Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
1,600 |
https://kayzen.az/blog/maraqli-faktlar/17093/tarixin-%C9%99n-g%C3%B6z%C9%99l-intihar%C4%B1.html
|
Tarixin ən gözəl intiharı
|
Apollon
|
Maraqlı faktlar
|
10 okyabr 2014, 21:06
|
«Tarixin ən gözəl intiharı» adı verilən bu hadisə 1947-ci ilin 1 may günündən baş verib.
Adı Evelyn Mchale olan gözəl bir xanım Nyu-Yorkda yerləşən məşhur Empire State-in (102 mərtəbəli göydələn) 83-cü mərtəbəsindən özünü ataraq intihar edir.
Nəticədə binanın aşağısında dayanmış BMT-ə aid olan limuzin avtomobilinin üzərinə düşür və ölür. Həmin vaxt təsadüfən oradan keçən fotoqraf Robert Viles tərəfindən bu hadisə lentə alınır.
Bu hadisə ona görə tarixin ən gözəl intiharı adını qazanır ki, fotodan göründüyü kimi və hadisənin şahidi olmuş insanların dediklərinə görə intihar etmiş bu gözəl qadın, özünü 83-cü mərtəbdən düşmüş insan əvəzinə avtomobilin üzərində sakitcə uzanıb yatmış qız təsiri bağışlayır.
|
['maraqlı məlumatlar', 'maraqlı faktlar', 'intihar']
|
1,601 |
https://kayzen.az/blog/%C5%9F%C9%99h%C9%99rl%C9%99r/17078/d%C3%BCnyan%C4%B1n-%C9%99n-bahal%C4%B1-%C5%9F%C9%99h%C9%99rl%C9%99ri-2014.html
|
Dünyanın ən bahalı şəhərləri - 2014
|
Apollon
|
Şəhərlər
|
9 okyabr 2014, 19:51
|
Economist Intelligence Unit dərgisi “Dünyanın ən bahalı şəhərləri – TOP 10” siyahısını yenilədi.2013-cü ilin siyahısı ilə o qədər də çox fərqlənməyən bu TOP 10-luğu sizə təqdim edirik:
1. Dünyanın ən bahalı şəhərləri sırasında ilk pillədə Sinqapur durur. Keçən ilin statistikasında Sinqapur 6-cı pillədə idi. Vergilərin və avtomobil satışının çox bahalı olması şəhəri “dünyanın ən bahalı şəhərləri” sırasında birinci etdi.Çörək: 3,36 $5 il bundan əvvəl: 2,90 $
2. Bu Avropa şəhərinin adı, tarixi və mədəniyyəti hər zaman dillər əzbəri olub. Bu şəhərdə nəqliyyat, qida və yaşam çox bahalıdır. Söhbət dünyanın ikinci ən bahalı şəhəri olan Parisdən gedir.Çörək: 8,44 $5 il bundan əvvəl: 7,31 $
3. Uzun illərdir Norveçin paytaxtı Oslo şəhəri bahalı olmasına görə “Economist Intelligence Unit” siyahısına daxil edilir. Sosial xidmətlərin (stomatologiya, gözəllik salonu, ictimai nəqliyyat) kifayət qədər baha olması bu ölkəni 3-cü pillədə yerləşdirib.Çörək: 5,91 $5 il bundan əvvəl: 5,33 $
4. Sürix – bu şəhərin siyahıda olması heç təəccüblü deyil. Ən iri bankların özəyi, maliyyə mərkəzləri Sürixdə yerləşir. İsveçrənin Sürix şəhərində qarşınıza çıxan hər bir şey olduğundan çox bahalıdır.Çörək: 6,19 $5 il bundan əvvəl: 5,13 $
5. Sidneyin ən bahalı şəhər olmasına əsas səbəb vergilərin yüksək olmasıdır. Sidney əvvəlki siyahılarda 3-cü yerdə yerləşmişdir.Çörək: 4,65 $5 il bundan əvvəl: 3,52 $
6. Əvvəl daha yuxarı pillələrdə olan Tokio 2014-cü ilin statatistikasına əsasən, 6-cı pillədə qərarlaşıb. Ötən illərə nisbətən iqtisadi böhran yaşayan Tokioda vergilər olduqca yüksəkdir.Çörək: 7,12 $5 il bundan əvvəl: 7,55 $
7. Daha bir İsveçrə şəhəri 7-ci pillədə yer alıb – Cenevrə. Bu şəhərdə orta gəlir bir nəfər üçün 3000 $ təşkil edir.Çörək: 6,38 $5 il bundan əvvəl: 5,86 $
8. Melburn – Avstraliyanın ikinci ən böyük şəhəri. Şəhərin iqisadiyyatı, Universitetləri və mədəniyyəti olduqca inkişaf etmişdir.Çörək: 4,43 $5 il bundan əvvəl: 3,77 $
9. Venesuelanın paytaxtı olan Karakasa bütün qida ehtiyatı uzaqlardan gətirilir, burda bir çox sosial xidmətlər də bahadır. Şəhərdə qida məhsullarında qiymət artımı tez-tez baş verir.Çörək: 11,02 $5 il bundan əvvəl: 6,98 $
10. Kopenhagen bir çox Skandinaviya ölkələrindən təmizliyinə, rahatlığına və cəlbediciliyinə görə fərqlənir. Şəhərdə yaşam, tibb və transport kifayət qədər bahalıdır. Ötən ilki siyahıda Kopenhagen 15 pillədə yerləşmişdi.Çörək: 4,82 $5 il bundan əvvəl: 3,82 $
Orucova Jalə
azens.az
|
['şəhərlər', 'ən bahalı şəhərlər']
|
1,602 |
https://kayzen.az/blog/imtahan/17088/d%C9%99rsl%C9%99rimizi-nec%C9%99-haz%C4%B1rlay%C4%B1r%C4%B1q.html
|
Dərslərimizi necə hazırlayırıq?
|
beautiful
|
Testlər
|
8 okyabr 2014, 17:19
|
1. Dərs hazırlayarkən əsas başlıqlara
a)Heç vaxt fakir vermirəm.
b)Bəzən diqqət yetirisəm də,bəzən diqqət yetirmirəm.
c)Həmişə diqqət yetirirəm.Hətta lazımim gəlsə,qeyd aparıram.
2. Bilmədiyi bir sözlə qarşılaşsam…
a)Heç vaxt lüğətə baxmıram.
b)Bəzən baxsam da,bəzən baxmıram.
c)Həmişə lüğətə baxıram.Sonra da o sözü yadımda saxlamağa çalışıram.
3. Ev tapşırıqlarımı…
a)Heç vaxt qeyd etmirəm.
b)Bəzən qeyd etsem də,bəzən qeyd etmirəm.
c)Həmişə qeyd edirəm.Hətta bunun üçün xüsusi tapşırıq dəftəri də tuturam.
4. Dərs hazırlayarkən…
a)Həmişə televizora baxıram.
b)Bəzən televizora baxsam da,bəzən baxmıram
c) Heç vaxt televizora baxmıram.Ancaq dəslərimlə məşğul oluram.
5. Ev tapşırıqlarımın…
a)Heç vaxt üzərində dayanmıram
b)Bəzən üzərində dayansam da,bəzən dayanmıram.
c)Həmişə üzərində dayanıram.Çünki ev tapşırıqlarının biliklərimizi möhkəmləndirik.
6. Yeni öyrəndiyim bir mövzunu…
a)Heç vaxt təkrar etmirəm
b)Bəzən təkrar etsem də,bezən təkrar etmirəm
c)Həmişə təkrar edirəm.Həm də,o mövzunu öyrəndiyim gün.
7. Dərs hazırlayarkən…
a)Həmişə nə isə yeyirəm.
b)Bəzən nə isə yesəm də, bəzən yemirəm
c)Heç vaxt heçnə yemirəm.Diqqətimi ancaq dərslərimə verirəm.
8. Bir imtahana hazırlaşanda…
a)Heç vaxt əvvəlcədən hazırlaşmıram.
b)Bəzən hazırlaşsam da,bəzən hazırlaşmıram.
c)Həmişə əvvəlcədən hazırlaşıram.Çünki o imtahanla bağlı mövzuları hər gün təkrar edirəm.
9. Hansı dərsi nə vaxt hazırlayacağımı…
a)Heç vaxt əvvəlcədən planlaşdırmıram.
b)Bəzən planlaşdırsam da ,bəzn planlaşdırmıram.
c) Həmişə əvvəlcədən planlaşdırıram.Beləcə vaxt itkisinə də yol vermirəm.
10. Müəlim yeni dərsi danışanda…“
a)Heç vaxt dinləmirəm.
b)Bəzən dinləsəm də,bəzən dinləmirəm.
c)Həmişə dinləyirəm.Çünki onda bu dərsi daha yaxşı öyrənirəm.
«c”bəndi çoxluq təşkil edənlər:
Cavablarınızdan da göründüyü kimi necə dərs hazırlamaq lazım olduğunu bilirsiniz. Üstəlik, bunu həyatınıza tətbiq etməkdə də çətinlik çəkmirsiniz. Əgər bu qətiyyətinizi həmişə davam etdirsəniz, gələcəkdə də böyük uğurlara imza atacaqsınız
“b” bəndi çoxluq təşkil edənlər:
Necə dərs hazırlamalı olduğunuzu bilir, ancaq bunu həyat keçirmədə çətinlik çəkirsiniz. Halbuki əgər uğur qazanmaq istəyirsinizsə, qarşınızda bir məqsəd qoymalı və sonar da bu məqsədi həyata keçirmək üçün əlinizdən gələn heç bir şeyi əsirgəməməlisiniz. Daha qətiyyətli olmağınız diləyi ilə…
“a” bəndi çoxluq təşkil edənlər:
Cavablarınızdan da məlum olur ki ,necə dərs hazırlamaq barədə o qədər də geniş biliyə malik deyilsiniz. Halbuki bir dərsdə uğur qazanmaq üçün əsas şərt bu dərsi necə hazırlayacağını bilməkdir. Ya da tərsinə əgər bir dərsi necə hazırlayacağınızı bilmirsinizsə, o dərsdə uğir qazanmaq ehtimalınız çox azdır.Ona görə də, necə dərs hazırlayacağınız barədə elə indidən düşünməyə başlayın. Hətta bu barədə sinif müəllimlərinizdən,həmçinin sinif rəhbərinizdən kömək istəməyi də unutmayın.Uğur qazanmaq dilləyi ilə.
|
['Dərslərimizi necə hazırlayırıq']
|
1,603 |
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/5716/d%C9%99rmanlardan-ehtiyatl%C4%B1-olun.html
|
Dərmanlardan ehtiyatlı olun!
|
loğman
|
sağlam həyat tərzi
|
7 okyabr 2014, 22:05
|
Bir çox ailələrdə gizli bir küçədə, uşaqların gözünə dəyməyən yerdə ehtiyat üçün içində yod tinkturu olan flakon (birdən kimsə barmağını kəsər), içində gənəgərçək yağı olan şüşə (birdən qarnı ağrıyan olar), başağrısı dərmanı, bint saxlamaq bir adət halını almışdır. Bir hadisə baş verdikdə ehtiyat görülmüş vasitədən istifadə edilirdi. İndi isə elə deyildir. Ailələrin çoxunda, xüsusən şəhər sakinləri arasında evdə nəinki dərman qutusu, hətta tam bir aptek, öskürəyə, başağrısına, revmatizmə, böyrək ağrısına, ürək fəaliyyətinin pozulmasına, təngnəfəsliyə, bir sözlə, nəyə qarşı istəsəniz, az qala bir yeşik dərman tapmaq olar.
Bütün bunlar yalnız həkimin göstərişi ilə qəbul edilsəydi, bəlkə, o qədər də təşviş doğurmazdı. Amma çox vaxt həmin dərmanlar Hafizə xalanın və ya İsmayıl dayının məsləhəti ilə qəbul edilir ki, bunların da bütün tibbi bilikləri yalnız özlərindəki xəstəlikləri müalicə etmək təcrübəsindən, həm də həmişə uğurlu olmayan təcrübədən ibarətdir.
Bununla bərabər, hazırda tətbiq edilən, müəyyən xəstəliklər zamanı çox effektli olan dərmanların əksəriyyəti orqanizm üçün heç də zərərsiz olmayan maddələrdir. Bunlar bir şəraitdə bu və ya digər orqan və ya sistemin vəziyyətini və ya fəaliyyətini xeyli yaxşılaşdırdığı halda, digər şəraitdə elə həmin orqan və ya sistemin pozulmasına və ya zədələnməsinə səbəb ola bilər. Bəzən onlar hazırda narahatlıq törədən orqanın deyil, digər orqanın fəaliyyətini pozur və geniş yayılmış allergik xəstəliklərin inkişafına səbəb ola bilər. Bəzi dərmanlar uzun müddət işlədildikdə orqanizm onlara öyrəşir və dərmandan asılılıq yaranır. Hafizə xalanın məsləhət gördüyü həbləri yeşikdə axtaranda və ya aptekdən alanda bu haqda düşünürükmü? Yox. Çoxumuz hər şeyi daha sadə təsəvvür edirik. Hafizə xalanın böyrü ağrıyırdı, ona 5-NOK təyin etdilər. İki həftə qəbul etdikdən sonra ağrı keçdi. Məhbubə xalanın da böyrü ağrıyanda fikirləşdi ki, 5-NOK tapıb qəbul etsəm, yəqin mənim də ağrım kəsilər. Həm də xarici preparatdır, çətin tapılır, deməli, həqiqətən çox effektlidir. İşin mahiyyətini araşdırdıqda isə, ola bilər ki, Hafizə xalanın iltihablı böyrəyi ağrıyırmış və doğrudan da, 5-NOK onun üçün faydalı imiş. Məhbubə xalanın isə böyrəkləri sağlamdır, ağrı kiçik bir əzələnin dartılması ilə əlaqədardır və 5-NOK ona qətiyyən lazım deyil və əzələ ağrılarını aradan götürmək üçün bu preparatın heç bir köməyi olmayacaqdır.
Son 10-20 ildə xarici ölkələrdə, elə bizim ölkədə də ayrı-ayrı rayon və şəhərlərdə aparılan müşahidələr göstərmişdir ki, xəstəxana çarpayılarının təxminən 5%-ni dərmanları düzgün işlətmədiyi üçün xəstələnənlər tuturlar.Bəs dərman xəstəliyə neçə səbəb ola bilər?Dərmanların düzgün seçilməməsi və ya tətbiq edilməməsi ilə əlaqədar xəstəliklər arasında ən çox, deyildiyi kimi, dərman allergiyaları təsadüf edilir. Xatırlayaq ki, allergiya artıq nə vaxtsa orqanizmə yeridilmiş (və ya qəbul edilmiş) və onu zərərli maddələrin təsirindən mühafizə edən sistemlərin müəyyən dərəcədə yenidən qurulmasına səbəb olmuş maddələrin təkrar yeridilməsinə qarşı orqanizmin qeyri-normal reaksiyasıdır. Bu yenidən qurulma nəticəsində orqanizm həmin maddənin təkrar yeridilməsinə qarşı şiddətli reaksiya verir, həmin reaksiya ilə əlaqədar xəstəlik əlamətləri müxtəlif mənşəli allergik xəstəliklərin, o cümlədən, dərman allergiyasının mahiyyətini təşkil edir.
Bütün dərmanlar allergiya törətmir və allergiya bütün şəxslərdə inkişaf etmir. Lakin hazırda məlumdur ki, adamların çoxu (16%-dək) penisillin preparatlarına, antibiotiklərə qarşı həssasdırlar, bəzi vitamin preparatlarına (B6, B12 vitaminləri), sulfanilamidlərə, zərərsiz kimi görünən və çox tətbiq edilən aspirinə (asetilsalisil turşusu) və bir çox digər dərmanlara qarşı yüksək həssaslıq göstərirlər.
Allergik reaksiya preparat qəbul edildikdən və ya yeridildikdən bir müddət sonra, bəzən demək olar ki, dərhal (xüsusən əzələyə və ya venaya yeritdikdə), bəzən isə bir neçə saatdan və ya gündən sonra meydana çıxır. Dərman allergiyasının (hər hansı digər allergiya kimi) əlamətləri çox müxtəlifdir. Bunlar, bədənin müxtəlif sahələrində yerləşən ağrısız və ya qaşınma hissiyyatı törədən müxtəlif xarakterli və ölçülü dəri səpgilərindən — ləkələrdən, düyüncüklərdən, qabarcıqlardan ibarət ola bilər, dərinin az və ya çox geniş sahələri ekzema tipində zədələnə bilər, adətən, üzün və boyunun aşağı hissəsində dərinin və dərialtı toxumanın ödemi mümkündür. Çox vaxt tənəffüs yolları selikli qişasının katarı təsadüf edilir ki, bu da öskürək, bəzən xəstənin dəsmalı burnundan çəkməyə macal tapmadığı güclü zökəmlə birlikdə kəskin respirator xəstəlik kimi gedir. Xoşbəxtlikdən, allergiyanın xüsusilə ağır əlaməti olan bronxial astmanın boğulma tutmaları az-az baş verir.
Müxtəlif şəxslərdə eyni dərman müxtəlif xarakterli allergik reaksiya törədə bilər, eyni zamanda müxtəlif dərmanlar yeritdikdə törənən allergik reaksiya tamamilə eyni cür aşkar ola bilər.
Təsadüfi deyil ki, həkimlər dərman preparatı təyin edərkən, adətən, dərmana xəstənin necə dözdüyünü soruşurlar. Xəstə preparatın onda hər hansı qeyri-normal reaksiya törətdiyini söylədikdə həkim onu digəri ilə əvəz edir. Preparat xəstəyə ilk dəfə təyin edilirsə, həkim minimal dozalardan başlamağa çalışır və xəstənin vəziyyətinə nəzarət edir. Preparatın mənfi təsir göstərdiyi aşkar olduqda onu kəsib, başqası ilə əvəz edir. Əlbəttə, elə müstəsna hallar olur ki, xəstənin vəziyyəti həkimin müəyyən riskə getməyə və xəstənin yaxşı dözəcəyinə əmin olmadan preparatı təyin etməyə məcbur edir. Əslində risk o qədər də böyük deyil, çünki dərman allergiyasının ağır əlamətləri az təsadüf edilir.
Bəzi dərmanlar, xüsusən ağızdan və uzun müddət qəbul edilənlər arasında disbakterioz halı törədə bilər. İnsanın bağırsaqlarında çoxlu miqdarda olan mikrobların tərkibinin dəyişilməsi belə adlanır. Bağırsaqlarda yaşayan mikrobların adi yığımı nəinki zərərli deyil, hətta orqanizmə müəyyən fayda da verir. Çünki bir tərəfdən həzm proseslərində iştirak edir, digər tərəfdən isə orqanizmə lazım olan və bəzən qida ilə kifayət miqdarda daxil olmayan vitaminləri hasil edir. Disbakterioz həzmin pozulması və vitamin aclığı ilə aşkar ola bilər ki, bu da zəiflik hissi, iş qabiliyyətinin azalması, bəzən əsəbilik, yuxunun pozulması ilə müşayiət olunur. Disbakterioz ən çox apteklərdə reseptsiz satılan və məlumatı olmayan şəxslərin səbəbli-səbəbsiz həvəslə qəbul etdiyi antibiotiklərin və sulfanilamid preparatlarının (digər penisillin, tetratsiklin, sulfidimizin, ftalazol və s.) işlədilməsi nəticəsində inkişaf edir.
Bir sıra dərmanlar, deyildiyi kimi, əlavə təsirlərə malikdir ki, bunlar haqqında da, adətən, dərmanın qabına qoyulmuş təlimatda məlumat verilir. Əlavə təsirlər həmin dərmanı qəbul edən xəstələrin heç də hamısında baş vermir, lakin aptekdən reseptsiz alınmış preparatı qəbul etməyə başlayarkən bunları nəzərə almaq lazımdır. Məsələn, böyük dozalarda və tez-tez işlədilən amidopirin, analgin, fenasetin, asetilsalisil turşusu (aspirin) və bir sıra digər ağrıkəsici dərmanlar böyrəkdə iltihabın inkişafına (nefrit) səbəb ola bilər. Amidopirinin tətbiqindən bəzən qanyaranma zəifləyə bilər. Qanın formalı elementləri — ağ və qırmızı qan hüceyrələri tədricən məhv olur, sümük iliyində əmələ gələn yeniləri ilə əvəz olunur. Onların əmələ gəlməsi prosesinin zəifləməsi qanazlığına və orqanizmin xəstəliklərə qarşı müqavimətinin azalmasına səbəb ola bilər. Butadien, fenasetin, sulfanilamidlər də belə təsirə malikdir. Asetilsalisil turşusu nadir hallarda, xüsusən butadien və ya prednizolonla birlikdə qəbul edildikdə mədədən qanaxmaya, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsinə səbəb ola bilər. Həmin preparatları yeməkdən sonra qəbul etdikdə, yaxud da üstündən süd və ya kisel içdikdə bu zədələnmələrin qarşısı alınır.
Bikarbonu, besalolu, tərkibində atropin olan digər preparatları uzunmüddət qəbul etdikdə gözdaxili təzyiq yüksələ bilər ki, bu da ağır göz xəstəliyi olan qlaukomanın inkişafını asanlaşdırır. Həmin dərmanları uzun müddət qəbul etdikdə həkim nəzarəti xüsusilə vacibdir.
Bəzən belə olur ki, xəstələr guya tez müalicə olunmaq üçün dərmanları həkimin təyin etdiyi və ya təlimatda göstəriləndən artıq dozadaqəbul edirlər. Bu, dərmanların orqanizmdə toplanmasına və zəhərlənməyə səbəb olur ki, onun da əlamətləri dərmanın xarakterindən, sağlamlığın və əhvalın pozulmasından asılı olaraq çox müxtəlif ola bilər.
Dərmanlarla müalicə dövründə alkoqol işlədilməsi, xüsusən sərxoş vəziyyətdə dərman qəbulu ağır nəticələr verə bilər. Lakin alkoqol dərmanların əlavə təsirini (bəzən bir neçə dəfə), onlardan bəzisinin zəhərliliyini artırır. Belə ki, alkoqol sərxoşluğu fonunda yuxu dərmanının qəbulu şiddətli ayılmaya səbəb ola bilər Asetilsalisil turşusu ilə bir vaxtda spirtli içkinin qəbulu xora xəstəliyinin kəskinləşməsi təhlükəsini bir neçə dəfə artırır.
Qadınların hamiləlik dövründə qəbul etdikləri bir sıra dərmanlar dölün orqanizminə keçib anadangəlmə inkişaf qüsuru törədə bilər. Bunlara bəzi antibiotiklər, hormonal preparatlar, yuxu dərmanları, qusmağı kəsən və bir sıra digər dərmanlar aiddir. Gənc qadının bir xəstəliyi varsa, qabaqcadan, hamiləlik baş verməzdən əvvəl müalicə olunmaq çox vacibdir. Hamilə qadın özbaşına heç bir dərman qəbul etməməli, xəstələndikdə isə həkimin göstərişlərinə ciddi əməl etməlidir. Həkim çoxlu dərman preparatlarından ən təhlükəsizlərini seçər və ya tamamilə dərmansız keçinməyə imkan tapar.
Uşaq əmizdirən qadın da ehtiyatlı olmalıdır, çünki bir çox dərmanlar döş südü ilə uşağın orqanizminə keçə bilər. Uşaqların preparatlara qarşı xüsusilə həssas olduğunu nəzərə çatdırmaq lazımdır. Uşaqların əlinə düşən hər bir şeyin dadına baxmaq meylini və toz dərmanı, yaxud həb şəklində olan bir çox preparatlarda əsas, yaxud aşqar kimi şəkərdən istifadə edildiyini nəzərə alaraq dərmanları uşaqların əli çatmayan yerlərdə saxlamaqda ehtiyatlı olmaq lazımdır.
