Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
1,000
https://kayzen.az/blog/psixologiya/19036/imtahan-stressinin-psixoloji-x%C3%BCsusiyy%C9%99tl%C9%99ri.html
İmtahan stressinin psixoloji xüsusiyyətləri
Apollon
Psixologiya
23 iyun 2016, 15:11
İmtahan yalnız qazanılmış biliklərin deyil, eyni zamanda insanın psixoloji davamlılığının sınaqdan keçirilməsidir. Psixoloji tədqiqatlar sübuta yetirir ki, imtahandan uğurla keçmək üçün, özünüqiymətləndirmənin səviyyəsini yüksəltmək, özgüvəni artırmaq vacibdir. İmtahan stressi necə meydana çıxır? Stressi intensiv əqli fəaliyyət, eyni vəziyyətdə uzunmüddətli olmaqdan əzələ və orqanların yorulması prosesi, yuxu və istirahət rejiminin pozulması yaradır. Lakin imtahan stressini inkişafını sürətləndirən ən başlıca faktor-neqativ təəssüratlar və ya iztirablardır. Məzunların anketləşdirilməsi nəticələri göstərir ki, imtahan verən şəxslərdə çox hallarda baş ağrısı, ürəkbulanma və diareiya meydana çıxır, onlarda bir çox dəri xəstəlikləri müşahidə olunur, ümumi həyəcan, məyusluq, panika və qorxu hissləri təzahür edir. Bu zaman imtahan verən şəxslərdə ifrat dərəcədə özünütənqid vəziyyəti müşahidə olunur, onları vahimə dolu yuxular və özünün yaxud başqa birinin əvvəlki imtahanlarda yaşamış olduqları uğursuzluqlar barədə xoşagəlməyən xatirələr narahat edir. Stress insan psixikasına neqativ təsir göstərir. Bu, hafizənin pozulmasına, nitqin çətinliklə ifadə olunmasına, məşğələlərə qarşı yoğunluq və dözümsüzlük kimi təzahür edir. Stressin nəticəsi olaraq beyin yarımkürələrinin harmonik işi pozulur. Sakit, insan üçün narahatlıq daşımayan situasiyada beyin yarımküləri biri digəri ilə razılıq şəraitində işləyir. Sol yarımkürə məntiq və analizə cavabdehlik daşıyır, sağ yarımkurə isə emosiya və obrazlarla məşğul olur. Sağ yarımkürənin dominantlıq etdiyi şəxslərdə stress zamanı məntiq «itir», məsələləri həll etmək qabiliyyəti «dağılır». Sol yarımkürələrin dominantlıq etdiyi şəxslərdə isə obrazlar, məntiqli nitqlə bağlı hər şey “məhv olur”. Təsadüfi deyildir ki, uğursuz imtahan və ya uğursuz sınaqdan sonra imtahan verən şəxslərdən bu sözləri eşitmək olar: «elə bil yaddaşını pozulmuşdu» və ya «söz tapa bilmirdim». Bu sözlər beyində gedən prosesləri dəqiqliklə təsvir edir. İmtahan stressinin əlamətləri hansılardır? İmtahan bütün sinir-əsəb sistemi üçün ciddi sınaqdır. Stress zamanı bir qayda olaraq, aşağıdakı əlamətlər meydana çıxır: — güclü narahatlıq hiss olunur; — imtahan verən şəxs situasiyaya nəzarət edə bilmədiyini və problemlə bacarmadığını hiss edir. Stress vəziyyətinin daha dəqiq əlamətləri aşağıdakılardır: — güclü ürəkdöyünmə; — tərləmənin artması; — qıcıqlanma; — güclü yorğunluq hissi; — iştahanın itirilməsi; — baş ağrıları. Eyni zamanda yuxusuzluq, miqren, həzm prosesinin pozulması, özünühissetmənin pisləşməsi və emosional boşalma, relaks qabiliyyətsizliyi meydana çıxa bilər. Stress eyni zamanda depressiya yarada bilər, bu zaman insanda əhval dəyişikliyi, iştahanın pisləşməsi, yuxunun pozulması, özünüqiymətləndirmənin aşağı enməsi müşahidə oluna bilər. Bir faktı da qeyd edək ki, imtahan önü stressin müsbət tərəfləri də var. Az dozada o vacib şərtdir, belə ki, təhlükəyə qarşı adekvat davranış yaradır, orqanizmə əlavə adrenalin verir, bizi lazımi formada saxlayır. İmtahanönü stress vəziyyəti ilə necə mübarizə aparmaq olar? İlk növbədə, stress vəziyyətinin fizioloji təzahürlərinə diqqət yetirilməlidir. Bir qayda olaraq, bu, tənəffüsün çətinləşməsi, yüngül titrəmə, bədənin ayrı-ayrı əzələlərində gərginlik (qarın, üz və s.) kimi meydana çıxır. Nəfəsalma ritmini normallaşdırmaq üçün sadə tapşırıqlar kifayətdir: bir neçə dəqiqə ərzində asta və dərindən nəfəs almaq vacibdir. Ən isti havada belə bəzən titrəməni aradan qaldırmaq üçün imtahan prosesində məktəblilərə isti üst geyimi vacib olur. Bəzi məktəblilərə «kollektiv» qorxu paralizedici təsir bağışlayır, buna görə də onları təkliyə çəkmək lazımdır: bir kənara çəkilmək, dəhlizdə gəzinmək, pəncərədən baxmaq və s. İmtahan günü həkim məsləhəti olmadan dərman qəbul etmək arzuolunan deyil. İmtahanönü həyəcanı ən çox gülüş azaldır. Əgər imtahandan əvvəl azacıq da olsa gülmək imkanı varsa, gülün bu, həyəcanın azalmasına xidmət edir. Yeganə Mikayılova Bakı Qızlar Universitetinin müəlliməsi, Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
['psixologiya', 'stress', 'imtahan həyəcanı']
1,001
https://kayzen.az/blog/aforizmler/19099/t%C9%99rbiy%C9%99d%C9%99-ata-faktoru.html
Tərbiyədə ata faktoru
Ferbara
Hikmət dənizi və aforizmlər
23 iyun 2016, 13:08
Fatih Sultan Mehmet Xan uşaqkən çox yaramaz bir şagird idi. Dərs zamanı etdiyi ərköyünlüklə müəllimi Ağşəmsəddini hövsələdən çıxarardı. Müəllimi ona hirsləndiyi zaman dərhal «Mən Padşahın oğluyam! Mənə heç nə edə bilməzsən!» deyib, onu təhdid edirdi. Padşaha şikayət etməyi ədəbsizlik sayan Ağşəmsəddin vəziyyəti II Murada izah edə bilmirdi. Ancaq gün gəldi ki, artıq kiçik Mehmetin etdiyi ərköyünlük və dəcəlliklər dözülməz hala çatdı. Bununla bağlı Ağşəmsəddin bir gün izn alıb II Muradın hüzuruna çıxdı. «Padşahım, sizə xüsusu bir ərzim var. Ancaq söyləməyə həya edirəm» deyincə, II Murat «Buyur, çəkinmədən izah elə!» dedi. Bu söz Ağşəmsəddini rahatlatdı və başladı hadisəni izah etməyə. — Padşahım! Oğlunuz, ciyərparəniz Mehmet çox ərköyündür. Onun nadincliyi və ərköyünlüyü üzündən dərsini keçə bilmirəm. Özünə hirsləndiyim zaman da dərhal sizinlə məni təhdid edir, — deyincə, II Murat Ağşəmsəddinin yanına gələrək qulağına nəsə pıçıldadı. II Muradın qulağına söylədiyi sözləri eşidən Ağşəmsəddin çox təəccübləndi. Bu nə plan idi? Bu planı həyata keçirmək mümkün deyildi! Ağşəmsəddin planla bağlı narahatlığını padşaha bildirsə də padşah onu dinləmədi və «bu iş olacaq» dedi. Ertəsi gün yenə dərsdə Mehmet dəcəllik edirdi. Ağşəmsəddinin xəbərdarlığına yenə eyni, həmişəki təhdidlə cavab verdiyi zamanda padşah qəflətən qapını açıb içəri girir. Bu hadisə qarşısında Ağşəmsəddin qəzəbindən padşahın üstünə qışqırır və padşaha bir şillə vuraraq bu şəkildə sinifə girilməz olduğunu, icazə istəyib, sonra daxil ola biləcəyini deyib, dərhal çölə çıxmasını istəyir. Padşah pərt bir şəkildə, boynunu bükərək üzr istəyir və çölə çıxır. Bu hadisə qarşısında Fatih Sultan Mehmetin nitqi tutulur, nə edəcəyini bilməyərək təəccüblə olanları izləyirdi. Güvəndiyi atasına şillə vurulmuş, Fatih Sultan Mehmet çaş-baş qalmışdı. Bir az sonra qapı döyülür və padşah peşman, xəcalətli şəkildə üzr istəyərək içəri daxil olur. Plan möhtəşəm bir şəkildə işləmişdi. O gündən sonra Fatih Sultan Mehmet əsla dəcəllik, ərköyünlük etmədi. Çünki güvəndiyi dağlara qar yağmışdı...   Təhsilin nə olduğunu II Murat qədər olmasa da, ən azından öz uşağını səhv yollara düşməyəcək qədər dərk etmiş ana və atalara ehtiyac var. Unutmayaq: Uşaqlar ərköyün doğulmur; diplomlu, maaşlı amma savadsız valideynlər tərəfindən lazımsız əzizlənir.
['tərbiyə metodları']
1,002
https://kayzen.az/blog/Ad/19098/g%C3%BCn%C3%BCm%C3%BCz%C3%BCn-reall%C4%B1%C4%9F%C4%B1.html
Günümüzün reallığı
pascal
Adını sən qoy!
23 iyun 2016, 09:16
Sözsüz olsa da çox söz deyən şəkillər...
['Günün reallığı', 'karikaturalar', 'adsız şəkillər', 'telefon']
1,003
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/19055/malkolm-iksin-malcolm-x-avtobioqrafiyas%C4%B1ndan-se%C3%A7m%C9%99l%C9%99r.html
Malkolm İksin (Malcolm X) Avtobioqrafiyasından Seçmələr
Türkəl
Bloq: Türkəl
16 iyun 2016, 12:45
Malkolm İks bir vaxtlar cani olmuş, çoxsaylı cinayətlərindən birinə görə həbs olunduqdan sonra isə türmədə İslam dini ilə tanış olmuşdur. Bundan sonra elə həbsxanada Malkolm müsəlmanlığı qəbul edir və özünü savadlandırmağa başlayır. Azadlığa çıxdıqdan sonra isə Malkolm İks ABŞ-ın ən öndə gedən ictimai xadimlərindən birinə çevrilir və 2 milyona yaxın amerikalının müsəlman olmasında müstəsnasız rol oynayır. Malkolm X öz həyatını yazıçı Aleks Heyliyə danışmış və 1965-ci ildə, Malkolmun qətlindən qısa müddət sonra onun avtobioqrafiyası dərc olunmuşdu. Kitab öz dövürunün şedevri sayılır. İyirminci əsrin ən bənzərsiz şəxsiyyətlərindən olan Malkolm İksin avtobioqrafiyasından bəzi seçilmiş hissələri ingilis dilindən həvəskar tərcümədə sizin diqqətinizə çatdırıram. Malkolm İksin avtobioqrafiyasıAleks Heyliyə danışılmış şəkildə.  ...Mənim atam dörd qardaşının vəhşicəsinə qətlə yetirilməsinin şahidi olub. Onlardan üçünü ağ adamlar öldürüb, üçündən birini asıblar. Atamın o vaxt bilmədiyi bir şey var idi ki, özü də daxil olmaqla sağ qalmış üç qardaşdan yalnız biri öz əcəli ilə öləcək. Sonra şimaldan olan ağ polislər mənim dayım Oskarı güllələdilər. Nəhayət, atam özü ağ adamların əlində öldü. Həmişə özümün də zorakılıqla öləcəyimə inanmışam. Buna hazır olmaq üçün əlimdən gələn hər şeyi etmişəm.     Atam həmişə kredit borclarına qarşı olub. Anam nəyisə kreditlə alanda atam demişdi: “Kredit borclanmağa və qul olmağa doğru geriyə atılmış ilk addımdır”. Evdə yeməyə yararlı olan hər şeyin üstündə “Satışı Qadağandır” yazılmışdı. Təəccüblüdür ki, uşaqlıqda “Satışı Qadağaındır” sözlərinin bir brend olmasını düşünməmişəm. Harlemdə Sutinyor Semmi (Sammy the Pimp) adlı bir dostum mənə bir şey öyrətmişdi. O, bunu qadınların “şüuraltı, həqiqi şəxsiyyətini” müəyyən etmək üçün özünün yanılmayan vasitəsi adlandırmışdı. Semminin fahişəyə çevirdiyi bütün qadınları cəmiyyət arasından yığdığını nəzərə alsaq onu işinin mütəxəssisi adlandıra bilərik. O, and içirdi ki, əgər qadın rəqs vaxtı özünü idarə etməyi itirirsə, onun ən azından potensial olaraq kim olduğu üzündə ifadə olunur. Həyatda hər ərin və arvadın bilməli olduğu şeyləri mənə fahişələr öyrətmişdi. Sonra isə qadınlara etibar etməməyi fahişə olmayan qadınlardan öyrəndim: fahişlərin arasında etik qaydalar və bacı münasibətləri çoxsaylı kilsə qadınlarının arasında olan münasibətlərdən daha üstün idi. Fahişələr deyirdi ki, 30 yaşını keçmiş kişi yatağa əsasən öz eqosunu tamamlamaq üçün girirlər və bunu başa düşməyən bir çox qadın onların eqosunu zədələyir və dağıdırdı. Kişinin gücünün nə qədər az olmağına baxmayaraq fahişələr elə edirdi ki, o özünü dünyanın ən güclü kişisi hesab etsin. Çox qadın ərlərinin əsas ehtiyacını dərk etsələr, onları asanlıqla öz əlində saxlaya bilərlər, bu isə kişi olmaqdır. Bu yaxınlarda bir yerə toplaşan gənc ağ cütlüklər haqqında belə bir şey oxumuşam: ərlər öz açarını papağın içinə atırlar, sonra bir-bir gözü bağlı şəkildə papaqdan açar seçirlər. Açar hansı kişinin evindəndirsə açarı seçən kişi gecəni onun arvadı ilə keçirir. Mən qaralar tərəfindən belə bir şeyin edildiyini heç vaxt eşitməmişəm, hətta ən ağır şəraitlər içində, ən kasıb məhəllələrdə yaşayan qaralar belə şey etmir.   Mən şəhər mərkəzində bir yəhudi ilə işləyirdim. Adı Haymi idi. Hayminin məndən xoşu gəlirdi, mənim də ondan. O, danışmağı sevirdi. Mən dinləməyi sevirdim. Onun söhbətlərinin yarısı yəhudilər və qaralar haqqında olurdu. Adlarını ingilisləşdirmiş yəhudilər Hayminin yaralı mövzusu idi. O, belə etmiş adamların adlarını sadalayanda yerə tüfürər və ağzını büzərdi. Onlardan bəziləri o məşhurlar idi ki, yəhudi olduqları heç kəsin ağlından da keçmirdi. “Red, mən yəhudiyəm, sən isə qarasan,” o dəyərdi. “Bu ağlar bizim heç birimizi sevmir. Əgər yəhudi ağdan ağıllı olmasaydı onunla sənin adamlarından da pis rəftar olunardı.” Mən türmədə olanda Cənab Elayca Mühəmmədin təlimləriylə tanış olmuşdum. Sonradan öyrəndim ki, “Yakubun tarixi” adlanan bu təlim əslində bütün dinlərdə mövcud olan Şeytanşünaslıqdır. Təxminən 6.600 il bundan qabaq, dünya əhalisinin 70%-inin həyatdan razı, 30%-inin narazı olduğu dövrdə, narazıların arasında “Cənab Yakub” doğulur. O, fitnə yaratmaq, sülhü məhv etmək və öldürmək üçün dünyaya gəlmişdi. Onun başı olduqca ağır idi. Yakub öz xalqının bütün məktəb və universitetlərini bitirmişdi. O “yekəbaş alim” ləğəbi ilə tanınırdı. Bildiyi şeylərin arasında irqləri qarışdırmağın elmi üsulu da var idi. Bu yekəbaş alim, Cənab Yakub Məkkənin küçələrində dərs keçməyə, moizələr oxumağa başladı. Nəhayət, Məkkə rəhbərliyi onu 59.999 ardıcılı ilə birlikdə şəhərdən sürgün edir. Qara olmasına baxmayaraq Cənab Yakub qisas almaq qərarına gəlir və 75% ağardılmış ağ insan irqini dünyaya gətirir. Mənim bacım Hilda mənə bu Yakubun Tarixini nəql etdikdən sonra çıxıb getmişdi. Mənim açıq qalmış ağzımı bağlayıb onunla sağollaşmağım yadımda deyil. Sonralar öyrənməli oldum ki, Elayca Mühəmmədin Yakub kimi nağılları şərqdəki müsəlmanları qəzəbləndirib. Məkkədə olarkən mən onların nəzərinə çatdırdım ki, bu, onların öz səhvi olub, belə ki əsl İslamın qərbdə tanınması üçün heç nə etməyiblər. Onların sükutu böyük bir boşluq yaratmışdı, hansını ki, istənilən dini dələduz doldurub insanlarımızı aldada bilərdi. Həyatımda ən çətin sınaqlardan biri də səcdə etmək olub. Dua etmək üçün dizlərimi sıxmağa öyrəşmək üçün bir həftə vaxt itirdim. Həyatımın nələrdən keçdiyini bilirsiniz. Dizlərimi yalnız kiminsə evini soymaq üçün cəftəsini qırdığım vaxtlar sıxmşıdım. Cənab Mühəmmədin ağ adamın yaradılışı haqqında təlimləri məni Qreqor Mendelin “Genetik İxtiralar” əsəri ilə maraqlanmağa vadar etdi. Mən Avstriyalı rahibin bu əsərini dərindən öyrəndim. Kitabı, əsasən də onun müəyyən hissələrini dəfələrlə oxuduqdan sonra aşağıdakı qənaətə gəldim: əgər sən qara adamla başlamısansa, ondan ağ adam əmələ gələ bilər; lakin ilk olaraq ağdərili adam yaratdığın halda ondan qara adam çoxalda bilməzsən, çünki ağ gen ressessiv gendir. Və bütün insanların yalnız bir insandan əmələ gəldiyini heç kəs təkzib etmirsə, nəticə aydındır.        Elayca Mühəmməd və Malkolm İks Mən qullara rəhbərlik edən Nat Turner haqqında oxuyuram, o, ağ quldarların ürəyinə Allah qorxusu salırdı. Nat Turner qara insanlara yol göstərəndə nisyə və “zorakılıqsız” azadlıqdan danışaraq özünü yormurdu. 1831-ci ildə Vircinia ştatında Nat və 7 başqa qul öz sahiblərinin evindən başlayaraq gecə ərzində bir plantasiya “böyük evindən” digərinə gedərək qətllər törətmişdilər. Səhərə kimi onların qurbanlarının sayı 57-yə çatmış, onlara isə 70 qul qoşulmuşdu. Ağ adamlar canlarının qorxusundan öz evlərindən qaçmış, ictimai binalara sığınmış və meşələrdə gizlənmişdi, bəziləri isə hətta ştatdan qaçmışdı. Kiçik bir əsgər ordusuna Nat Turneri ələ keçirmək və asmaq üçün 2 ay lazım oldu. Həmin ağ adamlar həmin vaxt Çin ölkəsini zorlayırdılar, köməksiz olan Çin isə onlara inanırdı. Həmin əsl ağ “Xristian tacirlər” Çinə milyonlarla funt opium göndərirdi. 1839-cu ilə kimi Çində o qədər tiryək istifadəçisi var idi ki, Çin höküməəti əlacsız qalıb 20 min qutu tiryəki məhv etməli olmuşdu. İlk Tiryək müharibəsi ağ adam tərəfindən başladıldı. Təsəvvür edin! Narkotiklə zəhərlənmək istəməyən kiməsə müharibə elan etmək! Çinlilər müharibədə ağır itkilərlə məğlub oldular – özləri tərəfindən ixtira edilmiş barıtın köməyi ilə.   Şopenhauer, Kant, Nitsşe, təbii ki, mən onların hamısını oxumuşam. Mən onlara hörmət etmirəm; mən sadəcə olaraq bu illərdə ideyalarını özümə çəkdiyim bəzilərini yadımda saxlamağa çalışıram. Bu üç nəfər, deyilənə görə, Faşist və Nasist fəlsəfələrinin bünövrəsini qurublar. Mən onlara hörmət etmirəm, çünki məncə onlara vaxtlarının böyük hissəsini əslində heç bir əhəmiyyət kəsb etməyən mübahisələrə həsr ediblər. Onlara mənə qaradərili saxta intelelktualları xatırladırlar, hansılarla ki, mən ünsiyyətdə olmuşam və onlar da lazımsız şeylər barədə mübahisə edirdilər. Həbsxana debatlarında mən mübahisə edirdim ki, Kral Ceyms özü Şekspir ləğəbindən istifadə etmiş əsl şair olub. Kral Ceyms möhtəşəm idi. O, Britaniya taxtına əyləşmiş ən böyük kral olub. Kral ailəsi arasında başqa kimin Şeksprin yazdığı əsərləri yaratmağa çatacaq istedadı olub? İncili də poeziya cəhətdən “kökləyən” o olub və İncilin müasir Kral Ceyms versiyası dünyanı öz quluna çevirib.   “Gənclərin ardınca get”, o dedi. “Onları əldə etdikdən sonra yaşlılar özləri utanıb sənin ardınca gələcəklər.” Mən bu vaxta kimi təbii ki, artıq təşkilata qəbul olmuşdum. Mən Çikaqodan öz X-imi almışdım. Müsəlman üçün X onun heç vaxt öyrənə bilməyəcəyi əsl soyadının simvolu idi. Mənim üçün X ağ quldara məxsus olmuş Litl (Little) soyadını əvəzə etdi, o soyad ki, əcdadlarıma hansısa mavigözlü Little soyadlı iblis tərəfindən verilmişdi. X-in qəbulu o idi ki, mən həmişəlik “İslam Millətində” Malkolm İks kimi tanınacam. Cənab Mühəmməd deyirdi ki, biz adımızdakı İks-i Allah özü öz ağzı ilə bizə müqəddəs ad verənə kimi saxlayacayıq. “… mənim əziz qara bacı və qardaşlarım!” Və qara dedikdə biz ağ olmayan hər şeyi nəzərdə tuturuq bacı və qardaşlar! Çünki, öz dərinizə baxın! Ağ adamın gözündə biz hamımız qarayıq, lakin hər birimiz min bir müxtəlif rənglərdəyik. Ətrafa boylanın, bir-birinizə baxın! Ağ adamın çirkləndirdiyi qara rəngin hansı çalarını almısınız? Məni yaxşı görürsünüz, küçələrdə məni Detroid Red deyə çağırırdılar (Detroitli Qırmızı). Bəli! Bəli, o zorakı, qırmızı-baş iblis mənim babam olub! Bu qədər yaxın, bəli! Mənim anamın atası! Anam bu barədə danışmaq istəmirdi, onu təqsirləndirə bilərik? Deyir ki, heç vaxt ona baxmayıb! Buna görə mən çox şadam! Əgər bədənimi və dərimin rəngini çirkləndirən qanı damarlarımdan çıxarda bilsəydim, heç tərəddüd etməzdim! Çünki o zorakının içimdə olan hər damla qanına nifrət edirəm!   Demək olar ki, hər məbəddə ən azı bir subay bacı hansısa avaranın yanında söz salırdı ki, mənə həyat yoldaşı lazımdır. Mənim təcrübəm mənə deyirdi ki, qadınlar yalnız hiyləgər, yalançı və etibarsız olurlar. Qadınlar çox danışırdılar. Qadına çox danışma demək, Cessi Ceymsə (məşhur cani) özünlə tapanca gəzdirmə və ya toyuğa qaqqıldama demək kimi bir şey idi. Cessi Ceymsi tapancasız və ya toyuğu qaqqıldamayan təsəvvür edirsiniz? Mənim kimi liderlik pozisiyasında olan bir insan üçün pis qadın dünyada ən qorxulu şeylərdən biri idi. Cənab İlayca Muhəmməd bizə öyrədib ki, hündür kişinin bəstəboy qadınla evlənməsi, və ya bunun əksi düzgün deyil, bu qəribə və uyğunsuz görsənir. O, həmçinin bizə öyrədib ki, evlənmək üçün seçdiyiniz qadının ideal yaşı, kişinin yaşının yarısı üstəgəl 7 ildir. O, deyirdi ki, psixoloji olaraq qadınlar kişilərdən daha da irəllidədirlər. Cənab Muhəmməd izah edirdi ki, qadının ərinə hörmətlə yanaşmadığı heç bir nigah uğurlu sayıla bilinməz. Kişi isə hansısa cəhətdən qadından güclü olmalıdır ki, ona ərk edə bilsin və qadın öz ərində psixoloji sığınacaq tapa bilsin. Bütün bu Hollivud filmləri! Sanki bütün qadınlar istəyir ki, kişilər onları qucaqlarına götürüb pillələri qalxsınlar, bu qadınların çoxunun çəkisi kişilərinkindən çoxdur. Bu kino və televiziya aşiqi olan qadınların ucbatından məhv olmuş nigahların heç sayını da bilmirəm. Onların kişiləri işdən yorğun halda, ac qarnına gəlir, bu qadınlar isə əsəbi halda ərlərindən gül buketi, qucaqlanmaq və öpülməyi və Zoluşka kimi onlarla rəqs etməyi gözləyirlər.    Malkolm İks və İslam Millətinin üzvü olduqdan sonra adını dəyişmiş Məhəmməd Əli. Böyük şəhərdə iri bir təşkilat da tanınmamış qala bilər, ictimaiyyətin diqqətini ona cəlb edəcək bir hadisə baş verənə kimi. Harlemdə bir gecə bu cür bir hadisənin baş verəcəyini İslam Millətində heç kəs gözləmirdi. Bir neçə qaradərili arasında mübahisəni ayıran iki ağ polis işçisi yoldan keçənlərə dayanmamağı tapşırmışdılar. İki müsəlman qardaş: Conson Hinton və yeddinci məbəddən olan başqa bir qardaş yoldan keçəndə polisin bu tapşırığına əməl etməmişdilər. Conson qardaşa polis dəyənəyi ilə zərbə endirilmişdi. Onun başı açılmışdı və o polis maşını ilə yaxınlıqdakı bölməyə aparılmışdı. Digər müsəlman qardaş bizim restorana zəng edərək bu barədə bizə məlumat vermişdi. Yarım saat keçməmiş “İslam Meyvələri” təşkilatından 50 nəfər polis bölməsinin qarşısında xüsusi düzülüşdə durmuşdular. Bölmənin pəncərəsindən baxan polis işçiləri gördüklərinə inana bilmirdilər. Mən içəri girdim və qardaşımızı görməyi tələb etdim. Polislər bildirdilər ki, o, ordadır amma mən onu görə bilmərəm. Mən isə dedim ki, bizim onu görmədiyimiz və onun lazımi tibbi yardım almayacağı təqdirdə çöldə durmuş müsəlmanlar heç yerə tərpənməyəcəklər. Mən qardaşımız Hintonu gördükdə özümü çətinliklə ələ aldım. O, özündə deyildi. Onun başı, üzü və çiyinləri qan içində idi. Ümid edirəm ki, bir də heç vaxt bu cür polis zorakılığının şahidi olmaq mənə qismət olmayacaq. Mən növbədə duran leytenanta dedim, “Bu adam xəstəxanaya aparılmalıdır”. Onlar təcili yardım çağırdılar. Maşın gəlib onu aparanda, biz müsəlmanlar Harlemin ən izdihamlı hissəsi olan Lenoks prospekti üzrə 15 binanın arası ilə həmin maşının arxasınca addımladıq. Həmin vaxta kimi belə bir şey görməmiş zəncilər dükanlardan, restoranlardan və barlardan çıxıb bizə qoşularaq sıralarımızı artırırdılar.  Harlem xəstəxanasının qarşısnda duran Müsəlmanları böyük və qəzəbli kütlə dəstəkləyirdi. Artıq uzun müddət idi ki, Harlemin qara sakinləri polis şiddətindən bezmiş və təngə gəlmişdilər. Və bu günə kimi onlar bizim etdiyimiz kimi heç bir qaradərili təşkilatın buna etiraz etdiyini görməmişdilər. Yüksək rütbəli polis işçisi mənə yaxınlaşıb dedi, “Bu adamları burdan yığışdır!” Mən ona cavab verdim ki, bizim adamlar sakit durublar, son dərəcədə disiplinlidirlər və heç kəsə bir zərər yetirmirlər. O isə dedi ki, onların arxasında duran adamlar heç də disiplinli deyildirlər. Olduqca mədəni surətdə ona cavab qaytardım ki, həmin digərləri artıq onun problemidir. Həkimlər tərəfindən Hinton qardaşımıza lazımi tibbi qayğı göstərilməsi barədə ciddi vəd aldıqdan sonra mən müsəlmanlara əmr verdim və onlar ərazidən uzaqlaşmağa başladılar. Biz oranı tərk etməyə başladıqda digər qaraların kefi korlandı, lakin onlarda getdilər. Sonradan biz öyrəndik ki, Hinton qardaşın kəllə sümüyünə dəmir list yerləşdirilib. (Əməliyyatdan sonra İslam Birliyi ona polisi məhkəməyə verməsində yardımçı oldu; andlılar ona 70.000 dollar pul verilməsi barədə qərar çıxartdılar, bu, Nyu-York şəhər polisinin şiddətinə görə ödədiyi ən böyük məbləğ idi.)   Harlemdə — dünyanın ən izdihamlı qara qettosunda (eyni irq və ya millətdən olan insanların qapalı mühitdə yaşadığı yer), ilk dəfə idi ki, qaradərili kişi, qadın və uşaq küçələrdə həmin “qara müsəlmanlardan” danışırdılar.   “Cənab Malkolm İks, axı siz niyə qaraların üstünlüyünü və nifrəti təbliğ edirsiniz?” Hər dəfə bunu eşidəndə qarşımda qırmızı bayraq görürdüm, içimdə kimyəvi reaksiya baş verirdi. Biz müsəlmanlar “qəddar ağ adam” dedikdə həyatda nadir hallarda qarşılaşdığımız mücərrəd bir varlıq nəzərdə tuturduq. Ağ adamın qaradan ona nifrət edib-etməməsini soruşmağı zorakının öz qurbanından, qurdun quzudan “Sən mənə nifrət edirsənmi?” deyə soruşması kimidir. Ağ adamın başqa birini nifrət bəslədiyinə görə təqsirləndirməyə mənəvi haqqı çatmır! Əgər mənim bütün əcdadlarımı ilan çalıbsa və məni də ilan çalıbsa və öz övladlarıma özlərini ilanlardan qorumağa çağırıramsa, bir ilan məni nifrət yaymaqda təqsirləndirə bilərmi?    Allahdan başqa tanrı yoxdur. Malkolm İslam miləətinin yığıncaqlarından birində çıxış edərkən. “Cənab Malkolm İks” — həmin iblislər soruşardılar, “Sizin İslam Bəhrələri təşkilatı nə üçün dzüdo və karate təlimləri keçir?” Özünü müdafiə etmək üçün nəsə öyrənən qara adam surəti ağları vahiməyə salırdı. Mən onların suallarını özlərinə qaytarırdım: “Nə üçün karate, qara adamın onu öyrəndiyi halda, artıq qorxulu bir şeyə çevrilir? Bütün Amerika boyu boyskautlar, YMCA və hətta YWCA, CYP və PAL kimi birliklərin hamısı karate təlimləri keçir! Hər şey qaydasındadır, hər şey qəbuldur, o vaxta kimi ki, bunu qaralar öyrənir! Hətta qrammatika məktəblərində kiçik qızlara da özlərini müdafiə etmək öyrədilir.” “Təşkilatınızın neçə üzvü var, cənab Malkolm Eks?” Möhtərəm keşiş Çikenvinq deyir ki, cəmi bir neçə üzvünüz var.” “Sizə neçə nəfər Müsəlmanın olduğunu deyən adam bunu özü bilmir, bilən isə bunu heç vaxt sizə deməz.” Danışıqlarından qəzəb duyulan ağ müxbirlər bizləri “demaqoq” adlandırardılar və eyni sualları 2 və ya 3 dəfə eşitdikdən sonra mən onların bütün həmlələrinə hazır olardım. “Onda, gəlin qayıdaq qədim Yunanıstana, onda siz “demaqoq” sözü barəsində bilməli olduğunuz ilk şeyi öyrənəcəksiniz. Demoqoq əslində “insanların müəllimi” deməkdir. Və gəlin bəzi demaqoqları tədqiq edək. İsa Məsih çarmıxda öldü, çünki onun dövrünün kahinləri öz qanunlarını insan ruhundan üstün tuturdular. Bəs Qandi? Çörçilin “çirkli kiçik fakir” adlandırdığı, britaniya türməsində yemək yeməyə etiraz etmiş adam? Sonra 250 milyon insan, Asiya qitəsinin nəhəng hissəsi onun ardınca getdilər və onlar Britaniya şirinin quyruğunda düyün vurdular! Bəs inkvizistorlarının qarşısında durub yer fırlanır deyən Qaliley?” Müxbirlər demaqoq çağıra bilməyəcəyim “yaxşı” ağ adamları xatırtlatmaq üçün əllərindən gələni edirdilər. Hətta buna çalışan bir müxbirin səsinin batdığını heç vaxt unutmayacam. O məndən Amerikadakı qaralar üçün xoş bir iş görmüş ağ adam tanıyıb tanımadığımı soruşmuşdu. Mən dedim, “Bəli, iki nəfərin adını çəkə bilərəm – Hitler və Stalin”. Hitler ağ adamların üzərinə o qədər təzyiq salana qədər Amerikadakı qaralar zavodlarda normal iş tapa bilmirdilər. Sonra isə Stalin həmin təzyiqi sabit saxlamağa davam etdi.” Əslində tarixdə qarışıq, seyrəkləşmiş və zəifləşmiş etnik kimliyin ən faciəvi qurbanı ağ etnik qrup olan alman yəhudiləri olublar. Onlar Almaniyaya almanlardan da çox xeyir veriblər. Yəhudilər Almaniyanın Nobel mükafatlarının yarıdan çoxuna sahibdirlər. Almaniyada hər bir mədəniyyətə yəhudilər başçılıq edirdi; ən böyük qəzeti onlar nəşr edirdi. Yəhudilərin arasında böyük sənətkarlar, böyük şairlər, bəstəkarlar, səhnə rejissorları var idi. Lakin o yəhudilər böyük səhvə yolverdilər ki, bu da assimilyasiya, qaynayıb-qarışmaq oldu. Birinci Dünya Müharibəsindən Hitlerin yüksəlişinə qədər olan dövr ərzində alman yəhudiləri arasında millətlərarası nigahlara meyl edənlərin sayı artırdı. Bir çoxu adlarını dəyişdi, bir çoxu isə hətta yeni din seçdi. Onların öz yəhudi təriqəti, zəngin yəhudi etnik və mədəni irsi keyitdirildi və kökündən kəsildi və onlar özlərinin alman olduqlarını düşünməyə başladılar. Və bildikləri növbəti şey özünün emosional “Ari –ali irq” nəzəriyyəsi ilə pivəxanalardan yüksələn Hitler oldu. Onun əlinin altına qapazaltı kimi özünü zəiflətmiş, aldatmış “alman” yəhudilər keçdi. Ən müəmmalı şey isə parlaq zəkalarına və Almaniyada hər sahədə öndə getmələrinə baxmayaraq həmən yəhudilərin sanki hipnoz altına düşməsi və bir gün içində yox, məhz tədricən baş verən qətliam planına sakit baxmaları idi. Onların beyni elə yuyulmuşdu ki, hətta qaz otaqlarında onların çoxu boğula-boğula deyirdi, “bu ola bilməz!” Harlem küçə yürüşündən sonra şəhər mərkəzindən olan “rəhbərlərdən” biri mənimlə söhbət edərkən bizə bir avara, küçə adamı yaxınlaşdı. Məncə onu ilk dəfə idi görürdüm və o, mənə təxminən bunları dedi: “Hey, balaca! Eşitmişəm özümüzkülərnən söhbət qaynadırsan aşağıda… Əynimi qonşuya verib bir onluq tərlədəcəm ki, səni görə bilim… Çox dibinə girmişəm, amma bu aralar başımı qaşımağa vaxtım olmur. İndi gərək gedim nəsə atışdırım, sonra da xorulduyum.” Və o 7-ci prospektə doğru üz tutdu. Mən özüm bu barədə heç fikirləşməzdim, amma mərkəzdən olan “rəhbər” durub gözlərini ondan çəkmirdi. Ona elə baxırdı ki, elə bilki indicə eşitdiyi sanskrit dilində idi. Məndən nə deyildiyini soruşdu və mən cavab verdim. O deyirdi ki, xəbəri var ki, müsəlmanların rəqs mərkəzi olan Rokland Palas deyilən yerdə yalnız qaralar üçün nəzərdə tutulmuş bazar olacaq. O bazarda iştirak etmək və müştəri olmaq üçün kostyum dəstini 10 dollara satmaq istəyirdi. Onun pulu az idi, lakin nəsə qazanmaq üçün çox çalışırdı. O yemək yeməyə getdi, sonra isə yatacaqdı. Demək istədiyim odur ki, “rəhbər” kimi mən Harvard və Taskiqidə ABC, CBS və ya NBC mikrofonlarına danışa bilərdim. Və özüm bir vaxtlar quldur olduğuma görə, mən bütün ağlardan yaxşı bilirdim ki, və demək olar ki, bütün qara “liderlərdən” yaxşı bilirdim ki, Amerikada ən təhlükəli qara adam əslində küçə avaraları idi.    Martin L. Kinq və Malkolm İks Məni öldürdükləri halda “İslam Millətində” qəhrəmana çevriləcəklərini düşünən keçmiş qardaşlarımdan gələn təhlükəni nəzərə almadan çox az yerə gedirdim. Mən bilirdim Elayca Mühəmmədin ardıcılları necə düşünür: onların çoxuna düşünməyi mən öyrətmişdim. Bilirdim ki, Allahın ondan bunu istəməsini fikirləşən müsəlman qədər tez səni heç kəs öldürə bilməz. Keçmişdə bütün ağ adamları kütləvi şəkildə günahlandırırdım. Mən bir də bu günahı işlətməyəcəm. Mən bilirəm ki, bəzi ağ adamlar həqiqətən səmimidirlər, onlar qara adam ilə qardaşlıq etməyə qadirdirlər. Əsl islam mənə göstərdi ki, bütün ağ adamları səbəbsiz təqsirləndirmək, ağ adamların bütün qara adamları səbəbsiz təqsirləndirməkləri kimi yanlış addımdır. “Bəli, mən əminəm ki, bəzi ağlar bu ölkəni məhvə aparan təhlükəli irqçiliyə qarşı dərman axtarırlar!” Niyə Amerikada irqçilik toxumları ağ adamlarda kütləvi şəkildə kök salıb, onların digərləri ilə müqaisədə daha da ali irqin nümayəndəsi olması elə dərin kök salıb ki, bu milli ağ altşüurun tərkib hissəsinə çevrilib. Bir çox ağdərililər heç özlərinin irqçi olmasından xəbərdar deyillər, yalnız onları sınaqdan keçirdikdən sonra onların irqçiliyi müəyyən formada üzə çıxır. Məncə şiddətə məruz qaldıqca bu şiddəti qəbul etməyə davam edib özünü müdafiə etmək üçün heç bir tədbir görməmək cinayətdir. Əgər Xristianlıq dini və Qandi fəlsəfəsi bunun əksini öyrədirsə, mən onları cani fəlsəfəsi adlandırıram. Mən etdiyim bütün nitqlərimdə ağ adamlara qarşı tutduğum yeni mövqeyi izah etməyə çalışırdım. Mən dərk etmişəm ki, ağ adamların hamısı pis deyil. Mən irqçi ağ adamlara qarşı çıxış edirəm və mübarizə aparıram. Mən əminəm ki, qaraların bu irqçilərlə mübarizə aparmağa haqqı var, lazım olan bütün vasitələrlə. İrqçi olan Amerikanın ağ adamı deyil, irqçi olan ağ adamı avtomatik olaraq irqçi psixologiya ilə qidalandıran Amerikanın siyasi, iqtisadi və sosial amosferidir. Məqsəd həmişə eyni olub, yalnız ona olan yanaşmalar fərqlidir: mənim və Doktor Martin Lüter Kinqin qeyri-zorakı yürüşləri kimi. Və ölkənin bugünki irqçi iqlimində, hansı yanaşmanın fəlakətə uğramasını ehtimal etmək olar: Doktor Kinqin “qeyri-zorakı”, yoxsa mənim guya ki, “zorakı” yanaşmam.   Mən heç vaxt qocalacağımı düşünməmişəm. Hətta müsəlman olmazdan öncə belə qetto cəngəlliklərində oğru olduğum vaxtlar da, türmədə cinayətkar olanda da, həmişdə ağlımdan çıxmırdı ki, öləndə zorakılığın qurbanı olacam. Bu bizim ailədə nəsildən nəsilə keçir. Atam və onun qardaşları qəddar şəkildə öldürülübər – atam inancları uğrunda ölmüşdü. Mənim də onun inanclarını bölüşdüyümü nəzərə alsaq, bunun üzərinə mənim temperamentimi gəlsək və özümü yüz faiz inandığım şeylərə həsr etdiyimi düşünsək, bütün bu inqridientlərin təkcə ¾ hissəsi mənim öz əcəlimlə ölməyimi mümkünsüz edir. Getdiyim hər yerdə qaradərili adamlar hər addımımı izləyir, məni öldürmək fürsəti axtarırlar. Mən dəfələrlə açıq şəkildə onların əmr aldıqlarından xəbərdar olduğumu bildirmişəm. Dediklərimə inanmayanlar İslam Millətindəki müsəlmanları tanımır. Amma kimisə ovlayanlar bilməlidirlər ki, cəngəllik ovçunu şikara çevirənlərlə doludur. Mən də bilirəm ki, hansısa ağ irqçi tərəfindən qətlə yetirilə bilərəm. Və ya ağ adamın muzdladığı qara tərəfindən öldürülə bilərəm. Bu hətta beyni yuyulmuş bir qara ola bilər, ağ adam haqqında danışdıqlarıma görə mən öldürməklə ağ adama bir xeyir iş görəcəyi düşüncəsi ilə həyatıma qəsd edər. Hər halda mən hər günümü artıq ölmüş bir adam kimi yaşayıram. Mən inanmıram ki, bu kitabı hazır vəziyyətdə oxuyacaq qədər uzun yaşayım. Mən sadəcə sizin bu məsələdə haqlı olduğumu görməyinizi istəyirəm: ağ adam məni hamıya nifrət anlayışı ilə tanıtdıracaq. Bəli, mən öz demaqoq rolumu bəyənirəm. Mən bilirəm ki, cəmiyyətlər həmişə o cəmiyyətləri dəyişməyə səy göstərən insanları qətlə yetirib. Və əgər mən Amerikanının bədənindəki bədxassəli irqçi xərçəngi məhv etməyə kömək edəcək həqiqəti ifşa etmək uğrunda öləcəmsə, bu Allahın işidir. Bütün səhvlər isə mənə aiddir.  1965 ­- Malcolm X (1925 — 1965). 1996 — Dünyada yaxşı bir iş görmək istəyən hamı, dəyişiklik etmək istəyən hər kəs cinayət qurbanı olur, onlar öz əcəlləri ilə ölmür, zorakılıqla ölürlər"  Tupak Amaru Şakur (16 iyun 1971 — 13 sentyabr 1996) İngilis dilindən tərcümə: Türkel Əfəndiyev 
['Malcolm X', 'Malkolm İks', 'Nation of Islam', 'İslam', 'müsəlman', 'Amerika tarixi', 'ABŞ', 'tarix', 'insan hüquqları']
1,004
https://kayzen.az/blog/azerbaycan/19004/sehrli-siml%C9%99r-az%C9%99rbaycan-tar%C4%B1.html
Sehrli simlər - Azərbaycan tarı
Apollon
Azərbaycan
15 iyun 2016, 22:24
Oxu, tar, oxu tar!… Səsindən ən lətif şeirlər dinləyim, Oxu tar, bir qadar, Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar! Səni kim unudar? Mikayıl Müşfiqin bu sətirləri Azərbaycan xalqının mədəniyyətində əvəzsiz yeri olan ecazkar musiqi aləti – tara ithaf olunur. Sanki ilahidən gələn sehrli səsdi bu… Dünya musiqisinin incisi hesab olunan muğamımızın şah damarı, sehrli olan tar səsi. Dahi bəstəkar Üzeyir Hacıbəyli tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazır: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı aləti hesab olunur. “Tar” sözünün farsca lüğəti mənası tel, sap deməkdir. Başqa musiqi alətləri kimi, təbiidir ki, müasir tar da özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranıb və əsrlər boyu formalaşıb. Bu alətin adı ilk dəfə XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində çəkilib. İlk tar 5 simdən ibarət olub və dizdə ifa olunub. Musiqiçilərin sözlərinə görə, ilk tarın səsi zəif, texniki imkanları məhdud olub. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli tarzəni Mirzə Sadıq Əsəd oğlu — Sadıqcan tarı təkmilləşdirərək, onu virtuoz musiqi alətlərinin səviyyəsinə çatdırıb. Nəticədə ümumi konstruksiya dəyişib və simlərin sayı 11-ə çatıb. Amma dəyişən tək bu olmayıb, həmin dövrdən alətin çəkisi azaldılıb və tarzənlər tarı diz ustə deyil, artıq sinədə tutmağa başlayıblar. Bu da tarın texniki imkanlarını daha da genişləndirib. Musiqi tarixinə istinad edərək bildirmək olar ki, Sadıqcanın tarda işlətdiyi barmaqları, vurduğu alt-üst mizrabları hələ indiyə qədər heç kəs təkrar edə bilməyib. Dü tar, se tar, çahar tar, pənc tar və şeş tar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başlayıb. Belə ki, 1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yeri tutub. Əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırır. Tar aləti hər zaman ifaçıların maraq dairəsində olub və olmaqdadır. Tar bu ün müxtəlif yaş kateqoriyalı ifaçıları öz ətrafına toplayıb. Uzun illərdir tarı sinəsinə alan və bu aləti həyatının musiqi aləti hesab edən xalq artistiMöhlət Müslümovhesab edir ki, Azərbaycan tarı bütün digər ölkə tarlarından tembir, çalğı üslubu, texniki imkanlar baxımından seçilir və üstündür: “Bu gün dünyanın ən böyük salonlarında bizim tarımız istər muğamlarda, istər ansambllarda yer tutur. Azərbaycan tarı bu günə qədər gəldiyi yolda çox keşməkeşli yol keçdi. Və bu gün dünyanın ən gözəl alətinə çevrildi və son illər YUNESKO-nun Azərbaycan tarını şah alət elan etməsi onu sübut etdi ki, tar Azərbaycana məxsusdur, tar Azərbaycanındır”. Artıq bütün dünyaya bəyandır ki, Azərbaycan tarı tembrinə görə fərqlidir. Möhlət Müslümov deyir ki, dünyada oxşar tembrlər var, amma məhz bu tembir tək bizim tarımıza məxsusdur: “100 alət olur simfonik orkestrin tərkibində, amma tarın səsi, onun tembri o dəqiqə seçilir. Biz bunu dəfələrlə görmüşük və eşitmişik, özümüz dəfələrlə sübut etmişik. Tar çox qüdrətlidir. Dünyaya meydan oxuyan böyük orkestrlər var, o orkestrlərdə olan musiqi alətlərinin arasında bizim tarımız öz tembri ilə seçilir, öz sözünü deyib, buna görə də biz həmişə Üzeyir Hacıbəyova, Sadıqcana rəhmət oxuyuruq. Tarı elə bir səviyyəyə gətirib çıxardılar ki, Avropa not sistemi ilə eyni səviyyədə dayandı. 22 pərdə, 2 oktava yarım, bəzən 3 oktava da olur. Hər bir qəliz əsəri tarda çalmaq olur. Tarın özəlliyi bundadır”. Qəhrəmanlıq, mübarizlik, kövrəklik ruhunu özündə birləşdirən Azərbaycan tarı bütün dünya xalqlarının sevilən alətinə çevrilib. Dövrümüzdə istər bu alətdə ifa etmək bacarığı olan, istərsə də musiqi alətində ifa etməyi bacarmayan hər bir azərbaycanlı tara olan sevgisini bəyan edir. Bu gün qürbətdə yaşayan bir çox həmyerlilərimizin evində tar alətinə rast gəlmək olur. O da sirr deyil ki, ermənilər Azərbaycan tarını da mənimsəmək üçün əllərindən gələni edirlər. Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edildikdən sonra, tarın məhz bizə məxsusluğu bir daha dünyaya bəyan edilib. Azərbaycan tarı milli-musiqi mədəniyyətimizin, Azərbaycan musiqisinin rəmzi hesab olunur. Azərbaycanda hər zaman tar aləti musiqinin simvolu kimi qəbul olunub və 2012-ci ildə YUNESKO-nun təmsiledici siyahısına daxil edildikdən sonra tar sənəti, tar ifaçılığı artıq Azərbaycanın milli brendinə çevrilib. Bütün dünyada Azərbaycan tarı deyiləndə insanların xatirində milli mədəniyyətimiz canlanır. Sənətşünaslıq namizədi Sənubər Bağırova bildirib ki, çox qədim tarixi olan tarın bir xeyli prototipləri, əcdadları olub: “Orta əsr Azərbaycan və Yaxın Şərq musiqi mədəniyyətində belə alətlər professional səviyyədə çox geniş yayılmışdılar. Dü-tar, se-tar, cahar-tar, şeş-tar, penc-tar. Bunların hər biri indiki tarın əcdadları kimi qiymətləndirilə bilər. Hətta bəzi alətlər var ki, dü-tar və se-tar hələ də təcrübədədir. Dü-tar bu gün də Türkmənistanda geniş istifadə olunan musiqi alətidir. Se-tar da İranda çox geniş yayılan bir musiqi alətidir. Azərbaycanda da bu alətlər orta əsrlərdə XVIII əsrin sonuna qədər yayılmış idi. Tar özü XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən artıq təcrübədə get-gedə aparıcı yol oynamağa başlayır”. Azərbaycanda muğam və məqam sistemi tarın pərdə sisteminə bağlıdır. Azərbaycan tarı universal bir musiqi aləti hesab olunur, çünki Azərbaycan musiqisində olan istənilən janrı bu alət də ifa etmək mümkündür. İlk dəfə tar Üzeyir bəy Hacıbəyli tərəfindən simfonik alətlərin arasında “Leyli və Məcnun” operasının partiturasında istifadə olunub və get-gedə simfonik orkestrin nəzdində daha geniş yer almağa başlayıb. XX əsrin 50-ci illərində ilk dəfə olaraq “Tar və simfonik orkestr üçün konsert” yazılıb. Elə həmin vaxtlarda tar ilk dəfə solo ifaçılıq formasında təqdim olunub. O zamandan bu günə kimi tar iki yolla tədris olunur – həm müşayiətçi alət olaraq, həm də ki solo ifaçılıq kimi. S.Bağırova bildirib ki, 2012-ci ildə tar — YUNESKO-nun təmsiledici siyahısına salınması üçün təqdim olunmuşdu. O zaman tar haqqında yetəri məlumatlar hazırlamaq lazım idi: “Tarın tarixindən, Azərbaycan musiqisindəki əhəmiyyətindən, tarın milli icma tərəfindən tara münasibəti, tarı dəstəkləmə səviyyəsi, təkcə professional mühitdə deyil, tarın daşıyıcıları, bu ənənənin nə qədər daşıyıcıları var. Burada bir çox suallar var idi ki, onlara cavab vermək lazım idi. Filmdə hazırlamaq lazım idi. Bütün bu sənədlər və elmi məlumatlar əsasında tar YUNESKO-ya salındı. O zamanlar bununla bağlı, bir çox problemlər ortaya çıxdı. İran nümayəndəliyi iddia elədi ki, tar İran alətidir. Biz də sübut elədik ki, biz Azərbaycan alətindən danışırıq. Azərbaycan tarı İran tarından çox fərqlidir. Onun fərqliliyi təkcə quruluşunda deyil, həm də ölkə mədəniyyətində olan əhəmiyyəti vacibdir. Tarın Azərbaycan mədəniyyəti üçün əhəmiyyəti daha vacib və genişdir, nəinki İran tarı İran musiqi mədəniyyəti, İran musiqisi üçün. Azərbaycanda muğamla tar bir tandemdir”. Quruluş və forma etibarı ilə başqa simli musiqi alətlərindən fərqli olan tar, üç — çanaq, qol və kəllədən hissədən ibarətdir. Ümumi uzunluğu 850 mm, çanağının hündürlüyü 165 mm, eni 185 mm-dir.Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simləri var. Sümük və ya ebonitdən hazırlanmış kiçik mizrabla səsləndirilir. 40 ildən çoxdur ki, tar ustası kimi fəaliyyət göstərənMusa Yaqubovbildirir ki, bu alətin çanaq hissəsi üçün ən yaxşı material tut ağacıdır. Bu ağac qarağac da ola bilər. Tar alətinin qol və kəllə hissəsi isə qoz ağacından hazırlanır. Musa müəllim bildirib ki, tarın çanaq hissəsi üçün ağac tən ortadan bölünür: “Əvvəlcə kubik formasında olur. Özək hökmən çıxmalıdır. Özək qalsa, çatlaya bilər. Sonra kubikin içi bu formada çıxarılır. Sonra çöl hissəsi yonulur. Yonulduqdan sonra nə qədər çox qalsa, bir o qədər yaxşıdır. Azı 1-2 il qalmalıdır. Tarixini yazıram üstünə, qalır quruyur. Çanaq tarın əsas səs verən hissəsidir. Tarın baş hissəsi qoz ağacından olmalıdır ki, qoz ağacı möhkəmdir və kök saxlamaq üçün daha yaxşı seçimdir. Əslən Qarabağın Füzuli rayonundan olduğunu deyən usta, elə ən yaxşı ağacın da Qarabağ ağacı olduğunu bildirir. Ağac öncə kərki ilə, sonra xüsusi dəzgah, sonda isə xüsusi oyma aləti vasitəsilə oyulduqdan sonra qurumaq üçün günəş işığı düşməyən yerə qoyulur. Mütləqdir ki, üzərinə gün işığı düşməsin yoxsa ağac çat verə bilər. Zaman keçdikcə rəngdə dəyişiklik olur. Usta sonrakı prosesdə çoxdan düzəldilmiş çanaqla qol hissəsini və kəlləsini yapışqan vasitəsi ilə yapışdırır və qurumağa qoyur. Tarda 9 aşıq olur, onlardan 6-sı böyük 3-ü balaca aşıqdır. 1 neçə il müddətində quruyan alətin tam hazır olma prosesi 1 aya yaxın zaman alır. Tarın çanaq hissəsində olan pərdə inək ürəyinin pərdəsidir. 1 tarın hazırlanmasında 2 ürək pərdəsindən istifadə olunur. Zamanın əsas hissəsi ağacın qurumasına sərf olunur. Sonra qol hissələri bağlanılır. Daha sonrakı prosesdə musiqi alətinin çanaq hissəsinə dəri çəkilir. Dəri xüsusi yapışqanla yapışdırılır. Tarın düzəlməsində sonuncu mərhələ isə simlərin taxılması və düzəldilmiş musiqi alətinin köklənməsi prosesidir. Tarı ifa etmək üçün istifadə olunan mizrab ebonint adlanan materialdan hazırlanır. Tar ifaçıları hesab edir ki, bu alətin mükəmməl ifaçısı olmaq üçün dayanmadan çalışmaq lazımdır. Azərbaycanın görkəmli tarzəni Hacı Məmmədovun da bu alətin texniki imkanlarının genişlənməsində əvəzsiz xidmətləri olub. O eləcə də, tarda öz sözünü deməyi bacaran tarzənlərdən idi. Bu günümüzdə məşhur tarzənlər məhz Hacı Məmmədovu öz ustadları hesab edir. Hacı Məmmədovdan dərs alan tarzənlərin bildirdiyinə görə, mərhum sənətkar gününün əsas hissəsini tarda ifaya həsr edirmiş. Evinin kandarından tar sədalarının gəlməməsi isə artıq ustadın evdə olmamasından xəbər verirdi. Əməkdar artist Malik Mansurovtar aləti onun üçün həyat tərzi, təlimi, tərbiyəsi, əxlaqıdır: “Hər yerdə tar mənimlədir. Bəzən ağsaqqallarla etmədiyim məsləhəti məhz tarla etmişəm. Çox nadir hallarda mən tarımı satmışam. Elə məqamlar olub ki, məcbur olmuşam, amma mənə yararsız tarı satmışam. Bu tarları satmaram heç zaman, dostu satmazlar axı”. Malik Mansurov bildirir ki, bu alət insan əməyinin şedevr əsərlərindən biridir: “Olub ki, götürmüşəm tarı və demişəm ki, bəlkə onun burasını belə eləyim, taxtadır da. Hamı 9 aşıqla çalır bu aləti, 15 il bundan əvvəl beynimə düşdü, gənc idim yenilik etmək istəyirdim, hər simə bir aşıq taxmaq qərarına gəldim. Həmin gündən bu günə qədər tar burnunda danışır. Tarın səsi açılmır, xoşu gəlmədi ki, mən ona müdaxilə elədim. Kamança da belədir. Elə bil 2 min, 3 min il əvvəl dədə-babalar necə qoyubsa, elə də getməlidir, yazılmamış qanundur”. Tar ifaçıları Sadıqcana tarı diz üstdən sinəyə qaldırdığı, ürəyə daha da yaxın etdiyi üçün hər zaman təşəkkür edirlər. Zaman-zaman Qurban Pirim­ov, Hacı Məmmədov, Əhsən Dadaşov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Kamil Əhmədov kimi görkəmli sənətkarlar bu alətin nəyə qadir olduğunu göstəriblər. Bu gün adları sadalanan bu tarzənlərin bir çoxunun tarı muzeylərdə eksponat olaraq saxlanılır. Tar elə bir alətdir ki, onunla dostluq əbədidir. Bu alətdə ifanı arzulayan hər kəs bir ömür boyu bu alətdə çalmaqdan zövq alır. Bəlkə də məhz bu səbəbdəndir ki, dövrümüzdə gənc tarzənlərin bir çoxu bu sənətin sehrinə atalarının, babalarının ifası ilə düşüblər.  Tar — Azərbaycanın milli musiqi mədəniyyətinin inkişafında müstəsna yer tutur. Tar — bütün dünya ictimaiyyətini Azərbaycan musiqi səsinin sehrinə salmağı bacarıb. Tar — bizim milli kökümüz, kimliyimiz, xalqın səsini dünyaya çatdıran bir musiqi aləti olaraq hər zaman var olacaq! Ülkər Qasımova, APA TV
['musiqi alətləri', 'tar', 'musiqi aləti', 'Azərbaycan musiqisi', 'milli musiqi aləti']
1,005
https://kayzen.az/blog/azerbaycan/18695/toy-v%C9%99-bayram-m%C9%99rasiml%C9%99ri.html
Bakının toy və bayram mərasimləri
Azərbaycan
Azərbaycan
12 iyun 2016, 22:58
Bakının öz toy və bayram ənənələri vardı. Oğlan evləndirmək və qız ərə verməyin çox dolamanc yolları qədim zamandan məlumdur. Əvvəla qızı oğlan özü seçməzdi. Bu iş adətən, ananın, bacının, bibinin və xalanın üstünə düşərdi. Hətta oğlan özü qız seçmək istəsə də, bu mümkün deyildi. Çünki küçə və bazarda rastlarına çıxan qızlar üzlərini həmişə çadra ilə gizlədərdilər. Qız seçməkdə oğlan evinin köməyinə hamamlar çatırdı. Hamamda qız seçmək adət şəklini almışdı. Burada qızın boynuna, buxununa, əndamına, ayaqlarına, saçlarına yaxından tamaşa edərdilər. Bəzən xoşlarına gələn qızları başlarına su tökmək bəhanəsilə yanlarına çağıranda onların cəldliyini də yoxlardılar. Qız oğlan anasının xoşuna gələndən sonra qızı, ailəsini, əcdadını hər tərəfli öyrənərdilər. Bu məqsədlə yengə tutardılar. Yengə soraqlaşa-soraqlaşa qız evini axtarıb, tapır, qonum-qonşudan onların əsil-nəcabətini, varlı olub-olmadıqlarını ətraflı öyrənərdi. Yengələrin baş soxmadığı yer qalmazdı. Tanımadığı həyətlərə girib bir stəkan su içmək bəhanəsilə ev sahibini səslərdi. Ev sahibəsi suyu qızı ilə göndərirdisə yengənin kefi durulardı. Qızı diqqətlə süzərdi başdan ayağa. Gözlərini elə zillərdi ki, qız utandığından başını aşağı dikib durardı. Bu zaman su içmək yengənin yadından tamam çıxardı. Nigaran qalan qız anası yuxarı mərtəbədən səslərdi: -Nə oldu, ay qız? -Ana, hələ içməyib. Bəzi hallarda qız anasının ürəyinə rəhm düşər, yengəni yuxarı çağırıb, ona çay təklif edərdi. Bu zaman yengənin baxtı alçı durardı. Qızın əsil-nəcabətini cikli- bikli öyrənərdi. Şad xəbərlə oğlan evinə qayıdan yengə başlardı qızı, onun əsil-nəcabətini tərifləməyə. Yaxşı qız tapdığı üçün oğlan anasından xələt alardı. Bundan sonra oğlan evi qız qapısına «həri» almağa gedərdi. Əvvəlcə arvadlar gedərdi. Onlardan sonra kişilər, «həri» cavabı alandan sonra nişan gedər, qızın barmağına üzük keçirərdilər. Qız uzun müddət nişanlı qalardısa, oğlan evi borclu idi ki hər bayramda, baharda və payızda qız evinə hədiyyələr göndərsin. Novruz bayramında noğul, nabat, şəkərbura, paxlava, şəkər çörəyi, qoz və fındıq ləpəsi, kişmiş və boyanmış yumurtaları üstü rəngli örtüklərlə örtülü padnoslara doldurub, bəzən on-onbeş xonça düzəldib göndərərdilər. Qurban bayramında bayramlıq üçün boynuna qırmızı lent bağlanmış qoyun gedərdi. Bağ vaxtı padnoslara hər cür meyvə: armud, şaftalı, ərik, gilas, üzüm doldurub, qız evinə göndərilərdi. Belə hədiyyələrə vəzəurd deyərdilər.   Bakılıların ən çox sevdikləri və müqəddəs saydıqları bayramlardan biri də Orucluq bayramıdır. Orucluq Ramazan ayında başlayır və bütün müsəlmanlar da bir ay oruc saxladıqdan sonra bayram edirlər. Onlar səhər obaşdandan ta axşam şər qarışanadək heç bir şey yemir, içmir, papiros çəkmirlər. Ancaq axşam azanından sonra iftar  açırlar. Ramazan ayı müsəlmanlar içərisində təmizlik, mehribanlıq, halallıq, səmimiyyət, istiqanlılıq ayı kimi məşhurdur. Ramazan ayında ağzı oruclu yalan danışsa, oruc batil olur. Oruc tutmaq həddi-büluğa çatmış yeniyetmədən başlayaraq, hamıya vacibdir. Ramazan ayında fağır-füqəraya kömək əli uzatmaq böyük səvab hesab edilir. Orucluq bayramında da oğlan evindən qız evinə bayram sovqatı göndərilərdi. Sovqat əsasən bayram plovundan və şor qoğalından ibarət olurdu.   Toy mərasimi yaxınlaşdıqda ona böyük hazırlıq görülərdi. Əvvəlcə qız adamı toy eləyərdi. Buna görə həyət-baca süpürülüb təmizlənər, qapı-baca əhənglə ağappaq ağardılardı. Bundan sonra yengə qapı-qapı düşüb, lazım bildikləri arvad və qızları toya çağırardı. Arvad toyu çox dəbdəbəli keçərdi. Çağırılmış bütün arvad və qızlar ən bahalı zərbaftalı donlarını geyinər, kirşanla üzlərini ağardar, gözlərinə sürmə çəkərdilər. Evdə nə qədər qızıl bəzəkləri vardısa, taxıb gələrdilər. Növrəstə qızlar birçək qoyardılar. Çal-çalğı başlardı. Arvad və cavan qızlar bir-birini əvəz edir, toyxananın ortasına çıxıb, süzə-süzə rəqs edərdilər. Oynayanların başına şabaş yağardı. Nişanlı qızlar oynayarkən, ya-xın adamları onların başına pulu su kimi səpərdilər. Verilən şabaşları yengə əyilərək yığar və çalanlara verərdi. Toya çağırılanlara xüsusi hazırlanmış şirniyyat verilərdi. Beləliklə hava qaralanadək dünbək, qaval və qarmon səsləri bütün məhəlləyə yayılardı.   Qız evindən sonra oğlan evi toya hazırlaşardı. Şəhərdə böyük salonu olan evlərdən bihndə toyxana düzələrdi. Bəzən toyxanalar çox zaman küçədə, evin qapısında düzəlmiş çadırda keçirilərdi. Bu zaman toyxananın divarları və skamyaların üstü, toyxananın içərisi müxtəlif xalılarla bəzənərdi. Toyun başlanmasını qoşa qara zurna ilə xəbər verərdilər. Camaat toplaşandan sonra toy başlardı. Bəzi toylarda bir neçə dəstə musiqiçilər olurdu. Dərvişlə keçirilən toylar da vardı. Dərviş toyxananın enini-uzununu ölçə-ölçə qəribə rəvayətlər danışar və oxuyardı. Toyxanalarda birqayda olaraq, mütrüblərolurdu. Bunlar yeniyetmə gözəl oğlanlardı. Onlar saçlarını qız saçları kimi uzadır, çətir qoyur və dar şalvar geyirdilər. Bəzi toylarda isə onları rus qızları əvəz edərdi. Bunlar əlbəttə toyxanaya çoxlu adam cəlb etmək məqsədi güdürdü. Toydakılar arabir mütrübləri yanlarına çağırtdırıb, oturdar, onunla şirin-şirin danışardılar. Çağıran adam mütrübün cibinə pul qoyardı. Mütrübləri tez-tez oynadar və bir-birinin acığına pulları onların başına səpələrdilər. Bakı kəndlərində keçirilən toylarda Lotu Cabbar tez-tez çıxış edərdi. Camaatı məzəli danışıqları və komik hərəkətləri ilə güldürərdi. Kənd yerində toylar adətən yay aylarında və payızın əvvəllərində keçirilərdi. Məclisdə əyləşən cavanlar üçün evlərindən və nişanlılarından xonçalar gələrdi. Üstü püstə ilə dolu budaqlar, albalı budaqları, ərik, şaftalı və başqa nübar meyvələr bir-birinin dalınca cavanlara çatdırılardı. Onlar da bu meyvələri mütrüb vasitəsilə məclisin müxtəlif yerlərində oturan dostlarına göndərərdilər. Məclisdə şuluqluq salmağa cəhd edənlər də olurdu. Ancaq bu zaman toyun sərpayısı onun qarşısını dərhal alırdı. Buna görə toya sərpayı həmişə kəndin hörmətli adamlarından təyin olunardı.   Toya çağırılmış adamlar toyxanaya girməmişdən  əvvəl toyxananın böyründə ayrılmış məxsusi otağa daxil olar, burada pul salandan sonra xörək yeyib, toyxanaya keçərdilər. Həmin otaqda pul yığan adam, pul salanların adlarını və nə qədər saldıqlarını qabağındakı uzun siyahıya qeyd edərdi. Toy bir neçə gün və bəzən bir həftə uzanardı. Toy qurtarıb, camaat dağılışandan sonra bəyin yaxın adamları yığışıb meyxana deyərdilər. Dövrə vurub oturmuş adamlardan iki nəfər ortada oturub, meyxanaya başlardı. Meyxana deyənlər adətən bədahətən şeir deyən şair təbiətli adamlardı. Bəhsə girişir, bir- birlərini və habelə ayrı-ayrı adamların eyiblərini tənqid edərdilər. Onların deyişmələrində satira ilə yumor bir-birinə qarışardı. Şerlərin nəqəratını dövrə vurub oturmuş adamlar təkrar edərdilər. Meyxana bəzi hallarda dünbəklə də müşayiət olunardı. Bəzən toyxanaların axırında qumar oynamaq da adət şəklini almışdı. Ta səhərədək oturardılar.   Hər iki ev, yəni oğlan evi ilə qız evi toyları qurtarandan sonra qız evinə gəlini gətirmək üçün gedərdilər. Gecə məşəl işığında musiqi çala-çala faytonlar bir-birinin dalınca düzülərdi. Oğlan evindən gəlmiş yeniyetmə bir oğlan gəlinin belini qırmızı lentlə bağlardı. Sonra qızın atası öz övladına xeyir-dua verib, oğlan evinə yola salardı. Bu zaman qız evindən gizlincə bir şey oğurlamaq oğlan evi adamları arasına dəb düşmüşdü. Ancaq bunu elə etməli idilər ki, qız evindən heç kəs görməsin. Gəlinin dalınca bəy oğlan özü də getməli idi. Faytonlar yenə məşəl yandıraraq, musiqi ilə geri döndükləri zaman yollarını şəhərin gur küçələrindən salardılar ki, bütün camaat görsün. Bu mərasimdə meydan qızışdıran qız evindən yengə, oğlan evindən xəlfə olardı. Yengə-nin işi zifaf geçəsindən ta ertəsi gün sübhədək davam edərdi. O da sübhün gözünü oğlanın evində açardı. Sübh tezdən qız evinə xəbər aparardı ki, hər şey öz qaydasınca olmuşdur. O dəqiqə qız evindən gəlin üçün quymaq bişirib göndərərdilər. Bəzən elə olurdu ki, bəy oğlan ancaq zifaf gecəsi qızın üzünü görərdi. İşdir, qız oğlanın ürəyinçə olmasaydı, bu onun üçün ömürlük bir dərd olaraq qalırdı.   Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR  Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7  
['toy adətləri', 'toy adəti', 'adət-ənənələr', 'adətlər', 'Bakının tarixi']
1,006
https://kayzen.az/blog/psixologiya/19032/u%C5%9Faq-r%C9%99sml%C9%99ri-n%C9%99-deyir.html
Uşaq rəsmləri nə deyir?
Apollon
Psixologiya
12 iyun 2016, 18:00
Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən yoxsa ananı?”) ailəsinə münasibətini öyrənməyə çalışırıq. Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqqında məlumat almaqda yardımçı olaq. Bunun üçün biz uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik. Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə ( hansısa ailə üzvün və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamət verməməliyik. Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona olan yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək. Kimləsə müqayisə olunan uşaqlar həmişə böyük baş çəkirlər. Məktəb fobiyası olan uşaqlar şəkillərdə ailə fərdlərini, ev və evdə xoşbəxt uşaq şəkillərini daha çox çəkməyə meyl edirlər. Məktəb, şagird rəsmi çəkməkdən isə imtina edirlər. Öz güvən əksikliyi olan uşaqlar kağızın hamısını istifadə etmir, şəkillər yarımçıq (qurşaqdan aşağı çəkilmir)olur. Bəzən onlar kiçik fiqurlar çəkir və kağızın bir hissəsini istifadə edirlər. İnsan fiqurlarında əl və ayaqların çəkilməmiş olması etibarsızlığı və ətrafa uyğunlaşmada yaşanan çətinliyi, ünsiyyət əksikliyini, paylaşma azlığını, özündən başqa insanlarla birlikdə olmamağı, eqoizmi də ifadə edir. Uşaq xətt şəklində ağız çəkərsə insanlarla danışmaqdan çəkinən, oval, dişləri görünən ağız çəkərsə bu ailədə uşağı danlanan biri olduğunu göstərir. Burunun böyük çəkilməsi uşağın xüsusi və məhrəm mövzularda danışacağı yetkin tapa bilmədiyini göstərir. Qısa saçlı və ya saçsız başda qulaq çəkilməməsi uşağın sosial əlaqələrdə problem yaşadığını, böyük qulaq çəkməsi tənqid olunduğunu göstərir. Geniş, bucaqlı çənə isə qərar vermədə çətinlik yaşadığını göstərir. Boyunsuz çəkilmiş ailə fərdi əsəbini idarə edə bilmir deməkdir. İncə və uzun bir boyunsa uşağın özünə davamlı nəzarət etdiyinə və arzularını çox məhdudlaşdırdığına işarə edir. Daha çox rənglənilən saç güclü olma arzusunu göstərir. Uşağın saçını vurğulayaraq rəngləməsi özünü əzik hiss etdiyinin, valideynlərinin saçını vurğulayaraq rəngləməsi isə valideynlərin avtoritar olduğunun göstəricisidir. Sonda onu demək istəyirəm ki, uşaqlar ilk baxışdan sadə və hər şeyə səthi yanaşan görünsələr də ətraflarında cərəyan edən hadisələrə biganə deyillər və bunlar hamısı uşağın gündəlik həyatına öz mənfi və müsbət təsirini göstərir. Buna görə də biz böyüklər uşaqlara həmişə diqqət etməli onların etmədiklərindənsə, etdiklərini qiymətləndirməyə üstünlük verməliyik. Narınc Rüstəmova Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu 
['psixologiya', 'uşaq psixologiyası', 'rəsm çəkmək', 'Uşaq gözüylə baxa bilmək', 'uşaq dünyası', 'uşaq']
1,007
https://kayzen.az/blog/pascal/19034/q%C4%B1ra%C4%9F%C4%B1na-bax,-bezini-al.html
...Qırağına bax, bezini al!
pascal
Bloq: pascal
11 iyun 2016, 12:21
XIX əsrin axırı, XX əsrin əvvəllərində Rusiyada baş verən ictimai-siyasi hadisələr nəticəsində iqtisadi böhran tüğyan edir. Ancaq buna baxmayaraq, sənətkarlıq, o cümlədən toxuculuq və parça istehsalı öz axarı ilə gedir. Eyni zamanda ölkənin ictimai-mədəni həyatında yeniliklər baş verir. Kapitalist münasibətlərinin inkişaf etməsi ilə əlaqədar kustar istehsalın bəzi sahələrində oyanma özünü göstərir. İlk manufaktura müəssisələri yaranır. Parça üçün əsas element olan boyaq məhsulunun istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Bunun da nəticəsində toxuculuq sənayesində kustar fabriklər yaranır və getdikcə inkişaf edir. Ölkədə parça istehsalı artır. Ancaq təəssüf doğuran bu olur ki, həmin məhsulun doxsan faizi Həştərxan su yolu ilə Sankt-Peterburq şəhərinə daşınır. Çar Rusiyası bu zaman ölkənin yeni yaranan toxucu fabriklərini Azərbaycandan gətirilən ipək, pambıq, boyaq və digər xammalla təmin edir. Bu işi davam etdirmək məqsədilə nə lazımsa hamısı təşkil olunur. Onu da qeyd edək ki, XIX əsrin axırlarında Avropa pambıq parça sənayesində böhran keçirir. Bu böhrandan Rusiya da ziyan çəkir. Buna görə də Azərbaycanda pambıqçılıq və boyaq işinə maraq daha da artır. Onun hərtərəfli inkişafına önəm verilir. İstehsal maksimum səviyyəyə çatdırılır. Lakin həmin parçaların çox az hissəsi yerli bazarlarda satılır. Ölkənin ucqar yaşayış məntəqələrinə heç gedib çatmır. Həm də bazarlarda satılan rus çitinin keyfiyyəti çox aşağı olur. Ona görə də Azərbaycanda qaçaqmalçılıq yaranır. Bazarlarda İrandan, Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilən keyfiyyətli və çeşidli çit parçalar görsənir. Rusiya isə hər vasitə ilə bunun qarşısını almağa çalışır… Görkəmli yazıçı və dramaturq M.F.Axundovun “Hacı Qara” əsərində də Heydər bəy nişanlısı Sona xanımla etdiyi söhbətlərin birində həmin qaçaqmalçılıqdan danışır… Xalq ehtiyac içində boğulur, ölkədə isə istehsal olunan məhsul xarici ölkələrə daşınırdı. Bu ədalətsizlik narazılığa səbəb olur. Azərbaycan xalqının milyonçu və böyük xeyriyyəçi oğlu Hacı Zeynalabdin Tağıyevi bu məsələ hədsiz narahat edir. Məsələnin köklü həlli üçün bəzi rəsmi dövlət məmurlarına müraciət edir. Lakin bir şey hasil olunmur. Sonra məlum olur ki, rus hökuməti bu gəlirli sahənin yerli və milli iş adamlarına verilməsini qanunla qadağan edib. Vəziyyətin belə olduğunu görən H.Z.Tağıyev qərara gəlir ki, Sankt-Peterburq şəhərinə getsin. Çarla görüşüb fikrini və məqsədini ona bildirsin… O, belə də edir. Sankt-Peterburq şəhərinə gedir. Çarın qəbuluna düşür. Ona gəlişinin səbəbini deyir. Bildirir ki, xalq ehtiyac içindədi. Fabrik açmaq və xalqının ehtiyacını ödəmək istəyir… Çar onun rus hökuməti qarşısındakı xidmətlərindən xəbərdar idi. Çox nəzakətlə bildirir ki, sizin bu arzunuzu yerinə yetirə bilməyəcəyəm. Əvəzində hörmət və ehtiram əlaməti olaraq bir şeyi təklif edir. Deyir: -Sizə pambıq parça yox, bez istehsal etmək icazəsi veririk!.. O, təklifi qəbul edir. Bakıya qayıdır və dərhal işə başlayır. Çox keçmir fabrik hazır olur. Həmin dövrdə Bakıya İrandan, Türkiyədən bez gətirilirdi. Elə ruslar da bazar-dükanlara bez çıxarırdı. H.Z.Tağıyev fikirləşir və deyir: Belə bir şəraitdə necə edək ki, istehsal edilən məhsul tez satıla… Fəhlələrin də zəhmət haqqı vaxtında ödənə… Çox götür-qoy etdikdən sonra iş icraçılarına belə bir tapşırıq verir: — Bezin qırağından, rəngindən asılı olaraq xətt salın! İş icraçısı ondan soruşur: – Hacı, bəs bu nə üçündür? O, bir daha deyir: — Axı, dükan-bazarda bez çoxdur. Ona görə, dediyim kimi edin. Camaat bilsin ki, qırağında xətti olan bez Hacınındır. Onun bu fikri xalq arasında geniş yayılır. Qədirbilən xalq bu işi çox bəyənir. Ona yaxından dəstək olur. Bu söz dillərə düşür. Bazara -dükana gedən hər bir adam bir-birinə deyir: – Bez alsan qırağına bax, sonra al! Bu gözəl və ibrətamiz söz sonralar bir el məsəlinə çevrilir. Belə deyilir: – Qırağına bax, bezini al, anasına bax, qızını. Savalan FƏRƏCOV
['H.Z.Tağıyev', 'milyonçu', 'mesenat', 'xeyriyyəçi', 'parça', 'bez']
1,008
https://kayzen.az/blog/kisiler/18964/ki%C5%9Fil%C9%99rin-qad%C4%B1nlarda-sevdiyi-s%C9%99kkiz-x%C3%BCsusiyy%C9%99t.html
Kişilərin qadınlarda sevdiyi səkkiz xüsusiyyət
Apollon
Kişilər
10 iyun 2016, 11:02
Bir kişi bir qadınla yeni tanışdırsa və ya həmin qadınla uzun müddətli əlaqəsi olsa belə, qadının etməsini xoşladığı bəzi hərəkətlər var. 1. Başınızı onu sinəsinə qoymağınız Kresloda uzanıb televizor izləyərkən və ya uzun gündən sonra çarpayıda uzanarkən, qadının başını kişinin sinəsinə qoyması və kişinin qadını qucaqlaması ən gözəl duyğulardan biridir. Kişilər özlərini qoruyucu kimi hiss etməyi sevirlər və bu hərəkət qadının kişinin qollarında özünü təhlükəsiz hiss etdiyini göstərir. 2. İlk mesajı qadının yazması “İlk mesajı kişi yazmalıdır” deyə bir təzyiq var. Bəzən kişi bezdirici olmamaq üçün heç mesaj yazmamağı seçə bilər. Kişiyə ilk mesajı qadının göndərməsi onun gününü işıqlandırar və gözəl söhbətin başlamasına səbəb olar. 3. Ona dəyər verdiyinizi söyləməyiniz Bəzi tərəf digər tərəfə görə daha çox və ya daha az maraq göstərir, lakin necə olursunuz olun, bunu unutmayın: əgər bir kişi əlaqəniz üçün çox səy göstərirsə, sizin ona nə qədər dəyər verdiyinizi eşitməkdən heç vaxt sıxılmaz. Bu, onun özünü daha xoşbəxt hiss etməsini təmin edər. 4. O avtomobil idarə edərkən saçlarıyla oynamağınız O avtomobil idarə edərkən qolunuzu uzadıb onun başının arxasına yüngülcə toxunun. Onun gülümsəməsi zəmanətlidir! (Avtomobil idarə edərkən diqqətini çox dağıtmayın!) 5. Sosial şəbəkələrdə onunla öyünməyiniz Əgər sevgiliniz sizin üçün xoş bir şey etdisə, məsələn, evə gəldiyinizdə sizin üçün hazırlanmış sürpriz yemək süfrəsi ilə qarşılaşdınızsa, yemək süfrəsinin fotoşəkilini paylaşmağınızın heç bir zərəri yoxdur. Bu, ona minnətdar olduğunuzu və bu hissinizi dünyayla bölüşməyə istəkli olduğunuzu göstərər. 6. Onu dinləməyiniz Oturub onun gözlərinə baxaraq, onun üçün əhəmiyyətli olan bir şeylə əlaqədar, izah etdikləriylə həqiqətən maraqlanmağınız, ona əhəmiyyət verdiyinizi göstərər. 7. Dostlarınızla çölə çıxanda ona mesaj atmağınız Bəzi dəli kimi qısqanc kişilər var ki, sevgililərinin rəfiqələri ilə gəzməyə çıxmasına “icazə” verməzlər, xüsusilə də, həmin mühitdə başqa kişilər də olacaqsa. Əgər gəzməyə çıxarkən, yaxşı vaxt keçirməyinizi diləyəcək bir sevgiliniz varsa, arada bir ona mesaj yazıb “salam” deyin, halını-xətrini soruşun. Bu, onu gülümsədəcək və gəzməkdəykən belə, onu düşündüyünüzü biləcək. 8. Ona sevginizi göstərməyiniz Çöldə hər kəsin içində onu qucaqlamaq lazım deyil, amma yolda gedərkən onun əlini tutmaq kimi, mağazada kassa quyruğu gözləyərkən onu qucaqlamaq kimi, yaxud birlikdə kinoya gedərkən qoluna girmək kimi kiçik şeylər onun özünü sizə daha yaxın hiss etməsini və onunla olmaqdan qürur duyduğunuzu hiss etməsini təmin edər.
['kişilər', 'qadın jestləri', 'flirt', 'kişi-qadın münasibətləri', 'qadin kisi munasibetleri', 'kisini celb etmeyin yollari', 'kisini ozune baglamaq', 'qadın kişi münasibətləri', 'kişiləri cəlb edən xüsusiyyətlər', 'Kişilər qadını belə görmək istəyir', 'kisilerin xosladigi qadinlar', 'kisilerin xosladigi seyler']
1,009
https://kayzen.az/blog/azerbaycan/18698/bak%C4%B1-1917-1920-ci-ill%C9%99rd%C9%99.html
Bakı 1917-1920-ci illərdə
Azərbaycan
Azərbaycan
9 iyun 2016, 23:01
1917-ci ildə Rusiyada fevral inqilabı baş verdi. İnqilabın qələbəsi çar imperiyasının bütün xalqlarını ayağa qaldırdı və onları istiqlaliyyət və muxtariyyət uğrunda mübarizəyə ruhlandırdı. Martın 2-də II Nikolay taxt-tacdan əl çəkdi. Rusiyada iki hakimiyyətlik yarandı: Müvəqqəti hökümət və Sovetlər. Martın 9-da Dövlət dumasının Zaqafqaziyadan olan deputatlarının təşəbbüsü ilə Müvəqqəti hökümət Zaqafqaziyanı idarə etmək üçün xüsusi bir komissiya yaratdı. Komissiyanın tərkibinə A.Xarlamov (sədr), M.Y.Cəfərov və M.İ.Papacanov daxil edildi. Peterburqdan gələn komissiya birinci növbədə Bakıda yığıncaq keçirdi. Dumanın  balkonundan  toplaşmış  camaata  müraciət  edən  komissiya  üzvü M.Y.Cəfərov dedi: -Biz Peterburqdan buraya sizi, azad Rusiyanın vətəndaşlarını təbrik etməyə gəlmişik. Bizə Dövlət duması tərəfindən müşkül bir vəzifə verilmiş Bu vəzifə Məclisi Müəssisan cəm olub, əsas qanunla sərəncam verənədək Qafqazın bizim tərəfdən idarə edilməsidir. Vətəndaşlar, doğrudan da böyük hadisə baş vermişdir. Artıq çar yoxdur. Onun çürümüş və qüvvətli bir məmləkəti fəlakət halına gətirmiş idarəsi daha yoxdur. Rus milləti vaxtında özünü xilas etməyə qalxmışdır. Lakin iş hələ qurtarmamışdır. Əldə etdiyimizi möhkəmlətmək lazımdır. Komissiyanın çıxış edən o biri üzvləri də camaatı Müvəqqəti hökuməti müdafiə etməyə çağırdılar. 1917-ci ilin 15 noyabrında Zaqafqaziya komissarlığı yaradıldı. Bu komissarlığın tərkibinə Azərbaycandan Fətəli xan Xoyski, M.Y.Cəfərov daxil edilmişdi. Komissarlığın təşəbbüsü ilə Qafqaz cəbhəsindən qayıdan əsgərlər tərksilah edilərək, əldə olunmuş silahlarla Gürcüstan, Azərbaycan və Ermənistan silahlı qüvvələri təşkil olunmağa başladı.   1918-ci il 10 fevralda Zaqafqaziya seymi açıldı. Seym Zaqafqaziyadan Məclisi Müəssisana seçilmiş deputatlardan, menşevik, daşnak və müsavatçıların nümayəndələrindən ibarət idi. 1918-ci il 26 martda seym Zaqafqaziya komissarlığını ləğv etmək barədə qərar çıxardı. 1918-ci il 22 apreldə isə Zaqafqaziyanın Sovet Rusiyasından ayrıldığını rəsmiləşdirdi. Seym türklərlə sülh danışıqlarına başladı. Lakin danışıqlar uzun sürdü. Çünki Zaqafqaziya seymi türklərdən ötrü danışıqlara başlamaq üçün hüquqi ixtiyarata malik deyildi. Buna görə Zaqafqaziyanın müstəqilliyini elan etmək lazımdı. Həmin məsələ seymin 9 aprel tarixli iclasında müzakirəyə qoyuldu. Uzun sürən mübahisələrdən sonra Zaqafqaziya Müstəqil Demokratik Federativ Respublika elan edildi. Lakin bu respublika əvvəlki komissarlıqdan ancaq xarici əlamətləri ilə fərqlənirdi. Əslində isə seymin üzvləri umumi bir qərara gələ bilmirdilər. Hər şeydən əvvəl onların ümumi bir proqramı yox idi. Seym istər-istəməz  parçalanma təhlükəsi  altında qalmışdı. Mayın 25-də seymin axırıncı iclası keçirildi. Ertəsi gün Zaqafqaziya respublikası da dağıldı. Gürcüstan özünü müstəqil respublika elan etdi. Ondan sonra seymin müsəlman üzvləri də Milli Şura yaratdılar. Şuranın sədrliyinə M.Ə.Rəsulzadə, üzvlüyə isə aşağıdakılar seçildilər: Həsən bəy Ağayev (sədr müavini), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman Nərimənbəyov, Heybətqulu Məmmədbəyli, Mehdi bəy  Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Soltan Məcid Qənizadə, Əkbər Şeyxəl İslamov, Məmməd Yusif Cəfərov, Hidayət bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid  bəy  Şahtaxtinski,  Firudun  bəy  Köçərli,  Cəmo  bəy  Hacınski,  Şəfi  bəy Rüstəmbəyov,  Xosrov  bəy  Sultanov,  Cəfər  Axundov,  Məmməd  Məhərrəmov, Cavad Məlikyeqanov, Hacı Molla Axundzadə. Mayın 28-də Azərbaycan müstəqil respublika elan edildi. Həmin gün Azərbaycan Cümhuriyyətinin ilk müvəqqəti hökümət kabineti təşkil edildi. Onun tərkibinə Fətəli xan Xoyski — Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov Sultanov — hərbi nazir, Məmmədhəsən Hacınski — xarici işlər naziri, Nəsib bəy Yusifbəyli — maliyyə və xalq maarifi naziri, Xəlil Xasməmmədov — ədliyyə naziri, Məmməd Yusif Cəfərov — ticarət və sənaye naziri, Əkbər Şeyxəl İslamov — əkinçilik və əmək naziri, Cəmo Hacınski — Dövlət müfəttişi daxil oldu Azərbaycan istiqlaliyyətinin yaradılması mayın 30-da radio-teleqrafla dünyanın bütün siyasi mərkəzlərinə: Tehrana, İstanbula, Parisə, Londona, Berlinə, Vaşinqtona, Vyanaya, Romaya, Madridə, Tokioya, Stokholma, Moskvaya və s. xəbər verildi.   Yeni təşkil edilmiş Zaqafqaziya respublikaları öz dövlət quruluşlarını qorumaq üçün birinci növbədə hərbi qüvvələrə möhtac idilər. Məlumdur ki, qoşunsuz heç bir dövlət yaşaya bilməz. Bu məqsədlə özlərinə güclü dövlətlərdən havadar axtarmağa başladılar. 1918-ci il iyunun 4-də çağırılmış Batum konfransında Zaqafqaziya respublikaları, o cümlədən Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında müqavilə bağlandı. Azərbaycan Türkiyənin simasında özünə arxa tapdı. Özünun hərbi qüvvələrinə malik olan Gürcustan da almanların himayəsinə sığındı. Ermənistanın isə Cahan müharibəsində vuruşmuş daşnak qoşunları cəbhədən qayıdandan sonra Ermənistan milli dövləti Zaqafqaziyada özünü daha sərbəst hiss edirdi. Azərbaycan Milli Şurası və höküməti 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Türkiyənin Azərbaycan Cümhuriyyəti ilə bağladığı müqavilə Türkiyənin özü üçün də çox sərfəli idi: Çünki belə bir müqavilə Türkiyəyə Azərbaycana qoşun yeritməyə imkan verirdi. Sülh müqaviləsinin 4-cü bəndinə əsasən Türkiyə Azərbaycanın təhlükəsizliyini qorumaqda, Qarabağda fəaliyyət göstərən erməni quldur dəstələrinin hücumundan qorunmaqda və Bakı şəhərinin cümhuriyyətə qaytarılmasına kömək etməli idi. Zaqafqaziya respublikaları ilə hələ sülh bağlanmamışdan  əvvəl  Ənvər paşanın qardaşı Nuru paşa may ayında Gəncəyə gəlib yerləşmişdi. Burada Türkiyənin 5-ci  piyada divizionu  əsasında İslam ordusu yaratmaq niyyətində idi. Buraya general Şıxlinskinin komandanliq etdiyi müsəlman milli korpusu, «Dikaya diviziya»nın pərən-pərən düşmüş hissələri  və  habelə  yerlilərdən  düzəldilmiş dəstələr daxil  ediləcəkdi. Beləliklə Nuru paşanın  komandası  altında  18  min nəfərdən ibarət Qafqaz İslam ordusu yaranmışdı ki, bunun ancaq üçdə bir hissəsini türklər təşkil edirdi. Qalanları isə heç bir təlim görməmiş dəstələr idi. Bununla da İstanbul     höküməti     Brest-Litva     müqaviləsində     türklərin     Bakıya     hücum etməyəcəkləri barədə maddənin pozulacağını pərdələmək məqsədi daşıyırdı. Mərkəzi Sovet höküməti alman-türk hücumunun qarşısını almaq üçün əlindən gələni edirdi. O Almaniyadakı səfiri İoffe vasitəsilə almanlardan tələb edirdi ki, Brest sülh müqaviləsinə riayət etsinlər və türklərin Bakı üzərinə olan hücumunun qarşısını alsınlar. Alman diplomatları türklərin Azərbaycandakı səfirliyinə göstəriş vermişdi ki, türkləri Bakı üzərinə hücumdan çəkindirsin. Lakin həqiqətdə belə deyildi. Almanlar türklərin Azərbaycandakı işğalçılıq hərəkətlərini müdafiə edirdilər. Sonrakı danışıqlarda Almaniya höküməti bildirir ki, kifayət qədər Bakı nefti aldığı təqdirdə Türkiyəni Bakı üzərinə hücumdan əl çəkməyə məcbur edə bilər. Nuru paşa Gəncəyə varid olandan ölkənin daxili işlərinə də qarışırdı. Əvvəla müqavilədə Azərbaycan müstəqil bir dövlət kimi tanınmırdı. Türklər Azərbaycana Şərqi Zaqafqaziyada yaradılacaq Turan imperiyasının (buraya Şimali Qafqaz, İranın şimal hissəsi. Türküstan da daxil olmalı idi) bir hissəsi kimi baxırdılar. Ənvər paşa Zaqafqaziyada panturanizm siyasətini Azərbaycan və Dağıstan qüvvələri vasitəsilə həyata keçirmək fikrində idi. O, Azərbaycan Milli Şurasına laqeyd münasibət bəsləyirdi. Fətəli xan Xoyskinin kabinəsinə də şübhə ilə yanaşmağa başlamışdı. Fətəli xan Xoyskinin kabinetində fəaliyyət göstərən nazirlər onun ürəyincə deyildi, Milli Şura bu barədə öz etirazını bildirdikdə Nuru paşa onları türk ordusu ilə Gəncəyə məsləhətçi kimi gəlmiş Əhməd bəy Ağayevin üstünə göndərir. Əhməd bəy nümayəndə heyətinə bildirdi ki, kabinetin xalq içərisində hörməti yoxdur və ola bilər ki, bu, xalqın qiyamı ilə nəticələnsin və o zaman türklər kabineti müdafiə edə bilməyəcəklər. Ağayev onlara təklif edir ki, kabinet təzədən təşkil edilsin və Milli Şura da buraxılsın, Milli Şura və hökümət üzvləri bundan narazı qalsalar da bu təkliflə razılaşmalı oldular. 1918-ci ilin 17 iyununda Milli Şura və Azərbaycan Demokratik Cümhuriyyətinin höküməti buraxıldı. Bu vəziyyətlə razılaşmağı lazım bilən M.Ə.RƏSULZADƏ Milli Şuranın iclasında demişdi: «Bu gün biz prinsipimizə sadiq qalaraq, yaranmış şəraiti nəzərə almalıyıq. Bəlkə bu gün bizim qəbul edəcəyimiz qərar bizim bədbəxt-liyimiz olacaq; lakin yaranmış vəziyyətdən çıxmaq yeganə bu qərardan asılı olsa da, biz onu qəbul etməliyik». Fətəli xan Xoyski yeni ikinci kabinetin tərkibini elan edir. Bu kabinetdə köhnə hökümət üzvlərindən cəmi altı nəfəri qalır. Milli Şura da öz səlahiyyətini təzə kabinetə verir. Türklər yaranmış sabitliyin pozulmasından ehtiyat edərək, M. Ə. Rəsulzadəni başda olmaqla sülh heyəti tərkibində İstanbula dəvət edirlər. Heyət uzun müddət orada qalır. Bu yolla onlar Azərbaycandan uzaqlaşdırılmışdılar. Avqustun 27-də Sovet höküməti ilə Almaniya arasında Brest- Litva müqaviləsinə əlavə olaraq saziş imzalandı. Müqavilənin 4-cü bəndinə aşağıdakı da əlavə olunmuşdu: Almaniya Şamaxı və Bakı qəzalarının sərhədini poza biləcək hər hansı üçüncü bir dövlətə mane olmaq üçün tədbirlər görəcəkdir.   M.Ə.Rəsulzadə İstanbulda olduğu zaman Rusiyanın Azərbaycanın təbii paytaxtı və onun siyasi, mədəni və iqtisadi mərkəzi olan Bakının üzərində Rusiyanın suverinetini etiraf edən Almaniyaya qarşı Türkiyə hökümətinə nota vermiş və surətini də bitərəf və mərkəzi hökumətlərin səfarətxanalarına göndərmişdi. Notada deyilirdi ki, Almaniya ilə Rusiya arasında bağlanmış əlavə müqaviləyə görə Bakı şəhəri Sovet hökümətinin ixtiyarında saxlanılır. M.Ə.Rəsulzadə buna etiraz edərək, Azərbaycan hökümətinin Bakı şəhərinə tarixi bir haqqı olduğunu isbat etmək üçün şəhərin tarixi haqqında müfəssəl məlumat verir və bu tarixi hüququ coğrafi, iqtisadi və milli təsəvvürat əsasları ilə isbat etməyə çalışır. Notanın axırında ümidvarlıqla bəyan edilirdi ki, Almaniya dövləti Azərbaycan höküməti və millətinin Bakı şəhərinə malik olmaları hüququnu ciddi surətdə nəzərə alar. Yuxarıda deyildiyi kimi fevral inqilabından sonra ölkədə iki hakimiyyətlik yaradıldığı zaman Bakı və onun quberniyası Bakı Xalq Komissarları Sovetinin ixtiyarında, Gəncə və Gəncə quberniyasının qəzaları isə Azərbaycan Demokratik Cümhuriyyətinin əlində idi. Bakı Soveti Gəncədə demokratik cümhuriyyətin yaradılmasından qorxuya düşdüyü üçün ona qarşı hərbi hazırlıq görürdü. 1918-ci il iyunun 10-da Bakı Soveti qoşunları, onların tərkibinə daxil edilmiş daşnak milli hissələri ilə birlikdə Gəncə istiqamətində hücuma keçib, iyunun 12-də, Kürdəmiri tuturlar. Belə bir şəraitdə Tiflisdən Gəncəyə köçmüş Azərbaycan Respublikası höküməti iyunun 19-da Azərbaycanda hərbi vəziyyət elan edir. Bakıda yaşayan müsavatçılar da Qafqaz cəbhəsində türk ordusunun uğurlu döyüşlərindən və qələbələrindən ruhlanaraq, pərən-pərən düşmüş «Dikaya diviziya» hissələrini bərpa etməyə və onun sıralarını gücləndirməyə başladılar. Daşnaklar da ingilis imperializminin Sovet hakimiyyətinə qarşı çıxış etmək üçün kifayət qədər qüvvəyə malik olmadıqlarını hiss edərək özlərini bitərəf kimi  göstərməyə çalışırdılar. Əslində isə vəziyyət dəyişdikdə, müsavatçıların və ümumiyyətlə müsəlmanlar üzərinə qalxmağa fürsət gözləyirdilər. Lənkəran və Muğanda müsavatçılar artıq bolşeviklərə qarşı döyüşə başlamışdılar. Lənkəran qəzasında onlar şəhər qarnizonu rəisi Osten-Sakenlə əlbir olaraq, höküməti tərksilah etmiş və hakimiyyət «Dikaya diviziya»nın yerli qərargahının əlinə keçmişdi. Martın 14-də onlar üç türk zabitinin başçılığı ilə inqilabçı saldatlara hücum edərək, çoxlu hərbi sursat ələ keçirmişdilər. 1918-ci il martın 14-də Bakı Komissarları Sovetinin qoşunları daşnak Əmirovun komandası altında Şamaxıya göndərildi. Müsavat nümayəndələri bu qoşunun Şamaxıya nə məqsədlə göndərildiyini soruşduqda, onlara bildirdilər ki, qoşun qəzada olan iğtişaşı yatırmaq məqsədilə getmişdir. Lakin əslində Əmirovun qoşunları  Şamaxıya  gedən  yol  boyu  kəndləri  dağıtmış,  onlarla  adamı  qətlə yetirmişdilər. Şaumyanın sovet qoşunları adlandırdığı daşnak hissələrinin əsl niyyəti belə idi. Onlar imkan düşən kimi nəinki gizlində, hətta açıq-açığına azərbaycanlıları qətlə yetirirdilər. Bütün bu hadisələr Bakıda erməni-müsəlman qırğının başlanması üçün gərgin şərait yaratmışdı. Partlayış üçün təkcə bir bəhanə lazım idi. Bu bəhanə də martın 29-da tapıldı. Lənkəranda olan «Dikaya diviziya»nın bir qrup zabiti H.Z.Tağıyevin Lənkəranda ölmüş oğlunun meyitini «Evelina» gəmisində Bakıya gətirmişdilər. Bakı milyonçusu Ş.Əsədullayevin oğlu Ə.Əsədullayevin başçılığı altında olan bu zabitlər geri dönərkən özləri ilə Lənkərandakı «Dikaya diviziya»nın hissəsi üçün yeni qüvvələr aparırdılar. Bakı Soveti bundan xəbər tutduqda gəminin yola düşməsinə icazə vermir. Qızıl qvardiya hissələri ilə gəmidəki zabitlər və əsgərlər arasında atışma başlayır. Qızıl qvardiya hissələri üstün olduqlarından gəmidəkiləri tamamilə tərksilah edirlər. Martın 30-da səhər tezdən «Dikaya diviziya» əsgərlərinin tərksilah edilməsinə etiraz olaraq, şəhərdə mitinqlər düzəldildi. Günortaya yaxın müsavatçıların nümayəndə heyəti Bakı Sovetinin İcraiyyə Komitəsinə gələrək, silahların qaytarılmasını tələb etdilər, hərbi inqilab komitəsinin təcili iclası çağırıldı. Bu iclasda Şaumyan və habelə Müsavat partiyasının lideri də iştirak edirdi. Silahların geri qaytarılması qərara alındı. Lakin iclas zamanı xəbər çatdı ki, Tatar küçəsində və Şamaxı yolunda ermənilərlə müsavatçılar arasında vuruşma gedir. Belə döyüşlər sonra Bazar küçəsində də başladı. Axşama yaxın şəhərin bir sıra küçələrində səngərlər qazıldı və atışmalar qızışdı. Şamaxıda Lalayevin başçılığı altında erməni qoşunlarının törətdiyi vəhşiliklərin xəbəri Bakıya çatanda bütün şəhər əhli ayağa qalxdı. Beləlikə Bakıda vətəndaş müharibəsi başladı. Lakin ilk günlərdən erməni milli qoşunlarının işə qarışması nəticəsində vətəndaş müharibəsi erməni-müsəlman qırğınına çevrildi. Ermənilər şəhərin Sisianov və Kolyabakin küçələrinin tinindəki «Mars» kinoteatrının damında pulemyot quraraq, şəhər əhlini atəşə tutdular. Vuruşmalar Bazar küçəsi ilə davam edərək, qala divarlarına yaxınlaşırdı. O gün axşam ermənilərin nümayəndəsi Müsəlman Milli Şurasının binasına gələrək bildirdi ki, erməni Milli sovetinin nümayəndələri «Metropol» mehmanxanasına toplaşaraq, sülh danışıqları aparmaq üçün müsəlman nümayəndələrini gözləyirlər. Gecə saat 1-də müsəlmanların Əlimərdan bəy Topçubaşov, Əbdüləli bəy Əmircanov, Ağahüseyn Tağıyev, Səməd bəy İsgəndərov və başqalarından ibarət səkkiz nəfərlik nümayəndə heyəti mehmanxanaya yola düşür. Lakin nümayəndə heyəti mehmanxanaya çatmamış xəyanətcəsinə atəşə tutulurlar. Nümayəndələr geri qayıtmağa məcbur olurlar. Ermənilərin fitnəkarlığına baxmayaraq, azərbaycanlılar qırğının qarşısını almaq  üçün  öz  üzərlərinə  düşən  vəzifəni  yenə  layiqincə  yerinə  yetirirdilər. Məsələn, erməni tərəfi xəbər göndərir ki, biz erməni məhəllələrində yaşayan azərbaycanlılara toxunmuruq, siz də müsəlman məhəllələrində yaşayan ermənilərə toxunmayın. Azərbaycan Milli Şurası xüsusi adamlar vasitəsilə azərbaycanlıları xəbərdar edirlər ki, öz məhəllələrində yaşayan ermənilərə toxunmasınlar. Ancaq belə danışıqlar müzakirə edilərkən azərbaycanlılar xəbər tuturlar ki, Ermənikənd və Qanlıtəpə tərəfdə ermənilər yenə də müsəlmanlara hücum edib, ev-eşiklərini dağıdır, özlərini də qətlə yetirirlər. Onlar erməni kəndində xəndəklər qazır və zirehli maşınları Müsavat partiyasının birinci şöbəsinin qapısı ağzında duraraq, içəridən çıxanları qətlə yetirirlər. Şəhərin şimalında yaşayan azərbaycanlıları böyükdən kiçiyə Azadlıq meydanındakı sirkin binasına toplayıb, taxta binaya od vurmağa hazırlaşırdılar. Erməni-müsəlman qırğınının qarşısını almaq məqsədilə Sovetlər tərəfindən təşkil olunmuş İnqilabi Müdafiə Komitəsinin hərbi nümayəndələri bundan xəbər tutduqda onların köməyinə çatır. Bazar küçəsində də ermənilər hücuma keçmişdilər. Onlar küçə boyu vuruşa-vuruşa İçərişəhərə tərəf irəliləyirdilər. Bu dəstələrin içərisində qızıl qvardiya dəstələri də müsəlmanları qoşa qala qapısına tərəf sıxışdırmışdılar. Burada qızğın atışma gedirdi. «Dikaya diviziya»nın qərargahı bu zaman "İsmailiyyə" binasında yerləşirdi. Bəlkə də məhz buna görə bu ətrafda atışmalara Mikoyan və Əzizbəyov rəhbərlik edirdilər. Tüfənglərdən və pulemyotlardan "İsmailiyyənin binası müttəsil atəşə tutulurdu. Qoşa qala qapısından İçərişəhərə soxulmağa cəhd edən qoşun hissələri müsavatçılar tərəfindən ciddi müqavimətə rast gəlirdi. Müsavatçılar Nikolay kilsəsinin qapılarını çıxarıb, onlardan sipər kimi istifadə edərək qala darvazalarının ağzında müdafiə xətti düzəltmişdilər. Məmmədyarovun adamları nə qədər cəhd edirdilərsə, içəri keçə bilmirdilər. Lakin "İsmailiyyə" binasındakı «Dikaya diviziya» qərargahının adamları çox az idi. Onlar güclü düşmən qarşısında davam gətirə bilməyib, geri çəkilir və İçərişəhərdə gizlənirdilər. Bundan istifadə edən düşmən "İsmailiyyə" binasını yandırır. Erməni-müsəlman qırğınının şahidi olmuş yazıçı Seyid Hüseyn yazırdı ki, «Mart hadisələrində orada (»İsmailliyyə«də — Q. İ.) yerləşən təşkilatlar binanı tərk etmişdilər. Orada habelə Müsavatın telefonu işləyirdi. „İsmailiyyə“ni ən axırıncı müsavatçılar tərk etmişdilər». Erməni hissələrinin vətəndaş müharibəsi pərdəsi arxasında əsl erməni- müsəlman qırğını keçirdiklərini Şaumyan gözəl başa düşsə də susurdu. Ona müsavatçılar üzərində qələbə lazımdı. Krasnovodskdan Sovetlər üçün göndərilən silahlar, hərbi sursat əslində daşnakların sərəncamına keçirdi. Bu silahların çox hissəsi Mantaşovun zavodunda və Parapet yanındakı erməni kilsəsinin zirzəmisində gizlədilirdi. Martın 19-da daşnaklar Suraxana, Əmirhacıyan və Bülbülədə zirehli avtomobillərin köməyi ilə əhalinin qanını axıtdı.   Yaradılmış İnqilabi Müdafiə Komitəsinin tərkibinə Şaumyanla ya-naşı «Daşnaksütyun» partiyasının Bakı təşkilatının lideri S.Məlik-Yolçuyan, Bakıda sağ eserlərin lideri S.Saakyan da daxil idi. Şaumyan 13 aprel 1918-ci il tarixli bir məqaləsində mart hadisələrindən bəhs edərkən açıq-aydın yazırdı ki, «6 min sovet və 3-4 min daşnak milli hissələri Bakıda müsavatçıların təşkil etdikləri qiyamı yatırmışdır». Əslində Bakıda müsavatçıların heç bir qiyamı olmamışdı. Bu, Şaumyanın qızıl qvardiya dəstələrinin erməni hərbi hissələri ilə birlikdə törətdikləri fit-nəkarlığa qarşı azərbaycanlıların cavab çıxışları idi. 1918-ci ildə Bakı Xalq Komissarları Sovetində ədliyyə naziri işləmiş Artaşes Karinyan sonralar «Bakı kommunası» və «Daşnaksütyun» partiyası adlı məqaləsində yazırdı: «Bakı Sovet ordusu milli hissələrinin komanda heyəti inqilabın qarşısında duran vəzifələrə və kommunist partiyasına yabançı idi. Daşnak Avetisova, Hamazaspa, Bek-Zurabova orduya komandanlıq etmək həvalə olunmuşdu». Beləliklə 1918-ci il mart hadisələrində müsavatçılar məğlub edildi. Sovet komandanlığı onları şəhərdən çıxmağa məcbur etdilər. Müsavat qüvvələri Gəncəyə toplaşdılar. 1918-ci ilin aprel ayında Bakı Xalq Komissarları Soveti yaradıldı. Bakı şəhəri və onun ətrafı, Bakı qəzası onun ixtiyarına keçdi. Bakı Xalq Komissarları Sovetində cəmi üç nəfər azərbaycanlı vardı. Qalanları, demək olar ki, əksəriyyəti ermənilər və ruslardan ibarət idi. Xalq Komissarları Soveti bir sıra sosialist tədbirləri həyata keçirdi. Banklar, Xəzər ticarət gəmiçiliyi, balıq vətəgələri milliləşdirildi. Rusiyaya müntəzəm olaraq, neft daşınmağa başlandı. Torpağın kəndlilərə verilməsi barədə qərar çıxdısa da yerinə yetirilmədi. Türklərin Bakı üzərinə hücumu ilə ölkədə vəziyyət getdikcə ağırlaşırdı. Lenin Petrovun komandası altında Bakı komissarlarına 8.720 nəfərdən ibarət qoşun göndərdi. Bununla da türklərin hücumunun qarşısını almaq mümkün olmadı. İranda olan keçmiş çar polkovniki Biçeraxov ingilislərin təhriki ilə Şaumyana öz xidmətini təklif etdisə də, Şaumyan onun niyyətini başa düşmədən (bəlkə də düşərəkdən) razılıq verib. Biçeraxovun min beş yüzdən ibarət olan qoşununu türklərlə müharibə cəbhəsinə göndərdi. Türklərin güclü təzyiqi altında kommunanın qoşunları geri çəkilirdi. Şəhərdə aclıq başlamışdı. Ərzaq çatışmazlığı əhalini qəzəbləndirdi. Qoşunda, xüsusilə erməni daşnaklarının komandası altında olan əsgərlər arasında fərahlik artırdı. Menşevik, eser və daşnaklar şəhər və kəndlərdə yaradılmış bu dözülməz vəziyyətin günahını bolşeviklərin üzərinə yıxaraq, vəziyyəti yaxşılaşdırmaq üçün ingilislərin Bakıya çağırılmasını tələb edirdilər. Bir azdan Biçeraxov öz qoşunları ilə cəbhəni özbaşına tərk edərək, Petrovska tərəf çəkildi. Cəbhədə vəziyyət daha da ağırlaşdı. Aclıqdan və pozuntulardan cana doymuş əhali artıq hökümətə inamını tamamilə itirmişdi. Onlar çörək və cəbhə arxasında qayda-qanun tələb edirdilər. Belə vəziyyətdən istifadə edən menşevik, daşnak və eserlər ingilislərin Bakıya çağırılmalan barədə qəti qərara gəldilər. Türk qoşunları 7 iyulda üç günlük döyüşlərdən sonra Kürdəmiri aldılar. 20 iyulda türklər Ağsu-Şamaxı şose yolu boyu hücuma keçərək, Şamaxını cənubdan, Mədrəsə tərəfdən ötüb keçərək, Şamaxı-Bakı yolunu kəsdilər. Üçüncü briqadanın komandiri daşnak Amazasp vəziyyətin ağırlığını görüb qoşuna əmr edir ki, Şamaxıdan geri çəkilsinlər. Cəbhənin Şamaxı hissəsindəki bu geri çəkilmə mərkəzi hissədə gedən döyüşlərə də təsir etdi. Onlar Hacıqabulu boşaldıb, Biləcəriyə tərəf çəkildilər. Cəbhədə böhranlı vəziyyət yaranmışdı. Türklər artıq Bakının qapısını döyməyə başlamışdılar. Şəhərdə aclıqla bərabər həyəcan və təşviş də artmışdı. 1918-ci ilin 16 iyulunda Bakı Sovetinin fövqəladə geniş iclasında ingilislərin Bakıya çağırılması müzakirəyə qoyuldu. Bolşeviklərin qəti müqavimətinə baxmayaraq, azca səs çoxluğu ilə (236-ya qarşı 259 səslə) ingilislərin Bakıya çağırılması barədə qərarqəbul edildi. Hakimiyyətin koalision, hökümətə təhvil verilməsi qərara alındı. Bolşeviklər təzə hökümət tərkibinə daxil olmaqdan imtina etdilər. Avqustun 1-də eser, menşevik və daşnaklardan ibarət Sentrokaspi diktaturası yaradıldı. Cəbhədən geri çəkilən sovet qoşunları sahildə, Pyotr meydanına toplaşaraq, Həştərxana getməyə hazırlaşırdılar. Sentrokaspi diktaturası ingilisləri Bakıya çağırmaq üçün Ənzəliyə nümayəndə heyəti göndərdilər. Menşevik və eserlər camaatı inandırmağa çalışırdılar ki, guya ingilislər özləri ilə taxıl və ərzaq da gətirəcəklər. 1918-ci ilin 4 avqustunda polkovnik Stoksun komandanlığı altında ilk ingilis qoşunları Bakıya daxil oldular. Qoşun cəmi min beş yüz saldat və zabitdən ibarət idi. Onlardan taxıl gözləyən əhali əsgərlərin qucağındakı bir neçə meymunu gördükdə Sentrokaspi höküməti tərəfindən aldandıqlarını başa düşdülər. Əvvəla bu qoşunla türklərin qabağında durmaq və şəhəri onlardan qorumaq heç cür mümkün deyildi. Buna görə türklərlə vuruşmaq üçün Sentrokaspinin qoşunlarından istifadə etməyə başladılar. Döyüşlər isə davam edirdi. Avqustun 1-də Çəmbərəkənd cəbhəsində vəziyyət çox ağırlaşdı. Bakı zəhmətkeşlərinə məlum oldu ki, ingilislər türklərin qarşısını ala bilməyəcəklər. Sentrokaspi rəhbərləri başlarını itirmişdilər. Birtərəfdən ingilislərin Bakıya gəlməsilə vəziyyətin daha da ağırlaşması, o biri tərəfdən türklərin tezliklə Bakını ala biləcəkləri hökümət dairələrində vahimə yaratmışdı. Avqustun 17-də general Denstervil də öz qərargahı ilə Bakıya gəldi. İngilislər birinci növbədə Xəzər ticarət donanmasının bəzi gəmilərini ələ keçirdilər və Bakıdan neft daşımağa başladılar. 1918-ci ilin avqustunda Ənzəliyə 40 min ton benzin yola salan ingilis komandanlığı Sentrokaspi hökümətini məcbur etdi ki, onlara hər ay 80 min pud benzin versinlər. Sovet hakimiyyəti başçıları avqustun 14-də gecə 16 gəmiyə oturaraq, Həştərxana yola düşdülər. Lakin dənizdə bərk fırtına qopduğu üçün Jiloy adasının yanında lövbər salıb, gözləməli oldular. Bu zaman Sentrokaspinin hərbi gəmiləri onları haqladılar. Xəzər donanmasının bütün hərbi gəmiləri — «Kars», "Ərdəhan", «Göy qapı», «Astrabad» Sentrokaspi hökümətinin əlinə keçmişdi. Bakıya qayıtmaq barədə bolşeviklərə ultimatum verildi. Lakin bolşeviklər onların ultimatumunu rədd etdilər. Belə olduqda hərb gəmiləri onların gəmilərini atəşə tutdular. Gəmilərdə yaralanan və ölən də oldu. Nəhayət, gəmilərin batırılacağı ehtimalı bolşevikləri geri qayıtmağa məcbur etdi. Sentrokaspinin silahlı dəstələri ilə əhatə edilmiş körpüdə onlar tərksilah edildilər və 35 nəfər komissar və məsul işçilər həbs edilərək həbsxanaya salındı. S.Şaumyan, M.Əzizbəyov, A. Çaparidze, İ.Fioletov da onların içərisində idilər. 3 min nəfərdən ibarət olan kommunist və əsgərlər tərksilah edildikdən sonra Həştərxana göndərildi. Bakıda vəziyyət son dərəcə gərginləşmişdi. 1918-ci ilin avqust ayının axırında türklər demək olar ki, Bakını hər tərəfdən mühasirəyə almışdılar. Cəbhə xətti Bibiheybətin qərbində dəniz sahilindən başlayaraq, şimal tərəfə, Badamdarın qərbi ilə «Qurd darvazası» yüksəkliyi ilə Biləcəri stansiyasınadək uzanırdı. Biləcəri stansiyasının şimalında Böyük Şorda cəbhə xətti qırılır, sonra Binəqədi, Digah, Məhəmmədli kəndləri ilə Maştağayadək uzanır və dəniz sahilində bitirdi. Sentyabrın əvvəlində türklər hücumu qüvvətləndirdilər və Binəqədi kəndini aldılar. Sonra bu istiqamətlə Balaxana və Zabrat üzərinə yürüdülər. Çəmbərəkənd tərəfdən isə şəhəri aramsız top atəşinə tuturdular. Bakını qorumağın mümkün olmadığını görən Denstervil sentyabrın 14-də gecə ikən öz qoşunu ilə birlikdə Bakını tərk edərək Ənzəliyə yola düşdü. İngilislərdən sonra Sentrokaspi diktaturasının üzvləri də qaçdılar. Bu zaman həbsxanada olan Bakı komissarlarını azad etmək üçün bolşeviklərdən bir dəstə həbsxanaya gedib, uzun danışıqlardan sonra komissarları azad etdilər və onları «Türkmən» gəmisi ilə Həştərxana yola saldılar. Dənizin ortasında gəmidəki eser və daşnakların təkidi ilə gəmi istiqamətini dəyişib, o zaman ağqvardiyaçıların əlində olan Krasnovodska istiqamət aldı. Krasnovodskda komissarlar həbs edildi və 1918- ci ilin 20 sentyabrında Krasnovodskdan 207 verst aralıda olan Ağcaqum çölündə güllələndilər. Türklərin Bakıya yaxınlaşması günlərində dəniz körpülərində qaçmaq istəyən daşnakların, onların ailələrinin əlindən tərpənmək mümkün deyildi. Bu qələbəlikdə ancaq güclülər və pullular gəmiyə minib, özlərini rahlaya bilirdilər. Biletlərin qiyməti birə on qat artmışdı. Eyni zamanda Bayıl tərəfdən atılan toplar camaatın içərisində daha dəhşətli vahimə yaradırdı. Erməni ailələri köç-külfətlə qaçırdılar. Şəhərin belə həyəcanlı, vahiməli və qarmaqarışıq günlərində türklər şəhərə daxil oldular. Bu, sentyabrın 15-də olmuşdu. Sonra Qafqaz İslam ordusu bütün Qafqazın zəbti barədə geniş planına sadiq qalaraq, Dağıstana girib, Dərbənd və Petrovsk şəhərlərini də tutdular. Bu zaman bəzi dələduzlar aranın qarışmasından istifadə edərək, şəhərdə qarət və oğurluğa qurşandılar. Ancaq türk inzibati orqanları tərəfindən amansızcasına cəzalandılar. Şəhərin Parapet bağında dara çəkildilər. Belə dar ağacları şəhərin bir neçə yerində də qurulmuşdu. Dara çəkilmiş adamların günahları yazılıb, sinələrindən asılmışdı. Onların içərisində türk əsgərlərindən də vardı. Türklər Bakıya daxil olandan sonra Azərbaycan Demokratik Respublikası höküməti Bakıya köçdü və Bakı yeni yaradılmış Demokratik Respublikanın paytaxtı oldu. Bütün Şimali Azərbaycan torpaqları onun sərəncamına keçdi. Bu aylarda İranın bəzi qəzetləri Azərbaycan Demokratik Respublikası ətrafında mübahisə açaraq, bildirirdilər ki, Azərbaycanda yaranan yeni hökümət Azərbaycan  adını  özünə  mənimsəməklə  səhv  etmişdir.  Guya  əslində  Şimali Azərbaycan əsl Azərbaycan deyildir. Bu xüsusda M.Ə.Rəsulzadə «Azərbaycan və İran» adlı məqaləsində yazırdı: «Tehran qəzetləri yeni doğmuş İslam hökümətinin adından dilgir olduqlarını qeyd edirlər və iki qardaş millətin arasında soyuqluq düşməməsi üçün „Azərbaycan“ adının dəyişməsini təklif edirlər. İran qəzetləhnin fikrincə bizim Qafqaziyanın bir qismindən ibarət olan məmləkətimizə Azərbaycan ismi verməyə ixtiyarımız yoxdur». M.Ə.Rəsulzadə bu fikri əfsanə hesab edir və qətiyyətlə bildirir ki, Azərbaycan yalnız onun İran tərəfdə qalan hissəsi deyil, habelə şimalda, rus tərəfdə qalan hissəsi də tam ixtiyaratla Azərbaycan adlanır. Türklər Bakını almaqla məşğul ikən Andronik Qarabağı mühasirəyə alıb, azərbaycanlıları qətlə yetirirdi. Türklər şəhərə daxil olduqları günün ertəsi türk qoşunlarının bir hissəsi Qarabağın köməyinə çatıb, onu mühasirədən xilas etdilər. 1918-ci il oktyabrın 6-da respublikanın hökümət kabinetində dəyişiklik edilir. Fətəli xan Xoyski hökümətin yeni heyətini elan edir. Yeni hökümət ölkənin ictimai-siyasi həyatında, mədəniyyət və təsərrüfat sahəsində bir sıra ciddi demokratik tədbirlər görməyə başladı. Bu tədbirlərdən biri də oktyabrın 8-də hökümətin çıxardığı qərar idi. Bu qərarda deyilirdi ki, milliləşdirilmiş  əmlak  və  hər  cür  istehsalat  növləri  sahiblərinə  qaytarılsın. Məmləkətin parlamentini çağırmaq məsələsi meydana çıxır. Lakin əsl parlament seçkiləri üçün vaxt müsaid etmədiyindən hökümət və Milli Şura belə qərara gəlir ki, hələlik sabiq Zaqafqaziya Seyminin 44 nəfərdən ibarət müsəlman fraksiyasının üzvləri və kənardan 80 nəfər çağırılıb, parlament təşkil olunsun. 1918-ci ildə sultan Türkiyəsi ağır bir vəziyyətə düşmüşdü. Ölkə ingilis- fransız orduları tərəfindən sıxışdırılırdı. Həmin ilin sentyabr ayında Makedoniya cəbhəsində və Fələstində də türk qoşunları böyük məğlubiyyətə uğradılar. Türkiyə təslim oldu. Ənvər paşa hakimiyyətdən uzaqlaşdırıldı. Yeni hökümət 1918-ci il 30 oktyabrda Mudros limanında Antanta dövlətləri ilə barışıq sazişi bağladı. Bu sazişə görə türklər işğal etdiyi ölkələrdən, birinci növbədə Zaqafqaziya və Dağıstandan çəkilməlidirlər. Mudros sazişinin 14-cü maddəsinə əsasən türklər bütün Azərbaycanı və Bakı şəhərini ingilislərə təhvil verməli idilər. Beləliklə 17 noyabrda türk qoşunları Azərbaycanı tərk etdi. Türklərdən sonra yeni Azərbaycan Respublikası bir növ yetim qaldı. Onun düşmənləri, birinci növbədə, daşnaklar ayaq tutdular. Xüsusilə Qarabağda Andronik yenə də qanlı cinayətlərini davam etdirməyə başladı. Müsavat höküməti yaranan vəziyyəti nəzərə alaraq, türk zabitlərindən bəzilərini və o cümlədən Nuru paşanı Azərbaycanda saxladılar. Hökümət yeni yaranan qoşunun hazırlanması və təlimi üçün onlardan istifadə etmək fikrində idi. Tomsonla danışıqlar keçirmək üçün hökümətin tezliklə Ə. Ağayev, Ə. Topçubaşov, N. Yusifbəyli və M. Rəfiyevdən ibarət Ənzəliyə nümayəndə heyəti göndərildi. Tomsonla Azərbaycan höküməti arasında gedən danışıqlar, azərbaycanlıların böyük təəssüfünə səbəb oldu. Tomson açıq bildirmişdi ki, o Azərbaycanı hələ müstəqil dövlət kimi tanımır. Çünki bu dövlət guya türklərin səyi nəticəsində yaranmışdır. Guya o xalqın iradəsini təmsil edə bilməz. 1918-ci il 17 noyabrda Denstervili əvəz edən general Tomsonun komandası altında ingilis qoşunları Bakıya daxil oldu. Onlar eyni zamanda Gəncə, Şuşa və Naxçıvanda da öz nümayəndəliklərini yerləşdirdilər. General Tomson özünü Bakının hərbi qubernatoru elan etdi. İngilis polkovniki Kokkerel isə Bakı polisinin başçısı təyin edildi. Azərbaycan hökümətinin üç rəngli bayraqlarının çıxarılması əmr olundu. Tomson Azərbaycanın daxili işlərinə qarışmayacağı barədə Azərbaycan nümayəndə heyətinə verdiyi vədi Bakıya daxil olan kimi pozdu və ölkənin əsas sahələrini — neft sənayesi, banklar, nəqliyyat, Bakı-Batum neft kəməri, dəmir yolunu Müsavat  höküməti ilə bağladığı  müqavilə əsasında tam nəzarəti altına aldı. Xəzər nəqliyyatını idarə etmək üçün ingilis mayoru Braunun başçılığı ilə xüsusi Britaniya idarəsi yaradıldı. Neft sənayesi sahəsində də ingilis işğalçıları Britaniya neft nümayəndəliyini yaratdılar. Bu nümayəndəliyin köməyi ilə Bakı nefti İngiltərəyə daşınmağa başladı. Azərbaycanda hökmranlıq etdikləri müddət ərzində İngiltərəyə 30 milyon pud neft daşınmışdı. İngilis zabit və saldatları şəhərdə tam hökmranlıq edirdilər. Sərxoş halda faytonlara oturaraq, atları dördnala çapdırır, kinolarda, sirkdə qadınlara sataşır, adamları təhqir edirdilər. Şəhər məktəblərindən bir çoxu əsgər kazarmalarına çevrilmişdi. Fəhlələri və şəhər əhlini qorxutmaq üçün şəhərin Parapet bağında dar ağacları qurulmuşdu. Şəhərdə çap olunan mətbuatı diqqətlə izləyirdilər. Buna baxmayaraq, hökümət onların bu biabırçı hərəkətlərinə dözürdü. Ancaq ona görə ki, ölkə üzərinə üçüncü bir qüvvə hücuma keçərsə ingilis komandanlığı onun arxasında dursun. Bununla belə ingilislər Bakı və onun ətrafından başqa Azərbaycanın bütün rayonlarının Azərbaycan dövləti tərəfindən idarə edilməsinə etiraz etməmişdilər. Ənzəlidə Tomsonun Azərbaycan nümayəndələrinə bəyanətində irəli sürdüyü bir çox məsələlərdə indi güzəştə gedirdi. Açıq bildirirdi ki, o Azərbaycan Respublikasını rəsmi dövlət kimi tanımasa da onunla daimi əlaqə saxlayacaqdır. Hətta xan Xoyski kabinətinə hörmət etdiyini də bildirərək demişdi: «Xan Xoyski höküməti həqiqətən fəaliyyətdə olan yeganə hakimiyyətdir». Qarabağ məsələsində də Tomson Azərbaycan dövlətinin tərəfində idi. Şəhərin işğalı ilə öz üzərinə götürdüyü bir çox inzibati tədbirlərdən də Azərbaycan hökümətinin xeyrinə olaraq imtina  edirdi. Məsələn, Qarabağda erməni daşnaklarının, xüsusilə Andronikin yenə baş qaldırdığı barədə Azərbaycan höküməti Tomsonla danışıq aparmışdı. Bununla  əlaqədar Tomson Qafqazda Andronikə belə bir teleqram göndərmişdi: «Verilən məlumata görə ermənilər Qarabağda müsəlmanlara qarşı bəd hərəkətlər və zülmlər icra edirlər. Mən müttəfiq ordunun nümayəndəsi sifətilə məlum edirəm ki, ermənilərə söyləyərsiniz ki, öz yerlərində rahat oturub, nizamsızlıq eləməsinlər. Əgər mənim bu əmrimə əməl edilməyib, yenə nizamsızlıq görülsə, o zaman bütün məsuliyyət şəxsən Sizin üzərinizə düşəcəkdir». O Andronikə yalnız Qarabağdan deyil, Zəngəzurdan da çıxıb getməsini əmr etmişdi. İngilislər Bakıya daxil olandan sonra öz təsərrüfatları yanında Denikinin nümayəndəliyini yaratmışdılar. Bununla da denikinçilərin şəhərdə əl-qol açmaları üçün şərait yaranmışdı. Dövlət idarələrinin çoxunda rus çinovnikləri içərisində Denikinin casusları fəaliyyət göstərirdi. Nümayəndəlik açıqdan-açığa Bakıda olan rus zabitləri içərisində səfərbərlik keçirərək, könüllü ordu üçün qüvvə toplayırdı. Şəhərin yuxarı məhəlləsində, Təzə Pirin ətrafında könüllü ordunun generalı Prejevalski orduya təzə alınmış saldat və zabitlərlə məşq keçirdi. Bu vəziyyətlə əlaqədar hökümət başçısı Fətəli xan Xoyski Tomsondan məktubla xahiş edirdi ki, onların şəhərdən çıxarılması barədə sərəncam versin. Tomson isə cavab məktubunda denikinçilərin bu fəaliyyətlərini ört-basdır edərək yazırdı: «Mənim xəbərim var ki, rus qoşunu Bakıda səfərbərlik keçirmir. Ola bilər ki, Denikin qoşununda xidmət etmək üçün zabitlərin siyahısını tərtib etmələri belə təsir bağışlayır. Onlarla heç bir məşq keçirilmir və tezliklə şəhəri tərk edəcəklər». Məktubunun axırında Azərbaycan hökümətini əmin edir ki, Azərbaycanın muxtariyyətinə toxunan olmayacaqdır. Şəhərdə gizli və bəzən açıqdan-açığa Denikin lehinə təbliğat aparan denikinçilər müxtəlif şayiələr yayaraq, könüllü ordunu Azərbaycana basqın etməyə təhrik edirdilər. Şayiə yaymışdılar ki, türklər təzədən Bakıya hücum edəcəklər. Bu,   Denikinin Azərbaycana basqını üçün bir bəhanə idi. Onlar Denikin qoşunlarını eyni üsulla guya «Dağıstanda bolşeviklər var» deyə Dağıstan üzərinə sövq etmişdilər. O zaman Denikin Şimali Qafqaz sərhədini aşıb Dağıstan üzərinə yürüdüyü zaman ingilislər həyəcana düşmüş Azərbaycan dövlət başçılarını arxayın salaraq deyirdilər ki, Denikin heç zaman Bakıya toxunmayacaqdır. Lakin xalq onların sözünə inanmırdı. Şəhərdə, fəhlə rayonlarında keçirilən mitinqlərdə tələb edirdilər ki, Dağıstana kömək üçün Azərbaycanda səfərbərlik elan edilməlidir. Dağıstanın köməyinə çatmalıyıq. Mitinqlərin ardı-arası kəsilmirdi. Lakin hökümət ingilis komandanlığını narazı salmamaq məqsədilə dözürdü. Denikin Petrovskdan Azərbaycandakı nümayəndəliyinin başçısı Lazerevə və ingilis qoşunları komandanı polkovnik Şatelvorta yazırdı ki, «Azərbaycan hökuməti könüllü ordu hissələrinin Dağıstana yürüşündən təşvişə düşmüşdür. Halbuki general Dratsenko Petrovsk və Dərbəndin işğalı ilə kifayətlənib, irəli getməyəcəyi barədə təminat vermişdir. Göründüyü kimi Denikin Azərbaycanla oyun oynayırdı. Lakin denikinçi qəzetlər Azərbaycan üzərinə hücumu qızışdırmaq üçün əllərindən gələni əsirgəmirdilər. Rus Milli komitəsinin orqanı olan „Yedinaya Rossiya“ qəzeti yazırdı ki, Azərbaycan ya bolşevikləri qəbul etməlidir, ya da Denikini seçməlidir. Denikinçilər bolşeviklərdən daha məsləhətdir. İngilislər Azərbaycan hökümətinə vəd verdikcə Denikin qoşunları daha da irəliləyirdilər. Məlum olurdu ki, ingilis komandanlığının Azərbaycanı himayə edəcəyi barədəki vədi də boş və məkrlidir. Bakı fəhlə və zəhmətkeşləri dövlətdən tələb edirdilər ki, Denikin əleyhinə ciddi tədbir görülsün. Yenə də şəhərdə mitinqlər başlamışdı. Bu mitinqlərdən birisində Bakı varlılarından dəyirmanlar kralı adlanan Ağabala Quliyev küçədə Denikin lehinə açıq-açığına təbliğat apardığı üçün izdiham tərəfindən döyülmüşdü, sonra da hökümət onu həbsə almışdı. Şəhərdəki Denikin fitnəkarlarının qarşısını almaq dövlət qarşısında vacib bir məsələ kimi dururdu. „Azərbaycan“ qəzetinin 1919-cu il 11 iyun  tarixli nömrəsində Üzeyir Hacıbəylinin çap etdirdiyi „İçərimizdəki denikinlər“ adlı baş məqaləsində ölkədə təxribat aparan denikinçiləri amansızcasına ifşa etməyə çağırırdı. Belə bir vaxtda Azərbaycan Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi 1919-cu il 11 iyun tarixində bütün Azərbaycanda hərbi vəziyyət elan etdi. 1919-cu il 6 iyul tarixində Lazerev Denikindən yeni bir teleqram alır. Teleqramda deyilirdi: „Hərgah Azərbaycan höküməti tərəfindən könüllü ordu əleyhinə düşmənanə hərəkət başlamazsa, Denikin Azərbaycana qarşı heç bir iqdamatda olmayacaq. Samur çayında müəyyən etdiyi sərhədi könüllü ordu keçməyəcəkdir. Azərbaycanı Rusiyanın ayrılmaz bir hissəsi hesab edərək, bu məsələ Ümumrusiya Məclisi Müəssisanında həll edilənədək Azərbaycanın istiqlalını təsdiq edir“. Teleqramdan göründüyü kimi, müəyyən edilmiş sərhəd bir az da uzadılıb, Samura çatdırılmışdı. O biri tərəfdən Denikin Azərbaycanı hələ də müstəqil, suveren dövlət kimi tanımaq istəmirdi. Çünki o Azərbaycana hələ də Rusiyanın ayrılmaz hissəsi kimi baxırdı.  Teleqramda isə onun müstəqilliyinin müvəqqəti zaman üçün tanınması da onunla izah edilirdi ki, o gec-tez Azərbaycanın işğal edilməsini güman edirdi. Ondan sonra Denikindən alınmış yeni bir teleqramda müəyyən edilmiş sərhəd artıq Azərbaycan sərhədində idi. Teleqramda deyilirdi: „Əgər Azərbaycan höküməti tərəfindən üstümüzə hücum olunmazsa öz tərəfimdən ordularımızın Zaqatala-Qafqaz dağları, Qızılburundan irəli getməyəcəyini təmin edirəm“. Bu barədə Nəsib bəy Yusifbəyli Şatelvortla görüşüb, xeyli söhbət etmişdi. Baş nazir sonra bu danışıqlardan aldığı təəssüratını parlamentə açıqlamışdı: „Əlbəttə, — demiş, — ingilislər öz sözlərinin üstündə həmişə durmurlar. Bizə çox vədlər verdilər. Bizə dedilər ki, Dağıstan təhlükədə deyildir. Dağıstana guya heç kim hücum etməyəcək. Guya Denikin Petrovskini ancaq bir baza olaraq tutacaq və Petrovskdən bu yana keçməyəcək“. Sonra baş nazir onun Şatelvorta dediyi bu sözləri açıqlayır: „Mən ona dedim ki, siz bu vədlərlə bizə mane oldunuz. Sizin vədlər olmasaydı, biz Dağıstana kömək göndərərdik, bəlkə Şimali Qafqazda düşməni dəf edərdik. Nəticədə nə oldu? Denikin Şimali Qafqazı tutdu. Dünən onlar Dərbənddən irəli keçmək istəmirdilər, bu gün isə Qızılburuna soxulmaq istəyirlər. Əlbəttə bunlar bəhanədir. Məlumdur ki, Qızılburunun heç bir strateji əhəmiyyəti yoxdur. Onlar Bakının suyunu kəsmək istəyirdilər“. İngilislər Bakını tərk etdikdən sonra Denikinin generalı Baratov Azərbaycan höküməti ilə danışıqlar aparmaq üçün avqustun 24-də Bakıya gəlir. Yerli qəzetlər onun gəlişini narazılıqla qarşılayırlar. Hökümətdən tələb edirlər ki, generalın sözlərinə inanmasınlar. Denikin qoşunu birinci növbədə Qafqazı boşaltmalı və Azərbaycan dövlətini tanımalıdır. Avqustun 27-də Baratov Azərbaycan parlamentinin iclasına gəlir. Çıxışında deyir ki, Denikinin Azərbaycan əleyhinə heç bir sui-qəsdi yoxdur və heç bir iqdamatda olmayacaq. Bu şərtlə ki, hökümət Azərbaycanda bolşeviklərin əl-qol açmalarına imkan verməsin. Lakin Baratovla danışıqlar baş tutmur. Məlum olur ki, onun müqaviləni imzalamağa vəkaləti çatmır. Bundan başqa Azərbaycan tərəfi müqavilə imzalanan zaman respublikanın tanınması tələbini təkidlə irəli sürürdü. O da məlum olur ki, denikinçilər Azərbaycanı Rusiyadan ayrılmış bir dövlət kimi tanımaq istəmirlər. Açıq bildirildiyi kimi Azərbaycanın müstəqilliyini yalnız Rusiyada təşkil olunacaq ali hakimiyyət tərəfindən məsələ həll olunandan sonra tanıya bilər. Denikin ordularının cənub cəbhəsindəki məğlubiyyətindən sonra Azərbaycan Respublikası üçün Denikin təhlükəsi aradan qalxır. Rusiya Sovet höküməti də Azərbaycan Demokratik Respublikası ilə müqavilə bağlamaq barədə bir neçə dəfə təşəbbüsdə olmuşdu. Lakin bu təşəbbüslər həmişə nəticəsiz qalmış və Çiçerinin notalarına rədd cavabı verilmişdir. Çünki notalarda Denikin əleyhinə ittifaq bağlamaq barədəki təklif gənc Azərbaycan Respublikası üçün təhlükəli idi. „Azərbaycan“ qəzeti özünün yanvar 1920-ci il tarixli nömrəsində bu müqavilənin Azərbaycan üçün əlverişli olmadığını belə izah edirdi: „Sovet höküməti təklifinin iki cəhəti var. Birincisi, onunla sülh bağlamaq (bunu qəbul etmək olar), ikincisi, Denikinə qarşı hərbi ittifaqa girməkdir. Buna rədd cavabı verəcəyik. Bizim üçün fərqi yoxdur: Lenin olsun və ya Denikin olsun. Bi-zə lazımdır ki, bizim istiqlaliyyətimizə toxunmasınlar“.Buradan göründüyü kimi, gənc Azərbaycan höküməti ilk günlərindən heç bir dövlətlə hərbi ittifaqa girməməyi, yalnız sülh məramında olduğunu açıq bəyan edirdi. Hökumət Sovet hökümətinin xarici işlər naziri Çiçerinə bildirmişdi ki, biz heç zaman başqa ölkələrin daxili, işlərinə qarışmaq fikrində deyilik. 1918-ci ilin 7 dekabrında Bakıda parlamentin açılışı oldu. O gün şəhər bayramsayağı bəzənmişdi. Pərlament binasına çıxan küçələr adamla dolmuşdu. Parlament binasının qapısı ağzında sağda və solda ingilislərin iki zirehli maşını durmuşdu. Bu, asayişi qorumaq məqsə-dilə edilmişdi. Parlamentin iclası H.Z.Tağıyevin qız məktəbi binasında keçirilirdi. İclası Milli Şuranın sədri, „Müsavat“ partiyasının lideri M.