərinin ləng inkişaf etdiyi ölkələrdə şəhərlər meydana gəlir.Avropa ərazisində şəhərlərin yayılması da bərabər deyildi. Onlar Şimali və Orta İtaliyada daha çox idi, Flandriya və Reyn boyunca da şəhərlər xeyli miqdarda idi.4. Şəhərlərin əsas əhalisi istehsal və mal mübadiləsi sahəsində məşğul idi, yəni alverçilər, sənətkarlar, tacirlər. Bir qrup əhali isə xidmət sahəsində çalışırdı: matroslar, arabaçılar, yükdaşıyanlar, mehmanxana və yeməkxana sahibləri, dəllək və qulluqçular.Şəhərlilərin ən seçilən hissəsi professional ticarətçilər və onların ali təbəqəsi olan – tacirlər idi. Onlar həm xarici, həm də daxili ticarətlə məşğul olurdular və say və nüfuz etibarilə xüsusi ictimai təbəqəni təşkil edirdilər.İri şəhərlərdə, xüsusilə siyasi — inzibati mərkəzlərdə adətən feodallar öz əshabələri ilə, kral idarəçiliyinin nümayəndələri, bürokratiya, notarius, həkimlər, məktəb və universitet müəllimləri yaşayırdılar. Bir çox şəhərlərdə əhalinin bir hissəsini ruhanilər təşkil edirdi.Orta əsr Qərbi Avropa şəhərlərini ölçüsü kiçik idi. Adətən onların əhalisi 1 və ya 3-5 min olurdu. Hətta XIV — XV əsrlərdə 20-30 min əhalisi olan şəhərlər iri şəhər sayılırdı. Onlardan yalnız bir neçəsi (Konstantinopol, Paris, Milan, Venesiya, Florensiya, Kordova, Sevilya) 80-100 min əhaliyə malik idi.Şəhərlər ətraf kəndlərdən öz xarici görünüşünə və əhalisinin sıxlığına görə fərqlənirdi. Adətən şəhərlər iri daş, nadir hallarda taxta hasarlarla, qülləli darvazalarla əhatə olunurdu. Gecə darvazalar bağlanırdı, körpülər qaldırılırdı və qarovul dəstəsi növbə çəkirdi.Şəhər divarları zaman getdikcə dar olurdu və bütün tikililər bura yerləşmirdi. İlkin şəhər mərkəzini əhatə edən divarların ətrafında tədricən şəhərkənarı qəsəbələr yaranırdı və burada əsasən xırda tacirlər, sənətkarlar yaşayırdılar. Sonralar onlar da hasara alınır. Şəhərdə mərkəzi yer isə bazar meydanı idi, onun yanında şəhər kilsəsi və ratuşa (şəhər şurasının binası) yerləşirdi.Şəhər divarları onun eninə artmasına imkan vermədiyindən, küçələr çox dar olurdu. Evlər adətən taxtadan olub bir-birinə yapışırdı. Şəhərin işıqlandırılması mümkün deyildi, günəş işığı isə dar, əyri küçələrə demək olar ki, düşmürdü. Kanalizasiya sistemi isə yox idi. Sıxlıq və antisanitariya şəraitində şəhərlərdə tez-tez dağıdıcı epidemiyalar və yanğınlar olurdu.5. Orta əsr şəhəri feodalın torpağında meydana gəlmişdi və ona görə də ona tabe olmalı idi. Şəhərlilərin əksəriyyətini əvvəllər azad olmayan ministeriallar (yəni senyorun xidmətçiləri), kəndlilər təşkil edirdi. Çox vaxt onlar şəhərin senyorundan şəxsi asılılığa düşürdü. Sonuncunun əlində bütün şəhər hakimiyyəti cəmlənirdi və şəhər bir növ onun kollektiv vassalına çevrilirdi.Əvvəlki kəndlilər şəhərə özləri ilə icma təşkilatının adət-ənənələrini gətirirdilər və bu, şəhər idarəçiliyinin təşkilinə mühüm təsir göstərmişdir. Zaman keçdikcə isə şəhər idarəçiliyi şəhər həyatının xüsusiyyətlərinə və tələblərinə müvafiq forma alır. Feodalların şəhərdən mümkün qədər çox gəlir qazanmaq cəhdi kommuna hərəkatını doğurur: X – XIII əsrlərdə Qərbi Avropada şəhər ilə senyor arasında baş verən mübarizə bu cür adlanır. Əvvəlcə şəhərlilər feodal zülmünün ən ağır formalarından azad olmaq, senyorun mükəlləfiyyətlərinin azadılması və ticarət imtiyazları uğrunda mübarizə aparırdılar. Daha sonra siyasi vəzifələr irəli çıxır: şəhər özünüidarəçiliyinin və hüquqlarının qazanılması. Bu mübarizənin yekunundan asılı olaraq şəhərin senyora münasibətdə müstəqillik dərəcəsi, onun iqtisadi yüksəliş və siyasi quruluşu müəyyən olunurdu. Şəhərlərin mübarizəsi bütövlükdə feodal sisteminə qarşı yox, konkret senyorlara çevrilmişdi və bu quruluş çərçivəsində şəhərlərin mövcudluğu və inkişafı uğrunda idi.Bəzən şəhərlər pul hesabına feodaldan müəyyən imtiyaz və hüquqlar alırdı; bəzi hallarda bu imtiyazlar, xüsusilə özünüidarəçilik hüququ uzun sürən, bəzən silahlı mübarizə hesabına qazanılırdı. Bu mübarizəyə çox vaxt krallar, imperatorlar, iri feodallar da qarışırdı.Kommuna hərəkatı müxtəlif ölkələrdə müxtəlif şəkil alırdı və fərqli nəticələrə gətirib çıxarırdı. Cənubi Fransada şəhərlilər, əsasən qan axıtmadan, artıq IX — XII əsrlərdə müstəqillik qazanır. Tuluza, Marsel, Monpelye kimi Cənubi Fransa və Flandriya qrafları təkcə şəhər senyorları deyil, həm də bütöv vilayətləri hakimləri idi. Onlar yerli şəhərlərin çiçəklənməsində maraqlı idilər, onlara munisipal hüquqlar verir və nisbi müstəqilliklərinə malik olmurdular. Lakin bu qraflar kommunaların tam müstəqilliklərinin əleyhinə idilər. Məsələn, Marsel bir yüzillik ərzində müstəqil aristokratik respublika olmuş, lakin XIII əsrin sonunda 9 aylıq mühasirədən sonra Provans qrafı Anjulu Karl şəhəri aldı, öz canişinini bura təyin etdi və şəhər gəlirlərini mənimsəməyə başladı.Şimali və Orta İtaliyanın bir çox şəhərləri – Venesiya, Genuya, Florensiya, Bolonya və başqaları XI — XII əsrlərdə şəhər – dövlətlər olur. İtaliyada kommuna hərəkatının ən bariz nümunəsi Milanın mübarizə tarixidir. XI əsrdə qraf hakimiyyəti burada arxiyepiskop hakimiyyəti ilə əvəz olunur. Bütün XI əsr boyu şəhərlilər senyorla mübarizə aparmalı olmuşlar. 50-ci illərdən başlayaraq bu hərəkat yepiskopa qarşı vətəndaş müharibəsinə çevrilir. Nəhayət, XI əsrin sonu şəhər kommuna statusu alır.Almaniyada XII — XIII əsrlərdə analoji proseslər baş verir. Formal olaraq imperatora tabe olan Lübek, Nürnberq, Frankfurt kimi şəhərlər faktiki müstəqil şəhər – respublikalar idi. Onlar şəhər şurası tərəfindən idarə olunurdu, müharibə elan etmək, sülh və ittifaq bağlamaq, pul zərb etmək və s. hüquqlara malik idi.Lakin həmişə belə olmurdu. Məsələn, Şimali Fransa şəhəri Lan müstəqillik uğrunda 200 ildən çox mübarizə aparmışdır. Onu senyoru yepiskop Qodri (1106-cı ildən) şəhərdə ağır senyor rejimi yaratmışdı. Lan sakinləri yepiskopdan müəyyən hüquqlar verən xartiya ala bildilər. Lakin yepiskop bir müddət sonra krala rüşvət verib xartiyanın ləğvinə nail oldu. Şəhərlilər üsyan etdi, Qodrini özünü isə öldürdülər. Kral silah gücünə Landa köhnə qaydaları bərpa etdi, lakin 1129-cu ildə şəhərlilər yenidən üsyan etdi. Fasilələrlə mübarizə XIV əsrin I rübünədək davam etdi və nəhayət, 1331-ci ildə kral yerli feodalların köməyi ilə qəti qələbə qazandı.Ümumiyyətlə, bir çox şəhərlər, hətta ən varlı şəhərlər tam özünüidarəçiliyə nail ola bilməmişdilər. Xüsusilə güclü mərkəzi hakimiyyəti olan ölkələrdə, kral mülklərində şəhərlər bəzi imtiyazlar qazansalar da, idarəçilik orqanları kral məmurunun nəzarəti altında fəaliyyət göstərirdi. Paris, Orlean, Nant, London, Oksford, Kembric kimi şəhərlər bu vəziyyətdə idi.Şəhər hərəkatının mühüm nəticələrindən biri bu idi ki, şəhərlilərin böyük əksəriyyəti şəxsi asılılıqdan azad olmuşlar. Təsadüfi deyil ki, orta əsrlər Avropasında belə bir misal var idi: “Şəhərin havası adamı azad edir.”6. Şəhərlərin, sənətkarlıq və tacir korporasiyaların inkişafı, şəhərlilərin senyorlarla mübarizəsi prosesində feodal Avropasında xüsusi orta əsr şəhərli təbəqəsi təşəkkül edir. İqtisadi mənada yeni silk təkcə ticarət – sənətkarlıq fəaliyyəti ilə deyil, mübadilə ilə də bağlı idi. Siyasi – hüquqi mənada bu silkin bütün üzvləri xüsusi imtiyaz və hüquqlara (şəxsi azadlıq, şəhər məhkəməsinə maliklik, şəhər şurasının təşkilində iştirak və s.) malik idi və tamhüquqlu şəhərli statusu daşıyırdı. Adətən şəhərli silki “bürgerlik” anlayışı ilə eyniləşdirilir.Avropanın bir çox ölkələrində “bürger” sözü əvvəllər bütün şəhər sakinlərinə aid olunurdu (almanca burq – şəhər, fransız variantı bourgeoisie). Lakin öz əmlak və sosial vəziyyətinə görə şəhərli silki bərabər deyildi. Onun tərkibinə patrisiat, varlı tacirlər, sənətkarlar, sıravi zəhmətkeşlər və nəhayət, şəhər plebeyləri daxil idi. Təbəqələşmə gücləndikcə, “bürger” termini öz əvvəlki mənasın itirir. Artıq XII — XIII əsrlərdə bu istilah yalnız bərabərhüquqlu şəhərliləri bildirmək üçün işlədilirdi və onun tərkibinə şəhər özünüidarəçiliyindən uzaqlaşdırılmış aşağı təbəqələr daxil ola bilməzdi. XIV-XV əsrlərdə isə varlı şəhərli təbəqəsi “bürger” adlanır.Şəhər əhalisi feodal cəmiyyətinin sosial – siyasi həyatında xüsusi yer tuturdu. Çox vaxt o, feodallarla mübarizədə vahid qüvvə kimi çıxış edirdi.7. Orta əsr şəhərlərinin istehsal əsasını sənətkarlıq və peşə sahələri təşkil edirdi. Kəndli kimi sənətkar da xırda istehsalçı idi, əmək alətlərinə malik olub öz təsərrüfatını müstəqil idarə edirdi.Dar bazar və xırda istehsal şəraitində sənətkar əməyinin əsas məqsədi gəlir əldə etmək və varlanmaq ola bilməzdi. Lakin kəndlidən fərqli olaraq peşəkar – sənətkar, əvvəla, ilk vaxtlarda əmtəə istehsalçısı idi və əmtəə təsərrüfatı aparırdı. İkincisi, onun istehsal vasitəsi kimi torpağa ehtiyacı yox idi. Ona görə də şəhər sənətkarlığı kənd təsərrüfatına, kənd peşələrinə nisbətən daha sürətlə inkişaf edib təkmilləşmişdir. Əhəmiyyətli cəhət ondadır ki, şəhər sənətkarlığında işçinin şəxsi asılılığı zəruri olmamış və tez yoxa çıxmışdır. Burada başqa asılılıq formaları (sexlər və şəhərlər tərəfindən istehsalın nəzarətə alınması) olmuşdur.Qərbi Avropanın bir çox orta əsr şəhərlərində sənətkarlıq və digər fəaliyyət növlərinin xarakterik cəhəti korporativ təşkilata malik olmasıdır: hər bir şəhər çərçivəsində müəyyən peşə nümayəndələri xüsusi ittifaqlarda – sex, gildiya, qardaşlıqlarda birləşirdilər. Sənətkarlıq sexləri demək olar ki, şəhərlərin özü ilə eyni vaxtda Fransada, İngiltərədə, Almaniyada yaranır. Hərçənd ki, sexlərin rəsmi formalaşması (krallardan və digər senyorlardan xüsusi fərmanların alınması, sex nizamnamələrinin yazılması) bir qədər gec baş vermişdir.Sexlər ona görə yaranırdı ki, şəhər sənətkarları müstəqil, xırda və pərakəndə istehsalçı kimi feodallardan öz gəlirlərini qorumaq və digər şəhərlərin sənətkarlarının rəqabətinə qarşı durmaq üçün müəyyən birliyə ehtiyac duyurdular. Sexlərin əsas funksiyası bu və ya digər sənət növü üzərində inhisar yaratmaq idi. Əksər şəhərlərdə sexə mənsub olmaq sənətkarlıqla məşğul olmaq üçün zəruri şərt idi. Sexlərin digər funksiyası istehsal və sənətkarlıq məmulatlarının satışı üzərində nəzarət yaratmaq idi.Hər bir sex ustası bilavasitə işçilər idi və eyni zamanda istehsal vasitələrinin mülkiyyətçisi kimi çıxış edirdi. Adətən peşələr irsən keçirdi: sex sənətkarına işində onun ailəsi və bir neçə şagird kömək edirdi. Lakin sexin üzvü yalnız usta özü, emalatxananın sahibi olurdu.Sex üzvləri maraqlı idilər ki, onun məmulatları maneəsiz istehlak tapsın. Ona görə də sex seçilmiş şəxslərin vasitəsilə istehsalı nizamlayırdı: hər bir ustaya yalnız müəyyən olunmuş növdə və sayda məhsul buraxmağa icazə verilirdi.Şəhərlərdə sex təşkilatı feodal, korporativ xarakter daşıyırdı. Müəyyən dövrədək o, əmtəə istehsalının inkişafı üçün əlverişli şərait yaradırdı. Sex quruluşu çərçivəsində əməyin sonrakı ictimai bölgüsü mümkün idi (məs., yeni sənət sexlərinin ayrılması, əmtəələrin keyfiyyətinin təkmilləşməsi və s.). Və nəhayət, sex quruluşunda şəhər sənətkarlarının özünüdərki artırdı. Ona görə də XIV əsrin sonunadək Qərbi Avropada sexlər mütərəqqi rol oynamışdır. Sexlər təkcə istehsalı nizamlamırdı, həm də şəhərliləri senyorlara və patrisiata qarşı mübarizədə birləşdirirdi.Sex sistemi Avropada universal olmamışdır. Bəzi ölkələrdə o, yayılmamışdı. Şimali Avropada, Fransanın cənubunda və bəzi vilayətlərdə sexlərlə yanaşı, azad sənət mövcud idi.8. Şəhərlərin senyorlarla mübarizəsi şəhər idarəçiliyinin bu və ya digər dərəcədə şəhərlilərin əlinə keçməsi ilə nəticələnir. Lakin bu zaman şəhərlilərin içrisində sosial təbəqələşmə mövcud idi. Ona görə də senyorlarla mübarizənin nəticələrindən yalnız ali şəhərlilər bəhrələnir. Bu ali şəhərli təbəqəsi dar, qapalı qrup – şəhər aristokratiyasını (patrisiatı) təşkil edirdi. Şəhər şurası, mer (burqomistr), məhkəmə kollegiyası (şeffen, eşeven, skabin) yalnız patrisilərdən seçilirdi. Şəhər iadarəçiliyi, məhkəmə və maliyyə, tikinti bu təbəqənin əlində idi.Lakin sənətkarlıq inkişaf etdikcə, sexlərin mövqeyi möhkəmləndikcə sənətkarlar və xırda tacirlər şəhər hakimiyyəti uğrunda mübarizəyə başlayır. Sənət istehsalının inkişaf etdiyi bəzi şəhərlərdə (Köln, Bazel, Florensiyada) sexlər qələbə qazanır. Geniş həcmli ticarətin tacirlərin aparıcı rol oynadığı Qamburq, Lübek və Hanza ittifaqının digər şəhərlərində şəhər patrisiatı qalib gəlir. Lakin sexlərin qalib gəldiyi şəhərlərdə belə şəhər idarəçiliyi demokratik deyildi, çünki qalib gəlmiş sex başçıları qələbədən sonra patrisiatla birləşərək oliqarxik idarəçilik yaradırdılar (Auqsburq və b.)9. XIV — XV əsrlərdə sexlərin rolu xeyli dəyişir. Onların mühafizəkarlığı, xırda istehsalı saxlaması, rəqabətdən ehtiyat edib texniki təkamülə mane olması sexləri istehsalın sonrakı artımında ləngedici amilə çevirir. Məhsuldar qüvvələr artdıqca, daxili və xarici bazar genişləndikcə, sex daxilində sənətkarlararası rəqabət də artır. Sex nizamnamələrinə məhəl qoymayan bəzi sənətkarlar istehsalı genişləndirir, ustalar arasında əmlak və sosial bərabərsizlik artırdı. Əvvəlki xırda sənətkarlar içərisindən varlanmış sex aliləri çıxırdı. Nəticədə sexlərin özündə də təbəqələşmə yaranırdı: güclü, varlı (“böyük”) sexlər və kasıb (“kiçik”) sexlər ayrılırdı. Böyük sexlər kiçikləri özlərinə tabe edir və nəticədə kiçik sexlərin üzvləri faktik olaraq muzdlu işçilərə çevrilirdilər. Bu, ilk növbədə Florensiyada, Perucca, London, Paris, Bazel kimi ən iri şəhərlərdə baş verirdi.XIV — XV əsrlərdə şəhər əhalisinin aşağı təbəqələri şəhər oliqarxiyası və sex alilərinə qarşı üsyanlar qaldırmağa başlayır.Beləliklə, Qərbi Avropanın orta əsr şəhərlərində baş vermiş sosial mübarizədə 3 mühüm mərhələni ayırmaq olar: 1) Əvvəlcə şəhərlilərin əsas kütləsi şəhərlərin senyordan azad olması uğrunda mübarizə aparır. 2) Daha sonra sexlər şəhər patrisiatı ilə mübarizəyə başlayır. 3) Şəhərlilərin aşağı təbəqəsi varlı tacirlərə, ustalara və şəhər oliqarxiyasına qarşı çıxır.10. Qərbi Avropada şəhərlərin artması XI — XV əsrlərdə daxili və xarici ticarətin inkişafına imkan verir. Şəhərlər, o cümlədən kiçik şəhərlər ilk növbədə daxili bazarı formalaşdırır, burada isə kəndlə mübadilə mövcud idi.Lakin inkişaf etmiş feodalizm dövründə həcminə görə olmasa da, ən azı satılan məhsulun dəyərinə görə, cəmiyyətdəki nüfuzuna görə daha çox uzaq, tranzit ticarət böyük rol oynayırdı. XI — XV əsrlərdə Avropada bu cür bölgələrarası ticarət əsasən iki ticarət “çarpazı”nda cəmlənmişdi. Onlarda biri Aralıq dənizi idi – o, İspaniya, Cənubu və Mərkəzi Fransa, İtaliyanı öz aralarında, həmçinin Bizansla və Şərq ölkələri ilə əlaqələndirirdi. XII — XIII əsrlərdən başlayaraq, xüsusilə xaç yürüşləri ilə əlaqədar, bu bölgədə üstünlük bizanslılardan və ərəblərdən Genuya, Venesiya, Marsel və Barselonaya keçir. Burada ticarətin əsas obyektləri Şərqdən gətirilən ədviyyat, bəzək əşyaları, ipək və s. idi. Qərbdən Şərqə isə mahud, silah aparılırdı. Ticarətdə qullar da mühüm obyekt idi.Avropa ticarətinin digər rayonu Baltik və Şimal dənizləri idi. Burada şimal-qərbi rus torpaqları (Novqorod, Pskov), Polşa, Şərqi Baltika (Riqa, Revel (Tallin)), Şimali Almaniya, Skandinaviya ölkələri, Flandriya, Şimali Fransa və İngiltərə iştirak edirdi. Bu bölgədə əsas geniş istehlakı olan mallarla – balıq, duz, xəz, mahud, kətan, mum, qətranla alver edilirdi.Beynəlxalq ticarətin hər iki bölgəsi arasında əlaqələr isə Alp keçidlərindən Reynə və Avropanın Atlantik sahili boyu ərazilərə gedən marşrutlarla həyata keçirilirdi. Ticarətdə, xüsusilə beynəlxalq ticarətdə Fransa, İtaliya, Almaniya və İngiltərinin yarmarkaları da mühüm rol oynayırdı. Burada rəvac malların: parça, dəri, xəz, metal və metal məmulatlarının topdansatış satışı gedirdi. İlboyu fəaliyyət göstərən Şampan yarmarkalarında Avropanın əksər ölkələrinin tacirləri iştirak edirdi. Venesiyalılar və genuyalılar bura bahalı Şərq malları, flamand tacirləri – mahud, almanlar – kətan parça, çex tacirləri – dəri və metal məmulatları gətirirdilər. XIV — XV əsrlərsə isə Avropanın yarmarka ticarətinin mühüm mərkəzi Brügge (Flandriya) olur.O zamankı ticarəti həmçinin şişirtmək olmazdı: əmək məhsuldalığı aşağı idi, natural təsərrüfat kənd təsərrüfatında hakim idi, feodal pərakəndəliyi hökm sürürdü. Bir torpaqdan digərinə, bir senyorun mülkündən o birinə keçərkən tacirlərdən özbaşına rüsum və gömrüklər alınırdı. Tacir karvanlarına tez-tez quldur basqınları olurdu.Bununla yanaşı, əmtəə-pul münasibətlərinin tədricən artması kapitalın ayrı-ayrı şəhərlilərin, ilk növbədə tacirlərin və sələmçilərin əlində cəmlənməsinə imkan yaradırdı. Pul vəsaitinin yığılması həmçinin pul mübadiləsini genişləndirirdi: orta əsrlərdə pul sistemlərinin və pul vahidlərinin çox olması şəraitində pul mübadiləsi əməliyyatlarına böyük ehtiyac var idi.Pulların mübadiləsi üçün xüsusi sərraf peşəsi meydana gəlir. Sərraflar təkcə pul dəyişməsi ilə yox, həmçinin böyük pul kütləsinin köçürülməsi ilə də məşğul olurdular. Maliyyə əməliyyatları da bu yolla yaranır. Puldəyişmə və kredit əməliyyatları bank sistemini meydana gətirir. İlk belə bank idarəsi Şimali İtaliya şəhərlərində — Lombardiya vilayətində yaranır. Ona görə də orta əsrlərdə “lombardlı” sözü bankir və sələmçi sözünün sinoniminə çevrilir və sonralar “lombard” termini də meydana gəlir.Ticarət sənətkarlıqla birgə orta əsr şəhərlərinin iqtisadi əsasını təşkil edirdi. Onların əksər sakinləri üçün ticarət əsas məşğuliyyət sahəsi idi. Peşəkar tacirlər arasında xırda piştaxta sahibləri və vasitəçiləri də olurdu və onlar sənətkarlarla yaxın idilər. Elita isə uzaq tranzit ticarətlə məşğul olan varlı tacirlərdən ibarət idi. Onların ayrı-ayrı şəhərlərdə idarələri və agentləri olurdu. Çox vaxt bu tacirlər həm də bankir və iri sələmçi idilər.İnkişaf etmiş orta əsrlərdə tacir birlikləri – gildiyalar yaranır və geniş yayılır. Sənətkar sexləri kimi, onlar da tacirləri peşə yönümü üzrə birləşdirirdi. Ticarət gildiyaları öz üzvlərinə ticarətdə inhisar və imtiyazlı şərait və hüquq müdafiəsi, qarşılıqlı yardım təmin edirdi. Orta əsrlərdə kompanyonaj, kommenda kimi pay birlikləri də inkişaf edir. Artıq XIII əsrdə ticarət konsulu təsisatı meydana çıxır: bu və ya digər şəhərin tacirinin maraqlarını və şəxsiyyətini müdafiə etmək üçün başqa ölkələrdə və şəhərlərdə konsullar fəaliyyət göstərirdi. XV əsrin sonunda birja yaranır və burada kommersiya sazişləri bağlanır.XIV əsrin sonu — XV əsrdə daxili və xarici ticarətin inkişafındakı nailiyyətlər ali tacir təbəqəsinin əlində ticarət kapitalının iri həcmdə cəmlənməsinə gətirib çıxarır. Ticarət kapitalı kapitalın ən qədim forması olub mübadilə sahəsində fəaliyyət göstərir. Feodalizmdə əmtəə istehsalının müəyyən inkişaf mərhələsində inkişaf kapitalı tədricən istehsal sahəsinə nüfuz edir. Bu, ilk növbədə onda təzahür edir ki, tacir topdansatış xammal alıb onu sənətkara satır və sənətkardan hazır məhsul alıb satırdı. Az təminatlı sənətkar tacirdən asılı vəziyyətə düşürdü. O, xammal və istehlak bazarından ayrı düşərək tacir üçün içləməyə məcbur olurdu, faktiki isə muzdlu fəhləyə çevrilirdi.Ticarət – sələmçi kapitalının istehsala nüfuzu kapialist manufakturasının yaranmasının mühüm şərti olur. Şəhərlərdə erkən kapitalist istehsalının digər mənbəyi usta köməkçilərinin və şagirdlərinin daimi muzdlu fəhlələrə çevrilməsi idi.Əlbəttə, bu proseslər adda-budda və daha çox iri ticarət mərkəzlərində baş verirdi. Kapitalın istehsala nüfuz etməsi isə hələ kapitalist ukladının təşəkkülü demək deyildi. Səciyyəvidir ki, Qərbi Avropanın hətta ən iri şəhərlərində də ticarətdən və sələmçilikdən yığılmış kapitalın böyük bir hissəsi sənaye istehsalının genişləndirilməsinə deyil, torpaq və titul alınmasına sərf olunurdu.Eyni zamanda qeyd etməliyik ki, şəhərlər və şəhərlilər orta əsr ticarətində və sənətində, dənizçilikdə, yeni tipli müxtəlif əlaqələrin yaranmasında aparıcı mövqe tuturdular. X — XV əsrlərdə orta əsr mədəniyyətini və elminin inkişafında da şəhərlərin və şəhərli zümrələrinin böyük rolu olmuşdu.Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında
|
['Avropa tarixi', 'Qərbi Avropa', 'orta əsrlər']
|
1,108 |
https://kayzen.az/blog/Bilirsinizmi/17480/wi-fi-%C5%9F%C3%BCas%C4%B1-z%C9%99r%C9%99rlidirmi.html
|
“Wi-Fi” şüası zərərlidirmi?
|
Apollon
|
Bilirsinizmi?
|
19 iyul 2015, 14:36
|
“Wi-Fi” texnologiyası interneti xeyli sayda istifadəçi üçün daha əlçatan edib. İndi bir qurğudan digərinə kabel çəkməyə ehtiyac yoxdur, sadəcə “Wi-Fi” router vasitəsilə internetə qoşulmaq olar. Bəs əgər “Wi-Fi” şüası zərərlidirsə?
Hər şeydən əvvəl qeyd edək ki, “Wi-Fi” şüasının zərəri haqda məqalələrin əksəriyyəti elmi fakt və ya tədqiqatlara əsaslanmayıb. Faktların olmamasına baxmayaraq, “Wi-Fi” şüasının sağlamlığa zərərli olması iddiasının tərəfdarları hər gün çoxalır.
Bu barədə ciddi elmi araşdırmalar keçirilməyib. Hətta hər hansı ölkə tərəfindən araşdırma keçirilsə belə, çətin ki, simsiz texnologiyaların tərəfdarları və ya əleyhdarlarının sayı azalacaq.
Britaniyada Sağlamlığın qorunması assosiasiyasının alimləri mobil rabitə şüasını “Wi-Fi” ötürücüdən çıxan şüa ilə müqayisə ediblər. Məlum olub ki, birincinin intensivliyi ikinci ilə müqayisədə 5000 dəfə çoxdur, yəni sadə mobil telefon “Wi-Fi” qoşulma ilə müqayisədə daha çox zərərlidir.
|
['bilirsinizmi?', 'maraqlı məlumatlar']
|
1,109 |
https://kayzen.az/blog/patologiya/16661/anoreksiya.html
|
Anoreksiya
|
Apollon
|
Tibbi patologiya
|
15 iyul 2015, 22:13
|
Anoreksiya nevrosa – xüsusilə gənc qadınlarda rast gəlinən, yeməkdən imtina, yuxuya ehtiyacın azalması, buna baxmayaraq patoloji hiperaktivlik kimi əlamətlərlə xarakterizə olunan psixonevrogen bir pozulmadır.
Xəstəlik əsasən yeniyetməlik dövründə, çox nadir hallarda isə orta yaşlarda başlayır. Belə xəstələr öz bədən quruluşlarından məmnun olmur, kökəlməkdən çox qorxur və əslində belə olmasa da çox kök olduqlarını düşünürlər. Başlanğıcda arıqlamaq üçün müxtəlif pəhrizlər tutur, sonralar iştahları itir və həzmi pozulur, həddən artıq arıqlamağa başlayırlar.
Hal hazırda anoreksiyaya artıq təkcə qadınlarda deyil, kişilərdə də rast gəlinir. Belə ki, xəstəlik əhalinin 0.5 – 1%-ndə görünür və xəstələrin 95 %-i 12-20 yaş arası qızlar olur.
Anoreksiyaya səbəb olan amillər arasında sosial faktorlar əsas yer tutur. Insanların beyninə oturan “Arıqsansa yaxşı görünürsən” fikri xəstəliyin son illərdə bu qədər vüsətlə yayılmağına səbəb olub. Bundan başqa bəzi ailəiçi problemlər və psixoloji sıxıntılar da səbəb olaraq göstərilir. Anoreksiya nevrosa diaqnozunu qoymaq üçün xəstədə aşağıda sadalanan əlamətlər olmalıdır:
— Bədən çəkisinin yaş normasından 15% və daha çox əskik olması
— Arıq olmasına baxmayaraq kökəlməkdən həddən ziyadə qorxması
— Özünü düzgün qiymətləndirməməsi
— Qadınlarda amenoreya (ən azı 3 ay müddətində menstruasiyanın olmaması)
— Kişilərdə libidonun zəifləməsi
Onu da qeyd edim ki, belə xəstələr mükəmməlliyi sevir və işlərində çox nailiyyətlər əldə edirlər.
Anoreksiya iki formada özünü büruzə verir:
— Birinci tipdə xəstələr yeməyin miqdarını azaldır və ya ondan imtina edir
— İkinci tipdə isə yeməyi çox sürətlə və çox miqdarda qəbul edir, sonra isə qusur.
Xəstəliyin gedişi üç mərhələyə ayrılır:
Disformanik mərhələdə xəstələr öz bədən çəkisi və xarici görünüşü ilə əlaqədar depressiyaya düşür. Arıqlamaq üçün ideal pəhriz axtarışında olur.
Anorektik mərhələyə keçid dayanıqlı aclıq nəticəsində baş verir. Xəstələrin bədən çəkisi 20-30 faiz azalır və bu onları çox xoşbəxt edir. Əslində isə dövr edən qanın miqdarı azalır, hipotoniya və bradikardiya yaranır, üşümə, tez-tez xəstələnmə, dərinin quruması və alopesiya (keçəlləşmə) əlamətləri meydana çıxır. Daha bir əlamət – qadınlarda menstrual dövrünün pozulması, kişilərdə isə spermatogenezin və cinsi fəaliyyətin zəifləməsidir. Endokrin sistemində getdikcə pozulmalar inkişaf edir, sümüklərdə osteoporoz inkişaf edir. Toxumaların sürətli parçalanması səbəbindən iştaha tamamən kəsilir.
Kaxektik mərhələ 1,5 – 2 ildən sonra inkişaf edir, daxili orqanlarda geriyə dönməyən distrofik dəyişikliklər baş verir. Bu mərhələdə bədən çəkisinin 50%-dən artığı itirilə bilir. Bu səbəbdən su-duz mübadiləsi pozulur, zülalsız ödemlər yaranır, orqanizmdə kaliumun miqdarı kəskin surətdə azalır, bu da ürək ritmində ağır pozulmalara səbəb olur. Kaxektik mərhələdə baş verən distrofik dəyişikliklər adətən geriyə dönmür və proses ölümlə nəticələnir.
Xəstələrin 30%-i sağalır, 30%-ndə yaxşılaşma, 30%-ndə xronikləşmə qeyd olunur. Təəssüf ki, 10% hallarda anoreksiya nevrogenosa ölümlə nəticələnir.
Xəstəliyin müalicəsi pozulmanın erkən mərhələsində başladıqda daha yaxşı nəticə əldə olunur. Müalicə əsasən psixoterapiyadan, alimentar reabilitasiyadan və müalicəvi qidalanmadan ibarətdir.
Müalicənin ilkin mərhələsində xəstə gündə 6-7 dəfə kiçik porsiyalarla yemək yeməlidir. Pəhrizdə yetərli miqdarda təzə meyvə, tərəvəz, meyvə quruları, göyərti, qoz, süd və qatıq, pendir, yumurta, balıq kimi ərzaqlar olmalıdır.
Əgər xəstə müalicə başlandıqdan bir ay sonra 2-3 kg və daha çox çəki artırıbsa, bu terapiyanın effektli olduğuna dəlalət edir.
saglamolun.az
|
['tibbi patologiya', 'anoreksiya']
|
1,110 |
https://kayzen.az/blog/publisistika/16676/n%C9%99d%C9%99n-v%C9%99-nec%C9%99-yazmal%C4%B1.html
|
Nədən və necə yazmalı?
|
Apollon
|
Publisistika
|
15 iyul 2015, 22:08
|
Deyilənlərə və yazılanlara inansaq, belə bir əhvalat olubdur. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir. Məsləhət istəyir. Dostoyevski deyir ki, gəl, sənə bir məsləhət verim. Get, öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən… İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var.
Oxuduqlarım, gördüklərim, eşitdiklərim — bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim ədəbiyyatımızın ən böyük problemlərindən biri odur ki, yazarlarımız öz həyatlarını yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. Sovet dövründə formalaşmış yazıçı obrazından xilas ola bilmirlər. Həm geyimləri, həm də davranışları ilə sovet ənənəsini davam etdirməkdədirlər.
Baxırsan adama, adam heç yazıçıya oxşamır. Əlbəttə, mən artistliyin əleyhinəyəm. Sənət adamlarının qəribəlikləri olur. Lakin bu qəribəliklər təbii olmalıdır, kim manipulyasiya edirsə, axırda gülməli vəziyyətə düşür. Artistlik edənlər yalnız yarımçıq adamların diqqətini cəlb edə bilər, bir az sənətdən başı çıxanlar isə onlara güləcəklər. Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur. Hətta Çingiz Aytamatov belə, gənclik illərindəki sevgisindən danışmışdı. Gözəl xatirələrdir. Adam oxuyur, ləzzət alır. Dəmiryol vağzalında ayrıla bilmirlər. O, bunu Moskvaya ötürür, bu onu Peterburqa ötürür. Bizim hansı yazıçımız arvadın qorxusundan belə xatirələrini bölüşə bilər?
Yaddaş yazıçının ən böyük sərvətidir. Bizimkilər bu sərvətdən özlərini məhrum ediblər. Çünki çərçivədədirlər. Qayğıkeş ata, nümunəvi ailə başçısıdırlar. Belinskinin təbirincə desəm, isdedadsız adamlar özləri haqqında yaza bilmirlər. Onlar özləri haqqında yaza bilməməklə, həm də istedadsız olduqlarını sübut edirlər.
İkinci bir böyük problem var. Yazarlarımız sadə görünməkdən qorxurlar. Düzdür, ədəbiyyatda şərtilik olmalıdır. Ədəbiyyatın babalarından biri, Flober deyirdi ki, şərtiliksiz ədəbiyyat mövcud ola bilməz. Lakin bizim yazıçılar əksər hallarda şərtiliklə süniliyi qarışdırırlar. Günəşi küləş başa düşürlər. Onlar sadə görünməkdən qorxurlar, ona görə də təkərə düşüb axmaq-axmaq mətnlər yazırlar. Onlar içki masası arxasında daha çox yazıçı olurlar. Yazı masasının arxasına keçdikdə isə poza alırlar və axmaq əhvalatlar uydururlar. Əslində isə içki masasında danışdıqları, yazdıqlarından daha çox ədəbiyyatdır. Onlar içki masasında danışdıqlarını yazsalar, daha çox uğur qazanarlar. Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər.
Nəticədə gülməli vəziyyətə düşürlər. Yazar, yaza biləcəyi şeyləri yazmalıdır, amma yaxşı yazmalıdır. Bir çox uşaq yazıçıları itdən, pişikdən, atdan, qatırdan, maraldan, xoruzdan, donuzdan, balıqdan, buluddan, küləkdən nə bilim bütün canlılardan və təbiət hadisələrindən yazıblar. Amma onların adları ən məşhur yazıçıların adları ilə bir sırada çəkilir. Məsələn, Lenin öz əsərlərində Saltıkov Şedrinin adını dörd yüz dəfə çəkmişdi. “Qulliverin səyahəti” əsəri ümumilikdə uşaq ədəbiyyatı sayılır, amma bununla bərabər, həm də dünya ədəbiyyatının ən güclü nümunələrindən biridir. Tomas Vulfun bu əsər haqda gözəl sözü var, deyir, “istənilən ciddi sənət əsəri avtobioqrafikdir və mən Qulliverin səyahəti əsərindən daha avtobioqrafik əsər tanımıram”. Əlqərəz, nədən yazmaq, necə yazmaq, hansı janrda ifadə etmək çox əhəmiyyətli məsələlərdir. Gərək hər bir yazar bu məsələləri özündə həll etsin. Cavab tapmaqda çətinlik çəkdikdə inandığı adamlardan soruşsun. Memuarlar oxusun. Anderson öz sadə, amma mükəmməl nağılları ilə milyonlarla insanın ürəyini fəth etdi. Dünyanın bir çox ölkələrində Andersonun nağılları oxunulur, sevilir, çizgi filmləri çəkilir. Anderson adına mükafat var.
Avropada uzun müddət insanları uşaq əsərləri ilə tərbiyə ediblər. Həmin əsərlərdə “insan necə yaşamalıdır” sualı öz bədii həllini tapmışdı. Yəni itdən, pişikdən, almadan, qarğadan, arıdan, qarışqadan, cırcıramadan, divdən, əjdahadan nağıl da yazıb məşhurlaşmaq, əbədiləşmək mümkündür. Sadəcə, necə yazmaq söhbəti var hələ. Xüsusən gənclər güclərini dəqiq hesablaya bilmədiklərinə görə yazılarında bəşəriyyətin ən dahi adamlarının əsrlərdi cavab tapa bilmədikləri suallara cavab tapmaq istəyirlər. Bəli, gəncliyin iddiasi alqışlanmalıdır. Amma onlar sadə məsələlərdən yazsalar, həm özlərinə çox əziyyət verməzlər, həm də cəmiyyət bir fayda görər. Yazsınlar görək nə yemək istəyirlər, yeyə bilmirlər. Nə geymək istəyirlər, geyə bilmirlər. Evdən onlara nə qədər pul verirlər. Tələbatlarını necə yola verirlər. Hansi kitabı oxuyurlar. Hansı filmlərə baxırlar. İnsan heç olmasa, özünə qarşı səmimi olmalıdır. Bir əsərdən xoşun gəlmirsə, açıq de ki, xoşum gəlmədi. Çətinliklə oxudum. Heç vaxt kütlənin qəbul etdiyi normaları qanun kimi qəbul etmə. Kafkadan xoşun gəlmədisə, de ki, gəlmədi. Başa düşmədinsə, de ki, başa düşmədim. Heç nədən qorxma. Heç bir tiraj, ad, mükafat qarşısında həyəcanlanma. Böyüklük sadəlikdədir. Bir çox yazarlarımız sadə görünməkdən qorxaraq davamlı olaraq uğursuzluğa düçar olurlar. Yapon yazıçısı Misima deyirdi: Mən enerjimin böyük bir hissəsini daima maraqlı görünməyə sərf etdim.
Problem ondadır ki, bir dəstə yazıçı müdirə oxşayır. O biri dəstənin də başı maraqlı olmağa o qədər qarışıb ki, ədəbiyyatın özü yaddan çıxıb. Böyüklər heç, onları artıq itirmişik, heç olmasa, gənclər, balacalar onların səhvlərini təkrarlamasınlar. Araq adamdan yazıçı düzəltmir. Onda gərək dünyanın bütün alkoqolikləri yazıçı olaydılar. Ədəbiyyatda lətifələrlə yox, yazılarla qalın.
Bizim ölkədə bir neçə adam haqqında yüzlərlə əhvalatlar var. Amma mən o adamların oxumağa üç səhifəlik yazısını tapa bilməmişəm. Ona görə heç vaxt onlara marağım olmayıb. Baxmışam ki, onlar haqqında iştahla danışan adamların çoxu aqrar təfəkkürlü, savadsız, yarımçıq, ən uzağı tamada olacaq adamlardır. Ölkədə bu qədər yazan-pozan var. Bu qədər yazıçı, şair adına iddialı adam var. Amma bu qədər adamın içində cəmisi on — on beş adamla oturub adam balası kimi ədəbiyyatdan, əsərlərdən danışmaq, informasiya mübadiləsi etmək olar. Qalanları savadsızdır. Onların başındakılarla ancaq tost demək olar. Çünki oxumurlar, avaradırlar. Heç nədən xəbərləri yoxdur. Bu mənada hansı adamlarla ünsiyyətdə olmağın çox böyük əhəmiyyəti var. Bizim yazarlarımızın çoxu, seyid cəddinə arxayın olan kimi öz istedadlarına arxayın oldular, oxumadılar, zəhmət çəkmədilər. Nəticədə, tamadaya çevrildilər. Bu gün bizim ədəbi muhitimiz tamadalarla zəngindir. On-on beş adamı çıxmaq şərti ilə demək olar ki, hamısı tamadadır. Bu tamadalar üstəlik cəmiyyətdən hörmət tələb edəndə lap belə gülməli görünürlər. Uğura aparan maşının motoru yalnız bir yanacaqla işləyir. Bu yanacağın adı alın təridir
Seymur Baycan
|
['esse', 'Seymur Baycan']
|
1,111 |
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/18294/q%C9%99rbi-avropa-sivilizasiyas%C4%B1-erk%C9%99n-orta-%C9%99srl%C9%99rin-sonunda.html
|
Qərbi Avropa sivilizasiyası Erkən Orta Əsrlərin sonunda
|
luminat
|
orta əsrlər tarixi
|
12 iyul 2015, 11:15
|
Fransa IX – XI əsrlərdəİtaliya VIII – X əsrdəAlmaniya IX – XI əsrin əvvəllərindəŞimali Avropa IX- XI əsrlərdəİngiltərə XI əsrin ortalarınadəkİspaniya VIII – XI əsrin ortalarında 1. Fransa IX – XI əsrlərdəFransız dövlətinin əsasını 843-cü il Verden müqaviləsi qoymuşdur. 855-ci ildə Lotarın ölümündən sonra onun krallığı parçalanır: onun böyük oğlu Ludovik imperator titulunu saxlayır və İtaliya krallığını özünə götürür. Ortancıl oğul Karla Cənub – Şərqi Qalliya ərazisi keçir və bu torpaqlar Provans krallığını (Burqundiya) təşkil edir; kiçik oğul Lotar isə Lotaringiyaya sahib olur. Keçmiş Frank dövlətinin ərazisi Böyük Karlın varislərinin ümumi vərəsəsi sayılmağa davam edirdi və bu varislərin hər hansı birinin vəfatı ilə sərhədlər yenidən bölünürdü. Qərbi Frank krallığı isə VIII əsrin sonunadək Berden müqaviləsi ilə müəyyən olunmuş sərhədlərdə (Şelda, Maas və Rona çaylarından qərbə) qaldı və sonralar Fransa adlanmağa başladı. Fransa krallığı etnik baxımdan mürəkkəb bir qururm idi. Ölkənin cənub – qərb ucqarında – Qaskonda Basklar, şimali – qərb ucqarında – Bremenda keltlər, şimalda – Flandriyada germandilli Flamondlar yaşayırdılar. X əsrin əvvəllərində Senanın aşağı axarlarını normanlar ələ keçirir. Qalan ərazilər romandilli idi və əsasən iki xalq – şimali fransız (provansal) xalqı məskunlaşmışdır. Onların arasında şərti sərhəd Puatye – Luon xətti idi. Krallığın siyasi mərkəzi ənənəvi olaraq ölkənin şimali – şərqində yerləşmişdi. Daimi paytaxt hələ yox idi. Kral sarayı daha çox Lan, X əsrin sonlarında isə Parisdə cəmlənir. Uzaq vilayətlərin idarəsi qraflara və onların müavinlərinə — vikontlara tapşırılır. IX əsrin ortalarınadək onlar dövlət məmurları idilər. Karolinqlər bu məmurları onların özlərinin mülükü olmadığı əyalətlər məyun edirdilər və müttəfişlərin vasitəsinə fəaliyyətlərinə nəzər edirdilər. Lakin qraflar və bikontlar canişini olduqları torpaqda torpaq və vassal əldə etdikcə, adi məmurdan hakimə çevrilirdilər.IX əsrin sonlarında Karolinqlər süqlaləsi namənə hakimiyyətə idi. Real hakimiyyət bu zaman şimali Fransanın nüfuzu feodallarının, xüsusilə Robertilər nəslində olan Paris qraflarının əlində idi. 987- ci ildə Karolinq nəslinin kəsilməsi ilə maqnatlar məhs bu nəslin nümayəndəsinin-Hüqo Kapeti taxta çıxardılar. Onun varisləri-Kapitinqlər fasilələrlə 1848 – ci ilədək ölkəni idarə etmişlər.Sülalə dəyişikliyi kral hakimiyyətinin nüfuzuna böyük zərbə idi və ölkənin cənubunda uzun müddət qəbul edilməmişdi. Təəccüblü deyil ki, artıq X əsrin əvvəllərində Qaskon, Bretan, Normandiya və Burqundiya faktiki müstəqil oldular. Bu torpaqların xüsusi statusu onların hakimlərinin “Hersoq” titulunda da əks olunmuşdu. Kralın hakimiyyətinə yalnız şimal-şərqə ciddi yanaşılırdı, lakin burada da Flandriya və Şampan qrafları kraldan güclü idilər.Hüqo Kapet və onun yaxın xələflərinin süveren hüquqları XII əsrin əvvəllərinədək Paris və Orlean arasındakı ərazi ilə məhdudlaşırdı və İl-de-Frans (Fransa adası) adlanırdı. Qalan ərazilərdə kral süzeren kimi vassallararası münaqişələri yoluna qoyur və müharibəyə başçılıq edirdi. Iri senyorlar daxili işlərdə tam sərbəst idilər və bəzən hətta digər ölkələrlə əlaqə saxlayırdılar.2. İtaliya VIII – X əsrlərdə.Avropaya barbar yürüşlərinin sonuncu güclü dalğası İtaliyanın payına düşmüşdür. VI əsrin sonlarına doğru onun ərazisinin böyük bir hissəsi (Şimali və Orta İtaliya, cənubda isə — Spoleto və Benevent) lanqobardlar tərəfindən işğal olunur. Cənubi İtaliya Bizansın hakimiyyətində qalır.Lanqobardların dövründə krallığın ərazisi hersoqluqlara bölünmüşdü və burada inzibati, məhkəmə və hərbi hakimiyyət cəmlənmişdi. Paviya şəhəri krallığın payatxtı idi. Lanqobard kralları bütün cəhdlərinə baxmayaraq ölkəni vahid hakimiyyət altında birləşdirə bilməmişdilər və bu da böyük Karlın lanqobardlar üzərində qələbəsini asanlaşdıran amillərdən olmuşdu. 774- cü il Frank yürüşü lanqobard krallığını Frank imperiyasının tərkibinə qatsada İtaliyaya siyasi vəhdət gətirmədi. Hələ 756- ci ildə Orta İtaliyada papa dövləti meydana gəlmişdi. Cənubi İtaliya isə Bizansın hakimiyyəti altında qalırdı.Böyük Karl İtaliyada yeni ərazi-inzibati bölgü küçirdi: hesoqluqlar əvəzinə Frank əyanlarının idarəçiliyinə verilmiş 20 qraflıq təşkil olundu. Lakin Karolinqlərin dövründə də mərkəzdənqaçma prosesi güclü idi.843-cü il Verden müqaviləsi ilə İtaliya müstəqil krallıq statusualır, lakin bu da imperiyanın siyasi pərakəndəliyinə son qoyur. Frans əyanlarının kral taxt-tacı uğrunda mübarizəsi və ali hakimiyyətin zəif olması X əsrin birinci yarısında macarların ölkəyə yürüşü etmələrinə imkan verir. İtaliyanın cənubu isə Ərəb işğallarına məruz qalır. (IX əsrin sonu ərablər sicilyanı ələ keçirirlər).X əsrin ortalarından etibarən Şimali və Orta İtaliya Alman krallarının torpaq iddialarının obyektinə çevilir. Qrafların, markqrafların və ali dindarların – yepiskopların, arxiyepiskopların, abbatların hakimiyyəti bu zaman imperator hakimiyyətindən daha möhkəm idi. XII-XIII əsrlərdə İtaliyaya hərbi yürüşlər imperiyasının xarici siyasətinin mühüm istiqaməti olmuşdu.İtaliya tarixinin Avropanın digər ölkələrindən fərqli mühüm xüsusiyyətləri şəhər həyatının burada erkən inkişafı olmuşdur. Artıq VIII əsrdə Brabar işğalları nəticəsində dağıdılmış şəhərlər bərpa olur. Antik şəhərlər ticarət-sənətkarlıq mərkəzləri kimi mövcud olmağa davam edirdilər. Milan, Verona, Bolonya və Roma kimi şəhərlərdə antik şəhərdən orta əsr şəhərinə birbaşa keçid baş verir.VIII-IX əsrlərdə yeni şəhər tipi məskənlər də salınır. Ölkənin daxilində daimi bazarlar yaranır və Şərqlə ticarət əlaqələri də genişlənir. İntensiv iqtisadi həyatı olan şəhərlər Milan, Verona, Ravenna, Paviya idi. Tirren dənizinin sahillərində Genuya, Piza, Amalfi kimi iri limanlar meydana çıxır. Cənubi İtaliyadakı Bari şəhəri isə Şərqlə Qərb arasında mühüm ticarət vasitəçisi idi.Şərqi Aralıq dənizi bölgədə Pizanın və Genuyanın güclü rəqibi Venesiya idi – şəhər V əsrdə salınmışdı və tranzim ticarətdən və ixrac etdiyi duzdan gələn gəlirlə varlanmışdı. Tranzim ticarəti geniş olmasına baxmayaraq, bir çox İtalyan şəhərləri öz əmtəə istehsalına və bir çox ixtisaslaşmasına dayaqlanırdı. Məs; Milan – artıq X əsrdə silahsazlıq, Paviya – dəri emalı, Muka – mahud irtehsalı, Venesiya – şüşə məmulatları istehsalının mərkəzinə çevrilmişdilər. Avropada ilk dəfə cənubi İtaliya şəhərində ipək parçalar hazırlanmağa başlamış, daha sonra Venesiyada da öz yerli xammalı əsasında şərbaflıq meydana gəlmişdi.Sonrakı dövrdə — XI – XIII əsrlərdə İtalyan şəhəri kənd təsərrüfatının və kəndin sosial strukturunun inkişafına böyük təsir göstərmiş və ölkədə feodallaşma prosesinin özünəməxsusluğunu şərtləndirmişdir. Yüksək dərəcəli urbanizasiya erkən orta əsrlərin sonuna doğru İtalyanın ən səciyyəvi cəhəti olmuşdur.3. Almaniya IX – XI əsrin əvvəllərindəKarolinq imperiyasının şərq hissəsində siyasi pərakəndəlik 843 – 880 – ci illərdə baş verir. Şərqi Fransa ( Eronsia orqentalis) kimi adlanan yeni krallığın Karolinqlərin şərq qolu hökmran idi. Onlardan biri olan III Karl ( 876 – 888) Qərbi Frank tyaxtına da dəvət olunur. Daha sonra Şimali İtaliyanın özünə tabe edən III Karl qisa müddətə Böyük Karlın dövlətini birləşdirə bildi. “Şərqi Fransa” imperiyasının digər torpaqlarından 2 xüsusiyyətilə seçilirdi: Əvvəla, burada roman deyil, alman dialektləri üstün idi; ikincisi, təsərrüfat və ictimai münasibətlər burada daha arxayın idi, nəinki İtaliyada. Bu geri qalma ilk onda əks olunurdu ki, feodallaşma prosesi şəhərdə erkən mərhələdə idi. ələxsus, burada qəbilə quruluşu saxlanılmışdı. Habulki frank imperiyasının qərbində rast gəlmək mümkün deyildi. Ən iri alman hersoqluqları – Saksoniya və Bavariya yerli qəbilə əyanlarından olan hesoqlular başda olmaqla tayfa başçısı idi.Türinq tayfası Sakson hersoqlarına tabe idi. Şvabiya hersoqluğu Şvablar (almanlar) tərəfindən məskunlaşmışdı. Lotaringiya hersoqluğu isə fərqli olub tayfa xarakteri daşıyırdı. Latarengiyalar sırf siyasi kombinasiyalar nəticəsində meydana gəlmişdi və özünü xüsusi etnik özülü yox idi, tərkibində isə roman əhalisinin üstünlük təşkil etdiyi vilayətlər var idi.Mayi çayı boyunca Frankon hersoqluğu təşəkkül tapmışdı. Hələ Merovinqlər dövründə Mayn əlveriçli yola çevrilmişdi, franklar onun vasitəsinə şərqə köçür və buradakı almanları və bavarları assimilyasiyaya uğradır. Qonşu tayfalar üçün bu qarışıq xalq elə “frank” olaraqv qaldı, torpaqları isə frankiya adlanır.Şərqi Frank krallığının Karolinqlər sülaləsindən olan son hökmdarı öləndən sonra ilk dəfə yerli əyan nəslindən olan-frankon hersoqu İmperator Konrod (911- 918) kral seçilir. O, digər hersoqların böyük rəqabəti ilə qarşılaşır və onlarala mübarizədə həlak olur. Onun ölümündən sonra iki güclü, lakin iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsinə görə fərqlənən hersoqluğun-Bavariya və Saksoniyanın hersoqları eyni vaxtda kral elan olundular. Son nəticədə taxt – tac Saksoniya hersoqu Henriyə qaldı. Lakin o, Bavariyanın daxili işlərinə arışmamaq öhtəliyi götürdü. I Henrinin kral elan olunması ilə (919) alman krallığının tarixdi başlayır.I Henri (919 – 936) ölkədəki nisbi sabitliyə nail ola bildi. Alman əyanlarının köməyi ilə o, zəngin Lotaringiyanı Şərqi Frank krallığına yenidən tabe etdirə bildi. Kilsə ilə münasibətləri qaydaya salan Henri macarlara müqavimət göstərmək üçün alman tayfalarını və əyan qruplaşmalarını birləşdirə bildi. Ağır silahlanmış süvari qoşun hissələrinin yaradılması alman cəmiyyətində feodal zadəganlar təbəqəsinin təşəkkülünü sürətləndirdi.I Henrinin oğlu I Otton (936 – 973) atasının xarici siyasətini davam etdirdi. 955 – ci ildə Auqsburq yaxınlığında Lex çayı sahillərində Ottonun süvari dəstələri macarlara ağır zərbə endirdi və birdəfəlik onları alman torpaqlarından çıxartdı. Lakin daxili siyasətdə Otton Henrinin ənənələrini pozdu: Axendə təntənəli şəkildə taxta çıxan Otton bununla kralın hersoqlardan üstünlüyünü elan etdi. Bu siyasətin nəticəsi üsyan və iğtişaşlar oldu.951 – ci ildə I yürüşü gedişində Otton Romayadək qata bilmədi, lakin yerli İtalyan əyanları tərəfindən İtalya kralı elan olundu. 962 – ci ildə Roma papası II İonanın dəvətindən istifadə edib I Otton İtaliyanın bütün şimalını kemərək Romaya girdi. Romada o, təntənəli sürətdə imperator elan olundu. 962 – ci il tacqoyma mərsimi yeni, bu dəfə alman imperiyasının özülünü qoydu.II Otton (973-983) öz atasının siyasətini davam etdirməyə çalışırdı: öz hakimiyyətini İtakiyanın cənubunda bərqərar etnək cəhdi edən II Otton ərəblər tərəfindən ağır məğlubiyyətə uğradı.Yarı Saks, yarı yunan olan II Otton (994-1002) da babası II Otton kimi hesab edirdi ki, Roma imperiyasını bərpa etmək onun payına düşüb. Kamillik yaşına çatan kimi II Otton alman mənşəli Qriqorun (V) Roma papası olmağa müyəssər oldu və V Qriqorun Romada onun başına tac qoydu. Romanı özünə daimi iqamətgah seçən II Otton ümumdünya “Roma imperiyası”nı vahid imperatora tebe xristian krallığının birliyi kimi məcbur edirdi. Lakin onun siyasi layihələri hətta alman əyanlarını içərisində də təqdir olunmadı. İtaliyada isə bu iğtişaşa gətirib çıxarırdı və son nəticədə II Otton Romadan açması oldu. Tezleklə o, oldu və varisi olmadığı üçün Sakson sülaləsinin nümayəndəsi II Henri (1002-1024) kral oldu.IX əsrin sonu – X əsrin əvvəllərində Karolinq dövlətinin parçalandığı “qaranlıq” mərhələ ilə müqayisədə Ottonların hakimiyyətini nisbətən mədəni yüksəliş bir tərəfdən “Karolinq intibahı” ilə, digər tərəfdən, alman əyanlarının İtaliya və Bizansla ünsiyyətinin artmaması ilə izah olunur.Almaniyada mədəniyyət və təhsil mərkəzləri ilk növbədə Lorş, Korveya kimi iri abbatlıqlar var idi. “Otton intibahı”ndan zəif olsada tarixin yazılması baxımından ciddi nailiyyətlər malik olmuşdur. Otton ailəsinə yaxın olan monax Vidukinq özünün “Saksların tarixi” əsərində tayfanın tarixini təqdim edirdi. Daha bir tarixi əsər yepiskop tutların “ xronika”sıdır. Xronika bütün dünyada imperiyada baş verən hadisələri işıqlandırır.“Otton intibahı”nın ən maraqlı şəxslərindən də Rosvita ( Qrosvita) adlı qadın yazıçıdır. O, latın dilində kilsə məzmunlu bir neçə poema və I Ottonun hakimiyyəti haqqında şerlər formasında tarix yazmışdır.4. Şimali Avropa IX- XI əsrlərdəIX- XI əsrin ortalarında Şimali Avropa tarixində “Vikinqlər dövrü” kimi daxil olmuşdur. Bu, Skandinaviya konunqların başçılığı altında vikinqlərin geniş hərbi yürüşü olmuş və beynəlxalq ticarətin genişlənməsi və yeni torpaqların kolonlaşdırılması ilə müşayiət olunmuşdur. Skandinaviyanın özündə bu, qəbilə quruluşunun dağılması ilə ilk dövlət qurumlarının yaranması kimi qeyd olunur.“Vikinqlər dövrü”ndə kolonlaşma da baş verir – Skandinaviya y.a.nın məskunlaşması sürətlənir. Yeni tip gəlişlər meydana gəlir, onların vasitəsilə bu vikinqlər Şimali Baltik dənizlərində üzür, Diepr yolu ilə Konstontinopuladək gedib çıxır. Vikinqlərin İspaniyaya və Şimali Amerikaya sahilboyuna qədər üzürlər.“Vikinq” anlayışının etimologiyası tam müəyyən olunmayıb; çox güman ki, bu, “vik”-“liman”sözündəndir. Qərbdə onlar normannlar (“şimal adamları”), Rusda isə varyaqlar adı ilə tanınırdılar.Vikinqlərin yürüşləri haqqında ilk xəbərlər VIII əsrin sonuna aidir. 793 – cü ildə skandinavlatın bir dəstəsi İngilislərin şimal-şərq sahilboyundakı monastra hücumu onu yandırmışdıkar. Daha sonra belə talanlar İrlandiya, Almaniya, Frank krallığına da edildi.Birinci normann işğallarına məruz qalan ölkələrin hakimləri onlardan müdafiı olmaq üçün nizamlı hərbi yürüşlər təşkil etməyə başladılar. Xüsusilə franklar tərəfindən edilən müqavimət Danimarka konunqu Qodfredi yutlandiyanı cənubdan qoruyan müdafiə səddi tikməyə məcbur edir. Tikintisi IX əsrin əvvəllərində başlayan “Danevirk”in (“Danimarka səddi”) sonralar da inşası davam etmişdir. Danimarka Fatehləri Avropanın ən müxtəlif ərazilərində geniş torpaqlarını talan edirdilər. Norveçdən onlar İslandiyanı fəth etməyə yönəlmişdilər. IX-XI əsrin əvvəllərində norveçlər və danimarkalılar İrlandiyanın da böyük bir hissəsini işğal edərək burada krallığını yaratdılar. Baltik dənizinin cənub sahillərində məskunlaşmış isveçlər və danimarkalılar İrlandiyanın da böyük bir hissəsini işğal edərək burada da krallıqlar yaratdılar. Baltik dənizinin cənub sahillərində isve4çlər IX əsrdə “ Varyaqlarda yunanlarda” yloun əsasını qoyaraq Bizans və ərəb xilaqfətilə əlaqələr yaratdılar.IX əsr boyu vikinqlər çimali Almaniyanı, Fransanı, İngiltərəni talan etməkdə davam edirdilər. Əsrin sonuna doğru Şimali və Şərqi İngiltərənin böyük bir hissəsi skandinav döyüşləri tərəfindən məskunlaşdı. Vikinqlər həmçinin İtaliya, Cənubi Fransa, Portuqaliya şəhərlərini talan etmişlər.IX-X əsrin hüdudlarında Danimarka ordusunun bir hisəssi Şimali Fransada məskunlaşır.( Komanten y.a). Hərbi başçı Pollon 911 – ci ildə bu y.a.nı Fransız kralından len olaraq aldı. (Ölkəni normanlardan qorumaq şərtilə). Fransanın normal olaraq vassal mülkü olan Normandiya hersoqluğu faktivi müstəqil idi. Tədricən Normandiya özlərinin skandinav mənşəyini itirir, doğma dillərini, adət-ənənələrini unudurlar.Təxminən 930-cu ilə doğru norveçlər İslandiyanın bütün sahilboyu ərazisini ələ keçirdilər( adanın daxili rayonları səhralıqdır və indiyədək boşdur). Kolonistlər maldarlıq, balıqçılıq və az miqyasda əkinçiliklə məşğul olmağa başladılar. 930-cu ildə İslandiyanın bütün əhalisi üçün xalq yığıncağı — altinq məsis edildi və ilk qanunlar qəbul olundu. Altinq həm məhkəmə həm də inzibat yığıncağı idi və “ Hərbi demokratiya”nın xüsusiyyətlərini saxlamışdır( bəzilərinin dediyi kimi, “Avropanın ən qədim parlamenti” hesab edilməmişdir). Dövlət əlamətləri yox idi.X əsrin 80-cı illərində islandlar və norveçlər Qrenlandiyanı fəth etdilər və tezliklə Şimali Amerikanın sahilboyu adalarına da gəlib çatdılar. Bu ekspedisiyaların başında uğurlu Leyb dururdu. Adalarda skandinavlar yerli əhali ilə — skrelinqlərlə rastlaşdılar. Arxeoloji aazıntılar nəticəsində burada tapılmış yaşayış tipləri “ vikinqlər dövrü” nə məxsusudur. Leyb Kolumbu 1minillik qabaqlayaraq Amerika sahillərinə çatmışdır; lakin Amerikanın Avropa üçün açan əsl fateh Kolumbdur.5. İngitərə XI əsrin ortalarınadək.X əsrin sonu — XI əsrin əvvəllərində skandinav yürüşlərinin ən böyük nailliyyəti-onların İngiltərəni tabe etməsidir. Əvvəlcə danimarkalı və norveçli hərbilər İngiltərənin krallarının xidmətinə daxil olur, onlarda məvacib və hədiyyələr alırdılar; daha sonra bu məvaciblər əhalidə alınan təzminata çevrilirdi. 1016-cı ildə Danimarka sərkərdəsi Knut ingilis taxtına çıxdı, qardaşının ölümündən sonra həm də Danimarka kralı oldu.1028-ci ildə Knut Norver taxtına da ələ keçirdi. Beləliklə böyük Knutun( 1016-1035) iri dövləti bu, erkən əsrlərdə xas olan və azomurlu siyasi qurum idi. Knutun oğlu Xardaknutun 1042- ci ildə vəfatə ilə danimarkalılar ingilis və Norveç taxtını itirdilər.Taxtda olmuş sonuncu vikinq Konunqu Xarald Xardrad (“Qəddar hökmdar”, 1046-1066) sayılır. 1066-cı ildə Xarald böyük donanma yaradaraq Şərqiərqi İngiltərənin sahillərinə yan alır. Adadnın skandinav əhalisi onun tərəfinə keçir. Lakin əyanlar tərəfindən ingilis kralı elan olunmuş harold York yaxınlığında Stemfordbriç döyüşlərində Norveç konunquna qalib gəlir. Xardradın həlak olması ilə İndiltərə vikinqlərdən xilas olsa da, 1 aydan sonra normand hersoqu fateh Vilheli tərəfindən işğal olunur.XI əsrin sonlarına doğru skandinavların hakimiyyəti altında Şimali Şotlandiya, Men adası İrlandiyaya isə Dublin və Leynster qalırdı.Vikinqlərin yürüşü xalqların böyük Konunqu son dalğası kimi qiymətləndirilə bilər.alman tayfaları ələ keçirdikləri torpaqlarda məskunlaşaraq yeni dövlətlər yaratdıqları kimi, Skandinavlar da IX-XI əsrlərdə qəbilə quruluşunun dağılması prosesini yaşayırdılar və yeni torpaqlar ehtiyac duyaraq Avropanın sosial, siyasi və demokratik quruluşuna dəyişikliklər gətirmişdilər.Lakin xalqların böyük köçünün II və yekun dalğası birincidən fərqli olmuşdur. V-VI əsrdə barbarlar öz dövrünü başa vurmaqda olan quldarlıq sisteminin dağılmasına məkan verdilər; şimaldan olan barbarlar isə (həmçinin macarlar və ərəblər) IX-XI əsrlərdə yeni formalşmaqda olan sosial qurluşla rastlaşdılar və möhkəmlənməkdə olan bu quruluşa dağıda bilmək iqtidarında olmayıb feodallaşma prosesinə cəlb olundular. Avropanın bəzi yerlərində, o cümlədən İngiltərədə skandinav yürüşləri bu prosesləri bir qədər ləngitdi və feodal tabeçiliyinə qarşı çıxan azad kəndli təbəqəsini yaratdı. Digər bölgələrdə (şişali Fransada və Cənubi İtaliyada), əksinə, bu proseslərdə tamamlama gətirdi. Hər iki halda vikinqlər və onların xələfləri işğal etdikləri ərazilərdə mövcud olmuş sosial quruluşu qəbul etməli oldular.Anqlosakslar tərəfindən işğal olunmuş Britaniya ərazisində V-VII əsrlərdə bir neçə anqlosaks krallıqları yaranır; cənub-şərqdə-Kent (yutlar tərəfindən), adnın cənub və cənub-şərqində-sakslar tərəfindən – Yesseks və Susseks, şərqdə şərqi İngiltərə, şimalda Normandiya, ölkənin mərkəzində anqllar tərəfindən Mersiya.Məhv olmaqdan canını qurtara bilmiş kely əhalisinin bir hissəsi işğalçılara-almanlarla qaynayıb-qarışmışlar. İngilis xalqının etnik tərkibinə kelt elmenti bu cür daxil olmuşdur.Anqlosaks krallıqlarında feodallaşma prosesi ləng getmişdir; əvvəla, Britaniya Qalliya nisbətən I-V əsrlərdə daha zəif Romanlaşmaya məruz qalmışdı. V əsrin əvvəllərində Roma legionerləri gedəndən sonra yerli kelt əhalisi Romanlaşma elementlərini ləğv etmişdilər. Anqlosaks işğalları gedişində isə romanlaşmanın alman-roma sintezinin zəif elementlərinə malik olmuşdur. Digər tərəfdən, Britaniyaya köçmüş anqlar, sakslar, frizlər franklara nisbətən daha aşağı sosial- iqtisadi inkişaflar səviyyəsinə malik olmuşlar və nəsli qəbilə quruluşunun qalıqları onlarda daha uzun müddətə qalmışdır.Anqlosaks krallıqları ilk dövrdə arxaikliklərilə seçilirdi. VI-VIII əsrlərdə kral onlarda dövlətçiliyin daşıyıçısından daha çox tayfa başçısı kimi çıxış edirdi. Feodal münasibətləri inkişaf etdikcə kralın yerlərdə nümayəndələri – şeriflərin əhəmiyyəti artır. Azad icma üzvləri – kerllərin rolu azalır. Drujinaçıları – gezitlər nəsli əyanları – erlləri sıxışdırmağa başlayır.Qəbilə krallıqlarının erkən feodal dövlətlərinə çevrilməsi onların arasında ali kral titulu uğrunda mübarizə ilə müşayiət olunurdu. VI-VII əsrin əvvəllərində — Kent, VII əsrin ortalarından – Nortumbriya, VIII əsrdə — Mersiya, IX əsrin əvvəllərindən – Uesseks üstünlük qazanır. Uesseks kralı Ekbert 829 – cu ildə bütün anqlosaks krallıqlarını vahid dövlətdə birləşdirir.Lakin ölkənin birləşməsi onu Danimarka təhlükəsindən qoruya bilmir. Danimarkalıların cənuba doğru hərəkəti karl Alfred (871-899) tərəfindən dayandırılır. Lakin X əsrin sonu bu yürüşlər bərpa olur. Kral Knut (1016-1035) İngiltərə taxtına sahib olur. Ölkədə Danimarka hakimiyyəti uzun çəkmir. Knutun ölümündən sonra İngilis taxtına anqlosaks sülalələrindən birinin nümayəndəsi Eduard (1042-1066) çıxır.6. İspaniya VIII-XI əsrin ortalarında.VII əsrin sonuna doğru ərəblər Şimali Afrikada Bizans mülklərinin fəthini başa çatdırırdılar, 709 – cu ildə onların ilk dəstəsi Vestqot krallığının ərazisinə daxil olur. Ərəblərdən başqa, bu kampaniya Şimali Afrikanın köklü əhalisi – islamı qəbul etmiş bərbərlər də iştirak edirdi. 711 – ci ildə onların İspaniyaya hücumu başladı. Vestqot ordusu sayca ərəblərdən çox idi, lakin elə ilk döyüşdəcə məğlub oldu. 714 – cü ilə doğru krallığın bütün iri qalaları təslim edildi. ərəblər və bərbərlər (tavrlar) Pireneylərdən şimala doğru bütün vestqot mülklərini ələ keçirdilər, onların Frank krallığının daxilinə hücumu Karl Martell tərəfindən dayandırıldı.Vestqot krallığının zəifliyi kəskin daxili zidiyyətlərlə bağlı idi. Kəndlilər üzərinə ağır mülkiyyətlər və vergilər var idi; əyanlar hakimiyyət uğrunda mübarizə aparırdı. Katolik kilsənin güclü nüfaza malik olması isə apaçilər və yəhudilər arasında narazılıq doğururdu. Ona görə də əhalinin böyük bir hissəsi ərəb hücumlarına laqeyd yanaşdı. Güclü müqavimətə ərəblər y.a.nın dağlıq şimalında rast gəldilər ki, sonralar burada ispan-xristian dövlətləri təşəkkül edir.755 – ci ilə qədər müsəlman İspaniyası ( və ya əl — Əndəlus)* Dəməşq (Əməvi) Xilafətinin tərkibində olmuşdur. 751 – ci ildə Abbasilər hakimiyyətə gələndə Əməvilərin ərəblərin nümayəndəsi Əbd ər – Rəhman əl — Əndəlusla özünü əmir elan etdi və Kordovanı paytaxta çevirdi. 929 – cu ildə Əmir III Əbd ər – Rəhman tam müstəqil olaraq özünü xəlifə elan etdi. X əsr Əl Əndəlusun siyasi qüdrətinin yüksəliş dövrü sayılır. Lakin bu zaman artmaqda olan feodal pərakəndəliyi burada 1008-1031 – ci illərdə saray çevrilişləri ilə müşayiət olunmuşdur. Bu isə xilafətin müstəqil knyazlıqlara – tayfalara parçalanmasına gətirib çıxarır. Onların içərisində Kordova, Toledo, Sevilya, Valensiya və Saraqos ən böyüklıəri sayılır.İqtisadi inkişaf baxımdan müsəlman İspaniyası erkən orta əsr Avropasının ən çiçəklənmiş bölgəsi idi. Y.a.nın cənubunda suvarma sistemləri yaradılmışdı. Ölkənin mərkəzi rayonlarında maldarlıq geniş yayılmışdı. Şəhərlər ticarət-sənətkarlıq mərkəzlərinə çevrilmeşdi. ərəb İspaniyası fəal sürərdə Aralıq dənizində ticarət aparırdı.Lakin Əl Əndəlusun siyasi inkişafları ən yüksəlmiş dövründə də qeyri-sabit idi. Ayrı-ayrı vilayətlərin hakimləri Kordovondan müxtariyyət almağa çalışırdı, damma iğtişaşlar baş verirdi. İşğalçıların yerli əhali ilə münasibətləri də mürəkkəb idi.Müsəlman İspaniyasının yüksək inkişaf etmiş şəhər sivilizasiyası erkən orta əsr Avropası üçün görünməmiş mədəniyyət bazası olmuşdur. Kordova, Seviliya və Toledonun dünyəvi və dini məktəblərində hüquq, fəlsəfə, tarix öyrənilirdi. Kordova xəlifələrinin kitabxanasında 400 min nüsxə kitab saxlanılırdı. Əndəlus alimlərinin və mütərcimlərinin fəaliyyəti Avropa elinin təşəkkülündə böyük rol oynamışdır. Ərəb leksikası bütün Avropadillərinin, xüsusilə ispan və portuqal dillərini zənginləşdirmişdir.709 – 714 – cü illər gedişində ərəblər Kantabriya dağları, Priney və bisk körfəzi arasındakı kiçik ərazini ələ keçirə bilmədi. Bu t orpaqlar kantabr, astur, bask* tayfaları iləməskunlaşmışdı və bu ərazinə Romalılar, nə Qomlar tərəfindən ələ keçirilə bilməmişdi. Asturiyaya qalan vestqot qoşununun bir hissəsi yerli əhali tərəfindən qəbul olundu. 718 – ci ildə Kavadona yaxınlığında ərəb dəstəsi darmadağım edildi və vestqot qoşununa komandanlıq edən Pelayo Asturiyanın ilk kralı olunur.VIII əsrin 50-ci illərinə doğru Əl Əndəlusda baş verən pərakəndəlikdən istifadə edən Asturiya kralları xeyli ərazilər əldə edə bildilər. İspan-xristian dövlətlərinin müsəlmanlar tərəfindən alınmış torpaaları geri qaytarılması və kolonlaşdırılması prosesi Rekonkista (isp.- “təkrar işğal”) adını almışdır. Rekonkista VIII əsr davam etdi və İspaniyanın tarixində VIII əsrin ortalarınadək asturiya Rekonkistası üçün əhalinin cənubdan şimala köçməsi, krallığın daxili rayonlarının həmin əhali tərəfindən məskunlaşması xarakterik olmuşdur. VIII əsrin sonuna doğru Priney y.a. – da Asturiya ilə yanaşı, Rekonkistanın daha bir mərkəzi – Frank mülkləri yaranır. Böyük Karlın işğalçı yürüşlərindən sonra Barselona mərkəz olmaqla İspan markası yaranır. Asturiya Kaqaloniya və ərəb mülkləri arasında dağlıq rayonlar IX – X əslər boyu əldən-ələ keçmiş və nəhayət, iki dövlət – Narvarda krallığını və Araqon qraflığı yaranır. Beləliklə, y.a.nın bütün şimali ərəblərdən alınır.X-XI əsrin əvvəllərində İspaniyanın siyasi xəritəsində ciddi dəyişikliklər baş verir. Karolinq imperiyasının parçalanmasından sonra İspan markası ərazisində müstəqil Barselona qraflığı yaranır. Asturiya kralları isə mavrlardan bir neçə şəhər olaraq paytaxtı ovyedodan Leona köçürür. X əsrin ikinci yarısında, xilafətin yüksəliş dövründə, rekonkista dayandırılır. Istedlı sərkələrdə əl – Mənsurun (Almonzor) komandanlığı ilə müsəlmanlar bir neçə dəfə Astur Leon və Barselona ərazisinə yürüşlər edirlər. Leonda kral hakimiyyəti zəifləyir və bu dəfə Kastiliya qrafları böyük nüfuz qazanırlar. 1035- ci ildə Araqon və Kastiliya krallıq olur. 1037 – ci ildə Kastiliya kralı I Fernando Leon kralını məğlub edərək xristian İspaniyasının qərbini öz hakimiyyəti altında birləşdirir. Beləliklə, XI əsrin 30 – cu illərinə doğru Pireney yarımadasında Kastiliya, Navarra və Araqon krallıqları, Barselona qraflığı və 30 – dək müsəlman əmirliyi mövcud idi.IX əsrdə İspan markası ərazisində Frank hakimlərinin canişinləri – qraflar tərəfindən idarə olunan bir neçə qraflıq meydana gəlir. Onların içərisində ən güclüsü Barselona qraflığı idi. Frank imperiyasını parçalanmasından sonra İspan markası Fransanın tərkibinə keçir. Tədricən markanın müstəqilliyi artır və 987 – ci ildə Fransada Karolinqlər devriləndə İspan markasının qrafları Kapetinqlərin hakimiyyətini tanımaqdan imtina edir. Bu zamandan etibarən onların Fransız krallarından asılılığı numinal olur və 1259 – cu ilədək saxlanılır. Artıq XI əsrdə İspan markasınında siyasi mərkəzləşmə baş verir və Barselona qraflığı tədricən digər qraflıqları özünə tabe edir. Sonralar ona Kataloniya(“Qəsrlər ölkəsi”) adı verilir.Navarraya gəlincə, X – XI əsrlərin hüdudunda o, Araqonu və Kastiliyanı özünə tabe etdirir. Lakin kral Sançonun ölümündən sonra (1035) onun dövləti parçalnır. Sonrakı əsrlərdə Navarranın tarixi Fransa ilə bağlanır. Araqon isə, əksinə, XI əsrdə ardıcıl hücum taktikası yeridir və torpaqlarını müsəlman mülkləri hesabına genişləndirir. * Əndəlus sözünün mənşəyi məlum deyil; Vandallarla əlaqələndirilir(Vandalusia, Vandalisia).* Priney y.a.nın avtoxton, keltlərəqədərki əhalisi.Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında
|
['Avropa tarixi', 'Qərbi Avropa']
|
1,112 |
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/18293/bizans-sivilizasiyas%C4%B1.html
|
Bizans sivilizasiyası
|
luminat
|
orta əsrlər tarixi
|
8 iyul 2015, 20:02
|
Bizansın ictimai — iqtisadi inkişaf xüsusiyyətləri. Erkən orta əsrlərdə feodal münasibətlərinin meydana gəlməsi və inkişafının bir sıra problemləri Bizans və ya Şərqi Roma imperiyasının tarixi ilə sıx bağlıdır. Bizans müstəqil dövlət kimi 4-cü əsrdə meydana gəldi: 395-ci ildə Roma imperiyası iki hissəyə— Qərbi və Şərqi Roma imperiyasına parçalandı. Şərqi Roma imperiyası sonralar onun paytaxtı olan Konstantinopolun keçmiş adı ilə Bizans* və ya Vizantiya adlanmağa başladı. Bizans imperiyası Balkan yarımadası, Egey dənizi adaları, Kiçik Asiya və Mesopotamiyanı, habelə Cənubi Qafqaz ərazisinin bir hissəsini, Suriya, Fələstin və Misiri, bundan başqa Krımda, Qara dənizin Qafqaz sahillərində, Ərəbistanda və Şimali Afrikada bir sıra torpaqları əhatə edirdi. Bizans ərazisində olduqca müxtəlif xalqlar və tayfalar yaşayırdılar.
Bizans imperiyasının ərazisi ictimai-iqtisadi inkişafına görə hələ Roma imperiyasının parçalanmasından çox əvvəl imperiyanın qərbindən xeyli fərqlənir, əlahiddə inkişaf edirdi. Roma imperiyasının şərq torpaqlarında müstəqil Bizans dövləti yarandıqdan sonra bu ictimai-iqtisadi inkişaf xüsusiyyətləri daha aydın nəzərə çarpmağa başladı.
Bizansın ictimai-iqtisadi xüsusiyyətlərini müəyyən edən başlıca cəhət onun ərazisində hələ imperiyanın parçalanmasından çox əvvəl məhsuldar qüvvələrin yüksək inkişaf etməsi idi. Bu inkişaf erkən orta əsrlərin lap əvvəllərindən başlayaraq feodal münasibətlərinin meydana gəlməsi ilə əlaqədar olaraq daha da sürətləndi.
Feodal münasibətlərinin inkişafa başladığı dövrdə, bir çox Qərbi Avropa ölkələrindən fərqli olaraq, Bizans imperiyası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı yüksək inkişaf etmişdi. Çünki Bizans ərazisinin mühüm hissəsi əkinçilik mədəniyyətiiin yüksək inkişaf etdiyi qədim Şərq ölkələri idi. Həmin səbəbə görə burada kənd təsərrüfatı məhsulları istehsalının tənəzzülü Qərbi Roma imperiyası ərazisinə nisbətən daha gec baş verdi. Bundan başqa, Bizans ərazisində Qərbi Roma imperiyasındakı kimi iri latifundiya tipli təsərrüfatlar o qədər də inkişaf etməmişdi. İmperatorun, habelə hakim sülalənin başqa üzvlərinin, kilsə və monastırların geniş torpaq sahələri vardı. Xırda kəndli təsərrüfatlarının geniş inkişaf etməsi, emfitevzis tipli, habelə icarə torpaqlarının yayılması Bizans imperiyasında aqrar münasibətlərin başlıca xüsusiyyətlərindən biri idi. Qul əməyindən geniş istifadə olunan iri təsərrüfatların deyil, kəndlilərə məxsus xırda torpaq sahibliyinin inkişaf etməsi Bizans ərazisində kənd təsərrüfatı istehsalının uzun müddət tənəzzül etməməsinin əsas səbəblərindən biri idi. Qul əməyinə əsaslanan iri təsərrüfatlar geniş yayılmadığına görə Bizansda quldarlıq münasibətləri də Qərbi Roma imperiyası ərazisində olduğu qədər inkişaf etməmişdi. Qul əməyindən əsasən Yunanıstan, Suriya, Misir, Kiçik Asiyanın qərbində və başqa yerlərdə istifadə olunurdu. Onlara pekuli tipli xırda torpaq parçaları verilmişdi. Bu da Bizans ərazisində qulçuluq münasibətlərinin Qərbi Roma imperiyasına nisbətən uzun müddət davam etməsinə səbəb oldu. Digər tərəfdən, feodal istehsal üsulunun meydana gəlməsində mühüm rol oynayan təsərrüfat formalarından biri — kolonat qərbə nisbətən Bizansda daha yüksək inkişaf etmişdi. Kolonlar mühüm ictimai qrup idilər. Onlar zaman keçdikcə torpağa təhkim olunur, ictimai vəziyyətlərinə görə təhkimli kəndliyə yaxınlaşırdılar. Beləliklə, Bizansın aqrar quruluşundakı bu özünəməxsus xüsusiyyətlər burada ictimai-iqtisadi tənəzzülün Qərbi Roma imperiyasına nisbətən daha gec baş verməsinə, quldarlıq münasibətlərindən feodalizmə keçid prosesinin ləng, həm də kəskin ictimai-siyasi toqquşmalar olmadan baş verməsinə səbəb oldu.
Bizans imperiyası ərazisində sənətkarlıq yüksək inkişaf etmişdi. Ölkənin iqtisadi qüdrətinin təmin olunmasında sənətkarlıq məhsulları istehsalının durmadan tərəqqi etməsi böyük əhəmiyyətə malik idi. Bizansda müxtəlif cür parçalar, o cümlədən zərif ipək parçalar toxunur, metal emalı və mədən işləri, şüşə məmulatı və silah istehsalı, memarlıq, habelə başqa sənətkarlıq və istehsal sahələri tərəqqi etmişdi. Maraqlıdır ki, bu tərəqqi Qərbi Roma imperiyasının suqutu zamanı, hətta bundan sonrakı dövrdə də davam edirdi. Bizansda sənətkarlıqdan başqa ticarət, xüsusən xarici ticarət də yüksək inkişaf etmişdi. Bunun mühüm səbəblərindən biri Bizans imperiyasının Asiya ilə Avropanı əlaqələndirən çox əlverişli coğrafi mövqedə yerləşməsi idi. Avropa tacirlərinin Şərq aləmi ilə geniş ticarət əlaqəsi saxladığı Ön Asiya ticarət mərkəzləri Bizans ərazisində idi. Aralıq dənizini Qara dənizlə əlaqələndirən Bosfor və Dardanel boğazları Bizansın əlində idi. Bizansın paytaxtı Konstantinopol Qara dənizdən Aralıq dənizinə, Asiyadan Avropaya gedən beynəlxalq ticarət yollarının qovşağında olmaqla Şərqlə Qərb arasında ticarət əlaqələrinin həyata keçirilməsində mühüm rol oynayırdı. Çox zaman Konstantinopolu Şərqlə Qərb arasında qızıl körpü adlandırırlar. Beləliklə, Bizansın xarici tiçarət üçün əlverişli coğrafi mövqedə olması ölkədə sənətkarlıq məhsulları istehsalına, daxili və xarici ticarət əlaqələrinin genişlənməsinə, şəhərlərin yüksəlişinə müsbət təsir göstərirdi. Bizans imperiyası ərazisində zərif parçalar toxunan, şüşə, silah, zərgərlik məmulatı emalatxanaları ilə məşhur olan Konstantinopoldan başqa, İsgəndəriyyə, Antioxiya, Beyrut, Edessa, Smirna, Nikeya, Fessalonika, Korinf və başqa çox mühüm sənətkarlıq və ticarət mərkəzləri vardı. Bizans Afrika, Ərəb Şərqi, İran, Orta Asiya, Çin, Hindistan və Seylonla geniş ticarət əlaqələri saxlayırdı. Bu ölkələrdən Bizans ərazisindəki, xüsusən Ön Asiyadakı ticarət mərkəzlərinə başlıca olaraq xam ipək, nadir daş-qaş və müxtəlif ədviyyat şeyləri gətirilirdi. Bizansla Qara dəniz sahili ölkələr, Qafqaz, həmçinin Azərbaycan arasında da ticarət əlaqələri inkişaf etmişdi. Müxtəlif Şərq ölkələrindən, o cümlədən Azərbaycandan kətirilən xam ipək Bizansdakı, xüsusən Konstantinopoldakı toxuculuq emalatxanalarının xammalla təmin olunmasında mühüm rol oynayırdı. Bizans tacirləri nadir Şərq mallarının bütün Avropada yayılmasında vasitəçilik edir, bundan böyük qazanc götürürdülər. Bizansdan xarici ölkələrə yerli istehsal məhsulları olan şüşə və zərgərlik məmulatı, ipək və yun parçalar, hazır paltar və s. ixrac olunurdu.
Sənətkarlıq məhsulları xüsusi emalatxanalarda — erqasteriyalarda istehsal olunurdu. Ayrı-ayrı sahibkarlara, o cümlədən imperatorun özünə və saray əyanlarına məxsus olan bu emalatxanalarda qul əməyi geniş tətbiq olunurdu. Erqasteriyalarla yanaşı, azad sənətkar əməyinə əsaslanan xırda sənətkar birlikləri də meydana gəlirdi. Dövlət sənətkar emalatxanalarından böyük gəlir götürürdü. Beləliklə, sənətkarlığın, ticarət və şəhərlərin yüksək inkişafı Bizansı Qərbi Roma imperiyasından fərqləndirən mühüm xüsusiyyətlərdən biri idi. Bu cəhət Bizans imperiyasının iqtisadi və hərbi-siyasi qüdrətinin nisbətən uzun müddət davam etməsində mühüm rol oynamışdı.
Dövlət, din və təriqətlər
Qərbi Roma imperiyasından fərqli olaraq Şərqdə vahid, mərkəzləşmiş dövlət öz siyasi qüdrətini, demək olar ki, bütün erkən orta əsrlər boyu saxladı. Burada imperator hakimiyyəti də nisbətən güclü idi. İmperator hakimiyyəti qeyri – məhdud idi. Bununla belə, imperator müəyyən qədər senat, konsistori (dövlət şurası) və dimlərlə hesablaşmağa məcbur idi. Dimlər* Bizans şəhərlərindəki azad vətəndaşların siyasi birlikləri idilər. Bizans imperatoru kilsə ilə daha çox hesablaşırdı. Şişkinləşmiş dövlət aparatı, Bizansın hərbi qüvvələri zəhmətkeş əhalidən alınan müxtəlif vergilər hesabına saxlanılırdı. Əsas vergilərdən biri ölkənin bütün əkinçi əhalisindən məhsulla, bəzən də pulla alınan annona idi. Şəhər və kənd əhalisi müxtəlif vergilərdən başqa, çoxlu mükəlləfiyyətlər də yerinə yetirirdi.
Bizans ordusu Qərbi Roma imperiyasının hərbi qüvvələriinə nisbətən daha az «barbarlaşmışdı». Yəni müxtəlif «barbar» tayfalarından muzdla tutulmuş əskərlər bu orduda Qərbi Roma imperiyasında olduğu qədər çox deyildilər. Bu, Bizans hərbi qüvvələrinin mühüm xüsusiyyəti idi. Bu cəhət dövlətin hərbi qüdrətinə müsbət təsir göstərirdi. Bizans ordusunun xeyli hissəsi ölkənin azad əhalisi içərisindən toplanan əsgərlərdən ibarət idi.
Xristian kilsəsi qulların, kolonların, ümumiyyətlə, şəhər və kənd əhalisinin geniş təbəqələrinin istismarında hakim sinfə yaxından kömək edirdi. Din təşəkkül etməkdə olan hakim sinfin və onun dövlətinin məfkurə dayağı idi. Bizans kilsəsi, Roma katolik kilsəsindən fərqli olaraq, imperator hakimiyyətindən asılı idi. Bu, Bizans kilsəsinin mühüm xüsusiyyəti idi. Bundan başqa Konstantinopol patriarxı xristian aləminə başçılıq etmək üstündə Roma papası ilə kəskin rəqabət aparırdı.
Din hakim sinfin ancaq məfkurə dayağı olaraq qalmırdı. Bizans kilsəsi çoxlu torpaq mülkləri ələ keçirmişdi. Burada kolonlar, xırda icarədarlar, qullar amansızcasına istismar edilirdilər. Ruhanilər eyni zamanda qul əməyinə əsaslanan çoxlu sənətkar emalatxanalarına malik idilər. İmperator hakimiyyətindən çoxlu güzəştlər qopara bilmiş ali ruhanilər iri torpaq sahibi kimi, emalatxana sahibi kimi, eyni zamanda bilavasitə istismarçı idilər.
Dinin sosial-sinfi təbiəti gücləndikcə, kilsə ilə hakim sinif və onun dövləti arasındakı ittifaq dərinləşdikcə xristian dinində müxtəlif təriqətlər meydana gəlməyə başladı. Dini təriqətlər, sadəcə olaraq, xristianlığın ayrı-ayrı ehkamlarına qarşı çevrilməmişdi. Bu, əslində, hakim sinfə və onun məfkurə dayağına qarşı istismar olunan kütlələrin ictimai narazılığı idi. Ariçilik, monofizitlik, nestorçuluq və başqa təriqətlərin arxasınça geniş xalq kütlələrinin getməsi bununla izah olunur. Digər tərəfdən, dini təriqətlər Bizans imperiyasının əsarətdə saxlanılan xalqları içərisində daha geniş yayılmışdı. Bu baxımdan təriqətlər müəyyən mənada xalq azadlıq hərəkatı xarakteri daşıyırdı. Bəzi təriqətlər, açıq-aşkar hakim kilsədən ayrılmağa çalışırdılar. Bu, imperiyanın ayrı-ayrı xalqlar yaşayan müxtəlif yerlərinin müstəqilliyə can atmasının dini ifadəsi idi.
Hakim kilsəyə və istismara qarşı çevrilmiş təriqətlərə amansız divan tutulurdu. Təriqətçilər bidətçilikdə təqsirləndirilir, təqib olunurdular. Təriqətlərə qarşı mübarizədə kilsəni hakim sinif və onun dövləti müdafiə edirdi.