Əmək (xüsusən zehni) fəaliyyətini kəsməyən ambulator xəstələrin sinir sisteminə və psixikasına təsir edən preparatlar, xüsusən hər cür sakitləşdirici vasitələr (trankvilizatorlar), yuxu dərmanları reaksiyaların sürətini, diqqətin gərginləşdirilməsi və cəmləşdirilməsi qabiliyyətini azaltmaqda onların əmək qabiliyyətinə təsir göstəriləcəkdir. Belə olduqda əzələlərin boşalması hərəkətlərin koordinasiyasının (uzlaşmasının) pozulması müşahidə edilə bilər. Bu zaman bir dəfə qəbul edilmiş dozanın təsirini bir neçə saat hiss etmədikdə də təsir davam edə bilər. Bunu ilk növbədə nəqliyyat sürücüləri unutmamalıdırlar, çünki reaksiyanın yavaşıması, diqqətin zəifləməsi bir an belə olsa da, qərarın gec qəbul edilməsi fəlakətə səbəb ola bilər.
Yuxu dərmanları sürücü üçün xüsusi təhlükə törədir. Səhər işləmək lazım gələcəksə, onların qəbulundan qəti surətdə imtina etmək lazımdır. Psixi gərginliyi azaldıb yuxuculluq törədən sakitləşdirici preparatlar haqqında da eyni şeyi demək olar. Arterial təzyiqi azaltmaq üçün tətbiq edilən bəzi preparatlar (məsələn, rezerpin, rauvazan) təhlükəlidir. Bunlar sinir impulslarının nəql olunmasına aid reaksiyaların sürətini azaldırlar.
Tibbidə həddən artıq sayda tətbiq edilən dərmanlar (5000-dən artıq dərman məlumdur) böyük nemət olub, bəşəriyyətə əvvəllər xəstələrin çoxunun ölümünə səbəb olan bir çox xəstəliklərin öhdəsindən gəlməyə imkan verir. Sulfanilamid preparatlarının, bunların ardınca — antibiotiklərin müalicəvi xüsusiyyətlərinin kəşfi, hormonal preparatların işlənib hazırlanması tibb tarixində əsl mənada yeni era olub, onların təsirlərini bir neçə dəfə artırmışlar. Bununla bərabər, demək olar ki, məqsədyönlü işlədilməyən və ya artıq dozada tətbiq edilən hər bir dərman orqanizmi zəhərləyə bilər.
Nisbətən az dərman vardır ki, bunları həkim məsləhətini gözləmədən müstəqil qəbul etmək mümkündür və hətta lazımdır. Bunlara haqqında danışdığımız vitamin preparatları aiddir. Lakin burada da dozanın həddən artıq olmasından ehtiyat etmək və hər bir dərman qabında olan təlimata ciddi riayət etmək lazımdır.
Odur ki, məsləhət görürük: öz ev apteklərinizi sahmana salın! Yalnız həkimin yazdıqlarını və onun məsləhətinə ciddi riayət edərək qəbul etdiklərinizi ev aptekimizdə saxlayın. Qalanlarını (bunlara nə qədər vəsait sərf olunmuşsa da) tərəddüd etmədən zibil yeşiyinə tullayın.Müəllif: Qasımov Maqsud Səfər oğlu,Azərbaycan Tibb Universitetinin kommunal və qidalanma gigyena kafedrasının professoru
Mənbə: Sağlam həyat tərzi uğrunda
|
['dərman', 'dərman preparatları', 'dərmanlar']
|
1,604 |
https://kayzen.az/blog/psixologiya/17001/u%C5%9Faqlarda-fobiyalar-g%C3%BCnahkar-kimdir.html
|
Uşaqlarda fobiyalar: Günahkar kimdir?
|
Apollon
|
Psixologiya
|
6 okyabr 2014, 19:03
|
Qorxu görünən və görünməyən təhlükələrin qarşısında göstərilən təbii bir reaksiyadir. Qorxular təhlükələrə qarşı xəbərdarlıqdır. İnsanı nədənsə qaçmağa, gizlənməyə ya da mübarizə apararaq qorunmağa məcbur edir. Uşaqlarda aşkarlanan qorxular uşağın yaşına görə dəyişir.Həyatının ilk illərində uşaqlarda qorxu hissi daha çox olur. Öyrəndikləri çoxaldıqca, özünə inamları artdıqca, bilmədiklərini öyrəndikcə qorxuları daha da azalır. 2-3 yaşındakı uşaq ildırım çaxmasından, elektrik süpürgəsi kimi yüksək səslərdən qorxur. 3-4 yaşında isə polisdən, oğrudan, dilənçidən, qaranlıqdan, torbaçı xaladan qorxmağa başlayır. 4 yaşındakı uşaqlar həkimdən, itdən, yıxılıb yaralanmaqdan, əzilən bir yerinin qanadığını görməkdən qorxurlar. 6 yaşındasa isə şeytan, xortdan, ruh, yanğın, zəlzələ kimi hadisələr uşaq fobiyalarının yaranmasına səbəb olur. Bu yaşdakı uşaqlar hadisələri şişirdərək, yanlış yönə istiqamətləndirərək,başqa nələrəsə oxşadaraq onlardan qorxulu nəticələr çıxardırlar.Qorxunu sakitləşdirmə, susdurma, zəbt etmə, qarşısını almaq, gözdağı vermək üsulu kimi istifadə edən ana-ataların uşaqları daha da qorxaq olurlar. «Susmasan səni itlərə verəcəyəm», " Görərsən, axşam ata evə gələndə səni öldürəcək", «Sakit dayanmasan Turanın anası olacam», «Səsini kəsməsən sənə iynə vuracağam», “Tez yatmasan xortdan gəlib səni aparacaq", "Əgər məni çox istəyirsənsə, dəcəllik etmə" kimi xəbərdarlıq və gözdağı uşağın şüuraltına yerləşir, qorxular yaradır və uşağın psixi dünyasını alt-üst edir. Ürkək, qorxaq ata-analar, uşaqlarını qorxutmasalar da, bu qorxaqlıq və ürkəkliklərini uşaqlarına keçirirlər. Hədsiz qorunan uşaqlarda qorxular daha da artır. Hədsiz qorumaq nəticəsində uşaqların özünə güvən hissləri getdikcə azalır və uşaqlar bilik əldə etməkdən, fikirlərini ifadə etməkdən, yenilik etməkdən qorxur. Məsələn, 5 yaşlı uşağa (tez-tez nəzarət etmək şərtilə) tək həyətə düşməyə icazə verilsə, dostları lə istədiyi kimi oyun oynamaq şansı verilsə, bu uşaq üçün daha yaxşı olar. Həm fobiyaların qarşısı alınar, həm də uşağın özünə güvən hissi azalar.Ana və ata tərəfdən yaranmayan fobiyalar da var. Keçirilən qəza, evə oğrunun girməsi, yanğın, zəlzələ, su basqını, ildırım, ölümlə nəticələnən davalar, şiddətli və qorxulu filmlər, qaranlıq bir otaqda bağlanmaq və .s.Gecə qorxuları da, uşaqda gecə çarpayısına getmək istəməmək, anasıyla yatmaq istədiyində kaprizlər edib hədsiz ağlamaq, anası ilə atasının arasında yatmaq istəməsilə ortaya çıxır. Bu qorxuların çoxu ana-ata davaları, bu davalar nəticəsində işlənən "Çıx rədd ol get",«Səni məhv edəcəyəm», “Cəhənnəm ol", «Səni öldürəcəyəm» yaxud «Məni sən öldürəcəksən», «Sənin üzündən öləcəyəm» kimi kobud ifadələr nəticəsində yaranır. Ana-atanın intim münasibətlərinə şahid olan uşaq bunu atasının anasını döyməsi, öldürməsi kimi başa düşür və qavrayır. Nəticədə uşaqda gecə qorxuları yaranır. Bunun da həlli yolununu anası ilə, yaxud ana-atasının arasında yatmaqda görür.Uşağı qorxulardan uzaqlaşdırmaq üçün yuxarıda qeyd etdiyimiz səbəbləri aradan qaldırmaq, yəni yuxarıda qeyd olunan və oxşarı sözləri uşağa deməmək, cinsəl münasibətlərin uşağın görməsini qarşısını almaq lazımdır. Çünki bunlar başqa bir psixi problemlərin də yaranmasına səbəb olur.
|
['psixologiya', 'uşaq psixologiyası', 'uşaq fobiyaları']
|
1,605 |
https://kayzen.az/blog/aforizmler/17075/yax%C5%9F%C4%B1-kitab-aysberq%C9%99-ox%C5%9Fay%C4%B1r.html
|
Yaxşı kitab aysberqə oxşayır
|
Apollon
|
Hikmət dənizi və aforizmlər
|
6 okyabr 2014, 19:02
|
Yaxşı yazan müəllifləri oxuduqca, yaxşı danışmağı öyrənirsən.Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər.Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur.Nə qədər çox oxuyursan, o qədər az yamsılayırsan.İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.Necə ki, qəpikləri bir yerə yığanda manatlar əmələ gəlir, oxuduğun xırda şeylərdən bilik yaranır. Beyin üçün oxumaq — bədən üçün idman etmək kimidir.Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır. (Cim Ron)Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. (Rey Bredberi)Ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır.Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. (Frensis Bekon)Unutmayın: siz özünüzü nə hesab etdiyinizi oxuduqlarınız müəyyən edir.Kitablara etibar et, onlar ən yaxındırlar. Onlar lazım olanda susurlar, danışmaq lazım olanda isə sənə bütün dünyanı göstərirlər.Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. (Ernest Heminquey)
|
['hikmətli sözlər', 'aforizmlər', 'kitab oxumaq']
|
1,606 |
https://kayzen.az/blog/seirler_edebiyyat/17076/m%C9%99n-t%C9%99l%C9%99smir%C9%99m.html
|
Mən tələsmirəm...
|
beautiful
|
ŞEİRLƏR
|
6 okyabr 2014, 16:09
|
MƏN TƏLƏSMİRƏM
Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni,
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
Dur, bütün aləmi gəzək qol – qola,
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!
***
Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər güllə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən – dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!
***
Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın…sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?
Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa – yağa..
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!
Səməd Vurğun(1906- 1956)
|
['Səməd Vurğun', 'Mən tələsmirəm']
|
1,607 |
https://kayzen.az/blog/karnegi/2673/12.-h%C9%99yat%C4%B1n%C4%B1z%C4%B1-k%C3%B6k%C3%BCnd%C9%99n-d%C9%99yi%C5%9F%C9%99-bil%C9%99c%C9%99k-doqquz-s%C3%B6z.html
|
12. Həyatınızı kökündən dəyişə biləcək doqquz söz
|
2ral
|
Narahatçılığı necə tərk etməli və yeni həyata necə başlamalı
|
5 okyabr 2014, 11:28
|
Bir neçə il bundan qabaq radioda çıxış etdiyim zaman aşağıdakı suallara cavab verməyimi xahiş etdilər: «Siz həyatınızda özünüzə hansı ən mühüm ibrət dərsi almısınız?» — sualına cavab vermək mənim üçün çox asan oldu: «Həyatım boyu mənimsədiyim ən qiymətli dərs düşündüklərimizin əhəmiyyətini dərk etməyim olmuşdur. „Nə düşündüyünü mənə söylə, kim olduğunu deyim.“
Bizim fikirlərimiz şəxsiyyətimizin xüsusiyyətlərini təyin edir. Bizim həyata münasibətimiz taleyimizi təyin edən əsas amildir. Emerson demişdir: „İnsan dediyin onun gün ərzində düşündüklərinin elə özüdür… Məgər o, daha nə isə ola bilərmi?“ İndi mən tam əminliklə başa düşürəm ki, bizim sizinlə həyatda rastlaşdığımız ən böyük problem, həqiqətdə bizimlə sizə aid az qala, yeganə olan problem kimi düzgün əhvali-ruhiyyə seçə bilməyimizdən ibarətdir. Əgər biz bu seçimi həyata keçirməyə qadiriksə, onda bütün problemlərimizin həlli yollarına düşmüş olarıq. Roma imperiyasına başçılıq edən böyük filosof Mark Avreliy bu fikri sizin taleyinizi müəyyən edə biləcək doqquz sözlə ifadə etmişdir: „Həyatımız haqqında nə düşünürüksə, məhz həmin düşüncələrimizdir bizim həyatımız.“
Həqiqətən də, biz xoşbəxtlik haqqında düşünürüksə, onda özümüzü xoşbəxt sanırıq. Əgər bizi qüssə çulğalayırsa, onda qəmgin oluruq. Əgər düşüncələrimizdə qorxu hissi iştirak edirsə, biz vahimələnirik. Əgər xəstəlik haqda düşünsək, tamamilə mümkündür ki, biz xəstələnək. Əgər uğursuzluq haqqında düşünsək, çox güman ki, biz iflasa uğrayacağıq. Əgər biz kədərimizə qapılıb qalsaq, onda hamı bizdən qaçacaqdır. Norman Vinsent Pil demişdir ki, „Siz özünüz haqda düşündüyünüz kimi deyilsiniz; siz məhz düşündüyünüzün özüsünüz.“Sizə elə gəlirmi ki, mən sizin bütün problemlərinizə primitiv nikbin münasibətdə olmağı təbliğ edirəm? Yox, təəssüf ki, həyat o qədər də sadə deyildir. Amma mən isə özümüzdə bizi əhatə edən dünyaya qarşı mənfi deyil, müsbət münasibət aşılamağımızın tərəfdarıyam. Başqa sözlə, biz problemlərimizin baş vermə səbəbləri barədə narahatçılıq keçirməyib, onların həlli qayğısına qalmalıyıq. Burada fərq nədən ibarətdir?
Gəlin bu fikri misallarla aydınlaşdıraq. Mən hər dəfə Nyu-Yorkun bu və ya digər sıx hərəkətli küçə kəsişmələrini keçərkən maşının altına düşməmək üçün qayğı göstərirəm, amma bu hal məndə narahatçılıq hissi doğurmur. Hər şeyi ölçüb-biçmək o deməkdir ki, problemlərin nədən ibarət olduğunu dərk edib, onun həlli üçün sakitcə qərar qəbul edəsən. Daim narahat olmaq isə çevrə boyunca haldan düşənə qədər mütəmadi bihudə yerə dövr etmək deməkdir.Ola bilər ki, siz ciddi problemlərin həllinə qapılmış halda küçə də gedəsiniz, belə halda yaxanızın ilməyində qərənfil gülü olmaqla başınızı vüqarla dik tutmalısınız. Lauell Tomasın məhz bu tərzdə davrandığının şahidi olmuşam. Bir dəfə Lauell Tomas ilə birgə işləmək şərəfinə nail oldum. Biz birlikdə onun I Dünya müharibəsi zamanı Allenbi-Layrens kompaniyaları haqda çəkdiyi məşhur filmlərini nümayiş etdirirdik. O və onun köməkçisi təxminən altı cəbhədə keçirilən hərbi əməliyyatları lentə çəkmişdilər. Ən əsası isə ondan ibarət idi ki, onlar T.E.Lourens və onun qeyri-adi ərəb ordusu haqqında çəkdiyi xronikal kinomaterial və həmçinin Allenbinin Müqəddəs torpağı necə istila etməsi barədə sənədli film gətirmişdilər. Onun „Allenbi ilə Fələstində“ və „Lourenslə Ərəbistanda“ filmlərinin nümayişi isə müşayiət olunan çıxışları Londonda, həm də bütün dünyada çox böyük təsir oyatdı. Tomasın Kovent — Qardendəki Krallığın opera teatrındakı çıxışlarında ağlasığmaz macəralardan ibarət filmlər nümayiş etdirməklə davam edilməsi məqsədilə Londonda opera mövsümü altı həftə təxirə salındı. Londonda qazandığı gurultulu uğurdan sonra onun bir çox ölkələrə təntənəli səfəri başlandı. Daha sonra o, iki il Hindistan və Əfqanıstan həyatından bəhs edən filmlər üzərində işlədi. Sonradan o, bir sıra silsilə olmazın müvəffəqiyyətsizliklər nəticəsində dözülməz dərəcədə imkansız vəziyyətə düşdü və Londonda tamamilə iflasa uğradı. O vaxtlar mən onunla birgə idim. Yadımdadır biz Ceyms Makbi adlı məşhur bir şotlandiyalı aktyordan borc pul almasaydıq, həmin o ucuz yeməkxanalarda da yeməkdən məhrum olacağıq. Həmin əhvalatın məğzi belədir: Louell Tomas hətta böyük borclar etdiyi vaxtlarda və ağır məyusluq halları keçirdikdə belə, narahatçılığa qapılmır və öz problemlərilə ciddi məşğul olurdu. O, bilirdi ki, məyusluğa və ruh düşkünlüyünə yol vermək olmaz, yoxsa hamı hətta kredit verənlər də ondan üz döndərər. Ona görə də hər səhər işə yollanmamışdan qabaq o, çiçək alar, onu yaxasına sancar və şəhərin Oksford-strit küçəsilə başını dik tutaraq təkəbbürlə yeriyərdi. Onun fikirləri müsbət və mərdanə idi, o, məyusluğa qapılmağa, məğlubiyyət barədə düşüncələrə yol verməzdi. O, məğlubiyyətə oyunun bir elementi, həyatda uğur qazanmaq meylində olanlar üçün faydalı bir məşq kimi baxırdı.
Bizim xoş əhvali-ruhiyyəmiz fiziki qüvvələrimizdə inanılmaz dərəcədə müsbət təsir göstərir. Məşhur ingilis psixoloqu C.A.Xedfild özünün „Gücün psixologiyası“ adlı olduqca qiymətli əsərində bu faktı heyrətləndirici lövhələrlə nümayiş etdirir. C.A. Xedfild yazır: „Mən üç kişi üzərində təcrübə aparmışam. Dinamometrin köməkliyi ilə təlqin etmənin onların fiziki qüvvələrinə təsirini ölçmüşəm.“ Yoxlamada onların hər birinə tapşırılmışdı ki, dinamometri var qüvvələrilə sıxsınlar. Təcrübə üç müxtəlif şəraitdə keçirilmişdi.
Onların normal iş şəraitləri zamanında üzərlərində təcrübə aparılarkən dinamometrdə orta sıxma qüvvəsi 101 girvənkə həddində olmuşdur.
Sonra isə yoxlanılanlar əvvəlcə hipnoza məruz qalmış, sonradan təcrübədən keçirilmişlər. Öncə onlara təlqin edilmişdi ki, onlar çox gücsüzdürlər. Nəticədə normal güclərinin üçdə biri qədər, yəni 29 girvənkə sıxa bildilər (onların içərisində biri boksçu idi, onun sözünə görə hipnoz vəziyyətində ona gücsüzlüyü təlqin edildikdə birdən ona elə gəlmişdi ki, onun əli, gücsüz balaca uşaq əli tək kiçikdir bapbalacadır).
Üçüncü təcrübə zamanı Xedfild sınaqdan keçirilən şəxslərə təlqin etmişdi ki, onlar olduqca güclüdürlər. Bundan sonra onların hər birinin sıxma qüvvəsi 142 girvənkəyə çatdı. Öz qüvvələri barədə müsbət fikirlərlə „silahlandıqdan“ sonra onların həqiqi fiziki qüvvəsi, demək olar ki, əlli faiz artmışdı.
Bəli, bizim əhvali-ruhiyyəmiz belə ağlagəlməz dərəcədə gücə malikdir.
Yaşlılarla otuz beş illik tədrisin nəticəsi olaraq mən bilirəm ki, kişilər və qadınlar öz düşüncə tərzlərini dəyişdirməklə narahatçılıqdan, qorxudan və digər xəstəliklərdən yaxa qurtarar və həyatlarını yeni şəklə sala bilərlər. Mən bilirəm! Mən bilirəm! Mən bilirəm!!! Mən yüz dəfələrlə insanların bütün həyatlarının inanılmaz dərəcədə şəkildən-şəklə düşməsinin müşahidəçisi olmuşam. Mən belə halları o qədər tez-tez görmüşəm ki, onlar artıq məni təəccübləndirmir.
Mən tam əminəm ki, bizim ruhi dincliyimiz və həyati sevincimiz, biz haradayıqsa, nəyə biz sahibiksə, cəmiyyətdə hansı mövqedə bərqərarıqsa, ondan asılı deyildir, yalnız və yalnız bizim əhvali-ruhiyyəmizdən asılıdır. Xarici mühitin buna heç bir təsiri yoxdur. Məsələn, qoca Con Braunun tarixçəsinə bir baxın; onu asdılar ona görə ki, Xarpers-Ferri şəhərində o, dövlət arsenalını ələ keçirmiş və qulları qiyama çağırmışdı. O, dar ağacına, arabada öz tabutu üzərində, oturmuş vəziyyətdə gedirdi. Onun yanında gedən həbsxana gözətçisi çox həyəcanlı və qəmgin idi. Qoca Con Braun isə, olduqca sakit idi və qətiyyən halını pozmurdu. O, Virqinidə, Blu-Ric dağının yanından ötərkən səsləndi: „Nə gözəl mənzərəli yerlərdir! Buraları əvvəllər görmək mənə nəsib olmamışdı.“
Cənub qütbünü fəth edən ilk ingilislərə — Robert Falkon Skott və onun yoldaşlarına aid daha bir misal. Yəqin ki, onların geri dönmə yolları bəşər övladının bəxtinə düşən ən məşəqqətli sınaqlardan biri olmuşdur. Onların ərzaq və yanacaqları tamamilə tükənmişdi. Onların Yer kürəsinin ən ucqarında düz on bir gün tüğyan edən tufanda bir addım da belə irəliləməyə taqətləri yox idi. Külək elə qəddarcasına və o qədər sərt əsirdi ki, hətta polyar buzları üzərində şırımlar açmışdı. Skott və onun yoldaşları dərk etdilər ki, onlar artıq ölümə məhkumdurlar. Onlar yola düşərkən özlərilə hər ehtimala qarşı tiryək maddəsi götürmüşdülər ki, ölümləri əzablı olmasın. Kifayət idi ki, tiryəkdən yüksək dozada qəbul edib sakitcə yuxuya gedəsən və bir daha heç vaxt ayılmayasan. Lakin onlar bu tiryək maddəsindən istifadə etmədilər və ölərkən „şən, ilhamverici“ mahnılar oxudular. Biz bu haqda onların „vida“ məktublarından oxuduq, bu məktub səkkiz aydan sonra onların donmuş cəsədləri ilə birlikdə axtarış qrupu tərəfindən tapılmışdı.
Bəli, əgər edama aparıldıqda biz, icranı yüksək ehtirasla, mərdanə və təmkinlə qarşılaya biliriksə və bu vaxt biz özümüzə mənsub tabutun üstündə oturub gözəl təbiətdən zövq almağı bacarırıqsa, xalis buzdan olan palatamızda mahnılar da oxumağa qadir ola bilərik.
Milton bu həqiqəti yüz il qabaq kor olarkən dərk etmişdi; „İnsan ağlı — öz-özü üçün cəhənnəmi cənnətə, cənnəti də cəhənnəmə çevirmək iqtidarındadır.“
Napoleon və Elən Kellerin həyata bəslədikləri münasibət Miltonun bu fikirlərini tamamilə təsdiq edir. Napoleon, adətən insanların can atdığı hər şeyə: şöhrətə, hakimiyyətə və var-dövlətə artıq nail olmuşdu. Lakin o, müqəddəs Yelena adasında olarkən demişdi: „Mənim həyatım boyu heç olmazsa altı xoşbəxt günüm olmamışdır.“ Halbuki kar, kor və lal Elen Keller iddia edir ki, „mənim həyatım necə də gözəldir!“
Əgər yarım əsrlik həyatımda nə öyrənmişəmsə, o da ancaq „özünüzdən başqa heç kəs sizə ruhi sakitlik gətirə bilməz.“ kəlamından ibarətdir.
Mən, sadəcə olaraq Emersonun „özünə inam“ essesinin sonundakı ibrətamiz sözləri təkrar etməyə çalışacağam. O, yazmışdır:
»Nə vaxt ki, siyasi meydanda qələbəyə nail olmuşsan, nə vaxt ki, öz gəlirinin artırılmasına nail olursan, nə vaxt ki, evinizdəkilərdən xəstələnmiş kimsə sağalır, nə vaxt ki, uzun müddət səndən ayrı düşmüş dostun qayıdır və yaxud həyatınızda hər hansı başqa bir xoş hadisə baş verir, onda səni şən əhvali-ruhiyyə bürümüş olur. Onda belə güman edirsən ki, səni qabaqda da gözəl çağlar gözləyir. Buna sən inanma. Dünyada özündən başqa heç kəs sənə ruhi dinclik, qəlbinə sakitlik gətirə bilməz."