Ə.Rəsulzadə açaraq demişdi: -Burada, Azərbaycanda bulunan bütün millətlərin təbəqələri və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu məclis vətənimizi tamamilə təmsil edə bilər. Sonra divara vurulmuş Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağını göstərərək, sözunə belə davam etmişdir: — Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış. Türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa əfkar ehraranasını təmsil edən bu üç boyalı bayraq daim başımızın üstündə ehtizaz edəcəkd Parlamentin açılışını təsvir evən Ü.Hacıbəyov 9 dekabr tarixli „Azərbaycan“ qəzetində belə yazırdı: „Məmməd Əmin nitqinin başlanğıcında bayraqdakı üç rəngin: türkləşmə, İslamlaşma və müasirləşmək amalı-əlamətindən olduğuna işarə ilə “bir kərə yüksələn bayraq bir daha enməz» sözlərini dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala onu alqışladı. Sonra hökümətin başçısı Fətəli xan Xoyski məruzə ilə çıxış edərək, Azərbaycan Respublikasının yaşadığı altı ay ərzində keçirdiyi ağır və çətin yoldan və habelə onun gələcək tərəqqi yollarından danışdı. Axırda parlamentin sədri və müavini seçildi. Sədrliyə Əlimərdan bəy Topçubaşov, müavinliyinə isə Həsən bəy Ağayev seçildi". 1920-ci ilin əvvəllərində parlamentin 11 müxtəlif fraksiya və qrupunu təmsil edən 96 üzvü var idi. Ən böyük fraksiya müsavatçıların idi. Onun 36 nəfər üzvü var idi. Sonra ittihad partiyası -13 nəfər, sosialistlər 13 nəfər (Ə.C.Pepinov, İ.Əbilov, S.Ağamalıoğlu, Ə.H.Qarayev də buraya daxildi), Ehrar- 6 nəfər, partiyasızlar — 3 nəfər, slavyan-rus cəmiyyəti — 3 nəfər, azlıqda qalan millətlər fraksiyası — 4 nəfər, erməni fraksiyası — 5 nəfər və s. Deputatların tərkibində rus, gürcü, polyak, yəhudi, alman nümayəndələri də vardı. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Parlamentə daxil olan qanun layihələri əvvəlcə komissiyalarda müzakirə olunur, sonra parlamentin müzakirəsinə verilirdi: Höküməti Nazirlər Şurasının sədri kimi 1918-ci il may ayının 28-dən 1919-cu il aprelin 14-dək Fətəli xan Xoyski, 1919-cu ilin aprel ayının 14-dən ta respublikanın süqutunadək Nəsib bəy Yusifbəyli idarə etmişdir. Nəsib bəy Yusifbəyli parlamentdə müxtəlif partiyaların bir-birinə münasibətindən danışarkən deyirdi: «Firqələrimizin xətti hərəkəti nə qədər müxtəlif olsa da, sosialistlərdən tutmuş ittihadçılaradək ümum firqələrimiz hürr və müstəqil Azərbaycanın tərəqqi və təalisi, məqsədi hər növ xüsusi narazılığın fövqündə qoyulur. Mübarizə ancaq təfsilat və cüziyyat üstündədir» («Azərbaycan» qəzeti № 40, 1920-ci il). Azərbaycan  höküməti  respublikanın  Qərb  ölkələri  tərəfindən  tanınması üçün səy ilə çalışırdı. Hökümətin Amerika cümhur rəisi Vilsona göndərdiyi teleqramında deyilirdi: «Azərbaycan Cümhuriyyəti isbat etmişdir ki, o da başqa mədəni müstəqil millətlər kimi yaşamağa müstəhəq, qadir və qabildir. Ancaq rəsmiyyət üçün onun istiqlalının və hüququnun qeyri müəzzəm millətlər tərəfindən qəbulu arzu  olunur və qeyri millətlərlə mədəni  əlaqə düzəldib, yaşayacaqdır. Cümlə müəzzəm Avropa ölkələrinə rica etməkdən əvvəl gənc Azərbaycan Cümhuriyyəsi əvvəlcə sizin alicənab şəxsiyyətinizə müraciət edib, sizdən onun istiqlaliyyətini təsdiq etdirməyi və bütün millətlər üçün etiraf etmiş olduğunuz müstəqil yaşayış hüququndan istifadə etdikdə qarşımıza çıxacaq maniələri rəf və dəf etməklə millətimiz sizdən ali müzahirət gözləyir». Azərbaycan höküməti Antanta dövlətləri tərəfindən tanınmamışdan da əvvəl xarici ölkələrlə əlaqələrini davam  etdirirdi. 1919-cu ilin martında Azərbaycan Demokratik Respublikası ilə İran arasında iqtisadi və siyasi əlaqələr yaratmaq məqsədi ilə «Rəd» qəzetinin müdiri Seyid Ziyaəddin Tabatabəyi başda olmaqla İran nümayəndə heyəti Bakıya gəlmişdi. Qarşıiıqlı müzakirələrdən sonra hər iki dövlət   arasında   saziş   bağlanmışdı.   Bundan   başqa   Azərbaycan   Cümhuriyyəti Türkiyə, Gürcüstan hökümətləri, Dağıstan xalqları ilə mədəni dostluq əlaqələri yarada bilmişdi. 1918-ci il dekabrın 28-də parlament Paris sülh konfransına səlahiyyətli nümayəndə heyəti seçdi. Heyətin tərkibinə parlamentin sədri Ə.M.Topçubaşov,   hökümət   üzvü   M.H.Hacınski   (Müsavat   partiyasından), parlament üzvləri Əhməd bəy Ağayev (bitərəf), Ə.Şeyxəlİslamov («Hümmət»), Ceyhun bəy Hacıbəyli (Müsavat), M.Məhərrəmov (sosialist), M.Mirmehdiyev (İttihad), Əli bəy Hüseynzadə (bitərəf), V.Marçevski (bitərəf) vardı. Nümayəndə heyəti yanvarın 19-da dəmir yolu vağzalından təntənə ilə yola salındı. 1918-ci il 28 maydan 1920-ci ilin aprelinədək Azərbaycan Nazirlər Kabinəsi 5 dəfə dəyişmişdir. Üç kabinetdə (28 may 1918, 17 iyun 1918, 22 dekabr 1919) sədr Fətəli xan Xoyski, 14 aprel 1919 və 22 dekabr 1919-cu illərdə isə Nəsib bəy Yusifbəyli olmuşdur. 1920-ci ilin əvvəlində parlament sədrinin səlahiyyəti bitir. H. Ağayev istefa verir. Parlament sədrliyinə M. Y. Cəfərov, sədr müavinliyinə S. M. Qənizadə, katibliyinə isə Rzayev seçilir. 1920-ci il yanvarın 14-də Paris sülh konfransında Azərbaycan və Gürcüstan cümhuriyyətlərinin istiqlaliyyəti defakto olaraq tanındı. O gün Bakı şəhəri təntənə içində idi. Dənizdə atəşfəşanlıq düzəldilmiş, küçələrdə camaat sevinclə bir-birini təbrik edirdi. Azərbaycan parlamentinin bu münasibətlə təntənəli iclası çağırılmışdı. İclasda Cümhuriyyətin xarici işlər naziri çıxış edərək demişdi: «1918- ci il mayın 28-də Azərbaycan xalqı öz istiqlaliyyətini elan etdi. Lakin tək bir elan az idi. Bütün dünyaya göstərmək lazım idi ki, biz müstəqil yaşamağa layiqiq. Budur, Azərbaycan xalqı il yarım ərzində Avropaya göstərdi ki, o, müstəqil yaşaya bilər». 1920-ci ilin əvvəllərində Bakıda 20-yə qədər dövlətin: ABŞ-ın, İngiltərənin, Fransanın, Türkiyənin, İranın, Finlandiyanın, Polşanın, İtaliyanın, İsveçin, Yunanıstanın və başqa dövlətlərin diplomatik nümayəndələri və konsulları var idi. Lakin göründüyü kimi bu ölkələrin içərisində Sovet Rusiyasının nümayəndəsi yox idi. Nəsib bəy Yusifbəyli 1919-cu il noyabrın 22-də təzə təşkil etdiyi hökümətin məramnaməsindən danışarkən demişdi: «Təəssüf ki, indiyədək Rusiya ilə heç bir münasibət yarada bilməmişik, bunun günahı isə bizdə olmamışdır». Azərbaycanın həyatında həqiqətən milli dirçəliş canlanmağa başlamışdı. Dağılıb, pozğun hala salınmış dəmir yolu bərpa edilib, qatarların hərəkəti üçün normal şərait yaradılmışdı. Poçt-teleqraf qaydaya salınmışdı. Bakı — Batum neft kəməri bərpa edilmişdi. Müəssisələrdə iş saatı 8 saat müəyyən edilmişdi. Bakı dövlət bankı da yaradılmışdı. Əvvəllər Gürcüstanla birlikdə, sonralar müstəqil bon pulları, daha sonra xaricdə çap edilmiş Azərbaycan pulları tədavülə buraxıldı. Bir sözlə, ölkənin daxili və xarici siyasəti möhkəm dostluq və dinc qonşuluq şəraitində qurulmuşdu. Təkcə Ermənistan Azərbaycanla köhnə ədavətini davam etdirir, tez-tez Qarabağa basqınlar edilirdi. Qarabağ məsələsi dəfələrlə parlament iclaslarında muzakirə edilmişdi. Ermənilər ərazi iddialarından əl çəkmirdilər. 1919-cu il dekabrın 22-də Nəsib bəy Yusifbəyli parlament iclasında ermənilərin ağılsız torpaq iddialarından bəhs edərkən demişdi: «Qarabağ tərkibinə daxil olan dörd qəza və o cümlədən Zəngəzur qəzası Azərbaycanın ayrılmaz hissəsidir». Noyabr ayında Tiflisdə ərazi məsələsini həll etmək üçün üç respublikanın konfransı çağırılmışdı. Lakin Ermənistan özünü böyük Ermənistan elan etməklə Zaqafqaziya dairəsindən çıxdığını bildirmiş və konfransa gəlməmişdi. Bu ucbatdan da konfrans baş tutmamışdı. Həmin il Qərb dövlətlərinin başçıları ermənilərə bildirmişdilər ki, böyük Ermənistan məsələsi heç zaman baş tutası deyil. Onlar Zaqafqaziya Ermənistanı ilə kifayətlənməlidirlər. General Tomson onlara qəti bildirmişdi ki, ermənilər böyük Ermənistan fikrini birdəfəlik başlarından çıxarmalıdırlar. Azərbaycan Respublikasının 1918-ci il 17 iyul tarixli fərmanı ilə türk (Azərbaycan dili) rəsmi dövlət dili hesab edilmişdi. Qərarda deyilirdi. «Dövləti lisan türk dili qəbul edilərək irəlidə bütün məhkəmə, idarəye- daxiliyyə və sairə dövlət vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökümət müəssisələrində rus dili istemalına müsaidə edilsin». Azərbaycan parlamenti 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qərar qəbul etdi. Milliyyətindən və dilindən asılı olmayaraq, hər bir kəs və ya valideynləri azəri olan şəxslər Azərbaycan vətəndaşı sayılırdı. M.Ə.Rəsulzadə «Bütün Azərbaycan əhalisinə» müraciətində yazırdı: «Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yek digərinə əl uzatmalı və yardım etməlidirlər». Azərbaycan höküməti birinci növbədə dövləti qoruya biləcək qüvvələrin təşkili və möhkəmlənməsi üçün təxirə salınmaz ciddi tədbirlər görürdü. Azərbaycan generallarından Səməd bəy Mehmandarov hərbiyyə naziri, Ə.A.Şıxlinski isə onun müavini təyin edilmişdi. Onlar «Dikaya diviziya»nın pərən- pərən düşmüş hissələrindən və səfərbərliyə alınan gənclərdən ordu təşkil etməli idilər. Bu işdə Azərbaycanda qalmış əsir türk zabitləri də onlara yaxından köməklik edirdilər. Xüsusi yardım alayı yaradılmışdı. Azərbaycan höküməti hələ Gəncədə ikən kiçik zabitlər hazırlayan məktəb açmışdı. Ordunun yaradılmasında Bakıda olan rus zabitlərindən də istifadə edilirdi. Bundan başqa Krımdan da bir neçə yüksək rütbəli zabitlər Bakıya işləməyə gəlmişdilər. General Süleyman Sulkeviç də onların arasında idi. 1918-ci ilin noyabrında zabitlər məktəbindən buraxılmış ilk məzunlar artıq ordu sıralarında xidmətə başlamışdılar. Ümumiyyətlə qısa müddət ərzində Azərbaycanda 30 minlik milli Azərbaycan ordusu yaradılmışdı. Onun sərəncamında 4 hərbi təyyarə, 3 zirehli qatar, 6 zirehli avtomobil, iki hərbi gəmi vardı. Azərbaycan ordusu hissələri respublikanın ayrı-ayrı regionlarında yerləşdirilmişdi: bir hissə Cəbrayıl, Cavanşir, Zəngəzur və Şuşada ermənilərə qarşı vuruşurdu. Bir hissə Qarabağ və Dilican istiqamətində hücuma keçmiş ermənilərə qarşı göndərilmişdi. General Səlimovun komandası altında olan iki alay da Lənkəran-Muğan istiqamətində vuruşurdu. Demokratik respublikanın maarif və mədəniyyət sahəsində gördüyü işlər, qəbul etdiyi qərarlar xüsusi diqqətə layiqdir. Respublikanın ilk aylarından orta məktəblər milliləşdirildi. Bakıda, Gəncədə, Qubada, Lənkəranda, Qazaxda, Şəkidə, Şuşada, Salyanda və başqa bir neçə şəhərdə seminariyalar açıldı. 1918-ci ilin noyabrında Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürüldü. Mətbuat sahəsi isə hələlik sabit deyildi. Müxtəlif partiya və təşkilatların orqanları olan qəzet və məcmuələr əksər hallarda bir neçə nömrə çıxandan sonra bağlanırdı. Bəzilərinin ömrü 3-4 ay ancaq olurdu. Elələri də vardı ki, 1917-ci ildən başlayıb, ta 1920-ci ilədək, davam etmişdi. «Qardaş köməyi» məcmuəsi inqilabdan qabaq nəşrə başlasa da inqilabın başlanğıcında, yəni 1917-ci ilin fevral ayında öz fəaliyyətini saxlamışdı. Məcmuə başlıça olaraq, Kars tərəflərdə zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələrlə dolu idi. Onun ətrafına toplaşmış əsas mühərrirlər bunlar idi: M.Ə.Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firudin bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə və başqaları. İttifaqi mütəəllimin" qəzeti — Bakı türk tələbələri təşkilatının orqanı idi. İlk nömrəsi 1917-ci il mart ayının 6-da çıxmışdır. Həmin ilin may ayında çağırılmış Ümumi Qafqaz tələbələrinin qurultayı təzə seçilmiiş Mərkəzi komitəyə tapşırır ki, yeni bir qəzet buraxsın. Buna görə "İttifaqi mütəəllimin" öz fəaliyyətini dayandırıb, yerini «Gənclər sədası» adlı yeni qəzetə verir. Qəzetdəki materiallar türk və rus dillərində çap olunurdu. Qafqazda yaşayan tələbələrin vəziyyəti barədə qəzet müntəzəm yazılar dərc edirdi. Ölkədə siyasi vəziyyətlə əlaqədar olaraq qəzet həmin ildə də bağlanır. "Zəhmət sədası" qəzetinin də taleyi belə olmuşdu. Yəni çıxması ilə bağlanması eyni zamana düşdü. "Müsavat" qəzeti — az-çox ömür sürən qəzet idi. Müsavat partiyasının orqanı idi. Həftəlik qəzet idi. Qəzetin şüarı belə idi: "İnsanlara hürriyyət, millətlərə müsavat". Qəzetdə ən çox fəaliyyət göstərən M.Ə.Rəsulzadə idi. Qəzetin nəşri 1918-ci ilin mart hadisələrinədək davam etmişdi. Həmin ildə çap olunmağa başlamış «Müsəlmanlıq» qəzeti də «Rusiyada müsəlmanlıq» partiyasının orqanı idi. Bir neçə ay ömür sürmüşdü. Ceyhun bəy Hacıbəylinin nəşr etməyə başladığı "İttihad"  qəzeti  bu  partiyanın  rəsmi  orqanı  olandan  sonra  «Müsəlmanlıq»  öz əhəmiyyətini  itirib,  bağlanmışdı.  Bir  müddətdən  sonra  isə  qəzet  «Rusiyada müsəlmanlıq» İttihad partiyasının rəsmi orqanına çevrilərək nəşri 1920-ci il 27 aprelədək davam etmişdir. Qəzetin axırıncı nömrələri doktor Qara bəy Qarabəyov tərəfdən redaktə olunurdu. Bunlarla yanaşı 1918-ci il 14 yanvardan Bakıda «El həyatı» adlı ədəbi, ictimai və siyasi bir məcmuə də nəşr olunurdu. Bu məcmuə ayda iki dəfə çıxmalı idi. Lakin ikinci nömrəsindən sonra bağlanmışdı. Məcmuə istehlakçılar cəmiyyətinin orqanı idi. Məqsədi el içərisində kooperativin əhəmiyyətini başa salmaq və xalqı kooperativlər ətrafında toplanmağa çağırmaq idi. Məcmuə yazırdı ki, «Heç bir firqənin naşiri əfkarı deyildir». Onun səhifələrində çıxış edən müəlliflər içərisində N.Nərimanov da vardı. "Əxban«qəzeti-fəhlə, əsgər və matroslar şurasının orqanı idi. 18-ci il mart hadisələrindən sonra çap olunurdu. Onun da ömrü bu illərin başqa qəzetləri kimi çox qısa olub. Qəzetdə Ruhulla Axundov, Ağababa Yusifzadə və başqaları iştirak edirdilər. „Əkinçi“ qəzeti mart hadisələrindən sonra çıxmağa başlamışdı. Öz siyasi görüşləri etibarilə türk ixtilalçı sosialist mövqeyində dururdu. »Azərbaycan hökümətinin əxbarı" qəzeti — Azərbaycan və rus dillərində çıxırdı. Qəzetdə çap olunan əsasən rəsmi dövlət xəbərləri, əmrlər, qanunlar və sair rəsmi sənədlər idi. Qəzetin bünövrəsi Gəncə şəhərində qoyulmuşdu. Türklər Bakını tutandan sonra redaksiya Bakıya köçmüşdü. «Azərbaycan» qəzeti — 1918-ci ilin iyun ayından Azərbaycan və rus dillərində  Gəncədə  çap  olunmağa  başlamışdı.  Qəzetin  4  nömrəsi  Gəncədə çıxmışdır.  Həmin  ilin  sentyabr  ayında  qəzet  redaksiyaları  Bakıya  köçürülür. Azərbaycan dilində çıxan qəzetin redaktoru Ceyhun bəy Hacıbəyli, rus dilində çıxan qəzetin isə redaktoru Şəfi bəy Rüstəmbəyov idi. Bir müddətdən sonra Ceyhun bəy Hacıbəyli Paris nümayəndələri tərkibində Fransaya getdiyindən qəzetin redaktorluğunu qardaşı Üzeyir Hacıbəyli qəbul edir. Qəzet Müsavat hökümətinin rəsmi orqanı idi. «Azərbaycan» qəzeti əhali içərisində böyük hörmət qazanmışdı. Qəzet rus dilində olan «Azərbaycan» qəzeti ilə birlikdə 1920-ci ilin 27 aprelinədək çap olunmuşdu. Bakının görkəmli ziyalı, yazıçı və ictimai xadimlərindən M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Xəlil İbrahim, Ömər Faiq Nemanzadə, Mirzəbala Məmmədzadə, Axund Yusif Talıbzadə, Fərhad Ağazadə qəzet səhifələrində müntəzəm çıxış edirdilər. "İstiqlal" qəzeti — Müsavat partiyasının, rəsmi orqanı idi. İlk nömrəsi 1919- cu il 4 fevralda çıxmışdır. Aşağıdakı misralar qəzetin daimi devizinə çevrilmişdi: Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol. Qəzet həftədə bir dəfə çıxırdı. Axırıncı nömrəsi 1920-ci ilin 23 aprelində çıxmışdı. «Yeni həyat» qəzeti — 1918-ci ildən çap olunurdu. Ancaq uzun ömür sürməmişdi, Redaktoru doktor Qara bəy Qarabəyov idi, "Xalq sözü" qəzeti — başqa qəzetlərdən fərqli olaraq, günorta çıxır və səhərki hadisələri əhatə etməyə çalışırdı. Qəzet 1919-cu ilin iyun ayında nəşr olunmağa başlamış və cəmi 3-4 nömrə çıxmışdı. "Şeypur" məzhəkə məcmuəsi — 1912-ci ilin sentyabr ayından çap olunmağa başlamışdı. Məcmuənin naşirləri Səməd Mənsur ilə Məmmədəli Sidqi idi. Nəşri təxminən 1919-cu ilin ortalarınadək davam etmişdir. Bu dövrdə sol eserlərin, başqa sözlə desək, bolşeviklərin də mətbuat sahəsində geniş fəaliyyətə keçdiklərini görürük, Məsələn, sol eser, yəni bolşevik Əliheydər Qarayevin rəhbərliyi altında «Fəhlə konfransının əxbarı», «Füqəra sədası», «Haqq səsi», «Azərbaycan füqərası» qəzetləri nəşr edilirdi. Ancaq qeyd edək ki, bu qəzetlər bir-iki nömrə çıxandan sonra bağlanmışdır. «Yoldaş» və «Məşəl» məcmuələri də bolşeviklər tərəfindən buraxılırdı. Onların da ömürləri çox qısa olmuşdu. "Fəhlə və əkinçi" qəzeti də sol eserlər tərəfindən nəşr edilirdi. Bunlardan başqa ayrı-ayrı firqələr və şəxslər tərəfindən; «El», «Doğru yol», «Xalqçı», «Sədaye İran», «Mədəniyyət», "Övraği nəfisə", «Zəhmət həyatı», «Qurtuluş yolu» qəzet və məcmuələr dərc edilirdi. Lakin bunların heç biri mətbuat tariximizdə özlərinə mövqe tuta bilməmişdi. "Hürriyyət" qəzeti — İran Kommunist partiyası "Ədalət«in orqanı idi. Nəşri 1920-ci ilin may ayınadək davam etmişdi. Həftəlik qəzet idi. Redaktoru Mir Cəfər Cavadzadə (Pişəvəri) idi. Yuxarıda adları çəkilən qəzet və məcmuələrlə yanaşı Tiflis, İrəvan, Gəncə şəhərlərində də Azərbaycan dilində qəzet və məcmuələr nəşr edilirdi. Bunlardan „Al bayraq“ qəzetini və „Tartan-partan“, „Gənclər yurdu“ məcmuələrini göstərmək olar. Bunların hər üçü Tiflisdə çap olunurdu. „Gələcək“ qəzeti Tiflisdə olan müsəlman sosial-demokrat „Hümmət“ partiyası tərəfindən buraxılardı. Menşevik meylli idi. Bu qəzetin səhifələrində Əziz Şərif, Əliqulu Nəcəfzadə, Səmədağa Ağamalıoğlu yaxından iştirak edirdilər. „Al bayraq“ sosialist qəzeti idi. „Tartan- partan“ məzhəkəli məcmuəsi Ə. H. Qarayev tərəfindən buraxılırdı. 1918-ci ildə cəmi bir nömrə çıxmışdır. „Gənclər yurdu“ qəzeti gənclər qəzeti idi. Bundan başqa 1918-ci ildə Gəncədə Əhməd bəy Ağayev tərəfindən „Türk sözü“ adlı bir qəzet də buraxılırdı. Cəmi iki sayı çıxmışdı. Eyni zamanda İrəvanda „Bürhani həqiqət“ adlı həftəlik ədəbi-siyasi bir məcmuə də buraxılırdı. Qafqaz cəbhəsinin yaxınlaşması ilə əlaqədar bağlanmışdı. Bakı şəhərində universitet açılması sahəsində böyük işlər aparılmışdı. Nəhayət, Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda universitet açılması barədə qanun təsdiq etdi. Qəbul edilmiş qanunda deyilirdi ki, universitetdə 4 fakultə təşkil olunur: Tarix-ədəbiyyat, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Universitetin rektoru professor V.İ.Razumovski təyin olunur. Universitetdə hər bir tələbədən 500 manat təhsil haqqı alınırdı. Tələbələrdən 10 faizi isə pulsuz təhsil alırdı. Universitetdə Rusiyadan dəvət olunmuş professorlar leksiya oxuyurdu. Təhsil alanlar içərisində azərbaycanlılarla yanaşı başqa millətlərin nümayəndələri də vardı: rus, erməni, yəhudi, dağıstanlı və başqaları. Universitetin açılması Azərbaycanın həyatında mühüm hadisə idi. Azərbaycan hökümətinin qısa bir müddətdə əldə etdiyi böyük müvəffəqiyyətlər xalq içərisində böyük nüfuzu olan Müsavat partiyasının başçılığı altında başa gəlmişdi. Respublikanın bütün ictimai, siyasi, iqtisadi və mədəni həyatında Müsavat həmişə bayraqdar olmuşdu. Təəssüf ki, respublikanın ömrü qısa oldu. 1920-ci ilin 27 aprelində bolşeviklər hökümətin təslim olması barədə parlamentə ultimatum verdilər. Və parlamentin çıxardığı aşağıdakı qərarla hökümət təslim oldu. Azərbaycan Respublikasmın fövqəladə iclasının qərarı  27 aprel 1920-ci il Sizin 27 aprel tarixli məktubunuzu müzakirə edərək və onun məzmununu yaşadığımız vəziyyətlə müqayisə edərək və sizin təklifinizi nəzərə alaraq, seçdiyimiz komissiya bu qərara gəlir: Sovet hakimiyyəti tərəfindən idarə olunan Azərbaycan istiqlaliyyəti bütövlükdə saxlanmalıdır.Azərbaycan Kommunist partiyası tərəfindən yaradılmış hökümət müvəqqəti orqan olacaq.Azərbaycanın idarə edilməsinin son forması hər cür xarici təzyiqlərdən asılı olmayaraq, Azərbaycan fəhlə, kəndli və əsgər deputatları Soveti simasında Azərbaycanın ali qanunverici idarəsi tərəfindən müəyyən ediləcəkdir.Hökümət idarələrinin əməkdaşları öz yerlərində qalır, yalnız məsul vəzifə tutanlar azad edilirlər.Yeni təşkil olunmuş müvəqqəti kommunist höküməti parlament və hökümət üzvlərinin toxunulmazlığına təminat vQızıl Ordunun hücumla Bakı şəhərinə daxil olmasına yol verməyəcəAzərbaycanın istiqlaliyyətini boğmaq istəyən hər hansı xarici qüvvələrə qarşı yeni hökümət onun sərancamında olan vasitələr və qəti tədbirlərlə mübarizə edəcəkdAzərbaycan parlamenti bu şərtlərin özünün fövqəladə iclasında səs çoxluğu ilə qəbul edildiyini nəzərinizə çatdırır. Parlamentin sədri: MƏMMƏD YUSİF CƏFƏROV. Bakı, 27 aprel, axşam saat 11. Sonradan  məlum  olduğu  kimi  bu  şərtlərin  heç  biri  yerinə  yetirilməmiş,Azərbaycan Milli höküməti aldadılmışdı. Hökümət başçılarından bəziləri vaxtında aradan çıxaraq, xaricə getmiş, buna macal tapmayanlar isə həbs edilib, güllələnmiş və sürgün edilmişdilər. Beləliklə, Azərbaycan Milli Demokratik Respublikası üfüqdə parlaq bir ulduz kimi parlayıb, tez söndü. Lakin onun xoş təəssüratı uzun müddət, düz 70 il Azərbaycan oğullarının ürəyində özünə gizli yuva tapmışdı. Yalnız bizim günlərdə o özünü böyük sevinclə biruzə verdi və M.Ə.RƏSULZADƏNİN vaxtı ilə dediyi: „Bir kərə yüksələn bayraq bir daha enməz“ sözləri, nəhayət, özünü doğrultdu. Azərbaycanda daha güclü, milli Azərbaycan Respublikası bərqərar oldu. Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR  Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
['Azərbaycan tarixi', 'Azərbaycan Xalq Cümhuriyyəti', 'Azərbaycan Demokratik Respublikası']
1,010
https://kayzen.az/blog/qadinlar/18997/r%C3%BCbab%C9%99-muradova.html
Rübabə Muradova
Apollon
Məşhur qadınlar
9 iyun 2016, 11:15
Ədəbiyat və mədəniyyətimizin siyasi senzurasına baxış... İllər ötsə də, zaman kainatla qocalıb, öz işini aramla görsə də, bu həyatdan boylanıb, xalqı üçün dahiyanə əməlləriylə keçənlər heç zaman unudulmur. Elə bu ənənə ədəbiyyat salnaməmizə ilk tarixi roman janrımız “Qılınc və Qələm”dən də məlumdur. Sözünü vərəqlərə nizam edən Nizaminin həyat hekayəsi buna əyani sübut olmuşdur. Dünya döndükcə, insanlar seçilir-ömrünü, gününü xalq sevgisindən xalqına sənətlə fəda etməklə… Millət olaraq tariximizdə senzura ədəbiyatı; gərək keçmiş SSRİ’də şura ədəbiyatının xadimlərinə, gərəksədə Cənubi Azərbaycanda şah üsulunda amansız edamlar, sürgünlər yan keçməmişdir. Bundan əlavə, bağlanan sərhəd dirəkləri bizi cənubdan və Türkiyəmizdən ayrı salmaq istəsədə, ədəbiyyatımızın və mədəniyyətimizin xadimləri qorxmadan buna qarşı gələrək həyatlarını sənətə fəda etməklə- bir sözlə, sənətə möhür vuraraq xalqlarının rifahı və gələcəyi uğruna öz həyati mübarizələrinə çevirmişdirlər… Cənubdan gələn şair və sənətkarlar köhnə Bakısına sığınırdılar… Azərbaycan mədəni irsinin paytaxt şəhərlərindəndir, Ərdəbil! Cənubda bir şəhər var, adı Ərdəbil! O şəhərin ismini duysaq da oranın insanı və aurası haqqında demək olar ki xəbərimiz yoxdur. O şəhər Azərbaycan mədəni irsinin ocaqlarından olmuşdur. Bəli, Azərbaycan Səfəvilərinin mədəniyyət ocağıdır Ərdəbil! Mülayim və sadə insanlarıyla insanlığa xoş təəssürat bağışlayan bu şəhər qədim Qızılbaş Türklərinin, Xətayinin qurduğu Azərbaycan Səfəvilər İmperyasının mədəni şəhərlərindən olmuş, imperatorluq zamanında bir-sıra tarixi abidələrinin inşasıyla özünün intibah dövrünü yaşamışdır. Savadlı və istedadlı populyasiyasıyla Azərbaycan Türklərinin milli və mədəni irsini qoruyub saxlamışdır Ərdəbil! Ərdəbil Azərbaycan Muğamına öz töhvələrini verməkdən də yan keçməmişdir. Gənclərinin gənc yaşda bütün istilalara baxmayaraq tara, kamançaya meyl etmiş, milli epistomelyar irsimizdə nadir muğam sənətini qoruyub,saxlamağı da bacarmışdır. Şah senzurasına öz sözünü deyən bu şəhər Qızılbaşların mədəni və mənəvi dayağı olmuşdur. Ərdəbil deyiləndə o şəhərə hörmətlə yanaşmaq lazımdır ki, o şəhər Azərbaycan mədəniyyətinə öz dühalarını vəsf etmişdir.O dahilər tarix boyu bütün həyatları siyasi sıxıntılarla təqib edilməsinə baxmayaraq, gərək ədəbiyyatımıza, gərəksədə mədəniyyətimizə xidmət etməklə mədəni irsimizi qoruyub saxlamışdır. Bax, elə ona görə də yeri başqadır Ərdəbilin! Çünki, Azərbaycan mədəni irsinin paytaxt şəhərlərindəndir, Ərdəbil! Ərdəbilin özü kimi səsi də gözəl qızı... 1933-cü ildə Ərdəbildə Mirzə Xəlilin ailəsində dünyaya göz açmışdı. Bu gənc qız nənəsinin himayəsiylə böyüyürdü. Uşaqlıq illəri gözəl Ərdəbilin təmiz havasından, bulaq suyundan, Ərdəbilin qəlbi təmiz insanların mühitiylə keçmiş, şifahi ədəbiyyatımızın bayatıları, qoşmaları, muğamlarımızın təsiri onun musiqi sənətinə olan marağını daha da artırmışdı...11 yaşında ikən artıq o, rəngarəng muğamlarımızı oxuyur, müqəddəs Qurani-Kərimin ayələrini avazla səsləndirirdi...Ərdəbil Şərq və Azərbaycan Musiqi Mədəniyyəti tarixinə özü kimi səsi də gözəl onu yetişdiririrdi. Bütün varlığı ilə sənətə bağlanan onun düşüncələrində ana Vətəninə bağlılıqda yan keçə bilməzdi. Çünki, böyüdüyü mədəni mühit, Ərdəbil mühitində aldığı tərbiyə ondan yan keçə bilməmişdi… Həkim atası həmdə hər bir Ərdəbilli kimi tarda çalar, mizrabının telindən qopan səs gənc qızda oxumağa böyük maraq oyadardı. Həsrətin, acının və kövrəkliyin yolu deyilmidir, sərhəd telləri?! 1946-cı ildə artıq keçmiş SSRİ-nin tərkibində olan şimal yenicə 2-ci dünya müharibəsindən qələbə ilə çıxmışdı. Sovet senzurası, 19-cu əsrin Türkmənçay müddəlarını əsas gətirərək bölünən Arazı ortaq olaraq bölmüş, həsrət dirəklərinə çəkilən tikanlı tellər bir xalqı ikiyə bölmüş, şimaldakı ədəbiyyat xadimləri cənuba, cənubdakı xadimlərsə şimala şeir və əsərləriylə salam göndərirdi. 1946-cı il böyük çevriliş dönəmini keçirirdi… M.Pişəvərinin qurduğu Cənubi Azərbaycan 21 Azər Höküməti süqut edirdi.Arazın cənubunda Azadistan adlı ölkənin varlığına son qoyulurdu! Ədəbiyyat, millət, sənət, soykök terminlərinə sahib elm və sənət adamlarımız haqsızca yeni qurulan İran Şah Üsul İdarəsi tərəfindən dar ağacına çəkilirdi. Gənc qızın elə sevgilisinidə o dar ağacından amansızca asmışdılar...Sıra onlara çatırdı… Rəsmi Bakının Astaradan və Culfadan açdığı sərhəd telləri gecənin şam işığı olmuşdu onlara...Cənubdan elm,sənət,ictimai-siyasi xadimlər,şair-yazıçılar ya dar ağacını asılmağı seçəcək, ya da bir ömürlük şimala mühacirət edəcəkdilər… Atası Mirzə Xəlil Siddiqi xəbəri eşidər –eşitməz 3 uşağını da götürüb, üzü Astaraya sarı qaçırdı… Astaradan açılan bir anlıq o sərhəd telləriylə yeni həyata başlayacaqdılar onlar. Gənc sənətkar şah üsul idarəsi tərəfindən edam edilmiş sevgilisinin həsrətindən qovrulması bir yana, ata ocağı Ərdəbilə bir ömür boyu həsrət qalacaqdı… Şimala keçmənin – yaşamaq uğrunda mübarizənin sevincini yaşasalarda Araz çayındakı sərhəd tellərindən sonuncu dəfə Cənuba baxırdı… Vətən ağrısı ilə, yar acısı onun dərdinə həmahəng etmişdi… Araz çayına yaxınlaşıb bir daha görə bilməyəcəkdi o və bu yanğı onun həyatında heç zaman silinməyəcəkdi. Həsrətin, acının və kövrəkliyin yolu deyilmidir ,sərhəd telləri ?! Salyanda övladını əlindən alırlar... Artıq mühacir həyatlarına Arazın şimalında başlamışdılar. Elmə daim qiymət verən Mirzə Xəlil Astarada və Salyanda yaşayərkən qızı Rübabənin təhsili ilə maraqlanır. Rübabə burda təhsilini bitirib Sabirabaddakı Dram Teatrında təhsilini davam etdirib, məzun olur.Gənc qızın şimalda da taleyi gülmür. Keçmiş SSRİ mühacir adı verdiyi Cənublu soydaşların həyatını burda da rahat buraxmırdı.Cənubda edam olunmuş, ömür-gün yoldaşından tək yadigarı olan qızını alıb Moskvadakı internata göndərirlər.Mühacir insanlarımıza SSRİ’nin sərt qanunları yan keçmir.Sevgi,Vətən həsrətiylə yaşamağa vaqe olan bəxtsiz xanım sənətkar bir ana kimi övlad həsrətiylə də yaşamağa başlayır… Bakıya gedən həyat hekayəsi Keçmiş SSRİ Azərbaycanında Bədaye Teatrları, Filormoniya, Opera və Balet teatrları regionlarda qastrola səfərə gəlirdi.Təbii olaraq keçmiş SSRİ’də talantlı, istedadlı gənclərin qastrollarda qarşılaşma onların paytaxt Bakıdakı gələcəklərinə böyük cığır olurdu. Ə.Ələsgərov Salyanda qatrolda ikən gənc qızın səhnə mədəniyyətini və səsində olanda talantı bəyənir, onu Bakıdakı Dövlət Flormaniyasına dəvət edir. Atası həkim Mirzə Xəlil ailəsi ilə Bakıya köçməli olur.Rübabə xanım burda işləyə-işləyə tanınmağa başlayır, təhsilini davam etdirir, 1955 –cü ildə o Asəf Zeynallı adına Bakı Ali Musiqi Məktəbini (indiki Azərbaycan Dövlət Konservatoriyasını) bitirir.Seyid Şuşinskidən aldığı elm və tərbiyənin talantı onu zirvələrə götürəcəkdi… “Gecələr yuxusuz qoymusan məni” Azərbaycan Dövlət Bədayə Teatrının (indiki Opera və Balet Teatrı) solisti kimi fəaliyyətini davam edir. Dövrünün və çağımızın tanınmış bəstəkarı Ü.Hacıbəyovun bəstələdiyi bütün rollarda baş rollarıyla unudulmaz obrazlar yaradır.Gərək teatr xadimi, gərəksədə xalq müğənnisi kimi onun səsi keçmiş SSRİ’də sensasiyaya səbəb olduğu kimi, mahnıları diyar-diyar gəzərək bağlı – tikanlı sərhəd tellərini keçib ata ocağı Ərdəbilə də çatmışdı… ”Leyli Məcnun”unda oynayarkən Leyli kimi öz həyatını, Şəhriyarın “Heydərbabaya Salam” əsərini oxuyarkən doğma Ərdəbilinə olan həsrətini, “Gecələr yuxusuz qoymusan məni” mahnısını oxuyarkən sərhəd tellərinin o tayında qalan elini-obasaını özləməsiylə bərabər, edam edilmiş yarının həsrətini oxuyurdu Rübabə xanım… Gərək Vətən həsrəti, gərəksə də nakam məhəbbətini oxuyan Rübabə Muradova əslində sənətə öz dərdini – həyatının acı və ağrısını danışmaqla fəda etmişdi… 1971-ci ildə Azərbaycan SSRİ-nin Xalq Artisti və SSRİ-nin “Şərəf Nişanı” ordeninə layiq görülən xanım aktrisanin əslində real həyatda üzü gülmür… Onun həyatını araştırarkən A.Eyvazlının bacısı T.Məmmədovadan götürdüyü müsahibədən və həyatı haqqında çəkilən sənədli filmdən də görünürdü ki, Bakıda “Leyli və Məcnun” rolunda Leyli rolunu ifa edərkən gözəl səsi, tamaşaçı qismində izləyən Hindistanın Xalq Artisti Rac Kapur tərəfindən bəyənilir, xanım müğənnini Hindistanda birlikdə “Leyli və Məcnun” filmində baş rollarda çəkilməyə dəvət etsə də, Rübabə Muradova Rac Kapura Vətənindən uzaqlara getmək niyyəti olmadığından rədd cavabı verir. Naxçıvanda qastrolda ilk dəfə Arazı görür Qastrol səfəri, silsilə dövlət konsertləri onu Naxçıvan Muxtar Respublikası C.Məmmədquluzadə adına Dövlət Dram, Bədaye Teatrına götürürdü… Naxçıvan caamaatı onu canlı görmək üçün teatra toplaşırdı...Xalq Artisti Rübabə Muradova isə yolda gedərkən ətrafa baxırdı… Artıq əziyyət çəkdiyi Qaraciyər serrozu onu solğun çiçəyə bənzədirdi...İlk dəfə gəncliyinin dərdini görür Naxçıvanda. Onun göz yaşlarıyla baxdığı tikanlı-məftillərə sarılan həmin çay Araz idi… O çay onu gəncliyində ailəsiylə qaçdığı günlərə aparırdı… Ərdəbildəki evlərini, edam olunmuş yarını, görə bilmədiyi övladını – ağrılı taleyini gözlərinin önündən keçirdi Rübabə Muradovanının… Necədə əsməyə bilərdi? Sənətə sərf etdiyi, “Leyli və Məcnun”da oynadığı Leyli obrazı gerçək həyatda özü, yanğılı oxuduğu muğamlarındakı Araz həsrəti elə Ərdəbildəki ocağına həsrət qalmasının dərdi idi...Sənətdə, səhnədə əslində o öz talesiz həyatını gerçəkdən oynayırdı… 50 yaşlı korifey sənətkar sanki, öləcəyini bilirmiş kimi bacısı Tairə Muradovaya ölümündən sonra nə zamansa sərhəd telləri açıldıqda doğma şəhəri Ərdəbilə getməsini, gəldikdə isə məzarına Ərdəbil torpağını tökməsini istəmişdi… Ölümünə sayılı günlər qala xanım sənətkar Ərdəbil ağrısı, Araz həsrəti yaşamasına rəğmən vəsiyyətindən də göründüyü kimi pozitiv olaraq bir gün sərhəd dirəklərinin açılacağına – ata ocağına olan həsrətin özünə qismət olmasada mühacirlərə qismət olacağına böyük ümidlə inanarmış…   8 avqust 1983-cü ildə Bakıda vəfat edən xanım aktrisa öz xalqının çiyinlərində Yasamal qəbirstanlığında torpağa tapşırılsa da mənən olaraq bu ölümlə kimsə barışmır.Bunun nəticəsidir ki, oxuduğu mahnılar bu gün də xatırlanır, dinlənilir. 90-cı illərin əvvəllərində Şah Üsul İdarəsinin cənubda gedişi, şimalda isə SSRİ-nin irtica siyasətinin bitişiylə xalq əzmiylə sərhədlər sökülür… Elə Rübabə Muradovanın sonuncu dəfə həsrətlə Naxçıvandan baxdığı o tellər ümummillilider H.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu vaxtdan, bütün siyasi təyziqlərə baxmayaraq xalqın səsinə səs verərək qərar qəbul etməsiylə başlanılır… Epistomelyar mədəniyyət irsimiz korifey sənətkar, ensiklopedik şəxsiyyət Rübabə Muradovayla qürur duyur. Məzarına Ərdəbil torpağımı səpməli, Araz suyumu tökməli? Amma məncə Araz sərhədləri açılsa da, Rübabə xanım arzusuna çata bilmədi... Məzarına Ərdəbil torpağı tökülsə də… Çünki, nakam sevgisinə oxuduğu mahnılar, bir anatək qəmgin repertuarda oxuduğu, oynadığı rollar, bağlanan sərhəd telləriylə Ərdəbilə həsrət qalması,- bir sözlə Araz yanğısı ilə dərdini birləşdirən sənətkar səhnədə öz taleyini, real həyatını oynayır, oxuyurdu. O dərdini səhnədə canlandırdığı üçün gərək oxuduğu mahnılar, gərəksə də oynadığı rollar təbii alınırdı… Gündəmdən düşmürdü o… Arazı dərdi bilən xanım sənətkar hər zaman Vətən həsrəti, nakam sevgisi, anatək övladının ayrılışını Arazda- sərhəd tellərində görürdü… Sovet Azərbaycanında onun satılan “Doldur Piyaləmi Arazdan Mənim” albomuyla əslində öz taleyinin qəmini oxumuşdu Rübabə xanım. Qəmi dərya olan xanım sənətkar Araz suyunu dərdi bilmiş, sərhəd telləriylə əhatəli çaydan içə bilməmişdi Araz suyu arzusundakı milliyyətçi sənətkar: Mən onsuz da məstəm, dəryadır qəmim, Bir an ayrılmayır qəmdən aləmim. Doldur piyaləmi Arazdan mənim, Gəl keçirt dərindən-dayazdan məni. Azərbaycan Teatrşünaslıq və Epistemolyar Musiqi Mədəniyyəti tariximizdən Yunis Əmrə demişkən “hər gələn baxdı keçdi”. Rübabə Muradova isə bu sənətdən nakam məhəbbətinin acısını oxuyaraq, rollarında o nakam məhəbbəti canlandırması, Vətən ağrılı muğamlarıyla öz gerçək həyatını səhnədə canlandıraraq keçdi. 50 illik ağrının və acının yüküylə özünü talesiz hesab edən xanım sənətkar çox sadə biri imiş… Azərbaycan mədəniyyətinə öz möhürünü vuran Rübabə xanımsa müsbət əməlləri ilə- təmiz qəlbiylə xalqına xidmət etməklə keçdi, həm də könül rübabıyla keçdi… PS: Gənc nəsillər Rübabə Muradovanı unutmamalı onu daim yad etməlidir. Çünki, o, bu həyatdan öz həyatının filmini oynaraq mədəniyyət tarixindən sanballı rolları, muğamlarıyla yeni bir cığır açaraq keçdi. *Araşdırmanı apararkən açıq informasiyadakı internet resurslarından və X.R.Ulutürk adına Dövlət Kitabxanasının rəsmi tarixi mənbələrindən istifadə edilmişdir. Elçin Süleymanov
['məşhur qadınlar', 'Rübabə Muradova']
1,011
https://kayzen.az/blog/qadin/18985/qad%C4%B1nlar-niy%C9%99-h%C9%99ssasd%C4%B1r.html
Qadınlar niyə həssasdır?
Apollon
Qadın
7 iyun 2016, 23:55
Sual: Niyə bu qədər həssas və duyarlı olmuşam? Bu həssaslıq nədən yaranıb, hardan qaynaqlanır? Bunu paylaşmaq mümkündürmü? Oşo: Bütün uşaqlar həssas doğular, olduqca həssas. Lakin, toplum, dünyada həssas insanların olmağını istəməz. O, daş ürəkli insanlar istəyir. O, işçilər istəyir, əsgərlər istəyir. O, ürəyini gözardı edən hər cür “sərt” insanı istəyir. Toplum, professorlar istəyir, intellektuallar istəyir, elm adamları istəyir. Onlar ürəkləri haqqında, öz həssaslıqları haqqında heç nə bilməyənlərdir. Əgər, duyarlı və həssassınızsa, bu, şükür etməli bir şeydir. Bəlkə də, qadın duyarlı və həssas olmaqda kişidən daha bacarıqlıdır. Çünki, qadın əsgər olmayacaq, ondan insanları öldürməsi gözlənilməyəcəkdir. Bir qadın kişidən daha həssasdır. Çünki, toplum, onu önəmli olan hər məsələdən kənar etmişdir, bəlkə də gözardı etmişdir. Beləliklə, şükür ki, kişi canavara çevrilərkən, qadın hələ insan olaraq qala bilmişdir. Kişinin bütün dünyası öldürmək ya da öldürülməkdir. Bütün həyatı, fikri bacardıqca çox silah əldə etməyə yönəlmişdir. Belə görünür ki, II Dünya müharibəsi ona bəs etməyib və III Dünya müharibəsinə hazırlaşır. Unutmayın ki, cəbhədə bir əsgər ölərkən, bir ata ölür, oğul ölür, bir ər ölür. Kişilər döyüşür, bir-birlərini öldürürlər, acısını qadın çəkir. Buna görə də, yüzillər boyu, acı çəkdikcə, üzüntüyə, zövqə, acıya və məmnuniyyətə qarşı daha duyarlı, daha həssas olurlar. Buna görə də, “Niyə bu qədər həssas olmuşam?” deyə soruşmayın. Həssas doğulmusunuz və bu sizin doğuşdan haqqınızdır. Həssas hiss etməyəndə soruşmalısınız ki, mən niyə həssas deyiləm? Həssaslıq (duyarlılıq), ilahiliyin, ilahi olmağın təbiətidir. Əsrin ən yaxşı yazarlarından biri sayılan, Corc Bernard Şounun hekayəsini sizə danışım. Bir adam, usta, sənətçi, yazıçı Bernard Şounun evinə görüşməyə gələrkən, Bernardın bağçasında o qədər çox gözəl güllər olduğunu görür ki, inana bilmir. Yazıçının evinə çatanda isə otaqda tək bir gül belə olmadığını görüb təəccüblənərək soruşur: “Bağçanda o qədər gözəl çiçəklərin var, demək olar ki, lap bolluqdur, niyə bir azını toplayıb evində güldanlara qoymamısan?” Usta cavab verir: “Mən uşaqları da çox sevirəm, onlar da hər çiçək qədər gözəldirlər, amma evimi bəzəmək üçün başlarını kəsmirəm. Çiçəklər açacaq, yağmurda rəqs edəcəklər, günəşdə, küləkdə… Onlar orda canlıdırlar. Və mən qəssab deyiləm. Mən özüm insan, canlı, həyat qaynağı ola-ola bir çiçəyi kəsə bilmərəm. Və otağımda cəsədlər istəmirəm.” O haqlı idi. Və o həssas, duyarlı adam idi, həm də çox duyarlı. “Həssaslığım nə ilə bağlıdır?” deyə soruşursunuz. O, ən içinizdən gələndir. Qıraqda, uzaqda, fərqli bir yerdə qaynaq axtarma. Bu sənin təbiətindir. “Həssaslığı paylaşmaq mümkündürmü?” – Təbii ki. İnsanlarla əl sıxışdığınızda bunu görə bilərsiniz, bir ağacın ölü budağı ilə əl sıxışır kimi hiss edərsiniz. Həyat yox, istilik yox, bir enerji yox. Bunu da yaşamış ola bilərsiniz; Elə bir adamla görüşərsən ki, elə bir adama toxunarsan ki, ondan bir enerji axışı olar. Enerjiləriniz arasında bir transfer reallaşar. Bir istilik, bir sevgi. Və bir səmimiyyət hiss edərsiniz. Bax bu tip insanlar, onlarla birlikdə olarkən, demək olar, bəsləndiyinizi, qidalandığınızı hiss edərsiniz. O quru budağa bənzəyən adamlarla oturduğunuzda isə sömürüldüyünüzü, enerjinizin əmildiyini hiss edərsiniz. Həssaslıq, özünüzə yeni bir səyahətin başlanğıcıdır. Qorxmayın. Siz yüksəyə və daha yüksəyə çıxmağa davam edin. Daha da çox, diqqətli həssas olun. Ümid edirəm, bu sizə insanlığın ən gözəl parlaqlığını gətirəcəkdir. Oşo Tərcümə edən: Nərmin Heydərova
['qadınlar', 'qadın', 'qadın olmaq', 'qadın həssaslığı']
1,012
https://kayzen.az/blog/erzaq/18957/piv%C9%99-haqq%C4%B1nda.html
Pivə haqqında
nilufer
Ərzaqlar
7 iyun 2016, 00:12
Statistikaya görə, pivə dünyada ən populyar alkoqollu içki  sayılır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bütün  istehlak olunan maye növlərinin ümumi reytinqində pivə su və  çaydan sonra üçüncü yer tutur. Pivəyə olan bu diqqət heç də təsadüfi deyil. Bu, nəinki ətirli və dadlı, həm də faydalı içkidir.  Pivənin həddən artıq çoxsaylı  mümkün olan növləri mövcuddur və hər bir pivə qurmanı öz ürəyincə olanı tapa və seçə bilər. Pivənin ən vacib tərkib hissəsi maya otudur. Məhz o, pivəni ətirli və dadlı edir. Alimlər uzun müddət maya otunun xassələrini öyrənmiş və qərara gəlmişlər ki, o onkoloji xəstəliklərlə mübarizədə kömək edir. Maya otunun tərkibində  qırmızı şəraba və yaşıl çaya nisbətən daha  çox antioksidantlar mövcuddur. Pivənin faydalı xassələri bununla  da  bitmir. Pivədə silisium tapmaq olar. Bu maddənin dəyəri ondan ibarətdir ki, o, sümük  toxumalarında kalsiumun və mineralların çox yaxşı ayrılmasına səbəb olur. Pivəyə olan sevginin hədləri yoxdur. Bu köpüklü  içkinin pərəstişkarları bütün dünyada pivə festivalları təşkil edirlər və orada iştirak edirlər.  Festivallarda pivə hazırlayan şirkətlər öz çeşidlərini nümayiş etdirir, dequstasiyalar, müsabiqələr keçirirlər və tədbirlərin əyləncə hissəsini təşkil edirlər. Ən populyar pivə festivalı Almaniyada keçirilən  «Oktoberfest» festivalı sayılır. O, hər il  Münhendə keçirilir və 6 milyondan çox adam yığır. Pivə hazırlama sənəti yalnız XVIII əsrin sonlarında kişi peşəsi olmuşdur. Bundan əvvəl pivənin  hazırlanması ilə peşəkar qadın aşpazlar məşğul olmuşlar. Belə  bir meyil pivə hazırlandığı  bütün ölkələrdə, o cümlədən  Avropa ölkələrində müşahidə edilmişdir. Yeri gəlmişkən,  qədimdə pivənin himayədarları da qadınlar  olmuşdur.  Məsələn, qədim şumerlərdə pivə ilahəsi Ninkasi, misirlilərdə isə Menket sayılırdı. Pivə sonunda o qədər populyar oldu ki, fobiyanın meydana gəlməsi səbəbinə çevrildi. Çenosilli kafobiya,  məsələn, boş pivə stəkanı qarşısında qorxudur və bu  fobiyanı tamamilə anlamaq olar, çünki ətirli  içkinin qurtarmağını istəmirsən. Rivə nəinki ən populyar içki növlərindən  biridir, həm də ən qədim içki növlərindən sayılır. Bəzi  məlumatlara görə, ilk pivə hələ neolit dövründə, b.e.ə. 9500 il əvvəl hazırlanmışdır. Bəzi  mənbələrdə isə qeyd olunur  ki, Qədim Babilistanda lazımi keyfiyyətdə pivə hazırlamağı bacarmayanları qaynar qablarda batırırdılar. Hazırda pivə hazırlama işi bazarın çiçəklənən və inkişaf etməkdə olan seqmentidir. Pivənin 400-ə  yaxın növü var. Onların hər birinin dadına baxmaq  çox çətin vəzifədir. Ən  çox fərdi pivə markası Belçikadadır. Ən yaxşı pivə  hazırlayan digər favorit ölkələr Almaniya, Çexiya və İngiltərə hesab edilir. Keyfiyyətli pivə heç də əlyetərli alkoqollu içki deyil.  Əlbəttə, hər hansı bir supermarketdə cibə uyğun pivə tapmaq olar. Lakin onları əsl  keyfiyyətli pivə hesab etmək olmaz. Bu, köpüklü içkinin qiymətləri çox tərəddüd edir.  Belə ki, dünyada ən bahalı pivənin dəyəri 1000 dollara çatır. «Ginnes» pivəsi bütün dünyada məşhurdur.  Bu tünd rəngli İrlandiya pivəsi çoxdan ad çıxarmışdır. Onu qədəhə süzmək əsl sənətdir. Ən  çox pivə Çexiyada içilir. Bu, birinci il deyil ki, təsdiq olunur və heç kimə çexlərə çatmaq və onları ötmək nəsib olmayıb. Bu göstəricilər kişi əhalisinin hər nəfərinə düşən istehlak olunan  pivənin miqdarını nəzərə alaraq hesablanmışdır. Bu rəqəm ildə, demək  olar ki, 152 litr təşkil edir. Qeyd etmək lazımdır ki, daha bir pivə  rekordu məhz Çexiyada qeydə alınmışdır. Belə ki, 1 litr pivənin içilməsində ən yüksək  sürət 4,11 saniyədir. Köpüklü pivənin populyarlığı və faydalı xassələri diqqətdən kənarda qala  bilməzdi. Pivəni bu gün həm yaşlılar, həm də cavanlar ciddi öyrənirlər. Hətta pivə hazırlama işinin bütün incəliklərini dərk edən  və pupulyar alkoqollu içkinin tərkibini qiymətləndirən bütöv bir elm  mövcuddur. Bu  elm zitologiya adlanır. İnsan sağlamlığı üçün vacib olan pivənin daha bir faydalı xassəsi ondan ibarətdir ki, pivə böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır. Bu göstəricilər Amerikanın epidemiologiya  jurnalında dərc olunmuşdur.  Alimlər müəyyən etmişlər ki, bir  şüşə  pivə gün ərzində böyrəklərdə daşların yaranma  riskini 40 faiz azaldır. Münhen pivə institutunun (bəli belə bir institut var)  alimləri maraqlı fakt aşkar etmişlər. İndi elmi cəhətdən sübut edilmişdir  ki, 1 litr filtrlənmiş pivə 1 litr südə  nisbətən 10 dəfə faydalıdır. Bu, əsasən yalnız pivənin tərkibinə daxil olan nadir maddələr və zəngin tərkiblə əlaqədardır. Şüşədən  pivə içmək  böyük səhvdir. Pivə somelyesi ( fransızca  somelye – şərabın qorunması və əlavə olunması üçün  məsul olan restoran işçisidir) deyəcək ki, əgər siz köpüklü içkinin əsl dadına baxmaq və onun zəngin ətrini dərk etmək istəyirsinizsə, bunu heç bir halda etmək olmaz. Yeri gəlmişkən, hər bir pivə növü  üçün müxtəlif stəkanlar uyğun gəlir və onların sayı çoxdur. Muəllif: BDU-nun dosenti F.M.Qarayev Mənbə: İqtisadiyyat qəzeti
['pivə']
1,013
https://kayzen.az/blog/din/10129/din-v%C9%99-onun-c%C9%99miyy%C9%99td%C9%99-rolu.html
Din və onun cəmiyyətdə rolu
Ferro
Din və teologiya
4 iyun 2016, 15:59
İnsanları fərqləndirən ən mühüm cəhət onların inamıdır.  Dinlər tarixi inkişaf mərhələləri boyunca uzun inkişaf yolu keçmişlər. Din Allahın varlığı və təbiəti, insanın xəlq edilməsində məqsəd, xeyrin və şərin mənası, dünya və axirət həyatı barədə əzəli həqiqətlərin insan-Allah münasibətləri hüdudlarında axtarılmasına olan tələbatından doğan bir hadisədir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. “Sivilizasiyalar toqquşmasının” hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. BütpərəstlikÇoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür. Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Strabon Qafqaz albanlarının Günəşə, Aya, Göyə sitayiş etdikləri barədə xəbər verir. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat verir. Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən — torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşanlar Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Atəşpərəstlərin məbədi atəşgah adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır. ZərdüştilikZərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc — Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı. Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi. Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. YəhudilikYəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Movses Kalankatvasi dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır. Hər halda deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar. XristianlıqXristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (sirofil) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir. 313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş «Alban yazısında və Alban dilində» leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır. 451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V-VI əsrlərdə ölkə əpazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu — VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir. Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. İslamVII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da erkən islam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Şəhərin istehkamları onları heyran qoyur və onlar şəhəri «Bab əl-Əbvab» adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı. İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və «evlərində otururdular», yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində — ribatlarda ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənarda «rəbəd» adlanan yerlərə köçürülürdü. Bu dövrdə Hüzeyfə ibn əl-Yəman, Ütbə ibn Fərqəd, Vəlid ibn Üqbə, Səlman ibn ər-Rəbiə əl-Bahili, Bükeyr ibn Abdulla, Süraqə ibn Əmr, Məsləmə kimi ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi. Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Azərbaycan Respublikası da dinlər arasında dialoqa böyük əhəmiyyət vermiş, tolerantlıq mühitinin hər zaman hökm sürməsini təmin etməyə çalışmış, bu sahədə əldə etdiyi uğurlar nəticəsində dünya ictimaiyyəti tərəfindən tolerantlığın parlaq nümunəsi adlandırılmağa müvəffəq olmuşdur.Qədim İpək Yolunun üzərində yerləşən və Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olmuşdur. Belə bir şəraitin mövcüd olmasında Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və s. səbəblər böyük rol oynamışdır.Bugün Azərbaycan Respublikasında din — dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir. Konstitusiyanın 48-ci maddəsi vicdan azdlığı prinsipini şərh edir: “Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqalarıilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai-əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüququ pozuntusuna bəraət qazandırmır”. 1992-ci ilin avqustunda qəbul olunmuş “Dini etiqad azdlığı haqqında” Azərbaycan Respublikasının qanunu respublika vətəndaşlarının dinə öz münasibətini bildirmək və ifadə etmək azadlığını təsbit edir, onların dinə münasibətlərindən asılı olmayaraq, hüquq bərabərliyini təmin edir. Qanun müstəqil Azərbaycan Respublikasında dini qurum və icmalarım fəaliyyətinə, dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqlarına, dini qurumıarın dövlət orqanları ilə münasibıətlərinə dair məsələlərin tənzimlənməsi üçün əsas yaradır.
['din', 'cəmiyyət']
1,014
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/3529/valideynl%C9%99r%C9%99-35-m%C9%99sl%C9%99h%C9%99t.html
Valideynlərə 35 məsləhət
burla xatun
Xoşbəxt ailə
1 iyun 2016, 09:22
1. Uşağın suallarına səbrlə və doğru cavab verin. 2. Uşağın suallarını və dediklərini ciddi qəbul edin. 3. Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın. 4. Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın. 5. Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin. 6. Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin. 7. Uşağa gücü çatan işləri və qayğıları tapşırın. 8. Ona öz planlarını qurmaqda və qərar qəbul etməkdə kömək edin. 9. Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin. 10. Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın. 11. Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin. 12. Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin. 13. Uşağınızı alçatmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin. 14. Uşağınızı sərbəst düşünməyə öyrəşdirin. 15. Sevdiyi məşğuliyyətləri üçün kitablarla, oyunlarla və digər lazım olan əşyalarla uşağı təmin edin. 16. Uşağı əhvalatlar qoşmağa və fantaziyasını işlətməyə həvəsləndirin. 17. Az yaşlarından uşağınızı müntəzəm mütaliyə etməyə həvəsləndirin. 18. Uşağın tələbatlarına diqqətlə yanaşın. 19. Ümumi ailə işlərinin birgə müzakirəsinə uşağı da əclb edin. 20. Səhvlərinə görə uşağınıza gülməyin. 21. Səy və zəhmətinə görə tərifləyin. 22. Müxtəlif yaşlı böyüklərlə ünsiyyətdə olmağı ona öyrədin. 23. Uşağınızı daha çox öyrənməyə, müşahidə etməyə həvəsləndirin. 24. Uşağa ``lazımsız əşyalarla`` oynamağı qadağan etməyin – bu onun təxəyyülünü stimullaşdırır. 25. Problemləri aşkar edib həll etməyə uşağa həvəs oyadın. 26. Uşağı konkret əməllərinə tərifləyin, bunu səmimi edin. 27. Uşağın müzakirə etdiyi mövzulara sərhəd qoymayın. 28. Uşağa sərbəst qəbul etdiyi qərara görə məsuliyyət daşımağa imkan verin. 29. Uşağa şəxsiyyət olmağa kömək edin 30. Maraqlı tele və radio verlişlərini tapmağa kömək edin. 31. Uşağın bacarıqlarını və istedadlarını aşkar edib inkiaşf etdirin 32. Böyüklərə hörməti itirmədən onlardan asılı olmamağı öyrədin. 33. Uşağınızın sağlam şüuruna inanın və ona etibar edin. 34. Çalışın ki, girişdiyi işin əsas hissələrini uşaq özü yerinə yetirsin, hətta mübət nəticəyə tam inamınız olmasa belə 35. Uşağınızın inkişafı ilə bağlı müşahidələrinizi gündəliyə yazın və beləliklə, onun inkişaf prosesini təhlil edin.
['valideyn - övlad münasibəti', 'valideynin münasibəti', 'övlad tərbiyəsi', 'uşaqlar və biz']
1,015
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/18888/mannerqeym-karl-qustav.html
Mannerqeym Karl Qustav
luminat
böyük hərbi xadimlər
31 may 2016, 22:49
Fin feldmarşalı Karl zadəgan ailəsində doğulmuş, rus süvari ordusunda poruçik olmuşdur. 1904-1905-ci illərdə rus-yapon müharibəsində iştirak etmişdir. Birinci Dünya müharibəsində isə artıq general-leytenant rütbəsində alman cəbhəsində korpus komandiri idi. Çar Rusiyası bərbad olandan sonra 1917-ci il dekabrın 6-da Finlandiya öz müstəqilliyini elan etdi. Bir il sonra isə Fin hökuməti Mannerqeymi yeni yaradılan orduya komandan təyin etdi. Lakin bolşeviklər Finlandiyadan əl çəkmirdilər. Onlar burada inqilab alovlarını şölələndirib, bu yolla ölkəni təzədən kommunist ölkəsi kimi rus bolşevik imperiyasına qatmaq istəyirdilər. Mannerqeym ordu yaradıb, bu təzə yaradılmış ordu ilə Tammerforsu azad etdi. Lakin Qırmızı Ordu hələ çox güclü idi. Yaxşı ki, bu vaxt alman korpusları Finlandiyaya daxil olub Helsinkini tutdular. Bu, Mannerqeymə cəsarət verdi və o, öz şərəfli ordusu ilə Kareliya keçidini (bərzəxini) kəsdi. Əlacsız qalan on iki minlik Qırmızı Ordu tərxis olundu və finlərin əlinə çoxlu qənimət keçdi. Nəhayət, 12 oktyabr 1920-ci il müqaviləsi ilə bolşeviklər Finlandiyanın müstəqilliyini tanıdılar. Bundan sonra Mannerqeym istefaya çıxdı. 1931-ci ildə fin hökuməti 64 yaşlı feldmarşalı yenidən dövlət işinə dəvət etdi və Mannerqeym müdafiə şurasının sədri seçildi. Köhnə çar generalı kimi o, rus xalqının təbiətini yaxşı bilirdi. O bilirdi ki, ruslar yağlı bir tikə olan Finlandiyanı gec-tez təzədən həzm etmək istəyəcəklər. Bundan sonra Mannerqeym saysız-hesabsız rus diviziyalarının qabağını ala biləcək müdafiə qurğuları yaratmaq işinə başladı. O, düz səkkiz il xəlvəti Kareliya yarımadasında səpələnmiş saysız müdafiə qurğuları və onlar arasında əlaqə vasitələrinin inşası işi ilə məşğul oldu. Sonralar «Mannerqeym xətti» kimi tanınan bu işlər başa çatan kimi SSRİ Finlandiyadan 2761 kvadrat kilometrlik strateji cəhətdən çox əhəmiyyətli əraziləri icarəyə istədi. Məqsəd həmin ərazilərdə güclü hərbi hissələr yaratmaq və gələcəkdə hər hansı bir bəhanə ilə asanlıqla bu ölkəni ələ keçirmək idi. Finlər rədd cavabı verməmiş rus təyyarələri noyabrın 30-da Helsinkini bombardman etdilər. Stalinin əmri ilə düz bir milyonluq ordu Şərq tərəfdən Finlandiyaya doğru hərəkət etdi. Onlara iki həftəyə bu ölkənin işğal olunması əmri verilmişdi. Bundan əlavə, Fin körfəzinə desant göndərildi. Yaxşı hazırlanmış finlər bolşevik desantını vurub dənizə tökdülər. Kareliya bərzəxində sovet orduları bir neçə günlük ağır döyüşlərdə on minlərlə itki verdi və böyük ordu «Mannerqeym xətti»ndə dayandırıldı. Başqa rus bölmələri meşəli göllərlə irəlilədilər. Sovet hava hissələrinin finlərə hücumu effekt vermədi. Əsgərlər ağappaq qar döşənmiş yollarda və dağ ətəklərində soyuqdan və xəstəlikdən kütləvi şəkildə ölməyə başladı. Dekabr 1939-1940-cı ilin yanvarında iki sovet diviziyası dar meşə yolu ilə Suomusalma kəndinə doğru getməyə başladılar. Qar və soyuq Ukraynadan gətirilmiş əsgərləri qırmağa başladı. Üstəlik, azsaylı, amma mobil və qarla məharətlə sürüşən, isti geyinmiş Fin atıcı dəstələri ilə üz-üzə qaldı. 44-cü motorlu diviziya ruslara köməyə gəlmək üçün hərəkətə gəldi. Ancaq onlar irəli gedə bilmədilər. Nəhayət, 27-30 dekabrda hər iki sovet diviziyası demək olar ki, tamamilə məhv edildi. Finlər 50 tank qənimət götürdülər və cəmi 900 itki verdilər. Yanvarın 1-dən fevralın 1-nə kimi «məğlubedilməz» Qızıl Ordu daha rüsvayçı günə düşdü. Rəşadətli fin atıcılarının hücumları nəticəsində o qədər itki verdilər ki, yollar, dağ ətəkləri, gölməçələr rusların meyitləri ilə örtüldü. Atıcı diviziya və tank briqadası bütövlüklə əsir götürüldü. Daha başqa üç diviziya isə məhv edildi. Lakin sovet diviziyalarının sayı-hesabı yox idi. Ehtiyatda yüzlərlə belə diviziyalar vardı. Qırıldıqca arxadan təzə-təzələri gəlirdi. İngiltərə və Fransa hökumətləri qəhrəman finlərə yardım göndərmək istəsələr də, finlərin alçaq qonşuları Norveç və İsveç yol vermədilər. Stalin quduza dönüb necə olursa-olsun «Mannerqeym xətti»ni keçmək əmrini verdi. Ardı-arası kəsilməyən hücumlardan meyitlər dağ kimi səpələnmişdi. Finlər bunu görüb dəhşətə gəlirdi. Nəhayət, 12 mart 1940-cı ildə Finlandiya təslim oldu. Stalin hələlik Finlandiyanın işğalının qeyri-münasib və qeyri-mümkün olduğunu görüb əvvəlki icarə təklifi ilə kifayətləndi. Müharibə ruslara 250 min insan itkisi və 400 min yaralı, finlərə isə 25 min itki və 43 min yaralı hesabına başa gəldi. Lakin İkinci Dünya müharibəsi başlananda finlər hücum edib icarəyə verdikləri əraziləri azad etdilər. Sonralar Mannerqeym Finlandiyanın prezidenti seçildi.
['hərbçi', 'sərkərdə']
1,016
https://kayzen.az/blog/u%C4%9Fur/3227/%C3%BCnsiyy%C9%99tin-50-qaydas%C4%B1.html
Ünsiyyətin 50 qaydası
burla xatun
uğur psixologiyası
29 may 2016, 09:57
Hər gün müxtəlif insanlarla ünsiyyət qururuq. Sosioloqların tədqiqatları nəticəsində insanlarla uğurlu ünsiyyət qurmağın bir çox qaydaları müəyyənləşdirilib. Həmin qaydalar aşağıdakılardır: 1. Qarşınızdakını dinləməyi bacarın. 2. Səbrli olun. 3. Yumuşaq davranın. 4. Sizi dinləyənlərin başa düşə biləcəyi sözlərdən istifadə edin. 5. İnsanlara xoş söz deməkdən çəkinməyin. 6. Sinirlərinizə hakim olun. 7. Zarafat edəcəyiniz zaman yaxşı düşünün. 8. Suallara cavab verin. 9. Mövzunu yaxşı öyrənin. 10. Düşünmədən danışmayın. 11. Həmişə dərdli tərəf siz olmayın. 12. Qarşınızdakının reaksiyalarına diqqət edin. 13. Uduzma ehtimalını da nəzərə alın. 14. Yersiz tənqidlərdən qaçın. 15. Öz fikirlərinizi başqalarına zorla qəbul etdirməyə çalışmayın. 16. Hündürdən danışmayın, səsinizin eşidilməyi kifayətdir. 17. Üzünüzün ifadəsinə nəzarət edin. 18. Ayaqlarınızı stolun üstünə qoymayın. 19. Bir nəfər sizinlə danışarkən, öz işinizə başınız qarışmasın. 20. Söhbət edərkən qarşınızdakı kağızları cızmayın. 21. Biri ilə danışarkən, bir başqası ilə pıçhapıç etməyin. 22. Başqasının sözünü kəsməyin. 23. Siqareti damağınızda saxlamayın. 24. Söhbət edə-edə yerdəyişmə etməyin. 25. Eyni sözdən təkrar-təkrar istifadə etməyin. 26. İnsanlara öyüd-nəsihət etməkdən çəkinin. 27. Məcazi mənalı sözlərdən istifadə etməyin. 28. Bəzən susmağı da bacarın. 29. Nitqinizi güclü tonla bitirin. 30. Başqalarını pisləməyin. 31. Məsləhət gördüyünüz şeylərə özünüz də əməl edin. 32. Yekəxanalıq etməyin. 33. Hamının işinə qarışmayın. 34. Sizdən məsləhət alınmadıqca, məsləhət verməyin. 35. Olduğunuz kimi görünün. 36. Lazımsız yerə ziddiyyət yaratmayın. 37. Ədalətli olun. 38. Qışqırmayın. 39. Başqalarını narahat edən zarafatlar etməyin. 40. İnsanlara tərs cavab verməyin. TELEFONLA DANIŞARKƏN... 41. Telefonda əvvəlcə özünüzü təqdim edin. 42. Telefon aparatının səs ötürücü hissəsini ağzınıza yaxın tutun. 43. Qarşınızdakının sözünü kəsməyin. 44. Arada bir nəsə deyib qarşı tərəfdəkini dinlədiyinizi vurğulayın. 45. Telefonla danışarkən heç nə yeməyin. MƏKTUB YAZARKƏN... 46. Lazımsız şeylər yazmayın. 47. Yazdığınızı ən azı bir dəfə oxuyun. 48. Təmtəraqlı sözlərdən istifadə etməyin. 49. Pis xəbərləri yumuşaq dillə çatdırın. 50. Yazınızı müsbət sonluqa bitirin. Bütün bu yazılanlara əməl etməklə uğurlu ünsiyyət qurmaq mümkündür. İnsanlarla ünsiyyətdən çəkinməyin!
['ünsiyyət', 'ünsiyyət bacarığı', 'ünsiyyət mədəniyyəti', 'nitq mədəniyyəti']
1,017
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/2723/atan%C4%B1n-pe%C5%9Fman%C3%A7%C4%B1l%C4%B1%C4%9F%C4%B1.html
Atanın peşmançılığı
telebe
Xoşbəxt ailə
28 may 2016, 23:08
«Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın saçların isə tərləmiş alnına tökülmüşdür. Otağına gizli yolla təkcə gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk etməklə gəlmişəm. Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşdaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayardım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırardım. Nahar vaxtı da səninlə öcəşərdim: Çayı yerə tökdün. Xörəyi acgözlüklə yedin. Dirsəyini stola qoydun. Yağı çörəyin üstünə həddindən artıq qalın yaxdm. Sonra sən oynamağa yollananda, mən də qatara tələsəndə, əl edib qışqırardın: „Salamat qal, ata!“, mən isə üz-gözümü turşudaraq deyərdim: »Çiyinlərini düz tut!" Sonra axşam hər şey yenidən başlanardı. Yolla evə qayıdarkən dizlərində şar oynatdığım görərdim. Çorablarında yırtıq vardı. Məndən irəlidə getməyə məcbur etməklə səni yoldaşlarının qarşısında xəcil edərdim.Corab bahadır-əgər onu öz pulunla almış olsaydın, daha səliqəli olardın! Bircə təsəvvür elə, oğul, bunları sənin atan deyirdi! Yadındamı, qəzet oxuduğum kitabxanaya necə gəldin-qorxa-qorxa, baxışında kədərlə. Mənə mane olunduğundan əsəbləşərək qəzetin üstündən ötəri sənə baxarkən qətiyyətsizliklə qapının ağzında dayandın. Mən kəskinliklə soruşdum: «Nə istəyirsən?» Heç nə cavab vermədin, lakin bir göz qırpımında üstümə atddm, boynumu qucaqlayıb öpdün. Balaca əllərin Allahın sənin qəlbində yerləşdirdiyi və hətta mənim etinasız münasibətimin söndürə bilmədiyi məhəbbətlə məni qucaqladı. Sonra isə kiçik addımlarla pilləkənlə yuxarı qalxıb getdin. Oğul, bax bundan dərhal sonra qəzet əllərimdən sürüşüb yerə düşdü və məni dəhşətli, ürəkbulandırıcı qorxu bürüdü. Vərdiş məni nəyə çevirmişdir? Öcəşmək, danlamaq vərdişi-kiçik oğlan olduğuna görə sənə mükafatım bu idi. Axı, səni sevmədiyimi demək olmazdı. İş burasındadır ki, mən cavanlıqdan son dərəcə çox şey gözləyirdim və səni öz yaşımın meyarı ilə ölçürdüm. Sənin xasiyyətində isə nə qədər sağlam, gözəl, səmimi cəhətlər vardır. Sənin kiçik ürəyin uzaq təpəliklər üzərində dan yeri kimi böyükdür. Bu, yatağa getməmişdən əvvəl məni öpmək üçün sürətlə üstümə atıldığın zaman özünü göstərirdi. Bu gün başqa heç nəyin əhəmiyyəti yoxdur, oğul. Sənin çarpayının yanına qaranlıqda utana-utana, qarşında diz çökərək gəlmişəm. Bu, günahı yumağın zəif yoludur. Bütün bunlan sən oyanarkən desəm, bilirəm ki, başa düşməzsən. Ancaq sabah əsl ata olacağam! Səninlə dostluq edəcək, sən əziyyət çəkəndə mən də əziyyət çəkəcəyəm, sən güləndə mən də dilimi dişləyəcəyəm. And kimi təkrar edəcəyəm: «Axı, o, vur-tut oğlandır, körpəcə bir oğlan!» Xəyalən səndə yaşlı kişini görürdüm. Lakin indi, çarpayında səni yorğun-arğın görəndə, oğul, körpə olduğunu başa düşürəm. Hələ dünən ananın qucağında idin və balaca başını onun çiyinlərinə söykəmişdin. Mən səndən çox, lap çox şey tələb edirdim". Yazının ingiliscə variantı: FATHER FORGETSW. Livingston Larned condensed as in “Readers Digest”   Listen, son: I am saying this as you lie asleep, one little paw crumpled under your cheek and the blond curls stickily wet on your damp forehead. I have stolen into your room alone. Just a few minutes ago, as I sat reading my paper in the library, a stifling wave of morse swept over me. Guiltily I came to your bedside. There are the things I was thinking, son: I had been cross to you. I scolded you as you were dressing for school because you gave your face merely a dab with a towel. I took you to task for not cleaning your shoes. I called out angrily when you threw some of your things on the floor. At breakfast I found fault, too. You spilled things. You gulped down your food. You put your elbows on the table. You spread butter too thick on your bread. And as you started off to play and I made for my train, you turned and waved a hand and called, “Goodbye, Daddy!” and I frowned, and said in reply, “Hold your shoulders back!” Then it began all over again in the late afternoon. As I came up the road I spied you, down on your knees, playing marbles. There were holes in your stockings. I humiliated you before your boyfriends by marching you ahead of me to the house. Stockings were expensive-and if you had to buy them you would be more careful! Imagine that, son, from a father! Do you remember, later, when I was reading in the library, how you came in timidly, with a sort of hurt look in your eyes? When I glanced up over my paper, impatient at the interruption, you hesitated at the door. “What is it you want?” I snapped. You said nothing, but ran across in one tempestuous plunge, and threw your arms around my neck and kissed me, and your small arms tightended with an affection that God had set blooming in your heart and which even neglect could not wither. And then you were gone, pattering up the stairs. Well, son, it was shortly afterwards that my paper slipped from my hands and a terrible sickening fear came over me. What has habit been doing to me? The habit of finding fault, of reprimanding-this was my reward to you for being a boy. It was not that I did not love you; it was that I expected too much of youth. I was measuring you by the yardstick of my own years. And there was so much that was good and fine and true in your character. The little heart of you was as big as the dawn itself over the wide hills. This was shown by your spontaneous impulse to rush in and kiss me good night. Nothing else matters tonight, son. I have come to your bedside in the darkness, and I have knelt there, ashamed! It is feeble atonement; I know you would not understand these things if I told them to you during your waking hours. But tomorrow I will be a real daddy! I will chum with you, and suffer when you suffer, and laugh when you laugh. I will bite my tongue when impatient words come. I will keep saying as if it were a ritual: “He is nothing but a boy-a little boy!” I am afraid I have visualized you as a man. Yet as I see you now, son, crumpled and weary in your cot, I see that you are still a baby. Yesterday you were in your mother’s arms, your head on her shoulder. I have asked too much, too much.
['valideyn - övlad münasibəti', 'ata və oğul', 'ata nəsihəti', 'ata psixologiyası', 'valideyn məsləhəti', 'valideyin- uşaq münasibətləri']
1,018
https://kayzen.az/blog/son-tarix/2302/damansk-sovet-%C3%A7in-qar%C5%9F%C4%B1durmas%C4%B1.html
Damansk: Sovet-Çin qarşıdurması
burla xatun
Müasir dövrün tarixi
28 may 2016, 21:43
Ötən əsrin 60-cı illərinin axırlarında Uzaq Şərqdəki SSRİ-Çin sərhədində baş vermiş münaqişə, daha doğrusu, Damansk adası uğrunda silahlı toqquşma barədə bu günkü Azərbaycan oxucusu nə bilir? Sovetlərin həmin döyüşdə tətbiq etdiyi «bütün canlıları külə döndərən» silah nə idi? Münaqişənin səbəbi Tarixçilər Damansk münaqişəsinin kökünü 1860-cı ildə imzalanmış Pekin müqaviləsi ilə əlaqələndirirlər. Həmin müqaviləyə görə, Rusiya ilə Çin arasında sərhəd Amur və Ussuri çaylarının sahili üzrə müəyyən edilmişdi. Onda nə çaylar özü, nə də oradakı adaların kimə məxsusuluğu dəqiqləşdirilmişdi. Lakin ötən əsrin 50-ci illərində, xüsusən İ.Stalinin ölümündən sonra sovet rəhbərliyinin apardığı yeni siyasətlə razılaşmayan Çin rəhbərliyi sərhədləri dəqiqləşdirmək qərarına gəlir. Daha doğrusu, Çin Ussuri çayındakı Damansk adasının bu ölkəyə məxsus olduğunu iddia etməyə başlayır. Əslində bu iddia əsassız deyildi. Çünki ada Çin tərəfə daha yaxın idi — ölkənin quru sərhədindən Damanska qədər olan məsafə cəmi 50-60 metr idi. Ona görə də Çin sərhədçiləri vaxtaşırı adaya keçir, bu ərazinin onlara məxsus olduğunu bildirirdi. Bəzən belə hallar əlbəyaxa döyüşlərlə müşayiət edilsə də, bir qayda olaraq silah işlədilmirdi. 60-cı illərin axırlarında SSRİ-Çin münasibətləri daha da gərginləşdi. Bu gərginlik həm də Çexoslavakiyaya qoşun yeridilməsi ilə bağlı idi. Uzaq Şərqdəki sovet qoşunlarının sayının artırılması və Çin rəhbəri Mao Tsezudunu zorla devirmək ehtimalı da az narahatlıq doğurmurdu. Xatırladaq ki, Damansk adası Xabarovskdan 300 kilometr cənubda Ussuri çayının içində yerləşirdi. Uzunluğu 1700, eni təxminən 500 metr olan ada əsasən kolluqdan ibarət idi. İlk hücum 1969-cu il martın 2-də yerli vaxtla saat 11 radələrində Nijne-Mixaylovsk zastavasının rəisi baş leytenant İvan Strelnikova məlumat verilir ki, adaya tərəf bir qrup Çin hərbçisi irəliləyir. Strelnikov zastavada həyəcan siqnalı elan edir, özü isə iki «BTR» və bir «QAZ-66» avtomobili götürərək hadisə yerinə gedir. 13 və 18 nəfərdən ibarət iki qrupa bölünmüş sərhədçilər donmuş Ussuri çayının üzərindən keçərək iki tərəfdən adaya çıxmağa başlayırlar. Baş leytenant özü isə dörd əsgərlə birlikdə çinlilərlə danışıq aparmağa gedir. Bir neçə metr qalmış Çin sərhədçiləri şinellərinin altında gizlətdikləri avtomatlardan atəşə başlayaraq sovet sərhədçilərini qətlə yetirirlər. Hadisə yerinə yaxınlaşan ikinci qrup da atəşə tutulur və həmin qrupdan yalnız bir əsgər sağ qalır. Burada əsl döyüş getdiyini başa düşən üçüncü qrup adaya atəşlə daxil olur və bir saat davam edən döyüşdən sonra Çin əsgərləri geri çəkilməyə başlayırlar. Martın 4-də mətbuatda sovet hökumətinin ÇXR hökumətinə etiraz notası dərc olunur. Moskva susur Hadisələr zamanı Damanskda olmuş Primorye radiosunun müxbiri Vladimir Fridyevin yazdığına görə, həmin günlər Moskvadan sərhədçilərə konkret nə etməyi məsləhət görən və əmr verən tapılmayıb. Deyilənə görə, münaqişə başlayan gecə hətta Moskvadakı Çin səfirini də yerində tapıb sərhəddə nə baş verdiyini soruşa bilməyiblər. Martın 15-nə keçən gecə yenidən adaya yaxınlaşan Çin sərhədçiləri meqafonla rusları Damanskı tərk etməyə çağırıblar. Bir saat davam edən danışıqlardan sonra çinlilər top və minomyotlardan atəşə başlayıb. Döyüşün yenidən başlanması barədə məlumat verilsə də, Moskvadan uzun müddət yenə konkret göstəriş verilməyib. Bununla belə, 45 nəfərlik qrup Çin hərbçiləri ilə döyüşə atılıb. Çin tərəfdə döyüşçülərin sayı getdikcə artdığı halda sovet sərhədçiləri kömək ala bilməyiblər. Bu hadisənin böyük müharibəyə çevrilməsi təhlükəsi hərbçiləri qorxudub və onlar artilleriyanı işə salmağa cəsarət etməyiblər. Martın 16-da sursat tükəndiyi üçün dəstə adanı tərk etməyə məcbur olub. Vəziyyətin getdikcə gərginləşdiyini görən İman sərhəd dəstəsinin rəisi, polkovnik Demokrat Leonov öz təşəbbüsü ilə tank alayını hücuma aparıb. Qabaqda gedən «T-62» tankını çinlilər asanlıqla sıradan çıxara biliblər. Qəfildən kolluqdan çıxan Çin əsgəri D.Leonovun əyləşdiyi «T-62»-nin yanacaq bakını on metr məsafədən əl qumbarası ilə partladır və nəticədə tank yanmağa başlayır. Çin snayperi yanan tankdan çıxmaq istəyən Leonovu düz ürəyindən vurur. Onun cəsədini döyüş meydanından kəşfiyyatçılar yalnız gecə düşəndən sonra götürə bilirlər. Qeyd edək ki, Demokrat Leonov 1926-cı ildə Bakıda doğulmuş, əvvəl Zaqafqaziya Sərhəd Dairəsində qulluq etmiş, sonra isə Uzaq Şərqə göndərilmişdi. Damansk adasında göstərdiyi qəhrəmanlığa görə ona ölümündən sonra — 1969-cu il martın 21-də Sovet İttifaqı Qəhrəmanı adı verilib. Damansk münaqişəsinə görə baş leytenant İ.Strelnikov (ölümündən sonra), baş leytenant V.Bubenin və kiçik serjant Y.Babanski də Sovet İttifaqı Qəhrəmanı fəxri adı alıb. Qəribədir ki, bu təltiflər də cəmiyyətdə birmənalı qarşılanmayıb. Məsələn, hazırda general-mayor rütbəsində istefada olan Yuri Babanskiyə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı mübahisələr bu gün də səngimir. Strelnikovun ölümündən sonra döyüşən qrupa kiçik serjant Y.Babanski rəhbərlik edib. Babanski əvvəlki xidmət yerində intizamı pozduğu və hərbi hissəni icazəsiz tərk etdiyi üçün məhkəməyə verilməli imiş. Amma onu cəzalandırmaq məqsədi ilə hadisələrdən cəmi bir neçə gün əvvəl bu zastavaya dəyişdiriblər. Buradakı döyüş xidmətlərinə görə Babanski «Qırmızı ulduz» ordeninə təqdim edilib. Amma bilərəkdən, ya bilməyərəkdən Moskvada «Qırmızı ulduz»u Sovet İttifaqı Qəhrəmanının «Qızıl ulduz»u ilə əvəz ediblər. Tofiq Abbasovu tanıyırsınızmı? Həmin döyüşlərdə daha bir həmyerlimiz — Dəvəçidən hərbi xidmətə çağırılmış Tofiq Abbasov da həlak olub. O, Nijne-Mixaylovsk zastavası ilə qonşu zastavada qulluq edib və Damanska gətirilən köməkçi dəstənin tərkibində olub. Həmyerlimizin qulluq etdiyi hərbi hissənin komandiri G.Morozovun T.Abbasovun valideynlərinə göndərdiyi məktubda deyilirdi: "...Sizin oğlunuz döyüşdə xüsusi qəhrəmanlıq göstərmişdir. O, pulemyotçu idi. Maoçular Tofiqgilin susmaq bilməyən pulemyotunu toplardan atəşə tutmuşdular. Tofiq çiynindən və sinəsindən yaralansa da, döyüşü tərk etməmişdi. ...Xain düşmənin top mərmisi düz onların olduqları yerə düşdü. Tofiq dörd döyüş dostu ilə həlak oldu". Qeyd edək ki, həmin döyüşdə Tofiqgilin zastavasından 15 nəfər həlak olub və onların hamısı Uzaq Şərqdə — Kamennı-Rıbalov şəhərində qardaşlıq qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində ailədən Tofiqin qardaşı Xalid iştirak edib. Həmin günlərdə bütün Sovet İttifaqında, o cümlədən Azərbaycanda "Çin fitnəkarlarına ar olsun!" şüarı ilə etiraz mitinqləri təşkil olunub. Generallar Damansk barədə Hələ 1964-cü ildə sərhəd məsələlərinə dair SSRİ-Çin danışıqlarına rəhbərlik edən SSRİ Sərhəd Qoşunları İdarəsinin rəisi general-polkovnik P.Zıryanov sovet dövlətinin başçısı N.Xruşşova sərhəd məsələsində, o cümlədən Damansk məsələsində güzəştə getməyi təklif edib. Generalın xarici siyasət sahəsində «təşəbbüs»ündən dəhşətə gələn Xruşşov onu «təslimçi yaramaz» («parşivıy kapitulyant») adlandırıb və özünəməxsus fəhlə-kəndli manerası ilə generalı söyüb. Nəticədə infarkt keçirən Zıryanov bir də 1968-ci ildə — L.Brejnevin vaxtında yenə məsələni danışıqlar yolu ilə həll etməyi təklif edib. Generalın təşəbbüsü bu dəfə də qulaqardına vurulub. 1969-cu ildə SSRİ Sərhəd Qoşunları Baş İdarəsinin rəisi olmuş general-leytenant V.Matrosov isə sonralar etiraf edib ki, «Damanskda işləri biz korlamışdıq». «Möcüzəli» silah nə idi? Döyüşlərin şahidi olmuş jurnalist V.Fridyev: «Yuxarıdan verilən tapşırığa əsasən o dövrdə biz jurnalistlər yalandan yazırdıq ki, Damansk adasında yeni möcüzəli silah tətbiq olunub və guya onun köməyi ilə bir milyon çinli o dünyaya göndərilib. Xəbərlər yayılmışdı ki, ada artıq yoxdur, onu bizimkilər tamamilə dağıdıb yerlə-yeksan ediblər ki, heç kimə qalmasın. Bir sözlə, Damansk barədə həqiqətlə əfsanə bir-birinə qarışmışdı». Əslində isə həmin günlərdə sovet ordusu gec də olsa öz texniki üstünlüyünü göstərib və ən müasir hərbi texnikadan istifadə edib. Amma bu texnika indiki dövrün meyarları ilə sirli və qeyri-adi silah olmayıb. Söhbət Qarabağ müharibəsindən az qala uşaqların da tanıdığı və barəsində eşitdiyi «Qrad» qurğusundan gedir. Bu qurğular ilk dəfə Damansk döyüşündə sınaqdan çıxarılıb və texniki üstünlüyünü sübut edib. Dəqiq atılan mərmilər sözün əsl mənasında çinliləri biçib töküb. Qərb mətbuatı həmin vaxt hətta döyüş yerindən bir neçə kilometr aralıda belə yanmış insan ətinin dəhşətli üfunəti barədə xəbərlər yayıb. Görünür, bu döyüşdə sovetlərin lazer silahından istifadə etməsi barədə əfsanə də belə xəbərlərdən qaynaqlanıb. Damansk adasına milyonlarla Çin əsgərinin yeridilməsi və bir milyon çinlinin öldürülməsi barədə məlumat da sovet təbliğatının uydurması olub. Çin tərəfi döyüşlərdə bir mənbəyə görə 200, başqa bir mənbəyə görə isə 600 nəfər itirib. SSRİ tərəfdən martın 2-dən 21-dək bütün sərhəd boyu 58 nəfər həlak olub, 94 nəfər yaralanıb. Amma çinlilərin adanı yalnız «Qrad» zərbələrindən sonra tərk etməyə başlaması həqiqətdir. Rusiyada Damansk adası yoxdur ...1969-cu ilin sentyabrında Vyetnamdan qayıdan SSRİ Nazirlər Sovetinin sədri A.Kosıgin yolüstü Pekinə gəlib və aeroportda Çinin baş naziri Çjou Enlayla dörd saat danışıq aparıb. Nəticədə sərhəd məsələsinin, o cümlədən Damansk probleminin dondurulması barədə razılığa gəlinib. ...1991-ci ilin mayında SSRİ-Çin sərhədi haqqında iki ölkə arasında imzalanmış müqaviləyə əsasən Damansk adası sahibinə — Çinə verilib. Bu gün Rusiya dövlətinin Damansk adlı adası yoxdur. 58 nəfər sovet adamının, o cümlədən iki Azərbaycan vətəndaşının həyatına son qoymuş həmin ada indi Çin dilində Çjenbao adlanır…
['Ussuriya', 'Sovet ordusu', 'SSRi tarixi', 'sovet ittifaqı', 'SSRİ', 'Çin tarixi', 'Sovet dövrü']
1,019
https://kayzen.az/blog/maraqli-faktlar/2252/krallar-v%C9%99-%C9%99d%C9%99dl%C9%99r.html
Krallar və ədədlər
Aynur
Maraqlı faktlar
28 may 2016, 21:34
IV Karl Roma imperatoru IV Karl nədənsə 4 rəqəmini çox sevirdi. Onun dörd böyük knyazı və hər bir knyazın olduğu dörd paytaxt şəhəri olmuşdur. O, hər birində dörd otaq olan dörd sarayda yaşamış, hər otaqda dörd pəncərə, dörd qapı, dörd stol və dörd şam olmuşdur. Təntənəli mərasimlərdə imperator dörd metalın əridilib qarışdırılmasından hazırlanan dördbucaqlı şəklində tac qoyarmış. O, öz imperiyasını dörd hissəyə, ordusunu isə dörd korpusa bölmüşdü. Onun getdiyi karetaya dörd at qoşularmış. Geyindiyi paltar dörd rəngli olarmış və özü də dörd dildə danışa bilərmiş. O, gündə dörd dəfə dörd cür xörək yeyər, dörd növ şərab içərmiş. IV Karl dörd dəfə evlənmiş və dörd uşağı olmuşdur. O, ölən zaman onun yatağı yanında dörd həkim, dörd keşiş olmuş, bunlarının hər biri IV Karlın dörd dildə etdiyi dörd vəsiyyəti yazmışlar. Deyilənə görə, imperator IV Karl 1378-ci il noyabrın 29-da 400-da vəfat etmişdir. XIV Lüdovik Ədədi mistikanın tərəfdarları Fransa kralı XIV Lüdovikin həyatı ilə bağlı olaraq onun üçün 14 ədədini fatal ədəd kimi qiymətləndirirlər. Bunun səbəbi odur ki, o 14-cü kraldır və həm də krallıq tacına 1643-cü ildə yiyələnib, bu ilin rəqəmləri cəmi isə 14-dür. O 1715-ci ildə vəfat edib, burada da yenə rəqəmlər cəmi 14 alınır. Lüdovik 77 il ömür sürüb ki, burada da 7+7=14 olur. 1689-cu il 14 iyulda Parisdə onun heykəlı qoyulmuş və bundan 100 il sonra 1789-cu il 14 iyulda isə heykəl dağıdılıb. XIV Lüdovikin sarayında onun çox hörmət etdiyi bir əyan var idi. Əyan olmağına baxmayaraq, çox kasıb idi. Bir dəfə söhbət əsnasında Lüdovik ondan soruşur ki, onun ürəyi necə istərdi, hansı gəlir yerini istərdi, o ona versin. Lüdovikin xasiyyətini yaxşı bilən əyan, bilirdi ki, Lüdovik belə vaxtlarda həmişə çoxlu vədələr verir, amma sonradan da heç birini yerinə yetirmir. Buna görə də ondan çox orijinal və onun yerinə yetirə biləcəyi bir şey istəyir. Əyan kraldan xahiş edir ki, heç bir gəlir yeri lazım deyil. Sadəcə olaraq digər əyanların və ya camaatın yanında həmişə ona yaxınlaşanda çiynindən əli ilə bir-iki dəfə vursun. Vəssalam. Kral gülümsəyir və yeri gəldikcə onun dediyi kimi də edir. Nəticədə bu əyanın kralla çox yaxın dost münasibəti olduğunu zənn edən digər əyanlar, tacirlər və b. qədərindən artıq formada ona yaltaqlanıb, yer-yerdən işlərini düzəldirlər və əyan çox qısa vaxtda varlanır. XVI Lüdovik Fransanın digər kralı XVI Lüdovik üçün isə 21 ədədi qorxulu olmuşdur. Deyilənlərə görə, münəccimlər ona hər ayın 21-ci günü ehtiyatlı olmağı məsləhət görübmüşlər. Ona görə də hər ayın 21-də ciddi qərarlar qəbul etməzmiş. Lakin bütün bunlara baxmayaraq, o 1972-ci il 21 sentyabrda Fransada monarxiya üsul idarəsini yıxan inqilabın qarşısını ala bilməmişdir. XVI Lüdovikin özü isə 1973-cü il yanvar ayının 21-də öldürülmüşdür. Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['numerologiya', 'ədədlər', 'rəqəmlər və insan', 'rəqəmlər', 'numerizm']
1,020
https://kayzen.az/blog/d%C3%BCnya-iqtisadiyyat%C4%B1/18951/d%C3%BCnya-iqtisadiyyat%C4%B1na-aid-terminl%C9%99r.html
Dünya iqtisadiyyatına aid terminlər
kotler
Dünya iqtisadiyyatı
28 may 2016, 00:00
Adambaşına düşən pul gəlirləri – pul gəlirlərinin cəmini mövcud əhalinin sayına bölməklə hesablanır. Bank – Bank termini masa mənasını verən “bansa” italyan, “banque” qədim fransız sözündən götürülmüşdür.  Fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək. Həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin  hesablarını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır Banknot – Dövlətin rəsmi puludur, pul sisteminin əsas maliyyə alətidir, mərkəzi bank tərəfindən tədavülə buraxılır. Bazar – 1. Əmtəə istehsalı və tədavülü qanunları əsasında təşkil olunmuş mübadilədir, əmtəə mübadiləsi münasibətlərinin məcmusudur.2. Alıcı ilə satıcının qarşılıqlı münasibətləri mexanizmidir, başqa sözlə tələbə təklifinin münasibətləridir.3. Ölkə daxilində və ölkələr arasında,məhsul istehsalçıları ilə istehlakçıları arasında, əlaqəni təmin edən mübadilə sferasıdır.4. Malların (əmtəənin) satışı üzrə mübadilə sahəsi, meydanıdır. Birbaşa investisiya – Fond vəsaitlərinə və ya əmlak (mülkiyyət) şəklində olan aktivlərə, investorun tələblərini ifadə edən kapital qoyuluşuna birbaşa investisya deyilir. Brutto – İtalyan sözüdür. Xərci çıxmadan cəmi gəlir. Malın tara ilə çəkisi. Büdcə — İngilis mənşəli söz “budget” olub çanta, torba mənasını verir, dövlət və yerli orqanlarının özünün idarəetmə üçün yönəldilmiş pul vəsaiti fondunun yaranması və xərclənməsi funksiyasını (təmin edən) maliyyələşdirən formadır. Büdcə artıqlığı (profisit) – Müəyyən dövr ərzində büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir. Büdcə kəsri(defisit) – Büdcənin xərclərinin gəlirlərindən artıq olan hissəsidir, büdcə xərclərinin gəlirlə təmin olunmayan məbləğidir. Büdcə kəsrinin maliyyələşməsi dövlət borcu, kredit və digər mənbələr hesabına həyata keçirilir. Hər bir dövlət büdcə kəsrinin müəyyənləşdirilmiş limiti keçməsinə imkan verməməyə və onu aradan qaldırmağa çalışır. Büdcə kəsrini maliyyələşdirən mənbə iki hissəyə bölünür: daxili və xarici. Daxili mənbələr – kreditlər, dövlət istiqraz vərəqələri, qiymətli kağızlar, büdcə sudalarıdır. Xarici mənbələr – istiqraz vərəqələri, dövlət adından xarici valyutayla buraxılan qiymətli kağızlar və xarici dövlətin hökumətlərindən, bankların və firmaların, beynəlxalq maliyyə təşkilatlardan xarici valyuta şəklində daxil olan vəsaitlərdir. Büdcə nəzarəti – Büdcə layihəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası və icra haqqında hesabatın tərtibi prosesində büdcə vəsaitinin formalaşması, bölüşdürülməsi və ifadəsinin qanunvericilikdə nəzərdə tutulan norma, qayda və şərtlərinə əməl edilməsi vəziyyətinin yoxlanılmasıdır. Büdcə nəzarəti onun həyata keçirildiyi zaman baxımından qabaqcadan nəzarət, cari nəzarət və sonradan nəzarət şəklində olur. Büdcə nəzarəti dövlət maliyyə nəzarəti və ictimai nəzarət formalarında ola bilər. Büdcə prosesi – Mərkəzi və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi və icrası üzrəhakimiyyət orqanlarının qanunvericiliklə reqlamentləşdirilmiş fəaliyyətidir.onun məzmunu ölkənin dövlət və büdcə quruluşu, habelə müvafiq orqanların və hüquqi şəxslərin büdcə hüquqları ilə müəyyən edilir. Büdcə prosesi büdcə fəaliyyətinin 4 mərhələsi əhatə edir:      büdcə layihəsinin hazırlanması;büdcənin icrası barədəhesabatın hazırlanması və təsdiq edilməsi.büdcənin icrası;büdcəyə baxılması və təsdiq edilməsi;Büdcə xərcləri – Dövlət və yerli özünüidarəetmənin tapşırıq və funksiyalarının yerinə yetirilməsi üçün maliyyələşdirilməsinə yönəldilən pul vəsaitidir. Büdcənin gəliri – Dövlət idarəetmə səviyyəsində respublika və yerli büdcələrə büdcə və vergi sisteminə uyğun olaraq təmənnasöz və geri qaytarılmamaq şərti ilə ödənilən pul vəsaitidir. Büdcəyə ictimai nəzarət – Büdcəyə ictimai nəzarət parlament, QHT və KİV tərəfindən təşkil eilə bilər.Azərbaycan 2006-cı ildən etibarən büdcəyə ictimai nəzarəti təşkil etmək məqsədilə bir sira QHT-lər tərəfindən Milli Büdcə Qrupu yaradılıb. Deflyasiya – Tədavül üçün lazım olan kağız pulun miqdarını qızılın miqdarına daha çox uyğunlaşdırmaq üçün tədavüldən artıq pul kütləsinin çıxarılmasıdır. Dempinq – Rəqabət mübarizəsi formalarından biri olub, xarici bazarlarda əmtəələrin istehsal xərclərindən ucuz qiymətə satılmasıdır. Devalvasiya – İxracın stimullaşdırılması və əmtəə idxalının məhdudlaşdırılması üçün milli valyuta kursunun aşağı salınmasıdır. Dolayı investisiya – Depozitdə saxlanılan qiymətli kağızlara və ya daşınmaz əmlaka yönəldilən kapital qoyuluşu formasıdır. Dotasiya – Dövlət büdcəsindən digər səviyyəli büdcələrə (məsələn, Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvan MR büdcəsinə və  yerli büdcələrə) onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir. Dövlət borcu – Müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınan və dövlətin öhdəliyi əsasında müəyyən edilmiş müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitidir. Dünya ərazisi – Yer kürəsinin ümumi quru sahəsi 135,8 milyon km2 olmaqla yer səthinin 29,2 faizini əhatəedir. Dünya okeanı – Sahəsi 361 milyon km2 olmaqla yer kürəsinin su sahəsinə deyilir və yer səthinin 70,8 faizini tutur. Dünya qiymətləri – Kənd təsərrüfatı məhsulları üzrə idxal və ixrac əməliyyatlarında istifadə olunur.Onlar dünyanın aparıcı əmtəə istehsalçıları və məhsul tədarükçülərinin qiymətlərinə əsaslanır. Eksport — Əmtəələrin (xidmətin) və kapitalın xarici bazarlara satış üçün nəql edilməsi və aparılması. Erzonomika – İqtisadiyyatda insanın funksional imkanlarını öyrənən elm. Əhalinin faktiki gəlirlərinin həcmi – Müəyyən dövrdə əmək haqqı, pensiya, müavinət, təqaüd və s. bu növlər üzrə təyin olunmuş məbləğ borcunun dəyişilmə həcmi qədər az və ya çox ola bilər. Əhalinin həyat səviyyəsi – Əhalinin pul gəlirləri və xərcləri dövlət statistika orqanları və bankların məlumatları əsasında hesablanır. Əhalinin pul xərclərinə mal alınması və xidmətlərin ödənilməsi, məcburi ödənişlər və könüllü üzvlük haqları, əmanət qoyuluşlarının artımı, qiymətli kağızlar və digər xərclər aid edilir. Əhalinin pul xərcləri – Mal və xidmətlərin alınması xərcləri, mütləq ödəmələr və müxtəlif üzvlük haqları (vergilər və yığımlar, sığorta üzrə ödəmələr, ictimai və kooperativ təşkilatların haqqları, kredit malları üzrə faizlər və s.), xarici valyutanın alınması, həmçinin qiymətli kağızlar və əmanət yığımlarının artımıdır. Əmək – 1. İnsanın məhsul istehsal etmək üçün müəyyən məqsədyönlü fəaliyyətidir; 2. İnsanın məqsədəuyğun, şüurlu iş fəaliyyətinin nəticəsidir. Əmək haqqı fonduna, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün işçiyə verilən pul və ya natura formasında hesablanan əmək haqqı,qanunvericiliyə uyğun olaraq işlənilməyən vaxtda işçilərə verilən pul məbləği(məsələn hər il verilən məzuniyyət), iş rejimində və əmək şəraitində asılı olaraq  həvəsləndirici ödəmələr, əlavələr, mükafatlar və birdəfəllik mükafatlar,kompensasiya ödəmələri aid edilir. Əsas kapitala investisiyalar — Əsas fondların yaradılmasına, təkrar istehsalına və alınmasına yönəldilmiş xərclərin məcmusudur. Əsas kapitala yönəldilmiş xarici investisiya – Xarici investorlar tərəfindən hesabat dövründə aparılan tikinti işləri üzrə maliyyə (valyuta xərcləri) və yaxud material (avadanlıq, texnologiya) xərcləri daxil edilir. Faktorinq – Hesabını almadan xaricə mal göndərən ixracatçının alacağının böyük bir hissəsini ( 80%-ə qədərini) yükləmədən o saat, qalanını da idxalatçıdan pulunu təhvil aldıqdan sonra faktor adı varilən bir vasitəçi bank tərəfindən ödənişini təmin edən kredit əməliyyatıdır. Federativ dövlət – Bir dövlətin tərkibinə daxil olan dövlət təşkilatı və ya inzibati -ərazi təşkilatının dövlət quruluşu formasıdır. “Holland xəstəliyi”. Ötən əsrin 50-60-cı illərində Şimal dənizinin Hollandiyaya məxsus hissəsindən zəngin qaz ehtiyatları aşkarlandı. Həmin yataqların mənimsənilməsi və böyük həcmlərdə qaz ixracı qısa bir müddətdə Hollandiyaya böyük valyuta axını yaratdı. Nəticədə milli valyuta sürətlə möhkəmləndi ki, bu da öz növbəsində digər ixrac yönümlü sahələrdə bir sıra mənfi nəticələrə gətirib çıxardı. Bu hadisə iqtisad elmində “Holland xəstəliyi” adını aldı. Milli valyutanın məzənnəsinin birdən-birə belə yüksəlməsi ölkədən ixrac edilmək üçün istehsal olunan məhsulların istehsal xərclərini şişirdir, daxili bazarda məhsul istehsalı əlverişsiz olur və nəticədə tez bir zamanda istehsallar dayandırılır. Eyni zamanda, bu proseslər ölkəyə hazır məhsul idxalını stimullaşdırır ki, nəticədə yerli istehsal gətdikcə sıradan çıxır. Elə bir vəziyyət yaranır ki, ölkənin ixracında mineral hasilat sənayesi məhsulları (xam neft, təbii qaz vəs.) tam üstünlük təşkil edir, əhalinin istehlak etdiyi ərzaq məhsulları və sənaye malları isə əsasən kənardan idxal edilir. Burada nəzərə almaq lazımdır ki, neft, qaz və s. kimi resursların qiyməti bazarın konyuktur dəyişikliklərindən biləvasitə asılı olduğundan, qiymətlərin kəskin düşməsi milli valyutanın da sürətlə zəifləməsinə və infilyasiya prosesinin zəifləməsinə gətirib çıxarır. Bu isə böhran vəziyyətinə düşən yerli istehsalın tənəzzülünü bir qədər də dərinləşdirir və ölkə iqtisadiyyatını uzun müddətli struktur böhrana düçar edir. Milli valyutanın kursunun belə dəyişkənliyi iqtisadiyyatın digər sahələrinin inkişafına, ölkənin investisiya cəlbediciliyinə və kredit reytinqinə, ölkəyə gələn xarici investisiyaların həcminə və s. mənfi təsir göstərir. Qeyd etmək yerinə düşərdi ki, 2004-cü ilin yekunlarına görə Azərbaycanın ixracında xam neft və neft məhsulları 90 faizdən yüksək xüsusi çəkiyə malikdir. Eyni zamanda, əhalinin başlıca ərzaq məhsullarına və sənaye mallarına olan tələbatı isə idxal hesabına dənilir. Deməli, klassik mənada “Holland xəstəliyi” dedikdə, ölkə təbii resursların istismarına başlayan zaman onun mənfi təsirinin digər sahələrin, konkret olaraq emaledici sahələrin inkişafında müşahidə olunması başa düşülür. Akademik Ribçinskin sözləri ilə desək, neftin üstün inkişafı digər sahələrin də resurslarını özünə səfərbər edir. Beləliklə, neftdən kənar sahələrdəki kapital, material, sahibkarlıq resursları da neft sektoruna cəlb edilir. Yeganə əmək resursları ifadəsizqalaraq uzun müddətli işsizliyin mənbəyinə çevrilir. İdxal - Ölkədə istehlak etmək və ya təkrar ixrac edilmək üçün ölkə sərhədlərindən kənarlarından mal gətirilməsidir. İdxalın dəyərinin qiymətləndirilməsi SİF qiymətləri və ya mal idxal edən ölkənin franko-sərhəd qiymətləri üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərcləri daxil edilir. İerarxiya – Aşağıdan yuxarı tabeçilik. İnhisar – İstehsalda və bazarda hakim mövqe tutmaq, istehsalın, satışın, xidmətin böyük bir hissəsini ələ keçirmək, istehlakçiları təklif edilən şərtlərə məcbur etməkdir. İnvestisiya – Latın sözü olub “invest” tərcüməsi “geyindirən” deməkdir. İqtisadiyyatın əsas sahələrini maşınlarla, texnika və qurğularla, texnoloji proseslərələ təchiz etməkdir. Gəlir götürmək üçün iqtisadiyyatın müxtəlif sahələrinə uzun müddətli sərmayə qoyuluşudur. İnvestor – Özünün (eləcə də, cəlb olunmuş borc vəsaitlərinin) maddi və intelektual sərvətlərinin birbaşa və yaxud dolayı yolla investisiya obyektlərinə qoyulması barədə qərar çıxarmış subyektlər başa düşülür. İqtisadi artım – Müəyyən dövr ərzində istər milli və istərsə də dünya miqyasında baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinin nəticəsi kimi məhsul istehsalı və xidmətlərin həcminin artması nəzərdə tutulur.Çox zaman bu termin – iqtisadi yüksəliş, iqtisadi tərəqqi, iqtisadi inkişaf kimi də işlədilir. İqtisadi artım ÜMM və yaxud ÜDM-un həcmi ilə müəyyən edilir. İqtisadi dinamika – İqtisadiyyatda ardıcıl inkişaf olmaqla, iqtisadi proseslərin miqdar göstəricilərinin ardıcıl dəyişməsi prosesidir. İqtisadi fəal əhali — Bütün işləyənləri və işsizləri özündə əhatə edir. Məşğul olmayan və müəyyən dövr ərzində iş axtarmayan şəxslər əmək qabiliyyətli yaşında olan iqtisadi qeyri-fəal əhaliyə aid edilir. Bunlar yuxarı sinif şagirdləri, tələbələr, ev təsərrüfatında məşğul olanlar, xəstəyə qulluq edənlər, işləməyə ehtiyacı olmayan şəxslərdir. Bu göstərici əmək ehtiyatları balansının hesablanması yolu ilə təyin edilir. İqtisadi qeyri-fəal əhalinin dinamikası (artım və ya azaldılması) ölkədə mövcud əmək ehtiyatlarından istifadə edilməsini səciyyələndirir. İqtisadi modelləşdirmə — Normaların (abstrakt nümunələrin) yaradılması yolu ilə iqtisadi tədqiqatların aparılması metodudur. İqtisadi proqnoz – İqtisadiyyatın və onun ayrı-ayrı bölmələrinin gələcək inkişafını əks etdirən sistem. İqtisadi strategiya – Hər bir ölkə üçün həyata keçirdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsinə deyilir. İqtisadiyyat – Qədim yunan mənşəli söz olmaqla, hərfi mənada iki sözün – “təsərrüfat” və “qanun” sözlərinin birləşməsindən əmələ gəlmişdir. O, təsərrüfatçılığın qanunlar, qaydalar və normalar əsasında aparılması kimi mənalandırıla bilər.İqtisadiyyat elmi fərdi və ictimai fəaliyyətin elə bir sahəsini öyrənir ki, bu həyat şəraiti ilə sıx surətdə bağlı olan, maddi nemətlərin yaradılması və istifadəsi ilə əlaqədardır. İqtisadiyyat – bu təsərrüfatdır, təsərrüfatçılıq üzrə elm sahəsidir və nəhayət təsərrüfatçılıq prosesilə əlaqədar olaraq insanlar arasında olan münasibətlərdir. İqtisadiyyat — əmtəələrin (xidmətlərin) istehsalı (göstərilməsi), bölgüsü, mübadiləsi və istahlakı ilə əlaqədar olan fəaliyyəti öyrənən elmdir.İqtisadiyyat elmi məhdud resurslar şəraitində müəyyən iqtisadi məqsədə nail olmaq üçün mümkün olan variantlardan ən əlverişlisinin seçilməsi ilə əlaqədar olan insan davranışını öyrənir. İqtisadiyyat elmi qarşılıqlı əlaqədə olan aşağıdakı 3 qrup suala cavab verən biliklər məcmusudur: Nə və nə qədər istehsal etməli?Əmtəəni necə istehsal etməli, hansı resurslardan və texnologiyalardan istifadə edərək, kim onları istehsal etməli?Kimin üçün istehsal etməli, istehsal edilən əmtəə və məhsul kimə məxsusdur, istehlakçılar arasında onlar necə bölüşdürülməlidir?İslahat – İctimai həyatın bu və ya digər tərəfinin dəyişdirilməsi, yeniləşdirilməsi, müasirləşdirilməsi, yeni və mütərəqqi məzmunlu qayda-qanunların tətbiq edilməsidir. İşsizlik – İqtisadi aktiv əhalinin bir hissəsinin əmtəə istehsalı və xidmətlərlə məşğul olmamasıdır. İşsizliyin səviyyəsi – İqtisadi fəal əhalinin sayına nisbətən məşğulluq xidməti orqanlarında qeydə alınmış işsizlərin sayı. İstehsal təyinatlı obyektlərə yönəldilmiş investisiyalar – İstehsal təyinatlı obtektlər o obyektlərə aiddir ki, onların tikintisi başa çatdıqdan sonra maddi istehsal sahəsində fəaliyyət göstərəcəklər. Belə obyektlər sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, rabitədə, tikintidə, ticarət vəxidmətdə, meşə və su təsərrüfatında mövcuddur. İxrac – Ölkədə istehsal olunmuş və ya başqa ölkələrdən gətirilmiş malların (təkrar ixrac) ölkə sərhədlərindən kənara göndərilməsidir. İxracın dəyərinin qiymətləndirilməsi FOB qiymətləri və ya mal ixrac edən ölkənin Franko-sərhəd qiymətləri üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərcləri daxil edilir. İxracın idxalı örtmə faizi – İxracın həcminin idxalın həcminə nisbətidir. Konfederativ dövlət – Müəyyən siyasi və hərbi məqsədlərə nail olmaq üçün yaradılan suveren dövlətlərin ittifaqıdır. Konosament – Yüklərin daşınmasında dünya praktikasında hamı tərəfindən qəbul edilən standart formalı sənəddir. Korporasiya – Latın sözü olub cəmiyyəti birlik, ittifaq deməkdir. Kvota – 1. İngiliscə ¼ mənası kimi işlədilir; 2. Müəyyən hissə, pay, norma; 3. məhsul satışı, təchizatı, gəlirin məbləği və s. üzrə iştirakçının iştirak etmə norması. Lisenziya – Firmanın bazarda müəyyən olunmuş fəaliyyəti həyata keçirmək hüququdur, icazəni təsdiq edən sənəddir. Lizinq – İngilis dilindən Lease- icarə deməkdir. Binaların, qurğuların, güc maşınlarının, avadanlıqların, hseablayıcı texnikanın, nəqliyyat vasitələrinin, alətlərin, istehsal və təsərrüfat invertarların (və onların sonradan artırılmasını nəzərdə tutan) icarədir. Maşın, avadanlıqların, nəqliyyat vasitələrinin və habelə istehsal xarakterli qurğuların uzunmüddətli icarəsi, yəni investisiyalaşdırma forması deməkdir. Bütün lizinq əməliyyatları iki tipə bölünür: Operativ lizinq(tam ödənilməyən); Maliyyə lizinqi (tam ödənilən). Maliyyə investisiyaları – Maliyyə alətlərinə, yeni qiymətli kağızlara və bank depozitlərinə yönəldilən vəsaitdir. MAQATE – Atom enerjisi üzrə beynəlxalq agentlik. 1957-ci ildə yaradılıb (123 ölkə). Marşal planı – 1947-ci ildə ABŞ-ın dövlət katibi C. Marşalın adını daşıyan və Avropanın dirçəldilməsini nəzərdə tutan Marşal planı o dövlətlərə yardım etmyi nəzərdə tuturdu ki, onlar həmin maliyyə yardımını istehsalın artımına və maliyyə sabitliyinin yaradılmasına sərf etsinlər; digər ölkələrlə əməkdaşlıq edərkən ticarət maneələrini azaltsınlar; nadir materialları ABŞ-a göndərilməsinə və ABŞ-ın bu ölkələrə xüsusi investisiya qoyuluşlarına mane olmasınlar. “Marşal planı”nın qüvvədə olduğu 4 il ərzində ABŞ Konqresi 13 mlrd dollar vəsait ayırmışdır.Bu vəsaiti alan dövlətlər onun 2/3 hissəsini ABŞ mallarının satın alınmasına sərf etmişdir. Mənfəət – Kommersiya hesabı əsasında fəaliyyət göstərən müəssələrin maliyyə nəticəsidir. Mübadilə – Əmtəənin bir istehsalçıdan digər istehsalçıya hərəkətidir və ekvivalentliyi nəzərdə tutur. Nəqliyyatın sərnişin dövriyyəsi – Sərnişin daşınması üzrə nəqliyyatın işinin həcmidir. Ölçü vahidi sərnişin-kilometr, yəni1 sərnişinin 1 kilometrə daşınmasıdır. Daşınmış sərnişinlərin sayının onların daşınma məsafəsinə vurmaq yolu ilə hesablanır. Nəqliyyatın yük dövriyyəsi – Yüklərin daşınması üzrə nəqliyyatın işinin həcmidir. Ölçü vahidi ton-kilometr, yəni 1 ton yükün 1 kilometrə daşınmasıdır. Daşınmış yüklərin tonla miqdarının kilometrlə daşınma məsafəsinə vurulması hasillərinin cəmi kimi hesablanır. Netto – İtalyan sözüdür. Xalis çəkisi. Bütün xərclər çıxıldıqdan sonra qalan xalis gəlir. Ölkənin öz istehsalı sayılan mallara, həmçinin ölkəyə gətirilən və təkrar emal olunaraq əsas kəmiyyət və keyfiyyət göstəricilərini dəyişən xarici mənşəli mallar da daxil edilir. Orta aylıq nominal əmək haqqı – Siyahı üzrə işçilərin əmək haqqı fondunu işçilərin orta sayına bölməklə alınır. Patent – 1. İxtiraçının yaratdığı ixtira üzərində tam nəzarətini təmin edən şəhadətnamədir; 2. Hər hansı bir fəaliyyətin həyata keçirilməsinə dövlət tərəfindən icazə verilməsini təsdiq edən sənəddir. Pərakəndə əmtəə dövriyyəsi – Şəxsi istehlak və ev təsərrüfatında istifadə üçün əhaliyə nağd pulla satılmış istehlak mallarının dəyərini xarakterizə edir. Prioritet – Hüquqi cəhətdən istənilən hər hansı bir fəaliyyət sferasına və ya prosesə üstünlük vermək. Provizyon – Müştərinin hər hansı bir anda cari hesabdan çıxara biləcəyi miqdara provizyon deyilir. Qiymət – Əmtəənin və xidmətlərin dəyərinin pulla ifadəsidir. Qrant – Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımıdır. Rabitə xidmətlərinin həcmi – Elektrik rabitəsi məmulatlarının və ya poçt göndərişlərinin qəbulu, işlənilməsi, ötürülməsi və çatdırılması üzrə işlərin dəyər ifadəsində həcmidir. Real əmək haqqı – Baza dövründəki qiymətlərdən irəli gələn cari ildə (ayda) əmək haqqına əldə edilən mal və xidmətləri xarakterizə edir. Müvafiq dövr üçün real əmək haqqının indeksi nominal əmək haqqı indeksinin istehlak qiymətlər indeksinə bölmək yolu ilə alınır. Real investisiyalar – Maddi-istehsal ehtiyatlarının artımı, əsas fondların təkrar istehsalı məqsədilə kapital qoyuluşlarıdır. Rentabellik – Nisbi göstərici olub müəssisənin gəlirlilik dərəcəsini, onun alınan mənfəəti hansı xərclər hesabına əldə etdiyini göstərir. Revalvasiya – Milli valyuta kursunun başqa ölkələrin valyutalarına nisbətən rəsmi yüksəldilməsi, tədavüldə olan pulun miqdarını dəyişmədən əmtəə dövriyyəsinin artırılmasıdır.Milli valyutanın faktiki kursunun yüksəlməsidir və ya rəsmi qızıl məzmununun artırılmasıdır. Rüsum – Vergi və yığım kateqoriyalı ödəniş növüdür. Sekvestr – Dövlət büdcəsi, Naxçıvan MR büdcəsi və yerli büdcələrin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır. Səmərə – İstehsal prosesində həyata keçirilən fəaliyyətin nəticəsidir. Səmərəlilik – istehsal fəaliyyəti prosesində alınan nəticə ilə ona çəkilən xərclərin dəyər ifadəsində müqayisə edilməsini əks etdirən anlayışdır. Sərəncamda qalan real pul gəlirləri – Gəlirlərdən mütləq ödəmələr çıxıldıqdan sonra istehlak qiymətləri indeksi ilə nəzərə alınmaqla hesablanılır. Subsidiya – Dövlət büdcəsindən Naxçıvan MR büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir. Subvensiya – Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR büdcəsinə və yerli büdcələrə məqsədli şəkildə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir. Tafta-Xartli qanunu – Senator Tafta və Konqresmen Xartli müəllif olduğu üçün belə adlanır. İşçilərin tətil etmək hüququ məhdudlaşdırılır. Təbii resurslar – Torpaq, su, hava, faydalı qazıntılar, bitki və canlılar aləmi, bir sözlə təbiətin insanlara bəxş etdiyi nemətlər. Ticarət balansı – Ölkənin ixrac etdiyi əmtəələrin dəyərlərinin idxal olunan əmtəələrin dəyərinə nisbətidir. Transfert qiymətlər – Beynəlxalq birliklər, firmalar və transmilli korporasiyalar çərçivəsində məhsulların və xidmətlərin tədarükü müqabilində hesablama apararkən tətbiq edilən qiymət növüdür. Transfert qiymətlərin tətbiq sahələri yarımfabrikatların, detalların, komplektləşdirən məhsulların tədarükü zamanı müəyyən edilir. Ümumi daxili məhsul (ÜDM) – Ölkənin iqtisadi fəaliyyətinin ümumiləşdirilmiş göstəricisi olaraq, son istehlakı xarakterizə edən əlavə dəyərin həcmi ilə ölçülür. ÜDM cari əsas və bazarqiymətləri ilə (nominal ÜDM) və müqayisəli qiymətlərlə (real ÜDM) hesablanır. Unitar dövlət – Vahid konstitutsiya, vahid hüquq sistemi və vahid idarəetmə orqanı, dövlətdə iqtisadi, sosial  və siyasi proseslərin mərkəzləşdirilmiş idarəetmə sistemi fəaliyyət göstərir. Valyuta məzənnəsi – İki milli pul arasındakı dəyişmə nisbətidir və ya xarici ölkələrin pullarının qiymətinə valyuta məzənnəsi deyilir. Vaxtı keçmiş əmək haqqı borcları – Kollektiv müqaviləsi və bank (haqq-hesab kassa mərkəzi) tərəfindən bağlanmış haqq-hesab kassa xidməti müqaviləsi ilə təyin olunmuş müddətdə ödənilməmiş faktiki hesablanmış işçilərin əmək haqqının məbləği hesab olunur. Ikinci gündən başlayaraq geçikmə günləri sayılır. Veksel – Bir tərəfin digər tərəfə müəyyən müddətdə nəzərdə tutulmuş pul məbləğini qeyri-şərtsiz məcburi ödənməsini və sonuncunun bu məbləği tələb etmək hüququnu təsdiq edən ciddi formalı yazılı borc öhdəliyidir. Vergi – Dövlətin və ya bələdiyyənin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Xarici ticarət – Dövlətin başqa ölkələrlə apardığı ticarəti, əmtəələrin idxal və ixracını əhatə edir. Xarici ticarət dövriyyəsi – İdxal və ixracın dəyərinin cəmidir. Xarici ticarət saldosu – İdxal və ixracın fərqidir. Əgər ixrac idxaldan çoxdursa müsbət saldo, idxal ixracdan çoxdursa mənfi saldo adlanır. Xəzinədarlıq – Rüsumların, vergilərin və s. toplandığı və dövlət büdcəsinin kassa icrası əməliyyatları ilə məşğul olan xüsusi maliyyə orqanıdır. Xidmət – Elə yayılmış iş növü, iqtisadi fəalyyətdir ki, bunun nəticəsində mövcud iqtisadi obyektlərin keyfiyyəti (müstəsna hallarda kəmiyyəti də) dəyişdirilir. Buraya ictimai iaşə xidməti, təmir xidməti, informasiya xidməti, mənzil-məişət xidməti, təmir xidməti və s. daxildir. Yığım — Fərdin pul gəlirinin istahlak üçün sərf edilməmiş hissəsidir. Yük daşımalarının həcmi — Nəqliyyatla daşınmış yükün tonlamiqdarıdır. Yüklənmiş malların (işlərin, xidmətlərin) həcmi müəssisənin hesablaşma hesabına pulun daxil olub-olmamasından asılı olmayaraq hesabat dövründə istehlakçilara göndərilmiş (verilmiş) malların, sifarişçi tərəfindən qəbul edilmiş sənaye xarakterli iş və xidmətlərin dəyəridir.
['iqtisadi nəzəriyyə', 'terminlər', 'dünya iqtisadiyyatı', 'iqtisadi termin', 'beynəlxalq iqtisadi münasibətlər']
1,021
https://kayzen.az/blog/roma-tarixi/10258/qladiatorlar.html
Qladiatorlar
luminat
qədim Roma
26 may 2016, 23:52
Qladiator latın sözü “qladius” sözündən götürülüb və qılınc adlanır. Qədim Romada bir-birlərinə, vəhşi heyvanlara qarşı vuruşdurmaq üçün hazırlanan daha çevik, güclü qullara deyilirdi. Qladiatorların döyüşü öz başlanğıcını qədim etruskların dəfn mərasimlərindən götürüb. Romalılar etruskların milli adət-ənənələrinin bir qoluna əsaslanaraq döyüş növünü yaradıblar. Qədim Yunan tarixçisi Tit Livinin yazdığına görə, qladiatorların ilkin döyüşü bizim eradan əvvəl 264-cü ildə Romada Brut Perenin dəfnində olub. Romalılar bu oyunu ―Ahirət oyunları adlandırırdılar. Rəsmi adı ―munus, yəni ―borc, ölənlərin qarşısında dirilərin borcu. Zaman keçdikcə, etruskların ənənəsi burada da davam etdirildi. Nəhayət, b.e.ə. I əsrdə əyləncəli və tərbiyələndirici əhəmiyyətə malik tamaşaya çevrildi. Daha sonra əyalət canişinləri, sərkərdələr, həmçinin, imperatorlar yeni rütbə əldə etdikdə təşkil olunan bayram şənlikləri sırasında qladiatorlar döyüşü də yer aldı. Hətta, oyunların keçirilməsi üçün amfiteatrlar inşa edilməyə başladı. Getdikcə arenalarda döyüşənlərin sayı mütəmadi olaraq artırdı. Onların çoxluğu siyasi nüfuzun göstəricisi idi. Belə ki, bizim eradan əvvəl 49-cu ildə Yuliy Sezar imperator seçiləndə 320 cüt döyüşçünü meydana çıxartdı. Artıq döyüş kütləvi hal aldı. Qəribəsi o idi ki, yerli əhalinin də qladiator döyüşlərinə marağı vardı. Kütlənin çox az qisminin ədalətsiz sandığı oyunların keçirilməsinə Romada baş verən Spartak üsyanı da mane ola bilmədi. Əvvəllər döyüşün təşəbbüskarı yalnız hakim dairənin nümayəndələri idi. Sonralar zadəganlar və elit təbəqənin mənsubları da qladiator döyüşlərinin maraqlı tərəfi kimi çıxış edirdilər. Müxtəlif zaman kəsiklərində bu qanlı səhnələr gah yarış, gah da əməlli-başlı ölüm-qalım məsələsi kimi qabardılıb. Oktavian Avqustun təşkil etdiyi döyüşlərdə 10000-ə yaxın insan iştirak edib. Trayanın təşəbbüskarı olduğu yarış 123 gün davam edib. Neronun dövründə arenaya adlı-sanlı matron və senatorlar çıxırdı. Domisian isə qadınlar və cırtdanlar arasında döyüş təşkil edirdi. Bəzi imperatorlar ayrı-ayrı qladiatorlara başçılıq edirdi. Kommod bu oyunlara o qədər aludə olub ki, özü də bir neçə dəfə iştirakçı rolunda arenaya çıxıb. Çox keçmir, oyunlara baxmaq sadə xalqdan tutmuş zadəganlara və hakim dairənin mənsublarınadək hamının məşğuliyyətinə çevrilir. Eramızın birinci əsrində demək olar ki, hər şəhərdə ən azından 1 amfiteatr var idi. Qladiator döyüşlərini, hətta, Roma imperiyasından asılı olan hökmdarlar da təşkil edirdi. 3-cü əsrin sonlarına yaxın bu oyunlar çətin bir sınaqla üzləşir. Xristian kilsəsi belə tamaşaların əleyhinə çıxır. Böyük Konstantin qladiator vuruşmalarına qadağa qoyan ilk imperator kimi tarixə düşüb. Son olaraq döyüşlərin ləğv edilməsi Qərbi Roma imperatoru Qonoriyanın 404-cü sərəncamında qeyd edilib. Bundan sonra qladiatorların əksəriyyəti orduya göndərildi. Beləcə, Roma ordusu yeni bir güc qazanırdı. Qullar, könüllü döyüşə atılan kasıblar, hətta, cəngavərlər, çılğın zadəgan gəncləri də qladiator adı almaq uğrunda vurşmağa hazır idilər. Onlar hər şeyə dözəcəklərinə and içir, dəfələrlə sınanırdılar. Eranın ilk yüzilliklərində Roma ordusunun qüdrətinin məhz qladiatorlar hesabına artdığını ehtimal edən tarixçilər, yəqin ki, yanılmayıblar. Bu ərəfədə böyük şəhərlərdə qladiatorlar hazırlayan məktəblər də meydana gəldi. Ciddi nizam-intizama malik məktəblərdə hazırlanan döyüşçülərin hər biri cüzi səhvə görə cəzalandırılırdı. Lakin, onların fiziki hazırlığına və düzgün qidalanmasına nəzarət edilirdi. Qladiatorların istifadə etdikləri silahlar: • Qılınc: 65 sm uzunluğunda olan qladius (Gladiator sözü buradan törəmişdir) qladiatorların ən məşhur silahı idi. Ancaq dəryaza bənzər “Sika” və bir tərəfi haşiyələnmiş “Asinases” adlı qılınclardan da istifadə edilirdi. • Nizə: Qladiatorlar nizələrdən itələmək və ya atmaq üçün istifadə edirdilər. Yüngül, ağır, uzun, qısa, atlı qladiator tərəfindən və ya sadəcə piyadalar tərəfindən istifadə edilən növləri var. • Ox: Qladiatorlar tərəfindən istifadə edilən çox sayda ox növləri var. Bəziləri sadəcə yayla atılır. Bəziləri isə qısa olur və qalxanın arxasında gizlədilir. • Xəncəl: Ehtiyat silah kimi istifadə edilir. Ancaq yaxın məsafələrdə yararlıdır. • Qalxan: Qalxanın əsas vəzifəsi özünü müdafiə olsada bəzən rəqibi vurmaq üçün istifadə edilir. Dəyirmi formalı “parma” və uzunsov “skutum” adlı qalxanlar ən məşhurlarıdır. • Tor: “İakulum” adlanan bu silah yalnız bir qladiator növü (“Retarius”) tərəfindən istifadə edilirdi • Zireh: Qladiatorların yalnız 26 növü zirehdən istifadə edir. Zirehlərin bəziləri ağır, bəziləri isə yüngül olur. Əsasən zəif qladiatorlar zirehlərdən istifadə edir.  
