Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
1,400
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17672/yor%C4%9Funlu%C4%9Fu-aradan-qald%C4%B1rma%C4%9F%C4%B1n-yollar%C4%B1.html
Yorğunluğu aradan qaldırmağın yolları
MuSHviG
sağlam həyat tərzi
25 dekabr 2014, 14:10
Bir çoxları özünü yorğun hiss etsələr də, bu yorğunluğun nədən qaynaqlandığını bilmirlər. Halbuki bunun səbəbi heç ağlımıza gəlməyən səbəblər də ola bilər. Oxuculara həmin səbəbləri təqdim edirik. Bu səbəblərdən biri uzun müddət eyni vəziyyətdə oturmaq ola bilər. Bu hal ən çox televizora baxanda və ya kompüter arxasında oturarkən olur. Belə ki, bədən hərəkətsiz qalmaqla yatmağı eyni cür qavrayır. Buna görə də, oturarkən tez-tez gərilin, qalxıb bir az hərəkət edin.       Boşuna enerji sərf etdirən ikinci səbəb pis duruş vəziyyətidir. Belə ki, əgər insan önə əyilərsə, əyri durarsa, onurğanın tarazlığı pozular və əzələlər də bu tarazlığı bərpa etmək üçün enerji sərf edər. Buna görə, hərəkət edəndə, oturanda və ya ayaq üstə ikən düz durulmalıdır, baş önə əyilməməlidir, qulaqlar çiyinlərin üstündə olmalıdır.      Üçüncü səbəb aşağı kalorili pəhrizlərdir. Gündəlik 850-dən az kalorili qidalarla pəhriz insanları daha yorğun edir, hətta sağlamlıqlarına da ziyan vura bilər. Buna görə, hazır və şəkərli qidalardan uzaq durun, həftədə 1 kilodan artıq çəki verməməyə çalışın.     Qapalı yerlərdə çox olmaq da yorğunluğa səbəb olur, xüsusilə də «evdən işə, işdən evə» kimi həyat tərzi keçirənlərdə. Buna görə gündə ən azı 10 dəqiqə piyada gəzin ki, günəş işığından və təmiz havadan faydalana biləsiniz. Daimi narahatlıq və stress zamanı da əzələlər gərildiyindən bədəndə yorğunluq yaranır. Buna görə də günə başlayarkən işlərinizi sahmana salın ki, bütün gün eyni problem haqqında düşünməyəsiniz və baş verənlərə müsbət cəhətdən yanaşın.  Mənbə: az.med.az
['Həyat tərzi', 'əzələ', 'yorğunluq', 'enerji.']
1,401
https://kayzen.az/blog/biologiya/17670/ya%C5%9Fayan-qeyri-adi-ilan-n%C3%B6vl%C9%99ri.html
Yaşayan qeyri-adi ilan növləri
MuSHviG
Biologiya
25 dekabr 2014, 14:00
Dünyanın ən sürətli ilanı:Qara Mamba – quruda yaşayan ən sürətli sürünən olan mambaların sürəti saatda 20 kilometrə çata bilir. Bu ilan növü Afrika materiki üçün endemikdir. Yetkin qara mambanın uzunluğu 2.5-4.5 metr arasında dəyişir. Güclü zəhərə və yüksək sürətə malik olduqları üçün bu ilanları Afrikanın ən qorxulu sürünəni hesab etmək olar. Dünyanın ən uzun ilanı: Torlu piton — dünyanın ən uzun sürünənidir. Cənub-Şərqi Asiya yaşayan bu canlıların yetkin fərdləri 6.95 metr uzunluğa qədər inkişaf edə bilir. İnsanları öldürmək üçün kifayyət qədər gücə malik olsalar da nadir hallarda insanlara hücum edirlər.Dünyanın ən ağır ilanı: Yaşıl Anakonda — dünyanın ən ağır ilan olan bu sürünənlərin orta ağırlıqları 30-70 kq olar bilir. Yaşıl anakonda həmçinin dünyanın ən uzun ilanlarından biridir.Dünyanın ən zəhərli ilanı: Daxili bölgə Taypanı – Avstraliya materikinin şərq hissəsində müşahidə edilən bu sürünənlər dünyada yaşayan ilanlar arasında ən güclü zəhərə malik olanıdır. Fəsillərdən asılı olaraq dərilərinin rəngini tünd qəhvəyi rəngdən açıq yaşıla qədər dəyişdirə bilirlər. Əsasən gəmiricilər, kiçik məməlilər və quşlarla qidalanırlar.Dünyanın ən gözəl müdafiə duruşuna malik ilanı: Kobra — kobraların 20-dən çox növü vardır. Düzdür kobralar dünyanın ən böyük, sürətli və ya ən zəhərli ilanları deyillər, lakin bədənini qaldırması və gözlərini ovuna zilləməsi onu tarixin ən təhlükəli sürünəni etmişdir. Kobralar əsasən Asiya, Avstraliya və Afrika çöllərində və tropik bölgələrdə yaşayırlar. Uzunluqları 1.2 metrlə 5.8 metr arasında dəyişir.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Sürünənlər', 'zəhər', 'Afrika', 'piton', 'ilan.']
1,402
https://kayzen.az/blog/Ramil/17666/pascal%C4%B1n-kayzen-istifad%C9%99%C3%A7il%C9%99rinin-f%C9%99rdi-olaraq-nec%C9%99-istifad%C9%99%C3%A7i-olmas%C4%B1-haqq%C4%B1nda-n%C9%99%C5%9Frini.html
Pascalın kayzen istifadəçilərinin - fərdi olaraq- "necə istifadəçi olması" haqqında nəşrini
Ramil
Bloq: Ramil
25 dekabr 2014, 00:51
Niyə məhz Pascal? Çünki hamımız onun səmimiliyinə inanırıq. Və zəhmət olmasa bu nəşrin baş tutmasına görə Pascaldan mən xahiş edirəm. Mübahisə yaratmamaq üçün şərhdə kim "onun haqqında yazılanlardan inciməyəcəyinə və mübahisə etməyəcəyinə" söz verərsə onun haqqında fikir yazılsın. Biri mən. Söz verirəm ki, heç bir sözdən inciməyəcəyəm, tam səmimiliyin tərəfdarıyam.
['sorğu']
1,403
https://kayzen.az/blog/kurdamir/17665/kurikulum-n%C9%99dir.html
Kurikulum nədir?
kurdamir
Bloq: kurdamir
24 dekabr 2014, 19:36
Pedaqoji anlayış kimi kurikulumun mahiyyətini necə başa düşmək olar? Onun məzmununa nələr daxildir?  «Kurikulum» latın sözü olub, mənası «kurs», «yol» deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır.   Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar «təhsil planı» kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: «Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir» (Ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, «Təhsil», 2005). Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: “Təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi”(“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı, ”Hüqüq ədəbiyyatı”,2009).  Göründüyü kimi, kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Əvvəla, təhsil sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur. Hazırda müstəqil Azərbaycan Respublikasının təhsil sistemi digər prinsiplərlə yanaşı, həm də demokratik və humanist prinsiplər üzərində qurulur. Onun nəticəsidir ki, Azərbaycanda tələbyönümlü kurikulumların yaradılması istiqamətində iş aparılır. Artıq ölkəmizin tarixində ilk dəfə olaraq belə kurikulumlar hazırlanmışdır. 2006-çı ildə «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin  fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir. Azərbaycanda hazırlanmış kurikulumlar təhsilin məqsəd və məzmununu, təlim strategiyalarını, qiymətləndirmə mexanizmlərini əhatə edir. Maraqlı tərəflərdən biri olan valideynlərin də tələbatlarına, arzu və istəklərinə uyğun qurulur Milli Kurikulumun hazırlanmasında nəzərə alınmış tələbyönümlülük prinsipinin mahiyyətini necə başa düşmək olar? Dünyanın təhsil quruculuğu təcrübəsində iki mühüm prinsipin olduğu məlumdur. Bunlardan birincisi təklifyönümlülükdür. Bu prinsipə əsasən, təhsil sahəsində görülən işlər yuxarıdan verilən tapşırıq və göstərişlər əsasında qurulur. Bu zaman təhsildə maraqlı olan, daha çox ictimaiyyəti təmsil edən tərəflərin ehtiyacları arxa planda qalır. Belə yanaşma qeyri-demokratik xarakter daşıdığından təhsildə şagird marağının aşağı düşməsi, valideyn-məktəb münasibətlərinin formal qurulması ilə nəticələnir. İkincisi isə tələbyönümlülükdür. Bu prinsip təhsildəki bütün fəaliyyətlərin tələbatlar əsasında qurulmasını zəruri şərt kimi qarşıya qoyur. Bu zaman cəmiyyətin, o cümlədən marağı olan insanların ehtiyac və tələbatlarının öyrənilməsi ön plana çəkilir. Təhsilin məzmun və strateji cəhətdən qurulmasında ona istinad edilir. Azərbaycanda təhsil islahatının ilk günlərindən bu məsələlərə xüsusi əhəmiyyət verilmiş, təhsildə "...bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması" (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Bakı, 1999) mühüm şərt kimi qarşıya qoyulmuşdur. «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanarkən tələbyönümlülük əsas prinsiplərdən biri kimi nəzərə alınmışdır. Bunun üçün aşağıdakı tələblərin yerinə yetirilməsi istiqamətində işlər görülmüşdür: •ilkin olaraq, təhsilin bütün sahələrinin, o cümlədən ümumi təhsilin vəziyyəti öyrənilmiş, onun hazırkı durumu müəyyənləşdirilmişdir;•qloballaşma şəraitində Azərbaycan cəmiyyətinin inkişaf istiqamətləri öyrənilərək ümumiləşdirilmiş, yeni kurikulumlardakı standartların hazırlanmasında onlar nəzərə alınmışdır•cəmiyyəti, xüsusən təhsildə maraqlı olan tərəfləri təmsil edən işçi qrupları yaradılmış, yeni kurikulumların hazırlanmasında onların qüvvəsindən istifadə olunmuşdur;•kurikulumların hazırlanmış layihə variantlarının daha geniş miqyasda müzakirə olunmasına diqqət yetirilmişdir.Milli Kurikulumda tələbyönümlülük müəyyənləşdirilərkən Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramında təsbit olunmuş demokratikləşdirmə və humanistləşdirmə prinsiplərinə istinad edilmişdir. Mənbə:Kurikulum.az  KuriKulum Dərslikləri:      
['kurikulum']
1,404
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17664/sa%C4%9Flam-g%C3%B6zl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-bu-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99ri-m%C3%BCtl%C9%99q-n%C9%99z%C9%99r%C9%99-al%C4%B1n.html
Sağlam Gözlər Üçün Bu Məsləhətləri Mütləq Nəzərə Alın
MuSHviG
sağlam həyat tərzi
24 dekabr 2014, 11:08
Göz Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis, oftalmoloq Dr. Rza Kurnanın göz sağlamlığı haqqındakı tövsiyələrini kazyzen.az saytı olaraq diqqətinizə çatdırırıq.Kompüter istifadə edərkən fasilə verin.Kompüter gözlərinizə zərər verməz, amma göz yorğunluğu və quruluğuna səbəb ola bilər. 20/20/20 qaydasına əməl edin. Yəni 20 dəqiqədən bir, 20 saniyə müddət ilə 20 feet (təxminən 6 metr) uzağa baxmağa çalışın. Bundan əlavə, monitorunuzu üst kənarı göz səviyyəsində olacaq şəkildə təxminən 50-60 sm uzağınıza yerləşdirin.Gün eynəyi yalnız aksesuar deyildir.Günəş dəriniz kimi gözlərinizə də zərər verə bilər. Katarakt xəstəliyinin meydana gəlməsini sürətləndirdiyi kimi, günəş şüaları sarı nöqtə xəstəliyinə da səbəb ola bilər. Bundan əlavə,  allergik şikayətlərinizin artmasının əsas səbələrindən biri məhz günəş şüalarıdır. Çöldə olduğunuz günlərdə hava buludlu belə olsa gün eynəyi istifadə edin. Gözlərinizin sağlamlığı üçün düzgün qidalanın.Sitrus bitkiləri, tünd yaşıl yarpaqlı tərəvəzlər, lobya, noxud, yağsız qırmızı ət və dənli bitkilər kimi həzim prosesinə köməkçi olan qidalar ürək üçün faydalı olduğu qədər göz sağlamlığınız üçün də yararlıdır. Eyni zamanda kök, balıq, üzüm, soğan və sarımsaq gözlərinizin sağlamlığı üçün köməkçi qidalardır. Sarı nöqtə xəstəliyinin qarşısını almaq üçün ispanaq, pomidor və qarağat kimi qidalar ilə yanaşı, C, E və A vitaminləri, maqnezium, selenium, sink kimi mineralları ehtiva edən qidalar da istehlak edə bilərsiniz.Gözlərinizdəki problemlərə laqeyd  yanaşmayın.Gözlərinizdə qaşıntı və ya qırmızılıq varsa soyuq kompres, antiallergik göz damlalarından istifadə edin. Gözünüzə qum qaçmış kimi hiss edirsinizsə gözlərinizi təmiz su və ya gözyaşı damlası ilə durulayın. Gözlərinizdə ağrı, şişmə, işığa həssaslıq kimi dəyişikliklər hiss etdikdə mütləq göz həkiminə müraciət edin.Linzalarınızın təmizliyinə diqqət yetirin.Linzaları istifadə etməzdən əvvəl əllərinizi sabunla yuyun. Göz həkiminiz tərəfindən təsdiq edilmiş damla və məhlullar istifadə edin. Linzaları yatmazdan əvvəl hər axşam çıxarın və istifadə xüsusiyyətlərinə görə hər 15 gün və ya bir aydan bir ( maksimum halda 3 aylıq linzalardan istifadə edin) yenisi ilə dəyişdirin. Linzaların təmizləmək üçün istifadə etdiyiniz solüsyonları (məhlulları) hər gün yenisiylə dəyişdirməyə laqeyd yanaşmayın. Dənizə, ya da hovuza linzaları çıxarmadan girməyin. Linzaları gün ərzində 8 saatdan artıq istifadə etməyin. Kompüterdən istifadə edərkən gözləriniz sürətlə quruduğu üçün linza əvəzinə eynəkdən istifadə edin.Ümumi sağlamlıq vəziyyətinizdən xəbərdar olun.Görünüşcə səhiyyə problemləri yaşamır olsanız belə mütləq mütəmadi olaraq həkim müayinəsindən keçin. Təzyiq, diyabet, ağciyər xəstəlikləri və immunitet sistemində çatışmamazlıqlar kimi bir çox xəstəliklər göz sağlamlığınızı da mənfi təsir edə bilər. Digər təhdidlər skleroz və xərçəngdir. Həkiminizə mütəmadi olaraq ailənizdə görülən göz problemləri və digər ciddi xəstəliklər barədə məlumat verin.  Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Səhiyyə', 'linza', 'görmə', 'göz', 'eynək', 'oftarmoloq.']
1,405
https://kayzen.az/blog/maraqli-faktlar/17657/marsda-yeni-h%C9%99yat-%C9%99lam%C9%99tl%C9%99ri-a%C5%9Fkarlanl%C4%B1b.html
Marsda yeni həyat əlamətləri aşkarlanlıb
MuSHviG
Maraqlı faktlar
24 dekabr 2014, 10:26
NASA-nın “Curiosity” aparatı Mars atmosferində metanın sıçrayışlarını ölçüb və Kamberlend qayasının qazılması zamanı çıxarılmış nümunələrdə üzvi molekullar aşkar edib. Bu barədə Trend NASA-nın saytına istinadən məlumat verir.Bu, planetdə keçmişdə və indi həyatın mövcud olduğunu göstərir.“Curiosity” aparatını idarə edən alimlər hələlik Marsda qazın mənbəyini göstərə bilmirlər; qaz həm bioloji, həm də qeyri-bioloji xarakterdə ola bilər. Lakin Yerdə metan qazının 95 faizi mikroorqanizmlərdən daxil olur. Metanın heyvan mənşəli olduğunu sübut etmək üçün əlavə araşdırmalar tələb olunur.Qayanın qazılması zamanı tozaoxşar şəkildə aşkar edilmiş və karbon qazını özündə saxlayan molekullar Marsda mikroorqanizmlərin mövcudluğunu sübut etməyə bilər. Lakin onlar Marsda həyatın yaranması üçün əlverişli şərtlərin olduğunu göstərirlər. “Curiosity” aparatı Marsdakı Qeyl kraterinin yanındadır. Bundan əvvəl aparatın apardığı araşdırmalar Marsın səthində bir vaxtlar böyük gölün mövcud olduğunu göstərdi. Bundan başqa, alimlər güman edirlər ki, Marsın atmosferi sıfır dərəcədən yuxarı temperaturu saxlaya bilər.“Curiosity” Marsa 2012-ci il avqustun 6-da çatıb. Onun əsas vəzifəsi ətraflı geoloji və geokimyəvi tədqiqatlar aparılması, planetin atmosferi və iqliminin öyrənilməsi, suyun və ya onun izlərinin axtarışından ibarətdir. Aparat 75 santimetrə qədər hündürlüyə malik maneələri dəf edə bilir və yerdə tam dönməyi bacarır. Bu layihə NASA-ya 2,5 milyard dollara başa gəlib.Mənbə: www.trend.az 
['Mars', 'NASA', 'Curiosity', 'planet', 'temperatur', 'metan.']
1,406
https://kayzen.az/blog/kino/17656/b%C3%BCt%C3%BCn-zamanlar%C4%B1n-%C9%99n-maraql%C4%B1-yeni-il-filml%C9%99ri-%7C-fotolar-v%C9%99-videolar.html
Bütün zamanların ən maraqlı Yeni il filmləri | Fotolar və Videolar
MuSHviG
Kino
23 dekabr 2014, 14:33
2015-ə sayılı günlər qala hər kəs indidən yeni il gecəsini planlayır. Kayzen.az olaraq 2015-in ilk gecəsinə çips, loto, televiziya ilə girəcək oxucularımızı unutmadıq. Hər kəsdən fərqimiz olsun deyərək  sizlər üçün «Yeni il Mövzulu»  ən maraqlı filmləri bir araya gətirdik. Bir-birindən əyləncəli, yeni il ruhunu daşıyan filmlər ilə yeni ilə girərkən biz də kayzen.az ailəsi olaraq sizlərə xoşbəxt, sağlıqlı və dinc bir yeni il arzulayırıq.«The Polar Express» 2004 — Qütb EkspresiŞübhəçi bir uşaq, Santa Klausun var olub olmadığını sorğular və yoldaşlarıyla birlikdə Şimal Qütbünə doğru həyəcanlı bir qatar səfərinə çıxar. Uşaqlar özlərini böyük bir macəranın içində tapar. Başdan sona əyləncəli, macəralı və fantastic bir film. Forrest Gump, Back The Future kimi filmlərin rejissoru Robert Zemeckisdən unudulmayacaq bir animsiya filmi sizləri gözləyir.  «A Christmas Carol» 2009 — Yeni İl MahnısıScrooge inadçı, xəsis və tərs bir adamdır. Çox zəngin olmasına baxmayaraq paylaşmağı bilməz. Onu xoşbəxt etmək haradasa qeyri-mümkündür. Milad axşamı üç ruh onu ziyarət edər və Scroogeyə köhnədən necə bir insan olduğunu, bu gününü və dəyişmədiyi təqdirdə gələcəkdə onu nələrin gözlədiyini göstərməyə başlayırlar. Scrooge sonda dəyişməyin lazım olduğunu anlar.“Elf” 2003 – PəriŞimal Qütbündə yaşayan və bir pəri olduğunu sanan Buddynin yaşı irəlilədikcə boyuda böyüməyə başlamışdır. Beləcə, onun əslində bir insan olduğu gerçəyi ortaya çıxar. Bu vəziyyət üzərinə Buddy, əsas atasını tapmaq məqsədiylə New Yorka gəlir. Öz böyüdüyü dünyaya heç bənzəməyən New Yorkda yeni bir ata, yeni bir ana və bir qardaş qazanır. Ancaq, Buddyi bu yeni dünyada ən çox narahat edən, insanların Milada qarşı olan inanclarının çox zəif olmasıdır.  “Jingle All the Way” 1996 — Atam Söz VerdiHovard Langston (Arnold Schwarzenegger) işi başından aşan bir ticarət adamıdır. Başı işlərinə elə qarışır ki, oğlu Jamienin karate sinifindəki kəmər taxma mərasimini qaçırır. Bunun üzərinə özünü bağışlatmaq üçün zamanın populyar oyuncağı olan Turbo Man alacağını söz verir. 'Turbo Man' bütün uşaqlar tərəfindən sevilən bir super qəhrəmandır. Bu istək Hovard üçün çox asan bir istək kimi görünsə də  'Turbo Man' çox məşhurdur və bu oyuncağı tapmaq çətin olduğu kimi, eyni zamanda rəqibi Myron Larabee (Sinbad) də bu oyuncağın izindədir…  «The Nightmare Before Christmas» 1993 — Milad Gecesi Kabusu Halloveen şəhərinin Balqabaq Kralı olmaqdan yorulan Jack Skellington həyəcan verici bir şeyin axtarışına çıxar. Bu axtarışla özünü Christmas şəhərində tapar və bütün dünya üzərində milad gecəsi uşaqlara oyuncaq paylama vəzifəsini Santa Klausdan almaq qərarı verər. Tim Burtonun nağıla bənzər izahatıyla Milad Gecesi Kabusu hər yeni ildə olduğu kimi bu yeni ildə də xəlallarınızda yeni qapılar açacaq… «It 's a Wonderful Life» 1946 — Şahanə HayatBütün dünyada demək olar ki, hər yeni ildə ən çox yayımlanan film ünvanına sahib Şahanə Hayat 1946-cı il istehsalıdır. Baş rollarında James Stevart və Donna Red iştirak edir. Film iflasa gələn Corc Bailey (James Stevart) bir Milad gecəsində özünü çaya ataraq intihar etmək istəyərkən yanına gələn mələyin ona yaşamadığı bir həyatı yaşatması ilə həmin gecə başına gələn maraqlı hadisələri əhatə edir…  “Home Alone” 1990 — Evde Tək BaşınaAilə üzvləri ilə yolagetməyən Kevin aldığı cəza səbəbindən gecəni damda keçirər. Yalnız ertəsi gün oyandığında ailəsinin evdə olmadığını, tətilə gedərkən onu unutduqlarını başa düşər. Başda həyəcanlanan Kevin bunun fürsət olduğunu çox keçmədən anlar və təkliyin dadını çıxarmağa başlayar. Evə gözlərini tikmiş olan 2 oğrunu evdən uzaqlaşdırmaq artıq Kevinə əsas vəzifəsidir ...  «How the Grinch Stole Christmas» 2000 — GrinçVhoville qəsəbəsində yaxınlaşan Milad gecəsinə hazırlıqlar davam etməkdədir. Şəhər əhalisi bir-birinə ən gözəl hədiyyələri almaq üçün yarışan zaman qəsəbəyə təpədən baxan Crumpit dağında bir mağarada yaşayan Grinç hər Milad dövründə olduğu kimi təkrarlanan bu dəlicə yarışmayı narahat bir şəkildə izlər və aşağıdakı insanlara Miladı necə zəhər edə biləcəyini planlaşdırar. Bu sırada qəsəbədən kiçik bir qız Grinçin qapısını döyər ...Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Milad', 'yeni il', 'Santa', 'film.']
1,407
https://kayzen.az/blog/maraqli-faktlar/17650/m%C9%99%C5%9Fhur-%C5%9F%C9%99xsiyy%C9%99tl%C9%99r-haqq%C4%B1nda-maraql%C4%B1-m%C9%99lumatlar.html
Məşhur şəxsiyyətlər haqqında maraqlı məlumatlar
MuSHviG
Maraqlı faktlar
22 dekabr 2014, 12:57
Məşhur Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu Napoleon Bonapart əslində italyan əsilli imiş. Hətta onun italyan olduğuna və uşaqlıqda Fransaya nifrət etdiyinə dair bir çox iddialar vardır. Çünki o, Korsikada doğulmuşdu və məşhur sərkərdə olduğu illərdə bu ada, italyanların əlindən fransızların əlinə yenicə keçmişdi.   Məşhur ingilis alimi, fizik İsaak Nyutonun ölümündən sonra, şəxsi qeydləri arasından onun kimya, astrologiya və gizli elmlər haqqında yazılmış minlərlə səhifədən ibarət qeydləri tapılmışdır.    Dünyanın ən məşhur idman markalarından olan Adidas və Puma, əslində II DÜnya Müharibəsindən əvvəl eyni ayaqqabı fabrikini işlədən, amma müharibədən sonra küsərək bir-birindən ayrılan və fərqli fabriklər yaradan iki qardaşa aiddir. Qardaşlardan Adolf Dassler, Adidas adı altında işini davam etdirmiş, Rudolf Dassler isə Pumanı yaratmışdır. Hər ikisinin də mərkəzi Almaniyanın Herzogenaurach şəhəridir.  Məşhur alman bəstəkarıLüdviq Van Bethovenin ölümünün səbəbi «Cam Armonika» (Klassharmonika) adlanan bir musiqi aləti idi. Bu alətin 18-ci əsrdə Benyamin Franklin  mexaniki versiyasını icad etmiş və «armonica» (armonika) adını qoymuşdur. İtalyanca «armonica» harmoniya deməkdir. Barmaqların isladılmasından sonra fırlanan qurğu, üzərindəki stəkanlara sürtünərək səs çıxararmış. Bethovenin güllədən zəhərlənərək öldüyü onsuz da məlum idi, ancaq bu zəhərlənməyə çay balıqlarının səbəb olduğu ehtimal edilmişdi. Halbuki, Bethoven  xəstələnməzdən öncəki vaxtlarında klassharmonika ilə həddindən artıq çox məşğul olmuşdu. Hansı ki, bu alət sağlamlıq baxımından çox təhlükəli olan gülləli şüşədən hazırlanmışdı. İnsanların havalanmasına və ölümünə səbəb olan bu alət sonradan qadağan edilmiş, gülləli şüşə əvəzinə kristal şüşə istifadə olunmağa başlanmışdır.   XVIII əsrdə macərapərəstliyi və eşqbazlığıyla məşhur olan, politikadan fəlsəfəyə, casusluqdan sehrbazlığa qədər əlindən hər iş gələn və adı bu günümüzə miras qalan italyan Giacomo Casanova ömrünün son illərini, sevilmədiyi bir qalada kitabxanaçı kimi yaşamış və səs-səmirsiz dünyadan köçmüşdür.   Qədim Misirin kraliçası Kleopatra düz doqquz dil bilirmiş.   XIX əsrdə «Nuremberqli kiçik adam» kimi tanınan Matthev Birchinger adlı bir adam dörd musiqi alətində tam qüsursuz çala bilir, çox ustalıqla xəttatlıq edir, bu günün özündə kimsənin baş aça bilmədiyi sehrbazlıq oyunları çıxarırdı. Təəccüblüsü odur ki, bu adamın qolları və beldən aşağısı yox idi. Boyu isə cəmisi 73 sm idi.   Məşhur detektiv yazıçı, "Şerlok Holms" əsərinin müəllifi Artur Konan Doyl, əslində bir göz həkimi imiş.    Hindistan müstəqillik hərəkatının siyasi və ruhani rəhbəri Mahatma Qandinin ilk vətəndaş oyanışı, düşünüldüyü kimi Hindistanda deyil, Cənubi Afrikada baş vermişdi. Burada işlədiyi illərdə, ağ olmayan irqlərə qarşı göstərilən ayrı-seçkilikdən bir hindli kimi o da öz nəsibini almışdı. Bir gün qatarla səfər etdiyi zaman, birinci yerə bileti olduğu halda üçüncü yerə keçirilmiş və o, etiraz edərkən qatardan bayıra çıxarılmışdır. Bu kimi hadisələr siyasi baxımdan onun üçün bir dönüş nöqtəsi olmuşdur. Qandi ilk dəfə Cənubi Afrikada yaşayan hindlilərin vətəndaş haqları uğrunda mübarizə aparmışdır.   Elm və sənət sahəsindəki çalışmalarıyla məşhurlaşan Leonardo do Vinçi bir vegeterian və heyvan haqlarının müdafiəçisi idi. O, qəfəsə salınan quşları alır, sonra da azadlığa buraxırdı.   Dünya şöhrətli rus bəstəkarı Aleksandr Borodin əsasən kimyaçı alim idi. O, ömrünün sonunacan hər iki sənətini bir arada inkişaf etdirməyə çalışıb. Mənbə:www.persona.az
['İmperator', 'italiya', 'fabrik', 'adidas', 'armonica', 'fəlsəfə', 'Kleopatra.']
1,408
https://kayzen.az/blog/MuSHviG/17648/elektron-siqaret-sa%C4%9Flaml%C4%B1%C4%9Fa-ziyand%C4%B1rm%C4%B1.html
Elektron Siqaret Sağlamlığa Ziyandırmı?
MuSHviG
Bloq: MuSHviG
22 dekabr 2014, 10:14
Hisar Intercontinental Hospital Ağciyər Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Serhat Fındıkın siqaret bağımlılığı və elektron siqaret haqqında müsahibəsini kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq.Ağciyər xərçənginin bir nömrəli səbəbi olan siqareti əvəz edən və son zamanlarda siqaret alüdəçiləri  üçün yeni bir alternativ olaraq ortaya çıxan elektron siqaretlə bağılı Prof. Dr. Serhat Fındık bildirir ki, elektron siqaretin içində normal siqaretdən fərqli olaraq 3 mindən çox kimyəvi maddə mövcud deyil. Elektron siqaretin tərkibində yalnız maye nikotin var. Hər biri tək başına xərçəng əmələ gətirə biləcək bu qədər çox kimyəvi maddə arasında bəlkə də ən az zərərlisi nikotindir.Bilinənin əksinə olaraq nikotin siqaretin ən zərərli maddəsi deyil, amma asılılıq yaradan maddəsidir. Yəni bir başqa sözlə, siqaret çəkilməsinin əsas səbəbi tərkibində olan nikotin maddəsidir. Elektron siqaret üçün təyin olunan maye nikotinin dəyərləri vardır. Bu dəyərlərin üzərində maye nikotin ehtiva edən siqaretlər bədəndəki tarazlığı pozur, təzyiqi yüksəldir, ağciyər xərçəngi, ürək damar xəstəlikləri riskini artırır.Təxminən 20 il əvvələ qədər filtrli, mentollu ya da «light» siqaretlər çıxmadan əvvəlki dövrdə ağciyər xərçənginin dünya üzərində ən sıx görülən növü yastı hüceyrəli («epidermoid») xərçəngi idi. Bu xərçəng xəstəliyi tipi tez diaqnostika edildiyində müalicəyə daha yaxşı cavab verirdi. Aparılan araşdırmalar göstərir ki, fərqli növdə siqaretlər (filtrli, mentollü ya da «light») çıxmağa başladıqdan sonra ağciyər xərçənginin növlərinin sıxlığı da artmağa başladı. Müalicə şansı ən yüksək olan yastı hüceyrəli xərçəng ikinci sıraya düşdü, birinci sıraya ağciyər xərçənginin ən təhlükəli tiplərindən biri olan “adenokanser” yüksəldi. Amerika Birləşmiş Ştatları və Avropada ən sıx rast gəlinən ağciyər xərçəngi artıq adenokanserdir. Niyə belə olduğunu araşdırdıqda görərik ki, siqaretin növləri artdıqca, filtr istifadəsi başladıqdan sonar siqareti yarısına qədər çəkən insanlar siqareti sonuna qədər çəkməyə başladı. Beləliklə, siqaret çəkmə müddətinin uzandığı üçün siqaret çəkən adamın tüstünü daha dərinə çəkməyə başladığını gördük. Nəticədə siqaretin təsirləriağciyərlərin daha uc qisimlərinə qədər çatmağa başladı.«New England Journal of Medicine» adlı tibb jurnalının etdiyi son araşdırmaya görə elektron siqaret hər yerdə çəkilə bildiyi və ətraf mühitə zərər vermədiyi üçün daha çox istifadə edilməyə başlanıb. Xüsusilə də, məktəbli uşaqlar üçün maraq oyandıran bu vərdiş, erkən yaşda siqaret çəkilməsinə səbəb olur və uşaqlar elektron siqaretlə başlayıb daha sonra normal siqaret istifadə etməyə başlayırlar. Bu səbəblə ABŞ-da 3 əyalətdə elektron siqaret qadağan edilib. Daha sağlam gələcək üçün ölkəmizdə də siqaretin istifadəsiylə əlaqədar qadağaların tətbiqinə ehtiyac vardır.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Nikotin', 'siqaret', 'ağciyər xərçəngi', 'tibb', 'ABŞ', 'elektron siqaret', 'sağlamlıq.']
1,409
https://kayzen.az/blog/letife/17530/h%C9%99kim-yumoru.html
Həkim yumoru
Apollon
Lətifələr
21 dekabr 2014, 18:38
1.  Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur: — Burun və qulaqlarından şikayətin var ? — Var. Paltarımı geyinəndə mənə mane olurlar 2.  Diş həkiminin kabinetinin qarşısında lövhə: Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır. 3.  Təcili yardıma zəng: — Kömək edin! Mənim yoldaşım doğmağa başlayır ! — Bu onun ilk uşağıdır ? — Başınız xarab olub, bu onun əridir. 4. Bir xəstə həkimin kabinetinə daxil olur: — Hə, həkim, bu da biz — “Biz” yəni kim ? — Mən və bağırsaq qurdları 5.  Xəstə proktoloqun qəbulunda: — Həkim. Mən Əhmədovam, xatırlayırsınız ? — Bağışlayın, mən üzləri xatırlamıram. 6.  Tibbi müayinədən sonra həkim: — Sizdə güclü həzm pozğunluğu, baş ağrıları, yüksək qan təzyiqi vardır. Bağışlayın, neçə yaşınız var ? — 24 — Görürsünüz, heç yaddaşınız da yaxşı deyil. 7.  Təcili yardıma zəng: — Təcili yardım eşidir — Mənim oğlum qələmi udub ! — Narahat olmayın, biz indi gəlirik — Bəs mən nə edim ? — Hələlik karandaşla yazın. 8.  Həkim xəstəyə: — Siz ciddi olaqar dietaya əməl etməlisiniz: qara çörək, bitki yağı, alma və qatıq. — Yeməkdən əvvəl, ya sonra ? 9.  Aptekdə: — Bağışlayın, sizdə asetilsalisil turşusu var ? — Siz aspirin demək istıyirdiniz ? — Bəli, bəli, bu ad həmişə yadımdan çıxır. 10.  İki psixi xəstə ruhi dispanserin divarını rəngləyir — Sən fırçadan möhkəm tutmusan ? — Həəəəəə — Onda nərdivanı götürürəm. 11.  Göz həkiminin yanında: — Pasient, zəhmət olmasa deyin, bu yazını oxuya bilirsiniz ? — Oxuya bilmirəm — Aydındır, sizdə uzağı pis görmə vardır. — Həəəəəəə, savadsızlıq azmış kimi hələ bir uzağı pis görmə də tapıldı. 12.  Diş həkiminin qəbuluna əsə-əsə bir nəfər daxil olur. Həkim xəstənin dişinə baxıb deyir: — Gərək çəkilsin. Xəstə daha da bərk əsməyə başlayır. Həkim bir qədəh araq töküb verir xəstəyə. — Hə için, möhkəm olun! Xəstə içir və əsməkdə davam edir. Həkim bir qədəh də süzür, içirir xəstəyə, sonra üçüncüsünü də, dördüncüsünü də. Gördükdə ki, xəstə daha əsmir, həkim soruşur: — Hə, nə oldu? Daha qorxmursunuz ki? Xəstə deyir: — Ay Hay! Qorxmuram da sözdü! İndi bir kişinin hünəri var mənim dişimə əl vursun. 13.   — Alo: Doktor, xahiş edirəm, tez gəlin. Arvadımın kor bağırsağının ağrısı tutub! — Narahat olmayın. İki il əvvəl arvadınızın kor bağırsağını kəsmişəm. Adamda ikinci dəfə kor bağırsaq ola bilməz. — Düzdü, doktor. Ancaq adamda ikinci arvad ola bilər.
['lətifələr']
1,410
https://kayzen.az/blog/beautiful/17647/yeni-tikil%C9%99c%C9%99k-%C9%99n-h%C3%BCnd%C3%BCr-bina-harada-olacaq.html
Yeni tikiləcək ən hündür bina harada olacaq?
beautiful
Bloq: beautiful
21 dekabr 2014, 17:25
Afrikanın ən ən hündür göydələni Mərakeşin ən iri şəhəri olan Kasablankada inşa olunacaq. Layihənin ilkin adı «Al-Noor Tower»dir. Ərəb dilindən tərcümədə  «Nur Qülləsi» anlamına gələn göydələnin sonradan adının dəyişdirilərək ona Mərakeşin hazırkı hakiminin şərəfinə Kral VI Məhəmmədin adı veriləcək. ATVxəbər.az bildirir ki, layihəni Səudiyyə Ərəbistanından olan iş adamı şeyx Tarek ben Ladenəməxsus şirkət reallaşdıracaq. Göydələnin təxmini dəyəri bir milyard dollardır. Вinada yeddi ulduzlu mehmanxana, iş və ticarət mərkəzləri yerləşəcək. Tikinti işlərinə gələn ilin iyununda başlanacaq və üç il sonra, 2018-ci ilin iyununda başa çatacaq. Layihənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, göydələndəki 114 mərtəbə Qurandakı surələrin sayı ilə eynidir, hündürlüyü isə Afrika qitəsində yerləşən 54 ölkəni xatrıladır. Qeyd edək ki, hazırda dünyanın ən hündür binası Dubayda yerləşir. «Burc Əl Xəlifə»nin hündürlüyü830 metrdir.  Mənbə:http://atvxeber.az
['hündür bina', 'Mərakeş', '114']
1,411
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/17645/tarixin-%C9%99n-b%C3%B6y%C3%BCk-s%C9%99rk%C9%99rd%C9%99si-%C3%A7ingiz-xan.html
Tarixin ən böyük sərkərdəsi - "Çingiz Xan"
MuSHviG
orta əsrlər tarixi
21 dekabr 2014, 09:37
«Demə güclüyəm, özündən daha güclüyə rast gələrsən. Demə hiyləgərəm, özündən daha hiyləgərə rast gələrsən”- Qırğız məsəli Mərkəzi və Ön Asiya xalqlarının elitasının, hakim təbəqələrinin özəyini min illər boyu türklər, türkdilli xalqların nümayəndələri təşkil etmişlər. Bunun səbəbi nədir? Say çoxluğumu? Əsla. Təkcə Çin və hind xalqlarının sayı yerdə qalan bütün xalqların birlikdə sayından qat-qat artıqdır. Bəs nəyə görə Çində, Hindistanda, Əfqanıstan və İranda, ərəb ölkələrində əsrlər boyu türklər hökmranlıq etmişlər? Mahir siyasətçi olduqlarına görəmi? Yox. Bu hökmranlıq analarımızın vaxtaşırı doğduqları fövqəlbəşər  oğulların, ərlərin, hərbi dühaların, qüdrətli sərkərdələrin qılıncı, hünəri və zəkası sayəsində mümkün olmuşdur.Axı Mode (Mete) təkcə böyük və qüdrətli səltənət və imperiya yaratmaqla cahanşümul rol oynamayıb. Onun genləri iki, üç yüz il böyük tacları başında saxlaya biləcək ərlərin meydana gəlməsini və qüdrətli estafet kimi oğul və nəvələrinə verilməsini təmin etmişdir. Bir sözlə, türkün keçmiş tarixi və genetik sərvəti ox vıyıltısı və qılınc cingiltiləridir. Türklərə belə parlaq milli qəhramanlıq keçmişi bəxş edənlərdən biri Temuçin-Çingiz xandır. Doğrudur, Temuçin monqol idi, lakin o və yaxın sərkərdələri türk-tatar xalqlarının ümmanında ada kimi idilər. Çünki yalnız türk xalqları evini, ailəsini, hətta vətənini atıb, macəra və qəhramanlıq ardınca getməyə həmişə hazır olur. Ümumiyyətlə, Çingiz xan dövründə Monqolustan və Şərqi Türküstan əsasən, türkdilli xalqların qaynadığı ocaq idi. Onun sevimli arvadlarının ikisi tatar qızı idi. Çingiz xanın Monqolustanın özündə hakimiyyətə gəlməsi dövrünün hadisələri, hədsiz maraqlı olsa da, bizə az məlumdur. Ümumiyyətlə, rus-sovet imperiyası dövründə Çingiz xan tarixi yalnız qara boyalarla təsvir edildiyindən, onun haqqında demək olar ki, heç nə bilmirik. Monqolların ilk hökmdarı Xabul xan, onun oğlu isə Xutulu xan idi. Xabul xan kimi oğlu da Çin imperiyası ilə aramsız mübarizə aparırdı. Çingiz xanın atası Yesuqey bahadır da Xabul xanın nəvəsi idi. Onların nəsli kiyat borçiginlər tayfasından idi. Onlara yaxın olan tayçit, salçiut, katagin, durben, urut və bir çox başqa qəbilələr də mövcud idi. Bu tayfalar həm bir-birləriylə, həm çinlilərlə, həm də tatarlar, uyğurlar və digər türkdilli xalqlarla çəkişmə və mübarizə şəraitində yaşayırdılar.Bir dəfə atası 9 yaşlı Temuçini özü ilə xungirat qəbiləsindən olan Dey-seçenin qızı Borteni adaxlamağa aparmışdı. Oğlunu orda qoyub qayıdanda yolda tatarlar onu tutdular və zəhərləyib öldürdülər. Bu hadisədən sonra Yesuqey bahadırın ulusu dağıldı. Lakin onun böyük oğlu Temuçin yeniyetmə yaşı ötüşən kimi Borteni öz ordugahına gətirib onunla evləndi. Həmin gündən də öz məqsədi uğrunda inadlı mübarizəyə başladı. Bu mübarizə illərlə çəkdi. Hədsiz uğurlar və uğursuzluqlar bir-birini əvəz etdi. Bu mübarizənin tarixini oxuduqca insan bir daha əmin olur ki, böyüklük çox az adama qızıl məcməyidə təqdim olunur. Böyüklüyü ağıl və qılıncla fəth etmək lazımdır. Temuçin çətin anlarda da ustalıqla dünənki düşmənlərinin xidmətindən istifadə edir. Hətta əsir alınıb ayağına gündə vurulanda, sevimli arvadı Borte əsirlikdə olanda belə ruhdan düşmürdü. Bu bitib-tükənməz mübarizə Temuçinin dəmir iradəsi üçün əsl sınaq oldu. O, güclü rəqibləri olan Camuxanı, Van xanı, Tayan xanı və nəhayət, Gucluq xanı məhv edib, monqol qəbilələrini bir bayraq altında toplaşmağa məcbur etdi. Nəhayət, 1206-cı ildə, təxminən 40 yaşında olanda monqol feodalların qurultayı onu bütün monqolların böyük xanı elan edib ona Çingiz xan adını verdi. O, dövrünün ən qüdrətli və güclü ordusunu yaratdı. Başqa qəbilələrdə orduya rəis ancaq zadəganlardan təyin edildiyi halda Çingiz xan ilk dəfə olaraq sadə insanlardan ən istedadlılarını seçib orduya rəis təyin edirdi. Buna misal olaraq Subutay bahadırı göstərmək olar (O, dövrünün ən böyük sərkərdələrindən sayılır).Bundan sonra tayfa və qəbilələrin saysız at ilxılarının, qoyun sürülərinin ixtiyarı onun əlinə keçdi və 40 yaşlı Çingiz xan bu nizam-intizamlı tufanı dünyanın dörd qurşağına – güneyə, quzeyə, günbatana və gündoğana yönəltdi. O, 20 il müddətinə Anadoludan Ukrayna düzənliklərinə, Cənubi Çin cəngəlliklərindən Sibir ətəklərinə qədər sonsuz əraziləri və böyüklü-kiçikli qırx dövləti tatar-monqol qılıncı önündə diz çökməyə məcbur etdi. İmperiya ardıcılları, ordu başçıları əsasən, tatar, uyğur, karluq və başqa türkdilli xalqların nümayəndələrindən ibarət idi. Monqollar uyğur əlifbasını götürüb „gizli” və “aşkar” adı altında öz qəbilə tarixlərini yazmışdılar. Çingiz xanın oğul və nəvələri isə artıq tamam türkləşmişdilər. Çingiz xanın fütuhatı şərqi hunların yürüşündən sonra türk sivilizasiyasının mərkəzi Avropa xalqlarının mədəniyyətlərinə ikinci axınını təmin etdi. Bu axın vasitəsilə Avropa missionerləri Şərqə ayaq açdılar. Çin və hind mədəniyyətinin, fəlsəfəsinin, ədəbiyyat və incəsənətinin öyrənilməsinə yol açıldı. Çingiz xan mərdliyi və ləyaqəti qiymətləndirir, könüllü itaət edənləri bağışlayır, onların hakimiyyətlərinə, sərvət və dinlərinə toxunmurdu. Əksinə, müqavimət göstərənlərə, xəyanət edənlərə amansız divan tuturdu. Bu səbəbdən Şimali Azərbaycanın itaət etməyən Beyləqan, Qəbələ kimi şəhərləri viran edilsə də, Güney Azərbaycanın Təbriz və başqa böyük şəhərləri əsla zərər çəkmədi.Çingiz xanın fütuhatı Çinin, Orta Asiyanın, Qafqaz və İraqın gələcəkdə vahid dövlət şəklində formalaşmasına, milli dövlətlərin yaranmasına şərait yaratdı. Əlbəttə, xalq kütlələri xüsusilə vergilərdən əzab çəkirdi. Lakin bu əzabın əsas baisləri erməni və yəhudi vergiyığanları, onların imansızlığı və acgözlüyü idi. Bu cəhətdən xüsusilə Çin xalqı qazanmış oldu. Belə ki, çoxlu knyazlıqlara parçalanıb bir-birlərilə didişən Çin vahid və mərkəzləşmiş dövlət forması almasına görə Çingiz xana və Xubilaya minnətdar olmalıdır. Azərbaycanda tatar-monqol dövründə mədəniyyət görünməmiş səviyyəyə çatdı. Qazan xan Təbrizi şərqin ən parlaq və zəngin şəhərinə döndərdi. Sovet tarixçiləri Rusiyanın tatar-monqol hakimiyyəti illərini maddi və mədəni həyatın tənəzzülü kimi qələmə vermişlər. Əslində isə tatar xanları rusları almanlaşmaqdan xilas etmiş, kiçik Kiyev rusunun gələcəkdə ucsus-bucaqsız imperiyaya çevrilməsi üçün şərait yaratmışdılar. Əlbəttə, Çingiz xan humanist deyildi. Lakin o, qeyd etdiyimiz kimi, bağladığı sazişlərə əməl edir, səbəbsiz qırıb-dağıtmırdı. Xarəzmdə şah Məhəmmədin oğlu Cəlaləddin Mənkiburnu Sind çayı sahilindəki döyüşdə məğlub olanda, əsir düşməmələri üçün arvad-uşağını öz əliylə çaya atıb qərq etdikdən sonra özü atıyla bərabər gur dalğaların qoynuna atılıb dağ sellərini yara-yara üzüb gedərkən, Çingiz xan ona heyranlıqla tamaşa etmiş və igid sərkərdənin təqib edilməsinə icazə verməmişdi. Həmin döyüşlərdə Cəlaləddinin 7 yaşlı oğlu əsir düşür. Çingiz xan gələcəkdə övladları və nəvələri üçün təhlükə yaradacağından ehtiyat edərək Sultan Cəlaləddinin 7 yaşlı oğlunu edam etdirir. Çingiz xanın fütuhatı xalqların zehnində silinməz iz buraxdı. Bu iz xüsusilə rus dastanlarında milli təəssübkeşlik motivlərinin yaranmasına səbəb oldu. Onun nəvəsi Batı xan babasının zəfər bayrağını Adriatik sahillərinə kimi apardı və nəticədə dünya tarixində bütöv bir fəsil və dövr əmələ gəldi.Əgər Monqolustanda böyük xan Ugedey ölməsəydi, Avropanın taleyi başqa cür olacaqdı. Bütün xanlar və sərkərdələr Monqolustana gedib yeni xan seçdilər. Yeni seçilən xan Ugedeyin oğlu Quyuk xan idi. Beləliklə, monqol qəhramanının oğlu Çingiz xanın dövləti onlarla dövlətin sərhədlərini yox edib onlarla tac daşıyan başları dəyişdi. Onlarla xalqın dilində yeni sözlər, yeni adlar, yeni anlayışlar və həyat tərzi gətirdi. Bu fütuhat dünyanın müxtəlif guşələrinə türk dilli xalqların yeni axınını təmin etdi və onların dillərindəki saysız fel birləşmələrinin yaranmasına səbəb oldu. Bütün bunların tarix və gələcək millətlər üçün xeyirlimi, zərərlimi olduğunu demək çətindir. Necə ki, ümumiyyətlə, nəyin yaxşı, nəyin pis olduğunu ayırd etmək qeyri-mümkündür. Bir şey həqiqətdir ki, xalqların hegemonluq uğrunda gizli və açıq mübarizəsi gedir və hələ çox gedəcək. Bəzi xalqlar bu mübarizədən yorulub çəkilir, bəziləri məğlub olub „əriyir” və sonra haçansa tamam başqa qiyafədə peyda olur.Tarix davam edir. O hansı tərəfə gedir, heç kim deyə bilməz. Çünki gələcək hadisələrin planı gözəgörünməz yerdə və gözəgörünməz əldədir. Çingiz xanın qurduğu imperiya Böyük İsgəndərin imperiyasından dörd dəfə, Roma imperiyasından iki dəfə böyük idi. Çingiz xanın həyatı və döyüşləri barədə akademik Ziya Bünyadov “Sultan Cəlaləddin Mənkiburnunun həyatı”, Əlisa Nicat „Dünya sərkərdələri”, Vasili Qriqoryeviç Yan “Çingiz xan” və „Batı” kitablarında geniş məlumat verirlər.Mənbə:tarix.info
['Çingiz xan', 'Monqol', 'Qırğız', 'türklərin tarixi']
1,412
https://kayzen.az/blog/kayzen/17644/v%C9%99t%C9%99n-mar%C5%9F%C4%B1-b%C9%99xtiyar-vahabzad%C9%99.html
Vətən marşı – Bəxtiyar Vahabzadə
kurdamir
Şeirlər Toplusu
20 dekabr 2014, 20:39
                                  Vətən marşı – Bəxtiyar Vahabzadə Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən, Sabahın, həm bu günün, həm dünənindir bu Vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var Vətən uğrunda ölənlər ölümündən doğular. Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik Biz Vətən naminə ölsək, dirilərdən diriyik. Mənim öz ulduzumu bağrına basmış hilalım, Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım” Sən bu gül bayrağm altında məramınca yaşa, Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa. Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə, Günəş hər gün doğur ancaq içimizdən Vətənə. Bizim iqbalımızı yazdı qılıncın kəsəri, Bizi biz etdi Dədəm Qorqud oğuznamələri. Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni, Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni, Sənin haqqındır azadlıq, sənin eşqindir iman, Tapmar haqqa və insanlığa haqqdan doğulan. Bəşərin dərdini öz dərdi bilib millətimiz. Bizitn öz niyyətimizdən doğub hürriyyətimiz. P.S Bəzi mənbələrdə şeirin son iki misrası: "Gecələr yatmadan əvvəl sor özündən ki: “Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”" belə verilib. Lakin Youtube-də yayılmış Bəxtiyar Vahabzadə — Vətən Marşı (öz səsindən)-videosunda Şair bu misraları demir.   
['Vətən marşı']
1,413
https://kayzen.az/blog/kulinariya/17625/g%C3%B6b%C9%99l%C9%99k-rulo-nec%C9%99-haz%C4%B1rlan%C4%B1r.html
Göbələk Rulo necə hazırlanır?
MuSHviG
Kulinariya
20 dekabr 2014, 20:01
Tərkibi: 100 qr un, 250 qr süd, 6 ədəd yumurta, 100 qr kərə yağı, 100 qr rəndələnmiş qruyer pendiri, qara bibər, duz.İç vasitələr: 80 qr un, 1/2 litr süd, 1 paket göbələk, 100 qr kərə yağı, 80 qr marqarin, 1/2 dəstə cəfəri, 150 qr rəndələnmiş qruyer pendiri.Hazırlanması:İlk əvvəl kərə yağı, süd və undan istifadə edərək xəmir hazırlayın. Tünd pudinq qatılığına gəldiyində sobadan alın. İçinə yumurta sarısı, duz, qara bibər və qruyer pendiri əlavə edin. Xəmir soyuduğu zaman daha əvvəl çırparaq qar halına gətirdiyiniz yumurta ağlarını əlavə edib, əvvəlcədən yağlayıb, unladığınız bir nimçəyə yayın. İsti bir sobada üzəri quruyub, altı sarımtıl bir rəng alana qədər bişirin. Bu yolla hazırlanmış ruloyu unladığınız bir mətbəx bezinə alt-üst edib yuvarlayın, xəmirin asanca yuvarlanması üçün sərt olmasına diqqət yetirin. İstiliyini qorumaq üçün ruloyu içində qaynar su olan bir qazanın buğunda gözlədin.     Göbələkləri yuyun, az suda qaynadıb, incə dilimlər halında kəsin. Marqarin, un və südlə bir xəmir hazırlayıb onu incə doğranmış cəfəri və 50 qr kərə yağı ilə birlikdə göbələklərə əlavə edin. Ruloyu açıb üzərinə hazırladığınız bu iç qarışımı əlavə edin, təkrar yuvarlayıb üzərinə əridilmiş yağ və rəndələnmiş qruyer pendiri səpin. Ruloyu, göbələkli sous ilə bir yerdə servis edin. Sous da eyni iç qarışım kimi hazırlanır. Ancaq xəmir daha yüngül olmalıdır, arzu etsəniz iki xörək qaşığı xama əlavə edə bilərsiniz. Göbələk yerinə vetçina və ya qiymə ət də istifadə edə bilərsiniz.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Yumurta', 'duz', 'qara bibər', 'qruyer pendiri', 'Sous.']