Böyük filosof-stoik Epiktet xəbərdarlıq etmişdi ki, «bədənimizdə əmələ gəlmiş şişlərin, çibanların kənar edilməsindən daha çox fərz, başımızdakı yaramaz fikirlərin aradan qaldırılmasına diqqət yetirməliyimiz daha faydalı olardı.»
Epiktet bu haqda 19 əsr bundan qabaq söyləmişdi. Kaş ki, müasir təbabət elmi onun mövqeyini dəstəkləmiş olaydı. Doktor C.Kenbi Robinson bildirmişdi ki, Cons Hopkinsin xəstəxanasında hər beş xəstədən dördü emosional gərginlikdən və əsəb sarsıntısından yaranmış xəstəlikdən əzab çəkir. İnsanlarda bu hallar orqanizmin nasazlığı səbəbindən də törənmiş olur və nəhayət bu xəstəliklər insanın həyata və onun problemlərinə alışa bilməməsi səbəbindən yaranmış olur.
Böyük fransız filosofu Monten aşağıdakı on doqquz sözü öz həyatının devizi kimi qəbul etmişdir: "İnsan vaqe olmuşlara görə bir o qədər də iztirab çəkmir, nə qədər ki, o, artıq vaqe olmuşlara verdiyi qiymətə müqabil narahatlıq keçirir."
Mən bununla nəyi nəzərdə tuturam? Siz soruşa bilərsiniz ki, necə olur ki, mən narahatlıqdan cana doyduğunuz, əsəbləriniz qırılmaq həddində olan sim kimi gərildiyi bir vaxtda sizdən iradənizə zor gələrək düşüncə tərzinizi dəyişdirməyi təkidlə tələb etməyə cəsarət edirəm. Bəli, mən məhz bunu tələb edirəm! Hələ bu, hamısı deyildir. Mən hətta bunu necə etmək lazımdırsa, onu da sizə göstərmək istəyirəm. Bunun üçün ola bilər ki, tərəfinizdən kiçik bir səy və qüvvə tətbiqi tələb olunacaqdır, lakin bunun sirri çox sadədir.
Praktik psixologiyanın korifeyi Uilyam Ceyms aşağıdakı müşahidəni etmişdir: «Belə sanılır ki, hərəkət əhvali-ruhiyyənin nəticəsidir.» Əslində isə bunlar biri-birindən ayrılmazdırlar. Biz bilavasitə əhvali-ruhiyyəmizin nəzarətində olan öz hərəkətlərimizi idarə etməklə, nəzarətə tabe olmayan əhvali-ruhiyyəmizin dolayı yol ilə idarə etməyi bacarırıq.
Başqa sözlə, Uilyam Ceyms belə hesab edir ki, biz emosiyalarımızı «təkcə iradəmizin gücü ilə birbaşa dəyişə bilmirik.» Ancaq biz öz hərəkətlərimizi bilavasitə dəyişməyə qadirik." Nə vaxt ki, biz öz hərəkətlərimizi dəyişdirməyi bacarırıq, onda avtomatik olaraq öz hisslərimizi də dəyişmiş oluruq.
«Beləliklə, o, belə nəticəyə gəlir ki, əgər siz pərişansınızsa, dərhal sevinc hissinə qovuşa bilməzsiniz. Amma əgər siz şən əhvali-ruhiyyə ilə əyləşsiniz, hərəkət etsəniz və danışsanız, onda istər-istəməz ruhlanacaqsınız.»
Görəsən, belə bir sadə «oyun» doğrudanmı kömək edə bilir? O, necə bir plastik cərrahiyyə əməliyyatı kimi təsir göstərir.
Çalışın bunu öz üzərinizdə sınayın. Hər şeydən əvvəl geniş, şən bir halda, ürəkdən gülümsəyin, çiyinlərinizi və qamətinizi düzəldin, dərindən nəfəs alın, hər hansı xoşunuza gələn mahnıdan bir bənd oxumağa çalışın. Oxumağı bacarmırsınızsa dodaqaltı zümzümə edin. Siz dərhal dərk edəcəksiniz ki, Uilyam Ceyms nəyi nəzərdə tuturdu. Axı əgər siz özünüzü xoşbəxt insan qiyafəsinə sala bilmişsinizsə, belə halda fiziki cəhətdən qəmgin və ya əzgin görünə bilməzsiniz.
Bu təbiətin çox da böyük olmayan əsas həqiqətlərindən biridir və bu sizin həyatınızda möcüzələr yarada bilər. Mən Kaliforniyada adını sizə deməyəcəyim bir qadın tanıyıram ki, o, bu sirri bilmiş olsaydı, 24 saat ərzində özünün bütün bədbəxtliklərindən qurtula bilərdi. O, indi artıq yaşlı qadındır. Mən etiraf edirəm ki, bu, onun üçün çox bədbin bir hal idi. Amma, görəsən, o çalışırdımı ki, özünü heç olmazsa bir anda olsa, bəxtiyar kimi aparsın? — Xeyr! Əgər ondan soruşsanız ki, özünü necə hiss edir o, cavabında deyəcəkdir: «Hə, mənim hər işim öz qaydasındadır». Ancaq onun üzünün ifadəsi və səsinin qəmgin ahəngi sizə deyəcəkdir: «Eh, aman Allah, əgər siz bilsəydiniz ki, mənim üçün nə qədər çətindir!» Elə təəssürat yaranır ki, guya onun yanında özünüzü xoşbəxt kimi göstərməyə cəsarət etdiyiniz üçün o, sizi məzəmmət edir. Yüzlərlə qadın ondan daha pis vəziyyətdədir. Onun üçün əri sığorta polisi xətti ilə kifayət qədər pul qoymuşdur ki, ömrünün axırına qədər ehtiyac hiss etməsin, ərdə olan qızları onu istədiyi vaxt himayə edə bilərdilər. Lakin mən onu təsadüfi hallarda gülən görmüşəm. O, isə hər üç kürəkənindən daim şikayətlənib deyirdi ki, onlar olduqca xəsis və xudbin insanlardır. Buna baxmayaraq, o, aylarla onların evində qonaq qalırdı. Bundan əlavə, şikayətlənirdi ki, qızları ona heç vaxt hədiyyə almırlar, amma onlardan gizli özünə pul yığırdı. O, deyirmiş ki, pul insanın qocalıq «dövrü üçün» saxlanılmalıdır. Bu qarı özünün və bədbəxt övladlarının həyatlarını zəhərləyirdi. Lakin məgər bu, beləmi olmalıdır? Bütün bunlar çox kədərli bir haldır. Əgər o, qarı istəsəydi, dəyişilə də bilərdi; bədbəxt kinli bir qarıdan ailənin sevimli, hörmətli, hamı tərəfindən sevilən üzvünə çevrilərdi. Belə bir dəyişikliyin baş verməsi üçün özünün uğursuz həyatına görə gecə-gündüz göz yaşı axıtmaqdansa, lazım idi ki, özünü bir balaca şən göstərsin, elə etsin ki, guya yaxınlarını az da olsa sevir.
Mən İndianadan X.C.Enqlerta adlı bir adam tanıyıram o, bu sirri özü üçün kəşf edə bildiyinə görə indi də sağdır. On il bundan qabaq X.C.Enqlerta skarlatin xəstəliyi keçirmişdi, sonra xəstəlik mürəkkəbləşərək nefritə çevrilmişdi. O, bir çox həkimlərə hətta ara həkiminə də müraciət etmişdi, heç kəs ona kömək edə bilməmişdi. Tezliklə onda digər mürəkkəbləşmələr də baş vermişdi. Qan təzyiqi kəskin artmışdı. O, həkimin yanına gedəndən sonra məlum oldu ki, onun qan təzyiqi 214 dərəcə həddinə yüksəlmişdir. Ona dedilər ki, vəziyyəti olduqca gərgindir, xəstəliyi daha da şiddətlənəcəkdir və məsləhətdir ki, öz işlərini qaydaya salsın.
O, belə deyir: «Mən evə getdim və yoxladım ki, görəsən sığorta vəsiqələrini ödəmişəmmi. Sonra isə öz Yaradanım qarşısında bütün günahlarımı boynuma aldım və qəmli düşüncələrə daldım.
Mən hamını bədbəxt etmişdim. Mənim arvadım və ailə üzvlərim hamısı əzab çəkirdi və mən də dərin ruh düşkünlüyünə qapılmışdım. Tam bir həftə həyatımdan şikayətlənir və özümə yazığım gəlirdi. Amma tezliklə öz-özümə dedim: „Sən özünü axmaqcasına aparırsan. Ola bilər ki, bundan sonra da bir il yaşayacaqsan. Elədirsə, bəs niyə görə onu xoşbəxtcəsinə yaşamağa çalışmayasan?“
Mən çiyinlərimi düzəltdim, ürəkdən gülümsədim və özümü elə aparmağa çalışdım ki, guya hər işim öz qaydasındadır. Etiraf edirəm ki, özümü şən və həyatımdan razı kimi göstərmək əvvəlcə mənə böyük zəhmət hesabına başa gəldi, lakin mənim bu səyim nəinki təkcə ailəmə, həm də mənə kömək etmiş oldu.
Tezliklə mən özümü doğrudan da, arzuma uyğun necə görmək istəyirdimsə, demək olar ki, o cür də yaxşı hiss etməyə başladım. Mənim səhhətim nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı. İndi isə güman etdiyim dəfn mərasimindən bir çox aylar keçdikdən sonra mən nəinki təkcə sağam, sağlamam və xoşbəxtəm, həm də mənim qan təzyiqim aşağı düşmüşdür! Mən bir şeyi qəti bilirəm ki, əgər məğlubiyyət və ölüm haqqında düşünməkdə davam etsəydim, həkimin söylədiyi sözsüz ki, özünü doğruldacaqdı. Mən düşüncə tərzimi tamam dəyişdiyim üçün xəstəlikdən yaxa qurtara bildim.»
İcazə verin, sizə bir sual verim. Əgər şən və razılıq bildirən görkəm, sağlamlaşdırıcı müsbət düşüncə tərzi bu insanın həyatını xilas edə bilibsə, bəs nə üçün siz və mən özümüzə bir dəqiqəliyə də olsa, məyus və qəmgin olmağa imkan veririk? Nəyə görə belə bir imkanımız olduğu halda, özümüzü və yaxınlarımızı bədbəxt və qəmgin edirik. Başqa sözlə bunun üçün həyatından razı olan şən insan roluna girməyimiz yetməzdimi?" Bundan çox illər qabaq mən balaca bir kitab oxudum; bu kitab həyatımda silinməz bir iz buraxmışdı. Kitabın adı belədir: "İnsan necə düşünür". Müəllifi isə Ceyms Leyn Allendir. Orada belə yazılmışdır:
"İnsana məlum oldu ki, o, şeylərə və digər insanlara münasibətini dəyişərsə, onlar da ona qarşı öz münasibətini dəyişəcəklər." Kifayətdir ki, insan öz fikirlərini qəti şəkildə dəyişsin, onda təəccüblü də olsa, görəcəkdir ki, necə də tezliklə onun maddi həyat şəraiti dəyişəcəkdir. İnsanları özünə cəlb edən onların istəklərinə görə deyil, bu varlığımızda təcəssüm edən və taleyimizi müəyyənləşdirən ilahi qüvvədir. O, bizim əsl mahiyyətimizdir. İnsan həyatda nəyə nail olursa, bunların hamısı yalnız onun şəxsi düşüncələrinin birbaşa nəticəsidir. İnsan ancaq öz düşünmə qabiliyyətini artırmaqla yüksələ bilər, qələbə qazanar, qalib gələr. Əksinə öz düşüncələrin və təfəkkürünü yüksəltməkdən imtina edərsə, o, həqiqətən gücsüz, zavallı və bədbəxt vəziyyətdə qalacaqdır."
«Məişət» kitabında deyilir ki, Yaradan insana bütün Yer üzündə hakimliyi vermişdir. Sözsüz ki, bu böyük bəxşişdir. Ancaq mənim üçün belə, müstəsna ixtiyar yüksək hakimiyyət heç nədir. Hamıdan çox mən öz üzərimdə hakimliyimi arzu edirəm: öz təfəkkürüm və keçirdiyim qorxular üzərində, öz ağlım, öz qəlbim və öz nəfsim üzərində hakimiyyəti ələ almaq istəyirəm. Mənim bildiyimə görə, ən əsas cəhət belə hakimiyyətə istənilən vaxt, son dərəcə asan şəkildə necə yiyələnə bilməyimizdən ibarətdir. Bunun üçün sadəcə olaraq yalnız və yalnız öz hərəkətlərimi idarə etməyi nizamlamağı bacarmalıyam və onlar da öz növbəsində mənim reaksiyalarıma (münasibətimə) təsir edəcəkdir.
Beləliklə, gəlin Uilyam Ceymsin aşağıdakı sözlərini yada salaq: "Çox vaxt müsibət və bədbəxtlik hesab etdiyimizi sadəcə olaraq öz əhvali-ruhiyyəmizi dəyişməklə ilhamverici və sağlamlaşdırıcı hala gətirə bilərik, bunun üçün bədbəxtkəranəlikdən və qorxu halımızdan mübarizəyə keçmək lazımdır."
Demək, xoşbəxtliyimiz naminə mübarizə etməliyik!
Gəlin, nikbin və konstruktiv əməli düşüncəmizə söykənərək səadətimiz uğrunda mübarizəyə başlayaq. Bunun üçün hər gün əməl edəcəyimiz bir proqram təklif edirəm. O, belə adlanır: «Məhz bu gün.» Mən bunu o qədər həvəsləndirici proqram sandım ki, onu yüzlərlə nüsxədə dərc edərək payladım. Onu mərhum Sibilla F.Partric otuz altı il öncə yazmışdı. Əgər siz və mən bu proqrama əməl etsək, keçirdiyimiz həyəcan hissinin əksər hissəsini aradan qaldırar və fransızların təbirincə desək, «həyat sevincini» son dərəcə artırarıq — La joie de vivre.MƏHZ BU GÜN1. Mən məhz bu gün xoşbəxt olacağam.
Bu o deməkdir ki, mən Avraam Linkolnun: "İnsanların əksəriyyəti xoşbəxt olmaq əzmində olduqları həddə qədər xoşbəxtdirlər." mülahizəsini əldə rəhbər tutacağam. Xoşbəxtlik bizim öz daxilimizdədir. O, xarici şəraitin nəticəsi deyildir.
2. Məhz bu gün məni əhatə edən həyata uyğunlaşmağa çalışacağam, lakin cəhd göstərməyəcəyəm ki, hər şeyi arzularıma uyğunlaşdırım. Öz ailəmi, öz işimi və öz həyat şəraitimi necə varsa, olduğu kimi qəbul edəcəyəm və onlara uyğunlaşmağa çalışacağam.
3. Məhz bu gün orqanizmimə qayğı göstərəcəyəm. Mən gimnastika ilə məşğul olacaq, öz bədənimin təmizliyi qayğısına qalacaq, düzgün qidalanacaq və çalışacağam ki, öz sağlamlığıma zərər yetirməyim və ona laqeyd qalmayım. Elə olsun ki, mənim bədənim tələblərimi yerinə yetirə biləcək ideal maşın vəziyyətinə düşsün.
4. Məhz bu gün əqlimin inkişafına fikir verəcəyəm. Mən nə isə bir faydalı iş öyrənəcəyəm. Əqli cəhətdən tənbəl olmayacağam. Güc, təfəkkür və diqqətin mərkəzləşməsini tələb edən yazılar oxuyacağam.
5. Məhz bu gün əxlaqi cəhətdən təkmilləşməyimlə məşğul olacağam. Bunun üçün üç işi yerinə yetirməliyəm. O adam özü bilmədən kiməsə, və nədəsə yaxşılıq etməliyəm. Uilyam Cemsin məsləhətinə istinadən sadəcə olaraq mən özüm istəmədiyim heç olmazsa iki önəmli iş icra etməliyəm.
6. Məhz bu gün mən hər kəsə qarşı xeyirxah əhvali-ruhiyyədə olacağam. Çalışacağam ki, mümkün qədər yaxşı görkəmdə olum: mümkün olduqca mənə daha çox yaraşan paltarlarımı geyinəcəyəm, sakit səslə danışacağam, özümü səmimi aparacağam, tərifləməkdə "əliaçıq" olacağam, çalışacağam ki, heç kəsi tənqid etməyim, heç kəsə irad tutmayam və kiməsə münasibətdə özümü rəhbər kimi aparmayım və ya kiminsə səhvlərini tutmağa çalışmayım.
7. Məhz bu gün çalışacağam ki, yalnız bu gün üçün yaşayam, bütün həyati problemlərimin hamısını birdən həllinə çalışmayım. Mən 20 saat ərzində elə naqis işlər törədə bilərəm ki, əgər belə işlərlə bütün ömrüm boyu məşğul olsam belə, onlar məni yenə də dəhşətə gətirmiş olar. Amma mən naqis işləri çalışacağam ki, etməyim.
8. Məhz bu gün görüləsi işlərimin proqramını qeyd edəcəyəm. Hər saat ərzində nə iş görməyə hazırlaşıramsa; onları yazacağam. Ola bilər ki, bunların hamısını proqram üzrə yerinə yetirə bilməyəcəyəm. Bu məni tələskənlikdən və qətiyyətsizlikdən qurtarmış olacaqdır.
9. Məhz bu gün mən yarım saat vaxtımı tənhalıqda sakit keçirəcəyəm və əsəb gərginliklərindən tam azad olmağa çalışacağam.
10. Məhz bu gün mən heç nədən qorxmayacağam, ələlxüsus xoşbəxt olmaq ümidini itirməyəcəyəm, gözəlliklərdən zövq almaqdan və sevməkdən usanmayacağam, kimləri sevirəmsə, onların da məni sevdiklərinə inam bəsləyəcəyəm. Əgər siz istəyirsinizsə ki, özünüzdə sizə sakitlik və nikbinlik bəxş edən xoş əhvali-ruhiyyə yaradasınız, I qaydanı yerinə yetirin: «Düşünün və özünüzü gülərüzlü aparın və nəticədə siz özünüzü bəxtiyar hiss edəcəksiniz.»
|
['motivasiya', 'xoşbəxtlik üçün məsləhətlər', 'uğur psixologiyası']
|
1,608 |
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/15451/edvard-qriq.html
|
Edvard Qriq
|
2ral
|
böyük musiqiçilər
|
5 okyabr 2014, 11:18
|
Görkəmli Norveç bəstəkarı, pianoçusu, dirijoru və musiqi xadimi Edvard Qriqin sənətə gəlişi bu kiçik Şimali Avropa ölkəsinin tarixində baş verən mühüm dəyişikliklərlə üst-üstə düşür. Uzun müddət İsveçin tabeliyində olan Norveçdə 1814-cü ildən etibarən milli-azadlıq hərəkatı başlayır. Təbii ki, ədəbiyyatda və incəsənətdə Norveçin tarixi keçmişinə, xalq sənətinə, adət və ənənələrinə xüsusi maraq oyanır. Edvard Qriq də Almaniyada Leypsiq Konservatoriyasında təhsili zamanı qazandığı yüksək peşə qabiliyyətini doğma musiqi mədəniyyətinin inkişafına, onun ümumavropa səviyyəsinə çıxmasına həsr edir. Norveçin sərt, lakin eyni zamanda səfalı, şairanə təbiəti, xalqının təmkinli, səmimi xasiyyəti, gözəl mahnıları, hərarətli rəqsləri Qriq musiqisinin tükənməz qaynaqlarıdır.
Norveç dramaturqu Henrik İbsenin yaradıcılığına müraciət edən Qriq onun «Per Günt» dramına musiqi bəstələyir (sonradan müəllif həmin musiqi əsasında iki simfonik süita tərtib edir). Burada Qriq vətənini tərk etmiş gənc Per Güntün yoldakı sərgüzəştlərini («Anitranın rəqsi», «Dağ kralının mağarasında», "Ərəb rəqsi"), anası Ozenin oğlunun intizarından vəfat etməsini («Ozenin ölümü»), sevdiyi qız Solveyqin ona sadiq qalmasını («Solveyqin mahnısı») böyük ustalıqla əks etdirir. Qriq musiqisində canlanan gözəl təbiət obrazları da («Səhər») əsərə xüsusi gözəllik, təravət verir. Qriqin şah əsəri olan «Per Günt»ə yazdığı musiqisi dünyanın ən populyar simfonik əsərləri sırasındadır.Qriqi bəzən Şimalın Şopeni adlandırırlar. Çünki o da dahi polyak bəstəkarı kimi fortepiano musiqisinə xüsusi diqqət yetirmiş, burada lirik, poetik hissləri tərənnüm etmişdi. Onun fortepiano və orkestr üçün konserti, balladası, sonataları, kiçikhəcmli «Lirik pyesləri» romantik fortepiano musiqisinin ən dəyərli inciləri sırasına daxildir. Qriq həmçinin «Qu quşu», «Səni sevirəm» kimi gözəl mahnı və romanslar müəllifidir. Vəfatından iki il öncə Qriq səbirsizliklə gözlədiyi, arzuladığı əlamətdar hadisənin şahidi olur — Norveç öz müstəqilliyini qazanır. Bəstəkarın yaradıcılıq fəaliyyətində də mühüm yeniliklər baş verir -o, Fransa, Hollandiya, İsveç Milli akademiyalarının fəxri üzvü, İngiltərə Kembric Universitetinin doktoru seçilir. Qriqin vəfatı ilə əlaqədar Norveçdə milli matəm günü elan olunur. Qriq musiqisi bu günədək Norveç musiqisinin yüksək zirvəsi və rəmzi olaraq qalır.«Per Günt» dramma musiqi: «Səhər», «Solveyqin mahnısı», «Anitranın rəqsi», «Dağ kralının mağarasında»Fortepiano və orkestr üçün konsert«Qu quşu» romansı Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədiMüəllif Aida Hüseynova
|
['bəstəkar']
|
1,609 |
https://kayzen.az/blog/Bilirsinizmi/16284/yax%C5%9F%C4%B1-selfie-%C3%A7%C9%99km%C9%99yin-10-qaydas%C4%B1.html
|
Yaxşı "selfie" çəkməyin 10 qaydası
|
Apollon
|
Bilirsinizmi?
|
3 okyabr 2014, 19:23
|
Müasir dövrün əsas trendlərindən biri olan «selfie» – öz şəklini çəkmək – çox adama asan gələ bilər. Əlbəttə, burda qəliz heç nə yoxdur. Telefonun qabaq kamerası ilə öz şəklini çəkirsən, məsələ bitir. Amma söhbət ən yaxşı «selfie»lərdən gedirsə, onda bu məsləhətləri mütləq oxuyun.
1. Aşağıdan çəkməyin. Ən yaxşı «selfie»lər kameranın təxminən gözlə bərabər səviyyədə tutulduğu «selfie»lərdir.
2. Özünüzün ən yaxşı tərəfini göstərin. Bir neçə kadr çəkməyə cəhd edin. Bu halda hansı tərəfinizin daha fotogenik olduğunu aydınlaşdıra bilərsiniz: sağ, yoxsa sol tərəf?
3. Əllərinizə fikir verin. Fotonu çəkəndə qolunuz düşməsə, daha yaxşı olar. Barmaqlar, yaxud dirsək görünən «selfie» qeyri-ciddidir.
4. Güzgü qabağında çəkdirəndə işığı söndürün. Yoxsa şəkildə gördüyünüz vəziyyət yaranacaq. İşıq fotonu tamamilə məhv edir.
5. Elə tərəfdə dayanın ki, işıq düşən yerlə üzbəüz dayanasınız. Arxanızı pəncərəyə tərəf deyil, üzünüzü pəncərəyə tərəf çevirin. Bu halda həm foto keyfiyyətli çıxacaq, həm də bütün gözəlliyiniz ortada olacaq.
6. Təkcə "İnstagram"ın deyil, digər tətbiqetmələrin də təklif etdiyi foto effektlərindən istifadə edin. Hətta adamı arıq göstərən effektlər də var.