«Nika» üsyanı
İstismar kəskinləşdikcə ona qarşı sinfi mübarizə də şiddətlənirdi. Təriqətçilərə qarşı ən amansız cəza tədbirləri də heç bir nəticə vermirdi. Ağır vergilər, mükəlləfiyyətlər əhalinin getdikcə daha geniş dairələrinin narazılığına səbəb olurdu. Bu isə yeni, daha qüvvətli xalq hərəkatlarına səbəb olurdu. Belə üsyanlardan biri də 532-ci ildə Konstantinopolda, sirkdə baş vermişdi. Məsələ burasında idi ki, sirk oyunları Konstantinopolda olduqça izdihamlı keçirdi. Çoxlu tamaşaçı iştirak edən sirk həm də ictimai-siyasi mübarizə mərkəzi idi. Müxtəlif mənafeyi olan ictimai qruplar burada görüşür, mübahisə edirdilər. Bundan başqa, xalq məhz burada tamaşaya gəlmiş imperatorla görüşə və ona öz tələblərini verə bilərdi. Üsyan ərəfəsində ayrı-ayrı ictimai qruplar müxtəlif sirk partiyalarında birləşmişdilər. Bu partiyalardan ikisi — «mavilər» (venetlər) və «yaşıllar» (prasinlər) daha böyük nüfuza malik idilər. «Mavilər» senator aristokratiyası və iri torpaq sahiblərinin partiyası idi. «Yaşıllar» partiyasına isə tacirlər və sənətkar emalatxanalarının sahibləri başçılıq edirdilər. Bütün sirk partiyaları, o cümlədən «mavilər» və «yaşıllar» şəhər əhalisinin aşağı təbəqəsi ilə əlaqədar idilər.
«Nika» üsyanının başlanmasında sirk partiyaları arasında, xüsusən «mavilər»lə «yaşıllar» arasında ziddiyyətlərin kəskinləşməsi də müəyyən rol oynadı. Hər iki partiya dini əlamətə görə də qruplaşmışdı. «Mavilər» ortodoksal dini təlim — pravoslavlıq tərəfdarı idilər. İmperator Yustinian bu partiyanın tərəfdarı idi. «Yaşıllar» isə monofizitlər təriqətini müdafiə edirdilər. Üsyan ərəfəsində «yaşılların» təqib olunması daha da artmışdı. Bu isə 532-ci il yanvarın 11-də Konstantinopol sirkində «yaşılların» üsyanına səbəb oldu. Mərkəzi hakimiyyətin ağır vergi siyasətindən təngə gəlmiş şəhər yoxsulları, o cümlədən «mavilər» partiyasının aşağı dairələri də üsyana qoşuldular. Üsyançılar «Nika» — «qalib gəl» çağırışı ilə əyanların imarətlərini, hökumət binalarını dağıtmağa başladılar. Üsyan geniş vüsət aldı. Yustinian paytaxtdan qaçmaq qərarına gəldi. Lakin imperator arvadı Teodoranın qərarı ilə bu qərarından daşındı. Hökumət qoşunları üsyançılara hücum etdi. Elə bu zaman ictimai tərkibcə rəngarəng olan üsyançılar içərisində parçalanma baş verdi. Sirkin binası mühasirə olundu. Silahsız xalqa divan tutuldu. 30 min nəfərə qədər adam tələf edildi. Üsyançılar ağır məqlubiyyətə uğradılar. Hakim sinfin mövqeyi daha da möhkəmləndi. Yustinian və onun mürtəce rejimi xalq hərəkatına qarşı hücuma keçdi.
Bizans Yustinianın hakimiyyəti illərində
İmperator Yustinianın (527-565) hakimiyyəti dövründə Bizans imperiyası daha da möhkəmləndi. Onun daxili və xarici siyasəti keçmiş Roma imperiyasının bütün torpaqlarını ələ keçirib vahid, qüdrətli qədim Roma imperiyasını yenidən dirçəltməyə yönəlmişdi. O, qədim Roma imperiyasını ancaq ərazicə bərpa etməyə çalışmır, həm də quldarlıq münasibətlərini yenidən hakim istehsal üsuluna çevirməyə çalışırdı. O dövr üçün nisbətən mütərəqqi olan feodal münasibətlərinin aradan qaldırılmasına və vaxtını keçirmiş köləlik rejiminin bərpasına yönəldiyi üçün Yustinianın siyasəti olduqca mürtəce xarakterə malik idi.
İmperator Yustinian məqsədinə nail olmaq üçün, əvvəlcə Bizans imperiyasını daxilən möhkəmləndirdi. Xalq hərəkatına, həmçinin mərkəzi hakimiyyətdən narazı ictimai qruplara amansız divan tutdu. Bundan başqa, imperiyanın daxilən möhkəmləndirilməsində mövcud ictimai münasibətlərin qanuniləşdirilməsinin mühüm rolu oldu. Çünki Yustinianın dövründə artıq keçmiş quldarlıq münasibətlərinin əvəzində yeni feodal munasibətləri meydana gəlməkdə idi. İctimai-iqtisadi munasibətlərdə meydana gəlmiş bu dəyişiklik hüquq normalarında da öz əksini tapmalı idi. Yeni yaranmaqda olan ictimai qrupların cəmiyyətdəki mövqeyi, hakim sinfin ictimai-iqtisadi mənafeyi qanunla təsbit olunmalı idi. İnkişafın özü mövcud qanunvericilikdə əsaslı dəyişiklik yaradılmasını tələb edirdi. Bu məqsədlə imperator Yustinian dövrün ən məşhur hüquqşünaslarından ibarət bir komissiya yaratdı. Bu komissiya 528-534-cü illər ərzində, keçmiş Roma hüququnu əvvəldən-axıradək əsaslı şəkildə təhlil etmək nəticəsində «Mülki hüquq külliyyatı» hazırladı. Həmin külliyyat üç hissədən ibarət idi. Birinci hissə «Yustinian məcəlləsi» adlanırdı. Bu hissə 12 kitabdan ibarət idi. Buraya Adriandan Yustiniana qədər Roma imperatorlarının mülki məsələlərə dair ən mühüm fərmanları daxil edilmişdi. «Mülki hüqüq külliyyatının» ikinci hissəsi 50 kitabdan ibarət idi. «Digestlər» və ya «pandektlar» adlanan bu hissədə məşhur Roma hüquqşünaslarının fikirləri cəmlənmişdi. Üçüncü hissə «İnstitusiyalar»dan ibarət idi. Sonralar Yustinianın hakimiyyəti illərində verilən butün qanunlar da bir yerə toplanıldı və «Mülki hüquq külliyyatının» dördüncü hissəsini təşkil etdi. İmperator Yustinianın qanunlarından ibarət olan bu hissə «Novellalar», yəni «Yeni qanunlar» adlanırdı.
Yustinian dövrünün qanunvericiliyi Bizans imperiyası ərazisində feodalizm formasiyasının inkişafa başladığını və bu yeni mütərəqqi ictimai-iqisadi münasibətlərə qarşı vaxtını keçirmiş quldarlıq quruluşunun mübarizəsini əks etdirirdi. Bundan başqa həmin qanunvericilikdə imperator hakimiyyətinin qeyri-məhdud olması, dövlətin kilsə ilə sıx ittifaqı, təriqətçilərin təqib edilməsi siyasəti də geniş əks olunmuşdu. Yustinian qanunlarından məlum olur ki, quldarlıq münasibətlərinin böhranı ilə əlaqədar olaraq qullar qanunla azadlığa buraxılır, onlara pekuli adlı xırda torpaq parçaları verilir, azad icarədarlar mühüm ictimai qrupa çevrilməyə başlayır, kolonat bir təsərrüfat forması kimi hüquqi cəhətdən də qanuniləşdirilir. Sənətkarlıq məhsulları istehsalı və ticarət sahəsində xüsusi mülkiyyətin qorunması və daha da inkişafını əks etdirən qanunlar bir tərəfdən həmin dövrdə şəhər həyatının tərəqqi etdiyini göstərirsə, digər tərəfdən, sənətkar və tacir birliklərinin dövlət tərəfindən himayə olunduğunu sübut edir. Roma hüququ əsasında xüsusi mülkiyyət huququnun əsaslandırılması və qorunması Yustinianın «Mülki hüquq külliyyatı»nın mühüm xüsusiyyəti idi. Məhz buna görə də Yustinian qanunları Bizansda feodalizmin inkişafına təkan verdi. İmperator hakimiyyətini daha da möhkəmləndirdi.
Yustinian qəsbkar xarici siyasət yeridirdi. O, Roma imperiyasını və imperiya ərazisində quldarlıq quruluşunu bərpa etməyə çalışırdı. Bizans qoşunları Velisarinin başçılığı altında 534-cü ildə Vandal-Alan krallığını aradan qaldırdı. Şimali Afrika ərazisi Bizansa qatıldı. Bundan sonra Bizans qoşunları Ostqot krallığına qarşı İtaliyaya hücum etdilər. 536-cı ildə Velisarinin başçılıq etdiyi Bizans hərbi qüvvələri Romanı ələ keçirdilər. Lakin quldarlıq qaydalarını bərpa edən Bizans ağalığına qarşı dərhal Şimali Afrikada və İtaliyada xalq hərəkatı başlandı. Şimali Afrika üsyançılarının müqaviməti, böyük çətinliklə, 6-cı əsrin 40 – cı illərinin sonunda qırılsa da, İtaliyada azadlıq mübarizəsi uzun zaman davam etdi. Bizans qoşunlarına qarşı hərbi əməliyyata Ostqot kralı Totila (541-552) başçılıq edirdi. Yadellilərə qarşı azadlıq müharibəsində qullar, kolonlar, azad torpaq sahibləri fəal iştirak edirdilər. Bu ictimai qruplara arxalanan və onların mənafeyinə uyğun siyasət yeridən Totila Bizans qoşunları üzərində parlaq qələbələr qazandı. O, Romanı azad etdi (546) və ölkənin çox hissəsini öz hakimiyyəti altına keçirdi. Lakin Ostqot kralının müvəffəqiyyətləri uzun sürmədi. İri torpaq sahibləri, o cümlədən Ostqot və Roma əyanları Totiladan üz döndərdilər. Onun ardıcıl olmayan siyasəti geniş xalq kütlələrini də azadlıq hərəkatından uzaqlaşdırdı. Nəticədə sərkərdə Narsesin başçılığı ilə 552-ci ildə İtaliyaya hucum etmiş yeni, daha qüvvətli Bizans hərbi qüvvələri Totilanın qoşunlarını. Darmadaqın etdilər. Ostqot krallığı aradan qaldırıldı. Siciliya, Sardiniya və Korsika adaları da daxil olmaqla İtaliya tamamilə Bizansın hakimiyyəti altına keçdi (555).
Yustinian Vestqot krallığını aradan qaldırmaq məqsədi ilə İspaniyaya da qoşun göndərmişdi. Bizans hərbi qüvvələri bu barbar dövlətini aradan qaldıra bilməsələr də, Pireney yarımadasının cənub-şərqini zəbt etdilər. Balear adaları da ələ keçirildi. Bundan başqa Adriatik dənizi sahilindəki Dalmasiya da Bizansa qatıldı. İşğal olunmuş bütün bu ərazilərdə keçmiş Roma quldarlarının torpaqları özlərinə qaytarıldı. Azadlığa buraxılmış qullar, kolonlar, xırda icarədarlar yenidən kölə vəziyyətinə salındılar. Beləliklə, Bizans ağalığı ancaq yadelli əsarəti mənasında deyil, həm də vaxtını keçirmiş quldarlıq qaydalarının bərpası mənasında da mürtəce xarakterə malik idi. Elə buna görə də Yustinianın həyata keçirdiyi istilalar möhkəm deyildi.
Yustinianın hakimiyyəti illərində Bizansla Sasanilər arasında da uzunsürən müharibə baş verdi. Bizans—Sasani müharibələrinin (540-562) mühüm səbəbi hər iki ölkənin Çin ipəyi, Hindistan ədviyyatı və başqa Şərq malları ilə ticarətdə vasitəçiliyi ələ keçirməyə çalışması idi. Bizans Cənubi Qafqaz ərazisini ələ keçirmək üstündə də Sasanilərlə rəqabət aparırdı. İran bu müharibədə qalib gəlsə də, çoxdankı arzusuna — Qara dəniz və Aralıq dənizinə çıxış yolu əldə etməyə nail ola bilmədi.
Bizans imperiyası və slavyanlar
Qərbi Roma imperiyası kimi Bizans da müxtəlif «barbar» tayfalarının hücumlarına məruz qaldı. Bizans qoşunları uzun müddət vestqotlar, hunlar, avarlar, slavyanlar, bulqarlar və başqa tayfaların Bizans imperiyasının ərazisinə hücumlarının qarşısını almağa çalışdı.
Bizans imperiyasına tez-tez hücum edən «barbar» tayfalarından ən başlıcası slavyanlar idi. Slavyanlar Bizansın ictimai-iqtisadi, habelə siyasi tarixində mühüm rol oynamışdılar. Əgər Qərbi Roma imperiyası ərazisində feodalizm ictimai-iqtisadi formasiyasının inkişafına müxtəlif qədim alman tayfaları təkan vermişdilərsə, Şərqi Roma imperiyası ərazisində feodal münasibətlərinin inkişafı bilavasitə slavyanlarla əlaqədardır.
Slavyan tayfalarının Şərqi Roma imperiyası ərazisinə hücumları 5-ci əsrin sonlarından başlanmışdı. Lakin bu tayfalar Bizans imperiyası ərazisinə 6-cı əsrin ortalarından başlayaraq intensiv surətdə hücum etməyə başlamışdılar. Məhz buna görə də 6-cı əsrə və bundan sonrakı dövrlərə aid Bizans mənbələrində slavyanlar haqqında maraqlı məlumatlara təsadüf olunur. Bizans muəllifləri Şərqi Roma imperiyası ilə təmasda olan müxtəlif slavyan tayfalarını slavinlər adlandırırdılar.
Slavyan tayfalarının Bizans ərazisində məskən salması ilə burada feodalizm cəmiyyəti üçün xarakterik olan məhsuldar qüvvələrin inkişafı sürətləndi. Bu da təsadüfi deyildi. Çünki slavyan tayfaları dövrünə görə yüksək əkinçilik mədəniyyətinə malik idilər. Bunu, hər şeydən əvvəl, slavyanların yaşadıqları ərazilərdə aparılmış arxeoloji qazıntılar sübut edir.
Slavyanlarda əkinçiliklə yaiaşı, maldarlıq, balıqçılıq, ovçuluq, ibtidai arıçılıq və bir çox başqa təsərrüfat sahələri də inkişaf etmişdi. Bundan başqa, slavyanlar, metal emalı, zərgərlik, dulusçuluq və digər sənətkarlıq sahələri ilə də məşğul olurdular. Slavyanlar qonşu tayfalar və xalqlarla müəyyən xarici ticarət əlaqələrinə də malik idilər.
6-cı əsrdə, Bizans imperiyası ərazisinə hücum edərkən slavyan tayfaları nəsli münasibətlərin süqut etməkdə olduğu mərhələdə idilər. Əmlak fərqlərinin meydana gəlməsi ilə əlaqədar olaraq ictimai təbəqələşmə də başlanmışdı. Əyanların nüfuzu getdikcə artır, tayfa başçılarının hakimiyyəti irsi keçməyə başlayır, ilk tayfa birlikləri yaranırdı. Beləliklə, Bizans imperiyası ərazisinə hücum edən və burada məskən salan slavyan tayfalarında 6-7-ci əsrlərdə antaqonist siniflərin və dövlətin msydana gəlməsi prosesi gedirdi. İctimai-iqtisadi inkişafın bu mərhələsində olan slavyan tayfaları Bizans imperiyası ərazisində feodal istehsal münasibətlərinin inkişafını sürətləndirdilər. İmperator Yustinianın hakimiyyəti illərində Bizans qoşunları slavyanların hücumlarını çətinliklə dəf edə bilsələr də, sonralar bu mümkün olmadı. Müxtəlif slavyan tayfaları imperiya ərazisnidə məskən salmağa başladılar. Bizans imperiyası ərazisində slavyan dövlətləri meydana gəldi.
Sosial böhranın dərinləşməsi
Slavyan tayfalarının hücumları zamanı Bizansda sosial böhran daha da dərinləşmişdi. İmperiya daxili tənəzzül dövrü keçirirdi. Kənd təsərrüfatı, sənətkarlıq, ticarət süquta uğrayır, şəhər həyatı ölgünləşirdi. Dağılmaqda olan quldarlıq formasiyasının içərilərində onu əvəz edəcək yeni sinifli cəmiyyətin — feodalizmin rüşeymləri sürətlə inkişaf edirdi. Bu, hər şeydən əvvəl, feodal istehsal üsulu üçün xarakterik istehsal münasibətlərinin meydana gəlməsində özünü göstərdi. Qul əməyinə əsaslanmayan iri torpaq sahibliyi meydana gəlirdi. Bu torpaqlarda azadlığa buraxılmış keçmiş qullar, müxtəlif asılılıq dərəcəsində olan əkinçilər işləyirdilər. Beləliklə, feodalizm cəmiyyətinə xas olan istehsal münasibətləri təşəkkül etməkdə idi.
İri torpaq sahiblərinin təsərrüfatlarında istismar olunan kütlələrin sinfi mübarizəsi quldarlıq cəmiyyətinin böhranını daha da dərinləşdirdi. Bu dövrün ən xarakterik üsyanlarından biri 602-ci ildə baş verdi. Orduda baş verən bu üsyana Foka başçılıq edirdi. O, özünü imperator elan edib mübarizəyə qalxmış xalq kütlələrinin köməyi ilə Konstantinopolu aldı. İmperator Mavriki edam olundu. Lakin Foka hakimiyyəti uzun müddət əldə saxlaya bilmədi. O, 610- cu ildə hakimiyyətdən salınıb edam edildi. Bizans taxtını İrakli (610—641) ələ keçirdi. İrakli feodallaşmaqda olan əyalət əyanlarının nümayəndəsi idi.
Bizansda Romadan qalma ənənələrin süqutunda xarici siyasət sahəsindəki uğursuzluqların da az rolu olmamışdı. Daxili tənəzzül dövrü keçirən Bizans imperiyası xarici hücumlara tab gətirə bilmir, ərazicə getdikcə məhdudlaşırdı. Şimaldan tez-tez ölkəyə hücum edən slavyanlar 6-cı əsrin sonlarından etibarən Bizans ərazisində, xüsusən Balkan yarımadasında möhkəmlənməyə başladılar. 7-ci əsrin əvvəllərində artıq müxtəlif slavyan tayfaları Frakiya, Makedoniya, Yunanıstan, Dalmasiya, İstriya və imperiyanın başqa yerlərində məskən salmışdılar. 7-ci əsrin ortalarında artıq slavyanlar bütün Balkan yarımadasına yayılmışdılar. Çox keçmədən, 7-ci əsrin 70-ci illərində, burada Bolqarıstan dövləti meydana gəldi.
Bizans imperiyası şərqdə də çox əhəmiyyətli torpaqlarını itirdi. Bizans imperatorları, Qara dənizə və Aralıq dənizinə çıxış yolu əldə etməyə çalışan Sasanilərin hücumlarını dəf etsələr də, şərqdəki torpaqları uzun müddət əldə saxlaya bilmədilər. Bizans imperiyası Şərqdə yeni, daha təhlükəli rəqiblə qarşılaşdı; ərəb qoşunları 636-642-ci illər ərzində, o zaman Bizansa məxsus rlan Suriya, Fələstin və Misiri, habelə Mesopotamiyanın bir hissəsini ələ keçirdilər. 7-ci əsrin sonlarında—693-698-ci illərdə isə ərəblər Bizans imperiyasının Şimali Afrikadakı torpaqlarını da ələ keçirdilər. İqtisadi və mədəni cəhətdən yüksək inkişaf etmiş şərq vilayətlərinin itirilməsi Bizansın tənəzzülünü daha da sürətləndirdi. Hindistan və Çinlə, habelə İran və Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin zəifləməsi müxtəlif sənətkarlıq sahələrinin süqutuna, şəhər həyatının ölgünləşməsinə səbəb oldu. Beləliklə, xarici siyasətdəki uğursuzluqlar, tarixən o qədər də böyük olmayan dövr ərzində geniş ərazilərin itirilməsi Bizaps imperiyasının keçirdiyi daxili tənəzzülü daha da dərinləşdirdi.
Romadan qalma təsisatların tənəzzulü və feodalizmin inkişafı nəticəsində Balkan yarımadasında yayılmış, hətta Kiçik Asiyaya belə keçməyə müvəffəq olmuş slavyan tayfalarınıi mühüm rolu oldu. Roma üçün xarakterik olan iri torpaq sahibliyi getdikcə aradan qalxır, torpaq üzərində feodal mülkiyyəti yaranırdı. Bu torpaqlarda artıq qul əməyindən istifadə edilmirdi. Keçmiş quldar dövləti üçün xarakterik olan inzibati idarə sistemi də dəyişilirdi. Ölkə yeni hərbi-inzibati dairələrə — femlərə bölünürdü. Hökumət gəlmə tayfalara, xüsusən slavyanlara, habelə yerli azad kəndlilərə hərbi xidmət müqabilində irsi istifadə üçün torpaq parçaları verib həmin dairələrdə məskunlaşdırırdı. Beləliklə, stratiotlar adlanan xüsusi hərbi silk yaranırdı. Bu silk dövlətin mühüm ictimai dayağına çevrilirdi. Torpaq vergisindən başqa bütün qalan vergilərdən azad olan stratiotlar gələcək hakim feodallar sinfinin formalaşmasında mühüm rol oynayırdılar. Stratiotlara irsi istifadə üçün verilmiş torpaqlar isə zaman keçdikcə feodal torpaq mülkiyyətinə çevrilirdi.
«Əkinçilik qanunu»
Bizansda feodal münasibətlərinin meydana gəlməsi prosesini öyrənmək üçün ən qiymətli mənbə «Əkinçilik qanunu»dur. 8-ci əsrdə tərtib olunduğu güman edilən «Əkinçilik qanunu» məhkəmə adətlərinin toplusu idi.
«Əkinçilik qanunu»ndan məlum olduğuna görə, 8-ci əsrdə Bizansın ictimai-iqtisadi həyatında qonşuluq icmaları hələ də mühüm rol oynayırdı. Lakin icma daxilində əmlak bərabərsizliyinin və ictimai fərqlərin dərinləşməsi üçün əlverişli şərait yaranırdı: əkinəyararlı torpaqlar, bağlar, üzümlüklər icma üzvləri arasında bölünmüş, onların xüsusi mülkiyyətinə çevrilmişdi. Bununla belə, formal da olsa kənd icması onun ərazisində olan bütün torpaqların ali mülkiyyətçisi olaraq qalırdı. Otlaqlar, meşələr icma uzvlərinin ümumi istifadəsində idi, dövlət vergiləri birlikdə ödənilirdi və s.
«Əkinçilik qanunu» sübut edir ki, Bizans icmaları daxilində, artıq təbəqələşmə dərinləşir, antaqonist siniflərin meydana gəlməsi prosesi gedirdi. Azad icma üzvlərinin bir qismi torpaq paylarını itirib müflisləşir, digər qismi isə öz torpaqlarını daha da genişləndirərək varlanır, muzdlu əməkdən, hətta qul əməyindən də istifadə edirdilər. Qeyd etmək lazımdır ki, ayrı-ayrı icmalar daxilində gedən bu proses, yəni müflisləşən icma üzvünün torpağını satın almaq və ya zəbt etmək bütün ölkə üçün ümumi hal olmamışdı, ancaq ayrı-ayrı icmalar çərçivəsində mövcud idi.
Kənd icmalarının dağılması prosesi ancaq icmadaxili qanunauyğunluqlar əsasında getmirdi. İri torpaq sahibləri, ali ruhanilər, kilsələr, monastırlar da öz geniş torpaq mülklərini icma torpaqlarını zorla zəbt etmək hesabına daha da genişləndirirdilər. Bunun da nəticəsində icma üzvləri öz azadlıqlarını itirir, iri torpaq sahiblərindən asılı vəziyyətə düşürdülər.
«Əkinçilik qanunu»nda Bizansın erkən feodalizm dövründəki ictimai-iqtisadi inkişafının mühüm bir xüsusiyyəti — quldarlıq qalıqlarının nisbətən uzun müddət davam etməsi məsələsi də lazımınca əks olunmuşdur. Lakin bununla belə, qul əməyi öz əvvəlki əhəmiyyətini tədricən itirir, asılı kəndlinin əməyi feodal istehsal üsulunun mühüm ünsürünə çevrilirdi.
İkona əleyhdarları hərəkatı
İkona əleyhdarları (ikonaborçular) hərəkatı Bizans tarixində 8-ci əsrin əvvəllərindən başlayaraq 10-cu əsrin ortalarına qədər davam etmişdi. İkona əleyhdarları hərəkatı bir məfkurə forması kimi hakim sinfin ayrı-ayrı qrupları arasındakı kəskin ziddiyyətlərdən, habelə Bizans imperiyasının müxtəlif yerlərinin ictimai-iqtisadi inkişaf ənənələrindən doğurdu. Məsələ burasında idi ki, fem islahatı və bunun nəticəsində hakim sinif içərisində xüsusi hərbçi feodallar qrupunun meydana gəlməsi, azad kəndlilərdən ibarət yeni qoşunların yaradılması mərkəzi hakimiyyəti qüvvətləndirdi. Hərbçi feodalların nüfuzu getdikcə artırdı ki, bunlar da başlıca olaraq Kiçik Asiya əyanlarından ibarət idi. Kiçik Asiya feodalları, hətta öz nümayəndələri olan Lev İsavrı hakimiyyətə gətirə bildilər. III Lev adı ilə hakimiyyətə (717-741) başlayan bu Bizans imperatorunun taxta çıxması ilə ölkənin tarixində İsavrilər adlanan yeni sülalənin (717-867) hakimiyyət dövrü başlandı.
İsavrilərin hakimiyyətə gəlməsi Kiçik Asiya feodallarının mövqeyini daha da möhkəmləndirdi. Azad kəndlilərdən ibarət fem qoşunlarına arxalanan III Lev Konstantinopolu bir ilə qədər mühasirədə saxlayan ərəbləri məğlub edə bildi. V Konstantinin vaxtında (741-775) isə Bizans qoşunları Suriya və Mesopotamiya istiqamətində hücuma keçib xilafətin qoşunlarını geri oturtdu. Bu hərbçi feodalların nüfuzunu daha da artırdı. Onlar dövlət idarəçiliyini tamamilə ələ keçirməyə çalışır, ali ruhanilərə, kilsə və monastırlara məxsus toriaqların bir hissəsinin hərbçi əyanlara paylanmasını tələb edirdilər. Beləliklə, torpaq və kəndlilərdən alınan vergiləri ələ keçirmək üstündə hərbçi əyanlarla ruhanilər arasında kəskin mübarizə başlayırdı. Dövlət idarəçiliyini vaxtı ilə ələ keçirmiş şəhər əyanları da ruhanilərin tərəfindən çıxış edirdilər. İri ruhanilərin və şəhər əyanlarının müqavimətini qırmağa çalışan isavrilər hərbçi əyanları fəal müdafiə edirdilər.
Kiçik Asiya feodalları ali ruhanilərə zərbə vurmaq üçün ilk növbədə dində müyyən islahat keçirilməsini tələb edirdilər. Onlar ikonalara sitayiş olunmasına qarşı çıxış edirdilər. Allahın, ilahi qüvvənin hər hansı şəkildə təsvir olunması mümgün olmadığına görə, ikona əlaeyhdarları, ikonalara sitayiş olunmasını bütpərəstliklə, yəni bütlərə sitayiş olunması ilə bərabər tuturdular.* İsavrilər sülaləsindən olan Bizans imperatorları ikona əleyhdarları hərəkatına başçılıq edir, ikonalara sitayiş olunmasına açıqca etiraz edirdilər. İkona əleyhdarları hərəkatının geniş vüsət almasında xalq kütlələrinin bu hərəkatda iştirak etməsi mühüm rol oynadı. Ali ruhanilər, kilsə və monastırlara məxsus torpaqlarda işləyən zəhmətkeş kütlələr istismara, zülmə qarşı mübarizə apararaq ikona əleyhdarları hərəkatında iştirak edirdilər. Onların mübarizəsi mahiyyətcə tamamilə fərqlənirdi və hakim sinfə qarşı sinfi mübarizə idi. İkona əleyhdarlarına qarşı mübarizədə ali ruhanilər də tək deyildilər. Onları Roma papaları müdafiə edirdilər. Papalar bununla İtaliyada Bizans təsirinə zərbə vurmaq istəyirdilər. Bundan başqa, Konstantinopolda şəhər əhalisinin yuxarı təbəqəsi də hərbçi əyanların nüfuzunun artmasından narazı idilər. İmperiyanın Avropa hissəsində yaşayan əhalinin bir hissəsini də ali ruhanilər öz tərəflərinə çəkə bildilər. Beləliklə, ikona əleyhdarları hərəkatı ümumimperiya miqyaslı bir hadisəyə çevrildi.
İkona əleyhdarları hərəkatından Bizans imperatorları öz hakimiyyətlərini möhkəmləndirmək üçün istifadə etdilər. İmperator V Konstantin kilsə və monastır torpaqlarının xeyli hissəsini hərbçi feodallar arasında bölüşdürdü. 754-cü ildə isə ikonapərəstlər dini vəzifələrdən götürüldülər. İkona əleyhdarları hərəkatı hərbçi əyanların iqtisadi-siyasi qüdrətini daha da artırdı, ümumiyyətlə, imperator hakimiyyətinin qüvvətlənməsinə səbəb oldu.
Pavelçilər hərəkatı. Slavyan Foma üsyanı
Feodal münasibətləri inkişaf etdikcə azad icma üzvlərinin asılı hala salınması və istismarı da güclənirdi. Bu isə xalq kütlələrinin narazılığını artırır, hakim təbəqəyə qarşı sinfi mübarizəni kəskinləşdirirdi. Xalq öz arzularını, etirazlarını müxtəlif dini təriqətlərdə geniş iştirak etmək yolu ilə bildirirdi. Mahiyyətcə xalq hərəkatından başqa bir şey olmayan belə təriqətlərdən biri Kiçik Asiyada geniş yayılmış Pavelçilər və ya Pavlikianlar hərəkatı idi. Bu təriqətin tərəfdarları, öz ideyalarında kuya, «Apostol Pavelin nəsihətnaməsi»nə əsaslandıqlarına görə pavelçilər adlanırdılar. Pavelçilər xristian dininin erkən dövrdəki «bərabərliyə» əsaslanan qayda — qanunlarının bərpa olunmasını tələb edirdilər. Ehtiyac içərisində və hüquqsuz vəziyyətdə yaşayan xalq bu «bərabərliyi» dini bərabərlik kimi deyil, ictimai və əmlak bərabərliyi kimi düşünürdü. Pavelçilərin dualist dini-fəlsəfi görüşlərinə əsasən dünya iki hissədən ibarət təsəvvür edilirdi: ruhi aləm, yəni ilahi səltənət və ya cənnət; maddi aləm, yəni əcinnələr səltənəti və ya cəhənnəm. Hakim kilsə, çah-cəlal içərisində yaşayan ruhanilər əcinnələr səltənətinə aid edilirdi. Pavelçilər sadə, dəbdəbəsiz ibadət tərəfdarı olmaqla ikonalar əleyhinə idilər. Pavelçilərin «bərabərçilik» ideyaları imperiyanın hər yerində istismar olunan xalq kütlələri içərisində geniş yayıldı.
Feodal münasibətlərinin inkişafı dövründə baş vermiş qüvvətli antifeodal hərəkatlardan biri də Slavyan Foma üsyanı idi. 820-ci ildə Kiçik Asiyada başlanan bu üsyana hərbi femlərdən birinin komandiri, özünü imperator elan etmiş Slavyan Foma başçılıq edirdi. Üsyanın əsas hərəkətveriçi qüvvəsi təhkimli vəziyyətinə düşməməyə çalışan kəndlilər, şəhər yoxsulları, stratiotlar, habelə qullar idi. Abbasi Xilafətindən kömək alan Fomanı imperiyanın Avropa hissəsində yaşayan əhali, xususən slavyanlar da mudafiə edirdilər.
Geniş xalq kütlələrinə arxalanan Slavyan Foma Konstantinopolu mühasirəyə aldı. Şəhərin mühasirəsi bir ilə qədər davam etdi. Lakin üsyançılar şəhəri ala bilmədilər. Çox keçmədən üsyançılar içərisində parçalanma düşdü. Mərkəzi hakimiyyət bundan istifadə edərək, həmçinin Bolqarıstan çarlığının hərbi yardımı ilə üsyançıları məğlub edə bildi. Üsyan 823-cü ildə yatırıldı. Üsyançılara divan tutuldu. Foma edam edildi. Lakin Slavyan Foma üsyanının davamı olan ayrı-ayrı çıxışlar 825-ci ilə qədər davam etdi.
Slavyan Foma üsyanını çətinliklə yatıra bilmiş hakim sinif bu xalq hərəkatından sonra öz sıralarını möhkəmləndirdi. hakim sinfin ayrı-ayrı qrupları arasındakı narazılıq aradan qaldırıldı. Azyaşlı imperator III Mixailin (842-867) anası Teodora 843-cü ildə ikonalara sitayişi bərpa etdi. Bununla da ali ruhaniləri mərkəzi hakimiyyət ətrafında toplaya bildi. O, eyni zamanda hərbçi feodalların da mənafeyinə toxunmadı. Beləliklə hərbçi əyanlarla kilsə arasında barışıq əldə edildi ki, bunun da, ümumiyyətlə, feodal dövlətinin möhkəmləndirilməsində mühüm rolu oldu.
Feodal münasibətlərinin təşəkkülü
Xalq hərəkatı məğlubiyyətə uğradıqdan sonra feodal münasibətlərinin inkişafı daha da dərinləşdi. İcma daxilində təbəqələşmə sürətləndi. Azad icma üzvlərinin bir hissəsi varlanmış keçmiş içma üzvlərindən, digəri isə iri torpaq sahiblərindən asılı hala düşdülər, torpaqlarından məhrum olundular. İri torpaq sahibləri — dinatlar, hətta bütöv icmaları belə özlərindən asılı vəziyyətə saldılar. Beləliklə, keçmiş azad icma üzvlərinin əksəriyyəti asılı hala düşür, pariklərə çevrilirdilər. Asılı kəndlilər olan pariklərlə yanaşı, hakim feodallar da bir sinif kimi formalaşırdı. Feodalizm cəmiyyətinin antaqonist sinifləri meydana gəlirdi.
Azad icma uzvlərinin, xüsusən stratiotların müflisləşməsi mərkəzi hakimiyyət üçün əlverişli deyildi. Həmin ictimai qruplardan olan əhalinin iri torpaq sahiblərindən asılı hala düşməsi, əslində dövlətə vergi verən və hərbi xidmət göstərən əhalinin azalması demək idi. Buna görə də, dövlət xəzinəsinin boşalması və stratiot qoşunlarının azalması təhlükəsindən narahat olan Bizans imperatorları azad icma üzvləri və stratiotların müflisləşməsinin qarşısını almaq məqsədi ilə 9-cu əsrin ikinci yarısından başlayaraq 10-cu əsrin sonlarına kimi bir çox fərmanlar verdilər. Lakin feodalizm cəmiyyətinin mahiyyətindən doğan bu ictimai-iqtisadi prosesin qarşısı alınmaz idi. Feodal münasibətləri dərinləşdikcə cəmiyyətin ictimai-iqtisadi mənzərəsi də dəyişir, müxtəlif ictimai qruplardan olan əhali başlıca olaraq iki qütbdə qruplaşırdı. Bu qanunauyğun prosesin gedişində azad icma üzvlərinin və stratiotların əksəriyyəti asılı kəndlilərə, bir qismi isə iri torpaq sahiblərinə çevrilirdi. Bu isə mərkəzi hakimiyyətin hərbi və iqtisadi cəhətdən zəifləməsinə, iri torpaq sahiblərinin, xüsusən əyalət hakimlərinin qüvvətlənməsinə səbəb olurdu. Bizans imperatorları iri torpaq sahiblərinin, əyalət əyanlarının əlində oyuncağa çevrilməmək üçün normanlar, slavyanlar, ərəblər və başqa xalqlardan toplanmış muzdlu qoşuna arxalanırdılar. Beləliklə, 11-ci əsrin sonları və 12-ci əsrin əvvəllərində Bizansda feodal istehsal üsulu artıq qalib gəlmişdi.
Feodal münasibətlərinin inkişafının gedişində şəhər həyatında də bəzi keyfiyyət dəyişiklikləri baş verdi. Bir çox yeni şəhərlər yarandı. Qədim dövrdən qalmış şəhərlər isə orta əsr sənətkarlıq və ticarət mərkəzlərinə çevrildilər. Ölkənin paytaxtı Konstantinopol şəhəri, əvvəllərdə olduğu kimi, yenə də Bizansın iqtisadi həyatında mühüm rol oynayır, Avropa—Asiya ticarət əlaqələrində vasitəçilik edirdi. 10-cu əsrin əvvəllərinə aid «Eparxın kitabı» Konstantinopolda sənətkarlıq və ticarətin yüksək inkişaf etdiyini göstərir. Şəhər bələdiyyə idarəsi rəisinin — eparxın göstərişlərindən, qərarlarından ibarət olan bu qiymətli mənbədən aydın olur ki, Konstantinopolun əsas əhalisi olan sənətkar və tacirlər xüsusi korporasiyalarda birləşmişdilər. Sənətkar və tacir birlikləri — korporasiyaları müəyyən imtiyazlara malik idilər. Tacir birliklərinin imtiyazları daha geniş idi. Ümumiyyətlə, sənətkar və tacir korporasiyalarının fəaliyyəti dövlətin himayəsi və nəzarəti altında idi.
Feodal münasibətləri inkişaf etdikcə dövlət aparatında da müəyyən dəyişikliklər yaranırdı. Bizans imperiyası artıq təşəkkül etməkdə olan hakim feodallar sinfinin dövlətinə çevrilmişdi. Lakin bəzi başqa Avropa ölkələrindən fərqli olaraq, Bizansda imperator hakimiyyəti daha kamil bürokratik aparata malik idi. 11-ci əsrdə Bizansda dövlət aparatı olduqca yetkinləşmişdi.
Feodal münasibətlərinin inkişafında kilsə mühüm rol oynayırdı. Roma papalarından fərqli olaraq Konstantinopol patriarxı tamamilə imperatordan asılı idi. O, papa kimi dünyəvi hakimiyyətə malik deyildi. Konstantinopol patriarxını əslində Bizans imperatorları təyin edirdilər. Dinin tamamilə imperator hakimiyyətinin xidmətində olması Bizans dövlətinin qüdrətini təmin edən əsas amillərdən biri idi. Bundan başqa, Konstantinopol patriarxı Roma papası ilə rəqabət aparırdı. Bütün erkən orta əsrlər boyu Bizansın və Qərbi Roma imperiyası ərazisinin, xüsusən İtaliyanın tamamilə fərqli siyasi tarixə məruz qalması xristian kilsəsinin vahidliyini pozmuş, Roma və Konstantinopol kilsələrinin əlahiddələşməsinə səbəb olmuşdu. 8-ci əsrdə Roma papaları həm də dünyəvi hakimə çevrildikdə hər iki kilsə arasında ziddiyyətlər daha da dərinləşmişdi. Şərqi Avropada Bizansın dini təsiri, xüsusən slavyanların xristianlığı Bizansdan qəbul etməsi Roma papalaranın dünya xristian monarxiyası yaratmaq siyasətinə ağır zərbə vurdu. Roma və yunan kilsələri arasında getdikcə kəskinləşən ziddiyyətlər, nəhayət, 1054-cü ildə xristian kilsəsinin iki hissəyə parçalanması ilə sona yetdi.
* Bizans Bosfor boğazının Avropa sahilində qədim yunan şəhəri idi. E.ə. təqribən 660-cı ildə meydana gəlmişdi. Roma imperatoru Konstantin 330-cu ildə paytaxtı Romadan Bizansa köçürmüşdü. Sonralar bu şəhər onun şərəfinə Konstantinopol adlanmışdı. Şərqi Roma imperiyası isə Bizansın adı ilə Bizans imperiyası adlanmışdı.
* Dim—yunança «demos», yəni xalq sözündəndir.
* Qeyd edək ki, ikona əleyhdarları hərəkatının Bizansın məhz şərq əyalətlərində geniş yayılması təsadüfi deyildi: bütpərəstliyə qarşı çıxan İslam dininin bu ərazilərdə yaşayan xristianların dini görüşlərinə təsiri böyük idi. Müsəlman Şərqində erkən dövrlərdə təşəkkül tapmış dini təriqətlərin, o cümlədən hürufiliyin təsiri altında Qərbi Avropada sonralar – XV-XVI əsrlərdə geniş vüsət alan ikona əleyhdarları hərəkatı protestantlığın müxtəlif qollarının yaranması ilə nəticələndi.
Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında
|
['Bizans', 'Bizans mədəniyyəti', 'orta əsrlər', 'Bizans imperiyası', 'Bizans tarixi']
|
1,113 |
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/17398/ar%C4%B1qlamaq-ist%C9%99yirs%C9%99ns%C9%99,-bu-%C3%B6lk%C9%99y%C9%99-get.html
|
Arıqlamaq istəyirsənsə, bu ölkəyə get!
|
Apollon
|
Ölkələr
|
7 iyul 2015, 20:52
|
Asiyada, Taylandın şimal-şərqində, Vyetnamın qərbində yerləşən Laos bir dövlət kimi öz tarixinə XIV əsrdən başlayıb. Ölkənin dənizə çıxışı yoxdur, amma tarixi və mədəniyyəti olduqca fərqli, zəngin və maraqlıdır. Yəni istirahət etmək üçün heç də dənizi önəmli saymayan kəslər bu ölkəni seçə bilərlər.Mətbəxi
Bir çox ölkələrdə olduğu kimi, Laosun da mətbəxinə qonşu Taylandın, Kambocanın, Çinin və Vyetnamın təsiri danılmazdır. Bu ölkənin yeməklərində duz və ədviyyatlardan daha çox, müxtəlif tərkibli souslardan istifadə edilir, göyərti və tərəvəzlərdən yeyilir, lakin ət və balıq məhsullarına bir o qədər də tələbat yoxdur. Əgər Siz Laosa getmisizsə, onda əsl pəhriz saxlamağın vaxtıdır. Çünki burada düyü, tərəvəz, göyərti kimi az kalorili ərzaqlardan hazırlanan yeməklərə üstünlük verilir. Yalnız bayram menyusunda yumurta, quş, mal ətindən hazırlanmış yeməklərə rast gələ bilərsiniz.
Ölkədə ən məşhur içki meyvə şirələridir. Eyni zamanda Laosda hər il 20 min ton qəhvə istehsal edirlər. Bura qəhvə istehsalına görə, cənub-şərqi Asiya ölkələri arasında aparıcı yer tutur.Laoslular qara çayla müqayisədə daha çox yaşıl çay içirlər. Ölkənin istehsal etdiyi «Laonun» adlı yerli pivəsi kifayət qədər yaxşı dada malikdir və qiyməti çox ucuzdur.
formaggio.az
|
['Laos', 'ölkələr']
|
1,114 |
https://kayzen.az/blog/sevgi/17450/tan%C4%B1%C5%9Fl%C4%B1q-zaman%C4%B1-ki%C5%9Fil%C9%99rin-etdiyi-s%C9%99hvl%C9%99r.html
|
Tanışlıq zamanı kişilərin etdiyi səhvlər
|
Apollon
|
Sevgi
|
7 iyul 2015, 20:52
|
Sevgi oyunlarında hər kəs bir nöqtədə rədd edilir. Təbii ki, nədən rədd edildiyinizi və nəyi yanlış etdiyinizi bilmirsizsə, şansızını necə dəyişdirə bilərsiz?Yaxşı ki, rədd edilən tək siz deyilsiz.Kişilər qadınları ovlamağa çalışdıqları ilk gündən bəri rədd edilmək qorxusu ilə qarşı-qarşıya qalırlar. Çox kişi geyindiyi geyim və pulun qadınların diqqətini çəkdiyini düşünər, ancaq əsas yol bundan daha sadədir. Problem siz deyil, özünüzü tanıtma tərzinizdir. Ailem.az kişilərin özünü tanıdarkən etdiyi səhvləri təqdim edir.Bədən dilini anlamaq. Özgüvənin qadınları cəlb etdiyi doğrudur. Ancaq nə qədər rahat olmanız özünüzü tərifləməkdən daha üstündür. Axtardığınız açar bədən dilidir.
Vəziyyətin nəzarətiniz altında olduğunu hiss etdirmək istəyirsizsə, sözlərlə anlatmağa çalışmayın, dik durun və göz təması qurun.İnsanlar hər şeydən əvvəl bədən dili ilə təmas qurar. Əgər özünüzü cazibədar şəkildə göstərməyi bacarsanız, seçdiyiniz kəlmələrin heç bir önəmi qalmayacaq. Özünüzü qadına dinc bir şəkildə təqdim edin.Enerji və atmosferə ayaqlaşmaq. Kişi ciddi və sərt görünüşlü, düşüncəsi sağlam, güclü, qüdrət sahibi olmalıdır, ancaq qadınlar əlaqə yarada biləcəyi birini istəyər.Bir qadın onunla onun səviyyəsində görüşmənizi istəyər.Pozitiv bir bədən dili seçmək. Flirt və görüşlər iki insanın bir-birinə daha uyğun olduğunu müəyyən etmənin yoludur. Bacarıqlı bir kişi qadının güvənini həmişə qazanmalıdır. Ona özgüvənlə yaxınlaşın, ona marağınız olduğunu açıq bildirin, ancaq amiranə olmayın.Öz peşənə yönəlmək. Əgər vaxtı gəlmədən sevgili olmaq istədiyiniz qadına görüş təklif etsəniz, “hə” cavabı almayacaqsız. Həm də bir an öncə xilas olmaq, tez cavab alım deyə səbrsiz davransanız, ondan “hə” cavabı almayacaqsız.Özgüvənli davranın. Dərhal qaçmayın. “Yox”, ya “hə” deyən kimi qaçıb arxasındakı pərdəyə gizlənməniz verdiyi qərarla bağlı şübhəli hala salacaq. Özünü rahat hiss etməyəcək.Əgər keçmişdə də çox rədd edildizsə, bu, hər dəfə eyni cür davranıb fərqli nəticələr əldə etmək istədiyiniz üçündür. Bunu bir az dəyişdirin, yeni bir şey sınayın. Qarşınızdakı qadının sizinlə münasibət qurub qurmadığını bədən dili ilə öyrənin.Vəzifənizi unutmayın. Siz seçilə bilən bir subaysız, ancaq özünüzü tanıtma tərziniz yanlışdır.
|
['sevgi']
|
1,115 |
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/15485/%C9%99bu-reyhan-biruni.html
|
Əbu Reyhan Biruni
|
luminat
|
Böyük insanlar,şəxsiyyətlər
|
6 iyul 2015, 02:10
|
Onun tədqiqatları özündən 8 əsr sonra belə bu sahə üzrə məşğul olan alimləri heyrətə gətirib. Əslən türkdür. Adı Məhəmməd, soyadı ibn Əhməd əl-Biruni el Xarəzm, təxəllüsü Əbu Reyhandır. Eyni zamanda, o, Əl-ustad kimi anılıb və Biruni kimi də tanınıb. O, 973-cü ildə bugünkü İran sərhədləri daxilində qalan Kastada (Şah Abbasi-Vəli deyilən yerdə) anadan olub və 1049-cu ildə Qəznədə vəfat edib. Kiçik yaşlarında atasını itirərək yetim qalan Biruni istedadı, qabiliyyəti və tükənməz zəkası ilə diqqəti özünə cəlb edib.
Xarəzmşah xanədanından olan məşhur alim və riyaziyyatçı Əbu Mənsur ibn Əli ibn İraqın himayəsində böyüyərək ondan dərs alıb. Məhz onun sayəsində dövlət adamlarına və saray mühitinə uyğun bir şəkildə tərbiyə görüb. Saray mühitində böyüməsi və müxtəlif səbəblərlə əlaqədar bəzi məmləkətlərdə olması ilə bağlı| olaraq o, getdiyi yerlərin alimlərindən də elm öyrənib.
Həkim-astronom və Haqq aşiqi
Xüsusilə, astronomiyaya böyük maraq göstərib və rəsədxanalar tikdirərək bu mövzuda kitablar yazıb. Biruni həm də müxtəlif xəstəliklərin müalicəsində tanınmış bir həkim idi. O, yunan və hind tibbini dərindən mənimsəmiş və araşdırmalar apararaq, müalicəsi çətin sayılan bir çox xəstəlikləri müalicə etməyi öyrənmişdi. Hətta Sultan Məsudun gözünü müalicə edərək, onun rəğbətini qazanmışdı. O, hansı otun hansı dərdə dərman olduğunu çox yaxşı bilirdi. Bütün bunlarla yanaşı, o, əczaçılıqla həkimliyin sərhədlərini müəyyən edib.
Biruni cəbr, həndəsə, coğrafiya sahələrində də yüksək biliyə malik idi. O həm dəqiq elmlər, həm də ilahiyyat sahəsində ən böyük alimlərdən biri kimi şöhrət qazanmışdı.
Biruni elm öyrənməkdə məqsədinin haqq və həqiqəti bilmək olduğunu deyib. "Söylədiklərim arasında həqiqətdən uzaq və yanlış olan nəsə varsa, Allaha tövbə edərəm; razı olacağı şeylərə sarılmaq xüsusunda Allahdan yardım istərəm. Bəzi şeylərdən qorunmaq üçün də Allahdan hidayət diləyirəm. Yaxşılıq onun əlindədir" - deyərək bütün varlığı ilə Uca Yaradana bağlı olduğunu nümayiş etdirib.
Uca Yaradana bağlı insan
Biruni əlindən kitab düşməyən, iman dolu qəlbilə Allahdan yardım diləyə-diləyə alimlər alimi səviyyəsinə çatan bir zat idi. O, ərəbcə, farsca, yəhudicə, yunanca və çincə bilirdi. Riyaziyyat, astronomiya, həndəsə, fizika, kimya, tibb, əczaçılıq, tarix, coğrafiya
filologiya, etnologiya, geologiya, dinlər və məzhəblər tarixinə dair 30-a yaxın əsər yazdı və onların hər birində dərin təfəkkür sahibi 0jjuğunu özündən yüz illər sonra gələnlərə də sübut etdi. İlahiyyata dair əsərlərində Quranın izahmı verir və ona heyran-lığını hər an dilə gətirirdi. Elmi qaynaqlara söykənərək nəzəriyyənin təcrübədə yoxlanılması metodunu da ilk dəfə o, irəli sürüb.
Məşhur alim ibn Sinaya yazdığı məktublarındakı elmi metod və şərhləri hal-hazırda da öz müasirliyini qoruyub saxlamaqdadır. "Tahkok" və "Qanuni-Məsud" adlı əsərləri ilə triqonometriya sahəsində bu gün də məşhurdur. Onun ilahiyyat sahəsində də bilikləri çox zəngin olub. Qəznə şəherində qibləni astronomik dəqiqliklə müəyyən edib. Bununla da, astronomik biliklər sahəsində zəngin və tükənməz təfəkkürə malik olduğunu sübuta yetirib. Ayın, Günəşin və göy cisimlərinin hərəkətləri, Günəş tutulmaları və bununla bağlı hadisələrin izahı onu bütün İslam aləmində məşhurlaşdırdı.
Yer kürəsinin diametrinin ölçülməsi ilə bağlı apardığı dəqiq hesablamaları bu gün də hamını mat qoyur. Avropada buna Biruni qanunu deyirlər. Sonralar Nyuton və Riçard apardıqları hesablama nəticəsində ekvator xəttinin 25. 000 mil olduğunu tapıblar. Ancaq Biruni onlardan 700 il əvvəl bunu sübuta yetirmişdi. Bu biliyi ilə Biruni avropalılardan əsrlərcə irəlidə idi. Hələ o vaxt heç kimə məlum olmayan "Ümid burnu" barədə də Biruni öz coğrafi araşdırmalarında söhbət açmışdı. O, Şimali Asiya və Şimali Avropa barədə geniş məlumatlar vermişdi. Xristofor Kolumbdan 5 əsr əvvəl Amerika qitəsindən, Yaponiyanın varlığından bəhs etmiş, dünyanın yuvarlaq olduğunu və öz oxu ətrafında hərəkət etdiyini, həmçinin cazibə qüvvəsi barədə Nyutondan əsrlərcə əvvəl cəsarətlə məlumat vermişdi. Hazırda alimlərin əsas müzakirə obyekti olan qurunun şimala doğru sürüşməsini təxminən 950-980 il əvvəl o bildirmişdi.
Dövrünü 9 əsr qabaqlamışdı
Biruni botanika ilə də ciddi maraqlanırdı. Onun bitki və heyvanlarla, quşlarla əlaqəli çox orijinal və günümüzdə də əhəmiyyətini saxlayan elmi araşdırmaları var. Universal bir təfəkkürə mat olan Biruni tarixlə bağlı da maraqlı tədqiqatlar aparıb. O, Qəznəli Sultan Mahmudun, Səbutəkin və Xarəzminin tarixini yazdı Biruni habelə, dinlər tarixini də araşdırdı və bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi. Bununla da o, müqayisəli dinlər tarix' nin əsasını qoydu. 9 əsr sonra müqayisəli dinlər tarixi Birunini araşdırmalarına əsasən ayrıca bir elm sahəsi kimi inkişaf etməyə başladı. Biruni fəlsəfə ilə də maraqlandı və onun dumanlı qaranlıqlarında azıb qalmadı.
Fəlsəfi dünyagörüşü və fəlsəfi ideyalarını o, Allahla bağladı və Qüdrət Sahibinin insana sonsuz bir elm, bilik xəzinəsi bəxş etdiyini sübuta yetirdi. Təbiət hadisələrindən bəhs edərkən onlardakı hikmət sahibinin əsl ünvanını sevə-sevə göstərdi. Astronomiya sahəsindəki çalışmaları da ona böyük şöhrət gətirdi. 995-996-cı illərdə Xarəzm şəhəri yaxınlığındakı Buskatırda Günəşin və digər planetlərin hərəkət trayektoriyalarını riyazi və fiziki araşdırmaları ilə müəyyənləşdirdi. Əbul Həsən Əli ibn Məmunun dəvəti ilə yenidən Xarəzmə gedərək orada rəsədxanaların inşasına rəhbərlik etdi. Sonra bir müddət Cırcanidə qaldı.
O, yeni araşdırmalarla sübut etdi ki, Xarəzm şəhəri ilə Bağdad eyni meridianda yerləşir. Bundan sonra Biruni o dövrün ən tanınmış alimlərindən olan ibn Sina ilə görüşdü və onunla fizika və astronomiya ilə bağlı fikir mübadiləsi apardı. Əbu Reyhan əl-Biruni 44 yaşında ikən Qəznəlilərin himayəsinə sığındı.
Qəznəli Mahmud bu böyük insana çox böyük hörmət və iltifat göstərdi. O, Qəznədə hökmdar sarayında rəsədxana quraraq orada elmi tədqiqatlar apardı. 1011-ci ildə isə Qəznəlilərə aid olan Kabil şəhərində çalışmalarını davam etdirdi.
Qəznəli Sultan Mahmudun Hindistan səfərində Biruni sultanın baş məsləhətçisi və xəzinə müdiri kimi iştirak etdi. Həmin öl-kənin fəthindən sonra Biruni bir müddət burada qalaraq bəzi elmi araşdırmalarla məşğul oldu: Yer kürəsinin ölçüsünü hesabladı və sankskritcəni öyrəndı. Hindistandakı araşdırmalarını başa vurduqdan sonra o, yenidən Qəznəyə qayıtdı. Qəznədə Sultan Mahmudun oğlu Məsud və nəvəsi Mevdud Biruninin daha geniş geniş araşdırmalar apara bilməsi üçün ona geniş imkanlar hazırladılar. O, bundan istifadə edərək tibb, fizika, astronomiya, riyaziyyat, tarix və digər elmlər üzrə yeni araşdırmalar apardı və elmə bir çox yeniliklər gətirdi. O, 1037-ci ilə qədər müxtəlif elmlərə dair 113 əsər yazdı. Bundan sonrakı ömrünün 12 ilində isə daha 83 əsəri də elm aləminə təqdim etdi. Biruni 63 yaşında ikən dostuna yazdığı məktubunda böyüklü-kiçikli 180 əsərinin adını göstərib. Əfsuslar olsun ki, onlardan yalnız 22-si günümüzə qədər gəlib çatmışdır. İslam aləminin bu böyük elm və ürfan sahibi, hələ sağlığında ikən elmlərin atası kimi məşhurlaşan şərəfli oğlu 1049-cu ildə Qəznədə vəfat etdi.
Gözəl əxlaq sahibi
Biruni həm də böyük əxlaq sahibi kimi məşhur idi. Peyğəmbər Əfəndimizin Əshabı Kiramına son dərəcə bağlı olan Əl-Biruni Əshabı Kiram düşmənlərinin, İslam dünyasını qarışdırmaq istəyənlərin cavabmı vaxtında verir və yazdığı elmi əsərlərində onların iç üzünü ifşa edirdi.
Onun astronomiya elminə verdiyi böyük töhfələrdən biri də, müsəlmanlara, İslam elminə ən yüksək səviyyədə xidmət etmək istəyindən və Kainatın Yaradıcısına olan sonsuz sevgisindən irəli gəlirdi. Biruni məşğul olduğu hər bir elmdə Uca Yaradanın insa-na, bütün yaradılmışlara olan sonsuz lütfünü hamıya çatdırmağa çalışırdı.
Coğrafi meridianların yerini təyin edərkən o, müsəlmanların elmlərə yiyələnmələrinə etdiyi xidmətdən ürəkdolusu bir rahatlıq duyduğunu söyləyərdi. O heç vaxt haqq və ədaləti tapdalamazdı. Yanında kimi isə haqsız yerə günahlandırsaydılar, o saat onu müdafiə edərdi. Tez-tez ətrafındakılara: "Allah-Təala mərhəmət edənləri, günahkarları bağışlayanları sevir. Mərhəmət edənə Allah da mərhəmət edər, günahkarı bağışlayanı Allah da bağışlayar, darda qalana əl tutana Allah da əl tutar", - deyərdi. Bu böyük fəzilət sahibi ömründə bir dəfə də olsun kiminsə qəlbini qırmadı, kimisə təhqir etmədi, onu haqsız yerə nədə isə ittiham edənlərə qarşı kin saxlamadı və: "Allah rəhm etsin," - deyə onlara dua etdi.
Cazibə qüvvəsini də Nyutondan əvvəl o kəşf etmişdi
Biruni elə geniş təfəkkürə sahib şəxsiyyətlərdən idi ki, elələri dünyaya min ildə bir dəfə gəlirlər. Təsadüfi deyil ki, o, Nyuton-dan 7 əsr əvvəl cazibə qüvvəsini tapmışdı. Biruni elmi araşdırmaları ilə bu qənaətə gəldi ki, Yer kürəsi öz oxu ətrafında fırlanırsa, deməli, burada onu saxlayan, onun hərəkətini tənzim-ləyən bir qüvvə olmalıdır. Biruni həmin qüvvənin cazibə qüvvəsi olduğunu cəsarətlə sübuta yetirdi. Tədqiqatçı alim Çarl L. Boyer "A History of Mathematıcs" adlı əsərində Biruninin bu kəşfinin insanın kosmosu kəşfi qədər mühüm bir kəşf olduğunu bildirib. Müəllif elm və texnikanın inkişaf etmədiyi bir dövrdə Biruninin kəşflərini Allah möcüzəsi adlandırır və deyir ki, belə olmasaydı, o, bu qədər ilahi biliyə sahib ola bilməzdi.
ABŞ-ın məşhur elm xadimlərindən biri olan alim və tədqiqatçı Georgi Şaton Biruninin elmi əsərləri ilə tanış olduqdan sonra heyrətini gizlədə bilməyərək, XI əsri Biruni əsri adlandırıb. Ümumiyyətlə, bütün Qərb alimləri Şərqin VIII-XIII əsrlərdə böyük intibah dövrü yaşadığını deyir və həmin inkişafı müasir Avropanın inkişafı ilə müqayisə edirlər. Belə bir fikir söylənilir ki, əgər o dövrdə elm Biruni və digərlərinin simasında bu qədər inkişaf etməsəydi, bəlkə də, Qərb indiki elmi-texniki inkişafına nail ola bilməzdi. Çünki Qərbin bütün elmi inkişafının əsasında Şərqin elmi təcrübələrindən bəhrələnmək dayanıb.
Elm öyrənmək Allahı sevməkdir
Biruninin astronomiya, fizika, tibb, riyaziyyat, coğrafiya, botanika, kimya və digər elmlərə aid olan bütün əsərlərində ilahi varlığa böyük sevgisi duyulur. Bu sevgi onu Uca Yaradana sanki daha da yaxınlaşdırırdı. Ətrafındakılara: "Allah insanlara elm öyrənmək kimi əvəzsiz bir səadət bəxş etdi. Elmin nuru kor gözlərə şəfa gətirər, paslı qəlblərin pasını təmizlər, zülmət qaranlıqları aydınlığa çıxarar, insanı saflaşdırar və paklaşdırar, ona sonsuz qüvvə və əbədi səadət bəxş edər,"- deyərək onları elm öyrənməyə həvəsləndirərdi. Bütün varlığını elm öyrənməyə həsr edən bu böyük insan əziyyətlərdən qorxmamağı, keçilməz sədlər qarşısında boynunu büküb durmamağı, Uca Allaha sığınaraq vəziyyətdən çıxış yolu axtarmağı tövsiyə edərdi: "Nə qədər ki, sağsan, Ulu Yaradanın sənə verdiyi tükənməz elm və mərifət xəzinəsindən istifadə et, onu paslanmış dəmirə çevirərək, özünlə qara torpaqlar altına aparma".
Onun fikrincə, yaradılmışların ən kamili olan insanın qarşısında keçilməz sədd, alınmaz qala, aşılmaz dağ yoxdur. Bunun üçün insan Allahın ona bəxş etdiyi tükənməz elm və bilik xəzinəsindən, ağlından və təfəkküründən istifadə etməlidir. Biruniyə görə, elm öyrənməyin ləzzəti qədər gözəl ləzzət, elmə çəkilən əziyyət qədər gözəl əziyyət yoxdur. O: "Elmin ləzzəti ona çəkilən əziyyətdədir. Haqqı və həqiqəti araşdırma zövqündən yüksək zövq ola bilməz" - deyirdi. Elmlə nə qədər məşğul olsan, o qədər də ləzzət alacaqsan. Araşdırma nə qədər davam edərsə, bu ləzzət də o qədər davam edər.
Elm gözəldir, onun gətirdiyi və insana bəxş etdiyi səadəti də o qədər gözəldir" - deyən bu böyük insan elm adamlarına həqarətlə baxmamağı, özündən əvvəlki elm adamlarına və özü ilə eyni zamanda elmlə məşğul olan şəxslərə paxıllıq etməməyi, onlara hörmətlə yanaşmağı tövsiyə edirdi. Elm adamına dedi-qodulardan uzaq durmağı, araşdırdığı elmə Allah sevgisi ilə yanaşmağı, elmdə doğru olanı seçməyi, batildən qaçmağı məsləhət görən Biruni elmin zirvəsinə gedən yolları da müəyyənləşdirib. Onun yüksək elmi biliklərə yiyələnməyin yolunu göstərən şərtləri bunlardır:
Elmlə məşğul olanlar sərbəst olmalı, onlara kənardan təzyiq edilməməlidir.
Elmi çalışmalar insanın bu çalışmalara doğan həvəsindən əmələ gəlməli və saf təməllər üzərində qurulmalıdır.
Həqiqi elmi həqiqətdən uzaq, yalançı elmlərdən ayırmaq, dini xurafatdan kənar tutmaq lazımdır.
Həqiqi elm adamlarına yardım göstərilməli, onları həvəsləndirən tədbirlər həyata keçirilməlidir.
Hər hansı elm sahəsini öyrənməzdən, tədqiq etməzdən əvvəl bunun üçün lazım olan texniki və maddi şərtlər təmin edilməlidir.
Elm adamlarına hörmət olunmalı, onlara etibar edilməlidir.
Insanların elmlə məşğul olmaları üçün onların diqqətini buna yönəltməli və belələrinə cəmiyyətin ən hörmətli adamları kim hörmət edilməlidir.
Dövlətin yüksək vəzifələrdə olan məmurları, dövlət başçıları elmin inkişaf etdirilməsini diqqət mərkəzində saxlamalı, elmi yeniliklərə hörmətlə yanaşmalı və onun tətbiqi üçün bütün maddi imkanlardan istifadə etməlidirlər. Çünki bir alimin kiçik bir kəşfi və ya ixtirası ən böyük bir dövlətin altını üstünə çevirməyə kifayət edə bilər. Kiçik bir ixtira on minlərlə ordunun görə bilmədiyi, bacarmadığı işin görülməsinə yardım edər.
Biruninin bu tövsiyələri, vəsiyyəti əbədiyyətə qədər müasirliyini itirməyəcək. Bəlkə də, Birunidən sonra gələn Şərqin hökmdarları, elm adamları onun bu tövsiyələrinə, məsləhətlərinə əməl etsəydilər, bu gün İslam aləmi dünyanın ən mütərəqqi və inkişaf etmiş ölkələri olacaqdı.
Əsl elm paxıllığı, kini və küdurəti sevmir
Biruni elmlə məşğul olan adamlara, elm sahiblərinə sonsuz xəzinələrə sahib olmaq, yeni elmi kəşflər əldə etmək üçün də qiymətli məsləhətlər, tövsiyələr verib. Biruni bununla bağlı deyir: "Həqiqi elmlə məşğul olmaq istəyən elm adamı pis əməllərdən, kindən, paxıllıqdan uzaq olmalıdır. Başqasına paxıllıq edən adam, həmkarının elmdə qazandığı nailiyyətə sevinməyən insan heç vaxt elmin zirvəsinə gedib çıxa, sonsuz biliklərə yiyələnə bilməz. Elmlə məşğul olan insan mənəvi cəhətdən saf olmalıdır.
Mənəvi cəhətdən xəstə adamlar həqiqəti dərk edə bilməzlər. Onların qəlb qapıları bağlı, qulaqları kar olar. Başqalarına üstün gəlmək cəhdində olanlar və bu yolda nəfsinin quluna çevrilənlər elmlə nə qədər məşğul olsalar da, heç nə əldə edə bilməzlər. Ona görə də hər adamdan elm adamı olmur, hər adam elmin incəliklərinə yiyələnməyi bacarmır. Elmlə məşğul olmaq çətin bir işdir. Həqiqəti araşdırarkən elm adamı ən doğru olanı seçməli, özün-dən əvvəlki elm adamlarının əsərlərini araşdırmalı, onlarla müqayisəli şəkildə doğru və ya əyri yolda olduğunu müəyyənləşdirməlidir. Elm adamı yarımçıq araşdırmadan uzaq durmalı, araşdırdığını sona kimi araşdırmalı və bu zaman doğru bildiyinin ən doğrusunu seçməli, insanlara fayda gətirəcək elmi yenilikləri cəmiyyətə təqdim etməlidir".
Biruninin əsərlərini araşdıranda onların hamısında Allaha olan sevgisinin şahidi oluruq. Onun elmi araşdırmaları ilə dini biliklər bir-biri ilə vəhdət təşkil edir. Biruninin ən böyük elmi kəşflərində məhz dini bilikləri elmi biliklərlə, təbiət elmləri ilə uzlaşdıra bilməsi önəmli rol oynayıb. Dini sevgi ilə o, cazibə qüvvəsini tapıb, dünyanın ekvator xəttinin uzunluğunu hesablayıb. O, bununla bir daha sübut edib ki, dünyəvi elmlərlə dini elmlər arasında bir əlaqə var və heç vaxt heç bir din elm öyrənilməsinin əleyhinə çıxmayıb. Əgər kimsə dinin adından istifadə edərək, onu dünyəvi elmlərə qarşı tutubsa, deməli, o, sağlığında ikən özünü əbədi əzablara sürükləyib.
Tarixlərə örnək
Biruninin dahiliyini və sonsuz zəka sahibi olduğunu anlamaq üçün onun yazdığı əsərlərlə tanış olmaq, onları oxumaq lazımdır. Təsadüfi deyil ki, Biruninin əsərlərini oxuyanların hamısı onun böyüklüyü qarşısında dönə-dönə baş əydiyini bildirir. Yeri gəlmişkən, onu da deyək ki, Qərbin aparıcı alimlərinin böyük əksəriyyəti 500-600 il bundan əvvəl olduğu kimi, yenə də Şərq mütəfəkkirlərinin əsərlərini oxuyur, onlardan hər hansı bir elmi kəşfi etmək məqsədilə faydalanmağa çalışırlar. Bunun da səbəbi var. Belə ki, VII-XIII əsrlərdə İslam elmi, İslam mədəniyyəti özünün ən yüksək inkişaf dövrünü yaşamışdır.
Onların elmi sahədə etdikləri kəşflərin, araşdırmaların, demək olar ki, hamısında yeni kəşflər üçün işıq ucları var. Bu baxımdan, Qərbdə istər Biruninin, istərsə də digər Şərq dahilərinin əsərlərinə mütəmadi müraciət edilməsi o dövrdə qurulan İslam sivilizasiya sının tükənməzliyini göstərir. Biruninin günümüzə qədər gəlib çıxan əsərlərindən bəziləri ilə oxucularımızı tanış etmək istəyirik "Asar-ül-Bakiyyə" - 28 yaşında ərəb dilində yazdığı bu əsəri Biruni Cırcan hökmdarı Kabus bin Yazgirə ithaf edib. Əsərin əhəmiyyətini nəzərə alan ingilis tədqiqatçıları 1878-1879-cu illərdə onu öz dillərinə tərcümə ediblər. Əsər ingilis alimlərinə o qədər güclü təsir göstərmişdi ki, onlar hökumət qarşısında məsələ qaldıraraq, 1923-cü ildə onun yenidən tərcümə edilməsinə nail oldular. Qeyd edək ki, bu əsərdə Biruni təqvim, tarix, mədəniyyət və astronomiya ilə bağlı məlumat verir. Həmin məlumatlar hal-hazırda alimləri maraqlandıran bəzi sahələrin izahını yüksək səviyyədə verir və bu da elmi tədqiqatçıların ona dönə-dönə müraciət etmələrinə səbəb olur.
Biruninin digər əsəri "Tahkiki malil-hind"'dir
"Tahkiki malil-hind"in yazılmasında Biruninin Hindistana Sultan Mahmud Qəznəli ilə birgə səfəri və orada yerli dili, mədəniyyəti və fəlsəfəni öyrənərək təhqiq etməsi önəmli rol oynayıb.
Biruni 1015-ci ildə "Tahdidu Nihayet-il-Emakin li-tashih-il-Mesakin" əsərini qələmə alıb. O, bu əsərdə riyazi coğrafiyanı tədqiq etmək metodlarını verib. Xarəzm, Hindistan və Əfqanıstanda apardığı hesablamalarda geologiya və triqonometriyaya aid məsələlərdən bəhs edib və nəticədə bu sahəni yeni bir inkişaf istiqamətinə yönəldib. Bu əsəri ilə Biruni həm də Geodeziya elminin əsasını qoyub. Biruninin "Əl-Kanun Məsudi" əsərini alimlər astronomik coğrafiya adlandırırlar. Bu əsər ciddi əhəmiyyətli əsərlərdən biri hesab edilir. Belə ki, o dövrün riyazi bilikləri, elmi kəşfləri, dünyagörüşü, göy cisimləri, onların hərəkət trayektoriyaları əsərdə analitik şəkildə verilmişdir.
Əsərin əhəmiyyəti nəzərə almaraq, onu ingilis, alman, fransız və digər dillərə dəfələrlə tərcümə ediblər. Biruninin məşhur əsərlərindən biri də "Kitabüt Tefhim fi Evaili Sanaat-it-Tencim, Kitab-ül Cəvahir fi Marifet-il Cəvahir"dir. Bu əsərdə Biruni qiymətli daşlardan ve faydalı qazıntılardan, onların xarakterindən, yerləşdiyi ehtimal olunan ərazilərdən bəhs edib. O, izafi sıxlıqları "mahruti aləti" və ən köhnə piknometr deyə biləcəyimiz bir alət vasitəsi ilə təyin edib. Isti və soyuq su arasındakı ağırlıq fərqinin 0,041677 olaraq təsbit etməsi Biruninin məşhur bir alim olduğunu bir daha sübuta yetirib. O, bununla da qızıl, gümüş və digər fay-dalı qazıntıların yerinin elmi şəkildə müəyyən edilməsinin əsasını qoyub. "Kitab-üs-Saydala" kitabında isə Biruni tibb və əczaçılıq-dan bəhs edib. O, həmin əsərində tibbi dərmanların və onların hazırlanmasının metodunu verib.
Bu, ensiklopedik bir əsər hesab edilir. Çünki onda dərmanların, onların hazırlanmasında istifadə edilən otların adları ərəbcə, yunanca, sankskritcə, hindcə və türkcə verilib. Bu da tibb alimlərinin ən çox tədqiq etdikləri və oxuduqları əsərdir və öz əhəmiyyətini min il bundan əvvəl olduğu kimi qoruyub saxlayır. Biruninin coğrafiyaya aid əsərləri də olduqca qiymətlidir. Bunun da səbəbi onlarda təsvir edilən yerlərin və okeanların olduqca yüksək dəqiqliklə verilməsi və Amerika qitəsinin varlığının göstərilməsidir ki, bütün bunlar da müasir dövrün coğrafiyaşünas alimlərini şoka salır. O, ölçüsü 6,8 metr olan böyük bir yarımkürə inşa etdirərək, coğrafi en dairələrini, meridianları müəyyən edib və onun üzərində bütün bunları qeyd edib. Təəssüflər olsun ki, onun bu əsəri günümüzə qədər gəlib çatmayıb.
Biruni "Taksim-ül-Ekalim" adlı coğrafi əsəri və Tefhimdən alınan bir xəritə ilə coğrafi tədqiqatların əsasını qoyub. Ümumiyyətlə, o dövrdə Biruni qədər coğrafiyanı dərindən bilən ikinci bir alim yox idi. Onu da deyək ki, Biruninin coğrafi əsərləri və tədqiqatları özünün orijinallığı və dəqiqliyi ilə bu gün də alimləri heyrətə salmaqdadır. Çünki elm və texnikanın inkişaf etmədi bir dövrdə bu qədər dəqiqliklə coğrafi əraziləri - çayları, göllə dağları, okeanları vermək, onlardakı yeraltı sərvətləri göstərmə dünya tarixində görünməyən bir hadisədir.
O həm də məşhur tarixçi idi. Biruni həm də tədqiqatçı tarix kimi şöhrət qazanmışdı. Qeyd edək ki, onun Xarəzm tarixinə dair yazdığı Ahbar-ül-Xarəzm və Mesahir-ül-Xarəzm əsərləri qiymətli tarixi məxəz sayılır. Biruni Qəznəlilər tarixinə dair də əsər yazıb. Bundan əlavə o, Tarihu Eyyam-iş, Sultan Mahmudu; Manihailəri və Karamitalilar tarixinə dair, Tarıh-ül-Mubayyeze vel-Karamita əsərlərinin də müəllifidir. Biruni eyni zamanda tarixin tənqidinə həsr etdiyi "Tenkit-üt-Tevarih" əsəri ilə tarix elmində tənqidi el-min əsasını qoyub. Dövrümüzün tanınmış tarixçi alimlərinin fikrincə, onun tarixi əsərləri kimi qiymətli əsər tapmaq qeyri-mümkündür. Çünki Biruninin tarixi əsərlərində hadisələr olduğu kimi, heç bir şişirtmə olmadan əks olunub. Ona görə də Qərbin tarixçi tədqiqatçıları o dövrü və ondan əvvəlki dövrlər araşdıranda, əsasən Biruniyə müraciət edirlər.
Triqonometriyanın banisi
Dəqiq elmlər sahəsində yeni bir elm sahəsinin əsasını qoyan da Birunidir. Belə ki, o, bu sahə üzrə apardığı tədqiqatlara əsaslanaraq, triqonometriyaya aid ilk əsər yazmaqla bu elmin inkişafına təkan verib. Onun bu əsərində qarşıya qoyduğu və izahını verdiyi riyazi hesablamalar indi də Qərbin ali məktəblərində öyrənilir. İşıq sürətinin varlığını ilk dəfə tapan da Birunidir. O, bununla da dəqiq elmlər sahəsinin əvəzsiz bilicisi olduğunu sübuta yetirib.
Mənbə Dr. Reha Yılmaz Tariximizdə iz qoyanlar kitabından,tərcümə Aytən Mabudova
|
['Biruni', 'islam mədəniyyəti', 'müsəlman alimlər', 'islam və elm']
|
1,116 |
https://kayzen.az/blog/psixologiya/17662/x%C9%99r%C3%A7%C9%99ng-x%C9%99st%C9%99l%C9%99rinin-psixoloji-probleml%C9%99ri.html
|
Xərçəng xəstələrinin psixoloji problemləri
|
Apollon
|
Psixologiya
|
1 iyul 2015, 12:04
|
Xərçəng diaqnozu qoyulan xəstədə, bu problemə qarşı həll etmə və reaksiya verməklə bağlı psixoloji problemlər yaranır. Xərçəngin varlığı xəstədə və yaxınlarında həyata dair bütün sahələrdə müəyyən formada travmaların ortaya çıxmasına səbəb olur. Normal şərtlərdə kənardan anlaşılmayacaq psixoloji problemlər proqressivləşir və daha diqqət çəkən bir vəziyyət alır.
Bu mərhələdə həkimin və digər səhiyyə işçilərinin vəzifəsi həm ailəyə həm də xəstəyə bu problemi həll etmə, normal həyat tələbatlarını yerinə yetirə bilmə mövzusunda kömək edəcək. Bu istiqamətdən baxdıqda xüsusiləşmiş şəxslər (psixiatr, psixoloq) xaricində onkoloq-həkim, digər işçi heyyət və xəstəyə dəstək olacaq yaxınlarının da mövzu ilə bağlı məlumatlandırılması vacib amil hesab olunur. Xərçəng xəstəliyindən əziyət çəkən xəstədə itkilər və buna qarşı göstərilən reaksiyalar:
Xərçəng xəstələrində xəstəliyin və terapiyanın yaratdığı çətinliklərə bağlı olaraq maddi və mənəvi bəzi itkilər yaşanır. Ümumiyyətlə, xəstəlikdən qaynaqlanan sağlamlığın itirilməsi, fiziki bütünlüyün pozulması, narahatlıq və fiziki şəklin pozuntusu ən çox rast gəlinən itkilərdir.
Xəstənin özündən və ya mühitindən qaynaqlanan səbəblərlə yaxın dostlarının uzaqlaşması halı ortaya çıxa bilər. Bunun səbəbi xəstənin müalicə məqsədli olaraq davamlı yaşadığı məkanı tərk etməsi, dostları tərəfindən rədd edilməsi və ya öz xəstəliyindən dolayı başqalarının əziyyət çəkməməsi istəyi ilə izolə etməsi ola bilər. Görülməsi lazım olan gündəlik fəaliyyətlərdə itkilər məsələn, şəxsi baxımın əksikliyi, iş itkisi, fəaliyyətlərinə vaxt ayırmama kimi vəziyyətlər ortaya çıxır. Maliyyə itkiləri müalicə ehtiyaclarının qarşılanması səbəbiylə və ya işdən uzaqlaşma səbəbiylə özünü biruzə verir. Sonra fərdin özgüvəni və “niyə mən?” sualıyla birlikdə dini inanclarında azalma müşahidə edilir. Bu qədər narahatlıq yaradan itkidən sonra xəstənin özündə və yaxınlarında müxtəlif davranışların yaranmaması demək olar ki mümkünsüzdür. Bu davranışlar aşağıdakı şəkildə açıqlana bilər:Əsəbilik və düşmənçilikAnksiyetə (narahatlıq)GünahkarlıqSui-istifadəDaxilə yönəlməDepressiyaAsılılıqPsixozƏsəbilik və düşmənçilik ən çox rastlanılan reaksiyadır. Mənbəyində xəstəliyə qarşı hirsin həkimlərə, tibb işçilərinə və yaxınlara əks olunması dayanır. Xəstə və yaxınları tez-tez o an daxilində olduqları vəziyyətdən daha əvvəl terapiya və baxımlarını müşahidə edən şəxslərin məsul olduqlarını günahlandırıcı formada ifadə edirlər. Ümumi narahatlıq vəziyyəti ilə agitasiya, konsentrasiyanın aşağı düşməsi, yuxu problemləri, kompulsiv (təkrarlayıcı) davravranışlarla özünü göstərir. Bu vəziyyət xəstədə mövcud olan subyektiv simptomlardan ağrını daha da artırır. Günahkarlıq reaksiyalarında özünü və ətrafındakıları günahlandırma ortaya çıxır və xəstəliyinin hansı günaylarından qaynaqlandığını araşdırar.Sui-istifadə vəziyyətində isə xəstə ətrafından davamlı güzəşt etmələrini istəyər. Bəzən bu işi o qədər çox edirlər ki bu istəkləri qarşılamaq imkansız olur. Ən çox istənilən isə onlara məxsus davranışların edilməsidir. Beləliklə, xəstə yaşadığı itkiləri qarşılaya biləcəyini düşünür. Daxilə yönəlmədə xəstə xəstəliyini artıq qəbul edib. Lakin edilən hər növ müdaxiləyə və xəbərdaredicilərə laqeyd yanaşır. Depressiya bəlkə də göstərilən reaksiyalar daxilində ən mənalısıdır. Yuxusuzluq, anoreksiya, geri çəkilmə, psixomotor geriləmə göstərir.
Terapiyanı aparan komanda tərəfindən demans və ya beyin metastazı mümkünlüyü qarışdırıla bilər. Bunun üçün ayırıcı diaqnozu diqqətlə dəqiqləşdirmək lazımdır. Asılılıq vəziyyətində isə geriləyən sağlamlıq halı ilə müqayisəli olaraq xəstə öz funksiyalarını özü etməməyə başlayır və ətrafdakıların köməyinə ehtiyac duyur. Lakin bu vəziyyət xəstə tərəfindən şüuraltı formada irəli aparılır, tam asılılıq halına gətirilə bilir. Nəticədə xəstə öz-özünü yataqdan asılı vəziyyətə gətirə bilir. Psixoz görülmə nisbəti də nadir deyil və farmakoterapiyanı tələb edir.Dəyərləndirmə və yanaşma
Xəstənin və yaxınlarının davranışlarındakı dəyişikliklər ən əsas mərhələlərdəndir. Buna görə də duyğusal risk faktorları dəyərləndirilməlidir. Daha əvvəlki duyğusal problemlərin varlığı, ona uyğun stress mənbələri tədqiq edilməli və yığılan məlumatların varlığı ortaya qoyulmalıdır.
Əvvəlki xəstənin itkilər qarşısında necə reaksiya verdiyi öyrənilməlidir. Çünki əvvəlkilərə qarşı yaradılmış yanaşma modelləri təkrar istifadə oluna bilər. Yenə xəstənin fərdlərlə münasibətləri və özünə qarşı davranışları araşdırılmalıdır. Çünki ünsiyyət bacarıqları məhdud olan fərdlərə daha fərqli yanaşmaq lazım ola bilər. XƏstənin rutin fəaliyyətə dəyişiklikləri (cinsi fəaliyyət nizamı daxil) öyrənilməli, ailəsindən başqa dəstək alacağı şəxs və ya qurumların mövcudluğu öyrənilməlidir.Əsas olaraq tibbi personalın xəstəyə qarşı simpatik, anlayışlı dinləyici olması vacibdir. Tibbi problemlər tam şəffaflığı ilə izah olunmaslı, başa düşülməyən məqamlar təkrarlanmalıdır. Xəstə ilə birlikdə hədəflər müəyyənləşməli, depressiyadakı və ya anksiyetə halındakı xəstəyə birbaşa yanaşılmalıdır. Xərçəng müalicəsi üçün yanaşmalarda elastik olmalı, alternativlər təqdim edilməli, xəstənin seçimlərinin də nəzərə alındığı vurğulanmalıdır. Cinsi həyatın davam ediləcəyi, xərçəngin keçici bir xəstəlik olmadığı pasiyentə başa salınmalıdır. XƏstə bütün bu yanaşmalara rəğmən problemli davranışlarını davam etdirirsə, onkoloji sahədə təcrübəli bir psixoloq ilə konsultasiya böyük əhəmiyyət daşıyır.Nəticədə onkoloji sahədə çalışan bütün tibbi personalın sadəcə xərçəngin deyil, onun gətirdiyi psixo-sosial yükün fərqində olması lazımdır. Qaçılmaz sona gedən fərdlərin bu yoldakı addımlarında əllərindən tutan şəxs olmalı və bu yolu onlar üçün rahat bir vəziyyətə gətirməlidir.Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi
|
['psixoloji problemlər', 'xəstələrin psixologiyası']
|
1,117 |
https://kayzen.az/blog/fitness/18288/d%C3%BCnyan%C4%B1-l%C9%99rz%C9%99y%C9%99-g%C9%99tir%C9%99n-d%C3%B6y%C3%BC%C5%9F-s%C9%99n%C9%99ti-vin-%C3%A7un.html
|
Dünyanı lərzəyə gətirən döyüş sənəti: Vin Çun
|
Frozen
|
İdman və sağlamlıq
|
30 iyun 2015, 15:08
|
Ving-Çun — yaxın döyüş sistemi deməkdir. Qədim Çin döyüş sənətinin ən real və praktik sistemi sayılan Ving-Çun 1700-1820-ci illərdə Çinin Futçzan Əyalətində yaradılmışdır. Bu döyüş stilinin daha sonralar orjinal formada qorunub saxlanılması və inkişafı 1893-1972-ci illərdə yaşamış qrandmaster Yip-Manın adı ilə bağlıdır.Yip-Man, Ving-Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk kung-fu ustasıdır. Yip Manın ən məşhur tələbələrindən biri də Brus-Li idi. Çində çox populyar olan bu stil, daha sonralar 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı. Bu döyüş sistemi effektiv “Çi” tənəffüsündən, universal əl texnikalarından, çevik mövqelərdən və ayaq zərbələrindən istifadə edir – hansı ki, azaddır və tez-tez hərəkət edəndir. Bu döyüş sistemində taxta adam üzərində aparılan məşqlər və sistemin nüvəsi sayılan Çi Sao (yapışqan əllər) texnikası idmançıya mükəmməl ustalıq bəxş edir. Wing-Chun Fəlsəfəsi
Wing-Chun Tao — Wing-Chunun Universal Yoludur.
Wing-Chun məşqlərinin ruhi inkişafı üçün Universal Yola yəni “Tao”ya uyğunlaşmasını təmin etmək lazımdır. Bu universal yol Wing-Chun məşqlərində aşağıdakı üç təməl başlıq altında araşdırılır: Dürüstlük ,Sevgi ,SəbirBu üç təməl dinamik aşağıdakı öyüdlərlə yaddaşlarda qalmalıdır:Dürüstlük:Dürüst bir insan ol!
Doğrunu söylə!
İnsanları aldatma!
Səhvlərini etiraf (qəbul) et!Sevgi:Mehriban bir ürəyin olsun!
İnsanları (günahlandırma) təhgir etmə!
Başqalarına köməkçi olmağı sev!
Yaxşılıq et!Səbir:Şikayət etmə!
Çətinliklərə qarşı güclü ol!
Qisas alma! (Kin saxlama!)Fiziki olaraq yaxşı bir gücə çatdığınızda enerjinizi yüksəltmənin tək yolu ruhi çalışmalar görməkdir. Beyninizi və hisslərinizi daha təsirli istifadə etməni öyrənməlisiniz. Hamımız beynimizi məhdud ölçülərdə istifadə edə bilərik, ancaq bunu inkişaf etdirməmiz hər vaxt mümkündür.Enerjimizi yüksəltməmiz üçün izləniləcək dörd əhəmiyyətli pillə vardır:1. Bədəninizi təmizləyin: Danışmalarınızı, hərəkətlərinizi və düşüncələrinizi inkişaf etdirin.2. Öz intizamınızı qurun: Həyatınızı istiqamətləndirən doğru qaydalar inkişaf etdirin.3. Bağlanmayın: İnsanlara, hadisələrə, anlayışlara ya da obyektlərə bağlanmayın [asılı olmayın].4. Möhkəm bir zehinə sahib olun: Sakit olun ki heç bir şey zehininizi lazım olduğundan çox məşğul etməsin. Vin Çun özünü müdafiəyə hesablanmış döyüş növüdür.Əsas prinsipi güc göstərməməkdir.Bu xüsusiyyətlərinə görə hər cins və yaşdan olan insanların,xüsusən xanımların bu döyüş növünü öyrənməyi münasibdir.
Ölkəmizdə də bu döyüş üslubu gənclər və eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir. Bu döyüş sənətinin yarandığı məkan sayılan Çində və eləcə də bir çox ölkələrdə seminarlarda və təlim məşqlərində olmuş,2015-ci ildə Almaniyada keçirilmiş beynəlxalq müsabiqədə «ilin ustası»adına layiq görülmüş ,Azərbaycan Vingçun döyüş sənəti idman klubunun rəhbəri Asif Sayadov tələbələrinə bu döyüş üslubunu məharətlə öyrədir.Rəsmi saytı kungfu.az
|
['Wing Chun', 'Bruce Lee', 'Ip Man']
|
1,118 |
https://kayzen.az/blog/yeni-tarix/15420/ingilt%C9%99r%C9%99ni-idar%C9%99-ed%C9%99n-kral-s%C3%BClal%C9%99l%C9%99ri.html
|
İngiltərəni idarə edən kral sülalələri
|
Apollon
|
Yeni tarix
|
30 iyun 2015, 09:23
|
2066-cı ildə Brataniya Krallığı öz hakimiyyətinin 1000 illiyini qeyd edəcək. Bu müddət ərzində 7 sülalə bir-birini əvəz etmişdir.
Hal-hazırda II Yelizavetanın başçılığı ilə Vindzorlar nəsli Böyük Britaniya krallığını idarə edir.
Mersiyanın hakimi Offa (757- 796) müflisləşmiş, ətraf əraziləri də özünə birləşdirərək İngiltərədə ilk dəfə kral titulunu qəbul etmişdir. Bu sülalənin krallığı 1066-cı ilədək davam etmişdir. Anqlosaksonlu bu sülalənin sonuncu kralı Edqar Etelinq (oktyabr – dekabr 1066 il) idi.
Ondan sonra hakimiyyət I Vilhelmə ( “İstilaçı” ləqəbli) keçmişdir. I Vilhelm bununla da Normandlar sülasəsinin hakimiyyətinin əsasını qoymuşdur. Normandlar sülaləsinin hakimiyyəti 1066-cı ildən 1154-cü ilədək davam etdi. Bu müddət ərzində normand sülaləsinin 4 nümayəndəsi krallıq etmişdir. Bu sülalənin son nümayəndəsi kral Bluask Stefan olmuşdur.
Stefan öldükdən sonra hakimiyyətə yeni sülalə — Plantaqenetlər sülaləsi gəlir. Bu sülalə iki qola ayrılır – Lankastorlar və Yorklar. Sülalə İngiltərə krallığını 1485-ci ilədək idarə etmişdir. Bu sülalədən olan 14-cü, sonuncu kral III Riçard cəmi 2 il (1483-1485) krallıq edə bilmişdir. Riçard 1485-ci ildə Bosuort ətrafında gedən döyüşdə həlak olmuşdur.
Elə döyüş meydanındaca öldürülmüş III Riçardın başından tacı çıxarıb Henrix Tüdorun başına qoyurlar. Henrix Tüdor tarixdə VII Henrix adı ilə tanınmışdır. Bununla da taxt-taca Tüdorlar sülaləsi sahib olur. Tüdorların hakimiyyəti dövrü İngiltərənin tarixində renessans dövrü hesab edilir. Tüdorların hakimiyyəti 1603- cü ilədək davam etmişdir. Hakimiyyətə Stüartlar gəlir.
Stüarlar 1603-cü ildən 1714-cü ilədək krallığı idarə etmişlər.Stüartların sonuncu nümayəndəsi Kraliça Anna olmuşdur. Annadan sonra 1714-cü ildə hannoverli Qeorq hakimiyyətə gəlir. Bu sülalə isə 1714-cü ildən 1901-ci ilədək hakimiyyətdə olmuşdur.
Vindzor soyadı… Hannoverlərin son nümayəndəsi kraliça Viktoriya olmuşdur. Viktoriya imperiyanı 64 il idarə etmişdir. 1840-cı ildə kraliçanın ailəsində yeni – Saksen-Koburq-Qotlu soyadı əlavə olunur. Kraliça Viktoriya şahzadə Albertə ərə gedir. Albert hersoq Saksen- Koburq-Qotlunun oğlu idi. Bu sülalənin yeganə nümayəndəsi kral VII Edvard olmuşdur, hansı ki, XX əsrin əvvəllərində 9 il hakimiyyətdə olmuşdu. Onun varisi olan kral V Qeorq isə I Dünya Müharibəsi dövründə adının, soyadının almanca səslənməsi şərəfinə özünə Vindzor ləqəbi götürmüşdür. Hal-hazırda Böyük Britaniya Krallığını Vindzorlar nəsli idarə edir.
azens.az
|
['kral sülalələri', 'İngiltərə tarixi']
|
1,119 |
https://kayzen.az/blog/kulturologiya/15252/t%C9%99cav%C3%BCz%C3%BCn-m%C9%99d%C9%99niyy%C9%99t-sand%C4%B1qlar%C4%B1.html
|
Təcavüzün “mədəniyyət sandıqları”
|
Apollon
|
Kulturologiya (mədəniyyətşünaslıq)
|
25 iyun 2015, 20:34
|
Deyəcəyim fikirlərə lap uzaqdan, yad coğrafi bir məkandan başlamaq istəyirəm. Kolumbiya qəbilələrinin birində belə adət vardı. Hindu başqasından borc götürəndə əmanət kimi öz adını girov qoyurdu. Borcunu qaytarana qədər isə adsız yaşayırdı. İbtidai qanunlar olsa da, qəbilədə insan adının şərəfi, onun başqası qarşısında məsuliyyəti nə qədər qiymətlidir. Belə bir aforizm var, mərdlik olmasa müdriklik faydasızdır. Dünyada hakimlik edən marginalların “mərdliyi”nin əsas məqsədi isə özgələrə öz iradəsini qəbul etdirib «yol göstərməkdir».