['qladiator döyüşləri', 'qladiator oyunları', 'qladiator']
1,022
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/18885/sun-tsz%C4%B1.html
Sun Tszı
luminat
böyük hərbi xadimlər
25 may 2016, 00:11
Hərbi nəzəriyyə əlbəttə, hərb və müharibələrin özündən çox cavandır. Əvvəlcə nəsə olmalıdır ki, sonra da ümumiləşdirilsin. Lakin biz bilirik ki, hərb və müharibələr tarixin min-min illərlə dərinliyinə gedir. Əldə olunan hərbi nəzəri əsərlərin və ümumiləşmələrin tarixi isə eradan əvvəlki minilliyin ortalarına təsadüf edir. Belələrini yaradanlardan biri və bəlkə də birincisi heç şübhəsiz ki, e.ə. IV əsrdə yaşamış Sun Tszıdır. Çində o dövrdə hərb nəzəriyyəsi çox inkişaf etmişdi. Çünki hələ qədimlərdən bəri bu ölkədə saysız knyazlıqlar arasında aramsız müharibələr gedirdi. Buna görə bu müharibələrdə qələbə çalmaq üçün hərb sənətini dərindən bilmək lazım idi. Bu tələbatı ödəmək üçün sərkərdələr və müdriklər çoxlu hərbi traktatlar yaradırdılar. Belə ki, Sun Tszıya qədər Çində belə traktatların sayı 600-ə çatmışdı. Lakin heç bir başqa traktat öz əhatəliyi, zənginliyi və dərinliyi ilə Sun Tszıya çata bilmədi. Rəvayətə görə Sun Tszı Tsi çarlığında doğulmuş və qoca yaşlarına qədər U çarlığında qulluq etmişdir. Onun özünün də əsl adı U idi. Sun Tszının Avropa hərb nəzəriyyəçiləri Jomini və Klauzevitsdən fərqi bu idi ki, o, həm nəzəriyyəçi, həm də praktik idi. Özünün 30 minlik ordusu ilə Sun U çarlığının şimalındakı aqressiv Çi çarlığını ağır məğlubiyyətə uğradıb Tsi və Tzin çarlığının qoşunları üzərində həlledici qələbə çalmışdı. Uzaq və yaxın bütün çarlıqlar və knyazlar bu qələbələrdən sonra U çarlığına qarşı hər hansı bir tədbirdən əl çəkmiş, əksinə ona dostluq və iltifat sazişləri ilə müraciət etmişdilər. Lakin Sun Tszının nəzəri fikirləri və tövsiyələri onun əməli işlərindən daha çox parlaq və ölməz oldu. Bu fikir və müddəalar hətta Napoleon kimi hərb dühasının belə masaüstü kitabı olmuşdur. Miladdan əvvəl II əsrdə yaşamış məşhur Çin tarixçisi Sıma Syan Sun Tszının həyatından belə bir ibrətamiz əhvalat nəql edir. Bir dəfə çar Xou Sun Tszıdan hansı hərbi möcüzə göstərə biləcəyi barədə soruşanda sərkərdə saray cariyələrindən əla döyüş vzvodu düzəldə biləcəyini deyir. Çar gülüb qəşş edir. Amma Sun Tszı çarın onun işinə qətiyyən qarışmayacağı təqdirdə sözlərinə əməl edəcəyi barədə çarla böyük məbləğdə mərc gəlir. O, incə-mincə saray gözəllərini iki dəstəyə bölüb onlarla döyüş məşqlərinə başlayır. Lakin onun səyləri heç bir nəticə vermir. Çarın hərəmləri gülə-gülə hərəkətləri lağ-lağaya döndərirlər. Çar və onun əyanları da pəncərədən gülə-gülə baxıb tamaşa edirlər. Birdən Sun Tszı ən çox gülən kənizi irəli çıxarıb dəstə başçısının tapşırıqlarını layiqincə yerinə yetirmədiyinə görə ölümə məhkum edir və dəstə başçısına əmr edir ki, hökm yerinə yetirilsin. Pəncərədən baxan çar Xou ən sevimli cariyəsinin təhlükədə olduğunu görüb əl-ayağa düşəndə Sun Tszı şərtə görə ona mane olmağı qadağan edir və gənc saray gözəli edam olunur. Bu hadisədən dəhşətə gələn qalan cariyələr bir neçə günə ciddi və inadla məşqlər nəticəsində doğrudan da mahir döyüşçülərə çevrilirlər. Və beləliklə, Sun Tszı çarla bağladığı mərci udur. Sun Tszının «Hərb sənəti» adlı traktatı aşağıdakı 13 fəsildən ibarətdir: 1. İlk mülahizələr. 2. Müharibənin gedişi. 3. Strateji hücum. 4. Forma. 5. Güc. 6. Doluluq və boşluq. 7. Müharibədə mübarizə. 8. Doqquz dəyişiklik. 9. Yürüş. 10. Mövqeyin şəraiti. 11. Doqquz ərazi. 12. Odla hücum. 13. Cəsuslardan istifadə. Sun Tszı I fəsildə müharibədə beş şərti əsas sayır: 1. Yol. 2. Göy. 3. Yer. 4. Sərkərdə. 5. Qoşun. 1. Yol — yəni xalqla hökmdarın niyyəti eynidir. Xalq hökmranla birgə ölümə hazırdır. 2. Göy — yəni işıq və qaranlıq, soyuq və isti, zaman gərdişi. 3. Yer — yəni uzaqlıq və yaxınlıq, genişlik və darlıq, ölüm və həyat. 4. Sərkərdə — yəni ağıl, soyuqqanlılıq, humanizm, mərdlik və sərtlik. 5. Qanun — yəni qoşun nizamı, komandanlıq və təchizat. Göründüyü kimi, bu günün hərbi-texniki vasitələrinin ağlasığmaz inkişafı dövründə belə Sun Tszının şərtləri hər hansı döyüş və qələbə üçün vacib olan taktiki və strateji əsaslardır. Sonrakı fəsillərdə sərkərdə bütün zamanlarda ordular və müharibələr üçün zəruri olan aspektləri ustalıqla müəyyən etmiş, qələbə şərtlərini açıqlamışdır. Və buna görədir ki, Sun Tszı hətta XX əsrin nəinki Mao Tszedun və Vo Nquen kimi nəhəng diktatorları üçün, hətta müasir ABŞ hərb məktəblərində belə geniş öyrənilən nəzəriyyəçidir. Onu hətta Klauzevitsdən belə üstün hesab edirlər.
['hərbçi']
1,023
https://kayzen.az/blog/PR/9324/televiziya-apar%C4%B1c%C4%B1s%C4%B1.html
Televiziya aparıcısı
ruhengiz
Public relations
21 may 2016, 15:35
XX əsrin möcüzəsi sayılan televiziya XXI-ci əsrə möhtəşəm inkişaf sürətilə qədəm qoydu. Etiraf edək ki,biz bu gün qlobal internet sisteminin kommunikasiya qüdrətindən nə qədər danışsaq da, hələlik televiziya öz təsir gücünü göstərməkdə davam edir. Qəzet jurnalistindən fərqli olaraq telejurnalistin materialı kollektiv əməyin məhsuludur. Bu məhsulun meydana gəlməsində jurnalistin, rejissorun, operatorun və bir çox digər əməkdaşın birgə səyi var.Bu sırada teleaparıcının rolunu xüsusi qeyd etmək lazımdır. Televiziyanın sürətli inkişaf prosesində diktor peşəsindən aparıcılığa keçid xeyli dərəcədə ləng baş verib.Xüsusilə kommunist ideoloji maşını rolunu oynayan və dəmir senzura şəraitində fəaliyyət göstərən sovet televiziyasında hakimiyyət birmənalı olaraq jurnalist mətninə heç bir əlavə etmək ixtiyarı olmayan diktor institutuna etibar edib. Qərb teleməkanında çoxdan formalaşmış teleaparıcı peşəsi postsovet televiziya məkanına yalnız sovetlərin studiyasından sonra ayaq açıb. Deməli, aparıcı demokratik dövrün doğurduğu faktdır. Əlbəttə, diktorluq özü də çox ciddi peşəkarlıq tələb edən peşədir. Lakin bu peşə televiziyada artıq keçilmiş mərhələdir. Bu gün tamaşaçı ona isti,səmimi,kommunikativ,interaktiv münasibəti ilə diqqəti çəkən teleaparıcını öz evində doğma, inandığı, etibar etdiyi adam kimi qəbul edir. Teleaparıcılıq peşəsi televiziyada xüsusi yer tutur. Aparıcı anlayışı televiziya jurnalistikasında bir çox proqramı təqdim edən jurnalisti nəzərdə tutur. Aparıcının dili,üslubu səlis,anlaşıqlı olmalıdır. Televiziyada xəbərlər,tok-şou və s. proqramların aparıcıları var.Bu sırada ən ciddi və məsuliyyətli yerlərdən birini xəbər proqramlarının aparıcısı tutur. Bizim dövrümüzdə bu aparıcılar cəmiyyətdə tanınan, ictimai rəydə olan peşəkar jurnalistlərdir. Televiziyada hər bir proqramın xüsusi tamaşaçı auditoriyası olduğu halda, informasiya proqramlarına sosial təbəqələrin hamısının marağı var. Xəbər aparıcısı informasiya proqramının efir sahibidir. Prioritet xəbərin müəyyən edilməsindən tutmuş xəbərarası anons və təqdimatlara qədər hər şeyə cavabdehlik daşıyır. Tok-şou aparıcısı diqqət və maraqla dinləməyi,səmimi şəkildə heyrətlənməyi,empatik hisslər-rəğbət hissləri keçirməyi,hər cür mövzunu maraqlı etməyi bacarmalıdır. Dünya tok –şou təcrübəsində: Donahyu(ABŞ),Opra Uinfri(ABŞ),Heraldo Rivere(ABŞ),Salli Cessi Rafael (ABŞ),Vladimir Pozner (Moskva), və s. kimi aparıcılar var. Yuxarıda adını çəkdiyimiz Opra Uinfri, gülərüz dolu,aktiv,heyrətamiz gülüşə malik zənci qadındır, Amerikanın ən çox qiymətləndirilən jurnalistidir. Onun tok-şousu əsl jurnalistikadır. Rusiyanın “REN-TV” kanalında bunun şahidi olmaq mümkündür. Poznerin qəmli gözləri şən əhval-ruhiyyə vəd etməsə də,qalan əlamətlər tok-şou üçün yaralıdır: qonaq,studiyada auditoriya,ekspertlər və “ dəmir” ssenari. Həmsöhbətlərin improvizəsini Pozner özünə lazım olan istiqamətə yönəldir, yəni tərbiyəvi nəticə əvvəlcədən hesablanır. Televiziyanın ən əsas xüsusiyyəti –televiziya ünsiyyətinin inandırıcı,etibarlı olmasıdır.Televiziyanın texnoloji imkanları tamaşaçıda iştirakçılıq, dialoq yaratmaq və etibarlılıq effekti yaradır. Televiziya ünsiyyətinin geniş auditoriya kütləsi ilə effektliliyi, teleaparıcıların şəxsi imici ilə müəyyən olunur. Teleaparıcının kimliyi çox vacib faktordur,çünki ekran qarşısında oturan tamaşaçı ona çatdırılan informasiyanı həmin şəxslə vəhdətdə qəbul edir. Nəzərə alaq ki, informasiyanın qavranılması o qədər də asan məsələ deyil və hələ bütün dünyada informasiyanın təqdim olunması prosesi tam işlənilməyib. Ekran qarşısında insanın qavrayışı indivüdal xarakter daşıyır. Lakin qeyd edək ki, bütün tamaşaçılara təsir edən ümumi tendensiyalar var. Tədqiqatlar zamanı məlum olub ki, auditoriya aparıcıları xarakterizə edərkən daha çox mimika, plastika, jestlər ,ümumi harmoniya, saçların rəngi, sifət quruluşu gözlər və əllərə diqqət yetirir. Ümumiyyətlə tamaşaçıların əksəriyyəti nitqin məzmununa deyil, verbal elementlərə reaksiya verir.( gülüş, mimika, jestlər, ünsiyyət maneraları). Onu da qeyd edək ki,diktor-təkcə mikrofon qarşısında oxuyan insan deyil, həm də öz inandırıcı danışığı ilə tamaşaçıya təsir etməyə çalışan şəxsiyyətdir. Televiziya –model və gözəllik yarışması deyil. Hər hansı bir verilişin uğurlu alınması üçün teleaparıcının biliyi, professional hazırlığı, qabiliyyəti və individuallığı,daxili keyfiyyətlərindən asılıdır. Teleaparıcının intellektual qabiliyyəti, erudisiyası, ağlı, təhsili, səs tembri və özünəməxsus imijinin olması çox vacib şərtdir. Ən əsası isə aparıcının təkrarolunmazlığıdır. İnformasiyanın tamaşacıya catdirilması, onun keyfiyyətindən, səviyyəsindən daha cox, teleaparıcının şəxsi keyfiyyətindən aslıdır. Teleaparıcı tamaşaçı ilə ünsiyyət yaratmalı, tamaşaçıda belə bir təsəvvür yaratmalıdır ki, guya o, onları görür və əhval-ruhiyyələrini, istəklərini duyur. Televiziya verilişləri arasında- informasiya proqramlarında xoş xəbərlərdə səs tonu bir qədər qalxmalı, nəfəsin dərinliyi dəyişməlidir. Elə həmin vaxt bəd informasiya səs tonunun düşməsini tələb edir, bu vaxt həmçinin ifadələrin sürəti ləngiməlidir. Teleaparıcı empatik keyfiyyətə-yəni rəğbət keyfiyyətinə malik olmalıdır. Tamaşaçı bu səs dəyişikliyini hiss etməyə bilər, ancaq onun qavradığı informasiyanın mənasının gücləndirilməsinə bu dəyişiklik təsir edir. Deməli, aparıcının səsi çox güclü emosional yük daşıyır. Materialın çatdırılmasında kiçik ehtiyatsizliq informasiyanın qəbul edilməsini çətinləşdirir. Aparıcı özü jurnalist xüsusiyyəti ilə yanaşı, aktyorluğu da bacarmalıdır. Bi- bi –Si nin sifarişi ilə psixoloqların apardığı eksperimentin nəticələri çox maraqlıdır. Görkəmli ingilis şərhçisi Pobin Dey bir mövzuda iki variantda çıxış hazırlayıb. Bir variant başdan ayağa yalan, ikincisi isə düzgün informasiya olub. Hər iki variant 3 formada təqdim edilib. “ Deyli Teleqraf ” qəzetində Bİ-Bİ-Si radiosunda Və “ Mir zavtra ” informasiya verilişində oxuculardan, dinləyicilərdən və tamaşaçılardan hansı varıantın düzgün olduğunu cavablandırmağı xahiş edirlər. 31,5min adam sorğuda iştirak edir. (Bu psixoloqlar üçün çox böyük rəqəmdir.) Düzü və yalanı fərqləndirənlər- 73,3 % radiodinləyicilər, 63,2% oxucular, 51,8% televiziya tamaşaçıları olmuşdur. Deməl, televiziyanın təbiəti elədir ki, yalan və düz onun məlumatında praktik olaraq ayırd edilmir. Necə deyərlər, bacarıqlı yalançı bilir ki, həmsöhbətinin gözünün içinə baxmalıdır. Teleaparıcının ən vacib xüsusiyyətlərindən biri də odur ki,o,gördüyü işdən zövq alsın,onu sevə-sevə yerinə yetirsin. Mütəxəssislər teleaparıcının cazibədarlığında,baxımlılığında bu keyfiyyətləri vacib sayırlar: 1.Sağlam görünüş 2.Üz cizgilərinin harmoniyası 3.Gözəl saçlar 4.Şux qamət 5.Ağ,düz və sağlam dişlər 6.Yatımlı səs 7.Mənalı jestlər 8.ağıl 9.İnam və görkəm Doğrudan da,televizoru yandıranda ilk növbədə teleaparıcının xarici görünüşü diqqəti cəlb edir.Adətən biz teleaparıcının səsinə yüngülcə qulaq asdıqda,onun səsinin tonunu, tembrini üzü ilə, jestləri ilə uyğunlaşdırmağa çalışırıq. Beləliklə, teleaparıcının imicinin və baxımlılıq effektinin əldə olunması üçün izləyicinin televiziyanı qavrama məntiqini əsas tutulmalıdır. Sağlam görünüş.Televiziya aparıcıdan böyük,emosionallıq, ağıl və fiziki sağlamlıq tələb edir. Sağlam görünüş izləyiciyə optimizm və müsbət enerji ötürür.Üz cizgilərinin harmoniyası informasiya proqramlarında, xəbər buraxılışlarında işləyən aparıcılarda daha önəmlidir. Statik,hərəkətsiz vəziyyətdə oturmuş aparıcının üzünə daha çox diqqət yetirilir, çünki bu aparıcı adətən iri planda göstərilir.Müəllif, şou və digər proqramların da aparıcıları həmçinin kəskin hiss olunan qüsurlardan uzaq olmalıdırıar.Sağlam dişlər də vacibdir. Bu teleaparıcıya yeri gəldikdə gözəl gülümsəməyə də imkan verir.Gözəl səs-aparıcı üçün ən vacib vasitədir. İmicin yaranmasında səs ciddi rol oynayır.Jestlər də çox böyük informasiya daşıyıcısıdır.Aparıcı ensiklopedik biliyə malik olmalı, insanları tanımalı, ədəbiyyatı,sənəti, informasiyanın mənbəyini bilməlidir. Hər mövzuya uyğun assosiativ təfəkkürü və iş təcrübəsi olmalıdır. Ağıllı aparıcı həmişə izləyici üçün böyük maraq kəsb edir. Güclü təxəyyül, inprovizə qabiliyyəti, qeyri-standart fikirlər,tez reaksiya vermək qabiliyyəti-bütün bunlar teleaparıcı üçün əhəmiyyətli xüsusiyyətlərdir. İnamlı görünüş-televiziya üçün çox qiymətli keyfiyyətdir. Teleaparıcı efirdən danışdığı mövzuya öz səmimi münasibətini nümayiş etdirməlidir. İnsanlara qarşı diqqətsizlik efiri gözdən salan əlamətdir. Yaradıcı prosesin pis təşkil edilməsi, verilişin formasının, yaradıcı briqadanın düz seçilməməsi ,yaxud pis təşkil olunmuş yaradıcı iqlim də efirdə xoşagəlməz hallar yaradan faktlardandır. Televiziya aparıcıları geniş tamaşaçı auditoriyasına çox böyük təsir edir. Odur ki, hörmətli tamaşacılar,aparıcılıq heç də asan iş deyil. Biz hər zaman bu böyük məsuliyyəti dərk edir və geniş auditoriya qarşısında səmimi,diqqətli,insanlara xeyirxah münasibətdə olmağa çalışırıq. Müəllif: Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı
['diktor', 'telejurnalistika', 'aparıcı', 'televiziya', 'aparıcı imici']
1,024
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/18882/kiaksar.html
Kiaksar
luminat
böyük hərbi xadimlər
21 may 2016, 11:49
Elə xalq yoxdur ki, onun az-çox təcavüzkar qonşusu olmasın və qonşular arasında bu mübarizə o vaxta qədər davam edir ki, onların biri digərini ya əsarət altına alıb məhv və ya assimilyasiya olunca istismar edir, ya məhv edib ərazisinə sahib olur, ya da qüvvələr bərabər olub dinc şəkildə yaşamağa məcbur olurlar. Qədim babalarımız midiyalılar əsrlər boyu aqressiv qonşuları olan aşşurların fasiləsiz hücumlarına məruz qalırdı. Əsrlər boyu vaxtaşırı Aşşur qoşunları bu və ya digər Midiya şəhər və kəndlərinə hücum edib evləri talayır, adamları əsir edib əllərini, başlarını kəsib aparır, insan kəllələrindən ehram düzəldirdilər. Əsrlər boyu yağı düşmənlərin hücumu zamanı qadınlar və qocalar uşaqlarını götürüb meşələrə, dağlara qaçır, kişilər, cavanlar daldalanıb düşmənə zərbə vurur, yollarında pusqular qurub mümkün olduqca əvəz çıxmağa çalışırdılar. Lakin qüvvələr qeyri-bərabər idi. Hər şəhər, hər kənd özünü müdafiə edir, bir-birlərinin köməyinə gəlmir, fəryadına səs vermirdilər. Qərinələr, əsrlər boyu beləcə davam edirdi. Aşşurlar çox güclüydülər. Onların döyüş arabalarının sayı-hesabı yox idi. Aşşurlar yüzlərlə bu cür döyüş arabalarıyla hücuma keçir, qabaqlarına çıxan qiyamçı şəhər və kəndləri yer üzündən silib gedirdilər. Lakin xalq sınmırdı, diz çökmürdü. Əksinə, bu mübarizələrdə bərkiyirdi. Keçilməz meşə və dağlarda məskən salan ulu babalarımız inad və dözüm məktəbindən keçirdilər. İllər keçir, yağı düşmən eyni vaxtda bir neçə cəbhədə işğalçılıq müharibəsi apardığından get-gedə gücdən düşürdü. İri, sivrigöz aşşurlar əsrlər boyu əsarət altında saxladıqları ölkələri, xüsusilə qızıl, qiymətli ağac və cins at ilxıları ilə zəngin olan Midiyanı heç cür əldən vermək istəmirdilər. Nəhayət, eradan qabaq VIII əsr gəlib çatdı. Mübarizələrdə get-gedə bərkiyən Midiyada Deyok adlı müdrik bir ər doğuldu. O, hərc-mərclik və pərakəndəlik hökm sürən vətənini vahid bir paytaxt ətrafında birləşdirmək, xalqı ayrı-ayrı tayfalardan vahid, yekdil millətə çevirmək qərarına gəldi. Və uzun, inadı mübarizədən sonra məqsədinə çatdı. Ölkənin mərkəzində böyük, gözəl, yeddiqat divarlı paytaxt saldırıb adını Ekbatan qoydu. Budur, axır ki, VII əsrin ortalarında Midiyada azadlıq uğrunda qiyamlar başlandı. Midiyalıların azadlıq hərəkatından ruhlanan babilər də qiyama qalxdılar. Aşşur hökmdarı Asarxaddon işi belə görüb tez başqa bir türk dilli xalq olan skiflərlə danışığa girdi. O bilirdi ki, cəngavər və döyüşkən skiflər midiyalılarla əlbir olsalar, onların qabağında durmaq olmaz. O, son ümid yeri olan bir vasitəyə əl atıb qızını skif şahına verdi və skiflərlə midiyalıların azadlıq mübarizələri arasına təfriqə saldı. Nəticədə bütün Midiya deyil, onun iki böyük vilayəti istiqlaliyyət qazandı. Deyokdan sonra taxta çıxan Fraort Aşşurlarla təkbətək döyüşə girdi. Onları sıxışdırıb, paytaxtları Neynəvaya qədər qovdu. Lakin burada təsadüfi bir düşmən oxuna hədəf olub həlak oldu. 625-ci ildə Midiya taxtına qədim dünyanın ən böyük hökmdarlarından biri olan Kiaksar oturdu. Ağıllı, qüdrətli Kiaksar indiyə qədər qarmaqarışıq Midiya ordusunu ayrı-ayrı nizami korpuslara ayırıb mütəşəkkil ordu yaratdı. Bu, ölkə tarixində böyük dönüş idi. 616-cı ildə Babil hökmdarı Nabopalasar Aşşur üzərinə yeriyib Kablin yanında aşşurları əzdi. Lakin Kiaksar onları qabaqlayıb əvvəlcə Aşşur şəhərini alıb yerlə-yeksan etdi. Bütün aşşur zadəganları qılıncdan keçirildi. Nabopalasar gəlib çatanda artıq şəhərin yerində viranəlik gördü. Qarşıda qədim, zəngin, lənətə gəlmiş «Aslanlar oylağı» — Neynəva dururdu. Kiaksarla Nabopalasar müqavilə bağlayıb Neynəvaya birgə hücum planı hazırladılar. Müqavilə möhkəm olsun deyə, Kiaksar öz gözəl qızı Amitidanı Nabopalasarın oğlu şahzadə Navuxodonosora verdi. Böyük ingilis şairi Bayron «Sardanapal» adlı məşhur pyesində Assuriyanın son hökmdarının son günlərini böyük ehtirasla təsvir edir. Kiaksarla Nabopalasar Neynəvanı güclü həmlə ilə almaq istədilər. Lakin məlum oldu ki, şəhər hədsiz möhkəmdir və onun həmlə ilə alınması çox çətindir. Buna görə müttəfiqlər böyük şəhəri mühasirəyə aldılar. Lakin «aşşur aslanı» öz yuvasında hələ güclü idi. Bu zaman iki hökmdar belə qərara gəldilər ki, Dəclə çayının suyunu çoxaldıb onu Neynəvaya yönəltsinlər. Belə də etdilər. Güclü axın şəhər divarlarını vurub dağıtdı. Qoşunlar şəhərə girdi və dünya tarixində intiqam adlanan və insan təbiətinə xas olan güclü ehtiraslardan birinə rəvac verildi. Neynəvanın son gününün daha parlaq təsvirini Tövratda — «Naumun kitabı»nda oxuyuruq. Yəhudi peyğəmbəri Naum o zaman bir çox başqa yəhudilər kimi Neynəvada sürgündə idi və o canlı şahid kimi bu böyük hadisəni qırıq-qırıq və sistemsiz olsa da özünə məxsus ehtirasla xəbərdarlıq, vəhy kimi təsirli Şəkildə təsvir edərək yazır:   «Budur ey Assur! Tanrı qərar verib; artıq heç kim sənin adını çağırmayacaq. Sənin Allahının evində bütlərini məhv edəcəyəm. Hamı sənə həqarətlə baxacaq. Budur, dağlardan xoş müjdəsi gəlir. Şənlən, İuda, şənlən! Əhd-peymanın yerinə yetdi. Bədbəxtlik bir də sənin qapını döyməyəcək. O artıq məhv edildi. Odur gəlir xilaskar! Onların al-qırmızıdır qalxanları! Döyüşçülər qan-qırmızı paltardadır. Döyüş arabalarının çarxlarından od saçılır. Nizələr meşələr kimidir. Küçələrdən yel kimi şığıyan arabalar şimşək kimi parıldayır. Darvazalar uçulur, saraylar dağılır, viran qalır kaşanələr! Daşıyın! Qızıl, gümüş, ləl-cavahirat tükənməzdir bu şəhərdə. Nooldu aslanlar yuvası? Körpə şirlər dəstə ilə çəmənlərdə gəzərdi. Qanlı şəhər! Yalan ilə, riya ilə dolu olan, talan olur. Qılıncların səsi gəlir, fırlanaraq arabalar guruldayır küçələrdə. Odur döyüş arabaları, parıldayır tunc qılınclar. Ölənlərin sayı yoxdur, hər tərəfdə meyitlərdir, qalaq-qalaq. Zalımlığın, namərdliyin cəzasıdır bütün bunlar. Tayfaların, ölkələrin qisasıdır. Odur, odur, xalqın sənin arvad kimi. Hamı qaçır, hər şey yanır». Qədim yəhudi peyğəmbəri Naum beş əsr qələbə bağırtılarından başqa heç nə eşitməyən Neynəvanın son gününü belə təsvir edir. Rəvayətə görə, son Aşşur hökmdarı Sardanapal şəhərin alındığını görəndə sarayına od vurub bütün əyanları və cariyələri ilə bərabər özünü yandırır. Bayronun pyesi də həmin dramatik hadisənin təsviri ilə bitir. Beləliklə, Midiya türkləri eradan əvvəl 612-ci ildə dahi sərkərdə və dövlət yaradıcısı Kiaksarın başçılığıyla həm özlərinin, həm də elamların intiqamını aldılar. Bundan sonra beş yüz minlik əhalisi olan möhtəşəm şəhər bir daha özünə gələ bilmədi və tədricən üstünü ot basıb adı tarixdən şilindi. Paytaxt məhv ediləndən sonra başsız aşşurlar əsrlər boyu etdikləri zülmə görə heç kimdən aman görməyib dünyaya səpələndilər və bir neçə əsr sonra müstəqil bir etnos kimi də xəritələrdən silindilər.
['Kiaksar']
1,025
https://kayzen.az/blog/islam-ve-aile/4867/o%C4%9Ful-x%C9%99yan%C9%99tini-ba%C4%9F%C4%B1%C5%9Flayan-ana-%C3%BCr%C9%99yi.html
Oğul xəyanətini bağışlayan ana ürəyi
nilufer
İslam və Ailə tərbiyəsi
19 may 2016, 23:13
Şahin bir daha anasını görməyəcəkdi, “Anacan, bağışla məni“, — deyə bilməyəcəkdi. O indi bu sözləri anasının qəbrinin üstündə deyirdi... Zeynab xalanın həyat yoldaşı dünyasını dəyişəndə ailənin tək övladı Şahinin 15 yaşı vardı. Həmin gündən o, oğluna həm analıq, həm də atalıq etmişdi. Müxtəlif geyim əşyaları toxuyaraq onları satır və bununla da çörək pulu qazanırdı. Şahin orta məktəbi “əla“ qiymətlərlə qurtarmışdı. İmkansızlıqdan təhsilini davam etdirə bilməmişdi. Amma əlindən hər iş gəlirdi… İllər keçir, qocalıq yavaş-yavaş özünü göstərməyə başlayırdı. Zeynab xala tez-tez xəstələnirdi. Günlərin birində oğluna dedi: — Oğlum, sən artıq böyümüsən. Özünə bir iş tap. Mən artıq qocalmışam. Gözlərim zəifləyib, heç nə toxuya bilmirəm. Hər səhər tezdən Şahin iş axtarmağa getsə də, iş tapa bilmırdi. Beləcə bir müddət keçdi. Bazar günü idi. Şahin yuxudan oyanıb, əl-üzünü yudu, sonra həyətə düşdü. Zeynab xala həyəti süpürürdü. Şahin anasına yaxınlaşıb dedi: — Anacan, buralarda mənə görə iş yoxdur. Ona görə də uzaqlara getməyi qərara almışam. Zeynab xala razı olmurdu, yeganə övladının gözünün önündən uzaqlaşması istəmirdi. Şahin fikrindən dönmürdü. O, ağbirçək anasını tək qoyub uzaqlara getməkdə israrlı idi. Zeynab xala olan-qalan pulun üstünü dost–tanışdan aldığı borc pulla düzəldib oğlunu yola saldı. Artıq yalnızlıq günləri başlamışdı. Şahinin getməsindən bir neçə ay keçmişdi. Oğlunun yolunu gözləməkdən Zeynab xalanın gözlərinin kökü saralmışdı. Bir gün telefon zəng çaldı: — Alo — Alo, ana, mənəm, Şahin. Moskvadan zəng edirəm. Özümə yaxşı iş tapmışam. Məndən nigaran qalma. Zeynab xala ağzını açmağa macal tapmamış Şahin telefonun dəstəyini asdı. Gözləri doldu. Ürəyini kimə boşaldacağını bilmirdi. Bir küncə çəkilib ağlamaqdan başqa çarəsi qalmamışdı... Xeyli müddət keçmişdi. Zeynab xala əldən-ayaqdan düşmüşdü. Oğlu nə ona baş çəkirdi, nə də ki zəng edirdi. Bir tərəfdən oğlunun dərdi, digər tərəfdən isə tənhalıq və kasıblıq onu haldan salmışdı. Bəzən ac qalırdı, bəzən isə qonşusunun gətirdiyi bir kasa şorbanı içirdi. Daxmasının divarları tökülmüşdü, tavan damırdı. Yağışlı bir gün idi. Zeynab xala təzəcə oyanıb yatağında oturmuşdu. Birdən telefon zəng çaldı. İxtiyar ana zəngin oğlundan gəldiyini hiss edərək həyəcanla dəstəyi qaldırdı: — Alo, kimdir? — Mənəm, Şahin. — Oğlum, necəsən? Haralardasan? Niyə məndən xəbər tutmursan? Qayıt evə, tək bacarmıram. Şahin bir az susdu. Sonra anasına bunları dedi: — Mənim artıq öz ailəm var. Yaxınlarda ata olacağam. Səni buralara gətirə bilmərəm. Utanıram. Tək bacarmırsansa, qonşulardan xahiş et, səni qocalar evinə qoysunlar. Vaxtlı-vaxtında sənə pul göndərəcəyəm. Sağ ol, ana. Zeynab xala həyatın ən böyük zərbəsini oğlundan almışdı. Artıq göz yaşlarını saxlaya bilmirdi. Eşitdiklərinə inanmaq istəmirdi: — Aman Allahım, bu nə cəsarətdir?  Bu, mənim oğlum idi? Ola bilməz. Mənim Şahinim belə deyildi. O gündən sonra Zeynab xala yorğan-döşəyə düşdü. Gündən-günə vəziyyəti ağırlaşırdı. Aradan çox keçmədən soyuq divarlar arasında, balaca daxmasında Zeynab xala dunyasını dəyişdi... Aradan xeyli vaxt keçdi. Zeynab xala Şahinin yuxusuna girdi. Anası yuxuda Şahini koməyə çağırırdı. Eyni yuxu bir neçə dəfə təkrarlandı. Vicdanı onu rahat buraxmadı, ailəsini də götürüb anasına baş çəkməyə qərar verdi. Yol boyu xəyallar qururdu: anasını gəlini və nəvəsi ilə tanış edəcəkdi, kim bilir, anası necə sevinəcəkdi... Doğma yurduna çatdı. Qapını heç kim açmadığı uçün qonşunun qapısını döydü. Anasının ölüm xəbərini də qonşudan öyrəndi. Şahin çaşıb qalmışdı. Qonşusu Şahinə bir məktub verdi. Şahin yavaşca məktubu açdı: — Oğlum, mənim gözəl Şahinim! Bilirdim ki, nə vaxtsa qayıdacaqsan. Çünki mən sənə yaxşı tərbiyə vermişəm. Sadəcə olaraq nəfsin səni aldadıb. Eşitmişdim sevgi, var-dövlət adamın gözünü kor edir, amma inanmırdım və həmişə bundan qorxurdum. “Qorxan gözə çöp düşər“, — deyib böyüklərimiz. Qorxduğum başıma gəldi. Sən gedəndən sonra çox çətinliklər çəkdim. Məni bu balaca daxmada tək qoyub getdin. Bütün bunlara baxmayaraq, mən səni bağışlayıram. Çünki səndən başqa heç kimim yoxdur. Amma bunu da bil ki, sənin etdiyin səhvləri sabah sənin övladın təkrarlaya bilər. O zaman çox gec olacaq. Arada məni xatırla. Tanış olmaq qismət olmayan gəlinimi və nəvəmi öpüb bağrıma basıram. Səni çox sevən anan“. Şahin səhvini başa düşmüşdü. Amma çox gec idi. Bir daha anasını görməyəcəkdi, “Anacan, bağışla məni“, — deyə bilməyəcəkdi. O indi bu sözləri anasının qəbrinin üstündə deyirdi... Müəllif: İlhamə Əmirli Mənbə: Zaman qəzeti
['valideyn - övlad münasibəti', 'anaya münasibət', 'ana övlad münasibətləri', 'oğullarınızı yaxşı yetişdirin', 'valideyin- uşaq münasibətləri']
1,026
https://kayzen.az/blog/paint/18864/as%C9%99f-c%C9%99f%C9%99rovun-s%C9%99n%C9%99t-d%C3%BCnyas%C4%B1.html
Asəf Cəfərovun sənət dünyası
Apollon
Məşhur rəsmlər və rəssamlar
16 may 2016, 13:58
Belə bir deyim var: rəssam öz əsərləri haqqında danışmamalı, əsərlər rəssam haqqında danışmalıdır. Hər bir rəssam özünün müəyyən olunmuş üslubu çərçivəsində orijinal dünyagörüşünü saxlayır. Əsərləri özü, dünyagörüşünün dərinliyi haqqında danışan fırça ustalarından biri də Xalq rəssamı Asəf Cəfərovdur (1927-2000).  İçərişəhərdə dünyaya gələn Asəf üçün hələ kiçik yaşlarından qədim dolanbac küçələrin sirli döngələri, tarixi, sənətə gedən yolun başlanğıcını qoymuşdu. İçindəki istedadı, rənglərin gözəllik dünyasını insanlara da tanıtmaq üçün o, əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə, sonra isə Moskvada B.İ.Surikov adına Rəssamlıq İnstitutuna daxil olmuşdur.  1954-cü ildən beynəlxalq, ümumittifaq və respublika miqyaslı sərgilərdə davamlı olaraq iştirak edən rəssam ən müxtəlif janrlarda yaratdığı əsərlərlə sənətsevərləri təəccübləndirməyi bacarmışdır. Qazaxıstanda, Hindistanda, Pakistanda yaradıcılıq səfərlərində olan rəssam işlədiyi əsərlərdə özünün rəng duyumu, kolorit istedadını ustalıqla nümayiş etdirə bilmişdir. Buna misal olaraq onun “Pakistana çörək”, “Arx kənarında” və digər tablolarını göstərə bilərik. Yaradıcılıq səfərləri rəssamın dünyagörüşünü və əsərlərin bədii-estetik tərəflərini zənginləşdirməklə yanaşı, eyni zamanda milli-bədii ənənələrə məxsus dəst-xətt yaratmışdır.  Rəssamın yaratdıqlarına nəzər yetirdikcə görürük ki, onun üçün mövzu məhdudiyyəti yoxdur. Məişət, əmək motivləri, təbiət mənzərələri, portret janrı onun fırçasında fərqli ovqatlarla tərənnüm edilir. Bütün yaradıcılığı boyu axtarışda olan rəssamın əsərlərində düşünən və tamaşaçıları da düşünməyə məcbur edən həyat motivlərinə rast gəlirik. Bütün bu motivlərdə yenə də bədii-estetik zövqün şahidi oluruq. Sənətşünas Ziyadxan Əliyev rəssam haqqında yazarkən qeyd edir ki, Azərbaycan rəssamlığında elə sənətkarlar var ki, yaradıcılığı ilə ətraflı tanış olmağımıza baxmayaraq, onlar həmişə açılmamış kitaba bənzəyirlər. Onlar hansısa yeni əsərləri ilə yaradıcılıq imkanlarını yekunlaşdırmır, əksinə, nəyəsə keçid mahiyyəti daşıyırlar. Yaradıcılıq imkanlarını nəhayətsizləşdirərək tamaşaçını sanki bitib tükənməyən bir intizara məhkum edən rəssamlardan biri də Asəf Cəfərovdur.  Rəssam kompozisiya nöqteyi-nəzərindən çoxsaylı təbiət guşələrini real təsvir edərkən Azərbaycan torpağının zəngin gözəlliklərini tabloya köçürmüşdür. Təsvir etdiyi hər bir təbiət mənzərəsi kompozisiya cəhətdən zərif koloritli ahənglərlə zəngindir. Seçdiyi hər bir rakurs tamaşaçının qarşısında tamamilə fərdi, təkrarsız obrazlar yaradır. Asəf Cəfərov boyakarlığın ifadə vasitələrinin bütün toplusundan, xüsusilə də kolorist imkanlardan məharətlə istifadə edir, əsərlərində çox yüksək dekorativ ifadəliyə nail olur. Rəssamın peyzajlarına nəzər salarkən aydın olur ki, o, üstünlüyü təbiət mənzərələrinə verir. Bu peyzajlarda isə biz daha çox Abşeron qəsəbələrinin və İçərişəhərin görüntülərini görə bilərik.  Asəf Cəfərovun fırçasından çıxan portretlər növ müxtəlifliyi ilə seçilir. Rəssamın fırçasından çıxan “Mənim Azərbaycanım”, “Oğullar”, “Xoruz döyüşü” süjetli tabloları, “Vaqif Mustafazadə”, “Rəşid Behbudov”, “Əlağa Vahid” portretləri, “Bakıda qış”, “Axşamçağı”, “Xınalıq” mənzərələri və “Akvarium”, “Yasəmən” natürmortları hər zaman tamaşaçıda maraq yaradıb.  Böyük sevgi və lirik fəlsəfi mövzuda yaradılan əsərlər rəssamın yaradıcılığının əsasını təşkil edir. Onun əsərləri yerli və xarici muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır. Bu muzeylər sırasına Moskvadakı Tretyakov Qalereyası, Şərq Xalqlarının İncəsənət Muzeyi, İstanbuldakı Müasir Sənətlər Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi daxildir. Sənətkar 1980-ci ildə Avstriyada keçirilən Ümumdünya Təsviri Sənət Sərgisində Qran-pri mükafatına layiq görülmüşdür.  Səbinə Şıxəliyeva  Azərbaycan Dövlət Rəsm Qalereyasının Elmi-metodik və bərpa şöbəsinin  böyük elmi işçisi  Mədəniyyət qəzeti 
['rəssamlar', 'rəsmlər', 'Azərbaycan incəsənəti', 'Asəf Cəfərov']
1,027
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/18883/%C5%9Fah-a%C4%9Fa-m%C9%99h%C9%99mm%C9%99d-qacar.html
Şah Ağa Məhəmməd Qacar
luminat
böyük hərbi xadimlər
16 may 2016, 00:46
Kərim xan Zənd haqqında fransız tarixçisi Pikalt iki cildlik «İran inqilabları haqqında» fundamental əsərində geniş məlumat verir. O, eyni zamanda Nadir şahın qətlindən sonra İranda hakimiyyət uğrunda gedən qırğınlardan, alçaq zorakılıq və zülmlərdən geniş bəhs edir. Səfəvi xanədanının bütün tərəfdarları II Təhmasibqulunun qohumu Əliqulu xanı şah seçdilər. O da taxt-tacı qəbul edib özünə «Adil» ləqəbini götürdü. Bu üzdəniraq Adil şah neyləsə yaxşıdır? Həmlə ilə Kəlat qələsini alıb Təhmasibqulunun iki böyük oğlunu qətlə yetirdi, qalanlarını da qolu zəncirli hüzuruna gətirtdi. Sonra isə keçmiş şahın oğlanlarının arvadlarının qarınlarındakı uşaqların da məhv edilməsi əmrini verdi ki, gələcəkdə onun heç bir rəqibi qalmasın. Bununla kifayətlənməyib qalan oğlanları da zəhərləyib öldürtdürdü. Təhmasibin yalnız 14-15 yaşlı nəvəsi Şahrux Mirzə öldürülmədi. Məşhəddə hərəmxanada əsir saxlandı. Sonralar hakimiyyət uğrunda mübarizə daha da şiddətləndi. Taxt-taca yeni-yeni namizədlər meydana çıxdı. Nəticədə Adil şah da bu mübarizədə məğlub olub gözləri kor edildi. Səfəvilərin yeganə yadigarı olan şahzadə Şahrux Mirzə böyüyüb qoşun topladı, rəqiblərinə qalib gəlib 1749-cu ildə Məşhəddə taxta çıxdı. Elə bu zaman Zənd adlı kürd nəsillərindən biri gücləndi. Onların başçısı Kərim xan Adil şahın başçılığı ilə İsfahanı işğal edən əfqanları İrandan qovub Qacarlardan olan Məhəmməd Həsən xanla bərabər taxt-tacın əsas iddiaçılarından biri oldu. Bu iki iddiaçının mübarizəsində Kərim xan Zənd güclü çıxdı. Lakin Məhəmməd Həsən xanın altı oğlu qalırdı ki, onlardan biri də Ağa Məhəmməd idi. O, yeniyetmə ikən atasına xəyanət etdiyinə görə axtalanmışdı və bu axtalanmış insan İran tarixində ən cəsur və mərd hökmdarlardan biri oldu. Kərim xan Zənd Təbrizi alıb Fətəli xan Qacarı özünə tabe etdirdi. Lakin xəyanətlərlə dolu İran elə qaynayırdı ki, bir xarici diplomatın yazdığı kimi «harada başdır, harada quyruqdur bilmək olmurdu». Xorasan Nadir şahın qohumu, II Təhmasibin nəvəsi Şahruxun əlində idi. Luristan və Xuzistan isə Kərim xan Zəndin düşməni Zəkəriyyə xana itaət edirdi. Ədalət naminə demək lazımdır ki, Kərim xan Zənd ölkəni mərhəmət və ədalətlə idarə etmək, vergiləri azaltmaq niyyətiylə ixtiyarında olan vilayətlərdə həyat səviyyəsini qaldırmaq istəyirdi. Məlumdur ki, sonrakı onilliklərin qırğın və talanlarından xilas olmaq üçün yüz minlərlə iranlı qaçıb qonşu ölkələrdə məskən salmışdı. Kərim xan isə onları vətənlərinə qayıtmağa sövq edirdi. Sonra isə paytaxtı İsfahandan Şiraza köçürtdü, şəhəri xəndək və hasarlarla əhatəyə aldırdı. O, özünü Səfəvi xanədanından salamat qalmış İsmayılın tərbiyəçisi və vəkili elan etdi. 1755-ci ildə o, türklərlə Bəsrə üstündə müharibəyə başladı. Müharibə uzandı və şərab içməyə aludə olan Kərim xan 1779-cu ildə martın 13-də vəfat etdi. Hakimiyyət uğrunda mübarizə yenidən qızışdı. Zəndin qardaşı Sadıq xan kürd Əlimurad xanla hakimiyyət uğrunda mübarizə apararkən Məhəmməd Həsən xan Qacarın oğlu, iki qardaşıyla Şirazda Kərim xanın yanında girov saxlanılan Ağa Məhəmməd Qacar meydana çıxdı. O, fürsətdən istifadə edərək əsirlikdən qaçdı və vətəni Azərbaycana — Rəştə gəldi. Burada hamı onu gözləyirdi. Dörd qardaşını qoşunlarına sərkərdə təyin edib Əlimurad xana qarşı çıxdı. Qacarın 30 min, Əlimuradın isə 60 min ordusu var idi. Tehran yaxınlığında ordular toqquşdu və Əlimurad xan məğlub oldu. Bundan ruhlanan Qacar Mazandaranda və Gilanda güclü ordu toplayıb yürüşə çıxdı və xarici diplomatların yazdığı kimi «qabağına çıxanları bir-bir darmadağın etdi». Nəhayət, 1785-ci il mayın 2-də İsfahana daxil oldu. Lakin ayrı-ayrı fars əyalətlərində qiyamlar davam edirdi. Bunlardan biri də Lütfəli xanın başçılığı ilə Şirazda başlanmışdı. Zənd tayfalarından olan Lütfəli xan Ağa Məhəmmədlə mübarizədə duruş gətirə bilmədi. Ağa Məhəmməd Şirazı alıb oranı qardaşı Mustafa Qulu xana tapşırdı. Lakin Kirmanda məskunlaşmış Lütfəli xan hələ də mübarizəni davam etdirirdi. Ağa Məhəmməd şəhəri mühasirəyə aldı və çox keçmədən zəndlərin son istinadgahı da alındı. Ağa Məhəmməd cəza kimi şəhəri qoşunlarının ixtiyarına verdi və Kirman üç gün ərzində qarət olundu. Beləliklə, 1795-ci ildə 20 illik anarxiyadan sonra İranda vahid üsul-idarə — şahlıq bərpa olundu. Ağa Məhəmməd Qacar İranın yeni xanədanının banisi oldu. Və kiçik şəhər olan Tehranı özünə paytaxt seçdi. Sonra isə o, Nadir şah imperiyasını bərpa etmək qərarına gəldi. Birinci növbədə Gürcüstandan başlamaq lazım idi. Çünki orada rusların gözü vardı. Nadir şahın vaxtında ruslar Qafqaz tərəfə baxmağa belə cəsarət etmirdilər. Nadir şahdan sonra ruslar Dərbəndə, Bakıya, Tiflisə dalbadal hərbi hissə və diviziyalar göndərməyə başladılar. 1795-ci ilin aprelində Qacar kiçik bir ordu ilə yürüş edib bir həmləyə Tiflisi aldı. Rus general-mayoru Savelyev işə qarışmağa cürət etməyib uzaqdan tamaşa etdi. Bundan sonra Ağa Məhəmməd Qacar sürətlə Xorasana gəlib Nadir şahın və Səfəvilərin xəzinəsini ələ keçirtdi. Bu zaman ona xəbər çatdı ki, ruslar təzədən Tiflisə daxil olublar. Qacar qəzəblənib onları birdəfəlik qovmaq üçün yenidən bu uzaq yürüşə çıxdı. Zubovun başçılığı altında olan düşmən polklarını əzib onları Dərbəndə qədər qaçmağa məcbur etdi. Bu sanki görünməmiş bir təntənə idi. Güclü hərbi texnikası, hərbi bazaları, saysız-hesabsız sursat və orduları olan nəhayətsiz bir imperiya uzun müharibələrdən təzəcə çıxan, hərbi-texniki cəhətdən geridə qalan İran qoşunlarına məğlub olmuşdu. Fransız tarixçisi Pikalt yazırdı: «Lakin əvəzində rusların bəxt ulduzu onlar üçün vuruşurdu. Birdən onların düşməni dayandı və mübarizə meydanından çəkildi. Elə həlledici və gözlənilməz bir hadisə baş verdi ki, bütün müvəffəqiyyətli kompaniyaya son qoyuldu». Bəli, 1797-ci ildə beyinsiz yaxın xidmətçiləri namərdcəsinə iki xəncər zərbəsiylə bizi rus fəlakətindən xilas edən bir insanın ürəyini susdurdular. Sonralar bu faciəni qətli qəhrəmanlıq kimi tərənnüm edənlər də tapıldı. Bəli, biz beləyik və Ağa Məhəmməd şah Qacarın ömrü də belə başa çatdı. Cəmi 16 il sonra Azərbaycan iki yerə parçalandı və onun şimal hissəsi rus işğalçılarının tapdağı altına keçdi. Müəllif: Əlisa Nicat Mənbə: «Dünya sərkərdələri» kitabı
['sərkərdə', 'hökmdar']
1,028
https://kayzen.az/blog/kulturologiya/18861/xal%C3%A7a-milli-t%C9%99f%C9%99kk%C3%BCr-t%C9%99rzimiz.html
Xalça - Milli təfəkkür tərzimiz
Apollon
Kulturologiya (mədəniyyətşünaslıq)
13 may 2016, 23:28
Xalça Oğuz- türk ellərinin həyat tərzinin ayrılmaz hissəsi, tətbiqi sənət növünün zirvəsi, xalqın etik qaydalarının, estetik baxışlarının, yurda, torpağa, vətənə məhəbbət hisslərinin daşıyıcısıdır. Xalça milli kimliyimizdir. Onda xalqın, tayfanın, nəslin, ailənin tarixi, yaşam tərzi kodlaşdırılmışdır. Nəsillərdən bizə ərməğan olan bu əvəzedilməz irsi qiymətli sərvət kimi qoruyub saxlamalı, orada yazılan milli-mənəvi dəyərlərə sayğı ilə yanaşmalıyıq. Xalça eksperti Mark Dans deyir: “Hər bir Azərbaycan xalçası nadir incəsənət nümunəsidir. Sanki xalçaların üzərindəki simvollar, elementlər sənə öz hekayətlərini söyləyirlər”.  Köçəri həyatdan oturaq həyat tərzinə keçən babalarımız, nənələrimiz tarixi ilmə-ilmə xalçalara həkk etdi, məişətini, məşğuliyyətini, tarixini xalçalarda yaşatdı. Bunu 2500 il əvvələ aid edilən qədim Hun türklərinin, Oğuz ellərinin, ulu babalarının yaşadıqları Dağlıq Altaydakı Pazırık kurqanlarının birindən buzlaşmış halda tapılan, hazırda Sankt-Peterburqdakı Ermitaj Muzeyində nadir sərvət kimi saxlanılan xovlu xalça əyani sübut edir. Pazırık xalçası bitkin süjetli mükəmməl sənət nümunəsidir. Həmin xalçanın üzərində 24 ağac şəkli təsvir olunmuşdur. Bu da türklərin 24 boyunu — şəcərəsini əks etdirirdi. İnsan ana təbiətin ən ağıllı, yaradıcı balasıdır. Ona görə də insan bütün həyatı boyu ana təbiətdən öyrənir. Eramızdan əvvəl 460-370-ci illərdə yaşamış yunan filosofu Demokritin dediyi kimi, biz toxuculuqda hörümçəklərin, ev tikməkdə qaranquşların, oxumaqda bülbüllərin şagirdləriyik. Elə toxuma texnikasının ilk “etalon”u kimi əcdadlarımız hörümçək torunu əsas götürmüşdülər. Azərbaycan poeziyasının dahilərindən Səməd Vurğunun çox qiymətli fikri var: “Üzərində tarixi qeyd, nəql və təsvir olan hər bir qədim daş vaxtı ilə yaşayıb-yaradan insanın donmuş ürəyidir, o, insan tarixinin odu və alovu içərisindən keçərək gözəl torpağımızı və tariximizi qoruyub saxlamış, əsrlər boyu elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmin yaratmışdır. Elə bir zəmin ki, onun üzərində biz hamımız doğulmuşuq, yaşayırıq, gələcək nəsillərin simasında həmin mədəniyyətin ən qabaqcıl ənənələrini yeni tarixi şəraitdə inkişaf etdirərək yaşayacağıq”. Buradakı “daş” sözü bütün mədəniyyət və incəsənət nümunələrimizə aid edilə bilər. Həmçinin xalçalara da. Əcdadlarımızın zəngin təxəyyülünün məhsulu olan xalçalar da nəsillərdən nəsillərə ötürülən ilmələrlə yazılmış mirasdır.  “Xalçanın öz dili var. O, yazıdır, əlifbadır, tarixdir. Azərbaycan xalçasının hər naxışının kökü, yolu bizə məlumdur” (Sabir Rüstəmxanlı).  Xalçanın dili çoxmənalı və zəngindir. Hər kəs onu dərk etdiyi kimi oxuyur. “Kim xalçanı oxuya bilsə, harada, hansı şəraitdə olursa olsun, izahları ilə, xalçanı oxumağı ilə ətrafdakıları valeh edə bilər. Xalça və onun naxışları insanın gen yaddaşıdır” (Şakir Qabıssanlı).  Ş.Qabıssanlı əsl pedaqoq kimi məsləhət görür ki, xalçaların əlifbasını, dilini bilmək, onu oxumaq üçün mifologiyaya, folklora, muğamlara və onların mahiyyətinə, xalq mahnılarının müdriklikdən doğulan kodlarına, bayatılara, Qobustan qayaüstü rəsmlərinin fəlsəfəsinə, xalça işarələrinə, nəhayət, gen yaddaşımıza vaqif olmaq lazımdır.  Doğrudan da, xalçanın dili varmı? O, hansı dildə danışır? Bizə nə demək istəyir? Bəli, xalçanın dili var. Bu dil ana dilimiz kimi zəngin və çox şirindir. Xalça onu anlayanla, öyüdünə və nəsihətinə əməl edənlə, onu doğması kimi əzizləyənlə, tumarlayanla şirin-şirin, mehriban-mehriban söhbət edir. Ona çox gizli mətləbləri anladır.  Ornament xalçanın dili, ayrı-ayrı bəzək elementləri, rənglər, rəmzlər isə bu dilin hərfləri, əlifbasıdır. Böyük xalçaçı rəssam Lətif Kərimov Azərbaycan xalçalarında 1300-dən çox naxış elementinin təhlilini vermişdir. Bu naxış elementlərinin hər birinin xalça üzərində öz yeri, işlədilmə məqamı var. Ornament xalqımızın etnogenezinin qədim əsasını qoruyub saxlayan qiymətli tarixdir, milli mədəniyyətin fenomenidir. Ornamentlərin texniki üsulları, rəng çalarları, naxışların adları xalqın yaranmasının, tarixi keçmişinin, zamanın müxtəlif dövrlərindəki etnik proseslərin təsviridir.  Xalçalardakı ornamentlərin hər birinin öz məna yükü, informasiya ötürmə üsulu var. Xalçalarımızda tez-tez rast gəlinən Günəş türk xalqlarının atasıdır. Oğuz xan (eramızdan 2800 il əvvəl yaşamış olduğu güman edilir) oğluna Günxan adı qoymuşdu, yakutlarda uşağa adı Günəş göndərirdi. Ağac tayfanın, nəslin kimliyinə işarə idi, şəcərə-nəsil ağacı mənasını daşıyırdı, müqəddəs sayılırdı. Qövs yeri, göyü, əkiz qardaşlığı bildirirdi. At göylərdən — Günəşdən yerə enmişdi, insanın dostu, sadiq köməkçisi, qəhrəmanın silahdaşı idi. Öküz dünyanın yaranışına, keçi yazın gəlişinə, qoç igidliyə, qurd dönməzliyə, əjdaha bolluğa işarə idi. Buta müqəddəs odun, alovun, həyatın, sevginin, ailə münasibətlərinin, vüsala yetmənin, xaç Günəşin, həm də yerin, göyün, insanın və o dünyanın rəmzi sayılırdı. Turan ellərinin igid oğulları türklərin 24 boyunun hər birinin öz damğası-tanınma nişanı olmuşdur ki, bu da xalçalarda öz əksini tapmışdır. Xalçalarımızda rəng simvolikası da cox maraqlıdır. Qırmızı həyatı, göy səmanı və suyu, ağ həqiqəti və müdrikliyi, sarı kamilliyi, yaşıl cavanlığı və baharı simvolizə edir. Vurduğu ilmə ilə, toxuduğu xalça ilə qızların, gəlinlərin, nənələrin zövqünü, səliqə-sahmanını, ovqatını, xeyirxahlığını, mərhəmətini təyin etmək olardı. Xalq inanclarına görə xalçanı cırmaq, tullamaq olmazdı, o, evdə öz “əcəl”i ilə dünyasını dəyişməli idi. “Xalçam harada, yurdum orada” deyib babalarımız. Xalça torpaq, yurd kimi əziz və toxunulmaz idi. Milli xüsusiyyətlərlə iqlim, torpaq-bitki örtüyü arasında sıx əlaqə çoxdan məlumdur. Ana təbiət həmişə xalqın mənəvi aləminin, təcrübəsinin, mentalitetinin, müqəddəratının formalaşmasında başlıca vasitə olmuşdur. Torpaq milli mənəvi ruhun daşıyıcısı və qoruyucusudur. Odlar diyarının xalçalarımız kimi rəngbərəng təbiəti əsl cənnət bağıdır — geniş düzənlikləri, zümrüd meşələri, bərəkətli çölləri, yaşıl dərələri, mavigözlü gölləri, çayları, büllur bulaqları, saf havası və xeyirxah insanları ilə. Hansısa bir müdrikin sözləri ilə desək, Azərbaycan Tanrının qüdrəti ilə yaradılmış bənzərsiz, nəfis bir xalçanı xatırladır. Lətif Kərimov xalça ornamentlərinin dili ilə Azərbaycanın xalça xəritəsini yaradan məşhur xalçaçı və müdrik insan kimi tarixə düşmüşdür. Ən azı Azərbaycan təbiəti və Azərbaycan xalçasının ömrü qədər yaşayacaqdır, xatırlanacaqdır. Xəritə deyəndə Azərbaycan nağıllarından bir örnək yadıma düşdü. S.Rüstəmxanlının çox dəyərli “Ömür kitabı”ndan oxumuşam: “Əsir düşmüş qız sevgilisinə özünü nişan vermək, şəhərin hansı tərəfinə, hansı zirzəmiyə atıldığını, burdan xilas yollarının hamısını xalçaya toxuyur. Sevgilisi də xalçanı görən kimi işin nə yerdə olduğunu başa düşür və “xalça xəritəsi” ona yol göstərir”. Xalça yol göstərəndir, himayəçidir, onu toxuyanın gizli sirlərinin kodlarını əks etdirən müdriklərin yazdığı kitabdır. Xalça nəhəng və əzəmətli əsərdir, muğamatdır, simfoniyadır. Yeddi notun, göy qurşağının-yeddi rəngin birliyindən yaranan sənətdir. Xalça toxumaq isə nəhəng və məzmunlu simfoniyanı ifa etməkdir. Hərəkətlərin həmahəngliyi sanki nizami ordunun hərəkətlərini xatırladır. Tarzən Ramiz Quliyev deyir: “Muğamat səslərdən toxunmuş xalçadır”. Tədqiqatçı Z.Həmidov məşhur tarzənin fikrinə çox uğurlu əlavə edərək yazır ki, muğamat səslərdən toxunmuş xalça, xalçalar isə, ilmələrlə yazılmış milli təfəkkür tərzimiz və tariximizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində milli-mənəvi dəyərlərin, mədəniyyətin, incəsənətin, eləcə də xalçaçılıq sənətinin inkişafına diqqət və qayğı günbəgün artır. Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunmasında, beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Ölkəmizin tarixini, milli mənşəyini, mədəniyyətini özündə əks etdirən xalçaçılıq sənətinin dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasına — UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilməsi dünyanı heyrətləndirən, vətənimizi şöhrətləndirən sənət növünün yüksək dəyərləndirilməsinin bariz nümunəsidir. Mədəniyyət qəzeti Eyzanat Osmanova  Azərbaycan Xalça Muzeyinin əməkdaşı   
['xalça', 'xalçaçılıq', 'Azərbaycan mədəniyyəti']
1,029
https://kayzen.az/blog/kulturologiya/9181/q%C9%99dim-misirlil%C9%99r.html
Qədim misirlilər
luminat
Kulturologiya (mədəniyyətşünaslıq)
8 may 2016, 15:24
Qədim Misir mədəniyyəti təşəkkül tapmışən ilkin mədəniyyət mərkəzlərindəndir. O təxminən b.e.ə. IV minilliyin sonundan b.e.ə. 332-ci ilədək yaşamışdır. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə başlamışdır. Artıq yeni minilliyin əvvəllərində Nil çayının şimal və cənubunda 40-dan artıq şəhər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur. Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra etmişdir. Müxtəlif sayda allahlar təbiət qüvvələri və ictimai hadisələri tərənnüm edirdi. Ay – qadın, torpaq və hava isə kişi allahları kimi təcəssüm tapmışdır. Baş Allah — Günəş allahı Hepri və ya Heprer adlandırılırdı. Qədim misirlilərin allahlarının sayını söyləmək çətindir. Əsas allahlar su, torpaq, dünya ruhunu təcəssüm etdirən Ptax hesab edilirdi. Öküz Misirdə səcdə edilən heyvanlardan biri hesab edillərək güc və məhsuldarlıq rəmzi kimi təsəvvür edilirdi. Öküzlərə etiqad ən zəngin və əlamətdar ayinlərdən biri hesab edilirdi. Apis öküzü «ülvi təcəssüm» hesab edilərək Ptaxa xidmət edir və məhsuldarlıq rəmzi kimi tanınırdı. Qədim misirlilər, həm də ağac və bitktlərə sitayiş edirdilər. Bunların içərisindəşanagüllə (lotos) bitkisi xüsusilə seçilirdi. Qədim misirlilər fərz edirdilər ki, şanagüllə hələ ibtidai dövrdə mövcud olmuşdu. Onlar torpağın özünü də Allah hesab edir və onun təbii qüvvəsinə inanırdılar. Misir çoxallahlığının mövcudluğu ayrı-ayrı qəbilə və icmaların vahid mərkəzləşmiş Dövlət ətrafında birləşməsinə ciddi əngəl idi. B.e.ə. XIV əsrdə yaşamış firon IV Amenxotep təkallahlılıq ideyası ilə dini islahatlar aparmaq cəhdi göstərməyə çalışdı. O, yeni dövlət ayinini elan etdi ki, bu da Aton allahının (Günəş allahı) varlığını nəzərdə tuturdu. Dövlətin paytaxtını isə, Axetanon (müasir Əl-Əmər), elan edərək öz adını Exnaton qoydu. Qədim misirlilər ruhun ölməzliyinə inanır və bu onların dini dünyagörüşlərinin doktrinasını təşkil edirdi. Ölməzliyə cəhd ölümdən sonrakı dini ayinlərin təşəkkülünə əsaslı zəmin yaratdı. Bu dini ayinlər Qədim Misir tarixində heyrətamiz rol oynamağa başladı. Bu nəinki dini və mədəni həyatda, o cümlədən ölkənin siyasi, iqtisadi və hərbi tarixində başlıca amilə çevrildi. Məhz bu doktrinanın əsasında qədim misirlilərdə belə bir dini əqidə formalaşmağa başladı ki, ölüm məqbuldur, lakin gözəl həyat əbədi ola bilər, çünki insanın dirilməsi baş verir. Misirlilərin dini təsəvvürlərinə görə insan müxtəlif keyfiyyətlərə xasdır və bunlar belə adlandırılır – insan vücudu, — Sax, onun kölgəsi Şunt, adı Ren və s. Bunların içərisində insanın ruhu olan Ka başlıca yer tutur. Məhz Ka ölmüş cəsədə qovuşaraq insanın dirilməsinə kömək edir. Ölümdən sonrakı həyatın başlıca şərti, misirlilərə görə cəsədin saxlanması hesab edilirdi. Bu qayğı mumiya hazırlanması sənətinin təşəkkülü üçün başlıca şərt oldu. Ölümdən sonrakı dövrdə insan bədəninin uzun müddət saxlanması üçün xüsusi sərdabələrin tikilməsi vacib hesab edildi. Misirlilər belə qənaətdə idilər ki, ölməz və incə ruhun yenidən əvvəlki, öz doğma yerinə – bədəninə gəlişi digər nəzərlərdən yayınmaq və qorunmaq üçün piramidalar daha əlverişlidir. Məşhur piramidalar Qədim Misir mədəniyyətinin möhtəşəm abidələri hesab edilir. B.e.ə. III-II minillikdə piramida və allahlar üçün ehramlar daşdan tikilirdi. Piramidalar firon və tanınmış adamlar üçün tikilir, kasıblar üçün bu ayin yerinə yetirilmirdi. Firon və ya digər varlı insanın bədəni Misirin isti və quru iqlimində mumiyalaşdırılaraq bir neçə yüzillik ərzində qorunurdu. Belə faktlar Misir cəmiyyətində insanların qeyribərabərliyini sübuta yetirirdi. Arxeoloqlar yüzə qədər piramida aşkar etmiş olsalar da, onların heç də hamısı dövrümüzədək gəlib çatmamışdır. Piramidaların bir qismi hələqədim dövrdədağılıb itmişdir. Ən erkən çağlarda inşa edilən piramida firon Coserin adıiləbağlı olub, 5 min il bundan qabaqkı dövrə aid edilir. O pilləli olub, aya qalxan pilləkəni xatırladır. Onu İmxotep adlı memar düşünüb hazırlamışdır. Öz ölçüsünə və şöhrətinə görə tanınmış piramidalardan biri Gizədəki firon Xeopsun şərəfinə ucaldılandır. Bu piramida 20 il ərzində yüz minlərlə insan əməyi nəticəsində ərsəyə çatmışdır. Piramidanın daxili ölçüsü hər hansı bir Avropa kilsəsinin yerləşə biləcəyi həcmdə olub, hündürlüyü 146,6 m, sahəsi 55 min.kv.m əhatə edir. Xeops ehramı hər birinin çəkisi təxminən 2-3 ton olan iri əhəng daşlarından ibarətdir. Alimlər belə bir tikintiyə təxminən 2 300 000 daşın sərf olunmasını hesablamışlar. Gizədəki Xeops ehramı ilə yanaşı Xefren və Migerin piramidaları öz möhtəşəmliyi ilə yer kürəsinin 7 möcüzəsindən biri hesab edilir. E.ə. II minillikdə ehramlar artıq daşdan deyil, kərpicdən tikilməyə başladı. E.ə. I minilliyin əvvəllərinə yaxın fironların sərdabələri yad insanlardan gizlədilsə də bütün bunlar oğurluğun qarşısını ala bilmədi. Belə ki, sərdabələrin oğurlanması Qədim Misir tarixinin bütün dövrlərində baş verirdi. Misirin təsviri və monumental sənəti bütövlukdə bu ölkənin mədəniyyətini əhatə etmiş oldu. Əzəmətli tikinti sayılan Xatşepsutun xeyrat məbədi (Dey əl-Bəhridə) 200 heykəltəraşın sənətkarlığını təzahur etdirirdi. Misirlilər ehram, məbəd və sarayların qarşısında sütunların tikilişinə xüsusi fikir verirdilər. Ra allahının şərəfinə ucaldılan və yuxarı hissəsi mislə örtülmüş yüksək daş sütun belələrindəndir. Belə sütunlar çox vaxt heroqliflərlə də bəzədilirdi. Dini məbədlərin yanında və ya önündə sfinkslərin yerləşdirilməsi də özüməxsus səciyyə kəsb edirdi: insan başlı bu şirlər daşdan yonulurdu. Sfinksin başı fironu təmsil edərək, bütövlükdə müdriklikdən, Misir hökmdarının sirli aləmindən xəbər verirdi. Qədim Misir tarixində ən böyük sfinks b.e.ə. III minilliyin I yarısında tikilərək bu günədək cəsarətlə Hefren ehramını qoruyur. Bu sfinksi tədqiq edən müasir mütəxəssislər müəyyən ediblər ki, bu əzəmətli heykəl bütöv bir qayadan yonulmuşdur. Heykəlin başı insan başından 30 dəfə çox olub, bədəninin hündürlüyü, 57 m-ə çatır. E.ə. XVI əsrdə, şirin ön caynaqları arasında məbəd inşa edilmişdir. Bu sfinks həm də fövqəltəbii gücü ilə insanlarda qorxu hissi də yaradır. Qədim Misir mədəniyyətinin digər gözəl və tanınmış, möhtəşəm abidələrindən biri də firon III Amenemxetin heykəli, firon III Senusertin başı, ağa Xunenin heykəlləridir. E.ə. II minillikdə yaradılan «Firon Tutanxamon gənc arvadı ilə bağda» səhnəsi sənətşünasların fikrincə dövrün və ümumiyyətlə, dünya təsviri sənətinin nadir nümunələrindəndir. Qədim Misir sənətinin möhtəşəm nümunələrindən biri b.e.ə. I minilliyə (b.e.ə. XIV əsr) aid olan IV Amenxotepin arvadı – Nefertitinin heykəl portretidir. Bu sənət əsəri dünya təsviri sənət tarixində ən unikal qadın təsviri hesab edilir. Qədim Misir təsviri sənəti parlaq və təmiz rəngləri ilə fərqlənirdi. Memarlıq tikililəri, sfinkslər, heykəllər, relyeflər xüsusi rənglərlə boyanırdı. Boyalar əsərlərə xüsusi ahəngdarlıq bəxş edirdi. Qədim Misir sənətkarları – rəssamlar, heykəltəraşlar, memarlar təbiət və həyatı incə şəkildə qavramağa və dərk etməyə qadir idilər. Məhz buna görə Misirdə dekorativ-tətbiqi sənət də yüksək səviyyəyə çatmışdır. Bu sənət sahəsinin əsas aparıcı nümunələri -alebastr, büllur, taxta və fil sümüyündən hazırlanmış istər məişət və zərgərlik abidələridir. Qablar, dolçalar, qızıl qolbaq, sinə boyunbağıları və üzüklər ən bahalı və zəngin daş-qaşla bəzədilirdi. Bütün bunlarla yanaşı, Qədim Misir təsviri və monumental sənət tarixində bir-neçə kanon özünü göstərmişdir. Bunlardan ən başlıcası insan bədənlərinin səth təsviri, çiyinlərin fırlanması, ayaq və qurşağın obrazlılığıdır. Həndəsi dekorativlik bəzəklərin simmetrik paylanması ilə kompozisiyada ciddi nizam yaradırdı. Bütün insan fiqurları sükunətdədir. Buradakı pozalar, həddən artıq şərti səciyyə kəsb edir, bu şərtilik rənglərdə də özünü göstərir: qadın fiqurları – sarı-çəhrayı, saçlar qara, geyim isə ağ olduğu halda, kişi təsvirlərində qırmızı-qəhvəyi rəng daha üstünlük təşkil edir. Bütün bunlar sübut edir ki, rəssamın ixtiyarı və sərbəstliyi xeyli məhdud idi. Bu qanunauyğunluqlar özünü heykəl nümunələrində də aşkar təzahür etdirir. Bütün bu kanonlara baxmayaraq Qədim Misir təsviri və monumental sənəti bəşər tarixində yeni bir hadisə idi. Bunun içərisində musiqi, ədəbiyat, yazı və elm də var idi. Qədim Misir yazı mənbələri içərisində dövrümüzə qədər gəlib çatanları allahlara dualar, təsərrüfat xarakterli mənbələrdir. Bədii ədəbiyyat nümunələrinə b.e.ə. II minilliyə aid olan qədim mətnləri göstərmək olar. Bunlar müxtəlif janrlarda təzahür tapırdı: hakim və müdriklərin oğul vəşagirdlərinə nəsihətləri, cadugərlər və tilsimlər haqqında müxtəlif çoxsaylı nağıllar, mahnılar, qarğışlar, povestlər, əyanların həyatlarını əks etdirən yazılar – belələrinə aiddir. Misirin musiqi mədəniyyətinin tarixi dünyada daha qədimdir. Musiqi qədim misirlilərin bütün həyat və məişətini – dini mərasimlərini, kütləvi bayramlarını müşayiət edirdi. Buraya rəqs, pantomima, dramatik səhnə və ədəbi nümunələr daxil idi.  Qədim Misirdə musiqi «xi» — yəni zövq, ləzzət alma mənasında işlədilirdi. Musiqi həm də sirli, tilsimli, magik xüsusiyyətlər kəsb etdiyindən musiqi alətləri tembrə görə deyil, məhz mistik əlamətlərinə görə seçilirdi. İnsanları, xəstələri musiqi iləsağaltmağın mümkünlüyü haqqındakıideyalar da məhz misirlilərə aid idi. Bütün bunlarla yanaşı, qədim misirlilər elmə də xüsusi diqqət yetirirdilər. Elmi biliklərin formalaşması və təbliğində bu qədim xalqın dünya tarixində çox böyük xidməti olmuşdu. Elm ona görə vacib və zəruri idi ki, onsuz nə təsərrüfatı, nə inşaatı, nə hərbi, nə ölkəni, nə də ailəni və məişəti idarə etmək mümkün deyildi. Məsələn, riyaziyyatın geniş vüsət tapması ilk növbədə praktik tələbatlardan irəli gəlirdi: çünki bu sahədəki elmi biliklərin sayəsində yerölçənlərin, inşaatçıların işinə xeyli dərəcədə köməklik göstərilirdi. Nil çayının te-tez daşması sərhədlərin ölçülməsini, onların dəqiqləşdirilməsini zəruri etdiyindən riyazi biliklərin inkişaf və təkmilləşdirilməsi aktuallıq kəsb edirdi. Riyaziyyat elmində ən böyük nailiyyət onluq hesablama sisteminin yaradılması idi. Qədim misirlilər təsərrüfat işlərinin düzgün və fəsillərə uyğun aparılması üçün dəqiq təqvim tərtib etdilər ki, bu da dünya miqyasında ən böyük nailiyyətlərdən biri hesab olunur. Təqvim səma cisimlərinin hərəkətinə müvafiq tərtib olunaraq ilin başlanmasını ən parlaq ulduz olan Siriusun çıxışı ilə əlaqələndirirdi. Bütün il 365 günü əhatə edən 3 mövsümə və hər mövsüm 4 aya bölünürdü. Misirlilər həm də ilk dəfə ulduz kataloqu, ulduzlu ayın xəritəsini tərtib etmişlər. Su saatının icadı da qədim misirlilərə məxsus idi. Başlıca və mühüm nailiyyətlər təbabətdə də əldə edilmişdi. Meyidlərin mumiyalaşdırılması sahəsindəki uğurlar insan anatomiyası, daxili orqanların hərtərəfli öyrənilməsi üçün ən başlıca səbəb oldu. Misir təbabətinin ən böyük uğuru, həm də qan dövranı və ürək haqqında nəzəri biliklərin yayılmasındadır. Diş, göz həkimləri kimi dar ixtisaslar formalaşmağa başladı. Coğrafi xəritələrin tərtibi sahəsində də qədim misirlilərin xüsusi xidməti olmuşdur. Beləliklə, Qədim Misir tarixində və mədəniyyətdə əldə olunan nailiyyətlər ümumbəşəri xarakter daşıyaraq dünya sivilizasiyasının inkişafına xidmət etmiş oldu. Müəllif: Maral Manafova Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010 İSBN 5-86106-104-1
['Misir', 'qədim Misir', 'Misir mədəniyyəti', 'qədim misirlilər', 'Misir tarixi', 'qədim Şərq']
1,030
https://kayzen.az/blog/qadinlar/10277/r%C3%BCbab%C9%99-muradova-gecikmi%C5%9F-m%C9%99h%C9%99bb%C9%99t-na%C4%9F%C4%B1l%C4%B1.html
Rübabə Muradova: Gecikmiş məhəbbət nağılı
Əliyev
Məşhur qadınlar
7 may 2016, 18:33
...Həyatının tamamilə dəyişib başqa axara düşməsinə səbəb o 1 saat oldu. Cəmi 60 dəqiqə taleyinin dönüş nöqtəsinə çevrildi. Hər şey bir göz qırpımında baş verdi sanki. Əslində nələr olduğunu da doğru-dürüst anlamadı. 13 yaşlı qızcığazın ölkədə cərəyan edən hadisələri bütünlüklə dərk etməsi ağlabatan bir şey də deyildi. Ancaq yaşına uyğun olaraq başa düşdüyü və gördüyü bircə şey vardı. Ata-anası harasa yaman tələsirdi. Evdə əllərinə keçə biləcək nə vardısa – bir-iki dəst pal-paltarı, qiymətli əşyaları tələm-tələsik yığıb, uşaqları geydirdilər. Bax, onda ailənin böyük övladı olan bu 13 yaşlı qız anladı ki, məcburən doğma evlərini, torpaqlarını tərk etməlidirlər. Bircə saat ərzində açılan sərhədi keçib, Azərbaycanın şimalına adlamalıdırlar. Bəlkə də baş verənlərin ciddiyyətini dərk etməyə uşaq ağlı hələ tam yetmirdi. Amma qapıdan, həyətin darvazasından çıxarkən özündən asılı olmadan böyüklərə xas bir hərəkət etdi. Arxaya dönüb evlərinə baxdı. Bir də sərhədi keçən zaman çevrilib, doğulduğu, sevdiyi torpağına — Ərdəbilə tərəf boylandı. Bura nə vaxtsa yenidən qayıtmaq, yaşamaq ümidiylə… O, 50 illik ömrü boyunca bircə bu ümidlə yaşadı, bircə bunu arzuladı. Xəyallarında, yuxularında dəfələrlə Ərdəbilə gedib-gəldi, o torpaqları gəzdi, həyətlərindəki gül-çiçəyin ətrini içinə çəkdi, yurdunun hər qarışını əzbərlədi. “Qara gilə”lərindən yaşlar axıdıb bu taydan o taya “Heydər babaya salam” göndərdi. Bağrına daş basıb o sevincli günün gələcəyini gözlədi. Düz 37 il. Gözlədi, gözlədi… elə bu vətən həsrətiylə də Ərdəbilin zülmət gecələri qədər qara gözlərini əbədi yumdu... ...Bəlkə də o 1 saat olmasaydı, ailəsinin başına böyük müsibətlər gələcəkdi… Bəlkə də o 1 saat olmasaydı, vətən həsrəti, vətən nisgili də çəkməyəcəkdi… Bəlkə də o 1 saat olmasaydı, biz, Azərbaycanın şimalı onu bu qədər yaxından tanıyıb sevməyəcəkdik. İllər boyu doğulduğu torpağın həsrətilə yaşayan və elə bu arzuyla da dünyadan köçən unudulmaz sənətkar Rübabə Muradova kimi... Bir saatlıq qapı Mirzə Xəlil Ərdəbilin sayılıb seçilən, sözü keçən, hörmətli kişilərindən biri idi. Dini təhsillə yanaşı, tibbi təhsili də vardı. Evlənəndə 27 yaşı olardı. Özündən 15 yaş kiçik bir qızla ailə qurmuşdu. 12 yaşda olan Siddiqəni məktəbə gedərkən görmüşdü və elə ilk baxışdaca ona vurulmuşdu. Ancaq bu tacir qızının razılığını almaq o qədər də asan başa gəlməmişdi Mirzə Xəlilə. Qapılarına göndərdiyi elçilər dəfələrlə əliboş geri qayıtmışdılar. Çünki Siddiqə ona ərə getmək istəmirdi. Ancaq valideynlərinin sözündən çıxa bilməyən qız, nəhayət, bu izdivaca könülsüz də olsa, razılıq verir... Rübabə bu ailənin ilk övlad payı idi. 1933-cü il martın 22-də dünyaya göz açmışdı. Ondan sonra daha iki qardaşı və dörd bacısı anadan olmuşdu. Mirzə Xəlilin əsas istəyi övladlarını savadlı, təhsilli görmək idi. Özü uşaqlarına vurma cədvəlini öyrədirdi. Dərsdən “2” alanda onlardan küsüb danışmırdı. Təhsilin nə qədər önəmli olduğunu bildiyinə görə də Rübabəni məktəbdən yayındırmamışdı. Rübabə Ərdəbildə qızlar məktəbində təhsil alırdı. Bəzən hətta məktəb konsertlərində, tamaşalarda çıxış edirdi. Bu, o dövrün qayda-qanunlarına zidd olsa da, bəzən hətta qohumları tərəfindən qınansa da, atası Rübabənin səhnəyə çıxmasına etiraz etmirdi. Axı Mirzə Xəlil özü də yaşadığı ölkənin siyasi rejimilə, qayda-qanunlarıyla razılaşmırdı. Elə ona görə də Pişəvəri hərəkatına qoşulmuşdu. Hərəkatın ən aktiv iştirakçılarından idi... Evləri Dərbəndi küçəsində yerləşirdi. Bir neçə otaqlı, aynabəndli, rahat bir ev idi. Həyətlərində balaca çarhovuz, rəngbərəng, ətirli gül-çiçəklər vardı. Qapını açan kimi güllərin ətri adamı bihuş edirdi. Bu mehriban ailənin qonaq-qarası da əskik olmurdu. Qohum-əqrəba tez-tez bir süfrə arxasında toplaşırdı… Elə belə günlərin birində ailənin gələcək taleyi həll olur. Axşam yemək yedikləri zaman içəri təngnəfəs halda bir kişi girir. Mirzə Xəlilə yaxınlaşıb, onun qulağına nəsə pıçıldayır. Kişinin sözünün qurtarmağıyla Mirzə Xəlilin yerindən qalxmağı bir olur. Tələm-tələsik yığa bildikləri əşyalarını götürüb, paltarlarını geyinib, bir dəqiqə belə gözləmədən “UAZ” maşını ilə qaçırlar. Bircə saat müddətinə açılan sərhəddən Azərbaycanın bu tayına keçirlər. Beləliklə, 1946-cı ildə siyasi mühacir ailəsi olaraq doğma torpaqlarını tərk etmək məcburiyyətində qalırlar. İlk olaraq Astarada yaşayırlar. Bir müddət sonra isə Salyanda məskunlaşırlar. Mirzə Xəlil Salyanda göz həkimi işləməyə başlayır. O vaxtlar əhali arasında çox yayılmış traxoma xəstəliyindən əziyyət çəkənləri müalicə edir. Eyni zamanda məscidin axundu olur. Əvvəl-əvvəl xeyli ağır güzəran keçirirlər, maddi korluq çəkirlər. Sonradan onlara bir ev verilir (illər sonra Əli-Bayramlıya köçürlər. Oradakı mülkləri indi də qalır). Ailənin çətinliklərinə baxmayaraq, Mirzə Xəlil uşaqlarını təhsildən yayındırmır. Rübabə Salyanda orta məktəbdə təhsilini davam etdirir. Elə məktəbdə də onun məlahətli səsini aşkarlayırlar. Bundan sonra Rübabə musiqi dərnəklərindən birinə üzv olur. Dərnəkdə Qulu Əsgərovla tanış olur. Tamaşalarda, tədbirlərdə çıxış etməyə başlayır. Bir dəfə Dram Teatrının aktyorları Salyana qastrola gəlirlər. Onların arasında Ələsgər Ələkbərov da vardı — Rübabənin o vaxta qədər adını eşitsə də, üzünü görmədiyi məşhur aktyor. “Vaqif” tamaşasını oynamalıydılar. Ancaq tamaşanın başlanmasına az vaxt qalmış deyirlər ki, Xuramanı oynayan aktrisa xəstədir, səhnəyə çıxa bilməyəcək. O aktrisanı əvəz eləmək Rübabəyə həvalə olunur. Çünki Rübabə öz tamaşalarında bu rolu artıq ifa edirdi, bilirdi. Beləliklə, Rübabə ilk dəfə 16 yaşında peşəkar aktyorlarla eyni səhnəni paylaşır. Düzdür, o nəhənglikdə aktyorun oyununun yanında təcrübəsiz bir qızın rolu zəif alınır. Amma aktyorluğu olmasa da, gözəl səsi vardı Rübabənin. Xuramanın özünü qayadan atması səhnəsində bir “Bayatı-Kürd” ifa edir ki, tamaşa, obraz yaddan çıxır. Düz iyirmi dəqiqə oxuyur… Tamaşadan sonra Ələsgər Ələkbərov Rübabəyə yaxınlaşıb mehriban səslə deyir: “Qızım, gözəl səsin var, çalış Bakıya köç, filarmoniyaya sənin kimi səsli müğənnilər lazımdır”. O gecə səhərəcən Rübabənin gözünə yuxu getmir. Tamaşanın təsirindən ayrıla bilmir, heç vaxt görmədiyi, ona nağıl kimi gələn Bakının xəyalını qurur. Çox keçmir ki, tale özü onu bu şəhərə gətirir. Səsinin sehrinə düşən müəllimləri Rübabə ilə Qulunu Bakıya gətirirlər. Oğlanın ailəsi onu məhz müğənni olduğu üçün almadılar... Beləliklə, Rübabə Muradova 1950-ci ildə Bakıya — xəyallarında yaşatdığı bu əsrarəngiz şəhərə qədəm qoyur. Asəf Zeynallı adına musiqi məktəbinin muğam şöbəsində təhsil almağa başlayır. Elə burda oxuya-oxuya Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlar Rübabə Muradovanı Leyli roluna hazırlaşdırmağa başlayırlar. Rübabə hələ tələbə ikən Opera və Balet Teatrının səhnəsində ilk dəfə Leyli kimi görünür. Məktəbi bitirəndən sonra isə burda işə götürülür. Leyli, Əsli, Ərəbzəngi, Şahsənəm, Sənəm kimi partiyaları ifa edir. Teatrın solisti olmaqla yanaşı həm də muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi bütün ölkədə tanınıb, sevilməyə başlayır. Onun ifa etdiyi “Qara gilə”, “Heydər babaya salam” bu gün də dillər əzbəridir. Filarmoniyada anşlaqla keçən konsertləri indi də çoxlarının xatirindədir. Qara qaş-gözündən, uzun qara zülfündən, gözəlliyindən hələ də danışırlar. Bu gözəlliyə o vaxtlar da heyran olurdular, indi də. Bir də onun Leylisini çox bəyənirdilər. Özü də daha çox bu obrazını sevirdi. Çünki Leyli ona qəlbən yaxın idi, taleləri bənzər idi. Leylini oynayanda öz həyatını yaşayırdı sanki. Yəqin elə buna görə də rol bu qədər təsirli, yanğılı, inandırıcı alınırdı. Bu rolu o qədər çox sevirdi ki, hər sənətçinin ifasını da bəyənmirdi. Deyirdi “xətirlər xətrinə Leyli oynamazlar. Leylinin həyatını yaşamaq lazımdır”. “Rübabə nəinki səhnədə, həyatda da Leylinin həyatını yaşayırdı”, — deyir Rübabə Muradova sənətinin davamçısı, sənətçinin özündən 19 yaş kiçik bacısı, müğənni Tahirə Rübabi. Danışır ki, Rübabənin bir sevdiyi oğlan vardı. İkisi də bir-birini çox sevirdi. Amma oğlanın ailəsi məhz Rübabə müğənni olduğu üçün onların evlənməsinə icazə vermir... Gecə yatdığı yerdə Rübabənin uzun, qara saçlarını kəsir Bir müddət sonra Rübabə sevmədiyi bir şəxslə ailə qurmalı olur. Hər iki ailə hələ İranda yaşadıqları zaman bir-birini tanıyırdı. Xəlil İranda həbsxana rəisi işləmişdi. Bakıda isə məktəb direktoru idi. Rübabəni hələ Ərdəbildə görüb bəyənmişdi. Bakıda görəndə isə ona aşiq olur və ailə qurmağa qərar verir. Ailələrin razılığı, təkidi ilə Rübabə də bu izdivaca “hə” demək məcburiyyətində qalır. Bu o zamanlardı ki, Rübabə artıq Bakıda təhsil alırdı və səhnəyə çıxırdı. Ancaq çox gözəl və gənc həyat yoldaşının yüzlərlə tamaşaçı qarşısında çıxış etməsi Xəlilin heç ürəyincə olmur. Rübabəni gündən-günə daha çox qısqanmağa başlayır. Bu qısqanclıq getdikcə daha da artır və ailədə yersiz, söz-söhbətlər, mübahisələr yaradır. Bütün bu kobud rəftara, əsası olmayan qısqanclıq səhnələrinə dözə bilməyən və bezən Rübabə Muradova ərindən ayrılmaq qərarına gəlir. Övladının doğulmasını belə gözləmədən. O, sevmədiyi bir şəxsin “səhnəni tərk et” istəyini yox, çox sevdiyi sənətini üstün tutur. Az sonra ilk qızı Qəmər dünyaya gəlir. Onu da anası Siddiqə xanım saxlayıb böyüdür. Rübabə isə Bakıdakı həyatına, sənətinə tək-tənha davam edir. Bir neçə il sonra uca boy-buxunlu, yaraşıqlı bir kişi ilə tanış olur. Tələt özü ticarətçi idi, bir neçə dükanı vardı. Bacısı Şahnaz isə tar çalırdı. Onların tanışlığı da Şahnazın vasitəçiliyi ilə həyata keçmişdi. Bir neçə görüşdən sonra Rübabə onu sevən, özünün də olduqca bəyəndiyi Tələtlə ikinci dəfə ailə qurmaq fikrini qətiləşdirir. Bu izdivacdan da müğənninin bir qızı dünyaya gəlir. Şahnazın adını qızına qoyur. Ancaq zaman getdikcə bu ailədə də problemlər yaranmağa başlayır. Rübabənin məşhurluğu, pərəstişkarlarının sayı artdıqca Tələtin də qısqanclıq hissləri böyüməyə başlayır. Yerli-yersiz, olar-olmaz hər şeyə yoldaşını qısqanır. Hətta qısqanclıq gözünü o dərəcədə kor edir ki, gecə yatdığı yerdə Rübabənin uzun, qara saçlarını kəsir. Tələtin bu ağlasığmaz hərəkəti Rübabənin səbr kasasını dolduran son damla olur. Bundan sonra müğənni ikinci həyat yoldaşından da boşanır. Ər sarıdan bəxti heç gətirməyən, ilk məhəbbəti uğursuzluğa düçar olan Rübabə Muradova yaşadığı sıxıntıların, problemlərin təkrarlanmasından ehtiyat edərək üçüncü dəfə heç kimə rəsmən ərə getmir. Onu sevənlər, ailə qurmaq istəyənlər olsa da. Yalnızca öz həyatını yaşayır. Heç kimdən asılı olmadan. Ürəyi istədiyi kimi geyinir, gəzir, ürəyi istəyəni edir. Amma bunların heç biri onun qəlbində gəzdirdiyi dərd yükünü azalda bilmir. Bir tərəfdən sevgidə bəxtinin gətirməməyinə, digər tərəfdən də vətən həsrətilə hər gün için-için ağlayır. Gah ilk məhəbbətini, uğursuz ailə həyatını, gah da illərdir unuda bilmədiyi, arzusunda olduğu Ərdəbili üçün göz yaşı axıdır. Dərdlərini azaltmaq, qəlbini ovundurmaq, vətən yanğısını soyutmaq üçün çıxış yolunu siqaretdə axtarmağa başlayır. Siqaretin tüstüsünü içinə çəkməklə içindəki vətən, sevgi həsrətinin səngiyəcəyinə ümid edir. Bəzən hətta spirtli içki də içir. İçir ki, sərxoş olub bütün qəm-kədərini unutsun. Amma unutmur, unuda bilmir. Nə siqaret, nə də içki onun yaralarına məlhəm olur. Əvəzində sağlamlığını, canını əlindən alır. Dərdini isə zərrə qədər də azaltmır. Həyatının son anına qədər vətən nisgili Rübabənin ürəyindən getmir. 13 yaşında ayrıldığı torpağına bircə dəfə ayaq basmaq arzusu ürəyində qalır. Doğulub böyüdüyü Ərdəbili, evini yenidən görmək xoşbəxtliyi ona nəsib olmur. Sevdiyi kişiylə keçən son 15 il O ki qaldı Rübabə Muradovanın qadın xoşbəxtliyinə, bəlkə də 50 illik ömrü boyunca yaşadığı bir neçə xoş dönəm vardısa, o da sevdiyi şəxslə birgə yaşadığı illəriydi. Yəqin Tanrının Rübabəyə yazığı gəlmişdi. Onu illər sonra yenidən sevdiyi şəxslə qarşılaşdırmışdı. Bu, həmin oğlan idi. Onun ilk məhəbbəti. Müğənni olduğuna görə ailəsi Rübabəni ona almamışdı. O da ailəsindən başqa cür acıq çıxmışdı – heç kimlə evlənməmişdi. Və illər sonra onlar yenə birlikdəydilər. Gənclik çağlarında olduğu kimi. Rübabə Muradova həyatının son 15 ilini bu kişiylə qeyri-rəsmi nikahda yaşayır. Rübabənin həqiqətən sevdiyi ilk və tək kişi xəstə olduğu zamanlarda da, ömrünün son anında da onun yanında olur... Axırdan axıra xəstəlik Rübabəyə güc gəlirdi. Son bir ildə isə xəstəliyi yaman ağırlaşmışdı. Arıqlamışdı, solğunlaşmışdı. Artıq yataq xəstəsinə çevrilmişdi. Ancaq elə o vəziyyətdə də təmizliyinə, səliqəsinə fikir verirdi. Tahirə xanım deyir ki, ölümünün yaxınlaşdığı Rübabənin ürəyinə dammışdı: “Özü bunu bilirdi artıq. Hər gün yanına gedirdik. Qızı Şahnazla qalırdı. Şahnaz övladlıq borcunu layiqincə yerinə yetirib, onun qulluğunda durdu. Son günlər öləcəyi ürəyinə dammışdı elə bil. Deyirdi, “məni təmtəraqla basdırmayın. Fəxri Xiyabanda basdırmasalar, eybi yoxdu. Əsas odur ki, məni xalqım sevəcək”. Xəstə yatağında da, ölüm ayağında da Ərdəbili unutmadı, yada saldı. Hər dəfə deyirdi ki, “evimizin qapısı açılan kimi həyətdəki güllərin ətri məni bihuş edirdi. Kaş bircə dəfə gedib Ərdəbili görəydim. Sürünə-sürünə də olsa gedib, oranı görüb, sonra öləydim”. Ancaq bu arzuyla yaşayırdı, ancaq bu idi onun dərdi. O boyda dərdi ola-ola başqalarının da dərdinə yanırdı. Ehtiyacı olana əl tuturdu. Mənim üçün həm ana olub, həm bacı. O saxlayıb, oxutdurub məni. Ümumiyyətlə, hamının işinə yarayırdı. Hər kəsin dərdinə şərik olurdu. Amma onun dərdindən bəzilərinin heç xəbəri yox idi. Onun bircə dərdi vardı – vətən. Rübabə yalnız vətən həsrətilə öldü, sevgi dərdilə yox. Çünki sevdiyi şəxs onun yanındaydı. Bəziləri deyirdilər ki, bu adam Rübabədən istifadə edir. Ancaq elə deyildi. O, Rübabəni həqiqətən, təmiz məhəbbətlə sevirdi. Elə olmasaydı, o vaxta qədər evlənərdi. Elə olmasaydı, Rübabə öləndən sonra başı ağarmazdı. Elə olmasaydı, hələ də onun məzarını ziyarət etməzdi. Adını çəkmək istəmirəm, amma o adam indi də sağdı, sonradan evlənib, ailəsi var. Və hələ də Rübabənin qəbrinin üstünə gedir”. Rübabə Muradova 1983-cü il, avqustun 28-də 50 yaşında qaraciyər serrozundan vəfat edir. Və Yasamal qəbiristanlığında dəfn olunur. Beləcə, doğulub boya-başa çatdığı torpağı görmək, ora ayaq basmaq arzusu da onunla bərabər torpağa gömülür. Rübabə Muradova düz 37 il vətən həsrətini, Ərdəbil nisgilini ürəyində gəzdirdi. O məşum gecəni, həyatının dönüş nöqtəsi olan o 1 saatı xatırladı. Bəzən o 1 saata lənət oxudu, bəzən o 1 saatı yenidən arzuladı. Arzuladı ki, heç olmasa bircə dəfə yenə sərhədlər 1 saatlıq açılardı. Bircə saatlıq da olsa gedib oranı görüb, havasını udub yenidən qayıdaydı. Bu da ona kifayət edərdi, həsrətini azaldardı. Amma nə bu arzular gerçəkləşdi, nə də nisgil sona yetdi. O, elə bu vətən həsrətiylə də Ərdəbilin zülmət gecələri qədər qara gözlərini əbədi yumdu... … Amma sağlığında olmasa da, heç olmasa ölümündən bir neçə il sonra azacıq təskinlik. rahatlıq tapdı Rübabə Muradovanın ruhu. O da bacısı Tahirənin Ərdəbildəki evlərinin həyətlərindən gətirdiyi və məzarına tökdüyü bir ovuc vətən torpağıyla… Bəlkə elə bu bir ovuc Ərdəbil torpağı Rübabə Muradovanın 37 illik vətən həsrətini, vətən nisgilini dindirdi, kim bilir?!... Müəllif: Xəyalə MURADLI, [email protected] Mənbə: lent.az
['qadın həyatı', 'Rübabə Muradova']
1,031
https://kayzen.az/blog/kulturologiya/4993/tretyakov-qalereyas%C4%B1.html
Tretyakov qalereyası
nilufer
Kulturologiya (mədəniyyətşünaslıq)
7 may 2016, 17:47
Tretyakovun 28 yaşı vardı. O vaxtkı tacir dünyası ətalətin, acgözlüyün və cəhalətin təcəssümü idi. Amma tacir Tretyakovun duyğuları və fikirləri bu fonda açıq-aşkar ziddiyyət yaradırdı. Pavel Mixayloviç dörd il sonra ilk xarici səfərinə çıxarkən vəsiyyətnamə qoyub getmiş və yazmışdı: «Gümüş pulla yüz əlli min rublluq kapitalımı Moskvada rəsm muzeyinin və ya ictimai şəkil qalereyasının qurulması üçün vəsiyyət edirəm. Rəngkarlığı, həqiqətən, sevdiyimə görə mənim üçün çoxlarına fayda, hamıya zövq verən ictimai, hamı üçün açıq incəsənət xəzinəsinin əsasını qoymaqdan yaxşı arzu ola bilməz». Cavan adamın qeyri-adi vəsiyyətnaməsində vətəndaş yetkinliyi və saf mənəvi duyğu adamı heyrətləndirir. Rus rəngkarlığının əfsanəvi toplusu məhz bu istəkdən doğdu. Böyük kolleksiyaçının vəfat etdiyi il külliyyatda təxminən 2000 incəsənət əsəri vardı. Özü də necə əsərlər! S.Şedrinin, V.Perovun, V.Tropininin və A.Venetsianovun, F.Vasilyevin şedevrləri, A.Savrasovun «Zağcalar uçub gəldi» dahiyanə peyzajı, İ.Repinin, V.Surikovun, A.Kuincinin, L.Polenovun lövhələri… Kolleksiyaçının aldığı sonuncu əsər İ.Levitanın "Əbədiyyət üzərində" şəklinə eskizi oldu. Tretyakovun külliyyatında toplanmış rəsmlərin praktik olaraq hamısı rus incəsənətinin qızıl xəzinəsinə daxil olmuşdur. O, həqiqi kolleksiyaçı dahiliyi və yüksək zövq nümayiş etdirmişdir. Bu gün Valentin Serovun «Günəşin işıq saldığı qız» şedevri adamda heyrət doğurur, halbuki Tretyakov impressionistlərin təsiri görünən qeyri-adi tablonu almaq üçün rəşadət göstərməli olmuşdur. V.Mayakovski Tretyakovun bu əsəri almasından hiddətlənmiş və qışqıra-qışqıra demişdi: «Pavel Mixayloviç, nə vaxtdan siz qalereyanıza sifilis calamağa başlamısınız?» Tretyakov heç kimin tanımadığı 18 yaşlı İ.Levitanın əsərini almış (özü də Repinin rəyinin əksinə olaraq) ilk şəxs idi. Vereşşaginin «Türküstan» silsiləsinə görə isə Tretyakov astronomik məbləğ — 92 min rubl ödəmişdi. İlk vaxtlar şəkillər kolleksiyaçının Zamoskvoreçyedəki evində saxlanırdı. Ancaq Tretyakov kolleksiyasını Moskvaya hədiyyə etdikdən sonra 1892-ci ildə elə həmin Zamoskvoreçyedə qədim paytaxtın səyləri ilə böyük külliyyat üçün saray tikildi. 1917-ci il inqilabı və 70 illik sovet hakimiyyəti Tretyakovun külliyyatını dəfələrlə artırdı. 1970-ci ildə qalereyanın fondunda 40 mindən artıq incəsənət əsəri vardı. Dövlət Tretyakov Qalereyası dünyanın ən iri muzeylərinin sırasına daxil oldu. Eksponatların bu qədər heyrətamiz sayı bir sıra ciddi problemlər doğurdu. Pavel Tretyakov kolleksiyasını təxminən bir məcrəda toplayırdı. Bu, ilk növbədə psixologizmlə, ustalıqla və təbiətə sədaqətlə seçilən realist rəngkarlığın panoramı idi. Praktik olaraq qalereya nəhəng bitkin incəsənət əsəri idi. Rus avanqardının qəflətən əlavə edilməsi külliyyatın bütövlüyünü sarsıtdı. Sonra külliyyata sosializm realizmi ustalarının işləri qoşuldu. Külliyyatın bütövlüyü birdəfəlik pozuldu. Halbuki XX əsrin əvvəllərinin və sosialist realizminin rəngkarlığını başqa külliyyatlarda yerləşdirmək daha məntiqi olardı. Sovet dövrünün başa çatması və Rusiyanın kapitalizmə qayıtması ilə kolleksiyanın problemləri daha da kəskinləşdi. Məsələn, ikonaları hara qoymalı? Kilsə onları qanuni yerlərinə — məbədlərə qaytarmağı tələb edirdi. Muzey işçiləri isə etiraz edirdilər: ikona hər şeydən əvvəl incəsənət əsəridir, bu şedevrlərin dua edənlərin arasında yeri yoxdur. Qalereyanın nəzdində Müqəddəs Nikolay ev kilsəsinin yaradılması kompromis qərar oldu. Rublyovun "Üçlük"ünü bundan sonra 1989-cu ildə bərpa edilib möminlərin istifadəsinə verilmiş məbəddə görmək olar. Pavel Tretyakov yazırdı: «Mən rus məktəbini ardıcıl qaydada toplamaq istərdim». Deyəsən, bu sözlərdə qədim rus incəsənətindən tutmuş XIX əsrin rəssamlıq obyektlərinədək ekspozisiyanı qeyri-məhdud miqyasda artırmaq tendensiyası ifadə olunmuşdur. Amma əminəm ki, o, külliyyatı bu qədər ölçüsüz və başlıcası isə ziddiyyətli şəkildə böyütməyi qətiyyən qəbul etməzdi. Məşhur qalereyanın yubileyi Dostoyevskinin unudulmaz sətirlərini yada salır: «Oh, rus adamı genişdir, olduqca geniş, daraltmaq lazımdır...» Anatoli KOROLYOV, RF Yazıçılar İttifaqının üzvü — «RİA Novosti» üçün
['muzey', 'rus mədəniyyəti']
1,032
https://kayzen.az/blog/kulturologiya/18800/q%C9%99dim-hind-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Qədim Hind mədəniyyəti
Qiyasli
Kulturologiya (mədəniyyətşünaslıq)
7 may 2016, 15:59
Başqa Şərq ölkələri kimi Hindistanda da mədəniyyətin müxtəlif sahələri inkişaf etmişdi. Burada ədəbiyyat, incəsənət, memarlıq, təbiət elmləri sahəsində bəzi nailiyyətlər qazanılmaqla yanaşı, müxtəlif dini ehkamlar və təsəvvürlər də mövcud idi. Hindistanda əhali qədim dövrlərdə bitkilərə, aya, günəşə və çaya sitayiş edirdi. Hind-İran birliyi dövründə hindlilərin iranlılarla oxşar dini anlayışları olmuşdur. Belə ki, həm hind, həm də irandilli etnik birləşmələri oda,suya, əcdadlara, eyniadlı ilahi qüvvələrə inam bəsləyirdilər.Hindlilərin ilkin dini təsəvvürləri Riqvedada öz əksini tapmışdı. Burada qədim hind panteonunun başında hindlilərin yerin və göyün allahı hesab etdikləri İndra dayanırdı. Eyni zamanda, ilkin dini təsəvvürlərdə od və ev himayədarı Aqni, günəş allahı Surya da təmsil olunurdu. E.ə. I minilliyin axırlarında Brahma, Vişna və Şiva allahlarına ibadət genişlənir. Allahların əksəriyyəti hətta qədim hind allahı Krişna da Vişnanın özünü onun yeni təcəssümü kimi göstərmişdi. Bu hind Allahı haqqında yayılan əfsanələrdə Krişnanın uşaqlıq və gənclik illəri öz əksini tapmışdır. Həmin əfsanələrdə, o həm də məhəbbət aşiqi, özünə qarşı sevgi hissləri təlqin edən allah təcəssümü kimi də ifadə olunur. «Mahabharata» dastanında isə Krişna hərbi bacarıq və qabiliyyətə malik cəsur bir döyüşçü kimi təsvir olunur. Qədim Hind panteonunda təmsil olunan yüzlərlə allahlar insanlar kimi həyat sürürdülər.Qədim Hindlilər axirət dünyasına da inam bəsləyirdilər.Hindlilərin dini təsəvvürlərinə görə ölülər allahı hesab olunan Yama mərhumları qəbul edir, sağlıqlarındakı fəaliyyətlərinə görə onlara təyinat verirdi. (Cənnət yaxud cəhənnəm). Getdikcə axirət-dünyasına dair təsəvvürlər dəyişdi və hindlilər insanların həmişəyaşarlığını qəbul etdilər. Yəni,guya, insan öləndən sonra ruh yaşayır və başqa görkəmdə yenidən yaranır. Yuxarıda qeyd etdiyimiz ilkin dini təsəvvürlər Hindistanda sonralar yaranmış digər dini cərəyanların ehkamlarına da öz təsirini göstərmişdir. Xüsusən də brahmanizmin formalaşmasında qədim dini təsəvvürlərin əhəmiyyətli rolu olmuşdur. Bu din öz təlimində cəmiyyətin müəyyən dərəcələrə (varna) bölünməsini əsas götürürdü. Qədim Hindistanda silk (varna) brahman, kşatri, vayşya və şudra olmuşdur. Cəmiyyətdə sosial bərabərsizliyin inkişafı, ali və zadəgan təbəqələrinin qüvvətlənməsi, əsarət altına düşən əhalinin sayının çoxalması varna (silk) ictimai sistemini möhkəmləndirirdi. Bir sözlə,cəmiyyət üzvlərinin sosial bölgü ilə fərqləndirilməsi brahmanizm təliminin əsasını təşkil edirdi. E.ə. I minilliyin ortalarında brahmanizmlə bərabər bəzi dini təlimlər də meydana çıxmışdı. Lakin bu dinlərin ehkamları yeni yaranan dövlətlərin təlabat və mənafelərinə uyğun gəlmədiyi üçün,müxtəlif dini təsəvvürlərlə qarşıdurma şəraitində buddizm yaranmağa başladı. Buddizmin banisi, mənşə etibarilə kşatri silkinə mənsub olan Sidharth Qautama (e.ə. 566-486) öz təliminə Şimali Hindistanda başlamışdır.29 yaşmda öz ailəsini tərk edən Quatama, zahid olmus və bəşəriyyətin əzablardan xilas yolunu axtarmışdır. Yeddi ildən sonra o, Budda (nurlanmış) adlandırılmışdır. Budda, (Quatama) öz təlimini 40 il müddətində yaymaqla məşğul olmuş və sözsüz ki, bu fəaliyyətində onun tərəfdarlarının da mühüm rolu olmuşdur. Nəticədə çoxlu sayda rahib icmaları yaranmışdır. Eramızın I əsrində buddizmdə 2 qol: hinayana (xilaskarlığın dar yolu) və mahayana (xilaskarlığın geniş yolu) əmələ gəlmişdir. Onu da qeyd etmək lazımdır ki, bu qonların meydana çıxmasına Hindistanın ayrı-ayrı hissələrində mövcud olan sosial-siyasi şəraitin müxtəlifliyi səbəb olmuşdur. Buddizmdə əsas yeri dörd müqəddəs həqiqət haqqında təlim tutur: l. Yaşamaq əzab çəkməkdir. 2. Əzabların səbəbi arzulardır. 3. Əzablardan xilas olmaq üçün arzulardan çəkinmək lazımdır. 4. Arzulardan çəkinməyin çarəsi Buddanın təliminə əməl etməkdir. Brahmanizmdən fərqli olaraq, buddizm silkləri qəbul etmirdi.Buddizimə görə ictimai və silki vəziyyətindən asılı olmayaraq hər bir kəsin nirvanaya (nicata) çatmaq hüququ vardı. Eramızın VI-VII əsrlərində Hindistanda şəhərlərin əhəmiyyətinin azalması və feodal pərakəndəliyinin güclənməsi ilə əlaqədar buddizmin tənəzzülü başlayır. XII-XIII əsrlərdə isə o,Asiyanın başqa rayonlarına keçərək, meydana gəldiyi ölkədə mövqeyini itirdi. Buddizm onu qəbul edən digər ölkələrin mədəniyyətində də öz izini qoymuşdur. Belə ki, buddizmin yayılması incəsənətin bir çox sahələrində-memarlıq, heykəltəraşlıq, rəssamlıq və ədəbiyyatda, elm və sxolastik təhsildə xüsusi sinkretik mədəni komplekslərin-Budda mədəniyyətinin yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, qədim Hindistanın yüksək inkişaf etmiş mədəniyyəti vardır. Hindlilər piktoqrafiyaya bələd idilər. Bu ölkədə başlıca əsərlər sanskrit dilində yazılmışdır. Daha doğrusu, «Veda», «Manu qanunlar məcəlləsi» və iki iri həcmli dastan: «Mahabharata» və «Ramayana» bu dildə yazılmışdır. Həmin dastanlarda qəhrəmanların igidliyi,onların səfər və istilaları təsvir olunur. Hindistanda memarlıq da çox inkişaf etmişdir. Qayalarda yonulmuş məbədlərin, heykəl və digər şəkillərin gü­nümüzə qədər çatmış qalıqları bu fikiri söyləməyə əsas verir. 1526-cı ildə Böyük Moğollar imperiyasının yaradılması ilə Hindistanda memarlığın sürətli inkişafı başlanır. l569-1584-cü illər ərzində Aqrada inşa edilmiş qala, Fatihnur-Sikri qala şəhəri və s. şəhərsalma və fortifikasiya sənətinin gözəl nümunələrindəndir.Mərkəzi künbəzli məqbərənin klassik tipini isə 1565-ci ildə azərbaycanlı memar Mirək Mirzə Qiyas yaratmışdır. Bu Böyük Moğollar sülaləsinin hökmdarı (1530-1539, 1555-1556) Hümayunun şərəfinə Dehlidə inşa olunmuş Humayun məqbərəsidir. Hind memarlığının dəyərli nümunələrindən biri də Böyük Moğollar dövrünə aid olan Tac-Mahal abidəsidir ki, Aqra şəhəri yaxınlığında Camna çayının sahilində tikilmişdir. Bu türbəni Moğol hökmdarı Cahan şah arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üstündə inşa etdirmiş və sonralar özü də həmin türbədə dəfn edilmişdir.Türbəni türk memarı Ustad Məhəmməd İsa əfəndi səmərqəndli Məhəmməd Şərif, istanbullu Xan Rumi ilə birlikdə tikmiş, kitabə və bəzək işlərinin yaradılmasında isə Şiraz, Lahor, Təbriz, Dəməşq, Bağdad və Buxara ustaları iştirak etmişlər. Böyük bağ içərisində salınmış məscid, mehmanxana və s. ibarət olan bu geniş memarlıq ansamblının əsas hissəsi olan Tac-Mahal türbəsi hündürlüyü təqribən 74 metrə çatan beşguşəli möhtəşəm binadan və küncləri hündürlüyü təqribən 45 metrə çatan dörd minarədən ibarətdir. Türbənin divarları cilalanmış ağ mərmərdən tikilmiş, üzəri əqiq, mirvari, sədəf, kəhrəba, zümrüd, yaqut və s. kimi əlvan və qiymətli daşlarla bəzədilmişdir. İngilis müstəmləkəçiliyi dövründə (XVIII əsr-1947) Hindistanda Avropa mədəniyyətinin təsiri güclənmiş, milli incəsənət tənəzzülə uğramışdır. Bu dövr ərzində köhnə şəhərlər-Kəlkətə, Mədrəs, Bombey genişləndirilmiş, Avropa memarlığı üslublarında yeni tikililər yaradılmışdır. Hindistanda elmlər də xeyli inkişaf etmişdi. Riyaziyyat ən ali elmlərdən biri hesab olunurdu. Təkçə onu deyək ki, ərəblər "ərəb rəqəmləri" adlandırdıqları rəqəmləri Hindistandan alaraq Avropaya ötürmüşlər. Hind musiqi mədəniyyəti də qədim ənənələrə malikdir. Belə klassik musiqi nümunələrindən e.ə. II minilliyə aid olan «Samaveda» ovsun nəğmələri məcmuəsini, eramızın I əsrinə aid teatr sənətindən,musiqi və rəqsdən bəhs edən «Natyaşastra» traktatını və s. göstərmək olar. Azərbaycanla Hindistan arasında müxtəlif istiqamətli əlaqələr bütün dövrlərdə mövcud olmuşdur. İki ölkə arasındakı mədəni əlaqələrin inkişafı bəzən ləngimiş, bəzən bir müddət dayanmış, bəzən də sürətlə davam elmişdir. Lakin bu əlaqələr hər zaman işgüzar və dinc xarakterli olmuşdur. Azərbaycan-Hindistan mədəni əlaqələri ədəbiyyatda da öz əksini tapmışdır. Tarixi məlumatlara görə Azərbaycan-Hindistan mədəni əlaqələrinin banilərindən biri məşhur Azərbaycan şairi Nizami Gəncəvi olmuşdur. Nizami Hind xalqının həyat və məişətini dərindən öyrənmiş və əsərlərində bu ölkəni «kamil həkimlər ölkəsi» adlandırmışdır. Nizaminin əsərlərində Hindistanın təbiəti, adət-ənənəsi, geyim tərzi, fəlsəfəsi və s. də öz əksini tapmışdır. Onun «Yeddi gözəl» poemasındakı gözəllərdən biri də məhz Hindistandan seçilmişdir. N.Gəncəvi, Xaqani Şirvani farsdilli Hind poeziyasına,xüsusən də böyük Hind şairi Əmir Xosrov Dəhləviyə (1262-1325) güclü təsir göstərmişlər. Dəhləvi Nizaminin təsiri ilə öz «Xəmsəsini yaratmışdır. Bəzi Orta əsr şairləri, o cümlədən Məsihi, Saib Təbrizi və s. müəyyən müddət Hindistanda yaşayıb-yaratmışlar. Bundan əlavə XIII əsrin sonlarında iki min illik tarixə malik Hind ədəbi abidəsi „Pəncə-tantra“ (»Kəlilə və Dimnə") bütünlüklə Azərbaycan dilinə tərcümə edilmişdir. Bu dastandan götürülmüş təmsillər, atalar sözləri əsasında Azərbaycan ədəbiyyatında çoxlu sayda bədii nümunələr meydana çıxmışdır. Respublika Əlyazmaları İnstitutunda saxlanılan «Kəlilə və Dimnə» dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır. Görkəmli Azərbaycan alimi, coğrafiyaşünas səyyahı, tarixçi-etnoqrafı, filosofu, ədəbiyyatşünası Hacı zeynalabdin Şirvani (1780-1837) 36 il ərzində Şərq ölkələrini, o cümlədən Hindistanı səyahət etmiş və təəssüratlarını farsca «Riyazüs-səyahə» («Cənnət bağı səyahətləri», I hissə 1821-22, II hissə 1826-27-ci illərdə tamamlanmışdır), «Hədayüqüs-səyahə» («Səyahət bağları» 1826-27), «Büstanüs-səyahə» («Səyahət bağı» 1832) adlı əsərlərdə ifadə etmişdir. Hacı Zeynalabdin Şirvani Hindistanı səyahət edərkən Pəncabda, Dehqanda və Kəşmirdə olmuş, Dehli, Calalabad. Heydərabad, Allahabad və s. böyük Hind şəhərlərini əsərlərində təsvir etmişdir. O, Hindistanın Hind, Qanq, Braşaputra, Damodar və s. böyük və orta çay hövzələrini tədqiq edib öyrənmiş və özünün təəssüratlarını ümumiləşdirərək qələmə almışdır. H.Z.Şirvani öz əsərlərində eyni zamanda Hindistanın tarixindən, məişətindən, adət və dinindən də bəhs edir. O, hindlilərin səyyahlara və qonaqlara xüsusi qonaqpərvərlik göstərmələrini, bu əməksevər xalqın musiqi mədəniyyətinin yüksək dərəcədə inkişaf etdiyini qeyd edir. XIX əsrin görkəmli Azərbaycan filosofu və maarifpərvəri M.F.Axundov öz materialist və demokratik dünyagörüşünü «Hind şahzadəsi Kamalüddövlənin İran şahzadəsi Cəmalüddövləyə üç məktubu» adlı fəlsəfi əsərində daha dolğun surətdə ifadə etmişdir.M.F.Axundov Hindistanla əlaqə saxlayırdı və hind fəlsəfəsi sahəsində tədqiqat aparırdı. Maraqlı bir tarixi faktı da qeyd etmək lazımdır ki, bu da 1530-39 və 1555-56-cı illərdə Hindistanın padşahı olmuş Nəsirəddin Hümayunun (1508-1556) ikinci dəfə Dehli taxtına çıxması ilə bağlıdır. Nəsrəddin Humayun atasından-Böyük Moğollar sülaləsinin banisi Baburdan irs qalan dövləti genişləndirmək məqsədilə öz qardaşları və qonşularına qarşı mübarizəyə başlamışdı.Onun mübarizə apardığı ən güclü rəqiblərdən biri də Bihar və Benqaliyanın qüdrətli hökmdarı Şerxan olmuşdur. Şerxan sonralar 1545-ci ilə qədər Hindistana şahlıq etmişdir. Nəsrəddin Humayun 1939-cu ildə məğlubiyyətə uğrayaraq taxtdan salınır. Öz malikələrini tərk etmək məcburiyyətində qalan məğlub şah Qərbi Hindistan və Əfqanıstanı gəzdikdən sonra Azərbaycanın Səfəvilər sülaləsinin ikinci nümayəndəsi I Təhmasib Şahın (1524-1576) yanında qalmağı qərarlaşdırır. 1555-ci ildə yaranan əlverişli vəziyyətdən istifadə edən Humayun I Təhmasib Şahın hərbi köməyi ilə Pəncabda, Dehlidə və Aqrada öz hökmranlığını bərpa edir. Onun qoşun komandiri-sərkərdəsi də azərbaycanlı Bayram xan Baharlı olmuşdur. Hind mədəniyyətinin özünəməxsus inkişafı ölkəni qədim dünyanın mədəniyyət mərkəzlərindən biri səviyyəsinə yüksəlmişdir.Bu mədəniyyətin Şərqi Asiya ölkələrinə də böyük təsiri olmuşdur. Mənbə SƏDAQƏT MƏMMƏDOVA MƏDƏNİYYƏTŞÜNASLIQ
['Hindistan mədəniyyəti', 'qədim Hindistan', 'hind mədəniyyəti']
1,033
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3124/m%C9%99mm%C9%99d-%C9%99min-r%C9%99sulzad%C9%99.html
Məmməd Əmin Rəsulzadə
Pele
Böyük insanlar,şəxsiyyətlər
4 may 2016, 00:59
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk dünyasında deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın böyük oğlu Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənin (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını” yaratmışdır. Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.   Bir az sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk şeiri “Şərqi Rus” qəzetində çap olunmuşdur. 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) Bakı Komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradılmasında iştirak etmişdir. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məmməd Əmin Rəsulzadə olmuşlar. M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmiş,  qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır. Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından “Təkamül” adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərinə və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu dövrdə mətbuatda (“Şərqi Rus”, “Hümmət”, “Təkamül” və s.) dərc olunmuş yazılarında xalqa söz, mətbuat, vicdan, cəmiyyət və ittifaqlar yaratmaq azadlıqları verilməsi, vətəndaşların əmlakının və canlarının toxunulmazlığının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırır, Rusiyanın Azərbaycanda yeritdiyi milli qırğın siyasətini kəskin tənqid edirdi. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan “Dünya” qəzeti M.Ə.Rəsulzadənin “Stalin ilə inqilab” adlı silsilə xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu barədə söhbət açır . M.Ə.Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin (1864-1941) redaktor olduğu “Füyuzat”, həmçinin Əhmədbəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap olunmuşdur. Müəyyən müddət o “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) “Türk-rus və rus-türk lüğəti” kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)” kitabını Azərbaycan dilinə təcümə edib və “Təkamül” qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə “Azərbaycana muxtariyyət” şüarı fikrini yaymağa başlamış və çarizm üsul-idarəsini, müstəmləkə istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa, M.Ə.Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır. Bu zaman Azərbaycanda yaranan milli oyanış, Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və b-nın çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan “türkləşmək, islamlaşmaq və müasirləşmək” (“türk qanlı, islam inamlı, Avropa qiyafətli”) məfkurəsi Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərmişdir. 1906-07-ci  illərdə “Təkamül”də, həmçinin başqa qəzetlərdə millətlərə, tayfalara, siniflərə, insanlara (fərdlərə) hüquq bərabərliyi və azadlıq tələb edən yazılarla çıxış etmiş və zaman keçdikcə bu siyasi tələbləri “insanlara hürriyyət, millətlərə istiqlal!” çağırışı kimi formalaşdırmışdır. 1906-07-ci illər  inqilabının məğlub olmasından sonra Rusiyada təqiblərin artdığı şəraitdə M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana mühacirət edir.   Rəsulzadə 1908-11-ci illər İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak etmiş, onun əsas rəhbərlərindən biri olmuşdur. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla, Bağırxanla və onların silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. M.Ə.Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu partiyanın əsas orqanı olan “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878-1969) M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur”. İranda həmin il mürtəce “Etidaliyyun” (“Mötədillər”) partiyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi-firqeyi-etidaliyyun” adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca “Səadəti-bəşər” adlı kitabı nəşr olunmuşdur. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən xaric olunmasını şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün S.H.Tağızadə ilə birlikdə İstanbula müraciət edir. O, Türkiyənin paytaxtında çar Rusiyasının təqiblərindən qurtularaq buraya sığınmış Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Gök Alp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə “Gənc türklər” təşkilatına rəğbət bəsləmiş, “Türk ocağı” cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan “İran türkləri”   məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: “Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor” O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin “Qamusi-aləm”inin I cildində “Azərbaycan” məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan “Azərbaycan” qəzetində də bu məsələyə toxunur: “İslam mərkəzi İstanbulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır”. İstanbulda olarkən M.Ə.Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) “Vəhdəti cinsiyə fəlsəfəsi”ni (“Milli birlik fəlsəfəsi”ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış “Acı bir həyat” əsərini yazır. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O, hələ İstanbuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məmməd Əmin Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik “Müsavat” partiyası”na daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir .  Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. “Yeni lisançılar və türkçülər” məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil-ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır. Bundan başqa, o proletar ədibi M.Qorkinin “Ana” əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərcümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan “Diriliyin” (1914-16) birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin “Dirilik nədir?” adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində çap etdirdiyi “Milli dirilik” başlığı altındakı baş məqalələrdə “Azərbaycan qayəsi”ni yayırdı. O, bu məqalələrdə millətin tərifində dini birliyi deyil, dil və mədəniyyət birliyini önə çəkir, milli azadlıq,  istiqlal ideyalarını geniş təbliğ edirdi. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş “Müsavat” partiyası keçmişdə və bu gün” adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər “Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi”. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstanbulda “Türk yurdu” jurnalında çap etdirdiyi “İran türkləri” məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazımdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycanlılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M.Ə.Rəsulzadə gətirdi. M.Ə.Rəsulzadə 1915-ci ilin avqustundan “Açıq söz” qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən “Müsavat” partiyasının orqanı idi. O, bu qəzetdə Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparırdı.   1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi.  Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa üz qoydu… Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusunu oyatmışdı. Həmin ilin martında açıq fəaliyyətə başlamış “Müsavat” partiyasının orqanı “Açıq söz” qəzeti yazırdı: “Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hürriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər”. Həmin ildə Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında “Türk Ədəm Mərkəziyyət” (federalist – M.Əliyev) partiyası fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi. Bu mitinq “Yaşasın demokratik respublika!”, “Yaşasın Azərbaycan muxtariyyəti!”, “Yaşasın Türk Ədəm Mərkəziyyət partiyası!” şüarları altında keçirilmişdir . 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının I qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurultayda “Azərbaycan qayəsi” məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840-1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay M.Ə.Rəsulzadənin “Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq” barəsində təklifini Əhməd Salikovun “milli-mədəni muxtariyyət” proqramından fərqli olaraq böyük səs üstünlüyü ilə (446:291) qəbul olunur. Bu, Rusiyanın türk xalqları arasında onun nüfuzunu daha da artırdı. Nəticədə o, Rusiyanın gələcək dövlət idarəçiliyi formasını müəyyən edəcək Müəssislər məclisinə Azərbaycanla yanaşı Türküstandan da deputat seçildi. O, həmin dövrdə özünün “Cəmaət idarəsi” və “Bizə hansı hökümət faydalıdır?” kitablarını çap etdirmişdir. M.Ə.Rəsulzadənin qurulutayda etdiyi məruzə Ə.Salikovun çıxışı ilə birlikdə “Şəkli idarə haqqında iki baxış” adı altında həmin dövrdə çap olunmuşdur. Həmin ayda Rəsulzadənin redaktorluğu ilə “Qardaş köməyi” jurnalı çap olundu. Jurnalın təəssüf ki, bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında “Müsəlman demokratik “Müsavat” partiyası” ilə Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi “Türk Ədəm Mərkəziyyət partiyası” birləşib, “Türk Ədəm Mərkəziyyət partiyası “Müsavat” adı altında çıxış etməyə başladı. Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında, hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu. Rəsulzadə burjua xadimi kimi onu damğalamağa çalışanlara cavab olaraq yazırdı ki, “Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar?”. Bunu da qeyd etmək lazımdır ki, onun “MAR”, “MAR-zadə”, “M.R-zadə”, “Haman”, “Sosialist” və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.   1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən “Türk Ədəmi Mərkəziyyət partiyası Müsavat”ın I qurulutayında M.Ə.Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. O, qurultaydakı çıxışında partiyanın mübarizə istiqamətini müəyyən edərək bildirir: “Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal!” Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır. Lakin Oktyabr çevrilişindən (1917) sonra Rusiyada bolşevik irticası və yeni milli əsarət dövrü başlandı. Silah gücünə keçmiş Rusiya imperiyasının sərhədlərini bərpa etmək siyasəti yeridildi. Bakıda və onun ətraflarında hakimiyyəti ələ keçirən S.Şaumyanın bolşevik-daşnak güruhu Azərbaycana “muxtariyyət” əvəzinə “məzarıstan” vəd etdi və 1918-ci ilin martında Bakıda və bunun ardınca ölkənin digər bölgələrində Azərbaycan xalqına qarşı kütləvi soyqırım törədildi. Mart soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə başçılıq edən “Müsavat”ın binası və “Açıq söz”ün redaksiyası yandırıldı. Bu zaman Rəsulzadə milli azadlıq hərəkatının digər görkəmli nümayəndələri ilə birlikdə Qafqazın Rusiyadan ayrılaraq müstəqil konfederasiya yaratması və Türkiyə ilə sülh danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır və Tiflisdə — Zaqafqaziya parlamentində (seymində) Müsəlman (Azərbaycan) fraksiyası rəyasət heyətinin sədri kimi çıxış edir.   1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi (1918, 27 may). 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor” Gördüyümüz kimi, M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci Dünya müharibəsi ərəfəsində “Dirilik” jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan “Azərbaycan qayəsi”ndən söhbət açır. Onu da qeyd edək ki, təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Çarizm Azərbaycanda müstəmləçilik siyasəti aparırdı. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər.  Rəsulzadə Azərbaycan Milli Şurasının sədri kimi xarici işlər naziri Məmməd Həsən Hacınski ilə birlikdə Osmanlı dövləti ilə Batum müqaviləsini imzalayır (1918, 4 iyun). Müqavilənin 4-cü maddəsinə əsasən Osmanlı dövləti Bakı sovetinin daşnak-bolşevik hərbi birləşmələri və erməni-daşnak quldur dəstələri tərəfindən soyqırımına məruz qalmaqda olan Azərbaycan xalqına qardaşlıq yardımı göstərir. Azərbaycanın və bütün Cənubi Qafqazın türk-müsəlman əhalisi qırılıb məhv olmaqdan qurtulur. M.Ə.Rəsulzadə dövlət xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyununda baş vermiş ilk hökümət böhranının aradan qaldırılmasında mühüm rol oynamış, istiqlalın qorunub saxlanması naminə sədri olduğu Milli Şuranın müvəqqəti olaraq, istefasına razılıq vermişdir. O, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuruiyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinə sədrlik etmiş, çox mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın mənafeyini uğurla müdafiə etmiş, Azərbaycanda hərbi işin təşkili, maliyyə problemi, ərazi məsələsi haqqında Türkiyə rəsmiləri ilə danışıqlar aparmış, xüsusən Bakı məsələsində çevik və prinsipal mövqe tutmuşdur. 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır.   Parlamentin təntənəli açılışında (1918, 7 dekabr) parlaq nitq söyləmiş və sonra “Müsavat” partiyası adından gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış etmişdir. Onun “...müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir” sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışları ilə qarşılanmışdı. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində “Müsavat” fraksiyasına başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynamışdır. M.Ə.Rəsulzadə Parlamentdə Bakı Dövlət Universitetinin açılması ətrafında gedən müzakirələrdə də qətiyyətli çıxışlar etmişdi. O, milli kadrların azlığına görə Universitetin açılmasını vaxtsız hesab edənlərə və başqa dildə açılmasına qarşı çıxanlara cavabında demişdir:“...Universitetin təsis edilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır, buna görə də bütün maneələr aradan qaldırılmalıdır. Əlbəttə, yaxşı olardı ki, açılacaq elm ocağı türk dilində olaydı, lakin bu hələlik mümkün deyildir. Bu başqa dildə də olsa, Universitetin fəaliyyət göstərməsinə mane olmamalıdır. ...Universitetdə türk dili keçiləcək, tələbələrin özləri də Bakıda, öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəklər”. 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, “1920-ci il üçün Azərbaycan Respublikasının təqvim-ünvanı”nda oxuyuruq ki, Universitet fəaliyyətə başladıqadn sonra M.Ə.Rəsulzadə “Tarixi-filologiya” fakültəsində “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə oçerkində yazır: “Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar” . Rəsulzadə bu dövrdə Borçalı və Qarabağla bağlı Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qaldırılmış ərazi iddialarında prinsipial mövqe tutmuşdur. Borçalı ilə bağlı Aərbaycan hökümətini “qan tökməklə” hədələyən gürcü nümayəndəsinə “nə etmək olar, əgər məcbur etsələr, qan da tökmək olar” deyə qətiyyətlə cavab vermişdi. O, Qarabağ məsələsində də  eyni cür qətiyyət göstərmişdi: “bizim fikrimizcə və hökumətin fikrinə görə Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə olan hər növ təklifi rədd edirik”. Rəsulzadə “Müsavat” partiyasının 1919-cu ilin dekabrında keçirilmiş 2-ci qurultayının rəyasət heyətinin sədri seçilmiş, partiyanın Mərkəzi Komitəsinin və Parlament fraksiyasının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Yenidən partiyanın Mərəzi Komitəsinin sədri seçilmişdir. 1920-ci il aprelin 27-də 11-ci Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə AXC-i Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə  bunun əleyhinə çıxmışdır. AXC-nin süqutundan sonra gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişi ilə Bakıda “Müsavat”ın gizli mərkəzi yaradıldı. Onun özü isə Lahıcda gizləndi. Rəsulzadə qırmızı istiladan sonra AXC-nin dövlət strukturlarının dağıdılması, repressiyalar, qanlı qırğınlar dövründə xalqın sovet-bolşevik rejiminə qarşı göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, “milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafizə etməkdə olduğuna inandığını” bildirirdi. M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də Lahıcda həbs olundu. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir.   M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır: “Müsavat” partiyasının gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. M.Ə.Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir”. Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi. 1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlandı. O, AXC-nin süqutundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə “Azərbaycan Milli Mərkəzi”ni (İstanbulda), “Müsavat” Partiyasının Xarici Bürosunu yaratdı və “Müsavat”ın Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatına istiqamət verdi. O, eyni zamanda siyasi mühacirətin parçalanmasının qarşısını almağa, onun vahid mərkəzdən idarə olunmasına çalışırdı. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə “Prometey” təşkilatı yaradıldı. “Promotey” sovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi. 1928-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstanbulda “Yeni Qafqaziya” jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda “İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri” kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), sonra isə “Odlu yurdu” (1929-1930) jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr edilməkdə idi. O, 1931-ci ildə sovet hökümətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur oldu. M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. 1932-ci ildə Rəsulzadənin siyasi fəaliyyətinin Polşa dövrü başladı. 1934-cü ildə Ə.Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzaladı. Sazişə əsasən Qafqazda Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikalarından ibarət konfederasiya dövləti – respublikası yaratmaq nəzərdə tutulurdu. Ə.Topçubaşovun ölümündən (1934) sonra siyasi mühacirətin istiqlal mübarizəsində aparıcı rol oynadı. 1936-cı ildə Varşavada “Müsavat”ın qurultay səlahiyyətli konfransını keçirdi. M.Ə.Rəsulzadə konfransda “Milli hərəkatda Firqə” mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, partiyanın həm Azərbaycan daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirdi. O, “şəxslər müvəqqəti, ideologiya əbədidir” tezisini əsas tutaraq, siyasi mühacirləri istiqlal ideologiyasına sadiq olmağa çağırdı. 1939-cu ildə II Dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Ruminiyaya keçdi. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girdi. Lakin danışıqlar uğursuzluqla nəticələndi. M.Ə.Rəsulzadə Berlində “Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək, qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıxı surətdə işbirliyi təmin etmək” məqsədilə “Milli Azərbaycan Komitəsi”ni yaratdı. Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması məsələsində müsbət nəticə alınmadığını görən Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getdi. Müharibənin sonuna yaxın Münxendə gizli şəraitdə yaşayan Rəsulzadənin yaratdığı “Azərbaycan Demokrat Birliyi” cəmiyyəti azərbaycanlıların faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı “Türkiyə-Azərbaycan” cəmiyyəti isə onların Türkiyəyə aparılmasına kömək göstərdi. Müharibədən sonra, 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. O, eyni zamanda bütün Azərbaycan mühacirlərini vahid mərkəz ətrafında birləşdirmək məqsədilə Ankarada Azərbaycan Kültür Dərnəyini yaratdı (1949, 1 fevral). 1952-ci ilin dekabrında Münxendə keçirilən Ümumi Qafqaz Kofransında iştirak etdi. Konransın qərarına əsasən, Azərbaycan, Gürcüstan, və Şimali Qafqazın təmsil olunduğu Qafqaz İstiqlal Komitəsi yaradıldı. Amerika Birləşmiş Ştatlarına gedərək AXC-nin yaradılmasının 35-ci ildönümü münasibətilə 1953-cü il mayın 28-də “Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına müraciət etdi. M.Ə.Rəsulzadə mühacirətdə olduğu dövrdə siyasi fəaliyyətlə yanaşı ədəbi fəaliyyətini də davam etdirmişdir. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində “Azərbaycan və istiqlaliyyəti” və rus dilində “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olundu. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən “İstiqlal” (1932-1934) qəzeti və “Qurtuluş” (1934-1938) jurnalı çap edilirdi. 1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı da böyük maraq doğurur. Onun 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində “Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hüriyyət savaşı” kitablarının adlarını çəkməmək olmaz. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş “İslam-türk ensiklopediyasının” 1-ci cildində “Azərbaycan ləhcəsi” adlı məqaləsi dərc edilmişdir. M.Ə.Rəsulzadənin 1949-cu ildə Ankarada “Azərbaycanın kültür kələnkləri” adlı kitabı işıq üzü görmüşdür. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950-ci il) və “Çağdaş Azərbaycan tarixi” (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir. Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində “Azərbaycan Respublikası” məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan “Britaniya ensiklopediyası”nda “Müsavat” partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan “Türk ensiklopediyası”nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, “Türk tarix qurumu” və “Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, 2-ci Dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Qafqaz” (1932-1938) və fransızca buraxılan “Prometey” (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan “M.Ə.Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə” və s. qeyd etmək olar. Rəsulzadə Azərbaycan mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ömrünün sonunadək Azərbaycanın müstəqilliyini bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir.   Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan…  Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi. O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı Seyid Həsən Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan S.H. Tağızadə “Sühən” jurnalında yazırdı: “Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir” .