7. Kameraya işləmə, qoy kamera sənin üçün işləsin. Yaxşı «selfie» üçün duruş önəmlidir təbii ki. Siz gözəl bir insanlar söhbət edirmişsiniz kimi dura bilərsiniz məsələn. Başqa bir variant isə bir neçə foto çəkib birini seçməkdir.
8. Sıradan bir «selfie» əvəzinə maraqlı nəsə düşünə bilərsiniz. Yeniliklər hər zaman maraqlı qarşılanır.
9. Mühüm məsələlərdən biri arxa fondur. Arxa fonda artıq adamların olmadığına fikir verin. Ən əsası isə çirkli arxa fon seçməyin. Yuyulmamış qab-qacaq, yığılmamış yorğan-döşək və s. məsələlərə diqqət edin. Yaxşı seçilmiş arxa fon uğurlu «selfie»nin 90 faizi deməkdir.
10. Dodaqların büzülməsi mənasını verən «duck face» (ördək sifəti) pozasında dayanmayın. Çalışın gülümsəyin. Səhər tezdən "İnstagram«da gəzişən adama sizin pozitiv sifətiniz daha yaxşı təsir göstərir, nəinki ördək.
|
['selfie']
|
1,610 |
https://kayzen.az/blog/edebiyyat/16814/diplomat-%7C-anton-%C3%A7exov.html
|
Diplomat | Anton Çexov
|
Apollon
|
Ədəbiyyat
|
2 okyabr 2014, 18:37
|
Məhkəmə məmurunun arvadı Anna Lvovna Kuvaldina canını tapşıranda qohum-əqrəba və tanışlar yığışıb məsləhət tökdülər: — Yaxşı, indi nə edək? Hər halda ərinə xəbər vermək lazımdır. Ayrı yaşamalarına baxmayaraq, o, rəhmətlik arvadını sevirdi. Bir də görürdün gəlib qadının qarşısında dizin-dizin sürünərək elə hey: «Annacan! Axı, mənim bu ötəri əyləncəmi nə zaman mənə bağışlayacaqsan?» — deyə yalvarır və ya buna bənzər şeylər söyləyirdi. Hər halda olaydan onu xəbərdar etmək lazımdır…Ağlamaqdan gözləri şişən yaşlı bir qadın evə toplaşanlardan polkovnik Piskaryova üz tutdu: — Aristarx İvanoviç! Siz Mixail Petroviçlə yaxınsınız. Yardımınızı bizlərdən əsirgəməyin, iş yerinə gedib, başımıza gələn bu müsibəti ona söyləyin! Amma, canım-gözüm, hər şeyi birdən-birə açıb deməyin ha, yoxsa halı fənalaşar, çünki o zavallı da xəstədir. Əvvəlcə onu bu xəbər üçün bir az hazırlayın, sonra isə...Papağını geyinən polkovnik Piskaryov dul qaldığından xəbərsiz olan dostunun çalışdığı Yollar İdarəsinə üz tutdu. Otağa daxil olduğu zaman dostu balans hesabatıyla məşğul idi. Kuvaldinin masasına yaxın bir yerdə əyləşib, tərini sildi və: — Salam, mənim canım-ciyərim, Mixail Petroviç, — deyə sözə başladı. – Bu küçələrdəki toz-torpağı görürsən də, sən Allah! Yazını yaz… Sənə mane olmayacağam… Bir az oturub gedirəm… Buradan keçirdim, fikirləşdim ki, Mişa bu binada işləyir, gəlsənə gedib bir ona baş çəkim! Həm də ki… bir işim var idi səninlə… — Aristarx İvanoviç, bir bura keçin… Bir az səbrinizi basın… Əlimdə beş-on dəqiqəlik bir iş var, onu qurtarım, söhbətimizi edərik… — Yaxşı, sən yazını yaz… Mən dedim axı, yolum buradan düşmüşdü… İki kəlmə sözümü deyim sonra… yolçu yolunda gərək!Qələmini yerə qoyan Kuvaldin ona qulaq kəsildi. Polkovnik boynunun ardını qaşıyıb sözə başladı: — Otağınız yaman bürküdür, bura ilə müqayisədə küçəni cənnət saymaq olar… Günəş çıxıb, yüngül meh əsir, lap kefin istəyən… Hələ quşlar… Bahar gəlib! Bulvara gedəndə, bilirsən, adamın ürəyi necə açılır? Dul olsam da, özümü quş kimi sərbəst hiss edirəm… Könlüm nə istəyirsə, onu da edirəm… İstəyəndə dərzixanaya baş çəkirəm və ya atlı vaqona minib, o baş, bu başa gedirəm, heç kəs mənə hesab sormur, evdə heç kim dalımca donquldanmır… Yox, qardaş, görünür, doğrudan da subaylıq sultanlıq imiş…
Sərbəstsən! Azadsan! Sinədolusu nəfəs alırsan! Bax, indi, evə döndüyümdə də eləcə… Kimin həddi nədir haradan gəlib, haraya getdiyimi soruşsun?.. Çünki bütün ixtiyarım öz əlimdədir… Hə-ə, qardaş, hərçənd çoxları ailə həyatını tərifləyirlər, mənə görə o, əsirlikdən də betərdir… Bütün bu son dəblər, dəbdəbələr, şayiələr, hay-küylər… məclislər… sonra da ard-arda dünyaya göz açan körpələr… Hamısı sadəcə israfdır, vəssalam… Tfu!Əlini qələmə uzadan Kuvaldin mızıldandı: — Bir dəqiqə, bunu bitirim, sonra… — Hə, sən yazını yaz… Əgər evləndiyin qadın dişi iblis çıxmadısa, hesab et ki, bəxtin gətirib. Amma belə olmasa nə edəcəksən, hə?! Allahın ver günü səhərdən axşama kimi mır-mır mırıldasa, nə eləyəcəksən?! İnan ki, çərləyərsən! Elə bax, səni götürək… Nə qədər ki, subay idin, mağıl bir az adama bənzəyirdin. Elə ki arvad aldın, həmin gündən qəm dəryasına batdın… Səni bütün şəhərdə abırsız eləməyi bir yana, üstəlik, evdən də qovub çıxartdı… Bunun nəyi yaxşıdır ki, hə?! Bu cür arvadın başına bir müsibət gəlsə belə, adamın zərrə qədər ona ürəyi yanmaz… — Amma bu ayrılığımızın günahı onda yox, məndə idi, — deyə Kuvaldin köks ötürdü. — Qoy görək, sən Allah! Onu mənə tanıtma! Deyingənin, özündən müştəbehin, hiyləgərin biriydi! Hər sözü bir — zəqqum, hər baxışı — soyuq xəncər idi… Rəhmətlik elə əfi ilan idi ki, anlatmaq üçün adam uyğun söz də tapmır!Kuvaldin gözlərini çevirərək: — Necə yəni «rəhmətlik»? – deyə xəbər aldı.Piskaryov pörtsə də, tez özünü ələ aldı: — «Rəhmətlik» sözünü kim işlətdi ki? Şəxsən mənim dilimdən elə söz çıxmadı… Sən Allah, buna bir baxın… Rəngi-ruhu da ağardı! Hi, hi, hi! — Siz bu gün Anyutaya baş çəkmisiniz? — Sabah-sabah getmişdim… Uzanmışdı… Yenə qulluqçuları burunlayırdı… Nəyi isə belə eləyiblər, elə etməyiblər… Çəkilməz qadındır! Vallahi, heç anlaya bilmirəm ki, sən onun nəyini sevibsən, axı?! Sən zavallının yaxasını da bir boşlamır ki, bir az sərbəst yaşayıb, ağzının dadını dəyişəsən… bir başqasıyla tapışasan… Yaxşı, yaxşı, mumlayıram! Ancaq burnunu sallama! Mən bunu öz aramızda söylədim, dostyana… Bilirsən, mənə qalanda… Özün bilərsən, istəyirsən sev, istəyirsən sevmə… Sənə ürəyim yandığı üçün belə dedim… Səninlə yaşamırsa, səni yaxınına buraxmırsa… bunun nəyi arvad sayıla bilər ki? Çirkindir, sısqadır, zəhər tuluğudur… Bir dənə də könülaçan cəhəti yoxdur… Boşla onu, sən Allah… — Sizin üçün bunları söyləmək asandır, Aristarx İvanıç! – deyə Kuvaldin köks ötürdü. – Məhəbbəti ürəkdən birdəfəlik qoparıb atmaq asan iş deyil. — Amma adam niyə sevdiyini də bilməlidir! Sən yazıq indiyədək ondan acı dildən başqa nə görmüsən ki?! Dostun olduğum üçün məni bağışla, amma, düzü, mənim onu görən gözüm yox idi… Yox idi, vəssalam! Evinin yanından keçəndə də gözlərimi yumurdum ki, birdən qəfildən gözüm ona sataşar… Allah bilən məsləhətdir! Allah ona rəhmət eləsin, qəbri nurla dolsun, amma onu sevmədiyim üçün Allah mənim də günahımdan keçsin! — Aristarx İvanıç, bura baxın… — deyə rəngi qaçmış Kuvaldin dilləndi. – Artıq siz ikinci dəfədir ki, bunu təkrar edirsiniz… Doğrudanmı o, ölüb? — Kim ölüb yəni? Heç kəs ölüb-eləməyib, mən sadəcə onu, o rəhmətliyi sevmədiyimi açıqlayıram… Lənət şeytana, rəhmətliyi yox ey, yəni onu… Sənin Annuşkanı deyirəm… — Deyin: doğrudanmı o ölüb? Aristarx İvanıç, məni üzməyin! Bəlkə də həyəcanlı olduğunuzdan gah nala, gah mıxa vurursunuz… Bayaqdan mənə subaylığı tərifləyirdiniz… Ölüb, ya yox?Piskaryov öskürərək dodaqaltı mızıldandı: — Hə, həqiqətən də ölüb! Qardaş, sənə də bir söz deyən kimi… Tutalım lap elə ölüb! Hamı əvvəl-axır öləcəyi üçün onun da ölümü normal hadisə sayılmalıdır… Sən də öləcəksən, mən də…Kuvaldinin qızarmış gözləri yaşla doldu. Sakitcə xəbər aldı: — Nə vaxt ölüb? — Heç vaxt… Deyəsən, sən lap sərsəmlədin ha! O, ölüb-eləməyib! Onun öldüyünü sənə kim söylədi axı?! — Aristarx İvanıç, mən … sizdən çox rica edirəm. Mənə rəhminiz gəlsin! — Yox, qardaş, adam səninlə kəlmə kəsdiyinə də peşman olur. Lap uşaq kimisən. Məgər mən sənə onun dünyasını dəyişdiyi barədə bir şey dedim?! Söylə də, dedim, ya yox? Bəs onda bu nə ağlaşmadır burda qurubsan? Mənə inanmırsansa, get, özün gör – qadın sağ və salamatdır! Mən onlara baş çəkəndə xalası ilə dilləşirdi… Keşiş Matveyin oğlu ölü duası oxuyurdu, sənin arvadının səsi isə evi başına götürmüşdü. — Bəs ölü duası kimdən ötrü idi? Kimin üçün oxunurdu ki? — Ölü namazını deyirsən? Onu elə-belə… mərasim xətrinə də oxuya bilərlər. Yəni əslinə qalanda… dəfn mərasimi-zad yox idi, ona bənzər bir şey… Heç nə yox idi əslində.Aristarx İvanıç yaratdığı bu həngamədən birtəhər yaxa qurtarmaq üçün qalxıb, üzünü pəncərəyə tutaraq öskürməyə başladı. — Yaman öskürürəm, qardaş… Harada soyuqladığımı da bilmirəm…Kuvaldin də ayağa durub, masanın ətrafında var-gəl etməyə başladı. Titrəyən əliylə saqqalını tumarlayaraq: — Məni tovlamaq istəyirsiniz, — dedi. — Deməli, belə… Hər şey aydındır. Amma bu diplomatiya nəyə gərək imiş, bax, bircə onu anlamıram! Hər şeyi adam kimi, açıqca söyləmək olmazdı bəyəm? O ölüb, ya yox? — Hm… Heç bilmirəm ki, necə deyim? — Piskaryov çiyinlərini çəkdi. — Ölməyinə ölməyib, elə-belə də… Amma bax, sən artıq ağlayırsan! Hamı öləcək! Ölüm əmri təkcə onun alnına yazılmayıb, hamımız o biri dünyaya yollanacağıq! Bu qədər camaatın içində ağlamaq əvəzinə bir yol onun xatirəsini yad edəydin də! Bircə yol xaç vuraydın barı!Sonrakı yarım dəqiqə ərzində küt baxışlarını Piskaryova dikən Kuvaldinin bət-bənizi kağız kimi ağardı və o, kresloya çökərək hönkürtü ilə ağlamağa başladı… İş yoldaşları iş-güclərini buraxaraq, onun naləsinə qaçıb gəldilər.Peysərini qaşıyan Piskaryov üz-gözünü turşutdu. Əllərini şana kimi yanlara açaraq: — Vallahı, belə cənabların işi lap Allaha qalıb! — deyə donquldandı. — Bunun hönkürtüsünə bax… Bir soruşan gərəkdir ki, axı nədən ötrü belə zarıyırsan? Mişa, sənin ağlın başındadır? Mişa! — deyə o, Kuvaldini silkələməyə başladı. – Axı, o, hələ ölməyib! Kim sənə dedi ki, ölüb? Əksinə, həkimlər dedi ki, yaşayacağına ümid var! Mişa! Ay Mişa! Sənə deyirəm ey: o, ölməyib! İstəyirsən, qalx, birlikdə onlara gedək. Bəlkə dəfn mərasiminə də yetişərik… Mən nə danışıram? Yəni «dəfnə» deyil ey, «nahara» deyəcəkdim. Mişacan, and içirəm ki, o hələ sağdır! Yalançıya lap Allah qənim olsun! Bax, bu iki gözümdən olum! Yenə inanmırsan? Onda gəl, onlara gedək… Əgər mən yalan deyirəmsə, onda dişinin dibindən çıxanı deyərsən mənə… Heç başa da düşə bilmirəm ki, bu fikir haradan bunun ağlına sızdı? Mən özüm bu sabah rəhmətlikgildə idim, yəni rəhmətlik yox ey… Lənət şeytana!Polkovnik əlini yelləyərək yerə tüpürdü və idarə binasını tərk elədi. Mərhumənin evinə girən kimi özünü divana yıxıb, əlləriylə saçlarını xışmaladı. Dilxor halda: — Onunla özünüz gedib danışın! — dedi. — Özünüz onu bu acı xəbərə hazırlayın və mənim yaxamdan əl çəkin! İs-tə-mi-rəm! Elə ağzımı açmağımı gördüm… Elə bircə eyham elədim, onun nə oyun çıxartdığını kaş özünüz görəydiniz! Ağlı-huşu başından çıxdı! Özündən getdi!.. Bir də belə iş üçün mənə heç ağız da açmayın! Başınızın çarəsini özünüz qılın!..
Tərcümə: Azad Yaşar
|
['hekayə', 'Anton Çexov', 'Diplomat']
|
1,611 |
https://kayzen.az/blog/maraqli-faktlar/16655/narkoman-%C5%9Ferlok-holms.html
|
Narkoman Şerlok Holms
|
Apollon
|
Maraqlı faktlar
|
1 okyabr 2014, 18:22
|
Bir neçə aydır ki, Ser Artur Konan Doylun detektiv hekayələrini Azərbaycan dilinə çevirməklə məşğulam. Türkiyə türkcəsindən çevirdiyim kitablardan biri artıq “Hədəf” Nəşrləri tərəfindən oxuculara təqdim olunub. İki kitab isə çapa hazır vəziyyətdədir. Məşhur detektiv ustasının hekayələri məni o qədər əyləndirir və zövq verir ki, Konan Doylun hekayələrindən təsirlənərək qələmə alınmış, əsas qəhrəmanı detektiv Şerlok Holms olan 6-7 filmə də baxmışam.
Eyni zamanda Konan Doylun türk dilinə tərcümə olunmuş bütün yaradıcılığını da oxuyub bitirmişəm. Dünyanın bir nömrəli detektiv ustası olan Konan Doylun yaratdığı hekayələr və romanlar illər keçməsinə baxmayaraq yenə də insanları əyləndirməyi və həyəcanda saxlamağı bacarır. Əgər yay tətilinizin sonlarını əyləncəli keçirmək istəyirsinizsə, rejissor Qay Riçinin çəkdiyi “Şerlok Holms”(2009) və “Şerlok Holms: Kölgə oyunları”(2011) filmlərinə və britaniyalıların çəkdiyi “Şerlok” serialına baxmağınızı tövsiyə edirəm.
Eyni zamanda əyləncənizi maraqlı etmək üçün Ser Arturun qəhrəmanı məşhur detektiv Şerlok Holmsla bağlı kiçik bir araşdırmamı sizlərlə bölüşmək istəyirəm.
Böyük Britaniyalı detektiv ustası Konan Doylun yaratdığı obraz Şerlok Holms, detektiv obrazlar içərisində bəlkə də ən məşhurudur. Hadisələri müşahidə yoluyla həll etməsi onun ən önəmli özəlliyidir. Şerlok Holms deyiləndə ilk ağlımıza gələn onun zərrəbini, ovçu papağı və qəlyanıdır.
O nəticə çıxarma (deduction) üsulunu yaxşı istifadə edə bilir, verdiyi suallarla aldığı cavabların bir-biriylə əlaqəli olmasına diqqət yetirirdi. Tətbiq etdiyi üsulun fərqi budur ki, Şerlok Holms dəlilləri bir araya gətirib bir həll yolu tapmaq əvəzinə, əlindəki dəlillərdən istifadə edərək mənalı bir nəticəyə çatmağa çalışır. Eyni zamanda laboratoriya araşdırmaları nəticəsində əldə etdiyi məlumatları hadisələrə tətbiq edir və siqaret kötüklərindən, əlyazmalardan, ayaq izlərindən və hər cür məlumatdan istifadə edərək hadisənin üstünü açmağı bacarır.
Şerlok Holms qəribə xarakterdir. Dəri çantasında kokain, eyni zamanda morfin istifadə etmək üçün ləvazimatlar gəzdirir. Skripka çalmağı bacarır. İrina Adlerdən başqa heç bir qadını sevmir və onun fotosunu çərçivəyə salıb otağında saxlayır.
Onun daimi köməkçisi Doktor Uatson (Dr. Watson) isə bu “dərmanların” – kokain və morfinin onun zehnini açdığını iddia edir. Əslində bütün bunlar o dövrün İngiltərəsindəki vəziyyəti xarakterizə edir. Hadisələrin baş verdiyi dövrdə kokain və morfin istifadəsi İngiltərədə qadağan edilməmişdi.
Şerlok Holms bohem həyat tərzinə üstünlük verir. Yaşadığı mənzil daima dağınıqdır. Yazıçı bu dağınıqlığı Şerlok Holmsun üstünlüyü kimi təqdim edir. Çünki bu dağınıq mənzildə usta detektiv hər şeyin yerini gözüyumulu bilir. 50-dən çox əhvalatın qəhrəmanı Şerlok Holmsun xarakterini yazılan hekayələr və romanlar yaxşı bir şəkildə açır.
Bəs Konan Doyl Şerlok Holms obrazını kimdən təsirlənərək yaradıb?
“Köhnə müəllimim Co Belli, onun qartala bənzər siması, istifadə etdiyi əcaib üsullar, detalların fərqinə varmasındakı tükürpədici qabiliyyətini düşündüm. Əgər bir detektiv olsaydı, əminəm ki, bu təsirli və dağınıq işi elm halına gətirə bilərdi.” (Artur Konan Doylun avtobioqrafiyası)
Əsl Şerlok Holms Cosef Bell adlı bir həkim və müəllimdir. Konan Doyl tibb fakültəsində oxuyarkən onun tələbəsi olub. Cozef Bell detektiv olmasa da, xəstələri müayinə edərkən istifadə etdiyi üsullar detektivlərin iş prinsipinə uyğun gəlir. Yazıçı məşhur obrazını bu həkimdən və müəllimdən təsirlənərək yaradıb.
Holms, işiylə əlaqədar olmayan heç bir mövzuya diqqət göstərmir, işinə faydası olduğu üçün kübar cəmiyyətdə baş verənləri izləsə də siyasi proseslərlə demək olar ki, maraqlanmır. Hətta macəralardan birində Holms deyir; «Dünyanın günəş ətrafında fırlanmasını bilmək işimə yaramırsa, niyə bu məlumatı beynimdə saxlayım?». Holms, karyerasına bir universitet şagirdi olarkən başlamağa qərar verir. “Qloriya Skot əhvalatı” adlı hekayədə dostunun atası tərəfindən təqdir edilən Holms bu sahəylə peşəkar şəkildə məşğul olmağa qərar verir.
Avropanın kral ailələri və seçmə şəxsiyyətlərinin olduğu geniş bir müştəri çevrəsi ilə işləyir. Bütün bunlara baxmayaraq Holms müştərilərini özü seçir. Yoxsul müştərilər üçün işləməsi, yeri gələndə ölkəsinin mənafeyi naminə araşdırmalar aparması onu sevilən bir obraza çevirir. Musiqiylə, ədəbiyyatla, arıçılıqla maraqlanır. Eyni zamanda çox yaxşı döyüşçü hesab olunur.
Şerlok Holms haqqında maraqlı faktlar
Şerlok Holmsun macəralarından bildiyimizə görə o Londonda, Beyker küçəsi 221b ünvanında yaşayıb. Hazırda bu ünvanda “Şerlok Holms Muzeyi” yerləşir.
Yenə də macəralara əsasən bilirik ki, 1854-cü ildə Londonda doğulub və 1904-cü ildə vəfat edib.
Şelok Holms heyranları “Baker Street Irregulars” adlı dərnək qurub və bu dərnək Konan Doyl qəhrəmanına olan heyranlığın bariz nümunəsidir. Eyni zamanda dünyada 400-dən artıq Holms dərnəyi fəaliyyət göstərir.
Şerlok Holms 200-dən çox filmdə obraz olaraq canlandırıldığı üçün “Ginnesin rekordlar kitabı”na düşüb. 75-dən çox aktyor Şerlok Holms rolunu canlandırıb.
Konan Doylun Şerlok Holmsla bağlı macəraları 85 dilə tərcümə edilib. “İncil” dən və lüğətlərdən sonra dünyada ən çox satılan kitablar Konan Doylun əsərləridir.
Şerlok Holms o qədər məşhurlaşır ki, Konan Doyl məcburən Doktor Moriarti tərəfindən onun öldürülməsini yazır. Bununla bağlı Konan Doyl anasına yazırdı: “Holmsu öldürməyi düşünürəm… Əsərin bitməyini istəyirəm… Beynimi daha yaxşı şeylərdən yayındırır, ana”.
Anası isə Doyla yazırdı: “Sən necə məsləhət bilirsənsə elə, ancaq insanlar bunu xoş qarşılamayacaqdır”.
Oxucular arasında böyük narazılıq yaranır və Doyl məcbur olub, Holmsu yenidən “dirildir”.
Hər il Amerikada beş milyondan artıq Şerlok Holms macəraları çap olunur. Eyni zamanda indiyədək Şerlok Holms haqqında on mindən artıq məqalə və kitab yazılıb.
Azərbaycan oxucusu Konan Doylun bu qeyri-adi qəhrəmanını daha çox sovet dövründə tərcümə edilmiş “Baskervillərin iti” romanından tanıyır. Ancaq əminəm ki, tezliklə Konan Doylun bütün kitabları dilimizə tərcümə ediləcək və oxucular tərəfindən seviləcəkdir.
Cəlil Cavanşir
|
['detektiv', 'Şerlok Holms']
|
1,612 |
https://kayzen.az/blog/edebiyyat/16816/m%C3%B6vlanan%C4%B1n-r%C3%BCbail%C9%99ri.html
|
Mövlananın rübailəri
|
Apollon
|
Ədəbiyyat
|
1 okyabr 2014, 18:22
|
Ağlıyla, elmiylə tanınan kəsi
Bir tikə çörəyə etdilər əsir.
Onun biliklərlə dolu başında
İndi cövlan edir mal-mülk həvəsi.Həm avam, həm dindaram, həm də dinsiz, kafirəm,
Həm uşağam, həm cavan, həm də ağsaqqal pirəm.
