Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
1,300
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17887/%C5%9F%C9%99h%C9%99r-v%C9%99-k%C9%99nd-h%C9%99yat-t%C9%99rzinin-m%C3%BCqayis%C9%99li-%C3%BCst%C3%BCnl%C3%BCy%C3%BC.html
Şəhər və kənd həyat tərzinin müqayisəli üstünlüyü
MuSHviG
sağlam həyat tərzi
30 yanvar 2015, 10:23
Müasir insanlar iki cür həyat keçirirlər — bir-birindən çox fərqli iki həyat tərzi. Birincisi — ta qədimlərdən təbii insan məskəni olan kənd həyatı, digəri — inkişafın sonrakı mərhələlərində formalaşmış şəhər həyatı. Hər ikisinin özünün üstün və çatışmayan cəhətləri var. Lakin son zamanlar urbanizasiya tendensiyasının sürətli inkişafı insanların daha çox şəhərlərə can atdıqlarını göstərir. Niyə? Kənd həyatı insanları niyə cəlb etmir? Kəndlər, adətən, gözəl təbii şəraitə, münbit torpaqlara, yaşıl örtüyə, təmiz havaya, saf suya malik ərazilərdə təşəkkül tapır. Burada həyat təbiidir, insanlar təbiətlə harmoniyada yaşayır, heyvanlarla ünsiyyətdə olur, meşədə, çay kənarında, dağ başında işləyir, istirahət edir, bir sözlə, yaşayırlar. Tarlalarda yaşıl otlar, qarışıq rəngli, əvəzedilməz ətirli çiçəklər var. Hər yerdə müxtəlif quşlar, heyvanlar, bulaqlar, böyük dağlar, meşələr var. Kəndlərdə insanlar tarlalarda, dirriklərdə çalışırlar. Zəhmətkeş kəndlilər öz əlləri ilə təbii, sağlam meyvə və tərəvəz yetişdirir, saxladıqları ev heyvanlarından keyfiyyətli ət, süd məhsulları, yumurta, bal və sair əldə edirlər. Bəzi kəndlərdə kinosalon, teatr, böyük ticarət mərkəzləri olmasa da insanlar darıxmırlar. Çünki onlar normal qonşuluq, qohumluq münasibətləri saxlayır, bir-biri ilə daha çox ünsiyyətdə olur, boş zamanlarını çox maraqlı keçirirlər. Məsələn, axşamlar bir-birinə qonaq gedir, söhbət edir, bağçada çay içirlər. Uşaqlar həyətdə bir-birilə oynayır, böyüklər nərd, şahmat, domino kimi stolüstü oyunlarda “qırğına” çıxırlar. Uşaqlar hər gün təmiz havada, çəmənlikdə oynayır, çayda və ya göldə çimir, kollardan moruq, qonşu bağçaların ağaclarından alma “oğurlayırlar”. Kənd uşaqları məktəbdənkənar boş vaxtlarında min oyundan çıxırlar — ağaca dırmaşır, suda üzür, ata minir, dağlara qalxır, tarlada ailələrinə kömək edirlər. Oğlanlar meşədən odun, qızlar çay dəmləmək üçün müxtəlif çiçəklər yığırlar. Kənddə hamı üçün, xüsusilə analar üçün gün çox erkəndən başlayır — saat beşdən, altıdan. Çünki onlar səhər tezdən süd sağır, samovar qaynadır, nahar hazırlayır, uşaqları məktəbə yola salanadək çalışırlar. Hər səhər uşaqlar günə təmiz süd və təzə yumurta, bal, pendir, çörəklə başlayırlar. Kənddə mədəniyyət adına lazım olan ən vacib obyektlər də var — mədəniyyət evləri, klub, kitabxana və s. Düzdür, indi onların bəziləri ya işləmir, ya da onlardan istifadə edən azdır, lakin yaxın keçmişdə kəndlilər üçün kino, teatr, konsert, kitabxana, klublar adi həyat tərzi idi. Kənd həyatını ümumi təsvir etmək belə oradakı həyatın daha gözəl olduğunu göstərməyə kifayət edər. Bir sözlə, kənd həyatı tam təbii, sağlam, sakit həyat tərzidir. Məhz bu üzdən kəndlilər şəhərlilərə nisbətən daha çox yaşayır, daha sağlam olurlar, həkimlərə işləri nadir hallarda düşür. Şəhərlərdə nə var ki, hamı oraya axışır? Şəhəri daha çox gənclər sevirlər. Bunun müxtəlif səbəbləri var. Bütün şəhərlər kino, teatr, mağaza, market, bazar, bank, universitet, idman salonları, xəstəxanalar, disko-barlar, parklar və sair əyləncə mərkəzləri ilə doludur. Son dövrlər əyləncəyə maraq artıb. Gənclər diskoya, idman salonuna getməyi, parklarda gəzməyi, müxtəlif əyləncə məkanlarına baş çəkməyi sevirlər. Amma yaşlı insanlar təbii və rahat bir həyat yaşamaq istəyirlər. Burada həyat darıxdırıcı keçməz. Lakin bu maraq yaxşı iş, yüksək qazanc tələb etdiyi kimi, sağlamlığın itirilməsi ilə də nəticələnir. Şəhərdə gün dan yeri ağaranda yox, xeyli gec — təxminən 7-8 radələrində başlayır. Bu vaxtdan etibarən küçələr izdihamlı olur, avtomobil əlindən tərpənmək olmur. İnsanlar hər gün eyni, standart həyat yaşayırlar. Onlar səhərlər işlərinə gedirlər və axşamlar dönürlər. Yalnız bazar günləri ailələri ilə birgə rahat vaxt keçirə bilərlər. Şəhərlərdə qonşuluqdan danışmağa belə dəyməz, qohumlarla ünsiyyət isə yalnız xeyir-şər məclislərində baş tutur. Hətta bəzi ailələrdə ailə üzvləri bir-birlərini görə bilmirlər, biri işdən gələndə digəri işə gedir, valideyn evə gələndə uşaq yatmış olur. Sosioloqların fikrincə, kəndlərdən iri şəhərlərə köçən ailələrin sıx qohumluq əlaqələri üç nəsil sonra yox olur. Xalalar, dayılar, bibilər, əmilər üç nəsil sonra tədricən seyrəkləşir və tanınmır. Yalnız qardaş, bacı əlaqələri zəif də olsa, qalır. Şəhərin böyük “dəyirmanı” bütün qohumluq əlaqələrini “üyüdür”. Bunu çox vaxt müvəqqəti olan yoldaşlıq, tanışlıq münasibətləri əvəz edir. Şəhər həyatı daha çox ictimailəşmə, dünyagörüşü, mədəni mühitin içində olma, karyera və təhsil imkanları kimi bir çox üstünlüklər verir. Şəhərlər istədiyimiz şeyləri əldə edə bilmək üçün də bizə böyük imkanlar təmin edir. Şəhərlərdə nə etmək istəyirsinizsə, onu edə bilərsiniz. Lakin bunun üçün çoxlu işləmək, sağlamlığı qurban vermək tələb olunur. Şəhərlərə axının başqa bir səbəbi də rahat və gəlirli iş tapmaq ümidi ilə bağlıdır. Daha çox gənclər şəhərdə işləyib, yaxşı pul qazanandan sonra kəndə qayıdacaqlarını deyir, lakin vaxt gəlib keçir, bir də ayılırlar ki, qocalıblar… arzular, xəyallar reallığın qatı dumanında yox olub. Necə deyərər, “incəsənət” qurban tələb edir. Şəhərdə insanlar beləcə mədəni həyat yaşayırlar... Seçim üçün qısa müqayisə predmetleri Kənd həyatının üstünlükləri: — ən əsası, siz təmiz hava ilə nəfəs alırsınız; — saf su içir, təbii ərzaqlarla qidalanırsınız; — fiziki aktivlik sağlamlığa təminat verir; — qohum və qonşularla ünsiyyət bolluğu; — təhlükəsiz həyat tərzi; — sakit mühitdə, stressiz həyat tərzi; — tələbatın azlığı çox işləmək zərurəti yaratmır; — siz daimi kurortdasınız. Şəhər həyatının əsas zərərləri: — hava və səs-küy çirkliliyidir; — dolanışıq çətinliyi; — gündə bir neçə saatın yolda itirilməsi; — sıxlıq və tıxac problemi; — cinayətkarlığın yüksək olması; — təbiətdən uzaq qalmaq; — keyfiyyətsiz qidalanma; — bahalı həyatı təmin etmək üçün gərgin işləmək. Ekoloq: "İdeal sağlam həyat kənd həyatıdır" Uzun müddət Bakıda yaşamış, son üç ildə kənd həyatını üstün tutaraq Goranboy rayonuna köçmüş Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyarın sözlərinə görə, burada doğru seçim birmənalıdır:  “Əhalinin sıx yaşadığı yerlərin istənilən baxımdan sağlam həyat prinsiplərinə zidd olmasını istər məntiqi, istər də təcrübi yolla fəhm etmək çətin deyil. Digər tərəfdən, bir ölkədə əhalinin sırf iri şəhərlərdə cəmlənməsi iqtisadi və sosial problemləri dərinləşdirir. Bir çox hallarda isə bu amil ekoloji problemlərin təkanvericisinə çevrilir. Bu halda, şəhərlərdə yaşamaq sağlamlıq riskindən başqa bir şey deyil. Çirkli hava ilə nəfəs almağa, tərkibi təsəvvürə gəlməyən süni konservantlarla doldurulmuş fabrikat və yarımfabrikatlarla qidalanmağa, fasiləsiz səs-küyləri dinləməyə məhkum olmuş insanların sağlam yaşamaq imkanları çox məhduddur”. Ekoloqun fikrincə, 10 yaşadək uşaqların şəhərdə yaşaması isə daha dəhşətli nəticələr verir: “Əvvəla, ona görə ki, ən ağır atmosfer çöküntüləri havanın yerdən 1 metr qalınlıqdakı qatında cəmləşir və azyaşlı uşaqlar məhz bu qatlarda nəfəs alırlar. İkincisi, bu yaş dövrü insan orqanizminin təşəkkül dövrü olduğu üçün çirkli hava və toksik maddələrlə zəngin qidalar onu elə bu yaşdan xəstəliklərin ağuşuna yuvarlayır. Bütün bu problemlərdən uzaq olmağın ən ideal yolu kənd yerlərində yaşamaq, öz əlinlə becərdiyin meyvə-tərəvəz və süd məhsulları ilə qidalanmaqdır”. Beləliklə, bu yazıda iki həyat tərzini qısa və ümumi şəkildə ortaya qoymağa çalışdıq. Şəhər həyatı maraqlıdır, lakin stresli və çox bahalıdır, kənd həyatı isə sadədir, təbiidir, sağlamdır, üstəlik, ucuz başa gəlir. Hər kəs öz seçimini düzgün etsə, sonda həyatından şikayətlənməz. Nəyi nəyə qurban verdiyimizi düşünərək seçim etsək, yanılmarıq. Mənbə: milli.az
['Ekologiya', 'orqanizm', 'sağlamlıq', 'kənd.']
1,301
https://kayzen.az/blog/texnologiya/17886/hans%C4%B1-marka-mobil-telefon-istifad%C9%99%C3%A7il%C9%99ri-daha-a%C4%9F%C4%B1ll%C4%B1d%C4%B1r.html
Hansı marka mobil telefon istifadəçiləri daha ağıllıdır?
MuSHviG
Texnologiya
30 yanvar 2015, 10:00
ABŞ-da aparılan bir tətqiqat yolu ilə telefon istifadəçilərinin zəka səviyyələri ilə seçdikləri mobil telefon markası arasında bir əlaqə olub olmadığı araşdırıldı. Massachusetts Mərkəzli Tətqiqat bürosu Çitikanın apardığı araşdırma Alyaska, Montana və Vermont ştatlarında iPhone istifadə nisbətinin digər əyalətlərdən daha çox olduğunu göstərdi. Bu əyalətlərin bir başqa xüsusiyyəti ABŞ-ın ən yüksək universitet məzunu nisbətinə sahib olmaları oldu. Bu məlumatların nəticəsində iPhone istifadəçilərinin daha ağıllı olduğu nəticəsinə gələn Çitikaya görə iPhone istifadəçiləri yalnız zəka ilə deyil, eyni zamanda maddi olaraq da Android istifadəçilərindən qabaqlayır.Çitikanın apardığı araşdırma bu sahədə tək deyil. Ağıllı telefon istifadəçiləri arasında aparılan digər araşdırmalarda da bənzər nəticələrə əldə edildi. Ladbrokes şirkətinin təşkil etdiyi araşdırmada 1000 ağıllı telefon istifadəçisinə bir zəka testi tətbiq etdi. iPhone istifadəçiləri sürət və beyin funksiyalarının ölçüldüyü testdə 94 saniyə ilə ən sürətli nəticəyə çatan qrup oldu. BlackBerry istifadəçilərinin isə 118 saniyə ilə ən yavaş qrup olduğu müşahidə edildi. iPhone istifadəçilərindən sonra Google Nexus istifadəçiləri 99 saniyə ilə 2-ci sırada qərarlaşdı. Testi ən sürətli tamamlayan bir Samsung istifadəçisi olsa da Samsung istifadəçiləri ümumi sıralamada 103 saniyə ilə 3-cü ola bildi. HTC istifadəçiləri isə eyni testi 105 saniyədə tamamlayaraq 4-cü sırada yer aldı.Hazırladı: MushviG.H
['Mobil telefon', 'istifadəçi', 'test', 'iphone.']
1,302
https://kayzen.az/blog/musiqi/15456/xx-%C9%99srin-%C9%99vv%C9%99li-%C3%BCmumi-panorama.html
XX əsrin əvvəli-ümumi panorama
2ral
Musiqi
29 yanvar 2015, 22:41
Fransa musiqisində təşəkkül tapmış impressionizm cərəyanının görkəmli nümayəndələri Klod Debüssi və Moris Ravel öz əsərlərində ətrafdakı həyatdan — təbiətdən, məişətdən aldıqları ilk təəssüratlarını canlandırmağa çalışmışlar (elə cərəyanın adı da «impression», yəni «təəssürat» sözündən irəli gəlir). İtaliya opera sənətində meydana çıxmış verizm üslubu həyatın olduğu kimi — mübaliğəsiz, yaraşıqsız təsviri demək idi. Pyetro Maskanyininin (1865 — 1945) «Kənd na-musu», Rucero Leonkavallonun (1857 — 1919) «Məzhəkəçilər», Cakomo Puççininin (1858 -1924) «Bohema», «Toska», «Turandot», «Madam Batterflyay» əsərləri verizmin parlaq nümunələridir. Bu sırada Puççini musiqisi, Puççini üslubu xüsusi yer tutur. Başqa verist bəstəkarlarla müqayisədə Puççini operalarındakı surətlər daha dolğun və inandırıcı, vokal partiyalar daha zəngin və ifadəli, ümumi dramaturji quruluş isə çoxşaxəli, mürəkkəb xarakter daşıyır. Romantizmin son mərhələsim təmsil edən sənətkarlardan alman bəstəkarı Rixard Ştraus (1864 -1949) ilk növbədə simfonik musiqinin mahir ustası kimi tanınmışdır. Onun «Don Juan», «Makbet», «Don Kixot», «Til Ulenşpigel», «Zərdüştün söylədikləri» simfonik poemaları obrazların dəqiq, həssas təcəssümü, orkestr palitrasının rəngarəngliyi ilə diqqəti cəlb edir. Ştraus həmçinin «Qızılgül kavaleri», «Salomeya», «Elektra» operalanmn müəllifı kimi də şöhrət qazanmışdır. Ştrausun çağdaşı Avstriya bəstəkarı Qustav Maler də (1860 — 1911) öz yaradıcılığında simfonik janra üstünlük verir. Möhtəşəm simfoniyaların müəllifi Maler insan həyatının ən mürəkkəb problemlərinə toxunaraq xeyir və şər qüvvələrini qarşdaşdırır, «olum, ya ölüm» fəlsəfı sualına cavab verməyə çalışır. Malerin «Gəzərgi kargərin mahnıları» və «Oğlanın sehrli şeypuru» vokal silsilələri, «Torpaq haqqında nəğmə» simfoniya-kantatası da XX əsr musiqisinin dəyərli səhifələrindəndir. XIX əsrin sonunda romantizm estetikasından bəhrələnən digər sənətkarlar, o cümlədən rus bəstəkarları Aleksandr Skryabin (1871 — 1915) və Sergey Raxmaninov da müstəqil yaradıcdıq yollarına qədəm qoyurlar. Skryabinin çılğın ehtiraslarla yoğrulmuş «Ekstaz poeması» və «Prometey» simfonik əsərləri, 3-cü simfoniyası ("İlahi poema"), fortepiano üçün yazdığı sonatalar, prelüdlər, etüdlər bəstəkarı düşündürən dünyanı incəsənətin köməyi ilə dəyişdirməyin mümkünlüyü ideyalarının bədii təcəssümüdür.Beləliklə, XX əsrin əvvəlində, Avropanın Birinci Dünya müharibəsi astanasında yaşadığı təzadlı, mürəkkəb bir dövrdə musiqi mədəniyyətinin inkişafında mühüm yeniliklər baş verir. Qısa müddət ərzində müxtəlif bədii cərəyanlar yaranır, bir çox istedadlı sənətkar özlərini tanıdır. Musiqi incəsənət tarixinin yeni, müasir dövrünə qədəm qoyur. Bu yeni mərhələnin səciyyəvi xüsusiyyətləri hansılardır?Unutmayaq ki, XX əsr ümumbəşər tarixində bir çox əhəmiyyətli dramatik, bəzən də faciəvi hadisələrlə əlamətdar olmuşdur. Birinci və İkinci Dünya müharibələri, Rusiyada və bir sıra ət-raf dövlətlərdə kommunizm quruluşunun bərqərar olması və süqutu, Almaniyada və İtaliyada faşizmin hakimiyyətə gəlməsi -bu və digər hadisələr musiqinin inkişafına təsir göstərməyə bilməzdi. 70 ildən artıq yaşadığımız Sovet İttifaqında isə musiqinin inkişafı kommunist partiyasının sərt nəzarəti, hətta təzyiqləri altında baş verirdi. Sergey Prokofyev, Dmitri Şostakoviç, Qara Qarayev kimi görkəmli ustadlar çox zaman əsassız tənqidlərə məruz qalaraq yaradıcılıq fəaliyyətlərini bir qədər məhdudlaşdırmalı olurdular. Bir sözlə, XX əsr musiqisi kəskin təzadlar və mənəvi iztirablarla dolu müasir dövrün sanki bədii inikasıdır.Müasir musiqinin daha bir səciyyəvi   xüsusiyyəti   bədii prinsiplərin, yaradıcılıq təmayüllərinin müxtəlifiiyidir. Üstəlik, XX əsrin, məsələn, İqorStravinski, Sergey Prokofyev,Dmitri  Şostakoviç,  Olivye Messian, Vitold Lütoslavski kimi görkəmli sənətkarları yalnız bir üslubla, bir yaradıcılıq metodu ilə kifayətlənməmiş, özlərini müxtəlif istiqamətlərdə sınamışlar. XX əsrdə musiqinin yeni növləri — əvvəlcə caz, sonra isə rok və pop musiqisi yaranır. Zəmanəmizin musiqi simasını klassik musiqi ilə bərabər, onlar da müəyyən-ləşdirir. Musiqinin müxtəlif növləri hətta bir-birinə qarşılıqlı təsir göstərməyə baş-layır. Radio, televiziya, video, audio, İnternet — bu kimi yeni kommunikasiya sistemlərinin kəşfi musiqinin daha geniş yayılmasına və nəticədə  onun  insanların şüuruna daha dərin təsir göstərməsinə gətirib çıxarır. İndi də çağdaş musiqinin əsas bədii təmayüllərinə nəzər salaq. XX əsrin əvvəlində Avstriya və Almaniya incəsənətində ekspressionizm cərəyanı yaranır. Şəxsiyyətin cəmiyyətlə qarşıdurması, onun keçirtdiyi mənəvi sarsıntıların qabarıq şəkildə, hətta mübaliğəli ifadəsi ekspressionizm estetikasının əsas prinsipidir («ekspression» sözü fransızca «ifadə» deməkdir). Ekspressionizmin yaradıcıları Arnold Şönberq (1874 — 1951), Alban Berq (1885 — 1935) və Anton Vöbern (1883 -1945) musiqi tarixinə «Yeni Vyana məktəbinin təmsilçiləri kimi daxil olmuşlar. Şönberqin „İntizar“ monodramı, „Ay Pyerosu“ vokal silsiləsi, Berqin „Votsek“ və „Lulu“ operaları, skripka konserti ekspressionizm cərəyanının parlaq təzahürüdür. Ekspressionizmin əlamətləri həmçinin Maler və Ştraus yaradıcılığının son mərhələsində,   Skryabinin  və Şostakoviçin musiqisində də müşahidə olunur. „Yeni vyanalılar“ musiqi sənətinə daha bir mühüm yenilik gətirirlər — əsərlərini dodekafoniya deyilən üsulda bəstələyirlər. Dodekafoniyanın şərti — əsərin musiqi materialının müxtəlif yüksəklikdə yerləşən on iki səsin müəyyən ardıcıllıq əsasında qurulmasıdır (yunanca „dode-ka“ „on iki“, „fon“ „səs“ deməkdir). Həmin ardıcıllığı seriya adlandırır və bu səbəbdən dodekafoniya musiqisinə seriya musiqisi də deyirlər. Qeyd edək ki, dodekafoniya XX əsr dünya musiqisində ən geniş istifadə olunan üsullardan biridir.Müasir dövrün qeyri-sabitliyindən uzaqlaşmaq, mənəvi dayaq tapmaq məqsədilə XX əsr bəstəkarları uzaq keçmişin musiqi ənənələrinə müraciət edir, barokko və klassisizm sənətinin aydın, dəqiq qanunauyğunluqlarını yeni mühitdə canlandırırlar. Rus bəstəkarları İqor Stravinski və Sergey Prokofyevin, alman bəstəkarı Paul Xindemitin (1895 — 1963) yaradıcılığında tətbiq olunan bu bədii üslub neoklassisizm (yəni „yeni klassisizm“) adlanır. Çağdaş bəstəkarlar həmçinin bəşəriyyət tarixinin ulu səhifələrinə, musiqi folklorunun qədim laylarına da böyük maraq göstərirlər. Həmin maraq neofolklorizm cərəyanının meydana gəlməsi ilə nəticələnir. İqor Stravinskinin „Müqəddəs bahar“ baleti və macar bəstəkarı Bela Bartokun (1881 — 1945) „Allegro barbaro“ əsəri neofolklorizmin ilk parlaq nümunələridir. Bartokun yaxın dostu və silahdaşı — digər macar bəstəkarı Zoltan Koday da (1882 — 1967) „Xari Yanoş“ operasında, „Macar zəbur surəsi“ əsərində milli musiqi folklorunun ənənələrindən bəhrələnmişdir. Alman bəstəkarı Karl Orf (1895 — 1982) „Karmina Burana“, „Ay“, „Ağıllı qız“ musiqili səhnə əsərlərində isə qədim rəvayət və əfsanələrə müraciət etmişdir. XX əsr ispan milli bəstəkarlıq məktəbinin başçısı Manuel de Falya (1876 — 1946) „Həyat qısadır“ operasında, „İspaniya bağlarında gecələr“ simfonik əsərində, „Füsunkar məhəbbət“ baletində ispan xalq musiqisinin hərarətli melodiya və ritmlərini əks etdirir. Braziliya musiqisinin istedadlı nümayəndəsi Eytor Villa Lobos (1887 — 1959) „Şoro“ (»Ağlamalar") instrumental pyeslərində brazil, zənci və hindi musiqisinin formalarına müraciət etmişdir. Bəstəkarın ən məşhur əsəri — «Braziliya baxianaları»nda neofolklorizm və neoklassisizm ənənələri məharətlə uzlaşmışdır.Folklora maraq XX əsr rus musiqisində də müşahidə olunur. Georgi Sviridov (1915 — 97) çoxsaylı vokal əsərlərində — «Sergey Yeseninin xatirəsinə poema»-sında, «Puşkin çələngi'ndə, „Peterburq mahnıları“nda, „Kursk mahnıları“nda, Rodion Şedrin (d. 1932) „Təkcə məhəbbət yox“, „Ölü canlar“, „Qozbel at“ operalarında, „Anna Karenina“, „Qağayı“, „İt gəzdirən xanım“ baletlərində, „Məzəli çastuşkalar“ konsertində rus milli musiqisinin müxtəlif formalarından bəhrələnmişlər. Caz sənəti də XX əsr bəstəkarlarının yaradıcılığına ciddi təsir göstərmişdir. ABŞ bəstəkarı Corc Gerşvin (1898 — 1937) cazın xüsusiyyətlərini klassik Avropa musiqisinin formaları ilə yüksək sənətkarlıqla birləşdirərək orijinal əsərlər, o cümlədən fortepiano və orkestr üçün „Blüz üslubunda rapsodiya“sını, „Amerikalı Parisdə“ simfonik süitasını, „Porgi və Bess“ operasını yaratmışdır. Başqa bir amerikalı — Leonard Bernstayn (1918 -90) öz müzikllərində, məsələn, məşhur „Vestsayd hekayəsi“ndə, „Kandid“ operettasında caz, eləcə də rok və pop musiqisinin səciyyəvi xüsusiyyətlərindən məharətlə istifadə etmişdir. Caz musiqisinin təravəti bir sıra Avropa bəstəkarlarının — Stravinski, Debüssi və başqalarının yaradıcılığında da duyulur. Fransız bəstəkarları Erik Sati (1866 — 1925), eləcə də „Altılar“ qrupunun üzvləri: Artur Oneger (1895 — 1955), Darius Miyyo (1892 — 1974), Fransis Pulenk (1899 -1963), Jorj Orik (1899 — 1983), Lui Dürey (1888 — 1979) və Jermen Tayfer də (1892 — 1983) caza böyük maraq göstərmişlər. „Altılar“ həmçinin müasir şəhərin mühitini, avtomobillərin, müxtəlif cihazların səslərini canlandırmağa çalışmışlar (məsələn, Onegerin „Pasifık 231“ əsəri). Bu meyllər alman və polyak musiqisində də müşahidə olunur. Xindemitin „1922“ fortepiano süitası, „Günün xəbərləri“, „Oraya və geri“ operaları, eləcə də Kşiştof Henderetstkinin (d. 1933) „Xirosima qurbanlarının xatirəsinə ağı“ əsəri buna ən gözəl misaldır. XX əsrin 50-ci illərində müasir musiqi mədəniyyətində çox mühüm hadisə baş verir — avanqard cərəyanı yaramr. Bu cərəyanın yaradıcüarı və ən görkəmli nümayəndələri — alman Karl Haynts Ştokhauzen (d. 1928), fransalı Pyer Bulez (d. 1925), italiyalılar Luici Nono (1924 — 90) və Luçano Berio (d. 1925), amerikalılar Edqar Varez (1889 — 1965) və Con Keyc (1912-92) musiqi sənətinə yeni mövqedən yanaşmaq zərurətini elan edirlər. Onların fıkrincə, musiqi ətraf həyatla heç də bilavasitə əlaqədə olmamalıdır; musiqinin məqsədi onun özündədir. Avanqard estetikasının Rusiyadakı təmsilçiləri Alfred Şnitke (1934 -98), Edison Denisov (1929 — 97) və Sofya Qubaydulina (d. 1931) dünya şöhrəti qazandıqlarına baxmayaraq, Sovet İttifaqında sıxışdırılmış, burjua ideologiyasına xidmət edən sənətkarlar kimi təqib edilmişlər. Yalnız 80-ci illərin sonunda Sovet quruluşunun zəifləməsi şəraitində „rus avanqardı“-nın nümayəndələri, nəhayət ki, bəraət qazanmış və müasir musiqinin salnaməsində layiqli yerlərini tutmuşlar.Avanqard musiqinin formaları müxtəlifdir. Bunlardan aleatorika üsulu ilə yazılmış əsərlərdə musiqi materialının müəyyən qismi ifaçı tərəfindən improvizə edilərək sanki təsadüfən yaranır (»alea" fransızca «təsadüf' deməkdir). Sonoristika yazı üsulunun əsas xüsusiyyəti musiqinin tembr boyalarının, səs keyfiyyətinin ön plana çəkilməsidir (»sonor" sözünün mənası «səs»dir). Sonoristika daha bir cərəyanın — elektron musiqisinin yaranmasına da təkan vermişdir. Konkret musiqisinə gəldikdə isə burada həyatda dinlədiyimiz real, konkret səslər — məsələn, quşların oxumağı, açılan qapının cırıltısı, çığırtı, pıçıltı və digər səslər lentə yazılıb musiqi əsərinə daxil edilir. ABŞ bəstəkarlarının yaradıcılığında meydana çıxmış minimalizm üslubu isə musiqidə ifadə vasitələrinin xüsusi qənaətcilliklə istifadəsini nəzərdə tutur. Gördüyümüz kimi, XIX əsrin sonu — XX əsr musiqisinin ümumi mənzərəsi öz rəngarəngliyi və zənginliyi ilə seçilir. Müasir bəstəkarlar daim gərgin yaradıcılıq axtarışları aparmaqdadırlar və şübhəsiz ki, yaxın gələcəkdə biz musiqidə yeni bədii tapıntılarla, yeni uğurlarla rastlaşacağıq.Bu əsərlərlə tanış olun:R. Leonkavallo — «Məzhəkəçilər»: Kanionun ariyasıC.Puççini — «Madam Batterflyay»: Çio-Çio-sanın ariyası Q.Maler — 1 N-li simfoniyaA.Skryabin — "İlahi poema"A.Skryabin — Etüd re-diyez minor  A.Şönberq — «Ay Pyerosu»A.Berq — Skripka və orkestr üçün konsertK.Orf- «Karmina burana»: N 6 («Rəqs»), N 9 («Xorovod»), N 17 («Qız dayanmışdı»),A.Oneger — «Pasifik 231» E.VilIa-Lobos — «Braziliya baxianaları»M. de Falya — «Füsunkar məhəbbət»: «Od rəqsi»RŞedrin — «Basso ostinato» (fortepiano üçün)L.Bernstayn — «Vestsayd hekayəsi» C.Gerşvin — «Blüz üslubunda rapsodiya»B.Bartok — «Mikrokosmos»: 1-ci dəftər  Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədiMüəllif Aida Hüseynova
['musiqi tarixi', 'kulturologiya', 'musiqi', 'mədəniyyət tarixi', 'musiqi dinləmə', 'mədəniyyətşünaslıq']
1,303
https://kayzen.az/blog/stil/15996/cazib%C9%99darl%C4%B1%C4%9F%C4%B1n-x%C9%99rit%C9%99si.html
Cazibədarlığın xəritəsi
Apollon
Yaraşıqlı görünüş, gözəl imic
29 yanvar 2015, 21:16
Ayaqlar  Çox uzun və ya çox qısa ayaqlar estetik cəhətdən gözəl görsənmir. Bütün dünyada aparılan araşdırmalar onu göstərir ki, avropalılara daha uzun ayaqlara sahib olan qadınlar xoşlarına gəlir. Qısa ayaqların sahibələrinə isə vizual olaraq ayaqların hündür və gözəl görsənməsinə hündürdaban ayaqqabılar kömək edir. Tədqiqatlar nəticəsində məlum olub ki, uzun ayaqlar düzgün inkişaf və normal qidalanmaya işarə edir. Uzun ayaqlar həm də insanın uzunömürlü olduğunu da göstərir. Lakin fərqli millətlərdə gözəllik standartları da fərqlidir. Bel İncə bel bir çox kişilər tərəfindən cazibədarlıq rəmzi kimi qiymətləndirilir. Kişilərin 90 faizi üçün ideal ölçü belədir: belin ölçüsü çanağın ölçüsünün 70 faizini təşkil etməlidir. Kişilər nəinki belə bədənə baxanda zövq alır, belə bədənə toxunmaq da onlara həzz verir. Tədqiqatlar həm də onu göstərir ki, zahirən nə qədər də insan gözəl olsa, onun daxili aləmi özünü bürüzə verir. Odur ki, ilk növbədə daxili gözəlliyə fikir vermək lazımdır.Cazibədarlıq isə heç də həmişə gözəllik demək deyil... Gözlər İnsanın üzünün ən ifadəli hissəsidir. Çox vaxt insanlar sözlə deyə bilmədiyini gözləri ilə deyir. Genişlənmiş göz bəbəkləri insanın həyacanlandığını göstərir. Əgər yanınızda əks cinsin nümayındəsi dayanıbsa və sizi heç bir təhlükə gözləmirsə, onun göz bəbəklərinin genişlənməsi sizdən xoşlandığına işarə edir. Onda anlayın ki, sizdən xoşu gəlir. Ən ifadəli və cazibədar gözlər göz bəbəklərinin xarici dairələrinin rənginin kəskin fərqləndiyi gözlər hesab olunur. İnsan sağlam və gənc olduqca göz bəbəyinin xarici dairəsi tünd və daha aydın olur. Təəsüf olsun ki, zaman keçdikcə göz bəbəklərinin xarici dairələrinin rəngi solur, qalınlığı isə nazilir. Səs Bir qayda olaraq gözəl xanımların səsi də gözəl və mehriban olur. Gözəl səs həm də qadının təravətli olduğuna da işarə edir. Gözəl səs qadının cazibəsini daha da artıraraq əks cinsin nümayəndələrinin diqqətini cəlb edir. Üz Sağlam, təravətli görünən üz gözəl simanın göstəricisidir. Yanaqlarda qızartı isə sağlamlıqdan, cavanlıqdan və cazibədarlıqdan xəbər verir. Simmetrik cizgilərə sahib üz daha gözəl sayılır. Cizgilərdə assimetriyanın olması isə üzü eybəcər göstərir. Üz cizgilərinin incəliyi xanımı daha zərif göstərir. Məsələn, balaca çənə, bir qədər nəzərə çarpan almacıq sümükləri, balaca burun. Dolğun dodaqlar, mənalı gözlər isə qadını çox cəzbedici edir. Dodaqlar Təbəssüm üz cizgilərini yumşaldaraq mehriban təəsurat oyadır. Dolğun dodaqlar isə qadını daha cazibədar göstərir. Tədqiqatçılar fotomodel və adi insanların dodaqlarını müqayisə edib nəticəyə gəliblər ki, modellərin üst dodağı başqa adamların üst dodağına nisbətən 1,3 dəfə böyükdür. Eləcə də modellərin dodaqları orta ölçüdən böyük olur. Aynurə Məmmədova
['gözəl qadın', 'cazibədarlıq', 'cazibədar qadın']
1,304
https://kayzen.az/blog/maraqli-faktlar/17459/%C3%B6ld%C3%BCkd%C9%99n-sonra-diril%C9%99n-m%C9%99%C5%9Fhurlar.html
Öldükdən sonra dirilən məşhurlar
Apollon
Maraqlı faktlar
28 yanvar 2015, 22:31
1. Adolf Hitler  (1889 – 1945) Əvvəlcə intihar etdiyini dedilər, səhəri gün alman radioları döyüşlərdə öldüyünü dedilər. Sonra Stalin Hitlerin Argentinaya qaçdığını iddia etdi. Ruslar Hitler və arvadının meyitindən parçalar götürüb ekspertiza nəticəsində onlara aid olduğunu sübut etmişdilər. Buna baxmayaraq sonrakı illər ərzində Hitlerin dünyanın müxtəlif yerlərində görüldüyü iddia olundu. İkinci Dünya müharibəsinin bitməsindən bu günə qədər Hitlerlə bağlı xəbərlər çıxmaqda davam edir. 2. Birinci Aleksandr (1777 – 1825) Yaxınlarına taxt-tacdan imtina etmək istədiyini bildirdikdən sonra 1825-ci ilin qışında malyariya və vərəmdən qəflətən öldü. Basdırıldıqdan sonra ölümünün  yalan olduğu barədə şayiələr ortaya çıxdı. 1925-ci ildə Sovet hökuməti Aleksandrın məzarını qazdıqdan sonra məzarın boş çıxması bu şayiələri qüvvətləndirdi. 3. XVII Lüdovik 1785 – 1795 Fransız vəliəhdi Lüdovikin zindanda vərəmdən öldüyü iddia edilir. Bundan başqa onun həbsdən qaçırılıb yerinə ona oxşayan başqa birinin qoyulduğu da deyilənlər arasındadır. Həbsxana gözətçisinin arvadı Madam Simon, hadisədən bir müddət sonra deyilənləri təsdiqləmişdi. Hadisənin ardından bir neçə şəxs ortaya çıxaraq özünün əsl Lüdovik olduğunu iddia edirdi.4. Ameliya Erhart (1897 – 1937) Ameliya Erhart — ABŞ təyyarəçisi, ilk qadın pilot, Atlantik okeanı üzərindən uçan ilk qadın pilotdur. Həmçinin, orator kimi də tanınır. 2 iyul 1937-ci ildən etibarən "İtkin düşmüşlər" siyahısına daxildir. İtkin düşdüyü yer Sakit okean hesab edilir. Amma başqa bir iddia görə onu yaponlar qaçırıb. Ölümü xəbəri yayıldıqdan sonra Yaponiyada görülməsi barədə söhbətlər dolaşırdı.5. Anastasiya Nikolayevna Romanova (1901-1918) Romanovlar sülaləsinin son nümayəndəsi II Nikolay ailə üzvləri ilə birlikdə 1918-ci ildə güllələnmişdi. Bu hadisədən sonra bir xeyli şəxs meydana çıxıb özünün Anastasiya Romanova olduğunu iddia edirdi. 1920-ci ildə Anastasiya olduğunu iddia edən Anna Andersonun ölümündən 10 il sonra DNA testi ilə polşalı bir ailədən gəldiyi bəlli olmuşdu.6. Elvi Presli (1935-1977) Elvisin ölümündən sonra yüzlərlə adam onu gördüyünü iddia edirdi. Elvisin Hugh J. Schonfieldin məşhur “The Passover Plot” kitabından çox təsirləndiyi deyilirdi. Kitabda İsa peyğəmbərin ölmədiyi, sadəcə dərman istifadə edərək özünü ölülüyə vurduğundan bəhs edilirdi. Buna görə bəziləri inanırdı ki, Elvis də bu kitabdan təsirlənərək özünü ölülüyə vurmuşdu. Hətta onun Elvisin oxşarları yarışmasına qatıldığı və camaatla məzələndiyi də iddia edilirdi.7. Cim Morrison (1943 – 1971) Ekspertizanın nəticəsində Cim Morissonun infarktdan öldüyü yazılmışdı. Amma dedi-qodular Morrisonun yüksək dozadan və alkoqoldan öldüyünü deyirdi. Bunlardan başqa öldüyü həftə onun təyyarəyə minən yerdə “görmüşdülər”. Morriosonun dostu 1973-cü ildəki müsahibəsində deyirdi: “Bu günə qədər onun necə öldüyünü, ümumiyyətlə ölüb ölmədiyini dəqiq bilmirəm. Heç kim onun cəsədini görmədi. Möhürlü tabut idi. Kim bilir? Cimin necə öldüyünü kim bilir...”8. Ahmet Kaya (1957 – 2000) Ahmet Kaya barəsində də bu cür söz-söhbətlər gəzir. Öldükdən sonra albomunun, klipinin yayılması onun öldüyünü şübhə altına alırdı. Ahmet Kayaya aid olduğu söylənilən səs yazısı da suallar ortaya çıxarmışdı.9. Maykl Cekson (1958 – 2009) Onun adı bu siyahıya təzə düşüb. Tibbi ekspertiza onun əsl ölüm səbəbinin anesteziya dərmanı olduğunu göstərirdi. Ceksonun ölümündən bir müddət sonra onun sağ olması barəsində söhbətlər dolaşmağa başladı. Bu söhbətlərin daha da çoxalmasına səbəb isə guya onun Dave Dave adı ilə CNN-də bir verilişə çıxması oldu. Bu adı axtarış verib həmin verilişdən görüntülər izləyə bilərsiniz.10. Tupak Şakur (1971 – 1996) 1996-cı ildə güllələnən məşhur hip-hop ifaçısı intensiv terapiyaya qoyulmuş, altı gündən sonra vəfat etmişdi. Şakurun sonuncu klipi «I Aint Mad at Cha» onun ölümündən yalnız bir neçə gün qabaq çıxmışdı. Digər ulduzlar kimi onun da əslində ölmədiyi, medianın diqqətindən qaçmaq və tez bir yolla varlanmaq məqsədi ilə ölümünü saxtalaşdırdığını iddia edənlər var. Başqalarından fərqli olaraq Tupak üçün bunu deməyə əsas daha çoxdur, belə ki, onun ölümü ətrafında olan sirlər barmaqla sayılası deyil. Ölümündən əvvəl bir neçə mahnısında tezliklə öləcəyi haqqında xəbərdarlıq edən Tupakın, ölümündən sonra 10 alboma yetəcək qədər musiqi materialı üzə çıxmışdı. 25 yaşında ölən Tupak ömrünün bir ilini həbsxanada keçirmişdi.
['maraqlı məlumatlar', 'məşhurlar']
1,305
https://kayzen.az/blog/kulinariya/17880/kiselin-haz%C4%B1rlanmas%C4%B1.html
Kiselin hazırlanması
MuSHviG
Kulinariya
28 yanvar 2015, 17:55
Kisel çox faydalı və dadlı desertdir. Kisel uşaqlar üçün çox faydalıdır. Mədə-bağırsaq sistemi xəstəlikləri olan (xora xəstəliyi, qastrit) insanlar üçün kisel əsl dadlı təbii dərmandır. Artıq çəkisi olan insanlar da kiseli öz qidalanmasına daxil edə bilərlər. Kisel uzun müddət ərzində insanı tox saxlayır.Yay aylarında kiseli müxtəlif giləmeyvələrdən, qışda isə mürəbbələrdən hazırlamaq olar.Lazım olan məhsullar: — istənilən mürəbbə (qarağat, moruq, çiyələk, zoğal, albalı) — 5-6 xörək qaşığı (mürəbbənin miqdarını zövqə görə azaltmaq və ya artırmaq olar), — su — 1 l (əlavə 1/2 stəkan — nişastanı qarışdırmaq üçün), — şəkər tozu — 2-3 xörək qaşığı (mürəbbənin şirin və ya turş olmasından və sizin zövqünüzdən asılıdır). — nişasta — 3-4 xörək qaşığı. Hazırlanması:1. Mürəbbəni qazanda su ilə yaxşı qarışdırırıq və oda qoyuruq. Su 5 dəqiqə qaynadıqdan sonra oddan götürürük, süzgəcdən süzürük, ki meyvələr kiselə düşməsin (əgər siz meyvələrlə xoşlayırsınızsa, süzməmək olar). Daha sonra şəkər tozu əlavə edirik.2. Nişastanı stəkanda soyuq suda yaxşı qarışdırırıq.3. Mürəbbəli suyu oda qoyurur və yavaş-yavaş qarışdıra-qarışdıra nişastanın məhlulunu qazana əlavə edirik.4. Kisel qaynamağa başlayan kimi dərhal oddan götürük (kiseli qaynatmaq olmaz), bir qədər soyuduqdan sonra içirik.
['Mürəbbə', 'kisel', 'qarağat', 'mədə-bağırsaq.']
1,306
https://kayzen.az/blog/fotosessiya/17873/kreativ-face-art.html
Kreativ Face Art
MuSHviG
Fotosessiya
28 yanvar 2015, 16:06
         
['Rəsm', 'face art', 'foto.']
1,307
https://kayzen.az/blog/edebiyyat/17867/x%C9%99lil-rza-ulut%C3%BCrk.html
Xəlil Rza Ulutürk
MuSHviG
Ədəbiyyat
27 yanvar 2015, 17:08
Biz Türkləriz...Vətənimiz başdan-başa yer kürəsiBayrağımız al günəşdir, çadırımız göy qübbəsi. Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş, körpəyə babası Xəlil öz adını vermişdir. Körpə qayğı və nəvazişlə böyüdü. Yeddi yaşı olanda onu məktəbə göndərdilər.        İki saylı Salyan rayon orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərinin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin fəal üzvü idi. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdır. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı.        Onun ilk mətbu şeri 1948 ci ildə“Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur. 1949 cu ildəXəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühüti onun yaradıcılıq imkanlarına geniş yol açdı: Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü”məşğələlərində fəal iştirak etmək Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərirdi.         1954 cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlamışdır. O, burada ədəbi işçi vəzifəsində çalışdığı ilk ildə dövrü mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.        1954 cü ildə Xəlil Rza SSRİ Yazıçılar  ittifaqının üzvü seçilir. Onun ilk şeirlər toplusu – “Bahar gəlir”kitabı (1957) nəşr olunur. 1957 ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M. Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı olması idi.        Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olmuşdur. Moskvada təhsil aldığı illərdə rus şairi Samuel Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması,Leninqrada “Ermitaj” xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.        1959 cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.        1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət“Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olmuşdur. Şairin ən böyük vəzifəsini yazıb-yaratmaqda görən Xəlil Rza yorulmadan, var qüvvəsi ilə çalışır, yeni şeirləri, elmi araşdırmaları ilə təsəlli tapırdı. İstedadlı şair Xəlil Rza 1985 ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.        1986 ci ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar İncəsənət Xadimi” adı verilir.        80 ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edir, lənətləndirirdi.                      Biz türküstan elləriyik                         Qeyrət, qüdrət yelləriyik.                         Daşnakları qovan bizik,                         Dar gözləri ovan bizik.                         Yetər meydan suladılar,                         Yurdumuzu taladılar.                         Bakımızı əzizləyək ,                         Əqrəblərdən təmizləyək!                         Şölə versin bu ləl, mərcan-                          Ermənisiz Azərbaycan.         Azərbaycan ziyalıları zaman-zaman öz yaradıcılıqlarında azərbaycançılıq ideyasına müraciət etmişlər. Bu sahədə mərhum şairimiz Xəlil Rza Ulutürkü xüsusi ilə qeyd etmək vacibdir. Öz idealı uğrunda mübarizə aparan  ziyalılar ordusu içərisində Xəlil Rza Ulutürk istiqlal şairləri Məhəmməd Hadi, Əhməd Cavad, Məhəmməd Biriya kimi tarixi önəm kəsb etmişdir. Xəlil Rzanın milli idealında azərbaycançılıq – Azərbaycanın taleyi və ideyaları ilə möhkəm bağlıdır. Sənətkarın poeziyasında Vətənin, xalqın ümumiləşmiş obrazı zəngin mənbələrlə, qaynaqlarla müşayiət olunmuşdur.Xəlil Rza azadlıq idealı ilə poeziyasına bəşəri məzmun gətirmişdir. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai-siyasi xadim, milli demokratik hərəkatımızın mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi simadır.        Onun poeziyasının kökü, mayası  Vətən eşqi torpaq və dünya ilə bağlıdır. Şair yazırdı:        “Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şeksprin yaratdığı poeziya kəhkəşanlarını, İbn – Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur… Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb bir – birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik. Yaşasın xalqların azadlıq idealı”.          İlk allahım, son allahım mübarizə! Mənə bənzə!          Doğransam da xıncım – xıncım, zərrə-zərrə, rizə-rizə,          Məramımdır mübarizə! Mənə bənzə! Xəlil Rza “şübhəli şəxs” kimi təqib olunmuş, 1990 ci il yanvarın 26 da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilmişdir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da  azadlıq uğrunda mübarizəsini davam etdirir.  8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi” ni, 200 dən çox şer, poema və məktubunu qələmə alır.        “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.Xəlil Rza 1990 cı ilin yanvarın 26 dək 40 illik ədəbi yaradıcılığı  dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” təxəllüsü ilə çap etdirmişdir. “Xəlil Rza Ulutürk” təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair, ömrünün son illərində, dörd il beş ay 22 gün, dünyasını dəyişənə qədər yazdığı şeirlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra onun ömür-gün yoldaşı, vəfadarı Firəngiz xanım XX ci əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salaraq Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – “işıq üzü görməyən” əsərlərini nəşr etdirməklə onu yaşadır, əbədiyyətə, ölməzliyə qovuşdurur.                  Mən bilirəm dünyaya elə bir gün gələcək:               Dağlara səs salacaq yalnız ovçu gülləsi.                   Lakin o zaman belə qəlbimdə dillənəcək               Bakıda yerə hopmuş qanların şəlaləsi.             Moskva, Lefortovo zindanı, 10 fevral 1990.Şəkər xəstəliyi olan şairin səhhəti həbsxanada daha da pozulmuşdur. 1990 cı il oktyabrın 9-da yatab qatarında Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı. Çox zəifləmiş, bənizi saralmış şair fiziki halsızlığına, xəstəliyinə baxmayaraq bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə atılmışdır.        1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülmüşdür. Bir ildən sonra ona Azərbarcan Respublikasının Xalq şairi fəxri adı verilmişdir.        Ən ağır,ən çətin fəth olunan bir zirvədən boylanmaq səadəti hələm- hələm kişiyə nəsib olmur. Belə ucalıqlardan biri də şəhidlik zirvəsidir.  İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz  Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.        Təbriz 1991 ci ilin oktyabından 1992 ci ilin yanvar ayının 31-i nə kimi  Qarabağın naxçivanik  civarında gedən döyüşlərdə qəhrəman hökmüylə döyüşüb şəhid oldu. Olum ilə ölüm arasındakı treni həyat körpüsünə, ölümsüzlüyə çevirə bildi. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992 ci il tarixli fərmanı ilə Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə  Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.       Ən böyük sevincsən, ən müqəddəs qəm,       Məni od içinə atan Təbrizim.       Üzünə baxanda balam deyirəm,       Adını çəkəndə atam Təbrizim!         Bir səhər, bir günəş var mənzilimdə,        Qoy dünyalar bilsin nəçisən kimsən.        Kiçik mənzilimdə, dar mənzilimdə,        Sən ucsuz-bucaqsız məmləkətimsən.Bu misraları oxuyarkən şairin doğma balasına və vətəninə olan böyük, sonsuz məhəbbətini görürük. Vətənini, millətini canından artıq sevən Xəlil Rza Ulutürk 1994 cü il iyunun 22-də vəfat etmiş və fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilmişdir. 
['İstiqlal', 'şair', 'Azərbaycan', 'qəhrəman.']
1,308
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17866/g%C3%B6zl%C9%99rimiz-%C3%BC%C3%A7%C3%BCn-xeyirli-olan-qidalar.html
Gözlərimiz üçün xeyirli olan qidalar
MuSHviG
sağlam həyat tərzi
27 yanvar 2015, 16:25
Məlumdur ki, kök və qaragilə normal görmə qabiliyyəti üçün lazım olan ən əsas məhsullardır.Gözlər üçün xeyirli olan daha hansı məhsullar var və onların xeyiri nəyə əsaslanır? Qida ilə əlaqədar olan xeyir prinsipi çox sadədir: tərkibində A, E, C vitaminləri ilə zəngin məhsullara üstünlük vermək lazımdır.Vitamin A.Vitamin A,  tor qişa piqmentinin tərkib hissəsi olduğundan, göz üçün çox vacibdir. Məhz bu vitaminin çatışmazlığı «gecə korluğu»kimi xəstəliyə  səbəb olur. Görmə qabiliyyətinin hər hansı problemində  bu vitaminin orqanizmə qəbulu mütləqdir. Kökdə olan məhz bu vitaminin çoxluğu onu bu qədər lazımlı edir. Bu tərəvəz beta-karotinin mənbəyidir, o isə orqanizmdə bu vitaminə çevrilir. Həmçinin sarı bibər və avakadoda da  bu göstərici heç də az deyil. Bu göstəriciyə görə ərik lider sayılır. O, həm təzə halda, həm də  qurudulmuş halda çox zəngin sayılır. 2 yumurta sarısı gündəlik vitamin A dozasını təmin edir. Vitamin C.İdeal görmə qabiliyyəti olan və ya görmə qabiliyyətində problemi olan insanlarda gün ərzində və ya il ərzində qan dövranı ilə bağlı olan təzyiq problemin, görmə qabiliyyətini  dəyişə bilir. O üzdən gözü ayrı bir orqan kimi qəbul etmək lazım deyil. Yüksək təzyiq olduqda tor qişanın qan təmini normada olmur, bu isə o deməkdir ki gözlərin vəziyyəti ilk növbədə qan damarlarından asılıdır. Damarların əsas qoruyucusu isə vitamin C -dir. Məhz bu səbəbdən Vitamin C  gözlərin sağlamlığı üçün bu qədər önəmlidir. Gündəlik Vitamin C dozasını 1 portağal təmin edir.Vitamin E.O, güclü antioksidant olub, göz hüceyrələrinin vaxtından əvvəl qocalmasını, tor qişa və qüzehi qişada distrofik dəyişiklərin əmələ gəlmə təhlükəsini azaldır. Bu vitaminin gündəlik qəbulu  göz şişinin əmələ gəlməsinin qarşısınə ala bilir. Göz üçün bu qədər xeyirli olan bu vitamini 50-100 qr findiq və ya qozdan əldə edə bilərsiz.İndi isə hər bir insana maraqlı olan bəzi sualları araşdıraq..Bəzi qida məhsullarının görmə qabiliyyətini yaxşılaşdırması düzgündürmü?Bəli, bu düzgün fikirdir. Sadaladığımız vitaminlərlə zəngin olan məhsulların daimi qəbulu görmə qabiliyyətini 7,0-20 % yaxşılaşdırır. Burada bu vitaminlərin nə qədər qəbul etməyiniz deyil, orqanizmin  gündəlik olaraq lazımı dozanı almasıdır, belə ki bildiyimiz kimi orqanizm lazımı normadan çox qəbul etdikdə artıq qalanı xaric edir. Məhz bu üzdən lazımı dozanı gündəlik olaraq qəbul etməniz məsləhət görülür, belə ki, orqanizm vitamin ehtiyatı yiğmadığından, çalışın gündəlik rasionunuza kalsiy, sink və A,E,C  vitaminləri ilə zəngin olan məhsulları daxil edin.Məlumdur ki, kompyuterdən aldığımız şüalanma  gözlər üçün çox ziyandır. Bəs, bütün günü kompyuter arxasında keçirən insanlara nə məsləhət görmək olar?İlk və əsas olaraq odur ki, iş vaxtında gözlərinizin istirahəti üçün  fasilə vaxtı ayırın. Bunu uzağa (pəncərədən) və ya dərin bir koridora baxamaqla edə bilərsiniz. Bunu gün ərzində 3-4 dəfə etməniz məsləhət görülür. İkincisi bu fasilə zamanı kök, portağal və ya hər hansı şirə içsəniz pis olmaz. Alma da gözlər üçün çox xeyirli sayılır. Almanın  tərkibində pektin var, o isə damarlar üçün vacibdir.Görmə qabiliyyəti üçün hansı mikroelementlər vacibdir? Deyilənə görə katarakta sink defisiti olan insanlarda daha çox təsadüf edilir?Keçmiş zamanlarda xanımlar daha çox sink tərkibli qablardan istifadə etdikdə, bu xəstəlik daha az təsadüf edilirdi. Sink göz büllurunun qocalmasının qarşısını alır. Məhz bu səbəddən gündəlik olaraq tərkibində sink olan balqabaq, qara ciyər, balıq yeməyiniz məsləhət görülür. Görmə qabiliyyətində problemi olan insanlara balqabağı mümkün qədər çox yeməyi yaxşı hal sayılır.Yaxını və ya uzağı görməyənlər üçün isə Vitamin C  və beta-karotinlər vacibdir.Həmçinin unutmayın ki, orqanizmi kalsiy ilə zəngin olan məhsullarda təmin etmək lazımdır, çünki o göz qişasının qabığının möhkəm və hamar olmasına təsir edir. Kalsinin isə əsas mənbəyi süd məhsullarıdır.Harvard universitetinin tədqiqatçıları belə qənaətə gəlmişlər ki, lyutein beta-karotinə yaxın olaraq, tor qişada yığılma qabiliyyətinə malikdir. Məhz o gözü qoruya bilir. Lyuteinin əsas mənbəyi  — ispanaq, kahı, yaşıl noxud, yumurtanın sarısı, qırmızı şirin bibərdir. Lyutein kataraktanın əmələ gəlmə təhlükəsini azladaraq, nutrient olub, normal görmə qabiliyyəti üçün çox vacib sayılır.Mənbə:saglamolun.az
['Orqanizm', 'göz', 'katarakt.']