Təəssüf ki, təcavüzün yazılmayan qanunları çoxdur. Kim güclüdürsə, o da haqlıdır. Dünya mədəniyyətinə, elminə sahib olmaq üçün nə qədər müharibə aparılıb, günahsız qanlar tökülüb? “Müharibə və mədəniyyət bir araya gəlmir, onlar ayrı-ayrı dillərdə danışır.” (V.Bıkov).
Qədim zamanlarda Yunanıstanda muzeyin ilk beşiyi məbədlər, sonralar isə varlı insanların topladığı şəxsi kolleksiyalar olmuşdu. Sonra müharibələr dövründə qalib tərəf yad ölkənin incəsənət əsərlərini mənimsəyirdi. Əsərlər öz doğma məkanını tərk etdikdən sonra məşhurlaşmağa başlayır, pərəstişkarlarının sayı çoxalırdı. Məsələn, Roma imperatoru Adrian Yunanıstan və Misirdə gördüyü incəsənət əsərlərinin surətini çıxartdıraraq, əsl müzeyləri geridə qoya biləcək zəngin kolleksiya yarada bilmişdi.
Səlib yürüşlərində (1096-1291-ci illər ərzində) Qərbi Avropada öz mövqeyini möhkəmlədən, var-dövlətini zənginləşdirən ruhanilər, cəngavərlər azmı qənimətlər qazanıblar? Benjamin Franklinin fikri bunlara sərt cavabdır: “Əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər?” Düşünürsən ki, “gözəllik aşiqləri” müharibələrdə sənət əsərlərinin bahalı qiyməti qədər də insan həyatını məhv ediblər. İnsanların ölümü hesabına isə əsərlər ölməzləşir.
Qəribədir, şərq mədəniyyətinin nümunələri Avropaya daşınsa da, orda sərgilənən əsərlər, heykəllər, əlyazmalar, zinət əşyaları onsuz da öz adı, vətəni ilə ziyarətçilərə təqdim olunur. Məsələn, Berlində yerləşən muzeydə Romanın məşhur Milet bazarının darvazası, İştar darvazası, Nefirtitinin büstü və s. Darvaza da öz yerini dəyişərmiş?! Bu məqamda Gənsə qapısının acı taleyi yadıma düşdü.
XVIII əsrin ortalarında gürcü çarı II İrakliy Gəncəyə hücum edir. Qənimət kimi Gəncə qapısını Gürcüstana aparır. Döymə üsulu ilə naxış və ornamentlərlə bəzənmiş neçə tonluq dəmir qapıların üstündə ərəb dilində «Rəhimli və mərhəmətli Allahın adı ilə» yazılmışdı. Gürcü kilsəsində biri qapı, ikincisi isə kilsənin dam örtüyü kimi istifadə olunmuşdu. İslam dinini əks edən bu qapıların xristian dininə nə dəxli var?!
Coğrafiyanı dəyişib Qafqazdan keçək Qərbi Avropaya. Mədəniyyət yüklü qiymətli karvanlar yalnız şərqdən qərbə doğru irəliləyir. 1830-cı ildə Karl Fridrix Şinkelin layihəsi əsasında Berlinin mərkəzində muzey adası yaradılır. Prussiya krallarının topladığı sənət əsərlərinin kolleksiyası bu muzeydə toplanılıb. Muzey demək olar ki, bəşəriyyətin 6 minillik tarixinin qədim mədəni irsinin zəngin kolleksiyasına malikdir. Doğrudan da Berlin muzeyi sanki incəsənət adasıdır. Lakin bu zənginliyə yad əllərin uzanması onu bir çox sənət incilərindən məhrum edir.
İkinci Dünya müharibəsindən sonra Almaniyanın Şəkil Qalereyası Fondu 593 əsər, Milli Qalereya isə 852 əsər itirir. Bunlara sahib çıxan sovet zabitləri, amerika və ingilis hərbi heyyəti olmuşdur.1958-ci ildə Sovet Dövləti tərəfindən mənumsənilən əsərlər Almaniyanın muzeylərinə qaytarılsa da, yenə çox hissəsi Moskvanın Puşkin muzeyi və Peterburqun Ermitaj muzeyinin ehtiyat fondunda saxlanılır. Karavadjo, Rubens, Van Deyk və bir çox görkəmli sənətkarların bəzi şəkillərinin dəqiq yeri bilinmir.
Muzeylərin divarları arasında əsrlərin tarixi, əsərlərin, heykəllərin insan kimi taleləri yaşayır. İnsandan fərqli olaraq onların ömrü zamansızdır. Dəyişilən məkan və ziyarətçilərdir...
Avropanın şimal hissəsində 1753-cü ildə ilk dəfə Londonda muzey açılır, amma onu ziyarət etmək üçün əvvəlcədən yazılı surətdə razılıq almaq vacib idi. Zəngin kolleksiyaya malik muzey 6 milyon eksponata malikdir. İngiltərə muzeyində incəsənətin ibtidai dövrlərindən başlayaraq Avropa və Asiyanın orta əsrlər incəsənətinə qədər əsərlər, mədəniyyət abidələri toplanmışdır. Misirin sarkofaq və mumiyaları, Afrikanın, Amerikanın etnoqrafik abidələri, əlyazmaları, məişət əşyaları, dünyanın yeddi möcüzəsindən biri olan Qalikarnas movzoleyinin heykəlləri və barelyefləri muzeyin ən möhtəşəm qənimətləridir. Həmçinin XX əsrin əvvəllərində Mesopotamiyada aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan qədim əşyalar muzeydə qorunur.
Yunanıstan və Misir dövlətləri hələ də dünya muzeylərindən öz mədəni sərvətlərinin geri alınmasına nail ola bilmirlər. Ən maraqlısı odur ki, İngiltərənin Milli Muzeyində dünya mədəniyyətinin tarixi abidələrini mühafizə edən peşəkarlarla bərabər siçan və siçovulları ovlayan altı pişik də oranın işçi ştatında çalışır. Yəqin onun əsas məvacibi ovladığı gəmiricilərdir.
Hal-hazırda İngiltərədə 240 muzey fəaliyyət göstərir. Onların çox hissəsi ziyarətçilər üçün pulsuzdur.
Avropada zəngin, möhtəşəm incəsənət məbədlərindən biri də Fransanın Luvr muzeyidir. O 1793-cü ildə Fransa İnqilabı dövründə açılır və kütləvi surətdə xalqın xidmətinə verilir. Muzey əvvəllər Napoleonun adını daşıyırdı. Tarixdən məlumdur ki, Napoleon ordusunun təcavüzü nəticəsində dünyanın ən görkəmli rəssam və heykəltaraşlarının şah əsərləri Fransaya gətirilmişdir. Onların arasında Leonardo da Vinçinin “Cakonda”, Rafaelin “Gözəl bağban” şəkilləri var. İspaniyadan Hindistana qədər islam mədəniyyətini əks edən tarixi abidələr, əsərlər Luvrda sərgilənir.
Yadımdadır, “Azərbaycan nyus” jurnalı üçün (on il əvvəl) Şirvanşahlar sarayından məqalə yazarkən qoruğun keçmiş direktorundan soruşmuşdum ki, orta əsrlərdə sarayın varı, sərvəti, kitabxanası ölkəmizə təcavüz edənlər tərəfindən talandı, indi onların bir qismini dünya muzeylərindən geri almaq mümkündürmü? Dedi ki, çalışırıq...
Belə nəticəyə gəlmək olar ki, təcavüzün qurbanı olan mədəniyyət abidələri vətəndən ayrılanda öz xalqının taleyini yox, ancaq adını daşıyır.
Evlərə, saraylara gəlinlərlə bir yerdə cehiz köçən xoşbəxt naxışlı milli, bənzərsiz xalılarımız özgələrin ayaqları altına atılıb. Növbəti təcavüzlərdən biri də 1988-ci ildən başlayır. Ermənilər tərəfindən 100 mindən artıq əşyaya malik olan 22 muzeyimiz işğal olundu. Çörəyimizə nankor çıxan ermənilər Ağdamda Çörək muzeyini bombaladılar. Nə vaxtsa torpaqlarımızı geri alacağıq, muzeylər də bərpa olunacaq, amma torpağından zülmlə ayrılanlar, düşmən gülləsinə tuş gələnlər, məhv olunanlar bir də vətəninə geri dönməyəcək, doğma sərin bulaqlardan su içməyəcək, xarı bülbülü yaxasına taxmayacaq...Ağır, çətin günlərin sirdaşı olan bu kərkük bayatısı, görək zülm çəkən xalqların (əsasən müsəlmanların) dilindən nə deyir:
Divara daş qoymuşam,
Uğrunda baş qoymuşam.
Gözlərimdən qan gəlir,
Adını yaş qoymuşam.
Dünyada fəaliyyət göstərən bir çox müzeyin eksponatları hansı ölkənin neçənci illərdə hansı coğrafi ərazilərdə işğalçılıq siyasəti ilə məşğul olduğunu üzə çıxarır.Təcavüzün “mədəniyyət sandıqları”nın yerdəyişmə marşrutlarının, ölkələrarası hərəkətinin dünya xəritəsini tərtib etsək, bir çox qaranlıq mətləblərə aydınlıq gələr. Beynəlxalq məhkəmələrdə incəsənət sahəsi üzrə ədaləti bərqərar edə biləcək araşdırmalar, təhqiqat işləri aparılsaydı, obrazlı desək, “əsir övladlar” ana vətəninə qaytarılardı. İngilis filosofu Tomas Hobsun da bu fikirləri həbsə məhkumdur: “Qisas alarkən törədilmiş pisliyin ölçüsü yox, qisasdan sonra yaranacaq xeyrin ölçüsü nəzərə alınmalıdır.” “Qisas” dünyada ən dəhşətli, vəhşi bir xüsusiyyətdir insanda. Çünki qisas olan yerdə mərhəmətə yer yoxdur. Həmin “xeyir ölçüsü” isə müharibələrdən sonra mənimsənilmiş qənimətlərdir.
Ürək ağrısıyla demək lazımdır ki, Azərbaycanın qədim sənətkarlıq nümunələri, ornamental və süjetli xalıları, zərgərlik məmulatları Moskvada, Sankt-Peterburqda, Macarıstanda, Amerikada, İsveçrədə, Almaniyada, İngiltərədə və s. ölkələrdə qürbət ömrünü yaşayır. Nə yaxşı ki, Vatikanın Apostol kitabxanasında Azərbaycanla bağlı 60-dan çox qədim əlyazma, 500-dən çox sənəd aşkar olunmuşdur. Surətləri də olsa vətəninə gətirildi. Bu sənədlər tarixi əhəmiyyət kəsb edir. Onların arasında Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Qacarlar, Səfəvilər dövlətinin hökmdarlarının Vatikana göndərilən məktubları var. Yei gəlmişkən qeyd edək ki, 1475-ci ildə əsası qoyulan Vatikan kitabxanasında altmış min əlyazmadan ibarət cildliklər, yüz min müəllif əlyazmaları, yüz min qravyura və coğrafi xəritələr mövcuddur. Dünyada ən böyük muzeylərdən biri Vatikana məxsusdur. Yeganə yerdir ki, Vatikanın bayrağı kosmik gəmi Appolon-11-in kosmonavtları ilə aya qonaq aparılmış, hal-hazırda o muzeydə nümayiş olunur.
Yuxarıda deyilənlərlə yanaşı, bir tarixi hadisəni də yada salmaq istəyirəm. 1933-cü ildə Berlində yəhudi muzeyi fəaliyyət göstərirdi. Nassistlər hakimiyyətə gələndən sonra muzey bağlanır, daha sonra yəhudilərin başına gələn faciələr isə tarixdən məlumdur. Göründüyü kimi, siyasi mübarizə ilk öncə xalqın milli mənəvi sərvətinə təcavüzdən başlanır. Uzun illərdən sonra 1988-ci ildə muzeyin sərgi zalının sahəsinin genişləndirilməsi məqsədi ilə memar Daniyel Libeskind binaya öz keçmiş taleyini xatırladan forma verməyə nail olur. Bina uzaqdan uzun baraka oxşayır, üstündə sınıq xətlər isə ensiz pəncərələri əvəz edir. Binanın daxilində divarların görünüşü, tünd rəngi ziyarətçilərə mənfi təsir göstərir, maili döşəmədə irəliləmək isə çox çətinliklə başa gəlir.
Bir sözlə, muzeyin əhəmiyyəti ondan ibarətdir ki, keçmiş tarix gənc nəslin yaddaşında yaşamaqda, xatırlanmaqda davam edir...Yəqin ki, nə vaxtsa Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra xalqın taleyində yaşanan acı tarix öz məzmununa uyğun yeni muzeyin yaranmasına kömək edəcəkdir.
1934-cü ildə muzeylərin fəaliyyəti ilə bağlı Hitler, Gebbels tərəfindən keçirilən tədbirlərə qısaca da olsa nəzər yetirək. Həmin ildə Nyunberqdə partiya iclasında Hitler qeyd edir ki, kubistlər, futuristlər, dadaistlər bədii sabotaj yaradır, bədii sərsəmlik ideyalarını yayırlar. O dövrdə Reyxdə silahlanmanı gücləndirmək üçün böyük vəsait tələb olunurdu. Reyxs-marşal iqtisadçı Qerman Qerinq “degenerativ incəsənət” adı altında muzeydən bahalı, məşhur sənət əsərlərinin satışını təşkil etmək ideyasını irəli sürür. Bununla yanaşı, ancaq alman sənətkarlarının əsərlərinin nümayişi, təbliği təklif edilir.
1937-ci ildə həmçinin modernist, avanqard janrda çəkilən əsərlər muzeylərdən uzaqlaşdırılır. Hitler bunu onunla əlaqələndirir ki, alman mədəniyyətinə qarşı guya “yəhudilər sui-qəsd hazırlayırlar”. O, təkid edir ki, bu ideya hər yerdə geniş təbliğ olunsun. Qara siyahıya düşən müəlliflərdən Van Qoq, Anri Matiss, Pablo Pikasso, Mark Şaqal və başqalarının əsərləri xaricdə auksionlarda satılır. 1939-cu ildə isə Berlində yanğın söndürənlərin həyətində məxfi surətdə təxminən 5000 əsər yandırılır.
Bir haşiyəyə çıxım. İkinci dünya müharibəsi dövründə almanların yəhudilərə qarşı amansız münasibəti fonunda cəsur qadın İrina Sandlerin qəhrəmanlığı xüsusi diqqət çəkir. Bu nəcib alman qadınını nasistlərin vəhşilikləri əsla qorxutmur. O, nasistlərin yəhudilərə qarşı ölüm düşərgələrində təşkil etdikləri amansız planlardan xəbərdar idi. Öz gizlin məqsədinə çatmaq üçün Varşava gettosuna texniki işçi kimi işə düzəlir. O, çilingər alətləri üçün nəzərdə tutulan çantasının dibində işin axırında hər dəfə bir balaca uşağı yük maşınında gizlədirdi. Uşaqların səsini gözətçilər eşitməsin deyə, özü ilə it də götürürdü. Beləcə, 2500 uşağı ölüm düşərgəsindən xilas edə bilmişdi. Bir müddətdən sonra humanist, fədakar qadın kimi o, Nobel mükafatına təqdim edilir, lakin mükafat başqasına nəsib olur.
İrina Sandler məşhur alim, yazıçı, rəssam, bəstəkar deyil, onun ən böyük "əsəri" geniş qəlbi və insanları ürəkdən, təmənnasız sevib qiymətləndirmək keyfiyyətidir. Minlərlə uşağı ölüm təhlükəsindən xilas edib onlara ikinci həyat vermək dünyada xeyrin şər üzərində qələbəsi deyilmi?!
Təəssüf ki, ölüm düşərgəsində hamı xilas ola bilməyib. Polşada Osvensiumda nasistlərin əsirlərə qarşı törətdiyi cinayətlərdən sonra uşaqdan qocaya qədər onların geyim əşyaları ayrı-ayrı nəhəng şüşə arxasında toplanılmışdır. Təqribi hesablamalara görə, beş milyona yaxın əsir sobalarda yandırılmış yaxud qazla zəhərlənmişdir.
1947-ci ildən bu ölüm düşərgəsi Auşvis-Birkonau Dövlət Muzeyi kimi fəaliyyət göstərir. Başqa muzeylərdən fərqli olaraq bu muzey öz ziyarətçilərinə estetik zövq vermir. Şəxsən özüm muzeyi vaxtı ikən ziyarət etmiş, gördüklərimdən sarsıntı keçirmişəm. Burda başqa muzeylərdə sərgilənən şah əsərlərdən qat-qat dəyərli olan insan talelərinin acı xatırələri yaşayır. Bu muzeydə rəssam tarix özüdür. Ürək ağrıdan mənzərələrdən biri muzeydə nəhəng şüşə arxasında tavana qədər yüklənmiş uşaqların əzik, köhnə ayaqqabılarıdır. Bu günahsız uşaqlar cəhənnəmin nə olduğunu “yerdə gördüm”, deyə bilərlər. Deyilənə görə, Osvensium və Buhenvaldda insanlar Hitlerin sevimli bəstəkarı, ilhamçısı Vaqnerin musiqisinin sədaları altında qaz sobalarına göndərilirdi.
Alman qadını İrina Sandler 2500 körpəni xilas etməklə, dünyaya sübut etmişdir ki, nə cinayətkarın, nə humanist insanın qarşısında din, siyasət çəpər ola bilməz.
Lakin dünyada xoşbəxt uşaqlığın da ayrıca ünvanı- muzeyi var, o Londonda yerləşir. Adı belədir: “Uşaqlığın milli muzeyi.” XIX sərdə inşa edilmiş Viktoriya və Albert muzeyinin pavilyonlarından biri olmuşdur.1974-cü ildən muzey belə adlanır. Muzeyin kolleksiyasında eramızdan əvvəl 1300-cü ilin Misir gəlincikləri, oyuncaq əsgərlər, yumşaq oyuncaqlar, gəlincik evcikləri, konstruktorlar, stolüstü oyunlar, XVI əsrdən başlayaraq ekspozisiyada uşaq geyimləri, ərəbəciklər, uşaq mebeli, qablar və s. toplanmışdır. Hər bir ziyarətçi bu zəngin kolleksiyada uşaqlığının tanış oyuncağını tapa bilər.
Nə yaxşı ki, tarixin yaddaşı muzeylərdə qorunur. Bu yaddaşın dağıdılıb məhv edilməsi qədər böyük cinayət yoxdur. Muzeylərdə sənət əsərləri ilə yanaşı mədəniyyət abidələrinin nümunələri arxeoloqların gərgin əməyi nəticəsində üzə çıxır. Bu, xalqın öz mədəniyyətini daha dərindən tanıması üçün vacibdir. Fikirlərimiz bizi Avropadan Yaxın Şərqə-İraqa doğru aparır. Bəşəriyyətin mədəniyyət mərkəzlərindən biri olan məkanda müharibənin nəinki insanlara, mədəniyyət abidələrinə vurduğu ziyan ölçüyə gəlməzdir. Lakin təqdirə layiq haldır ki, 1923-cü ildə ingilis arxeoloqu Gertruda Bellinin təklifi ilə Bağdad muzeyi yaradılıb.
Nəmrud padşahın xəzinəsindən qızıl əşyalar, bir çox qədim arxeoloji qazıntılar aşkar olduqca muzeyə təhvil verilirdi. Təəssüflər olsun ki, bu başıbəlalı muzey də bir neçə dəfə təcavüzə məruz qalıb. Qədim mədəniyyətin beşiyi olan bu torpaqda vaxtı ikən Babil qülləsi ucalıb. İstedadlı holland rəssamı Piter Breyqelin (Böyük) məşhur “Babil qülləsi” adlı rəsm əsəri əsasında təxmini də olsa qüllənin əzəməti haqda təsəvvürümüz var. “Babil” sözünün mənası “Tanrının darvazası” deməkdir. İnsanlar bu pilləvari darvazanı ərşə qədər ucaltmaq istəyi ilə Allahın nəzərində daha da kiçildilər.
Yadımdadır, 2003-cü ildə televizorda xarici xəbərlərdə İraqın dövlət muzeyinin direktoru Nabxal Amin gördüyü dəhşətlərdən bərk sarsılıb yerə çökərək, iki əli ilə başına vurduğunu göstərdilər. Onun fikrincə, son təcavüzdə 170 min qədim eksponatlar sındırılıb, oğurlanıb. Düzdür, bir neçə ildən sonra muzey əşyalarının bir qismi beynəlxalq təşkilatlarının ümumi səyi ilə geri qaytarılsa da, qədim mədəniyyət nümunələrinin çoxu nə vaxtsa uzaq ölkələrin qənimətinə çevriləcək. İstər-istəməz qədim şərq nağılı yadıma düşür.
Bağdad küçələrində fənərləri yandıran qoca kişinin aramsız təkrar etdiyi “Bağdadda sakitlikdir” sözünə indi, ancaq “Ələddinin sehirli çırağı” nağılında rast gəlmək olar...Yəqin çoxunuz, 1960-cı illərdə sovet kinosunun istehsalı olan “Ələddinin sehirli çırağı” filminə dəfələrlə baxmısınız. Nağılın sonunda məğribli dərviş sehirli çırağa sahib çıxa bilmir, amma bu günün müasir “nağılında” məğribli daha güclüdür. Bu təcavüz siyasətçiləri ilk baxışdan “humanizm müdafiəçiləri kimi” diqqəti cəlb edirlər.Təəssüf ki, muzeylə yanaşı İrakın milli kitabxanası da oğurlanıb, yandırılıb. Əlbəttə, bunu sehirli çırağın cini etməyib.
Rəvayətə görə, ikiüzlü Yanus məbədinin qapısı həmişə müharibələr dövründə taybatay açılır. Dünyada gedən müharibələrdə milyonlarla insan məhv olduğu kimi, milyonlarla dəyəri olan milli sərvətlər də öz vətənindən didərgin düşür. Məncə onlara da “məcburi köçkün” statusu verilsəydi ədalətli olardı.
2009-cu ildə Bağdadın muzeyi yenidən açılıb. “Google”-un internet saytında virtual İrak Milli Muzeyi yaradılıb. Yaxşı atalar sözü var: “Samanlığın yanırsa heç olmasa əlini qızdır.” Atlanta Universitetinin professoru, tarixçi Qordon Nyubi deyir: “Keçmişi dərk etmək imkanlarından məhrum olmağımız ən böyük itkidir.” Bu gün dünyanın hər hansı bir ölkəsində dinindən asılı olmayaraq, günahsız qətlə yetirilən, şəhid gedən cavanlara necə deyək ki, evindən ev törənsin, ömründən ürəyincə doyasan. Bu, irak-kərkük alqışı qarğışa düşən insanlardan daha yan ötür.
Təəssüf ki, “sehirli çıraq” müasir libaslı “məğribli dərviş”in ixtiyarındadır. Onu geri qaytarmaq çətin məsələdir. Çünki sadəlövh, tənbəl məşriqli Ələddin milli qəhrəman səviyyəsinə qalxa bilmir.
Bir məsələyə də toxunmaq istəyirəm ki, qədim dövrlərdə fironlar arasında qansız ötüşən mübarizələr baş verir, qarşı tərəfin yazılı abidələri, mədəniyyəti məhv edilirdi. Düşmənin adı, şöhrəti gələcək tarixdən silinirdi. Təəssüf ki, ən qorxulu düşmən özgə xalqın mədəni sərvətlərini məhv edənlərdir.
Bir sözlə, dünya muzeylərinin taleyi haqda geniş yazı yalnız neçə cildlik kitablara sığa bilər. Biz təkcə onu deyə bilərik ki, muzeylər mənəviyyata açılan pəncərələrdir. 1977-ci ildən mayın 18-i Beynəlxalq Muzeylər günü kimi qeyd olunur. Bu mənəviyyat pəncərələrinin isə o gün qapıları da ziyarətçilərin üzünə təmənnasız açılır. Ona görə də o gün “açıq qapı” günü elan edilir.
Bu yaxınlarda Bakıda R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində təşkil olunan “Fransanın inciləri. Fransız incəsənəti Renesansdan bu günədək” sərgisindən zəngin, unudulmaz bir təəssüratla ayrıldım. Bu sərgidə yuxarıda qeyd etdiyim kimi, “məcburi köçgün” statuslu əsərlər yox idi. Ona görə də fransız müəlliflərinin əsərləri ziyarətçidə ikiqat maraq oyada bilirdi. Fransa rəssam və heykəltaraşlarının boyakarlıq, heykəltaraşlıq nümunələri və qobelenlərdəki qədim qəhrəmanlarla ziyarətçilər arasında dil baryeri yox idi, onların hər biri incəsənət dilində canlı ünsiyyət yarada bilmişdi. Biz muzeylərdə adətən həyata rəssamların gözü ilə baxır, insanları, təbiəti daha yaxından öyrənirik. Bəlkə də özümüzüdərk də sakit muzey zallarının müdrik sükutunda baş verir. Çünki biz burda tarixi həqiqətlərlə kənar müdaxilə olmadan təkcə, üz-üzə qalırıq.
Qədim zamanlarda ziyarətçilər yumruğunu yumruğunun üstünə qoyub boruya bənzər boşluqdan rəsm əsərinə diqqətlə baxırdılar. Sanki əsərin qəhrəmanını daha yaxından görməklə bir məkana düşürdülər. Yunan sözü olan “muzey” “muzalar məbədi” adlanır. Fikir vermisinizsə, muzeylərdə davranış qaydalarına, nizam-intizama çiddi nəzarət mövcuddur. Xüsusilə, Vatikan muzeyində ziyarətçilərə qısa şalvarda, yubkada, sinəsi çox açıq koftada görünmək qadağandır. Bəlkə bu, tarixin səhnəsində əsrlərcə yaşı olan şah əsərlərə dərin hörmətin nəticəsidir ki, əfsanəyə çevrilən qəhrəmanların daldığı sükutun pozulmasını istəmirlər. Çünki onlar sanki qədim dövrün ab-havasından ayrı bir mühiti heç təsəvvürlərinə belə gətirmirlər.
İtaliyadan Luvr müzeyinə gəlin köçən Mono Liza hələ də öz ecazkar, sirrli təbəssümü ilə milyonlarla ziyarətçinin qəlbinə hakim kəsilir. Bu günədək bu qadın obrazı haqqında bir-birindən təzadlı, mübahisələrə səbəb olan fikirlər yaranmaqdadır. Mono Liza isə 500 ildir ki, öz cavanlığını, təravətini, cazibəsini itirmir. O, nəzakətli qadın kimi hamını baxışları ilə qarşılayıb yola salmağı bacarır. İncəsənətin belə möcüzələri var. Rəsm əsərlərinin sehirli aləminə düşən insanların xoşbəxt anlarını Pablo Pikasso belə təsvir edir: “İncəsənət gündəlik həyatın tozlarını qəlblərdən təmizləyir.”
Muzey ziyarətçiləri sosial mövqeyinə görə bir-birindən seçilsə də, incəsənət onlara həyata yeni nəzərlərlə baxmaq öyrədir. Lətifəsi sizdən uzaq, belə bir məzəli lətifə yadıma düşdü: varlı adam muzeydə rəsm əsərinə baxanda yalnız onun satış qiymətini düşünür, kasıb adam isə deyinir ki, xalq yeməyə heç nə tapmır şəkili isə yağlı boya ilə çəkirlər. Bu məqamda ingilis rəssamı Uilyam Bleykin sözlərini də xatırlamamaq mümkün deyil: “Səfeh və ağıllı eyni ağacda eyni şeyi görmürlər.”
Bahalı rəsm əsərləri alan, evi “muzey” olan adamlar üçün bu muzeylər filiallara bənzəyə bilər, lakin onlar bir-birindən öz məqsəd və mövqeyi ilə çox seçilirlər. Əsl muzeyin mənəvi xəzinəsi xalqın üzünə həmişə açıqdır. Doğma tarixdən də qiymətli sərvət nə ola bilər?! Mədəni irsimizi nəsldən-nəslə ötürməkdə muzeylərin fəaliyyəti əvəzsizdir. İncəsənət gənclərin şəxsiyyət kimi formalaşmasında, gözəlliyi qiymətləndirməsində, estetik tərbiyəsində mühüm rol oynayır. Uzun əsrlərdir ki, ifadə formaları, rənglərin dili, janrları ilə seçilən dahi rəssamların əsərləri öz ziyarətçilərini bəşəri duyğularla kökləyib, onları yalnız kamilliyə, müdrikliyə dəvət edir.
Biz isə gözəgörünməz ağ kətandan toxunan sehirli məkanın rəssamı, yol bələdçisiyik — həyatı, özümüzü dərk və təsdiq etmək istedadımızla. Deyirlər ki, elm insanı Allah, incəsənət isə əsl insan edir.
Müəllif: Zöhrə Əsgərova, yazıçı-publisist. 2006-cı ildən Gənclər və İdman Nazirliyində birinci dərəcəli dövlət qulluqçusu, baş məsləhətçidir. İki övladı var. Müxtəlif illərdə onun “İki tale”, “Tənhalıq”, “Özgə evin işığı”, “Mirvari toy”, “Özəl poçtdan məktub var” nəsr kitabları çap olunub.
|
['kulturologiya', 'mədəniyyətşünaslıq']
|
1,120 |
https://kayzen.az/blog/maraqli-faktlar/17585/ra%C5%9Fmor-da%C4%9F%C4%B1.html
|
Raşmor dağı
|
Apollon
|
Maraqlı faktlar
|
24 iyun 2015, 11:52
|
Amerikanın ən məşhur simvollarından biri də şübhəsiz ki, Raşmor milli memorialıdı. Raşmor ABŞ tarixində dərin iz qoyan şəxsiyyətlərin xatirəsini öz əzəməti ilə ömürlük əbədiləşdirib.Cənubi Dakotada, Black Hills dağlarında yerləşən memorial illik 3 milyona yaxın insanı qəbul edir.Monumentin yaradılmasının ideyası yerli tarixçi Doan Robinsona məxsusdu. Düzdü, onun fikrinə görə qayada ölkənin inkişafına təsir edən digər şəxslər təsvir olunmalı idi. Məsələn: hind lideri “Qırmızı bulud”, və digər Amerikaya ilk ayaqbasanların təsvirləri əks olunmalı idi. Möhtəşəm monumentin yaradıcısı heykəltaraş Qatson Borglum oldu. O, Robinsonun müraciət etdiyi ilk insan deyildi, lakin o bu ideya ilə çox yaxından maraqlandı və qayada hal-hazırda olan Amerika prezidentlərini təsvir etmək ideyasını irəli sürdü.Təbii ki, xatirəsi əbədiləşdirilən hər bir prezident buna artıqlaması ilə layiq idi: Corc Vaşinqton- ilk prezident, Tomas Cefferson- müstəqillik bəyəmnaməsinin müəlliflərindən biri, Teodor Ruzvelt- ötən əsrin ilk illərində, çox çətin dönəmdə Amerikanı idarə etmiş şəxs, və təbii ki Linkoln- quldarlığı ləğv edərək, öz həyatı bahasına vətəndaş müharibəsinə son qoyan prezident.
1925ci il 5 mart tarixində işlərin başlanması haqqda qanun lahiyəsi hazırlandı. Lakin, proyektin icra edilməsi 2 ilə qədər gecikdi. Təbii ki, səbəb vəsaitin çatışmaması idi.İlk işlər 1927ci il 4 oktyabrda başladı. İşlərin çoxu böyük depressiya illərinə təsadüf etdiyindən, Borqlum qaya üzərində işləməklə yanaşı, işlərin dayanmaması üçün vəsait də axtarmağa məcbur olurdu.Memorial mərhələ-mərhələ hazır olurdu: 1930cu ilin iyuluna Vaşinqtonun abidəsi hazır idi. 1936 və 37ci illərdə müvafiq olaraq Cefferson və Linkolnun da abidələri hazırlandı. 1939cu ildə nəhayət Ruzvelt də qayada təsvir olundu.
Milyon dollar və 14 il bu gözəllikdə olan monumentin hazırlanmasına xərcləndi. Təəsüf ki, Borqlum son tamamlanma işlərinin başa çatmasına bir neçə ay qalmış- 1941ci ilin martında vəfat etdi. Son işləri heykəltaraşın oğlu Linkoln davam etdirdi.Prezidentlərin təsviri təbii ki, monumentin ən gözəl və əsas hissəsi olsa da yeganə hissəsi deyil. Bundan başqa kompleksə Bayraqlar Xiyabanı(Avenue of Flags), bütün monumentə gözəl mənzərə açılan müşahidə meydançası Grandview Terrace, və təbii ki heykəltaraşın muzeyi aiddi.
|
['maraqlı məlumatlar', 'Raşmor dağı']
|
1,121 |
https://kayzen.az/blog/mz_n1/18278/bilginiz%C9%99-bilgi-qatacaq-maraql%C4%B1-m%C9%99lumatlar.html
|
Bilginizə bilgi qatacaq maraqlı məlumatlar
|
mz_n1
|
Bloq: mz_n1
|
20 iyun 2015, 14:02
|
1. Bütün dünyanı düşünsək, buludlardan yer üzünə saniyədə 16 milyon ton yağış yağır. Yəni, siz bu məlumatı öyrəndiyinizdə dünyaya yağan yağışın miqdarı 500 milyon tonu keçdi.
2. Cizgi filmlərdə gördüyünüzün əksinə balinalar başının üstündən su püskürməz. Bu bölgədə balinanın burun dəlikləri yerləşir. Uzaqdan su kimi görünsə də, balina əslində sudakı havanı püskürür.
3. Qida mütəxəssislərinin dediyinə görə, qatığı son istifadə vaxtı keçdikdən 1 hətta 2 həftə sonra istifadə etmək zərərli deyil.
4. Printer mürəkkəbi dünyadakı ən bahalı mayelərdən biridir. Çünki, ən şampandan belə daha bahalıdır.
5. Bugün yediyimiz pizzaya ən yaxın pizza 1889-cu ildə İtaliyanın Neapol şəhərində hazırlanmışdır.
6. İtlər orta hesabla 160 söz öyrənə bilərlər.
7. İnsanlar dərin yuxuda ikən qoxu hiss etməzlər.
8. Antraktidada Erebus dağı adında fəal bir vulkan var. Antraktidaya xas olaraq bu vulkan lava yox, buz kristalları püskürür.
9. Bədənimizdəki ən təmiz orqan gözümüzdür. Bədənimizin ən kirli orqanı isə ağzımızdır. Araşdırmalara görə, ağzımızda, dilimizdə və qırtlağımızda 650 milyon müxtəlif mikroskopik bakteriya var.
|
['maraqlı məlumat', 'maraqlı məlumatlar']
|
1,122 |
https://kayzen.az/blog/ramazan/16223/niy%C9%99-iftar-xurma-il%C9%99-a%C3%A7%C4%B1l%C4%B1r.html
|
Niyə iftar xurma ilə açılır?
|
Apollon
|
Ramazan ayı
|
20 iyun 2015, 12:59
|
Quranda adı çəkilən 3 meyvədən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Məhəmməd peyğəmbər ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”. Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur.
Xurmanın tərkibi: şəkər, zülal, karbohidrat, dəmir, maqnezium, fosfor, A, B1, B2 vitaminləridir. Orucun su və xurma ilə açılması saatlarla ac olan beyin, mədə və bağırsaqların hazırlanması, özünə gəlməsi üçün ən ideal variantdır. Məhz xurma bağırsaqları, ümumilikdə selikli qişanı iftar zamanı yemək qəbuluna hazırlayır, normal fəaliyyətə kömək edir. Xurma damarları yumşaldır, sinir hüceyrələrini lazım olan qlükoza ilə təmin edir. Xurma qəbizlik, həzm pozğunluğu, ürək bulanma, iştahasızlıq kimi problemlərə çözümdür.
Xurma antioksidantdır. Bu da xərçəng hüceyrələrinə qarşı müdafiə qabiliyyətini artırır. İnsan ac olarkən dili üzərində, ağız boşluğunda, mədə yolu və bağırsaq qişasında bakteriya dolu ərp yaranır, orqanizm təmizlənir. Əgər insan başqa ərzaqla iftarı dərhal açarsa, bu, toksin maddələr elə orqanizmdə qalır, mədəyə düşərək, bədəndən ixrac olmur; amma xurma və su bu zərərli maddələri özünə hopdurur və yenidən orqanizmə yayılmasına imkan vermir. Ona görə əsrlər keçsə də xurma iftar süfrəsindəki şah yerini qoruyub saxlayır.
|
['oruc', 'iftar', 'xurma']
|
1,123 |
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/18274/2pac.html
|
2pac
|
Türkəl
|
Bloq: Türkəl
|
16 iyun 2015, 16:43
|
Tupac Amaru Shakur 1971, 16 iyun — 1996, 13 sentyabr.
Məndən çox şey gözləməyin, mənim hüceyrələrim həbsxanada yaranıb.Tupak anasının bətnində olanda o hakimiyyətə qarşı olan fəaliyyətinə görə həbs cəzası çəkirdi və oğlunun türmədə doğulmasından narahat idi. Afeni Şakur məhkəmədə vəkildən imtina edir və özü özünü müdafiə edərək Tupak doğulmazdan əvvəl azadlığa çıxır.
Əslində Tupak, reperin doğum adı deyildi. 1 yaşı olarkən onun anası İslam dinini qəbul edir və aktivist Mutulu Şakura ərə gedir. Bundan sonra o oğlunun adını dəyişib Tupak Amaru Şakur qoyur. Onun doğma atası ilə əlaqəsi kəsilir. Bu gələcək reperin ərköyün və sərbəst böyüməsi ilə nəticələnir.
Mən demirəm ki, mən dünyanı dəyişəcəm, amma mən dünyanı dəyişəcək insanları oyadacam.Yeniyetmə yaşlarından Tupak yaşadığı cəmiyyətdə olan sosial ədalətsizlikdən narahat olmağa başlayır. Sinfi ayrıseçkiliyə qarşı mübarizə aparmaq üçün o gənc yaşlarından valideynləri kimi vətəndaş hüququları hərəkatına qoşulur və hətta kommunist təşkilatına üzv olur. İlk əvvəl olaraq Tupak öz fikirləri və mübarizəsi haqqında şeirlər yazır. Daha sonra isə rep-musiqisi vasitəsi ilə səsini daha da uzaqlara çatrımağa müvəffəq olur.
Tupakalipsis bugün və sabah.
Tupakın ilk albomu 1991-ci ildə işıq üzü görür. 2Pacalypse Now heç bir məşhur siyahıya düşməsə də səs salmağı bacarır. Albomdakı mahnılar cəmiyyətin yuxarı zümrəsi və güc strukturlarına qarşı tənqidi mövqe ilə seçilir. Bu dövrdən Tupakın adı qalmaqallarda səslənməyə başlayır. Bir ildən sonra o özünü aktyorluqda sınayır və Juice filmində ilk və ən yaddaqalan obrazını yaradır
N.I.G.G.A. – Never Ignorant about Getting Goals Accomplished.
1993-cü il. İlk albomun buraxılışından sonra pərəstişkar dəstəyi hiss edən Şakur siyasi və sosial fikirlərlə zəngin olan Strictly 4 My N.I.G.G.A.Z... albomunu nəşr etdirir. Bu onun birinci albomundan da uğurlu alınır və Tupacı ulduza çevirir.Artıq Tupak öz dövrünün Malkolm X-inə çevrilməyin bir addımlığındadır. O populyardır, o cəsurdur, o güclüdür, o fədakardır.
Mənim ölümdən yeganə qorxum həyata yenidən qayıtmaqdır.
Lakin o həm də mehriban və kömək sevərdir. Bu dönəmdə reperin ətrafına çoxlu sayda artıq və şübhəli insan toplanır. Onu iştirak etmədiyi zorlama hadisəsində istintaqa cəlb edirlər. Tupak günahsızlığından arxayındır və məhkəmə işinə hazırlaşır. Bu vaxt artistə daha bir mənəvi zərbə dəyir. Biznes əməkdaşlarından biri onu alçatmaq üçün onu qarət etməyə iki cangüdən göndərir. Yaxın məsafədən ona tuşlanmış odlu silah qarşısında əyilmək istəməyən Tupak boyunbağısını kiməsə verməyə razı olmur, və silahı basqınçıların əlindən almağa səy göstərir. Bu vaxt ehtiyatsız davranan reper özünü ayaq və qasıq nahiyəsindən yaralayaq xəstəxanaya düşür (şəkildə Tupak xəstəxanaya aparılır). Sabahısı gün o heçnə olmamış kimi oranı öz xoşu ilə tərk edərək müttəhim kreslosunda əyləşmək üçün məhkəməyə yollanır. Bununla reper canlı əfsanəyə çevrilir. Lakin bu iş çıxış etdiyi əvvəlki məhkəmə işlərinin nəticələrindən fərqlənir. İki polisə atəş açdığına görə onu həbsə göndərə bilməyən hüquq sistemi, qadın problemlərini pop-çartlara qaldıran adamı mistik şahidlər vasitəsilə qadına qarşı zorakılığa görə həyatında ilk dəfə həbs etdirir. Madonna, Sting və Tupak Tupac həbsdə olarkən onun ən vacib sənət işlərindən biri olan Me Against the World albomu satış rekordları qırır və radio dalğalarından enmir. Tupak Cim Kerri, Mikki Rurk, Madonna və başqa məşhurlardan məktublar alır. Həbs dövründə o hər gün bir kitab oxuyur və fəal şəkildə idmanla məşğul olur. 11 aylıq məhkum həyatından sonra Tupak 1996-cı ilin əvvəlində həbsdən çıxmaq üçün əmanət ödəyir. Lakin bu pulu əldə etmək üçün o musiqi sahəsində çalışan canilərlə 3 albomluq müqavilə imzalayır. Bundan sonra o musiqi sənayesinin nümayəndəsinə çevrilir və əvvəlki siyasi ruhunu qismən itirir. Şöhrətə və paranoya hisslərinə təslim olmuş reper gərəkli insanlardan uzaqlaşır və gərəksizlərlə yaxın olur. Keçmiş dostu Biggie-yə qarşı müharibə elan edir, mahnılarının əksəriyyəti cinayət, əyləncə və digər reperlərin alçaldılması mövzusunda olur.7 günArtıq müqavilənin bitməsinə az qalıb, bir azdan Tupak yenidən sərbəst rəssam olacaq, o gözə görünməz zəncirlərdən azad olaraq yenə özünü mübarizəyə həsr edəcək. 1996-cı ilin ortaları, Tupakın paranoyası son həddə çatıb və o hər gün öz ölümünü gözləyir. Tupak gündə bir neçə mahnı yazır və ölümündən əvvəl mümkün qədər çox söz demək istəyir. Müqavilənin son albomunun sözləri 3, musiqi tərtibatı isə daha 4 günə hazır olunur: The 7 Day Theory.7 sentyabr 1996-cı il. Dostu Mike Tysonun döyüşü. İkinci raundda qələbə. Tupak bunu qeyd etməlidir.13 sentyabr 1996-cı il. Tupak döyüş gecəsi aldığı güllə yaralarına təslim olur. 1996-cı ilin Noyabr ayında son albomu çıxır və ən çox satılan rep albomu kimi tarixə düşür. Bundan sonra Tupakın çox albomu çıxacaq, kinoları da çıxacaq, sənədli filmlərdə. Tupakın həyatı və ölümü ətrafında söz söhbət 20 il davam edəcək. Lakin onun qatilləri tapılmayacaq. Onun musiqi külliyatı isə insanlara ədalətsizlitə qarşı mübarizə aparmaqda, ümid verməkdə, ilhamlandırmaqda, çətin anlarda dəstək olmaqda daim davam edəcək. Dünyada yaxşı bir iş görmək istəyən hamı, dəyişiklik etmək istəyən hər kəs cinayət qurbanı olur, onlar öz əcəlləri ilə ölmür, zorakılıqla ölürlər —
Tupak Şakur — mart, 1996-cı il.
|
['2pac', 'Tupac', 'Tupak', 'musiqi', 'rep', 'rap', 'hip-hop', 'Westside']
|
1,124 |
https://kayzen.az/blog/aforizmler/15405/insan%C4%B1-yaralayan-t%C9%99k-%C5%9Fey-h%C9%99qiq%C9%99tdir.html
|
İnsanı yaralayan tək şey həqiqətdir
|
Apollon
|
Hikmət dənizi və aforizmlər
|
15 iyun 2015, 21:30
|
Qazandıqlarımın hər birini cəsarətimə və çalışqanlığıma borcluyam.
Az bilgisi olub çox danışan kəs, çox pulu olmayıb, lakin çox xərcləyən birinə bənzər.
Mümkün olduğu qədər çox düşün, düşündüyünü də hər zaman et.
Hər kəs özündə olmayanlar üçün mübarizə aparar.
Dünyada təqlid edilməyən tək şey cəsarətdir.
Güc ortaya çıxınca qanunlar zəifləyər.
Ən gözəl savaş insanın öz varlığına və asılı olduqlarına qarşı olan savaşdır.
Uğurlarım gəncliyimdəki xəyallarımın məhsuludur.
İnsanı ucaldan iki şey var: qorxu və maraq.
Hər kəsi dinləyərəm, amma sadəcə özüm doğru bildiyimi edərəm.
Mümkünsüzlük yalnız axmaqların lüğətində olan sözdür.
Hər işdə uğurlu biri oldum, çünki bunu istəyirdim. Heç bir zaman tərəddüd etmədim. Bu da məni digər insanlardan üstün etdi.
Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş gələr. Birincisi qızıl, ikincisi isə xəzinədir.
İnsanı yaralayan tək şey həqiqətdir.
Ağıl və zəkanın nə olduğnu çox araşdırdım. Sonda, bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım.
Napoleon Bonapart
|
['Hikmət dolu sözlər', 'aforizmlər', 'Napoleon Bonapart aforizmləri']
|
1,125 |
https://kayzen.az/blog/mz_n1/18270/%C3%B6z%C3%BCn%C3%BCzl%C9%99-q%C3%BCrur-duyaca%C4%9F%C4%B1n%C4%B1z-18-m%C9%99lumat.html
|
Özünüzlə qürur duyacağınız 18 məlumat
|
mz_n1
|
Bloq: mz_n1
|
11 iyun 2015, 19:01
|
1.Beyniniz 2.5 milyon GB bilgini saxlamaq bacarığına malikdir. Belə bir imkan olsa, beyninizə 300 il uzunluğunda olan yüksək keyfiyyətli videonu yükləyə bilərdiniz.
2.Burnunuzun da eynilə beyniniz kimi yaddaşı var. Buna görə 50.000 fərqli qoxunu xatırlaya bilərsiniz.
3.Bir yerə baxarkən diqqətinizi cəmləyən əzələ göz əzələləridir. O, gündə 100.000 dəfə hərəkət edir. Bu da 80 km gəzərkən istifadə olunan bütün əzələ hərəkətlərinə bərabərdir.
4.Başınızdakı bütün saçlarınızı birləşdirsəniz alınan ip 12 ton yükü qaldıra biləcək qədər sağlamdır.
5.Gözünüz digital kamera olsaydı, 576 megapixellik kameranın gücünə sahib ola bilərdi.
6.Dilimizdə 10.000 dad alıcı var. Daha yaxşı dad ala bilməniz üçün 2 həftədən bir yenilənirlər.
7.Ürəyiniz öz enerjisini istehsal edə bildiyi üçün bədəninizdən çıxarıldığında da ata bilir. Hətta oksigen ala bilərsə öz başına yaşamağa davam edə bilər.
8.Mədə ülgücü əridə biləcək qədər güclüdür.
9.Sinir hüceyrələrinin daşıdığı signalların sürəti saatda 400 km-dir. Bu da «Formula» maşınlarının sürətindən daha güclü deməkdir.
10.Qara ciyəriniz hüceyrə yeniləmə barəsində qeyri-adi bacarığa malikdir. Qara ciyərinizin yarısını bağışlaya bilərsiniz. Bir müddətdən sonra özünü
bərpa edə bilər.
11.Bədəninizin yarım saatda istehsal etdiyi istiliklə 4 litr su qaynada bilərsiniz.
12.İndi dünyanın ən sürətli kompyuteri 1300 çinli alimin birgə işi ilə hazırlanan «Tiyalde 2»-dir. Beynimiz bu kompyuterdən daha sürətlidir.
13.Bədəniniz saniyədə 25 milyon yeni hüceyrə istehsal edir. Beləliklə, 4 saniyədə bütün Türkiyə əhalisindən daha çox hüceyrə istehsal edirsiniz.
14.Gözünüz 10 milyon müxtəlif rəngi seçə bilər.
15.Bədəninizdəki damarların uzunluğu 96 min km-dir. Dünyanın ətrafı 40 min km olduğuna görə, damarlanız dünyanı 2.5 dəfə dövr edə bilər.
16.Beyniniz dəqiqədə 1000 söz oxumaq bacarığına malikdir.
17.Sümükləriniz qranit qədər güclüdür. Bir kibrit qutusu böyüklüyündə sümük 9 ton ağırlığa dözə bilər.
18.Dünya düz olsaydı zülmət qaranlıqda gözünüz 50 km uzaqlıqda olan şam işığını görə bilərdi.
|
['maraqlı məlumat', 'maraqlı məlumatlar']
|
1,126 |
https://kayzen.az/blog/mz_n1/18269/t%C9%99%C9%99cc%C3%BCbl%C9%99n%C9%99c%C9%99yiniz-25-m%C9%99lumat.html
|
Təəccüblənəcəyiniz 25 məlumat
|
mz_n1
|
Bloq: mz_n1
|
11 iyun 2015, 18:52
|
1.Bir kişi ömür boyu saqqalını qırxmasa 9m uzunluğunda olar.
2.Delfinlər su içməz.Dəniz suyu içsələr xəstə olarlar.
3.Dünyada yaşayan insanların 11%-i solaxaydır.
4.Bayquşlar mavi rəngi görən tək quşdur.
5.Bal əsr boyu qalsa da xarab olmazlar.
6.Eşşəklərin öldürdüyü insanların sayı, təyyarə qəzalarında ölən insanların sayından daha çoxdur.
7.Ördəklərin səsinin exo vermə səbəbi hələdə elmə məlum deyil.
8. Yarım kilo balı bir arı hazırlasa idi,2 milyon çiçəyi məhv etməliydi.
9.Bəzi həkimlərin xəttinin anlaşılmamasına görə ildə 7 min insan ölür.
10.Keçilərin göz qapağı düzbucaqlı şəklindədir.
11.Dilimizin fərqli yerlərində fərqli dad almaq məlumatı səhvdir.Bu fikri 1901-ci ildə alman alimi irəli sürmüşdür.Amma yanlış məlumat olduğu isbat olunmuşdur.
12.Afrika qitəsində 1000 dildən artıq dildə danışılır.
13.Eynsteynlə Darvinin ortaq cəhəti xalası qızı ilə evlənməkləridir.
14.Bir insanın bütün qanının bitməsi üçün 1milyon 200 min ağcaqanadın bir dəfə dişləməsi lazımdır.
15.İnsanlar diz qapağı olmadan doğulur.2 ilə 6 yaş arası görünməyə başlayır.
16. Zürafələrin dili 55 santimetrdir.Beləliklə dilləri qulaqlarına qədər uzana bilər.
17.Çaxmaq kibritdən əvvəl icad olunub.
18.Ağ ayının qaraciyərini yesək, ölərik.Çünki, insana çox gələcək qədər A vitamini var.
19.Ağcaqanadın 47 dişi var.
20.İldə təxminən 5000 dəfə nəfəs alırıq.
21.Amerikada həbsxanadakıların 55%-inin orda olmaq səbəbi narkotikdir.
22. Dünyada ən çox satılmış kitab "İncil"-dir
23.Köpəkbalığı iki gözünü birdən qırpa bilən yeganə balıqdır.
24.Dünyada 30% insan var ki, heç telefonla danışmayıb.
25.Dəniz qulağını qulağımıza qoyanda eşitdiyimiz səs əslində qanın damarlarda axma səsidir.
|
['maraqlı', 'məlumatlar']
|
1,127 |
https://kayzen.az/blog/edebiyyat/17182/qao-sinszyan-%7C-m%C3%BCsahib%C9%99.html
|
Qao Sinszyan | müsahibə
|
Apollon
|
Ədəbiyyat
|
10 iyun 2015, 21:36
|
Qao Sinszyan çinli nasir, tərcüməçi və dramaturqdur. 1940-cı ildə anadan olub. Hazırda Fransada yaşayır. Onun əsərləri əksinqilabi təbliğata xidmət etdiyi üçün Çində qadağan edilib. Qaonun ən məşhur əsəri “Ruh dağı” romanı hesab olunur. 2000-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.Yazıçının 2010-cu ildə Yazıçıların Praqa Festivalı çərçivəsində verdiyi müsahibə — Nə vaxtdan fransızca yazmağa başladınız? Çin dilindən sonra bu çətin gəlmirdi ki?
— Əlbəttə, çətin idi. Mən 1990-cı ildə fransızca yazmağa başladım. Bu çox məzəli idi. O vaxt mən artıq iki il idi ki, Parisdə yaşayırdım. Bu Fransa Mədəniyyət Nazirliyinin sifarişi idi. Çin dilində yazmağa davam etməyin mənası yox idi… vaxt gedir, mən çalışırdım… Amma yad dildə yazmaq əlbəttə avantüradır. Hər halda maraqlı işdir. — Çində sizin yaradıcılığınıza münasibət necədir, hələ də...?
— Qadağan edilmişəm, özü də çox ciddi şəkildə. Budur, artıq 23 ildir belədi. — Amma mənim eşitdiyimə görə sizin əsərləriniz Müasir Çin Poeziyası antologiyasına daxil edilib, bu belədir?
— İnanmıram. — Nobel mükafatı almağınıza Çində reaksiya necə oldu?
— Çin hakimiyyəti üstümə hücuma keçdi, onlar hətta İsveç akademiyasını da tənqid edirdilər. — Bəs vaxt ötdükcə, dünyada tanınmağınızı nəzərə alsaq, heç nə dəyişmir?
— Heç nə dəyişmir.Nobel akademiyasının katibi Qoras Enqdal hesab edir ki, «Ruh dağı» yalnız Çin ədəbiyyatının deyil, müasir ədəbiyyatın da ən əhəmiyyətli əsərlərindən biridir. Nobel komitəsinin qətnaməsində bildirilir ki, mükafat «universal əhəmiyyətinə, acı həqiqətləri dilə gətirməyinə və dilçilik yaradıcılığına» görə təltif edilib. Qao bu mükafatı 2000-ci ildə almışdı. Çin ədəbiyyatı ilk dəfə böyük ədəbi mükafata layiq görülürdü.Çində Qaonu «intellektual əxlaqsızlıq”da və „mühitin ideoloji çirkləndirilməsində“ ittiham edirlər. Hərçənd onun „Ruh dağı“ romanında nə Çin Kommunist Partiyası, nə də insan haqları haqqında bir söz yoxdur. Romanın süjeti belədir: xərçəng xəstəliyindən sağalmış baş qəhrəman əcdadların dağına ziyarətə gedir. Hərçənd, qeyd etmək lazımdır ki, onun 1989-cu ildə yazdığı „Qaçaqlar“ kitabının fabulası 1987-ci ildə Tyananmen meydanında baş vermiş hadisələr barədə idi. — Bildiyim qədəri ilə Nobel komitəsi sizə mükafatı təltif edəndə bir çox tənqidçilər təəccüblənmişdilər… Axı sizi onda heç tanımırdılar.
— Mən mükafat alanda “Ruh dağı” artıq ingilis dilinə tərcümə edilmişdi. Amma Amerika və ingilislərin RAP Collins kimi böyük nəşriyyatları onu dərc etmirdilər, mənim mükafat almağımı gözləyirdilər . — Siz heç rus dilinə də tərcümə edilməmisiz.
— Tərcümə olunmuşam. Amma dəqiq bilmirəm. Rus naşirləri ilə əlaqəm yoxdu. Nəsə böyük bir ədəbi jurnalda çıxdı, amma mən nə tərcüməçinin kimliyini bilirəm, nə də hansı əsərin tərcümə olunduğunu. Bunu təsdiq etmək üçün məndə kitab yoxdu.“Ruh dağı” çex dilində 2010-cu ildə nəşr olunub. Qao özünü dissident hesab edir və Parisdə siyasi sığınacaq istəyib. Mürəkkəblə şəkil çəkir, sərgiləri keçirilir. Həmçinin dramaturgiya üzrə dərsliklər yazır. Onun 18 pyesi var. — Siz Milan Kundera kimi Parisdə yaşayırsınız, onun yaradıcılığıyla tanışsınız?
— Kunderanı tanıyıram, amma şəxsi tanışlığım yoxdur. — Bəs çex ədəbiyyatını necə, oxumusuzmu?
— Çox az. Kafkadan başqa… Çox güman ki, Qaşeki oxumuşam yalnız. Cəsur əsgər haqqında çox gülməli romandı və olduqca orijinal əsərdi. — Praqada birinci dəfədir olursuz?
— Mən ilk dəfədir Praqadayam. Çox şadam ki, belə bir möcüzəvi şəhəri özüm üçün kəşf eləmişəm. Çox gözəl şəhərdi. — Siz daha çox rəssam, yoxa yazıçısız?
— Həm rəssam, həm də yazıçı. Amma mənim tablolarım Avropada məşhurdur. Hə, ABŞ-da da sərgilərim olub. — Bahalıdırlar?
— Hə. Mən bunun hesabına dolanıram. Parisdə yerləşəndən sonra mən ancaq bunun hesabına dolanıram. Artıq 20 ildən çoxdur.Praqa Radiosu, 09.06.2010
|
['ədəbiyyat', 'Qao Sinszyan', 'müsahibə']
|
1,128 |
https://kayzen.az/blog/Gunduz_YalQuZaq/18268/viktor-h%C3%BCqo-823-s%C3%B6zd%C9%99n-ibar%C9%99t-c%C3%BCml%C9%99.html
|
Viktor Hüqo-823 sözdən ibarət cümlə
|
Gunduz_YalQuZaq
|
Bloq: Gunduz_YalQuZaq
|
8 iyun 2015, 21:36
|
Fransanin ən böyük ve dahi yazıçısı hesab edilən Viktor Hüqo-nun tarixi romani Səfiller (Fransızca: Les Misérables) ilk dəfə 1862-ci ildə yayımlandı.Yayimlanmasindan qəsa bir vaxt sonra isə roman 19-cu yüz ilin ən boöyük tarixi romani olaraq qəbul olundu.
Əhvəlatlar 1815-də başlayır və 1832-de Parisdə bitir. Bir neçə insanın xarakterini ve heyatinin bir-biriylə əlaqəsini izləyən roman çox əvvəllər məhkum olunan, katorq məhbuslugundan qaçmış Jan Valjanın həyat mübarizəsini, xarakterini, düşüncələrini kitabda əks etdirir.Həyat, iztirablar, cətinliklər, sevgi və mərhəmət hissinin dərinliklərinə qədər incələyən, açıqlayan Səfillər romanı ayrıca Fransanın tarixi, Parisin memarlığını, siyasət, əxlaq fəlsəfəsi, antimonarxizm, ədalət, din, ailəvi və romantik sevginin formalari, özellikləri və yaranması kimi mövzuları özündə birləşdirir. Yayımlanmamışdan öncə çox boyük tanıtımlar edilən Səfillər romani üçün gözlənilən müvəffəqiyyətlər özünü doğrultdu. Ticarət baxımından Səfi8llər romanı bütün dünyada öz yerini tutdu. Səfillər romanina film, teatr və animasiyalar çəkildiyi üçün günü bugündə Səfillər romanı öz papulyarlığını itirməyib.Fransa ədəbiyyatında ən uzun cümlə məhz Viktor Hüqonun Səfillər romanına aiddir. Bu cümlənin uzunluğu 823 sözdən ibarətdir.Dünyanın ən uzun cümlələrinə gəldikdə isə bunlar:1-ci yerdə; Jonathan Coe’nun The Rotters romanı (13.955 söz),2-ci yerdə; Ceyms Coys-Uilyes romanı (4.391 söz)-dür. Səfillər kitabının III. hissəsində yer alan və 3 səhifəlik: Lui-Filipp başlığı altında bölümün yuxarı hissələrində yer aıan bu böyük cümləni sizə təqdim edirem. Tarix onun atasının öz dövründə vəziyyəti yumĢaltmasını etiraf edir; lakin onun atası məzəmmətə nə qədər layiqdisə, bu, o qədər hörmətə layiqdi; Lui-Filippdə qeyri-rəsmi bir adamın malik olduğu bütün fəzilətlər və ictimai xadimin bəzi fəzilətləri var idi; o öz səhhətinin, öz varının, öz Ģəxsiyyətinin, öz iĢlərinin qeydinə qalırdı; o, bir dəqiqənin qiymətini bilsə də, bəzən bir ilin qiymətini bilməzdi; o, sakit, təmkinli, səbirli, dinclik sevən Ģəxs idi; xoĢtəbiətli bir adam, mərhəmətli bir hökmdar idi; arvadına sədaqətli idi; sarayında bir neçə xidmətçi saxlardı: bu xidmətçilərin vəzifəsi – onun ər-arvada aid olan yatağını burjualara göstərməkdi. Abırlı ailə həyatı ilə lovğalanmaq indi faydalı olmuĢdu, çünki əvvəlki nəsil xəttində qeyri-qanuni əlaqələri xüsusi olaraq nəzərə çarpdırardılar. O, bütün Avropa dillərini və daha nadir olan bir Ģeyi – bütün mənafelərin dilini bilirdi, bu dildə danıĢmağı bacarırdı; ―orta təbəqə‖nin füsunkar nümayəndəsi idi, lakin bu təbəqədən hər barədə üstün olduğu üçün ondan yüksəkdə dururdu; öz əqli ilə fərqlənməklə və öz Ģəcərəsinin qədr-qiymətini bilməklə bərabər, hər Ģeydən əvvəl, öz daxili keyfiyyətini qiymətləndirirdi, hətta mənĢəyi haqqında qəribə bir mövqe tutaraq, özünü ―Burbon‖ deyil, ―Orlean‖ adlandırmıĢdı; o, ancaq ―həĢəmətli‖ olanda özünü nəslin birinci Ģahzadəsi kimi tuturdu, lakin ―Əlahəzrət‖ olan gündən xalis burjua oldu; camaat içində çox, yaxın adamları arasında az danıĢardı; hamı onun xəsis olduğunu deyirdi, ancaq bu, sübut olunmamıĢdı. Əslində, o, elə qənaətcil adamlardan idi ki, belə adamlar iĢ Ģıltaqçılığa, ya öz vəzifəsini yerinə yetirməyə çatanda bədxərc olurlar; o, çox kitab oxumuĢdu, lakin ədəbiyyatı az hiss etmiĢdi; dvoryan idi, lakin rıtsar deyildi; sadə, sakit və qüvvətli idi; ailəsi və xidmətçiləri pərəstiĢ edəcək dərəcədə onu çox istərdi; öz söhbəti ilə adamı valeh edirdi; daxilən laqeyd, həmiĢə, ancaq ən vacib, ən zəruri Ģeyləri düĢünən, həmiĢə ancaq bu günü nəzərə alan, kin bəsləməyən, minnətdarlıq etməyən, ayıq bir dövlət xadimi idi; məĢhur adamlardan hədsiz dərəcədə istifadə edir, adi adamları sakit buraxırdı, çox bicliklə parlamentdə olan çoxluğun köməyi ilə təqsiri ondan narazı olan, boğuq-boğuq uğuldayan gizlin birləĢmələrin üzərinə yıxa bilirdi; fikrini açıq söylərdi, bəzən bu məsələdə ehtiyatsızlıq edirdi, lakin bu ehtiyatsızlığında çox məharət göstərirdi; vasitə, süni bir sima, maska seçməkdə tükənməz bacarığa malikdi; Fransanı Avropa ilə, Avropanı Fransa ilə qorxudurdu; Vətənini sevməsinə Ģübhə ola bilməzdi, lakin ailəsini daha çox sevirdi; hakimiyyəti nüfuzdan, nüfuzu ləyaqətdən üstün tuturdu; bu, pis meyil idi; o mənada pis idi ki, bu meyil hər Ģeyi müvəffəqiyyətə tabe etməklə hiyləgərliyə yol verir, alçaqlığı həmiĢə inkar etmir; lakin bu meyildə bir üstünlük var ki, siyasəti sərt təkanlardan, dövləti dağılmaqdan, cəmiyyəti fəlakətdən qoruyur. Lui-Filipp nəzakətli, ayıq, diqqətli, arif, yorulmaq bilməyən, hərdən öz-özünə zidd gedən, sözünü geri götürən xırdaçı bir adamdı; o, Ankonada Avstriyaya qarĢı cəsarətli, Ġspaniyada Ġngiltərəyə qarĢı inadkar olur. Antverpeni topa tutur, Pritçarda pul verirdi; ―Marselyoza‖nı ürəkdən oxuyurdu; məyusluğun, yorğunluğun, gözəlliyə və ideala vurulmağın, ağılsızca alicənablıq etməyin, utopiyanın, xülyanın, hiddətin, Ģöhrətpərəstliyin, qorxunun nə olduğunu bilmirdi; Ģəxsi cəsarətin hər növünə malikdi; Valmi vuruĢmasında general, Jemap vuruĢmasında əsgərdi. Səkkiz dəfə ona sui-qəsd edilmiĢ, öldürmək istəmiĢlər, lakin o, həmiĢə gülümsəmiĢdi; qrenador kimi cəsarətli, mütəfəkkir kimi ürəkli idi; o, ancaq Avropa dövlətləri əsasının sarsıla biləcəyindən qorxurdu, böyük siyasi avantüralar etməyə qabil deyildi; öz iĢini yox, öz həyatını həmiĢə təhlükəyə verməyə hazırdı. Öz hakimiyyətini təsir Ģəkildə büruzə verir, ona bir kral kimi deyil, ağıllı bir adam kimi tabe olunmağı üstün tuturdu; irəlini görmək deyil, müĢahidə etmək qabiliyyətinə malikdi; ruhlarla az maraqlanırdı, lakin adamları çox yaxĢı tanıyırdı, baĢqa sözlə, ancaq gördükləri haqqında mühakimə yürüdə bilirdi; sağlam düĢüncəyə,
hadisələri dərindən görən canlı, praktik əqlə, danıĢmaq qabiliyyətinə, böyük bir hafizəyə malikdi; həmiĢə də hafizəsindəki Ģeylərdən istifadə edirdi, o ancaq bu cəhətdən Sezara, Aleksandra, Napoleona oxĢayırdı; faktları, ayrı-ayrı təfərrüatları, hadisələrin tarixini, adam və Ģey adlarını bilsə də, məqsədin, ehtirasın, çoxcəhətli kütlə mənəviyyatının, gizlin ümidlərin, qəlbin məxfi və məchul çırpıntılarının, bir sözlə, ―Ģüurun yeraltı cərəyanları‖ adlandırmaq olan Ģeylərin nə olduğunu bilmirdi; o, Fransanın yuxarı təbəqələri tərəfindən tanınsa da, aĢağı təbəqələrlə az əlaqədar idi, çətinlikdən hiylə ilə çıxırdı; idarəçiliklə həddindən artıq məĢğul olur, lakin kifayət qədər hökmdarlıq etmirdi; öz-özünün birinci naziri idi; xırda Ģeylərdən böyük ideyalara çox ustalıqla əngəl törədə bilirdi; tərəqqiyə, qayda-qanuna, təĢkili iĢlərə kömək etməyi çox bacarıqla formalizm və maneələrlə birləĢdirirdi; onda həm Böyük Karl, həm də minnətçi sifəti vardı, o, sülalənin həm banisi, həm də vəkili idi; ümumiyyətlə, görkəmli və orijinal bir Ģəxsiyyətdi: Fransanın təĢviĢinə baxmayaraq, hakimiyyəti möhkəmləndirdi, Avropanın bədxahlığına baxmayaraq, qüdrətini artırdı; Lui-Filipp öz dövrünün tanınmıĢ adamları sırasına daxil ediləcəkdir; Ģöhrəti bir az çox xoĢlasaydı, faydalı olmaq hissi qədər də böyüklük hissinə malik olsaydı, tarixdə ən məĢhur hökmdarlar sırasında yer tutardı.
|
['Viktor Hüqo']
|
1,129 |
https://kayzen.az/blog/yazar/18265/zibil-iyi-m%C9%99nim-kitab%C4%B1mdan-yox,-xalq%C4%B1mdan-g%C9%99lir.html
|
Zibil iyi mənim kitabımdan yox, xalqımdan gəlir
|
Gunduz_YalQuZaq
|
Yazıçılar
|
6 iyun 2015, 15:17
|
Ceyms Coys yaradıcılığı barədə düşüncələr
İrland yazıçısı, dünya ədəbiyyatının ünlü simalarından biri kimi sayılıb-seçilən Ceyms Coys (1882-1941) «Sənətkarın gənclik portreti» (1916), «Uliss» (1922), «Finneqana ehsan» (1939) romanlarının və bəşər mədəniyyəti xəzinəsinə «Dublinlilər» (1914) adıyla daxil olmuş silsilə novellaların müəllifidir.Mövcud irland həyat tərzi ilə barışa bilməyən XX yüzilin dahi sənətkarı Ceyms Coys 1904-cü ildə doğma yurdu həmişəlik tərk etmiş, elə bu illərdə də İrlandiya haqqında sərt həqiqətlərin güzgüsü olan «Dublinlilər» kitabını yazıb başa çatdırmışdı. Lakin naşirlərin uzun müddət cəsarət edib yaxın buraxmadıqları kitab yalnız 1914-cü ildə işıq üzü görmüşdür. Bu münasibətlə Coys öz naşiri Riçardsona yazmışdı: «Hekayələrimdən zibil qutusunun iyi gəlməsi mənim günahım deyil. Belə fikirdəyəm ki, siz irlandları mənim hər şeyi olduğu kimi əks etdirən güzgümdə özlərinə baxmaq imkanından məhrum etsəniz, bütövlükdə İrlandiyada sivilizasiyanın inkişafını ləngitmiş olacaqsınız». 1920-ci ildə Sürixdən Parisə köçən Coys İkinci Dünya Savaşı başlayanacan burda yaşamışdır. Alman qoşunlarının Fransaya daxil olmasından sonra yenidən Sürixə qayıtmaq məcburiyyətində qalan yazıçı öz ömrünü çoxdan tərk elədiyi doğma vətənindən uzaqlarda başa vurmuşdur.Sənətkarlıq məsələlərinə böyük diqqət göstərən və zərif bir üslubiyyətçi olan Coys əsərlərini bir zərgər dəqiqliyi ilə işləyirdi. Təsadüfi deyil ki, «Uliss»in meydana gəlməsi yeddi il çəkmiş, «Finneqrana ehsan» isə on yeddi ilə yazılmışdı. Geniş və hərtərəfli dünyagörüşə malik, dini-tarixi, siyasi-fəlsəfi burjua nəzəriyyələrini dərindən mənimsəyən yazıçı bütün bunlardan yaradıcı şəkildə istifadə etmişdir.Bu səbəbdən, Coysun yüksək sənətkarlıq nümunəsi olan romanları oxucudan xüsusi hazırlıq tələb edir; daha dəqiqi, Coys geniş oxucu kütləsi üçün «anlaşılmaz və yabançı» müəlliflərdəndir. Amerika yazıçısı T.Uaylder əbəs yerə deməmişdi ki, həcmcə çox da böyük olmayan «Finneqana ehsan»ı oxumaq üçün hazırlıqlı oxucuya ən azı min saat vaxt lazımdır.Haqqında bir neçə görkəmli yazıçının, ədəbiyyat mütəxəssisinin fikir və mülahizələrini təqdim edəcəyimiz «Uliss» romanı da Coysun çətin dərk edilən əsərlərindəndir. Təkcə elə bir qəribəliyi vurğulayaq ki, romandakı bütün hadisələr bir günün ərzində – 1904-cü ilin 16 iyununda, Dublində cərəyan edir. Həmin o yay gününün təsvirinə isə Coys nə az, nə çox – ömrünün düz yeddi ilini sərf etməli olmuşdu…Riçard Oldinqton (1892-1962), İngiltərəCənab Coysun təsiriCənab Coysun cəhdi artıq əldə etmiş olduğu müvəffəqiyyət kimi güman ki, indən belə göstərəcəyi təsir baxımından da son dərəcə maraqlıdır; əminəm ki, onun nailiyyəti böyükdür, təsiri isə qorxuram ki, çox zərərli olsun. Əgər gənc yazarları inandırmaq müyəssər olsa ki, Coysu təqlid etmədən də ona pərəstiş eləmək mümkündür – onda hər şey qaydasında olardı; ancaq deyəsən buna ümid azdır…Coysun metodundan dadaizmə cəmisi bircə addım məsafə var, dadaizmlə dəliliyin arasındakı məsafə isə daha da qısadır. Cənab Coys üçün nailiyyət sayılanlar intellektual qüvvənin, heyrətamiz müşahidəçiliyin, yaddaş və intuisiyanın yoxluğu ucbatından başqaları üçün tam uğursuzluğa çevrilə bilər……Cənab Coysa çoxları böyük ümidlər bəsləyirdi. Mən heç vaxt arzulamamışam ki, o zəhər kimi təsir göstərən rəsmi nikbinliyin bircə zərrəsini də mənimsəsin; istəməmişəm ki, o, "şəkərə" çevrilsin, yaxud Renan kimi təbiətinə aşkar yabançı olan iltifat və mərhəmət göstərsin. Ancaq mən ümid edirdim ki, Coys əsl faciə yazacaq və satira ilə faciəni bir yerə qarışdırıb qondarma bir şey düzəldən naturalistlərin hibrid janrına qayıtmayacaq.Lakin indi mənə aydındır ki, nahaq yerə ümid eləmişəm — «Uliss» cənab Coysun indiyəcən yazmış olduqlarının içərisində ən dəhşətlisi, ən iyrənci, ən qəddarı və ən ziyanlısıdır. Bu, bəşəriyyət üçün bir iftiradır; bunu təkzib etməkdə mən acizəm. Ancaq bunun iftira olduğu da məndə şühbə doğurur. «Uliss»də gülüş var, ancaq bu, Rablenin qros riresindən çox-çox uzaq olan nifrətedici və qəddar bir gülüşdür. Mən bu fikirdəyəm ki, böyük istedad sahibi olan cənab Coys bu istedadın gücünə bizi insanlığa nifrət etməyə yönəldəndə bütün bəşəriyyətə şər atmaqla məşğul olur.«Uliss» barədə mənim fikirlərim belədir. Sənət baxımından cənab Coysa müəyyən bəraət qazandırmaq mümkündür: o yüksək dərəcədə qeyri-adi kitab yazmağa müvəffəq olub. Ancaq həyati baxımdan əminəm ki, böyük səhvə yol verib. Üstəlik də, Coysun bir qayda olaraq uğurla mənimsədiyi üslub eynən fəlsəfəsi kimi onu təqlid edənlərin yazılarında saxta görünəcək.Cənab Coysun təsiri, cürət edib deyə bilərəm ki, çox güclü olacaq, ancaq mümkün deyil ki, bu təsir qeyd-şərtsiz müsbət olsun. O, kin və nifrəti müəyyən məqsədlə doğurur, başqaları isə şübhəsiz ki, bunu səbəbsiz-filansız eləyəcəklər.Əlbəttə ki, cavan yazıçılar öz çağdaşlarının təcrübəsinə xor baxmalı deyillər, ancaq onların yolgöstərən ulduzları — klassiklər olmalıdır. Üslubu formalaşmayan yazarlar üçün «Uliss» olduqca təhlükəli əsərdir. Əgər ömrünü ədəbiyyata həsr etməyi qərara almış hər hansı gənc dostum olsaydı və əgər o mənim məsləhətlərimə qulas assaydı, mən cənab Coysun əsərlərini hökmən o gəncin gözündən gizlədər, onun diqqətini Paskalın, Volterin, eləcə də Corc Murun, Floberin yaradıcılığına yönəldərdim.Yalnız bundan sonra, yəni ədəbiyyatın məqbul xüsusiyyətlərinin — yığcamlığın, dəqiqliyin — qiymətini biləndən sonra cənab Coysun əsərlərini ona qaytarardım; bilərdim ki, artıq bu kitabların təsiri ondan ötrü qorxulu olmayacaq."İnqliş revyu", aprel, 1921.Valeri Larbo (1881-1957), FransaCeyms Coysun «Uliss»iBu kitabı əlinə alan oxucu gərəkdir ki, öncə «Odissey»dəki gözlənilməz dəyişmələri bütün təfərrüatı ilə yadına salsın, əks halda özünü tam dolaşıqlığa salmış olacaq. Mən təbii ki, Rable, Monten və Dekart kimi sənətkarların əsl qiymətini bilən hazırlıqlı oxucunu nəzərdə tuturam, çünki yarımçıq, naşı oxucu ilk üç-dörd səhifəni oxuyan kimi əsəri bir kənara tullayasıdır…Burda gedən söhbət bu və ya digər ictimai sinfin nümayəndələri üçün daha çox səciyyəvidir: bunlardan bəziləri — fəlsəfəyə, teologiyaya, ədəbi tənqidə, siyasi satiraya, tarixə aid xalis esselərdir. Burda elmi nəzəriyyələr təqdim olunur və müzakirə edilir.Bunlar kitabdan asılı olmayan və kitaba süni şəkildə pərçimlənən haşiyə, yaxud əlavə parçalardır. Və etiraf etməliyik ki, bu parçalar kitaba hansı əsasla məxsusdursa, elə həmin əsasla da personajlara, onların nitqinə, yaxud fikirlərinə məxsusdur. Və biz artıq kitabdan on səkkiz epizodu bir-birindən təcrid edilmiş, bir-birinə qətiyyən bağlı olmayan hekayələr kimi qəbul edə bilmərik: Blum, Stiven və digər personajlar bəzən hamısı birlikdə, bəzən ayrı-ayrılıqda əsas fiqurlara çevrilirlər; həmin günün tarixi, faciə və məzhəkəsi onların arasındaoynanılır. Etiraf etmək lazımdır ki, bu on səkkiz epizoddan hər biri digərindən formasına və dilinə görə fərqlənsə də, bütünlükdə onlar vahid orqanizmdə – kitab şəklində birləşirlər.…Bir sözlə, bizim qarşımızda açarı olan bir kitab durur. Bu açar nədir? Cürət edib deyirəm: bu açar — qapının üstündə, yəni kitabın üz qabığında, «Uliss» sərlövhəsinin özündədir…Coys tənqid və elmi məfkurə ilə ətrafına möhkəm hasar çəkilmiş mətndən Ulissi qoparıb ayırmışdır; tarixin dərin qatlarına baş vurub zaman etibarilə Ulissə yaxınlaşmağa cəhd göstərmək əvəzinə onu özünün müasiri, xəyali partnyoru, mənəvi atası etmişdir.«Odissey»dəki Uliss mənəvi cəhətdən kimdir? O, epik silsilədən olan qəhrəmanların arasında insanlığın daha bitkin mücəssəməsi olmaq cəhdiylə Coysun məhəbbətini hələ erkən yaşlarından qazanmışdır. Ulissə getdikcə daha çox yaxınlaşan gənc şair onun insani simasını, xarakterinin məzəli və riqqətli cəhətlərini yaratmışdır. Və yaradandan sonra öz qəhrəmanını gözünün qabağındakı müasir həyatın mürəkkəb gerçəkliyinə, dini etiqadı, elmi təsəvvürləri və dünyəvi problemləriylə zəngin olan bizim günlərin Dublininə atmışdır.Coys «Uliss»də insanın mənəvi, zehni və fiziki bütövlüyünü nümayiş etdirmək istəmiş və bu onu əxlaqi çevrədə cinsi instinktlərin müxtəlif təzahür və eybəcərliklərini, psixoloji dairədə isə cinsi orqan və onların funksiyasını qabartmağa məcbur etmişdir.İkinci cəhət belədir: nəyə görə Blum yəhudidir? Mən yalnız bir şeyi deməliyəm: əgər Coys öz sevimli qəhrəmanını, mahiyyət etibarilə onun ikinci «mən»i olan Stiven Dedalın mənəvi atasını yəhudi kimi veribsə, bu yalnız antisemitizmin ucbatındandır.«Kriterion», oktyabr, 1922.Ezra Paund (1885-1972), AmerikaCoys və Peküşe«Uliss» sonata formalı geniş romanlar sinfinə məxsusdur, yəni mövzusu, əks-mövzusu, reprizi, inkişafı, finalı olan bir romandır. Bu əsər bölmələrə də malikdir: o, atalar və oğullar romanıdır.«Bovari»də misilsiz səhifələr, «Buvar və Pekuşe»də tayı-bərabəri olmayan fəsillər var. Lakin Floberdə Coys kimi məzmunu qəfildən açıqlayan səhifələr olsa da Coys istehza obyektlərinin kollekiyasını xeyli zənginləşdirmişdir. Fəsillərin birində o, ingilis dilinin bütün çeynənmiş sözlərini bircə axınla yuyub aparır. Başqa fəsildə alliterik poeziyanın ilk nümayəndələrindən başlamış ingilis ədəbiyyatı tarixinin yığcam mənzərəsini verir… Digər bir fəsildə biz «Frimens cornel»in qəzet başlıqları ilə, yəni 1760-cı ildən etibarən bütün jurnalistika tarixi ilə rastlaşırıq; Coys bütün bunları kitabın axınına heç bir xələl gətirmədən tənzimləyir.Kitabın müxtəlif hissələrində o özünü müxtəlif tərzdə ifadə edir (Aristotelin məsləhətinə əməl edərək), ancaq bu heç də görkəmli Larbonun təsdiqlədiyi kimi, Coysun vahid üslubdan imtina etməsi demək deyil. Hər bir personajın nəinki fərdi danışığı var, onlar həmçinin müstəsna düşünmək tərzinə də malikdirlər.Coys Homerdən götürdüyü səhnələrdə orta əsrlərin alleqorik mədəniyyətinin qalıqlarından istifadə edir; bu elə də vacib məsələ deyil və hərəkəti heç də məhdudlaşdırmır; nə realizmə, nə də hərəkətin müasir xarakterinə xələl gətirmir. Və bu kitabda Floberin kitabında olduğundan daha çox forma var. «Buvar və Peküşe»nin əsas xüsusiyyəti ondan ibarətdir ki, hadisələr kifayət qədər inadkar zərurətlə bir-birini izləmir; ideya heç də məntiqdən xali deyil, lakin o tamamilə başqa tərzdədir. Floberin xeyrinə digər tərifəlayiq dəlillər də gətirmək mümkündür, lakin çox aydın və yığcam bir əsər olmasına rəğmən «Buvar və Peküşe»də canlılıq, qıvraqlıq çatışmır. Coys bu əskikliyi düzəldib; o öz oxucusunu istənilən anda, istənilən qəribəliyə hazır vəziyyətdə saxlayır, hər an hansısa gözlənilməz bir hadisə baş verir, hətta ən uzun təsvirlər zamanı da oxucu intizar içində ehtiyatla gözləməli olur.Bu, realist “par exellence” romanıdır; bu əsərdə hər bir personaj özünəməxsus tərzdə danışır və ətraf gerçəkliyə dərin köklərlə bağlıdır. İrlandiya Britaniyanın boyunduruğu altında, dünya isə qarşısıalınmaz sələmçiliyin əsarətində göstərilib.«Buvar və Peküşe» kimi «Uliss» də böyük əksəriyyət tərəfindən heyranlıqla qarşılanacaq kitablardan deyil, ancaq bu hər bir ciddi yazıçının təkrar-təkrar oxumağa borclu olduğu kitabdır; peşəkar qələm sahibləri yaradıcılıq sənətinin inkişaf istiqaməti haqqında aydın təsəvvürə malik olmaq üçün bu əsəri oxumağa məcburdular.«Merkür de Frans», iyun, 1922.Arnold Bennett (1867-1931), İngiltərəCeyms Coysun «Uliss»Müəllifin iyirmi saatdan da az olan zaman kəsiyinin təsvirinə yeddi yüz səhifədən artıq yer ayırması barədə çox danışılır. Mən burda qeyri-adi heç nə görmürəm. Əgər adamın kifayət qədər vaxtı, kağızı, uşaqlıq şıltaqlığı və inadkarlığı varsa, həyatın cəmisi iyirim saatı haqqında heç bir çətinlik çəkmədən yeddi yüz səhifədən də artıq yazması mümkündür.Ceyms Coysun öz romanının mövzusu üçün hansısa müəyyən bir gün seçmiş olduğunu sübut eləyən əsaslı dəlillər yoxdur. Hər şeydən göründüyü kimi, onun xasiyyəti acı və ironikdir; belə düşünürəm ki, o, rastına çıxan adi günlərin ən adisini seçib götürməkdən kinli bir məmnunluq duymuşdur.Hazırlıqsız oxucu həmin günün təsvirində nə forma, nə bədii plan, nə də «təşkil» (Henri Ceyms bu sözü çox dəqiq tapıb) görmür. Lakin hazırlıqsız oxucu həm də kordur. Valeri Larbonun fikirincə, həmin gün bütün incəliklərinə qədər planlaşdırılmış və təşkil olunmuşdur; Coys «Odissey»i hələ gəncliyindən sevirdi və Homerin ruhu onu müvafiq formanı bu əsərə əlavə etməyə yönəltmişdi.Bəlkə də belədir. Larbo heç şübhəsiz ki, əsəri müəlliflə ətraflı şəkildə müzakirə etmişdir. Cəsarət edib belə bir şübhəmi bildirmək istərdim ki, müəllif sadəcə olaraq Larbonun beynini doldurmuşdur, əlbəttə əgər Larbo müəllifin qaralamasını öz gözləriylə görməyibsə…Mən hətta müəllifin həyata keçən, yaxud keçməyən planının olması fikiriylə də razılaşıram. Ancaq bununla yanaşı, mən təhrikçi üsul yoxluğuna görə onu mühakimə etməliyəm. Çünki o, oxucuya heç bir tərzdə kömək göstərmir.Əgər müəllif camaatla peşəkar ədəbiyyatçı üçün qəbul olunmuş nəzakət çərçivəsində davransaydı, «Uliss» qat-qat yaxşı alınar və normal qəbul edilərdi....Bəzən adama elə gəlir ki, müəllifin coğrafiya barədə heç anlayışı da yoxdur, ətrafda baş verənlərdən baş çıxara bilmir, sözün geniş mənasında xeyirxahlığın və insan təbiətinin nə odluğunu anlamır və böyük şairlərə xas olan həssaslığa malik deyildir. Ən betəri odur ki, perspektiv anlayışından o büsbütün məhrumdur. Ancaq bir sənətkar kimi mənim ona daha ciddi iradlarım var. Müəllif dünyanı miskin şəkildə görür, dünyanın sakinləri isə onun nəzərində qəddar və mərhəmətsizdirlər.Bütün bunlara baxmayaraq Coys ədəbiyyatda çox böyük fenomendir. Bəzən o dedikcə orijinal olur. O, həyatı bütöv şəkildə görə bilmir, əvəzində iti baxışlarla onun dərinliyinə müdaxilə edir. Coys ustad sənətkardır, buna heç bir şübhə ola bilməz. Onun böyük səriştəsi, qeyri-adi yumoru var.Romanın ən yaxşı parçaları (bədbəxtlikdən bütöv əsərdə belə parçalar zərrə kimi görünür) ədəbiyyatda ömürlük qalacaq. Mən xanım Blumun kitabı tamamlayan iri həcmli daxili monoloqunu xüsusi qeyd edirəm. Qırx çətin səhifədən, iyirmi beş minə yaxın sözdən ibarət bu monoloq özünün tamamilə inandırıcı gerçəkliyi ilə həqiqətən mövcud olmuş qadının ən məhrəm fikirlərinin fonoqramı kimi əsaslı bir sənəd ola bilərdi. Şəxsən mən ömrümdə bundan yaxşı bir şey oxumamışam; nəinki bundan yaxşısına, heç buna bərabər olanına da təsadüf etməmişəm. Ola bilər ki, mənim iradlarım da, təriflərim də həddindən ziyadə, qədərindən artıq görünsün. Ancaq mən Ceyms Coysu məhz bu cür qəbul edirəm.«Autluk», aprel, 1922. Mənbə; kulis.az
|
['Ceyms Coys', 'yazıçı']
|
1,130 |
https://kayzen.az/blog/Gunduz_YalQuZaq/18262/oxuduqlar%C4%B1m%C4%B1z%C4%B1n-yadda-qalmas%C4%B1-%C3%BC%C3%A7%C3%BCn.html
|
Oxuduqlarımızın yadda qalması üçün
|
Gunduz_YalQuZaq
|
Bloq: Gunduz_YalQuZaq
|
6 iyun 2015, 00:27
|
Oxu olmadan müasir insanın heyatını tesevvür etmək mümkün deyil, hətta televiziya ve radioda bizə ümumi intellektual inkisaf ücün zəruri olan informasiani bütünlükle verə bilməz. Statistikaya gore, insan nəyisə oxuduqdan hətta 24 saat sonra yaddasında qalan informasiya cəmi 20% təşkil edir.
Əgər oxuma üsullarını tam olaraq istifadə etsəniz bu rəqəmlər 80%-dək artırıla bilər. Bundan əlavə həmişə çalışın sizə maraqlı olan və sizi motivasiya edəcək məlumat, məqalə, kitab və s. oxuyasınız.
Əks halda bir müddət sonra siz oxuduqlarınızı heç vaxt tam xatırlaya bilməzsiniz. Oxuduqlarınızın daha yaxşı yadda qalması üçün siz bu qaydaları yadda saxlamalısınız;
1. Pisixoloqlar tez-tez informasiyanın daha yaxşı yadda qaldığını qeyd edirlər. Bundan basqa çalışın mətni xətt üzrə ziqzaq şəkilli oxumaqdansa üstdən aşağı (bir baxışda bir cümlə vəya daha çox) oxuyasınız. Oxuyarkən heç zaman geri qayıtmayın bir söz vəya cümləni bir neçə dəfə oxumaq yolverilməz haldır. Belə edərkən informasiya qəbulu dahada pisləşir.
2. Hər hansı informasiya ən yaxşı səhərlər yadda qalır. Beyin səhərlər və gecə informasiyanı daha yaxşı qəbul edir. Bu vəziyyət fərqlidə ola bilər, insanların beynin işləmə prosesi fərqlidə ola bilər.
3. Heç vaxt bərkdən, səsli tərzdə oxumayın. Bu sizin oxuma sürətinizi azaldır və beyni həmçinində sinir sistemini tez yorur. Həmişə səssiz oxumaq lazımdır.
4. Hər bir yazını bitirdikdən sonra oxuduqlarınız haqqda qeydlər aparmağı unutmayın. Məsələn bədii ədəbiyyat oxuyursunuzsa oradakı bəyəndiyiniz sözləri, şeirləri, aforizmleri və s. qeyd edin. Bu həm sizin söz bazanızı artıracaq,həm də, ən əsası siz bir müddət sonra həmin yazını yadınıza salmaq istədikdə qeydlərə baxmaqla oxuduqlarənızı xatırlaya biləcəksiniz.
5. Çalışın oxuduqlarınızı ailə və ya dostlarınızla müzakirə edəsiniz.
6. Hər hansısa sənəd əsərin oxuduqda çalışın onun haqqında olan ədəbi-tənqidi fikirləridə oxuyasınız.
7. Unutmayən siz oxuduqlarınızı kiməsə danışmaq, onlarla fikirlərinizi müzakirə etməklə məlumatları beyninizdə təkrarlamış olursunuz.
Oxumazdan əvvəl yerinizin rahat olması, əhvalınızı yaxşı olması vacibdir. Əgər yorğunsunuzsa, əhvalınız pisdirsə oxuduqlarınızın yadda qalması sual altındadır və əksər hallarda əlavə vaxt itkisidir.
Qeyd; Bu mənim buradakı ilk yazımdır səhvlər varsa üzrlü sayın.
|
['yaddaş', 'oxumaq']
|
1,131 |
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/16937/u%C5%9Faqlar-s%C9%99h%C9%99r-yem%C9%99yind%C9%99-n%C9%99-yem%C9%99lidirl%C9%99r.html
|
Uşaqlar səhər yeməyində nə yeməlidirlər?
|
Apollon
|
sağlam həyat tərzi
|
4 iyun 2015, 21:58
|
Səhər yeməyini yeyən şagirdlər dərsləri daha yaxşı qavrayırlar
Səhv və ya normadan az qidalanmanın zəifliyə, yaxud köklüyə, diş çürükləri, qan azlığı, yod çatışmazlıqlarına səbəb olduğundan çoxumuz xəbərdarıq.Uşaqların çoxu səhər yuxudan oyanmaq istəmirlər, süfrə arxasında da aclıq hiss etmədiklərini deyirlər. Bəzən hazır yeməyin, ya da uşağın sevdiyi yeməklərin süfrədə olmaması da onların iştahına təsir edir. Ancaq səhər yeməyi gecə aclığından sonra bədənin yenidən enerji yığması üçün çox vacibdir.Gecə aclığından sonra səhər yeməyini yeməmək qan şəkərinin düşməsinə və bununla bağlı çox şəkərli, yağlı qidalar yemək arzusunun yaranmasına, öyrənmə və konsentrasiya qabiliyyətinin azalmasına səbəb olur.