1,414
https://kayzen.az/blog/google/17628/oturaq-i%C5%9F-g%C3%B6r%C9%99nl%C9%99ri-g%C3%B6zl%C9%99y%C9%99n-t%C9%99hl%C3%BCk%C9%99.html
Oturaq iş görənləri gözləyən təhlükə
kurdamir
Hər şey daxil
19 dekabr 2014, 20:34
 Mütəxəssislər oturaq işlə məşğul olanların gün ərzində sabit formada oturmamalarını, hər yarım saatdan bir ayağa qalxaraq iş yerində gəzmələrini tövsiyə edirlər.  Dövrümüzün iş həyatında kompüter istifadəsinin artmasıyla yanaşı, mənfi iş şəraitilə əlaqədar olaraq oturaq işlə məşğul olanlar sağlamlıq problemlərilə qarşılaşırlar. Xüsusən saatlarla masa arxasında əyləşib işləyən insanlarda hərəkətsizliklə bağlı boyun və bel ağrılarının yarandığını bildirən manipulyasiya üzrə mütəxəssislır, müəyyən vaxtdan sonra əmələ gələn bu ağrıların getdikcə artaraq insanın dözməyəcəyi həddə çatdığını qeyd edirlər. Eyni formada kompüter qarşısında əyləşib işləyənlərdə bel və boyun əzələlərinin fəaliyyətsiz qaldığını vurğulayan ekspertlərə görə, bu da bel yırtığına səbəb olur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətin uzun müddət davam etməsi onurğada ciddi narahatlıqlar əmələ gətirir. Oturaq iş görənlər gün ərzində eyni formada əyləşməməli, hər yarım saatdan bir ayağa qalxaraq iş yerində gəzməlidirlər.  Bel yırtığı təhlükəsi  Daim eyni vəziyyətdə kompüterə baxan insanların boyun hərəkətləri edərək yaranacaq xəstəliklərdən özlərini qorumaları mümkündür.  Bu formada daimi oturmalar və hərəkətsizlik, onurğa ətrafındakı əzələlərdə zəifləməyə, nəticədə boyunda düzləşməyə, həmçinin boyun və bel yırtıqlarına şərait yaradır. Gün ərzində hərəkətsizlikdən və daim eyni vəziyyətdə oturmaqdan irəli gələn ağrılar beldən ayağa keçdikdə bel yırtığı, boyundan qola və ələ keçdikdə boyun yırtığı ehtimalını özü ilə birlikdə gətirir.  Yırtıqdan xilas edən əllər Belə xəstəliklər zamanı dərhal bu sahənin mütəxəssisinə müraciət edilməlidir. Əməliyyat yalnız, bel yırtığında ayaqlarda artan əzələ gücünün zəifləməsi, sidiyi və nəcisi saxlaya bilməmək şikayəti olan və ya əməliyyatsız müalicəylə sağalmayan xəstələrdə, boyun yırtığında isə əllərdə və qollarda artan əzələ zəifləməsi olan şəxslərdə tətbiq edilir.  Mənbə:Dəvət.az  
['düzgün oturmaq']
1,415
https://kayzen.az/blog/optimist/17598/h%C9%99yata-bax%C4%B1%C5%9F%C4%B1-d%C9%99yi%C5%9F%C9%99n-s%C3%B6zl%C9%99r.html
Həyata baxışı dəyişən sözlər
Apollon
Hər şey gözəldir
19 dekabr 2014, 19:18
İnsan həyatını dəyişəcək anlar olur. Bəzən bu kiminsə dediyi sözlə baş verir. “Reddit” sosial şəbəkəsində insanlar onları dəyişən sözlərdən yazıblar. Ana Anam can verirdi. Dostum mənə dedi: “Onun üçün ağlamağa vaxtın çox olacaq – bunu onun gözlərinin qabağında etmək lazım deyil...”Onun bu sözləri həqiqətən mənə anlamağa kömək etdi ki, mənim hislərim həmişə o qədər əhəmiyyətli deyil. Əgər isterikanı təxirə sala bilərsənsə — təxirə sal. Bunu bacarmağım mənə bütün həyatım boyunca kömək etdi.Təhsil  38 yaşım olanda təzə radioqrafiya sahəsində 2 illik təhsil alıb-almamaq barədə düşünürdüm. Dostumla söhbət edəndə dedim: “Yenidən təhsil almaq üçün çox yaşlıyam. 2 ildən sonra diplom alanda 40 yaşım olacaq”. Dostum cavabı belə oldu: “Sən gedib oxumasan da 2 ildən sonra 40 yaşın olacaq, amma o zaman sənin o səviyyədə təhsilin olmayacaq”. Mənim indi 60 yaşım var və aldığım təhsil həyatda layiq olduğum kimi yaşamağıma kömək etdi. Ətrafımızdakı müəllimlər “Qarşılaşdığın hər bir adam sənin bilmədiyin nəyisə bilir” – bir dəfə babam mənə belə demişdi. Bu sözdən sonra mən ətrafımda nə qədər müəllimlərin olduğunu anladım.Hovuza tullanma 13 yaşım olanda 6 yaşlı bacıma hovuza bortdan tullanmağı öyrətməyə çalışırdım. O qorxurdu, narahatlıq keçirirdi, tullanmaq istəmirdi. Bu ümumi hovuz idi. Orda bir nəfər yaşlı qadın da üzürdü. O bizim gərginliyimizi görüb yaxınlaşdı. Həmin an mən bacım deyirdi: “Qorxuram! Çox qorxuram!” Qoca qadın dedi: “Qorx! Amma bütün hallarda bunu et!”Unuda bilmədiyim bu hadisə 35 il əvvəl olmuşdu. Bu sözdən sonra anladım ki, qorxusuz olmaq vacib deyil. Əsas olan qorxsan da, hərəkət etməkdir!Əlil arabası Bir dəfə əlil arabasında oturmuş fiziki qüsurlu bir nəfərlə rastlaşdım. Dedi ki, bir dəfə ondan bu əlil arabasına “həbs olunmağın” çətinliyi barədə soruşublar. O da cavab verib ki, əlil arabası onu asılı vəziyyətdə saxlamayıb, əksinə azad edib. Araba olmasaydı, o xəstə halda uzanıb evdə qalardı və heç hara çıxa bilməzdi. kulis.az 
['Sözlər']
1,416
https://kayzen.az/blog/maraqli-faktlar/17626/ali-t%C9%99hsili-olmayan-milyarderl%C9%99r-fotolar.html
Ali təhsili olmayan milyarderlər - fotolar
MuSHviG
Maraqlı faktlar
19 dekabr 2014, 12:18
Bəzi milyarderlər var ki, onlar ya ali təhsil almayıb, ya da ki təhsillərini başa vura bilməyiblər.  Beləliklə, normal təhsil görmədən milyarderliyə yüksələn insanları təqdim edir.Qavril Yuşvaev: Varidatı: 1,7 milyard dollarGənc yaşlarında Moskvaya gələn Mahaçqala sakini Qavril Yuşvaev də ali təhsil almayıb. 23 yaşında o, soyğunçuluğa görə həbs olunaraq ömrünün 9 ilini dəmir barmaqlıqlar arasında keçirib. 1989-cu ildə həbsxanadan çıxdıqdan sonra gələcəkdə gələcəyin digər təhsilsiz milyarderi David Yakobaşvili ilə “Triniti” avtosalonunu açıb. Salonda Amerikan maşınları satılırdı. Sonra isə biznesmenlər kazino açıblar. Oleq Tinkov: Varidatı: 1,4 milyard dollarO, hələ məktəbdə ikən şose kənarında satılan malları ucuz qiymətə alıb satmaqla məşğul olardı. Oleq xarici vətəndaşlara cins şalvar və parfümeriya malları satardı.Sonra isə Oleq Sinqapurdan aldığı 7 dollarlıq kalkulyatorları 10 dəfə baha satmaqla pul qazanıb.Valeri Koqan: Varidatı: 2,5 milyard dollarValeri Rusiyanın ən böyük hava limanı olan Domodedovonun sahibidir. “Forbes” jurnalı onun harada ali təhsil aldığını müəyyən edə bilməyib. Domodedovo hava limanın mətbuat xidmətindən də onun təhsil almasını nə inkar, nə də təsdiq ediblər.Roman Abramoviç: Varidatı: 9,1 milyard dollar“Çelsi” klubunun sahibi və siyasətçi Uxtin universitetində meşə texnikası fakültəsində təhsil alırmış. Lakin  təhsilə marağı olmadığından Abramoviç tezliklə tələbəlikdən imtina edib.Maykl Dell: Varidatı: 18 milyard dollarMaykl ilk qazancını hələ məktəbdə təhsil alarkən qazanıb. O, vətəni Hyustonda qəzet və jurnal satmaqla məşğul olub. Sonra isə Maykl kompüterlə maraqlanaraq kustar üsulu ilə hazırlanmış elmi hesablama maşınları satmağa başlayıb. Onun hazırladığı EHM-lər o dərəcədə maraq doğurub ki, Maykl təhsil almadan “Dell Computer Corporation” şirkətinin əsasını qoymaqla, dünyanın ən yaxşı kompüterlərindən birini hazırlamağa başlayıb.Mark Zükerberq: Varidatı: 28,5 milyard dollarMark Harvard universitetində psixologiya fakültəsində təhsil aldığı zaman yoldaşları ilə birləşərək 2004-cü ildə “Facebook” sosial şəbəkəsinin əsasını qoyub. Mark da ali təhsilini başa vurmayıb.Zarah İliyev: Varidatı – 3,6 milyard dollarZarah İliyevin 17 yaşı olarkən Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə yəhudi yaşayış yerini tərk edərək, Moskvaya köçüb. Amma o, Moskvaya təhsil almaq üçün getməyib. Gələcək milyarder Rusiya paytaxtında ticarətlə məşğul olub. O, Profsoyuznaya və Qaribaldi küçələrinin kəsişməsində gül satmaqla pul qazanıb. Bir neçə ildən sonra isə Zarah elə bu küçələrin kəsişməsində “Panorama” ticarət mərkəzini tikdirib.Mənbə: www.publika.az
['Milyarder', 'təhsil', 'biznesmen']
1,417
https://kayzen.az/blog/fotosessiya/17622/qeyri-adi-tikilil%C9%99r-20-foto%C5%9F%C9%99kil.html
Qeyri Adi Tikililər - 20 fotoşəkil
MuSHviG
Fotosessiya
19 dekabr 2014, 10:38
Piza qülləsi əyilməyə başlayanda bu qlobal memarlıq üçün təsadüfi və çox uğurlu bir meyilə çevrildi. Çünki, Piza qülləsi ən məşhur turistik yerlərdən biri oldu və müxtəlif ölkələrdən milyonlarla xarici və yerli turisti özünə cəlb etdi. Bununlada asimmetrik, qeyri-adi strukturları qurmaq yeni trend olmağa başladı. Hal-hazırda texnologiyalar imkan verir ki, memarlar öz təxəyyül güclərini ortaya qoysun və bütün dünyada səs gətirəcək unikal binalar inşa etsin. Bu yazıda mən sizə bu cür qeyri adi tikililərin ən unikal formalarını nümayiş etdirəcəm.   Crooked House (Sopot, Polşa) Forest Spiral — Hundertwasser Building (Darmstadt, Almaniya)Basket Building (Ohayo, Amerika Birləşmiş Ştatları)Kansas City Public Library (Misuri, Amerika Birləşmiş Ştatları)Wonderworks (Pigeon Forge, Amerika Birləşmiş Ştatları)Habitat 67 (Monreal, Kanada)Cubic Houses  (Rotterdam, Hollandiya)Dancing Building (Praqa, Çexiya)Manchester Civil Justice Centre  (Mançester, Böyük Britaniya)Stone House (Guimaraes, Portuqaliya)The National Library  (Minsk, Belarus)Bahá’í House of Worship a.k.a Lotus Temple (Dehli, Hindistan)Erwin Wurm: House Attack (Vyana, Avstriya)Gherkin Building (London, Böyük Britaniya)Nord LB building (Hannover, Almaniya)Fuji television building  (Tokio, Yaponiya)Ripley’s Building (Niaqara Şəlaləsi, Ontario, Kanada)Chapel in the Rock (Arizona, Amerika Birləşmiş Ştatları)Mind House (Barselona İspaniya)The Ufo House (Sanjhih, Tayvan)Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Piza qülləsi', 'turist', 'asimmetrik', 'trend', 'texnologiya', 'memar', 'tikili.']
1,418
https://kayzen.az/blog/moda/17621/sa%C3%A7-modell%C9%99rin%C9%99-uy%C4%9Fun-bax%C4%B1m-qaydalar%C4%B1.html
Saç modellərinə uyğun baxım qaydaları
MuSHviG
Moda dünyası
18 dekabr 2014, 15:30
Hər qadın saçları ilə oynamağı sevər. Sıxıldığında ilk əvvəl saçında bir dəyişiklik etmək istəyər. Saçlarınızı salonda kəsdirib gələndə qəşəng görünər. Ancaq bir gün keçəndən sonra saçlarınız sizə yadlaşar və onlarla necə davranacağınızı bilmərsiz. Buna görə də, saç trendlərini nəzərə alaraq hər tip saça uyğun saç modellərini təqdim edirik.Uzun saç – gündüzUzun saçla çalışmaq çox çətindir. Uzun saçlarınızı yanınıza töküb gəzmək gözəldir, ancaq özbaşına buraxsanız, ucları o qədər də qəşəng durmaz. Bunun üçün gündüzlər saçlarınızın səliqəli görünməsi üçün yuyub bir az qurutduqdan sonra uclarına rulolar, ya da qalın biqudilər taxıb su kimi axıb gedən saç uclarına sahib olun.Uzun saç – gecəUzun saçların gecə modeli üçün ən uyğun olan Fransız model Bencenin saç modelidir. Həm öndən, həm arxadan çox şık və eleqant görüntüsü olan bu saç modeli gecə ziyafətləri üçün möhtəşəm seçimdir. Göz sürməsini bir az uzun çəkdinizmi, daha da şıq görünəcəksiz.   Orta saç – gündüzOrtaboy saçların bir az daha hərəkətli görünməsi üçün nə etməli? Çox zaman bu saçlar dümdüz, ya da ucları qıvrım modellərdə olurlar, ancaq buruqların daha da küt görünməsi daha yaxşıdır. Qalın bir maşa sayəsində buna nail ola blərsiz. Saçlarınızn dalğasının yarım dalğa şəkiində olmasına çalışın.Orta saç- gecəZiyafətlərə həmişə eyni dağınıq topuzlar yığmaqdan sıxıldınızsa, saçlarınızı arxadan toplayın və bir yandan açaraq dağlalı buraxın. Sprey sıxıb səliqəyə salın.Qısa saç- gündüzQısa saçların üz tipinə uyğun olması vacibdir. Bunun üçün incə və bilinən üz cizgilərinin olması lazımdır. “Pixie crop” saç modelinə görə saçın yanlarının daha qısa, öndən uzun və bir az da dağınıq olması yetərlidir.Qısa saç – gecəGecələr isə qısa saçlara edə biləcəyiniz şey sprey sıxaraq nəmli hava qatmaq və rock ab- havası yaratmaqdır.Hazırladı: MushviG.H\ Mənbə: www.ailem.az
['Pixie crop', 'saç modelleri', 'dəb', 'moda.']
1,419
https://kayzen.az/blog/maraqli-faktlar/17620/bir-%C3%A7oxlar%C4%B1m%C4%B1z%C4%B1n-bilm%C9%99diyi-elmi-ger%C3%A7%C9%99kl%C9%99r.html
Bir çoxlarımızın bilmədiyi elmi gerçəklər
MuSHviG
Maraqlı faktlar
18 dekabr 2014, 11:57
Kosmosa baxdığınızda gördüyünüz yalnız kosmos deyil, əslində bir zaman tunelidir. Məsələn, bu an dünyadan 65 milyon işıq ili uzaqda olan bir yadplanetli dünyanı seyr etsə idi, o, böyük ehtimalla dinozavrları görmüş olardı. Dünya əhalisinin ən çox sıxlaşdığı bölgələr sıxlıq dərəcəsinə görə ağdan qırmızıya doğru rənglənmişdir.İki gözümüz var və hər biri 130 milyon görmə siniri hüceyrəsindən meydana gəlir. Hər bir hüceyrənin içində 100 trilyon atom olduğunu düşünsək, bu sayı kainatdakı bütün ulduzların sayından belə daha çoxdur .Dünyada hər şeyin sonu vardır. Ancaq Pi sayısından başqa… 3.14159265......Dünyanın yaranmasından bu yana keçən zamanı 24 saata sığdırmağa çalışsaq insanlar bu müddətin yalnız 1 dəqiqə 17 saniyəsini doldura bilər.Əgər bir sözü xatırlamaqda çətinlik çəkirsinizsə yumruğunuzu sıxın. Bu beyin fəaliyyətinizi artırmağa və yaddaşınızı inkişaf etdirməyə kömək edir.Ağırlığı 600 kiloqram olan bir göy balinanın ürək damarlarının içinə bir insan sığa bilər.Bir bala qütb ayısı doğulduğunda yalnız 450 qram ağırlığında olar. Yetkin olduqlarında isə ağırlığıkları 750 kiloqrama çata bilir.1901-ci ildə Dr.Duncan MacDougall ruhun varlığını isbat etmək üçün bir insanın ağırlığını ölmədən dərhal əvvəl və sonrasında ölçməyə qərar verdi. Aradakı fərq isə 21 qram idi.1981-ci ildə 1 GB-lıq yaddaş kartının dəyəri i 300 min dolları keçirdisə, bu rəqəm ildən ilə azaldı. 2000-ci ildə 10 dollara və 2012-ci ildə 1 dolların belə altına düşdü.İnanılması çətindir, amma Helicoprion adlı bu köpək balığının 270 milyon il əvvəl yaşadığı güman edilir. Bu heyvanların maraqlı xüsusiyyəti isə mişar şəklində yumru çənəyə malik olmalarıdır.Bir yetkin göy balinanın dili Afrikada yaşayan ortalama bir filin ağırlığı ilə eynidir.2011-ci ildə Yaponiyada meydana gələn 8.9 böyüklüyündəki zəlzələnin təsirli ilə Dünyada günlər 1.8 mikrosaniyə qısaldı.Bu yalnız bir fotoşəkil. Hər hansı bir animasiya və ya xüsusi bir efekt yoxdur. Yalnız göz yanılmasıdır.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Kosmos', 'Dünya', 'kainat', 'yaddaş kartı', 'Helicoprion', 'Yaponiya']
1,420
https://kayzen.az/blog/%C5%9F%C9%99h%C9%99rl%C9%99r/17483/d%C3%BCnyan%C4%B1n-%C9%99n-ki%C3%A7ik-%C5%9F%C9%99h%C9%99rl%C9%99ri.html
Dünyanın ən kiçik şəhərləri
Apollon
Şəhərlər
17 dekabr 2014, 21:38
Dünyanın ən kiçik şəhərlərin adı məlum olub. Dünyanın ən kiçik şəhərlərin adı açıqlanan siyahıda birinci yeri ABŞ-ın Buford şəhərciyi tutub. Burada cəmi bir nəfər yaşayır. O, eyni vaxtda şəhərin meri vəzifələrini icra edir. Əhalisi 17 nəfərdən ibarət olan Xorvatiyanın Xum şəhəri ikinci yerdə, əhalisi 20 nəfər olan Çexiyanın Rabşteyn şəhəri üçüncü yerdədir. Dördüncü yerdə isə Bolqarıstanın Melnik şəhəri qərarlaşıb. Bu şəhərdə nisbətən çox adam — 390 nəfər yaşayır. Reytinqdə beşinci yeri Rusiyanın Çekalin şəhəri tutur. Siyahıya almaya görə burada 992 nəfər yaşayır, halbuki uzaq 1956-ci ildə bu şəhərdə 2008 nəfər yaşayıb.
['şəhərlər', 'ən kiçik şəhərlər']
1,421
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17616/infarkt%C4%B1n-ilkin-%C9%99lam%C9%99tl%C9%99ri-v%C9%99-ilk-tibbi-yard%C4%B1m.html
İnfarktın ilkin əlamətləri və ilk tibbi yardım.
MuSHviG
sağlam həyat tərzi
17 dekabr 2014, 12:42
Ürəyin kifayət qədər oksigen ala bilməyib ölməsinə infarkt deyilir.  Bəs infarktın ilkin əlamətləri nələrdir?İnfarkt əlamətlərinin fərqliliyinə görə hətta daha əvvəldən infarkt keçirmiş kəslərin belə yeni infarktın fərqinə varmama ehtimalı yüksəkdir. Hamımız infarktı birdən başlayıb, şiddətli seyr edən bir hadisə olaraq düşünürük. Birdən başlayan şiddətli bir sinə ağrısının infarkt olacağından onsuz da kimsənin şübhəsi olmaz. Ancaq infarkt əksəriyyətlə yavaş başlar və yüngül bir ağrı, narahatlıq hissi şəklindədir. Bu əlamətlər bir neçə dəqiqə davam edir, gedir və təkrar geri gəlir. Çoxu adam bu mərhələyə aldanır, həkimə müraciət etmir və ya geç müraciət edir. Başda da söylədiyimiz kimi əlamətlərin kifayət qədər ciddi olmadığını düşünür. Lakin nə qədər erkən müdaxilə edilərsə bir o qədər yaxşıdır. Bir çox infarkt sinə qəfəsinin mərkəzində, yaxud tam yeri müəyyən olmayan sıxılma hissi verən bir ağrı şəklində yüngül bir narahatlıq olaraq başlar. Sinənin mərkəzində bir neçə dəqiqə davam edən və ya gəlib gedən narahatlıq hiss edilər. Bu ağrı sol qola və çənəyə doğru yayılar. Ağrı hərəkət etməklə artar, dayanarkən azalar, lakin keçməz. Ağrı yarım saatdan uzun davam edər. Ağrıyla birlikdə soyuq tərləmə və ürək bulanması verər. Nəfəs darlığı olar. Bəzi insanlarda əlamətlər çox gizli ola bilər. Məsələn diyabet xəstələri elə də ağrı hiss etməz və yalnız nəfəs darlığı, soyuq tərləmə şikayətləri olar. Bəzi xəstələrdə mədə xorasının və ya pankreatitin ağrısıyla infarkt ağrısı qarışdırıla bilər, xora lehinə səhv şərh oluna bilər.Nə etməli? Bu əlamətlərlə qarşı-qarşıya qaldığınızda dərhal bir yerə oturmalısız. Əks halda fəaliyyətə davam etmək onsuz da oksigen ala bilməyən ürəyinizin oksigen tələbini daha da artıracaq. Təcili yardıma zəng etmək.  Xəstənin nəfəs alıb almadığına baxın, tənəffüs yollarının tıxanmamasına diqqət yetirin.  Bir şey içirməyin.  Şüur açıqsa adam hərəkət etdirilməməlidir.  Rahatladığı mövqedə tutmalı. Nəfəs darlığı olanlar oturunca rahatlayar, qusması olanın arxa üstə yatması doğru olmaz, yan yatmalıdır.  Boyun və geyimləri boşaldılsa yaxşı olar.  Təcili yardım gələnə qədər bir qorxusu yoxsa (mədə qanaması kimi səbəblər) 1/2 yarım Aspirin (böyüklər üçün olan) ağızda çeynədilməlidir. Tövsiyə edilən doza aralığı 160-320 mg.Aspirin sadə lakin təsirli bir ilk köməkdir. İlk yardım kimi ürək masajı etmək də yalnış bir hərəkətdir. Lazım olarsa bunu yalnız professional şəkildə həkimlər etməlidir.Hazırladı: MushviG.H\ Mənbə: www.azadqadın.az
['infarkt', 'ürək', 'tənəffüs', 'Aspirin', 'sağlamlıq.']
1,422
https://kayzen.az/blog/maraqli-faktlar/17614/m%C9%99%C5%9Fhur-c%C9%99rrah-leonid-roqozov.html
Məşhur cərrah - Leonid Roqozov
MuSHviG
Maraqlı faktlar
17 dekabr 2014, 10:38
Leonid İvanoviç Roqozov  14 mart 1934-cü ildə SSRİ-nin Çita oblastında anadan olmuşdur. 1960-1961-ci illərdə təşkil edilən altıncı Sovet Antarktik ekspedisiyasında həkim olaraq vəzifə alan Roqozov vəzifə əsnasında özündən başqa bir həkimin olmaması səbəbiylə, öz özünü appendisit əməliyyatı etməsiylə məşhurlaşmışdır.29 aprel 1961-ci ildə Novolazarevskaya Stansiyasında vəzifə alan tək həkim olan Leonid Roqozov özündə zəiflik və qabırğalarla qarın ətrafında olan nahiyədə ağrılar ilə yanaşı, bədən temperaturunun artmasını hiss etməyə başladı. Yaxınlıqda başqa həkimin olmaması şəraitində Roqozov özünə kəskin appendisit diaqnozunu təyin etdi və heç kimin stansiyadan gəlməyə imkanı olmadığını nəzərə alaraq özü üzərində appendiksin çıxarılması üzrə əməliyyatı keçirməyə qərar verdi. İki nəfər Roqozova alətləri ötürmək və güzgünü qarın nahiyəsi qarşısında tutmaqla assistentlik edirdi. 1 saat 45 dəqiqə ərzində Roqozov bütün lazımi tədbirləri görərək əməliyyatı uğurla başa çatdıra bilmişdi. Əməliyyat sonrasında qısa bir müddət halsızlıq yaşasa da, peritonit göstəriciləri itməyə başladı. Roqozovun bədən istiliyi beş gün sonra normala döndü və tikişləri əməliyyatdan yeddi gün sonra çıxarıldı. Təxminən iki həftə içərisində vəzifəsinə dönən və bu inanılmaz əməliyyatla tibb tarixinə keçən Roqozov 1961-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni mükafatına layiq görüldü.1962-ci ilin oktyabr ayında Sankt-Peterburqa dönən Roqozov və müxtəlif tibbi müdafiələr üzərində işə başladı. 1966-ci ildə yemək borusu xərçənginin müalicəsində, yemək borusu rezeksiyonu başlıqlı doktorluq dissertasiyasını müdafiə etdi. Daha sonra Sankt-Peterburqda müxtəlif xəstəxanalarda həkim olaraq çalışdı. 1986-cı ildən 2000-ci ilə qədər Sankt-Petersburq Tədqiqat İnstitutunda cərrahiyyə bölüməsinin başçısı vəzifəsini tutmuşdur.Roqozov, 21 Sentyabr 2000-ci ildə 66 yaşında Rusiyanın Saint Petersburg şəhərində ağciyər xərçəngi xəstəliyindən vəfat etmişdir.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['appendisit', 'peritonit', 'tibb', 'Roqozov', 'cərrahiyyə']
1,423
https://kayzen.az/blog/aforizmler/17613/m%C9%99%C5%9Fhur-aforizml%C9%99r-minimalistik-posterl%C9%99rl%C9%99.html
Məşhur aforizmlər minimalistik posterlərlə
Don_Elnur
Hikmət dənizi və aforizmlər
17 dekabr 2014, 04:14
Posterlərin dizaynı Ryan McArthur`a  məxsusdur. Qeyd: Tərcümə edib dadın qaçırmaq istəmədim                    
['aforizmlər', 'minimalizm', 'poster']
1,424
https://kayzen.az/blog/kayzen/17608/m%C9%99kt%C9%99b-%C5%9Fagirdi-abbas-s%C9%99hh%C9%99t.html
Məktəb şagirdi – Abbas Səhhət
kurdamir
Şeirlər Toplusu
16 dekabr 2014, 20:07
P.S Mehdizadə Abbas Əliabbas oğlu —1874-1918_şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.  İştə bir tərbiyəli, aqil bir uşaq, İştə bir zirək, ayıq, kamil uşaq, Geyinib məktəbli formasını, Götürüb qoltuğuna çantasını, Məktəbə şövqi-tama ilə gedir, Keçməsin vaxtı deyə sürət edir.Gecə-gündüz çalışır mərdanə, İstəyir sibqət edə ərqanə. Könlünün arizuyla-yektası: Vətənü millətinin ehyası. A çocuq, get sənə haq yar olsun. Cümlə halında mədədkar olsun. Elm təhsili əziyyətli isə, Qışda yol getməyi zəhmətli isə, Qorxma qeyrətlə çalış, əlbəttə, Biləcəksən, oxusan tez vəqtə – Ki, cahan içrə böyük insanlar, Nə qədər zəhmətə düşmüş onlar.Sinfi-ədadini təkmil eylə, Məktəbi-alidə təhsil eylə.Səy elə, sən də böyük insan ol, Doğruluqla bu ada şayan ol! Qoy cahan elm ilə pürnur olsun, Vətən o sayədə məmur olsun.Kitabsayti.com
['şerlər']
1,425
https://kayzen.az/blog/maraqli-faktlar/17606/500-illik-sirr.html
500 illik sirr
MuSHviG
Maraqlı faktlar
16 dekabr 2014, 12:13
1996-cı ildə Argentina və Boliviya sərhədində yerli əhali tərəfindən bir neçə sirli uşaq mumiyaları aşkarlanmışdı. O zaman üçün hər kəsi təəccübləndirən bu hadisə son günlərdə yenidən müzakirə mövzusuna çevrilmişdir. Belə ki, tətqiqatçılar  bu yaxınlarda Cənubi Amerikaya xas olmayan bu mumiyaların sirrini aşkarlamışdırlar.  20-ci əsrin sonlarında tapılan bu mumiyalar 13 yaşındakı 'Llullaillaco Maiden' adı verilən qız və  başqa 4-5 yaşlarında bir oğlan və bir qız cəsədlərindən ibarət idi. Bradford Universiteti tərəfindən aparılan  araşdırma  nəticəsində uşaqlarda kokainin ana maddəsi koka (coca) yarpağı və pivə istehsalında istifadə edilən çiça (chicha) bitkisinin izinə rast gəlindi.Tətqiqatçılar bunu onunla əlaqələndirirlər ki, qədim zamanlarda Amerika qitəsinin yerli əhalisi olan  İnkalar gözəl uşaqları qurban seçərək Llullaillco dağına qurban olaraq təqdim edirdi. Narkotik maddənin təsiri nəticəsində huşunu itirən uşaqlar daha sonra dağın yamacına götürülərək donaraq ölümə tərk edilirdi. Araşdırmanın lideri  Dr.Andryu  Vilson uşaqların saçlarından alınan nümunələrdə də yüksək nisbətdə narkotikin izinə rast gəldiklərini açıqladı. Dr. Andryu Vilson həmçinin qeyd edir ki, «Artıq uşaqların təbii yollarla ölmədiklərini bilirik. Uşaqlar qurban edildi. Bu mövzuda tək təsəllimiz uşaqların ölən zaman acı çəkməmələridir ». Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Argentina', 'mumiya', 'narkotik', 'kokain', 'İnkalar.']
1,426
https://kayzen.az/blog/fotosessiya/17605/hipsterl%C9%99%C5%9Fdirilmi%C5%9F-m%C9%99%C5%9Fhurlar.html
Hipsterləşdirilmiş Məşhurlar
MuSHviG
Fotosessiya
16 dekabr 2014, 09:49
İsrailli illüstrator rəssam Amid Şimoni tarixdə özünə yer etmiş məşhur siyasətçiləri hipsterləşdirib. Sənətçi layihəyə çox kreativ ad seçimi də edib: “Hipstory”. İfadə “Hipster” və “history” sözlərinin hibridindən ortaya çıxıb. 1. Vladimir Lenin 2. Marqaret Tetçer3. Avraam Linkoln4. Nelson Mandela5. Çe Qevara6. Uinston Çörçill7. Mahatma Qandi8. Con Kennedi9. Mao Tsedun10. Ariel ŞaronMənbə:www.kult.az
['İllüstrator', 'rəssam', 'hipsterləşdirmə', 'hipstory', 'hipster', 'fotosessiya.']
1,427
https://kayzen.az/blog/Hagverdiyev/17604/atalar-s%C3%B6zl%C9%99ri-il%C9%99-h%C9%99yata-bax%C4%B1%C5%9F-v-qa%C3%A7maq-bar%C9%99d%C9%99.html
Atalar sözləri ilə həyata baxış V (qaçmaq barədə)
Hagverdiyev
Bloq: Hagverdiyev
15 dekabr 2014, 12:50
“Verirlər – al, döyürlər – qaç”.  “Biri qaçar, biri qovar”. “Qaçmaq da hünərdir, qovmaq da”. “Qaçan da Allahı çağırır, qovan da”. “Düşmən çox olanda qaçmaq da mərdlikdəndir”. “Yersiz gǝldi, yerli qaç”. “Asta qaçan namərddi”.“Yazıdan qaçmaq olmaz”, “Yazılan pozulmaz”. “Bəladan qaçan bəlaya düşər”. “Mən qaçıram bəladan, bəla çıxır qabaqdan”. “Fələk güclü – mən gücsüz”. “Özü yazır, özü oxuyur”. “Dovşana deyir, qaç, tazıya deyir, tut”. “Köpǝyin iyǝ düşǝni tuladan bǝrk qaçar”.“Boyunduruqdan qaçan öküzü kǝsǝrlǝr”. Vüqar Haqverdiyev[email protected] 
['atalar sözləri', 'müdrik sözlər', 'hikmətli sözlər']
1,428
https://kayzen.az/blog/MuSHviG/17603/g%C3%B6y-o%C4%9Flu-bozqurd.html
Göy Oğlu - Bozqurd
MuSHviG
Bloq: MuSHviG
15 dekabr 2014, 11:08
Türklüyün simvolu olan bozqurdlar qurdların bir növüdür. Bu canlılar, ümumiyyətlə, ev heyvanlarından adətən qoyunlara, mallara və atlara tələ «qururlar» və onlar əsla quzulu qoyunlara hücum etməzlər. Maraqlıdır ki, onlar balası yanında olan heç bir heyvana yaxın durmurlar. Bozqurd sürüdən yalnız bir heyvanı tələf edər və bunun da yarısını özü yeyər. O biri yarısını isə varsa ailəsinə, yoxsa ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurdlara aparar.Bozqurdlar qurdlar arasında gələnəyə ən çox bağlı varlıqlardır. Qış gecələrində Şimali Amerikanın ucsuz-bucaqsız düzənliklərində gecələyən insanlar qəribə bir hadisənin şahidi olublar.Onlar deyirlər ki, qurdlar onların yandırdıqları atəşin üç metr yaxınına qədər gəlmiş, dayanıb insanları seyr etmiş və heç bir hərəkət etmədən geri dönmüşlər. İnsanlar isə əsrlər boyunca bozqurda qarşı mənasız bir savaş elan etmiş və onların sayını get-gedə azaltmağa başlamışdır. Qurdlar da insanlardan gördüyü bu vəhşi davranış nəticəsində kimsəsiz bölgələrə çəkilmək məcburiyyətində qalmış və sayları xeyli azalmışdır.Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Bu baxımdan, türklərin bozqurdları yüksək dəyərləndirmələri əbəs deyil. Belə ki, bozqurdlarda da qədim türk gələnəklərinə uyğun bir həyat tərzi var – ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var. Savaş zamanı bozqurdlar da türklər kimi yarım aypara şəklində sıralanaraq hücuma keçirlər. Öndə ən zəif 3 xəstə qurd gedir. Pusquya düşsələr ilk onlar öləcəklər. Əsas vəzifələrindən biri də arxadan gələnlərin yorulmamaları üçün qarı ayaqlayıb yumşaltmaqdır. Onlardan sonra 5 ən təcrübəli canavar — avanqard dəstə gedir. Ortada isə 11 dişi qurd. Dişiləri arxa cinahdan məsul digər 5 təcrübəli qoruyucu qurd izləyir. Ən sonda, sürüdən bir qədər aralı məğrur yalnızlığı ilə irəliləyənsə liderdir, sürünün başçısı. O, sürünün tamamını görməli, nəzarətdə saxlamalı və onu idarə etməlidir.    Bozqurdların daha bir maraqlı xüsusiyyətləri var – yeganə heyvandırlar ki, dişi taylarını dəhşətli dərəcədə qısqanırlar. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər. Məhz buna görə, Bozqurd türk hürriyyətinin, türk dəyanətinin simvoludur.Mənbə: www.wikipedia.org
['Bozqurd', 'hürriyyət', 'türk', 'savaş', 'sürü.']
1,429
https://kayzen.az/blog/maraqli-faktlar/17602/tarixin-%C9%99n-ya%C5%9Fl%C4%B1-silsil%C9%99-qatili-albert-fi%C5%9F.html
Tarixin ən yaşlı silsilə qatili - Albert Fiş
MuSHviG
Maraqlı faktlar
15 dekabr 2014, 10:35
Albert Hamilton Fiş  tarixin ən amansız silsilə qalillərindən biridir. O, 1870-ci ilin 19 mayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində anadan olmuşdur. Fiş sadəcə silsilə qətillər törətmiş ruhi xəstə kimi yox, həm də adamyeyən  qatil kimi adını tarixə yazmışdır. Onun həyatı Hollivud istehsalı olan bir sıra filmə ilham qaynağı olmuşdur. Bu filmlərdən ən məşhuru “Quzuların Səssizliyi” -“The Silence of The Lambs” adlı filmdir. “Boz Adam”, “Bruklin Qaniçəni”  və “Xortdan” ləqəbləri ilə  tanınan Fişin yüzdən artıq qətil törətdiyi ehtimal olunur və dünyada yaşamış silsilə qatillərin ən yaşlısı hesab olunur.Albert Fişin pedofil və ruhi xəstə olduğu rəsmi şəkildə təsdiq olunmuşdur.Albert Fiş yaşlı cavan ayırımı etmədən bir sıra qanlı cinayət törətmiş və qurbanlarının bir çoxunun da ətini yemişdir. 1875-ci ildə atasının ölümündən sonra uşaqevinə düşən Albert Fiş bu həyata ayaq uydura bilmədi ruhi olaraq çöküntüyə məruz qaldı. Anası ilə bərabər yaşadığı dövrdə tez-tez cinsi istismara məruz qalan Fiş ruhi xəstəyə çevrildi və şizofren davranışlar sərgiləməyə başladı. Orta məktəb və lisey illərində homoseksual xarakterli davranışlarına görə yoldaşları tərəfindən lağa qoyuldu. Lisey dövründə Fişdə ciddi şiddət meylləri ortaya çıxdı. Səbəbli, səbəbsiz bir çox adama fiziki olaraq zərər verməyə başladı. İlk cinayətini 1910-cu ildə həyata keçirdi. Daha sonralar uşaqları özünə qurban seçdi. Xüsusilə, kiçik qız uşaqlarına etdikləri insanın qanını dondururdu. O, kiçik qızlara işgəncə edir, təcavüz edir və ən sonunda öldürürdü. Qurbanları acı çəkərkən o bu vəziyyətdən zövq alırdı. Bunları tanrı üçün etdiyini dilə gətirən Fiş tanrı tərəfindən seçildiyinə  və bu qızların tanrıya verilən qurbanlar olduğunu inanırdı. 1920-ci ilə qədər 15 cinayət  törətdiyi güman edilir. Fişin  ruhi pozğunluğu o dərəcəyə çatmışdı ki, artıq idarədən çıxmışdı, özünə belə işgəncə edirdi,  çubuqla özünü döyür, sidiyini içir və hətta öz ətindən et qoparırdı. Tanrı tərəfindən seçildiyi üçün bunları etməsinin lazımlı olduğuna inanırdı. Fiş lisey dövrünün ardından  1898-ci ildə evləndi və 6 uşaq sahibi oldu. Ancaq irəliləyən illərdə arvadı onu tərk etdi, amma bu vəziyyət Fişə hər hansı bir ciddi təsir etmədi. Fiş yenə bildiyini oxuyur və onlarla qız uşağına təcavüz etməyə davam edirdi. Eyni zamanda davamlı başqa qadınlarla cinsi əlaqəyə girirdi.Albert Fişin tutulmasına səbəb olan hadisə isə, kiçik bir qız uşağını öldürüb, parçalara ayırıb otel otağında həftələrcə yeməsi oldu. Üstəlik bu qız ən yaxın qonşularının uşağı idi. Maraqlı məqam o idi ki, Fiş sərgilədiyi davranışlarla qonşularının etibarını qazanmışdı. Kimsə onun silsilə qatil ola biləcəyini ağlına belə gətirmirdi. İnsaların gözündə yaxşı bir imici vardı.Bu imici sayəsində qonşusunun qızını, qardaşı oğlunun ad günü şənliyinə götürmə təklifinə müsbət cavab aldı. Ancaq bu kiçik qızın sonu oldu. Qıza təcavüz edib öldürdükdən sonra parçalara ayırdı. Bu parçaları da bişirərək yeddi və bunun üzərinə qızın ailəsinə məktublar yazmağa başladı. Məktublarda qızlarına necə təcavüz etdiyini və onu necə yediyini izah edirdi. Yazdığı bu məktublar onun tutulmasını təmin etdi. Fiş edam ediləcəyini öyrəndiyində bunun özü üçün daha əvvəl heç dadmadığı bir zövq olduğunu və bunu səbirsizliklə gözlədiyini söylədi.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Cinayət', 'qatil', 'Quzuların Səssizliyi', 'pedofil', 'şizofren.']
1,430
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/16312/x%C4%B1na-gec%C9%99si.html
Xına gecəsi
Apollon
adət-ənənələr
14 dekabr 2014, 20:25
Xınayaxdı mərasimi əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adətinə çevrilmişdir. Azərbaycanda olan xınayaxdı adət-ənənələri, həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların adətlərindən müəyyən elementlər götürmüşdür. Bizim gözəl adətlərimizdən biri olan xınayaxdı mərasimi bizdə olduğu kimi Türkiyədə də keçirilir. Türkiyədə keçilirimiş xinayaxdı mərasimi muxləlifliyi və rəngarəngiliyi ilə seçilir. Mən də sizi bu adətlə tanış etmək istədim.  Çox köhnə bir adət olan şam yandırmaq, xına gecəsinin də imtina edilməz adətlərindəndir. Xına hazırlandıqdan sonra ovuc içərisinə qoyulur, şam yandırılır. Gəlinin ətrafında dövrə vuraraq mahnılar oxunur. Bu adət uzun illər boyu davam etməkdədir. Şamın aksessuarları dəyişsə də istifadə qaydası dəyişməmişdir. Xına şamı ilə xına gülü gözəl bir görünüş ortaya çıxarar. Qonaqlar xınadan istifadədən sonra əl gülü istifadə edərlər.Xına şamının qiyməti modelinə görə dəyişə bilər. Xına şamı Xina gecələri üçün istifadə edilən xına şamını, istəsəniz evinizdə bəzək olaraq da istifadə edə bilərsiniz. Dekorasiya olaraq evinizin hər hansı bir yerində istifadə edilən xına şamları rəng və diqqət çəkən xoş dizaynı ilə gözəl bir görünüş yaradacaqdır. Güllər Əl gülləri, xına gecəsində yeni-yeni istifadə edilməyə başlayan bir aksessuardır. Rəng alternativi çox genişdir. Əsasən qırmızı, krem, çəhrayı rəngləri üstünlük təşkil edir. Əl gülünün hazırlanması da çox sadədir. Pambığın ətrafına, onu örtəcək qədər rezin silikonlar yapışdırırlar. Sonra təkrar silikonlanıb üzərinə gül yapışdırılır. Beləcə ələ taxacaq hala gətirirlər. Əl gülləri, bundan sonra da uzun illər boyunca xına gecəsində istifadə ediləcək vəsaitlərlər sırasında olacaqdır. Xına qutusu  Xına gecəsi vəsaitlərinin ən çox tələb edildiyi vəsaitlərindən biri də xına qutusu növləridir. Bəzi xına gecələrində hətta dəvətnamə məqsədi kimi də istifadə edilir.Bir çox növü olub, hamısının ayrı bir vizuallığı vardır. İnkişaf etmiş texnologiya sayəsində müştəri xına alarkən elə də çətinliyə düşmür. Uzun illərdir bir ənənə olan xına paylanması, hər nə qədər qabı dəyişsə də xüsusiyyətini dəyişmir. İstifadə edilən bəzi xına modelləri arasında; qutulu xına, gəlin bəy fiqurlu xına, güllü xına, kisəli xına, xına gecəsində seçilən modellərdən bəziləridir.  Xına səbəti  Xına gecələrində xına növləri və digər materialların paylanmasında istifadə olunan xına zənbilləri xına gecələrinin vazkeçilməzidir. Xına zənbilləri, nişan səbəti olaraq da istifadə edilə bilər. Qırmızı və ağ rəngli xına zənbilləri, ən çox seçilən modellər arasındadır. Xına istifadəsi və xına paylanmasına yarayan xına zənbilləri xına gecəsinin imtina olunmayacaq vəsaitlərindəndir. İçərisində xına qoyulacaq bir qab da mövcuddur. Xına zənbilləri eyni zamanda bir çox mərasimlərində də istifadə edilir.
['adətlər', 'xına gecəsi', 'xınayaxdı']
1,431
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17595/popkornun-faydalar%C4%B1-v%C9%99-ziyan%C4%B1_2.html
Popkornun faydaları və ziyanı
MuSHviG
sağlam həyat tərzi
14 dekabr 2014, 16:48
Popkorn böyüklər və kiçiklər tərəfindən sevilən bir qidadır. Partladılmış qarğıdalının xeyri və zərəri haqqında məlumat olduqca azdır. Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətinə və xeyrinə inandırır. Marketlərdə hazır, bağlama şəklində satılan popkornların üzərindəki reklamxarakterli mətn də eynilə bu cürdür. Mətndə qeyd olunur ki, partladılmış qarğıdalı insan orqanizmi üçün xeyirlidir, uşaqların boyunun uzanmasına və böyüklərin gözəl bədən quruluşuna sahib olmasına kömək edir, tərkibində olan polifenollar faydalı antioksidant olduğundan bir bağlama popkorn yemək 300 qram quru meyvə yeməkdən də üstün hesab oluna bilər. Quru meyvələrin faydasının saysız olmasını nəzərə alsaq, popkorn kimi quru və zərərli görünən bir qidada bu qədər faydanın olması da şübhə yaradır. Elə isə popkornun faydaları və ziyanı nədir? Həqiqətən quru çərəz sayılan partladılmış qarğıdalının faydası bu qədər yüksəkdirmi? Popkorn ilk dəfə Amerikanın yerli əhalisi tərəfindən icad olunub. İlk vaxtlar pis qüvvələri yox etmək üçün partladılan qarğıdalı bir müddət sonra həqiqətən dadlı çərəz olaraq insanların diqqətini çəkib. Qısa bir müddətdə idman və kino salonlarının əvəzolunmaz çərəzi halına gələn qarğıdalı daha sonra yerli əhali tərəfindən də əkilərək istifadə olunmağa başlayıb. Faydaları sırasında qeyd olunur ki, tərkib etibarilə yüksək miqdarda olan polifenol maddəsi partladılmış qarğıdalını bir sıra meyvə və tərəvəzdən də vacib edir. Zərərləri sırasında isə qarğıdalının GMO olması, eyni zamanda müxtəlif zərərli üsullarla partladılması və düzgün saxlanma şəraitində saxlanmaması qeyd edilir. Həkim-terapevt Xatirə İsayevanın sözlərinə görə, partladılmış qarğıdalının faydaları xeyrindən o zaman çox olur ki, onun partladılma və saxlanma şəraiti normal olsun. Əks halda, ziyanlı üsul, maddələrlə partladılıb düzgün şəraitdə saxlanılmayan bu qida olduqca zərərli hesab oluna bilər və ev üsulu ilə hazırlanmayan bütün qidalar kimi partladılmış qarğıdalı da uşaqlar üçün məsləhətli deyil: «Sağlamlıq baxımından desək, partladılmış qarğıdalı olduqca yüksək kalorili bir qidadır. 100 qramında 450 kalori olur. Bir porsiyada olan kalori miqdarı 1700-ə yaxındır. Eyni zamanda tərkibində olan doymuş yağ faizi də qidanın qramı artdıqda artır. Bu da onu göstərir ki, ev şəraitində porsiyanın miqdarını keçib 2-3 qab partladılmış qarğıdalı yemək oturmuş vəziyyətdə yüksək kalori qəbul etməkdir. Ortayaşlı bir insanın gündəlik qida kalorisinə bərabər olan bu dəyər olduqca yüksəkdir. Bu da onu göstərir ki, bir porsiyalıq qarğıdalını azyaşlılar ayda 1-2 dəfədən artıq yeməməlidirlər. Yağsız, mikrodalğalı sobada partladılan qarğıdalı faydalı olsa da nəzərə almaq lazımdır ki, heç  bir müəssisə bu gec və əziyyətli üsuldan istifadə etmir». Terapevtə görə, parladılmış qarğıdalı həddindən artıq yeyildikdə nəfəs yollarında tıxanmalara, quru öskürəyə, nəfəs darlığına səbəb olur ki, bunun da səbəbi qidanın tərkibində olan «diasedil» maddəsidir. Bu maddə qarğıdalıya və ona vurulan yağa xüsusi dad verdiyindən əksər partladılma üsullarında ondan istifadə edilir: «Daimi olaraq popkorn yemək bir müddət sonra nəfəs yollarında problemlər yaradacaq. Partladılmış qarğıdalı o zaman faydalı qida sayıla bilər ki, ev şəraitində, normal yağla, ədviyyatları azaldılmış halda və ən çox bir porsiya yarım qəbul edilsin. Əks halda uzun boya, gözəl bədən quruluşuna, sağlam sümüklərə və bu kimi keyfiyyətlərə partladılmış qarğıdalı ilə nail olmaq mümkün deyil». Mənbə:www.ekspress.az
['popkorn', 'qarğıdalı']
1,432
https://kayzen.az/blog/texnologiya/17593/robot-bal%C4%B1q-sizin-robotlar-haqq%C4%B1nda-olan-d%C3%BC%C5%9F%C3%BCnc%C9%99l%C9%99rinizi-h%C9%99mi%C5%9F%C9%99lik-d%C9%99yi%C5%9F%C9%99c%C9%99k-fotolar-v%C9%99-video.html
Robot balıq sizin robotlar haqqında olan düşüncələrinizi həmişəlik dəyişəcək: fotolar və video
MuSHviG
Texnologiya
14 dekabr 2014, 14:50
«The Washington Post» qəzetinin verdiyi məlumata əsasən Massaçusets Texnologiya İnstitutunun mühəndisləri quruluşca balıqa bənzəyən, balıq kimi hərəkət edən robot hazırlayıblar. Bu yumuşaq robotu yaradan dahilər mühəndislər Andryü Marçese, Kagdas Onal və Rus Danieladır. Onların yaratdıqları qeyri adi elastik və çevik robot real qaçış rejimində olan balıq kimi «C-dönüşü» etmək bacarığına malikdir. Real balıq kimi saniyənin onda biri müddətində qaçış manevri etməyə qadir olan bu robot balıqlar 1,5 metr uzunluğa və 45 kiloqram çəkiyə malikdirlər. Zahiri görünüşcə balıqa bənzəyən robotlar balıqların hərəkətini ustalıqla yamsılayır və səssiz rejimdə üzürlər. Digər robotlardan fərqli olaraq bu robotlar yumuşaq olduqlarından qəza əsnasında sizə çırpılarsa o zaman sizə heç bir zərər yetirməyəcək. Massaçusets Texnologiya İnstitutununda Kompüter Elmləri və Süni İntellekt laboratoriyasının direktoru Elektrik Mühəndisliyi və Kompüter Elmləri üzrə professor Daniela Rus bildiri ki, bu yumuşaq robotlar mahiyyət etibarilə təhlükəsizdirlər. Bu robotlar heç bir reaktiv motorlar və ya pərlə təchiz edilməyiblər və üzən zaman yalnız quyruqlarından istifadə edirlər. Bu yeni texnologiya cərrahiyyə, yardımçı səhiyyə cihazları, axtarış və fövqəladə hallarda xilasetmə, kosmik alətlərin təmiri, mina axtarışı və bir sıra başqa sahələrdə yeni imkalar gətirəcək unikal ixtiradır.Daniela Rus qeyd edir ki, yaratdığımız süni qaçış sınağı zamanı robot balıq saniyyənin onda biri müddətində 100 dərəcə ölçüdə yumuşaq bədənini əyərək qaçışlar etmişdir. Beləliklə, robotla apardıqları sınaqlar onun yaradıcılarını belə çox heyrətləndirib. Balıq robot gözləniləndən də çevik və sürətli manevrlər edib.Robot balıqlar həm uzaq məsafədən idarə edilmək, həm də avtonom rejimə keçmək bacarığına malikdir.Dəyəri bir milyon dollar olan və ABŞ hərbi dəniz qüvvələrinin sualtı kəşfiyyatı üçün nəzərdə tutulan bu robotların gələn ildən ölkənin hərbi dəniz qüvvələrinin sərəncamına verilməsi gözlənilir. Tərcümə etdi: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Mənbə:www.washingtonpost.com
['Mühəndis', 'elastik balıq', 'robot', 'Massaçusets Texnologiya İnstitutu', 'Elektrik Mühəndisliyi', 'texnolologiya.']