['Məmməd Əmin Rəsulzadə', 'Rəsulzadə', 'M.Ə.Rəsulzadə']
1,034
https://kayzen.az/blog/azerbaycan/18690/bak%C4%B1-l%C9%99hc%C9%99si.html
Bakı ləhcəsi
Azərbaycan
Azərbaycan
3 may 2016, 15:51
Qədim zamanlardan Bakı bir şəhər kimi İranın təsiri altında olmuşdur. Bu təsir ta keçən əsrin ortalarınadək davam edib. Belə vəziyyət o dövrə təsadüf edir ki, az qala bütün türk aləmi az-çox İranlıların təsiri altında idi. M. Ə. Rəsulzadə "Əsrimizin Səyavuşu" adlı əsərində həmin dövrü belə xarakterizə edirdi: «Bir çox zaman azərbaycanlılar kəndi türklüklərini, türk soyundan gəldiklərini bilməyərək, xalis İranlı kimi kəndilərin hiss etdilər. İranlı kimi düşünüb, İranlı kimi yaşadılar. Bu o zaman idi ki, bütün türk aləmi az-çox İran təsirində bulunurdu. O zaman idi ki, soltan Səlim farsca şeirlər yazıb, oxuyur, az qalsın ki, bunu rəsmi lisan elan ediyordu». M. Ə. Rəsulzadənin bu sözləri elə bil bakılılar barədə deyilmişdi. Daş hasarlar içərisinə sığınıb qalmış bakılılar İran təsirinə elə qapılmışdılar ki, bəzən özlərinin türk olduqlarını belə unudurdular. Nəinki geyimdə, hətta danışıq tərzində də onları iranlılardan çox çətinliklə ayırmaq olurdu. Keçən əsrin ortalarınadək Bakının bütün hökümət dairələrində rəsmi dil fars dili idi. Hələ bundan xeyli qabaq xanlıqlar dövründə bütün fərmanlar ancaq fars dilində verilirdi. Xanların saraylarında işləmək üçün İrandan xüsusi mirzələr dəvət olunurdu. Rəsmi dil fars dili hesab olunurdu. Küçələrdə, bazarlarda camaat fars dili qarışıq azərbaycanca   danışırdı. Bir-birinə müraciət və mülaqatlar da ancaq farsca idi. Məişətdə və evdarlıqda işlənən qab-qacaqların adları da ancaq farsca idi. Məsələn: xakəndaz (xak-torpaq, əndazə-ölçü, yəni torpaq ölçən, torpaq götürən), nəməkdan (nəmək- duz, dan-qab, yəni duz qabı), qənddan və sairə onlarca belə əşya göstərmək olar ki, İranda da, Bakıda da eyni cürə adlanırdı. Bu ondan əmələ gəlmişdi ki, qala divarları ilə Azərbaycanın başqa şəhər və kəndlərindən təcrid edilmiş bakılılar Azərbaycanın zəngin söz leksikonundan istifadə edə bilmirdilər. Onların dili və danışığı zəngin Azərbaycan dili hesabına zənginləşə bilmirdi. Bakılılar o zaman gözünü açandan İranı və İranlıları görmüşdülər. Millətini də, dilini də soruşanda ancaq «müsəlman» deyə cavab verərdilər. Azərbaycan leksikonunda təbiətə, meşəyə, hətta maldarlığa aid zəngin söz ehtiyatından bakılılar məhrum idilər. Bunun əvəzində isə elə terminlər vardı ki, ancaq Bakıda işlənirdi. Bakıda dənizçiliyə aid sözlərə Azərbaycanın heç bir rayonunda rast gəlməzdin. Bakının ticarət mərkəzi kimi ruslar, türkmənlər və başqa millətlərlə daimi ticarət əlaqələri saxlaması nəticəsində sözsüz ki, onların dili də, danışıq tərzləri də bakılıların gündəlik danışıqlarına öz təsirini göstərmişdi. Bakı bir müddət türklərin işğalı altında olduğu müddətdə türk dilinin də Bakı danışığına təsiri az olmamışdır. Ruslarla daimi əlaqə nəticəsində bir sıra rus sözləri Bakı leksikonuna təhrif edilmiş şəkildə daxil olmuşdur. Bunlardan becid (rusların bejit sözündən törəmişdir). Yaxud Bakıda faytonçular atları sürərkən camaatı xəbərdar etmək üçün «Birqes» deyə çağırırdılar. Bu, rusun bereqis sözünən gəlmə idi. Bakıda bir vaxt çox işlənən «Atmaral» sözü də admiral sözünün təhrif edilmiş forması idi. Başqa bir misal: keçmişlərdə bakılılar rusları "ştottı" deyə çağırardılar. Bu rusların "Çto tı" sözlərinin təhrif edilmiş şəklidir. Ruslar bu sözləri öz danışıqlarında tez-tez işlətdikləri üçün bakılılar da onları bu sözlərlə tanıyırdılar.   Türkmənlərlə də bakılıların daimi ticarət əlaqələri olmuşdur. Bakı limanında türkmən qayıqlarının sayı-hesabı olmazdı. Bu daimi yaxınlıq bizcə bakılıların danışığına öz təsirini göstərmişdir. Bəlkə elə bunun nəticəsindədir ki, bakılılar bəzi sözləri Azərbaycanın başqa şəhər və kəndlərində yaşayanlardan fərqli olaraq, türkmənlər kimi tələffüz edirlər. Məsələn, «bunun», «bunun üçün» sözlərini türkmənlər də, bakılılar da eyni şəkildə tələffüz edirdilər: «Munun», «Munun üçün». Göründüyü kimi B səsi M səsi ilə əvəz olunur. Daha başqa bir misal olaraq «darmadağın» sözünü alaq. Türkmən də, bakılı da bunu «dərbədağın» kimi işlədirdi. Biz bu sözün deyilişində türkmən dilinin açıq təsirini görürük. Başqa bir sıra sözlər də vardır ki, türkmənlərdə də, bakılılarda da eyni tərzdə tələffüz olunur.   Türk qoşunlarının Bakıda qısa müddət qalmalarına baxmayaraq bakılılar bəzi sözləri türklər kimi tələffüz etməyə alışmışdılar. Belə bir təbir o zamandan indiyədək davam edib, gəlmişdir. Məsələn, türklər, «Verdim» sözünü həmişə «Vərdim»  kimi  tələffüz  etdikləri  kimi  bakılılar  da  bəzən  indiyədək  «verdim» sözünü «vərdim» kimi tələffüz edirlər. «Verdim» sözünün bu cür tələffuz edilməsinə Azərbaycanın heç bir rayonunda təsadüf edilmir. Bundan başqa «sirr» sözünü də bakılılar türklər kimi «sırr» deyə tələffüz edirlər.   Yuxarıda dediyimiz kimi bakılıların danışığına farsların daha böyük təsiri olmuşdur. Bir qayda olaraq, bakılılar O səsini farslar kimi U kimi tələffüz edirlər. Məsələn: «Onun üçün» əvəzinə «unun üçün», «Onun yanına getdim» əvəzinə «unun yanına getdim» kimi deyərək, O səsini U səsi ilə əvəz edirlər. Bu da şübhəsiz ancaq fars dilinin təsiridir. Bakılılar bəzi sözlərdə A səsini O kimi tələffüz edirlər. Xüsusilə Abşeronun cənub kəndlərində bu daha çox inkişaf tapıb. Məsələn, bacı əvəzinə bocı, daban əvəzinə doban, baş əvəzinə boş deyirlər. Eyni şeyi Ə səsi ilə E səsinin də dolaşıq salınmasında görürük. Məsələn, «geriyə döndüm» əvəzinə «gəriyə döndüm», «gen pencək» əvəzinə «gən pəncək», «belə-belə işlər» əvəzinə «bələ-bələ işlər» deyirlər. Bakılıların əksəriyyəti «gətirmək» sözü ilə «götürmək» sözlərini bir qayda olaraq, dolaşıq salırlar. Hətta indiyədək Bakı ziyalılarından bəziləri də bu xəstəlikdən yaxa qurtara bilməyiblər. «O kitabı gətir mənə» və yaxud «bu vedrəni götür apar», «o kitabı götür mənə», «bu vedrəni gətir apar» kimi ifadə edirlər. Siz birinin bakılı olub-olmadığını öyrənmək üçün ona bu iki sözdən tərtib olunmuş bir cümlə dedirdin. Dərhal görəcəksiniz ki, o bu sözlərin yerini dolaşıq salır. Bakılılar sözləri bir qayda olaraq, qoşa-qoşa işlədirlər: gedə-gedə, gülə- gülə, qaça-qaça və sairə. Hətta belə bir lətifə də vardır: bir bakılıdan soruşurlar ki, siz niyə sözləri qoşa-qoşa işlədirsiniz? Cavabında deyir ki, onu biz yox, kənti-küttü deyir.   Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR  Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
['ləhcə']
1,035
https://kayzen.az/blog/kulturologiya/18798/q%C9%99dim-%C9%99r%C9%99b-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Qədim ərəb mədəniyyəti
Qiyasli
Kulturologiya (mədəniyyətşünaslıq)
30 aprel 2016, 18:10
VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd milyon oturaq, üç milyon köçəri ərəb yaşamışdır. Lap qədimdən onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər. Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan eyniköklü dillərdə danışmalarına baxmayaraq, bir-birini çətinliklə başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər.Onların həyat tərzində öz əksini tapmış fərq isə cənub və şimal ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik ki, cahilliyyə (nadan­lıq) adlandırılan islama qədərki dövr ərəblərinin həyat və niəişəti haqqında əsas mənbə kimi qiymətləndirilən qədim ərəb poeziyası nümunələrində də Ərəbistan sakinlərinin özlərini ərəb adlandırmasına dair elə bir məlumat yoxdur. Ətraf qonşularının "ərəb" adlandırdıqlan Ərəbistan sakinləri bir xalq kimi yalnız VII əsrin I yarısında islam bayrağı altında birləşə bilmişdir. Onu da qeyd edək ki, "ərəb" sözü əvvəllər etnik mənsubiyyəti bildirməmiş, yalnız «quraqlıq, xam torpaq» və onun sakinlərinə işarə kimi işlənmişdir. Sonralar bu sözün məna dairəsi genişlənmiş, "ərəb","Ərəbistan", "ərəb dili" terminləri meydana çıxmış və nəhayət "ərəb" sözü böyük bir xalqın adının ifadəçisinə çevrilmişdir. Dilimizin, dinimizin, mədəniyyətimizin formalaşmasında müəyyən təsiri olmuş ərəb mədəniyyəti Azərbaycan alimlərini həmişə maraqlandırmışdır. Ərəb mədəniyyətinin formalaşması əsasən VII əsrə təsadüf edir.Bu dövr tarixdə islam dininin meydana çıxdığı və ərəb istilaları nəticəsində Xilafət kimi böyük dövlətin yaranması ilə xarakterizə olunur. Xilafətə daxil olan xalqların mədəniyyətində ümumi formaların bərqərar olmasına həm dövlət, siyasət, həm də din, bəzi yerlərdə isə dil birliyi geniş imkan yaratdı. Ərəb mədəniyyətinin inkişafmda islamı qəbul etsələr də, milli müstəqilliklərini saxlayaraq, sonradan dövlət müstəqilliyini də qazanmış xalqların-Orta Asiyanın, İranın və Qafqaz xalqlarının da mühüm rolu olmuşdur. Ərəblər ərəb mədəniyyətini islam dini, ərəb dili və bədəvi poeziyası ənənələri ilə daha da inkişaf etdirdilər. VII əsrin sonundan VIII əsrin ortalarına qədər Əməvilərin paytaxtı Dəməşqlə bərabər Ərəbistanda Məkkə, Mədinə, İraq ərazisində Kufə və Bəsrə şəhərləri ərəb mədəniyyət mərkəzləri olmuşdur. 750-ci ildə Abbasilər xilafətinin yaranması ilə ərəb mədəniyyəti mərkəzi Suriyadan İraqa-Bağdad şəhərinə keçmişdir. Bu şəhərdə üç əsr müsəlman Şərqi mədəniyyətinin görkəmli nümayəndələri bir-birini əvəzləyərək fəaliyyət göstərmişlər. Ərəb mədəniyyətinin daha da tərəqqi etdiyi dövr IX-X əsrlərdir. Belə ki, bu dövrdə bir çox elmlər, o cümlədən, fəlsəfə,təbabət, fizika, riyaziyyat, astronomiya, coğrafiya, tarix və s. Inkişaf etmişdir. Yaradılan gözəl abidələr maddi mədəniyyət xəzinəsini daha da zənginləşdirirdi. X əsrin ortalarında Abbasilər xilafətinin parçalanması və onun ərazisində müstəqil dövlətlərin yaranması ərəb mədəniyyətinin əhatə dairəsini, dünya mədəniyyətinin inkişafmdakı rolunu getdikcə azaldır. Belə ki, hələ VIII əsrdə Xilafətdən ayrılmış müsəlman İspaniyasında ayrıca ərəb-ispan mədəniyyəti, IX əsrin sonlarında xilafətin şəhər əyalətlərində İran mədəniyyəti və intibahı formalaşmağa başlayır. Fars dili getdikcə daha çox öz əhatə dairəsini genişləndirərək, öncə ədəbiyyat və poeziya sahəsində, sonralar isə digər elm sahələrində də ərəb dilini sıradan çıxarır. Ancaq ərəb dili Quran dili, dini-hüquq və bəzi təbiətşünaslıq elmlərində, fəisəfədə hələ də öz əhəmiyyətini saxlayırdı. VIII-X əsrlər ərəb mədəniyyətinin dünya mədəniyyəti tarixindəki yerini onu yaradanların dünyanın və insanın elmi-dini və bədii cəhətdən dərk olunması və yeni metodlar kəşf etməsi ilə müəyyənləşirdi. Sonralar ərəb mədəniyyəti nümayəndələrinin təşəbbüsü ilə bu irsin sistemləşdirilməsi və daha ətraflı tədqiqi başlandı. Ərəb mədəniyyətində elmi və bədii ənənələrin inkişafına baxmayaraq, XIII əsrin II yarısında epiqonçuluq geniş yayılmağa başlandı. Bəzi təşəbbüslər göstərilsə də, bu, ümumi mənəvi durğunluğa və bir sıra müsəlman ölkələrində — XIV-XV əsrlərdə İran və Orta Asiyada, XVI əsrdə Osmanlı Türkiyəsində və Avropada ərəb mədəniyyətinin inkişafmm mədəni yüksəlişin sürətindən getdikcə geri qalmasına təsir edə bilmədi. Ərəb-ispan mədəniyyətinin tərəqqi dövrü X-XV əsrlərdir. Bu mədəniyyətin mərkəzləri Kordova, Sevilya, Malaqa və Qranada şəhərləri idi. Təbiətşünaslıq elmləri sahəsində böyük nailiyyətlər əldə edilmişdi. İbn Rüşdün əsərlərində ərəb fəlsəfəsinin mütərəqqi qolu inkişaf etdirilirdi. Bu dövrdə poeziya və ədəbiyyatda sonralar ərəb mədəniyyətinə daxil edilmiş əvəzsiz nümunələr yaradıldı. Maddi mədəniyyətdə İspaniya Mavritaniya memarlığı və tətbiqi sənəti şöhrət qazandı.İbn Xəldunun ictimai inkişafa dair tarixi-fəlsəfi nəzəriyyəsi ərəb mədəniyyətinin böyük müvəffəqiyyəti idi. Tarixdən məlumdur ki, XVI əsrdə ərəb ölkələri Osmanlı imperiyasının əyalətlərinə çevrilmişdir. Suriya, İraq və Misir qədim mədəniyyət mərkəzləri kimi müsəlman alimlərinin diqqətini cəlb etsə də, artıq ərəb mədəniyyəti tənəzzülə başlamışdı. XIX əsrin I yarısından isə Ərəb mədəniyyətinin yeni inkişaf dövrü başlayır. Yeni və ən yeni tarixi dövrdə ərəb ölkələrinin həm iqtisadi və siyasi cəhətdən oyanması, milli azadlıq hərəkatının genişlənməsi, həm də müstəqil ərəb dövlətlərinin yaranması ilə müasir ərəb mədəniyyətinin təşəkkülü başlayır. Abbasilər xilafəti dövründə Bağdad öz kitabxana və təhsil müəssisələri ilə beyük elm mərkəzinə çevrilmişdi. Sonralar bu sıraya Dəməşq, Hələb, Qahirə, Marağa, Səmərqənd, Qəznə və s. şəhərlər də əlavə olundu. Hindlilərdən alınmış onluq say sistemi geniş yayılmağa başladı.Ərəb dilində hesaba dair ilk əsərin müəllifi Xarəzmidir. Cəbrin riyazi fənn kimi formalaşmasında Xarəzminin və Ömər Xəyyamın mühüm rolu olmuşdur. Ptolemey və hind alimlərinin astronomiyaya dair əsərləri tərcümə edilərək öyrənildi və astronomiyanın inkişafi başlandı.Ərəblər göy cisimlərinin koordinatlarını təyin etməyi, istifadə olunan üç koordinat sisteminin birindən digərinə keçidi işlədilər. Yerin ölçülərini təyin etmək üçün dərəcə ölçməsi isə Xəlifə Məmunun dövründə aparıldı. Biruni, Xarəzmi, ər-Razi və s. mineralogiyaya dair əsərlər yazdılar. Biruninin «Məsudun qanunu»,«Mineralogiya» və İbn Sinanın «Bilik kitabı»nda atmosfer fizikasına və geofizikaya aid elmi müddəalar irəli sürülürdü. Heysəmin «Optika» əsəri isə hətta Qərbi Avropada da şöhrət qazanmışdı. Tibb sahəsində də nailiyyətlər əldə edilmişdir. İbn Sinanın -Tibb elminin qanunu" orta əsr Şərq aləmində və Qərbi Avropada uzun illər tibbi praktikaya aid əsas vəsait olmuşdur. Bütün xalqların ədəbiyyatı kimi ərəb ədəbiyyatı da öz təməlini şifahi xalq yaradıcılığından — götürmüşdür. İslama qədər yaradılmış ərəb ədəbiyyatı nümunələrinin yalnız az bir hissəsi dövrümüzə gəlib çatmışdır. Bunlar da VIII X əsrlərdə yazıya alınmışdır. Məlumdur ki, cahiliyyə adlanan həmin dövrdə əsas poeziya janrı qəsidə olmuşdur. Bu janrın yeddi əsas nümayəndəsinin — İmrəul- Qeys, Tərəfə ibn əl-Əbd, Naqibə əz-Zubyani, Zuheyr ibn Əbi Sulma, Əntərə ibn Şəddad, Əşa və Ləbid Rabiənin qəsidələrindən ibarət külliyyat dövrün qiymətli ədəbi abidəsidir. Lukman Ad, Əksəm ibn Seyfiyin, Kuss ibn Səidə, Əmr ibn Gülsüm ət-Təqlibi isə cahiliyyə dövrü nəsrinin baniləri hesab olunur. İslam dininin meydana gəlməsi və çox geniş ərazidə yayılması ərəb ədəbiyyatının daha da inkişafına səbəb oldu. Nəsrin inkişafmda Quranın müəyyən rolu olsa da, ədəbiyyatın əsas janrı poeziya idi. Lakin bu dövrün poeziyasında qruplaşma meyli nəzərə çarpırdı. Belə ki, yaranan poeziya nümunələrinin çoxu bəzi siyasi və dini qrupların mənafeyini ifadə edirdi. Dövrün ictimai satirasının dəyərli nümunələri isə Azərbaycan şairi Musa Şəhəvatin qələminə məxsus idi. Tədqiqatçılar Abbasilərin hakimiyyət illərini ədəbiyyatın «qızıl dövrü» adlandırırlar. Çünki bu dövrdə xilafətdə yaranan yeni ictimai-siyasi şərait ədəbiyyatda daha böyük dəyişikliyə səbəb olur. Dövrün tələbinə uyğun olaraq, yaranan ədəbiyyat (əsasən poeziya) ərəbdilli idi. Ancaq bu poeziyanın inkişafinda Azərbaycan şairlərindən İsmayıl ibn Yəssarın, Abbas əl-Əmanın, Musa Şəhəvatın, Əbu Nəsr Mənsur ibn Mümkan Təbrizinin və b. mühüm xidmətləri olmuşdur. Yaranan poeziya nümunələri musiqi əsərlərində də öz əksini tapırdı. Ərəb musiqisi əsasən ərəb incəsənəti ilə bərabər işğal olunmuş ölkələrin incəsənətinin vəhdəti nəticəsində formalaşmışdır. İslam dininin qəbul edilməsi, Yaxın və Orta Şərq, Şimali Afrika, cənub-qərbi Avropa ölkələrinin işğalı və Xilafətin yaranması musiqi mədəniyyətinin inkişafinda mühüm rol oynadı. Belə ki, yunan musiqi nəzəriyyəsinin əsasları qəbul edildi, fars və Bizans musiqisinin təsiri altında ərəb musiqisinin səsdüzümü genişləndi, farsların not yazısı,əsas musiqi alətləri ərəbləşdirildi. 7 pərdəli 12 məqama əsaslanan ərəb musiqisi üçün spesifik kolorit, rəngarəng melizmlər, məqamdan yaranan ifa tərzi və zəngin ritm xarakterikdir. Klassik ərəb musiqisi,əsasən vokal musiqisi ilə təmsil olunur. Orta əsrlərin görkəmli musiqi nəzəriyyəçilərindən sayılan əl-Kindi, İsfəhani, Fərabi, o cümlədən Azərbaycan musiqişünasları Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin əsərlərində Şərq musiqisinə dair mühüm məlumatlar öz əksini tapmışdır. Bu dövrdə İspaniya, Portuqaliya musiqisinə, Avropanın bəzi musiqi alətlərinin formalaşmasına ərəb musiqisinin böyük təsiri olmuşdur. Mənbə SƏDAQƏT MƏMMƏDOVA MƏDƏNİYYƏTŞÜNASLIQ
['ərəb mədəniyyəti', 'ərəblər', 'ərəb tarixi']
1,036
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/15452/q%C3%BCdr%C9%99tli-d%C9%99st%C9%99.html
"Qüdrətli dəstə"
2ral
böyük musiqiçilər
30 aprel 2016, 14:43
1855-ci ildə Nijni Novqoroddan Miliy Balakirev (1837 — 1910) adlı gənc bir bəstəkar və pianoçu Peterburqa gəlir. Cəmi 18 yaşında olan bu istedadlı musiqiçinin sənətində və şəxsiyyətində sanki qeyri-adi bir cazibə qüvvəsi varmış. Çox keçmir ki, musiqi ilə ciddi məşğul olan bir neçə gənc -Preobrajen polkunun zabiti Modest Musorqski (1839 — 81), Dənizçilər Korpusunun tələbəsi Nikolay Rimski-Korsakov (1844 — 1908), kimyaçı-professor Aleksandr Borodin (1833 — 87), hərbi mühəndis Sezar Kui (1835 — 1918) Balakirevin başına toplaşır və onun rəhbərliyi altında rus musiqisində yeni yollar aramaq niyyətinə düşürlər. Qısa bir müddətdən sonra musiqi adi məşğuliyyətdən, əyləncədən onların həyatlarının mənasına çevrilir. «Rus musiqiçilərinin bu kiçik, lakin eyni zamanda qüdrətli dəstəsi necə də yüksək poeziya, hissiyyat, istedad və məharətə malikdir», — görkəmli rus tənqidçisi Vladimir Stasovun bu sözləri heç özü də fərqinə varmadan qrupun adını müəyyənləşdirir -«Qüdrətli dəstə»… «Qüdrətli dəstə»ni eyni zamanda «Balakirev dərnəyi» və ya «Yeni rus musiqi məktəbi» adlandırırlar. Sıx yaradıcılıq əməkdaşlığı ilə bərabər, dəstə üzvləri bir-birinə həmçinin səmimi dostluq münasibəti bəsləyirdilər. Onlar yaratdıqları yeni əsərləri çox vaxt yığışıb müzakirə edir, bir-birilə məsləhətləşirdilər. «Qüdrətli dəstə»nin üzvləri rus xalqının tarixindən, məişətindən, nağıllarından seçdikləri mövzuları musiqi dilinə çevirərək vətənpərvərlik ruhu ilə aşılanmış monumental əsərlər bəstələmişlər. Onlar zəngin xalq musiqisi xəzinəsinə müraciət etmiş və həm rus, həm də Qafqazda, Orta və Yaxın Asiyada yaşayan millətlərin özünəməxsus melodiya və ritmlərini əsərlərində səsləndirmişlər. Miliy Balakirev nadir fitri istedad sahibi idi. Onun Qafqaz melodiyaları əsasında fortepiano üçün yazdığı "İslamey" fantaziyası, U.Şekspirin «Kral Lir» faciəsinə bəstələdiyi musiqi, «Tamara» simfonik poeması, romansları, xalq mahnılarının işləmələri rus musiqi xəzinəsinə əbədi daxil olmuşdur. Balakirev həmçinin məharətli pianoçu və dirijor kimi Avropanın bir sıra ölkələrinə uğurlu qastrol səfərləri etmişdi. Bəstəkarın rus musiqisinin çiçəklənməsi naminə gördüyü işlər də qeyd olunmalıdır. Belə ki, 1862-ci ildə onun təşəbbüsü ilə Peterburqda Pulsuz Musiqi Məktəbi açılmışdı.   Aleksandr Borodinin yaradıcılıq irsi həcmcə kiçik olsa da, rus musiqi mədəniyyətində əhəmiyyətli yer tutur. Borodini çox zaman «rus musiqisinin bahadırı» adlandırırlar. Doğrudan da, bəstəkarın şah əsərləri olan «Knyaz İqor» operasında və 2-ci -«Bahadır» simfoniyasında rus tarixinin qəhrəmanlıq səhifələri canlanır, Vətən naminə igidlik, şücaət ideyaları tərənnüm edilir. "İqor polku haqqında hekayət" adlı rus eposu əsasında yazdığı «Knyaz İqor» operasının baş qəhrəmanı — rus knyazı qıpçaqlara qarşı yürüşə çıxır, lakin məğlubiyyətə uğrayır. İqoru və ümumiyyətlə, rusları səciyyələndirərkən Borodin milli folklorun xüsusiyyətlərindən istifadə etmişdir. Qıpçaqlara gəldikdə isə onlar gözəl, ifadəli Şərqsayağı musiqi vasitəsilə təsvir edilir və heç də əsərin mənfi qəhrəmanları kimi deyil, rusların layiqli tərəf-müqabilləri kimi qələmə verilirlər. Şərq musiqisinə dərindən bələd olduğunu Borodin «Knyaz İqor»dan başqa, «Orta Asiyada» simfonik lövhəsində də nümayiş etdirmişdir. Bəstəkar həmçinin gözəl romanslar müəllifi kimi də şöhrət qazanmışdır. Modest Musorqskinin musiqi dünyası öz dramatik, hətta faciəvi xarakteri ilə seçilir. Yaradıcılığını xalqın taleyinə, onun azadlığının, mənəviyyatının qorunmasına həsr etmiş Musorqski rus musiqi folklorunun ən qədim qatlarına müraciət etmişdir. Bəstəkarın özünəməxsus dəst-xətti onun məşhur «Boris Qodunov» (A.Puşkinin poeması üzrə) və «Xovanşina» operalarında dinləyicini dərhal özünə cəlb edir. Musorqskinin xalqın acınacaqh vəziyyətindən bəhs edən mahnı və romansları sırasında «Yeryomuşkanın laylası», «Yetimciyəz», eləcə də "Ölüm mahnı və rəqsləri" silsiləsi musiqinin psixoloji dərinliyi, obrazların mürəkkəbliyi ilə seçilir. «Sərgidən lövhələr» fortepiano silsiləsini isə Musorqski yaxın dostu rəssam N.Hartmanın vaxtsız ölümündən təsirlənərək yazmışdır. Burada Hartmanın fərdi sərgisində nümayiş etdirilən müxtəlif rəsmlər musiqi dili ilə sanki yenidən canlanır. «Sərgidən lövhələr» sonralar fransız bəstəkarı Moris Ravel tərəfindən orkestr üçün işlənib və simfonik konsertlərdə bu gün də tez-tez səslənməkdədir. Musorqskinin simfonik əsərləri — məsələn, «Yalın dağda gecə» — zəngin və təravətli səs boyaları ilə fərqlənir. Nikolay Rimski-Korsakov musiqi mədəniyyəti tarixində sehrli nağıl ustası kimi tanınmışdır. Onun operalarında incə, zərif Qar qızın məhəbbətin təsirindən əriməsi («Qar qız»), novqorodlu tacir və musiqiçi Sadkonun sualtı səltənətə düşməsi («Sadko»), zülmkar Kaşşeyin süquta yetirilməsi ("Ölməz Kaşşey"), küt, məhdud çar Dodon iqtidarının aqibəti («Qızıl xoruz»; A.Puşkinin əsəri əsasında), çar Soltanın sərgüzəştləri ("Çar Soltan nağılı"; A.Puşkinin əsəri əsasında) və digər məşhur nağılların süjetləri ecazkar musiqi dili ilə nəql edilir. Bəstəkarın simfonik əsərləri sırasında isə "İspan kapriççiosu" və «Min bir gecə» ərəb nağıllarının obrazlarını canlandıran məşhur "Şəhrizad" simfonik süitası xüsusilə qeyd olunmağa layiqdir. Rimski-Korsakov musiqisi lirik, psixoloji duyumu ilə fərqlənir. Onun "Çar gəlini" operasında, eləcə də romanslarında məhəbbət və nifrət, sevinc və kədər obrazları daim bir-birini əvəz edir; lap həyatın özündə olduğu kimi. Rimski-Korsakov həmçinin gözəl pedaqoq olmuşdur. A.Qlazunov, S.Prokofyev kimi görkəmli rus bəstəkarları onun yetişdirmələridir. Hazırda Sankt-Peterburq Konservatoriyası onun adını şərəflə daşımaqdadır.   XIX əsrin 70-ci illərinin ortasından başlayaraq «Qüdrətli dəstə»nin üzvləri arasında şəxsi və yaradıcılıq əlaqələri zəifləyir. Onlardan hər biri yaradıcılıqda yetkinlik dövrünə qədəm qoyduqlarından sənətdə artıq müstəqil, özünəməxsus yolla irəliləyir. Beləliklə, dərnək öz fəaliyyətini başa çatdırır. Lakin «Qüdrətli dəstə» musiqi tarixində parlaq və məhsuldar yaradıcılıq birliyi olaraq qalır. «Qüdrətli dəstə» üzvlərinin milli musiqinin tərəqqisi sahəsindəki xidmətləri və qazandıqları nailiyyətlər rus və Qərbi Avropa musiqisinin inkişafına ciddi təsir göstərmişdir. Bu əsərlərlə tanış olun: N.Rimski-Korsakov — "Şəhrizad" simfonik süitasi N.Rimski-Korsakov — «Sadko» operasi: vedenet, varyaq və hind qonaqlarının ariyalarıN.Rimski-Korsakov — «Qar qız» operasi: Qar qızın ariyasi; Lelin 3-cü mahnısıM.Musorqski -«Sərgidən şəkillər» fortepiano silsiləsiA.Borodin -«Knyaz İqor» operasi: Qıpçaq rəqsləri; Qıpçaq qızlarının xoru; knyaz İqorun ariyasıA.Borodin — 2-ci «Bahadır» simfoniyasi: 1-ci hissəM.Balakirev -"İslamey" fortepiano fantaziyası.   Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi Müəllif Aida Hüseynova
['bəstəkar', 'rus mədəniyyəti', 'musiqi tarixi', 'rus musiqisi', 'rus bəstəkarı']
1,037
https://kayzen.az/blog/sahmat/18762/%C5%9Fahmat-haqda.html
Şahmat haqda
Qiyasli
Şahmat
30 aprel 2016, 01:20
Şahmat sözü Hindcə «Sandregn» sözündən gəlir. Şahmata, İngiliscədə «Chess», Fransızcada «Echecs» deyilir. E.ə.3000 illərində şahmat kimi bir oyunun Misir və Hindistanda oynanıldığı düşünülür. 1913-cü ildə Murretin yazdığı "Şahmat tarixi«ndə, bu oyunun 570 illərində Hindistanda oynandığını ifadə edir. Aparılan araşdırmalara və ələ keçən kitabələrə görə, şahmat 600 illərində Hindistandan İrana keçmişdir. Bəzi sənədlərə görə, Ərəb tacirlərlə qərbə daşınan şahmatın orta əsrlərdə, xüsusilə XI əsrdən XVI əsrə qədər Türklər və Ərəblər tərəfindən yaxşı oynandığı bilinməkdədir. Bunu sübut edən ən gözəl nümunə də, Harun-Ər-Rəşidin „'Charlemang“-a hədiyyə etdiyi şahmat dəstidir. Bəzi sənədlər, şahmatı bir Brahmanın tapdığını və Şaha hədiyyə etdiyini göstərməkdədir. Şah, buna qarşılıq Brahmana „Nə istədiyin varsa qəbul edəcəyəm deyir. Brahman da, Şahdan 64 xanalı şahmat taxtasının ilk xanasına bir, ikinci xanasına iki, üçüncü xanasına dörd, yəni hər xanaya bir əvvəlkinin iki qatı sayda buğda qoyaraq doldurmasını istər. Şah, Brahmanın təvazökarlığına heyran qalaraq istəyinin yerinə yetirilməsini əmr edir. Brahmanın istəyi yerinə yetirilməyə başlanarkən ölkədəki buğdaların çatmayacağı aydın olur. O zaman edilən hesablar sonunda, Brahmanın Şahdan 18.446.744.373.709.551.616 dənə buğda istədiyi ortaya çıxarır. Bu qədər buğdanı yetişdirmək üçün, dünyanın 64 misli böyüklüyündə bir quru parçasına ehtiyac olduğunu görüncə, Şah Brahmanı təbrik edir və qarşısında necə gücsüz olduğunu anlayır. Şahmatın adı Hind dilindən gəlir. Mənası, 4 cins fiqurun, 4 ayrı silahla təqdim edilməsidir. Bu 4 fiqur mövzusunda çox dəyişik şərhlər vardır. Bəzilərinə görə, 4 fiqur “Hava, od, torpaq və suyu, bir qisiminə görə də, „Yaz, qış, yaz və payızı əks etdirir. Burada, ən qüvvətli daş olan vəzir odu və alimləri, top torpağı, fil havanı, şah kainatı təmsil edir. Bu bənzətmələr 4 daşın həndəsi şəkillərindən ilhamlanaraq deyilməkdədir. Bəzi sənədlərə görə isə, bu oyunun quruluşu o zamanki Hind ordusuna bənzər idi. Hind ordusu, 4 qisimdən meydana gəlirdi. Fillər, atlar, döyüş arabaları və piyadalar. “Şahmat oyunu, fiqurları və hərəkətləriylə həqiqətən də Hind ordusundakı döyüş qaydalarını xatırladır. Oyun taxtası üzərində də kəndlilər (piyadalar) qabaqda hücum edir. Şahmat taxtasının bir tərəfindən digər tərəfinə qədər düz olaraq gedə bilən topun hərəkəti, döyüş aarabalarının manevrini əks etdirərkən, atın L şəklindəki hücumu da süvari birliklərinin düşməni usta bir şəklidə bir küncə qısdırma taktikasına söykənir. Ordudakı qaydalara görə kral önündəki piyada birlikləri tərəfindən qorunaraq arxa sıradan ağır addımlarla irəliləməkdə idi.» Dünyada şahmatın inkişafı Orta əsrlərin sonlarında zamanın mədəniyyət öndərləri olan Ərəblər, şahmatı Avropaya tanıtmışlar. Şahmat Avropada əvvəl İspaniya və Portuqaliyada mənimsəndi. Ərəb əl yazmalarından sonra ilk çap edilmiş şahmat kitabı İspan Lucena tərəfindən qələmə alındı. İntibah dövründə İtaliyadan Polerio və Greconun adları əhəmiyyət qazanmışdır. XVIII əsrdə Avropanın bir çox baxımdan qabaqcıl ölkəsi Fransa olmuş və şahmat da gedərək orada gücləndi. Napoleon da boş zamanlarını bu oyuna ayırmışdır. 1840-dan etibarən müasir şahmata başlanğıc olaraq kişilər fərdi şahmat çempionatları təşkil edilməyə başladılar; 1851 London, 1857 New York, 1883 London Çempionatları kimi. Anderssen, Rubinstein, Steinitz kimi müasir şahmatın ilk böyük ustaları bu çempionatlarda özlərini göstərdilər. 1924-də Şahmat Olimpiadaları olaraq da bilinən Beynəlxalq Komanda Turniri, 1927-də isə ilk qadınlar Çempionatı edildi. Bütün dünyada 160-dan çox ölkənin Milli Şahmat Federasiyalarının üzv olduqları, Parisdə 20 İyul 1924-də Dünya Şahmat Federasiyası (FIDE) quruldu. Hələ də 161 ölkənin üzv olduğu FIDE, quruluşundan bu günə qədər 5000-dən çox turnir təşkil etdi. Şahmat, Avropada oynanmağa başlandıqdan sonra qaydalarında əhəmiyyətli dəyişikliklər olmuşdur. Bu dəyişikliklər sayəsində sürətlənən oyun bir aristokrat əyləncəsi olmaqdan çıxmış, geniş xalq kütlələri tərəfindən sevilib oynanan bir oyun halını almışdır. XIX əsrdə sənət və elmdəki köklü dəyişmələr, şahmat düşünmə tərzində də əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdır. Steinitz-lə başlayan kiçik üstünlükləri qalibiyyətə çevirmə, müasirləri tərəfindən dərin və sistematik bir araşdırmaya çevrilmişdir. İkinci Dünya Müharibəsinin sonuna qədər parça-parça olan bu sistematik şahmat işləri Botvinnikin sistemli, elmi və analitik yanaşması sayəsində bir nizama düşmüşdür. Rus şahmatçıları da Botvinnikin yanaşmasını izləyincə ortaya bu gün də etibarlılığını hələ davam etdirən rus(Sovet) məktəbi çıxmışdır. 500 ildir oyunun qaydaları dəyişmədi Köhnə şahmatı, Müasir Şahmatdan ayıran xüsusiyyətlər bunlardır: Vəzir çarpaz gedərkən ancaq 1 xana gedə bilərdi, Fil At kimi ancaq 1 xana atlayaraq gedə bilər, ən qüvvətli fiqur Top idi. Piyadanın başlanğıc vəziyyətindən iki xana irəli getmə qaydası yox idi. Köhnə şahmat oyunu yavaşlığı baxımından da olduqca fərqli idi. Uzağa təsir edən yalnız bir fiqur vardı — «Top». Şahı mat etmək fövqəladə çətin idi. Bu səbəbdən qalib gəlmənin iki yolu vardı: Pat və rəqibin bütün fiqurlarını aradan qaldırmaq (Çılpaq Şah Halı). 1400-cü illərin sonunda fil və vəzir fiqurlarının icadıyla şahmat bu günki şəklini aldı. Piyadaların iki xana atlama, piyadaların son sıraya çatdıqlarında başqa bir fiqura çevrilməsi kimi qaydalar şahmatın sürətləndirilməsi üçün edilmiş yeniliklərdir. Bu inkişafın ardından İspan Lucenanın 1497-də yazdığı ilk çap edilmiş şahmat kitabında oyunun yeni qaydaları açıqlandı. İspaniyada çap edilən bu ilk kitabdan sonra şahmatın qaydaları dəyişikliyə uğramadan günümüzə qədər gəldi. Şahmat, İspaniyadan sonra İtaliya, Almaniya, Fransa, ABŞ və Rusiyada yayılmağa başladı. Oyunla əlaqədar strategiya, qaydalar və taktikaların yer aldığı məşhur kitablar XVII əsrdə İspan El Greco və XVIII əsrdə Fransız Philidor tərəfindən yazıldı. XIX əsrin sonlarında Anderssen, Morphy, Rubinstein və Steinitz şahmatda əhəmiyyətli oyunçular arasında önə çıxan adlar oldular. "İlk beynəlxalq turnirlər 1850-dən etibarən keçirilməyə başlanarkən, 1886-da dövrün ən güclü oyunçuları Steinitz və Zukertort arasında ilk dünya şahmat çempionluq qarşılaşması oynandı. William Steinitz 10 qalibiyyət, 5 bərabərlik və 5 məğlubiyyət ilə nəticələnən 20 oyunluq silsiləni qalib gələrək dünyanın ilk şahmat çempionu oldu." Şahmat tarixindəki qəribəliklər İlk Şahmat Robotu: İlk şahmat robotunun adı Türkdür və bir Avstriya mühəndisi tərəfindən XVII əsrdə Osmanlı padşahının şahmata olan sıx marağı səbəbiylə Osmanlı xanədanına hədiyyə olaraq göndərilmişdir. Bu şahmat robotu əslində bir yalandır. Şahmat taxtasının altına qoyulan mexanizm sayəsində fiqurlar masada əyləşən "şahmatçı robot" tərəfindən oynadılırmış kimi görünür. Əslində olan şey isə masanın altına yaxşıca gizlənmiş birinin qollarını robotun qollarından keçirib hücumları etməsidir. Şahmat tarixində mühüm məqamlar Şahmatda iki oyunçuda hərəsi bir hücum etməklə oynana biləcək 400 fərqli hücum var. İkinci hücumlardan sonra bu ədəd 71 852, üçüncü hücumlardan sonra 9.000.000-dan çox olur. Corc Steiner-ə görə, kainatda bilinən elektronların sayından çox, fərqli və təkrarlanmayan 40 hücumluq oyunlar oynana bilər. Adı Türk olan robot şahmatçı Napoleon Bonapartı 19 hücumda məğlub etmişdi.  İlk şahmat oynayan kompüter 1915-ci ildə Torries tərəfindən hazırlanıb. Maşın bir top və şahla, qarşı tərəfin şahını mat edən təməl oyun sonlarını edə bilirdi. Doğru və məntiqli bir şəkildə şahmat oynayan ilk kompüter proqramı 1958-1959 arasında MIT-dən Alex Bernstein tərəfindən hazırlandı. Şahmat taxtası xanalarının qara və ağ rənglərə rənglənilməsi XI əsrdə Avropada reallaşıb. Garry Kasparov 19 yaşındaykən dünyanın ən güclü ikinci oyunçusu qəbul edilirdi. 1985-də Karpovu məğlub edərək 22 yaşında Dünya Şahmat Çempionu oldu. Amma ən gənc Dünya Çempionu 1978-də Qadınlar Dünya Çempionluğunu 17 yaşında qazanan Maya Chiburdanidze-dir. Bir qəzetdəki ilk şahmat xəbəri 1813-də «Liverpul Mercury» adlı İngilis qəzetində görüldü. 1974də ilk Dünya Kompüter Şahmat Turniri Stockholmda keçirildi. Çempionatı Kaisse adlı Rus proqramı qazandı. Teleqrafla oynanan ilk matç 1844-də Vaşinqton DC və Baltimore şəhərləri arasında edildi. Telefonla oynanan ilk şahmat oyunu isə bu dəfə İngiltərənin Derbyshire şəhərində 1878-də reallaşdı. 1922-də Jose Capablanca Cleveland-də 103 rəqiblə oynadı. Bir oyunda bərabərə qalan böyük usta geri qalan oyunların hamısını qazandı. Napoleon, öldüyü zaman, ürəyinin çıxarılıb bir şahmat masasının içinə qoyulmasını vəsiyyət etmişdi. Ən qısa oyunlardan biri, Bobby Fischerin Dünya Çempionu olmadan əvvəlki oyunlarından bir dənəsidir. Fischer böyük usta Pennoaya qarşı 1.c4 açınca Penno o dəqiqə oyunu tərk etmişdi. Qeydlərdə bilinən ən köhnə şahmat turniri 1575-də Madriddə edilib. Kral II. Phillip tərəfindən təşkil edilən matçlarda Ruy Lopez və Alfonso Caron, Giovanni Leonardo və Givlio Polerio tərəfindən ayrı-ayrı məğlub edilmişlər. Ən uzun oyun 17 Fevral 1989-da Belgradda oynandı. İvan Nikolic və Goran Arsovic arasındakı oyun 20 saatdan çox davam etdi və 260 hücum edildi. Oyun bərabərə nəticələndi. Hücum etmək üçün ən uzun düşünmə müddəti 2 saat 20 dəqiqəylə Francisco R. Torres-indir. Luis M. C. P. Santosa qarşı İspaniyada 1980-də oynadığı bu hücum tarixdəki ən uzun düşünülən hücum olaraq qeydlərdə var. İşin qəribə tərəfi o anda Troisin edə biləcəyi iki hücumu varmış.
['şahmat', 'şahmat oyunu', 'şahmat haqqında']
1,038
https://kayzen.az/blog/BMT/2089/m%C9%99d%C9%99ni-v%C9%99-humanitar-xarakterli-t%C9%99%C5%9Fkilatlar.html
Mədəni və humanitar xarakterli təşkilatlar
təpəgöz
Birləşmiş Millətlər Təşkilatı
30 aprel 2016, 00:35
Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Mil­lətlər Təşkilatı – YUNESKO (UN Educational Scientific and Cultural Orqanization — UNESCO) 1945-ci ildən  YUNE­SKO BMT-nin ixtisaslaşmış müəssisəsi adlanır. Hazırda 190 ölkə təş­kilatın üzvü sayılır. Proqrama əsasən YUNESKO-nun məqsədi və BMT-nin Nizamnaməsi tərəfindən bəyənil­miş milliy­yətin­dən, irqindən, cinsindən və dini mənsubiyyə­tindən asılı olma­yaraq bütün xalqlar üçün sülhü və təhlükə­sizliyi möhkəm­lən­dirmək, elm, təhsil və mədəniyyət sahə­sində hüquq və azadlıq­ların təmin edilməsinə, xalqların bu yolla əməkdaşlığının təmin edilməsinə və göstərilməsinə xid­mət etməkdir. YUNESKO-nun əsas orqanları aşağıdakılardır: 1.Baş konfrans; 2.Icraedici Şura; 3.Katiblik. Yerləşdiyi yer – Paris (Fransa). YUNESKO elmi tədqiqatlar, kadr hazırlığı, dərs demək yolu ilə biliklərin hərəkəti, ötürülməsi və mübadilə edilməsini normativ aktlar əsasında həyata keçirir. Beynəlxalq aktlar və onların yerinə yetirilməsi üçün təkliflər qəbul edir, texniki əmək­daşlıq sahəsində layihələr işləyib hazırlayır, inkişaf sa­həsində    dövlətlərə – təşkilatın    üzvlərinə     ekspert    xidməti tə­q­dim edir, ixtisaslaşmış informasiyanın dəyişdirilməsinə, təh­silin, elmin və mədəniyyətin yeni formaları sahəsində per­spektiv tədqiqatlar aparır. 190 dövlətdə YUNESKO-nun üzvləri təhsil, elm və mə­dəniyyət işçiləri olmaqla milli komissiya yaratmışlar. YU­NESKO-nun 6670 əlaqə yaratmaq məktəbi olmaqla, gənc­lərdə özlərində təmkinlik və başqa ölkələrin xalqlarını başa düşməyi tərbiyə edirlər. YUNESKO-nun təşkilat və mərkəz­lərində 6000 klub təşkilatın idealını və onun fəaliyyətini aşağı səviyyədə hərəkət etdirməyə yardımçı olur. Hazırkı vaxtda YUNESKO (ÜST ilə birlikdə) Afrikadakı gənclərə və yeniyetmələrə seksual və reproduktiv sağlamlığın qorunması barədə məsləhətlər və digər xidmətlər göstərir. Ümumdünya Intellektual  Mülkiyyət Təşkilatı  — ÜIMT — (World Intellectual Property Organization -   WIPO)   -  1893-cü ildən mövcud olan intellektual mülkiyyətin müha­fizəsi üzrə beynəlxalq büronun dəyişməsi nəticəsində 1967-ci ildə baş vermişdir. 1974-cü ildən ÜIMT- BMT-nin ixtisaslaşmış müəs­sisəsidir. ÜIMT- in əsas orqanları: 1.Baş Assambleya; 2.Konfranslar; 3.Əlaqələndirici komitə. ÜIMT- in qərargahı Cenevrə şəhərində (Is­veçrə) olmaqla 126 ölkəni  özündə birləşdirir. Təşkilatın məqsədi intellektual yaradıcılıq əsərlərinin qorunub saxlanmasına köməklik etməkdir. ÜIMT- ixtiraların, xaricdə mal nişanlarının sə­mərəli sax­lanması, ixracın inkişafının stimullaşdırılması, sə­naye mülkiy­yətinin qorunması sahəsində beynəlxalq sazişlərə baxılması və formalaşdırılması üçün elmi əsas yaradır. Bu təşkilat ədəbiyyatlara, musiqi, bədii, aidio, aidio-vi­deo istehsalı, ixtiraçılıq və səmərələşdirici təkliflərin, sənaye nümu­nə­ləri və əmtəə nişanlarının hüquqi müdafiəsinə kö­məklik gös­tərir. ÜIMT- in fəaliyyəti dünyanın hər hansı bir his­səsində yaşamasından asılı olmayaraq bütün müəlliflər in­tellektual mülkiyyət, inkişaf edən və keçid iqtisadiyyatında olan ölkələrə koməklik göstərmək, öz ixtiralarından və yara­dıcılıq poten­sia­lından, hətta səmərəli, milli intellektual mülkiyyət yaratmaq və təkmilləşdirmək üçün intellektual mülkiyyətə sahib olmaq hüququ alsınlar. Bunlara əsaslanaraq cəmiyyətin fəaliyyətinin imkanla­rından eyni istifadə etmək üçün bütün ölkələri təmin etmək əsasında müvafiq qaydada vəsait ayrılır.
['UNESCO', 'BMT', 'BMT strukturu', 'beynəlxalq təşkilatlar']
1,039
https://kayzen.az/blog/erzaq/15614/t%C3%BCt%C3%BCn.html
Tütün
Ferro
Ərzaqlar
28 aprel 2016, 22:26
Tütünün vətəni Ekvadordur. Kolumbun səyahəti zamanı ispanlar Kubada yerli hinduların tütün çəkdiklərini müşahidə edirlər. Yaxından tanış olandan sonra görürlər ki, çəkilən şey burulmuş quru yarpaqdan ibarətdir. Hindular çəkdiklərinə «tabako» deyirdilər. Hinduların bu adəti haqqında məlumat 1496-cı ildə Avropaya çatır. Məlumatı yayan rahib R.Pano deyir ki, hindular kələm yarpaqlarına oxşar yarpaqlan burub çəkirlər. Bununla yanaşı onlar bu yarpaqları həm iyləyir, həm də çeynəyirdilər. O zamanlar tütünü yalnız kişilər çəkirdilər. 1556-cı ildə Cənubi Amerikada fransız ekspedisiyasının tərkibində olan missioner A.Tave Parisə tütün toxumu (fransızca «peten» deməkdir) gətirir. O, Peruda — Maranyen çayı sahili boyunca yaşayan hinduların tütünü necə çəkdiyini müfəssəl təsvir edir. Onun təsvirinə görə quru tütün yarpaqlarını çubuğa bənzər şəkildə palma yarpağına bükürlər. 1558-ci ildə tütün toxumlarını Portuqaliyaya gətirir və onu həm təsirli, həm də faydalı müalicə vasitəsi kimi becərməyə başlayırlar. 1560-cı ildə fransız elçisi Jan Niko (Nicot) Lissabondan gözəl bir bitki kimi tütünü Parisə göndərir. Bu, Avropanın tütünlə tanışlığında mühüm rol oynayır. Fransız botaniki Daleşan özünün «Bitkilərin tarixi» əsərində bu bitkini ilk dəfə təsvir edir və onun adını «Nicotina» qoyur. Bu adı Karl Linney də qəbul edir və onu öz təsnifatına salır. Beləliklə, tütün Fransada yayılır. Sonra o, sərhədləri aşıb, başqa ölkələrə də keçir. V Karlın əsgərləri tütün çəkmək adətini Almaniyada öyrənirlər. Çox keçmir ki, görkəmli dənizçi V.Raley tütün çəkməyi İngiltərə əhalisi arasında dəb salır. Tütünü, qəlyanı əvəz edən gil borucuqlar vasitəsi ilə çəkməyə başlayırlar. İngilislər 1606-cı ildə özləri ilə Türkiyəyə tütün gətirirlər. Bitki burada özünə yeni, əlverişli məskən tapır.Hazırda Türkiyə yüksək keyfiyyətli tütün yetişdirən və ixrac edən ölkələrdən biri sayılır. Tütün çəkmək dəbi tütünə olan tələbatı get-gedə artırır. Beləcə, yeni tütün plantasiyaları salınır. 1615-ci ildə Hollandiyada da tütün plantasiyaları meydana gəlir.İspanlar 1630-cu ildə Avropada tütünü qoxulamaq adətini dəb salırlar. Çox keçmir ki, bu adət Fransaya da yayılır. Tütün çəkmək adəti uzun və ziddiyyətli bir yol keçmişdir. Onun müdafiəçiləri də olmuşdur, əksinə çıxanları da. Əlbəttə, tütün orqanizmin düşmənidir. Məşhur alman yazıçısı Höte belə demişdir: «Oxumuş adam tütün çəkməz». Bu barədə İngilis kralı Ceymsin də gözəl bir fikri vardır. «Tütün çəkmək göz üçün acı, burun üçün nifrət, döş üçün zərər, ciyərlər üçün təhlükəlidir». Maraqlıdır ki, böyük yazıçımız Əbdürrəhim bəy Haqverdiyev qəhrəmanlarından birinin dili ilə tütün haqqında belə deyir: «Qəlyan, əl yan, can yan, cib yan». XIX əsrin ikinci yarısına qədər küçələrdə və ictimai yerlərdə tütün çəkmək qadağan edilirdi. Rusiyada tütün çəkməyə qarşı çox ciddi qadağalar var idi. Hökumətin 1634-cü ildəki qərarına görə, tütün çəkənlərin burunlarını eybəcər hala salır, bəzən isə hətta kəsirdilər. Ən ağır cəza tütünə qurşananların uzaq Sibirə sürgün edilməsiydi. I Pyotr 1697-ci ildə fərman verərək tütünün becərilməsinə və istehlakına böyük sərbəstlik verdi. Beləliklə, 1715-ci ildə I Pyotrun fərmanı ilə Xarkov yaxınlığında Rusiyada ilk tütün fabriki yaradıldı. XVIII əsrin axırıncı rübü tütün sənayesinin yaranmasında xüsusi mərhələ sayıla bilər. Beləki, 1880-ci ildə Şlottman adlı kapitalist Almaniyanın Hamburq şəhərində siqaret istehsal edən ilk fabriki yaradır. Alman mütəxəssislərinin köməyi ilə 1852-ci ildə Rusiyada «Laferi» adlı tütün firmasının əsası qoyulur. 1876-cı ildə bu sahə üçün maşın ixtira olunur. Nəticədə Almaniyanın bir sıra yerlərində tütün fabrikləri açılır. Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
['tütün']
1,040
https://kayzen.az/blog/dusundurucu-hekayeler/18738/qoca-a%C4%9Fac-%C5%9Firing%C3%BCl-musayeva.html
Qoca ağac/Şiringül Musayeva
ShiringulMusayeva
Düşündürücü hekayələr
27 aprel 2016, 00:55
     Ayların , illərin , bəlkə  də, əsrlərin  kandarında  durmusan ,qoca   ağac ...Bilmək  olmur,  illər  səndən  o  yanda  qalıb,  yoxsa  bu  yanda.Kötüklərin  çalın- çarpaz  ilmələr  kimidir ,torpağın  sinəsinə  naxış  vurmusan, elə  bil.       Qəribədir , ağac  nəyə  bənzəyərmiş;- səni  uzun-uzun  illər  yaşayıb  saç-  saqqal  ağartmış  qoca  bir  loğmana  bənzədirəm ;səni   qırçın –qırçın  tumanının  ətəkləri  yerlə  sürünən,beli  azca  bükülmüş  nənəmə  bənzədirəm; səni  neçə- neçə  sınaqlara  sinə  gərmiş,  döyüşdən- vuruşdan  qalib  çıxmış qos-qoca  bir  pəhləvana  bənzədirəm.        Səni  özü  üçün  bir  dünya  qurmuş, dünyanın  işləklərin  seyr  etdikcə qəribləşmiş,  tənhalaşmış,  öz  sirli və  tənha  dünyasına  çəkilmiş    qoca  bir  şairə  bənzədirəm.           Nə  qəribə  ağacsan  sən...Babalarımız  yaşlaşdıqca  ululaşıb  pir  olub, müqəddəs  olub.Səni  onlara  bənzədirəm ,əzizim ağac.    Səni  əzizim  ,doğmam  kimi, nənəm  kimi, babam kimi ,  uzaqlarda  qalan şən ,məsum cocuqluğum  kimi  qucaqlayıb bağrıma  basmaq istəyirəm. Yerə  toxunan  qırçın- qırçın budaqlarına  üzümü  sürtmək  və  doyunca  ağlamaq  istəyirəm.   Nələr  olur,  nələr  keçir sən  bunları görürsənmü,    ağac? Taleyin  gərdişinə  qarşı  durmaq  insan  qüvvəsi  xaricindədir.İnsan  qəlbi  bunlara  çətinliklə  tab  gətirir,əzizim  ağac.  Sən  necə ,- baş  çıxarırsanmı  bu  gərdişdən  ?    De  görüm ,  səni  bu  yamaca  çəkilməyə,  burada  tək-tənha  bir  dünya  qurmağa  nə  vadar  eliyib, nə?    Səni  ağacdan  çox  bir  qalaya  bənzədirəm.Bəlkə, hansısa  bir  igidin   ruhu  yaşayır  səndə? Bəlkə , kiminsə  geriyə  dönmək istəyi ,  kiminsə  gələcəyə  qanadlanan   xəyalı  yaşayır  səndə? Bəlkə , budaqlarınla  çətir  tutub  yaratdığın  otağın  sinəsi  dağlılar,  gözü  nəmlilər  üçündür?     Nə  bilim ...    Hər  dəfə  səni   görəndə   xəyalım  bir  qanadlı  quşa  dönür  ,  qərib-qərib  çırpınır.Qatarından  ayrı  düşmüş  durna  kimi  qəmlənirəm.Özümü  daşa- qayaya ,  yala-  yamaca   çırpmaq  istəyirəm.    Sənlə  özüm  arasında  bir  doğmalıq  görürəm.Mən   də  sənə  oxşamaq  istəyirəm  .Sənin  kimi  qos-  qoca  bir  ağaca  dönmək  istəyirəm.Taleyin  amansız  gərdişlərindən , oyunlarından  baş  götürüb  qaçmaq  ,  bir  dağ  döşünə  sığınmaq ,  özüm  üçün  bir  dünya  yaratmaq  istəyirəm.    Elə  bir  dünya  ki ,yalan-riya  bilməmiş  olsun; elə  bir  dünya  ki,  dərd-qəm  iliklərinə  enməmiş  olsun  .Elə  bir   dünya  ki, hər  səhər  ruhum  yuxudan  şən-şən  oyansın, şirin-şirin  bu  dünyaya  boylansın.Bu  dünyanı  yalnız  gozəlliyə  qərq  olmuş   görsün.Kədər  əlçatmaz ,  sevinc  bol  olsun .Dünya  başdan-başa  nağıl  olsun.      Nə   bilim  ,ağac...
['esse', 'düşündürcü hekayə']
1,041
https://kayzen.az/blog/az-proza/18718/vampir-%C5%9Firing%C3%BCl-musayeva.html
Vampir/Şiringül Musayeva
ShiringulMusayeva
Azərbaycan ədəbiyyatı
26 aprel 2016, 18:12
Balaca, qara, tör-tökünük ,yöndəmsiz… çox   qəribə   görkəmi   var   idi. Onu  görəndə  nədənsə “ Heyvanlar   aləmi”ndə   seyr   etdiyim  kaftarları   xatırlayırdım.Bu   bənzətməmdən   utanırdım,  amma  bu  məndən   asılı   deyildi. İnsanın  hər  hansı  bir  heyvana  bənzəməsi, doğrudan  da,  mümkündür.Qəribə  xışıltılı səsi ,sanki  kirdən  boğulmuş   rəngi,doymaq  bilməyən   ac   ğözləri  adamı  xırpalayırdı.Onunla  haradan   tanış  olduğumu   söyləməyəcəyəm:  bəzən  həyatda  yöndəmsiz  insanlarla  müəyyən  əlaqələrimiz   olur.    Əvvəllər   onun   haqqında  illlərlə   yaxşı   fikirdə   olmuşdum ,illərlə  onu  müdafiə  etmiş, düşünmüşdüm  ki ,həyatda   bəxti   gətirməyən, yazıq ,bədbəxt   adamdır.   Onda  da  mənə  qarşı  müəyyən  hisslər  var  idi, yəqin  ki...Harda  məni   gördü  alıcı   gözlərlə  məni  süzür, tez  yan  alır ,kimin   haqqındasa  danışmağa, şikayətlənməyə başlardı.Heç  vaxt tərəf  müqabilinə aman  verməz  ,onu  dinləməz, hətta  eşitməz ,dığırlanıb  adamın  üstünə  çıxar  və elə hey  danışardı.  Bəzən   dözməz  onu  əlimlə  yana  çəkərdim   ki ,insanla  danışanda  onun  ağzının  içinə   girməzlər. Lakin  nə  faydası...    Yazıq,miskin  görkəminə  rəğmən  həddindən  artıq  inadcıl  xarakterini  son  vaxtlar  fərq   etmişdim: göy  yerə  qarın  qoysa  da  o,  dediyindən  dönməz ,kor  tutduğun  buraxmazdı.   Son  vaxtlar  onda qəribə  bir  şey  müşahidə  etmişdim: ona  nə  verirəmsə  verim, onun   üçün  nə   edirəmsə  edim bir  dəfə  də  olsun  mənə " sağ  ol «deməz, gözlərində  ani, insanı  qarsalayan  bir  ifadə  görünər, çox  kiçik ,demək  olar  ki,  dodaqsız  ağzı  bir  anlıq  bağlanar,sonra  yenə  danışmağa   başlardı.Onunla  yarım  saatlıq ,  bir  saatlıq  münasibətdən  sonra silkinmək ,sanki  üstümə  tökülmüş  bir  ağırlığı  atmaq    istərdim və sanki  bu  çox  çətin  alınardı. Elə  bil,  onda  qəribə ,sirayətedici tellər  var idi və o, insanı  o  tellərlə  bağlayır ,sıxır  öz  çirkabını  ona  yeridirdi.Və  həmişə  onun  müəyyən  qurbanlar  seçdiyini  sezmişdim:  bu onun  aləmində müəyyən  qədər bəxti  gətirən, ondan  bir  az  fərqlənən  insanlar  olurdu. Son  vaxtlar  mənə  elə  gəlirdi  ki, onun  caynaqları  artıq  mənə ilişmişdir və  kilometrlərlə  aralıdan  belə məni  sıxışdırır, qanımı  sorur.  Xurafata  inanmasam  da son  vaxtlar  işlərim  də  düz  getmirdi və  hər  dəfə  işim  büdrəyəndə  onun  sevinməsi gün  kimi  aydın  idi.Dəfələrlə  heç nədən  alınmayan  pozulan  işlərimə sevincini  gizlətmədən  demişdi: Filan  şeyi  mənim  üçün  eləmədin ona  görə də  belə   oldu.Vaxtı  ilə   başqa “ qurbanları “  haqqında  da  belə  deməsi  məni  sarsıdır ,ondan   gen  durmağa  çalışırdım.Nə  isə...   Bir  dəfə  yenə  onunla  rastlaşmalı   oldum.Etika  xatirinəmi,  yoxsa  əvvəlki  münasibətlərə  görəmi ayaq   saxlayıb  onun  halını  sordum.  Ətrafda  da  bir   neçə   adam  var  idi.   Mənə  yox, ətrafdakılara  baxaraq,mənə  yox,  ətrafdakılara   eşitdirərək   -Sən  soruşandan   yaxşıyam  -dedi.   -İşlərin  necədir?   -Nəyinə  lazımdır? Belə maraqlanırdın  gəlib  bir  dəyəydin. Onu  bu  işə  mən  düzəltmişdim və  vəziyyəti  düzələnə  qədər  kömək  olmuşdum.   -Bilirəm  ki,yaxşıdır- dedim.   -Hə  əlbəttə  ki,yaxşıdır. Ev  sahibi  elə   yaxşı  arvaddır  ki...mən   gedənə   qədər   xörəyimi  də  bişirir. Könlündən  mənim  onun  xörəyini bişirməyim  keçirdi. -Mənə  deyir  ki-vampir  davam  etdi-sən  nə  yaxşı  qadınsan,mən  heç  səndən  iyrənmirəm. -Hə əlbəttə .Kim  səndən  iyrənir  ki... -Bəs   sən məni  niyə   evinə  qoymursan?  Ah...az qala  yerə  səriləcəkdim.  -Mən  salam  verib ,salam  aldığım  bütün kəndı  evimə  yığa  bilmərəm ki...Bakının  yarısı  kirayənişin  qalır. -Qoyma   da  .Ölmədim  ki... Onunla  danışmaq  mənasız  idi.Ona  nə  isə  başa  salmaq  mümkünsüz  idi. -Ölmədim  ki...Budur  işləyirəm ,xan  kimi  də dolanıram.Qoyma  da  məni  evinə. Həmişəki  kimi  sağ  ol  əvəzinə  onun  hədsiz  nifrəti  ilə  qarşılaşmışdım. Onun  bu  nifrətindən  yaxa  qurtarmaq  mümkünsüz  idi. Canımı  da  ona  versəm  o  bir  anlıq  susacaq, gözləri  alacalanacaq ,təzədən  başlayacaqdı -Mən  elə  çox  yaşamalı  idim  də ,kənd  adamıyam da,uzunömürlüyəm  də ...-və s. və i.  Sürətlə  oradan  uzaqlaşsam  da  arxamca  dəhşətli bir  kölgənin  süründüyünü  hiss  edirdim.
['Azərbaycan ədəbiyyatı', 'düşündürücü hekaylər']
1,042
https://kayzen.az/blog/investisiya/8130/kapital-haqq%C4%B1nda.html
Kapital haqqında
iqtisadçı
investisiya layihələri
26 aprel 2016, 15:42
Investisiya ehtiyatları və ya kapitalın dövriyyəsini daha dərindən təhlil etdikdə aydın olur ki, onun ayrı-ayrı hissələri müxtəlif sürətlə dövr edir və özlərinin də­yə­rini is-tehsal olunan məhsulların üzərinə eyni cür keçirmirlər. Buna uyğun olaraq kapitalı iki yerə bölmək olar: 1) Əsas kapital; 2) Dövriyyə kapitalı. Investisiya əmtəələrinin  istehsal prosesində uzun müddət işti­rak edən, öz dəyərini hazırlanan məhsulların üzərinə xidmət etdikləri müddət ərzində hissə-hissə, tədriclə keçirən, yararsız vəziyyətə düşüb təsər­rü­fatdan çıxana qədər ilkin (natural) formasını saxlayan hissəsinə əsas kapital deyilir. Bunlara binalar, tikililər, qurğular, maşınlar, ava­dan­lıq­lar, nəqliyyat vasitələri və s. daxildir. Əsas kapitalın özünü də iki yerə bölmək olar: 1) Istehsal təyinatlı əsas kapital; 2) Qeyri-istehsal təyinatlı əsas kapital. Birinciyə istehsal sahələrində-sənaye, kənd təsərrüfatı, yük nəqliy-yatı, tikinti və i.a. – istifadə olunan əsas kapital ünsürləri, ikinciyə isə qeyri-istehsal sahələrində – mənzil-kommunal tə­sərrüfatı, təhsil, səhiyyə, elm, mədəniyyət, incəsənət, dövlət idarəetmə orqanları, kredit sistemi və başqa xidmət sahələrində – istifadə olunan əsas kapital ünsürləri aiddir. Firmaların (sahələrin, ölkənin) istehsal potensialı, başqa sözlə, hər hansı bir zaman kəsiyində (ay, rüb, il) lazımi çeşiddə və keyfiyyətdə məhsul buraxmaq qabiliyyəti istehsal təyinatlı əsas kapital ünsürləri ilə müəyyən edilir. Bəzi hallarda istehsalla məşğul olan firmaların istehsal gücləri haqqında danışılır. Lakin elə hallar da olur ki, istehsal güclə­rin­dən tam istifadə olunmur, onların bir hissəsi yeniləşdirilir, bir hissəsi tə­mir olunur, bir hissəsi isə işçilər tətil etdiklərinə, yaxud da istehsal olu­nan məhsullara tələbat olmadığına görə boş dayanır. Istehsal sahələrində istifadə olunan əsas kapital ünsürləri «tex­noloji» və «yaş» quruluşuna malikdirlər. Əsas kapitalın texnoloji quru­luşu dedikdə onun aktiv hissəsi ilə (istehsal prosesində bilavasitə iştirak edən iş maşınları, avadanlıqlar və s.) passiv hissəsi (binalar, tikililər və s.) arasındakı nisbət nəzərdə tutulur. Əsas kapitalın «yaş» quruluşu isə onları xidmət etdikləri müddət üzrə səciyyə-ləndirməyə imkan verir. Əsas kapitaldan istifadəni təhlil edərkən aşağıdakı göstəricilər hesablanır: 1) Əsas kapitalın təzələnməsi, xaric olması və köh-nəlməsi əm­sal­ları. Bu zaman aşağıdakı düsturlardan istifa-də edilir: Burada: Ətəzələnmə–təzələnmə əmsalı, Əxaricolma–xaric-olma əm­salı  Əköhnəlmə-köhnəlmə əmsalı (%-lə); Kə (ist. verilib)–il ərzində istifadəyə verilmiş, Kə (ləğv edilib)–il ər­zin­də ləğv edilmiş, KƏ (köhnəlmə)  hər hansı bir tarixə köhnəlmiş (adətən ilin əvvəlinə və ya axırına)  əsas kapitalın dəyəri (manatla); Kə (a)–ilin axırına, Kə (ə)–ilin əvvəlinə mövcud olan əsas kapitalın dəyəri (manatla) de­məkdir. Lakin təhlil zamanı yalnız bu əmsalları hesabla-maqla kifayət­lənmək olmaz, həm də onların arasındakı fərqi müəyyən etmək lazım­dır. Məsələn, firma üzrə təzələnmə əmsalının yüksək, xaricolma əmsalı­nın isə aşağı olması köhnə əsas kapital ünsürlərinin xüsusi çəkisinin çox  olduğuna işarədir. 2) Əsas kapitaldan istifadənin səmərəliliyi göstərici­lə­ri. Bu za­man aşağıdakı düsturlardan istifadə olunur: a) Kapitalverimi:  ψ = Q / KƏ Burada ψ–kapitalverimi (manatla) Q–istehsal edil-miş məhsulların dəyəri (manatla); Kə–əsas kapitalın orta illik dəyəri (manatla) deməkdir. b) Kapitaltutumu:  Kt = KƏ / IXs Burada: Kt–kapitaltutumu (manatla); Kə–əsas kapi talın orta illik dəyəri (manatla); IXs – satılmış məh-sulların və xidmətlərin istehsalına və satışına sərf olunan xərc (manatla) deməkdir. Əsas kapital ünsürləri istehsal prosesində iştirak etdikləri müd­dətdə, tədriclə köhnəlir, aşınır və istifadə edil-mək üçün yararsız vəziy­yə­tə düşür. Əsas kapitalın aşınması iki cür olur: 1) Fiziki aşınma; 2) Mə­nəvi aşınma. Fiziki aşınma o deməkdir ki, əsas kapital ünsurləri istehsal prosesində işləndikcə dəyərini yeni yaradılan məhsulların üzərinə keçi­rir və müəyyən müddətdən sonra istifadə olunmaq üçün tamamilə ya­rarsız vəziyyətə düşür. Əsas kapitalın fiziki aşınmasında iki hal ola bi­lər. O, bir tərəfdən, istehsal prosesində işləndikcə, digər tərəfdən isə tə­bii qüvvələrin – istinin, soyuğun, suyun və s. – təsiri ilə aşınmaya məruz qala, yəni işlənmədən də paslana, çürüyə, xarab ola, yararsız vəziyyətə düşə bilər. Əsas kapitalın mənəvi aşınması isə maşın və ava-danlıqların texniki tərəqqinin təsirilə «dəyərdən» düşməsi prosesidir. Əsas kapitalın mənəvi aşınmasının da iki halı ola bilər. Bunlardan biri ondan ibarətdir ki, investisiya əmtəələri istehsal olunan sahələrdə əmək məhsuldar­lığı­nın yüksəldilməsi nəticəsində əsas kapital ünsürləri  az xərclə istehsal olu­nur, onların qiyməti bir qayda olaraq əvvəlki illərə nisbətən aşağı düşür və beləliklə, eyni istehlak dəyərinə malik olan avadanlıqları sı­xış­dırıb sıradan çıxarır-lar. Odur ki, onların real dəyəri ilk dəyərlə deyil, bərpa dəyəri, yəni həmin dövrdə cəmiyyətdə onun neçəyə başa gəldiyi dəyərlə qiymətləndirilir. Buna uyğun olaraq fəaliyyətdə olan əsas kapi­tal ünsürlərinin dəyərindən, isteh-sal olunan məhsulların üzərinə əvvəl­ki­nə nisbətən az dəyər keçirilir. Mənəvi aşınmanın ikinci növünün mahiy­yəti isə ondan ibarətdir ki, köhnə maşın və avadanlıqlar eyni miq-darda məhsulu  daha az əmək sərf olunmaqla və daha qısa müddətdə istehsal etmək imkanı verən yüksək məhsul-darlıqlı və təkmilləşdirilmiş maşın və avadanlıqlarla əvəz olunur. Bunun nəticəsində, mövcud əsas kapital ünsür-lərinin texniki xüsusiyyətləri dəyişmir, onlar fiziki cəhətdən yaxşı vəziyyətdə ola, lakin yeniləri ilə müqayisədə istehlak olunmağa «yararsız» və­ziyyətə  düşə bilərlər. Buradan aydın olur ki, mənəvi aşınmanın ikinci növünün nəticələri ziddiyyətlidir. Bu, özünü onda göstərir ki, bir tərəfdən müəssisə itirir, digər tərəfdən isə cəmiyyət qazanır, çünki hələ fiziki cəhətdən köh­nəlməmiş əsas kapital ünsürlərinin dəyərinin bir hissəsinin itirilməsi yeni əsas kapital ünsürlərindən istifadə olunmasından əldə edilən qənaət hesabına ödənilir. Nəzərdən keçirilən müddəalarda söhbət dəyərdən – onun məh­sulun üzərinə keçməsindən, ödənilməsindən və s. gedir. Lakin real hə­yatda dəyər qiymət vasitəsilə təzahür edir. Təcrübədə isə əsas kapital ünsürlərinin qiyməti bəzi hallarda heç bir əsas olmadan yüksək müəy­yən olunur. Bu zaman söhbət mənəvi köhnəlmədən yox, istehsalın iqti­sadi səmərəliliyi ilə heç bir əlaqəsi olmayan və «bütün qaydaların ziddinə olan» texnikanın bahalanmasından gedir. Bu, fəaliyyətdə olan əsas kapital ünsürlərinə süni surətdə üstünlük verir, onların «daha çox fayda verən texnika» olmaları haqqında yanlış təsəvvür yaradır. Təbii­dir ki, bu, əsas kapitalın təzələnməsi prosesini ləngidir, elmi-texniki tərəqqiyə əngəl törədir.
['kapital']
1,043
https://kayzen.az/blog/azerbaycan/18662/bak%C4%B1-xanl%C4%B1%C4%9F%C4%B1.html
Bakı xanlığı
Azərbaycan
Azərbaycan
24 aprel 2016, 17:21
Nadir şahın öldürülməsi xəbəri Bakıya yetişdikdə, Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd əhali içərisindəki hörmətindən istifadə edərək, fürsəti əldən vermir. O, iyirmi yaşlarında bilikli, gümrah bir gənc idi. Gəmiçiliyi çox sevərdi. Xəzərdə çox üzmüşdü. Hətta admiral kimi də şöhrət qazanmışdı. O öz yaxın adamlarının vasitəsilə Nadir şahın Bakıda olan vassalı Qələmini qovub, hakimiyyəti ələ aldı. Özünü Bakının xanı elan etdi. Çox keçmir ki, belə xanlıqlar Azərbaycanın başqa şəhərlərində də yaradılır. Şirvan, Şəki, Qarabağ, Lənkəran, Quba, Ərdəbil və sair xanlıqlar əyalətlərdə hakimiyyəti öz əllərinə aldılar. Mirzə Məhəmməd əyalətin bərbad hala salınmış iqtisadiyyatını qaydaya salıb, inkişaf etdirmək üçün birinci növbədə Xəzərdə gəmiçiliyin daha da inkişaf etdirilməsi qayğısına qaldı. O illərdə Xəzər dənizində üzən əsasən rus gəmiləri idi. Rus tacirləri bu gəmilərlə sərbəst üzərək, Şirvan, Gilan və Xəzər sahillərində olan başqa şəhərlərlə qızğın alver aparırdılar. Hind və erməni tacirləri də Həştərxanda bu gəmilərə minərək, istədikləri istiqamətdə hərəkət edirdilər. Xəzərdə özünün ticarət gəmilərinə malik olmaq Mirzə Məhəmmədin çoxdankı arzusu idi. Bu məqsədlə Bakı limanında gəmi inşasına başlanmışdı. O bununla da kifayətlənmirdi. İri ticarət və müdafiə gəmiləri yaratmaq məqsədilə Avropanın gəmiçilik ölkələrinə səfərə çıxmaq fikrində idi. Bir gün Mirzə Məhəmməd oğlu Məlik Məhəmmədi yanına çağırıb, dedi: -Qulaq as, Məlik Məhəmməd, gör nə deyirəm. Biz dənizin sahilində oturmuşuq, ancaq öz gəmilərimiz yoxdur. Balıqçı gəmiləri ilə iş aşmaz. Bizə elə gəmi lazımdır ki, üstümüzə düşmən gələndə onun qabağına çıxa bilək. Atasının sözlərindən heç bir şey  başa  düşməyən  Məlik  Məhəmməd gözlərini döyə-döyə ona baxırdı. Bunun üçün mən Avropaya getməliyəm, — deyib Mirzə Məhəmməd dərindən nəfəs aldı. — Yaxşı gəmiləri ancaq oralarda düzəldirlər. Bəs burada kim qalacaq? — Məlik Məhəmməd təəccüblə soruşdu. Necə yəni kim qalacaq? Sən! Məlik Məhəmməd atasının bəzi  işlərinə qarışıb, kömək etsə də, atası tərəfindən ona olan belə etibarı heç gözləməzdi. -İran tərəfdən hələ bir xeyli müddət rahat ola bilərik. Nadirin ölümündən sonra ölkə uzun müddət özünə gələ bilməyəcək. Başları hakimiyyət uğrunda didişməyə qarışacaq. Şirvan xanlığı ilə də əlaqəmiz pis deyil. Nigarançılığım ancaq Quba xanlığı sarıdandır. Bu sözlərdən sonra Mirzə Məhəmməd azca fikrə getdi. Sonra yenə sözünə davam etdi: -Güman eləyirəm ki, ruslar onun bizə qəsd edəcəyinə yol verməzlər. Necə olsa da Bakı onlar üçün mühüm bazardır. Həmin illərdə  Bakıda  olmuş  səyyah  Lerx  yazırdı  ki,  Bakı  xanı  Mirzə Məhəmməd tez-tez Langertə gedərək, orada gəmi inşaatına rəhbərlik edirdi. Rusiyaya göndərilən neft, duz, ipək və sairənin dəniz yolu ilə daşınmasını ucuzlaşdırmaq üçün Mirzə Məhəmməd əsas çıxış yolunu bunda görürdü. Bakı tacirləri mallarının rus gəmiləri ilə daşınmasının onlara çox baha başa gəlməsindən tez-tez şikayətlənirdilər.   Həmin illərdə Quba xanlığı qüvvətlənib, ətraf xanlıqlar üçün böyük təhlükə təşkil edirdi. XVIII əsrin ikinci yarısında Quba xanlığının başında Hüseynəli xan dururdu. O, başqa xanlardan fərqli olaraq, Rusiya ilə yaxından dostluq əlaqəsi saxlayırdı. 1758-ci ildə onun yerinə keçmiş oğlu Fətəli xanın dövründə Quba xanlığı daha da möhkəmlənir. A. Bakıxanov «Gülüstani-İrəm» kitabında Fətəli xanı dövrünün görkəmli dövlət xadimi kimi qiymətləndirərək, yazırdı ki, o, uzaqgörən, tədbirli və xanlığın idarə edilməsində mahir bir şəxsiyyət idi. 1770-ci ildə Azərbaycanda olmuş səyyah Qmelin  isə yazırdı ki, Quba xanlığının paytaxtı alınmaz bir qalaya çevrilmişdir. Burada çoxlu qoşun və top vardır. Hətta toplardan kiçikləri arabalara yerləşdirilmişdir. Fətəli xan ətraf yerlərə sahib olmaqla Quba xanlığını xeyli genişləndirmişdi. 1759-cu ildə Dərbəndi işğal edərək, Quba xanlığına qatmışdı. Onun gördüyü tədbirlərdən biridə Muğanda yaşayan döyüşkən şahsevən tayfalarını Quba xanlığı torpaqlarına köçürməsi idi. Şahsevənlər sonralar Fətəli xanın əsas dayaq qüvvəsinə çevrilmişdilər. Bəzi xanlıqları isə o silah vasitəsilə deyil, ağıllı tədbirlərləri ilə öz tərəfinə çəkə bilmişdi. Məsələn, Qaraqayqat əmiri Həmzə ilə ittifaq bağlamaq məqsədilə bacısı Tutu Bikə ilə evlənmişdi. Mirzə Məhəmmədin Fətəli xandan çəkindiyi də məhz buna görə idi. Mirzə Məhəmmədin üç övladı olmuşdu: Məlik Məhəmməd, Əliqulu və Məhəmmədqulu. Mirzə Məhəmmədin ölümündən sonra onun yerinə keçmiş Məlik Məhəmməd xanı öz tərəfinə çəkmək üçün Fətəli xanın bacısı Xədicə Bikə xanımı ona ərə vermişdi. Sonralar Salyan xanlığını da özünə tabe edərək, Dərbənddən tutub, Kür çayınadək Xəzər dənizi sahilinin böyük bir hissəsini Fətəli xan öz əlində saxlayırdı.   Fətəli xan Dağıstan feodalları ilə də dostluq əlaqəsinə girmişdi. Bir müddət sonra o, Şirvan xanı Ağasi xana müraciət edərək onun torpaqlarını Dağıstan feodallarının basqınından qoruduğu üçün xərac istəyir. Şamaxı xanı bu  xəracı ödəməkdən boyun qaçırdıqda, Fətəli xan 1767-ci ildə Şəki xanı ilə birlikdə Şirvana hücum edir; Şamaxını tutur və xanlığın torpaqlarını Şəki xanı ilə birlikdə öz aralarında bölüşürlər. Şirvanda mövqeyini möhkəmlətmək məqsədilə Fətəli xan Dərbənddən əhalinin bir hissəsini buraya köçürür. Fətəli xan fəaliyyəti müddətində Rusiya ilə həmişə dostluq və ittifaq siyasəti yeritmişdi. Xanlıq iqtisadi və hərbi cəhətdən qüvvətləndikcə düşmənlərinin sayı daha da artırdı. 1774-cü ildə Dağıstanın feodal hakimləri birləşərək, Quba xanlığı üzərinə hücuma keçirlər. Bu basqında yalnız Bakı və Salyan xanlıqları Fətəli xana sadiq qalırlar. Şirvan xanı Ağasi xan fürsətdən istifadə edib, baş qaldırır. Fətəli xan birinci növbədə onun üzərinə qoşun çəkir. Bu döyüşdə yeznəsi Məlik Məhəmməd xan da öz ləşkəri ilə iştirak edirdi. Ağasi xan Fətəli xanın hücumu qarşısında davam gətirə bilməyib, qoşununu başlı-başına buraxaraq, gizlənməyə məcbur olur. Fətəli xan buradan birbaşa Dərbəndi qorumağa gedir. Çünki Qaytaq hakimi əmir Həmzə Məhəmməd xan Qazıkumuxski ilə ittifaq bağlayaraq, Dərbənd üzərinə gedirdi. Bundan istifadə edən Ağasi xan təzədən Şamaxıya yiyələnir. Xudad yaxınlığında qızğın döyüşlər başlayır. Əvvəlcə Fətəli xan düşmən qüvvələrinə üstün gəlir. Sonra əmir Həmzə ilə Məhəmməd xan Qazıkumuxskinin qoşunları sürətlə irəli soxularaq qələbə çalırlar. Fətəli xan Qubada qala bilməyib Salyana çəkilir. Məhəmməd xan Qazıkumuxski Qubanın böyük bir hissəsinə yiyələnir. Əmir Həmzə isə Dərbənd üzərinə hücüma keçərək şəhəri mühasirəyə alır. Bu zaman Dərbənd qalasını qoruyan Fətəli xanın arvadı Tutu Bikə idi. O, əyninə kişi paltarı geyərək, qalanın müdafiəsinə başçılıq edirdi. Əmir Həmzə nə yolla olur-olsun Dərbəndi almağı qarşısına məqsəd qoymuşdu. Döyüş qardaşla bacı arasında gedirdi. Tutu Bikənin başçılığı altında qaladakılar əmir Həmzənin bütün həmlələrini mərdliklə dəf  edirdilər.  Dərbəndin tarixi ilə məşğul olan E. İ. Kozibekinin yazdığına görə, Fətəli xanın cəsur arvadı bir kişi cəsarəti ilə şəhəri qardaşından qoruyurdu. O dişi bir şir kimi qala hasarlarının üstündə duraraq, toplardan necə atəş açmaq barədə sərəncam verirdi. Əmir Həmzə həmlələrinin boşa çıxdığını gördükdə, nəhayət, hiyləyə əl atır. Döyüş ara verdiyi zaman qala mühafizəçilərindən biri hövlənak Tutu Bikənin yanına gəlir, lakin gördüyü hadisə barədə deməyə dili gəlmir. Nəhayət, özünü ələ alır. -Fətəli xanın ölüsünü gətiriblər — deyir. Tutu Bikə buna inanmasa da, ürəyi davam gətirməyib, yaxınlaşıb, qala divarlarının dişləri arasından aşağı baxır. Tabutu və onun yanında durmuş qardaşı Həmzəni görən kimi gözlərinə bir anlıq qaranlıq çökür. Aşağıdan qardaşının səsini eşidir. -Tutu Bikə, qapını aç. Fətəlinin meyidini gətirirlər. Şirvanda öldürülüb. Meyidin üzü örtülü olduğu üçün Tutu Bikə qardaşının sözlərinə inanmır. Fikirləşir ki, Fətəlinin meyidi olsaydı, Həmzə onun üzünü açmış olardı. Qardaşına çığırır: -İnanmıram ki, böyük Fətəli o kiçik cənazəyə sığışmış ola. -Demək, ərinin cənazəsindən imtina edirsən? -Ərimin   yox,    sənin    düzəltdiyin    cənazədən    imtina    edirəm. Əmir Həmzənin hiyləsi baş tutmur. Sonra məlum olur ki, o öz yaxın sərkərdələrindən birinin meyidini cənazəyə qoyub, şəhərə daxil olmaq istəyir. Onun son tədbiri də heç bir nəticə vermədiyindən qoşununu çəkib, Bakı üzərinə hücuma keçir. Bakı da bu illərdə alınmaz möhkəm bir qalaya çevrilmişdi. Şəhərin müdafiə edilməsində Məlik Məhəmməd xanla yanaşı onun arvadı, Fətəli xanın bacısı Xədicə Bikə də yaxından iştirak edirdi.   Əmir Həmzə şəhər müdafiəçilərinin müqavimətini qıra bilmədiyindən, Bakı kəndlərini talan edərək, geriyə dönür. Salyanda olarkən Fətəli xan kömək üçün II Yekaterinanın yanına elçi göndərir, özü də Dərbəndə, arvadının yanına qayıdır. Əmir Həmzə Bakıdan qayıdaraq, Dərbənd üzərinə ikinci dəfə hücuma keçərkən Fətəli xan artıq arvadının yanında idi. II Yekaterina Fətəli xanın simasında Azərbaycanda rus təsirinin əsas dayaqlarından birini görürdü. Rusiyanın mənafeyinə zərbə vuran əmir Həmzəyə dərs vermək üçün Fətəli xanın köməyinə qoşun göndərməyi əmr edir. 1775-ci ildə mayor Medemin başçılığı altında qoşun dərbəndlilərin köməyinə gəlir. Fətəli xan rus qoşunları ilə birlikdə şəhəri mühasirədən qurtarır. Məğlub olmuş əmir Həmzə qaçır. Fətəli xan Dərbəndin açarlarını II Yekaterinaya göndərir. Lakin Yekaterina İran və yenicə müqavilə bağlamış olduğu Türkiyə ilə münasibəti pozmamaq məqsədilə Dərbəndin açarlarını  qəbul etmir və rus himayəsinə daxil olmaq barədə Fətəli xanın xahişlərini də rədd edir. Bakı xanlığı əslinə baxılsa, Fətəli  xanın vassalitetindən başqa bir şey deyildi. Məlik Məhəmməd xan iradəcə zəif olduğundan xanlığı, demək olar ki, Fətəli xan və bacısı idarə edirdilər. Bakı xanlığı o vaxtlar çox varlı idi. Neft və duzdan böyük gəlirlər əldə edilirdi. Əlbəttə, bu, Fətəli xanın nəzərindən qaça bilməzdi. Bakı xanlığı Fətəli xana xərac verməkdən başqa onun sərhədlərini Dağıstan feodallarının basqınlarından qorumaq üçün də qoşun ayırmalı idi. Məlik Məhəmməd Xədicə Bikəyə evlənəndən sonra Bakı xanlığı Quba xanına xərac verməkdən azad olunmuşdu. Ancaq Fətəli xan tələb etdikdə ona qoşun ayırmağa borclu idi. Məlik Məhəmməd Fətəli xana arxalansa da, Bakı qalasının möhkəmləndirilməsinə xüsusi fikir verirdi. Şəhərin şimal-qərb tərəfində bütün divar boyu xəndəkləri dərinləşdirmiş, bürclərə qırxa yaxın qısa lüləli və başqa toplar düzdurmüşdü. Qoşunun sayı isə 500 nəfərdən artıq deyildi. 1779-cu ilin baharında Fətəli xan Bakıya yeznəsinin yanına qonaq gəlir. Onu Şamaxı darvazalarının yanında yenicə tikilmiş Xan evində qəbul edirlər. Bacısı Xədicə Bikə süfrəyə hər cür nemət düzür. Söhbət adi məişət məsələlərindən getsə də, Məlik Məhəmməd Fətəli xanın sözlü adama oxşadığını hiss edir. Süfrə aradan yığışdırıldıqdan sonra otaqda yeznə ilə qayın tək qalırlar. Fətəli xan mütəkkəyə söykənib, zəndlə Məlik Məhəmmədə baxır və gəlişinin səbəbini izah etməyə başlayır: -Bir ildir ki, Qarabağ xanı İbrahim xanla küsülüyəm — deyib köksünü ötürür. — Halbuki bu küsülülüyün heç bir mənası yoxdur. Yəni bizə xeyri yoxdur. Fikirləşirəm ki, bunu daha belə qoymaq olmaz. Qarabağ böyük xanlıqdır. İş elə düşər ki, ona bir ehtiyac hiss edərik. Bu sözləri deyib, Fətəli xan fikrə gedir. Araya sükut çökür. Lakin gözlərini yenə Məlik Məhəmmədin sifətində gəzdirirdi. Sanki qayğılı nəzərləri ilə nəyi isə sınamağa çalışırdı. Məlik Məhəmməd dillənməyə məcbur olur: -İndi fikrin nədir? -Fikrim barışmaqdır… — deyə Fətəli birdən-birə qətiyyətlə səslənir. Gözləyirdim ki, o özü elçi göndərər, barışarıq. Görünür ki… — O yenə susdu. Sonra barmaqlarında yanaşı qoşa üzük olan sağ əlini havada yelləyib, əlavə edir: — Nə olar, o göndərmirsə, biz göndərrik -Əhməd xanı göndərmək istəyirsən? — Məlik Məhəmməd soruşur. -Yox. O uşaqdır. Bir nəfər etibarlı və hörmətli adam lazımdır. -Bəs kimi? -İstəyirəm ki, sən gedəsən. — Fətəli xan yenə qətiyyətlə səslənir. -Mən? — Məlik Məhəmməd təəccüblə soruşur. -Sən. Ancaq sən. Başqasına etibarım yoxdur. Başqasının ağzından artıq bir soz çıxsa, təzədən incikliyə səbəb olar. Fətəli xanın iki oğlu vardı. Böyüyü Əhməd xan, kiçiyi Şıxəli xan. Məlik Məhəmməd fikirləşdi ki, Fətəli öz oğlunu göndərməyə çəkinir. İbrahim xanın tündməcaz olduğunu yaxşı bilir. Ondan hər bir şey gözləmək olar. Bununla belə, Məlik Məhəmməd öz etirazını bildirə bilmir. Arvadı Xədicə Bikə də ərinin belə xətərli işə göndərilməsinə ürəkdən narazı olsa da, qardaşının sözü üstünə heç bir söz deyə bilmir. Ertəsi gün Məlik Məhəmməd yaraqlanıb, yaxın adamlarından iki nəfərlə birlikdə Şuşaya yola düşür. O gedəndən Xədicə Bikənin yuxusu ərşə çəkilir. İyirmi gündən sonra Məlik Məhəmmədi müşayiət edən atlılar qayıdıb, xəbər verirlər ki, İbrahim xan Məlik Məhəmmədi həbsə almışdır. Xədicə tez Qubaya qardaşına xəbər göndərir. Qardaşı cavab məktubunda ona təsəlli verib, yazırdı ki, təhlükəli heç bir şey yoxdur, Məlik Məhəmməd tezliklə geri qayıdacaqdır. Ancaq aylar keçir, Məlik Məhəmməddən isə heç bir xəbər çıxmırdı. Fətəli xan özü də bacısının gözünə görünməmək üçün Bakıya az-az gəlirdi. Qarabağ xanı İbrahim xan Məlik Məhəmmədi düz iki il həbsdə saxlayır. Bu müddətdə Fətəli xan öz-özlüyündə İbrahim xana qarşı çox tədbir tökürsə də, heç birini həyata keçirə bilmir. Məlik Məhəmmədin üstündə İbrahim xanla müharibəyə girməyi təsəvvürünə sığışdıra bilmirdi. Nəhayət, Fətəli xan öz müttəfiqləri ilə birlikdə 8 min qoşunla Qubadan Qarabağa, İbrahim xanın üzərinə hücuma keçir, İbrahim xan Məlik Məhəmmədi azad etməyə məcbur olur. İki illik həbsdən sonra Bakıya qayıdan Məlik Məhəmmədin saçları tamam ağarmışdı. A. A. Bakıxanovun  yazdığına görə, Məlik Məhəmməd həmin ildə Nəcəfə ziyarətə gedir və Bağdad yaxınlığında ölür.   Məlik Məhəmmədin Xədicə Bikədən iki oğlu olmuşdu: Mirzə Məhəmməd və Əbdürrəhim. Məlik Məhəmməddən sonra yerinə böyük oğlu Mirzə Məhəmməd xanlığa keçir. O, tarixdə Mirzə Məhəmməd xan Sani (ikinci) kimi tanınmışdır. Mirzə Məhəmməd Sani A.A. Bakıxanovun atası idi. Xanlığa keçəndə on bir yaşı vardı. Xanlığı idarə etmək üçün dayısı Fətəli xan onun qəyyumu təyin edilmişdi. İyirmi yaşına çatdıqda Mirzə Məhəmməd xan Sani Fətəli xanın qızı Xan Bikə xanımla evlənir. Fətəli xanın nüfuz dairəsi getdikcə genişlənirdi. 1785-ci ildə Şəki xanını məğlub edərək, onu özündən asılı vəziyyətə salır. Beləliklə, XVIII əsrin səksəninci illərində Azərbaycanın bütün şimal-şərq hissəsi onun hakimiyyəti altında birləşmişdi. Təkcə Qarabağ xanı ona tabe olmaqdan imtina edirdi. 1784-cü il Fətəli xandan ötrü daha uğurlu olur. Həmin ilin bahar aylarında onun Azərbaycanın cənub xanlıqlarına qarşı yürüşü başlayır. Fətəli xan, demək olar ki, heç yerdə müqavimətə rast gəlmir. Əhali hər yerdə onu rəğbətlə qarşılayır. Ərdəbil və Mişkin şəhərlərini müqavimətsiz ələ keçirir. Fətəli xanın belə müzəffər yürüşü II Yekaterinanı bərk narahat edir. Öz narazılığını knyaz Q. A. Potyomkin vasitəsilə Fətəli xana çatdırır. Bundan sonra Fətəli xan cənubda qala bilməyib, Qubaya dönür. Ancaq bu, onun Rusiyaya rəğbətinə zərrə qədər də xətər gətirmir. 80-ci illərdə Rusiya Qafqazda öz mövqeyini xeyli möhkəmlətmişdi. «Azərbaycan tarixi»nin birinci cildində yazılır: «1768-1774-cü illərdə rus-türk müharibəsində rus silahının qələbəsi, 1783-cü ildə Kuban boyu sərhədlərinin möhkəmləndirilməsi Rusiya üçün Qara dəniz sahilində və Qafqazda əlverişli vəziyyət yaratdı və onun sərhədlərini Zaqafqaziyaya yaxınlaşdırdı». 1783-cü ildə Gürcüstanın Rusiyanın himayəsinə keçməsi barədə Georgiyevskdə (Şimali Qafqaz) müqavilə bağlandı. Həmin ilin noyabr ayında rus qoşunları Tiflisə daxil oldular. Şimali Qafqazla Gürcüstan arasında yol çəkilməyə başlandı ki, bu yol sonralar Hərbi-Gürcüstan yolu adını aldı. Bu yolu general-poruçik P. S. Potyomkin çəkdirməyə başlamış, A. P. Yermolov başa çatdırmışdır. 1783-cü ildə İrəvanın əhalisi Qafqaz baş komandanlığına məktub göndərərək, rus qoşunlarının yolunu səbirsizliklə gözlədiklərini xəbər vermişdilər. Beləliklə, bütün Zaqafqaziyanın və Dağıstanın işğalı üçün çox əlverişli şərait yaradılmışdı. Lakin birdən-birə baş vermiş hadisələr buna mane oldu. 1787- ci ildə Rusiya ilə Türkiyə arasında təzədən müharibə başladı. Bununla əlaqədar çar höküməti öz qoşununu Tiflisdən geri çağırmağa məcbur oldu. Türkiyə hələ müharibədən qabaq Azərbaycan xanlıqlarını da öz tərəfinə çəkmək üçün çox cəhdlər göstərmişdi.   1787-ci ildə Fətəli xan Qarabağ xanı İbrahim xanı bərk məğlubiyyətə uğratdı. Çünki İbrahim xan Şamaxı xanlığını onun əlindən almaq fikrinə düşmüşdü. Bu qələbə Fətəli xanın güçünü daha da artırdı. 1788-ci ildə Şəki xanı öz müttəfiqləri ilə birləşib Fətəli xanın himayəsindən çıxmağa cəhd edir. Döyüş köhnə Şamaxının yaxınlığında baş vermişdi. Vuruşmada əvvəl şəkililər üstün gəlirlər. Şamxal Tarkovskinin köməyə çatması nəticəsində Fətəli xan Şəki xanı Məmməd Həsən xanın qoşunlarını darmadağın edir. Xan özü bir neçə nökəri ilə Şəkiyə qaçır. Həmin ilin dekabrında Fətəli xan II İrakli ilə birlikdə Gəncəni özlərinə tabe etdilər. 1788-ci ildə Fətəli xan Azərbaycanda artıq ən güclü bir şəxsiyyət idi. 18-ci əsrin 70-ci illərinin başlanğıcında Şimali Azərbaycan torpaqlarının yarısı, demək olar ki, Quba xanlığına tabe idi. Fətəli xan Şamaxını dövlətin paytaxtına çevirmək fikrində idi. Bu məqsədlə Dərbənd, Quba, Salyan və habelə Niyazabaddan etibarlı ailələri buraya köçürür, hətta Nadir şah tərəfindən salınmış yeni Şamaxının (Ağsu) əhalisini də köhnə Şamaxıya qaytarır. O, şəhəri möhkəmlətmək və bununla da köhnə Şirvanşahlar dövlətini diriltmək arzusunda idi. 1788-ci ildə Fətəli xanın gücü xeyli artmışdı. Quba, Dərbənd, Bakı, Şamaxı, Salyan tam onun ixtiyarında idi. Şəki xanı ondan asılı idi. Tabasaran hakimləri onun tam itaətində idilər. Şamxal Tarkovski, Qaytaq üsmüsü və Qazıkumux xanı Rusiyadan çəkindikləri üçün ona pənah gətirmişdilər. Talış, Muğan, Gilan xanları onun himayəsində idilər. Belə bir qüvvə ilə o, Cənubi Azərbaycan xanlıqlarını da birləşdirmək fikrində idi. Lakin bu məqsədinə nail ola bilmədi. 1789-cu ildə Fətəli xan gözlənilmədən xəstələnir. Halının gün-gündən pisləşdiyini hiss edərək, Bakıya — bacısı Xədicə Bikənin yanına gəlir. Xədicə onun rəng-rufundan qorxuya düşür. -Sənə nə olub? — soruşur. -Heç sorma, Xədicə. Sənin yanına ölməyə gəlmişəm. -Sən nə danışırsan? -Həqiqi sözümdür. Mən hər şeyi qabaqcadan hiss etməyə öyrəşmişəm. İndi də başa düşürəm ki, ölüm arxamca gəzir. Həmin ilin mart ayında Fətəli xan ölür. Bacısı və kürəkəni — bacısı oğlu Mirzə Məhəmməd Sani onun üçün təntənəli dəfn düzəldirlər. Oğlanları Əhməd xan və Şıxəli xan Qubadan gəlirlər. Cənazəsi Bibiheybətin həyətindəki qəbiristanlıqda dəfn olunur. Bu yaxınlaradək onun qəbri dururdu, Bibiheybət söküldüyü zaman qəbrin başdaşısı tarix muzeyinə gətirilmişdir.   Fətəli xan öləndən sonra Bakı xanlığı içərisində ixtilaf başlayır. Bu işdə atasının ölümündən sonra onun yerinə keçmiş Əhməd xanın da günahı böyük olur. Mirzə Məhəmməd xan birincinin oğlu, yəni Məlik Məhəmməd xanın qardaşı Məhəmməd Qulu xan Əhməd xana arxalanaraq gizlincə Mirzə Məhəmməd xan Saninin əleyhinə qəsd hazırlayırlar. Məhəmməd Qulu xan Əhməd xana vəd edir ki, əgər xan taxtına yiyələnməkdə ona kömək edərsə, ona külli miqdarda xərac verməyə hazırdır. Əhməd xan da buna razılıq verir və beləliklə, öz bibisi oğlu, yeznəsi Mirzə Məhəmməd Sanini yıxmaq üçün birgə tədbir tökürlər. O, qoşunun bir hissəsini Salyana yola salmaq bəhanəsi ilə Bakı üzərinə göndərir. Məhəmməd Qulu da gizlincə Bakıya gələrək, yaxın adamları ilə birlikdə şəhəri ələ keçirmək üçün hazırlıq görür. Gecə yarısı hamı yuxuya gedəndən sonra şəhər darvazalarını qoruyan keşikçilərin üstünə basqın edib, qapıları açırlar, qoşun içəri soxulur. Qəflətən yaxalanan mühafizə dəstələri ilə əlbəyaxa vuruşma başlayır. Məlik Məhəmməd xanın qardaşı Məhəmməd Qulunun adamları şəhərdə əsas istehkamları əvvəlcədən tutduqlarına görə qalib gəlirlər. Məhəmməd Qulu xan özünü xan elan edir. Mirzə Məhəmməd Sani isə ailəsi ilə birlikdə Qubaya sürgün olunur. Bakıda Məhəmməd Qulu xanın hakimiyyəti uzun sürmür. Buna əsas səbəb o idi ki, o xanlığa yiyələnəndən sonra Əhməd xana verdiyi vədi yerinə yetirmir. Əhməd xan da yeznəsi Mirzə Məhəmməd xan Saniyə qarşı tutduğu işdən peşman olur. Əhməd xan bu dəfə Mirzə Məhəmməd xana qoşun verərək, onu Məhəmməd Qulu xanın üstünə göndərir. Qoşunun şəhər divarlarına yaxınlaşdığını görən Məhəmməd Qulu xan şəhər əhlinin ona xəyanət edə biləcəyini düşünüb, xəzinənin ağzını açıb, əhaliyə bəxşişlər paylayır. Onun belə səxavətindən razı qalan bakılılar şəhəri Mirzə Məhəmməd xandan qorumaqda ona yaxından kömək edirlər. Mirzə Məhəmməd Sani hücumlarının nəticə vermədiyini görüb təzədən Qubaya qayıdır. 1791-ci ildə Əhməd xan ölür və Quba xanlığı Fətəli xanın kiçik oğlu Şıxəli xanın əlinə keçir.  Tarixçilərin yazdıqlarına  görə, Şıxəli cavan olsa da,  xanlığı fərasətlə idarə edirmiş. Onun təşəbbüslərindən biri Bakı xanlığını həqiqi varisinə qaytarmaq olur. Mirzə Məhəmmədlə birlikdə Bakı üzərinə yürüşə başlayır. Şəhərə yaxınlaşanda fikirləşir ki, qalanı almaq üçün mutləq əlavə qüvvə lazımdır. Bu məqsədlə Georgiyevskdə  general  Qudoviçin  qərargahına  müraciət  edir.  Bakını  geri  almaq üçün ona kömək göstərilməsini xahiş edir. Qudoviçdən cavab gələnədək, o şəhəri mühasirədə saxlayır. General əmr edir ki, Bakı körfəzində duran freqatdan atəş açmaqla Şıxəli xana kömək edilsin. Bir neçə gündən sonra Qudoviç Məhəmməd Qulu xandan da məktub alır. Xan bildirir ki, o Bakının qanuni hakimidir və Şıxəli xana qarşı döyüşdə köməyə çatmasını bundan xahiş edir. Qudoviç Xəzər donanmasının komandiri general-mayor Şişkinə əmr edir ki, xanlardan kimin haqlı olduğunu öyrənib, məsələni dövlətin xeyrinə həll etsin. Lakin Qudoviçin sonrakı əmri gec gəlib çatdığından kapitan-leytenant Mollerin əmri ilə gəmilərdən şəhərə bir neçə yaylım atəşi açılır. Vəziyyəti belə gördükdə, Məhəmməd Qulu xan həmin ilin oktyabr ayında Mirzə Məhəmməd xanla saziş bağlamağa məcbur olur. Bu sazişə əsasən şəhərin gəliri Mirzə Məhəmməd Sani ilə Məhəmməd Qulu xan arasında tən bölünməli idi. Şıxəli xan isə Bakıdan 24 min manat xərac alacaqdı. Məhəmməd Qulu xan Bakı şəhərində, Mirzə Məhəmməd xan isə Balaxanada yaşamalı olurlar. XVIII əsrin qırxıncı illərində İ. Y. Lerx (o, 1744-1747-ci illərdə İranda rus səfirliyinin hakimi olmuşdur) yazırdı: «Balaxana kəndində hələ də 4 bastionlu dördkünc bir qala durur». Mirzə Məhəmməd xanın iqamətgahı da məhz bu qalada idi. O Balaxana iqamətgahında yaşayarkən gürcü qızı Sofiyaya təzəcə evlənmişdi. Abbasqulu və Cəfərqulu ağa bu qadından olmuşdular. Bundan sonra o yenə də evlənmiş və Abbasqulu ilə birlikdə 6 oğul atası olmuşdur. Abbasqulu ağa, Cəfərqulu ağa, Cavad ağa, Qədir ağa, Mustafaqulu ağa və Abdulla ağa. Mirzə Məhəmməd xan 1791-ci ildən başlayaraq, təkcə Balaxanada deyil, Maştağada, Əmirhacıyanda da yaşamışdır. Abbasqulu ağa da 1794-cü ildə Əmirhacıyanda anadan olmuşdur. Qalan dörd qardaşı isə Xeyimisə xanımdandı. Üçüncü arvadı Fətəli xanın qızı Xan Bikə xanım idi ki, ondan uşağı olmamışdı. Şəhərin gəliri iki xanın arasında bölünsə də, əsas hakimiyyət Məhəmməd Qulu xanın əlində idi. 1792-ci ildə Məhəmməd Qulu xan ölür. Mirzə Məhəmməd xan bu dəfə də hakimiyyəti ələ keçirə bilmir. Məhəmməd Qulu xanın qardaşı Əli Qulu xanın oğlu (Mirzə Məhəmməd xanın əmisi oğlu) Hüseynqulu xan fürsətdən dərhal istifadə edərək özünü Bakı xanı elan edir. Mirzə Məhəmməd xanla Hüseynqulu xan arasında təzə bir çəkişmə başlayır. Mirzə Məhəmməd xan Quba qoşunlarının köməyi ilə şəhəri mühasirəyə alır və Hüseynqulu xanla müqavilə bağlamağa nail olur. Yenə də şəhərin gəliri iki xanın arasında bölünür. Sonralar Hüseynqulu xan xanlığın iki xan arasında şərikli olmasına dözə bilmir. Fikirləşir ki, Mirzə Məhəmməd Sani Balaxanada xanlığın əsas gəlir mənbəyi olan neftin əsas hissəsini mənimsəyə bilər. Fürsət axtarır ki, Mirzə Məhəmmədin iqamətgahına gözlənilmədən basqın edib, onu Bakıdan uzaqlaşdırsın. Mirzə Məhəmməd isə təbiətən sadə və ürəyiaçıq olduğundan Hüseynqulu xanın ona xəyanət edəcəyini heç gözləmirdi. Bir gecə Hüseynqulu xan bir dəstə atlı ilə Mirzə Məhəmmədin iqamətgahına basqın edir. Mirzə Məhəmməd xan gecə yarısı atların kişnəməsinə yuxudan ayılarkən, iqamətgahın mühasirəyə alındığını görür. Hüseynqulu xan sübh tezdən Mirzə Məhəmməd xanı ailəsi ilə birlikdə Qubaya sürgün edir. Beləliklə, hakimiyyət təkcə Hüseynqulu xanın əlində qalır.   1792-ci ildə Hüseynqulu  xan öz hakimiyyətini daha da möhkəmlətmək məqsədilə Rusiyanın himayəsinə girmək barədə danışıqlara başlayır. Rus qüvvələrinin yerləşdiyi Georgiyevskə elçi göndərir. Dərbənddə onun elçisi Şıxəli xanın adamları tərəfindən tutulur. Hüseynqulunun II Yekaterinanın adına göndərdiyi məktub Quba xanını bərk qəzəbləndirir, Hüseynqulu xan məktubunun ələ keçdiyini eşitdikdə, bu dəfə başqa yolla Georgiyevskə təzədən məktub göndərir. II Yekaterinanın 1793-cü il 19 aprel tarixli fərmanına əsasən Bakı xanlığı rus imperatorluğunun himayəsinə qəbul edilir. Təkcə o qalır ki, Hüseynqulu xan təntənəli surətdə and içsin. Hüseynqulu xanın bu hərəkəti ilə yanaşı Şıxəli xan da imperatriçaya müraciətlə bildirir ki, o və ona tabe olan Bakı xanlığı rus tabeliyini qəbul etməyə hazırdır. Elçi Şıxəli xan adından rus imperatorluğuna sadiq qalacaqlarına and içir. Rus qoşunları komandanı Qudoviç andın təsdiq edilməsi və imzalanması üçün Şıxəli xana məktub göndərir. Şıxəli xan isə buna əməl etmir. Halbuki Şıxəli xan bu müddətdə artıq rus təbəəsi hesab edilirdi. Çünki onun xahişi çariçaya göndərilmişdi. 1794-cü ilin ortalarında Şıxəli xan Bakı xanlığını Mirzə Məhəmməd Saniyə qaytarmaq üçün Bakı üzərinə hücuma keçir. Ancaq o hələ yolda ikən ona xəbər çatdırırlar ki, Qazıkumuklu Xambutay xan Şəki xanı Məhəmməd Hüseyn xanın üzərinə qoşun çəkmişdir. O, ləşkəri Mirzə Məhəmməd xana tapşırıb, özü Şəki xanının köməyinə tələsir. Həmin illərdə Mirzə Məhəmməd xan Sani Bakı qalasından kənarda yaşasa da, xanlığın əsas gəlir mənbələrini öz əlində saxlayırdı. Neft quyularından və duzlu göllərdən alınan məhsula, demək olar ki, bütünlüklə yiyələnmişdi. Şəhərə neft, duz və başqa məhsulların daşınmasını tamamilə qadağan etmişdi. Hüseynqulu xan Quba qoşunlarının təzədən onun üzərinə hücuma keçəcəyini eşidən kimi Həştərxan vasitəsilə general Qudoviçə məktub göndərərək, Şıxəli xandan gileylənir. General Qudoviç Şıxəli xana xəbərdarlıq edir ki, Bakı xanlığını rahat buraxsın, unutmasın ki, Bakı xanlığına toxunmamaq onun andında qeyd edilmişdir. Bu ara Mirzə Məhəmməd üzərinə basqın etmək üçün Hüseynqulu xandan ötrü əlverişli şərait yaranır. Gecə qaranlığında Balaxanada Mirzə Məhəmmədin iqamətgahına basqın edib, Bakı qalasına hücum etmək üçün Şıxəli xanın onun sərəncamına verdiyi qoşunu pərən-pərən salır. Mirzə Məhəmmədin ailəsi və o cümlədən Şıxəli xanın nişanlısı da Bakıya gətirilir. Sonralar Şirvan xanı Mustafa xan araya girərək, onları barışdırır. 1795-ci ilin payızında Mirzə Məhəmməd xan ailəsi ilə birlikdə Qubaya qayıdır. Şıxəli xan da həmin il Bəyim Bikə ilə evlənir. 1795-ci ilin dekabrında Hüseynqulu xanın rus himayəsinə daxil edilməsi barədə fərman gəlir. Fərmanda göstərilirdi ki, xanlıq titulu və vərəsəlik bundan sonra əlahəzrət imperator tərəfindən təsdiq edilməlidir. Xanlıq Qafqaz xəttinin baş komandanlığı ilə razılaşdırılmadan rus tabeliyində olmayan ətraf hakimlərlə əlaqəyə girə bilməz. Bununla bərabər rus tacirləri üçün də əlverişli şərait yaradılmalıdır. Küləyin sahilə vurub çıxardığı gəmilər yükləri ilə birlikdə vaxtında sahibinə qaytarılmalıdır. Bakıda həmişə bir rus gəmisi durmalıdır. Rus tacirlərinin İranlılarla əlaqədar işləri təkcə Bakı hakimləri tərəfindən deyil, konsulla birlikdə həll edilməlidir. Şıxəli xanın Bakıya olan iddiaları əvəzində xan ona bəzi mükafatlar verməlidir. Küləyin vurub sahilə çıxardığı gəmilər barədə fərmana xüsusi bir maddənin daxil edilməsi təsadüfi deyildi. Maştağa və Mərdəkan kəndləri sahillərində küləyin vurub sahilə çıxardığı gəmilərin malları Hüseynqulu xanın adamları tərəfindən bir qayda olaraq həmişə talan edilirdi. Hüseynqulu xan rus komandanlığı tərəfindən bir neçə dəfə məcbur edilmişdi ki, talan edilmiş malların dəyəri rus və hind tacirlərinə qaytarılsın. Bakı arxipelaqında da rus gəmilərinə basqın halları baş verirdi. XVIII əsrin axırında baş vermiş hadisələr Hüseynqulu xanın rus tabeliyinə daxil edilməsi sənədlərinin tərtib edilməsinə mane oldu. 1794-cü ildə İranda Ağa Məhəmməd xan Qacar ölkənin əsas əyalətlərini ələ keçirərək, Tehranı paytaxt elan etmişdi. O, Cənubi Azərbaycanın xanlıqlarını da özünə tabe eləyəndən sonra Şimali Azərbaycana yürüş üçün hazırlıq görməyə başlayır. Əvvəlcə bütün xanlıqlara məktub göndərərək, onları İran şahının himayəsinə keçməyi təklif edir. Qarabağ xanı İbrahim xandan isə tələb edir ki, oğlunu onun yanında girov qoysun. İbrahim xan bundan imtina etdikdə, Ağa Məhəmməd xan Qacar onun üstünə 8 min nəfərlik qoşun göndərir. Gürcülər qarabağlıların köməyinə çataraq, birlikdə Əsgəran qalası yanında İran qoşunlarını darmadağın edirlər. Həmin ilin yayında Ağa Məhəmməd xan Qacar təzədən 85 min qoşunla Qarabağa soxulub, Şuşa şəhərini mühasirəyə alır. Mühasirə 33 gün davam edir. Ağa Məhəmməd xan Qacar şuşalıların müqavimətini qıra bilmədiyindən Tiflis üzərinə yürüyür. Tiflisə qədər olan yol boyu bütün şəhər və kəndləri xarabazara çevirir. Qarabağlılar da öz borclarını yerinə yetirərək, gürcülərin köməyinə çatırlar. Gürcülər düşmənin üstün qüvvəsi qarşısında davam gətirə bilmirlər. Ağa Məhəmməd xanın qoşunları Tiflisə daxil olub, şəhəri talan edir, əhalini qılıncdan keçirirlər. Ağa Məhəmməd xan Qacarın bu qələbəsi bu vaxtadək Rusiya ilə İran arasında tərəddüddə qalmış Şıxəli xanı ruhlandırır və ona qiymətli hədiyyələr göndərir.  Onun  rus  təbəəliyinə  qəbul  edildiyinə  baxmayaraq,  qəti  olaraq  Ağa Məhəmməd xan tərəfinə keçir. Gürcüstanı talan etdikdən sonra Ağa Məhəmməd xan 1795-ci ilin payızında qışı Muğan düzündə keçirmək məqsədilə Azərbaycana qayıdır. Yolda on iki min qoşunla Şirvana basqın edir. Şirvan xanı Mustafa xan qaçıb Fit dağında gizlənir. Bunu eşidən Bakı xanı Hüseynqulu xan Şamaxıya Ağa Məhəmməd xan üçün böyük hədiyyələr göndərir və beləliklə özünü Qacarın qəzəbindən xilas edə bilir. Muğanda qalmaqda Ağa Məhəmməd xanın niyyəti təzədən Azərbaycan xanlıqlarına hücum edib, bütün Azərbaycanı özünə tabe etdirmək idi. Lakin bu ona müyəssər olmur. Çünki Qacarın Zaqafqaziyaya basqını rus imperatorluğunu çox narahat edirdi. General Qudoviç göstəriş almışdı ki, Ağa Məhəmməd xan Qacar Şamaxını işğal edərsə, Dərbənd üzərinə hücuma keçsin. Gürcüstanın, xüsusilə Tiflis şəhərinin Qacar qoşunları tərəfindən dağıldığı xəbərini alan kimi 1796-cı ildə 30 minlik rus qoşunu general V. A. Zubovun komandası altında Dərbənd şəhəri üzərinə hücuma keçirlər. Əvvəlcə Şıxəli xan müqavimət göstərir. Rusların güclü qoşunu qarşısında dura bilməyəcəyini hiss etdikdə anası və bacısının təhriki ilə qılıncını boynundan asaraq öz rəiyyəti ilə Zubovun yanına gəlir. Zubov onu xeyli müddət öz düşərgəsində saxlayır. Şıxəlinin anası və bacısı Zubovun düşərgəsinə gələrək, Şıxəlinin cavanlığını nəzərə almağı və onun günahından keçməyi xahiş edirlər. Zubov ona müqavimət göstərən yerli hakimləri adətən Rusiyaya göndərirdi. Görünür ki, Şıxəli xanın anası və bacısının xahişindən sonra, ya da başqa mülahizələrə görə onu öz yanında saxlayır və hətta Şamaxı üzərinə yürüşə də özü ilə bərabər aparır. Zubov Dərbənd xanlığının boş qalmaması üçün Şıxəli xanın bacısı Pəricəni şəhərin hakimi təyin edir. 1796-cı ilin 3 iyununda II Yekaterina V. A. Zubova belə bir məktub göndərmişdi: «Dərbəndin hakimi Pəricə xanıma mən hədiyyə olaraq, qələm, sırğa və üzük göndərirəm… Deyirlər ki, ağıllı və yaxşı qızdır. Mənə elə gəlir ki, onun davranışında bir mərdlik vardır ki, bu da mənim xoşuma gəlir». Keçmiş xanlıq nəslindən olan Nadir xan da Pəricəyə naib təyin olunur. Həmin il 24 mayda Zubov Bakıya tərəf yürüşə başlayır. Dərbənddən sonra Şamaxı, Gəncə, Salyan xanlıqları da rus hakimiyyəti altına keçir. Qarabağ xanı Zubovun yanına elçi göndərərək, rus himayəsinə qəbul olunmasını xahiş edir. Bakı xanı Hüseynqulu xan da şəhəri təhvil vermək məcburiyyətində qalır. Şəhərin işğalından sonra Yekaterina Bakını bütün Şərqdə böyük ticarət mərkəzinə çevirmək üçün ciddi tədbirlər görməyə başlayır. Bakı limanının hərbi donanma üçün yararlı hala salınması barədə layihə hazırlanır. Bu məqsədlə Peterburqdan Bakıya mütəxəssis ustalar göndərilir. Bakıda olmuş Butkov öz qeydlərində yazırdı ki, «Bakı limanı bütün Xəzər dənizində ən əlverişli liman olduğundan onu genişləndirmək və möhkəmləndirmək lazım gəlirdi. Dərinliyi 7 sajen olan liman sularında gəmilər rahat üzə bilirdilər». Rusiya imperiyasının hakimiyyətini Azərbaycanda daha da möhkəmlətmək məqsədilə Zubov Kürlə Arazın birləşdiyi yerdə (Cavadda) yeni bir qala-şəhər salmaq fikrinə düşür və onun layihəsi də hazırlanır. Bu məqsədlə buraya 2 min saldat köçürür, onları hərbi və kənd təsərrüfatı alətləri ilə təmin edir və erməniləri məcbur edir ki, qızlarını rus saldatlarına ərə versinlər. Bu qala-şəhər Yekaterinoserd adlanacaqdı. Bakını möhkəmlətmək isə rus komandanlığı qarşısında birinci dərəcəli məsələ kimi qoyulmuşdu. 1796-cı ilin 19 fevralında Zubova göndərilən əmrdə deyilirdi: «Bakını,  Bakı limanını zəbt edib,  onu baş depoya  çevirməli». Bakı limanında işə başlamaq üçün vəsait də ayrılmış və Peterburqdan ustalar yola salınmışdı. Ruslar 1796-1797-ci illər üçün nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilmirlər. II Yekaterinanın ölümü buna mane olur. Yekaterinadan sonra  onun yerinə taxta çıxmış I Pavelin əmri ilə rus qoşunları təcili olaraq, geri çağırılır. I Pavelin məqsədi Fransaya qarşı mübarizə üçün Rusiyanın bütün hərbi qüvvələrini bir yerə toplamaq idi. Qoşunların geri çəkilməsinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri əvvəlki kimi yenə davam edir və genişlənirdi. Bununla belə, Xəzər sahili şəhərlərinin bəzilərində yerli hakimlər tərəfindən bu ticarətə zərbə vuranlar da vardı. Məsələn, Bakı xanı Hüseynqulu xanın nəinki rus tacirlərinə, habelə hindlilərə da münasibəti yaxşı deyildi. Rus ticarət gəmilərinə yenə də basqınlar edilirdi. Hüseynqulu xan bu basqınların qarşısını nəinki almır, əksinə, bunun üçün əlverişli şərait yaradırdı. Belə halları aradan qaldırmaq məqsədilə İranda olah rus  konsulu Skibinevski 1800-ci ildə Bakıya gəlir. O, Hüseynqulu xandan rus tacirlərinə vurulmuş zərərin qaytarılmasını tələb edir. Maştağa sahillərində küləyin vurub sahilə çıxardığı gəminin talan edildiyini söyləyərkən Hüseynqulu xan deyir: -Bu  gəminin  malları  rus  tacirlərinin  deyil.  Qoy  hindlilər  bunu  tələb etsinlər. -Mallar rusların deyilsə də, gəmi ruslarındır. Gəminin içindəki mallar üçün ruslar məsuldurlar. Beləliklə, Hüseynqulu xan nə rus tacirlərindən aldığı pulları, nə də talan etdiyi gəmilərin mallarını qaytarmaq istəmir. Vəziyyəti belə gördükdə Skibinevski zora əl atmağa məcbur olur. O Bakı limanında reyddə durmuş rus donanmasına əmr edir ki, şəhəri top atəşinə tutsun. «Qızlar» gəmisi şəhəri top atəşinə tutan kimi Hüseynqulu xan günahkar olduğunu boynuna alır və rus tacirlərindən aldıqları pulları və talan olunmuş malları qaytarmağa razılıq verir. Hətta üstəlik iltizam verir ki, bundan sonra rus tacirlərinə qarşı ədalətli hərəkət edəcəkdir. Bu əhvalatdan sonra, Hüseynqulu xan yaxın rəiyyətindən olan Mirzə Hadı bəyi rus imperatorluğu sarayına göndərərək, tutduğu hərəkətdən ötrü üzr istəyir. Buna baxmayaraq,  Hüseynqulu xan sonralar  da rus və hind tacirlərinin gəmilərinə quldur basqınından əl çəkmirdi.   Azərbaycandan geri qayıtmış Ağa Məhəmməd xan Qacar İrana çatan kimi 1796-cı ildə Tehranda özünü şah elan edir. Bir ildən sonra təzədən böyük qüvvə ilə Azərbaycana gəlir. Qarabağ və Şirvan xanlıqlarını işğal edir. Hüseynqulu xanı Şuşa qalasına öz yanına çağırır. Bir rəvayətə görə, Hüseynqulu xan onun yanına getməkdən boyun qaçırır. Ağa Məhəmməd şah Qacar əmr edir ki, onun əl-ayağına zəncir vurub hüzuruna gətirsinlər. Ailəsi isə Tehrana sürgün olunsun. Başqa bir mənbədə göstərilir ki, Hüseynqulu xan özu Ağa Məhəmməd şahın yanına gedir. Ağa Məhəmməd şah Qacar onu qəzəblə qarşılayır. A. Bakıxanov bu barədə belə yazır: «Hüseynqulu xan Ağa Məhəmməd şahın hüzuruna gələrək, öz itaətkarlığını bildirmişdi. Lakin ruslara qarşı olan meylinə görə yaxşı qarşılanmamışdı. Əgər 12 iyun səhəri gün doğandan sonra şah öz saray xidmətçilərindən iki nəfər tərəfindən öldürülməsəydi, məlum deyildi ki, Hüseynqulu xanın taleyi necə olacaqdı». Ağa Məhəmməd şahın ölüm xəbərini eşitdikdə, Qubada olan Mirzə Məhəmməd xan Sani Bakı xanlığına yiyələnmək üçün tələsik Bakıya gəlir. Ondan qabaq özünü yetirmiş olan Hüseynqulu xan şəhər qalasında möhkəmlənərək, müdafiə olunur. İki xan arasında keçirilmiş danışıqlara əsasən Bakı xanlığı yenə iki yerə ayrılır. Hüseynqulu xan Bakıda qalır, Mirzə Məhəmməd Sani isə Maştağaya çəkilərək, orada özünə təzə qala tikdirir. 1801-ci ilin 12 martında imperator Pavel öldükdən sonra onun yerinə I Aleksandr keçir. Təzə imperatorun  ilk  təşəbbüslərindən  biri  Zaqafqaziya hakimlərinə məktub göndərməsi olur. Bu məktubda o, bütün xanlıqları dostluq şəraitində yaşamağa çağırırdı. 1803-cü  ilin  fevralında  knyaz  Pavel  Sisianov Qafqaza baş komandan təyin olunur. O, əslən gürcü idi, ulu babası knyaz Paati Sisianov (Sisişvili) 1725-ci ildə Rusiyaya köçmüşdü. O Kaxetiyanın məşhur çarı Vaxtanq Kartalini ilə birlikdə vaxtı ilə I Pyotrla görüşmək üçün Peterburqa yola düşmüşdülər. Pyotr isə bu vaxt artıq ölmüşdü. Vaxtanq da Həştərxanda xəstələnib ölmüş, Paati Sisianov isə rus təbəəliyini qəbul etmişdi. Pavel Sisianov 1754-cü ilin 8 sentyabrında Moskvada anadan olmuşdur. Pavel Sisianovun baş komandan təyin edilməsi ilə Zaqafqaziyanın, o cümlədən Azərbaycanın təzədən işğalı geniş vüsət aldı. Rus komandanlığı hər şeydən əvvəl Gəncə xanlığının işğal edilməsinə xüsusi əhəmiyyət verirdi. Gəncə xanı Cavadxan əslində rus tabeliyinə keçməyə etiraz etmirdi. Bunun üçün o, rus imperatorunun xüsusi reskriptini gözləyirdi ki, tabe olmaqla bərabər xanlığın müstəqilliyini hifz edə bilsin. General Sisianov onun nəzərinə çatdırır ki, Gəncə xanlığı hələ 1796-cı ildə Rusiyanın təbəəliyinə keçmiş və Gəncə qalası ruslar tərəfindən alınmışdı. Cavad xan cavabında yazırdı o zaman şah mənə reskript göndərmiş və mən də onun təklifini qəbul edərək, qalanı təhvil vermişdim. İndi də sənin padşahın belə bir reskript göndəribsə, mənə göstər. Mən də onun iradəsi qarşısında düşünüb-daşınım".   Cavad xanın bu sözləri, görünür ki, Sisianovun şəxsiyyətinə toxunmuş və 1803-cü ilin noyabrında Gəncə üzərinə qoşun çəkmişdi. Rus qoşunları 6 batalyon piyadadan, 11 topdan, 3 eskadron və 2 kazak bölüyündən ibarət idi. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecəsində Sisianovun qoşunları qalaya hücuma keçirlər. Şəhərin müdafiəçiləri mərdliklə vuruşaraq nərdivanlarla qalaya qalxmağa çalışan qoşunların təşəbbüsünü dəf edirdilər. Buna baxmayaraq qoşunlar şəhəri müdafiə edənlərin müqavimətini qıra bilib, şəhərə daxil olur. Böyük mərdlik göstərmiş Cavad xan öldürülür. Beləliklə, Gəncə xanlığı Rusiyanın tərkibinə qatılır və şəhər I Aleksandrın arvadı Yelizavetanın adı ilə Yelizavetpol adlanır. Sisianov I Aleksandra göndərdiyi raportunda qeyd edirdi ki, bu ilin kompaniyasında İranlılar tərəfindən vurulmuş bir milyon manat zərərin ödənilməsi üçün Xəzər donanmasının Ənzəli və Rəşt şəhərlərinə göndərilməsi lazım gəlir. 1865-ci ildə rus donanması general-mayor Zavalişinin başçılığı altında Pirbazara, Rəştə 800 nəfərdən ibarət desant çıxarır. Desant uğursuz olur. İran qoşunlarının üstün qüvvələri qarşısında Zavalişin geri çəkilib, Bakıya qayıdır. Sübh açılarkən bakılılar körfəzdə hərb gəmisini  görüb, təəccüb qalırlar. Hüseynqulu xan tez Zavalişinin yanına elçi göndərib onun nə niyyətlə gəldiyini öyrənmək istəyir… Zavalişin elçiyə belə deyir: -Mən imperator tərəfindən göndərilmişəm ki,  Bakını zəbt edim. Xanınıza deyin ki, şəhəri təslim etsin. Hüseynqulu xan vaxtı udmaq üçün Zavalişinə xəbər göndərir ki, fikirləşmək üçün ona avqustun 15-dək möhlət versin. Zavalişin razılaşır. Möhlət başa çatanda Hüseynqulu xandan heç bir xəbər çıxmır. Belə olduqda, Zavalişin sahilə desant çıxarır. Bu  müddətdə  Hüseynqulu xanın köməyinə gəlmiş Quba və Dərbənd xanlığının qoşunları Zavalişinin qoşunlarına qarşı vuruşmağa başlayırlar. Bu vuruşmada məğlub olan ruslar gəmi ilə Sara adasına çəkilirlər. Rusiyanın Qafqaza yürüşü, Gürcüstanın və Azərbaycanın bir hissəsinin Rusiyaya ilhaq edilməsi Ağa Məhəmməd şah Qacardan sonra taxta çıxmış Fətəli şahı (o zamanlar Baba xan kimi tanınırdı) çox narahat edirdi. Hələ rus himayəsinə keçməmiş Qarabağ və Bakı xanlıqlarına elçilər göndərərək, onları hədələyir və xəbərdarlıq edirdi ki, rus tabeliyinə daxil olduqları təqdirdə onların üzərinə qoşun çəkəcəkdir. Bununla ürəyi soyumayan Fətəli şah 1805-ci ildə Qarabağ üzərinə böyük qüvvə ilə hücuma keçir. Qarabağ xanlığının atlı dəstələri İranlıları məğlub edib, geri oturdurlar. 1805-ci ilin 14 mayında Gəncə yaxınlığında, Kürəkçay sahilində Sisianovla İbrahim xan arasında müqavilə imzalanır. Kürəkçay sahilində Qarabağ xanlığı ilə danışıqlardan sonra Sisianov Şəki xanı Səlim xanla gorüşür. Mayın 21-də Şəki xanlığı da Rusiyaya qatılır.   1805-ci ilin iyununda Fətəli şahın oğlu Abbas Mirzənin başçılığı altında İran qoşunları Arazı addayıb, Qarabağ üzərinə hücuma keçirlər. Bu zaman Şuşa qalasını İbrahim xanın dəstəsi ilə birlikdə rus qarnizonunun əsgərləri də qoruyurdular. Qarnizonun köməyinə Gəncədən polkovnik Karyaginin başçılığı altında 555 nəfər əsgər, iki top göndərilir. Yolda bu dəstə Abbas Mirzənin 10 minlik qoşunu tərəfindən dövrəyə alınır. Karyaginin əsgərləri özlərini itirməyərək, İranlılara qarşı döyüşə-döyüşə və yerli əhalinin bələdçiliyi ilə mühasirədən çıxa bilirlər.   Şuşa qalası ətrafında bütün həmlələri boşa çıxan və Karyaginin dəstəsini məğlub edə bilməyən Abbas Mirzə qoşunu çəkib, Gəncəyə tərəf yönəlir. Gəncə qalasını almaq da ona mümkün olmur. Buna görə də müdafiəsiz qalmış Tiflisə tərəf yürüyür. Lakin Karyaginin dəstəsi İranlılara çatır və onları pərən-pərən salır. Abbas Mirzə bu dəfə Qazaxdan keçərək İrəvana üz tutur. Abbas Mirzə hələ Qarabağa hücum etməmişdən qabaq Qazağa ultimatum göndərmişdi ki, İran qoşunlarına tabe olmadıqları təqdirdə, ailələri ilə birlikdə əsir alınacaqlar. Qazaxlılar Abbas Mirzənin bu hədəsinə əhəmiyyət vermədən öz mövqelərini möhkəmlədirlər. Şah qoşunları Qazağa daxil olduqda yerli əhali onlara bərk divan tutur. İranın saray tarixçilərindən biri qazaxlılar barədə belə yazırdı: «Qazax əhli İranlıların İrəvana tərəf yürüşünə mane olurdular. İrəvan düzənliyi başlananadək qazaxlılar, demək olar ki, hər fərsəx yolda pusqu düzəltmişdilər. Onlar hətta Abbas Mirzənin özünə də atəş açmışdılar». Yaralanmış Abbas Mirzə İrana qayıtmağa məcbur olmuşdu. Gəncə və Şəki xanlıqlarını özünə tabe etdikdən sonra Sisianov Şirvana tərəf yürüşə başladı. Bu müddətdə o, Qafqazın hər yerində «zəhmli knyaz» kimi şöhrət tapmışdı. Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR  Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
['Bakı şəhəri', 'Bakının tarixi', 'Baki xanligi']
1,044
https://kayzen.az/blog/azerbaycan/18694/bak%C4%B1-qo%C3%A7ular%C4%B1.html
Bakı qoçuları
Azərbaycan
Azərbaycan
24 aprel 2016, 16:18
Deyirlər ki, qoçu sözü Bakıya məxsusdur. Əslində də belədir. Qoçuluq Bakıda meydana çıxmış və Bakıda  da yayılmışdır. Doğrudur bu  sözün etimologiyası indiyədək araşdırılıb, müəyyən edilməyib. Ancaq arada bir rəvayət gəzir ki, guya nə vaxtsa Bakıya kənardan qolu güclü Qoçu adlı bir gənc gəlir və şəhərdə hamını incitməyə başlayır. Necə deyərlər yetənə yetir, yetməyənə də daş atır. Heç kəs də onun qabağına çıxa bilmir. O vaxtdan da guya şəhərdə təsadüf olunan belə qolu zorlu adamlara Qoçu deyərlərmiş. Bu bəlkə də belədir. Lakin bir həqiqət vardır ki, qoçuluq ictimai bir hadisə kimi keçən əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Mətbuat səhifələrində də qoçu sözünə biz həmin vaxtdan təsadüf edirik. İri neft sahibkarları özlərini və əmlaklarını qorumaq üçün  ətrafına silahlı adamlar toplayırdılar. Neft sənayesi inkişaf etdikcə belə adamlara ehtiyac daha da artırdı. Hər bir neft firmasının, hər bir milyonçunun öz qoçu dəstəsi vardı. Neftxüdaların pulu ilə varlanmış qoçular sonralar özləri müstəqil qüvvəyə çevrilmişdilər. Qoçular onun-bunun sifarişi ilə adam öldurür, küçələrdə adamların şərəfinə toxunur, pul qazanmaq məqsədilə varlı adamları oğurlayırdılar. Xüsusilə qadınlar qoçuların qorxusundan küçəyə çıxa bilməzdilər. Onlara söz atmaq bir kənara qalsın, hətta qadının geydiyi dikdaban çəkmə qoçunun xoşuna gəlmədikdə, küçənin ortasında onu saxlatdırır, dikdaban çəkmənin yerinə ona nələyin geydirərdilər. Bakı qoçuları öz hərəkətlərində iki şeyə arxayın idilər: biri muzdla xidmət etdiyi milyonçu və ya varlıya, ikincisi belindəki mauzerə. Mauzer qoçunun gücü və vahiməsi idi. Bu onun əlindən alındımı, aciz və məzlum bir məxluqa çevrilirdi. Qoçuların bəziləri təbiətlərinə görə çox qorxaq idilər. Hətta elələri vardı ki, polisin fit səsini eşidən kimi girməyə deşik axtarırdılar. Bununla belə içərilərində qəddar və yırtıcıları da çoxdu. Bu baxımdan Bakı qoçularını mövqe və çəkilərinə görə iki qrupa bölmək olardı. Birinci qrup qoçular həm varlı və həmdə hədsiz qəddar idilər. Belələrinə məşhur qoçu Nəcəfqulunu, Teymur bəy Aşurbəyovu, Kəblə Abdulla Zərbəliyevi, Kəblə Hacı Balanı, Ağa Kərimi, novxanalı Məşədi Hacı oğlunu, Şiruyəni, kürdxanalı Adili, Türbəti, Malbaş Yusifi və başqalarını göstərmək olar. Bunlar bəzən boş bir şeyin üstündə günün günorta vaxtı şəhərin küçələrində atışmağa başlardılar. Məsələn, belə bir atışma 1918-ci il yanvarın 15-də qoçu Nəcəfqulu ilə Teymur bəy Aşurbəyov arasında da olmuşdu. Qorodovoylar qorxularından özlərini bilməməzliyə qoyub, daldey küçələrə çəkilmişdilər. Atışma yalnız Aşurbəyov sinəsindən yaralanandan sonra kəsilmişdi. Küçələrdə isə neçə nəfərin qana bulanmış meyiti qalmışdı. Novxanalı qoçu Məşədi Hacı oğlu da günün günorta vaxtı şəhərin adlı-sanlı ruhani atası Axund Molla Ruhullanın mənzilinə girərək, onu namaz qıldığı yerdə öldürmüşdü. Bu hadisə 1912-ci il yanvar ayında olmuş və bütün şəhər əhlini ayağa qaldırmışdı. Qoçu Kəblə Hacı Bala da çoxlu nahaq qan tökmüşdü. Şəhərin bir neçə yerində onun dükan və kontoru vardı. Kontorlarından biri indiki Kukla teatrının qabağındakı dükanlardan birində yerləşirdi. Bu kontor şəhər əhli arasında «Adam öldürmə kontoru» adı ilə məşhur  idi. İntiqam almaq istəyənlər buraya gəlir, istədikləri adamı pulla Kəblə Hacı Bala və onun adamları vasitəsilə qətlə yetirirdilər.   Adam oğurlamaq qoçular arasında xüsusilə dəb düşmüşdü. Pula ehtiyac hiss etdikləri zaman şəhərin varlılarını və ya onların övladlarını tez-tez oğurlayır, külli pul aldıqdan sonra onları buraxırdılar. Hətta milyonçu Musa Nağıyev də iki dəfə oğurlanmışdı. Onun oğurlanması təsadüfi deyildi. Nağıyev xəsis olduğu üçün qoçu saxlamazdı. Qoçular da bundan xəbərdardılar. Buna görə də fürsət axtarıb, onu oğurlayırdılar. Nağıyevi  ikinci dəfə  oğurlayanlar Stalinin adamları idi.  Partiya xəzinəsi boşaldığı üçün bolşeviklər belə bir tədbirə əl atmışdılar. Məmməd Əmin Rəsulzadə «Stalinlə ixtilal xatirələri» kitabında bu əhvalatdan danışaraq, yazırdı: "...quldur dəstələri (qoçulara işarədir — Q.İ.) zənginləri təhdid edərək, para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulun müqabilində buraxır, çox zaman böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xəraca bağlayırdılar. Bakının məşhur milyonerlərindən Musa Nağıyev bir ara tutulmuş, verdiyi böyük miqdarda bir nicat puluna müqabil hürriyyətinə qovuşmuşdu. Hali-fəaliyyətdə bulunan bu quldur dəstələri  arasında bolşevik partiyası hesabına çalışan bir dəstənin də mövcudiyyətindən bəhs olunurdu. Bu çetənin başında isə Erivan meydanının qəhrəmanı (bu hadisə məşhurdur) şəxsən Kobanın bulunduğu sonradan bilinmişdi". Nobel qardaşları neft şirkəti də qoçuların köməyindən istifadə etmişdilər. Bunu M. Ə. Rəsulzadə yuxarıda adını çəkdiyimiz kitabında da təsdiq edirdi: "...polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının «qoçu» deyə məşhur olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-yev deyilən birisilə bağlaşmışdı". «Nobel qardaşları» firmasını buna məcbur edən qoçulardan aldıqları hədələyici məktublardı. M. Ə. Rəsulzadə bu hadisəni daha geniş təsvir etmişdir: «Bolşevik partiyasının qolu ilə adı çəkilən firmanın neft alan şöbəsinə bir məktub gəlir. Məktub 50000 rublənin müəyyən gün və saatda gələcək yoldaşlara təslim edilmək üzrə hazırlanmasını tələb edirdi. Firmanın müdirləri H.M.-yevi çağırır və ondan təyin olunan saatda terroristlərlə qarşılanmasını xahiş edir. H. M. bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaşı ilə Koba, yəni Stalin peyda olur. Qorxu təlqin edən sərt bir baxışla H.M.-ni süzən Koba ona ismi ilə xitab edərək deyir: -Hə, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə  qarşı  vuruşan  bir işçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz işçilər bir zülmün altındayıqsa, siz müsəlman iki zülmün altındasınız. Başqasının xüsusi mənfəətini qorumaq üçün bizə qarşı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim aldığımız paralar hürriyyət üçün sərf olunur. Bir millət olaraq, sizin hürriyyətiniz də bunun içindədir. Bundan sonra H.M.-yevin müqaviməti qırılır və həmən arkadaşlarına dönərək: -Biz pəs, — deyir». Musa Nağıyev bolşeviklər tərəfindən oğurlanmasını özü üçün ləkə və şərəfsizlik hesab edirdi. Buna görə özünün işlər müdiri Fətulla bəy Rüstəmbəyova dönə-dönə tapşırarmış ki, duma bu əhvalatdan xəbər tutmamalıdır.   Qoçu Nəcəfqulunun adı Bakıda dillər əzbəri idi. Onun törətdiyi cinayətlər də daha dəhşətli idi. Şəhərdə hamının canına vahimə salmışdı. Küçədə onun rastına çıxan adamlar dərhal yollarını dəyişərdilər. Ondan ötrü ismət və həya boş sözlərdi. Başqasının arvadına gözü düşərkən elə o gecə ərinin axırına çıxardı. Nəcəfqulu sözün əsl mənasında cəllad idi. Bakının tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Yalnız Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi. Şəhərin Şamaxı yolu üstündə olan məhəllələr isə qoçu Ağa Kərimin ixtiyarında idi. Xüsusilə Kömür meydanı onun daimi məskəni idi. Kəndlərdən buraya satmaq üçün meyvə və başqa mallar gətirən arabaçıların Ağa Kərimin icazəsi olmadan bazara girməyə ixtiyarları yoxdu. Gərək əvvəlcədən Ağa Kərimdən icazə alaydılar. İcazə də kəndlilərə çox baha otururdu. Əgər birisi Ağa Kərimdən icazəsiz bazarda bir şey satardısa, Ağa Kərim onun başına elə bir oyun açardı ki, kəndli bazara gətirdiyi şeylərdən nəinki məhrum olar, hətta təhqir edilib, döyülərdi də. Kömür meydanına gələn arabaların çoxu Qubadan olardı. Buna görə də Ağa Kərimin təhqir və söyüşlərinə daha çox dözən qubalılar idi. Ağa Kərimdən başqa onun iki qardaşı da Kömür meydanında allahlıq edərdilər. Onların burada çayxanaları vardı. Əslində isə hər şeylə məşğul olardılar. Bu qrupdan olan Bakı qoçuları həmişə səliqə ilə geyinərdilər. Əyinlərində atlas köynək, yaxud ağ kraxmallı köynək, zərbaftadan jilet, üstündən bahalı parçadan don və ya kostyum olardı. Başlarına drabi papaq qoyar, ayaqlarında jıq- jıq uzunboğaz çəkmə və ya yanları rezinli şiblit olardı. Yanlarında da həmişə mauzer gəzdirərdilər.   İkinci qrup qoçular isə daha çox icraçı idilər. Bunlar adlı-sanlı qoçuların həndəvərində dolaşan buyruq qulları idilər. Bazar bütün günü belə qoçularla qaynaşardı. Başlarına çal papaq qoyar, ayaqlarına bir qayda olaraq, uzunboğaz çəkmə  geyər,  şalvarlarının  balaqlarını  da  çəkmənin  içinə  salardılar.  Bellərinə pencəyin altından gümüş belbağı bağlardılar. Bığları da həmişə yağlı və burum- burum olardı. O dövrdə Bakıda yaranmış bir sıra mürtəce partiya və təşkilatlar qoçuların xidmətindən çox istifadə edirdilər. Məsələn, 1905-ci ildə "İttifaq" müsəlman mürtəce partiyası öz mövcudiyyət və ləyaqətini qorumaq üçün qoçu Ağa Kərimlə əlaqəyə girmişdilər. Silahlı qoçu ilə belə yaxınlıq və ittifaq "İttifaq"ı nəzərdən salmış və nəhayət 1906-cı ildə tamamilə dağılmışdı. Çar inzibati idarələri ayrı-ayrı inqilabçılar barədə cəza tədbirləri düşünərkən qoçuları da işə cəlb edirdilər. Onların fikrincə inqilabçıları ələ keçirmək üçün yerli qoçulardan istifadə etmək rəsmi polis məmurlarından istifadə etməkdən daha əlverişlidir. Məsələn, Əli Bayramovun həbs edilib, öldürülməsində qoçu — baş kəsən Əjdər Əminovun böyük köməyi olmuşdu. O qəddar polisin göstərişi ilə qoçu Hüseyn Qədiroğlu ilə birlikdə Əli Bayramovun başını kəsib, cəsədini gizlətmişdilər.   Adi vaxtlarda isə qoçuların polisi görən gözləri yoxdu. Hər ikisi bir- birindən çəkinərdi. Qoçular atışdığı zaman qorodovoylar öz postlarından uzaqlaşardılar ki, guya görmürlər. Ya da özlərini bilərəkdən görməməzliyə qoyardılar. Qoçular da əllərindən bir xəta çıxdığı zaman  qorodovoyun bir fiti kifayət idi ki, dabanlarına tüpürüb qaçsınlar. 1910-1912-ci illərdə şəhərdə qoçuların törətdiyi cinayətlər həddini aşmışdı. Bunun qarşısını almaq məqsədilə şəhər qradonaçalniki (qalabəyi) podpolkovnik P. İ. Martınov bir sıra ciddi tədbirlər hazırlamışdı. Bu işdə «Hidayət» cəmiyyəti də yaxından ona köməyə qoşulmuşdu. «Hidayət» şəhərdə azğınlıq edən qoçuların siyahısını tutub Martınova təqdim edir və onların şəhərdən sürgün edilmələrinə çalışırdılar. Axund Molla Ruhullanı qətlə yetirmiş qoçu Məşədi Hacı oğlu da elə bu zaman sürgün edilmişdi. Şəhərin küçələrində qoçuların vəhşətlərini öz gözləri ilə görmüş M.Ə.Sabir «Bakı pəhlivanlarına» şeirində belə yazırdı: Könlüm bulanır küçədə cövlanını görcək, Nitqim tutulur hərzövü hədyanını görcək. Canım üzülür əldəki qalxanına baxcaq, Qəlbim alışır beldəki patranunu görcək, Baxdıqca revolverinə əndamım olur süst. Bağrım yarılır xəncəri bürranını görcək.   Bakı milyonçu və varlıları da qoçulara həm arxalanır və həm də onlardan çəkinərdilər. Lakin bu milyonçular içərisində yalnız Murtuza Muxtarov qoçuların qənimi idi. Bəlkə buna görə idi ki, camaat onu Qoçular qoçusu adlandırırdı. Onun bir qoçunun başına açdığı oyun bütün qoçular üçün həmişəlik dərs olmuşdu. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Hafiz Sadıqovun Bakı qəzetlərində qoçular barədə çap etdirdiyi məqalələr çox maraqlıdır. Əlbəttə, qoçuluq Bakının ictimai həyatında qara bir ləkə idi. Lakin bununla belə qoçuların üzərinə mürtəce bir qüvvə kimi tamam xətt çəkmək də düzgün olmazdı. Ağır faciəli günlərdə qoçular həmişə xalqın köməyinə çatmışdılar. Məsələn,   1904   və   1918-ci   illərdə   erməni-müsəlman   qırğınında   qoçuların   fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci  ildə erməni  daşnaklarının Erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər. Ya da ermənilər Bakının cənub kəndlərinə basqın edəndə qoçular Bülbülə kəndinin böyründəki gölün ətrafını əhatə edərək, onları Mərdəkan, Binə və Qala kəndlərinə buraxmamışdılar. Bu döyüşdə Bakı kəndlərinin qoçularından da bir çöxu fədakarlıqla həlak olmuş, lakin düşməni bir addım da irəli buraxmamışdılar. Qoçuların içərisində ehtiyacı olan adamlara əl tutan, onlara pənah gətirənləri, ədalətsizlikdən qoruyan qoçuların da olduğunu qeyd etməmək insafdan olmazdı.   Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR  Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