Canım bədəndən çıxsa, sanmayın öldüm… Deyin:
«Alıb getdi onu Dostu … elə dirildiyi dəm».Ya rəbb, özün səbəb sal, məndəki «mən»i bilim,
Məğzimi dərk etməklə barı özümə gəlim.
Varlığımdan qoparaq sənin sirrinə varım,
Yoxsa səndən bixəbər bu canı, «mən»i neylim?!Eşqə düşməyincə gülürdü üzüm,
Sonra alt-üst oldu gecəm-gündüzüm.
Aşiqlə məşuqu ayrı sanırdım –
Təki iki dənə görürmüş gözüm. Qəlbim odlandıqca sənin dərdindən
Qaçdın, uzaqlaşdın günbəgün məndən.
Getdin, dərd-qəminlə qaldım baş-başa,
Demək vəfalıymış qəmin də… səndən.Allah sevgisindən ziyan görülməz,
O sevgi olmadan canlar dirilməz.
Göylərdən torpağa enən bu ruhlar
Təkrar göy üzünə qayıtmazmı bəs?!Xor görmə gizli sirr açan dərvişi -
Padşah tək ənamlar verməkdir işi.
Bir tikə çörəkçin düşüb dilənməz
Özü başqasına ruh verən kişi.Aşiq eşq yolunda can qoya gərək,
Ölməzlik nə imiş anlaya gərək.
«Aşiq abi-kövsər içib» desələr,
Bunu nə əxz edə, nə duya gərək.Nə üstdədir, nə altda… O Ay görən hardadır?
Bizli-bizsiz var olan, həp can verən hardadır?
Gəl, «Ordadır, burdadır» demə…
Aləmdə hər şey Onun şah əsəridir.
Bəs o Ərən hardadır?Deyirlər: «Səbr eylə, bir gün cənnətdə
Hurilər əlindən içərsən badə».
Sonuc buymuş… Yarla mey
burda da var,
Gəl, içək, fürsəti verməyək fövtə.
Tərcümə: Azad Yaşar
|
['Mövlana', 'Mövlana rübailəri']
|
1,613 |
https://kayzen.az/blog/maraqli-faktlar/15202/qan-qohumlar%C4%B1n%C4%B1n-nigah%C4%B1.html
|
Qan qohumlarının nigahı
|
Apollon
|
Maraqlı faktlar
|
30 sentyabr 2014, 17:47
|
Qan qohumları arasında bağlanan nigah uşaqda anadangəlmə eybəcərlik və xəstəliklərin əmələ gəlməsi risklərini artıran əsas faktorlardan hesab olunur. Səbəblərini izah edək.
İnsan orqanizmi bütün hüceyrələrində 46 xromosom (23 cütlük) mövcüddur. Kişi və qadın cinsi hüceyrələrində isə 23 xromosom olur ki, onlar birləşəndə yeni orqanizmin gen toplusu əmələ gəlsin (23 xromosom atadan + 23 xromosom anadan = 46 xromosom).
Xromosomlar genlərdən ibarətdir və bu genlər hər bir insan orqanizminin bütün xüsusiyyətlərdən (saç, dəri və gözlərin rəngi, mübadilə proseslərin xüsusiyyətləri, irsi xəstəliklər və s.) məlumat daşıyırlar.
İnsan orqanizmində hər bir əlamət haqqında informasiyanı 2 gen-cütlük daşıyır. Əgər cütdəki genlərdən biri insanın hər hansı bir əlamətinin təhrif olunmuş, mutasiyalı, patoloji informasiyanı (açıq desək, xəstəliyi) daşıyırsa, digər gen isə sağlamdırsa, insan sağlam doğulur. Uşaq hər bir valideynlərin hər gen-cütlüyündən bir gen alır. Qan qohumlarında çoxsaylı ümumi genlərin olması ona gətirib çıxara bilər ki, bu nigahda doğulan uşaqlar öz valideynlərindən iki eyni təhrif olunmuş, patoloji informasiyanı daşıyan gen qəbul edə bilərlər. Nəticədə uşaq xəstə doğulur.
Qan qohumları olmayan insanların uşaqlarında, genotiplərində (gen toplusu) eyni mutasiyaya məruz qalmış genlərin “görüşməsi” ehtimalı çox azdır.
|
['qan qohumluğu', 'nigah', 'qan qohumlarının nigahı']
|
1,614 |
https://kayzen.az/blog/happy/9775/xo%C5%9Fb%C9%99xtlik-v%C9%99-h%C9%99yat%C4%B1n-m%C9%99nas%C4%B1.html
|
"Xoşbəxtlik" və "həyatın mənası"
|
pedaqoq
|
Xoşbəxtlik üçün
|
29 sentyabr 2014, 21:37
|
«İnsan həyatda nə üçün yaşayır?», «Onun dünyada mövqeyi nədən ibarətdir?», «İnsanın xoşbəxtliyi nədədir?» kimi suallar hər bir ağıllı insanı narahat etməyə bilməz.
Xoşbəxtlik – etikanın digər kateqoriyalarından fərqli olaraq daha konkret məzmuna malik olsa da onlarla sıx əlaqədardır, xüsusən borc, vicdan, şərəf və s. ilə. İnsan mənəviyyatının dərinlikləri iləəlaqədar olan xoşbəxtlik– əxlaqi şüurun əsas anlayışlarından olub, insanın daxilən razı qalmasına uyğun bir haldır. Arzu kimi xoşbəxtlik də insanın idealının hissi-emosional formasıdır, lakin fərq bundadır ki, o, yalnız məqsəddən, cəhddən ibarət olmayıb, bunların həm də həyata keçirilməsi ilə bağlıdır. Xoşbəxtlik yalnız insanın müəyyən konkret obyektiv mövqeyini və ya subyektiv vəziyyətini xarakterizə etmir, o, insanın həyatının necə olması vəəsil səadətin nədən ibarət olması barədə təsəvvürləri ifadə edir. Xoşbəxtlik ruhun daimi rahatlığıdır. O, fasiləsiz sevinc deyil, əksinə, ruhun xüsusi emosional yüksəliş məqamıdır. Buna görə də xoşbəxt həyata qəmli-qüssəli, dərdli məqamlar da aid ola bilər. Xoşbəxtliyə həm də həyatın bir çox sevinclərindən imtina etmə daxildir.
Xoşbəxtlik kifayət qədər güclü, gərgin və müsbət həyəcan olub, öz həyatından yüksək dərəcədə razı qalma halıdır. Bu halın yaranması üçün heç də insanın həyatının bütün sahələrində müvəffəqiyyət əldə edilməsi tələb olunmur. Bu müvəffəqiyyət yalnız qlobal problemlərə aiddir. İnsanlar çox müxtəlif situasiyalarda özlərini xoşbəxt hesab edə bilərlər. Məsələn, yenicə evlənənlər bir çox kəm-kəsirləri olsa belə, özlərini adətən xoşbəxt hesab edirlər. Onları nə dəbdəbəli ev, nə xarici markalı maşın, nə də başqa sərvətlər maraqlandırır. Kasıb sənətkar da, öz əsərləri ilə bağlı müəyyən nailiyyət əldə etdikdə özünü xoşbəxt hesab edə bilər. Rəssamın hər hansı mötəbər sərgidə iştirakı, şairin ilk kitabının çıxması, müğənninin mükafat və ya fəxri ad alması və s. bu qəbildəndir. Göründüyü kimi, xoşbəxtliyə səbəb olan hadisələr uzunmüddətli olmur. Çünki həyatda qaneolma halları daimi deyil. Xoşbəxtlik qısamüddətli olub, şimşəyin çaxma anını xatırladır. Təsadüfi deyil ki, «bal ayı» ifadəsi mövcuddur, «bal beşilliyi» isə gülüş doğura bilər. Sadəcə olaraq, insan öz müvəffəqiyyətlərinə alışır və yeni-yeni zirvələr fəth etmək istəyir ki, bu da yeni, daha dərin hisslər keçirməyi tələb edir, özünütəsdiq və mənəvi zənginləşmə üçün digər yollar axtarır. Mütləq xoşbəxtlik mümkün deyil. Tələbata uyğun olaraq o daim inkişafdadır. Xoşbəxtlik anlarında insan dünyanı da ayrı cür qavrayır. Görəsən cinayətkarlar özlərini tam xoşbəxt hiss edə bilirlərmi? Yəqin ki yox. Elə təkcə hər an ifşa olmaq təhlükəsi buna mane ola bilər. Cinayətkar öz əməlindən nə dərəcədə həzz alsa da, uzun müddət sevinc hissi keçirsə də, bu, əsil xoşbəxtlik deyil.
Xoşbəxtliyin yaranma prosesi bir sıra özünəməxsus əxlaqi xüsusiyyətləri də üzə çıxarır. Hadisənin və şəraitin xırda eqoizm mövqeyindən deyil, yüksək əxlaqi dəyərlər baxımından qiymətləndirilməsi xoşbəxtliyin başa düşülməsində mühüm rol oynayır. Müxtəllif əxlaqlı adamların xoşbəxtliyi və onu başa düşməsi arasında müəyyən fərqlər mövcud olur.
Xoşbəxtlik azad quşa bənzəyir. O olmayan yerdə insanı güclə özünü xoşbəxt hesab etməyə məcbur etmək olmaz. Bu baxımdan xoşbəxtliyə aid bir sıra atalar sözləri də mövcuddur. Məsələn, «xoşbəxtlik at deyil ki, boynuna cilov taxasan» və ya «xoşbəxtlik balıq deyil ki, onu tilovla tutasan».
Xoşbəxtlik fərdi olur. Yəni hər bir insanın, ailənin, sosial qrupun, millətin xoşbəxtliyi ola bilər. Xoşbəxtlik insanın mənəvi ideala nə dərəcədə yaxın olubilə də üzə çıxır. «Yaxşı həyat nədir və insan ilk növbədə nəyə can atmalıdır» kimi suallar xoşbəxtliyə aid olan əsas məsələlərdəndir.
Xoşbəxtliklə bağlı insanların fikirləri çox müxtəlifdir. Bəziləri üçün xoşbəxtlik öz zahiri əlamətləri ilə seçilməlidir ki, bura ilk növbədə uğur, həzz, şərəf, var-dövlət və s. aiddir. İnsanın sevincə, rahatlığa, arzularının icrasına can atması təbiidir. Lakin bunların əxlaqi tələblərlə, məsələn, borcla toqquşması problem yarada bilər.
Bəxti gətirmə, tale kimi başa düşülən xoşbəxtlik insanın özündən asılı deyil. Buna başqaları da qarışa bilməz. Bu barədə düşünən Aristotel o fakta diqqət yetirib ki, insanın ədalətli olması, və yaxud hər hansı xeyirxahlığı uğur kimi qiymətləndirilmir, çünki bu keyfiyyətlər insanın cəhdindən, səyindən asılıdır. Lakin mirasa sahib olmaq, yaxşı yaşayışa, fitri istedada malik olmaq uğur, müvəffəqiyyət kimi başa düşülür. Pis bir hadisədən, qəzadan yaxa qurtarmaq özü də uğurdur. Lakin Allahın göndərdiyi səadət belə insandan müəyyən zəhmət tələb edir. «Səndən hərəkət, Allahdan bərəkət» misalı da təsadüfən yaranmayıb. Lakin hər hansı uğur, həyatın «insana gülümsəməsi» hələ insana özünü xoşbəxt hiss etməyə imkan vermir. Eyni zamanda xoşbəxtliyin yaşanması, duyulması, onun əsas məqamıdır. Xoşbəxtlik o vaxt həqiqi olur ki, o, insanda sevinc və razılıq duyğuları oyatsın.
Xoşbəxtlik haqqında yayılmış təsəvvürlərdən biri də budur ki, o yaşanan zaman keçirilən sevinc hissi dərin olur. Lakin bu cür həyəcan vəziyyəti də tez keçəndir. Xoşbəxtlik ona görə qısaömürlü, epizodik hal kimi xatırlanır ki, insan xoşbəxt olanda saat yadına düşmür, hər saat bir ana çevrilir.
Həzz və xoşbəxtliyin fərqini insanlar nəinki çoxdan başa düşüblər, hətta onu da dərk ediblər ki, hər bir həzz heç də xoşbəxtliyə aparmır. Qədim Yunanıstanda məşhur siyasi xadim, e.ə. VI əsrdə yaşamış Solon deyirdi ki, «sənə qüssə gətirəcək həzzdən qaç». Bəzən bədbəxt adamlar da nədənsə həzz ala bilər. Eyni zamanda, xoşbəxtlik də həzlə müşayiət edilir. Həzsiz xoşbəxtliyi dərk etmək çətindir. Lakin həzz xoşbəxtliyin nə şərti, nə də məzmunu deyil.
Xoşbəxtlik haqqında yayılan digər təsəvvür var-dövlətlə bağlıdır. Lakin var-dövlət həmişəmi xoşbəxtlik gətirir? Burada var-dövlətin hansı yolla qazanılması da rol oynayır. Bundan başqa, bir çox var-dövlət sahibləri heç də özlərini xoşbəxt hiss etmirlər. Əlbəttə, halal yolla qazanılmış var-dövlət insana əziyyət vermir, ondan qətiyyən qaçmaq lazım deyil, çünki kasıb ola-ola xoşbəxt olmaq doğrudan da çətindir. Lakin bir daha xatırladaq ki, xoşbəxtlik var-dövlətlə, onun miqdarı ilə ölçülmür. Doğrudur, uğurlu tale, sevinc, maddi və mənəvi baxımdan zəngin həyat xoşbəxtliyin əldə edilməsinə səbəb olan amillərdir. Lakin bunlar xoşbəxtlik üçün yalnız əlverişli şəraitdir, onun səbəbi və məzmunu deyil. Sokrat deyirdi ki, xoşbəxtlik insanın tərbiyəsindən, təhsilindən və nə dərəcədə xeyirxah olmasından asılıdır. Yalnız layiqli və namuslu adamlar xoşbəxt ola bilər, ədalətsiz və səfehlər xoşbəxt ola bilməz. Ədalətsizlər cəzalanmırsa, onda onlar xüsusilə bədbəxtdirlər.
Xoşbəxtlik məmnun qalma kimi başa düşülürsə, deməli bu qaneolunma ani deyil, uzunmüddətlidir, həyatın böyük bir zaman kəsiyini əhatə edir. Xoşbəxtlik üçün kəmiyyət göstəriciləri olmasa da, həyatın bütövlükdə və ya ayrı-ayrı tərəflərinin insanı qane etməsi kimi kəmiyyət göstəriciləri mövcuddur.
Xoşbəxtlik sevinc hissi ilə də çox yaxındır. Sevinc emosional olduğu halda, xoşbəxtlik sakit də yaşana bilər.
Birgəyaşayış şəraitində mövcud olan insan nə iləsə barışmalı, nəyin naminəsə özünü qurban verməli, müəyyən məhdudiyyətlərə dözməlidir. Bu cür dözümlü, xeyirxahlıqlarla dolu həyat xoşbəxtliyə səbəb ola bilər. Bir çoxları məhz bu fikirdədirlər ki, «xoşbəxt olmaq istəyirsənsə, xeyirxah ol». Bu, əlbəttə, çətin xoşbəxtlikdir. Qədim filosofların çoxu artıq xoşbəxtlik və xeyirxahlığın nisbəti barədə fikir söyləyirdi. Polyak filosofu B.Tatarkeviç (1886-1980) özünün «Xoşbəxtlik və insanın kamilliyi» əsərində xoşbəxtliyin bir neçə növündən söhbət açır: «1) həzz, ləzzət; 2) uğur, bəxti gətirmə; 3) tale (qədim yunan mifologiyasında tale və xoşbəxtlik ilahəsi Tixe, qədim Romada isə Fortuna idi); 4) sərvətə malik olma».
Xoşbəxtlik çox mürəkkəb anlayış olsa da, onun mövcudluğunun təzahürü olan bir sıra amillərdən danışmaq mümkündür. Nahaq yerə demirlər ki, xoşbəxtlik balıq deyil ki, onu tilovla tutasan. Bu amillər xoşbəxtliyin yaranmasına zəmanət verməsə də, hər halda müəyyən mənada ona təkan ola bilər. Bu amilləri şərti olaraq obyektiv və subyektiv kimi 2 qrupa ayırmaq olar. Obyektiv amillər əsasən insanın şüurundan və iradəsindən asılı deyil, subyektiv amillərin yaranmasında isə adətən insan özü iştirak edir. Obyektiv amillərə təbii şərait (əlverişli iqlim, coğrafi mövqe, təbii fəlakətlərin baş verməməsi və s.) və cəmiyyətin vəziyyəti (müharibə və ya sülh şəraitində yaşaması, qanunların işləməsi, ədalətin bərqərar olması və s.) aiddir. Əgər ölkədə təbii fəlakət baş verirsə, qorxulu epidemiya yayılırsa, vətəndaş müharibəsi gedirsə və s. bu kimi hallar mövcuddursa tam mənada xoşbəxtlikdən danışmağın heç yeri deyil. Əgər ətrafdakı insanlar əzab çəkirsə, qan tökülürsə, hansı xoşbəxtlikdən danışmaq olar? Torpaqları işğal altında olan hansı xalq rahat yaşaya bilər? Xoşbəxtliyin yaranması dövrlə, xalqın adət-ənənələri, mədəni xüsusiyyətləri, siyasi rejimi və s. amillərlə də bağlıdır. Obyektiv amillərə həmçinin insanın sağlamlığı, temperament tipi (məsələn, kimsə tündməcazlığı, hər hansı mənfi xüsusiyyəti ucbatından cəmiyyət, kollektiv, qonşular, qohumlar tərəfindən sevilmir), hətta xarici görkəmi aiddir. İnsanın məşğuliyyəti də bu baxımdan mühüm rol oynaya bilər. Çünki çox vaxt yaradıcılıq uğurları insanda nəinki adicə məmnunluq hissi oyadır, hətta onu yetərincə xoşbəxt edir.
Subyektiv amillərə insanın məsləkləri, əqidə və etiqadı, maraqları, nəyəsə olan həvəsi, əhval-ruhiyyəsi və s. aiddir. Subyektiv amillər çox vaxt müxtəlif hadisələrə fərdin münasibətini formalaşdırır. Bu bir daha o deməkdir ki, biz hadisələri dəyişə bilməsək də, onlara münasibətimizi dəyişməyə qadirik ki, bu da bizi xoşbəxt edə bilər. Seneka deyirdi ki: «Özünü xoşbəxt hesab etməyən adam bədbəxtdir». Doğrudan da, insanın xoşbəxt olması yalnız obyektiv, xarici şəraitdən deyil, həm də subyektiv amillərdən, insanın özündən, onun fəallığından, məqsədyönlülüyündən asılıdır. Pessimist insan asanlıqla öz xoşbəxtliyindən yan keçə bilər. Əfsanəyə görə, Makedoniyalı İskəndər çəlləkdə yaşayan Diogendən soruşanda ki, dünyada ən xoşbəxt adam kimdir?», o cavab vermişdi ki: «mənəm, çünki Dünyanın yarısı sənin ola-ola gözün doymur, mənim isə heç nəyim olmasa da, heç nəyə ehtiyacım yoxdur». F.Nitsşe isə deyirdi ki, xoşbəxtliyə yalnız seçmə adamların hüququ var, çünki onlar digərləri üzərində müəyyən hakimiyyətə malikdirlər. A.Şopenhauerə görə isə xoşbəxtlik yalnız iztirabların olmamasıdır. İztirablar pozitiv və real olduğu halda xoşbəxtlik həmişə arzu kimi qalacaq. L.Bethovenə görə başqalarını xoşbəxt etmək özü xoşbəxtlikdir. J.Rasin hesab edirdi ki, xoşbəxtlik ona görə mövcuddur ki, onu kiminləsə bölüşməyi bacarasan.
«A.A.Bakıxanov «Təhzibi-əxlaq» və «Nəsihətnamə» əsərlərində təvazökarlığı xoşbəxtlik əldə etməyin mühüm vasitələrindən biri hesab etmişdir. Onun nəzərincə, təvazökar olmayan adam heç bir vaxt sakitlik, qəlb rahatlığı əldə edə bilməz. Təvazökarlıq insanın cəmiyyətdə mövqeyini yaxşılaşdırmağa, həm də ona daxilən mənəvi cəhətcə təkmilləşməkdə kömək edir. Təvazökar olmayan adam öz əxlaqını saflaşdıra bilməz. Çünki təkəbbürlü və lovğa adam çox vaxt öz nöqsanlarını və zəif cəhətlərini görə bilmir. Təvazökarlığın mənəvi mənfəəti ondadır ki, insan özünün nöqsan və acizliyindən xəbərdar olduğu üçün sadəliyi üstün tutur.
Bakıxanova görə, insan öz ağlına müəyyən hədd qoyub deyə bilməz ki, daha mən hər şeyi bilirəm, çünki insanın dünyada dərk etməli olduğu çox şeylər vardır. Kim ki öz bilik və təcrübəsini artırmağa ehtiyac hiss etmirsə,
o ciddi surətdə yanılır. Öz biliyinə həddindən artıq güvənmək cəhalət əlamətidir. Bakıxanov bu münasibətlə özü haqqında deyir ki, gənclik çağlarında öz əqlimə tamamilə inanırdım, nöqsanlı olduğumu heç vaxt ürəyimə gətirmirdim. Rəyimə müvafiq olmayan bir işi, öz istəyimin əksinə nəticələnən bir məsələni özgəsindən bilərək, zəmanə adamlarını təqsirləndirirdim. Hərçənd ki, onlar da günahsız deyildilər. Lakin onların günahı mənim düşündüyüm qədər deyildi. Getdikcə tədqiqatım və təcrübəm artdı. Öz əqlimin dərəcəsinəşübhə etməyə başladım, bilmədiyim nöqsanlar yavaş-yavaş meydana çıxdı. Nəhayət, zövqümün xoş bir çağında və yabançılardan uzaq olduğum bir zamanda insafı hakim edərək özümün xasiyyət və rəftarımı bir-bir nəzərdən keçirdim. Məlum oldu ki, mənim təsəvvürlərim puç imiş, nəfsimin və şəhvətimin təsiri altında imiş. Yaxşı sandığım şey mənim halıma uyğun deyilmiş. Zehnim və zirəkliyim xudbinliyimə qalib gəlmiş olsaydı, bu gün xatırladıqda, peşmançılığını çəkdiyim işləri görməzdim.
Bakıxanov məsləhət görmüşdü ki, elm və kamalımızın nöqsanları olduğunu bildikdən sonra, insan gərək öz elm və etiqadına arxayın olmasın. İşin dal-qabağını dərin düşünmədən ona əl atmasın; əqli tədqiqatını, dünyanın böyük adamlarının və xalqlarının görkəmli alimlərinin rəyləri ilə tətbiq etsin və ümuminin faydasına olan işi qəbul etməkdən utanmasın. Çünki bizim heç bir işimiz təqlidsiz olmamalıdır, heç olmazsa pisliyə və zərərə səbəb olan işə deyil, ümuminin faydasına olan iş təqlid edilsin.
Maraqlıdır ki, Abbasqulu ağa Bakıxanov təvazökarlıq və sadəlikdən danışarkən, sadəliyi prinsipsizlik, acizlik dərəcəsinə endirməməyi tələb etmişdir. O yazırdı ki, həlimliyin acizlik, təvazökarlığın isə alçaqlıq dərəcəsinə gəlib çıxmasından saqınmaq lazımdır. Ancaq acığı və vüqarı, yeri gəldiyi vaxtda, bədəni qorumaq üçün alət etmək lazımdır. Çünki, bir çoxları bir nəfəri aciz gördükdə onu incitməyə tələsirlər» (16, s.234-235).
Z.Göyüşov özü isə belə hesab edir ki, «…xoşbəxtlik – əxlaqi ideal və arzu ilə sıx surətdə bağlıdır. Əxlaqi ideal və arzu insanın xoşbəxtliyinin mühüm tərkib hissəsi olmaqla bərabər, həm də qiymətli əxlaqi sərvət xarakteri daşıyır. İdealsız, arzusuz, məqsədsiz, gələcəyə inamsız mənalı insan həyatı təsəvvür etmək çətin olduğu kimi, bunlarsız əsl xoşbəxtlik də mümkün deyil».