1,309
https://kayzen.az/blog/acqarik/17865/d%C3%BCzbucaql%C4%B1-%C3%BC%C3%A7bucaqda-metrik-m%C3%BCnasib%C9%99tl%C9%99r.html
Düzbucaqlı üçbucaqda metrik münasibətlər
acqarik
Bloq: acqarik
27 yanvar 2015, 01:28
   TEOREM : Düzbucaqlı üçbucaqda düz bucaq təpəsindan  çəkilmiş hündürlük bu üçbucağın katetlərinin hipotenuz üzərində proyeksiyaları ilə orta mütənasibdir. Həmin üçbucağın kateti hipotenuz və bu katetin  hipotenuz üzərində proyeksiyaları ilə orta mütənasibdir
['üçbuca']
1,310
https://kayzen.az/blog/acqarik/17864/%C3%BC%C3%A7buca%C4%9F%C4%B1n-median%C4%B1n%C4%B1n-xass%C9%99si.html
Üçbucağın medianının xassəsi
acqarik
Bloq: acqarik
27 yanvar 2015, 01:21
     TEOREM : Üçbucağın medianları bir nöqtədə kəsişir və bu nöqtə hər bir medianı təpədən başlayaraq 2:1 nisbətində bölür
['ucbucaq']
1,311
https://kayzen.az/blog/acqarik/17863/%C3%BC%C3%A7buca%C4%9F%C4%B1n-t%C9%99nb%C3%B6l%C9%99ninin-xass%C9%99si.html
Üçbucağın tənböləninin xassəsi
acqarik
Bloq: acqarik
27 yanvar 2015, 00:25
     Teorem : Üçbucağın tənböləni çəkildiyi tərəfi qalan iki tərəflə mütənasib hissələrə bölür.                                                                                                                                                                                                                                                                                                                   
['üçbucaq']
1,312
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/17394/%C9%99fsan%C9%99-sev%C9%99nl%C9%99rin-adas%C4%B1-%7C-irlandiya.html
Əfsanə sevənlərin adası | İrlandiya
Apollon
Ölkələr
26 yanvar 2015, 20:19
İrlandiya Avropanın qərbində yerləşir. Respublikanın paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin maraqlı tarixi var. Keçmişlə bağlı əfsanələri sevən insanlar üçün ideal yerdir. İrlandiyada 26 qraflıq var ki, hər birində qəsrlər var. Turistlər bu qəsrlərə baxmaqla yanaşı, nömrə sifariş edib, qala da bilərlər. Ölkədəki supermarketlər 12:00-dan 18:00-a kimi, kiçik dükanlar isə 07:00-dan 23:00-a kimi fəaliyyət göstərir.   İrlandiya mətbəxi kifayət qədər sadə və doyumludur. Bir çox qədim biş-düş ənənəsinə sahibdir. Kartofun Qədim İrlandiyaya gətirilənə kimi ət, balıq, süd və dəniz məhsullarından olan yeməklər daha çox yeyilirdi. Yeməklər, əsasən, pörtlədilmiş və qızardılmış formada hazırlanırdı. İrland mamırından hazırlanan şirniyyatlar qeyri-adiliyi ilə fərqlənirdi (irland mamırı – dəniz yosunudur – red.). Qədim irland mətbəxinin özəlliklərindən biri də ev və çöl quşunu əvvəlcədən basdırma etmədən bişirməkləri olub. Quşun içalatını təmizləmədən üstünə gil sürtüb, ocaqda qızardırdılar. Sonra gillə birlikdə quşun dərisini də çıxarırdılar. Buna görə də, əvvəlcədən basdırma etməyə ehtiyac qalmırdı. Çörəyi, adətən, yulaf və arpadan hazırlayırdılar. Kartofun İrlandiyaya gətirilməsi ilə, bu xalqın mətbəxində yeni dövr başlayıb. Demək olar ki, irland mətbəxinin əsas ərzaqlarından biri olub. Hazırda milli irland yeməklərinin əksəriyyəti kartofdan hazırlanır. Misal üçün, kartof çörəyi, soğan sousunda kartoflu qoyun döş əti və kələmli kartof püresi. Müxtəlif ərzaqları qarışdırmaq adəti irland mətbəxinin zəngin olmasına gətirib çıxarıb. İrland xalqı balıq və dəniz məhsullarından da tez-tez istifadə edir. Balıqlardan som, farel və siyənəyə üstünlük verirlər. Şorbalar irland süfrəsində xüsusi yerə tutur. Bir neçə balıqdan istifadə etməklə, qeyri-adi dada malik şorbalar hazırlayırlar. Yulafdan və xoruz ətindən hazırlanan sulu yeməklər isə irland mətbəxinin məşhurlarındadır.
['İrlandiya', 'ölkələr']
1,313
https://kayzen.az/blog/fotosessiya/17857/d%C3%BCnyan%C4%B1n-%C9%99n-g%C3%B6z%C9%99l-10-%C3%A7im%C9%99rliyi.html
Dünyanın ən gözəl 10 çimərliyi
MuSHviG
Fotosessiya
26 yanvar 2015, 11:25
10. Kaunaoa Körfəzi – Amerika Birləşmiş Ştatlarının Havay ştatının Kohala sahilində yerləşən 0.4 kilometr uzunluğunda aypara formasında uzanan bu çimərlik ağ qumlu sahili, sahil boyu uzanan palma ağacları, sakit, aydın və mavi sakit okean suları ilə göz oxşayır. 9. Langkavi ,Malayziya – Andaman dənizində 104 adadan ibarət Langavi arxipelaqı Malaziyanın şimal-qərbində 30 kilometr məsafədə uzanır. 65.000 sakini olan bu arxipelaq beyaz qumlu və yaşıl meşəli sahilləri ilə hər il 100 minlərlə turisti özünə cəlb edir.8. St. Barts çimərliyi – Karib dənizində yerləşən, 8 kilometr uzunluğunda sahil xətti olan Barts adası ağ qumlu sahili və aydın suyu olan 20 çimərliyə sahibdir. Ada hər il istirahət etmək və fransız mətbəxtindən zövq almaq istəyən minlərlə turisti qonaq edir.7. Fraser Adası, Avstraliya – Avstraliyanın cənub sahillərində yerləşən bu əsrarəngiz ada 120 kilometr uzunluğa və 24 kilometr enə malikdir. Ada sahəsi 1840 kilometr kvadratı olan dünyanın yeganə pozulmamış ən böyük qum adası hesab edilir.6. Nantucket Adası, Massaçusets – Amerika Birləşmiş Ştatlarının 30 kilometr cənubunda yerləşən bu ada Tuckernuck və Muskeget adalarından ibarətdir və birlikdə Nantucket mahalını təşkil edirlər. Adada ən məşhur çimərliklər Surfside və Childrens və eləcə də Madaket çimərlikləridir.5. Lanikai Çimərliyi, Havay – 0.5 mil uzunluğunda sahil xəttinə malik olan Lanikai dünyanın ən gözəl çimərliklərindən hesab edilir. Sahil boyu uzanan mərcan rifləri hesabına çimərlik daha sakit və şəffafdır. Adanın şərq hissəsi isə mövqeyinə görə ayın doğuşunu izləmək üçün ən əlverişli yerdir.4. Hamptons, Nyu-York – Hamptons mahalı bir neçə kəndən ibarətdir və Montauk adasında yerləşir. İndiyənə kimi pozulmadan qalan, sahil boyu dalğalanan yaşıl çəmənlikləri ilə Atlantik okeanı boyu uzanan bu sahildə dünyanın ən bahalı yaşayış mülkləri yerləşir.3. Bora Bora çimərliyi, Fransız Polineziyası – Bu çimərlik Sakit okeanda Fransız Polineziyasında yerləşən 29 kilometr uzunluğunda sahil xəttinə malik Bora Bora adasında yerləşir. Adada ən yüksək nöqtəsi 727 metr olan iki vulkan, Mount Pahia və Mount Otemanu zirvələri yerləşir. Sakit və bir-birindən təcrid olunmuş bu çimərlik xarici turistlərin seçimlərində ön sıralardadır.2. Maldivlər – Hind okeanında Seylon adası ilə ekvador xətti arasında yerləşən bu ada dövlət 1.102 adadan ibarətdir. Dünyanın ən populyar turistik mərkəzlərində olan Maldiv adaları bəyaz qumlu sahillərdə günəşlənmək və tropik balıqlarla üzmək istəyən turistlərin seçimidir.1. Seychelles çimərliyi – Hind okeanında 115 adadan ibarət bu arxipelaq dünaynın ən məşhur və ən çox resm edilən kurort mərkəzidir. Sakit, dayaz və aydın sulu bu çimərlik dağıdıcı okean dalğalarından mərcan rifləri vasitəsi ilə qorunur. Arxipelaqda ən gözəl çimərlik isə La Digue adasında yerləşən Anse Source’d Argent çimərliyidir.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Çimərlik', 'sahil', 'okean', 'turist', 'arxipelaq', 'körfəz.']
1,314
https://kayzen.az/blog/biologiya/17856/meymunlar-indi-niy%C9%99-insana-%C3%A7evrilmirl%C9%99r.html
Meymunlar indi niyə insana çevrilmirlər?
MuSHviG
Biologiya
26 yanvar 2015, 10:00
Təkamül Təlimini tam anlamayan şəxslər bu sualı tez-tez verirlər. Halbuki, insanın necə yaranmasına dair yeganə elmi nəzəriyyə olan Təkamül Təlimində meymunun insana çevrilməsinə aid heç bir fikir yoxdur. Təkamül Təliminə görə, meymunun və insanın ümumi əcdadları olub. Həmin ümumu əcdadın populyasiyalarından biri müasir insana, digəri müasir meymun növlərinə çevirilib.  Təkamül həyat şərtlərindən asılı olaraq baş verir. İnsan və meymunun ümumi əcdadından müasir insanın yaranmasına qədər 6,5–7 milyon il vaxt keçib. Yalnız Afrika savannalarında yaşayan populyasiyalar həyat şərtlərindən asılı olaraq bu təkamülə məruz qalıblar. Eyni canlı növünün meşələrdə yaşayan populyasiyaları tamam fərqli istiqamətdə təkamül edərək, müasir şimpanze və bonobolara çeviriliblər.  Bu gün savannalarda insanabənzər meymunlar yaşamır, ona görə heç kimin “insana çevrilməsi” prosesi də getmir. Amma bugünkü meymunlar da, insanlar da nəyəsə çevrilməkdə davam edirlər, yəni təkamül indi də fəaliyyətdədir. Sadəcə, hiss olunan dəyişiklikləri sezə bilmək üçün heç olmasa bir neçə yüz min il müşahidə aparmaq lazımdır. Mənbə:azvision.az
['Təkamül', 'insan', 'elm.']
1,315
https://kayzen.az/blog/edebiyyat/17843/torpaqdan-pay-olmaz-b%C9%99xtiyar-vahabzad%C9%99.html
Torpaqdan pay olmaz - Bəxtiyar Vahabzadə
MuSHviG
Ədəbiyyat
24 yanvar 2015, 11:29
Biz yaxın olmuşuq qədimdən, yaxın.  O qədər yaxın ki, bizim dağların Kölgəsi düşübdür sizin dağlara. Mən əfsus demirəm ötən çağlara. Baxşının kamanı bizi ağladıb, Cabbarın cəh-cəhi sizi ağladıb. Babam baban ilə dost olub, ancaq Dostluqdan bir kəlmə danışmazdılar. Biri-birimizə diş qıcardaraq Dostqludan deyirik o ki var. Nədir bu eyhamlar, bu atmacalar, Yenə şeytan girib araya bəlkə? Deyirəm, kənardan barmaq basan var Köz tutan o köhnə yaraya bəlkə? Torpaq istəyirsən sən indi məndən, Bu necə qardaşlıq, yoldaşlıq oldu? Özgə torpağına göz dikdiyindən Sənin neçə dəfə gözün oyuldu? Sənə dərs olmadı yenə də bunlar, Yoxsa tökülməli artıq qanın var? Mənə üzəvari qardaş deyirsən, Ancaq altdan-altdan iynələnirsən. Əyyami-qədimdən sadədiləm mən, Baş aça bilmədim hiylələrindən. Əgər düşmənsənsə, hiylədən əl çək, Açıqca davalıq məramın olsun. Mənimlə min ildir kəsdiyin çörək, Aldığın kirvəlik haramın olsun! Hardan sənin oldu bizim Qarabağ? Adı sahibini demirmi aşkar? Xoşluqla verməzlər torpağı. ancaq Qanla möhürləyib, zorla alarlar. Hələ göz dikmisən Naxçıvana da. Təbriz də. Sərab da bəlkə səninmiş? Vartazar yaşayan bütün ölkələr - Yəni bütün dünya öz vətəninmiş?.. Günahım nədir ki, qanqal kimi sən Bütün yer üzünə səpələnmisən?.. Arxını gəl selimə bənd eləmə, Bu, qan davasıdır, bu, qan davası. Xəbərimiz yoxdur… yamaqmış demə Sərçə yuvasına qartal yuvası?! Yatır bu torpaqda əcdadım mənim. Şərəfim, Şöhrətim, Öz adım mənim... Cəddimin yatdığı ulu torpağı, Sinəsi sərvətlə torpağı, Mən sənə pay verim? Mən qul, sən ərsən? Sən məni bu qədər axmaq bilirsən? İsa bulağının zümzüməsini, Cabbarın, Seyidin, Xanın səsini, Dalğalı Qarabağ şikəstəsini, Babək türbəsini necə pay verim? Oğuz nəslindənəm, ər oğlu ərəm, Özgə bağçasından bir gül dərmərəm, Doğma torpağımdan çərək vermərəm, Əgər dardasansa, sənə «hay» verim! «Dığalar» yenə də yolunu azmış, Məndən yuxarıya şikayət yazmış, Neçə yol vermişəm, görünür azmış, İstəyir mən ona yenə pay verim!22 oktyabr, 1966 — Bəxtiyar Vahabzadə
['Şöhrət', 'günah', 'vətən', 'Təbriz.']
1,316
https://kayzen.az/blog/testler/17339/psixoloji-test.html
Psixoloji test
Apollon
Psixoloji və IQ testlər
23 yanvar 2015, 18:47
Aşağıdakı psixoloji sualları oxuyun və mənzərəni gözünüzdə canlandırmağa çalışın. Suallarının cavablarını çox düşünmədən, ağılınıza ilk gəldiyi şəkildə bir kağıza yazın. — Meşənin içində gedirsiniz. Yanınızda kim var? — Meşənin içində gedirsiniz. Bir heyvan gördünüz… Nə cür bir heyvandır? — Heyvan ilə aranızda necə bir qarşılaşma yaşanar? (aqresiv və ya əksi) — Meşənin içində bir az daha gedirsiniz. Birdən bir açıqlığa çıxırsınız və qarşınızda xəyalinizdaki ev dayanır. Bu evi təsvir edin. — Xəyalınızdakı evin ətrafında sarmaşıq varmı? — Evin içinə girirsiniz. Yemək otağına gedirsiniz və yemək masasını görürsünüz. Masanın üzərində və ətrafında nə olduğunu təsvir edin. — Arxa qapıdan çölə çıxırsınız. Otların üzərində bir qab görürsünüz. Qabın materialı nədəndir? (taxta, şüşə, kağız, dəmir və s.) — Qabın vəziyyəti necədi? (qırıq, möhkəm, köhnə, yeni). Qab ilə nə edirsiniz? — Evin kənarına doğru gedirsiniz və özünüzü su kənarında tapırsınız. Nə tip bir su (göl, çay, okean və s.) Suyun digər tərəfinə necə keçirsiniz? (yəni islanırsız və ya quru) — Sizinlə gedən adam həyatınızdakı ən əhəmiyyətli adamdır. — Heyvanın böyüklüyü fərdi problemlərinizi nə qədər böyük gördüyünüzü təmsil edir. — Heyvan ilə aranızda keçən qarşılaşmanın problemlərinizlə necə baş etdiyinizi göstərir. (passiv, aqressiv). — Xəyalinizdəki evin böyüklüyü problemlərinizi həll etmək üçün nə qədər istəkli olduğunuzu göstərir. — Evin ətrafında heç sarmaşıq olmaması açıq bir insan olduğunuzu göstərir. İnsanlar hər zaman evinizə ziyarətə gələ bilər. Sarmaşıqların olması bir az daha bağlı bir xarakteri göstərir. İnsanların əvvəl zəng edərək gəlməsini istəyərsiniz. — Əgər cavabınızın içində, yeməkdə insanlar ya da çiçəklər yoxdursa ümumiyyətlə neqativ bir insansınız. — Qab nə qədər dayanıqlı bir vəsaitdən edilmiş isə 1ci sualdakı yoldaşınız ilə olan əlaqəniz də o qədər dayanıqlı deməkdir. Məsələn: kağız və şüşə dözümlü deyil bunun əksinə metal ya da plastik möhkəmdir. — Qab ilə nə etdiyiniz, 1ci sualdakı yoldaşınıza qarşı rəftarınızı ortaya qoyur. Məsələn qab misdən hazırlanmış və içi su dolu isə təkrar evə daşıyırsınızsa, bu sizin yoldaşınıza dəyər verdiyinizi göstərər və əlaqənizin möhkəm təməllərə söykəndiyini işarədir. Halbuki qab saxsıdır və qırıq isə, sizdə parçaları evdən uzağa atırsınızsa, bu adam ilə əlaqənizdə problemlər olduğunu və onu uzaqlaşdırmağa çalışdığınızı göstərir. — Suyun böyüklüyü sizin məhəbbətinizin göstəricisidir. Suyun digər tərəfinə keçərkən nə qədər islandığınız məhəbbət həyatınızın nə qədər əhəmiyyətli olduğunu göstərir.
['psixoloji test']
1,317
https://kayzen.az/blog/texnologiya/17837/yapon-i%C5%9Fi-3d-bio-%C3%A7apetm%C9%99-cihazlar%C4%B1.html
Yapon işi - 3D Bio-Çapetmə cihazları
MuSHviG
Texnologiya
23 yanvar 2015, 14:28
Aljazeera'də yer alan xəbərə görə, Tokio Xəstəxanası Üniversitetinin professoru Tsuyoshi Takato liderliyindəki elmi tətqiqat qrupu biomaterial istifadə edən yeni nəsil bio 3D çapetmə cihazlarının vasitəsilə süni insan orqanı yaratmağı planladıqlarını açıqlandı. Takato'nun qrupu kök hüceyrələrlə proto hüceyrələrini bir arada istifadə edərək hər hansı bir orqanı hazırlamağı planlaşdırır. Yaradılacaq orqan zülallar tərəfindən inkişaf etdiriləcək və insan orqanlarından demək olar ki fərqlənməyəcək. Hələlik test mərhələsində olan elmi təcrübə işlərinin gələcək illərdə həyata keçirilməsi planlaşdırılır.3D, yəni 3 ölçülü çapetmə ilk olaraq texniki cihazların parçalarının istehsalı üçün hazırlanmışdır. İlk nümunələri böyük, ağır və bahalı olan bu çapetmə cihazları inkişaf edən texnologiya ilə birlikdə kiçildi və qiymətləri daha da ucuzlaşdı. Elm adamları bu cihazları insan orqanlarının istehsalı üçün istifadə etməyi hədəfləyir. Bio 3D capetmə cihazı vasitəsilə hazırlanacaq parçalar insanlarda olan təbii orqanları təqlid edə biləcək xüsusiyyətə sahib olacaq. Çıxarılan süni orqanlar bədənlə birlikdə böyüyəcəyi üçün, xüsusilə uşaqlarda daha çox rast gəlinən anadangəlmə sümük və bənzəri nöqsanların müalicəsində istifadə edilə biləcək.Hazırladı: MushviG.H
['Cihaz', 'orqan', '3D', 'texnologiya.']
1,318
https://kayzen.az/blog/maraqli-faktlar/17835/tarixin-%C9%99n-q%C9%99ddar-qad%C4%B1n-qatill%C9%99ri-the-ladies-of-death.html
Tarixin ən qəddar qadın qatilləri - The Ladies of Death
MuSHviG
Maraqlı faktlar
23 yanvar 2015, 10:15
Qrafina Batori:  17-ci əsrdə Macarıstanda 650-dək adamı qətlə yetirmişdir. Erjebet Batori Şərqi Avropanın ən hörmətli sülaləsinin nümayəndəsi olmaqla yanaşı tarixdə, qatillərin şahzadəsi də sayılıb. Ərini itirdikdən sonra,  gənc qrafina gənc qızlara əzab verməklə əylənirdi. O  əzab verir, öldürür və hətta qızların qanından vanna qəbul edirdi. Deyilənə görə, ailənin kişilərindən biri qrafiniyanı cinayət üstündə yaxalamış və aydın olmuşdur ki o 650-dək gənc qızı belə qətlə yetirmişdir. Cinayətin üstü açıldıqdan sonra Qrafiniyanı şəxsi sarayının zirzəmisində divara hörmüşlər. Saltçixa:  18-ci əsrdə Rusiyada 140-a qədər insanı qətlə yetirmişdir. Dariya Nikolayevna Saltıkova rus mülkədarı. Ərini itirdikdən sonra o da öz qulluqçularını qətlə yetirirmiş. Dariya qızlara kəsici alətlərlə əzab verdikdən sonra nökərlərinə verərək qızı ölənəcən qırmanclatdırırdı. Bundan xəbər tutan Rusiya hökümdarı Yekatirina özü şəxsən onu cəzalandırmışdır. Dariyadan bütün mülk, titullarını almış və ömürlük monastırın  yeraltı zindanına salınmışdır. O məhkumluqdan sonra 33 il yaşamış, ölənəcən əməllərindən peşman olmamışdır. Mariya Katarina Svanenburq: Hollandiyada 19-cu əsrin sonlarında 127 adamı qətlə yetirmişdir. Mariya Hollandiyada çox gözəl reputasiya qazanmışdı. O kasıblara yardım edir, qocalar və xəstələrə qulluq edirdi. Amma bu xeyirxah əməllər Mariyanı “mişyak”la  (zəhər) 127 adamı zəhərləməyə mane olmamışdır. İlk dəfə mirasa görə  öz valideyinlərini zəhərləmişdir. O insanları qəyyumluğa götürür, sığortalayır, daha sonra zəhərləyirdi. Bununla da sığorta şirkətlərindən pul qazanırdı. 1883-cü ildə bir ailənin bütün üzüvlərini zəhərləməyə cəhd göstərən an sığorta polisi onu yaxalamışdır. Mariyaya ömürlük həbs cəzası verilmişdir. O 1915-ci ildə 75 yaşında vəfat etmişdir. Ceyn Toppan: 19-cu əsirdə ABŞ-da 31 xəstəni qətlə yetirmişdir. ABŞ-da ən tanınmış qatil qadın. Kasıb ailədə doğulub uşaq evində tərbiyə almışdı. Xəstəxanada çalışaraq daha çox bədbəxt insanı qətlə yetirməyi qərar vermişdir. Ceyn  morfi və atropin yüksək dozalarda vuraraq xəstələrdə ürək dayanmağına nail olurdu. 1901-ci ildə məhkəmə Ceynin dəlilyini nəzərə alaraq ömürlük dəlxanaya məhküm etmişdir. O 1938-ci ildə 84 yaşında vəfat etmişdir. Merbit Tininq:Öz övladlarını qətlə yetirdiyinə görə indiyənəcən həbsxanadadır. Qəfil uşaq ölümü sindromu indiyənəcən təbabətdə ən dəhşətli sirdi. Tibbacısı Merbit Tinq 8 uşaq dunyaya gətirmiş və birini övladlığa götürmüşdür. Lakin onların heç biri bir yaşına çatmamışdır. Tibbacısını 9-cu övladını ölü vəziyyətində xəstəxanaya çatdırandan sonra şübhə oyatmışdır. Merbitdən cinayətin səbəbini soruşanda o sadəcə həyatının çətin dövrü olduğunu bildirmişdir.  1987-ci ildə tibb bacısına  ömürlük həbs cəzası kesilmişdir. Onun indi 75 yaşı var. Qonsales bacıları: 90-dan çox adamı öldürmüşlər. Mariya və Delfina Qonsales əxlaqsız yuva qurmuşdular. Onlar “ofisiant qız axtarırıq” iş elanı ilə gənc qızları əxlaqsızlığa cəlb edirdilər. Əgər qızlar arasında xəstələnən və ya hamilə qalan olurdusa, bacılar həmin qızı öldürməklə problemi həll edirdilər. Meksika məhkəməsi bacılara 40 il iş kəsdi. Kinolardan Meksika həbsxanasın haqqında az-çox təsəvvürümüz var: Mariya təsadüf nəticəsində həbsxanada həyatını itirdi.  Delfina isə bir neçə ildən sonra azadlığa çıxsa da, bir müddət sonra itkin düşmüşdür. Mənbə: atvxeber.az
['Ölüm', 'həbsxana', 'məhkəmə', 'qaddar', 'cinayət.']
1,319
https://kayzen.az/blog/edebiyyat/17828/ya%C4%9Fi%C5%9F-ya%C4%9Fark%C9%99n-mikayil-m%C3%BC%C5%9Fviq.html
YAĞIŞ YAĞARKƏN - MİKAYIL MÜŞVİQ
MuSHviG
Ədəbiyyat
22 yanvar 2015, 12:12
Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar. Göydə iki qara bulud çatılaraq, İldırımlar şaqqıldayır şaraq-şaraq. Quşlar uçur yuvasına fırıl-fırıl. Çaxnaşmada göy üzündə ildırımlar, Bir-birinə dəydi, baxın, qaldırımlar. Dönmələrdə durana bax, qaçana bax!Qaldırımda o balaca oğlana bax! Öz döşündən yeni sözlər toxuyaraq. Ayağını şappıldadır oxuyaraq. Gülə-gülə bir qız qaçır o səkidən, Ürəkciyi xali deyil səksəkidən, Yanında bir gənc də qaçır, Yağış yağır, onu açır. Ey gənc, durma, qoltuqlamaq zamanıdır, Təbiətin ən şux, çaqraq zamanıdır,Yağ, yağışım, yağ, sel ol, yağ! Sırma-sırma, tel-tel ol, yağ! Çözül, sən ki, kölgəli bir yar saçısan, Bağrı yanıq səhraların əlacısan.Yağ, yağışım, sellənərək, Sırmalanıb tellənərək! Zümzümənlə şirin-şirin dillən, yağış, Küçələrdə uşaq kimi vellən, yağış! Bunlar keçər, çarpın səma köksüm kimi, Ey ildırım, səs ver mənə, səsim kimi!Yağ ey yağış, fikrim kimi, hissim kimi, Uzaq, yaxın çöllərə yağ, Ölkələrə, ellərə yağ! Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar.
['Yağış', 'inci', 'şeir.']
1,320
https://kayzen.az/blog/maraqli-faktlar/17827/19-cu-%C9%99srin-sakinl%C9%99ri.html
19-cu əsrin sakinləri
MuSHviG
Maraqlı faktlar
22 yanvar 2015, 11:14
Bəşər tarixi ərzində insanlar ömürlərini uzatmaq üçün minlərlə üsuldan istifadə etmişlər və son dövrlərdə səhiyyə sahəsində əldə edilən naliyyətlər də bu arzunu reallaşdırmaqda insanlara kömək etməkdədir. Lakin elə insanlar da vardır ki, uzun ömürlülük sanki Allahın neməti kimi onlara bəxş edilib. Hazırda yer üzündə yaşayan 19-cu əsrin son 5 sakini qalıb. Belə ki, məlumata görə, onların yaşı 100-dən yuxarıdır. 115 yaşlı ABŞ vətəndaşı Suzanna Muşat Counz 1899-cu ildə anadan olub. 11 uşaqlı ailədə böyüyüb. Özünün isə  övladı olmayıb. 2000-ci ildən bəri o, görmə və eşitmə qabiliyyətini itirib.  116 yaşlı Yapon vətəndaşı Misao Okava 1898-ci ilin martın 5-də dünyaya gəlib. 1919-cu ildə ailə qurub. 2 qızı, bir oğlu olub. Həmçinin, 4 nəvəsi, 6 nəticəsi var. Daha bir ABŞ vətəndaşı Qertruda Uviver 1898-ci ildə anadan olub. M. Okava ilə həmyaşıddır. 4 övladdan sadəcə 93 yaşlı oğlu sağdır. 115 yaşlı italyan Emma Morano 1899-cu ildə doğulub. Noyabrın 29-da. Ailəliklə uzunömürlüdürlər. Xalası 101, anası 91 il yaşayıb. 5 bacısının yaşı 90-dan çoxdur. 115 yaşlı Ceralien Telli 1899-cu ilin mayında ABŞ-da dünyaya gəlib. Çox aktiv qadındır. Hər il dostu Maykl Kinloçem və onun oğlu Taylerla balığa gedir. Qeyd edək ki, əslən Lerikdən olan 118 yaşlı Tahirova Naristan Zahirəli qızı da 19-cu əsrin insanlarından hesab edilir. 
['ABŞ', 'vətəndaş', 'uzun ömürlülük', 'ailə.']
1,321
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/16444/hesab%C4%B1-xan%C4%B1mlar%C4%B1n-%C3%B6d%C9%99diyi,-q%C4%B1za-baxma%C4%9F%C4%B1n-ay%C4%B1b-say%C4%B1ld%C4%B1%C4%9F%C4%B1-%C3%B6lk%C9%99.html
Hesabı xanımların ödədiyi, qıza baxmağın ayıb sayıldığı ölkə
Apollon
Ölkələr
21 yanvar 2015, 20:12
Hər bir xalqın öz adət-ənənələri, yazılmamış həyat qaydaları var. Amma dünyada yapon xalqından daha çox itki verən və qısa vaxtda əvvəlki inkişaf tempinə yüksələn ikinci bir xalq tapmaq çətindir. Gəlin, yaponları daha yaxından tanıyaq və uğurlarının sirrini açaq... — Bir yaponun sizi evinə dəvət etməsi çox böyük hadisədir, bizim kimi qonaqpərvərlikləri yoxdur. Ailəvi dostlarla restoranda görüşürlər. Yaponun evinə dəvət edilmisinizsə, bu, böyük fəxrdir. — Nə badə çağırıldığınız evə ayaqqabı ilə girəsiniz. Bu, ev sahibinə hörmətsizlik sayılır. Evə girən kimi qarşınıza Çin Səddi kimi “başmaq ordusu” qoyurlar, birini seçib geyinməlisiniz. — Ev sahibi sizə çay təklif edirsə, bu, artıq getmə vaxtınızın çatdığına işarədir. Çayı içib getsəniz yaxşıdır. — Yapon qızları evlənən kimi işini-gücünü atıb, evinin xanımı olur. Kişinin qazancı evin əsas gəlir mənbəyi sayılır. Xanımlar uşaqlar və ev işləri ilə maraqlanır, ailənin büdcəsi xanımın əlindədir, hətta restoranda hesabı da xanımlar verir. Boş vaxtlarında idmanla məşğul olur, dostları ilə görüşür, alış-veriş edirlər. Gündüz vaxtı restoranlarda, kafelərdə 65-70 yaşdan aşağı kişi görmək mümkün deyil, çünki kişilərin əksəriyyəti işdə olur. — Yaponiyada heç kim bir-birinin işinə qarışmır, istədiyiniz paltarı geyinib gəzin, gözlərinin ucu ilə də baxmazlar. — Gözünü kiməsə zilləyib baxmaq ayıb sayılır, ona görə qatarlarda, metroda yatmasalar da, hamı gözünü yumub, özünü yuxuluğa vurur. — Velosipedinizdən asdığınız çantanıza axşama qədər bir nəfər də əl vurmaz. — Qadınlar gecə tək gəzə, istədikləri yerdə içki içirlər, bu məsələdə sərbəstdirlər. Heç kim fikir vermir bu cür şeylərə. — Sörfinqçilərdən başqa dənizə girməyi xoşlayan çox az yapon var. — Qışda bizimki kimi bütün evləri qızdırmırlar. Bunu əlavə xərc hesab edərək ancaq oturduqları otağı isidirlər. — İş evin kişisi və ailə üçün hər şeydir, xanımlar kişilər rahat işləsin deyə əllərindən gələni edirlər. Ona görə kişilərin evə gec gəlməyi problem sayılmır. — Kişi ilə qadın arasında ən böyük dava bəlkə də qapını bir az bərk örtmək mövzusunda ola bilər. Sözlə dava etmirlər, əsas baxışlardır. Evdə də, işdə də belədir. Çox danışmırlar, bir baxış, bir hərəkət hər şeyi həll edə bilir. İş yerlərində ən çox danışanlar gənclərdir, yüksək kürsüdəkilər onları dinləyir və axırda qərarlarını açıqlayırlar. — “Tapşırmaq” anlayışı yoxdur, yaş və təcrübə həmişə öz sözünü deyir. — Əllə salamlaşmaq, öpüşmək, qucaqlaşmaq yoxdur. Yüngülcə əyilərək salam verirlər. Əllə çox nadir hallarda görüşürlər. Bir uşağın başını oxşasanız, valideynləri də, özü də çox hirslənər və onu alçaltdığınızı düşünər.   — Qadının və kişinin dostları fərqli ola bilər, bizdəki kimi ər-arvad hər yerə birlikdə getmir.  — Münasibətlərdə hər iki tərəf çox sərbəstdirlər. Evin qadını gecə dostları ilə görüşüb harasa gedə, istədiyi saatda da qayıda bilər. — Hörmət hər şeydir, evdə, işdə, cəmiyyətdə hamı bir-birinə hörmətlə yanaşır. Paltarlarından qopan bir ipi də yerə atmazlar, başqalarının hüquqlarını öz hüquqlarından əvvəldə tuturlar. — Qrup psixologiyası ilə yaşayırlar, ona görə özlərini nadir hallarda tək, yalnız hiss edirlər. Hazırladı: Rəna Nevzat
['ölkələr', 'Yaponiya', 'yaponların adətləri və ənənələri']
1,322
https://kayzen.az/blog/mahira2001/17820/molla-p%C9%99nah-vaqif-hay%C4%B1f-ki,-yoxdur.html
Molla Pənah Vaqif: Hayıf ki, yoxdur.
mahira2001
Bloq: mahira2001
21 yanvar 2015, 18:54
   Molla Pənaf Vaqifin bu qoşmanı yazma səbəbi ilə bağlı belə maraqlı bir rəvayət var:  Deyilənlərə görə, İbrahim xan öz atlıları və vəziri ilə birlikdə Kür qırağındakı obaların birinə düşür. Xanın getməsi uzanır.Yerli əhali onlara qulluq etmək əziyyətindən xilas olmaq üçün xanın saraya qayıtmasını tezləşdirməyi Vaqifdən xahiş edir. Ağsaqqalları dinləyən Vaqif xanda Şuşaya dönmək həvəsi oyatmaq məqsədi ilə bu qoşmanı yazır və onun məclisində oxudur:  Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu tər cığalı siyah tellərin Hərdən tamaşası, hayıf ki, yoxdur! Qış günü qışlağı Qıraqbasanın, Gözüdür Aranın, cümlə-cahanın, Belə gözəl yerin, gözəl məkanın Bir gözəl obası, hayıf ki, yoxdur! Çoxdur ağ bədənli, büllur buxaqlı, Lalə zənəxdanlı, qönçə dodaqlı. Amma şirin dilli, açıq qabaqlı, Könül aşinası, hayıf ki, yoxdur! Havasından torpağının, yeninin, Dadızmaz dəhanın, ləbi-şirinin, Pəri çoxdur, nə fayda heç birinin Adamlıq ədası, hayıf ki, yoxdur! Ucu əşrəfili, bulut kimi saç, Dal gərdəndə hər hörüyü bir qulac, Kəlağayı əlvan, qəsabə qıyğac, Altından cunası, hayıf ki, yoxdur! Zər haşiyə al nimtənə üstündə, Xallar üz yanında, çənə üstündə, Buxağın altında, sinə üstündə, Zülfün burulması, hayıf ki, yoxdur! Laçın təki başda ala tomağa, Yaşmağı tutmaya dişə, dodağa, Cəllad kimi durub qabaq-qabağa Baxıb can almağı, hayıf ki, yoxdur! Çünki yorğunuyam mən bu yolların, Qaydasını billəm hər üsülların, Gümüş biləklərin bəyaz qolların, Sarı kəhrəbası, hayıf ki, yoxdur! Ayna tutub hərdəm camal görməsi, Zülfə, zənəxdana sığal verməsi, Səhər ala gözün siyah sürməsi, Əlinin hənası, hayıf ki, yoxdur! Vaqif haqdan dilər lütfü kərəmlər, Belə yerdə qalan, vallah, vərəmlər. Yenə yada düşdü bizim sənəmlər. Getməyin binası, hayıf ki, yoxdur!
['Molla Pənah Vaqif']
1,323
https://kayzen.az/blog/MuSHviG/17818/damarlar%C4%B1n-%C9%99n-sad%C9%99-%C3%BCsullarla-t%C9%99mizl%C9%99m%C9%99si.html
Damarların ən sadə üsullarla təmizləməsi
MuSHviG
Bloq: MuSHviG
21 yanvar 2015, 16:34
Bu günkü ekologiya, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün qidalanmama qan damarlarında kifayət qədər ciddi problemlər yaradır, müxtəlif damar xəstəliklərinə səbəb olur.Buna görə də mütəmadi olaraq damarların qayğısına qalmaq, onların təmizlənməsini təmin etmək sağlamlıq üçün olduqca vacibdir. Kayzen.az saytı modern.az-a istinadən damarların ən sadə üsullarla təmizləməsi ilə bağlı faydalı məsləhətləri təqdim edir.Damarların normal vəziyyətdə olması üçün ilk növbədə aşağıdakılara riayət etmək lazımdır:1. Maksimum dərəcədə xolesterinin orqanizmə daxil olması məhdudlaşdırılmalıdır. Bu məhdudiyyət nəticəsində damarlar daha elastik və sağlam olacaq.2. Yeməklərin hazırlanmasında yalnız bitki yağından istifadə olunmalıdır. Qida rasionundan heyvan mənşəli yağlar çıxarılmalıdır. 3. Yağlı və piyli ət məhsullarından imtina edilməlidir. Daha çox quş əti və balıq məhsullarına üstünlük verilməlidir.4. Gündəlik qida rasionuna az miqdarda olsa da qoz, fandıq, badam və ya püstə daxil edilməlidir.5. Sutka ərzində orqanizm ən azı 200-300 qram meyvə və tərəvəz qəbul etməlidir.6. Xolesterinin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malik olan sarmısaqdan gündəlik istifadə etmək lazımdır.7. Spirtli içkilərdən və siqaretdən imtina etmək mütləq şərtlərdən biridir.8. Gün ərzində ən azı 40 dəqiqə piyada gəzmək, orqanizmin fiziki aktivliyi təmin edilməlidir.9. Qan laxtalanmasının qarşısını almaq üçün sutka ərzində heç olmasa 2 litrə qədər adi qazsız su qəbul edilməlidir.Damarların xalq təbabəti vasitələri ilə təmizlənməsinin bir çox üsulları var. Onların bir neçəsini diqqətinizə çatdırırq.1. 2 ədəd limon və 2 ədəd portağal (apelsin) qabığı soyulmadan doğranılır, tumları çıxarılır və ət maşınından keçirilir. Alınmış kütlənin üzərinə 3 xörək qaşığı təbii bal əlavə edilərək yaxşıca qarışdırılır və ağzı kipbağlanan şüşə qabda otaq temeperaturunda 24 saat saxlanılır. Gündə iki dəfə yeməkdən 10 dəqiqə əvvəl 2 çay qaşığı qəbul edilir.2. 3-4 iri kartofun qabığı yuyulduqdan sonra üzərinə 500 qram təmiz su əlavə edilir və 30 dəqiqə zəif odun üzərində saxlanılır. Soyuduqdan sonra süzülür və hər gün səhərlər acqarnına qəbul edilir. Kurs 12-15 gündür.3. 500 qram çuğundur şirəsi, 300 qram kök şirəsi, 300 qram kartof şirəsi qarışdırılır, gün ərzində 3 dəfə yeməkdən qabaq ac qarnına 50 qram qəbul edilir.Bu sadə üsullardan istifadə etməklə damar problemlərindən asanlıqla yaxa qurtarmaq olar. Hamı üçün əlcatan olan bu vasitələrdən istifadə etdikdən az müddət sonra orqanizmdəki müsbət dəyişikliklərin şahidi olacaqsınız. Mənbə:modern.az
['Portağal', 'xolestrenin', 'ekologiya', 'sağlamlıq.']
1,324
https://kayzen.az/blog/dusundurucu-hekayeler/17817/avraam-linkolundan-o%C4%9Flunun-m%C3%BC%C9%99llimin%C9%99-m%C9%99ktub.html
Avraam Linkolundan oğlunun müəlliminə məktub
MuSHviG
Düşündürücü hekayələr
21 yanvar 2015, 11:04
Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdir.Hörmətli müəllim. Oğlumum sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma. Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaşıları özünə götürməyi öyrət. Bacarsanız, kədərləndiyi zaman belə necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, uluyan insan kütləsinə qulaqlarını tıxamasını və əgər özünün haqlı olduğuna inanırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı öyrədin ona.Ona qarşı mehriban olun, amma qucaqlamayın, çünki ancaq odun qığılcımı poladı saflaşdırır. Qoyun səbrsiz olacaq qədər cəsarətə sahib olsun və qoyun cəsur olacaq qədər səbrli olsun. Ona həmişə özünə inanmağı öyrədin, bu yolla onun bəşəriyyətə inamı daimi olacaq. Bütün bu sadaladıqlarım bəlkə də çox böyük tələbdir. Lakin özünüz baxın, nə qədərini bacarırsınız.Hazırladı: MushviG.H
['Avraam Linkoln', 'Abraham Linkoln']
1,325
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/17808/20-yanvar-faci%C9%99sinin-25-ci-il-d%C3%B6n%C3%BCm%C3%BC-ruhunuz-%C5%9Fad-olsun.html
20 yanvar faciəsinin 25-ci il dönümü - Ruhunuz şad olsun!
MuSHviG
Azərbaycan tarixi
20 yanvar 2015, 10:56
1990-cı il yanvar ayının 20-də mənfur düşmənlərimizin ərazi bütövlüyümüzü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi. Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.  Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Onları bir araya gətirib dünyanın diqqətinə çıxarmaqla, gec də olsa, beynəlxalq müstəvidə 20 Yanvar barəsində gərəkən rəyin formalaşmasına nail olmalıyıq. 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırımı kampaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq. Ona görə yox ki, dünya da bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın və azərbaycanlıların tarixini olduğu kimi dərk etsin.İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz! Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib. Hər bir şəhid — istər yaşlı, istər gənc, istərsə də körpə — bizim hər birimizin vüqarıdır. Gəlin vüqarlı olaq!
['Vətən', 'hüquq', 'milli', 'qəhrəmanlıq', 'xalq.']
1,326
https://kayzen.az/blog/maraqli-faktlar/17807/h%C9%99ft%C9%99-%C5%9F%C9%99kill%C9%99rl%C9%99-2015-yanvar-10-16.html
Həftə şəkillərlə - 2015 Yanvar 10-16
MuSHviG
Maraqlı faktlar
20 yanvar 2015, 10:01
Keçəm həftə ərzində dünyanın müxtəlif yerlərində çəkilmiş ən yaxşı xəbər fotoşəkillərini kayzen.az saytı olaraq təqdim edirik.Meksikada yerləşən Teacher Training Collage'nin  43 şagirdinin sentyabr ayında yoxa çıxmasına etiraz edən valideynilər və fəallarla polis əməkdaşları arasında qarşıdurma. Yerli prokurorlar polisi cinayət dəstələri ilə əməkdaşlıqda günahlandırırlar. Tülkü qürurla Londonda 10 Downing Street’də yerləşən  İngiltərənin baş nazirinin evinin önündən keçərkən.Hindistanın Assam regionunda hər il keçirilən Magh Bihu adlı icma balıqçılıq festivalında iştirak etmək üçün yola düşən balıqçılar.Bu festival qış yığım mövsümünün bitdiyinə bir işarədir.Avtopilotlar Juan Manuel Silva və Pablo Sisterna'nın idarə etdiyi Mercedes markalı yarış avtomobili Dakar Rally'sinin Çilidən Boliviyaya qədər davam edən 8-ci mərhələsində qəza törədir.Venesuellanın paytaxtı Karakasda ərzaq almaq üçün sıraya girmiş alıcılar əllərinə qeyd olunan sıra nömrələrini nümayiş etdirir. Ölkə əhalisinin əksəriyyəti əsas ərzaq mallarının qıtlığından və yüksək infilyasiyadan əziyyət çəkirlər.19 gün ərzində şaquli formalı qaya parçasına dırmanmağı bacaran 2 Amerikalı alpinist qeyd edir ki, onların bu uğuru digər insanları daha ruhlandıracaq. Tommy Cladvell və Kevin Jorgeson Kaliforniya əyalətində yerləşən El Capital qayasına dırmanan ilk sərbət alpinistlər olaraq adlarını tarixə yazdılar.Şimali İrlandiyada sərt iqlim şəraitinin məktəbləri bağladığı, yollarda hərəkəti çətinləşdiyi bir zamanda dalğıc Alastair Mennie Antrimdə yerləşən Portuş çimərliyinə doğru irəlləyir.Papa Francis Fillippin və Manilaya səfəri zamanı Asiya Arenada yerli katoliklərə  xeyir-dua verir.İtaliyanın Florensiya şəhərində təşkil olunmuş Fortezze da Basso moda gecəsindən kadr.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Avtopilot', 'Hindistan', 'dalğıcŞ moda.']
1,327
https://kayzen.az/blog/maraqli-faktlar/17610/b%C9%99rb%C9%99r-pe%C5%9F%C9%99sinin-yaranmas%C4%B1.html
Bərbər peşəsinin yaranması
Apollon
Maraqlı faktlar
19 yanvar 2015, 21:03
Bərbərlik (dəlləklik) – qədim və hörmətli peşələrdəndir. Xarici görünüşə diqqət yetirmək bütün dövrlərdə insanlar üçün önəmli olduğundan bu peşəyə də həmişə hörmətlə yanaşılmışdır.Bu peşəyə hörmət tək xarici görünüşə qulluqla bağlı olmamışdır. Belə ki, Yaponiyada Edo (1603-1867) dövründə (Edo o zamanlar Yaponiyanın baş şəhəri olub) kişilər alınlarını, başlarını qırxdırırdılar və saçların qalan hissəsini də müəyyən edilmiş ciddi formada yığırdılar. Bu səbəbdən bərbərlərin işləri həmişə çox olurdu və bərbərlərə həmişə ehtiyac olurdu. Həm də dəlləklər bütün günü müştərilərlə söhbətlər edib, çənə vururdular. Belə ki, dəlləklərin hər şeydən, hər yerdən, bir sözlə, bütün olanlardan məlumatları olurdu. Bu səbəbdən də Edo şəhər hakimiyyəti dəlləklərin boynuna bir “vəzifə” də qoymuşdur ki, hər gün bütün eşitdikləri, bildikləri, gördükləri haqqında hakimiyyət nümayəndələrinə məlumatlar versin. Bu da ondan irəli gəlmişdir ki, o zamanlar Edo şəhərindəki evlərin əksəriyyəti bir-birinə çox yaxın və taxtadan idi. Demək olar ki, hər gün dəhşətli yanğınlar baş verirdi və yanğınlar ölümlərlə nəticələnirdi. Edo şəhərində evlər bir-birinə bitişik və taxta olduğundan bir evə düşən yanğın bir məhəllənin yanıb kül olmasına, yüzlərlə adamın yanıb ölməsinə səbəb olurdu. Bu səbəbdən, bilərəkdən, qəsdlə ev yandırmaq hakimiyyət tərəfindən ölümlə cəzalandırılırdı. Bilərəkdən, qəsdlə yanğın çıxartmaq müxtəlif səbəblərdən ola bilərdi: oğurluq məqsədilə, düşmənçiliklə, soyğunçuluq məqsədilə, könlü qiriq qızların qisas alması məqsədilə və hətta acgöz tacirlərin öz tikinti materiallarını satmaq məqsədilə və s. Yanğınların qarşısının alınması və yanğını törədənlərin tez tapılmasını təmin etmək üçün bərbərlərin məlumatlarından istifadə edilirdi. Yerli hakimiyyətin göstərişi ilə şəhərdə olan bərbərlərin hamısı hər gün öz məhəllə polislərinə eşitdikləri və gördükləri haqda məlum verməli idi. Qeyd etmək lazımdır ki, şəhər bərbərlərinin verdikləri məlumatlar əsasında  neçə-neçə yanğınların və cinayətlərin qarşısı alınırdı. Müasir Yaponiyada bütün tikililər beton və şüşədən olduğu üçün yanğının heç də elə bir qorxusu və ziyanı olmasa da, indi suisid özünəqəsd hələ də bir problem olaraq qalmaqdadır. Özünəqəsdə görə Yaponiya dünyada birinci yerdə idi. Bu ondan irəli gəlmişdir ki, hələ lap qədimlərdən Yaponiya mədəniyyətində və dinində özünəqəsd qadağan olunmamış, əksinə, bu bəzi hallarda fəxr olunmalı bir əməl hesab olunmuşdur. Özünəqəsd ta qədimdən indiyədək gəlmiş və yaponlar üçün qarşısı alınmaz bir bəlaya çevrilmişdir. Keçmişdə olduğu kimi indi də Yaponiyada bunun qarşısını almaq üçün bərbərlərin köməyindən istifadə edirlər. Yəni, müasir bərbərlər, bərbər peşəsini öyrənməklə yanaşı xüsusi psixologiya dərsləri də keçirlər. Bərbər yanına gələn müştərilər istər-istəməz öz problemləri haqda danışırlar. Belə olan halda, psixologiyadan məlumatı olan bərbərlər onlara lazımi məsləhətlər verərək, onlardakı psixoloji gərginlikləri tam azaldır və bir çoxlarını özünəqəsd fikrindən yayındırır. Toyami şəhərinin qanunvericilik orqanlarının göstərişi ilə bərbərlər və digər məişət sahəsində işləyənlər üçün xüsusi ilkin psixoloji yardım göstərmək kursları açılmışdır ki, burada bərbərlər və digər məişət sahəsi işçiləri öz müştərilərinə ilkin psixoloji yardımlar görtərmək  üçün xüsusi dərslər keçirlər. Verilən məlumatlara əsasən, bunun çöx böyük səmərəsi olmuşdur. azens.az 
['maraqlı məlumatlar']
1,328
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17791/boyun-%C9%99yriliyini-yaradan-s%C9%99b%C9%99bl%C9%99r.html
Boyun əyriliyini yaradan səbəblər
MuSHviG
sağlam həyat tərzi
18 yanvar 2015, 13:14
İnsan hərəkətsiz olduqda zamanla boyun nahiyəsində müxtəlif ağrılar yaranır. Həmçinin baş ağrıları da buna daxildir. Boyunda yaranan əyriliklər isə zədələnmələrdən, yaralanmalardan, stress, depressiya və bir çox səbəbdən ola bilər. Bəzi hallarda isə bədənin durma pozuqluqlarından meydana gəlir. Sümük kütləsində yaranan problemlər də boyun düzləşməsinə təsir göstərir. Piylənmə xəstəliyidə bu prosesə daxildir. Çünki, bu xəstəlik bədəndəki tarazlığa təsir edərək ağırlıq mərkəzinin yer dəyişdirməsinə səbəb olur. Bunu üçün bəzi hallarda bədənin fiziki müayinəsi aparılır. Aparılan müayinə əsasında qoyulan düzgün diaqnoz boyun düzləşməsinə yaxşı təsir göstərir. Tətbiq edilən müalicələr əsasında onurğa da güclənir. Edilən müalicələr boyundakı flattening şokların əmilməsini də azaldır. Bu da onurğalar arasındakı disklərə əlavə yük minməsinə və daha tez zərər görməsinə səbəb olur. Zamanla boyundakı onurğaların zərər görməsinə hətta qırılmasına qədər irəliləyə bilər. Bu vəziyyətin tibb dilindəki adı degenerativ oynaq xəstəliyi ya da osteoartritdir. Osteoartrit irəliləyici bir vəziyyətdir. Qatılıq, çınlama və ya keyliyə səbəb olaraq olduqca ağrılı ola bilər. Bəzi şəxslərdə isə heç bir əlamət göstərmir, o zamana qədər ki problem ciddi ölçülərə çatana qədər. Erkən diaqnoz ağrıyla baş etmədə və xüsusilə cərrahiyyəni qarşısını almaqda olduqca kritik bir rol oynayır. Boyundakı əyriliyin itkisi onurğa və beyinə oksigen, qida aparan şah damarı üzərindəki təzyiqi artırır. Bu da baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, yorğunluq, qulaq zingildəməsi, ağrı, gərginlik, yuxusuzluq, yüksək qan təzyiqi və baş qarışıqlığı kimi problemlərə səbəb ola bilər. Onuda qeyd etmək lazmdır ki, əyriliyin azalması onurğa düzülməsinə təsir edir və yaranan ağrını fiksasiya edir. Mənbə:az.med.az
['Yorğunluq', 'gərginlik', 'osteoartrit.']
1,329
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17790/ev-heyvan%C4%B1-saxlama%C4%9F%C4%B1n-faydalar%C4%B1.html
Ev heyvanı saxlamağın faydaları
MuSHviG
sağlam həyat tərzi
17 yanvar 2015, 14:49
Ev heyvanları insan orqanizmi üçün olduqca faydalıdır. Alimlər bunu öz tədqiqatlarında  sübuta yetiriblər. Məlumat «Journal of Personality and Social Psychology» jurnalında dərc olunub. Məqalədə ev heyvanı saxlamağın 6 faydası haqda söz açılıb:  Özünə əminlik hissini yüksəldir. Ev heyvanı saxlayan insanlar tək yaşayanlarla müqayisədə özlərinə daha çox əmindirlər. Onlar daha çox üsniyyətcil və fobiyalardan kənar olurlar.  Allergiya riskini azaldır. Çoxları allergiyadan qorxaraq evdə heyvan saxlamaq istəmir. Ancaq alimlər əksini iddia edirlər. Əgər insanın uşaqlıqdan heyvanla kontaktı olursa, onun allergiya riski 50% azalır.  Depressiyadan xilas edir. 97 nəfər heyvan sahibinin psixologiyasını yoxladıqdan sonra alimlər belə bir nəticəyə gəliblər ki, heyvan saxlayanlar nikbin insalardır. Onlar həyata, gələcəyə nikbinliklə yanaşırlar.  Stress səviyyəsini azaldır. Tədqiqatlar göstərir ki, insan iti və ya pişiyi sığallayarkən qanda stress hormonlarının miqdarı azalır. Bunun əvəzində xoşbəxtlik hormonları olan endorfin və serotinin miqdarı artır.  Tanışlıqlar artır. Statistika göstərir ki, ev heyvanı sahib olan qadınların əhatəsi daha geniş, tanışlıqları daha güclü olur. Həm də itlə gəzintiyə çıxarkən yeni tanışlıqlar qazanmaq şansı daha çoxdur, nəinki evdə televizorun qarşısında oturmaq.  Ev heyvanı saxlamaq insanların qan təzyiqini də nizama salır. Mənbə:milli.az
['Depressiya', 'heyvanlar', 'psixologiya.']