Səhər yeməyi qan şəkəri kimi bilinən qlükoza üçün qaynaq rolunu oynayır. Qlükoza beyin üçün ən vacib və yeganə enerji qaynağıdır. Beynin funksiyalarını normal yerinə yetirməsi üçün yüksək miqdarda qlükozaya ehtiyacı var.
Araşdırmalar göstərir ki, səhər yeməyini yeyən şagirdlərin konsentrasiya və öyrənmə qabiliyyətləri digərlərinə nisbətdə daha yaxşıdır. Ümumiyyətlə, səhər yeməyini yeyən insanların gün ərzində işgüzarlıqlarının daha yüksək olması təsbit olunub. Araşdırmalarda səhər yeməyi yeyən şagirdlərin:• Sinifdə daha müvəffəqiyətli olduqları;• Qavrama bacarıqlarının daha yaxşı olduğu;• Problemləri daha rahatlıqla həll etdikləri;• Qidalanma ilə bağlı yaranan xəstəliklərə daha az tutulduqları bəlli olub.Uşaqlıqdan əldə edilən vərdişlərin gələcək həyatın təməlini təşkil edir. Buna görə də səhər yeməyini uşağa erkən yaşlarda öyrətməklə ona sağlam bir gələcək vermiş olarsınız. Üstəlik köklük, ürək-damar xəstəlikləri, şəkər xəstəliyi, yüksək təzyiq kimi irsi xəstəliklərin çoxundan da uşağı qoruya bilərsiniz.
Bəs səhər yeməyində nə yeməli?
Səhər yeməyində ümumən karbonhidrat mənbəyi olan çovdar və ya tam taxıllı çörəkləri, meyvə, tərəvəz, protein mənbəyi olan pendir, yumurta, süd və qatığı, yağ qaynağı olan qoz, badam, fındıq, zeytun, təbii mürəbbə və cemlər, bəhməz kimi sağlam qidalar məsləhət görülür. Evdə səhər yeməyini yeməyə vaxtı olmayanlar üçün sendviç, yaxud tost yaxşı seçim ola bilər. Bulka, müxtəlif şirin bişmələr, hamburger kimi qidalardan səhər yeməyində mümkün qədər uzaq durmaq lazımdır.Qəlyanaltı üçün təzə və quru meyvələr, qoz, badam, fındıq kimi yağlı çərəzlər, qutu südlər və ya təbii meyvə şirələri kimi praktik daşına bilən qidalardan istifadə etmək olar. Səhər yeməyi və qəlyanaltıların verildiyi məktəblərdə menyular ailələr tərəfindən yoxlanılmalıdır.
Hazırladı: Günel Əsgərzadə
|
['sağlam həyat tərzi', 'səhər yeməyi']
|
1,132 |
https://kayzen.az/blog/psixologiya/18261/n%C9%99y%C9%99-g%C3%B6r%C9%99-televizora-baxmamal%C4%B1y%C4%B1q.html
|
Nəyə görə televizora baxmamalıyıq?
|
Guilty
|
Psixologiya
|
4 iyun 2015, 21:18
|
Televiziya yaranmağa başlayanda bir çox insanlar bu hadisəni mədəniyyətin inkişafında son addım kimi qiymətləndirirdilər. Mütəxəssislər bu ixtiradan sonra kitabların, teatr və kinonun yox olacağına əmin idilər. Televizorların ekranlarının ölçüsü nəlbəkidən böyük deyildi. O zamandan çox vaxt ötüb keçib. Bugünkü gündə televizorların böyük rəngli ekranları, həcmli səsləri və digər çox saylı tənzimləmələri var. Lakin incəsənətin təxmin edildiyi növləri yoxa çıxmayıb. Bundan savayı, bugünkü gündə televizorlara baxanlar pis zövqün sahibləri hesab edilirlər. Televizora baxmaqdan imtina etmək yüksək mədəniyyətin və intellektin göstəricisi kimi qəbul edilir.Bizim televiziyada nəyin xoşumuza gəlmədiyini və ondan bir dəfəlik imtina etməyin lazım olub olmadığını araşdıraq.Televiziya bizim vaxtımızı alırƏvvəllər tamaşaçılar verilişlərə boş vaxtları olanda baxırdılar. Sonra isə seriallar icad olunur. Və insanlar televizora baxmaqdan boş vaxtları olanda yaşamağa başlayırlar.Televizor bizi kütləşdirirTeleviziyaya uzun müddətli baxanda o, bizim beynimizi məhv edir. Məlumatların passiv şəkildə qəbul edilməsi və onların sadəcə olaraq qavranılması nəticəsində insanların beyin fəaliyyəti demək olar ki, dayanır. Və beləliklə insan bitkiyə dönür. Bu iddianı təsdiq etmək üçün bir sıra linklər təqdim edə bilərik. Lakin televizora uzun müddət baxdıqdan sonra öz halınızı gözünüzün qabağına gətirin. Biz solğun oluruq, fikirlərimiz qarışıq olur, yuxumuz gəlir. Yəni, TV- zombilər.Televiziya bizə pis təsir göstərirMüasir prodüsserlər insanlar üçün qorxu, pul, sevgi macəraları haqqında verilişlərin və filmlərinin daha maraqlı olduqlarını başa düşüblər və insanların bu zəifliklərindən istifadə edirlər. Ekranlarda qorxu filmləri, pul qazanmaq üçün verilişlər, məşhurların şəxsi həyatları haqqında yayımlar üstünlük təşkil edir. Lakin bəzi kanallarda hələ də düşünməyə vadar edən verilişlər qalıb.Televiziya yayımlarının əksəriyyəti bizim həyatımıza pozitivlik qatmırlar, əksinə bizdə alçaq hisslər oyadırlar.Məlumat çoxluğuTeleviziya bizə çox saylı məlumat ötürdüyü üçün bizi passivləşdirir. Televizorlar qarşısında keçirdiyimiz bir günü yada salaq və nəzərdən keçirdək.İlk növbədə biz filmə baxdıq, sonra şouya, sonra reklamlar, xəbərlər və s. Hər bir reklam fasiləsi, xəbərlərin yayımı müxtəlif qısa süjetlərdən, fərqli hadisələrdən ibarətdirlər. Biz bütün bu məlumatları qəbul edirik və bunlar beynimizdə qarışır. Gün ərzində o qədər lazımsız məlumat alırıq ki, artıq faydalı məlumatlara beynimizdə yer qalmır.ReklamlarHəblər, pivə, bank, pivə, qazlı içkilər, həblər, avtomobillər, qəhvə, supermarket, həblər, pivə, Nokia… Və reklamlar beləliklə dairəvi şəkildə davam edirlər.Bəli, bir sıra hallarda reklamlar bizə faydalı ola bilirlər. Lakin əksər kanallarda televiziya yayımının bir saatının 50%-i reklamlara ayrılır. Bir saat yarımlıq filmə baxmaq üçün bizim iki- üç saata yaxın vaxtımız gedir. Hər hansısa veriliş isə gecənin gec saatlarına qədər davam edə bilir.
|
['televiziya', 'reklamlar', 'Tv-zombilər', 'düşüncə']
|
1,133 |
https://kayzen.az/blog/psixologiya/18260/%C3%B6z%C3%BCn%C3%BCz%C9%99-g%C3%BCv%C9%99nirsinizmi.html
|
Özünüzə güvənirsinizmi?
|
kurdamir
|
Psixologiya
|
4 iyun 2015, 12:25
|
Günümüzdə ən çox yayılan problemlərdən biri də özgüvən əksikliyidir. Bu da insanların özləri ilə barışıq olmamalarından digər ailədə olan davranışlardan irəli gəlir. Bunun üçün də öncəliklə Özünüzə sağlam şəkildə hörmət etmənizdir. Bu, qürurlu ya da doğuşdan digər insanlardan daha yaxşı olduğunuz mənasını deyil, özünüzü hörmətə dəyər və qiymətli hiss mənasını verər. Özünüzə istiqamətli hörmətinizi artırmaq üçün bu ipuclarına diqqət yetirməniz lazımdır …
Gerçəkçi olun: Özünüzü digər insanlarla qarşılaştırmayın, əlinizdən gələnin ən yaxşısını etməyə fokuslanın. Ayrıca, “əlinizdən gələn ən yaxşısı” nin nə qədər yatdığınız, yedikləriniz, iş saatlariniz və ictimai əlaqələriniz kimi şərtlərə bağlı olaraq hər gün dəyişdiyini ağılınızda yapış.
Ugurlariniza fokuslanin: Hər günün sonunda nələr edebildiyinizi gözdən keçirin. Irəliləmə qeyd işlər və değerlendirdiğinin fürsətlər üçün özünüzü təqdir edin. Daimi olaraq sağlam risklər almaq özsaygınızın artmasını dəstəkləyir.
Xarici yaşamlar yerinə içinizə fokuslanın: Dünyanın ən bahalı evinə ya da avtomobilinə sahib olacağınıza inanmaq kimi maddiyyətə söykənən, xarici şərtlərin şəkil verdiyi xəyallardan uzaq durun. Özünüzü sahib olduqlarınızla tanımlamayın. Bunun yerinə, öz daxili səsinizin yön verdiyi hədəfinizi təyin edin. Gerçəkdə sizin üçün nə vacibdir? Hansı dəyərlər ürəyinizə yaxın? Bunlara uyğun yaşamağa çalışmaq özsaygınızı artıracaq.
Həyata aktiv olaraq qatılın: Özünüzə hədəflər təyin və hədəflərinizi reallaşdırmaq üçün nizamlı olaraq addım atın. Qrup çalışması güclü bir sinerji yaradır, ancaq əsla birinin bütün vəzifəsi boynuna götürməsini gözləməyin. Strateji düşünün və gücünüzün çatacağı şeyləri edin.
Oz baxımınıza zaman ayırın: Siz, özünüzü sevəcək və nazıyla oynayacaq qədər qiymətlisiniz. İlk olaraq buna inanın. İkincisi, sağlamlığınıza diqqət edin, sağlam bəslənin, kifayət qədər yatın, nizamlı olaraq məşq edin və istirahət üçün zaman ayırın.ehtiyaclarinizi saglam şəkildə tələbata uyğun qarşılayın: Burada məqsəd hədəfinizə kimsəyə zərər vermədən və ya ideal olaraq, bu müddətdə digər insanlara da fayda təmin çatmanızı. İlk olaraq nəyə ehtiyacınız olduğunu təyin edin, sonra da bu ehtiyacınızı qarşılamaq üçün mövcud olan variantları tanımlayın. Hər ehtiyacınız olanı əldə edə bilməsək belə, özsaygınızı artıracaq şəkildə hərəkət etmiş olacaqsınız.
Mənbə: «Düşüncə» Psixalogiya jurnalı
Validə Abbasova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
pcc.az
|
['psixalogiya', 'özünüzə güvənirsinizmi']
|
1,134 |
https://kayzen.az/blog/edebiyyat/16993/m%C3%BC%C4%9F%C9%99nni-jozefina-%7C-frans-kafka.html
|
Müğənni Jozefina | Frans Kafka
|
Apollon
|
Ədəbiyyat
|
1 iyun 2015, 20:16
|
Bizim müğənninin adı Jozefinadır. Kim ona qulaq asmayıbsa, deməli, oxumağın qüdrətindən xəbəri yoxdur. Onun sənətinə qarşı laqeyd adam tapmaq çətindir, xüsusən də nəzərə almalıyıq ki, bizim camaat musiqini xoşlamır. Bizim camaatdan ötrü ən yaxşı musiqi əmin-amanlıq və rahatlıqdır: bizim günümüz-güzəranımız çox ağırdı, aradabir gündəlik həyatın qayğılarından azad olmağa çalışırıqsa, bizi musiqi kimi uzaq bir aləm çox az cəlb edir.
Bunun bizi dilxor elədiyini də demək olmaz, qətiyyən: biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk, yeri gəlmişkən, bunlar bizə hədsiz dərəcədə lazımdı, musiqinin verə biləcəyi nəşə – buna güman azdı – bizi yoldan çıxartsa belə bu məhrumiyyətlə də başqa məhrumiyyətlər kimi təbəssümlə barışardıq. Jozefina bizim aramızda istisnadı; o, həm musiqini sevir, həm də ifa etməyi bacarır; Jozefina belə Jozefinadı; onun yoxluğu ilə musiqi Allah bilir, həyatımızdan nə vaxta kimi qeybə çəkiləcək.Mən musiqiyə belə münasibətimizi başa düşməyə dəfələrlə cəhd göstərmişəm. Axı biz musiqi duyumundan büsbütün məhrumuq; elə isə Jozefinanın oxumasını niyə anlayırıq. Yaxud da – Jozefinanın özü bunu qətiyyətlə inkar edir – niyə onun anlaşıqlı olduğunu hesab edirik? Ən asanı belə demək olardı: guya onun ifası elə məftunedici ki, küt adamı da cəlb edir, amma belə cavab bizi qane edə bilməz.
Belə olsaydı, Jozefinanın oxumağı bizə qeyri-adi təsir göstərərdi, sanki onun boğazından gözəl, indiyəcən eşidilməmiş səslər axıb tökülür, sanki Jozefinanın oxumağı bizi həmin səslərə doğmalaşdırmasaydı, bizim üçün həyatda onları qavramaq da çətin olardı. Əslində belə bir şey yoxdu: mən özüm belə hissi yaşamamışam və başqalarında da diqqətimi cəlb etməyibdi. Əksinə, biz öz aramızda oxumaq kimi Jozefinanın oxumağının çox da dəyərli olmadığını bir-birimizdən gizlətmirik.Ümumiyyətlə, bunu oxumaq adlandırmaq olarmı? Biz musiqiçi camaat olmasaq da, oxumaq əsrlərin ənənəsi kimi xalq yaddaşında yaşayır; qədimlərdə bizdə oxumaq olubdu; bundan əfsanələr də danışlır; mahnıların mətni də qalıbdı; amma bu mahnıları heç kim oxuya bilmir. Beləliklə də, oxumaq nədir anlayışı bizə yad deyil, amma Jozefinanın oxumağı qətiyyən buna uyğun gəlmir. Bir də ki, bunu oxumaq adlandırmaq olarmı? Bu, sadəcə olaraq ciyilti deyilmi? Doğrudur, biz hamımız ciyildəyirik və ciyildəmək bizim təbii istedadımızdı, hətta istedadımız da deyil, özümüzü ifadəmizdi. Bizim hamımız ciyildəyirik, amma heç birimizin ağlına gəlmir ki, ciyiltimizi sənət yerinə sırıyaq, biz düşünüb – daşınmadan, dərinə varmadan ciyildəyirik, çoxlarının yatsa yuxusuna da girməz ki, ciyildəmək bizim istedadımızdır. Əgər Jozefinanın oxuduğunu yox, ciyildədiyini və məncə, başqalarından heç də yaxşı ciyildəmədiyini həqiqət kimi qəbul etsək – Jozefina hətta səsinin gücünə görə çoxlarına uduzur, yadınıza salım ki, adi rəncbər ağır iş görə-görə ağına-bozuna baxmadan səhərdən axşama necə ciyildəyir – bunu həqiqət kimi qəbul etsək, Jozefinanın güman olunan sənətindən heç nə qalmayacaq; amma belə bir müəmmalı sual ortaya çıxacaq: eləsə onun dinləyicilərə qeyri-adi təsirini nə ilə izah etmək olar?Əlbəttə, burada məsələ təkcə ciyildəməkdə deyil. Bir az uzaqda dayanın və qulaq asın, yaxud da bir halda ki, başlamısınız, onun səsini ümumi hay-küyün içindən seçməyə çalışın və siz adi ciyiltidən başqa heç nə eşitməycəksiniz. Uzaqbaşı Jozefinanın səsi başqalarının səsindən zəif və quru eşidiləcək. Amma onunla üzbəüz dayansanız, onun oxumağı sizə artıq təkcə ciyilti təsiri bağışlamayacaq: onun sənətini qiymətləndirmək üçün qulaq asmaq azdı, həm də özünü görmək lazımdı. Yəqin ki, siz lap adi ciyilti eşidəcəksiniz, eybi yoxdu, qeyri-adilik burasındadır ki, kimsə hansısa adi bir şeyi görməyə hazırlaşdığı halda, möhtəşəm poza alır. Qoz sındırmaq, Allah bilir, hansı sənətdi, çətin ki, kimsə camaatı bir yerə yığıb, onları əyləndirmək üçün qoz sındırmağa ürək eləsin. Kimsə bunu qəflətən edərdi və böyük gurultu qopardardı, doğrudur, biz də onun uğurunun səbəbini kənarda axtarardıq. Təsadüf elə gətirərdi ki, onun bu hoqqası hamının xoşuna gələrdi, bundan belə bir nəticə hasil olur ki, biz bu sənətin fərqinə varmamışıq, çünki uşaqlıqdan bu sənəti yaxşı mənimsəmişik, yalnız bizim bu qoz sındıranımız gözümüzü açdı, bu sənətin əsil mahiyyətini bizə göstərərdi. Digər tərəfdən, əgər o, ortabab qoz sındırandırsa və biz istənilən birimiz bu sənət sahəsində ondan üstünüksə, bu. Ancaq sənətin özünün xeyrinədir.Eyni hal, görünür, Jozefinanın oxuması ilə bağlıdı: biz özümüzdə laqeyd qaldığımıza Jozefinada heyran kəsilirik və bu məsələdə Jozefina bizimlə tam razıdı. Bir dəfə mən iştirak elədiyim məclisdə kimsə mümkün dərəcədə nəzakətlə ciyildəməyin xalq arasında məşhur olması haqqında onunla hamıya bəlli bir məsələ kimi söhbət elədi. Jozefinaya bu da bəs idi. Məşhur müğənnimizin təkəbbürlə və iyrəncliklə özünü necə əzib-büzdüyünü görəydiniz! Sir-sifətdən əsil zəriflik mücəssəməsi idi, amma bu məqamda mənə bayağı göründü; doğrudu, Jozefina tez ayıldı və özünəməxsus taktla səhvini düzəltməyə çalışdı. Bunun özü bir daha göstərir ki, Jozefina oxumağı ilə ciyildəmək arasında müəyyən əlaqə olduğu fikrindən çox uzaqdır. Başqa fikirdə olanları müğənninin gözü götürmür, hətta, güman ki, daxilən onlara nifrət edir. Amma indiki məqamda onu adi şöhrət azarı danışdırmır – axı mənim özümün də daxil olduğum müxalifət onun heyranıdı; amma Jozefina heyranlıqla kifayətlənmir – adi heyranlıq onun üçün azdı; zəhmət olmasa, pərəstiş edin! Tamaşaçıların arasında oturub ona baxanda, siz bunları başa düşürsünüz; yalnız bizim məşhur müğənnidən uzaqda dayanmaqla müxalifətdə durmaq olar; amma tamaşaçıların arasında oturmaqla siz etiraf eləməyə hazırsınız ki, onun ciyildəməyi heç də ciyildəmək deyilmiş.Bir halda ki, ciyildəmək bizim üçün təzə şey deyilmiş və necə ciyildəməyimizi özümüz də hiss eləmirik, belə fikirləşmək təbii olardı ki, Jozefinanın tamaşaçılarının arasında da ciyilti var. Axı onun sənəti bizi sevindirir, bizsə sevinə-sevinə ciyildəyirik. Amma Jozefinanın dinləyiciləri ciyildəmirlər, onlar süpürgə arxasındakı siçan kimi gizlənib otururlar; fikirləşmək olar ki, biz arzuladığımız sakitliyə nail olmuşuq və öz fitimizlə onu hürkütməyə qorxuruq. Bu konsertlərdə bizi daha çox nə cəlb edir – Jozefinanın oxumasını, yoxsa onun səsinin hiss olunmayacaq dərəcədə pozduğu təntənəli sükutmu? Bir dəfə yelbeyin siçan təsadüfən Jozefinanın oxumağını eşidib, onun səsinə səs verdi. Bu ciyilti də Jozefinanın bizi nəşələndirdiyi ciyiltinin eyni idi, ətalətə baxmayaraq, səhnədə müəyyən təmkin olsa da, dinləyicilər uşaqcasına fədakarlıqla ciyildəyirdilər; bütövlükdə heç bir fərq yox idi; bununla belə, yazıq – siçanın yerə girməyə hazır olduğuna baxmayaraq, biz sükutu pozanı fitə basdıq, Jozefina isə qələbə himninə başladı; o, cuşa gəlib qollarını daha geniş açdı və gözəl boynu imkan versəydi, başını geriyə daha çox atardı.Həmişə belədi: ən xırda şeylərdən, hər cüzi təsadüflərdən, istənilən maneçilikdən, parketin cırıltısından, dişlərin xırçıltısından, işıqlandırmanın pozuntusundan, bir sözlə, istənilən çətinliklərdən Jozefina oxumağına maraq oyatmaq üçün istifadə edir; axı o, belə güman edir ki, ona karlar qulaq asırlae; doğrudu, təkrar-təkrar səhnəyə qaytarılması və alqışlar baxımından onun gileylənməyə haqqı yoxdu, amma həqiqi başa düşülməyi guya tapa bilmir və buna olan ümidini çoxdan itirib. Buna görə də Jozefina hər bir əngəli alqışlarla qarşılayır; axı xarici aləmdə ifası ilə uyğun gəlməyən şeylərin öhdəsindən o, dava-şavasız, yalnız adicə qarşıdurma gücünə gəlir və bütün bunlar dinləyiciləri hərəkətə gətirməyə, anlamağı təlqin edə bilməsə də, onun sənətinə həssas hörmət oyatmaqla kömək edir. Bir halda ki, Jozefina ən xırda şeylərdən öz xeyrinə istifadə edir, bu cür şeylərdən heç danışmağa dəyməz! Bizim həyatımız təşvişlərlə doludu, hər gün özü ilə gözlənilməzliyini, qorxusunu, ümidini və dilxorçuluğunu gətirir, əgər gecə və gündüzün hər bir anında dostlarımızın köməyini hiss eləməsydik, bizim heç birimiz bu sınağa tab gətirə bilməzdik; hətta bu köməyi hiss etməkdə də biz bəzən çətinlik çəkirik; bir də görürsən ki, əslində bir nəfər üçün nəzərdə tutulmuş yükün ağırlığından minlərlə çiyin haldan düşür. Məhz belə vaxtlarda Jozefina vaxtının gəlib çatdığını hesab edir. Budur, bu zərif sizin qarşınızdadı və mahnı oxuyur: döşləri qarnından yuxarı əsim-əsim əsir, sanki Jozefina var gücünü mahnıya verir, oxumağında iştirak etməyən hər şeyi isə heysizləşib, tam tükənib, sanki müğənni çılçılpaqdı, bütövlükdə stixiyanın hökmünə və xeyirxah ruhların himayəsinə verilib, özünü bütün varlığı ilə oxumağa verdiyi məqamda küləyin ilk soyuq mehi onu öldürə bilər. Müğənnini haldan çıxmış gördükdə biz – onun xəyali rəqibləri deyirik: “Jozefina heç əməlli-başlı ciyildəyə də bilmir: hər bir adamın ciyildəyə biləcəyi kimi ciyildəmək üçün – oxumaq üçün yox, oxumaq nədi! – özünü belə zora salmağa dəyməz.” Bizim ilk və qaçılmaz təəssüratımız belə idi, amma deyildiyi kimi, ilk təəssürat keçicidi, tezliklə küləyə hakim kəsilən hiss bizə də sirayət edir: bir-birimizə qısılıb, onun hər həniri ilə isinib nəfəsimizi dərmədən qulaq asırıq.Daimi hərəkətdə olan, qeyri-müəyyən məqsədlə irəli-geri qaçan bu kütləni yığmaq üçün Jozefinanın başını geri atması və gözlərini axıtması – bir sözlə, oxumağa hazırlaşdığını göstərən poza alması kifayətdi. Bundan ötrü istənilən yer yarayar, onu hətta səhnə də lazım deyil, onu təsadüfü seçilmiş ilk yer də qane edir. Jozefinanın oxuyacağı haqqında xəbər bir andaca hər tərəfə yayılır və camaat tökülüşüb gəlir. Bəzən maeələr ortaya çıxır, Jozefina narahat vaxtlarda çıxış etməyi xoşlayır, belə vaxtlar hərə öz ehtiyacı və qayğısı ilə yaşayır, hərə öz işinin dalınca düşür, hətta istəsək belə, Jozefinanın ürəyindən keçən tezliklə yığışa bilmirdik, bəzən o, xalq yığılana kimi özünün möhtəşəm pozasında dayanıb durur; aydındır ki, müğənni hiddətlənir, ayağını yerə döyür, qıza yaraşmayan söyüşlər işlədir və hətta dişləyir. Amma belə davranış da onun məşhurluğuna xələl gətirmir; tamaşaçılar müğənninin ifrat tələblərinin qarşısını almaq əvəzinə, onu təmin etməyə çalışır: hər tərəfə çapar göndərirlər (əlbəttə, Jozefinadan xəbərsiz) ki, çox dinləyici toplasınlar; yollar boyunca məntəqələr qoyurlar ki, gecikənləri tələsdirsinlər; kifayət qədər adam yığışmayana kimi bütün bunlar davam edir. Hamını Jozefinaya yarınmağa kim məcbur edir? Bu suala cavab vermək Jozefinanın oxumağı ilə bağlı suala cavab vermək qədər çətindi, bunlar bir-biri ilə bağlıdır. Əgər oxumağı naminə xalqın Jozefinaya qeyd-şərtsiz sədaqətli olduğunu təsdiq etmək mümkün olsaydı, ikinci tərəflə birləşdirib birinci tərəfi atmaq mümkün idi. Amma bu barədə söhbət də gedə bilməz. Bizim camaat heç kəsə qeyd-şərtsiz sədaqətli deyil, özünün qərəzsiz bicliyini, özünün uşaqvari şirin söhbətini, özünün günahsız boşboğazlığını – təki dil işləsin – çox istəyən xalq qeyd-şərtsiz sədaqətliliyə qadir deyil və Jozefina bunu hiss edir, özünün zəif boğazına yazığı gəlmədən buna qarşı mübarizə aparır.Təbii ki, belə ümumi təsdiq bizi uzağa apara bilər, hər halda xalq qeydsiz-şərtsiz olmasa da, Jozefina sədaqətlidi. Məsələn, xalq heç vaxt Jozefinaya gülməz, halbuki Jozefinada gülməyə layiq cəhətlər var, xüsusən nəzərə almaq lazımdır ki, gülüş bizim arzulanan qonağımızdır; ehtiyatımıza baxmayaraq, bizim özümüz özümüzə gülürük, amma Jozefinaya gülmürük. Bəzən mənə elə gəlir ki, xalq Jozefinanı zəif, köməksiz, müəyyən mənada qeyri-adi məxluq (onun nəzərində qeyri-adi müğənni) – qayğısı ona etibar edilmiş məxluq kimi qəbul edir; bu təsəvvürün xalqda haradan yarandığını demək çətindir, sadəcə olaraq faktı qeyd etmək mümkündü. Amma sənə etibar edilənə gülməzsən, ona gülsən, deməli, öz borcunu tapdalamış olarsan; bizim ən yaman adamlarımız bircə bunu deməyə qadirdilər: “Biz onu görəndə, gülüş dodaqlarımızda donub qalır”. Xalq, ata uşağının qayğısına qalan kimi Jozefınanın qayğısım çəkir; ıışaq ol açır, nəsə İstəyir, ya da ki, nəsə tələb edir. Güman eləmək təbii olardı ki, belə borc bizim xalqın əxlaqına yaddı, amma öz borcunu nümunəvi şəkildə yerinə yetirir, ən azı indiki halda. Bütövlükdə xalqın qadir olduğuna bizim ayrı-ayrılıqda gücümüz çatmaz. Təbii ki, imkanlar da ölçüyəgəlməzdir: xalqın öz yetirməsini həniri ilə isitməsi kifayətdir ki, o, özünü etibarlı müdafiədə hesab etsin. Bu barədə Jozefina ilə danışmamaq daha yaxşıdı. Jozefina; “Mənə sizin müdafiəniz lazım deyil” deyir.
Biz isə öz-özümüzdə fikirləşirik: “Baxaq görək, bizsiz sən nə oxuyacaqsan.” Yeri gəlmişkən, bu, heç etiraz da deyil, əslində bu, uşaq dəlisovluğu və uşaq nankorluğudur; adətən, ata belə şıltaqlıqları qulaqardına vurur. Amma burada Jozefina ilə xalq arasında belə qarşılıqlı əlaqəyə çox pis uyuşan nəsə ortaya çıxır. Sən demə, Jozefina başqa fikirdəymiş, müğənni belə hesab edir ki, xalq onu yox, o xalqı müdafiə edir. Guya onun oxuması xalqı hər cür siyasi vo iqtisadi çətinliklərdən xilas edir – onun belə hökmü varmış, əgər çətinlikləri aradan qaldırmırsa da, ən azı onlara dözməyə güc verir.
Doğrudur, Jozefina bunu açıq-aşkar, bu və ya digər sözlərlə demir, ümumiyyətlə, – o çox şey deyə bilər, bizim naqqalların tayı deyil, amma bunu onun işıldayan gözləri, sıxılmış dişləri ifadə edir – bizdə çox az adam dilini dinc qoya bilir, amma Jozefina bunu bacarır. Hər dəfə xoşagəlməz xəbər eşidəndə, bəzən belə xəbərlərdən — o cümlədən yalan və yoxlanılmamış xəbərlər üstümüzə torbadan tökülən kimi tökülür -Jozefina dik atılır, tufanın yaxınlaşdığını duyan çoban kimi boynunu uzadıb həmməzhəblərini nəzərdən keçirir. Bəzən inadkar, ərkəsöyün uşaqlar çərənçi tələblər irəli sürürlər; Jozefınanın tələbləri hər halda əsaslandırılmış tələblərdi. Şübhəsiz, Jozefina bizi xilas etmir və bizə güc vermir; ən asanı özünü bizim xalq kimi xalqm – həddindən artıq dözümlü, özünə qarşı amansız, qərarında ehtiyatsız, ölümün gözünə soyuqqanlıqla baxan və mövcud otmaq məcburiyyətində qaldığı ağılsız şücaət şəraitindəki ağciyər, cəsarətli olduğu qədər də məhsuldar bir xalqın – mən deyərdim ki, ən asanı öz gücünə özünü fəlakətdən xilas edən, hətta tarixçinin – biz tarixlə çox az maraqlanırıq – başının tükləri biz-biz duran qurbanlar hesabına çıxardan belə xalqm sonradan xilaskarı elan etməkdir.
Bu da düzdü ki, biz sınaq illərində Jozefinanın konsertinə daha çox can atırıq. Yaxınlaşan təhlükə ilə əlaqədar biz itaətkarlaşırıq, sakitləşirik və adi vaxtlarla müqayisədə Jozefinanın hökmlü şakərlərinə itaətkarcasına dözürük: biz həvəslə bir yerə toplaşırıq və bizə əzab verən məsələlərdən bir anlığa ayrılıb, bu dostanə tünlükdə dincəlirik; biz sanki döyüş qabağı sonuncu dəfə tələsirik – axı vaxt gözləmir, Jozefina bunu çox vaxt unudur – tələsirik ki, birlikdə dünya kubokunu udaq. Bu, konsertdən daha çox xalq yığıncağıdı, özü də elə bir yığıncaqdı ki, tribunadan zorla qulaq çalan ciyiltidən başqa heç nə eşidilmir: bu saat bizim üçün elə əzizdi ki, mənasız naqqallığa sərf edə bilmərik. Əlbəttə, belə rol Jozefinanı təmin edə bilməzdi. Doğrudur, cəmiyyətdəki qeyri-müəyyən mövqeyinin doğurduğu yüksək vasvasılığının nəticəsində bir çox şeylər Jozefınanın nəzərindən yayınır, çünki şübhələr onu kor edib, bir çox şeyləri isə görməməyə meyillidi, bu işdə yaltaqlar sürüsü ona kömək edir, bununla da onlar bizim marağımız naminə çalışırlar; amma elə-belə, tək-tənha, yersiz olaraq oxumaq – belə xırda şey üçün, hərçənd ki, buna xırda şey də demək olmaz, Jozefina öz sənətini havaya sovurmaz. Amma Jozefina sənətini havaya sovurmaz, onun sənəti hər halda tanınır və qəbul olunur. Hərçənd ki, bizim fikrimiz-zikrimiz başqa yeıdədi və ancaq onu yaxşı eşitmək üçün sakitcə oturmamışıq – hətta kimsə gözünü qonşusunun xəzli yaxalığına dikmişdi və başını qaldırmırdı, belə çıxırdı ki, sanki Jozefina yuxanda nahaqdan cəh-cəh vurur – hər halda onun ciyiltisi müəyyən mənada bizə çatırdı. Bütün ağızların sükutla bağlandığı yerdə göylərə yüksələn ciyilti bizə -ayrı-ayrılıqda hər birimizə ünvanlanmış xalqın səsi təsir bağışlayır; bu ağır məqamda Jozefinanın zəif səsi düşmən dünyanın qarışıqlığında itib-batmış xalqımızın acınacaqlı taleyini xatırladır. Jozefina özünü təsdiq edir – özünü təsdiq edən və qəlbimizə yol tapan nə səsdi, nə də sənət, bu barədə fikirləşmək bizim köməyimizə gəlir. Bizim aramızdan əsil müğənni çıxsaydı, belə bir vaxtda biz ona qulaq asmazdıq, belə çıxışı biz cəfəngiyat kimi yekdilliklə rədd edərdik. Bizi ona qulaq asmağımızın mahiyyət etibarı ilə onun oxumağının xeyrinə olmadığım Jozefinanın bilməsi – Allah eləməsin – lazım deyil, Doğrudu, bəzi məsələlər ona çatır, yoxsa, ehtirasla bizim ona qulaq asmadığımızı israr etməzdi, ancaq burası da var ki, bu, çıxışını davam etdirməyə və ciyildəyə-ciyildəyə gümanlarını unutmağa mane olmur.Jozefinanın xeyrinə bir səbəb də var: hər halda biz bu və ya digər dərəcədə ona qulaq asırıq, hətta əsil müğənniyə qulaq asan kimi qulaq asırıq; özü də bu vaxt Jozefina bizdə elə təəssürat oyadır ki, məharətli müğənni nə qədər əlləşib-çalışsa da, belə təəssüratı oyada bilməz və bu təəssürat məhz onun bacarığının və səs vasitələrinin kifayət dərəcədə olmadığından asılıdır. Bu isə ilk növbədə həyat şəraitimizlə izah olunur.Bizim xalqın yeniyetməliyi olmayıb, gödək ömürlü uşaqlığı olub. Bəzən belə tələblər irəli sürülür ki, uşaqlara sərbəstlik vermək, onları qayğı və diqqətlə əhatə etmək, onların qayğısız yaşamaq, gülmək, oynamaq hüququnu təkcə etiraf yox, həm də həyata keçirmək lazımdı; belə tələbləri tez-tez eşidirsən və çətin ki, bu tələblərə etiraz edən tapılsın, bu tələblərə etiraz etmək, həqiqətən, qeyri-mümkündü, amma onları bizim şəraitimizdə həyata keçirmək də qeyri-mümkündü; biz yekdilliklə bu tələbləri müdafiə edirik, hətta təşəbbüs də göstəririk, amma dönüb baxmağa macal tapmamış hər şey köhnə qaydasına düşür. Bizim şəraitimiz elədi ki, uşaq yeriyər-yeriməz və işıqlı dünyadan baş çıxardar-çıxartmaz yaşlılar kimi özünün qayğısını çəkinək zorundadı. Biz özümüzə ruzi əldə etmək üçün dağınıq, hər tərəfdən saysız-hesabsız düşmən əhatə edən və ən gözlənilməz təhlükələr güdən geniş ərazidə yaşamağa məcburuq; biz öz uşaqlarımızı yaşamaq uğrunda gündəlik mübarizəyə cəlb edə bilmərik, çünki bu, onları fəlakətə aparardı. Belə kədərli səbəblə yanaşı xoş səbəb də var: bu da ki bizim qəbiləyə xas törəmə məhsuldarlığıdı: bizim bir nəsil digərini qarşısıalınmaz şəkildə sıxışdırır və bu nəsillərin hər biri sayca elə çoxdu ki, uşaqların uşaq kimi qalmağa vaxtı yoxdu. Başqa xalqlar öz gənclərini qayğı ilə böyüdür, onların məktəbləri var, hər gün həmin məktəbdən dəstə-dəstə uşaq axışır – onlar xalqların gələcəyidi, günlər keçir, uşaqlarsa həmin uşaqlar kimi qalır, onların tərkibi uzun müddət dəyişmir. Bizimsə məktəbimiz yoxdu, əvəzində xalqın içindən qısa müddət ərzində çoxlu uşaq axını üzə çıxır: baxın görün onlar sevinc içində necə cırıldaşır və zingildəşirlər, çünki hələ əməli-başlı ciyildəməyi bacarmırlar; üzüaşağı, bəzən də kəlləmayaq, arxadan sıxışdırılanların təzyiqi ilə necə diyirlənirlər, çünki hələ yeriməyi bacarmırlar; kor kimi hər şeyi arxalarınca necə aparırlar, çünki gözləri hələ görmür, – bizim uşaqlar! Amma həmin məktəblərdəki uşaqlar kimi deyillər – günlər keçir, uşaqlarsa həmin uşaqlar kimi qalırlar – yox, bütün vaxtı, fasiləsiz, nəhayətsiz başqadılar; uşaq dünyaya gələr-gəlməz onu arxadan bu çoxluqda, bu tələsiklikdə seçilməyən, səadətdən çəhrayılaşmış yeni, qəşəng uşaq sifəti sıxışdırır. Bütün bunlar nə qədər qəşəng olsa da, başqa xalqlar bizə nə qədər həsəd aparsalar da, biz təbii ki, öz körpələrimizə əsil uşaqlıq verə bilmirik. Bu isə qaçılmaz nəticələrə aparıb çıxardır. Yaşanmamış uşaqlığımız bizi yaşlı vaxtlarımızda da tərk etmir; özümüzdə olan yaxşı cəhətlərin əksinə – bizim etibarlı, – praktiki dərrakəmizin – biz bəzən özümüzü heyrətamiz dərəcədə pis, uşaqlar kimi aparırıq – ağılsız, israfçı, dəmdəməki, alicənab oluruq və bütün bunları boş əyləncə naminə mənasızcasına və səbəbsiz edirik. Bunun bizə verdiyi sevinc qiymətli uşaq sevinci ilə müqayisəyə gəlməsə də, eyni hal bizim üçün də səciyyəvidi, Jozefina da dinləyicilərini məhz xalqdakı bu uşaq keyfiyyətinə səsləyir.Bizdə gecikmiş uşaqlıq vaxtından əvvəl saralmaqla uyuşur -bizim uşaqlığımız və qocalığımız başqa xalqlarda olduğu kimi deyil. Biz cavanlıq nə olduğunu bilmirik, bir andaca yetişirik və uzanan yetkinlik bizim həyatsevər, ümumiyyətlə, yaşamağa qabil naturamıza yorğunluğun və ümidsizliyin hiss edilən möhürünü vurur; bəlkə də, musiqini sevməməyimiz bundan irəli gəlir; biz musiqi üçün çox qocayıq, musiqi ilə bağlı həyəcanlar, bütün bu coşqunluqlar və ruh yüksəklikləri bizdən ötrü ağırdı. Biz yorğun-arğın musiqini başdan edirik; özümüzü ciyildəməklə elə belə məhdudlaşdırmamışıq; təsadüfdən təsadüfə yüngülvari ciyildəmək — bizə ancaq bunlar lazımdı. Çox güman ki, bizim aramızdan da istedadlı musiqiçilər çıxır, amma bizim təbiətimiz elədi ki, onlar özlərini göstərməmiş qaçılmaz şəkildə səsləri batır.Ürəyi istədiyi qədər oxumağı və ya ciyildəməyi — özü necə istəyir elə adlandırsın – biz Jozefınaya qadağan etmirik – onun ciyildəməyi bizə mane olmur, ürəyimizcədi, biz onu qəbul eləyirik, onun ciyildəməsində müəyyən musiqi elementi varsa da, hiss olunmayacaq dərəcədədi; beləliklə, müəyyən musiqi ənənəsi qorunub saxlanılır, amma bu ənənə bizə qətiyyən əziyyət vermir.Jozefina isə bu özünəməxsus xalqa musiqidən artıq nəsə verir. Onun konsertlərində, xüsusən ağır vaxtlarda keçən konsertlərində incə sütül cavanlar müğənniyə maraq göstərirlər, bizim yalnız yeniyetmələrimiz heyrətlə Jozefınanın dodaqlarını necə büzməsinə, sədəf kimi qabaq dişlərinin arasından havanı necə üfürməsinə, öz ruladasından ehtizaza gəlib leş kimi yerə necə sərilməsinə və bundan yeni, daha anlaşılmaz ruh yüksəkliyi qazanmaq naminə hazırlaşmaq üçün necə istifadə etməsinə baxırlar. Dinləyicilərin böyük əksəriyyəti isə göründüyü kimi, özünə qapılır, Döyüş arası bu yığcam fasilədə xalq şirin xəyala dalır; elə bil hər biri yorğun əzələlərinə dinclik verir, sanki itaətkar zəhmətkeşə uzun fasilədən sonra geniş və isti yataqda istədiyi qədər uzanıb nazlanmağa imkan verilib, xalqın şirin xəyalına ən azı Jozefinanın ciyiltisi qarışır; qoy müğənni bunu trel adlandırsın, bizsə cınltı adlandıraq, bunun əhəmiyyəti yoxdu, əsas məsələ budu ki, burada o, heç yerdə olmayan kimi yerindədi, musiqiyə nadir hallarda yerinə və vaxtında çatmaq xoşbəxtliyi nəsib olur. Bu musiqi nədəsə xalqa qısa, yoxsul uşaqlığını, itirilmiş, gedər-gəlməz xoşbəxtliyini xatırladır, eyni zamanda bu musiqidə indiki fəal həyatdan, onun xırda, inadkar, dərkedilməz, məhvedilməz nikbinliyindən nəsə var. Bütün bunlar gurultulu, uğultulu səslə yox, astadan, etibarlı pıçıltı, bəzən də xırıltılı səslə bəyan edilir. Təbii ki, bu ciyiltidi. Başqa cür necə ola bilər? Axı ciyilti bizim xalqın dilidi, bəzən biri ömrü boyu ciyildəyir, amma ciyildədiyini bilmir, indiki halında ciyilti gündəlik həyatın buxovlarından azaddır və bizi də qısa müddətə azad edir. Jozefinanın çıxışlarının bizi belə cəlb etməsi təəccüblü deyil və biz onun çıxışlarını buraxmamağa çalışırıq.Amma Jozefinanın guya belə anlarda bizə yeni güc verdiyini deməsi və s. həqiqətdən uzaqdı. Mən sadə adamlardan danışıram, Jozefinanın yaltaqlarından yox. “Bəs necə! – onlar Özlərinə məxsus sırtıq inamla deyirlər. – Elə isə, tamaşaçı axınını, xüsusən də bizi təhlükə gözləyən vaxtlarda zalın adamla dolmasını necə izah edərsiniz? Məgər onun konsertinin şöhrəti zəruri ölçü götürməyimizə azmı maneçilik törədib!” Təəssüf ki, sonuncu fikir Jozefınaya başucalığı gətirməsə də, doğrudu, xüsusan də nəzərə almaq lazımdı ki, belə toplantılar düşmən tərəfindən qəflətən dağıdılanda və bizimkilərin çoxu həyatım qurban verəndə, onların qurban getmələrinin günahkarı, bəlkə də, ciyiltisi ilə düşməni tovlayan, amma həmişə ən təhlükəsiz yer seçən Jozefina məiyyətlərinin müdafiəsi altmda tələm-tələsik aradan çıxmaq üçün bundan istifadə edir, heç kəs üçün sirr deyil ki, biz əvvəlki kimi indinin özündə də harada və nə vaxt çıxış etməsindən asılı olmayaraq, onun konsertinə axışırıq. Buradan belə nəticə çıxır ki, Jozefina bizdə qanundan yüksəkdə durur, hətta ümumi təhlükəsizliyimizin ziyanına olsa belə, onun ürəyi istəyəni eləməyə icazəsi var, hər şeyi ona bağışlamaq olar. Belə olsaydı, Jozefinanın iddiaçılarını başa düşmək olardı: xalqın ona bəxş etdiyi azadlıqda, bu qeyri-adi, başqaları üçün ağlasığmaz, mövcud qanunlarla uyuşmayan halda belə bir etiraf yerinə düşərdi ki, Jozefinanın özünün də yorulmadan təkrarladığı kimi, xalq onu başa düşmür; xalq yalnız onun səsindən kömoksizcəsinə vəcdə gəlir və özünü ona layiq saymadığından bu incikliyin əvəzini eşidilib-görünməmiş payla çıxmaq istəyir: Jozefinamn sənəti onun anlama qabiliyyətindən üstün olduğu kimi, xalq da bu xanımı özünün nəzarətindən və hökmündən kənarda saxlamaq istəyir. Amma bunu heç yada salan da yoxdu: ola bilsin ki, xalq hansı məsolədəsə Jozefinaya təslim olur, amma xalq heç kəsə qeydsiz-şərtsiz təslim olmur, o cümlədən Jozefinaya.Lap əvvəllərdən, təxminən özünün müğənnilik kariyerasının başlanğıcından Jozefina çalışır ki, oxumağına qarşı yönəlmiş diqqət onu hər cür işdən azad etsin, qoy onu ruzi qayğısından, yaşamaq uğrunda mübarizə ilə bağlı bütün məsələlərdən xilas etsin. Qoy etsin! Görünür, onun əvəzinə xalq işləyir. Belə tələbin və ovqatın qeyri-adiliyindən sınmış belə tələbi başa düşməyə qadir, coşqun və həssas şəxsiyyətlər – belələri bizdə də olub – çox güman ki, bunu qanuni saya bilərdilər. Xalq isə əvvəlki xalq deyil – xalq müəyyən nəticəyə gəlir və sakitcə bu tələbləri qulaqardına vurur. Xalq özünü hətta Jozefinanın dəlillərini təkzib etmək əziyyətinə də salmır. Məsələn, Jozefina sübut edir ki, işlə bağlı gərginlik onun səsinə ziyandı; oxumaqdan yorucu olmayan iş hətta konsertdən konsertə dincəlmək və yeni konsertə hazırlaşmaq imkanını əlindən alır – bütün bunların hamısı bir yerdə onu taqətdən salır və istedadının genişlənməsinə aman vermir. Xalq bütün bunları eşidir, amma maraq göstərmir. Bəzən xalq elə sərtliklə etirazını bildirir ki, hətta Jozefina da karıxıb qalır; müğənni sanki təslim olur, tələb olunan kimi işləyir, bacardığı kimi oxuyur, amma çox dözə bilmir – bir də görürsən ki, Jozefina yeni güclə mübarizəyə başlayır, görünür, bu sahədə onun gücü tükənməzdi.Belə məlum olur ki, Jozefinaya əslində öz sözlərinə görə, iddiasında olduğu da lazım deyil. Ağıllı bir insan kimi müğənni işdən boyun qaçırtmır, bizim camaat tənbəllər haqqında heç nə eşitməyib; Jozefina hətta istəyinə çatsaydı da, həyat tərzini dəyişməzdi, iş onun oxumağına mane olmazdı, eyni zamanda indi oxuduğundan yaxşı oxumazdı; ona yalnız sənətinin şübhə doğurmayan, əbədi əhəmiyyətinin etiraf olunması lazımdı, elə etiraf ki, indiyəcən mövcud olan etirafların hamısını bu mənada ölçüyəgəlməz dərəcədə üstələsin. Bütün digər nemətlər Jozefinaya mümkün göründüyü halda, buna heç cür nail ola bilmir. Bəlkə də müğənni lap əvvəldən başqa istiqamətdə mübarizə aparmalı idi; bəlkə də onun özü öz səhvini başa düşüb; amma onun üçün geriyə yol bağlıdı, geriyə çəkilmək gecdi, bu, özündən imtina etmək demək olardı. Jozefina istər-istəməz bununla ölməliydi, yaxud da qələbə çalmahydı.Özünün inandırmağa çalışdığı kimi, əgər Jozefinarnın, həqiqətən düşmənləri vardısa, onlar barmaqlarını qımıldatmadan istehza ilə bu mübarizəni müşahidə edə bilərdilər. Amma o, düşmənsizdi, kiminsə ona etiraz etməsinin isə elə bir əhəmiyyəti yoxdu: bu mübarizə bütövlükdə heç kimə nəşə vermir. Bu mübarizədə xalq ona xas olmayan və bizdə nadir hallarda müşahidə edilən ehtirassız, hakim mövqeyi tutur. Hətta kimsə bu qeyri-tipik halda xalqın mövqeyini təqdir edəndə də belə bir şeyin onun başına gələ biləcəyi fikri bütün sevincinə zəhər qatır. Jozefinanın tələblərində olduğu kimi, xalqın etirazında da məsələnin mahiyyətindən deyil, xalqm qəflətən öz oğullarının birindən kar, keçilməz divarla ayrılmağından, bu yaxın-laracan fədakarlıqla – ata kimi deməsək – onun qayğısım çəkdiyindən söhbət gedir.Əgər bu xalq yox, ayrıca bir insan olsaydı, onu şübhəli bir oyun oynamaqda suçlandırmaq olardı: o, guya ki, gözdən pərdə asmaq üçün Jozefinaya güzəştə gedibdi, bununla da günlərin bir günü hər cür imtiyazlara son qoymaq istəyini ört-basdır edibdi; xalq gec-tez onlara bir hədd qoymaq meyli ilə buna gedirdi, lazım olduğundan daha çox güzəştə gedirdi ki, işi sürətləndirsin – daha doğrusu, Jozefina daha da ərköyünləşdirməklə, onu yeni-yeni şıltaqlıqlara cəlb etməklə onun sonuncu tələbini də gözləsin və o vaxt, hazırlaşdığı kimi, müğənnini qətiyyətlə yerində oturtsun. Əslində belə bir şey yoxdu: xalqa belə kələklər lazım deyil, hələ onu deməyə ehtiyac yoxdu ki, xalq həqiqətən Jozefinaya ehtiram bəsləyir və ehtiramım dəfələrlə sübut edibdi; digər tərəfdən Jozefınanın tələbləri elə mənasızdı ki, bu tələblərin nə ilə qurtaracağını uşaq da qabaqcadan deyə bilərdi. Ola bilsin ki, belə gümanlar Jozefınanın özünə də yad deyil və onun incikliyinə xüsusi acıqlıq verirdi.Belə gümanlar Jozefinaya yad olmasa da, müğənni mübarizəsini hər halda dayandırmır. Son vaxtlar mübarizə hətta kəskinləşmişdir, bu mübarizə indiyəcən sözləçəkişmə xarakteri daşıyırdısa, indi bizim məşhur aktrisamız, fikrinə görə, daha əməlli təsir gösterən vasitələrə əl atır, bu vasitələr isə bizim nəzərimizdə onun özü üçün daha çox təhlükə törədir.Bir sıra müşahidəçilərin fikrincə, Jozefina ona görə qətiyyətlə hərəkət etmək qərarına gəlib ki, qocalığın qapının ağzını kəsdirdiyini duyur, səsini itirir, deməli, etirafı naminə sonuncu döyüşə girmək vaxtı çatıbdı. Şəxsən bu, məni inandırmır. Belə olsaydı, Jozefina Jozefina olmazdı. Ondan ötrü nə qocalıq var, nə də səsini itirmək təhlükəsi. Əgər Jozefma nə üçünsə əlləşib-vuruşursa, onu buna daxili ardıcıllıq, özünə sadiqlik vadar edir. Jozefina ali çələngə ona görə can atmır ki, çələng təsadüfən alçaqdan asılıbdı, ona görə can atır ki, çələng ən ali məqamdadı: ondan asılı olsaydı, çələngi daha yüksəkdən asardı.Zahiri çətinliklərə belə nifrət onun ən pis vasitələrə əl atmasına mane olmur. Jozefina özünün hüquqlarına şübhə etmir, deməli, hüquqlarına necə nail otmaq məsələsinin onun üçün heç bir fərqi yoxdu, xüsusən də bu işıqlı dünyada, onun fikrinə görə vasvasıçılıqla uzağa getmək olmaz. Bəlkə də, elə buna görə, müğənni mübarizəsini oxumaq sahəsindən başqa, özü üçün bir o qədər əhəmiyyətli olmayan sahəyə köçürür. Onun istedadının pərəstişkarları Jozefinanın sözlərini təkrarlayırlar ki, guya müğənni elə oxumaq gücündədi ki, ən gizli müxalifətə kimi xalqın bütün təbəqələri həqiqi nəşə – indiyəcən aldıqları nəşədən yox, Jozefınanın onlar üçün istədiyi nəşəni ala bilərlər. Amma Jozefina onu da əlavə edir ki, alini alçaltmaqla və goz yummaqla onun işi yoxdu, buna görə də qoy hər şey olduğu kimi qalsın. Onun işdən azad olmaq mübarizəsi isə başqa məsələdi; doğrudur, o, bu mübarizəni də incəsənət adından aparır, halbuki mübarizəsini incəsənətin qiymətli vasitələrilə aparır, çünki belə adi mübarizə üçün bütün vasitələr yaxşıdı.Belə şayiə yayıldı ki, qayğısına qalmasalar guya Jozefina öz koloraturasım ixtisar etmək qəsdindədi. Şəxsən mənim heç bir koloraturadan xəbərim yoxdu. Mən onun oxumasında heç bir koloratura görməmişəm. Sən demə, Jozefina koloraturadan tam imtina etmək niyyətində deyil, hələlik ancaq qısaltmaq istəyir. Jozefina hətta hədəsini yerinə yetirdi, halbuki mən oxumasında heç bir dəyişiklik görmədim. Xalq ona həmişəki kimi qulaq asırdı, koloratura heç kimin yadına düşmürdü. Jozefİnanın tələblərinə münasibət də dəyişməz qalmışdı. Amma Jozefina həm zahiri görkəm, həm də natura baxımından məlahətdən məhrum deyildi, Koloratura ilə əlaqədar qərarlarının xalq üçün həddindən artıq sərt və ya həddindən artıq gözlənilməz olduğu deyəsən, birdən yadına düşən Jozefina həmin konsertdən sonra söz verdi ki, bütün toxunmazltğı ilə öz koloraturasma qayıdacaq. Amma sonralar konsertdən sonra yenidən götür-qoy edib elan elədi ki, onun üçün münasib qərar qəbul olunana kimi koloraturadan birdəfəlik imtina edir. Xalq bu gün bu bəyanatları, qərarları, eks-qərarlan qulaqardına vurur. Fikirlərə qərq olmuş yaşlı adam uşağın dil-dil ötməsinin beləcə fərqinə varmır: uşaq həmişəki kimi onu rəhmə gətirmək istəyir, o isə uşaqdan çox-çox uzaqdı.Jozefina isə təslim olmur, müğənni bu yaxınlarda elan elədi ki, işdə ayağını zədələyib və ayaq üstə oxuya bilmir. Müğənni isə həmişə ancaq ayaq üstə oxuyub, buna görə də mahnını ixtisar etmək məcburiyyətindədi. Doğrudu, müğənni azca axsamağa başladı, tamaşaçıların qarşısına pərəstişkarlarının köməkliyi ilə çıxdı, onda heç kəs ona inanmadı. Onun zəif əndamının hissiyyatlı olduğunu təsəvvürümüzə gətirsək də, unuda bilmərik ki, biz işçi xalqıq, Jozefinamn qanı qanımızdan, canı canımızdandı; əgər biz hər xırda sıyrıntıya, cırmağa fikir versəydik, onda bütün xalqın işi gecə-gündüz axsamaq olardı. Doğrudu, Jozefinanı əlil kimi eldə gətirirdilər, müğənni bu görkəmdə həvəslə tamaşaçıların qarşısına çıxırdı, bütün bunlar proqramın qısaldtlmasından incimədən bizim heyranlıqla ona qulaq asmağımıza mane olmurdu.Amma əbədi axsamaq olmaz və Jozefina yeni səbəblər fikirləşib tapırdı: yorulubdu, ovqatı çox pisdi, ruhi düşkünlük içindədi. Konsertlə yanaşı bizə belə tamaşalar da verilirdi. Jozefinanın arxasınca məiyyətləri gəzişirdi, oxuması iiçün onu dilə tuturlar, ona and verirlər. Oxumağa çox şad olardı, amma oxuya bilməz. Jozefinaya yaltaqlanırlar, ona təskinlik verirlər, az qala əllərində ondan ötrü hazırlanmış yerə aparırlar. Səbəbsiz göz yaşlan tökən Jozefina yola gəlir, sonuncu gücünü toplayıb oxumağa cəhd göstərir – başıaşağı dayanıb durur, əllərini yana açmağı unudur və yalnız həyat əlaməti olmadan bədəni boyu sallayır, belə təsəvvür yaranır ki, onun qolları gödekdi — beləliklə, o oxumağa çalışır, amma əbəs yerə, onun başı sinəsinə düşür və bütün tamaşaçıların gözü qarşısında müğənni huşunu itirir, sonra isə özünü toplayıb, heç nə olmamış kimi oxumağa başlayır, hətta mən deyərdim ki, həmişəkindən pis oxumur; ancaq həssas, ən xırda çaları belə tutan duyumlu adamlar bizim gözəl müğənnimizin qeyri-adi həyəcanım hiss edə bilirlər, bundan isə onun oxumağı ancaq qazanır. Di gəl ki, proqramın axırına yaxın yorğunluqdan əsər-əlamət qalmır: o, pərəstişkarlarının köməyindən imtina edərək qəti yerişlə çıxıb gedir vo soyuq, sınayıcı baxışlarla ehtiramla ona yol verən kütləni süzür.Bu yaxınlara kimi beləydi; bu günlərdə isə bəlli oldu ki, Jozefina növbəti konsertə gəlməyibdi. Onu yalnız pərəstişkarları axtarmır, pərəstişkarlar köməkçilər sarıdan korluq çəkmirlər, amma əbəs yerə – Jozefina yoxa çıxdı, o daha oxumaq istəmir, hətta istəmir ki, ondan oxumağım xahiş eləsinlər, bu dəfə Jozefina bizi, həqiqətən, tərk elədi.Bizim bu ağıl dağarcığımızın belə səhvi qəribədi, bu hətta səhv də deyil; o, hər şeyə tüpürüb taleyinin hökmünə boyun əyir, onun taleyisə bizim dünyamızda ancaq və ancaq çox kədərli ola bilər. Oxumaqdan onun özü imtina edir, dinləyicilərinin qəlbində qazandığı hökmü özü dağıdır. Bu hökmü o necə qazanmışdı, axı dinləyicilərin qəlbi onun üçün əlçatmazlıq idi! Jozefina gizlənir və oxumur, hakim xalq dilxorçuluğu heç nə ilə aşkarlanmayan, zahiri tərəfin nə deməsindən asılı olmayaraq, pay, hətta həmin Jozefınanın özündən pay almağı yox, əzməyi bacaran sarsılmaz kütlə-xalq öz yolu ilə getməyindədi.Jozefina isə aşağı diyirlənməyə məhkumdu. Onun axırıncı ciyiltisinin səslənəcəyi və həmişəlik susacağı ana az qalıb, Jozefina bizim xalqın əbədi tarixində xırdaca bir epizoddu ve xalq bu itkini də yaşayacaq. Bu, bizim üçün asan olmayacaq, bəs qəbiristanlıq lallığında keçirdiyimiz yığıncaqlarımız nəyə çevriləcək? Məgər onlar Jozefina ile də lal deyildilərmi? Məgər onun ciyiltisi xatirələrimizdə yaşayacağından canlı və gurultulu deyildimi? Məgər bu ciyilti onun sağlığında xatirədən başqa bir şey deyİldimİ? Bizim xalq müdrikcəsinə onun oxumasını ona görə belə qiymətləndirmirdimi ki, müğənninin oxumağı bu mənada itkiyə çevrilmirdi?Hər halda biz Jozefinasız keçinə biləcəyik. Jozefınaya gəlincə, işıqlı dünyanın, onun fikrincə, seçilmiş adamlara hazırlanmış əzablarından xilas edilmiş müğənni sevinclə bizim qəhrəmanlar toplusuna qarışaraq bizdə hörmət kəsb etmədiyindən tezliklə öz həmkarları ilə birlikdə unudulacaq.1924-cü il.Tərcümə etdi: Arif Əmrahoğlu
|
['Frans Kafka', 'Franz Kafka']
|
1,135 |
https://kayzen.az/blog/stil/17311/sa%C3%A7lar%C4%B1-zeytun-ya%C4%9F%C4%B1-il%C9%99-qoruyun.html
|
Saçları zeytun yağı ilə qoruyun
|
Apollon
|
Yaraşıqlı görünüş, gözəl imic
|
1 iyun 2015, 20:15
|
Bəzi saçlar hava şəraiti, yaxşı qulluq edilməmə, düzgün məhsullardan istifadə edilməməsi nəticəsində vaxtından əvvəl tökülür və sağlam görünmür.
Əslində evdə edə biləcəyiniz bir neçə formulla bu problemdən xilas ola bilərsiz.Qurumuş və korlanmış saçlar üçün ən yaxşı həll yolu zeytun yağıdır.
2 xörək qaşığı zeytun yağını isidin, bunu yavaş-yavaş saçınıza sürtün.Daha yaxşı effekt üçün isti suda islatdığınız bir dəsmalı sıxdıqdan sonra yaylıq kimi başınıza sarıyın.
Dəsmal soyuduqdan sonra dəsmalı bir-iki dəfə isidib eyni şeyi təkrarlayın.
Başın yağı yaxşıca özünə çəkməsinə çalışın. Tez qırılan saçlar üçün çox yararlıdır.
|
['saçlara qulluq']
|
1,136 |
https://kayzen.az/blog/edebiyyat/18258/niy%C9%99-getdin-niy%C9%99-d%C3%B6nd%C3%BCn-niy%C9%99-baxd%C4%B1n-h%C3%BCseyn-cavid.html
|
Niyə getdin? Niyə döndün? Niyə baxdın? - Hüseyn Cavid
|
Ferbara
|
Ədəbiyyat
|
29 may 2015, 23:22
|
Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
|
['şeir', 'bilməm']
|
1,137 |
https://kayzen.az/blog/Bilirsinizmi/16325/u%C5%9Faqlarda-t%C9%99mizlik-t%C9%99rbiy%C9%99si.html
|
Uşaqlarda təmizlik tərbiyəsi
|
Apollon
|
Bilirsinizmi?
|
28 may 2015, 14:13
|
Tərbiyə hər yaşda var, 7-də, 70-də də. Başqasını tərbiyə etmək, özünü tərbiyə etməkdən başlayır. Özünü tərbiyə edə bilməyənin verdiyi tərbiyə əksər hallarda uğursuz olur. Tərbiyə səhvdən qaçmaqdır, doğruya yönəlməkdir, özü ilə mübarizədi ,təmizlənməkdir, arınmaqdır, saflaşmaqdır,gözəlləşməkdir...
Alimlər deyirlər ki, uşağın dünyagörüşü ağ vərəq kimidir, ora istədiyin sözləri yaza bilərsən, ancaq bir məsələ də var ki, hər uşağın imkanları və potensialları eyni olmur.
Təmizlik iki müstəvidə olur: maddi və mənəvi. Hər biri də ciddi tərbiyə tələb edir. Əl-üzümüzü, üst-başımızı su ilə, sabunla təmiz yuduğumuz kimi, mənəvi dünyamızı da səmimi etirafla, üzrxahlıqla ,tövbə ilə təmizləyə bilərik. Özümüzdən başlamalıyıq ki, başqalarını da tərbiyə edə bilək.
Başlayaq mənəvi təmizlikdən. Əgər bir ailədə valideyinlər uşaqları eşidə-eşidə qonşunun arxasınca danışırlarsa, sonra da həmin qonşu ilə rastlaşanda üzlərinə səmimiyyət maskası taxaraq şirin-şirin söhbət edirlərsə, onların verildiyi tərbiyənin heç bir təsiri olmayacaq. Hələ bəlkə həmin uşaq valideynin o qədər də səmimi olmadığını düşünəcək.
Əsl tərbiyə sözlə olmur, gözlə olur. Yəni, uşaq etdiyinə yox, gördüyünə inanır. Eşitdiyindən daha çox gördüyündən dərs alır. Etiraf üzrxahlıq mədəniyyəti tərbiyədə çox mühümdür. Səmimi insan öz səhvi üçün uşağından üzr istəməkdən çəkinməz. Bu qarşı tərəfi tərbiyə etməyin ən gözəl yoludur. Üzr istəmək əskiklik deyil, təmizlənməkdir, dürüstlükdür, böyüklükdür.
Mənəvi təmizlik söhbətini istədiyimiz qədər uzatmaq olar, ancaq bircə onu qeyd edim ki, başqasını tərbiyə özünü tərbiyədən başlayır.
İndi də maddi təmzilik və bu istiqamətdə tərbiyədən danışaq. Maddi təmizlik valideyinlərdən başlayır və mərhələlərlə davam edir. Körpənin yaxasından asılmış təmiz dəsmaldan tutmuş, onun yatağındakı təmiz mələfəyə qədər hər şeyin tərbiyəyə birbaşa adiyyatı var.
Təmizlik tərbiyəsi kompleks bir işdir və gün boyu davam etdirilməlidir. Uşaq yuxudan duran kimi, düşündüyü ilk iş təmizlik olmalıdır. Yatağın yığışdırılması, otağın səliqəyə salınması, əl-üzün yuyulması, dişlərin fırçalanması, saçları daramaq, dırnaqları tutmaq, paltarları ütüləmək, ayaqqabıları təmizləmək tərbiyənin müəyyən çalarlarını ifadə edir.
Bəzən ana canıyananlıq edərək uşağın görməli olduğu işləri öz boynuna götürür. Uşağın yatağını yığışdırır, paltarlarını yerindən asır, masasının üstünü səliqəyə salır, ayaqqabısını təmizləyir və.s. Etiraf edək ki, fədakarlığı ilə xarakterizə olunan Azərbaycan anasının bu cür davranışları əksər hallarda uşağın təmizlik tərbiyəsinə pis təsir göstərir. Analar ona nail olmalıdırlar ki, uşaq hec kimdən kömək gözləmədən süpürgəni, ya da tozsoranı götürüb yatağının yanını təmizləməyi adət etsin, paltarlarını ütülüməyəi öyrənsin, təmizliyi özünün həyat standartına çevirsin.
Təkcə əl üzün, üst başın deyil, ətraf mühitin də təmizliyinə çalışmaq hər birimizin insanlıq borcudur. Təmizlik gözəllikdir ,insanlığın ən mühüm şərtlərindən biridir. Təmiz olmaq və təmizliyi yaratmaq bizim ən mühüm insanıq borcumuzdur. Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s) heç sevmədiyi 4 xüsusiyyətdən birinin pintilk olduğunu bildirir. Bu bilgi bizə təmizliyin dinimizdə necə həssas məslə olduğunu ortaya qoyur. Bütün ibadətlər insanın mənən, cismən təmizliyi üçündür. Allah bizi təmiz olaraq yaradır və təmiz qalmağı öyrədir.
|
['tərbiyə', 'uşaqlarda təmizlik']
|
1,138 |
https://kayzen.az/blog/edebiyyat/17915/o-avtobus-ba%C5%9Fqa-d%C3%BCnyad%C4%B1rl-%7C-stiven-kinq.html
|
O avtobus başqa dünyadırl | Stiven Kinq
|
Apollon
|
Ədəbiyyat
|
28 may 2015, 14:11
|
Uilsonun heç də dünyanın üzügülər adamlarından olmayan anasının bir deyimi vardı: “İşlər tərs gətirəndə elə də davam edir, adamı ağladana qədər”. Anasından öyrəndiyi bütün xalq hikmətləri kimi (“Portağal səhərlər qızıldır, gecələr isə qurğuşun” bir başqa şedevr deyim idi) bunu da yaddaşına yaxşı həkk eləmişdi. Uilson vacib işlərindən əvvəl sığortalanmağa xüsusi fikir verirdi. Özü də bunun bufer — qoruyucu olduğunu hesab edirdi.Yetkinliyinə çatandan sonra onun həyatında Nyu-York səfərindən mühüm heç nə olmamışdı; orada “Market Forvard”ın yüksək rəhbərliyinə öz işlərini göstərəcək və biznes planının təqdimatını edəcəkdi. “Market Forvard” internet əsrinin ən ciddi reklam şirkətləri sırasında möhkəm dururdu. Uilsonun “Soutland Konsepts” şirkəti isə Birminqhemdə yerləşirdi və bir nəfərlik şirkət idi. Belə fürsət adamın əlinə iki dəfə düşmədiyi üçün buferin dəyəri də artmışdı. Ona görə saat 6:00-da uçan birbaşa reysə minmək üçün saat 4:00-da Birminqhem-Şatlsvort aeroportuna gəldi. Bu reys onu 9:20-də La Quardiya aeroportuna çatdıracaqdı. Onunla görüş – əslində müsahibə – saat 2:30-a təyin olunmuşdu. Beş saatlıq bufer kifayət qədər etibarlı görünürdü.Başlanğıcda hər şey yaxşı gedirdi. Qapıda aeroport məmuru onu qeydiyyatdan keçirdi və çamadanını birinci dərəcəli sərnişinlərin baqajı üçün nəzərdə tutulmuş yerə qoyulmasına göstəriş yazdı, halbuki Uilson özü, əlbəttə ki, ekonom-klas salonda uçacaqdı. “Belə məsələlərdə vacib olan şey tez müraciət etməkdir, işçilərin qıcıqlanmağa başlamasından əvvəl. Qıcıqlanmış adamlar sənin çamadanının nə qədər vacib bir şey – sənin gələcəyinə bilet olduğunu eşitmək belə istəmirlər”. Çamadanı diqqətlə yığmalı olmuşdu, çünki əgər “Green Century”nin (“Green Century” – “Yaşıl əsr” deməkdir) layihəsinin finalına çıxmış olsa, – bu, tamamilə mümkün idi; çünki çox yaxşı təqdimatı vardı – hələ bir on gün də Nyu-Yorkda qalmalı olacaqdı. Seçmə prosesinin nə qədər çəkəcəyi haqda heç nə bilmirdi və yeməyi öz nömrəsinə sifariş etmək istəmədiyi kimi, paltarlarını da otel camaşırxanasına vermək istəmirdi. Belə xidmətlər böyük şəhərlərin otellərində bahalı olur, Böyük Almada (Nyu-Yorka verilən nəvazişli ad) isə bu od qiymətinə olacaqdı.Təyyarə yerdən vaxtında qalxıb Nyu-Yorka çatana qədər işlər pis getmirdi. La Quardiyanın səmasında təyyarə sıxlığı böyük olduğuna görə boz havada, aeroportun üzərində bir xeyli dövrə vurmalı oldular. Pilotlar nahaq yerə oranı “La Zibilxana” adlandırmırdılar ki. Sərnişinlər acıqlı zarafatlar edir və açıqca şikayətlənirdilər, amma Uilson təmkinini pozmurdu. Bufer buna imkan verirdi. Bir saatdan azca artıq gecikməklə, saat 10:30-da təyyarə endi. Uilson baqaj verilən yerə gəldi, lakin çamadanı orada görünmürdü. Heç görünmürdü. Görünmürdü, vəssalam. Nəhayət, baqaj konveyerinin yanında onunla qara palto, qara beret geymiş saqqallı, qoca kişidən başqa heç kim qalmadı. Konveyerdə isə bir cüt xizək ayaqqabıları və üzəri səyahət çirkabına bulaşmış, yarpaqları ölgün, böyük bir bitki vardı.“Ola bilməz, – Uilson qoca kişiyə dedi, – reys birbaşa idi axı”. Qoca çiyinlərini çəkdi:“Görünür Birminqhemdə talona düzgün qeyd etməyiblər. Bizim zibillərimiz bu dəqiqə Honoluluya uçur, hər halda. Mən “İtmiş Baqaj” şöbəsinə gedirəm. Mənimlə getmək istəyirsinizmi?”Uilson getmək istəyirdi və bu an anasının sözlərini xatırladı. Portfeli hələ ki əlində olduğuna görə Allaha şükür elədi.O, “İtmiş Baqaj”a olan yolun yarısını getmişdi ki, arxadan baqaja baxan işçilərdən kimsə səsləndi:“Bu, sizin deyil ki, cənablar?”Uilson çevrildi və damalı çamadanını gördü, islanmışdı.“Baqaj daşıyan arabadan yerə düşüb”, – işçi dedi və Uilsonun biletinə yapışdırılmış talonla, baqaja bağlanmış talonu tutuşdurdu. “Hərdən belə şeylər olur. Müraciət formasını da götürün, əgər nəsə sınmış olsa kompensasiya tələb edə bilərsiniz”.“Mənimki hanı?”, – beretli qoca soruşdu.“Sizə kömək edə bilməyəcəyəm, – baqaj işçisi dedi, – amma əvvəl-axır biz baqajı həmişə tapırıq”.“Hə, – qoca dedi, – hələ axırı deyilmiş, yəqin”.Uilson, çamadan, portfel və kiçik əl çantası ilə terminaldan çıxanda saat 11:30-a yaxınlaşırdı. Bu arada bir neçə reys gəlib enmişdi və uzun taksi növbəsi yaranmışdı.“Mənim buferim var, – deyə özünə ürək-dirək verirdi, – üç saat çoxdur. Həm də üstüörtülü yerdəyəm, başıma yağış yağmır. Yaxşı şeylər haqda düşün və rahat ol”.Növbədə yavaş-yavaş irəli getdikcə ürəyində təqdim edəcəyi işləri təkrarlayır, portfelindəki təqdimat kartlarını gözünün önünə gətirir və sakit olmaq lazım olduğunu özünə xatırladırdı.245, Park Avenyu ünvanındakı binaya girən anda bütün olan cazibəliliyini toplamalı və bunun, həyatında necə böyük dəyişiklik yarada biləcəyini başından atmalıdır – deyə düşündü.“Green Century” transmilli neft şirkəti idi və Alabama ştatındakı Qalf-Şoors şəhərinin yaxınlığında onun qazdığı sualtı quyuların birində qəza baş verib dənizə neft axmağa başlayandan bu ekoloji nikbin ad onun öhdəliyinə çevrilmişdi. Axıntı “Sualtı üfüq”dəki fəlakət qədər dəhşətli olmasa da, kifayət qədər güclü idi. Həm də bu ad məsələsi... Dünən gecə proqramında komiklər bu ada görə nə qədər əylənmişdilər. (Letterman: “O nədir ki, həm yaşıldır, həm qara, özü də hər yeri po.layır?”) ( David Letterman – ABŞ-ın CBS Televiziyasında şou aparıcısı) “Green Century” prezidentinin ictimaiyyətə qıcıqlanmış səsilə ilk dediyi – “Neft hardadırsa biz də ora getməliyik. Düşünürük ki, insanlar bunu başa düşməlidir”, – sözləri də təsir etmədi; altında bu sözləri yazılmış həmin başçının dalından neft fışqıran karikatura roliki virus kimi internetdə yayılırdı.“Green Century”nin ictimaiyyətlə əlaqələr komandası, parlaq saydıqları ideya ilə öz köhnə agentlikləri olan “Market Forvard”a üz tutdular. Onlar qəzanın aradan qaldırılması işləri üzrə reklam kampaniyasını cənubdan olan kiçik reklam şirkətinə tapşırmaq istəyirdilər. Bununla, Nyu-Yorkun köhnə qurdları ilə iş görməməklə amerikalıların xoşuna gəlməkdən də faydalanmaq niyyətləri vardı. Nyu-York qurdlarının öz kokteyl yığıncaqlarında “Kütbeyin Daşyonan Səviyyəsi” adlandırdıqları səviyyədən aşağıda yaşayan amerikalıların münasibəti onları xüsusilə maraqlandırırdı. Taksi növbəsi çox yavaş gedirdi. Uilson saatına baxdı. On ikiyə beş dəqiqə qalırdı. Ürəyində özünə “narahat olma” dedi, amma narahat olmağa başlamışdı.Nəhayət, birə iyirmi dəqiqə işləmiş taksiyə oturdu. Yolda islanmış çamadanını Manhettendəki dəbdəbəli biznes mərkəzinə aparmağı – “necə də kəndçi hərəkəti olardı” – heç istəmirdi, amma düşünürdü ki, deyəsən onu aparıb otelə qoymaq fikrindən də vaz keçməli olacaq.Taksi parlaq sarı rəngli miniven idi, sürücü də başındakı narıncı rəngli böyük çalmanın altında qalmış, üzündən qəm-qüssə yağan siqh kişi. Salonun güzgüsündən arvadının və uşaqlarının şəffaf plastik qılafa salınmış şəklini asmışdı. Radio 1010 WINS kanalına qurulmuşdu, təxminən hər iyirmi dəqiqədən bir kanalın arakəsməsini, ksilofon alətinin diş şaqqıltısına oxşayan zərb səsini verirdi. Onlar aeroportun çıxışına tərəf yavaş-yavaş irəliləyəndə siqh dedi:“Hireket bu gün çok pis”. Sanki bu onun danışığının tam qəlibi idi. “Hireket bu gün çok, çok pis”.Onlar Manhattenə tərəf tısbağa sürətilə irəlilədikcə yağış da güclənirdi. Hər dəfə dayanıb, sonra irəli sürünəndə Uilson öz buferinin incəldiyini daha yaxşı hiss edirdi. Onun təqdimatına yarım saat vaxt qalmışdı, yarımca saat. “Əgər geciksə onun üçün vaxt ayıracaqdılarmı? Bəlkə deyəcəklər ki: “Dostlar, bu gün böyük səhnəyə seçim üçün – yeni ulduzun doğuşu və s. buna oxşar sözlər – dinlədiyimiz cənubdan gəlmiş on dörd kiçik şirkətin arasında yalnız birinin ətraf mühit qəzasından ziyan çəkmiş firmalarla iş üzrə təcrübəsi layiqli əksini tapıb. Bu, “Soutland Konsepts” şirkətidir. Ona görə də, gəlin, bir qədər gecikdiyinə görə cənab Ceyms Uilsonu kənarda qoymayaq”.Belə deyə bilərlər, amma Uilson düşündü ki, hər şeyi nəzərə alsaq… deməyəcəklər. Onların ən çox istədikləri şey, gecə proqramlarındakı indiki məzələnmələri mümkün qədər tez dayandırmaq, əsas çalışdıqları bu vəziyyətdən çıxmaqdır. Bu, Uilsonun təqdimatını çox vacib edirdi, lakin, əlbəttə, orada hər kəsin təqdimatı vardı. Orada vaxtında olmaq lazımdır.İkiyə on beş dəqiqə işləyirdi. “İşlər tərs gətirəndə, elə də davam edir,” – deyə fikirləşdi. O, bu barədə düşünmək istəmirdi, amma düşünürdü, – “adamı ağladana qədər”.Midtaun tunelinə çatanda Uilson qabağa əyildi və nə qədər vaxta çata biləcəklərini soruşdu. Narıncı çalma qəmli-qəmli o tərəf-bu tərəfə yırğalandı:“Diyə bilmərəm, ser. Hireket çok, çok pis”.“Yarım saat?”Siqh uzun pauza verdi və sonra dedi:“Bəlkə də”.Diqqətlə seçilmiş bu sakitləşdirici sözdən, Uilson öz vəziyyətinin böhran həddinə yaxın olduğunu anladı.“Bu zəhrimar çamadanı “Market Forvard”ın qəbul otağına qoya bilərəm, – fikirləşdi, – yəni, ən azından bunu konfrans zalına daşımayacağam.”Qabağa əyilib dedi: “Oteli unudun, məni Park Avenyu 245-ə aparın”.Tunelin içi klaustrofobia (qapalı və ya darısqal yerlərdə qeyri-normal dərəcədə vahimələnmə) dəhşəti idi: tərpən – dayan, tərpən – dayan. Tuneldə əks tərəfə hərəkət də heç bundan yaxşı deyildi. Minivenin hündürlüyü Uilsona imkan verirdi ki, qarşıdakı qanqaraldan maneələri görsün. Medisona çatanda bir balaca rahatlandı. Vaxt yaxınlaşırdı, onun arzu etdiyindən az vaxt qalmışdı, amma, yəqin ki, zəng edib bir az gecikdiyini deməklə özünü aşağılamaq lazım gəlməyəcəkdi. Oteli ixtisara salmağı düzgün qərar idi. Amma orada qarşılarına partlamış su borusunun təmirinə görə qoyulmuş maneələr çıxdı və siqh məcbur oldu ki, dönüb o biri tərəfdən getsin.“Bu, Obamanın gəlişindən də pis oldu”, – dedi və bu zaman 1010 WINS vəd edirdi ki, əgər Uilson onlara iyirmi iki dəqiqə vaxt ayırsa, ona dünyanı bağışlayarlar. Ksilofon da özünün diş şaqqıldatmağında idi.“Mən dünya-zad istəmirəm, – ürəyində fikirləşdi, – istədiyim ancaq üçə on beş dəqiqə işləyənə qədər Park Avenyu 245-ə çatmaqdır. Ən uzağı iyirmi dəqiqə işləyənə qədər.”Nəhayət, taksi yenə Medisona qayıtdı. Sürətlə otuz səkkizinci küçəyə qədər şığıdı, sonra yenə dayandı. Uilson fikirləşdi ki, bu yerdə amerikan futbolu şərhçisi tamaşaçılara deyərdi: qaçış ildırım sürətində olmasına baxmayaraq komanda heç bir xal qazanmadı. Taksinin şüşəsilənləri işləyirdi. Radiodakı müxbir elektron siqaretdən danışırdı, sonra yataq dəstlərinin reklamı başladı.Uilson düşündü ki, sakit olmaq lazımdır. “Lazım gəlsə piyada da gedə bilərəm ora. Cəmi doqquz kvartaldır, bir şey deyil.” Ancaq, yağış yağırdı və Allahın cəzası olan o çamadanı da daşımalı olacaqdı.Piter Pan (ABŞ-da uzaq məsafələrə sərnişin daşıyan avtobus şirkəti) avtobusu tormozlarını pufuldadaraq düz taksinin sol tərəfində dayandı. Uilsonun yeri pəncərədən avtobusun içini görmək üçün kifayət qədər hündür idi. Təxminən metr yarım məsafədə yaraşıqlı bir qadın jurnal oxuyurdu. Onun yanında, aralıq tərəfdəki oturacaqda qara plaşlı bir kişi portfelini dizlərinin üstünə qoyaraq içində nəsə axtarırdı.Siqh siqnal verdi, sonra əllərini yuxarı qaldırdı, sanki – “görün, dünya mənə nələr edir”, – demək istəyirdi. Uilson da, barmaqları ilə ağzının kənarlarına toxunmaqda olan həmin cazibədar qadına tamaşa edirdi, yəqin, dodaq boyasının yayılıb-yayılmadığını yoxlayırdı. Yanındakı kişi indi də portfelin qapağındakı cibi eşələyirdi. Oradan şərf çıxardı, burnuna yaxınlaşdırıb iylədi.“O, bunu niyə edir?” – Uilsona maraqlı gəldi. Yəqin arvadının ətrinin, ya da pudrasının qoxusu gəlirdi şərfdən. Birminqhemdə təyyarəyə minəndən ilk dəfə idi ki, “Green Century”ni, “Market Forvard”ı və əgər baş tutsa, onun yaşamını dəyişdirə biləcək görüşü – artıq yarım saatdan da az vaxt qalırdı – unutmuşdu. Bir anlıq qadının barmaqları ilə incə hərəkətinə və kişinin şarfı burnuna tutmasına heyran olmuşdu. Ondan da artıq – ovsunlanmışdı. Ona elə gəldi ki, başqa dünyaya baxır. Hə. O avtobus başqa dünya idi. O kişi və o qadının öz görüş yerləri vardı, başqa ümidlərlə bağlı. Onların ödəyəcəkləri öz hesabları vardı. Onların öz bacıları, qardaşları, xatirələrində unuda bilmədikləri uşaqlıq cağlarının oyuncaqları vardı. Bəlkə də qadın universitetdə oxuyarkən abort eləmişdi. Kişi də, yəqin ki, penis halqası gəzdirirmiş. Onların ev heyvanları da ola bilərdi və əgər var idisə deməli onların adları da olmalı idi.Bir anlıq Uilsonun gözləri önündə anlaşılmaz və formalaşmamış, lakin çox nəhəng obraz durdu – kainat saatı. Orada təkər şəkilli və dişli çarxlar bir-birindən ayrıca şəkildə, güman ki, hansısa məqsədin sonuna doğru sirli hərəkətlər edirdilər. Bəlkə də bu hərəkətlər tamamilə məqsədsiz idi. Bura isə taksinin dünyası idi və metr yarım o yanda Piter Pan avtobusunun dünyası vardı.Onların arasında metr yarım məsafə və iki şüşə qatı dururdu. Uilson bu faktın belə çılpaqlığına heyran qalmışdı.“Belə tixac, – siqh dedi, – Obamadan da pisdı, sizə deyim”.Kişi şərfi burnundan çəkib əlində tutdu, o biri əlini də plaşının cibinə saldı. Qadın pəncərənin yanındakı yerində oxuduğu jurnaldan ayrılmırdı. Kişi ona tərəf döndü. Uilson onun dodaqlarının tərpəndiyini gördü. Qadın başını qaldırdı, gözləri təəccüb içində böyümüşdü. Kişi yaxına əyildi, elə bil qadına nə isə gizli söz demək istəyirdi. O, qadının boğazını kəsənə qədər, Uilson onun plaşın cibindən çıxarıb əlində tutduğu şeyin bıçaq olduğunu anlamamışdı.Qadının gözləri böyüdü. Dodaqları aralandı. Əlini boğazına apardı. Kişi bıçaq tutduğu əlilə qadının əlini sakitcə, amma var qüvvəsilə aşağı basırdı. Eyni zamanda da o biri əlindəki şərfi qadının boğazına basıb tutmuşdu. Sonra qadının saçlarının arasından baxa-baxa onun gicgahından öpdü. Oradan Uilsonu gördü və dodaqlarını geniş aralayaraq elə gülümsədi ki, iki sıra xırda və nizamlı dişləri göründü. Uilsona başını yırğaladı. Sanki, Uilsona gözəl gün arzulayırdı, ya da, – “indi bizim ortaq sirrimiz var”, deyirdi. Qadın tərəfdəki pəncərəyə qan sıçramışdı. Damcı böyüdü və aşağı sürüşməyə başladı. Plaşlı adam şərfi qadının boğazında saxlamağında davam edərək, barmağını onun ağzına soxdu. O, hələ də Uilsona baxıb gülümsəyirdi.“Axır ki!”, – siqh dedi və taksi hərəkətə gəldi.“Siz onu gördünüzmü?”, – Uilson soruşdu. Səsi aşağı tonda çıxırdı və təəccüb hiss olunmurdu, – “O kişini. O avtobusdakı kişini. Qadının yanındakı”.“Nə, ser?”, – Siqh soruşdu. Bu vaxt işıqfor sarıya keçdi və siqh sürücülərin verdiyi siqnalların uğultusuna məhəl qoymadan irəli atılıb o biri zolağa keçdi. Piter Pan avtobusu arxada qaldı. Qarşıda, yağışa görə qaralmış görünən “Grand Central”ın ( Nyu-Yorkun Mərkəzi dəmir yol vağzalı) həbsxanaya oxşayan müdhiş binası dayanmışdı.Yalnız indi, taksi yerindən tərpənəndə Uilsonun yadına mobil telefonu düşdü. Onu paltosunun cibindən çıxarıb baxdı. Bir az cəld düşünə bilsəydi (qardaşı bu məsələdə pərgar idi, anasının dediyinə görə), Plaşlı Adamın şəklini çəkə bilərdi. İndi artıq gec idi, amma 911-ə zəng vurmaq olardı. Təbii ki, belə zəngi anonim vura bilməzdi; onun adı və telefon nömrəsi orada, ekranda görünəcəkdi. Onlar da onun yağışlı Nyu-York axşamında vaxt keçirən telefon xuliqanı olmadığını yəqin etmək üçün geri zəng edəcəkdilər. Sonra onu yaxındakı polis məntəqəsinə aparıb məlumat alacaqdılar. O da, – başqa yolu yoxdur – verməli olacaqdı. Gördüyünü ona bir neçə dəfə danışdıracaqdılar. Onun təqdimat etməli olduğunu isə veclərinə belə almayacaqdılar.Təqdimatın adı “Bizə üç il vaxt verin, bunu sübut edəcəyik” idi. Uilson onu necə təqdim edəcəyi haqda düşünürdü. O, ictimaiyyətlə əlaqə işçilərinə və şirkətin rəhbərliyinə deyəcəkdi ki, bu qəzanın üzünə dik baxmaq lazımdır. Axıntı göz qabağındadır; könüllülər hələ də neftə bulaşmış quşları yuyucu tozla təmizləyirlər, bunu xəlvət etmək mümkün deyil. Öz günahını yumaq heç də, mütləq, eybəcərlik deyil, bəzən həqiqət gözəl olur. “İnsanlar sizə inanmaq istəyirlər, dostlar”, – deyəcəkdi onlara. “Hər şeydən başqa, onların sizə ehtiyacı var. A nöqtəsindən B nöqtəsinə getmək üçün sizə ehtiyacları vardır, lakin təbiətin zorlanmasında özlərini şərik rolunda görmək istəmirlər”. Bu yerdə o, portfelini açacaq və birinci şəkli göstərəcək: tər-təmiz sahildə dayanmış oğlan və qız uşaqlarının fotosu, arxaları kameraya tərəfdir, dənizin suyu elə mavidir ki, adamın gözünü aparır. Aşağıda ENERJİ VƏ GÖZƏLLİK YANAŞI ADDIMLAYA BİLƏRLƏR yazılıb. BİZƏ ÜÇ İL VAXT VERİN, BUNU SÜBUT EDƏCƏYİK.Polisə zəng vurmaq o qədər asan idi ki, bunu uşaq da edə bilərdi. Əslində uşaqlar bunu edirdi də. Evə kimsə soxulanda. Kiçik bacı pilləkəndən yıxılanda. Ata acıqlanıb, qəşqırıb ananı ağladanda.Sonra o, Meksika körfəzinin sahilindəki bütün ştatlarda, xüsusilə Fox və MSNBC kimi xəbər və 24 saatlıq kabel televiziyalarında göstərilməsi nəzərdə tutulan reklam rolikinin kadrları haqda ideyalarını təqdim edəcəkdi. Stop-kadr rejimli videoda çirklənmiş, neftə bulaşmış sahil yenidən tər-təmiz yerə dönəcəkdi. Diktor kadr arxasından (yüngül cənub tın-tınlığı ilə) deyəcəkdi: “Bizim öz səhvlərimizi düzəltmək məsuliyyətimiz vardır. Biz işimizi belə görürük və qonşularımıza belə münasibət bəsləyirik. Bizə üç il vaxt verin, biz bunu sübut edəcəyik”.Növbəti gələn çap reklamları və radio reklamları idi və ikinci mərhələdə...“Ser, nə dediniz?”Uilson fikirləşdi, – “Mən zəng edə bilərdim, amma polis ora gələnə qədər, güman ki, o adam avtobusdan çox uzaqda olacaqdı. Güman ki, niyə? Demək olar – dəqiq uzaqda olacaqdı”. O çevrilib arxaya baxdı. Avtobus artıq xeyli geridə qalmışdı. “Yəqin, qadın çığırırmış”, – deyə düşündü. “Bəlkə də o biri sərnişinlər plaşlı kişinin üstünə cumub onu yerə səriblər, necə ki, təyyarədəki sərnişinlər ayaqqabısına bomba qoymuş terroristin nə etmək istədiyini biləndə onun üstünə cumub zərərsizləşdirmişdilər”.Sonra plaşlının ona baxıb necə gülümsədiyini xatırladı. Həm də qadının sallanan ağzına barmağını necə soxduğunu.Uilson düşündü ki, telefon xuliqanlığı deyəndə, yəni bu başqa şey də ola bilərdi. Zarafat da ola bilərdi. Cavan uşaqların daim etdikləri kimi. Fleş-moba oxşayan bir şey.O, bu haqda çox düşündükcə, düşündükləri ona daha böyük ehtimallı kimi gəlirdi. Kişilər qadınların boğazını qaranlıq döngələrdə və televiziya şoularında kəsirlər, daha günün günorta çağı Piter Pan avtobusunda yox ki. Ona gəldikdə isə, işlərini yaxşı qurub. O, lazımi vaxtda, lazımi yerdə olan, düzgün adam olub, bu dünya adama çox nadir halda birdən artıq şans verir. Bu, onun anasının sözlərindən deyildi, – amma fakt idi.“Ser?”“Növbəti tində saxlayın, düşürəm, – Uilson dedi, – buradan o yana piyada gedə bilərəm”.İngiliscədən tərcümə: Kazım Səlimov, 2014.
|
['dünya ədəbiyyatı', 'Stiven Kinq', 'hekayə']
|
1,139 |
https://kayzen.az/blog/ekonomiks/18255/bir-iqtisad%C3%A7%C4%B1-muzdlunun-etiraflar%C4%B1.html
|
Bir İqtisadçı Muzdlunun Etirafları
|
Guilty
|
Ekonomiks
|
26 may 2015, 13:35
|
"Öz avtomobilini istehsal edə bilməyən ölkəyə borc verib avtomagistrallar inşa etdiririk. Sonra maşınlarımızı onlara satırıq. Daha sonra banklarını pulla satın alırıq. Həmin banklardan xalqa ucuz kreditlər verib daha çox maşın almasını təmin edirik. Beləliklə verdiyimiz o krediti maşınımızı sataraq geri alırıq, həm də faizlə. O ölkəyə Dünya Bankı və ya yaxın qurumlardan kredit təmin edirik. Nizamlanan kredit «Heç Vaxt» o ölkənin xəzinəsinə deyil, həmin ölkədə «layihə» aparan bizim şirkətlərimizin kassasına daxil olur.