İnsanın həyatı yalnız sevincdən yox, kədərdən də ibarətdir. Xoşbəxtlik kimi bədbəxtlik də dərin həyəcanla müşayiət olunur. Lakin xoşbəxtlik fəlsəfi anlayış olduğu halda, bədbəxtlik fəlsəfi anlayış deyil. Psixoloqlardan fərqli olaraq filosoflar bədbəxtlik haqqında müzakirə açmırlar. Ona görə yox ki, onlar insan həyatına biganədirlər, sadəcə olaraq xoşbəxtlik anlayışı, onlara görə, ideala yaxındır. İnsanlar xoşbəxtliyi uğurdan ayıra bildikləri kimi, bədbəxtliyi dəşansın reallaşmamasından, bəxti gətirməməkdən fərqləndirməyi bacarırlar. Bəzən adi danışığımızda dərdi, bəlanı, dərin həyəcanları bədbəxtlik kimi tələffüz etsək də, bunun əsl bədbəxtlik olmadığını başa düşürük. Bədbəxtlik – fəciədir. Bu zaman insan öz istəklərini həyata keçirmək imkanından obyektiv və ya subyektiv səbəblər üzündən məhrum olur. Bəziləri hesab edirlər ki, iztirab çəkməyən adamlar xoşbəxtdirlər. Lakin bu, insanlıqdan uzaq haldır. İnsan qəlbi özgə iztirablarını başa düşməli, onlara şərik çıxmağı bacarmalı, imkan dairəsində kömək etməyə meylli olmalıdır. Yalnız iztirablarla qarşılaşdıqdan sonra insan həyatın rəngarəngliyini, onun yalnız sevincdən deyil, kədərdən də ibarət olduğunu dərk edir. Bədbəxtlik bəzən bəxti gətirməkdən daha çox, insanın pis xasiyyətli olmasının nəticəsidir. Heç kim səhv buraxmaqdan, günah işlətməkdən, xəstəliyə tutulmaqdan, pis adamların ona vuracağı zərbədən və yaxın adamlarını itirməkdən sığortalanmayıb. Bədbəxtliyin səbəbi də çox vaxt elə bunlar olur. Hər adamın həyatında sevincli və kədərli günlər mövcuddur. Xoşbəxtliklə bədbəxtlik bir-birini istisna etmir. Eyni cəmiyyətdə hamının eyni dərəcədə xoşbəxt olması mümkün deyil. Rəqiblərdən hansınınsa xoşbəxtliyi digərinin bədbəxtliyinə səbəb ola bilər. Çox vaxt insanlar xoşbəxtlikdən danışarkən yalnız şəxsi xoşbəxtliyi nəzərdə tuturlar. Çoxları isə hesab edirlər ki, insan məhz öz borcunu yerinə yetirdikdə xoşbəxt olur.
Bəzən həyatda insanın elə halları olur ki, o, cəmiyyət tərəfindən qınanılan və özünə heç bir zaman layiq bilmədiyi hərəkətləri etmək istəyir. Hətta özü elə vəziyyət yaradır ki, qanun-qaydaya riayət etməli olmasın. Bunu bir anlıq gözünün önünə gətirən insan özünü müstəqil və sərbəst hiss edir. O, hətta öz adətlərinə, vərdişlərinə də riayət etmir. Bəzi xalqların mədəniyyətində belə hallar üçün xüsusi şərait mövcuddur. Bu cür kütləvi formalardan biri karnavallardır. Karnaval zamanı insan maska taxır və tanınmayacağına əmin olduğu üçün özünü sərbəst aparır, istədiyi hərəkətləri edir və öz məqsədlərinə çatmaq üçün yollar axtarır. Belə «sərbəstliyə çıxma» iri həcmli tədbir olan karnavallarla yanaşı, kamera xarakteri daşıyan kiçik formalar, məsələn, lətifələr vasitəsilə də həyata keçirilir. Lətifələrin köməyilə «sarı simə» toxunan, çox incə mövzuların gülüş vasitəsilə ifşa olunmasına geniş şərait yaranır.
İnsanın həzz alma mənbələrinin çoxsaylı olmasına baxmayaraq, həzzin özü həmişə ani, müvəqqəti, qısamüddətli olur. O heç vaxt kifayət etmir.
Həzz – tələbat və maraqların təmin edilməsi ilə müşayiət edilən hiss və həyəcandır. Bioloji baxımdan həzz və iztirabların təsiri (rolu) onların adaptiv (uyğunlaşdırıcı) funksiya daşıması ilə müəyyən olunur. Həzz – orqanizmin tələbatlarına cavab verən fəallığı stimullaşdırır, həzzin yoxluğu və iztirab isə orqanizmi onun üçün təhlükə törədəcək təsirlərdən təcrid edir. Psixofizioloji baxımdan həzz tələbatların təmin edilməsi olub, daxili gərginliyin fiziki və psixi cəhətdən azalması və sönməsi ilə müşayiət olunur, orqanizmin zəruri funksiyalarının bərpa edilməsinə səbəb olur. Həzzin insan üçün faydalı olması müəyyən normativ mövqeyə gətirib çıxarır: həzz alma, məmnun olma orqanizm üçün ideal olduğundan insan bu halı əldə etməyə çalışmalıdır. Etikada belə mövqe hedonizm adlanır (yunanca «hedone» həzz deməkdir). Baxışlar sistemi və həyat tərzi kimi mövcud olan hedonizm o təsəvvürlərəəsaslanır ki, insan fəaliyyətinin əsas mənası və xoşbəxtliyin real təməli iztirablara qarşı ikrah hissi keçirmək və həzzə can atmaqdır. (53, s.312)
İnsan həyatında həzzin rolunun öyrənilməsi sahəsində Z.Freydin xidmətləri böyükdür. Xüsusi tədqiqatlar ona «həzz prinsipinin» qəlbin fəaliyyəti və ya psixi proseslərin əsas təbii tənzimləyicisi olması barədə fikir yürütməyə imkan verdi. Freydə görə, insan psixikasında fərdin normativ məqsədlərindən asılı olmayaraq, həzz almaq və ya almamaq üstünlük təşkil edir. Daha intensiv və parlaq, həm də nisbətən asan yolla əldə edilən həzz cismani, məsələn, seksual həzzdir. Yeməyə, soyuqdan qızınmağa, istirahətə olan tələbatların təmin olunması da bu qəbildəndir. İnsan doğulandan «hedonik» olur. Körpənin tələbatlarının ödənilməsi heç də çətin olmur. Bunu ətrafdakılar edir. Bu tələbatlar çox sadə və asandır: yedizdirmək, beşiyi yelləmək, lay-lay, isti və zərif əllərin hərarəti və s. Bunlardan həzz alan körpə ağlamır və hətta müəyyən mənada «öz razılığını» bildirir. Freydə görə erkən yetkinlik çağında gəncin aldığı seksual həzz ona görəəhəmiyyətli və yaddaqalandır ki, bu həzzi o, böyüklərdən asılı olmayaraq edir (53, s.313).
Bütün bu deyilənlərdən belə çıxmasın ki, həzz əxlaqa, etikaya və humanist dünyagörüşə ziddir. Onu yəqin ki, müəyyən məqamlarda xoşbəxtliyin elementi kimi nəzərdən keçirmək olar.
Bütün etik sistemlərdə xoşbəxtlik bilavasitə həyatın mənası anlayışı iləəlaqələndirilir. Xoşbəxtlik kimi həyatın mənası da yalnız şəxsi xoşbəxtlik üzərində qurula bilməz. Bu hal gec-tez fərdi xarakter alaraq eqoizmə aparır.
Etik sistemlərin çoxunda xoşbəxtlik insan hüquqlarının ayrılmaz hissəsi, xoşbəxtliyə can atma isə insanın fitri xüsusiyyəti kimi nəzərdən keçirilir.
İnsan özünü dərk etməyə başlayandan onu həyat əhəmiyyətli suallar narahat etməyə başlayıb: «İnsan nə üçün yaşayır?», «Onun məqsədi nədir?», «İnsanın xoşbəxtliyi nədədir?», «Həyatın məzmunu və məqsədi nədir?». Beləliklə, həyatın mənası problemi insandan asılı olmayaraq mövcuddur. Xoşbəxtlik və həyatın mənası problemi etika tarixində çoxlarını düşündürüb. Bu baxışları əsasən 3 qrupa bölmək olar: 1) həyatın mənasını fərdi nailiyyətlərlə bağlayanlar; 2) dini etiqadlara tabe olaraq o biri dünyanı qazanmaqla bağlayanlar; 3) insan həyatını və mövcudluğunu absurd, mənasız hesab edənlər.
Birinci cərəyanın nümayəndələri, fərdiçilik konsepsiyasını irəli sürənlər hedonizm (həzz) və evdemonizm (xoşbəxtlik) prinsiplərini ön plana çəkirlər. Xoşbəxtliyin maksimum qaneolunma kimi başa düşülməsi utilitarizm (yararlılıq) etikasında da mövcuddur. Bu eqoistik konsepsiyanın əxlaqa zidd olduğunu onun tərəfdarları da hiss etdiklərindən özlərini təmizə çıxarmaq üçün müxtəlif bəhanələr tapırdılar. Epikurdan tutmuş fransız maarifçilərinədək bu problemlə məşğul olanlar yeni nəzəriyyə – «ağıllı eqoizm» nəzəriyyəsini ortaya atdılar.
İkinci cərəyan daha çox dini etika tərəfindən irəli sürülür. Bu dünyadakı həyatın insanlar üçün Allah tərəfindən sınaq kimi göndərilməsi vəəsil həyatın o biri dünyada olması fikrindən müəyyən məqsədlər üçün istifadə edən bəzi din xadimləri bu minvalla insanları asketizmə (tərki-dünyalığa) ruhlandırır. Keçmişəsrlərdə əsasən hakim siniflərin mənafeyinə xidmət edən bu mövqe insanları ədavətə, zülmə, haqsızlığa qarşı mübarizədən çəkindirir, dinin özünə qarşı isə düzgün olmayan münasibət formalaşdırırdı. Əslində din insanı xoş həyat uğrunda fəaliyyətdən, zəhmətdən, mübarizədən nəinki çəkindirmir, əksinə, insanı öz həyatını yaxşılaşdırmaq, asanlaşdırmaq üçün elmlərə yiyələnməyə, əməksevərliyə təhrik edir, öz xoşbəxtliyini düşünməyi, həmçinin digərlərinin, xüsusən imkansızların qayğısına qalmağı məsləhət görür. Uzun müddət ateistlər, xüsusən, islam dininin düşmənləri bu kimi məsələləri təhrif olunmuş şəkildə izah edərək insanları çaşdırmışlar. «Qurani-Kərimi» özü şəxsən oxumayan insanlar, özünü «molla» adlandıran, savadsız fırıldaqçıların danışdığı cəfəngiyyatla kifayətlənməli olurdular. Bu gün insanların dini şüurunun və savadının artması nəticəsindəİslamın ən humanist din olması qəbul edilir. Fanatizmdən, cəhalətdən, avamlıqdan, savadsızlıqdan uzaqlaşaraq sırf dini mövqe tutanlar həyatın əsil mənasını dərk edir, bütün gücünü, qüvvəsini, vaxtını, ağıl və düşüncəsini insanların xoşbəxtliyi, xoş həyatı uğrunda mübarizəyə sərf edirlər.
Üçüncü cərəyanı pessimist cərəyan adlandırmaq olar. Bu cərəyanın nüiayəndələri insanın mövcudluğunun mənasını inkar edir, onun absurd, mənasız olduğunu sübut etməyə çalışırlar. Kinik (e.ə. IV əsr, əxlaq normalarını inkar edən fəlsəfi məktəb) məktəbinin etikasında, ekzistensialistlərdə (mövcudluq fəlsəfəsi) və s.-də bunun izlərinə rast gəlmək olar.
Etika tarixində həyatın mənası, onun sevincləri haqqında ilk təlimin yaradıcısı Epikur sayılır. O, həyatın mənasını müdriklikdə görür. Onun fikrincə, insan ağlı ilə bütün mənasız arzulardan əl çəkməli, qəlbin rahatlığına nail olmalıdır. Qədim Yunan filosoflarından Gegesi hesab edirdi ki, o vaxt yaşamağa dəyər ki, həyatın gətirdiyi həzzin miqdarı iztirablardan çox olsun. Əgər əksinədirsə, onda insan ölsə yaxşıdır. Siseronun dediyinə görə, bu filosof sonralar Peysitanatos ləqəbi qazanır ki, bu da «intihar carçısı» mənasını verir. Onun mühazirələri İskəndəriyyədə bu səbəbdən qadağan edilmişdi (102, s.203)
XVIII əsr fransız materialistləri həyatın mənasını insanın dünyəvi maraqlarından ayırmağa qarşı qətiyyətli çıxış etdilər. Bu, onların əvəzsiz xidmətidir. Onlar həyatın mənasını xoşbəxtliyə, dünyəvi ideala qovuşmaqda görür, elmi nailiyyətləri, bəşəriyyətin tərəqqisinə sonsuz inamı bunun əsası hesab edirdilər. Psixoloq E.Fromm yazır ki: «İnsan yeganə heyvandır ki, onun varlığı özü üçün problemə çevrilir, o, bu problemi həll etməlidir və ondan heç yerə qaça bilməz» (86, s.81).
Keçmişini və gələcəyini, özünü vəətrafdakıları, etdiyi hərəkətləri və gətirə biləcəyi yenilikləri düşünməyən adamın həyatını mənalı hesab etmək olmaz. İnsan təbiətən praktik məxluqdur. O qarşısına məqsəd qoyur və onlara çatmağa çalışır. Məqsəd və vəzifələrsiz insan heyvana çevrilir. İnsan öz inkişaf və fəaliyyət perspektivlərini, həyatının məqsədini, nəyəəsaslanmalı olduğunu başa düşməli, bilməli və görməlidir.
Həyatın mənası və həyatın məqsədi anlayışları bir-biri ilə sıx bağlı olsa da eyniyyət təşkil etmir. Həyatın mənası – insanın istəyindən asılı olmayaraq obyektiv şəkildə mövcuddur. Həyatın məqsədi – daxili, şəxsi və konkret olub, insanın özü tərəfindən qoyulur. Bu, hər hansı peşəyə yiyələnmə, konkret bir işdə hansısa nəticəni əldə etmə və s. ola bilər. İnsanın bütün həyatının məqsədi ayrı-ayrı konkret hissələrdən ibarət ola bilər ki, bunun da məcmusu bütöv bir proqram təşkil edir. Şüurlu surətdə qarşıya qoyulmuş məqsədin əxlaqi tərəfi onun həyatın mənasına olan münasibəti ilə ölçülür.
Bütün tələbatları birdən yerinə yetirmək mümkün deyil. Böyük və kiçik məqsədlər mövcuddur. Kiçik məqsədlər yaxın, bilavasitə, birgünlük olduğu halda, böyük məqsədlərə çatmaq üçün insan bəzən bütün ömrünü həsr etməli olur. Məsələn, dissertasiya müdafiə etmək, milyon dollar toplamaq, Amerikaya getmək, özü üçün ayrıca ev almaq və s. Bunlar məqsəd-ideallardır. Həyatın mənası ayrı-ayrı məqsədlərin əhəmiyyətliliyi ilə yox, insanın bütün həyat boyu davranışı, götürdüyü istiqamətlə müəyyənləşir.
Bəzən insanın məqsədi şəxsi mənfəət çərçivəsindən, karyeradan «o yana» getmir. Hətta əxlaqa zidd məqsədlər də olur ki, bunlara bəraət qazandırmaq mümkün deyil. Lakin belə də düşünmək düzgün olmazdı ki, həyatın mənası guya yalnız ictimai rifahla bağlı olmalıdır. Cəmiyyət ayrı-ayrı fərdlərdən ibarət olduğu üçün hər bir insanın səadəti mühüm əhəmiyyət kəsb edir. Hər bir insan ilk növbədə özü, öz şəxsi xoşbəxtliyi barədə düşünməlidir. Cəmiyyətin xoşbəxtliyi ali məqsəd olduğu halda, fərdin xoşbəxtliyi son məqsəddir.
Həyatın mənası anlayışı sosial amillərlə yanaşı şəxsi həyatda baş verən bəzi hadisələrlə də bağlıdır. Bura yaxın adamların itirilməsi, şəxsi həyatdakı qəfil dəyişikliklər, müəyyən yaş dövrü və s. aiddir. Bu zaman yüksək əxlaqi dəyərlərə söykənmək zəruridir. Çünki belə olduqda insan istər-istəməz xeyir, şər, ədalət, borc haqqında düşünür və bunları öz həyatı, taleyi, plan və ümidləri iləəlaqələndirir. Həyatın mənasız olduğunu dərk edən insan mənəvi cəhətdən sarsılır, əsəbləri pozulur. Əlbəttə, həyatın mənası haqqında düşünmək və narahat olmaq qabiliyyəti bütün insanlarda eyni deyil. Bu, insanın peşəsindən, iş qabiliyyətindən və başqa keyfiyyətlərindən asılı deyil.
İnsanın mənəvi həyatında belə bir fikir əsas rol oynayır ki, həyatın mənası var və son məqamda xeyir şərə qalib gəlməlidir. Bu inam olmasa (hətta zəif formada) insan həyatı ağır, məşəqqətli, yorucu vəəzablı keçər.
İnsanın həyatı onun yaşadığı illərin sayı ilə yox, məzmunu ilə, ətrafdakılara münasibəti, cəmiyyətə verdiyi xeyirlə, əxlaqi keyfiyyətləri, həmçinin şərəfi, namusu, vicdanı, ləyaqəti ilə qiymətləndirilir.
Mənbə: Etika: İncəsənət təmayüllü ali məktəb tələbələri üçün dərslik.- Bakı: 2009.- 160 s.
Müəllif: ŞAHHÜSEYNOVA SEVİNC ASİF qızı
|
['xoşbəxtlik', 'həyatın mənası']
|
1,615 |
https://kayzen.az/blog/aforizmler/16998/remark-qad%C4%B1nlar-haqq%C4%B1nda.html
|
Remark qadınlar haqqında
|
Apollon
|
Hikmət dənizi və aforizmlər
|
27 sentyabr 2014, 18:40
|
— Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz. — Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar. — Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar... — Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər. — Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu. — Əgər qadın başqasına aiddirsə, o 5 dəfə daha artıq arzu ediləndir. — Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir. — Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə. — Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır. — Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır. — Sevgi… qadını daha itigözlü edir. — Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyüllə azadlıq vermək olmaz. — Ləçər, yoxsa müqəddəs?.. Nəticədə hansısa bir fərqi varmı? Əsas odur bizim özümüz ona necə yanaşırıq? — Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır. — Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır. — Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir. — Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.
|
['hikmət dənizi', 'aforizmlər', 'Erix Maria Remark']
|
1,616 |
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/17037/bax,-bel%C9%99-bir-hissdir.html
|
Bax, belə bir hissdir!...
|
19royal98
|
Böyük insanlar,şəxsiyyətlər
|
26 sentyabr 2014, 22:25
|
Bir gün Napoleon Bonapart (1769-1821) düşmən əsgərlərindən qaçarkən bir dükana girdi və satıcıya onu gizlətməyi əmr etdi. Satıcı Napoleonu gizlətdi və onu axtaran düşmən əsgərlərinə:
— Bir az əvvəl bir nəfər bu tərəfə qaçdı, – dedi.
Nəhayət, bir az sonra Napoleonun mühafizəçiləri gəldilər. Satıcı, bəlkə də, ömründə bir daha görməyəcəyi Napoleondan soruşdu:
— Cənab imperator, mənim üçün çox maraqlıdır, ölümlə üz-üzə gəlmək necə bir hissdir?..
Napoleon birdən qəzəbləndi və:
— Sən kimsən ki, mənimlə belə danışırsan? – deyə qışqırdı.
Və öz əsgərlərinə satıcını güllələməyi əmr etdi. Əsgərlər, əvvəlcə, satıcının gözlərini bağladılar, sonra da sıra ilə qarşısına düzüldülər. İndi artıq onlar Napoleondan “atəş” əmrini gözləyirdilər. Satıcı içindən dərin bir ah çəkdi və:
— Gör bir sən nə etdin? Boş bir həvəs üçün özünü oda atdın? – deyə düşündü.
Bu vaxt arxadan bir cüt əl uzandı və satıcının gözlərindəki bağı açdı. Qarşısında Napoleon var idi. Və Napoleon tək bir cümlə ilə bu cavabı verdi:
— Bax, belə bir hissdir!..
|
['Napaleon Bonapart']
|
1,617 |
https://kayzen.az/blog/kino/16805/real-hadis%C9%99l%C9%99r%C9%99-%C9%99saslanan-%C9%99n-yaddaqalan-filml%C9%99r.html
|
Real hadisələrə əsaslanan ən yaddaqalan filmlər
|
Apollon
|
Kino
|
26 sentyabr 2014, 21:07
|
Real həyat hadisələrinə söykənən filmlər həmişə tamaşaçıların maraq dairəsində olub. Yaşanan hekayələrdən ilham alan rejissorların çəkdiyi bu filmlər uzun müddət yaddaşlardan silinmir.
“Ruanda oteli”
Film 1994-cü ildə Ruandada Hutu və Tutsi etnik qrupları arasında yaşanan və minlərlə insanın ölümüylə nəticələnən vətəndaş müharibəsindən bəhs edir.Filmin baş qəhrəmanı Paul Rusesabaqine qəsəbənin ən bahalı otelinə rəhbərlik edir. İrqçiliyə nifrət edən Paulun həyat yoldaşı da Tutsilərdəndir. Paul həm öz ailəsini həm də günahsız insanları qorumaq üçün nə isə etməlidir.Don Çidl, Xoakin Feniks və Nik Nolton kimi təcrübəli aktyorların oynadığı filmin rejissoru Terri Corcdur.
“Xoşbəxtlik axtarışında”
Film arvadı tərəfindən tərk edilən və oğluyla həyat mübarizəsi aparan Kris Qardnerin həyatından bəhs edir. Qabriele Muççinonun çəkdiyi filmdə baş rolları Vil Smit və oğlu Ceyden Smit canlandırır.
“Titanik”
Dünyanın xatırlamaq istəmədiyi fəlakətlərdən biri olan “Titanik” faciəsi 1997-ci ildə dahi Ceyms Kameron tərəfindən ekranlaşdırılıb.
Rejissor aysberqə çırpılıb parçalanan gəmidə yaşananları iki gəncin sevgisi fonunda təqdim edib.
Filmdə əsas rolları Leonardo di Kaprio və Keyt Uinslet canlandırıb.
“Pianoçu”
Roman Polanskinin üç nominasiyada “Oskar”a layiq görülən filmi İkinci Dünya müharibəsi zamanı yaşanan real həyat dramından bəhs edir.Məşhur polşalı pianoçu Vladislav Şpilmanın xatirələrini yazdığı eyniadlı kitab əsasında ekranlaşdırılan film Şpilmanın Varşavanın kənar məhəllələrində apardığı həyat mübarizəsindən bəhs edir.Baş rolu ifa edən Edrian Broudi bu roluna görə “ən yaxşı aktyor” nominasiyasında “Oskar” qazanıb.
“Erin Brokoviç”
Film hüquq təhsili olmayan, amma çox önəmli məhkəmə proseslərində haqlı tərəfin qalib gəlməsinə nail olan sadə və mübariz qadından bəhs edir. Stiven Sodeberqin rejissoru olduğu filmdə Brokoviç rolunu Culiya Roberts canlandırıb.
“Apollon 13”
Ron Hovardın 1995-ci ildə ekranlara çıxan filmi Amerika tarixinin ən böyük qalmaqallarından biri olan “Apollon 13” layihəsindən bəhs edir. Filmdə 1970-ci ildə Aya göndərilən və partlayan kosmik gəmi heyətinin sağ qalmasından və dünyaya qayıtmasından danışılır.Filmdə Tom Henks, Bill Pekston və Kevin Beykon kimi təcrübəli aktyorlar rol alıb.