1,330
https://kayzen.az/blog/xaricdetehsil/17789/britaniya,-estoniya,-pol%C5%9Fa-universitetl%C9%99rin%C9%99-q%C9%99bul-olsam-da,-keyfiyy%C9%99tli-t%C9%99hsil-%C3%BC%C3%A7%C3%BCn-sonda-macar%C4%B1stan%C4%B1-se%C3%A7dim.html
Britaniya, Estoniya, Polşa universitetlərinə qəbul olsam da, keyfiyyətli təhsil üçün sonda Macarıstanı seçdim
ekoibrahim
Xaricdə təhsil
17 yanvar 2015, 13:26
Macarıstanın Corvinus universitetində, biznesin idarə edilməsi (Business Administration) fakultəsində təhsil alan həmyerlimiz Bahadur Cabbarov bizim bugünkü müsahibimizdir. O, bir çox aparıcı universitetlərə qəbul olsa da, təhsil alması üçün məhz Macarıstanı seçmişdir. Biz də onun seçiminin səbəbi, Budapeştdə yaşadığı tələbə həyatı, oxuduğu universitet və ixtisas, oranın təhsil sistemi barədə ona suallar ünvanladıq. Buyurub, həmin müsahibəni oxuya bilərsiniz. -Oxuduğunuz ixtisas və Corvinus universiteti barədə məlumat verə bilərsinizmi?Mən Corvinus universitetində biznesin idarə edilməsi (Business Administration) fakultəsində, bakalavr pilləsində təhsil alıram. Corvinus Universiteti Macarıstanın və Avropanın sayılıb seçilən universitetlərindən biri hesab olunur. Bu universitet iqtisadiyyat və maliyyə  ixtisasları üzrə verdiyi təhsilin keyfiyyətinə görə tanınır və bütün dünyada qəbul olunur. Qeyd etmək istərdim ki, bu universitet “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxildir və mən də Corvinus universitetində bu dövlət proqramı əsasında təqaüdə layiq görülmüşəm və verilən təqaüdlə aylıq xərclərim tamamilə ödənilir. — Necə oldu ki, məhz Macarıstanda təhsil almağa başladınız? Bu ölkəyə sizi nə cəlb etdi?Macarıstandan əlavə mən bir çox universitetlərə daxil olmuşdum və xarici universitetlərdə oxumaq üçün dəvətlər almışdım. Estoniya, Polşa, Britaniya kimi nüfuzlu ölkələrin universitetlərdən mənə qəbul məktubu gəlmişdi.  Lakin, həyat tərzi və rahatlığı, həm də Corvinus Universitetinin nüfuzuna görə Macarıstanda təhsil almağı üstün tutdum. Beləliklə də, Britaniya,  Estoniya, Polşa universitetlərinə qəbul  olsam da,  keyfiyyətli təhsil üçün sonda Macarıstanı  seçdim. — Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?Macarıstan universitetlərində dərslər daha çox təcrübəyə və real praktikaya əsaslanır. Bu praktikalar nəticəsində tələbələr dərsləri daha yaxşı öyrənirlər və gələcək iş həyatı üçün özlərini daha hazırlıqlı hesab edirlər.-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?Macarıstana gələndə həyatımda ilk dəfə idi ki, uzun müddətlilik xarici ölkəyə gəlmişdim. Qarşımda fərqli yer, fərqli cəmiyyət vardı. Budapeştdə yaşadıqca şəhərin tarixi gözəlliyi, macarların istiqanlılığı göstərdi ki,  mən təhsilim üçün Macarıstanı seçərkən düzgün qərar vermişəm.-Budapeştə gələn əcnəbi tələbələr öz asüdə vaxtlarını necə keçirirlər? Macarıstanda əcnəbi tələbələr üçün tələbə həyatı necə keçir?Budapeşt tələbə şəhəri desəm yanılmaram. Çünki,  burada hər bir ölkədən tələbə tapa bilərsiniz. Tələbələrin sosial həyatı çox maraqlı olur. Həftə sonları beynəlxalq tədbirlər olur və bütün tələbələr həftənin yorğunluqlarını, stresslərini dostları ilə birgə əylənərək atırlar. Kafelər, restoranlar, geniş və yaşıl parklar, kitabxanalar da tələbələrin boş vaxtını keçirməsi üçün əla məkanlardır.  Dunay çayı isə Budapeştə xüsusi gözəllik verir.-Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?Məsləhət edərdim ki, tələbələr ilk növbədə seçdikləri universitetin dünyadakı nüfuzuna önəm verməlidirlər. Daha sonra tələbələr getmək istədiyi şəhərin sosial yaşına baxmalıdır. Gənclərin, daha dəqiq desək xarici tələbələrin çox olduqları yerləri seçsələr daha yaxşı olar. Digər məsləhətim odur ki, Macarıstan universitetlərinin birində təhsil almaq istəsələr www.study-hungary.com  saytına baş çəkə bilərlər. Çünki, burada ən nüfuzlu Macarıstan universitetləri barədə ətraflı məlumatlar yerləşdirilib. Bu isə valideynlərə və tələbələrə geniş məlumat almağa və düzgün seçim etməyə şərait yaradır.-Maraqlı müsahibəyə görə təşəkkür edirik.Sizə də təşəkkürlərMənbə: Telebe.az
['macarıstan', 'təhsil']
1,331
https://kayzen.az/blog/burcler/17786/b%C3%BCrcl%C9%99rin-m%C9%99nfi-x%C3%BCsusiyy%C9%99tl%C9%99ri.html
Bürclərin mənfi xüsusiyyətləri
mahira2001
Bürclər və onların xüsusiyyətləri
16 yanvar 2015, 16:15
Qoç Qoçlar burnu havada, özünü bəyənmiş tiplərdir. Dünya onların ətrafında dönər zənn edərlər. halbuki heç də elə bir şey yoxdur. Bir ağcaqanad belə onların ətrafında dönməyə tənəzzül etməz. Qoç bürcündən birinə aşiq olmayın. Çünki əgər elə bi qəflətə düşsəniz sizi iztirab, əziyyət və gözyaşı dolu günlər gözləyir deməkdir. Türk filmində pərişan olan artistlərdən daha çətin vəziyyətə düşərsiniz. Çünki bu qoç qıçınıza təpiyi bir gün yapışdıracak və o günün hazırlığını çox əvvəldən etməyə başlayar. Oyananda iş-işdən keçmiş olar. Buğa Dünyaya inad etmək üçün gəlmişlər. İnadını göstərmək üçün fürsət tapar. Yanına yaxınlaşanda bir öküz kimi hücum edər və daha qurduğunuz ilk ünsiyyətdə inadını göstərər. Bu onun imtina edilməz xasiyyətidir. Onunla həmsöhbət olmaq intihar etməklə eynidir. Buğanı görən kimi anda ondan qaçmaq üçün yol dəyişdirmək, tanımamazlıq etmək, havaya baxaraq fit çalıb yanından keçmək ən ağıllı davranışdır. bütün bu yazdıqlarımızdan sonra ONA aşiq olmaq kimi bir fikrə düşsəniz, deməli sizin də ən az buğa qədər müalicəyə ehtiyacınız var. Əkizlər Bu qədər ikiüzlü bir bürc ola bilməz vallah. Əkizlərə güvənib yola çıxmayın. Çünki yarı yolda qalarsınız. Əkizlər bürcüylə yoldaşlıq edən biri intiharın eşiyindədir. Çünki tez-tez dəyişməsi insanı böhrana aparır. Məsələn teatra gedəcəksən, bir dəqiqə əvvəl gələcəyim dedisə gəlməyəcəyəm deyə dirəşəcək. Bir dəqiqə sonra yenə gedək deməyə başlayar. Ölərsənmi, öldürərsənmi? Allah da səbir verər amma hara qədər? Əkizlər bürcü ilə olanların az bir hissəsi haqq yolunu taparlar. Təbii ki, əgər sağ-salamat bu əlaqəni sona çatdıra bilsələr. Xərçəng Çox romantik bir bürcdür. O qədər ki, sevdiyini çiçək yağışına tuta. Bir müddət sonra çiçək almağa pulu qalmaz, kredit kartlarına müraciət edər və borcları gedərək artar. Borc verənlər axtarmağa başlayar, amma o xasiyyətindən imtina etməz və sevgilisinə hədiyyə almağa davam edər. Sevgilsinin də hər yəni hədiyyə və çiçək olar. Xərçənglə sevgili olmaq bü tərəfdən çox qazanclıdır. Ondan yığdığınız çiçək və hədiyyələrlə rahatlıqla bir iki dükan açar və varlanarsınız. O isə müflisləşsə də, romantizmdən əsla imtina etməz, romantik doğular, romantik böyüyər, romantik ölərlər. Şir Onun qədər özünü bəyənmiş birini tapa bilməzsiniz. Aynada özünü seyr edib elə dayanar. Getdikləri hər mühitdə diqqət çəkirlər və buna görə də çox sanballıdırlar. Yanlarına yaxın gəlmək olmur. Onu yola gətiməyin yolu yoxmuş kimi davranmaqdır. Bu taktika şiri şoka salar. İki-üç gün özünə gələ bilməz. Hətta yatağa düşər. Ona aşiq olmaq yaxşı kimi görünsə də, axırda dəli ola bilərsiniz. Onun həmişə tərif gözləyən xarakteri sizi dəli edə bilər, ağıl xəstəxanasında müalicə olmağı da gözünüzün önünə gətirin. Allah səbr versin. Qız Hər şey təmiz olmalıdır. Bu mövzunu o qədər irəli aparib ki, etdiyi təmizliklə də kifayətlənməz və yerlərdə qalan üç dənə toz zərrəciyinin arxasıyca düşər. Mikrobların ən sevmədiyi insanlar qız bürcü insanlarıdır. Onları görəndə «Qaçııııııııııııııııın, qız bürcündən kimsə gəlir. İmdaaaad!» — deyə qışqırar. Yazıqlar yaşamaq üçün qızlardan uzaq dayanmaq məcburiyyətindədirlər. Təmizlikdən başı qalxmadığı üçün həm dünya gündəmindən, həm də sevgi işlərindən uzaq bir həyat yaşayarlar. Mücərrəd bir varlıq kimidir. Bu qədər mənfi xüsusiyyətlərinə baxmayaraq yuyucu firmaları onların arxasındadırlar. Çünki bu işi onlardan daha yaxşı bilən birini tapmaq mümkün deyil. Tərəzi Tərəzilər əylənməklə huşunu itirər. İşlər-gücləri əylənməkdir. Səhər durub əylənər, gecə yatar əylənər. Hyatları əylənməklə keçər. Tərəziylə olanlar əylənmək məcburiyyətindədir. Tərəzinin tempinə ayaq uydura bilməsələr də, digər bürclər sıxıntılarını tərəzilərin yanında təyin edərlər. Amma hesabı ödəməyə gələndə işlər qarışar. Çünki tərəzi bu mövzuda profesionaldır və tez aradan çıxır. Onunla birlikdə ilişənlərə isə qab-qacaq yumaq və yerləri silmək qalar. Tərəzi yeni əyləncələrə gətirib çıxararkən... Əqrəb Əqrəblə birlikdəsinizsə, sizə lap yazığımız gəldi. Çünki bu əqrəb mütləq bir səbəb tapıb sizi anadan olduğunuza peşman edəcək. Bunu etmək üçün səbəb tapmaq da da çətinlik çəkməz. Çünki səbəb tapa bilməyəndə bunu özü icad edər. Bu qısqanc və dikbaş əqrəbə qarşı ən yaxşı müdafiə üsulu onun haqqında dərhal gözəl sözlər deməkdir. Qısa müddətdə bu bacarığı göstərə bilməsəniz, özünüzə xəstəxanadan uyğun bir xidmət təyin etmək məcburiyyətində qala bilərsiniz. Əqrəblə dolanmağın ən yaxşı yolu onun nə qədər gözəl və ya yaraşıqlı olduğunu söyləyərək aradan çıxmaqdır. Oxatan Oxtaan bürcü insanları hər mövzuda fikir bəyan edən nadir insanlardır. Onların hər mövzuda fikiri var. Bu səbəblə bu insanlardan uzaqda durmaqda saysız fayda var, ən az bildikləri mövzuda belə saatlarla sizə məsləhət verə bilərlər. Əsəb pozan bir şəxsiyyətə sahib olduqlarını bilmədikləri üçün tez-tez döyülərlər. Əgər başınızın ağırmasını istəmirsinizsə, onlardan uzaq durun. Oğlaq Dərə-təpə gəzən bir dəli görsəniz, bilin ki, o oğlaqdır. Azadlığa görə hər şeyi edər. Paraşütdən tullanar, su xizəyi edər, içi timsah dolu bir çayda üzər, dağlara dırmaşar, uzatmayaq, bütün dəliliklər və axmaqlıqlar ondadır. Oğlaqla görüşəndə ediləcək ilk iş təhlükəsizliyini təmin etməkdir. Çünki sizi də alət etmək istəyəcək. Ya başınız qırılacaq ya da bir orqanınız yararsız hala gələcək. Heç bu oğlağın vecinədir? Heç bir zəng edib «Allah şəfa versin» — belə deməz. O özünə yeni dostlar tapmağa çalışar. Tapmaqda da çətinlik çəkməz. Sevgidən danışmadıq… Oğlaqla görüşməyin bir ayağı çuxurda olduğunu deməyə gərək var? Allah oğlaqlarla yaxınlaşanlara və ya görüşənlərə qəza-bəla verməsin. Dolça İntellektual şəxsiyyətləriylə diqqət çəkərlər. Sənət, iqtisadiyyat, siyasət və daha bir çox mövzuda məlumat sahibidirlər və bunu da hər mühitdə göstərmək istəyərlər. Onların ən böyük yanılmaları da budur. Özlərini hər kəsin maraqla dinləyəcəyini sansalar da nifrət və kindən başqa heç nə ilə qarşılanmazlar. Hətta bürcünün dolça olduğunu öyrəndiyi an hər kəs aradan çıxır. O da, bağışlayın, vedrə kimi ortalıqda qalar.  Beynindəki axmaqlıları izah edəcək bir-iki varlıq axtarar, amma tapa bilməz. Bu qədər mənfi xüsusiyyətlərini saydığımız birinə aşiq olursunuzsa, siz də dolçasınız vallah.. Balıq Həmişə xəyal quran bir sevimli axtarırsınızsa, balıq tam sizə görə amma nədənsə bunu söyləməyə cəsarətim çatmır. Çünki bu xəyallar bir müddət sonra sizin üçün darıxdırıcı və hətta dəli edən nöqtəyə gələcək. İşin ən dramatik yanı isə bir gün bu xəyalların reallaşmasını sizdən istəməsidir. Onda gizlənməyə deşik axtarsanız da, çətin taparsınız. Çnki o bir balıq kimi tullanıb sizi tapar. Tamam məntiqsiz və zır dəli biridir, amma sizdən dəftərinizi alacaq qədər də deyil. Balığın sizi tutanda nələr edə biləcəyini isə nə siz soruşun, nə də biz izah edək.
['bürclər', 'burcler haqqinda melumat']
1,332
https://kayzen.az/blog/maraqli-faktlar/17785/d%C3%BCnyan%C4%B1n-%C9%99n-bahal%C4%B1-madd%C9%99l%C9%99ri.html
Dünyanın ən bahalı maddələri
MuSHviG
Maraqlı faktlar
16 yanvar 2015, 13:09
Bəlkə də, bəzilərinin adını belə indiyənə kimi eşitməmisiniz. Amma hamısı hiss etməsək də həyatımızda ciddi bir rol oynayır. Kayzen.az saytı olaraq dünyanın ən bahalı 11 maddəsi  sizlərə təqdim edirik. Siyahıda elə maddələr var ki, qiyməti ilə qızılı belə geridə qoyur ...Zəfəran: Zəfəran yeməklərə qatılan olduqca bahalı bir ədviyyatdır. Bu məhsulun qramı 11 dollardan satılır. Zəfəranın vətəni Cənub-qərb Asiyadır. Becərilməsinə ilk olaraq Yunanıstan ətrafında başlanılmışdır.  Yarım kiloqram zəfəran üçün 80.000 çiçək emal etmək lazımdır. Öz ağırlığının 100.000 qatı olan suyu sarı rəngə boymaq iqtidarındadır. Qızıl: Qızıl bizim üçün çox qiymətli bir material olsa da elm dünyası üçün o qədər də bahalı deyil. Qızılın qramı dünya bazarında 43 dollardan təklif edilir.Rodium: İngilis kimyaçı tərəfindən kəşf edilən rodiumun Yunanca 'qırmızı' mənasını  verir. 1803-ci ildə Viliam Hyde Vollaston tərəfindən palladiumun kəşfinin dərhal ardından tapılmışdır. Hyde Vollaston bu maddəni İngiltərədə işlənməmiş və Cənubi Amerikadan aldığı platini istifadə edərək əldə edtmişdir. Rodiumun qramı 58 dollardır.Kərgədan buynuzu: Bu məhsulun vətəni Vyetnamdır. Gərgədanların buynuzları olduqca qiymətlidir. Kərgədan buynuzunun qramı 110 dollara satılır.Platinyum: Nüvə texnologiyasında istifadə edilən platinyum təhlükəli kimyəvi maddə olaraq bilinir. Məhsulun bir qramının dəyəri 4 min dollardır.Painite: 1950-ci ildə Artur C.D. tərəfindən kəşf edilən bu maddə ləl-cəvahirat xammalı kimi istifadə edilir. Painitenin kimyəvi tərkibi kalsium, sirkonium, bor, alüminium və oksigendən ibarətdir(CaZrAl9O15 (BO3)). Qrami 9 min dollardır.Taaffeite daşı: 1945-ci ildə Edward Taaffe tərəfindən kəşf edilən daş tərkibində sıx olaraq maqnezium ehtiva edir. Daş əsasən ləl-cəvahirat xammalı olaraq da istifadə edilir. Taaffeite daşının qramı 20 min dollardır.Trityum: Hidrogenin ağır radiasiyaya məruz qalmış halı olaraq bilinən trityum işıqlandırma sistemlərində istifadə edilir. Maddənin qramının qiyməti 30 min dollar ətrafında dəyişir.Almaz: Bu elementi hamımız tanıyırıq. Ləl-cəvahirat sektorunun olmazsa olmazı almaz… Almazın qramı beynəlxalq bazarlarda 55 min dollara satılır.Kalifornium 252: Sənaye də istifadə olunan Kalifornium 252 olduqca nadir tapılan bir maddədir. Bu məhsulun qramı 27 milyon dollardır.Anti-maddə: Bu maddənin dünyanın ən bahalı maddəsi olmasının səbəbi yaradılmasının çox çətin olmasıdır. Anti-maddə yaradılarkən ətrafa çoxlu miqdarda radiasiya saçan qamma şüaları da yayır. Anti-maddə yaradılarkən ortaya çıxan enerji olduqca böyükdür. Maddənin kosmik gəmilərində istifadə etdiyi düşünülür. Məhsulun qramının qiyməti 6.25 trilyon dollardır.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Maddə', 'Qamma', 'almaz', 'maqnezium.']
1,333
https://kayzen.az/blog/optimist/17722/valideynl%C9%99r-bu-s%C3%B6zl%C9%99ri-%C3%B6vladlar%C4%B1na-m%C3%BCtl%C9%99q-dem%C9%99lidir.html
Valideynlər bu sözləri övladlarına mütləq deməlidir
Apollon
Hər şey gözəldir
15 yanvar 2015, 18:20
1. «Sənə inanıram» Bir qadının başına gələn hadisə bu mövzu üçün çox gözəl nümunədir. Bir gün qadın 3 yaşlı balaca oğlunu qucağına alıb deyir: «Mən sənə inanıram». Əslində, bir söz bumeranq kimi tezliklə onun özünə qayıdır. Bir gün o, nə qədər axtarsa da  mənzilin açarlarını tapa bilmir. Bundan təngə gələn qadın yorğun halda divana əyləşir ki, eh, nə edim, tapılmır, tapılmasın. Qəfil o, hiss edir ki, kimsə ayaqlarını dartışdırır: «Ana can, sən açarları tapacaqsan. Mən sənə inanıram!» Bu söz sanki anaya yeni ruh verir və ayağa qalxan kimi komodun qapısını qaldırır — Evrika! Açarlar tapıldı. Əlbəttə, «Sənə inanıram!» kəlməsi insanın daxili motivasiyasının yüksəlməsində mühüm rola malik çox sehirli sözdür. 2. «Heç vaxt təslim olma!» Bu ifadədən istifadə etməklə uşağınızı ruhlandırıb vəziyyəti dəyişdirmək imkanına malik ola bilərsiniz. Amma bu fraza ədalı tonda, həm də arxasında nələrin dayandığını izah etməklə balalarınıza çatdırılmalıdır. Bu zaman valideyn vəziyyətdən çıxış yolu axtarmağa öz övladını sövq edəcək. Misal üçün, 3 yaşlı oğlu ilə oyun-tapmaca üzərində baş sındıran ananı nümunə çəkək. Onlar bir yerdə pazlları yığarkən balaca səylə bir pazlı şəkilin uyğun olmayan yerinə yerləşdirmək istəyir və bunu təkrar edir: «Heç vaxt təsim olma! Heç vaxt təslim olma!» Ana ona düzəliş verir: «Sən təslim olmamalısan, amma ola bilər ki, indi sən nəyisə düşgün eləmirsən. Belə olan halda sən dayanmağı bacarmalısan və yeni yol axtarmalı, strategiya hazırlamalısan. Əgər sənin bütün səylərinə baxmayaraq heç nə alınmırsa, ruhdan düşməməli, tamamilə fərqli və yeni yol axtarmalısan ki, arzu etdiyin nəticəyə nail olasan». Uşaqlar təslim olmamağı öyrənməlidirlər, eyni zamanda onlara  yeni yollar axtarmağa meylli olmasını da izah etmək vacibdir. 3. «Yaşadıqca öyrənirik» Sizin övladlarınız anlamalıdırlar ki, çətinliklər və səhvlər — həyatın qaçılmazlarıdır və bu, çox normal haldır.  Valideynlər öz uşaqlarına hər xırda səhvə görə dilxor olmamağı öyrətməyə çalışmalıdılar. Bunu sadəcə onlara məğlubiyyət anlarında xatırlatmaq lazım deyil, həm də çox vacib, həyatları ilə bağlı mühüm qərarlar aldıqları zamanlarda da onların yadına salmaq lazımdır ki, insanlar yaşadıqca həm də öyrənir və hər şeyə görə dilxor olmaq lazım deyil. 4. «Hər bir peşəkar nə vaxtsa şagird olub» Zaman keçdikcə, övladınız bu gün ətrafdakı adamların əksəriyyətinin heç də öz həyat yollarının əvvəlində belə olmadıqlarını dərk etməlidirlər. Qoyun, sizin övladlarınız «Səhv etmək — bu, normal haldır, məğlub olmaq — bu, normal haldır və  mübarizə aparmaq — bu da normal haldır» kimi mühitdə böyüsünlər. Normal olmayan odur ki, uşaq səhv, məğlubiyyət və mübarizənin daim onu təqib etdiyini düşünsün. Övladlarınız bütün bunların öz niyyətlərinə çatması üçün sadəcə bir körpü rolunu oynadığını dərindən anlamalıdırlar. 5. «Məğlubiyyət — bu, seçim deyil» Siz öz uşaqlarınıza bu ifadənin nə məna kəsb etməsini izah etməyə çalışın. Onlara başa salın ki, öz niyyətlərinə çatmaq üçün  istənilən təcrübəni dərs kimi qəbul etmək, həm də bu məğlubiyyətdə «dərslik» üçün yeni imkanlar və yeni yollar görməyi bacarmalıdırlar. Məğlubiyyət heç vaxt seçim deyil. Seçim — bu öyrənmək, böyümək, boy atmaq və tutuduğunu buraxmamaqda inadkar olmaq deməkdir. 6. «Sən hər bir göynəmədə və hər bir sıyrıntıda öyrənməlisən» Hər dəfə övladınız nəyisə düzgün etməyəndə, yaxud xoşagəlməz vəziyyətə düşəndə ondan bu dəfəki təcrübəsi zamanı nə öyrəndiyini soruşun. Onunla bu barədə söhbət etməyə başlayın, onlara izah edin ki, biz hamımız öz səhvlərimizdən  - hər dəfə yıxılan zaman dizlərimzidə açılan sıyrıntılardan, göynəmələrdən öyrənirik. 7. «Sən təhlükəsizlikdəsən. Sən sevgi və qayğı ilə əhatə olunmusan» Öz uşaqlığınızı — təhlükəsizlikdə olduğunuzu, sevgi və qayğı ilə əhatə olunduğunuz çağları xatırlayın. Uşağı əhatə edən bu an sakitlik, istilik, harmoniya yaradır. Əlbəttə ki, uşağın sevgi və qayğı ilə əhatə olunmasını bilməsi özünü təhlükəsizlikdə hiss etməsi üçün çox lazımdır. Bu, onun özünə verdiyi dəyəri artırır, ona güclü və mərd olmasına yardım edir. Hər axşam öz balaca dəyərli varlığınızı yatmağa yola salanda bu sözləri təkrarlamağı unutmayın: «Sən təhlükəsizlikdəsən. Sən sevgi və qayğı ilə əhatə olunmusan». Bu cümləni həssaslıqla, sevgi ilə deyin. Qoyun o yadda saxlasın ki, hətta böyüyəndə belə o, bu hisslərdən məhrum olmayacaq. Bu sözləri ona elə tərzdə çatdırın ki, hətta həyatlarının ən ağır anında — stressli, çətin vəziyyətdə belə bu sözlər onların yadına düşsün.
['valideyn övlad münasibətləri']
1,334
https://kayzen.az/blog/heyvan/17736/inc%C9%99-y%C4%B1rt%C4%B1c%C4%B1.html
İncə yırtıcı
Apollon
Heyvanlar aləmi
15 yanvar 2015, 18:19
Elastik, incə, bədəni, yumru başı, uzun quyruğu və uzun ayaqları bu heyvana xüsusi gözəllik verir. Uzananda da, ayaq üstə duranda da, yeriyəndə də, ov üstünə atılanda da çox incə görünür… Amma şahanə yerişin sahibi, yüngüllük, zəriflik, çeviklik təcəssümü sayılan bu heyvan nə qədər incə olsa da, o, bir yırtıcıdır… Nəsli kəsilmək təhlükəsi ilə üzləşən yırtıcı… Bəli, bu heyvan gözəl, qamətli, şahanə yırtıcı bəbirdir.   O xal nə xaldır, qoşa düzdürmüsən? Bəbir pişikkimilər fəsiləsinə aiddir. Bu fəsiləyə şir, pələng, vaşaq, meşə pişiyi və bizim ev pişikləri də daxildir. Amma bəbir onların bir çoxundan fərqli olaraq, nəsli kəsilməkdə olan yırtıcıdır. Həm də onu pişikkimilər fəsiləsinin ən superpişiyi, insanların dostu da adlandıra bilərik. Nə üçün? Bu barədə bir az sonra… Öncə bəbiri daha yaxından tanıyaq.Əvvəllər bəbiri şir və panteranın hibridi hesab edirdilər: bu heyvanın latınca adı – leopard da bu fərziyyədən yaranıb: leo – latınca şir, pard isə pantera sözünün qədim variantıdır. Bu incə vəhşinin bədəni parlaq və yumşaq xallı xəzlə örtülüdür. Bir bəbirin bədənindəki xallar digərlərinə oxşamır, elə onları da çox zaman xallarına görə ayırırlar. Xəzi başdan-ayağa qara rəngdə olan bəbirləri adətən qara pantera adlandırırlar. Amma əslində onların da dərisi xallıdır, sadəcə xallar o qədər də gözə çarpmır. Qara panteralara ən çox Cənub-Şərqi Asiyada rast gəlinir. Xəzlərinin tünd rəngi qara panteraları sıx kolluqlarda yaxşıca gizlədir. Qara panteralar digər bəbirlərə nisbətən daha aqressivdirlər. Amma öncə Azərbaycanda yaşayan bəbirlər barədə məlumat verək. Yəqin ki, bir çoxlarınız bəbirin yalnız ucu-bucağı görünməyən Afrika savvanalarında, keçilməz Asiya cəngəlliklərində yaşadığını düşünürsünüz. Elə isə agah olun ki, Hirkan meşələrində, Axar-Baxar dağ silsiləsində, Zəngəzur dağlarında da bu gözəl yırtıcı yaşayır. Amma gələcəkdə də yaşayıb-yaşamaycağı onların nə dərəcədə qorunmasından asılı olacaq. Çünki Azərbaycan ərazisində yaşayan bəbirlərin sayı 15 fərddən artıq deyildir. Bugün bəbirlərin, eləcə də nəsli kəsilməkdə olan heyvanların qorunmasında Ümumdünya Təbiəti  Mühafizə Fondunun (WWF) da üzərinə böyük yük düşür.“Quyruğuma yağ çəkərəm…” Azərbaycanda bəbirlərə aid ən qədim tapıntı bizim eradan 400-300 il əvvələ aiddir. Azıx mağarasından tapılan bəbir skeleti bu heyvanın hələ qədimdən Azərbaycanda yaşadığını göstərir. Azərbaycanın bir çox yerlərində, o cümlədən Qobustan və Gəmiqayada rast gəlinən bəbir təsvirləri də bu faktı sübut edir. Bəbir obrazı hələ Orta əsrlərdə də bədii əsərlərdə tez-tez rast gəlinən personajlardandır. Hətta müxtəlif incəsənət sahələrində, o cümlədən xalçaçılıqda bəbir təsvirləri bütün dövrlərdə önəmli yer tutub. Bəs, görəsən, ədəbiyyatımızda, incəsənətimizdə geniş təsvir olunan bu güclü pişiyin xarici görkəmi necədir? Bəbir kifayət qədər iri heyvandır, bədən uzunluğu 120-170 sm, quyruğu 75-110 sm, çəkisi  32-60 kq-a çatır. Bəzən isə 100 kq ağırlığı olan bəbirlərə də rast gəlinir. Adətən erkək fərdlər dişilərdən iri olur. Bəbirin ayaqları uzun olmadığından o, alçaqboylu görünür.  Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını qoruyur. Maraqlıdır ki, quyruğunu itirmiş heyvan kiçik sıçrayışlar belə etməyə qadir deyil. O, çox zərifcəsinə hündür daşların üzərinə sıçrayır, sıçrayışlarının uzunluğuna (5-8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirlər suda da yaxşı üzə bilir.Bəbirin xəzi qısa və sıxdır. Qışda xəzi daha sıx, uzun və parlaq olur. Sarı və ya sarı-kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi, demək olar ki, ağdır. Cavan fərdlərin rəngi daha parlaqdır, onlar, əsasən, boztəhər sarı, bəzən də çirkli ağ rəngdə olurlar.Quyruğu az tüklü olduğundan nazik görünür. Quyruğun hərəkəti yırtıcıların qarşılıqlı münasibətində xüsusi rol oynayır. Bu hərəkətlərə görə heyvanın əhvalı haqqında fikir söyləmək olar. Quyruğun sakitcə yan tərəflərə hərəkəti heyvanın həyacanlandığından və sıçrayışa hazırlaşdığından xəbər verir.Pişiklərin ən mükəmməli Bütün pişikkimilər fəsiləsinin nümayəndələri kimi, bəbirin də uzun, əyri dırnaqları yeriyərkən xüsusi kisələrə yığılır və ona görə də həmişə iti qalır. Bəbir ovunu əvvəlcə dırnaqları, sonra isə dişləri ilə tutur. Bəbir, əsasən, qidasını yerdə ovlayır, lakin bəzən pusquda durmaq və ya dincəlmək üçün ağaclara da asanlıqla dırmaşır. Ovlayarkən yavaş-yavaş şikarına yaxınlaşır və üzərinə tullanaraq onu boğur. Lakin tuta bilmədikdə onu daha izləmir. Şikarı böyük ölçülü olduqda qalıqlarını digər yırtıcı heyvanlardan (kaftar, şir və pələng)  qorumaq üçün ağacda gizlədir. O, öz ölçüsündən 3 dəfə böyük heyvanı sürüyə bilir. Bu zaman adama elə gəlir ki, bəbirin dişləri arasında tutduğu çör-çöp dolu kisədir, dağ keçisi, ya da maral deyil. Ağzında ovunu tutan bəbir 2-3 metr hündürlüyə də asanlıqla tullanır. Bəbir saniyədə 16-18 metr sürətlə qaçır. Boş yerə bir çox alimlər və adlı-sanlı ovçular bəbiri pişiklərin ən mükəmməli hesab etmirlər ki!“Özgənin artığı”na tamah etməyən qürurlu pişik Bəbirlər gecə heyvanlarıdır. Əsasən, əhali məskunlaşan ərazilərə yaxın yerlərdə, tək-tək yaşayır və gecələr ova çıxır. Lakin gündüz, xüsusən də tutqun havalarda da ova çıxması halları qeydə alınmışdır. Bəbirlər istirahətlərindən də qalmırlar. Günün çox hissəsini ağacların budaqları üzərində, qayaların altında və ya otluqların arasında yatmaq və uzanmaqla keçirirlər. Əsasən, antilop, Asiya xallı maralı, cüyür və bəzən də meymunlar, yem qıtlığı zamanı isə gəmiricilər, quşlar, hətta sürünənlərlə də qidalanır. Bəzən ev heyvalarını da aparır (qoyun, qaramal, at və s), çox ac olduqda isə tülkü və canavarları da “menyu”ya daxil edir. Digər bəbirlərin və başqa yırtıcıların da şikarlarını oğurlayır. Adətən bəbirlər ova tək çıxırlar. Nadir hallarda ana bəbiri balaları ilə və ya erkək bəbiri dişi ilə birgə ova çıxmış görmək olar.İri, ac bəbir orta böyüklükdə şikarını iki günə yeyir, amma əgər ac deyilsə, ovu hələ 10 gün ona bəs edir. Bu müddət ərzində şikarı iyləndiyindən bəbir leş də yeyir. Amma onun ovuna başqa bir yırtıcının ağzı dəyərsə, bəbir “özgəsinin artığı”nı dilinə belə vurmur. Qüruru mane olur, yoxsa iyrənir? Bilinmir…Gözdən uzaq, könüldən iraq heyvan Bəbirin qulağı da, gözü də itidir, hətta qatı zülmətdə də yaxşı görür. Kənarları sarı olan iri bəbəkli gözləri var. Özü yaxşı görsə də, özünü görünməz etməyi bacarır. Seyrək meşədə tərpənməz halda uzanan bəbirin yanından onu görmədən də ötüb keçmək olar. Çox vaxt təcrübəli və gözdən iti ovçu belə yoğun ağacın üstündə tərpənməz uzanmış bəbiri görməyə bilər. Çünki bəbir günəş şüaları altında bərq vuran ağacın gövdəsinə ustalıqla sarılır. Təkcə quyruğu superpişiyi ələ verir. Bəbirin çox vaxt yığışdırmağı “unutduğu” quyruğu sallanır, narahat olduqda isə quyruğunun ucu tərpənir. Bəbirlər çox çətin əhliləşirlər. Demək olar ki, onlardan heç vaxt şir, vaşaq, puma kimi əl pişiyi çıxmır. Bəbir azadlıqsevərdir, o, zorakılığa dözmür, incikliyi bağışlamır. Bəbirin insanla münasibəti də maraqlıdır. Bu yırtıcı heyvan insan məskənlərinin yaxınlığında gəzib-dolaşır, bəzən aclıq onu üzəndə, ov tapmayanda ev heyvanlarına da hücum edir. Amma insana hücum etməyən bu qürurlu vəhşi özü çox zaman insanların qurbanına çevrilir. Yalnız bu zaman bəbir xasiyyətinə xilaf çıxaraq insana hücum edir, özü də məhz onu yaralayan insana…Harada yemək, orada bəbir! Bəbirlər qar örtüyü olan və soyuq iqlimli yerlərə uyğunlaşmayıb. Düşmənlərdən gizlənmək və şikarını güdmək üçün bəbirlərə ağaclar, qayalar, sərt yamaclı dərələr lazımdır. Çox vaxt bəbirin yayılma arealı onun qidalandığı heyvanlardan asılı olur. Talış dağlarında onların qidasını cüyürlər, çöl donuzları, tirəndazlar (oxlu kirpi), porsuqlar, Kiçik Qafqazda bunlardan başqa,dağ keçiləri, Naxçıvanda isə həm də dağ qoyunları təşkil edir. Qış aylarında bəbirlər dağların güney yamaclarında qarsız yerlərdə olur, istirahət etmək və şikarını güdmək üçün dərələrin dibində, daşların altında uzanırlar. Bəbirlər oturaq həyat tərzi keçirir. Yalnız gənc heyvanlar ailə dağıldıqdan sonra yeni ərazilər tapmaq üçün uzaqlara gedirlər.Bəbirlərin ailəsi yaşlı dişi fərddən və 2-4 baladan ibarət olur. Balalar 1-1,5 yaşlarında olanda bəbirlərin ailəsi dağılır. Yaşlı tənha bəbirlər yuvadan istifadə etmirlər. Onlar qayaların altında, dağların ətraf yaxşı görünən yerlərində istirahət edirlər.“Azdanışan” bəbirlər eşqə düşəndə... Digər pişikkimilər kimi, cütləşmə dövründə erkək bəbirlərin də nəriltisi ətrafı bürüyür. Amma adi vaxtlarda demək olar, ki bəbirlərin səsi çıxmır, “azdanışandır”. Bəbirlərin yerişi də səssizdir. Pəncələrindəki qalın tük yastığının olması və yeriyərkən öncə barmaqlarını yerə basmaları onların addımlarını səssiz edir.Bəbirlərin cütləşməsi bütün il boyu müşahidə oluna bilər. Amma balaları daha çox yaz aylarında və ya payızın sonunda dünyaya gəlirlər. Cütləşmədə olan dişilər belləri üstdə ağnayır, bellərini əyərək quyruqlarını qaldırır, özünəməxsus səslər çıxarırlar. Bundan başqa, onlar müvəqqəti olaraq qidalanmır və ya az yeyirlər. Bir dişinin arxasında bu dövrlərdə bir-birləri ilə dalaşan və bərk səslər çıxaran erkəkləri görmək mümkündür. Bəbirin boğazlığı 1-3 ay davam edir, adətən 3 bala doğur. Ana bəbir adətən ölmüş balalarını yeyir. Balalar gözləri və qulaq dəlikləri yumulu halda dünyaya gəlirlər. Təzə doğulmuş balaların çəkisi 500-700 q, bədən uzunluqları isə 15 sm olur. 6-9 gündən sonra onların gözləri açılır. 12-15 günlərində balalar sürünməyə və hərdən ayağa qalxmağa başlayırlar. Bir aylığında onlar artıq sürətlə qaçır, qayalara dırmaşır, 35 günlüyündə isə hərəkətləri daha elastiki olur və tullanıb düşürlər. İki aylıq balalar yuvadan çıxıb ətrafda oynayırlar. Bu dövrdə onlar xırda heyvanları – çəyirtkələri, qurbağaları tutmağa çalışırlar. Ana balalarını 3 ay, bəzən isə 5-6 ay südlə bəsləyir. Beş aylıq balalar xırda heyvanları tutmaq üçün kifayət qədər cəld olurlar.Onlar ova gedən analarını müşayiət edir və bütün hərəkətlərində ona oxşamağa çalışırlar. Bəbir balalarının ilk oyuncağı analarının quyruğunun ağ ucu olur. Onu tutmaq üçün balalar saatlarla çalışırlar. Balaların 1-1,5 yaşı olanda analarından ayrılırlar. Erkək balalar 3 yaşında yetkinliyə çatmasına baxmayaraq, ata bəbir onları analarının yanından qovur. Atılmış balalar ilk dövrdə bir yerdə yaşayır və valideyn cütlüyünün izi ilə hərəkət edib onların qida qalıqlarını yeyirlər. Yaşlı bəbirlər ilin böyük hissəsini tək yaşayırlar. Yalnız cütləşmə, hamiləlik dövründə və balalar təzə dünyaya gəldikdə bu yırtıcılar bir yerdə olurlar. Balalar hələ gözü yumulu olduqda ana bəbir adətən erkəyi yanından qovur.Obyektivdə bəbirdir! Bəzən qış sərt keçəndə bəbirlərin kəndlilərin mal-qarasına hücum etməsi barədə məlumatlar dolaşsa da, Qafqaz regionunda 50 bəbirdən 10-15 fərdinin Azərbaycanda yaşadığı iddia edilsə də, onları gözü ilə görən olmamışdı. Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan meşələrində hələ də bəbirlərin yaşadığını sübut etmək üçün işə başlayır. Gizlənməyi məharətlə bacaran bu heyvanın izinə düşmək çox çətin olsa da, axırda nəticə əldə etmək mümkün olur. 2000-ci ildən başlayan ekspedisiyalar nəticəsində alim-ekspertlər bu ayıq heyvanın izlərini tapırlar. Nəhayət ki, 2007-ci ilin fevralında Talış dağlarının şimal ətəklərində quraşdırılan foto-tələlər bu ipə-sapa yatmayan vəhşinin şəklini çəkə bildi. Ümumiyyətlə, Sovet dövründə “kənd təsərrüfatının ziyanvericisi” adlandırılan bəbirlər məhv edilirdi, nəticədə onların sayı kəskin şəkildə azalır. Azərbaycanda onun ovlanması 1967-ci ildən qadağan edilsə də, bu gün nəsli kəsilmək təhlükəsi olan bəbir Azərbaycanın “Qırmızı kitab”ına düşüb. Halbuki bəbir digər iri yırtıcılar kimi, xəstə və yarımcan heyvanları məhv etdiyi, bəzi zərərvericilərin artımını nizamladığı üçün əslində təbiətdə mühüm rol oyanır.Bu gün bəbirin taleyinə 3 amil təsir göstərir: brakonyerlik, meşələrin qırılması və bəbirin əsas yemi sayılan dırnaqlı heyvanların sayının azalması. Bu bəlaların qarşısını isə məhz biz insanlar ala, bəbirləri qoruya bilərik!Elşad Əsgərov, WWF Azərbaycan Nümayəndəliyinin direktoruSevinc Saruxanova, Əlaqələr və Əməkdaşlığın İnkişafı üzrə menecer, WWF Azərbaycan     
['heyvanlar aləmi']
1,335
https://kayzen.az/blog/maraqli-faktlar/17784/teylor-lageri-itirilmi%C5%9F-c%C9%99nn%C9%99t.html
“Teylor Lageri” - İtirilmiş cənnət
MuSHviG
Maraqlı faktlar
15 yanvar 2015, 12:16
Okeanın sahilində yerləşən “Teylor Kamp” adlanan yer siyasətdən, qayda-qanunlardan, etik normalardan kənar bir yaşayış yeridir. Asosial mühiti özündə əks etdirən bu cəmiyyətdə pul, geyim, texnologiyalar heç bir rol oynamır.“Teylor Lageri”nin əsası 1969-cu ildə qoyulub. Həmin dövrdə ABŞ polisi və siyasətinin əlindən təngə gələn şəxslər məhz bu lagerdə özlərinə sığınacaq tapıblar. Evlərini və ailələrini tərk edən insanlar Havayda bərqərar olublar. Sözügedən məkanı real dünya ilə birləşdirən yeganə ortaq cəhət okeanda yerləşdirilən mayak idi.“Biz anti-hərbi hərəkatının üzvləri idik. Berklidə elə zorakı ab-hava var idi ki, Berkli hər an məhv ola bilərdi. Bizim iki seçimimiz var idi: ya əllərimizə silah alıb müharibəyə qoşulmalı idik, ya da şəhəri tərk etməli idik”. – bunu məlum hadisələr zamanı Berklini öz həyat yoldaşı Viktorla tərk edən Sandra Şaub deyir. “Bu səbəbdən biz şəhəri tərk edib Avropaya üz tutmaq qərarına gəldik. Daha sonra isə ağlımıza bir fikir gəldi: Biz ki heç vaxt Havayda olmamışıq. Biz Avropaya da, Asiyaya da, Havay adasına da üz tuta bilərdik. Lənət şeytana, o an yaşadıqlarımız bizə düşünməyə imkan vermirdi”. Evsiz, heç bir siyasi və iqtisadi maraq güdməyən bu insanlara yerləşdikləri ərazidə yaşamaq icazəsi verilmir. Hippi gənclərdən bir neçəsi sərsərilik bəhanəsi ilə polis tərəfindən tutulduqdan sonra isə hər şey dəyişir. Hippilərin heç vaxt ağlına gəlməzdi ki, belə çətin vəziyyətdə onların imdadına məşhur Hollivud simaları çatacaq. Belə ki, bir gün Elizabet Teylor və Hovard Teylor adadakı gəncləri görür və onlarla maraqlanmağa başlayır. Bu tanışlıqdan sonra Teylorlar hippilərə heç bir məvacib ödəmədən adada yaşamaq icazəsi verir. Bu şəkillər Teylor Kampın daimi sakini olan Con Veyrhem tərəfindən lentə alınıb. Conun icazəsi ilə onun fotoalbomu mətbuatda işıq üzü görüb.Sözügedən “möcüzələr diyarı”nda elektrik, kanalizasiya yox idi. Hovard Teylor adaya ilk gəldiyi günlərdə ağac kötüklərindən, bambukdan öz tələbatlarını ödəmək üçün lazım olacaq əşyalar düzəltməyə müvəffəq olur. Daha sonra isə adaya gələn digər ailələrlə birlikdə yaşayış üçün şərait yaradılır. Adanın sakinlərinin sözlərinə görə, onlar öz xəyallarındakı cənnəti öz əlləri ilə bu adada yaradıblar. Burdakı ailələr kobud desək, təbiət hesabına yaşayırlar, ağaclardan yığdıqları meyvələrlə və tutduqları balıqlarla qidalanırlar. İllər ötdükcə “Teylor Lageri”nin sakinlərinin sayı da artmağa başlayır. Dünyanın müxtəlif ölkələrində siyasi qarşıdurmalardan, müharibələrdən, sivilizasiyanın fəsadlarından bezən şəxslər və ailələr məhz bu adaya üz tutur.Hazırda adada çoxsaylı veteranlar, Vyetnam müharibəsindən qaçıb bu adaya sığınan gənclər, anarxistlər və hippilər birlikdə yaşayır. Hər kəs çılpaq və ya yarıçılpaq gəzir. Adaya turist olaraq qonaq gələn şəxslərlə dialoqa demək olar ki, girilmir. Kampusun keçmiş sakini Rozi Rozetal hazırda ESPN-də müxbir vəzifəsində çalışır və Böyük Adanın merinin köməkçisidir. Rozi lagerdə yaşadığı zamanları xatırlayaraq deyir:Biz çılpaq gəzirdik, çünki özümüzü təbiətin övladları kimi hiss etmək istəyirdik. Bunu görən hər kəs elə düşünürdü ki, biz orda hər gün cinsi əlaqədə oluruq. Amma başa düşə bilmədikləri o idi ki, hər gün sənin qarşında çılpaq gəzən qız vaxt keçdikcə sənin bacına çevrilir və sən ona qarşı heç bir şəhvət hissi yaşamırsan. Bizim cəmiyyətimizin əksər nümayəndələri ailəli gənclər idi. Düzdür, sevgililər də var idi, amma bu hansı normal cəmiyyətdə yoxdur ki?” Adanın sakinləri onlara üz tutub sığınacaq istəyən, öz ölkəsindən didərgin düşən hər kəsi qəbul etməyə hazırdırlar. “Biz televizora baxmırdıq. Nəyimizə lazımdır ki? Biz, onsuz da, nə baş verdiyini bilirdik”. – Sandra Şab deyir. “Biz Vyetnam müharibəsinin veteranları ilə birgə yaşayırıq. Adi oğlanlardan onların fərqi bilirsiniz nədədir? Onlar artıq gülümsəməyi bacarmırdırlar. Bizsə, onlara gülməyi bacarmayan balaca uşaq kimi yenidən gülümsəməyi öyrədirdik”.Sakinlər marixuana və digər narkotik, psixoz maddələrin istifadəsi ilə bağlı da açıqlama veriblər: “Kampusda Terri və Debbi bacıları var idi. Onlar hər kəsdən daha çox narkotikə meyilli idilər və hər gün LSD-dən istifadə edirdilər. İndi onlar San Fransiskoda çox normal bir həyat yaşayırlar. Bir hippi xanım da var idi ki, o, təkcə kampus ərazisində olduğu müddətdə 300 dəfədən çox LSD-dən istifadə etmişdi. İndisə vəkil olaraq fəaliyyət göstərir və uğurlu karyera qurub. Təəssüf ki, tez və ya gec hər Şeysona çatır. Çünki hər cənnətin sonunda belə bir qaranlıq məkanın başlanğıcı bizi gözləyir… Hamilton adada bir neçə uşaq böyüdüb. 8 illik ada həyatından sonra “Teylor Lageri” də sona çatır. Yerli sakinlər hippilərin əlindən təngə gəlirlər. Onların burda heç bir məvacib ödəmədən yaşamaları və adanın ən gözəl turistlik ərazisini zəbt etməsi sakinləri boğaza yığır.Antisanitariya, narkotikdən istifadə, səs-küylü partilərin sonu, şikayətlərə baxılması nəticəsində bir sıra tədbirlərin görülməsinə gətirib çıxarır. Hakimiyyət nümayəndələri lageri dağıdır və bu gənclərin bir daha bu əraziyə gəlməməsinə nəzarət edir. Hal-hazırda “cənnət şəhərciyi”nin yerində turistlik zona fəaliyyət göstərir.  Mənbə:www.kult.az
['Turist', 'sivilizasiya', 'marixuana.']
1,336
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17783/siqaret-istifad%C9%99%C3%A7il%C9%99rin%C9%99-qapal%C4%B1-yerl%C9%99rd%C9%99-s%C9%99rb%C9%99stlik-ver%C9%99n-yapon-h%C9%99lli.html
Siqaret istifadəçilərinə qapalı yerlərdə sərbəstlik verən Yapon həlli
MuSHviG
sağlam həyat tərzi
15 yanvar 2015, 11:39
Müasir dövrdə qapalı yerlərdə siqaret çəkmə qadağası siqaret bağımlılarının başlıca problemlərindən biridir. Yeməkdən və ya da çay, qəhvə istehlak etdikdən sonra bağlı sahədə siqaret istifadəçilərinin necə gərginliyə girdikləri gözlərdən qaçmamaqdadır. Bu məhdudiyyətlər, xüsusilə bəzi şəhərlərinin prospekt və küçələrində belə siqaret çəkilməsi qadağan olan Yaponiyada siqaret çəkən vətəndaşlar üçün böyük çətinlik yaradır.Yaponiyada paytaxt Tokiyoya bağlı Setagaya bölgəsində şirin bir restoran bu problemi administratoru Asuka Yamashita sayəsində sadə bir üsulla həll etib. Setagaya bölgəsindəki Niouseva adlı restoranda müştərilər siqaret çəkmək istədiyində «vase of smoking» adını verdikləri xidmət dövrəyə girir. Bu sistem ventilyasiya borusu vasitəsilə tüstünün çıxışını təmin edən geniş ağızlı bir fanustan ibarətdir, lakin siqaret alüdəçiləri tərəfindən çox rəğbət görür. Belə ki, havalandırma çıxışında işləyən əmici gücü yüksək havalandırma mühərrikləri sayəsində istifaçilər ətraf mühitə duman, yada qoxu yaymadan rahat bir şəkildə siqaretlərini çəkə bilirlər. Asuka Yamashita siqaretin insan sağlamlığına zərərli olduğunu vurğulamaqla yanaşı, bu sistem sayəsində heç bir müştərinin azadlığını məhdudlaşdırmaq istəmədiklərini qeyd edir.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Yaponiya', 'siqaret', 'vase of smoking', 'zərər.']
1,337
https://kayzen.az/blog/kitab/17599/u%C5%9Faqlara-oxumaq-h%C9%99v%C9%99sinin-a%C5%9F%C4%B1lanmas%C4%B1.html
Uşaqlara oxumaq həvəsinin aşılanması
Apollon
Kitablar və mütaliə
14 yanvar 2015, 21:02
Jurnalist, filoloq, “Serebryannıy dojd” (“Gümüş yağmur”) radiostansiyasında yayımlanan “Kamennıy qost” (“Daş qonaq”) ədəbiyyat verilişinin müəllifi və aparıcısı, müəllim Leonid Kleyn uşaqlarda mütaliə həvəsinin necə oyadılmalı olduğunu bilir.Mütaliə alışqanlığı zadəganlıq kimi bir şeydir, o ya irsi, ya da şəxsi ola bilər. Doğrudur, şəxsi mütaliə zadəganlığı çox nadir rast olunan haldır.1. Yaxşı müəllim axtarın 20 il məktəbdə dərs demiş bir şəxs kimi mən əminəm ki, şəxsi zadəganlıq yalnız yaxşı ədəbiyyat müəllimi olan yerdə mümkündür. Özü də bu, 5-ci sinifdən gec olmayaraq baş verməlidir. Uşaqlar olduqca erkən yaşlarda formalaşırlar.2. Özünüz də kitab oxuyun Tez-tez valideynlərdən belə şikayətlər eşidirəm ki, uşağa kitab oxumamış kompüterə yaxınlaşmağı da qadağan edirik, televizora da kod qoymuşuq, amma o oxumur ki, oxumur. Soruşuram: “Bəs siz özünüz çox mütaliə edirsiniz?” Cavab olaraq özlərinə haqq qazandırmağa çalışırlar ki, bəs, işimiz çoxdur…Onda uşağa qarşı nə kimi narazılıqlar ola bilər ki? Hər şey ailədən gəlir. Mütaliə – bir növ genetik mədəni koddur. Məcburən siz heç kimə onu yeridə bilməzsiniz, yalnız öz şəxsi təcrübənizlə bölüşə bilərsiniz. Siz özünüz oxumağa başlasanız uşaq da mütləq mütaliə etməyə başlayacaq. Amma söhbət yalnız əsl ədəbiyyatdan gedir. “Ye, dua et, sev” kimi kitabçalar sayılmır. 3. “Köhnə” kitabları yeni yanaşma ilə oxuyun Məsələn, ana belə hesab edir ki, onun yeddiyaşlı uşağı artıq Puşkin nağıllarını oxumaq üçün böyüyüb. Mən Puşkinin nağılları haqqında özümün “Kamennıy qost” verilişimdə danışarkən mənə belə esemeslər gəlir: “Leonid, maşından çıxmaq istəmirəm, verilişi sonunacan dinləmək istəyirəm!”Puşkinin nağılları böyüklər üçündür. Bütün dahiyanə uşaq kitabları çox qabiliyyətli böyüklər tərəfindən yazılıblar. Və bu kitablarda çox əhəmiyyətli şeylərdən danışılır. “Meri Poppins” – valideynlərin öz uşaqlarına sərf etməyə vaxt tapmamaları haqqındadır. Uşaqlıq isə nə zamansa bitəcək. “Düyməcik” – mürəkkəb ailə münasibətlərinin güclü bədii pasyansıdır. “Vinni-Pux” – möhtəşəm xarakterlər yığnağıdır.Biz böyüklərin şüurunda bir dənə də təhlükəli tələ var: “biz bunu məktəbdə keçmişik, bizə yeni nəsə verin”. Bu yaxınlarda mənim bir tanışım məndən xahiş etdi ki, oxumağa bir şey tövsiyə edim. Ona “Anna Karenina”nı təklif etdim. O isə mənə: “Eh, mən orda nə haqda danışıldığını bilirəm. Yeni bir şey istəyirəm” — deyə cavab verdi. Onda belə bir sual yaranır ki, biz mütaliədən nə istəyirik – mürəkkəb yollarla bizim estetik və ekzistensial təcrübəmizə keçəcək estetik həzz, yoxsa əkşn?4. Ən tozlu klassikada da aktuallıq axtarıb tapın Bu çox vacibdir ki, hər bir hekayə qanımıza və sümüyümüzə işləsin. Sizi əmin edirəm ki, adi məktəb proqramı belə onun haqqında düzgün söhbət aparılarsa uşaq üçün məhz aktual olacaqdır. Onun həyatı, onun narahatlıqları, zəmanə və ictimai quruluş, mahiyyət etibarilə dəyişməyən şeylər haqqında – “Yevgeniy Onegin” də, “Zəmanəmizin qəhrəmanı” da, “Ölü canlar” da bu haqdadır.Sadəcə bizim gözlərimiz pərdələnib, şüurumuz məktəb proqramında olan ştamplarla doludur. Heç olmazsa bunları aşmaq üçün mən bu yaxınlarda böyüklər üçün nəzərdə tutulmuş mühazirələr kursu oxumağa başlamışam. Bir növ “Kamennıy qost”, amma oflaynda.5. Müzakirə edin Ümumiyyətlə, əgər siz həqiqətən də uşağınız mütaliə yolunun tutmağını istəyirsinizsə onunla oxuduğu şeylər haqqında danışmaq lazımdır. Həmçinin də keyfiyyətli filmlərə baxıb onları da müzakirə etmək, yanından piyada və ya nəqliyyatla keçdiyiniz bütün mədəni obyekt və abidələr haqqında da danışmaq gərəkdir. Bu çətin deyil, sadəcə onlara diqqət etmək lazımdır.6. Ucadan oxuyun Həqiqi klassik ədəbiyyatı ucadan oxumaq və uşaqla bir yerdə ondan həzz almaq lazımdır, bu zəruridir. Audiokitabları çox tövsiyə edirəm – uşağın nəyisə başa düşməyəcəyindən qorxmayın.7. Şəxsən oxuyun Kitab oxumağı uşağınızın dayəsinə buraxmayın. Siz uşağınıza kitab oxuyarkən ona gözəl şeylər aşılayırsınız. Və gözəl şeylərin bu cür – şəxsi ötürülməsi sizi gələcəkdə bir-birinizə ömür boyu sıx bağlayacaq bir teldir.8. Heç vaxt qısaldılmış nəşrlər oxumayın Bu, üçtəkərli avtomobil almağa bənzəyir. Mətndən, süjetdən məlumat almaq mümkün olsa da heç bir həzz əldə edilmir.9. Say dalınca qaçmayın Bu baxımdan bizim məktəb proqramımız dəhşətlidir. Biz məktəb illərində çox oxuyuruq – amma nə haqda oxuduğumuzu başa düşmürük. Məsələn, mən dərs dediyim beynəlxalq bakalavriat proqramında iki ilə nəzərdə tutulmuş ədəbiyyat kursu cəmi 15 əsərdən ibarətdir.10. Yazmağa cəhd edin Vaxtilə mən özüm Lenin dağlarındakı Pionerlər sarayında bədii dərnəkdə iştirak etmişəm. Bizim çox gözəl şüarımız var idi: “Kiçik yazıçıdan böyük oxucuya”. İnsanlar yazmağı bacarmalıdırlar. Məktublar, esselər, hekayələr. Uşaqlarla bu oyunu oynamaq olar. Nağıllar uydurmaq, onları yazmaq. Sonra isə sənin nağılının Andersenin nağılından nə ilə fərqləndiyini müzakirə etmək olar. “Kommersantъ”dan Aleksey Tarxanov hesab edir ki, müasir uşaqlar üçün kitabı sevmək asan deyil. Lakin ümidini itirmir. Uşaqları kitab oxumağa necə məcbur etmək olar? Bu sualı mən yüzlərlə dəfə eşitmişəm. Burada nə cavab vermək olar? Heç cür! Elə bir yol yoxdur ki, bugünkü uşaqları bizim kimi kitabla yaşamağa məcbur edəsən. Ona görə yox ki, onların nəyisə bizdən əskikdir. Sadəcə bizim onlar qarşısında mühüm üstünlüklərimiz var idi. Bizim böyük həcmdə boş vaxtımız (televizorda “Selskiy ças”a (“Kənd saatı”na) baxası deyildik ki) və böyüklər üçün nəzərdə tutulmuş müxtəlif ədəbiyyatla dop-dolu kitab rəflərimiz var idi.Bir az böyüyəndən sonra məni “Ümumdünya ədəbiyyat kitabxanası” seriyası qıcıqlandırırdı – “Mahabharata”dan tutmuş “Gənc qvardiya”ya qədər iki yüz cild. Hamı onu axtarıb almağa çalışırdı. O, tapılmayan malların ən tapılmayanı idi, mənə isə elə gəlirdi ki, o, mənim zövqlərim nəzərə alınmadan mənim əvəzimə kiminsə tərəfindən yığılmış böyük bir yemək dəstidir. Mən axmaq idim, çünki ədəbi abidələrin bu sırası, yüksək keyfiyyətli kağızdan hazırlanmış superüzlüklərin bu poqon metrləri artıq yetəri qədər oxumuş böyüklər üçün nəzərdə tutulmamışdılar. Sonralar məlum oldu ki, bu, uşaqlar üçün hiylə ilə qoyulmuş tələlər imiş. Onların köməkliyi ilə heç kəs bilmirdi ki, uşaq rəfdən nəyi götürəcək və bütün qaydalara görə ona toxunmalı olmayan hansı əsər onun qəlbinə və şüuruna toxunacaq. Bu, bir növ, geniş bir tor kimi xalq kütlələrinə atılmış tövsiyə olunan ədəbiyyat siyahısı idi.Təəssüflər olsun ki, böyük ev kitabxanaları dövrü kimi bu ənənəyə də son qoyulmuşdur. Heç bir inanılmaz təsadüf sizin uşağınızı rəfdən “Vaqantlar poeziyası”nı, və ya “İsland saqaları”nı və ya, adam deməyə də qorxur, Nekrasovun “Şeirlər”ini götürməyə məcbur edə bilməz.Bu gün mən “Kitabxana”nın üstünlüyünü həm də onun indiki kitablardan çox sadə dərcində görürəm: titulun əllə çəkilmiş şrifti, forzas üzərində bir ornament, bir neçə illüstrasiya. Bir sözlə desək, əylənməli bir şey yox idi. Bu gün uşaqlar üçün kitabları mümkün qədər məzəli tərtib edirlər. Bütün bunlar nəticəsində aldığımız qəliz tərtibatlı və şəkilli cildləri çətinliklə kitab adlandırmaq olar. Bunlar əslində üçölçülü mətnli oyuncaqlardır, onların adət etdiyimiz kağız və kartondan hazırlanması, cildlənməsi isə sadəcə elektron oyuna çevrilməyə qədər növbəti bir mərhələdir. Kağız lüğətlər artıq yox olublar, kağız məlumat kitabçaları məhv olublar, istənilən qəzet və jurnal bu gün internetdədir, Harri Potter haqqında filmlərdəki “Gündəlik peyğəmbər” tək danışır və oxuyur. Onda biz niyə belə hesab etməliyik ki, guya uşaqlar üçün nəzərdə tutulmuş kağız ədəbiyyatını bu cür tale gözləmir?Bunlar əlbəttə ki, heç də sevindirici deyil. Mən sevimli kitablarımın üzlüklərini, kağız və kleyin iyini xatırlayıram. İndiki elektron kitabların iyi isə yoxdur, onların dövriyyəsi hisslərlə bağlı deyil. Kağız kitablarda təsadüfi tapıntıların və xoşbəxt kəşflərin faiz nisbəti qat-qat üstün idi. Sən onu vərəqləyərkən gözünə nə desəydin sataşa bilərdi – internetdə isə gözünün nəyə sataşacağını özün çox yaxşı bilirsən. Belə düşünmək də olmaz ki, guya kağız kitab heç olmazsa qiymətinin hesabına qalib gələcək. Doğrudur, riderlər hələ ki, daha bahadırlar, amma mobil telefonlar da nə vaxtlarsa hamı üçün əlçatan deyildi.Elektron kitabların müasir təkamülünün zirvəsində duran iPad sadəcə yeni elektron cihaz deyil – o, mahiyyət etibarilə müasir uşaq əyləncələr aləminin modelidir. Burada oyun və hava proqnozundan tutmuş filmlərəcən hər şey və əlbəttə ki, istədiyiniz qədər kitab var. Çox yaraşıqlı tərtib olunub: budur, “Alisa möcüzələr aləmində”: yarıkitab, yarıoyun, yarımultfilm. Və bütün bunlardan sonra istəyirsiniz ki, uşaqlar öz-özlərinə şeirlər söyləsinlər? Sözdən şəklə keçmək imkanı, inanın ki, demək olar hər zaman şəkilin xeyrinə reallaşacaq.Bəs nə etməli? Yenə də mübarizə aparmaq. Bizlər – “Dünya ədəbiyyatı kitabxanası”nın getdikcə azalan və yox olan müasirləriyik. Bizlər uşaqlarımızın da onu tanıması üçün bütün gücümüzlə çalışmalıyıq. Sadəcə cildlərin seçimi artıq bizdən asılıdır. Və o, çox məhduddur, çünki əgər sizin özünüz bu kitabı nəfəsiniz dayanacaq dərəcədə sevmirsinizsə uşaqlar heç bir zaman, onlara gizlincə oxumaq üçün qoyduğunuz kitabı sevməyəcəklər. “Bu vacibdir, bunu oxu” sözləri heç bir uşağa təsir etməyəcək, əgər siz özünüz bu kitabı onlara ucadan oxumaq və ən azı dinləyicilər qədər də həzz almağa hazır deyilsiniz. Bir sözlə, heç də hər şey itirilməyib – uşaqlarınız sizi sevirlərsə sizin kitablarınızı da sevəcəklər. Oxumağın faydalılığını və hörmətin həqiqiliyini öyrənmək üçün əla imkandır.Mənbə: kitabdulla.wordpress.com
['uşaqların mütaliə vərdişləri', 'mütaliə etmək']
1,338
https://kayzen.az/blog/anal%C4%B1q/17781/k%C3%B6p%C9%99-%C3%BC%C3%A7%C3%BCn-yem%C9%99k-haz%C4%B1rlayark%C9%99n-diqq%C9%99t-edilm%C9%99si-laz%C4%B1m-olan-t%C3%B6vsiy%C9%99l%C9%99r.html
Körpə üçün yemək hazırlayarkən diqqət edilməsi lazım olan tövsiyələr
MuSHviG
Körpəyə qulluq və analıq
14 yanvar 2015, 18:11
Yeməyin hazırlanması və verilməsi zamanı körpənizin təhlükəsi ilə qarşılaşmamasını təmin etməyə çalışın. ♦ Uşağınız üçün yemək hazırlamamışdan öncə əllərinizi daim yaxşı-yaxşı yuyun. ♦ Uşağınızı yedizdirməmişdən öncə onun əllərinin təmiz olub-olmadığını yoxlayın. ♦ Masaların üstünü təmiz saxlayın və körpənizin yeməyə və ya yemək hazırladığınız masaya yaxınlaşmasına imkan verməyin. ♦ Mətbəx taxtasını tam təmiz saxlayın ♦ Soyuducuda bişmiş və çiy əti üstü örtülmüş şəkildə bir-birindən ayrı və həm də digər ərzaqlardan ayrı saxlayın. ♦ Yeməkdən öncə bütün boşqabları və qaşıqları isti sabunlu su ilə yuyun. ♦ Körpənizin qabağından qalmış yeməkləri saxlamayın və yenidən ona verməyin. Bu, ishal və qusma ilə nəticələnə bilər. ♦ Bişmiş ərzaqları bir dəfədən artıq isitmək olmaz. ♦ Bütün ərzaqları tam bişirin və körpənizə verməmişdən öncə ilıq olana qədər soyudun. ♦ Alma və kök kimi meyvə və tərəvəzləri yuyun və qabığını soyun. ♦ Çiy yumurta və çiy dəniz məhsullarından uzaq durun. Yeməklərin saxlanılması və isidilməsi: ♦ Yeməyi bacardığınız qədər tez soyudun (ideal olaraq, bir-iki saat ərzində) və onu soyuducuya və buz dolabına qoyun. Soyuducuya qoyulmuş yemək iki gün ərzində yeyilməlidir. ♦ Dondurulmuş yeməyi isitməmişdən öncə onun buzunun tam açılmasına əmin olun. Bunun üçün ən təhlükəsiz üsul həmin yeməyi buz dolabından çıxardıb soyuducuya gecə boyu qoymaq və ya mikrodalğalı sobanın “don açma” funksiyasından istifadə etməkdir. ♦ Yeməyi elə qızdırın ki, o tamamilə isti olsun. Körpənizə verməmişdən öncə soyudun. ♦ Yeməyi tez soyutmaq üçün onu hermetik konteynerə yerləşdirin və onu soyuq suyun altında saxlayın və vaxtaşırı qarışdırın ki, qabın içindəki yemək tam soyusun.Mənbə: www.korpem.net
['Yemək', 'soyuducu', 'körpə']
1,339
https://kayzen.az/blog/texnologiya/17780/batmaq-%C3%BC%C3%A7%C3%BCn-yarad%C4%B1lan-g%C9%99mi-rv-flip.html
Batmaq üçün yaradılan gəmi – “RV FLİP”
MuSHviG
Texnologiya
14 yanvar 2015, 14:25
Bildiyimiz kimi gəmilər su üzərində bir şəkildə səyahət etmək üçün, yüklərin və sərnişinlərin etibarlı bir şəkildə daşınması üçün  istifadə edilir. Lakin,  Amerika donanması tərəfindən 50 il əvvəl istehsal edilən “RV FLIP” gəmisi çox maraqlı bir xüsusiyyətə malikdir. Bu gəmi elmi tətqiqatların aparılması məqsədiylə batması üçün hazırlanmışdır.Tərs Gəmi adı ilə də bilinən bu gəmi 1962-ci ildə “Amerika Donanma Ofisi” tərəfindən dəstəklənən və “Scripps Deniz Elmi İnstitutunun Marine Physical Laboratoriyas”ı tərəfindən inşa edilən okean gəmisidir.108 metr uzunluğundakı gəmi qismən batması və 90 dərəcə geriyə doğru meyl etməsi ilə normal gəmilərdən fərqlənir. Gəmi batırıldığında yalnız 17 metrlik arxa hissəsi suyun üzərində dayanır. Gəmi döndüyündə üzmə qabiliyyətinin çox hissəsi səth dalğalarının təsiri ilə deyil, okeanın  dərinliyindəki su axını hesabına təmin edilir.Gəmi dalğa yüksəkliyini, akustik siqnalları, suyun istiliyini, sıxlığını yoxlamaq və meteoroloji məlumatlar toplamaq məqsədi ilə hazırlanmışdır. Səslə əlaqədar cihazların problem yaratmaq riski olduğundan gəminin mühərriki və digər hərəkətverici qüvvələri ixtisar edilmişdir. Bu səbəblə açıq dənizlərə römorkörler köməyi ilə aparılır və sonra açıq dənizdə sərbəst buraxılır.711 ton ağırlığındakı gəmi 11 elm adamı və 5 nəfərlik gəmi ekipajına ev sahibliyi edir. Elm adamları açıq dənizdə həftələrcə elmi tətqiqatlar aparır. Gəmidəki kameralarda 2 qapı var və kameraların içindəki mebellər, yataqlar, mətbəx, hətta tualet belə 90 dərəcə istiqamət dəyişdirə bilir. Bunun nəticəsində gəmi su üzərində olan zaman və ya 90 dərəcə yan dönmüş vəziyyətdə dayandıqda insanlar həyatlarına normal bir şəkildə davam edə bilirlər.Gəminin tam olaraq dönməsi isə 28 dəqiqə davam edir.   Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Ekipaj', 'meteoroloji', 'elmi tətqiqa', 'gəmi.']