Enerji stansiyaları, sənaye sahələri, limanlar, nəhəng hava limanları tikilir. Əslində insanların işinə yaramayan bir yığın beton. Bizim şirkətlərimiz qazanarkən, həmin ölkədəki bəziləri də bundan pay alır. Cəmiyyət bu mexanizmdən heç nə qazana bilməz. Üstəlik ölkə böyük bir borcun altına girmiş olur. Bu o qədər böyük bir borcdur ki ödənməsi qeyri-mümkündür. Plan bu şəkildə işləyir.
Sonda iqtisadi məsləhətçi kimi onlara gedib deyirik ki; «Bizə böyük miqdarda borcunuz var və ödəyə bilmirsiniz. Gəlin neftinizi bizə satın, qazınızı bizə verin, hərbi bazalara yer göstərin, əsgərlərinizi qoşunlarımıza dəstək olmaları üçün döyüşdüyümüz bölgələrə göndərin, BMT-də bizim üçün səs verin! Elektrik su kanalizasiya sistemlərinizi özəlləşdirin! Onları Amerika şirkətlərinə və ya digər transmilli şirkətlərə satın». Sosial xidmətləri, texniki sistemləri, təhsil müəssisələrini, səhiyyə müəssisələrini hətta ədliyyə sistemlərini ələ keçiririk. Bu, ikili, üçlü, dördlü zərbələr seriyasıdır".
John Perkins
|
['John Perkins']
|
1,140 |
https://kayzen.az/blog/yazar/17380/yadda%C5%9Fs%C4%B1zl%C4%B1qdan-%C9%99ziyy%C9%99t-%C3%A7%C9%99k%C9%99n-m%C9%99%C5%9Fhur-yaz%C4%B1%C3%A7%C4%B1.html
|
Yaddaşsızlıqdan əziyyət çəkən məşhur yazıçı
|
Apollon
|
Yazıçılar
|
24 may 2015, 19:13
|
İvan Serqeyeviç Turgenev maraqlı xarakterləri ilə yadda qalan yazıçılardandır.O, çox qəribə də olsa, özünü dünyada ən iri başı olan insan hesab edirdi. Doğrudan da, yazıçının beyni 2000 qram həcmində idi, bu, adi insan beyni üçün qat-qat böyük göstəricidir. Yazıçının beynindəki sümük o qədər incə idi ki, bir zərbəyə qırılıb düşə bilərdi və o, həmin dəqiqə yaddaşını itirə bilərdi.Gənclik illərindən müəyyən yaş dövrünədək Turgenev yaddaşsızlıqdan əziyyət çəkdi. Bəzən o, tanışlarını evinə qonaq çağırır, ertəsi gün isə onları qapıda görəndə təəccübdən yerindəcə donub qalırdı. Əlbəttə ki, tanışlar bundan çox əsəbiləşir və narazılıq edirdilər.
Bir dəfə növbəti belə səhvini düzəltmək üçün Turgenev onlardan üzr istəyir və yenidən dostlarını evinə qonaq çağırır və nahar üçün şərab alır. Evə gələn qonaqlar yenə də onu tapmırlar. Belə hallar, yəqin ki, Turgenevin həyatında çox olub.Gur saçı, qızıl düymələri olan göy frakı, ağ jileti, rəngli qalstuku və dama-dama şalvarı yazıçıya ayrı bir görkəm verirdi. Bu, onun özünəməxsus üslubu idi.Tələbəlik illərində Turgenev əyləncələrə üstünlük verirdi, onu daim ziyafətlərdə görmək olardı.Almaniyada oxuduğu illərdə yazıçının bütün əyləncəsinə xərclənən pulu qohumları göndərirdi. Qohumlar pul göndərməyi kəsən kimi, Turgenev ağıllanmağa və bu işlərə son qoymağa başladı.Yazıçının musiqi üçün yararlı səsi vardı, amma bu işə girişmək istəmirdi. Bu səbəbdən, bircə notu belə öyrənə bilmədi. Hazırladı: Oğuz Ayvaz
|
['yazıçılar', 'İvan Turgenev']
|
1,141 |
https://kayzen.az/blog/Guilty/18253/masturbasiyan%C4%B1n-ziyanlar%C4%B1.html
|
Masturbasiyanın ziyanları
|
Guilty
|
Bloq: Guilty
|
23 may 2015, 17:46
|
Masturbasiya (lat. manus — əl + turbare — tərpətmək) — cinsiyyət üzvlərinin orqazm prosesi baş verənə qədər stimulyasiyası.
Məşhur həkimlərdən biri onanizm (masturbasiya) vərdişinin ziyanları barəsindəki kitabında bəzi həkimlərin
bu barədəki müşahidələrini belə nəql edir:
Hufman deyir:«On beş yaşından bu iyrənc vərdişə aludə olub onu 23 yaşına kimi davam etdirən bir gənclə rastlaşdım.
O, fiziki cəhətdən elə zəifləmişdi ki, kitab oxumaq istəyəndə gözləri qaralır,başı ağrıyırdı.Qarabasmaya bənzər bir hala düşmüş,
sərxoş adamlar kimi baçgicəllənməyə düçar olmuşdu.Gözünün hədəqəsi adi haldan çox genişlənmişdi və gözünün dibində
möhkəm ağrı hiss edirdi.»
Dr.Hotçinsonun müşahidələri sübut edir ki,cinsiyyət orqanına aid bütün narahatlıqlar onanizmin nəticəsidir və gözün tor qişa
və damar təbəqəsində olan narahatlıqların da kökü budur.(Diqqət edin!)
Müəllif həmçinin yazır:
-«Bu çirkin vərdişə aludəliyin ilk nəticəsi,onun gözün güc və şəffaflığını aradan aprması,üzün özünün əsl rəngini itirməsi və
solğunlaşmasıdır.Bu bəlaya düçar olanlarda elə də yüksək ağıl və dərrakə müşahidə edilmir.Onların üzündə tutqunluq
görünür,gözləri tünd rənglə əhatə edilir.Bundan sonra onların müxtəlif bədən üzvlərində süstlük və zəiflik müşahidə edilir.
Yaddaş zəifliyi,iştahasızlıq,həzm problemi,təngnəfəslik,dillə deyilməsi mümkün olmayan dərəcədə davranış və xarakterdəki
dəyişkliklər,paxıllıq,qəm-qüssə,kin-küdurət,malxulya,tərki-dünyalıq və tənhalıq bu cinsi sapıntının acı nəticələrindəndir».
Bu həkim öz kitabının digər bir yerində bunu da əlavə edir ki,onanizm qan azlığına ,fiziki və psixoloji zəifliyə,həmiçinin
başgicəllənməyə,qulaqlarda səs-küyün yaranmasına,bel ağrılarına,tənəffüsün çətinləşməsinə,yaddaşın zəifləməsinə,arıqlmağa,
zəiflik və süstlüyə,bir sözlə,bədənin öz gücünü itirməsinə səbəb olur və beş hissiyyat üzvü ilə yaxın əlaqəyə malik olduğu üçün
xüsusən,göz və qulağa mənfi təsir göstərir.(Diqqət edin!)
Bu çirkin cinsi azğınlığa adət etmək bədənin xəstəliklər qarşısındakı müqavimətini ciddi şəkildə zəiflədir.Həmin həkim deyir:
-«Bu pis adətə düçar olan şəxslər ağır xəstləliklərdən birinə tutulduqdan sonra ölümün çəngindən asanlıqla qurtula bilmirlər».
Bu çirkin əməldən qurtulmaq üçün nə etməli?
İlk öncə bu əməli tərk etmək üçün qəti şəkildə qərar qəbul etmək lazımdır.Daha sonra isə aşağıdakı 10 göstərişə əməl olunması sizə
kömək edəcək.Bu göstərişlər kiməsə sadə görünə bilər amma əməl mərhələsində onların möcüzəli təsirə malik olduğunu görəcəksiniz:
1)Hər hansı süni təhrikdən çəkinmək.(Erotik filmlər,şəkillər,təhrikedici səhnələrə baxmaqdan çəkinmək)
2)Heç bir boşluğu olmayan mükəmməl proqramın hazırlanması.Belə ki,sizin o əməl barəsində düşünməyə belə vaxtınız qalmamalıdır
3)İdmana xüsusi diqqət.İdmançıların cinsi məsələlərə az maraq göstərməsi məşhurdur.
4)Hər hansı bir pis işin yerini başqa bir adət tutmalıdır.Psixoloqlar deyirlər ki,hər hansı pis bir adəti tərgitmək üçün yaxşı bir adət
tapmalı və həmin pis adət bu yaxşı adətlə əvəzlənməlidir.
5)Təklikdən çəkinmək.Bu cür şəxslər bir mənalı şəkildə, tək qalmaqdan çəkinməlidir.
6)İlk fürsətdə evlənmək.
7)Təlqin və iradənin gücləndirilməsi.
8)Tam çəkinmək.Həmişə ,xüsusilə bu adətin tərgidilməsi dövründə,pozğun və bu adətə aludə olan insanlarla ünsiyyətdə olmaqdan,
onlarla oturub-durmaqdan,vəbaya yoluxmuş adamdan qaçılan kimi qaçmaq lazımdır.
9)Ümumi gücləndirmə və qida rejimi.Bədənin güclənməsinə səbəb olan kamil və sağlam qida rejimi də,bu əməlin tərgidilməsində,bir çox hallarda nəzərə çarpacaq dərəcədə böyük təsir göstərir.Soyuq suyla çimmək(əlbəttə,hava şəraiti mübasib hallarda) və sonra bədəni dəsmal ilə masaj etmək də bu şəxslərə kömək edə bilər.
10)İmanın gücü və dini etiqaddan yardım diləmək.İmanın gücü və dini etiqa bu çirkin adətə aludə olanlara ən böyük kömək edə bilər,onları tez bir zamanda
bu pis vərdişin çəngindən qurtara bilər.Bu cür adamlar özlərini ,əsla,lənətlənmiş və Allah dərgahından qovulmuş hesab etməməlidir.
«Gənclərin cinsi problemləri»kitabından
|
['masturbasiya', 'cinsi asılılıq']
|
1,142 |
https://kayzen.az/blog/stil/17137/sa%C3%A7q%C4%B1randan-qurtulma%C4%9F%C4%B1n-yollar%C4%B1.html
|
Saçqırandan qurtulmağın yolları
|
Apollon
|
Yaraşıqlı görünüş, gözəl imic
|
22 may 2015, 19:11
|
Xanımların əksəriyyəti haçalanmış, süpürgəyə bənzər saç ucları problemindən əziyyət çəkirlər. Saçlara saçqıran düşməsi nəticəsində bir çox xanımlar uzun, düz saçlarını quru, cansız saçlara qurban verirlər.Saç diblərinin vəziyyəti
Saçların hər gün şampunla yuyulması sonda saçların qurumasına səbəb olur. Saç dibinin vəziyyəti saçların parlaq çıxmasına kömək edir.Saçları açıq havada qurudun
Saçların saç feni ilə yüksək istilikdə qurudulması tez qurumasına kömək olsa da, uclarını korlayır. Saçları fenlə qurudarkən aşağı temperatura qoyun və feni çox yaxından tutmayın. Ən yaxşısı, saçların öz təbii halı ilə qurudulmasıdır. Zeytun yağı sizin ən yaxşı dostunuzdur
Zeytun yağı saç diblərini qidalandırır, saçları quruluqdan xilas edir. Zeytun yağını hind qozu və küncüt yağı ilə qarışdırıb istifadə edə bilərsiz.Saçlar yaşkən daramayın
Saç quru ikən quruluşu fərqli olur. Saçların yaş ikən daranması onu qırılmağa meyli edir.Saçlar üçün sərt kimyəvi məhsullar istifadə etməyinSaç boyaları, saç düzləşdirən və digər kimyəvi tərkibli məhsullar saçların kövrək olmasına səbəb olur. Bu məhsullardan müntəzəm olaraq, tez-tez istifadə etmək saçların quruluşunu zədələyir və saçlar kövrək hala gəlir. Yox, əgər bu kimyəvi məhsullardan istifadə etmək istəyirsizsə, ilk əvvəl saçlarınızı gücləndirəcək maskalar edin ki, kimyəvi təsirlərə tab gətirə bilsin.Saç qalınlaşdırıcılar
Şampunların tərkibində olan saç qalınlaşdırıcı elementlər saçların diametrini artıran və saçları gücləndirən parafinlərdən ibarət olur.Ən sonuncu həll yolu: kəsdirin
Zədələnmiş saçlar heç cür bərpa olunmursa, yeganə çıxış yolu kəsdirməkdur. Uzun saçlarınızla vidalaşdığınız üçün üzülə bilərsiz, ancaq düşünün ki, saçlarınız yenidən və sağlam uzanacaq.
|
['saçqıran', 'saçlara qulluq']
|
1,143 |
https://kayzen.az/blog/edebiyyat/18250/%C3%B6z%C3%BCm-%C3%BC%C3%A7%C3%BCn-dar%C4%B1xm%C4%B1%C5%9Fam.html
|
"Özüm üçün darıxmışam..."
|
Guilty
|
Ədəbiyyat
|
22 may 2015, 09:43
|
Ən böyük xəyalı
böyümək olan özüm üçün darıxmışam...
Böyüdüm, kiçilmək istədim,
uşaqlaşmaq
yenə də uşaqlar kimi qəhqəhə çəkib
ürəkdən gülmək istədim...
Ən böyük istəyi
doyunca oynamaq olan özüm üçün
darıxmışam
oynaya-oynaya böyüdüm
anladım ki özüm də bir oyuncaqmışam
Fil olub piyadaları sıradan çıxarmağıma
qürrələnərkən –
Şahmatdakı kimi -
qüdrətli bir əlin oyuncağı olduğunu
anlamamışdım...
Ən ağır dərdi
yatmaq olan özüm üşün darıxmışam...
Böyüdüm,
saxta laylalar belə yuxuya verdi məni
Elə dərindən yatdım ki
həyatın ən səs-küylü zəngləri belə oyada
bilmədi
yatdım, qaldım
yox, yox, işə deyil, həyata gecikdim...
Ən böyük xəyanəti
dərsdən qaçmaq olan özüm üçün
darıxmışam...
İlk qaçışım çətin oldu,
yadımdadı
Dərs mənə tərs gəldi
qaçdım
indi həqiqətlərdən qaçdığım kimi...
Ən böyük cinayəti
qənddandan qənd oğurlamaq olan özüm
üçün darıxmışam
Şirinlərdən xeyir gəlmədi heç zaman,
marça-marçla yediyim qəndlər dişlərimi
çürüdüb, tökdü
günahı siçanın boynuna atdı atam,
anam...
Ən böyük qorxusu
üst-başını bulamaq olan özüm üçün
darıxmışam
anamdan elə qorxardım ki...
Böyüdüm, ruhumu buladım
anam dinmədi
dinə bilmədi
dindi, bilmədim
ölmüşdü...
Ən qəddarlığı
həyətdəki pişiyin ayaqlarını
biri-birinə bağlamaq olan özüm üçün
darıxmışam
Elə məsum günahlarım var idi ki...
Böyüdüm
günahlarım ayaqlarımı bağladı
haqqa doğru gedə bilmədim...
Darıxmışam
Illər öncə itirdiyim
o sevincli üzüm üçün darıxmışam
Sənin üçün məndən gedən
Səndə qalan özüm üçün darıxmışam...
Darıxmışam...
...Doğularkən ağlayırmışam deyərdi anam
Sənə mənim öyrətmədiyim yeganə şey
ağlamaqdı deyərdi...
Gülməyi isə sonradan mənə həyat öyrətdi
Və mənim ilk öyrəndiyim saxtakarlıq gülmək
oldu...
İlqar Kamil
|
['Darıxmışam', 'şeir', 'İlqar Kamil']
|
1,144 |
https://kayzen.az/blog/quranmocuzesi/18248/qurani-k%C9%99rimin-yanmamas%C4%B1-m%C3%B6c%C3%BCz%C9%99dirmi.html
|
Qurani-Kərimin yanmaması möcüzədirmi?
|
Guilty
|
Quran möcüzələri
|
22 may 2015, 09:34
|
Bu dəfə düşmən dəyirmanına su tökənlər cahil, nadan və heç bir elmi, dini biliklərə sahib olmayanlar oldu. Ağıllı düşmənin əlinə bəhanə verən ağılsız özümüzkülər yenə də dinimizə qarşı bədbinlik yaratdılar.
Cəmiyyətin elmi səviyyəsini nəzərə alaraq, onları ehtiyac duyulan qədər məlumatlandırmağı, yalnız bu sahə üzrə ixtisası olanlar üçün deyil, geniş kütləyə, xüsusən də hövsələsi az olan cavanlar üçün bu məlumatları mümkün qədər daha faydalı və daha müxtəsər şəkilə salmağı özümə vəzifə bilib son günlər gündəmə gələn «quran yanmaması möcüzəsi» haqda, bununla yanaşı, bəzi xurafi inanclar barədə qısa bir təhlil yazmaq qərarına gəldim. Qeyd edim ki cəmiyyətdə xurafatlar olduqca çoxdur və onları sadalayıb təhlil etmək üçün kiçik bir yazı kifayət deyil, bunun üçün alim və ruhanilər birgə işlər görməli, bu haqda kitablar yazılmalıdır.
Bəzən bir mənzil yanır, sonradan həmin mənzildə yanmış əşyalar arasında yanmamış Qurani-Kərim tapılır, fotosu çəkilib “Möcüzə! Hər şey yandı, Quran yanmadı” başlıqda yayılır. Bəzən təbii fəlakət hadisəsi baş verir, bütün binaların uçulub dağıldığı, lakin həmin məntəqədə bir məscidin zədə almadığının fotoşəkilləri möcüzə adıyla yayılmağa başlayır. Bəzən də elə olur ki, hansısa bir heyvanın dərisi üzərində, buludlar arasında, meyvə-tərəvəz üzərində Allah kəlməsinə bənzər bir işarə görünür və bunlar da möcüzə adıyla təqdim edilir, yayılır. Dəfələrlə bütün bunların xurafat olduğu haqda məqalələr yazılıb, təhlillər edilmişdir. Elm və biliyin inkişaf etməsinə baxmayaraq, xurafatın qəbul olunub yayılması heç də azalmayıb.
Onu da qeyd etməliyik ki, heç bir müsəlman (əqli və şəri) dəlil olmadan bir şeyi qəbul və ya rədd etməməlidir. Xurafatlar adətən sadəlövh və avam camaatın dilində olsa da, onlar qeyri-dindar təbəqənin dinimizə qarşı bədbin olmasına, dinə qarşı ikrah hisslərinin daha da çoxalmasına yol açır.
Heç şübhə yoxdur ki, bu xurafatlara avam kütlənin inanc etməsi və onları yayması halları ilə yanaşı, burada düşmən oyunu da nəzərə çarpmaqdadır. Bəzən bir hadisə düşmənlər tərəfindən möcüzə adıyla yayılır və çox təəssüf ki, məlumatsız və avam şəxslər bu oyuna inanır, həmin saxta materialın yayılmasında onlar da köməkçi olurlar. Bundan sonra, oyunbazlar müsəlmanları ağılsızlıqda ittiham edərək onlara istehza edirlər. Əlbəttə, qeyd etməliyik ki, bu kimi xoşa gəlməz hallara təkcə müsəlmanlar arasında deyil, xristianlar və digər millətlər arasında da tez tez rast gəlirik.
İndi isə yuxarıda qeyd etdiyimiz bəzi “möcüzə” adı verilən hadisələrı qısa da olsa, təhlil edək:
Allah-Təala Qurani-Kərimi qoruyacağı haqda belə buyurur: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr 9).
Burada Quranın cild və vərəqlərinin qorunması yox, onun təhrifdən, sözlərin artırıb əskiltmədən qorunması nəzərdə tutulur. Hər hansı bir yanğın nəticəsində Quranın yanmaması möcüzə sayıla bilməz. Bəzi hallarda Quranın yanmaması həmin yerin şəraiti ilə əlaqədar olur. Bir neçə hadisə zamanı Quranla yanaşı, digər kitablar da yanmamışdır. Bu zamana kimi o qədər Qurani-Kərim yanıb və yandırılıbdır ki, sayı-hesabı məlum deyil.
Tarix ərzində məscidlərin yanması, təbii fəlakətlər zamanı uçub dağılması hadisələri baş vermişdir. Müqəddəs Kəbə evi dəfələrlə sel suları səbəbindən uçulub dağılmış, yenidən təmir edilmişdir. Hətta, Kəbə evi Yezid ibn Muaviyənin əmri ilə yandırılmışdır. Burada bir məsələyə toxunmaq gərəkdir ki, bəzən Allah Kəbə evini düşmənlərdən qorumuş və böyük möcüzə göstərmişdir. Məsələn, Əbrəhə Məkkəyə qoşun yürüdüb, Kəbə evini dağıtmaq istəmişdir, ancaq İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) babası Əbdul Müttəlib Allahın dostlarından və salehlərdən olduğu üçün Kəbə evi haqda etdiyi dua qəbul olmuş, böyük bir hadisə baş vermişdir.
Lakin Bəni-Üməyyə xilafəti zamanı Kəbənin Yezidin əmri ilə yandırılması hadisəsi baş vermişdir. Bu yerdə belə bir sual yarana bilər ki, Allah Əbrəhənin qoşununa bəla göndərib, Kəbənin dağıdılmasına mane oldu, bəs nə üçün Yezidin qoşununa bəla göndərilmədi, Kəbəni qorumadı? Bu suala cavab vermək üçün həmin hadisənin amillərinə baxmaq gərəkdir. Həmin zaman Bəni-Üməyyə özlərini həqiqi müsəlman hesab edir, Peyğəmbər (s) Əhli-beytinə (ə) olmazın zülmlər edirdilər. Digər tərəfdən Bəni-Zübeyrilər Kəbə evində oturmuş, özlərini haqq bilir, digər müsəlmanları və əsasən Əhli-beyti (ə) batil hesab edirdilər. Bəni-Üməyyə ilə Bəni-Zübeyrilər arasında savaş başlanır. Zübeyr amanda qalmaq üçün Kəbə evinə sığınır və güman etmirdi ki, Yezid Kəbə evinə hücum edə bilər. Bu yolla Kəbə evini özlərinə sipər qərar verdilər. Bu onu göstərdi ki, Zübeyrilər hakimiyyətə çatmaq üçün hətta müqəddəs Kəbədən və dindən istifadə edirdilər. Bəni-Üməyyə də Kəbə evini dağıtmaqla əslində müsəlman olduqları iddialarının saxta və yalan olduğunu göstərmiş oldular. Bunun üçün də Allah Kəbə evinin dağıdılmasının qarşısını almadı ki, hər iki tayfa rüsvay və xar olsunlar. Bununla da, Allah bir daha Əhli-beytin (ə) haqq olduğunu sübut etmiş oldu. Bu hadisələr təhlil edildikdə, görürük ki, Allah-Təala haqla batilin sərhədlərini gələcək nəsillər üçün aydınlatmışdır. Odur ki, bu gün ağıl sahibləri üçün haqq gün kimi aydın görünməkdədir. Bəni-Üməyyənin batil və zalim bir qövm olması heç şübhəsizdir, çünki, onlar Kəbə evini dağıtmaqla, Peyğəmbər (s) övladını öldürməklə tanınmışlar. Belə bir tayfanı Peyğımbər (s) xəlifələri adlandırmaq nə dərəcədə doğrudur?
Abdullah ibn Zübeyr də Kəbə evini özünə sipər etdi və Allah evinin hörmətinin tapdanmasına səbəbkar oldu, belə bir şəxsi də müsəlmanlar necə adil hədis ravisi hesab edə bilərlər? Həmin zaman Allah Kəbə evini qorusaydı, bütün müsəlmanlar Zübeyrin haqq olduğunu zənn edib ona beyət edəcəkdilər. Əhli-beyt (ə) isə daha da tərk ediləcəkdi. Ona görə də Allah-Təala Kəbə evinin yanmasına mane olmadı.
İndi isə insan və heyvan dərisi, meyvə-tərəvəz qabığı üzərində görünən Allah kəlməsi haqda qısa bir araşdırma aparaq. Bunların hansısa bir dini əsası, möcüzə və kəramət olması haqda hansısa bir dəlil varmı?
Əvvəla, Allahın heç bir ehtiyacı yoxdur ki, öz adını bu kimi hallarda insanlara göstərsin, nümayiş etsin. Zatən bütün aləm Allahın nişanələridir. Elə insan özü də Yaradanın gözəl bir əsəri, nişanə və möcüzəsidir. Heyvanları da gözəl surətdə yaratmaqla Allah öz nişanəsini göstərmişdir. Daha heç bir ehtiyac qalmır ki, Allah-Təala yazı və hərflərlə möcüzə göstərib öz varlığını isbatlasın. Bütün yaxırada sadalananlar bir sıra oyunbaz və çirkin niyyətli şəxslərin yaratdıqları xurafatlardır. Bir ara deyilirdi ki, bir uşağın bədənində Quran ayələri peyda olubdur. Əvvəla Quranın yazılarına dəstəmazsız halda toxunmağı Allah özü haram edirsə, nəyə görə o ayələri insan bədənində qərar versin? Halbuki, həmin uşağın bud nahiyəsində Quran ayələrinin aşkar olduğu iddia edilirdi. Hər an nəcasətə bulaşma ehtimalı olan bir nahiyədə ayələr yazıb möcüzə göstərməsi Allahın şənindən qətiyən uzaqdır. Bunlar heç bir məntiqə sığmır, heç bir əqli və nəqli dəlilləri yoxdur. Allah-Təala Quranın möcüzə və ilahi bir kitab olmasını elə Quranın öz ayələri ilə göstərmişdir və uşağın budunda, meyvə-tərəvəzlər üzərində yazmasına heç bir gərəkliyi yoxdur.
Bütün bunlar xəyanətkar düşmən, cahil və şöhrətpərəstlərin işləridir ki, çox təəssüflər olsun bir sıra avam şəxsləri də öz oyunlarına inandıra bilirlər.
Sonda onu da qeyd edim ki, bir dini öyrənmək üçün onun əqidə əsaslarına, mətnlərinə baxmaq və araşdırmaq lazımdır. Dini şəxslərin dilində və əməllərində axtarmaq doğru deyil, din şəxsiyyətlə ölçülməz. Camaatın dilində gəzən xurafatları dinlə bağlamaq özü ən böyük ağılsızlıqdır.
İlahiyyatçı Oktay Quliyev / İslamazeri.az üçün
|
['Quran', 'xurafat']
|
1,145 |
https://kayzen.az/blog/edebiyyat/18247/iblis-%7C-c%C3%BCbran-x%C9%99lil.html
|
İblis | Cübran Xəlil
|
_BUMERANQ_
|
Ədəbiyyat
|
21 may 2015, 14:02
|
Camaat huri (Livanlılarda müqəddəs ata) Samaana ruhani və dini məsələlər üzrə böyük nüfuz sahibinə baxan kimi baxırdılar. Zira, günahların səbəbləri, cənnət, cəhənnəm və qır qazanı haqqında heç kim ondan çox bilmirdi.Onun işi Şimali Livanın kəndlərini gəzmək və moizələr oxumaqla camaatın nəfsini günahlardan çəkindirmək və iblisin qurduğu tələlərdən onları xəbərdar etməkdən ibarət idi. İblis hurinin ən qatı düşməni idi və Samaan gecə-gündüz onunla müharibə aparırdı.Fəllahlar (Livan kəndliləri) huri Samaana hörmət edir, onun moizə və dualarının müqabilini böyük həvəslə qızıl və gümüşlə ödəyirdilər; yığılan məhsulda da Samaanın öz payı vardı.Payız günlərinin birində huri Samaan səhralıqdan keçərək ucqar bir kəndə doğru yollanarkən qəfildən həzin bir inilti eşitdi. Ətrafına boylanaraq baxanda yolun kənarında, otun üzərində uzanılı halda çılpaq bir kişi gördü. O, ağır yaralanmışdı, yarasından hələ də qanın sızdığını görmək olurdu. “Mənə yazığın gəlsin, – deyə yaralı yalvardı, – məni xilas elə, ölürəm!”Huri Samaan qətiyyətsiz şəkildə yaralıya baxdı və öz-özünə fikirləşdi: “Yəqin quldurdur, yoldan keçəni soymaq istəyib, əvəzində özü zərər çəkib… Onun artıq son nəfəsidir, məni onun yanında görsələr elə biləcəklər ki, mən öldürmüşəm onu”. O öz yoluna davam etmək istəyəndə yaralı bir də dilləndi:“Tək qoyma məni burda, sən getsən, mən yəqin öləsiyəm”.Huri Samaan yenə düşündü, yaralıya kömək etmək istəmədiyini anlayınca sarsıldı və rəngi ağarmış halda dodaqları əsə-əsə öz-özünə: “Bu, yəqin kimsəsiz dağlarda sərgərdan gəzən dəlilərdən birisi olacaq,” – deyə pıçıldadı. “Onun yarası dəhşətlidi. Mən nə edə bilərəm axı? Qəlblərin həkimi bədən xəstəliklərini sağalda bilməz”.Yoluna düzəlmək istəyəndə yaralı dağı-daşı əridə biləcək səslə çağırdı: “Yaxın gəl, biz səninlə uzun zamandan bəri dost olmuşuq. Sən huri Samaan, müqəddəs atasan, mən isə nə quldur, nə də ki, dəliyəm. Qoyma məni bu kimsəsiz yerdə ölüm, yaxın gəl, mən sənə kim olduğumu deyəcəm”.Huri Samaan can verənə yaxınlaşıb ona sarı əyildi. O, qarşısında tanış olmayan, ziddiyyətli bir sifət gördü. Bu üzün cizgilərində sanki ağılla biclik, eybəcərliklə gözəllik, məkrlə yumşaqlıq birləşmişdi. O dikələrək səndirlədi: “Sən kimsən?”– deyə soruşdu. Can verən zəif səslə cavab verdi: “Qorxma, mənim atam, biz səninlə çoxdan dostuq. Kömək elə mənə qalxım, yaxındakı bulağa çatdır məni. Yaralarımı yu və öz yaylığınla bağla”.Huri çığırdı: “De görüm, axı sən kimsən? Mən səni tanımıram, yadıma da gəlmir ki, səninlə hardasa görüşmüş olam”.Yaralı xırıldadı: “Yaxşı bilirsən, mən kiməm. Min dəfə görmüsən məni. Canından əzizəm sənə mən”.Huri qeyzlənərək söylədi: “Ax səni yalançı! Ölüm ayağında adam yalan danışmamalıdı. Mən sənin idbar sifətini heç zaman görməmişəm. Deməsən sən kimsən, səni elə beləcə qanı axa-axa qoyub gedəcəm. Öl, cəhənnəm ol”. Yaralı dikələrək hurinin gözlərinə diqqətlə baxdı və onun dodaqlarında bic təbəssüm oynadı; yumşaq, sakit və dərin səslə: “Mən – İblisəm”, – dedi.Bu sözləri eşidəndə huri Samaan dəhşətə gələrək elə çığırdı ki, səsi bütün vadiyə düşdü. Yalnız indi can verənin kənd kilsəsinin divarından asılmış, qiyamət gününü əks etdirən şəkildəki demonları xatırlatdığını sezməyə başladı.“Allah qəsdən mənə sənin cəhənnəmlik sifətini göstərdi ki, mən daha çox nifrət edim sənə! Səni görüm lənətə gələsən!” – deyə qışqırdı.İblis söylədi: “Tələsmə, müqəddəs ata, vaxtı da boş-boş söhbətlərlə alma. Yaxşısı budur, yaxın gəl və mənim yaralarımı sarı, nə qədər ki, həyat tamamilə tərk etməmişdir bu bədəni” .Huri cavabında: “Hər gün Allahın prosvirasına (Kilsədə ibadət vaxtı yeyilən fətir. Xristian təsəvvürlərinə görə İsanın bədəni) toxunan əl sənin cəhənnəm tullantılarından yaradılmış bədəninə toxunmayacaq! Öl, əbədiyyətin dili və bəşəriyyətin ağzı ilə lənətlənmiş məxluq. Öl, zira, sən əbədiyyətin düşməni və bəşəriyyətin qənimisən”.İblis ağrı içində hərəkətə gəlib, dirsəkləndi və cavab verdi: “Sən nə danışdığını bilmirsən və ruhunu nə boyda günahla yüklədiyinin fərqində də deyilsən. Bir qulaq as mənim hekayətimə. Mən bu kimsəsiz vadilərdə gəzişdiyim zaman bir dəstə mələyə rast gəldim. Məni amansızcasına əzişdirdilər. Əgər onlardan birinin iti qılıncı olmasaydı, mən onların hamısının axırına çıxa bilərdim. Amma bir silahsız silahlıya qarşı nə edə bilər ki?”İblis bir anlığa susdu, sinəsində qaralan yarasını əli ilə örtüb sözünə davam etdi: “Silahlı mələk – deyəsən o, Mikayıl idi – mahir döyüşçü idi və əgər mən yerə yatıb özümü ölülüyə vurmasaydım, məni öldürməyənə qədər əl çəkməyəcəkdi”.Huri gözlərini göyə tutub təntənəli bir şəkildə söylədi: “Eşq olsun Mikayıla ki, bəşəriyyəti mənfur düşməndən xilas elədi”!İblis etiraz etdi: “Mənim bəşəriyyətə qarşı düşmənçiliyim sənin özünə qarşı düşmənçiliyindən böyük deyil. Sən Mikayılı tərifləyirsən. Hansı ki, onun sənə heç bir xeyiri dəyməyib. Məni bu ağır dəqiqələrimdə lənətləsən də, bil ki, sənin firavanlığının və səadətinin səbəbi mən olmuşam və indi də mənəm. Sən mənim xeyirxahlığımı dansan da, mənə minnətdar olmaq istəməsən də, həmişə mənim sayəmdə dolanmısan. Məgər sən indi o qədər varlısan ki, daha heç nəyə ehtiyacın yoxdur? Məgər bilmirsən ki, sənin arvadının və çoxsaylı uşaqlarının çörəyi kəsilə bilər mən ölsəm? De görüm onda nə edəcəksən? Nə işlə məşğul olacaqsan, mənim adım belə qalmasa? İyirmi beş ildir ki, sən bu dağlarda gəzir, insanları mənim tələlərimdən agah edirsən; camaat isə sənin bu moizələrinin müqabilini qızılla, tarlalarının məhsulu ilə ödəyir. Nə verəcəklər sabah sənə, əgər bu gün bilsələr ki, onların düşməni İblis artıq ölüb və onun hiylələri daha onlarçün qorxulu deyil? Nə işə yarayacaqsan, İblisin ölümündən sonra? Məgər sənə, müdrik din xadiminə, məlum deyilmi ki, məhz iblisin varlığı keşişlərin peyda olmasına səbəb olmuşdur və bu köhnəlmiş ədavətə səbəb qızıl və gümüşlər dindarların cibindən siz vaizlərin və ruhani ustadların cibinə axmaqda davam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, səbəbin aradan qalxması ilə nəticə də yoxa çıxacaq? Mənim ölümümü sən necə arzulaya bilərsən, bilə-bilə ki, bununla həm mövqeyini itirəcək, həm maaşından məhrum olacaq, həm də arvad-uşağını ac qoyacaqsan? ”İblis bir anlığa susdu və üzündən yalvarış dolu ifadəni silərək sözünə əminliklə davam etdi: “Özündən razı görünsən də, vallah səfehsən. Qulaq as, mən sənə bizi bir-birimizə bağlayan həqiqəti söyləyim. İnsan ilk dəfə günəşi görəndə əllərini uzadaraq söylədi: “Bu göy qübbəsinin arxasında böyük Allah vardır, xeyirin yaradıcısı!” Sonra isə kürəyini işığa çevirdi və yerdəki kölgəsini görüb dedi: “Torpağın dərinliyində qorxulu iblis yaşayır, şər törədicisi”. Və o özlüyündə: “Mən iki qüdrətli qüvvə arasındayam. Birinə sığınmalı, digəri ilə döyüşməliyəm”, – deyə düşündü.Beləcə əsrlər bir-birini əvəz edir, insansa əvvəlki tək iki qüvvə arasında yaşayırdı: onlardan birinə şükr eləyirdi, çünki bu qüvvə onun ruhunu göylərə qaldırırdı; digərini isə lənətləyirdi, çünki o onun ruhunu zülmətə qərq edirdi. Lakin o nə şükranlığın mənasını anlayır, nə lənətin əhəmiyyətini dərk edirdi və beləcə onu çiçəklərlə bəzəyən yay və onu əsim-əsim əsdirən qış arasında bir ağac təki yaşayırdı. Məhz sivilizasiyanın səhərində insan cəmiyyətində ailə, sonra isə tayfa yarananda, bacarıq və meyllər əsasında əmək bölgüsü yaranıb tayfanın bir qismi əkinçilik, digəri ev tikintisi, bir başqaları toxuculuq və ovçuluqla məşğul olmağa başlayanda, yer üzündə ilk din xadimləri yarandı. Və birinci dəfə insan həyati əhəmiyyət daşımayan və heç bir təbii ehtiyacı ödəməyən bir fəaliyyətlə məşğul olmağa başladı”.İblis bir anlığa fasilə verdi. Sonra elə güldü ki, qəhqəhəsi bütün vadiyə yayıldı. Lakin gülüşü ona həm də onun yarasını xatırlatdı və o, ağrıdan üzü əyilmiş halda böyründən yapışdı. Özünü düzəldib sözünə davam etdi: “Hə, elə o zamandan din xadimləri yarandı. Bu hadisə belə olmuşdu. TayfadaLa Visadlı birisi vardı. Adının mənasının nə olduğunu bilmirəm. O, ağıllı, lakin çox tənbəl idi. Əkinçilikdən, maldarlıqdan və ovçuluqdan, bir sözlə, əzələ gərginliyi tələb edən bütün işlərdən zəhləsi gedirdi. O zamanlar qidanı yalnız zəhmətlə əldə etmək mümkün olduğundan,La Visgecələrin çoxunu ac qarına yuxulamalı olurdu. Bir yay axşamı tayfa üzvləri başçının alaçığının qabağına yığışaraq öz qayğılarını müzakirə edən zaman kimsə ayı göstərərək çığırdı: “Gecənin allahına baxın! Onun üzü qaralmış, gözəlliyi yoxa çıxmışdır, o, göydən asılan bir qara daş parçasına dönmüşdür”. Başlarını qaldırıb göyə baxan insanlar dəhşətə gəlib əsməyə başladılar. Sanki zülmət özü əlləri ilə onların ürəklərini sıxırdı, zira, onlar görünməmiş bir mənzərənin şahidi olurdular: gecənin allahı getdikcə qara dairə formasını alır, sanki qara pərdə ilə hər yeri örtərək torpağın rəngini dəyişir, dağları, daşları görünməz edirdi. Bu zaman əvvəllər ayın batmasını müşahidə etmişLa Visvəziyyətdən faydalanmaq məqamının yetişdiyini anlayıb irəli yeridi, əllərini göyə uzadaraq var səsi ilə danışmağa başladı: “Diz çökün və başınıza kül ələyin. Qara şər allahı işıqlı gecə allahına hücum etmişdir: əgər o qalib gəlsə, bizim hamımız öləcəyik, yox əgər məğlub olsa – yaşayacağıq. Diz çökün, dua edin və başınıza kül tökün. Gözlərinizi yumun və göyə baxmayın, kim xeyir allahının şər allahı ilə döyüşünü görsə, gözünün işığını və ağlını itirəcək, ömrünün axırınadək kor və dəli qalacaqdır. Başınızı aşağı əyin və ürəklərinizdə xeyir allahına qələbə arzulayın”.BeləcəLa Visheç kimin eşitmədiyi qorxulu ifadələr uydurmaqda davam edərək xeyli danışdı. Bir qədər sonra ay yenidən öz gözəlliyi ilə işıqlanmağa başlayanda, o, səsini bir qədər də ucaldaraq sevinclə elan etdi: “İndi isə qalxın, ay camaat, göyə baxın; gecənin allahı düşmənə qalib gəlmiş və budur o yenidən ulduzlar arasında öz səyahətini davam etdirir. Bilin ki, öz dualarınızla siz ona qaranlığın şərini üstələməyə kömək etmiş oldunuz. Budur o indi daha əzəmətli və daha gözəl olmuşdur”.Adamlar qalxaraq aya baxdılar. Ay əvvəlki tək parlaq işıqla işıqlanırdı. Adamların qorxusu əminliklə, həyəcanı isə sevinclə əvəz olundu. Onlar yallı getdilər, dəf və şeypurlarını çaldılar, vadinin ən ucqar guşəsi belə onların sevinc sədaları ilə doldu.Elə həmin gecə tayfanın başçısıLa Visiyanına çağırıb dedi: “Sən bu gün görünməmiş bir iş gördün. Heç birimizin anlaya bilmədiyi gizli sirrə vaqif olduğunu nümayiş etdirdin. Odur ki, səni təbrik edirəm, bu gündən tayfada məndən sonra ən ali şəxs olacaqsan. Mən tayfanın ən güclüsü və cəsarətlisi, sən – ən çox biləni və müdriki; bizimlə allahlar arasında vasitəçi ol, onların iradəsi, arzuları və istəklərindən bizi xəbərdar elə, allahların xeyir-duasını qazanmaqda bizə yardımçı ol”.La Vishiyləsində bir addım da irəli gedərək onu əmin etdi: “Mən yuxuda allahların mənə açdığı bütün sirrləri sənə söyləyəcəm, zira, mən səninlə onlar arasında vasitəçiyəm”. Tayfa başçısı sevincindənLa Visə iki ayğır, yeddi inək, yetmiş qoyun və yetmiş quzu bağışladı və söylədi: “Əmr edəcəm, sənə yaxşı bir ev tiksinlər və hər payızda məhsulun müəyyən hissəsi sənə çatacaq, ağa kimi yaşayacaqsan”.La Visgetmək üçün qalxdı, lakin tayfa başçısı onu saxlayıb soruşdu: “Bu şər allahı dediyin kimdir ki, gecənin işıqlı allahı ilə döyüşə girməyə cəsarət edir? Biz əvvəllər heç onun barəsində eşitməmişdik”.La Visalnını ovuşduraraq ona belə cavab verdi: “Mənim ağam, bil ki, qədim zamanlarda, onda ki, hələ insan da yaranmamışdı, bütün allahlar Süd Yolunun arxasında can bir qəlbdə yaşayırdılar. Onlara allahlar allahı şahlıq edirdi. O, bacarıqda hamıdan üstün idi və əbədiyyətin qanunlarında gizlədilmiş bir çox sirrlərin açarı yalnız onda idi. Lakin on ikinci əbədiyyətin yeddinci əsrində allahların allahına nifrətlə dolu olan Baatar öz atasına belə söylədi: “Nə üçün sən bütün yaradılmışlar üzərində mütləq hakimiyyətindən əl çəkmirsən, varlığın və əbədiyyətin sirlərini bizdən gizlədirsən? Məgər biz sənin ölümsüzlüyündə və gücündə sənə bərabər olan oğul və qızların deyilikmi?”Allahların allahı qəzəblənərək cavab verdi: “Mütləq hakimiyyəti, sirri və qüdrəti mən əbədi olaraq özümçün saxlayacam, zira, mənəm hər şeyin əvvəli və hər şeyin sonu”. Baatar söylədi: “Əgər sən öz güc və qüdrətini mənimlə bölüşməsən, mən və mənim övladlarım və övladlarımın da övladları sənə asi olacağıq!” Onda allahların allahı göylərin ənginliyindəki taxtından qalxaraq Süd Yolunu qılınc edib belinə bağladı, günəşi isə qalxan kimi sinəsinə tutaraq elə bağırdı ki, sonsuzluq lərzəyə gəldi: “Şər üsyankar! Rədd ol, qaranlıq və rəzalətin hökm sürdüyü aşağı dünyaya və orada qal, nə qədər ki, günəş külə dönməyəcək və ulduzlar toz olub səpələnməyəcək”. O saatdan etibarən Baatar ali dünyadan şər ruhların yaşadığı aşağı dünyaya sürgün edildi. O, and içdi həyatın sirrinə ki, dünyanın sonunadək atası və qardaşları ilə mübarizə aparacaq, onlara iman gətirən hər bir ruha qarşı duracaqdır”.La Visə diqqətlə qulaq asan tayfa başçısının rəngi saralmış, alnı isə qırışmışdı. O soruşdu: “Deməli, şər allahının adı Baatardır?”La Viscavab verdi: “Allahların yanında onun adı Baatar idi. Aşağı dünyada isə o özünə başqa adlar götürdü: Baalzebul, Balial, Şeytan, Əhrimən, Mara, Abdon, Devil və nəhayət İblis. Ən məşhuru İblisdir”.Başçı “İblis” kəlməsini küləyin əsdirdiyi quru yarpaqların xışıltısını xatırladan titrəyən səsi ilə bir neçə dəfə təkrarlayandan sonra soruşdu: “Bəs nə üçün İblis allahlara olan nifrətini insanlara da yönəltmişdir?”La Viscəld cavab verdi: “İblis ona görə insanlara nifrət edir ki, onlar onun qardaş və bacılarının törəmələridirlər”. “Deməli, İblis insanlara qohum düşür?”— deyə başçı səsləndi. La Visqəsdən dumanlı şəkildə cavab verdi: “Bəli, mənim ağam. Buna baxmayaraq onların ən qatı düşmənidir: gündüzlər o, insanlara fəlakət, gecələr isə qorxulu yuxular gətirir. O bir qüvvədir ki, fırtınanı onların evlərinə doğru istiqamətləndirir, əkinlərini yandırıb külə döndərir, özlərini və heyvanlarını cürbəcür xəstəliklərə düçar edərək tələf edir. O, qüdrətli, kinli və məkrli allahdır. O, insanların dərdinə sevinir, sevincinə qüssələnir və biz onun davranışını və xasiyyətini yaxşıca öyrənməliyik ki, onun şərindən uzaq ola bilək, tələlərinə düşməyək”.Başçı başını tutub pıçıldadı: “Mən indi bildim fırtınanı bizim evlərimizə yönəldən və heyvanlarımızı tələf edən hansı qüvvədir. Bir azdan bu hamıya ayan olacaq və insanlar sənLa Visə alqış deyəcəklər. Zira, sən onların qatı düşmənlərinin sirrinin üstünü açmış və onun tələlərindən qurtulmağın yollarını öyrənmisən”.Başçının yanından evinə yollananLa Visbugünkü uğuruna özü də inanmır, sevincindən nəşələnirdi. Bu gün ilk dəfə idi ki, başçı və tayfanın digər üzvləri rahat yata bilmədilər; yuxuda onları qorxulu ruhlar incidir, şər qüvvələr qarabaqara izləyirdi”.İblis danışmaqdan yorulmuş kimi bir anlığa susdu. Huri Samaan isə ona diqqətlə baxırdı. Onun üzündə çaşqınlıq ifadəsi donub qalmışdı və budur onun dodaqlarında xəstə bir təbəssüm dartılmağa başladı. İblis yenidən sözünə davam etdi: “Beləcə yer üzündə din xadimləri yarandı. Mənim səbəbimə.La Vismənimlə düşmənçiliyi özünə peşə seçən ilk şəxs oldu. Onun ölümündən sonra bu yeri onun oğlanları və nəvələri tutdular və bu peşə inkişaf etdi. O həddə qədər ki, o yalnız yetkin ağıl, həssas şüur, təmiz ürək və zəngin təxəyyülə malik insanların mənimsəyə biləcəyi müqəddəs bir sənət səviyyəsinə yüksəldi. Babildə insanlar mənimlə cadular vasitəsi ilə döyüşən kahin qarşısında gündə yeddi dəfə səcdə edirdilər; Nineviyada mənim gizli sirlərimi bilməyə iddialı şəxsi insanlarla allahları birləşdirən qızıl bənd sayırdılar; Fiva şəhərində mənim düşmənimi günəşin və ayın oğlu adlandırırdılar; Biblosda, Efesdə və Antioxiyada insanlar mənə öz uşaqlarını qurban verirdilər; Yerusalim və Romada isə camaat canını mənə nifrətdə ustalaşmış şəxslərə tapşırırdı.Günəşin altında yaradılan hər bir şəhərdə mənim adım dinin, elmin, incəsənətin və fəlsəfənin məhək daşı idi. Mənə görə məbədlər tikilir, universitetlər və məktəblər yaradılır, saray və qalalar ucaldılırdı.Mən insanlarda qətiyyət oyadan qətiyyətəm. Mən insanların əllərini hərəkətə gətirən ələm. Mən onların idrakına kəsər gətirən fikirəm. Mən – əbədi və ölümsüz İblisəm ki, özlərini diri saxlamaq üçün insanlar mənimlə döyüşməyə məhkumdurlar. Əgər onlar mənə qarşı durmasalar idrakları yuxulayar, tənbəllik canlarını alar, süstlük isə bədənlərini məhv edər.Mən – ölümsüz və əbədi İblis, – kişilərin ağlında və qadınların ürəklərində əsən, onları həyəcanlandıran səssiz fırtınayam. Mənim qorxumdan onlar monastırlara üz tutur və orada məni öz qorxuları ilə təsdiq edirlər. Mənim iradəmlə onlar qumarxanalara, şənlik evlərinə yönəlir və orada mənim arzularıma itaət nümayiş etdirirlər; gecənin sükutunda dua oxuyaraq məni öz çarpayısından uzaqlaşdırmağa çalışan monarx məni öz yatağına çağıran fahişədən çox fərqlənmir.Mən ölümsüz və əbədi İblisəm, qorxu təməli üzərində ucaldılmış monastır və səcdəgahların əsl memarı mənəm; mənəm şəhvət və həzz təməli üzərində qurulmuş əxlaqsızlıq yuvalarının daimi sakini. Mənim ölümümlə dünyadan qorxu və həzz yoxa çıxacaq və onların dalınca da insan ürəyinin ümid və arzuları. Həyat da simləri qırılmış ud kimi soyuq məzarlığı xatırladacaq.Mən ölümsüz və əbədi İblisəm. Mən yalanın, riyanın, məkrin və alçaqlığın ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər dünyanı tərk edəsi olsa, bəşəriyyət baxımsız bağa bənzəyəcək ki, orda yalnız xeyir kollarının tikanları bitəcək.Mən ölümsüz və əbədi İblisəm. Günahın anası da mənəm, atası da. Əgər günah yox olsa, bütün günah döyüşçüləri və onların ailələri də yox olacaq.Mənəm şərin ürəyi. Mənim ürəyimin dayanması ilə bəşərdə hər hansı hərəkət də dayanacaq. Sən bunumu istəyirsən? İstəyirsən ki, səbəb ölərək özü ilə birlikdə nəticəni də aparsın? Mənəm hər şeyin səbəbi! Sən imkan verəcəksən ki, mənim canım çıxsın bu səhralıqda? Sən doğrudan istəyirsən ki, səni mənimlə bağlayan əzəli əlaqə qırılsın? Cavab ver, din xadimi!”İblis əllərini qabağa uzatdı, boynunu yuxarı qaldırıb dərindən nəfəs aldı; ağrı və əzabdan rəngi bozarmış halda o, əsrlərin Nil çayı sahilində qoruyub saxladığı heykəllərdən birinə çox bənzəyirdi. Huri Samaana parıldayan gözləri ilə baxıb yorğun səsi ilə davam etdi: “Danışmaq əldən saldı məni. Ölüm ayağında gücə qənaət etmək əvəzinə mən sənə adi həqiqətləri izah etməli oldum. İndi sən hər şeyi bilirsən. Seçim sənindir. İstəyirsən məni evinə apar və yaralarıma qulluq elə, istəyirsən at, get məni burda, ölümün əlində”.Ona qulaq asa-asa huri Samaan məzlumcasına əllərini bir-birinə sürtürdü. Sonra isə üzr istəyirmiş kimi dilləndi: “Hə, sən çox şeyə açdın mənim gözümü. Cahilliyimə görə məni bağışla. Mən indi bildim ki, sən insanları azdırmaq üçün yaranmısan. Azmaq isə insan nəfsini dərk etmək üçün bir ölçüdür. Məhz bu ölçü ilə Uca Allah ruhları tərəziyə çəkir. Mən anladım ki, sənin ölümünlə azma, şirniklənmə də yoxa çıxacaq. Onunla bərabər insanı ayıq və ehtiyatlı olmağa sövq edən ruhani məqam da yox olacaqdır.Sən yaşamalısan, çünki sən ölsən və insanlar bundan xəbər tutsalar, cəhənnəm qorxusu da yoxa çıxacaq, camaat ibadətdən uzaqlaşacaq və günaha batacaqdır.Sən yaşamalısan, zira, insan nəslinin əxlaqsızlıqdan və günahdan xilas olması sənin həyatından asılıdır. O ki, qaldı mənə, mən sənə olan nifrətimi insanlara olan sevgimə qurban verəcəm”.İblisi elə gülmək tutdu ki, yer əsdi. Dedi: “Sən necə də ağıllısan, müqəddəs ata! İlahiyyat sahəsində tayın-bərabərin yoxdu. Ağlının gücüylə sən mənim varlığımın mənasını mənim özümdən də yaxşı dərk etdin.Hə, indi ki, bizi bir-birimizə bağlayan ilahi ehtiyacı yaxşıca anladıq, getmək lazımdır burdan. Yaxın gəl mənim qardaşım və məni evinizə apar. Mən o qədər də ağır deyiləm. Vadiyə gecə düşür, bəsdir bu torpağı qanımla suvardığım”.Və huri Samaan qollarını çırmayıb əbasının ətəklərini belinə keçirtdi, İblisi dalına alıb evinə tərəf yollandı.* * *Sükuta qərq olmuş və gecənin qara pərdəsinə bələnmiş vadilərin arası ilə öz kəndinə doğru irəliləyən huri Samaanın beli arxasındakı çılpaq bədənin ağırlığından ikiqat əyilmiş, qara əbası və uzun saqqalı yaralının qanına batmışdı, dodaqları isə ölməkdə olan İblisin sağalması üçün oxuduğu duaları təkrarlayırdı.
|
['dünya ədəbiyyatı', 'Xəlil Cübran']
|
1,146 |
https://kayzen.az/blog/dusundurucu-hekayeler/16913/m%C9%99n-s%C9%99n%C9%99-iki-porta%C4%9Fal-verim.html
|
Mən sənə iki portağal verim
|
Apollon
|
Düşündürücü hekayələr
|
20 may 2015, 14:00
|
Bir gün 9 yaşlı Volteri bir keşişə təqdim etdilər.
Keşiş Volterə:
— Sən mənə Allahın harda olduğunu de, mən sənə bir portağal verim! – dedi.
Volterin cavabı isə belə idi:
— Sən isə mənə Allahın harada olmadığını de, mənə sənə iki portağal verim…
|
['düşündürücü hekayələr', 'pritçalar']
|
1,147 |
https://kayzen.az/blog/aforizmler/16917/qorxaql%C4%B1q-sevgisizlikd%C9%99n-do%C4%9Fur.html
|
Qorxaqlıq sevgisizlikdən doğur
|
Apollon
|
Hikmət dənizi və aforizmlər
|
19 may 2015, 17:31
|
“Dünyadakı insanların hamısı iki qismə bölünür. Birincilərlə yaşamaq asandır, elə onlarsız da yaşamaq asandır. İkincilərlə çox qəlizdir yaşamaq, amma onlarsız yaşamaq heç mümkün deyil”.“Sözün əslinə qalanda yazmaqda qeyri-adi heç nə yoxdur. Oturursan yazı makinasının arxasına və başlayırsan qan-tər tökməyə”.“Həm də xoşbəxt olan ağıllı adamlarla çox az rastlaşdım”.“Nə qədər qaçılmaz və ədalətli olsa da hər müharibə həmişə cinayətdir”.“Sevmədiyiniz insanlarla heç vaxt səyahətə çıxmayın”.“İnsanların çoxu heç vaxt bir-birini dinləmir”.“İçirəm ki, yan-yörəmdəki insanlar daha maraqlı görünsünlər”.“Keçmiş günlərdə vətən uğrunda ölməyin şirin dadından və gözəlliyindən tez-tez yazardılar. Amma indiki müharibələrdə şirin və gözəl heç nə qalmayıb. Heç bir səbəb olmadan it kimi gəbərirsən”. “Dünyada ən iyrənc söz “pensiya” sözüdür”. “İnsanlar yaşlandıqca ağıllanmırlar. Onlar sadəcə daha ehtiyatlı olurlar”. “Bilgi və alimliyini gözə soxanların nə erudisiyası var, nə də alimliyi”. “Bir yerdən başqa yerə köçsəniz də yenə özünüzdən qaça bilməyəcəksiniz”. “Nəyisə yalnız həzz naminə edirsinizsə, deməli, daha yaşamırsınız”.“İki nəfər bir-birini sevirsə, bunun axırı yaxşı ola bilməz”. “Dünyada yatmaq üçün nə qədər desən, qadın var, amma dərdləşmək üçün tək-tük”. “Hansı düşüncədən canınızı qurtarmaq istəyirsinizsə, onu yazıya köçürün”. “Adama güvənməyin ən yaxşı yolu elə ona güvənməkdir”. “İstənilən qorxaqlıq sevgisizlikdən doğur”.“Dostoyevskidə inandıqlarını da taparsan, inanmadıqlarını da. Amma elə doğru şeylər var ki, oxuduqca özünün necə dəyişdiyini hiss edirsən”.“Bütün sentimental insanlar çox qəddardır”.“Gerçəkdən igid insanların duelə çıxmalarına gərək qalmaz, amma bir çox qorxaq özünü öz igidliyinə inandırmaq üçün həmişə duelə əl atır”.“Bir şey xətrinizə toxunursa, deməli, hər şeyə biganə deyilsiniz”. “Dünyanın ən yaxşı adamları gözəlliyi duymağı, riskə getməyi bacarır, doğrunu deməyə özündə güc tapırlar. Bu müsbət keyfiyyətlər onları çox kövrəkləşdirdiyindən ən yaxşı adamlar çox vaxt içəridən dağılır”. “Hamımız sındırılmışıq. Elə bu üzdən də sınıq yerlərimiz o birilərindən çox dözümlüdür”.“Uğurun çox sadə sirri var: heç vaxt ruhdan düşməyin. Heç vaxt adam içində ruhdan düşməyin”.
Ernest Heminquey
|
['hikmətli sözlər', 'aforizimlər', 'Ernest Heminquey']
|
1,148 |
https://kayzen.az/blog/stil/18244/%C9%99tirl%C9%99r-haqq%C4%B1nda-m%C9%99lumat.html
|
Ətirlər haqqında məlumat
|
burla xatun
|
Yaraşıqlı görünüş, gözəl imic
|
18 may 2015, 20:31
|
Ətir – bu sözdə çoxlu emosiya, hiss, əhval-ruhiyyə, intizar, ümid və arzular var. Ətir insanın əhval-ruhiyyəsini ötürür, onun xasiyyəti, temperamenti, həyat tərzi, zövqləri və üstünlükləri haqqında bizə məlumat verir. Böyük Pablo Pikassonun qızı dizayner Paloma Pikasso təsadüfi olaraq deməyib ki, “ətir – şəxsiyyətin avtoqrafıdır”. “Estée Lauder” Korporasiyasının böyük vitse-prezidenti Evelin Lauder isə öz növbəsində belə hesab edirdi: “Qoxu qadın haqqında hətta onun müəyyən səbəblər və ya düşüncələrdən özü barədə deyə bilmədiyini söyləyir”. Bir çox insan bütün həyatını daim arzuladığı ətir axtarışında keçirir. Ətrin seçimi mövzusuna çoxsaylı kitab, mümkün məqalələr, təlimlər həsr edilib! Fransız ətriyyatçısı Romano Ricci ətirlərin köməkliyi ilə kişiləri valehetmənin yollarını açıqlayıb: «Mən düşünürəm ki, hər bir qadının müxtəlif cəhətləri var. Bunu göstər müəmmalı ol. Bir görüşə incə və məsum ətir vuraraq get, növbəti görüşə isə hissiyyatlı və cəzbedici parfüm seç. Bu çox maraqlıdır və insanı həyəcanlandırır.”
»Əgər özünə əmin və hər şeydə təşəbbüs göstərməyi sevənlərdənsənsə, «eau de parfum” konsentrasiyasında olan ətirlərdən istifadə et. Çox az miqdarda istifadə et. Qoy onlar dərində parlaq və yadda qalan həyat yaşasınlar, ətrafda olan qalan qoxuları ört-basdır etməsinlər”.
İsti günlərdə „eau de toilette” konsentrasiyasında olan ətirlərdən istifadə et. Onlar səni yüngül və şəffaf rahiyəyə bürüyür, dərinin qoxusu ilə birləşir və bədənində saatlarla qalır”.
Məşhur moda evlərinin aparıcı ətriyyatçıları insanın fərdiliyini ifadə edə bilən ideal ətir kompozisiyasının yaradılması üzərində uzun illər baş sındırıblar. Böyük Koko Şanel, İv Sen-Loran, Kristian Dior, Paloma Pikasso, Jan Pol Gerlen ətir haqqında danışıb. Siyahını sonsuza qədər davam etdirmək olar. İstənilən axtarış sistemində “ətri düzgün necə seçməli” sözlərini yazmaq kifayətdir ki, istifadəçinin gözləri önünə saysız məqalələr gəlir. Lakin böyük həcmdə məlumat, ətriyyat mağazalarındakı geniş əmtəə çeşidi seçimi asanlaşdırmır, əksinə daha mürəkkəb və uzun edir. Axı yeni ətir almaq, tanımadığın adamla görüş zamanı keçirdiyin həyəcana bənzəyir. Bəzən bunun səninki olduğunu anlamaq üçün bir baxış kifayətdir, bəzən isə cazibədar görünüşün arxasında nəyin gizləndiyini açmağa bir ömür belə çatmır.
Uyğun ətir seçimi — əsl incəsənətdir. Ətir uzaqlaşdırmamalı, əksinə cəlb etməli, məftun etməli, başdan çıxarmalı, azdırmalı, tovlamalıdır. Hər qadının ona xas qoxusu olan ətri olmalıdır. Yaxınların və ya reklam çarxlarının məsləhətləri ilə ətir seçmək olmaz. Hər bir insanın ətri sırf fərdidir. O genetik olaraq proqramlaşdırılıb, bir qadının bəyəndiyi, digərinə tamamilə uyğun gəlməyə bilər. Ona görə də hər kəsin öz ətir seçimi qaydası var. Lakin müəyyən məsləhətlər də mövcuddur ki, yeni ətir alarkən onlara əməl etməyə dəyər:
Ətir seçərkən, onu hansı fəsildə istifadə edəcəyinizi unutmayın. Yadda saxlayın ki, ətirlər isti kimi, soyuqdan da qorxurlar. Rütubətli isti iqlimdə ətirlər sürətlə yayılır, ağır qoxular isə xüsusən güclənir və daha kəskin olur. Ona görə də yay ətirləri daha yüngül olmalıdırlar, daha yüngül, yaşıllıq, meyvə və su vurğulu, sitrus, meyvə və okean, çiçək qoxulu ətirlərdən istifadə etmək tövsiyə olunur.
Qışda iybilmə hissi zəifləyir, bundan başqa, quru və soyuq havada qoxular zəifləyir. Ona görə də qış dövründə daha intensiv, ağır qoxulu ətirlər almaq məsləhət görülür. İlin bu fəslində büzüşdürücü ağac-anbar qoxulu ətirlər xüsusən yaxşıdır – heç nə onlar kimi xəzin gözəlliyini qeyd etməyəcək və sizə istilik, rahatlıq hissi bəxş etməyəcək.
Ətri sutkanın hansı vaxtında istifadə edəcəyinizi yadda saxlamaq lazımdır. Səhər, biz adətən yüngül, təravətləndirici qoxuları seçirik, gündüz kəskin və enerjili ətirlərdən istifadə etmək olar, axşam üçün ədvalı və şirin incəlikləri olan parlaq, mürəkkəb qoxular yaraşar.
Həmçinin gününüzü keçirəcəyiniz vəziyyət də nəzərə alınmalıdır. Məsələn, kiçik ofisdə və ya qatarla, avtobusla və təyyarə ilə səyahət zamanı güclü, kəskin qoxuları seçmək lazım deyil. Romantik gecə üçün yetkin qadınlara ağac və anbar incəlikləri olan hissiyyatlı qoxu, qızlara isə incə meyvə-giləmeyvə ətirləri seçmək yaxşı olar.
Ətriyyatçılar təsdiq edirlər ki, qadının ən azı üç ətri olmalıdır. Biri — işdə, ikincisi — kampaniyada, gecədə və üçüncüsü — ikilikdə romantik axşamda. Bundan başqa, həyatda baş vermiş hər hansı xoş hadisəni xatırladan ruh üçün ətirlər də məsləhət görülür.
İnsanın həyat tərzi də ətir seçiminə təsir göstərir: dinamik, fəal insanlar təravətləndirici, sərinləşdirici ətirlərə üstünlük verirlər. Özünə qapanan, sakit insanlar – mürəkkəb, təkrarolunmaz Şərq qoxularından valeh olurlar.
Ətir alarkən, onun özünü tam büruzə verməsi üçün bir sutka gözləyin. Ətirlərin qoxusu, çiçək kimi tədricən açılır. Ona görə də qoxu haqqında ilk təəssüratdan mağazaya qaçıb onu almaqa tələsməyin.
Ətir seçmək üçün sonsuza qədər ümumi meyar sadalamaq olar. İnsanın yaşı, geyim üslubu, saçının, dərisinin, gözlərinin rəngi kimi zahiri görünüşü mühüm rol oynayır. Lakin əsas yadda saxlamaq lazımdır ki, ətir – ikinci dəri və insanın nəfəs aldığı havadır. Siz əhatənizdə olan atmosferlə vəhdətdə olmalısınız. Özünüzü yaxşı hiss etmədiyiniz ətir, sizin ümumi simanıza təsir göstərir. Ona görə yox ki, ondan istifadə etməklə, siz özünüzə inamı itirirsiniz, həm də ona görə ki, bununla fərdi auranız dağılır.
Ətirlərdə nota nə deməkdir? Nota sözünü tez-tez eşidirsiniz ancaq nə mənanı verdiyini bilirsinizmi? Odunsal, Çiçəksəl, deyərkən çaşbaş qalırsınız? Ətrinizi daha yaxından tanımağınıza kömək edəcək ipuclarını diqqətinizə çatdırırıq.
Ətrin qoxusunu yayma mərhələlərinə nota deyilir. Hər ətir üst nota, orta nota (ürək notası) və alt nota (dib nota) olaraq adlandırılan üç qoxu yayma mərhələsindən meydana gəlir.
Üst notalar ətir sıxıldığında alınan ilk qoxudur və 10-20 dəqiqə içində itər.
Orta notalar, ətrin xarakterini təyin edən qisimdir. Ətrin dəriyə yerləşməsiylə diqqətə çarpar və 3-6 saat arası dəridə qalar.
Alt notalar, ətrin gerçək şəxsiyyətini və qalıcılığını təyin edən qisimdir. Qoxunun dəri üzərindəki ömrü ona bağlıdır.
Bir də ətir ailələri var: odunsal, çiçəksəl, meyvəli və s. Bəzi ətirlər iki xüsusiyyəti eyni anda daşıya bilir, həm çiçəkli həm də meyvəli kimi...
Odunsal
Odunsu ətirlərin içində sidr ağacı, qayıq ağacı və paçuli kimi notalara rast gələ bilərsiniz. Meşə əsintisini bədəninizə daşıyarlar. Odunsu ətirlərə verilə biləcək ən yaxşı nümunələrdən biri Elizabeth Ardanın Mediterranean ətiridir.
Oriyental
Təməl məzmunları müşk, amber, vanil və egzotik bitkilərdir. Oriyental ətir deyincə ağla ilk gələnlərdən biri olan Diorun əfsanə Midnight Poisonu ən gözəl oryantal ətirlərdən biridir.
Çiçəksəl
Gül, yasəmən, jasmin kimi ağılınıza gələ biləcək hər cür çiçək özünü ehtiva edərlər. Şirin və yumşaq bir qoxuları vardır. Estee Lauder Pleasures və Flora by Gucci ən sevilən bu növ ətirlərdəndir.
Meyvəli
Bergamut, limon, naringi, şirin portağal, qırmızı meyvələr və notaları ehtiva edən bu ətirlər yüngül olduqları üçün sevilirlər. DKNY Be Delicious və Prada Infusion da Fleur d'Oranger bu tip meyvəli ətirlərdəndir.
|
['ətirlər', 'parfümeriya', 'ətriyyat', 'parfüm', 'ətir seçmək']
|
1,149 |
https://kayzen.az/blog/psixologiya/17026/geyimd%C9%99-r%C9%99ng-psixologiyas%C4%B1.html
|
Geyimdə rəng psixologiyası
|
Apollon
|
Psixologiya
|
18 may 2015, 13:24
|
Hər birimiz gündəlik geyimlərimizdə sevdiyimiz bir neçə rəngdən istifadə edirik. Bu rənglər bizə yaraşır, bizi rahatladır.
Biz düşünmürük ki, rənglər bizim üzümüzün təravətli, gözlərimizin gözəl görsənməsinə, hətta bəzən vücudumuzun çatışmazlıqlarını gizlətməyə təsir edir.
Biz sadəcə bu rəngləri sevirik və əhvalımızdan asılı olaraq onlardan istifadə edirik. Amma geyimin elə rəngləri var ki, onlar bizə qətiyyən yaraşmır. Bizim rəng seçimimiz nə ilə əlaqədardır? Hər rəngin iki tərəfi var: birinci tərəf insanın daxili vəziyyətini xarakterizə edir, ikinci tərəf isə insanın xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası konkretdir və dəbdən asılı olmayaraq insanlara eyni təsiri göstərir. Rəngi hiss etmə fizioloji, psixoloji, mədəni və sosial faktorlar əsasında baş verir. Gəlin bəzi rənglərin geyimdə psixoloji təsirlərinə nəzər yetirək.
Qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. Qara rəng qara qüvvələr, ölüm və ya sirrlə əlaqəlidir, insanda həyəcan hissi yaradır. Bu, rənglər sırasında nüfuzlu rəngdir. Ona görə də hökümət və dövlət maşınları adətən qara olur. Qara rəngi seçərkən diqqəti rəngə deyil, obyektin forma və məzmununa yönləndirmək lazımdır. Burada söhbət daha çox ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir. Qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş formasına diqqət yetirin, tərz çox sadə də ola bilər. Özünüzə simpatiyanızla cazibədarlığınızı işarə edin. Amma həddini aşmayın.
Ağ rəngin psixologiyası özündə optimizm və saflığı birləşdirir. Ədalət, inam və günahsızlıq rəngidir. Ağ geyinən insanlar yaradıcı şəxsiyyətlərdir. Ağ rəngdən bacarıqla istifadə etməklə siz insanlara hər istədiyinizi, yəni əl çatmaz olduğunuzu, hissiyyatlı və günahsız olduğunuzu hiss etdirə bilərsiniz. Köynəklərin ağ yaxalığı üzü cavan göstərir və üzdəki qırışları gizlədir. Şahanə uyğunluq isə ağ-qaradır.
Qırmızı rəng hiss və enerji əlamətidir. Bu səbəbdən Çində qırmızı rəng döyüşçü və alovlu əjdaha simvoludur. Əgər siz qırmızı köynək və ya don geyinmək istəyirsinizsə, bilin ki, buna səbəb toplanmış enerjinin sərf olunma arzusudur. Qırmızı rəng bənzərsizdir. O, hər zaman diqqəti özünə cəlb edir.
Narıncı rəngin psixologiyası haqqında əzm, azadlıq və optimizm simvolu olduğu söylənilir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi qəbul edirdilər. Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər. Hindistanda narıncı rəng mədəniyyət göstəricisi və milli geyim rəmzi kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, yaradıcı və yeni ideyalarla dolu insanlardır. Bu cür insanlar ünsiyyətcildir, optimizm və ruh yüksəkliyi ilə zəngindir. Bundan başqa onlar aqressiv deyil və hər mövzuda kompromisli qərarlar qəbul edirlər.
Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünür ki, bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Sarı rəng ümid dolu rəngdir. Geyimdə sarı rəngin psixologiyası iki hissəyə ayrılır: solğun sarı inamsızlıq, parlaq sarı isə özünə inam və güvən hissi mənasındadır.
Yaşıl rəngin psixologiyası həyat haqqında təsəvvürlərlə bağlıdır, yenilənmə və şəfa qabiliyyətinə malikdir. Qədim zamanlarda gəlinlərin paltarı yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı. Hindistanda çox qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılır. Əgər siz yaşıl rəngi sevirsinizsə, demək siz məntiqli, emosional, fəaliyyətdə olan insansınız. Siz özünüzlə fəxr edən və analizə meyilli insansınız. Yaşıl rəng sizin cazibənizin və şəxsiyyətinizin magiyasını ətrafa yayır. Özünüzü başqa cür hiss etdirir.
Göy rəng mühafizəkarlıq və sadiqlik rəngi kimi qeyd olunur. Kim ki, göy rəngi sevir o, yaxşı dostdur.
Mavi etibar, təmkin və hörmət rəngidir. Bu rəng gözə xoş görsənir, səma və ya dəniz ilə assosiasiya olunur. Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir.
Geyimdə qəhvəyi rəng özünə inanan, dürüst və sadə mənalarını verir. Bu cür insanlar etibarlı olmasıyla, tərbiyə və uğurlarıyla fərqlənir.
Psixologiya cəhətdən insan boz geyinərkən şüuraltı görünməz olmağı arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığını və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır.
Çəhrayı rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq şəkildə ifadə edirlər. Bundan əlavə onlar küsəyən olmaqları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.
Beləliklə biz rənglərin psixologiyası haqqında danışdıq. Bəzi rəng çalarları da var ki, onlar ümumilikdə xarakterə də təsir edə bilər. V.M. Bextereyevin dediyi kimi “Bacarıqla seçilmiş rəng çalarları və uyğunluğu insanın sinir sisteminə yaxşı təsir edə bilər və ya tam əksinə”.
Mənbə: «Düşüncə» jurnalı
|
['rəng psixologiyası', 'rənglərin təsiri', 'rənglər', 'rənglərin psixologiyası', 'rənglər və xarakter', 'rəng', 'rənglərin rolu']
|
1,150 |
https://kayzen.az/blog/stil/16010/kim%C9%99-hans%C4%B1-r%C9%99ng-yara%C5%9F%C4%B1r.html
|
Kimə hansı rəng yaraşır?
|
Apollon
|
Yaraşıqlı görünüş, gözəl imic
|
17 may 2015, 18:14
|
Adətən öz xarici görünüşünə ciddi yanaşan qadınlar geyinərkən hər gün özlərini “Bu gün nə geyinim?” sualı ilə yorurlar. Çox vaxt da dəb dalınca qaçaraq, özlərinə yaraşan rəngləri seçməyi unudurlar. Stilistlərin fikrincə, yaraşan rəngləri seçə bilmək üçün ilk növbədə dərinin, saçın, gözlərin rəngini müəyyənləşdirmək lazımdır.
Yaz rəngləri
Yaz rəngləri tipinə aid olan xanımlar çox zərif və tərəvətli görünürlər.
Dəri: Açıq və ya şaftalı, fil sümüyü, çəhrayı çalarlı qızılı rəngdə olur. Dəri günün altında tez qaralır. ]
Saç: Açıq qəhvəyi və ya təbii sarı olur. Yaz rəngləri tipinə aid olan xanımlarda açıq kürən, açıq xurmayı və qızılı rənglərdə də saçlara rast gəlinir. Adətən saçlarında açıq qəhvəyi çalarlar da diqqəti çəkir. Yaşlandıqca saçın rəngi tündləşsə də, saçlardakı qızılı parıltı itmir.
Gözlər: Firuzə, dəniz rəngi, göy, mavi, yaşıl- kəhrəba rəngində olur. Nadir hallarda qızılı-qəhvəyi rəngli gözlərə də rast gəlinir. Belə qadınların gözlərinin rəngi çox tünd olmur.
Yaraşan rənglər:
Əsas rəng — parlaq narıncı.Bej rəngiIsti sarı rəng (limon rəngi yaraşmır)Şampan rəngiNarıncı rəngə çalansarıParlaq narıncı rəngAçıq qəhvəyi rəngKərpic rəngiTomat rəngiQızılı qəhvəyi rəngÇəhrayı rəngQızılı yaşıl rəngFiruzə rəngi
Yaraşmayan rənglər: Qara, bozun bütün soyuq çalarları, ağ, purpur-çəhrayı, tünd göy.
Qış rəngləri
Əgər saçlarınız tünd kül və ya qara (tünd şabalıdı), gözləriniz qara, yaşıl, göy, tünd qəhvəyi, dəriniz isə ağ və ya zeytun rəngindədirsə, siz qış rəngləri tipinə aidsiziniz.
Yaraşan rənglər:
Əsas rənglər — ağ və qara.Gümüşü rəng, dəmir rəngiLimon rəngiQırmızı rəngParlaq çəhrayı rəngSoyuq çalarlı tünd qəhvəyi rəngBənövşəyi rəngParlaq göy rəngZümrüd rəngiQaraya çalan yaşıl rəng
Yaraşmayan rənglər: Pastel rənglər, boz, narıncı, qəhvəyinin isti çalarları, sarı-qırmızı, sarı-yaşıl rənglər.
Yay rəngləri
Bu tipə soyuq rənglər xasdır.
Dəri: Açıq, çəhrayı çalarlı rənglərdə olur. Dəri o qədər şəffaf olur ki, altında damarlar görsənir. Dəri torpaq çalarlı da ola bilər. Bu tip qadınlarda çillər də olur. Dəri günün altında qaralır, hətta yandığı üçün qızarır da.
Saçlar: Açıq sarıdan tutmuş tünd xurmayı rəngə qədər tonlarda olur. Rənglərdə soyuq kül çaları nəzərə çarpır. Günün altında belə saçlar yandıqdan sonra bir qədər kürən rəng alırlar.
Gözlər: Yaşıl, mavi, boz, göy və ya qəhvəyidir.
Yaraşan rənglər:
Əsas rənglər – boza çalan mavi, göy.Yumşaq pastel tonlarSəma rəngiÇəhrayı rəngBoza çalan qəhvəyinin bütün çalarlarıÇəhrayıya çalan qəhvəyi rəngTünd qırmızı rəngBozun bütün çalarlarıParlaq olmayan soyuq rənglər
Yaraşmayan rənglər: Qara, təmiz ağ, çox parlaq rənglər, narıncı, parlaq qırmızı, yaşıl alma rəngi.
Payız rəngləri
Dərisi: Açıq və solğun olur. Müxtəlif çalarlarda – fil sümüyü, şaftalı, bej-qızılı, tunc, zeytun çalarlarda olur. Dərinin üstündə çillər və xallar da görünür. Dərisi günün altında tez yanır və qızarır. Payız rəngləri tipinə aid olan qadınlar yaz rəngləri tipinə bənzəyir. Lakin belə qadınların yanaqlarında qızartı olmur və dərisi günün altında pis qaralır. Sadəcə uzun müddət günün altında qalanda dəri yanaraq qızarır.
Saçları: Kürən saçlı və dərisi çilli olan qadınlar payız tipinə daxildir. Saçları qızılı- qəhvəyi, bal rəngində də olur.
Gözləri: Qəhvəyi, mavi, firuzə rənglərindədir.
Yaraşan rənglər:
Əsas rənglər — tünd qəhvəyi və ya tünd yaşıl.Fil sümüyü rəngiQızılı bej rəngiTünd sarı rəngTutqun narıncı rəngQızılı qəhvəyi rəngin bütün çalarlarıBal rəngiPas rəngiYaşıl rəngGöyə çalan yaşıl rəngQaraya çalan göy rəngBaşqa parlaq olmayan isti rənglər
Yaraşmayan rənglər: Qara, ağ, boz, sarı, göy, soyuq çəhrayı, parlaq narıncı rənglər.
|
['gözəl görünüş', 'rənglər', 'rənglərin psixologiyası', 'moda', 'fəsillər', 'fəsil', 'rəng']
|
1,151 |
https://kayzen.az/blog/xalq_tebabeti/17032/%C3%B6sk%C3%BCr%C9%99y%C9%99-qar%C5%9F%C4%B1-xalq-t%C9%99bab%C9%99ti-%C3%BCsullar%C4%B1.html
|
Öskürəyə qarşı xalq təbabəti üsulları
|
Apollon
|
Xalq təbabəti
|
16 may 2015, 17:15
|
Həkimlər deyir ki, öskürək soyuqdəymə zamanı ən tez əmələ gələn və ən gec keçən simptomdur.
Həkim təyin etdiyi müalicə ilə yanaşı xalq təbabəti üsullarından istifadə etməklə siz öskürəkdən daha tez qurtula bilərsiniz.
Təbii ki, istənilən xalq təbabəti üsullarından istifadə etdikdən əvvəl sizi müalicə edən həkimlə məsləhətləşin!
— Süd çox yaxşı bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Öskürək zamanı gün ərzində 2-3 stəkan ilıq süd için.
— 1/2 təkan ilıq süd 1/2 stəkan borjomi mineral suyu ilə qarışdırın və gün ərzində 2-3 stəkan olmaqla için.
— 2 stəkan süddə 10 dəqiqə ərzində vam odda bağlı qabda 3 dənə quru əncir qaynadın və qəbul edin.
— 250 suya 1 çay qaşığı bal, 1 xörək qaşığı cirə toxumları və 1 çimdik duz əlavə edin, 5 dəqiqə ərzində qaynadın və süzün. Gün ərzində kiçik qurtumlarla qəbul edin.
— 1 stəkan süddə 10 dəqiqə ərzində vam odda bağlı qabda 1 çay qaşığı gülxətmi və 1 çay qaşığı adaçayı otları qaynadın, süzün və ilıq vəziyyətdə qəbul edin.
— Axşamdan iri baş soğan doğrayın, piyaləyə yığın və üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə edin. Növbəti gün soğandan çıxan şirəni için.
— Qara turpun ortasını oyun, içinə 2 çay qaşığı səkər tozu tökün və saxlayın. Səhər əmələ gəlmiş şirəni için.
— 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.
— İsti ayaq vannaları da öskürəklə mübarizədə yaxşı kömək edir. Axşam yatmazdan əvvəl isti ayaq vannanı qəbul edin (ayaqlarınız topuğa kimi isti suda olmalıdır), ayaqlarınıza pambıq corab geyinin və yatın. Allergiya yoxdursa, corablara quru xardal tökün.
— 1 xörək qaşığı üzüm sirkəsi, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qağıdı kamfora yağı qarışdırılır, qalın pambıq əskiyə çəkilir və kompres şəklində xəstənin döş qəfəsinə qoyulur. Üstündən yun şərflə bağlayın və bu kompreslə yatın.
— 1 xörək qaşığı un, 1 xörək qaşığı quru xardal, 1 xörək qaşığı günəbaxan yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı arağı qarışdırın və su hamamında qarışdıra-qarışdıra isindirin. Alınmış kütləni pambıq əskiyə çəkin və xəstənin döş qəfəsinə qoyun. Üstündən polietilen plyonka ilə örtün, isti şərflə bağlayın və kompres soyana kimi saxlayın.
Kompresləri yalnız xəstədə hərarət notmada olduqda istifadə etmək olar.
Sadaladığımız vasitələrin birini və bir neçəsini istifadə edə bilərsiz, Məsələn, gün ərzində dəmləmə, axşam kompres və yatmazdan əvvəl ayaq vannaları.
İstənilən vasitəni istifadə etdikdən əvvəl həkimlə məsləhətləşməniz zəruridir!
saglamolun.az
|
['xalq təbabəti', 'öskürək']
|
1,152 |
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17280/idman%C3%A7%C4%B1lar%C4%B1n-h%C9%99yat-m%C9%99nb%C9%99yi.html
|
İdmançıların həyat mənbəyi
|
Apollon
|
sağlam həyat tərzi
|
15 may 2015, 12:00
|
İdmançılar daim gümrah qalmalarını fiziki fəallıqla yanaşı, həm də xüsusi qidalanmaya borcludur. Xüsusilə vitamin və mineral qaynağı olan içkilərə.
Sadə ev şəraitində hazırlaya biləcəyiniz bu içkilər bədəndəki vitamin çatışmazlığını rahat aradan qaldıracaq, damaq dadınızı dəyişəcək.
Xiyar, ispanaq, qırmızı bibər, razyana
Xiyardakı su yay aylarında itirdiyimiz suyu bərpa etmək üçün son dərəcə faydalıdır. Qaz və mədə problemi olanlar üçün yaxşı vasitədir.
Nanə, Kələm, Limon
Bu qarışıq həzm sistemimizi tənzimləyir, vitamin əksikliyini aradan qaldırır. Xusüsilə nanə mədə əzələlərini rahatlaşdırır.
İspanaq, cəfəri, kərəviz, xiyar, zəncəfil, limon
A, C, K vitaminləri ilə zəngin olan bu içki idmandan sonra əzələ ağrılarını azaldır.
|
['sağlamlıq üçün', 'faydalı ickilər']
|
1,153 |
https://kayzen.az/blog/az-proza/15276/%C9%99s%C9%99bl%C9%99rinizi-qoruyun.html
|
Əsəblərinizi qoruyun
|
Apollon
|
Azərbaycan ədəbiyyatı
|
14 may 2015, 13:49
|
Sakit Kamallı yaz-payız plaşını geyinib əmin və sakit addımlarla, kefikök halda, az qala fıştırıq çala-çala evindən çıxdı, dördüncü və beşinci mərtəbələrin arasındakı pilləkən meydançasında dayanıb liftin zəngini basdı. Səhərin bu saatında lift ya doqquzuncu, ya da birinci mərtəbədə olmalı və uğuldayaraq gəlməliydi. Sakit Kamallı qulaq verdi: qaranlıq boşluqdan lift səsi gəlmirdi. O, azca, lap azca dilxor oldu, amma dərhal kamal dolu başına çatdı ki, ziyanı yoxdur. Fikirləşdi: “Hmm, hələ işə salmayıblar. Eybi yox, həmkarlarım da deyir ki, pilləkəni piyada düşüb-qalxmaq səhhətə faydalıdır”.
Sakit Kamallı işə getmək üçün yolun o üzündəki dayanacağa keçmək istədikdə yolun əvvəlcə soluna, sonra sağına baxdı, soldan gələn iki, sağla şütüyən üç-dörd maşını buraxdı və daha bir avtomobilin uzaqda olduğunu gördü, iti addımlarla yolu keçməyə başladı. Ancaq o, uzaqda olan avtomobilin sürətinin 150-160 km/saat olduğunu hesablamamışdı, ona görə də son addımlarını səkiyə atdığı zaman arxasında asfalta pərçimlənən təkərlərin çıxardığı qıcırtı səsini eşitdi və düzü, bir qədər qorxdu. İldırım sürəti ilə şütüyən maşının sürücüsü salonda onun ünvanına nəsə anqırdı və sürüb getdi. Sakit Kamallı da əsəbiləşdi və tez özünü ələ aldı, öz-özünə dedi: “Hər ulağa qoşulası deyilsən ki. Təmkini qorumaq, əsəbiləşməmək gərəkdir”.
Yeddi dəqiqədən sonra avtobus gəldi. Sıxlıq idi. Sanki sürücü qəsəbədə nə qədər adam var, hamısını salona doldurmuş, sonra “ya Allah” deyib yola çıxmışdı. Sakit Kamallı hesabladı ki, bu avtobusu buraxsa, işə gecikə bilər. Mindi. Sürücü salondakılara səsləndi: “Ortaya keçin! Bir az sıxlaşın! Mehriban olun!”.
Sərnişinlərdən biri əsəbi şəkildə sürücüyə dedi: “Bezrazmer-zaddı bəyəm? Bu qədər adamı hara yığırsan?” Sakit Kamallı ürəyində sərnişinlə razılaşdı və fikirləşdi: “Amma dözümlü olmaq, əsəbləri qorumaq lazımdır. Cəmi yeddi kilometr yol gedəcəksən, bu işgəncə bitəcək”.
Ancaq işgəncə tezliklə bitmədi, onu başqa işgəncə əvəz etdi. Bunun adı da tıxac işgəncəsiydi. Sakit Kamallının mindiyi avtobus qəsəbə ilə şəhəri birləşdirən ilk yol ayrıcında kilometrlərcə uzanan tıxaca girdi. Yolu kəsib keçən başqa bir yolda da sıxlıq idi. Maşınlar bir-birinə elə hörülmüşdü ki, onu açmaq üçün kələfi haradan başlayıb çözməyin yolunu heç kəs bilmirdi. Əksər sərnişinlər kimi, Sakit Kamallı da əsəbiləşdi. Amma o, digərlərindən fərqli olaraq, özünü ələ aldı, düşündü: “Bir şey deyil. Əsas məsələ əsəbləri, beyin hüceyrələrini qorumaqdır”.
O da əksər sərnişinlər kimi avtobusdan endi və tıxacın o üzünə piyada keçmək qərarına gəldi. Təxminən bir-iki kilometrdən sonra tıxac arxada qaldı. Sakit Kamallı yola düzəldi və yarım saatdan sonra açılmış yola çıxdı. Bu arada o, fikir verdi ki, ayaqqabısının biri və şalvarının balağı palçığa batıb. Kamallı bundan bir qədər narazı qalsa da, taksiyə minməzdən öncə cibindən nəm məndil çıxararaq ayaqqabılarını sildi və düşündü: “Bundan ötrü əsəbiləşməyə dəyməz, əsas məsələ sinirləri hifz etməkdir”.
Ancaq Sakit Kamallı taksiyə minən kimi öz beyin hüceyrələrinə üç cür hücum hiss etdi. Bunlardan biri o idi ki, gənc və üzü eybəcər şəkildə tüklü sürücü salonda siqaret çəkirdi. İkincisi, o, siqaretin tüstüsü pəncərədən çıxsın deyə şüşəni endirmişdi və bayırın çiskinli havasının soyuğu içəri vururdu. Üçüncüsü, avtomobilin audiopleyerində yarımeyxana-yarımərsiyə janrında, beyin cırmaqlayan səslə, biri qız, digəri oğlan olan duet ortaqları düşük-düşük sözlərlə mahnı oxuyurdular. Sakit Kamallı başa düşdü ki, metrostansiyaya çatana qədər dözsün, fikirləşdi ki, sürücü siqareti söndürüb atacaq və şüşəni qaldıracaq, musiqi isə üç dəqiqəyə bitəcək. “Əsəbiləşməyə dəyməz, cəhənnəmə olsun, zövqü yox, mədəniyyəti yox, ağlı da yox. Durum buna nə deyim?”, — deyə o fikirləşdi və susdu.
Metro həmişəki kimi tünlük idi. Qatar dayananda və vaqonun qapısı açılanda tez-tələsik içəri doluşmaq istəyənlər içəridən çıxanlara imkan vermədən içəri təpildilər, girənlərlə çıxanlar arasında itələşmə oldu. Nəhayət, çıxanlar üstün oldular, deyinə-deyinə çıxdılar. Sakit Kamallı qapının kənarında dayandığı və ümumi itələşmə prosedurunda iştirak etmədiyi üçün vaqona hamıdan axırda güclə mindi. O, itələşənlərə acıqlanmışdı, amma vaqona minə bildiyinə görə özünü xoşbəxt saydı, həmişəki kimi özünü təlqin yoluyla əsəblərinə hakim oldu. Ancaq növbəti stansiyada bir nüans Sakit Kamallının əsəblərini tarıma çəkdi. Vaqonda oturmuş və saqqız çeynəyə-çeynəyə gözünü yummuş bir tələbə gənc nənəsi yaşda ahıl qadına yer vermədi. Sakit Kamallı istədi ki, oğlana irad tutsun, amma onun çivzəli suratına baxan kimi anladı ki, bu gədə söz qananlardan deyil. Ona görə də o, dinmədi, üzünü reklam çarxları verən tele-monitora tutdu. Ancaq bir sonrakı dayanacaqda tələbə gəncin mərifət damarı tərpəndi və o, qalxaraq yerini vaqona yenicə daxil olmuş gənc və gözəl qıza verdi. Sakit Kamallı hirsləndi və hirsini boğa-boğa fikirləşdi: “Sakit ol, Sakit, hər gədə-güdəyə qoşulub, beynini xarab eləmə”.
Metrodan çıxanda da onun dözümlü, eyni zamanda həssas beyninə mənfi təsir göstərən xırda hadisələr baş verdi. Bir kişi metronun tunelindəcə siqaretini yandırdı və ondan irəlidə sələn-sələn gedərək tüstülətməyə başladı. Sakit Kamallının ürəyindən həmin adama çatmaq və onun siqaretli ağzının üstündən şapalaq çəkmək arzusu keçdi. Bu, çox şiddətli arzuydu, amma Sakit Kamallı bunu da dəf etdi, öz-özünə “lənət şeytana” və “bir azca da döz, Sakit, çatırsan” dedi.