['Bakının tarixi', 'qoçuluq']
1,045
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/10202/ibn-sina-haqq%C4%B1nda.html
İbn Sina haqqında
Aynur
Böyük insanlar,şəxsiyyətlər
24 aprel 2016, 03:21
Vaxtı ilə ibn Sina hey düşünər, özünə suallar verərdi: «Doğrudanmı insan ölməkdən ötrü yaşayır? Nə üçün bütün ömrünü bilik əldə etməyə sərf edən alim kifayət qədər biliyi əldə edəndən sonra o saat ölür». Böyük loğmanı düşündürən bu problemlər Nizami Gəncəvini də düşündürmüşdü. Bəzi tədqiqatçıların fikrincə, İbn Sina kimi qüdrətli həkim sayılan Razi (864-925) çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır. Deyirlər ki, Əbu ibn Sinanın şöhrəti Qurqan şahı Kabusa çatır. O, adamlarına əmr edir ki, onu tapıb gətirsinlər, bəlkə qardaşı oğlunu bu böyük həkim sağalda bilər. Şah bu fikrində yanılmamışdı. İbn Sinanı ədəb-ərkanla xəstənin yanına gətirirlər. O, qarşısında son dərəcə gözəl, ancaq kədərli bir gənc görür, xəstənin yanında oturub nəbzini yoxlamaq üçün əllərini əlinə alır və sonra deyir: Mənə elə bir adam lazımdır ki, Qurqanın bütün ev və məhəllələrini tanısın. Dərhal belə bir adam tapıb gətirirlər. Əbu ibn Sina əlini xəstənin nəbzi üzərinə qoyur və həmin adama deyir: «Mənə Qurqanın bütün məhəllələrini adbaad sayın.» Həmin adam məhəllələri adbaad saydıqca böyük həkim xəstəyə fikir verir. Məhəllələrdə birinin adı çəkiləndə xəstə qəribə şəkildə diksinir. Sonra həkim həmin məhəllənin küçələrini soruşur. Qəribə hərəkət təkrar edilir. Belə olduqda, İbn Sina həmin küçədəki bütün evləri tanıyan adam tələb edir. Belə bir adamı da tapıb gətirirlər. O, evləri saymağa başlayır, nəbzin qəribə hərəkəti təkrar edilir. «İndi bu evin sakinlərini xatırlayın — deyə loğman xahiş edir.» Bir qızın adı gələndə gəncin nəbzi həyəcanla döyünür. Yanaqları alışıb yanır. Şübhə yeri qalmır ki, gəncin xəstəliyinin səbəbi onun eşqə düşməsidir. İbn Sina gəncləri görüşdürməyi və qarşılıqlı razılıqları əsasında evləndirməyi məsləhət görür. Belə də edirlər, gənc sağalır və hər ikisi xoşbəxt olur. Deyilənlərə görə, Həmədan şəhərinin bazarında, xəstələrin əhatəsində bir həkim oturubmuş. Sultan Mahmud Qəznəvinin təqibindən gizlənmək üçün bu şəhərə gəlmiş ibn Sina onların yanından keçərkən maraqlanıb dayanır. Həkim müşahidəçilik və diaqnostika məsələlərini, ağıllı həlletmə qabiliyyətini nümayiş etdirirmiş. Növbə İbn Sinaya da çatır, lakin o, həkimdən xahiş edir ki, işində olsun və ona lap axırda bir az vaxt ayırsın. Həkimin qabağında bir neçə qalın əlyazması varmış. Bunu görən İbn Sina həkimə yaxınlaşıb, özündən asılı olmadan əlyazmalardan birini qabağına çəkib küncündən tutaraq aralayır və dərhal da örtərək deyir: — Bu ki «Qanun»dur. Həkim cavab verir: — Tamamilə doğrudur. Siz isə İbn Sinasınız və təqibdən qaçaraq bura gəlmisiniz. İbn Sina bütün bu görüb-eşitdiklərindən təəccüblənərək soruşur: — Möhtərəm ağa, həkimlik elminin «Qanunu»nu yazmağına baxmayaraq mən hələ heç bir zaman xəstənin nəbzindən tutmaqla vaxtilə onun başına nələr gəldiyini deyə bilmirəm. Siz buna necə nail olursunuz? Bu ki mümkün olan şey deyil. Əgər sirr deyilsə, bunu açıb deyin. Həkim dilləndi: — Bilirsinizmi əslində heç də həkim deyiləm. Bu gördüyün kitab bir neçə il bundan əvvəl əlimə keçsə də, savadsız olduğumdan orada nələr yazıldığım bilinirdim. Sonralar oxuyub yazmağı öyrəndimsə də, orada yazılanların çoxunu heç indinin özündə də başa düşə bilməmişəm. Lakin bisavad olsam da məndəki iti fitri düşüncəni və müşahidə qabiliyyətini özünüz görürsünüz. Çarşablı qadının indicə suallarına necə də müsbət cavablar verdiyini eşitdiniz. Məsələ burasındadır ki, mən qadının çarşabında güclə seçilən ağ ləkəni gördükdə onun qatıq ləkəsi olduğunu fikirləşdim və odur ki, qadından onun bir neçə gün əvvəl qatıq yeyib-yemədiyini soruşdum və sualıma müsbət cavab aldım. Bununla da qadının qəlbində mənə və mənim həkimliyimə qarşı inam qığılcımı parlamış oldu. Cavabına bir neçə gün bundan əvvəl düşmüş qatıq ləkəsinin indiyədək təmizlənməməsi qadının pintiliyi, onun yəhudi olduğunu fikirləşməyim üçün bir əsas verdiyindən mən ona ikinci sualımı verdim: «Sizin evin pəncərələri şərq tərəfəmi baxır?» Qadından bu sualıma da müsbət cavab aldıqdan sonra onun yəhudi olması barədə məndə şübhə qalmadı. Çünki şəhərimizdə yəhudilərin yaşadıqları məhəllədə evlərin pəncərələri yalnız şərq tərəfə baxır. Bundan sonra mən ona: «Beş gün qabaq plov yemişsən?» — dedikdə qadın barmaqlarını sayaraq sözümün doğru olduğunu gördü. O, mənim həkimliyimə daha da heyran oldu. Məsələ burasındadır ki, gün cümə axşamıdır. Yəhudilər isə nə olursa-olsun şənbə günləri mütləq plov yeməlidirlər.» Sonra isə ona «dərman» yazaraq amiranə səslə «dərmanı içib qurtaran kimi xəstəliyinin sağalacağını bildirdim. Vəssalam, mənim «dərmanlarım» adicə sudur və xəstəyə xeyri olmasa da, onlara heç bir zərəri də olmayacaq. Lakin xəstələrin sağalmasında rol oynayan başlıca amil mənim onlarda yarada bildiyim inamdır. Mən xəstələri sözün qüdrəti ilə onlarda həkimə və xəstəlikdən tezliklə sağalacaqlarına inam yaratmaqla sağaldıram.» İbn Sina ona axırıncı sualını verdi: «Biz bir-birimizi ilk dəfədir ki, görürük. Belə olan surətdə mənim İbn Sina olduğumu bəs haradan bildiniz? — Bizim əyalətin mollası sizin kitabınızı bir qədər o yan bu yana vərəqləyəndən sonra bu kitabın adını «Qanun», onu yazan adamın isə Əbu Əla ibn Sina olduğunu mənə demişdilər. Siz isə kitabı açan kimi onun olduğunu söylədikdə qarşımdakı Şəxsin müəllifin özü olduğuna şübhəm qalmadı.» İbn Sina bir dəfə də olsun gecəni tamam-kamal yatmamışdır. İbn Sinadan soruşmuşdular: «Dünyada əlacı olmayan dərd varmı?» Məşhur loğman demişdir: «Yaxşı adamın pis adama möhtac olması dərdinin əlacı yoxdur.» Məlumdur ki, astrolyabiya (ulduzların yerləşdiyi yüksəkliyi ölçən cihaz) cihazının dəqiqliyini artırmaq üçün İbn Sina qurğu düzəltmişdir. Onun ölümündən 500 il sonra, portuqaliyalı Pedro Nunents 1542-ci ildə belə bir qurğunu Avropa üçün yenidən ixtira etmişdi. XII əsrin böyük mütəfəkkir alimi Əbu Əli ibn Sina yaradıcılığının ən məhsuldar dövrünü Azərbaycanda keçirmiş, ona dünya şöhrəti qazandıran «Qanun» və digər əsərlərini burada yazmışdır. Həkim-filosof Əbu ibn Sina vaxtilə tələb etmişdir ki, həkim şahin gözlü, qız əlləri kimi zərif, ilan dərrakəli və şir ürəkli olmalıdır! Həkimlərin sultanı kimi tanınan İbn Sinanın (980-1037) tibb aləminə bir çox yeniliklər gətirən «Əl-Qanun» adlı əsəri nəinki yalnız İslam dünyasında, həm də Avropada əsas tibb kitabı sayılmışdır. «Tibbin İncili» adını qazanması, 600 il Avropa universitetlərində dərs vəsaiti kimi tədris olunması buna ən böyük sübutdur. İbn Sina tibb də daxil olmaqla 29 müxtəlif elm sahəsindəki ixtiraları ilə avropalılara nümunə olmuşdur. Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['ibn Sina']
1,046
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/18300/pireney-yar%C4%B1madas%C4%B1-%C3%B6lk%C9%99l%C9%99ri-avrasiya-v%C9%99-%C5%9F%C9%99rq-sivilizasiyalar%C4%B1n%C4%B1n-qov%C5%9Fa%C4%9F%C4%B1nda.html
Pireney yarımadası ölkələri Avrasiya və Şərq sivilizasiyalarının qovşağında
luminat
orta əsrlər tarixi
23 aprel 2016, 14:06
İspaniya XI-XIII əsrlərdəİspaniya və Portuqaliya XIV – XV əsrlərdə 1. İspaniya XI-XIII əsrlərdə XI əsrin ortalarından XIII əsrin ortalarınadək olan dövr Rekonkistanın ən uğurlu və həlledici dövrü sayılır. Pərakəndə halda olan Mavritaniya mülkləri xristian hökmdarlarının qurbanı olurdu. Belə ki, 1085 – ci ildə kastilyalılar Mərkəzi İspaniyanın ən böyük şəhəri olan Toledonu ələ keçirirlər. XII əsrin əvvəllərində araqonlular Saraqosu, 1147 – ci ildə isə Lissabonu alırlar. XII əsrin sonuna doğru yarımadanın böyük bir hissəsi xristianların əlinə keçir. Lakin onların cənuba hərəkəti ərəblərin VIII əsrdə İspaniyanı işğal etməsindən daha ləng gedirdi. Bu bir neçə səbəblə izah olunur: əvvəla, yarımadanın xristian hakimləri arasında birlik yox idi. Leonun və Kastiliyanın birləşməsi möhkəm deyildi. Onların qəti birləşməsi yalnız 1230 – cu ildə baş verdi. 1137 – ci ildə isə Araqon və Kataloniya uniya yaratdılar. 1139 – cu ildə portuqal qrafı Alfonsu Enrikeş özünü kral elan etdi. XII əsrdən etibarən ərəblərlə artıq həmsərhəd olmayan Navarra Rekonkistada artıq iştirak etmirdi. Kastiliyanın və Araqonun cənuba hərəkətini ləngidən daha bir amil Şimali Afrikanın bərbər dövlətlərinin hərbi müdaxiləsi idi. Əndəlus əmirləri onlardan könülsüz istifadə edirdilər, çünki onların asılılığına düşmək istəmirdilər. Lakin ağır vəziyyətdə bərbərlər xristian hakimlərini məğlubiyyətə uğradırdılar. Məs. 1086 – cı ildə bərbərlərin kastiliyalılar üzərində qələbəsi ( Salak döyüşü ) və 1195 – ci il Alarkos döyüşündə qələbəsi Rekonkistaya böyük zərbə vurmuşdu. Digər tərəfdən xristian krallıqlar mübarizəni təkbaşına aparırdılar. Rekonkistanın sürətini müəyyən edən başqa bir amil ələ keçirilmiş torpaqların məskunlaşması ilə bağlı çətinliklər idi. Cənub sərhədlərdə qalalar tikmək, şəhərlərdə qarnizon saxlamaq üçün çox vaxt vəsait çatışmırdı. Ona görə də XI – XIII əsrlərdə Rekonkista tədrici yox, sıçrayışlarla baş verirdi. Onun ən böyük qələbələri XIII əsrin I yarısına təsadüf edir. 1212 – ci ildə Kastiliya kralı VIII Alfonsu Las Navas de Tolosa yaxınlıqdakı bərbərləri məğlub edir. XIII əsrin 30 – 50 – ci illərində kastiliyalılar iri Mavritaniya tayfalarına – Xaen, Kordova və Sevilyanı tuturlar. Araqon isə Valensiyada, Balear adasında, Siciliyada, Sardiniyada və Cənubi İtaliyada möhkəmlənir. Araqon krallarının Cənubi Fransada da mülkləri var idi. Alqarvini ələ keçirən Portuqaliya isə Rekonkistada iştirakını başa vurur. Beləliklə, XIII əsrin II yarısında Pireney yarımadasında mavrların əlində yalnız Qranada qalır. O, artıq xristianlar üçün ciddi təhlükə olmadığından, Rekonkista XV əsrin sonunadək dayandırılır.   Göstərilən dövrdə Pireney yarımadası ölkələrində istehsalın bir çox sahələrində irəliləyiş hiss olunurdu. Kənd təsərrufatında əkinçiliyin rolu artırdı. Ərəblərin yaratmış olduğu suvarma sistemləri qalmışdı və onlardan üzümçülüyün inkişafında, zeytun və barama yetişdirilməsində geniş istifadə olunurdu. Mərkəzi İspaniyanın geniş dağlıq yaylalarının işğalı ilə maldarlığın inkişafı üçün imkan yaranmışdı. XIII əsrdən başlayaraq ispan yunu Flandriyaya, İtaliyaya, Fransaya ixrac olunurdu. Qoyunçuluqla təkcə kəndlilər məşğul olmurdu. Dünyəvi feodallar, kilsə, şəhərlər də iri qoyun sürülərinə malik idi. Otlaqların istifadəsini qaydaya salmaq və öz maraqlarını müdafiə etmək mal- qara sahiblərinin ittifaqları – mestalar da XII – XIII əsrlərdə yaranmışdı. Kastiliyada mestalar 1273 – cü ildə “ Mestanın fəxri şurası ” adlı ümumdövlət ittifaqında birləşirlər. Bütün Qərbi Avropada olduğu kimi, XI – XII əsrlərdə İspaniya və Portuqaliyada da sənətkarlıq və ticarət mərkəzləri olaraq, şəhərlərin təşəkkülü və inkişafı baş verir. Pireney yarımadasında bu proses, Rekonkista ilə əlaqədar bəzi xüsusiyyətlərə malik idi. Bir çox şəhərlərin inkişafı müsəlman dövründə baş vermişdi. Onların xristian dövlətlərinin tərkibinə qatılması ilə müsəlman dünyası ilə olan ənənəvi iqtisadi əlaqələrinin qırılmasına gətirib çıxarırdı. Bununla yanaşı, Toledo, Saraqos, Valensiya, Sevilya kimi şəhərlər xristian hakimiyyəti dövründə də mühüm ticarət – sənətkarlıq mərkəzləri olaraq qalırdılar. Rekonkista gedişində meydana gələn şəhərlər isə xeyli geri qalırdılar. Onlar, bir qayda olaraq, qalaların yerində yaranırdılar. Bu şəhərləri saldıran krallar və qraflar daimi qarnizon yaradılmasında maraqlı idilər, ona görə də burada məskunlaşanlar üçün imtiyazlar verirdilər. Bu məskənlərin iqtisadiyyatı aqrar səciyyə daşıyırdı, lakin artıq X – XI əsrin hüdudunda burada bazarlar, sənətkar məhəllələri peyda olur, əhalinin artımı baş verirdi. Leon – Kastiliya krallığının şimal – qərbində şəhərlərin inkişafında bəzi xüsusiyyətlər var idi. Onların təşəkkülündə Fransadan Santyaqo – de – Kompostelaya gedən zəvvar yolu böyük rol oynamışdır. Bu yol fransız sənətkarlarını Leon, Ovyedo, Burqos kimi şəhərlərə cəlb edirdi. Kataloniyanın sahilboyu şəhərləri üçün isə (xüsusilə Barselona üçün) uzaq tranzit ticarətin inkişafı səciyyəvi olmuşdur. Kastiliyanın, Araqonun və Portuqaliyanın sosial inkişafında da Rekonkistanın böyük rolu olmuşdur. Bütün Pireney krallıqlarında yeni torpaqların məskunlaşması ilə bağlı oxşar prosedura gedirdi. Bu torpaqların ali mülkiyyətçisi kral sayılsa da, real sahibi — məskun özü idi. Əmlak xartiyalarında krallar malikanəçilərə, kənd və şəhər icmalarına torpaq üzərində hüquqlar verirdi. Torpağın bir hissəsi kral domeninə çevrilirdi. Bəzi hallarda krallar özləri tərəfindən verilən imtiyazları pozaraq, azad kəndləri və hətta şəhərləri dünyəvi və ruhani senyorlara verirdilər. Azad kənddə torpaq bütün icmanın nəzarəti altında olan əkin sahələrinə — konsexolara bölünürdü. Asılı kəndlərdə də icma təşkilatı var idi. Kastiliyada və Portuqaliyada mükəlləfiyyətlər böyük deyildi, Kataloniya və Araqonda isə kəndlilərin vəziyyəti ağır idi. Leon və Kastiliyada azad kəndlilərlə asılı kəndlilər arasında keçid vəziyyətində olanlar beqetri üzvləri idi. Beqetri – elə bir kəndli icması idi ki, bu icmaya senyor qəyyumluq göstərirdi və bu qəyyumluq müqabilində kəndlilər müəyyən mükəlləfiyyətlər yerinə yetirirdi. XIII – XIV əsrlərdə bu mükəlləfiyyətlər xeyli artır və beqetriyə üzvlük feodal asılılığı formasına çevrilir. Leon – Kastiliya şəhərlərinin sosial quruluşu adətən şəhərin azad olub – olmamasından asılı olurdu. Ölkənin əksər iri və orta şəhərləri azad idi və krala birbaşa tabe idi. Zəngin şəhərlilər ( kabalyerolar) şəhər idarəçiliyində ali vəzifələr tuturdu. Imtiyazı olmayan şəhər əhalisi sənətkarlar, xırda tacirlərdən ibarət idi. Ispan şəhərində sənət “ azad ” idi, çünki kral hakimiyyəti və şəhər aliləri sexlərin təşkilinə imkan vermirdi. Şəhərlərin müsəlman əhalisi alçaldılmış vəziyyətdə idi. XIII əsrin ortalarınadək Leon – Kastiliya krallığında feodal zümrəsi idi və azad kəndlilər, varlı şəhərlilər də kabalyero ola bilərdi. XIII əsrdə kabalyero və irsi feodallar – infansonlar arasında fərq hiss olunmağa başlayırdı. Mənbələrdə hər ikisinə idalqo ( isp. fijo d alqo – mühüm adamın oğlu ) deyilirdi. Idalqolar adətən, varlı olmurdular, gəlirləri rentadan və bəzən hərbi qənimətdən ibarət olurdu. Krallığın ən ali zadəganları – rikos – ombres ( isp. “ zəngin adamlar ” ) isə geniş əkin sahələrinə malik olub, dövlət işlərində iştirak edirdilər. Bu təbəqənin əsasını 20 – 30 feodal nəsli ( məs. Lara, Kusman, Aro kimi ailələr ) təşkil edirdi. Kral xidmətində xüsusi seçilmiş və varlanmış idalqolar bəzən rikos – ombresə daxil olurdu. Kataloniya və Araqonda feodallar bir neçə təbəqəyə ayrılırdı və mənşəyindən, əmlakından asılı olaraq fərqləndirilirdi. Araqon əyanları Kastiliua əyanlarına nisbətən daha böyük imtiyazlara malik idi və hətta öz monarxına qarşı müharibə də apara bilərdi. Portuqaliyada feodallar ticarətlə daha çox bağlı idilər. Ölkədə dini – cəngavər ordenlərinin də əhəmiyyəti böyük idi. Rekonkista Portuqaliya yarımadası ölkələrinin siyasi quruluşuna da əhəmiyyətli təsir göstərmişdi. Xarici təhlükə feodal pərakəndəliyinin qarşısını alırdı. XI əsrdən Leon – Kastiliya krallığında monarxiya qəti şəkildə irsi xarakter alır. Üsyankar feodallarla mübarizədə krallar müsəlman ərazilərinin maliyyə ehtiyatlarında, şəhər qarnizonlarından, kabalyero və idalqolardan istifadə edirdi. XIII əsrin ortalarından başlayaraq mərkəzi hakimiyyət idarəçilik sistemində vəhdət yaratmağa çalışır, lakin şəhərlərdə və konsexolarda bu böyük müqavitəmlə rastlaşırdı. Ona görə də Leon – Kastiliya krallığında ümumdövlət qanunlarının fəaliyyəti XIV əsrin ortalarından tez baş vermir. Leon – Kastiliya kralları hələ XI əsrdə qanunvericilik məsələlərini müzakirə etmək üçün əyanların iştirakı ilə assambleyalar çağırırdı.1188 – ci ildə Leonda ilk dəfə şəhərlilər də bu assambleyaya cəlb olunur. XIII əsrin ortalarından başlayaraq, belə orqanlar (korteslər) nizamlı toplanır. Leon – Kastiliya kortesləri 3 palatadan ibarət idi: I – də yepiskoplar və abbatlar, II – də dünyəvi senyorlar, III – də şəhərlilər və konsexo nümayəndələri iclas edirdi. Bu dövrdə korteslərin nüfuzu böyük idi. Pireney yarımadasının şərqində siyasi baxımdan özünəməxsus bir federasiya mövcud idi ki, onun tərkibinə Araqon və Valensiya krallıqları və Kataloniya prinsipatı daxil idi, Araqon kralı isə ümumi monarx idi. Lakin Kataloniya, Araqon və Valensiya kortesləri ayrı –ayrılıqda seşilirdi və iclas edirdi. Araqon korteslərində 4 palata – rikos – ombres, kabalyeros, rühanilər və şəhərlilər palatası var idi; kəndlilər onların işində iştirak etmirdilər. XIII əsrdə Portuqaliyada və Navarrada 3 palatalı korteslər təşkil olunur.   2. İspaniya və Portuqaliya XIV – XV əsrlərdə XIII əsrin ortalarından etibarən Rekonkista uzun müddətə dayanır. Qranada əmirliyi öz şimal qonşuları ilə sülh saxlamağa çalışırdı; xüsusilə 1340 –cı il Salado döyüşündə xristian qoşunları ərəbləri ağır məğlubiyyətə uğradıqdan sonra sülhə böyük ehtiyac yaranmışdı. Sonrakı dövrdə Araqon Aralıq dənizi bölgəsində panlı işğal siyasəti aparır; o, Balear adalarını ələ keçirir, 1282 – ci ildə Siciliyada möhkəmlənir, 1442 – ci ildə Neapol krallığını tutur və Sardiniyanı işğal edir. XV əsrin əvvəllərində Kastiliya Kanar adalarını, Portuqaliya isə Şimali Afrikada Seut şəhərini ələ keçirir. (1415 ) Kastiliya və Araqon varislərinin – İzabella və Ferdinandın nigahı nəticəsində, 1479 – cu ildə hər iki krallığın birləşməsi baş verir. Yarımadada heç bir əhəmiyyətli rol oynamayan Navarra Araqon və Fransa arasında bölüşdürülür. 1492 – ci ildə Kastiliya və Araqon qoşunları Qranadanı da işğal edir bə Rekonkista başa çatır. Beləliklə XV əsrin sonunda vahid ispan dövləti yaranır. Hələ XIII əsrin ortalarından İspaniyanın və Portuqaliyanın iqtisadiyyatında böhranlı vəziyyət müşahidə olunurdu. Xristian istilaları ərəb əhalisinin kütləvi şəkildə Qranada və Şimali Afrikaya köçməsinə səbəb olmuşdu; müsəlmanların ölkəni tərk etməsi Əndənusun yüksək inkişaf etmiş aqrar mədəniyyətini tənəzzül etdirməyə bilməzdi; şəhərlərdə də sənət də süqut edirdi. XIV əsrin ortalarında Avropanı və eləcədə yarımadanı bürümüş taun epidemiyası da əhalinin azalmasına gətirib çıxarmışdı. Kəndli təsərrüfatı və sənət istehsalı üçün sosial şərait yox idi. Şimal bölgələrin feodalları kəndlilərin istismarını gücləndirmişdilər, şəxsi asıllılıq rəsmi şəkil almışdı. Kastiliya krallılığının kəndlilərinin də vəziyyəti ağırlaşmışdı, natural vergi normadan ağır idi. XIV əsrin əvvəllərində İspaniyada merinos qoyunlarının geniş yayılması feodalların icma torpaqlarını otlaqlara çevirmə cəhdlərini artırdı. Xammalın kütləvi ixracı isə yerli toxuculuğun mövqeyini zəiflədirdi. Portuqaliyada bir qədər fərqli vəziyyət yaranmışdı. Aqrar məhsulun ixracı üzrə ixtisaslaşan liman şəhərlərin ətrafında taxılçılıq uğurla inkişaf edirdi. Kəndlilərin arasında təbəqələşmə artırdı. XIV – XV əsrlərdə Kastiliya və Portuqaliyada varlı kəndlilərin və şəhərlilərin zadəgan statusu alması imkanı yoxa çıxır. Bundan bir qədər əvvəl isə — XIII – XIV əsrin hüdüdunda kənd və şəhər kabalyerosu xüsusi zümrə kimi aradan çıxır; onların yoxsullaşmış hissəsi xırda kəndlilər və yoxsul şəhərlilər təbəqəsinə daxil olur; qalanları isə idalqoya çevrilir və istehsal fəaliyyətindən ayrılır. Bu dövrün daha bir səciyyəvi cəhəti – ali zümrənin ( rikos – ombres və qrandların ) qapalılıq dərəcəsinin artması idi. XIV – XV əsrlərdə Rekonkistanın dayanması zadəganların gəlirinin azalmasına səbəb olmuşdu; kralların apardığı mərkəzləşmə siyasəti həm feodalların, həm də şəhərlilərin kəskin etirazı ilə qarşılanırdı; müxtəlif əyan qruplaşmaları arasında siyasi nüfuz uğrunda rəqabət gedirdi. XIV – XV əsrlər əsil feodal anarxiyası dövrü idi. Kastiliyanın və Araqonun birləşməsi İspaniyada vəziyyəti bir qədər sabitləşdirdi. Ölkədəki vəziyyət ispan və portuqal monarxlarını XV – XVI əsrlərdə işğal siyasətini genişləndirməyə sövq edirdi. Müəllif: Yeganə Hafiz qızı Gözəlova Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi, S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında
['İspaniya tarixi', 'Portuqaliya', 'orta əsrlər', 'Avropa tarixi', 'rekonkista']
1,047
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/18657/a%C4%9Fqoyunlular-d%C3%B6vl%C9%99ti.html
Ağqoyunlular dövləti
luminat
Azərbaycan tarixi
23 aprel 2016, 13:54
Oğuz tayfalarından olan Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşdur. «Azərbaycan tarixi» kitabında göstərildiyi kimi, bayraqlarında ağ qoç rəmzi olan bu böyük tayfa birliyi hələ erkən orta əsrlərin başlanğıcından, bəlkə də əvvəl Cənubi Qafqazda, başlıca olaraq Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, o cümlədən, Qarabağda, Göyçə gölü ətrafındakı torpaqlarda, Alagöz yaylaqlarında və başqa yerlərdə yaşayırdılar. Ağqoyunluların ön dəstələri Azərbaycanın cənub rayonları Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdı.Cahanşahın hakimiyyətinin sonuna yaxın Azərbaycanın qərbində və Kürdüstanın cənubunda yaşayan Ağqoyunlu tayfalarının əmirləri qüvvətləndilər. Ağqoyunlu tayfaları siyasi birliyinin başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi (1370-1388). Pəhləvan bəyin ölümündən sonra tayfa ittifaqı zəiflədi. Əlaəddin Turəli (1388-1392) və Fəxrəddinin (1392-1394) Ağqoyunlu tayfa ittifaqlarını möhkəmləndirmək cəhdləri heç bir nəticə vermədi.   XIV əsrin sonu — XV əsrin əvvəllərində Ağqoyunlu tayfa ittifaqının daxilində başlanan münaqişə daha da kəskinləşdi. Fəxrəddinin üç oğlu: Əhməd, Pirəli və Bahəddin Qara Yuluq Osman bəyin (Qara Osman) ətrafında birləşərək hakimiyyəti öz əllərində birləşdirməyə çalışırdılar. Onlar qorxulu hesab etdikləri Qara Yuluq Osman bəyi həbsə aldılar, lakin qaraqoyunluların Ağqoyunlu torpağına hücumu nəticəsində Qara Yuluq həbsdən qurtuldu. Tezliklə o, qaraqoyunlulara qarşı yaradılmış qoşuna başçı təyin edildi. O, Sivas uğrunda apardığı mübarizələrdə qaraqoyunlular üzərində qələbə çalaraq möhkəmləndi, az sonra Ərzincan, Mardin torpaqları da onlardan asılı vəziyyətə düşdü. Qara Yuluq Osman bəy (1394-1434) Diyarbəkri mərkəz seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını yatırdı və bir sıra tədbirlər həyata keçirməklə Ağqoyunlu tayfa ittifaqını xeyli möhkəmləndirdi. 1434-cü ildə qaraqoyunlularla döyüşlərin birində 90 yaşlı Qara Yuluq öldürüləndən sonra, Ağqoyunlu tayfa ittifaqında feodal mübarizəsi daha da şiddətləndi. Əli bəy (1434-1444) bu münaqişələrdə müəyyən uğurlar əldə etsə də, nəticədə məğlub olacağını duydu və Misir sultanlığı ilə ittifaqa girdi. Misir hakimi Məlik Əşrəf ona 50 min nəfər döyüşçü verdi. Birləşmiş qüvvə Əli bəyin qardaşı Həmzə bəyə qarşı mübarizənin gedişində məğlub oldu və Diyarbəkri itirdi, az sonra Əli bəy və Həmzə bəy öldürüldü. Əli bəyin oğlu Cahangir bəy (1444-1453) qısa vaxt ərzində Ağqoyunlu tayfalarını birləşdirərək Diyarbəkrdə möhkəmləndi. Lakin o, tayfa ittifaqının başçısı kimi lazımi rol oynaya bilmədi. Uzun Həsən (1453-1478) Ağqoyunlu tayfa birləşmələrinin möhkəmlənməsi əleyhinə çıxan qüvvələrə qarşı mübarizədə daha çox fəallıq göstərdi. Birinci növbədə, o, 1453-cü il yanvarın 16-da Diyarbəkrə daxil oldu, qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Uzun Həsən qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün ciddi tədbirlər gördü. O, eyni zamanda, Osmanlı imperiyası ilə mübarizə aparmalı oldu. XV əsrin 50-ci illərində Uzun Həsən Ərməniyyə və Gürcüstanın qaraqoyunlulara tabe olan şərq hissəsini tutdu. 1467-ci ilin mayında Cahangir Muş düzündə həm özünün baş əmiri Qasım Pərvənəçi ilə, həm də Ağqoyunlu Uzun Həsənin böyük qoşunu ilə döyüşə girdi. Bu döyüş qaraqoyunluların məğlubiyyəti ilə qurtardı, Cahanşah öldürüldü, Uzun Həsən qələbəsini rəqiblərinə bildirmək və onları açıq mübarizədən çəkindirmək məqsədilə Cahanşahın  kəsilmiş başını  Herata-Teymuri Əbu Səndə, oğlu Məhəmmədin başını isə İstanbula-II Mehmetə (1451-1481) göndərdi.   Ağqoyunlulara qarşı mübarizə aparmaq üçün Qaraqoyunlu əmirləri Maku qalasında həbsdə saxlanılan Cahanşahın oğlu Həsənəlini azad edib, hökmdar seçdilər. Bundan sonra Cahanşahın varisləri — Həsənəli və Hüseynəli arasında hakimiyyət uğrunda mübarizə başlandı  və Hüseynəli tezliklə öldürüldü, Həsənəli isə öz qüvvələrini toplayaraq, ağqoyunlulara qarşı mübarizəyə başladı. O, rəiyyəti öz tərəfinə çəkmək üçün Təbriz yoxsullarına və kəndlilərə iri məbləğdə pul payladı. Lakin onlar Həsənəlini müdafiə etmədilər. Ona görə də 1468-ci ildə Uzun Həsən heç bir çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu, Həsənəlini sıxışdırdı. Qaraqoyunluların xeyli hissəsi ağqoyunlularla birləşdi. Beləliklə, Qaraqoyunlu dövləti süquta uğradı. Ağqoyunlu dövləti onu əvəz etdi. Təbriz yeni dövlətin paytaxtı oldu. Ağqoyunlu dövləti özünün ən qüdrətli çağlarında Kürdən cənubda olan Azərbaycan vilayətləri Ərməniyyə, Diyarbəkr, Şərqi Gürcüstan, Ərəb İraqı, Mazandaran və Xorasan istisna olmaqla, İranın qalan vilayətlərini əhatə edirdi. Qeyd edək ki, Ağqoyunlu dövlətində  vəziyyət yaxşı deyildi. Uzun Həsənin dövründə şəhər və kənd əhalisi üzərinə ağır vergi və mükəlləfiyyətlər qoyulmuşdu. Bu, öz növbəsində, dövlətin iqtisadi əsasını sarsıdırdı. Azərbaycanın ayrı-ayrı mahallarında başlanan kəndli hərəkatı dövlətin siyasi nüfuzuna da mənfi təsir edirdi. Ona görə də Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər gördü. Vergi işlərini nizama salmaq üçün «Qanunnamə» verdi. Xondəmir yazır ki, Uzun Həsənin vergi islahatı nəticəsində əkinçilik işləri xeyli yaxşılaşdı, vergilərin  miqdarı  nisbətən  azaldı. Lakin bu tədbir geniş xalq kütlələrinin vəziyyətini yaxşılaşdırmadı. Əsrin sonunda vəziyyət yenə ağırlaşdı. Uzun Həsən köçəri tayfaları və hərbi feodal əyanlarını mərkəzi hakimiyyətə tabe etmək üçün mübarizəyə başladı. Uzun Həsən feodalların müqavimətini qıra bildi, lakin onların xeyirinə də bəzi güzəştlərə getməyə məcbur oldu. Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi. Uzun Həsən müəyyən uğurlarına baxmayaraq, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilməmişdi. Çünki bu geniş ərazidə müxtəlif etnik təsərrüfat və mədəni şəraitə malik olan əhalini birləşdirmək mümkün olmadı. Ağqoyunlu dövlətinin başlıca düşmənn Fateh Sultan II Mehmet idi. Ona görə də Uzun Həsənin xarici siyasətinin mərkəzində Osmanlı Türkiyəsi ilə münasibətlər dayanırdı. Çünki II Mehmetin Kiçik Asiyanın şərqini istila etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə törədirdi. Türkiyə sultanı Ön Qafqazı, xüsusən, Azərbaycanı tutmaq üçün də cəhd göstərirdi.   Ağqoyunlular Trabzon yunan dövlətilə hələ Azərbaycanda hakimiyyətə gəlməmişdən çox əvvəl — Diyarbəkr və onun ətrafını əhatə edən kiçik feodal dövləti ikən dostluq əlaqəsi yaratmışdılar. Trabzon imperatoru Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idi. Türkiyəyə qarşı öz müstəqilliyini qorumaq iqtidarında olmayan Trabzon imperatorları hələ XIV əsrin ortalarında Ağqoyunlularla dostluq etməyə başlamışdılar. Ağqoyunlu Tur Əlibəyin oğlu Qutluq bəy və Bayandurlar sülaləsinin banisi Qara Yuluq Osman bəy Trabzon sarayı ilə qohum idilər. Bayandurlar sülaləsinin ən görkəmli nümayəndəsi Uzun Həsən isə Trabzon imperatoru IV İohann Homnenin qızı Feodora ilə — Dəspinə xatunla evlənmişdi. Uzun Həsən Dəspinə xatundan doğulan qızı Martanı-Aləmşah bəyimi bacısı oğlu Şeyx Heydərə ərə vermiş, bu izdivacdan Səfəvi hökmdarı Şah İsmayıl doğulmuşdu. Osmanlı sultanı Qərbdəki istilalarını həyata keçirərkən öz arxasını təhlükəsizləşdirmək istəyirdi. Osmanlı sultanı tərəfindən Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Ağqoyunlu — Türkiyə münasibətləri kəskinləşdi. Uzun Həsən, eyni zamanda, həm şərqdən, həm də qərbdən güclü Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə əlaqəyə girərək cəsarətli tədbir gördü. Çünki Osmanlı imperiyasının siyasəti Ağqoyunlu dövlətinin mənafeyinə ziyan vururdu. Türk sultanı Azərbaycanla Avropa ölkələri arasında karvan ticarətinə mane olur, bu yerlərdən keçirilib aparılan mallardan böyük gömrük xərci alırdı. Ona görə bu plan bir sıra Avropa dövlətləri tərəfindən rəğbətlə qarşılandı. Guya Osmanlı işğalı Avropada Polşa, Macarıstan, Hapsburq krallığı, Venesiya, Roma papası, Neopol üçün təhlükə yaradırdı. II Mehmetin gömrük siyasəti Avropa-Asiya tranzit ticarətinə mənfi təsir edirdi. Osmanlı dövlətinin bu siyasəti Ağqoyunlu dövlətində daha çox hiss olunurdu. Bunun başlıca səbəbi o idi ki, Avropa ölkələri iki türk dövlətinin yaxınlaşmasına mane olur, onların arasına ziddiyyət salmağa çalışırdılar. Uzun Həsən isə bu diplomatiyanı lazımi dərəcədə qiymətləndirmədiyindən, Türkiyəsiz Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələrini möhkəmləndirməyə çalışırdı. Daha sonra, Ağqoyunlu hökmdarı osmanlılara qarşı mübarizə aparan Qaraman bəyliyi, Kipr krallığı və Rodos feodal dövləti ilə də sıx əlaqə saxlayır, həmin ölkələri öz başçılığı altında sultana qarşı vahid cəbhədə birləşdirməyə çalışırdı. Ağqoyunluların Şərqlə Qərb arasındakı ticarətində vasitəçilik edən Venesiya respublikası ilə əlaqələri daha geniş idi. 1463-cü ildə 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması bu əlaqələrin daha müntəzəm şəklə düşməsinə səbəb oldu. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyilə ittifaqa girmək haqqında xüsusi məsələ müzakirə edildi.   Uzun Həsənin ölümündən sonra 1478-ci il iyulun 15-də Yaqub Mirzə Cənubi Azərbaycanda, Xoy yaxınlığındakı döyüşdə qardaşı Xəlil Mirzəni öldürərək, taxta  çıxdı. Yaqub Mirzənin hökmranlığı zamanı (1478-1490) ağqoyunlu ordusu Süleyman bəy Bicanoğlunun komandanlığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid (1481-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanları Azərbaycanı işğal edə bilmədilər. 1480-ci ildə Urfa yaxınlığındakı döyüşdə ağqoyunlu ordusu Misir və Suriya sultanı Qayıtbəyin (1468-1496) qoşununu məğlubiyyətə uğratdı. Yaqub Mirzə atasının siyasətini davam etdirərək, Şirvanla dostluq əlaqələri saxlayırdı. O Şirvanşah Fərrux Yasarın (1462-1500) qızı ilə evlənərək bu əlaqələri daha da möhkəmləndirdi. Lakin atasının Səfəvilərin Ərdəbil hakimiyyətinə olan müsbət meylini qoruyub saxlamadı. Çünki getdikcə qüvvətlənən bu hakimiyyəti özü üçün təhlükə hesab edirdi. Ona görə də Ərdəbil hakimiyyəti ilə də ağqoyunlular arasında ziddiyyət başladı. XV əsrin sonunda Ağqoyunlu dövlətini daxili çəkişmələr bürüdü. Getdikcə kəskinləşən sinfi mübarizə dövləti zəiflədən amillərdən birinə çevrildi. Ağqoyunlu dövləti süqut etdi.   Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri XV əsrin ən güclü dövlətləri idi. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ərazisi Cənubi Azərbaycanı və Qarabağı, şimalda Kür çayına qədər Gəncə və Şamxoru əhatə edirdi. Hər üç dövlətin quruluşu əsaslı fərqlənmirdi. Fərq orasında idi ki, Qaraqoyunlu və Ağqoyunlu dövlət aparatında Azərbaycan tayfalarının hərbi feodal əyanları — baharlı və bayanduri tayfaları rəhbər rol oynayırdılar. Hər iki sülalənin dövlət başçıları «padşah», Ağqoyunlu padşahları isə «sultan» titulu daşıyırdılar. Şirvanda isə dövlət hakimiyyəti əhalinin feodal əyanlarına mənsub idi. Şirvan dövlətinin başçıları özlərini "şah" adlandırırdılar. Hakim sülalənin üzvlərindən və ya məşhur əmirlərdən təyin olunan ordunun baş komandanı əmir-ül-üməra (əmirlər əmiri) titulunu daşıyır, padşahdan sonra birinci şəxs sayılırdı. İkinci yerdə sədr-əzam dayanır, mövlana (ağa) ləğəbini daşıyırdı. O, ruhanilərə başçılıq edir, vəqf mülklərinə, onlardan vergilərin toplanmasına, mədrəsə və dini müəssisələrə başçılıq edir, məhkəmə işlərini nizamlayırdı. Mərkəzi dövlət aparatında sonrakı yeri baş vəzir tuturdu. O, daxili inzibati və xarici işlərə nəzarət edirdi. Ondan sonra dövlət gəlirinin hesablanmasına və maliyyə işlərinə baxan şahın möhrdarı sahibi — divan idi. XV əsrdə Azərbaycan feodal dövlətinin torpaqları padşah və onun varisləri, əyalətlər isə sülalə üzvləri tərəfindən idarə olunurdu. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin bütün hərbi təşkilati işləri köçəri adətilə sıx bağlı idi. Qoşun hissəsi ailə üzvləri ilə birgə olurdu. Onların qadınları çox qəşəng geyinir, at minir, onu məharətlə idarə edirdilər. XV əsrdə Avropa dövlətləri və Osmanlı Türkiyəsinin orduları ilə müqayisədə Azərbaycan feodal dövlətlərində hərbi texnika zəif idi.    Müəllif: Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru  Mənbə: SƏS QƏZETI
['Ağqoyunlu', 'Azərbaycan tarixi', 'Agqoyunlu dovleti']
1,048
https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/18655/ismin-hallar%C4%B1_2.html
İsmin halları
luminat
Azərbaycan dili
23 aprel 2016, 13:38
İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən müəyyən qrammatik şəkilçilər qəbul edərək dəyişirlər. İsmin belə dəyişməsinə ismin hallanması deyilir. İsmin altı halı var və həmin hallar suallara görə müəyyənləşir.1) Adlıq halBu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s. İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə). 2) İsmin yiyəlik halı  İsmin yiyəlik halı sahiblik, aidlik, yiyəlik mə'nalarını bildirir. Yiyəlik halda işlənən isim cümlədə özün-dən sonrakı başqa bir isimdən – daha doğrusu, mənsubiyyət şə-kil-çili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s. Yiyəlik halın iki forması var: a) Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın4 (-nın4) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?) b) Qeyri-müəyyəndik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə? sualına cavab olur. Məs: ağac (nə?) yarpağı, dəmir (nə?) qırığı, qonaq (nə?) otağı, çoban (nə?) tütəyi və s. Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan ismi hal şəkilçisini (-ın4, -nın4) artırmaqla müəyyənlik bildirən yiyəlik hala çevir-mək olur. Məs: maşın təkəri – maşının təkəri, kənd yolu – kən-din yolu və s. Qeyd: Samitlə bitən isimlər yiyəlik halda –ın4, saitlə bitən isim-lər isə -nın4 şəkilçisi qəbul edir. İkinci şəkildəki «n» samiti iki samit arasında işlənən bitişdirici samitdir. -ın4 yiyəlik hal şəkilçisi ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə ononimdir. Məsələn, dəftərin cildi, aşığın sazı (yiyəlik hal); sənin dəftərin, sənin sazın (mənsubiyyət).  3) İsmin yönlük halıYönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a2, saitlə bitənlərdə isə –ya2 («y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs. Murada (kimə?), quzuya (nəyə?), kən-də (haraya?) və s.Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlər yönlük halda iş-lənərkən tələffüz zamanı həmin saitlər ahəngə uyğun olaraq qa-pa-lı saitlərdən (ı,i,u,ü) birinə keçir. Məs: dərəyə-[dəriyə], Şuşaya-[Şuşuya], kölgəyə-[kölgüyə], torbaya-[torbıya] və s.4) İsmin tə'sirlik halıTə'sirlik hal hərəkətin obyektini, yə'ni hərəkətin hər hansı bir əşya üzərində icra olunduğunu bildirir. Yiyəlik hal kimi, tə'sirlik halın da iki forması var:Müəyyənlik bildirən tə'sirlik hal. Bu halda olan isim müəyyənlik bildirərkən samitlə bitən isimlərdə – ı4, saitlə bitən isimlərdə isə – nı4 şəkilçisini qəbul edir, kimi? nəyi? bə'zən də haranı? suallarından birinə cavab olur. Məs: kitabı (nəyi?), Ceyhunu (kimi?), Bakını (haranı?) və s.Qeyri-müəyyənlik bildirən tə'sirlik hal. İsim tə'sirlik halda qeyri-müəyyənlik bildirdikdə şəkilçisiz işlənir və ancaq nə? Sua-lına cavab olur. Məs: Mağazadan kitab (nə?) aldım. Maşın sər-nişin (nə?) daşıyır və s.Qeyd: Qeyri-müəyyənlik bildirən tə'sirlik halda olan isimlərlə adlıq halda olan isimləri fərqləndirmək üçün aşağıdakıları yadda saxlamaq lazımdır:Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismi müəyyənlik bildirən isim kimi də işlətmək olur. Məs: Kəndə yol (nə?) çəkdilər – Kəndə yolu (nəyi?) çəkdilər. Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismi cümlədə fe'l-dən uzaqlaşdırdıqda onu şəkilçisiz işlətmək mümkün olmur. Məs: Futbolçular qapıya top (nə?) vurdular – Futbolçular topu (nəyi?) qapıya vurdular.Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismin əvvəlinə o, bu əvəzliklərindən biri artırıldıqda həmin isim mütləq şəkilçi qəbul etməli olur. Məs: Həsən kitab (nə?) aldı – Həsən bu kitabı (nəyi?) aldı. 5) İsmin yerlik halıİsmin yerlik halı əşyanın və ya hərəkətin yerini bildirir, -da2 şəkilçisi ilə düzəlir və kimdə? nədə? harada? sual-larından biri-nə cavab olur. Məs: anada (kimdə?), kağızda (nədə?), dənizdə (harada?) və s. 6)İsmin çıxışlıq halıİsmin çıxışlıq halı hərəkətin çıxış nöqtəsini, başlanğıc yerini bildirir, -dan2 şəkilçisi ilə düzəlir, kimdən? nədən? haradan? suallarından birinə cavab olur. Çıxışlıq hal mə'-na-sına görə yönlük halın əksini ifadə edir. Sonu n, m samitləri ilə bitən sözlərdən sonra çıxışlıq hal şəkilçisi (-nan2) şəklində tələffüz olunur. Məs: dostumdan (dostumnan), səpindən (səpinnən) və s. İSIMLƏRIN HALLANMASINA AID MISALLARA.     qələm      düyü         kəpənək     qonaq  Y.     qələmin   düyünün    kəpənəyin   qonağın Yön.  qələmə   düyüyə      kəpənəyə    qonağa T.     qələmi      düyünü      kəpənəyi    qonağı Yer   qələmdə   düyüdə     kəpənəkdə  qonaqda Ç.     qələmdən  düyüdən   kəpənəkdən  qonaqdanQeyd: Sonu «q» və «k» samitləri ilə bitən çoxhecalı əsl Azər--baycan sözləri hallanarkən yiyəlik, yönlük və tə'sirlik hallarda q-ğ, k-y əvəzlənməsindən «Fonetika» bəhsində mə'lumat verdiyimizdən, burada təkrara ehtiyac görmədik.BƏZI IKIHECALI ISIMLƏRDƏ SON SAITIN DÜŞMƏSI.Dilimizin lüğət tərkibində elə ikihecalı sözlər var ki, onlara saitlə başlanan şəkilçilər artırıldıqda söz kökünün son sa-iti düşür. Məs: isim – ism-in, ism-i, ism-ə və s. Belə sözlər dili-mizdə çox azdır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir. 1. İsim, qisim, cisim, nəsil, fəsil, şəkil, fikir, ətir, səbir, səfir, qədir, ömür, sinif, eyib, zehin, izin kimi ərəb-fars mənşəli sözlər. 2. Beyin, çiyin, ağıl, qarın, alın, oğul, burun, ağız, boyun kimi əsasən əsl Azərbaycan sözləri. Ərəb-fars mənşəli yuxarıdakı sözlərə həm hal, həm də mənsubiyyət şəkilçiləri artırdıqda sözün kökündəki son sait düşür. Məs: ömür, ömrün, ömrə, ömrü, ömrün; şəkil, şəklin, şəklə, şəkli, şəklim və s. Əsl Azərbaycan sözlərinə yalnız mənsubiyyət şəkilçisi artırdıqda köklərin son saiti düşür. Bu sözlər saitlə başlanan hal şəkilçiləri qəbul etdikdə söz kökləri dəyişməz qalır. Məs:Hal şəkilçisi ilə Mənsubiyyət şəkilçisi iləBeyin-in quruluşu Uşağın beyn-iBoyun-un arxası Sənin boyn-unÇiyin-in əzələsi Onun çiyn-i
['ismin halları', 'isim', 'isimlər', 'morfologiya', 'Azərbaycan dilinin qrammatikası', 'isimlərin hallanması']
1,049
https://kayzen.az/blog/cqk/18646/x%C9%99ms%C9%99-suallar%C4%B1.html
"Xəmsə" sualları
təpəgöz
Nə? Harada? Nə zaman? (ЧГК)
21 aprel 2016, 02:44
Xəmsə intellektual verilişində verilən suallara nümunələr1-ci Mövzu: “Namələr” Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında çap olunmuşdur. (Hophop-namə).Füzulinin bu əsərinin 2-ci adı “Nişançi paşaya məktub”dur. (Şikayətnamə).Nizami Gəncəvinin “İsgəndərnamə” poeması bu 2 hissəyə  bölünür. (şərəfnamə, iqbalnamə).Fəzlullah Nəiminin son əsəri məhz, belə adlanır. (Vəsiyyətnamə).İsmayıl bəy Qutqaşınlının avtobioqrafik səciyyəli əsəri belə adlanır. (Səfərnamə). 2-ci mövzu: “Aforizmlər” Stendalın fikrincə bunun çevikliyi gözəlliyi əvəz edə bilər. (ağıl)Fars atalar  sözünə görə, bu adam bir işi iki dəfə görər. (tələsən).“Ölüm var ki, həyat qədər dəyərli. Həyat var ki, ölümdən də zəhərli” sözlərinin müəllifi məhz, odur. (H. Cavid).Madaqaskar atalar sözünə görə, ehtiyatsiz 1ci, xəstə 2cidən tez ölər. 1ci və 2cini deyin. (1-cavan, 2-qoca).Şillerin fikrincə iş həyatın tələbidir, müdriklik onun...   Fikri tamamlayin. (məktəbi).3-cü mövzu: «Həm, həm də” (Yalniz sonor samitlər)Bu həm ədəbiyyatda epik  janr, həm də linqvistikada dil qrupunun adıdır. (Roman).Bu həm ispan futbol klubu, həm də Braziliya puludur. (real).Bu həm Roma mifologiyasinda məhəbbət ilahəsi, həm də Asiyanin şərqində çaydır.(Amur).O, həm yazıçı Artur Millerin, həm də idmançı Co Cimacionun həyat  yoldaşı olmuşdu. (Merilin Monro).XIX-XX əsrlərdə yaşamış bu fransız ictimai xadimi həm yazıçı, həm də musiqişünas olmuşdur. (Romen Rollan).4-cü mövzu: „Artosferada 4+4“ Frederik Şopenlə dostluq edən Avrora Düpen  əsərlərini bu təxəllüslə yazırdı. (Jorj Sand).Rejissor Cahangir Mehdiyevin çəkdiyi bu filmdə Qasım rolunun ifaçısı Əjdər İbrahimovdur. (Kişi sözü).Corc Oruelin əsl adı məhz, belə idi. (Erik Bler).Bu fransız bəstəkarlarından biri „Karmen“, digəri isə „Romeo və Cülyetta“ operasının müəllifidir. (Jorj Bize, Şarl Quno).Bu impressionist rəssam „Qara balıqlar“ adlı rəsm əsərinin müəllifidir.(Jorj Brak).5-ci mövzu: “Canlı Elmlər” Floristika elmi onları öyrənir. (bitkiləri).Qədim bitkiləri öyrənən elm sahəsi isə belə adlanır. (Dendrologiya).Həşəratlardan bəhs edən elmin adı məhz, belədir. (Entomologiya).Hörümçəklər haqqında olan elm belə adlanır. (Araxnologiya).İlbizləri öyrənən elm sahəsi məhz, budur. (Malakologiya).6-ci mövzu: “Rəqəmlər və oyunlar” Yalnız bu 2 rəqəmin adındakı hecaların sayı öz nominalı ilə üst-üstə düşür. (1 və 2).Domino daşları içində çəkisinə görə ən yüngül olanı məhz, budur. (6 qoşa).Futbol üzrə bir  D.Ç. ərzində 1 futbolçu üçün vurulmuş qolların maksimal rekord sayı məhz, bu qədərdir.(13).Şahmat oyununda vəzirin, dayandığı istənilən xanadan edilə biləcək gedişlərin maksimal müxtəliflik sayı bu qədərdir. (21).Futbol oyununun gedişi zamanı meydançada ən az sayda bu qədər oyunçunun olması mümkündür.(14).7-ci mövzu: »...ambi..." Bemba, Balozi, Balunda tayfaları əsasən bu Afrika ölkəsində məskunlaşmışdır. (Zambiya)Sağ və sol əllə eyni dərəcədə ustalığa malik olan sənətkarları belə adlandırırlar. (ambidekstor).Beş guşəli ulduz üzərində balta ilə kalaşnikov avtomatının kəsişməsini məhz, bu dövlətin bayrağı üzərində görmək olar. (Mozambik).Misir,  e.ə. 525ci ildə, məhz, bu şah tərəfindən işğal olunmuşdur. (kambiz).Bu ölkənin Atlantik okeana çıxışı olsa da, yalnız Seneqalla həmsərhəddir. (Qambiya).  8-ci mövzu: “Dünyaya coğrafi baxış” Yalnız  San-marino, Vatikan və Lesoto üçün bu, ortaq cəhət hesab olunur. (dənizə cıxışı olmayan anklavlar).Yerləşdiyi adada 2 dövlətlə quru sərhədi olan yeganə ölkə məhz, budur.(Malayziya).Dünyada 2 materikdə ərazisi olan 2 ölkə bunlardır. (Misir, Panama)Kito, Kampala, Librevil və Nayrobi bu siyahıda qabaqcıllardır. Həmin siyahiya görə sonuncu olan paytaxt şəhər hansıdır? (Reykyavik).Sakit okeanin bu adası ABŞ-ın tərkibinə daxil olsa da, 4 müxtəlif  MDB dövlətini öz adında birləşdirir. (Quam).9-cu mövzu: "...pol..." Dieqo Maradonna  İtaliyanın məhz, bu futbol klubundakı  uğurlarından sonra tanınmağa başladı. (Napoli).Bu termin tərcümədə çox nigahlılıq mənasını ifadə edir. (poliqamiya).Yunanca deyin: ölülər şəhəri. (nekropol).O, meyitlər üzərində Anatomiyanı öyrənən ilk intibah rəssamıdır. (Antonio Pollayolo).1964-cü ildə o, ədəbiyyat sahəsində nobel mükafatına layiq görülmüşdür. (Jan pol Sartr). 10-cu mövzu: “Nobel” Mendeleyev cədvəlinin 102-ci elementi məhz, belə adlanır. (Nobelium).O, 1907ci ildə ədəbiyyat sahəsində nobel mükafatını qazanmışdır. (Redyard Kiplinq).Bakı şəhərindəki Nobel prospektinə ən yaxın olan metrostansiya bu şairin adınadır. (Xətai)1917, 1944 və 1963cü illərin nobel sülh mükafatının laureatı, dünyada bu adla tanınır. (Beynəlxalq qırmızı xaç cəmiyyəti)Bu Rusiyalı ədib 1965-ci ildə nobel mükafatına layiq görülmüşdür. (Mixail şoloxov). 
['intellektual suallar', 'xəmsə sualları', 'cqk', 'Nə? Harada? Nə zaman?', 'breyn-rinq sualları', 'brain-ring sualları']
1,050
https://kayzen.az/blog/ekonomiks/8193/h%C9%99yat-s%C9%99viyy%C9%99si-v%C9%99-yoxsulluq.html
Həyat səviyyəsi və yoxsulluq
iqtisadçı
Ekonomiks
20 aprel 2016, 01:43
İqtisadi ədəbiyyatda həyat səviyyəsi dedikdə, adətən insanın yaşayışı üçün zəruri olan maddi və mənəvi nemətlərlə əhalinin təmin olunması və onların bu nemətlərə olan tələbatlarının ödənilməsi səviyyəsi başa düşülür. Lakin “ həyat səviyyəsi” kateqoriyası gəlirlər və deməli, əhalinin istehlakı hədləri ilə məhdudlaşmır.Xalqın rifah halının göstəricisi olan həyat səviyyəsi əhalinin gəlirləri və istehlakı ilə yanaşı, əmək və məişət şəraitini, iş vaxtı və asudə vaxtının həcmini, quruluşu, əhalinin mədəni və təhsil səviyyəsi göstəricilərini, həmçinin sağlamlığını və demoqrafik vəziyyətini əks etdirir. “Həyat səviyyəsi” kateqoriyası ilk dəfə K. Marks tərəfindən istifadə edilmişdir. O, iş qüvvəsinin dəyər kəmiyyətindən danışarkən qeyd edirdi ki, onu hər bir ölkədə ənənəvi həyat səviyyəsi müəyyən edir. Bu səviyyə yalnız fiziki tələbatların ödənilməsini deyil, həm də insanların yaşadığı ictimai şəraitdən doğan müəyyən tələbatların ödənilməsini nəzərdə tutur. “Həyat səviyyəsi”, sosial iqtisadi kateqoriya kimi əhalinin rifah halını istehlak baxımından səciyyələndirir. Beləliklə, həyat səviyyəsinə insanın istehlak sahəsindəki fəaliyyəti ilə əlaqədar baxılır. Həyat səviyyəsinin göstəricilər sistemi gəlirlər və insanın müxtəlif tələbatlarını ödəyən maddi nemətlər və xidmətlərin əhali tərəfindən istehlakı haqqında bu və ya digər dərəcədə tam məlumat verir, eyni zamanda qərarlaşmış tələbatların inkişaf etdirilməsi və ödənilməsi səviyyəsini səciyyələndirir. Həyat səviyyəsinin yüksəlməsi əhalinin rifah halının artmasının maddi əsasını təşkil edir. “Həyat səviyyəsi” anlayışında insanların bilavasitə tələbatlarının ödənilməsi prosesi başa düşülür. “Həyat səviyyəsi” anlayışı ilə yanaşı, ictimai həyatın müəyyən tərəflərini səciyyələndirmək üçün “həyat tərzi” anlayışından da geniş istifadə olunur. Adətən, həyat tərzi dedikdə, insanların əmək prosesində, məişət və ailədə,ictimai siyasi həyatda və ümumiyyətlə, bütün digər fəaliyyət sahələrində məcmu fəaliyyətləri başa düşülür. “Həyat səviyyəsi” və “həyat tərzi” anlayışları arasında ayrılmaz əlaqə olsa da, bu bilavasitə, birbaşa əlaqə deyil. Əhalinin həyat səviyyəsinin müxtəlif olduğu ayrı ayrı ölkələrdə həyat tərzi, adətən, müxtəlf xüsusiyyətləri etibari ilə eyni ola bilər. Belə ki iqtisadi inkişaf səviyyəsinə görə bir birindən fərqlənən bir çox bazar iqtisadiyyatı ölkələrində həyat tərzi eynidir. BMT nin təklifinə əsasən həyat səviyyəsi geniş göstəricilər sistemi vasitəsilə əks olunur. Bu sistemə daxil olan göstəricilərdən aşağıdakıları göstərmək olar: -səhiyyənin vəziyyəti; -təhsilin səviyyəsi; -orta ömür müddəti; -əhalinin məşğulluq səviyyəsi; -əhalinin alıcılıq qabiliyyəti; -siyasi həyata daxil olma. Hazırda həyat səviyyəsini əks etdirən vahid ümumiləşdirici göstərici yoxdur.Həyat səviyyəsi beynəlxalq miqyasda müqayisə etmək məqsədi ilə 1990 cı ildən başlayaraq BMT də yeni göstəricidən istifadə edilir. Bu “ insan potensialının inkişaf indeksi” və ya qısacı desək, “ insan inkişafı indeksi”göstəricisidir. İnsan inkişafı indeksini müəyyən edən göstəricilər sistemindən üç əsas göstərici ayırırlar: adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu, təhsilin səviyyəsi.
['həyat səviyyəsi']
1,051
https://kayzen.az/blog/etiket/5252/davran%C4%B1%C5%9F-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Davranış mədəniyyəti
Azərbaycan
Etiket və nəzakət qaydaları
18 aprel 2016, 10:25
Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mədəni insandır» ifadəsinə də rast gəlinir. Əslində bu nə deməkdir? İnsan elə mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə olmur. Bəs kimə mədəni insan deyilir? Mədəni olmağın şərtləri çoxdur. Bu, elə bir mənəvi məziyyətdir ki, onu libas kimi geyinib-soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır. Böyüdüyün mühit, aldığın tərbiyə, bilik, öz qabiliyyətin, gendən gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və nəhayət, özünü cəmiyyətdə həqiqətən səliqəli apara bilmək səriştəsi... Bütün bunlar da insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə özünü mütləq göstərir.Vaxtilə ali məktəblərdə «Etika» adlı bir fənn keçilərdi. Təəssüf ki, bu fənn barədə keçmiş zamanda danışırıq. Etik normaları gözləmək, təbliğ etmək indi kütləvi informasiya vasitələrinin və telekanalların üzərinə düşür. Son illər bu istiqamətdə o qədər qüsurlar baş alıb gedir ki, bəzən anlamaq olmur kim dürüst danışır, kimin dedikləri yalandır. İllər boyu xalqımızın ən gözəl adət və ənənəsi olan toyun ekranlara keçməsi və nəticədə xəcalət hissinin ölməsi bir çox xoşagəlməz söz-söhbətin cücərməsinə səbəb olur. Bir televiziya kanalında eyni vaxtda 72 yaşlı kişi ilə 19 yaşlı qız çıxıb ailə qurmaq istədiklərini bildirirlərsə, onda hansı etik normalardan, adət-ənənələrdən danışmaq olar?Müasirlik mentalitetə balta vurmaq deyil. Klassika ilə modern birləşəndə gözəl olur. Təəssüf ki, bizə təqdim olunan proqramlarda nə qədimlik var, nə müasirlik. Tamam başqa ovqatdır. Danışmağa da utanırsan, baxmağa da. Utanmaq hissi itən yerdə abır-həya yoxa çıxar. Abır-həya tapılmayan yerdə isə mədəniyyət olmaz. Mədəniyyət olmayan yerdə isə hansı nəzakətdən, qabil davranışdan, dürüst insan münasibətlərindən, xeyirxahlıqdan, böyük arzulardan, ideyalardan, Vətən məhəbbətindən, yurd sevgisindən danışmaq olar?Tarixən bütün uğurların, qabiliyyətin başında mədəniyyət dayanıb. Hətta ən qızğın döyüşlərdə də mədəniyyət gözlənilməlidir. Tarixən igidlərimiz öz düşmənlərinə arxadan zərbə vurmayıblar. Mədəniyyət ən iti qılıncdan da kəsərlidir. Gəlin razı olmayaq ki, bu qılınc ovxardan düşsün.Əlbəttə, bu çox geniş mövzudur. Mən sadəcə olaraq gündəlik rastlaşdığımız adi davranış qaydalarından danışmaq istəyirəm. Onsuz da ömrümüz elə uzun deyil ki, onu adi qayğılarla çapıb-talayaq.Yaşından, başından, vəzifəsindən, ictimai durumundan, maddi vəziyyətindən asılı olmayaraq hər bir insanın özünə hörmət etməsi çox vacibdir. Bu, onun mənəvi dünyasının göstəricisidir. Özünə hörmət isə nə səliqəli geyinməkdir, nə cibində pulun çox olmasıdır, nə öz rahatlığını təmin etməkdir, nə də yalnız övladlarına, qohum-əqrəbana gün ağlamaqdan ibarətdir. Yox, Allah-təala hamını eyni hüquqda yaradıb. Ədalətin ölçüsünə bax ki, eyni cür doğulan insanın bu dünyadan gedişində də fərq yoxdur. Kasıbın da qazancı, varlının varidatı da elə bu dünyada qalır. Əbədi olan yaxşı addır, yaşayan xeyirxah əməllərdir, mənəvi sərvətlərdir...Özünə hörmətin birinci yolu ətrafdakılara bəslənən münasibətdən, yanaşma xüsusiyyətlərindən, daxildən gələn nəzakətdən və rəftardan asılıdır. Vəzifəcə səndən yuxarıda dayananın qarşısında baş əyib, səndən aşağıda durana təpinmək isə... Bu insanlığa sığışmır axı. Bir əlində şərbət, bir əlində zəhəri necə saxlamaq olar?!Əslində milli-mənəvi dəyərləri şərtləndirən məqamlar çoxdur. Böyüklərə hörmət, yaşlılara, xəstələrə, əlillərə, qadınlara ehtiram göstərmək, uşaqlara qayğı ilə yanaşmaq milli-mənəvi dəyərlərin tərkib hissəsidir. Ailədən gələn, məktəbdə yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər insanın həyat yolunu istiqamətləndirməkdə, mənəvi zənginliklərini qoruyub saxlamaqda mühüm amildir. Bir də ehtiyacı olana mərhəmət göstərmək, yaşlı bir kəsi yoldan keçirmək, kiminsə qolundan tutmaq özü savabdır. Elə dinimizdə də bu tələblər var. Bəzən çox kiçik görünən adi davranışın arxasında böyük bir mənəvi dünyanın olub-olmaması dayanır. İnsanın ikiləşməsi, təbdən-təbə düşməsi, gah pələngə dönməsi, gah dovşana çevrilməsi qəbuledilməzdir. Bütün canlıların alisi sayılan insan ali mədəniyyətə də malik olmalıdır. Xüsusilə də ətrafdakılarla münasibətdə tarazlıq pozulmamalıdıır.Çoxumuzun yaxşı yadındadır, hələ sovet dövründə «Oqonyok» jurnalının Bakıda olan bir əməkdaşı şəhər nəqliyyatında gördüklərindən heyrətə gələrək kiçik bir yazıda öz təəssüratını bildirmişdi ki, Azərbyacanda qəribə bir adət var. Hər yerdə gördüm ki, yaşlı insanlara, qadınlara ehtiramla yanaşılır. Xüsusilə də, avtobuslarda gənclər dərhal ayağa qalxaraq özündən böyüklərə yer verir. Qadınlara, yaşlı insanlara hörmət göstərilir. Bəlkə də ilk baxışda bu münasibətlərdə bir o qədər də qeyri-adilik yoxdur. Amma bütün adiliklərin içində bir adillik olmaq gərəkliyi var. Həmişə görmüşük ki, əliuşaqlı xanımların, yaşlı qadınların uzun növbələrə dayanmasına heç kəs razı olmayıb və bu elə bir qəribə hal yaratmışdı ki, qadınlar özləri ayrıca növbəyə dayanırdılar. Bu yaxınlarda şəhər nəqliyyatında müşahidə etdiyimiz bir məqam, açığı, ürəyimi ağrıtdı. Vətən torpaqları uğrunda canını fəda etmiş igidlərimizin - Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarının ziyarətindən qayıdan yaşlı xanımlar avtobusa qalxmalı oldular. “Sədərək” ticarət mərkəzindən şəhərə gələn avtobusda tünlük idi. Ağır dərdin əlindən üzülmüş bu qadınlar isə əyləşməyə yer tapmadılar. Ətrafa nəzər saldıqda keçirdiyimiz sıxıntıdan nə edəcəyimizi bilmədik. Qulaqlarında qulaqcıq, bir əlində telefon, ağzında saqqız, o biri əli ilə də özü kimi cavan qızı qucaqlamış qara gödəkcəli oğlanın isə dünya vecinə deyildi. Başqa bir oturacaqda əyləşmiş gənclər isə şit-şit danışıb gülürdülər. Bu təzadlı mənzərədən süzülən əsəbi gərginlik yaşlı bir kişinin deyinməsinə gətirib çıxardı: «Belə də iş olar? Biz də cavan olmuşuq. Vallah, heç vaxt özümüzdən böyüyün yanında əyləşməmişik. Bu zamananın uşaqları niyə belədir? Böyük-kiçik tanımırlar».Oturacaqda əyləşənlərdən biri şar kimi şişirtdiyi saqqızı əlinə alaraq kinayəqarışıq ahənglə dedi: «Dayday, axı sənin bu avtobusda nə işin var? Evində otura bilmirsən? Hələ bizi bir borclu da çıxarırsan? İntiresni adamsınız, mən nəyə görə ayağa durmalıyam, sənə borcum var?». Təbii ki, ağzının sözünü bilməyən, ailə tərbiyəsi görməyən birisinə yaşlı kişi cavab verməyərək biçarəliklə köksünü ötürdü. Abrına sığınmış bu haqlı insanın gözləri dolmuşdu. Özünü birtəhər ayaqüstə saxlayırdı. Bu «dialoq»dan sonra, nəhayət, bir oğlan «qeyrtə» gəlib ayağa durmaq istəyəndə, yanındakı qız onun gödəkcəsindən dartaraq «eto tebe nada?» - deyərək narazılığını bildirdi. Oğlan dərhal əyləşərək özündənrazı şəkildə dişlərini ağartdı.Açığı harda olduğumuzu, hansı millətin gəncləri ilə bir avtobusun sərnişinlərinə çevrildiyimizi anlamadıq. İnsanı əzən məqamlardan biri də budur ki, şəhər nəqliyyatında narahatçılıq doğuran səbəblərin sayı çoxdur. Sürücü də, onun «pul yığan»ları da harada kefi istəyir, maşını saxlayır, insanların necə yerləşməsindən, hansı şəkildə getməsindən nəinki narahat olmur, heç veclərinə də almırlar. Əksinə, səsini çıxaranlara, narazılıq edənlərə kobud sözlər deyir, sonda da bildririrlər: «xoşun gəlmir, düş, taksi ilə get» (Bu hal Bakıda sərnişindaşınma nəqliyyatının bütün marşrutları üzrə hərəkət edən avtobusların əksəriyyətində müşahidə edilməkdədir). Təbii ki, hamının da imkanı yoxdur ki, şəxsi maşını olsun, ya da taksi harayına düşsün.Sərnişinlərin xeyli hissəsi düşdükdən sonra gözləmək olardı ki, salonda qismən rahatlıq yaranacaq. Amma bu dəfə də avtobus yerindən tərpənmədi. Yenə də basa-bas düşdü. Arxada əyləşənlərdən kimsə dözməyərək gileyləndi: «Ay bala, sür gedək, səninlə eyni vaxtda çıxan martşurtlar getdi, niyə yatıb qalırsan?”. Sürücünün cavabı həm gülüş doğurdu, həm də... «O yatıb yuxusunu alıb, ona görə gedir, mənim də yuxum burda gəlir...»Beş addımlıq ömür yolunda insanın düçar olduğu adi münasibətlər, gündəlik rastlaşdığımız «ürəkaçan mənzərələr» əsəblərin sıradan çıxmasına səbəb olur. «Bizi belə böyütməyiblər», «biz belə olmamışıq» - deyənlərin haqlı iradlarını bəzən təhlilə çəkəndə anlamaq olmur ki, nədən milli-mənəvi dəyərlərimizi belə sürətlə itirməyə məhkum olanlar var. Hərdən qəribə vəziyyət də görürsən. Gənclər ayaqüstə dayanıblar. Oturacaqlar da boşdur. Soruşanda, niyə əyləşmirsiniz? - cavabında onsuz da duracağıq deyirlər. Bəli, ailə tərbiyəsi görmüş gənclərimiz də var. Amma nədən hamısı belə deyil? Bütün bunlara bütün cəmiyyətdən təpki gəlməlidir.Öncə hər bir avtobusun salonuna mütləq yazılı lövhə vurulmalıdır. Necə ki, sovet dövründə var idi. Oturacaqların yerləşdiyi salonun divarında yazılırdı: «bura yaşlı adamlar üçündür» və yaxud da «bu yer əlillər üçündür» və s. Eləcə də hər bir avtobusun sürücüsü dayanacaqlarda elan etməlidi: «yaşlılara yer verin». Necə ki, Bakının metrostansiyalarında biz bu xəbərdarlığı tez-tez eşidirik. Bu cür yolla da hər bir xoşagəlməz görüntünün qarşısını almaq olar. İnsanlarda da vərdiş yaranar. Yoxsa cavanlar əyləşir-əyləşsin, yaşlılar, əliuşaqlı qadınlar və qocalar ayaqüstə dayansın, sürücünün də vecinə olmasın, yaramaz axı. Dədə-babadan qanmayanı qandırmağa çalışıblar, bilməyəni öyrətməyə. Öyrənib bilməyin isə heç kimə ziyanı yoxdur. Vay o gündən ki, bilən öyrətməsin, öyrənən öyrəndiklərinə əməl etməsin.Bütün söylədiklərimiz gündəlik müşahidə edilən və asan islah olunan nöqsanlardır. Amma təəssüf ki, bizim kiçik saydığımız, bəzən də əhəmiyyət vermədiyimiz bu xoşagəlməz hallar sabah daha böyük qüsurların yaranmasına səbəb olur. Bütün bəlaların kökü laqeydlikdən başlayır. İnsan münasibətində biganəlik olarsa, onda daha ali hisslərdən, davranış mədəniyyətindən danışmağa dəyməz. Mədəniyyət təkcə mədəni görünmək deyil, mədəniyyət insanın daxilində, varlığında, rəftar və hərəkətlərində büruzə verməlidir.Flora XəlilzadəXüsusi olaraq “Mədəniyyət” qəzeti üçün
['etiket qaydaları', 'mədəniyyətsizlik', 'nəzakət', 'mədəniyyət', 'etik qaydalar']
1,052
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/5597/dahi-b%C9%99st%C9%99kar-%C3%BCzeyir-hac%C4%B1b%C9%99yov.html
Dahi bəstəkar Üzeyir Hacıbəyov
Azərbaycan
böyük musiqiçilər
17 aprel 2016, 13:42
Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyli musiqi sahəsindəki xidmətləri ilə yanaşı, qüdrətli qələm, parlaq istedad sahibi olub. O, Azərbaycan musiqisinin inkişafı üçün bir tərəfdən gözəl əsərlər — operalar, operettalar yaradırdı, romans, kantata, müxtəlif simfonik əsərlər, mahnılar bəstələyirdi, digər tərəfdən isə ölkəmizdə musiqi təhsilinin təşkili üçün gənc kadrların yetişməsinə çalışır, bu sahədə müxtəlif kollektivlərin formalaşmasına can atırdı. Bu səbəbdən də görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi kimi geniş şöhrət qazanan Üzeyir Hacıbəyli, eyni zamanda görkəmli ədib, böyük jurnalist idi. Unudulmaz bəstəkarın ədəbi irsini araşdıranlar qeyd edirlər ki, Üzeyir Hacıbəyli klassik Azərbaycan və Şərq ədəbiyyatının dərin bilicisi olub. Təsadüfi deyildir ki, «Koroğlu»dan başqa bütün opera və operettalarının mətninin müəllifi elə Üzeyir bəyin özüdür. Əgər bu əsərləri ayrıca götürüb təhlilə çəksək, bədii məzmunu, o dövrdəki cəmiyyətin ziddiyyətləri, yeni meyillərin təqdiri, köhnəliklə təzəliyin mübarizəsi və üstünlüyün ikinci tərəfə verilməsi məhz yazıçı, ədib təfəkkürünün məhsulu kimi diqqətəlayiqdir. Böyük bəstəkar kimi sevilən Üzeyir Hacıbəyli eyni ağırlıqda tarazlığa gələ biləcək ədəbi və publisistik yaradıcılıqla daim məşğul olub, amma musiqi sahəsindəki nailiyyətlərinin, uğurlarının təntənəsi sanki bu fəaliyyətin üzərinə kölgə salıb. Halbuki Mirzə Cəlil ədəbi məktəbinin ən qüdrətli nümayəndələrindən biri məhz Üzeyir Hacıbəyli olub. Bəstələdiyi əsərlər insan duyğularına ruhi dinclik gətirən Üzeyir bəyin öz həyatı əslində tufanların, qasırğaların, təzyiq və təqiblərin içində keçib. Bir tərəfdən qapısını şöhrət, sevgi döyübsə, o biri tərəfdən nəslinin, nəcabətinin, yaxın qohum-əqrabasının taleyinin üstündən 1937-ci ilin repressiyaları qılınc kəsərində ötüb keçməkdə idi. Bu təlatümlü dövrün ölüm qoxulu günlərindən salamat çıxıb millətə, xalqa, vətənə xidmət edərək əbədiyaşar əsərlərə imza atmağı bacarmaq həqiqətən analoqu olmayan bir fədakarlıq və qəhrəmanlıq idi. Üzeyir Hacıbəylinin ən ağır sınaqlardan, faciələrdən qurtulmağı bəlkə də Azərbaycan xalqının xoşbəxtliyi və ulu Tanrının rəhmdilliliyi idi. Azərbaycan Xalq Cümhuriyyətinin himnini yazmaq hər şeydən əvvəl müəllifdən vətəndaşlıq mövqeyi, milli təəssübkeşlik və cəsarət tələb edirdi. Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə can verdiyi musiqisi bu gün də səslənməkdə, ürəkləri riqqətə gətirməkdə və yaşamaqdadır. Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: «...Üzeyir Hacıbəylinin ədəbi yaradıcılığının xüsusiyyətlərini müəyyən edən əsas amil barədə, həlledici cəhət haqqında düşünərkən təbii olaraq yadımıza bircə söz düşür — xəlqilik! Bəli, onun bütün yaradıcılığının ruhu, canı xəlqilikdir. Xəlqilik çox qiymətli keyfiyyətdir. Bizcə, onun əsərlərinin xalq tərəfindən bu qədər sevilməsinə, kütlələr arasında geniş şöhrət qazanmasına, insanı heyran etməsinə səbəb məhz bu keyfiyyətdir». Üzeyir Hacıbəylinin zəngin mədəni irsinin bir hissəsini də məhz publisistika təşkil edirdi. Onu publisistikaya çəkən, bu janrda qiymətli yazılar müəllifi olmağına səbəb mütərəqqi fikirlərini mümkün qədər tez oxucusuna çatdırmaq və aşılamaq arzusu idi. Üzeyir Hacıbəyli publisistikanın çevik xüsusiyyətə, cəmiyyətlə göz-gözə danışmaq qabiliyyətinə necə malik olduğunu gözəl bilirdi. Ötən əsrin əvvəllərində Azərbaycanda azadlıq hərəkatının yüksəldiyi, inqilabi mübarizənin artdığı, maarifpərvərlik meyillərinin tərəqqi tapdığı bir zaman kəsiyində xalqla ünsiyyətin ən gözəl forması məhz publisistika idi. İlk publisistik yazılarında Üzeyir Hacıbəyli, təbii ki, çar üsul-idarəsini, onun bürokratik məmurlarını, eləcə də Dövlət Dumasını ciddi tənqid edirdi. «İrşad» qəzetinin bir sıra saylarında Üzeyir bəyin bu mövzuda xeyli məqaləsi çap edilib. Tədqiqatçıların fikrincə, Üzeyir Hacıbəyli publisistikasında iki həqiqət diqqət çəkir. Bunun birincisi, Üzeyir bəyin bütün varlığı, düşüncəsi, hissiyyatı ilə xalqa bağlılığı, millət mənafeyini hər şeydən uca tutması, ikincisi isə, XX əsr Azərbaycan ziyalılarının təfəkküründə, idrakında yeni meyillərin güclü təsiridir. «İrşad» qəzetində çap edilmiş bir məqaləsində zəhmətkeş insanların əməyi ilə var-dövlət qazanıb onlara şərait yaratmayan harınları tənqid edərək yazırdı: «Zəhmətkeş nə qədər möhtacdırsa, bir o qədər də onlara nəfdir. Çünki zəhmətkeş üzüqara möhtaclığın ucundan hər bir əzab və zəhmətə razı olub burjuanın kefi istədiyi kimi işləyəcəkdir». Ötən əsrin əvvəllərindəki mürəkkəb və ziddiyyətli həyatımızın gerçəkliklərini qələmə alaraq insanları alicənablığa, mənəvi-əxlaqi təmizliyə çağıran Üzeyir Hacıbəyli vətəndaş ürəkli bir jurnalist kimi yazılarının tematik genişliyi ilə seçilir, ədəbi mənbələrdən, xüsusilə də Şərq ədəbiyyatından gətirdiyi ibrətamiz misallarla adamı heyrət içində qoyur. Hərdən inanmağın gəlmir ki, bu publisistik nümunələr 1907-ci ildə qələmə alınıb. Məsələn, «Ordan-burdan» rubrikası altında yazdığı felyetonlarda kasıb-kusubun qeydinə qalmayıb, ancaq rüşvətə uyub qafil olanlar haqqında yazıb: «...Rüşvət almaq, xalqı aldatmaq, camaatın başını qırxıb cibini soymaq adəti bir işdir ki, yatıb-durmaq, yeyib-içməklə onların arasında heç bir təfavüt yoxdur. Uyma dünyaya, ey dili qafil. Yəni ey camaat, hürriyyət-filan istəməyin, qoyun həkimlər, filanlar sizi həmişəki kimi soysunlar». Bu sözlər indi də tərbiyəvi əhəmiyyətini, təsirini itirməmişdir. Üzeyir Hacıbəyli sözün qədrini bilən, onu yerində və məharətlə işlədən qələm əhli olduğundan hər bir tənqidinin hədəfi var idi. İdeyasızlığı, qayəsizliyi sevməyən, həmişə yüksək amallarla yaşayan və bu amallar uğrunda mübarizə aparan Üzeyir Hacıbəyli insanın arzuları ilə əxlaqını həmişə üzvi vəhdətdə götürürdü. Bu sadə həqiqəti dərindən açmağa çalışan Üzeyir bəy yazırdı: «Biz bunu anlamırıq ki, hər bir fərdin rifah və səadətlə ömür sürüb yaşaması üzv olmadığı camaatın rifah və səadətinə bağlıdır. Hər birimizin səadət və nikbinliyi digərimizin zillət və bədbəxtliyindən asılıdır. Halbuki bizim səadətimiz ilə yoldaşımızın səadəti arasında böyük bir irtibat vardır. O irtibat qırıldıqda birimizin səadəti baqi qala bilməz». Böyük ideyalar carçısı, azadlıq aşiqi olan Üzeyir Hacıbəyli öz yazılarında bu məsələlərə də toxunaraq göstərirdi ki, köhnə cəmiyyət bir məhbəs kimi insanı sıxaraq onu adi hüquqlardan məhrum edir. Üzeyir bəyə görə, təzyiq və sıxıntı olan yerdə insanlar küt, namərd və aciz olurlar. Bu səbəbdən də azadlıqla nəfəs almaq, onu insan təbiətinin pozulmaz naxışına, keyfiyyətinə döndərmək çox vacibdir. Çünki azadlıq insanı ucaldır, gözüaçıq, cəsur və nəcib edir. Üzeyir Hacıbəylinin «Molla Nəsrəddin» jurnalı, «Kaspi», «Həyat», «İrşad», «Həqiqət», «Tərəqqi», «İqbal», eləcə də «Azərbaycan» qəzetləri və digər mətbu orqanlarında dərc edilmiş yazılarında məslək və əqidə uğrunda insanın mübarizə aparması zəruri bir keyfiyyət kimi təbliğ edilib. Deyək ki, Üzeyir bəyin bütün publisistik əsərləri üçün ideyalıq səciyyəvi xüsusiyyət daşıyır. 1909-cu ildə Üzeyir bəyə verilmiş «Məslək nədir» sualını unudulmaz bəstəkar, böyük jurnalist belə cavablandırıb: «Məslək — hər kəsin etiqad etdiyi bir yoldur. Ümumi xoşbəxtliyini, asayiş və aramını, rifah halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olmalıdır». Bu məsələ də faktdır ki, Üzeyir Hacıbəyli həmişə xalqın azadlığı, tərəqqisi uğrunda mübarizə aparan məsləkli insanları ideal dərəcədə sevib və öz yazılarında çalışıb ki, yeni nəsil məhz belə şəxsiyyətlərdən nümunə götürsün. O, hər bir fəaliyyətə əxlaq məsələsi kimi baxırdı. Nanəcib məqsədləri ortalığa atanları heç cür qəbul etmirdi. Xüsusilə də lovğa, əllaməliklə məşğul olanları, diletantları daim tənqid edirdi. Üzeyir bəy yazırdı: «Boşboğaz. Camaatın işlərinə zərər vuran, bir para biməna vücudlardır ki, özlərinin əlindən heç bir şey gəlmir, bişüurdurlar, bivecdirlər və bununla belə, həsuddurlar, xain və xəbisdirlər». Nə qədər dəqiq və sərrast deyimdir! Qəribədir ki, ötən əsrin əvvəlində yazılmış bu müdrik kəlamlar bu gün də qurub-yaradanlara mane olan bir para adamlara əsil mesajdır. Bu baxımdan Üzeyir Hacıbəylinin yazılarında günümüzlə səsləşən incə və maraqlı məqamlar çoxdur. O həmişə arzulayırdı ki, işi bilənə tapşırmaq lazımdır. Hər kəs məhz öz yerində olmalıdır. Bu mənada, arabaçıya maşın sürməyi, qəssaba həkimliyi tapşırmaq olmaz. Naşı, hazırlıqsız, savadsız, elmsiz adamlar onlara dəxli olmayan ixtisas sahələrində çalışsalar, qarmaqarışıqlıq yaranar. Buna görə də Üzeyir bəy yazırdı ki, savadsız və məlumatsız şəxslərin elmi, ədəbi, ümumiyyətlə, əqli məqalələrinə heç harada yer verilməməlidir. Bu gün Azərbaycan mətbuatında baş verən anarxiyanı nəzərdən keçirəndə istər-istəməz Üzeyir bəyin mövqeyində dayanaraq kamil fikrinə şərik oluruq: «O yerdə ki elm və maarif olmadı, orada zülm və istibdad hökmfərman olar». Tarixdən bəllidir ki, «Azərbaycan» qəzetinin nəşr olunmasında Üzeyir Hacıbəylinin böyük xidmətləri var. Qəzetin ilk nömrəsi 1918-ci il 15 sentyabrda işıq üzü görüb. Gəncədə parlayan bu mətbuat məşəlinin yandırılmasında ilk imzanın sahibi — ilk redaktor Üzeyir bəyin kiçik qardaşı Ceyhun Hacıbəyli olub. 1919-cu il dekabrın 28-də Azərbaycan parlamentinin üzvləri Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gedəndə nümayəndə heyətinin tərkibinə Ceyhun Hacıbəyli də daxil idi. Bu səbəbdən də «Azərbaycan»ın növbəti saylarını hazırlamaq, məqalələri redaktə etmək Üzeyir Hacıbəylinin üzərinə düşüb. Beləliklə də, Üzeyir bəyin jurnalistlik və publisistik fəaliyyəti bir müddət «Azərbaycan» qəzeti ilə bağlı olub. O, redaktor olmaqla bərabər, həm də ən fəal və müntəzəm publisistika ilə məşğul olan qələm sahibi kimi diqqət çəkirdi. Üzeyir Hacıbəyli qəzetin bütün saylarında çıxış edirdi. Belə bir fikir də var ki, əgər böyük bəstəkarımız heç bir musiqi əsəri yazmasaydı da belə, təkcə «Azərbaycan» qəzetindəki səmərəli fəaliyyəti onun mətbuat tariximizdə əbədi qalmasını, böyük jurnalist olmasını təsdiq edərdi. Üzeyir Hacıbəylinin «Azərbaycan»da dərc edilmiş yazılarının üstündən 90 ildən artıq vaxt keçməsinə baxmayaraq onun mövzuları bu gün üçün də əhəmiyyətlidir. Müxtəlif illərdə «Azərbaycan» qəzetində dərc edilmiş «Qarabağ haqqında» və «Andronik məsələsi» adlı məqalələrində bədnam qonşularımız ermənilərin bəd əməlləri, qaniçənliyi ustalıqla qələmə alınıb. Maraqlıdır ki, Üzeyir Hacıbəyli hələ 1919-cu ildə milləti və hökuməti xəbərdar edirdi: “Andronik fitnəsinin nəticəsi olaraq Qarabağın hal və övzayi elə bir fövqəladə sürət kəsb etdi ki, hökumətin bu cəhət haqqında xüsusi qeydkeşliyinə böyük bir ehtiyac görülüb, ciddi tədbirlər ittixazi lazım gəldi”. Bax bu “ciddi tədbirlər” unudulmamalı idi. Təəssüf ki, sovet hakimiyyətinin qələbəsindən sonra ermənilərin fitnə-fəsadı, xəyanəti nəinki unuduldu, hətta onların şərəfinə ədəbiyyatda dostluq şeypurları çalındı. Erməni xəyanətinin ağır nəticələrini dadanlardan biri də elə məhz Üzeyir Hacıbəyli olub. 37-ci ilin repressiyaları dövründə Moskvaya — Stalinə, Molotova Üzeyir Hacıbəyli haqqında şər-böhtandan ibarət ərizələr yazan məhz ermənilər olub. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə oynanılan «Koroğlu» operası və «Arşın mal alan» operettası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, hətta Stalin də bu əsərləri yüksək qiymətləndirərək Üzeyir bəyi «novator bəstəkar» adlandırmışdır. Bu səbəbdən də 1939-cu ildə Moskvada milli musiqi ifaçılarının ümumittifaq müsabiqəsi keçirilərkən münsiflər heyətinə sədrlik Üzeyir bəyə həvalə edilmişdi. Bu isə erməni əsilli, əslində Azərəbaycan vətəndaşı olan bir qrup erməninin — Semyon Qasparov, Vaqo Melkumyan, Arminak və digərlərinin qəzəbinə səbəb olmuşdu. Onlar Üzeyir Hacıbəyli haqqında Molotova teleqram göndərərək onu millətçi, müsavatçı kimi günahlandırmağa çalışırdılar. Xüsusilə də mətbuatdakı fəaliyyətini önə çəkərək Üzeyir Hacıbəylinin erməni quldurları haqqında dediyi fikirlərdən sitatlar gətirirdilər. Maraqlıdır ki, həmin teleqramlar oxundunqdan sonra Üzeyir bəyin özünə göndərilirdi. Ermənilərin bu məkrli niyyətləri böyük düha sahibinin əsəb sarsıntısına səbəb olub və o, şəkər xəstəliyinə tutulub. Ən dəhşətlisi də odur ki, Üzeyir bəyi xəstəxanada müalicə edən həkim də Osipyan familiyalı erməni olub. Əlinə fürsət düşmüş bu daşnak da Üzeyir bəyin müalicəsini qəsdən düzgün aparmayıb. Beləliklə, Hacıbəylinin vəziyyəti daha da ağırlaşıb. Bir ay ərzində 18 kiloqram arıqlayan, orqanizmi çox zəifləyən və ürək ağrıları keçirən Hacıbəylini müayinə üçün əvvəl Yessentükiyə aparıblar. Səhhətində heç bir müsbət nəticə alınmır. Mircəfər Bağırovun təşəbbüsü ilə Üzeyir Hacıbəylini təcili Moskvaya Kreml xəstəxanasına göndəriblər. Məlum olub ki, Bakıda onu düzgün müalicə etməyiblər. Bu səbəbdən də xəstəlik dərinləşib və sağalmaz bir vəziyyətə çatıb. Bu danılmaz faktdır ki, həyatın bütün qəzalarına, bəlalarına, 1937-ci ilin repressiyalarına qalib gələn dahi bəstəkar və böyük jurnalist Üzeyir Hacıbəyli erməni xislətinin qurbanı oldu. O, 1948-ci il noyabr ayının 23-də gözlərini əbədi yumdu. Onu «müalicə» edən erməni həkim isə cəzasız qaldı. Şahidlər danışırlar ki, Həsən bəy Zərdabidən sonra Bakı ikinci dəfə idi ki, belə möhtəşəm bir hüzn mərasimi görürdü. Həmin gün respublikada matəm elan edilmişdi. Üzeyir Hacıbəylinin bütün yazılarında, sözün həqiqi mənasında, vətənpərvər insan ürəyinin döyüntüləri eşidilməkdədir. Onun ən kəskin felyetonlarında, publisistik yazılarında elə canlı həyat lövhələrinə, müqayisələrinə, tutarlı atmacalara, gerçəkliklərə, maraqlı ifadələrə rast gəlinir ki, bütün bunlar da bu yazıların həm oxunmasına, həm də yadda qalmasına kömək edir. Üzeyir Hacıbəyli publisistikasında bir məsələ də duyulur ki, müəllif həmişə nikbin olub. Heç vaxt bədbinliyə qapılmayıb. Həyatda üzləşdiyi ən ağır səhnələri, ziddiyyətli məqamları, məişət problemlərini gah kəskin satira atəşinə tutub, gah da yumorun, gülüşün dili ilə oxucuya çatdırıb. Üzeyir bəyin publisistikada istifadə etdiyi maraqlı üsullardan biri də sual-cavab formasında qələmə aldığı yazılardır. Bu cür yazılarda müəllif tutarlı səhnələr, mükalimələr yolu ilə hədəfdəki tənqid ünvanını ifşa etmək qüdrətini çox bacarıqla həyata keçirib. Opera və musiqili komediyamızda şah əsərlər yaratmış Üzeyir Hacıbəylinin ədəbi irsinin böyük və qiymətli bir hissəsini də məhz onun publisistikası təşkil edir. Bu ədəbi irs isə elə bir gülüstana bənzəyir ki, onun hər ləçəyi məzmunlu bir tədqiqatın mövzusuna çevrilə bilər. Müəllif: Flora Xəlilzadə Mənbə: Mədəniyyət qəzeti
['Üzeyir Hacıbəyov', 'Üzeyir Hacıbəyli', 'bəstəkar', 'Azərbaycan bəstəkarı', 'uzeyir hacibeyov']
1,053
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/18308/fransa-xvi-xvii-%C9%99srin-birinci-yar%C4%B1s%C4%B1nda.html
Fransa XVI-XVII əsrin birinci yarısında
luminat
orta əsrlər tarixi
16 aprel 2016, 14:30
Aqrar quruluş.Manufakturalar və sexlər.Ticarət.İlkin yığımın xüsusiyyətləri.Sosial quruluş.Mütləq monarxiya. I Fransisk.Reformasiya.Dini müharibələr.Dini müharibələrin I mərhələsi (1562-1570).II mərhələ (1572-1576).III mərhələ (1580-1594).Navarralı Henrinin qələbəsi.   Nant edikti.IV Henrinin islahatları.Kardinal Rişelye. Fransa XVI əsrə öz ərazi birliyinə nail olmuş şəkildə daxil oldu. Burqundiya, Bretan hersoqlarının və Provans qraflığının kral domeninə birləşdirilməsi isə fransız dövlətinin təşəkkül tapan coğrafi çərçivəsi bütün XVI və XVII əsrin I yarısı boyu saxlanıldı. Öz ərazisi və əhalisinin sayına görə (20 mln. nəfər) Fransanın Qərbi Avropada bərabəri yox idi. Ölkənin birləşdirilməsi onun sonrakı iqtisadi, siyasi yüksəlişi üçün əlverişli şərait yaradırdı.1. Aqrar quruluş.Fransanın bir-birinə bənzəməyən üç bölgəsi onun aqrar quruluşunu müəyyən edirdi. Şimalda (Paris hövzəsi) kəndli təsərrüfatında dənli bitkilər əkini, bostançılıq və heyvandarlıq üstün idi. Cənub (Akvitaniya hövzəsi və Aralıq dənizi vilayətləri) antik təsərrüfat ənənələrini – üzümçülük, zeytun və meyvə ağaclarının əkini sahələrini saxlamışdı. Dağlıq vilayətdə isə maldarlıq üstün idi, əkinçilik az rol oynayırdı.Torpaq feodalların mülkiyyətində idi. Senyorlarındakı kəndlilərdən onlar senz (pul rentası) və digər pul mükəlləfiyyətləri (banalitet, şampar) yığırdılar. Eyni zamanda feodallara bu pulu ödəyən kəndlilər torpaqla istədikləri kimi rəftar edə, o cümlədən sata bilərdilər. Belə vəziyyətdə kəndlilərin torpaq sahibkarlığı – senziva XVI əsrdə faktiki mülkiyyət səviyyəsi alır. Senzivanın satışında onun yeni sahibkarı bundan sonra bütün vergiləri ödəməli idi. Şimali Fransada feodal rentasının satın alınması mümkün deyildi; cənubda bəzi renta formalarını almaq olardı.XVI əsrin əvvəllərində fransız kəndində əsas fiqura senzitariy – yəni senzivanı şəxsən azad alan istifadəçisi idi. Şəxsən asılı kəndlilər (servlər və menmortabllar) çox az olub şərq və mərkəzi əyalətlərdə üstünlük təşkil edirdilər. XVI — XVII əsrin I yarısında fransız kəndi üçün kəndli icmasının saxlanması səciyyəvi idi. Bu dövrdə kəndli icması öz inzibati funksiyalarını genişləndirir və XVII əsrin sonuna qədər faktiki özününidarəçiliyini saxlayır.2.Manufakturalar və sexlər.Fransanın sənaye inkişafı həm yeni, həm də ənənəvi istehsalı ilə səciyyələnirdi. Manufakturalar üçün muzdlu işçiləri kənd verirdi. Fransada dağınıq manufaktura daha geniş yayılmışdı. Onun təşkilatçısı tacir idi.Fransız şəhərləri öz mahudu ilə məşhur olub xarici bazarda ingilis, və italyan mahudu ilə rəqabət aparırdı. Fransa qalın kətan (giş) istehsalına görə Avropada I yeri tuturdu.Mərkəzləşmiş manufakturalar əsasən kralın dəstəyilə və əsasən Parisdə yaranırdı, lakin geniş yayılmamışdı. Bu manufakturalar bahalı əşyaların hazırlanması ilə məşğul idi. XVI — XVII əsrin I yarısında sex quruluşunun dirçəlişi ilə də səciyyələnir. Fransız taxt-tacı xəzinəni doldurmaq üçün metriza (sex ustası adı) satışı ilə məşğul olur, aşağı kütlələri tabeçilikdə saxlamaq üçün sexlərə himayədarlıq edirdilər. Yenidən təşkil olunan sexlər klassik orta əsr şəklində də deyildilər: sex quruluşu çərçivəsində yeni münasibətlər formalaşmaqda idi, sexlər yeni şəraitə uyğunlaşmağa başlamışdılar.3.Ticarət.Fransanın mahud istehsalçıları öz məhsullarını Levanta və İspaniyaya ixrac edirdilər, eyni zamanda daxili bazarın da tələbatını ödəyirdi. İspaniyadan fransız mahudu Amerikaya göndərilirdi. Kətan isə İngiltərəyə, İtaliyaya, Levanta və İspaniyaya ixrac olunurdu. XVI əsrin ortalarına doğru Amerikaya fransız ixracatı kəskin  şəkildə artır və fransız ticarətinin tərkib hissəsi olur.XV əsrin II yarısından Fransa italyan bankirlərinin və tacirlərinin sayəsində italyan ticarəti sisteminə daxil olur. XVI əsrdə Lion italyan ticarətinin mühüm mərkəzinə çevrilir.XVI — XVII əsrin I yarısı daxili bazarın təşəkkülündə də mühüm uğurlarla müşayiət olunur: ayrı-ayrı vilayətlər arasında iqtisadi fərqlər itir, əlaqələri isə möhkəmlənir, təsərrüfat ixtisaslaşması güclənir.4.İlkin yığımın xüsusiyyətləri.Fransanın erkən kapitalist münasibətləri dövrünə daxil olması onun müstəmləkə sisteminin zəif olması ilə müşayiət olunurdu. Bu o demək idi ki, iri pul kapitalının təşəkkülü monarxiyanın başqa yollar axtarmasını tələb edirdi.Monarxiyanın iqtisadi siyasətində dövlət istiqrazları, vergi sistemi və proktesionizm əsas yer tuturdu. Dövlət istiqrazlarının üç müxtəlif mənbəyi var idi: dövlət rentalarının satışı, dövlət vəzifələrinin satışı və maliyyəçilərdən alınan borclar. Dövlət rentasının satışı dövlət istiqrazının ilkin forması idi. Renta satışı aktında monarxın domendən nizamlı gəlir götürməsi reallaşdırılırdı. Monarxiyanın mühüm gəlir mənbəyindən biri də mərkəzləşmiş vergi sistemi idi.Nəhayət, fransız monarxlarının proteksiyaçı siyasəti ispan müstəmləkələrinin fransız malları ilə təmin edilməsində öz əksini tapmışdı.5. Sosial quruluş.Fransız cəmiyyətinin zümrə iyerarxiyasında əyanlar yüksək pillədə idi; o, zadəganların ən varlı hissəsi idi. Əyanların da içərisində birinci yerdə hakim sülalənin qollarından olan şahzadələr dururdu. Öz mövqeinə görə krala borcu olan yeni zadəganlar da əyan qrupuna daxil idi. Çox qüdrətli aristokratı zəiflətmək üçün krallar öz qeyri-zadəgan favoritlərini yüksəldirdilər, onlara torpaq payları və vəzifələr verirdilər.Siyasi nüfuzlarına görə əyanlar zadəganların fövqündə dururdular. Hüquqi cəhətdən vahid imtiyazlı təbəqə olan zadəganlar iki müstəqil sosial təbəqəyə — köhnə və yeni zadəganlara ayrılırdılar. XV əsrin ortalarından başlayaraq, əsil-nəcabətli zadəganlar təbəqəsinə kraldan zadəgan titulunu alan şəhərlilər də nüfuz etməyə başlayır. XVII əsrin ortalarına doğru Fransada yeni zadəganlarla qohumluq əlaqəsi olmayan köhnə zadəgan ailəsi demək olar ki, qalmamışdı. Hərçənd ki, bu yaxınlaşma onların arasındakı fərqi  yox etməmişdi. Yeni zadəgana hərbi xidmət məcburi deyildi; hərbi xidmət nəsil zadəganlarının imtiyazı olaraq qalırdı. Fransa ordusunun əsas hissəsini də zadəgan kavaleriyası təşkil edirdi. Hərbi mükəlləfiyyət köhnə zadəganı vergilərdən azad edirdi, yəni o, vergi immunitetinə amlik idi.XVI əsrin ortalarından başlayaraq bürgerlərin zadəganlara çevrilməsi prosesi sürətlənir. Xüsusilə dövlət aparatında vəzifələrə keçmək yolu ilə zadəganlıq qazanılması geniş yayılmışdı. XVII əsrin əvvəllərinə doğru çoxsaylı məmur təbəqəsi, “mantiya zadəganları” təşəkkül edir. Yüksək məmurlar – parlament üzvləri və dövlət katibləri tədricən titullu aristokratiyaya çevrilir.Fransız cəmiyyətində daha bir mühüm yer bürgerlərə məxsus idi. Erkən yeni dövrdə pul kapitalının əhəmiyyəti artdıqca, ona müvafiq, bürgerlərin də rolu artırdı. XVI əsrdə bürgerlərin tərkibinə tam hüquqlu şəhərlilər, tacirlər və sex ustaları, sələmçilər və manufaktura sahibləri, həmçinin ziyalılar (müəllimlər, hüquqşünaslar və həkimlər) daxil idi.  Şimali Fransada bürgerlər daxili bazarla və manufakturalarla sıx bağlı idi. Cənubda, əksinə, o, Levant, İtaliya, İspaniya ilə əlaqədə idi. Lakin cənub və şimal bürgerlərini birləşdirən cəhət – onların orta əsr imtiyazlarını itirmələri olur.Şəhər plebeyləri əvvəlki sənətkarlardan, usta köməkçiləri və şəyirdlərdən, muzdlu fəhlələrdən, dilənçi və səfillərdən ibarət idi. Fransada da səfilliyin  qarşısını almaq üçün kral tərəfindən müxtəlif ordonanslar verilirdi.Kəndlilər də bürgerlər kimi vergi verən əhaliyə aid idilər və çoxluq təşkil etdiyindən xəzinəyə böyük gəlir gətirirdi. Fransız kəndində baş verən dəyişikliklər nəticəsində kəndlilərin torpaqsızlaşması sürətlənir. Xüsusilə bu hal şimal vilayətlərində geniş miqyas alır.Beləliklə, XVI əsrdə Fransa cəmiyyətində baş verən mühüm dəyişikliklər siyasi quruluşun dəyişməsi – mütləq monarxiyanın təşəkkülü üçün də şərait yaradır.6. Mütləq monarxiya. I Fransisk.Fransada mütləq monarxiyanın bərqərar olmasının əsas əlamətləri – monarxın əlində qanunverici və icraedici hakimiyyətin cəm olması və onun hüquqi əsasının təşkili idi. Fransa ərazisində vahid hüquqi məkan yaranırdı, yerli senyor hüququ aradan çıxırdı. Təşəkkül etmiş vassallıq münasibətləri (“mənim vassalımın vassalı – mənim vassalım deyil”) dağılır və mərkəzləşmiş qaydada (“mənim vassalımın vassalı – mənim vassalımdır”) yaranırdı.Bu dövrdə hakimiyyət orqanları da yoxa çıxır. XVI əsrin əvvəlləri – Baş ştatların fəaliyyətinin son mərhələsidir: bu assambleya cəmi 4 dəfə çağrılmışdı – 1560, 1576, 1588, 1614-cu ildə. Bundan əlavə, monarx Paris parlamentinin (Ali məhkəmə palatasının) aktlar üzərinə veto qoymaq hüququnu da ləğv etmişdi. Bununla bərabər, yeni hökumət orqanları – kral şuraları və monarx tərəfindən təyin edilən notablların şuraları yaradılır. Buna paralel olaraq, bütün kral sarayının siyasi çəkisi artır. Bürokratik aparat genişlənir, daimi əyalət inzibati idarəsi meydana gəlir. Ordu möhkəmləndirilir, muzdlu ordu hakim hərbi təşkilat tipi olur. Mərkəzləşmiş vergi sisteminin təşkili üzrə tədbirlər görülür.Mütləqiyyətin bərqərar olması I Fransiskin (1515-1547) adı ilə bağlıdır. Onun dövründə yeni hökumət şuraları: Böyük şura, işgüzar şura, xüsusi şura yaranır. Öz hakimiyyəti ərzində I Fransisk bir dəfə də olsun Baş ştatları çağırmır, onun sanksiyası ilə bəzi işlər parlamentə yox, Böyük şuraya göndərilərək müzakirə olunur.Separat əhval-ruhiyyəli Langedok və Overni şəhərlərinə qarşı kral ciddi tədbirlər görür, dövlət aparatını genişləndirir, dövlət vəzifələrini satmağa başlayır və xəzinəni xeyli genişləndirir.I Fransiskdən başlayaraq Fransa dəniz ekspedisiyalarına başlayır. 1634-cü ildə kralın fransız dənizçisi Jak Kartyeyə təqdim etdiyi etimadnamədə yeni torpaqların fəthinə başlamaq məsləhət görülürdü. 24  iyul 1534-cü ildə Jak Kartyenin iki kiçik gəmisi Kanada sahillərinə gəlib çıxır. Sonralar Monreal, Kvebek kimi yaşayış məskənlərinin əsası qoyulur. 18 dəfə Fransadan böyük olan Kanada 200 il ərzində fransızların əlində olmuş, 1763-cü ildə İngiltərəyə keçmişdir. I Fransiskin daxili siyasətində kilsə məsələsi də vacib yerdə idi. 1438-ci il Praqmatik sanksiyasına görə, qallikan kilsəsinin Romadan muxtariyyatını təminatçısı monarx özü idi. 1526-cı ildə İtaliya müharibələri gedişində papa X Levlə hərbi əməkdaşlıq edən kral Praqmatik sanksiyanı ləğv etmiş və Bolonya konkordatı bağlamışdı. Konkordata görə, I Fransisk ali kilsə vəzifələrinə prelatlar təyin etmək hüququ alırdı, sonra bu, papa tərəfindən təsdiqlənməli idi.Mütləqiyyət Fransada müqavimətə rast gəlirdi. Xüsusilə ali təbəqə öz siyasi imtiyazlarının alınması ilə razılaşa bilmirdi. I Fransiskin nəvələri II Fransisk (1559-1560) və IX Karlın (1560-1574) hakimiyyətinin zəifləməsi zadəganların və şəhərlilərin mütləqiyyət əleyhinə hərəkatını fəallaşdırdı.7. Reformasiya.Fransız reformasiyası XVI əsrin  ortalarında başladı, bu da I Fransiskin dövründə ölkədəki siyasi sabitliklə, qallikan kilsəsinin xüsusi statusu (milli səciyyə daşıması) ilə bağlı idi.XVI əsrin əvvəllərində islahat uğrunda hərəkat Jak Lefevr d´ Etaplın (1455-1536) adı ilə bağlıdır. Əsərlərində alim katolik kilsəsinin bir çox ehkamlarının şərhini verir. Onun bu şərhləri kilsənin və cəmiyyətin humanistləşməsini nəzərdə tuturdu.XVI əsrin ilk onilliklərində Fransada Lüter ideyaları da yayılır. Lakin Lüter protestantlığı Fransada dərin kök sala bilmir.Sonrakı mərhələdə kalvinçilik yayılmağa başlayırş 1536-cı ildə “Xristian kilsəsi haqqında düşüncələr” əsərini çap etdirən Jan Kalvin kitabını I Fransiskə hədiyyə edir. Lakin I Fransisk Kalvinin qallikan kilsəsində islahat aparmaq çağırışını qəbul etmir. Bidətçi elan olunan Kalvinin kitabı Notr — Dam kilsəsi qarşısında yandırılır, müəllif ölkədən qovulur.8. Dini müharibələr.XVI əsrin II yarısında Fransa siyasi böhran mərhələsinə daxil olur, bu böhran öz təzahürünü 32 il davam edən (1562-1594) dini (vətəndaş) müharibələrində tapır. Dini müharibələrin səbəbləri mütləqiyyətin təşəkkülü ilə əlaqədar siyasi quruluşun dəyişməsi idi. İtaliya müharibələri getdiyi dövrdə gərginlik, siyasi iğtişaşlar güclü hiss olunurdu. 1559-cu il Kato — Kambrezi sülhü İtaliya müharibələrinə son qoymaqla yanaşı, ölkədəki iqtisadi və daxili siyasi vəziyyətin bütün mürəkkəbliyini də göstərdi.XVI əsrin ortalarına doğru “qiymətlər inqilabı”nın və ağır vergi sisteminin nəticələri kəskin hiss olunurdu. Eyni zamanda müharibənin başa çatması ilə zadəganlar yeni fəaliyyət sahələri axtarmağa başlamışdılar.Bundan əlavə, 1559-cu ildə hakimiyyət dəyişikliyi baş vermişdi: cəngavər turnirində II Henri ölümcül yaralanır. Onun yerinə böyük oğlu, 15 yaşlı II Fransisk keçir. Hakimiyyət müvəqqəti olaraq zəifləyir, bu isə  müxalifətin fəallaşması üçün əlverişli şərait yaradır. II Fransiskin qısamüddətli hakimiyyəti dövründə sarayda Lotaringiya hersoqları olan Gizlərin təsiri artır. Kral ordusunun baş komandanı Fransisk Giz və onun qardaşı, kardinal Karl Giz mütləqiyyətçi hakimiyyətdən narazı olan feodal — əyyan cinahını təşkil edirdi. Bu əyanların şimal-şərqdə və mərkəzi əyalətlərdə tərəfdarları çox idi. Kral şurasına daxil olan bu cinah özünü taxt-tacın və katolik dininin müdafiəçisi hesab edirdi və saraydakı yeni zadəganların uğurlarını qəbul etmək istəmirdi.Şahzadə Antuan Burbon və şahzadə Konde quqenot aristokratiyasına (qərbi isveçrə dilində “eidguenots” — həmfikir, həmyoldaş) başçılıq edirdilər. Quqenot aristokratiyası Fransanın cənub-qərb və cənub vilayətlərində cəmləşmişdi. Bu qrup öz iqtisadi vəziyyətini möhkəmlətmək üçün kilsə torpaqlarının dünyəviləşdirilməsinin tərəfdarı idilər və böyük məmnuniyyətlə kalvinçiliyi qəbul etmişdilər.Hər iki qruplaşmaya şəhərlər də cəlb edilmişdi. Şimal, qərb və mərkəzi əyalətlərdə şəhərlər hakimiyyətin vergi siyasətindən narazı idilər, cənub cənub-qərbdə isə şəhərlər əvvəlki özünüidarəçilik hüquqlarının itirilməsin müqavimət göstərirdilər.II Fransisk qəflətən vəfat edəndən sonra hakimiyyətə qardaşı IX Karl keçir, azyaşlı olduğu üçün kraliça — ana Yekaterina Mediçi qəyyum təyin edilir.Bu zaman katoliklərlə quqenotlar arasında gərginlik daha da artır, xüsusilə 1562-ci ildə Fransisk Gizin dəstəsinin Vassi (Şampan) yaxınlığında quqenotlara qarşı qətl törətməsi dini müharibənin başlanğıcını qoyur.9. Dini müharibələrin I mərhələsi (1562-1570).Bu mərhələdə mübarizə gərgin səciyyə daşımamışdır. Hər iki feodal qruplaşması kralı tərəfinə çəkmək və ölkəni onun adından idarə etmək istəyirdi. Birinci mərhələ 1570-ci ildə Sen — Jermendə barışıq edikti ilə başa çatır. Quqenotlar Fransanın hər bir vilayətinin iki şəhərində dini ayin keçirmək və ictimai vəzifə tutmaq hüququ qazanır. Quqenotların başçısı admiral Qaspar Kolinyi saraya dəvət olunur.10. II mərhələ (1572-1576).Bu mərhələdə geniş miqyaslı hərbi əməliyyatlar aparılmış, quqenotlar və katoliklər hakim sülaləyə qarşı çıxış etmişlər. II mərhələnin ən mühüm hadisəsi Parisdəki hadisələr olmuşdu. 1572-ci il 24 avqust gecəsi IX Karlın bacısı Marqarita Valua ilə quqenot başçısı Navarralı Henrinin toyuna gələn quqenot zadəganlar katoliklər tərəfindən qətlə yetirilir, 24 avqust — Müqəddəs Varfolomey bayramı olduğu üçün, bu hadisə — “Varfolomey gecəsi” adını alır. Qətlə yetirilənlərin içərisində Qaspar Kolinyi də var idi. Hərbi əməliyyatlar Parisdən əyalətlərə də keçdi və 1572-ci ilin oktyabrınadək davam etdi. Bu hadisələrin qarşısını almayan kral hakimiyyəti Fransada vətəndaş müharibəsinə imkan yaratdı.Quqenotlar Fransanın cənubunda separat quqenot dövləti yaratdılar, bu dini müharibənin ən neqativ nəticə idi. Dini-siyasi nifaq Fransanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxardı. Özünüidarəçiliyə malik Quqenot konfederasiyasının öz ordusu və vergi sistemi var idi. Bu ittifaqın ali orqanı – Baş ştatlar idi, Quqenot konfederasiyasının qəti təşəkkülü 1575-ci ildə Nimdə quqenotların qurultayında baş verdi.Dini müharibələrin ikinci mərhələsi quqenot tələblərinin yerinə yetirilməsi ilə başa çatır: Parisdən başqa, istənilən yerdə quqenot ayinlərinin keçirilməsinə, əyalət məhkəmə palatalarında onlara öz şöbələrini yaratmağa icazə verilir. Kral həmçinin Varfolomey gecəsində baş verənləri cinayət olaraq tanıyır, müsadirə olunmuş quqenot mülklərini onlara qaytarmağa icazə verir.1576-cı ildə Katolik liqası da təşkil olunur. Onun başında Henri Giz dururdu. Katolik liqa krala Baş ştatların qərarlarına ziyan vura biləcək hərəkətlərdən çəkinməyi təklif edirdi. Bundan əlavə, Liqanın bəyannaməsində əyalətəlrə onların əvvəlki imtiyaz və hüquqlarının verilməsi tələb olunurdu.11. III mərhələ (1580-1594).Dini müharibələrin sonuncu mərhələsi III Henrinin yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün qeyri-ənənəvi tədbirlər görməsi və siyasi səhnəyə Navarralı Henrinin çıxması, Katolik liqann fəallaşması, Paris liqasının yaranması ilə səciyyələnir. 1577-ci ildə əldə olunmuş barışıqdan istifadə etmək üçün III Henri protestant və katolik təşkilatları ləğv etmək qərarına gəldi. Lakin inflyasiyanın artması və vergilərin ağırlaşması daxili siyasi vəziyyəti onsuz da gərginləşdirmişdi. III Henrinin kiçik qardaşı Alanson hersoqunun vəfatı, kralın özünün isə övladının olmaması gətirib çıxardı ki, Fransanın dofini Navarralı Henri elan olundu. Quqenotun hakimiyyətə gələcəyindən ehtiyat edən Gizlər taxt-taca öz namizədləri – kardinal Karl Burbonu irəli sürdülər. Bu vəziyyət III Henrinin Navarralı Henri ilə yaxınlaşmasına səbəb oldu.Belə olan halda Katolik liqa bərpa edildi və onun başında Fransisk Gizin                oğulları – Henri Giz, Karl Giz və Lüdovik Giz durdu. Bu liqa 1584-cü ildə ispan kralı II Filiplə gizli ittifaq bağladı. Müqaviləyə görə, Navarralı Henri taxt-taca olan hüquqlarından məhrum edilirdi, onun əmisi Navarralı Henri Burbon varis elan olunurdu.Katolik liqanın bərpa olunması ilə demək olar ki, eyni vaxtda Paris liqası təşkil olunur (1585). Onun tərkibinə tacirlər, sənətkarlar, şəhərin yoxsul təbəqələri, tələbələr daxil idi.Vəziyyətin gərginləşməsi 1585-ci ildə III Henrini quqenotların xeyrinə verilmiş bütün fərmanların ləğv etməyə məcbur edir. Həmin il papa V Sikst bulla verərək Navarralı Henrini fransız taxtına olan hüquqlardan məhrum edir. Lakin kralın bu tədbirləri vəziyyəti dəyişmədi. Katolik liqaçılar quqenotlara və III Henri hökumətinə qarşı yürüşə başlaməşdılar. Fransanın daxili siyasi işlərinə İngiltərə və İspaniya da müdaxilə edirdi. Bundan qəzəblənən III Henri 1588-ci ilin aprelində Navarralı Henri ilə ittifaq bağladı. Kralın bu hərəkəti Parisdə iğtişaş doğurdu.Kral Parisi tərk edərək Şartrda gizlənməli oldu. Parisdə hakimiyyət bir müddət gizlərin əlinə keçdi. Paris bürgerləri isə şəhərdə kommunanı bərpa etmək istəyirdilər. III Henri onlarla barışıq bağlayaraq paytaxta qayıtdı.Lakin Gizlər öz mövqelərini dəyişməmişdilər və Baş ştatlar müharibəni davam etdirmək qərarına gəlir. Çıxılmaz vəziyyətə düşən kral Henri Gizin öldürülməsinə əmr verir. 1588-ci ilin dekabrında Luvra dəvət olunan Henri Giz qətlə yetirildi. Lakin onun qətli vəziyyəti daha da gərginləşdirdi. Gizin dəfn mərasimi Parisdə və digər şəhərlərdə nümayişlərə səbəb oldu. Liqa yenidən antiroyalçı hərəkatın mərkəzinə çevrildi. III Henri öz qüvvələrini quqenotlarla birləşdirmək qərarına gəldi. 1589-cu ilin avqustunda dominikan rahibi Jak Kleman tərəfindən kralın qətlə yetirməsi bu planları boşa çıxardı.12. Navarralı Henrinin qələbəsi.Ölkədə başlamış olan hakimiyyətsizlik talanlarla müşayiət edilirdi. İspan kralı II Filipp 1592-ci ildə öz qarnizonunu Niderlanddan Parisə gətirdi. Bir çox şəhərlərdə üsyanlar başladı. Bu vəziyyətdə Navarralı Henrinin orduları qətiyyətli addımlara keçdi. 1593-cü ilin ortalarında qanuni şahzadənin qoşunları Parisə yaxınlaşdı. Şəhəri dağıtmaq istəyən Henri onu əsas ərzaq mənbələrindən ayırdı: bu məqsədlə ətrafdakı bütün dəyirmanlar yandırıldı. Paris üç ay müqavimət göstərdi. Mühasirəyə alınmış şəhərdə taxt-tac məsələləri müzakirə olunurdu. Belə olan halda Navarralı Henri katolikliyi qəbul etmək qərarına gəldi. 1593-cü ili iyulunda Sen-Deni kilsəsində katolikliyi qəbul edən Henrinin 1594-cü ilin fevralında Şartrda tac qoyma mərasimi oldu.Navarra kralı Henri Burbon IV Henri adı altında Fransa kralı oldu (1594-1610). Bir ay sonra, 1594-cü ilin martında IV Henri Parisə daxil oldu. IV Henri öz əlehdarlarını təqib etməyərək onların müsadirəsini də keçirmədi.Altı illik hakimiyyətsizlikdən sonra Fransa bacarıqlı hakimin əlinə keçdi. Dini müharibələrin siyasi tərəflərini yaxşı dərk edən IV Henri bu münaqişələrə son qoymaq qərarına gəldi.13. Nant edikti.1598-ci ildə IV Henri tərəfindən verilmiş Nant edikti müharibədən sonrakı Fransada sülhün təminatçısı oldu. Ediktə görə, qallikan kilsəsi rəsmi kilsə elan edildi. Nant edikti dini müharibədən asılı olmayaraq bütün fransız təbəələrinin hüquq bəyannaməsi idi. Ediktdə əmlak, mövqe, təhsil, məhkəmə, tibbi yardım hüquqları elan edilirdi. Lakin protestantların hüquqlarının reallaşması məhdud idi. Onlar yalnız müəyyən ərazidə dini ayinlər keçirə bilər, uşaqlarını yalnız öz məktəb və universitetlərində oxuda bilərdilər. kral təbəələri olaraq protestantlar qallikan kilsəsinin xeyrinə 1/10 vergisini verməli idilər.14. IV Henrinin islahatları.Öz hakimiyyətini iqtisadi cəhətdən də möhkəmlətmək üçün IV Henri bir neçə islahatın təşəbbüskarı oldu. Bu siyasətin əsas aparıcı qüvvəsi birinci nazir Maksimilian Sülli idi. Kəndli təsərrüfatının möhkəmləndirilməsini mühüm amil hesab edən Sülli onların xeyrinə bir neçə tədbir həyata keçirdi: kəndli təsərrüfatının özbaşına vergi qoyulamasını qadağan etdi, borca görə kənd təsərrüfatı inventarının satılması üzərinə də qadağa qoyuldu. Zadəganların da maraqlarını qoruyan islahatçı onların borclarının bir hissəsini bağışladı, daxili gömrüklər ləğv olundu.Merkantilçi siyasət yeridən Fransa hökuməti İngiltərə və İspaniya ilə ticarət müqavilələri bağladı.İqtisadi tədbirlər nəticəsində manufakturaların sayı artdı. Yeni müəssisələrə ticarətdə imtiyazlar verilirdi.IV Henrinin dövründə Fransa siyasi təkamül mərhələsinə daxil oldu. Kral şurasında və daxili siyasət idarəsində iştirakdan uzaqlaşdırılan aristokratiyaya ağır zərbə endirildi. Monarx Baş ştatların da çağrılmasından imtina etdi, bunun əvəzinə seçilmiş adamların – notablların şurası təşkil edildi. Hələ I Fransiskin dövründən dövlət vəzifələrinin satılması praktikası indi geniş şəkil aldı. Başlamış olan islahatlar artıq XVII əsrin birinci rübündə iqtisadiyyatın yüksəlişinə səbəb oldu. IV Henri isə hələ dini müharibələr dövründə planlaşdırıdığı mböyük hərbi yürüşə hazırlaşırdı. O, alman protestant knyazların uniyasını yaratmaq, İngiltərə ilə ittifaq bağlamaq və Habsburqlara qarşı müharibəyə başlamaq istəyirdi. Bu mübarizənin əsas obyektləri Reyn boyu şəhərlər və İspaniyanın əlində olan Niderland torpaqları idi. Lakin 1610-cu ildə IV Henri bir katolik rahibi tərəfindən qətlə yetirildi və planları yarımçıq qaldı.1610-cu ildə fransız taxtına IV Henrinin azyaşlı oğlu XIII Lüdovik keçdi, kralın anası Mariya Mediçi qəyyum təyin edildi. Ölkədə yenidən mərkəzdənqaçma qüvvələr baş qaldırdı, separratçılıq gücləndi. Belə bir məqamda Fransanın siyasi səhnəsinə kardinal Rişelye gəldi.15. Kardinal Rişelye.1624-cü ildə ölkədə kral hakimiyyətinin çox zəiflədiyi, məzhəblərarası ziddiyyətlərin güclü olduğu bir şəraitdə Arman Jan de Plessi hersoq Rişelye kral XIII Lüdovik tərəfindən baş nazir təyin olundu. 18 il ərzində (1642-ci ilədək) kardinal Rişelye Fransanın faktiki hakimi oldu. Rişelyenin proqramının 3 əsas istiqaməti var idi: 1) qugenotlarla, müxalif zadəganlarla mübarizə aparmaq və 2) monarxın hakimiyyətini gücləndirmək, bununla da 3) Fransanı Avropanın birinci dərəcəli dövləti həddinə çatdırmaq. 1628-1629-cu illərdə kardinal Rişelyeni qoşunları Laroşel qalasını mühasirəyə aldı: qugenotların sonuncu dayağı təslim oldu. Bağlanmış sülhə görə, qugenotlar bütün hərbi qalalardan məhrum edildilər, Nant edikti ilə nəzərdə tutulmuş digər maddələr isə saxlandı.Kardinal Rişelye separatçılıqla mübarizə aparmaq üçün Paris Parlamentinə qarşı da bəzi planlar həyata keçirdi. Belə ki, Baş Ştatların nüfuzu enəndən sonra Fransanın ali məhkəmə palatası – Paris Parlamenti siyasi imtiyazlarını artırmışdı. Kral fərmanlarının təsdiqi onun səlahiyyətinə keçmişdi. Bu məhkəməni tabe etdirmək üçün kardinal Rişelye bu səlahiyyəti onun əlindən aldı, parlamentin üzvləri isə onun tərəfdarları içərisindən seçildi.İqtisadi siyasətində kardinal Rişelye merkantilizm tərəfdarı kimi fəaliyyət gsötərirdi. Məsələn, o, 20-dək ticarət şirkətinin yaradılmasının təşəbbüskarı olmuşdu.Rişelyenin dövründə uzaq dəniz ekspedisiyaları da bərpa olunur. 1629-cu ildə fransızların Martinika və Qvadelupa adalarında müstəmləkə fəaliyyəti başlayır. Fransa Cənubi Amerikada və Qvianada müstəmləkələr ələ keçirir. Eyni zamanda kardinal Rişelye Hanza və İngiltərə ilə ticarət müqavilələri imzalayır.Ümumiyyətlə, kardinal Rişelye xarici siyasətdə də milli maraqların müdafiəsi prinsipni həyata  keçirirdi. 1635-ci ildən etibarən Fransa Otuzillik müharibəyə birbaşa qatılır və Habsburqları çökdürməyi qarşısına məqsəd qoyur. 1648-ci il Vestfal sülhü ilə Fransa beynəlxalq aləmdə böyük nüfuz qazana bilir.Kardinal Rişelyenin daxili və xarici siyasət xətti öz əksini onun «Siyasi nəsihətlər» kitabında da tapmışdır: kardinal hesab edir ki, dövlət elə bir dəyərdir ki, onun uğrunda hər vasitədən istifadə etmək olar.Bütün bunlarla yanaşı, kardinal Rişelyenin hakimiyyəti dövrü Fransa böyük problemlər də yaşamışdır. Belə ki, 1624-cü ildən 1642-ci ilədək olan müddətdə ölkədə 3 dəfə böyük kəndli hərəkatları və şəhərlilərin dəfələrlə üsyanları baş vermişdir. Bu hərəkatların əsas səbəbi – vergilərin həddən ziyadə qaldırılması, mükəlləfiyyətlərin artırılması, Otuzillik müharibəyə böyük sayda insan və maddi ehtiyatların cəlb olunması idi.Dövlət islahatlarının və fəal xarici siyasətin təşəbbüskarı olan kardinal Rişelye 1642-ci ildə vəfat edir, ondan bir il sonra kral XVIII Lüdovik də vəfat etdiyindən, hakimiyyətə kralın azyaşlı oğlu XIV Lüdovik gəlir. Gənc kralın qəyyumu isə anası Avstriyalı Anna təyin edilir və Fransa yenidən böyük iğtişaşlar dövrünə qədəm qoyur.Müəllif: Yeganə Hafiz qızı Gözəlova Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi, S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında
['Fransa tarixi', 'Fransa', 'Avropa tarixi', 'orta əsrlər', 'Fransa orta əsrlərdə']
1,054
https://kayzen.az/blog/pascal/18632/off%C5%9For-zonalar-v%C9%99-off%C5%9For-%C5%9Firk%C9%99tl%C9%99r.html
Offşor zonalar və offşor şirkətlər
pascal
Bloq: pascal
15 aprel 2016, 12:41
Offşor (ing-offshore) sözünün mənası ingilis dilindən  “Sahildən Uzaq” tərcümə olunur. Amma İqtisadiyyat dilində “Vergidən Uzaq” və ya “Vergi Cənnəti”   olaraq nəzərdə tutulur. Müasir dövrümüzdə vergidən yayınma, gəlirlərin gizlədilməsi, bank fırıldaqçılığı, narkotik qaçaqmalçılıq və s. kimi neqativ hallarla bağlı tez-tez offşor zonalar, offşor şirkətlərin adları hallanır. Maraqlıdır ki, buna baxmayaraq offşor zonaların ləğv edilməsi, tamamilə sıradan çıxarılması əvəzinə, əksinə bütün dünya üzrə yeni-yeni bu tip ərazilər, şirkətlər yaradılır. Hətta normal vergi, gömrük qanunvericiliyi olan dövlətlərdə belə (Lüksemburq, İsveçrə) şərti offşor zonalar fəaliyyət göstərir. Qeyd edək ki, adətən offşor zonalar ayrı-ayrı dövlətlərin ada və anklav ərazilərində yaradılır və ya ada dövlətlərin özləri bütövlükdə offşor zonalar olur. Buna səbəb, bu cür dövlətlərdə təbii sərvətlərin məhdudluğu, zəif inkişaf etmiş daxili bazarlar, turizm sektorundan həddən artıq asılılıq bu dövlətlər üçün əlavə inkişaf resursları axtarılmasını zəruri etmiş və çıxış yolu kimi offşorların yaradılmasına gətirib çıxarmışdır. Offşor zonaların yaradılmasının dövlət üçün əhəmiyyəti ondan ibarətdir ki, öz ərazilərində bu cür zonalar yaratmaqla dövlət xarici investisiyaların cəlb edilməsini, yeni iş yerlərinin yaradılmasını təmin edir. Həmçinin dövlət ərazisində yaradılan offşor şirkətlərin güzəştli statusdan istifadə edərək yerli şirkətlərlə rəqabətə girməsinin qarşısını almaq üçün müəyyən addımlar atır. Belə ki, offşor şirkətlərə onların qeydiyyatdan keçdikləri dövlətin ərazisində hər hansı kommersiya əməliyyatının aparılması qadağan edilir. Adətən vergi, gömrük və digər üstünlüklərin yalnız xarici kapitallı şirkətlərə verildiyi bu ərazilərdə eyni zamanda offşor biznesin daxili bazardan təcrid olunması üçün tədbirlər görülür. Əksər hallarda müəyyən edilir ki, offşor şirkətlərin sahibləri və səhmdarları yalnız xarici hüquqi və fiziki şəxslər ola bilər və şirkətin bütün kapitalı xaricdən idxal olunmalıdır. Offşor dövlətlərin hökumətləri xarici investisiya üçün liberal sistemlər yaratmaqla yanaşı öz daxili bazarlarını bu cür geniş üstünlüklərə malik şirkətlərdən qorumaq üçün də müəyyən tədbirlər görürlər. Yuxarıda da qeyd etdiyimiz kimi offşor şirkətlər qeydiyyatdan keçdiyi ölkədə heç bir real fəaliyyət qurmur və bütün əsas kommersiya fəaliyyətini həmin dövlətdən kənarda həyata keçirir. Əksər şirkətlərin can atdığı başlıca məqam vergilərdən yayınmaqdır. Offşor şirkətlər üçün qeydiyyat ölkəsində kifayət qədər vergi güzəştləri mövcuddur və onlar adətən bütün yerli vergilərin ödənilməsindən azaddırlar. Onlar yalnız birdəfəlik qeydiyyat rüsumu və kommersiya fəaliyyətinin nəticələrindən asılı olmayaraq illik yığım ödəməlidirlər. Həmçinin gömrük rüsumlarının, valyuta məhdudiyyətlərinin olmaması, gəlirlərin ölkədən azad çıxarılması, nizamnamə kapitalı ilə bağlı tələblərin olmaması və ya aşağı səviyyədə olması kimi amillər də cəlbedici məqamlardır. Qeydiyyat prosesi də çox qısa zamanda həll olunur. Misal üçün, Kayman adalarında cəmi bir həftə ərzində holdinq, bank, trast, investisiya şirkəti yaratmaq mümkündür. Offşor zonalarda xarici şirkətlərə çoxlu imtiyazların verilməsi əksər hallarda onlar tərəfindən sui-istifadə hallarına gətirib çıxarır və nəticə etibarilə offşor zonalar və orada yaradılan şirkətlər sadəcə olaraq vergilərdən yayınmaq üçün qurulmuş mürəkkəb sxemlərin tərkib hissəsi kimi çıxış etməyə başlayırlar. Çox vaxt bu sxemlər qeyri-offşor şirkətlərlə həmin şirkətlər tərəfindən anonim olaraq yaradılmış offşor şirkətlərin iştirakı ilə həyata keçirilir ki, bu sxemlər real qeyri-offşor şirkətlərin gəlirlərinin offşor şirkətlərə hesablanaraq bu yolla da vergidən yayındırılmasına gətirib çıxarır. Müasir dövrdə offşorlardan istifadə edilməsinin mürəkkəb və çox şaxəli sxemlərindən istifadə edilir və bu sxemlər həm iştirakçı şirkətlərin qeydiyyatdan keçdikləri dövlətlərin daxili qanunvericiliklərindən, həm də həmin dövlətlərin iştirak etdikləri beynəlxalq müqavilələrin, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarından istifadə etməklə qurulur. Bunun əsas səbəbi ondan ibarətdir ki, offşor şirkətlər yalnız qeydiyyatda olduqları offşor dövlətlərdə vergilərdən azaddır, fəaliyyətin həyata keçirildiyi dövlətlərdə isə təbii ki, qanunvericilikdə nəzərdə tutulmuş vergiləri ödəməlidirlər. Buna görə də həmin şirkətlər qeydiyyatda olduqları offşorlarla özlərinin fəaliyyət göstərdikləri dövlətlər arasında olan iqtisadi sazişlərdən öz xeyirlərinə istifadə etməyə çalışırlar. Onu da qeyd edək ki, bəzi şirkətlər üçün vergi azadolmaları o qədər də önəm kəsb etmir. Belə ki, offşor zonalarda hökm sürən bank məlumatları, depozitlər, şirkətlərin səhmdarları və təsisçiləri ilə bağlı konfidensiallıq və anonimlik rejimləri də bəzi şirkətlərin öz gəlirlərini bu ərazilərdə yerləşdirməklə offşorlardan istifadə etməsinə imkan yaradır. Misal üçün, Panamada bank hesabı açarkən ləqəblərdən (şərti adlardan) istifadə etməyə qanunla icazə verilir və bu hesablar haqqında məlumatların açıqlanmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Müəllif:  Xəlil  Əliyev Mənbə: banker. az anklav* — Bir ölkənin ərazisində olan, fəqət o dövlətin mülkiyyəti olmayan coğrafi ərazidir.