1,340
https://kayzen.az/blog/Azerbaycan-kinosu/17463/filml%C9%99ri-toxuyan-rasim-ocaqov.html
Filmləri "toxuyan" Rasim Ocaqov
Apollon
Azərbaycan kinosu
13 yanvar 2015, 20:18
Rasim Ocaqov təbiətcə qaraqabaq, başıaşağı adam idi, fikirli görkəmi vardı.Onu həmişə barmaqlarının arasında siqaret nə isə düşünən görərdin. Özü heç vaxt ünsiyyətə can atmazdı.Amma elə ki, səni tanıdı məmuniyyətlə söhbət edərdi, cana yaxın biri idi.Rasim 1933-cü ildə Şəkidə dünyaya gəlmişdi.  Uşaqlıqdan foto ilə maraqlanmağa başladı.  Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedir. MÜDKİ-nun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alır. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır.Çox filmlərdə operator kimi çalışıb. O cümlədən “Bir cənub şəhərində”, “Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. “Bir cənub şəhərində” filmini kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Ocaqovun filmi hesab edirlər. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edirdilər. “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.  Bir gün Rasim Ocaqov hiss edir ki, onun içində aşıb-daşan yaradıcılıq istəyi kamera ilə kifayətlənmir. Rejissor kimi film çəkmək istəyir. Bu arzu ilə 1977-ci ildə M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirir.İki il kino çəkmək arzusunu həyata keçirə bilməyib, ona film verməyiblər. Bir gün “Azərbaycanfilm”in rəhbəri onu çağırıb və deyib ki, sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan kino üzünə həsrət qalacaqsan. Beləliklə “Qatır Məmməd” filmi Rasim Ocaqova həvalə olunur. Rejissor artıq hazır bir filmi “söküb” yenidən “toxuyur”. Min bir əziyyətlə filmi yenidən ərsəyə gətirir. Moskva baxır və film nümayişə buraxılır.O vaxtdan Rasim Ocaqovun rejissor yolu başlayır. “Onun böyük ürəyi” filmi  Ocaqovun ilk sərbəst işi idi. 1958-ci ildə Bakı kinostudiyasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Filmə baxanda hiss edirsən ki, bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. İnsanların od püskürən soba qarşısındakı gərgin anları, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılıb ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır.Orta məktəbdən tapıb bu filmdə Rəna roluna dəvət etdiyi  Sveta Cavadovaya aşiq olması isə  filmlərə ara verməyinə səbəb olur.  Orta məktəbi qurtaran ərəfədə kinoya çəkilməsi ilə bu aləmin möcüzəliyinə vurulub ondan ayrılmayacağını zənn edən gənc qız özü də bilmirdi ki, gənc rejissor da ona vurulub və onu bu sahəyə gətirdiyi kimi də ayırmağa çalışacaq.Bu sevgi onların evliliyi, Svetanın isə kinoya həmişəlik vida etməsi ilə sonuclanır. Rasim Ocaqov filmlərini çəkməklə məşğul olur və  1990-cı ildən “Ocaq” studiyasını yaradıb öz sevimli işini müstəqil davam etdirməyə başlayır.“Tütək səsi”, “Özgə ömür”, “Park” “Təhminə”,  “Bağlı qapı”, “Həm ticarət, həm ziyarət”,  “Ölsəm, bağışla” filmləri Ocaqovun  yaradıcılığının məhsuludur.Səhhətindəki problemlərdən əziyyət çəksə də onu yıxan siqareti atmırdı. Deyirdi, onun hər qullabı beynimdə yaranan bir süjetdən çıxır.Kinematoqrafçılar İttifaqında işləyəndə isə film çəkmirdi daha. Düşünürdü ki, kimsə, işi olmayan rejissor çəksin, onun artıq işi var və kifayət qədər də film çəkib. Özü deməsə də hamı bilir ki, Hacı İsmayılov, Fəxrəddin Manafov kimi bir çox sənətkarlar  onun aktyor tapıntılarıdır.  İndiyə qədər operator Kənan Məmmədov Rasim Ocaqov məktəbindən bəhrələndiyini deyir. Sonuncu filmi “Otel otağı” oldu. Yenə insan mənəviyyatı, insanın iç dünyası filmin əsasını təşkil etdi. Hər filmin bütöv bir fikir, tutarlı söz olması Rasim Ocaqov yaradıcılığının məğzi idi.Azərbaycanın (1967), Çeçen-İnquş Respublikasının əməkdar incəsənət xadimi (1964), xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) dövlət mükafatları laureatı Rasim Ocaqov 7 iyul 2006-cı ildə 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi. azens.az 
['Rasim Ocaqov', 'rejissor']
1,341
https://kayzen.az/blog/poeziya/17779/s%C9%99m%C9%99d-vur%C4%9Fun-h%C9%99yat-f%C9%99ls%C9%99f%C9%99si-1942.html
Səməd Vurğun- Həyat fəlsəfəsi (1942)
beautiful
Poeziya
13 yanvar 2015, 19:53
Quşlar qatar-qatar ellərdən keçər,  Bəşər nəsil-nəsil dünyadan köçər;  İnsanlıq gah zəhər, gah şərbət içər… Əzəldən belədir hökmü zamanın -  Düyümlü bir sirri var asimanın!  Çarxını qurduqça dövranın əli  Bəzən ağlar olur, bəzən gülməli…  İnsanın ən böyük eşqi, əməli  Bəzən aslan kimi çırpınır darda,  Bəzən də qərq olur fırtınalarda…  Dəyişir səmtini daima sular,  Dəyişir fikirlər, dönür duyğular.  Kainat tutmayır bir yerdə qərar:  — Çarpır sinəsini qayalıqlara-  O gah qışa çıxır, gah da bahara!  Dünya binasını qurandan bəri  Səadət adlanan o gözəl pəri  Gəl! — deyə səsləmiş qərinələri;  Yazıqlar olsun ki, hələ insanlıq  Gəlib qovuşmamış ona bir anlıq.  Ey dünya gözəli, qaçma bəşərdən!  İnsandır ayıran xeyiri şərdən!  Gəl onun eşqini ücüz tutma sən, -  Qəlbi var, hissi var hər məhəbbətin,  Qaralmaz ulduzu əbədiyyatın!…  Ölüm bir iblisdir, həyat bir mələk!  Varlığı izləyir heçlik kölgə tək…  İşıq qaranlıqla pəncələşərək  Yaşatmaq istəyir cahanda bizi,  Günəş salamlayır iradəmizi!   Yamanlıq, yaxşılıq durmuş üz-üzə,  Dilsiz əsrlərdən mirasdır bizə.  Əsir bahar yeli qəlblərimizə,  Lakin arxasınca kəfən geyir qış,  Təbiət varlığa belə qarğamış.   Bir bayram sözü var, bir də ki, matəm,  Nəşə bir aləmdir, qüssə bir aləm.  Həyat öz atını sürür dəmadəm;  Odlar içində də hər bir mənzərə  Yenə qanad verir düşüncələrə!  Yenə də insanın xəyal şəhpəri  Gəzir fəzaları, göy dənizləri.  Sən ey səadətin gözəl pak əməlini,  Uzat yer üzünə hünər əlini!  Zamandır, bəşərin imdadına gəl!  Xəstə bir gözəldir hünərsiz əməl…  Hünər söylədiyim o qüdrətli əl  Bütün kainata qoy qanad gərsin,  Bəşər karvanına o yol göstərsin.  Hünər qanad versin torpağa, daşa,  Dənizlər çatılıb gəlsin baş-başa…  Azadlıq ordusu varsın birbaşa,  Hər zəfər dastanı yadigar olsun,  Ölüm təslim olsun, həyat var olsun!  Dünyaya bir şöhrət yaranmışıq biz,  Günəş çökməmişdir qaranlığa diz.  Qoy ölsün yamanlıq, o xain iblis!…  Yaxşılıq çağırsın hər qəlbin neyi,  Qurtaraq zəncirdən Prometeyi…  Fəlakət qocalmış…qartdır o köpək.  Onun sümükləri tez çürüyəcək…  Səadət — gənclikdir, adı — gələcək!  Onun gözlərində həyat eşqi var-  Var olsun gələcək! Var olsun bahar! 
['Səməd Vurğun', '1942', 'Həyat fəlsəfəsi']
1,342
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/17778/%C9%99n-yax%C5%9F%C4%B1-m%C9%99qal%C9%99-m%C3%BCsabiq%C9%99sinin-qalibl%C9%99ri.html
"Ən yaxşı məqalə" müsabiqəsinin qalibləri
kayzen
kayzen.az saytının rəsmi bloqu
12 yanvar 2015, 22:48
Hörmətli kayzençilər Elan etdiyimiz kimi "Ən yaxşı məqalə" müsabiqəsi 10.01.2015 tarixində tamamlandı. Müsabiqə 1 ay ərzində davam etdi və qaliblərə alsevin.az və stilim.az öz hediyyə kuponlarını təqdim edir. Zəhmət çəkərək yazdığınız orijinal və tərcümə olunanan yazıların içərisindən ən yaxşıları seçmək çətin olsa da, bu işin öhdəsindən gələ bildik ;) Əvvəla hər kəsə, məqalə nəşr edənlərə də, şərh və mikrotopik müəlliflərinə də, sayta daxil olub və yaxud kenardan izləyən, bu yazılara səs verən bütün istifadəçilərə fəallığından ötrü təşəkkür edir və bu fəallığınızı müsabiqəsiz günlərdə də görmək istəyimizi ürəkdən arzulayırıq. Müsabiqəmiz sonuncu deyil davamli olacaqdir. Məqalə və yazılar maraqlı olduqları qədər onları seçmək də çox çətin idi. Bir ay ərzində diqqətlə izlədiyimiz bu yazıların qalibilərini elan edirik. 1-ci yerin və alsevin.az-dan 100 AZN dəyərindəki kuponun sahibi Don_Elnur "Frida Kahlo: Öz gerçəkliyinin rəssamı" məqaləsiylə tutur. 2-ci yerə isə stilim.az-dan 50 AZN dəyərindəki kupona 2 fəal istifadəçinin postların layiq bildik: Pascalın «Müəllim» və MuSHviGin «Bütün zamanların ən maraqlı Yeni il filmləri | Fotolar və Videolar» adlı məqalələridir. Hər iki istifadəçi 50 Azn dəyərində kupon qazanır, Müsabiqəmizdə 2-ci yer üçün 1 qalib nəzərdə tutulsa da iki nəfər mükafatlandırıldı.  "Ən yaxşı mikrobloq"a Ferbaranın müasirləşmək və Gülnarın isə bu mikrotopiki layiq görülmüşdür. "Ən yaxşı şərh"ə isə Murad_Seyfullayevin bu məqaləyə yazdığı şərhi uyğun gördük. Qalibləri bir daha ürəkdən təbrik edir, kayzendə və şəxsi həaytlarında uğurlarının davamlı olmasını diləyirik.  Hədiyyə kuponların almaq üçün qaliblərimiz, zəhmət olmasa, Yanvar ayının 15-dən etibarən mənimləəlaqə saxlasınlar. Bütün suallar və hədiyyələri əldə etmək üçün şəxsi mesaj bölməsinə yaza bilərsiniz.  Hörmətləkayzen.az komandası P.S. alsevin.az və stilim.az-a öz təşəkkürümüzü bildiririk
['rəsmi anons']
1,343
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/16315/toy-ad%C9%99tl%C9%99rinin-tarixi.html
Toy adətlərinin tarixi
Apollon
adət-ənənələr
12 yanvar 2015, 22:04
1. Ağ gəlin paltarı 1499-cu ildə Britanıyalı Anna toya ağ rəngli gəlinlik libası geyməyi dəb saldı. Ondan əvvəl bütün gəlinlər toya yalnız ən gözəl paltarlarını geyirdilər və rəngin heç bir əhəmiiyəti yox idi. 2. Üzük taxılan barmaq Yunanıstanda nişan üzüyünün taxıldığı barmaq şəhadət barmaq idi. Hindistanda isə bu üzüyü baş barmağa taxırdılar. Bəzi Afrika ölkələrində üzüyü orta barmağa taxırdılar. Sonradan yunanların da təsiri ilə qərbdə üzüyü üçüncü barmağa taxmaq dəb halını aldı- üçüncü barmaq ürəyə daha yaxın hesab edilirmiş… 3. Brilliant nişan üzüyü Kral Maksimilian çox sevdiyi Meriyə sevgisinin rəmzi kimi bahalı brilyant üzük bağışladıqdan sonra varlılar arasında toyda brilyant üzük vermək dəbə düşür. 15-ci əsrdə sevgililər şəhəri Venesiyada bu adət populyarlaşdı. Brilyant həm də ən möhkəm daşlardan olduğundan bu sevginin də sarsılmaz olacağına inamın işarəsidir. 4. Toy gülləri Əvvəllər gəlinlər özləri saçlarını güllərlə bəzəyərdilər. Saça taxılan hər gülün öz mənası var idi. Toy bitəndən sonra gəlin və bəyə hər tərəfdən güllər atılırdı. Bu adət orta əsrlər dövründən qalıb. 5. Niyə görə bəyin toydan əvvəl gəlini görməyi «Pis əlamət» sayılır? Əvvəllər qız atasının mülkiyyəti hesab edilirdi və onu özünün razılığı olmadan ərə verirdilər. Onların gələcək ərini də atası seçirdi. Bəzən gözəl olmayan qızı görən bəy gələcək həyat yoldaşını bəyənməyib gəlini elə məbəddəcə qoyub oranı tərk edirdi. Bunun qarşısını almaq üçün toy mərasimlərinə daha bir adət əlavə olundu – bəy toydan əvvəl gəlini görməməlidir. Yoxsa bu pis əlamət ola bilər 6. Toy örtüyü (duvaq) Əvvəllər dünyanın bir çox yerində gəlinlər üzlərinə parlaq rəngli örtüklər örtərdilər və belə fikirləşirdilər ki bu örtük gəlini pis ruhlardan qoruyur. Yunan və Romalı gəlinlər şər ruhları və şeytanı qovmaq üçün sarı və qırmızı (od rəmzi) örtüklər örtərdilər. Hətta iş o yerə gəlibmiş ki bir vaxtlar Romada hamı qırmızı örtüklə gəzirmiş. Avropa ölkələrində isə bəyin gəlini görə bilməməsi üçün bu örtükdən istifadə edirdilər. Nəinki bəy gəlini görə bilmirdi, heç gəlin özü bu örtükdən ətrafı görmürdü! Elə ona görə də atası gəlinin əlindən tutaraq onu bəyin yanına aparırdı. (İndi Avropa gəlinləri örtüklü olmasalar da atanın qızı ilə getməsi hələ də qalır) 7. Niyə görə bəy gəlinin sol tərəfində dayanır? Cəngavərlər dövründən belə düşünürdülər ki, bəy həmişə ona görə gəlinin sol tərəfində dayanır ki, qəfil hücum olarsa bəy dərhal sağ əli ilə və ya qılnıcı ilə onu qoruya bilsin 8. Bal ayı Gəlini «oğurlayandan» sonra bəy onu özü ilə götürüb başqa – heç kimin tanımadığı yerə «gizlənməyə»- toyun dadını çıxarmağa gedirdi. Bu «bal ayı» adlanırdı – yəni hər şey bal kimi şirin olurmuş. Yəhudi adətlərində isə bal ayı toy qonaqlığından sonra gəlin və bəyin birlikdə keçirdiyi ilk həftə sayılır.
['adət ənənələr', 'toy adətləri']
1,344
https://kayzen.az/blog/kino/17777/qeyb%C9%99-%C3%A7%C9%99kilmi%C5%9F-rejissor-sergey-bodrov.html
Qeybə çəkilmiş rejissor - Sergey Bodrov
MuSHviG
Kino
12 yanvar 2015, 17:31
Sergey Sergeyeviç Bodrov 27 sentyabr 1971-ci ildə Moskva şəhərində anadan olmuşdur. 90-cı illərin nəsli “Brat”, “Brat-2”, “Qafqaz əsiri”, “Şərq – Qərb” filmlərindən Sergeyi yaxşı tanıyır. Düzgünlüyünə, dürüstlüyünə, mənəvi həssaslığına və insani keyfiyyətlərinə görə Bodrov çoxlarının yaddaşında əvəzolunmaz “gənclik nümunəsi” olaraq qalıb. Sergey Bodrovun həyat və yaradıcılığı haqqında maraqlı məlumatları sizə təqdim edirik:“Demək olar ki, bütün bu hadisələr mənim həyatımın son 16 ilində baş verib. Düzü, bundan sonra heç nə məni həyəcanlandırmaq iqtidarında olmayıb.  Uşaqlar həyat və onun mahiyyəti haqda çox düşünürlər. Ona görə də, onların başında həyatda gördükləri və dərk edə bildiklərindən daha çox məlumat və sual olur. Daha doğrusu, onların daxili aləmi kənardan göründüyündən daha zəngindir”. Mən balaca olanda, özümü çox ağıllı hesab edirdim. Ən azından, mən özümdən ağıllı bir insanın ola biləcəyini təsəvvür edə bilmirdim. Bu düşüncə Tolstoyun “Uşaqlıq. Yeniyetməlik. Cavanlıq” əsərini oxuduqdan sonra məni tərk etdi. Təxminən elə həmin dövrdə mən kainatın sonsuzluğu haqda təsəvvürlərə malik oldum. Mən onda başa düşdüm ki, yer üzündə milyonlarla “kiçik dünyalar”, “daxili aləmlər” mövcuddur.  Bir dəfə mən dostlarımdan birinin maşınını oğurladım. Amma onunla oynaya bilmədim. Əməlli-başlı mənəvi narahatlıq hiss etməyə başladım. Anam bunu öyrənəndə, mənə məsləhət gördü ki, həmin uşağın valideynlərinə zəng vurum. Utanc hissi məni məhv edirdi, valideynlərə zəng etmək düşüncəsi isə mənə əzab verirdi. Mən bu hissləri yaşayanda başa düşdüm ki, əsl kişi kimi davranmaq çətin olsa da, bunu etmək mənim borcumdur. Və nə qədər çətin olmasından asılı olmayaraq, bu, məni gücləndirir. Tez-tez pionerlər lagerinə gedərdim. Mənim pionerlərə xüsusi rəğbətim var idi. Budəfəki lagerdə bəyaz əlcəklər, qırmızı lentlər zövqümü oxşadı. Amma sonda məlum olanda ki, tədbirin sonunda onları öpmək lazımdır, bu, mənə bir qədər qəribə göründü. Mən o dövrlər müəyyən qədər qəribə idim və özümə kifayət qədər güvənirdim. Oranı da tərk etməyə məcbur olanda dərk etdim ki, sən yaxşı insan olsan da, hər kəsin sevgisini qazana bilməzsən.Məktəb illərində bir dəfə dərsdən sonra dostlarımla məktəbin soyunma otağında oturmuşduq. Yanımızdan aşağı siniflərin müəlliməsi keçəndə, bizim soyunma otağındakı paltarların cibinə girdiyimizi düşündü. Müəllimənin bizi mühakimə etməsi ilə başlayan qalmaqal valideyn yığıncağına qədər gəlib çıxdı. Günahsız olduğumuzu sübut etmək kifayət qədər çətin idi. Çünki valideynlərin belə müəyyən şübhələri var idi. Mən onda dərk etdim ki, hətta sən dünyadakı ən haqlı insan olsan da, bu, digərlərinin sənə inanacağına dəlalət etmir. Məlum oldu ki, öz həqiqətlərin uğrunda mübarizə aparmalısan. Bir dəfə biz bütün siniflə mədəni mübadilə məqsədi ilə Venqriyaya gedəsi olduq. Xaricdəki həyat və insanlar hər kəsi şoka salmışdı. Uşaqlar gecələr səhərə kimi şərab içib, motosiklet sürür, qızlarla gəzintiyə çıxırdılar. Bir gün öz aramızda xarici ölkə vətəndaşları ilə yoldaşlıq zəminində futbol oyunu təşkil etdik. Qızlar, şübhəsiz ki, azarkeşlik etdilər. Və bu çılğın azarkeşlərin önündə hər iki komanda qalib gələ bilmək üçün əlindən gələni etdi. Sonda bizim komanda qalib gəldi. Məhz o gün, mən vətənpərvərlik hissinin nə demək olduğunu dərk etməyə başladım. Gənclik illərində fiziki güc və ədalət anlayışı insanda xüsusi həssaslıq yaradır. Buna görə də, mən məktəbdə oxuyarkən çox sayda dava salır, hər kəslə dalaşırdım. 16 yaşım olanda mən öz sinif yoldaşımın burnunu sındırmışdım.İlk məhəbbətinlə ayrılmaq elə də asan olmur. Mən stol arxasına əyləşib riqqətli zabitin lirik hekayəsini qələmə alana qədər ağır anlar yaşadım. Səhər dörddə hekayənin sonuncu nöqtəsini qoyduqda isə özümü çox rahat və sağlam hiss edirdim. Onda mən başa düşdüm ki, yaradıcılıq böyük qüvvədir”.20 sentyabr 2002-ci il… Növbəti filminin çəkilişinə görə dağlara qalxan çəkiliş heyəti və rejissor Sergey Bodrov. Çəkilişlər əlverişli işıq şəraiti olmadığına görə təxirə salınır və axşam saatlarında çəkiliş heyəti geri dönməyə məcbur olur. Bodrov həmin saatlarda həyat yoldaşına zəng vurur. Uşaqları soruşur və sağollaşarkən deyir: “Uşaqlardan muğayat ol”. Bir neçə dəqiqə sonra isə dağ uçqunu baş verir və Sergey Bodrov da daxil olmaqla  çəkiliş heyəti faciə qurbanına çevrilirlər.  21 sentyabr 2002-ci il hadisə yerinə Sergeyin atası gəlir və oğlunun otel nömrəsinə aparılmasını xahiş edir. Bir gün həmin nömrədə özünə qapandıqdan sonra yenidən Moskvaya qayıdır. Bu xəbər Bodrovun yaxın dostu rejissor Aleksey Balabanova sarsıdıcı zərbə olur. “Mən də öldüm” – deyən Aleksey ömrünün sonuna (son beş ili Bodrov üçün çox darıxırdı) qədər bu əzaba öyrəşə bilmir.120 insanın uçqun altında qalması güman edilsə də, onlardan cəmi 19-nun meyiti tapıldı. Axtarışlar dayandırıldı. Ekspertlərin rəyinə görə, buz qatları 12 il ərzində tam əriyəcək və yalnız bu zaman ərzində cəsədləri tapmağa ümid edilə bilər. Keçən illər ərzində buzlar tam ərisə də, heç bir cəsəd və ya cəsəd qalığı aşkar edilmədi. Cəsədlər palçığa, suya, çirkə qarışdığından onların tapılması artıq gec idi. 2004-cü ildə bir qrup könüllü faciə yerinə gedərək hər hansı bir əlamət tapmağa çalışsalar da, bunların da bir nəticəsi olmadı. Onlar iddia edirdilər ki, dağlarda tunel var və çox mümkündür ki, bu tuneldə insanlar ola bilər. Amma tunellər boş idi… Bu günə qədər inananlar var ki, Bodrov da həmin tunel vasitəsi ilə xilas olub və hələ də hardasa, necəsə yaşayır.Mənbə:Kult.az
['Rejissor', 'senarist', 'ekspert', 'gənclik nümunəsi.']
1,345
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17776/yadda%C5%9F-z%C9%99ifliyinin-s%C9%99b%C9%99bl%C9%99ri-v%C9%99-aradan-qald%C4%B1r%C4%B1lmas%C4%B1-yollar%C4%B1.html
Yaddaş zəifliyinin səbəbləri və aradan qaldırılması yolları
MuSHviG
sağlam həyat tərzi
12 yanvar 2015, 16:58
  Yuxusuzluq   — Bütün gecə yataqda dönüb durandan sonra hamımız özümüzü dəli olmuş kimi hiss edərik. Həftə sonu yuxuya daha çox vaxt ayıracağınızı düşünərək, ya da bir neçə fincan qəhvə içərək bu təsirdən xilas olacağınızı düşünsəniz də uzun müddətli yuxusuzluq yaddaşınıza ciddi mənada təsir edər. Bəzi araşdırmalara görə, yatdığınız zaman beyninizin xatirələri və gündəlik hadisələri yığan qismi bu xatirələri uzun, davamlı yaddaşa keçirməyə başlayır. Bu ilin əvvəllərində edilən bir araşdırma isə, yuxu çatışmazlığının səhv xatirələr meydana gəlməsinə və adamın başını qarışdırmasına səbəb olduğunu ortaya qoymuşdur.   Çoxlu fotoşəkil çəkmək  — Instagram və ya digər sosial media kanalları üçün fotoşəkil çəkmədiyimiz və yoldaşlarımızla paylaşmadığımız günlər yox deyiləcək qədər azdır. Bu fotoşəkillərin xatirələri yığmağa yaxşı gəldiyini söyləyə bilərik, amma həqiqətən elədirmi?   Ən son xoşunuz gələn bir şeyə kamera linzaları istifadə etmədən, yalnız gözlərinizlə nə zaman baxdınız? Fairfield Universitetinin keçən il nəşr etdiyi bir araşdırmaya görə, obyektlərin fotoşəkillərini çəkən insanlar, yalnız baxan insanlara görə detalları xatırlamaqda çox daha çox çətinlik çəkir. Bu nəticə bizə beynin detalları və xatirələri necə tutduğunu və işlədiyini göstərir.     Həddindən artıq spirt istehlakı  -  Birləşmiş Krallıqda edilən bir araşdırmaya görə, orta yaşlarda qazanılan həddindən artıq spirt istehlakı vərdişi yaddaşı zəiflətməyə səbəb olar və irəli yaşlarda yaddaşınızı itirmə riskinizi ciddi mənada yüksəldər.   Araşdırmaçılar orta yaşlardakı insanların 10 illik spirt   istehlak vərdişlərini, spirt istifadə edən və ya çox az istifadə edən insanlar ilə müqayisə etmiş və yaddaş  itkisi nisbətlərinin spirt istehlakıyla yüksəldiyini ortaya çıxarmışdır.     Stress altında olmaq -  Təzyiq altında olduğunuz zaman bədəniniz kortizol deyilən bir hormon ifraz edir. Bu hormon kilo alışı, yüksək qan təzyiqi, ürək xəstəliyi və yaddaş itkisi kimi xəstəliklərlə əlaqələndirilər. Iowa Universitetində edilən bir araşdırmaya görə, həddindən artıq stress beyindəki ünsiyyəti qoparır və yaddaşımızın işlənməsinə mane olur.      Mütəxəssislər yaddaşı gücləndirmək üçün rasiona qızıl balıq, günəbaxan toxumu, çöl mərsini və yağsız ət daxil etməyi tövsiyə edirlər.   Yaxşı bir omeqa 3 yağ turşusu qaynağı olan somon balığı eyni zamanda zülal anbarıdır. Kətan toxumu, qoz, somon balığı, soya paxlası, krevet, və qış balqabağı kimi qidalar da omeqa 3 yağ turşuları ehtiva edir.     Mütəxəssislər günəbaxan tumlarının E vitamini baxımından zəngin olduğu üçün yalnız 30 qramının gündəlik ehtiyacınızın yüzdə 30-unu qarşıladığını söyləyirlər. Ayrıca E vitamininin yaşa bağlı olaraq yaddaşın zəifləməsini azaltmağa köməkçi olduğu ifadə edilir. Digər E vitamini qaynağı yeməklər isə bunlardır: Buğda yağı, quru badam, aspir yağı, fındıq, yer fındığı əzməsi, ispanaq, brokoli kələmi, kivi və manqo.   Bütün mərsin meyvələri sağlamlığa faydalı olduğu kimi, çöl mərsininin də yaddaşı gücləndirməyə təsiri var. Onun tərkibindəki maddələr yaşa bağlı yaddaş zəifliyini əngəlləməyə qadirdir.   Yağsız ət də tərkibində olan dəmirə görə, yaddaşınızı inkişaf etdirməkdə faydalıdır. Ət istehlakının az olması vəziyyətində dəmir əskikliyi beyin funksiyalarına mənfi təsir edər, öyrənmə qabiliyyətini zəiflədər, hətta Alzheimer xəstəliyinin inkişaf riskini artırar.Mənbə:tabloid.az
['Yaddaş', 'təzyiq', 'stress', 'beyin.']
1,346
https://kayzen.az/blog/MASON/17775/c%C9%99nn%C9%99ti-dadmaq-ist%C9%99y%C9%99nl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn.html
Cənnəti dadmaq istəyənlər üçün
MASON
Bloq: MASON
12 yanvar 2015, 09:51
Tanqo sözü latın dilindəki “tangere” sözündən götürülüb. Sözün mənası “toxunuş” deməkdir.  Rəqs kimi təxminən 1890-cı illərdə Uruqvayla Argentinanın sərhədində yerləşən Rio de la Plata ərazisində formalaşıb. Avropa və Afrika mədəniyyətinin vəhdətindən yaranan Tanqo sonradan dünyanan bütün yerlərinə yayılır.Tanqo özündə sevgini, şəhvəti, qüssəni, həyəcanı, ağrını, azadlığı və birgəliyi ehtiva edir. Əbəs yerə demirlər ki, “Tanqo hisslərin rəqsidir”.  Tanqo sevgidir. O, sadəcə rəqs və ardıcıl xareoqrafiya elementlərindən ibarət hərəkətlər toplusu deyil. Tanqo iki ruhun, iki qəlbin, iki bədənin çılğın və məsum söhbətidir. O, improvizasiyadır. Tanqdoda hərəkətlərə, addımlara tabe olmaq mümkün deyil. Tanqoda idarə edən hisslərdir, siz sadəcə onu izləyirsiniz. El Flaco Dany Garcia deyir: “Tanqoda musiqi qulaqlarımdan daxil olur, ürəyimin süzgəcindən keçir və daha sonra ayaqlarımla ətrafa yayılır”. Tanqo həssaslıq və hissərin qovuşmasıdır. Əgər siz onu hiss etməsəniz, onda bu gimnastikadan başqa bir şey olmayacaq.Əsl rəqqas musiqini dinləyir, onu hiss edir. Hərəkətlərin gedişi və ardıcılığı onu maraqlandırmır. Buna görə də onları rəssam adlandırırlar. Onlar rəsmlərini ayaqları ilə çəkirlər.Tanqo həzin və ehtiraslı yerişdir. O, qeyri-mümkünü mümkün edən vasitədir.Əgər kişi partnyor düzgün yeriyirsə onda qadın onun qolları arasında ölür.  Karlos Qavito: “Kim deyir ki, əgər argentinalı deyilsənsə tanqonu oynaya bilməzsən, onlar yanılırlar. Tanqo immiqrant musiqisidir, mədəniyyətlərin kombinasiyasıdır,  onun milliyyəti yoxdur. Passportu isə hisslərdir”Tanqo elə bir möcüzədir ki, onda iki şəxs vahid bir bədən kimi rəqs edir.Eduardo Arkimba: “İnsanlar Tanqonun müxtəlif növləri barədə danışırlar. Amma unudurlar ki, Yer üzündə yalnız bir Tanqo mövcuddur, o, istənilən mühitə və şərtlərə uyğunlaşır”Tanqoda əsas rol kişilərin üzərinə düşür. Rəqsi onlar idarə edir, qadınsa sadəcə onu izləyir. Əsl rəqqas tanqoda qadına şahzadə kimi davranmalıdır. Ümumiyyətlə tanqo eqonu, özünəpərəstişi sevmir. Bu rəqsdə kişi partnyor özünü unudur, musiqidən və ağuşunda əriyən qadının zərifliyindən zövq alır. Tanqonu cilalayan kişidir, ona görə də rəqs zamanı qadının qeyri-profesionallığı o qədər də nəzərə çarpmır.Tanqo emosiya və hisslərin vəhdətindən ibarətdir. Rəqs zamanı gözlər vacib duyğu orqanı kimi öz əhəmiyyətini itirir və başlıca rol ayaqlara, əllərə keçir. Buna görə də görmə qüsuru olan insanlar da bu rəqsin öhdəsindən eyni məharətlə gələ bilərlər. Tanqonn orijinallığı ondadır ki, o kütəyə xitab etmir. Qadınla kişi bu rəqsi özlərinə həsr edirlər, qarşılıqlı təmasdan və hərarətli baxışlardan zövq alaraq bu incəsənət şedevrini əbədiləşdirirlər.Tanqonu ifa etmək üçün professional olmaq şərt deyil. Bunun üçün sevgi, çılğınlıq və emosiya da bəs edər. Hər bir cütlük heç olmasa həyatında bir dəfə də olsa bu duyğuların simfoniyasından həzz almalıdır. Əgər çütlük kimi bir-birinizi sevindirmək, sevginizi göstərmək istəyirsinizsə o zaman rəqs edin. Tanqo bir sevgiliyə bağışlana biləcək ən böyük hədiyyədir. Onun bəxş etdiyi hissləri və dəyəri heç bir əlavə söz, nəvaziş əvəz edə bilməz.Tanqo ruhumuzla yanaşı əsəb sistemimizi də qidalandırır, müalicə edir. Onunla professional məşğul olanlar, Tanqoya peşə kimi deyil, həyat tərzi kimi yanaşırlar. Dünyanın ən məhşur tanqo musiqi ifaçıları və bəstəkarları arasında Karlos Akunya, Nestor Fabian, Karlos Kardel, Xulio Sosanın adını çəkmək olar.Bugünə qədər janrından asılı olmayaraq yüzlərlə filmə romantik tanqo səhnələri əlavə edilib (“Şindlerin siyahısı”, “Zorro maskası”,” Evita”, “Çikaqo” və s.). Lakin “Qadın ətri” filmində Al Paçino dahilik nümayiş etdirib. Şübhəsiz ki, bundan sonra heç bir filmdə onun ifasını təkrarlayacaq növbəti bir şahanə Tanqo epizodu olmayacaq.  Müəllif: Ülkər Qurbanova
['rəqslər', 'mədəniyyət', 'tanqo']
1,347
https://kayzen.az/blog/texnologiya/17774/qara-qutu-black-box.html
Qara Qutu-Black Box
MuSHviG
Texnologiya
11 yanvar 2015, 13:53
Təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Qara qutunun ilk prototipi David Varren tərəfindən yaradılmışdır. Bu ixtiranın əsas yaranış səbəbi isə Davidin atasını 1934-cü ildə baş vermiş Bass Strait təyyarə qəzasında itirməsi olmuşdur.Qara qutu bu qədər möhkəmdirsə, niyə təyyarənin bütün hissələri bu materiallardan hazırlanmır? Təyyarənin havada rahat uça bilməsi, uzaq məsafələrə az yanacaqla gedə bilməsi mümkün olduqca yüngül materialdan hazırlanması ilə əlaqədardır. Bu materiallar daha çox aluminium və plastikdir.Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6-7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir. Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və yenə də dinlənilmişdir. Əvvəllər qutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə yerləşdirilirdi. Bu bölgə təyyarənin ən ağır qismi olduğuna görə düşmə anında ağır hissələr qutuların üstünə düşərək zərər verə bilirdi. Sonralar isə bu qutular təyyarənin quyruq qisminə qoyulmağa başlandı. Əlbəttə, bu təyyarənin quyruq qismindəki oturacaqların daha etibarlı olduğu demək deyil, ancaq bu yer qutuların təyyarənin xarabalığından uzağa düşməsini təmin etməkdədir. Təyyarə qəzalarının səbəbləri müxtəlifdir. Havada bir formada fırlanaraq yerə düşən təyyarələrdə sərnişinlərin sağ qalma ehtimalı yoxdur. Bu səbəblə də təyyarənin hazırlandığı material bu baxımdan vacib deyil. Təyyarə yerə bütün halda çırpılsa da, düşən bir liftdə olduğu kimi yolçular toqquşmanın şiddətindən həyatlarını itirərlər.Təyyarənin içinə maye köpük doldurmaq elektronik alətləri qoruya bilər, ancaq insanların yalnız ölüm səbəblərini dəyişər. Təyyarənin materialını qaraqutu materialından düzəltmək, parçalanmaq və yanğın təhlükələrinin qarşısını alar, ancaq təəssüf ki, bu materialdan düzəldilmiş təyyarə də uça bilməz. Qaraqutuların rəngləri qara deyil, narıncıdır. Bu rəngin seçilməsinin səbəbi xarabalıq içindən daha rahat tapılması üçündür.  
['Dəniz', 'maye', 'təyyarə', 'qəza', 'pilot.']
1,348
https://kayzen.az/blog/sendeme/17773/bunlar-do%C4%9Fru-imi%C5%9F.html
Bunlar doğru imiş
Ferbara
Sən demə
10 yanvar 2015, 12:26
"Şaiyəqıranlar"-ın təcrübədən keçirdiyi 6 şaiyə həqiqət imiş: 1. Hirsli sürücü daha çox yanacaq sərf edər. Bu, uşaq vaxtı valideynlərimizin və müəllimlərimizin bizə təlqin etdiyi boş söhbətlərə çox oxşayır. Müəyyən vaxta qədər ağlımıza batsa da, amma sonralar, yəni, yaşımız artanda anlayırıq ki, bu bizi yalnız səfeh və zərərli vərdişlərdən qorumaq üçün uydurulmuş tam bir cəfəngiyyatdı.Amma yanacaq məsələsi onlardan deyil. Şaiyəqıranlar sakit sürücü və cürbəcür qıcıqlandırıcı, narahatçılıqlarla özündən çıxarılmış sürücünün yanacaq sərfiyyatını (digər şərtlər sabit olmaqla) müqayisə etmişlər. Şaiyənin 100% doğru olduğu təsdiq olundu. 2. Şillə insanın şüurunu aydınlatmağa kömək edir. İsterikayla çırpınan kinoqəhrəmanın necə yaxşı, bərk şapalaqla özünə gətirdiklərini hamı görüb. Amma bizim kimi ağıllı, sağlamdüşüncəli adamlar əlbəttə ki, kinoda gördüklərimizə inanmarıq. Hər halda, təcrübə göstərib ki, sərt zərbə zehni qabiliyyəti yaxşılaşdırır və aydın zəkanı bərpa edir. Ümid edirik ki, bu faktı üzrlü bəhanə kimi vurmada istifadə eləmək heç kəsin ağlına gəlməz. 3. Söyüş ağrıya dözümü artırır. Yaxşı ki, «pis sözləri» deyən Kerinin ağzını görməmək üçün örtmüşdülər. Təəssüf ki, sizə onların məzmununu deyə bilmərik. Amma əmin olun, var gücünüzlə «aay, bu necə də xoş deyil!» qışqırmaqla lazımi effekti almaq olmur. Adi qışqırıq da bir işə yaramır… Odur ki, bu şaiyə təkcə "şiddətli ifadə" həvəskarlarının asan bəraəti deyil. Artıq bu təcrübədə özünü doğruldub. 4. Qorxudan ayaqlar soyuyur. Burda da həqiqət payı var. Bunu sübut eləmək üçün Tori, Qrant və Keri öz kabusları ilə üz-üzə durmaq məcburiyyətində qaldılar. Qrant və Kerinin ayaqlarının temperaturu hiss olunacaq qədər aşağı düşdü, amma bu təcrübədə Toridə heç bir nəticə vermədi. Belə ki, şaiyə «inandırıcı» kateqoriyasına aid edildi. 5. Fillər siçandan qorxur. Bu şaiyənin sayəsində bu məqalə yarandı. Buna heç inana bilmirdik! Bu — dovşanların ovçuları dəhşətli dərəcədə qorxutmağına bərabər sayılır. Amma yenə də, bu nə qədər absurd səslənsə də, heybətli heyvan xırda, zərərsiz gəmiricidən mümkün qədər uzaq durmağa çalışır. Düzdü, fillər isterikaya düşməsərlər də, arxa ayaqları üstdə tullanmasalar da və «Ay aman, kömək eliyin!» qışqırmasalar da onların siçana diqqət yetirmələri faktı inanılmazdı. 6. Ultrasəsli hərəkət sensorunu ağ mələfənin köməyi ilə aldatmaq olar. Yəni, mühafizə avadanlığını öz qarşımızda mələfə tutmaqla ötüb keçə bilərik. Adi mələfə ultrasəsli hərəkət sensorunun buraxdığı səs dalğalarını udmaq qabiliyyətinə malikdi. Hər ehtimala qarşı məsləhətdi ki, mələfədə gözlər üçün iki deşik açasınız. Mənbə: Умный Журнал 
['maraqlı', 'mif', 'şaiyə', 'sən demə']
1,349
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/17772/tan%C4%B1nm%C4%B1%C5%9F-%C5%9F%C9%99xsl%C9%99rin-imzalar%C4%B1.html
Tanınmış şəxslərin imzaları
Don_Elnur
Böyük insanlar,şəxsiyyətlər
10 yanvar 2015, 04:22
Ernesto Che Guevara Uolt Disney Virciniya Volf Motsart Pablo Pikasso Siqmund Freud Martin Luter Kinq Madonna Diego Armando Maradona   Neil Armstronq Kurt Vonnequt Mel Gibson Barak Obama
['imzalar', 'tanınmış şəxslər']
1,350
https://kayzen.az/blog/menecment/17771/u%C4%9Furlu-insanlar%C4%B1-f%C9%99rql%C9%99ndir%C9%99n-45-x%C3%BCsusiyy%C9%99t.html
Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət
MuSHviG
Menecment
10 yanvar 2015, 01:06
1. Başqaları əllərini yanlarına saldığı və təslim olduğu məqamlarda, onlar yeni fürsətlər axtarır və onu tapırlar.2. Digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə çıxarmağı, dərs almağı bacarırlar.3. Onlar düşünülmüş qərarlar qəbul edirlər.4. Digərlərinin nə vaxtsa uğurun onları tapmasını gözlədiyi halda, bu insanlar özləri məqsədyönlü şəkildə və daima uğura gedəcək yol salırlar.5. Onlar da digərləri kimi qorxu hissi yaşayır, lakin bu hissin onlara hakim kəsilməyinə icazə vermir, qorxu onları deyil, onlar qorxunu idarə edir. Qorxu sadəcə ehtiyat deməkdir.6. Onlar düzgün sual verir- bu suallar tam və hər tərəfli cavablandırma tələb edirlər. 7. Onlar şikayətlənmir – bu əlavə güc sərfidir. Onların bütün şikayətləri məhkəmələrə gedir.8. Onlar günahı başqasının üzərinə yıxmır. Onlar öz fəaliyyətlərinə və onun nəticələrinə görə tam məsuliyyəti öz üzərilərinə götürürlər.9. Heç də məcbur deyil ki, onlar fantastik talant sahibi olsun, lakin onlar həmişə mövcud potensiallarını maksimal şəkildə reallaşdırmaq üsulu tapırlar. Onlar həmişə özlərinə qarşı tələbkar olur.10. Onlar məşğul, yaradıcı və punktualdırlar. Hamının bekar gəzdiyi, işsiz dayandığı və sanki işləyirmiş kimi davrandığı yerlərdə və anlarda – onlar həqiqətən işləyirlər.11. Onlar ətraflarına həmfikir olduğu insanları toplayır — vahid və bütünləşmiş komanda qədər başqa heç bir amil qarşıya qoyulmuş məqsədə nail olmağa kömək edə bilməz.12. Onlar şöhrətpərəst olur və həmişə özlərinə belə bir sual verirlər –niyə də mən olmayım? Bu onlara talelərini idarə etmək imkanı verir, onlar hamı kimi sadəcə axına tabe olmurlar.13. Onlar öz həyatlarını necə görmək istədiklərini yaxşı bilirlər və məhz bunun üçün nə lazımsa onu edirlər, digərləri isə öz həyatlarına kənardan sadəcə seyr edici kimi baxırlar.14. Onlar kimisə təqlid etmir, öz yollarını açır, öz üslublarını yaradırlar.15. Onlar heç nəyi təxirə salmır, bu isə o deməkdir ki, onlar həyatlarını nəyi isə gözləyərək keçirmirlər.16. Onlar bütün həyatları boyu öyrənirlər. İstənilən həyat təcrübəsi –bir dərsdir.17. Onlar optimistdirlər, buna görə də hər şeydə fayda görürlər.18. Onlar etməli olduğu idi edirlər, onlar həmin an özlərini necə hiss etməsi heç bir önəm kəsb etmir.19. Onlar riskə gedir –istər psixoloji, istər emosional, istər maliyyə, istər də peşəkar.20. Onlar problemlərdən qaçmır, onlar ilə üz-üzə dayanırlar.21. Onlar ürəklərində arzu tutub, bəxtin onlara güləcəyini və xoşbəxt şansı gözləmir, bu insanlar özləri-öz talelərini qururlar.22. Onlar hadisələri qabaqlamağa çalışır və hər hansı bir hadisə baş verməmiş ona qarşı tədbir görürlər.23. Onlar emosiyalarını idarə etməyi bacarırlar. Onlar da hamının hiss etdiyini duyğuları yaşayır, lakin öz hisslərinin əsirinə çevrilmirlər.24. Bu insanlar kommunikasiya məharətinə sahibdirlər və daima bu bacarığı təkmilləşdirirlər.25. Bu insanların müəyyən həyat planları olur və onlar bu plana riayət edirlər. Onların həyatı səliqəsiz və dağınıq hadisələr yığnağı deyil.26. Onların müstəsnalığı ondadır ki, onlar başqalarının görə bilmədiyi və görmək istəmədiyi şeyləri sanki adi bir vərdiş kimi rahatlıqla edirlər. Bu elə qərarlardır ki, bunu onlardan başqa heç kəs qəbul edə bilməz.27. Əksər insanların komfortdan asılı olduğu halda, uğurlu insanlar bilir ki, polad döyüldükcə bərkiyər və insan xarakteri məhz çətinliklər gördükcə möhkəmlənir.28. Onlar öz dəyərlərini dərk edirlər və bu onlara dəyərli həyat yaşamağa imkan verir.29. Onlar tarazlıq sevəndir. Müvəffəqiyyət və pul, xoşbəxtlik və nailiyyət anlayışlarını qarışdırmırlar. Bir çox problemlər onda yaranır ki, əksər insanlar başa düşmür ki, pul –sadəcə vasitə və alətdir, amma o sənə xoşbəxtlik vermir.30. Onlar nizam intizamın və özünə nəzarətin əhəmiyyətini dərk edirlər.31. Müvəffəqiyyətli insanlar özlərinə əmindir.32. Onlar xeyirxah və səxavətlidir. Onlar başqalarına kömək edəndə bundan zövq alırlar.33. Onlar təvazökardır, səhvlərini qəbul etməyə və üzr istəməyə hazırdır. Onlar öz bacarıqlarına arxayındır, amma buna rəğmən təkəbbürlü deyillər. Onlar digərlərindən öyrənməyi bacarırlar. Onlar başqalarına fərqlən imkanı verdiklərinə görə özlərini xoşbəxt sayırlar və qabağa dartmağı xoşalmırlar.34. Onlar uyğunlaşmağı çox yaxşı bacarır və öz adət və vərdişlərinin qulu olmurlar.35. Onlar özlərini yaxşı fiziki formada saxlayır, lakin öz vücudlarına həddindən artıq aludə deyillər.36. Onlar çox işgüzardırlar. Daima səy və əzmlə çalışırlar.37. Onlar çox elastikdirlər. Başqasını sadəcə partlayacağı bir yerdə, onlar qızınmağa müyəssər olurlar.38. Onlar qapalı deyil və insanlar üçün açıqdırlar.39. Onlar xoşagəlməz, nadürüst və natəmiz insanlar ilə ünsiyyətə girmirlər.40. Onlar güclərini və vaxtları özləri üçün gərəksiz olan şeylərə sərf etmirlər.41. Onlar axına qarşı üzməyə və sıradan kənar, qeyri adi bir görməyə olduqca şaddırlar.42. Onlar həmişə özlərini “balıq suda olduğu” kimi hiss edirlər.43. Onların özləri üçün müəyyən etdiyi zirvə nöqtəsi həmişə digərlərindən daha hündür olur.44. Onlar vaxtlarını özlərinə bəraət və ya uğursuzluqlarına haqq qazandırmağa sərf etmirlər.45. Onlar həmişə pozitiv əhval-ruhiyyədir və heç vaxt təslim olmurlar.Mənbə:tabloid.az
['Uğur', 'pozitiv əhval-ruhiyyə', 'məsuliyyət.']