1,433
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/17469/xo%C5%9Fb%C9%99xt-olma%C4%9F%C4%B1-%C3%B6yr%C9%99d%C9%99n-karneqinin-b%C9%99db%C9%99xt-taleyi.html
Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyi
Apollon
Böyük insanlar,şəxsiyyətlər
13 dekabr 2014, 19:30
Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar.Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi.Oğlanları Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün böyük pul idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O, hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər yeməyi yeməyə vaxt tapmadan atla altı mil çaparaq dərsə getməli olurdu.Bu hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu-böyük qardaşının köhnə paltarlarında-onun sadəcə geyiniləsi başqa paltarı yox idi. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər. Amma, istənilən kasıb insan kimi, o da «böyümək» və öz yaşıdlarını ötüb keçmək istəyirdi. Və Deyl onu varlı uşaqlarından fərqləndirən yeganə üstünlüyünü tapdı-natiqlik məharətini. Karneqi deyirdi ki, o təkcə kollecdə öz nitqini məşq etdirmirmiş, fermada, evdə də buzovla, atla, qoyunlarla danışırmış. İlk vaxtlar bunun bir faydası olmur. Kurs yoldaşları yenə də ona gülür, zarafat edirdilər. Bir ara ruh düşkünlüyünə uğrayan gənc Karneqi hətta həyatla vidalaşmaq haqda da düşünür. Amma dərhal özünü ələ alaraq yenidən məşqlərə başlayır. Sonda, ünsiyyətcil tələbə müzakirə dairələrinə qəbul olunur. Burada onun istedadı üzə çıxır! Deyl o qədər məharətli çıxışlar edirdi ki, bir çox tələbə Deyldən onların repetitoru olmağı xahiş edirdilər.Tezliklə Karneqinin təhsili başa çatdı. Həyatda öz yerini təyin etmək vaxtı çatmışdı. Karneqi fermerlərə natiqlik dərsləri vermək qərarına gəlir. Bu məqsədlə qəzetlərə elan yerləşdirir. Amma sağım, məhsul yığımı, alaq işlərini atmaq istəyənlər tapılmır.Deyl yenidən depressiyaya düşdü. Hər şeyi atıb son puluna Omahu şəhərinə (Nebraska ştatı) bileti aldı. Orda özünə otaq tutub bekon, sabun və sala satışı üzrə agent vəzifəsində çalışmağa başladı. Burada gərgin işləsə də macal tapıb insanlarla ünsiyyət qurmaq haqqında balaca bir kitab yazır. Deyilənə görə o ev-ev gəzdiyi zaman insanlara təkcə bekon və sala almağı deyil, öz kitabını da təklif edirmiş. Deyl Karneqinin kitabına bir neçə ay ərzində yalnız bir alıcı tapıldı.«Mən öz işimə nifrət edirdim, ucuz mebelli, tarakanlarla dolu otaqda keçən həyatıma nifrət edirdim. Ucuz, çirkli yeməkxanalarda qidalanırdım. Mən çox bədbəxt idim» — Deyl Karneqi o illəri yada salarkən deyirdi. Bu vaxt intihar haqqında da düşünürdü…Amma arzusu onu həyatda qalmağa vadar edirdi. Bekon, sabun və sala satışından əhəmiyyətli dərəcədə məbləğ yığılanda-500 dollar-o, natiqlik və səhnə bacarığı məktəbini açmaq qərarına gəlir. Bu zaman uğur onun üzünə gülür. Böyük depressiya dövründə minlərlə insan onlara itirilmiş kapitalnıı qaytarmağa kömək edəcək o qurunu gözləyirdi. Belə quru isə Deyl Karneqi oldu. Onun qonorarları hər ay artırdı, Amerikanın hər yerindən çıxış üçün dəvətlər gəlirdi.1936-cı ildə Deyl Karneqinin ən məşhur kitabı işıq üzü gördü: «Necə dost qazanmalı və insanlara təsir göstərməli». Kitabın əsas şüarı belə idi: “Müvəffəqiyyət qazanacağına inan və sən ona nail olacaqsan". Deyl Karneqinin bu kitabı dünya bestsellerlərindən biri oldu.Karneqi ABŞ-da meqaulduza çevrildi. O, öz məsləhətlərini hamıyla və hər sahədə paylaşırdı; biznesmenlərə — biznesdə, fermerlərə — kənd təsərrüfatında, qadın və kişilərə — şəxsi münasibətlərdə. Karneqinin şəxsi həyatının müvəffəqiyyətsiz olduğunu isə çox az adam bilirdi, onun birinci nikahı boşanmayla bitmişdi, ikinci nikah da Deyla bədbəxtlik gətirmişdi. Amma bu məlumatlar ictimaiyyət üçün deyildi, o xoşbəxt ailə başçısı rolu oynayırdı.Deyl Karneqinin həyatının sonu da kədərlidir. Həkimlər ona Hockina xəstəliyi diaqnozu qoymuşdular. Müalicə nəticə vermirdi. Karneqi yenidən intihar haqqında düşünməyə başlamışdı… Beləliklə natiqlik sənətinin mahir bilicisi, pozitiv düşünmə və özünüinkişaf mütəxəssisi 1 noyabr 1955-ci ildə həyatına son qoydu.
['Deyl Karnegi']
1,434
https://kayzen.az/blog/edebiyyat/17582/m%C9%99n-%C3%A7eyn%C9%99n%C9%99n-bir-%C3%B6lk%C9%99nin-haqq-ba%C4%9Firan-s%C9%99siy%C9%99m-%C9%99hm%C9%99d-cavad.html
"MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN HAQQ BAĞIRAN SƏSİYƏM" - Əhməd Cavad
MuSHviG
Ədəbiyyat
12 dekabr 2014, 14:17
Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunmuşdur. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O,klassik ədib və şair pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılır. Trakiya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur. 1914-cü il, birinci dünya müharibəsi zamanı Türkiyənin şərq cəbhəsindəki döyüşləri “Sarıqamış” uğursuzluğu ilə nəticələnmişdi. Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi rus və ermənilərin qırğınına məruz qalmışdı. Bakıda yerləşən “Azərbaycan xeyriyyə cəmiyyəti” Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım etməkdə idi. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı. Qardaş xalqın bu bədbəxt günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə “Nə gördümsə” şerində dilə gətirir:Armağanım yaslı nəğmə, Bir quş oldum, çıxdım yola. Getdim gördüm dost elində Nə bir səs var, nə bir layla.Sordum qərib minarədən: “Axşam olmuş, əzan hanı? Bayquş qonmuş minbərlərə, Deyən hanı, duyan hanı?”Vicdan mənə əmr edər ki: “Belə gündə bayram etmə”. Quran mənə yol göstərir: “Yoxsulları məyus etmə”.Son bənddə Əhməd Cavad bayramdan söz açır. Şer 1915-ci il martın 22-də yazılmışdır. Martın 22-si “Novruz” bayramıdır. Beləliklə, Əhməd Cavad belə bir gündə bayram etmir, Qarsdakı qardaşlarının yasını saxlayır. Çünki Qars rus orduları tərəfindən işğal edildiyi zaman oradakı türk soydaşları ruslar və ermənilər tərəfindən qılıncdan keçirilmiş, Qars xarabazarlığa çevrilmişdi. Yaradılışından şair doğulan Əhməd Cavadın bu hadisədən həyəcanlanmaması mümkün deyildi. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad illərdən bəri adı-sanı anılmadan Türkiyə radiolarında mahnı kimi oxunan “Qara dəniz” şerini yazmışdı və böyük ümidlərlə yaşamışdı. “Qara dəniz” şerinin son bəndi belə bitir:Dost elindən əsən yellər Mənə şer… salam söylər. Olsun bizim bütün ellər Qurban Türkün bayrağına.(914-cü il 15 noyabr, Gəncə: “Dalğa”, səh. 26, Bakı, 1919).Birinci Dünya müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşnalığına qarşı çıxaraq “Azərbaycan xeyriyyə cəmiyyəti” vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışmış, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməmişdir. Birinci Dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. Türk ordusu qardaş Azərbaycan birlikləri ilə Bakıya qədər gəlir. Əhməd Cavad yenə “Müqəddəs Məhmədcik” və azəri əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Beləliklə, bu döyüş meydanında Əhməd Cavadın yazdığı “Bismillah” şeri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:Atıldı dağlardan zəfər topları, Yürüdü irəli əsgər, Bismillah. O, Xan sarayında çiçəkli bir qız, Bəkliyor bizləri zəfər, Bismillah.Ey hərbin taleyi bizə yol ver, yol. Sən ey coşan dəniz gəl Türkə ram ol, Sən ey sağa, sola qılınc vuran qol Qollarına qüvvət gəlir, Bismillah.Azərbaycan höküməti Bakıda döyüş zamanı şəhid olan “məhmədciklərə” şəhidlər abidəsi qoydurur. Abidənin təməl qoyma mərasimində Əhməd Cavad “Qalx” adlı şerini oxuyur:Qalx, qalx sarmaşıqlı məzar altından Gəlmiş ziyarətə qızlar, gəlinlər. Ey karvan keçidi, yollar üstündə Hər gələn yolçuya yol soran əsgər.Qovduqların sənin yabançı xanlar Qurtardı ölkəmi tökdüyün qanlar. Bax, nasıl öpməkdə tozlar, dumanlar Qərib məzarını, mənlə bərabər.(İstiqlal uğrunda şerlər. İstanbul, 1928, səh. 89).“Şeirlər” (1958), “Sən ağlama, mən ağlaram” (1991) kitablarının, Fransua Rablenin “Qarqantua və Pantaqruel” (1961), Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta” (1962), Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” (1978) tərcümə kitablarının müəllifi olmuşdur. Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.Mənbə: www.edebi.quqqu.com
['Cümhuriyyət', 'Qafqaz', 'tarix', 'Türkiyə', 'Sarıqamış', 'Qara dəniz.']
1,435
https://kayzen.az/blog/maraqli-faktlar/17574/rusiya-haqq%C4%B1nda-bilm%C9%99dikl%C9%99rimiz.html
Rusiya haqqında bilmədiklərimiz
MuSHviG
Maraqlı faktlar
12 dekabr 2014, 10:37
Dünyanın «super gücləri»ndən olan Rusiya haqqında bu məlumatları daha əvvəl eşitmişdinizmi?Rusiyada kişi nüfusundan 9 milyon nəfər çox qadın nüfusu vardır. İddiaya görə Rusiyada heç kəsin yerini bilmədiyi və xəritələrdə belə yer almayan 15 gizli şəhər mövcuddur.Ortalama bir rus ildə 18 litr spirt istehlak edir. Bu nisbət mütəxəssislərin müəyyən etdikləri təhlükə sərhədinin iki qatı həcmindədir.Yeni çıxan bir qanunla Rusiyada uşaqlarla homoseksuallar haqqında danışmaq qadağandır. Bunu edənlər haqqında «gəncləri homoseksuallığa yönləndirmək» ittihamı ilə cinayət işi açılır .Rusiyada çirkli avtomobil idarə etmək qanun pozuntusu hesab edilir.Qərb Sibirdə olan Megion bölgəsinin meri tərəfindən «bəhanə uydurmaq» qadağan edilmişdir.ABŞ Alyaskanı Rusiyadan 1867-ci ildə 7.2 milyon dollara satın almışdır.Pivə Rusiyada 2011-ci ilə qədər spirtli içki sinifinə daxil deyildi. Bununla əlaqədar qanun dəyişənə qədər yüzdə 10 spirt dəyərinin altında olan içkilər «spirtli içki» sinifinə aid edilmirdi.Sibir bölgəsi Rusiyanın ərazisinin yüzdə 77-ni təşkil edir.«Vodka» sözü rus dilində «su» mənasını verən «Voda» sözündən əmələ gəlib.Rusiyanın sahəsi vaxtı ilə planet hesab edilən Plutonun səthinin sahəsindən daha böyükdür (17km2 / 16.6 km2).Rusiya və ABŞ sərhədinin ən yaxın olduğu yer olan Diomede adalarında yerləşir. Burada iki ölkə arasındakı məsafə yalnız 4 kilometrdir. Kiçik Diomede adası ABŞ sərhədlərinin içində yerləşdiyi halda,  Böyük Diomede adası isə Rusiyaya bağlıdır .Birinci Pyotrun  zamanında Rusiyada “Saqqal vergisi” adında bir vergi toplanırdı. Ölkədə saqqal saxlayan hər kəs bu vergini vermək məcburiyyətində idi.Rusiyada yerləşən Qaraçay Gölü dünyanın ən radioaktiv və çirkli gölü ünvanını əlində tutur.Rusiyada bəzi muzeylərdə sənət əsərlərini gəmiricilərdən qorumaq üçün pişiklərdən istifadə edilir.Rusiya və Yaponiya 2-ci Dünya Müharibəsindən sonra hələ də hər hansı sülh müqaviləsi imzalanmamışdır.Bunun əsas səbəbi isə iki ölkə arasın yerləşən Kuril adaları böhranıdır.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Rusiya']
1,436
https://kayzen.az/blog/psixologiya/17373/%C3%B6zl%C9%99rin%C9%99-a%C5%9Fiq-insanlar-narsistl%C9%99r.html
Özlərinə aşiq insanlar: narsistlər
Apollon
Psixologiya
11 dekabr 2014, 21:45
Davamlı bir grandiozite (böyüklük və əhəmiyyətlilik) meyli (fantaziya və ya davranış səviyyəsində), empati əksikliyi, tənqidlərə qarşı həddindən artıq həssaslıq və reaksiya şəklində erkən yetişkənlikdən etibarən ortaya çıxan mənzərədir.DSM IV görə diaqnoz üçün aşağıdakı maddələrdən beş və ya çoxunun uygunluğuna ehtiyac vardır.1. Özünü çox xüsusi və əhəmiyyətli görər, müvəffəqiyyət və qabiliyyətlərini şişirdər2. Limitsiz müvəffəqiyyət, güc, gözqamaşdırıcı xüsusiyyətlər, ideal eşq və gözəllik ilə əlaqədar məşğuliyyətlər və fantaziyalar inkişaf etdirər3. Şəxsi və bənzərsiz olduğu üçün özünün ancaq özü kimi xüsusi və ya yüksək statuslu insanlarla münasibət yaradacağını düşünər4. Həddindən artıq diqqət, heyranlıq, iltifat gözləyər.5. Prioritet imtiyazlı olduğuna inanaraq, normal kəslərlə eyni səviyyədə iştirak etməyi rədd edir. Gözləntilərinin dilə gətirilmədən özbaşına başa düşülməsini və qarşılanmasını, standartların üzərində xidmət almağı gözləyər. 6. İnsanların zəifliklərindən faydalanar, onlara istifadəyə dönük-istismarçı bir davranış meyli göstərər.7. Empati əksikliyi göstərir. Digər insanların duyğularını və ehtiyaclarını tanıma və anlama mövzusunda istəksizdir.8. Sıxlıqla qısqanclıq hissləri ilə yüklüdür, ancaq digər insanların onu qısqandığını düşünər.9. Məğrurdur, tənqidlərə hirs, utanc, alçaldılma duyğuları ilə reaksiya verər.Görülmə sıxlığı: DSM IV 'ə görə ümumi populyasiyada % 1, psixiatriya xəstələri arasında % 2-16 arasında göstərilən məlumat dəyərlərində rast gəlinə bilər.Narsizm üçün lazımi meyarlar digər impulsiv spektri pozğunluqlarında da sıxlıqla görülməkdədir. Bioloji istiqamətdən, bu xəstələr temperament baxımından daha anksiyeteli (xüsusilə seperasiya anksiyetesi-ayrılıq qayğısı). Anti-ictimai olanlar isə daha impulsiv, əsəbi və hətta hiperaktiv olurlar.İmpulsif spektrin bu 3 xəstəliyində də ortaq olaraq uşaqda istiqamətli valideyn empatisi, istilik və dəstək əksikliyi görülür. Hətta valideynlərin açıq bir laqeydliyi və ya uşağı sui-istifadəsi izlərinə rast gəlinir. Narsistik şəxslər uşaqlıqlarında,özlərinə idealizə edilərək aid olan bəzi müsbət xüsusiyyətlər ehtiva edən həyat təcrübəsi keçirmiş görünürlər. Narsistik şəxsiyyətlər uşaqlıqlarında ana və atalarının həqiqi olmayan şəkildə özlərinə aid qüvvət, gözəllik, intellekt (zəka) və qabiliyyətdən ötəri səthi bir omnipotent (gücü hər şeyə qadir) və grandiözite (böyüklük) hissinə sahib olmaqdadırlar. Bu hissləri onlara əks etdirən valideynlərin özlərində də Narsistik Şəxsiyyət xüsusiyyətləri görülməkdədir.Depressiv ruh halı Narsizmdə ekstrimal şəkildə tez-tez rastlanılır.Özünə hörmət, nə qədər yaxşı-güclü olduqları və digər insanların bu vəziyyətə nə cür heyranlıq (hörmət) göstərdiyi ilə əlaqədar olaraq dəyişənlik göstərir. Cəmiyyət bu cür şəxsiyyətlərə immature (yetişməmiş) gözüylə baxır. Ümumi mənada,narsizm drammatik, artistik, atletik peşə işlərlə məşğul olan kəslərdə sıxlıqla görülürlər.Açıqca grandioz, imtiyaz sahibi, özünə aid olanlarla həddindən artıq məşğul olan bu kəslərdə daha dərin səviyyədə səthilik duyğusu,inferior (kəm) və dəyərsizlik hissləri müşahidə olunur. Olduqca tez inciyən bu kəslər  sıxlıqla tənqidə əlverişsiz şəkildə həssaslıq göstərər və hirsli reaksiya verərlər. Tərifi həqiqi mənada internalize (mənimsəyə) edə bilməzlər. Keçmişlərinə baxıldığında, özlərinə abağışlaya bilmədikləri narsistik xəsarət yaşadan kəslər və təcrübələr görülər. Bu kəslərə qarşı kiçik hesab etmə duyğuları və hələ də davam edən intiqam arzuları tapılar. Boşluq duyğusu, dəyərsizlik, irrasional hirs ilə dolu keçmiş əhvalatları vardır. Digər kəslərlə əlaqələri qısqanclıq və bəzən idealizasiyalarla yaxud develuasiya və manipulyasiya ilə birlikdədir. Bu sözlərin mənası narsistik adamın insanları öz ehtiyacları istiqamətində tez-tez çox qiymətli etməsi və sonra birdən dəyəriniaşağı salmasıdır. Bu ucların arasında orta yoltapıla bilmir. Ayrıca insan əlaqələri onları yenə öz ehtiyacları istiqamətində istiqamətləndirməyə yönəlikdir. Onların gerçək duyğu və ehtiyaclarını,ancaq özlərini-öz ehtiyaclarını maraqlandıran bir istiqamət varsa maraq göstərərlər.Bu pozğunluq üçün etibarlı meyarlar, Histerik (H),antisosial (AS) və ya Borderline şəxsiyyət pozğunluğu (BŞP) içində çox vaxt keçərlidir. Belə vəziyyətlərdə multipl (çoxlu) diaqnoz qoyulmalıdır. Borderline'a görə narsizm'də qayğıya dözüm daha yüksək, asılılıq ehtiyacı daha azdır. İntihar cəhdləri borderline'a daha uyğundur. Müalicədə narsistik şəxsiyyətlər daha az regrese (gərgin olmaq) olurlar. Narsizmdə borderline görə splitting (bölünmə) mexanizminin istifadəsi və ətraf mühitin xaotik persepsiyası daha az görülər. Narsizmin Borderline Şəxsiyyət pozğunluğuna bənzər meylləri vardır; təməldə düşmən kimi yanaşma, əlaqələri dəyərsizləşdirən yanaşma, xüsusiliyi bir-birinə zidd istiqamətlərin inteqrasiyasında davamlı yaşanan problemlər, duyulan dərin boşluq hissi və sıx görülən əsəb partlayışları bənzər istiqamətlərdəndir.Bu davranış bənzərliyi iki pozğunluğun bağlı olduğu və BŞP-lu xəstələrin maturasiyanı (püxtəlik) keçdikcə narsistik şəxsiyyət pozuqluğuna çevrildiyini göstərmişdir. Ancaq böyük ehtimalla xəstələr hər iki pozğunluğa sahibdir. Borderlinenin daha unstable (qeyri-sabit) xüsusiyyətləri, narsistik şəxsiyyətin daha stabil xüsusiyyətlərinə görə daha tez böyüyüb yetkinləşməsi və bu halın illər keçdikcə narsistik şəxsiyyət pozğunluğunun diaqnozuna qarşı borderline xüsusiyyətlərinin silinib getməsinə səbəb olmaqdadır.Antisosial şəxsiyyət pozğunluğu ilə müqayisədə bu pozğunluğun narsistik şəxsiyyətə görə daha impulsiv istiqamətli olduğu deyilə bilər. Təhlükəli məşğuliyyətlər və cinayət istiqamətli davranış, maddə asılılığı antisosial ön plandadır. Əmək tutumu daha azdır. Amma hər iki nəfərlik pozğunluğun bir yerdə tapılma ehtimalı normadan daha yüksəkdir.Histerik şəxsiyyət pozğunluğunda fərdlər, narsistik fərdlərə görə daha istiqanlı və asılılıq ehtiyacı narsistik şəxsiyyətin prioritetli olan mənlik dəyəri dəstəyi ehtiyacından daha qabaqda gəlməkdədir. Bununla birlikdə hər iki şahid xüsusiyyətləri arasında, göstərişlik ,eqosentrizm olan insanlararası əlaqələrdə manipulyativlik vardır və ayırıcı diaqnozu da  bəzən çətin qoyula bilər.Obsessiv şəxsiyyət pozğunluğunda daha çox günahkarlıq duyğuları və sərt yanaşma daha az göstərişlik və başdan çıxarıcılıq özünü göstərir.Kernberg kimi bəzi mütəxəssislər, grandiozite ilə idealizə etməyə və develue etmə meyli, erkən konfliktli əlaqələrin yetkin həyatdakı təkrarı şəklində şərh edirlər. Bu dünyagörüşü klassik konflikt və müdafiə mexanizmləri, bunlarla bağlı texnikalar baxımından uyğundur. Bu əsnada empatik bir mühit quraraq adamın bu təcrübələri birləşdirməsinə terapevt köməkçi olmalıdır .Nərmin QuliyevaXəzər Universiteti, Psixologiya fakültəsi
['psixologiya', 'özlərinə aşiq insanlar', 'narsistlər']
1,437
https://kayzen.az/blog/Hagverdiyev/17572/atalar-s%C3%B6zl%C9%99ri-il%C9%99-h%C9%99yata-bax%C4%B1%C5%9F-iv-varl%C4%B1-v%C9%99-kas%C4%B1b-haqda.html
Atalar sözləri ilə həyata baxış IV (varlı və kasıb haqda)
Hagverdiyev
Bloq: Hagverdiyev
11 dekabr 2014, 11:15
“Dünya kasıba zindandır, varlıya meydan”. “Pullu adamdan bəla da qorxar”.  “Pul əl çirkidir”. “Pulda vəfa olsaydı, əldən-ələ keçməzdi”. “Kasıb pul tapdı, qoymağa yer tapmadı”. “Özündən dövlətli ilə ayaq çəkmə”. “Bəy ilə dalaşmaq dirəklə  güləşməyə bənzər”. “Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar”. “Davakarın şah olsa, ərizəni Allaha yaz”.Dövlət başa bəladır”. “Dövlətin ən yaxşısı ağıldır”. “Yaxşı ad dövlətdir”. “Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır”. “Kasıblıq eyib deyil, oğurluq eyibdir”. “İşlə nökər kimi, ye ağa kimi”. “Sən ağa, mən ağa, inəkləri kim sağa?!” Vüqar Haqverdiyev[email protected]
['atalar sözləri', 'aforizimlər', 'müdrik sözlər']
1,438
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17571/u%C5%9Faqlar%C4%B1n-%C3%B6mr%C3%BCn%C3%BC-uzatmaq-valideyinl%C9%99rd%C9%99n-as%C4%B1l%C4%B1d%C4%B1r.html
Uşaqların ömrünü uzatmaq valideyinlərdən asılıdır
MuSHviG
sağlam həyat tərzi
11 dekabr 2014, 10:54
Məşhur britaniyalı aşpaz Ceymi Oliver qeyd edir ki, valideynlər öz uşaqlarının ömrünü mürəkkəb fəndlərə əl atmadan 13 il uzada bilərlər. Sağlam qida sahəsi üzrə ekspertlər də onun dediklərinin doğruluğunu təsdiqləyiblər.Çoxlarına elə gəlir ki, uşaqlarda şirniyyata xüsusi hərislik var və həyatda həqiqətən də balacaların dondurma və konfetlərə böyük sevgisini göstərən kifayət qədər nümunə mövcuddur. Lakin C.Oliverin sözlərinə görə, bu heç də belə deyil. Yəni uşaqlar heç də şirin və yağlı qidadan istifadə üzrə proqramlaşmayıblar. Onun sözlərinə görə, bunu yadda saxlayaraq, valideynlər zərərli məhsullardan qaçmaqla «uşaqlar üçün cəlbedici olan sağlam qida» hazırlaya bilərlər.Məşhur aşpazın fikrincə, ilk növbədə, məktəblərin yaxınlığında qeyri-sağlam qidaların satışı qadağan edilməli, tərkibində şəkər olan məhsulların satışına isə əlavə vergi tətbiq edilməlidir. Dediklərini sübut etmək üçün mütəxəssis bu yaxınlarda mətbuatda dərc olunan sarsıdıcı rəqəmləri misal gətirir. Həmin rəqəmlərə görə, hər on uşaqdan biri ibtidai məktəbə daxil olarkən aşkar görünən piylənmədən əziyyət çəkir, uşaqlar 10-11 yaşlarında olarkən bu rəqəm artır və artıq hər beş nəfərdən biri piylənməyə mübtəla olur.Qidalanma üzrə ekspertlər ən sadə məhsullardan çox dadlı yeməklərin hazırlanmasının mümkün olduğunu deyən Ceymi Oliverin şərhləri ilə həmrəy olduqlarını bildiriblər. Onların sözlərinə görə, valideynlər ilk növbədə öz övladlarında piylənmənin inkişafına, daha sonra isə bu problemdən qaçmaqda onlara kömək etməyə görə məsuliyyət daşıyırlar. Britaniya mətbuatında dərc olunan ekspert açıqlamalarında deyilir: «Piylənmədən əziyyət çəkən uşaqların yuxarı yaşlarda daha piyli olacaqları ehtimalı böyükdür. Həmçinin onlar ürək xəstəliklərindən, 2-ci tip diabetdən, insult və xərçəngin bir neçə növündən əziyyət çəkəcəklər. Onlar, habelə sümük və oynaqlarla bağlı problemlərin inkişafı, yuxuda tənəffüsün dayanması ilə bağlı böyük riskə məruz qalacaqlar». Mənbə: www.az.trend.az
['Diabet', 'insult', 'ürək', 'xərçəng', 'sağlamlıq', 'piylənmə.']
1,439
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17570/qa%C5%9Flar%C4%B1-g%C3%BCcl%C9%99ndir%C9%99n-4-t%C9%99bii-%C3%BCsul.html
Qaşları gücləndirən 4 təbii üsul
MuSHviG
sağlam həyat tərzi
11 dekabr 2014, 10:03
Daha güclü qaşlara sahib olmaq istəyirsinizsə bu təkliflərə qulaq verin ...Artıq qalın qaşlar çox moda! Bir çox qadınlar dövründə moda deyə incəltdiyi qaşları indi təkrar çıxartma dərdində… İncə qaşların süniliyinin yanında qalın qaşların xarakteristik və təbii duruşu bütün qadınları cəzb etdi. Buna baxmayaraq, bəzi qadınların qaşları çox seyrək, ya da çox gücsüzdür. Baxmayaraq ki, qaşlar üçün də bir çox kosmetik vəsaitlər var, amma bu vasitələr o qədər də sehrli deyil ki, qaşlarınızı yenidən çıxarsın. Bu səbəblə də bir çox qadınlar qaşları çıxardacaq təbii vasitələrə ehtiyac duyur. Yaxşı bunlar nə ola bilər? Budur qaşlarınızı gücləndirmək üçün tətbiq edə biləcəyininz ən sadə üsullar:VazelinBir neçə həftə içərisində qaşlarınızda fərq edə biləcəyiniz bir dəyişiklik görmək istəyirsinizsə qaşlarınıza gündə bir neçə dəfə vazelin tətbiq edin. Vazelini diş fırçasıyla qaşlarınıza rahatlıqla tətbiq edə bilərsiniz. Hind yağıHind yağı qıl kökləri üzərində inanılmaz güclü bir təsirə malikdir. Siz də bu təsirdən qaşlarınız üçün faydalanmaq istəsənizsə hind yağını gündə bir dəfə qaşlarınıza tətbiq edin və ardından qaşlarınıza bir neçə dəqiqə ərzində masaj edin. Hind yağını yumadan ən az yarım saat gözləyin. Aloe vera – Əsl əzvay şirəsiGözəlliyin əvəzsiz vəsaitlərindən biri olan aloe vera şirəsi də qaşlar üçün bənzərsiz nemətlərdən biridir. Aloe vera şirəsini gündə bir dəfə qaşlarınıza tətbiq etməklə qısa müddətdə qaşlarınızın artmasını təmin edə bilərsiniz. Eyni zamanda aloe vera şirəsi köməyi ilə qaşlarınız daha parlaq olacaq.SoğanBir çoxlarımızın evindən əskik olmayan soğan qaşlarımız üçün də əvəz olunmaz nemətlərdən biridir. Ehtiva etdiyi yüksək kükürd nisbətiylə qaş istehsalını sürətləndirən soğanı əzin və suyunu bir pambıq vasitəsi ilə qaşlarınıza tətbiq edin. Ən az bir neçə saat ərzində üzünüzü yumayın.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Aloe vera', 'hind yağı', 'qaş', 'nemət']
1,440
https://kayzen.az/blog/kitab/17569/yeni-%C9%99s%C9%99r-k%C9%99%C5%9Ff-etm%C9%99li.html
Yeni əsər kəşf etməli
Don_Elnur
Kitablar və mütaliə
11 dekabr 2014, 05:02
Mənə elə gəlir ki, əksər kayzençilər eyni zamanda da möhtəşəm kitab qurdlarıdı. Olmama ehtimalı çox azdı, çünki kitabların içində üzməyi sevməyən, hər kitabı bitirdiyində səbəbsiz xoşbəxtlik yaşamayan, oxuduğu əsərə görə bəzən günlərcə susqun ola bilməyən kayzençi məncə az ola. Əlbəttə Kayzendə hər gün kiçik topiklərlə yeni məlumat qazanırıqsa, yeni kitabla yeni bir dünya kəşf etmiş oluruq. Amma sizdə də yəqin eyni hal olur, insan hamının bildiyi, hamının oxumuş olduğu, haqqında yüzlərcə insanın fikir söylədiyi əsərlərdənsə təsadüfən ya kitab mağazasında gəzinərkən, ya internetdə tapdığı kitabları daha çox sevir. Yalnız sənə məxsusmuş kimi, şablonlardan uzaqlaşmış kimi hiss edir insan özünü. Əlbəttə klassikləri, dünyaca məşhur əsərləri oxumaq vacibdi, fəqət eyni kitablara bağlı qalmaq da doğru deyil məncə. Sırf o məşhur kitablara hədsiz önəm verildiyindən kitab mağazası rəflərində kəşf edilməyən yüzlərlə kitab var. Əminəm ki, hər birinizin oxumuş olduğu elə bir əsər var. Bəlkə bir-birimizlə paylaşaq həmin əsərləri?  Mən oxuduğum, lakin çox da tanınmayan və sizlərin də oxumanızı istədiyim bəzi kitabları yazmaq niyyətindəyəm və ümidvaram ki, siz də şərhlərdə mənə öz oxuma tövsiyələrinizi verəcəksiniz (əsas da bir-iki user var onlar). 1. Nikos Kazancakis — Zorba. Həyat eşqi aşılayan bir kitab. Oxuduqdan sonra insanın psixikasında dərin iz buraxmağı bacarır və dəyişmək arzusuyla alışıb yanırsan. Gündəlik həyatda nə qədər mənasız şeylərə vaxt xərclədiyini, əsl həyatın bu olmadığını əminliklə görürsən. Azərbaycanca tərcümə edilməyib deyəsən bu kitab, türkcə tərcüməsi çox gözəl idi. 2. İvan Qonçarov — Adi əhvalat Həqiqətən də çox möhtəşəm ad seçimidi, tam mətnə uyğun. Amma səbəbini bilmirəm (bəlkə də yeniyetməlik çağımda oxumuşdum deyə) bu əsər məni olduqca təsiri altına aldı. 3. Viktor Hüqo — Edam məhkumunun son günü Nə Səfillər, Nə Paris Notr-Dam kilsəsi nə də digərləri. Təkcə bu kiçik əsəri oxumaqla Hüqonu sevmək mümkündür. Hətta oxuduqdan sonra mənə nədənsə elə gəldi ki, bu əsər Kamyunun «Yad»ına da təsirsiz ötüşməyib.  4. Fyodor Dostoyevski — Bəyaz gecələr Qısa ama kitabı yerə qoyduqdan sonra nə hiss keçirəcəyimi bilmədiyim, dəqqiqələrcə hadisə haqda düşünüb doğru qərar verməyə çalışdığım əsər idi. 5. Və sizə ümümən Per Lagerkvistin və Henrix Böllün əsərlərinə dalmağı məsləhət görərdim.
['kitablar', 'kitab məsləhətləri', 'oxunulmalı kitablar']
1,441
https://kayzen.az/blog/paint/17565/frida-kahlo-%C3%B6z-ger%C3%A7%C9%99kliyinin-r%C9%99ssam%C4%B1.html
Frida Kahlo : Öz gerçəkliyinin rəssamı
Don_Elnur
Məşhur rəsmlər və rəssamlar
10 dekabr 2014, 17:50
Avtoportretlərə və meymunlara düşkün olan bir rəssam. Çoxları onu gerçəküstü biri olaraq tanısa da o, həmişə bunun əskini deyərdi: “Mən heç vaxt röyalarımın rəsmini çəkmədim, həmişə öz gerçəkliyimin rəsmini çəkdim”. 18 yaşında, yəni 17 noyabr 1925-ci ildə bir tramvay içində olduğu avtobusla toqquşdu. Onurğası, ləyən sümüyü, körpücük sümüyü, qabırğaları və 11 yerdən aşağı sağ ətrafı qırıldı, bir ayağı və çiyni də bu qəzada yerindən çıxdı. Ayrıca bir metal parçası da uşaqlıq yolunu yırtdı. Hər kəs tez bir zamanda öləcəyini fikirləşirdi amma bir ilə yaxın ağır yataq şəraitində qalıb sonunda vəziyyəti yaxşılaşdı. Fotoqraf və eyni zamanda rəssam olan atası  otaqdakı əşyaları çəkməsi üçün yatağının yuxarısına güzgü və müxtəlif qurğular düzəltdirdi. Fridanı rəssamlığa yönəldən ilk şey məhz bu oldu. Geri qalan həyatında 35 cərrahi əməliyyat keçirdi. Onun sənət əsərləri çəkdiyi bütün acıları bütün gerçəkliyi ilə özündə cəmləşdirdi. Başqa yolu da yox idi. Bu qədər cismi ağrı azmış kimi Frida Meksikanın ən tanınmış və əldə saxlaması çətin insanlarından birinə, Marksist rəssam Diego Riveraya aşiq olmağı da bacardı. 1929-cu ildə evləndikləri zaman özündən 20 yaş böyük idi. Artıq dərəcədə sədaqətsiz biri olan Diego hətta Fridanın öz bacısı Kristinayla da yatmışdı. Diegoyla bir yerdə olmağın Meksikaya gələn hər hansı bir amerikalı turistin Aztekdəki Tenoxtitlanı gəzmək qədər adəti bir şey olduğu da deyilir.Səbəb Fridanın bacarıqsızlığı deyildi, özünün də başqaları ilə əlaqəsi olmuşdu. Məsələn Lev Troçki ilə. İksi də qatı Marksist və Sovet İttifaqı tərəfdarı idi və evlərində Stalin, Lenin, Marks və Maonun şəkilləri asılmışdı. Evdə hər zaman yaşadığı yerin adətinə uyğun şəkildə:  parlaq sarı, mavi, qırmızı çiçək rəsimli paltarlar geyərdi. Başqalarının önünə heç bir zaman makiyajsız çıxmazdı amma bığlarını almağa heç bir zaman əl atmazdı, hətta özü daha da qaraltmaq üçün karandaş istifadə edirdi. Onun şablon Avropa qaydalarına ayıracağ vaxtı yox idi:“Parisin bu “sənət” canavarlarına ayaq uydurmaqdansa Toluca bazarında tortilla sataram. Kafelərdə dəyərli arxalarını saatlarca qızıdırıb sonra dayanmadan “mədəniyyət”, “incəsənət” və s. dən danışırlar, özlərini dünyanın tanrıları hesab edirlər, ən fantastik şeylərin xəyalını qurub heç vaxt olmayacaq şeylərlə havanı zəhərləyirlər”. Diegonun xəyanətlərinə nə qədər göz yumsa da sonda bu hal dözülməz vəziyyətə gəlib çıxdı. Frida “həyatda iki ağır qəzaya uğradım, birində tramvay məni əzdi, ikincisində Diego” deyirdi. Öncə ayrı-ayrı evlərdə yaşadılar sonra boşandılar. Amma bu Fidaya çox pis təsir etdi. Saçlarını qısa kəsdirdi, kişi geyimləri geyinməyə başladı, həddən artıq içkiyə qurşandı. Sonda həkimin məsləhəti ilə bəzi şərtlər altında Diegoyla yenidən evləndilər. Şərtlərdən biri isə heç vaxt cinsi əlaqədə olmamaq idi. İkilinin heç vaxt övladı olmadı, Fridanın bədəni buna uyğun deyildi. Hətta bir dəfə abortla alınan uşağı yatağının yanında bir qabda saxladığı da olmuşdu. Övlad sevgisini meymunlarla basdırmışdı. Frida meymun, tutuquşu, it və qartal saxlayırdı. Hətta ən çox sevdiyi meymunu ilə çəkdiyi “Fulang Çang və mən” adlı avtoportreti 1988-ci ildə ən böyük heyranı Madonna tərəfindən bir milyon dollara alındı. Fridanın əsərləri həyatda olduğu müddətdə çox da məşhur olmadı. Amma 1939-cu ildə Parisə getdiyində bir əsəri Luvr tərəfindən alındı və əsəri Luvr tərəfindən alınan ilk 20-ci əsr Meksika rəssamı oldu.  Sonradan sağlamlığı gertdikcə pisləşdi. Həddən artıq içki və yuxu dərmanı bunu daha ağırlaşdırdı. Sağ ayağı qanqren oldu və amputasiya edildi. Bir il sonra da öldü. Bəziləri onun bilərək artıq dozada dərman aldığını deyirdi, çünki ölümündən bir neçə gün öncə “Ayrılmanın nəşəli olacağını umuram – və bir daha dönməyəcəyimi də”. Sonradan o çox böyük bir şöhrətə qovuşdu və feminist hərəkatlarında ən çox görülən üzə çevrildi. ABŞ-a nifrət eləməsinə baxmayaraq ABŞ-da 2001-ci ildə bir poçt markasında da rəsmi oldu. Bununla markada yer alan ilk ispan əsilli Stalinçi qadın oldu. Nə qədər xəyanətkar olsa da əsərlərini ən dərindən anlayan kişi də məhz Diego olmuşdur: “Sizə onu həyat yoldaşı olaraq deyil, heyranı olaraq tövsiyyə edirəm. Ürəyə toxunan, polad qədər sərt ama kəpənək qanadı qədər zərif, gözəl gülüş qədər sevimli və həyat qədər dərin, acımasız”. Tərcümə: Elnur Maşızadə (Don_Elnur)
['Frida Kahlo', 'rəssam qadın', 'Fulang Çang və mən', 'avtoportret']
1,442
https://kayzen.az/blog/maraqli-faktlar/17564/bir-at%C9%99%C5%9F-bir-%C3%B6l%C3%BC-%C9%99sg%C9%99r-simo-h%C3%A4yh%C3%A4.html
Bir atəş — bir ölü əsgər - Simo Häyhä
MuSHviG
Maraqlı faktlar
10 dekabr 2014, 14:51
Fin Simo Hyayuhya  (Simo Häyhä) tarixin ən yaxşı snayperlərindən biri hesab olunur. 75 il əvvəl başlayan sovet-fin müharibəsinin gedişində o, 500-dən çox Qırmızı Ordu əsgərini güllələyib. Simo Hyayuhya işə hələ günəşin ilk şüalarının görünməsindən çox əvvəl hazırlaşırdı. Fin atıcı patronları bir-bir yoxlayır, bundan sonra səliqə ilə tüfəngin sandıqçasına yerləşdirirdi. Sandıqça dolanda Simo hər şeyi bir daha yoxlayırdı. Axı cəmi bir səhv onun sonunu gətirə bilərdi. Lakin hər şey planlaşdırıldığı kimi gedirdi. O, başqalarına ölüm gətirirdi.   Finlərin fikrincə, Simo qəhrəmandır. 1939-cu il, avqustun 24-də Hitlerlə Stalin arasında qarşılıqlı hücum etməmə haqqında müqavilə bağlananda və Almaniya ilə SSRİ müttəfiq olanda Finlandiya SSRİ-nin maraq sferasına daxil idi. 1939-cu il, noyabrın 30-da Qırmızı Ordu Finlandiyaya hücuma keçdi. Qış müharibəsi qısamüddətli və qanlı oldu. Qoşunların sayına görə ümidsiz şəkildə geridə olan Finlandiya  sovet əsgərlərinin hücumunu dayandırmaq üçün Simo kimi əsgərlərə ümid edə bilərdi. Simo onlar üçün ağ ölüm idi. Demək olar ki, 100 gün ərzində — müharibənin gedişində o, heç bir snayperin öldürə bilmədiyi qədər əsgər öldürmüşdü.  Simo tək işləyirdi. O, gecələr sakitcə Finlandiyanın qarla örtülü əraziləri ilə hərəkət edirdi. Onun ağ qış gödəkcəsi, qalın əlcəkləri var idi. Özü ilə ancaq snayper tüfəngi, patronlar və bir qədər ərzaq daşıyardı. 1939-cu ilin sonlarında havanın hərarəti mənfi 40 dərəcəyə enmişdi, yerdə bir metr qalınlığında qar var idi. Simo Kareliyada, Kollasyoki çayının sahilində dan yeri ağarmamış özünə mövqe seçdi. Silah öldürür, qorxu iflic edir. Snayper üçün iki məsələ mühümdür — yaxşı maskalanıb gizlənmək və atəş açmaq üçün sərbəst məkan. Sonra yalnız düşmənin nə vaxt görünəcəyini gözləmək lazımdır.  Kollasyoki çayının sahili boyu finlər Qırmızı Ordunun hücumunu dayandırmalı idi, əks halda əhalisi az olan ölkənin böyük ərazisi itiriləcəkdi. Finlandiya o vaxtlar ərazisinə görə indiki Almaniyadan bir qədər böyük idi, ancaq əhalisi cəmi 3,5 milyon nəfər idi. Simo Hyayuhya gözləyirdi. Snayperin silahı yeganə hədəfə ölümcül atəş açmaq və obyekti gözəgörünməz atıcı qarşısında qorxuya salmaqdır. Həmin gün Simo ilk sovet əsgərini vurdu. O, bir dəfə atəş açdı. 105 gün davam edən müharibə ərzində isə 505 əsgər öldürdü. Simo elə indi də bütün dövrlərin ən mahir atıcısı kimi tanınır.  Təəccüblü deyil ki, tezliklə sovet əsgərləri arasında qorxu yarandı. Heç kim bilmirdi ki, növbəti güllə kimə dəyəcək. Döyüş meydanında savaşmaqdan fərqli olaraq əsgərlər onları hədəfə alanın kim olduğunu görmürdülər. Snayperlər qəfil və dəqiq atırdılar, onların atəşi həmişə ölümcül olurdu. Tezliklə sovet əsgərləri bu gözəgörünməz snayper üçün ad fikirləşdilər — “ağ ölüm”. Simo ağ geyimdə ideal maskalanır və praktiki olaraq görünmürdü. Sovet ordusunun sıralarından hər gün bir neçə əsgəri o dünyaya yola salırdı. Vəhşi heyvan və insan ovçusu Simo Hyayuhya 1905-ci il, dekabrın 17-də kəndli ailəsində anadan olub. Müharibəyə qədər o, əkin-səpinlə məşğul idi. Lakin müharibə başlayanda cəbhəyə getməyi təsadüfi deyildi. Hyayuhya mahir ovçu, həmçinin fin milli qvardiyasının üzvü idi və müharibəyə qədər snayper atıcılığı üzrə bir sıra mükafatlar qazanmışdı. Və indi onun rəisləri hər dəfə vəziyyət təhlükəli və mürəkkəb olanda Hyayuhyanı çağırırdılar. Sovet snayperi müharibənin əvvəllərində birdən-birə yüksək rütbəli üç fin zabitini vuranda Hyayuhyanın komandiri əmr etdi: “Bu adamı məhv et”. Hyayuhya “mümkün olanı edəcəyəm” dedi. Həmin gün o, fin cəbhəsindən aralıda özünə mövqe seçib gizləndi. Düşmən snayperini izləməyə başladı, o da Hyayuhyanı izləyirdi. Hyayuhya saatlarla səbrlə gözlədi, axşam düşürdü, hava yavaş-yavaş qaralırdı, gün batmaq üzrə idi. Birdən Hyayuhya uzaqda günəş şüasında nəyinsə parıldadığını gördü. Bu, düşmən snayperinin optik nişangahı idi. Hyayuhya nişan aldı və düz onun sifətindən vurdu. Sovet əsgəri yerindəcə öldü, çünki səhvə yol vermişdi və Hyayuhya bu səhvdən dərhal istifadə etdi. Hyayuhya heç vaxt optik nişangahdan istifadə etmirdi, o, həmişə açıq nişangahdan atəş açırdı. Onun uğur qazanmasında daha iki fəndin rolu var idi. Hyayuhya həmişə yerləşdiyi mövqedə qarı tapdalayırdı ki, atəş açandan sonra qar tozanağı yaranmasın. Həmçinin o, şaxtalı havada nəfəs alanda ağzından buxar çıxmaması üçün ağzına qar doldururdu. Ona görə də düşmən Hyayuhyanın harada gizləndiyini ancaq ehtimal edə bilərdi. Getdikcə daha çox sovet əsgəri onun qurbanlarına çevrilirdi. Bir dəfə gün ərzində o, 25 sovet əsgərini güllələdi. Qırmızı Ordunun zabitləri fin atıcıya qarşı snayperlərin sayını artırırdı. Hər dəfə Hyayuhya atanda onun mövqeyini bütün mümkün silahlardan — pulemyotlardan, artilleriyadan, minomyotlardan atəşə tuturdular. Ancaq hədər yerə. Simo hər dəfə ölümdən kiçik yara belə almadan qaça bilirdi. “Bir dəfə onlar mənim gizləndiyim mövqeyə 50-dən çox qumbara atdılar, ancaq heç biri hədəfə dəymədi” — Hyayuhya sonradan xatırlayırdı. Nəhayət, son — Simo çənəsindən yaralanır 105 günlük sovet-fin müharibəsinin 98 günü ərzində Hyayuhyanın bəxti ağlasığmaz dərəcədə gətirmişdi. Ancaq 1940-cı il, martın 6-da onun da sonu çatdı. Meşədə gedən amansız döyüşdə o, başından yaralandı. “Mən ancaq küt səs eşidə bildim, dərhal başa düşdüm ki, məni vurdular” — o, yazırdı. Hyayuhya çənəsindən yaralanmışdı və dişləri tökülmüşdü. O, komaya düşdü və ancaq martın 13-də özünə gəldi. Həmin gün SSRİ ilə Finlandiya artıq sülh müqaviləsi imzalayırdı. Nisbətən kiçik Finlandiya nəhəng SSRİ-yə qarşı dayanmışdı — ancaq ərazisinin 7 faizini itirməli oldu. Sonradan finlər Hitler Almaniyasının köməyi ilə daha da qanlı yeni müharibədə həmin əraziləri qaytarmağa çalışdılar. Yeni və qanlı müharibədə Finlandiya II dünya müharibəsinin ən qanlı cəbhələrindən birinə çevrilmişdi. Qurbanların sayına dair rəqəmlər fərqlidir. Finlandiya hələ qış müharibəsində 26 min əsgər itirmişdi. İki müharibənin yekununda isə itkiləri 84 mindən çox olmuşdu. Qırmızı Ordunun itkiləri isə xeyli çox idi. İki müharibə ərzində sovet-fin cəbhəsində 320 min sovet əsgəri həlak olmuşdu. Bəzi məlumatlara görə, bu rəqəm 450 min nəfər təşkil edirdi. Stalin statistik məlumatları azaldırdı. Rəsm məlumatlara görə, Hyayuhya 505 sovet əsgərini güllələyib. Daha 37 hərbçinin öldürüldüyünü isə rəsmən təsdiqləmək mümkün olmayıb. “Mənə nə əmr edirdilərsə, onu edirdim, çalışırdım ki, bacardığım qədər yaxşı atım” - Hyayuhya sonralar deyirdi. Simo Hyayuha 2002-ci ildə 96 yaşında vəfat edmişdir. Mənbə: www.virtualorg.az
['Snayper', 'sovet', 'Qırmızı Ordu', 'Ağ ölüm', 'maskalanmaq', 'əsgər.']
1,443
https://kayzen.az/blog/maraqli-faktlar/17563/tarix-%C9%99rzind%C9%99-ya%C5%9Fam%C4%B1%C5%9F-10-%C9%99n-n%C9%99h%C9%99ng-canl%C4%B1-n%C3%B6v%C3%BC.html
Tarix ərzində yaşamış 10 ən nəhəng canlı növü
MuSHviG
Maraqlı faktlar
10 dekabr 2014, 11:52
Quruda yaşamış ən böyük yırtıcı növü – SpinosaurusBu canlıların 112 milyon il əvvəl yaşadıqları düşünülür. Bəşər tarixinin ən böyük yırtıcısı olan yetkin spinosaurusun boyu 18 metr, çəkisi isə 9 ton idi. Uça bilən ən böyük həşərat növü – MeganeuropsisBu canlıların 300 milyon il bundan əvvəl yaşadıqları güman edilir. Təxmini boyları 70 santimetr, ağırlıqları isə 0,15 kiloqram idi.Ən böyük qırxayaq növü – ArthropleuraBu canlıların 340 milyon il bundan əvvəl yaşadıqları düşünülür. Təxmini boyları 2,8 metr, ağırlıqları isə 500 kiloqram idi.Ən böyük ilan növü – TitanoboaBu canlılar 60 milyon il bundan əvvəl yaşamışlar. Bu canlının bədən eninin 1 metr, təxmini boylarının 15 metr və ağırlıqlarının isə 1,1 ton olduğu güman edilir.Okeanlarda yaşayan ən böyük yırtıcı növü – MegalodonMegalodonların 28 milyon il bundan əvvəl yaşadıqları güman edilir. Təxmini boylarının 20 metr, ağırlıqlarının isə 103 ton olması düşünülür.Ən böyük balıq növü – LeedsichthysBu canlıların 170 milyon il əvvəl yaşadıqları güman edilir. İndiki dövrün balıqları ilə müqayisə də çox nəhəng ölçülərə malik olan bu canlıların boyu 21 metr, ağırlığı isə 50 ton idi.Quruda yaşamış ən böyük məməli növü – ParaceratheriumGörünüşcə bu günün atlarını xatırladan bu canlılar 37 milyon il əvvəl yaşamışlar. Təxmini boylarının 8 metr, ağırlıqlarının isə 30 ton olduğu güman edilir.Ən böyük məməli növü – Göy BalinaBu canlıların 50 milyon ildir nəsillərini davam etdirdikləri düşünülür. Əsasən soyuq okean sularında yaşayan bu canlıların boyları 30 metr, ağırlıqları isə 180 tondur.Uça bilən ən böyük canlı növü – QuetzalcoatiusBu canlıların təxminən 300 milyon il bundan əvvəl yaşadıqları düşünülür. Qanadlarının təxmini uzunluğu 15,9 metr, boylarının 6 metr və ağırlıqlarının isə 250 kiloqram olduğu güman edilir.Yaşamış ən böyük canlı növü – AmphicoeliasBu canlıların 150 milyon il bundan əvvəl yaşadıqları düşünülür. Bu canlıların təxmini boylarının 58 metr, ağırlıqlarının isə 122 ton olduğu güman edilir.  Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Həşərat', 'məməli', 'canlı', 'Amphicoelias', 'quetzalcoalius', 'maraqlı', 'balina.']