“Şindlerin siyahısı”
Real hadisələrə əsaslanan film Oskar Şindler adlı alman iş adamının İkinci Dünya müharibəsi zamanı Polşada qurduğu fabrikdə yəhudiləri işlətməsi və bu yolla 1100 yəhudinin həyatını xilas etməsindən bəhs edir.Əfsanəvi Stiven Spilberqin yaddaqalan işlərindən biri olan filmdə Oskar Şindler rolunu Liam Nelson canlandırır.
“Bacımın hekayəsi”
Ceremi Levenin eyniadlı romanı əsasında ekranlaşdırılan film Ticerald ailəsinin leykozla mübarizəsindən bəhs edir.Sara və Brayn Ticerald qızları Keytin leykoz xəstəliyindən əziyyət çəkdiyini öyrənir. Qızlarının bir neçə il ömrü qaldığını öyrənən valideynlər Keytə donor olması üçün daha bir övlad dünyaya gətirir. İllər sonra Anna ailəsinin onu məhz donor olmaq üçün dünyaya gətirdiklərini öyrənəndə ana və atasını məhkəməyə verir. Keyt isə ölümlə mübarizə aparır. Rejissor Nik Kassavetesin beş il öncə ekranlara çıxan filmində əsas rolları Kameron Diaz, Abiqayl Breslin və Alek Boldvin canlandırıb.
“Sosial şəbəkə”
Film bütün dünyanı fəth edən “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və dostlarından bəhs edir. Zukerberqi oğru kimi qələmə verən film kifayət qədər qalmaqala və müzakirələrə səbəb olub.Cessi Ayzenberqin baş rolu oynadığı filmin rejissoru Devid Finçerdir.
1937.az
|
['kino', 'xarici filmlər', 'bioqrafik filmlər', 'kinomatoqrafiya', 'kinoşünaslıq']
|
1,618 |
https://kayzen.az/blog/psixologiya/17025/u%C5%9Fa%C4%9F%C4%B1-d%C3%B6ym%C9%99k-olarm%C4%B1.html
|
Uşağı döymək olarmı?!
|
Apollon
|
Psixologiya
|
26 sentyabr 2014, 19:55
|
Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox daha kinli olur. Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki:Uşaq, dəcəllik edərkən döyülərsə etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy gostərməsinə gərək duymur.
Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Dolayı yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.
Uşaq, valideynlərindən zəif, daha gücsüz, daha aciz olduğunu bu formada öyrənməsi onu utandıraraq, valideynlərinə qarşı güvənini sarsıdır.
Uşaq valideynlərinin davranışınlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir! Bəzi hallarda ana-ataların uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapmadıqlarının hamımız şahidi oluruq. Amma ana-ata bəzən çarəsiz qalıb uşağa vurmaq məcburiyyətini özündə hiss edirsə, heç olmazsa aşağıdakı qeydləri nəzərə alsınlar:Deyilən sözü başa düşən 6 yaşdan yuxarı uşağı vurmağın gərəyi də, faydası da yoxdu.Sözdən anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa- üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərdən döymək çox zərərlidir. Bu ana-ataya deyil zülümkara yaraşır. Uşağa vurmağın əslində zərərli olduğu və ancaq aşağıdakı hallarda son çarə olaraq muraciət edilə bilərlər.Uşağın başqasına qəsdən və bilərək zərər verərsə;Davamlı xəbərdarlığa baxmayaraq pis hərəkətində israr edirsə; (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq) Yenə də, əsas qaydamızı təkrarlayaq: Əlinizdən gəldiyi qədər döyməkdən uzaq olmalı, söz başa düşən yaşda sözlə izah etməli, xüsusilə vurmağı faydalı olduğu zaman seçməli, əsəb və gərginlik zamanı qəti istifadə edilməməlidir! Sonda isə onu demək istərdim ki,uşaq sahibi olmaq böyük bir məsuliyyətdir. Ana və atalar uşağın tərbiyəsində feli və fikri əməkdaşlıq etməlidirlər. İnanın nə qədər mümkünsüz görünsə də uşağa xətər yetirmədən böyütmək mümkündür. Psixoloq, Narınc Rüstəmova
|
['psixologiya', 'uşaq psixologiyası']
|
1,619 |
https://kayzen.az/blog/video-bloq/17017/whatsapp-da-sizi-gizli-izl%C9%99y%C9%99n-n%C3%B6mr%C9%99l%C9%99rin-t%C9%99yini.html
|
WhatsApp-da sizi gizli izləyən nömrələrin təyini
|
ORIGINAL
|
Video Bloq
|
23 sentyabr 2014, 20:36
|
Xoş gördük.Söz verdiyim kimi WhatsApp-da kontaktnızda olmuyan nömrənin belə sizi izlədikdə təyin edilməsi yolunu video bloqla izah etməyə çalışacaqdım.İnanıram ki,bu video daha böyük maraq dairəsinə sahib olacaq və populyarlaşacaqVideoda qeyri-peşəkarlığa görə üzr istəyirəm.İnanıram ki,faydalı olacaq.
|
['whatsapp', 'hiylə', 'kontakt', 'izləmək', 'facebook', 'nömrə', 'telefon']
|
1,620 |
https://kayzen.az/blog/raffaell0/17012/d%C3%BCnyan%C4%B1n-%C9%99n-yax%C5%9F%C4%B1-atas%C4%B1.html
|
Dünyanın ən yaxşı atası
|
raffaell0
|
Bloq: raffaell0
|
23 sentyabr 2014, 18:16
|
Amerikalı fotoqraf Deyv Enqldoy öz balaca qızı ilə kinayəli və maraqlı portretlər yaradıb. Balaca qızcığaz bu fotolarda nə çarpayıda, nə «qarşok»da, nə də atasının və anasının qucağında deyil. Deyv qızı Elis Bi dünyaya göz açdığı gündən əsas qəhrəmanların özünün və qızının olduğu «Dünyanın ən yaxşı atası» adlı fotosessiya yaradır. Fotolar özünəməxsus yumor hissinə malik olduğundan super ata obrazı qeyri-standart alınıb.
|
['dünyanın ən yaxşı atası', 'Fotoğraf', 'fotoqalereya', 'fotosessiya']
|
1,621 |
https://kayzen.az/blog/dusundurucu-hekayeler/16910/franz-litz-v%C9%99-t%C9%99l%C9%99b%C9%99si.html
|
Franz Litz və "tələbəsi"
|
Apollon
|
Düşündürücü hekayələr
|
21 sentyabr 2014, 19:10
|
Bir alman gənc qız pianino dərsləri verərək yoxsul ailəsini dolandırmağa çalışırdı. Bu gənc qız hər yerdə yalan söyləyərək məşhur macar bəstəkarı və musiqiçisi Franz Listz-in tələbəsi olduğunu deyirdi.
Bir dəfə Listz konsert vermək üçün yoxsul qızın yaşadığı şəhərə gəlir. Bu zaman gənc musiqiçi yalanının aşkar olunacağını və ailəsinin bir tikə çörəksiz qalacağını anlayır. O gözü yaşlı şəkildə məşhur bəstəkarın yanına gələrək söylədiyi yalanını etiraf edir. Dahi bəstəkar onu diqqətlə dinləyir və qızdan musiqi bacarığını sərgiləməsini xahiş edir. Qız ifa etdikdən sonra bəstəkar onun yol verdiyi səhvləri düzəldir.
— İndi isə mənim əzizim, siz artıq mənim tələbəmsiniz. Elan verərək səhnədə ilk sizin, sonra isə müəlliminiz Listz-in çıxış edəcəyi konsert verəcəyinizi elan edə bilərsiniz” — deyə Listz deyir.
|
['düşündürücü hekayələr', 'yalan', 'Franz Litz']
|
1,622 |
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/16945/pay%C4%B1z-f%C9%99slinin-%C9%99n-faydal%C4%B1-m%C9%99hsullar%C4%B1.html
|
Payız fəslinin ən faydalı məhsulları
|
Apollon
|
sağlam həyat tərzi
|
21 sentyabr 2014, 19:06
|
Yaxın zamanlarda qışın yaxınlaşmasına görə, payız aylarında orqanizmi lazımi vitamin və mikroelementlərlə təmin etmək gərəkdir.Payız fəslinin, bütün qış ərzində sizi enerji ilə təmin edə biləcəyi bir çox energetik meyvə və tərəvəzləri vardır. Onlardan ən faydalı olanlarını sizə təqdim edirik:1. Balqabaq - tərkibində dəmirin çoxluğuna əsasən tərəvəzlər arasında lider olan bu məhsul, B, C, E, D, PP vitaminləri və həmçinin orqanizmdə mübadilə prosesslərinə təsir edən çox nadir T vitamini ilə zəngindir. Balqabaq, pektin telləri sayəsində orqanizmdən artıq xolesterini, toksin və şlakları çıxarma gücünə malikdir.2. Alma — payız aylarında tez tez rast gəlinən, halsızlıq, anemiya və ürək damar xəstəliklərizamanı köməyimizə çatır. Alma dərini sağlamlaşdırır, həzmə kömək edir və görmə qabiliyyətini yaxşılaşdırır. 3. Çuğundur - selülloz, dəmir, maqniy, mis, fosfor və C vitamini ilə çox zəngindir. Tərkibində orqanizmi enerji və davamlılığı təmin edən xeyli miqdarda karbohidratların olmasına baxmayaraq, az kalorili sayılır.4. Kök — karotinin 1 nömrəli mənbəyi. Bu məhsul, qanı təmizləyir, orqanizmdən toksin və ziyanlı maddələri çıxarır, maddələr mübadiləsini normallaşdırır və həmçinin bütün daxili orqanların aktivliyini artırır.5. Üzüm — güclü antioksidant. O, miqrenlə mübarizədə çox kömək edir, üzüm şirəsi isə orqanizmi bir anda enerji ilə təmin edən təbii energetik içki sayılır.6. Gavalı — hipertoniyanın ən yaxşı dərmanı. Bu meyvə kəllədaxili qan dövranını yaxşılaşdıraraq baş ağrılarının qarşısını alır.7. Göbələk — tərkibində zülalın miqadrına görə lider sayılır. Aterosklerozun və orqanizmdə xolesterinin yığılmasının qarşısına almağa kömək edir .8. Moruq — orqanik turşular, efir yağları və vitaminlərin mənbəyi. Giləmeyvə kapilyarları möhkəmləndirir və iltihab xəstəlikləri ilə mübarizədə kömək edir.9. Armud — təbii enerji mənbəyi. Yorğunluq və depressiya ilə mübarizədə kömək edir. Tərkibi çoxlu sayda bioaktiv maddələrlə zəngindir.10. Kələm — bitki zülalı və vitaminlərlə zəngindir. Selüllozun olması isə onun orqanizmdən şlak və xolesterinin çıxarılmasını təmin edir.Tutqun hava qəmginlik, halsızlıq və depressiya üçün əsas deyil. Sadaladığımız meyvə və tərəvəzlər bu kimi problemlərlə mübarizə üçün yaxşı üsuldular. Rasionunuza bu məhsulları əlavə etməklə siz orqanizminizi vitamin, mikroelement və makroelemetlərlə təmin etmiş olacaqsınız...bu isə həm sağlamlıq, həm də əhval ruhiyyə baxımından çox xeyirlidir.
saglamolun.az
|
['sağlamlıq üçün', 'faydalı qidalar']
|
1,623 |
https://kayzen.az/blog/qadin/16604/r%C9%99ngl%C9%99r-qad%C4%B1nlar-haqda-n%C9%99-deyir.html
|
Rənglər qadınlar haqda nə deyir?
|
Apollon
|
Qadın
|
20 sentyabr 2014, 18:47
|
Özünüzə tərəf müqabili, həyat yoldaşı seçərkən hər iki tərəf mütləq bir-birinin bütün cəhətlərini və keyfiyyətlərini götür-qoy edir, tərəf müqabillərini mümkün qədər dərindən öyrənməyə çalışır. Lakin insan müəmmalı bir aləmdir, onu axıradək öyrənmək o qədər də asan məsələ deyil. Bu məsələdə bəzən intuisiya, müşahidə qabiliyyəti də kifayət etməyə bilər. Ancaq buna baxmayaraq biz öz obyektimizi öyrənməyə davam etməliyik.
Fikir vermisinisə, qadınların hərəsinin öz sevimli rəngi var. Əgər kişilər, zərif cinsin hansı rəngə üstünlük verməsinə diqqət yetirsələr, onun haqqında müəyyən nəticələr çıxara bilərlər.
QIRMIZI RƏNG – Sizin sevgiliniz çox fəal qadındır. Enerjisi aşıb-daşır, həmişə diqqət mərkəzindədir. Çox maraqlı və şəndir. Lakin əgər siz sakit təbiətli, təmkinli adamsınızsa, onda bu qızdan tez uslana bilərsiniz. Buna görə də onun başını hansısa bir işlə qarışdırmağa çalışın. Bu zaman onun enerjisi işə sərf olunacaq, siz isə rahatca divanda oturub, televizora baxacaqsınız. Lakin bir şeyi yadda saxlayin ki, “qırmızı” qadın sakitlikdən tez bezəndir. Kişinin əlində kitab divanda uzanması onun üçün ölümə bərabərdir. Əgər belə qadının sizi atıb getməsini istəmirsinizsə, ona etibarlı dost olun.
YAŞIL RƏNG – “Yaşıl” xanım ideal qadındır: sabit, təsərrüfatçı, gülərüz, qayğıkeşdir, çox nadir hallarda səsini qaldırır. Amma “yaşıllar” da qüsursuz deyillər. Onlar özünə inamsız, özündən narazı adamlardır. Buna görə də kənarda macəra axtarmağa meyllidirlər. Onun özünü ən sevilən və arzulanan qadın kimi hiss etməsiçox vacibdir. “Yaşıl” diqqətsizliyə, laqeydliyə dözə bilmir. odur ki, xanımınızın dünyada yeganə gözəl olduğunu tez-tez dilinizə gətirin.
BƏNÖVŞƏYİ RƏNG - Bu rəngi sevən xanımlar çox şıltaq olurlar. Onlar həqiqətən qeyri-adi gözəl olsalar da, qəribə görünsələr də, ailəyə diqqət yetirmirlər. “Bənövşəyi”lər üçün karyera mətbəxdə xörək bişirməkdən vacibdir. O, adi münasibətlər üçün yaranmayıb. Hər kişi belə qadına davam gətirməz. Yox, əgər siz artıq belə xanıma dəlicəsinə vurulmuşsunuzsa, ən pisi isə o sizin hisslərinizə cavab vermirsə, onun həyatını cənnətə çevirməyə çalışın. Yalnız istirahət, yalnız əyləncələr… Düzdü bu əyləncələr sizə baha başa gələr, odur ki, dəridən-qabıqdan çıxana qədər işləməlisiniz.
MAVİ VƏ AĞ RƏNG - Bu rəngin tərəfdarları ciddi və xırdaçı olurlar, onlar hər şeydə, münasibətlərdən tutmuş mətbəx stoluna qədər, təmizliyi və qayda-qanunu sevirlər. Lakin, bu sizi qorxutmasın. Çünki, onlar həm də şəndilər, romanti macəralara tez uyurlar. “Mavi-ağ”ların daha bir maraqlı keyfiyyəti həddən artıq hissetmə qabiliyyətinə malik olmalarıdır. Onlar yalanı tez duyur və dərhal soyuq, lakin nəzakətli münasibətləri ilə tərəfdaşlarını özlərindən uzaqlaşdırırlar. Odur ki, belə qadınlar xəyanət etməyi ağlnıza belə gətirməyin, onsuz da üstü açılacaq.
QARA RƏNG – Kişilərin əksəriyyəti “qara” geyimli qadınlardan ilan kimi qorxurlar, intuitiv olaraq onun aqressivliyini, liderliyə meylliyini və daxilən ziddiyyətli olmasını hissedirlər. Həmişə maraqlı, zərif, ağıllı, güclü müşahidə qabiliyyəti və uzaqgörən olan belə qadınlar arasında tenhalara daha tez tez rast gəlmək olar. Buna baxmayaraq, əgər “qara” qadın kimisə sevsə, onunla dünyanın o bir başına da gedə bilər. əgər bo svgi istəyirsinizsə, özünüzü “qara” qadınla bağlayın.
NARINCI RƏNG - Narıncı xanımlar dəyişkən xarakterlidirlər. Onlar da “qirmizilar” kimi enerjili, ünsiyyetcil və işgüzardılar, lakin ciddi deyillər. Bu xanımla asanlıqla yola getmək olar, onlar şən və maraqlıdırlar, köhnə fikirlərlə hesablaşmırlar. Tez-tez əyləncələrini və tərəf müqabillərini dəyişməyi sevirlər. Belə qadınla ömür-gün yoldaşı olmaq istəyirsinizsə, onun həyatını maraqlı edin.
SARI RƏNG - Bu rngə üstünlük verən qadınlar ço x təzadlıdırlar. Nə qədər ki siz bir dost, ya ər kimi onu təmin edirsiniz, xoşxasiyyət və qyğıkeşdirlər. Digər tərəfdən isə, şıltaq, yelbeyindirlər, çoxlu kişi dostları var. Bununla belə sevdikləri aama heç vaxt xəyanət etmir, bunu ləyaqətsizlik sayırlar. Onlar daha çox mühafizəkardırlar. Bu da “sari”lara yaxşı həyat yoldaşı olmağa imkan verir. Yalnız o vaxta qdər ki, onun irəli sürdüyü tələblər eşidilsin. Bir sözlə əgər siz “sarı gəlin”in sizinlə yaxşı rəftar etməsini istəyirsinizsə, kişi şovinizmindən və “mən kişiyəm” fikirlərdən uzaq olmalısıniz.
GÖY RƏNG - Əgər siz sakit, xırdaçı adamsınızsa, “göy” sizin üçün ən ideal qadın olacaq. Bu rəngin pərəstşkarları təmkinli, xeyirxah olur, insanları yaşı başa düşürlər. Buna baxamayaraq davakar, özünəinamlı və soyuq görünürlər. Əslində bu, arxasında həssas, tez inciyən və romantik ruhlu bir insanın maskasılndan başqa bir şey deyil. “Göy” ləyaqətsizliyi, kütlüyü, mərhəmətsizliyi sevgilisinə bağışlamır. Odur ki, heç bir səbəb olmadan onu təhqir etməyə cəhd göstərməyin.
|
['qadınlar', 'rənglər', 'rənglərin rolu', 'rəng psixologiyası', 'rənglər və xarakter', 'rengler', 'rengler ve xasiyyetler', 'renglerin menasi']
|
1,624 |
https://kayzen.az/blog/karyera/16879/g%C3%B6z%C9%99lliyin-karyerada-rolu.html
|
Gözəlliyin karyerada rolu
|
Apollon
|
Karyera və yüksəliş
|
20 sentyabr 2014, 18:44
|
Aparılan araşdırmalar nəticəsində bəzilərinin «Bu, ədalətsizlikdi...», — deyə yanaşdığı çox maraqlı bir nəticə ortaya çıxıb.Bir insan çox zəkalı olmasa da, gözəldirsə, iş həyatında müəyyən bir zirvəyə sürətlə gəlib çıxa bilər.
Çoxlarının acı həqiqət kimi qəbul etdiyi bu nəticə çox təəssüf ki, müasir dünyada özünü doğruldub. Dünyanın bir çox şirkətlərində zəkalı olmayan, ancaq gözəl xanımlar sürətli şəkildə karyera qura bilirlər.Araşdırmaçılar məktəbi bitirən məzunların həyatlarını bir müddət araşdırıblar.
Nəticədə zəkası olmasa da, gözəl simaya sahib olan insanların karyerasının daha sürətlə irəlilədiyi ortaya çıxıb.Mütəxəssislər bunu özgüvənlə əlaqləndirirlər. Çünki gözəl üzü olan insanlar özlərinə daha çox güvənirlər və risk etməkdən çəkinmirlər. Buna görə hər iş fürsətini daha rahat dəyərləndirib sürətlə irəliləyirlər.
|
['iş həyatı', 'karyera qurmaq']
|
1,625 |
https://kayzen.az/blog/video-bloq/16988/facebook-da-profilin%C9%99-kim-bax%C4%B1b-haqqda-sonuncu-m%C9%99lumat.html
|
Facebook-da profilinə kim baxıb? haqqda sonuncu məlumat
|
ORIGINAL
|
Video Bloq
|
20 sentyabr 2014, 11:54
|
Salam.Söz verdiyim kimi Facebook-da profilinə kimlərin baxmağı haqqda sonuncu bildiyim məlumatları bu maarifləndirici bloqumda paylaşmışam.Videoda qeyri-peşəkarlığa və bu videonu gec yayımladığıma görə üzrlü sayın.İnanıram ki,faydalı olacaq.Təşəkkür.
|
['facebook', 'facebook haqqında', 'profil', 'profilinə kim baxdı']
|
1,626 |
https://kayzen.az/blog/Bilirsinizmi/16488/ya%C4%9F%C4%B1%C5%9F-suyunun-bitkil%C9%99r%C9%99-faydas%C4%B1.html
|
Yağış suyunun bitkilərə faydası
|
Apollon
|
Bilirsinizmi?
|
19 sentyabr 2014, 17:42
|
İstər qapalı şəraitdə saxsı qablarda, istərsə də həyətdə yetişdirdiyiniz bitkiləri sulamaq üsulu həmin bitkinin böyüməsi baxımından çox önəmlidir.
İnsanlar kimi bitkilər də qida və su ehtiyaclarını ödəyə bilməyəndə quruyub ölə bilərlər. Sulama zamanı suyun həddini aşmaq və ya su qıtlığı bitkinin qurumasına səbəb olur. Buna görə bitkilərin düzgün şəkildə sulanmasına diqqət edin.
Bitkilər ehtiyac duyduqları qida və suyu kökləri vasitəsilə torpaqdan əmərək əldə edirlər.
Saxsı qablarda yetişdirdiyiniz bitkinin torpağındakı su və qidalar bitkinin aktivliyi nəticəsində azalır.
Bitkini yetişdirdiyiniz torpaqda su və qida qıtlığı olduğundan bitki yaxşı qidalanmır və quruyur. Buna görə saxsı qablardakı bitkinizi 10-15 gündən bir suyla yanaşı, qida elementləri ilə də təmin etməlisiniz.
Qapalı şəraitdə saxsı qablarda yetişdirdiyiniz bitkiləri steril kran suyu ilə sulamaqdansa, yağış suyundan istifadə etməyiniz daha məsləhətlidir. Çünki yağış suyu steril kran suyundan daha faydalı olub, bitki üçün yararlı qida elementləri ilə zəngindir.
Yağış suyu bitkilərin üzərində ağ rəngdə ləkələr buraxıb görünüşünü pozmaz. Spreylə yağış suyunu bitkilərin üzərinə səpmək bitkiləri daha canlı və parlaq göstərər. Buna görə spreylə bitkilərin kökünə hər zaman buxar və su vermək vacibdir.
|
['yağış', 'yağış suyunun faydaları']
|
1,627 |
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/16535/ruhi-x%C9%99st%C9%99-olmu%C5%9F-10-dahi.html
|
Ruhi xəstə olmuş 10 dahi
|
Apollon
|
Böyük insanlar,şəxsiyyətlər
|
19 sentyabr 2014, 17:41
|
Bu şəxslər dünyada öz sözünü demiş, dünya ədəbiyyatının, fəlsəfəsinin xəzinəsini dəyərli ideyaları, əsərləri ilə zənginləşdiriblər.
1. Edgar Allan Poe — Amerika yazıçısı (1809-1849)
Onun hekayə və əsərləri qorxunc hadisələr üzərində qurulmuşdur. 20 yaşından sonra Poe tez-tez depressiyaya düşürdü. İçki düşkünü olması da onun psixikasını pozurdu. Ruhi tarazlığı tamam pozulmuş yazıçının mütəmadi tutmaları tutur, idarəolunmaz məxluqa çevrilirdi. Şəxsi həyatındakı uğursuzluq da bir yandan onu üzürdü.
Həyat yoldaşı Virginia gənc yaşlarında vərəmə tutulmuşdu. 5 il Poe-nun gözləri qarşısında əriyən Virginia nəhayət canını tapşırır. Bu yazıçıya ağır zərbə olur. Bundan sonra o iki dəfə evlənməyə cəhd etsə də, heç biri alınmır. Birincisində yazıçının əcaib davranışlarından qorxuya düşən qız ona «yox» cavabı verir. İkincisində isə toy ərəfəsində Poe-nun qəfil yoxa çıxması işləri pozur.