1,351
https://kayzen.az/blog/kulturologiya/17770/avropada-saxlan%C4%B1lan-az%C9%99rbaycanl%C4%B1-s%C9%99n%C9%99tkarlar-t%C9%99r%C9%99find%C9%99n-yarad%C4%B1lm%C4%B1%C5%9F-s%C9%99n%C9%99t-n%C3%BCmun%C9%99l%C9%99ri.html
Avropada saxlanılan Azərbaycanlı sənətkarlar tərəfindən yaradılmış sənət nümunələri
MuSHviG
Kulturologiya (mədəniyyətşünaslıq)
9 yanvar 2015, 10:05
Azərbaycanlı sənətkarlar tərəfindən müxtəlif dövrlərdə yaradılan bir çox nadir sənət nümunələri hal-hazırda dünyanın bir çox ölkələrində muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”, Vaşinqtonun “Metropoliten”, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.Tarix dərsliklərində bunların ən məşhurları haqda yazılıb. Məsələn, Londonun “Viktoriya və Albert” muzeyində saxlanılan 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş Şeyx Səfi xalçası, Parisin “Luvr” muzeyində saxlanılan bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab, Nyu Yorkun “Metropoliten” muzeyində saxlanılan Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII əsrə aid edilən zərgərlik nümunələrini xüsusi olaraq qeyd etmək olar. Bu yazıda isə Azərbaycan sənətkarları tərəfindən müxtəlif dövrlərdə yaradılmış və hal-hazırda Almaniyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarında saxlanılan nadir sənət əsərlərindən bəhs edəcəyik. Bu sənət əsərlərindən ən dəyərliləri Almaniyanın Berlin, Bonn, Drezden, Münhen və Braunşveyq şəhərlərindəki muzeylərdədir. Almaniya muzeylərində Azərbaycanın qədim dövr və orta əsrlərə aid əsərləri, xüsusilə çoxdur. Bu da səbəbsiz deyil. Məlumdur ki, hələ XIX yüzilliyin axırlarında bir qrup alman mütəxəssisi Gədəbəy, Daşkəsən, Qarabağ və Göygöl bölgələrində arxeoloji qazıntılar aparıblar. Əldə etdikləri sənət əsərlərinin bir hissəsini isə Almaniyaya göndəriblər.  Düzdür, o vaxt Almaniyadan Azərbaycana gələn insanlar görkəmli arxeoloq və sənətşünaslar olmasalar da, xeyli tarixi abidələr aşkar edə biliblər. Bu insanlar Gədəbəydəki “Siemens” qardaşlarına məxsus mis mədənlərində çalışsalar da, aşkar etdikləri abidələr üzərində elmi araşdırmalar aparmağa da imkan tapıblar. Emil Reslerin, Yakov Humelin, Rozendorfun rus alimi, knyaz A. Bobrinskiyə və Voldemar Belkinin məşhur alman antropoloqu Rudolf Virxova yazdıqları məktublarda onların bu sahəyə çox ciddi yanaşdıqları hiss olunur. Rudolf Virxovun şəxsi kolleksiyasında saxlanılan Azərbaycandan gətirilmiş sənət əsərləri onun ölümündən sonra Kral Etnologiya Muzeyinə təhvil verilib. Həmin sənət əsərlərinin əksəriyyətini qədim dövrə aid edilən keramika və metal məmulatları təşkil edir. Kral Etnologiya Muzeyinə təhvil verilən əsərlər arasında Tunc dövrünə adi bürünc quş, maral fiqurları, üzəri cızma və oyma rəsmli kəmər hissələri xüsusilə diqqəti cəlb edir.Azərbaycan ərazisində qazıntı işləri zamanı əldə edilmiş bu abidələr göstərir ki, onlar qədim dövr Azərbaycan tarixini və incəsənətini işıqlandıra biləcək mühüm əhəmiyyətə malik olan materiallardır. Rudolf Virxovun 1883-cü ildə Berlində nəşr etdirdiyi kitabında Azərbaycan haqqında xeyli məlumata rast gəlinir. Almaniya muzeylərində saxlanan sənət əsərlərimiz içərisində ən ciddi eksponatlardan biri hazırda Drezdendə Astronomiya Muzeyinin riyaziyyat-fizika salonunda nümayiş etdirilən Marağa rəsədxanasının bürünc ulduz qlobusunu xüsusi qeyd etmək lazımdır. Qlobus 1272-ci ildə Məhəmməd ibn Mavəyyid əl Urdi tərəfindən düzəldilib. Sözünü etdiyimiz qlobus qədimliyinə görə dünyada ikincidir. İlk qlobus 1225-ci ildə Misirdə düzəldilib. Həmin qlobus hazırda Vatikanda Kardinal Borciyanın kolleksiyasında saxlanılır. Drezdendə saxlanılan qlobus astronomiya, riyaziyyat və fəlsəfə əsərlərinin müəllifi Məhəmməd Nəsirəddin Tusinin sifarişi ilə Marağa rəsədxanası üçün düzəldilib. Qlobusun üzərində ulduzlar müəyyən qruplara bölünüb. Hər qrupun özünə məxsus adları var. Həmin adların əksəriyyəti ya heyvan, ya da əfsanəvi qəhrəmanların adlarıdır. Dörd ayaq üzərində qurulan və elə də böyük olmayan qlobusun diametri 14.1 santimetr, çəkisi isə bir kiloqrama yaxındır. Bundan başqa, qlobusun fırlanma oxunu saxlamaq üçün daha bir dayağı var. O, nisbətən, qısadır. Dayaqlar üfüqi taxta dairə üzərində yerləşdirilib.   Qlobus  əsas dörd ayağa keçirilmiş yastı dairəvi qövslərlə əlaqələndirilib. Kürə biri digərindən ayrıla bilən iki yarımkürədən ibarətdir. Onların üzərində bütün bürclər və ulduzlar cızılıb. Bütün cızıqlar, dərinliklər sonradan qızıl və gümüşlə doldurulub. Qlobusun səthində Böyük ayı və Kiçik ayı bürcləri arasında bu sözlər yazılıb: “Bunu hazırlayan Məhəmməd ibn Mavəyyid əl Urdidir”. Öz dövründə kifayət qədər tanınan Məhəmməd ibn Mavəyyid əl Urdi, Nəsirəddin Tusinin dəvəti ilə Marağaya gəlir və astronomiya cihazları düzəltməklə məşğul olur. O, Tusi ilə birlikdə rəsədxananın inşaat işlərinin layihəsini tərtib edir.Hazırda Azərbaycana məxsus bir çox toxuculuq və xalçaçılıq nümunələri də Almaniya muzeylərində saxlanılır. Bunlar içərisində bədii tərtibatına görə diqqəti cəlb edən XIV yüzilliyə aid ipək parça xüsusi maraq doğurur. Almaniyanın Braunşveyq şəhərindəki Hersoq Anton Ulrix adına  muzeydə nümayiş etdirilən bu parça Amerika sənətşünası Artur Poupun da diqqət mərkəzində olub. Hətta alim onun haqda yazılar da dərc etdirib. Haqqında danışdığımız ipək parça üzərində qızıl, gümüş saplarla toxunmuş bir-birinin ardınca təkrar olunan tovuzquşu rəsmləri təsvir edilib. Tovuzquşu rəsmləri horizontal vəziyyətdə və qanadları açıq vəziyyətdə təsvir olunaraq parça üzərində yeknəsəqliyi pozaraq çox gözəl ritmik hərəkət yaradır. Qeyd edim ki, tovuzquşu rəsmləri keçmişdə Azərbaycanda geniş yayılmış rəsm ünsürlərindən biridir. O dövrdə tovuzquşunun təsvirinə nəinki parça üzərində, hətta daş, metal və keramika üzərində də tez-tez rast gəlmək olur. Tovuzquşu qədimdə günəş və od tanrısı kimi ilahi bir məna daşıyıb. Əsrlər keçdikcə tovuzquşu rəsmləri öz keçmiş mənasını itirib. Nəhayət, sadələşərək şərq aləmində ən geniş yayılmış “buta” ornamentinə çevrilib. Tovuzquşu rəsmlərinin türkdilli xalqlarda başlıca ornament motivi olduğunu hələ XII yüzildə Nizami Gəncəvi də qeyd edib. O, “İsgəndərnamə” poemasında Nüşabənin Bərdədəki sarayını təsvir edərkən bir neçə dəfə ipək parçalar üzərində salınmış tovuzquşu rəsmlərindən bəhs edir. Almaniya muzeylərində və şəxsi kolleksiyalarında toxuculuq sənətinin ən kütləvi növü sayılan xalılar da saxlanılır. Əgər Avropa ölkələri içərisində Azərbaycan xalçalarının bədii və texnoloji xüsusiyyətlərini dəqiq öyrənib onu müasir sənayedə istifadə edə bilən ölkə varsa, o da Almaniyadır. Ötən əsrin 20-30-cu illərində bu ölkədə dərc olunan xalça sənətinə həsr edilən kitablara nəzər yetirəndə oradakı materialların bir çoxunun Azərbaycan xalçalarına aid olduğunu görərik. Bu kitablarda alman xarakterinə xas olan bir dəqiqliklə xalçalarımızın bədii və texnoloji xüsusiyyətləri, onların toxunduğu yer və s. haqda ətraflı məlumat verilir. Hazırda Berlin, Bonn, Münhen, Köln, Düsseldorf, Frankfurt Mayn, Manheym və başqa şəhərlərdə yerləşən muzeylərdə, şəxsi kolleksiyalarda onlarla Azərbaycan xalça sənət nümunələri saxlanılır. Tarix etibarı ilə dünya  muzeylərində saxlanılan ən qədim Azərbaycan xalçalarından biri “Əjdahalı” Qazax xalçası hesab olunur. XV yüzilliyə adi edilən bu xalı Berlin İncəsənət Muzeyinin şərq bölməsində nümayiş etdirilir. Simurqla əjdahanın döyüşü təsvir olunan xalıda iki dəfə bir-birini təkrar edən süjetli kompozisiya yerləşir. Deyilənə görə, xalı 1896-cı ildə Romada bir antik mallar satıcısından alınıb. Onun XV əsrə adi olmasını həmin ərəfədə yaşamış italyan rəssamlar Domeniko Moreno və Domeniko de Bartolun əsərlərində əks etdirilməsi də təsdiq edir. Önəmli xalçalarımızdan biri də Münhen şəhərindəki xalı salonunda nümayiş etdirilən uzunluğu 0.95 santimetr, eni 0.72 santimetr ölçüdə olan kiçik bir xalıdır. Xalçanın yanındakı etiketdə onun 1600-cü ildə Qarabağda toxunduğu qeyd olunub. Bu xalçanın əsas orijinal xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun üzərində biz XVI-XVII yüzilliklərdə Təbriz xalçalarında tez-tez təsadüf olunan süjetə, yəni ovçuluq səhnəsinə rast gəlirik. Xalçanın enli ara sahəsində hündür sərv ağacı, onun da ətrafında simmetriya əsasında yerləşdirilmiş iki “qızılbaş” zadəgan fiqurları təsvir olunub. Ornamental kətəbə arasına alınmış bu təsvirlərdən xeyli aralı xalçanın yuxarı, aşağı və yan hissələrindən dörd dəfə eynilə təkrar olunan başqa bir süjet də var. Burda at belində oturmuş gənc, onun sağ və sol tərəfində isə hər an sıçramağa hazır vəziyyətdə dayanmış pələng təsvirləri verilib. Orijinallıq baxımından yenə Münhen şəhərində bir şəxsi kolleksiyada saxlanılan “Damgalı” adlı XVIII yüzillikdə Qazaxda toxunan xalını da vurğulamaq lazımdır. Eni 168 sm, uzunluğu 235 sm olan xalı hər zaman tədqiqatçıların diqqət mərkəzində olub. O, bir neçə dəfə “Şərq xalçaları” adlı albomda dərc olunub. Qeyd edilməli olan daha bir sənət nümunəsi isə hazırda Almaniyanın Düsseldorf şəhər muzeyində saxlanılan 1800-ci il Suraxanı xalısıdır. Ölçüsü 147x340 sm olan xalça dörd paxlavavari kətəbəyə bölünmüş iri ara sahədən və nazik haşiyədən ibarətdir. Ara sahənin rəngi və bəzək quruluşu ənənəvi xarakter daşıyır. Onun qızılı rəngli yerliyi üzərində kiçik həcmli stilizə edilmiş çoxlu gül-çiçək rəsmi, qoç, quş, fiquru təsvir olunub.Qədim sənətkarlıq nümunələri ilə yanaşı, Almaniyada müasir Azərbaycan sənətkarların da əsərləri saxlanılır. Həmin sənətkarların böyük qismi elə Almaniyada yaşayır. Onlardan biri də Əşrəf Heybətovdur. Rəssam 1951-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbində təhsil alıb. Daha sonra 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun sənaye dizaynı fakültəsini bitirib. 1995-ci ildən Almaniyada  yaşayan Əşrəf Heybətov fəal yaradıcılıqla məşğuldur. Onun Berlində yüzə yaxın kitab, jurnal illüstrasiyaları, boyakarlıq tabloları, hətta monumental dekorativ lövhələri yer alıb. Əsərləri Almaniyanın Bonn Universitetində və Türkologiya institutunda saxlanılır.Mənbə:kult.az
['Tablo', 'sənətkarlıq nümunələri', 'süjetli kompozisiya', 'Şeyx Səfi xalçası.']
1,352
https://kayzen.az/blog/futbol/17768/avropan%C4%B1n-m%C9%99%C5%9Fhur-futbol-klublar%C4%B1-%C9%99v%C9%99z-olunmaz-hey%C9%99tl%C9%99ri-il%C9%99.html
Avropanın məşhur futbol klubları əvəz olunmaz heyətləri ilə
MuSHviG
Futbol
9 yanvar 2015, 09:23
Real Madrid CF — Qurulma tarixi: 6 mart 1902-ci il. FC Barcelona - Qurulma tarixi: 29 noyabr 1899-cu il. Manchester United FC - Qurulma tarixi: 5 mart 1878-ci il. Arsenal - - Qurulma tarixi: 16 dekabr 1899-cu il. Juventus FC -  Qurulma tarixi: 1 noyabr 1897-ci il.   AC Milan - Qurulma tarixi: 16 dekabr 1899-cu il.   FC Bayern Münih - Qurulma tarixi: 27 fevral 1900-cü il. FC Porto - Qurulma tarixi: 28 sentyabr 1893-cü il. AFC Ajax - Qurulma tarixi: 18 mart 1900-cü il. Galatasaray SK - Qurulma tarixi: 1 oktyabr 1905-ci il. Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Real Madrid CF', 'FC Barcelona', 'AC Milan', 'Galatasaray SK.']
1,353
https://kayzen.az/blog/ginekologiya/16755/spiral-haqq%C4%B1nda-bilm%C9%99dikl%C9%99riniz.html
"Spiral" haqqında bilmədikləriniz
Apollon
ginekologiya
8 yanvar 2015, 19:54
Bir çox qadınlar məhz bu kontrasepsiya (hamiləlikdən qorunma) üsulunu seçir.Uşaqlıq daxili vasitənin (tibbdə «spiral» belə adlandırılır) bəzi üstünlükləri və zəif tərəfləri var ki, onlar haqqında hər bir qadının xəbəri olmalıdır. — İlk növbədə «spiral» yalnız sağlam qadına qoyula bilər. Cinsiyyət sistemi iltihabları, infeksiyaları, uşaqlıq boynu eroziyası, uşaqlıq və uşaqlıq boynu xərçəngi, uşaqlıq boynu travmalar və patologiyaları və s. «spiral»ın qoyulması üçün əks-göstərişdir. Bu səbəbdən «spiral» qoyduqdan əvvəl qadın mütləq ginekoloqun müayinəsindən keçməlidir, lazım olduqda bəzi analizlər (infeksiyalar, sitoloji analiz) verməlidir. — Uşaqlıq daxili «spiral» 100% hallarda hamiləlikdən qorumur. Statistikaya əsasən, «spiral»ı olan təxminən 1% qadınlarda hamiləlik baş tuta bilər. Bir çox hallarda bu uşaqlıqdan kənar hamiləlik olur (embrion uşaqlıq boşluğuna deyil, uşaqlıq borusunun divarına, qarın boşluğuna implantasiya edir). Lakin bəzən bu tam normal hamiləlik də ola bilər (məsələn, «spiral» yerini dəyişdikdə). — Düzgün qoyulmuş «spiral» nə qadın, nə də bu qadınla cinsi əlaqədə olan kişi tərəfindən hiss olunmur. Uşaqlıq yolunda yad cisim hiss etdikdə, qadın mütləq ginekoloqa müraciət etməlidir. Bu «spiral»ın yerinin dəyişməsinin və ya düşməsinin əlaməti ola bilər. — Təxminən 5-7% hallarda «spiral» düşə bilər. Adətən bu ilk 1-ci il ərzində və  menstruasiya zamanı baş verir. Bəzi qadınlar «spiral»ın düşməsini hiss etmir. — «Spiral» heç bir dərman preparatların qəbulu və tibbi manipulyasiyaların (müayinələr, əməliyyatlar) həyata keçirilməsi üçün əks-göstəriş deyil. — Bəzən «spiral» menstruasiya müddətin uzanmasına və menstruasiya qanaxmaların çoxalmasına, menstruasiyalar arası qanaxmalara səbəb olur. Adətən bu ilk aylarda belə olur. Daha sonra vəziyyət düzəlir. Tərkibində hormonlar olan «spiral»lar bir neçə menstrual dövr ərzində menstruasiyaların yox olmasına səbəb ola bilər. Bu halda mütləq ginekoloqa müraciət etmək lazımdır. — «Spiral»ın təsiri ondan ibarətdir ki, «spiral» spermatozoidləri uşaqlığın daxilinə buraxmır. Lakin bəzən spermatozoidlər uşaqlığın daxilinə keçir və mayalanma baş verir. Bu halda «spiral» mayalanmış yumurta hüceyrəsinə uşaqlığın divarlarına implantasiya etmək mane olur. Nəticədə mayalanmış yumurta hüceyrəsi məhv olur. Bu isə abortdur. Bu səbəbdən İslamda bu kontraseptiv üsulu birmənali qəbul edilmir. — «Spiral» qadın orqanizmində 3-5 il ərzində (bəziləri 7-10 il ərzində) qala bilər. Daha sonra «spiral» çıxarılmalı, 1-2 menstrual dövr ərzində qadın «dincəlməli», lazım olduqda müalicə almalıdır. Daha sonra isə «spiral» yenidən qoyula bilər. — «Spiral»ı olan qadın 1 ildə 2 dəfə olmaqla ginekoloqun müayinəsindən keçməlidir. Bu çox vacibdir. — «Spiral»ın qoyulmasından sonra qadın qarının aşağı hissədində sızıldayan və ya tutmaşəkilli ağrılar hiss edə bilər. Qadın bu ağrılara dözməməlidir və mütləq ginekoloqa müraciət etməlidir. Belə ağrıların səbəbi «spiral»ın düzgün qoyulmaması və ya uşaqlığın həssaslığı ola bilər. — «Spiral» menstruasiya zamanı (menstruasiyanın ilk günlərində) qoyulur. Bu zaman uşaqlıq boynu açıq olur və «spiral»ın qoyulması asanlaşır. — «Spiral» abortdan dərhal və bir neçə həftə sonra qoyula bilər. Doğuşdan sonra «spiral»  ilk menstruasiya zamanı qoyula bilər. Laktasiya (uşağın əmizdirilməsi) «spiral»ın qoyulması üçün əks-göstəriş deyil. — «Spiral»ın qoyulması müəyyən dözülən ağrılarla müşayiət oluna bilər. — «Spiral» qoyulduqdan sonra 4-5 gün ərzində qadın cinsi əlaqələrdən imtina etməli, uşaqlıq yolunu dərin yumamalı, tamponlardan istifadə etməməli, vanna qəbul etməməli (duş qəbul etmək olar), ağır fiziki işlərlə və idmanla məşğul olmamalıdır. — «Spiral» istənilən vaxt menstruasiya zamanı xaric oluna bilər. Bunu yalnız həkim etməlidir. saglamolun.az 
['ginekologiya', 'spiral']
1,354
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17766/s%C9%99rt-q%C4%B1%C5%9F-g%C3%BCnl%C9%99rind%C9%99-sa%C4%9Flaml%C4%B1%C4%9F%C4%B1m%C4%B1z%C4%B1-nec%C9%99-qorumal%C4%B1y%C4%B1q.html
Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?
MuSHviG
sağlam həyat tərzi
8 yanvar 2015, 11:10
Sərt qış günlərinin qapımızı çaldığı bu günlərdə sağlamlığımızı qorumağa çox daha çox diqqət göstərməyimiz lazımdır. Xüsusilə, yaşlılar, ürək, ağciyər xəstələri olanlar, xərçəng müalicəsi görənlər, qaraciyər, böyrək çatışmazlığı olanlar və kiçik uşaq immunitet sistemləri zəif olduğundan soyuq, qarlı, küləkli sərt havalarda daha asan xəstələnirlər. Soyuq havaya hazırlanmağın yolları haqqında tövsiyyələri kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq;Əvvəlcə  qeyd edək ki, nə qədər hazırlıqlı olaraq soyuq havaya çıxsaq da çöldə qalacağımız müddəti mümkün qədər qısa tutmağı planlamalıyıq. Əslində soyuq hava immunitet hüceyrələrinin sayını artıraraq mikroblara qarşı müdafiə sistemimizi gücləndirir. Lakin soyuqda qaldığımız müddət uzandıqca bədənimizin mübarizə gücü gedərək zəifləyir və xəstələnməyə uyğun hala gəlirik. Bir və ya iki qalın sviter əvəzinə qat-qat geyilən paltarlar lazım olduqda gün ərzində olduğumuz isti mühitlərdə tərləməyi əngəlləmək, mühitə uyğunlaşmaq üçün incəldilməlidir. Əks təqdirdə bədənimizdə yaranan tər çölə çıxdığımızda soyuqlamağımıza və əzələ tutulmalarına səbəb ola bilər. Neylon əsaslı hava keçirməyən parçalar əvəzinə tərləməyə mane olan və islanmağa qarşı qoruyucu xüsusiyyətli paltarlar geyinmək məsləhətdir. Burun, qulaq, baş, əllər, ayaqlar və barmaqlar, yəni soyuğa ən dayanıqsız bölgələrimizi cüt qat əlcək, corab və papaqla çox daha yaxşı qorumamız lazımdır. Başı qorumamaq soyuqlama nəticəsində sinusitis, orta qulaq və badamcıq iltihabına səbəb olur.Xüsusilə, ağciyər və ürək xəstəliyi olanların mümkün qədər soyuq havalarda çölə çıxmamalıdır, çıxdıqda isə geyimlərinə daha çox diqqət etməlidirlər. Ağciyər problemi olanların burun və ağızdan soyuq havanı ciyərlərinə çəkmələri başda soyuqdəymə, qrip və daha da əhəmiyyətlisi sətəlcəm riskini artırır. Bu səbəblə qalın şal, qar maskası, qalın papaqlar və bənzəri geyimlər istifadə etməlidirlərÜrək damar xəstələrinin soyuğun bədəndə yaratdığı stress hormonunun artımı səbəbiylə ani damar daralması nəticəsində baş verə biləcək infarkt riski səbəbiylə çox daha diqqətli olmalarıdırlar. Bir neçə qat corab geyərkən, xüsusilə, şəkər xəstələrinin ayaqqabı döyməsi problemi yaşamamaq üçün möhkəm ayaqqabı geyməmələri təklif edilir.Yüksək təzyiqi olanların burun, qulaq, baş, əllər, ayaqlar və barmaqlardakı kapilyar damarların soyuqdan büzüşməsi nəticəsində təzyiqləri daha da yüksəldiyi üçün, həkimlə məsləhətləşərək yanlarına təcili vəziyyətdə istifadə edə biləcəkləri dərmanlarını almaları tövsiyə edilir.Ayrıca, soyuq və qarlı havalarda mütləq yanınızda olması gərəkən vasitələrdən biri də qar eynəyidir. Qar eynəkləri göz quruması və gözdə qızartıların  yaranmasına mane olurYetərli maye qəbulu olmadan uzun müddət soyuqda qalmaq bədənin uc nöqtələrində susuzluğa bağlı olaraq kapilyar damarlarda daralmağa səbəb olur, bu vəziyyət həm soyuq yanığı deyilən donmalara, həm də mikrobların çölə atılması üçün lazım olan bəlğəmin qatılaşmasına gətirib çıxarır.Qəhvə və çay kimi içkilər əslində burun və boğaz sekresiyalarını qurutduğundan, bunun əvəzinə cökə, itburnu, nanə-limon çayı istehlak etmək təklif edilir. Spirt isə burun və yanaqların qızarmasına səbəb olaraq bədən istiliyin artdığı hissini versə də, tam tərsinə istilik itkisinə səbəb olur və soyuq dəymə, donma riskini artırır. Ayrıca sidiklə su itkisinə də səbəb olur.Burun, boğaz və ağ ciyər hava yolları toz və mikrobun içəriyə girməsinə mane olan bir çox incə tükcüklərə sahibdir. Onlara ən çox ehtiyacımız olduğu küləkli və soyuq havalarda siqaret çəkməyə davam etmək tənəffüs yolu xəstəliklərinə səbəb olur.Daimi edilən məşqin bir çox faydası ilə yanaşı soyuq havalara bağlı soyuq dəymə və qrip xəstəliklərinə qarşı dayanıqlılığı artırdığı bilinir. Nizamlı məşq edənlər bu xəstəliklərə yüzdə 50 daha az tutulur. O cümlədən,  soyuqladıqda özünüzü yorğun hiss etmirsinizsə məşqə davam etməklə yüzdə 30 daha tez yaxşılaşırsınız. Soyuqda edilən məşq bu baxımdan daha da faydalıdır. Avtomobilinizdə ən az 2 gün çatacaq miqdarda su və qida, qalın ədyal, təcili yadım çantası saxlamalısız. Soyuqda donmayı əngəlləmək üçün hərəkətsiz qalmamaq, xüsusilə, əl və ayaq barmaqlarını işlətmək lazımdır.Qar, buz, yağış xüsusilə yaşlıların yıxılmasına və onlarda asanlıqla qırıqların yaranmasına səbəb ola bilir. Çölə çıxmaq məcburiyyətində olanların sürüşməyən ayaqqabı geymələri, çəlik daşımaları, kiçik addımlarla getmələri, mümkünsə yanlarında birinin olması məsləhət görülür. Yıxılan zaman özünüzü qoruya bilmək üçün əllərinizin cibinizdə olmaması lazımdır.C vitamin ilə zəngin olan portağal, qreypfrut, qırmızı bibər, itburnu, o cümlədən kefir, qatıq, sirkə, turşu kimi fermentləşdirilmiş faydalı bakteriyalarla zəngin qidaların, immunitet sisteminin xammalı olan heyvani zülallarla zəngin balıq, ət və süd məhsullarının istehlakı mikroblara, soyuğa qarşı dayanıqlılığı artırır. Şəkərli qidalar isə immunitet sisteminin mikroblarla mübarizəsini çətinləşdirir, düyü, kartof, xamır yeməklər, desertlər, şərbətlər bu baxımdan zərərli görülür.Hər şeydən əhəmiyyətlisi, günəş görmədiyimiz üçün qışda ən çox azalan və xəstəliklərə qarşı qoruyucu təsiri olan D vitaminimizi, qan təzyiqimizi ölçdürməli və həkimlə məsləhətləşərək çatışmamazlığımızı ödəməliyik.7-8 saatlıq keyfiyyətli yuxu immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqavimətimizi artırır.Yuxarıda sadalanan məsləhətlərə əməl etməklə daha sağlam qış fəsli keçirə bilərsiniz. Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Sağlamlıq', 'immunitet', 'mikroblar', 'vitamin', 'ağciyər xəstələri', 'soyuqdəymə.']
1,355
https://kayzen.az/blog/aforizmler/16989/qandid%C9%99n-5-h%C9%99yat-d%C9%99rsi.html
Qandidən 5 həyat dərsi
Apollon
Hikmət dənizi və aforizmlər
7 yanvar 2015, 18:53
"Bizim gələcəyimiz indi gördüyümüz işlərdən asılıdır." (Mahatma Qandi)  Mohandas Qandi – böyük siyasi və idealoji liderlərdən biri olmuşdur. 1915-ci ildə tanınmış hind yazıçısı Robendranat Taqor ilk dəfə Mohandas Qandiyə  “Mahatma” titulu vermişdir. “Mahatma” – “Böyük Qəlb”,  “Böyük Qəlbli” mənasını verir. Amma Qandi özü bu titulu heç vaxt qəbul etmirdi. O, deyirmiş: — “Mən bu titula layiq deyiləm.”   Əslində isə, Mohandas Qandi hind xalqının müstəqilliyi və azadlığı yolunda çox şeylər etmiş xadim idi. O hind xalqının azadlığı yolunda apardığı mübarizədə bir çox “güc tədbiq etməmək” metodlarından istifadə etmişdir. Bu metodlar; müstəmləkəçilərin müəssisələrini və onların məhsullarını baykot etmək, işə çıxmamaq,  oturaq tətillər etmək və s...  Bundan başqa Qandi kasta (sinif) bərabərsizliyinə qarşı da sərt mübarizə aparmışdır. O, bacardıqca aşağı siniflərin həyat tərzinin yaxşılaşmasına çalışmışdır. M. Qandinin cəmiyyətdə yüksək yer tutmasına baxmayaraq, o, çox sadə bir həyat tərzi keçirmiş, daim rahib paltarı geymiş və vegetarian olmuşdur.  Qandi heç bir qəddarlıq  və zor tətbiq etmədən həm özünü dəyişmiş, həm də ətrafındakı bütün aləmi. İndi bu dahi insanın  adamlara tövsiyə etdiyi müdriklik dərslərindən bir neçə sitat gətirmək yerinə düşərdi. Bu sitatlardan sonra bəlkə özümüzdə bir dəyişiklik hiss etdik və ətrafımıza təsir edə bildik. Hər şeydən əvvəl özümüzdən başlamalıyıq. M. Qandidən sitatlar: Dəyişin... Bütün aləmdə hansı dəyişiklikləri görmək istəyirsinizsə, həmin dəyişiklikləri özünüzdə edin. Təkrar edirəm, ilk növbədə özünüzdən başlayın. əgər dəyişmək istəyiriksə, buna özümüz nümunə olmalıyıq. Əgər siz özünüzdə hər hansı bir dəyişikliyə nail ola bilsəniz, bir çoxları da sizə baxıb dəyişəcək. Hər bir kəs hər hansı bir uğursuzluqda höküməti, cəmiyyəti və s. günahlandıra bilər amma tək-tük adam tapılar ki, bütün günahları özündə görsün və özü dəyişməyə başlasın...  Düzgün suallar verin. Sual o zaman daha güclü olur ki, insanların tərəqqisinə xidmət etsin. Düzgün sualları həmişə düz adamlara verin. Həyatın dəyəri verilən sualların dəyərliliyindən birbaşa asılıdır. Siz dəyərli sual verməsəniz, dəyərli cavab ala bilməyəcəksiniz.  Həmişə hərəkətdə olun (fəaliyyət göstərin)... Belə bir fəlsəfi variantı əsas götürmək lazımdır; “ Bugün edəcəyin  işi sabaha qoyma”. Sabah ola bilər ki, olmasın, keçmiş isə arxada qalıb. Biz indiki zamanda yaşayırıq, ona görə də “burada və bu saat” prinsipi ilə çalışmalı və fəaliyyət göstərməliyik. “Bizim gələcəyimiz indi görəcəyimiz işlərdən asılıdır.”  Bağışlamağı bacarın. Zəiflər bağışlaya bilmir. Bağışlamaq güclülərə xasdır. Tez bağışlaya bilmək, zəifliyə dəlalət  eləmir. Əksinə, bu ruhən güclu olmağı göstərir.  Məsləkinizə diqqət edin. Sizin məsləkiniz, sizin fikirləriniz olacaq. Sizin fikirləriniz sizin sözləriniz olacaq. Sizin sözləriniz sizin əməlləriniz olacaq, əməlləriniz sizin vərdişləriniz olacaq. Sizin vərdişləriniz sizin qiymətiniz olacaq. Sizin qiymətiniz isə sizin taleyiniz olacaq. Öz gələcəyinizi necə görmək istəyirsinizsə, bu yolda inamla addımlamalısınız və uğur qazanmağa çalışmalısınız. Əgər uğur qazanacağınıza inamınız böyükdürsə, demək, mütləq uğur sizinlədir. Birinci dəfədən alınmasa da növbəti dəfələr alınacağına daha inamlı olmalısınız. azens.az 
['hikmət dənizi', 'Mahatma Qandi']
1,356
https://kayzen.az/blog/fotosessiya/17764/travel-photographer-%C9%99n-g%C3%B6z%C9%99l-%C5%9F%C9%99kill%C9%99r.html
Travel photographer - Ən gözəl şəkillər
MuSHviG
Fotosessiya
7 yanvar 2015, 17:55
“Travel photographer” yarışmada Şimal Buzlu okeandan qədim Çinə qədər dağları, gölləri səyahət edən fotoqrafların çəkdikləri təbiət mənzərələri yarışıb. Təbiət gözəllikləri və insan müxtəlifliyi üzərində qurulan bu yarışmanın qalib fotolarından bir neçəsini təqdim edirik.                
['Fotoqraf', 'müsabiqə', 'təbiət', 'gözəllik.']
1,357
https://kayzen.az/blog/maraqli-faktlar/17763/m%C9%99%C5%9Fhur-avtomobil-markalar%C4%B1n%C4%B1n-m%C9%99nalar%C4%B1.html
Məşhur avtomobil markalarının mənaları
MuSHviG
Maraqlı faktlar
7 yanvar 2015, 16:36
Sevdiyimiz, həvəslə izlədiyimiz, sahib olmaq üçün gecə-gündüz çalışdığımız maşınların markalarının nə məna daşıdığını bilirsiniz? Avtomobil markaları ilə bağlı ən maraqlı faktları sizlərə təqdim edirik. «Mitsubishi»- Yaponiyanın nəhəng şirkətlərindən olan «Mitsubishi» adını qədim yapon savaşçıları olan samurayların emblemindən götürüb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb. «Mercedes-Benz» — avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına qızı Mercedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına «Mercedes» adını qoydular. «Mazda»- Şirkətin emblemində qanadlarını açan at təsvir edilir. Bu işarə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb. «Hyundai»- Koreya dilində «modern, çağdaş» deməkdir. «Kia» — Koreyanın ikinci böyük avtomobil şirkətinin adı «Asiyada doğulan» deməkdir. «Cadillac» — 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt şəhərini quran və 16-cı əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Cadillacdan götürüb. «Pontiac» — məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb. «Jeep» — hərbi məqsədlərlə istehsal edilən ilk yolsuzluq maşının adını cizgi filmindəki (Temel Rəis) «Eugene the Jeep» adlı heyvandan aldığı iddia edilir. Sonradan bütün markaların bu tip maşınları «Jeep» adlanmağa başlayıb. «Dacia»- Rumıniyanın ən böyük avtomobil şirkəti olan «Dacia» eyni zamanda ölkənin də antik adıdır. «Lexus» — Latın dilində «qanun» mənasını verir. "Škoda" — Çexiya şirkəti olan avtoistehsalçı adını qurucusu olan Emil von Škodadan alıb. "Škoda" bir zamanların ən böyük silah istehsalçılarından da olub. Çex dilində mənası «zədəli» deməkdir. «Audi» — latın dilində «eşitdim, duydum» mənasını daşıyır. «Aston Martin» — İngiltərənin idman maşını istehsalçısı olan «Aston Martin» adını qurucularından biri olan Lionel Martinin istehsal etdiyi yarış maşınlarını sınaqdan çıxardığı Aston təpəsindən alıb. BMW — BMW-nin açılışı «Bayerische Motor Werke» (Bavyera Mühərrik Fabriki) deməkdir. FİAT — İtalyan avtomobil firmasının adının mənası «Fabbrica İtaliana Automobili Torino» (Torino İtaliya Avtomobil Fabriki) deməkdir. «Nissan» — 1934-cü ildə Jidosha-Seizo co. və Nihon Sangyo co. şirkətləri birləşib. Bu iki adın birləşməsinin yapon dilində qısa şəkildə «Nissan» adlanıb. Eyni ildə şirkət «Nissan Jidosha Kabushiki Gaisha» (Nissan Mühərrik şirkəti) adını alır. "İnfiniti" — «Nissan»ın ABŞ bazarı üçün istehsal etdiyi lüks maşın markasıdır. Adı ingilis dilində «ucsuz, bucaqsız» mənasını verir. «Ford» — Adını yaradıcısı Henri Forddan alıb. «Opel» — Adını yaradıcısı olan Adam Opeldən alıb. «Porsche» — şirkət «Volkswagen»in məşhur tısbağa modelini dizayn edən mühəndis Ferdinand Porschenin oğlu Ferri Porschedən tərəfindən qurulub. «Jaguar» — İngiltərənin lüks maşın istehsalçısı olan şirkət adını Cənubi Amerikadakı yırtıcı heyvan pantera olan «Jaguar»dan alıb. İlk dəfə şirkətin adı «SS Jaguar» adlanıb. İkinci dünya müharibəsindən sonra SS yığışdırılıb. «Ferrari» — adını şirkətin qurucusu və məşhur yarışçı olan Enzo Ferraridən götürüb. «Bugatti» — lüks avtomobil firması adını Ettore Bugattidən alıb. «Peugeot» — ilk qəhvə dəyirmanı və velosiped markası olan şirkət adını Emille Pujodan alıb. «Hummer» — avtomobilin adı yüksək hərəkət qabiliyyətli, çox funksiyalı vasitə mənasına gələn «Humvee»dən götürülüb. «Land Rover» — müflüs olan İngilis «Rover» şirkətinin «Tata»ya satdığı yolsuzluq maşınıdır. Rover «səyyah» mənasına gəlir. Suv markası «Range Rover». «Rolls-Royce» — əl işi olan nadir lüks maşınları ilə fərqlənən avtomobil markası adını yaradıcıları olan Steven Rolls və Henri Roysdan götürüb.«Volkswagen» — alman dilidə «xalq maşını» mənasını daşıyır.  Mənbə: anspress.com
['Mercedes-Benz', 'emblem', 'avtomobil.']
1,358
https://kayzen.az/blog/qadin/17468/yetkin-qad%C4%B1nla-%C5%9F%C4%B1ltaq-q%C4%B1z-aras%C4%B1ndak%C4%B1-10-f%C9%99rq.html
Yetkin qadınla şıltaq qız arasındakı 10 fərq
Apollon
Qadın
6 yanvar 2015, 17:30
Yetkinlik daha çox yaşla bağlı olsa da bu göstərici şərtidir. Çünki 23 yaşında olub özünü tamamilə yetkin qadın kimi aparan, amma 43 yaşında olub şıltaq qız kimi davranan xanımlar var. Yaş əsas göstərici deyil, bəs yetkin qadını şıltaq qızdan nələr ayırır?1. Yetkin qadınlar nə geyindiklərindən asılı olmayaraq seksualdırlar. Şıltaq qızlar isə daha seksual görünmək üçün açıq-saçıq geyinməyə üstünlük verirlər. Yetkin qadınlar qarşısındakı kişini seksual baxımdan cəlb etməyin təkcə açıq-saçıq geyinməkdən ibarət olmadığını bilirlər və buna görə də özlərini seksual göstərmək üçün açıq-saçıq geyinmək kimi problemləri olmur. Yetkin qadın öz reallıqları ilə barışıb və qarşısındakı insanın onun haqda nə düşündüyünü çox da vecinə almır.2. Yetkin qadınlar sizinlə söhbət edir, düşündüklərini, istəklərini dilə gətirir. Şıltaq qızlar isə kişidən nə düşündüklərini anlamasını gözləyirlər. Kişilər düşüncələri oxumaq qabiliyyətinə malik deyil. Bunu unutmayın. Yetkin olmayan qızlar adətən kişilərdən belə bir şey gözləyirlər. Öz aləmlərində müəyyən siqnallar göndərib kişidən başa düşməsini gözləyirlər. Amma əsl qadın belə deyil. O demək istədiyini açıq deyir. 3. Yetkin qadınlar maddi baxımdan müstəqildirlər. Şıltaq qızlar isə kişilərin hər yerdə hesabı ödəməsini gözləyirlər. Şıltaq qızlar uşaq kimidirlər. Onlar istəyir ki, hər şeyi hazır əldə etsinlər. Belə qızların əlini cibinə atdığını görən olmayıb. Amma yetkin qadın, qarşısındakı kişinin onu nəyəsə qonaq etməsinə icazə verəcək qədər özünəinam hissinə malik olmasına baxmayaraq, əsasən hesabı özü ödəmək istəyir. Əsl qadın ona hörmət etdiyiniz, onu sevdiyiniz üçün sizinlə birlikdə olur, pulunuz üçün yox.4. Yetkin qadın harda dayanmaq lazım olduğunu bilir. Şıltaq qız isə özünü apara bilməyən uşaq kimi sərxoş olub adamı bezdirir. Hansısa bir klubda əlindəki qədəhlə bara yaxınlaşıb “birin də süz” deyə qışqıran qadın görmüsünüzmü? Əlbəttə, yox. Çünki yetkin qadınlar belə şeylər etmirlər. Amma şıltaq qızlar evdən icazə alıb kluba gedirlər və özlərini itirənə qədər içib yanındakı oğlanı də utandırırlar. Yetkin qadın da içki içir. Amma özünü aparmağı və qədərini bilir.5. Yetkin qadınlar yeni münasibətə başladıqda bunu dərhal Facebookdan hamıyla paylaşmırlar. Qızlar isə yeni bir münasibətə başladığı barədə dərhal Facebookdakı dostlarına xəbər verir. Münasibət statusunu yeniləyirlər. Yetkin qadınlar real həyatları ilə məşğul olurlar və kompüterin başına keçəndə ilk işləri Facebook hesablarını açmaq olmur. Xəbər oxuyurlar, dünyada gedən prosesləri izləyirlər. Şıltaq qızlar münasibətə başlayanda heç evə getməyi gözləmirlər, elə yoldaca mobil telefondan girib FB-də bu haqda yazırlar. 6. Yetkin qadın kitab oxuyur, şıltaq qız isə televizora baxır. Bəzi televiziya verilişləri yaxşıdır təbii ki. Amma hamının qəbul etdiyi bir reallıq var: televiziya bizə heç nə vermir, əsasən boş-boş şeylər göstərirlər. Şıltaq qızlar daxilən boş olduqlarına görə vaxtının çoxunu televizorun qabağında keçirir. Kitab oxumaq onlara cansıxıcı şey kimi gəlir. Yetkin qadınlar isə vaxtının qədrini bilir və nəsə öyrənmək üçün kitab oxumağın vacib olduğunu bilirlər.7. Yetkin qadınlar nə haqda, nə qədər danışmaq lazım olduğunu bilirlər. Şıltaq qızlar isə boş və lazımsız mövzularla bağlı çərənləməyə üstünlük verirlər. Bu əsas fərqlərdən biridir. Yetkin olmayan qızla hansısa mövzu barəsində müzakirə aparmaq müşkül məsələdir. Onlara öz mövzuları maraqlıdır.8. Yetkin qadınlar kişinin yanında ürəyi nəyi istəsə yeyə bilər. Şıltaq qızlar isə ancaq “Seza salatı” yeməklə özünü göstərir. Bu o demək deyil ki, yetkin qadınlar salat yemir. Belə qadınlar birlikdə olduğu kişinin gözündə zəriflik obrazı yaratmaq üçün kafedə salat sifariş verib, axşam evə qaydanda iki qab dolma yemirlər. Bunu o haqqında danışdığımız şıltaq qızlar edirlər adətən. Yetkin qadınlar sağlamlıqlarının qayğısına qalmağı bacarırlar və harda nə yemək lazım olduğunu bilirlər.9. Yetkin qadınlar həyatın fərqli tərəflərini kəşf etməyə çalışdıqlarına görə yeniliklərə həmişə açıqdırlar. Şıltaq qızlar isə bildiyi şeylərlə kifayətlənir və yeniliklərə doğru addım atmırlar. Yetkin qadınların həyat təcrübəsi olur. Onlar təcrübənin mühümlüyünə bələddirlər. Dünyanı görmək, yeni insanlarla tanış olmaq, fərqli imkanları dəyərləndirmək barəsində çox həvəslidirlər. Arzuları və xəyalları var. Şıltaq qızlar isə həyatda nə istədiyini bilməyən, cızdıqları xətdən o tərəfə keçməyə ürəyi gəlməyən canlılardır.10. Yetkin qadınlar özlərindən başqa heç kimə ehtiyacı olmadan yaşamaq gücünə malikdirlər. Şıltaq qızlar isə himayəçi mələklərə ehtiyac duyurlar və özbaşına addım ata bilmirlər. Qərarlarını özü verən, həyatdan öz gücüylə tutmağı bacaran qadınlar yetkin qadınlardır. Onlar həyatda nə istədiyini bilirlər. Məqsədləri naminə irəliləyirlər. Şıltaq qızların isə belə hədəfləri yoxdur. Onlar daim kiminsə əlinin altında yaşamağa öyrəşiblər.
['qadın', 'yetkin qadın', 'şıltaq qız']
1,359
https://kayzen.az/blog/maraqli-faktlar/17758/futbolda-n%C9%99y%C9%99-g%C3%B6r%C9%99-11-oyun%C3%A7u-olur.html
Futbolda nəyə görə 11 oyunçu olur?
MuSHviG
Maraqlı faktlar
6 yanvar 2015, 10:40
Futbol komandasında oyunçuların sayının 11 nəfərdən ibarət olması fikrini ilk dəfə ingilislər, daha dəqiq desək, ingiltərəli tələbələr irəli sürmüşlər.Əvvəllər futbol oyunu bir kütləvilik təşkil edirdi hətta, futbol oyunu kütləvi bir döyüş meydanını xatırladırdı. Məsələn: 1570-ci ildə sənətkarların təşkil etdikləri kütləvi futbol oyunu çoxlu yaralı və bir neçə nəfərin ölümü ilə nəticələnmişdir. İdmana yaraşmayan bu cür xoşagəlməz hallar çoxlarının hiddətinə səbəb olurdu. Kral VIII Henrix isə 1542-ci ildə belə bir vəhşi idmanın oynanılmasını yasaq etmişdir və bu qadağaya əməl etməyənləri həbsxana gözləyirdi. Kral VIII Henrix sərəncamında bele yazmışdır: — “ Bu cür vəhşi, qanlı və düşmənçilik yaradan oyunu bir daha heç kəs oynamayacaq!”. Bu qadağa 1842-ci ilədək qüvvədə olmuşdur. 1842-ci ildə isə formal olaraq qadağa ləğv edilmişdir.Köhnəlmiş kral qadağasının ləğvindən bir müddət sonra Kembric Universitetinin tələbələri 1848-ci ildə futbol oyununun sivil qaydalara uyğun olan nizamnaməsini tərtib etmişlər. Bu qaydalar da, demək olar ki, humanizmə tam cavab vermirdi. Çünki bu qaydalara görə, rəqib oyunçuya badalaq vurmaq, əllə tutub saxlamaq, ayağına təpiklə vurmaq yasaq deyildi.Futbolun yaranma tarixi 1863-cü il hesab olunur. Çünki həmin ildə ilk Futbol Assosiassiyası yaradılmış və indiki qaydalara uyğun gələn qaydalar tətbiq olunmuşdur. Bu qaydalar içərisində Kembric tələbələrindən qalan bircə qayda var idi, o da — oyunçuların sayının 11 nəfər olması. Bəs, Kembricli tələbələr nədən – “komandada oyunçuların sayı 11 nəfər olsun “- qaydasını qoymuşlar?.. O zamanlar Kembric Universitetinin yataqxanasında otaqlar 11 çarpayılıq idi. Yəni – hər otaqda 11 tələbə qalırdı. Universitetdə isə tələbələr otaqlar arasında futbol yarışması keçirirdilər. Necə deyərlər: — “otaq otağa qarşı, yəni — 11 nəfər 11 nəfərə qarşı.”Yeri gəlmişkən qeyd etmək lazımdır ki, “Kembric Yunayted”(“Cambridge United”) futbol klubu İngiltərənin ən qocaman klublarındandır və bu klub 1912-ci ildə yaradılıb, 1949 –cu ildən peşəkar status alıb.Komandada oyunçuların sayının 11 olması haqda başqa bir tarixçə də mövcuddur. Belə ki, deyilənlərə görə, — “komandada oyunçuların sayı 11 olsun!” – qərarını ilk dəfə “Şeffeld” futbol klubunun oyunçuları vermişlər. “Şeffeld” futbol klubu özünün qış məşqlərini Kriket klubunda edirdi və onlar bu məşqləri kriket klubunun üzvüləri ilə keçirirdilər. Kriket komandasının da üzvləri 11 nəfərdən ibarət olurdu.İndiki qaydalar belədir: — Oyun iki komanda arasında keçirilir. Hər komandada oyunçuların sayı qapıçı da daxil olmaqla 11-dən artıq olmamalıdır. Komandaların hər hansı birində meydançadakı oyunçuların sayı 7-dən az olarsa, oyun başlana bilməz və s...Qeyd etmək lazımdır ki, futbol kainatın ən populyar oyunudur.
['Kebric Universiteti', 'komanda', 'Kral VIII Henrix', 'futbol.']
1,360
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17761/passiv-siqaret-%C3%A7%C9%99km%C9%99nin-z%C9%99r%C9%99rl%C9%99ri.html
Passiv siqaret çəkmənin zərərləri
MuSHviG
sağlam həyat tərzi
6 yanvar 2015, 10:35
Passiv sigaret çəkmə yanan bir siqaretin tüstüsü və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün birləşməşidir. Ayrıca siqaret çəkmə nəticəsində əmələ gələn tüstünü siqaret tütünü tüstüsü adlandıraq- STT. Qoxusuyla asanca ayırd edilir. STT pis qoxulu, yandırıcı, göz və burnu narahat edicidir. Daha da əhəmiyyətlisi sağlamlığı təhdid edicidir. STT içində 4000-dən çox kimyəvi maddə təyin olunmuşdur. Bunların ən azı 43-ü xərçəng əmələ gətirəndir.  Siqaret tütünü tüstüsünə məruz qalmaq sıx rast gəlinən bir vəziyyətdirmi?  A.B.Ş-da böyüklərin təxminən %26-ı siqaret çəkir. 5 yaşdan aşağı uşaqların %50-67i də ən az bir ailə üzvünün siqaret çəkdiyi evlərdə yaşayır. Ölkəmizdə bu nisbət çox daha yüksək səviyyələrdədir.  Kimlər risk qrupundadır? STT hər kəs üçün zərərlidir. Ancaq, ana bətnindəki körpələr, kiçik körpələr və uşaqlar daha böyük risk altındadır. Çünki inkişaf etməkdə olan ağciyər, beyin kimi orqanlar zərər görərlər.Ana bətnindəki körpəyə və yeni doğulanlara təsirləriAna və körpə arasında hamiləlik boyunca bir qan dövranı və bu yolla bir mübadilə vardır. Siqaret çəkən hamilə qadınlarda bu mübadilə dəyişir. Uzun dövrdə nə kimi sağlamlıq problemlərinə gətirib çıxardığı hələ bilinmir. Amma bəzi işlər hamiləlikdə siqaret çəkmənin damaq-dodaq yarığı kimi doğum anomaliyalarına gətirib çıxardığını göstərmişdir. Siqaret çəkən anaların daha az südü vardır, körpələri aşağı çəkili doğulur. Siqaret çəkən ana uşaqlarında «Ani körpə ölümü sindromları»na daha çox rast gəlinir. Bu da 1-12 aylıq körpələrin ən çox ölüm səbəbidir. Uşaq ağciyərləri və tənəffüs sistemiHər yaşdakı uşaqda STT- ə məruz qalmaq, ağciyər funksiyalarını pozar. Uşaqlıq dövrü xəstəliklərinin sıxlığını və şiddətini artırır. Passiv siqaret çəkmə; sinüsit, rinit, fibroz kista, xroniki tənəffüs problemləri (öskürək, gənzik axıntısı kimi) narahatlıqlarını artırar. 2 yaşdan kiçik uşaqlarda STT bronxit və sətəlcəm ehtimalını artırar.1992 tarixli bir tədqiqatda STT- nün 18 aydan kiçik uşaqlarda hər il 150.000-300.000 aşağı tənəffüs yolları infeksiyalarına gətirib çıxardığı müşahidə edilmişdir. Bu xəstələrdən 15.000i xəstəxanada yatmaq məcburiyyətində qalmışdır. Gündə yarım qutu və ya daha çox siqaret çəkən ana-ataların uşaqlarının hər hansı bir tənəffüs yolu xəstəliyindən xəstəxanaya yatma riski 2 qat daha çoxdur.STT (siqaret tütünü tüstüsü) və qulaqlar Siqaret tütünü tüstüsü həm qulaq infeksiyalarının sayını artırIr, həm də qulaq xəstəliyinin müddətini uzadIr. Tənəffüs edilən tüstü burun arxasıyla orta qulağı bir-birinə bağlayan yefistaxi borusunu genişləndirə bilər. Bu da orta qulaqda maye toplanması və infeksiya iıə özünü göstərər. Uşaqlarda eşitmə itkisinin ən əhəmiyyətli səbəblərindən biri qulaq infeksiyasıdır. Əgər dərmanla təsirli cavab alına bilməzsə cərrahı cəhd lazımdır.STT və beyinHamiləlik və ondan sonra siqaret çəkən anaların uşaqları digərlərinə görə daha çox davranış pozuqluğu göstərər. Hiperaktivlik, məktəbdə özünü aparma və intellektual səviyyədə də pozulmaar müşahidə olunar.Passiv siqaret çəkmə xərçəngin səbəbidirmi ?İndiyə qədər yalnız passiv siqaret çəkmənin uşağınızın inkişafına zərər verdiyini öyrəndiniz. Yaxşı STT-nün digər xərçəng əmələ gətirə bilən hava çirkləndirici maddələrdən 100 qat daha çox xərçəngə gətirib çıxarma riski olduğunu bilirdinizmi?STT-nün hər il 3000-dən çox siqaret çəkməyən adamın ağciyər xərçəngindən ölümünə gətirib çıxardığını bilirsinizmi? İndi bunları öyrənmişkən passiv siqaret çəkmədən dərhal, bu andan etibarən imtina edin.Nə edə bilərsiniz ?1- Əgər siqaret çəkirsinizsə onu tərgidin! Bu mövzuda köməyə ehtiyacınız olsa həkiminizə müraciət edin. Çünki, siqareti tərgitməyə köməkçi olacaq bir çox üsullar artıq vardır. 2- Evinizdə siqaret çəkənlər varsa, onların tərgitməsinə köməkçi olun. Bu mümkün deyilsə, onlardan və qonaqlarınızdan evin xaricində siqaret çəkmələrini xahiş edin. 3- Avtomobilinizdə siqaret çəkilməsinə icazə verməyin! 4- Uşağınızın məktəbində ya da ətrafında siqaret çəkilməyinə nəzarət edin. Mənbə:diabet.az
['Xərçəng xəstəliyi', 'bronxit', 'sətəlcəm', 'siqaret.']
1,361
https://kayzen.az/blog/fotosessiya/17292/m%C3%BCharib%C9%99-u%C5%9Faqlar%C4%B1.html
Müharibə uşaqları
Apollon
Fotosessiya
5 yanvar 2015, 18:16
Müharibə uşaqlarını tanıyırsız? Sərhəddə, erməni əsgər postundan 1 km məsafədə yaşayan soydaşlarımız üçün həyat davam edir. Onlar hər kəs kimi sevirlər, evlənirlər və sonunda həyata bir körpə, bir dünya gətirirlər. O dünya ki, həyatın acısına-şirininə baxmadan uşaqlığını yaşayaraq böyüyür...  Sizi onlarla fotojurnalist Famil Mahmudbəylinin fotokameranın yaddaşına həkk etdiyi görüntülərlə tanış edəcəyik.  Fotolar erməni postundan 1 km məsafədə yerləşən Tovuz rayonunun Ağdam kəndində, Agdərənin Markuşevan cəbhə bölgəsi ilə üzbəüz kənddə çəkilib.  anspress.com 
['fotopost', 'müharibə', 'müharibə uşaqları']
1,362
https://kayzen.az/blog/aforizmler/17756/dahil%C9%99rd%C9%99n-m%C3%BCdrik-aforizml%C9%99r.html
Dahilərdən müdrik aforizmlər
MuSHviG
Hikmət dənizi və aforizmlər
5 yanvar 2015, 10:27
Napolyon Bonapart İnsanlar rəqəmlərə bənzər, vəziyyətlərinə görə dəyər qazanırlar.Sokrates Optimist bir insan ayaqqabıları oğurlanınca «ayaqlarım var » dəyə bilən insandır.Sofokles Bizi heyatın ağır yükündən və iztirabından qurtaran tək söz sevgidir.Oscar Wilde Kişilər qadınların ilk eşqi, qadınlar kişilərin son eşqi olmaq istər.Dekart Ağıllı olmaq da bir şey deyil, mühüm olan o ağılı yerində istifadə etməkdir.Honore de Balzac Bugünkü qanunlar böyük ağcaqanadların deşib keçdiyi, kiçiklərin isə ilişib qaldığı bir hörümçək toru kimidir.Goethe Mal itirən bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cesarətini itirən hər şeyini itirmişdir.Phyllis Bottome Çətinlikləri qarşılamanın iki yolu vardır; ya çətinlikləri dəyişdirərsiniz, ya da çətinlikləri həll etmək üçün özünüzü.Friedrich Holderlin Heç bir şey insan qədər yüksələ bilməz ve onun qədər də alçala bilməz. Axel Munthe Müvəffəqiyyətin dörd şərti; bilmək, istəmək, cəsarət etmək ve susmaq.E. Raux Çatmaq istədikləri bir hədəfi olmayanlar işləməkdən də zövq almazlar.Frost Meşədə iki ayrı cığır vardı və mən ən az ayaq izi olanını seçdim. Budur fərqlilik.Dekart Təsadüfi bir doğruya çatmaqdansa, üsullu bir səylə səhvə çatmağı üstün tutaram.Honore de Balzac Yaxşılığınıza inanılmasını istəyirsinizsə, ondan həç bəhs etməyin.Benjamin Franklin Kiçik xərcləmələri gözdən qaçırmayın. Bəzən kiçik bir dəlik böyük bir gəmini batırar.Guy Hunter Əhəmiyyətli olan deyilənin nə olduğu, ya da necə deyildiyi deyil, necə aydın olduğudur.Etienne Gilson Uşağına kiçik şeylərdən zövq almasını öyrədən ona böyük bir sərvət buraxmış olar.Cucong Böyük adamların səhvləri günəş tutulmasına bənzər, onları hərkəs görər.Bertrand Russell İnsanın duyğuları bildikləri ilə tərs mütənasibdir. Nə qədər az bilsən, o qədər çox hirslənərsən.Jean Jacques Rousseau Çətin iş zamanında etməmiz lazım olan, lakin etmədiyimiz asan işlərin yığılmasıyla meydana gəlir.Benjamin Franklin Düşmənlərinizi sevin çünki qüsurlarınızı tek onlar açıqca söyləyə bilər.Anonim Həyat nərdivanlarını çıxarkən insanlara yaxşı davranaq. Çünki, enərkən yenə eyni insanlara rast gələcəyik.Anonim Xoşbəxt olmağı sabaha buraxmaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər. Çay əsla dayanmaz.AnonimXoşbəxtlik əkiz olaraq doğular. Onu dadmağın tək bir yolu vardır, o da paylaşmaqdır.Volter Uzun bir mübahisə hər iki tərəfin də haqsız olduğunun dəlilidir.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Xoşbəxtlik', 'insan', 'sevgi', 'aforizm.']
1,363
https://kayzen.az/blog/MuSHviG/17755/m%C9%99hbuslar%C4%B1n-dilemmas%C4%B1-prisoners-dilemma.html
Məhbusların dilemması- Prisoners' dilemma
MuSHviG
Bloq: MuSHviG
5 yanvar 2015, 09:29
Məhbuslarım dilemması oyunlar nəzəriyyəsində istifadə edilən standart oyunlardan biridir. Oyunun əsasını əməkdaşlıq etmələri hər iki tərəfin xeyrinə olduğu halda, tam rasional tərəflərin bu cür əməkdaşlıqdan yayına bilməsi təşkil edir. Oyun ilk dəfə Rand şirkətinin əməkdaşları Merril Flood və Melvin Dresher tərəfindən 1950-ci ildə yaradılıb. Sonradan Albert Tucker oyunu həbs cəzası «mükafat»ları ilə formal hala gətirib və oyuna «məhbusların dilemması» adını verib. Oyun qısa təsviri aşağıdakı kimidir: Bankın girişində iki nəfər şübhəli saxlanıldı və eyni kameraya yerləşdirildilər. Onların bank soymaq etiraflarını eşitmək üçün polis növbəti təklifləri irəli sürür: Əgər ikisi də sussa, hər ikisi 2 il müddətinə azadlıqdan məhrum ediləcəklər. Əgər biri o birini satsa, o biri sussa, satan azad olunacaq, susan 5 illik həbs olunacaq. Əgər şübhəlilərin hər ikisi bir-birini günahlandırsalar, hər biri 4 il müddətinə həbsə göndəriləcəklər. Hər iki şübhəli bu təkliflərin hər ikisinə edildiyindən xəbərdar idilər. Bəs nə baş verir? Hər iki saxlanılan şəxs düşünür: «Mən əminəm ki, o biri açıb, tökəcək hər şeyi. O, məni günahlandıracaq, mənə 4 il verəcəklər, onu isə azad edəcəklər, bu isə çox ədalətsiz olacaq».  Birdən hər ikisinin ağlına belə bir fikir gəlir: "Əgər mən onu satsam, məni azad edəcəklər, niyə iki nəfər əziyyət çəksin ki, əgər biri azad oluna bilərsə ?! ". Qısacası, saxlanılanlar günahı bir-birilərinin üstünə atırlar və hər ikisi 4 illik həbs olunurlar.Əgər hər ikisi sussaydı, cəmi 2 il həbs həyatı yaşayacaqdılar. Bu daha məqsədəuyğun hesab olunardı. Əgər hər iki məhbusa icazə verilsə ki, bir-biriləri ilə danışıq aparıb, qərara gəlsinlər, nəticə yenə də dəyişməyəcəkdi. Hər iki nəfər strategiya qursalar belə, sonda satqınlıq edəcəklər. Problem ondadır ki, insanlar bir-birilərinə heç vaxt tam etibar etmirlər.Hazırladı: MushviG. Mənbə:az.wikipedia.org.