İş yerinə çatmasına az qalmış Sakit Kamallının əyləşdiyi avtobusun sürücüsünün başı xarab oldu, başını pəncərədən çıxarıb başqa bir həmkarına “adə, gicqulu, nöş qabağımca gedirsən” deyə irad tutdu, onun qazlayıb getdiyini görüncə, rəqibinin heç cür eşitməyəcəyi, əvəzində öz maşınının salonunda hər kəsin eşidəcəyi halda “peysərə bax ey, ala” deyə böyürdü və özü də qaza basdı. O boyda avtobuslar yolda motosiklet kimi gedirdilər. Sakit Kamallı əsəbiləşdi, bu gedişlə qəza baş verəcəyini proqnozlaşdırdı və sürücüyə təpindi: “Ay qardaş, bir az yavaş sür, camaat aparırsan!” Sürücü güzgüdən ona tərs-tərs baxdı, əlini “sən kimsən” mənası verən jestlə tərpətdi, ötüşməkdə davam etdi. Sakit Kamallı özünü bir az ələ alaraq əsəbini boğsa da, üç addım qabağa yeriyib, sürücüyə daha biz sifətlə təpindi. Onun səliqəli plaşına, qara kostyumuna, mavi köynəyinə, tünd qırmızı qalstukuna və təmiz təraş edilmiş sifətinə baxan sürücü bir balaca həslədi və sürəti azaltdı. Nəticədə bu avtobus qəzaya uğramadı, əvəzində o birisi yol kənarında dayanmış 3-4 maşının sol böyürlərini yaladı. Sakit Kamallı ürəyində sürücülərə sürücülük vəsiqəsi və lisenziya verənlərə söydü və mənzil başına çatanda başını bulaya-bulaya avtobusdan düşdü.
Saat yarım əvvəl evindən çıxanda kefiköklükdən fıştırıq çalmağı gələn Sakit Kamallı yolu keçib iş yerinə daxil olmaq üzrəykən daha bir xoşagəlməz hadisə baş verdi. Onun yanından sürətlə ötən daha bir avtomobilin əvvəlcə ön, sonra arxa təkəri düz Sakit Kamallının böyründə çamur dolu çuxura düşdü. Çuxurdakı çirkli suyun, lehmənin ən azı yarısı Sakit Kamallının üstünə sıçradı və onun səliqəli plaşını, qara kostyumunu, mavi köynəyini, hətta tünd qırmızı qalstukunu batırıb birrəngli etdi. Maşın şığıyıb getdi, Sakit Kamallının hirsi pik həddinə çıxdı.
O, dispanserin qapısından girəndə, dəhlizlə gedəndə, həmkarıyla şərik işlədiyi otağa daxil olanda da çox hirsliydi və artıq özünü ələ almaq barədə yox, hirsini töküb sakitləşmək barədə düşünür, üzünü Təmkin həkimə tutub söylənirdi: — Bir şəhərdə nə qədər ipləmə, zırrama, yaramaz, alçaq, şərəfsiz, vicdansız, murdar, mədəniyyətsiz, səviyyəsiz, gönüqalın, başıxarab, danabaş adam olar, doktor? Adamı rəsmən dəli edirlər...
Təmkin doktor onun üst-başına baxıb nə baş verdiyini soruşmadı. Amma küncdəki stuldan sakit bir səs gəldi: — Əsəbləri qorumaq lazımdır, doktor.
Bu, onun öz pasiyenti idi. Sakit Kamallı ona həmişə belə deyərdi.
© Samir Sarı
|
['ədəbiyyat', 'Azərbaycan ədəbiyyatı', 'Samir Sarı']
|
1,154 |
https://kayzen.az/blog/evdarliq/16743/q%C4%B1%C5%9F-geyiml%C9%99rinin-saxlan%C4%B1lmas%C4%B1.html
|
Qış geyimlərinin saxlanılması
|
Apollon
|
Evdarlıq
|
12 may 2015, 13:20
|
Sizin diqqətinizə qış geyimlərinin və ayaqqabılarının saxlanılması üçün bir sıra sadə, amma olduqca effektiv məsləhətlər təklif edirik.
Qış geyimlərinin saxlanılma yeri
İlk olaraq diqqət edin ki, kürkləri, gödəkcələri və ya yun əşyaları polietilen qutularda və ya kisələrdə əzilmiş vəziyyətdə saxlamaq olmaz. Qış geyimlərinin yanlış saxlanma qaydası onların tez “xarab olmasına”, öz ilk görünüşünün itirilməsinə və tük tökülməsinə səbəb olur.
Əşyaların uzun müddətli saxlanması üçün polietilen və başqa analoji materiallardan istifadə etmək qəti surətdə tövsiyə edilmir, çünki onlarda hava dövrü olmadığı üçün əşyalarda kif qoxusunun yaranması və həmçinin güvələrin artımı üçün əlverişli şərait yaranar.
Qış əşyalarını sərin, yaxşı havaya verilən yerlərdə saxlamaq lazımdır. Məsələn onları şüşəbənd eyvanda saxlamaq olar.
Palto, gödəkcələr, kürklər və plaşları pambıq parçadan və ya tənzifdən hazırlanmış kisələrdə asılqanlardan asıb saxlamaq tövsiyə edilir.
Sviterlərin saxlanılması
Sviterləri ilk öncə yuyub sonra qış üçün yığışdırmaq lazımdır. Çünki hətta əhəmiyyətsiz ləkə növbəti mövsümdə çıxarılmayan ola bilər. Əşyanın özü isə istifadəyə yararsız ola bilər.
Sviterləri paltarasanda qoymaq olmaz, çünki onlar dartıla və formalarını itirə bilər. Yaxşı olar ki, onları qatlayıb hava dəyişmə üçün dəlikləri olan plastik qutulara və ya təmiz konteynerlərə qoyasınız.
Paltoların saxlanılması
Paltoları da sviter kimi, saxlamazdan əvvəl yuyub və ya kimyəvi təmizləməyə vermək arzu olunandır. Onları toxuma çexolun içində paltarasanlarda saxlamaq lazımdır. Əgər belə imkanınız yoxdursa, bu zaman onları iç üzünü çevirib parça kisəyə qoya bilərsiniz.
Dəri gödəkcələr bir qədər fərqli üsulla saxlanılır. Əvvəlcə əşyaları nəm penorezin süngər ilə silib, sonra onları hamarlayıb qırışlarını düzəltmək lazımdır.
Kürkü tərs üzünə çevirib xəzi tozdan və artıq xovdan şotka ilə təmizləmək və sonra üz tərəfinə çevirib saxlamağa qoymaq lazımdır.
Təbii xəzdən olan kürkü xüsusi materialdan tikilmiş geyim üçün paketdə +10-15-dən yuxarı С° temperatur şəraitində saxlamaq lazımdır.
Ayaqqabıların saxlanılması
Saxlamazdan əvvəl ayaqqabıları yaxşıca yuyun, təmizləyin və qurudun. Xoşagəlməz qoxunu aradan qaldırmaq üçün, ayaqqabıları manqan məhlulu və ya hidrogenin peroksidi ilə emal etmək olar. Dezinfeksiya üçün pambıq tikələrini sirkə məhlulunda isladın və ayaqqabıların içinə qoyun. Ayaqqabıları günəş işıqlarından uzaqda quru yerdə qutuda saxlamaq lazımdır.
Güvə ilə mübarizə
Profilakti məqsədləri üçün bir tikə parçanı və ya pambığı sidr, lavanda və ya sərvin efir yağında isladıb qış geyimlərini yerləşdirdiyiniz qutulara və ya rəflərə qoyun.
Düzgün qulluq və saxlanma vaxtı qış geyimləriniz sizə uzun müddət xidmət edəcək və təzə görünəcəklər.
Hazırladı: Könül Zeynalova
|
['evdarlıq', 'qış geyimləri', 'geyimlərə qulluq']
|
1,155 |
https://kayzen.az/blog/happy/17495/xo%C5%9Fb%C9%99xt-olma%C4%9F%C4%B1n-%C5%9F%C9%99rtl%C9%99ri.html
|
Xoşbəxt olmağın şərtləri
|
Apollon
|
Xoşbəxtlik üçün
|
12 may 2015, 13:16
|
1. Xeyirxah olun
“Psychological Bulletin”də yayımlanan araşdırmaya görə özünüz üçün yox, başqaları üçün pul xərcləmək, özünüzü daha yaxşı hiss etməyinizə gətirib çıxarır. Ən xoşbəxt insanların, paylaşmağı sevən insanlar olduğunu sübut edən araşdırmaya görə, xeyirxahlıq edərək, başqalarına pul verərək xoşbəxt ola bilərsiniz.2. Şükür edin
Pensilvaniya Universitetinin professoru Martin Seliqman hər gecə onları xoşbəxt edən üç yaxşı şeyi yadına salan insanların digərlərindən daha xoşbəxt olduğunu sübut edib. Sizi xoşbəxt edən şeylərin çox da mühüm şeylər olması vacib deyil. Həyat yoldaşınızın sevdiyiniz şirniyyatı xatırlayıb alması belə şükür etməyiniz üçün yetərlidir.3. Təzə şeyləri sınayın
Araşdırmalar göstərir ki, yeniliklər edən, yeni təcrübələr yaşayan və rutin həyatdan çıxmağı bacaran insanlar daha xoşbəxt olurlar. Yeni şeylər sınamaq beyin dalğalarını oyandırır. 4. Hədəflər müəyyən edin
Psixoloq Jonathan Freedman qarşısına qısa, yaxud uzun müddətli hədəf qoyanların, digərlərinə nisbətdə daha xoşbəxt olduqlarını iddia edir. Viskonsin Universitetindən Richard Davidson isə deyir ki, hansısa məqsəd naminə çalışmaq, müsbət emosiyalar oyadır insanda.5. Bitərəf olun
“Ultimate Happiness Prescription” adlı kitabın müəllifi Deepak Chopra yazır ki, xoşbəxt olmaq üçün tərəfsiz olmaq lazımdır: “Əgər öz mövqeyinizi müdafiə etməyi dayandırsanız, enerjinizin 99 faizinə qənaət edərsiniz və daha çox xoşbəxt olarsınız”.6. İnanclı olun
Aparılan yeni araşdırmalara görə inanclı insanlar olmayanlara nisbətdə həyatlarından daha məmnun və xoşbəxtdirlər. Melburn Universitetindən Bruce Headeyin 25 illik araşdırmasının nəticəsində bəlli olub ki, inanclı insanlar karyera narahatlığından uzaqdırlar və ruhən daha stabildirlər.7. Azı 6 saat yatın
İngiltərədə aparılan bir araşdırma göstərir ki, gündə ən az 6 saat 15 dəqiqə davamlı olaraq yatmaq, insanın xoşbəxt olmasında böyük əhəmiyyət daşıyır.8. On yaxşı dostunuz olsun
Nottinqam Universitetinin araşdırmasına görə ən azı 10 yaxşı dosta sahib olduğunu deyən yetkin insanlar, beşdən az dostu olanlara nisbətdə daha xoşbəxtdirlər. Daha xoşbəxt hiss etmək üçün, dost çevrənizi genişləndirməyiniz lazımdır.9. Tez-tez gülümsəyin
Gülümsəmək və xoşbəxt insan kimi davranmaq insanda müsbət emosiyalar yaradır. Durduğunuz yerdə, heç bir səbəb olmadan gülümsəsəniz, əhvalınız düzələcək. Bu da araşdırma nəticəsidir.10. Romantik olun
Münasibətlərin xoşbəxtliyə çox böyük təsiri var. Kornell Universitetində aparılan araşdırmaya görə sevgi münasibəti olan insanlar, olmayanlara nisbətdə daha xoşbəxtdir.
|
['xoşbəxtlik', 'xoşbəxt olmaq']
|
1,156 |
https://kayzen.az/blog/edebiyyat/17721/g%C3%BCc%C3%BCn-t%C9%99tbiqi-%7C-uilyam-karlos-uilyams.html
|
Gücün tətbiqi | Uilyam Karlos Uilyams
|
Apollon
|
Ədəbiyyat
|
11 may 2015, 16:25
|
Onlar yeni xəstələrim idilər. Yanıma gələn adam haqda bildiyim yeganə şey onun adı idi: Olson
«Xahiş edirəm ki, bacara bildiyiniz qədər tez gələsiniz, qızım çox xəstədir”.
Çatanda məni üzündən qorxduğu sezilən ana qarşıladı, çox aydın şəkildə və üzrxahlıqla: » Həkimsiz? ”,- deyə soruşdu və məni içəri buraxdı. Arxadan dilləndi,- bağışlayın, həkim, mətbəx isti olduğu üçün onu orada saxlayırıq. Bəzən burda hava çox nəm olur”.
Altdan-üstdən nəyi var geyindirilmiş uşaq mətbəx stolunun yanında atasının qucağında oturmuşdu. Atası ayağa qalxmağa çalışdı, lakin mən o narahat olmasın deyə ona doğru getdim, paltomu çıxartdım və vəziyyəti gözdən keçirməyə başladım. Hamının çox əsəbi olduğunu görə bilirdim, onlar məni başdan ayağa inamsızlıqla süzürdülər. Adətən belə hallarda artıq bir söz deyilmirdi, söyləniləcək fikirlər məndən asılı idi; elə buna görə də, onlar mənə üç dollar ödəyirdilər.
Uşağın soyuq, davamlı baxışları açıq aşkar üzərimdə idi, nə baş versə də üzünün ifadəsi dəyişmirdi. O tərpənmirdi. Daxilən sakit, zahirən düyə kimi güclü görünən, qeyri-adi cazibədarlığı olan kiçik qız idi. Lakin üzü yanırdı, nəfəs alış-verişi sürətli idi, yüksək qızdırmasının olduğunu anladım. Gur, valehedici sarı saçları var idi. Belə görünüşü olan uşaqlara adətən reklam vərəqələrində və " Bazar günü ” qəzetlərinin şəkil bölmələrində rast gəlinirdi.
«Onun üç gündür ki, qızdırması var, –deyə ata sözə başladı,-və biz bilmirik bunun səbəbi nədir.Özünüz də bilirsiniz, bir çox insanın belə hallarda etdiyi kimi arvadım da ona sağalması üçün bəzi vasitələr verib, amma bunların heç bir xeyri olmur. Hər tərəf cürbəcür xəstəliklərlə doludur. Ona görə biz fikirləşdik ki, siz onu daha yaxşı müayinə edərək nə baş verdiyini deyərsiniz”.
Həkimlərin adətən etdiyi kimi mən də başlanğıc üçün onu ümumi müayinədən keçirdim. „Boğaz ağrısı olubmu?”, –deyə soruşdum.
Valideynlərin ikisi də birdən cavab verdilər: “ Xeyr… Xeyr. O deyir ki, boğazı ağrımır”.
»Boğazın ağrıyır?”,- anası soruşdu. Lakin balaca qızcığazdan səs çıxmırdı və o gözlərini məndən çəkmirdi.
Uşağın boğazına baxıb baxmadıqlarını soruşdum.
Ana cavab verdi: "Çalışdım amma görə bilmədim”.
Keçən ay ərzində bu uşağın oxuduğu məktəbdə difteriya xəstəliyi halları müşahidə edildiyi üçün hamımız açıq aşkar bu barədə düşünürdük, lakin heç kəs bir söz demirdi.
«Yaxşı, məncə biz birinci onun boğazına baxmalıyıq, -dedim. Ustalıqla gülümsədim və uşağın adını soruşduqdan sonra, – Matilda, gəl ağzını aç ki, boğazına baxaq”,- dedim.
Heç bir reaksiya vermədi.
»Yaxşı, sadəcə ağzını böyük aç, baxım,-dedim. Hər iki əlimi geniş açaraq,- Əlimdə heç nə yoxdur. Ağzını aç ki, baxım”,-deyə əlavə etdim.
Anası dedi:«Elə yaxşı adamdır ki.Gör sənə qarşı nə mehribandır.Gəl o dediyini et, səni incitməyəcək”.
Güclə gülümsədim. Əgər onlar » incitmək ” sözünü deməsəydilər ,yəqin ki, qızı yola gətirə bilərdim. Lakin mən nə tələsdim, nə də narahat oldum ,sakit, asta-asta danışaraq yenidən uşağa yaxınlaşdım.
Stulu bir az da yaxına çəkən kimi birdən o pişik cəldliyi ilə hər iki əlini qeyri-iradi olaraq gözlərimə uzatdı və onları tutdu. Əslində, o mənim eynəyimə toxundu və o uçaraq yerə düşdü, qırılmasa da mətbəx döşəməsinin üzərində məndən bir qədər aralıda idi.
Ana və ata utanc hissi və üzrxahlıqla içlərindəki bütün qəzəbi boşaltmağa başladılar. Anası onun bir qolundan tutub silkələyərək: «Pis qız, gör sən nə etdin,-dedi,- „elə yaxşı insan”…
“Allah xətrinə,-deyərək sözünü kəsdim,-onun yanında mənə yaxşı insan deməyin. Mən bura onun boğazına baxmaq üçün gəlmişəm, o difteriya xəstəliyinə tutulubsa, bundan ölə bilər. Burda onun üçün heç nə yoxdur.Uşağa baxaraq dedim,- biz sənin boğazına baxmaq istəyirik. Sən mənim dediklərimi anlayacaq yaşdasan. İndi de görək ağzını açırsan, yoxsa biz məcbur açaq?”
Heç bir dəyişiklik olmadı. Hətta onun üzünün ifadəsi də dəyişmədi. Lakin o getdikcə daha sürətlə nəfəs alırdı. Sonra savaş başladı. Bunu etməliydim. Onun özünümüdafiəsinə qarşı mənim də müayinə üçün öz üsulum olmalı idi. Amma əvvəlcə valideynlərə hər şeyin tamamilə onlardan asılı olduğunu dedim.Təhlükəni onlara başa salsam da, məsuliyyəti öz üzərlərinə götürməyənə qədər müayinə üçün təkid etməyəcəyimi bildirdim.
»Əgər sən həkimin dediyini etməsən xəstəxanaya getməli olacaqsan”,-anası sərt şəkildə xəbərdarlıq etdi.
«Doğrudan?”,- öz-özümə gülümsədim. Bütün olanlardan sonra mən bu dəlisov qızcığazı sevmişdim, valideynlərinin rəftarını isə bəyənməmişdim. Sonrakı mübarizədə valideynlər daha acınaqlı, əzik və yorğun vəziyyətə düşmüş, qızcığazın hədləri aşmış çılğınlığı ona qarşı qorxumu artırmışdı.
Ata əlindən gələni etdi, o güclü insan idi, lakin qızcığazın onun öz uşağı olması, uşağın davranışına görə utanc hissi keçirməsi və onu incitməkdən qorxması demək olar ki, istəyimə çatdığım önəmli bir vaxtda atanın qızı buraxmasına səbəb oldu. Atanın ürəyi getmək üzrə idi, amma buna baxmayaraq, uşağın difteriya xəstəliyinə tutulmağından qorxduğu üçün məndən davam etməyimi istədi, eyni zamanda ana da qorxunun təsiri ilə qızın əllərini qaldırıb endirərək var-gəl edirdi.
»Onu qucağına al ,- dedim, –və hər iki biləyini tut”.
Lakin ata mən dediyimi edən kimi uşaq qışqırmağa başladı: " Etməyin, siz məni incidirsiniz, əllərimi buraxın. Deyirəm ki, buraxın əllərimi,- sonra o qorxu ilə, dəhşətli fəryad qopardı,- dayanın, dayanın! Məni öldürəcəksiniz”
«Həkim, sizcə o buna dözə bilər?!”,-ana soruşdu.
Ər arvadına dedi: „Çölə çıx. Bəlkə sən onun difteriyadan ölməsini istəyirsən?”
“Davam et,tut onu”,- dedim.
Sonra mən sol əlimlə uşağın başını tutdum və taxta dil basacağını onun dişlərinin arasına qoymağa çalışdım.O dişlərini qıcayaraq məyus halda mübarizə aparırdı.Lakin indi uşağa qarşı qəzəbim artmışdı.Mən sakit olmağa çalışırdım, amma bacarmırdım. Boğazı necə açmalı olduğumu bilirdim.Və əlimdən gələni etdim. Axır ki, taxta basacağı onun arxa dişləri arasında yerləşdirərək ucunu ağız boşluğuna qoymuşdum ki, o ağzını ani olaraq açdı, amma mən baxa bilmədən yenidən bağladı. Mən taxta ülgücü onun ağzından cıxarmağa fürsət tapmamış o, onu azı dişləri arasında sıxaraq hissələrə parçaladı. »Utanmırsan?”,-anası üstünə qışqırdı,-sən həkimin yanında özünü belə aparmağa utanmırsan?”
«Mənə düz qulplu bir qaşıq verin,-anaya dedim,-biz ağzını o qaşıqla açacağıq”.Uşağın ağzı artıq qan içində idi. Onun dili kəsilmişdi ,şiddətlə ağlayırdı.Ola bilsin buna bir saat və ya daha çox müddətdə ara verməli, sonra yenidən davam etməliydim.Şübhəsiz ki, bu daha yaxşı olardı. Mən ən azı iki uşağın belə hallarda müayinədən imtina etdiyi üçün öldüyünü görmüşdüm. Ona görə də elə hiss edirdim ki, bunu ya indi edəcəyəm ya da heç vaxt. Amma ən pisi o idi ki, bunu etmək üçün mənim tam başqa bir səbəbim vardı. Qəzəbimdən uşağı parçalara ayıra bilərdim və bundan məmnun qalardım. Onun üzərinə cummaq lap ürəyimdən olardı.Üzüm əsəbdən qızarmışdı.
Belə vaxtlarda insan öz-özünə fikirləşir ki, lənətə gəlmiş bu balaca qızcığazı öz dəliliyindən qorumaq lazımdır. Başqa insanlar da bu uşağın özündən qorunmalıdır. Bu sosial zərurətdir.Və hamısı həqiqətdir. Lakin qəzəbin gözümü bürüməsi, bir yetkin insan kimi keçirdiyim utanc hissi, əzələlərimi buraxmaq istəyimin artması davam etməkdə idi. Hər şey sona doğru yaxınlaşırdı.
Düşünülməmiş son cəhddə uşağın boğazını və çənəsini tutmağa müvəffəq oldum. Ağır gümüşü qaşığı səsi kəsilənə qədər onun dişlərinin arxasına basdım və boğazına itələdim. Boğazda hər iki badamcıq membranla örtülmüşdü. O öz sirrini məndən gizlətmək üçün şücaətlə mübarizə aparmışdı. Olacaqlardan canını qurtarmaq üçün ən azı üç gün boğaz ağrısını gizlətmiş və valideynlərinə yalan demişdi.
İndi o ,həqiqətən, qəzəbli idi.Əgər əvvəlcə özünü müdafiə edirdisə, indi artıq hücuma keçmişdi. Gözlərindən məğlubiyyət yaşları axdığı bir vəziyyətdə o, atasının qucağından düşərək üstümə cummağa çalışırdı.
Tərcümə etdi: Arzu Mehralı
|
['dünya ədəbiyyatı', 'Uilyam Karlos Uilyams']
|
1,157 |
https://kayzen.az/blog/NicatCG/18237/dostluq-adl%C4%B1-ilk-animasiyam.html
|
Dostluq adlı ilk animasiyam
|
NicatCG
|
Bloq: NicatCG
|
10 may 2015, 22:45
|
Salam, özümü bir çox sahədə sınadım və son dayanacaq kompyüter qrafikası ilə animasiya cizgi filmləri oldu. Elə isə ilk animasiyamı ortaya çıxartdım. Ssenarisi, rəssamlığı, animasiyası, musiqi mixi və səsləndirməsi şəxsən özümə aid olan bir cizgi film. məqsədim isə Azərbaycanda youtube cizgi film kanalını genişlədib, geniş izləyici kütləsi yığmaq və cizgi film serialları çəkmək.
|
['nicatcg']
|
1,158 |
https://kayzen.az/blog/Bilirsinizmi/18016/kolbasan%C4%B1n-tarixi.html
|
Kolbasanın tarixi
|
Apollon
|
Bilirsinizmi?
|
10 may 2015, 12:15
|
Sosiska və kolbasa istehsalının uzun, təxminən iki min illik tarixi vardır. Keçmişdə müasir dövrdə olduğu qədər cürbəcür forma və növlər olmasa da, istehsalın ümumi cizgiləri məhz o zaman meydana gəlməyə başladı. Ötən yüz illiklər ərzində kolbasalar və sosiskalar müasir insanın menyusunun zəruri hissəsinə çevrilib. Kolbasaya oxşayan yemək haqqında ilk məlumat «The Orya» və ya «The Sausage» qədim yunan pyesində verilib. Bu pyes eramızdan əvvəl 500-cü ildə yazılıb. Ondan sonra bu sözə tez-tez yunan yazılarında rast gəlinir. Katolisizmin çiçəkləndiyi dövrdə bu məhsul dindarlar üçün ən sevimli yeməklərdən birinə çevrildi. Bayramlarda ondan çox istifadə edirdilər.
Müasir «kolbasa» (sausage) sözü «salsus» latın sözündən əmələ gəlib, duzlu deməkdir. Çox güman ki, keçmiş vaxtlarda bu terminin daha geniş mənası olub və bizim təsəvvürümüzdə olduğu kimi yalnız sosiska və kolbasanı deyil, bütün duzlu və ya sadəcə konservləşdirilmiş əti bildirirdi. O vaxtlarda əti soyuqda saxlamaq mümkün deyildi və kolbasa istehsalı (bişmiş və hisə verilmiş) onu saxlamaq üçün yaxşı üsul idi.
Əsrlər keçdikcə insanlar kolbasa istehsalı prosesini daha da təkmilləşdirdilər. Belə ki, coğrafi mövqedən asılı olaraq dünyanın müxtəlif yerlərində bu və ya digər iqlimə uyğun olan kolbasaların müxtəlif reseptləri meydana gəldi. Şimali Avropanın soyuq rayonları üçün çiy kolbasalar daha uyğundur, çünki çiy ət xüsusi dondurma olmadan uzun müddət qala bilir. İsti aylarda əti saxlamaq üçün hisə vermək üsulundan istifadə olunurdu. Çox güman ki, çiy hisə verilən kolbasalar məhz bu cür meydana gəlib. Daha dəqiq məlumat hələ ki yoxdur.
Avropanın cənub rayonlarında, o cümlədən Asiyada quru kolbasa (dry sausage) hazırlamaq daha məqsədəuyğun idi: bu halda kolbasa əlavə emalsız gündə qurudulurdu. Bu cür bişirmə üsuluna sucuq və bastırmanı misal göstərmək olar. Ehtimal olunur ki, Asiya çöllərindən köçərilər sucuğu yəhərin altında çantalarda saxlayırdılar. Kolbasa istehsalının son mərhələsi məhz orada həyata keçirilirdi: qurudulandan sonra o spesifik forma alırdı. Bu gün yastı forma sadəcə ənənə xarakteri daşıyır.
Vaxt keçdikcə bu və ya digər şəhərdə yaşayan insanlar öz reseptlərini icad etməyə və hazır məhsula gözəl səslənən və yadda qalan adlar verməyə başladılar. Beləliklə də Vyana, italiya, ingilis, kamberlend kolbasaları meydana gəldi. Və yalnız Bavariyanın Qasseldorf adlanan ərazisində sakinlər öz həmyerliləri Yoxan Qeorq Lanera abidə qoyublar. Hesab olunur ki, sosiskanı məhz o icad edib. İki metrə yaxın hündürlüyü olan abidə Lanerin 225 illiyi münasibətilə Qasseldorfun 500 sakininin vəsaiti hesabına ucaldılıb. Monumentə sosiskanın tarixi təsvir olunmuş bürünc lövhə vurulub. 1804-cü ildə Yoxan Qeorq Laner qəssab sənətini öyrəndiyi Frankfurtdan Vyana köçüb və orada dükan açıb. Bir il sonra Laner özünün ixtirasını – sosiskanı alıcılara təqdim edib. Onu «Frankfurt» və ya «Vyana» sosiskası adlandırdılar.
Belə çıxır ki, hamıya yaxşı tanış olan sosiska və loğman kolbasası əslində qədim tarixə malikdir və onların bir çox ölkələdə adlı-sanlı qohumları var.
|
['kolbasa', 'kolbasanın tarixi']
|
1,159 |
https://kayzen.az/blog/maraqli-faktlar/15756/h%C4%B1%C3%A7q%C4%B1rmaq.html
|
Hıçqırmaq
|
Apollon
|
Maraqlı faktlar
|
6 may 2015, 10:02
|
Çoxumuz gün ərzində anidən olaraq hıçqırmağa başlayırıq. Bəzən nəfəsimizi saxlayır, bəzən də su içərək bu istəksiz vəziyyətdən xilas olmağa çalışırıq.
Ancaq səbəbsiz baş verən və uzun müddət davam edən hıçqırıqlar beyin və vacib orqan olan ürəkdə baş verən xəstəliklərin xəbərçisi ola bilər.
İstanbul-Memorial Ataşehir xəstəxanası terapiya şöbəsindən Həkim Prof. Birsel Kavaklı, hıçqırıq haqqında məlumat verib.
Çox sürətli yemək yemək, həddindən artıq spirt və siqaret çəkmək hıçqırmağa səbəb ola bilər. Hıçqırıq, sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran və diafraqma adı verilən əzələnin spazmından sonra səs tellərinin olduğu qırtlaq bölgəsinin birdən bağlanmasıyla meydana gəlir və bu sırada bir «spesifik hıçqırıq» səsi eşidilir. Dəqiqədə 10-30 dəfə təkrarlanan bu sıxılmalar diafraqmadan başqa qabırğalar arasındakı əzələlərdə də ola bilər.
Hıçqırıq çox vaxt qısa davamlı və zərərsizdir, sağlam şəxslərdə isə müvəqqəti bir narahatlıq olaraq ortaya çıxa bilər. Kiçik körpələrdə və çox sürətli yemək yeyən, bu sırada hava udan kəslərdə görülən hıçqıraq buna yaxşı bir nümunədir. Həddindən artıq gülmək, qıdıqlanma və ya çox siqaret çəkmək, spirtli içkilər qəbul etmək, əsəb pozğunluğu, hava udulması kimi hallarda müvəqqəti hıçqırıqlarla ortaya çıxır.
Sinir sistemi və mədə narahatlıqları ehtimalını nəzərdən qaçırmaq olmaz. Hıçqırıq bəzən günlərlə-həftələrlə kəsilməyə bilər, xəstəni ciddi şəkildə narahat edə bilər və bilinməsi vacib olan xəstəliyin alaməti ola bilər. Uzun davamlı hıçqırıqlar xəstənin yemək yeməsinə, yuxusuna, danışmasına təsir göstərir. Cərrahi cəhd zamanı və sonrasında ortaya çıxan hıçqırıqlar da müxtəlif narahatlıqlara gətirib çıxarır. Hıçqırığın mərkəz sinir sistemi xəstəliklərindən mədə xəstəliklərinə qədər çox fərqli səbəbləri ola bilər.
Mədə reflüksu və hıçqırıq əlaqəsinə diqqət etmək vacibdir!
Hıçqırıq meningit, beyində olan daxili qanaxma, beyin şişləri və beyindəki yaşlılıqla əlaqədar dəyişikliklər kimi mərkəzi sinir sistemi xəstəliklərinin birinin tapıntısı ola bilər. Mədə reflüksu xəstələrində hıçqırıq da ola bilər. Yalnız hıçqırıq şikayəti ilə həkimə müraciət edən xəstələr də olmaqdadır. Bu kəslər uzun müddət hıçqırıq səbəbindən nəzarətdə olur və reflüks xəstəliyi əlamətini isə göstərməz. Bu xəstələrdə reflüks müalicə edildiyi zaman hıçqırıq da keçər. Hər bir adamı zaman zaman hıçqırıq tuta bilər, amma reflüksu olan xəstələrdə bu daha tez və uzun müddətli olmaqla rast gəlinir. Təbii ki hər hıçqırıq tutan adamın reflüksu olmur. Bunun yanında hıçqırığı fərqli səbəbləri də var.
Hər iki ağciyər arasında qalan və içində ürəyin də olduğu döş qəfəsi adı verilən bölgənin xəstəliklərində də hıçqırıq inkişaf edə bilər. Buradakı limfa düyünlərinin vərəm, xərçəng və ya başqa səbəblərlə əlaqədar böyüməsi, sinir zədəsi, həddindən artıq ürək böyüməsi, ürək çatışmazlığı (infarkt) və yemək borusunda olan tıxanmalar bu xəstəliklərin başlıcalarındandır. Sətəlcəm və ağciyər pərdələri arasında maye toplanması da hıçqırığa səbəb ola bilər. Diafraqma əzələsinin yırtıqları, qaraciyər şiş və mədə xərçəngi, dalaq infarkt, bağırsaqda olan tıxanmalar, kəskin pankreatit kimi xəstəliklərlə hıçqırıq müəyyən olunur.
Hıçqırığı keçirmək üçün praktik təkliflər:
•Nəfəsi bacardıqca saxlamaq, diafraqmanı yanıldır və yenidən normal nəfəslənmə ritminə dönməsini təmin edilir;
• Buzlu su, limon suyu və ya sirkə içməklə, qırtlaqdakı «glottis» spazmı həll edilə bilər;
• Buruna qara bibər sürtdükdə asqırıqdan sonra gələn şok nəfəslənmə, diafraqma əzələlərinə təsir göstərir və yenidən normal nəfəslənmə ritminə dönməsini təmin edir;
• 2-3 ədəd kəsmə şəkər və ya 1 qəhvə qaşığı duz yemək də müsbət nəticə verə bilər;
• Aç qarınına bir neçə qərənfil çeynəmək xüsusilə yaşlılarda yaxşı nəticə verir;
• Yemək yeyərkən tələsik edilməməli və danışılmamalıdır. Ümumiyyətlə yavaş danışmağa diqqət göstərilməlidir;
• İçkilər qətiyyən şüşədən içilməməlidir;
• Həddindən artıq gülməkdən çəkinmək lazımdır.
Bu üsullarla dayanmayan hıçqırıq üçün sakitləşdiricilər, əzələ genişlənməsi kimi müxtəlif dərmanlar təsirli ola bilər. Boyundakı şah damarı həkim tərəfindən masaj edilə bilər. Keçmədiyi təqdirdə həkimə müraciət edilməlidir. Durdurulmayan hıçqırıq üçün son çarə sinir əyləcinin bir anestetik dərmanla və ya cərrahi blokadasını təmin etməkdir.
|
['hıçqırıq', 'hıçqırmaq']
|
1,160 |
https://kayzen.az/blog/sevgi/17301/m%C3%BCnasib%C9%99ti-korlayan-v%C9%99rdi%C5%9Fl%C9%99r.html
|
Münasibəti korlayan vərdişlər
|
Apollon
|
Sevgi
|
6 may 2015, 10:01
|
Bəzən fərqinə belə varmadığımız pis vərdişlər münasibətimizi pis hala gətirər. Halbuki, açıq və normal davranmaq hər şeyin həllidir.Qadın, ya kişi bəzən onu narahat edən bir məsələ olduğunda bunu qarşı tərəflə danışmaqdan çəkinir. “Daha da pis olacaq, ya xətrinə dəyəcək”, — deyə danışmaqdan qorxar, bütün günü üzünü turşudub oturar və beləliklə, bütün gecəni korlamış olar.Bəzən isə narahat edən şeylər deyil, narahat etməli olan şeylər ucbatından qadın, ya kişi əsəbi davranar. Qarşı tərəfin laqeyd yanaşmasına dözə bilməz. Hər iki tərəf danışdığında tərəflərdən biri elə bir məsələnin ucundan yapışar və saqqız kimi uzadar. Bu da insanı bezdirici hala gətirir.Qadın, ya kişi qarşı tərəfə yaxşı bacardığı və asanlıqla görəcəyi işin necə görülməsini anladar. Onunla uşaq kimi davranar. Bu da onun əsəbləşməsinə və bütün məsuliyyətini boynundan atmasına səbəb olar.Münasibətin irəli dövrlərində bəzən tərəflərdən biri xarici görünüşünə diqqət göstərməz. Ancaq münasibətin uzun davam etməsi və gözəlləşməsi üçün davamlı diqqətə ehtiyac var.Üzr istəməmək də ən pis vərdişlərdən biridir. Ancaq haqsız olan tərəf mütləq üzr istəməlidir.Qarşısındakını əsəbləşdirməmək, qırmaq istəmədiyindən hər şeyini dəstəkləyərək “əla” deyir. Bu da başqa bir pis vərdişdir. Münasibətin həyəcanını yox edir.Kin tutmaq, münasibəti zamanla yox edən bir vərdişdir. Qarşındakını dinləməmək, sözlərinə dəyər verməmək, hər zaman öz sözünü deməyə çalışmaq hörmətsizlik anlamına gələcək.Asılısınız. Subaymış kimi yaşamaq, ancaq öz zövqlərinə, təkbaşına yerinə yetirəcəyin işlərə üstünlük vermək münasibət üçün artıq söz qalmayıb deməkdir.
|
['münasibətlər', 'kişi-qadın münasibətləri']
|
1,161 |
https://kayzen.az/blog/psixologiya/16381/u%C5%9Faqlar-niy%C9%99-yalan-dan%C4%B1%C5%9F%C4%B1r.html
|
Uşaqlar niyə yalan danışır?
|
Apollon
|
Psixologiya
|
3 may 2015, 12:42
|
Uşağa yalan danışmağı qadağa qoymaq, yalan danışdığı üçün döymək, cəzalandırmaq heç bir effekt verməyəcək
Hesab olunur ki, uşaqlar saf olduğundan hər şeyin düzünü deyir. Amma onlar da tez-tez yalan danışırlar. Mütəxəssislər bildirir ki, yalan danışmaq uşağın təxəyyül dünyası ilə bağlı olsa da, psixoloji problemlər üzündən də olur.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, bəzi valideynlərin uşaqları o qədər yalan danışırlar ki, ətrafdakılar bu haqda bilirlər: «Valideynlər övladlarının bu cür hərəkətinə görə çox utanırlar. Onlar əksər hallarda uşağın niyə yalan danışdığını başa düşmürlər. Bəzi valideynlər isə uşağın nə vaxt yalan, nə vaxt düz danışdığını anlaya bilmirlər. Səbəbindən asılı olmayaraq, valideynlər uşaqların yalan danışmağına mənfi baxırlar».
A.Qurbanova bildirib ki, övladına diqqətli olan valideyn hər cür uşağını yalan danışmaqdan tərgitməyə çalışır: «Elə də olur ki, valideyn hər cür üsula əl atsa da, uşaq yenə də yalan danışır. Elə təəssürat yaranır ki, uşaq yalan danışmasa, yaşaya bilmir. Nə cəzalar, nə söhbət uşağın yalan danışmağının qarşısını alır».
Uşağa səmimi olmağa kömək etmək üçün nə üçün yalan danışdığını başa düşmək lazımdır. Uşağın yalan danışması onun problem yaşamasına da işarə edir. Uşaqlar arasında yalanın ən geniş yayılmış səbəblərindən biri cəzalanmadan qorxmaqdır. Uşaq düzünü dedikdə döyüləcəyindən, cəza alacağından və ya sevgidən məhrum olacağından qorxduğu üçün yalan danışmağa başlayır. Misal üçün, uşaq yeni oyuncağını qırıb. Cəzalanacağından qorxduğu üçün oyuncağı gizlədir. Valideyni ondan oyuncağın harada olduğunu soruşanda isə bilmədiyini deyir. Bu cür hallar valideyni tərəfindən fiziki cəza alan uşaqlarda tez-tez təkrarlanır.
Yalanın digər səbəbi isə valideynlərin ümidini puça çıxarmaq qorxusudur. Məsələn, valideynlər uşağın dərslərinə nəzarət edirlər. Onun dərslərini yaxşı oxumasını, tərbiyəli, ağıllı, bacarıqlı olmasını istəyirlər. Valideynlər uşağa qarşı çox tələbklar olur, onunla qürur duyur, başqaları yanında uşağı tərifləyirlər. Bu zaman uşaq dərslərindən pis qiymət aldıqda valideynə etiraf etməyə qorxur. Ona elə gəlir ki, valideynlərinin istədiyi kimi olmasa, onlar məyus olacaq və ya onu daha əvvəlki kimi sevməyəcəklər. Bu zaman uşaq yalan danışmağa, gündəliyini itirməyə, vərəqlərini cırmağa, dərslərdə başqalarından köçürməyə, başqa biri olmağa çalışır.
Psixoloq qeyd edib ki, uşaqlar diqqətsiz qaldıqları üçün də yalan danışırlar. Onlar daim diqqət istəyirlər, diqqət almadıqda isə bunun heyfini valideynlərdən çıxırlar. Ailədə problemlər varsa, boşanmaq üzrədilərsə, uşaq diqqəti çəkmək üçün yalan danışa bilər.
Uşaqlar valideynlərini təqlid etdikləri üçün də yalan danışırlar. Məsələn, ana xəstə deyil, amma telefonda yalandan deyir ki, xəstədir. Uşaq ananın yalan danışdığını başa düşür. Yalan danışmağın yaxşı bir şey olduğunu düşünməyə başlayır. Valideynlərin yalan danışdığının şahidi olan uşaqlar səmimiyyətin lazım olmadığını fikirləşməyə başlayırlar.
Uşaqları yalanlara təhrik edən digər amil isə onların təxəyyülü və lovğalanmaq istəyidir. Balaca uşaqlar real dünyanı uydurma dünyadan ayıra bilmirlər. Balacalar tez-tez ağlasığmaz, fantastik macəralar danışırlar. Onlar özləri də bunun real olduğuna inanırlar. Valideynlər uşağın bu cür davranışını görüb uşağın yalançı kimi böyüyəcəyindən qorxurlar. Uşaqlar öz xeyrinə görə də yalan danışa bilərlər. Məsələn, uşaq dolabını səliqəyə salsa, ana ona şirniyyat verəcək. Amma uşaq dolabını yığışdırdırmır, yalandan gedib anasına yığışdırdığını deyir və konfetini götürüb yeyir. Yalanın üstü açılanda ana çaşqınlıq vəziyyətinə düşür.
Əgər uşaq cəzalanacağından qorxduğu üçün yalan danışırsa, valideynlər öz davranışını təhlil etməlidirlər. Bəlkə uşağı çox sıxır, çox döyür, ona qarşı çox tələbkardılar. Bəzi valideynlər isə guya uşağı tərbiyə etmək naminə təhqir edirlər. Əgər bu cür davranışlara yol verən valideyn öz hərəkətlərini yenidən nəzərdən keçirsə, dəyişsə, onda uşaq da yalan danışmayacaq.
Uşağa az diqqət ayırırsınızsa, uşaq sizdən diqqət gözlədiyi üçün yalan danışırsa, onda ona vaxt ayırın. Bu gün başqa şeylərə sərf etdiyiniz vaxta görə sonra peşman olacaqsız. Uşaq böyüdükcə davranışında problemlər olacaq.
Müsahibimiz bildirib ki, boş vaxtınız az qalırsa, gecə uşaq yatmazdan əvvəl onunla söhbət etmək üçün 30 dəqiqə vaxt ayrırın, uşağa nağıl danışın, birgə kitab oxuyun, onunla maraqlandığınızı göstərin: «Uşağa diqqət ayırsanız onun yalan danışmağa ehtiyacı qalmayacaq» deyən psixoloq əlavə edib ki, valideynlərin özləri yalançıdılarsa, uşaq da dəfələrlə valideynlərin yalan danışdığını görübsə, uşağın yalan danışmağına təəccüblənmək əvəzinə valideyn öz üzərində işləməlidir. Yaxşı olar ki, valideyn düzgün hərəkət etmədiyini boynuna alsın və bir daha yalan danışmayacağını desin. Uşaq da yalan danışmağın pis olduğunu başa düşəcək.
Onun dediyinə görə, uşağa yalan danışmağı qadağa qoymaq, yalan danışdığı üçün döymək, cəzalandırmaq isə heç bir effekt verməyəcək. Uşaq daha da çox yalan danışmağa başlayacaq. Pis rəftara görə sarsıntı keçirən, diqqətsiz qalan uşaq tez-tez xəstələnəcək və zəifləyəcək.
|
['psixologiya', 'uşaq psixologiyası', 'yalan danışmaq']
|
1,162 |
https://kayzen.az/blog/ekoibrahim/18227/international-business-school-un-rektoru-laslo-lanq-il%C9%99-m%C3%BCsahib%C9%99.html
|
International Business School-un rektoru Laslo Lanq ilə müsahibə
|
ekoibrahim
|
Bloq: ekoibrahim
|
2 may 2015, 12:48
|
Bir çox əcnəbilər yüksək keyfiyyətli təhsilə görə Macarıstanda yaşamağa və təhsil almağa gəlir, Biz Budapeştdəki Beynəlxalq Biznes Məktəbinin (International Business School və ya IBS) rektoru Dr. Laslo Lanqdan onların təhsil metodu haqqında, eləcə də biznes üzrə beynəlxalq və tanınmış diplom almaq arzusunda olan xarici tələbələr tərəfindən bu ali məktəbin daha çox seçilməsi tendensiyasının səbəbləri haqqında müsahibə aldıq.
DailyNewsHungary: Beynəlxalq Biznes Məktəbinin (IBS) rektoru kimi ən son professional nailiyyətləriniz haqqında danışa bilərsinizmi?
Dr. Laslo Lanq: Hər şeydən əvvəl, mən hesab edirəm ki, hələ də fəaliyyətimizi qoruyub saxlaya bilməyimiz ən böyük uğurdur. Bir özəl universitet olaraq, hələ də tələbələrimiz üçün əla təhsil təmin edə bilirik. Bütün özəl universitetlər kimi biz də bu “bazar”da bizim ali məktəbi qoruyub saxlamalıyıq. Biz heç bir dövlət dəstəyi və yardımı almırıq, yalnız ilbəil tələbələrimizdən təhsil haqqı alırıq. Xoşbəxtlikdən, biz kampus və universitetimizi də inkişaf etdirə bilirik. Elə bunun özü bütövlükdə böyük bir uğurdur. Üstəlik, mən yalnız təhsil haqlarının köməyi ilə ayaqda qala və inkişaf edə bilən hər hansı bir digər Avropa ali məktəbi tanımıram.
DailyNewsHungary: Vyanada yeni kampusunuz açıldıqdan sonra təhsil sahənizi coğrafi olaraq genişləndirmək haqqında düşünürsünüzmü?
Dr. Laslo Lanq: Əlbəttə, biz yaxşı biznes imkanları olan digər Avropa ölkə və şəhərlərində fəaliyyətimizi genişləndirmək istəyirik. Bununla yanaşı, bildiyiniz kimi, yerli sakinlər tərəfindən qəbul olunmaq vaxt tələb edir və biz yeni bir ölkədə inamsızlıq divarını qırıb keçməliyik. Amma biz bunun üzərində işləyirik.
DailyNewsHungary: Sirr deyilsə, planlarınızı bölüşə bilərsiniz?
Dr. Laslo Lanq: Biz Slovakiya, Cənubi Polşa və Serbiyada kampuslar açmağı planlaşdırırıq. Bizim üçün əsas məqam yeni kampusların universitetimizin yaxınlığında olmasıdır.
DailyNewsHungary: IBS-də macar və xarici tələbələrin nisbəti nəcədir? Sizin tələbələr əsasən haradan gəlirlər?
Dr. Laslo Lanq: İndi burada təhsil alan tələbələrimizin 50%-i macar, digər yarısı isə əcnəbilərdir. Bu başqa bir böyük uğur və Macarıstanda əldə etdiyimiz yaxşı nəticədir! Bizim universitetin tələbələri Latin Amerikasından Yaponiya qədər, bütün dünyanın hər yerindən gəlirlər. Son bir neçə ildə İran, Ukrayna və Qərbi Afrika tələbələrinin sayı artıb.
DailyNewsHungary: Bunun səbəbi nədir? Niyə xaricilər Macarıstan və Budapeşti, əsasən də IBS-i seçirlər?
Dr. Laslo Lanq: Səbəb sadədir. Biz yüksək peşəkar müəllim və professor heytəmizlə yalnız ingilis dilində təhsil veririk. Aralarında ana dili ingiliscə olanlar da var. Bundan başqa, bizim institutun işçi dili ingilis dilidir: hər şey ingilis dilində yazılır, yeməkxana menyusundan qeydiyyat ofisinə qədər. Digər səbəb isə məzunlarımıza Britaniyanın məşhur Bukinqem Universitetinin (University of Buckingham) diplomunu verməyimizdir. Hal-hazırda, Britaniya diplomu biznes nöqteyi-nəzərindən daha qiymətli və əhəmiyyətli görünür. Britaniyada təhsil üçün böyük təhsil haqqını ödəmək imkanında olmayan tələbələr IBS-də Böyük Britaniya ilə müqayisədə 40% daha az təhsil haqqı verirlər və yaşayış xərcləri də nəzərə çarpacaq dərəcədə azdır.
Tələbələr arasında Budapeşt məşhur və tanınmış şəhərdir. Paytaxtımız əbədi partilər şəhəridir. Bundan əlavə, mən Peru və Kolumbiyada olanda eşitmişdim ki, bizim gələcək Latın Amerikası tələbələrimizin bəzilərinə artıq Budapeştin möhtəşəm əyləncələri və gecə həyatı baxımından maraqlı şəhər olduğu artıq məlumdur. Tələbələr üçün bu çox mühüm aspektdir.
Bizim tələbələr hansı növ biznes dərəcəsi və nəaliyyətlər əldə etmək istədikləri haqqında məlumatlıdırlar. Buna görə də, biz digər macar universitetləri ilə deyil, başqa ölkələrdə – xaricdə təhsil fenomeni ilə rəqabət aparmalıyıq.
DailyNewsHungary: Tələbələr təhsillərini başa vurduqdan sonra Macarıstanda şirkətlərdə işə başlamağa üstünlük verirlər yoxsa ölkə xaricində iş tapmağa?
Dr. Laslo Lanq: Gördüyümüz kimi, bizim macar tələbələrinin 15-20%-i xaricdə iş tapır, yerdə qalan 80%-i isə əldə etdikləri bacarıqlar və peşəyə uyğun olaraq Macarıstanında çalışmağa başlayır. Xoşbəxtlikdən, bizim tələbələrin Macarıstanda yaxşı iş tapmaqda heç bir problemi yoxdur.
DailyNewsHungary:Siz universitetinizdə hər hansı bir dərs keçmisinizmi?Dr. Laslo Lanq: Baxmayaraq ki, mən IBS-də strategiya dərsi tədris etmişəm, professional universitet professoru deyiləm. Bundan başqa, mən ali məktəbimizi idarə etmək üçün kifayət qədər məşğul oluram.
DailyNewsHungary: Sizin universitetin tələbələri Macarıstan və Budapeştdə ən çox nəyi xoşlayır?
Dr. Laslo Lanq: Yuxarıda qeyd etdiyim kimi, onlar Macarıstanın həyat tərzini, partilərini bəyənirlər və mükəmməl ictimai təhlükəsizliyini yüksək qiymətləndirirlər.
DailyNewsHungary: Sonuncu amma bir o qədər də önəmli sualımı vermək istəyirəm. IBS-in gələcək proqramları və layihələri haqqında fikriniz nədir?
Dr. Laslo Lanq: Bəli, biz bir çox yeni magistr proqramlarına başlamağı planlaşdırırıq. Onlardan biri xüsusi olaraq “start-up”-ların inkişafına əsaslanır. Çoxlu yaxşı və mümkün ola biləcək ideyalar olduğu üçün tələbələrin Start-up və IT layihələrində iştirak edə biləcəyi xüsusi bir magistr proqramı həyata keçirmək istəyirik. Biz hətta biznesdə də dəbi izləməliyik!Mənbə: dailynewshungary.com/exclusive-interview-with-laszlo-lang-the-rector-of-the-ibs-a-thriving-education-area-in-budapest/
|
['macarıstan', 'təhsil', 'macarıstanda', 'budapeşt', 'budapeştdə', 'təqaüd', 'proqramları', 'xaricdə', 'avropada', 'azərbaycanlı', 'tələbə', 'xaricdə təhsil', 'Macarıstanda təhsil', 'Debrecen', 'peçs', 'İBS', 'Corvinus', 'ELTE', 'CEU', 'avropa', 'dövlət', 'proqram', 'scholarship']
|
1,163 |
https://kayzen.az/blog/kadrlar/18226/s%C3%BCr%C3%BCc%C3%BCn%C3%BCn-%C9%99m%C9%99k-funksiyas%C4%B1-d%C9%99r%C9%99c%C9%99l%C9%99r-%C3%BCzr%C9%99.html
|
Sürücünün əmək funksiyası (dərəcələr üzrə)
|
Ramil
|
İnsan resursları (kadrlar)
|
1 may 2015, 19:03
|
3. Avtomobil sürücüsüİşin xüsusiyyəti.4-cü dərəcəYük götürmə qabiliyyəti 3-dən 5 tona qədər yük maşınlarının, bütün növdən olan minik avtomobillərinin və qabarit uzunluğu 7 m-ə qədər avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması. Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması. Avtomobillərin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirililə kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması. Avtobuslarda radio qurğudan istifadə etməklə gedişin ödəmə qaydasının, dayanacaq məntəqələrinin elan edilməsi. Yol sənədlərinin rəsmiləşdirilməsi. Bilməlidir: xidmət edilən avtomobillərin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edililə düzəldilməsi üsullarını; texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda,. açıq dayanacaqlarda mühafizəsi qaydalarını; akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını; təzə və kapital təmirdən çıxmış avtomobillərin sürülüb yoxlanılması, tez korlanan və təhlükəli yüklərin daşınması qaydasını; avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu, sərnişinlərin minməsi və düşməsi üçün avtobusun dayanacağa yanalma qaydasını və bu qaydanın yerinə yetirilməsinə nəzarəti; yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin təcili surətdə avtobuslardan boşaldılması qaydasını, avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını.3-cü dərəcə: yükqaldırma qabiliyyəti üç tona qədər, bütün tip və markalardan olan yük avtomobillərinin idarə olunmasında.4. Avtomobil sürücüsüİşin xüsusiyyəti.5-ci dərəcəTəcili yardım və xüsusi səs və işıq siqnalları ilə təchiz olunmuş əməliyyat avtomobillərinin, 1 milyondan çox əhalisi olan şəhərlərdə taksilərin, yükgötürmə qabiliyyəti 5 tondan 7 tona qədər olan bütün növ yük avtomobillərinin (avto-qatarların), uzunluğu 7 metrdən 9 metrə qədər olan avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Xidmət edilən avtomobilin iş zamanı qarşıya çıxan və sökülməsi tələb edilən istismar nasazlığın düzəldilməsi. İş şəraitində texniki yardım olmadıqda nizamlama işlərinin yerinə yetirilməsi.Bilməlidir: xidmət olunan avtomobillərin, aqreqat, mexanizm və cihazlarının təyinatını, quruluşunu, işləmə prinsipi və xidmət göstərilməsini nasazlıqların əlamətləri və səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üsullarını.5. Avtomobil sürücüsüİşin xüsusiyyəti.6-cı dərəcəYükgötürmə qabiliyyəti 7-10 ton olan bütün növ yük avtomobillərinin (avto-qatarların) və qabarit uzunluğu 9-11 metr olan avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması.Bilməlidir: avtoqatarların quruluşu və texniki xidmət qaydalarını və yeni buraxılmış avtomobillərə texniki xidmət qaydalarını, avtomobil işinin ayrı-ayrı istismar göstəricilərinin yükdaşımanın maya dəyərinə təsirini, hərəkət vasitələrindən məhsuldar və səmərəli istifadə üsullarını, hərəkət dəstələrinin əsas texniki-istismar keyfiyyətlərini və onların təhlükəsiz hərəkətə təsirini, avtomobil nəzəriyyəsi elementlərini, avtonəqliyyat təsərrüfatının təhlükəsiz hərəkət xidmətinin əsas müddəalarını.7-ci dərəcə: yükgötürmə qabiliyyəti 10-15 ton olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 11-12 metr olan avtobusların idarə olunması.8-ci dərəcə: yükgötürmə qabiliyyəti 15 tondan çox olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 12 metrdən çox olan avtobusların idarə olunması.
|
['Sürücü', 'sürücünün əmək funksiyası', 'sürücünün vəzifə təlimatları', 'sürücü dərəcələri', 'kadrlar şöbəsi', 'əmək funksiyası', 'insan resursları']
|
1,164 |
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/17396/kanadaya-dadl%C4%B1-s%C9%99yah%C9%99t.html
|
Kanadaya dadlı səyahət
|
Apollon
|
Ölkələr
|
30 aprel 2015, 09:34
|
Kanada Şimali Amerika qitəsində yerləşən, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəd ölkədir. Bildiyimiz kimi, ərazisinə görə (Rusiyadan sonra) dünyanın ikinci ən böyük ölkəsidir.
Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı.
1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular.
18-ci əsrin ortalarında (1756-1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir. Kanada mətbəxi
Kanada mətbəxi də tarixi və təbiəti kimi maraqlı ölkədir. Qədim və zəngin mətbəxə malik ölkənin hər addımbaşında kafe-restoranlara rast gəlinir. Burada yerli yeməklərlə yanaşı, italyan, fransız, çin, yapon və s. mətbəxləri də yer alıb. Ölkə mətbəxində təbii ətdən hazırlanmış qidalara, xüsusilə də ət və balıq steyklərinə, bifştekslərə, langetlərə üstünlük verilir. Ölkənin ən məşhur yeməklərindən biri «File broşşet»dir ki, bu, file kababına bənzəyir, soğan, sarmısaq, göbələk kimi ərzaqlar ona xüsusi dad verir.Qəlyanaltı kimi isə ən çox paştet, pendir, hisdə qurudulmuş siyənək və dəniz məhsulları təqdim edilir.Kanadalıların ən çox sevdiyi duru yemək balqabaq şorbasıdır. Eləcə də, cənub-şərqi Asiyadan və İtaliyadan gəlmiş makaron məmulatları və müxtəlif əriştələrdən hazırlanmış şorbalar bu xalqın sevimli yeməkləri sırasındadır.Onların qüruru — ağcaqayın siropudur. Bu siropla hər cür fəsəliləri, bulkaları, piroqları və keksləri yemək olar.
Kanadalıların sevimli içkisi — pivədir. Onun da «Labatt» və «Molson» növləri xüsusilə geniş yayılıb. Lakin yüksək keyfiyyətli şərabların və spirtli içkilərin çoxu xaricdən gətirilir.
|
['Kanada', 'Kanada mətbəxi ölkələr']
|
1,165 |
https://kayzen.az/blog/aforizmler/17416/bulqakovdan-sitatlar.html
|
Bulqakovdan sitatlar
|
Apollon
|
Hikmət dənizi və aforizmlər
|
30 aprel 2015, 09:33
|
Heç vaxt heç nə xahiş etməyin. Heç vaxt və heç nə! Xüsusən də sizdən güclü olanlardan. Özləri təklif edəcək və özləri hər şeyi verəcəklər. Sevən insan öz taleyini sevdiyi ilə bölməlidir.Xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olanda ona fikir vermirsən.İkinci təravət – bu cəfəngiyatdır. Təravət bir dəfə olur – birinci və sonuncu. Əgər ikinci təravət varsa, o içəridən çürükdür.Heç hara tələsməyən adam hər şeyi çatdırar.Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur. Dünyada iki güc mövcuddur: dollar və ədəbiyyat.Qəddar insanlar yoxdur dünyada, ancaq xoşbəxt olmayanlar var.Siyasət ədəbiyyata müxalifətdə olduqca, yazıçı həmişə siyasətə müxalifətdə olacaq.Bəli, insan ölümlüdür. Lakin ən pisi odur ki, o bəzən qəfildən, ölümə fokuslanmadan ölür.Əlyazmalar yanmır.İnsanı geyiminə görə mühakimə etməyin. Siz çox böyük səhv etmiş olarsınız.Biz səninlə ayrı-ayrı dillərdə danışsaq da, bu danışdığımız şeyləri dəyişmir.Kim deyir ki, əsl və əbədi sevgi yoxdur. Bu yalana görə onun dilini kəsərlər! — Dostoyevski öldü.
— Etiraz edirəm! Dostoyevski ölümsüzdür!Özünüz də bilirsiniz ki, sənədsiz insana mövcud olmaq qadağan edilir.Kimə yönəlməsindən asılı olmayaraq, heç vaxt cinayət törətməyin, qocalığa təmiz əllərlə gedin.Dünyada dəyişdirilməsi mümkün olmayan şey – faktdır.Unutmayın, dil həqiqəti gizlədə bilər, amma gözlər heç vaxt.İnsanı atəş altında qovsan, o müdrik bir canavara çevriləcək. İnsanın ağlını çətin anlarında heyvani instinktlər əvəz edir.
|
['hikmət dənizi', 'aforizmlər', 'Mixail Bulqakov', 'sitatlar']
|
1,166 |
https://kayzen.az/blog/Bilirsinizmi/17795/amerikan-dollar%C4%B1-%C3%BCz%C9%99rind%C9%99ki-7-%C5%9F%C9%99xs.html
|
Amerikan dolları üzərindəki 7 şəxs
|
Apollon
|
Bilirsinizmi?
|
26 aprel 2015, 10:54
|
1 dollar — Corc Vaşinqton
Corc Vaşinqton-ABŞın ilk prezidenti və ən məşhur milli qəhrəmanlarından biri. O, Britaniyaya qarşı müharibə zamanı ordunun komandanı olmuşdu. İki müddət işlədikdən sonra, öz evinə qayıdaraq kənd təsərrüfatı ilə məşğul olur. ABŞda masonlunuğun qurucularından hesab edilir. 2 dollar — Tomas CefersonTomas Ceferson Amerika tarixinə müstəqillik bəyəmnaməsinin yaradıcılarından biri kimi düşmüşdü. Bəyəmnamə İkinci kontinental konqresin 4 iyul 1776cı il iclasında qəbul edilmişdi. XIX əsrin əvvələrində Ceferson iki dəfə seçkilərdə qalib gələrək ABŞ-ın sayca üçüncü prezidenti olmuşdu. Ceferson öldükdən sonra xeyli borc saxlamışdı. Onun mülkü sonradan hərrac vasitəsilə satışa çıxarılmışdı.5 dollar — Abraham LinkolnAmerika tarixinin ən parlaq prezidentlərindən biri, ABŞ-ın 16cı prezidenti Abraam Linkoln təbii ki, ən çox məhşurlaşdıran vətəndaş müharibəsi zamanı quldarlığı ləğv edən azadlıq bəyəmnaməsinin qəbul etməsi olmuşdu. Vətəndaş müharibəsində cənubun məğlubiyyətinə baxmayaraq onlar Linkoldan intiqam ala bilirlər. O, Ford teatrında tamaşaya baxan zaman güllələnir.10 dollar — Aleksandr HamiltonAleksandr Hamilton ABŞın prezidenti olmayıb və heç olmaq istəməyib də. Buna baxmayaraq, 32 yaşında o, ölkənin ilk maliyyə naziri olmuşdu. Hamilton mərkəzi bankın yaradılması və pul sisteminin qurulmasında böyük pay sahibidi. Hamilton ABŞın vitse-prezidenti Aaron Berr tərəfindən dueldə öldürülmüşdü.20 dollar — Endryu CeksonEndryu Cekson demokratların içindən seçilən ilk prezidentdi. 1828ci ildə o, yalnız ikinci cəhddən sonra prezident seçilir və bununla da ABŞ tarixinə 7ci prezident kimi düşür. Onun idarəetmə dövründə ikipartiyalı sistem formalaşır. Cekson hindilərin “Hindi ərazisinə” köçürülməsinin qatı tərəfdarı idi. O, 1830cu ildə bu haqqda qanun imzalamışdı. Köçürülmə zamanı çoxlu sayda hindi yolda, bir çoxu isə yeni iqlim şəraitinə öyrəşməyərək yeni ərazidə dünyalarını dəyişmişlər.50 dollar — Uliss QrantAmerikanlılar üçün Qrant ilk növbədə dahi hərbiçidi. Məhz o Linkolnun xahişi ilə şimallıların ordusuna başçılıq etmiş və uzunsürən vətəndaş müharibəsinə son qoymuşdu. Onun şöhrətindən istifadə edərək respublikaçılar partiyası Qrantı prezident seçkilərinə namizəd kimi göstərirlər. O, iki dəfə prezident seçilərək ABŞ tarixinin 18ci prezidenti olur.100 dollar — Benjamin FranklinBenjamin Franklin- Amerikan arzusunun bariz nümunəsi. O, həyatda hər şeyi özü qazanıb. Əvvəlcə nəşriyyatda işləyən Franklin sonradan özü varlanıb. Elm və siyasətlə maraqlanan Franklin ABŞın maraqlarını Avropada təmsil edən şəxs idi. Okenanın hər iki tərəfində böyük nüfuz sahibi idi. Franklin ABŞ tarixinin üç təməl müqaviləsini imzalayan yeganə şəxsdi- Müstəqillik bəyəmnaməsi, konsitutsiya, Versal sülhü.
|
['maraqlı məlumatlar']
|
1,167 |
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/17135/u%C5%9Faq-ail%C9%99nin-g%C3%BCzg%C3%BCs%C3%BCd%C3%BCr.html
|
Uşaq ailənin güzgüsüdür
|
Apollon
|
Xoşbəxt ailə
|
25 aprel 2015, 11:00
|
Çox eşitdiyimiz bir deyim var: Hər bir uşaq ailəsinin güzgüsüdür.Həqiqətən də demək olar ki, bütün hallarda insan xarakterinin formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir.Ailələr isə öz növbələrində tərbiyə stilinə görə 4 əsas qrupa bölünürlər: avtoritar, liberal, xaotik və hiperqoruyucu ailələr. Hər bir insanın xarakterində də böyüyüb başa çatdığı ailənin hansı tərbiyə stilinə üstünlük verdiyi mühüm şərtdir. Odur ki, gəlin bu 4 tərbiyə stilinin əsas xüsusiyyətlərini ayrı-ayrılıqda nəzərdən keçirək.Avtotitar tərbiyə stilində adətən valideynlər iş adamları olurlar və uşaqlarla çox az zaman keçirirlər. Bütün qərarları özləri qəbul edir və hesab edirlər ki, uşaqlar yalnız onlara tabe olmalıdırlar. Səhvlər bağışlanmır, onlara görə cəza verilir və cəzanın səbəbi izah olunmur. Uğurlar isə “belə də olmalı idi “ prinsipi ilə qarşılanır. Böyüklər tərəfindən daha çox “otur”,”sus”,”mən dedimsə olacaq” tipli cümlələr istifadə olunur. Belə uşaqlar düzgün olduğu üçün yox, lazım olduğu və cəzadan qorxduqları üçün hər hansı bir işi görür və ya dərs oxuyurlar. Nəticədə məsuliyytdən qorxan, özünə güvənsiz, işdə və cəmiyyətdə belə yalnız cəza almamaq üçün iş görən və davamlı olaraq başqalarını məmnun etməyə çalışan fərdlər yetişir. Avtoritet tipli ailədə isə qarşılıqlı hörmət və ədalət hökm sürür. Uşaqlara qayğı və diqqət göstərilir,ailə üzvləri arasında mütəmadi ünsiyyət olur. Valideynlər uıaqlarına qaldıra biləcəyi tələblər qoyur, qəti və davamlı olmaqla bərabər, həm də ədalətli olurlar. Onlar tələblərinin səbəblərini övladlarına izah edir və bunları birgə müzakirə edirlər.Uşağın öz seçim imkanı olur və o öz seçimləri üçün cavabdehlik daşıyır. Beləliklə uşaq özünə və imkanlarına inanır, yalnız çətin anda da valideynlərinə arxalanır.Bir sözlə bu tərbiyə üsulunda nəzarət və azadlıq balans təşkil edirvə uşaqlar özünəinamlı və məsuliyyətli olurlar. Liberal ailə tipini uğurlu adlandıra bilmərik, çunki bu cür tərbiyə sistemi insani keyfiyyətlərə mənfi təsir göstərir. Uşaq ya valideynin qoyduğu sərhədlərini bilmir, ya da cadəcə olaraq bu sərhədləri müəyyən etməyi bacarmayan böyüyünün göstərişlərini yerinə yetirmir. Böyüklər isə yalnız ciddi bir problem baş verərsə “tərbiyəyə müdaxilə edirlər”Kənardan bütün bunlar normal, qarşılıqlı anlaşma kimi görünə bilər, amma getdikcə problemli bir ailə mühiti ortaya çıxır. Belə ailələrdə heç bir qayda və intizam anlayışı olmadığı üçün uşaqlarda özünə nəzarət və daxili intizam hissi formalaşmır. Hansı ki, bu hisslər insana pozitiv özünüqiymətləndirmə və özünə hörmət hissi aşılayır.Valideynlərin biganəliyi uşaqlarda gərəksizlik və təcrid olunmuşluq hissi oyadır. Araşdırmalara görə məktəb davamiyyəti pis olan, içki və maddə asılılığından əziyyət çəkən gənclər əsasən bu tip ailələrin övladları olurlar.Xaotik tərbiyə tipində hansı anda nə olacağı bəlli deyil. Hansı ki, dəqiq sərhədlər yoxdur və böyüklər arasında fikir ayrılığı var. Valideynlərin öz qərarlarında qeyri stabil olmaları uşaqlarda qorxu, təşviş narahatlıq və həyəcanlılıq hissləri yaradır. Bu tərbiyə sistemində özünənəzarət və məsuliyyət hissi formalaşmır, bilavasitə özünüqiymətləndirmə aşağı olur və olğun qərarlar verilməsi çətinləşir.Qoruyucu tərbiyə tipi- ndə valideynlər uşaqlarını hədsiz qayğı ilə əhatə edir, hər zaman və hər yerdə onları qorumağa çalışır, bir sözlə hər şeyi onların əvəzinə edirlər. Hədsiz qayğı nəticəsində uıaqlarda əməksevərlik, əzmkarlıq, özünü qoruma, müstəqil qərar qəbul etmə bacarıqları inkişaf etmir. Məhz el arasında işlədilən “mama uşağı” kəlməsi bu tip ailələrdə böyüyən uıaqlara aid edilir. Bu insanlar çətin situasiyala düşəndə özlərini itirir, cünki belə zamanlarda nə etmək lazım olduğu kimi bir vərdişləri olmur. Belə uşaqlar kollektivdə həm lider olmaq istəyir, həm dəliderliyi necə bacaracaqlarını bilmirlər.Onu da qeyd edim ki, bir ailə tipi yalnız təklikdə deyil, bir və ya bir neçə tipin xüsusiyyətləri qarışıq şəkildə mövcud ola bilər. Və hansı tipin əlamətləri üstünlük təşkil etməsindən asılı olaraq uşaqlarda ona uyğun da xarakter xüsusiyyələri formalaşır.Ümumi nəticə olaraq deyə bilərik ki, tərbiyədə yol verilən əsas səhvlər, ya uşaqlara, onların daxili aləmlərinə lazımi diqqətin ayrılmaması, ya da əksinə hədsiz qoruma, demək olar ki, uşağa müstəqil olaraq nəfəs almağa belə imkan verilməməsi, evdəki böyüklərin fikir ayrılığı, eyni situasiyaya fərqli yanaşmalarının olmasıdır.Çox gözəl bir kəlam var: Ən böyük fayda yaxşı övladdır. Cəmiyyətimizdə yaxşı övladların daha da çox olması ümidi ilə...
«Düşüncə» jurnalı
|
['ailə həyatı', 'uşaqların tərbiyəsi']
|
1,168 |
https://kayzen.az/blog/daily-problems/17466/%C9%99%C5%9Fyalara-sitayi%C5%9F.html
|
Əşyalara sitayiş
|
Apollon
|
Gündəlik həyatın çətinlikləri
|
23 aprel 2015, 08:20
|
Söhbətimiz var, yaxın oturun, çünki bu yazı elə hamımız haqqındadır. Sokratla başlayaq.Bir gün Sokrat bazarda gəzirmiş, gəzə-gəzə də piştaxtalara qoyulmuş cürbəcür sənətkarlıq məhsullarına, yeməli şeylərə baxa-baxa heyrətlənirmiş. Və bir adam gözləyirmiş ki, gəlib ona yaxınlaşsın, kamali-ədəblə salam versin, heyrətinin səbəbini soruşsun, o da bir aforizm guppuldatsın. Söz yox ki, elə bir adam gəlib, sualını verib. Sokrat da aforizmini guppuldadıb: “Gör dünyada nə qədər şey olmadan yaşamaq mümkünmüş”.Ümumiyyətlə, biz həmişə lətifədə sual verənləri ikinci adam kimi görmüşük, onlara fikir verməmişik. İndi bir dəqiqə düşünün, göldə qatıq mayalamaq istəyən Molla Nəsrəddindən “Molla, göldə niyə qatıq çalırsan?” deyə soruşan adam olmasaydı, o lətifə də yaranmayacaqdı. Bu ikinci adamlara da həyatda ehtiyac var. Bəs nəyə ehtiyacımız yoxdur?Keçən həftə bir roman oxudum, amma oxumamış ordakı bir cümləni gözüm jurnaldakı resenziyada tutmuşdu: “İnsanlar olmayan pulları ilə ehtiyacları olmayan şeyləri almaq üçün marketdə növbəyə dayanmışdılar”.Sokratın dediyi də budur. Hərənin cibində 3-4 bank kartı. Hər tərəf, hər şeylə doludur. Sokrat dediyi kimi, yaşamaq üçün ehtiyacı olmadığımız şeylərlə. “Al, sonra ödə”. Hayqıran reklamlar. Alışan sətirlər. Şüurumuzun içinə təsir edən psixotroplar!!!Hər dəfə bu barədə düşünəndə yadıma əl videokamerasını kreditlə alan o miskin adam düşür. O adam o kameranı nə edəcəkdi? Bu adam nəinki Felliniyə, heç Əlisa Cabbarova də oxşamırdı. Hansısa ev şənliyini çəkəcəkdi? Amma ayda-ildə bir dəfə olan şənliyi çəkmək üçün hər ay az maaşının bir hissəsini kreditə ayıracaqdı? Nəyin naminə? Ucuz bir istəyin. Nəyinə lazımdı o video kamera? Heç nəyinə. Amma alır. Niyə alır? Ağlı azdı, ona görə.Bir az gərginləşdik, davam edək. Əslində məsələ o miskin adamın təfəkkürü qədər bəsit deyil. Və bu dramatik vəziyyət yalnız günəşli Azərbaycanla məhdudlaşmır. Bütün dünya bu dərdə mübtəladır. İnsanlar öz həyat tərzlərini yüksəltmək, daha yaxşı yaşamaq üçün bir çox əşyalara ehtiyac duyurlar. Bu əşyaları alırlar, sonra isə borclarını qaytarmaq üçün daha çox işləyir, daha çox əziyyət çəkirlər. Daha gözəl yaşamaq üçün alınan bir plazma televizor əslində insanı daha pis, daha gərgin, daha əziyyətli bir həyata aparır. Əşyalarla xoşbəxtliyə çatmaq istəyən insan əşyanın əsirinə çevrilir. İnsanları banklar idarə edir. Xoşbəxtlik yolunu azan insanlar özlərini kredit kartının şərf kimi uzun fakturalarında, bank və bankomat növbələrində tapırlar.Sokratla başladıq, Frommla bitirək: “Qərbli insan fərəhlənmək qabiliyyətini özünə qapanmış ruhi xəstə kimi itirmişdir. Buna görə də narahatlıqdan, ruh düşkünlüyündən və kədərdən xilas ola bilmir. Hələ də xoşbəxtlik, fərdiyyətçilikdən, azad təşəbbüs haqqında boşboğazlıq edir, əslində isə heç bir məqsədi yoxdur. Ondan nəyə görə yaşadığını, həyatının məqsədini soruşun. Cavab tapa bilməyəcək”.Və bu suala cavab verə bilmədiyi üçün əşyalarla xoşbəxt olmağa çalışacaq.Xoşbəxtliyi imitasiya etmək bədbəxtlikdir.Düzdür, Sokrat kimi mənə sual verən olmadı, amma yenə də aforizm yaratmaqdan özümü saxlaya bilmədim.Amma pis deyil ha… “Xoşbəxtliyi imitasiya etmək bədbəxtlikdir”
Qan Turalı
|
['problemlər', 'ehtiyac', 'Qan Turalı']
|
1,169 |
https://kayzen.az/blog/psixologiya/17508/ki%C5%9Fil%C9%99rin-m%C9%99h%C9%99bb%C9%99t-psixologiyas%C4%B1.html
|
Kişilərin məhəbbət psixologiyası
|
Apollon
|
Psixologiya
|
22 aprel 2015, 10:29
|
Bu mövzunu sizinlə bölüşməyimin səbəbkarları mənim xanım pasientlərimdir. Bu son ay ərzində onların ən çox narahat edən suallardan biri bu olub: “Mən yanılmışam. Məncə həyat yoldaşın məni artıq sevmir. Bəlkə mən onu tanımamışam? O, evlənəndə də məni heç sevməyib?” Qeyd edək ki, hər bir insanın sevgi haqqında şəxsi fikirləri var. Ancaq psixologiyada “sevgi”adlanan bu hiss fundamental hiss kimi qəbul olunub. Çünki insanın emosiyaları məhz bu hisslə sıx əlaqədədir. Sevgi hissi insanların qəlbində xüsusi yer tutan unikal bir hissdir. Sevgi müxtəlif emosiyayaların yaranmasına da səbəb olur. Məsələn, insan sevgilisindən ayrıldığı zaman kədər hiss edə bilər. Məyus olduqda isə qəzəblənə bilər.
Psixologiyanın inkişaf tarixinə nəzər salsaq görərik ki, insan bu sual ilə qarşılaşanda aciz qalır: “Sevgi nədir?” Lakin bu suala cavab tapmaq çətindir. Səbəb isə çox sadədir. Hər bir şəxs sevgini özünəməxsus izah edir. Sevgi insanın ürəyində, ruhunda sanki bir titrəmə yaradır, zərif hisslər oyadır, xeyirxahlığa, sülhə, sakitliyə çağırır. Bunlarla yanaşı neqativ hisslər də yaşamağa məcbur edir. Sevgi bir anın içində insanı dəyişdirən bir hissdir. Əgər romantik sevgi yaşayırıqsa, həyat bizə çox gözəl görsənir.
Psixoloji nöqteyi-nəzərdən “Sevgi nədir?”sualının cavabı olsa belə müxətlif və sonsuz olacaq. Sevgini anlamağın ən yaxşı üsulu onu hiss etmək, daxili səsə qulaq asmaqdır. Çünki məhəbbət gözləmədiyimiz bir anda bizi yaxalaya bilər. Sevgi həm də beyində gedən müəyyən biokimyəvi prosesdir. Buna əsaslanaraq sevgi genetik amillərin, psixoloji təcrübənin və hormonal göstəricilərin qarşılıqlı təsiri kimi izah edilir.Elmi cəhətdən, əks cinsə olan romantik münasibətləri müxtəlif biokimyəvi proseslər və stimullar formalaşdıra bilər.Kişilərin məhəbbət psixologiyası
Qadın sevən zaman dağları aşmağa belə hazırdır. O, bunu büruzə verir. Kişilərsə, əksinə çox vaxt öz hisslərini gizlətməyə çalışırlar. Qadınlar kişinin bu cür münasibətini görəndə tərəddüd edirlər: “Kişi sevir yoxsa yox?”.Bu səbəbdən də qarşılıqlı münasibətlərin tənzimlənməsində qadın aparıcı rol oynayır. Kişilər qadınların hər bir məsələyə emosional yanaşmasını görəndə bu cür düşünürlər: “Onunla mənə yaxşıdır. Amma nəyə görə o, hadisələri bu cür qiymətləndirir? Niyə hər şeyi mürəkkəbləşdirir? Nəyə görə, məni bu qədər sıxır? Niyə tələsir?” Kişilər bir qayda olaraq öz hisslərini təhlil etməyə tələsmirlər. Onlar çox vaxt bir prinsiplə yaşayırlar: “Hər şey yaxşıdırsa, problem yoxdur”. Kişilər tez-tez qadını görməyə, onunla ünsiyyət saxlamağa, ona diqqət göstərməyə, yaxınlıq etməyə hazırdılar. Amma heç vaxt düşünməzlər ki, bu həqiqi sevgidir yoxsa deyil? Onlar sadəcə hiss edər və hisslərini yaşayarlar. Bu vəziyytədə kişi düşünər: “Bizə birlikdə çox yaxşıdır. Bunun sevgi olub-olmaması isə sonranın işidir”. Başqa sözlə, kişi daha çox bugünkü günlə yaşamağa üstünlük verir. O, bugünkü günün həzzini yaşamaq istəyir.Kişinin sevdiyini necə bilmək olar?
Kişilər həqiqətən sevəndə öz məhəbbətini iki halda bildirirlər: “Birincisi – seçdiyi xanımı itirmək qorxusu əmələ gələndə. İkincisi – sevdiyi qadını əldə edə bilməyəndə”.Kişi qadını itirəcəyini hiss etdikdə sevgisini bildirə bilər. Lakin kişinin sevgisini sınağa çəkərkən ehtiyyatlı olma lazımdır. Belə ki, bəzi kişilərin tənhalıqdan qorxmaq kimi kompleksi ola bilər. Eləcə də, kişinin özgüvən hissinin aşağı olması da nəzərə alınmalıdır. Kişilərdə instinktiv olaraq zəif cinsi qorumaq, qayğısına qalmaq kimi bir tələbat özünü büruzə verir. Kişi bu tələbatını yerinə yetirəndə özünü təsdiq etmiş hesab edir. Yəni sevdiyi qadının həyatını təmannasız yüngülləşdirdikdə, ona dəstək olduqda, diqqət və qayğı göstərdikdə özünü rahat hiss edir. Kişi qadından minnətdarlıq sözlərini qəbul etmirsə, o, həqiqətən də sevir. Eləcə də, kişi seçdiyi xanıma heyran olur. Bəzi hallarda heyranlıq hissi olmur. Lakin bu sevginin yoxluğunu göstərmir. Sadəcə bu əhvalın pis olması ilə bağlı ola bilər. Əziz xanımlar, psixoloq kimi məsləhət görürəm ki, kişiyə sizi tamamilə fəthetdiyini göstərməyin. Qoy o, sizi zamanla, pillə-pillə qazansın. Əgər siz çox güclü və sərbəstsinizsə, sevdiyiniz kişiyə qorunmağa ehtiyacınızın olduğunun mütləq göstərin. Çünki hər bir kişidə qadını qorumaq instinkti var. Siz bu instinkti hər zaman realizə etməyə imkan verin. Hər kəsə sevgi dolu bir həyat arzu edirəm. Sevgi dolu həyat çox gözəldir!Zülfiyyə YaqubovaPsixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
|
['psixologiya', 'məhəbbət psixologiyası', 'sevgi psixologiyası']
|
1,170 |
https://kayzen.az/blog/optimist/17842/limitsiz-inki%C5%9Faf-%C3%BC%C3%A7%C3%BCn-100-parlaq-fikir.html
|
Limitsiz inkişaf üçün 100 parlaq fikir
|
Apollon
|
Hər şey gözəldir
|
21 aprel 2015, 08:36
|
Hər gün sizi həyəcanlandıracaq bir şeylər edin.
Əyləncəli bir dostunuzula macəra dolu bir yerə gedin. ( Məsələn, Lunaparka)
Heç yemədiyiniz yeməkləri dadın.
Heç tanımadığınız birinə salam verin.
Seçiminizin tamamilə xaricində olan bir kitab oxuyun.
Səbəbsiz yerə gülümsəyin, bu, beyninizin xoşbəxtlik köşəsinə stimul verəcək.
Alışqanlıqlarınız və zövqləriniz xaricində bir xobbiniz olsun.
Sosial bir şəbəkəyə daxil olun və nizamlı olaraq paylaşım edin.
Qarşılaşdığınız insanlara qarşı nəzakətli bir davranış edin.
Probleminizlə dərhal üzləşin və mümkün qədər cəld bir şəkildə həll yolu axtarın.Üzr istəməyi bacarın, gərək olmadığını düşündüyünüz zamanlarda belə.
Müəyyən intervallarla fərqli musiqi növləri dinləyin.
Başqalarının fikirləri ilə hərəkət etməkdən imtina edin, öz fikirlərinizi sahiblənin.
Enerji əmici vampirlərdən uzaq durun.
Heç bir şey üçün gec olmadığını bilin və o cür davranın.
Kiçik bir baxçanız olsun, öz tərəvəzlərinizi yetişdirin.
Evinizdə heç istifadə etmədiyiniz 100 şeyi tapın və ehtiyacı olan birilərinə verin.
Bir aylığa, sadəcə yaşamaq üçün ehtiyac duyduqlarınızı satın alaraq yaşayın.
Qarşınıza çıxan bir dilənçiyə pul verin, bir neçə şirin sözü də əsirgəməyin.
Bir sevgi şeiri yazın və sevdiyiniz insana oxuyun.Həyat yoldaşınızla və ya uşaqlarınızla içinizdən gəldiyi kimi rəqs edin.
Köhnə məktəb dostlarınızla aylıq görüşlər təşkil edin.
Ata-ananıza, sizə verdiklərindən dolayı təşəkkür edən bir məktub yazın.
Səhər çayınızı və ya qəhvənizi də götürüb balkona çıxın və quş civiltilərini, yeni başlayan günün səslərini dinləyin.
Bir gündəlik tutun və hər gün şükür etdyiniz 5 şeyi qeyd edin.
Heç bir şey əbədi deyil. Pis bir şeydirsə, bu da keçər. Yaxşı bir şeydirsə, bu da keçər.
İşinizi sevmirsinizsə, onu dəyişdirmək üçün əlinizdən gələni edin. Həyat, 9 saatını xoşbəxt olmadığın bir iş yerində xərcləməyəcək qədər qısadır.
Digər insanların düşüncələrinə qulaq verin, xüsusilə də sizinlə zidd fikirdədirsə…
Özünüzü daha az ciddiyə alın, yüngülləşin və daha çox gülün.Qarşıda neçə gününüz qaldığını düşünün və bundan sonra olmaq istədiyiniz insan olun, yaşamaq istədiyiniz həyatı yaşayın.
Televizoru söndürün, gərəksiz proqram və seriallardan bir müddət uzaq qalın.
Gündə 10 dəqiqə səssizcə oturun və nəfəsinizə fokuslanın. Zehniniz sakitləşsin.
Hər ay özünüzə bir hədəf seçin və hər gün onu reallaşdırmaq üçün bir iş planınız olsun.
Yaxınlarınıza hədəf və xəyalınızdan bəhs edin, sizi cəsarətləndirmələrinə izin verin.
Səhər, bir saat əvvəl oyanın.
Ertəsi günə olan planlarınızı unudun və bu an nə edirsinizsə, ona fokuslanın.
Dəyərlərinizi yazın; həyatınızın və işinizin bu dəyərləri yansıdıb yansıtmadığını yoxlayın.
Hər gün özünüzdən soruşun: ” Bu gün həyata nə qatmalıyam?”
Bir az səbrli olun; bir şeyi etmək çətin gəldiyi zaman imtina etməməyi öyrənin.
İş masanızı, otağınızı ya da ofisinizi təmizləyin; lazımsız şeylərdən arındırın.
Sizi məhdudlaşdıran inanclara “stop” deyin; “Edə bilmərəm, bacara bilmərəm, vaxtım yoxdur, yaşım keçdi, kifayət qədər bacarıqlı deyiləm…” kimi.
Yox deməyi öyrənin.
İşlər sizi boğanda, yardım və dəstək istəməkdən çəkinməyin.
Örnək aldığınız insanların yaşam hekayələrini öyrənin, dərslər çıxarın.
Çevrənizdə sizə dəstək olacaq və oxşar hədəfələri olan pozitiv insanlar olsun.
Daha çox meyvə və tərəvəz yeyin.
Hər gün 2-3 paket şirni..sağlamlıq üçün faydalı olmayan bir sıra qidalar yeyirsinizsə, bunu tək paketə endirin.
Digərlərinin haqqınızda nə düşündüyünü boş verin; onları idarə edə bilməzsiniz, hamısını birdən məmnun da edə bilməzsiniz.
Hər gün kənara bir neçə qəpik pul atın, ayın sonunda yığılan miqdarı görəndə təəccüblənəzəksiniz.Bəzi vəziyyətlərdə e-mail əvəzinə telefonla zəng etməyi seçin.
Ayda bir neçə gün işdən evə hər zamankından daha tez gələrək sürpriz edin.
Zaman və imkanlarınız əl verdiyi ölçüdə qeyri-adi şeylər sınayın, həyatı kəşf edin.
Öz-özünüzə yetərli olmağı öyrənin; alış-veriş, gəzmək, problemlərlə üzləşmək kimi mövzularda hər zaman yanınızda birilərinin olmasına ehtiyac duymayın.
Sizdən kiçik və təcrübəsiz birilərinə bacılıq ya da qardaşlıq edin; yol göstərin, rəhbərlik edin.
Biyar işlərlə çox vaxt itirməyin.
Fikir alacağınız, məsləhətləşəcəyiniz güvənilən bir böyüyünüz olsun.
Hədəfinizə çatmağınızı əngəlləyən alışqanlıqlarınızdan qurtulun.
Kefsiz anlarınızda mübət ifadələrdən istifadə edin. Bunlar, zehninizin quruluşcu və pozitiv düşüncələrə fokuslanmağını təmin edər.
Hər gün yeni bir şey öyrənin. Bir məqalə oxuyun, internetdə araşdırma edin ya da yeni bir aforizm əzbərləyin.
İndiyədək təxirə saldığınız nə varsa, dərhal indi onu tamamlamaq üçün ilk addımı atın.
Qeyri- adi bir yemək resepti tapın, hazırlayın və sevdiklərinizə nuş ilə yedirin.
Əlçatan və ünsiyyətə açıq bir insan olun; bu daha çox fürsət deməkdir.
Yavaşlayın. Daha yavaş yeriyin, daha yavaş maşın sürün, daha yavaş yeyin və daha yavaş danışın.
Gözünüzü mükafatdan ayırmayın. Əngəllərlə qarşılaşdığınız zaman bu mükafat sizə motivasiya versin.
Uğursuzluğa bir dost kimi yaxınlaşın; bu, sınadığınızın işarəsidir. Heç uğursuzluğa düçar olmamaq heç sınamamaq deməkdir.
Yaşadığınız müsbət şeylərə fokuslanın, düşüncələrinizi neqativ təcrübələrinizdən uzaqlaşdırın.
Gözəl bir rəsm, gözəl bir çiçək, gözəl bir sənət əsəri üçün zaman ayırın, onu izləyin, ruhunuzu zənginləşdirməsinə icazə verin.
Sahib olmadıqlarınız haqqında üzülmək yerinə onlara çatmaq üçün səy göstərin.
Həyat sahənizi bəsitləşdirin, sadələşdirin, tullantılardan təmizlənin.Mətbəx dolablarınızı, soyuducunun içini təmizləyin, sağlam olmayan yeməkləri və içkiləri atın, getsin.
Həftədə ən azı bir səhər gün doğumunu izləyin.
Köhnə peşmalıqlarınızın sizə gələcəyi unutdurmağına icazə verməyin; irəli baxın.
Hər gün bir qədər idmanla məşğul olun, heç olmasa piyada gəzinti.
Gözəl bir yazını ya da şeiri həyat yoldaşınıza və ya sevdiyiniz birinə yüksək səslə oxuyun.
Ayda bir dəfə dostlarınızı bir ev oyunu üçün dəvət edin. Monopoly, scrubble kimi.
Əlaqələrinizdə hər zaman təkcə qazanan olmağı yox, qarşılıqlı mənfəəti hədəfləyin.
İlk bağışlayan siz olun; kin və nifrətin yükündən ilk olaraq siz qurtulun, beləcə.
Bir ehtiyacınız, bir dərdinizmi var; həyat yoldaşınızla, ata-ananızla ya da dostunuzla bunu paylaşın.
Həyat yoldaşınızın, ata-ananınızın ya da dostunuzun ehtiyaclarını onlar söyləmədən anlamağa çalışın.Cəmiyyət içində danışmaqdan, söz almaqdan çəkinməyin. İlk addımı atın, növbəti dəfə daha rahat olacaqsınız.
Düşünmək dəyərlidir amma bu düşüncəni həyata keçirmək üçün hərəkət etmək daha dəyərlidir.
Bir işə başlamağınız lazımdırsa, amma motivasiyanız kifayət qədər yüksək deyilsə, karvan yolda düzələr, deyərək yola qoyulun. Uğur kiçik – kiçik gəldikcə motivasiyanızın artdığını görəcəksiniz.
Unutmayın; ən böyük xoşbəxtlik, başqalarının həyatına bir şey qatmaqla gerçəkləşir.
Bu ana fokuslanın, keçmişin qandallarından, gələcəyin görünməz zəncirlərindən qurtulun.
Sizə ilham verən üfüq açıcı kitablar oxuyun.
Etdiyiniz işə, insanlara fayda verən bir xidmət gözü ilə baxın ya da işinizi o hala gətirin.
Başqaları üçün rol model olun; ərdəmli və örnək davranışlar sərgiləyin.
Həyatınızdakı hər şeyə, hər kəsə dəyər verin; çay qaşığı belə sizə xidmət edir, qiymətini bilin.
Xəyalınızın gerçəkləşdiyini görüntüləndirin, o zaman hiss edəcəklərinizi indidən hiss etməyə çalışın.Həyata hər zaman maraqla yanaşın; soruşun, öyrənin, öyrəndiklərinizdən həyəcan duyun.
Ruhani liderlərin həyatlarını incələyin, sözlərinə qulaq verin.
Çox tez inciməməyi öyrənin, həyat hər zaman nazik davranmaz.
Özünüzə və ətrafınızdakılara qarşı nə qədər səmimi olduğunuzu görün. Səmimiyyətinizi maksimum səviyyəyə gətirməyə çalışın.
Hər zaman yeni başdan başlaya bilərsiniz; əsla bu son deyə düşünməyin.
Sevgiyə fürsət verin.
Hər səhər sevdiyiniz cümlələrin olduğu kitabdan bir cümlə oxuyaraq günü salamlayın.
Səhər telefonunuzun oyandırma siqnalı çalanda sizi qarşılayacaq gözəl bir cümlə yazın telefonunuza.
Dua edin; bu, bir şeyi ürəkdən istədiyinizi xatrıladar sizə.