['Ofşor zonalar', 'çirkli pulların yuyulması', 'vergidən qaçma', 'qara bankçılıq']
1,055
https://kayzen.az/blog/kotler/15515/mirvari-v%C9%99-onun-t%C9%99bi%C9%99td%C9%99-%C9%99m%C9%99l%C9%99-g%C9%99lm%C9%99si.html
Mirvari və onun təbiətdə əmələ gəlməsi
kotler
Bloq: Kotler
9 aprel 2016, 12:13
Təbiətdə saysız-hesabsız mineral sərvətlər vardır ki, bunların da hərəsi özünəməxsus təsərrüfat, estetik və zərgərlik əhəmiyyətinə, gözəlliyə və yaraşığa malikdir. Şəffaf, balıq gözünə bənzər yüngülvarı mavi-ağ rəngə çalan mirvari də bu minerallardan biridir. Mirvari ərəblərdə zəncu, farslarda mirvari, türklərdə inci, ruslarda jemçuq, yunanlarda marqarit adı ilə məşhurdur. Mirvari müxtəlif dəniz və şirin su hövzələrində əmələ gəlir. Mirvarinin tərkibi və rəngi sədəf ifraz edən molyuskaların qabıqlarından əmələ gəlir. Zərgərlik əşyalan içərisində dünya şöhrəti qazanmış mirvari bəzək brilyantı, zümrüd, yaqut, kimi qiymətli daşqaşlar sırasında özünəməxsus yer tutmuşdur. Onu təmiz suya bənzər süd kimi ağappaq, gümüş kimi parlayan, göy qurşağı kimi 7 rəngə bərq vuran ən qiymətli daş-qaşlar sırasına daxil edirlər. Mirvarini ən qədimdən sevinc rəmzi, fərəhdən axan göz yaşı kimi qiymətləndirmişlər. Odur ki, xoşbəxt ailə həyatı quran gəlin bəzəyinin ən yüksək rəmzi mirvari sayılır. Qədimdən bəri belə hesab edilir ki, mirvarini kim gəzdirirsə, onun bənizi ilə bu qiymətli daşın rəngi arasında uzlaşma olmalıdır. Bu əlamətə dünya xalqlarının qadınları indi də riayət edirlər. Ağ dərili Avropa xalqları yüngül mavi kölgəli, ağ rəngə çalan mirvari­ni çox sevir, sarı dərili Şərq və Cənub ölkələri xalqları sarı və ya narinci mirvariyə üstünlük verirlər. Qədim Hindistanda, Suriyada, Yunanıstanda əhali mirvarini səma daşı kimi qiymətləndirirdi. Hətta hind əfsanələrinin birində ən məşhur doqquz minerala qiymət verərkən, mirvarini ay işığına bənzətmişlər. Qədim Rusiyada mirvariyə böyük ehtiramla yanaşmışlar. Bir qayda olaraq mirvari axtarmağa gedənlər, pak olmaq üçün əvvəlcədən hamama gedər, təmiz geyinər və müqəddəs atadan xeyir-dua alarmışlar. Mirvari ovlayanda isə onlar nalayiq sözlər işlətməz, kobud, təhqiramiz hərəkətlərdən uzaq olarmışlar. Maraqlıdır ki, mirvari dəniz canlılarından, balıqqulaqlarından çıxarılanda yumşaq olur. Bunun son dərəcə zərifliyini, elastikliyini nəzərə alaraq «ovçular» onu dəniz molyuskaları və bahqqulaqlarından əl ilə deyil, dodaqlan ilə sovurub çıxartdıqdan sonra təxminən 2 saat ağızlarında saxlayırlar ki, ağız seliyi onu bərkitsin. Bundan sonra onu yaş əskiyə büküb qarın və ya göbək nahiyəsində bərkiyənə qədər saxlayırlar. Mirvarinin qiyməti onun rəngi, forması və ölçüsü ilə ifadə edilir. Rənginə gəldikdə isə, onu demək kifayətdir ki, ən yaxşı mirvarinin özünoməxsus rəngi olmur. Yüksək keyfiyyətli bu mineral günəş altında borq vuran təmiz suyun rəngini xatırladır. Lakin o sudan ki, mirvari əmələ gəlir, buradakı molyuskaların rəngi ağ, mavi, açıq qırmızı, yaşılvari, sarı, qızılı, boz, qırmızımtıl, şabalıdı, qara, qəhvəyi, ən çox sarı, açıq və mavi rənglərə çalır. Mirvarinin forması da çox müxtəlifdir. O, düz, hamar, uzunsov, yastı, şəffaf su damcısına oxşar, armudvari, qabarıq, uzunsov formalarda olur. Göstərilən formalar mirvarinin hansı şəraitdə əmələ gəlməsindən asılıdır. Mirvarinin ölçüsü də müxtəlifdir. 1 mm-in onda bir hissəsindən 1-1,5 smə qədər ola bilir. l.akin əyri-üyrü formalı iri mirvariyə də çox rast gəlinir.Ən böyük çəkisi 6,35 kq olan mirvari 1934cü ildə Filippin adalarının sahillərində (Papavan adasında) tapılmışdır. Hazırda iri həcmli mirvarilər brilyant, zümrüd, yaqutla birlikdə (valyuta) sikkə kimi qiymətləndirilir. Ən qiymətli mirvari qalın sədəf təbəqəli ağ, gümüşü-ağ rənglidir. Bundan başqa, gümüşü rəngli, qa­ra metal panltılı, çəhrayı, sarı çəhrayı, qızılı, açıq şabalıdı rəngli mərcanlar da təbiətdə çox yayılmışdır.Qeyd etmək lazımdır ki, mirvarinin hamar forması daha qiymətlidir. İri (6 mm-dən çox) yastı-yumru mirvari də keyfıyyətli hesab edilir. Armudvari mirvari sırğa kimi istifadə edilir. Onlar özünəməxsus rəngi və parıltısı ilə qiymətini artınr. Misir şahzadəsi Kleopatraya məxsus iki armudvari mirvarinin dəyəri 5,5 milyon manat qiymətləndirilmişdir. İri mirvari ABŞda 500 min dollar dəyərinə malikdir. Təbiətdə mirvari əmələ gətirən 32 növ dəniz vo çay molyuskası məlumdur. Hind okeanı Şri-lanka (Seylon), Kanar adaları sahillərində, Benqal, İran körfəzi, Qırmızı dəniz mirvari əmələ gələn rayonlara daxildir. Sakit Okeanın Avstraliya sahillərində Malay. Zond arxipelaqında, Kaliforniya, Panama körfəzində də mirvari əmələ gəlir. Mirvari əmələ gətirən şirin su molyuskaları əsasən Şimal yarımkürəsinin mülayim qurşağındakı çaylarda yaşayır. Rusiyada Arxangelsk, Voloqda, Sankt-Peterburq, Kalinin, Yaroslavl, Kirov vilayətlərində axan çaylarda da mirvari əmələ gəlir. Tatanstanda, Sverdlovsk, Kuybışev vilayətlərində, Ukraynada, Şərqi Sibir eaylarında və su hövzələrində mirvari ovlanır. Mənbə Elm və Həyat juranlındakı məlumatlardan istifadə edilib. Ağamusa DADAŞOY. Geologiya mineralogiya clmləri nämizədi
['mirvari']
1,056
https://kayzen.az/blog/maliyye/8198/kreditin-mahiyy%C9%99ti,-prinsipl%C9%99ri-v%C9%99-n%C3%B6vl%C9%99ri.html
Kreditin mahiyyəti, prinsipləri və növləri
iqtisadçı
Maliyyə və bank işi
2 aprel 2016, 15:57
Çox mühüm iqtisadi kateqoriya olan və ssuda, borc mənasını verən kredit sözü latınca «Creditum» və etibar edirəm, inanıram mə­na­sını verən «Credo» sözlərindən əmələ gəlmişdir. Borc verilən pul, yaxud da əmtəənin müqabilində faiz ödənilir. Kredit münasibətləri dedikdə borc (ssuda) fondunun əmələ gəl­məsi və həmin vəsaitdən müəyyən müddətə, qayta-rılmaq və faiz ödənil­mək şərtilə hüquqi və fiziki şəxslərə borc verilməsi ilə bağlı meydana çıxan münasibətləri ifadə edən iqtisadi əlaqələr nəzərdə tutulur. Bura­dan aydın olur ki, kreditin verilməsi aşağıdakı prinsiplərə əsaslanır. Kre­dit qaytarılma şərtləri konkretləşdirilməklə: 1) Müddətli; 2) Məq­sədli; 3) Təminatlı və 4) Faizli olmalıdır. Kredit, pul vəsaiti fondlarının–borc kapitalının–hə-rəkətinin xüsusi formasıdır. Borc kapitalı müəyyən faiz mü-qabilində və qayta­rılmaq şərtilə verilən pul vəsaitidir. Borc kapitalının əsas mənbələri aşa­ğıdakılardır: a) Kapitalın döv-ranı prosesində, iqtisadi vahidlərin sər­bəst­ləşmiş pul vəsait-ləri; b) Xüsusi pul fondları şəklində mövcud olan pul ehti-yatları; c) Əhalinin bütün təbə­qələrinin pul gəlirləri və əma­nət­ləri; q) Dövlətin pul ehtiyatları; d) Tə­da­vül­də nəqd pul kütləsi­nin artı­rılmasına olan tələbatla əlaqədar həyata keçi-rilən pul emissiyası. Bazar iqtisadiyyatı şəraitində kredit aşağıdakı vəzifə-ləri yerinə ye­tirir: 1) Müvəqqəti sərbəstləşən pul vəsaitini sə-fərbərliyə alır; 2) Son­ra­dan qaytarılmaq şərtilə pul vəsaitini yenidən böüşdürür; 3) Tədavüldə isti­fadə olunmaq üçün kre-dit pullarını (banknotları və xəzinə bilet­lərini) «yaradır» və kredit əməliyyatlarını həyata keçirir; 4) Ümumi pul təda­vülünü tənzimləyir. Kreditin bölgü funksiyası özünün həm pul vəsaitləri-nin səfərbərliyə alınmasında, həm də onların yerləşdirilmə-sində göstərir. Kreditin emissiya funksiyası onda təzahür edir ki, kreditləşdirmə prosesində ödə­niş üçün vəsait yara-nır. Kreditin nəzarətetmə funksiyası isə özünü borclu və kreditorların fəaliyyəti üzərində aparılan müşahidə pro­se­sin­də, müştərilərin ödəmə qabiliyyətlərinin qiymətləndiril-məsində, kredi­ləşdirmə prinsiplərinə əməl olunması üzərin-də nəzarətin həyata keçirilməsində gös­tərir. Kredit, qaytarılma müddətinə görə iki yerə bölünür: 1) Qısa müd­­dətli kredit; 2) Uzun müddətli kredit. Qısa müddətli kredit adətən xammal, material, yana-caq və s. satın almaq məqsədilə bir il müddətinə verilir və deməli, dövriyyə kapi­talının (dövriyyə vəsaitlərinin) dövra-nına xidmət edir. Uzun müd­dətli kredit isə bir ildən çox müddətə, əsas kapitalın (binalar, maşınlar, ava­danlıqlar və s.) bərpa olunması və yeniləşdirilməsi üçün verilir. Qısa müddətli kredit aşağıdakı kimi təsnifləşdirilir: Kreditləşdirilən obyektlərin iqtisadi xarakterinə görə:   a) Əm­təə — material qiymətlilərinin (xammal və əsas materiallar, ehti­yatlar, bit­məmiş istehsal) satın alınması, ha-belə, müvəqqəti ehtiyacların ödə­nilməsi üçün ehtiyat yara-dılması məqsədilə verilən kredit; b) Xərc­lərin ödənilməsi (mövsümi istehsalatlar, yeni istehsalatların hazırlan­ma­sı və s.) üçün verilən kredit; c) hazır məhsulların yüklənməsi, ak-kredi­tivlərin açılması və s. əlaqədar olaraq hesablaşmaq üçün verilən kredit; q) Yük­lənmiş hazır məhsulların dəyəri-nin ödənilməsi üçün vəsait vax­tın­da ödənilmədikdə verilən tədiyə krediti; d) Sərbəst pul vəsaiti olma­dıqda müvəqqəti tələbatın ödənilməsi üçün verilən birdəfəlik kredit;Ödənilmə müddətlərinə görə: a) Müddətli kredit; b) Vaxtı uza­dılmış kredit; c) Vaxtı keçmiş kredit;Ödənilmə mənbələrinə görə: a) Borclunun vəsaiti hesabına ödənilən kredit; b) Qrant vəsaiti hesabına ödənilən kredit;Təminolunma prinsiplərinə görə: a) Birbaşa tə-minolunma ilə verilən kredit; b) Dolayısı ilə təminolunma ilə verilən kredit; c) Tə­mi­nat tələb olunmayan kredit (blank krediti).Kreditin aşağıdakı formaları vardır: kommersiya, bank, istehlak, ipoteka, banklararası, təsərrüfatlararası, dövlət və beynəlxalq kreditlər. Onlar bir-birindən istifa-dəçilərin tərkibinə, borc verilən obyektlərə, faiz dərəcələrinə və fəaliyyət dairələrinə görə fərqlənirlər. Kommersiya krediti fəaliyyətdə olan sahibkarların əmtəə formasında bir-birilərinə verdikləri kreditdir. Bu kre-ditin əsas məqsədi əmtəələrin reallaşdırılması prosesini sürətləndirməkdir. Kommersiya kre­ditində alıcı və satıcı arasında vasitəçi rolunu veksel oynayır. Vek­sel əmtəəni borc alan sahibkarın onu borc verən sahibkara nəzərdə tutulan müddətdə müəyyən məbləğdə pulu ödəməsinə dair xüsusi borc təəh­hü­düdür. Verksel sadə və köçürmə ola bilər. Borclu ödəməli olduğu məb­lə­ği birbaşa kreditora verdikdə veksel sadə, göstərilən məbləğ  ödənil­mək üçün üçüncü şəxsə verildikdə isə köçürmə olur. Deməli, sahibkarlar veksel vasitəsilə öz aralarında hesablaşma apara bilirlər. Vekselin bir şəxsdən digərinə verilməsi onun üzərində "ötürücü qeyd" edilməsilə rəs­mi­ləşdirilir və buna iqtisadi ədəbiyyatda «indossament» deyilir. Kom­mersiya krediti üzrə faiz dərə-cəsi bank krediti üzrə faiz dərəcəsindən aşağı olur. Lakin aşağıdakı səbəblərə görə kommersiya krediti məhdud xarakter daşıyır: 1) Kreditor borcu özünün əmtəə ehtiyatlarından və məh­dud miqdarda verə bilər; Bu o deməkdir ki, məsələn, qənnadı firmasının sahibi neft səna-yesinin sahibinə kredit verə bilməz; 2) Bəzi hal­lar, məsələn istehsalın yeniləşdirilməsi və kreditləşdirilməsinə zərurət ol­duğu məqamlar nəzərə alınmazsa, kommersiya krediti bir qayda ola­raq qısa müddətə verilir; 3) Kommersiya kreditin-dən bir sıra cari ehti­yacların ödənilməsi üçün istifadə edilə bilməz. Bütün bunlar kreditin digər növünü – bank kreditini zəruri edir. Bank krediti banklar və başqa kredit – maliyyə təsisatları tərə­fin­dən pul formasında hüquqi şəxslərə, əha-liyə, dövlətə, xarici müştərilərə verilir. Bank krediti kom-mersiya kreditinə nisbətən bir sıra üstünlüklərə malikdir. Bu, özünü onda göstərir ki, o kommersiya krediti kimi məh­dud xarakter daşımır, istənilən hüquqi və ya fiziki şəxsə, həm də daha uzun müddətə verilə bilər. Buradan da belə bir nəticə çıxarmaq olar ki, bank krediti istehsalın miqyasının genişləndirilməsi, əsas kapitalın təzə­lənməsi, yeni iri və tex-niki cəhətdən təchiz olunmuş müəs­sisələrin inşa olunması-nın güclü amilidir. Istehlak krediti istehlak mallarını möhlətlə satın al-maq, yaxud da göstərilən xidmətlərin haqqını ödəmək üçün ticarət, bank və başqa maliyyə təsisatları tərəfindən verilir. Bu kredit qısa və orta müddətli olur. Əsas etibarilə əhalinin uzunmüddətli istifadəsi üçün nəzərdə tutu­lan şeylərə – avtomobil, ev, bağ evi, mebel, məişət texnikası və i.a. – olan tələbini stimullaşdırır. Ipoteka krediti daşınmaz əmlakın girov qoyulması müqa­bi­lində verilir. O, torpağın və tikililərin satın alınması, yaxud da inşa edil­məsi üçün verilir və uzun müddətli olur. Ipoteka krediti kreditor üçün ən «etibarlı» kreditlərdən hesab edilir. Banklararası kredit dedikdə, bankların bir-birilərinə verdikləri kredit nəzərdə tutulur. Təsərrüfatlararası kredit kommersiya kreditinə bənzəyir, lakin pul formasında həya-ta keçirilir. Dövlət krediti iki yerə bölünür: 1) Məxsusi dövlət krediti; 2) Döv­­lət borcu. Birinci halda dövlətin kredit təsi-satları iqtisadiyyatın müxtəlif bölmələrini kreditləşdirirlər. Ikinci halda isə dövlət debitor, fi­ziki şəxslər kreditor olurlar. Başqa sözlə, dövlət öz xərclərini ödəmək, birinci növbədə büdcə kəsirini aradan qaldırmaq üçün qiymətli kağızlar buraxır, onları maliyyə bazarında yerləşdirir. Buna dövlətin daxili bor­cu deyilir. Beynəlxalq kredit dövlətin özü, bankları və xüsusi şəxslər tərə­findən digər ölkələrə verilən kreditdir. Beynəl-xalq maliyyə təşki­latları da kredit verirlər. Beynəlxalq kreditin iki forması vardır: 1) Kom­mersiya krediti; 2) Bank krediti. Beynəlxalq kredit təyinatına görə də iki yerə bölünür: 1) Məhsuldar kredit; 2) Qeyri-məhsuldar kredit. Kreditdən bi­rinci halda təsərrüfat ehtiyacları üçün maşınlar, avadanlıqlar, xammal və materiallar satın almaq, ikinci hal-da isə qeyri-məhsuldar məqsədlər, məsələn, müharibəyə hazırlaşmaq məqsədilə iqtisadiyyatı hərbiləşdir­mək üçün istifadə edilir. Beynəlxalq kredit müddətinə görə qısa (bir ilədək), orta (bir ildən beş ilədək) və uzun müddətli (beş ildən çox) ola bilər. Pul for­ma­sında beynəlxalq kreditə dövlətin xarici borcu deyilir. Beynəlxalq kre­dit­dən əksəriyyət hallarda satış bazarlarını, xammal mənbələrini və nü­fuz dairələrini ələ keçirmək üçün istifadə olunur. Inkişaf etmiş ölkələr beynəl-xalq krediti həm də müəyyən şərtlərlə verirlər. Bu şərtlərə kre­ditdən hansı məqsəd üçün istifadə edilməsi, əmtəələrin hansı hissəsinin borc verən ölkədən satın alınmasına yönəl-dilməsi və s. aiddir. Beləliklə, kredit–cəmiyyətin sosial-iqtisadi inkişafın-da böyük rol oynayır və bazar iqtisadiyyatının ayrılmaz tər-kib hissəsidir. Kreditin mahiyyəti və vəzifələri kredit sistemi vasitə-silə real­laşdırılır. Kredit sistemi isə iki cəhətdən nəzərdən keçirilir: 1) Funk­sio­nal cəhətdən; 2) Təsisat cəhətdən. Kredit sisteminə funksional cəhətdən yanaşdıqda kredit münasibətlərinin, kreditləşdirmənin forma və metod-larının toplusu nəzərdə tutulur. Bu zaman kredit sisteminin bank, kommersiya, istehlak, dövlət və beynəlxalq kreditdən ibarət olduğu təsəvvür edilir. Kredit sisteminə təsisat cəhətdən yanaşdıqda, kredit-ləşdir­mə­nin əsas prinsiplərinə uyğun olaraq pul vəsaitlərini formalaşdıran, ya­xud da onu cəlb edən və borc verən kredit təsisatlarının toplusu nə­zər­də tutulur. Kredit təsisatı mənfəət götürmək məqsədilə aşağıdakı bank əmə­liyyatlarının hamısını, yaxud da onların bir hissəsini yerinə yetirə bilən hüquqi şəxs deməkdir: 1) Fiziki və hüquqi şəxslərin pul vəsaitləri­ni əmanət qoyuluşu kimi cəlb etmək (fiziki şəxslərin pul vəsaitini fəa­liyyət göstərdiyi müddət bir ildən çox olan təşkilatlar cəlb edə bilərlər); 2) Bu vəsaitləri öz adına olan hesablarda yerləşdirmək; 3) Hüquqi və fi­zi­ki şəxslərin bank hesablarını açmaq və aparmaq; 4) Hesab sahiblə­ri­nin tapşırığı ilə hesablaşmaları həyata keçir-mək; 5) Pul sənədlərini inkas­o etmək, kassa xidməti gös-tərmək; 6) Xarici valyutaları satın almaq və satmaq; 7) Qiy-mətli metalları cəlb etmək və yerləşdirmək; 8) Zə­manət vermək. Kredit təşkilatları olan banklar ilk üç əməliyyatı, qeyri-bank təşkilatları isə yalnız ayrı-ayrı əməliyyatları yerinə yetirə bilərlər. Kredit təşkilatları, həmçinin müxtəlif növ sövdələşmələri–faktorinq və lizinq əməliyyatlarını–yeri-nə yetirə, məsləhət və seyfləri icarəyə verə, isteh­sal, sığorta və ticarət fəaliyyətindən başqa,  digər fəaliyyət növləri ilə də məşğul ola bilərlər. Mənfəət götürmək məqsədi güdülməyən birgə vəzifə-lərin həll edilməsi üçün kredit təşkilatları ittifaqlar və asso-siasiyalar, bank əmə­liy­yatlarını birgə aparmaq üçün isə qruplar və holdinqlər yarada bilər­lər. Kredit təşkilatları öz fəaliyyətlərini qüvvədə olan qanunve­ricilik, özlərinin nizam-namələri və alınmış lisenziya əsasında həyata keçirir, mü­əyyən edilmiş səviyyədən az olmamaqla özlərinin nizam­namə kapi­tal­larını formalaşdırırlar. Ayrı-ayrı ölkələrin kredit sistemlərində müxtəliflik olsa da, onların ümumi cəhətləri də vardır. Bu, ondan iba-rətdir ki, onların ha­mı­sında kredit sistemi bank sistemin-dən, habelə müvəqqəti sərbəstləşən pul vəsaitlərini səfərbər-liyə ala və onları müddətli, faizli və qaytarılmaq şərtilə yer-ləşdirə bilən qeyri-bank təsisatlarından ibarətdir. Beynəl-xalq təc­rübədə qeyri-bank kredit-maliyyə müəssisələrinə investisiya fond­ları, maliyyə və sığorta şirkətləri, qeyri-dövlət pensiya fondları, əma­nət kas­sa­ları, lombardlar daxil edilir. Bu təsisatlar forma cəhətdən bank ol­ma­salar da, bir çox bank əməliyyatlarını yerinə yetirir və banklarla rəqa­bət aparırlar. Lakin bunlara baxmayaraq, dövlətin kredit siste-minin əsasını bank sistemi təşkil edir.
['kredit']
1,057
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/10307/topal-teymur.html
Topal Teymur
Əliyev
böyük hərbi xadimlər
1 aprel 2016, 17:30
O, böyük sərkərdə, imperiya qurucusu kimi özünü çox tez təsdiqləyə və tanıda bilmişdi. Onun imperiyası şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, Şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edirdi. "Əmir Teymur", «Teymurləng», «Sultan Teymur», «Topal Teymur» adı ilə tarixdə qalan sərkərdə haqqında indi də bilmədiklərimiz çox şeylər var. Əmir Teymur Azərbaycana hücumu zamanı yorğunluğunu çıxarmaq üçün bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, qarşıdakı dağın adını xəbər alır. Vəzir cavabında «Ağrıdağdır» deyir. Teymur qarşıdan axan çayın da adını soruşur və onun "Əyriçay" olduğunu öyrənir. Teymur bir müddət sonra — «bu kəndin adı nədir» deyə sual edir. Vəzir cavab verir ki, «Qibleyi-aləm, bu, Oğrukənddir». Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədir. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur». Əmir Teymur tam hüquqlu hakim olanda başqa hakimlər kimi xan titulunu götürməyərək «Böyük əmir» rütbəsiylə kifayətlənir. Ölkənin paytaxtı kimi Səmərqəndi seçəndən sonra ona ölkənin sərhədlərində sakitliyi və daxilində səliqə-sahmanı bərqərarına 9 il lazım gəlir. Ölkənin müdafiəsi üstündə baş sındırarkən əmir Teymur özü üçün 3 qanun müəyyyən edərək ömrünün sonunacan onlara sadiq qalır: öz ərazində müharibə eləməmək, müdafiəyə baş qoşmamaq və düşmənin zərbəsindən əvvəl həmlə eləmək. Ordunun və ölkənin möhkəmlənməsində Teymur Çingizxanın təcrübəsindən istifadə edirdi. O vaxt Çingizxan «Yasa» adlanan qanunlar toplusu elan eləmişdi ki, bu qanunlar xalqın bütün həyatını müəyyən eləyirdi. Qadağalar şəklində elan olunmuş həyat tərzini təmin edən qaydalarda Əmir Teymur bircə əsil-nəsil məsələsini çıxarmışdı. İndi bütün mükafatlar və rutbələr döyüş meydanında qazanılırdı. Qoşunu xalqla birləşdirmək məqsədilə əmir Teymur monqolların buynuzlu bayraqlarını qızılı aypara ilə əvəz edir. Onun əsgərləri hər yeni şəhərdə sənətkarları soraqlayıb sağ-salamat Səmərqəndə gətirməyə borclu idi. Əfsanəyə görə, Dəməşqi yandırmazdan əvvəl Teymur məşhur məscidin gümbəzinin layihəsini çıxarmağı əmr edib ki, sonradan onu Səmərqənddə quraşdıra bilsin. İtirdiyi sevimli adamların da xatirəsinə abidələr ucaldardı. Bibi Xanım məscidi sevimli arvadı Alcay-ağanın xatirəsinə tikilib. Sevimli nəvəsini itirəndə isə Qur-Əmir məqbərəsinin tikintisinə əmr verir. Gələcəkdə həmin məqbərədə onun öz tabutu və Teymurilərdən bir neçəsi də rahatlıq tapacaqdı. Topal, amma güclü və cəsarətliƏmir Teymurun hərəkətləri, səfərləri haqqında çoxsaylı məlumatlar yazmış tarixçilər onun görkəmi barədə çox az təsvirlər qoyublar. Əmirin əsiri ərəb İbn Arabşah onu hündür boylu, iri kəlləli və hündür alınlı kimi təsvir edir. Onun yazdığına görə, Teymur çox güclü, cəsarətli, əla bədən quruluşlu, enli kürək kişi idi. Uzun saqqal saxlayırdı, bir ayağını çəkdiyinə görə ona həm də «Topal Teymur» deyirdilər. Elə «Teymurləng» adının da bundan yarandığı bildirilir. 1941-ci il 22 iyunda Qur-Əmir məqbərəsindən çıxarılmış sümüklərə əsasən əmirin portretini yaratmış antropoloq Gerasimov da bu təsvirə uyğun nəticələr əldə eləmişdi. Gerasimov sümüklərin sahibinin ayağını çəkməsini və əlinin qurumasını təsdiq eləmişdi. Alimin təsvirinə inansaq Teymur monqoloid yox, avropalı görkəmində idi. Teymurun vaxtından qabaq ağarmış kürən saçları və uzun bığları vardı. Saçın binokulyar altında tədqiqi saçların kürənliyinin tarixçilərin dediyi kimi, xına ilə rənglənmiş yox, təbii olmasını təsdiqləyib. Tarixi gerçəklik, yoxsa uydurma? Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk, fars dillərini bildiyini yazırlar. Hətta Əmir Teymur dahi sərkərdə və qəhrəmanların tarixçələrini çox yaxşı bilir və döyüşdən qabaq əsgərləri ruhlandırmaq üçün onlara danışarmış. Bununla belə, tarixçilər yazır ki, Teymur yazıb oxumağı bilmirdi. Savadsız adam müsəlman tarixçilərindən ən biliklilərindən olan İbn-Həldunu necə məftun edə bilərdi ki? Həmin ciddi-cəhdlə tarixçilər Əmir Teymuru böyük şəhərləri başabaş qılıncdan keçirən, qansız və rəhmsiz qəssab kimi qələmə verirlər. Onun İran səfəri zamanı İsfahanda 70 min adamın başını üzüb kəllələrdən qüllə yaratdığından çox danışırlar. Guya, Xorasan şəhəri Səbzəvarda o, adamları diri-diri divara hördürüb inildəyən canlı divarlar yaratmışdı. Guya, Misiri zəbt eləyəndə Əmir Teymur bir damcı müsəlman qanı axıtmayacağına söz verdiyindən xristianları qılıncdan keçirir və müsəlmanları diri-diri torpağa basdırırmış. Tarixçilər Teymurləngin qaniçənliyini fiziki əzablarıyla bağlayırlar. Bununla belə, hazırda Əmir Teymurun törətdiyi «vəhşiliklər»dən təsdiq olunmuş bir sübut belə, məlum deyil. Heç kəsilmiş başlardan ibarət qüllələrin bir fraqmentini arxeoloji qazıntılar da ortaya çıxarmayıb. Ağa-qul münasibətlərindən dostluğaƏmir Teymur ruhanilərə, dərvişlərə xüsusi hörmətlə yanaşıb. O, insanları küfr elan edilmiş (fəlsəfə və məntiqlə maraqlanmaq) işlərlə məşğul olmağa qoymur və böyük gəlir gətirməsinə baxmayaraq, ticarət şəhərlərində əyləncə yerlərini bağlatdırmaqla dinin qadağalarına riayət etməyə çalışırdı. Teymur Allaha dərindən inanır, daim yanında «Quran» gəzdirir və mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi olub. Teymur qılınc hesabına qazandıqlarını öz dualarıyla möhkəmləndirirdi. Böyük fateh öz məktublarını «Mən, Tanrının qulu Teymur..» sözləri ilə başlayırdı. Ölüm yatağında isə o, Seyid Bərkənin ayaqları altında basdırılmağı vəsiyyət etmişdi. Əmir Teymur düşmənə qarış amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. Azərbaycanda Əmir Altın 300 nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidəndə Teymur buna təssüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bəyazidə də ehtiramla yanaşırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı. Teymur ağıllı adamları sevər və onlara hörmətlə yanaşarmış. O, I İbrahim Məhəmmədi də bu səbəbdən sevirmiş. Həmin dövrdə türklər hədiyyə apardıqları adama hər şeydən 9 ədəd verərmiş. Bu qaydalara riayət edən Şeyx İbrahim də Teymurun hüzuruna özüylə 8 qul aparır. Teymur ondan «niyə 8 qul?» soruşanda, İbrahim «doqquzuncu qul mən özüməm» cavabını verir. Bu söz Teymurun o qədər xoşuna gəlir ki, onu Şirvan və Şamaxının rəsmi hakimi elan edir. Tədricən I İbrahimlə Əmir Teymur arasında ağa-qul münasibətləri dostluğa keçir. İbrahim ona xərac vermirdi, amma Teymurun yolu Şirvana düşəndə təmtəraqlı ziyafətlər verməklə, qiymətli hədiyyələr göndərməklə kifayətlənirdi. Azərbaycana yolu düşəndə Teymur tez-tez düşərgəsini Qarabağda salırdı. O, monqolların dağıtdığı Beyləqanı abadlaşdırır, Arazdan suvarma kanalı çəkdirir. Müharibə səbəbkarı qəbr Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda yeni müharibələr ola bilər. 1941-ci ildə Əlişir Nəvainin 500 illik yubileyi ərəfəsində təşkilat komitəsinə Teymurun məqbərəsini açıb materialları tədqiq eləməyə icazə verildi. Qazıntılar 16 iyunda başlayır. Əvvəl nəvəsi Uluqbəyin oğullarını, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxarırlar. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa boğucu qətran, kamfora, qızılgül və büxur ətrindən qarışıq boğucu qoxu yayıldı. Alimlər iyunun 21-dən 22-nə keçən gecə Teymurun sərdabəsinə düşürlər. Bundan bir saat keçmiş Almaniya SSRİ-yə hücum haqqında elan verir. Buna baxmayaraq, Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilir. Stalin taleyini bir az da sınamaqdan çəkinib sümüklərini yerinə qaytarmaq əmri verir. Müəllif: Nigar İxtiyarqızı Mənbə: Həftə İçi qəzeti
['Əmir Teymur', 'Teymurləng', 'topal Teymur']
1,058
https://kayzen.az/blog/u%C4%9Fur/18624/%C9%99n-varl%C4%B1-biznesmeninin-u%C4%9Fur-prinsipl%C9%99ri.html
Ən varlı biznesmenin uğur prinsipləri
Cavid
uğur psixologiyası
29 mart 2016, 11:41
Cek Ma – Çinin ən uğurlu və karizması ilə seçilən sahibkarlarından biridir. O öz biznesini sıfırdan yaradıb.Belə ki, o yoxsul musiqiçi ailəsində dünyaya gəlmiş, bizneslə məşğul olmağa qərar verənə qədər məktəbdə ingilis dili müəllimi işləmiş, aşağı vəzifəli məmur olaraq fəaliyyət göstərmişdir. Onun bütün zəhmətlərinin nəticəsi isə hazırda dünyaca məşhur olan Alibaba Group-dur. Rəqabət – şahmat oyunu kimidir. Uduzdunsa növbəti bir oyun daha oynamaq olar. Dalaşmaq isə mütləq deyil.İclas zamanı iştirakçıların 90%-i bu və ya digər təklifə müsbət rəy bildirirlərsə mən o təklifi zibil qutusuna atıram. Bunun səbəbi isə çox sadədir: əgər bu qədər çox insan bu imkanın fərqindədirlərsə, deməli artıq bir çox ayrı şirkətlər bu təklifin üzərində işləyir və biz bu təklif üzərində liderliyə sahib olmayacağıq.Əgər bütün zamanını işə sərf edirsənsə, gec və yaxud tez buna görə peşman olacaqsan.Bir dərəcəli sahibkarlar müştərilər, ikinci dərəcəlilər isə əməkdaşlardır. Və yalnızca bunlardan sonra üçüncü dərəcəli sahibkarlar səhmdarlardır.Sahibkarların sahib olduqları ən pis xüsusiyyətlər – xəsis olmaq, vəziyyəti adekvat olaraq qiymətləndirməyi bacarmamaq, irəliyə baxmağı bacarmamaqdır.Sahibkar üçün birinci dərəcəli şəxslər onun müştəriləri, ikinci dərəcəli şəxslər onun əməkdaşları və nəhayət üçüncü dərəcəli şəxslər səhmdarlardır.Yalnız uğursuzluğa düçar olmaqla, həyatın çətin sınaqlarından keçməklə və məyus olmaqla anlaya bilərsən ki, həyatın bəzi anlarında öz dözümlülüyünü nümayiş etdirməlisən.Partnyor qismində sənin bacarıqlarını tamamlaya bilən birini seçməlisən. Bu şəxsin kimsə uğur qazanmış biri olması mütləq deyil.Rəqibin səndən kiçik və yaxud zəif olduqda belə, ona səninlə bərabər gücdə imiş kimi davranmaq lazımdır. Yox əgər, rəqib səndən böyükdürsə, bu halda da ondan qorxmaq və geri çəkilmək düzgün addım deyil.Çalışın ki, əməkdaşlarınız işə sevinc hissi ilə gəlsinlər.Mütəmadi olaraq depressiyaya düşürsənsə və həyatdan şikayətlənirsənsə bu alkoqolizmə bənzəməyə başlayır. Yəni, nə qədər çox içirsənsə, vəziyyət bir o qədər çox pisləşir. Uğura gedən yolda görəcəksən ki, uğur qazanmış insanlar gileylənmir və deyinmirlər.Əgər biznesə başlayırsansa bu o deməkdir ki, sabit gəlirdən, bonuslardan və mükafatlardan imtina edirsən. Digər tərəfdən isə sənin gəlirlərini heç nə məhdudlaşdırmır. Zamanından daha effektiv istifadə edəcəksən və digər insanlardan icazə isstəməli olmayacaqsan. Mənbə: banker.az
['Jack Ma', 'uğur', 'müvəffəqiyyət', 'idarəçilik', 'idarəetmə']
1,059
https://kayzen.az/blog/fizikl%C9%99r/15438/bekkerel-antuan-anri.html
Bekkerel Antuan Anri
Aynur
Görkəmli fiziklər
25 mart 2016, 21:21
Dünyanın fizika alimləri xəzinəsində Bekkerel familiyalı dörd nəfər fizik vardır. 1. Antuan Sezar Bekkerel (08.03.1788 — 18.01.1878), Paris EA-nın üzvü (1829), Paris Milli Təbiyyat-Tarix muzeyinin professoru (1837). Əsərləri: flüoressensiya, fosforessensiya, termoelektrik, elektrokapilyarlıq, kristallooptika, qalvanik elementlər nəzəriyyəsi və bu kimi elm sahələrinə aiddir. 1829-cu ildə zəif polyarlaşan qalvanik element kəşf edib. 2. Aleksandr Edmon Bekkerel (24.3.1820-11.5.1891) Antuan Sezarın oğlu. Paris EA-nın üzvü (1863), əsas tədqiqat sahəsi fosforessensiya hadisələrinin öyrənilməsinə aiddir. O, fosforoskop (qısa müddətli işıqlanma prosesini müşahidə edən cihaz) düzəldib, lüminessensiyanın öyrənilməsində onun tədqiqatlarının böyük rolu olub, infraqırmızı spektrlə, fotoqrafiya və s. üzrə əsaslı tədqiqatlar aparıb. 3. Antuan Anri Bekkerel haqqında geniş məlumat veriləcək. 4. Jan Bekkerel (5.2.1878-4.7.1953) — A.A.Bekkerelin oğlu. Paris EA-nın üzvü (1946), Paris Milli Təbiyyat-Tarix muzeyinin professoru. Anri Bekkerelin tədqiqatı radioaktivliyə, kristalların alçaq temperaturlarda optik uduculuğuna, fotolüminessensiyaya və bir sıra maqnit-optik hadisələrin öyrənilməsinə aiddir. Anri Bekkerel Aleksandr Edman Bekkerelin oğludur. Anri Parisdə anadan olub, əvvəlcə liseyi (Fransada orta məktəb), sonra isə Politexnik institutu qurtarıb (1874). Anri 1878-ci ildə babasının ölümündən sonra atasının yanında assistent işləməyə başlayır. 1888-ci ildə Anri doktorluq dissertasiyası müdafiə edir və atası ilə birlikdə hərtərəfli elmi iş aparmağa başlayır, sonralar isə 1892-ci ildə Paris Milli Təbiyyat-Tarix muzeyinin direktoru olur. Radioaktivliyin kəşfi görkəmli fransız fiziki Antuan Anri Bekkerelə məxsusdur. Rentgen şüasının öyrənilməsi ilə əlaqədar, 1896-cı ildə uran duzunu tədqiq edərkən Bekkerel uran şüasını kəşf edir ki, bu hadisəni Mariya Kyüri radioaktivlik adlandırmışdır. Bekkerel günəş şüalarının təsiri altında müxtəlif maddələrin buraxdığı şüaları tədqiq etmişdir. O, fotoplastinkanı qara kağıza büküb, tədqiq olunan duzu onun üstünə qoyaraq Günəş işığına çıxarardı. Sonra fotoplastinkanı aşkarladıqda görüb ki, lövhənin duz qoyulduğu yerləri qaralmışdır. Əvvəlcə Bekkerel güman edib ki, bu şüalanma günəş şüalarının təsiri altında meydana çıxır. Lakin 1896-cı ilin fevralında hava buludlu olduğundan təcrübəni aparmır və üstündə uran duzu, içərisində mis xaç və fotoplastinka qoyulmuş qara kağıza bükülü lövhəni qaranlıq şkafda saxlayır. İki gündən sonra hər hansı ehtimala qarşı fotolövhəni aydınlaşdırdıqda lövhənin üzərində xaçın formasında qaralmış yer görüb. O, belə nəticə çıxarıb ki, deməli uran duzları xarici amillərin təsiri olmadıqda da özbaşına şüalanma yaradır. Bu şüalar uran şüaları adlandırıldı. Bekkerelin kəşfindən sonra geniş tədqiqat işləri başlandı. O, tezliklə öyrənir ki, uran və onun birləşmələrinin buraxdığı şüalar, havanı ionlaşdırır, istilik yaradır və yüksək keçicilik qabiliyyətinə malikdir. Beləliklə, radioaktivlik hadisəsinin kəşfi XIX əsrin sonunda atomun quruluşunu öyrənmək üçün geniş imkan yaratdı. Radioaktivlik hadisəsi atomun quruluşunun mürəkkəbliyini sübut etdi və fizikanın sonrakı inkişafını düzgün istiqamətləndirdi. Bekkerel 1900-cü ildə beta-şüasını elektrik və maqnit sahəsindən keçirərək birinci olaraq onun yükünün kütləsinə olan nisbətini ölçmüş və müəyyən etmişdir ki, katod şüaları ilə eyni təbiətlidir. Bekkerel sürmənin diamaqnit xassəsini də öyrənmişdir. Onun baş­qa elmi işləri optika, elektrik, maqnetizm, fotokimya, elektrokimya, və meteorologiyaya aid olmuşdur. Anri Bekkerel 1889-cu ildən Paris EA-nın üzvü, 1892-ci ildən Paris Milli Təbiyyat-Tarix muzeyinin professoru olub. Təbii radioaktivlik hadisəsinin kəşfinə görə Bekkerel 1903-cü ildə Nobel mükafatına layiq görülmüşdür. Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['fizik', 'gözkəmli fizik', 'görkəmli fiziklər']
1,060
https://kayzen.az/blog/kisiler/3469/qad%C4%B1nlar%C4%B1n-psixologiyas%C4%B1.html
Qadınların psixologiyası
burla xatun
Kişilər
25 mart 2016, 19:26
Qadınlar istəsə, lap qabları da yuyarlar, amma istəmirlər.Biz axmaq şeylər danışanda Qadınlar susurlar.Biz ağıllı sözlər deyəndə də Qadınlar susurlar.Qadınlar bir gün (heç olmasa bir dəqiqəlik) anlayacaq ki, bizdən yaxşısı yoxdu.Qadınların prinsipləri var, bəzilərini heç qəbul eləyə bilməsək də.Qadınlar bizdən hündürdü, yuxarı rəfdən kitabı çox rahatlıqla götürürlər.Qadınlar bizə «Səni sevirəm» deyəndə başa düşürsən ki, sən də varsan.Qadınlar kompüteri və texnikanı daha yaxşı söküb-yığırlar. Bəzən yığa bilmirlər. ..Qadınlar «İnsan tək olanda insan olur» məsəlini bilir və bunu elə yaxşı şərh eləyirlər ki.Qadınlar bizə feminizmi bağışlayırlar, əvəzində biz qadınlara heç nə bağışlamırıq.Qadınlar qala bilməyəndə alnımızdan öpüb gedirlər.Qadınlar düşünür, bəzi şeylər var ki, biz onları heç vaxt anlamarıq, elə buna görə də biz hər şeyi anlayırıq.Qadınlar lap manyak inadkarlığıyla içdiyimiz kofenin pulunu verməyə can atırlar. Heç özləri də bilmirlər ki, niyə?Qadınların gözündən su yalnız güclü külək olanda axır.Qadınlar yağış yağanda dükana gedə bilirlər. Zənbillə geri qayıdanda gölməçələrdə ayaqqabılarını şappıldatmaqçün, bəlkə?..Qadınlar bizim şəklimizi saxlamağı sevirlər.Qadınlar öz haqqımızda çoxdan unutduğumuz şeyləri nədənsə yaxşı xatırlayırlar.Qadınlar bizim arıqlamaqçün gətirdiyimiz bir yığın səbəblərin heç birini qəbul eləmək istəmirlər.Müharibə olsa, Qadınlar vuruşmağa gedəcək.Yüz il sonra, lap başqa planetdə nə olacağını nədənsə Qadınlar daha yaxşı bilirlər.Yaxşı ki, Qadınlar korlanmış makiyajı görmürlər.Qadınlar bizim həyatımızı dəyişmək istəyirlər.Sonuncu çörək pulunu şokolada verib evə qayıda bilərlər. Onda Qadınların gözləri elə parıldayır ki...Aramsız tədqiqatlarına baxmayaraq, Qadınlar heç vaxt qadının alt paltarından baş çıxara bilməyəcəklər.Qadınlar təkcə sevgi haqqında düşünmürlər.Qadınlar ürəklərinin dərinliyində analarını biz atamızı istədiyimizdən daha çox istəyirlər.Qadınlar boyunlarına ala bilər ki, həyatlarının mənası bizimlə yatmaqdan ibarətdi. İnanırsız?Qadınlar bizi «yatmaq vaxtıdı» deyib qonaqlıqdan evə gətirib yatağa salıb üstümüzü yorğanla örtəndən sonra futbola baxmağa gedə bilərlər.Qadınlar bizim səsimizi eşitməyi sevirlər, nə fərqi var ki, nə danışırıq.Qadınlar bizi hər dəfə yola salmasalar da, həmişə qarşılayırlar.Qadınlar bizi geyindirib-keçindirməyi sevirlər.Qadınlar elə bilir ki, yalnız yanımızda olanda çantalarımız ağır ola bilir.Qadınlar bizə bənzəmək istəmir, bizimsə onlara oxşamaqçün ürəyimiz gedir.Biz çığıranda Qadınlar susurlar.Qadınlar papağını götürüb gedəndə biz qalırıq.Keçmişimizi düşünəndə biz Qadınlardan başqa bir şey görmürük.İstəsək, Qadınları saymaq da olar.Qadınlar dalaşqandı.Qadınlar bizdən tez sayırlar, gəlir-çıxarını daha yaxşı bililər.Qadınlar soyadlarını uşaqlarımıza verirlər.Biz Qadınların yaratdıqlarıyla fəxr eləməyi sevirik.Qadınlar üçün bir elə fərqi yoxdu, yaxşımı geyinmişik, gözəl ətir işlətmişik, ya yox. Bəzən əyin-başımıza ötəri nəzər yetirirlər.Qadınlar oğlan arzulayır, amma qızlarını daha çox istəyirlər.Etiraf edək, Qadınlar işi bizdən çox sevirlər.Qadınlar məntiqi tam başqadı.Biz isteriyadan tir-tir əsəndə Qadınlar konstruktiv düşünməyə macal tapırlar.Qadınlar supermarketə gedib bizim siyahıyla alış-veriş eləməyə də razılıq veriblər.Evdə yemək olmayanda, qayğanaqla qurdunu öldürəndə bir o qədər də deyinmirlər.İstəsələr Qadınlar evdəki səliqəsizliyi heç görməzlər.Qadınlar yaxşı nahardan sonra bizə elə vurğun gözlərlə baxırlar ki...Qadınlar şokoladı sevsələr də, nədənsə pivə içirlər.Qadınlar çox qəribədi, tam başqa, eləmi?
['qadın psixologiyası', 'qadın', 'qadınlar', 'qadınlar haqqında', 'qadınlar haqda maraqlı faktlar']
1,061
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/4915/sa%C4%9Flam-olmaq-%C3%BC%C3%A7%C3%BCn-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html
Sağlam olmaq üçün məsləhətlər
Dr_Həkim
sağlam həyat tərzi
18 mart 2016, 00:56
1. Optimist olun: Optimist olmaq yaşamağın yüzdə əlli faiz uzanmasına səbəb olur. 2. Çox yatmayın: Gün ərzində çox yatmağı sevirsinizsə,bundan təcili imtina edin. Çünki araşdırmalar nəticəsində məlum olmuşdur ki,çox yatmaq insan ömrünü qısaldır.Ancaq az yatmaqdan da qaçmalısınız.Əgər 4 saat və 4 saatdan az yatırsınızsa,bu artıq erkən ölümün çox yaxında olduğuna işarədir.Ən ideal yuxu saatı 6 ya da 7 saat olmalıdır. 3. Heyvan sahibi olun: Heyvan sahibi olanların olmayanlara nisbətən  yüzdə 12 % daha uzun bir həyata sahib olduqları ortaya çıxdı. Xüsusilə  də itlərə sahib olanlar. Heyvanlar insanların bədbəxtliyini,kefsizliyini azaldır.Eyni zamanda  insanı özünü  tənha hissetməsindən uzaqlaşdırır. 4. Tez-tez müayinə olunun: Bu,həm sizin sağlamlığınızın təminatçısıdır,həm də gələcəkdə yarana biləcək ciddi xəstəliklərin qarşısının alınmasına kömək edir. 5. Strestdən uzaq bir həyat: Çox stresli həyata sahib olanların 55 yaşına gəldiyində infarkt keçirməsi, az stresli həyat yaşayanlarla müqayisədə 6 qat çoxdur.Bu səbəbdən də stresi həyatınızdan çıxardın. 6. Su için: Günə iki stəkan  su içərək başlayın.Gün boyunca 2- 2,5 litrə qədər su içməyiniz məsləhətlidir. 7. Uşaqlar üçün südü,böyüklər üçün isə qatığı süfrənizdən əskik etməyin. 8. Xəstə olmadığınız halda belə,şəfalı bitkilərdən istifadə edərək immun sisteminizi gücləndirin. 9. İldə 4 dəfə,15 gün ət yeməməyə çalışın.Bununla həm zamansız qocalmağınızın,həm də daha uzun ömürlü yaşamağınızın keşiyində dayanmış olacaqsınız. 10. Gülməyi əsla unutmayın.Ruhunuzun ən gözəl dərmanı odur. 11. İmkan etdikcə ayaqyalın halda bir neçə dəqiqə torpaq üzərində addımlayın.Bütün uğursuzluqlarınız torpağa keçəcəkdir. 12 .Hər gün 5 dəqiqə gözlərinizi yumaraq heç bir şey düşünməməyi öyrənin.Bu sizə,sanki sizin yenidən anadan olduğunuzu hiss elətdirəcək. 13. Çalışın bədəninizi çox üşüməkdən qoruyasınız. 14.Səhər yeməyinizin mütləq yeyilməsi,günorta yeməyinizin bir az yeyilməsi,axşam yeməyinizin isə heç yeyilməməsi məsləhət görülür. 15.Daim hərəkətdə olun,idman edin,bədəninizin süstlənməsinə şərait yaratmayın.Həyata olan yaşamaq həvəsiniz,arzularınız məhv olar. 16. Gün ərzində yeyilən bir almanın həyatınızda ,cildinizdə,sağlamlığınızda böyük möcüzələr yaratdığından əmin olun.
['sağlam həyat', 'sağlamlıq']
1,062
https://kayzen.az/blog/maliyye/8199/banklar-v%C9%99-onlar%C4%B1n-n%C3%B6vl%C9%99ri.-bank-%C9%99m%C9%99liyyatlar%C4%B1.html
Banklar və onların növləri. Bank əməliyyatları
iqtisadçı
Maliyyə və bank işi
10 mart 2016, 23:56
Kredit sisteminin mərkəzində banklar dururlar. Onların yerinə yetirdikləri vəzifələrin kökləri qədim dövrlərə– Qədim Babilistan, Mi­sir, Yunanıstan və Roma imperiyası–gedib çıxır. Müa­sir bankların ilk varisləri Florensiya və Venesiyada (1587-ci il) meydana gəlmişdir. O dövrdə bank-ların əsas vəzifələri pul vəsaitlərini əmanətə qəbul etmək­dən və nəqd olmayan hesablaşmaları aparmaqdan ibarət olmuş-dur. Sonralar bu prinsip nəzərə alınmaqla Amsterdamda (1605-ci il) və Hamburqda (1618-ci il) bank yaradılmışdır. Ayrı–ayrı ölkələrdə maliyyə–kredit təsisatları mər-kəzi bank­lara, kommersiya banklarına və ixtisaslaşdırılmış kredit təşkilatlarına bölünür. Mərkəzi banklar banknot buraxılmasını həyata keçirir və döv­lət müəssisəsi hesab olunurlar. ABŞ-da mərkəzi bank (federal eh­tiyat sistemi) qarışıq mülkiyyətdədir. Kommersiya bankları sənaye, ticarət və digər müəs-sisələrin kreditləşdirilməsi ilə əlaqədar əməliyyatları həyata keçirən xüsusi və dövlətə məxsus olan banklardır. Onların əsas vəsait mənbəyi əmanət şəklində qəbul etdikləri pul ka-pitalıdır. «Kommersiya bankları» ter­mi­ninin meydana gəlməsi XVII əsrdə onların ticarətə və yeni meydana gəlməkdə olan sənayeyə xidmət etməyə başlamaları ilə əlaqədardır. Xüsusi kredit təsisatları müxtəlif növ kreditlər veril-məsi sahə­sində ixtisaslaşdırılmış bank və qeyri-bank təşki-latlarından ibarətdir. Məsələn, xarici ticarət bankları əmtəələrin idxal-ixracının kredit­ləş­diril­məsi, ipoteka bankları və şirkətləri daşınmaz əmlak müqabilində uzun­müddətli kredit verilməsi sahəsində ixtisaslaşmışlar. Bundan başqa, valyuta və pul — kredit münasibətlərini tənzi­m­ləmək məqsədilə dövlətlərarası razılaşma əsasın-da beynəlxalq banklar–Beynəlxalq yenidənqurma və inkişaf bankı (Dünya Bankı) və onun fili­alları–Beynəlxalq Inki-şaf Assosiasiyası və Beynəlxalq Maliyyə Korpora­siyası, Beynəlxalq Hesablaşmalar Bankı, Regional Beynəlxalq Inkişaf Bankı, o cümlədən Avropa Yenidənqurma və Inki-şaf Bankı, Asiya Inki­şaf Bankı, Islam Inkişaf Bankı və baş-qa banklar yara­dılmışdır. Azər­baycan Respublikası bunla-rın hamısının tam hüquqlu üzvüdür. Mərkəzi bank aşağıdakı vəzifələri yerinə yetirir: Ölkənin emissiya mərkəzidir. Bu, mərkəzi bankın ən qədim və başlıca vəzifələrindən biridir. Müasir şəraitdə dövriyyədə nəqd pul kütləsinin olması bir o qədər böyük əhəmiyyət kəsb etməsə də, mərkəzi bankın ölkənin emissiya mərkəzi olması öz əhəmiyyətini yenə də sax­la­yır. Çünki hələ də ödəmələr və kredit sistemi üçün nəqd pullar lazımdır.Kommersiya bankları üçün kassa ehtiyatlarının səfərbərliyə alınması və saxlanılması vəzifəsini yerinə yetirir. Bu, o deməkdir ki, milli kredit sisteminin üzvü olan hər bir bank mərkəzi bankda olan ehtiyat hesabındakı əmanətlərin həcmi nəzərə alınmaqla müəyyən edilmiş nor­mada vəsait saxlamağa borcludur. Ehtiyat normalarının dəyiş­dirilməsi pul-kredit siyasətinin əsas metodlarından biridir. Mərkəzi bank həm də ənənəyə görə ölkənin malik olduğu rəsmi qızıl-valyuta ehtiyatlarını sax­layır.Kommersiya banklarının vəzifələri isə bunlardır: müddətsiz de­pozitləri qəbul edir, (cari hesabları aparır), ona ünvanlanmış çeklərin dəyərini ödəyir, sahibkarlara kredit verir. Kommersiya banklarını bir çox hallarda «maliyyə univermaqları» və ya supermarket kredit tə­si­sat­ları da ad-landırırlar. Çünki bu kredit təşkilatları da milli iqtisa­diyyat miqyasında hesablaşmaları həyata keçirir və pul tədavülünü təşkil edir­lər. Onların apardıqları əməliyyatlar əsasında kre-dit pulları (çeklər, bank vekselləri) meydana çıxır. XX əsrin 80-90-cı illərində ayrı-ayrı ölkələrdə kom-mersiya banklarının sığorta biznesinə fəal müdaxilə etməsi prosesi başlamışdır. Bunun nəticəsində kommersiya bankla-rının göstərdikləri xidmət dairəsi daha da genişlənmişdir. Onların universallaşdırılması prosesinin yaxın gələcəkdə davam edəcəyi istisna deyildir. Ixtisaslaşdırılmış kredit təşkilatları (maliyyə-kredit təsisat­ları) XIX əsrdə meydana gəlmişlər. Lakin onlar uzun müddət pul-kredit dai­rə­sində kommersiya bankları ilə ayaq-laşa bilməmişlər. Buna baxma­ya­raq, ikinci dünya mühari-bəsindən sonra bazar iqtisadiyyatının in­kişaf etmiş olduğu ölkələrdə onların rolu kəskin surətdə artmışdır.  Bu, bir tə-rəfdən onların yerinə yetirdikləri əməliyyatların artması, di-gər tə­rəf­dən isə kommersiya banklarının fəaliyyət dairəsinə nüfuz etmələri ilə əlaqədardır. Buna pensiya fondlarını misal göstərmək olar. Son onillik­lər­də bu fondlarda olan vəsait çox sürətdə artmış və Qərbdə onlar qiy­mətli kağız-ların ən iri alıcılarından birinə çevrilmişlər. Investisiya bankları emissiya – təsisetmə fəaliyyəti ilə məşğul olurlar. Başqa sözlə, fond bazarlarında yerləşdirmək üçün qiymətli ka­ğızların buraxılması əməliyyatlarını yerinə yetirir və gəlir əldə edirlər. Onların depozitə qəbul etmək və özlərinin xüsusi səhmlərinin satışı, ya­xud da kommersiya banklarının krediti hesabına kapital cəlb etmək səlahiy-yətləri yoxdur. Onlar öz kapitallarından müxtəlif sahələrə uzun­müddətli kredit vermək üçün istifadə edirlər. Kredit sistemində başlıca yerlərdən birini də kiçik əmanətləri qəbul edən geniş əmanət müəssisələri qrupu tu-tur. Əmanət müəs­sisələ­ri­nin müxtəlif növləri vardır. Bunlara əmanət bankları və kassalarını, qarı­şıq əmanət banklarını (ABŞ-da kooperativ bank müəssisələrinin müxtə­lif növləri), məxfi-əmanət banklarını (Böyük Britaniya), borc-əmanət banklarını (ABŞ), kredit ittifaqlarını və assosiasiyalarını və s. misal göstərmək olar. Sığorta şirkətləri üçün vəsaiti səfərbərliyə almağın spesifik for­maları–sığorta vəsiqələrinin satışı–səciyyəvidir. Onlar əldə etdikləri vəsaitə digər şirkətlərin istiqrazlarını və səhmlərini, dövlətin buraxdığı qiymətli kağızları satın alır, müəssisələrə və dövlətə uzunmüddətli kre­dit verirlər. Pensiya fondları özlərinin təşkili və idarə edilməsinə, aktivlərin quruluşuna görə fərqlənirlər. Məsələn, sığorta şirkətləri tərəfindən idarə olunan sığortalanmış müəssisələr, yaxud da onların razılığı ilə banklar tərəfindən idarə edilən sığortalanmış fondlar vardır. Investisiya şirkətləri öz öhdəliklərini (səhmlərini) xır-da sahib­karlar arasında yayır və bu vəsaitdən müxtəlif sahə-lərin qiymətli kağızlarının satın alınması üçün istifadə edir-lər. Xırda investorlar investisiya şirkətlərinin öhdəliklərini (səhmlərini) həvəslə alırlar. Çünki vəsaitin müxtəlif müəssi-sələrin səhmlərinin satın alınmasına yönəldilməsi nəticə etibarilə əmanətin itirilməsi təhlükəsini azaldır. Bankların yerinə yetirdikləri vəzifələr öz əksini onla-rın apar­dıqları əməliyyatlarda tapır. Bank əməliyyatlarının aşağıdakı növ­ləri vardır: 1) Passiv əməliyyatlar; 2) Aktiv əməliyyatlar; 3) Xidmət göstə­ril­mə­si ilə əlaqədar olan əməliyyatlar; 4) Bankların xüsusi əməliyyatları. Bankların apardıqları passiv və aktiv əməliyyatlar daha geniş yayılmışdır və əldə edilən mənfəətəin çox hissəsi onların payına düşür. Vəsaitin cəlb edilməsi ilə əlaqədar olan əməliyyatlara passiv, bu vəsaitin yerləşdirilməsi və ondan istifadə edilməsi ilə əlaqədar olan əməliyyatlara isə aktiv əməliyyatlar deyilir. Bank ehtiyatları isə onun özünün xüsusi vəsaitindən, cəlb edilmiş vəsaitlərdən və qiymətli kağız­lardan ibarətdir. Bankların bütün ehtiyatlarının cüzi bir hissəsini xüsu­si vəsait (məsələn, ABŞ-da təqribən 8-10%-i), çox hissəsini isə cəlb edilmiş vəsait (depozit1) və qiymətli kağızlar təşkil edir. Bank yaratmaq üçün əvvəlcə müəyyən məbləğdə xü-susi kapi­tala malik olmaq lazımdır. Lakin bu, xüsusi bank təşkil etmək üçün yal­nız başlanğıc nöqtəsidir. Çünki bank əməliyyatları cəlb edilmiş vəsa­itlərə əsaslanır. Intisadi cəhət-dən inkişaf etmiş ölkələrdə xüsusi kapital­la cəlb edilmiş kapital arasındakı nisbət 1:10–1:100 arasında tərəddüd edir. Depozit dedikdə bankın müştərilərinin (əmanət qo-yuluşundan başqa) bütün müddətli və müddətsiz əmanətləri nəzərdə tutulur. Depo­zit kimi qoyulan vəsaitin mənbələri müxtəlifdir. Bünlar müəs­sisələrin, dövlət idarə və təşkilatla-rının hesablarında, işçi və qulluqçuların əmək haqqı hesa-bında olan və müvəqqəti istifadə edilməyən vəsait­lərdən iba­rətdir. Depozitlər də iki qrupa bölünür: 1) Tələb olunana-dək; 2) Müd­dətli depozitlər. Əmanət, birinci halda əmanət-çinin ilk tələbi ilə ödənilir. Bu əmanət üzrə faiz dərəcəsi aşağıdır. Bəzi ölkələrdə isə əma­nətin bu növü üzrə faiz hesablanması qadağan olunmuşdur. Depozitin bu növü ilk növbədə cari hesablaşmaları aparmaq üçün nəzərdə tutul­muşdur. Banklarda hər gün tədiyə hesablaşmalarının aparıl-ması müəy­yən məbləğdə xərc tələb edir. Bankların, bununla əlaqədar olan xərcləri onunla ödənilir ki, bankda «tələb olunanadək» hesabı olan müştərilər özlərinin pul vəsaitin-dən il ərzində birdən-birə, tamamilə istifadə etmir­lər. Başqa sözlə, müştərilərin hesablarında necə deyərlər həmişə qalıq olur ki, banklar bundan mənfəət əldə etmək üçün borc vermək məq­sədilə istifadə edirlər. Müddətli əmanət isə müəyyən edilmiş müddət başa çatdıqdan sonra ödənilir. Bunun iki növü vardır: 1) Xüsusi müddətli əmanətlər; 2) Və­sai­tin götürülməsinə dair qabaq-cadan xəbərdarlıq edilmək şərti ilə qoyulan müddətli əmanətlər. Xüsusi müddətli əmanətlər sahibinə qa­baq­cadan müəyyən olunmuş vaxtda qaytarıla bilər. Deməli, müddət başa çatanadək həmin vəsaitə bankın sərəncam vermək səlahiyyəti vardır. Müddətli əmanət, sahibi tərəfindən müəy-yən olunmuş vaxtda götü­rül­mədikdə bank ona cari hesabda olan vəsait kimi sərəncam vermək səla­hiyyətinə malik olur. Belə əmanətlərin qəbul olunduğu müddət aşağı­da­kı dörd qrupa bölünür: 1) 30 gündən 89 günədək; 2) 90 gündən 179 gü­nədək; 3) 180 gündən 359 günədək; 4) 360 gündən çox müddətə qəbul olunan əmanətlər. Xüsusi müddətli əmanətlər müqavilə vaxtı qurtar-dıqda, sahibi onu istənilən hər sonrakı gün götürə bildiyi halda, qabaqcadan xəbər­darlıq olunmaqla müddətli əma-nətləri götürmək üçün onun sahibi xüsu­si ərizə ilə müraciət etməlidir. Xəbərdarlıq müddəti isə 1 aydan 3 aya­dək, 3 ay-dan 6 ayadək, 6 aydan 12 ayadək, 12 aydan yuxarı ola bilər. Bu əmanətçilər qrupunun hər biri üçün müvafiq faiz norma-sı müəyyən olu­nur. Əmanət qoyuluşları üçün səciyyəvi olan cəhət ondan ibarətdir ki, onlar ləng artır, sahibinə pulun əmanətdə olma-sına dair vəsiqə-əmanət kitabçası verilir. Ayrı-ayrı ölkələrdə əmanət qoyuluşlarının iki növü vardır. Bunlardan biri əma-nətin götürülməsinə dair qanunla müəy­yən edilmiş, digəri isə müqavilədə nəzərdə tutulmuş müddətlərdə xəbər­darlıq edilməsidir. Bankların passiv əməliyyatlarına cəlb edilmiş vəsait də (başqa banklardan alınmış kredit) aiddir. Passiv əməliy-yatların bu növü adi kredit sövdələşmələri deməkdir. Bura-da təşəbbüskar bankdır. Çünki ona müəyyən müddətdə, müəyyən məbləğdə pul vəsaiti lazımdır, bu məqsədlə də o, pul bazarına üz tutur. Passiv əməliyytların bir qrupu da ipoteka və bank istiq­raz­larının buraxılmasıdır. Bu əməliyyatların mahiyyəti ondan ibarətdir ki, onların vasitəsilə bank qiymətli kağızları verməklə pul vəsaitini səfər­bərliyə alır. Bankların aktiv əməliyyatlarında kredit əməliyyatları və qiy­mətli kağızlarla aparılan əməliyyatlar bir-birindən ayrılır. Bun­lardan birincisinə ssuda, ikincisinə fond əməliy-yatları deyilir. Bundan başqa, banklar kassa, aksept əməliy-yatlarını, xarici valyutalar, daşınmaz əm­lakla əlaqədar söv-dələşmələri də həyata keçirirlər. Kredit əməliyyatları aşağıdakı əlamətlər üzrə təsnif-ləşdirilə bilər: Təminatdan asılı olaraq: təminolunma tələb edil-mədən (blank) və təminolunma tələb edilməklə aparılan kredit əməliyyatları. Təminolunma tələb edilməklə aparılan kredit əməliyyatları  da aşa­ğı­dakı növlərə ayrılır: veksel (veksel satın almaqla verilən kredit) əməliy­yatları, əmtəə və ya qiymətli kağızları satın almaqla verilən kreditlər. Təmi­natı olan kredit növlərindən biri də qiymətli kağızların girov qo­yul­ması müqabilində mərkəzi və kommersiya bankları tərəfindən ve­rilən lombard kreditidir.Ödənilmə müddətinə görə: tələbolunanadək, baş-qa sözlə, borclunun və ya bankın tələbi ilə ödənilən, qısa müddətli (bir ilədək), orta müddətli (1 ildən 5 ilədək) və uzunmüddətli (beş ildən yuxarı) kreditlər.Ödənilmənin xarakterinə görə: birdəfəlik və hissə-hissə ödə­nilən kredit.Faizin alınması metoduna görə: faiz, kredit veril-dikdən dər­hal sonra (veksellərin uçotu, istehlak kreditinin verilməsi) və ya kredit qaytarıldıqda, yaxud da kreditin verildiyi müddət ərzində bərabər his­sələrlə tutulur.Borcluların kateqoriyalarına görə. Bu əlamət üzrə kreditin dövd növü vardır: a) Kommersiya krediti; b) Fond birjalarının vasitə­çi­lə­ri­nə verilən kredit; c) Kənd təsərrüfatı krediti; q) Son istehlakın kredit­ləş­­di­rilməsi ilə əlaqədar verilən kredit.Kommersiya krediti müəssisələrə müvəqqəti dövriyyə kapitalı çatışmazlığını və əsas kapital üzrə qoyuluşları ta-mamlamaq, istehsalı genişləndirmək və s. məqsədlər üçün verilir. Fond birjalarının vasitə­çilərinə isə kredit, qiymətli kağızları satın almaq və birja əməliyyat­la­rında istifadə et-mək üçün verilir. Kənd təsərrüfatı krediti özü də iki yerə bölünür: 1) Iri kapital xərclərini ödəmək üçün torpaq, tikili-lər və s. gi­rov qoyulması müqabilində verilən ipoteka kredi-ti; 2) Müvəqqəti (mə­sə­lən, məhsul reallaşdırılarkən meyda-na çıxan) ehtiyacların ödə­nilməsi üçün verilən qısa müddətli kredit. Son istehlakın kreditləş­diril­məsi üç formada müm-kündür: 1) Mənzil tikintisinin girov qoyulması müqabi­lin­də verilən kredit; 2) Hissə-hissə ödənilməklə istehlak əmtəə­lə-rinin sa­tın alınması üçün verilən kredit; 3) Müddəti başa çatdıqda bir­dəfəlik ödənilən kredit. Bankların borcvermə əməliyyatları olduqca mürək-kəb və çox­pil­­ləli prosesdir. Borc götürən, banka kreditin məqsədi, müddəti, ödə­nil­məsi qrafiki və s. məlumatlar olan rəsmi sənədlə müraciət edir. Bun­dan başqa o, özünün istehsal və maliyyə fəaliyyətinin bütün tərəfləri (is­tehlak kreditində isə şəxsi vəsaiti, gəliri, iş yeri və i.a.) haqqında ətraflı məlumat verməyə borcludur. Kiçik firmalar «təmi-nat», həmçinin zəma­nətçi (zəmanət verən) təqdim etməlidir. Kreditin verilməsinə dair sifa­rişlər bankın «uçot-ssuda» əməliyyatları idarəsinə daxil olur. Bura­dan isə onu borc götürmək istəyənin ssudanı ödəyə biləcəyinə dair imka­nı­nın qiymətləndirilməsi üçün kredit şöbəsinə göndərirlər. Sifariş iki-üç direktordan ibarət olan uçot-ssuda komitəsində nəzərdən ke­çirilir. Bü­tün sifarişlər üzrə bu orqanın tövsiyələ-ri vaxtaşırı direktorlar şurasına bildirilir. Direktorlar şurası isə kreditin verilib-verilməməsi haqqında qərar qəbul edir. Xarici ölkələrin əksəriyyətində şirkətlərə kredit, limi-tin-«kre­dit xəttinin»-açılması formasında verilir. Məsələn, Ingiltərədə «Over­draft» üzrə limit müəyyən edilir. «Over-draft» bank tərəfindən müştəriyə onun cari hesabındakı qa-lıqdan artıq məbləğdə kredit verilməsi demək­dir. Kredit xət-tinin açılması bankla borc götürən arasında razılıq əldə edil-diyini göstərir. Limit müəyyən müddətə, məsələn, bir il müd-dətinə təyin edilir. Bu müddət ərzində borc götürən, bankla əlavə danışıqlar aparmadan istənilən vaxt ssuda götürə bilər. Lakin borc götürənin və­ziyyəti pisləşdiyi halda, bank təsdiq olunmuş limit daxilində ssuda ver­məkdən imtina etmək səlahiyyətini özündə saxlayır. «Kredit xət­tinin» açılması bir qayda olaraq bankın borc götürən qarşısında müəy­yən tə­ləb qoyması ilə müşayiət edilir.  Bu tələb ondan ibarətdir ki, borc götü­rən özünün cari hesabında adətən kreditin 20%-dən az olmayan məb­lə­ğini saxlamalıdır. Bununla da bank bütün kredit məbləğini götürməyə, yaxud da, onun başqa banka köçürülməsinə imkan ver­məməklə borc­lu­nu özündən asılı vəziyyətdə saxlayır. Ölkələrin çoxunda banklar ilkin və ya baza faiz dərə-cələri (ingiliscə prime rate, base rate) müəyyən edirlər ki, bunlar da birinci dərəcəli borclular tərəfindən təminat veril-miş ssudalar üzrə hesablanır. Bu, kreditlər üzrə faizin ən aşağı səviyyəsidir. Kreditlər üzrə faiz dərəcələri onun növü və həcmin-dən, borc götürənin kapitalının kəmiyyətindən, onun bank-la olan əlaqələrindən asılı olaraq fərqləndirilir. Faiz dərəcə-sinin artmasına görə kreditləri aşağıdakı kimi sıralamaq olar: birinci dərəcəli borclular üzrə təminat verilməyən kreditlər (ilkin faiz dərəcələri), birjalarda qiymətli kağızlara, əmtəələrə və avadanlıqlara görə verilən kreditlər, debitor borclarına görə verilən kreditlər, təminat tələb olunmayan kənd təsərrüfatı krediti, istehlak krediti. Bankların fond əməliyyatlarına qiymətli kağızlarla aparılan müxtəlif əməliyyatlar, məsələn, xüsusi investisiya-lar üçün qiymətli ka­ğızların satın alınması, təzə buraxılmış qiymətli kağızların ilkin yerləş­dirilməsi, müştərinin tapşırığı ilə qiymətli kağızların satın alınması və satılması, qiymətli kağızlar müqabilində ssuda verilməsi və s. kimi əmə­liyyatlar aiddir. Qiymətli kağızların alqı-satqısı banklara dividend və faiz şək­lində əlavə mənfəət əldə etmək imkanı verir. Dövlət borclarının yerləş­dirilməsində də bank sisteminin rolu böyükdür. Belə ki, banklar dövlət istiqrazlarını öz vəsaitləri hesabına satın alır, onların yenidən satışını təşkil et­məklə ikinci bazarı yaradırlar. Bu bazarda aparılan əməliyyatlar adə­tən ən iri bankların (məsələn, ABŞ-da 6 kommersiya və 13 in­ves­tisiya bankının) əlində cəmlənmişdir. Bunlar alqı və satqı məzən­nələri ara­sındakı fərqdən ibarət olan böyük məbləğdə mənfəət əldə edirlər. Banklar həm də başlıca vasitəçilik–inkasso, akkredi-tiv, kö­çür­mə və ticarət–komisyon əməliyyatlarını yerinə yetirirlər. Bunların içə­ri­sində vəkalətnamə (trast) və lizinq əməliyyatları xüsusi yer tutur. Vəkalətnamə əməliyyatları zahirən vasitəçilik əməliyyatları ilə oxşar olsalar da, onun çərçivələrindən kənara çıxır. Inkasso əməliyyatları o demək-dir ki, vasitəçilik edən bank öz müştərisinin tapşırığı ilə pul və əmtəə–pul sənədləri üzrə vəsaiti qəbul edir. Çeklər, vek-sellər, qiymətli kağızlar, xarici valyutalar və i. a. inkasso üçün qəbul edilə bilər. Bank inkasso əməliyyatlarını apar-maqla komisyon haqqı alır. Bu haqqın kəmiyyəti yerinə ye-tirilən əməliyyatın növündən asılıdır. Akkreditiv–akkreditiv haqqında sənəddə göstərilən şərtləri yerinə yetirərkən müəyyən məbləğdə pulun xüsusi şəxsə, yaxud da şirkətə ödənilməsinə dair tapşırıqdır. Bu əməliyyatlarda, akkreditiv açıl­ması haqqında tapşırıq verən müştəri; akkreditivi açan bank; akkre­ditivin açıldığı və onun şərtlərinin yerinə yetirilməsinə nəzarət edən bank; akkreditivin alıcısı iştirak edirlər. Pul və əmtəə akkreditivləri bir-birindən fərqlənir. Pul akkre­ditivi müəyyən məbləğdə pulu ölkənin başqa şəhərin-də, yaxud da xa­ricdə almaq üçün bank tərəfindən onu qo-yan şəxsə verilən adlı sə­nəd­dir. Əmtəə akkreditivləri top-dansatış dövriyyədə əmtəələrin sa­tıcıları ilə alıcıları arasında hesablaşmalar üçün qəbul edilir. Köçürmə (barat) əməliyyatları o deməkdir ki, bank təqdim olun­muş pulu başqa yerdə olan şəxsə çatdırır. Banklar xüsusi şəxslər üçün aşağıdakı vəkalətnamə (trast) əmə­liyyatlarını yerinə yetirirlər: əmlakın idarə olun-ması hüququndan məh­rum edilmiş şəxslərə (dul qadın və kişilər, həddi-buluğa çatmamış şəxs­lər) müvəqqəti kömək etmək; varislərin mənafelərinə uyğun olaraq və­fat etmiş şəxslərin əmlakını idarə etmək; daha çox mənfəət əldə et-mək məqsədilə kapitalı idarə etmək (səhmlərin, yaxud da daşınmaz əmlakın satın alınması); qiymətliləri yanmayan seyfdə saxlamaq və s. və i.a. Şir­kətlər üçün vəkalətnamə əməliyyatları xüsusi şəxslər üçün eyni əməliy­yat­lardan fərq-lənir. Belə ki, bank şirkətlər üçün borclar üzrə zəmanət ve-rən olduğu halda, bazar üçün buraxılan səhmlərin qey­diyya-tı üzrə agent kimi, korporasiyaların pensiya fondlarındakı və­saitinin idarə olun­ması üzrə isə idarəedən kimi çıxış edir. Son illərdə sənaye şirkətləri arasında maliyyə lizinq-ləri, yəni çox bahalı maşın və avadanlıqların satın alınması və icarəyə verilməsi geniş miqyas almışdır. Adətən bank, yaxud da ona tabe olan lizinq şir­kəti maşın və avadanlıqları tam dəyərlə satın alır və onları istifadə üçün icarəyə verir. Icarədar isə bunun müqabilində vaxtaşırı (ayda və ya rüb­də bir dəfə) haqq verir ki, bunun hesabına da avadanlığın dəyəri ödəni­lir, sövdələşməni kreditləşdirən müəssisənin mənfəət əldə etməsi təmin olunur. Müasir dövrdə banklar bir-biri ilə qarşılıqlı əlaqədə olan yüz­lərlə əməliyyatı və xidmətləri yerinə yetirirlər. Bun-dan başqa aktiv və passiv əməliyyatlar arasında da asılılıq vardır. Banklar əsas etibarilə baş­qalarına məxsus olan kapi-talla əməliyyat apardıqlarına görə onların kreditləşdirdikləri və investisiya qoyduqları vəsaitin  məbləği xeyli dərə­cədə kredit müəssisəsinin sərbəst pul vəsaitləri və əmanətlərini səfər­bərliyə almaq qabiliyyətindən asılıdır. Eyni zamanda bank sisteminin inkişafı ilə əlaqədar olaraq passiv əməliy­yat­ların aktiv əməliyyatlardan asılılığı zəifləyir. Aktiv əməliyyatlarla passiv əməliyyatlar arasındakı ümumi əlaqə ilə yanaşı, ayrı-ayrı əməliyyat növləri arasında da asılılıq vardır. Bankın müştəriləri, xüsusilə də sənaye mü-əssisələri və iri fərdi vahidlər və əmanətçilər, bir qayda ola-raq bankların müxtəlif növ xidmətlərindən istifadə etməkdə maraqlıdırlar. Borc kapitalı bazarında gedən kəskin rəqa-bət mübarizəsi bankları yeni xidmət növlərindən istifadə et-məyə, hətta bəzi hallarda pulsuz xidmət göstərmyə məcbur edir. Müasir dövrdə bank fəaliyyətinin inkişafında nəzərə çarpan meyllər aşağıdakılardan ibarətdir: müasir banklar müxtəlif müddətlərə kredit verir, kommersiya veksellərini uçota alır, qiymətli kağızlar bura­xır və onları reallaşdırır, vergiləri hesablayır və tutur, müştərilər üçün amortizasiya ayırmalarının uçotunu, digər mü­hasibat və hesablaşma əməliyyatlarını aparırlar. Onların məsləhət və informasiya-vermə sahəsində xidmətləri daha da genişlənir. Bank, müəs­sisələrin, sənaye və ticarət firmalarının başlıca investisiya layihələrinin seçilməsində iştirak edir, maliyyə əməliyyatla-rının aparılmasına kömək göstərir. Banklar bu məqsədlə özlərinin güclü EHM ilə təchiz olunmuş hesablama mərkəzlərindən istifadə edirlər. Bank-ların apardıqları «pə­rakəndə», yəni ayrı-ayrı əmanətçilərlə əlaqədar olan əməliyyatları av­tomatlaşdırmaq üçün son dövrlərdə avtomat kassa qurğularından istifadə edilir. Belə qurğular kredit müəssisələrinin binalarında, böyük mağaza-larda, aeroportlarda, avtobus dayanacaqlarında və s. yerlər-də qoyulur. Gələcəkdə bütün tədiyələrin xeyli hissəsinin nəqdsiz hesab­laşmalar (bank çekləri, kredit vərəqələri) və «elektron pullar» (müş­tə­rilərin tapşırığı ilə EHM çərçivə-sində kredit müəssisələri tərəfindən həyata keçirilən köçür-mələrin köməyilə) vasitəsilə həyata keçiriləcəyi gözlənilir. Banklar kommersiya hesabı prinsipləri əsasında işləyir, gös­tərilən xidmət müqabilində daha çox mənfəət əldə etməyə çalışır və buna nail olurlar. Çünki depozitlərə görə verdikləri faizə nisbətən ssuda üzrə daha yüksək faiz alırlar. Alınmış və verilmiş faiz məbləğləri ara­sındakı müsbət fərq bankın ümumi mənfəətini əmələ gətirir. Bankın ümumi mənfəətinə yuxarıda göstərilən xidmət növlərinə görə əldə edilən faiz də daxildir. Mənfəətin bir hissəsi bankın xərclərinin (əmək haqqı, dəftərxana xərcləri, binaların saxlanması və s.) ödənilməsinə sərf olu­nur, yerdə qalanı isə onun xalis mənfəətini əmələ gətirir. Xalis mənfə­ətin bankın xüsusi vəsaitinə faizlə olan nisbəti mənfəət  norması adlanır.
['bank sistemi']
1,063
https://kayzen.az/blog/DMF/18606/m%C9%99n%C9%99viyyats%C4%B1z-qad%C4%B1n-yoxsa-l%C9%99yaq%C9%99tsiz-ki%C5%9Fi.html
Mənəviyyatsız qadın, yoxsa ləyaqətsiz kişi?
pascal
Düşüncələrim, münasibətim, fikirlərim
5 mart 2016, 12:00
Bizim cəmiyyətimizin uğur göstərə bilməməsinin səbəbi, qadınlarımıza qarşı göstərdiyimiz laqeydlik və qüsurlardan doğur. Atatürk Bu günlərdə hansı sosial şəbəkəni açıramsa gözümə dəyən əsas yazıların qayəsində qadın-kişi münasibətli yazılar görürəm. Sanki biri digərinə qadının kişidən və yaxud kişinin qadından daha ağıllı olduğunu sübut etmək istəyir. Bu mövzuda yazmaq rahatdırmı? Yoxsa heç bir dəlil-sübuta, fakta əsaslanmadığı üçün, şəxsi fikrin, subyektiv düşüncənin məhsulu olduğundan az müzakirə olunacağı qənaətindənmi bu tip yazılar çoxalıb, bilmirəm. Bir onu bilirəm ki, bəzi qondarma «qələmşünaslara», adının qarşısında «yazıçı» sözünü oxuduqda aldığı həzzdən stuluna yayxanan bu tiplərə qadını aşağılamaqla ağıllarına gələni yazmaq çox rahatdır. Qadın deyillər axı. Və onlarçün nə ailələrində, nə yaxınlarında müqəddəs bildiyi, təmiz gördüyü xanımları yoxdur. Ya da var, amma o xanımlar da elə öz yazdıqları təhqiredici sözlərə layiq olanlardı. Onlardan ilhamlanıb yazıblar yəqin. Biri qadının cahilliyini, digəri qeyri-müsəlman millətinin xanımları kimi azaddüşüncəli, geniş dünyagörüşlü olmamasın dilə gətirir. Hətta təhqiredici fikirlərdən də çəkinmədən istifadə edib onu qul, səviyyəsiz məxluqat adlandırırlar. O yazıları oxuduqca adamın beynində ilk bu fikir formalıaşır: bu yazını yazmağa onları vadar edən nədir?! Kişini qadından üstün göstərərək, qadına qarşı aqressiyanı içlərində qidalandıran hansı quyruq acısı, hansı yanğı, hansı mənəvi yaradır? Analarımı atalarına xəyanət edib, yoxsa arvadlarımı özlərinə? Bəlkə bacıları Azərbaycan xanımlığına uymayan hərəkət sahibi olublar?.. Belə temaların insanın içində yaranıb, ərsəyə gəlməsinə başqa heç bir ad verə bilmirəm. İnsanın dünyası əvvəlcə göz açdığı evdən başlayır. İlk tərbiyəni də, sevgini də, şəfqəti də, acını da, zülmü də, nankorluğu da, mehribanlığı da, bir sözlə, hər şeyin yaxşısın və pisin onu əhatə edən cəmiyyətdən qabaq evində görür. Qadın eyni zamanda anadır. Ana hər birimizçün paklıq, təmizlik simvoludur. Kim anasına «səviyyəsiz məxluqat» deyə bilər? Alçaldıcı formada «tükəzbanlar» deyə bilər? Lap o ana cahil, savadsız, bilgisiz olsun. O sözü anaya deməyə dil necə gələr?.. Pafosla demirəm bu sözləri. Öz anamı gözümün önündə tutuban deyirəm: mənə can verən, ilk sevgini, düzgün tərbiyəni, insanlığı aşılayan qadına sevgi və hörmətdən başqa içimdə başqa duyğu olmayıb mənim. Savadsız ola bilər, amma övladlarına qarşı insani davranışlar, təhsilli və savadlı olması üçün verdiyi dəstək, düzgün əxlaq və tərbiyə, çəkdiyi zəhmət onu bizim gözümüzdə müqəddəsləşdirən amillər olub. Yaxşını görüb yaxşı düşünmüşəmsə, deməli, pis yazıb təhqiredici söz deyən «yazar» da ailəsində və onu əhatə edən mühitdə təhqir və səviyyəsizliyi görüb, yazıb. Başqa heç nə ola bilməz. Bu gün cəmiyyətimizdə hər cür mənfur insana da rast gəlmək olar, insan kimi insana da. Kişisindən, qadınından asılı olmadan — yaxşı da var, pis də. Əgər bu gün cəmiyyət mənfi özəlliklərlə doludursa, bunu orda yaşayan xanımların üzərinə yıxmaqla özlərinə təsəlli verən kişilərin kişiliyindən şübhə edərəm. Bir dəfə də demişdim, Azərbaycan kişisi qadınına nə cür münasibət göstərirsə, mütləq onun əks-təsirin də görür. Və görəcək. Aynada yansıyan obyekt kimi. Əlbəttə, o yazıların içində razılaşdığım, haqq verdiyim məqamlar da var. Demirəm elə qadın yoxdur, bu gün pulu olduğu halda savadını deyil, sərvətini artırmağı düşünür. İmkanı olduqca kitab oxuyub ağlını, beynini qidalandırmaq əvəzinə, səyahətə çıxıb dünyagörüşünü, mədəniyyətini, ədəb və etiket qaydalarını, xoş rəftarını, nəzakət və incəliyi özünə aşılamaq yerinə gününü alış-verişə, dedi-qoduya, mənasız işlərə sərf edir. Var belə qadınlar. Amma… Eyni zamanda belə kişilərimiz də var. Bunu da deyək. Məqaləmin əvvəlində Atatürkün söylədiyi fikri nahaq yerə yazmamışam. Bir cəmiyyətdə nöqsan varsa, inkişaf yoxdursa, bu, o cəmiyyətdə yaşayan həm qadının, həm kişinin uğursuzluğundandır. Sanki bizim millətin kişiləri gecə-gündüz elmlə, yaradıcılıqla məşğul olub, yüksək intellekt sahibidirlər də, qadınlarda bu cəhətləri görməyəndə onu yıxıb-sürüyürlər. Türklərin bir məsəli var, «nabza görə şerbet vermek». Gözəl məsəldir. Yəni, layiq olduğuna görə davranmaq. Bu millətin xanımı kişisiylə onun rəftarına, ona olan münasibətinə görə davranır desəm, yanılmaram. Kişi nə cür mədəniyyət, etika, nəzakət, intellekt sahibi olsa, bu funksiyaları əvvəlcə evdə xanımına, qızına aşılayacaq mütləq. Yüksək mədəniyyətli, kübar, anlayışlı bir qadının ilham qaynağı bu gözəl xüsusiyyətləri, özəllikləri özündə daşıyan evindəki kişi olmalıdır. Ətri evdə üzərinə səpib çölə çıxsan, əvvəl ev, sonra getdiyin yerdə ətrafındakılar o ətirin xoş rahiyəsindən nəsibin alar. Gül toxumunu torpağa əkdikdən sonra onun qayğısına necə qalacaqsansa, qulluğunda durduğun kimi də bəhrəsini görəcəksən. Əvvəl öz bağının qayğısını çək, abadlaşdır, ondan sonra bütün cəmiyyət çiçəklənəcək. Əgər bu gün bir evdə kişi qadına şiddət göstərib, oxumağa və ya işləməyə qoymursa, o qadından daha nə gözləyirsən? Əsrlədir cahil qadınlarımıza «fatmalar, tükəzbanlar» dedilər. Onu təhqir edib, gülüş hədəfinə çevirən kişilərimiz bir demədi ki, bu qadın mənim əlimdədir axı. Onu qul edən, kəniz kimi görən, insan kimi davranmayan, aldadan da mənəm, gülüb ələ salan da.   Bir dəfə həmsöhbət olduğum kişilərdən biri qadınların yamanlığından, fitnə-fəsadlığından danışıb, sonuncu cümləsini belə bitirdi: İmam Həsənə (ə) zəhər verən qadın olmadımı? Allah rəva bilsəydi 124 min peyğəmbərdən birini də qadın yaradardı da. Dedim, İmam Həsənə (ə) zəhər vermək o qadının nə işinə yarayırdı görəsən? O qadını öyrədib, zəhərlə İmam Həsənin (ə) üstünə göndərən, onun ölümündə öz şəxsi ambisiyaların güdən, mövqeyinə göz dikən kim idi? Kişi deyildimi? Sadəcə, bu hadisədə kişi qadından maşa kimi istifadə edib. Dünyada yaranan bütün müharibələrin fitnə-fəsad planlarının, qırğınların, genosidlərin təməlində, arxasında kişilər durmayıbmı? Bu gün ölkəni diri-diri yeyən, prezidentindən adi məmuruna kimi xalqın qanını zəli kimi soran, gözü doymayan, rüşvətin, bürokratiyanın toxumun səpən şərəfsiz kişlər deyilmi? Qadına şiddət tətbiq edən, təcavüz, xəyanət edən, ən xanım-xatınına da küçədə gedərkən sataşan bəzi nadürüst kişilər deyilmi?.. Safruhun belə bir sözü var: «Hər qadının həyasızlığı bir kişinin qeyrətsizliyindən xəbər verir.» Qadınları top atəşinə tutan ağzıgöyçək kişilər! Odur ki, harda özünüzə yaraşmayan, bəyənmədiyiniz, nəzakətsiz bir qadın görürsünüzsə, bilin ki, o qadın öz həmcinsinizin "əsəridir". «Kişi olan yerdə zibil olmaz, yüngüllük olmaz, həyasızlıq olmaz… Harda bunlar varsa, orda kişi yoxdur.» Bunu da Safruh deyib. Qadınlar cəmiyyətdə özünü bir apara bilmirsə, kişilər bu cəhətdə onlardan beş qat artıqdı. Qadınlar savadsızlığa, oxumamağa meyllidirlərsə, kişilər onlardan iki qat ardıqdı. (Bu arada, savad, ali təhsil almaq hələ cəmiyyətə, ətraf aləmə layiqli insan olmaq deyil. Hər ali təhsilli insan — qadın və ya kişi, fərqi yoxdur, alicənablığı, mənəviyyatı, toleranltlığı, ləyaqəti özündə ehtiva etmir.) Yazırıqsa hamısından yazaq. Birini deyib, birini saxlamayaq. Kişi qadına hörmətlə yanaşsa, xoş münasibət göstərsə, onda görmək istədiyi yüksək mənəvi dəyərləri meydana çıxarmaq üçün imkan yaratsa, bunun qarşılığını da görəcək. Mütləq görəcək. Yalnız öz eqonuzu oxşamaq xətrinə yox, hərtərəfli qadının qayğısına qalın ki, sabahı gün bunun xoş bəhrəsini görə biləsiz. Həm evinizdə, həm yaşadığınız ölkədə.
['düşüncələrim', 'münasibətim', 'fikirlərim', 'qadın', 'kişi', 'düşüncə', 'mənəviyyat']
1,064
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/18600/bu-h%C9%99ft%C9%99nin-filml%C9%99ri!-fevral-22-28.html
Bu Həftənin Filmləri! (Fevral 22-28)
Türkəl
Bloq: Türkəl
26 fevral 2016, 02:19
Fevral ayının son həftəsi Bakının kinoteatr ekranlarında ötən həftələrdən qat-qat çox, düz 9 filmin nümayişinə başlanılacaq. Bu filmlərdən ikisi sırf 26 fevral günü ilə əlaqədar olaraq ekranlara çıxacaq və yeni film hesab olunmur. Bunlardan biri 2015-ci ilə məxsus Elxan Cəfərovun “Yarımçıq Xatirələr” filmi, digəri isə kinomatoqrafiya adına ləkə olan Vahid Mustafayevin 2012-ci ildə çəkdiyi “Xoca” filmidir. Cənab Mustafayev bu filmə tökdüyü pulu Xocalıdan olan məcburi köçkünlərin vəziyyətinin yaxşılarılması üçün xərcləsəydi, həm onlar razı qalardılar, həm də izləyicilərin film zöqü korlanmazdı.   Digər yerli məhsul isə nə əcəbsə yenidir. Azərbaycanın və Gürcüstanın birgə istehsalı olan filmin adı “Robinzon və 9 Cümədir.” Daniel Defonun “Robinzon Kruzo” əsəri əsasında çəkilmiş film kitabdan çox fərqlənməsi ilə bərabər həm də melo-dramatik komediyadır. Filmdə Polad Bülbüloğlu və Vaxtanq Kikabidze kimi Azərbaycan və Gürcü kino və musiqisinin canlı əfsanələri yer alıblar. Filmin rejissoru Georgi Kikaeşvili deyib ki “Biz demək istədik ki, gəlin bir vaxtlar əlimizdə olan şeyləri xatırlayaq… Birimizin probleminin hamımızın problemi, birimizin sevincinin isə hamımızın sevinci olduğu günlər var idi...” Hə Georgi qardaş, haqlısan, amma bunu Xocalı faciəsini törədən quldurlara de. Kinoteatrlara bir türk (Dedemin Fişi) və bir rus (Пятница) filmi də qədəm qoyub. Ənənəyə sadiq qalaraq bu filmlər barədə qısa yazacam: Baxmasaz da olar.    Azyaşlıların və uşaq qalmaq istəyən böyüklərin nəzərinə, bu həftə 2 cizgi filminin nümayişinə başlanıılacaq. Disney istehsalı olan «Zootopia» və Meksika-ABŞ birgə istehsalı olan El Americano, hər ikisi 3D qrafikalı animasiya komediya filmidir. İndi isə keçək ciddi məsələlərə: THE OTHER SIDE OF THE DOOR - QAPININ O BİRİ ÜZÜ   Təsəvvür edin ki, əbədi itirdiyiniz adamla son dəfə əlaqə saxlamaq fürsətiniz var, lakin bunun sizə nəyin bahasına gələcəyini bilmirsiniz. Filmin qəhrəmanı öz mərhum oğlunun səsini son dəfə eşitmək istəyir. Lakin, hər şey elə də asan deyil, şərtlərə əməl etməmək dəhşətli hadisələrlə nəticələnə bilər. Mistik-qorxu janrında çəkilmiş filmdə baş rolu «Həbsdən Qaçış» serialından məşhur olan Sarah Wayne Calliesifa edir. Callies bundan öncə oxşar Whisper filmində də çəkilmişdir. The Amityville Horror, Orphan, Joshua, Darkness, El Orfanato kimi qorxu filmlərini bəyənənlərə bu kinodan həzz ala bilər. youtube.com/watch?v=9OVxAbPsFRQ     GODS OF EGYPT   -   MİSİR TANRILARI Qədim Misir mifologiyasından bəhs edən Gods of Egypt filmi 140 milyon dollar büdcə ilə ilin ən bahalı filmlərindən biridir. Adından da göründüyü kimi film ən qədim etnoslardan olan Misir miflərinin qəhrəmanlarından bəhs edir. Filmdə məşhur aktyorlardan Gerard Butler və Geoffrey Rush müvafiq olaraq mifik tanrılar Set və Ra-nı ifa edir. Çəkilişləri iki ilə yaxın davam edən Misir Tanrıları fentezi janrını sevən kinosevərlərə və mifologiya ilə maraqlanan hər kəsə maraqlı ola bilər. www.youtube.com/watch?v=sNzgipWeFN4 Daha da maraqlı filmlər ümidi ilə, gələn görüşlərəcək! Türkel. 
['kino', 'film', 'kinoteatr', 'premyera', 'mədəniyyət', 'animasiya', '3d', 'fantastika', 'qorxu', 'fentezi']
1,065
https://kayzen.az/blog/fizikl%C9%99r/12974/paskal-blez.html
Paskal Blez
Aynur
Görkəmli fiziklər
20 fevral 2016, 22:05
Paskal görkəmli fransız riyaziyyatçısı, fiziki və filosofudur.O, 19 iyun 1623-cü ildə Fransanın Klermon-Ferran şəhərində riyaziyyatçı ailəsində anadan olub.Paskal atasının rəhbərliyi ilə riyazi təhsil almış və istedadlı olduğunu gənc yaşlarında büruzə vermişdir.Riyaziyyata daha çox maraq göstərən Paskal 16 yaşında Konik kəsişmələrə həsr edilmiş proyektiv həndəsənin əsas teoremlərindən birini yazmışdır /Paskal teoremi/. O dövrün alimlərinin çoxu bu gənc riyaziyyatçının belə bir əsəri özü yazmasına inanmırdılar.18 yaşında Paskal Blez hesaba aid toplayıcı maşın ixtira edir. 20 yaşı olanda gənc alimin hesaba, ədədlər nəzəriyyəsinə, cəbrə və ehtimal nəzəriyyəsinə aid bir sıra əsərləri nəşr olunmuşdur.O, binom açılışında binomial əmsallarının və m elementdən n element olan birləşmənin hesablanması üsulunu vermişdir.Paskal atmosfer təzyiqinin Torriçelli tərəfindən kəşf edildiyini eşitdikdə 1644-cü ildə Torriçelli təcrübəsini müxtəlif mayelərlə /civə, su, çaxır/ təkrar etmiş, əlavə təcrübələr aparmış və aşağıdakı suallara cavab axtarmışdır: Torriçelli təcrübəsindəki borunun içərisindəki civənin üstündəki fəza nə ilə doludur? Borudakı civənin hamısı nə üçün çanağa tökülmür və onu bu səviyyədə nə saxlayır? Hava təzyiq edirmi, edirsə bu təzyiq necə verilir?Paskal isbat etdi ki, Torriçelli təcrübəsi havanın təzyiqini doğrudan aşkar edib, bu həqiqətdir. Boruda civənin səviyyəsinin dəyişməsi izah edir ki, təzyiq havanın temperaturundan və nəmliyindən asılıdır.Paskal belə qərara gəlir ki, atmosfer təzyiqinin mövcud olduğunu qəti isbat etmək üçün daha bir həlledici təcrübə qoymaq lazımdır. Bu məqsədlə o, Pyui de Dom dağının ətəyində və zirvəsində Torriçelli təcrübəsini təkrar edib, hər iki halda civə sütununun hündürlüyünü yoxlayıb, fərqini müəyyən etməyi qərara alır.O, bu təcrübə ilə müəyyən edir ki, dağın zirvəsində civənin səviyyəsi ətəyindəkinə nisbətən aşağı düşür. Bu, gözlənilən nəticə idi. Beləliklə məlum olur ki, havanın təzyiqi dağın ətəyində çox, zirvəsində isə azdır.Buradan Paskal müəyyən edir ki, yuxarı qalxdıqca havanın sıxlığı azalır. Paskal belə nəticəyə gəlir ki, borudakı civə atmosfer təzyiqinin təsiri ilə səviyyəsini hündürdəsaxlayır.     1647-ci ildə Paskal «Boşluqda yeni eksperiment» adlı əsərini çap elətdirir. O; göstərir ki, Torriçelli borusunda civənin üstündəki fəza nə hava nə də hər hansı maddə ilə dolu deyil, boşluqdur. Buradan yeni fiziki anlayış vakuum aşkar edildi.Paskal Blez 1648-ci ildə müasirlərini heyrətə gətirən paradoksal bir təcrübə aparmışdır. /Paskal təcrübəsi/.Su ilə dolu olan çəlləyə nazik uzun boru birləşdirilir. Borunu bir az su ilə doldurduqda çəlləyin divarlarında taxtalar birləşən yerlərdən su fəvvarə vurub axmağa başlayır.Fizika üzrə Paskalın əsas tədqiqatı hidrostatikaya aid olub. O, 1653-cü ildə aşağıdakı qanunu vermişdir:«Maye və qazlar üzərinə düşən təzyiq dəyişmədən onların bütün nöqtələrinə verilir». Bu qanun Paskal qanunu adı ilə məşhur olub hidrostatikanın əsas qanunlarındandır.Birləşmiş qablar qanunu və hidravlik presin nəzəriyyəsini də Paskal vermişdir.Elmdəki xidmətlərini nəzərə alaraq BS sistemində təzyiq vahidini Paskalın adı ilə adlandırmışlar.Paskal havanın elastikliyini müəyyən edərək, isbat et¬mişdir ki, havanın çəkisi var. O, təzyiqin havanın rütubətindən və temperaturundan asılı olduğunu kəşf etmiş və bunlardan gələcəkdə hava haqqında qabaqcadan məlumat verməyin mümkünlüyünü söyləmişdir.Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['Blez Paskal', 'fizik', 'görkəmli fizik']
1,066
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/18593/bu-h%C9%99ft%C9%99nin-filml%C9%99ri!-fevral-15-21.html
Bu Həftənin Filmləri! (Fevral 15-21)
Türkəl
Bloq: Türkəl
19 fevral 2016, 01:06
Salam. Keçək mətləbə. Bu həftə kino zallarına 3 film daxil olur. Onlardan ikisi sikveldir – yəni ikinci hissə, biri isə kino-adaptasiyadır – yəni bədii kitaba əsaslanıb. Yaxşı başa sala bilirəm? Subyektiv fikirlərimə sonuncudan başlayıram.   1. PRIDE + PREJUDICE + ZOMBIES   -   QÜRUR VƏ QƏRƏZ VƏ ZOMBİLƏR.   Film 2009-cu ildə yazılmış eyni adlı kitabın əsasında çəkilib. Kitabın özü başqa bir əsərin parodiyasıdır – Ceyn Ostinin məşhur Qürur və Qərəz romanı (1813), adını eşitməmiş olmazsınız. Filmdəki hadisələr adı çəkilən hər iki əsərdə olduğu kimi XIX əsrin İngiltərəsində baş verir. Bu rəqəmi xix oxuyanlara və ya ümumiyyətlə oxumağı bacarmayan savadsızlara bildirirəm ki onu “19-cu” kimi oxumaq lazım idi. Qayıdaq İngiltərəyə. Deməli hardansa zombilər peyda olur. Elizabet Bennet və Mister Darsi adlı iki qəhrəman isə onlara qarşı mübarizə aparır. Film döyüş, komediya və qorxu janrındadır, baş qəhrəmanların qadın və kişi oldğunu nəzərə alsaq yəqin ki, 2-3 dənə öpüş səhnəsi də var. Mənimsə film barədə fikrim belədir: Qürurunuz varsa bu filmə qarşı qərəzli olun, zombi olmayın.  www.youtube.com/watch?v=N5VEU14NgkY 2. ДЕНЬ ВЫБОРОВ 2   -   SEÇKİ GÜNÜ 2   Haqqında yazmağa məcbur olduğum ikinci film isə rus filmidir, işə bir bax… Komediya olan filmin ilk hissəsi 2007-ci ildə çəkilib və hətta kinofestivalların birində ilin ən yaxşı komediyası seçilib… təbii ki, rus filmləri arasında. Film rus dilində olduğundan fikrimi də rusca deyəcəm: Hе стоит вам идти на этот фильм.  www.youtube.com/watch?v=mwOVQnBLSFs 3. ZOOLANDER 2   -   ZULANDER 2   Gəlin sizə bir neçə yaxşı oğlan haqqında danışım. Amerikada tez-tez eyni filmlərdə çəkilən komediya aktyorları var ki, onlara simvolik olaraq «Frat Pack» deyilir. Frat Pack qrupuna Ben Stiller, Will Ferrell, Jack Black, Owen və Luke Wilson qardaşları kimi komediya ustaları və difər aktyorlar daxildirlər. Bu aktyorlardın əksəriyyəti 2001-ci ildə «Zoolander» filmində iştirak ediblər. Komediya janrında olan Zoolander dəb dünyasını və model biznesini parodiya edir. Film olduqca axmaq, lakin gülməli və improvizasiya edilmiş zarafatlarla doludur. Filmdə həmçinin David Duchovny, Mila Jovovich və Jon Voight kimi aktyorlarla yanaşı bir çox məşhurlar da epizodik səhnələrdə yer alıblar. Bura Donald Trump, Victoria Beckham,  Lenny Kravitz, Paris Hilton, David Bowie, Donatella Versace. Fred Durst və s. musiqi və mətbuat ulduzları daxildir. Və budur. Üstündən 15 il keçdikdən sonra Zoolander filminin ikinci hissəsi ekranlara çıxır. Film tərz baxımından birinci hissəyə sadiq qalır və yenə də bir çox məşhurları bir araya yığır. Hər şeyə gülməyi bacaranlara və dəb dünyasına nifrət edən asketlərə birinci hissəyə evdə, ikinci hissəyə isə kinoda baxmağı məsləhət görürəm. www.youtube.com/watch?v=FU7vwZoFAwQ   Bu həftəlik bu qədər! Nə sualınız olsa turnikdən çəkinmədən soruşun! Türkel. 
['kino', 'film', 'premyera', 'kinoteatr', 'komediya', 'zombilər']
1,067
https://kayzen.az/blog/bloq/18592/infoqrafik-m%C9%99lumatlar.html
İnfoqrafik məlumatlar
pascal
İnfoqrafika
16 fevral 2016, 11:18
Əvvəlcə infoqrafikanın nə olduğunu aydınlataq. İnfoqrafika nədir? İnfo — məlumat, xəbər,  qrafika (yunanca “graphike” ) – rəsm, şəkil deməkdir. Məlumatın vizual şəkildə, qısa müddətdə başa düşülməsini təmin etmək, oxunma zövqünü artırıb, rahat hala gətirməkdir. Xəbər, öyrənmək, araşdırmaq və müşahidə yolu ilə əldə edilən hər cür gerçək məlumat və qavrayışın bütünüdür. İnfoqrafik işlərin faydaların sayacaq olsaq: • Yadda qalması çox asandır •  Verilən xəbərə cazibədarlıq qatar • Təsirlidir • Qısa müddətdə çox məlumat ötürülməsini təmin edir • İzah etmə formasna görə darıxdırıcı və yorucu deyil, hətta əyləncəlidir, demək olar • Mürəkkəb və intensiv məlumatları sadələşdirir Bir sözlə, infoqrafika, ağılda rahatlıqla qalandır. Səbəbi isə, insan beyninin vizual məlumatı yazılıdan 3 qat daha sürətlə qəbul etməsidir. Oxuduqlarımızın 20%-i yadımızda qalırkən, gördüklərimizin ağılda qalma nisbəti 80%-dir. İlk infoqrafik məlumat insult xəstəliyi haqqında olacaq. P.S Qeyd edim ki, şəkli normal, geniş şəkildə yerləşdirmək istəsəm də, alınmadı. Saytda gedən texniki işlərdəndir, ya nədəndir, bilmirəm. Hələ ki, əvvəlki, köhnə sayt kimi rahat, asan, ürəyim istəyən kimi işləyə bilmirəm yeni kayzendə. İnşallah, tezliklə bu problemlər də yoluna qoyular. Ümid edirəm ki, şəkildə yazılanları rahatlıqla oxuya biləcəksiniz. Oxuya bilməyənlər mənbəyə  baxa bilərlər.
['infoqrafika', 'xəbər', 'məlumat', 'insult', 'xəstəlik', 'simtomlar']
1,068
https://kayzen.az/blog/ekonomiks/8201/inflyasiyan%C4%B1n-s%C9%99b%C9%99bl%C9%99ri-v%C9%99-m%C3%BCasir-d%C3%B6vrd%C9%99-x%C3%BCsusiyy%C9%99tl%C9%99ri.html
Inflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri
iqtisadçı
Ekonomiks
11 fevral 2016, 23:59
Qiymətlərin  qalxması və pul artıqlığının əmələ gəl-məsi inflya­siyanın zahiri təzahürləridir. Onun başlıca səbəbi milli iqtisadiyyatda forma­laşmış proporsiyaların, başqa sözlə, ümumi tarazlığın pozul­ma­sıdır. Dünya iqtisadi ədəbiyyatında tarazlığın pozulmasına və inflya­siyaya gətirib çıxaran aşağıdakı amillərin olduğu göstərilir. 1) Kağız pulun emissiyası, xarici ticarət, qeyri-məh-suldar, hər şeydən əvvəl, hərbi xərclər və dövlətin yerinə yetirdiyi vəzifələrlə əla­qə­dar olan xərclər üzərində dövlət inhisarının olması; 2) Əmək haqqının artırılması və onun səviyyəsinin saxlanması (azal­maması) üzərində müəyyən müddət həm-karlar ittifaqının inhi­sarının olması; 3) Ən iri firmaların qiymətlərin müəyyən edilməsi və öz xərcləri üzərində inhisarının olması. Bunlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər və hər biri tələb və təklifin artması və ya azalmasına, onların arasında-kı tarazlığın pozul­ma­sına təsir edə bilər. Inflyasiyanın sə-bəblərinin müəyyən edilməsi onunla mübarizə tədbirlərini işləyib hazırlamaq üçün lazımdır. XX əsrin ortalarında sənayecə inkişaf etmiş ölkələrdə inflya­siyaya iki amil təsir etmişdir: Maliyyə və pul-kredit sisteminin yeni­dən qurulması; Iqtisadiyyatın oliqopolçu strukturunun forma­laş­ması.Bu dövrdə sahibkarların qiymətləri qaldırmaq yolu ilə daha çox mənfəət əldə etmək uğrunda apardıqları müba-rizə azad rəqabəti məhdudlaşdırmış, habelə pul tədavülünün və qiymətlərin əmələ gəl­məsinin nisbi sabitliyi qızıl külçə standartlarını təmin etmişdir. Qızıl külçə standartı o demək idi ki, yalnız böyük məbləğdə, məsələn, In­giltərədə ən azı 1700 funt sterlinq, Fransada 215000 frank və s. bank­notlar külçə qızıla dəyişdirilə bilər. Həm də banknotları yalnız qızıla dəyişdirilməsi mümkün olan xarici valyutaya (devizaya1) mübadilə et­mək olardı. Göründüyü kimi, bu pul sistemində bütün valyutalar bir val­yutadan asılı vəziyyətə salınır. Əsas götürülən valyuta iflasa uğ­radıqda, onunla bağlı olan bütün ölkələrin valyutaları da nüfuzdan düşürdü. Iqtisadiyyatın inkişafının müasir mərhələsinə keçil-məsi pulun hərəkətindəki istiqamətin kəskin surətdə dəyiş-məsinə səbəb oldu. Pul tədavülündə qızıl, kağız pullar tərəfindən sıxışdırılıb çıxarıldı, kredit-pul mexanizmi isə pul kütləsinin artması üçün əlverişli şərait yaratdı. Bunlar da öz növbəsində dövlət xərclərinin artması və dövlət büdcəsinin daim kəsirli olmasına səbəb oldu. O dövrdə iqtisadiyyatın əksər sahələri üçün oliqopo-liya struk­turu formalaşmışdı. Sahibkarlar belə bir şəraitdə özlərinin bazar, xü­su­silə də qiymət siyasətlərini qarşılıqlı surətdə əlaqələndirmək imkanı əldə etmişdilər. Bu isə yeni, XX əsr üçün xarakterik olan, əmtəələrin qiymət­lərinin art-ması meylinin inkişaf etməsinə səbəb olurdu. Lakin əsrin ilk dövrlərində, daha dəqiq desək, təqribən 30-35 il ərzində vax­taşırı baş verən ifrat istehsal böhranları dövründə qiy-mətlərin artması daimi xa­rakter daşımır, daim pozulurdu. Inflyasiya ikinci dünya müharibəsi illərində bazar iqtisa­diy­ya­tının inkişaf etmiş olduğu ölkələrin demək olar ki, hamısında müşahidə edilmişdir. Bunun iqtisadi əsasını ikinci dünya müharibəsinin gedişində məhsuldar qüvvələrin dağıdılması təşkil etmişdir. Çünki istehsaldakı dəyişikliklər maliyyə dairəsinə və pul tədavülünə təsir göstərməyə bil­məzdi. Bu isə özünü büdcə kəsirinin və dövlət borcunun artmasında, pul emissiyasının çoxalmasında göstərirdi. Müharibədən sonrakı illərdə qiymətlərin artması meyli yenə də özünü göstərmişdir. Hətta iqtisadi böhranlar dövründə də bütün öl­kələrdə qiymətlər artmaqda davam et-mişdir. Lakin qiymətlərin artma sürəti heç də eyni olma-mışdır. Belə ki, 50-60-cı illərdə mötədil inflya­siya müşahidə olunduğu halda, 70-80-ci illərdə "çaparaq" inflyasiya özü­nü göstərmişdir. Keçən əsrin 70-ci illərindən inflyasiyanın artmasına təsir gös­tə­rən başlıca amillər idxal və ixrac olunan əmtəə-lərin qiymətlərinin qalx­ma­sı, dol­ların devalvasiyası, dünya bazarında xammalların qiymətlə­ri­nin baha­laş­ması və s. olmuşdur. Müasir dövrdə də inflyasiya prosesi davam edir və onun özünə məxsus bir sıra xüsusiyyətləri  vardır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, keçmiş dövrlərdə in­flyasiya bir və ya bir neçə ölkənin iqtisadiyya-tını əhatə edirdisə, hazırda ümumdünya xarakteri almışdır. Ikincisi, inflyasiya müxtəlif ölkələrdə qeyri-bərabər gedir və onun sürəti daxili amillərlə müəyyən edilir. Sənaye tsiklinin ayrı-ayrı fa­zalarından, habelə iqtisadiyyatın tən-zimlənməsinə dövlətin müdaxilə et­məsi dərəcəsindən asılı olaraq bu amillərin təsiri güclənə və ya zəifləyə bilər. Üçüncüsü, müasir inflyasiya daimi xarakter almışdır. Əvvəlki illərdə ayrı-ayrı ölkələrdə inflyasiya sonralar pul tədavülünün nisbi sa­bitlik dövrləri ilə əvəz edilmişdir. Hazır-da isə qiymətlər sənaye tsiklinin bü­tün fazalarında artır. Dördüncüsü, inflyasiyanın xarakteri dəyişmişdir. Belə ki, 80-ci illərin ortalarınadək "çaparaq" inflyasiya üs-tünlüyə malik olmuşdur. O, Latın Amerikası ölkələrində xü-susilə geniş miqyas almışdı. 1989 və 1990-cı illərdə inflya-siyanın səviyyəsi ən yüksək həddə – 2000%-ə çat­mış­dı. Ayrı-ayrı ölkələrdə (Nikaraqua, Peru, Argentina, Braziliya) onun səviyyəsi hətta 5000-8000% olmuşdur. Bununla birlikdə 80-ci illərin ortalarından inkişaf etmiş kapi­ta­list ölkələrində inflyasiyanın «yavaşıdığı» və onun sürətinin aşağı düşdü­yü müşahidə olunur. Bu, aşağıdakılarla əlaqədardır. Dünya iqtisadiyyatının qeyri-bərabər inkişafının xüsusiy­yət­ləri. 1980-1992-cı illərdəki dünya iqtisadi böhra-nından sonra uzun sü­rən durğunluq, iqtisadiyyatın ləng bərpa olunması, kütləvi işsizlik və s. əmtəə və xidmətlərə olan tələbin azalmasına səbəb olmuşdur ki, bu da qiymət-lərin artmasının qarşısını müəyyən dərəcədə almışdır;Əmək məhsuldarlığının dinamikasındakı dəyişik-lik. Daxili və xarici bazarlarda rəqabət mübarizəsinin kəs-kinləşdiyi şəraitdə əmək məhsuldarlığının yüksəlməsi və is-tehsal xərclərinin azalması inhisarlar qarşısında qiymətlərin artırılmasına hədd müəyyən olunması tələbini qoymuş və bununla da inflyasiyanı məhdudlaşdırmışdır;Maliyyə sahəsində yeni hadisələrin baş verməsi nəticəsində 70-ci illərin ortalarına nisbətən 80-ci illərdə bir sıra ölkələrdə büdcə kə­si­ri nisbətən azalmışdır ki, bu da dövlət maliyyəsi böhranının müəy­yən dərəcədə «bitərəfləşdi-rilməsi»nə səbəb olmuşdur. Belə ki, 70-ci il­lərdə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (IƏIT) ölkələrində büdcə kəsiri orta hesabla ÜMM-in 1,8%-i qədər olmuşdursa, bu, 1993-cü ildə 1,2% təşkil etmişdir;1980-ci illərdə kredit ekspansiyasında (genişlən-məsində) bir sıra ləngimələrin olması. Sənayecə inkişaf etmiş ölkələrdə mərkəzi bank­­ların uçot dərəcələrinin kəskin surətdə yüksəlməsi faiz dərəcələ­ri­nin artmasına səbəb olmuşdur ki, bu da borc kapitalına olan tələbin azal­masına, inflyasiya prosesində kredit ekspansiyasının rolunun bir qə­dər zəifləməsinə gətirib çıxarmışdır;Dünya bazarında enerji xammallarının qiymətlə-rinin aşağı düşməsi. 1986-cı ildə enerji xammallarının qiy-mətləri indeksi (1980-ci il – 100%) 65%-ə, o cümlədən neft üzrə 55%-ə enmişdir. Bu isə inkişaf etmiş kapitalist ölkə-lərində istehsal xərclərinin azalmasına səbəb ol­muşdur.Lakin bütün bunlar o demək deyildir ki, artıq inflya-siya «məğ­lub» edilmiş, onun üzərində qələbə çalınmışdır. Əlbəttə, yox! Ha­zır­da istehlak əmtəələrinin qiymətləri  60-cı illərə nisbətən daha sürətlə artır. Bundan başqa, inflya-siyanın sürəti vaxtaşırı olaraq dəyişir. Mə­sələn, ABŞ-da ÜMM-in orta illik deflyatoru 1951-1960-cı illərdə 2,6%, 1961-1965-ci illərdə 1,4%, 1966-1970-ci illərdə 4,1%, 1971-1975-ci il­lərdə 6,6%, 1976-1980-ci illərdə 7,3%, 1981-1985-ci illərdə 5,2%, 1986-1990-cı illərdə 3,4% olmuşdur.