1,444
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/17561/%C9%99n-yax%C5%9F%C4%B1-m%C9%99qal%C9%99-m%C3%BCsabiq%C9%99si.html
"Ən yaxşı məqalə" müsabiqəsi
kayzen
kayzen.az saytının rəsmi bloqu
10 dekabr 2014, 11:16
Uzun müddətli fasilədən sonra kayzen.az-ın rəsmi bloquyla yenidən qarşınıza çıxdıq. 3 ay da keçsəydi əgər, son rəsmi anonsumuzla bu gün arasında 2 il fərq olacaqdı. Bu qədər uzun fasilə nə üçün?  Əsas səbəb budur ki, nə vaxt istifadəçilər arasında müsabiqə keçirsək və həmin müsabiqənin qaliblərini seçsək, həmən istifadəçilər hədiyyələrilə birgə burdan çıxıb gedirlər. Nümunə üçün göstərə bilərik, müxtəlif vaxtlarda qalib olmuş mr13, Nailə Rzayeva, Mason, Xrizoberil, ctrlA… illərdir saytda görünmürlər. Bəzi qalib istifadəçilərin isə sayta gəlişləri səngiyib. Deməli, müsabiqə keçirmək «Kayzen»ə düşmür. Buna baxmayaraq ənənəmizdən vaz keçmirik, risk edirik. ;)  Soyuq dekabr günlərində içinizi az da olsa isidəcək bir müsabiqəyə başlayırıq. Mütəmadi olaraq keçirilən və aktiv fəaliyyət göstərən qalib istifadəçilərə təqdim olunacaq mükafatlar bu dəfə alsevin.az və stilim.az - dan olacaq.  Nəzərinizə çatdıraq ki, alsevin.az və stilim.az sizə dünya şöhrətli brendlərin istehsalı olan qadın və kişi çantalarının, kəmərlərinin, işğüzar çantaların, qadın ayaqqabılarını və digər kişi və qadın aksesuarlarının online satışını təklif edir. Təklif olunan bütün malların keyfiyyətinə tam zəmanət verir. Deakbr ayının 10-dan Yanvar ayının 10-na kimi olan müddətdə baş tutacaq müsabiqəmiz bu nominasiyalar üzrə keçirilir:  1. "Ən yaxşı məqalə"  — Bu məqalədə qalib olan istifadəçi alsevin.az-dan 100 Azn dəyərində kupon əldə edəcək. 2. "Ən yaxşı 2-ci məqalə" üzrə qalibimiz isə stilim.az-dan 50 AZN dəyərində kupon qazanacaq. 3. "Ən yaxşı mikrobloq" və "Ən yaxşı şərh" sahibi isə bizdən kitab hədiyyə alacaq. Nəzərinizə çatdırırıq ki, seçilən, qalib olunan məqalələr bu şərtlərlə qəbul ediləcək:   Məqalə orjinal olmalıdır. Amma tərcümə də ola bilər, əlbəttə ki, bəzi dəyişiklik və əlavələr edilməklə.   Saytda yığdığı reytinq (+lar) nəzərə alınacaq. (bu, iki əsas şərtlərdin biridir, 1-cisi yox) Məqalə seçərkən onu oxumaq, diqqət göstərmək, münasibət bildirmək, şərh yazmaq baxımından fikirlər nəzərə alınacaq. Məqalədə mövzuya uyğun şəkil və videolar yerləşdirilməsi, yazının səliqəli və gözəgəlimli olmaq baxımından nəzərə alınmalıdır. İstifadəçiləri fəal olmağa çağırır, uğurlar arzulayırıq.
['rəsmi anons']
1,445
https://kayzen.az/blog/Hagverdiyev/17560/atalar-s%C3%B6zl%C9%99ri-il%C9%99-h%C9%99yata-bax%C4%B1%C5%9F-iii-a%C4%9Flamaq-haqda.html
Atalar sözləri ilə həyata baxış III (ağlamaq haqda)
Hagverdiyev
Bloq: Hagverdiyev
10 dekabr 2014, 10:21
“Ağlamayan uşağa süd verməzlər”.“Dağlar dağımdır mǝnim, qǝm ovlağımdır mǝnim, dindirmǝyin ağlaram yaman çağımdır mǝnim”. “İnsanı dǝrd  ağladar”. “Dǝrd bir deyil, iki deyil”. “Hansı dǝrdimi deyim, ağlayım?”.  “Özü yıxılan ağlamaz”.“Ağlayanda elə ağla əzizi ölmüş kimi”. “Ağlayanda imam üçün də ağla, yezid üçün də”. “Dostunu ağladıb, düşmǝnini güldürmǝ”.“Ağlamaqla günah bağışlanmaz”. “Ağlamaq fayda verməz”. “Keçdi gül, uçdu bülbül, istǝr ağla, istǝr gül”.“Kişi ağlamaz”   Vüqar Haqverdiyev[email protected]
['atalar sözləri', 'müdrik kəlamlar', 'aforizmlər']
1,446
https://kayzen.az/blog/fitness/17553/insan%C4%B1-cavanla%C5%9Fd%C4%B1ran-fitness.html
İnsanı cavanlaşdıran fitness
MuSHviG
İdman və sağlamlıq
9 dekabr 2014, 15:02
Özünüzü bir neçə yaş cavanlaşdırmaq üçün bir tək kosmetoloq və ya plastik cərraha müraciət etməklə deyil, həmçinin fitneslə məşğul olaraq da etmək mümükündür.Fitnes — qocalma əlamətlərinin mübarizəsində ən yaxşı müttəfiq sayılır. Buna səbəb, onun  bütün orqanizmi əhatə etdiyinə görə sağlamlığa çox xeyirli olmasıdır.Fitnesin isə bir çox növləri olduğundan əldə etmək istədiyiniz nəticə  sizin məqsədinizdən asılıdır.Məqsəd: orqanizmin bütün sistemlərini cavanlaşdırmaqGüc sərf olunan məşqlərdən əzələlərdə  yaranan gərginlik orqanizm tərəfindən stress kimi qəbul olunur, orqanizmin buna olan təbii reaksiyası isə hormonların intensiv atılmasıdır. Məhz hormonların olmaması isə qocalma prosesini tezləşdirir. Bu maddələr olduğu halda orqanizm yaxşı  işləyir, bu da dərinin elastikliyi və saçların parlaqlığı ilə özünü göstərir. Əsas cavanlaşdıran hormonlar endorfin, serotonin, tetesteron və boy artma hormonu  somatotropin sayılır.Bu prosesdə ən çox yer tutan hormon, hüceyrələrin regenerasiyasına ayrılan boy artma hormonudur. Somatotropin  — hüceyrələrin qocalması ilə aktiv mübarizə aparır. Lakin, 30 yaşdan sonra orqanizm onu lazımı miqdarda istehsal etmədiyinə görə qocalma prosesi aktiv olaraq güclənir. Əgər bu hormonun azlığını hiss etmiriksə, endorfin hormonunun azlığını əhvalın pisliyi ilə çox aydın hiss etmək olar. Bu emosiyalar isə hər bir insanı bir neçə yaş qoca göstərə bilirlər. Əlbəttə ki endorfinin səviyyəsini şokolad yeməklə qaldırmaq olar.Lakin məşğələlədən bu hormonu almaq daha xeyirlidir. Belə ki, şirnidən aldığımız həzz yalnız 40-50 dəqiqə olduqda, məşqdə əldə olunan nəticə ondan isə daha çox olacaq.Həmçinin serotonin adlı xoşbəxtlik hormonu haqda da unutmayın. Belə ki, məşğələ zamanı onun istehsalı tezləşir, o isə depressiya və stressin qarşısını alır.Məqsəd: ürək  və damarları gücləndirməkGəzinti və qaçış bizə bərabər intensiv kardioyüklənməni təmin edərək, infakt təhlükəsini azaldaraq, ürək-damar sistemini gücləndirir. Bundan əlavə gəzinti və qaçış arıqlamağa kömək edir, oynaq və əzələləri məşq etdirir, düz qaməti təmin edir, qanı oksigenlə zənginləşdirir və maddələr mübadiləsini aktivləşdirir.Məqsəd: qadın sağlamlığını möhkəmlətmək və həyəcandan xilas olmaqYoqa. Heç müşahidə etmisiz ki, yoqa instruktorları hər zaman öz yaşlarından daha cavan görsənirlər? Bunun başlıca səbəbi düzgün tənəffüs, oynaq və bel sümüyünə olan mötədil yüklənmədir. Yoqa ilə məşğul olmaq diqqət konsentrasiyası ilə stressdən azad edir. Bu rasional tənəffüs sayəsində olur ki, o, orqanizmə oksigenin  daha çox daxil olmasını təmin edir. Kapilyarların düzgün işləməsi üçün edilən məşğələlər onların oksigeni daxili orqanlar və hüceyrələrə çatmasına kömək edirlər. Bu isə dərinin möhkəmliyi və dərini rəngini gözəl olmasın təmin edir.Məqsəd: dərinin vəziyyətinin  yaxşılaşdırılmasıÜzgüçülük ilə məşğul olmaq əzələ və bel sümüyünə, antiselüllit, qan dövranını yaxşılaşdıran massaj seanslarını əvəz edə bilir. Bel sümüyü və oynaqlara təsir etməyən yüklənmə travma və zədələnmələri aradan qaldırır. Su ilə təmas isə mikrosirkulyasiyanı yaxşılaşdırıraraq,dərinin elastikliliyini artırır.Tezləşən limfaaxını  metobolizmin bir çox məhsullarını xaric edərək, hüceyrələrin bərpa olunmasını tezləşdirir.Məqsəd: qırışlardan azad olmaqFeysbilding — Bu prosedur həm qırışlardan, həmçinin əzələ sıxlaşmalarından azad olmaq üçün istifadə edilir. Bu kimi problemlərdən azad olmaq üçün üzü tam rahatlamaq və lazımı əzələləri  məşq etdirmək lazımdır. Bu kimi hərəkətləri  həfətədə 3 dəfə requlyar etmək lazımdır.Mütəxəssislər həmçinn daha çox su içməyi tövsiyə edirlər, belə ki, su dərini daha elastik edir və xırda qırışların yaranmasının qarşısını alır.Mənbə: www.saglamolun.az
['Feysbliding', 'fitness']
1,447
https://kayzen.az/blog/maraqli-faktlar/17550/d%C3%BCnyan%C4%B1n-%C9%99n-sirrli-5-foto%C5%9F%C9%99kli-fotolar-v%C9%99-video.html
Dünyanın ən sirrli 5 fotoşəkli - fotolar və video
MuSHviG
Maraqlı faktlar
9 dekabr 2014, 11:20
Freddy Jacksonun Fotoşəkli – 19191919-cu ildə çəkilmiş bu fotoşəkil 1-ci Dünya Müharibəsi dövründə xidmət etmiş hava donanmasına aiddir. Diqqətli baxdıqda ən arxadakı pilotların arxasında sirli bir insan üzü olduğu görülməkdədir. Bu üzün sahibi bütün donanma tərəfindən həmin dəqiqə tanındı və maşinist Freddy Jackson olaraq təsdiqləndi. İşin qəribə tərəfi ondan ibarətdir ki, Freddy Jackson bu fotoşəkil çəkilməmişdən iki gün əvvəl təyyarənin pərvanəsinin bədəninə vurması nəticəsində həyatını itirmişdi. Torpağa verildikdən bir neçə saat sonra Freddy Jacksonun üzünün bu fotoşəkildə necə peyda olması isə indiyənə kimi açıqlanmamışdır.  Los Angeles Döyüş Fotoşəkili ( The Battle of Los Angeles) — 19421942-ci ilin fevral ayında Los Angeles şəhərində on minlərlə insanın gözləri ilə şahidlik etdiyi bu qəribə hadisədə nə olduğu bilinməyən nəhəng bir cisim göy üzündə peyda olmuş və ABŞ ordusu çaxnaşmaya düşərək şəhəri qorumaq üçün 12.8 kalibrli 1400 ədəd zenit mərmisi ilə bu cismə doğru atəş açmışdı. Bütün bunlara baxmayaraq ən kiçik belə zədə almayan cisim bir müddət sonra uçaraq uzaqlaşmışdır. Bu hadisə dünya mediyasında işıqlandırıldıqdan sonra bəzi insanlar üstün texnologiyaya malik bu cismin yadplanetlilərə məxsus olduğunu, bəziləri isə disk şəklindəki bir qaz buludu olduğunu iddia etmişlərdi. Mars Kürələri – 2004NASA-nın Marsa göndərdiyi Curiosity isimli kəşfiyyat robotu 2004-cü ildə Mars torpaqlarında mikroskopik ölçülərdə kürəciklər kəşf etmiş və bu kürəcikləri böyük ölçüdə qeydə almağı bacarmışdı. Bu qalıqlar və Marsın üzərindəki çay yatağına bənzəyən izlər indiyənə kimi isbat edilməmiş olsa da, Marsın milyard illər əvvəl nəhəng bir okeana malik olduğuna və dünya kimi yaşayan bir planet olduğuna işarə etməkdədir. Bu hadisə günümüzdəki Böyük Səhranın 6000 il əvvəl yaşıl meşələr və mavi göllərlə əhatə olunmasına bənzəyir.Qara Cəngavər Peyki – 1998Nə olduğu, haradan gəldiyi bilinməyən bu cisim 1960-cı ildə kəşf edilmiş, GAC və NASA tərəfindən fotoşəkli çəkilmişdir. Araşdırmalar nəticəsində cismin ABŞ və Rusiya daxil olmaqlar heç bir ölkəyə aid olmadığı və həmçinin həmin dövrdə belə bir cismi kosmosa yollamağın imkansız olduğu öyrənildi. Bilindiyi üzrə dünya ətrafında fırlanan bu cismi araşdırmaçılar tərəfindən anlıq olaraq yeri müəyyən edilsə də çox sürətli olduğu üçün izləmək və nizamsız və bilinməyən bir istiqamət üzrə hərəkət etdiyi üçün dəqiq müşahidə etmək mümkün deyildir. Bəzi teoristlər bu cismin yüz min illər bundan əvvəl yaşamış insan mədəniyyəti tərəfindən yaradıldığını iddia etməkdədirlər.Bəziləri is bunun yadplanetlilər tərəfində göndərilmiş bir robot olduğunu düşünməkdədirlər.Zaman Səyyahəti Edən Adam  ( The Time Traveling Hipster) – 1941Kanadada South Fork körpüsünün açılışında 1941-ci ilin insanlarından çox daha fərqli görünüşü olan qəribə bir adam kamerla tuş gəlmişdi. Paltarları, eynəyi və əlindəki müasir kamerası ilə o dövrün çox irəlisində olan bu adamın gələcəkdən keçmişə doğru zaman səhayyəti etmiş birisi olduğu iddia edilməkdədir. Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Pilot', 'zenit', 'yadplanetli', 'mediya', 'Mars', 'maraqlı.']
1,448
https://kayzen.az/blog/esse/16678/terror,-yalan-v%C9%99-onlar%C4%B1n-televiziya-effekti.html
Terror, yalan və onların televiziya effekti
Apollon
Esse
8 dekabr 2014, 20:20
Terror kütləvi informasiya vasitələri (KİV) dövrünün fenomenidir. Əgər KİV olmasaydı, onda yeni xəbər yaratmaq üçün nəzərdə tutulmuş hadisələr də baş verməzdi. Terrorizmin mahiyyəti, siyasi məqsədlərə çatmaq üçün terrorun yayılmasından ibarətdir. Terrorizmi aşağıdakı üçbucaq yaradır: terrorçu, onun qurbanı (bu üçbucağın ən mühüm tərkib hissəsidir) və terrorçunun qorxu yaradaraq özünə tabe etməyə çalışdığı kütlə. İstifadə olunan metodlar və ideologiya dəyişə bilər, bu sadəcə fundamental strategiyanın detallarıdır. Məqsəd hər cür zorakı yollardan istifadə edərək, qorxu yaratmaq və qarşıya qoyulan məqsədə çatmaqdan ibarətdir. Terrorizm hər zaman rasionaldır, çünki terroru hərtərəfli gəlir-xərc hesablamaları apardıqdan sonra tətbiq edirlər. Məgər kütləvi, ya da tək bir qətl törədərək cəmiyyətə mesaj vermək, sadəlöv düşüncənin məhsulu ola bilərmi? Aviauçuş zamanı partladılıb, insanları parça-parça edən bombanın cəmiyyətə verdiyi əsas mesajı belədir: “Qurbanları unudun, bu daha çox sizə aiddir, siz sağ qalmaq istəyirsiniz, yoxsa belə qəfil, dəhşətli ölümlə məhv olmaq?” Terrorizm zorakılıq qarşısında gücsüzlüyü təbliğ edir, televizor və mətbu nəşrlər faciə haqqında məlumatı sonsuz sayda təkrarlayır, çarəsizlik və ümidsizliyi qabardır. Bu da öz növbəsində, dövlər strukturlarının zəifləməsinə, xalqın hədələnməsinə gətirib çıxarır, demokratik inkişaf yoluna zərbə vurur. Birləşmiş Ştatlar öz cildinin içində terrorizmi hiss edib. Bu yaxınlarda terror zərbəsinin nəticələrini İspaniya da öz üzərində hiss etdi. Seçkilərdə PP (Partido Popular) gözlənilməz məğlubiyyətə uğradı, hakimiyyət başına keçən sosialistlər isə (PSOE) ispan hərbi kontingentini dərhal İraqdan çıxaracaqlarını elan etdilər. İspaniya üçün iqtidarda olan partiyanın dəyişməsi xeyirlidir, lakin buna görə çox böyük qurbanlar verildi: Madriddə təşkil olunmuş partlayışda 200-dən çox insan öldü, 1500 nəfər yaralandı. Seçkilərdə qalib gəlməkdə qismən də olsa “Qara Ölüm Küləyi”nin (Madriddə əməliyyat keçirən terrorçu qruplaşmanın ümumi adı belədir) rolu olduğunu demək artıq adi şey deyil. Əksinə məsuliyyətsizcə insan ölümündən istifadə edənlər qınağa layiqdir və PSOE tərəfdarlarının sevinci vəziyyətin ciddiliyi ilə heç cür uzlaşmır. Qalibiyyəti bayram edən PSOE üzvləri və onlara rəğbət bəsləyən ispanlar yüksək səslə qışqırırdılar: “Burda hamı toplaşmayıb, daha 200 nəfər əksikdir!”. 11 mart qurbanlarına işarə vuraraq belə danışmaq yolverilməzdir. İspaniyada əvvəlki iqtidar partiyası PP-nin seçicilərinin sayını artıracağına bel bağladığı terror aktı özünə qarşı yönəldi. PP –höküməti partlayışda bask separatçılarını günahlandırsa da, terror aktına görə cavabdehliyi üzərinə götürən Əl-Qaidə və “Mufridon Aslanları” (“Los Leones de Al-Mufridoon”), ispan sosialistlərinin qalib gəlməsinə şərait yaratdı. İspaniyada baş verən hadisələr bütün demokratik aləm üçün fəlakətli sonuca gətirir. Hansısa terror təşkilatının demokratik seçkilərin nəticəsinə təsir etməsi faktı, olduqca təhlükəlidir, həqiqətdə bu hərbi qiyam ya da dövlət çevrilişinə bərabərdir. İspaniya hadisələri Avropa hökümətlərinə, Birləşmiş Ştatlar hökümətinə və bütövlükdə dünya hökümətlərinə hakimiyyətdə qalmaq üçün pis örnək olacaq. Başlanğıc üçün isə onu deyə bilərəm ki, London elə indidən özünü gələcək hədəf taxtası hesab edir.. . Nəhayət, hər şeydə baskları günahlandırmağa can atan Asnar və onun höküməti ictimai rəyi istədiyi tərəfə yönəltməyə çalışarkən həddini olduqca aşdı və ispanlar bunu onlara bağışlamadı. Yuxarıda bəhs olunan fakt demokratiyaya xas cəhətlərdən biridir: vətəndaşlar höküməti cəzalandıra, dəyərləndirə və etdiklərinin hesabını tələb edə bilər. Baxaq görək, öz növbəsində Rusiyada nə baş verib. Lap bu yaxınlarda Moskva metrosunda az qala beş yüz adamın canını alan partlayış baş verdi. Aradan bir ildən çox vaxt keçdi və bu dəfə çeçen intiharçı-terroristləri Moskva teatrlarından birini tutduqdan sonra, rusiya höküməti qaz tətbiq etməyi qərara aldı, nəticədə həm terroristlər, həm girovlar, ümumilikdə 200 nəfər həlak oldu. Rusiyada hökümətin əl atdığı yalan və zorakılıq, ispan hökümətinin başçısı Asnarınkından yüzlərlə, minlərlə dəfə çox olub. Bununla belə, dekabrda keçirilən parlament seçkilərində ən çox səsi Rusiyanın iqtidar partiyası topladı, Vladimir Putin isə seçicilərin 70% -nin səsini toplayıb, elə seçkinin birinci turunda dövlət başçısı postuna yiyələndi. Eyni bir səbəb, heç də hər yerdə eyni nəticəyə gətirib çıxarmır. Asnar PSOE –nin dəstəklənməsi halında ETA terror təşkilatına son qoyacağına söz vermişdi, hətta məqsədinə yaxınlaşmışdı da, amma heç cür ona nail ola bilmədi. Putin ilk dəfə 2000-ci ildə prezident seçiləndə çeçen müharibəsinə son verəcəyini vəd etdi. O bu məqsədə heç yaxın da düşmədi, lakin digər tərəfdən Asnar məğlubiyyətə uğrayarkən, o seçkilərdə ikinci dəfə qalib oldu. Fərq demokratiyadadır. Bu əla şeydir! 2003-cü ildə Əl-Qaidə qərar qəbul etdi. Qərar 15 martda bəlli oldu: “İspaniya və ABŞ arasında ittifaqı dağıtmaq üçün İspaniyada iki-üç bomba partlatmaq bəs edəcək. Bu ictimai rəyi öz hökümətinə təzyiq edib, İraqdan ordunu çıxartmağa yönəldəcək”. Deyildi və edildi, bu isə çox pisdir! Umberto Eko (“El Universal” qəzeti, Meksika) 22.03.2004 Tərcümə: Namiq Hüseynli
['esse', 'Umberto Eko']
1,449
https://kayzen.az/blog/poeziya/17546/r.-rza-m%C9%99n-torpa%C4%9Fam.html
R. Rza- Mən torpağam
beautiful
Poeziya
8 dekabr 2014, 17:33
 Mən torpağam, məni atəş yandırmaz; tərkibimdə kömürüm var,  külüm var.  Mən baharam çəmən-çəmən çiçəyim var, gülüm var.  Mən küləyəm, əsməsəm,  kim bilər ki, mən varam.  Mən buludam, səhraları susuz görüb,  ağlaram.  Mən ürəyəm, döyünməsəm ölərəm.  Mən insanam,  sadə insan əlinin yaratdığı nemətlərlə öyünməsəm ölərəm.  Mən işığam — qaranlığın qənimi,  Mən insanam,  daşıyıram qəlbimdə dünyaların sevincini, qəmini.  Maraq dolu gözəm mən,  baxmaya bilmərəm.  Qarlı dağdan süzülən çayam mən,  axmaya bilmərəm.  Mən insanam,  vətənim var, elim var.  Ən böyük həqiqəti,  azadlığı, məhəbbəti, nifrəti - söyləməyə qadir olan dilim var.  Mən bir qranitəm ki,  hər parçamda duyulur bərkliyim,  döyüşdə möhkəmliyim,  ülfətdə kövrəkliyim.  Mən insanam, ülfətsiz - ölərəm.  Məhəbbətsiz, nifrətsiz - ölərəm.  Mən bulağam,  tapşırıqla axmıram.  Mən həyatam,  həmişə yoldayam:  nəfəsdəyəm, arzudayam,  baxışdayam, ürəkdəyəm, qoldayam.  Mən torpağam, nemətimi, varımı zəhmət sevən insanlarla bölərəm.  Mən ürəyəm, döyünməsəm ölərəm.  
['poeziya', 'torpaq', 'mən', 'R. Rza']
1,450
https://kayzen.az/blog/fatos2001/17545/sevil-sevinc-haqda-m%C9%99lumat.html
Sevil Sevinc haqda məlumat
fatos2001
Bloq: fatos2001
8 dekabr 2014, 16:17
Sevil Sevinc bacıları 1990 cı il noyabrın 11-də Bakıda anadan olublar. Əkiz olaraq ifa edirler. «S-Twins» qrupu kimi tanınıblar .Roza Zərgərli ile iş birlikləri olub. 2012-ci ildə «O ses Türkiye» yarışmasına qatılıblar. Birinci turda 3 bəli ilə qayıdıblar.Ikinci turda az hazırlıq etdikləri üçün məğlub ayrılıblar. Tez bir zamanda böyük fanat sevgisi qazanıblar.  Aşağıdakı mahnıların müəllifləridirler:  1.Rəng tap  2.Sev məni  3.Sev məni yetər  4.Əllər  5.Sənə görə  6.Nə zaman  7.Gönlümün əfəndisi  8.De hardasan  9. Əzab  10. Ürəyim  11.Eşq dəlisi  12. Uçurum  13. Unuda bilmirəm  14.Səni sevirəm   fanatlari:Mahirə,Zəhra, Xədicə, Firuzə, Gülnar, Aslan ,Fatimə, Aygün, Günel
['sevil', 'sevinc', 'fanat', 'ekizler']
1,451
https://kayzen.az/blog/Hagverdiyev/17544/atalar-s%C3%B6zl%C9%99ri-il%C9%99-h%C9%99yata-bax%C4%B1%C5%9F-i.html
Atalar sözləri ilə həyata baxış I
Hagverdiyev
Bloq: Hagverdiyev
8 dekabr 2014, 13:16
 “Salam Allahın adıdır”. “Əvvəl salam, sonra kəlam”.  “Bir gün duz yediyin yerə qırx gün salam ver”. “Hər saqqala salam verməzlər”. “Nanəcibə salam verərsən, deyər: — Qorxdu məndən!”. “Qazıya salam verdim, rüşvət deyil deyə almadı”. “Salam verdim, borclu çıxdım”. “Borclu borclunun sağlığın istər”.  “Dünyanınkı borcdur”. “Dünyanınkı əvəz-bədəldir”. “Bu gün dünyadır, sabah axirət”. “Süleymana qalmayan dünya heç kəsə qalmaz”. “Dünyanı ikiəlli tutma”. “Bu dünya genişdir, sənə də yer var, mənə də”. “Dünya mənim deyənin, dünən gəldik yasından”. “Ölüm qaş ilə göz arasındadır”. “Bir gün yaranan bir gün öləcək”.  “Dünya  bir  pəncərədir,  hər gələn baxar gedər” “Hamı istər cənnətə getsin, amma günahları qoymaz”. “Cənnət də bu dünyadadır, cəhənnəm də”. “Yaxşı gün cənnətdir, yaman gün cəhənnəm”. “Ölən öldü, vay qalanın halına”.  Vüqar Haqverdiyev[email protected] 
['atalar sözləri', 'salam', 'ölüm']
1,452
https://kayzen.az/blog/texnologiya/17543/g%C9%99l%C9%99c%C9%99yin-enerji-m%C9%99nb%C9%99l%C9%99ri.html
Gələcəyin enerji mənbələri
MuSHviG
Texnologiya
8 dekabr 2014, 12:34
İqlim dəyişikliyi üzrə hökumətlərarası şuranın noyabrda dərc edilmiş son hesabatında parnik effekti yaradan qazların havaya atılmasının kəskin surətdə azaldılması məqsədi ilə təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyi vurğulanıb.Bədbin proqnozlar fonunda alimlər və Fortune 500 reytinqli nəhəng kompaniyalar bu problemin həlli istiqamətində iş aparırlar. Bu işlərin bəziləri fantastik görünsə də, heç biri əlçatmaz deyil.Enerji sahəsinə böyük gələcək vəd edən innovasiyalar isə bunlardır: 1. Karbon qazının tutularaq ləğv olunmasıBu, energetikanın inkişafına təkan verəcək texnologiya olmasa da, havada zərərli qazın miqdarının azalmasına kömək edə bilər. Texnologiya kömürlə işləyən elektrik stansiyalarında karbon qazının yığılaraq yeraltı anbarlarda saxlanılmasına hesablanıb. Onun Avstraliya və ABŞ-ın elektrik stansiyalarında nümayiş etdirilən sınağı bu texnologiyaya marağı xeyli artırıb.  2. Yeni nəsil atom enerjisi2011-ci il Fukusima AES-də baş vermiş qəzaya qədər belə hesab edilirdi ki, atom enerjisi təhlükəsiz texnologiyalar əsasında əldə olunur. Həmin qəza bu təsəvvürü alt-üst etdi. Atom enerjisi sahəsində yeni ideyalar kiçik atom reaktorlarının tikintisi ilə bağlıdır. Kiçik anbarı xatırladan atom stansiyaları nəhəng meqapolislər əvəzinə, çox da iri olmayan rayonları elektrik enerjisi ilə təmin etmək üçün istifadə edilə bilər. Yeni reaktorların bəziləri şüalanmanın yayılmasının qarşısını alan passiv təhlükəsizlik mexanizmləri ilə təchiz olunacaq. Bundan başqa, qaz və neft hasilatı sahəsində istifadə olunan üzən platformalar üstündə AES yaratmaq planları üzərində də iş aparılır. 3. Nüvə sinteziƏgər ekoloji təmiz elektrik mənbəyi varsa, o da nüvə sintezidir. Nüvə sintezi zamanı ətraf mühitə hiss ediləcək hər hansı bir zərər vurmadan çoxlu miqdarda enerji almaq olar. Düzdür, həmin texnologiyanın inkişafı üçün uzun müddət lazım gəlsə də, bu sahədə indidən aktiv tədqiqatlar aparılmaqdadır. 4. Dəniz küləyiBelə hesab edilir ki, dəniz küləyindən istifadə texnologiyası yalnız 25 ildən sonra kütləvi şəkil alacaq. Belə ki, aeronavtikanın köməyi ilə dəniz küləyindən maksimum enerji almaq üçün aktiv surətdə texnoloji mənimsəmə gedir. Elektrik tələbatının üçdə birini külək enerjisi təşkil edən və 2020-ci ilə qədər bu göstəricini 50 faizə qədər artırmağı planlaşdıran Danimarka kimi ölkələrdə bu proseslər daha aktiv inkişaf edir.5. Geotermal enerjiBəzi analitiklər yaxın on ildə geotermal enerjinin daha da inkişaf edəcəyi qənaətindədir. Belə ki, onlar alimlərin bu texnologiyanın rəqabətə davamlı mənimsəmə metodunu tapacaqlarına əmindirlər. İslandiya kimi ölkələrdə alimlər bir neçə illərini belə resurslardan istifadəni nəzərdə tutan texnologiyaların inkişafına, onları daha məhsuldar geotermal elektrik stansiyalarına çevirməyə, qaynar su və maqma ehtiyatlarına çatmaq üçün birbaşa vulkanlarda quyu qazılması layihələrinə sərf ediblər. Onların məqsədi artıq gələn onillikdə belə texnologiyaları inkişafına nail olmaqdır.6. Kosmik texnologiyalarKosmik texnologiyalar energetika sahəsində hələ ki, elmi fantastika hesab edilir. Lakin NASA və U.S. Naval Research Lab 25 ildən sonra kommersiya istismarına buraxılması planlaşdırılan bu texnologiyanın inkişafına investisiya yatırır.7. Günəş enerjisiGünəş işığını, suyu və karbon qazını, məsələn, benzin kimi uzun müddətə qədər saxlanıla və istifadə edilə bilən kimyəvi enerjiyə çevirmək ideyası çoxdandır ki, alimlər üçün cəlbedici hədəf olaraq qalır. Düzdür, elm hələ bu layihəni reallığa çevirmək səviyyəsinə qalxmayıb. Lakin Harvard universitetinin, Massaçuset texnologiya institutunun və Şimalı Karolina tədqiqat mərkəzinin alimləri son illər bu sahədə müəyyən irəliləyişə nail ola biliblər.Hazırladı: MushviG.H\Mənbə:www.hafta.az
['Kosmik', 'termal', 'karbon', 'günəş', 'atom', 'meqapolis.']
1,453
https://kayzen.az/blog/texnologiya/17542/milyonlarla-insan-eyni-%C5%9Fifr%C9%99ni-istifad%C9%99-edir.html
Milyonlarla insan eyni şifrəni istifadə edir.
MuSHviG
Texnologiya
8 dekabr 2014, 09:45
Kanada Ontario Üniversitetində aparılan araşdırma nəticəsində şifrələrin sirri açıldı. 32 milyon insanı əhatə edən bu tətqiqatın nəticələri aşağıdakı kimi olmuşdur. Gizlilik üçün yaradılan şifrələr üzərində araşdırma aparan qurumlardan biri olan Kanada Ontario Üniversiteti tətqiqatçıları 32 milyon şifrəni incələyərək istifadəçilərin seçimlərini sıraladılar. Texnologiya dünyasında piratlıq və şəxsiyyət oğurluğuna qarşı mübarizə üçün vizual hesab şifrələrimizi tez-tez dəyişdirməyimiz istənilir. Bir çoxlarımız üçün daha bir yeni kəliməni yadda saxlamaq çətinləşir. Bir istifadəçinin xatırlamalı olduğu şifrə sayı ortalama 24 ədəddir. İstifadəçilərin yüzdə 43-ü birdən çox hesaba giriş etdiyi üçün eyni şifrəni istifadə edir. İstifadəçilərin yüzdə 34-ü isə xatırlanması asan olan şifrələrə üstünlük verirlər. Yüzdə 66-lıq bir bölüm kompüter tərəfindən təklif edilən qarışıq alqoritimləri seçir. Əslində bu seçdiyimiz şifrələr aşkarlanması asan olan bir quruluşa malikdir.Piratların sevdiyi şifrələrin yüzdə 17-si ad günləri, yüzdə 10-luq bir bölümü isə soy adlarından ibarətdir. İstifadəçilərin yüzdə 9-u ev heyvanlarının adlarını şifrə olaraq istifadə etməyi seçir. Bəs şifərlərimizi xatırlamadığımız zaman nə baş verir? Araşdırma nəticələrinə görə hər birimizin özümüzə xas xatırlama metodları vardır. İstifadəçilərin yüzdə 71-i şifrəsini ürəkdən əzbərləyərkən, yüzdə 12-si kompüter və ya telefonda qeyd edir, yüzdə 10-luq bir bölüm istifadəçi isə dəftərə və ya kitaba qeyd edir. Yüzdə 7-lik səviyyədə olan çox dəqiq və titiz istifadəçilər isə xüsusi proqramlardan istifadə edərək şifrələrini mühafizə edirlər. Dünyada ən çox istifadə edilən şifrələr isə bunlardır: ‘123456’, ‘Master’ və’Jesus’. Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Şifrə', 'istifadəçi', 'kompüter', 'metod', 'Kanada', 'texnologiya.']
1,454
https://kayzen.az/blog/poeziya/17540/i%C3%A7ind%C9%99n-y%C4%B1x%C4%B1l%C4%B1r-adam-%7C-ramiz-r%C3%B6v%C5%9F%C9%99n.html
İçindən yıxılır adam | Ramiz Rövşən
_BUMERANQ_
Poeziya
7 dekabr 2014, 23:40
Təkcə gücsüzlüyündən yıxılmır, atam balası, Arabir gücündən yıxılır adam. Başını dik tutub gəzdiyi yerdə içindən yıxılır adam. İllər boyu neçə dərdə dözüb dayanır, Qəfil sevincindən yıxılır adam.Dünya qaçır ayağının altından –  yıxılmır, Bu dünyanın ən dəlisov atından yıxılmır, Amma bir kəpənəyin qanadından, bir otun ucundan yıxılır adam.…Gülmə hər yıxılana, atam balası, gülmə, – Elə bilmə bu dünyada təkcə gücsüzlüyündən ya da ki, acından yıxılır adam…
['Ramiz Rövşən', 'Ramiz Rövşən şeirləri']
1,455
https://kayzen.az/blog/menecment/17539/starteji-planla%C5%9Fd%C4%B1rma.html
Starteji planlaşdırma
MuSHviG
Menecment
7 dekabr 2014, 18:24
Mütəxəssislər starteji planlaşmanı qarşıya qoyulmuş məqsədlərdən  аsılı оlаrаq bir sırа хаrаktеrik хüsusiyyətlərinə görə fərqləndirirlər. Məsələn, АBŞ kоmpаniyаlаrındа planlaşma üçün bаşlıcа şərt – bütün bölmələrin strаtеgiyаsını cəmləşdirməkdən  və еhtiyаtlаrın bölüşdürülməsindən ibarətdir. Ingltərə kоmpаniyаlаrındа strateji planlaşdırma zamanı əsas diqqət еhtiyаtlаrın bölüşdürülməsinə yönəldilir.Qeyd olunan problemin Yaponiya iqtisadiyyatındakı tətbiqini təhlil etmək daha maraqlı olar. Yаpоniyа firmаlаrındа isə əsаs məqsədə müvafiq olaraq   strateji planlaşma zamanı   yеniliyi tətbiq  еtmək və məhsulun kеyfiyyətini yüksəltmək ön plana çəkilir. Qeyd edək ki, plаnlаşmаyа həsr еdilən ədəbiyyаtlаrdа bu məvhum üzrə bir sırа mеyllər göstərilir. Оnlаrı ümumiləşdirdikdə plаnаuyğunluq — idаrəеtmənin prinsipi kimi, plаnlаşdırmа — idаrəеtmənin mühüm funksiyаsı kimi, plаn tаpşırıq – idаrəеtmənin mеtоdu kimi, plаnın işlənilməsi və həyаtа kеçirilməsi – idаrəеtmə prоsеsinin məzmununun əsаsı kimi izаh еdilir. Bizim fikrimizcə, idаrəеtmənin bütün səviyyələrində və bütünlükdə idаrəеtmə prоsеsinin səmərəli həyаtа kеçirilməsində plаnlаşdırmа vаcib şərtdir və о, mülkiyyət və idаrəеtmə fоrmаsındаn аsılı оlmаyаrаq vаcib оlаrаq qаlır.Həmin bu işdə plаnlаşmаnın fоrmаlаrının məzmununu аçıqlаmаq lüzumsuz hеsаb еdirik və bu işə izаhаt vеrməyəcəyik. Lаkin хаrici firmаlаrın bu sаhədə iş təcrübəsini ümumiləşdirməklə iхtisаslаşdırılmış və divеrsifikаsiyа оlunmuş (nüfuz еtmiş) kоmpаniyаlаrdа plаnlаşmаnın хаrаktеrik  хüsusiyyətlərinə  nəzər  yеtirmək   lüzumu  vаrdır.Yаpоniyа mütəхəssisləri özlərinin bir sırа firmа və kоmpаniyаlаrındа аpаrdıqlаrı tədqiqаtlаr nəticəsində dаhа səmərəli plаnlаşdırmа mоdеli müəyyən еtmişlər. Bu mоdеl dörd pillədən ibаrətdir:müşаhidələrin «vəzifələrin» fоrmаlаşdırılmаsı;prоblеmin qоyuluşu;uzun müddətli strаtеgiyаnın tərtib edilməsi;qısа müddətli tаktiki plаnlаrın tərtib еdilməsi.Lakin bu modelin tətbiq olunması  bütün firmalar üçün heç də zəruri deyildir. Məsələn, Yаpоniyаnın iri firmаlаrının birində mаrkеtinq fəаliyyəti ilə əlаqəli plаnlаşdırmа prоsеsi аşаqdаkı pillələrdə аpаrılır:1. Kоmpаniyаdаn kənаr məlumаtlаr tоplаnılır;2. Üç аy ərzində qаrşıyа çıха biləcəkn prоblеmlər аşkаr еdilir;3.Kоmpütеrlərin köməyi ilə müхtəlif səpkidə (vаriаntlаrdа) strаtеgiyаlаr müəyyənləşdirilir;4.Uzun müddətli strаtеgiyаyа əsаslаnаrаq hər bölmə və hər bir məhsul üzrə оrtа müddətli plаnlаr işlənib hаzırlаnır.Digər bir misal: Yаpоniyаnın gеniş divеrsifikаsiyа оlunmuş «Hitаchi» firmаsındа plаnlаşdırmа prоsеsi  5 mərhələdə аpаrılır:Kənаr məlumаtlаrın tоplаnmаsı və kоmpаniyаnın fəаliyyətinin təhlil еdilməsi;Strаtеji prоblеmlərin аşkаr еdilməsi;Plаn şöbəsində kоmpаniyаnın məqsədinin və istеhsаl siyаsətinin fоrmаlаşdırılmаsı;Bölmələrin (filiаllаrın, şöbələrin) plаnlаrının işlənib hаzırlаnmаsı;Kоmpаniyа üzrə ümumi plаnın işlənib hаzırlаnmаsı.Strаtеji plаnlаşdırmа mеylinin аşkаr еdilməsi və təhlili, strаtеgiyаdаn əməli fəаliyyətə kеçmək, təcrübə tоplаmаq yоlu ilə divеrsifikаsiyа аpаrmаq firmаnın idаrə еdilməsində bütün prоblеmlərin həllinə yönəldilməlidir.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['strategiya', 'menecment', 'iqtisadiyyat', 'firma', 'təcrübə', 'Yaponiya.']
1,456
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17538/yadda%C5%9F%C4%B1-g%C3%BCcl%C9%99ndir%C9%99n-qidalar.html
Yaddaşı gücləndirən qidalar
MuSHviG
sağlam həyat tərzi
7 dekabr 2014, 17:10
Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var. Məlumata görə 50 yaşını keçən bəzi insanlarda unutqanlıq problemi görülür. Yaddaşı və zəkanı gücləndirmək üçün faydalı hesab olunan B, E və C vitaminlərindən istifadə etmək olar. B vitamini əksik olduqda yaddaş performansı o qədər yüksək olmur. Quru paxlalılar, qatıq, süd, pendir, toyuq yumurtası, yerfıstığı, banan, alma kimi tərkibində B vitamini olan meyvə və tərəvəzlər hafizəni yaxşı formada saxlamağa kömək edir. Onuda qeyd etmək lazımdır ki, qüvvətli zülal qaynaqlarından biri yumurtadır. Bu qida növü də böyümə və inkişafa təsirlidir. Bir sıra mütəxəssislər, irəli yaşlarda xroniki xəstəliyi olmayanların belə yumurta yeməsini təklif edir. Çünki yumurta yaddaşın güclənməsinə yaxşı təsir göstərir. Yaddaşı gücləndirən qidalardan biri alma qabığıdır. Alma qabığının içində olan antioksidantlar hafizə və yaddaş itkinlərinə qarşı qoruyucudur. Gün ərzində bir ədəd alma yemək ümumi sağlamlıq üçün də faydalıdır. Diqqət problemi olanlar isə istəyə uyğu qoz, fındıq və digər çərəzlərdən faydalana bilər. Omega-3 baxımından zəngin olan qoz, fındıq, fıstıq kimi qidalar qavrama problemi olanlara təsirlidir. Kök isə beyinin maddələr mübadiləsini canlandıraraq, xatırlama qabiliyyətini artırır. Həmçinin tərkibində beyinin maddələr mübadiləsini canlandıran fermentlər var. Zəncəfil, avokado və bəzi ədviyyatlar da yaddaşı gücləndirməyə təsirlidir. Mənbə: www.az.med.az
['Alma', 'paxlalılar', 'yaddaş', 'omega', 'ferment', 'beyin.']
1,457
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/17532/italiyada-g%C9%99zm%C9%99li-oldu%C4%9Funuz-6-%C5%9F%C9%99h%C9%99r.html
İtaliyada gəzməli olduğunuz 6 şəhər
Apollon
Ölkələr
6 dekabr 2014, 23:48
İtaliyaya gedib, oranın mədəniyyəti ilə bir neçə gün ərzində tanış olmaq mümkünsüzdü. Təkcə YUNESKO qeydiyyatında olan 47 heykəl, saysız-hesabsız muzeylər, Adriatik dənizinin sahilləri və təbii ki, üzüm bağları. Sizə İtaliyanın ən görməli yerlərini və şəhərlərini təqdim edirik.Turin İtaliyanın avtomobil paytaxtı, FIAT şirkətinin vətəni, 2006cı il qış Olimpiya oyunlarının təşkilatçı şəhəri. Turin- tarixi yerləri, muzeyləri gəzməyi sevən insanlarla yanaşı, şoppinq etməyi sevənlər üçün də əla yerdi. Burada Milanda olan bütün brend mağazalarına rast gələ bilərsiniz, sadəcə növbələrsiz və səs-küysüz. Ən əsası burada qədim xristian relikti olan- Turin kəfəni ilə tanış ola bilərsiniz. Getməli olduğunuz yer: San-Lorenzo kilsəsi. Burada həmin kəfənin surəti ilə tanış ola bilərsiniz.Venesiya        Çoxsaylı reytinqlərə görə planetin ən romantik şəhəri, Venesiya karnavalının vətəni, “Qızıl şirin” məskəni. Çoxları Venesiyaya tanış olarkən burada San-Marko meydanında göyərçinləri yemləyir, kiçik qayıqlarla suda hərəkət edir. Lakin buradakı tarixi abidələri, ustaların bazarlarını və parmezan sarayını yaddan çıxarmaq olmaz.Getməli olduğunuz yer: San-Marko meydanı, Müqəddəs Varnava kilsəsi(İndiana Johns filminin bir hissəsi burada çəkilib), Harry’s BarMilan Dünya dəbinin paytaxtı, brend maqazinlər və butiklərin vətəni, vitrinlərində “Saldi” yazaraq böyük endirim vəd edən mağazalar. Şoppinq həvəskarları üçün əsl cənnət məhz Milandı. Lakin Milan təkcə Gucci və Versacedən ibarət deyil. Burada siz Da Vinçinin “Sonuncu şam yeməyi” freskasına saatlarla tamaşa edə, məhşur opera səhnəsi olan La Skalaya baş çəkə bilərsiniz.Getməli olduğunuz yer: Vittorio Emanuele II qalereyası, Monza avtodromu və butiklərlə zəngin olan “qızıl dördbucaqlı” ərazisi.Roma Romanı bir neçə günə gəzib qurtarmağı ağlınıza belə gətirməyin. Ona görə Romaya gedərkən turları əvvəldən planlaşdırmaq lazımdı. İlk dəfə üçün sizə “Roma küçələri ilə piyada” turunu məsləhət görürük. Bu tur özündə Romanın ən görməli 15 yerini cəmləşdirir.Getməli olduğunuz yer: Əsas ticarət küçəsi olan Via del Korso, Kolizey, Romanın tarixini təqdim edən 5D “Zaman lifti” atraksionFlorensiya Şəhər intibah dövrün incəsənətinin sevərləri və şərab dadından doymayanların məkanıdı. Buradakı Uffizi qaleraysı dünyanın ən zəngin qalereyalarından biri sayılır. Florensiyanın üzüm bağlarında isə daima şərabların dequstasiyası və yeni şərabların təqdimat mərasimləri keçirilir. Əgər siz bu şəhərə ilk dəfə gedirsinizsə, sizə özündə şəhərin ən gözəl yerlərini cəmləşdirən “Florensiya küçələri ilə piyada” turunu seçməyi təklif edirik.Getməli olduğunuz yer: San-Lorenzo bazarı, Santa-Maria-de-Floriya soboru, GilliPalermo Sicilya paytaxtında insanlar sakit şəhər həyatını sürürlər. Bura səs-küysüz, qalmaqalsız şəhərdi. Burada sakitcə şoppinq etmək, gözəl parklarda gəzərək, gördüyünüz hər bir fonta bir neçə qəpik ataraq arzularınınz həyata keçməsini diləmək sizin xatirələrinizdə uzun müddət qalacaq.Getməli olduğunuz yer:  Marionet kuklalar muzeyi, təzə balıq bazarı, Kapusinlərin katakombaları Tərcümə: Rufət Feyzullazadə
['İtaliya', 'şəhərlər']
1,458
https://kayzen.az/blog/%C5%9F%C9%99h%C9%99rl%C9%99r/17533/amsterdama-getm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-5-s%C9%99b%C9%99b.html
Amsterdama getmək üçün 5 səbəb
Apollon
Şəhərlər
6 dekabr 2014, 23:47
Rembradtın əsərlərinə baxmaq, yoxsa Qırmızı fənərlər küçəsi ilə gəzmək? Bərədə yaşamaq və hər gün təzə çiçəyin ətrini hiss etmək, yoxsa, yerli bazarda xırda əşyalar axtarmaq? İcarəyə velosiped götürərək idmanla məşğul olmaq, yoxsa, bütün axşamı kofe mağazalarında keçirtmək? Əgər siz istirahətinizi harada keçirməyinizi bilmirsizsə, onda Amsterdama getməyin əsas səbəblərini oxuyun. Bərədə yaşamaq imkanı Rahat və öyrəşdiyiniz yaşayış yerinizi, ətrafda yalnız suyun olduğu bərəyə dəyişə bilərsiniz. Çox adam həmişəlik buna razılaşmasa da, etiraf edək ki, hamımız istirahətimizi belə keçirmək istərdik. Amsterdamın coğrafi şəraitinə görə orada bərədə yaşayış yeri tapmaq heç də çətin deyil. Amstel Botel kimi 175 nəfərli, bahalı La Maroxidien və normal cibə uyğun olan Maria Alberta bərə-otelləri Amsterdamda fəaliyyət göstərir. Rəssamlar və muzeylər Niderland dünya incəsənətinə Van Qoq, Rembrandt kimi dahiləri bəxş edib. Amsterdamın Dövlət Muzeyinə gedərək Remrandtın işləri ilə yanaşı, çini qablar kimi dekorativ incəsənət nümunələri ilə tanış ola bilərsiniz. Məhşur Van Qoq muzeyində isə, Van Qoq kimi dahi rəssamın işləri ilə yanaşı həm ipressionist, həm də postimpressionist rəssamların işləri ilə tanış ola bilərsiniz. Muzeydə həmçinin Mone, Sera, Tuluz-Lotrek kimi fransız rəssamlarının əl işləri saxlanılır. Bazarlar Amsterdamda bazar cəhətdən heç bir problem yoxdu. Amsterdam bazarların siz ürəyiniz istəyən hər bir şeyi- əntiq əşyalar, kənd məhsulları, geyim, gül tapa bilərsiniz. Əntiq əşyaları ədlə etmək  üçün Art Pleyn Spey və ya De Loira gedə biləsiniz. Şərq dünyasının elementlərini axtarırsınızsa onda Dappermarkt və Keypmarkt bazarları sizə kömək ola bilər. Təzə kənd məhsullarını isə Linderqraxt və Nordenmarktdan əldə edə bilərsiniz.Azad istəklər Amsterdamda yüngül dozada narkotiklər, fahişəxanalar, bircinsli nigahlar qanunidir. Çox adama bu qəribə gəlsə də, insanların azad istəklərindən həzz almaq çox gözəldi. Amsterdama gedərək, yüngül marixuana qəbul edib, Qırmızı fənərlər küçəsindəki “vitrinlər”dəki qızlara baxa bilərsiniz. Əgər siz qəhvə həvəskarısınızsa, onda siz geniş qəhvə assortimenti ilə tanış ola bilərsiz. Lakin qanundan qırağa çıxmamağı unutmayın.Avropanın velopaytaxtı Amsterdam Avropanın velopaytaxtıdı. Burada demək olar ki, bütün rayonlarda velosiped yolları var. Velosiped icarəsi ilə məşğul olan şirkətlər isə onlarladı. Siz icarəyə götürdüyünüz velosipedlə yaxındakı əyalətə gedrək, təbiət qoynunda istirahət edə bilərsiniz. İcarənin qiyməti də baha deyil.
['Amsterdam', 'şəhərlər']
1,459
https://kayzen.az/blog/maraqli-faktlar/17528/%C9%99n-%C3%A7ox-neft-ehtiyat%C4%B1-haradad%C4%B1r.html
Ən çox neft ehtiyatı haradadır?
MuSHviG
Maraqlı faktlar
5 dekabr 2014, 15:57
ABŞ Enerji Nazirliyinə bağlı Enerji İnformasiya İdarəsinin (EIA) və İngilis neft şirkəti BP-nin məlumatlarına görə  dünyada təsdiq edilmiş neft ehtiyatları 1 trilyon 333 milyard barel təşkil edir. Bu ehtiyatların yüzdə 56,6-sı (754.2 milyard barel) Yaxın Şərqin, yüzdə 14,9-u (198.9 milyard barel) Cənubi və Mərkəzi Amerikanın, yüzdə 10,3-ü (136.9 milyard barel) Avropa və Avrasiyanın, yüzdə 9,6-sı (127.7 milyard barel) Afrikanın, yüzdə 5,5-i (73,3 milyard barel) Şimali Amerikanın və yüzdə 3,2-si (42,2 milyard barel) Asiya-Sakit okean bölgəsinin payına düşür.Təsdiq edilmiş neft ehtiyatlarına görə ilk sırada 266,7 milyard ( yüzdə 19,8) barellə Səudiyyə Ərəbistanı dayanır. Bu ölkəni 178,1 milyard barellə Kanada, 136,2 milyard barellə İran, 115 milyard barellə İraq və 104 milyard barellə Küveyt təqib edir. Dünyanın ən böyük iqtisadiyyatı ABŞ 19,1 milyard barel təsdiq edilmiş neft rezerv ilə bu göstəriciyə görə 12-ci, ikinci böyük iqtisadiyyatı Çin isə 16 milyard barellə 13-cü sırada yer alır.Neft istehsalında Rusiya gündəlik 11 milyon barellə ilk sırada olarkən, Rusiyanı 9,9 milyon barellə Səudiyyə Ərəbistanı və 8,5 milyon barellə ABŞ izləyir. Bu ölkələrdən sonra gündəlik 4,1 milyonlu istehsal ilə Çin, gündəlik 3,8 milyon barellə Kanada və gündəlik 3,6 milyon barel istehsal ilə İran gəlir. Azərbaycan 0,9 milyon barellə 22-ci yerdə dayanır.Dünyanın ən çox neft istehlak edən ölkəsi sıralamasında dünyanın ən böyük iqtisadiyyatı ABŞ gündəlik 18,8 milyon barellə ilk sırada yer alır. ABŞ-dan sonra Çin gündəlik 8,3 milyon barel neft və Yaponiya isə gündəlik 4,4 milyon barel neft istehlak edir. Səudiyyə Ərəbistanı gündəlik 6,4 milyon barellə dünyanın ən çox neft ixrac edən ölkəsi olarkən, Rusiya gündəlik 5,4 milyon barellə və İran gündəlik 2,2 milyon barellə Səudiyyə Ərəbistanını təqib edir. Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Barel', 'neft', 'ABŞ', 'istehsal', 'iqtisadiyyat.']