İşiniz xaricində əlavə bir zehni məşğuliyyətiniz olsun; yeni bir dil öyrənmək, sınaqlarınızı qələmə qalmaq, fərqli bir kompüter proqramı öyrənmək, dizayn etmək kimi…
Gecə yatmadan öncə günün və indiyə qədərki həyatınızın qısa bir qiymətləndirməsini edin və başınızı yastığa dinc halda qoyacağınızdan əmin olun.Hazırladı: Fidan Aslanova
Mənbə: dahibeyin.blogspot.com
|
['inkişaf', 'parlaq fikirlər']
|
1,171 |
https://kayzen.az/blog/happy/17844/pozitiv-ruhda-qalma%C4%9F%C4%B1n-28-yolu.html
|
Pozitiv ruhda qalmağın 28 yolu
|
Apollon
|
Xoşbəxtlik üçün
|
19 aprel 2015, 20:38
|
1. Bol-bol su için.
2. Bol-bol meyvə-tərəvəz yeyin.
3. İdmanla məşğul olun.
4. Pozitiv mahnılardan ibarət bir playlist hazırlayın və tez-tez dinləyin.
5. Gözəl şəkillərə baxın.
6. Səhər yeməyi yeyin.
7. Gözəl ətirlərin əhatəsində olun.
8. Sağlam qidalanın.
9. Kifayət qədər yatın.
10. Piyada gəzintiyə çıxın.
11. Monotonluqdan qurtulun.
12. Bol-bol kitab oxuyun.
13. Hər fürsətdə canlı ünsiyyətə qatılın.
14. Rəngləri həyatınıza daxil edin.
15. Rəqs edin.
16. Hər gün təmiz və baxımlı olmağa diqqət edin.
17. Hər fürsətdə insanlara kömək edin..yaxşılıq edin..kiçik bir şeylər olsa belə.
18. Gülümsəyin və salam verin: )
19. Ekranlardan (kompüter, Tv, telefon və s. bu kimi) istifadənizə limit qoyun.
20. Gecə gec yatmayın, səhər tezdən oyanın.
21. Uşaqlarla və heyvanlarla zaman keçirin.
22. Yaradıcı ilə danışın.
23. Özünüzü hərtərəfli inkişaf etdirin.
24. Araşdırmaçı olun.
25. Torpaqla əlləşin.
26. Planlı yaşayın.
27. Xobbiləriniz olsun.
28. Öyrənməyi buraxmayın!Müəllif: Fidan Aslanova
|
['pozitiv', 'pozitiv əhval-ruhiyyə']
|
1,172 |
https://kayzen.az/blog/islam-ve-aile/10275/azya%C5%9Fl%C4%B1-u%C5%9Faqlar%C4%B1n-evl%C9%99ndirilm%C9%99si-v%C9%99-ya-%C9%99r%C9%99-verilm%C9%99si.html
|
Azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsi
|
Dr_Həkim
|
İslam və Ailə tərbiyəsi
|
19 aprel 2015, 11:01
|
İslam insanların yaddaşına uyğun olaraq göndərilən bir dindir. Qurana və Həzrəti Peyğəmbərin hədislərinə nəzər salsaq, bu uyğunluğu aydın şəkildə görə bilərik. Uyğunsuzluq kimi qələmə verilənlər isə sonradan din adına ortaya atılan mövhumat və xurafatlardır ki, bunların da İslamla heç bir aidiyyatı yoxdur. Bu gün əfsuslar olsun ki, İslama məxsus olmayan məsələlərdən biri də azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsidir. Bəzi valideynlər müxtəlif məqsədlərlə, xüsusilə də kiçik qız uşaqlarını ərə verərkən buna dindən və adət-ənənələrdən bəhanə axtarıb taparaq özlərinə bəraət qazandırırdılar. Bəs, bu bəhanələr nədən ibarətdir? İslamın bu məsələyə münasibəti necədir?
Ümumiyyətlə, İslam dini insanların ailə qurmalarını istəyir. Ancaq ailə qurmalarını istəyir. Ancaq ailə qurmamışdan əvvəl insanlara bunun məsuliyyətli, ağır bir iş, möhkəm əhd-peyman olduğunu bildirərək yüz ölçüb bir biçmələrini tövsiyə edir. Belə bir ağır işi uşaqlara yükləmək mümkündürmü? Qurani-Kərimdə Uca Allah insanlara belə dua etməyi öyrənir: «Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!» («Bəqərə» surəsi, 286). Allah Quranda evliliyin ağır və məsuliyyətli müqavilə olduğunu bildirdiyi, başqa bir ayədə də bizə dua etməyi öyrətdiyi halda uşaqlara belə bir yükün yüklənməsinə olarmı?
Bəziləri oğlan uşaqlarının evləndirilməsinə, qız uşaqlarının ərə verilməsinə haqq qazandırmaq üçün «Heyzdən kəsilmiş qadınların və heyz görməmiş oğlanların gözləmə (iddət) müddəti üç aydır («Talaq» surəsi, 4) ayəsini sübut kimi gətirirlər. Bu ayədə «heyz görməyənlər»in azyaşlı uşaqlar olduğunu iddia edib buna icazə verildiyini söyləyirlər. Bu fikirdə olanlara görə, ayədə ifadə edilən «iddət» məsələsinin ancaq ailə həyatından sonra ola biləcəyi və burada uşaqların ailə həyatı qurmalarına icazə verildiyi bildirilir. Lakin ayədəki «heyz görməyənlər» ifadəsinin uşaqlara şamil edilməsi düzgün deyil. Çünki böyüdüyü halda heyz görməyənlər də mövcuddur. İbn Şübrümə (v. 143/760), Əbu Bəkr əl-Asam kimi alimlər də bu fikri qəbul etməmişlər.
Allah Quranda belə buyurur: «Yetimləri nigah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın». («Nisa» surəsi, 6). Bu ayədə uşaqlıq illəri nigah çağına gəlməklə məhdudlaşdırılıb. Əgər uşaqların evləndirilməsi və ya ərə verilməsinə icazə verilsəydi, təbii ki, məhdudiyyət mənasız olardı.
Evlənməkdə və ərə getməkdə əsas məqsəd birlikdə yaşamaq, xoşbəxt olmaq, ailə həyatı qurmaq və dünyaya övlad gətirməkdir. Uşaqların ərə verilməsində və evləndirilməsində bunların heç biri baş verməyəcəyi kimi, böyüdükləri vaxt onlar çox böyük psixoloji sarsıntılara məruz qala bilərlər. 117.
Həzrəti Peyğəmbər valideynlərə uşaqlarını 7 yaşında namaz qılmağa başlamalarını, 19 yaşında namaz qılmırlarsa, uyğun bir tərzdə cəzalandırılmalarını tövsiyə etdiyi halda, 118 uşaqların uşaqlığının əlindən alınmasına razı olardımı? Onların hələ namaz qılmağa öyrədilmə dövrü kimi ifadə etdiyi dövrdə ailə həyatı qurmalarına razılıq verməsi nə dərəcədə doğrudur?
Yuxarıdakı ayələr və həzrəti Peyğəmbərin hədisləri də sübut edir ki, İslam azyaşlı uşaqların səbəbindən asılı olmayaraq ailə həyatı qurmasını qəbul etmir.
Müəllif: Nisə Rafiqqızı
Mənbə: Olaylar qəzeti- 2010.- 6-8 noyabr.- S. 11.
|
['evlilik']
|
1,173 |
https://kayzen.az/blog/aforizmler/15406/g%C9%99l%C9%99c%C9%99k-v%C9%99-ke%C3%A7mi%C5%9F-%C3%BC%C3%A7%C3%BCn-%C3%BCz%C3%BClm%C9%99.html
|
Gələcək və keçmiş üçün üzülmə
|
Apollon
|
Hikmət dənizi və aforizmlər
|
17 aprel 2015, 22:14
|
Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə.
Ey kor! Bu yer, bu göy, bu ulduzlar boşdur boş! Burax onu-bunu könlünü xoş tut! Durmadan qurulub dağılan bu dünyada bir nəfəsdir alacağın. O da boşdur, boş!
Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.
Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi...
Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin.
Oyan! Yaşamaq üçün qarşımızda sonsuzluq var.
Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.
Dünyanı yenidən yaradardı, məni də yanında saxlayardı, deyərdim: ya məni sil dəftərdən, ya da mənim istədiyim kimi yarat dünyanı.
Ya belimizə alıb daşıyırıq, ya da ayağmızın altında əzib keçirik; heç cür öyrənə bilmədik yan-yana addımlamağı.
Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.
Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin qiymətini bil.
Gedəni saxlama, gələnisə qovma. Bax o zaman əsl xoşbəxtlik özü səni tapacaq.
Ömər Xəyyam
|
['Hikmət dolu sözlər', 'aforizmlər', 'Ömər Xəyyam aforizmləri']
|
1,174 |
https://kayzen.az/blog/psixologiya/17846/ya%C5%9F-anlay%C4%B1%C5%9F%C4%B1-v%C9%99-onun-n%C3%B6vl%C9%99ri.html
|
Yaş anlayışı və onun növləri
|
Apollon
|
Psixologiya
|
16 aprel 2015, 19:17
|
İlk baxışda sadə görünən yaş anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasını ifadə edən bir anlayışdır.
Bu zaman insanın psixi proses və xüsusiyyətlərində həm kəmiyyət, yəni müəyyən yaşda nəyinsə artması, yaxud azalması (lüğəti, diqqətin həcmi, yadda saxladıqlarının miqdarı, uşaq fantaziyası, davranışda impulsiv hallar), həm də keyfiyyət dəyişiklikləri və yeni xüsusiyyətlərin əmələ gəlməsi baş verir və psixi inkişaf müəyyən dövrlər və mərhələlər keçərək öz xüsusiyyətləri ilə biri digərindən fərqlənir.
İnsanın ömrü mütləq yaş (xronoloji), fərdi inkişafın mərhələləri isə şərti yaş termini ilə ifadə olunur. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir.1. Xronoloji, yəni pasport yaşı
2. Bioloji və ya funksional yaş
3. Sosial, yaxud vətəndaşlıq yaşı
4. Psixoloji, yaxud psixi yaşBu yaş kateqoriyaları həm rəngarəng insan həyatını, həm onun mənalı ömür yolunun fiziki obyektini, həm də bioloji orqanizm olan sosial şəxsiyyətin mənəvi aləminin zənginliklərini əks etdirir. Həmin yaş növləri bir-birilə dialektik vəhdətdə inkişaf edir, biri digəri üçün zəmin rolunu oynayır. Xronoloji (təqvim) yaşla insanın ömrü aylara, illərə, mərhələlərə ayrılır, onunla ömür yaşı – mütləq yaşı müəyyənləşdirilir. Bu, uşaq anadan olan gündən hesablanır. Elə buna görədir ki, şagirdlərin komplektləşdirilməsi doğum haqqında şəhadətnamədə göstərilən təvəllüd tarixinə əsasən aparılır. Pasport yaşı ilə insanın vətəndaşlıq hüququ, həddi-buluğa çatdığı da təsdiqlənir.
Fərdin inkişaf mərhələləri isə şərti yaş məfhumu ilə xarakterizə olunur. Fərdin yaşının real hüdudlarını mütləq yaşla (xronoloji) təyin etmək mümkün deyil. Çünki çağalığın, körpəliyin, cavanlığın, qocalığın hansı gündə, hansı saatda başlanıb-qurtaracağını dəqiq müəyyənləşdirmək mümkün deyil. Ona görə də şəxsiyyətin fərdi inkişafının bioloji, sosial və psixoloji olmaqla üç istiqamətini, yəni yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaşı fərqləndirmək elmi cəhətdən daha məqsədəuyğundur.
Bioloji yaşın göstəricisi kimi bədənin böyüməsini, süd dişinin çıxmasını, fizioloji amilləri, cinsi yetişgənliyi, orqanizmin inkişafının daxili ritm və sürətini əsas götürürlər, bəziləri isə ontogenez inkişafa filogenez inkişafın təkrarı kimi baxırlar.
Uşaq və gənclərdə boyun, dərinin sümüyün, əzələ sisteminin, daxili sekresiya vəzilərinin, sinir sisteminin, analizatorların, ümumi somatikanın, cinsiyyətin inkişafının diferensial getməsi, kamillik yaşına kimi müxtəlif variantlarda birinin digərindən fərqli yetişməsi bioloji yaşı səciyyələndirir. Bioloji yaş orqanizmin inkişafı,yetkinləşməsi, qocalması – psixoloji yaşın formalaşması üçün təbii zəmin rolunu oynayır.Sosial yaş isə insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən fərdin şəxsiyyətə çevrilməsi, başqa sözlə, şəxsiyyətin formalaşması və inkişafını sosial cəhətdən şərtləndirən həyat yolu, insanın qrupdakı mövqeyi, cəmiyyətdəki fəaliyyəti ilə bağlıdır. Həyat yolu ailə və ictimai təcrübədə, insanın cəmiyyətdəki mövqeyində, sinfi statusunda, fəaliyyətin əsas mərhələlərində, tarixi inkişafın gedişində dəyişir, kamilləşir, şəxsiyyətin təşəkkül tarixi olur.Psixoloji yaş isə digər yaş növlərindən fərqli olaraq, birinci növbədə insanın fəaliyyəti ilə xarakterizə olunub, onun daxili hesablama sistemilə ölçülür. Burada insanın psixoloji yaşını müəyyənləşdirmək üçün onun psixoloji vaxtının fərdi xüsusiyyətlərini bilmək lazımdır.
İkincisi, insan öz gələcəyinin, gələcəkdə qazanacağı nailiyyətlərin,tutacağı mövqeyin, nüfuzun samballılığı, onların genişlənməsi hesabına, psixoloji baxımdan, mənən cavanlaşa, yaxud əksinə, acınacaqlı keçmiş hesabına daxilən xeyli qocala bilər.
Üçüncüsü, psixoloji yaş bir qədər çoxcəhətli məfhum olduğundan bəzən o, insan həyatının bütün sahələrinə uyğun gəlməyə də bilər. Məsələn, adam ailədə bütün düşünülmüş həyat planlarını tam surətdə yerinə yetirdiyi halda, peşə, sənət, ixtisas sahəsində psixoloji imkanları hələ sərf edilməmiş qala bilər.
Beləliklə, şəxsiyyətin psixoloji yaşı onun psixoloji vaxtının sərf olunması ilə müəyyən edilməklə, bioqrafik miqyasda, şəxsiyyətin psixoloji xarakteristikası ilə, insanın daxili mənəvi inkişaf mənzərəsilə; psixoloji vaxtının səmərəli planlaşdırılması, həmin vaxtdan faydalı istifadəsi, şəxsiyyətin əldə etdiyi yüksəliş, uğurlar və bunların onun həyatında necə iz buraxması ilə müəyyənləşdirilir.
Psixologiyada xronoloji, psixoloji, sosial yaşın keyfiyyəti kimi ağıl yaşı (ingilis dilində Mental Age) anlayışı da işlənir. Ağıl yaşı uşağın həmyaşıdlarının icra etdiyi tapşırıqlara uyğun məsələləri yaş norması çərçivəsində həll edə bilməsi ilə müəyyənləşdirilir. Ağıl yaşı -MA xronoloji yaşa, başqa sözlə, yaş normasına uyğun gəlirsə uşağın (insanın) əqli normal inkişaf etmiş hesab olunur.Mənbə: Ələddin Qədirov “Yaş Psixologiyası”
Hazırladı: Psixoloq Rübabə
|
['yaş', 'yaş dövrləri']
|
1,175 |
https://kayzen.az/blog/yazar/17917/anton-%C3%A7exov.html
|
Anton Çexov
|
Apollon
|
Yazıçılar
|
13 aprel 2015, 16:37
|
1860-cı ildə üçüncü gildaya aid olan tacirin evində oğlan uşağı dünyaya gələndə heç kim onun Rusiyada, eləcə də dünyada tanınmış yazıçı olacağını güman etmirdi.
Ailə Taqanroqda yaşayırdı. Cavan oğlan gimnaziyaya qəbul olunanda atası onları birdəfəlik tərk edərək Moskvaya gəlir. Sonralar Anton varlı qohumların evinə nahar etmək üçün getdiyini, aclıq ucbatından dərslərinə mütəmadi gedə bilmədiyini və kasıblığın yaratdığı digər acıları kədərlə xatırlayırdı.
1874-cü ildə soyuq suda çimdikdən sonra ciddi xəstələnir. O vaxt Anton gimnaziya yoldaşının ailəsində qonaq idi və qorxmuş ailə onu ərazidə yaşayan yeganə tibb işçisinin yanına gətirir. Xardal yaxması və kompreslə müalicə olunan gənc Çexov sağalsa da, bu hadisə onun sənət seçiminə və ümumilikdə həyatına birbaşa təsir edir. Xəstəliyin əlamətləri onu bütün ömrü boyu izləyir.
Çexov 1878-ci ildə Moskva Universitetinin tibb fakültəsinə qəbul olunur. 19 yaşından yazmağa başlayan gənc ilk vaxtlar buna böyük ailəsinin dolandırmaq üçün gəlir vasitəsi kimi baxırdı.
Elə bu vaxtlarda Anton Pavloviç bacısı Maşanın rəfiqəsi Yevdokiya Efrosa vurulur və evlənmə təklifi edir. Bu evlilik baş tutmasa da, Çexovla Efrosun dostluğu onun ölümünə qədər davam edir.
Və Knipperə qədər Çexov heç kimə evlilik təklifi etmir. Vərəmin şiddətləndirdiyi seksual ehtiyaclarını isə ümumxanada ödəyərdi.
Universiteti bitirdikdən sonra Çexov bir neçə şəxsdən xahiş edir ki, onun Peterburqda olan xəstəxanalardan birində çalışması üçün lazımı şəxsə ağız açsınlar. Lakin bu cəhd nəticə vermir. O, uşaq xəstəxanasına da düzələ bilmir və əyalətlərdən birində həkim işləməyə başlayır.
Həkim işləyəndə Çexov vərəm xəstələrinə xüsusi diqqətlə yanaşırdı. O özü də bu sağalmaz xəstəliyə mübtəla olduğunu hiss etmişdi. Çünki əlamətlər özünü açıq-aydın göstərirdi.
Çexov diaqnozunu düzgün təyin edə bilmişdi. 1884-cü ildə “Oskolki” jurnalının redaktoru Nikolay Leykinə yazırdı: “Bax, artıq üç gündür ki, şəhərdə də, kənddə də boğazımdan qan gəlir. Bu qanaxma mənə yazmağa və Piterə gəlməyimə mane olur… Üç gün ağ tüpürcək görmədim. Kolleqalarımın zorla verdiyi dərmanların mənə nə vaxt kömək edəcəyini isə deyə bilmərəm… Sağ olsun yenə əczaçı dərmanları ucuz qiymətə verir… Nə qədər gülməli görünsə də, indi mənim xəstələrim var. Onlara baş çəkməm lazımdır…”
1888-ci ildə naşir Suvorinə yazdığı məktubda isə Çexov xəstəliyinin şiddətləndiyini, ağciyərindən qan gəldiyini yazır. 1897-ci ildə müayinə olunanda həkimlər onun sağ ağciyərində problem olduğunu təsdiqləyirlər.
Bu illərdə artıq Çexov məşhur və dəbdə olan yazıçı idi. Ona Puşkin mükafatı təltif etmişdilər və əsərləri qalın jurnallarda dərc olunurdu.
Məşhur yazıçının vəziyyəti günü-gündən ağırlaşırdı. Onun 186 sm boyu, 62 kq çəkisi vardı. Çox ciddi müalicə olunsa da, nəticə görünmürdü.
Səhhətindəki ciddi problemlərə baxmayaraq Çexov 1901-ci ildə evlənir. Çexovun seçimi çoxlarında təəccüb doğurur. O, aktrisa Olqa Leonardovna Knipperlə ailə həyatı qurdu. Onlar 1898-ci ildə Moskva Bədii Teatrında “ Qağayı” və “Çar Fedor İoannoviç” tamaşaya qoyularkən tanış olmuşdular. Evlənənə qədər bir-biri ilə tez-tez məktublaşan, aradabir Moskvada və ya Yaltada görüşmək imkanı qazanan cütlüyün rəsmi nikaha girmələri çoxlarını heyrətləndirdi. Anton Pavloviç ailə uşaq arzusunda olsa da, sənətini heç vəchlə ailəyə qurban verməyəcək bir qadınla evlənmişdi. Xəstəliyi ilə əlaqədar ilin çox hissəsini Yaltada yaşayan yazıçının xanımı işinə görə daha çox Moskvada qalırdı. Onların uşaqları olmadı. Bir dəfə hamilə qalan Olqa Knipper uşağı itirir.
Olqa Leanardovna məktublarından birində ərinə yazırdı: “ Sənə, hardasa uzaqlarda mifik arvadının olmağını düşünmək qəribədir, deyilmi? Bu necə də gülməlidir. Səni çoxlu-çoxlu qucaqlayıb öpürəm, mənim mifik ərim.”
Olqa Leanardovna məktublarında Anton Pavloviçlə evlənməkdə düzgün addım atmadığını, buna peşman olduğunu dəfələrlə yazmışdı: “Mən sənə, belə bir insana qarşı düşünülməmiş addım atdım. Əgər səhnədəydimsə, tənha qalmalı və heç kimin zəhləsini tökməməli idim”.
Çexovsa cavabında yazırdı: “ Boş-boş danışma. Sən qışı mənimlə qala bilmədiyin üçün günahkar deyilsən. Əksinə, əgər bir-birimizin işlərinə mane olmuruqsa, biz səninlə çox yaxşı ər-arvadıq. Sən teatrı sevirsən, deyilmi? Əgər sevməsəydin, onda başqa məsələ”.
Knipperin vicdanı ona rahatlıq vermirdi. Yaltadakı evində anası və bacısı ilə yaşayan ərinə tez-tez baş çəkə bilmək üçün teatrda yerinə əvəzedici aktyor hazırladı. “Antonka, səni çoxmu acıqlandırıram? Səni tez-tezmi narahat edirəm? Bağışla məni, əzizim, qızılım mənim, bu elə utancvericidir ki. Mən necə də murdaram.”- Olqa Knipper yazırdı.
Çexovun səhhəti getdikcə pisləşirdi. 3 iyun 1904-cü ildə o xanımı ilə birlikdə xaricə yola düşür.
Badenveylerdən bacısı Maşaya ünvanladığı sonuncu məktubda Çexov yazırdı: “Əzizim Maşa, bura çox istidir. Özümlə yalnız qış paltarı götürdüyümdən, istilər məni qəfil yaxaladı, nəfəsim kəsilir və yeganə arzum buradan tez getməkdir. Amma haraya? İtaliyaya, Komoya getmək istədim, amma hamı ordan da istilərin əlindən qaçıb. Avropanın cənubunda, hər yerdə istidir. İstədim paroxodla Triestadan Odessaya gedim, ancaq bilmirəm, indi, iyun-iyulda bu nə qədər mümükündür… Bilmirəm nə edim.
Olqa mənə nazik kostyum sifariş etmək üçün Freyburqa gedib, burada, Badenveylerdə nə çəkməçi, nə də dərzi var…
Yaxşı, sağlıqla qal və şən ol. Anaya, Vanyaya, Corca, nənəyə və başqalarına salam de. Yaz. Səni öpür və əlini sıxıram”.
Bu, Çexovun sonuncu məktubu oldu. 2 iyul 1904-cü ildə Badenvaylerdəki oteldə Anton Pavloviç üzünü divara çevirdi və özünə sonuncu diaqnozu qoydu: “İch sterbe…”- “Mən ölürəm…”
P.S: Yazının hazırlanmasında “Zaqadki İstorii” (№22, 2014), “Epoxa Vozrojdeniya“ №(4(8) 2008) jurnallarında və pravda.ru saytının materiallarından istifadə olunub.
Şahnaz Kamal
|
['rus ədəbiyyatı', 'Anton Çexov', 'yazıçılar', 'Çexov', 'Anton Pavloviç Çexov']
|
1,176 |
https://kayzen.az/blog/issoc/17590/f%C9%99rqin%C9%99-varmad%C4%B1%C4%9F%C4%B1m%C4%B1z-g%C3%BCnahlar.html
|
Fərqinə varmadığımız günahlar
|
Apollon
|
islam və cəmiyyət
|
11 aprel 2015, 21:31
|
Bəzən bir adam öz məqsədinə nail olmaq üçün başqa bir adamdan “məharətlə” istifadə edir.Məsələn, onun yanında bir söz buraxır və ya onun yanında bir xəbər yayır. Əgər bu ikinci adam eşitdiyi sözü elə orada unutsa (yəni o sözə əhəmiyyət verməsə), deməli, birinci adamın oyununa alət olmayacaq, yox əgər eşitdiyi sözü hər yerdə yaysa, başqasının əlində alətə çevriləcək.Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana əskiklikdən başqa bir şey gətirmir. Hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu yoxlamadan danışmaq doğru deyil. O, yalan danışırsa, sən niyə onun yalanını yayırsan? Ona görə də insan gərək ağzından hansı sözü çıxardığını bilsin və ağzından çıxardığı sözün məsuliyyətini daşısın. Elə adamlar da var ki, həmişə hər yerdə hər hansı məsələ barədə məlumatlı görünmək istəyirlər. İstəyirlər ki, hər məsələyə müdaxilə etsinlər, hər işdən xəbərdar olsunlar. Ona görə də doğru olub-olmadığını bilmədən kiminsə ağzından götürdükləri sözü hər yerdə danışırlar. Məqsədləri də budur ki, ağıllı görünsünlər, seçilsinlər.Cəmiyyətdə bəzən bu cür söhbətlər daha tez yayılır. İnsanlar yalan zəncirinin halqalarına çevrilirlər. Beləcə, yalanlar onları bir-birinə bağlayır. Halbuki insan ona aid olmayan işlərlə məşğul olmasa yaxşıdır. İnformasiyanın beynimizə, yaddaşımıza yük olduğu bir vaxtda izafi yüklərdən azad olmaq, öz əməllərini hesaba çəkmək, qüsurlarını düzəltməyə çalışmaq daha doğru olmazmı? Sən də öz başına bəla axtarırmış kimi, başqalarının sözü ilə məşğul olur, başqalarının söhbətini danışmaq istəyirsən. Bir məsələni də xatırlatmaq istəyirik ki, əgər biri sənin sözünü danışıb, nəticədə yalançı çıxırsa, siz də müqəssirsiniz. Yəni ağıl ön planda tutulmalıdır, deyilən söz ağıl süzgəcindən keçirilib ağızdan çıxarılmalıdır. Kor-təbii qərar qəbul edənlər, birinin ağzından qapdığını düşünmədən, araşdırmadan yayanlar kölgə kimi olurlar.Səhv də danışsa, qulaq asın!
Bu cür məsələlər ailədə, xüsusilə də, uşaq tərbiyəsində mühüm amillərdir. Ona görə də böyüklər uşaqlarının yanında danışarkən nə danışdıqlarını, nə dediklərini yüz ölçüb, bir biçməlidirlər. Unutmaq olmaz ki, uşaq eşitdikləri ilə deyil, gördükləri ilə tərbiyə olunur. Ona görə də uşağını tərbiyəli görmək istəyən valideyn gərək, əvvəlcə, özünü tərbiyə eləsin ki, ondan tərbiyə tələb etməyə haqqı olsun.Təbii ki, uşağınız məktəbdə gördüklərini sizə danışacaq. Özü də məsələnin özünə sərf edən tərəflərini qabardacaq, sərf etməyən tərəflərini isə gizlədəcək: “Ona elə dedim”, “buna belə dedim”, “o işi elə gördüm”, “bu işi belə gördüm”… və sair və ilaxır...Əlbəttə ki, siz onun söhbətlərinə qulaq asacaqsınız. Ancaq qulaq asdıqca da məqsədlərini, məramlarını öyrənəcəksiniz. Əslində isə siz ona diqqət ayırmaqla, marağını özünüzə cəlb edir və beləliklə də, təsir, daha doğrusu, tərbiyə imkanı əldə etmiş olursunuz. Səhv danışdığını bilsəniz belə, o anda onun sözünü kəsməyin, təqsirini üzünə vurmayın. Çünki əgər sözünü kəssənız və ya “Yalan danışırsan!” desəniz, deməli, hər şey bitdi. Ona görə də maksimum dərəcədə səbirli olmalısınız. Və uşaq anlamalıdır ki, siz onun sözlərinə dəyər verirsiniz. Unutmayın ki, islah etməyin yolu bir çox hallarda dəyər verməkdən keçir.Söz gəzdirmək
Bir nəfər padşahın yanına gəlir və deyir ki, filankəslər onun əleyhinə danışırlar. Padşah da acı-acı bu adamı başdan-ayağa süzür və deyir: — Əgər sən yaxşı adam olsaydın, onların cavabını yerində verər, heç mənim yanıma gəlməzdin. Ancaq görürəm ki, sən sözgəzdirənsən. Qeybət edənlərə bir söz deyə bilmirsən, sonra da gəlib mənə onların sözünü çatdırırsan. Sənin kimi adamlara bizdə rəğbət yoxdur...Əxlaqımız bizə öyrədir ki, əgər bir insanın haqqı tapdanırsa, onun tərəfini tutmaq lazımdır. Yəni konkret olaraq, yuxarıdakı misaldan çıxış etmiş olsaq, padşahın dediyi kimi, qeybət edənlərin cavabını vermək, sonra da söhbəti unutmaq ən doğru seçimdir. Şəxsiyyət bu cür yetişir, böyük insan bu cür formalaşır. Hər şeydən əvvəl insanın gərək içi geniş olsun, eşitdiyi hər sözdən coşub-daşmasın, söz udmağı, söz unutmağı bacarsın.Ara vurmaq
İnsanları bir-birindən incik salmaq, insanlara bir-birindən yalan danışmaq, əxlaqımıza görə çox pis əməldir. Bu cür əməllər bəzən zarafatla başlayıb, ölümlə nəticələnən cinayətlərə qədər uzanır. Əxlaqımızda bildirilir ki, insanların arasını vurmaq, onları bir-birinə düşmən etmək qatillik kimidir.Bir insan kimi hər birimizin vəzifəsi yaxşılıq etmək, xeyirli olanı bölüşmək, paylaşmaqdır. Bunun əksini etmək, yəni insanları bir-birinin düşməninə çevirmək isə insanlıq yox, şeytanlıqdır. İnsanlar bir-birini sevdikcə ucalırlar. Sevgi, hörmət, ehtiram cəmiyyətin sərvətidir, xoşbəxtliyidir; kin, nifrət, ədavət isə ağır yüküdür, dərdidir.Ara vuran insanlara el arasında mərdimazar deyirlər. Mərdimazarın heç bir yerdə hörməti olmur. İnsanlar onu görəndə üz çevirirlər. Beləsi ilə oturub-duranda adamın ürəyi sıxılır. Pis niyyət, qara düşüncə insanın özündən asılı olmayaraq sanki şüalanır və görünür. Əvvəla, bu cür adamların üz-gözü həmişə bürüşmüş olur, nə olur olsun sevinə bilmirlər, hər şey onlar üçün qorxudur, təhlükədir. Çünki özləri dünyaya belə baxırlar.Sən hansı yükü daşıyırsan?
Söz yükü duz yükündən ağır olur. Əslində ömür adlanan bu yolda hər kəs bir yükün daşıyıcısıdır. Yükün xeyirlisi var, zərərlisi var. Ona görə də köhnə kişilər dua edəndə: “Allahım, məni xeyir işlərə alət elə!”- deyərmışlər. Əslində sözün xeyirlisini daşımaq, yaymaq, o sözlərlə insanlara xeyir vermək insanlıq borcumuzdur. Əgər sənin danışdığın söz bir insanın xarakterinin formalaşmasına, onun yanlış düşüncədən qurtarıb, doğru istiqamətə yönəlməsinə səbəb olursa, demək xeyir işlərə alət olursan. Amma daşıdığın və yaydığın söz yalandırsa, insanların düşüncəsini pozur, onları yalana yönəldirsə, onda da zərərli işlərə alət olursan, özü də könüllü olaraq. Çünki insanın başına gələn bəla onun öz əməllərinin nəticəsidir. Bizi qurtaransa xeyir əməllərimiz olacaq. İnsanın zərərə uğramasına ən çox səbəb olan bədən üzvümüz dilimizdir, yəni nəyi danışmağımız, niyə danışmağımız… Yəni hər eşitdiyini danışmaq fəlakətə düşməyimiz üçün kifayət edər. Ona görə ağzımız, dilimiz işləmədən əvvəl başımız işləməlidir ki, sonra bəlaya düşməsin. Vəssalam.«Zaman Azərbaycan»
|
['günah', 'islam hökmləri']
|
1,177 |
https://kayzen.az/blog/heyvan/17832/iquanalar.html
|
İquanalar
|
Apollon
|
Heyvanlar aləmi
|
11 aprel 2015, 21:29
|
Son zamanlarda dünyada maraqlı tendensiya yaranıb: heyvansevərlər vəhşi və daha ekzotik heyvanlar saxlamağa üstünlük verirlər. Evlərdə saxlanılan ən dəbli heyvanlar sırasında ekzotik iquanalar da var. Dünyanın müxtəlif yerlərində il ərzində yüzlərlə cavan iquana alınır. Bəlkə düşünürsünüz ki, iquanalar evlərdə belə asanlıqla saxlanırsa, deməli, onların pişiklər və ya itlərdən heç bir fərqi yoxdur. Əgər belə düşünürsünüzsə, səhv edirsiniz. Kənardan çox rəngli, sevimli və maraqlı görünən iquanalar əslində o qədər də asan xarakterə malik deyillər. Bu maraqlı, ekzotik heyvanların rəngli dünyasına kiçik bir səyahət etməyə nə deyirsiniz?
İquanalar tarixdə
İquana adı ədəbiyyatda ilk dəfə 1553-cü ildə Pedro Sesa de Leonun “Perunun xronikası” adlı əsərində çəkilir: “Antioça şəhərindən Kartaxenaya doğru yol alıb, getdiyimiz yerə çatdıqdan sonra kapitan Xorxe Robledo burada bol balıq ehtiyatı kəşf etdi, biz balıqları əlimizdəki odun parçaları ilə vurub kənara yığırdıq. Burada çayın kənarındakı ağaclarda iquana adlanan və ilana bənzəyən qəribə görünüşlü heyvanlar yaşayır. Əgər müqayisə etsək, heyvan İspaniyada rast gəldiyimiz kərtənkələlərə də bənzəyir. Tək fərqi odur ki, iquananın başı daha böyük, quyruğu uzun, özü də daha vəhşidir. Amma rənginə və quruluşuna görə kərtənkələdən heç nə ilə fərqlənmir. Biz onu tutub, dərisini çıxarıb bişirdikdə anladıq ki, iquananın əti dovşan əti qədər yumşaq və dadlıdır. Məncə, dişi iquanalar daha ləzzətlidir, çünki onların həm yumurtaları olur, həm də ətləri yumşaqdır. İquananın əti balığa da bənzəyir. Bəlkə bu onunla əlaqədardır ki, quruda gəzən iquana bəzən rahatlıqla suya girir və üzür”.Heyvanın ilk elmi təsnifatı isə 1758-ci ildə isveçli həkim, təbiətşünas Karl Linneyin “Təbiətin sistemləri” kitabında verilir. Son dövrlərdə iquananın müxtəlif növləri və ya iquanaya bənzəyən 17 növ heyvan tapılıb. Amma yaşıl iquanadan başqa, onların heç biri həqiqi sayılmayıb. 2000-ci illərin ilk yarısında Amerikanın Utah Valley Universitetinin əməkdaşları iquanalar üzərində araşdırma aparırlar. Araşdırmalar göstərir ki, heyvanın ana vətəni Cənubi Amerikadır, yalnız sonralar heyvan Mərkəzi Amerika və Karib adalarına yayılıb və Cənubi Amerika növləri ilə yeni yaranan növlər arasında ciddi təkamül fərqləri nəzərə çarpır. Heyvanın adının mənşəyi Karib adalarında yaşayan Taino tayfasının dilindəki “ivana” sözündən götürülüb. İspanlar heyvanın adını öz tələffüzlərinə uyğun olaraq, “iquana” adlandırırlar. Sonralar ad həm elmi ədəbiyyata, həm də avropalıların dilinə məhz ispanların səsləndirdikləri kimi keçir.Yaşıl və ya adi iquana haqqında nə bilirik?
İquanalar 18-20 il yaşayır. Ağaclarda yaşayan iquanaların burnunun ucundan quyruğunun sonunadək uzunluğu 1,5 metrdən çox olmur. Buna baxmayaraq, tarixdə uzunluğu 2 metr, ağırlığı isə 8 kq-a çatan iquana növlərinə də rast gəlinib. İquanaların başı böyük olur və üzəri pulcuqlarla örtülüdür. Quyruğu bədəninə görə çox uzun və yanlardan sıxılmış şəkildədir. Onurğasının üstü ilə belindən quyruğuna kimi daraq formalı çıxıntı var.
Pəncələri qısa, barmaqları uzun, caynaqları isə iti və güclüdür. Həm qabaq, həm də arxa pəncələrində 5 barmaq var. Bu barmaqlar sayəsində heyvan ağaclara rahatlıqla dırmaşır. Tikanlı darağı onu digər vəhşi heyvanlardan qoruyur. Uzun və güclü quyruğu ilə iquana yalnız üzmür, həm də rəqiblərinə güclü zərbələr endirir. Erkək iquanalar dişilərə görə daha təcavüzkardır. Erkək iquanaların özlərini qoruma üsulu quyruğu qırmanc kimi yelləməkdir. İquanalar quşlardan çox qorxurlar. Bütün kərtənkələlər kimi, bəzən iquanalar da mübarizə zamanı quyruğunu rəqibin ağzında qoyub qaçır və daha sonra onun yeni quyruğu inkişaf edir.Günəş vannası sevən kərtənkələ
İquanalar Cənub yarımkürəsində Meksikanın Sinaloa və Verakrus ştatları daxil olmaqla, Mərkəzi Braziliya, Paraqvay, Boliviya, Karib dənizindəki Antil adalarında – ən əsası isə Qrenada, Kurasao, Trinidad və Tabaqo, Sent-Lyusi, Qvadalupe, Sent-Vinsent, Utila və Aruba kimi adalarda geniş yayılıb. XX əsrin ortalarında kərtənkələləri Böyük Kayman, Puerto-Riko, Vircin, Havay adalarına, ABŞ-ın Florida, Texas ştatlarına da köçürməyə başlayırlar. Yaşıl iquanalar nəmli tropik meşələrdə, dənizkənarı quru ərazilərdə yayılıb. Çünki iquanalar ağaclarda yaşayırlar və bütün aktiv fəaliyyətlərini gündüz edirlər. Havanın soyuq olduğu zamanlarda və axşamlar iquanalar ağacların aşağı hissəsinə enir və hava isinənə qədər orada gizlənirlər. Günəşin qızmar vaxtlarında isə ağacın təpəsinə dırmaşaraq həzm prosesi üçün lazım olan D vitamini vannasını qəbul edirlər. Yalnız bir neçə saat günəşləndikdən sonra iquana ov arxasınca gedir. Ağaca əla dırmaşmağı bacaran iquana bəzən 15 metr yüksəklikdən yerə düşür və heç bir yeri zədələnmir. İquanalar üzməyi də yaxşı bacarırlar, tamamilə suyun dərinliyinə dalan heyvan quyruğunun vasitəsilə hərəkət edir.
İquana quyruqları ilə “tikilən” Yer kürəsi
Qədim mayyalılar inanırdılar ki, dünya nəhəng bir evin daxilində yerləşir və bu nəhəng evin divarlarını hinduların “itzam” adlandırdıqları dörd iquana əvəz edir. Hər bir iquana Yer kürəsinin bir hissəsini təmsil edir və ayrı-ayrı rənglərlə fərqlənirlər. İquanaların quyruqları səmada birləşir və Yer kürəsinin üstündə onun damını formalaşdırır. Bu evi mayyalılar “itzamna”, yəni “iquananın evi” adlandırırdılar. Qədim dövrdə itzamnaya Allahların evi, iquanalara isə müqədəs heyvan kimi baxırdılar. Amma həmin dövr bitdikdən sonra bu cür inanclar yavaş-yavaş sıradan çıxmağa başlayır. Lakin XVI əsrdə ispan missioneri Dieqo de Landa öz yazılarında bildirir ki, hindular bir zamanlar yaşıl iquanaları Allahlara qurban kimi kəsirdilər. Bundan əlavə, Perunun qərbində yaşayan Moçe mədəniyyətinə mənsub tayfaların sitayiş etdiyi çoxsaylı heyvanlar sırasına yaşıl iquana da aid idi. Qədim mədəniyyətin yayıldığı ərazilərdə müxtəlif iquana fiqurları və heykəlləri tapılıb ki, bunların bir qismi hazırda Limada Larko muzeyində saxlanılır. Bundan əlavə, tapılmış fiqurlar arasında insan formalı, amma iquana başlı, quyruqlu və belində iquanadakı kimi darağı olan bir tanrı da var.
Üç gözlü, amma qaranlıqda görməyən heyvan
Gündüz vaxtı iquanaların görmə qabiliyyəti əla vəziyyətdə olur və o, ətrafda baş verən hər bir şeyi, hətta ona çox uzaqdan yaxınlaşan təhlükəni belə görür. Amma qaranlıq düşən kimi heyvanın görməsində ciddi problemlər yaranır. Buna sübut gözün torlu qişasında zəif işıqlanma zamanı görmə qabiliyyətini təmin edən çubuqşəkilli hüceyrələrin az olmasıdır. Amma tam əksinə, heyvanın gözündəki konusvari hüceyrələrin çox olması daha aydın və detallı görüntü ilə yanaşı, hətta ultrabənövşəyi şüaları görməyə belə imkan yaradır. Əgər iquananı işıqlı və günəşli bir yerdən qaranlıq məkana aparsanız, heyvan o dəqiqə narahat və vəhşi hərəkətlər etməyə başlayacaq.
Bir çox kərtənkələlərdə olduğu kimi, iquanaların da üçüncü gözü olur. “Gizli göz” də adlanan bu göz heyvanın burnunun yuxarısında yerləşir və üzəri böyük pulcuqla örtülüdür, pulcuğun mərkəzi hissəsi isə yarımşəffafdır. İquanaya qədim əcdadından keçən bu balaca orqanın daxilində kiçik kristalabənzər maddə yerləşsə də, heyvan bu orqandan istifadə etmir, daha doğrusu, orqanın tam funksiyasının nə olduğu bəlli deyil. İquananın eşitmə qabiliyyəti də yaxşı inkişaf edib. Hətta bunu da demək olar ki, iquananın eşitmə qabiliyyəti insanın eşitmə qabiliyyəti ilə eynidir. Səs eşidən kimi səs gələn tərəfə yönələrək öncə səsin predmetini aydınlaşdırmağa çalışır. İquananın günəşi sevməsinin əsas səbəbi isə daxili istiliyini özünün yarada bilməməsi və məcburən xarici mənbələrlə özünü isitməsidir. İquana üçün ideal yaşama temperaturu 30 dərəcədir. Temperaturun kəskin artması və ya azalması nəticəsində heyvanın eşitmə qabiliyyəti zəifləyir.
Mənbə: "Discovery Azerbaijan" jurnalı
|
['heyvanlar aləmi', 'iquana']
|
1,178 |
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/18205/postun-m%C3%BCvafiq-bloqa-yerl%C9%99%C5%9Fdirilm%C9%99si.html
|
Postun müvafiq bloqa yerləşdirilməsi
|
_BUMERANQ_
|
kayzen.az saytının rəsmi bloqu
|
11 aprel 2015, 17:39
|
Saytda məqalə yerləşdirməyə başladığım ilk vaxtlar qarşılaşdığım çətinliklər az olmayıb, bəzilərini soruşub öyrənmişəm, bəzilərini də səhv edə-edə. Zaman-zaman istifadəçilər tərəfindən verilən suallardan məşhuru — «topiki müvafiq bloqa necə yerləşdirim?» sualıdı. Şəxsi mesajda aydınlaşdırmaq halları da yaxşıdı, amma məsələni birdəfəlik həll etmək üçün topik hazılamaq qərarına gəldim.
Saytda sizin maraq dairənizə uyğun məqalələr yerləşdirmək istəyirsinizsə, ilk görəcəyiniz iş lazımi bloqlara üzv olmaqdı. Bunun üçün "Bloqlar" bölməsinə daxil olmaq lazımdır:
Daxil olduğunuz bölmədə tibbi bloqlardan tutmuş evdarlıq, kulinariya, marketinq, musiqi… — demək olar hər kəsin maraq dairəsinə uyğun zəngin bölmələr var.
Bloqa üzv olmaq üçün etməli olduğunuz, sadəcə, gördüyünüz + işarəsinə klikləyib onu rəngləndirməkdir.
Bu mərhələdən sonra «yazmaq» bölməsinə daxil olub məqaləni müvafiq bloqa əlavə etmək olar.
|
['bloq', 'bloqa üzv olmaq']
|
1,179 |
https://kayzen.az/blog/aforizmler/17258/lars-fon-trierd%C9%99n-sitatlar.html
|
Lars fon Trierdən sitatlar
|
Apollon
|
Hikmət dənizi və aforizmlər
|
10 aprel 2015, 20:52
|
Çəkmənin içində daş olanda insanı necə narahat edirsə, kino da elə narahat olmalıdır.Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram.Mən nudizmlə maraqlanan ailədə doğulmuşam. Uşaq vaxtı mənə etmək istədiyim hər şeyə icazə verilirdi, mənim dərsə gedib getməməyim valideynlərimi maraqlandırmırdı.Valideynlərim tez-tez məni nudist düşərgəsinə aparardılar. Ora haqda heç bir erotik xatirəm yoxdur, amma ordakı kiçik poçt şöbəsini xatırlayıram. İçəri girirsən, poçt işçisinin ancaq şlyapası var. Əslində onun sviteri də var idi, çünki içəri yetərincə soyuq olurdu. Amma içəri kimsə girəndə o soyunmalı idi. Qayda belə idi.Anam mənə indiyə kimi atam olduğunu düşündüyüm adamın əslində əsl atam olmadığını deyəndə bunun bioqrafiyam üçün yaxşı fakt olacağını düşündüm.Həyata yalnız bir şeyə təəssüf edirəm. Balaca olanda bir quşum var idi, hər gün onu yedizdirirdim. Tətilə gedəndə quş yaddan çıxdı. Qayıdanda gördüm ki, ölüb. Həqiqətən təəssüflənirəm. Kann festivalında dediklərimə görə üstümə hücuma keçəndə isə (Trierin Hitler haqda dedikləri nasizmə haqq qazandırması kimi qiymətləndirilmişdi) özümü velosipeddən yıxıldığına görə valideynləri tərəfindən danlanan uşaq kimi hiss edirdim. Öz statusumla qürur duyuram: “Kann festivalının persona non-qratası”. Bu status mənə yaraşır. Deyəsən festival tarixində belə şey olmamışdı.Politkorrektlik – Amerikanın dünyaya bəxş etdiyi ən pis şeydi. Məhz politkorrektlik dürüst diskussiyanı öldürdü, ona görə də indi insanların çoxu nədəsə ittiham edilməkdən qorxduqlarına görə susmağa üstünlük verirlər.Kimləsə birlikdə olanda onda mənə qarşı nifrət oyadacaq nəsə deməməyim mümkün deyil.Əgər kimsə məni döymək istəyirsə, o bunu etməkdə sərbəstdir. Amma xəbərdarlıq etməliyəm: mən bundan həzz ala bilərəm.Pozğunluq? Başqalarına mane olmadıqca, mən burda pis heç nə görmürəm.Praktik olaraq bu dünyada heç kimə zərər vermədən yaşamaq mümkün deyil. Sən hətta nəfəs alanda belə, havanı kimdənsə almış olursan. Mənə gəldikdə isə mən çalışıram balıqlardan başqa heç kimi incitməyim. Əlbəttə, balığa da yazığım gəlir, amma mən bir qoca balığı tivola tutanda, başqa bir gənc və xoşbəxt balıq üçün yeri boşaltmış oluram. Yaxud da düşünürəm ki, tutduğum balıq bir neçə ay idi depressiyadan əziyyət çəkirdi və özünü öldürmək haqda düşünürdü. Amma bilmirdi bunu necə etsin. Əgər sən balıqsansa, bu elə də asan deyil.İnsan şüuraltı olaraq həmişə melanxoliyaya can atır. Nakam sevgi xoşbəxt sevgidən daha romantikdir və kədər, yaxud ağrı kimi, biz melanxoliyanı daha kəskin hiss edirik, nəinki xoşbəxtliyi.Mən çoxlu fobiyaları olan insanam. Amma kamera ilə qeyri-adi nəsə etmək kimi fobiyam yoxdur.Mən də hamı kimiyəm. Mükafat almağı sevirəm, amma onlar məni xoşbəxt etmir.Süjetlər bizim ətrafımızda yaşayır. Hətta bu otaqda belə min cür hekayət var. Bilirsiniz ki, bu stul bura necə gəlib çıxıb? Onda kimlər oturub? Niyə burda məhz bu stul dayanıb? Bəs bura gətirilməyən digər stul hardadır?Necə yəni mən komediya çəkmirəm? Mənim filmlərimin çoxu komediyadır. Sadəcə onlar çox melanxolikdirlər.Sən Allah, mənim filmlərimi müzakirə etməyi dayandırın, gedin özünüzünküləri çəkin.Mənbə: “Esquire”
|
['rejissor', 'Lars fon Trier', 'sitatlar']
|
1,180 |
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/18202/bill-qeytsin-11-q%C4%B1z%C4%B1l-qaydas%C4%B1.html
|
Bill Qeytsin 11 qızıl qaydası
|
Cavid
|
Böyük insanlar,şəxsiyyətlər
|
9 aprel 2015, 16:20
|
«Microsoft» şirkətinin qurucusu, dünyanın ən varlı adamı Bill Geytsin «11 qızıl qayda»sı aşağıdakılardır:
1. Həyat ədalətsizdir — buna adət edin.
2. Özünüqiymətləndirmə cəmiyyəti tamamilə narahat etmir. Hər şeydən əvvəl, sizdən nailiyyət gözlənilir.
3. Siz məktəbi bitirən kimi ildə 60 min dollar qazanmayacaqsınız. Siz pul qazanacağınız vaxta qədər şəxsi sürücüsü olan vitse-prezident olmayacaqsınız.
4. Əgər siz müəllimin sizinlə həddindən artıq sərt rəftar etdiyini fikirləşirsinizsə, bu, hələ işin başlanğıcıdır. Sizin rəhbəriniz olacağı vaxtı gözləyin.
5. Hamburger qızartmaq — ləyaqətinizi alçaldır? Sizin baba və nənələriniz tamamilə əksini düşünüblər. Onlar üçün hamburger qızartmaq bu həyatdan yapışmaq üçün bir imkan olub.
6. Əgər sizdə heç bir şey alınmayıbsa, o zaman bu, sizin valideynlərinizin günahı deyil. Ona görə də sızıldamaq lazım deyil, öz səhvlərinizi öyrənin.
7. Valideynlər sizə indi göründüyü kimi darıxdırıcı olmayıblar. Ola bilsin, sizin hər zaman qayğınıza qalmaq onları bu cür edib? Onlar sizi yedizdirir, geyindirir və daim dinləyirlər ki, siz belə gözəlsiniz. Ona görə də öz valideynlərinizin nəslini tənqid etməzdən əvvəl özünüzdən başlayın.
8. Ola bilsin, sizin məktəbdə uğursuz adamı uğursuz adlandırmaq nəzakətsizlik sayılır. Ola bilsin, sizin məktəbdə ümumiyyətlə uğursuz şagirdlər yoxdur — amma həyatda belə deyil.
9. Həyat semestrlərə bölünmür. Sizin yay tətilləriniz olmayacaq və sizin rəhbəriniz özünüzü tapmaqda sizə kömək etməyəcək. Bunu asudə vaxtınızda özünüz etməlisiniz.
10. Televizorda həqiqi həyat göstərilmir. Real həyatda bütün günw kafedə oturmaq və dostlarınızla boşboğazlıq etmək alınmayacaq.
11. “Botanik”lərlə (sinfin pis oxuyan şagirdləri ilə — red.) nəzakətlə davranın. Onlardan biri məktəbi qurtardıqdan sonra sizin rəhbəriniz ola bilər. Mənbə:İKT.lent.az
|
['Bill Geyts', 'qızıl qaydalar', 'maraqlı', 'Microsoft']
|
1,181 |
https://kayzen.az/blog/aforizmler/18200/sitatlar.html
|
Sitatlar
|
azadmamedov90
|
Hikmət dənizi və aforizmlər
|
8 aprel 2015, 22:10
|
Hər kəs plan cızır, və heç kim axşamadək yaşayacağını belə bilmir.
Leo Tolstoy.
Böyük sevgi olan yerdə çoxlu səhvlər olar. Hardaki sevgi yoxdur,orda hər şey səhvdir.
Tomas Fuller.
Hər səhər yuxudan duranda bunu fikirləş:«Bu gün mənimki gətridi,-mən yuxudan durdum. Mən yaşayıram, mənim dəyərli insani həyatım var, və mən onu boş şeyə sərf etməyəcəm».
DALAY lama
Mən anladım ki,elektron poçt nəyə gərək imiş- insan danışmaq istəmədikləri ilə ünsiyyət qursun.
Gələcəkdə «zaman maşını» ixtira edəcəklər, və heç kimin vaxtı olmayacaq onu istifadə etməyə.
Məncə «qaynar xətt» yaratmaq lazımdır, heç zaman cavab verilməyən: heç vaxt məsləhətləri dinləməyənlər üçün.
Planet qaydasındadır. İnsanlar məhv olacaq!
Mənim xoşuma gəlir, çiçək və ya ot dəstəsi betonun üzərində yetişəndə. Lənət olsun, bu Qəhrəmancasınadır.
Mən fikirləşdim, yaşlandıqca insanlar niyə aktiv olaraq İncil(quran) oxuyurlar. Və mən aşkarladım-axı onlar buraxılış imtahanına hazırlaşırlar..
Hər üç insandan biri bu dünyada elə ya belə formada psixoloji xəstəlikdən əziyyət çəkirlər. Öz ən yaxşı iki dostların haqqdında düşün, əgər onlar qaydasındadılarsa, deməli bu sənsən.
Hər dəfə üzümü qırxmağa hazırlaşanda, fikirləşirəm, dünyada kimsə də hazırlaşır. Çünki hər zaman " məndə üzümü qırxım " deyirəm.
Eqoist insanlarda nə daha yaxşıdır? Onlar başqalarını müzakirə etmirlər.
Mən öz-özümlə danışıram, çünki yeganə insanam ki öz cavablarım xoşuma gəlir.
Həyatın mənasını tapa bilməzsən, artıq onu dəyişiblər.
Jorj Karlin
|
['aforizimlər']
|
1,182 |
https://kayzen.az/blog/edebiyyat/18199/%C9%99li-qurban-dastan%C3%A7%C4%B1.-%C5%9Feirl%C9%99ri.html
|
Əli Qurban Dastançı. Şeirləri.
|
Ferbara
|
Ədəbiyyat
|
8 aprel 2015, 20:06
|
Əl varƏl var, barmağını qızılladasan,
Cansız daşı yonur, insan eyləyir.
Əl var, neştər vurub sızıldadasan,
Abadı uçurur, viran eyləyir.Əl var, qabarlıdır işdən, əməkdən,
Əl var, yay günü də çıxmır əlcəkdən.
Əl var, əsər yazır xoş gələcəkdən,
Əl var, böhtan yazır min qan eyləyir.Əl var, qızıl yığır, qubar artırır,
Əl var, ürək qoyur, bahar artırır,
Əl var, dərd artırır, azar artırır,
Əl var, min bir dərdə dərman eyləyir. Əl var, xəyanətə uzanır hər dəm,
Əl var, qəlbə həmdəm, könülə həmdəm.
Əl var, insanlığa verir qüssə, qəm,
Əl var, səadəti nişan eyləyir.Ələ hökm eləyən yalnız ürəkdir.
Xain ürəklərin ömrü gödəkdir.
Pis əllərin kökü kəsiləcəkdir,
Ellər, Əli belə güman eyləyir!ManatSən bəşər evinin unu, urvası,
Ələyi, xəlbiri, sacısan, manat!
Xaçpərəst xaçısan, pütpərəst bütü,
Müsəlman Məkkəsi, Hacısan, manat!Səni xəlq eyləyir insan barmağı,
Olursa Allahı, çıxırsan yağı.
Fəhlə ayağının yırtıq başmağı,
Şahların başının tacısan, manat!
İnsan cənnətisən, cəhənnəmisən,
Şadlığı, şənliyi,dərdi, qəmisən.
Atasan, anasan, dayı, əmisən,
Övladsan, qardaşsan, bacısan, manat!Dostsan - hər əhdinə sadiq, mehriban,
Düşmənsən - həmişə işin nahaq qan!
Zahirdə mələksən, vurulur insan,
Batində timsahın acısan, manat!Əvvəldən şirinsən, daldan şirinsən,
Gözəl buxağında xaldan şirinsən.
Əliyəm, müxtəsər, baldan şirinsən,
İlan zəhərindən acısan, manat!Dünya, nə şirinsənDünya, nə şirinsən, sənin dadını
Bilməyən də yazıq, bilən də yazıq.
Razı buraxmırsan bir övladını,
Ölməyən də yazıq, ölən də yazıq.Bəzəyib cismini ləl eyləyirsən,
Nazlı bir qız kimi əl eyləyirsən,
Açırsan qoynunu gəl eyləyirsən,
Gəlməyən də yazıq, gələn də yazıq.Gələn uyur hər fitnənə, felinə,
Yalan-gerçək sözün düşür dilinə,
Oyuncaq verirsən vardan əlinə,
Almayan da yazıq, alan da yazıq.Kimisinin bəndə düşür gəmisi,
Kimisinin məhsul vermir zəmisi,
Ağlayır kimisi, gülür kimisi,
Ağlayan da yazıq, gülən də yazıq.
Əlinin gərdişi çox sitəmlidi,
Dodağı gülənin gözü nəmlidi.
Zəmanənin sazı zilli, bəmlidi,
Çalmayan da yazıq, çalan da yazıq.Əli Qurban Dastançı
Ədəbiyyat qəzeti.- 2011.- 16 dekabr.- S.6.
|
['şeir', 'qoşma', 'Dastançı']
|
1,183 |
https://kayzen.az/blog/poeziya/17914/may%C4%B1s-duy%C4%9Fular%C4%B1-%7C-m%C9%99mm%C9%99d-%C9%99min-r%C9%99sulzad%C9%99.html
|
Mayıs duyğuları | Məmməd Əmin Rəsulzadə
|
Apollon
|
Poeziya
|
6 aprel 2015, 15:53
|
İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın,
Azərbaycan İstiqlala girmişdi.
Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində,
Əsarətin zəhərini dadmış oldu.
Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
“Hürriyyət” fikrinə candan vuruldu.
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.
Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bizə yalnız hürriyyətlə dolacaq.
Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan İstiqlala girəcək!
«Azərbaycan» jurnalı, Ankara
Mart 1955-ci il. (Son şeir)
|
['poeziya']
|
1,184 |
https://kayzen.az/blog/Sadiq_Umarov/18196/g%C3%B6zl%C9%99-qa%C5%9F-aras%C4%B1nda.html
|
Gözlə qaş arasında
|
Sadiq_Umarov
|
Bloq: Sadiq_Umarov
|
6 aprel 2015, 14:52
|
Gözlə qaş arasında Payız təzəcə qədəm qoymuşdu. Nəfəs kəsən istilər öz yerini yavaş-yavaş sərin mehə və hərdən yağan yağışa buraxırdı. Həmin mehli günlərdən biri idi. İki ailə bir-birinə qohum olmağa hazırlaşırdı. Çox çək-çevirdən sonra toyun vaxtı həmin günə müəyyən edilmişdi. El adəti ilə vağzalı sədaları altında qız ata evindən bir göyərçin təki pərvazlanıb uçurdu. Hər kəsin üzündə sevinc, könüllər fərəhli. Hər kəs danışır, gülür, əylənir. Həmin gün üçün çəkilən əziyyətlər hədər olmamışdı. Toy hər kəsin ürəyincə, öz axarında davam edirdi. O, heç kimin ağlının ucundan belə keçmirdi.Məclis başladığı kimi də sona çatdı. Hamı xoş əhval-ruhiyə ilə evlərinə dağılışdı. Uzaqdan gələn təzə qohumlar bir avtobus kirayələmişdilər. Gülüşə-gülüşə mindilər həmin avtobusa. Yolları uzaqdı. Amma onların heç eyninə də deyildi. Avtobus yolları yara-yara şütüyürdü. Yatanlar yatmış, oyaq olanlar da sakit-sakit söhbətləşirdi. Artıq öz rayonlarına çatmışdılar. Gecə saat bir radələri olardı. Avtobus yırğalanıb dayandı. Düşmək istəyənlər vardı. İki qadın, iki də kişi. Bir-birilərinə yaxın qohum idilər, həm də qonşu. Yenə də onu heç kim yadına belə salmaq istəmirdi. Kimin nəyinə gərəkdi Avtobus elə təzəcə tərpənmişdi ki, çox qorxunc səs gəldi. Bu heç kimin xatırlamaq istəmədiyi ölümün vahiməli səsi idi. Sürücü tələm-tələsik avtobusu saxlayıb qapıları açdı. Hər kəs dəhşət içində avtobusdan düşüb səs gələn yerə cumdu. Yuxulardakı kimi bapbalaca yol sanki kilometrlərlə uzanmışdı. Qaçsalar da çata bilmirdilər.İlk yanına gələn qardaşı oldu. Bacısı alqana boyanmışdı. “Bacı, bacı” hayqırıqları cavabsız qaldı. Həyat donmuşdu sanki. Hər kəs onu səsləyirdi. Amma o əbədi olaraq susmuşdu. Xatırlanmayan ölüm bir andaca onu qollarına alıb göylərə ucalmışdı.Ümid heç vaxt üzülmür. Gecənin uğursuz qaranlığında kiminsə “nəbzi döyünür” sözləri hamını özünə gətirdi. Tələm-tələsik xəsətəxanaya apardılar canciyərlərini. Amma çifayda… Artıq onun üçün hər şey bitmişdiBax budur ölüm. Heç kimin gözləmədiyi anda gəlib kəsdirir qapının kandarını. Elə ona görə Peyğəmbərimiz dönə-dönə: “Ləzzətləri puç edən ölümü daim anın” – buyurub. Həzrət Ömər kimi səhabələr də bu hədisi sırğa edib qulaqlarından asıblar. Belə ki, Həzrət Ömər xəlifə olan kimi öz şəxsi pulu ilə bir nəfər tutur. Həmin adamın işi hər gün gəlib xəlifəyə: “Allahdan qorx, ölüm var” – demək idi. Beləcə, günlər ayları, aylar da illəri qovaladı. Bir gün Xəlifə güzgüyə baxanda saç-saqqalında dən gördü. Həmin adamı yanına çağırtdırıb: “daha bəsdir, bu gündən sənin işin qurtardı” − dedi. Bu sözləri eşidən kişi təşvişə düşür. Ürəyinə şübhə gəlir ki, görəsən, nə səhv iş tutub ki, xəlifə onu işindən azad edir. Xəlifə onun təlaşlandığını görüb: “Narahat olma, sənin heç bir xətan yoxdur. Bu gün güzgüyə baxanda gördüm ki, saçıma dən düşüb. Artıq mənə ölümü həmin ağ saçlar xatırladacaq”.Bu da o səhabələrin ölümə olan münasibətləri. Hər gün, bəlkə də, yetmiş dəfə ölümü xatırlayıb göz yaşını ceyhun edənlər vardı. Yanlarında ölümün adı çəkiləndə dizləri bükülənlər də az deyildi.Amma bizlər… Hər gün ölüm xəbəri eşidirik. Bir müddət keçəndən sonra heç olmamış kimi unuduruq. Sanki ölüm ancaq ölənlərdən ötrüdür. Növbə bizlərə də çatacaq. Çünki Allah söz verib: “Hər bir nəfis ölümü dadacaq”.Allah ölüm qaşla göz arasından süzülüb canlarımızı almadan, onu qarşılamağa hazır olanlardan eyləsin. Amin.Sadiq Umarov
|
['Sadiq Umarov', 'ölüm', 'avtobus', 'Ömər', 'toy', 'payıza', 'adam']
|
1,185 |
https://kayzen.az/blog/aforizmler/18193/aristoteld%C9%99n-qiym%C9%99tli-k%C9%99lamlar.html
|
Aristoteldən qiymətli kəlamlar
|
kurdamir
|
Hikmət dənizi və aforizmlər
|
4 aprel 2015, 14:24
|
Aristotellə iki sual verirlər. Birinci sual:
— Siz insanların hansı hərəkətlərindən təəccüblənirsiniz?
Aristotel bir-bir sadalayır:
• Uşaq olanda darıxırlar, böyüməkçün tələsirlər. Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini çəkirlər
• Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Sonra sağalmaq üçün pul xərcləyirlər.
• Gələcək necə olacaq deyə narahatlıq keçirirlər və bu günü unudurlar. Nəticədə, nə bu günü, nə də gələcəyi normal yaşayırlar.
• Elə yaşayırlar ki, elə bil heç ölməyəcəklər. Elə ölürlər ki, elə bil heç yaşamayıblar.
Növbə ikinci suala çatır: – Yaxşı bəs, siz nə məsləhət verirsiniz?
Aristotel yenə sadalayır:
Özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz tuta bilsinlər. İnsan ömründə ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.
MƏNBƏ: «Düşüncə» psixologiya jurnalı
|
['Aristotel', 'Aristotelin aforizmləri']
|
1,186 |
https://kayzen.az/blog/heyvan/18192/d%C3%BCnyan%C4%B1n-%C9%99n-n%C9%99h%C9%99ng-heyvanlar%C4%B1.html
|
Dünyanın ən nəhəng heyvanları
|
MuSHviG
|
Heyvanlar aləmi
|
3 aprel 2015, 08:50
|
Təqdim edəcəyimiz heyvanlar indiyədək Yerdəki heyvanlar arasında ən böyüyü deyil, lakin öz növlərində ən böyük təmsilçi olmaları ilə diqqətəlayiqdirlər:Ən böyük öküzDünyada ən böyük öküz təxminən iki ton çəkiyə malik erkək Donetto olub. 1950-ci illərin ortalarında İsveçrədə yaşayan və dünyada ən mehriban varlıq olan Donetto 1740 kiloqram çəki və 190 santimetr hündürlüyə malik olub. Ən böyük timsahŞəkildə altı metr uzunluğa malik insan yeyən timsah əks olunub. O, 2002-ci ildə Burundi Respublikasında tutulub. Bu nəhəng timsah Ginnesin rekordlar kitabına düşə bilməyib, çünki Kİtab Şərqi Hindistanda tapılan yeddi metrlik timsahın mövcudluğunu təsdiqləyib.Ən böyük ilanDünyanın ən böyük ilanı Nəhəng və ya Yaşıl anakondadır. Onun uzunluğu təxminən 10 metr, çəkisi isə 220 kiloqram ola bilər.Hazırda yaşayan ilanlardan ən böyüyü Nyu-Yorkda zooloji cəmiyyət terrariumundadır. Onun uzunluğu doqquz metr, çəkisi 130 kiloqramdır.Bildirək ki, qeydə alınan ən uzun anakonda 11 metr 43 santimetr olub. Onu 1944-cü ildə Kolumbiya cəngəlliyini öyrənən və neft yataqları axtaran geoloq-neftçi ölçüb. Ən böyük atDünyada ən böyük at «Sampson» ləqəbli atdır. Onun hündürlüyü iki metr 20 santimetr, çəkisi isə 1.52 ton təşkil edib.Qeyd edək ki, hazırda yaşayan atlardan heç biri artıq uzun müddətdir, həyatda olmayan Sampsonun rekordunu yeniləyə bilməyib. Ən böyük dovşanBöyük Britaniyanın Sasseks qraflığında «Ralf» ləqəbli dörd yaşlı dovşan «Dünyanın ən kök dovşanı» tituluna sahibdir.Ralfın sahibi Paulina Qrant hazırda heyvanın çəkisinin 22 kiloqram 68 qram, uzunluğunun isə bir metrdən çox olduğunu deyir. Ən böyük hörümçəkYalnız sonluqlarının ölçüsünü yox, eyni zamanda bədən ölçülərini müqayisə etsək, dünyada ən böyük hörümçək Terafoza Blonda olar.O, qurbağa, kərtənkələ, siçan və kiçik ilanları ovlaya bilir. Bu növün ən böyük nümayəndəsi 1965-ci ildə Venesuelada aşkarlanıb; onun ayaqlarının uzunluğu 28 santimetr təşkil edib. Ən böyük köpəkbalığıBu gün köpəkbalıqları arasında ən böyüyü balina köpəkbalığıdır. Sənədlə təsdiq edilən rekord 14 metrə bərabərdir. Lakin tez-tez daha böyüklərinin tutulduğu xəbəri yayılır.Bildirək ki, bəzi köpəkbalıqları 20 metr və daha böyük uzunluğa malik olur. Ən böyük ayıİndiyədək sənədləşdirilən ən böyük qonur ayı 2009-cu ildə Alyaskada güllələnən insan yeyən ayıdır. O, elə bir hündürlüyə malikdir ki, arxa ayaqları üstündə asanlıqla ikinci mərtəbəyə boylana bilər. Ən böyük meduzaDünyada ən böyük meduza arktik nəhəng meduzadır (Cyanea). O, Şimal-qərbi Atlantikada yaşayır. Massaçusets körfəzində sahilə atılan belə meduzalardan birinin başının diametri 2.28 metr, əllərinin uzunluğu 36.5 metrdir.Ən böyük vəhşi pişikŞir və dişi pələngin törəməsi olan hibrid. O, şir və pələngin dar çərçivədə rastlaşmağının nəticəsində törəyə bilər, belə ki, təbiətdə şirlər pələnglərlə, demək olar, rastlaşmır.Bu törəmənin dünyada ən böyüyü Herkules Mayamidəndir. O, 400 kiloqram çəkiyə malikdir, arxa pəncələri üzərində durduqda isə uzunluğu 3.7 metr təşkil edir. Ən böyük böcəkƏn böyük, rekordçu böcək «Titanus giganteus»dur. Ən böyük təmsilçi barədə dəqiq məlumat isə yoxdur.Mənbələrdən biri iddia edir ki, böyük həşəratın maksimal uzunluğu 17 santimetrdir, bəziləri isə bunun 21-22 santimetr olduğunu iddia edir. Ən böyük tısbağaDünyada ən böyük tısbağa qalındərili tısbağadır. Onun bədəninin uzunluğu 2.5 metrə, çəkisi isə 600 kiloqrama çata bilər.Lakin 916 kiloqram çəkiyə malik tısbağanın tapıldığı məlumdur.Qeyd edək ki, bu, Ginnesin rekordlar kitabında qeydə alınan tam rekorddur. Ən böyük uçan quşTəkcə qanadlarının uzunluğunu deyil, gövdəsinin kütləsini də nəzərə alsaq, o zaman rekordçu qara qrifdir. Bu quşun gövdəsinin uzunluğu 1.2 metr, çəkisi 14 kiloqram təşkil edir.Bəzilərində qanadların uzunluğu 310 santimetrə çata bilər.Mənbə:salamnews.org
|
['rekord', 'kərtənkələ.']
|
1,187 |
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/18190/kim-t%C9%99rt%C9%99r%C3%A7ay-d%C9%99r%C9%99sini-seyr-etm%C9%99yibs%C9%99,-yaln%C4%B1z-o-adam-isve%C3%A7r%C9%99nin-g%C3%B6z%C9%99lliyin%C9%99-m%C9%99ftun-ola-bil%C9%99r.html
|
“Kim Tərtərçay dərəsini seyr etməyibsə, yalnız o adam İsveçrənin gözəlliyinə məftun ola bilər”.
|
MuSHviG
|
Azərbaycan tarixi
|
2 aprel 2015, 09:08
|
“Kim Tərtərçay dərəsini seyr etməyibsə, yalnız o adam İsveçrənin gözəlliyinə məftun ola bilər”.
Bu sözləri Qafqaz geologiyasının atası hesab edilən V. Avix Kəlbəcər haqqında deyib.
Bakıdan təxminən 450 km qərbdə, Bərdə — İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşən bu şəhərin yalnız təbiəti insanları heyran etmirdi.
Mübaliğəsiz deyə bilərik ki, hər qarış torpağı qızıl qiymətində olan bu rayon haqqında ən azı sakinləri qədər bilgiyə sahib olanlar Kəlbəcəri işğal etməklə bizi bu əsrarəngiz sərvətdən məhrum etdilər.
Kəlbəcərdə nəyimiz qaldı?
1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğal olunarkən rayonun 54 mindən artıq əhalisi məcburi köçkün, 321 nəfər əsir düşüb və ya girov götürülüb, 511 nəfər vəhşicəsinə qətlə yetirilib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika və s. talan edilib və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
Bunlar gözlə gördüyümüz, statistikasını apara biləcəyimiz itkilərdi. İtkinin ən böyüyü elə Kəlbəcərin özü, torpağıdır ki, onun dəyərini heç bir maddi vəsait ödəyə bilməz. Biz həmin torpağın altındakı sərvətlərin dəyərini hesablayacağıq.
Bu dəfəki yazımızda Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Kəlbəcər kəsirini araşdıracağıq.
Sahəsi 3054 km2 olan Kəlbəcərin təbii sərvətlərindən alınan gəlir respublikamızın heç bir rayonu ilə müqayisə edilə bilməz. Sənaye məhsulu üzrə Kəlbəcər ancaq Abşeron iqtisadi rayonu ilə müqayisə edilə bilər.
Qiymətli balıq hövzəsinin olduğu çayların ətrafında yerləşən qoruq meşələri – 13471 hektar, ətraf mühitin mühafizəsi üçün əhəmiyyətli meşələr – 15531 hektar, şəhər və kənd məntəqələrinin ətrafındakı yaşıllıqlar – 274 hektar, meşə park zonası – 80 hektar idi. İndi onların əksəriyyəti ermənilər tərəfindən məhv edilib.
İstisu mənbələrindən hər il 3 milyard 963 mln litr su çıxır
Kəlbəcərin meşələrindən sonra ən böyük sərvəti təbii suları idi. Tərtər çayının hövzəsində 412-ə qədər mineral su yataqları var.
“Qarabağ Yaddaş” kitabında göstərilib ki, İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamacında yerləşir, dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Burada suyun istiliyi 58.8 C-dir. Cəmi mineralların sayı 6.7 qrama çatan 1 litr suyun tərkibində, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur.
1951-ci ildə Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikilib. Kəlbəcər istisuyu yerin səthinə qaynar halda çıxır. Üzə çıxan suyun temperaturu 62 dərəcədən 75 dərəcəyə qədər, bəzi quyularda isə daha yüksək istilikdə olur. İstisuya “ocaq yeri” kimi də baxırlar. Qədimdən bəri xəstə, əlil olan insanların buraya gəlib şəfa tapması ilə bağlı bu inanclar yaranıb. Mineral sularla bərabər, yerin üstünə külli miqdarda karbon qazı çıxır. Bu qazdan suların qablaşdırılması prosesində istifadə olunur. Karbon qazının külli miqdarda olması onun ixracına imkan verir.
İstisu mənbələrindən hər il 3 milyard 963 mln litr su çıxır. Sudolduran sexlər bundan 22 mln litrdən istifadə edilirdi. İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Bulağın suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları istifadə edilən 12 bulaqdan ibarətdir. Sovet dövründə ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında ildə 50 min nəfər müalicə edilirdi. Təbii bulaq olan İstisunun illik axımı 600 milyon litrə bərabərdir. Müalicəvi əhəmiyyətinə görə, Çexiyanın Karlovu Vari suyundan üstün tutulur. Sovet dövründə Ermənistanda ümumittifaq əhəmiyyətli sanatoriya kimi qeydiyyatdan keçmək üçün İstisunun suyundan istifadə ediblər. Belə ki, İstisunun suyunu özlərinin Cermux suyu kimi Moskvaya göndərib, Ümumittifaq Sanatoriyası açmaq imkanı qazanıblar. Geoloqoların araşdırmasına görə, Kəlbəcər rayonu ərazisində 77 növ mineral var. Xalkozin, azurite, yaşma, oniks, lazurit, obsidian kimi qiymətli daşlar zərgərlik üçün əvəzolunmaz xammal hesab edilir.
Son vaxtlar Kəlbəcərdə mərmər və mişar daşlarından istifadə edilirdi. İsti və soyuq havanı buraxmayan, atom radiasiyasının qarşısını alan obsidian qızdıqda həcmini 18 dəfə artırmaq qabiliyyətinə malikdir.
112.5 ton qızıl, 200 tondan çox civə ehtiyatı
Kəlbəcərin ən çox maddi dəyərə malik yeraltı sərvətləri sırasında ilk yeri qızıl yataqları tutur. Rayon ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 — Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları var. Bundan başqa, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı olub. Olub deyirik, çünki hazırda onların aqibəti barədə əlimizdə dəqiq məlumatlar yoxdur.
Uzun müddət Kəlbəcər rayonunda tədqiqat işləri aparan Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadənin sözlərinə görə, Kəlbəcər civə, xromit, azbes yataqları, qeyri-filiz faydalı qazıntıları ilə zəngin olub. Geoloq Kəlbəcərin Azərbaycanda civə yataqlarının geniş yayıldığı yeganə yer olduğunu deyib:
“İşğaldan əvvəl yalnız civə yataqlarından, xüsusən də Şorbulaqdan istismar edilib. Tutxun yatağı ərazisində bir çox –Qızılitən, Zərqulu sahələri var. Bundan başqa, Ağduzdağ qızıl yatağı da var. Daha bir qızıl yatağı isə Ermənilərlə bizim aramızda hər zaman mübahisəyə səbəb olan Söyüdlü (Zod) yatağıdır. Bu yatağın əsas hissəsi Azərbaycanın ərazisinə düşür, ermənilər hazırda bu yataqdan istifadə edirlər. Təbii suları ilə zəngin olan Kəlbəcərin İstisu bulağı dünya şöhrətlidir. Bu sudan həm müalicə, həm də süfrə suyu kimi istifadə etmək olar. Bir sözlə, Kəlbəcərin hər qarış torpağı təbii ehtiyatlarla zəngindir, orada ya qızıl, digər qiymətli metallar, yaxud da müalicəvi bulaqlar tapmaq olar. Hələ Sovet dövründə təbii ehtiyatların çoxu gizli saxlanılırdı. Çünki onların açıqlanması bəzi ölkələr üçün “maraq” kəsb edə bilərdi. Bu da ölkənin təhlükəsizliyi üçün problem yaradırdı”.
Geoloqun sözlərinə görə, Sovet dövründə bu qiymətli yataqların yalnız bir qismi istifadə edilib.
“Aşkarlanan yataqlardan istifadə edilməsi üçün orada texniki imkan, maddi baza, yatağa gedən yol, elektrik xətləri, texniki, içməli su, yaxşı mütəxəssisələr olmalıdır. Bundan başqa, əldə olunan gəlir, çəkilən xərci çıxarmalı, əlavə gəlir də gətirməlidir. Bizim bütün yataqlar bu şərtlərə cavab verir, istismar üçün yararlı idi. Sovet dövründə metallik filizlərdən yalnız civədən istifadə edilib”.
Onun sözlərinə görə, istismar edilən yataqlardan nə qədər gəlir əldə edilməsi barədə dəqiq rəqəm demək çətindir:
“1953-cü ildə Çinlə əlaqələr pozulduğundan tabe ölkələrin civə yataqlarından istifadə edilməyi qərara aldılar. 1961-ci ildə Azərbaycanda ilk köklü civə yatağı aşkarlandı və istismara başlandı. Lakin əldə edilən gəlir barədə dəqiq rəqəm demək çətindir. Çünki yalnız Kəlbəcər deyil, Sovet İttifaqındakı digər civə yataqlarının istismarı, ayrılan vəsait ümumi idi. Ancaq filizlərin istismarından təxmini şəkildə deyə bilərik ki, milyonlarla manat qazana bilərdik. Üstəlik, burada təbii su ehtiyatları da var. Bu gün İstisu Ermənistan suyu adı altında xaricə satılır”.
10 milyardlıq itki
İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, bu ehtiyatlar yalnız gəlir deyil, həm də iqtisadiyyatın diversifikasiyasına da müsbət təsir edərdi. Hazırda iqtisadiyyatımız daha çox qaz və neftdən asılıdır ki, Kəlbəcər yataqları bunu aradan qaldıra bilərdi:
“Kəlbəcər işğal edilməsəydi qızıl, civə və digər mədən sənayesi hasilatından gəlirlərimiz şaxələnə bilərdi. Yataqların istismarı ilə bağlı xarici investisiya cəlb edə bilərdik. Kəlbəcərdə də hasilatın pay bölgüsü müqaviləsi imzalana bilərdi. Digər tərəfdən orada yalnız bir yataqda 112.5 yon, 3 yatağın ümumi ehtiyatı 850 tondur. Bu ehtiyatlar Naxçıvan, Gədəbəy və Daşkəsənlə müqayisədə çoxdur. Yataqların istismarı yerli əhali üçün yeni iş imkanları demək idi. Bu yerli infrasturuktura da müsbət təsir edərdi. Yataqlardan əldə edilən ehtiyatların satışından dövlət büdcəsinə xeyli vəsait daxil olardı”.
Ekspertin sözlərinə görə, 20 ildir təbii ehtiyatlar talan edilir, qızıl yataqlı torpaqlardan tikintidə istifadə edilir. Bunlara baxmayaraq, bölgənin təbii ehtiyatlarından əldə edəcəyimiz gəlirlər milyardlarla ölçülməlidir:
“Bu hesablamada yalnız metalların ehtiyatına əsaslanmaq olmaz, hasilat xərcləri də nəzərə alınmalıdır. Bunları nəzərə alaraq, yalnız qızıl yox, civə, kərpic istehsalı üçün gil, mərmər yataqları və digərlərindən 10 milyard dollarlıq gəlirin itməsi deməkdir”.
Yataqların sayı, ehtiyatlar nə qədər zəngin olsa da, 22 il əvvəlki ehtiyatlar deyil. Bu yataqlar illərdir Ermənistan tərəfindən istismar edilir.
Kəlbəcərdə yerləşən Söyüdlü qızıl mədənin birgə işlədilməsinə və istismar edilməsinə dair Kanadanın “First Dinesty Mines” şirkəti ilə müqaviləli şəkildə işlənməsi heç kimə sirr deyil. Ermənistan bu mədənlərdən ildə 13 ton qızıl çıxarır. Erməni işğalçıları həm də Zəngilan və Kəlbəcərdə yerləşən “Vəcnəli” və “Qızıl bulaq” qızıl mədənlərini də qanunsuz istismar edirlər.
Mənbə: publika.az
|
['Kəlbəcər', 'İstisu']
|
1,188 |
https://kayzen.az/blog/google/18189/%C3%BCmumd%C3%BCnya-g%C3%BCl%C3%BC%C5%9F-g%C3%BCn%C3%BC.html
|
Ümumdünya gülüş günü
|
kurdamir
|
Hər şey daxil
|
1 aprel 2015, 21:56
|
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli «Səfehlər günü», Fransada isə «Aprel balığı günü» adlandırırlar.
Tarixi1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər. Əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI Əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i — yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin «Aprel balığı günü» də unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə — məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını «söndürə bilərdilər». Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. «Səfehlər Günü»ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda «xuliqanlıq etmək» mümkün idi.Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.Bu günü xoşbəxt olmayan gün sayanlar da varAlmaniya və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır.Mətbuatda edilən məşhur zarafatlarMətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat-xəbərlər güldürsə də, kimlərsə zarafat xəbərlərə xeyli təpki göstərir. 1957-ci ildə BBC-nin ən ilginc xəbər proqramı olan “Panorama” havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə “bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin” məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu məlum olub.1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.1998-ci ildə “Burger King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə axışıb.1977-ci ildə ingilis “The Guardian” qəzeti Hind okeanında uydurma San Şeriff respublikasının 10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik xüsusi buraxılışla çıxıb. 1992-ci ildə sol təmayüllü NPR radiosu 1 aprel sayında Riçard Niksonun “Pis bir iş görmədim və bir daha pis bir iş görməyəcəm” şüarı ilə prezident seçkilərində namizəd olduğunu açıqlayıb.1995-ci ildə “Diskover” dərgisi 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib. Almaniyanın Schlesvig-Holstein əyalətindəki bir radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib.İsveçrəli bir şirkətin bu körpünü satın aldığını və bayram günləri körpüdən keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat olub.
Mənbə:Vikipediya.az
|
['1 aprel']
|
1,189 |
https://kayzen.az/blog/psixologiya/17496/ana-v%C9%99-q%C4%B1z-aras%C4%B1nda-konflikt-nec%C9%99-davranmal%C4%B1.html
|
Ana və qız arasında konflikt: necə davranmalı?
|
Apollon
|
Psixologiya
|
1 aprel 2015, 09:22
|
Təəssüf ki, çox ailələrdə ana və qız arasında münasibətlər düzgün qurulmur. Mənim fikrimcə, bunun ən əsas səbəblərindən biri hər iki tərəfin bir-birinin mövqeyini başa düşməməsidir.
Ana düşünür ki, onun çox böyuk həyat təcrübəsi vardır və qızına nə lazım olduğunu o, daha yaxşı bilir. Qız isə kifayət qədər boyüdüyünü və necə hərəkət edəcəyini hamıdan yaxşı bildiyini düşünür.O ailələrdə ki, ana qızının hər atdığı addımı onunla məsləhətləşmək məcburiyyətində olmadığını başa düşür, qız isə ananın narahatçılıq keçirdiyini və onun üçün hər şeyin ən yaxşısını istədiyini anlayır.
Ananın məsləhətlərinə qulaq asmaq lazım olduğuna inanır, bu ailədə qarşılıqlı anlaşmanın olduğunu iddia etmək mümkündür. Elə çalışmaq lazımdır ki, münasibətlərin bu cür qurulması təmin edilsin.Ailədə ana və qız arasında baş verən münaqişələrin ən geniş yayılmış səbəbləri aşağıdakılardır: — Ana daim kömək etmək istəyirQız isə hər şeyi ozü bacaracağını düşünür. Bu, tez-tez qarşılaşdıgımız bir vəziyyətdir. Ana niyə belə edir? Təbii ki, xoş niyyətlə. Ana qızını bir sıra qayğılardan azad etmək, həmişə xeyirxah və ehtiyac olunan şəxs kimi olmaq istəyir. İcazə verin, o, bunu etsin və sonra təşəkkür etməyi unutmayın. Onda siz ananızın necə sevindiyini görəcəksiniz, məgər siz elə bunu istəmirsiz?Analar isə düşünməlidilər ki, qızlarına məxsus bütün qayğıları öz üzərlərinə götürməməli, onların da bu işlərin öhdəsindən gəlmələrinə şərait yaratmalı və sərbəstlik verməlıdırlər. — Ana hər zaman nəyin daha yaxşı olduğunu bilirQızları artıq böyüsə də, onları daima öyrətməyə çalışırlar. Əslində, bu, çox normaldır. Valideyn üçün övladları həmişə uşaq olaraq qalır. Ona görə də qıcıqlanmaq yox, ananın məsləhətlərinə qulaq asmaq və necə düzgün sayırsansa, elə də hərəkət etmək lazımdır. Onu yadda saxlayın ki, analar pis məsləhət verə bilməz.Anaların isə narahatlığına ehtiyac yoxdur, çünki onların qızları uşaqlıqda necə tərbiyə alıblarsa, özlərini elə də aparacaqlar və hər şey yaxşı olacaq. — Ana öz qızına aşırı dərəcədə qayğı göstərirYeniyetmə qızlar analarına davranışları ilə göstərməlidilər ki, artıq bu cür qayğıya ehtiyacları yoxdur. Qızlar bunu analarına dəstək olmaqla, kömək etməklə sübut edə bilərlər. Çünki ana başa düşdükdə ki, qızı nəinki özünün, hətta onun da qayğısını çəkməyi bacarır, o, bu qayğını böyük məmnuniyyətlə qəbul edib sevinəcəkdir.Anaya isə o qalır ki, ağıllı və özünü sərbəst idarə edən yeniyetmə qızı ilə qürur duyaraq, qayğısını artıq ona yox, digər ehtiyac duyulan başqa istiqamətlərə yönəltsin. — Ana münaqişənin yaranmasına təhrik edirƏgər siz görsəz ki, ananız sizi başa düşmək istəmir, qulaq asmır, belə hallarda ən yaxşısı söhbəti dayandırmaqdır. Ara sakitləşdikdən sonra uyğun bir vaxt tapıb söhbəti davam etdirmək lazımdır. Sizin sakitləşmənizə isə qarşınızdakının sizin ananız olduğunu və ondan doğma sizə heç kəsin olmadığını dərk etmək kömək edəcəkdir. Əslində ana da daima sizin əzab-əziyyətlərinizə dözmüş, ancaq sevgi və müdrikliyi bu hissləri biruzə verməyə qoymamışdır. Ana həyatda yeganə varlıqdır ki, qızının hər bir elədiyi hərəkətdə ona dayaq dura bilər, çünki sən onun övladısan və o, səni sonsuz məhəbbətlə sevir.Bütün analara sadəcə onu dərk etmək qalır ki, artıq onların qizlarının həyat təcrübəsi var və onlar sərbəst insanlardır. Məgər siz onları tərbiyə etməklə elə buna nail olmaq istəmirdinizmi?
Əgər qızınızla münaqişə yaranmasını istəmirsizsə, daim onunla yaxın olmalı, tək ana yox, həm də rəfiqə olmalısınız. Yaddan cıxarmayın ki, qızlar həmişə anadan nümünə götürürlər. Müdriklər demişlər ki, kiməsə nəsə vermək istəyirsənsə, o, səndə olmalıdır. Ona görə qızınızın xoşbəxt olmasını istəyirsinizsə, birinci növbədə özünüz xoşbəxt olmalısınız. Belə halda qızınız da hər zaman xoşbəxt olmağa çalışacaq. Çünki uşaqlar valideynlərin güzgüsüdür. Valideynlərin uşaqlara məsləhət verməkdən çox öz müsbət hərəkətləri ilə nümünə olması daha lazımlıdır.
“Narınc” Uşaq Psixologiya Mərkəzinin klinik psixoloqu Gültəkin Qurbanova
|
['ana övlad münasibətləri', 'analıq', 'valideyn - övlad münasibətləri', 'valideyn uşaq münasibətləri', 'ana qayğısı', 'valideynin münasibəti']
|
1,190 |
https://kayzen.az/blog/fotosessiya/17467/m%C9%99%C5%9Fhur-aktyorlar%C4%B1n-az%C9%99rbaycanl%C4%B1-ox%C5%9Farlar%C4%B1.html
|
Məşhur aktyorların azərbaycanlı oxşarları
|
Apollon
|
Fotosessiya
|
31 mart 2015, 11:07
|
1. Robert de Niro – Tərlan Rəsulov
— Ax, gənclik, gənclik...
— Ah, De Niro, De Niro…
2. Natalia Areyro- Məsmə Aslanqızı
— Mən “Vəhşi mələk” serialına çəkiləndə...
— Bura bax, mən Fuad Poladovla tamaşada oynayanda...
3. Dmitri Pevtsov – Qurban İsmayılov
— Bu kədəri nə ilə yumaq olar?
— Siz məndən soruşursunuz?
4. Tim Rot — Ceyhun Dadaşov
— Bu mənəm, ya sizsiz?
— Yox, mən və mən...
5. Edrian Broudi – Rasim Cəfər
— Atmayın mən sizdənəm!
— Pah! Mən guya hardanam ki?
6. Lui de Fünes – Vahid Əliyev
— Bir balaca oxşayır, azca gülümsəsə...
— Hansı günümüzə, hə? Səndən soruşuram...
7. Morqan Freeman — Aşıq Ədalət
— Wow...