['Məhbus', 'həbs', 'oyunlar nəzəriyyəsi', 'strategiya.']
1,364
https://kayzen.az/blog/psixologiya/15648/vizual,-audial,-kinestik-v%C9%99-diskrit.html
Vizual, audial, kinestik və diskrit
Apollon
Psixologiya
4 yanvar 2015, 15:55
İnsanlar ətraf aləmdə baş verən hadisələri fəqli cür qavrayır, analiz edirlər. Baş verənlərə bir qrup insanlar daha çox dinamikliyə, formaya, məkana görə, başqa qrup insanlar səslərə, digərləri isə ətrlərə, hisslərə əsasən yanaşırlar. Bunlara əsasəsən insanları aşağıdakı qruplara bölürlər: — Vizual — Audial — Kinestik — Diskrit Vizual tip insanlar daha çox təsvirlərə, obrazlara, formalara diqqət verir. Dünyanı görmə analizatorlarının vasitəsilə daha rahat dərk edirlər. Onlar öz nitqlərində daha çox görmə ilə hiss edələn fel, sifət, zərfliklər işlədəcəklər. ( gördüm ki, ilk baxışdan, al-əlvan və s.) Vizualların adətən baxışları yuxarıya yönəlmiş olmur. Səs-küy onlara mane olmur. Vizuallar gördükləri hər bir şeyi yadda saxlamağa qadirdirlər, onlar kadrlarla yadda saxlayırlar. Vizuallar hər hansı məlumatı birbaşa mənbədən qeyd etməyi xoşlayırlar. Onlar bir yerdə durub insanları müşahidə etməyi üstün tutacaqlar. Onların diqqətini yayındırmaq daha çətin olur. Vizuallar yad məkana tez uyğunlaşırlar.Onlara verilən çətin tapşırıqları tez həll edirlər. düşünərkən mütləq nəyi isə cızacaq, əl altında qələm olarsa mütlər ondan kağız üzərində yazmaq üçün istifadə edəcəklər. Vizuallar danışarkən və ya eşidərkən deyilən sözləri obrazlaşdırırlar. Audial tip insanlar ətraf aləmdə baş verənləri eşitmə analizatorı vasitəsilə daha rahat dərk edirlər. Nitqində daha çox eşitmə hissi ilə bağlı fel, sifət, zərfliklər işlədirlər. (dedi, məlahətlə, cikkildəşərək və s.). Onlar nitqlərində: — ”Bu inandırıcı səslənir.”, “Mənilə bu tərzdə danışma.” və s. Baxışları daha çox orta xəttə yönələcək. Hər hansı qıcıq səs onun diqqətini asanlıqla yayındıra bilər. Səslərin monotonluğu bu tip insanları tez yorur.Səsli hipnoza asanlıqla məruz qala bilərlər. Onlar müzakirə etdikləri məlumatları daha rahat yadda saxlayırlar. Eşidərək münasibət bildirir, qeyd etməyə -məlumatı yazıya almağı tələsmirlər. Yüksək səslə danışmağı xoşlayırlar. Eşitdiklərini asanlıqla təkrar edə bilərlər. daha çox səsli düşünəcəklər.Bu zaman onları səsləmək, danlamaq pis təsir edə bilər. Audialların diqqəti təkcə deyilən sözlərə deyil, həmçinin danışıq tərzinə də mərkəzləşmiş olur. Onlar üçün nə deməyin vacib deyil, necə deməyin vacibdir. Kinestik tip insanlar toxunma və iybilmə analizatorları vasitəsilə dünyanı daha rahat dərk edə bilirlər. Nitqindəki sözlər də bu hisslərə uyğun olur, məsələn: hiss etdim, yumşaq, isti, ətirli və s. Danışıq vaxtı eeee.., hmmm.., mmm… kimi səsli fasilələrdən çox istifadə edirlər, həmçinin, həmsöhbətlərinə, əl altında olan əşyalara toxunmağı sevirlər ki, bu da dinləyiciləri çox vaxt bezdirir. Kinestiklərin baxışları adətən aşağıya yönəlmiş olur. Onların yaddaşlarında daha çox ümumi təəssüratlar həkk olunur. Diqqətlərini bir obyektdə saxlamaq isə kinestetiklər üçün çox çətin olur. Kinestetiklər üçün qavrama prosesi daha çətin olur. Düşünərkən onlar daim hərəkətdə olacaq, əlləri ya qulaqlarında, ya burunlarında, ya da saçlarında olacaq. Diskrit tip insanlar məntiqi qavrama və dərketmə prosesinə üstünlük verən bu tip insanlar həyata daha çox rasional yanaşırlar. Faktlara üstünlük verirlər. Analizatorlardan beyinə gələn siqnalları mövcud təcrübələrə əsaslandırır və buna əsasən davranış tərzini seçirlər. Nitqlərində düşünürəm, fərz, nə qədər faydalı və s. kəlmələrdən daha çox istifadə edirlər. Eləcə də “Fikrini anladım.”, “Əla ideyadır.”, “Məntiqlidir.” və s. kimi cümlələrdən istifadə edirlər. Onlar düşünərkən uzun müddət səssiz oturacaq və bir müddət hansısa nöqtəyə baxacaqlar. Əgər qarşıdakı obyekt onda maraq oyatmırsa, o onu nə görəcək, nə eşidəcək, nə də hiss edəcək. Əks halda bu obyekt hər tərəfli şəkildə öyrəniləcək, yadda saxlanılacaq. Beləliklə, deyə bilərik ki, vizuallar dünyanı görür, audiallar eşidir, kinestiklər hiss edir, diskritlər isə dəyişir. Mənbə: PCC jurnalı Baxışlı Elnarə
['psixologiya', 'vizual', 'audial', 'kinestik və diskrit']
1,365
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/17753/m%C9%99h%C9%99bb%C9%99td%C9%99-b%C9%99xti-g%C9%99tirm%C9%99y%C9%99n-filosoflar-androu-%C5%9Faffer.html
“Məhəbbətdə bəxti gətirməyən filosoflar” - Androu Şaffer
MuSHviG
Fəlsəfə
4 yanvar 2015, 11:49
Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin “Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabındaSokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:İmmanuel  Kant — Alman əsilli filosof İmmanuel Kant müasiri olan Fridrix Riçarda görə, həm bədən, həm də zehin nöqteyi-nəzərindən “tozdan belə daha quru adam” idi. Kant hər gününü müəyyən bir təqvimə görə yaşayıb. O qədər planlaşdırılmış idi ki, onun qonşuları belə saatlarını, vaxtını necə keçirməsini, axşam gəzintilərini dəqiqliyi ilə əzbər bilirdi. Kantın gəzinti saatlarına görə ətrafında yaşayan insanlar günün hansı vaxtı olduğunu asanlıqla müəyyən edə bilirdi. Kant evlilik öncəsi yaşanan cinsi əlaqəni əxlaqsızlıq kimi dəyərləndirir və buna birmənalı şəkildə qarşı çıxırdı. Əslində, onun fikrincə, çoxalmaq, nəsli artırmaq məqsədi güdməyən hər bir cinsi münasibət əxlaqsızlıq hesab olunmalı idi. Həm də, cinsi arzu və istəklər yanlış hesab olunurdu, çünki o insanı heyvanlara daha çox yaxınlaşdırırdı. Bu istəklər əldə olunana qədər insanı alovlandırır, əldə olunduqdan sonra isə adiləşirdi. Kant evlilik öncəsi olan cinsi münasibətləri cinsi köləlik kimi qiymətləndirirdi.Dahi filosof evliliyi “digərinin cinsi yaşamı boyu mülkiyyətinə haqq” kimi dəyərləndirirdi. Həyatı boyunca Kanta qarşı iki qadında maraq mövcud idi. Ancaq Kant ikisi ilə də maraqlanmadı. Bundan sonrakı illərdə yoxsulluğunu evlənmək istəyinə ən böyük bəhanə kimi göstərmiş və belə izahat vermişdi: “Bir həyat yoldaşına ehtiyac duyduğum zamanlarda heç vaxt onu saxlayacaq qədər pulum olmayıb”. İşin mahiyyəti isə bunda deyildi. Məsələ burasında idi ki, Kant özü üçün müəyyən etdiyi  “cədvəl həyatı”na mane ola biləcək heç nəyi özünə yaxın buraxmaq istəmirdi.Aristotel — “Məhəbbət nə qədər güclü olduğunu ağıllını axmaq, axmağı isə ağıllı edərək göstərir”. Aristotel qadınlara olan münasibəti ilə müasirlərindən müəyyən qədər fərqlənir. Öz əsərlərində dahi filosof qadınları “əhliləşdirilmiş heyvandan bir pillə yuxarı olan canlılar” kimi dəyərləndirir. Qadınlara olan nifrəti səbəbilə o, uzun illər müzakirə obyektinə  çevrilib.Yunan əsilli filosof qadınların təbiətcə heyvanlardan nisbətən bir pillə daha yaxşı vəziyyətdə və ağıllı olduqlarını iddia edirdi.Aristotel 37 yaşı olanda öz müəllimi Hermesin ögey qızı olan Pitasla evlənir. Aristotelin müəyyən qədər romantik izah verdiyi bu evlilik onun fikrincə, ideal bir evlilik idi. Çünki “ideal evliliklərdə yaş fərqi ən az bizimki kimi olmalıdır” – deyirdi. Tarixi faktlar Aristotelin öz xanımı ilə xoşbəxt bir ailə həyatı yaşadığını göstərir. Pitas cavan yaşda vəfat etdikdən sonra isə Aristotel qızlarını tək böyütməli olur. Bundan sonra o, ikinci bir evliliyə imza atır. İkinci xanımı ilə aralarında mövcud olan münasibətlər haqda faktlara rast gəlinməsə də, onların o qədər də xoşbəxt olmadığı güman edilir.Aristotel ölümündən sonra birinci xanımının yanında dəfn olunmağı vəsiyyət edir. Buna baxmayaraq, mütəfəkkir həyatının sonuna qədər qadınlara ev heyvanı olaraq yanaşmış və heç nə onun bu münasibətini dəyişdirməyə müvəffəq olmamışdı. Aristotel ölümündən öncə, yazdığı vəsiyyətində birinci xanımının yanında dəfn olunmaq istəyini dilə gətirməkdən başqa, həm də ikinci xanımı haqda yazmışdı: “Mənim ölümümdən sonra, yenidən ailə həyatı qurmaq istəsə, onu dəyərsiz biri ilə evləndirin”.Alber Kamü — Fransız yazıçı Alber Kamü 1934-cü ildə Simonayla ailə həyatı qurur. Simona narkotik aludəçisi idi. Kamünün bu xanımla olan evliliyi arvadının narkotik maddə əldə etmək məqsədilə bir həkimlə cinsi əlaqəyə girdiyini öyrənəndə sonlandırıldı.O, boşandıqdan üç ay sonra riyaziyyatçı Faure ilə ailə həyatı qurur. Faure ilə Kamü çox sərbəst evlilik həyatı yaşayırlar: onlar bir-birinin həyatına və seçimlərinə qarışmırlar. Çap olunan məktublar Kamünün xanımına o qədər də önəm vermədiyini, ondan başqa çoxsaylı xanımlarla münasibətdə olduğunu aşkara çıxarır.Kamünün bioqrafiyasını yazan Oliver Todd yazıçının evlilik zamanı yaşadığı münasibətlər haqda belə deyir: “Alber Kamünün məhəbbət münasibətləri ilə bağlı kitab yazmamışam, çünki elə bir kitab yazmaq üçün mənə səhifələr kifayət etməzdi”.Kamü 1960-cı ildə, 46 yaşında avtomobil qəzası nəticəsində vəfat edənə qədər ikinci xanımı ilə evli qaldı.Sokrat — “Nə olursa, olsun evlənin! Yaxşı bir arvadınız olsa, xoşbəxt olarsınız, pis bir arvadınız olsa, filosof!”. Sokrat həyatının böyük hissəsinin subay keçirsə də, nəhayət, əlli-altmış yaşlarında ailə həyatı qurmağa müvəffəq olmuşdu. Antik Yunanıstanda qadınlardan gözlənilən itaətkar arvad obrazının əvəzinə, Sokratın xanımı olduqca dilli, kobud və “çoxbilmiş” olur. O, tez-tez öz həyat yoldaşını insanların arasında təhqir edir və alçaldır.Bir əfsanəyə görə, Sokratın xanımı camaat içində əriylə etdiyi mübahisənin ortasında ərinin başından aşağı bir vedrə su tökür. Sokrat vedrədən axan çirkli suyu başında hiss edərkən belə deyir: “ Adətən, ildırım çaxandan sonra yağış yağır”.Beləliklə, Sokratın xanımı Hantippin adı tarix kitablarına ən qəddar arvadlardan biri olaraq düşüb.Fridrix Nitsşe — “Ax qadınlar! Ucanı ucaldır, alçağı alçaldırlar”. Alman filosof Fridrix Nitsşe qadınlar haqda hər zaman haqlı-haqsız tənqid etmiş, amma özü də qadınlardan uzaq dura bilməmişdi. Əvvəlcədən qeyd edim ki, Nitsşe evlilik təklifi etdiyi bütün qadınlardan birmənalı şəkildə “yox” cavabı alıb.İlk dəfə 32 yaşı olanda Mat Haylda aşiq olan Nitsşe, ikicə dəfə onu gördükdən sonra məktub vasitəsilə ona evlənmək təklifi edib. O vaxtlar başqa adama aşiq olan xanım Nitsşenin təklifini rədd edib.Bu hadisədən beş il sonra dahi mütəfəkkir 21 yaşlı Lou Von Salomla tanış olur. Salom öz hərəkətləri və söhbətləri ilə Nitsşeni ovsunlayır. Amma tez bir zamanda aşiq olan Nitsşe heç də cazibədar və cəlbedici olmur. Salom Nitsşenin evlilik təkliflərini hər dəfəsində rədd edir. İllər keçdikdən sonra Salom başqa biri ilə nişanlanır, Nitsşenin məhəbbət kitabı beləcə bağlanır.Jan Pol Sartr-  “Əlbəttə ki, çirkin qadınlar var, amma mən gözəl olanları seçirəm”.Simona de Bovuar — “Əri əldə etmək bir sənətdir, əldə saxlamaq isə bir vəzifə. Mənbə: kult.az
['Qadınlar', 'sevgi', 'fəlsəfə', 'Sokrat', 'ideal evlilik.']
1,366
https://kayzen.az/blog/istorik_c/17752/new-age-nyu-eyc-musiqi-janr%C4%B1.html
New Age-Nyu Eyc musiqi janrı
istorik_c
Bloq: istorik_c
3 yanvar 2015, 20:15
     XX əsrdə yaranmış New Age (ingiliscə Nyu eyc, mənası «yeni çağ».)  sakitləşdirici və nikbin səs ilə xarakterizə olunan, bir sıra musiqi üslublarını özündə əks etdirən  musiqi janrlarından biridir. Janrlarından biridir dedikdə dinləyicilər çox vaxt Ambient(embient) musiqisini Nyu eyclə qarışdırırlar. Bu musiqi janrları oxşar olsalar da fərqli cəhətləri var. Ambient janrında fon musiqisi böyük rol oynayır, Nyu eycdə isə bu yoxdur. Digər tərəfdən Ambient janrı bilavasitə Nyu eycin yaranmasında başlanğıc rolunu oynamışdır. Hər iki janrda elektron musiqi mühüm rol oynasa da Nyu eycin əhatə dairəsi daha genişdir.     Nyu eyc bəstəkarları əsasən elektron və etnik musiqi üçün xarakterik xüsusi alətlərə müraciət edir və aşağı tempdə, yüngül və əhval-ruhiyyəni qaldıran melodiyalardan istifadə edirlər. Bu musiqidən tez-tez relaksasiya, meditasiya və yaradıcılığı stimullaşdırmaqdan ötəri (xüsusilə  rəssamlar) istifadə olunur. Nyu eyc əsasən canlı təbiət, özünüdərk və milli mədəniyyət mövzularına müraciət edir.     Nyu eycdə əsasən harmoniyaya  böyük diqqət verilir. Buna görə kompozisiyaların tərkib müddəti bir neçə dəqiqədən bir neçə saata qədər dəyişə bilər. Lakin əsərlərin əksəriyyətinin tempi kiçik, musiqi səsi rahat və hamar, ancaq fon musiqisi  daimi olmur. Əsərlərin tərkibinə tez-tez etnik musiqi daxil edilir.    Nyu eyc həm akustik forma əsasında fleyta, fortepiano, gitara və eləcə də dünyanın müxtəlif xalqlarının alətlərini, həm də elektron alətlərin uzun harmoniyasını özündə birləşdirir. Eyni bəstəkar eyni albomda dünyanın ən qədim və ekzotik alətlərinə müraciət edə bilir. Həm elektron alətlərdən, həm canlı alətlərdən, həm də səsyazma nümunələrindən istifadə edilə bilər.    Vokal əsərlərdə musiqinin həsr olunduğu dövrün və ya regionun sözləri (hətta ölü dillərdə olan sözlər də) daxil edilir. Bəzən vokal səsyazma nümunələri dünyanın müxtəlif xalqlarının etnik və ya dini xoru şəklində istifadə olunur. Məsələn ola bilər Nyu eyc katolik xoruna əsaslansın (“Enigma”, “Era”, “Gregorian” qrupları), yaxud kelt xalq musiqisinə əsaslana bilər (Enya və Moya bacıları, David Arkenston). Nyu eyc həm də embientdə olduğu kimi təbiət səslərindən: dalğaların şappıltısı, ağacların xışıltısı, quşların cəh-cəhindən istifadə edir. Məsələn Vangelisin “Aquatic dance” əsərində musiqi tempi suyun damcılanmasını əks etdirir.Vangelis     Nyu eyc janrı haqqında bəstəkarların, ifaçıların və ən əsası tənqidçilərin fərqli fikirləri var.Yəni bu musiqi janrı haqqında ümumi qəbul edilmiş tam fikir söyləmək indiyə qədər mümkün olmamışdır. Nyu eyc janrını müəyyənləşdirmək üçün 3 əsas yanaşma var:1. Nyu eyc elektron musiqinin bölməsi kimi fərqli oranjimanlarda müxtəlif növ melodik və rəqs tərkibi olmayan musiqi janrı kimi(eksperimental elektron musiqi, texno, embientin bəzi subjanrları və. s.)2. Nyu eyc  tərkibi sadə səs, yumşaq melodiyalar və melodik elektron musiqi olaraq mənəvi və fəlsəfi təlimlərlə heç bir əlaqəsi olmayan janr kimi.www.youtube.com/watch?v=FLwhPeUPUBs    Bu nöqteyi-nəzərə uyğun olaraq  Enigma, Aeoliah, Enya, Lesiem, Loreena McKennitt, Love Orcestra, Viktor Savenko, Jean Ven Robert Hal, Kitaro, Suzanne Ciani, Tangerine Dream, Vangelis, Godlav, Era və Yanni kimi musiqiçiləri Nyu eycə aid etmək olar. Lakin tənqidçilərin fikirləri fərqlidir. Birincisi, Loreena McKennitt, Jean Ven Robert Hal, Vangelis və Tangerine Dream kimi musiqiçilər yaradıcılığa başlayarkən düşünməmişdilər ki, onların əsərləri Nyu eycə aid edilər. Onların bəziləri belə düşünür ki, bir janr kimi Nyu eyc musiqisi eyni adlı dini-fəlsəfi cərəyana (həmçinin Sayentologiya dini kim tanınır) aiddir. Halbuki bu musiqiçilərin bu cərəyanla heç bir əlaqəsi yoxdur. İkincisi, Tangerine Dream, Mayk Oldfield, Jan Ven Robert Hal, Vangelis və Mixail Çekalin kimi musiqiçilərin yaradıcılığı çox müxtəlifdir, hətta  Vangelisin albomları çoxşaxəlidir. Üçüncüsü, musiqinin səslənməsinə görə Enigma və Suzanne Cianinin musiqiləri əhəmiyyətli dərəcədə bir-birindən fərqlənir. Buna görə Nyu eyc janrını etiket kimi bu və ya digər musiqiçiyə tam şəkildə aid etmək olmaz.Yanni3. Nyu eyc  praktik tətbiq olunan relaksasiya və meditasiya üçün elektron musiqi janrı kimi. Əsasən yoqa və mantra  həvəskarları Steven Halpern, Anugama, Cusco, David Arkenston, Blue Stone, Deuter, Gandalf, GENE, Tya, Oliver Shanti, Kitaro, Chinmaya Dunster, Himekami, Medwyn Goodall, Deva Premal, Akiko Shikata və s. musiqiçilərin albomlarına müraciət edirlər.Enya    Beləliklə unikal bir janr kimi nyu eycin tam təsnifatı hələ ki, müəyyən ediməmişdir.    Bir çox musiqiçilər nyu eyc terminini uğursuz hesab edirlər. Ottmar Liebertin sözlərinə görə, 80-ci illərin axmaq termini olan fyujn bu gün nyu eycə çevrilib.   Bəzi musiqiçilər xüsusən Moya Brennan  nyu eyc adının dini təlimlərlə bağlayanlara etiraz edir. Çünki bəziləri bunu bidətçiliklə səhv salır. Çünki bu janra görə Moya Brennanın özünü kafir hesab edirdilər, baxmayaraq o özü katolikdir.Mayk Oldfield, David Arkenston, Enya iddia edirlər ki, həddindən çox müxtəlif musiqiləri bu janra aid edənlər var. Enya Amarantinenin sözlərinə görə, radio stansiyaları və səsyazma şirkətlərinin seçdikləri musiqilər dəqiq təsnifat hesab edilə bilməz.( Məsələn müasir dövrdə populyar olan pop ifaçısı Nelli Furtadonun məşhur “Say it right” mahnısının tempinə görə nyu eyc janrına aid edilir) Bu janra alternativ adlar təklif göstərilir. Məsələn Contemporary Instrumental (“Müasir instrumental"), Folk Ambient və s. Lakin, əksər musiqiçilər Nyu eyc termininin artıq oturuşmuş və geniş geniş yayılmış termin kimi yayıldığını qəbul edirlər.    Bu musiqi janrının əsasını kimlər qoymuşdur? Bura böyük bir siyahı şəklində musiqiçilər daxil edilsə də konkret bir fikir yoxdur. Belə hesab olunur ki, nyu eycin ilk elementləri caz musiqsində peyda olmuşdur. Amma tənqidçilər belə bir fikri şübhəli sayırlar. Güman olunur nyu eyc üslubunda ifa edən ilk musiqiçi, Amerika caz musiqiçisi Toni Skott olmuşdur.  1964-cü ildə o, Nyu eyc üslubunda Music For Zen Meditation adlı ilk albomu buraxmışdır. Skottdan başqa digər bir amerikan cazmeni Pol Uinter də albom buraxmışdır. Lakin onun albomu Skottun meditativ allbomundan  fərqli daha şən və pozitiv ruhda olmuşdur. Güman olunur ki, nyu eyc və embient janrlarının formalaşmasında Keyt Karret,  Lil Mays, Mayls Devis və Ralf Touner kimi caz musiqiçilərinin yaradıcılıqlarının böyük təsiri olmuşdur.   Daha sonralar Nyu eyc caz ənənələri ilə əlaqəsini itirdi. Artıq 70-ci illərdə Nyu eyc əsasən elektron musiqi oldu. Musiqiçilər sintezatordan geniş istifadə etməyə başladılar. Avropa klassik musiqisi (Klod Debussi), erkən akademik elektron musiqi, minimalizm, (Erik Sati, Terri Rayli, Stiv Rix, Filip Qlass kimi minimalist bəstəkarlar) Nyu eyc janrına xüsusilə əhəmiyyətli təsir göstərmişdir.1968-ci ildən 1973-cü ilə kimi alman mənşəli musiqiçi və qruplar Popol Vuh, Deuter, Tangerine Dream, Klaus Şulz və d. sintezator, akustik və elektron alətlərlə bir sıra albomlar yaratdılar. Lakin bu əsərlər üçün relaksasiya, ruhi sakitlik, kosmik atmosfer xarakterik deyildi.  ABŞ-da nyu eyc janrının yaradıcısı musiqiçi Steven Halpern və onun “Spectrum Suite” albomu(1975) hesab olunur.Nyu eyc terminini ilk dəfə 1975-ci ildə gitaraçı Vilyam Akkerman tərəfindən işlənilmişdir. Onun buraxdığı “Windham Hill” leyblı nyu eycin inkişafına böyük təsir göstərdi. 80-ci illərdə meditativ və etnik musiqidən ibarət olan “ Narada” albomu sayəsində nyu eyc termini kütləviləşdi.    80-ci illərin industrial musiqi janrının böhranı nəticəsində həmin janrın musiqiçiləri vəziyyətdən çıxış yolu kimi nyu eyc terminindən estetik ad kimi istifadə etməyə başladılar.    Ümumiyyətlə nyu eyc janrının populyarlığı 1960-80 – ci illərdə Qərbdə gənc nəslin  qeyri-Qərb mədəniyyətlərinin mənəvi həyatına və Avropa Orta əsrlər mədəniyyətinə marağın artması ilə bağlıdır. Xüsusilə bu qriqorian dini nəğməsinə, Şərq xalqlarının fəlsəfəsinə və incəsənətinə kütləvi maraqda əks olunur. Nyu eyc janrına ən böyük töhfəni Hearts of Space və Windham Hill albomları vermişdir. Buna görə nyu eycin inkişafı 1980-ci illərlə bağlıdır.      Keçmiş SSRİ və Rusiyada bu janrda Boris Deart, İqor Dvureçenski, Andrey Klimkovski, Elena Dedinskoy, Angelight (Yuri Rıjov), Edelis, Rhythm of Mankind & Nature, Hattifatteners, Ermitage, Apples From Mars təmsil olunur. Məşhur gitaraçı Didulyanın da yaradıcılığı nyu eyc üslubuna yaxın sayılır.   Bir çox musiqiçilər və tədqiqatçılara görə, nyu eyc musiqi janrı ABŞ-da yaranmış Nyu Eyc ( digər adı sayentologiya) dini-fəlsəfə cərəyanı ilə heç bir əlaqəsi yoxdur. Çünki nyu eyc musiqiçiləri müxtəlif etiqadlara malikdirlər. Enya Amarantin və bacısı Moya Brennan katolikdirlər. Gregorian proyektini rəhbəri Frank Peterson ateistdir, baxmayaraq öz musiqiləri xristian dini mahnılarına əsaslanır. Enigma qrupundan olan Mişel Kretu və digər bir nyu eyc bəstəkarı Syuzan Duse Allaha inanır amma özlərini heç bir dinə aid etmirlər.   Nyu eyc üslubunda musiqi adətən ruhi sakitlik, ətraf mühit, təbiət, harmoniya, yuxu və kosmosa səyahət, «Mən»in arzuları və s. kimi mövzular həsr olunub. Bir çox musiqiçilər ekzotik ölkələrin, eləcə də öz xalqının mifologiyasına aid albomlar buraxırlar. Enya və David Arkenston kelt mifologiyasına və tarixinə həsr olunmuş albomlar buraxmışlar. Yapon sintezatorçusu  Kitaro İpək Yolunun tarixinə həsr olunmuş albom seriyası, GENE qrupu Sakit Okean, Aralıq dənizi, Pasxa adası və Yerin müxtəlif regionlarına aid albomlar seriyası buraxmışdır.     David Arkenston və Lex Plotnikov kimi bəzi musiqiçilər fentezi janrına aid əsərlərə musiqilər bəstələyiblər.Nyu eyc musiqisindən  tez-tez filmlər, kompüter oyunları, xüsusilə təbiət və ya tarixi filmlərdə istifadə olunur. Vangelis bir çox filmlərə sauntrek musiqi yazmışdır. Enya "Üzüklərin Əfəndisi" filminə, Era«Yadplanetlilər» filminə, Kitaro bir sıra fantastik animelərə  mahnıları yazmışlar. David Arkenston “World of Warcraft” daxil olmaqla bir çox oyunlar üçün musiqi yazıb. Nyu eycdən stressdən azad olmaq üçün, yaradıcılıqla məşğul olan zaman rahat atmosfer yaratmaq üçün geniş istifadə olunur.David Arkenston  Araşdırmaçı Andrey Qoroxov nyu eycin tərifini daha gözəl vermişdir-“Əgər sizi alkoqolizmi və siqaret çəkmək kimi pis ehtirasları təbliğ edən səslər bezdiribsə o zaman 80-ci illərdə isti Kaliforniya günəşi altında doğulan nyu eycə qulaq asın. Burada qəddar cadugərlər və kimyaçılar yoxdur. Ağ və uzun saqqallı hind mütəfəkkirləri sizi özünüdərkə,  yaxınlara sevgiyə, üzdə həmişə təbəssüm yaratmağa səsləyir. Nyu eyc buddistlər üçün Diter Bolendir. Nyu eyc xəcalət çəkmədən dəniz üzərində günəşin qürubunu seyr etmək deməkdir. Nyu eyc küləyin vıyıltısı, quşların cəh-cəhi, yarpaqların xışıltısı kimi vəhşi və gözəl təbiət səsləridir. Nyu eycdə akustik musiqi alətləri; And fleytası, Afrika barabanı, kelt arfası, ispan gitarası, macar klavesini, Çin qonqunun  təbii səslərinin son tətbiqi zəngin yapon sintezatorudur.”Kitaro Sonda özümün tez-tez qulaq asdığım nyu eyc musiqi janrına aid bəzi nümunələri qeyd edirəm.1. Vangelis-“Alpha”, “Aquatic dance”,”Hymne”, «Prelude», «Chariots of Fire»,"İ apocalypse des animaux", " West acros panfleita", «Song of seas», «Roxannes dance»2. Kitaro-“Mirage”, «Matsuri»3. David Arkenston-“Temple of İsis”4.Era & Oliver Shanti-“Sacral Nirvana”4.Guy Sweens-“Siddhartas Journey”, “Vasanta”5.Didulya-“Flamenqo”, «Kofe», «Polet na Merkuri», «Put domoy» «Qreçeskaya», «Arabika», «Satinivie bereqa», «Qolos sfer», «Oxota na volka» «Veter», Svetnie sni"6. Enya- “Caribbean blue”, “Only time”7. Sara Brightman and Gregorian-“Moment of peace”8.Yanni-“Rainmaker”, “Adagio İn c Minor”, “Truth of touch”, “Within attraction” "İndigo", «Standing in motion», «Voyage», «Waltz in 7/8», «Nostalgia»9. Omega Vibes-“Diaspora”, «The soul of the heart»10.Cafe del Mar-“Melibea”11. Hsu Ching Yuen- “White tara mantra”12.Deva Premal-“Om ram ramaya”13.Blonker-“Street caffe”14.Giovanni Marradi-“Garden of Dreams”15.Marga Sol-“Poison and passion” 16.Kenny G — «Moment», «Havana» 17.Cris Sheperis -«Eros» 18.Enigma — «Kyrie» 19.Leo Rojas — «El condor pasa» 20.James Last — «Nights in white satin», «Bamboleo» 21.Jean Michell Jarre — «Oxygene», «Ocean»Hazırladı: İstoric_c
['musiqi', 'musiqi dünyası']
1,367
https://kayzen.az/blog/psixologiya/17418/t%C9%99k-qalma%C4%9F%C4%B1n-10-faydas%C4%B1.html
Tək qalmağın 10 faydası
Apollon
Psixologiya
3 yanvar 2015, 16:45
1. Ruhən tükənməyimizin qarşısını alır Müasir dövrdə bir insanın dəyərini onun məhsuldarlığı ilə ölçürlər. Toplum bizə tək qalmağa imkan vermir. İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi onun “məhsuldarlıq” məcburiyyətindən bir balaca uzaqlaşmasına kömək edir. Heç nə etməmək əslində bir çox yaxşı şeyləri reallaşdırmağa stimul yaradır. “Promega” adlı bir şirkət işçilərinin təbii gün işığında rahatlanıb, fasilələr zamanı meditasiya ilə məşğul ola biləcəyi xüsusi yerlər ayırıb. Bu tətbiq olunduqdan sonra işçilərin səhhətinin müsbətə doğru getdiyi və məhsuldarlığının artdığı bəlli olub.2. Duyğu üzvlərimiz kəskinləşir Çox adam üçün 10 gün ərzində sakit qalmaqla suda gəzmək arasında fərq yoxdur. Vipassana Səssizlik İnstitutu da bu işlə məşğuldur. Bura qatılanlar on gün ərzində oxumaqdan, danışmaqdan və göz təmasından uzaq dururlar. 100-ə yaxın elm adamı araşdırma məqsədi ilə sakit qalmaq meditasiyasını həyata keçirib və danışmaq funksiyasını istifadə etməməyin digər duyğu orqanlarının işinin yaxşılaşmasına gətirib çıxardığını sübut ediblər. 3. İndiyə konsentrasiya olmaq Britaniyalı filosof Alan Vats yazır ki, gərginliyimizin və narahatlıqlarımızın səbəbi illüziya olan gələcəkdə “yaşayıb” indiki zamanda qopuq şəkildə varlığımızı davam etdirməyimizdir. Yəni fikrimiz həmişə gələcəkdədir. Anı yaşaya bilmirik. Səssiz qalmaq diqqətimizi real xoşbəxtlik olan indiki zamana cəmləməyə kömək edir. İndinin bizə verə biləcəklərinin yanında gələcəyin bizə təqdim edə biləcəyi şeylər çox balacadır. Səssizlik və tənha qalmağımız bizi saxta xoşbəxtlik hissindən xilas edib real həyata qaytarır.4. Yaddaşı gücləndirməyə kömək edir. Təbiət qoynunda sakitcə gəzmək beynimizdə “hippocamus” deyilən hissənin böyüməyinə gətirib çıxarır və beləcə yaddaş gücümüz artır.5. Qərar qəbul etmə və onları reallaşdırma qabiliyyətimizi gücləndirir Psixoloq Kell Mcgonigal qeyd edir ki, səssizlik zamanı beynimiz daha ağıllı qərarlar verir. Və onları reallaşdırmaq üçün motivasiya olmağımızı təmin edir.6. Kim olduğumuzu bir daha xatırladır Özümüz kimi davranmağımıza, içimizdən gələn qərarları qəbul etməyimizə kömək edir tək qalmaq. Bizə daim kənar səslər müdaxilə edir, öz içimizdən gələn səsi eşidə bilmirik. Sükut – bizə öz düşüncələrimizi eşitməyə kömək edir. İnsan iradəsi düşüncəsiz hərəkətlərin boyunduruğundan xilas olanda möhkəmlənir.7. Beynimizi inkişaf etdirir Beyin ən qarışıq və ən güclü orqanımızdır, əzələlərimiz kimi, onun da dincəlməyə ehtiyacı var. Araşdırmalara görə özümüzə qulaq asıb sakitləşdiyimiz anlarda beynimizin informasiya sürəti artır və qırışlar güclənir.8. Daha yaradıcı olmağımıza gətirib çıxarır Yaradıcı prosesdə bir “tormozlanma” anı olur. Bu andan xilas olmaq üçün tamamilə sakitlik və tənhalıq lazım olur. Bu zaman beyin daha güclü işləyir və Arximedin “evrika”sına gətirib çıxarır. Mütəxəssislər deyir ki, tək qalıb xəyallar qurmaq yaradıcı ideyalar istehsal etməyin ən yaxşı yollarından biridir.9. Sıxıntılarımızla mübarizə aparmağımıza kömək edir Səssiz bir yer tapdınız, tək oturub bir az rahatlanmaq istəyirsiniz, birdən haranızsa qaşınır. Amma bir çox meditasiya müəllimləri deyir ki, özünüzü saxlasanız, dərin nəfəs alıb diqqətinizi cəmləsəniz qaşıntı keçəcək. Yəni beyninizi yoran problemlərdən də bu yolla qurtulmaq mümkündür.10. Mənəvi çətinliklərdən xilas edir Özünümüdafiə mexanizmi sadəcə fiziki çətinliklərdən deyil, hissi çətinliklərdən də qaçmağımızı təmin edir. Ancaq neqativ düşüncələri içimizə atmaq onların stress, gərginlik və yuxusuzluq olaraq geriyə qayıtmasına gətirib çıxarır. Bu neqativ vəziyyətdən xilas olmağın yollarından biri, sakit yerdə oturub öz-özümüzə nəyin bu pis vəziyyətə təkan vermiş ola biləcəyini düşünməyimizdir.
['yalnızlıq', 'tənhalıq', 'tək qalmaq']
1,368
https://kayzen.az/blog/optimist/17623/d%C3%B6rd-yarpaql%C4%B1-yonca.html
Dörd yarpaqlı yonca
_BUMERANQ_
Hər şey gözəldir
3 yanvar 2015, 15:01
Dörd yarpaqlı yonca bir çox mənbələrdə uğur simvolu olaraq qəbul edilir. Xristianlıqda Həvvanın cənnət bağında əlində dörd yarpaqlı yonca ilə gəzişdiyinə inanılır. Dörd yarpaqlı yonca ilə bağlı bir sıra miflər mövcuddur. Bir inanışa görə, Druid adı verilən bir toplum Günəşə sitayiş edər və ildə bir neçə dəfə meşdə yığışaraq öz rituallarını həyata keçirərdilər. Bu zaman onlar aralarında baş verən anlaşılmazlıqları həll etməyə çalışar, gələcəkdə baş verə biləcək pis hadisələrin qarşısını almaq üçün insan qurban edərdilər. Qurban seçərkən daha çox günahkar insanlara üstünlük versələr də, bəzən günahsızların da qurban edilməsi halları olurdu.  Druidlərin inanışına görə qurban edilən şəxs bu yolla günahlarından təmizlənir və günahsız körpə olaraq yenidən dünyaya gəlir. Druidlər həmçinin, dörd yarpaqlı yoncaya xüsusi önəm verər, onun ailə içində firavalıq yaratdığına inanardılar. Dörd yarpaqlı yonca sahibinə pis əxlaqlı insanları, şeytanı görmə istedadı bəxş edər və bu tip varlıqlardan özünü qorumağa kömək edərmiş. Qurbanetmə ritualından öncə yoncanın bu gücündən istifadə edərlərmiş. Dördyarpaqlı yoncanı tapan şəxs qurban edilməzmiş. Təbiətdə çox az tapılan dörd yarpaqlı yonca sahibinə şans gətirdiyinə inanış da burdan qaynaqlanmışdır. Hazırda uğurun, şansın simvolu olaraq qəbul edilən dörd yarpaqlı yonca ilə bağlı inanışların kökündə onun pisliklərdən qoruyan sehirli gücü dayanır. Şans gətirəcəyinə inanılan dörd yarpaqlı yoncanın hər yarpağı bir şeyi simvolizə edir: birinci yarpaq ümidi; ikinci yarpaq imanı; üçüncü yarpaq sevgini; dördüncü yarpaq isə şansı.  Bu, sadəcə, bir əfsanə olsa da, insanlar hələ də çətin tapılan dörd yarpaqlı yoncanın axtarışındadırlar.
['şans', 'uğur', 'yonca']
1,369
https://kayzen.az/blog/d%C3%BCnya-iqtisadiyyat%C4%B1/17750/d%C3%BCnyaca-m%C9%99%C5%9Fhur-iqtisad%C3%A7%C4%B1-ozan-%C3%B6zkural-il%C9%99-larry-kingin-m%C3%BCsahib%C9%99si-yeni-iqtisadi-bax%C4%B1%C5%9F.html
Dünyaca məşhur iqtisadçı Ozan Özkural ilə Larry Kingin müsahibəsi - Yeni iqtisadi baxış
MuSHviG
Dünya iqtisadiyyatı
3 yanvar 2015, 14:52
Türkiyənin gənc fond idarəçilərindən olan və Larry Kingin proqramına qatılan 3-cü türk olan Tanto Capital Partner’in qurucu ortağı və CEO’su Ozan Özkural Türkiyədə islahatların reallaşacağını və bölgənin iş mərkəzi olacağını söylədi. Özkurala görə böhran ilə sarsılan Rusiyada uzun müddətli  investisiya imkanlar var.Uzun illər Merrill Lynch’in investisiya bankçılığı şirkətində xidmət edən və 2012-ci ildə qısa bir müddət Rusiyanın ikinci böyük bankı VTB'nin Türkiyə ofisini idarə Ozan Özkural Səudiyyəli ortağı ilə qurduğu 300 milyon dollarlıq fondu — Tanto Capital Partners'i fevral ayında dünya bazarına çıxarmağa hazırlaşır. Maliyyə dünyasının diqqət çəkən istedadları arasında özünə yer tutan və əfsanəvi televiziyaçı Larry King proqramına Rəcəb Tayyib Ərdoğan və Mehmet Özdən sonra qatılan üçüncü türk olan Ozan Özkural Səudiyyəli ortağı ilə qurduğu Tanto Capital Partners fondunun Türkiyə ofisini də yaxın günlərdə xidmətə açmağı planlaşdırır. Dünya iqtisadiyyatının hazırki və gələcək vəziyyətini qiymətləndirən Ozan Özkurala görə Türkiyə yaxın gələcəkdə əhəmiyyətini daha da artacaq. «Türkiyə bölgədə iş mərkəzi olacaq»Dünyanın yeni böyümə mərkəzləri olan Afrika, Yaxın Şərq və Rusiya kimi bölgələrə yaxınlığı ilə Türkiyənin əhəmiyyətli bir üstünlüyü olduğunu bildirən Özkural qlobal bir fond olacaq Tanto Capital üçün Türkiyədə ofis açmağın əsas səbəblərin birinin məhz bu olduğunu bildirdi. Afrika, Yaxıb Şərq və Rusiya kimi bölgələr ilə əməkdaşlığın əsas mərkəzi Türkiyə olacaq. Türkiyədə inkişaf edən ölkə olaraq müxtəlif siyasi və ekonomik dalğalanmaların yaşanması təbiidir. Həmçinin inkişaf etmiş ölkə olma hədəfi ilə əlaqədarTürkiyədə yeni islahatların həyata keçirələcəyini düşünürəm. Türkiyənin bir sıra əsas üstünlükləri var. Əmək qüvvəsi və rəhbərlik keyfiyyəti bölgəsindəki digər ölkələrə görə çox yüksək. Digər inkişaf etməkdə olan ölkələrə görə Türkiyə çox daha şəffaf bir ölkədir. Qlobal mərkəzli bir fondun qurucusu olaraq Türkiyədə ofis açma qərarımızın  ana səbəbi də budur.«Rusiyada böyük potensial var»Fondlarını qlobal miqyasda iş fürsətlərini görərək idarə edəcəklərini bildirən Özkural, ümumi fikrin əksinə olaraq Rusiyada uzun müddətdə böyük fürsətlər olduğuna diqqət çəkdi. Rusiyada bazarı tanıyanların yaxşı analiz etməsinin, tanımayanların isə uzaq durmasının lazım olduğunu bildirən Özkural «Rusiyada gələcək üçün böyük fürsətlər var. Rusiyada sanksiyalar və neft qiymətinin düşməsi ciddi bir təsir yaratdı. Rublun dəyər itirməsi şirkətlərin üzərindəki təzyiqi bir az azaltdı. Rusiyanı gözləyən ən böyük çətinlik şirkətlərin borclarını qısa müddətdə ödəyə bilməməsi olacaq. Rusiya çətin bir coğrafiyasdır. Buradakı geosiyasi hadisələr qısa müddətdə çox əhəmiyyətli olacaq. Amma uzun müddətdə Rusiyada çox böyük fürsətlər var. Rus bazarını əlaqələrlə görə bilirsənsə, hansı işdə fürsət olduğunu da müəyyən edə bilərsən. Əgər Rus bazarını analiz edə bilmirsinizsə oraya heç toxunmayın. Ancaq uzun müddətdə bir çox fürsətlər çıxacaq. Rusiyanın daxili bazarında kiçik oyunçular uduza bilir. Çox güman ki, istehlaka əsaslanan şirkətlər iflas edəcək. Rubl düşdü üçün insanlar özünü kasıb hiss edəcək. Daxili bazara istiqamətlənmiş Rus şirkətlərini çətin dövr gözləyir. Kiçik və orta miqyaslı Rus şirkətlər üçün təhlükə böyükdür. Ancaq böyük Rus şirkətləri batmayacaq. Orta və uzun müddətdə Rusiya investisiya qoymaq münasibdir, qısa müddət üçün isə təhlükəlidir „deyə danışdı. “Neftin qiyməti üçün 50-60 dollar münasib bir aralıqdır»Neft qiymətinin düşməsini də dəyərləndirən Ozan Özkural Brent neft üçün  50-60 dollar aralığının balanslı bir qiymət olduğunu və bu qiymətin Türkiyəyə çox müsbət təsir edəcəyini ifadə etdi. Özkurala görə neft qiymətlərindəki enişin əsas səbəbləri Çində tələbin azalması, ABŞ qaya qazı və geosiyasi hərəkətlərdir. Özkural qeyd edir ki, ABŞ və İran yaxınlaşmağa davam edəcək, ABŞ-ın bir nömrəli siyasəti İranı açmaqdır. Bu siyasət Obama rəhbərliyindən keçsədə Senatda ilişəcək, amma bundan sonra İranın bazarlara açılması gözlənilə bilər. Buna qarşılıq Səudiyyə Ərəbistanı da qiymətlər istədiyi qədər düşsün baxaq kim dözəcək deyir və istehsalı azaltmır. Sağlam olanı təklif və tələb tarazlığında qiymətlərin müəyyən olunmasıdır. Bu dəyişim Türkiyəyə çox müsbət təsir edəcək. Dünya iqtisadiyyatına da uzun müddətdə təcil qazandıracaq.  Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Fond', 'biznes', 'brend neft', 'geosiyasət', 'investisiya', 'iqtisadiyyat.']
1,370
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17740/sa%C4%9Flam-ya%C5%9Fama%C4%9F%C4%B1n-yollar%C4%B1.html
Sağlam yaşamağın yolları
MuSHviG
sağlam həyat tərzi
2 yanvar 2015, 16:32
-Hər gün bir diş sarımsaq yeyin.Sarımsaq  orqanizimdəki xəstəliyə  səbəb ola biləcək  maddələri demək olar ki, yarıbayarı (48%) azaldır. Bundan başqa, sarımsaq beynin yaşlanmasının qarşısını almaqla yanaşı xolestrol səviyyəsini də aşağı salır.-İdmanla məşqul olunGündə 1 kilometr piyada gəzmək və ya həftədə 3dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.-Kəpəkli məhsullar xərçəngdən qoruyur.Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.-Meyvə tərəvəzi süfrənizdən əskik etməyin.Meyvə-tərəvəz xüsusilə də pomidor, qırmızı üzüm yeyənlərdə infarkt, xərçəng və şəkər ehtimalı daha az olur. -Fast-food yeməklərini birdəfəlik unudunÜrək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger, kartof qızartması və s kimi qidalardır.-Bel ağrısına qarşı hərəkət edin.Araşdırmalar göstərir ki, bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.-Süfrənizin bəzəyi balıqBalıq yemək infarkt ehtimalını azaldır.Bundan başqa, balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.-Duzu azaldınHəddindən artıq duz iflicə və ürək damar xəstəliklərinə səbəb olur.Ona görə də gündə 5qr duz yemək kifayətdir.-Qəhvənin faydalarıAraşdırmalar gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir.Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur-Çay nədir, say nədir?Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər.-Hər pəhrizə aldanmayın.Həftədə 2-3 kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox, uzun müddət üçün həyata keçirməyə çalışın.-Artıq çəkilərə diqqətYeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 həftə qısaldır.Artıq çəkilərdən xilas olmaq ürək, xərçəng, oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.-Seleniuma ehtiyacımız varSelenium daha çox fındıq-fıstıq, balıq və taxıl məhsullarında olur. Hər gün selenium qəbul edənlərdə xərçəng ehtimalı 37%  azalır.-Xolesterol səviyyəsini aşağı salınİdmanla məşğul olmaq yağı, duzu azaltmaq xolestrolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.-Möcüzə dərman-ASPİRİNAğrı kəsici kimi qəbul etdiyimiz aspirin ürək-damar xəstəlikləri, həmçinin iflic və xərçəngə qarşı da faydalıdır.-Stresə qarşı mübarizə aparın.Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.-Siqaretə yox.Siqareti atmaq artıq çox asandır. İndi bunun üçün saysız hesabsız vasitələr var. Məsələn nikotin lentləri, saqqızlar, iynə ilə müalicə və s.-Yuxusuz qalmayınYuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir. Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.-Hər gün vitamin qəbul edinTərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.-Dərinizi nəmləndirinDəriniz üçün yayda günəşdən, qışda isə soyuqdan qoruyan kremlərdən istifadə edin.-Dişlərinizi qoruyunBöyürtkən bakteriyaların dişə yapışmasının qarşısını alır və dişəti xəstəliyi ehtimalını azaldır. Alma,portağal, yerkökü, ispanaq kimi lifli qidalar da dişləri qoruyur.-Su içməyi unutmayınGündə 5 stəkan su içən adamlarda bağırsaq xərçəngi ehtimalı 50% azalır-Sağlamlığınız üçün “DOST OLUN?”Mütəxəssislər dostluq münasibətlərinin yaddaşı möhkəmləndirdiyini söyləyirlər.Mənbə: korpem.net
['sağlamlıq', 'Sağlam həyat tərzi']
1,371
https://kayzen.az/blog/aforizmler/17328/90-ya%C5%9Fl%C4%B1-qad%C4%B1n%C4%B1n-h%C9%99yatdan-%C3%B6yr%C9%99ndikl%C9%99ri.html
90 yaşlı qadının həyatdan öyrəndikləri
Apollon
Hikmət dənizi və aforizmlər
2 yanvar 2015, 16:27
1. Həyat ədalətli deyil, amma yenə də gözəldir.2. Həyat o qədər qısadır ki, kiməsə nifrət edərək vaxt itirmə.3. Heç kim özünü ciddi hesab etməməlidir.4. Kredit kartlarını hər ay vaxtı-vaxtında ödə.5. Hər mübahisədə qalib gəlmək məcburiyyətində deyilsən, bəzən qəbul et getsin.6. Kiminsə çiynində ağlamaq, tək ağlamaqdan daha yaxşıdır.7. İlk maaşından başlayaraq pensiya dövrü üçün pul toplamağa başla.8. Ortada şokolad varsa, dirəşmək lazım deyil. 9. Keçmişinlə barış ki, gələcəyini zəhərə döndərməsin.10. Uşaqlarının səni ağlayarkən görməyində problem yoxdur.11. Həyatını başqalarının həyatı ilə müqayisə etmə. Hansı şərtlər altında bura gəlib çıxdıqlarını bilmirsən.12. Əgər münasibətin gizlin qalmasını istəyirsənsə, o münasibətin içində olmamalısan.13. Xoşbəxt uşaqlıq yaşamaq heç vaxt gec deyil. Yenidən uşaqlığını yaşamaq tamamilə səndən asılı olan şeydi və heç kim qarışa bilməz.14. Həyatda nəyə marağın varsa, arxasınca getməli və bu yolda “yox” sözünü bir cavab olaraq qəbul etməməlisən.15. Ən gözəl paltarlarını geyin, cehizindəki yemək qablarından istifadə et, onları özəl günlərə saxlama. Özəl gün bu gündür.16. Hansısa rəngdə paltar geyinmək üçün bir yaş dövrünün gəlməyini gözləmə.17. Çox pis hadisələr baş verəndə belə düşün: “5 il sonra bu hadisənin heç bir əhəmiyyəti olmayacaq”18. Hamını və hər ediləni bağışla.19. Başqalarının sənin haqqında nə düşündüyündən sənə nə?20. Hər şeyin dərmanı zaman deyilmi? Zamana burax.21. Vəziyyət nə qədər yaxşı yaxud da pis olursa olsun, dəyişəcək.22. Xəstə olanda işin sənə baxmayacaq, dostların baxacaq. Əlaqələri kəsmə, dostlarına vaxt ayır.23. Möcüzələrə inan.24. Unutma, səni öldürməyən şey, seni daha da güclü edir.25. Övladının cəmi bir uşaqlıq dövrü var, dəyərini bil, unudulmaz elə.26. Hər gün mütləq bayıra çıx, möcüzələr hər yerdədir.27. Həyatı çox sorğu-sual etmə, hərəkətə keç və lazım olanı indi et.28. Ən yaxşı şeylər hələ reallaşmayan şeylərdir, ümidini itirmə.29. Nə etmək lazım olduğunu bilməyəndə dərindən nəfəs al, xeyri dəyəcək.30. Gözəl bağlanmış qutuda olmasa da, həyat yenə də bir hədiyyədir.