1,460
https://kayzen.az/blog/texnologiya/17527/d%C3%BCnyada-%C9%99n-%C3%A7ox-istifad%C9%99-edil%C9%99n-veb-brauzerl%C9%99r.html
Dünyada ən çox istifadə edilən Veb-Brauzerlər
MuSHviG
Texnologiya
5 dekabr 2014, 15:15
 Brauzerlər müharibəsi veb-brauzer bazarında hökmranlıq uğrunda gedən mübarizədir. Bu termin 1990-cı illərin ortaları və sonlarında sözügedən sahədə hakim mövqe tutan “Microsoft Internet Explorer” və “Netscape Navigator” kimi iki brauzerin rəqib fəaliyyətini izah etmək üçün işlədilir. 2008-ci il sentyabrın 2-də yeni “Google Chrome” brauzerinin ilk ictimai versiyası işıq üzü görüb. Brauzer növbəti bir il ərzində geniş populyarlıq əldə edərək “Internet Explorer” və “Mozilla Firefox”dan sonra üçüncü yerə çıxıb. 2011-ci ilin sonlarında isə artıq “Google Chrome” “Mozilla Firefox”u arxada qoyaraq populyarlığına görə ikinci yerdə qərarlaşıb. Bu brauzer 2012-ci ilin iyun ayında “Internet Explorer”i belə geridə qoyub və bu yarışda birinci olub. Beləliklə, bu sahədə 2013-cü ilin dekabr göstəricilərinə əsasən, populyarlığına görə “Chrome” liderlik edir (43.9%). Onu “Internet Explorer” (25.3%), “Firefox” (20.1%) və “Safari” izləyir. Liderliyin beşliyini digər internet veb-brauzerləri tamamlayır (6.2%). Mənbə: www.ru.salamnews.org
['İnternet', 'şəbəkə', 'brauzer', 'veb', 'dünya.']
1,461
https://kayzen.az/blog/kurdamir/17526/%C3%B6lm%C3%BC%C5%9F-e%C5%9F%C5%9F%C9%99yin-m%C9%99ktublar%C4%B1.html
Ölmüş eşşəyin məktubları
kurdamir
Bloq: kurdamir
4 dekabr 2014, 21:24
     Sevimli eşşəkarısı!Bundan əvvəlki məktublarımda yazdığım kimi ölmüşdüm, amma ölməyimi heç cürə rəsmiləşdirə bilmirdim.Yer üzündə “rəsmən” yaşamaq da, “rəsmən” ölmək də çətindir.Xəstəxananın zirzəmisində mənim kimi bir neçə ölü vardı.Sağ tərəfimdə gənc bir kişi, sol tərəfimdə yaşlı bir qadın uzanmışdı. Gəncdən: — Siz nədən ölübsünüz? – deyə soruşdum. — Özümü öldürmüşəm. – dedi. — Necədir, özünü öldürmək asandımı? — Oho… Özünü öldürmək, intihar etmək qədimdən dəbdədir. İndi intihar etmək yaşamaqdan da çətindir.Mən əvvəlcə özümü dənizə atıb öldürmək qərarına gəlmişdim.Qoca İstanbulun Anadolu sahilini, Rumeli sahilini başdan-başa dolaşdım, sahildə özümü dənizə atmaq üçün bir parça da olsa boş yer tapa bilmədim.İstanbulun bütün dəniz sahilini zənginlər zəbt eləyiblər. Bu yerdə yaylalar, villalar, köşklər, qayıqxanalar, çimərliklər düzəldiblər.Fikirləşdim ki, bəlkə bunlardan biri icazə verər ki, onun sahəsindən özümü dənizə atım.“İnsanlıq naminə buradan özümü dənizə atmama müsaidə edərsinizmi?” deyə soruşdum.“Sən dəli olmusan, bu gözəlliyə tamaşa elə, heç insan da bu gözəllikdən əl çəkərmi? Özünü öldürərmi?” – deyə cavab verdilər.Xülasə aradım, axtardım, dəniz sahilində özümü atmaq üçün bir parça boş yer tapa bilmədim. — Çimərliyə gedəydin. — Axırda elə elədim. Amma çimərlikdə dəniz tapmaq mümkün deyil.“Əlvida ey gözəl dünya!” deyib özümü dənizə atdım. Gördüm ki qarnımın altında bir şey tərpəndi və “aman!!!” deyə qışqırdı.Gözümü açıb gördüm ki, su cəmdəklə doludur.İnsanlar bıçqıl balıq kimi sürü ilə doluşublar suya, heç tərpənməyə yer yoxdur.Özünü suya atanda ya birinin belinə, ya qarnının üstünə düşəcəksən. İndi bildinmi, çimərlik var, amma dənizdə boş yer yoxdur. — Qayığa minəydiniz. — Elə bilirsən minmədim. Qayıqların içində də tərpənmək olmur.Ağzınacan adamla dolu olur. Özünü dənizə atmaq üçün gərək qayığın burnuna gedəsən. Keçə bilsın, igidsən.Əgər birtəhər getmiş olsan da, özünü ata bilməzsən.Çünki əl-qol tərpətmək mümkün deyil. İşdir, şayət özünü atmağa imkan tapsan da, xeyri yoxdur.Ya əlin, ya da ayağın birinə ilişəcək. Burdan da yaxa qurtara bilsən, fərqi yoxdur, səni dənizdən çıxardacaqlar.Sözün qısası, dənizdə intihar etməyə imkan yoxdur. — Bəs nə elədiniz? — Qazla intihar etmək qərarına gəldim. Bütün dostlara, tanış-bilişlərə məktub yazdım.Yazdım ki: “Bizim futbol komandamız çempionluğu əldən verdikdən sonra dünyada yaşamaq mənə haram oldu. Son oyunda da uduzdular.Buna dözə bilmədiyimdən özümü öldürməyi qərara aldım. İnşallah, yaxınlarda görüşərik”.Məktubları yolladım. Qazın ağzını açdım. Yerə uzandım. Yarım saata qədər keçdi.Özümü yaxşı hiss etməyə başladım. Gördüm ki kefim açılır, xoşhallanıram. Nəşələnirəm.Sevinirəm. Bu nədir? Yoxsa insan öləndə də belə gümrahlaşıb sevinir? Əgər bilsəydim ki, ölmək bu qədər ləzzətli imiş, heç əziyyət çəkib yaşayardımmı?Belə fikirləşirdim ki, qapı döyüldü. Düşündüm ki, yəqin inkir-minkir mələklərdir, gəliblər:“Qapını açımmı, açmayımmı” deyə tərəddüd etdim. Ölmüş olduğumdan mən qapını aça bilməzdim. Onlar da mələk olduqlarından qapı-baca bilməz, elə lap divarı yarıb içəri keçə bilərdilər.Elə də oldu. Qapını zorla açıb zorla girdilər içəri. Bir də gördüm mənim məktub göndərdiyim adamların hamısı içəri doluşdu. — Demək, mənim ayrılığıma dözmədiniz, siz də özünüzü öldürdünüz və mənim yanıma gəldiniz Bax dostluq buna deyərəm. — Sən dəlimi olubsan? — Necə? Ölünün də dəlisi olur? — Nə ölü? Sən dipdirisən. — Yox, qardaşlar, mən ölmüşəm, özü də ölməyimdən çox razıyam. — Özünü nə ilə öldürdün? — Qazla. – deyər-deməz qəhqəhəyə başladılar. — A balam, qaz var ki, intihar edəsən? O borudan qaz yox, elə-belə adicə hava gəlir. Həm də tərtəmiz hava.Pulu olmayan xəstələr havalı yerlərə gedə bilmədiklərindən indi burunlarını qaz borularına tutub təmiz hava udurlar.İstanbulda təmiz hava qalmayıb. Maşallah sənin rəngin də düzəlib. Çünki zəhərli qaz əvəzinə təmiz hava udubsan. — Demək belə. Mən də deyirəm görəsən qaz udduqca niyə əhvalım yaxşılaşır, gümrahlaşıram. Özümü ölmüş hesab edirdim…Mən ona qulaq asdıqdan sonra dedim: — Yuxu dərmanları alıb içəydiniz. — Aldım. – dedi. – Siz qəzet-zad oxumursunuz? Qəzetlərdə hər gün yuxu həbləri içib özünü öldürən qızlardan yazırlar. Sonra qeyd edirlər ki, onları ölümdən qurtarıblar.Yalandır. Onları xilas edən-zad yoxdur. İndiki yuxu həblərini özümüzünkülər düzəldirlər.Onun birini içəndə bir həftə yuxun qaçır. Bax təzə həblər belə həblərdir. — Xarici həb alaydınız. — Hardan alım, tapılır ki? İndi xaricdən heç nə almırlar. İndi öz dərmanlarımızı içirik. Nə başını ağrıdım, zəhər içməyi qərara aldım.Hər gün ən təsirli zəhər içdim. Amma gündən-günə yaxşılaşdım. İnanılası deyil, mən zəhər içə-içə pəhləvana döndüm, əlimə keçən şeyi qoparıb qırmağa başladım.Axırda bir həkimə gedib hər şeyi olduğu kimi ona danışdım. O məni dinləyib: — Çox təbiidir, – dedi, – Siz istambullu deyilsinizmi? — Bəli, istanbulluyam. — Sizə zəhər düşür. Əgər siz zəhərsiz, təmiz havalı bir yerə getsəniz, dərhal boğularsınız.İstanbul küçələrində iy verən zibillərə, tozlu-dumanlı havaya alışıbsınız. Təkcə limanın zəhərli suyu kifayət edər, qardaşım, oradan qalxan zəhərli havanı udan adamda nə kişilik qalır, nə də arvadlıq.Sən istanbullu olduğun üçün bədənin zəhərə öyrəşib. Ölmək üçün zəhər içirsən, ancaq, maşallah, gündən-günə gümrahlaşırsan. — Bir ip alıb özünü asaydın, – dedim. — Elə bilirsən, sən deyən kimi eləmədim? Gedib bir yaxşı ip aldım. Özümü tavandan asar-asmaz ip qırıldı. İplər də çürükdür, qardaş. — Damarlarını ülgüclə kəsərdin. — Sultan Əziz də elə eləyib. Amma Sultan Əziz gəlsin, indiki ülgüclərlə damarını kəssin, görüm necə kəsir. Əzizim, indiki ülgüclər adamın saqqalını kəsmir, damar kəsərmi? Hamısı tənəkədi. — Hündür bir yerdən özünü atsaydın necə olardı. — Onu da elədim. Bir neçə uca binanın üstünə çıxdım. İndi İstanbulda torpağı satınalma var, bilmirsən? Mən üst qata çıxana qədər bir də görürdüm torpağı satın alıb alt qatı uçurdular. — Eləsə qardaş, de görüm, özünü necə öldürdün? — Hə, qulaq as, başa salım. İndi intiharın yeganə bir yolu var.Qohum-əqrabadan bir qız varsa, onu ərə verməyə çalış. İndiki kürəkənlər, əgər səbirlidirlərsə, evlənəndən sonra, əgər səbirsizdirlərsə evlənməzdən əvvəl qızın bütün qohum-əqrabasını vurub öldürürlər.Pis niyyətlə yox, məhəbbətlərinin çoxluğundan belə eləyirlər, yaxşılığın əvəzini vermək üçün.Bizim də uzaq qohumlardan birinin qızı vardı. Bir dəliqanlı oğlan qızla evlənmək istədi. Qızın ailəsi, qohum-əqrabası: — Aman Allah. indi biz nə edək? – deyə təlaşa düşdülər. — Qızı verək, canımız qurtarsın, – dedilər.Mən onlara: — Bu, kürəkəndir, qızı versəniz də, verməsəniz də hamınızı qıracaq. – dedim. — İstədiyindənmi? — Canım, istədi, istəmədi, nə fərqi var, buna kürəkən deyərlər. İstəyəni də bizi öldürəcək, istəməyəni də.Qızı verməsəniz, “niyə vermədiniz?” deyib öldürəcək, versəniz, “verdiniz, başımı bəlaya saldınız” deyib öldürəcək.Arvadı saxlaya bilmədimi, öldürəcək, pulu olub kişiliyi olmayanda da öldürəcək, bildinizmi, kürəkəndir bu, hamınızı qıracaq.Qızı verdilər. Kürəkən arvadını apardı. Bütün qohumlara baş çəkdi. — Bax sənin dediyin kimi olmadı, gül kimi dolanırlar. Bir-bir qohumlara baş çəkirlər. — O, qohumları öldürmək üçün seçir, ona görə baş çəkir. Özünüz bir azdan görəcəksiniz.Dediyim kimi də oldu. Kürəkən hamımızı öldürdü. Onun da canı qurtardı, bizim də. — Niyə öldürdü? — Bəlli deyil. “Bir dəfə bıçağı əlimə aldım, sonrasını bilmirəm” deyir. Amma taqsır qızdaydı.Mən ona tapşırmışdım ki: “Amandır, qızım, onun əlinə bıçaq vermə”.Kürəkənlərin əlinə bıçaq keçdimi, qurtardı, nə etdiklərini bilmirlər. Bizim səfeh qız yemək zamanı: “Sevgilim, bu çörəyi kəsərsənmi?” deyib.Kürəkən bıçağı alan kimi gözü qızıb, sonra nə elədiyini yadına sala bilmir. Beləliklə mən o dünyadan buraya gəldim.Sevimli qardaşım Eşşəkarısı, gələcək məktublarımda o birilərinin necə öldüklərini yazacağam.Məktubumu burda qurtarır və gözlərindən öpürəm. Müəllif: Əziz Nesin Tərcüməçi: İsmayıl Şıxli Mənbə: Kitabsayti.com
['hekayələr']
1,462
https://kayzen.az/blog/kitab/17118/biz-niy%C9%99-kitab-oxumal%C4%B1y%C4%B1q.html
Biz niyə kitab oxumalıyıq?
Apollon
Kitablar və mütaliə
4 dekabr 2014, 18:36
Etiraf edirəm ki, mən asılıyam. Bütün həyatım boyu bu asılılıq davam edib. Uşaqlığımdan bəri. Mən asılı olduğuma görə utanmalıyam, amma utanmıram.Mən sadəcə kitab mağazasına qayıdacam. Kitabxanaya qayıdacam. Sonsuz növbəsi olan elektron kitablarımın arasına dönəcəm. Dolu rəflərimin arasına qayıdacam.Onlar məni tanıyır və sevirlər. Burda mənə lazım olan hər şey var. Mən niyə dayanmalıyam?Bəs siz niyə başlamırsınız? Siz çox oxuduqca həyatınız da dəyişəcək. Bu belə baş verir...Siz uğursuzluqlardan, stressdən və sıxıntıdan qaçmağın ən rahat yolunu tapacaqsınız Alkoqola və dərmanlara üz tutmağa ehtiyac yoxdur. Pulunuza qənaət edin. Kitab oxumağa başlayın. Kitabxanalarda keçirin boş vaxtlarınızı. Başqa dünyalara baş vurun. Obrazların həyatını yaşayın. Bu daha ekonomikdir, daha sürətlidir. Kitab oxuyan adama kim yuxarıdan aşağı baxar?Siz ailənizin olduğunun fərqinə varacaqsınız Bilirəm sizin valideynləriniz, qardaşınız, bacınız var, üstəgəl xeyli xala, bibi, əmi, dayı...Bəlkə də yox.Bəlkə siz bu dünyada özünüzü ən tənha biri kimi hiss edirsiniz? Tərk edilmiş.Siz həqiqətən təksiniz, yoxsa özünüzü tək hiss edirsiniz, fərq etməz, yaxşı oxucu olmaqla siz özünüzə qohumlar tapacaqsınız.Bu bəşəri, tamamilə açıq və həqiqətən çox gözəl ailədir. Bu oxucular ailəsidir. Kitabsevərlər. Ədəbiyyat narkomanları. Kitabxana xəstələri. Sən bizlərdən biri olduqdan sonra dünyanın hər küncündə bir doğma qəlbə qovuşacaqsan. Bizim ailədə bir-birini tanımaq üçün bir gizlin işarədən istifadə olunur. Sadəcə kitab götür və oxumağa başla. Tələb olunan budur.Biz səni görəcəyik.Tanıyacağıq.Bizə ehtiyacın olanda yanında olacağıq.Siz qlobal məsələlərin bir parçasına çevriləcəksiniz Kitablar vasitəsilə biz keçmişlə əlaqə qura bilirik. Bundan başqa kitablar mədəniyyətlər, ölkələr, sosial siniflər və qruplar arasında ünsiyyət üsuludur.Kitablar bizə başqa həyatlara girməyə icazə verir.Bəli, bu möhtəşəmdir.Siz heç vaxt başqa biri olmaq, getmədiyiniz yerlərə getmək, öz həyatınızda edə bilmədiklərinizi yaşamaq istəməzdinizmi?Bütün bunlar kitablarda var. Siz hələ gözləyirsiniz?Siz yaxşı danışmağı öyrəcənəksiniz Söz ehtiyatını artırmaq, yazı qabiliyyətini inkişaf etdirmək, qrammatikanı daha yaxşı öyrənmək üçün əvəzedilməz üsuldur oxumaq.Çox oxuduqdan sonra bir dostunuz sosial şəbəkədə yazdığı statusda qrammatik səhv buraxanda siz gülə-gülə onun səhvini düzəldəcəksiniz. Siz həmişə arzuladığınız kimi, “qrammatika kralı” olacaqsınız.Siz növbələri, dayanacaqları və gözləmə zallarını sevəcəksiniz Bu həqiqətən sizin həyatınızda dönüş nöqtəsi ola bilər. Səbirsiz halda bir ayağınızı qaldırıb o birinin üstünə qoyursunuz, dərindən ah çəkirsiniz, qəzəblənirsiniz, narahat olursunuz nəyisə gözləyəndə… bunların əvəzinə sadəcə oxumaq.Siz cibinizdən, yaxud çantanızdan maraqlı bir kitab çıxarmaqla həm əyləncə, həm ünsiyyət, həm də intellektual stimuliyasiya qazanırsınız.Siz daha xoş insana çevriləcəksiniz Bəlkə də siz  daha xoş birisi olmaq kimi bir istəyiniz yoxdur, amma ətrafdakılar bunun əleyhinə olmayacaq.Bəlkə də siz heç vaxt rasizmin, işgəncənin və ya yoxsulluğun qurbanı olmamısınız. Ola bilər ki, siz heç vaxt qarşılıqsız sevgidən əzab çəkməmisiniz. Sizin üçün bəlkə də tənqid etmək şəfqət göstərməkdən daha asandır.Kitablar bütün bunları tamamilə düzəltməyəcək. Amma mühakimə etməmişdən qabaq düşünmək imkanı yaradacaq. Kitabları oxuduqca siz dünyadakı başqa həyatları da görəcəkisiniz. İndiyə kimi haqqında heç nə bilmədiyiniz həyatlar haqda...Sizdə daha güclü anlayış hissi yaranacaq. Daha çox maraq. Daha az “biz onlara qarşı” düşüncəsi, daha çox “biz hamımız birlikdə”.Siz çox şey biləcəskiniz Siz fantastika oxusanız belə mədəniyyətlər, münasibətlər, tarix, qorxu, insan psixologiyası, ruhun müxtəlif təzahürləri, müharibənin nəticələri, dünyanı işğal edəcək robotlar, suda belə öz plaşlarını quru saxlamağı bacaran super-qəhrəmanlar haqda öyrənə biləcəksiniz.Çox bilmək istəyirsiz? Elm-kütləvi ədəbiyyat oxuyun. Tərcümeyi-hallar, tarixi, cari hadisələr haqqında kitablar. Zarafat edirəm, gündəlik hadisələr haqda oxumasanız da olar. Onun əvəzinə tarixi ədəbiyyat oxuyun, bu halda siz müasir dövr haqda daha çox öyrənmiş olacaqsınız.Fəlsəfə. Psixologiya. Memuarlar. “Özün et” kitabları. Siz nəyləsə maraqlanırsınızsa, bu haqda kitablar tapa bilərsiniz.Siz özünüzdə yaradıcı başlanğıc açacaqsınız Siz beyninizi təzə informasiyalarla doldurduqdan sonra, nəsə çox gözəl bir şey baş verəcək.Sizin ağılınız oyanacaq.Əslində, yaradıcılıq — əlaqələri yaratmaq bacarığıdır. Yaratdıqlarına heyran olduğumuz insanlar məhz əlaqələrin yaradılmasıyla məşğul olurlar. Onlarda geniş məlumat bazası var. Onlar poeziyaya elmə sızmağa icazə verirlər. Onlar inanca və tarixə birlikdə çərənləməyə imkan verirlər.  Jurnalist, yazıçı və blogger Enni Müller 
['kitablar', 'kitab oxumaq']
1,463
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17521/q%C4%B1%C5%9F-m%C3%B6vs%C3%BCm%C3%BCnd%C9%99-sa%C3%A7-bax%C4%B1m%C4%B1-yollar%C4%B1.html
Qış mövsümündə saç baxımı yolları
MuSHviG
sağlam həyat tərzi
4 dekabr 2014, 18:04
Qışda baca tüstüləri, ağırlaşan hava, yağış, qar və soyuq havalar sağlamlıqla bərabər saçlara təsirsiz ötüşmür. Soyuq və quru havanın artıq olması daha çox saç kökünün qurumasına, zəifləməsinə və köhnəlməsinə təsir göstərir. Bu baxımdan qış mövsümündə saçlarımızın diqqətə və gözəl düzülüşə ehtiyacı var. Həmçinin külək və havada olan nəm nəzərə alınmaqla saç dərinliyi və saçlarınızın quruması probleminə diqqət yetirmək məsləhətdir. Saç quruluğu elektriklənmədən və ya pis görünüşlü saç saxlamaqdan ola bilər.      Onuda xüsusi ilə vurğulamaq lazımdır ki, havalar saç kökündəki nəmə də təsir edir. Buna görə bu aylarda saç baxımı üçün təbii və nəmləndirici effektə malik məhsullardan istifadə edə bilərsiniz. Daha çox baş nahiyəsini isti saxlamaq lazımdır. Tekstil məhsullarından istifadə edənlər isə bu məhsulların çox möhkəm və bağlı olmamasına, saçların nəfəs almasına və qan dövranının sağlam olmasına fikir verməlidir. Bu sadə prosedurlar saçların yaxşı formada qalmasına kömək edir. Onuda qeyd etmək lazımdır ki, saçları külək və soyuq havadan qoruyarkən oksigensiz tutduqda tökülmə, zəifləmə kimi əlamətlər ola bilər. Buda yaza sağlam və gözəl görünən saçlarla girməyə təsir göstərir.  Ona görə xüsusi ilə qış fəslində saç baxımını imkan daxilində ləngitməmək və onlara yaxşı baxmaq lazımdır. Mənbə: www.az.med.az
['Saç', 'qış', 'problem', 'külək', 'sağlamlıq.']
1,464
https://kayzen.az/blog/turizm/17518/q%C4%B1%C5%9F-t%C9%99tilind%C9%99-g%C9%99zil%C9%99c%C9%99k-avropa-%C5%9F%C9%99h%C9%99rl%C9%99ri.html
Qış tətilində gəziləcək avropa şəhərləri
MuSHviG
Turizm
4 dekabr 2014, 17:40
Çoxlarımızda tətil dedikdə ağıla yaz mövsümü gəlir kimi bir düşüncə hakimdir. Halbuki, bəzi şəhərlər qış aylarında daha gözəldir. Üstəlik bu dövrdə müzeylərda yaranan növbələr daha az, hotel və təyyarə qiymətləri daha ekonomik olur. Turist sayı az olduğundan administratorlar tərəfindən daha çox maraq və əlaqə görəcəksiniz. Qış aylarını bir az da olsun rəngləndirmək, qış tətilində uşaqlarla evə qapanmamaq üçün Lonely Planetin təklif etdiyi, qış mövsümünün ən gözəl yaşandığı şəhərlərə bir göz ataq:Budapeşt, MacarıstanVarosligeti Müjegpalya, şəhərin mərkəzindəki ən böyük park. Qış mövsümündə nəhəng bir buz konkisi sahəsinə çevrilir. Meşə havası ilə tənəffüz edərək edilən buz konkisindən sonra kiçik şəhər kafeləri və termal hamamlar isinmək üçün əla seçimdir. Jasna, SlovakiyaXizək sevənlər üçün ideal şəhərlərdən biri. Alp dağlarındakı sıxlıq və bahalı hotellərin əksinə, burada uyğun qiymətə xizək yamacları, hotellər  və kafelər, bir də Alplarda olmayan gülərüzlü xidmət var. Üstəlik yüksək keyfiyyətdə xizək komandaları və enmə zolaqları mövcuddur. Tatras dağlarının qarlı şam ağacları arasındakı enmə zolaqları ən yaxşı xizək mərkəzlərindəndir.Transilvaniya, RumıniyaMəşhur vampir Kont Drakulanın evi qiş aylarında səyahət edənlər üçün əla seçimdir. Braşov və Sighişoara Drakulanın olduğu, orta əsrlədən qalma iki gözəl şəhər. Boz bir səma, bir az qar və çılpaq ağaclar bu gəzintiyə daha çox məna qatar. Rovaniemi, FinlandiyaLaplandın paytaxtı və Santanın rəsmi evi olması səbəbiylə milad zamanı gəzilməsi lazım olan şəhərlərdən biri Santa Kəndidir. Dünyanın ən maraqlı muzeylərindən biri olan Arktikum muzeyi şimal qütbünə marağı olanlar üçün xüsusilə görməlidir. Muzeydəki donmuş çay diqqət çəkən nöqtələrdən biridir və yalnız qış mövsümündə bu səhnəni görmək imkanınız vardır.Abisko, İsveçŞimal işıqlarının görülə biləcəyi, dünyanın nadir yerlərdən biridir. Üstəlik bu Şimali Skandinaviya şəhərinə avropadan qatarla nəqliyyat mümkündür. Dekabr və Yanvar aylarında tamamilə qaranlıq bir şəhər. Bir neçə həftə boyunca günəş doğmadığından möhtəşəm bir görüntüsü olan şimal işıqlarını izləniləmək imkanınız vardır. Xizək sürmək, haskilerin çəkdiyi xizəklərdə gəzinti də edilə biləcək digər əyləncəli fəaliyyətlərdəndir. İsveçə səyahət edərkən Kirunaya baş çəkib tamamilə buzdan hazırlanmış İcehoteldə gecələmək şansını əldən verməyin. Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Təyyarə', 'qiş', 'şəhər', 'park', 'Macarıstan', 'termal', 'Alp', 'hotel', 'kafe.']
1,465
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17511/komp%C3%BCterin-g%C3%B6z%C9%99-m%C9%99nfi-t%C9%99sirinin-aradan-qald%C4%B1r%C4%B1lmas%C4%B1-yollar%C4%B1.html
Kompüterin gözə mənfi təsirinin aradan qaldırılması yolları
MuSHviG
sağlam həyat tərzi
3 dekabr 2014, 18:41
Hər gün bir neçə saat kompüter qarşısında keçirirsinizmi? İş gününün axırına və bəzən hətta ortasına yaxın aşağıdakı əlamətlər sizə tanışdırmı: — görmə itiliyinin zəifləməsi; — yaxında yerləşən əşyalardan uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik (akkomodasiya pozulması); — əşyaları ikili görmə; — yazı oxuyarkən tez yorulma; — gözlərdə yandırma hissi; — gözə “qum düşməsi” hissi; — göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar; — gözlərin qızarması?Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin əmələ gəlməsinə gətirib çıxarmışdır – “kompüter görmə sindromu” (və ya “yorğun gözlər sindromu”). Bəs kompüterin gözə mənfi təsirinin səbəbi nədir?Ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir.Nə edə bilərik?Əslində, kompyuter qarşısında 3-4 saatdan artıq qalmamalıyıq və hər saatdan bir 20 dəqiqəlik fasilə etməliyik. Əlbəttə, bu çox vaxt mümkün olmur. Kompüterin gözlərə davamlı mənfi təsirini müəyyən qədər azaltmaq üçün isə aşağıdakılara riayət etməniz məsləhətdir:1. İş yerinizi düzgün təşkil edinYaxşı monitor — əsas şərtdir. Müasir və keyfiyyətli, diaqonal ölçüsü 17` və ya 19` (43-48 sm) olan mayekristallı monitor, kağız sənədləri ilə işləyən şəxs üçün ən gözəl seçimdir. Əski elektron şüalı monitorlara nisbətən bu monitorların gözlərə vurduğu ziyan xeyli azdır. Monitorun ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Bu məsafədə yazıları görməyə çətinlik çəkirsinizsə, daha iri şrifti seçin, məsafəni azaltmayın. Şriftin rənginə gəlincə, ən düzgün seçim — ağ fonda qara hərflərdir.Kompüteri elə yerləşdirin ki, pəncərənin işığı monitorun yan tərəfinə düşsün. Ekran üzərinə istər təbii günəş işığının, istərsə də tavan və ya stolüstü lampaların işıqlarının düşməsi parıltı əmələ gətirir. Belə halda monitordakı görüntünün izlənilməsi gözə əlavə gərginlik hesabına başa gəlir. Otaq nə çox işıqlı, nə də qaranlıq olmalıdır, optimal variant – yayılmış sönük işıqdır.Monitorun parlaqlığı otağın işıqlanmasına uyğun olmalıdır. Onu düzgün tənzimləmək üçün ekranda istənilən ağ rəngli görüntüyə nəzər salın, məsələn, Word sənədinin ağ səhifəsinə. Bu səhifə işıqlanan lampanı xatırladırsa, parlaqlıq azaldılmalıdır. Əksinə, səhifə tutqun və boz görünürsə, parlaqlığı artırın. Bundan sonra kontrastlığı tənzimləyin – adətən daha kontrast görüntü daha məsləhətlidir.Monitorun masada həddən artıq aşağı səviyyədə yerləşdirilməsi də tez-tez rast gəlinən səhvlərdən biridir. İstifadəçi buna fikir verməsə də, görüntünü dəqiq görmək üçün başını və belini əyməli olur. Nəticədə boyun əzələləri gərginləşir, onurğa sütunu həddən artıq yüklənir, beyinin qanla təminatı zəifləyir, baş ağrıları və digər narahatlıqlar əmələ gəlir. Bu halın qarşısını almaq üçün monitoru elə yerləşdirin ki, onun mərkəzi gözlərinizin səviyyəsində və ya bir qədər aşağıda olsun. Klaviatura isə düz monitorun qarşısında olmalıdır – onların biri birinə qarşı çəpinə yerləşdirilməsi daha bir səhvdir.Ekranın tam təmiz və ləkəsiz olması mütləq şərtdir. Bunun üçün ən azı həftədə bir dəfə onu xüsusi maye və salfetlərlə silib təmizləyin.2. Gözlər üçün gimnastik hərəkətlərHər saatdan bir qısa fasilə edin – ayağa qalxıb gəzişin, gözləriniz üçün 5 dəqiqəlik xüsusi gimnastika edin: — başınızı çevirmədən bir neçə dəfə sağa-sola baxın; — yenə də başınızı hərəkətsiz saxlayaraq baxışınızı bir neçə dəfə yuxarı-aşağı yönəldin; — gözlərinizlə dairəvi hərəkətlər edin — əvvəl saat əqrəbi istiqamətdə, sonra isə əks istiqamətdə (başgicəllənmə ehtimalı olduğuna görə bu hərəkətləri oturaq vəziyyətdə edin); — gözlərinizi mümkün qədər geniş açın, sonra isə mümkün qədər möhkəm yumun, bu hərəkətləri surətlə edin; — pəncərəyə yaxın durun, şüşə üzərində olan bir nöqtəyə diqqətlə baxın, sonra isə baxışınızı çox uzaqda olan bir obyektə yönəldin.Bu hərəkətləri hər istiqamətə 6 dəfə və ya daha artıq yerinə yetirin.3. Düzgün və çeşidli qidalanmaDüzgün və tam dəyərli qida gözlərin sağlam olması üçün vacib şərtlərdəndir. A, S, E vitaminləri, eləcə də kalium, kalsium, sink mikroelementləri insan gözü üçün xüsusi əhəmiyyət kəsb edir. Vitamin A — kahı, göy noxud, yemiş, pomidor, soğan, kəsmik, kərə yağı, qara ciyərin tərkibində, vitamin E isə tərəvəzlər, paxlalı bitkilər, göyərti, bitki yağları, balıq tərkibində mövcuddur. İtburnu, qarağat, sitrus meyvələri, kələm vitamin S ilə zəngindir.Gözlər və bütün orqanizm üçün daha bir xeyirli məhsul — provitamin A (karotin) mənbəyi olan kök və xüsusilə kök şirəsidir. Qara gavalı və ərik qurusu, kişmiş və bal – kalium, süd məhsulları isə kalsium ehtiyacını ödəyir.4. Profilaktik tədbirlərÇobanyastığı və yaşıl çay paketlərindən kompreslər gözlərin yorğunluğunu alır, qıcıqlanmasını azaldır.Apteklərdə göz üçün olan xüsusi vitamin və mineral kompleksləri satılır ki, onları da həkimlə məsləhətləşdikdən sonra ildə 1-2 dəfə kurs şəklində qəbul etmək olar. Balıq piyi qözlər üçün çox xeyirli hesab olunur. Balıq piyi preparatları da ildə bir neçə dəfə kurs kimi içmək olar.Unutmayın, iş vaxtınızı kompüter qarşısında keçirirsinizsə, ildə 1 dəfə həkim-oftalmoloqun qəbuluna yazılın və gözlərinizi müayinədən keçirin. Problemlərin ilkin mərhələdə erkən aşkar olunması profilaktik və müalicəvi tədbirlərin effektivliyini artırır.Mənbə: www.saglamolun.az
['Göz', 'oftalmoloq', 'vitamin', 'həkim', 'sağlamlıq.']
1,466
https://kayzen.az/blog/stil/17509/tonal-kremin-d%C3%BCzg%C3%BCn-se%C3%A7ilm%C9%99si.html
Tonal kremin düzgün seçilməsi
Gülnar
Yaraşıqlı görünüş, gözəl imic
3 dekabr 2014, 13:30
Qızlar, bu topikdə düzgün, cildə uyğun tonal kremin necə seçilməli olduğundan bəhs edəcəm. Bu barədə internetdə türk dilində və ya başqa xarici dillərdə məlumat əldə edə bilərsiz təbii. Amma mən bunları ümumiləşdirib öz təcrübəmi də əlavə edəcəm və sizə qaranlıq qalan cild alt tonuna uyğun tonal kremi seçməkdə kömək edəcəm.  Tonal krem seçimində yanılmaq tez-tez rast gəlinən səhvlərdəndir. Nəzərə alsaq ki, az pul da vermirik. Ona görə gəlin seçimimizi şüurlu edək. Tonal kremləri (foundation cream), eləcə də corrector, consealer (göz ətrafı qüsurları üçün istifadə olunur), BB cream, CC cream kimi cild məhsullarını alarkən cildimizin təkcə qaraşın, sarışın və ya ağbəniz olmasına görə seçim etmək düzgün deyil. Aşağıdakıları nəzərə almaq lazımdır: Cildin tipiTonal kremin tipiCildin alt tonuCildin rəngiİnsanın dərisinin hansı cild tipinə aid olması genetik faktorlardan daha çox asılıdır. Ancaq ekoloji vəziyyət, hormonal dəyişikliklər, tibbi müdaxilələr, kosmetik məhsullardan yanlış istifadə və s. səbəblərdən asılı olaraq cild tipi dəyişə bilər. Cild tipləri çox fərqlidir, lakin ümumiləşdirilmiş şəkildə cildin aşağıdakı tipləri fərqləndirilir: quru, yağlı, normal və karma cild. Quru cild  — Yuyandan sonra gərilən, qızaran cild tipidir. Tez qırışır, həssasdır. Belə cild tipiniz varsa çox su içməyə çalışın, üzünüzü çox isti və ya çox soyuq su ilə yumayın. Nəmləndirici kremdən istifadə edin və kosmetik məhsullarınızı düzgün seçin.Yağlı cild  — Cild parlaq görünür, qara nöqtələr və məsamələr olur. Yağlı olmasına baxmayaraq, belə cildləri də nəmləndirmək lazımdı. Təmiz saxlanmalıdır. Sabunla yuyulmamalıdır. Onun yerinə yağlı dəri üçün olan təmizləyici gel istifadə edin. MəsələnNormal cild  — Bəxtəvərlərin cild tipi:) Məsamələr olmur, cildin təbii parlaqlığı olur, qüsurlar olmur və ya çox az olur.Karma cild (combination skin)  — Üzün dərisi bəzi hissələrdə quru, bəzi hissələrdə isə yağlı olur. Çənə və «T zonası» deyilən burun, alnın bir hissəsində dəri yağlı olur, göz ətrafı və yanaqlarda isə quru. Bu dəri tipinə qulluq etmək çətindi. Belə ki, yağlı və quru bölgələrə müvafiq olaraq yağlı və quru dərilərə uyğun qulluq etmək lazımdır. Cild tiplərini ayırdıq, keçək onlara uyğun tonal krem seçməyə. Deməli, tonal kremlərin sulu (water based), yağlı (oil based), pudralı (powder based), susuz (water free), yağsız (oil free) növləri olur. Bu sözlər adətən ingilis dilində olmaqla, tonal kremlərin üzərində yazılır. Bu yazıları mütləq oxuyun və dərinizin tipinə uyğun olanı seçin. Yağlı tonal kremləri quru cildlilər istifadə etməlidir. Sulu tonal kremlər quru cildə meylli normal cildlər üçündür. Water based tonal kremlərin adına baxanda yağlı dərilər üçün olduğu düşünülsə də, tərkibində az da olsa yağ olduğu üçün quru dərilər və karma dərilər üçün uyğundur. Pudralı tonal kremlər yağlı və yağlılığa meylli cild tiplərinə uyğundur. Pudralı, toz məhsullar cildi qurudur. Aydındır ki, belə tonal kremləri quru dəriyə istifadə etmək dərini daha da qurudar. Yağsız tonal kremlərdən adından da göründüyü kimi yağlı və sivilcəli cildi olanlar istifadə etməlidir. Əgər yağlı və ya karma cildiniz varsa gedib oil based tonal kremlər almayın ki, keyk feys (cake face) olmayasınız. Susuz tonal kremlər isə qalıcılığı çox olan tonal kremlərdir və tez-tez istifadəsi düzgün deyil.   Tonal kremlərin aşağıdakı tipləri var: 1) Maye tipli tonal kremlər (Liquid foundation)- Adından göründüyü kimi su kimi axıcı kremlərdir.  Ən geniş yayılmış tipdir demək olar. İstifadəsi çox rahatdır, adətən şüşə qablarda olur. Belə tonal kremlərdən demək olar ki, bütün cild tiplərinə uyğun olanını tapmaq olar. Fırça ilə, süngərlə və ya əllə istifadə oluna bilər. Fırça və süngərdən istfadə edirsinizsə onları tez-tez təmizləyib yumağı unutmayın. Əks halda süngərdə toplanmış mikroblar dərinizə keçib xoş olmayan nəticələr yarada bilər. Örtücülüyü orta səviyyədə olur adətən.                 2) Krem tipli tonal kremlər (Cream foundation) — Quru və normal dərilər üçün uyğundur. Çünki içində yağ və nəmləndirici maddələr çoxdur. Digər tonal kremlərə nisbətən daha qatıdır. Ləkə və qüsurları bağlama xüsusiyyəti çoxdur. Daha çox qış aylarında və axşam makyajında istifadə etmək məsləhətdir.   3) Stick tonal kremlər — Tərkibində yağ və rəng piqmentləri olur. Bunların da tərkibi krem kimi olur. Belə tonal kremləri çox ləkəli cildlərdə istifadə etmək lazımdır.Tərkibindəki rəng piqmetnləri dərini eyni rəngdə saxlamağakömək edəcəkdir. Qırışıqlıqları olan və yaşlı dəridə isə stick foundation qırışıqlıqları daha da qabarıq göstərəcəkdir.Ona görə belə cildiniz varsa üzərindən pudra da vurun. Yağlıya meylli normal cildlər üçün uyğundur.      4) Krempudra (Powder or compact foundation) - Adından da göründüyü kimi həm pudra həm tonal kremdir. Makyaja çox vaxt sərf etmək istəməyənlər üşün yaxşı seçimdir. Asan olması, ikisi birində tərkibi ilə cəlbedici olsa da, məncə daha çox yağlı cildlərə uyğundur. Çünki tərkibində yağ azdır. Əgər quruya meyllinormal cildiniz varsa və ya quru cildiniz varsa cildi qurudar və üzdəki qırışları göstərə bilər. Belə tonal kremlərin toz halındavə sıxışdırılmış formada (şəkildəki kimi) olanları olur. Toz halında olanlar fırça ilə, sıxışdırılmış olanlar süngərləistifadə edilməlidir. Süngəri əgər azca isladıb istifadə etsəniz daha yüngül təbəqə əldə edə bilərsiniz.              5) Köpük tonal kremlər (Mousse foundation) — Maye tonal kremlər kimidir sadəcə köpüklü formada. Çəkdikdən bir neçə dəqiqə sonra üzdə oturur və pudramsı görünüm verir. Çox yüngül təbəqə halında olduğundan qırışıqlıqları bildirmir və cildin rəngini eyniləşdirərək, bötüv hala gətirir. Yaşlı və quru cildlər üçün yaxşı seçimdir.                 Bir də rəngli nəmləndirici (tinted moisturizer) deyilən bir şey var. Bunlar nə tonal kremdir nə də bb və ya cc krem. Tonal kremlər qədər örtücü, ləkə bağlayıcı xüsusiyyəti yoxdur. Daha çox isti havalarda, ürəyimiz çox makyajdan istifadə etmək istəməyəndə yaxşı seçim ola bilər. Cildi nəmləndirir və bir az da rəng qatır. Ton seçimləri genişdir.  Gəldik cildin alt tonu məsələsinə. Bəli cildin gözümüzə görünən rəngindən başqa alt tonu da olur. Bu barədə çox adam bilmir və ya eşitsə də ciddi yanaşmır. Amma nahaq yerə. Geyindiyimiz paltardan, ziynət əşyasından tutmuş kosmetik məhsullara qədər cild alt tonumuzdan asılı olaraq bizə yaraşan və yaraşmayanı ola bilir. Məsələn, iki qaraşın qızdan birinə sarı rəng yaraşmasına baxmayaraq, digərinə yaraşmaz. Və ya hərdən eşidərik bu paltar sənin rənginə düşür. Bunların səbəbi cildimizin alt tonundadı, yoldaşlar.       Cild alt tonu üç cür olur:               Soyuq (cool və ya rosy) - Mavi, qırmızı, çəhrayı, bənövşəyi rənglər yaraşır belə adamalara.İsti (warm və ya yellow) - Qəhvəyi, sarı, qızılı, narıncı, koral, bej, zeytun yaşılı rənglərin adamları.Neytral (neutral) — İki tonun qarışığıdır. Hər rəng yaraşır onlara.  Cildinizin alt tonunu müəyyən etməyin bir neçə üsulu var. İndi bunu və ya bunu oxuyaraq əvvəlcə alt tonunuzu tapın. Warm alt tonuna sahibsinizsə bej, bronz, buğdayı, karamel, bal rənglərinə yaxın tonal kremlər seçin. Üzərində «rosy» yazılan tonal kremi almayın, «creamy» yazılana baxın. Cool alt tonuna sahibsinizsə «rosy» yazılan tonal kremlər sizin üçündür. Çünki belə tonal kremlərdə çəhrayı baza rəngi kimi istifadə olunur. Neutral alt tondasınızsa hər iki tonal kremdən cildinizə daha çox uyğun olan tonu seçə və ya bir neçə tonal kremi qarışdırıb öz kreminizi yarada bilərsiniz. Tonal kremin hansı cild alt tonuna aid olması onların üzərində göstərilmir çox vaxt. Göstərilsə də bu hər markada fərqli və qarışıq ollur. Misal üçün, «MAC»ın ten məhsullarında bu kodlar «W» (warm), «C» (cool) «N» (neutral), NW (neutral warm), «NC» (neutral cool) kimi göstərilir. «Loreal» -da isə «R» soyuq, yəni cool, «D» isti, yəni warm alt tonunu bildirir.   Deməli, alt tonumuza uyğun tonal kremi özümüz seçməli oluruq. Belə seçimi etməyinizi asanlaşdıracaq ipuclarını da verim: — Tonal krem və digər ten məhsulları almaq üçün kosmetika dükanına gedərkən üzünüzdə tonal krem və ya digər rəngləndirici kremlərin, kirşanın olmamasına və cildin təmiz və nəmləndirilmiş olmasına fikir verin. — Tonal kremi yuxarıda yazılanlara əsasən seçdiniz tutaq ki, uyğun tonu tutmaq üçün əlinizə, biləyinizə, alnınıza yox, üzlə boynun birləşdiyi yerə, çənə sümüyünün üstündən boğaza doğru vurub yoxlayın. — Bu zaman mağazanın işıqları yanıldıcı ola bilər. Ən düzgün effekt gün işığında bilinir. Ona görə tonal kremi vurub mağazadan çıxın və gün işığından baxın, əgər cildinizə süni qalmırsa, cake face olmamısınızsa, tonu uyğun gəlirsə və üz dərisindən seçilmirsə, ləkə varsa ləkəni bağlayırsa doğru yoldasınız demək:) — Əgər bundan sonra da əmin olmamısınızsa test kimi çəkdiyiniz həmin tonla gedin gün ərzində başqa işlərinizin ardınca. Gün ərzində qərar verin bəyəndiyinizə. Belə olanda tonal kremin strukturu (yağlı olması, üzdə quruyub qurumaması, qırışları bildirib bildirməməsi) də aydın bilinəcəkdir. — Mağazadakı işçilər çox vaxt işi tələsiyə gətirir və düz kömək etmirlər. Hamısına aid deyil amma çoxusu belədir. Xüsusilə də endirim vaxtlarında  adam çox olur və bütün alıcılara lazımi vaxt ayrılmır. — Tonal krem almağa gedəndə ağ köynək və ya paltar geyinsəniz yaxşı olar. Belə olsa kənar rənglər düzgün tonu seçməyinizə mane olmaz. «MAC» məhsullarında cool warm məsələsibir az qarışıqdı, tərsinədir belə deyək:) Yuxarıda da qeyd etdiyim kimi,  «W» (warm), «C» (cool) «N» (neutral), NW (neutral warm), «NC» (neutral cool)  cildin alt tonunu bildirən kodlardır MAC-da. Ancaq burada məsələ ondadır ki, C isti alt tona sahib olanlar üçün, W isə soyuq alt tonlular üçün nəzərdə tutulub. Daha çox rast gəlinir «NW»  və «NC» kodlarına. Bunlardan birincisi soyuğa meylli neytral tonlar, ikincisi isə istiyə meylli neytral tonlar hesab olunur. Hətta deyilənə görə, buradakı N hərfi «not» sözünün baş hərfidir və uyğun olaraq «not warm» və «not cool» deməkdir. Buna görə bizə tərs gəlir. MAC kodlarını ümumiləşdirilmiş şəkilsə göstərsək: C — «Cool» (Soyuq) — Sarı/zeytuni alt tonu üçündür. NC - “Neutral Cool” (Neytral soyuq) — qismən isti alt tonu üçündür.NW - “Neutral Warm” (Neytral isti) — Qismən soyuq, çəhrayı alt tonu üçündür.N - “Neutral” (Neytral) — Neytral alt tonu üçündür.W - “Warm” (İsti) — Soyuq, çəhrayı alt tonu üçündür. Qeyd: Tonal kremi istifadə etməmişdən əvvəl dərinizi yenə cild tipinizə uyğun aldığınız nəmləndirici kremlə nəmləndirməlisiniz.  Bundan başqa, tonal kremlər, eləcə də nəmləndirici və digər kremlər alarkən xüsusilə də yay aylarında SPF faktorun olmasına diqqət edin. SPF (sun protective factor) günəşdən qoruma faktorudur. Əgər çox şəkil çəkdirəcəyiniz bir yerə gedirsiinizsə, kremdə SPF-in çox olmamasına diqqət edin. Çünki SPF işığı yansıtma xüsusiyyətinə malikdir və üzünüz şəkildə çox ağ, flash düşmüş kimi çıxa bilər.  Yazıdan istifadə edilərkən mənbəyə (kayzen.az) istinad edilməsi xahiş olunur.