— Allah versin saza… Şaxtada işləmək nədi ayə?
kulis.az
|
['fotopost', 'məşhurlar']
|
1,191 |
https://kayzen.az/blog/diplomatiya/7536/xaricd%C9%99ki-diplomatik-n%C3%BCmay%C9%99nd%C9%99likl%C9%99r.-konsulluq-xidm%C9%99ti.html
|
Xaricdəki diplomatik nümayəndəliklər. Konsulluq xidməti
|
rokfeller
|
Diplomatiya
|
30 mart 2015, 23:55
|
Diplomatik nümayəndəlik – bir dövlətin digər dövlətdə yerləşən daimi dövlət xarici əlaqələr orqanı. Səfirin rəhbərlik etdiyi diplomatik nümayəndəlik — səfirlik (dövlət başçısı yanında), elçi tərəfindən idarə olunan diplomatik nümayəndəlik – missiya (hökümət başçısı yanında) adlanır.Nümayəndəliyin başçısı yerində olmadığı təqdirdə onu XİN yanında işlər vəkili (həm səfirlik, həm missiya üçün) əvəz edir. Beynəlxalq praktikada bəzi ölkələrdə təsis edilən “maraqlar şöbələri” mövcuddur. Belə hallara dövlətlər arasında rəsmi dirlomatik münasibətlər olmadıqda rast gəlmək olur.Diplomatik nümayəndəliyin tərkibinə üç kateqoriyalı əməkdaşlar daxildir: a) diplomatik personal – diplomatik immunitetə – toxunulmazlığa (missiyalarını yerinə yetirdikləri dövlətlərin ərazisində xarici diplomatlara verilən xüsusi hüquq və üstünlüklər.b) texniki personal (şifrləyici, makinaçı və s.)c) xidmətçi personal (sürücülər, süpürgəçilər və s.)Diplomatik korpus – hər hansıbir dövlətdə fəaliyyət göstərən xarici diplomatlar həmin dövlətdə duayenin (ağsaqqal) başçılıq etdiyi diplomatik korpusu təşkil edirlər. Duayen ən yüksək ranqlı (dərəcəli) diplomatik nümayəndə, bir neçə bərabər dərəcələi diplomat olduqda həmin dövlətdə öz vəzifəsini daha uzun müddət icra edən şəxs seçilir.Diplomatik ranqlar – səfirlik və missiyalaın, XİN mərkəzi aparatının diplomatik personalının fərqlənmə dərəcələri. Əksər dövlətlərin qanunvericiliyində aşağıdakı dərəcələr müəyyən edilib: fövqəladə və səlahiyyətli səfir, elçi, müşavir, səfirliyin birinci katibi, ikinci katibi, üçüncü katibi, attaşe.Attaşe — ən aşağı diplomatik dərəcə. Adətən diplomatın karyerası məhz bu pillədən başlayır. Attaşe müəyyən sahə üzrə mütəxəssisdir və bu sahə üzrə səfirin məsləhətçisi qismində çıxış edir: hərbi attaşe, ticarət məsələləri üzrə attaşe, turizm üzrə attaşe və s.Səfirlikdə əsas işi 4 şöbə aparır: siyasi, iqtisadi, konsulluq, inzibati.Aqreman – hökümətin müəyyən şəxsin diplomatik nümayəndə qismində təyinatına razılığı. Bir qayda olaraq, bu öz vəzifəsini tərk edən diplomatik nümayəndə vasitəsilə edilir və yerli hökümətə yeni namizədə aid məlumatları özündə ehtiva edən arayış təqdim olunur. Aqremanını əsas şərti məxfilikdir.Konsul xidməti – ilk dəfə olaraq orta əsrlərdə İtalyan şəhər-dövlətləri tərəfindən yaranmışdı, Suriya və Fələstində onların maraqlarını təmin və müdafi etmək üçün.Hal-hazırda konsulluq idarəsi aşağıdakı yerlərdə açılır:
— digər dövlətdə yaşayan, dilini, Milli mədəniyyətini saxlayan, həmin ölkənin vətəndaşları olan yerlərdə;
— konsul idarəsinin təmsil etdiyi dövlətin digr dövlətdə çoxlu sayda vətəndaşları olan yerlərdə (iri turist mərkəzləri, ziyarət yerləri, iş mərkəzləri);
— konkret ticarət və ya digər maraqların olduğu yerlərdə.
Konsulluq idarəsinin başçıları üçün aşağıdakı ranqlar müəyyən edilib:
— baş konsul, konsul, vitse-konsul, konsul agentləri6.6.Diplomatik kontaktlar
Diplomatik kontaktlar anlayışını səciyyələndirən üç əsas amil var:
1) Onlar qarşılıqlı etibar əsasında qurulmalıdırlar. Əgər tərəflərdən biri digərinə şüğhə ilə yanaşırsa, ciddi ünsiyyət üçün etibarlı hesab etmirsə, səmərəli fikir mübadiləsi baş verməyəcək;
2) Onlar xeyir, səmərə gətirməlidirlər. Bir çox şəxslər diplomatla görüşmək, daimi əlaqələr qurmaq istəyə bilər. Lakin həmsöhbət geniş bilik bazasına, müstəqil rəyə malik deyilsə və düşüncələri sırf mətbuatdan, televiziyadan aldığı məlumatlara əsaslanırsa, onlara sərf edilmiş vaxtı itirilmiş adlandırmaq olar.
3) Hər hansı bir şəxslə tanışlıq yalnız daimi, əsaslı xarakter daşıdıqda, kontakt adlana bilər.Kontaktların qurulması üçün diplomat öz ölkəsini, xüsusən, qarşı tərəfi maraqlandıran sahəni yaxşı bilməli, son hadisələrdən təfsilatından xəbəri olmalıdır; fəaliyyət göstərdiyi ölkəni, onun iqtisadiyyatını, tarixini, mədəniyyətini və s. yaxşı tanımalı, yerli abu-havaya, adət-ənənələrə uyğunlaşmağı bacarmalıdır. Həmçinin həmin dövlətin dilini bilmək çox önəmlidir. Əvvəla, bu özü-özlüyündə həmsöhbətin sizə qarşı hörmətini artırmış olur, ikincisi isə, tərcüməçi lazım olmadığı halda etimad mühitini formalaşdırmaq qat-qat asandır.Kontakt formaları 1. Ali səviyyədə kontaktlar.Dövlətin ali rəsmi dairələri, qərar vermək, real hakimiyyətə malik olan şəxslərlə kontaktlar ən vacib hesab edilirlər. Bu sıraya monarxlar, prezidentlər, baş nazirlər, nazirlər, hakimiyyətin qanunverici və icraedici qollarının ali nümayəndələri daxildir. Bu mühüm olduğu qədər də çətin bir məsələdir və diplomatı qarşısında obyektiv və subyektiv amillərlə üzləşdirir.Obyektiv amillər: diplomatın təmsil etdiyi dövlətin dünya siyasəti və iqtisadiyyatında yeri, rolu və əhəmiyyəti; ikitərəfli münasibətlərin hal-hazırkı vəziyyəti, bu kontaktın qurulmasında qarşı tərəfin maraqlılıq səviyyəsi;Subyektiv amillər: diplomatın ali şəxsi maraqlandırmaq, söhbəti onun üçün maraqlı və faydalı etmək bacarığı; diplomatın öz ölkəsində nüfuzlu olub-olmaması, qarşı tərəfə hörmət və ehtiram səviyyəsi, onu incə şəkildə nümayiş etdirmək məharəti və s.Diplomat unutmamalıdır ki, dövlət başçıları, baş nazirlər və nazirlərin onu qəbul etmək kimi öhdəliyi yoxdur və onlarla istənilən sərgidə, qəbulda, konfranslarda görüşmək mümkünlüyündən maksimum dərəcədə istifadə etməlidir. Tədbirdə iştirak edəcək və kontakt qurmaqda maraqlı olduğunuz şəxslərin siyahısını, onlarla söhbətlərin mövzularını əvvəlcədən müəyyən etmək tövsiyyə olunur. Ehtiyatda bir neçə maraqlı xəbər, müəyyən məsələlərlə bağlı diqqətəlayiq fikirlər, incə zarafatlar olmağı kontaktın qurulması şansını daha da artırar.2.Xarici İşlər nazirliyində kontaktlarƏn önəmli kontakt növləridən biridir. Ümumi struktura baxmayaraq, hər ölkənin XİN fərqli özünəməxsus xüsusiyyətlərə də malikdir və diplomat onlardan agah olmalı, XİN daxili strukturunu, departamentlərin şəxsi heyəti barədə məlumatı, əməkdaşların subordinasiyasını yaxşı öyrənməli və tədqiq etməlidir.3. Parlament üzvləri ilə kontaktlarA) Diplomat üçün parlamentdə hansı qanunların hazırlandığı, bu qanunların ölkə siyasəti və iqtisadiyyatı, həmçinin diplomatın vətəni olan dövlətlə munasibətlərə təsiri səviyyəsi barədə məlumatları birinci əldən əldə etmək vacibdir;B) Bəzi millət vəkilləri yalnız parlamentdə deyil, ümumən ölkədə xarici və daxili siyasətə təsir etmək iqtidarındadırlar. Diplomat belə şəxsləri düzgün müəyyən edib onlarla kontakt qurmağı bacarmalıdır;C) Parlament komissiya və qruplarının fəaliyyəti bu və ya dicər qanunların qəbulunu tezləşdirə, yaxud əksinə, gecikdirə bilər;D) Bir qayda olaraq, parlamentdə aparıcı partiyalar, işgüzar dairələr və s. geniş şəkildə təmsil olunurlar;E) Parlamentin strukturu və işləmə mexanizmini bilmək lazımdır.4. Müxalifətlə kontaktlarDiplomatik nümayəndəlik başçısı əməkdaşlarını ölkədə fəaliyyət göstərən bütün partiyaları müşahidə edib onlar barədə məlumat toplamağı tapşırır. Bu məlumat sonradan təhlil olunur və müəyyən nəticələr və qiymətləndirmələr çıxarılır. Lakin söhbət yalnız müşahidə, dinləmək, nəticələr çıxartmaqdan gedə bilər, dövlətin daxili işlərinə qarışmaq olmaz. Buna görə müxalifətlə kontaktlar qurarkən nəzərə almaq lazımdır:A) İfrat yaxınlıqdan qaçmaq. Müxalifətlə ifrat dərəcədə tez-tez görüşməklə diplomat özü və öz ölkəsinə qarşı hakimiyyət dairələrində şübhələrin yaranmasına səbəb olur;B) Müxalifət hakimiyyətin fəaliyyətinə və ümumən ölkədəki vəziyyəti tənqidi prizmadan yanaşmağa meyillidir və çox vaxt problemləri şişirdir. Obyekvtilik naminə müxalifət nümayəndələrindən informasiya əldə edilən zaman bu amil mütləq nəzərə alınmalıdır;C) Müxalifətin mövqeyində duraraq hakimiyyəti açıq şəkildə tənqid etmək olmaz;D) Rəhbərliyin bilavasitə tapşırığı olmadan müxalifətə hər-hansı gizli məlumatı ötürmək olmaz;E) seçki kampaniyaları zamanı müxalifətlə əlaqələrdə xüsusən ehtiyatlı olmaq;F) Kiçik partiyalarla kontaktlardan qaçmaq lazım deyil. Hakimiyyətə gəlmək şansları az olduqları üçün, bu partiyaların nümayəndələri ölkədəki real vəziyyət haqqında daha obyektiv təsəvvürə malikdirlər;G) Radikal partiyalarla münasibətlərdə xüsusən ehtiyatlı olmaq yaxud ümumən bu əlaqələrdən qaçmaq lazımdır.5. Biznes dairələri ilə kontaktlarTicarət diplomatiyası dərin köklərə malikdir və həmişə diplomatların fəaliyyətini ən vacib istiqamətlərindən biri olmuş və olmaqdadır. İqtisadiyyat sahəsində çalışan diplomatların vəzifəsi bütün mümkün vasitələrlə öz ölkəsinin iqtisadi maraqlarını müdafiə etmək, çalışdığı ölkəyə gəlmiş öz dövlətinin biş adamlarına yardımçı olmaq, yerli bazarda möhkəmlənmələri üçün müvafiq informasiya dəstəyini verməkdən ibarətdir.Bu sahədə uğurlu fəaliyyət üçün diplomat təmsil etdiyi və çalışdığı ölkələrdə fəaliyyət göstərən, ikitərəfli və beynəlxalq əməkdaşlıqda maraqlı olan şirkətlər barədə dolğun və dürüst informasiyaya malik olmalı, hər iki ölkənin iqtisadi vəziyyəti və inkişaf səviyyəsi, perspektivləri barədə obyektiv məlumatlara sahib olmalıdır. Digər tərəfdən, çox vaxt işgüzar dairələrdə ölkədəki vəziyyət haqqında diplomata lazım ola biləcək əlavə, maraqlı informasiya olur.6. Kütləvi İnformasiya Vasitələri ilə kontaktlarA) Xarici KİV ilə.Bu kontaktlar diplomatlara iki məqsəd üçün lazımdır: əlavə informasiya əldə etmək və çalışdığı ölkənin ictimaiyyətinə təsir etmək üçün. Lakin bu zaman jurnalistin və onun mənbəyinin səriştəliyi və etibarlılığını nəzərə almaq lazımdır. Nüfuzlu jurnalistlərlə etibarlı münasibətlər qurmaq diplomatın fəaliyyətində ciddi uğur amili kimi qiymətləndirilir. Bu cür KİV köməyi ilə diplomat, həmin KİV orqanın artıq formalaşmış axtarış və təhlil qrupunun gəldiyi nəticələrə tam əmin olaraq, məlumatın dürüstlüyünü əlavə enerji və maliyyə vasitələri xərcləmədən yoxlaya bilər. Bundan başqa, ölkəni diplomata nisbətən daha yaxşı tanıyan bəzi istedadlı jurnalistlərin analitik məqalələri səfirlik əməkdaşlarının tədqiqatlarından daha maraqlı və xeyirli olurlar.Bəzən KİV hər-hansı ölkəyə qarşı mənfi mövqedən çıxış edirlər. Bu halda həmin ölkəni təmsil edən diplomat səbrli olmalı və jurnalistlərlə münasibətlərdə kəskin ifadələrdən qaçmalıdır. İzahatlar və təkziblər yalnız KİV orqanı ifrat qeyri-dəqiq və Milli maraqlara toxunan informasiyanı dərc etdikdə verilməlidir.Diplomat ölkədə xəbərləri kimin «yaratdığını» bilməli və həmin şəxslə kontakt qurmağı bacarmalıdır. Nəticədə o, bir tərəfdən informasiya ilə maksimal dərəcədə effektiv şəkildə təmin olunacaq, digər tərəfdən isə, KİV köməyi ilə fəaliyyət göstərdiyi ölkənin vətəndaşlarında öz ölkəsinin müsbət obrazını yarada biləcək (bu prosesə, ehtiyac varsa, nüfuzlu şəxsləri də cəlb etmək olar).B) Öz ölkəsinin KİV Bəzi hallarda diplomatın çalışdığı dövlətdə öz ölkəsinin də KİV orqanı yaxud onun yerli şöbəsi olur. Bu orqanla xoş əlaqələr həm yeni informasiyanın əldə edilib yoxlanılmasında kömək edir, həm də jurnalistin yuxarı dairələrdə artıq malik olduğu kontaktlardan bəhrələnmək imkanı verir. Əksər diplomatik nümayəndəliklər ayda 2-3 dəfə öz ölkəsinin KİV ilə görüşlər keçirirlər.C) İnformasiyanın əldə edilməsində elektron mühitin rolu Kompüter texnologiyaları səfirliklərin fəaliyyətini xeyli asanlaşdırdı, azalmaqdadır. İnternetdən ümumi faydalı məlumatlar əldə edilir, siyasi, iqtisadi, sosial problemlər və s. sahələr üzrə elektron banklar sifariş edilir və s.7. Ziyalılar, elm, mədəniyyət və incəsənət nümayəndələri ilə kontaktlarA) onlar cəmiyyətin və ölkənin konkret sahələri üzrə dolğun, analitik informasiyaya malikdirlər;B) onlarla görüşlər diplomatın yerli cəmiyyət arasında nüfuzunun artmasına səbəb olur;C) bəzi hallarda onlar vasitəsilə ölkənin hakimiyyət dairələrinə təsir etmək olur;D) onlarla kontaktlar diplomatın öölkəsinin nüfuzunun artırılmasının və yerli cəmiyyətin bütün təbəqələri ilə əlaqələrin yaxşılaşdırılmasının ən effektiv və əlverişli yoldur;E) Bilvasitə təsirli təbliğat üsuludur8. Cəmiyyətin digər təbəqələri ilə kontaktlarDiplomatın kontaktlar qurmağa səy göstərməli qruplara aiddir:A) bir çox ölkələrdə yalnız iqtisadi deyil, həmçinin mühüm siyasi rol oynayan həmkarlar ittifaqları;B) humanitar ictimai təşkilatlar;C) qadın təşkilatları;D) ekoloji təşkilatlar;E) hərbi qurumlar. Lakin bu zaman nəzərə almaq lazımdır ki, bu cür əlaqələr üçün xeyli məhdudiyyətlər mövcuddur və hərbçilər bir qayda olaraq, rəhbərliyin icazəsi olmadan heç bir kontaktda getmirlər.Müxtəlif təşkilatlarla daha sıx əlaqələr yaradarkən diplomat onların təsir dairəsini, çalışdığı ölkənin və təmsil etdiyi dövlətin siyasi xəttində onların maraqlarının nə dərəcədə önəmli olub-olmadığını nəzərə almalıdır.9. Həmvətənlilərlə kontaktlarSəfirliklərə nisbətən həmvətənlilərlə əlaqələr konsulluqlarda daha sıx və mütəmadidir. Konsulluqlar vaxtaşırı onları kinobaxışlara, müəyyən qəbullara dəvət edirlər. Bəzi səfirliklər istənilən vətəndaşın istənilən mövzu ilə bağlı müraciət edə biləcək konkret gün və vaxt təyin edirlər. Diplomatlar beynəlxalq normalar və yerli qanunlara müvafiq qaydada çalışıdığı ölkədə həmvətənlilərinin və ilk növbədə öz ölkəsinin vətəndaşlarının hüquqlarını maksimum dərəcədə təmin etməyə çalışmalıdırlar.
KONTAKTLARIN MÖHKƏMLƏNDİRİLMƏSİBir səfirlik daxilində diplomatların kontaktlarının sistemləşdirilməsi və əlaqələndirilməsi lazımdır. Əksər hallarda hər diplomatın ayrıca kontaktlar kartotekası yaradılır. Bu zaman nəzərə almaq lazımdır ki, kontaktlar bəzən digər qurumların (məsələn, MTN, kəşfiyyat) maraqları ilə toqquşa bilər. Diplomat öz kontaktlarını xələfinə «ötürməyi» bacarmalıdır. Kontaktların inkişafı və möhkəmləndirilməsi planını ümumən səfirlik qəbul edir, çünki bunun üçün əksər hallarda maliyyə vəsaitləri tələb olunur. Kontakt saxlanılan şəxsləri vaxtaşırı tədbirlərə, konsertlərə (xüsusən öz ölkəsinin ifaçılarının) dəvət etmək, əlamətdar günlərdə kiçik hədiyyələr vermək lazımdır və s.Diplomatların xanımlarının kontaktların qurulması və inkişafında rolu Qədim Dünyada və Orta əsrlərdə diplomatların xanımlarının diplomatiyada rolu inkar edilirdi. Fransua Kalyer belə XVIII əsrin əvvəllərində diplomatları xəbərdar edirdi ki, xanımları onları rəsmi səfərdə müşayiət etməsinlər və bunu qadınların sirrləri saxlaya bilməməkləri ilə əsaslandırırdı. Daimi diplomatik nümayəndəliklərin inkişafı, diplomatik qəbullarının təşkili bu tədbirlərin təşkilatçılarından biri kimi diplomatların xanımlarının rolunu artırdı. Bu gün əksər diplomatlar hesab edirlər ki, diplomatik xidmətdəki qədər heç bir peşədə həyat yoldaşı bu qədər mühüm rol oynamır.Səfirin xanımına yüksək diqqət və tələbkarlıqla həm səfirliyin əməkdaşları, həm onların xanımları, həm də qonaqlar yanaşırlar. Səfirin xanımı həyat yoldaşının çalışdığı ölkə, adət-ənənələri, mədəniyyəti haqqında heç olmasa minimum biliklərə malik olmalıdır. Ehtiyac varsa, hansısa qısamüddətli kurslara da yazılmaqdan çəkinmək lazım deyil. Diplomatların xanımları qəbullarda ərləri üçün faydalı ola biləcək tanışlıqlar qura bilərlər.7. Diplomatiya müasir mərhələdə: yeniliklər və dəyişikliklərMüasir beynəlxalq vəziyyət 20-30 il bundan öncəsindən xeyli dərəcədə fərqlənir. Qloballaşan dünyada etnik, maliyyə, sosial və digər problemlər daha da kəskinləşdi. Diplomatiya tarixiində bu günə qədər bu qədər regional və qlobal problemlər və onların həllinə bu qədər dövlətin qoşulması prosesinə təsadüf edilmir. Bunlar isə diplomatlardan daha da incə, düşünlümüş fəaliyyət tələb edir. Digər tərəfdən, informasiya texnologiyaların inkişafı diplomatların işini asanlaşdırsa da, onlardan daha çevik olmağı, baş verən hadisələrə və əldə etdikləri informasiyaya daha cəld, operativ şəkildə reaksiya verməyi tələb edir.Əksər məsələlərin dövlət və hökümət başçıları səviyyəsində müzakirəsi bəzi mütəxəssislərin diplomatiyada nəinki səfirlərin, hətta ümumilikdə Xarici İşlər Nazirliyinin rolunun heçə endiyi fikrini bildirmələrinə səbəb oldu. Əlbəttə, ali səviyyədə görüşlərin rolu artıb, bu inkaredilməzdir. Lakin əvvəlki tək hər belə bir görüş diplomatların, ekspertlərin uzunmüddətli fəaliyyətinin nəticəsində baş tutur. Onların köməyi, məsləhətləri, rəyləri olmadan ali səviyyədə görüşlər keçirilmir. Və beynəlxalq problemlərin mürəkkəbliyi, qarşılıqlı asılılığı diplomatları daha da peşəkar olmağa vadar edir. Əgər 1914-cü ildə Londonda 14, 1971-ci ildə 114 səfirlik var idisə, XXI əsrin əvvəllərində səfirliklərin sayı 150, diplomatların sayı isə 3300 nəfəri keçdi. ABŞ-ın keçmiş dövlət katibinin irəli sürdüyü tezis aktuallığını saxalamaqdadır: «Bizim mövcud olmuş yox,mövcud olan dünya ilə deyil, mövcud olacaq dünyada işləməyi bacaran qadın və kişilərə ehtiyacımız var». Bacarıqlı və incə diplomatiya yürütmək məharəti dövlətlər, xüsusən də kiçik ölkələr üçün həyati bir məsələyə çevrilib. ABŞ-ın keçmiş dövlət katibinin irəli sürdüyü tezis aktuallığını saxalamaqdadır: «Bizim mövcud olmuş yox,mövcud olan dünya ilə deyil, mövcud olacaq dünyada işləməyi bacaran qadın və kişilərə ehtiyacımız var». Bacarıqlı və incə diplomatiya yürütmək məharəti dövlətlər, xüsusən də kiçik ölkələr üçün həyati bir məsələyə çevrilib. Bir çox dövlətlər artıq bu istiqamətdə islahatlar aparmaqdadır. QƏRB ÖLKƏLƏRİNİN DİPLOMATİYASINDA İSLAHATLAR Hələ 1993-cü ildə Fransa Xarici İşlər Naziri vəzifəsinə keçərkən A.Jüppe Fransa diplomatiyasının məqsədlərini bu cür müəyyən etmişdi:
1. Fransa dünya səhnəsində müstəqil rol oynamalıdır;
2. Fransa digər dövlətlərin ona nəyiə diqtə etməyini istəmir;
3. Bir nömrəli prioritet məsələ – avropa həmrəyliyidir. Fransa ABŞ yaxud Sakit okean regionu ölkələri ilə bərabər səviyyədə tək çıxış edə bilməz;
4. Fransanın təhlükəsizliyinin əsas təməllərindən biri Atlantik həmrəylikdir;
5. Xarici siyasətin ideoloji xarakteri (xarici siyasətin əsasında müəyyən ideyalar və prinsiplər durmalıdır; prinsiplərsiz diplomatiya zəif siyasət deməkdir).Bu məqsədlərin reallaşdırılması istiqamətində o, diplomatlar üçün aşağıdakı vəzifələri müəyyən etdi:
1. Hər səfir çalışdığı ölkədə Fransa maraqlarının təmin edilməsi və inkişaf etdirilməsi üzrə strateji planı rəhbər tutaraq fəaliyyət göstərməlidir. Əvvəllər Fransa daxil olmaqla bir çox ölkələrdə səfirə təlimatlar sadəcə XİN yaxud onun müavinlərindən biri söhbət və bir neçə tövsiyyədən ibarət idi. Nəticədə bir çox hallarda səfir göndərildiyi ölkədə tam məlumatı olmadan fəaliyyə başlayırdı, çünki onlarla ölkələrə nəzarət funksiyasını icra edən nazir müavini özü həmin
ölkələr haqqında ötəri təsəvvürə malik idi və təbii ki, bu halda onun verdiyi təlimatlar da ümumi xarakter daşıyırdı. Jüppe bu məsələdə daha ciddi və məntiqli olmağı tələb edirdi;
2. Yeni səfir iş başına keçdikdən yarım il sonr yerli vəziiyyəti əks etdirən və özündə konkret təklifləri ehtiva edən strateji plan tərtib edir. Onun əsas müddəaları bilavasitə nazir tərəfindən təsdiqlənir. Mütəmadi hesabatlar rejimi qüvvəyə minir;
3. Nazirlik və səfirliklər arasında informasiya mübadiləsi daha mütəmadi xarakter daşımağa başlayır. Əgər hələ bu yaxınlarda Fransa səfirləri XİN fəaliyyəti, digər ölkələrin diplomatlarının görüşləri barədə mətbu at vasitəsilə öyrənirdilərsə, hal-hazırda diplomatik nümayəndəliklərin operativ şəkildə informasiya ilə təminatı təşkil olunub. «Əgər Parisdə xarici işlər naziri ABŞ dövlət katibi ilə söhbət edirsə, artıq iki saatdan sonra Vaşinqtondakı Fransa səfirin söhbətin məzmumundan xəbərdar olacaq» — deyə nazirin göstərişində qeyd edilirdi.
4. Lokal maraqlardan daha geniş sahəni əks etdirən teleqramlar və digər materiallar digər nazirliklər və lepartamentlərə, digər Fransa səfirliklərinə çap edilərək göndərilir. İngiltərə: XX əsrin 60-cı illərindən başlayaraq, ingilislər diplomatik sistemin fəaliyyətini yaxşılaşdırmaq istiqamətində dörd dəfə islahat aparmışdılar. Məsələn, onlar səfirin fəaliyyətə etimadnamənin təqdimatından sonra deyil, ölkəyə gəldiyi andan başlaması qaydasını tətbiq etdilər. Bu səfirə həftələr və bəzi hallarda hətta aylarla kraliçanın Londonda olub onu qəbul etmək üçün vaxt tapacağını gözləmədən dərhal iş başına keçmək imkanı verir. Digər bir yenilik digər bir ölkə ilə üçüncü bir ölkədə birgə səfirliyi n təsis edilməsidir (məsələn, ingilis-alman səfirliyi).İngilislər səfirlklərdə diplomatlar mübadiləsi kimi yeniliyi ilk tətbiq edənlərdəndirlər. Məsələn, Vaşinqtondakı ingilis səfirliyinin birinci katibi U.Şepqott alman səfirliyinə həmin səfirliyin müşaviri əvəzinə göndərilmişdir.Ayrı-ayrı dövlətlərin diplomatlarının və diplomatik xidmətlərinin yaxınlaşması prosesi davam edir və artıq iri ölkələr arasında müştərək səfirliklərin yaradılması məsələsi təəccbülə qarşılanmır. Artıq 1988-ci ildə Fransada Paris və Bonn arasında vahid diplomatiyanı nəzərdə tutan «avropa siyasi konfederasiyası»nı qurmaq təklifi irəli sürülmüş və qarışıq tərkibli, növbə ilə dəyişən səfirləri olan birgə səfirliklərin yaradılması barədə danışıqlara başlanmışdı. İngiltərənin keçmiş xarici işlər naziri indii də aktual olan ingilis diplomatiyasının əsas məqsədlərini ifadə etmişdi:
1. Ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi, Avropada sülh və təhlükəsizlik;
2. Birləşmiş krallığının tabəələrinin maddi rifahı, həyat səviyyəsi və keyfiyyətini artırmağa xidmət edən ticarət, turizm, xarici investisiyalar və əmtəə ixracatı.ABŞ: ABŞ səfirləri digər diplomatik funksiyalara nisbətən ticarətə daha çox diqqət nümayiş etdirirlər və bu onlarla rəqabət etməyə çalışan bir çox ölkələri narahat edir. Artıq 1997-ci ildən ABŞ dövlət departamenti prezidentə istinad edərək bildirmişdi ki, bu və ya digər səfirin fəaliyyəti onun vaxtında çalışdığı ölkədə Amerika mallarının ixracının artması ilə qiymətləndiriləcək.
|
['konsulluq', 'diplomatik missiya', 'diplomatik korpus', 'diplomatiya', 'diplomatik münasibətlər', 'beynəlxalq münasibətlər', 'konsul']
|
1,192 |
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/17788/%C3%BCzr-ist%C9%99m%C9%99kd%C9%99n-%C3%A7%C9%99kinm%C9%99yin.html
|
Üzr istəməkdən çəkinməyin!
|
Apollon
|
Xoşbəxt ailə
|
30 mart 2015, 10:09
|
Ən yaxşı tərbiyə örnək ola bilməkdir. Bir şeyi yüz dəfə deməkdənsə, bir dəfə yaşayaraq göstərmək daha təsirli və inandırıcı olur.Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər. “Gözəl tərbiyə” dedikdə, əlbəttə, ilk növbədə adamın ağlına ədalətli olmaq, haqqın tərəfində durmaq, başqalarına qarşı səmimi, təvazökar davranmaq, insanlara xeyir verməyə çalışmaq, zülmə boyun əyməmək… kimi keyfiyyətlər gəlir.Bu saydıqlarımın içərisində ədalət və təvazökarlıq, heç şübhəsiz, çox mühüm yer tutur. Əslinə qalanda əksər müsbət keyfiyyətlər eyni ağacın budaqları kimi bir-birinə bağlıdır.Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur. Siz ailə başçısısınız və övladlarınız sizin hər əməllərinizə göz qoyur, sizdən öyrənirlər. Öyrənmək deyəndə, sınanmış bir gerçək var ki, uşaq eşitdiyini yox, gördüyünü götürür. Əgər siz övladınıza söz verib yerinə yetirməmisinizsə, bir də onunla dürüstlükdən, mərdlikdən, ədalətli olmaqdan danışmağınız əbəsdir. Çünki uşaq o yalanınızı üzə vurmasa da, ürəyində söylədiklərinizə yox, elədiklərinizə görə sizə dəyər verəcək. Valideyn üçün də bu, çox ağır fəlakətdir ki, övladı ona inanmır, sözünə etimad eləmir, amma bunu üzə vurub onu üzmür, sadəcə, ağır yük kimi ürəyinin bir tərəfində saxlayır.Ola bilsin ki, bir söz vermisiniz və necə olubsa, o vədinizi unutmusunuz. Övladınız da o sözü sizə xatırlatmağa həya edir, istəmir ki, qəlbinizi qırsın və ya sizə inanmadığınızı üzünüzə desin. Üstündən xeyli keçəndən sonra birdən verdiyiniz o söz yadınıza düşür. Övladın nəzərində öz etimadınızı bərpa etmək üçün mütləq üzr istəmək lazımdır. Təkcə üzr istəmək yetərli deyil, verdiyiniz sözü də yerinə yetirməyə çalışmalısınız. Əgər iş işdən keçibsə, yəni o vədiniz daha bir əhəmiyyət daşımırsa və ya onu yerinə yetirmək mümkün deyilsə, o xətanı kompensasiya edə bilmək üçün təkliflər irəli sürməlisiniz. Yəni əsas məsələ etimadı bərpa etmək, övladın nəzərində yalançı valideyn kimi tanınmamaqdır.Başqa misallar gətirək: sizə lazım olub və heç fərqinə varmadan övladınız üçün çox gərəkli bir kağızı və ya hər hansı yazını onun icazəsi olmadan götürmüsünüz. İndi övladınız o itkinin yerini doldurmaq üçün xeyli əziyyət çəkməlidir. Əlbəttə, üzr istəmək lazım gələcək.Başqa bir misal: dərs ili başlayıb, amma siz hansısa problem üzündən övladınıza vəd etdiyiniz şeyləri hələ də ala bilməmisiniz. Əlbəttə, həm üzr istəmək, həm də həqiqəti onunla paylaşmaq lazımdır.Dərs ilini uğurla başa vuracağı təqdirdə, ona velosiped hədiyyə edəcəyinizi demişdiniz, yenə sizdən asılı olmayan və ya hansısa üzrlü səbəbə görə gecikir və övladınız o xəyalına qovuşmaq üçün çox səbirsizlik edir. Yenə həm üzr istəyəcək, həm də gerçəyi söyləyib, bir qədər də gözləməsini xahiş edəcəksiniz.Təkcə övladdan deyil, həyat yoldaşından, bacıdan, qardaşdan, qonşudan, daha doğrusu, kimə qarşı xəta işləmisinizsə, ondan üzr istəmək sizi ağıllı övladın gözündə daha da ucaldar.Təbii ki, həssas davranmalı və mümkün qədər xətalardan, günahlardan uzaq durmağa çalışmalıyıq. Amma əlimizdən bir xəta çıxdısa, onu aradan qaldırmaq üçün də əlimizdən gələni etməliyik. Sizin övladınız başa düşməlidir ki, insan başqalarının haqqını tapdamamağı, tapdadısa, xətasını anlayan kimi haqqı, ədaləti bərpa etməyi özünün həyat prinsipinə çevirməlidir.Əgər siz ailədə, uşaqlarınızın qulağı eşidə-eşidə qonşunun qeybətini edirsinizsə, onun haqqında iftira danışırsınızsa, inanın ki, ən böyük ziyan özünüzə dəyəcək. Çünki bu qədər ağır bir hadisədən sonra övladınız nə qədər çalışsa da, öz nəzərində sizin dürüst insan obrazınızı formalaşdıra bilməyəcək.Üzr istəmək mənəvi yüksəklikdir, üzr istəyən ədalətli adamdır. Həm də cəza alacağından qorxmadan, güclü, üstün olduğu halda üzr istəmək, qarşı tərəfin kim olmasından, sosial durumundan asılı olmayaraq ondan halallıq istəmək böyüklükdür.Üzr istəməyi əskiklik sayan, haqsız olduğunu bilə-bilə inad edən, təkəbbürlü davranan heç vaxt yaxşı adam ola bilməz.Təvazökarlıq insanın böyüklüyünün, təkəbbür isə kiçikliyinin ölçüsüdür. El arasında deyildiyi kimi, ağac nə qədər çox bar verirsə, başını o qədər aşağı dikər. Barlı ağac kimi dolu olub, təvazökar davranmaq üstünlükdür.Bu məsələdə orta yolu tutmaq çox önəmlidir. Təkəbbür göstərmək zərərli, özünə zülm etmək olduğu kimi, xəta işləməyi və üzr istəməyi adət halına gətirmək də insana bir şey qazandırmaz. Amma bütün hallarda üzr istəmək təkəbbürdən daha yaxşıdır.Biz uşaqlarımızdan üzr istəməyi bacarmalıyıq ki, onlar da bir xəta işlədiklərini anlayan kimi üzr istəyə bilsinlər. Yəni tərbiyənin təməli valideynlərin üzərinə düşür. Bu mövzuda valideynlər nə əkərlərsə, onu da biçərlər. Doğrudur, bəzən bu prinsip də özünü doğrultmur, amma hər halda biz valideyn olaraq boynumuza düşənləri qüsursuz şəkildə yerinə yetirməklə mükəlləfik.Üzr istəməyi bacarmayan övlad ya bunun qarşılığını nə zamansa ağır cəza ilə ödəməyə məhkum olur, ya da bu təkəbbürünə görə cəmiyyətdən çıxdaş edilir. Əslində bu cür insanları kimsə sevməz, onlara etibar, etimad etməz. Üstəlik də, təkəbbür elə bir mənəvi xəstəlikdir ki, uzaq çevrədən başlayaraq mərkəzə doğru yaxınlaşır və bir gün övlad eyni münasibəti ən yaxınlarına, valideynlərinə belə göstərir.Üzr istəyəni bağışlamaq da mənəvi ucalığın, böyüklüyün əlamətidir. Bəndələrinin günahlarını bağışlayan Allah bu yolu tutan qullarını sevər.Evdə övladlar böyüyür. Siz bəzən onlarla söhbət edirsiniz və bu söhbət zamanı öyüd-nəsihət verirsiniz, amma əmin olun ki, onlar sizdən eşitdiklərini deyil, gördüklərini götürürlər. Ona görə də nə dediyinizi və nə deyəcəyinizi irəlicədən yaxşı-yaxşı ölçüb-biçməlisiniz. Övladınızın ədalətli, təvazökar, səmimi, xeyirxah olmasını istəyirsiniz. Bunun üçün gərək onda görmək istədiyiniz keyfiyyətləri özünüz yaşayaraq nümayiş etdirəsiniz. Uşaq sizin söylədiklərinizi sözdən deyil, gördüklərindən alaraq öz ruhuna, xarakterinə hopdurmalıdır. Əgər bunu bacarsanız, demək, məqsədinizə nail ola bilmisiniz.Üzr istəməkdən çəkinməyin. Siz övladınızdan üzr istəyin ki, o da böyüyüb bir xəta işləyəndə başqalarından üzr istəyə bilsin. Yoxsa hansı əməl boşa gedəcək ki?! Bir gün hər şeyin hesab-kitabı olmayacaqmı?- Əlbəttə, olacaq. Var, inanın ki, var, hər alınan nəfəsin, hər atılan addımın hesab-kitaba çəkiləcəyi bir gün var. Övladınızı o günə hazırlamaq istəyirsinizsə, bu dediklərimiz haqqında ciddi-ciddi düşünməlisiniz. Düşünün, doğru istiqamətdə düşünmək də ibadətdir. Düşünün, Allah köməyiniz olsun!«Zaman Azərbaycan»
|
['ailə', 'ailə münasibətləri', 'tərbiyə']
|
1,193 |
https://kayzen.az/blog/etiket/15624/s%C3%BCfr%C9%99-ba%C5%9F%C4%B1nda.html
|
Süfrə başında
|
Ferro
|
Etiket və nəzakət qaydaları
|
29 mart 2015, 21:59
|
Hələ uzaq keçmişdə insanlar yemək zamanı, adətən bir yerə yığışar, yemək yeyə-yeyə öz gündəlik təcrübələrindən danışar, olub-keçənlərdən, ordan-burdan söhbət edərdilər.
Cəmiyyətin özəyi olan ailənin getdikcə möhkəmlənməsi insan sığınacaqlarının təkmilləşməsi ilə əlaqədar. Sığınacaqlarda qida qəbulu üçün xüsusi yerlər də ayrılırdı. Mədəniyyət inkişaf etdikcə tədricən nahar üçün otaqlar ayrılır, masa, süfrə, və sairə anlayışları yaranır və süfrə qaydalarına əməl olunmağa başlanırdı.
Hər şeydən əvvəl, insanlar mühüm bir nəticəyə gəlir ki, süfrə arxasında oturmazdan əvvəl əllər təmiz olmalıdır, çünki yemək əllə yeyilir. Bu vərdişin nə vaxtdan başlandığını demək çətin olsa da, insanın mədəni dövrünə aid olduğu ehtimal edilir. Tədqiqatçılar bu hadisənin başvermə vaxtını istər Şərq xalqları, istər Amerika hinduları, istərsə də digər xalqların nümayəndələri, ümumilikdə hamı üçün eyni zaman müddətində götürürlər.
Hindistanın Manu qanunlarının birində deyilir ki, «ağzını qidanın qalıqlarından təmizləməmiş heç yana yollanma». Yemək uzun müddət əllə yeyildiyindən yeməkdən sonra da əlləri yumaq adət halını almışdır. Məsələn, Mayya hinduları yeməkdən sonra ağızlarını müntəzəm olaraq yaxalardılar.
Xalqların süfrə adətləri heyrətamiz dərəcədə bir-birinə bənzəyir.
XIII əsrdə Almaniyada yeməyi əl ilə yeyirdilər. Ona görə bir qayda olaraq əlləri yeməkdən əvvəl yuyurdular. Yemək zaman süfrədə bıçaq lazım olurdu, lakin bıçaq az işlənirdi. Süfrədə qaşıq olmurdu, çəngəldən isə hərdənbir istifadə edilirdi. Nimçələr taxtadan düzəldilirdi. Çox vaxt yeməyi ya ümumi qabdan, ya da yastı çörəyin üstünə qoyub yeyirdilər.
Yeməyi ümumi qabdan yemək adəti ibtidai dövrdən qalmışdı və son zamanlara qədər mövcud idi. Məsələn, Türkiyədə şorbanı ümumi qabdan yeyərdilər.
Orta əsrlərdə ingilislər quru xörəkləri süfrəyə ümumi qabda verər və hamı bu qabdan götürüb yeyərdi. Şərq xalqlarının əksəriyyətinin adətincə yemək zamanı bütün ailə üzvləri süfrə başında olmalıydı, bəzən kişilər və qadınlar süfrəyə ayrı-ayrı da yığışardılar.
İslam dinli xalqlarda yemək «bismillah»la başlayar, «əlhəmdülüllah»la qurtarar.
Cəmiyyətin vəziyyətindən asılı olaraq hər ailə süfrəsini imkanına görə açardı. Varlıların süfrəsi zəngin, yoxsullarınkı isə kasıb olurdu.
Təbii haldır ki, yemək insanları bir yerə toplayır, onların fikir mübadiləsinə və əhval-ruhiyyəsinin yaxşılaşmasına səbəb olurdu.
Qədim yunanlar təklikdə yeməyi xoşlamaz və süfrədə dostların, tanışların olmasına çalışardılar. Plutarxa görə «təklikdə nahar nahar yox, yemlənməkdir». İmkanlı yunanlar naharda müxtəlif yeməklər yeyər, üstündən şərab içərdilər. Naharı maraqlı söhbətlər müşayiət edərdi. Qədim Romada da birgə yeməyi xoşlardılar. Romalılar yeməyi yumurta ilə başlayıb alma ilə bitirərdilər.
Süfrə qaydalarının yaranıb möhkəmlənməsində ərəblərin böyük xidməti olmuşdur.
XIII əsrdə məşhur Xacə Nəsrəddin Tusi (1201-1274) süfrədə şəxsin özünü aparmaq qaydalarından ətraflı bəhs etmiş, otuz beşə yaxın qaydaya riayət etməyi məsləhət görmüşdür.
IX əsrdə İspaniyanın Kordova şəhərində yaşamış Ziryab adlı məşhur musiqiçi və xanəndə gənclik illərində Bağdadda «1001 gecə»nin əsas qəhrəmanı Harun-əl-Rəşidə qulluq edərmiş. Deyilənə görə o, ziyafət zamanı xörəklərin süfrəyə verilmə qaydasını müəyyən edərmiş. Ziryaba görə süfrəyə əvvəl şorbalar, sonra ətdən hazırlanmış xörəklər, daha sonra hər cür ədviyyatla hazırlanmış quş əti, axırda isə şirniyyat verilməlidir. Demək olar ki, biz indi də bu qaydalara riayət edirik.
İbtidai insanların yeməyi rejimsiz olmuşdur. Bəzən bollu qida tapıb günlərlə qarın dolusu yemiş, bəzən də qıtlıq çəkib ölümlə çarpışmışlar. Hazırda yer üzərində xalqların əksəriyyəti gün ərzində iki-üç dəfə yemək yeyir.
Müasir dövrdə qida qəbulu rejimi (yəni gündə üç dəfə yemək) mədəniyyətin və sənayenin inkişafı ilə bağlıdır. İntizamlı əmək intizamlı yemək tələb edir. Gecə vaxtı mədə-bağırsaq sistemi fəaliyyətdə olduğundan gündüz qəbul edilmiş qidanın hamısı həzm olunur. Orqanizm öz gücünü saxlamaq üçün yenidən qida tələb edir, bu hal səhərlər baş verir. Gecə yatarkən mədənin boş qalmaması və bədənin zəifləməməsi üçün qida axşam yatmazdan bir az əvvəl qəbul edilməlidir.
Yaşamaq uğrunda mübarizə ibtidai insanı gündə iki dəfə — səhər və axşam yaxşı qidalanmağa vadar edirdi. Lakin həyat şəraitinin və tərzinin yaxşılaşması nəticəsində onlar gün ərzində üç dəfə qida qəbul edə bilirdilər.
Qidanın səmərəli qəbul edilməsi haqqında Manu qanunlarında belə qeydlərə rast gəlirik: «Doyduğundan artıq, lap ertə və lap gec çörək yemə». İnsanların qida rejiminə yaşadıqları mühitin iqliminin də təsiri böyükdür. İsti havada böyük iştahla qida qəbul edən az adam tapılar. Məsələn, Babilistanda bir səhər, bir də axşam doyunca yeyirlər.
Afanasi Nikitin yazır ki, hindlilər gündə iki dəfə yemək yeyirlər. Yedikləri əsasən düyü xörəyi, olsa yağ və süd də çox işlədirlər. Ancaq sağ əlləri ilə yemək yeyir, bıçaq işlətmir, qaşıqdan isə heç istifadə etmirlər.
Afinanın sakinlərinin səhər yeməyi çörək və şərabdan ibarətdir. Onlar çörəyi şəraba batırıb yeyir, axşam isə ət yeməyi yeyirlər.
Bizans dövlətinin kəndlisi səhər yeməyinə üstünlük verər, ağır işə başlamazdan əvvəl doyunca qidalanar, nahar zamanı «qədərincə» yeyər, şam zamanı isə tərəvəz və meyvə ilə kifayətlənərdi.
Orta əsrlərdə Qərbi Avropada gündə iki dəfə yemək yeyərdilər.
«Zavtrak» «za utrok» və ya «za utrenğ» sözlərindən əmələ gəlmiş, səhər tezdən yemək mənasını verir. V.Poxlebkin yazır ki, ruslar «zavtrak» zamanı (saat 6 və ya 7-də), donuz piyi və soğanla bir tikə çörək yeyər, üstündən də bir stəkan süd ya kvas içirdilər. Ona görə də saat 11 ya 12-də «poldnik» edirdilər.
XIX əsrin ortalarında etibarən Rusiyada «zavtrak» zamanı yeməklərin sayı artır, siyahıya isti xörəklər və çay əlavə edilir.
Afrikada adətən axşam isti düşəndən sonra nahar edirlər. Məsələn, «Şilluk» tayfalarının fikrincə, yemək mərasimi günəş batandan sonra olmalıdır, çünki gün işığında yemək ədəbsizlikdir.
Vyetnamda tayfalılar yeməyi səhər tezdən hazırlamağa başlayırlar və adətən bir dəfə, günortadan sonra yeyirlər.
Məşhur alim L.Morqan müşahidə edir ki, irokez hinduları toplaşaraq gündə bir dəfə xörək bişirib nahar edirdilər.
Nahar rejiminin səmərəli olması ilə bərabər, yeməyin də təmiz olmasına qədimdən fikir vermişlər. Manu qanunlarının birində deyilir ki, heç vaxt xəstə yanında boyat, üstünə tük və ya həşərat düşmüş, ya da qəsdən ayaq toxunmuş qidanı işlətmə.
Nahar edərkən süfrə salınmış masa başında və ya kürsüdə oturmaq adi bir hal sayılır. Lakin masanın hamı tərəfindən istifadəsi orta əsrdən başlayır. Məsələn, Skandinaviyada nahar zamanı hər adam üçün üstü yeməklə bəzədilmiş ayrıca masa gətirərdilər.
Əsrlər boyu ailə üzvləri nahar zamanı yerdə oturmuşlar. Bu adət bir çox xalqlarda eyni olmuşdur.
Şərqdə və Qafqazda uzun illər boyu masanı xalça, döşəmə ya palaz üzərinə salınmış süfrə əvəz etmişdir. Bəzən yeməyi dairəvi mis məcməyiyə yığıb süfrəyə qoymuşlar. İrəvan xanlığında yaşayan azərbaycanlıların evində masanı böyük dairəvi məcməyi — «sini» əvəz edərdi. Onun içinə yemək yığıb ətrafında əyləşərdilər.
Süfrə son əsrlərin kəşfidir. Qədim Yunanıstanda süfrə və əl dəsmalı olmadığı üçün əl silməkdən ötəri ya çörəyin içindən, ya da xəmirdən istifadə edərdilər. Əl silinmiş çörəyi yeməzdilər, itə atardılar.
P.Karpini yazır ki, tayfalar yemək zamanı süfrə və əl dəsmalı işlətmirdilər.
L.Morqan deyir ki, irokez hindularında nə masa, nə kürsü, nə də əsl mənada nimçələr vardı. Mayya hinduları masa yerinə həsirdən istifadə edirdilər.
Bir çox xalqlar keçmişdə də, müasir dövrdə də həddindən artıq yeməyə pis baxmışlar. Bu barədə maraqlı tarixi məlumatlar vardır.
Manu qanunlarında deyilir: «Çox yemək sağlamlığa ziyandır, uzun ömrə və göylərə çatmağa mane olur, mənəvi hörmət qazanmağa qoymur və insanların nifrətinə səbəb olur. Ona görə çox yeməkdən qaçmaq lazımdır. Doyduğunu hiss etmisənsə, istər ertə olsun, istərsə də gec, çörək yemə...».
Qədim tarixçi Eforun (?-340) bizə qədər gəlib çatmış məlumatına görə, qədim kelt tayfaları piylənməməyə və yekəqarın olmamağa çalışırdılar. Qoyulan ölçünü pozmuş gənci isə ağır cəzalandırırdılar.
Herodot qədim misirlilər barəsində belə yazır: «Onlar ayda üç gün ardıcıl olaraq mədələrini təmizləyirlər. Bu zaman işlədici vasitələri (dərmanlan) qəbul edirlər. Öyümək və bağırsaqları yumaqla sağlamlıqlarını qoruyurlar. Onların fikrincə, insanın bütün bəlaları qida ilə, əsasən də həddindən artıq çox yeməklə bağlıdır».
Qədim tarixçi Meqasfenin məlumatına görə, hind həkimləri xəstəlikləri əsas etibarilə dərmanlarla deyil, səmərəli yemək rejimi məsləhət görməklə müalicə edirdilər.
Elian yazır ki, spartalıların və romalıların ərzaq mallarının alınmasına hədd qoyan, həmçinin ərzağın kəmiyyətinə və keyfiyyətinə aid olan qanunları vardı. Spartalılar və romalılar həm vətəndaşların əməllərinin, həm də yedikləri yeməyin ölçüsündə olmasını tələb edirdilər.
Qonaqpərvərlik insanın nəcib hisslərindən biridir. Qonağa həmişə hörmət etməklə bərabər onun yeməklə təmin olunması vacibdir. Bu hissin özü çətinliyi başa düşmək və qarşılıqlı köməyin vacibliyini dərk etməkdən doğur.
L.Morqan irokez hindularının qonaqpərvərliyindən belə yazır: «Qonaqpərvərlik irokezlər arasında dərin kök salmışdır. Əgər bir kimsə istənilən hindu kəndində hindu evinə girsəydi, istər bu şəxs həmkəndli olsun, istər həmtayfa, yaxud özgə olsun, ev sahibinin ona yemək vermək borcudur. Bunu inkar etmək nəzakətsizlik, üstəlik də qonağın xətrinə toxunmaq sayılır. Qonaq ac olanda yeyir, tox olanda isə xörəyin dadına baxıb ev sahiblərinə ədəblə minnətdarlığını bildirməli idi… Həyatın əsasını qidanın təşkil etdiyi bir cəmiyyətdə hinduların bu səciyyəvi xüsusiyyəti əlamətdar faktdır».
Qonağa yemək vermək bir çox xalqlarda hörmət və qonaqpərvərlik əlaməti sayılır, bu isə, tarixən, görünür «kömək əli uzatmaq»dan doğmuş bir haldır. Həqiqətən, müəyyən səbəbə görə yeməkdən qalmış adam özünü zəif hiss edir və onun köməyə ehtiyacı olur. Belə insana yemək vermək onu həyata qaytarmaq, «diriltmək» deməkdir.
Şahın təsadüfən iranlılara mehman olması və hər kəsin öz gücünə görə onu qarşılamasından Elian belə yazır: «İranlılarda belə adətə ciddi riayət edirlər: şah və onun əhatəsi onların evinin yanından keçəndə, hamı öz imkanı daxilində, gücü çatdığı hədiyyəni şah üçün gətirir. Onların əksəriyyəti əkinçi olduqlarına görə və öz zəhmətlərinin sayəsində dolandıqlarına görə, şaha bahalı və zinətli hədiyyələr verə bilmirlər. Amma hər kəs öz qabiliyyətinə və bacarığına görə şaha öküz, qoyun, keçi, şərab və nəhayət, lap kasıblar çörək və ya çörək məhsulları, süd, xurma, pendir, meyvə və torpağın onlara verdiyi digər nemətləri bəxşiş edirlər. Sözsüz ki, belə bəxşişlərə padşahın ehtiyacı yoxdur, amma o, verilən hədiyyələri gülərüzlə və böyük məmnuniyyətlə qəbul edir. İranlılarda bunu şahın onlara etdiyi hörmət kimi qəbul edirlər. Həmçinin, öz hədiyyələri ilə padşaha böyük hörmətlərini izhar edirlər».
P.Karpini qədim tatarların bir-birinə hörmət əlamətləri sırasında «çörək vermək» adətini qeyd edərək yazır ki, onların yeməyi nə qədər az olursa-olsun, aralarında məmnuniyyətlə bölüşdürürlər.
Monqollarda qazanda xörəyi qaynayan görmüş qonaq ya onun bişməsini gözləyib dadına baxmalı, ya da sağ əlini qazana vurub sol çiyninə toxundurmalıdır, ev sahibi ondan inciməsin deyə bununla o, yeməkdən yediyini göstərir. Sözsüz ki, bu hərəkətin böyük mənası vardır.
İran kürdləri qonağa böyük hörmətlərini bildirmək üçün süfrəyə çoxlu çörək qoyur, yemək paylanarkən onun ən yaxşı hissələrini qonağa verməyi böyük ehtiram sayırlar.
Avstraliya aborigenlərinin yanına səyahət etmiş U.Çeslinq yazır ki, «onlarda qidanın paylanması mövcud sərt qaydalar üzrə aparılır. Quşun ən yaxşı hissələri — budları qocalara verilir. Qalan ət yerdə qalanlar arasında yaşından və tutduğu vəziyyətindən asılı olaraq bölüşdürülür. Adətən, yemək mərasimi sakit keçir. Ovçular paylarını alarkən çalışırlar ki, özlərini elə göstərsinlər ki, sanki onlara düşən pay ən ləzzətlidir və qidanın az-çoxluğu, keyfiyyətli olmasının onlar üçün heç fərqi yoxdur. Hərçənd ki, ovçular ləzzətli qidanı heç də az xoşlamırlar».
Digər tərəfdən ərzağın bol olması qonaqpərvərlik üçün vacib şərtdir. Y.Lips tayfalar haqqında yazır: «İctimai yığıncaqların keçirilməsi əsas etibarilə bunun üçün lazımi ərzağın olmasından asılıdır, çünki dünyanın heç bir yerində aclıq qonaqpərvərliyə kömək etməmişdir. Amma əgər lazımi qədər ov edilmişdirsə və ya bollu yabanı meyvə ehtiyatları toplanmışsa, onda qonaqları həmişə böyük həvəslə qəbul edirlər».
Şərab içmək ya içməmək?
«Şərab zəhərdir, həm də bal, qul olmaqdır, həm də azad olmaq». Bu misraları dahi Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazeh demişdir.
İnsanların spirtli içkilərdən bəzən sui-istifadə etməsi qədimdə də müşahidə olunmuş və həddini aşan məzəmmət olunmuşdur. Məsələn, Qədim Misir papiruslarının birində yazılmışdır: «Heç vaxt həddindən artıq pivə içmə, sən yıxılırsan və sümüklərini sındırırsan, heç kim də sənə əl uzatmır, sənin dostların isə içməyə davam edir və deyirlər: atın küçəyə bu sərxoşu».
Azərbaycan məsəli deyir ki, şərabı o qədər iç ki, şiri öldürə biləsən, o qədər yox ki, qarğalar sənin gözünü çıxarsın.
Ümumiyyətlə, Azərbaycan ailələrində sərxoşluq nadir haldır və o, bütün ailə üçün rüsvayçılıq sayılır. Bunu böyüklərə hörmətsizlik əlaməti kimi sayırlar və istənilən ailədə bununla daima mübarizə aparılır, gəncləri böyüklərin ağıllı məsləhətlərinə qulaq asmağa dəvət edirlər.
Bizim mənfur qonşumuz olan Ermənistan torpağında sərxoşluq adi hal kimi sayılır. Ailə üzvləri bu işə o qədər alışırlar ki, sərxoş görəndə heç bir reaksiya da vermirlər.
Rus müəlliflərindən N.Dubroviç qeyd edir ki, gürcülərin süfrəsi, demək olar ki, heç vaxt şərabsız keçinmir, onlar şərabı çox içirlər, lakin sərxoş gürcüyə çox nadir halda rast gəlmək olar. Gürcüyə şərabı içməyə uşaqlıqdan alışdırırlar.
İbtidai insan meyvələrdən düzəldilmiş kefləndirici içkidən qaydasında istifadə edir və sərxoşluq hallarına yol vermirdi. Nadir sərxoşluq halları isə xoş nəticə vermirdi, çünki belə adam icmanın ciddi məzəmmətinə məruz qalırdı.
A.O.Makovelskinin (1884-1969) «Avesta» kitabında oxuyuruq ki, «Parsizm əxlaqı şərab içməyi qadağan etmir, bunu su qaydasında içməyi məsləhət görür. Ölçüsündə içilən şərab qidanın daha yaxşı həzm olunmasına kömək edir, insanda həyat məşəli yandırır, qanın hərarətini qaldırır, yanaqları yandırır, qüssəni qovur, zehni fəaliyyəti yüksəldir. Qaydasında içilən şərabın təsirindən yaddaş daha yaxşı işləyir, görmə və eşitmə qabiliyyəti itiləşir, danışıq qabiliyyəti yaxşılaşır və hər bir iş daha müvəffəqiyyətlə görülür. Qaydasında içilən şərabdan yuxu da xoş və şirin olur. Şərab insanın ürəyinə xeyirxahlıq gətirir və insanlar arasında xoş münasibətləri möhkəmləndirir. Şərab insanın xoşxasiyyət və ya bədxasiyyət olduğunu aşkara çıxarır».
Qədim yunanlar şərabı ölçüsündə və yeməkdən sonra həm də su ilə qarışdıraraq (iki ya üç hissə su, bir hissə şərab) içərdilər. Yunan komediyasında deyilir ki, «birinci piyalə sağlamlıq, ikinci — həzz, üçüncü — yuxu gətirir, bu zaman durub evə getmək lazımdır. Dördüncü piyalə kobudluğa sürükləyir, beşinci — qışqırmağa vadar edir, altıncı — küçədə şuluqluğa səbəb olur, yeddinci — gözün altına «fənər» qoydurur, səkkizinci — məhkəməyə çağırış»la bitir.
Qədim Yunanıstanda günorta çağı süfrə açmaq və şərab içmək qüsurlu və pozğunluq əlamətləri sayılırdı. Özünə hörmət qoyan, rəğbətli adamlar şərabı axşam yeməyi vaxtı içərdilər. Bu, sanki gün ərzində zəhmətin yorğunluğunu çıxarmaq üçün edilirdi.
Şərabı qarışıqsız içmək kobudluq və düşkünlük əlaməti sayılırdı. Elian yazır ki, skiflər şəraba su qatmayaraq içər və bunu özləri üçün qüsur sayardılar. Spartalıların belə bir məsəli vardı, kefli olmaq istəyənə demişlər: «lap skifsayağı içib». Elian daha sonra qeyd edir ki, «Xəzərin cənubunda yaşayan tatar tayfaları şərab içməyə elə alışıblar ki, onsuz yaşaya bilmir və vaxtlarının çoxunu şərab içməkdə keçirirlər».
Qəribədir ki, qədim romalıların şərab içərkən söylədikləri sözləri müasir dövrə də aid etmək olar. Şərab içən, sağlığına içilənə müraciət edərək deyərdi: «Sənin xeyrinə» (bene tibu və ya bene te), ətrafındakılar isə ucadan «Sağ ol!» (Vivas) deyə səslənərdilər.
S.Karpini yazıb ki, tatarlar çox içirlər, amma sərxoş halında qalmaqal salınır və dalaşmırlar. Başqa bir qeydində isə «sərxoşluq onlarda şərəfli bir hal sayılır» deyir.
Spirtli içkiləri Qərbi Avropada orta əsrlərdə çox içərdilər. Avropalılar şərab içməyi romalılardan öyrənmişlər. Gün ərzində içilən içkinin miqdarı 1,5 litrə çatırdı. Hər xalqın özünəməxsus içkisi var idi: fransızlar üzüm şərabı, ingilislər arpa pivəsi (el) içərdilər. İngilislər pivəni yeməkdən sonra içərdilər. Ertədən içməyə başlar, bəzən gecə keçənə qədər içməkdə davam edərdilər.
Avropalıların sərab içmə adətləri indinin özündə də heç dəyişməmiş, olduğu kimi qalmışdır.
Şərab içmək haqqında fikirləri Xacə Nəsrəddin Tusinin sözləri ilə tamamlamaq istəyirik: «İnsan heç yerdə, heç vaxt sərxoş olana qədər içməməlidir, dində və dünyada heç bir fəzilət ağıldan və ayıqlıqdan gözəl ola bilmədiyi kimi, heç bir rəzalət də ağlını itirmək və sərxoşluq etməkdən iyrənc ola bilməz».
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
|
['süfrə mədəniyyəti']
|
1,194 |
https://kayzen.az/blog/optimist/18083/kimin-%C3%BC%C3%A7%C3%BCns%C9%99-d%C3%BCnyada-h%C9%99r-%C5%9Feyd%C9%99n-%C3%BCst%C3%BCns%C9%99n.html
|
Kimin üçünsə dünyada hər şeydən üstünsən
|
Apollon
|
Hər şey gözəldir
|
29 mart 2015, 09:19
|
Bu dünyada ən azı iki adam sənin üçün həyatını qurban verməyə hazırdır.
Ən azı 13 nəfər səni özünəməxsus şəkildə sevir.
Əgər səni sevməyən biri varsa, çox böyük ehtimalla o sənə bənzəmək istəyir.
Sənin təbəssümün hətta sənə nifrət edən birinin də əhvalını dəyişə bilər.
Hər gecə kimsə yatmazdan əvvəl səni düşünür.
Sən kimin üçünsə dünyada hər şeydən üstünsən.
Həyatda ən böyük səhvi etdiyində belə, nəsə yaxşı bir nəticə olur.
Nə vaxt düşünsən ki, həyatda hər şey sənə qarşıdır, həyatına bir də fərqli rakursdan bax.
Unutma ki, həyatda sənə ikinci dəfə şans verilirsə, deməli hər şey alınacaq!
Səhərləri peşmanlıq duyğusu ilə açmaq üçün həyat çox qısadır.
Sənə qarşı doğru davranan insanları sev, belə olmayanlar barədə heç düşünmə.
Şansın yaranırsa, ondan yararlan! Əgər bu şans həyatını dəyişirsə, imkan ver bu olsun.
Heç kim demir ki, həyat asandır. Sadəcə bütün çətinliklər buna dəyər.
|
['hər şey gözəldir', 'xoşbəxtlik üçün']
|
1,195 |
https://kayzen.az/blog/kisiler/10660/ki%C5%9Fil%C9%99r,-ki%C5%9Fil%C9%99r.html
|
Kişilər, kişilər...
|
Qiyasli
|
Kişilər
|
28 mart 2015, 23:15
|
Marqaret Dürasın «Məşuq» povestinin təsirindən tez çıxsaydım və homoseksualla xoşbəxt həyat sürən yazıçının indi yazacağım fikirləri ilə rastlaşmasaydım, heç bu yazını da yazmayacaqdım. Madam Düras müsahibələrinin birində belə deyib: «Rober Antelm, gecə-gündüz yolunu gözlədiyim, düşərgələrdən qayıdıb gizlicə təqib etdiyim, bağlandığım, nə inkar, nə də unuda bildiyim insandır. Onu bundan artıq sevə bilməzdim. Dionis Maskolo isə, sadəcə mənə həyatın mənasını və oğlum Janı bağışladı.»
Fikir verək: yazıçı sevdiyi insan haqda ard-arda sözlər sıraladığı halda, sevmədiyi insan barəsində yalnız bir bağlayıcıdan istifadə edir. Bağlılıq bu mənada bağlayıcılardan keçsə gərək… Azərbaycanlı məntiqinin, əxlaqi dəyərlərinin «islah etdiyi» sevgi, zərurət yarandıqda Əsəd Cahangir demiş, qapının yanından keçir. Bizdə yazılmamış qanunlara tabe olmaq bir növ «qırmızıda keçməyə» bənzəyir. Bu, başqa söhbətin mövzusudu. Niyə ideal insan haqda yalnız təsəvvür formalaşdırırıq? Mumiyalayıb qoruduğumuz «ağ atlı prens»in yollarını mamır, ot-ələf, üstünü toz basmadımı? Bu obraz o vaxta qədər əlçatmazlığını qoruyub saxlayacaq ki, həyatda ideal insan obrazlarına canlı-canlı rast gəlinsin. Həyatda «ağ atlı şahzadə»nin olmadığına inananlar yəqin bilir ki, böyük Üzeyir Hacıbəyov həyat yoldaşı Məleykə xanıma konservatoriyaya daxil olmaqda yardımçı olub. Hüseyn Cavid savadsız Müşgünaz xanıma özü dərs keçməyə başlayıb və çox keçmədən Müşgünaz xanım onun ilk oxucusu olub. Cəfər Cabbarlı Sona xanımın onun ilk oxucusu olduğunu və buna görə özünü çox xoşbəxt hiss etdiyini deyirmiş. Belə misallardan çox çəkə bilərik. (Avropanın BOMJ yazarlarına baxanda bizimkilər daha ideal təsir bağışlayır… )
Biz o vaxt xoşbəxt oluruq ki, özümüzə tək fiziki ehtiyacımızı ödəmək üçün partnyor yox, eyni zamanda mənəvi ehtiyacımızı ödəmək-dərdimizi, sevincimizi paylaşmaq, fikirlərimizə şərik etmək üçün dost seçirik… Bununla iş bitmir… Ailənin təməli kiçik xəyanətlər qismində kiçik təkanlarla laxlayır. Sevdiyimiz insanla eyni nöqtəyə baxmaq, bir-birimizə hörmət etmək yetmir. Sevgimizi paylaşmağı bacarmalıyıq. Qadınlar bu barədə kişilərdən az qınanmalıdır. Yaxşı kişinin sevgilisi, arvadı kor olur-ərindən başqa heç kimi görmür, onu sevdikcə sevir…
Yaxşı kişi tək ailəsinin maddi ehtiyaclarını ödəyənlərə deyilmir. Yaxşı kişi olmağın ən yaxşı göstəricisi qadınının qədrini bilmək, onu başının tacı hesab etmək qabiliyyətinə malik olmasıdır. Fikir vermisinizmi, əri, ailəsi üçün gecəsini-gündüzünü şam kimi əridən, ərinə layiq olduğundan artıq dəyər verən ideal bir qadının həmin həyat yoldaşı onun kəsilib atılan dırnağına belə dəyməyən qadınlara gözlərinin bərəlmiş variantı ilə baxır. Bəzən «insan bir yeməyi nə qədər yeyər» kimi azərbaycanlı məntiqinin qazana, boşqaba söykənən fundamentinə əsaslanan səfeh mülahizələrlə öz hərəkətlərinə bəraət qazandırırlar. Bu, nə deməkdi? Vaxt keçdikcə sevgi ölürmü, əcəba? Kim sevginin haçansa tükənəcəyi haqda absurd təsdiqə imza ata bilər ki? Heç kim… Bu yazıya görə həyata baxışıma təəccüb etməyə gərək yox. Sartr, Bovuar belə qadınların düşüncəsinə təsir edə bilməmişdi. Çünki qadınlar hər zaman haqlı. Hətta allahın İbrahim Tatlısəsi də tez-tez təkrarlayır ki, qadın haqlarını müdafiə etməyə gərək yox, onlar hər zaman haqlıdır.
Yazının janrını dəyişmək zorundayam: Möhtərəm kişilər, siz cürbəcür qadınları qucaqlayıb yatan zaman qadınlarınızın öz dizlərini necə qucaqlayıb kədərləndiyini, yolunuzu gözlədiyini düşünün. Onlar sizin üçün bəzənir, zövqünüzü oxşamağa çalışırlar; qarınqululuğunuza canfəşanlıqla xidmət etdikləri üçün peşəkar aşpaza çevrilirlər; uşaqlarınıza dayəlik edir, evinizin xanımından çox xadiməsi funksiyasını yerinə yetirirlər. Əziz başınıza and olsun ki, yataq-yataq dəyişdiyiniz, uğrunda soğan kimi soyulduğunuz qadınlar sizi evdə pəncərə önündə boynunu bükən zavallılar qədər dəyərləndirə bilməz. Onlar sizdən bilirsizmi nə istəyirlər-onlara məxsusluğunuzu hiss etmək… Ruhunuzla, qəlbinizlə onların olduğunuzu duymaq… Çoxmu şey istəyirlər???
Yaradılan ən möhtəşəm əsərlərin leytmotivini sevgi təşkil edir-savadlılarınız bunu bilməmiş olmaz. Bilmək olmaz, bəlkə siz onlardan tez öldünüz, onlar da bu qədər zillətin qarşılığında başqası ilə həyatlarını paylaşdılar və öz həyatları haqda ən yumşaq halda Marqaret Düras kimi danışdılar… Ən pis halda gorunuza modern «rəhmət» oxudular.
***
Atam danışırdı ki, bir ailə vardı. Arvad bədbəxt bir qarnı ac, bir qarnı tox uşaqlarını böyüdür, əri isə qazandığı pulları yüngül həyat tərzi keçirən qadınlara xərcləyirdi (hərçənd özü də ondan geri qalan deyildi-müəll.). Bir gün kişi ölür. Ölmür eeeee, gəbərir. Arvad uşaqlarını yığır başına, deyir ki, övladlarım, hələ qohum-qonşuya səs salmayın. O maqnitofonu qoşun, oynayacam. Arvad doyunca oynayır, qəhqəhə çəkir, sevinir, sonra başlayır şüvən salmağa ki, ay haray, kişim öldü...
***
Möhtərəm kişilər, bu şeirimi də P.S əvəzi oxuyun...
Maksimalist
sən
şəhvəti sevgi bildin
yatağını paylaşdığın qadınlarla
ürəyini paylaşa bilmədin
qollarını açdığın qadınlara
ürəyini aça bilmədin
sevmədin
mənə qədər...
sən
qadınları yoldan çıxardıqca
onlar səni adamlıqdan çıxardı
onları soyundurduğun kimi
həqiqəti soyundura bilmədin
həqiqət çılpaq olanda daha
gözəl olur amma-
sevə bilmədin
mənə qədər...
qadınlar bir-bir həyatından
çəkildikcə
sükutu çəkdin ciyərlərinə
tənhalığa söykədin üzünü
elə bildin həyat budur
özün demişkən,
həyatın oldu xak ilə yeksan
ey maksimalist oğlan
boynuna al ki
sən məni sevəndən sonra
anladın
bir qucaq qadın
yumruq boyda ürəyindəki
sevgidən
kiçikdir...
Müəllif: Xuraman Hüseynzadə
Mənbə: Ədalət qəzeti
|
['kişi psixologiyası', 'kişi düşüncəsi', 'kişi ağlı', 'qadın kişi münasibətləri', 'kişilər', 'kişilər və qadınlar']
|
1,196 |
https://kayzen.az/blog/dua/3169/namaz-q%C4%B1lan%C4%B1n-yeri.html
|
Namaz qılanın yeri
|
sistani
|
Namaz, dua, zikr
|
28 mart 2015, 23:08
|
Namaz qılanın məkanının yeddi şərti vardır:
Birinci şərt: Mübah olmalıdır.
Məsələ 875: Bir kəs qəsbi mülkdə namaz qılsa, əgər xalça və taxt, bu kimi şeylərin üstündə belə olsa, lazım ehtiyata əsasən namazı batildir. Amma qəsbi tavan altında və qəsbi xeymədə namaz qılmağın maneçiliyi yoxdur.
Məsələ 876: Mənfəəti başqasının malı olan bir mülkdə oranın mənfəətinə sahib olan şəxsin icazəsi olmadan namaz qılmaq, qəsbi bir yerdə namaz qılmaq hökmündədir. Məsələn, kirayə edilmiş bir evdə, ev sahibi və ya başqa birisi, ev kirayələyən şəxsin izni olmadan namaz qılarsa, ehtiyata əsasən namazı batildir. Yenə əgər meyit malının üçdə birini bir yerə parçalanmasına vəsiyyət etmişsə, malın üçdə biri ayrılmayıncaya qədər onun mülkündə namaz qılmaq olmaz.
Məsələ 877: Bir kəs məsciddə otursa, əgər başqası onu kənar etsə və onun yerini işğal etsə və o yerdə namaz qılsa, günah etmiş olsa da namazı səhihdir.
Məsələ 878: Qəsb edilmiş olduğunu bilmədiyi bir yerdə namaz qılarsa, belə ki, namazdan sonra o yerin qəsb edilmiş olduğunu bilərsə və ya qəsb edilmiş olduğunu unutduğu bir yerdə namaz qılar və sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər özü qəsb etmişdirsə, bunu unudaraq, orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir.
Məsələ 879: Əgər bir yerin qəsb edilmiş olduğunu və ondan istifadə etməyin haram olduğunu bilir, amma qəsb edilmiş yerdə namazın maneçiliyi olduğunu bilməzsə də, orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir.
Məsələ 880: Vacib namazını minik üzərində qılmaq məcburiyyətində olan bir şəxsin əgər mindiyi heyvan və ya yəhəri, ya da nalı qəsb edilmiş olarsa, namazı batildir. O miniyin üzərində müstəhəbb bir namaz qılmaq istərsə də, hökm eynidir.
Məsələ 881: Bir mülkdə başqa birisi ilə ortaq olan şəxs ortağının hissəsi ayrılmamış, şərikinin icazəsi olmadan, o mülkün bir şeyindən istifadə edə bilməz və orada namaz qıla bilməz.
Məsələ 882: Xums verilməmiş pulla bir mülk alsa, o mülkü işlətmək (istifadə etmək) haram və orada namaz qılmaq caiz deyildir.
Məsələ 883: Əgər mülkün sahibi dili ilə namaz qılmağa icazə versə və insan onun qəlbən razı olmamasını bilsə, o mülkdə namaz qılmaq caiz deyildir. Amma əgər icazə vermədiyi halda, insan onun qəlbdən razı olduğuna əmin olarsa, namaz qılmaq caizdir.
Məsələ 884: Zəkat və bənzəri olan haqqlardan borclu olan bir meyitin mülkündən istifadə etmək, əgər namaz qılmaq kimi o haqqları verməkdən bir zidd olmazsa, mirasçıların icazəsi ilə maneəsizdir. Yenə əgər onun borcunu verib və ya verməyə zamin olurlarsa da, onun mülkündən istifadə etməyin maneçiliyi yoxdur.
Məsələ 885: Xalqa borclu olan bir meyitin mülkündən istifadə etmək, zəkat və buna bənzər haqqlardan borclu olan bir meyitin mülkündən istifadə etməyin hökmündədir.
Məsələ 886: Əgər meyitin borcu olmazsa, amma onun mirasçılarından bəzisi kiçik və ya dəli ya da qaib olarsa, onların vəlilərinin icazəsi olmadan o mülkdən istifadə etmək haramdır və orada namaz qılmaq caiz deyildir.
Məsələ 887: Başqasının mülkündə namaz qılmaq ancaq açıqca izn verildiyi və ya namaz qılmağa da müşahidə etmiş olduğunu göstərən bir söz söylədiyi (zaman bir kimsəyə onun evində oturmağa və yatmağa izn vermiş olur ki, bundan namaz qılmağa da müşahidə etmiş olduğu anlaşılır) ya da insan ayrı bir yoldan mülk sahibinin razı olduğuna güman etdiyi təqdirdə caizdir.
Məsələ 888: Çox geniş ərazilərin sahibi kiçik və ya dəli olsa yaxud orada namaz qılmağa razı olmasa belə, orada namaz qılmaq caizdir. Ətrafında divar və qapı olmayan açıq yerlərdə də sahiblərindən icazə almadan namaz qılına bilər. Amma əgər onların sahibi kiçik və ya dəli olurlarsa ya da razı olmadığı zənn edilirsə, lazım ehtiyat olaraq onlarda namaz qılınmamalıdır.
Ikincinci şərt
Məsələ 889: Namaz qılanın məkanı, vacib namazlarda namaz qılanın ayaq üstə durmasına, rüku və səcdələri yerinə yetirməsinə mane olacaq qədər çox hərəkətli olmamalıdır. Hətta lazım-ehtiyata əsasən, onun bədəninin sükunətinə də mane olmamalıdır. Əgər vaxtın darlığından və yaxud başqa səbəbdən, məsələn; maşın, gəmi və qatar kimi hərəkət edən yerdə namaz qılmaq məcburiyyətində qalarsa, mümkün olduğu qədər qibləyə və bədənin sükunətinə riayət etməlidir.
Məsələ 890: Avtomobildə, gəmidə, qatar və bu kimi yerlərdə onların dayandığı vaxt namaz qılmağın maneçiliyi yoxdur. Həmçinin hərəkət etdiyi vaxt, namaz qılanın bədəninin aram olmağına mane olmayan tərzdə hərəkət etməlidir.
Məsələ 891: Üzərində hərəkətsiz dayanılmayan arpa, buğda tayalarında və bu kimi yerlərdə namaz qılmaq batildir.Üçüncü şərt
Namazı tamamlaya biləcəyinə ehtimal verdiyi bir yerdə namaz qılmalıdır. Külək, yağış, camaatın izdihamı və bu səbəbdən namazını tamamlamaya bilməyəcəyindən əmin olduğu bir yerdə namaz qılmaq, hərçənd namazı tamamlasa belə, səhih deyildir.
Məsələ 892: Əgər namaz qılınması haram olan yerdə, məsələn; uçulmağa məruz qalmış bir tavanın altında namaz qılarsa, günah etməsinə baxmayaraq, namazı səhihdir.
Məsələ 893: Üzərində dayanmağı və oturmağı haram olan bir şeyin üstündə namaz qılmaq, məsələn, Allahın adı yazılmış xalçanın bir yerində əgər qürbət qəsdinə mane olursa, səhih deyil.
Dördüncü şərt
Namaz qılanın tavanı, onun ayaq üstə düz dayanmasına mane olacaq qədər alçaq olmamalı, həmçinin rüku və səcdə edə bilməyəcək qədər kiçik olmamalıdır.
Məsələ 894: Əgər ayaq üstə durmaq imkanı olmayan bir yerdə namaz qılmaq məcburiyyətində qalarsa, oturaraq namaz qılmalıdır. Əgər rüku və səcdə etməyə imkanı
yoxdursa, onlara başı ilə işarə etməlidir.
Məsələ 895: Ehtiramsızlıq olduğu təqdirdə, Peyğəmbər (s.ə.v.) və İmamların (ə.s.) qəbirlərinin qabağında namaz qılmamalıdır. Amma əgər hörmətsizlik olmasa, eybi yoxdur.Beşinci şərt
Namaz qılanın yeri nəcisdirsə, bədən və ya libasına yetişəcək qədər yaş olmamalıdır. Amma alnını qoyduğu yer nəcis olarsa, quru olsa belə, namazı batildir. Namaz qılanın yerinin nəcis olmaması ehtiyat-müstəhəbbdir.Altıncı şərt
Lazım ehtiyat olaraq qadın kişidən dalda dayanmalıdır. Qadının səcdə etdiyi yer, kişinin səcdə halında ikən dizlərinin yeri miqdarında olacaq qədər qadın ondan arxada dayanmalıdır.
Məsələ 896: Əgər qadın, kişinin müqabilində və ya bir az qabaqda durar və birlikdə namaza başlayarlarsa, namazlarını yenidən qılmalıdırlar. Biri digərindən qabaq namaza başlayarlarsa da, hökm eynidir.
Məsələ 897: Əgər kişi və qadın bərabər və ya qadın qabaqda dayanarsa və namaz qılsalar, divar ya pərdə ya başqa bir şey arada olsa ki, bir-birlərini görməsələr ya aralarında on zira fasilə olsa, hər ikisinin namazı səhihdir.Yeddinci şərt
Namaz qılanın alın yeri, dizlərin və ayaq barmaqlarının başından dörd barmaqdan çox alçaq ya uca olmasın. Bu məsələnin təfsilatı səcdənin hökmlərində deyiləcəkdir.
Məsələ 898: Naməhrəm kişi və qadının, günaha düçar olma ehtimalını verdikləri bir yerdə dayanmaları haramdır. Orada namaz qılmamaları da ehtiyat-müstəhəbbdir.
Məsələ 899: Tar və buna bənzər əşyaların çalındığı bir yerdə namaz qılmaq, onları dinləmək və istifadə etməyin günah olmasına baxmayaraq, batil deyildir.
Məsələ 900: Vacib ehtiyat odur ki, Kəbə evində və onun damında ixtiyar halında vacibi namaz qılmasın, amma əlacsız halda eybi yoxdur.
Məsələ 901: Kəbə evində və damında müstəhəbb namaz qılmağın eybi yoxdur. Hətta Kəbə evinə daxil olarkən, hər rüknün qarşısında iki rükət namaz qılmaq belə, müstəhəbbdir.NAMAZ QILMAĞIN MÜSTƏHƏBB OLDUĞU YERLƏRMəsələ 902: İslamın müqəddəs şəriətində namazı məsciddə qılmağa dair çox tövsiyələr olmuşdur. Bütün məscidlərdən üstün Məscidul-həramdır. Ondan sonra Peyğəmbərin (s.ə.v.) məsciddir və ondan sonra Kufə məscidi, sonra Beytul-müqəddəs məscidi və sonra hər şəhərin came məscidi və sonra məhəllə məscidi və ondan sonra isə bazar məscidi yaxşıdır.
Məsələ 903: Qadınların namazlarını, istər məscid olsun və ya başqa bir yer, naməhrəmdən qorunmaq üçün daha uyğun olan bir yerdə qılmaları daha yaxşıdır.
Məsələ 904: İmamların (ə) hərəmlərində namaz qılmaq müstəhəbbdir, hətta məsciddən daha yaxşıdır. Həzrət Əmirəl möminin əleyhissəlamın mütəhhər (pak) hərəmində namaz qılmaq iki yüz min (200.000) rükət namaza bərabərdir.
Məsələ 905: Məscidə çox getmək və namaz qılanı olmayan məscidə getmək müstəhəbbdir. Məscidlə qonşu olan şəxsin üzrü olmasa, məsciddən başqa yerdə namaz qılması məkruhdur.
Məsələ 906: İnsanın, məscidə getməyən şəxs ilə yemək yeməməsi, işlərində onunla məsləhətləşməməsi, ona qonşu olmaması və ona qız verib-almaması müstəhəbbdir.NAMAZ QILINMASI MƏKRUH OLAN YERLƏRMəsələ 907: Bir neçə yerdə namaz qılmaq məkruhdur.
O cümlədən:
1) Hamamda.
2) Şoranlıq yerdə.
3) İnsanın qarşısında.
4) Açıq qapı qarşısında.
5) Xiyabanda və o küçədə ki, oradan keçən kəslər üçün əziyyət olmasın və onlara zəhmət vermək haramdır.
6) Od və çırağın qarşısında.
7) Aşpazxanada və od kürəsi olan yerlərdə.
8) Sidik yeri olan quyu və çala qarşısında
9) Şəkillə üzbəüz, üstünə pərdə çəkilsə istisnadır.
10) Cünub şəxs olan otaqda
11) Şəkil və heykəl (ruhu olan) olan yerdə, hətta namaz qılan onunla üzbəüz olmasa da.
12) Qəbrin qarşısında.
13) Qəbrin üstündə.
14) İkinci qəbrin arasında.
15) Qəbiristanlıqda.
Məsələ 908: Camaatın keçdiyi yerdə namaz qılan və ya namazda ikən qarşısında bir şəxs olan kimsənin, önünə bir şey qoyması müstəhəbbdir. Bir çubuq və ya ip parçası olsa kifayətdir.
|
['namaz', 'şəriət', 'fiqh', 'namaz qılmaq']
|
1,197 |
https://kayzen.az/blog/az-proza/18182/yan%C4%B1tmaclar.html
|
Yanıtmaclar
|
kurdamir
|
Azərbaycan ədəbiyyatı
|
28 mart 2015, 21:40
|
Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş.Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş.Acmışam sac asmışam, bilməmişəm, küllənməmiş yaş asmışam.Axşam bozbaş asmışam, çaşıb qazanı boş asmışam.Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır.Alişlə Memiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi məhkəmələşməmişlərmi?Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min...Aşpaz Abbas aş asmış, asmışsa da az asmış.Aşpaz Abbas bozbaş asar o başda, bu başda.Aşbaz Abbas bir tas daşma aş asmış, asmışsa da, amma bir az az asmış.Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm,çərşənbələşməsən də çərşənbələşəcəyəm.Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul. Ay fatalı, huy fatalı, çatı gətir, çay içində tay çataq.Ay göy-ala qarğa qardaş, mənimlə qardaş olsan da səninlə qardaş olacağam, olmasan da səninlə göy-ala qarğa qardaş olacağam.Bacadan damcı düşdü şıp nənəmin barmağına.Bayram günü gələcik sizə bayramlaşmağa. Bayramlaşsaz da bayramlaşacıq. Bayramlaşmasaz da bayramlaşacıq.Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, kuncut ucuz.Bir bərbər bir bərbərə «Ey bərbər, gəl qardaş, biz birlikdə Bərbəristanda bir bərbər dükanı açaq.» demiş.Bir bərbər o biri bərbərə dedi ki, bir bəri bax.Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış. Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü kürkü cırıq dişi keçəl kor kirpinin kürkünə; kürkü cırıq dişi keçəl kor kirpinin kürkünüdə kürkü cırıq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər.Biz onlara dərs verək deyərkən onlar da bizə dərs vermişlər, indi gedib onlara bir dərs daha verək də biz onlara dərs verərkən gəlib bizə dərs vermək nəymiş görsünlər.Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.Bu qatığı sarımsaqlayıb saxlasaqmı, sarımsaqlamasaqdamı saxlasaq.Bu qılquyruq qırqovulBu qılquyruq qırqovul qırxquyruq qırqovul imiş.Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.Qalayçı Qasım qardaş qazanı qalaylaya-qalaylaya qaldırıb qoyur.Qara qaranı qarayla qaralayıtdı,Qaralanan qara qaradan qaralanıtdı.Qartal qalxar dal sallanar, dal sallanar qartal qalxar.Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.Qığılcımı qıcıqlandırma qıcıqlandıracaqsansa qığılcımlanacaq.Qırx qazan qirx küp qulpu, xub qırx qazan qırx küp qulpu.Qırx küp, qırxının da qulpu qırıq küp.Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam.
MƏNBƏ:VikiMənbə
P.S məlumat tam yerləşdirilməmişdir
|
['yaniltmaclar']
|
1,198 |
https://kayzen.az/blog/maraqli-faktlar/18115/buket-qatili.html
|
Buket qatili
|
Apollon
|
Maraqlı faktlar
|
28 mart 2015, 15:15
|
Toyda gül çələngini atmaq artıq ənənə halını alıb. Adətən, gül buketini ərə getmək istəyən gənc qızlar tutur.Yuta ştatının sakini 37 yaşlı Cemi Cekson isə bu vaxta kimi nə az nə çox, düz 46 dəfə gül buketini tutsa da, hələ də subaydır. “Buket qatili” adı verilmiş qadın 1996-cı ildən bəri gül çələnglərini tutub. Hələ də, subay həyat tərzi sürən qadın gül buketini tutmağı idmanla müqayisə edir və ərdə olmadığına görə narahatlıq keçirmir.Hər şey 1996-cı ildə Ceminin əmisi qızının toyundan başlayıb. O deyib: “Mən təbiətən rəqabət aparan insanam. Ona görə də təzə gəlin gülü atanda onu tutmağı özümə borc bildim. Bəzi subay qızlar gülü tutmaqdan utanır, lakin mən utanmadım. Toydan sonra belə qərara gəldim ki, gül buketini hər zaman tuta bilərəm”. Cemi “People” jurnalına verdiyi müsahibəsində deyib: “Gül buketini tutduqdan sonra ərə getməklə bağlı əfsanələri çox eşitmişəm. Düzdür, sevgilim olub, lakin mən subaylığı sevirəm. Bundan əlavə, ərə getsəm, gül buketini tutmaq kimi idmanı atmalıyam. Mən isə bunu istəmirəm”.Cemi öz nailiyyətindən o qədər məmnundur ki, bu vaxtadək tutduğu gülləri qurudaraq, hamıya göstərmək üçün insanların görə biləcəyi şkafa qoyub. O deyib: “Bu, sanki ehtirasdır, özümlə bacarmıram. Hansı toya dəvət olunuramsa, buketi mütləq tutmalıyam. Onu deyim ki, gülü tutmazdan əvvəl, mən strategiya qururam”.
Cemi gülü tutmağa çalışan qızlara bu məsləhəti verib: “Vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Buketi tutmaq üçün ön cərgələrdə dayanmalısan. Çünki adətən, gəlin buketi arxaya düz istiqamətdə atanda buket tavana və ya çılçırağa dəyir. Və onda gül ön sıralara düşür”.
|
['maraqlı məlumatlar']
|
1,199 |
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/3937/u%C5%9Faq-t%C9%99rbiy%C9%99sind%C9%99-7-m%C9%99qam.html
|
Uşaq tərbiyəsində 7 məqam
|
burla xatun
|
Xoşbəxt ailə
|
24 mart 2015, 19:35
|
Valideynlər, uşağın şəxsiyyətin formalaşdığı 3-4 yaşdan etibarən uşağın davranış və inkişafını yaxından izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrtəməyə başlamalıdırlar. Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə və nə də cəmiyyətdə öyrədiləcək. Ona görə də, valideynlər gərək övladlarının bütün yaş dövründə xüsusi ilə qeyd edilən yaş dövrlərində övladlarının təlim və tərbiyiyəsinə xüsusi diqqət yetirsinlər.
Bu dövrlədə valideynlər hansı nöqtələrə diqqət etməlidirlər.
1. Valideynlər uşağa yaxşı bir nümunə olmalıdırlar.
Davamlı yalan danışan, küfr edən, uşaqlarının yanında insanların zəifliklərini və eyblərini açıqlayan valideynlərin uşaqlarının da bu davranışları sərgiləmələri təbii bir haldır. Bu səbəbdən ata və analar öz əziz övladlarının yanında çıxış edərkən, danışarkən diqqətli olmalıdırlar. Əəgər istəyiriksə cəmiyyətə gözəl əxlaqi xüsusiyyətlərə sahib övlad təqdim edeək, onda gərək gözəl sözlər danışaq.
2. Sevgiyə arxalanan bir tərbyə metodu olmalıdır.
Uşağınıza dəyər verib sevginizi hiss etdirməniz onun sizə qucaq açmasına səbəb olacaq. Oda sizi sevəcək və sizə məhəbbət göstərəcək. Verdiyinizi əmirləri sevərək yerinə yetirəcək. Yox əgər öz övladınıza əxlaqi dəyərləri qəzəb və kinə ilə öyrətməyə və ya deməyə çalışsanız onda övladınız nə inki sizə qulaq asacaq, bəlkə sizdən intiqam alamağada çalışacaq..
3. Əxlaqi dəyərlər «qadağa zənciri» kimi təqdim edilməməlidir.
Çünki bu cür yanaşma tərzi, uşağın əxlaqi dəyərlərə qarşı sərtreaksiya verməsinə səbəb olacaq. Valideynlər, məqbul və məntiqli izahlarla əxlaqi dəyərlərin lazımlılığını və bu dəyərlərə yiyələnməyin gündəlik həyatdakı əhəmiyyətini uşağa başa salmalıdırlar. Ümumiyyətlə təlim və tərbiyə məsələlərində zor tətbiq etmək düzgün metod deyil. Bu cür tərbiyə tərzi uşağın formalaşmasındakı mənfi təsirini həyatın bütün sahələrində özünü əks etdirir.
4. Ana və ata birlikdə hərəkət etməlidirlər.
Atanın səhv tərbiyə metoduna ana düzəliş verməlidir. Və həmçinin ananın yanlış tərbiyə tərzinə ata düzəliş verməldir. Birlikdə övladın tərbiyəsində çalışmalıdırlar. Ata və ana tərbiyədə fərqli mövqeydən çıxış etməməlidirlər. Çünki, bu uşaqda çaşqınlıq yaradacaq.
5. Uşaqlar üçün yaxşı dostlar seçilməlidir.
Pis dost və ya mühit, uşağın əxlaqi inkişafının önündəki ən böyük maneələrdən biridir. Çünki ailənin uşağa qazandırmağa çalışdığı müsbət davranışlar pis yoldaşlarının təsiriylə aradan gedir. Bu bir bənanın gün ərzində min bir zəhmətlə tikdiyi divarın eyni günün sonunda bəziləri tərəfindən yıxılmasına bənzəməkdədir. Ona görə dəövladlarınız kimlərlə dostluq etməsinə xüsusi diqqət yetirin.
6. Uşağı öz başına buraxmayın.
Uşaqların yanlış davranışlarını böyüdüb təlaşlanmaq səhv bir addım olsa da, səhvlərini ciddi qəbul etməmək də bir o qədər səhv addımdır. Uşağın etdiyi səhvlər düzəldilməzsə və xəbərdarlıq edilməzsə uşaq bunun normal bir davranış olduğunu düşünəcək və bu səhv addımları təkrarlamağa başlayacaq. Bu addımları nəinki evdə ailəsinə qarşı edəcək, hətta cəmiyyətdə dostalarına böyüklərə qarşı da edəcək. Çünki, valideynlər vaxtında lazım olan xəbərdarlığı ona etməyiblər.
7. Uşağınızı kütləvi informasiya vasitələrinin xüsusilə internetin zərərlərinə qarşı qorumalısınız.
İndiki vaxtda bir xəstəlik halına gələn «internet» və «televiziya əsarəti» də uşaqları əxlaqi bir çöküşə sürüməkdədir. Xüsusilə teleseriallarda uşaqlara nümunə olaraq təqdim edilən şəxslərin səviyyəsiz hərəkətləri, açıq-saçıq geyimi uşaqların şəxsiyyət kimi inkişafını mənfi təsir göstərməkdir. Bu cəhətdən övladınız bu vasitələrdən istifadəsini həmişə kontrol altda saxlayın.Müəllif:Tural Həsənli
|
['övlad tərbiyəsi', 'ailə tərbiyəsi', 'uşaq tərbiyəsi', 'uşaq psixologiyası']
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.