['hikmətli sözlər']
1,372
https://kayzen.az/blog/edebiyyat/17720/qartal-%7C-dostoyevski.html
Qartal | Dostoyevski
Apollon
Ədəbiyyat
2 yanvar 2015, 16:22
Qartal cinsindən «qara quş” dəxi bir müddət bizim məhbəsin dairəsində yaşadı. Kim isə onu yaralı və əzilmiş bir halda dairəyə (həyətə) gətirmişdi. Zavallı uça bilmirdi, sağ qanadı yerdən sürünür, bir ayağı da arxasından gəlirdi. Ətrafdakı izdihamı necə dönərək qorxunc bir baxışla seyr etdiyini və öz həyatını baha bir qiymətə satmaq üçün dimdiyinin necə bir tövr təhdid olaraq açılıb-yumulduğunu indi də xatırlayıram. İzdiham onu seyr və tamaşadan fərağət edincə qara quş bir ayağı üzərində tullanır, bir qanadı ilə çırpınır, axsaya-axsaya qoşur və dairənin bir bucağına sıxışıb qalırdı. Bu sürətlə qara quş üç ay tamam dairədə qaldı və heç zaman öz bucağını tərk etmədi. Əvvəlləri tez-tez gəlir, ona tamaşa edir və „Şarik” köpəyi dəxi üstünə qısdırdırdılardı. “Şarik” də cəsarətlə atılır, fəqət pək yaxın getməyə qorxurdu. Bu isə məhbusların keyfinə gəliri. — Vəhşi təslim olmur! – deyirdilər. Sonra „Şarik” də qartala artıqlaması ilə əziyyət verməyə başlamışdı. Köpəyin qorxusu da artıq götürülmüş, qısqırıldığı zaman zavallı quşun yaralı qanadından yapışırdı. Qardal dimdiyi, caynağı və var qüvvətilə çırpınır, mütəəzzimanə (əziyyətli) bir halda müdafiə olunur, yaralı bir padşah kimi ona tamaşa edənləri acılı bir baxışla süzürdü. Axırı hər kəs yorulur və qara quşu unudurdular. Məəmafih (bundan sonra) hər gün quşun yanında bir parça təzə ətlə bir qab su görmək olardı. Kim isə qartalı sevir və ona göz yetirirdi. Əvvəlləri o yemək də istəmirdi. Hətta bir neçə gün yemədi də. Nəhayət, yeməyə başladı. Fəqət, hər halda əldə və yaxun insan hüzurunda verilən yeməkləri qəbul etməzdi. Çox kərə oldu ki, mən onu uzaqdan seyr və tədqiq etdim. Özünü yalqız hesab elədiyi zamanlar, bəzən bucağıdan dışarı çıxır və iyirmi qədəm bir məsafə təbilə təkrar yerinə dönür. Yenə mövqeyindən çıxır, təzədən ovdət edirdi ( geriyə dönürdü). Məni görür-görməz qartal yerinə qoşur, başını arxaya ataraq dimdiyini açır vət tüklərini ürpədərək hərbə hazırlanırdı. Mən onu hər cür təltif nə nəvazişlə özümə ram edə bilmirdim, dimdikləyir, çırpınır. Əlimdəki əti almır və daima qorxunc gözlərini gözlərimə dikib baxır, bir an qəflət etmirdi. Əvət, o kimsəyə etimad göstərmir, kimsə ilə sülh etmir, barışmaz bir düşmən qalaraq ölümünü gözləyirdi. Artıq iki ay oldu ki, kimsə qara quşu xatırlamır, onu düşünmürdü. Fəqət son günlərdə hər kəsdə ona qarşı bir mərhəmət hissi oyandı, qartalı dairədən xilas etməyə qərar verdilər. Məhbuslardan bəzisi – ölsə də barı dairədə — məhbəsdə ölməsin dedilər. Başqaları – demək azad və xəşin (sərt) bir quşdur, məhbəs dairəsilə tələttüfi (rəftar) – qəlb edə bilmir – deyə bəyan etdilər. — Bizim kimi deyil – demək, — deyə bir başqası əlavə elədi. — Bəs görmürsən ki, o quşdur, biz adamıq. — Qartal bilmirsiniz arkadaşlar, ormanların padşahıdır… deyə boşboğaz Skuratov başladı… Fəqət bu kərə ona qulaq asan olmadı.  Bir kərə nahardan sonra idi ki, təbil vuruldu. İşə girmək zamanı  gəlmişdi. İşə yenə qartalı aldılar. Dimdiyini sıxdılar – çünki o müdhiş bir sürətdə hücum edirdi. Hasara irdilər, quşu yola salan 20 kişi fövqəladə bir maraqla quşun haraya gedəcəyini görmək istəyirdi. Qəribə şey: hər kəs məmnun və müstərih (rahatlanmış) kimi nəzərə gəlirdi. Elə bil ki, bir dərəcəyədək özləri azad olurdular. Quşu aparmaqda olan məhbus: — Əcayib şey, nə yaman məxluq, nə yaxşılıq edirsən də dimdikləyir! deyə kəmali-şəfqətlə qorxunc quşa baxmaqda idi. — Mitqa, haydı burax getsin! — Sən o şəfqətli baxışdana, ona hürriyət ver, hürriyyət, o mərhəmət düşgünü deyil.  Qartalı hasarın üzərinə çıxardılar və oradan çölə buraxdılar. Bu payız günlərindən soyuq və tutqun bir gündə idi. Saralmış payız səhrasında külək acıqlı fışqırıqlar veriyordu. Qartal sağ olan qanadı ilə çırpınmağa və olanca qüvvətilə qaçmağa başladı. Elə bil ki, bizdən uzaqlaşmağa fövqəladə əcələ edirdi. Məhbuslar maraqla baxır və haraya getdiyini təqib edirdilər. Birisi mütəfəkkiranə:- Görüyormusan- dedi; — Heç dönüb baxmır da – deyə o biri əlavə etdi; — Heç bir dəfə də olsun, dönmədi, qaçır. — Sənə dönüb təşəkkürmü edəcək – zənn etdin – deyə üçüncusu sordu...   Məlum! Hürriyyət! Azad olmuş! — Demək Svaboda! — Artıq görünməyir qardaşlar... — Haydı, nə duruyorsunuz!!! – deyə müstəhfizlər ( mühafizəçilər) bağırdı və hamısı süküt edərək işə başladılar.    Tərcüəmə: M.Ə. Rəsulzadə,“İqbal” N 546, 3 Yanvar, 1914
['Dostoyevski', 'hekayə']
1,373
https://kayzen.az/blog/texnologiya/17738/komp%C3%BCter-texnikas%C4%B1n%C4%B1n-yaranma-tarixi-v%C9%99-inki%C5%9Faf-m%C9%99rh%C9%99l%C9%99l%C9%99ri.html
Kompüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri
MuSHviG
Texnologiya
2 yanvar 2015, 15:48
Hesabın yaranma tarixi: Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər: barmaqlar, daşlar, divarda çəkilən xətlər, düyünlər, taxta və ağaclar üzərində çapıqlar və s.İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər.Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar.B.e.ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır. Müxtəlif ölkələrdə bu qurğu müxtəlif cür adlandırılırdı. Məsələn, Çində  – suan-pan (VI əsr), Yaponiyada – serobyan (XIV əsr), Rusiyada – şotka (XVI əsr).Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir.Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” ingilis sözü olub (“computer”) “hesablayıcı” (maşın dilində) deməkdir. Bu söz dilimizə gəlməzdən əvvəl onun yerinə “rəqəm hesablama maşını” (rusca “цифровая вычислительная машина”), “Elektron Hesablama Maşını — EHM” (rusca “Электронная Вычислительная Машина” — ЭВМ) və ya “hesablama maşını — HM” söz birləşmələrindən istifadə olunurdu.Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946-cı il) başlanır. Bundan xeyli əvvəl isə hesab əməllərinin yerinə yetirilməsi üçün texniki və elektrotexniki qurğular yaradılmışdır. İlk dəfə olaraq məşhur fransız alimi Blez Paskal 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) yerinə yetirən mexaniki arifmometr yaratmışdır. XIX əsrdən başlayaraq arifmometrlərdən geniş istifadə olunmağa başlandı.1830-cu ildə ingilis riyaziyyatçısı Çarlz Bebbic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərdi. Maşına perfokartların daxil edilməsi, verilənlərin və nəticələrin isə “anbar”da (yaddaşda) saxlanması nəzərdə tutulurdu. Lakin o vaxtkı texnikanın səviyyəsi bu cür mürəkkəb maşını yaratmağa imkan vermədi. Bebbicin fikirləri sonradan universal kompyuterlərin yaradılmasının əsasını qoydu. Maşının emalı zamanı Bebbicə Ada Lavleys kömək olmuşdur. İlk dəfə olaraq bu qadın proqramlaşdırmanın nəzəri əsaslarını vermişdir və o, tarixə “ilk proqramçı” kimi düşmüşdür.Yaddaşla və proqramla idarə olunan universal kompüterlərin yaradılmasının nəzəri əsasları 1930-cu ildə A.Turinq (İngiltərə) və E.Post (ABŞ) tərəfindən inkişaf etdirildi.Proqramla idarə olunan ilk kompüterin yaradıcısı alman alimi Konrad Zus (Conrad Zuse) hesab olunur. Tələbə ikən Zus Çarlz Bebbicin Analitik maşınına oxşar qurğunun yaradılması işlərinə başladı. Onun Z1 adlandırdığı  maşın verilənlərin daxil edilməsi üçün klaviaturaya malik idi. Hesablamaların nəticəsi kiçik lampalardan qurulmuş paneldə əks olunurdu. Sonradan o, perfolentlə işləyən Z2 maşınını yaradır. 1941-ci ildə Zus, ikilik say sistemi ilə işləyən Z3 kompyuterini yaradır. Təəssüf ki, bu kompyuterlər müharibə şəraitində sıradan çıxmışlar.Rəqəm hesablama maşınlarının yaradılmasının əsas prinsipləri Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Bu nəzəri əsasların praktiki reallaşdırılması isə ilk dəfə olaraq 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə qurulan ENIAC (Electronic Numerical Integrator and Computer) adlı universal kompüterin yaradılması ilə həyata keçirildi. Quraşdırılmasına təxminən yarım milyon dollar sərf olunan bu kompüterin çəkisi 28 ton idi və 140 kVt enerji tələb edirdi.Bu vaxtdan başlayaraq kompüter texnikası yüksək sürətlə inkişaf etməyə başladı. Məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunur.Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınlarını (EHM) dörd nəslə bölürlər. Bu nəsillər element bazasına, proqram təminatlarına, texniki və istismar göstəricilərinə görə bir-birindən köklü surətdə fərqlənirlər.I nəsil (1950-1959) EHM-lər elektron lampalar üzərində yaradılmışdır. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli yaddaşa, aşağı hesablama məhsuldarlığına malik olub, etibarlı işləmirdi və tez-tez sıradan çıxırdı. Giriş-çıxış qurğularının və xarici yaddaşın funksional məhdudluğu mətni (simvol tipli) informasiyanın emalını çətinləşdirirdi. Odur ki, kompüterlərin tətbiq sahəsi məhdud idi. Onlar əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Keçmiş SSRİ-də istehsal olunan I nəsil kompüterlərə misal olaraq MESM, BESM, “Ural”, “Strela”, M-3, Minsk-1, M-20 maşınlarını göstərmək olar.Bu hesablama maşınları saniyədə təxminən 10000 əməliyyat yerinə yetirirdi.II nəsil (1960-1969) EHM-də elektron lampalar yarımkeçirici elementlərlə – tranzistorlarla və diodlarla əvəz olundu. Giriş-çıxış qurğuları təkmilləşdirilmiş, böyük tutumlu xarici yaddaş (maqnit lentində) qoşulmuş və mətni informasiyanın emalı mümkün olmuşdur. Xarici qurğularla əsas qurğuların paralel işləməsi məsələsi qismən həll edilmişdir. Alqoritmik dillərdən istifadə etməklə məsələlərin maşında həlli qaydaları xeyli asanlaşmışdır. Kompyuterlərin tətbiq sahələri xeyli genişlənmişdir. Sovet İttifaqında istehsal olunan ikinci nəsil EHM-lərə misal olaraq “BESM-4”, “BESM-6”, “M-20”, “Minsk-2”, “Minsk-22”, «Ural-14” və s. göstərə bilərik.Bu hesablama maşınları saniyədə təxminən bir neçə 100 min əməliyyat yerinə yetirirdi.III nəsil (1970-1985) kompüterlərin yaradılması üçün zəmin yeni element bazasının –  mikroelektronikanın və inteqral sxemlərin yaranması oldu. Onlardan istifadə nəticəsində kompüterlərin qabarit ölçüləri kiçildi və iş etibarlılığı daha da artdı. Qurğuların paralel işləməsi prinsipi daha da təkmilləşdirildi. Nəticədə asinxron dəyişdirilə bilən quruluşdan istifadə etməyə imkan yarandı və eyni zamanda bir neçə proqramın yerinə yetirilməsi (multiproqram rejimi) mümkün oldu. Əsas qurğularla xarici qurğular arasında informasiya mübadiləsinin dinamik prinsiplə təşkili kompüterə müxtəlif sayda müxtəlif tipli xarici qurğuların qoşulmasına imkan verdi. Əməli yaddaşın həcmi xeyli artırıldı, maşınların əməliyyat sistemində müxtəlif emal rejimlərindən (sual-cavab, vaxtın bölünməsi, paket emalı və s.) istifadə edilməsi EHM-in idarə olunmasını asanlaşdırdı. Üçüncü nəsil EHM-in əsasında tele-emal sistemlərinin yaradılmasını həyata keçirdilər. Bu isə uzaqda yerləşən istifadəçilərin terminallar vasitəsi ilə EHM-lərə daxil olub, onlardan lazım olan məlumatların oxunmasına imkan yaratdı. Böyük yaddaş tutumu ilə yanaşı, yüksək oxuma-yazma sürətinə malik olan maqnit disklərindən xarici yaddaş kimi istifadə olunması ilk dəfə III nəsil kompüterlərdə həyata keçirilmişdir.III nəsil kompüterlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri hesablama prosesinin təşkilində aparat və proqram vasitələrindən birgə istifadə edilməsidir. İnformasiya emalını və proqramlaşdırmanı sadələşdirmək və səmərəliliyini artırmaq üçün əməliyyat sistemlərindən istifadə olunmağa başlandı. Nəticədə proqram vasitələrinin rolu xeyli artdı.III nəsil kompüterlərinin əsasını ABŞ-ın IBM firmasının yaratdığı IBM 360 və IBM 370 kompüterləri təşkil edir. Onun əsasında keçmiş SSRİ-də «EC ЭВМ» tipli kompüterlər yaradılmışdır. Kompüterlərdən istifadə edənlərin müxtəlif tələblərini ödəmək məqsədilə bu nəsil kompüterlərin bir neçə modeli yaradılmışdır. Hər bir modelin tərkibini məqsədəuyğun şəkildə dəyişdirmək mümkün idi. Bu cür imkan III nəsil kompüterlərin modul prinsipi ilə qurulması əsasında əldə edilirdi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, maşında konstruktiv və funksional cəhətdən müxtəlif olan qurğular bir-biri ilə universal xarici əlaqələrlə birləşdirilir. Qurğular bloklardan təşkil olunur. Blokların tipini və sayını dəyişdirməklə qurğunun texniki xarakteristikalarını dəyişdirmək olar.Bu nəsil hesablama maşınlarının bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın DEC firması tərəfindən istehsal olunan PDP və VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1, CM-2, CM-3, CM-4, CM-1420 və s. maşınları idi. Bu kompüterlər əsasən idarəetmə sistemlərində tətbiq üçün nəzərdə tutulmuşdur.Bu hesablama maşınları saniyədə təxminən bir neçə 10 milyon əməliyyat yerinə yetirirdi.IV nəsil (1985-bu günə qədər) böyük və çox böyük inteqral sxem (BİS, ÇBİS) texnologiyası ilə yaradılan illəri əhatə edir. Bu cür inteqral sxemlərdə bir yarımkeçirici kristalda 1000-ə qədər sxem yerləşdirmək mümkün olur. Yəni bir BİS onlarla və yüzlərlə adi sxemlərin yerinə yetirdikləri funksiyaları yerinə yetirə bilir. Odur ki, kompüterin qabarit ölçüləri xeyli kiçilir (10-100 dəfələrlə),  iş etibarlılığı isə çoxalır. Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş (ƏY) əsasən maqnit nüvələrində qurulduğu halda, IV nəsil kompüterlərdə ƏY (statik və dinamik yaddaş) inteqral sxemlərində qurulur. Odur ki, ƏY-nin işləmə sürəti və tutumu xeyli artır. BİS-lərdən istifadə maşınların proqram təminatlarının yaxşılaşmasına böyük təkan verdi.IV nəsil kompüterləri arasında mini və mikrokompüterlər xüsusi yer tutur. 1981-ci ildən mikroprosessorların yaradılması dördüncü nəsil maşınların yeni növünün – fərdi kompüterlərin (ingiliscə Personal Computer – PC) yaranmasına imkan yaratdı. Fərdi kompüterlər IV nəsil kompüterlərin ayrıca sinfini təşkil edirlər. Fərdi kompüterlərin yaradılması, geniş istehsalı və tətbiqi kompüter texnikasında inqilabi nailiyyət hesab olunur. Bunun bir neçə səbəbi var:-          FK ölçülərinə görə xeyli kiçik (hazırda onların stolüstü portativ və cib variantları var) və qiymətcə çox ucuzdur;-          Texniki göstəricilərinə və imkanlarına görə III nəsil orta və kiçik kompüterlərdən geri qalmır;-          Köhnə kompüterlərlə əsasən bu sahənin mütəxəssisləri (proqramçılar, elektron mühəndisləri, operatorlar) işləyə bildiyi halda, fərdi kompüterdən kütləvi alət kimi (məsələn, televizor, telefon və s.) hamı istifadə edə bilər;-          Fərdi kompüterlər çox etibarlıdır və onunla ünsiyyət dialoq formasında aparıldığından, çox rahatdır.Bunlara nümunə: IBM PC 286, IBM PC 386, IBM PC 486, IBM PC 586 və s.Bu hesablama maşınları saniyədə təxminən bir neçə 100 milyon əməliyyat yerinə yetirir.EHM-lərin V nəsli dedikdə, bu günün və gələcəyin kompüterləri başa düşülür.  V nəsil – kompüter sənayesinin və süni intellektin inkişafını nəzərdə tutan, 80-ci illərdə Yaponiyada qəbul edilmiş genişmiqyaslı dövlət proqramıdır. Beşinci nəslin başlanması, süni intellektin yaradılmasına əsaslanan yeni texnologiyalara keçidi nəzərdə tuturdu. Bu nəslin kompüterlərinə qoyulan əsas tələblər bunlardır: təkmilləşdirilmiş insan-maşın interfeysinin yaradılması (nitqin, səsin, obrazların tanınması); Biliklər bazasının və süni intellekt sistemlərinin yaradılması üçün məntiqi proqramlaşdırmanın inkişaf etdirilməsi; Hesablama texnikasının istehsalında yeni texnologiyaların yaradılması; Kompüterlərin və hesablama komplekslərinin yeni arxitekturalarının yaradılması.Universal kompüterlər yüksəksürətli hesablamalar aparırlar, lakin onlar maqnit disklərində saxlanan böyük həcmli verilənlərin müqayisəsini və çeşidlənməsini yüksək sürətlə həyata keçirməyə qadir deyillər. Bu əməliyyatlar üçün xüsusi obyektyönümlü və məntiqi proqramlaşdırma dilləri yaradılmışdır (əsasən Proloq dilindən geniş istifadə edilməsi nəzərdə tutulur). Bu dillərin strukturu ənənəvi Fon-Neyman arxitekturasından, süni intellektin yaradılması məsələlərinin tələblərini nəzərə alan yeni arxitekturaya keçidi tələb edir.V nəsil kompüterlər yeni elektron texnologiyası ilə daha miniatür elementlərdə yığılır, daha yüksək məhsuldarlığa və iş etibarlılığına malik olmaqla yanaşı, keyfiyyətcə yeni funksional tələblərə cavab verməlidirlər. Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Kompüter', 'arxitektura', 'hesablama maşını', 'proqram', 'tranzistor.']
1,374
https://kayzen.az/blog/dusundurucu-hekayeler/17597/frans%C4%B1z-na%C4%9F%C4%B1l%C4%B1.html
Fransız nağılı
Apollon
Düşündürücü hekayələr
1 yanvar 2015, 17:19
Biri var idi, biri yox idi bir balaca milçək var idi. O, böyük alma ağacının dibində, kiflənmiş almanın içində öz ailəsi ilə birlikdə yaşayırdı. Balaca milçək heç vaxt yuvasından uzağa çıxmamışdı.  Çünki o, ailəsinin yanında xoşbəxt idi. Demək olar ki, bu alma ağacının yanından heç vaxt kimsə keçməmişdi. Amma ola bilsin, nə vaxtsa başları işləməyə bərk qarışmış iki və ya üç qarışqa milçək ailəsini salamlamışdı.Bir gözəl yay günündə, balaca milçək çürümüş almanın başında günəşin altında yayxanaraq mavi səmada buludların yavaş-yavaş hərəkət etməsinə baxırdı. Və birdən, şap! Şup! Balaca milçək nəsə eşitdiyinə inandı.Şap! Şup! Bu çox gözəl bir kəpənək idi. Bütün ömrü boyu balaca milçək belə kəpənək görməmişdi. Kəpənəkdə bütün rənglər var idi, qanadları son dərəcə böyük və qızılı rəngdə idi. Üzərinə qırmızı, firuzəyi və bənövşəyi rəngdə nöqtələr səpələnmişdi. Hər qanadının ortasında parlaq yaşıl və qara rəngli çevrələr var idi. Balaca milçək gözlərinə inana bilmirdi. Gördüyü varlıq o qədər gözəl idi ki! O, heç vaxt fikirləşmirdi ki, qanadların da rəngi ola bilər. Elə bilirdi, uçan bütün canlıların qanadı onun öz qanadı kimi balaca, nazik və şəffafdır. Kəpənək dedi: “Salam. Deyəsən, alma ağacının altında azmışam. Mənə meşənin istiqamətini göstərə bilərsiniz?”Balaca milçək, şübhəsiz, heç vaxt öz yuvasından çıxmamışdı. Amma valideynlərinin getdiyi yolu tez-tez gördüyünə görə, meşənin istiqamətini gözəl bilirdi. Heç bir söz demədən yolu barmağı ilə kəpənəyə göstərdi. Amma o qədər suallar vermək istəyirdi ki… Bilmək istəyirdi, görən, bu qədər gözəl qanadlarının olması üçün nə edib? Di gəl, kəpənəyin gözəlliyinə elə heyran olmuşdu ki, danışa bilmirdi.Kəpənək ona təşəkkür edib, yüngül hərəkətlə meşəyə tərəf uçdu. Balaca milçək bu barədə ailəsinə heç nə danışmadı. Bir neçə gün keçsə də kəpənəyi unuda bilmirdi. Səhərdən axşama qədər, hətta gecələr də onun haqqında düşünürdü. Yay günəşinin altında parıldayan qızıl qanadlı kəpənək haqqında fikirləşdikcə özünü çirkin hiss edirdi.Beləcə, bir gözəl səhər balaca milçək kəpənək olmaq üçün yola çıxmağı qərara aldı və meşəyə tərəf üz tutdu. Balaca milçək üçün kəpənəyə çevrilmək heç də asan deyildi. Hətta bu, mümkünsüz idi. O, tezliklə bunu başa düşdü. Yolda qarşılaşdığı bütün heyvanlar eyni şeyi təkrar edirdilər: bu, qeyri-mümkündür.Amma yenə də fikirləşdi ki, kəpənək kimi gözəl olmaq üçün bir yol tapa bilər.Balaca milçək özünün xəbəri olmadan meşənin içinə gəlib çatmışdı. Cığırın kənarında bir qaragilə kolu tapdı və mavi rəng vermək üçün qanadlarını qaragilə şirəsinə çəkdi. Çox xoşuna gəldi. Beynində hələ də kəpənəyin şəkli canlanırdı və bir rəng kifayət deyildi. Beləliklə, yoluna davam etdi. Xeyli getdikdən sonra qanadlarının kənarını tünd qırmızı eləmək üçün bir neçə lalə ləçəyindən istifadə etdi. Müxtəlif çiçəklərin tozcuqlarından qanadlarını qızılı sarı rəngə boyadı.Yaşıl rəng üçün təzə-tər otların içində eşələndi. Bütün bu gözəl rənglər onu xoşbəxt edirdi. Amma yenə də kəpənəyin qanadlarına bənzəmirdi. Ona nə isə başqa bir şey lazım idi. Balaca milçək dayanmadan başqa rənglər də tapırdı. Çəhrayı, bənövşəyi, narıncı, tünd göy...Sonda təkcə onun qanadları deyil, bütün bədəni və başı göy qurşağının bütün rənglərinə boyanmışdı. Amma bir şey çatışmırdı. O, tam olaraq kifayətlənmirdi.Birdən kəpənəyin qanadlarının şəfəq saçdığını xatırladı. Elədir ki var! Ona parıldayan, işıqda bərq vuran bir rəng lazımdır. Beləcə, yoluna davam etdi və gözəl bir çaya gəlib çıxdı. Ona lazım olan şey burada idi.Sahildə saysız-hesabsız xırda çay daşları görmək olardı. Ən balacaları duz dənələri boyda idi. Hamısı gümüşü rəngdə idi və min rəngə çalırdı. Balaca milçək razı halda sahilə çatdı və gümüşü tozların içərisində eşələnməyə başladı. İşini qurtarandan sonra günəşin şüaları altında ağacların başında uçmağa tələsirdi. O, necə də qəşəng görünəcəkdi!Amma balaca milçək bir an da olsa fikirləşməmişdi ki, bütün bu rənglərin çəkisi onun zərif qanadlarına ağırlıq edəcək. Uçduğu vaxt o, tarazlığını itirdi, fırlanaraq, “Şart!” deyə ağırlıqla çaya düşdü. Xoşbəxtlikdən boğulmadı. Bir yarpağın üstündə uzanmış halda özünə gəldi. Kəpənəklər onun ətrafında toplaşmışdılar və diqqətlə ona baxırdılar. Onların sayı çox idi, hamısının qanadları, bir neçə gün əvvəl rastlaşdığı kəpənəyin qanadlarına bənzəyirdi. Çayın, onun qanadlarının üstündəki bütün gözəl rəngləri yuyub apardığını görəndə o, necə də məyus oldu! Və ağlamağa başladı. — Sən niyə ağlayırsan? — kəpənəklərdən biri soruşdu. — Biz səni boğulmaqdan xilas etdik, indi sənin üçün təhlükəli heç nə yoxdur. — Mənim qanadlarımın bütün gözəl rəngləri itdi — balaca milçək izah etdi — mən o qədər qəmginəm ki!Kəpənək çox təəccübləndi, heç nə başa düşmürdü. — Amma — o dedi — sənin qanadların çox gözəldir, biz heç vaxt belə qanadlar görməmişik! Bizim aramızda çox kəpənək bu cür  qanadlarının olmasını istəyərdi. Bax, gör, onlar necə incə və nazikdirlər, sanki, görünməzdirlər. Bizim qanadlarımız isə tutqun və ağırdır. İstifadə etmədiyimiz zaman onları necə tutacağımızı bilmirik! Yatanda da bizə mane olur. Çox kövrək olduqlarına görə, əzməmək üçün həmişə diqqət göstərməyimiz lazımdır. Ah! Mən, həqiqətən, sənin qanadlarından istəyirəm!Balaca milçək günəşin altında parıldayan qanadlarına baxdı. Şəffaf qanadlarını yarıb keçən günəş şüaları kiçik həndəsi fiqurlar yaradırdı. Qanadlarını çırpdıqca fiqurlar da dəyişirdi. O, kəpənəklərinki kimi, ağır və tutqun qanadlarının olmadığına görə sevinirdi və balaca milçək başa düşdü ki, onun qanadları da çox gözəldir.Balaca milçək könül rahatlığı ilə öz yuvasına, ailəsinin yanına qayıtdı. O, nəinki balaca milçək olmasına, həmçinin dünyanı kəşf etməsinə görə xoşbəxt idi. Öz-özünə söz verdi ki, bundan sonra yeni şeylər kəşf etmək üçün tez-tez yuvasından çıxacaq.Və balaca milçək kəpənəklərlə dost oldu.Tərcümə etdi: Sədəf Bağıyeva
['düşündürcü hekayə', 'fransız nağılı']
1,375
https://kayzen.az/blog/kitab/17732/kitab-evl%C9%99ri.html
Kitab Evləri
Don_Elnur
Kitablar və mütaliə
1 yanvar 2015, 05:53
Bu cür möhtəşəm yerləri yaratmağı bacarmaq nə iqtisadiyyatın yüksəkliyindəndi, nə də ki başqa bir maddi səbəbdən. Bu sadəcə kitaba verilən dəyərdi. Kitabın möhtəşəmliyini anlamaqdı.  Bibliothèque Interuniversitaire de la Sorbonne, Paris       Bibliothèque Mazarine, Paris    Bibliothèque du Sénat, Paris Bibliothèque Nationale de France, Paris   Biblioteca Vallicelliana, Roma    Bibliothèque Sainte Geneviève, Paris   Biblioteca Angelica, Roma   Boston Public Library, Boston     
['kitabxanalar', 'kitab evləri']
1,376
https://kayzen.az/blog/beautiful/17728/yeni-il-h%C9%99rfl%C9%99ri.html
Yeni il hərfləri
beautiful
Bloq: beautiful
31 dekabr 2014, 17:29
                                                  
['papaqlı hərflər', 'Yeni il']
1,377
https://kayzen.az/blog/Bilirsinizmi/17497/evd%C9%99ki-m%C9%99nfi-auran%C4%B1-da%C4%9F%C4%B1dan-sirli-harmoniya-fen-%C5%9Fuy.html
Evdəki mənfi auranı dağıdan sirli harmoniya: Fen-Şuy
Apollon
Bilirsinizmi?
31 dekabr 2014, 16:42
Evdə mənfi enerjinin olması insanın şəxsi həyatında, karyerasında, hətta sağlamlığında da öz izini buraxır.Bəzi evlər olur ki, ora girəndə çıxmaq istəmirsən. Bəzən isə çox bahalı mebellə bəzdilmiş, son dəbə uyğun dizaynı olan evdən qaçmaq istəyirsən. Bəs bu, nəyə görə baş verir? Mütəxəssislərin fikrincə, evdə müsbət enerjinin olması insanları cəlb edir, rahatlıq gətirir, əks halda isə insan həmin yerdə sıxılmağa başlayır. Evdə mənfi enerjinin olması insanın şəxsi həyatında, karyerasında, hətta sağlamlığında da öz izini buraxır. Bu səbəbdən də son zamanlar evə Fen-Şuy prinsipinə əsaslanaraq düzgün dizaynın verilməsi dəb halını alır.  Fen-Şuy – sirli harmoniya Fen-Şuyun əsas prinsipi harmoniyaya qovuşmaqdır. Harmoniya isə ünsürlərin (su, od, torpaq, hava) tarazlıq yaratması nəticəsində əldə edilir. Evin dizaynını Fen-Şuya uyğun etmək istəyirsinizsə, İN və YAN tarazlığını qorumağa çalışın. Dizaynda İn və Yan prinsipi Evin dizaynı zamanı İn və Yan faktorları nəzərə alınmalıdır. İnteryerdə İn faktoru şimal tərəfdir. Evin şimal tərəfi sakit olmalı və nisbətən az işıqlandırılmalı, şimal tərəfdə mebel və divarlar nisbətən tutqun çalarlarda işlənməlidir. Adətən yataq otağı və ya istirahət üçün nəzərdə tutulmuş guşə evin şimalında yerləşdirilməlidir.Yan faktoru evin cənub tərəfidir. Bura musiqinin, başqa səslərin gəldiyi yer, parlaq və açıq rənglər, işıqlandırma və isitmə üçün nəzərdə tutulan xüsusi avadanlıqlar, evə əsas giriş, iş otağı, qonaq otağı, trenajor zalı, ümumiyyətlə, aktiv fəaliyyətlə bağlı sahələr xasdır.  Otağın cənub tərəfini həddindən artıq qaranlıq etmək olmaz. Bu halda həmin otaqda İn faktoru üstünlük təşkil edəcək. Bu da müsbət enerjini evin həmin hissəsindən geri itələyəcək. Amma daim yüksək səsli musiqi qoşub evin divarlarını iri şəkillərlə bəzədikdə Yan faktoru həddindən artıq artacaq ki, bu da evin aurasına mənfi təsir göstərəcək. Ən əsası Yan və İn faktorunu nəzərə alaraq evin dizaynında harmoniyanı qorumaqdır.Yataq otağı evin İn faktoru olan hissəsinə aiddir. Bu səbəbdən də yataq otağında pastel rənglərdən istifadə etmək yerinə düşər. Alaqaranlıq işıqlanma və çox da hündür olmayan yataq dəsti bu yer üçün münasibdir.İş otağı aktiv fəaliyyət tələb etdiyi üçün bura üçün Yan faktoru xasdır. Divarlar və mebel açıq çalarlarda işlənməli, hündür mebellər seçilməli, otaq yaxşı işıqlandırılmalıdır.Evdə hansısa sahənin yoxluğu sizə pis təsir edə bilər Müasir evlərdə cəhətlərdən (şimal, cənub, şərq, qərb) hansısa olmaya bilər. Lakin Fen-Şuya nəzarən bu cür mənzillər orada yaşayanlara və sahibinə pis təsir edir. Belə evlərlə yaşayanlar arasında energetik bağlılıq çox zəif olur.Əgər evin cənub küncü, tərəfi yoxdursa, evin sakinləri müsbət emosiyalar az yaşayırlar. (Misal üçün, Г və başqa qeyri-adi quruluşda olan evlərdə hansısa tərəf olmaya bilər). Şimal küncü yoxdursa, belə evdə fikri cəmləmək, düzgün düşünmək çətinləşir.Qərb küncü yoxdursa, bu evin sakinləri inanclara çox fikir verəcəklər.Şərq tərəf yoxdursa, insanlarda mübarizə aparmağa meyl azalır. Onlar öz gələcəkləri üçün çalışmaqdan imtina edirlər.Evin hansısa tərəfinin olmaması evin abu-havasına o qədər də mənfi təsir etmir. Lakin ev və orada yaşayanlar üçün evin hansısa tərəfində qəbiristanlığın, barın, həbsxananın, xəstəxananın olması pis nəticələnir. Belə yerlərdən evə mənfi enerji “Şa” axır.Sakit axan su Evin pəncərəsindən dəniz, çay, su hövzəsi görünürsə və bu su sakitdirsə, belə evin Fen-Şuyu çox yaxşıdır. Lakin nəzərdə saxlayın ki, ev su ilə sahilin bitişdiyi yerdə və ya suyun üstündə salınmamalıdır. Belə ki, bu zaman suyun enerjisi stabil təsir etmir.Yollar Evin ətrafında maşınların sakit şütüdüyü yollar da “Tsi” enerjisinin ötürücüsü rolunu oynayır. Lakin əgər maşınlar sürətlə gedirsə, “Tsi” enerjisi “Şa” enerjisinə çevrilir.Park və meşələr Evin yaxınlığında yaşıllığın olması “Tsi” enerjisinin bolluğuna gətirib çıxarır. Lakin saralmış və solmuş bitkilər “Şa” enerjisinin hökm sürdüyünə işarə edir.Pəncərədən görünən təpələr də öz müsbət enerjisi ilə evi dolduracaq. Lakin bu o demək deyil ki, ev təpənin zirvəsində olmalıdır. Belə ki, evin zirvədə tikilməsi müsbət “Tsi” enerjisinin toplanmasına imkan vermir.Yaşadığınız yerin yanında insanların savad almağa, bacarıqlara yiyələnmək istədiyi yerlər, misal üçün, idman və təhsil müəssisələri, kitabxana, uşaq bağçası, istirahət mərkəzlərinin olması da müsbət haldır.Təmiz vəziyyətdə olan bazarlar, ərzaq mağazaları, ticarət mərkəzləri “Tsi” enerjisinin yaranmasına xidmət edir. Lakin natəmiz olan bazar və başqa ticarət mərkəzləri evdə pis Fen-Şuyun formalaşmasına gətirib çıxarır.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu  Vüsalə Ələkbərova
['fen-şyu', 'harmoniya']
1,378
https://kayzen.az/blog/astronomiya/17727/andromeda-qalaktikas%C4%B1.html
Andromeda qalaktikası
MuSHviG
Astronomiya
31 dekabr 2014, 16:06
Andromeda Qalaktikası dünyadan görülə bilən ən uzaq göy cismi olmaqla yanaşı, bizim də içərisində olduğumuz, başqa sözlə Günəş sisteminin daxil olduğu Süd Yolu qalaktikasına ən yaxın olan böyük qalaktikadır. Süd Yolu qalaktiksadı ilə arasında təxmini olaraq 2.2 işıq ili məsafə vardır. 2006-ci ildə əldə edilən məlumatlara görə Süd Yolu qalaktikası Andromedanın kütləsinin  təxminən 80 faizini təşkil edir. Messier 3, NGC 224 ya da M31 olaraq da bilinən Andromeda Qalaktikası söz olaraq zəncirə vurulmuş qız mənasını verməkdədir. Bu qalaktika ilk olaraq bizim eranın 964-ci ilində İranlı astronom Abdurrahman Əl-Sufi tərəfindən açıq gözlə müşahidə edilmişdir. Teleskop vasitəsilə isə ilk dəfə olaraq Alman alimlər Baade və Mount Vilson tərəfindən müşahidə edilmişdir. Son kəşflərlə birlikdə Andromedada bir trilyona yaxın planet olduğu təxmin edilməkdədir. Ayrıca planetin yaşı 9 milyard olaraq ölçülmüşdür.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Günəş sistemin', 'Süd Yolu', 'qalaktika', 'planet.']
1,379
https://kayzen.az/blog/moda/17726/yeni-il-%C3%BC%C3%A7%C3%BCn-ideal-qad%C4%B1n-geyiml%C9%99ri-fotosessiya.html
Yeni İl Üçün İdeal Qadın Geyimləri - Fotosessiya
MuSHviG
Moda dünyası
31 dekabr 2014, 15:48
 Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Moda', 'qadın dünyası', 'fotosessiya', 'yeni il.']
1,380
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/17725/2014-yekunlar.html
2014 yekunlar
kayzen
kayzen.az saytının rəsmi bloqu
31 dekabr 2014, 00:50
Keçən il ərzində saytın statistik göstəriciləri sabit qaldı.Yayda aşağı düşmə olsa da (bu həmişə bizdə qeydə alınır), ilin sonuna doğru dinamika artdı: 2014-cü ilin çox maraqlı göstəricisi- mobil telefonlardan istifadənin oyaının artmasıdır. Android və iOS istifadə edən istifadəçilərimiz çoxdur: Ən populyar brauzer Google Chrome olsa da, mobil brauzerlərin payının yüksəldiyini də görürük: 2014-cü ildə saytda 2951 yeni topik nəşr olunmuş,onlara 6594 şərh yazılmışdır. Ən əsası, neçə-neçə insana fayda verilmiş, onların dünyagörüş və elminin artmasında yardım olunub. Xüsusən də tələbələrin ən sevimli maarifləndirici saytına çevrilməsində bu il böyük uğurlar əldə etmişik. 2014 həm də problemlər ili oldu: saytda texniki funksiyaların  bir çoxunda nasazlıqlar olub. Yeni 2015-ci ildə daha böyük uğurlar əldə edəcəyimizə inanırıq: saytda yeni yüksək keyfiyyətli məqalələr,maraqlı şərhlər görmək arzusu ilə. Hamının bayramını təbrik edir,bol uğurlar arzulayırıq.
['rəsmi anons']
1,381
https://kayzen.az/blog/maraqli-faktlar/17723/insan-orqanizmi-haqq%C4%B1nda-maraql%C4%B1-m%C9%99lumat.html
İnsan orqanizmi haqqında maraqlı məlumat
mahira2001
Maraqlı faktlar
30 dekabr 2014, 22:03
1. Gün ərzində 1 paçka siqaret çəkən insan il ərzində yarım stəkan qatran içmiş hesab olunur. 2. İnsan heyvan aləminin yeganə nümayəndəsidir ki, düz xətlər çəkə bilir. 3. Sarışın insanlarda brünetlərə nisbətən saqqal daha tez çıxır. 4. Gülüş zamanı insanda 17 əzələ işləyir. 5. Ağ ciyərin səthi 100 kvadrat metrdir. 6. İnsan DNK-sinda 80000 gen mövcuddur. 7. Kişilərin boyu 130 sm-dən aşağı, qadınların boyu isə 120 sm-dən aşağı olduqda karlik sayılırlar. 8. Leykositlər insan orqanizmində 2-4 gün, eritrositlər isə 3-4 ay yaşayırlar. 9. Fransuzlarda əl barmaqların adları: pus, indeks, major, anüler, orikülerdir. 10. Hər barmaq insan həyatı boyu 25 milyon dəfə əyilir. 11. İnsanın ürəyinin ölçüsü onun yumruğu boydadır. Orta yaşlı insanın ürəyinin çəkisi 220-260 qramdır. 12. İnsan orqanizminin tərkibinə cəmi 4 mineral daxildir: apatit, araqonit, kalsit, kristobalit. 13. Gün ərzində insan beyni bütün dünyanın telefonlarından çox elektrik impuls yaradır. 14. İnsan orqanizmində yaşayan bakteriyaların cəmi çəkisi 2 kiloqramdır. 15. İnsan beynində 1 saniyədə 100000 kimyəvi reaksiya baş verir. 16. İnsan ağ ciyərinin səthinin sahəsi tennis kortunun sahəsinə bərabərdir. 17. İnsan doğulduqda onun beynində 14 milyard hüceyrə olur və bu say ölümün sonuna kimi artmır, əksinə 25 yaşdan sonra günə 100000 min azalır. Bir səhifənin oxunmağına sərf edilən 1 dəqiqə ərzində 70 yaxın hüceyrə ölür. 40 yaşından sonra beynin deqradasiyası kəskin sürətlənir, 50 yaşdan sonra isə neyronlar (beyin hüceyrələri) solur və beynin həcmi azalır. 18. İnsanın nazik bağırsağı sağlığında 2.5 metr uzunluğda olur. Ölümündən sonra bağırsağın divarının əzələləri boşaldığından onun uzunluğu 6 metrə çatır. 19. İnsanda təqribi 2 milyon tər vəzi mövcuddur. Orta yaşlı adam hər litr tər tökdükdə 54% kalori itirir. Kişilər qadınlara nisbətən 40% çox tərləyirlər. 20. İnsanın sağ ağciyəri sol ağciyərinə nisbətən özünə daha çox hava yerləşdirir. 21. İnsan gözü 10 000 000 rəng çeşidi fərqləndirməyə qadirdir. 22. İnsan ağzında 40 000 bakteriya mövcuddur. 23. Papafobiya-Roma papasından qorxmaqdır. 24. Açıq gözlə asqırmaq mümkün deyil. 25. İnsan orqanizmində ən güclü əzələ dildir. 26. İnsan orqanizmində 2000-ə yaxın dad bilmə reseptoru var. 27. İnsan orqanizmində olan piylər 7 ədəd sabun istehsalı üçün lazım olan miqdardadır. 28. İnsan bədənində nerv impulsları saniyədə 90 metr sürətlə hərəkət edirlər. 29. İl ərzində insan ürəyinin döyüntülərinin sayı 36 800 000-dir. 30. Kişilər qadınlara nisbətən 10 dəfə çox daltonizmdən əziyyət çəkirlər. 31. Uşaq doğulanda bədənində 300 sümük olur, böyüdükcə onlardan 206 qalır. 32. İnsan sümüylərinin təqribi yarısı bilək və pəncədə yerləşir. 33. Mavi gözlü insanlar digərlərinə nisbətən ağrıya daha həssasdırlar. 34. Əl barmaqların dırnaqları ayaq barmaqların dırnaqları ilə müqaisədə 4 dəfə tez böyüyür. 35. Ömür boyu insan dərisi 1000 dəfə dəyişir. 36. Orta yaşlı insanın bədənində 75 kilometr nerv var. 37. Güclü işıq nəticəsində görmə qabiliyyəti itirmə halına “qar korluğu” deyilir. 38. Qripə səbəb olan 100 müxtəlif virus mövcuddur.
['Homo Sapiens']
1,382
https://kayzen.az/blog/acqarik/17719/fatim%C9%99.html
Fatimə
acqarik
Bloq: acqarik
30 dekabr 2014, 15:56
Fatimə  O, mənim həm yoldaşım, Həm də gözəl bacımdır. O, mənim həm sirdaşım, Həm də qaşlı tacımdır. Mübahisə etsək də, Onu çox sevirəm mən. Mən onu incitsəm də, Ayrıla bilmərəm mən.  Mən bacım Fatiməyə Yazıram bu şeiri. Dünyada ən göyçəyə Yazıram bu şeiri. Müəllif: Bağırova Zəhra 
['Poeziya', 'şeir']
1,383
https://kayzen.az/blog/riyaziyyat/17718/zm-teoremi.html
ZM teoremi
acqarik
Riyaziyyat
30 dekabr 2014, 15:45
İxtiyari qabarıq dördbucaqlının tərəflərinin orta nöqtələri paraleloqramın təpələridir. İsbatı:ABCD ixtiyari qabarıq dördbucaqlısı verilmişdir. İsbat edək ki,A1B1C1D1 paraleloqramdır. ABCD dördbucaqlısının diaqonallarını çəkək. CB diaqonalı ABC və CBD üçbucaqlarını əmələ gətirmişdir. A1B1 ABC üçbucağının orta xəttidir. Üçbucağın orta xəttinin xassəsinə görə, A1B1 AB-nin yarısına bərabərdir. Orta xətti x-la işarə etsək, CB-də 2x olur. CBD üçbucağında isə, CB 2x-sa, C1D1  orta xətt olduğu üçün x-a bərabərdir. AD diaqonalı isə, ADC və ABD üçbucaqlarını əmələ gətirmişdir. A1C1 parçası ADC üçbucağının orta xəttidir. Orta xəttin xassəsinə görə A1C1 AD-nin yarısına bərabərdir.A1C1-i y-lə işarə etsək etsək, AD 2y olar.B1D1 isə ABD üçbucağının orta xəttidir. AD 2y-sə, B1D1 orta xətt olduğu üçün y-ə bərabərdir. Paraleloqramın əlamətinə görə, qarşı tərəfləri cüt-cüt bərabər olan dördbucaqlı paraleloqram adlanır.Teorem isbat edildi.
['həndəsə', 'paraleloqram']
1,384
https://kayzen.az/blog/daily-problems/17715/broyler-toyuqlar%C4%B1-hans%C4%B1-x%C9%99st%C9%99likl%C9%99ri-yarad%C4%B1r.html
Broyler toyuqları hansı xəstəlikləri yaradır?
kurdamir
Gündəlik həyatın çətinlikləri
29 dekabr 2014, 21:46
Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidir, fabrikdə isə 5 həftə ərzində 1 kq-dan çox çəkiyə sahib olur.Mətbəximizə, süfrəmizə, qida rasionumuza daxil olmuş bu təamdan hələlik tamam imtina edə bilmirik. Ancaq onu haqda yetərli bilgiyə sahib olmasaq, çox şey itirərik.Bu  mövzuda ətraflı araşdırmalar aparan İstanbul Universitetinin nəzdindəki Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar dəfələrlə açıqlama verərək xərçəng xəstəliyi ilə broyler toyuqlarından hazırlanmış qida arasında əlaqə olduğunu söyləyib. Belə bir qorxunc iddia ilə çıxış edən alimin sözlərinə görə, sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar eynən tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir: “Buraxsanız belə, tərpənmirlər… Sağlam qidalanmaq üçün əksər insanlar ancaq toyuq əti yeyir. Sonra da görürük, hər gün bir gənc qadın süd vəzisi xərçənginə tutulur. Çox böyük ehtimalla, bunun səbəbi genetik modifikasiya olunmuş məhsullarla qısa müddətə böyüyən broyler toyuqlardır”.Dünyanın əksər ölkəsində olduğu kimi, Azərbaycanda da broyler toyuqları gen-bol satılır. Aidiyyətı qurumlar tərəfindən bu günədək broyler təsərrüfatında dövlət nəzarət tədbirləri zamanı ciddi problem aşkarlanmasa da, ekspertlər həyəcan təbili çalır.  Broyler, yoxsa kənd toyuğu? Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov broyler toyuqlarından mümkün qədər az istifadənin tərəfdarıdır. Onun sözlərinə görə, bu toyuqlar az müddətdə böyüdüyü üçün təbii prosesdən kənarda qalmış sayılırlar: “Quşların öz böyümə müddəti var və onlar təbii məhsulla qidalanmalıdırlar. Ancaq bizim fabriklərdə bu şərtlərə nə qədər əməl olunduğunu yoxlamaq lazımdır. Elə fabriklər ola bilər ki, cücələrə təbiətdə qidalanacağı yemlər verilsin. Yəni, arpa, buğda, darı, ot, soxulcan və sair. Elə fabrik də ola bilər, cücələr geni dəyişdirilmiş yemlə qidalandırılsın. Yaxud o yemə hormonal preparatlar qatılsın. Tövsiyə edərdim, alıcılar kənd toyuqları alsınlar. Otla, təbii qidalarla bəslənən toyuqlar dadlı-tamlı olur. Hətta broyler müəssisəsindən alınıb həyətdə otla böyüyən toyuğun da dadı fərqlənir”.Ölkənin baş kulinarı deyir ki, kənd toyuğunun sümüyü də dadlı olur: “Məlumdur ki, onun dadını almaq üçün sümüyü də sorulur. Amma o biri toyuqların ən zərərli yeri aşağı ətrafları, budları və sümükləridir”.Şoklanan toyuqlar Xatırlayırsınızsa, bir neçə il əvvəl toyuq budlarının satışı üstünlük təşkil edirdi, hazırda isə toyuğun döş hissəsi — file ən çox istehlak olunan məhsullar sırasındadır. Tahir Əmiraslanov bunun da əleyhinə olduğunu bildirdi: “Toyuq filesini müxtəlif kimyəvi qatqılar hesabına o həcmə çatdırırlar. Çəki ağır gəlsin deyə şişirdilir. Diqqət etmisinizsə, toyuq filesinin dadı ət dadı vermir”.Məlumat üçün deyək ki, təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb olunur, broyler toyuqları isə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olurlar. Bu zaman toyuqlar dayanmadan yemlənir və demək olar ki, fəaliyyətsiz bəslənirlər. Bu xüsusiyyət ətlik istiqamət üçün çox əlverişlidir. Toyuqlar kəsilən kimi — 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman heç bir keyfiyyət fərqi baş vermir.Bir sıra Rusiya və Türkiyə mənbələrinin yazdığına görə, broyler toyuqlarının yeminə antibiotik və hormonal preparatların qatılması onların ətlənməsinə və müxtəlif xəstəliklərdən müdafiə olunmasına xidmət edir.  Azərbaycanda 40, Türkiyədə 28Azərbaycan Quşçular Birliyinin sədri Aydın Vəliyev qonşu dövlətlərdən və bəzi Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda süni yemləmə sisteminin mövcud olmadığını deyir. Onun sözlərinə görə, yerli müəssisələrdə yem təbiidir. Onun tərkibi taxıl, qarğıdalı və günəbaxan tumunun yağından ibarətdır: “Bizdə yemin tərkibinə hormonal dərmanlar qatılmır. Yalnız onların xəstəliklərə qarşı immunitetini artırmaq üçün yemlərinə müvafiq dərmanlar əlavə edilir. Azərbaycan broyler müəssisələrini fərqləndirən bir cəhət də odur ki, bizdə toyuq 40 gündən tez kəsilmir. Türkiyədə isə 28 gündür”.Toyuqların qısa müddətdə 1-1,3 kiloqrama çatmasına gəldikdə, cəmiyyət sədri buna intensiv yemlənmə nəticəsində nail olunduğunu deyir: “Yerli broyler toyuqlarının maksimum çəkisi 1,3-dür. Türkiyədə və İranda isə bu, 2-3 kiloqrama çatır. Ümumiyyətlə, yerli bazarda iri çəkili toyuqlara ehtiyac duyulmur”. Gəlirli biznesHaqqında deyilənlərə, yayılan məlumatlara rəğmən son illər ölkədə inkişaf edən sahələrdən biri məhz quşçuluq biznesidir. Dövlət tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin böyük hissəsi məhz bu sahəyə yönəlib.  Hazırda yerli bazarda “Siyəzən Broyler”, «Dəvəçi Broyler», “Hövsan Quşçuluq” MMC, “Zirə Broyler” fabriklərinin məhsullarının satışı üstünlük təşkil etsə də, ölkədə 40-dan artıq broyler fabriki fəaliyyət göstərir. 2014-cü il ərzində isə daha 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir. iqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq yumurta və 164,5 milyon əmtəəlik yumurta olan 39 quşçuluq təsərrüfatının maliyyələşdirilməsinə 98 milyon manatdan çox güzəştli kredit verilib. Artıq 28 quşçuluq təsərrüfatı istifadəyə verilib, 2014-cü il ərzində daha 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir.  Son 3 ildə quş əti istehsalı 1,5 dəfədən çox artaraq 2013-cü ildə 97.3 min tona, o cümlədən sənaye üsulu ilə quş əti istehsalı 2,6 dəfə artaraq 55 min tona çatıb.Əgər 9-10 il bundan əvvəl Azərbaycan bazarlarında Türkiyə, Rusiya və başqa ölkələrdən gətirilən toyuq əti çoxluq təşkil edirdisə, indi yerli məhsul onları üstələyib. Bazardakı hər 5 toyuqdan 3-ü yerli istehsaldır.  Məhsulların satış qiymətinə gəlincə, broylerlərin 1 kiloqramının qiyməti 2 manat 80 qəpik — 4 manat arasında dəyişir. Amma bu qiymətə broyler alan istehlakçının nə dərəcədə keyfiyyətli quş əti ilə qidalana bildiyi sual altındadır. Hazırlayan: Naibə QURBANOVA         Tibb.az 
['broyler', 'Toyuq']
1,385
https://kayzen.az/blog/qadinlar/17711/silva-ko%C5%9Fina.html
Silva Koşina
MuSHviG
Məşhur qadınlar
29 dekabr 2014, 14:52
 Bu italyan kinodivası haqda çox danışmaq olar. Silva Koşina 60-70-ci illərin ən seksual aktrisası hesab olunurdu. Onun filmoqrafiyası 125 filmdən ibarətdir. Silva Koşina italyan əsilli olsa da, SSRİ ərazisində dünyaya göz açıb. 1994-cü ildə vəfatından sonra aktrisa unudulmağa başladı. Yeni gənc nəsil demək olar ki, bu aktrisanı tanımır. Amma Silvanın bir dəfə də olsa, ifa etdiyi hansısa rolunu görən olubsa, bu aktrisanı heç vaxt unuda bilməz. Hətta əgər Silva bu filmdə köməkçi obrazı canlandırıbsa da… Silvanın İtaliya ərazisindəki qazandığı şöhrət çox böyük idi. Hətta bəzən deyirlər ki, İtaliya aristokrat, eleqant qadın obrazlarının çoxunu onun simasında, onun ifası ilə görüb. Silva 1933-cü ildə Xorvatiyanın Zaqreb ərazisində doğulub. İkinci Dünya müharibəsi ərəfəsində Silva İtaliyaya – italyan kişi ilə evli olan bacısının yanına gəlir və ömrünün sonunacan burda yaşayır. Cazibədar, uzunboylu Silva idmanla professional şəkildə məşğul olur. 1954-cü ildə İtaliyanın velosiped turu müsabiqəsində birinci yerə çıxır. Silvanın gözəlliyi onu model biznesi ilə maraqlanmağa məcbur edir. Çox keçmir ki, o, özünü model kimi sınayır. Modellikdən sonra isə o, kinematoqrafiyaya qədəm qoyur.1955-ci ildə Silva “Biz kişiyik, yoxsa kapral?” kinokomediyasında ilk kiçik rolunu alır. 1956-cı ildə isə bəxt onun üzünə gülür və Petro Cerminin “Maşinist” filmində rol ifa edir. “Maşinist” filmində öz istedadını nümayiş etdirməyi bacaran aktrisa bir il sonra “Quendalina” filmində əsas  rollardan birini ifa edir. Bu filmdən sonra 60-cı illərdə o, ardıcıl bir neçə filmə çəkilməyə müvəffəq olur. Gözəlliyi və istedadı ilə tez bir zamanda şöhrət qazanan Silva artıq rejissorların maraq obyektinə çevrilir. 1957-ci ildə cazibədar aktrisa özünü yeni bir kino janrında sınayır. “Heraklın leyboristləri” filmində baş rol ifa edir. Bu filmdən sonra 1958-ci ildə “Heraklın leyboristləri: Herakl və  kraliça Lidii” filmində çəkilir. Bu filmlər Silvanı kino ulduzuna çevirməyə kifayət edir.Bir gün Silva tələsdiyindən səyahət bileti almağı unudur. Çıxılmaz vəziyyətdə qalan Silvaya yaxınlaşan polis işçisi aktrisanı tanıyır və ona getməyə icazə verir. Həmin günün axşamı Silva qonaq çağırıldığı verilişin canlı efirində ona köməklik göstərən polis əməkdaşına minnətdarlığını bildirir və ona efirdən “öpüş” göndərir. Silvanın bu hərəkəti mətbuatın gündəmində geniş yer alır. Bir müddət sonra isə – 1960-cı ildə bu hadisə “Polis” filmində canlandırılır və Silva kinoda özü-özünü ifa edir. 60-cı illərin birinci yarısında Silva Koşina birlikdə çalışdığı prodüseri ilə roman yaşayır. Onlar “Minevr film” studiyasında tanış olurlar. Raymondo Kastelliylə tanış olan aktrisa tez bir zamanda ona bağlanır. Lakin Kastelli evli olur. Boşanmaq cəhdləri heç bir nəticə vermir – Kastellinin arvadı boşanmaqdan imtina edir. 1967-ci ildə Silvayla Kastelli Meksikada evlənir, lakin onların evliliyi İtaliyada qüvvəyə minmir.1967-ci ildə Silva Hollivuda dəvət olunur. “Almadakı üç dişləm” ( 1967 ), “Harri Friqqin gizli müharibəsi” ( 1967 ), “Ölməyin ən yaxşı yolu” ( 1968 ) filmlərində aktrisa böyük şəxsiyyətlərlə – Devid Mak Kallumla, Kirk Duqlasla, Pol Nyumanla – birgə çalışır. Bu, aktrisanın həyatında çox böyük rol oynasa da, ona uğur gətirmir. 1969-cu ildə Silva İtaliyaya geri qayıdır. Qayıtdığı ərəfədə İtaliyanın “Playboy” jurnalından açıq-saçıq fotosessiya təklifi alır. Məşhur fotoqraf Ancelo Frontoni tərəfindən çəkilən bu fotosessiya aktrisanın şöhrətini daha da artırır. Bundan sonra o, Mauro Boloninin filminə dəvət olunur.Aktrisa qazandığı bütün pulları öz villasının tikilməsinə və bəzədilməsinə xərcləyir. Filmlərdən aldığı qonorarlarla o, evinə ХVI əsrdən qalan, tarixi mebellər alır. Lakin bir müddət sonra vergilərin əlindən aktrisa rahat yaşaya bilmir. O, maddi sıxıntılar çəkir. 1976-ci ildə çıxılmaz vəziyyətə düşən Silva öz villasını satmaq məcburiyyətində qalır. 1970-1990-cı illərdə Koşina filmlərdə aristokrat qadın obrazlarını ifa etməyə başlayır. Bu filmlərdən ən çox uğur qazananları “Tuz” ( 1981 ), “Sindirella – 80” ( 1980 ), “Rimini, Rimini” olur. 1993-cü ildə Silva Koşina sonuncu filminə – “Kim Novak telefonda”ya çəkilir. 1994-cü ildə o, Romada xərçəng xəstəliyindən vəfat edir. Mənbə: kult.az
['Hollivud', 'aktrisa', 'obraz', 'kino.']
1,386
https://kayzen.az/blog/texnologiya/17707/smart-bil%C9%99klik.html
Smart Biləklik
MuSHviG
Texnologiya
29 dekabr 2014, 10:54
Bildiyimiz kimi hal-hazırda informasiya cəmiyyətində yaşayırıq və informasiya texnologiyaları, proqramlar, smart cihazlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bir çoxlarımız isə ailə üzvüləri və dostlarımızdan daha çox məhz bu texnologiyalarla zaman keçiririk. İnsanların bu cür smart cihazlara, informasiya texnologiyalarına və həmin  cihazlarda tətbiq edilən proqramlara olan tələbatının ödənilməsi üçün dünyanın tanınmış firmaları qızğın rəqabət içindədirlər.Bu cür smart cihazların son zamanlar yaranan və istifadəçilər arasında tez bir zamanda məşhurlaşan yeni bir növü də smart biləkliklərdir. Bu sahədə Apple, Sony, Samsung kimi tanınmış elektron cihaz istehsalçıları arasında rəqabət daha da artmaqdadır. Hər bir firma yeni inovasiyanı tətbiq edib bazarı tez bir zamanda tutmaq arzusandadır.   “Apple”nin yeni nəsil smart saatı Fitbit geyilə bilən cihazlar bazarında mübarizəyə qatılmaq ərəfəsində olan zaman gözlənilmədən yeni bir rəqiblə qarşılaşıb. Belə ki, “Cicret” adı verilən inanılmaz bir biləklik layihəsi bazara fantastika filmlərində atılmış kimi gəlir. Bu biləklik sayəsində dəriniz asanlıqla saniyələr ərzində ekrana çevrilir. Cicret biləkliyin köməyi ilə emailərinizi qolunuza projeksiyonla əks etdirərək nəzarət edə bilər, ya da film və video faylları izləyə bilərsiniz. Cihazın istehsalçıları davamlı olaraq yeniliklər edərək cihazı inkişaf etdirir. Bu sayədə Cicret biləkliklər bir tabletin, ya da smart telefonun malik olduğu hər bir texniki funksiyaları icra edə biləcək. Biləklikdə olan kiçik proyektorun köməyi ilə dəriniz üzərində görüntü yaradılarkən, səkkiz uzun mənzilli yaxınlıq sensoru sayəsində hər toxunuş, klik və scrollinq cihaz tərəfindən qəbul ediləcək. Ayrıca biləklik bir USB port və impuls ölçən ilə təmin edəcək. Təbii ki Wi-Fi və Bluetooth dəstəyi də olacaq. Ayrıca bu cihazın iPhone ilə sinxronizasiya edilə biləcəyi deyilsə də, tək başına işləyə biləcək müstəqil bir cihaz olaraq hazırlanır. Tanıtım videosunda görüldüyü kimi qolunuzun bir hərəkətiylə asanlıqla açıla bilir.  Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Smart', 'tablet', 'cicret', 'cihaz', 'texnologiya.']