['inflyasiya']
1,069
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/18590/bu-h%C9%99ft%C9%99nin-filml%C9%99ri!-fevral-8-14.html
Bu Həftənin Filmləri! (Fevral 8-14)
Türkəl
Bloq: Türkəl
11 fevral 2016, 22:18
Bu həftə Bakının kinoteatrlara 4 film daxil olur. Filmlərdən üçü ABŞ, biri isə Türkiyə istehsalıdır. Şəhərin bütün böyük kinoteatrlarında nümayiş olunacaq «Deadpool» filmi ilin ən gözlənilən filmlərindən sayılır. Bu yazıda filmlər haqqında məlumat əldə edə və mənim subyektiv fikirlərimlə tanış ola bilərsiniz.   1. BY THE SEA   —   DƏNİZ KƏNARINDA   Romantik dram janrında olan bu film, əslində 2015-ci ilin istehsalıdır, lakin bizim torpaqlara nədənsə bugünlərdə gəlib çıxıb. Romatik film. Fevralın ikinci həftəsi... Söhbəti tutduz? Filmin nümayişi məhz 14 fevrala hesablanıb. By the Sea ötən əsrin 70-ci illərində Fransada yaşayan və yola getməyən amerikalı ər-arvaddan bəhs edir. Filmdə baş rolları əsl həyatda da ər-arvad olan Brad Pitt və Anjelina Jolie ifa edir. Filmin prodüserləri də elə Pitt-Jolie cütlüyüdürlər, yola gedirlərmiş. Filmin rejissoru da Anjelina Jolie-dir. Filmin ssenarisini də Jolie özü yazıb. Bir sözlə maraqlı bir şeyə oxşamır. www.youtube.com/watch?v=HSSYRFxmdXM 2. HOW TO BE SINGLE   —   TƏK OLMAĞIN QAYDALARI     Daha bir romantik film, bu dəfə isə komediya tərzində. Yuxarıdakı filmdən fərqli olaraq bu nəinki bu ilin filmidir, hətta Bakıda premyerası ABŞ-dakından bir neçə saat əvvəl baş tutacaq. Filmdə baş rolu Hollivudun Toppuş-bacısı Rebel Wilson canlandırır. «Tək Olmağın Qaydaları» subaylıqdan həzz almağa çalışan gənc qadınlar haqqındadır – bəli sən demə Amerikada belə də olurmuş. Sevgilinizlə getmək istəsəniz… yəqin ki, onunla getdiyiniz axırıncı film olacaq. www.youtube.com/watch?v=cjxnoW_NXr8 3. KARDEŞİM BENİM   —   Tərcüməyə ehtiyac var?   Türk filmidir. Baş rolları Burak Özçivit və Murat Boz canlandırır. Məşhur aktyorlardır, eşitdiyimə görə. Özüm tanımıram, iş yoldaşım dedi. Treylerdə görünür ki, romatika da var, komediya da, drama da. Adi vaxtda deyərdim ki, getməyin bu filmə, amma yuxarıdakı 2 filmlə müqaisədə 14 fevralda getmək üçün daha samballı kinoya oxşayır.  və nəhayət.... 4.  DEADPOOL   —   DEDPUL   «Dedpul» filminin eyniadlı qəhrəmanı Marvel komikslərindən çıxmış bir personajdır. Marvel barədə anlayışı olmayanlar üçün deyim ki, bu Superman və Batman-dən başqa tanıdığınız bütün super-qəhrəmanları yaratmış komiks dərgisidir. 1991-ci ildə komiks qəhrəmanı kimi təqdim edilmiş Dedpul, kinodebütünü 2009-cu ildə etmişdir. İlk əvvəl bu komiks personajı mənfi qəhrəman kimi yaranmış, sonra isə sadəcə olaraq anti-qəhrəmana çevrilmişdir. (Əgər mənfi qəhrəman və anti-qəhrəman anlayışlarının fərqini bilmirsinizsə, deyim ki, anti-qəhrəman adətən yaxşı oğlan olur, amma hərəkətini və ağzının danışığını bilmir). Dedpulu digər Marvel qəhrəmanlarından fərqləndirən əsas cəhət onun qəhrəmanlıq komikslərinə yumor qatmasıdır. Dedpul qardaş bundan öncə artıq bir filmdə iştirak edib. 2009-cu ildə X-Men Origins: Wolverine filmində Deadpool ikinci dərəcəli qəhrəman idi. Həmin filmdə olduğu kimi qarşıdan gələn kinoəsərdə də personajı məşhur aktyor Ryan Reynolds canlandıracaq. Lakin buna baxmayaraq personaj 7 il əvvəl çəkilmiş filmdəkindən bir qədər fərqli olacaq. Düz başa düşmüşəmsə Deadpool da X-Men «ailəsinin» üzvüdür (ah bu mutantlar, daim bir zibil qaynadan mutantlar...). Qeyd etməyə dəyər ki, film qisas mövzusundadır və 18+ kateqoriyasındadır. Əgər döyüş, komediya və fantastika janrlarına ağız büzmürsünüzsə bu filmi bəyənə bilərsiniz. Dedpul öz növündə ilin ən vacib filmlərindən biridir. Komiks filmləri pərəstişkarlarına isə filmə baxıb-baxmamağa dair heç nə demirəm. Onsuz da mənim fikrim onlara maraqlı deyil, bu filmi onlar çoxdan gözləyirlər. Film şəhərimizin kinoteatrlarında ayın 11-indən etibarən həm rus, həm də türk dillərində nümayiş olunacaq. Çində isə filmin nümayişi qadağan olunub. Azərbaycan 1:0 Çin! Biz hər zaman irəlidəyik!  www.youtube.com/watch?v=pw6nUYLDU1k  Bu həftəlik bu qədər!  Türkel. 
['kino', 'kinoteatr', 'film', 'premyera', 'komediya', 'romantika', 'deadpool']
1,070
https://kayzen.az/blog/marketinq/10001/marketinq-anlay%C4%B1%C5%9F%C4%B1-v%C9%99-marketinq-predmetinin-yaranma-tarixi.html
Marketinq anlayışı və marketinq predmetinin yaranma tarixi
marketoloq
Marketinq
9 fevral 2016, 20:59
“Marketinq” termini ingilis dilində “market” sözündən götürülüb “bazar” mənası verir. Bu buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Istehsalın istehsalı və mürəkkəbləşdirilməsi, yeni məhsul növünün yaradılması, texnika və texnologiyanın modelləşdiriləsi, dizaynın yaxşılaşdırılması istehsalçını məcbur edir ki, o əvvəlcədən insanların və sahibkarların tələblərini dəqiq öyrənməlidir. Bu onun üçün zəruridir ki, müəsisə məhsul (xidmət) istehsal etmək məqsədilə xeyli miqdarda maliyyə, əmək və material resurslarını hədər yerə sərf etməsin. Marketinq XX əsrin əvvələrində ABŞ-da meydana gəlmişdir. Filipp Kolterin verdiyi tərifə görə: Marketinq-ehtiyacların və tələbatların mübadilə vasitəsilə öyrəsilməsinə yönəldilmiş insan fəaliyyəti növüdür. Satış marketin aysberqinin yalnız üst hissəsidir, suyun altında qalan hissə isə marketoloqların biz görmədiyimiz zəhməti və səyləridir. “Əgər bazar xadimi-Filipp Kotler demişkən-marketinq istehlakçı ehtiyaclarının aşkar olunması, münasib əmtəələrin hazırlanması və onlara müvafiq qiymətlərin qoyulması, onların bölüşdürülməsi sisteminin təşkili və səmərəli stimulaşdırılması kimi bölmələri üzərində yaxşı çalışmışsa, belə mallar əlbət ki, asanləqla satılacaq”. Marketinq haqqda idarəetmə problemləri üzrə aparıcı nəzəriyyəçilərdən biri olan Piter Druker  deyir-“Marketinqin məqsədi satış üzrə qüvvə sərfini lüzumsuz etməkdir. Onun məqsədi müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun və özləri – özlərini satsınlar”. Lakin bu heçdə o demək deyol ki, satış üzrə səylər və onun stimullaşdırılması öz əhəmiyyətini itirir. Söhbət ilk növbədə bundan gedir ki, onlar daha geniş “marketinq kompleksinin” bir hissəsinə, yəni bazara yüksək dərəcədə təsir göstərmək üçün bir-biri ilə uzlaşdırılması zəruri olan marketinq vasitələrinin məcmusuna çevrilirlər. Marketinq adətən satıcıların nəsibi hesab edilsədə, onunla alıcılar da məşğul olurlar. Həta evdar qadınlar dəyərini ödəməyə hazır olduğları münasıb qiymətli malları axtararkən özlərinin şəxsi “marketinqini” həyata keçirirlər. Satıcı bazarı-elə bazardır ki, burada satıcılar üstün hakimiyyətə malikdirlər. Alıcı bazarı-elə bazardır ki, orada alıcıların daha çıx hakimiyyəti var.
['marketinq']
1,071
https://kayzen.az/blog/ekonomiks/8240/i%C5%9Fsizlik,-onun-s%C9%99b%C9%99bl%C9%99ri,-%C3%B6l%C3%A7%C3%BClm%C9%99si-v%C9%99-formalar%C4%B1.html
İşsizlik, onun səbəbləri, ölçülməsi və formaları
iqtisadçı
Ekonomiks
7 fevral 2016, 20:17
Müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəs-kin prob­lem­lərdən biri işsizlikdir. Işsizlik – iş qüvvəsinin (iqtisadi fəal əhali­nin) əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmayan hissəsini göstərən sosial-iqtisadi hadisədir. Məşğul əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş qüvvəsini əmələ gətirir. Işsizlik özünü iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında göstərir. Işsizlərə aşağıdakılar aid edilir: işləməyənlər, iş axtaranlar, işə başlamağa hazır olanlar. Işsizlərə təkcə müxtəlif səbəblərdən işdən çıxa­rılanlar deyil, iş yerlərini könüllü surətdə qoyub gedənlər, yeni iş tap­mağa cəhd göstərənlər də daxildir Işsizliyi ifadə edən kateqoriyalar aşa­­ğı­dakılardır: 1) Işdən çıxarılma nəticəsində iş yerlərini itirənlər; 2) iş­dən könüllü çıxıb gedənlər; 3) Müəyyən fasilədən sonra əmək bazarına müraciət edənlər; 4) Əmək bazarına ilk dəfə gələnlər. Bu kateqoriyalar arasındakı nisbət hər şeydən əvvəl iqtisadi tsiklin fazalarından asılıdır. Işsizliyin orta aylıq səviyyəsi aşağıdakı düs­turla hesablanır: LUE= (UE: LFC ) ∙100 Burada: LUE – işsizliyin səviyyəsini (normasını), %-lə; UE – işsizlərin orta aylıq sayını; LFC – mülki iş qüvvəsinin sayını göstərir. Işsizliyin səviyyəsinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, iş qüvvəsinin ümumi sayı 1216990 nəfərə bərabərdir ki, bunun da 1149680 nəfəri işləyir, 67310 nəfəri isə işləmir. Deməli, işsiz­liyin səviyyəsi: LUE = (67310 ∙ 100): 1216990 = 5,5%-ə bərabərdir. Işsizliyin səbəblərinə dair müxtəlif baxışlar, nəzəriy-yələr möv­cud­dur. Bunlardan geniş yayılmışları aşağıdakı-lardır: 1) Əhali artıqlığı (mal­tusçuluq); 2) Texniki tərəqqi («texnoloji nəzəriyyə»); 3) Kapital yığı­mı prosesi (marksist məktəb); 4) Bazar tələbinin kifayət qədər olmaması (Keyns nəzəriyyəsi); 5) Əmək haqqının səviyyəsinin yüksək olması («azad sahibkarlıq» məktəbi). Maltusçuluq ingilis iqtisadçısı T. F. Maltusun adı ilə bağlıdır. O, özünün "Əhali qanunu haqqında təcrübə" əsərində (1798) göstərirdi ki, əhalinin sayı həndəsi silsilə ilə, nemətlər istehsalı isə ədədi silsilə ilə artır və buna görə də müəyyən müddətdən (adətən 25 ildən bir) sonra ar­tıq əhali əmələ gəlir. Bu da işsizlər ordusunun yaranmasına səbəb olur. Geniş yayılmış nəzəriyyələrdən biri də işsizliyin başlı-ca səbə­binin texniki tərəqqi olduğunu elan edən «texnoloji işsizlikdir». Bu nəzə­riyyə 1954-cü ildə Vyanada keçirilmiş tam məşğulluğun təmin edil­məsinin vasitə və yolları haq-qında diskussiyalarda müdafiə olun­muş­dur. Qərbin iqtisadi ədəbiyyatında belə bir fikir yayılmışdır ki, istehsal gücləri-nin yüklənməsi dərəcəsi əsas kapitaldan istifadənin məq­sədəuy­ğun­luğu və faydalılığını göstərdiyi kimi işsizlik də əmək ehtiyatlarından istifadənin məqsədəuyğunluğunu əks etdirir. Əslində marksizm də işsiz­li­yin başlıca səbəbini bunda görür. Başqa sözlə, marksizm, işsizliyi ka­pi­tal yığımı prosesi ilə əlaqələndirir. Bunun mahiyyəti ondan ibarət­dir ki, canlı əməyə (dəyişən kapitala) olan tələb maşın və ava-danlıqlara (sabit kapitalın başlıca ünsürlərinə) olan tələbdən ləng artır. Deməli, is­tehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması istər-is­təməz işsizliyə gətirib çıxarır. Bununla əlaqədar olaraq hələ XIX əsrdə «Kompensasiya nəzəriyyəsi» meydana gəlmişdir. Bu nəzəriyyənin tərəf­darlarının fikrincə maşınların istehsalın bir sahəsindən sıxışdırdığı işçi­lər digər sahələrdə iş qüvvəsinə olan əlavə tələbin ödənilməsi yolu ilə kompensasiya edilir. Müasir dünyada çox geniş yayılmış nəzəriyyələrdən biri də Keynsin işsizlik nəzəriyyəsidir. 1936-cı ildə məşhur ingilis iqtisadçısı C.M.Keyns özünün «Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi» kita­bında kapitalist iqtisadiyya­tında məşğulluq səviyyəsini yeni tərzdə ay­dın­laşdırmışdır. Onun fikrincə kapitalizmdə tam məşğulluğa zəmanət ve­rən heç bir mexanizm yoxdur. Belə nəticə çıxarılır ki, tam məş-ğulluq qanunauyğunluq deyil, təsadüflükdür. Kapitalizm sonsuzluğa qədər çiçək­lənməni təmin edə bilən və öz-özünü tənzimləyən iqtisadi sistem de­yildir. Kapitalizmin "öz-özünə inkişaf" etdiyini güman etmək olmaz. Bundan başqa, iqtisa-di inkişafda tərəddüdetmələri yalnız müharibələr, quraqlıq və s. kimi xarici və qeyri-normal amillərlə əlaqələndirmək düz­gün deyildir. Əksinə, işsizliyin səbəblərini xeyli dərəcədə bir sıra çox mü­hüm iqtisadi məsələlər, xüsusilə də yığım və investisiyalar haqqında qərarlar qəbul edi­lər­kən tam tarazlığın gözlənilməsində axtarmaq la­zımdır. Keynsdən fərqli olaraq «azad sahibkarlıq» məktə­binin nüma­yəndələri kortəbii bazar mexanizmini tərifləyir və işsizliyin səbəbini əmək haqqının yüksək olması ilə izah edirlər. Onların fikrincə əmək haqqının artırılması məş­ğul-luğun və işçilərin sayının azalmasına və de­məli, işsizliyə gətirib çıxarır. Bu məktəbin tanınmış nümayən­də­lə­rindən biri Kembric Universitetinin professoru A.Piqudur. Onun çıxar­dığı əsas nəticələr bunlardır: 1) Istehsalda məşğul olan işçilərin sayı ilə əmək haqqının səviyyəsi arasında tərsmütənasiblik vardır. Yəni əmək haq­qı nə qədər yüksək olarsa, məşğulluq da bir o qədər aşağı olur; 2) 1914-18-ci illərdəki birinci dünya müharibəsinə qədər əmək haqqı ilə məş­ğulluq arasında tarazlığın olması onunla izah edilir ki, əmək haqqı işçi­lər ara­sında gedən azad rəqabət əsasında, hamının məşğul ola bilməsinə im­kan verən səviyyədə müəyyən olunmuşdur; 3) Birinci dün­ya mühari­bə­sindən sonra həmkarlar ittifaqının rolunun artması və işsizliyə görə müavinətlərin verilməsi əmək haqqının yüksəlməsinə gəti­rib çıxarmışdır ki, bu da kütləvi işsizliyin səbəblərindən biridir; 4) Tam məşğulluğa nail olmaq üçün əmək haqqını aşağı salmaq lazımdır. Beləliklə, işsizlik müxtəlif səbəblərdən əmələ gəlir və başlıca vəzifə onun qarşısının alınmasıdır. Lakin elə hallar da olur ki, işsizliyin tamamilə aradan qaldırılması mümkün olmur. Bunun nə dərəcədə həqi­qətə uyğun olduğuna inanmaq üçün işsizliyin formalarını nə­zər­dən ke­çirək. Insanlara fəaliyyət növünün və iş yerinin seçilmə­sində sərbəst­lik verildikdə istər-istəməz seçim qarşısında, «iki da­şın arasında» qa­lırlar. Belə ki, bəziləri iş yerlərini könüllü surətdə də­yişir, bəziləri işdən çıxarıldıqlarına görə yeni iş yerləri axtarır, üçün­cülər, mövsümi məşğul olduqları iş yerlərini (məsələn, tikinti səna­yesində hava şəraiti pis oldu­ğuna, avtomobil sənayesində model dəyiş­diyinə görə) itirirlər. Elə adam­lar da vardır ki, (bu xüsusilə gənclərə aid­dir) yenicə əmək fəaliy­yə­ti­nə başladıqlarına görə iş axtarırlar. Bu adam­ların hamısı iş yerləri tap­dıqda, yaxud da işdən müvəqqəti çıxarılanlar köhnə iş yerlərinə qa­yıtdıqda, digər iş axtaranlar və iş yerlərini müvəq­qəti itirənlər "ümumi işsizlilər fondunda" onları əvəz edirlər və deməli, işsizlik yenə də qalır. Buna friksion işsizlik deyilir. Işsizliyin bu forması qaçılmaz və müəy­yən dərəcədə arzuolunandır. Çünki işçilərin çoxu, bəlkə də hamısı az maaş verilən işdən çox maaş verilən, az məhsuldar işdən yüksək məh­sul­darlıqlı işə keçməyə çalışır, yaxud da yaşadığı ərazilərdəki idarə və müəssisələrdə işləməyə üstünlük verirlər. Deməli, əhalinin yerdəyişməsi, bir işdən başqa işə keçməsi hallarına son qoy­maq mümkün olmadığına görə, friksion işsizliyi də tama-milə aradan qaldlırmaq mümkün de­yildir. Friksion işsizlik hiss olunmadan struktur işsizliyə keçir. Iqti­sadçılar struktur sözünü «tərkib» mənasında işlə-dirlər. Zaman keçdikdə istehlak tələbinin strukturunda və texnologiyada çox mühüm dəyi­şik­liklər əmələ gəlir ki, bu da öz növbəsində iş qüvvəsinə olan ümumi tə­lə­bin strukturu-nun dəyişməsinə səbəb olur. Bunun nəticəsində bəzi pe­şə və ixtisaslara olan tələb azalır, bəzi hallarda hətta yox olur, bəzi­lərinə isə, əksinə, tələb artır. Təbiidir ki, bu, işçilərin bəzi kate­qoriya­la­rında iş­sizliyin əmələ gəlməsinə səbəb olur. Bu, onunla əla­qədardır ki, iş qüv­vəsinin quruluşu yeni iş yerlərinin quruluşuna tez bir zamanda uyğun­la­şa bilmir və uyğunlaşa da bilməz. Göründüyü kimi, elmi-texniki tərəq­qi sonsuz olduğuna görə struktur işsizliyin də tama­milə aradan qaldı­rılması mümkün deyildir və bu mənada onun friksion işsizliyə oxşarlığı vardır. Lakin bunları tamamilə eyniləşdir-mək olmaz, onların arasında fərqlər vardır. Bu, özünü onda göstərir ki, friksion işsizlərin təcrübələri, vərdişləri var və onlar "əmək«lərini sata bilərlər. Stukrtur işsizlər isə yenidən hazırlıq mərhələsini keçməsələr, əlavə pe­şə­yə yiyələnmə-sələr, hət­ta bəzi hallarda yaşayış yerlərini dəyişməsələr iş tapa bilmirlər. Digər tərəfdən friksion işsizlik qısa müddət, struktur iş­sizlik isə uzun müddət davam edir. Işsizliyin növlərindən biri də tsiklik və ya dövri işsizlikdir. Iş­sizliyin bu növü iqtisadi tsiklin azalma mərhələsi ilə əlaqədardır. Başqa sözlə, əmtəə və xidmətlərə ümumi tələb azaldıqda məşğulluq ixtisar olu­nur və işsizlik artır. Odur ki, tsiklik işsizliyi bəzən tələbin azalması ilə əlaqədar olan işsizlik də adlandırırlar.
['işsizlik', 'məşğulluq', 'mesgulluq', 'makroiqtisadiyyat', 'makroekonomiks']
1,072
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/10197/dahil%C9%99r-v%C9%99-idman.html
Dahilər və idman
Aynur
Böyük insanlar,şəxsiyyətlər
4 fevral 2016, 16:08
Ernest Miller Heminquey amerikanın məşhur yazıçısıdır. Uşaqlıqdan atası onu ovçu tüfəngindən atmağı öyrədirdi. 10 yaşına çatanda uçan nişanların vurulmasında ustadlığını göstərdi və babası ona ovçu tüfəngini bağışladı. Böyüdükcə idmanın başqa növlərinə də fikri verirdi. Ernest boksla çox məşğul olurdu. Onun bədəni pəhləvanların bədəninə bənzəyirdi. Hətta maddi çətinlikləri çəkəndə o, çörəyi boksla qazanırdı. Qeyri-rəsmi olaraq təşkil edilmiş orta və yüngül çəkidə olan çempionlar arasında boks yarışı zamanı tamaşaçı kimi Heminquey iştirak edirdi. 10-cu raundda orta çəkili boksçu öz çəkisinin hesabına üstünlük qazanaraq rəqibinə güclü zərbələr endirir. Nəticənin ölümlə sona çatmasından ehtiyat edərək Ernest rinqə atılaraq qəzəblənmiş boksçunun qabağını alır. Əla üzməyi bacarırdı. Bir dəfə restorana qayıq ilə getmək istədiyi zaman dənizdə fırtına qopur. Ernest dostlarına sahil tərəfə üzməyini təklif etdi. Restorana yaş paltarda buraxmadığı halda o, öz kostyumunu qayış ilə bağlayıb bir sağ əl ilə sahilə gedib çıxır. Sonra onun dostu yada salırdı ki, o heç iki əlin köməyi ilə ona gedib çala bilmirdi. Orta yaşlı Heminquey haqqında amerikanın ən yaxşı atıcısı olan Teylor Uilyams, onun barəsində belə demişdir: «Bir dəfə mən, Ernestin atdan sıçrayıb 100 yard qaçaraq, 270 yard məsafədə olan ovun necə ustalıqla vurulmasının şahidi oldum və buna heyran qaldım.» Hətta o, iri ağır çəkili balıqları tutmaq üzrə uzun müddət dünya rekordu qazanır. O, həmişə deyirdi ki, idman canının sağlamlığıdır. İngiltərənin böyük şairi Corc Noel Qordon Bayron idmana öz meylini salmışdı. Bayron dünyaya gələndə, bir ayağı zədələnmişdi və ömrünün axırına kimi axsayırdı. Bundan çox əziyyət çəkən şair idmanla məşğul olur və bununla öz nöqsanını kompensasiya edirdi. C.Bayron güclü idi, onun bədəni atletlərin bədəninə oxşayırdı. O, idmanın bir neçə növləri ilə məşğul olurdu. Corc 5 m-ə qədər suyun altına üzürdü, Temza çayını və Dardanel boğazını Abidosdan Sestosa kimi bir dəfəyə (7,412 km) üzüb keçirdi. O, öz çəkisinə fikri verirdi, buna görə də gündə bir dəfə yeyirdi, pivə içmirdi. Nahardan sonra o, ancaq idmanla məşğul olurdu. Hər gün meşədə at sürürdü və sonra göldə qayıq ilə məşq edirdi. Çox yaxşı boksu və qılıncbazlığı bacarırdı. Çoxlu piyada gəzməyini xoşlayırdı. Məşhur rəssam Leonardo do Vinçinin fizika, riyaziyyat, astronomiya və s. sahələri ilə də məşğul olduğunu yəqin çox adam bilir. Lakin çox az adam bilir ki, o, bütün bunlarla yanaşı həm də qızğın şəkildə alpinizm həvəskarı olmuş və bir sıra yüksəkliklərin fəthində iştirak etmişdir. Məşhur fizik Nils Bor həm də gözəl futbolçu olmuş və ölkənin yığma komandasının tərkibində mərkəzi hücumçu kimi ölkənin idman şərəfini qorumuşdu. Məşhur fransız fiziki,Nobel mükafatı laureatı Frederik Jülio-Küri gənc yaşlarında elmlə və yaxud futbol ilə məşğul olmaq seçimi qarşısında qalmışdı. Hər halda fransızlarla ingilislərin gənclərarası futbol matçından sonra o müqavilə bağlamaq barədə rəsmi dəvət almışdı. Bütün dünyada məşhurlaşdıqdan sonra da o idmanla məşğul olmağı davam etdirmiş, qışda ayaq xizəyi ilə, yayda — balıq tutmaqla və alpinizmlə məşğul olmuşdu. O hətta bir dəfə 4665 m hündürlükdəki zirvəni fəth etmişdi. Rus klassiklərindən biri Aleksandr İvanoviç Kuprin idmanın bütün növlərini camaat arasında geniş yayılmasında fəaliyyət göstərib və bu barədə öz məqalələrini jurnalda dərc edirdi. Kuprin özü də idmanla məşğul olurdu. Səhər tezdən o ya çayda üzürdü, ya da soyuq su ilə çimirdi, sonra gimnastika və brusyalarda məşq edirdi. Aviasiya ilə çox maraqlanırdı, suyun altına üzürdü, dənizdə yelkənlə gəzintiyə tez-tez çıxardı, yaxşı atlı idi, konkiləri sürürdü. Rus şairi Mixail Yuryeviç Lermontov idmanı hər şeydən həmişə üstün tutub. Şair C.Bayrona da bənzəmək istəyirdi. O, rus güləşinə maraq göstərirdi, hətta özü kazaklarla çox güləşərdi. Qarabağ ayğırında igidlərlə bərabər öz məharətini göstərirdi və atlı kimi bacarıqlı idi. Konki ilə məşğul olurdu. Qılıncbazlığın bütün növlərində də öz bacarığını neçə dəfə sübut edib. Kənddə olarkən çoxlu piyada gəzirdi. Görkəmli rus şairi Aleksandr Serqeyeviç Puşkin, idmana şiddətli həvəsi var idi. Onun idmana marağı şeirdə, məktubda, sənəddə, hətta şəkillərdə də rast gəlmək olar. O, şahmat həvəskarı və boksçu idi, güləşlə maraqlanırdı, atı və konkini sürürdü, qılıncbazlıq təlimini keçirdi, soyuq çayda çimirdi, tapançadan atmağı, piyada gəzməyi hətta ağır əşyaları da qaldırmağı xoşlayırdı Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['dahilərin həyatı', 'dahilər', 'şəxsiyyətlər', 'idman', 'dahilərin vərdişləri']
1,073
https://kayzen.az/blog/fizikl%C9%99r/12871/om-georq.html
Om Georq
Aynur
Görkəmli fiziklər
1 fevral 2016, 00:51
Georq Simon Om alman fizikidir. Om Almaniyanın Erlangen şəhərində anadan olub. Om gimnaziyanı bitirdikdən sonra Erlangen universitetinə daxil olur. Universiteti bitirdikdən sonra orta məktəbdə müəllim işləməyə başlayır və eyni zamanda doktorluq dissertasiyasına müstəqil olaraq hazırlaşır. 1811-ci ildə o, Erlangen universitetində doktorluq dissertasiyası müdafiə edir və Almaniyanın müxtəlif məktəblərində fizika-riyaziyyat müəllimi işləyir. Orta məktəb müəllimi işləyərkən Om 1820-ci ildə cərəyan şiddəti ilə gərginlik arasındakı asılılığı öyrənmək üçün eksperiment aparmağa başlayır.Öz tədqiqatlarında Om, təcrübədən nəzəriyyəyə, nəzəriyyədən isə yoxlamaq üçün, yenidən təcrübəyə keçmişdir: təcrübə-nəzəriyə-təcrübə bu ən yaxşı elmi metoddur. Bu metoddan istifadə etməsi alimə fizikanın mühüm qanununu kəşf etməyə imkan verdi.Onun əsas tədqiqatları elektrik, akustika, optika, kristallar optikası sahələrinə aiddir.Om 1820-ci ilin ortalarında eksperimental yolla müəyyən edir ki, sabit cərəyan dövrəsində elektrik cərəyanı naqilin uzunluğundan en kəsiyindən və dövrəyə qoşulan elementlərin sayından asılıdır.Cərəyan şiddətini ölçmək üçün OM sadə qalvanometrdən - sapla maqnit əqrəbi asılmış burulma tərəzisindən istifadə etmişdir. O, fikirləşib tapır ki, cərəyan axan naqilin üstündə maqnit əqrəbi asılarsa, əqrəbin dönmə bucağı cərəyanın qiyməti barədə məlumat verə bilər. Ona görə Kulona oxşar olaraq Om burulma tərəzi düzəldir. Tərəzidə olan maqnit əqrəbi dəqiq və həssas qalvanometri xatırladır. Naqildən cərəyan keçərkən onun yaratdığı maqnit sahəsi sapdan asılmış maqnit əqrəbinə təsir edərək burulma momenti yaradır. Om bu qüvvə momentini ölçərək müəyyən etmişdir ki, qüvvə momentinin qiyməti cərəyan şiddətinin qiyməti ilə mütənasibdir.Əvvəlcə Om cərəyan şiddətinin dövrəyə birləşdirilən naqilin uzunluğundan asılılığını tədqiq etmişdir. Cərəyan mənbəyi olaraq o mis və bismutdan ibarət termoelement götürmüşdür. Om öz qanununun riyazi ifadəsini x = k ω a/l şəklində vermişdir. Burada x - cərəyan şiddəti, a - naqilin uclarındakı gərginlik, ω - en kəsiyinin sahəsi, l - uzunluq, k - naqilin keçiriciliyidir. Bu düstur dövrə hissəsi üçün Om qanununun indiki (İ = U/R) düsturu ilə eynidir. A = B/OmElmdə alimin xidmətlərini qiymətləndirmək üçün onun yaşadığı dövrü, iş şəraitini nəzərə almaq lazımdır. O dövrdə Almaniyada əsas fəlsəfi təlim Heygelin idealist sistemi idi. Onun təcrübi metodu bu sistemə zidd idi. Ona görə Omu ali məktəbə işləməyə qoymayıblar. O, hərbi məktəbdə riyaziyyatdan dərs deməyə başlayır, sonra isə Nyuriberqdə Politexnik məktəbin direktoru (1833) işləyir. 22 ildən sonra, onun «Qalvanik dövrə» adlı kitabı çapdan çıxdıqdan sonra Om dünyada məşhurlaşdı.«Müqavimət» termini Oma məxsusdur. Müqavimət vahidi alimin şərəfinə «Om» qəbul edilib.Elmdəki xidmətlərinə görə Om Berlin EA-ya müxbir üzv (1839) və London Kral cəmiyyətinə üzv seçilmişdir.Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['fizik']
1,074
https://kayzen.az/blog/happy/18574/xo%C5%9Fb%C9%99xt-olmaq-%C3%BC%C3%A7%C3%BCn-8-v%C9%99rdi%C5%9F.html
Xoşbəxt olmaq üçün 8 vərdiş
Cavid
Xoşbəxtlik üçün
28 yanvar 2016, 15:52
Hər gün sizi xoşbəxt və məhsuldar edəcək 8 vərdiş: Sizi başqalarından fərləndirən xüsusiyyətlərdən biridi sizin vərdişlərinizin olmasıdır. Günün başlanğıcından sonuna kimi bu vərdişlər sizə böyük təsir edir. Bunların ən əsasları aşağıdakılardır. 1. Səhər yuxudan tez durmaq — bu vərdiş sizə çox böyük fayda verəcək. Belə ki, səhər yuxudan tez durmaq sizə əlavə vaxt qazandıracaq və siz daha rahat səhər yeməyi yeməyə, daha düzgün geyinməyə, səhər idmanı etməyə və gün ərzində edəcəyiniz işlərə nəzər sala biləcəksiz. 2. Sizə xoş təsir bağışlayan və sizi xoşbəxt edəcək şeyləri siyahıya alın — jurnallarda oxuduğunuz və sizə müsbət təsir edən nə varsa bir vərəqə qeyd edin, sizin üçün vacib olan bir məsələ var, bəzən dayanın var düşünün sizin həyatda nəyiniz var və əldə etdikləriniz üçün fəxr edin. 3. Hər gün məqsədlərinizə doğru gedin — əgər siz məhsuldar olmaq istəyirsinizsə gün ərzində nəyi edə biləcəyinizi düşünün. Qarşınıza bir neçə əsas məqsəd qoyun və onları əldə etməyə doğru gedin nəyinki çoxlu məqsəd qarşınıza qoyun və onlara çata bilməyin. Özünüzə qarşı vicdanlı olun və gün bitdikdə neyi etdiyinizi özünüzdən soruşun. 4. Wifi və telefonunuzu bir müddətlik söndürün — özünüzü daha da məhsuldar görmək istiyirsinizsə telfonunuzu bir müddət kənara qoyun və internetdən aralı durun və ancaq işiniz barədə düşünün, sosial mediyada nələr olduğunu bir müddətlik özünüzdən uzaq tutun. 5. Qısa gəzindi yaxud idman edin — əgər gün ərzində çox oturursunuzsa özünüzə vasilə ayırın, gəzintiyə çıxın yaxud idman edin. İstər məktəbdə istər işdə vasilə edin, hər şeyi unudun və təmiz hava qəbul edin. 6. Bir neçə səhifə kitab oxuyun — hər gün biraz oxumaq çox vacibdir, istər tibb, səhiyyə, xoşbəxtlik istərsədə şəxsi inkişaf üçün kitablar oxuyun bu sizin işdə məhsuldarlığınızı atıracaq və daha da effektiv olacaq. 7. Növbəti gün üçün məqsədlərinizi yazın — axşam yatmazdan öncə sabah üçün məqsədlərinizi və planlarınızı yazın bu da sizə onlara çatmağınızda kömək edəcək. Bu da sizin həftə ərzində planlı işləməyinizə vasitə olacaq 8. Aşxam yuxusuna hazırlaşarkən positiv şeylər düşünün — gün ərzində baş verən yaxşı şeylər barədə düşünün və etdiyiniz işlər barədə özünüzü qiymətləndirin və tərifləyin. Xoş düçüncələr sizə daha da stimul vərəcək   Məqalə orjinaldır, xarici saytlardan istinad əsasında hazırlanmışdır. Əməyə hörmət və halallıq üçün məqalədən istifadə zamana sayta istinad edin.
['vərdiş', 'hobbi', 'iş', 'düşüncə', 'xoşbəxt']
1,075
https://kayzen.az/blog/diplomatiya/7535/xarici-i%C5%9Fl%C9%99r-nazirliyi_2.html
Xarici işlər nazirliyi
rokfeller
Diplomatiya
17 yanvar 2016, 13:12
Əksər ölkələrdə «XİN» adı ilə gedir, lakin istisnalar da var: ABŞ-da – «Dövlət Departamenti», İngiltərədə – «Forin ofis», (yerləşdiyi küçənin adı ilə «Dauninq street»); Fransada – (yerli küçənin adı ilə və s.) Fəaliyyətin əsas məzmunu – beynəlxalq münasibətlər aləmində öz dövlətinin hüquqları və maraqlarının müdafiəsində durmaqdır. XİN mərkəzi aparatı, xaricdə yerləşən diplomatik nümayəndəliklər, konsul təsisatlarından ibarətdir. XİN əsas funksiyaları -Höküməti və dövləti ölkənin özündə və ölkədən kənarda təmsil etmək. — öz dövləti adından xarici ölkələrlə danışıqlar aparmaq, beynəlxalq tədbirlərdə iştirak etmək, beynəlxalq sazişlər bağlamaq, bu sazişlərdən irəli gələn öhdəliklərə riayət olunmasına və onların əməl olunmasına nəzarət etmək, rəsmi səfərlərin təşkilatı ilə məşğul olmaq; -beynəlxalq vəziyyətin xarici dövlətlərin xarici və daxili siyasətlərin, beynəlxalq təşkilatlar və hərəkatların öyrənilməsi, əhəmiyyət kəşf edən beynəlxalq hadisələr haqqında öz hökümətini vaxtında məlumatlandırmaq, və bu hadisələrdən irəli gələn yeni məsələlərinə müvafiq təkliflər vermək; -xarici siyasət üçün kadrların hazırlanması; xarici siyasət aləmində arxiv materialların işləyib hazırlanması; və xarici siyasət məsələləri üzrə rəsmi sənədlərin nəşr edilməsi. XİN-yi mərkəzi aparatının əsas bəndləri. Nazirliyin rəhbərliyi – nazir, nazir müavinləri, kollegiya (şura) üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, nazir müşavirələri, baş (icraçı) katiblik (dəftərxana) (idarələr, departamentlər, şöbələr). Onlar da öz fəaliyyətlərinə görə, 2 qrupa bölünür: A) Əməliyyat, ərazi, yaxud, regional idarələr. Onlar müəyyən ölkələr qrupu ilə xarici münasibətlər üzrə məsələlərlə məşğuldular. B) Funksional idarələr öz funksiyalarına görə – xarici siyasət üzrə tədbirlərin planlaşdırılması, ümumbeynəlxalq və qlobal problemlər üzrə, mədəniyyət əlaqələri üzrə məsələlər və s. işlərlə məşğul olan bölmələrə ayrılırlar. C) Kargüzarlıq, dipkuryer (dipl.kuryer) və diplomatik şifrələrin tətbiqi ilə (sirli əlaqə) ilə məşğul olan idarələr. D) XİN-in mərkəzi və xarici aparatların bütövlüklə təmin edən XİN-in inzibati təsərrüfat idarəsi və onun müxtəlif xidmətləri. Nazirlik rəhbərliyinin işinin tərkibi və forması. -Xarici işlər naziri nazirlik rəhbərliyinə görə fərdi olaraq cavabdehdir. Geniş mənada, bu idarənin rəhbərlik aparatına nazirin müaavinləri, departamentlər başçıları, nazirin müşavirələri, xüsusi tapşırıqlar üzrə səvfirlər və bir sıra başqa səlahiyyətli şəxslər də daxildil. XİN rəhbərliyində kollegiya (şura) da fəal iştirak edir. Bu kollegiyanın tərkibinə nazir, onun müavinləri, bəzi departamentlərin rəisi daxildil. Şura məsləhəti funksiyalar daşıyır. Nazirliyin rəhbərlik aparatı adətən baq (icraçı) katiblik, yaxud dəftərxana tərəfindən xidmət olunur. -XİN rəhbərliyi öz idarəsini fəaliyyətini daha ümumi istiqamətdə həyata keçirir, beynəlxalq problemləri müzakirə edir, bu problemlərin həll edilmə yollarını ali dövlət orqanları üçün hazırlayır və onların göstərişlərinə uyğun müvafiq hərəkətlər edir. Nazirin müavinləri əməliyyat – ərazi (regional), funksional idarələr, inzibati-təsərrüfat və nazirliyin başqa xidmətlərinə rəhbərlik edirlər. Onların səlahiyyətlərinə xaricdəki səfirliklər və missiyaların fəaliyyətlərinin rəhbərliyi də daxildil. Bunlardan əlavə, nazirlik rəhbərliyi ölkəsində təyin edilmiş başqa dövlətlərin səfirləri ilə gündəlik ünsiyyət saxlayır, müxtəlif diplomatik qəbullar və rəsmi tədbirlərdə iştirak edir, başqa dövlətlərin nümayəndələri ilə danışıqlar aparır, müxtəlif beynəlxalq konfranslara və müşavirələrə gedir. Xarici səfirlərin, diplomatik elçilərin və işlər vəkillərin qəbulu XİN rəhbərliyinin fəaliyyətinin mühüm hissəsini təşkil edir. Diplomatik nümayəndəliklərin başçıları vaxtaşırı nazirliyə gəlir, nazirlə, onun müavinləri ilə, və müxtəlif departamentlərin rəisləri ilə danışılar aparırlar. Mərkəzi aparatda konkret ölkələrlə münasibətlərin inkişafına nəzarəti (ƏƏİ) – əməliyyat-ərazi idarələr həyata keçiriri. Onların gündəlik işlərinin həcmi və forması bunlardan ibarətdir: -onlar konkret ölklələrdə baş verən hadisələr haqqında rəhbərliyə məlumat verir və bu hadisələrə çevik reaksiya göstərməyi təmin edir. -onlar konkret ölkələrlə münasibətlər üzrə və konkret beynəlxalq məsələlər üzrə təkliflər irəli sürürlər. Bunun üçün isə rəhbərlik və ƏƏİ-nin əməkdaşları müntəzəm olaraq alınan məlumatları sistemləşdirir (imzalayır) və təhlil edi. Bu məlumatlar dövlətin həmin ölkələrdə təyin edilmiş diplomatik nümayəndəliklərindən, çap və elektron kütləvi məlumat vasitələrindən və başqa mənbələrdən əldə olunur. Əlavə məlumat almaq üçün ƏƏİ öz fəaliyyətini XİN-in başqa diplomatik bölmələri və xarici siyasətlə bağlı olan dövlət idarələri ilə üzlaşdırır. -ƏƏİ xarici səfirliklərlə və missiyalarla diplomatik kontaktlar saxlayırlar. Bu və ya digər ölkə ilə siyasi vəziyyətdən və münasibətlərdən asılı olaraq, həmin ölkələrin nümayəndəliklərinə qarşı müvafiq addımlar atılır. Səvirləri və xarici səfirliklərin başqa əməkdaşlarını ƏƏİ-nin gündəlik işinə, həmçinin müxtəlif sorğulara, xarici səfirliklərin müraciətlərinə reaksiya vermək, onlara cavab hazırlamaq, nota və başqa diplomatik sənədləri tərtib etmək də daxildir. Xarici səfirliklərlə nazirliyin məktublaşması adresata nazirlik adından göndərilən notalar (verbal (imzasız şiyahi) və şəxsi); yaddaş kağızları (məktubları), yaxud memorandumlar şəklində aparılır. — Əməliyyatsı diplomatik bölmələr idarələrin sərəncam dairəsinə aid olan ölkələrdə diplomatik nümayəndəliklər rəhbərlik edirlər. Diplomatik nümayəndəliklərdən göndərilən söhbətlər, hesabatlar və arayışların təhlilin nəticələrinə əsaslanaraq, diplomatik poçt və şifrəolunmuş əlaqədən istifadə edərək səvirliklər və missiyaların fəaliyyətini uzlaşdırır və istiqamətləndirir. ƏƏİ öz aralarında (misal üçün, həmhəmhüdud ölkələrlə məşğul olan idarələrlə) əlaqə saxlayırlar. Funksional idarələrin müzakirə etdikləri problemlərin geniş spektrini nəzərə alaraq ƏƏİ onlarla da əlaqə saxlayır. -XİN-in bölmələri və başqa idarələr üçün nəzərdə tutulmuş arayış və məlumat materialların hazırlanması da ƏƏİ vəzifələrinə daxildir. -Müvafiq ölkələrlə münasibətlərin inkişafı ilə bağlı məsələlər kompleksini dərindən təhlil edərək, ƏƏİ öz işinin müəyyən planını hazırlayır. Plan ölkələrdə vəziyyəti obyektiv şəkildə öyrənməyə, həmin dövlətlərdən yekun məlumatın almağına imkan verən tədbirlərdən ibarətdir. Alınan məlumatların əsasında idarələr konkret ölkələrə qarşı mövqelərini, hərəkətlərini sonradan həyata keçirilən xətt üzrə planlaşdırırlar. «Böyük səkkizli»yə daxil olan ölkələrin təcrübəsinə qısa şəkildə nəzər salaq. Böyük Britaniya Britaniya xarici siyasətinin idarəedilməsinin özəlliyi var: beynəlxalq münasibətlərdə dövləti təmsil edən, xarici dövlətlərə səfir və elçiləri göndərən və ölkəsində xarici səfir və elçiləri qəbul edən dövlət başıçısı kraliçadır. Diplomatik xidmət aparatında əsilzadə ailələrinin üzvlərinə, yaxud diplomatik iş təcrübələrini irsən öz oğullarına ötürən, ingilis diplomatiyasının ənənələrini qoruyub saxlayan xadimlərə tez-tez təsadüf edilir. Böyük Britaniyada konstitusiya yoxdur. Kraliça ənənələr və parlamentin qəbul etdiyi müxtəlif dövlət aktlarının əsasında, onun adından ölkəni idarə edən hökümətin qərarlarına müvafiq olaraq hərəkət edir. Ali qanunverici hakimiyyətə kraliça və parlamentin iki palatası malikdir. Xarici əlaqələr sahəsində kraliça müharibə elan etmək və sülh bağlamaq, beynəlxalq sazişləri ratifikasiya etmək, səfirləri təyin etmək və qəbul etmək kimi formal səlahiyyətlərə malikdir. Lakin praktikada kraliça faktiki olaraq əsas funksiyaları hökümətə həvalə edir və sadəcə olaraq nazirlər kabinetinin qərarlarını təsdiqləyir. Parlament qanunları və büdcəni qəbul edir, hökümətin fəaliyyətinə nəzarət edir. Bütün vacib beynəlxalq sazişlər və razılıqlar adətən parlamentdə nəzərdən keçirilir və bundan sonra kraliça tərəfindən imzalanır. Lakin parlament yalnız xarici siyasi məsələlər üzrə debatları həyata keçirir və bu yolla bir növ ictimai rəyi əks etdirir. Həlledici rola hökümət və onun kabineti malikdir. İcraedici hakimiyyətin ali orqanı hökümət məhdud bir tərkibi — nazirlər kabinetini seçir. Kabinetdə aparıcı rolu (o cümlədən xarici siyasət məsələlərində) baş nazir oynayır. Bu günə qədər Böyük Britaniyada bütün idarəetmə orqanlarından üstün olan Məxfi Şura mövcuddur. Onun tərkibinə kraliça tərəfindən təyin edilən xüsusi imtiyazlı şəxslər daxildirlər. Şuraya eyni zamanda kabinetə daxil olan sədr-lord başçılıq edir. Məxfi şura çox nadir hallarda çağırılır. Xarici əlaqələrin vacib əməliyyat orqanı xarici işlər nazirliyidir – Forin ofis (www.fco.qov.uk ). Onun strukturunda keçmiş və yeni elementlər bir-birini tamamlayırlar. Qurumun başçısı əlahəzrət kraliçanın xarici işlər üzrə baş dövlət katibidir (müasir diplomatiya praktikasında xarici işlər naziri adlanır). Nazir parlament və kabinet üzvüdür. Forin ofis nazirliklər və qurumlara, bəzi təşkilatlara (məsələn, Britaniya şurasına) nəzarət edir. Mədəniyyət-təhsil istiqamətli olan Britaniya şurası 60-dan çox ölkədə 4 min əməkdaşı işləyən iri bir təşkilatdır. Forin offisdən başqa xarici əlaqələr məsələləri ilə daha iki qurum məşğul olur: Millətlər və müstəmləkələr Birliyi işləri üzrə nazirliklər. İtaliya Respublikası İtaliya Respublikasının xarici işlər nazirliyinə (www.esteri.it ) nazir başçılıq edir. Ona bilavasitə tərkibində hüquqi şöbə və parlamentlə əməkdaşlıq üzrə şöbə olan katiblik, həmçinin daxili nəzarət xidməti tabedir. XİN vəzifə pilləsində növbəti şəxs XİN ali məmurlarından ibarət xarici işlər üzrə Şura ilə sıx işləyən dövlət katib yardımçısıdır. Ardıcılıqla sonra baş katib və ona yardım edən baş katibin müavini gəlir. Nazirliyin strukturu üç departamentdən ibarətdir: xarici siyasi fəaliyyətinin koordinasiya departamenti, xarici siyasi təhlil və planlaşdırılma departamenti; əməliyyat işi departamenti. Öz növbəsində, departamentlər idarələrə bölünürlər. Xarici siyasi koordinasiya departamentinə Avropa idarəsi, Amerika idarəsi, aralıq dənizi və Yaxın Şərq ölkələri idarəsi, Asiya, Okeaniya, Sakit okean və Antarktida idarəsi daxildir. Xarici siyasi təhlil və planlaşdırılma departamentinə aşağıdakı idarələr daxildir: avropa inteqrasiya idarəsi; çoxtərəfli siyasi münasibətlər və insan hüquqları idarəsi; çoxtərəfli iqtisadi və maliyyə əməkdaşlığı idarəsi; mədəniyyət sahəsində əməkdaşlıq idarəsi; konsulluq idarəsi; əməkdaşlığın inkişafı üzrə idarə; kadrlar idarəsi; inzibati idarə. Üçüncü departamentə İtaliya Respublikasının dövlət protokolu xidmətləri, nazirlik və xaricdəki diplomatik nümayəndəliklər üzrə müfəttişlik, informasiya və mətbuat idarəsi, müqavilə-hüquq idarəsi, sənədləşmə və arxivlər idarəsi, informasiya texnologiyları idarəsi və Diplomatiya institutu daxildir. Kanada Kanada XİN, daha doğrusu, Xarici siyasət və beynəlxalq ticarət departamenti (www.dfaitmaeci.gc.ca ) də özünəməxsus xüsusiyyətlərə malikdir. Mərkəzi aparatdan başqa o, 180-dan çox ölkədə 270-dən çox missiyanı, həmçinin 1365 ticarət nümayəndəliyini əhatə edir. Əməkdaşların ümumi sayı 7 mindən çoxdur. Departament fəaliyyətini daha çox Kanada iqtisadi maraqlarının genişlənməsi, güclənməsi və ticarətin inkişafına yönəldib. Departament mütəmadi olaraq icmallar, audit və qiymətləndirmə məruzələri nəşr edir. Onlarla yuxarıda göstərilən internet saytında asanca tanış olmaq olar. Rusiya Federasiyası Rusiyanın Xarici İşlər Nazirliyi son on il ərzində bir neçə daxili dəyişikliyə məruz qalmışdı. 2004-cü ilə qədər rəhbər şəxslərin sıralaması aşağıdakı şəkildə idi: nazir, baş katib (stats-katib), nazirin birinci müavini və digər 12 nazir müavini. Bu rəhbəredici heyətə baş katiblik xidmət edir. Ərazi bölmələri 14 departament və bir idarə, funksional bölmələr 22 departament və bir idarədən (www.mid.ru ) ibarətdir. 2004-cü ilin iyulunda Rusiya Federasiyasının prezidentinin fərmanı ilə nazir müavini, xarici işlər nazirliyinin baş direktoru vəzifələri təsis edilmişdir. Nazir müavinlərinin sayı 7 nəfərə qədər azaldılmışdı. Amerika Birləşmiş Ştatları 17 sentyabr 1787-ci ildə qəbul olunmuş ABŞ konstitusiyası, sonralar ona xarici məsələlər üzrə əlavələrin daxil edilməsinə baxmayaraq, əsaslı dəyişikliklərə məruz qalmayıb. Lakin praktikada bəzi uyğunsuzluqlara rast gəlinir: məsələn, konstitusiyada prezidenti xüsusi olaraq xarici əlaqələri həyata keçirməyə səlahiyyətləndirən maddələr yoxdur. Əvəzində ABŞ qanunları ilə təsbit edilmiş və konqress tərəfindən qəbul edilmiş zəngin tarixi təcrübə mövcuddur. Xarici siyasət məsələlərində əsas rolu iki şəxs oynayır – prezident və dövlət katibi. Bir simada birləşən prezident və hökümət başçısı iki funksiyaya malikdir: dövlət adından təmsiletmə və bu və ya digər qanunların qəbulu zamanı son qərarı verən hakim. İcraedici hakimiyyətin başçısı kimi prezident senatın təsdiqlədiyi bütün qanun və müqavilələri imzalayır, səfirləri qəbul edir, digər dövlətlərin nümayəndələri ilə danışıqlar aparır, iri beynəlxalq müşavirələrdə ABŞ adından çıxış edir. Onun xəbəri olmadan ABŞ xarici siyasətində heç bir ciddi addım atıla bilməz. Dövlət katibi ölkənin ikinci şəxsidir və xarici əlaqələr sahəsində gündəlik fəaliyyətə nəzarət edir, eyni zamanda hökümət daxilində beynəlxalq məsələlərlə məşğul olan aparıcı şəxsdir. Dövlət katibi prezidentin tapşırığı ilə sazişləri imzalayır, konqress qarşısında hesabat verir və s. ABŞ beynəlxalq məsələlər sahəsində vacib şəxslərindən biri də prezidentin Milli təhlükəsizlik üzrə köməkçisidir. XX əsrin 70-ci illərində o, ölkənin xarici siyasi kursunun formalaşmasında aparıcı rol oynayır və xarici siyasət məsələləri sahəsində prezidentin qərarlarına həlledici təsirə malik idi. Şübhəsiz, bunda tanınmış amerikalı diplomat Henri Kissincerin xidməti böyükdür. 1971-ci ilin yanvarında «Nyu-York tayms» qəzeti yazırdı: «Bir vaxtlar xarici siyasəti idarə edən edən məğrur və inkaredilməz dövlət departamenti, nəhayət, çoxlarının çoxdan dediklərini qəbul etməli oldu: o artıq ABŞ bütün xarici əlaqələrinə görə məsuliyyət daşımır və, göründüyü kimi, bu məsuliyyəti özünə qaytarmağa ümid edə bilməz». Bu anormal vəziyyəti aradan götürmək üçün 1973-cü ildə Kissincer eyni zamanda dövlət katibi vəzifəsinə də təyin edilmişdi. Prezident C.Fordun dövründə yenə bölünmə baş verdi və dövlət departamenti prezident və konqress tərəfindən təsbit edilən ümumi xarici kursa müvafiq olaraq həyata keçirilən xarici siyasətin və diplomatik aksiyaların işlənib hazırlanmasında yenidən aparıcı rol oynamağa başladı. Dövlət departamentinin funksiyaları və strukturu ilə daha dolğun şəkildə İnternetdə tanış olmaq olar (www.state.gov ). Almaniya Federativ Respublikası Almaniyada xarici siyasət orqanları aşağıdakı özünəməxsusluğa malikdirlər. Xarici siyasət sahəsində federal torpaqların səlahiyyətləri kifayət qədər məhduddur. Xarici əlaqələrin federal orqanları ikipalatalı parlament, prezident, federal kansler və hökümət, xarici işlər naziridir. İkipalatalı parlament bundestaq və bundesratdan ibarətdir. Xarici əlaqələrin ali orqanı prezident olsa da, real hakimiyyət, demək olar ki, tamamilə icra edici hakimiyyətin – hökümət və onun başçısı kanslerin əlindədir. Hətta buna görə alman sistemini hərdən kansler diktaturası adlandırırlar. Parlament qanunverici formalaşdırmaya ehtiyac duyan xarici əlaqələr məsələləri həll edir. Hər palatanın ayrıca xarici işlər üzrə komissiyası var. Bütövlükdə xarici əlaqələr sahəsi faktiki olaraq prezidentin, federal kanslerin, federal hökümətin və xarici işlər nazirliyinin əlində cəmləşib. İcraedici hakimiyyətin hüquqlarının genişlənməsi Almaniyada uzun müddət federal kansler xətti ilə getmişdi. Əsəs əməliyyat halqası başda federal nazir olmaqla xarici işlər nazirliyidir (www.auswaertiges-amt.de ). Bundan başqa xarici işlər nazirinin müavini qismində iki dövlət naziri işləyir ki, onlardan biri avropa işləri üzrə müavindir. Həmçinin iki baş (stats) katib fəaliyyət göstərməkdədir ki, onlardan biri nazirliyin direktorlar konfransı adlanan kollegiyasına rəhbərlik edir. HəmçininXİN strukturuna avropa və qərb şöbələri, Şərq şöbəsi, ticarət-siyasi və hüquqi şöbələr, kadrlar şöbəsi və mədəniyyət işləri üzrə idarə daxildir. Almaniyanın xaricdəki missiyalarında bir qayda olaraq, siyasi şöbələrdən başqa geniş iqtisadi şöbələr, həmçinin informasiya və mədəniyyət üzrə şöbələr mövcuddur, maliyyə, sığorta, sosial məsələlər üzrə referentlər çalışır. Bütövlükdə alman diplomatik qurumunda 5600 yaxın adam işləyir (3200 nəfəri xaricdə). Fransa Respublikası Xarici siyasətinin idarəedilməsinin Fransa sistemi də bəzi xüsusiyyətlərə və ənənələrə malikdir. 1958-ci və sonrakı illərin hadisələri Fransanı prezident respublikasına çevirdi. Məlum olduğu kimi, bu general Ş. de Qollun adı ilə bağlıdır. Parlament iki palatadan ibarətdir: Milli məclis və senat. Milli məclis bilavasitə, senat bilvasitə səsvermə yolu ilə seçilir. Senatda ərazi vahidləri və xaricdə yaşayan fransızlar təmsil olunur. Fransızların ifadəsinə görə, parlament haqqında bölmə konstitusiyanın «künc-bucağında» yerləşir. Lakin müharibənin elan edilməsi kimi mühüm məsələnin həlli məhz parlamentin səlahiyyətlərində təsbit edilib. Həmçinin Milli Məclis hökümətə inam yaxud inamsızlıq (o cümlədən xarici siyasət sahəsində) nümayiş etdirmək hüququna malikdir. Bəzi beynəlxalq müqavilələr yalnız parlament tərəfindən təsdiqlənə bilər. Əsas funksiyalar – səfir təyin etmək və xarici səfirləri akreditə etmək, sazişlərin bağlanması haqda danışıqları aparmaq və həmin sazişləri ratifikasiya etmək, Milli təhlükəsizliyi təmin etmək və hərbi qüvvələrin başçısı olmaq, prezidentin əlində cəmləşib. Baş nazirin rolu Böyük Britaniyaya nisbətən xeyli aşağıdır. Bununla yanaşı, baş nazir hökümətə başçılıq edir və deməli, gündəlik olaraq xarici siyasət məsələləri ilə də məşğul olur. Həmçinin konstitusiya şurası mövcuddur. Şura 9 illik səlahiyyətlərə malik olan 9 üzvdən ibarətdir və xarici siyasi fəaliyyətə nəzarət edir. Ölkənin bütün keçmiş prezidentləri ömürlük bu şuranın üzvləridirlər. Xarici siyasətin əsas halqası tarixçəsi 1628-ci ilə gedib çıxan XİN (www.france.diplomatie.fr ). 1853-cü ildən nazirlik məşhur Ke d’Orse bulvarında yerləşir. Ona nazir başçılıq edir, nazir yanında dəftərxana fəaliyyət göstərir. Həmçinin avropa və frankofon işləri üzrə iki nazir müavini də var. Xarici əlaqələr orqanlarına Frankofon cəmiyyətinin mərkəzi orqanları da aiddir. 1952-ci ilin 19 sentyabr dekreti ilə Fransanın diplomatik xidməti ümumi inzibatçılıq qulluqçularından ayrılmış, diplomatik və konsul personalı dörd məmur qrupuna bölünmüşdür: elçilər, məsləhətçilər və xarici işlər üzrə katiblər, Şərq üzrə mütəxəssislər və iş icraatçıları. Həmçinin iqtisadi işlər üzrə referentlər, attaşelər və s. var. Xarici nümayəndəliklərdə adətən siyasi, ticari-siyasi, konsul, protokol, həmçinin mətbuat, mədəniyyət şöbələri yaradılır. Yaponiya Yapon XİN (www.mofa.go.jp ) strukturuna daxildir: nazirin katibliyi, yaxud əlaqələndirmə və inzibatçılıqla, protokol məsələləri və mətubat və ictimaiyyətlə əlaqələrlə məşğul olan katiblik; strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik məsələləri, Yaponiyanın BMT ilə əməkdaşlığı, hümanitar problemlər və digər büroların fəaliyyətinin siyasi əlaqələndirilməsi ilə məşğul olan xarici siyasət bürosu; Asiya və Okeaniya bürosu; Şimali Amerika bürosu; Latın Amerikası və Karib bürosu; Avropa işləri üzrə büro; Yaxın Şərq və Afrika işləri üzrə büro; iqtisadi məsələlər üzrə büro, həmçinin iqtisadi və texniki yardım proqramları, tədqiqatlar və statistika ilə məşğul olan iqtisadi əməkdaşlıq bürosu; beynəlxalq-hüquqi məsələlərlə məşğul olan müqavilə bürosu; təhlil və kəşfiyyat bürosu. *** Praktiki olaraq bütün ölkələrdə xarici işlər nazirliyi xarici siyasət aparatının əsas halqası, xarici siyasəti həyata keçirən, dövləti və höküməti beynəlxalq arenada, digər dövlətlərlə əlaqələrdə, paytaxtda akreditə olunmuş diplomatik korpus qarşısında təmsil edən qurumdur. XİN aşağıdakı əsas funksiyaları yerinə yetirir: •ümumi beynəlxalq vəziyyətə aid informasiyanı ümumiləşdirir və təhlil edir; •xarici siyasət məsələləri üzrə təkliflər hazırlayır; •xarici diplomatik nümayəndəliklərlə əlaqələri təşkil edir və davamiyyətini təmin edir; •müqavilə və sazişlərin lahiyələrini işləyib hazırlayır; •öz vətəndaşlarının xaricdə şəxsi və mülki maraqlarını mühafizə edir. XİN mərkəzi aparat və xaricdəki diplomatik nümayəndəliklər və konsul qurumlarından ibarətdir. Nazir, onun müavinləri, kollegiya üzvləri rəhbərliyi təşkil edirlər. Bir qayda olaraq xarici işlər qurumlarında aşağıdakı bölmələr mövcuddur: siyasi şöbə – adətən regional bölmələri daxil edir. Məsələn, Latın Amerika, Afrika, Asiya bölmələri;beynəlxalq və regional təşkilatlar şöbəsi;müqavilə-hüquqi şöbə – iri dövlətlərdə müstəqil şöbə; adətən beynəlxalq hüquq məsələləri ilə məşğul olur. Bəzi dövlətlər bu məsələləri ədliyyə nazirliyinin səlahiyyətlərinə daxil edirlər;protokol şöbəsi;ticari-iqtisadi şöbə;hümanitar əməkdaşlıq şöbəsi;beynəlxalq təhlükəsizlik şöbəsi;informasiya şöbəsi. Həmçinin mətbuatla işləyir;kadrlar şöbəsi;maddi-texniki təminat şöbəsi;konsul münasibətlərini həyata keçirən şöbə;inzibatıi şöbə; bu şöbəyə adətən kommunikasiya və təhlükəsizliklə məşğul olan bölmə, həmçinin arxivlər və kitabxana daxildir.  
['Xarici İşlər Nazirliyi']
1,076
https://kayzen.az/blog/karyera/3295/monoton-bir-yaz%C4%B1.html
Monoton bir yazı
2ral
Karyera və yüksəliş
5 yanvar 2016, 21:01
Firdovsinin 30 il ərzində yazıb qurtardığı Şahnamədə belə deyilir: Burada çox qaldığım üçün dəyərsizləşdim mən, Suyun hovuzda çox qalanda iyləndiyi kimi. Dəyərli adamlar da bir yerdə çox qalanda qiymətləri aşağı düşür. “Təbdili-məkan, yəni yer dəyişmək xeyirlidir”, – deyirlər. Həmişə eyni yer, eyni sifətlər, eyni iş, eyni qayğılar… Eynilik bezginliyə səbəb olur. Adam əgər bir işdən bezibsə, o işə yeni rəng, yeni motiv qatmalıdır. Yer dəyişmək hərəkət etmək deməkdir. Hərəkətdə isə bərəkət vardır. Hərəkətsiz qalmaq bərəkətsiz qalmaqdır. Bir yerdə çox qalan su iy verir. Orqanizmin çox hissəsinin sudan ibarət olduğunu nəzərə alsaq, insanın hərəkətsizliyi onun da bezməsinə, üzülməsinə və bir yerdə “kif atmasına” gətirib çıxarır. Daim hərəkətdə olan Yer kürəsinin üzərində qalmaq üçün insan da hərəkət etməlidir. Elə bütün dərdlərimizin dərmanı da ağıllı hərəkət etməkdə deyilmi? Müasir dövrdə insanların ən çox qarşılaşdıqları problemlərdən biri də yeknəsəqlik, monotonluqdur. Həmişə eyni tempdə davam edən və daim təkrarlanan bir işin insanda yaratdığı yorğunluq və bezginlik vəziyyətinə monotonluq deyilir. Monotonluğun əsas səbəbləri sırasında görülən işin xüsusiyyətləri, iş yerindəki ab-hava, işçinin monotonluğa qarşı həssaslığı və onun psixoloji vəziyyəti göstərilə bilər. İsveçdə saat zavodunda aparılmış tədqiqatlar çox sadə işlərin monotonluğa və nəticədə psixoloji yorğunluğa səbəb olduğunu təsdiqləmişdir. Kanadanın Statistika Mərkəzi də eyni faktı təsdiqləyir. Mərkəzin araşdırmaları göstərmişdir ki, insanlar daha çox çətin işləri xoşlayırlar. Çünki çətin işlər onunla məşğul olanın həmin işə daha çox əhəmiyyət verməsinə səbəb olur və nəticədə monotonluq yaşanmır. Bu sahədə ilk ciddi tədqiqatlar 1-ci dünya müharibəsi zamanı aparılmışdır. Çünki müharibə təşkilatçılıq və səmərəli əmək bölgüsü tələb edirdi. Müharibədən sonra ingilis psixoloqlar monotonluq mövzusunu daha dərindən tədqiq etməyə başladılar. Əmək bölgüsünün istənilən səmərəni verməməsinin əsas səbəbi monotonluq problemidir. Məşhur iqtisadçı Adam Smit monotonluq nəticəsində işçilərin yaradıcılıq qabiliyyətlərini itirdiklərini və səmərililiyin aşağı düşdüyünü deyir. Eyni zamanda, iş prosesində ağıl və zəkasından istifadə etməyən insanların tədricən bu zehni bacarıqlarından da məhrum olduqları qeyd edilir. Ruh ancaq işin zənginliyi ilə, ondan alınan zövqlə inkişaf edə bilər. Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı Müəllif SƏLİM ÖZDƏMİR
['monotonluq']
1,077
https://kayzen.az/blog/diplomatiya/5913/bmt-nin-ixtisasla%C5%9Fm%C4%B1%C5%9F-beyn%C9%99lxalq-t%C9%99%C5%9Fkilatlar%C4%B1.html
BMT-nin ixtisaslaşmış beynəlxalq təşkilatları
rokfeller
Diplomatiya
27 dekabr 2015, 00:24
Xüsusi müqavilələrlə Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələndirilmiş hökumətlərarası idarə müstəqil, muxtar təşkilatdır. İqtisadi və sosial şura bu təşkilatların özləri arasında və BMT ilə əməkdaşlığını uzlaşdırır. On altı təşkilat birlikdə ixtisaslaşdırılmış idarəni təşkil edirlər (BMT-nin nizamnaməsində işlədilən termin). Onlar hər il İqtisadi və sosial şuraya məruzə edirlər. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında 1957-ci ildə əsası qoyulmuş atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) hər il Baş məclisə, müvafiq olaraq Təhlükəsizlik şurasına və İqtisadi və sosial şuraya məruzə edirlər. Ərzaq və kənd təsərrüfatı təşkilatı FAO-nun (FAO — Food and Aqriculture-dən ixt. Redaktorun qeydi.) vəzifələri ərzaq mallarının istehsalı və əlavə fəaliyyətinin bütün cəhətlərini əhatə edir. O, dünya kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığının vəziyyəti haqqındakı dəlilləri və statistik məlumatları toplayır, işləyir və təsvir edir; istehsalatla, satışla, istehlakla, təchizatla, bazar tədqiqatları ilə, torpaqdan istifadə və təbii resursların mühafizəsi ilə məşğul olur. Təşkilat təcrübəli mütəxəssislər verir, ticarət və qonşuluq əlaqələri danışıqlarına kömək göstərir, kənd təsərrüfatının inkişafına təkan verir. Əsas məqsəd ətraf mühitə ziyan vurmadan, nailiyyətlər yolu ilə mükəmməllikləri, iqtisadi cəhətdən səmərəli və sosial münasib texnologiyaları tətbiq etməklə indiki və gələcək nəslin tələbatının təmin edilməsidir. Siyasət bütün üzv ölkələrin nümayəndələrinin iki ildən bir keçirilən Konfransında müəyyən edilir. Baş direktor və katiblik Romada, regional nümayəndəliklər Akkrda, Banqkokda, Santyaqoda və Qahirədə, kontakt xidmətləri isə Vaşinqtonda və Nyu-Yorkda yerləşir. Atom enerjisi üzrə beynəlxalq agentlik MAQATE (ing. uyğun olaraq — İAEA) atom enerjisinin sülh məqsədləri üçün istifadəsinin tədqiqatını uzlaşdırır və yardım edir. Məlum təşkilat üzv dövlətlərə nüvə enerjisinin generasiya edilməsinə, onun tibdə, kənd təsərrüfatında və başqa sahələrdə istifadə edilməsinə aid məsləhətlər verir; radioaktiv tullantıların məhv edilməsi, suyun şirinləşdirilməsi; ehtiyac olduqda ekspertlərin xidmətini təklif edir, elmi-tədqiqat işləri aparır və tədris avadanlıqları verir. Nüvə silahının yayımlaması haqqında Müqaviləyə əsasən (1968-ci ildən), MAQATE-nin yalnız texniki funksiyalarının təkmilləşdirilməsi üçün, ona nüvə potensialına malik olmayan və müqaviləni imzalamış ölkələrdə nüvə silahının istehsalı üzrə, sülh məqsədləri üçün istifadə edilən nüvə enerjisinin tətbiq edilməsinin qarşısının alınması və etibarlı mühafizəsinin təminatı üzrə, əlavə vəzifələr həvalə olundu. Məlum təşkilat 115 üzvünün nüvə enerjisinə aid olan məlumatı toplayan və yayan nüvə enerjisi üzrə Beynəlxalq informasiya sistemindən (ing. uyğun olaraq — İNİS) istifadə olunmasına da cavabdehdir. MAQATE-nin qərargahı Vyanada yerləşir, otuz dörd nəfərdən ibarət olan rəhbərlik şurası və üzv-dövlətlərin illik Konfransı ilə idarə olunur. Mülki aviasiyanın beynəlxalq təşkilatı 1944-cü ildə Çikaqoda əsası qoyulmuşdur, İKAO dünya mülki aviasiyasının nizamlı və iqtisadi inkişafının təhlükəsiz təminatı məqsədilə yaradılmışdır. İKAO beynəlxalq standartlar və qaydalar sistemini hazırlamışdır. Məlum təşkilatın köməyilə 180-dən çox millət uçuşların təhlükəsizliyinin təminatı məqsədilə əməkdaşlıq edirlər və mülki aviasiyanın texniki, iqtisadi və hüquqi sahələrində müqavilələr bağlayırlar. İKAO-nun qanunverici orqanı keçən dövr ərzində təşkilatın işlərinə yekun vurmaq və gələcək fəaliyyət istiqamətlərini müəyyən etmək üçün üç ildə ən azı bir dəfə çağırılan, bütün üzv-ölkələrin nümayəndələrindən ibarət olan Məclisdir. Şura İKAO-nun icraedici orqanı vəzifəsini yerinə yetirir və Məclis tərəfindən otuz üç üzv-ölkənin nümayəndələrindən ibarətdir; onlar beynəlxalq səviyyədə mülki aviasiyanın əsas maraqlarını ifadə etməlidirlər. Şura Məclisə tabe olur və praktik olaraq həmişə iclaslarını keçirir. Şuranın vəzifələrindən biri beynəlxalq mülki aviasiyanın Konvensiyasındakı Əlavəyə daxil etmək ardıcıllığı ilə uçuşların praktikası əsasında beynəlxalq standartların və tövsiyələrin təkmilləşdirilməsidir. Məlum orqan təşkilatın işini idarə edir, formalaşdırır və tabeçilikdə olan texniki komitələrə nəzarət edir, Çikaqo konvensiyasının maddələrinin tətbiqi və izahı zamanı üzv-dövlətlər arasında münsiflər məhkəməsi qismində çıxış edir, inkişaf etməkdə olan ölkələrə texniki kömək göstərir, prezidenti seçir, baş katibi təyin edir, təşkilatın maliyyə resurslarını idarə edir və əgər tərəflər ona istinad edərlərsə Konvensiyaya aidiyyəti olan məsələləri təhlil edir. Şuraya aeronaviqasiya üzrə komissiya (texniki məsələlərdə), hava nəqliyyatı üzrə komitə (iqtisadi məsələlərdə), aeronaviqasiya xidmətinə birgə dəstək üzrə komitə, maliyyə komitəsi və hüquq komitəsi kömək edir. İKAO-nun qərargahı Monrealda, yerli nümayəndəlikləri — Banqkokda, Qahirədə, Dakarda, Limada, Mexikoda, Nayrobi və Parisdə yerləşir. Kənd təsərrüfatını inkişaf etdirmək üçün beynəlxalq fond Kənd təsərrüfatını inkişaf etdirmək üçün beynəlxalq fondun təsis edilməsi üçün saziş 13 iyun 1976-cı ildə BMT-nin konfransında qəbul edilmiş və 20 dekabr 1976-cı ildə imzalanmaq üçün açılmışdır və 30 noyabr 1977-ci ildə qüvvəyə mindi, bundan sonra ilk üzvlük haqqı bir milyard dollara çatdı. Fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə ərzaq istehsalının artırılmasına və təchizat səviyyəsini qaldırılmasına kömək göstərmək üçün əlavə vasitələrin səfərbər edilməsidir. KTİBF (ing. uyğun olaraq — İFAD) yalnız kənd təsərrüfatı ilə, heyvandarlıq da daxil olmaqla, balıqçılıqla, emal etmək və saxlamaqla məşğul olur və öz diqqətini kənd yerlərində mərkəzləşdirir. Fondun başlıca məqsədi — uzunsürən aclığın və yarıac-yarıtox yaşamanın aradan qaldırılmasına səylə kömək etməkdir. KTİBF inkişaf etməkdə olan ölkələrdə ərzaq mallarının istehsalının xeyli artırılmasına yönələn layihələrin kreditləşməsini həyata keçirir, o cümlədən kənd əhalisinin nisbətən kasıb təbəqəsinin güzəranının yaxşılaşdırılması məqsədini daşıyır. Fond kiçik fermerləri və torpaqsız kəndliləri inkişaf prosesinə cəlb etməyə səy göstərir. Beləliklə, KTİF-i yalnız istehsalat deyil, həm də məşğulluğa, təchizata və gəlirlərin bölüşdürülməsinə yardım edə bilən hər bir layihənin təsiri maraqlandırır. KTİF-nin kredit əməliyyatları iki qrupa bölünür: Fond həyata keçirdiyi layihələr və inkişaf məsələləri ilə məşğul olan Dünya bankı. Beynəlxalq inkişaf assosiasiyası və müxtəlif inkişaf bankları (Afrika, Asiya, Amerikalararası, İslam) kimi maliyyə təşkilatları və digər maliyyə qurumları ilə birlikdə maliyyələşdirilən layihələr. KTİF-in kreditləri layihələrin ümumi xərclərinin müəyyən hissəsini təşkil edir: müvafiq dövlətlər öz paylarını ödəyirlər. KTİF-nin ali orqanı, bərabər səsə malik olan hər üç qrup (inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan — neft ixracatı və digər inkişaf etməkdə olan ölkələr) üzv-dövlətlərin nümayəndələrinin daxil olduğu İdarə şurasıdır. Beləliklə, ümumi səslərin sayının üçdə-ikisi donor-ölkələrə aiddir, bununla belə həm də inkişaf etməkdə olan ölkələr səslərin üçdə-ikisinə malikdir. Fondun dövri əməliyyatları on səkkiz nümayəndə (hər qrupdan altı nəfər olmaqla) və on səkkiz müavindən ibarət olan, Fondun prezidentinin rəhbərlik etdiyi İcraiyyə komitəsi tərəfindən həyata keçirilir. Qərargah Romada yerləşir. Beynəlxalq əmək təşkilatı BƏT (ing. uyğun olaraq — İLO) bütün dünyada standartların yüksəldilməsi və insan əməyinə hörmətin tanınması məqsədilə 1920-ci ildə yaradılmışdır. O, həmçinin iş təşkilatlarının hüquqlarının və assosiasiyaların sərbəstliyinin bərpa olunmasına imkan yaradır. BƏT konvensiyaları qısaca və dürüst ifadə edir, tövsiyələr edir, iş şəraitlərində məruzələr qəbul edir, tədqiqatlar aparır və məlum sahədə sorğular edir. Təşkilatın fəaliyyət istiqaməti hər bir üzv-dövlətin nümayəndəsindən ibarət olan və hər il çağırılan Beynəlxalq əmək konfransı tərəfindən təyin olunur. Qərar səslərin üçdə-ikisi ilə qəbul olunur. İcraedici orqan hər kvartal çağırılan, əlli altı nümayəndədən ibarət olan İnzibati şura tərəfindən təqdim edilir. Onlar proqramların təyin olunmasına, konfransların təşkilinə, büdcənin hazırlanmasına və baş direktorun təyin edilməsinə cavabdehdirlər. BƏT sosial və iqtisadi inkişaf üzrə beynəlxalq şuralarda nisbətən pozitiv rol oynamaq üçün fəaliyyətinin və vəsaitlərinin desentralizasiyasının fəal partnyorluq siyasətindən istifadə edir. BƏT-in qərargahı, katibliyi və Beynəlxalq əmək bürosu Cenevrədə, regional nümayəndəlikləri – Əddis-Əbəbədə, Banqkokda, İstanbulda, Limada yerləşir. Texniki və xüsusi təhsil Beynəlxalq mərkəzi Turində yerləşir. Beynəlxalq dəniz təşkilatı 1982-ci ildə Hökumətlərarası konsultativ dəniz təşkilatının adı dəyişdirilib Beynəlxalq dəniz təşkilatı (İMO — İnternational Maritime Orqanisation-dan ixt. Redaktorun qeydi.) qoyulmuşdur. Məlum təşkilat gəmiçiliklə əlaqədar texniki məsələlərə cavabdehlik daşıyır. O, 1948-ci ildə Cenevrədə keçirilən BMT-nin Dənizçilik konfransında qəbul olunmuş Dənizçilik konvensiyasına müvafiq olaraq yaradılmışdır. Təşkilatın fəaliyyəti dəniz nəqliyyatının təhlükəsizliyinin, dənizlərin gəmilər tərəfindən çirkləndirilməsinin qarşısının alınmasının, məlumatların verilməsinin, konfransların keçirilməsinin, beynəlxalq konvensiyalara riayət edilməsinin təminatına yönəlmişdir. Təşkilatın assambleyası onun bütün üzvlərindən ibarətdir və iki ildə bir dəfə çağırılır; Şuraya otuz dörd üzv daxildir. Şurada beş daimi komitə fəaliyyət göstərir: dənizdə təhlükəsizlik üzrə, hüquqi məsələlər üzrə, dəniz mühitinin mühafizəsi üzrə, dəniz ticarəti və texniki əməkdaşlığı üzrə. Qərargah və katiblik Londonda yerləşir. Beynəlxalq elektrik rabitəsi ittifaqı BERİ (uyğun olaraq ing. — İTU) beynəlxalq əməkdaşlığı genişləndirir və davam etdirir, tədqiqatlar aparır və elektrik rabitəsinin inkişafına kömək edir, həm də Konvensiyanın şərtlərinin yerinə yetirilməsinə nəzarət edir. Təşkilatın fəaliyyət istiqaməti üzrə qərarı üzv dövlətlərin beş ildən bir çağırılan səlahiyyətli konfransı qəbul edir. Qərarların icrasına nəzarəti konfrans tərəfindən seçilən və hər il görüşlər keçirən, həmçinin üç daimi orqandan (tezlikləri qeydiyyatı Beynəlxalq komitəsi, radio üzrə Beynəlxalq konsultativ komitə və teleqraf və telefon üzrə Beynəlxalq konsultativ komitə) ibarət olan İnzibati şura edir. Baş katiblik Cenevrədə yerləşir. Dünya bankı Dünya bankı davamlı inkişafa və investisiyaya imkan yaratmaqla yoxsulluğu aradan qaldırmağı və yaşayış səviyyəsini yaxşılaşdırmağı öz qarşısında məqsəd qoyur. Bank bu məqsədinə nail olmaq üçün kreditlər verir, texniki yardımı təmin edir və inkişaf etmiş üzv-ölkələrin siyasətlərini koordinasiya edir. Dünya bankının tərkibinə bu bölmələr daxildir: Beynəlxalq Yenidən qurma və inkişaf bankı (BYİB uyğun olaraq ing. — İBRD) 1944-cü ildə təsis edilmişdir və aralıq səviyyədə gəliri olan ölkələrin inkişafı üçün çox borc verən təsisatdır, həm də başqa mənbələrdən olan bu kimi layihələrin maliyyələşdirilməsində iştirak edir. Müxtəlif növ kapital obyektlərinin maliyyələşdirilməsi ənənəsindən savayı, avtomobil və dəmir yollarını, telekommunikasiyaları, limanları və energetika avadanlıqlarını, Dünya bankı öz inkişaf strategiyasında inkişaf etməkdə olan ölkələrdə istehsalın həcminin artırılması yolu ilə və onları aktiv tərəfdaş qismində cəlb etməklə bu ölkələrin kasıb əhalisinin rifahına birbaşa təsir edən kapital qoyuluşuna xüsusi əhəmiyyət verir. Fond həm də qeyri-hökumət təşkilatları ilə, BMT-nin müəssisələri ilə, işgüzar dairələrlə, regional təşkilatlarla əməkdaşlıq edir və 179 üzv-ölkəni birləşdirir. Bank tərəfindən təklif olunan inkişaf konsepsiyası «mənasız» nəzəriyyə deyil, adamların konkret ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur. Davamlı inkişafa, ətraf mühitin müdafiəsinə, iqtisadi qərarların qəbul edilməsində qadınların iştirakına, ailələrin planlaşdırılmasına, idarə etmə formasının şəffaflığına və açıqlığına və sahibkarlıq fəaliyyətinin tanınmasına, xüsusi sektorda rəqabətə və inkişafa bazarı yanaşmaya xüsusi aksent hazırlanır. Bundan əlavə təşkilat Rusiyanın, Baltika və Mərkəzi Avropa ölkələrinin iqtisadi keşiş prosesinə yardım edir. BYİB, onun kapitalının abunəçisi olan üzv-ölkələri, dünya maliyyə bazarlarında əsas etibarilə borc vəsaitindən əldə etdiyi öz kredit əməliyyatları ilə, həm də bölüşdürülməmiş gəlirdən və ona borcların vaxtından əvvəl ödənməsi üçün verilən ödəmələrlə maliyyələşdir. Adətən ödəmənin təxirə salınma müddəti beş il ödəniş vaxtı ilə iyirmi il və daha az olur. Borclar inkişaf etməkdə olan ölkələrə iqtisadi və sosial inkişafın nisbətən yüksək pilləsinə qalxmaq üçün verilir. Borclar üzrə faiz kreditlərin dəyərinə müvafiq olaraq müəyyən edilir. BYİB-nin nizamnaməsi əməliyyatların aparılmasının müəyyən edilmiş qaydalarına nəzarət edir. Borclar yalnız istehsalat məqsədləri ilə verilə bilər və alan ölkələrdə iqtisadi artımı stimullaşdırmalıdır. Bank borcların ödənməsi perspektivlərinə lazımi diqqət yetirməlidir: hər bir borcun qaytarılması hökumət tərəfindən təmin edilməlidir. Borcların istifadə edilməsi konkret hər hansı üzv-ölkədə alma ilə məhdudlaşdırıla bilməz: borcların verilməsi haqda bankın qərarı yalnız iqtisadi mülahizələrə əsaslanmalıdır. Beynəlxalq inkişaf assosiasiyası (BİA, uyğun olaraq ing. — İDA) 1056-cı ildə yaradılmışdır, faizsiz kreditlər verməklə nisbətən geridə qalmış ölkələrdə inkişafa kömək edir. BİA-nın kreditləri, hansı ki, yalnız hökumətlərə verilir, faizlər əlavə edilmədən on ildən əlli ilə qədər uzadılma vaxtına malikdir. Dünya ölkələrinin təxminən altmışı təşkilatın fəaliyyət dairəsindədir. Beynəlxalq maliyyə korporasiyası (BMK, uyğun olaraq ing. — İFC) 1956-cı ildə yaradılmışdır, daha az inkişaf etmiş ölkələrin iqtisadi inkişafına yardım edir, borclar vasitəsilə xüsusi sektorun artımına onların iqtisadiyyatına və qanuna uyğun maliyyələşdirilməsinə, həmçinin konsultasiya edilməsinə və bu məqsəd üçün milli və xarici kapitalın səfərbər olunmasına kömək edir. BMK ya üzv-ölkələr mütləq BYİB-ə üzv olmalıdırlar. Hüquqi və iqtisadi nöqteyi-nəzərdən BMK və BYİB ayrı-ayrı təşkilatlardır. BMK-nın öz personalı var, lakin inzibati və digər suallarla Banka müraciət edir. İnvestisiyaların təminatı üzrə çoxtərəfli agentlik (uyğun olaraq ing. — MİGA) ticarətə aid olmayan riskin təminatını saxlayır və xarici kapitalın inkişaf etməkdə olan ölkələrə cəlb edilməsinə kömək edir. İnvestisiya mübahisələrinin tənzimlənməsi Beynəlxalq mərkəzi (uyğun olaraq ing. — İCSİD) xarici investisiyanın arbitraj və razılaşma üsulu vasitəsilə inkişaf etməkdə olan ölkələrə daxil olmasına kömək edir. BMT-nin elm, təhsil və mədəniyyət məsələləri üzrə təşkilatı YUNESKO-nun (UNESCO -ixt. United Nations Educational Scientific and Cultural Orqanisation) fəaliyyəti bütün dünyada praktik olaraq təhsil standartlarının yüksəldilməsi layihələrinə, biliklərin mübadiləsinə, elm, təhsil və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığa kömək etməyə yönəldilmişdir. Təşkilat bütün dünyada miqyasların genişləndirilməsinə və kütləvi informasiya vasitələrinin keyfiyyətinin yüksəldilməsinə, elmi tədqiqatlar və əməkdaşlıq vasitəsilə daha yaxşı həyat səviyyəsinin təmin edilməsinə səy göstərir. Qərargah və katiblik Parisdə yerləşir. Təşkilata bütün üzv-dövlətlərin nümayəndələrindən ibarət və iki ildə bir dəfə keçirilən Baş konfrans və əlli bir nümayəndədən ibarət ən azı üç ildə bir dəfə çağırılan İcraiyyə şurası rəhbərlik edir. Milli komissiyalar üzv-dövlətlərin çoxluğunun təsiri ilə YUNESKO-nun fəaliyyət sahəsini genişləndirirlər. YUNESKO-nun filialları Nyu-Yorkda, Havanada, regional maarifləndirici mərkəzləri — Nayrobidə, Montevideoda, Qahirədə, Dehlidə və Cakartada yerləşir. BMT-nin inkişaf proqramı BMTİP (uyğun olaraq ing. — UNDP) 1 yanvar 1986-cı ildən BMT-nin ixtisaslaşdırılmış idarəsi statusunu almışdır. Proqram BMT-nin Xüsusi fondunun və inkişaf etməkdə olan ölkələrə texniki kömək və konsultasiya verən kompleks texniki yardım Proqramının əlaqələndirilməsini təşkil edir. BMT-yə üzv-ölkənin ianə verməsini Proqramın fondu tərtib edir. Hökumətlərlə birlikdə qabaqcadan kapital qoymanın yüksək prioritet proqramını həyata keçirir; ekspertlər və məsləhətçilər, həm də xüsusi avadanlıqlar verir; müqavilə xidmətləri, xaricdə təcrübə keçmək üçün təqaüd verir. Yardım iqtisadi faydalılığın analizlərini aparmaq üçün, metodik-tədqiqat institutlarının fəaliyyətinin təşkilinin və genişləndirilməsinin, təhsil və ixtisası artırmaq üçün şəraitin yaradılması, həmçinin digər az əhəmiyyəti olmayan vacib sahələrdə inzibati və institut bazalarının təkmilləşdirilməsi, inkişafı və işi üçün, kənd təsərrüfatında və sənayedə istehsalatın yüksəldilməsi üzrə layihələrə kömək etmək üçün verilir. BMTİP-nin rəhbərliyini EKOSOS tərəfindən seçilən, qırx səkkiz üzvdən ibarət İcraiyyə şurası həyata keçirir. İnkişaf proqramının, kredit alan təqribən yüz ölkədə rezident-nümayəndəliyi var. Qərargahı Nyu-Yorkda yerləşir. Ümumdünya poçt ittifaqı ÜPİ (uyğun olaraq ing. — UPU) bütün dünyada poçt xidmətlərinin saxlanmasına və inkişafına cavabdehlik daşıyır. Qərargahı Berndə yerləşir, ona Ümumdünya poçt konqresi rəhbərlik edir. Konqres bütün üzv-dövlətlərin nümayəndələrindən ibarətdir, beş ildən bir çağırılır və daimi İcraiyyə şurasını seçir. Şuraya ərazi mənsubiyyətinə görə Konqres tərəfindən seçilən qırx bir nümayəndə daxildir, sessiya hər il keçirilir. Ümumdünya səhiyyə təşkilatı ÜST-nin (uyğun olaraq ing. — WHO) məqsədi bütün dünyada əsasən fiziki, həm də əqli və sosial sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasıdır. Təşkilat üzləşdiyi problemlərin miqyasını və müxtəliftərəfliliyini nəzərə alaraq, ÜST-nin Aleksandriyada, Brappavildə, Kopenhagendə, Dehlidə, Manilada və Vaşinqtonda regional nümayəndəlikləri, həmçinin elmin müxtəlif sahələrində ekspertlər komitəsi vardır. Təşkilatın qərargahı və katibliyi Cenevrədə yerləşir. Təşkilatın işinə üzv-dövlətlərdən ibarət, hər il çağırılan Ümumdünya səhiyyə assambleyası rəhbərlik edir. İcraiyyə şurası Assambleya tərəfindən seçilmiş otuz bir nümayəndədən ibarətdir. Ümumdünya əqli mülkiyyət təşkilatı 1974-cü ildə ixtisaslaşdırılmış təşkilat statusunu alan ÜƏMT (uyğun olaraq ing. — WİPO) beynəlxalq əməkdaşlığa istinad edərək əqli mülkiyyətin mühafizəsinə cavabdehdir. Təşkilat əqli mülkiyyətinə ixtira etmə, ticarət nişanı, layihələr və müəlliflik hüquqları aiddir. ÜƏMT özünə qoşulmuş məlum konvensiyanın iştirakçı-dövlətlər qrupu, müxtəlif «ittifaqlar» tərəfindən idarə olunur, nümunə üçün müəllif hüquqları üzrə Bern konvensiyası. ÜƏMT-nin fəaliyyətinin və vəsaitinin xeyli hissəsi texnologiyalara vermək aksenti ilə inkişaf etməkdə olan ölkələrə yardım üçün təyin edilir. Təşkilatın qərargahı gündəlik işgüzar görüşlər keçirilən, həmçinin təşkilata üzv-dövlətlərin iştirakı ilə gələn ilin büdcəsi və fəaliyyət planı müəyyənləşdirilən illik konfranslar keçirilən Cenevrədə yerləşir. Konfrans adətən Baş assambleya və Bern yaxud Paris «ittifaq»ının iştirakçıları olan ölkələrlə birlikdə keçirilir. Ümumdünya meteoroloji təşkilat ÜMT (uyğun olaraq ing. — VMO) beynəlxalq meteoroloji xidmətlərin yaxşılaşdırılmasına, standartlaşma və meteoroloji məlumatların mübadiləsinə, meteoroloji stansiyaların beynəlxalq şəbəkəsinin yaradılmasına kömək edir. Təşkilat tədqiqatların aparılmasına, mütəxəssislərin ixtisaslarının yüksəldilməsinə kömək edir, gələcəkdə meteoroloji biliklərin gəmiçilikdə tətbiqinin mümkünlüyünü, kənd təsərrüfatında və insanın fəaliyyət göstərdiyi başqa sahələrdə su sərfiyyatını öyrənir. Təşkilatın qərargahı və katibliyi Cenevrədə yerləşir. ÜMT-nin fəaliyyətinə üzv-dövlətlərin meteoroloji xidmət başçılarından ibarət olan, dörd ildən bir çağırılan Ümumdünya meteoroloji konqresi, eyni zamanda iyirmi doqquz nümayəndədən ibarət olan, hər il çağırılan İcraiyyə komitəsi rəhbərlik edir. Köməkçi təşkilatlar Birləşmiş Millətlər Təşkilatının təşəkkül tapması üçün Baş Assambleya əlavə funksiyaların yerinə yetirilməsi məqsədilə bir neçə əlavə təşkilatlar yaratdı. Həmin təşkilatlar struktur və fəaliyyət sahəsi üzrə fərqlidirlər, lakin hamısı Baş assambleyaya tabe olurlar. İnsan hüququ İnsan hüququna beynəlxalq dəstək müxtəlif formalarda artıq çoxdan bəri mövcuddur. Proses millətlər Liqası Konvensiyasının qəbul edilməsindən və 1919-cu ildə Beynəlxalq əmək təşkilatının yaradılmasından sonra təkan aldı. Lakin beynəlxalq münasibətlərdə insan hüququnun müəyyən edilməsi amili 10 dekabr 1948-ci ildə Baş assambleya tərəfindən qəbul edilən insan haqları Deklarasiyasından sonra başladı. Assambleya Təşkilata üzv-dövlətlərdən Deklarasiyanın mətnini nəşr etməyi və "ölkənin siyasi statusuna yaxud ərazisinə sərhəd qoymadan əsasən məktəblərdə və başqa təhsil müəssisələrində yaymaq, oxumaq və təfsilatı ilə izah etməyi" tələb etdi. Deklarasiyada əsasən göstərilən iki beynəlxalq sənəd hazırlanmışdır: 3 yanvar 1976-cı ildən qüvvəyə minən və səksən dörd səhifədən ibarət iqtisadi, sosial və mədəni hüquqlar üzrə Beynəlxalq konvensiya və 23 mart 1976-cı ildə qüvvəyə minən mülki və siyasi hüquqlar üzrə Beynəlxalq müqavilə və Əlavə protokol. Səksən bir dövlət Müqaviləni təsdiq etdi, otuz bir dövlət də Əlavə protokolu qəbul etdi. Nizamnamənin 62-ci maddəsinə müvafiq olaraq İqtisadi və sosial şura «bütün ölkələrə insan hüquqlarına və əsas azadlıqlarına riayət edilməsinə hörmətin yüksəldilməsi məqsədilə məsləhətlər verməyə» borcludur. Həmin məsələlər İkinci (Sosial) komitənin tabeçiliyində olan kompetensiyasındadır. Şura həm də insan hüquqları üzrə Komissiyanı və qadın hüquqları üzrə Komissiyanı təsdiq etdi. İnsan hüquqları üzrə komissiya insan hüquqları ilə bağlı hər hansı məsələ üzrə təxminən altı həftədən bir çağırılır. Komissiya Təşkilatın qırx üç üzv-dövlətlərinin nümayəndələrindən ibarətdir. Köməkçi orqanlara diskriminasiyanın qarşısını almaq və azlığın müdafiəsi üzrə Yardımçı komissiya və müxtəlif işçi qruplar aiddir. Qadın hüquqları üzrə Komissiyaya Birləşmiş Millətlər Təşkilatının otuz iki üzv-dövlətinin nümayəndələri daxildir. Sessiya iki ildən bir keçirilir və üç həftə davam edir. Komissiyanın əsas tapşırığı qətnamə və qərarların layihələrini hazırlayıb baxılmaq üçün İqtisadi və sosial şuraya təqdim etməkdir. Baş assambleya 18 dekabr 1979-cu ildə qadınların bütün ayrı-seçkilik formalarının aradan qaldırılması haqqında Konvensiya qəbul etdi. Konvensiya 3 sentyabr 1981-ci ildə qüvvəyə mindi. Komissiya həm də iyirmi üç üzvdən ibarət və hesabatları Baş assambleyaya təqdim etmək üçün, qadınların ayrı-seçkiliyinin aradan qaldırılması üzrə Komitəni təsis edir. İnsan hüquqları üzrə Komitə 1977-ci ildə mülki və siyasi hüquqlar üzrə Beynəlxalq müqaviləyə müvafiq olaraq, Təşkilata üzv-ölkələrdə insan hüquqlarına riayət edilməsi sahəsində tərəqqini müşahidə etmək məqsədilə yaradılmışdır. Nümayəndələrin insan hüquqları sahəsində on səkkiz yüksək əxlaqi və yüksək səlahiyyətli Komitədən ibarətdir. Onlar öz həmvətənləri arasında Konvensiyanı qəbul etmiş dövlətlər tərəfindən dörd illik müddətə seçilir. Komitə Təşkilata üzv-dövlətlərdən və Əlavə protokolu imzalayan dövlətlərdən fərdi qaydada şikayətləri qəbul edə bilər. Komitə hər il sessiya keçirir və məruzələri Baş assambleyaya təqdim edir. Birləşmiş Millətlər Təşkilatı BMT-nin insan hüquqları üzrə ali komissarının rəhbərlik etdiyi qurumun insan hüquqlarına riayət etməsi fəaliyyətinə daima xüsusi diqqət yetirir. Bundan əlavə Baş assambleyanın və müvafiq köməkçi qurumların müəyyən etdiyi nizamnamələrin formal haşiyələrində aparteid və irqi diskriminasiyanın müxtəlif formaları, işçi qüvvənin işgəncəsi və miqrasiyası, həmçinin ayrı-ayrı dövlətlərdə baş verən hadisələr kimi təxirəsalınmaz məsələlər üzrə deklarasiyalar və qətnamələr qəbul edilir. Beynəlxalq Hüquq Komissiyası BHK (uyğun olaraq ing. İLC) 1947-ci ilin noyabrında BMT-nin Baş assambleyasının qətnaməsi ilə təsdiq edilmişdir. Komissiya Baş assambleya tərəfindən beş illiyinə seçilmiş otuz dörd görkəmli beynəlxalq hüquqşünasdan ibarətdir və «beynəlxalq hüququn mütərəqqi inkişafına və onun kodifikasiyasına» kömək edir. Komissiyanın üzvləri hökumətlərin nümayəndələri deyillər, lakin şəxsi peşəkarlıq keyfiyyətlərinə görə seçilirlər və ekspertlərin rolunu yerinə yetirirlər. Qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə Beynəlxalq tədris və elmi-tədqiqat institutu Qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə Beynəlxalq tədris və elmi-tədqiqat institutu (uyğun olaraq ing. İNSTRAW) 1985-ci ildə Baş assambleya tərəfindən yaradılmışdır. Həmin təşkilat tədqiqatların, təhsilin, toplanışların və məlumat mübadiləsinin vasitəçisidir, hökumətlərarası, hökumət və qeyri-hökumət təşkilatlarının inkişaf prosesinə qadınların iştirakçı qismində və benefisiar kimi cəlb olunmasına yönəldilmiş fəaliyyətlərini stimullaşdırır və yardımla təmin edir. İnstitutun fəaliyyəti könüllü ianələrdən maliyyələşdirilir. İnstitutun özü Santo-Dominqoda (Dominikan Respublikası) yerləşir. Başqa konsultativ orqanlar Bəzən Baş assambleya tərəfindən müəyyən məqsədlərə nail olmaq üçün yaradılan xüsusiləşdirilmiş müəssisələr arasında yuxarıda adları çəkilən müəssisələr daimi yaxud demək olar ki, daimi xarakter almışdılar, halbuki Baş assambleyanın tabeçiliyində olan başqaları hələ belə status almamışdılar. Sırf təşkilati və inzibati funksiyalarla vəzifələndirilmiş həmin təşkilatlar siyasi məsələlərlə, dekolonizasiya və hamilik, hüquq, elm və təhsil, sülhün və təhlükəsizliyin saxlanması məsələləri ilə məşğul olurlar. Bunlardan: Koreyanın unifikasiyası və yenidən qurulması Komissiyası Kosmosun sülh məqsədləri üçün istifadə edilməsi Fələstində barışıq Komissiyası Radiasiyanın təsiri üzrə Komissiya Birbaşa peyk verilişləri üzrə İşçi qrup BMT-nin Universiteti (Tokio) Ərzaq üzrə ümumdünya şurası Tərksilah üzrə Konfrans və tərksilah üzrə Komissiya Tərksilah üzrə Konfrans 1959-cu ildə ABŞ, SSRİ, Fransa və Böyük Britaniya arasında bağlanan müqavilə ilə fəaliyyətə başlayır, adları çəkilən dörd ölkənin Bolqarıstanın, Kanadanın Çexoslovakiyanın və Rumıniyanın vəzifələndirildiyi on millətin tərksilah məsələləri üzrə təsis edilmiş Komitəsi. Tərksilah üzrə Konfrans və tərksilah üzrə Komissiya Tərksilah üzrə konfrans öz başlanğıcını ABŞ, SSRİ, Fransa və Böyük Britaniya arasında 1959-cu ildə bağlanmış müqavilədən götürülür: bu müqavilə yuxarıda göstərilən dörd dövlətlə yanaşı Bolqarıstanı, Kanadanı, Çexoslovakiyanı, İtaliyanı, Polşanı və Rumıniyanı birləşdirən tərksilah məsələləri üzrə on millətin Komitəsini təsis edir. Təşkilat 1961-ci ildə on səkkiz millətin tərksilah üzrə Komitəsi, 1969-cu ildə üzvlərinin sayı iyirmi altıya çatdıqda isə — tərksilah üzrə Komitənin Konfransı adlandırıldı (uyğun olaraq ing.-CCD). 1978-ci ildə BMT-nin tərksilah üzrə birinci Xüsusi sessiyasında (uyğun olaraq ing — UNSSD) üzvlərin sayı qırxa qədər artdı və onun əvvəlki tərksilah üzrə Komitə adı qaytarıldı (uyğun olaraq ing. -CD). 1984-cü ildə qurumun adını yenidən tərksilah üzrə Konfrans ilə əvəz etdilər. Konfrans fevraldan aprelə qədər və iyundan avqusta qədər ildə iki dəfə Cenevrədə keçirilir. Bu tərksilah sahəsində çoxtərəfli danışıqlar üzrə yeganə beynəlxalq təşkilatdır. BMT-nin tərksilah üzrə komissiyası (uyğun olaraq ing. — UNDC ), əksinə, məsləhətçi orqandır. O, ilk dəfə 1952-ci ildə Təhlükəsizlik şurası tərəfindən yaradıldı və onun tərkibinə on bir dövlət daxil oldu, sonra 1957-ci ildə üzvlərin sayı iyirmi beşə qədər artdı, bir il sonra isə Birləşmiş Millətlər Təşkilatının bütün üzv-dövlətləri şuraya daxil oldular. BMT-nin tərksilah üzrə Komissiyası 1965-ci ildən 1979-cu ilə qədər çağırılmamışdır, amma fəaliyyətinin yeniləşdirilməsindən sonra tərksilah üzrə birinci Xüsusi sessiyanın ardınca hər il Nyu-Yorkda müstəqil sessiyaları keçirilir. BMT uşaq fondu YUNİSEF (UNİCEF — United Nations Childrens-dan ixtisarla. — Red.qeydi) bütün dünya uşaqlarının sosial təminatına və yardımına imkan yaradır. Fond səhiyyə, qidalanma, ailə və uşaq firavanlığı, təhsil və sənət öyrətmə sahəsində xüsusi layihələrə dəstək verir; ana və uşaq mərkəzləri üçün lazımi avadanlıqları verir, təlimlərin haqqını ödəyir və xidmət heyətinin maaşlarını verir, epidemiyalar əleyhinə kampaniyalar həyata keçirir; keyfiyyətli məhsulların istehsalına və istehlakına yardım göstərir; inkişaf etməkdə olan ölkələrdə subasmalardan, zəlzələlərdən, quraqlıqlardan və başqa fəlakətlərdən əziyyət çəkən uşaqlar üçün əsas sosial xidmətlərə yardım göstərir. YUNİSEF-in fəaliyyəti EKOCOC-un himayəsi altında həyata keçirilir və hökumətlərin və xüsusi adamların ianələri hesabına maliyyələşdirilir. BMT baş katibi otuz bir üzvdən ibarət olan və hər il çağırılan idarə heyəti ilə məsləhətləşmədən sonra idarə başçısını təyin edir. Fond Nyu-Yorkda BMT katibliyində yerləşir, nümayəndəlikləri Abidcanda, Banqkokda, Boqotda, Kopenhagendə, Katmanduda, Sidneydə və Tokiodadır. Ticarət və inkişaf üzrə BMT Konfransı YUNKTAD (UNCTAD United Nations Conference on Trade Development-dən ixtisarla. Red. Qeydi.) ilk dəfə 1964-cü ildə Baş məclisin təşəbbüsü ilə inkişaf etməkdə olan ölkələrin maraqları dairəsində beynəlxalq ticarətin yenidən qurulmasının təmin edilməsi məqsədilə keçirilmişdir. Konfrans Baş məclisin xüsusi təşkilatı statusunu almışdır və İqtisadi və sosial şura vasitəsilə məruzələri Baş məclisə təqdim edir. YUNKAD-ın fəaliyyəti əsas xammal növlərinə düzgün və stabil qiymətlərin qoyulmasına, ticarət və inkişaf üçün əlverişli şəraitin yaradılmasına, həmçinin inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrin bazarlarına daxil olmasını təmin etmək üçün yönəldilmişdir. Qərargahı və katibliyi Cenevrədə yerləşir, bunlara üzv-dövlətlər tərəfindən dörd ildən bir çağırılan Konfrans, həm də ticarət və inkişaf üzrə Şura rəhbərlik edir. Şura Konfrans tərəfindən seçilmiş 121 nümayəndədən ibarətdir, və ildə bir dəfə çağırılır. Onun tərkibinə yeddi əsas komitə daxildir: gəmiçilik, istehsal və əmtəə üzrə Komitələr; ticarətdə ödəmə balansının və maliyyələşdirmənin görünməyən mənbələri üzrə Komitə; inkişaf etməkdə olan ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə Komitə; texnologiyaların ötürülməsi üzrə Komitə; preferensiya üzrə Komitə, həmçinin müxtəlif altkomitələr, işçi qruplar və ad hoc ekspert komitələri. YUNKTAD-ın əsas məqsədi inkişaf etməkdə olan ölkələrin həmrəyliyi və əməkdaşlığı preferanslarının və konsepsiyalarının Ümumi sistemini yaratmaqdan ibarətdir. Ətraf mühit üzrə BMT proqramı YUNEP (UNEP — United Nations Environment Proqramme-dən ixtisarla) 1973-cü ildə Stokholmda keçirilən ətraf mühit məsələləri üzrə BMT Konfransından sonra yaradılmışdır. Proqramın əsas tapşırıqları ətraf mühitin çirklənməsinin hər hansı təzahürü ilə mübarizə üzrə siyasətin aparılmasından və koordinasiyasından, müvafiq tədqiqatların aparılmasından ibarətdir. Qərargahı və katibliyi Nayrobidə, Banqkokda, Qahirədə, Cenevrədə, Meksikada və Nyu-Yorkda yerləşən büroları qeydiyyatdan keçmişdir. Əhali üzrə BMT fondu Əhali üzrə BMT fondu (UNFPA — United Nations Fund fon Population Activities-dən ixtisarla. — Red. qeydi.) 1967-ci ildə yaradılmışdır və BMT-nin inkişaf proqramının müdirinə tabedir. UNFPA-nın fəaliyyəti əhali, həmçinin qadın hüquqları məsələlərində geniş spektri əhatə edir. Fondun mütəxəssisləri əsas diqqəti əhalinin meyllərinə, milli siyasət xadimlərinin rəylərinə və görülmüş işlər barədə müntəzəm olaraq İqtisadi və sosial şuraya təqdim olunan hesabata yönəldirlər. Fond həmçinin 1975 1985-ci illərdə təşkilata üzv-ölkələrdə əhalinin siyahıya alınmasını apardı. BMT ali komissarının qaçqınların işi üzrə İdarəsi BMT ali komissarının qaçqınların işi üzrə İdarəsinin (uyğun olaraq ing. — UNHCR) yaranması birinci dünya müharibəsinin nəticələri və beynəlxalq birliyin vəzifə borcu prinsipi əsasında millətlər Liqasının qurulması ilə qaçqınların müdafiəsini təmin etmək və onların problemlərini həll etməklə bağlıdır. İkinci dünya müharibəsindən sonra Liqanın işinin uzadılması məqsədilə BMT 1951-ci ildə BMT ali komissarının qaçqınların işi üzrə İdarəsi ilə əvəz edilən Beynəlxalq qaçqınlar təşkilatını yaratdı. İdarənin tapşırığı — «beynəlxalq müdafiənin təmin edilməsi və qaçqınların problemlərinin həllinin axtarışı». BMT ali komissarının qaçqınların işi üzrə İdarəsinin fəaliyyət qaydası və bu təşkilatın üzvlərinin vəzifə borcları 1951-ci ildən qaçqınların statusu haqqında Konvensiyada və növbəti 1967-ci ildəki Protokolda (126 ölkə birinci sənədi, 118-i isə ikinci sənədi qəbul etdi) müəyyən edilmişdir. Həmin sənədlər «qaçqınlar» terminini müəyyən edir və qaçqınların sosial və hüquqi statusunu təshih edir. Regionlarda müvafiq konkret şəraitlərə uyğun olaraq qərarları və prinsipləri qəbul edirlər, o cümlədən qaçqın problemlərinin səciyyəvi baxışlarını Afrikada 1969-cu ildə yaradılmış Afrika birliyi təşkilatının Konvensiyası və 1984-cü ildə yaradılmış qaçqın məsələləri görə Kartagen deklarasiyası nizamlayır. Qaçqınların işi üzrə BMT ali komissarı baş katibin tövsiyəsi ilə BMT Baş məclisi tərəfindən seçilir. Baş məclis və EKOSOS strategiyanı hazırlayır, qırx yeddi üzv-dövlətin nümayəndəsindən ibarət və iki altkomitəyə malik İcraiyyə komitəsi onu icra edir. Sənaye inkişafı üzrə Birləşmiş Millətlər Təşkilatı YUNİDO (UNİDO — United Nations İndustrial Development Orqanization-dan ixtisarla. — Red. Qeydi.) sənaye inkişafı sahəsində BMT qüvvələrinin koordinasiyası və dəstəyi məqsədilə, həmçinin inkişaf etməkdə olan ölkələrin xeyrinə tədqiqatların aparılması məqsədilə 1966cı ildə Baş məclis tərəfindən yaradılmışdır. Rəhbərlik edən orqan — Sənaye inkişafı üzrə Şura — Baş məclis tərəfindən seçilir və EKOSOS vasitəsilə məruzələri Məclisə təqdim edir. Katiblik Vyanada yerləşir. BMT tədris və elmi-tədqiqat institutu YUNİTAR-ın fəaliyyəti (UNİTAR — United Nations İnstitute for Training and Research-dan ixtisarla. — Red. Qeydi.) əmək ehtiyatlarının ixtisaslarının yüksəldilməsi vasitəsilə proseslərin müasirləşdirilməsinə və inkişafına yardım etməyə yönəldilmişdir. İnstitut diplomatiya sahəsində təhsil, beynəlxalq təşkilatların fəaliyyətini, iqtisadi və texniki əməkdaşlığı öyrədir və BMT-nin fəaliyyəti ilə bağlı xüsusilə inkişaf etməkdə olan ölkələrdə BMT-də sonrakı işlər üçün yaxud milli xidmətlərdə birinci dərəcəli mütəxəssislərin hazırlanmasına maddi yardım edir. YUNİTARIN siyasətini qəyyumlar Şurası müəyyən edir. İdarə başçısı və qərargah Nyu-Yorkda yerləşir. Fələstinli qaçqınlara kömək və işlərinin təşkili üçün BMT-nin yaxın şərq agentliyi FİTYŞA (uyğun olaraq ing. -UNRVA) Yaxın Şərqdə fələstinli qaçqınlara kömək və dəstək verir, onları daimi yaşayış yeri ilə təmin etməyə çalışır. Agentlik əvvəldən BMT-nin Baş məclisinin ixtisaslaşdırılmış idarəsi kimi təsis edilmişdir. Hökumət və şəxsi mənbələrdən könüllü ianələr hesabına maliyyələşdirilir. Əsas tapşırığı qaçqınları ərzaqla, paltar və mənzillə, təhsil və səhiyyə ilə təmin etməkdir. Agentliyin fəaliyyətinə Konsultativ komitə rəhbərlik edir. Baş sərəncamçı Vyanada qərargahda yerləşir. Müəllif Ralf Corc Felthem Mənbə Diplomatın stolüstü kitabı
['beynəlxalq təşkilatlar', 'beynəlxalq iqtisadi münasibətlər', 'BMT', 'BMT strukturu']
1,078
https://kayzen.az/blog/Yunus/18394/kitab%C4%B1-nec%C9%99-oxumal%C4%B1.html
Kitabı necə oxumalı?
Yunus
Bloq: Yunus
21 dekabr 2015, 18:35
Əvvəla əgər sən bir kitabı oxuyarkən ləzzət alırsansa demək ya sən çox dahi və çox zəkisən ki o kitabın məzmunu sənə tanış və rahat gəlir; ya oxuduğun kitab, əyləncəli və nəfsə xoş gələn kitabdır (məsələn, bədii ədəbiyyat); ya da kitab, dərin olsa da sən onu əyləncəli formada və nağıl kimi oxuyursan. Kitab sənə rahat gəlirsə, demək ya zatən bildiyin şeyi oxuyursan; ya çox lazımsız və nəfsə xoş gələn bir şeyi oxuyursan; ya da lazımlı bir şeyi, lazımsız formada oxuyursan. Kitab; ləzzət deyil, döyüşməkdir, mübarizədir!... Əgər yeni şeylər qazanmaq üçün və əqlini inkişaf etdirmək üçün oxuyursansa; o halda mütləq ki o kitab, məntiqini və təfəkkürünü zorlayacaqdır, zehnən və fizikən yorulacaqsan, nəticə etibarilə, sənə, instinktiv olaraq xoş olmayan bir təsir verəcəkdir. Kitabı oxuyarkən ləzzət alırsansa demək zatən mənasız və faydasız bir iş görməkdəsən. Kitabdan necə faydalanmaq lazımdır?                                                Bir kitabdan yetərincə fayda götürmək üçün; onun hər səhifəsini ayrıca bir kitab, hər sözünü də ayrıca bir səhifə qədər diqqətlə oxumaq lazımdır. Bir cümlədə adətən nəinki 1, hətta məsələn 4-5 və ya daha artıq mətləb gizlənə bilər. Bu mətləblərin hər birini kəşf edib fərqinə varmadan zatən nə onları bir-biri ilə əlaqələndirmək mümkündür nə də bütövlükdə o cümləni yetərincə əxz etmək imkan daxilində deyil. Bir örnək verək, məsələn belə bir cümlə ilə qarşılaşsaq; "İslam dünyası, Aristotel fəlsəfəsi və məntiqi ilə, VIII əsrin başlarından etibarən, müsəlmanların fəth etdikləri Suriya və ətrafında qarşılaşdılar". İndi bu cümlədə çoxsaylı məqamlar gizlidir: 1) "İslam dünyası" nə deməkdir, bu anlayışa nə daxildir? 2)«Aristotel fəlsəfəsi və məntiqi» nə deməkdir? 3) Ümumiyyətlə «fəlsəfə» nədir, «məntiq» nədir? 4) «Qarşılaşma» nə deməkdir, nə anlam ifadə edir, bu proses necə və formada həyata keçə bilər? 5) Niyə məhz «VIII əsrin başlarından etibarən» (daha öncə və ya daha sonra deyil)? 6) Niyə məhz «Suriya və ətrafında»? 7) «Fəth» nə deməkdir, hansı formada həyata keçir və «müsəlmanların fəth etdikləri» deyərkən bu proses, necə həyata keçib, hansı nəticələr doğurub? Əvvəla ona görə cümləni anlamaq üçün bütün detalları çözmək lazımdır ki; əgər bu detallardan hətta sadəcə biri belə, yanlış bir məlumat və ya yetərsiz bir yarğılamanın sonucu isə; bu, zəncirvari olaraq bütün digər mənaları da etkiləyə biləcək və bütövlükdə cümlənin mahiyyətini sual altına almaqla qalmayacaq həm də bizim, o cümləni və onun anlamını doğru varsaymamız nəticəsində bəlkə də hətta çox mühüm bir məsələdə, yaddaş və şüurumuza yanlış bir məlumat ötürülmüş olacaq və ümumi zehin və qavrama sistemimizə mənfi təsir etmiş olacağıq. Başqa sözlə desək əgər bir cümlənin hansısa bir hissəsində yanış varsa o zaman bu, təkcə bir detalda deyil ümumilikdə bütün cümlədə anlamı təhdid edən bir amildir və bu da o deməkdir ki biz bu səhvin fərqinə varmadan, qəbul etdiyimiz cümlə ilə bərabər yanlış bir informasiya əxz etmiş olacağıq. Odur ki hər bir cümləylə və cümlənin hər bir detalı ilə, belə desək savaşmaq və döyüşmək gərəkir. Ümumiyyətlə əgər kitabdan doğrudan da tam faydalanmaq istəyiriksə neçə kitab yox necə bir kitab oxuduğumuzu çözməliyik və sonra da o kitabı, «oxuyub bitirməmiz gərəkən bir kitab» deyil, bir HƏYAT kimi görməliyik. Çünki zatən bir kitab əgər əqli bir kitab isə və güclü bir zehinin məhsulu isə demək zatən o mütləq ki 100 faiz nisbətində olmasa belə, böyük nisbətdə həyatı və ümumi düşüncə sxemini əhatə və ifadə edir. O, bəlkə sizə həyatı rəsm edərkən tam dolğun və bütün rəngləri ilə ifadə etmir amma bir və ya bir neçə rəng və ya ştrix əksik olsa belə, ümumi plan və sistem zatən yetərincə bəlirgin və aydındır. Odur ki bir (əqli) kitabı oxuyarkən; hər şeyi, rəsm çəkən bir rəssam kimi düşünüb, hər nöqtə və detalın əhəmiyyətinin, bütünlükdə o mənzərənin yaranmasında önəmli olduğunu diqqətdən qaçırmamaq gərəkir. Hər detala nə qədər çox həssaslıq və peşəkarlıq göstərsək; bu, ümumi mənzərənin və dolayısıyla da kitabın ümumi məzmununun, və beləliklə bizə ola biləcək və bütün həyatı, zehnimizə oturdacaq təsirinin də maksimum olmasını təmin edəcəkdir. Bəli, bir çoxları, hər kitabı, həyatın ayrıca bir detalı kimi düşünsə də əslində belə deyildir; hər (əqli) kitab, ayrılıqda elə həyatın özüdür və o kitabın hər sözü və cümləsi də həyatın bir ştrixti və hissəsi deməkdir. Önəmli olan, neçə kitab oxumaq deyil; necə bir kitab oxumaqdır və onu nə formada oxumaqdır!... Təkcə 1 kitabla, həyatı çözmək və dünyaları fəth etmək olar!... Müəllif: Yunis Dürüst
['Kitab', 'oxumaq', 'mütaliə', 'fayda']
1,079
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/18381/bu-h%C9%99ft%C9%99nin-filml%C9%99ri!-dekabr-7-13.html
Bu Həftənin Filmləri! (Dekabr 7-13)
Türkəl
Bloq: Türkəl
8 dekabr 2015, 01:20
Bu həftə paytaxtımızın kinoteatrlarında iki yeni film təqdim olunacaq.  Komediya janrında olan hər iki film izləyicilərə narkotiklər və hamiləlik arasında olan münasibətə aydınlıq gətirməyə çalışacaq.     1. Milad Günü (The Night Before) İstehsalçı ölkə: ABŞ Ekranlara çıxacaq gün: 10 dekabr. «The Night Before» bu ilin ən böyük Yeni il/Milad komediyasıdır. Bu sub-janrda olan əksər filmlərindən fərqli olaraq «The Night Before» ailəvi seyr üçün nəzərdə tutulmayıb və özündə «Milad ruhunu» daşımır. Film 3 dostun Milad sərgüzəştlərindən bəhs edir. Şəxsi həyatlarındakı yeniliklər səbəbindən bu onların birgə keçirəcəyi sonuncu «böyük bayramdır» və onu unudulmaz etmək onların borcudur. Bildiyiniz kimi milad xristian bayramıdır, dostlardan ikisi isə yəhudidir (bəli, bəli, yəhudi aktyorların yəhudi personajları ifa etdikləri və yəhudi olduqlarını gözümüzə soxmağa çalışdıqları növbəti şən Hollivud komediyası). Vəziyyəti bir qədər də qarışdıran bayramı layiqincə qeyd etməsi üçün qəhrəmanlardan birinə hamilə həyat yoldaşının narkotiklər bəxşiş etməsidir (mən də şokdayam).   Filmdə 3 dostu Joseph Gordon-Levitt, Seth Rogen və Anthony Mackie ifa edir (Aman Allah! O qaradır, yəhudi deyil! Nə gözəl! Onlar necə də tolerantdırlar!). Filmin rejissoru və ssenari müəlliflərindən biri Jonathan Levinedir. Levine, Gordon-Levitt və Rogen üçlüyü bundan öncə 50/50 filmində birgə işləyiblər. Mackie-ni isə 8 Mile, The Hurt Locker, və qara personajları oynadığı və bunu gizlətməyə çalışmadığı digər  filmlərdən tanıya bilərsiniz. Əgər yaşınız narkotiklər haqqında zarafat eşitməyə icazə verirsə və sizi güldürmək asandırsa, bu filmi bəyənə bilərsiniz.   2. Bədheybət Ovu (Monster Hunt) İstehsalçı ölkə: ABŞ Ekranlara çıxacaq gün: 10 dekabr. Bədheybət Ovu döyüş, komediya və macəra janrında çəkilmiş yarı-animasiya filmidir. Film Çində ilin satış rekordlarını qırıb. Lakin onun çəkilişləri asan alınmayıb: film tamamlandıqdan sonra baş rolun ifaçısı Kai Ko dostu Jaycee Chan-la (məşhur Jackie Chan-ın oğlu) birlikdə müəyyən miqdarda marixuana gizlətdiklərinə görə həbs olunurlar. Çin höküməti baş rolda «narkomanın» çəkildiyi filmi ekranlara buraxmağa icazə vermir və studiya filmi sıfırdan çəkməyə məcbur olur. Filmin treylerindən yalnız onu başa düşmək olur ki, bir kişi qadından hamilə qalır və monstr doğur. Çin höküməti hara baxır? Bu arada mən artıq hər şeyi qarışdırıram, görəsən narkotiklərə hamiləliyin hər hansı bir əlaqəsi var? Nə isə, qayıdaq süjetə, uşaq doğulandan sonra valideynlər öz balaca narkomanlarını, üzr istəyirəm — monstrlarını bir ordu quldurdan qorumağa çalışırlar, çünki camaatın işi-gücü qurtarıb, bir eybəcər üzdənirağı yer üzündən silmək istəyirlər. Xaotik və sürreal süjetinə baxmayaraq Monster Hunt ailəvi baxış üçün nəzərdə tutulub. Əgər birinci filmə baxmasanız deməli anti-semitsiniz, əgər ikinci filmə baxmasanız, deməli animasiya və döyüş janrını bəyənmirsiniz və bunun qıyıqgözlülərə olan münasibətinizlə heç bir əlaqəsi yoxdur.   Bu yazı filmlərin tənqidi və yumor məqsədi ilə yazılıb və heç bir qrupu və ya fərdi təhqir etmək fikri daşımır. Müəllif bütün film janrlarına etdiyi qədər, bütün millət, irq və dinlərin nümayəndələrinə də hörmət edir. :)  Türkel.  
['kino', 'kino-icmal']
1,080
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/18371/%C3%A7ak-palanik.-d%C3%B6y%C3%BC%C5%9F-klubu-fight-club.html
Çak PALANİK. Döyüş Klubu (Fight Club).
Türkəl
Bloq: Türkəl
23 noyabr 2015, 13:06
...və Tayler mənə dedi, “İstəyirəm ki məni bacardığın qədər möhkəm vurasan”.   Talyer mənə ofisiant işi tapır, bundan sonra isə Tayler tapançanı mənim ağzıma salaraq deyir ki, əbədi həyata qədəm qoymaq üçün mən ölməliyəm. Tayler və mən uzun müddət dost olmuşuq. İnsanlar həmişə soruşurdular, mən Tayler Dördeni tanıyırammı? Döyüş Klubunun birinci qaydası: Siz Döyüş Klubu haqqında danışmırsnız. Oh, Tayler, məni hifz et. Tayler məni xilas et. Məni isveç mebelindən xilas et, məni intellektual incəsənətdən xilas et. Qoy həmişə natamam olum, qoy həmişə narahat olum, qoy həmişə naqis olum.   Döyüş Klubunun ikinci qaydası: Siz Döyüş Klubu haqqında danışmırsnız. Heç nə sabit deyil, heç nə əbədi deyil. Hətta Mona Liza da çürüyərək hissələrə parçalanır. Döyüş Klubuna üzv olduqdan sonra ağzımdakı dişlərin yarısı laxlamağa başlayıb. Bəlkə bizə lazım olan şey özümüzü inkişaf etdirmək deyil. Tayler heç vaxt öz atasını tanımayıb. Bəlkə bizə lazım olan özümüzü məhv etməkdir. Döyüş Klubunda gördüyünüz qadınlardan tərbiyə almış kişi nəslidir. Bir gecə Taylerdən bütün bu müddət ərzində kiminlə döyüşdüyünü soruşdum. Tayler dedi ki, atası ilə. Bəlkə özümüzü tamamlamaq üçün atamıza ehtiyacımız yoxdur? Üçüncü qayda: Əgər kimsə stop deyirsə, və ya axsayırsa döyüş bitir.  Yuxusuzluq belə bir şeydir. Hər şey çox uzaqda durur, nəyinsə surətinin surətinin surəti kimi. Yuxusuzluq hər şeyi səndən uzaqlaşdırır. Sən heç nəyə toxuna bilmirəsn, və heç nə sənə toxunmur.   4.Hər döyüşdə yalnız iki nəfər dalaşır. Biz tarixin ortancıl uşaqlarıyıq, televizior izləyərək bir gün milyoner, kinoulduz və ya rok musiqiçisi olacağımızı düşnürdük, lakin olmadıq. Və biz bunu hələ indi başa düşmüşük. Siz daşıdığınız ad deyilsiniz. Siz sizin problemləriniz deyilsiniz. Siz sizin yaşınız deyilsiniz. Siz hamı kimi çürüyən üzvi maddəsiniz və biz hamımız eyni bir gübrə tayasının hissələriyik.  Qayda №5. Bir adam gecə ərzində yalnız bir dəfə döyüşə bilər. Marla yalançıdır. Siz də yalançısınız. Marlanın ona ötən gecə dediyi sözlər. Tayler deyir ki, heç bir qız onunla hələ belə danışmamışdı. Gecə ərzində təxminən on dəfə sevişdikdən sonra Marla deyib ki, o hamilə qalmaq istəyir. O Taylerdən abort etmək istəyir. Suallar olmayan yerdə bəhanələr olmur, bəhanələr olmayan yerdə yalanlar olmur.   Döyüş Klubunun altıncı qaydası: Döyüşçülər köynəksiz və ayaqqabısız dalaşır. Tələbəlik illərindən etibarən mən dostlar qazanıram. Onlar ailə qurur. Mən dostlarımı itirirəm. Başıma silah çəkib divarları beynimlə boyamaq istəyirəm. Verdiyimiz qurbanlar, çəkdiyimiz ağrılar olmasaydı, heç nəyimiz olmazdı. Taylerin sözləri mənim dilimdən çıxır. Mən isə elə yaxşı oğlan idim ki... 7. Döyüşlər nə qədər lazımdırsa o qədər də davam edir. Bir gün Marla mənə dedi ki, vəhşi heyvanların arasında qoca heyvan görmək mümkün deyil, onlar qocalan kimi ölürlər. Onlar xəstələndikdə və ya taqətdən düşdükdə onlardan güclü olan başqa heyvanlar onları öldürür. Qocalmaq heyvanlara aid deyil. Marlanın həyat fəlsəfəsi bu idi ki, o istədiyi an ölə bilərdi. Mən bilirəm, bütün bunlar: silah, anarxiya, partlayışlar – hamısı Marla Sinqerin xətrinədir. Hərdən mənə elə gəlir ki, Marla və Tayler bir nəfərdir. Onlar heç zaman eyni vaxt bir otaqda olmurlar. Mən onları heç vaxt birlikdə görməmişəm. Sonuncu, 8-ci qayda. Əgər bu sizin ilk gecənizdirsə, siz mütləq döyüşməlisiniz.   Müasir bombalar tıqqıldamır. Tayler deyir: “Nitro-qliserini Natrium-nitrat və yonqarla qarışdırıb dinamit hazırlamaq olar”. Tayler deyir: “Nitro-qliserini bir az da çox azot turşusu və parafinlə qarışdırsan jelatin partlayıcısı düzəldə bilərsən”.   Mən bütün bunları bilirəm, çünki Tayler bunları bilir.
['Çak Palanik', 'Chuck Palahniuk', 'Döyüş Klubu', 'Döyüşçü Klubu', 'Fight Club', 'kitab', 'əsər', 'müasir ədəbiyyat']
1,081
https://kayzen.az/blog/sevgi/17004/%C9%99fsan%C9%99vi-sevgil%C9%99r.html
Əfsanəvi sevgilər
Apollon
Sevgi
23 noyabr 2015, 11:19
Sevgi: dəli, fırtınalı bir duyğu, sevəni hər şeyə təhrik edən, bitdiyində isə öldürən bir hissdir. İnsanlıq tarixi sevgi ucbatından xəstə, dəli olan, özünü öldürən, yataqlara düşən adlarla doludur.  Romeo və Culyetta. Uilyam Şekspirin qəhrəmanları Romeo və Culyetta dünyanın ən məşhur aşiqləridir. Düşmən ailənin övladları olan gənclər ilk görüşdə bir-birilərini sevib hər şeyi gözə alaraq evləniblər. Vaxtsız ölümləri iki düşmən ailəni bir araya gətirən yeganə hadisə olub. Kleopatra və Mark Antoni. Bu gənclərin sevgisi bir zamanların ən təsirli sevgisi olub. İki tarixi şəxsiyyətin sevgisi sonradan Şekspir tərəfindən dram şəklində qələmə alınaraq bir çox yerdə səhnələşdirilmişdi. İlk görüşdə bir-birinə aşiq olan bu iki gəncin sevgisi ölkələri Misiri güclü hala gətirir. Bu gücdən qorxan Roma Misirə qarşı döyüşə başlayıb. Döyüş zamanı xanımı Kleopatranın ölməsi ilə bağlı yalan xəbəri eşidən Mark qılıncı ilə özünü öldürüb. Markın ölümünü eşidən Kleopatra isə özünə qəsd edib. Lancelot və Quinevere. Kral Arturun xanımı Quinevere sevgilisi Lancelotun sevgisinə qarşılıq vermişdi. Kral Artur yaşanan bu sevgidən xəbərdar olur. Lancelot Quinevereni qoyaraq qaçır. Bir neçə gün sonra sevgilisinin  yandırılacağını eşidib onu xilas etmək üçün geri dönür. Bu hadisə Arturun krallığını sarsıdır. Tristan və İzolda. Kral Arturun dövründə yaşanan digər sevgi isə Tristan və İzolda sevgisidir. İrlandiya kralının qızı İzolda Kral Markla nişanında, nişanlısı ilə birgə gələn qohumu Tristana aşiq olur. Kral Mark İzolda ilə evləndikdən sonra xanımı və qardaşı oğlu arasında yaşanan gizli sevgidən xəbər tutur, cəza olaraq Tristanı başqa yerə göndərir. Orada evlənən Tristan İzoldanı unuda bilməyib xəstə yatağına düşür. İzoldaya məktub yazaraq onu yanına çağırır. Tristanın xanımı İzoldanın gəlməyəcəyi ilə bağlı ona yalan deyir. Nəticədə Tristan kədərdən vəfat edir. İzolda da bu kədərə dözməyib ölür. Paris və Helena. Bütün ədəbiyyatda Sparta kralı Melanusun həyat yoldaşı Troyalı Helena ən gözəl qadın kimi qəbul edilir. Troya kralı Priamın oğlu Paris Helenaya aşiq olub onu Troyaya qaçırır. Nəticədə Spartalılar Troyaya hücum edərək oranı yerlə bir edirlər. Helena geri gətirilərək həyat yoldaşı ilə xoşbəxt həyat yaşamağa davam edər. Napoleon və Jozefina. 26 yaşlı Napoleon evləndikdən sonra Jozefinaya qarşı eşq duyub. Varlı bir ailədən çıxan Jozefina özündən yaşca balaca Napoleonun hisslərinə qarşılıq verib. Ancaq hər iki tərəf də zina etmək istəmədiyi üçün sevgilərini ürəklərində gizlətməli olublar. Napoleon sonunda böyük sevgisindən bir varisi olmayacağını başa düşüb, üzülərək yollarını ayırıblar. Paolo və Françeska. Bu sevgi Dantenin "İlahi komediya" əsəri ilə məşhur oldu. Françeska pis qəlbli biri ilə evlidir, ancaq sevdiyi adam həyat yoldaşının qardaşı Paolodur. Onların sevgisi bərabər oxuduqları kitab ilə getdikcə böyüyür. Nəticədə hər iki aşiq Glanciotto tərəfindən öldürülür. Skarlet O'Hara və Ret Butler. «Külək kimi keçdi» sevgi ədəbiyyatının ölümsüz əsərlərindən biridir. Marqaret Mitçelin əsərində Skarlet və Ret arasındakı sevgi və nifrət əsas mövzudu. Hamı ilə sevgi yaşayan Skarlet sonda Reti seçir, ancaq artıq iş işdən keçmiş olur. Etdiyi hərəkətlər bir zamanlar onu dəli kimi sevən Retini ondan çoxdan uzaqlaşdırmışdı. Ceyn Ayr və Eduard Roçestr. Ceyn hər zaman pis rəftar görən yetimdir. Varlı və dələduz Roçestrə dayəlik edir. Aralarındakı imkansız sevgi günü-gündən böyüyür. Tam evlənəcəkləri gün Roçesterin artıq evli olduğunu bilən Ceyn şəhəri tərk edir. Güclü yanğın zamanı Eduard həyat yoldaşınl və gözlərini itirər. Bundan xəbər tutan Ceyn geri gələrək, kor olmuş sevgilisi ilə bir ömürboyu xoşbəxt həyat yaşamağa davam edər. Piramis və Thisbe. Bu sevgi o qədər ağılsız bir sevgi idi ki, hətta ölümə belə birgə gedəcəklərini bilirdilər. Qonşu olan bu iki gənc böyüdükcə bir-birini daha çox sevir. Ailələri razı olmadığı üçün uzaqda bir ağacın altında görüşməyə qərar verirlər. Görüşə tez gedən Piramis ağzı qanlı vəhşi bir pələnglə qarşılaşır. Qaçarkən dəsmalını yerə salır. Görüş yerinə gələn Thisbe, sevgilisinin dəsmalını pələngin ağzında görüb öldüyünü düşünür və qılıncla özünü öldürür. Qayaların arxasında gizlənən Piramis sevgilisinin öldüyünü görüb, onun sinəsindəki qılıncı çıxararaq öz sınəsinə batırır. Elizabet Bennet və Darsi. Ceyn Austenin möhtəşəm əsəri «Qürur və mühakimə»nin iki unudulmaz qəhrəmanı. Darsi aristokrat bir ailədən çıxıb. Elizabet isə orta şəraitdə yaşayan ailənin beş qızından biridir. Fərqli nüfuzlardan olduqları üçün sevgiləri qəbul edilməz olub. Səlim və Anarkalı. Bu sevgi indi də dillərdə dastandır. İmperator Əkbərin oğlu Səlim kasıb ailənin qızı olan Anarkalıya aşiq olur. İmperatorun bu sevgiyə  qarşı çıxması ilə oğulla ata arasında müharibə başlayır. Ölümə məhkum edilən Səlimi xilas etməyə çalışan Anarkalı diri-diri basdırılır. Şah Cahan və Mümtaz Banu Begüm. Hindistanda turistlərin daha çox ziyarət etdiyi gözəl yerlərdən olan Tac Mahal bu gözəl sevginin xatirəsidir. Tac Mahal ərinə 14 uşaq bəxş edən Mümtaza hədiyyədir. Kraliça Viktoriya və şahzadə Albert. Ərinin ölümündən sonra 40 il boyunca yas saxlayan bir qadının sevgi hekayəsidir. Evliliklərinin 21-ci ildönümündə ərini itirin Elizabet 3 il insan arasına çıxmayıb.
['sevgi', 'əfsanəvi sevgilər']
1,082
https://kayzen.az/blog/turizm/18365/%C9%99yl%C9%99nc%C9%99-turizmi.html
Əyləncə turizmi
nazim_esedov
Turizm
4 noyabr 2015, 20:28
Latınca “Entertain” sözündən götürülən əyləncə sözünün mənası “tutmaq” deməkdir. Əyləncə əsasən boş vaxtın parçasıdır. Dünyada hər gün bir çox insanın boş vaxtı var. İnsanlar bu zamanı aktiv keçirmək istəyirlər və çox vaxt əyləncə turizminə müraciət edirlər. Əyləncə sənayesi XX əsrin əvvəllərindən etibarən meydana çıxmışdır. Onda əsas irəliləmə II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 1930-1940-cı illərdəki ekonomik böhranı, o zaman keçirdikləri qaranlıq günləri unutmaq üçün adamlar müxtəlif əyləncə vasitələrindən istifadə etmişlər. Son illərdə də əyləncə turizmi daha da inkişaf etmişdir. Əyləncə turizmi dedikdə: müxtəlif attraksionlara, tematik parklara, akvaparklara, məşhur teatrlara, sirklərə, kazinolara, barlara  getmək nəzərdə tutulur. Ayrıca karnavallara, festivallara, milli bayramlara getmək, tamaşaçı və ya azarkeş kimi idman yarışlarında iştirak etmək də, buna misal ola bilər. Tematik parklara misal olaraq “Disneyland”i misal göstərmək olar. Dünyanın  ən məşhur əyləncə parklarından biri olan “Disneyland” ABŞ-in Kaliforniya ştatının Anahaym şəhərində 1955-ci il 17 iyun tarixində Uolt Disney tərəfindən açılmışdır. “The Walt Disney Company” şirkəti tərəfindən ilk “Disneyland”ın tikintisinə 17 mln dollar xərclənmişdir, lakin tezliklə bütün yatırımlar 10 dəfə çox gəlir gətirmişdir.Tikilən vaxtı 36 hektar ərazini əhatə  edirdi, attraksiyonların sayı 16-a, giriş bileti isə 1 dollara bərabər idi. İndi isə “Disneyland”ın müasir kompleksi əhəmiyyətli dərəcədə genişlənmiş və 200 hektarlıq ərazini əhatə edir. “Disneyland” bütün yaşda olan insanlar üçün nəzərdə tutulan əyləncə parkıdır. Anahaym şəhərindəki “Disneyland”dan başqa, Florida ştatında “Disney-World”, Parisdə “Avro-Disneyland”, Honqkonkda “Disneyland” və sonda Tokiada “Tokio-Disneyland” fəaliyyət göstərir. Ölkəmizdə əyləncə turizmi inkişaf etmişdir. Turizmin gələcəyə tutduğu işıq, onu bəsləyən yan qolları ilə daha da işıqlanır. Azərbaycanın bacasız sənayesi ən az öz aktivləri qədər sənayeləşən yan qolları ilə də böyük bir inkişaf göstərir. Destinasiya ziyarətlərində artıq tək söz sahibi təbiət, mədəniyyət, dəniz, qum, günəş kimi bilinən turizm modelləri deyil; bir şəhərin əyləncə anlayışı, həyat tərzi və ictimai quruluşu da eyni zamanda maraq doğurur. Buna ən gözəl nümunə, turizm destinasiyalarını ziyarət edən, keyfiyyətli yeməyi və əyləncəni sevən turist sayının gün keçdikcə artmasıdır. Bu inkişaf əsasən son dövrə aiddir.  Bu gün paytaxtımızda və rayonlarda bir çox əyləncə mərkəzləri var və yeniləri də tikilməkdədir. Azərbaycana gələn turistlər əyləncə mərkəzlərinə, gecə klublarına, karnavallara və s. maraq göstərirlər. Azərbaycanda məşhur əyləncə mərkəzləri: Xaçmaz rayonu Nabran qəsəbəsi -  Atlant, Palma, Green Village, Lotos İstirahət və Əyləncə mərkəzləri və s. Qəbələ rayonu — Qəbələnd Əyləncə Mərkəzi Bakı şəhəri-  Park Bulvar, Megafun, Metropark, Olimpik Star, Atrium, “Bakı Əyləncə mərkəzi”, «Baku Paintball Centre» “Bakı Kartinq və Əyləncə Mərkəzi” və s. 2013-cü ildə Azərbaycana əyləncə məqsədilə 705.2 min nəfər turist gəlmişdir, ölkədən gedən turistlərin sayı isə 1053,9 min nəfər olmuşdur.