['Cildin alt tonu', 'tonal krem', 'dəri', 'tonal krem seçimi', 'tonal kremlər', 'tonal kremdən istifadə', 'makiyaj', 'makiyaj sirləri', 'make-up', 'makeup', 'makiyaj hiylələri']
1,467
https://kayzen.az/blog/edebiyyat/17507/jiddu-kri%C5%9Fnamurti-ilk-v%C9%99-son-azadliq.html
JİDDU KRİŞNAMURTİ-“İLK VƏ SON AZADLIQ”
MuSHviG
Ədəbiyyat
2 dekabr 2014, 22:08
Jiddu Krişnamurti ( 1895-1986), Hindistan əsilli məşhur filosof, natiq və yazıçıdır. 14 yaşında, “Teosophical Society” tərəfindən “dünya müəllimi “seçilmişdir. Həyatını, bütün dünyanı dolaşaraq, insanlarla həyata və dünyaya dair söhbətlər edərək keçirmiş, lakin onları hansısa bir dinə çəkməmişdir. Dünya üzərindəki milyonlarla insan, fərqindəliyin işığını yaymağa çalışan bu insandan çox şey öyrənmişdir. “İlk və son azadlıq” kitabında, Jiddu Krişnamurtinin  müxtəlif  mövzular barədə fikirləri ilə tanış ola bilərsiniz.KİTABDAN SEÇMƏLƏR: “Sevgi haqqında” Bir çoxumuz üçün sevgi nə anlam daşıyır? Birinə sevdiyimizi dedikdə nəyi nəzərdə tuturuq? O insana sahiblənməyi nəzərdə tuturuq. Bu sahiblənmədən də qısqanclıq yaranır, onu itirsəm, nə baş verər? Özümü boş, kimsəsiz hiss edərəm, ona görə də bu qısqaclığı qanuniləşdirirəm, ondan bərk-bərk yapışıram. Bir kimsədən bərk yapışmaqla, həmin insana sahiblənməklə qısqanclıq, qorxu və saysız-hesabsız münaqişələr yaranır. Belə bir sahiblənmənin sevgi olmadığı açıq-aşkardır, elə deyilmi? Həssaslıq və emosionallıq eqoizmin bir növüdür. Hisslərlə dolu olmaq sevgi deyil, çünki həssas insan hisslərinə cavab almadıqda, öz hisslərini ifadə edə bilmədikdə qəddar bir adam ola bilər. Sentimental, öz dini uğrunda göz yaşları tökən bir insan, sevgi hissindən məhrumdur. Əsl hörmət olmayan yerdə sevgi yoxdur, istər xidmətçiniz olsun, istərsə də dostunuz olsun, əgər siz ona hörmət etmirsinizsə, burada sevgi yoxdur. Özünüzdən aşağı hesab etdiyiniz qulluqçunuza qarşı sayğılı, mərhəmətli və səxavətli deyilsiniz, bunu nə vaxtsa müşahidə etmisiniz? Siz ancaq özünüzdən yüksəkdə duran şəxslərə hörmət edirsiniz: müdirinizə, milyonçuya, böyük evi olan adama, yüksək titullu insana, sizə yüksək vəzifə verə bilən adama hörmət edirsiniz. Ancaq sizdən vəzifəcə aşağı olanları vurursunuz, onlarla danışmağa xüsusi diliniz var. Ona görə də hörmət olmayan yerdə də sevgi yoxdur, mərhəmət, şəfqət, rəhmdillilik olmayan yerdə sevgi yoxdur.Əgər həqiqətən də hörmət edirsinizsə, o zaman ən aşağı təbəqəyə də yüksəkdəkilərə qoyduğunuz hörmətlə yanaşın: belə olmadığınız müddətcə sevgi də olmaz.«Nəyin axtarışındayıq?» Problem ondadır ki, biz çox səbrsizik. İrəli getmək, bir nəticə əldə etmək istəyirik, ona görə də özümüzü incələməyə, nə də dərk etməyə vaxtımız var. Buna  alternativ olaraq, müxtəlif fəaliyyətlərə daxil oluruq- pul qazanmağa, uşaqlarımızı böyütməyə çalışırıq. Özümüzdən o qədər uzaqlaşmışıq ki, özümüz haqda düşünməyə, özümüzü müşahidə etməyə, öyrənməyə vaxtımız yoxdur. Özünü dərketmənin bir sonu yoxdur – bu məsələdə bir uğur əldə edə və ya bir nəticəyə gələ bilmərsiniz. O sonu olmayan bir çaydır. İnsan onu öyrəndikcə, ona daldıqca, hüzur tapar.«Özünü dərk etmək» Özünü dərk etmə prosesi bizə başqa bir insan tərəfindən aşılana bilməz, hansısa bir kitabdan yararlanaraq bunu əldə də bilmərik. Onu kəşf etməliyik, kəşf etmək üçün də ortada niyyət, axtarış, araşdırma olmalıdır. O öyrənmə, dərin şəkildə araşdırma zəif olduğu və ya ümumiyyətlə olmadığı zaman səthi şəkildə özünü dərk etmə istəyinin də bir mənası yoxdur. Cəsarət çox vacibdir, bu insanı azad edir. Ancaq cəsarətlə kəşf edə bilər, yaşaya bilərsiniz. Yaradıcılıq ancaq insanın özünü dərk etdiyi zaman var.«Təhsilin Funksiyası» Zəkanın nə olduğunu bilirsiniz? Əlbəttə, azad şəkildə, qorxmadan, heç bir düstura bağlı olmadan düşünmə tutumudur ki, beləcə nəyin gerçək, nəyin doğru olduğunu öz-özünüzə öyrənməyə başlayarsınız. Lakin qorxsanız, əsla ağıllı ola bilməzsiniz. Maddi və ya mənəvi hər cür ehtiras narahatlıq və qorxu doğurur. Bu səbəblə, ehtiras sadə, açıq, bilavasitə və ağıllı bir zehin yaratmağa kömək etməz. Həyat çevirdiyimiz bu çirkin şey deyil, həqiqətən çox gözəl bir şeydir və onun zənginliyi, dərinliyi, qeyri-adi gözəlliyini, ancaq hər şeyə qarşı – təşkilatlı dinlərə, adətə, bugünkü çürümüş cəmiyyətə – üsyan edəndə təqdir edə bilərsiniz  və beləcə, insan olaraq həqiqəti öz-özünüzə öyrənərsiniz. Təqlid etmək deyil, kəşf etmək – təhsil budur, elə deyilmi? Cəmiyyətinizin,valideynlərinizin və ya müəllimlərinizin sizə dediklərinə qulaq asmaq çox asandır. Bu etibarlı və asan bir varolma yoludur, amma yaşamaq deyildir. Çünki içində qorxu, çürümə və ölüm vardır.Yaşamaq, həqiqəti öz-özünüzə tapmaq deməkdir və bunu ancaq azad olanda, daxilinizdə içə çevrili daimi bir inqilab olanda edə bilərsiniz.«Tanrıya inanmaq haqqında» Bəs həqiqət nədir? Tanrı nədir? Tanrı söz deyil, cisim də deyil. Ölçülməyəni, zamana aid olmayanı bilmək üçün ağıl zamandan asılı olmamalıdır və bu da ağlın bütün düşüncələrdən, tanrı haqqındakı fikirlərdən qurtulması anlamına gəlir. Tanrı və ya həqiqət barəsində nə bilirsiniz? Bu həqiqət haqqında heç nə bilmirsiniz. Bütün  bildiyiniz sözlər,  başqalarının təcrübələri,  ya da daha özünüzün belə anlamadığınız təcrübələrdir. Bu, qətiyən tanrı deyil, həqiqət deyil, zamandan kənarda deyil. Zamandan kənarda olanı bilmək üçün zaman prosesi, yəni düşüncə, nəsə olma prosesi, bilik anlaşılmalıdır. Bu, ağlın arxa planıdır. Ağlın özü arxa plandır. Şüurlu və şüursuz, həm kollektiv, həm də fərdi. Bu səbədən ağıl bilinəndən azad olmalıdır ki-bu da ağlın tamamilə səssiz olması deməkdir-tanrını dərk etsin.«Münasibətdə olmaq və yalnızlaşma» Sərhədləriniz olduğu müddətcə- dini, milli, sosial və ya iqtisadi sərhədlər –dünyada heç bir zaman sülh ola bilməz. Bu danılmaz bir faktdır. Güc axtarışında olmaq təbii olaraq həm də yalnızlıq deyilmi? Məncə, bunu anlamaq vacibdir, çünki sülh dünyası, müharibələrin, dəhşətli qırğınların və saysız-hesabsız səfalətlərin olmadığı bir dünya istəyən insan bu vacib məsələni anlmalıdır,elə deyilmi? Sevən, mehriban insanın hakimiyət hissi olmur və buna görə də belə bir insan hansısa bir milliyətə, bayrağa bağlı bir insan deyil. Onun bayrağı yoxdur. Milliyətçilik bir bəladır,çünki milliyətçilik, patriotçuluq ruhu ilə o insan təcrid divarı quracaqdır. Ölkəsinə o qədər bağlıdır ki, başqalarına qarşı divar hörmüşdür. Bir şeyə qarşı divar hörsəniz, nə baş verər? Həmin o şey daima divara çırpılmağa davam edər. Bir şeyə müqavimət göstərdiyiniz zaman həmin müqavimət onu göstərir ki, siz digəri ilə qarşıdurmadasız. Beləliklə də təcridolunma prosesi olan və güc axtarışının nəticəsi olaraq meydana gələn milliyətçilik də dünyada sülh yarada bilməz. Milliyətçi olan və qardaşlıqdan danışan adam yalançıdır, paradoksal həyat yaşayır. İnsanın bir başqasıyla münasibət quraraq özünü dərk etməsi vacib məsələdir. O zaman bu münasibət təcridedici bir proses deyil, öz məqsədlərinizi, öz düşüncələrinizi, öz amalınızı kəşf etdiyiniz bir hərəkət olar və o kəşfin özü azadlığın və dəyişmənin başlanğıcını qoyar.«Milliyətçilik haqqında» Milliyyətçilik, çöl dünyada insanlar arasında ayrılıqlara, sinifləndirmələrə, savaşlara və çöküşə gətirib çıxarır; əgər diqqətlə baxsanız, bunun belə olduğunu görərsiniz.«Dua və meditasiya haqqında» İnsan özünü dərk edəndə doğru düşünür və əməlləri də doğru olur.«Müharibə haqqında» Müharibənin səbəbi əlbəttə ki, güc, mövqe, prestij və pul arzusudur; bundan əvvəl milliyətçilik adlanan xəstəlik, yəni bir bayrağa tapınmaq; bir də mütəşəkkil din adlanan xəstəlik, hansısa bir doqmaya tapınmaq da müharibəyə səbəbdir. Bütün bunlar müharibənin səbəbləridir; siz bir fərd olaraq mütəşəkkil dinlərdən hansısa birinə mənsubsunuzsa, güc arzulayırsınzsa, qısqancsınızsa,  sonu çürümə olan cəmiyyət yaratmağınız qaçınılmazdır. Ona görə də hər şey sizdən asılıdır, liderlərdən deyil. Bütün bunlar sizdən və məndən asılıdır, amma belə görünür ki, biz bunun fərqində deyilik. Bir dəfə atdığımız addımın məsuliyyətini hiss etsək, bütün bu müharibələrə, bu qorxunc səfalətə necə də tez son qoyardıq. Dünyada sülh yaratmaq, bütün müharibələri dayandırmaq üçün hər bir fərd, siz və mən iç dünyamızda inqilab etməliyik. İç dünyada bu inqilab olmadan iqtisadi inqilabın mənası yoxdur, çünki aclıq psixoloji hallarımzın – acgözlük, qısqanclıq, ədavət və sahiblənmə kimi – yaratdığı iqtisadi şərtlərin nəticəsidir. Kədərə, aclığa, müharibəyə son vermək üçün psixoloji bir inqilab olmalıdır, amma çox az insan bunlarla üzləşməyə hazırdır. Sülh haqqında müzakirə apara, yeni qanunlar hazırlaya, yeni birliklər yarada bilərik, Birləşmiş Millətlər və s. kimi… amma sülhə çata bilmərik, çünki vəzifəmizdən, hakimiyyətimizdən, pulumuzdan, mülkümüzdən, axmaq həyatlarımızdan əl çəkmək istəmirik. Başqalarına bel bağlamaq, çox faydasızdır; başqaları bizə sülhü gətirə bilməz. Heç bir lider, heç bir hökümət,  heç bir ordu, heç bir ölkə sülhü bizə verə bilməz. Sülh ancaq içdə olacaq və bu da çöl dünyada bir çevrilmə yaradacaq. İç dünyada çevrilmə təcrid olunmaq deyil. Əksinə, ancaq düzgün düşüncə olduğu zaman düzgün əməl oluna bilər; özünü dərk etmə olmadığı zaman düzgün düşüncə də olmaz. Özünü dərk etmədən sülh ola bilməz. Çöl dünyadakı müharibəyə son vermək üçün öz içinizdəki müharibəyə son verməyə başlamalısınız. Sizlərdən kimsə başını aşağı salaraq «razıyam» deyəcək və çölə çıxıb son 10 ya da 20 ildə etdiyinizi yenə də təkrarlayacaqsınız. Razılığınız  sadəcə sözdədir və bunun heç bir mənası yoxdur, çünki dünyadakı səfalət və müharibələr sizin heç bir məna kəsb etməyən razılığınızla dayanacaq deyil. Onlar yalnız təhlükənin fərqinə vardığınız zaman, məsuliyyətinzin fərqinə vardığınız zaman, onu başqa birisinin öhdəsinə buraxmadığınız zaman duracaq. Əzabın fərqinə varsanız, təxirəsalınmaz işlərin vacibliyini görsəniz və onu təxirə salmasanız, o zaman özünüzü dəyişdirə bilərsiniz; sülh ancaq hüzurlu olduğunuz zaman, qonşunuzla sülh şəraitində olduğunuz zaman yaranar.«Var olan» a təslim ol. Biz var olanı anlamaq, dərk etmək istəmirik, var olana önyarqı, qınama, eyniləşdirmə eynəkləri ilə baxırıq; var olana baxmaq üçün bu eynəkləri çıxararaq baxmaq çox çətindir. Şübhəsiz ki, var olan həqiqətdir, doğrudur və bundan başqaları qaçışdır, həqiqət deyil.Var olanı anlamaq üçün ikiliyin mübarizəsi sona çatmalıdır, çünki var olandan başqa bir şey olma şəklindəki mənfi reaksiya var olanın anlaşılmasını inkar edir. Qınamadan, ya da bir ad qoymadan dərk etməliyik. Davamlı olaraq, qınayan və etiketləyən bir zehin dərk edə bilməz; sadəcə içində saxladığı bir şeyi anlaya bilər. Var olanı anlamaq, dərk etmək, var olanın fərqində olmaq fövqəladə dərinlikləri ortaya çıxarır. Həqiqət, xoşbəxtlik və sevinc buradadır.Mənbə:www.fitret.az 
['Filosof', 'din', 'sevgi', 'təhsil', 'tanrı', 'həqiqət', 'xoşbəxtlik', 'natiq.']
1,468
https://kayzen.az/blog/texnologiya/17502/frans%C4%B1z-alimin-d%C3%BCnyan%C4%B1-heyr%C9%99tl%C9%99ndir%C9%99n-layih%C9%99si.html
Fransız alimin dünyanı heyrətləndirən layihəsi
MuSHviG
Texnologiya
2 dekabr 2014, 17:24
Elektrik mühəndisi fransız Jeron Michaud-Lariviere yaratdığı yeni elektrik ağacı layihəsi ilə qısa müddətdə dünya medyasının gündəminə oturdu. Belə ki, onun yaratdığı ağac külək enerjisini elektrikə çevirir. Elektrik ağacın yarpaqları küləyin istiqamətindən asılı olmayaraq dönür və elektrik istehsal etməyə davam edərək elektrik istehsalını daimi hala gətirir. Jeron  elektrik ağac yaratmaq fikrinin sakin bir gündə küçədən keçərkən ağac yarpaqlarının uçuşmaya davam etdiyini gördüyü zaman ağlına gəldiyini söylədi.Elektrik ağacları küləyin sürəti saatda 7 kilometrdən az olduqda belə fəaliyyət gösərərək elektrik istehsal edə bilir. Beləliklə, bu ağaclar il boyu külək turbinləri ilə müqayisədə 2 dəfə çox elektrik verə bilir.Hər biri bir neçə küçənin elektrik lampalarını işıqlandıra bilən və bir neçə elektrikli avtomobilini enerji ilə yükləmək iqtidarında olan bu ağaların dəyəri 30 min Euro’dur. Elektrik ağacları 2015-ci ildə satışa çıxarılacaq.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Elektrik', 'ağac', 'kilometr', 'euro', 'avtomobil', 'lampa', 'küçə', 'enerji', 'texnologiya.']
1,469
https://kayzen.az/blog/fotosessiya/17499/tarixd%C9%99n-yadigar-qalan-maraql%C4%B1-fotolar-2-ci-hiss%C9%99.html
Tarixdən yadigar qalan maraqlı fotolar (2-ci hissə)
MuSHviG
Fotosessiya
2 dekabr 2014, 09:24
Bitls qrupunun üzvü Con Lenonun öz fanatı Mark Cepmen tərəfindən qətlə yetirilmədən öncə istifadə etdiyi eynək. Nyu-Yorkda mobil hovuz, 1960-cı il.Ernesto Çe Gevaro və Fidel Kastro balıq tutarkən, 1960-cı il.Şərq Körfəzinin Əjdahaları, ilk qaradərili baykerlər klubu, Kaliforniya, 1960-cı illər.Çox qısa bir müddətdə məşhurlaşan Bitls qrupunun üzvləri Alderson klubunda rəqs edərkən, 1961-ci il.Test pilotu George Aird, İngiltərədə F1-lə uçuş həyata keçirərkən.Yaponiyada səhər qatarı, 1964-cü il.Sovet əsgəri tankı daşlayan gənci təqib edərkən, Praqa şəhəri, 1968-ci il.Alanloq kopüter, 1968-ci il.Kinorejissor Spielberq məşhur İndiana Jones filminin çəkilişini həyata keçirərkən, 1980-ci il.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Kinorejissor', 'analoq', 'Sovet', 'qatar', 'pilot', 'Bitls', 'maraqlı', 'tarixi.']
1,470
https://kayzen.az/blog/texnologiya/17498/cheeta-robot-b%C9%99bir-robot.html
Cheeta Robot - bəbir robot
MuSHviG
Texnologiya
2 dekabr 2014, 08:26
Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yerləşən və nobel laureatlı məzunları ilə məşhur olan Massachusetts Texnologiya İnstitunun tətqiqatçıları yeni nəsil robot yaradıblar. Belə ki, institutun tətqiqatçıları 5 il davam edən qızğın elmi və təcrübi araşdırmalardan sonra ərsəyə gətirdikləri və Cheeta Robot adını verdikləri bu robot son texnologiyalara əsaslanaraq hazırlanmışdır. Cheeta Robot ən əsas xüsusiyyətləri isə onun saatda 16 kilometr sürətlə qaçması, 40 santimetr hündürlüyü olan maneədən tullanması və 15 dəqiqə dayanmadan qaçmağı bacarmasıdır. Tətqiqatçılar hazıladıqları robotu batareya mənbəli enerjidən istifadə edərək bunları edə bilən ilk robot hesab edir. Robotun hazırlanması Amerika Birləşmiş Ştatlarının hərbi tətqiqatlar bürosu tərəfindən maliyyələşdirilmişdir. Cheeta Robotun protez ayaqlar üçün də yeni bir ilham mənbəyi olacağı gözlənilir.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Boston', 'bəbir', 'təcrübə', 'texnologiya', 'robot.']
1,471
https://kayzen.az/blog/video-bloq/17493/m%C3%B6ht%C9%99%C5%9F%C9%99m-motivasiya.html
Möhtəşəm Motivasiya
ORIGINAL
Video Bloq
30 noyabr 2014, 21:54
İngilis dilində olan möhtəşəm motivasiya edici videodan tərcümənin yazısını və azərbaycanca subtitr əlavə edib redaktə etdiyim videonu sizə təqdim edirəm. Sənə onsuzda bildiyin bir şeyi başa salım Dünya həmişə günəşli və göy qurşağılı deyildir. Dünya çox çətin və pis bir yerdir. Sənin necə düşündüyün onun heç vecinə də deyil. O səni diz çökdürmək istəyir. Ona icazə versən səni yerə sərəcək. Sən, mən ya da başqa heç kimsə həyat qədər sərt vura bilməz. Amma,önəmli həyatın sənə necə vurduğu deyildir,önəmli olan sənin aldığın zərbələrə rəğmən irəliləyə bilməyindir. Ancaq belə qazana bilərsən. Acı keçicidir. Acı bir dəqiqə,bir saat,bir gün,hətta bir il sürə bilər.Amma acı sonunda dinləcəkdir.Və başqa bir şey acının yerini alacaqdır.Dinləməkdən də imtina  edərsənsə bu sonsuza qədər sürər. Çox kiçik bir səhv.Demək istədiyim odur ki, yarım addım tez ya da gec atdıqda bacarmaya bilərsən. Yarım saniyə yavaş ya da sürətli olduqda nail olmayacaqsan.Santimetrlər bizə ətrafdakı hər şeydə gərəklidir. Bir xəyalın varsa,onu qorumalısan. İnsanlar bir şeyi etməyi bacara bilməyəndə,sənin də edə bilməyəcəni deyərlər. Əgər bir şeyi istəyirsənsə get və al.Bu qədər. Qətiyyən, səhv etməkdən qorxma.Həmişə nail olmasan da, uğursuzluqların qərarını dəyişdirməsin. Fərqli bir şeylər edə biləcəyinə inanmalısan.Edə biləcəyəni desələr də, edə bilməyəcəyini desələr də. “Həmişə uğur qazanmaq istəyirəm” deyirsən,amma uğursuzluq istəmirsən Sən sadəcə istəyirsən. Partidə uğursuz olmaq istəmirsən. Keyfli olmaq istədiyin qədər istəmirsən. Yatmaq istədiyin qədər bacarmaq istəmirsən. Ən dərindəki qorxularmız zəif deyildirlər,ən dərindəki qorxularımız gücümüzün kənarındadılar.Bizi ən çox qorxudan bizim ışığımızdır,nəinki qaranlığımız. Dərininə enməlisən,lap dərininə.Özünə soruşmalısan.Kim olmaq istəyisən? Səni nəyin xoşbxət etdiyini özündə tapmalısan.Bunun başqa insanlara axmaq görünə bilməsinin də heç bir əhəmiyyət yoxdu. Bir seçim et,sadəcə qərar ver.Nə olacaqsan? Bunu necə edəcəksən? Kim olacaqsan? Sadəcə qərar ver. Niyə də olmasın? Niyə də liqanın ən yaxşı oyunçusu olmayım? Mən bir səbəb görmürəm.Niyə? Niyə də bacarmayım ki?! Önəmli olan sənin nə qədər sərt vurduğun deyil.Önəmli olan sənin necə vurulduğun və buna baxmayaraq ayağa qalxa bilməyindir. Ayağa qalx,Ayağa qalx. Ayağa qalx! Və əsla təslim olma. Burada da qala bilərik və özmüzü xərcləyə bilərik.Ya da savaşaraq işığa geri dönərik.Cəhənnəmdən dırmanaraq çıxa bilərik.Hər dəfə bir santimetr dırmanmaq hər an mümkündür. Nə olacaqsan? Bunun üçün nə fəda edəcəksən? Uğur qazana bilmirsən,çünki öyrənirsən,yorulursan və dərhal təslim olursan. “ Mən riyaziyyatdan yaxşı deyiləm” .Sən haqqlısan,çünki heç vaxt öyrənmədin. “Mən şeir yaza bilmirəm”. Çünki əvvəllər heç bunun üçün yazı yazmağa belə cəhd etmədin. Sən doğulandan istedadlısan.Sadəcə sən bacarığını saatlarla çalışaraq inkişaf etdirə bilərsən. Əgər sən kimlərinsə həyatını daha yaxşı edə bilmirsənsə, deməli sən sadəcə vaxtını itirirsən. Məğlubiyyətçün ağlama,davam etmək üçün ağla.Onsuzda acı çəkdin,onsuzda yıxıldın.Bunun əvəzini al.Əgər sənin üçün nəyin dəyərli olduğunu bilirsənsə,get və onu al. Amma çətinliklərə baxmayaraq,sənin istəkli olmağın vacibdir.Və hədəfinə çatmadıqda heç kimi günahlandıra bilməzsən.Bunu qorxaqlar edər.Sən qorxaq deyilsən.Sən daha yaxşısan! Hər gün yeni bir gün.Hər an yeni bir an.Elə isə indi get və onlara kim olduğunu göstər.Elə indi! Mən sizə göstərəcəm,mən necə möhtəşəməm! Müqəddəs Luke əsərinin 17-ci fəsilində qeyd edir: “İnsanın içindəki Tanrının Krallığı” Bu nə bir insanın içindədi,nə bir qrup insanın içində.Bütün insanların içindədi,elə sənin də! Sən,ey İnsan,sən bir möhtəşəm gücə maliksən. Sənin gücün texnika yaradır. Gücün xoşbəxtliklər yaradır. Sən,ey İnsan.Sahib olduğun bu güc həyatı daha azad və daha da gözəl edir. Bu də həyatı əsrarəngsiz bir macəra edir. Sən indi nə edəcəksən?!  Tərcümə etdi:Musalı Azər  P.S. Azərbaycan saytları arasında bu post ilk dəfə kayzen.az saytında paylaşılır.Xahiş olunur digər saytlar copy-paste edərkən istinad etsin. 
['motivasiya', 'uğur', 'video', 'tərcümə', 'original']
1,472
https://kayzen.az/blog/fotosessiya/17486/tarixd%C9%99n-yadigar-qalan-maraql%C4%B1-fotolar.html
Tarixdən yadigar qalan maraqlı fotolar
MuSHviG
Fotosessiya
30 noyabr 2014, 16:17
1. Tutanxamon məzarının açılmamış möhürü, 1922-ci il ( 3,245 il toxunulmaz qalıb) 2. Karl Akeleyin üzərinə hücum edən bəbiri çılpaq əlləri ilə öldürdükdən sonra verdiyi poza, 1896-cı il.3. Princeton tələbələri qartopu oyunundan sonra, 1893-cü il.4. Birinci beynəlxalq Vimbeldon turniri5. Fabrik işçiləri Fiat Fabrikinin damında test yarışı keçirərkən, Turin, İtalya, 1923-cü il.6. İlk uçuş simulyatoru, 1942-ci il.7. Coca Cola ilk dəfə Fransada təqdim edilərkən, 1950-ci il.8. 5 Meqa Baytlıq sərt diskin Panam təyyarəsinə yüklənməsi, 1956-cı il9. Yuta ştatının maşınları Avtokinoteatrda «On Əmir» filmini izləyərkən, 1958-ci il.10. Odri Hepbern maralı İp ilə alış-veriş edərkən, 1958-ci il.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Avtoteatr', 'Yuta', 'sərt disk', 'Fransa', 'Fiat', 'bəbir', 'maraqlı.']
1,473
https://kayzen.az/blog/fotosessiya/17488/mercedes-benz-vision-gran-turismo-m%C3%BCk%C9%99mm%C9%99l-dizayn.html
Mercedes BENZ Vision Gran Turismo - Mükəmməl Dizayn
MuSHviG
Fotosessiya
30 noyabr 2014, 16:06
            Mənbə:www.wikipediatrade.com  
['Mercedence', 'BENZ', 'Gran Trurismo', 'foto', 'motor. Avtomobil.']
1,474
https://kayzen.az/blog/texnologiya/17487/iphonenun-gizli-imkan%C4%B1.html
iPhone'nun gizli imkanı
MuSHviG
Texnologiya
30 noyabr 2014, 15:55
Proqramçı İvo Leko «iPhone»da gizli imkanlar aşkarlayıb. O, “alma” aparatlarının qeyri-adi imkanlarını "YouTube" videoçarxında nümayiş etdirib. «iPhone 4» və maqnitdən istifadə edən ixtiraçı smartfonun ekranındakı ondan 20 santimetr məsafədə yerləşən maqnitin hərəkətini tam olaraq təkrarlayan kiçik obyekti idarə etməyi öyrənib. Təcrübə sübut edib ki, «Apple» telefonu dördkünc maqnit parçasını təkcə müstəvi üzərində deyil, həm də fəzada idarə edə bilir. Belə ki, «iPhone»nin qoyulduğu stolun üstündəki maqnit azacıq qaldırıldığı zaman telefonun ekranındakı obyekt də rəngini daha solğun rəngə dəyişərək ”qalxıb”. Stola toxunduqda isə «kursor” rəngini qırmızıya dəyişib.Virtual obyektin kontaktsız idarə texnologiyası „iPhone“də quraşdırılan sensorlar vasitəsilə həyata keçirilib. Bundan sonra maqnit stol səthinə toxunduğu zaman obyekt rəngini dəyişib. Leko hesab edir ki, „iPhone“ sensorlarının qeyri-standart istifadəsi qacet imkanlarını genişləndirə bilər. Məsələn, maqnit əlcəklərdə mətn yığımı üçün virtual klaviaturalar, oyun kontrollerləri və ya jestlərin tanınması üçün sistem yaradıla bilər.İxtiraçı məktub və şəkil üçün maqnit qələmlərin yaradılmasını da mümkün hesab edir. Mənbə: www.salamnews.org/az
['Maqnit', 'kursor', 'stol', 'kontakt', 'Apple', 'smartfon', 'texnologiya.']
1,475
https://kayzen.az/blog/fotosessiya/15828/g%C3%B6z-ox%C5%9Fayan-az%C9%99rbaycan.html
Göz oxşayan Azərbaycan
_BUMERANQ_
Fotosessiya
29 noyabr 2014, 16:54
Təbiəti sevirəm, elə bu səbəbdən hardasa 1 il əvvəl (daha dəqiqi 22.09.13) ən çox sevdiyim mənzərələri toplayıb topik halında nəşr etmişdim. Topikdə dünya ölkələrindən ən çox bəyəndiyim mənzərələr toplanmışdı. Və o topikə gələn bir irad nəticəsində (bizim özümüzdə bunlardan da gözəl mənzərələr var) bu topiki hazırlamaq qərarına gəlmişdim. İnternetdə gəzdim, dolaşdım… qarşıma çıxan ən gözəl şəkilləri bu topikə yığdım. Müəyyən vaxt aldı, amma yenə də etiraz edib, yox bizim bölgədə lap gözəl görüntülər var desəniz, sizə iki təklifim olacaq: 1. Bacarırsınızsa, şəkli topikin şərhinə əlavə edin; 2. Alınmırsa, şəxsi mesajla mənə göndərin topiki redaktə edib əlavə edim. Məqsədim, ölkəmizin ən gözəl yerlərini bu topikdə görüb gözlərimizi "şənləndirməkdi". :) Bakı İçərişəhərin qala divarları Bizim Xəzər Qəbələ İsmayıllı Quba İlisu şəlaləsi, Qax rayonu Şəki Zaqatala Lənkəran Gədəbəy
['mənzərələr', 'fotopost']
1,476
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17471/q%C4%B1%C5%9F-f%C9%99slind%C9%99-sa%C4%9Flam-qalma%C4%9F%C4%B1n-sirrl%C9%99ri.html
Qış fəslində sağlam qalmağın sirrləri
Cavid
sağlam həyat tərzi
27 noyabr 2014, 13:02
Yəqin ki qış vəslində coxunuz xəstələnirsiz. Qış fəslində bu məsləhətlərə əməl etsəniz, xəstələnməyəcəksiniz, əhvalınız yüksək olacaq, qara ciyəriniz ağrımayacaq və nəhayət, üzünüzdən təravət yağacaq. Qara ciyər üçün B-8 vitamini müasir insan üçün olduqca vacibdir. Digər adı inozitol olan bu maddə qara ciyəri alkoqolun, dərman vasitələrinin (antibiotik və hormonal vasitələr) zərərli təsirlərindən qoruyur. İnozitol, həmçinin qara ciyər ətrafında piy qatının yaranmasının qarşısını alır.  Bədəndə inozitol çatışmazlığı qan təzyiqi və həzm pozğunluğuna səbəb olur. Brokkoli kələmi bu maddə ilə zəngindir.  Dəri üçün B-10 vitamini və ya paraaminobenzoy turşusu insan dərsini ətraf mühitin zərərli təsirlərindən qoruyur. Soyuqdəymələr dövründə bu maddəni qəbul etmək önəmlidir. Maddə bədəni infeksiyaların qarşısını alan qoruyucu zülal interferonun formalaşmasına yardım olur.  Qoz, yumurta sarısında bu maddə zəngindir.  Əhvalın yaxşı olması üçün  Qışda küçələr qaranlıq və və soyuq olanda insan əhvalı ciddi səbəb olmadan yüksələ bilmir. İşdə heç bir iş görməyə həvəs olmur. Hər şey olduğu yerdə qalır. Hər şeyin səbəbi B-1 vitamini çatışmazlığıdır. Bu vitamini daima bərpa etmək lazımdır.  Noxud, lobya, ispanaq, qarabaşaq yarması, mal əti, yumurta kimi qidalar B-1 vitamini ilə zəngindir.  Zəkanın və bədənin gümrahlığı üçün  Bu vitaminin adını dilə gətirmək çox çətindir — siankobalamin. B-12 adı ilə də məşhurdur. Funksiyası isə sadə və anlaşılandır. Qandakı oksigenin miqdarını artırır, insanı anemiyadan xilas edir. Qışda hava daha çox çirkli olduğu üçün qanda oksigenin miqdarı azalır. Bu, insanın gümrahlığına da mənfi təsir göstərir.  Göy soğan, süd məhsulları, ördəyin qara ciyərində bu maddə zəngindir.  Mənbə: milli.az
['qış', 'Sağıamlıq', 'fəsillər', 'xəstəliklər']
1,477
https://kayzen.az/blog/kino/17382/cerard-batler.html
Cerard Batler
Apollon
Kino
26 noyabr 2014, 20:04
Söyüşcül, avara və keçmişində əyyaş olan, lakin qızların sevimlisi və istedadlı aktyor Cerard Batler. Bu dəfə ondan danışacağıq, həm də özü barədə özü danışacaq...Şotlandiyalı aktyor 13 noyabr 1969-cu ildə dünyaya göz açıb. Kaliforniyada isə onun başına əcaib hadisələr gəlib. Məsələn, o, xuliqanlığa görə bir neçə dəfə həbs olunub. Hətta bir dəfə əsl canilərlə bir kamerada əli qandallı “oturub”.Cerri yalnız 30 yaşında spirtli içki qəbulunu dayandırıb. Bir dəfə isə o, paparasini döyüb. Bununla belə, Cerri layiqli cəzasını almayıb və azadlığa buraxılıb.Bəs Batlerdə tamaşaçıları nə cəlb edir? Bəlkə, istedadından başqa, həm də elə dikbaşlığı, acı dilliyi, kobudluğu? Axı başqa istedadlı aktyorlar da az deyil.Bir dəfə yaşlı qadın ona yaxınlaşaraq deyir: — Bağışlayın, sizə mane olmaq istəməzdim. — O zaman mane olmayın! Qadın getməyə hazırlaşarkən Batler onu saxlayır: — “Qızıl moruq” antimükafatına layiq görülmüşəm. Sevincimdən az qala ağlayacağam. Bu, mənim üçün minus işarəli “Oskar” mükafatına bərabərdir. Bəlkə, özümü asım? Nə deyirsiniz? Qadın hündürboylu, cüssəli, kobud gülüşlü, yaşıl-göy gözlərini əsəbiliklə ora-bura tərpədən və şotland aksenti ilə danışan aktyorun hərəkətlərini anlamır və belə deyir: — Mən, sadəcə, sizə pərəstiş edirəm. Siz mənim qəlbimi fəth etmisiniz. Bu şərab şüşəsinin üzərinə avtoqraf qoya bilərsiniz? Cerri avtoqraflı şüşəni qadına geri qaytararaq onu möhkəm qucaqlayır.  Qadın isə onun iri qollarının arasında əriyir. Bax, bəlkə də, buna görə Batleri sevməyə dəyər.“Şotlandiyada yaşadığım vaxtlarda başqa oğlanlardan heç nəylə fərqlənməzdim. Lakin Amerikaya gəldikdən sonra özümü daha çox kişi kimi və güclü hiss etdim.Mən müxtəlif insanlarla oturub nahar edirəm. Məsələn, Ceyk Cillenhol, Riz Uizerspun, Kameron Diaz bu sıraya aiddir. Mən onlarla oturub sadəcə nahar edirəm, bu qədər və daha heç bir şey. Onda belə çıxır ki, əgər mən itimlə gəzintiyə çıxıramsa, demək, itlə də intim münasibətlərə daxil oluram?  Qlazqoda heç kim aktyor olmağa can atmır. Əgər aktyor olmaq istəyinizi bilsələr, əmin olun ki, sizi sarsaq hesab edəcəklər. Mənim üçün isə fərqi yoxdur. Çünki aktyorluq mən istəyən məşğuliyyətdir.Özümə çox vaxt ayırmağı sevirəm. Ağlıma gələn hər bir dəliliyi etməyə hazıram. Tanımadığım və heç vaxt olmadığım yerlərə səyahət etməyi sevirəm… Zənnimcə, bu, reallıqdan qaçmaq üçün yeganə çıxışdır.Subay qalmağım təəccüblü gəlməməlidir. Sadəcə, mən bir yerdə uzun müddət qala bilmirəm.Ətrafda olan insanlar uzun müddət mənim xoşbəxt olduğumu düşünüb, lakin bu heç də belə olmayıb. Ancaq indi həqiqətən də xoşbəxtəm və bunu kiminləsə bölüşmək istəmirəm.Həyatda məqsədimə gəldikdə, deyə bilərəm ki, təvazökarlığa nail olmaq istəyirəm.Öpüş — köhnə həyatın sonu, yeni həyatın isə başlanğıcıdır.Qadını xoşbəxt edə bilmirsən? Onda başqasının xoşbəxt etməsinə də mane olma!Bilirsiniz, nə maraqlıdır? Az öncə otel nömrəsində prodüser və ssenaristlə birgə oturmuşdum və söhbət edirdik. Və onlardan kimsə mənə dedi: “Başa düşürsən, həyat çox qəribədir. Sən indi sağsan, lakin yarım saatdan sonra küçəyə çıxanda başına nə gələcəyini bilmirsən və üstündən avtobus keçə bilər!”. Mən isə gülərək cavab verdim ki, mən yarım saatdan sonra küçəyə piyada çıxmayacağam,  mən yalnız limuzinlərdə  gəzirəm.Vəkil ola bilmədiyim üçün gecələr, az qala, yata bilmirdim. Həyatımda bir çox şeylərə görə peşmanam. Ancaq indi şükür edirəm ki, yaxşı ki, həyatımı hüquqşünaslıq sahəsində məhv etmədim. Kino aləminin dərinliyinə getdikcə seçimimi nə dərəcədə düzgün etdiyimi anlayıram. Sanki, ömürlük həbs cəzasından möcüzəvi şəkildə qaça bilmişəm.  Biz şotlandlar kobud zarafatlar etməyi xoşlayırıq. Hətta sərhədləri də aşırıq… Ac qal, ancaq zarafatlarından qalma. Ancaq mən Amerikada bu zarafatlardan nadir hallarda istifadə edirəm. Elə olur özümü saxlaya bilmirəm və zarafat edirəm. Amerikalılar isə heyrətlə, gözləri bərəli halda mənə baxır.  Çünki belə açıq zarafatlara öyrəşməyiblər. Bu tipli zarafatlar bir çoxları ilə münasibətlərdə özünümüdafiə rolunu oynayır. Əslinə qalsa, Hollivuda gəlməzdən əvvəl “ictimaiyyət arasında özünü aparmaq və davranmaq” qaydalarını öyrənmişəm. “Lara Kroft” filmində aktrisa Ancelina Coli ilə kiçik bir epizodda oynadım. Mətbuat konfransına yığışmışıq, yanımda Coli, zalda isə jurnalistlər əyləşiblər. Oturub mənasız suallara cavab verməyin çox darıxdırıcı olduğunu düşündüm, söhbətə kiçik bir yumor qatmaq istədim. Lənətə gəlsin, yenə də haradasa səhv etdim. Yaxşı ki, Coli sözlərimdən incimədi, lakin mətbuatdan “töhmət aldım”.Biz kişilər bir qədər sekspərəst və şovinistik. Kişiləri dəyişmək mümkün deyil. Biz həqiqətən də, qadınların xarici görünüşünə çox diqqət ayırırıq, seks haqqında çox düşünürük. Daim hər hansı bir qadını intim münasibətlərə cəlb edəcəyimiz haqda düşünürük.  Ancaq etiraf edək ki, qadınlar da tez-tez bu haqda düşünür, elə deyilmi?..Qadının gözəl olmağı yaxşıdır.  Hələ bir üstəlik ağıllı, karyeralı və hər şeyi idarə etmək yanğısı olan qadın isə… bu, artıq dəhşətdir! Kişilər üçün gözəl və silahsız qadın qədər cazibəli heç nə ola bilməz. Gəlin bu ifadəyə bir qədər düzəliş edək: öz gözəlliyindən bixəbər olan qadın kişilər üçün daha cazibədardır!Sarı mətbuata qalsa, mən Kameron Diazla evli olmuşam, indi isə Cennifer Enistonla səcdəgaha getməyə hazıram. Mətbuata inansaq, mən məhrum Merlin Monroya da evlilik təklif etmişəm. Əvvəllər bu kimi xəbərlərə əsəbiləşərdim, indi isə sözün düzü lağa qoyuram. Məni kinoda tərəf müqabilim olan bütün aktrisalarla evləndirirlər. Cennifer Enistonun isə heç bəxti gətirmir. Şayiələrə inansaq, onun başına daha faciəli işlər gəlir: hamiləlik, gənc sevgili, məxfi keçirilmiş nişan mərasimi, ayrılıq,  bir daha hamiləlik.Rejissor Qay Riçinin “Rok-n-rolçu” filminin çəkilişi gedirdi. Çox pis xəstələnmişdim və filmdə tərəf müqabilim Tendi Nyuton mənimlə yataq səhnəsində çəkilmək istəmirdi. Bu zaman çəkiliş meydanına Riçin arvadı Madonna gəldi. Əlində iynə vardı və dedi: “Burada kim xəstədir?”. O, iynəni mənim yumşaq yerimə vurdu. Düzdü, iynədən sonra vəziyyətim yaxşı olmadı, əksinə, daha da pisləşdi. Lakin yenə də sağ olsun.Edinburqda adlı-sanlı firmaların birində iki il vəkillik üzrə praktika keçmişdim.  Vəkillər kollegiyasının nümayəndəsi olmağa iki həftə qalmış məni firmadan qovdular və üzərimdən xaç çəkdilər. Bu, mənim həyatımda yaşadığım ən pis anlardan biri idi. Axı mənim valideynlərim mənə böyük ümid bəsləyirdi və bu pis xəbəri onlara necə deyəcəyim haqda düşünürdüm. İndi isə o hadisələr yadıma düşəndə fikirləşirəm ki, məni firmadan qovan insanları tapsam, yanaqlarından öpərdim.  Anam mənə və 3 uşağına həm analıq, həm də atalıq edib. Atam iki yaşıma kimi bizimlə yaşayıb. O, bir də mənim 16 yaşım olanda peyda oldu. Mənimlə görüşmək istəyirdi. Yaxınlıqdakı restoranda gözləyirdi. Atamla görüşdən sonra göz yaşlarımı saxlaya bilmirdim. Sən demə, bu illər ərzində içimdəki ağrı yığılıb qalmışdı və sonda dözə bilmədim. Mən Qlazqoda universitetdə oxuyanda atamda xərçəng xəstəliyi aşkar edildi. Son günlərini yanında keçirtdim. Bu, həm ona, həm də mənə lazım idi...  Mən də ömrümün son günlərini atam kimi keçirtmək istəyirəm. O, sonadək yumor hissindən məhrum olmadı. Atam məsuliyyətli və uğurlu insan deyildi, lakin o, son dərəcə hazırcavab və şən idi.Bir gün restorana qızla getmişəm. Mən ayaqyoluya gedəndə, o da ayağa qalxıb ayaqyoluya getdi. Ayaqyoludan qayıtdıqdan sonra isə qızı yerində tapmadım. Barmen dedi: “O, məndən sizin harada olduğunuzu soruşdu, mən isə sizin getdiyinizi düşünüb ona belə də dedim. Bilmirdim ki, ayaqyoludasınız. Ona görə də qız inciyərək çıxıb getdi”. Bundan sonra o qızı görmədim.Tərcümə: Camalə
['kino', 'aktyorlar', 'Cerard Batler', 'Gerard Butler']
1,478
https://kayzen.az/blog/dusundurucu-hekayeler/17462/isg%C9%99nd%C9%99rl%C9%99-%C3%A7in-h%C3%B6kmdar%C4%B1n%C4%B1n-g%C3%B6r%C3%BC%C5%9F%C3%BC.html
İsgəndərlə Çin hökmdarının görüşü
MuSHviG
Düşündürücü hekayələr
25 noyabr 2014, 14:26
Böyük fateh İsgəndər Çin üzərinə qoşun çəkir. Qoşun ölkənin paytaxtının kənarında düşərgə salıb hücum əmri gözləməyə başlayır. Gecə şəhər tərəfdən bir nəfər yunanların düşərgəsinə gəlib deyir ki, mən Çin hökmdarından xəbər gətirmişəm, mütləq İsgəndərlə təklikdə görüşməliyəm. İsgəndər gələn elçi ilə çadırda tək qalanda elçi sifətindəki örtüyü açıb deyir: “Mən Çin imperatorunun özüyəm, səninlə danışıq aparmağa gəlmişəm. İstəyirəm mənim ölkəmə qoşun çəkməyinin səbəbini sənin özündən eşidim”. İsgəndər heyrət içində soruşur: “Nədən mənimlə görüşə gəldin? Qorxmursan ki, səni tutub qətlə yetirərəm?” Çin hökmdarı gülümsəyib cavab verir: “Mən sənin çox ağıllı olduğunu eşitmişəm. Bilirəm ki, ağıllı hökmdar bu cür hərəkət etməz. Əvvəla, sən silahsız bir adamı öldürməzsən. Bizim aramızda şəxsi ədavət də yoxdur ki, onun intiqamını məndən alasan. Əgər hətta bunu etsən belə, sənə heç bir xeyri dəyməz. Çünki mənim canişinlərim, sərkərdələrim şəhərdədir. Onların hər biri öz vəzifəsini yaxşı bilir. Mən olmasam da, onlar ölkənin müdafiəsini təşkil edə bilərlər”. İsgəndər çox müdrik bir rəqiblə qarşılaşdığını anlayır. Təklif edir ki, əgər ona üç illik xərac versələr, sülh bağlayıb müharibəsiz geri qayıtmağa hazırdır. Çin hökmdarı deyir ki, bu qədər pulu versək, özümüz kasıblığa və qıtlığa düçar olarıq. İsgəndər xəracın miqdarını iki illiyə endirir. Çin hökmdarı yenə azaltmağı xahiş edir. Bir illik xərac vermək təklifi ilə də razılaşmır. Nəhayət, altı aylıq xərac müqabilində hər iki hökmdar razılığa gəlirlər. Çin padşahı düşərgədən çıxıb öz şəhərinə qayıdır. Ertəsi gün İsgəndər üçün xəbər göndərir ki, filan yerdə sənin şərəfinə ziyafət vermək istəyirəm, səni həmin ziyafətə dəvət edirəm. İsgəndər bir dəstə döyüşçü ilə həmin yerə gəlir. Çatanda görür ki, Çin hökmdarı nəhəng ordu ilə orada hazır durub. İsgəndər baxıb görür ki, düşmənin ordusu nəinki onun yanında olan, hətta düşərgədə qalan əsgərlərdən də qat-qat çoxdur. Düşünür ki, yəqin onun üçün pusqu qurublar. Üzünü Çin padşahına tutub qəzəblə deyir: “Mən sənə inanıb bura gəldim. Sən isə məni aldadıb pusquya saldın”. Çin hökmdarı cavab verir: “Xeyr, düşündüyün kimi deyil. Sənə ziyan yetirməyəcəyəm. Sadəcə olaraq bütün hərbi gücümüzü göstərmək istədim ki, səndən qorxmadığımızı başa düşəsən. Mən qorxduğum üçün xərac verib sülh bağlamadım. Əgər döyüşsək, səni asanlıqla məğlub edərəm. Amma mən qan tökmək istəmirəm. Bilirəm ki, əgər aramızda müharibə baş versə, hər iki tərəfdən xeyli adam qırılacaq. Bunun qarşısını almaq üçün sənə xərac verməyə razı oldum”. Sonra Çin hökmdarı İsgəndəri yemək süfrəsinə dəvət edir. İsgəndər əl atıb süfrədəki qablardan birinin qarağını açır, görür ki, içərisi qızılla doludur. O biri qabın qapağını açanda içinin almaz parçaları ilə dolu olduğunu görür. Digər qablar da zümrüd, yaqut, mirvari kimi ləl-cəvahiratlarla dolu idi. İsgəndər heyrətlə soruşur: “Məgər sən məni yeməyə dəvət etməmisən? Bunlar nədir süfrəyə qoyublar?” Çin hökmdarı soruşur: “Siz yunanların yeməyi nədir?” İsgəndər saymağa başlayır: “Biz də sair millətlər kimi çörək, düyü, ət yeyirik”. Çin padşahı söyləyir: “Əgər elədirsə, öz ölkənizdə çörək, düyü, ət qurtarıb ki, bu qədər məsafə qət edib bizim ölkəmizi talan etməyə gəlmisiniz? Məgər qarnınızı doydurmaq üçün ölkənizdə yemək çatışmır? Mən elə bilirdim ki, sizin yeməyiniz qızıl-gümüş, daş-qaşdır. Əgər siz də adi adamlar kimi yeyib-içirsinizsə, acgözlüyünüzün səbəbi nədir?” İsgəndər Çin hökmdarının sözlərindən xəcalət çəkir, ordusunu da toplayıb öz ölkəsinə qayıdır.  Mənbə: www.islam.az
['İsgəndər']
1,479
https://kayzen.az/blog/maraqli-faktlar/17461/%C9%99n-t%C9%99hl%C3%BCk%C9%99li-7-ev-%C9%99%C5%9Fyas%C4%B1.html
Ən təhlükəli 7 ev əşyası
MuSHviG
Maraqlı faktlar
25 noyabr 2014, 14:03
Arizona Universitetinin amerikalı mikrobioloqları, evdə olan ən çirkli və təhlükəlli əşyaların adlarını sadalayıblar. Hər birimizin düşündüyü əşyalar arxa planda qalaraq, təəccübə səbəb olan əşyalar ön planda yerləşiblər. Bu siyahıya mikrob və çirkin ən çox yığıldığı 7 ev əşyası daxildir. Beləliklə sizə bu siyahını təqdim edib, gələcəkdə bu əşyaların dezinfeksiyasında daha diqqətli olmanızı tövsiyə edirik...1. Siyahıda birinci yeri demək olar hər gün mətbəxdə istifadə etdiyimiz taxta lövhələr tutur. Bu lövhədə aşkar olunan mkrobların sayı unitaz oturacağından 200 dəfə çoxdur. Mikrobioloqların tövsiyəsinə görə bu əşyanı istifadə etdikdən sonra qaynar suyla yaxşı yuyub və hökmən qurulamaq lazımdır. Bundan əlavə isə toyuq, ət, balıq, bişmiş tərəvəz, meyvə və çörək üçün ayrı lövhələrdən istifadə etməniz məsləhət görülür. 2. İkinci yerdə bizi təəccübləndirən telefon dəstəyi oldu. Telefon aparatını 2 gündən 1, ilk olaraq nəm sonra isə quru əski ilə mütləq silmək lazımdır.3. Qabları yumaq üçün süngər. Bu lazımlı əşyanın hər həftə dəyişilməsi məsləhət görülür.4. Vanna otagının pərdəsi. Onu ayda bir dəfə təzələməyiniz məsləhət görülür.5. Mətbəx və vanna otaqlarında olan zibil qutuları. Xüsusi dezinfeksiya vasitələri ilə ayda 2 dəfədən az olmamaq şərtilə təmizlənməsi mütləqdir.6. Qabyuyan maşın. Mikrobların daha çox yığıldığı yer bu əşyanın rezin bərkişmələridir. Rezin yerləri xüsusi dezinfeksiya vasitələri ilə həftədə 1 dəfə təmizləmək lazımdır.7. Paltaryuyan maşın. Bu əşyanın da rezin bərkişmələri çox təhlükəl sayılıb, xüsusi dezinfeksiya vasitələriylə həftədə 1 dəfə təmizlənməyə vacib sayılır. Ununtmayın ki, bakteriyalar üçün ideal ocaq yeri nəm və isti mühit sayılır! Mənbə: www.take.az saytına istinad edilərək hazırlanmışdır. 
['bakteriya', 'rezin', 'dezinfeksiya', 'mikrob', 'telefon', 'mətbəxt. təhlükə', 'Arizona.']
1,480
https://kayzen.az/blog/kitab/17260/m%C9%99%C5%9Fhurlar%C4%B1n-%C9%99n-%C3%A7ox-sevdiyi-kitablar.html
Məşhurların ən çox sevdiyi kitablar
Apollon
Kitablar və mütaliə
24 noyabr 2014, 19:35
Barak Obama: «Solomonun Nəğməsi» — Toni MorrisonStiven Kinq: “Milçəklər kralı” — Uilyam QoldinqKeyt Uinslet: “Tereza Raken” – Emil ZolyaCorc Kluni – “Hərb və sülh” – Tolstoy Stiven Spilberq: “Sonuncu Mogikan” — Ceyms Fenimor KuperMel Qibson: “1984” – Corc Oruel Natali Portman: “Gənc qızın gündəlikləri” — Anna FrankÇarli Çaplin: “Oliver Tvist”, Çarlz DikkensMadonna: «Küləklə sovrulanlar» -Marqaret MitçellCon Lennon: “Alisa möcüzələr diyarında” — Luis KerrollBill Qeyts: “Çovdarlıqdan uçrumdan qoruyan” – SelincerMark Zukerberq: “Eneida” — Publiy Vergiliy MaronUil Smit: “Kimyagər” – Paulo KoeyloStiv Cobs: “Kral Lir” – Şekspir Hillari Klinton: “Karamazov qardaşları” – F.DostoyevskiCim Kerri: “Cinayət və cəza” – DostoyevskiCon Travolta: “Aeroport” – Artur Heyli Vladimir Putin: Cek London, Jül Vern, Ernest Heminqueyin əsərləri. Dmitri Medvedyev: “Əjdaha döyməli qız” Stiq LarssonAntonio Banderas: “Don Kixot” ServantesOrlando Blum: “Karamazov qardaşları”- DostoyevskiMel Qibson: “Farenheytlə 451 dərəcə" Rey BredberiConni Depp: “Yolda” – Keruak Ketrin Zeta-Cons: “Böyük Qetsbi” – FitseraldBrus Uillis: “Tarix” – HeredotKsenya Sobçak: “Balaca şahzadə” – Antuan de Sent-Ekzüperi
['kitablar', 'mütaliə', 'məşhurların sevdiyi kitablar']
1,481
https://kayzen.az/blog/avtomobil/17453/yeni-passat-2015-olmadan-gelir.html
Yeni Passat 2015 olmadan gelir!
MuSHviG
Avtomobil dünyası
24 noyabr 2014, 10:15
VW iyul ayında rəsmi təqdimatı keçiriləcək Yeni Passat ilə əlaqədar ilk detalları açıqladı. Son mərhələyə gələn şəkillər araşdırıldığında Yeni Passatın mövcud modelə görə daha dinamik və kəskin xətlərə sahib olacağını söyləmək olar. Firma tərəfindən paylaşılan digər önəmli məqam isə sələfinə görə yeni modeldə uzunluqda artım deyil, azalma olmasıdır. Lakin bu qısalma interyerdə əks olunmamışdır və əksinə mövcud modelə görə Yeni Passat daha yaxşı baş və diz məsafəsi təqdim edəcək. Eyni zamanda yanacaq sərfini və istehlak dəyərini aşağı salmaq məqsədi ilə Yeni Passat əvvəlki modelə görə 85 kq daha yüngül olacaqdır. Texniki olaraq ən vacib əlavələrdən biri 2 litrlik cüt turbo bəsləməli yeni bir mühərrik Passat ilə təqdim ediləcək. Yen mühərrik 240 at gücünə sahib olacaq və 7 irəli DSG və 4 Motion ilə təqdim ediləcək. Gələn ilin payız aylarında satışa çıxarılacaq modelin ölkəmizə gəliş tarixi hələki dəqiq deyil. Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Mühərrik', 'avtomobil', 'Passat', 'firma', 'texnika', 'turbo']
1,482
https://kayzen.az/blog/kulturologiya/17452/britaniyal%C4%B1-r%C9%99ssamdan-qeyri-adi-art-layih%C9%99.html
Britaniyalı rəssamdan qeyri-adi art-layihə
MuSHviG
Kulturologiya (mədəniyyətşünaslıq)
24 noyabr 2014, 09:41
Britaniyalı rəssam Kris Labroyun işlərindən ibarət seriyada pikaplar uzanır, düyünlənir və fırlanır.Krisin işləri onun böyük obyektin müstəvidə mümkün davranışlarına olan baxışlarını əks etdirir. O, maşınları, təyyarələri və digər texnikanı memarlıqla birləşdirir və bütün bunları mürəkkəb heykəllərə çevirir.Avtomobil tematikasına müəllif ilk dəfə deyil müraciət edir: bir il öncə Kris «Avtoaerobika» adlı rəqəmsal işlər seriyasını təqdim edib. Burada avtomobil sənayesi klassikası düyünlənirdi. İndi isə rəssam rəngli pikapları onların müxtəlif formalar aldığı, daha çox plastilinlə işi xatırladan müxtəlif situasiyalara salır. Mənbə: www.buro247.az         
['Rəssam', 'obyekt', 'pikap', 'texnika', 'heykəl', 'memarlıq', 'foto', 'maraqlı.']