1,387
https://kayzen.az/blog/seirler_edebiyyat/17706/ramiz-r%C3%B6v%C5%9F%C9%99n-ya%C4%9F%C4%B1%C5%9F-yuyur,g%C3%BCn-qurudur.html
Ramiz Rövşən-"Yağış yuyur,gün qurudur"
kurdamir
ŞEİRLƏR
28 dekabr 2014, 20:49
                      Ramiz Rövşən-«Yağış yuyur,gün qurudur» Bu yerləri bu göyləri Yağış yuyur ,gün qurudur. Bu dünyada çox şeyləri Yağış yuyur ,gün qurudur.Gözümüzün yaşını da, Bağrımızın başını da Qəbrimizin daşını da Yağış yuyur ,gün qurudur.Gələn nədi ,gedən nədi? Bələk nədi,kəfən nədi? Bu dünya öz kefindədi Yağış yuyur ,gün qurudur. ...Ulduzların tozunu da, Lap günəşin özünü də, Lap yağışın özünü də Yağış yuyur ,gün qurudur...                                                  
['Ramiz Rövşən', 'Ramiz Rövşən şeirləri']
1,388
https://kayzen.az/blog/tarixi_gunler/17698/milad-bayram%C4%B1.html
Milad bayramı
mahira2001
Tarixi Günlər
28 dekabr 2014, 12:44
Milad bayramı  hər il İsa peyğəmbərin doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır.  Xristian liturgik ilinin mərkəzində dayanan bayram, özündə Advent, Kristmastidin on iki günü və on ikinci gecə ayinlərini birləşdirir. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.                                                                     Baxmayaraq ki, müasir tarixçilər İsa peyğəmbərin doğulması hadisəsinin e.ə. 7-ci və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə “İsanın həqiqət günəşi olması” haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır. Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.                                                                                                                    «Milad» bayramın adının ərəb dilində  tərcümə formasıdır. Əksər müsəlman xalqaları kimi, azərbaycanlılar da bu bayramı Milad (Doğulma) adlandırırlar. Xristian Qərb xalqları, o cümlədən ingilislər isə bayramı “Krismas” (Christmas) adlandırırlar. Christmas sözü iki sözün “Christ” və “mass” sözlərinin birləşməsindən əmələ gəlməklə, “İsanın messiyası” mənasını verir. Orta ingilis dilində “Cristemasse”, qədim ingilis dilində isə “Crīstesmæsse” kimi səslənən söz mənbələrdə ilk dəfə 1038-ci ildə, daha sonra isə 1131-ci ildə İsa messiyası ilə bağlı qeyd alınmışdır. Bir çox qeri-xristian ölkəsi də daxil olmaqla, Milad bayramı əksər dünya ölkələrində ictimai bayram şəklində qeyd edilir. Bəzi qeyri-xristian ölkələrində  Milad bayramı keçmiş koloniya dövründə yayılmış, bəzilərində isə xristian azlıqların mədəni təsiri nəticəsində qeyd edilməyə başlamışdır. Yaponiya kimi, xristianların azlıq təşkil etdiyi bəzi ölkələrdə isə bayramın hədiyyə paylama, Milad bəzəkləri və Milad ağacı kimi dünyəvi xüsusiyyətlərinə daha çox diqqət yetirilir.Xristian ənənələrinin güclü olduğu ölkələrdə yerli və regional mədəniyyətlərin təsiri ilə müxtəlif Milad mövsümü bayramları formalaşmışdır. Xristianlar üçün Milad dini mərasimlərində iştirak, mövsümün başlanğıcını simvolizə etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Milad və Paska arasındakı dövr əsas və ən böyük dini mərasimlərin keçirildiyi dövrdür. Katolik ölkələrində Miladdan əvvəl dini ziyafətlərin və paradların təşkil edilməsi ənənəsi vardır. Lakin qeyri-xristian ölkələrində də Santa Klaus  və digər Milad personajlarının iştirakı ilə bayram mərasimləri təşkil olunur. Bütün bayram günləri ərzində ailənin bir yerə toplanması və hədiyyə verməsi icra oluna bilər. Hədiyyə vermə bütün ölkələrdə ən məşhur Milad ənənələrindən biridir. Bundan başqa 6 dekabr Müqəddəs Nikolay günü və 6 yanvar Epifaniya günündə də hədiyyə vermə həyata keçirilir.Ailə ilə birgə yeyilən ənənvi Milad yeməyi bayram ənənələrinin mühüm hissələrindən biri olmaqla ölkədən-ölkəyə dəyişən xüsusiyyətlərə malikdir. Bəzi ölkələrdə Milada xas olan xüsusi yeməklər vardır, məsələn, Siciliyada bayram masasına 12 növ balığn qoyulması ənənəsi vardır. Birləşmiş Krallıq və onun ənənələrindən təsirlənmiş ölkələrdə Milad nahar süfrəsində hind toyuğu və ya qaz, ət, ət suyu, kartof, tərəvəzlər, bəzən isə çörək və şərab olur. Milad naharı üçün xüsusi desertlər də hazırlanır ki, bunlardan da ən əsasları Milad pudinqi, şirin peçenyelər və meyvəli piroqlardır.Polşada və digər Şərqi Avropa  ölkələrində, həmçinin Skandinaviya ölkələrində balıq əsas milad yeməyi olsa da, zəngin ailələr Milad süfrəsinə ət yeməkləri də qoyurlar. Almaniya, Fransa və Avstriyada isə qaz və qaban əti sevimli Milad yeməyi hesab olunur. Mal əti, donuz əti və toyuq əti də dünyada Milad süfrəsinin ən məşhur nemətlərindən hesab edilir. Malta ənənəsində Gecəyarısı ibadəti və Milad mövsümü ərzində şokolad və şabalıdla, yerli içki olan “İmbuljuta tal-Qastan” təqdim edilir. Slovaklar ənənəvi olaraq “potica”, fransızlar “bûche de Noël”, italyanlar isə “panettone” adlı Milad şirniyyatı hazırlayırlar. Miladda şəkər və şirniyyatların yeyilməsi bütün dünyada məşhurlaşmış, bu isə alman stollenin, marzipan pirojnasının və Yamayka rum meyvə piroqlarının yayılmasına gətirib çıxarmışdır. Portağal şimal ölkələrində nadir tapılan nadir bitkilərdən biridir ki, Milad süfrəsi ilə əlaqələndirilmiş və Milad yeməklərinə əlavə edilmişdir.        Mənbə: Vikipediya
['milad']
1,389
https://kayzen.az/blog/texnologiya/17688/2015-ci-ild%C9%99-whatsappdan-daha-bir-yenilik.html
2015-ci ildə “WhatsApp”dan daha bir yenilik
MuSHviG
Texnologiya
28 dekabr 2014, 11:29
Populyar “WhatsApp” messencerinin yeni versiyasının ekran görüntüləri “Android World” texnologiya bloqunda dərc edilib. İCTnews elektron xəbər xidmətinin məlumatına görə, nəşr “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün “WhatsApp” messencerinin yeni versiyasının interfeysinin ekran görüntülərini dərc edib.Bu görüntülərə əsaslanaraq demək olar ki, səsli danışıq zamanı ekranın mərkəzində abunəçinin avatarı, yuxarı hissədə cari zəngin davametmə müddəti və bu zəngin “WhatsApp” üzərindən edildiyi haqda informasiya qeyd ediləcək. Aşağıdakı düymənin köməyilə zəngi başlatmaq və bitirmək mümkün olacaq.Messencerdə səsli zəng funksiyasının istifadəyə veriləcəyi tarix isə hələ bəlli deyil. Çox güman ki, 2015-ci ilin əvvəllərində istifadəyə veriləcək bu funksiya ila WhatsApp istifadəçi sayını artırmağı planlaşdırır. 2014-cü ilin sentyabr ayında “WhatsApp” messencerindən istifadə edənlərin sayı 600 milyona çatıb. Səsli zənglərin işə salınması sözügedən xidmətə “Viber”, “Skype” və “Line” kimi şəbəkələrlə daha effektiv rəqabət aparmağa imkan verəcək.Mənbə: ict.az
['Texnologiya', 'messencer', 'Viber', 'səsli zəng.']
1,390
https://kayzen.az/blog/fotosessiya/17686/d%C3%BCnyan%C4%B1n-10-%C9%99n-h%C3%BCnd%C3%BCr-g%C3%B6yd%C9%99l%C9%99ni.html
Dünyanın 10 ən hündür göydələni
MuSHviG
Fotosessiya
27 dekabr 2014, 15:23
10. Willis Tower — Çikaqo, ABŞ,  hündürlük — 442 metr. 9. Zifeng Tower — Nanjing, Çin,  hündürlük  - 450 metr.8. Petronas Tower  1 & 2, Kuala Lumpur, Malaziya,  hündürlük —  451.9 metr.7. Beynəlxalq Ticarət Mərkəzi — Hong Kong,  hündürlük  - 484 metr.6. Şanxay Dünya Maliyyə Mərkəzi — Şanxay, Çin,  hündürlük —  491 metr.5. Taypey 101 — Taypey, Tayvan,  hündürlük —  509 metr.4. One World Trade Center — New York, ABŞ,  hündürlük —  541 metr.3. Məkkə Krallıq Saat Qülləsi — Məkkə, Səudiyyə Ərəbistanı,  hündürlük  -  601 metr.2. Şanxay qülləsi — Şanxay, Çin,  hündürlük  -  632 metr.1. Burj Khalifa — Dubay, Birləşmiş Ərəb Əmirlikləri,  hündürlük —  828 metr.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Birləşmiş Ərəb Əmirlikləri', 'Şanxay qülləsi', 'One World Trade Center.']
1,391
https://kayzen.az/blog/poeziya/17689/hava-haqq%C4%B1nda.-baba-v%C9%99ziro%C4%9Flu.html
Hava haqqında... - Baba Vəziroğlu
Ferbara
Poeziya
27 dekabr 2014, 12:05
Havadan danışır bir gözəl xanım. “Yağış yağacaqdır, qar yağacaqdır. Gah günəş çıxacaq, gah ay doğacaq, Havalar tutulub, açılacaqdır”. Mənim Günəşim də, Ayım da sənsən. Onu sinoptiklər nə bilir axı? Sən bir az qıyqacı baxanda mənə Mənim gözlərimdə ildırım çaxır. Bir güllü-çiçəkli bahar günündə Soyuq baxışınla qış gəlir sənin. Mənim taleyimə yağışlar yağır, Elə ki, gözünə yaş gəlir sənin. Söz var, dolu kimi yağır başıma, Söz var, duman olub yolumu kəsir. Məndən inciyəndə, məndən küsəndə, Qəlbimdə sop-soyuq küləklər əsir. Səni gözləyirəm, hələ bilmirəm Yağış yağacaqmı, qar yağacaqmı... Mənim bu eşqimin səmalarında Havalar tutulub-açılacaqmı? Havadan danışır bir gözəl xanım. Hardasa qar tökür, ya yağış yağır, Hardasa ay batır, ya günəş çıxır. Mənim Günəşim də, Ayım da sənsən, Onu sinoptiklər nə bilir axı?!
['Baba Vəziroğlu', 'eşq', 'könül', 'Poeziya', 'şeir']
1,392
https://kayzen.az/blog/edebiyyat/17557/%C5%9Feytan%C4%B1n-hiyl%C9%99si-%7C-lev-tolstoy.html
Şeytanın hiyləsi | Lev Tolstoy
Apollon
Ədəbiyyat
26 dekabr 2014, 17:23
Yoxsul kəndli səhər tezdən kotan sürməyə gedirdi, səhər yeməyini yemədiyi üçün özü ilə bir parça çörək aparmışdı. Tarlaya çatanda torbasını endirib bir yerə qoydu. Çörəyi də onun yanına qoyub dəsmalla üzərini örtdü. Bir az kotan sürdü. At yorulub, kəndli də acanda kotanı dayandırdı. Rahat otlasın deyə heyvanı da açıb buraxdı. Yemək yesin deyə də bayaq torbasını qoyduğu yerə getdi. Ancaq dəsmalı qaldıranda gördü ki, çörək yoxdu. Bir xeyli axtardı. Dəsmalı silkələdi, amma çörəyi tapmadı. “Qəribədir!” dedi öz özünə. “Ətrafda da heç kimi görmədim, amma kimsə gəlib çörəyi götürüb yəqin” deyə düşündü.Bu işi görən balaca şeytan idi. Çörəyi alıb bir ağacın altında oturdu, kəndlinin əsəbləşib və bunun adını anıb necə təhqir edəcəyini gözləyirdi.Kəndli biraz düşündükdən sonra: “Nə edək?.. Acından ölməyəcəm ki? Götürənin ehtiyacı olmasa götürməzdi. Nuş olsun” – dedi.Sonra quyunun başına gedib su içdi. Biraz istirahət etdi. Heyvanını yenə kotana qoşub torpağı şumlamağa başladı.Balaca şeytan kəndlini günaha sala bilmədiyi üçün təəccüblənmişdi. Olanları böyük şeytana danışmağa getdi. Kəndlinin çörəyi necə oğurladığını, kəndinin təhqir etməli olduğu halda “nuş olsun” deməyini danışdı. Böyük şeytan isə buna çox əsəbləşdi. “Kəndlini aldada bilməmisənsə səhv səndədir. Deməli işi bacarmadın. Kəndlilərin hamısı belədirsə, onda biz nə edərik? Yoox… Bu işi belə qoya bilmərik. İndi o kəndlinin yanına get və çörəyin acığını çıx. Əgər üç il içində o kəndlini yoldan çıxara bilməsən, səni oxunmuş suya salacam, dedi.Balaca şeytan qorxub tez yer kürəsinə endi. Səhvini necə düzəldəcəyini düşünməyə başladı. Çox düşündü, sonra belə bir şey tapdı:Yaxşı insan roluna girib, yoxsul kəndlinin yanına işçi kimi gəldi. Kəndliyə quraqlıq keçən yaylarda buğdanı bataqlığa əkmək lazım olduğunu bildirdi. Kəndli də işçinin dediyini elədi, buğdanı bataqlığa əkdi. Həmin yay bütün kəndlilərin əkini günəşdə qovrulduğu halda, onun buğdası gur, uzun və sıx başlı oldu. Kəndli bir sonraki əkinə kimi buğdanı bol-bol istifadə etdi. Yenə buğda artdı. O birisi yay işçi kəndliyə buğdanı dağa əkməsi lazım olduğunu söylədi. Kəndli də onun dediyini etdi. Həmin il yay yağışlı keçdi. Bütün kəndlinin əkini qurudu, buğda vermədi. Bizim kəndli isə yaxşı buğda götürdü. Əlinə xeyli buğda keçdi. Kəndli bu qədər buğdanı nə edəcəyini düşünməyə başladı.İşçi kəndliyə şərab düzəltməyini söylədi. Kəndli də buğdalardan şərab hazırlayıb, həm özü içdi, həm də başqalarına içirtdi. O vaxt balaca şeytan böyük şeytanın yanına gedib: “Çörəyin acığını çıxartdım” deyə bildirdi.Bunları eşidən böyük şeytan öz gözləriylə görmək üçün kəndlinin yanına getdi. Kəndlinin evinə çatanda belə bir mənzərəylə qarşılaşdı: Kəndli bəzi varlıları şərab içməyə dəvət etdiyi üçün evinə çağırmışdı. Kəndlinin həyat yoldaşı şərabı qədəhlərə boşaldıb, qonaqlara təklif edirdi. O vaxt qadın stola dəyib, şərabı yerə tökdü. Kəndli də buna əsəbləşib yoldaşını təhqir etdi və:“Lənət sənə, kor şeytan”. Bu tökdüyün yaxantı deyil. Belə dəyərli bir şeyi necə tökərsən, ay bacarıqsız qadın.Balaca şeytan böyüyünə baxıb, gülümsədi.“Gördün? Artıq təhqir etməkdən, söyməkdən çəkinmir”. Sonra kəndli özü şərab paylamağa başladı. Həmin vaxt yoxsul bir kəndli işdən qayıdırdı. Onlara gəldi. Hamını salamlayıb bir tərəfdə oturdu. Onların şərab içdiyini görüb, bunun da ürəyi şərab istədi. Uzun vaxt bir yerdə oturub, udquna-udquna qaldı, amma ev sahibi ona şərab təklif etmədi. Ev sahibi öz-özünə:İnsan sizin hamınıza necə şərab çatdırsın deyib mızıldandı.Bu da böyük şeytanın çox xoşuna gəldi. Balaca şeytan özündən razı halda: “ Hələ dayan gör nələr olacaq”.Ev sahibi və varlı kəndlilər bir az içəndən sonra bir-biriləriylə söhbət etməyə, bir-birilərini tərifləməyə və xoş sözlər deməyə başladılar. Böyük şeytan onları uzun bir müddət izlədi, qulaq asdı. Bu vəziyyətdən heç xoşu gəlməmişdi: “Onlar bir-birilərini aldatmağa, yaltaqlanmağa davam edirlər.” – dedi.Balaca şeytan: “Hələ gözlə. Bax gör nələr olacaq. Bir bokal da içsinlər sən bax. İndi tülkü kimi bir-birilərinə quyruq sallayırlar, bir-birilərini aldadırlar. Birazdan hamısı azğın canavarlara çevriləcəklər.” buyurdu.Kəndlilər bir qədəh daha içdilər. Danışıqları biraz kobudlaşdı, səsləri yüksəldi. Gözəl sözlər yox olub, bir birilərinə əsəbləşib, təhqir edib hətta söyüş söyməyə başladılar. Axırda dava yarandı. Bir-biriləri ilə dalaşıb, üz-gözlərini qan içində qoydular. Bu vaxt ev sahibi də davaya qarışdı. Onu da döydülər.Böyük şeytanın bu da çox xoşuna gəldi. “Yaxşıdı, yaxşıdı” – dedi.Balaca şeytan isə: “Hələ gözlə, gör daha nələr olacaq” – dedi ona. Hələ üçüncü qədəhi içsinlər gör nə halda olacaqlar. İndi canavar kimi vəhşi oldular, sonra donuza bənzəyəcəklər.”Qonaqlar üçüncü qədəhi da içib, lap özlərini itirdilər. Nə dediklərini bilmirdilər artıq, bir-birilərinə qulaq asmadan qışqırıb bağırmağa başladılar. Ev sahibi də digərlərini yola salanda başı üstə suya yıxıldı. Üstü təmiz palçıq oldu. Yıxıldığı yerdən qalxdı. Donuz kimi səslər çıxardırdı.Bu hal böyük şeytanı daha da sevindirdi.“Həəə… Yaxşı iş bacardın afərin sənə. Çörəyin acığını yaxşı çıxartmısan. Amma bir danış görüm, necə elədin, bu şərabı? Hər halda əvvəlcə tülkü qanı qatdın. Buna görə kəndlilər onu içəndə hiyləgərlik etdilər, yaltaqlandılar. Sonra canavar qanı qatdın. Buna görə də canavar kimi vəhşiləşdilər. Sonra da donuz qanı qatdın, yəqin ki. Bu səbəbdən donuza bənzədilər.Xeyr, deyə cavab verdi balaca şeytan. Heç elə etmədim. Mənim etdiyim tək şey onun daha çox buğda becərməyini təmin etmək oldu. Bu heyvanların qanları onsuzda insanlarda var. Lakin bu ehtiyaclarına çatacaq qədər çörək olanda meydana çıxmır. Bu kəndli əvvəllər balaca çörək parçasını belə atmazdı. Amma çörəyi çoxaldıqca necə əylənim deyə düşündü. Mən də ona şərab içərək əylənə biləcəyini dedim. Kəndli Allahın nemətindən əylənmək üçün şərab hazırlamağa başlayanda damarlarındakı tülkü, canavar və donuz qanı özünü büruzə verməyə başladı. Daha sonra bir qədəh şərab içəndə həmişə belə heyvanlaşacaq.Böyük şeytan balaca şeytana təriflər yağdırdı. Çörək cəzasını bağışladı və onu özünün ən yaxın köməkçisi elan etdi. Tərcümə: Ayşə Nağdaliyeva
['Lev Tolstoy', 'hekayə']
1,393
https://kayzen.az/blog/istorik_c/17682/t%C9%99hsilimizin-epitet-v%C9%99-etiket-vur%C4%9Funlu%C4%9Fu.html
Təhsilimizin “epitet” və “etiket” vurğunluğu
istorik_c
Bloq: istorik_c
26 dekabr 2014, 16:41
    Belə gorünür ki, ötən hər ilimiz, ayımız və günümüz, sıradan olan hər hansı bir tədbirimiz, təhsilimiz və onun mövcud durumu ilə bağlı iradlarsız və qarşılıqlı ittihamlarsız ötüşməyəcək.    “Elmin bugünkü problemlərinin həlli üçün biz, sözsüz ki, üzümüzü orta məktəbə tutmalıyıq… orta məktəb müəllimləri bəlkə də hamıdan gözəl başa düşürlər ki, bu informasiya məkanında uşaqları düzgün təhsilləndirmək üçün onlara ilk növbədə hansı isə biliklər toplusunun yox, həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq qabiliyyətini aşılamaq lazımdır”. Bu sözləri AMEA prezidenti orta məktəblərə yönəlik tənqidi çıxışında deyib.     Təhsil Naziri isə son dövrlərdə ali məktəblərin fəaliyyət istiqamətlərinə dair fundamental və elmi araşdırmaların aparılmasının obyektiv və subyektiv səbəblər üzündən ikinci plana keçməsindən şikayətlənib: “Bir çox ali məktəblərdə elmi yaradıcılıq fəaliyyəti müasir elmin tələblərinə uyğunlaşmır, elm və tədrislə elm və istehsal arasında əlaqə mövcud deyil. Alimlər təkcə ali təhsil üzrə kifayətlənməməli, təhsil proqramlarının, kurikulumların təkmilləşməsinə, müasir dərslik və tədris resurslarının yaradılmasına öz töhfəsini verməlidir”.     Bir müddət öncə isə PA rəhbəri “hazırda Azərbaycan universitetlərinin heç birində təhsilin keyfiyyəti qiymətləndirilmir və yüksək ixtisaslı mütəxəssis hazırlığından danışmaq qeyrı mümkündür” mesajın; verməklə, yaranmış vəziyyətin acı mənzərəsinə diqqət çəkmiş, hakimiyyətin əsas aparıcı simalarından olan şəxs kimi administrasiya başçısının dedikləri media tərəfindən mövcud durumun yüksək səviyyədə etirafı kimi dəyərləndirilmişdi.     Bir daha şahidi oluruq ki, təhsilimiz həqiqətən müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin “laboratoriya mərkəzinə” çevrilib. Bir zamanlar ixtisaslı kadr hazırlığı ilə yanaşı həm də ciddi elmi araşdırmalar, sanballı tədqiqalar aparan institutlarımız universitetlərə çevrildikdən sonra kəsə və loru dildə desək, həm Əli aşından olub, həm Vəli.     Paradoksa diqqət yetirin. Ölkəmizin ildən-ilə inkişaf etməsi, beynəlxalq nüfuzunun artması, dünyanın ən rəqabət qabiliyyətli ölkələri sırasına daxil olması, regionun iqtisadi cəhətdən ən inkişaf etmış ölkəsinə çevrilməsi fonunda, universitetlərimiz nüfuzlu beynəlxalq reytinqlərin “3 minlik” siyahısına belə düşməkdə problem yaşayir. Biz isə cəmi 30 ölkəni əhatə edən “QS” agentliyinin Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali məktəblərinin yeni reytinqində üç universitetimizin yer alması və 100 ali məktəb arasında son 71-80-cı yerlərdə qərarlaşması ilə özümüzə təsəlli tapırıq.     Nəyə görə iqtisadi gücləri üst-üstə topladıqda Azərbaycanın gücü qədər olmayan ölkələr bizdən qabaqda olmalıdır? Bu suala, nəhayət, cavab tapılmalıdır ya yox? Nəvaxtadək məlumu naməlum kimi təqdim edəcəyik? Təhsil elmsiz, elm təhsilsiz ola bilməz deyə-deyə təhsilimizin həm eninə, həm də dərininə inkişafında ortaq məxrəci tapa bilməyəcəyik?      Yaşlıları demirəm, orta yaşlı nəsil belə xatırlamamış olmaz ki, çox da uzaq olmayan Sovet dönəmində alış-veriş etmək üçün ixtisaslaşmış mağazalar və bir də univermaq olduğu kimi, ali təhsil almaq üçün də institutlar, bir də universitet fəaliyyət göstərirdi. Ayrı-ayrı mağazalarda təyinatına uyğun olaraq ərzaq, qalantereya, ya da sənaye və ya təsərrüfat malları satılardı. Univermaqlar isə universallığı ilə seçilərdi. Yəni anlayışlara uyğun mahiyyət fərqi də vardı. Eyni prinsiplər təhsil müəssisələrinə də şamıl edilirdi. İnstitutlar tələb-təklif prinsipi əsasında xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadr hazırlığını həyata keçirməli, universitet ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər yetişdirməli, akademiya isə öz növbəsində fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi funksiyasını daşıyırdı. Bəlkə də Sovet dövründə yaranan elmi baza, yetişən kadrlar müstəqillik dövründə bizə kadr böhranı yaşamağa qoymadı. Sadəcə olaraq, o dövrün Pedaqoji İnstitutunun buraxdığı müəllim kadrları ilə indiki müvafiq profilli universitetlərin kadrlarını müqayisə edin.     Əlbətdə razilaşmaq olar ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçid balını 150-yə endirməsi məcburi addımdır və yaranmış vəziyyəti tənzimləmək üçün əl atdığı son çıxış yoludur. Dövlət qurumunun məlum qərarına görə onu qınamaq ədalətsizlik olardı. Çünki boş qalmış vakansiyalar təkcə iş yerlərini itirəcək minlərlə müəllimdən deyil, eyni zamanda, o sahədə gələcək ixtisaslı kadrlardan da məhrum olmaq deməkdir. Digər tərəfdən 150 ballıq tələbədən hansı mütəxəssis yetişdirməyin mümkünlüyünü təsəvvür etmək, o qədər də çətin deyil. Bu, mənim subyektiv fikrim olmayıb, artıq cəmiyyətdə formalaşmış ictimai rəyin danılmaz bir nümunəsidir.    Universitetləri bitirən “diplomçularımızın” işə düzəlməyi, özlərinə gələcək karyera qurmaları üçün hansı məşəqqətli yollardan keçməsi – əlavə kurslara, təlimlərə, treninqlərə müsabiqə və imtahanlara məruz qalması isə başqa söhbətin mövzusudur.     Zaman dəyişdikcə mağazalar universamlara, marketlərə çevrildiyi kimi bütün institutların da universitet və akademiyalara çevrilməsi zamanın tələbi idi, yoxsa zamanı qabaqlamaq istəyi? Bəlkə, beynəlxalq təhsil sisteminə inteqrasiya maraqları bizi qabaqlayıcı tədbirlərə əl atmağa sövq edib? Bəlkə zənn etmişik ki, təhsilimiz də ölkəmizin iqtisadi inkişafına adekvatdır? Əgər beynəlxalq inteqrasiyaya istinad ediriksə, dünya təcrübəsində Kaliforniya Texnologiya institutu, Stokholm Kral Texnologiya institutu, Kiyev Politexnik institutu, Tbilisi Dövlət İdarəetmə institutu, Daşkənd Dövlət Hüquq institutu kimi yüzlərlə institut bu gün də öz əvvəlki statusunda fəalyyətini davam etdirir. Deyək ki, Norveçdə 6 universitet olduğu halda, 25 institut mövcuddur. Qonşu Gürcüstanda isə 26 dovlət ali məktəbindən yalnız 8-i universitetdir. Çexiyada ancaq elmlər namizədi və doktorlar hazırlayan ali məktəblər universitet adlanır.      Universitetlərin tarixi ilə az-çox maraqlananlar bilməmış deyillər ki, Avropada 425-ci ildə yaradılan ilk ali təhsil müəssisəsi Konstantinopol universiteti yalnız 848-ci ildə bu statusu alıb. 1636-cı ildə kollec formasında fəaliyyətə başlayan Harvard universiteti isə müxtəlif illər boyu müxtəlif fakültələr açmaqla və təkamül yolu ilə yalnız 200 ildən sonra universitetə çevrilib.     Daim ən nüfuzlu reytinqlərin “onluğunda” birincilər sırasında qərarlaşan, kompyuter və robot texnologiyaları mərkəzi, elm və texnika lideri, 75 Nobelçi məzunu olan Massaçusets institutu ənənəsinə sadiq qalaraq bu günümüzədək institut adlanir.    Əgər nəzərə alsaq ki, institut (latınca “institutum”) müəssisə, təsisat anlamina gəlib, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, universitet (latınca “universitas”) toplu, məcmu mənasını verən mütəxəssis hazırlığı ilə yanaşı, həm də əlavə təhsil proqramlarını həyata keçirən çoxprofilli aparıcı ali təhsil müəssisəsi, akademiya (yunanca “akadema”) elmi təşkilat, cəmiyyət olaraq fundamental və tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidirsə, deməli bunların hər birinin təyinatı da fərqlidir.     Biz 15 illik fasilədən sonra qəbul etdiyimiz Təhsil haqqında Qanunda istifadə olunan anlayişların mənalarını ifadə edərkən 1.0.4. (akademiya), 1.0.25. (institut),1.0.53.( universitet ) bəndlərinin mahiyyətini, sanki bilərəkdən eyniləşdirərək, hər üç müəssisəyə eyni şərtlər və tələblər – ali təhsilli mütəxəssis hazırlığı, əlavə təhsil proqramlarını həyata keçirmək, elmi tədqiqatlar aparmaq səlahiyyətləri verərək məqsədindən, vəzifəsindən, maddi texniki bazasından, kadr potensialından asılı olmayaraq, istənilən fəaliyyət göstərən və yeni yaradılan müəssisəyə istənilən adı və statusu seçməyə şərait yaratmışıq.      Biz də ki, (göz dəyməsin) epitet, yarlıq,… etiketka həvəskarı kimi Harvard, Oksford, Kembric, Pristonlar universitet olduğu halda, misal üçün, “Təfəkkür”, “Asiya”, “Biznes” niyə institut olsun deyib, daha “aktual” səslənən adı seçmişik. Çox güman ki, Boloniya prosesinin iştirakçısı olmaq da işimizə yarıyib. Bu zaman əhəmiyyət vermədiyimiz, bəlkə də xəbərsiz olduğumuz bir detalı nəzərə almamışıq ki, Boloniya (1088), Oksford (1117), Kembric (1209), Sarbonna (1215), bugünki tariximizə nisbətən yaxın olan Harvard (1636), Lomonosov adına MDU (1755) və digər adını çəkmədiyimiz universitetlər bu adı almaq və bu nüfuzu qazanmaq üçün çox əsrlik bir yol keçiblər. Zaman-zaman hektarlarla əraziyə sahib olublar, özlərinə müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi-tələbə şəhərciyi (kampus) yaradıblar, elmi-tədqiqat institutları, kollecləri, elmi laboratoriyaları, qapalı yataqxanaları, fundamental kitabxanaları, arxivləri, nəşriyyatları, muzeyləri, herbariləri, botanika bağları, yaxt klubları, tələbə teatrları, yaradıcılıq mərkəzləri, dərnəkləri olub, hər tələbəyə tyutor xidməti göstərilıb və s.     Heç bir maddi-texnika bazaya, müvafiq infrastruktura, adi yataqxanaya belə malik olmayan, pedaqoji personalı qohumlardan və yaxınlarından ibarət olan, tədris korpuslarını arenda əsasında icarəyə götürən “ailə universitetləri” açmağa, bir müddət sonra isə bəzilərini bağlamağa, digərlərini isə necə bağlamaq yolunu tapmaq üçün baş sındırmağa ehtiyac var idimi? Bütün mövcud institutları ucdantutma universitetlərə və akademiyalara çevirməyə hazır idikmi?     Belə çıxır ki, seçdiyimiz yol təhsil vermək yolu deyil, təhsilə cəlb etmək yolu da deyil, cəzbetmə yolu olub.      İndi də dövlət və özəl universitetlər azmış kimi, Milli universitetlər yaratmaq sevdasına düşmüşük. Bütün ali məktəblər – istər özəl olsun, istərsə də dövlət məktəbləri, keyfiyyətli təhsil vermə imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətinin potensialına görə iki qrupa – adi və milli statuslu universitetlərə bölünəcək. Bu universitetlərin hansı səviyyədə keyfiyətli təhsil vermə imkanlarını yəqin ki, zaman göstərər. Ancaq “adidən” “milliyə” keçmək uğrunda gedəcək universitetlərarası “nüfuz savaşınin” konturlarını bəri başdan təsəvvür etmək o qədər də çətin deyil.      İndi “özəllərə” adi baxıldığı kimi, “dövlətlərə” də adi baxılacaq. Çünki milli sözündə bir əzəmət var, qürur var, ecazkarlıq var. Biz isə qürurumuzu hər şeydən üstün tutan xalqıq və hesab edirik ki, milli universiteti bitirmədən milli ruha, milli düşüncəyə sahib olmaq mümkün deyil.     Deyə bilmərəm 1930–cu ildə yaradılan Jukovski adına “Xarkov Aviasiya İnstitutu”nu sonralar “Milli Aerokosmik Universiteti” adlandıranda bu nüanslar nəzərə alınıb, yoxsa yox.     Ancaq bir şeyi dəqiq bilirəm ki, məktəb, lisey, gimnaziya, kollec, institut, universitet, akademiya ayrı-ayrı şeylərdir. Gəlin çalışaq hər şeyi öz adı ilə çağıraq. Formaya diqqət çəkəndə məzmunu da unutmayaq. Elə etməyək ki, sonda bal və şorun eyniləşdirildiyi yerdə nə baş verə biləcəyi haqda lətifə həqiqətə çevrilmiş olsun.P.S. Bir də ki, bir mahnıda “yaşın nə fərqi var ki…” deyildiyi kimi, adın da nə fərqi ola bilər ki, onsuz da ARDNŞ-in nəzdində son zamanlar yaradılan “Ali Neft Məktəbi”nə keçid balı bir zamanlar AZİ deyilən, sonralar akademiyaya çevrilən qocaman ADNA-dan yüksəkdir. Nə deyim. Qloballaşırıq, amma sürət hədini də gözləmək lazimdır. Ən çox hadisələr sürət həddinı aşanda baş verir. Nadir İsrafilov, təhsil eksperti
['təhsil', 'təhsil problemi']
1,394
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17678/nan%C9%99nin-faydalar%C4%B1.html
Nanənin faydaları
MuSHviG
sağlam həyat tərzi
26 dekabr 2014, 12:33
Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var.Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik, köpəleyhinə dərman preparatları hazırlanır. — Nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən əczaçılar onu uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər. Nanə əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını ardan qaldırır, arterial təzyiqi aşağı salır. Baş ağrısını azaldmaq üçün gıcgahlarınızı nanənin efir yağında isladılmış pambıqla sürtün.Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su). 1 çay qaşığı bal da əlavə etmək olar. Bal çayın təsirini daha da artıracaq. — Nanə həzm sistemi üçün də çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köpəleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesləri yaxşılaşdırır, ödqovucu təsirinə malikdir. Mikrobəleyhinə təsirinə malik olan nanə mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Nanə ishal zamanı da kömək edir.Ürəkbulanması zamanı nanə ilə konfetlər və ya nanə dəmləməsi çox yaxşı kömək edir. — Fitonsidlərlə zəngin olan nanə antiseptik, mikrob və iltihabəleyhinə təsirlərinə malikdir. Soyuqdəymə zamanı nanə çayı qəbul edin. Nanə efir yağı ilə inhalyasiyalar zökəm, öskürək, bronxit zamanı yaxşı kömək edir. Bunun üçün enli qaba qaynar su töküb içinə 3-5 damcı nanə efir yağını damızdırın. Buxarla 5 dəqiqə ərzində dərin nəfəs alın. Diqqətli olun ki, selikli qişalar yanmasın. — Ağız boşluğu və damaqlar iltihabları zamanı ağız boşluğunuzu nanə dəmləməsi ilə tez-tez qarqara edin. — Nanə qadın otu sayılır. Nanə dəmləməsi menstruasiyadan əvvəl və menstruasiya zamanı qadınları narahat edən ağrıları və spazmları azaldır, klimaks zamanı qadınlara kömək edir. — Nanə kosmetologiyada da geniş istifadə olunur. Nanə dəmləməsi ilə olan isti və soyuq kompreslərin növbələşməsi üz dərisini daha elastik edir, cavanlaşdırır. Bunun üçün pambıq salfeti əvvəl isti dəmləmədə isladın və 2-3 dəqiqə ərzində üzünüzdə saxlayın, daha sonra isə soyuq dəmləmədə saxlayın və yenə də 2-3 dəiqiqə ərzində üzünüdə saxlayın. Bunu 2-3 dəfə edin (axırıncı soyuq kompres olmalıdır).Nanə dəmləməsi üz dərisində olan iltihabları azaldır.Nanə dəmləmələri saçlar üçün də çox xeyirlidir. Saçlarınızı yuduqdan sonra yaxşı süzülmüş nanə dəmləməsi ilə yaxalayın və qurudun.
['Kimyəvi', 'vitamin', 'antisepatik', 'mikroorqanizm', 'spazmolitik.']
1,395
https://kayzen.az/blog/turizm/17677/m%C9%99d%C9%99niyy%C9%99t-v%C9%99-s%C9%99n%C9%99t-m%C9%99rk%C9%99zi-madrid-fotolar.html
Mədəniyyət və sənət mərkəzi Madrid - Fotolar
MuSHviG
Turizm
26 dekabr 2014, 12:02
Kayzen.az ailəsi olaraq Avropanın ən gözəl və tarixi şəhərlərindən biri hesab edilən Madridin gəzməli və görməli yerləri haqqında maraqlı məlumatları oxucularımızın diqqətinə çatdırırıq. İspaniyaya 1561-ci ildən paytaxtlıq edən bu şəhər Avropanın ən yüksək paytaxtlarından biridir və dəniz səviyyəsindən 651 metr yüksəklikdə salınmışdır. Hər il milyonlarla turistin ziyarət etdiyi bu şəhər tarixi tikililəri, muzeyləri, geniş meydanları və parkları ilə əyləncəli zaman keçirmək istəyənlər üçün əvəzedilməz məkandır.Madrid Prado Muzeyi: Madridin görüləcək yerlər arasında ön sıralarda olan Prado Muzeyini ildə təxminən 2 milyon turist ziyarət edir. Picasso kimi məşhur rəssamların əsərləri burada sərgilənir. Madrid Royal Palace: İspaniyanın ən gözəl və ehtişamlı tikililərindən biri olan Madrid Royal Palace kraliyət sarayıdır və 18-ci yüz illikdə inşa edilmişdir. Bu gün də görkəmindən bir şey itirməmiş sarayın tikintisi 25 ildən çox davam etmişdir. Sarayda 2800 ədəd otaq mövcuddur. Royal Palace yaxınlığında yer alan Madridin ən böyük kilsələrindən biri olan La Almudena Cathedrali ilə birlikdə Madridin gəziləcək yerlərindən biridir.Madrid Plaza de Mayor: Meydanları ilə məşhur olan Madridin ən görməli yerlərindən biri də Plaza de Mayordur. Bənzərsiz bir məkan olan Plaza de Mayor Kral III Filipin hakimiyyəti dövründə memar Gomez de Mora tərəfindən 1619-ci ildə inşa edilmişdir. Bura o zamanlar yaşayış binası olaraq inşa edilmişdir, eyni zamanda ortasındakı boş sahədə öküz güləşləri və festivallar keçirilirmiş. Burada yaşayan insanlar evlərinin eyvanından burada keçirilən nümayişləri izlərmişlər. Meydanın ortasında Kral III Fhilipin heykəli yerləşir.Madrid Puerto Del Sol: Sol meydanı Madridin ürəyi hesab edilir və turistlər üçün mütləq görülməsi lazım olan yerlərdən birdir. Puerto Del Sol «Günəş qapısı» mənasını verir. İspaniyanın «0» nöqtəsi, tam mərkəzi kimi qəbul edilir. İspaniya və dünyadakı bütün şəhərlərə uzaqlıqlar Sol Meydanında olan «0» nöqtəsindən hesablanır. Meydandakı ayı heykəli Madridin simvolu sayılır. Yeni il şənlikləri məhz bu meydanda qeyd edilir.Madrid Plaza de Cibeles: Madridin gəziləcək yerləri arasında olan Cibeles Meydanı Madridə gələn turistlərin ən çox baş çəkdiyi məkanlardan biridir. Xüsusilə meydanda olan Cibeles Palace — Kibele Sarayı çox diqqət çəkən bir tikilidir. Fountain of Cibeles — Kibele Fəvvarələri isə Madriddə ən çox fotoşəkil çəkilən yerlərdən biridir.Gra Via Küçəsi: Madrid şəhərini tanımağın ən gözəl və ən zövqlü yollarından biri küçələrdə  gəzmək və kafelərdə zövqlü vaxt keçirmək və alışveriş etməkdir. Gra Via Madridin ən böyük küçələrindən biridir. Məşhur kafelər, restoranlar, kinoteatrlar və mağazalar bu küçədə yerləşir.Sol-Salamanca bölgəsi: Alışveriş üçün turistlər tərəfindən ən çox baş çəkilən bölgə olma xüsusiyyətini daşıyır. Sol və Gran Via küçələri arasında qalan bu bölgədə El Corte Inglés, Zara, Gran Via 32, H & M, Sephora, Pimkie, Chanel, Versace, Hermes, Hugo Boss, Louis Vuitton, Giorgio Armani, Dolce & Gabbana və Hugo Boss kimi brend mağazaları tapmaq mümkündür.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Avropa', 'Madrid', 'küçə', 'muzey', 'turist', 'İspaniya.']
1,396
https://kayzen.az/blog/google/17676/erm%C9%99nistan-az%C9%99rbaycan,-da%C4%9Fliq-qaraba%C4%9F-m%C3%BCnaqi%C5%9F%C9%99si.html
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
kurdamir
Hər şey daxil
25 dekabr 2014, 21:54
«ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ» BÖLMƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT  «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi» bölməsi bu problemin hərtərəfli öyrənilməsinə imkan verən səkkiz əsas yarımbölmədən ibarətdir. Birinci yarımbölmə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının yönəldiyi və onun işğalçı müharibə yolu ilə Azərbaycandan qoparmağa cəhd etdiyi, Qarabağ bölgəsinin tarixinə həsr edilmişdir. Burada «Qarabağ» sözünün etimologiyası müəyyənləşdirildikdən sonra, Qarabağın tarixi, ərazisi və sərhədləri haqqında məlumat verilmiş, Azərbaycanın tarixi inkişafına uyğun olaraq Qarabağın tarixi dövrləşdirilmiş, əsas hadisələr şərh edilmişdir. Qarabağın tarixi inkişafının öyrənilməsi sübut edir ki, bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, Azərbaycanın tarixinə uyğun inkişaf etmişdir. Ermənistanın Qarabağa ərazi iddialarının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri faktlarla göstərilmişdir. İkinci yarımbölmə «Qarabağ problemi və erməni məsələsi»nin əlaqəsi və onun təzahür formalarına həsr edilmişdir. Erməni xislətinin daha dərindən dərk edilməsi üçün bu yarımbölmədə dünyanın qabaqcıl fikir xadimlərinin ermənilər haqqında tənqidi mülahizələri və ermənilərin özləri haqqında baxış prizmaları verilmişdir. Üçüncü yarımbölmədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejiminə aydınlıq gətirilmişdir. Münaqişənin həllinə Azərbaycanın baxışları və bütövlükdə münaqişənin həlli prosesinin gedişi nəzərdən keçirilmişdir. Dördüncü yarımbölmə Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsinin gedişində törədilmiş Xocalı soyqırımına həsr edilmişdir. Burada Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş, dünya ictimaiyyətinin ona münasibəti və şahidlərin ifadələrinə geniş yer verilmişdir. Beşinci yarımbölmə Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsinin törətdiyi humanitar fəlakət haqqındadır. Yarımbölmədə Azərbaycanın Qarabağ və digər regionlarında da Ermənistanın işğalçı, təcavüzkar fəaliyyətinin soyqırım aktları ilə müşahidə olunması göstərilmişdir. Qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti, əsir, girov və itkin düşmüşlər haqqında məlumatlar verilmiş, beynəlxalq hüquq və humanizm prinsiplərinə zidd olaraq ermənilərin azərbaycanlı əsirlərə qarşı qeyri-insani rəftarı, erməni təcavüzünün qurbanı olmuş qadın və uşaqların başına gətirilən müsibətlər faktlarla göstərilmişdir. Altıncı yarımbölmədə müasir dünya üçün başlıca təhlükə mənbələrindən birinə çevrilmiş beynəlxalq terrorizmin ən təhlükəli tərkib hissəsi olan erməni terrorizmi, erməni terror təşkilatları, Azərbaycanda törədilən terror-təxribat aktları, onların xronologiyası verilmişdir. Burada Ermənistanın beynəlxalq terrorizmi dəstəkləyən dövlət olması da faktlarla təsdiq edilmişdir. Yeddinci yarımbölmə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələrindən bəhs edir. Bunun üçün əvvəlcə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının təbii ehtiyatlarına dair faktlar verilir. Sonra işğal edilmiş rayonlara vurulan zərər əsas sahələr üzrə klassifikasiya olunur, ekoloji, sosial psixoloji, iqtisadi, maddi-mənəvi zərərlərin miqyası müəyyənləşdirilir, Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi göstərilir.Qarabağ problemi üzrə əldə olunan nəticələrin qanunauyğunluğunu nümayiş etdirmək üçün əldə olunmuş sənədlərin bir qismi xüsusi, səkkizinci yarımbölmədə verilmişdir. Burada Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında bağlanmış 1805-ci il 14 may Kürəkçay müqaviləsi, Rusiya ilə İran arasında bağlanmış 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri, Erməni «Daşnaksutyun» partiyasının antiazərbaycan fəaliyyətinə dair sənədlər, AXC (1918-1920) və Azərbaycan SSRİ-nin ilk dövründə Qarabağa dair sənəd və materiallar verilmişdir. 1948-53-cü illlərdə Ermənistan SSRİ-dən azərbaycanlıların deportasiyası haqqında sənəd və materiallar da burada xüsusi yer tutur. Tarixi sənədlər beynəlxalq təşkilatların BMT, ATƏT və AŞPA-nın qəbul etdiyi qərar və sənədlərlə yekunlaşdırılır. Mənbə:Azerbaijan.az P.S Bu dəfə qəsdən şəkillərdən istifadə etmədim...  
['qarabağ']
1,397
https://kayzen.az/blog/musiqi/15455/xvii-%C9%99srin-%C9%99vv%C9%99lind%C9%99n-xviii-%C9%99srin-ortalar%C4%B1nad%C9%99k.html
XVII əsrin əvvəlindən XVIII əsrin ortalarınadək
2ral
Musiqi
25 dekabr 2014, 20:34
Bu dövrün bədii simasını müəyyənləşdirən bir sıra cərəyanlar sırasında barokko aparıcı rol oynayır. Dəbdəbə, əzəmət, möhtəşəmlik — barokko cərə­yanının bu kimi xüsusiyyətləri opera və oratoriyalarda, konsert və süitalarda parlaq bədii əksini tapir. Yenicə yaranmış opera janrı vətəni İtaliyada geniş yayılmağa başlayır. Venesiyada, Romada, Neapolda opera teatrları açılır; tamaşaların yüksək bədii səviyyəsini təmin etməkçün Neapol səhərində tarixdə ilk konservatoriya təşkil edilir. İtaliya opera məktəbinin görkəmli nümayəndəsi Klaudio Monteverdinin (1567 — 1643) yaratdığı «Orfey», «Poppeyanın tacqoyma mərasimi» əsərləri çılğın, ehtiraslı obrazlar dünyasına görə Şekspirin faciələri ilə müqayisə oluna bilər. Operanın digər ma­hir ustası — italyan bəstəkarı Alessandro Skarlatti (1660 — 1725) «Pirr və Demetri», «Mitridat Yevpator» əsərləri ilə musiqi tarixinə «opera-seria» adı ile daxil olmuş bir opera janrının təməlini qoyur. «Opera-seria», yeni «ciddi opera», elə adından məlum olduğu kimi, dərin məzmunlu, çox vaxt tarixdən, miflərdən götürülmüş süjetlərə əsaslanır, dəqiq müəyyən edilmiş musiqili — dramaturji prinsiplər üzərində qurulurdu. Opera-seria çərçivəsində həmçinin ahəngli, melodik vokal ifaçılıq üslubu yaranır. «Bel kanto», yeni «gözəl oxuma» adlanan həmin üslub XX əsrin əvvəllərine qədər İtaliya ope­ra musiqisində tətbiq olunaraq ümumdünya şöhrəti qazanır. Bir neçə ildən sonra İtaliyada operanın komik növü — opera-buffa yaranır. Onun banisi -Covanni Perqolezi (1710 36), ilk numunəsi isə «Qulluqçu-xanım» əsəridir. Fransada şən, yumoristik əhval-ruhiyyəli operalar komik opera adı ilə, Avstriya və Almaniyada isə zinqşpil kimi tanınır.XVIII əsrin ortalarında Avropa operası böhran keçirir. Bəstəkarlar operanın məzmunundan daha çox, müğənnilərin ifaçılıq məharətinin nümayiş olunması qayğısına qalır, buna üstünlük verirlər. Bu böhranı aradan qaldırmaqçün avstriyalı bəstə­kar Kristof Villibald Hlyuk (1714-87) «Orfey və Evridika», «Alsesta» əsərlərində opera tarixində böyük əhəmiyyət kəsb edən İslahatlar həyata keçirir, bu janrın dəin məzmunlu xarakterini bərpa edir.Avropanın müxtəlif ölkələrində — Fransada, İngiltərədə özünəməxsus, milli opera sənəti yaranır. Fransada onun banisi Jan Batist Lülli (1632 — 87), İngiltərədə Henri Pörsell (1659 — 1695) sayılır. Lüllinin parlaq, təmtəraqlı operaları — «Tezey», «Armida» və başqaları çox zaman XIV Lüdovikin iqamətgahı Versal sarayında tamaşaya qoyularınış. Bu operaların ayrılmaz hissəsi olan balet səhnələrində hətta kral özü də iştirak edərmiş. Pörsellin ingilis musiqisindəki tarixi rolu sözün əsl mənasında bənzərsizdir. Bəstəkarın vəfatından sonra gələcək iki yüzillik ərzində İngiltərədə Pörsellə bərabər heç bir görkəmli bəstəkar meydana çıxmamışdır. Bəstəkarın milli musiqi ənənələrindən bəhrələnən «Didona və Eney» indiyədək ingilis, eləcə də dünya musiqisinin ən dəyərli inciləri sı­rasındadır. İnstrumental   musiqi   də XVII — XVIII əsr bəstəkarlarının diqqət mərkəzində olmuşdur. İtaliyalı Cirolamo Freskobaldi (1583 -1643), almanlar   — Ditrix Bukstexude (1637 — 1707), İohann Pahelbel (1653 -1706) və başqaları dövrün görkəmli orqan ifaçıları və bəstəkarları kimi təkcə öz ölkələrində   deyil,   bütün Avropada tanınmışlar. Orqanın «kiçik qardaş»ı klavesin də barokko dövrünün bəstəkarlarını özünə cəlb etmişdir. Fransız mus-qiçiləri — Fransua Kuperen (1668 — 1733), Jan Filipp Ramo (1683 — 1764), Lui Klod Daken (1694 — 1772) və başqaları bu alətçün xalq musiqisi ruhunda, çox vaxt təbiət obrazlarını təsvir edən kiçik pyeslər yaratmışlar. İtalyan bəstəkan Domeniko Skarlatti də (1685 — 1757) klavesin üçün yüksək bədii əhəmiyyətə malik kiçik sonatalar yazmışdır.Bu dövrdə simli alətlərin, xüsusən də skripkanın nüfuzu günü-gündən artır. Arkancelo Korelli (1653 — 1713), Antonio Vivaldi (1678 — 1741) və Cüzeppe Tartininin (1692 — 1770) sonata və konsertlərinə məhz skripkanın zərif, melodik tembri xüsusi gözəllik verir. Beləliklə, biz XVII əsrin əvvəlindən XVIII əsrin ortalarınadək yaşayıb-yaratmış bəzi sənətkarlarla tanış olduq. Həmin dövrdə dünya mədəniyyətinə daha iki nəhəng şəxsiyyət də gəlmişdir ki, onların bədii irsi bu günədək Avropa musiqisinin bünövrəsi hesab olunur, gələcək nəsillərçün də bir örnək olaraq qalacaqdır. Bu dahi şəxsiyyətlər İohann Sebastyan Bax və Georq Fridrix Hendeldir.Bu əsərlərlə tanış olun:✓ A.Vivaldi — "İlin fəsilləri"✓ A.Korelli — «Foliya» ✓ C.Tartini — "İblis sonatasr" ✓ L.Daken — «Ququ quşu»✓ F.Kuperen — "Ətirli su"✓ J.F.Ramo — «Tamburin» ✓ H.Pörsell — «Didona və Eney» operasi: Didonanın ariyası ✓ K.V.HIyuk — «Orfey» operasi: 2-ci pərdənin 2-ci şəklinə giriş; Orfeyin ariyası (3-cü pərdə)Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədiMüəllif Aida Hüseynova
['musiqi tarixi', 'mədəniyyətşünaslıq', 'musiqi', 'kulturologiya', 'mədəniyyət tarixi', 'musiqi dünyası']
1,398
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/17397/d%C9%99niz-m%C9%99hsullar%C4%B1n%C4%B1-sev%C9%99nl%C9%99rin-yeri-%7C-monako.html
Dəniz məhsullarını sevənlərin yeri | Monako
Apollon
Ölkələr
25 dekabr 2014, 19:30
Monako Knyazlığına  — bu da elə də böyük dövlət deyil, amma mədəniyyət baxımdan xeyli maraqlı və zəngindir. Monakonun sahəsi 1,96 kvadrat kilometrdir. Bu dövlət dünyada fransızdilli ən kiçik ərazi sayılır. Monakonun 20 otelində dünyanın müxtəlif dillərində danışan qonaqlara rast gəlmək mümkündür. Monako knyazlığı öz qonaqlarını 7 əsrlik zəngin qəhrəmanlıq hadisələri ilə dolu Qrimaldi ailəsinin tarixi ilə tanış edir. Köhnə şəhər üzərində ucalan knyaz sarayı öz memarlığı və hər gün düz günorta baş verən gözətçi dəyişikliyi ilə məşhudur. Sarayın ətrafında isə digər görməli yerlər var; qeyri-adi akvariuma malik Okeanoqraf muzeyi, həmişə yaşıl Ekzotik bitki bağı, Monte-Karlo kazinosu, Dəniz muzeyi, kino muzeyi, Monako knyazının köhnə avtomobillər kolleksiyası ekspozisiyası və s. Monakoda Knyaz sarayı çoxəsrlik adət-ənənənin mühafizəkarıdır. Saray 1215-ci ildə Genuya qalasının yerində tikilmişdir. Qışda qara, yayda ağ parad formasına malik karabiner gözətçilərinin növbə dəyişməsi hər gün saat 11:55-də təntənəli surətdə həyata keçirilir. Mətbəxi Monako İtaliya və Fransaya yaxın olduğu üçün mətbəxi də bu ölkələrin kulinariya ənənələrinin qarışığından yaranıb. Yəni təkcə bu ölkəyə səyahət etməklə, daha 2 Avropa ölkəsinin mətbəxi ilə də tanış ola biləcəksiniz. Monako vətəndaşlarının ən sevimli yeməkləri sırasına tərəvəzlər, pendirlər, qızardılmış kartofla bifşteks, souslar, raqu, ilbizlər və balıq yeməkləri daxildir. Sakinlərin ən çox içdikləri içkilər isə  şərab və qəhvədir.   Monako Aralıq dənizinin sahilində yerləşdiyi üçün yerli restoranların menyularında dəniz məhsullarına üstünlük verilir. Amma bu krallıqda süd və süd məhsulları, o cümlədən pendir elə də məşhur deyil. Lakin monakolular özünəməxsus dada malik pendir hazırlayırlar. Şampan Monakonun milli içkisi hesab edilir. Ən dəbdəbəli restoranlarda şampanın bir qədəhinin qiyməti 40 evro təşkil edir. Bir sözlə, əgər istirahətinizi Monako krallığında edəcəksinizsə, qəhvə ilə səhər yeməyinizə başlaya, nahar və şam yeməklərinizi isə balıq yeməkləri ilə edə bilərsiniz. formaggio.az 
['Monako', 'ölkələr', 'Monako mətbəxi']
1,399
https://kayzen.az/blog/Hagverdiyev/17673/atalar-s%C3%B6zl%C9%99ri-il%C9%99-h%C9%99yata-bax%C4%B1%C5%9F-vi-s%C3%B6z-haqq%C4%B1nda.html
Atalar sözləri ilə həyata baxış VI (söz haqqında)
Hagverdiyev
Bloq: Hagverdiyev
25 dekabr 2014, 14:27
“Əyri oturaq, düz danışaq”. “Dünyada ən çətin şey sözdür, anlamağı da çətin, anlatmağı da”. “Söz odur ki, haqqa vara". “Sözün zahiri zərif, batini lətif olmalıdır”. “Qaba söz qaba hərəkətdən pisdir”. “Eyibli söz danışma”. «Sözü ağzında bişir, sonra çıxart». “Söz ağızdan çıxıncan sənindi”. “Deyilǝn söz geri qayıtmaz”.“Adamı sözündǝn tutarlar, heyvanı buynuzundan”. «Bildiyindən danış, bilmədiyin səni güdaza verər». “Sözü məqamında de”. “İstədiyini söyləyən, istəmədiyini eşidər”. “Sözünü bilməyəni bayıra atarlar”.  «Söz danış, söz olsun”. Söz danış söz eşit”.“Adam sözünü adama deyǝr”. “Adama sözü bir dǝfǝ deyǝrlǝr”. “Səhrada gül bitməz, cahilə söz yetməz”.“Söz gǝzdirmǝ”. “Özgǝnin sözünü özgǝnin evindǝ danışma”. “Söz gǝzdirǝn adamdan qorx”. “Kişi, sözü üzǝ deyǝr”.  “Kişi öz sözünün ağası olar”.  »El ağzında bir sözün yüz rəngi var”. “Söz deyən azdır, söz çeynəyən çox”. “Oğru elə bağırır, doğrunun bağrı çatlayır”. “Oğru doğruluqdan danışar”. “Əliəyri hey düzlükdən danışar”. “Sǝn doğru ol, ǝyri bǝlasını tapar” . Vüqar Haqverdiyev[email protected]
['atalar sözləri', 'müdrik sözlər', 'aforizmlər']