['turizm', 'turizm və turizmin növləri', 'turizmin növləri', 'turizmin novleri', 'əyləncə', 'əyləncə turizmi', 'eylence turizmi', 'azərbaycanda əyləncə turizmi', 'azerbaycanda eylence turizmi']
1,083
https://kayzen.az/blog/fotosessiya/18357/t%C9%99rc%C3%BCm%C9%99-olunmayan-s%C3%B6zl%C9%99r.html
Tərcümə olunmayan sözlər
_BUMERANQ_
Fotosessiya
30 okyabr 2015, 10:43
Hər dilin özünəməxsus, aid olduğu xalqın mədəniyyətinə, yaşam tərzinə xas xüsusi sözləri olur ki, digər dillərə bir sözlə tərcüməsi mümkün olmur. Belə sözlər ifadə etdiyi məna və lakonikliyinin cazibəsi ilə çoxumuza maraqlıdı. İşlərindəki xırdalıqlara olduqca önəm verən və hər illustrasiyasına daha yaxından baxmağa məcbur edən İngilis illustrator Mariya Tiurina da bu cazibəyə düşənlərdəndir. Belə ki, «Untranslatable words» proyekti çərçivəsində belə sözləri illustrasiyalarda canlandırıb. Duende (ispanca) — Bir sənət əsərinin insana dərindən təsir etmə gücü. Baku-shan (yaponca) - Gözəl qız, ancaq arxadan baxdığınızda.     Schadenfreude (almanca) — Başqalarının bədbəxliklərini görməkdən doğan məmnuniyyət. Pålegg (norveçcə) — Bir dilim çörəyin üstünə yerləşə biləcək hər şey. Torschlusspanik (almanca) — «Bağlanan qapı qorxusu» və ya, yaş ötdükcə əldən çıxan fürsətlərə duyulan qorxu.   Kyoikumama (yaponca) — Övladına dərslərində uğurlu olması üçün amansızca yüklənən ana. Age-Otori (yaponca) — Saç kəsimi sonrası əvvəlkindən daha bərbad görünmək.    Schlimazl (Yiddiş dili) — Davamlı uğursuzluğa uğrayan şəxs.   Gufra (ərəbcə) - Bir ovuca sığa biləcək suyun miqdarı.   Luftmensch (Yiddiş dili) — Xəyalpərəst insanları ifadə edən söz. Lüğəvi mənası «hava insanı».
['fotopost', 'sözlər', 'tərcümə']
1,084
https://kayzen.az/blog/maraqli-faktlar/15727/solaxayl%C4%B1q-m%C9%99%C5%9Fhur-adamlar%C4%B1n-simas%C4%B1nda-mif-v%C9%99-reall%C4%B1qlar.html
Solaxaylıq - məşhur adamların simasında mif və reallıqlar
Apollon
Maraqlı faktlar
29 okyabr 2015, 14:39
Vaxt var idi ki, solaxayların həyatı hər an təhlükə altında idi. Keçmiş zamanlarda Avropada solaxaylıq iblislik əlaməti hesab edilirdi və solaxaylara ölüm hökmü oxunurdu. Bu səbəbdən də solaxay doğulanlar solaxay olduqlarını gizlətməyə çalışırdılar.  Rusiyada, I Pyotr belə bir fərman vermişdir ki, “kürənlər, solaxaylar, taygözlər məhkəmədə şahidlik edə bilməzlər”. I Pyotr bunu belə izah edirdi: — “fırıldaqçı bədzatlara İlahi özü nişan qoyur”. Hal-hazırda isə bu cür rüsvayçı fərmanlara heç yerdə rast gəlmək mümkün deyil. Hətta məktəblərdə belə solaxaylara sol əllə yazmaq qadağa edilmir. Amma yenə də, solaxaylarda nəsə bir qeyri-adiliyin olması haqda fikirlər dolaşmaqdadır. Buna misal olaraq sizlərə dünyaca məşhur olan tanınmış solaxayların həyatından bir neçə faktları çatdırmaq istəyirik: İsaak Nyuton: “Solaxayların məntiqi, qadın məntiqi kimi ağlasızmazdır”...  Məşhur alim İsaak Nyuton solaxay olmuşdur və onun davranışlarında da, özü dediyi kimi, ağlasızmazlıqlar çox olmuşdur. Nyuton pişikləri çox sevərmiş, amma işləyərkən pişiklərin ona mane olmasına çox səbirsiz idi. İşləyərkən pişiklərin ona mane olmaması üçün, alim həmişə pişikləri bayıra qovarmış. Bu səbəbdən də o, qapıda deşik açdırıbmış. Qeyri-adi olan isə odur ki, bu pişiyin 3 balası dünyaya gələn zaman Nyuton ana pişik üçün açdırdığı deşiyin yanından üç ədəd balaca deşik də açdırır, balaca pişiklərin də bayıra çıxa bilməsi üçün. Dünya şöhrətli alimin heç ağlına gəlməmişdi ki, böyük pişik üçün açılmış deşikdən elə balaca pişiklər də çıxa bilərlər. Ernesto Çe Qevara: “Solaxaylar sağçılara nisbətən az ömür sürürlər” Bu statistik məlumata inanıb-inanmamaq hər kəsin öz şəxsi işidir. Amma qeyd etmək lazımdır ki, bəzi statistik məlumatlara əsasən, solaxaylar sağçılara nisbətən – 2 il, bəzi məlumatlara görə — 7 il, bəzilərinə görə isə — 9 il az ömür sürürlər. Buna Latın Amerikasının məşhur azadlıq mücadiləçisi olmuş Çe Qevaranı misal gətirmək olar. Bu hadisə 1967-ci ildə Boliviyada baş vermişdir. Çe Qevaranın başçılıq etdiyi üsyançı dəstənin izinə düşüb onları məhv etməyə çalışan reyncerlər. Reyncerlər şəxsən Çe Qevaranın özünü tutub zərərsizləşdirmək istəyirdilər və onun hansı dəstədə olduğunu bilmək istəyirdilər. Bu işdə Çe Qevaranın solaxaylığı reyncerlərə çox kömək etmişdir. Belə ki, qalın, keçilməz sıx meşəliklərdə ağac və kolların qol- budaqlarının qeyri-adi formada,, sağ tərəfdən deyil, sol tərəfdən sol əllə kəsilərək cığırların açılması reyncerlərin karına gəlmişdir. Belə ki, həmin yerləri nəzərdən keçirən ekspertlər dəqiqləşdirmişlər ki, ağac və kolların qol-budaqlarını ancaq solaxay olan adam bu cür istiqamətdə kəsə bilər. Bu solaxay adam isə Çe Qevara idi. Məlumata görə, reyncerlər Çe Qevaranın harada olduğu müəyyənləşdirmişlər. Buradan belə nəticə hasil olur ki, Ernesto Çe Qevaranın solaxay olması öz başına bir bəla olmuşdur. Uinston Çerçill: “ Solaxaylar gözlənilməz qabiliyyət göstərə bilirlər”. Belə bir qabiliyyətli tanınmış siyasətçi və Böyük Britaniyanın keçmiş Daxili İşlər Naziri olmuş Uinston Çerçill Birinci Dünya Müharibəsindən sonra 40 yaşını haqlayan zaman, əlinə firça alaraq göstərmişdir. Solaxay olan Çerçill çəkdiyi rəsmləri gizli adla Parisdə keçirilən sərgiyə göndərmiş və rəsmləri sərgidə çox yüksək qiymətləndirilmiş, hətta çox yaxşı qiymətə satılmışdır. Mütəxəssislər Çerçillin çəkdiyi rəsmləri çox yüksək qiymətləndirərək belə demişlər: — “...Bu rəsmlər dünya şöhrətli impressionist rəssamların yaratdığı şedevr rəsm əsərləri ilə rəqabət apara bilər. Nikolay Leskov: “ Solaxaylar ziddiyyətli və qəddar olurlar”  Məşhur rus yazıçısı N. Leskov özü solaxay olmaqla bərabər, “Solaxay haqqında hekayə” əsərinin müəllifidir. Bu hekayə — nağıl dünyaca məşhur əsərlərdəndir. Bu hekayədə N. Leskov, “Solaxay” ləqəbli tulalı ustanın birənin ayağını sol əllə nallayaraq, ingilis ustasını necə mat qoymasından danışır. Bu hekayədə müəllif solaxay ustanın həm məharətindən, həm də onun qəddarlığından, yəni birənin ayağını nallayaraq onu hərəkətsiz qoymağından sıhbət açır. Albert Eynşteyn: “Solaxaylar çox çətin təlim olunurlar və təsir altına çətin düşürlər” Bu fikirlə yəqin ki, Eynşteynin bütün müəllimləri razılaşardılar. Çünki müəllimləri Albertə ən sadə misalları belə çətinliklə başa sala bilirdilər. Dünya şöhrətli alim məktəbdə oxuyarkən, keçdiyi fənləri çox çətin qavradığından oxumağı bir müddət dayandırmaq fikrinə düşür. Amma gimnaziya rəhbərliyi onu qabaqlayır və Albertin qimnaziyanı bitirməsinə 1 il qalmış rəhbərlik ona gimnazıyanı tərk etməyi təklif edir. Bütün bunlara baxmayaraq solaxay olan Albert Eynşteyn ən şöhrətli alim olmuş və skripkada mükəmməl ifa edə bilirmiş. Makedoniyalı İsgəndər: “Solaxaylar çətin vəziyyətlərdə qeyri-adi, standart olmayan çıxış yolları tapırlar” Dünya şöhrətli sərkərdə. əfsanəvi Makedoniyalı İsgəndər solaxay olmağı ilə bərabər, onun gözlərinin hərəsi bir rəngdə olmuşdur. Deyilənə görə, onun gözünün birinin rəngi qonur, digərinin rəngi isə mavi imiş. Onun gözlərinin müxtəlif rəngli olması təkcə əsgərlərdə deyil, yaxın silahdaşlarında da qorxu, vahimə hissi yaradırdı. Tarixdə Makedoniyalı İsgəndər kimi solaxay hökmdarlar az olmamışdır. Digərləri kimi. Makedoniyalı İsgəndər də solaxaylığın bir “qüsur” olmadığını, əksinə, solaxay olmağın bir çox üstünlüklərini hamıya sübut etməyə çalışmışdır. Belə ki, o, öz ordusunda solaxay döyüşçülərdən ibarət 700 nəfərlik hərbi korpus yaratmışdı ki, bu solaxaylardan ibarət korpusun döyüşçüləri vuruşmanın ən kritik anlarında gözlənilmədən döyüşə girərdilər. Solaxaylarla vuruşmaq sağçılar üçün rahatsız olduğundan qələbə həmişə solaxaylara nəsib olurdu. azens.az
['maraqlı faktlar', 'solaxaylar', 'solaxaylıq', 'solaxay məşhurlar']
1,085
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/15912/e-vitamininin-orqanizm%C9%99-v%C9%99-d%C9%99riy%C9%99-t%C9%99siri.html
E vitamininin orqanizmə və dəriyə təsiri
Apollon
sağlam həyat tərzi
20 okyabr 2015, 14:31
Son zamanlarda aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, E vitamini insan orqanizmində maddələr mübadiləsinin normada saxlanıması, dəri və toxumaların adi metobolik prosseslərin səbəb olduğu zədələnmələrdən qorumasında vacib rol oynayr. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd olunan məsələləri nəzərdən keçirək. Dəri — insanı ətraf mühitin daimi zədələrindən qoruyan vacib orqandır. Müxtəli kimyəvi və mexaniki təsirlər insan orqanizmi və xaric görünüşünə mənfi təsir etdiyindən,onun daimi olaraq qorumaya ehtiyacı var.Bu qoruma isə daxildən olmalıdır ki, daim zədəyə məruz qalan toxumalar, zəifləməyib, öz funksiyasını normal icra edə bilsinlər. Ümumi fenomen olan — fotoqocalma, günəş təsirindən yaranır. Ultrabənövşəyi və infraqırmızı şüalanma qocalma prosesini gücləndiri. Ultrabənövşəyi şüalar — sərbəst radikalların əmələ gəlməsinə səbəb olur. E və C vitamini kimi antioksidant maddələri də, ultrabənövşəyi şüaların təsirindəm məhv ola bilirlər. Sərbəst radikallar — yüksək reaksiyalı qabiliyyətə malikdirlər. Onların məhv edici potensialı yalnız dəri antioksidantları olan, yağda həll olunan E vitamini və suda həll olunan C vitamini tərəfindən neytrallaşdırıla bilir. Bu maddələri yerli və ya qida ilə qəbul etdikdə onlar sərbəst radikalların DNK, zülal və digər vacib molekulları zədələməmiş qarşısını ala bilirlər. Lakin ultrabənövşəyi şüalanmanını dozası artdıqca antioksidant qoruma zəifləyir və bu antioksidant qoruma sistemi daha az sərbəst radikalı bağlama gücünə malik olur. Bu sərbəst radikallar isə — toxumaların müxtəlif zədələnməsiə, DNK və zülalların modifikasiyasına gətirə bilərlər. Bu tip zədələnmə vaxtından əvvəl qocalmaya və hətta daha ciddi dəri problemlərinə səbəb ola bilir(dəri xərçəngi). Məhz bu səbəbdən bir çox insanların seçdiyi səhv qida rasionu, müxtəlif pəhrizlər və qeyri stabil qidalanma, gələcəkdə bir çox xəstəlikk və zədələnmələrə səbəb olur. Buna görə, hər bir insan ən əsası normal qidalanma, günəşin çox qızmar vaxtında günəş altında olmamaq və sağlamlığının qorunması üçün bir çox digər qaydalara əməl etməlidir. E vitamin həmçinin iltihabəleyhi effektinə malikdir. Bu səbəbdən bir çox kosmetik vasitələrin tərkibində bu maddə istifadə olunur. Bu vitaminə olan ehtiyacı qida məhsullarından əldə etmək daha məsləhətli olduğundan, sizə E vitamini ilə zəngin olan məhsulları bir neçəsinin adını təqdim edirik: Buğda, buğda yağı, taxıl, rafinə olunmamış bitki yağı, qoz, tum, yumurta, yaşıl yarpaqlı tərəvəzlər, balıq və ümumilikdə bütün dəniz məhsulları. saglamolun.az
['vitaminlər', 'E vitamini', 'vitaminlərin təsiri']
1,086
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/18347/m%C3%BCasir-m%C9%99cunlar.html
Müasir Məcunlar
dr_mahmud
sağlam həyat tərzi
13 okyabr 2015, 16:13
Bugünkü gündə fərqli təsirə malik bitkilərdən və bitki qarışıqlarından ibarət məcunlara maraq daha çoxdur. Bitkiləri ayrı-ayrılıqda dəmləməyə vaxtı olmayanlar və rahat şəkildə fitoterapiyadan yararlanmaq istəyənlər bitki tərkibli təbii məcunları yemək şəklində istifadə edirlər.  Bir sıra xəstəliklərdə praktikamda da tətbiq etdiyim  məcunlarla sizi tanış edəcəm.Boy-inkişafı artırmaq üçün məcun:Bal – 1 kq,  Çiçək tozu – 100 q, Arı südü – 20 q, keçibuynuzu meyvəsi tozu – 200 q və Şirin biyan kökü – 100 q. Bir-birinə qarışdırlır və 2 gün qaldıqdan sonra istifadə etməyə başlamaq olar.Bu təbii məcunun tərkibi sink, kalsium və mis kimi elementlərlə zəngindir və bu maddələr  boy uzanması üçün olduqca lazımlı mikroelementlərdi. Boy üçün lazım olan vitamin və mineralları cəmləyən bitki mənşəli boy və inkişaf məcunu yaşa uyğun boyun korreksiyasını həyata keçirir. 10 yaşa qədər 1 çay qaşığı 3 dəfə yeməkdən sonra.10 yaşdan sonra 1 xörək qaşığı 3 dəfə yeməkdən sonra.Qızlarda 15 yaşa, oğlanlarda isə 18 yaşa qədər təyin edilir. Orqanizmdə boyatma imkanının olması rentgenoloji təsdiq olunan hallarda təbii məcun qızlarda 18 yaşa, oğlanlarda isə 20 yaşa qədər təyin edilə bilər.  Qaraciyər üçün məcun:Ləkəli alaqanqal toxumu tozu – 150 q, ənginarlı şahtərə bitki tozu – 100 q, güləm – 50 q, solmazçiçəyi – 40 q, boymadərən – 40 q, dazıotu – 40 q və bal – 1 kq.Hepatoprotektor, antioksidant, antitoksik, antiseptik, iltihab əleyhinə, xolelitik, xolekinetik, zəif xolesekretik təsir göstərir, həzm prosesini yaxşılaşdırır. Hepatitlər, qaraciyər piylənməsi, öd kisəsi xəstəliklərinin müalicəsində geniş tətbiq edilən bu təbii məcun qaraciyər hüceyrələrinin yenilənməsi, biokimyəvi proseslərinin sürətlənməsi üçün şərait yaradır. Alkoqol, uzun müddət hormonal dərman və antibiotik qəbul edənlər məcunu gündəlik qida kimi istifadə edə bilər. Yaşdan və kliniki gedişdən asılı olaraq 1 ç/q və ya 1 x/q 3 dəfə yeməkdən sonra qəbul etmək məsləhətdir. Yaddaş və beyin qan dövranı üçün məcun:Ginkqo biloba yarpağı tozu – 120 q, çiçək tozu – 100 q, qaragilə meyvəsi tozu – 80 q, yemişan meyvəsi tozu – 80 q, darçın tozu – 40 q, Bal – 1 kq. Bir-birinə qarışdırılır və 3 gün saxladıqdan sonra istifadə edilir.Bu təbii məcun beyin damarlarının tromblarını əridir, angioprotektiv təsir göstərir, mikrosirkulyasiyanı yaxşılaşdırır, toxumaların oksigenizasiyasını artırır.  Həmçinin hüceyrə membranının qurulmasında, sərbəst radikalların orqanizmdən çıxarılmasında və fermentlərin aktivləşməsində iştirak edir. Beyin toxumasının qanla təchizatını artırır, oksigenin istifadəsini və toxuma tənəffüsünü normallaşdırır. İmtahana hazırlaşanlar, psixoemosional stresi olanlar, beyin qan dövranı pozulanlar, yaddaş zəifliyindən və yaşlılarda unutqanlıqdan əziyyət çəkənlər geniş şəkildə gündəlik qida kimi istifadə edirlər.2 yaşdan yuxarı hər kəs 0,5 ç/q-dan 1 desert qaşığına qədər qəbul edə bilər.
['uşaq', 'yaddaş zəifliyi', 'qaraciyər', 'inkişaf', 'sağlamlıq üçün', 'antioksidant']
1,087
https://kayzen.az/blog/Bilirsinizmi/15327/eram%C4%B1z-v%C9%99-eram%C4%B1zdan-%C9%99vv%C9%99l.html
Eramız və Eramızdan əvvəl
Apollon
Bilirsinizmi?
29 sentyabr 2015, 11:38
Avropada VIII əsrdən başlayaraq illəri İsa Məsihin doğum dünündən hesablamağa başlamışlar. Elə həmin vaxtdan da “bizim era” anlayışı ortaya çıxmışdır. Təxminən 1500 il bundan əvvəl Roma Papası I İohann skif əsilli monax-alim Kiçik Dionisiyə “Pasxa” bayramının qeyd olunması üçün tarixin təzədən, lap dəqiqliyi ilə hesablamasını həvalə edir. Qeyd etmək lazımdır ki, həmin vaxta qədər Avropada illərin hesablanması Roma imperatoru olan bütpərəst Diolektianın hakimiyyətə gəldiyi ildən hesablayardılar. Bu da təxminən 284-cü ildən hesablanırdı. Xaçpərəst olan monarx Kiçik Dionisi isə bütün bu hesablamların üstündən xətt çəkərək, “Əhdi-əqiqi” əsas götürərək, illəri İsa Məsihin döğum günündən hesablamışdır. Bu hesablama “Dionisi sistemi” adlanır və monarx-alim bu sistemi 525-ci ildə tərtib etmiş, yaratmışdır. O zamandan indiyədək bütün dünyada bu hesablamadan istifadə olunur. Elə Avropada da VIII əsrdən başlayaraq tədricən bu sistemdən istifadə etməyə başlamışlar. Amma son vaxtlar mütəxəssislər belə hesab edirlər ki, Dionisi öz hesablamalarında təxminən 4 il yanlışlığa yol vermişdir. Buradan da belə nəticə hasil olur ki, hal-hazırda 2014-cü il deyil, əslində 2010-cu il olmalıdır. VII əsrdən başlayaraq anqlosakson tarixçisi Beddin hesablamaları bütün dünyaya yayılmışdır. O, “Dionis sistemi”ni əsas götürərək, özünün “Dünyanın yaşının 6 həddi” sistemini onunla uyğunlaşdıraraq, İsa Məsihin doğumundan əvvəlki illəri geriyə doğru hesablamışdır və buradan da “eramızdan əvvəl” anlayışı ortaya çıxmışdır. Beləliklə, Bedd öz hesablamalarında İsa Məsihin doğumundan sonrakı illəri — “bizim era”, İsa Məsihdən əvvəlki illəri isə -“eramızdan əvvəl” adlandırmışdır. azens.az
['bilirsinizmi', 'maraqlı faktlar', 'eramız. eramızdan əvvəl']
1,088
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/16271/akupunktura-n%C9%99dir.html
Akupunktura nədir?
Apollon
sağlam həyat tərzi
22 sentyabr 2015, 15:58
Akupunktura - metal iynələrin təsiri və ya yandırma yolu ilə insan orqanizminin bioloji aktiv nöqtələrinə olan təsir ilə aparılan müalicə metodudu. Bu üsul — bir çox xəstəliklərin müalicəsinin effektivliyinə görə bütün dünyada qəbul olunan ənənəvi çin təbabətinin komponentidir.İynələrlə aparılan bu müalicənin vətəni Çindir. Bu gün artıq Çindən əlavə, Avropa, Amerika və Rusiiyada bir çox tədqiqat institutları yaradılmışdır ki, onlar bir çox xəstəliklər zamanı bu metodu tətbiq edirlər. Akupunktura — fiziki, psixiki və emosional pozğunluq və xəstəlilərin müalicəsində istifadə olunan təbii yanaşmadır. Onun əsas ideyası sadədir. Əgər insanın hər hansı bir orqanı zədələnibsə, bu o deməkdir ki, orqanizmin bütün sistemləri arasında qarşılıqlı əlaqə pozulub. Belə ki, xəstəlik və əlamətləri deyil, bütün orqanizmi müalicə etmək lazımdır. Bu isə iynələrin müəyyən nöqtələrə təsiri ilə həyata keçirilir. İynə batmasının akkupunktura nöqtələrinə təsiri... İnsan bədənində 664 nöqtə vardır. Həkim bu nöqtələr arasında seçimi xəstəliyin xüsusiyyətinə görə edir. Bu aktiv nöqtələr dərinin digər yerlərindən öz yüksək səviyyəli mübadilə prossesi, daha yüksək ağrı hissiyatı, daha yüksək elektirk potensial və elektrikə az müqaviməti olması ilə seçilirlər. Akupunktura üçün bir dəfəlik steril iynələr istifadə olunur. Akupunkturanın ayrılmaz hissəsi olan nəbz diaqnostikasına sayəsində — xəstəliyin əmələ gəlməsini, orqanizmdə yayılmasını və əlamətlərini izləmək mümkündür. Məhz nəbz diaqnostikası insanın enerji ehtiyatı sisteminin nə vəziyyətdə olmasını öyrənməyə imkan yaradaraq, müalicə prosesinə yanaşmanı müəyyən etməyə kömək edir Bu müalicə növünə adətən dərman terapiyası kömək etmədikdə və ya zəif etdikdə əl atılır. Adətən bu sümük, oynaq, periferik sinirlər, məhz miqren, artroz, nevralqiya və artitonevritlərə aid edilir. Həmçinin bu üsul mərkəz sinir sitemi pozulmalarında, impotensiyanın müalicəsində, depressiya və arıqlamaq üçün istifadə olunur. 1980 — cı ildə Ümumdünya Səhiyyə Təşkilatı akupunktura metodu ilə malicə olunan xəstəlilərin siyahısını dərc etmişdir. Bu siyahıyay 43 xəstəlik daxil edilib. İçərisində hepatit, xərçəng, hipertoniya. allergiya və sateroskleroz kimi ağır xəstəliklər də sadalanır.
['akupunktura']
1,089
https://kayzen.az/blog/ugura-yol/18342/z%C9%99kan%C4%B1,-yadda%C5%9F%C4%B1-v%C9%99-diqq%C9%99ti-m%C9%99%C5%9Fq-etdirm%C9%99yin-7-%C3%BCsulu.html
Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu
Guilty
Müvəffəqiyyətə gedən yol
14 sentyabr 2015, 12:26
Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında monax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür.   Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar. 1. Rober Uden metodu Məşq üçün məkan: küçə vitrinləri, super-market rəfləri Rober Uden –məşhur fransız sehrbazı və Harri Qudinin kumiri olmuşdur. Gənc  yaşlarında ikən o, gündəlik olaraq öz müşahidə qabiliyyətini məşq etdirirdi. Dükanların yanından keçərkən, Rober vitrinə tələsik nəzər salır, daha sonra üzünü döndərir və bir neçə addım atdıqdan sonra gördüyü hər bir məhsulun vitrindəki yerini, həm də onun görünüşünü dəqiq xatırlamağa çalışırdı: rəng, ölçü, forma. Hər gün o, bu tapşırığın öhdəsindən daha sürətlə gəlirdi.  Çox qısa bir müddətə o, elə hazırlıq səviyyəsinə çatır ki, piştaxtada olan malların xüsusiyyətlərini hətta qaça-qaça təsvir edə bilir. 2. London cibgirləri metodu Məşq üçün məkan: harda olsa, klassik variant -Portobello-roud 19-cu əsrdə London və Paris şəhərlərinin küçə dəstələrində, sözün əsl mənasında quldur məktəbləri fəaliyyət göstərirdi, burada təcrübəli soyğunçular cavanlara cibgirlik sənətinin incəliklərini öyrədirdi. «Oliver Tvist» əsərində olduğu kimi, Fedcin  timsalında qoca oğru ovcunda bir neçə gərəksiz əşya tuturdu –məsələn iki düymə, beş pens və bir nişan üzüyü. “Müəllim” bu əşyaları “tələbələrinə” cəmi bir neçə saniyəliyə göstərir, sonra onlardan gördükləri hər bir predmeti təsvir etməyi tələb edirdi, sonra isə o görünməz şəkildə predmetlərdən hər hansı birini yox edirdi və uşaqlar dərhal hansı əşyanın itdiyini söyləməli idilər. 3. Canni Rodari metodu Məşqlər üçün yer: təxəyyül Özünün «Fantaziya qrammatikası» kitabında Canni Rodari təxəyyülü və əhvalat uydurmaq qabiliyyətini necə inkişaf etdirmək haqqında danışır. Tapşırıqlardan biri –gülməli fərziyyələr irəli sürməkdir. «Məsələn Sisiliyanın düymələri qırılıb açılsaydı, görən nə olardı? Bəs bir gün qapınızı ilanlar döyüb, sizdən yarpız istəsəydi onda nə baş verərdi?». Digər tapşırıq isə beyində xüsusi formada təsvirlər canlandırmaqdır. Məsələn müdir rolunda olan itlər, onların müavini olan pişiklər,  mikro-menecer begemotlar. Bundan əlavə bir sıra beyni inkişaf etdirəcək oyunlar: bilməcələr, hekayələr düzəltmək, qəzetlərdən çıxarışlar və s qoşub danışmaq. 4. Ayvazovski metodu Məşq üçün məkan: pəncərədən, eyvandan və evin damından baxdıqda qarşınızda cilan mənzərə Əksər rəssamların çox əla göz yaddaşı vardır. Siz də göz yaddaşını inkişaf etdirə bilərsiniz. Bunu pəncərədən açılan mənzərəni və metro sərnişinlərini seyr edərək həyata keçirmək mümkündür. Baxışınızı bir insanın və ya əşyanın üzərinə dikərək bir neçə saniyə ərzində saxlayın. Obyekti bütün detalları ilə yadda saxlamağa çalışın.  Daha sonra gözünüzü yumaraq onu təsəvvür edin. Sonra isə tədqiqat predmetinə bir daha nəzər salın, obrazı beyninizdə bir də canlandırın. Məşğələni davam etdirin. Insanlar cizgilərini və ya yoldan keçənlərin cüssələrini yadda saxlayaraq onları təsvir etmək, rəsmlərini çəkmək olar, həmçinin muzeydəki şəkillərə yadda saxlamağa cəhd edin. Ya da kibrit çöpləri ilə məşq etmək olar, stolun üzərinə 4-6 çöp atın və onların necə düşdüyünü yadda  saxlayın. Məşq etdikcə hər dəfə çöplərin sayını artırın. 5. İtalyan oğlanları metodu Məşq üçün məkan: növbələr Uilyam Atkinson yazır ki, belə bir mənzərənin Çikaqoda şahidi olub: italyan qəzetçiləri, tipoqrafiyanın qarşısında dayanıb, yeni qəzetinin yeni sayının çıxmasını gözləyərkən “Morra” adlı oyun oynayır. Biri digərinə öz yumruğunu göstərib, qışqıraraq «Моrrа!» deyir, bu zaman o barmaqlarının bir neçəsini bükür, digərləri isə açıq qalır. İkinci oyunçu isə dərhal hansı barmaqlarının açıq qaldığını deməlidir. Əgər deyə bilmirsə və ya ləngiyirsə -qəzet dəstəsini onun başına çırpırlar. «Morra» bir növ «Daş-qayçı- kağız» oyununa oxşayır, bu sadə oyunu hələdə balaca uşaqlar mərc gələrkən istifadə edir. 6. Siseron metodu Məşq üçün məkan: şəxsi otağın Otağınız boyu gəzin, qapıdan başlayaraq, hər bir küncə nəzər salın, Əlbəttə bu məkan onsuz da sizə kifayət qədər yaxşı tanışdır. Indi isə yadda saxlanması lazım olan şeyləri xəyali olaraq otağın müxtəlif hissələrində yerləşdirin. Bu sizin alman dilindən əzbərləməli olduğunu fellər, hazırladığınız təqdimatın statistik göstəriciləri, məruzənin hesabat hissəsi və s ola bilər. Əgər çətin gəlirsə, onda lazımı sözləri kağızların üzərində yazıb, onları divarlardan asın və sonra otaq boyu bir neçə dəfə gəzişin. Bu işə yaramalıdır. Məkan assosiasiyası metodunu ya Siseronun ya da Simonidin adı ilə bağlayırlar. Birinci onu çıxışlara hazırlaşarkən istifadə edirmiş, ikinci isə eyni düşünmə tərzini bir az fərqli və daha kədərli situasiyada istifadə etməli olub. Simonid bir simpoziumda qonaq idi. Birdən həmin yerin tavanı uçaraq, iştirakçı qonaqların üstünə düşmüşdü. Yalnız Simonid qalıqların altından sağ çıxdı. Sonra isə o kimin harada oturduğunu xatırlayaraq, qohumlara meyitləri tanımağa kömək etməli olmuşdu. 7. Yoqa metodu Məşq etmək üçün məkan: harada olsa fərqi yoxdur Özünü inkişaf məsələsində həqiqətən uğura nail olmuş insanlar olan yoqa ustalarından bəzi elementləri mənimsəmək olar. Diqqətlilik meditasiyasını isə istənilən bir şəraitdə sınamaq və məşq etmək olar: velosipeddə yürüş edərkən, duş qəbul edərkən, mühazirədə oturanda, amma yaxşısı özünlə tək qalanda. Bu metodun mahiyyəti ondan ibarətdir ki, həyatın hər bir anını  dərk edəsən. Öz vücudundan gələn siqnallara qarşı həssas olasan. Sizin bir kündən digərinə ritmik şəkildə yerişinizi də meditasiya hesab etmək olar, sadəcə bu vaxt vacibdir ki, sizin diqqətiniz hərəkətdə cəmlənmiş olsun. Düz xətt üzrə 5-10 addım atın. Yumşaq hərəkət edin, elə davranın sanki filmdə çəkilirsiniz. Pəncənin necə qoylumasına, dabanın necə qalxmasına və ağırlığın bir ayaqdan digərinə necə ötürülməsinə diqqət yetirin. Gün ərzində öz-özünə artıq sizin üçün vərdiş halını almış və xüsusi zəhmət tələb etməyən işləri necə yerinə yetirdiyinizi izləyin. Müəyyən vaxt fasilələrindən sonra hansı formada əyləşdiyinizə diqqət yetirin, məsələn hər dörd saatdan bir siz hansı pozada olursunuz. Mənbə:Banker.az
['Yaddaş', 'zəka', 'diqqət']
1,090
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/17716/d%C3%BCnyaya-b%C3%B6y%C3%BCk-ideyalar-b%C9%99x%C5%9F-etmi%C5%9F-10-d%C9%99li-dahi.html
Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi
Apollon
Böyük insanlar,şəxsiyyətlər
12 sentyabr 2015, 10:24
Pasiyent 1: Edqar Allan Po Amerika yazıçısı, şair (1809-1849)Diaqnoz: Ruhi nasazlıq, dəqiq diaqnoz təyin edilməmişdir.Simptomlar: Qaranlıq qorxusu, yaddaşda problemlər, təqib maniyası, qeyri-adekvat davranış, hallüsinasiyalar. Xəstəlik tarixcəsi: Artıq 1830-cu illərin sonundan Edqar Po sıx baş verən depressiyalardan əziyyət çəkirdi. Bundan başqa, o alkoqoldan sui-istifadə edirdi, bu da öz növbəsində onun psixikasına yaxşı təsir etmirdi: içkinin təsiri altında yazıçı bəzən şiddətli dəlilik vəziyyətinə düşürdü. Alkoqola tezliklə tiryək də qatıldı. Onun gənc xanımının ağır xəstəliyi Ponun ruhi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirdi. Po 13 yaşlı əmisı qızı Virciniyayla evlənmişdi; nikahdan 7 il sonra, 1842-ci ildə, Virciniya vərəmə tutulur, daha 5 il sonra isə dünyasını dəyişir.Virciniyanın ölümündən sonra — özünün ölümünə isə 2 il qalmış — Edgar Po bir neçə dəfə aşiq olur və iki dəfə evlənməyə cəhd edir. Birinci cəhdi Ponun növbəti tutmalarından qorxuya düşən sevgilinin imtinasına görə pozulur, ikinci dəfə isə toya az qalmış içib və özünü itirən bəyin toya gəlmədiyinə görə baş tutmur (Ponu 5 gün sonra ucuz traktirlərin birində tapırlar).Yazıçını klinikaya yerləşdirdilər və burada o qorxunc hallüsinasiyalardan əziyyət çəkərək artıq beş gün sonra dünyasını dəyişir. Ponun ən dəhşətli qorxusu olan yalnızlıqda ölmək həyata keçdi: o çox insanlardan son saatlarında onun yanında olacaqlarına dair vəd alsa da 7 oktyabr 1849-cu il gecə saat üçdə yanında heç bir yaxını olmadı. Dünyaya təqdim edilmiş ideyaları: İki məşhur müasir ədəbi janr. Birinci — dəhşət romanı ( və ya hekayəsi). İkinci janr — Detektiv. Məhz Edqar Ponun «Morq küçəsində qətl» hekayəsinin qəhrəmanı Oqyust Dyupen cənabı, deduksiya metodunun və onun məddahı mister Şerlok Holmsun əcdadı olub. Pasiyent 2: Fridrix NitsşeAlman filosofu (1844-1900)Diaqnoz: Nüvəli mozaik şizofreniyası (tərcümeyi-halında əksəriyyətdə daha ədəbi variantda- obsessiv pozğuluq kimi göstərilmiş).Simptomlar: Megalomaniya (Böyüklük iddiası) ("İki ay sonra mən Yer kürəsində bir nömrəli insan olacam" mətnli qeydləri göndərirdi, divarlardakı şəkillərin çıxarılmasını tələb edirdi, çünki onun mənzili «məbəd» idi); ağlını itirmək (şəhərin mərkəzində atı qucaqlayırdı və bununla küçə hərəkətinə mane olurdu); güclü baş ağrıları; qeyri-adekvat davranış. Nitsşenin tibbi kartında deyilirdi ki, xəstə çəkməsindən öz sidiyini içirdi, anlaşılmaz qışqırıqlar buraxırdı, xəstəxana gözətçisini Bismarka oxşadırdı, qapının arxasında sındırılmış stəkanın qırıqlarıyla barrikada qurmağa çalışırdı, döşəmədə yatırdı, keçi kimi tullanırdı, ağız-burnunu əyirdi və sol çiynini qabağa verirdi.Xəstəlik tarixçəsi: Nitsşe bir neçə apopleksiya tutması keçirdib (iflic); həyatının son 20 ilini psixiki pozğunluqdan əziyyət çəkib (məhz bu dövrdə onun ən əhəmiyyətli əsərləri yaranıb — məsələn, «Zərdüşt belə deyirdi»), onlardan 11 ilini o, psixiatrik klinikada keçirdib. Vəziyyəti daim pisləşirdi — həyatının sonuna yaxın filosof yalnız sadə cümlələr qura bilirdi.Dünyaya bəxş edilmiş ideyalar: Ali insan ideyası (nə qədər paradoksal görünsədə, məhz keçi kimi tullanan və sol çiynini oynadan bu yoldaş bizdə azad, məntiqüstü, mükəmməl, xeyir və şərin digər tərəfində olan şəxsiyyət kimi assosiasiya yaradır). Yeni əxlaq ideyası (qul əxlaqının əvəzinə güclü şəxsiyyət əxlaqı): sağlam əxlaq insanı məşhurluğa və hakimiyyətə olan təbii cəhdinə ucaltmalıdı. Hər bir başqa əxlaq ağrılı və düşkündür. Faşizmin ideologiyası: xəstələr və zəiflər həlak olmalıdır, ən güclülər qalib gəlməlidi («Yıxılanı itələ!»). Ehtimal «Allah ölüb».Pasiyent 3: Ernest HeminqueyAmerika yazıçısı (1899-1961)Diaqnoz: Kəskin depressiya, zehni pozğunluq.Simptomlar: İntihara meyllilik, təqib maniyası, əsəb pozğunluqları. Xəstəlik tarixçəsi: 1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıtdı. Qorxu və inamsızlıq hissi, depressiyalar onu narahat edirdi, o yaza bilmirdi, buna görə də könüllü olaraq psixiatrik klinikada müalicə almağa razılaşdı. Heminquey 20 elektroşok seansı keçirtdi, bu prosedurlar haqqında o belə yazır: «Mənə elektroşok təyin edən həkimlər yazıçıları anlamırlar: Mənim kapitalım olan beyinimi dağıtmaq və yaddaşımı silib məni həyatın kəndarına atmağın mənası nə idi? Bu parlaq müalicə idi, ama onlar pasiyenti itirdilər».Heminquey klinikadan çıxdıqdan sonra əmin oldu ki, əvvəlki kimi yaza bilmir və ilk intihar cəhdinə təşəbbüs etdi, ancaq yaxınları ona mane oldular. Həyat yoldaşının xahişi ilə o təkrar müalicə kursunu keçdi, amma öz niyyətini dəyişmədi. Çıxdıqdan bir neçə gün sonra qoşalülə tüfəngdən başına atəş açaraq intihar etdi.Dünyaya bəxş edilmiş ideyalar: «itirilmiş nəsil» ideyası — Heminquey eyni dövrdə yaşamış yoldaşı Remark kimi, konkret müharibənin dəyirman daşlarıyla üyüdülmüş konkret nəsli nəzərdə tuturdu, ancaq termin cəzbedici oldu — o vaxtdan hər nəsil özünü itirilmiş hesab etmək üçün səbəblər tapır. Yeni ədəbi fənd, «aysberq metodu», yəni xəsis, quru mətnin səxavətli, ürəkparçalayan mətnaltı mənaları nəzərdə tutması. Heminqueyin qəhrəmanı — mübarizənin faydasız olduğunu anlasa da, sonuna kimi mübarizə aparan, sərt və susqun döyüşçüdü.Ovçu, əsgər, idmançı, dənizçi, balıqçı, səyahətçi, Nobel laureatı, bədəni tamamilə çapıqlarla dolu olan Heminqueyin özü isə təəssüf ki sonuna kimi mübarizə aparmadı. Lakin yazıçı öz ideallarına xəyanət etmədi. «Kişinin yorğan-döşəkdə ölməyə haqqı yoxdu, — deyirdi o — Kişi ya döyüşdə ölməlidi, ya da alnına güllə sancmalıdı».Pasiyent 4: Frans KafkaÇex yazıçısı (1883 — 1924)Diaqnoz: Kəskin nevroz, funksional xarakterli psixasteniya, qeyri-dövri depressiya əlamətləri.Simptomlar: Apatiya tutmalarıyla növbələnən həyəcan, yuxunun pozulması, fobiyalar, cinsi sferada psixosomatik çətinliklər.Xəstəlik tarixçəsi: Kafkanın dərin psixoloji problemlərinin kökləri öz başlanğıcını atasıyla olan münaqişələrindən, ailədaxili çətin münasibətlərdən və mürəkkəb, dolaşıq sevgi hekayələrindən götürür. Yazıçılığa olan həvəs ailə tərəfindən bəyənilmirdi və o bununla gizlicə məşğul olmalı olurdu.«Mənim üçün bu ikili həyat dəhşətlidi, — o gündəliyində belə yazırdı, —buradan yalnız bir çıxış yolu var — dəlilik».Hərbi xidmətdən sonra atası təkid etməyə başlayanda ki, oğlu avaraçılıq etmək əvəzinə, onun dükanında işləsin, Frans intihar etməyi qərara alır və öz dostu Maks Broda vida məktubu yazır. «Son anda mən vəziyyətə həyasızca qarışıb, onu „sevən valideynlərindən“ qorumağa müvəffəq oldum» — Maks Brod Kafka haqqında öz kitabında belə yazır. Onun psixi vəziyyəti uzun sürən dərin sakitlik dövrləri ağır və ağrılı periodlarla növbələnirdi.Budur onun «Gündəliklər»indən bu daxili mübarizəni əyani əks etdirən sətirlər: «Mən yata bilmirəm. Yalnız xəyallar, heç bir yuxu. Mənim bütün daxili varlığım qəribə qeyri-sabitlik içindədi. Mən başımda dəhşətli bir dünya daşıyıram. Mən onu dağıtmadan ondan necə azad ola bilərəm?».Yazıçı 41 yaşıda vərəmdən öldü. Üç ay o can verirdi: yalnız orqanizmi yox, həm də zehni dağılırdı.Dünyaya bəxş edilmiş ideyalar: Kafka yaşayarkən məşhur deyildi, az çap edilirdi, amma ölümündən sonra yazıçının yaradıcılığı oxucuları ədəbiyyatda yeni istiqamətlər fəth etdi.«Kafka» dünyasının dəhşəti, ümidsizliyi və çarəsizliyi onu yaradanın şəxsi dramından əmələ gəldi və yeni estetik «diaqnozlu ədəbiyyat» istiqamətinin əsasını qoydu.Pasiyent 5: Conatan Sviftİrlandiya yazıçısı (1667-1745)Diaqnoz: Pik və ya Alsqeymer xəstəliyi — mütəxəssislər mübahisə edirlər.Simptomlar: Başgicəllənmə, dezorientasiya, yaddaşın itməsi, ətrafdakı insanları və əşyaları tanımamaq, insan nitqinin mənasını tutmaq qabiliyyətinin itməsi. Xəstəlik tarixçəsi: Həyatın sonunda tam əqli zəifliyə qədər simptomların tədricən güclənməsi.Dünyaya bəxş edilmiş ideyalar: Siyasi satiranın yeni forması. «Qulliverin səyahəti», sözsüz, intellektualın onu əhatə edən həqiqətə ilk istehzalı baxışı deyil, ancaq yenilik burada baxışda yox, optikadadı.Pasiyent 6: Jan — Jak RussoFransız yazıçısı və filosof (1712-1778)Diaqnoz: Paranoya.Simptomlar: Təqib maniyası.Xəstəlik tarixçəsi: 1760-cı illərdə «Emil və ya tərbiyə Haqqında» kitabının çıxışından sonra yazıçının kilsə və hökumətlə münaqişəsi nəticəsində Russoya əvvəlcədən də məxsus şübhəlilik son dərəcə ağır forma aldı. Russonun gözünə hər yerdə sui-qəsdlər görünürdü, o sərsəri həyatı yaşayırdı və o güman edirdi ki, onun bütün dostları və tanışları ona qarşı qəsd hazırlayırlar və ya ondan nədənsə şübhələnirlər, buna görə də o bir yerdə uzun müddət qalmırdı.Dünyaya bəxş edilmiş ideyalar: Pedaqoji islahat. Uşaqların tərbiyəsi üzrə müasir əyani vəsaitlər bir çox bəndlərdə «Emili» təkrarlayır: Russo cəza metodunun əvəzinə dəstək və nəvaziş metodlarını təklif edirdi. O güman edirdi ki, uşaq yeni informasiyanı qəbul etməyə psixi cəhətdən hazır olmadığından uşağı quru faktların mexaniki qavranmasından azad edib, ona hər şeyi canlı nümunələrlə izah etmək lazımdı.Yeni ədəbi istiqamətlər və yeni ədəbi qəhrəman tipi. Russo fantaziyasıyla doğulmuş sentimental idealist varlıq — ağlı yox, ancaq yüksək əxlaqi hissləri rəhbər tutan ağlağan «vəhşi», — sonra inkişaf etdi, böyüdü və sentimentalizm və romantizm çərçivəsində köhnəldi."İctimai müqavilə Haqqında" yazıdan çıxış edən hüquqi demokratik dövlət ideyası. İnqilabın ideyası (Böyük fransız inqilabının savaşçıları məhz Russonun əsərləriylə ilhamlanırdılar); nə qədər paradoksal olsa da Russo özü, heç vaxt radikal çıxışların tərəfdarı deyildi.Pasiyent 7: Nikolay QoqolRus yazıçısı (1809-1852)Diaqnoz: Şizofreniya, dövri psixoz.Simptomlar: Vizual və eşitmə hallüsinasiyaları; laqeydlik və yavaşıma (xarici qıcıqlandırıcılara reaksiya vermək qabiliyyətinin itməsindən tam hərəkətsizliyə qədər); depressiya halları; ipoxondriyanın kəskin forması (yazıçı əmin idi ki, onun bədənindəki bütün orqanlar bir qədər yerini dəyişmişdir və mədəsı «baş-ayaq» yerləşir); klaustrofobiya (qapalı məkan qorxusu).Xəstəlik tarixçəsi: Şizofreniyanın bu və ya digər təzahürləri bütün həyatı boyunca Qoqolu müşayiət edirdi, ancaq son ildə xəstəlik gözə çarpacaq dərəcədə irəlilədi. 26 yanvar 1852-ci ildə onun yaxın dostu Mixail Xomyakovun bacısı Yekaterina qarın yatalağından öldü və bu ölüm yazıçıda hipoxondriyanı (xəstələnməkdən qorxmaq) gücləndirdi. Qoqol ara vermədən dualar edirdi, qidadan demək olar ki imtina etmişdi, zəiflikdən və naxoşluqdan şikayət edirdi və iddia edirdi ki, ölümcül xəstədir, hərçənd ki həkimlər yüngül mədə-bağırsaq nasazlığından başqa heç bir xəstəlik diaqnozu qoymadılar. Fevralın 11-dən 12-nə keçən gecə yazıçı öz əlyazmalarını yandırdı (növbəti səhər o bu hərəkətinin şeytanın işi olduğunu dedi) sonrakı vəziyyəti daim pisləşirdi. Müalicə (çox da peşəkar olmayan: burun deşiklərinə zəlilərin qoyulması, soyuq mələfəyə sarılma və başın buzlu suya salınması) müsbət nəticə vermədi. 1852-ci ilin 21 fevralında yazıçı dünyasını dəyişdi. Onun ölümünün əsl səbəbləri hələ də müəmma olaraq qalır. Ancaq, çox güman ki, Qoqol özu özünü əsəb və fiziki tükənmə dərəcəsinə çatdırıb, istisna deyil ki zamanında psixiatrın köməyi onun həyatını xilas edə bilərdi.Dünyaya bəxş edilmiş ideyaları: Sadə insana yarınifrətdən və yarırəhmdən ibarət spesifik sevgi. Bir yığın təəccüblü dərəcədə dəqiq rus tipajları. Qoqol indiyə qədər tamamilə aktual qalan bir neçə aparıcı model hazırlayıb (ən parlaqlar nümunə — "Ölülər«in personajlarıdı)Pasiyent 8: Gi de MopassanFransız yazıçısı (1850-1893)Diaqnoz: Beyinin proqressiv iflici. Simptomlar: Hİpoxondriya, intihara meyllilik, əsəb tutmaları, sayıqlama, hallusinasiyalar.Xəstəlik tarixçəsi: Gi de Mopassan bütün həyatı boyu hipoxondriyadan əziyyət çəkib: o ağılını itirməkdən çox qorxurdu. 1884-cü ildən Mopassanda sıx əsəb tutmaları və hallüsinasiyalar başlandı. Əsəb tutması vəziyyətində o iki dəfə intihara cəhd edib, birincı dəfə revolverlə, ikinci dəfə — kağız üçün bıçaqla, hər iki cəhdi uğursuz olub. 1891-cidə yazıçı doktor Blanşın Passi-dəki klinikasına yerləşdirilir — və ölümünə qədər orda yarıhuşsuz vəziyyətdə yaşayır.Dünyaya bəxş edilmiş ideyaları: Ədəbiyyatda fiziologizm və naturalizm (həmçinin erotik). Mənəviyyatsız istehlak cəmiyyətiylə yorulmadan mübarizə aparmaq ehtiyacı. „Əziz dost“u hal-hazırda sağ olan fransız yazıçıları Mişel Uelbek və Frederik Beqbeder səylə özünəməxsus tərzdə yenidən yaratmağa cəhd edirlər, rus yazıçısı Sergey Minayev də geridə qalmamağa çalışır.Pasiyent 9: Virciniya Vulfİngilis yazıçısı (1882-1941)Diaqnoz: Depressiya, hallüsinasiya, qarabasma.Simptomlar: Dərin depressiya hallarında Virciniya şikayət edirdi ki, bütün günü „Qədim Yunanıstanın zeytun ağaclarında cəh-cəhə vuran quşların səslərini eşidir“. Uzun müddət yuxusuzluğa və qarabasmalara görə işləyə bilmirdi. Uşaqlıqdan intihara meylli olub.Xəstəlik tarixçəsi: Virciniyanın 13 yaşı tamam olduqda, evdə qonaq olan əmisi oğlu onu zorlamağa cəhd edir. Bu hadisə Virciniyanın bütün həyatı boyunca kişilərə və onlarla fiziki münasibətlərə antipatiyasının başlanğıcını qoyur. Bu hadisədən bir az sonra onun anası sətəlcəmdən qəflətən dünyasını dəyişir.Əsəbi və həssas qızcığaz ümidsizlikdən özünə qəsd etməyə çalışır. Onu xilas edirlər, amma dərin və sürəkli depressiyalar o vaxtdan onun həyatının ayrılmaz hissəsinə cevrilir. Güclü psixi nasazlıq tutması gənc Virciniyanı 1904-cü ildə, atasının ölümündən sonra da yaxaladı.Virciniya Vulfun emosional açıq-saçıq məktubları və əsərləri yazıçının qeyri-ənənəvi seksual oriyentasiyası haqqında nəticəyə gəlməyə əsas verir. Ancaq bu belə deyil. Uşaqlıqda yaşanmış faciənin nəticəsi olaraq, o kişilərə və onların məclislərinə qarşı hiss etdiyi qorxudan həmişə qadınlara aşiq olurdu, amma bu halda da hər hansı formada yaxınlıqdan diksinirdi, hətta qucaqlaşma və əl sıxmağa belə icazə vermirdi. 29 il Leonard Vulfda ərdə olsa da (həm də bu nigah qarşılıqlı sədaqət və ər-arvad arasındakı emosional bağlılıq nöqteyi-nəzərindən nümunəvi hesab edilirdi), yazıçı, bəzi mənbələrə görə, öz əriylə ər-arvad əlaqələrinə girə bilməmişdi.1941-ci ilin əvvəlində Londonun gecə bombardımanı zamanı yazıçının evini dağılır, kitabxanası yanır, əri yaralanır — bütün bunlar onun əsəb sisteminə qəti şəkildə mənfi təsir edir, həkimlər psixiatrik klinikada müalicəsinə təkid edirdilər.Ərinin həyatının qalan hissəsini onun dəliliyiylə bağlı qayğılarla keçirməsini istəməyən Vircinya 28 mart 1941-ci Ous çayında intihar edir.Dünyaya bəxş ediyi ideyalar: Keçici dünya təlaşının ifadəsi üsullarında yenilik, qəhrəmanların iç dünyasının təsvirləri, şüurun sınması istiqamətinin üsullarının təsviri — Virciniya Vulfun əsərləri ədəbi modernizmin qızıl fonduna daxil olub və bir çox müasirləri tərəfindən heyranlıqla qəbul edilmişdı. Tolstoyun sadiq şagirdi olan Virciniya ingilis nəsrində „daxili monoloqu“ mükəmməlliyə çatdırdır.Pasiyent 10: Sergey YeseninRus şairi (1895-1925)Diaqnoz: Bipolyar affektiv pozğunluqSimptomlar: Təqib maniyası, qəzəb tutmaları, qeyri-adekvat davranış (şair camaatın içində mebelləri dağıdırdı, güzgüləri və qab-qacağı sındırırdı, təhqirlər yağdırırdı).Xəstəlik tarixçəsi: Spirtli içkinin həddən artıq istifadəsinin səbəb olduğu, tez-tez təkrarlanan əsəb tutmalarına görə Yesenin bir neçə dəfə Fransada və Rusiyada psixonevroloji klinikalarda müalicə alıb. Təəssüf ki müalicə pasiyentə yaxşı təsir göstərmədi: professor Qannuşkinin klinikasından çıxarışdan bir ay sonra Yesenin Leninqrada „Angleter“ mehmanxanasında, istilik sisteminin borusundan özünü asaraq intihar edir.Dünyaya bəxş etdiyi ideyalar: Poeziyada yeni intonasiyalar. Yesenin kəndə və kəndçiyə sevgini üslub normasına çevirdi. Şəhər xuliqan romansı janrında çox çalışan Yesenin faktiki olaraq, müasir rus şansonunu yaratdı.Tərcümə: Gülnaz Məmmədli
['dahilər', 'dəli dahilər']
1,091
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/18340/dostoyevski-il%C9%99-m%C3%BCharib%C9%99-haqqinda-m%C3%BCsahib%C9%99.html
DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ
Xatire_Nurgul
Böyük insanlar,şəxsiyyətlər
8 sentyabr 2015, 12:54
DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ  – Müharibə haqda nə düşünürsüz?  -Müharibənin insanlıq üçün bəla olduğu qənaətində olmaq vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir. – Axı insanlar bir-birini öldürür, burda vacib olan nədir? – Əvvəla, insanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir: ilkin planda bu haqda düşünülmür, əksinə, onlar öz həyatlarını qurban verməyə gedir. Bu, tamam başqa məsələdir. Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz, Hətta mən təxmin edirəm ki, insanlıq müharibəni məhz bu humanist ideyanı həyata keçirmək üçün sevir. Buna ehtiyac var. – İnsanlıq müharibəni sevir? – Bəs necə? Kim müharibə vaxtı qaçır? Əksinə, hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və darıxmaq haqda giley-güzar eşidilmir. Müharibə bitdikdən sonra isə onu xatırlamağı çox xoşlayırlar, hətta məğlubiyyət halında belə riqqətə gəlirlər. Bir də müharibə dövründə bir-biri ilə görüşən zaman insanların başlarını bulaya-bulaya “Nə böyük bədbəxtlik, gör nələr yaşadıq!” dediyinə inanmayın. Bu, sadəcə olaraq, ənənədir. Əksinə, hər kəsin qəlbində toy-bayram olur. Sadəcə, müharibəni tərifləməkdən hamı çəkinir. – Yəni müharibə olmadan humanist ideyalar mümkün deyil? Axı sülh vaxtı onların həyata keçməsi daha rahatdır. – Tamamilə yanlışdır. Əksinə, humanizm uzunmüddətli sülh zamanı məhvə sürüklənir, əvəzində utanmazlıq, biganəlik meydana gəlir.  Uzunmüddətli sülh zamanı sosial üstünlük insanlığın ən pis, kobud tərəfinə keçir. Ən əsası isə var-dövlət və kapital tərəfə. Doğrudur, namus, insanpərvərlik, özünüqurbanvermə hələ ki təqdir olunur, qiymətləndirilir, amma sülh nə qədər çox davam etsə, bütün bu gözəl, əxlaqi nəsnələr solur, quruyur, ölür, zənginlik isə hər şeyi zəbt edir. Axırda ancaq ikiüzlülük qalır. Uzunmüddətli sülh süstlük yaradır, fikirləri qarışdırır, hissləri kütləşdirir, pozğunluğa səbəb olur.– Bəs elm, incəsənət müharibə zamanı inkişaf edirmi? – Elm və incəsənət həmişə müharibədən sonrakı ilk mərhələdə inkişaf edir. Müharibə onları yeniləyir, təravətləndirir, təkan verir. Uzunmüddətli sülh zamanı elm də süquta uğrayır. Elmlə məşğul olmaq özünü qurban verməyi tələb edir. Amma gəlin düşünək, neçə alim dünyanın qanayan yarası önündə davam gətirə bilir? O da parlamaq, diqqəti cəlb etmək istəyir. Siz necə düşünürsünüz, həqiqi əməksevərlər çoxmu qalıb? Şöhrət istəyirlər. Buna görə də elmdə şarlatanlıq, effekt arxasınca qaçma, hər şeydən öncə isə faydalanmaq əsas yer tutur, çünki alim də zəngin olmaq istəyir.  İncəsənətdə də eyni haldır: effekt arxasınca qaçmaq. Sadə, aydın,  sağlam ideyalar artıq dəbdə olmur. Az-maz ölçü hissi, harmoniya qalır. Hisslərdə və ehtiraslarda isə sanki əyintilər yaranır. Əgər dünyada müharibə olmasaydı, incəsənət çürüyərdi. İncəsənətdəki bütün gözəl ideyalar müharibə, mübarizə tərəfindən yaranıb. – Bəs xristianlıq? – Xristianlıq müharibə faktını etiraf edir və uzaqgörənliklə qeyd edir ki, qılınc sülhün sonuna qədər gedə bilməz, bu, çox əladır və vəcdə gətirir. Şübhəsiz ki, o, yüksək mənəvi anlamda müharibəni rədd edir və insan sevgisini tərənnüm edir. Qılıncların kotana çevriləcəyi zaman mən özüm hamıdan əvvəl, hamıdan çox sevinəcəyəm. Bəs bu, nə zaman baş verə bilər? Bugünkü dünya həmişə və hər yerdə müharibədən pisdir, o qədər pisdir ki, onu qorumaq da  əxlaqsızlıqdır. Qiymətləndirməli, qoruyub-saxlamalı heç nə yoxdur. Sülh zamanı qorxaqlıq kök salır. İnsan öz təbiəti etibarilə dəhşətli dərəcədə qorxaqlığa, utanmazlığa meyillidir və özü də bunu çox gözəl bilir. Bəlkə də, elə buna görə o müharibəyə belə susayır, onu çarə kimi görür. Müharibə insansevərliyi inkişaf etdirir və xalqları birləşdirir. — Xalqları necə “birləşdirir” ki? – Onları bir-birinə hörmət etməyə məcbur edərək. Müharibə insanları təravətləndirir. Xeyriyyəçilik ən çox elə müharibə meydanında inkişaf edir. Bu hətta qəribə faktdır ki, sülh müharibədən daha çox əsəb yaradır. Gəlin xatırlayaq,  “Krım kampaniyası” zamanı biz ingilis və fransızlara nifrət edirdikmi? Əksinə, sanki onlarla daha da yaxınlaşdıq, doğmalaşdıq.  Onların bizim qəhrəmanlığımız haqdakı rəyləri ilə maraqlanırdıq, onların əsirlərini müalicə edirdik. Bizim əsgər və zabitlər atəşkəs zamanı postlara üz tuturdular, hətta az qala, onlarla qucaqlaşır, araq içirdilər. Müharibə zamanı zülm çəkənlərə hər kəs o anda yardım edir, sülh zamanı isə biz insafa gəlib üç rubl verənə kimi bütün əyalət aclıqdan məhv ola bilər.– Sizcə, sadə xalq müharibə zamanı daha çox zülm çəkmirmi, başqa yüksək təbəqələrdən fərqli olaraq məhrumiyyətlərə sinə gərmirmi? – Müharibə məhz sadə xalqa görə ən yaxşı nəticələrə gətirib çıxarır. İstəyirsiniz, lap ən humanist insan olun, yenə də özünüzü sadə insanlardan üstün hesab edirsiniz. Bizim zəmanədə öz ürəyini xristianlıq ölçüləri ilə kim ölçür ki? Ciblə ölçülür, hakimiyyətlə, güclə ölçülür və sadə xalq kütləsi də bunu əla bilir. Necə azad olursunuz-olun, necə qanunlar yazırsınız-yazın, insanlar arasındakı qeyri-bərabərlik heç vaxt aradan qalxmayacaq. Yeganə əlac müharibədir. Müharibə xalqda ruh yüksəkliyi yaradır və onun şüurunda ləyaqət duyğusunu gücləndirir. Müharibə savaş zamanı hamını bərabərləşdirir və ağa ilə nökəri barışdırır. Yüksək insani keyfiyyətlər ortaya çıxır, insanları ümumi ortaq səbəb olan vətən üçün birləşdirir. Müharibə zamanı qəhrəmanlığın tam bərabərliyi meydana gəlir. Axan qan vacib hadisədir. Zəngin və mujik 1812-ci ildə birgə savaşdılar, bir-birinə sülh zamanında olduğundan daha yaxın oldular. Müharibə kütləyə özünəhörmət aşılayır, ona görə də xalq müharibəni sevir. Müharibəyə aid mahnılar bəstələyir, əfsanələr, hekayələr yazır. Yox, müharibə bizim zamanda vacibdir, onsuz dünya məhvə sürüklənər. Müsahibə ilk dəfə 1876-cı ildə “Səs” qəzetində çap olunmuşdur. Rus dilindən tərcümə — Xatirə Nurgül
['tərcümə', 'tərcümələr', 'dostoyevski', 'müharibə', 'müsahibə']
1,092
https://kayzen.az/blog/maraqli-faktlar/15945/%C5%9Fam.html
Şam
Apollon
Maraqlı faktlar
4 sentyabr 2015, 14:11
Şamı nədən hazırlayırlar? Qədim zamanlarda Çində və Yaponiyada şamı arı mumundan hazırllayırdılar. Onlar təbii məhsuldan hazırlandığına görə ən faydalı şamlar hesab olunublar. Bu şamlar yanarkən antibakterial təsirə malik xüsusi maddələr yaranır, mumun qoxusu isə sakitləşdirici təsir göstərib, əhval-ruhiyyəni yüksəldir. XVIII əsrdə şamları heyvan piylərindən hazırlayıblar. Belə şamlar çox parlaq alovla yanırlar. Lakin onlar çox baha başa gəldiklərinə görə, XIX əsrdə şamları spermasetdən-köpək balığının beynində olan maddələrdən hazırlamağa başladılar. Bu şamlar da çox parlaq alovlu olublar. Lakin insanlar köpək balığı kimi nadir heyvanı qırıb axırlarına çıxacaqlarından ehtiyat edərək, ondan əl çəkiblər. Bundan sonra kimyaçılar sterain adlı maddə ala bildilər. Bu maddə piydən möhkəm olur və daha yaxşı yanır. Stearini hələ indiyə qədər kremlə, sabunla əlavə edirlər. İndiki dövrdə isə şamları daha çox parafindən-neftdən alınan maddən hazırlayırlar. O, daha ucuz başa gəlir. Parafin təbii maddə olmasa da, onunla da müalicə olunmaq mümkündür. Xalq təbabətində parafindən arı mumu kimi geniş istifadə olunur. Bir sözlə, müalicə üçün istənilən şam köməyinzə gələ bilər. Ancaq bir şərtləki, onların tərkibində kimyəvi boya və ətirləndirici olmasın. Yarasağaldıcı Mum Məlhəmi Yaranın tez bir zamanda sağalması üçün məlhəmi belə hazırlayırlar: bərabər hissədə mum, küknar qətranı və bitki yağı götürün. Bitki yağını vam odda qızdırıb, küknar qətarnını, mumu içinə atın. Onları tam həll olandan sonra tünd rəngli şüşə qaba tökün, ağzını bağlayıb, sərin yerdə saxlayın. Bu məlhəm illərlə öz müalicəvi xüsusiyyətini itirmir.
['maraqlı məlumatlar', 'şam', 'şam haqqında']
1,093
https://kayzen.az/blog/sendeme/15328/misird%C9%99-yeni-il-sentyabrdad%C4%B1.html
Misirdə yeni il sentyabrdadı
Apollon
Sən demə
31 avqust 2015, 18:53
Nil “Əl-Bəhr” çayının Misir adıdır. Bu çay öz başlanğıcını Afrika dağlarından götürür və Aralıq dənizinə tökülür. Amma keçən əsrin əvvəllərində çoğrafiyaşünaslar müəyyən etmişlər ki, Nil çayının iki başlanğıcı var. Bu çayın ən böyük və ən sulu mənşəyi olan “Ağ Nil” öz başlanğıcını Burundi dağlarından, digər mənşəyi olan “Mavi Nil” isə öz başlanğıcını isə Tana gölündən götürür. Bu iki çay birləşərək (Xartum şəhərində — Sudanın paytaxtı) Nili yaradır. Bu məsafə 6.671 km təşkil edir. Bu çay 50 dərəcə istiliyi olan səhralarla axaraq, qurumadan Aralıq dənizinədək gəlib çatır. Nilin keçdiyi səhralıq ərazilərdə demək olar ki, ildə bir dəfə yağış yağır. Maraqlı isə budur, hər iki tərəfdən səhralarla əhatə olunmuş Nilin yay aylarında suyu qurumur və ya azalmır, əksinə daha da çoxalır. Hər il sentyabr ayında Nilin suyu ən yüksək həddə çatır və 10-12 metrədək artır. Həmin vaxtlar Nil öz sahillərini iri bir gölə çevirir. Bu da ondan irəli gəlir ki, sentyabr aylında Nilin bir başlanğıcı olan Mavi Nilin mənşəyində güclü yağışlar yağır. Digər bir başlanğıcı olan Ağ Nilin mənşəyi isə il uzunu yağışlı olur. Oktyabr ayının əvvələrində Nil artıq öz məcrasında olur və öz sahilləri çərçivəsində axır. Bu zaman Nil daşarkən su altında qalmış ərazilər münbit bir əkin sahələrinə çevrilir. Elə həmin andan bu ərazilərdə əkin işlərinə başlayırdılar. Qədim Misirdə yerli əhali üçün Nilin daşması və çəkilməsi bol məhsul demək idi. Bol məhsul isə vadidə yaşayan milyonlarla əhalinin azuqəsi demək idi. Qədim misirlilər əkinə başladıqları günləri “Yeni il” in başlanması kimi qeyd edirlər. Həmin günləri misirlilər çox təmtəraqla qeyd edər, Nil allahı Hapiyə qurbanlar kəsərmişlər ki, o, Nilin bol suyunu onlara çox görməsin. azens.az
['maraqlı faktlar', 'bilirsinizmi', 'Misirdə yeni il']
1,094
https://kayzen.az/blog/esse/16652/istedad-v%C9%99-z%C9%99hm%C9%99t.html
İstedad və zəhmət
Apollon
Esse
26 avqust 2015, 20:46
Çox təəssüf ki, seyid cəddinə arxayın olan kimi, bizim sənət adamlarımız da öz istedadlarına çox arxayındırlar (nə gizlədim, bu cümləni yazanda güldüm). Sartrın yaxşı bir sözü var. Deyir ki, istedad insana verilmiş borcdur. İnsanın sonrakı həyatı onun həmin borca layiq olub-olmadığını müəyyən edir. Söz yadımda təxminən belə qalıb. Bizim ölkədə istedad sənət adamlarının qəniminə, daha doğrusu qəbrinə çevrilir. Çünki onların sonrakı həyatı bu borca, yəni istedada layiq olmadıqlarını ortaya qoyur. Çaykovski kimi əjdaha deyir ki, uğur doxsan doqquz faiz zəhmət, bir faiz istedaddır. Bizimkilərin isə fəaliyyətindən belə hiss olunur ki, onlar üçün sənətdə uğur doxsan doqquz faiz istedaddan, bir faiz zəhmətdən ibarətdir. Bizim sənət adamlarımız istedadlarına həddindən artıq çox inanırlar və sonra da bu istedad onların faciəsinə səbəb olur. Tutaq ki, cavan bir uşağın şeirlər kitabı çıxıb. Bu uşağın da iyirmi iki yaşı var. Biz onun şeirlərini oxuyub, onun haqqında nə deməliyik? Deməyəcəyik ki, sən yaxşı şairsən, sən dahisən. Deyəcəyik ki, istedadlısan. Gözləyək görək yeddi-səkkiz ildən sonra bu şair nə qoyacaq ortalığa. Amma əlli yaşında adamın kitabı çıxanda durub ona istedadlı şairsən demək nə qədər düzgündür? Düzdür, o, bunu kompliment kimi qəbul edəcək. Ancaq ağlı varsa bunu söyüş kimi qəbul etməlidir. Ya ona yaxşı şair, ya da pis şair deməlisən. Bizdə yetmiş yaşlı insan «istedadlısan» sözünü hələ də kompliment kimi qəbul edir. Bizim ölkənin sənət dünyasında dəhşətli bir savadsızlıq hökm sürür. Bu dəqiqə Azərbaycanda azı beş yüz adam şair-yazıçı adına iddialıdı. Hər şeyi qoyaq bir kənara, elə Yazıçılar Birliyinin min altı yüz üzvü var. Bu qədər şair, yazıçı adına iddialı adamların arasından cəmi on adamı seçib onlarla ədəbiyyat haqqında bir balaca ciddi söhbət etmək olar. Şair var, on dörd kitab müəllifidi, amma soruşsan on dörd şairin adını sadalaya bilməz. Bir dəfə şairlərdən biri “Markesin “Yüz ilin tənhalığı” əsərini oxumusunuz”? sualına, yox oxumamışam, amma o əsəri mənə danışıblar cavabını vermişdi. Tək ədəbiyyat sahəsində deyil, başqa sahələrdə də bu biabırçılıq, bu savadsızlıq hökm sürməkdədi. Zəhmətə üstünlük verənlər, özünü yetişdirmək istəyənlər azdı. Hər kəs istedadına arxalanır. Məhz zəhmət çəkmədiklərinə, zəhmət çəkmək istəmədiklərinə görə də sənət adamlarının da söhbətləri folklor səviyyəsindədi. Ədəbiyyata, rəssamlığa, teatra, kinoya ayaq basan adam, bir yeniyetmə, bir gənc qısa müddətdə ədəbiyyat, rəssamlıq, teatr, kino sahəsində yüz ildə baş vermiş bütün söhbətləri əzbərləyir. Ortada ciddi sənət söhbəti, fikir, müzakirə, ən nəhayət kitab yoxdu. Ortada ancaq lətifə janrında yüz ildi çeynənmiş söhbətlər var: «Bir dəfə Hüseyn qaqa yolla gedirmiş… ha ha ha. Bir dəfə Səttar Bəhlulzadə girir mağazaya… ha ha ha. Bir dəfə Yaşar Nuri gedir Sumqayıta teatra… ha ha ha». Vəssalam. Bütün söhbətlər təxminən bu janrdadı. Bütün günü lətifə danışmaqla məşğuldurlar. Yorulmurlar. Düzdü, lətifə də lazımdı, amma bütün həyatı, bütün sənəti, bütün yaradıcılığı lətifə danışmağın üzərində qurmaq olmaz. Bəs onların bu qədər folklora üstünlük verməyinin səbəbi nədi? Səbəb işə ciddi yanaşmamaq. Kitab oxumamaq. Öyrənməmək. Zəhmət çəkməmək. İşin asanından yapışmaq. Ən pisi də odur ki, bizim qəzet redaktorlarının, sayt rəhbərlərinin çoxu da lətifə janrına, folklora üstünlük verirlər. Sənətdə belə boşboğazlıqla məşğul olanlar redaktorlar, sayt rəhbərləri üçün daha doğma hesab olunur. Çünki sayt rəhbərlərinin, qəzet redaktorlarının da əksəriyyəti ciddiliyə, zəhmətə deyil, folklora, boşboğazlığa üstünlük verməkdədirlər. Nəticədə durumu, vəziyyəti, mühiti bir balaca düzəltmək, ciddiləşdirmək istəyənlər bütöv bir savadsız, boşboğaz ordusunun hücumuna məruz qalır. Çünki onlar mühitin belə biabırçı gündə qalmasının, ilham pərisi haqda gic-gic söhbətlərin tərəfdarıdırlar. Onlar zəhmətə, kitaba, əziyyət çəkməyə nifrət edirlər. Avtomatik olaraq zəhmət çəkənlərə də nifrət etməkdədirlər. Onlar öz boşboğazlıqlarına, öz tənbəlliklərinə haqq qazandırmaq üçün istedad haqqında nağıllar uydururlar. Boş söhbətdi. Zəhmət hər şeyə qadirdi. Hər bir insan özü-özünü yetişdirə bilər. Şəxsən mən orta məktəbdə oxuyanda inşa yaza bilməmişəm. Tam ciddi deyirəm və heç bir əhvalat filan da uydurmuram. Əhvalat uydurmağa ehtiyac yaransa, daha maraqlı əhvalatlar uyduraram. Deyirlər Seymurun müşahidə qabiliyyəti güclüdü. Bunu da zəhmətlə qazanmışam. Oxuduqlarım müşahidə qabiliyyətimin güclənməsinə səbəb olub. Həyatda az-çox qazandığım varsa, bunu kitabların sayəsində qazanmışam. Başqaları istedad, ilham pərisi haqqında gic-gic danışanda, çeynənmiş lətifələri təzədən çeynəyəndə oturub kitab oxumuşam. Gözümün qarşısında istedadına hədsiz dərəcədə arxayın olan adamlar bir-bir məhv oldular. Halbuki onların aqibətini görürdüm. Deyirdim, belə olmaz. Kitab oxuyun, zəhmət çəkin, axtarın, araşdırın. Eşitmədilər, nəinki eşitmədilər, dediklərimə lağ etdilər. Güldülər. Guya Allah onları istedadlı yaratmışdı və bu istedad ömürlərinin sonuna qədər onlara bəs edəcəkdi. Onlar özlərinə həqiqi istedad sahibi, mənə isə ədəbiyyatda təsadüfi adam kimi baxırdılar. Daha çox zəhmət çəkməklə, oxumaqla, araşdırmaqla, axtarmaqla onlara sübut etdim ki, istedad filan boş şeydi, əsas zəhmətdi. Bunu ona görə yazmıram ki, o adamların uğursuzluğuna, məhv olmaqlarına sevinirəm. Əsla. kinayəylə deyilmiş “GÖRDÜN” sözündən zəndeyi-zəhləm gedir. İstedadına güvənən adamların məhv olmasına ən azı təəssüf edirəm. Onlar ölkəyə, vətənə, millətə xeyli fayda verə bilərdilər. Yalnız, iradəcə zəif adamlar zəiflərin arasında güclü olmağa üstünlük verər. Özünə güvənən insanlar isə güclülərin arasında rəqabətə, yarışa girməyə üstünlük verərlər. Bu cümlələri gənclər, yeniyetmələr üçün yazıram. Zəhmət çəkməkdən, oxumaqdan, işdən qorxmayın. İlham pərisi haqqında boş-boş söhbətlərdən, folklordan, lətifələrdən uzaq durun. Bu sözlər tək sənət dünyasına qədəm basan gənclərə aid deyil, hamıya aiddir. Vaxtınızın qədrini bilin. Oxuyun. Öyrənin. Axtarın. Araşdırın. Gəncliyin ən aldadıcı cəhətlərindən biri də odur ki, elə bilirsən hər şey əbədidi. Özünü heç cür yaşlı təsəvvür edə bilmirsən. Bir də görürsən, yaş gəlib çatın otuza, otuz beşə, ortada da bir şey yox. Daha o zaman deməyəcəklər qardaş hansı oyunda nə qədər xal yığmısan? O zaman təfəkkür, fikir, ümumən baqaj lazım olacaq. Heç kim demir çayxanada oturmaq olmaz. Xeyir, çayxana söhbət etmək, paylaşmaq istirahət etmək üçün əla yerdi. Sadəcə məsələ çayxanada kimlə oturub söhbət etməkdədi. Gərək elə adamla oturub çay içib söhbət edəsən ki, ondan nəsə öyrənə biləsən. Nəsə paylaşa biləsən. Başıboş, avara adamdan nə öyrənmək olar? Yalnız axmaqlıq. Boşboğazlıq. Flober haqqında deyirlər: Bəziləri anadan dahi doğulmuşdu, Flober isə özü-özünü dahi etdi. Düzdü, ənənənin də öz rolu var, amma bununla belə zəhmətsiz uğur qazanmaq çətin məsələdi. Əgər siz həyatda uğur qazanmış adamların bioqrafiyasını diqqətlə araşdırsanız qazanılmış uğurun arxasında çəkilən zəhməti mütləq görəcəksiniz. Uğur adlı maşının motoru yalnız bir yanacaq növüylə işləyir. Həmin yanacaq növünün adı alın təridir. Seymur Baycan
['esse', 'Seymur Baycan', 'İstedad və zəhmət']
1,095
https://kayzen.az/blog/evdarliq/16696/45-d%C9%99qiq%C9%99d%C9%99-t%C9%99mizlik.html
45 dəqiqədə təmizlik
Apollon
Evdarlıq
21 avqust 2015, 19:28
Yəqin ki, hər kəs çox qısa müddətə mənzili nizama salmaq problemi ilə dəfələrlə üz-üzə qalıb. Çox vaxt insanlar nədən başlamağı bilmədən mənzildə qaça-qaça düşürlər. Qarışıqlığın yaranmaması üçün nədən və necə başlamaq lazım olduğunu bilmək lazımdır. Birinci mərhələ: mətbəx – 12 dəqiqə İlk olaraq ümumi təmizlik etmək lazımdır. Bunun üçün 2 dəqiqə kifayət edəcək. Bütün lazımsız əşyalar mətbəx masasından yığışdırılmalıdır. Ümumi təmizlikdən sonra qab-qacağı yumaq lazımdır. Mətbəx səthlərinin təmizləməsinə başlamaq lazımdır. Bu məsələnin öhdəsindən gəlməyə mikro lifdən olan yumşaq dəsmal kömək edəcək. Mətbəx texnikasının təmizliyi. Mikrodalğalı soba, soyuducu, qaz plitəsi və mətbəxdə olan digər texnikanı təmizləmək lazımdır. Son olaraq döşəməni təmizləmək lazımdır. Əvvəl bütün qırıntıları və tozu süpürmək, sonra isə döşəməni silmək lazımdır. İkinci mərhələ: yataq otağı – 10 dəqiqə İlk olaraq bütün artıq əşyaları yığışdırın. Yataq otağı yalnız hər şeyin öz yerində olduğundan sonra təmiz və gözəl görünəcək. Əgər çarpayı yığılmayıbsa, bunu dərhal etmək lazımdır. Əgər varsa çarpayını balaca dekorativ yastıqçalarla bəzəmək olar. Tozun alınmasına başlamaq lazımdır. Təmizliyi otağın künclərindən başlayıb tədricən çıxışa yaxınlaşmaq lazımdır. Sonda döşəməni təmizləmək lazımdır. Burada sizə tozsoran kömək edəcək. Həmişə olduğu kimi tozsoranla otağın künclərindən başlayıb çıxışa doğru təmizlik işləri aparmaq lazımdır. Üçüncü mərhələ: vanna otağı və tualet – 8 dəqiqə Təmizliyə başlamazdan əvvəl vannaya və unitaza təmizləyici vasitə tökmək lazımdır. Bu çətin çıxarılan ləkələri daha sürətli uzaqlaşdırmağa kömək edəcək. Vannanı və ya duş kabinasını yaxşıca silmək, sonra isə təmizləyici vasitələrin qalıqlarını su ilə təmizləmək lazımdır. Vanna otağındakı güzgünü təmizləyin. Bunun üçün sadəcə güzgü səthlərinin təmizlənməsi üçün xüsusi vasitədən istifadə etmək kifayətdir. Unitazı təmizləmək üçün yuyucu toz və tualet şotkasından istifadə etmək lazımdır. Vannanı diş fırçasının köməyi ilə təmizləmək olar. Bundan başqa belə şotka hətta ən çətin yerləri təmizləməyə kömək edəcək. Sonda döşəməni təmizləmək lazım olacaq. Dördüncü mərhələ: qonaq otağı – 15 dəqiqə İlk olaraq qarışıqlığı aradan qaldırın. Bütün predmetlərin yerini düzəldib öz yerinə qoymaq lazımdır. Tozun alınması. Bütün şüşə səthləri xüsusi vasitənin və yumşaq dəsmalın köməyi ilə silmək lazımdır. Bu zaman səthi sıxmadan dairəvi hərəkətlərlə təmizləmək lazımdır. Son olaraq döşəməni tozsoranın köməyi ilə təmizləmək lazımdır.
['evdarlıq', 'ev işləri']
1,096
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/18310/xvi-xvii-%C9%99srin-birinci-yar%C4%B1s%C4%B1nda-q%C9%99rbi-avropa-m%C9%99d%C9%99niyy%C9%99tinin-%C9%99sas-inki%C5%9Faf-istiqam%C9%99tl%C9%99ri.html
XVI-XVII əsrin birinci yarısında Qərbi Avropa mədəniyyətinin əsas inkişaf istiqamətləri
luminat
orta əsrlər tarixi
18 avqust 2015, 18:15
XVI əsrdə humanist hərəkatın özəllikləriNaturfəlsəfəKitab çapı. KosmoqrafiyaAstronomiyanın inkişafıSiyasi nəzəriyyələr. Sosial utopiyaTəsviri sənət. Ədəbiyyat  Feodal quruluşunun dağılması ərəfəsində Avropa xalqlarının mənəvi inkişafı öz yeni mərhələsinə qədəm qoymuş oldu. Köhnə cəmiyyətin başlamaqda olan böhranı və onun daxilində yeni cəmiyyətin formalaşmağa başlaması ideologiya sahəsində köklü dəyişikliklərə, o cümlədən dünyəvi görüşlərin inkişafına və İntibah mədəniyyətinin yeni uğurlarına yol açdı.Bununla yanaşı, Avropa mədəniyyəti öz sosial və ideya məzmununa görə yekcins deyildi. Belə ki, orta əsr tipli mədəniyyət hökmran mövqeyini saxlamaqda idi və bu mədəniyyət daha çox sxolastikaya və kilsə ehkamlarına əsaslanırdı. Humanistlər tərəfindən sıxışdırılan bu mədəniyyət Əksreformasiya zamanında yenidən canlanır və yeni formalar qazanır. Digər tərəfdən, bu dövrdə Renessans mədəniyyəti də çişəklənir; bütün XVI əsr İntibah mədəniyyətinin təsiri altında keçmişdir. Feodal quruluşu çərçivəsində formalaşan Renessans mədəniyyəti dirçəlmiş antik mədəniyyətə dayaqlanaraq eyni zamanda orta əsrlərdə kök salmış dünyəvi ənənələri də saxlayırdı; öz orbitinə təkcə bürgürləri və gənc burjua təbəqəsini deyil, digər sosial təbəqələri, o cümlədən zadəganları və ruhaniləri də qatan Renessans mədəniyyəti sonda orta əsr mədəniyyətinin elementlərindən azad olurdu. Böyük bir tarixi rol oynamış İntibah XVII əsrin ortalarına doğru öz yerini yeni mədəniyyət tiplərinə verir.1. XVI əsrdə humanist hərəkatın özəllikləri.XVI əsr – İntibah mədəniyyətinin ən böyük yüksəliş, daha sonra zəifləməsi dövrüdür. Bu mədəniyyətin ideoloji əsasını humanizm təşkil edirdi, humanizmin başlıca məzmunu isə — dünyanın mərkəzində duran insan, onun qurucu (yaradıcı) qüvvəsinin qəbul edlməsi fikri təşkil edirdi.XV əsrin sonu – XVI əsrin birinci rübündə humanizm geniş ictimai hərəkat xarakteri alaraq Qərbi və Mərkəzi Avropanın əksər ölkələrini əhatə edir. İtaliyanın ardınca Niderlandda, Almaniyada, Macarıstanda, Fransada uğur qazanan humanizm ideyaları İngiltərənin, İspaniyanın, Portuqaliyanın elmi dairələrinə də sirayət edir, tədricən Polşada və qismən Skandinaviya ölkələrində də yayılır. Humanistlərin maraq dairəsi də genişlənərək demək olar ki, bütün elm sahələrini əhatə edir. Humanistlərin beynəlxalq birliyi formalaşır və Rotterdamlı Erazmın rəhbər olduğu “alimlər respublikası”nın yaranmasına imkan verir.Bununla yanaşı, bu hərəkata müxtəlif ictimai və milli qüvvə nümayəndələrinin qatılması humanizmdə müxtəlif cərəyanlarına yaranmasına gətirib çıxarır. Zadəgan və patrisi dairələrində (xüsusilə İtaliyada və Fransada) epikürçi-gedonist baxışlar güclənir. Mütləqiyyətçi meyllərin artması ilə ictimai nicat anlayışı da dəyişməyə başlayır. Bəzi təhsilli adamların sadə (savadsız) xalq kütlələrinə ikrah hissi ilə yanaşması meyli artır. Dini-fəlsəfi problemlərə maraq, onların Reformasiya və Əksreformasiya zamanı kəskinləşməsi xristian humanizmini doğurur. Sosial ziddiyyətlər artdıqca humanizm ideyalarına kənar qüvvələrin təsiri də güclənir. Eyni zamanda İntibah mədəniyyətinin bəzi elementləri bu hərəkatın əleyhdarları tərəfindən istifadə olunmağa başlayır.Başlamış olan Refromasiya, onun ardınca Əksreformasiya qitədə ümumi ictimai vəziyyətin dəyişməsi İntibah mədəniyyətinə böyük zərbə vurur, onun zəifləməsinə, daha sonra isə (XVI əsrin 40-cı illərindən etibarən) böhranına gətirib çıxarır. Humanizm ideyaları, onların qurmuş olduğu idealların illüzor, həyata keçməz olduğu fikri güclənir; hərçənd ki, humunistlərin təsiri bütün XVI əsr boyu saxlanır. Kilsənin ordoks ehkamları ilə mübarizədə naturfəlsəfə inişaf etməyə başlayır.2. Naturfəlsəfə.Humanizmdə naturfəlsəfə meylləri hər zaman özünü büruzə vermişdir. İnsan və təbiət – İntibah dövrünün mütəfəkkirlərinin hər zaman anlamağa çalışdıqları mövzu olmuşdur. Lakin Renessans dövrü naturfəlsəfənin ən yüksək inkişaf dönəmi XVI əsrin ikinci yarısı – XVII əsrin əvvəllərinə aiddir. Qeyd etmək lazımdır ki, onun yüksəlişində humanistlərin Reformasiyanı hazırlayan dini araşdırmaları da azr rol oynamamışdır.Naturfilosofların başlıca diqqəti Təbiət və Tanrının münasibəti məsələsi olmuşdur. Orta əsr təfəkkürünün dualizmini (yəni maddi ilə mənəvini qarşı-qarşıya qoyması) yenmək üçün naturfilosoflar dünyanı maddi ilə ruhun vəhdəti olaraq başa düşürdülər. İntibah dövrünün fəlsəfə konsepsiyalarında dünyanın panteist anlamı üstün idi. Kilsə ehkamlarına zidd olan naturfəlsəfə “fövqəltəbiiliyi” qəbul etmirdilər və bütün var olannın dərk olunan olduğunu elan edirdilər. Bununla yanaşı, dünya haqqında təsəvvür insan ilə təbiət arasında gizli bir bağın olması fikrini də saxlayırdı. Bu əlaqəni anlamaq cəhdləri isə praktikada cadugarlığın inkişafına təkan verirdi: elm bəzən “magiya” ilə, astronomiya astrologiya, kimya isə — əl-kimya ilə qarışdırılrdı.Ümumilikdə isə naturfəlsəfə və humanizm rasional biliklərə üstünlük verirdi və Aristotel və Platon əsas kumirlər idi. Nəticədə bu dövrdə fəlsəfədə iki istiqamət – aristotelçilər (preripatetiklər) və neoplatonçular ortaya çıxır və onların arasında güclü mübarizə başlayır. Aristotelin təliminə əsasən mürtəce qüvvələr arxalanırdı, Renessans dünyagörüşünün formalaşmasına isə neoplatonçuluq güclü təsir edirdi.Naturfəlsəfə problemləri Leonardo da Vinçinini, Mişel Montenin, Cordano Brunonun, Kampanellanın dünyagörüşündə böyük rol oynamışdır.3. Kitab çapı. Kosmoqrafiya.XV əsrin ən böyük ixtirası – kitab çapı dəzgahı olmuşdur. Sonrakı yüzillikdə kitab çapı bütün Avropada geniş yayılır və Avropa cəmiyyətinin ümumi inkişafına güclü təsir göstərir. Ən böyük kitab çapı mərkəzləri Bazel, Venesiya, Paris, Lion, Strasburq sayılırdı. Kitab çapı dünyəvi ədəbiyyatın nəşrinə, elmi-texniki mövbzulu kitabların yayılmasına geniş imkan yaradır.Böyük coğrafi kəşflər də avropalıların dünyagörüşünə böyük pozitiv təsir etmiş olur. Məhz bu kəşflərin sayısində dünyanın yaranması haqqında dini konsepsiyalara, eyni zamanda Aristotelin kosmoqrafiyasına böyük zərbə vurulur, insanların coğrafi bilikləri genişlənir, iqlim, küləklər, cərəyanlar haqqında təsəvvürlər artır. Okeanoqrafiya elmi yaranır, kartoqrafiya təkmilləşir.Flandriyadan olan “Merkator” adını almış Kremer (1512-1594) coğrafi uzunluqları və enlikləri ölçmək və layihələşdirmək üçün texnika ixtira edir. O,  dəniz və quru yolları xəritəsi üzərində çalışaraq Avropanın o dövr üçün ən dəqiq xəritəsini hazırlayır. Onun vəfatından sonra “Dünyanın yaranması haqqında kosmoloji düşüncələr və ya Atlas” nəşr olunur.Məşhur ingilis alimi Kemden Britaniyanın xəriutəsini tərtib edir.Böyük coğrafi kəşflərin tarixçəsi Venesiyalı alim və tacir Ramuzionun “Səyahətnamə”sində öz əksini tapır.İngilis səyyahlarının kəşfləri və səyahətləri isə Riçard Haklyuytun əsərində əks olunur.4. Astronomiyanın inkişafı.Dünya haqqında yeni təsəvvürlərin formalaşmasında astronominya elminin inkişafı da az rol oynamışdır. Bu sahədə ən böyük uğuru Nikolay Kopernik (1473-1543) etmişdir. Özünün 40 illik təcrübələri sayəsində Kopernik “Göy cisimlərinin hərəkəti” adlı əsərini yazmışdır və dini görüşləri darmadağın etmişdir: Yer kürəsi kainatın mərkəzi deyil və yerində hərəkətsiz də deyil (Aristotelin və Platonun da dediklərinin əksinə olaraq). O, öz oxu ətrafında, həmçinin digər planetlərlə birlikdə Günəşin ətrafında fırlanır. Qeyd edək ki, Kopernikin bu kəşfi uzun müddət nəinki din adamlarının, hətta elm adamlarının da bir qisminin müqavimətilə rastlaşmışdır. Martin Lüter Kopernikin təlimini rədd etmişdir.Kopernikin bu kəşfi alman alimi İohann Keplerin (1571-1630) tədqiqatları ilə inkişaf etmişdir. Belə ki, Kepler planetlərin hərəkəti qanununu (Kepler qanunları) kəşf etmişdir. Özünün tədqiqatlarında Kepler Kopernikin hesbalamalarını dəqiqləşdirmiş və sübut etmşidir ki, planetllər dairələr üzrə deyil, ellipslər üzrə hərəkət edirlər.Astronomiyanın inkişafında daha bir addım Qalileo Qalileyin (1564-1642) kəşfi sayılır. Özünün ixtira etdiyi teleskopun vasitəsilə Qaliley göy cisimlərini 32 dəfə böyük ölçüdə müşahidə edə bilmişdir. Onun bu ixtirası sayısində Günəşdəki ləklər, onun fırlanması, yeni ulduzlar, Aydakı dağlar, Veneranın fazaları ortaya çıxmışdır. Qalileyin bu kəşfləri kilsə tərəfindən böyük müqavimətlə rastlaşmış, 1616-cı ildə kopernikşilik İnkvizisiya tərəfindən rədd edilmişdir. 1633-cü ildə isə Qalileyin məhkəməsi baş tutmuş, inkvizitorlar alimi heliosetrizm nəzəriyyəsindən imtina etməyə məcbur etmişlər. Bununla yanaşı, Qalilyein təlimi elmin və fəlsəfənin inkişafında əvəzəedilməz iz qoymuşdur.5. Siyasi nəzəriyyələr. Sosial utopiya.Feodal cəmiyyətinin tənəzzülü, burjua sisteminə keçidlə bağlı Avropada baş verən ziddiyyətlər ictimai fikirdə də öz əksini tapmış oldu. Qiədəki mürəkkəb sosial-siyasi vəziyyət, əvvəlki ictimai institutların dağılması, baş verən proseslərin nəzəri tərəflərinin işlənib hazırlanması zərurəti siyasi nəzəriyyələrin genişlənməsinə səbəb oldu.Siyasi nəzəriyyələrin inkişafına Nikola Makiavellinin fikirlərinin böyük təsiri oldu. Makiavelli cəmiyyətin və millətin maraqlarının qorunmasında milli dövlətin rolunun müəyyən edilməsində çox böyük addımlar atdı. Onun sosial mübarizəyə baxışı isə prinsipal fərqliliyə malik idi: Makiavelliyə görə, müxtəlif qruplaşmalara və partiyalara bölünmüş cəmiyyətdə bu mübarizə təbii hadisədir. Öz əsərlərində (“Hökmdar”, “Florensiya tarixi” və d.) Makiavelli İtaliyada güclü və mərkəzləşmiş dövlətin yaranması imkanlarını üzə çıxarmağa çalışırdı. İctimai nicat ideyası Makiavellidə bir qədər fərqli olub “dövlət marağı” (ragion di stato) ilə əvəz olunmuşdu. Makiavelli aristokratiyanın, xırda knyazların, katolik kilsəsinin əleyhdarı idi. Dinə böyük əhəmiyyət verən Makiavelli eyni zamanda hesab edirdi ki, bu institut dövlətin maraqlarına tabe olur. Makiavellinin bu fkri əslində siyasi nəzəriyyələrdə böyük bir dönüş idi, çünki siyasəti teologiyanın hakimiyyətindən azad edərək, əksinə — dini siyasətə tabe etdirirdi.İtaliyanın xilasını Makiavelli güclü hökmdarın hakimiyyətinin bərqərar olmasında görürdü. Bu hökmdar yeni dövrün hökmdarının xüsusiyyətlərini özündə daşımalı idi – yəni, vətənpərvər olmalı, ictimai nicata çalışmalı, böyük ruhi gücü olmalı idi. Makiavellinin fikrincə, bu üstün insani keyfiyyətlərə sahib olan hökmdar zərurət olarsa, əxlaq qaydalarından kənara çıxa və “heyvani” qaydalarla siyasət yürüdə bilərdi, yəni qəddar, hiyləgər və fitnəkar ola bilərdi. Bu obrazı, Makiavelli, təbii ki, öz dövrü və öz vətəni İtaliya üçün nəzərdə tutmuşdu.Avropada mütləqiyyətin yaranması monarxın qeyri-məhdud hakimiyyətinin qanuniliyi nəzəriyyəsini də doğurmaya bilməzdi. Məsələn, Fransada mütləqiyyətin ideoloqu olaraq siyasi xadim, filosof və tarixçi Jan Boden (1530-1596) çıxış edirdi. “Hökmdar haqqında 6 kitab” adlı əsərində Jan Boden təkhakimiyyətliliyin üstünlüklərini təqdim edirdi. Jan Boden eyni zamanda suverenin hakimiyyətinin müəyyən çərçivələrinin olduğunu da göstərirdi: monarx xüsusi mülkiyyətə toxunma hüququndan məhrum olmalıdır, vətəndaşların üzərinə qanunvericilik hakimiyyətinin icazəsi olmadan yeni vergilər təyin edə bilməz və s. Bütün bunlar Avropada, o cümlədən Fransada yaranmaqda olan burjua sinfinin sosial və siyasi hüquqlarının mütləqiyyət qarşısında qorunması cəhdlərindən xəbər verirdi.1624-1642-ci illərdə Fransanın birinci naziri olmuş kardinal Rişelye üçün də dövlət marağı (raison d'etat) yüksək meyardır. Kardinal «Siyasi vəsiyyətlər»ində yazır: «Dövlət hər şeydən yüksəkdə durur. O elə bir dəyərdir ki, onun naminə bütün vasitələr yaxşıdır». «Dövlət marağı» prinsipini xarici siyasətdə də həyata keçirən Rişelye bunu hər addımbaşı sübut edirdi. Roma kilsəsinin kardinalı və katolik olan Rişelye katolik İspaniyasına və Avstriyaya qarşı Almaniyanın protestant knyazlarından istifadə edirdi. Mütləqiyyət və mərkəzləşmiş hakimiyyət tərəfdarı olduğuna baxmayaraq o, Habsburqlar imperiyasının daxilində separatçı hərəkatlara dəstək verirdi və bunu Fransa naminə etdiyini bildirirdi.Mütləqiyyət ideyalarının vəsf edilməsi Hüqo Qrotsinin əsərlərində də müşahidə olunur.Feodal qaydalarına, eləcə də yaranmaqda olan yeni sistemə tənqidi yanaşılması, mütləq hökmdar haqqında düşüncələrin genişlənməsi və bu məsələ ətrafında artan ideya mübahisələri Avropada zəngin sosial-utopik ədəbiyyatın da yaranmasına gətirib çıxarır. Utopistlər mövcud gerçəkliyə qarşı daha yaxşı cəmiyyət ideyasını qoyurdular. Bu dövrdə Avropada sosial ədalət haqqında yeni təsəvvürlər formalaşırdı, kollektiv mülkiyyət və icbari əmək əsasında qurulan yeni cəmiyyətın idealı yaradılırdı. Bu cür düşüncələr daha geniş şəkildə öz əksini Tomas Morun “Utopiya”sında və Kampanellanın “Günəş şəhəri” adlı əsərində tapmışdır.6. Təsviri sənət. Ədəbiyyat.İntibah dövründə təsviri sənət özünün ən yüksək zirvəsinə çatır. Öz inkişafında o da bir neçə mərhələdən keçmişdir. Avropa İntibahının ən parlaq dövrü – Yüksək İntibah (XVI əsrin birinci rübü) sayılır.Renessans mədəniyyəti öz parlaq mərhələsini XV əsrin sonu – XVI əsrin birinci rübü İtaliyada yaşamışdır; o, xüsusi mədəni fenomen kimi Avropanın digər ölkələrində də bərqərar olmaqla, ümumavropa məsələsinə çevrilmişdir. Renessans mədəniyyəti əsasında Avropada yeni ziyalı təbəqəsi formalaşır, onun sıralarında ilk növbədə humanistlər, həmçinin yazıçılar, rəssamlar, memarlar, alimlər dururdu. Renessans ziyalıları müxtəlif cəmiyyətlər, akademiyalar, emalatxanalar qurur və burada disputlar keçirirdilər, bu da Renessans dünyagörüşünün daha sürətlə yayılmasına şərait yaradırdı.Renessans incəsənətinin ən görkəmli nümayəndələri İtaliyada – Leonardo da Vinçi, Rafael, Mikelancelo, Tisian, Fransada – Jan Qujon, Jermen Pilon, İspaniyada – El Qreko və Velaskes sayılır.Son orta əsrlərdə Renessans mədəniyyəti ilə yanaşı, ənənəvi istiqamətlər də mövcud idi. Bu, ilk növbədə, katolik universitetlərində hakim olan sxolastikaya aid idi. Sxolastika Trident kilsə yığıncağından sonra xeyli dəyişikliklərə məruz qalır.Ənənəvi xalq yaradıcılığında, xüsusilə folklorda da saxlanılırdı: kütləvi bayramlar, karnavallar, mərasim və adətlər bir neçə əsr ərzində çox az dəyişmişdi.Çoxəsrlik ənənələrin, Renessans irəinin və yeni yaradıcılıq axtarışlfrının sintezi öz əksini Barokko mədəniyyətində tapır. Bu üslubun təşəkkülü XVI əsrin sonu İtaliyada baş verir və XVII əsrdə Avropanın digər ölkələrində yayılır.Barokko üçün ansambllara meyl, təmtəraq, möhtəşəmlik, bayram əhval-ruhiyyəsi səciyyəvidir. Bu mədəniyyət kübar həyat tərzini, xüsusilə saray həyatını üstün tutur. Renessans dünyagörüşündən fərqli olaraq, burada insan öz mərkəzi mövqeyini itirir. Barokko nümayəndələrinin diqqət mərkəzində harmoniya deyil, əksinə disharmoniya əsas amilə çevrilir. Bu üslüb daha çox memarlıqda, dekorativ təsviri sənətdə və heykəltaraşlıqda geniş yayılır.XVI-XVII əsrin birinci yarısı Avropa ədəbiyyatında ən müxtəlif istiqamətlərin yaranması dövrüdür. Bu dövrdə latın dilində yaranan ədəbiyyat ən kamil mərhələsinə qədəm qoyur, qədim yunan və yəhudi dillərinin öyrənilməsi genişlənir.Eyni zamanda milli dillərin formalaşması ilə əlaqədar milli ədəbiyyat da təşəkkül edir. İtaliyada Florensiyadakı yayğın dil ümumitalyan dilinə çevrilir; Fransız ədəbi dilinin özülünü Şimali Fransa dialekti təşkil edir; alman ədəbi dili xeyli gec formalaşır. XVI-XVII əsrin birinci yarısı Avropa ədəbiyyatında böyük sayda janrlar yayğın idi – novellalar, epik əsərlər, avantüra janrı, lirik poeziya və s. Lakin dramaturgiya daha böyük uğur qazanmışdı və bu dövrün ən məşhur müəllifləri İngiltərədə — Vilyam Şekspir, İspaniyada — Lope de Veqa idi.Müəllif: Yeganə Hafiz qızı Gözəlova Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi, S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında Ədəbiyyat:Античное наследие в культуре Возрождения. Москва. 1984.Бенеш О. Искусство Северного Возрождения. Москва. 1973.Бицилли П.М. Место Ренессанса в истории культуры. Санкт-Петербург. 1996.Горфункель А.К. Гуманизм и натурфилософия эпохи Возрождения. Москва. 1977.Идеи Возрождения и философии нового времени. Москва. 1986.История всемирной литературы. В 9-ти т. Москва. 1985-1987. т.3-4.Кузнецов Б.Г. Идеи и образы Возрождения. Москва. 1979.Культура Возрождения и Реформации. Ленинград. 1981.Лосев А.Ф. Эстетика Возрождения. Москва. 1998.
['Kulturologiya', 'Avropa mədəniyyəti', 'mədəniyyət tarixi']
1,097
https://kayzen.az/blog/Yunus/18332/like-psixologiyas%C4%B1.html
LİKE psixologiyası
Yunus
Bloq: Yunus
17 avqust 2015, 21:44
“Like”ın 8 səbəbi                 Çağımızın mühüm gerçəklik və məfhumlarından olan internet resursları, yaşamımıza bir çox istiqamət və aspekt üzrə təsir edən və cəmiyyətin həyatında, düşüncə və davranışlarında ciddi rol oynayan və getdikcə də rolunu daha da artıran bir amildir. Və internet reallığının mühüm komponentlərindən biri də, bu günkü gündə şübhəsiz ki, sosial şəbəkələr və xüsusən də, “facebook” seqmentidir. Bizim toxunmaq istədiyimiz mövzu isə; prinsip etibarilə yetərincə faydalı və önəmli bir vasitə olan facebook-un“like” funksiyası/elementi ilə bağlıdır. Əvvəla bunu qeyd etmək lazım gəlir ki, özlüyündə “like”, mənfi və ziyanlı bir fenomen hesab oluna bilməz, əksinə bu element, sosial şəbəkə olan facebook-un təbii anlamına; insanlar arasındakı kontakt və ünsiyyətin artırılmasına, fikir və düşüncə mübadiləsinə və bilgi qaynağı roluna yardımçı olacaq bir səciyyəyə sahibdir. Lakin ilginc olan məqam budur ki, toplumumuzun gündəlik həyatının əhəmiyyətli bir parçasına çevrilən “facebook məkanı”nda, belə desək, bir “like hərisliyi” və “acgözlüyü” müşahidə olunmaqdadır. İnsanlar “like”-a, qeyri-adi bir önəm yükləməkdə və onu az qala, həyatın ən vacib ünsürlərindən biri olaraq görməkdədirlər. Özü də bu təmayülə sahib olanlar, bir neçə faizi deyil, görməzdən gəlinməyəcək qədər yüksək faizi və kəsimi təşkil edirlər. Yəni hətta “facebook” istifadəçiləri arasında demək olar ki, “like hərisi” olmayan ya da “like”-ə  böyük önəm verməyən, çox az nisbətdə istifadəçi mövcuddur. Bəs bu nə anlama gəlir?.. Doğrudanmı “bəyən” funksiyası, bu qədər önəmli və əhəmiyyətlidir?.. Gerçəkdənmi “like”, olmazsa olmaz bir anlam daşıyır?... Bizim fikrimizcə “like psixologiyası”nın ən az 8 səbəbi vardır: 1)Hər şeydən öncə “like” funksiyası; status, paylaşım və fikirlərin yayılmasına, istifadəçilər arasında ünsiyyət və əlaqənin artmasına, informasiya mübadiləsinə yardımçı olmaq anlamını daşıyır. Hansısa bir düşüncənin və ya məlumatın, başqalarına da çatdırılması, onların arasında faydalı əməkdaşlıq və əlaqələrin qurulması, bu vasitə ilə daha effektiv və uyğundur. Dolayısıyla da doğal olaraq bu faktor, özlüyündə “like”-ın, təbii funksiyasını və anlamını təşkil edir. 2)Eyni zamanda insan psixologiyasının fitrətən həssas və kritik nöqtələrindən biri olan özünüifadə və ya özünütəsdiq refleksi də, “like psixologiyası”nda önəmli rol oynayır. Zira, eynilə status/paylaşım sahibinin, özünü gerçəkləşdirmə və ortaya qoyma niyyəti kimi, hansısa status və ya paylaşıma “like” bildirilməsi də, eyni mahiyyəti daşıyır. Bunu; özünün varlığını hiss etdirmək, ya da müvafiq paylaşımdakı, öz fikirlərinə və ya maraqlarına uyğun məqamları ifadə etmək instinkti şəklində də təsəvvür etmək olar. Yəni özlüyündə necə ki paylaşım və ya status bildirilməsi, mütləq ki, şəxsi marağı gərəkdirir, eyni şəkildə də, “like” bildirilməsi olayı da, fərdi ambisiya amili olmadan, gerçəkləşə bilməz. Başqa sözlə desək, kimsə, kimsəyə öz eqosunu güzəştə getməyəcəyi kimi, kimsə də, hansısa marağı olmadan, “like” etməz. 3)Həmçinin, hansısa bir statusla/paylaşımla tanış olan və ya onu görənin, tanış olduğu paylaşımı və müəllifini, özünə bab, tay hesab eləməsi amili var və bu amil, status və ya paylaşım bəyənilməsi olayına ciddi təsir edə bilən bir faktordur. Nə deməkdir bu, açıqlayaq: bir çox insan üçün, tanış olduğu “x” və ya “y” bir paylaşım, nə qədər önəmli və ya maraqlı olsa da, oxuduğunu və ya müəllifini, belə desək, öz tayı olaraq görmədiyi üçün və öz çərçivəsində və tipində birisi hesab eləmədiyi üçün; özünü onunla kontakta, ünsiyyətə də hazır hesab eləmir(«like», həm də ünsiyyət, kontakt mahiyyəti daşıyır) və dolayısıyla da o, şüuraltında özünü, «like» düyməsinə basmağa da, hazır və ya “səlahiyyətli” hesab eləmir, baxmayaraq ki, həmin predmeti, özlüyündə maraqlı və ya dəyərli hesab edir. 4)Bir paylaşıma, müəyyən zaman içində gələn rəylərin daha çox olması, ümumiyyətlə izləyicilərin nəzərində və şüuraltında, o paylaşımın, "əla" «bomba» və «bəyənilməyə layiq» bir paylaşım olduğu fikrini formalaşdırır və ya artırır. Dolayısıyla da, bir mənada; müəyyən zaman içində nisbətən çox “like” almış bir paylaşımın, bundan sonra da bir xeyli “like” alması ehtimalı böyükdür. Və əksinə; eyni paylaşıma, müəyyən zaman içində gələn “like” az olduqda isə artıq bundan sonra ona çox sayda “like” gəlməsi ehtimalı da azalır.   5)Status ya da paylaşım sahibinin, “facebook xalqı” nəzdində ya da çoxsaylı istifadəçilər arasındakı imic və təsəvvürü də mühüm bir faktordur. Xüsusən də, artıq müəyyən sayda dosta sahib olan və onlar ilə, müəyyən müsbət ünsiyyəti və bağlılığı olan; ya da bütövlükdə toplum miqyasında geniş bilinirliyi(populyarlığı) və qəbul edilmişliyi olan istifadəçilərin paylaşım və stasusları, özlüyündə daha çox- maraqla qarşılanmaq və daha yüksək nisbətdə, önəmli və mötəbər hesab olunmaq və nəticə etibarilə də daha çox “like”-lənmə potensialına sahibdir. 6)Eyni zamanda bu da unudulmamalıdır ki, insanda, xilqətən; özünü, “zəif” və “tənha”, başqalarını isə “güclü” və “mötəbər” görmək istiqamətində təbii bir təmayül olduğu üçün, “facebook”-da, “başqaları” qismində olan digər istifadəçilərin fikir, davranış və meyilləri,  təbii olaraq, eynilə real həyatda olduğu kimi, insanlara mötəbər görünür və güclü bir təsir səciyyəsi kəsb edir. Yəni, insanlar, fitrətləri və yapıları etibarilə, zatən xarici amillərə və təsirlərə ümumilikdə açıqdırlar və bu, “like psixologiyası”nda da, labüd olaraq özünü göstərir. 7)”Like” fenomeninə olan münasibət, şübhəsiz ki, cəmiyyətlərin spesifik psixo-sosial xüsusiyyətləri və ümumi zəka və intellekt səviyyəsi ilə də sıx bağlı məsələdir. Qısaca izah etsək: insanların ruhi, əqli və intellektual inkişafı yüksək olduqda onların xarici təsirdən asılılığı və kənardan veriləni, qeyd-şərtsiz qəbul etmə ehtimalı da zəifləyir. Daha zəki, savadlı və inkişaf etmiş insanlarda, həyatın ən müxtəlif və önəmli məsələ və mövzularına dair artıq yetərli bilgi və anlayış formalaşmış olduğu üçün, xaricdən gələn məlumatları olduğu kimi qəbul etmə risqi də təbii olaraq azalır. Və bəzi cəmiyyətlərdə «like»-a verilən dəyərin və önəmin, orta göstəricidən daha yüksək olmasının əsas səbəblərindən biri də, məhz həmin toplumun, xarici təsirdən daha çox asılı olması və ruhi-mənəvi və dərrakə səviyyəsinin daha aşağı olması amilidir. 8)Eyni zamanda bu faktor da önəmlidir; məntiq səviyyəsi və ruhi-mənəvi-psixoloji inkişaf potensialı zəif olan insanlar, xarici təsirdən(mühit) asılı olduqları kimi, həm də real və optimal bir həyat fəlsəfələri və idealları olmur və onları, ağıl və bəsirət deyil, bəsit və ibtidai dürtü və reflekslər idarə edir. Dolayısıyla da demək olar ki, kimliksiz və natamam bir mahiyyətə sahib olan bu insanlar üçün, özünü ifadə etmək vasitəsi yalnız primitiv və anlamsız düşüncə, obyekt və təmayüllərdir və dünyada yetərincə önəmli say və nisbətdə olan bu fərdlər, təbii olaraq “facebook”-da da, heç də az olmayan faizi və kəsimi təşkil edirlər. Və sayca böyük nisbətdə olduqları üçün və təbii olaraq özlüyündə daha aktivlik kəsb etdikləri üçün, onların bəsit və səviyyəsiz davranış və təmayülləri, “facebook”-da az qala əsas trend və amil durumundadır(və bu da, qaçılmaz olaraq sosial şəbəkənin həyatında ümumilikdə müxtəlif zərərlər və problemlər yaradır). Xüsusən də, özünütəsdiqin vulqar və bayağı forması ilə səciyyələnən və bütövlükdə, “facebook məkanı”nın(demək ki həm də cəmiyyətin) rahatlığını və fəaliyyətini təhdid edən bir faktor olan “like hərisliyi” tendensiyası, əsas etibarilə məhz bu kəsimin payına düşür. Yekun olaraq; ümumi dünya cəmiyyətləri nəzdində “like” fenomeninin açıq-aşkar bir «keyfiyyət nişanəsi» olaraq qəbul edildiyini demək gərəkir ki bu da, əlbəttə müsbət bir hal olmamaqla yanaşı, insanların düşüncə və fikirlərində, bütövlükdə həyatlarında, ciddi yanılsamalara, yanlışlara və problemlərə yol açan bir durumdur. Nəticə etibarilə, hər bir şeyin öz funksiya və təyinatı üzrə istifadəsi gərəkdiyi kimi, təbii olaraq “like”-a da, insanlar arasındakı əlaqə və qarşılıqlı təsirin, fikir və düşüncə mübadiləsinin artması funksiyasından başqa bir anlam yükləmək, normal və müvafiq deyildir və bəzi hallarda hətta yetərincə ziyanlı bir şeydir. Xüsusilə də, bütün dünya çapında populyar olan və milyonlarla insanın istifadəçisi olduğu sosial şəbəkələrdə və o cümlədən, “facebook” alqoritmasında mühüm bir seqmenti təşkil edən və özlüyündə ciddi ictimai-psixoloji həssaslıq kəsb edən“like” funksiyasına geniş ictimai rəydə yüklənə biləcək hansısa yanlış dəyər və bunun yaradacağı müvafiq qavrayış, mütləq ki, cəmiyyətin sosial, idraki və koqnitiv inkişafında da, ciddi mənfi təsirlərə və problemlərə səbəb ola biləcək bir məna daşıyır. Sonda bunu qeyd etməliyik; çox “like” alan bir paylaşım ya da fikrin, çox “like”-lənməsinin, heç də o fikrin, düzgün və ya mənalı olduğunu göstərmədiyini, heç bir zaman unutmamaq lazımdır. Bir sözlə, ifadə edilən hansısa fikir və ya baxışa, başqalarının o fikir və görüşə münasibətinə əsasən deyil, biləvasitə o fikrin öz mahiyyətinə görə qiymət və anlam vermək gərəkir. Çünki nəticə etibarilə, o “başqaları”,”camaat” anlamını daşıyan subyektlər də, mahiyyətcə elə sadə, adi insanların həlledici və əhəmiyyətli çoxluğunu təşkil etdiyi bir gerçəklikdir, dolayısıyla da, “camaat” ya da “digərləri” anlayışları, birbaşa olaraq hansısa bir “əhliyyət” və ya “məsulluq” kəsb etmir və təbii olaraq onlar hansısa bir düşüncə və ya mövqedə asanlıqla yanıla bilərlər. İstiqamətverici olan, reallığı və hadisələri qiymətləndirmək və qərar vermək üçün dəyərli olan; başqa sözlə desək, bilginin və informasiyanın yoxlanılmasını təmin edə biləcək olan, yalnız ağıl və təcrübə ola bilər. Yunis Dürüst, psixoloq
['Like psixologiyası', 'facebook', 'sosial şəbəkələr']
1,098
https://kayzen.az/blog/psixologiya/16868/melanxolikl%C9%99r.html
Melanxoliklər
Apollon
Psixologiya
14 avqust 2015, 19:26
Melanxolik –  ən çətin ünsiyyət yaradılan insan tipidir. Bu cür insanlarla qarşılıqlı münasibət yaratmaq olduqca çətindir. Bu tip insanlar ünsiyyətdə qaçır və ünsiyyəi sevmirlər, daha çox tək qalmağa üstünlük verirlər. Onlar incidikləri şeyləri tez-tez yada salar, özlərinə yazığı gələr, hər şeydən küskün olar, onlara hər bir şeyin haqsız olaraq edildiyini zənn edər və həmişə də həyatın maraqsız və darıxdırıcı olduğundan şikayətlənərlər.  Melanxoliklər hər hansı bir uğura qətiyyən inanmırlar. Onlar məğlubiyyətə, uğursuzluğa əvvəlcədən hazır olurlar. Onların həyatdan razı, sevincli olduqlarını görmək çox çətindir. Melanxoliklər daim çəmiyyətdən qaçar, çəmiyyətdən uzaq olmağa çalışırlar. Bu cür psixotiplər qeyri-kamil psixikaya malikdirlər. Belələri pessimist, özlərinin hər hansı bir xırda problemini və incikliyi həddən artıq böyüdüb şişirdən olurlar.  Melanxoliklər zahirən çox sakit görünürlər. Amma çoxları bilmir ki, onların daxilində necə böyük təlatümlü bir emosiya var. Melanxoliklərin daxilində olan təlatümlü emosiyalar çox nadir hallara üzə çıxır. Onlar emosiyalarını daim içlərində gizlədir və analiz edirlər.   Melanxoliklərin emosiyalarını daxillərində gizlətmələri fiziki xəstəliklərə də gətirib çıxara bilir. Belə ki, emosiyaların daxildə gizlədilməsi qaraciyər və mədədə funksional pozuntu, hipertonik və kardioloji xəstəliklər yaradır.   Melanxoliklər depresiyaya meyillidirlər, ez əsirlənirlər. Ən adi bir şeydən kefləri pozulur, özlərini aşağı qiymətləndirirlər. Melanxolik dörd əsas insan temperamentindən biridir. Hər hansı yeni bir iş onların çiynində ağır bir yük olur. Melanxoliklər seçim etməkdə, qərar qəbul etməkdə çətinlik çəkirlər.   Aristotel hesab edirdi ki, “hər bir dahi ehtirasına görə - melanxolikdir”. Melanxoliklərin bir yaxşı cəhəti vardır, intuisiyaları yüksək olur.  Melanxoliklərin bir çox mənfi xüsusiyyətlərinə baxmayaraq, bir çox məşhurlar bu mənfiliklərə qalib gələ bilmişlər. Məsələn: R.Dekart, Ç. Darvin, P.İ. Çaykovski, F. Şopen, N.B. Qoqol və s. görkəmli şəxslər bu tip insanlardan olmuş və öz daxillərindəki melanxoliyaya qalib gəlmişlər. azens.az
['melanxolik', 'melanxoliya']
1,099
https://kayzen.az/blog/Yaqzan/18327/babil-q%C3%BCll%C9%99si-v%C9%99-afaziya.html
Babil qülləsi və Afaziya
Yaqzan
Bloq: Yaqzan
6 avqust 2015, 16:17
  Biz elə bir mövqeyə, elə bir vəziyyətə gətirilmişik ki, lağa qoyula bilinəcək insanlar olaraq həm özümüz — özümüzü həm də başqaları qarşısında özümüzü tanımışıq. Bu mövqe, vəziyyət nədir? Bu sualın tarixi, ictimai, siyasi, fəlsəfi, psixoloji və başqa yöndən cavabları verilə bilər. Amma  mən buna geniş cavab verməyə çalışaraq səbəblərini desəm bununla bizim bir-birimizi lağa qoya biləcək insanlar olmağımızda nəsə dəyişəcəkmi? Ya da bəlkə heç mən özüm də bunun səbəblərini yəni sualın cavabını bilmirəm? Sualın cavabını bilmək bunun aradan qalxmasına kifayətdirmi?      Bu yazıdakı məramım bu suallara cavab vermək yox, bu məsələyə dil üzərindən gəlmək və bu dərdə dərman ola biləcək şeyin arayışına çıxmaqdır, belə ki, dil özlüyündə tərif kimi ifadə edə biləcəyimiz yunan filsoflarının açıqladığı  təbiət (fizika) hadisəsi və ya ictimai hadisə olaraq tədqiq olunmaqdan əlavə həmçinin mən dilin həm də metafizik mahiyyətindən çıxış edərək dilin qeyblə əlaqəli olduğunu düşünən və müşahidə edən bir insanam, belə ki, şəhadət gətirməyimiz də dil ilədir. Dilin təbii yoxsa şərti olduğunun müzakirəsi gedən və mövzusu adların həqiqəti ilə bağlı olan Platonun «Kratil» dialoqu bu baxımdan antik filosofların dil barədəki fikirlərini ifadə edən əsas əsərlərdən olmaqla yanaşı dialoqda adların mahiyyəti ilə əlaqədar Sokrat, Hermogen və Kratil arasında gedən müzakirədə çıxış nöqtəsi yunan mifologiyası və dialoqda da istinad gətirilən Homer və Hesiod kimi şairlərin dövrün dilini, dünyagörüşünü ifadə edən şeiriyyatı və dövrün elmi dünyagörüşü və politeist metafizikasının çərçivəsi olduğunu da unutmamalıyıq. Dialoqda tanrıların, qəhrəmanların, insanların, suyun, havanın, torpağın, mücərrəd anlayışların və başqa adlar ilə bağlı ifadə olunan fikirlərin kainatda immonentlik mahiyyətindəki bir dünyagörüşünün çərçivəsində olan müzakirəsidir. Belə ki, bütçülüklə də əsaslana bilən immonent politeist və ya panteist metafizikadan fərqli olaraq bizim əsas olaraq istinad edə biləcəyimiz metafizik görüş əsasən dilin mahiyyəti və inkişafı barəsindəki vəhy təməlli tövhidə əsaslanan bir çərçivə olduğunu düşünə bilərik. Bu baxımdan dilin fəlsəfi əsasına və çərçivəsinə diqqət yetirərkən ilk öncə İbrahimi ənənədə bildirilən teologiyadakı ifadəsinə və tarixi təcrübədə şairlər, mütəfəkkirlər, mütəsəvviflər, alimlər tərəfindən çəkilən ümumi çərçivəyə göz gəzdirməliyik.         Tanrıya çatmaq üçün tikmək istədikləri göyləri dəlib keçən Babil qülləsi barəsindəki hekayədə insanların hamısı bir xalq olub və bir dildə danışıblar. Amma insanların bu hərəkətlərinin nəticəsi tanrı tərəfindən dillərinin qarışdırılması oldu. İnsanlar bir-birini başa düşmədilər və beləcə bu qüllə də yarımçıq qaldı. Tövratda keçən bu hadisə  (Yaradılış: 11. 1-9) həmçinin bir az fərqli şəkildə Quranda var. Ancaq bu dəfə qülləni firon tikmək istəyir və yenə də tanrıya çatmaq istədiyinə görə. (Qəsəs 38. ayə) Bu hekayə bizə nəsə deyir və bizə düşən də deyilənlərdən öyüd-nəsihət götürməkdir.      Nə vaxt ki, dilimizin tarixi davamlılığı, ruhu əlimizdən alındı və dili xaotik, qırıq-qırıq və ya anlaşılmaz bir yığın sözlər olaraq eşitməyə başladıq məhz onda dilimiz qeyblə olan əlaqəsini itirdiyi üzə çıxdı və insanlar nəsə danışmağa başladı, amma danışdıqlarının nə olduğunu nə özləri nə də ki, ünsiyyətdə olduqları şəxs anlamasa da anlayırmış kimi edərək bir-birimizi yəni özümüzü aldatmağa başladıq. Bunun tibbdə fiziki ifadəsi beyində olan travma nəticəsində nitqin pozulması, danışılanı anlamamaq kimi bir hal olaraq afaziya adlandırılır. Şərti olaraq adını tibbdən aldığımız bu halın həmçinin metafizik məhrumiyyətdən doğulan eksistensialist bir absurdun içindəki insanların anlayış, tarixi kimlik, ruhi bir əlaqənin pozulması kimi şeylərlə nəticələnən və hazırda gəlib çıxdığımız bir mövcudluq böhranı olduğunu da deyə bilərik. Biz bu böhranı ancaq dil üzərindən aşkara çıxarıb ifşa edərək düşdüyümüz halı müşahidə edə bilərik. Belə ki, danışarkən ifadə etdiyimiz sözlərin əsil mahiyyətdəki mənası təhrif edilərək “tərcümə” bir söz kimi dillərə düşməsi həmin sözlərin tutuquşu təkrarına çevrilməsi ilə nəticələnir. Yox, əgər ifadə etdiyimiz sözlərin səmimi olduğunu və tutuquşu təkrarından fərqləndiyini iddia edəcəyiksə onda bizim danışarkən boğulub qalmağımız və kəkələməyimiz lazımdır, çünki yaşadığımız bu dünyada səmimi olmaq bizdə bunu zəruri edəcək. Həm də bu məqamda Hz. Musanın dilindəki düyünün açılması üçün Allaha etdiyi duanı da yada salmağa dəyər, belə ki, o da qüllə tikmək niyyətində olan fironun yanına gedirdi. Dilin təhrifinin teoloji cavabını dini kitablarda peyğəmbər göndərilmiş qövmlərin ilahi hikmətdən üz döndərməsi nəticəsində əsası vəhyə dayanan dil birliyini insanların öz nəfslərinə etdikləri zülmün bir nəticəsi olaraq itirməsi və özlərini zəlalətdə tapması kimi də göstərmək olar. Belə ki, müqəddəs kitabların təhrif olunması məsələsini Babil qülləsi hadisəsindən sonra dilin təhrifi prosesinin davamı kimi də görə bilərik. Əgər birinci halda vahid olan dilin təhrifi və insanların bir-birini anlamaması nəticəsində dillərin qarışdırılmasını görə biliriksə ikinci halda artıq “anlaşılmaz” olan xaotik xalqlardan ibarət bir dünyada peyğəmbərlərin vəhy təməlli bir hikmətin meydana gətirdiyi nizamı göstərmək olar. Teologiya olaraq dilə olan yanaşmadan əlavə dilin insanın elmi, fəlsəfi təcrübəsinin çərçivəsində bir şəklə, surətə gəldiyini də unutmamalıyıq. Belə ki, biz hər bir məfhumu həmin məfhumun meydana gəldiyi dünya görüşü, elmi, fəlsəfi mühiti nəzərə almadan əbədi bir ölçü kimi görə bilmərik. Yoxsa anoxranizm deyilən yanlışlığa düşərik. Xüsusən modernliklə birlikdə paradiqmanın kökündən dəyişməsi dilin mahiyyətində də qarışıqlığa təkan verdi. Ancaq dilin əsil mahiyyəti olan vəhydən bizə miras qalan ilahi hikməti mərkəzə qoyaraq tarixi davamlılığı və dövrün ən yeni elmi kəşflərini fəlsəfi, sosyoloji, ədəbi, elmi əsərlərlə dilin quruluşuna və mahiyyətinə şəkil verərək inkişaf etdirə biləcək mütəfəkkirlərin, yazıçıların olması və o istiqamətdə ciddi araşdırmaların aparılması dilin metafizik mahiyyətini qoruyub saxlamaqla yanaşı həmçinin fiziki və sosioloji bir hadisə kimi dilin çərçivəsini genişləndirən zəmini yarada bilər. Bununla yanaşı iqtisadi cəhətdən də düşünsək hər şeyi statistik hesablama mövzusu edilən bu zamanda dilin də sözlərdən ibarət bir kəmiyyət məsələsi olması və söz alveri zehniyyətinin hakim olması dilin tərkibindəki sözlərə də bazarlıq predmeti kimi yanaşmanı doğura bilir. Metafizik təməldən məhrum edilmiş və ya yanlış bir təmələ dayandırılmış bir dil ilə biz heç nədə məna tapa bilməyən əvvəli və sonu olan fani dünyadakı bir həyatdan məhrum olaraq cəfəng bir qarışıqlığa, xaosa sürüklənmiş olarıq.    Bizim danışdığımız dil və bizdə danışan dil hansı dildir? Əvvəlcə bəzi məfhumları yəni bizim tərkibindən xəbərimiz olmayan məfhumları həyatımıza daxil olmuş görürük. Qədimdən bəri etiqadımızla və dolayısıyla həyat tərzimizlə əlaqəli olan bəzi məfhumlar barədə mənfi fikirlərlə özümüzü tapmış oluruq. Sonra belə alınır ki, biz min illər boyunca yanlış məfhumlarla düşünürükmüş və bu gələn yeni məfhumlarla biz bütöv bir tarixi məhkum edə bilərikmiş, amma bu işi daha irəli götürənlər də var. Məsələn bizim özümüzün-özümüzə natamam görünə bilməyimizə səbəb hansısa ayrı-ayrılıqda götürülmüş yanlış məfhumlar yox, ümumiyyətlə min illiklər boyunca danışdığımız bütöv bir dil olduğunu “kəşf” etmə lüksünə sahib olan bəziləri bu dilin yenisi ilə əvəzləməli olduğumuzu iddia edə biləcək qədər “irəli” getməyi özlərinə mərifət hesab edirlər. Beləliklə biz özümüzü hər tərəfdən əlil, axsaq, natamam bir vəziyyətə salırıq ki, sonra bu vəziyyətimiz min illiklərdən bəri gələn təbii vəziyyətimiz kimi görünə bilsin. Bu belə görünəndən sonra lağa qoyula bilinəcək həmin insanlar qarşımıza çıxır. Bu insanlar məktəbdə, küçədə, işdə, evdə və hətta güzgüdə də qarşımıza çıxa bilər. Bu afaziya yəni ifadə edilən şeyi anlamamanın dilimiz üçün ola biləcək mənası dilimizin tarixin qaranlığında yox olması və bizim də bu qaranlıqda bir-birimizi və ətrafı görə biləcəyimiz işıq zənn etdiyimiz səs-küydən ibarət bir “dilin” qaragüruhu halına gəlməyimizdir.  Nə vaxtsa vahid bir dünya dilinin hər tərəfdə qəbul olunacağı və bu səbəbdən heç kimin tərcüməçiyə ehtiyacı olmadan bir-birini başa düşə biləcəyi günlərin gələcəyinə inanan belə “saf” amma eyni zamanda siyasi-ideoloji təməlli əsassız utopik fikirlərə məhəl qoymamaqla yanaşı bir dildə danışan insanların da bir-birini anlamadığını qeyd etməyimə yəqin ki, ehtiyac yoxdur.   Azərbaycan (türk) dili olaraq son yüz il ərzində bir neçə dəfə əlifba dəyişməyimizin və həmçinin dilin davamlılığını və mahiyyətini ifadə etmək baxımından təfərrüatlarına vara bilməyəcəyim bir çox problemin olduğunu məndən də çox yaxşı bilən insanlarımızın mövcud olduğuna inanmaq istəyirəm. Amma düşüncə sahəsində dil üzərində ciddi yazıların yazılmaması, ədəbi, fəlsəfi, teoloji, düşüncə problemi olaraq dilimizin mahiyyətini ifadə edəcək mütəfəkkirləri görməməyimiz faciəlidir. Gördüyümüz isə dilimizin faciəsi üzərində ideoloji səbəblərdən oynanılan ucuz oyunlar və müzakirələrdir. Maarifçilərimiz olaraq adlandırdığımız ziyalılarımızın bir çox mövzuda olduğu kimi dil mövzusunda da zəif qaldıqlarını və yeni şəkillənmiş bu dünyanın dilini anlamadıqlarını sadəcə milli, dini, siyasi, ideoloji və bir çox başqa komplekslərə düşüb bəzilərinin yamsılama bəzilərinin də tənqidçilik xəstəliyinə tutulmuş olduğunu qəbul etməliyik, amma bu, ciddi əsərlər yazmış yazıçılarımızın olmasını görməzdən gəlməyimizə də səbəb olmamalıdır. Maarifçi düşüncənin, modernliklə formalaşmış həyat tərzimizin bizə gətirdiklərini və bizdən götürdüklərini ciddi bir şəkildə təhlil edəcək yazıların olmaması bizim sadəcə olaraq baş verən hadisələrə heç müşahidəçi statusu da qazanmayacaq dərəcədə məruz qalan insanlara çevrildiyimizin dəlilidir. Dilə olan laqeyidliyimizin nəticəsidir ki, sürətlənən bu zamanda müasir praktik yaşantılarımızı və həmçinin metafizik həyatımızın böhranını qarşılayacaq məfhumlarımızın kəşf və icadı üçün bir cəhdin olmamasını görməyəcək vəziyyətə gəlmişik. Əlbəttə bu böhran sadəcə bizim məruz qaldığımız bir böhran olmasa da uçuruma gedən vəziyyəti görən vicdan sahibi bir qrup insan ən azından bu məsələləri müzakirəyə açmalıdır. Belə ki, dilin əsas təməl məsələləri qala-qala dil üzərindən cılız müzakirələr aparmaq xəyanət dərəcəsinə çatacaq qədər məsuliyyətsizlikdir. Dilimizin mahiyyət olaraq necə meydana gəldiyini və onun formalaşıb indiki vəziyyətinə çatmasını və bundan sonrakı aqibətinin nəyə tərk edildiyini sistemli şəkildə ifadə edəcək bir düşüncə zəminimizi hazırlamalıyıq.  Nizami, Füzuli, Yunus Əmrə, Şəms Təbrizi, Qəzali və başqa şəxsiyyətlərin qoyduqları elmi, mədəni mirası və onların qidalandıqları mənəvi hikmət xəzinəsini bu günümüzə daşıyaraq və eyni zamanda müasir elmi, fəlsəfi, ədəbi prosesi də nəzərə alaraq bu zamanın təməl problemlərini şərh edərək və dilimizin mahiyyətini özünə qaytararaq bu işə başlaya bilərik. Belə ki, islam aləminin filosofları, alimləri dilin fəlsəfi yöndən də müzakirələrini aparmış və təməlləndirməyə çalışmışdılar. Əl-Bəqərə surəsindəki «Allah Adəmə bütün şeylərin adlarını öyrətdi...» şəklində keçən ayə dilin vəhy yoluyla yoxsa insanlar tərəfindən meydana çıxması kimi bir çox müzakirələrə səbəb olmuşdur. Fəxrəddin Razi kimi bir qism alimlər isə dilin başlanğıcda vəhy ilə meydana çıxdığı sonradan isə insanlar tərəfindən inkişaf etdirildiyi fikrinə gəlmişdir. Fərabi isə dili sağlam təməllərlə əsaslandıraraq mərhələ-mərhələ meydana çıxdığını və insanın idrakının, ehtiyacının artmasına uyğun bir şəkildə formalaşdığını irəli sürmüş və həmçinin məntiq sahəsindəki əsərləriylə də bütün bunları öz metotları ilə ifadə etmişdir. Müəllif: Tural Osman  
['fəlsəfə', 'din tarixi', 'fəlsəfə tarixi', 'dilçilik']