1,483
https://kayzen.az/blog/turizm/17451/na%C4%9F%C4%B1llar-%C5%9F%C9%99h%C9%99ri-praqa.html
Nağıllar şəhəri "Praqa"
MuSHviG
Turizm
23 noyabr 2014, 19:37
Praqa - Tarixi, təbiəti və romantizmi birləşdirməsi ilə məşhurluq qazanan bir şəhər. Bu şəhər özünün Stare Mesto, Nove Mesto, Karl körpüsü kimi tarixi məkanları, bexerovka içkisi, əsrarəngiz iqlimi ilə məşhurdur. Köhnə şəhər (Stare Mesto) - Çex dilində mesto şəhər deməkdir. Köhnə Şəhər Praqanın düz mərkəzində yerləşən qədim və heyrətamiz arxitektura ilə zəngin olan iri meydandan ibarətdir. Köhnə şəhərdəki unikal abidələr və binalar Çexiya tarixinin şahidləridir. Qədim sənədlər Köhnə şəhərdə hələ orta əsrlərdən məskunlaşmanın olduğu bildirir. Köhnə şəhər Praqaqrad ilə Vışeqrad qəsrləri arasında yaranıb. Əvvəlcə bir neçə taxta ev və kilsə inşa edilib. Burada nəinki çexlər, almanlar, avstriyalılar, hətta yəhudilər də yaşayıb.Yeri gəlmişkən Köhnə şəhərin mərkəzində qədim yəhudi qəbiristanlığı və sinaqoq var. Əhalinin alman hissəsi Porjiç qəsəbəsində yaşayır. Sonradan bütün qəsəbələr birləşdirilib və həmin məkana Praqaqrad adı verildi. Şəhərin təzə hissəsi tikiləndə Praqaqrada-Köhnə şəhərə çex dili ilə desək Stare Mesto adı verilir. Stare Mesto meydanına ilk dəfə daxil olan adam özünü nağıladakı kimi hiss edir.Meydanın əzəməti ətrafdakı binaların və kilsələrin gözəlliyi, möhtəşəmliyi insanı valeh edir.   Yeni şəhər (Nove Mesto) - Praqanın bu hissəsində turistlər üçün geniş imkanlar açılır. Gözəl arxitektura, müxtəlif restoranlar və barlar, diskotekalar, kazino, Milli Muzey və Milli Teatr, eləcə də məşhur Vaslav Meydanı da buradadır.Vastav meydanında 60-cı illərin əvvəlində kommunist rejiminə qarşı sovet tanklarının qarşısına əliyalın çıxmış gənc çexlərin şərəfinə rəmzi abidə kimi ucaldılıb.Azad Avropa və Azadlıq Radiolarının baş qərargahı da Vaslev Meydanındakı köhnə parlament binasıdır.Yeni şəhərin təməlini 1348-ci ildə IV Karl qoyub. Bu məqsədlə uzunluğu3 kmolan qala divarlarının tikintisinə başlayıb. IV Karlın vaxtında şəhərə alaqapıdan keçmək mümkün idi. İndi o qapılar olmasada Yeni şəhərin gözəlliyinə heç bir xələl dəyməyib.Uzun illər ərzində Yeni şəhərlə Köhnə şəhəri birləşdirmək istəyiblər. Bu istək nəhayət 1784-cü ildə baş tutub. Karl Körpüsü - Praqada olarkən Köhnə və Yeni şəhəri birləşdirən Karl körpüsündən keçməmək sadəcə günahdır.Vltava çayı üzərində salınmış körpülərin ən əzəmətlisi məhz Karl körpüsüdür. İlin istənilən fəsli bu körpüdə turistlər qaynaşır. Karl körpüsünə hətta kainatın mərkəzi də deyirlər. Bu deyim Çexiyanın paytaxtını ziyarət etmiş Dalay Lamaya məxsusdur. Dalay Lamaya görə Karl körpüsü mənfi enerjidən uzaqdır və məhz elə ona görə də dünyanın bütün millətlərini özünə cəlb edir. Turist mövsümündə körpünü görməyə o qədər adam gəlir ki, praqalıların özləri çayı keçməkdən ötrü digər körpülərə üz tuturlar. Baxmayaraq ki, körpünün eni 9.5 uzunluğu isə 515 metrdir. Bexerovka - Praqada olasan, məşhur Bexerovkanın dadına baxmayasan. İyirmidən çox bitkinin qarışığından hazırlanmış bu içki az qala Çexiyanın simvollarından birinə çevrilmişdir. İçkinin reseptini XII əsrdə Çexiyanın və Avropanın məşhur kurort şəhəri Karlovı Varıda ingilis cərrahı Frobrix və əczaçı İozef Bexer ixtira ediblər. Onların hər ikisi ətirli yağları müxtəlif bitkilər və spirtlə qarışdırmaqla məşğul idilər. Karlovı Varını tərk edən Frobrix içkinin reseptini dostu Bexerə bağışlayır və ondan məhlulu tam hazırlamağı xahiş edir. Nəticədə o qədər dadlı və ətirli məhul alınır ki, 1841-ci ildə Bexer məhlulu ensiz yaşıl şüşələrdə əczaçı dükanında satışa çıxarır.İqlimi - Çexiyanın paytaxtı Praqa ölkənin şimal-qərbində yerləşir. Praqa Vltava çayının hər iki sahili boyunca48 km məsafədə 7 təpə üzərində səpələnib. Vltava gəmiçiliyə yarayan, üzərində ekskursiya və yük gəmiləri üzən çaydır. Bütün Praqa boyu Vltava çayı üzərində on körpü salınıb. Ümumiyyətlə, Çexiya ərazisinin 12 faizi qoruqlardan ibarətdir.Bir çex atalar sözündə deyilir: “Hər bir çex həm də musiqiçidir.” Doğurdan da, Praqanın küçələrində müxtəlif alətlərdə çalan istedadlı musiqiçilərə rast gəlmək mümkündür.Mənbə: joy.az'dan istifadə edilərək hazırlanıb.
['Praqa', 'Çexiya', 'bexerovka', 'Karl körpüsü', 'Vltava', 'tarixi', 'Avropa', 'qəsr', 'maraqlı.']
1,484
https://kayzen.az/blog/bacariqli_eller/15884/bant%C4%B1n-haz%C4%B1rlanmas%C4%B1.html
Bantın hazırlanması
Apollon
Bacarıqlı əllər
23 noyabr 2014, 17:09
Bu dəfə də sizə ev şəraitində bantın hazırlanma qaydasını göstərəcəm. Hazırlayacağınız bantı hədiyyə qutularının üzərinə yapışdıra bilərsiniz. Əgər bir az böyük ölçüdə hazırlamaq istəyirsinizsə, barmaqlarınıza da dolayıb hazırlaya bilərsiniz. Bunun üçün bizə lazım olacaq: 1 ədəd çəngəl 1 ədəd qayçı 2 ədəd müxtəlif rəngli lent Çəngəlin dişlərinin arasına lenti bir-birinin əksi olan tərəflərinə keçiririk. Sonra əks istiqamətdə yenə eyni hərəkəti təkrarlayırıq. Lenti dörd dəfə dolayırıq. Sonra o biri lenti şəkildə gördüyümüz kimi keçiririk. Və lentin uclarını düyünləyirik. Sonra qayçı ilə lentin artıq hissələrini kəsirik. Bantı çəngəlin dişlərindən çıxarırıq. Budur, bantımız hazırdır.
['bacarıqlı əllər', 'kreativ əl işləri', 'bant', 'bantın hazırlanması']
1,485
https://kayzen.az/blog/maraqli-faktlar/17443/%C5%9Ftirlisin-silahda%C5%9Flar%C4%B1n%C4%B1n-yerin%C9%99-ceyms-bondlar.html
"Ştirlisin silahdaşlarının" yerinə "Ceyms Bondlar"...
MuSHviG
Maraqlı faktlar
22 noyabr 2014, 14:01
Əsirlərin mübadilə edilməsi ənənəsinin dərin tarixi kökləri var. XX əsrdə silahlı qarşıdurmadansa, gizli əməliyyatlara daha çox üstünlük verildiyi bir zamanlarda «ifşa olunmuş» casusların mübadiləsi də ənənə şəklini almışdı. Bu ənənə yenidənqurma dövründə və Sovet İttifaqının dağılması illərində «unuduldu». Lakin son illərdə indiki Rusiya və ABŞ rəhbərləri bunu yenidən gündəmə gətirdilər. Analitik.az rus kəşfiyyat tarixinin ən məşhur mübadilələrinin bir neçəsini təqdim edir.1962-ci il. Abel – Pauers1962-ci il fevralın 10-da SSRİ və ABŞ arasında casuslarla mübadilələr içərisində səs-küyə səbəb olanlardan birincisi baş tutmuşdu. Birləşmiş Ştatlar ABŞ-ın ərazisində kəşfiyyat şəbəkəsinə uğurla rəhbərlik etmiş sovet kəşfiyyatçısı Rudolf Abeli 1948-ci ildə SSRİ-yə verdi. O, sovet qeyri-leqal kəşfiyyatçısı, «Vik» ləqəbli telefonoqramçı tərəfindən ifşa olunaraq, Federal Tədqiqatlar Bürosu ( FTB) tərəfindən 1957-ci ildə həbs edilib. Abel kəşfiyyatçı olduğunu inkar etdi və ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığa getmədi. O, 32 il azadlıqdan məhrum edilib.  Sovet İttifaqı, öz növbəsində, U-2 amerika kəşfiyyat təyyarəsinin pilotu Frensis Pauersi təhvil verdi. Onun təyyarəsi Sverdlovsk rayonunda 1 may 1960-ci ildə vurulmuşdu və casusluğa görə 10 il müddətinə həbs olunmuşdu. Əvəzolunma Qlinski körpüsündə keçirildi. Hafel çayı üzərindən salınmış, Berlin və Postdamı birləşdirən körpü bu cür mübadilələrdə mütəmadi istifadə olunduğundan, sonralar “casus körpüsü” adını alıb. Əslində, amerikalılar məhz kimi dəyişdiklərini bilmirdilər. Sovet kəşfiyyatçısının əsl adı Vilyam Fişer idi. Həbsdən sonra Sovet İttifaqına siqnal vermək və anlatmaq üçün ki, o, satqın deyil, Fişer həmkarının — sovet kəşfiyyatının əməkdaşı Rudolf Abelin adından istifadə etdi. Əsl Abel hələ 1955-ci ildə ölmüşdü. Daha sonralar da Fişer geniş dairələr üçün Abel olaraq qalıb. Onun əsl adı yalnız 1980-ci illərin sonunda ictimaiyyətə məlum olub.1964-cü il. Molodıy — Viln 22 aprel 1964-cü ildə həmin Qlinski körpüsündə Sovet İttifaqı britaniyalı kəşfiyyatçı Qrevill Vilni sovet kəşfiyyatının Böyük Britaniyadakı rezidenti Konon Molodıya dəyişdirdi. Konon Molodıy — SSRİ-nin ən uğurlu kəşfiyyatçı kadrlarından biri idi. Qordon Lonsdeyl adı altında 1954-ci ildə Kanadada bir il işlədikdən sonra o, Böyük Britaniyaya köçdü. Burada onun vəzifəsi amerika və britaniya hərbi-hava və hərbi-dəniz bazaları haqqında olan məlumatları toplamaq və sualtı qayıqlarda nüvə reaktorlarının yaradılması və istismarı sahəsində, eləcə də bakterioloji silahın hazırlanması işləri haqqında məlumat ötürmək olub.Мolodıy — Lonsdeyl mehriban bir insan idi, adamlarla əla ünsiyyət qabiliyyəti vardı və o, varlı, yuxarı təbəqə insanları arasında fırlanırdı. Kəşfiyyatçı burada öz şəxsi firmasını açdı, özü də biznesi o qədər uğurla gedirdi ki, Мolodıy əsas işlərindən yayınmayaraq, milyonçu oldu. Casusa Britaniya Hərbi Dəniz qüvvələrinin (HDQ) şifrləyicisi Harri Xoutonu ələ almaq mümkün olub. Harri SSRİ üçün milyardlarla dollar vəsaitə qənaət edən yeni silah növlərinin işlənməsi haqda sirləri Molodıya ötürürdü. Özü də Хоutоn heç bilmirdi ki, sirlərini sovet kəşfiyyatçısına satır, o güman edirdi ki, amerikalı ilə iş birliyi var — o zamanlar casusluq ABŞ-ın öz müttəfiqləri üçün adi bir iş kimi qəbul olunurdu.Lonsdeyl polşalı bir kəşfiyyatçı Qərbə qaçdıqdan sonra həbs edilib. Həmin kəşfiyyatçı Xoutonun məlumat ötürdüyündən xəbərdar idi. Maraqlısı odur ki, həbsindən bir az əvvəl Molodıy-Lonsdeyl kraliçanın əlindən 1961-ci ildə «Birləşmiş Krallıq naminə sahibkarlıq fəaliyyətinin inkişafında böyük nailiyyətlərə görə» cəngavər titulu alıb. Britaniyalı Qrevill Viln — bir neçə il ərzində Qərbə gizli məlumatlar vermiş, Radiotezliklərin İdarə Olunması Dövlət İdarəsinin ən uğurlu «casusu», polkovnik Oleq Penkovski ilə əlaqədə idi. Viln Budapeştdə Penkovskinin həbsindən dərhal sonra həbs edilib. Britaniyalı hər şeyi inkar edirdi, lakin o, Penkovskinin ifadələri ilə tam ifşa edilmişdi. Nəticədə Penkovski özü güllələndi, Viln isə 8 il həbs cəzası aldı, 11 aydan sonra Molodıy ilə dəyişdirildi.1976-cı il. Korvalan — Bukovski1976-ci ilin dekabrında kəşfiyyatla birbaşa əlaqəsi olmayan mübadilə baş verib. Neytral İsveçrədə Sovet İttifaqı dissidenti Vladimir Bukovski ilə Çili Kommunist partiyasının lideri Luis Korvalanı dəyişdirdi.Korvalan həbsxanaya 1973-cü ildə — hərbi çevriliş nəticəsində Çilinin qanuni prezidenti sosialist Salvador Alyende devrildikdən və qətlə yetirildikdən sonra düşüb. O, hakimiyyətə gələn general, faşist Auqusto Pinaçetin qəzəbinə səbəb olmuşdu.Vladimir Bukovski 1972-ci ildə SSRİ-də «antisovet təşviqatı və təbliğatı» maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Sovet qanunvericiliyini nəzərə alsaq, Bukovski tamamilə haqlı olaraq azadlıqdan məhrum edilmişdi. O özü etiraf edir ki, 14 yaşında Nikita Xruşşovun stalinizm cinayətləri haqqında məruzəsini eşidəndən sonra antikommunist olub . O, bundan sonra dissident hərəkatına fəal olaraq qoşulub və öz fəaliyyəti ilə hüquq-mühafizə orqanlarının işini xeyli çətinləşdirmışdi. Yeri gəlmişkən, Korvalan ilə mübadilə faktının özü bunu təsdiqləyir.SSRİ-də Кorvalanı şəxsən Leonid Brejnev qəbul etmişdir — Bukovskini isə ABŞ-da prezident Cimmi Karter.Bukovski və Korvalan ideyalarından heç vaxt geri çəkilmədilər — Çili kommunisti 1983-ci ildə qeyri-leqal olaraq, vətəninə qayıdandan sonra ömrünün sonunadək öz ölkəsində sol qüvvələrin xeyrinə çıxış edib. Sovet casusu isə əvvəlki kimi rejimin dəyişdirilməsini arzulayıb.1986 il. Ər-arvad Kexerlər — Şaranski 1986-ci il fevralın 11-də SSRİ və ABŞ-a Qlinski körpüsü yenə də lazım oldu. Baxmayaraq ki, Sovetlər İttifaqında yenidənqurma artıq başlamışdı, köhnə ənənələr hələ qüvvədə idi. Birləşmiş Ştatlar Karel və Xana Kexer ər-arvadını SSRİ-yə verdi. Karel və onun arvadı hələ 1965-ci ildə siyasi əhəmiyyətli məlumatların toplanması məqsədi ilə ABŞ-a göndərilmiş keçmiş sovet Cexoslovakiyasının (ÇSSR) kəşfiyyat agentləri idilər.Karel Kexer vəzifəsinin öhdəsindən məharətlə gədi. O, ABŞ-ın Kolumbiya universitetini bitirib, 1970-ci ildə dissertasiya müdafiə edərək, fəlsəfə doktoru olub. Maraqlıdır ki, elmi rəhbəri məşhur politoloq-antikommunist Zbiqnev Bjezinski olub. Eyni zamanda Kexer «Azad Avropa» radiosunda məsləhətçi işləyib və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) diqqətini cəlb edib. 1972-ci ildən Karel Kexer Sovet İttifaqı və Şərqi Avropa ölkələrinin Mərkəzi Kəşfiyyat İdarəsi şöbəsində Əməliyyat direktorunun məsləhətçisi işləməyə başladı. 12 il ərzində o, Çexoslovakiyaya və Sovet İttifaqına Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyəti haqqında qiymətli məlumatlar verirdi.Kexer özü səhvə yol verməmişdi — onu sovet kəşfiyyatındakı agent ələ vermışdi. O, əmin idi ki, bu, «DTK-nı ifşa edənlərdən» biri kimi tanınan məşhur polkovnik Oleq Kalugin idi. 1984-ci ilin dekabrında Kexer arvadı ilə birlikdə həbs olunub və dəyişdirilməzdən əvvəl Amerika həbsxanasında 11 ay məhkumluq həyatı yaşayıblar.Sovet İttifaqı kəşfiyyatçıları Çexoslovakiyaya qaytardı — onların əvəzində isə dissident Anatoli Şaranskini verdi. Şaranski 1970-cı illərin ortalarında «Helsinki qrupunun» təşkilatçılarından biri olub, həmçinin İsrailə sərbəst getmək istəyən yəhudi fəalları sırasına daxil idi.Şaranski Moskvada xarici jurnalistlərlə görüş keçirərək, SSRİ-də insan hüquqlarının pozulması haqqında məlumatlar verirdi. Onu 1970-ci ildə Vətənə xəyanət maddəsi ilə ittiham etdilər və 13 il həbs cəzası kəsdilər. Şaranskini məhkumluq həyatından yalnız Kexerlərin ABŞ-də həbs olunması xilas etdi.Şaranski İsrailə köçərək, parlaq siyasi karyerasını qurdu — SSRİ-dən qaçanlarla birgə partiya yaratdı, İsrail parlamentinin deputatı, həmçinin ticarət, inşaat, sənaye və daxili işlər nazirliklərində yüksək vəzifələrdə çalışdı.2010-cu il. 10 kəşfiyyatçı — 4 casus «Yeni ənənə — unudulmuş, amma nə vaxtsa yaxşı olmuş köhnədir», deyə Rusiya və Amerika xüsusi xidmət orqanlarının nümayəndələri 2010-ci ilin iyununda düşündülər. Bu məsəl ABŞ -da birdən-birə 10 rus kəşfiyyatçısı — qeyri-leqalların həbs olunması zamanı yada düşüb.Polkovnik Aleksandr Poteyevin Qərbə qaçması buna səbəb oldu. O özünün “yeni sahiblərinə” qeyri-leqalların adlarını açıqlamışdı. 2011-ci ilin iyununda Moskva hərbi məhkəməsi Poteyevi qiyabi olaraq, 25 il azadlıqdan məhrum etdi və eləcə də «polkovnik» hərbi rütbəsindən, dövlət mükafatlarından məhrum etdi. Lakin bu çətin ki, haradasa Mayami-biç çimərliklərində isti günəş altında kef edən xaini məyus etdi.Poteyevin ələ verdiyi agentlər içərisində kifayət qədər müxtəlif personajlar vardı — müxtəlif verilişlərin aparıcısı, son illər Rusiya TV-sində çalışan məşhur Anna Çapman, 30 ildən çox qeyri-leqal iş stajı olan Sovet İttifaqı Qəhrəmanı, general-mayor Mixail Vasenkov ... Onlar arasında on birinci  qeyri-leqal şəxs də olub. ABŞ agent şəbəkəsi ilə əlaqəsi güman edilən bu şəxs — Kristofer Мetsos Kiprdə yaxalanmışdı. 55 yaşlı kişi İnterpolun orderi ilə Kipr hökuməti tərəfindən həbs olunub. Məlum olub ki, belə pasport məlumatları ilə mövcud olan insan uşaq ikən vəfat etmişdi və «Kristofer Metsos»un əslində kim olduğu məlum deyil. Amerikalılar daha bir mükafat kimi «Мetsos»u əldə etmək istədilər, amma o, zaminə buraxılıb, itdi. Bununla da peşəkar oyunçu dərəcəsini bir daha nümayiş etdirdi...Mübadilə 2010-cu il iyulun 9-da ildırım sürətilə keçirilib. 10 agent Rusiyada casusluqda ittiham olunan 4 kəşfiyyatçı ilə dəyişdirildi.Bu mübadilədə ABŞ əlverişli formula seçdi: mübadilə edilmək üçün rusiyalı casuslar günahlarını etiraf etməli idilər və amerikalı diplomatlar onları "əfv edilənlər" adlandırdılar. Eyni zamanda təhvil aldıqları dörd casusun Rusiyada ədalətli mühakimə olunduqlarını inkar etdilər. Mənbə:www.analitik.az 
['Cəsus', 'rusiya', 'Metsos', 'İsrail', 'SSRİ', 'Qlinski', 'körpü', 'Fişer.']
1,486
https://kayzen.az/blog/moda/17433/dan%C4%B1%C5%9Fan-dodaqlar.html
Danışan dodaqlar
MuSHviG
Moda dünyası
21 noyabr 2014, 15:01
Dodaq boyası qadının ən güclü silahlarından biridir. Al qırmızı, canlı çəhrayı, parıltılı boyalar… Bütün rənglərin bir mənası var. Bəs siz hansı rəngdə dodaq boyasından istifadə edirsiniz və rəngin mənasını bilirsiniz? Dodaq boyalarının rənglərinin mənası ilə tanış edirik.  Klassik qırmızı Qırmızı “məni gör" deməkdir. Bu boyanı istifadə edənlər diqqət mərkəzində olmağı, hamının nəzərini cəlb etməyi istəyirlər.  Canlı çəhrayıParlaq çəhrayı tonları məcara dolu və ulduz biz şəxsiyyətə sahib olduğunu göstərir. Tünd bənövşəyi Bu rəngdən elə də çox istifadə edilmir. Bu rəng xüsusilə açıq rəngli dərisi olanlarda daha gözəl görünür. Qərarlı imic yaratmaq istəyirsinizsə tünd rəngləri seçə bilərsiniz. Rəngsiz rənglər Dəri ilə eyni tona sahib olan boyalar adətən solğun görüntü verməyinizə səbəb olur. Məqsədiniz fərq edilmək yox, sadəcə şık olmaqdırsa bu rəngləri seçə bilərsiniz. Narıncı tonlar Gözə çarpan, ilk görünüşdə bəyənilməyən bu rəng geyim, tərzlə bağlı olaraq açıq rəngli dərisi olanlarda çox xoş görüntü yaradır. Bu rəng canlılıq, özünə inamın simvoludur. Mənbə:www.ictimaipalatka.com
['Dodaq', 'rəng', 'məna', 'qırmızı', 'boya', 'bənövşəyi', 'moda', 'qadınlar.']
1,487
https://kayzen.az/blog/biologiya/17432/d%C3%BCnyan%C4%B1n-%C9%99n-q%C9%99rib%C9%99-10-meyv%C9%99si.html
Dünyanın ən qəribə 10 meyvəsi
MuSHviG
Biologiya
21 noyabr 2014, 10:47
Rambutan — Məxluq görünüşlü bu meyvə dünyada yalnız tropik iqlimı sahib bölgələrdə yetişir. Olduqca şirin və ləzzətli olan rambutan xarici qabığı qızardığında yeməyə hazır vəziyyətə gəlir. Durian - Köhnəlmiş corabı xatırladan qoxusuyla dünyanın ən çox iy verən meyvəsi olaraq bilinən durian 3 kiloqrama qədər böyüyə bilir. Meyvənin xarici qabığındakı buynuzvari kiçik çıxıntılar ilk baxışda diqqəti cəlb edir. Damaq dadınıza görə meyvənin xəstəsi olmanız və ya xoşlamamanız mümkün.Budhanın Əli Meyvesi - Budhanın əli limonu və ya barmaqlı ağac qovunu olaraq da bilinən bu sarı rəngli bu qəribə meyvə xoş qoxusu ilə diqqət çəkir və Asiya qitəsində yetişir. Bu meyvə salatlarda, o cümlədən balıq yeməklərində limon olaraq istifadə edilə bilər.Pitaya - Diqqət çəkən çəhrayı bir rəngə sahib olan pitayanın çiçəkləri kivi ilə armud çiçəklərinin kesişimi kimi görünür. Yüksek antioksidan ve lipozom tərkibli pitaya, eyni zamanda lif baxımından da zəngin bir meyvədir.Akebi - «Mavinin nadir görülən tonu» mənasını verən akebi bitkisi turş dadı ilə fərqlənir və iç qisimi yeyilir. İçindəki ətli qisimi və toxumlari bir-birindən ayırmaq çətin olduğundan birlikdə yeyilir. Payızda məhsul verən akebi Şimali Yaponiyada yetişir.Bitter Melon – Bu meyvə xiyara bənzərliyi ilə diqqəti çəkir, lakin üzüm kimi saplaqda yerləşir.  Bu bitki yetişməmişdən dərhal əvvəl toplanır və təzə, ya da bişirilərək istehlak edilir.İlan Meyvəsi — Xarici görünüşünə görə bu adı almışdır. Meyvə palma ağacının bir növündə salxım şəklində yetişir. Almanı xatırladan şirin və yüngül turş bir ləzzəti vardır. Təzə şəkildə, ya da şirin xəmir içinə qatılaraq yeyilə bilər. Malayziya meşələrində yetişən ilan meyvəsi, eyni meşədə yaşayan meymunların favorit qidasıdır. İlan meyvəsinin ən maraqlı xüsusiyyətu isə 13,5 % spirt nisbətinə sahib olmasıdır.Mangostan - Tennis topundan yüngül olan mangostan tropik iqlim meyvəsidir. Bənövşəyi rəngli xarici qabığının içində yeyilən ağ qisimi vardır. Mangostandan Xango adı verilən faydalı içki hazırlanır. Ulduz Almazı — 5-10 sm diametrindəki ulduz almazı bənövşəyi, ya da solğun yaşıl rənglərində ola bilir. Meyvənin bu adda olmasının səbəbi kəsildiyində ortaya çıxan daxili hissəsinin ulduz şəklində olmasıdır. Tərkibində 33% toksik olması səbəbiylə xarici qabığı yeyilmir. Hind ənciri — Çəhrayı, ya da sarı rəngli ola hind ənciri kaktusun üstündə yetişdiyi üçün kaktus meyvəsi olaraq da bilinir. Şəkər, jele və araq istehsalında istifadə edilən hind incirinin suyu da içilir.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Əncir', 'meyvə', 'ilan', 'saplaq', 'pitaya', 'budha', 'limon', 'qida', 'maraqlı']
1,488
https://kayzen.az/blog/maraqli-faktlar/17421/d%C3%BCnya-%C3%B6lk%C9%99l%C9%99ri-haqq%C4%B1nda-maraql%C4%B1-m%C9%99lumatlar.html
Dünya ölkələri haqqında maraqlı məlumatlar
MuSHviG
Maraqlı faktlar
20 noyabr 2014, 17:58
1. Fransanın 12 zaman qurşağında torpaqları var. 11 zaman qurşağında olan torpaqları ilə siyahıda 2-ci yerdə ABŞ, 3-cü yerdə isə Rusiya durur – 9 zaman qurşağı 2. Dünyada ən çox dilin danışıldığı ölkə Papua Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, əhalinin yalnız 1.2%-i ingiliscə bilir. Ölkədə 820-dən çox dildə danışılır.3. Təhsilli insanların sayına görə Kanada dünyada birincidir. Ölkə əhalisinin 50%-i təhsillidir. İkinci yerdə 45%-lə İsrail, üçüncü yerdə isə 44%-lə Yaponiya durur.4. Misir e.ə. 3100-cü ildə əldə etdiyi suverenliyi ilə dünyada ən qədim suveren dövlət hesab olunur.5. Kanadada 3 milyondan çox göl var və ölkənin 9%-ni təşkil edir. Dünyada olan göllərin 60%-indən çoxu Kanadanın sərhədləri daxilindədir.6. Rusiya dünyada ordusunda tankların sayına görə birinci ölkə hesab olunur: 21.000.7. Demək olar ki, hər kategoriyada – mədəni, iqtisadi, iqlim, irqi, dini, dil və etnik baxımdan Hindistan dünyada ən çox müxtəlifliyi olan ölkələrdəndir8. Dünyadakı meşələrin təqribən 25%-i Rusiyanın Sibir vilayətinin payına düşür.9. Dünyadakı tiryək istehsalının 95%-i Əfqanıstanın payına düşür10. Məsələ insanları həbs etməyə gələndə ABŞ burada birincidir. Həbsxanalarda olan 2.2 milyon insan ölkə əhalisinin 4%-ni təşkil etsə də, dünyada həbsxanalarda olan insanların 25%-ni özündə cəmləşdirir. 1.5 milyonla Çin 2-ci, 870 minlə Rusiya 3-cüdür.Mənbə: www.telebe.az
['Həbsxana', 'ABŞ', 'təhsil', 'ingilis', 'İsrail', 'Kanada', 'din', 'iqlim', 'Rusiya', 'maraqlı.']
1,489
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17420/soyuq-havada-idman.html
Soyuq havada idman
MuSHviG
sağlam həyat tərzi
20 noyabr 2014, 09:56
Əgər qış aylarında da açıq havada idman etməyə üstünlük verirsinizsə, bu tövsiyələrə əməl etməlisiniz.  Soyuq havada idman edərkən diqqət etməli olduğunuz məqamları təqdim edirik: İsinmə hərəkətləri: İdmandan əvvəl isinmək vacib qaydadır. Soyuq havada idman edərkən uzun müddət etdiyiniz isinmə və əsnəmə hərəkətləri ilə əzilmələrdən xilas ola bilərsiniz. Soyuq havada edilən idmanın 45 dəqiqədən çox davam etməməyi lazımdı. Termal geyimlər geyinin: Yunlu və pambıq geyimlər geyinməyin. Çünki bunlar tərlə birgə isinir və bədəninizi nəmli saxlayır. Təri bayıra atan və bədən istiliyini qoruyan termal geyimlər geyinin. İncə və qat-qat: Qalın geyimlər bədəndə yüksək miqdarda bədən istiliyinin itkisinə səbəb olur. Buna görə qalın yox nazik qat-qat geyinmək daha uyğundur. Papaq və əlcək də taxmaq lazımdır.  Bol su için: Sadəcə çox tərlədiyiniz isti havalarda deyil, soyuq havalarda da bol su için.  15-20  dəqiqədən bir su için. Soyuq havada nəfəs yoluyla maye itkisi daha çox yaşandığından ağız və burnu qoruyacaq maska taxın. İlıq duş qəbul edin : Buz kimi havada idman etdikdən sonra isinmək üçün özünüzü isti suyun altına atmayın. Bədəninizi ani şəkildə deyil, yavaş-yavaş isitməlisiniz. İdmandan gəldiyiniz nəmli geyimlərlə uzun müddət qalmayın. Dərhal duş alıb dəyişin. Uzunmüddətli idmandan sonra qəbul edilən duşun ardından bədən isinib bir az tərlədiyindən geyiminizi geyinmədən əvvəl 5 dəqiqə  isti bir yerdə oturub dincəlin.  Karbohidrat yeyin: Soyuq havada idman edərkən bədən daha çox isinməyə ehtiyac duyar və əzələlərdə titrəmə baş verər. Düzgün şəkildə qidalanmasanız və qlikojen qaynaqlarınızı boşaltsanız tez yorularsınız. İdmandan yarım saat əvvəl karbohidratla bol yemək lazımdır.Mənbə:www.ailem.az
['Bədən', 'karbohidrat', 'qidalanma', 'qlikojen', 'idman', 'termal', 'maraqlı', 'sağlamlıq.']
1,490
https://kayzen.az/blog/maraqli-faktlar/17412/sirli-atlantida.html
Sirli Atlantida
MuSHviG
Maraqlı faktlar
20 noyabr 2014, 09:36
Filosof Atlantida barəsində qeydlərini belə yekunlaşdırır: «Dəhşətli zəlzələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur». Platona inanmaq olarmı? Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq çökmə o qədər də dərin olmayıb. Vulkan külü dəniz suyunu qatılaşdıraraq gəmilərin hərəkətini çətinləşdirib. Ehtimallara görə, suyun altında qalmış Atlantidanın okeanın dərinliyinə doğru çökməsi hələ uzun müddət davam edib. Ancaq Platon Atlantidanın məhv olduğu tarixi dəqiq göstərməyib. Sadəcə, afinalılarla atlantlar arasındakı həmin ərəfəyə təsadüf edən mifik müharibə barəsində danışmaqla kifayətlənib. Atlantoloqlar hesab edirlər ki, bu müharibənin sona çatması ilə Atlantidanın məhv olmasını çox qısa zaman intervalı ayırır. Atlantidanın qalıqlarından tapılan mədəniyyət nümunələri isə müəyyən mülahizələrə əsas verir. Platona görə, analoji mədəniyyət nümunələri məhz həmin mifik savaş dönəminə aiddir. Bu isə Atlantidanın məhvinin təxminən 12 min əvvələ təsadüf etməsi haqqında təsəvvürlər yaradır. Bəşər tarixinin sonrakı dövrlərində Atlantidanın taleyinə bir çox elm adamları da maraq göstərib. Onların bəziləri Atlantida faciəsini Platonun uydurması sayırdılar. Hesab edirdilər ki, Platon bu uydurması ilə gələcək nəsillərə öz həmvətənləri haqqında mifik qəhrəmanlıq tarixi hədiyyə etmək istəyib. Ancaq Platonun Atlantida barədə məlumatlarına ciddi yanaşaraq elmi araşdırmalar aparanlar da yox deyil. Onların sırasında amerikalı konqresmen İ.Donelli xüsusi yer tutur. Atlantida ilə bağlı tarixi materialları araşdıraraq 1882-ci ildə «Atlantida — subasmaöncəsi dünya» əsərini qələmə alan İ.Donelli hətta «atlantologiyanın atası» kimi qəbul edilirdi. Bu mövzuda apardığı araşdırmalardan sonra İ.Donelli Platonun reallıqda mövcud olmuş nəhəng adanı təsvir etməsi haqqında mülahizə irəli sürmüşdü. O hesab edirdi ki, Atlantida ilk və ən qədim bəşəri sivilizasiyanın məkanı olub. Axı hindu, skandinav və s. dünya xalqlarının mifologiyalarında qalan allahların hamısı Atlantida vətəndaşları sayılır. Böyük ehtimalla Atlantidanın ən qədim kaloniyası Misir olub. Bu səbəbdən də Misir sivilizasiyasını Atlantida sivilizasiyasının təzahürü saymaq olar. Bürünc əsri Avropaya məhz Atlantidadan ayaq açıb və ilk dəfə dəmirdən atlantlar istifadə ediblər. Və Atlantida dəhşətli fəlakət nəticəsində məhv olub. Adanın bütün əhalisi okean sularının altında qalıb. Quldarlıq imperiyasını çökdürən dörd fəlakət...İ.Danellinin davamçılarından olan Vilyam Skott-Elliot 1896-cı ildə yazdığı «Atlantida tarixi» adlı əsərində bu ada haqqında daha dolğun məlumat verməyə çalışıb. V.Skott-Elliot tərəfindən tam həqiqət kimi təqdim olunan konsepsiyaya görə, Atlantida bizim eradan yüzlərlə min əvvəl yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyaya malik olub. Bu unudulmuş qitə Atlantik okeanın böyük bir hissəsini tuturmuş. Onun sərhədləri şimaldan indiki İslandiyaya, cənubdansa müasir Rio-de-Janeyro şəhərinə qədər uzanırmış. İlk kataklizm təxminən 800 min il əvvəl baş verib. Nəticədə Atlantida öz əvvəlki relyefini itirməyə başlayıb. Amerika materiki bu nəhəng adadan ayrılıb. İkinci geoloji fəlakət 200 min əvvələ təsadüf edir. Atlantida ikiyə — Ruta adlanan nisbətən böyük şimal və ondan kiçik Daitya kimi məlum olan cənub hissələrinə bölünüb. Daha dəhşətli üçüncü kataklizmsə, 80 min il əvvəl baş verib. Bu dəfə də Atlantida öz mövcudluğunu qoruyub. Ancaq bu mövcudluq nəhəng Atlantidanı, sadəcə, Rutanın qalığı olan Poseydanidaya çevirib. Platonun haqqında danışdığı Atlantida da əslində onun kiçik hissəsi olan Poseydanidadır. Nəhayət, bizim eradan əvvəl 9564-cü ildə dördüncü və sonuncu fəlakət baş verib. Və okean Atlantidanı həmişəlik olaraq udub. Bunun nəticəsində planetimizin müasir quru və dəniz sərhədləri indiki görüntülərini alıb. Skott-Elliota görə, Atlantidanın iki milyonluq əhalisi olan paytaxtı Stavorot adlanıb. Bu şəhər müasir parkları xatırladan yaşıllıqlarla əhatə olunubmuş. Paytaxtın kənar hissəsindəsə, əsasən hakim sinfin təmsilçilərinə məxsus villalar yerləşirdi. Stavorot şəhərinin hələ ikinci kataklizm nəticəsində məhv olduğu ehtimal edilir. Atlantida cəmiyyətisə quldarlıq üzərində təşəkkül tapıbmış. Atlantlar reaktiv raketlərlə Marsa uçublar… Atlantida haqqında mülahizələr yalnız onun məhv olması ilə bağlı məlumatlarla məhdudlaşmır. Həmin mülahizələr içərisində Atlantik okeanda yerləşmiş bu mifik ada boyu yayılan quldarlıq imperiyasının çiçəklənmə dövrü barəsində də iddialara rast gəlinir. V.Skott-Elliot məlumat verir ki, qızıl əsrinin sonunda Atlantidanın reaktiv aviasiya sahəsi yüksək inkişafa çatmışdı. Ümumiyyətlə, Atlantida sivilizasiyasının yüksək inkişaf səviyyəsi ilə bağlı konsepsiyanın tərəfdarları odsaçan və səs-küylə uçan nəhəng əjdahalar, eləcə də qeyri-adi təsvirli cisimlər barədə çoxsaylı məlumatlara istinad edirlər. Belə məlumatlara adətən yunanların, germanların, slavyanların, çinlilərin, hinduların və digər xalqların qədim mifoloji rəvayətlərində rast gəlinir. Konsepsiyaya görə, bütün bunlar Atlantidanın reaktiv gəmiləri haqqında öz təsvirini dəyişmiş dumanlı təsəvvürlərdir. Bu təsəvvürlər hava hücumu taktikası tətbiq edən atlantların cəza ekspedisiyaları barədə xəbər verir. Əlbəttə, belə mükəmməl texnikaya malik olsaydılar, atlantlar fəlakətdən qaçmağa cəhd göstərərdilər. Doğrudan da atlantoloqların mülahizələri arasında Atlantidanın çökdüyü vaxt hakim sinfin müəyyən hissəsinin reaktiv gəmilər vasitəsilə xilas olduğu barədə iddialara rast gəlinir.Onların qənaətinə görə, ali təbəqənin təmsilçiləri (krallar, kahinlər və s.) əsasən Amerika və Afrikaya, eləcə də kosmik raketlərlə başqa planetlərə — Venera və Marsa pənah aparıblar. Ancaq reaktiv gəmilər məhdud saylı səlahiyyətli və qüdrətli təbəqənin nəzarətində olduğundan onlar vasitəsilə fəlakətdən canını qurtaranlar o qədər də çox olmayıb. Xilas olub, Amerika və Afrikaya üz tutanlarsa, yeni vətənlərində vaxtilə Atlantidada sahib olduqları qüdrətlərini itiriblər. Və yerli əhali ilə qaynayıb-qarışmaq məcburiyyətində qalıblar. Onların sonralar köhnəlmiş və yanacaq ehtiyatlarını tükədərək yararsız hala düşmüş gəmilərinin qalıqları isə atlantların qəddar cəza ekspedisiyalarını xatırlayan digər xalqlar tərəfindən məhv edilib. Göründüyü kimi, Atlantida haqqında çoxsaylı və müxtəlif mülahizələr mövcuddur. Bu mülahizələr hər bir halda belə bir adanın doğrudan da mövcud ola biləcəyindən xəbər verir. Ancaq bəşər övladı Atlantida müəmmasını açmaq üçün hələ də maddi sübutlara sahib deyil. Deməli, qədim yunan filosofu Platonu özündən tarix uydurmaqda suçlayanların mülahizələri də yaşamaq hüququna malikdir. Bununla belə, həqiqətlə uydurma arasındakı məsafənin qət edilməsi yəqin ki, gələcək nəsillərin öhdəsinə düşəcək Bermud ücbucağının Atlantida ilə əlaqəsi Bermud ücbucağının da qədim Atlantida şəhəri ilə hansısa əlaqəsi olması barədə fikirlər mövcuddur. Hətta Atlantida şəhərinin su altına batdığı güman edilən ərazidə aparılan sualtı araşdırmalarda okeanın dibində sıralanmış böyük daşların insan əli ilə sıralanması həmçinin həmin daşların bəzilərinin əraziyə aid olmayan suxurlardan yonulması da burada həqiqətən də vaxtı ilə mədəniyyət və sivilizasiyanın olmasını sübut edir. Bu faktlardan sonra Platonun əsərlərində qeyd edilmiş Atlantida haqqında fikirlərin doğruluğu hər kəs tərəfindən qəbul edilməlidir. Mənbə:www.tarix.info
['Faktlar', 'atlantida', 'Platon', 'Donelli', 'elm', 'okean', 'mif', 'mədəniyyət', 'tarix', 'imperiya', 'quldarlıq.']
1,491
https://kayzen.az/blog/aforizmler/15375/m%C9%99%C5%9Fhur-filml%C9%99rd%C9%99n-sitatlar.html
Məşhur filmlərdən sitatlar
Apollon
Hikmət dənizi və aforizmlər
19 noyabr 2014, 22:04
İnsanın yüksəlişi uzun vaxt alır, amma iflası tam əksinə. (Kosmopolis) Sanki çox uzun ömrümüz varmış kimi bir də həyat bizə gözləməyi öyrədir.(Pianist) Ən önəmlisi ümidini heç vaxt itirmə. (Pinin həyatı) Uzun müddət maska taxsanız, maskanın altındakı kimliyinizi unudarsınız. (V for Vendetta) Paris həmişə var olacaq. (Casablanca) Bir damla və bir damla böyük bir damla yaradar, iki dənə yox. (Nostalgia) Nankor insan-hər şeyin qiymətini bilən, amma heç nəyin dəyərini bilməyən insandır. (Yerdəki ulduzlar) Güvən- əlimizdə sübutu olmayan şeylərə qarşı duyulan inancdır. (Filadelfiya) Həyatın verdiyi ən yaxşı dərslərdən biri bacardıqlarını və bacarmadıqlarının fərqində olmağına şərait yaratmasıdır. (Hötenin ilk sevgisi) Nə qədər yaxından baxsan, o qədər az görərsən həqiqəti. (Aldatma İlluziyası) İnsanlar hökumətlərindən qorxmamalıdır, hökumətlər insanlarından qorxmalıdır (V for Vendetta) Bir xəyalın varsa, onu qorumalısan. İnsanlar hər zaman özləri edə bilmədiklərini sənin də edə bilməyəcəyini deyirlər. Əgər nəyisə istəyirsənsə, onu əldə etməlisən. Nöqtə! (Ümidini itirmə)
['düşündürücü fikirlər', 'filmlərdən sitatlar']
1,492
https://kayzen.az/blog/istorik_c/17411/doktor-%C9%99li-%C5%9F%C9%99ri%C9%99ti-quran-haqqinda.html
DOKTOR ƏLİ ŞƏRİƏTİ QURAN HAQQINDA
istorik_c
Bloq: istorik_c
19 noyabr 2014, 17:34
Ey ziyalı dost! İslama qarşı baş vermiş təxribatlar göstərir ki, düşmən Qurandan qorxur. Sən Quranın əzəmətini düşməndən öyrən. Məgər, səni qucağına çağıran hiyləgərin qorxusu sənə Quran haqqında bir söz demir?!Onların çirkin fəaliyyətləri nəticəsində düzgün düşüncə və əməl yolunu göstərən bir kitab təbərrük, istixarə, and vasitəsinə çevrildi. İslam dininə iman gətirənlər Qurana təzim etməklə, onu taxçanın başına qoymaqla, ona dəstəmazsız əl vurmamaqla, səfərə çıxanın başına tutmaqla öz vəzifələrini bitmiş hesab etdilər. Ey cəmiyyətinin, mühitinin və mədəniyyətinin süqutundan əzab çəkən qardaşım, hansı Qurandan danışırsan?! Sən savadsız dindarı qınayırsan. Amma onun haqqı var ki, oxumadığı Qurana iman gətirsin. Sənin isə haqqın yoxdur ki, oxumadığın, mətləblərini araşdırmadığın bir kitabı rədd edəsən. Sənin düşündüyünün əksinə olaraq bu insanları zəifliyə düçar edən Quran deyil. Bu insanlar Quranla həqiqi ünsiyyəti tərk etdikdən sonra tənəzzülə uğrayıblar.Ey agah ziyalı! Əgər Quranın mətnini anlayıb, onun mö’cüzələrini dərk etməyə qüvvən çatmırsa, heç olmasa, İslamdan faydalanmış inqilab rəhbərlərinin fikirləri ilə tanış ol. Bilirsənmi istismar körüyündə qovrulan Şimali Afrikada azadlıq hərəkatı necə başlayıb? Şüarı «Bütün müsəlmanların Qurana qayıdışı» olan Seyyid Camal məktəbinin davamçısı Məhəmməd (əbdüh) Şimali Afrikaya qədəm qoyduğu gün! O, din alimlərini toplayıb onları köhnə fəlsəfədən çəkinməyə və xalqı Quranın həqiqi siması ilə tanış etməyə çağırdı.Həmin vaxt Quran yenidən tədris olunmağa başladı. Hətta kənd məktəblərində əsaslı bir proqram şəklində Quran təlimləri həyata keçirildi. Qurandan istifadə etməklə, Fransız əsarətinə şərait yaradan xurafatlara son qoyuldu. Hansı ki, əvvəllər istismar boyunduruğu altında olan din nümayəndələri, yalnız fərdi ibadətlərlə məşğul olurdular. Onlar ibadətlə məşğul olduqları vaxt fransız generalları Arqo və Salan Əlcəzairin, Tunisin, Mərakeşin, Mavritaniyanın qanını sorur, bu ölkələrdə koloniya qanunları tətbiq edirdilər. Meşədə ərəb ovu ilə əylənən bir general Parisə—öz arvadına yazırdı: «Biz hamımız yaxşıyıq — mən də, itim də, ərəbim də!» Bəli, bu müsibətlər baş verdiyi vaxt mö᾽minlər zikr və duaya məşğul idilər.Amma Quran taxçadan düşüb həyata qayıdan kimi müsəlmanlara anlatdı ki, dünyada zəlil ölən axirətdə zəlil qalxacaqdır. İnsanlar anladılar ki, İslamda Allaha yaxınlaşmağın yeganə yolu əql və düşüncə, elm və bilikdir. Anladılar ki, hər kəs zülmə təslim olsa, zalımla əlbirdir. «Həyatın əqidə uğrunda cihaddan ibarət olduğunu» dərk etdilər. Başa düşdülər ki, İslam fərdi ibadətlərlə başa çatmır, İslam Peyğəmbəri (s) rahib yox, cihad peyğəmbəridir. Onun risalət hədəfi agahlıq və ədalətdir!Bildilər ki, Allah-taala dəmiri ədalət tərəzisi, ədalət tərəzisini isə vəyhlə yanaşı xatırladır. Anladılar ki, imanlı cəmiyyətin nişanəsi özününkülərlə mehribanlıq, düşmənlə sərtlikdir. Bu cəmiyyət qüdrət və şərəflə seçilir. Əgər istismar altında olan cəmiyyət dözümsüz və biganədirsə, demək, onların din hesab etdiyi həqiqi İslam deyil. Onların nə namazları, nə orucları, nə duaları, nə həccləri həqiqi ibadətlərdən sayıla bilməz. Həqiqi ibadət edən şəxs cəmiyyətdəki ədalətsizliklərə biganə qalmır!Bəli, Quran onun mahiyyətinə varan xalqları ayıltdı və anlatdı ki, ən böyük dini vəzifə cəmiyyətdəki süqutun qarşısını almaqdır. Quran insanları inandırdı ki, dua vasitəsi ilə şəhadət savabı qazanmaq əvəzinə, ələ silah götürüb Fransa istismarı ilə vuruşmaq lazımdır. Süqut etmiş həmin dini cəmiyyətlər Quranın köməyi ilə ayıldılar və cihada qalxdılar. Xalqdan uzaqlaşmış ziyalılar istismara qarşı mübarizədə İslamın gücünü görüb, bu əzəmətli hərəkata qoşuldular. Beləliklə, xalq xurafatdan, ziyalılar isə qərbpərəstlikdən xilas oldular. Afrikada marksizmin dayaqlarından hesab olunan mütəfəkkir Ömər Ozqan İslama iman gətirib, «Ən böyük mübarizə» kitabını yazdı. «Əlcəzair milli tələbə təşkilatı» adını götürdü. Dindarlar arasında yeni ruh tapan din, dindar olmayan ziyalıları da cəzb etdi. Əlcəzair kommunist partiyasının orqanı olan «Əlcəzair respublikası» qəzetinin baş redaktoru fransız mənşəli Henri Aleq İslam mücahidləri sırasında həbsdə olarkən yazır: «Belə bir yerdə işkəncələrdən danışmaq düz çıxmır. Burada hər saatda bir ağır işkəncələrdən sonra qanlı dodaqlarında dua pıçıldayan birini həyətin ortasına tullayırlar. Mən bu kəlmələrin mənasını başa düşmürəm. Amma bu vaxtadək eşitdiklərim arasında yalnız bu kəlmələrə inanıram».Həmin illərdə qərb təcavüzü qarşısında qazanılmış qələbələrin yeganə səbəbi Qurana həqiqi yanaşma olmuşdur. İnsanlar anlamışlar ki, Quran büt yox, həqiqət yolunu göstərən mayakdır. Demək, Quran yalnız o zaman faydalı olur ki, oxunur, düşünülür, açıqlanır və onun göstərişlərinə əməl edilir. Əlbəttə ki, Qurana belə bir yanaşma istismarçıları qəzəbləndirir. Ona görə də Afrikada Fransa istismarının quduz canavarı Sustel deyir: «Quran dini kitab deyil. Bu kitab insanları ibadət və sülhə çağırmaq əvəzinə, onları döyüş və intiqama qaldırır. Zəlil bir cəmiyyəti Quran kimi hərəkətə gətirəcək ikinci bir qüvvə yoxdur. Quran öz sehirli kəlmələri və e᾽cazkar avazı ilə ən ölü qəlbləri diriltmək gücündədir...».Yəqin ki, Qladiston haqqında eşitmisiniz. İngiltərənin ekspansionist siyasəti yolunda can qoymuş yəhudi məsləkli bu baş nazir İngiltərə parlamentində Quranı tribunaya döyəcləyərək demişdir: «Nə qədər ki, bu kitab müsəlmanlardadır, ingilis siyasəti qarşısında mütilik olmayacaq!».Dilindən bu sayaq təhqirlər çıxaranlar Quranın hansı təsirə malik olduğunu təcrübədə görənlərdir. Düşmənlər Quranın tə᾽sir dərəcəsini İslam alimlərindən daha dəqiq təfsir edirlər. Çünki həm düşməndirlər, həm də xəyali məfhumlardan uzaqdırlar. Bu insanlar artıq dərk etmişlər ki, oxunub düşünülən Quran istismarın qənimidir.Qurani-kərimin «Şura» surəsində buyurulur: «O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən sərf edərlər; və o kəslər üçün ki, onlar zülmə, təcavüzə məruz qaldıqda intiqam alarlar; hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir; zülmə məruz qaldıqdan sonra onun əvəzini çıxanlara heç bir cəza verilməz».Məşhur «Mədəniyyət tarixi» kitabının müəllifi Vill Dorant Quran haqqında deyir: «Quranın «Sizə qarşı həddi aşanlara siz də həmin ölçüdə həddi aşın» ayəsini, İncilin «Sol üzünüzə sillə vursalar, sağ tərəfini də gətirin və əgər əbanızı istəsələr, ridanızı da bağışlayın» ayəsi ilə müqayisə etsək aydın olar ki, Quran «mərdanə əxlaq», İncil isə «qadınsayağı əxlaq» təlim edir». Demək, bu günkü müsəlman cəmiyyətləri Quran prinsipləri ilə daban-dabana ziddir. Ekspansionist fransız generallarının necə bir din arzuladıqları da məlum olur!Ey haqq axtaran ziyalı! Sən cəmiyyətdə insan şəxsiyyətinin alçaldılmasından əziyyət çəkirsən və bilirsən ki, Quran ən azı peyğəmbər dövründə bu şəxsiyyəti zülmətdən çıxarıb. Amma bu gün Qurana xurafatçı dindarların gözü ilə baxırsan. Axı ziyalı şəxs məsələlərə səthi yanaşmamalıdır. Sən Quranı necə tanımısan? Bu istiqamətdə hansı şəxsi axtarışların var. Qurana münasibətin göstərir ki, sən Quranı yox, düşmənin çəkdiyi Quranın şəklini tanıyırsan. Sənin tanıdığın Quran — cahillərin əlindəki istixarə və and Quranıdır!Quran düşüncə yolu ilə tanınmalıdır. Onu açıb oxumaq, məqsədləri barədə düşünmək, tarixi yolunu araşdırmaq, son 150 ildə Asiyada və Afrikada istismara qarşı qiyamlarda rolunu təhqiq etmək lazımdır. Bu yanaşma tərzi hər bir səmimi insana sübut edir ki, Quran — düşüncə, azadlıq, ədalət və tərəqqi kitabıdır.
['islam', 'quran']
1,493
https://kayzen.az/blog/kulinariya/17410/ev-%C5%9F%C9%99raitind%C9%99-fanta-haz%C4%B1rlanmas%C4%B1.html
Ev şəraitində Fanta hazırlanması
MuSHviG
Kulinariya
19 noyabr 2014, 15:07
Fanta nədən hazırlanır? Yəqin ki çoxlarımız sağlamlığımızı qorumaq üçün fanta və onunla eyni sinifə aid olan kimyəvi tərkibli içkiləri almaqdan çəkinirik. Lakin sizə təqdim etdiyimiz bu reseptdə ziyanlı əlavələrdən, rəngləndiricilərdən və.s istifadə olunmur.Fanta tərkibi:Portağal (böyük) – 4 ədədLimon – 1 ədədSu – 700 mlQazlı su – 500 mlŞəkər – 150 qram yaxud zövqə görəHazırlanması:Meyvə  ilıq suda yaxşı yuyulur, təmizlənir. Bıçaqla qabıqları soyulduqdan sonra meyvənin şirəsi sıxılır. Sıxılmış meyvə şirəsi və qabıqları qazana əlavə edilir. Şəkər və 700 ml qaynar su töküldükdən sonra 1-2 dəqiqə ərzində qaynadılır. Daha sonra alınmış qarışım 4-5 dəqiqə soyuducuda soyudulur. Sonda süzülən qarışım qazlı su əlavə edilməklə süfrəyə verilir. Təbbi və faydalı! Mənbə: www.leziz.ru
['Limon', 'portağal', 'şəkər', 'meyvə', 'resept', 'fanta.']
1,494
https://kayzen.az/blog/istorik_c/17408/h%C9%99r-g%C3%BCn-a%C5%9Fura,-h%C9%99r-yer-k%C9%99rbala-%C9%99li-%C5%9F%C9%99ri%C9%99ti.html
«Hər gün Aşura, hər yer Kərbala» Əli Şəriəti
istorik_c
Bloq: istorik_c
19 noyabr 2014, 15:04
1977-ci ildə İran şahı Məhəmmədrza Pəhləvi ABŞ-a səfər edib prezident Karterlə görüşür. Şahın okeanın o tayına səfər etməkdə məqsədi yaxınlaşan inqilabın qarşısını almaq və ölkədə islahatlar keçirmək üçün ABŞ-dan dəstək almaqdı. Karter açıq şəkildə şaha bildirir ki, o, artıq gecikib. Artıq İranda inqilabın baş verməsi zaman məsələsidir və ABŞ-ın şaha hər hansı bir köməyindən söhbət belə gedə bilməz. İnqilabı ancaq bir müddət saxlamaq olar. İnqilabın qarşısını almaq isə imkansızdır. Şahın ABŞ səfərindən iki ay sonra İngiltərədə, hələ gənc sayılacaq Əli Şəriəti adlı bir iranlı filosof evində ölü tapıldı. Əli Şəriəti yaxınlaşan İran inqilabının liderlərindən biri, «qırmızı şiəlik» və «sol islam» və «islam respublikası» ideyalarının müəllifi idi. Xomeynidən fərqli olaraq Əli Şəriəti ABŞ-la münasibət qurmaqdan imtina edirdi və ölümündən bir neçə həftə əvvəl şah tərəfindən İrandan sürgün olunmuşdu.  Üçüncü yolun memarı İkinci Dünya Savaşından sonra İslamın böyük üləmaları uzun mübahisələrin nəticəsi olaraq qərara aldılar ki, Şərqi, ABŞ-ın vəSSRİ-nin kolonial siyasətindən qorumağın tək yolu islamdır. Ancaq üləmalar mübarizə yolu olaraq «islam humanizmi» nəzəriyyəsini irəli sürürdülər. Yəni, səbirlə və dua etməklə allahsız kommunizmlə və müstəmləkəçi xristianlığa qarşı mübarizə aparmaq, haqq yoldan dönməmək, Allahın ədalətinə inanmaq hər bir müsəlmanın borcu olmalı idi. 60-70-ci illərdə İranın və İraqın şiə dairələrində «üçüncü yol» ideyası davamlı müzakirə olunur və yeni konsepsiyalar irəli sürülürdü. İdeyanın müəllifi Əli Şəriəti Qərbin aparıcı fikir adamları  arasında kifayət qədər nüfuza sahib idi. Şəriəti ilə yaxından dostluq edən Sartr onu “Yeni Şərq yaradacaq ideoloq” kimi qəbul edirdi. Əli Şəriəti islamın «üçüncü yolu»na xilaskar (messia) faktoru gətirdi və üsyankar islam nəzəriyyəsini irəli sürdü. “Qara şiəlik” hüzn dinidir. «Qırmızı şiəlik» isə fədailərin dinidir». Bu şüar Şəriətinin irəli sürdüyü ən inqilabi şüarlardan biri hesab olunurdu. Şəriəti “Mehdini gözləməyi” və matəm içində yaşamağı rədd elədi. O, Mehdini gözləməməyi, inqilabçı islam düşüncəsi ilə Mehdini gətirməyi ideyasını irəli sürdü. Əli Şəriəti məzlum və məlul islamın əvəzinə döyüşkən, inqilabi və üsyankar islamın gətirilməsini tələb edirdi. Şəriəti xilas yolunu məhz müti islamın əvəzinə üsyankar islam proletariatının gəlməsində görürdü. Onun Mehdisi imperializmdən, şah rejiminin zülmündən və ədalətsizliyindən əziyyət çəkən xalq kütləsi idi və güclü bir sosioloq olaraq o çox haqlıydı. Xalq özünü xilas etməliydi və çıxış yolu nə modernləşmə şüarları ilə dünyanı yenidən fəth etməyə cəhd edən Qərbdə, nə də allahsız rusların vəd  etdiyi kommunizm cənnətində deyildi… Şəriətinin islam respublikası anlayışında həmçinin peyğəmbərin zamanındakı ilkin islama dönüş əsas rol oynayırdı. Üçüncü yolun memarına görə sosial islam dövlətini yalnız peyğəmbərin və imam Əlinin əsasını qoyduğu əsaslarla qurmaq mümkündür, bu zaman sözsüz ki, bərabərlik prinsipi hər şeydən öndə tutulmalıydı. Sol radikalizmə yuvarlanan ailə Şəriətilər ailəsi İranda kifayət qədər tanınırdı. Əlinin babası Şeyx Şəriəti Xorasanın və bütün İranın tanınmış üləmalarından biri hesab olunurdu. Əlinin atası Məhəmməd Tağı da İranın sayılan dindarları içində yer alsa da, İkinci Dünya Savaşı sırasında solçuluğa meyl edir. İngilislərin yardımı ilə İranda taxt-tacı ələ keçirən Qacarların mehtəri Rza şah Pəhləvinin dində islahatlara başladığı vaxtlarda solçu ruhani müşrik elan olunur və  ruhanilikdən uzaqlaşdırılır. Hadisə 1935-ci ilə təsadüf  edir və bu zaman kiçik Əlinin ancaq iki yaşı vardı. Məhəmməd Tağı 1941-ci ildə İran Kommunist Partiyası kimi  tanınan Tudə Partiyasına üzv olur. Bu, Əli Şəriətinin siyasətlə və solçularla ilk təması idi. Onların evində tez-tez tudəçilərin toplantısı keçirilir  və kiçik Əli bu toplantılara qulaq müsafiri olur. Lakin bir müddət sonra Məhəmməd Tağı Şəriəti ilə Tudə Partiyası rəhbərliyi arasında ideoloji fikir ayrılığı baş verir. Fikir ayrılığına səbəb isə Tudə Partiyasının direktivləri Moskvadan alması olur. Millətçi düşüncəyə sahib olan Məhəmməd Tağı Tudə Partiyasını tərk edərək bu partiyaya qarşı mübarizə aparmağa başlayır və orta məktəbdə dərs deməklə ailəsini dolandırmağa çalışır. Əli Şəriətinin  ilk müəllimi də elə atası olur. Sonra ailə Məşhədə köçür və Əli burda pedaqoji məktəbdə təhsil alır. Daha sonra Məşhəd Universitetində ədəbiyyatı öyrənir. Məşhəd Universitetində oxuyurkən ilk dəfə Marksın, Leninin, Maks Veberin əsərləri ilə tanış olur. O, Sarbonnaya sosiologiyanı öyrənmək üçün yola düşəndə artıq solçu idi. Amma onun solçuluğu ənənəvi solçuluqdan fərqlənirdi. Şəriətinin beynindəki solçuluq islam-şiə teoriyası ilə vəhdət tapmaqda idi.  Şəriətinin siyasətdəki ilk addımları Gənc Əli siyasətə ilk dəfə 16 yaşından atılır. Sonuncu Qacar şahı Müzəfərəddin şahın böyük qızı ilə evli olan Məhəmməd Müsəddiqi 1949-cu ildə İran Milli Cəbhəsini elan edir. Mili Cəbhənin əsas tələblərindən biri neftin milliləşdirilməsi və İranda bir çox sosial islahatların həyata keçirilməsi olur. 16 yaşlı Əli Şəriəti Milli Cəbhəyə  qoşulur və aktiv etirazçılardan birinə çevrilir. 1950-ci ildə keçirilən seçkilərdə Məhəmməd Müsəddiqinin rəhbərlik etdiyi İran Milli Cəbhəsi qalib gəlir. İran tarixi boyunca bu, ilk və son demokratik seçki olur. Şəriətinin atası Məhəmməd Tağı Milli Cəbhənin aparıcı simalarından biri idi. Baş nazir olan Məhəmməd Müsəddiqi neft sənayesini milliləşdirir. Lakin onun apardığı islahatlar ABŞ-ın və Böyük Britaniyanın maraqlarını təhdid edir və 1953-cü ildə ABŞ-ın hazırladığı çevriliş nəticəsində Məhəmməd Müsəddiqi hakimiyyətdən uzaqlaşdırılır. ABŞ prezidenti Barak Obama 2009-cu ilin iyunun 4-də Misirə səfəri sırasında 1953-cü ildə ABŞ-ın İranda demokratik yolla seçilmiş hökuməti devirdiyini etiraf etdi: «Soyuq savaşın ortalarında ABŞ İranda demokratik yolla seçilən hökumətin devrilməsində rol oynayıb». 1952-ci ildə, 19 yaşlı Əli İslam Tələbə Assosiasiyasını yaradır və antiamerikan nümayişlərin birində həbs olunur. Onun ABŞ və Britaniyanın kolonial siyasətinə qarşı tükənməz nifrəti belə başlayır. MKİ-nin dəstəyi ilə general Zahidinin həyata keçirdiyi çevriliş nəticəsində Müsəddiqi hökuməti yıxılır və 20 yaşlı Əli yeni yaradılan Milli Müqavimət Hərəkatının fəalına çevrilir. Mili Cəbhə hökumətinin devrilməsindən sonra gənc Əli Şəriəti müəllim olaraq çalışmağa başlayır. Solçuluğa meyl edən Əlinin ətrafında yeni gənclik formalaşır. 1957-ci ildə SAVAK onu və Milli Müqavimət Hərəkatının digər 16 rəhbər şəxsini həbs edir. Həbsdən çıxdıqdan sonra o, davamlı olaraq izlənilir. 1959-cu ildə artıq İran hüdudlarından kənarda belə tanınmağa başlayan 26 yaşlı Şəriəti Sarbonna Universitetində doktoranturada oxumaq üçün Parisə gəlir. Əli Şəriəti Sorbonna Universitetində dövrün ciddi fikir adamları ilə tanış olur, Erik Frommun mühazirələrini dinləyir. Şəriəti «Paris zindanında» Maraqlıdır ki, İrana döndükdən sonra Əli Parisdəki həyatını «Paris zindanında keçən günlər» adlandırır. Onun Parisdəki ilk işi fransız dilini öyrənmək olmuşdu. Fransız dilini öyrənə-öyrənə fars dilinə tərcümələr edir, ekzistensializm fəlsəfəsi ilə tanış olur. O Sartrla və məşhur şərqşünas Massinyonla isti münasibətlər qurur. Marksizmə hər zaman böyük meyl göstərən Sartr hətta Əli Şəriətinin «qırmızı islam» nəzəriyyəsinin  təsiri altına düşür. Sartr Şəriətinin fikirlərini o qədər bəyənir ki, onu Şərqin yeni Marksı  olaraq dəyərləndirir. Sartr məhz Əli Şəriəti üçün yazmışdı: «Özüm haqqında hər hansı bir həqiqəti tapmaq üçün başqasının həqiqətindən keçməliyəm». Paralel olaraq Sartrın Şəriəti üzərində təsiri, onun bütün yaradıcılığı boyunca hiss olunur. Massinyonun köməkçisi kimi çalışan Əli Şəriəti məşhur şərqşünasa Məhəmməd peyğəmbərin qızı, birinci imam Əlinin həyat yoldaşı Fatimə haqqında ona geniş bilgilər verir. İmam Əli və Fatimənin  həyatını yaxından tədqiq edən Əli Şəriəti belə qənaətə gəlir ki, islam aləmində yeni inqilab dönəmi başladacaq əsas amillərdən biri peyğəmbərin qızı Fatimə ola bilər. Fatimənin üsyankarlığı, ərinin və özünün, həmçinin övladları-Həsən və Hüseynin hüquqları uğrunda açıq şəkildə savaşması, artıq uzun illərdən bəri formalaşan müti və humanist islam ideologiyasını təməlindən dağıdırdı. Məhz bu, Şəriətinin «qırmızı islam» nəzəriyyəsinin  yaranmasında əsa rol oynayır. Eyni zamanda Şəriəti sosiologiyanı və yeni ekzistensializm fəlsəfəni, mahiyyət etibarı ilə solçu olan bir çox islam fikir adamlarının-Mövlanə Cəlaləddin Ruminin, Məhəmməd İqbalın, Cəmaləddin əl-Əfqaninin fikirləri ilə sintez edir. Həmçinin Frans Fanonunun inqilabi düşüncələrindən faydalanır. Artıq Əli Şəriətinin beynində yeni «sol islam» nəzəriyyəsi  formalaşır. 60-cı illərin ikinci yarısından başlayaraq Şəriətinin bu nəzəriyyəsindən mayalanan ərəb dünyasında davamlı inqilablar baş verir. Əlcəzairdə, Suriyada, İraqda, Misirdə, Tunisdə, Liviyada, Livanda və başqa ərəb ölkələrində baş verən inqilablar və çevrilişlər SSRİ-dən silah, maddi dəstək alsalar da, inqilab və çevrilişlərin ideoloji bazasını məhz Əli Şəriətinin «sol islam» nəzəriyyəsi təşkil edir. İnqilab və çevriliş baş verən bu ölkələrdə Əli Şəriətinin modeli bu və ya digər şəkildə tətbiq edilməklə yanaşı antiamerikan düşüncəsi hər şeydən irəlidə gəlir. Təsadüfi deyil ki, «ərəb baharı» məhz bu ölkələri əhatə elədi. Şəriəti Marksı, Lenini və digər sosialist ideoloqları kəskin tənqid edir və onların çatışmazlıqlarını göstərir. Şəriətiyə görə Marksın və Leninin əsas səhvi Allahı rədd edərək ateist cəmiyyət qurmaqdadır. Ateizm bütün cəmiyyətləri öldürür və öz mahiyyətində heç bir sosial ədalət daşımır. Amma Allahın yolladığı hər bir dinin təməlini və mahiyyətini məhz sosial ədalət, bərabərlik və şəxsi azadlıq prinsipləri təşkil edir. Buna görə də kommunizm tərəfdarları Allahdan imtina etməməli, əksinə, Allahın dinindən istismar obyekti olaraq istifadə edənlərin əlindən din alınmalı və tam sosial bir anlam kəsb etməlidir. Heç bir halda din ədalətsizliyin, istismarın, köləliyin, müstəmləkəçi imperializmin yanında yer ala bilməz. Bu, dinin və Allahın mahiyyətinə ziddir. Dinlərin heç birində sosial zümrə anlayışı yoxdur, əksinə sosial zümrələrin yaratdığı ədalətsizlik və zülmü ortadan qaldırmaq üçün Allah dinləri, peyğəmbərləri yollayıb. Allah bütün dinləri xilas üçün yollayıb, ondan xilas üçün də istifadə olunmalıdır. Ona görə də din ilkin mahiyyətinə geri gətirilməli, peyğəmbərin zamandakı sosial bərabərlik təmin olunmalıdır. Bunun üçünsə, humanist və şükür edən islam anlayışı ortadan qaldırılmalı, onun yerinə üsyankar, inqilabçı və mili, siyasi, sosial, mədəni və iqtisadi müstəqilliyi təmin edəcək hegemon islam gətirilməlidir. Əli Şəriəti Parisdə tələbə olanda Əlcəzair Azadlıq Hərəkatı ilə əlaqələr qurur. Əlcəzairin müstəqilliyi üçün mübarizə aparan bu təşkilat üçün xeyli əmək sərf edir. Bundan başqa Milli Azadlıq Cəbhəsinin mühacirətdəki aparıcı simaları ilə əlaqələr qurur və onlarla birlikdə şah rejimini ortadan qaldıracaq yeni hərəkatı formalaşdırmağa başlayır. Şəriəti Hüseyniyyə İrşad Universitetində 1964-cü ildə Əli Şəriəti “Sarbonnada doktorluq dissertasiyasını müdafiə edərək sosiologiya elmləri doktoru kimi İrana qayıdır.  İrana dönən kimi SAVAK tərəfindən həbs olunur. Bir neçə həftədən sonra azadlığa çıxan Şəriəti öncə Məşhəd Universitetində sosiologiyadan dərs deməyə başlayır. Bir müddət sonra o, Tehrana köçür və Hüseyniyyə İrşad Universitetində leksiyalar oxumağa başlayır. Burda oxuduğu leksiyalarla tələbələr arasında həddindən artıq məşhurlaşır. Onun ideyaları İranda yeni yaranan tələbə hərəkatı vasitəsilə ölkənin bütün təbəqələrinə yayılır. Orta və elitar təbəqələr belə Şəriətinin ideyalarını mənimsəyir. O, İranda qaçılmaz kimi görünən inqilabın əsas liderinə çevrilir. Şəriətinin uğurları şah rejimini ciddi narahat etməyə başlayır. 1973-cü ildə Şəriətinin xalq kütləsinə açıq təsirini görən SAVAK növbəti dəfə onu və tələbələrini həbs edir. Şəriətinin həbsi İranda və beynəlxalq aləmdə etirazlarla qarşılanır. Həbsdə olduğu 18 ay müddətində onun azadlığa buraxılması tələbi ilə etiraz aksiyaları keçirilir. Küçələrdə polislə toqquşmalar adi hala çevrilir. Nəhayət 18 aydan sonra xalqın və beynəlxalq aləmin təzyiqləri qarşısında geri çəkilən şah rejimi 1975-ci il martın 20-də Novruz bayramı günü Şəriətini azad  edir. Həbsdə olduğu 18 ay müddətində Şəriəti tək adamlıq kamerada saxlanılır. Həbsdən azad olunmaq üçün şah rejimi onun qarşısında bir sıra şərtlər qoyur: Şəriəti qəti olaraq heç bir universitetdə çalışmayacaq, heç bir şey yazmayacaq, nə İranda, nə də xaricdə bir şey çap etdirəcək. Həyatının son iki ilini faktiki olaraq ev dustaqlığı şəraitində keçirir. Nəhayət ölkə xaricinə çıxa bilməsi üçün hökumətdən icazə istəyir. Ona ölkədən çıxmaq və Britaniyada yaşamaq təklif olunur. Şəriəti təklifi qəbul edir və Britaniyanın cənub sahilində yerləşən Sautqempton şəhərində kiçik bir ev tutaraq burda yaşamağa başlayır. Bir-birini tamamlaya bilməyən ikili — Xomeyni və Şəriəti Şəriəti ilə Xomeyni heç bir zaman görüşmədilər. Hər ikisinin xalq arasında böyük nüfuzu vardı və hər ikisi islam inqilabını çıxış yolu olaraq görürdü. Onları birləşdirən ideyalar, onları ayıran ideyalardan çoxdur. Amma onları ayıran bir ideoloji prinsip vardı ki, həmin prinsip bu gün də əsas mübahisə mövzusu olaraq qalmaqdadır. Xomeniyə görə, İslam inqilabının aparıcı simaları və islam respublikasının hakimi sinfi ruhanilər olmalı idi. Məhz bu məsələ ikili və onların davamçıları arasında ciddi fikir ayrılığına yol açırdı, proses bu gün də davam edir. Solçu, hər hansı bir sinfi qəbul etməyən Şəriəti sinifsiz islam sosializmi nəzəriyyəsini irəli sürürdü. Bu nəzəriyyədə hər hansı bir sinfin-hətta onlar ruhani belə olsalar- cəmiyyətdə üstünlüyü, hakimiyyətə sahib olmaları qəbuledilməzdir. Şəriətinin islam respublikasının təməlini sosial ədalət və sosial bərabərlik təşkil edirdi. İliyinə qədər inqilabçı və solçu olan Şəriəti gözləməyi, Mehdinin zühuruna hazırlaşmağı qəbul etmirdi. Onun məşhur «Hər gün Aşura, hər yer Kərbala» fikri inqilabın bir an öncə reallaşmasını tələb kimi ortaya qoyurdu. Hər kəs Mehdi olmalı, ədalətin təmin olunması üçün lazım gəlsə şəhid olmaqdan belə çəkinməməli idi. Döyüşən islam ideyası sonradan, 70-ci illərdən başlayaraq güclüyə qarşı islam terroru anlayışını meydana gətirmişdi və ona görə də hesab etmək olar ki, Şəriəti «islam terroru» ideyasının atalarından biridir. Bu fikirlərlə tamamilə razı olan Xomeyni hesab edirdi ki, islam respublikasının özəlliyi ruhanilər tərəfindən idarə olunmasıdır və elə buna görə də «Vilayəti Fəqih» (Ali Ruhani Şəxs) institutunun yaradılmasını vacib sayırdı.  Xomeyni özünün «üçüncü yol»unu irəli sürmüşdü və bu nəzəriyyədə əsas yeri ədalətli ruhanilərin idarə etdiyi sosial cəmiyyət tuturdu. Xomeyni həmçinin Şəriətinin «inqilabçı islam» nəzəriyyəsinə qarşı, «islam inqilabı» teoriyasını irəli sürmüşdü. Bu fikir ayrılığı bu gün də İranda ciddi mübahisə mövzusudur. İran prezidentləri ilə Ali Dini Lider arasında baş verən çəkişmələr də məhz bu prinsipdən doğur. Nə qədər qəribə olsa da, İranda bir qayda olaraq Əli Şəriətinin davamçıları prezident seçilir. Bunların arasında son iki prezidenti — Hatəmini və Əhmədinejatı xüsusi ilə qeyd etmək lazım gəlir. Son zamanlar Ali Dini Lider institutu ilə prezident institutu arasında qarşıdurma pik nöqtəsinə çatıb və yəqin ki, hələ bundan sonra da bu qarşıdurma İran siyasətinə təsir göstərəcək əsas amilə çevriləcək. Çünki mühafizəkarların bütün səylərinə baxmayaraq Şəriəti tərəfdarları hakimiyyət qurumlarında güclənməkdədirlər. Qərbləşmədən müasirləşmək nəzəriyyəsi Şəriətinin proqramında əsas yerlərdən birini də «Qərbləşmədən müasirləşmək» ideyası tuturdu Şəriəti hesab edirdi ki, islamın Qərbdən ala biləcəyi elə bir dəyər yoxdur. Texniki cəhətdən geridə qalmış İslam Qərbdən yalnız texnologiya ixrac etməlidir. İstər demokratik dəyərlər, istərsə də sosial ədalət, eyni zamanda bu dəyərləri özündə birləşdirən fəlsəfə islamda Qərbdən daha güclüdür. Bu dəyərlər islam dinin mahiyyətini təşkil edir. Buna görə də inqilabçı islam Qərbdən hər hansı mənəvi, hüquqi və ideoloji dəyərləri ixrac etməməli, əksinə, özündə olan və kifayət qədər dolğun olan bu dəyərləri Qərbə ixrac etməlidir.Ruhani olmayan və heç bir zaman ruhanilərlə ciddi münasibətlər qurmayan Şəriəti hesab edirdi ki, islam respublikasında hüquq islam dəyərləri üzərində, həmçinin peyğəmbərin və imamların həyat baxışları əsasında qurulmalıdır. Onun əsas inanclarından biri isə «Axır Əz Zamanının gəlişi üçün inqilabi şəraitin yaradılması» idi. Mehdinin tez bir zamanda zühurunu həyata keçirmək üçün  islam dini inqilab dininə çevrilməli və hər tərəfə savaş açaraq sosial ədalət və sosial bərabərlik uğrunda zülmə, imperializmə qarşı vuruşmalıydı. Onun davamçıları  da bu gün eyni şeyi iddia edir və buna səmimi olaraq inanırlar. Bu gün İraq şiələrinin aparıcı güc mərkəzlərindən biri olan «Mehdi ordusu» özlərini məhz Şəriətinin davamçıları hesab edir. Şəriətinin müəmmalı ölümü İngiltərəyə sürgün olunduqdan 3 həftə sonra səhhətində heç bir problem olmayan 44 yaşlı Əli Şəriəti evində ölü tapıldı. Rəsmi şəkildə onun ürək tutmasında vəfat etdiyi elan olunsa da, bu versiyaya heç kim inanmadı.İnqilabın eşiyində olan İran müxalifətinin əsas liderinin və islam inqilabının baş memarının ölümü hələ də müəmma olaraq qalmaqdadır. Onun ölümündə ABŞ və İngiltərə hökumətləri, İranın şah rejimi, İran müxalifətinin digər lideri Xomeyni maraqlı ola bilərdi. ABŞ və İngiltərə hökumətləri radikal ideoloq, islam dünyasının Marksının fəaliyyətindən sözsüz ki narahat idi. Şəriəti ABŞ-a qarşı radikal yanaşması ilə Xomeynidən daha qorxunc idi. Xomeynidən fərqli olaraq Şəriəti Qərb imperializmi ilə hər hansı bir anlaşmanın qatı əleyhdarı kimi çıxış edirdi.Hakimiyyətə gələnə qədər isə Xomeyni ABŞ başda olmaqla Qərblə normal münasibətlərin qorunması tərəfdarı kimi çıxış edirdi. Lakin hakimiyyətə gəldikdən sonra öz fikirlərində radikal dəyişiklik etdi və bununla da ABŞ-ın İrandakı maraqlarına öldürücü zərbə vurdu.İranda yetişən inqilabın önləmək üçün heç bir addım atmayan ABŞ-da hesab  edirdilər ki, Xomeyni ilə dil tapacaqlar. Bu, ABŞ-ın XX əsrdə yol verdiyi ən böyük geostrateji səhv idi. İranı itirməklə ABŞ və Qərb Avrasiyanın əsas geosiyasi məkanını itirmiş oldu. Bu soyuq savaşın bitməsindən sonra daha açıq şəkildə hiss olunmağa başladı. Karter hökumətinin buraxdığı böyük səhv islam dünyası ilə ABŞ arasında başlanan savaşın başlanğıc nöqtəsi oldu.Ehtimal olunan varianta görə Şəriətinin öldürülməsi MKİ-nin SAVAK-la ortaq əməliyyatı olub. Bu, İranla ABŞ təhlükəsizlik orqanları arasında son ortaq əməliyyat kimi tarixə düşüb. Şəriətinin öldürülməsindən bir neçə saat sonra SAVAK ora gəlir və mənzildə axtarış aparır. Cənazənin ekspertizasına icazə verilmir. Daha sonra cənazənin İrana aparılmasına və rəsmi dövlət mərasimi ilə dəfn olunmasına qərar verilir. Şah rejimi Əli Şəriətini rejimin tərəfdarı olan islahatçı lider kimi dəfn etmək və xalqın gözündə özünü təmizə çıxarmağa çalışır. Lakin Şəriətinin ailəsi buna icazə vermir və Şəriətinin cəsədi Dəməşqə gətirilərək heyran olduğu Həzrəti Zeynəbin türbəsi önündə dəfn olunur.Şəriətinin öldürülməsi İranda inqilabı sürətləndirən amilə çevrilir. 1979-cu ilin yanvarında Məhəmməd Rza şah Pəhləvi ailəsi ilə İrandan qaçır və Xomeyni 14 illik sürgün həyatından sonra İrana dönərək İran İslam Respublikasını elan edir, yeni hökuməti qurur. Beləliklə Əli Şəriətinin xəyalları qismən həyata keçir. Amma əsas xəyalı, sinifsiz və zümrəsiz islam sosial cəmiyyəti yaratmaq ideyası isə xəyal olaraq qalır.Öləndə 44 yaşı vardı. İranda və Orta Şərqdə son yüz ildə ən böyük fikir adamlarından biriydi. O ruhani deyildi, dünyəvi ziyalı idi. Amma şiə islam respublikasının yaranmasının memarı oldu.O, Allahı istismar olunanların Allahı olaraq görürdü və istismar edənlərin Allahdan deyil, şeytandan olduqlarına inanırdı. O, islam sosializmini dünyanın xilas yolu olaraq görür və hesab edirdi ki, ən doğru olan yol «üçüncü yol»dur.
['Əli Şəriəti', 'islam']
1,495
https://kayzen.az/blog/edebiyyat/17409/k%C3%BClk%C9%99man-isve%C3%A7-na%C4%9F%C4%B1l%C4%B1.html
"KÜLKƏMAN" - İsveç nağılı
MuSHviG
Ədəbiyyat
19 noyabr 2014, 14:48
Uzaq bir ölkədə, şahlıqların birində bir kəndli yaşayırdı. Bu kəndlinin üç oğlu vardı. Onlardan böyüyü və ortancılı zəhmətkeş və çalışqan idilər, kiçiyi isə dünyada tayı — bərabəri olmayan bir tənbəl idi. Bütün günü sobanın yanında oturar və külün içində eşələnərdi. Dırnaqları caynaq kimi uzanmış, saçlarına isə nə vaxt daraq dəydiyi heç kimin yadına gəlmirdi, buna gorə də onu Külkəman adlandırırdılar.Heç bir məsləhət və heç bir hədə- qorxu Külkəmanı işləməyə vadar edə bilmirdi. Nəhayət atası boğaza yığıldı, Külkəmana bir az yol azuqəsi verdi və dedi:-      Bəsdir havayı ata çörəyi yedin!İndi də get öz bəxtini sına, Külkəman!-  və onu evdən qovdu.Külkəman az getdi,  çox getdi,  gəlib  boyük bir meşəyə çatdı və orda azdı. Yol azuqəsi də artıq bitmişdi və o nə edəcəyini bilmirdi. Kədərli halda bir kötüyün üstündə oturdu və acı-acı ağlamağa başladı. İndi o evlərində olanda tənbəllik etdiyinə görə çox peşman olmuşdu.Qaş qaraldı, meşədə bayquşlar, canavarlar ulamağa başladı. Külkəman gecələmək üçün yer axtarmaq fikrinə düşdü. Birdən  uzaqdan bir işığın gəldiyini gördü  və o səmtə getməyə başladı. Bir xeyli yol getdikdən sonra o böyük bir çaya rast gəldi. Çayın o biri üzündə bir qəsr dururdu, qəsri dəmir divarlar əhatə edirdi. Qəsrin pəncərələrinin birində işıq yanırdı. Külkəman əynini soyundu, paltarlarını kürəyinə bağladı və üzərək çayın dayaz yerindən keçməyə başladı. Çay dərin idi və suyu iti axırdı. Oğlan çayı güc-bəla ilə keçdi. Sahilə çıxdı, əynini geyindi, nəfəsini dərib qəsrin ətrafına dolanmağa – içəri girməyə qapı axtarmağa başladı. Qapı isə yox idi. Birtəhər dəmir divarların birində darvaza tapdı və darvaza öz-özünə açıldı. O darvazadan içəri girdi, qapılar onun  arxasınca örtüldülər. Oğlan həyəti dolaşmağa başladı, qəsrə girmək üçün qapı axtarmaq istədi, lakin divarda kiçik dəlik gördü. O divarı döydü və hardansa bir qapı peyda oldu və açıldı. Külkəman içəri girdi və zülmət qaranlıq bir otağa düşdü. O divarları əli ilə yoxlayarkən  bir qapıya toxundu. Bu qapı da dərhal açıldı və qonağı otağa buraxdı. Otağın ortasında bir masa vardı, masanın arxasında çox nurani bir qoca  oturub nəsə yazırdı. Qocanın çox uzun burnu, başında isə qəribə papağı var idi.-      Sənə nə lazımdır, ay oğlan? — deyə qoca soruşdu.-      Özümə iş axtarıram, — deyə Külkəman ağlına gələn ilk  şeyi söylədi.-      Bəs içəri necə keçmisən?- deyə qoca təəccübləndi.-      Möcüzə ilə, — deyə Külkəman boynuna aldı. –Heç gözləmirdim ki, qapını tapa bilərəm.-      Bilirsən ki, geri qayıtmaq daha da çətin olacaq?- dedi qoca. — Neynək, burda qala bilərsən. Mən tezliklə qohumlarıma baş çəkməyə gedəcəm və bir ildən sonra qayıdacam. Sən də bu vaxt ərzində kitab oxu və mənim atımı bəslə. Sənə bütün otaqların açarlarını verirəm, amma bax o otağı –qoca uzaq bir qapıya işarə etdi, — açmaq olmaz. Əgər o otağı açsan, mən dərhal qayıdacam və sən yaxanı qurtara bilməyəcəksən, — bunu deyib o böyük bir açar dəstəsi  çıxardı və Külkəmana  uzatdı.-      Bəs sənin adın nədir?-      Külkəman, — deyə oğlan cavab verdi.-      Gözəl addır, — dedi qoca və getdi.Külkəman isə qəsrdə qaldı. Bütün günü o kitab oxumaqla keçirirdi.Tezliklə bir çoxlarından ağıllı oldu. Qocanın nəsihətini dinləyərək qadağan edilmiş qapını isə o heç açmırdı.Lakin günlər keçirdi, maraq isə ona üstün gəlirdi. Bir gün o dözə bilmədi, qapını açdı və kiçik bir otağa daxil oldu. Otaqda bir soba var idi, sobanın üstündə qazan qaynayırdı. Divardan bir qılınc, yanında isə bir neçə bayraq asılmışdı. Masanın üstündə iki fırça, bir qutu, qutuda isə bir neçə talaşa var idi.Birdən Külkəman özünə gəldi, başa düşdü ki, qocanın qadağasını pozub və o qorxmağa başladı. Qaçıb at tövləsinə getdi. Tövlədə qəsr sahibinin atı var idi. Atın quyruğu tərəfdə saman, başı tərəfdə isə ocaq var idi. Kulkəmanın ata yazığı gəldi, onun başını samana tərəf, quyruğunu isə ocağa tərəf çevirdi. Bu vaxt at dedi:-      Bilirsən heç neynəmisən? Sən qadağa qoyulmuş otağa girmisən, qəsrin sahibi harda olsa indi yetişəcək. Amma sən mənə kömək etmisən, buna görə də sənə yaxşı məsləhət verəcəm. Qadağa qoyulmuş otağa qaç, qılıncın yanında asılmış şüşədən iç. Onda gücün artacaq və sən qılıncı saxlaya biləcəksən. Sonra başını qazana sal. Görərsən nə baş verəcək. Sonra qonşu otağa get, ordan zirehli geyimləri götür. Onlardan bəziləri günəş kimi, digərləri ay kimi işıq saçır, o biriləri isə ulduz kimi parıldayır. Onların üçünü də götür. Bir də qılıncı, su qabını, fırçanı və talaşa olan qutunu götür. Bir az cəld ol, indi ağamız qayıdacaq!Külkəman qəsrə tərəf qaçdı və atın dediklərini yerinə yetirdi.Su qabından içdi, qılınc onun əlində yüngül quş lələyinə döndü, başını qazana saldı-çirkli saçları yoxa çıxdı, əvəzində başında qızılı saçlar əmələ gəldi. O özü ilə atın dediklərinin hamısını götürdü və çaparaq ordan uzaqlaşdı. Bir az uzaqlaşmışdı ki, qəsrin sahibi qayıtdı. Sən demə zalım troll(div) imiş! O elə qəzəbli idi ki, onun qəzəbindən qəsrin divarları da lərzəyə gəlirdi.Külkəman çaparaq gedir, qulaqlarında külək vıyıldayırdı. Bir xeyli uzaqlaşdıqdan sonra at Külkəmandan soruşdu:-      Bir şey eşidirsən?-      Yox heç nə eşitmirəm, — deyə Külkəman cavab verdi.-      Başını qulağıma yaxınlaşdır, — dedi at.Oğlan belə də etdi, lakin yenə də heç nə eşitmədi.Bir az da getdilər, at yenə də soruşdu:-      Bir şey eşidirsən?-      Hə arxadan gurultu səsi gəlir.-      Tez ol, şüşədən arxaya bir az su çilə!- dedi at.Külkəman onun dediyini etdi və onun arxasında elə dəniz əmələ gəldi ki, div onu üzüb keçə bilməzdi. Div dayanmalı və gəmi hazırlamalı oldu.At isə elə hey çapırdı. Yenə o oğlandan bir şey eşidib-eşitməyini soruşdu. Üç dəfə soruşdu, üçüncü dəfə Külkəman dedi ki, arxadan qulağına dəhşətli gurultu gəlir.-      Fırçanı arxaya tulla!- dedi at.Külkəman fırçanı tulladı və onun arxasında elə qalın və keçilməz bir meşə əmələ gəldi ki,  div onu keçə bilmədi.  Div dayanmalı və ağacları qırmalı oldu.Onlar az çapdılar, çox çapdılar, gəlib şüşə bir dağa çatdılar.-      Bircə bu dağı keçə bilsəydik,  onda heç nədən qorxumuz olmazdı, —  dedi at. — Bir şey eşidirsən?-      Hə, eşidirəm, arxada göy guruldayır, — deyə Külkəman cavab verdi.-      Deməli qoca div bizə çatır, — dedi at. — Tərpən görüm,  məni mahmızla!Külkəman atı mahmızladı,  div isə artıq əlini onlara uzadırdı.  At dağa tərəf getdi,  div də onun arxasınca.-      Tez ol,  qutudakı talaşaları yerə səp!-  deyə at qışqırdı.Oğlan talaşaları yerə tökdü, onlar böyük tirlərə çevrildilər, dağdan aşagı diyirlənərək divin üstünə düşdülər və onu basıb əzdilər!-      Axır ki, qurtulduq!- dedi at. — İndi öz köhnə-kürüşünü gey, zirehli geyimləri isə mənə ver, yalnız yüyəni özünlə götür! Saraya get və bağbana iş axtardıgını söylə.Külkəman atın dediklərini yerinə yetirdi, bağban onu özünə köməkçi götürdü. At hər gecə oğlanın yanına gəlir, ona nə etmək lazım olduğunu öyrədir, bağban isə şagirdini yerə-göyə sığdırmırdı.Bir dəfə Külkəman bağda durub qızılı saçlarını darayırdı. Kiçik şahzadə qız isə pəncərədən baxırdı; qız oğlanı gördü və fikirləşdi:”Görəsən bu yaraşıqlı oğlan bura hardan gəlib?” Amma xidmətçilərini nə qədər sorğu -suala tutsa da, heç kim ona cavab verə bilmədi və qıza elə gəldi ki, oğlan onun gözünə görünüb.Külkəman isə şahzadə qızı gördü,  tez papağını başına qoyub kolların arxasında gizləndi.Lakin,  Külkəmanınsi asudə çox sürmədi. Qonşu kral müharibə etmək fikrinə düşdü. Hamı ilə birlikdə Külkəman da müharibəyə hazırlaşırdı. Kral onun bu hərəkətinə güldü, lakin onu müharibəyə apardı, yalnız ona yaşlı yabı verdi. Onlar yürüşə çıxanda Külkəman yabıdan yıxılıb gölməçənin içinə düşdü. Bütün qoşun ona gülməyə başladı. Külkəman qoşunun keçib getməsini gözlədi.  Qoca yabını gölməçənin yanında qoyub özü dağa çıxdı. Yüyəni cingildətdi və sehrli at qaçaraq onun yanına gəldi.  Yəhərin üstündə isə onun par-par parıldayan zirehli geyimləri dururdu.-      Geyin!-  deyə at qışqırdı. — Qılıncı götür, yəhərə otur, müharibəyə gedək!Külkəman belə də etdi,  kralın qoşunu döyüş yerinə çatmağa macal tapmamış Külkəman bütün düşmənləri darmadağın etdi.  Kral bu naməlum şahzadənin kim olması ilə maraqlandı. Bu vaxt o döyüşçünün ayağından qan axdığını gördü və onun ayağını öz kral yaylığı ilə bağladı. Sonra onu saraya dəvət etdi, amma gənc razı olmadı və çaparaq uzaqlaşdı. Oğlan dağa qayıtdı, atın yüyənini çıxardi və öz köhnə-kürüşünü əyninə taxdı. Gölməçənin yanına qayıtdı, yaşlı yabısını götürüb geriyə, saraya qayıtdı.Ertəsi gün hər şey təkrarlandı. Külkəman yaşlı yabısını mindi, gölməçənin yanında ləngidi, dağa qaçdı, yüyəni cingildətdi. Bu dəfə at ay kimi işıq saçan zirehli geyimi gətirdi. Yenə də Külkəman bütün düşmənləri darmadağın etdi və dağa tərəf çapdı.Üçüncü gün at göydə ulduz kimi yanan zirehli geyimi gətirdi.Külkəman öz qüdrətli qılıncı ilə düşmənlərin canına vəlvələ saldı, sağ qalanlar isə dabanlarına tüpürüb paytaxta kimi arxalarına belə baxmadan qaçdılar.Yenə də kral Külkəmanı öz sarayına dəvət etdi, o isə etiraz edərək çaparaq dağa getdi. Orda öz köhnə paltarlarını geydi, gölməçənin yanındakı yaşlı yabısını götürüb ağır- ağır saraya tərəf getməyə başladı.Müharibə qurtardı, kral sarayda ziyafət verdi. Ziyafətə müharibədə krala köməklik göstərmiş bir çox mərd şəhzadə gəlmişdi. Kral qızlarına onların arasından özlərinə adaxlı seçməyi təklif etdi.Böyük qız özünə boylu-buxunlu əcnəbi şəhzadə seçdi. Ortancıl qız da özünə nəcib cəngavər seçdi. Kiçik qız isə əlindəki almanı kənarda durmuş Külkəmana atdı.-      Bu sənin üçündür, gözümün işığı, — dedi.Kral qızının bu hərəkətindən qəzəbləndi və Külkəmanı saraydan qovdurmağı buyurdu.Bu vaxt Külkəman ayağındakı yaranı və yaraya sarınmış yaylığı göstərdi. O bu yaylığın kimin olmasını soruşdu. Kral yaylığa nəzər saldı və onu tanıdı. Külkəman yüyənin cingildətdi və sehrli at qaçaraq onun yanına gəldi.Külkəman əhvalatı olduğu kimi danışdı. Hamı məəttəl qalmışdı və ziyafəti davam etdirdilər.Axşamçağı hamı yatandan sonra at Külkəmana baltanı gətirib onun başını kəsməyi buyurdu.-      Nə danışırsan!Dəli olmusan!Mən bunu edə bilmərəm!- deyə Külkəman əllərini yellədi.-      Necə deyirəm,  elə də et!- dedi at. — Sən axı məni xilas etməyə söz vermişdin.Külkəman atın başını kəsdi və o dərhal yaraşıqlı şəhzadəyə çevrildi. Şəhzadə Külkəmanın əlindən tutub kralın yanına gətirdi.-      Əziz ata, — dedi şəhzadə. — Zalım divin tilsimlədiyi doğma oğlunu tanıdınmı? Külkəmanın düşmənləri darmadağın edən zaman minib çapdığı o at mən idim!Məni xilas edən isə odur!Kral sevindiyindən göz yaşlarına boğuldu. Külkəman isə günəş kimi parıldayan zirehli geyimini geydi və qızılı saçlarını çiyninə tökdü. Kral sevincək onu da şəhzadə elan etdi və kiçik qızını ona ərə verdi.Mənbə: www.meneviservetimiz.az
['Şahzadə', 'kral', 'div', 'qəsr', 'troll', 'yüyən', 'talaşa.']
1,496
https://kayzen.az/blog/fotosessiya/17407/national-geographic-h%C9%99ft%C9%99nin-%C9%99n-g%C3%B6z%C9%99l-%C5%9F%C9%99kill%C9%99ri.html
National Geographic-Həftənin ən gözəl şəkilləri
MuSHviG
Fotosessiya
19 noyabr 2014, 12:00
Qaya Sənəti – ƏlcəzairFotoqraf: Aliksey Xaritov Vəhşi Bataqlıq – ABŞ, Cənubi Karolina, Kombahe çayıFotoqraf: Vinsent MusiKallur Mayakı – Farer Adaları, DanimarkaFotoqraf:  Qreqori SayeyuŞəfəq Məbədi – MyanmaFotoqraf: Andi FeminqtonMəxmər Kral – London, Riçmond ParkıFotoqraf: Szimo BakotaAyna Görüntüsü – İsveçFotoqraf: Torsten MelbaçerMeşədən — Montana, Glacier Milli ParkıFotoqraf: Glari MiqesDənizlərin Lordu – Meksika, Baja Kaliforniya adasıFotoqraf: Mark HonerYaxın və Uzaq – TanzaniyaFotoqraf: Yaron ŞmidAomoridə Payız – Yaponiya, Aomori, Tovada gölüFotoqraf: Şo ŞibataAy işığına qərq olmuş alpinistlər – Hindistan, Çaukamba dağıFotoqraf: Pete BrideHazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Şəfəq', 'fotoqraf', 'Karolina', 'Montana', 'meşə', 'Meksika', 'maraqlı']
1,497
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/17402/kino-8-ci-mil-8-mile.html
KİNO: 8-Cİ MİL (8 MILE)
Türkəl
Bloq: Türkəl
18 noyabr 2014, 15:12
Əgər küçələrin səsi olsaydı… Onlar sizə bu əhvalatı danışardı. 8-ci Mil (2002) Rejissyor: Curtis Hanson Baş rollarda: Eminem, Kim Basinger, Mekhi Phifer, Britanny Murphy. 1995-ci il, ABŞ. Keçmiş qüdrətini itirmiş Detroit. 8-ci Mil adlanan yol şəhəri iki hissəyə bölür. Bir tərəfdə ağların yaşadığı treylerlər (səyyar, daşınan evlər), digər tərəfdə isə qaraların yaşadığı layihə evləri (minimal şəraitli mənzillər). Onları birləşdirən yalnız bir faktor var, rəngləri seçməyən kasıbçılıq.Əksəriyyətin bu ağ-qara izolyasiya ilə barışdığı vaxt bir nəfər 8-ci Milin əks tərəfinə keçmək istəyir. Lakin hamı onu gülər üzlə qarşılamağa hazır deyil. Burada ağlar azlıq təşkil edir və dilənçilik səviyyəsində yaşayır. Treylerlərdə yaşayan kasıblara qarşı işlənilən xüsusi təhqiramiz ifadə də var: “white trash” – ağ zibil. Jimmy Smith “B-Rabbit” ləğəbi ilə rep deyir. Onun da məqsədi bir gün məşhurlaşıb çətin həyata son qoymaqdır. Lakin dərisinin rəngi ona mane olur. Detroitin rep cəmiyyəti onu qəbul etmək istəmir.B-Rabbit personajı tam uydurma deyil, onun həyatı baş rolun ifaçısı Eminem’in keçmişinə bənzədilib. Eminem şöhrətə 26 yaşında, bəzi reperlərin artıq yaddan çıxdıqları yaşda çatıb. 1999-cu ildə ani sürətdə milyonların sevimlisinə çevrilmiş reper bu vaxta qədər çox çətinliklərlə qarşılaşıb. Səhnədə müvəfəqiyyətə gedən yol şəxsi həyatda uğursuzluq, bir neçə dəfə təslim olmaq fikri və intihar düşüncələri ilə müşaiyət olunub. 90-cı illərin əvvəllərində ağ reperlərin bir neçə solğun cəhdindən sonra (Everlast, Vanilla Ice, Marky Mark və s.) yenilərinin səhnəyə çıxışı əsl problem idi. Sənin bacarığın ikinci plana keçir, “ağ zibil” damğasını daşıdığına görə rəngin gülüş hədəfinə çevrilir. Qulaqlarında öz dövrünün ən qaynar rep hiti, o güzgüdə öz əksinə baxır və əlində mikrofon təsvir edərək ürəyində əvvəlcədən hazırladığı sətirləri deyir. O battle (rep döyüşü) üçün hazırdır, lakin səhnədə hər şey planlaşdırıldığı kimi getmir. Onu ciddi qəbul etmirlər. Ona gülürlər. Onu təhqir edirlər: “Elvis, rədd ol 8-ci Mildən! Bura sənlik deyil, qayıt ağ xarabana Vanilla Twice!” İrqçiliyin tərs üzü ilə qarşılaşan B-Rabbit də təslim olmağa çox yaxındır. Lakin daha bir fürsət, daha bir cəhd… ehtiyatla rəqibləri silahsızlaşdırmaq lazımdır, lakin bunun üçün təkcə bacarıq yetmir, onlardan ağıllı olmaq gərəkdir! Filmin resjissyoru daha çox “Los-Angeles Sirləri” (LA Confidential) ilə tanınmış Curtis Hanson’dır. Filmdə baş qəhrəmanın anası rolunu məşhur Holivud aktrisası Kim Basinger ifa edib. Mekhi Phifer isə onu karyerasında təslim olmağa qoymayan David “Future” Porter pesonajını yaradır. Filmdə həmçinin Britanny Murphy, Michael Shannon və Anthony Mackie kimi aktyorlar da yer alır. Future obrazı real həyatda Eminim ən yaxşı dostu olan və onu D12 qrupuna dəvət etmş reper Proof’a bənzədilib, onun adı isə, D12’in digər üzvü Denaun Porter’a oxşadılıb. Proof özü də filmdə kiçik hissəni oynayır. Digər reperlərdən Detroitdə doğulmuş Xzibit və Obie Trice da qısa epizodlarda ekranda görünür. Tənqidiçilərin və tamaşaçıların müsbət rəyindən əlavə filmin ən böyük uğuru ən yaxşı musiqi nominasiyasında Oskar mükafatı almış ilk rep mahnı alması oldu. Bu yolda “Lose Yourself” “Caetano Veloso & Lila Downs — Burn It Blue” (Frida filmindən) və “U2 — The Hands That Built America” (“Nyu-Yorkun Quldur Dəstələri” filmindən) kimi layiqli rəqibləri qabaqladı. Bütün bu uğurlara baxmayaraq 8-ci Mil, filmin aktyorları üçün (Michael Shannon istisna olmaqla) düşərli olmadı. Eminem bir daha aktyorluq fəaliyyətinə qayıtmadı. Mekhi Phifer və Kim Basinger nadir hallarda ekranlarda görünür, Anthony Mackie isə rollarını digər “mövsümi” qara aktyorlara uduzdu. DeAngelo Wilson intihar etdi, Proof bar davasında qətlə yetirildi, Britanny Murpy’nin ölümü isə hələ də müəmma olaraq qalır. Britanny Murphy, 1977-2009 Bir çox “ulduz” filmlərindən fərqli olaraq 8 Mil qəhrəmanın sonsuz uğur qazanması səhnəsi ilə bitmir. İzləyici onun yaşamalı olduğu çətinliklərin şahidi olur. Məhz buna görə film digər oxşar əsərlərdən seçilir və fikrimcə onların arasında etalon hesab edilə bilər. 8-ci Mil pessimistik aurasına baxmayaraq həm də motivasiya mənbəyidir. Bu flmdən zövq almaq üçün rep dinləyicisi olmaq mütləq deyil, belə ki, 8-ci Mil’də musiqi mərkəzi mövzu deyil. Bu məqsədinə çatmaq və özünü doğrultmaq haqqında olan bir filmdir.
['kino', 'film', 'Detroit', 'rep', 'hip-hop', 'musiqi', 'eminem']
1,498
https://kayzen.az/blog/texnologiya/17401/sosial-mediya-liderl%C9%99ri.html
Sosial Mediya Liderləri
MuSHviG
Texnologiya
18 noyabr 2014, 13:10
Sosial mediyada rəqabət gün keçdikcə daha da artır. Sosial mediya lideri Facebook 1 milyard 155 milyon aylıq aktiv istifadəçi sayı ilə ən yaxın rəqibi YouTube'u açıq şəkildə geridə qoyur. Twitter isə olduqca geridə olmasına baxmayaraq siyasətçilərin daha çox üstünlük verdiyi mediya vasitəsidir. Beləliklə aylıq istifadəçi sayına görə öndə olan və milyonlarla istifadəçini birləşdirən dünyanın ən böyük sosial şəbəkələrini sizə təqdim edirik... Facebook - Aylıq istifadəçi sayı: 1 milyard 155 milyon nəfərYouTube - Aylıq istifadəçi sayı: 1 milyard nəfərQzone - Aylıq istifadəçi sayı: 712 milyon nəfər Sina Weibo - Aylıq istifadəçi sayı: 500 milyon nəfərWhatsapp - Aylıq istifadəçi sayı: 350 milyon nəfərGoogle+ - Aylıq istifadəçi sayı: 327 milyon nəfərTumblr - Aylıq istifadəçi sayı: 300 milyon nəfərLINE — Aylıq istifadəçi sayı: 275 milyon nəfərTwitter - Aylıq istifadəçi sayı: 240 milyon nəfərWeChat - Aylıq istifadəçi sayı: 236 milyon nəfərHazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Facebook', 'Twitter', 'sosial şəbəkə', 'mediya', 'Line.']
1,499
https://kayzen.az/blog/maraqli-faktlar/17393/qad%C4%B1nlar-da-m%C9%99cburi-h%C9%99rbi-xidm%C9%99t-ke%C3%A7%C9%99c%C9%99k.html
Qadınlar da məcburi hərbi xidmət keçəcək
MuSHviG
Maraqlı faktlar
18 noyabr 2014, 10:28
Bu ilin oktyabr ayında Norveçdə kişi və qadınların hərbi xidmətin mütləq olmasını təsdiqləyən qanun layihəsi qüvvəyə minib. Norveç NATO təşkilatına üzv olan ilk ölkələrdəndir. Ölkə sosial rifah və gender bərabərliyi ilə məşhurdur. Bu səbəbdən irəli gələrək, Norveçdə kişilər kimi, qadınlar da hərbi xidmətdən keçir. Yerli qanunlara görə, şirkətin direktorlar şurasının 40 faizindən çoxu qadınlardan ibarət olmalıdır.    Hökumətin yarısı isə qadın nazirlərdən təşkil olunub. Yeni qanuna görə, 1997-ci ildən sonra dünyaya gələn qadınlar hərbi xidmətdən keçməyə borcludur. Qeyd edək ki, bu vaxta qədər hərbi xidmət könüllü xarakter daşıyırdı. Qadınlar Norveçin istənilən hərbi sahəsində xidmət edə bilər. Hazırda ölkədə qadınların minatutan gəmilərdə də xidmət etdiyini görmək olar. Məcburi hərbi xidmət 2016-cı ildən sonra tətbiq olunacaq. Qadınlar 44 yaşına kimi hərbi xidmətə çağırıla bilər. Xatırladaq ki, Norveçdə qadınlar könüllü hərbi xidmətə 1976-cı ildən etibarən qoşulub.  Mənbə:www.publika.az
['Qanun', 'ordu', 'hərbi', 'qadın', 'hökumət', 'gəmi', 'NATO']