Poe o qədər içir ki, gecələr evə də gəlmir. Bir dəfə isə onu axtarıb 5 gün sonra Baltimorun ucuz qəlyanaltıxanalarının birində tapırlar. Yazıçını ruhi xəstəxanaya yerləşdirirlər. Dəhşətli hallüsinasiyalardan qurtula bilməyən yazıçı 5 gün sonra vəfat edir. 1849-cu ilin 7 oktyabrında gecə saat 3 radələrində keçinəndə Poe-nun yanında yaxınlarından kimsə yox idi. Ölümqabağı o, sayıqlayıb Ceremi Reynoldsu (şimal qütbünü öyrənən səyyah) çağırırmış.
2. Ernest Heminquey — Amerika yazıçısı (1899-1961)
1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıdır. O, tez-tez depressiyaya düşür, özünə inamı azalır, qorxuları artırdı. Demək olar ki, yaza bilmirdi. Bütün bunlara görə ruhi xəstəxanada müalicə almağa razılaşır, 20 dəfə elektroşok keçirir.
Klinikadan çıxan Heminquey görür ki, yenə də yaza bilmir. İlk intihara cəhdi də bu zaman edir. Amma yaxınları onu xilas edirlər. Arvadının xahişi ilə o, təkrar mülicə alır. Amma intihar niyyətindən əl çəkmir. Xəstəxanadan çıxan kimi özünü qoşalüləsi ilə güllələyir. «Kişinin yataqda ölməyə haqqı yoxdur» — o deyirdi, «kişi ya döyüşdə ölər, ya da gülləni alnına çaxar».
3. Jonathan Swift — İrland yazıçısı (1667-1745)
Deyilənə görə yazıçı Alzheymer xəstəliyindən əziyyət çəkirdi. Ətrafındakı insanları tanıya bilmir, onların nitqini anlaya bilmirdi.
1742-ci ildə xəstəlik kəskinləşir, Swift iflic olur. Özünü idarə edə, özünə baxa bilməyən yazıçını yaxın qohumunun himayəsinə verirlər. 1745-ci ildə Swift vəfat edir. Sağlığında hədsiz dərəcədə populyar olan, əsərlərindən, o cümlədən «Qulliverin səyahəti»ndən çoxlu pul qazanan yazıçı var-datının ruhi xəstəxana tikilməsinə xərclənməsini vəsiyyət edir.
4. Franz Kafka — Avstriya-çex yazıçısı (1883-1924)
Kafkanın psixi vəziyyəti bəzən aylarla qeyri-stabil olurdu. Psixi problemlərinin kökü uşaq vaxtı atası ilə baş verən konfliktlərə gedib çıxır. Bir də gənc yaşlarında intim sahədəki psixosomatik problemlərinə.
Yazıçı 41 yaşında vərəmdən ölür, ömrünün son 3 ayında onun təkcə cismi məhvə doğru getmir, həm də psixikası pozulurdu. Ölümündən qabaq o, dostu Maks Broddan əsərlərini məhv etməyi də xahiş edir, amma Brod bu vəsiyyətə əməl etmir.
5. Sergey Yesenin — Rus şairi (1895-1925)
Sergey Yesenin dedikdə, ağıla «Anqleter» mehmanxanasındakı otağının istilik borusundan özünü asmağı gəlir. O. dəfələrlə Rusiyanın, Fransanın ruhi xəstəxanalarında müalicə almışdı. Diaqnoz: Manyakal-depressiv psixoz.
Simptomlar: İzlənilmə maniyası, qəfil qəzəblənib özündən çıxma, qeyri-adekvat davranış (o, mebeli, qab-qacağı, güzgünü sındrır, insanları təhqir edirdi).
6. Jean-Jacques Rousseau — Fransız yazıçısı, filosofu (1712-1778)
Russo daim ona qarşı sui-qəsddən şübhələnirdi, düşünürdü ki, ətrafındakı adamlar onu aradan götürmək, şərləmək istəyirlər. 1760-cı illərdə yazdığı «Emil, yaxud Tərbiyə haqqında» məşhur kitabından sonra yazıçının kilsə və hökumət ilə konflikti yaranır.
Bundan sonra o, daim məkanını dəyişməyə başlayır.İzlənilməkdən ehtiyatlanır. Bir dəfə isə qaldığı qəsrdə qalmaqal yaradır. Ona elə gəlir ki, qəsrin sakinləri onu ölmüş xidmətçinin qatili sayır və yazıçı tələb etməyə başlayır ki, meyit yarılsın.
7. Fridrix Nitsşe — Alman filosofu (1844-1900)
Nietzsche-nin xəstəlik tarixçəsində deyilir ki, o, bağırıb əzaib səslər çıxarar, öz çəkməsindən sidiyini içər, xəstəxananın gözətçisini Bismark zənn edər. koykada yox, yerdə yatar, keçi kimi atılıb-düşərmiş. Görkəmli filosof ömrünün son 20 ilində psixi pozuntulardan əziyyət çəkib. O özünün ən çox diqqət çəkən əsərlərini də həmin dövrdə yazıb.
8. Gi de Mopassan — Fransız yazıçısı (1850-1893)
1884-cü ildən başlayaraq onun xəstəliyi ağırlaşır. Ömrünün sonunda iki dəfə özünə qəsd edir: bir dəfə revolverlə, bir dəfə isə bıçaqla.
Diaqnoz: Beynin proqressiv iflici. Simptomlar: ippoxondriya (insanın öz sağlamlığından aşırı narahatlığı), intihara meyl, sayıqlama, hallüsinasiya.
9. Virciniya Vulf — İngilis yazıçısı (1882-1941)
Virciniya 13 yaşında olarkən yaxın bir qohumu onu zorlamağa cəhd edir. Bu onun psixikasına təsirsiz ötüşmür, onda kişilərə nifrət yaranır. Daha sonra anası və atası dünyasını dəyişir. Gənc qız hətta intihara da cəhd edir. Bundan sonra depressiyalar, yuxusuzluq və dəhşətli yuxular onun həyatında adi hala çevrilir.
Yaxınlarına əziyyət vermək istəməyən yazıçı 1941-ci il martın 28-də paltosunu geyir, ciblərini daşla doldurur və özünü Ous çayında boğur.
10. Nikolay Qoqol — Rus yazıçısı (1809-1852)
Şizofreniya böyük yazıçını ömrü boyu rahat buraxmayb. Ömrünün sonunda isə kəskinləşib. Diaqnoz: Şizofreniya, periodik psixoz. Simptomlar: Görmə və eşitmə hallüsinasiyaları, apatiya dövrləri, süstlük, qəfil həyəcan tutmaları, klaustofobiya (kiçik məkanlardan qorxu).
1852-ci il fevralın 21-də Qoqol vəfat edir. Onun ölümünün səbəbləri hələ də tam bəlli deyil, amma güman edilir ki, yazıçı öz şübhələri və qorxuları ilə özünü fiziki və ruhi cəhətdən tükəndirmişdi.
azens.az
|
['böyük insanlar', 'şəxsiyyətlər', 'dəli dahilər']
|
1,628 |
https://kayzen.az/blog/aforizmler/14943/son-h%C9%99dd.html
|
Son hədd
|
Apollon
|
Hikmət dənizi və aforizmlər
|
18 sentyabr 2014, 16:27
|
Kor olmamışdan öncə göz, saçların uclarınadək görər.
Kar olmamışdan öncə qulaq, ağcaqanad uçuşunu belə eşidər.
Dadbilmə qabiliyyətini itirməmişdən öncə dil, Tszı çayının suyunu Min çayının suyundan fərqləndirə də bilər.
İybilmə qabiliyyətini itirməmişdən öncə burun, quru ağacla çürük ağacın iyini belə fərqləndirər.
Bədəni iflic olmamışdan öncə insan daha bərk qaçar.
Şüurunu itirməmişdən öncə beyin, yalanı doğrudan daha asan fərqləndirə bilər.
Səbəb isə ondan ibarətdir ki, öz son həddinə çatmamış heç nə öz əksinə keçmir.
|
['hikmət dənizi', 'düşündürücü fikirlər', 'son hədd']
|
1,629 |
https://kayzen.az/blog/Bilirsinizmi/15051/zehni-inki%C5%9Faf-etdir%C9%99n-7-m%C9%99%C5%9Fq.html
|
Zehni inkişaf etdirən 7 məşq
|
Apollon
|
Bilirsinizmi?
|
18 sentyabr 2014, 16:26
|
Hər insan bir dahi deyildir. Amma zəkası olan hər insan onu inkişaf etdirərək həyatda daha uğurlu ola bilər. Bu üsullarla beynimizi və beynimizdə informasiya alış-verişini sürətləndirib nəticəyə daha tez çata bilərik.
Beyin gücü
Bir dahi olmadığınızı bilmək sizin keyfinizi pozur? Mənim keyfimi pozmur, amma arada qısqanıram əlbəttə ki. “Mənim onlardan nəyim əksikdi?” kimi nakam cümlələr yerinə əgər “Görəsən mən nə qədər irəli gedə bilərəm?” kimi cümlələr qurursunuzsa onda deməli uzlaşırsınız.
Zəkanın yox, dahiliyin bir Allah vergisi olduğu tezisi ilə beynimizi görəsən necə daha da gücləndirə bilərik deyə düşündüm və sizin üçün beyninizi biraz daha aktiv olaraq istifadə edəbiləcəyiniz bir neçə metod tapdım. Bu üsullarla beynimizi və beynimizdəki informasiya alış-verişini sürətləndirib nəticəyə daha tez çata bilmək əsas məqsəddir. Bunlardan ən məşhur olanları isə Dr. C. Stiven Poketanın izah etdiyi üsullardır. Bu an demək olar ki, hər yerdə danışılan bu metodların vasitəsilə bir çox fərqli yolla zehnimizi gücləndirə bilirik. Mən tətbiq etməyə başladımartıq. Siz də ardımca… bir ikii, bir ikii…
1. Periferik görüşünüzü inkişaf etdirin: Gözlərinizi tərpətməyərək ətrafdakı əşyaları görə bilməyə “periferik görüş” deyilir. Bir parkda, skamyada oturun. Dik dayanın və dümdüz qabağa baxın. Gözlərinizi tərpətmədən ətrafdakı şeylərə diqqətinizi toplamağa, onları görməyə çalışın. Məşqin sonunda görə bildiyiniz hər şeyin siyahısını düzəldin. Bunu bir müddət sonra təkrar yoxlayın və görə bildiyiniz yeni şeylər varsa onları da siyahıya əlavə edin.
Səbəb: Elmi araşdırmalara görə konsentrasiya və diqqətini toplamaq üçün çox vacib olan və neurotransmitter acetylcholine adlanan maddə yaddaş pozulması zamanı azalır, alsaymer xəstələrində isə demək olar ki, tamamilə yox olur. Bu vizual zehni məşq beyindəki adı çəkilən maddənin düzgün idarə olunmasını sürətləndirir.
2. Rahat yatın: Gecə rahat yatın. Yatma çətinliyi çəkirsinizsə yataq otağının səssiz və qaranlıq olmasına fikir verin. Yaxşı yatmaq üçün rahatlama metodları öyrənin, gec saatlarda kofein qəbul etməyin. Elmi araşdırmalara görə yuxu zamanı öyrənmə və zehnin qəbul etmə fəaliyyəti sürətlənir. Praktikalarda, kifayət qədər yatmayan insanların gün ərzində yeni informasiyanı öyrənməkdə çətinlik çəkdikləri müşahidə olunmuşdur. Üstəlik, yeni bir şey öyrəndikdən sonra yuxuya getmək də məlumatların uzun müddətli yaddaşa yeridilməsini sürətləndirirmiş.
3. İdman edin: Velosiped sürün, üzün, gəzin… Belə fiziki fəaliyyətlər beynin sağlamlığı üçün vacibdir. Fürsət tapdıqca bədəninizi inkişaf etdirən məşqlər edin.
Səbəb: Son araşdırmalara görə, məşqin beyində yaddaş və məlumat yığmağa cavabdeh mərkəz olan hipokampus üstündə pozitiv təsiri vardır. Üstəlik, davamlı idmanın da alseymerin başlanğıcını geciktirdiyi vurğulanır.
4. Maneəli yollarda gəzintiyə çıxın: Daşlı və maneəli yollarda gəzin. Düz olmayan maneəli səthlərdə gəzmək, daxili qulaqda yerləşən və tarazlığa cavabdeh olan vestibul sistemini inkişaf etdirir.
5. Plastik topla məşq edin: Topu havaya atib tutun. Əgər bu işdə yaxşısınızsa, kiçik oyunlar da qura bilərsiniz. Hissiyyata təsir edən bu cür fəaliyyətlər beynin vizual, toxunuş, əl-göz koordinasiyası mərkəzlərini gücləndirir.
6. Bir musiqi alətində ifa edin: Əl-göz koordinasiyasını inkişaf etdirmək üçün bir musiqi alətində ifa edin. Musiqi alətində ifa etmək, eşitmək-qulaq asmaq, həssas əl hərəkərlərinin idarəsi və yazılı notları (vizual) mahnıya (hərəkət və səs) çevirmək kimi fərqli beyin funksiyaları arasında əlaqənin qurulmasına köməkçi olur.
7. Digər əlinizdən istifadə edin: Əgər sağ əlinizi işlədirsinizsə sol əlinizindən, sol əlinizi işlədirsinizsə sağ əlinizdən istifadə edərək hərəkətlər edin. Məsələn: dişinizi həmişə adət etdiyinizlə deyil, digər əlinizlə fırçalayın. Bu məsələdə olduqca yaxşı olana qədər davam edin. Daha sonra digər əlinizlə yeməyə çalışın. Bu öyrəşdirmə sizə daha əvvəl etdiyiniz bir hərəkəti yeni və daha çox zəhmət istəyən bir öyrənmə korteksində bacarmağınızı təmin edəcəkdir. Bu, digər beyin yarım kürəsinin daha da aktivləşməsini təmin edər. Siz yeni bacarıqlara yiyələndikcə milyonlarla neyron arasında yeni əlaqələr qurulur.
|
['zehni inkişaf', 'yeddi məşq']
|
1,630 |
https://kayzen.az/blog/psixologiya/16971/qrafologiya.html
|
Qrafologiya
|
zumrud_s
|
Psixologiya
|
17 sentyabr 2014, 20:20
|
Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.Qrofoloji analiz bizə imkan verir ki, tədqiq olunanla ünsiyyətdə olmadan onun psixoloji portretini verək. Eyni zamanda qrafoloji analiz bizə imkan verir ki, tədqiq olunana gərəkli məlumatlar və məsləhətlər verək. Qrafologiyadan vakansiyaların seçimində, ailədaxili münasibətlərdə, kriminalistikada, hərbi xidmətdə, hüquq-mühavizə orqanlarında, partnyorların və qrup üzvlərini seçilməsində geniş istifadə etmək olar.Qrafoloji analiz üçün tələb olunan əsas şərtlər aşağıdakılardır:Yazı ağ, standart formatda, xəttlərsiz kağızda yazılmalıdır.Yazı diyircəkli qələmlə, yaxud da mürəkkəbli basma qələmlə yazılmalıdır.Yazı ən az 15-20 sətrdən ibarət olmalıdır.Yazının sonunda yazanın imzasının olması vacibdir.Yazı rəngli karandaş, flamastr və ya markerlə yazılmamalıdır.Yazının məzmunu vacib deyil.Yazı düz masa üzərində, oturaq vəziyyətdə yazılmalıdır.Yazanı məcburən yazdırmaq olmaz.Yazı yazılan otağın şəraiti nəzərə alınmalıdır.Adi xətt xarakter haqqında çox şey deyə bilər! Əgər sizin əlinizə sizi maraqlandıran şəxsin “əl yazısı” düşübsə, demək şəxsi eksperimentinizə başlaya bilərsiniz. Elektron poçtun yaranması ilə biz daha çox elektron məktublar göndəririk. Amma buna baxmayaraq əlinizə yazılı məktub düşən kimi onu götür-qoy edin. Faktiki olaraq kağızda yazıya baxıb, onun müəllifi haqqında çox şey öyrənmək olar!Əgər sizin əlinizə sizi maraqlandıran şəxsin “əl yazısı” düşübsə,demək şəxsi eksperimentinizə başlaya bilərsiz.BoşluqlarBoşluqlar solda buraxılıbsa, demək müəllif ehtiyatllığı, hətta xırdaçılığı ilə fərqlənir. Belə ki, solda sahə daraldıqca, xəsislik xarakteri artır. Geniş sahələr aktiv və geniş ürəkli adamlar tərəfindən buraxılır.Sahələr çox genişdir? Bu alicənablığa, pafosa, dəbdəbəyə işarədir.Sətrin istiqamətiXəttin düz istiqamətdə yazılması həmin adamın adekvat, səliqəli, həqiqətən öz imkanlarını qiymətləndirmək bacarığına malik bir şəxs olduğunu göstərir.Xəttin yuxarı istiqamətdə yazılması həmin şəxsin özü haqqında yüksək fikirdə olduğuna işarədir. O, həm də nikbin ruhlu insandır.Xəttin aşağı istiqamətdə yazılması pessimistlər üçün səciyyəvidir. Belə insanlarda özünü qiymətləndirmə aşağı səviyyədə olur.“Dalğayabənzər” xəttlər avantürizmə meyllilik, yalan danışma məharəti ilə xarakterizə olunur.Səliqəsiz xətt əhval-ruhiyyənin daimi dəyişkənliyini vurğulayır.Qələmi bərk basaraq yazmaqBasmaq adi mürəkkəbli qələmlərin sahibləri üçün səciyyəvi deyildir. Əgər mətn qu tükü ilə yazılıbsa, dəqiq söz demək mümkündür.Qələmi basaraq yazanlar adama yovuşan, aydın məqsədli və enerjili insanlardır. Belə insanlar əmək sevərdirlər.Yüngül basma romantik, böyük maraq dairəsi olan adamlar üçün tipikdir.Hərflərin ardıcıllığıBütün hərflər birləşibsə belə xəttin sahibləri adətən düzgün, təşəbbüskar, məntiqi düşüncəyə üstünlük verən insanlardır. Əgər hərflər birləşməyibsə, ehtimal ki, belə şəxsdə obrazlı düşünmə üstünlük təşkil edir, intuisiya yaxşı inkişaf edib, zəngin daxili dünyası var.Hərflərin istiqamətiHərflərin azacıq sola meyilli olması şəxsin öz maraqlarını kütlənin maraqlarından üstün tutmasını bildirir. Həmçinin belə insanlar tənqidi fikir söyləməyi xoşlayırlar.Hərflərin sola meyilli olması sahibinin “İki nöqteyi-nəzər var,səhv və mənim “fikrinin daşıyıcısı olduğuna işarədir.Hərflərin azacıq sağa meylliliyi kifayət qədər tez-tez müşahidə olunur, bu şəxsin məktəbdə çalışqan şagird olmasını göstərir.Hərflərin sağa meyilliliyi konkret məqsəd və sabitlikdən danışır. Əgər həyatınızdakı kişi belə yazırsa, ehtiyatlı olun! Ehtimal ki, o, tez sevən və qısqancdır.Şaquli xətt (meyilsiz) fikrini 100 dəfə ölçüb-biçənlərə xarakterikdir.Hərflərin ölçüsuBöyük hərflər ( 3 mm-dən çox)- belə xəttin sahibi asanlıqla mühitə adapdasiya olan, emosional, kollektivlə tez dil tapan,bir qayda olaraq, lider şəxslərdir.Orta hərflər(təxminən 3 mm) –buna daha çox təsadüf olunur. Belə insanlar heç bir gizli işi olmayanlar sırasındadırlar.Kiçik hərflər (2 mm-dən az)-böyük səbrə, ehtiyyata, məqsədyönlü insanlara xasdır.Yadda saxlamaq vacibdir ki, əsl informasiyanı 25-45 yaş arası insanların xəttindən almaq olur.Hərf öz-özlüyündə heç bir məna ifadə etmir. O yalniz söz daxilində mənaların yaranmasında iştirak edir. Biz beynimizdə əvvəlcə mənanı təsəvvür edirik, sonra onu kağız üzərinə köçürdərək maddiləşdiririk.Amma qrafologiyada tam tərsinədir, hər bir hərf müəyyən məna kəsb edir. Müəyyən qədər analız edilərək sınanılmış bir neçə hərflərin mənasını verək:“K” hərfi özünə diqqət və qadınlıq hisinin dərəcəsini ifadə edir.Əgər bu hərf basqısız və dartılmış yazılıbsa, sağa meyl edirsə, yuxarı ucu uzun, aşağı ucu qısadırsa bu insanın yüksək zövqlü, orijinal, füsunkar olmasını göstərir. Əgər bu hərf bəsqı ilə yazılıbsa, yuxarı ucu qısa, aşağı ucu isə aşağıya uzunırsa bu insanın sərt xatakterli olduğunu, cəsarətliliyini, öz fikirlərini bölüşdürməyi sevməməsini göstərir, kamilliyini göstərir.“M” hərfi insanın cəmiyyətdə motivlərinın dərəcəsini bildirir. Əgər “M” hərfinin birinci tili uzun, ikinci tili qısadırsa bu zaman insan ani zövqlər üçün münasibət qurur, idman, təhsil, biznes sahəsində müvəqqəti qələbələrlə kifayətlənir. Bu tip insanlar qərarlı və duyğusal olurlar. Həyatlarından razı olurlar və bu həyat tərzlərində dəyişiklikləri sevmirlər.Əgər ikinci til hündürsə o zaman insanlarda təsir buraxmağı, qeyri-adiliyi, müxtəlifliyi sevirlər. Bu tip insanlar həm şəxsi həyatlarında, həm də iş həyatlarında monotonluğu sevmirlər.Hər yerdə yenilik və orojinallıq axtarırlar.“O” hərfi insanın xarakterini ifadə edir. Əgər yazıda “O” bütöv, qapalı yazılırsa bu xətt sahibinin xarakterinin tamamlandığını, Öz “Mən”-ni qorumağa çalışdığını, cəmiyyətin təsiri altında olmamasını, ünsiyyətdən xoşlanmamasını göstərir.Əgər “O” hərfi sol tərəfdən aralanıbsa bu zaman insan adət etdiyi yerlərdə özünü rahat hiss edir, hər bir yenilikdə, dəyişiklikdə o əsəbiləşir, çünki keçmiş uğursuzluqlarını unuda bilmir.Əgər “O” sağ tərəfdən aralanıbsa bu zaman insan öz “Mən”-indən qaçaraq özünü yeni tanışlarda axtarmağa çalışır, keçmişindən qopmağa çalışır.Uzunmüddətli əlaqələrdən tez bezir.Əgər “O” hərfi təpə hissədən aralanıbsa bu insan diqqətdə olmağı xoşlayır, öz çatışmayan cəhətlərini bəzən o qədər maskalayır ki, bununla insanları özündən daha da uzaqlaşdırır.Alt hissədə aralanma varsa bu daxili travmanı, assosiallığı, müəyyən potoloji haların olmasını ifadə edir.“T” hərfi insanın məqsədliliyini əks etdirir. Əgər bu hərf koliqrafik yazılıbsa, bu xətt sahibi hər şeyə öz prizmasından yanaşır, xırdaçıdır, fəlsəfi düşünür. Əgər “T” hərfi çap şəklində əyməsiz yazılıbsa, bu insan praktikdir, mobildir Hərfin baş hissəni örtən xəttin ucu yuxarıya qalxırsa bu xətt sahibi məqsədinə əmindir, əks halda isə inamsızdır. Hərfin uzunluğu xətti ilə müqaisədə kiçikdirsə insan məqsədsiz, əks halda məqsədlidir. Hərfin uzunluğu xətti ilə müqaisədə çox uzundursa yüksəd iddialığı bildirir.“A” istedadlılığını bildirir“L” intuisiyasını bildirir.“U” dostluq və sevgi münasibətlərini bildirir.“E” hərfi insanın özünü müdafiə mexanizmini bildirir.“P” daxili psixoloji və fiziki bünövrəni bildirir.“R” aqressiyanı bildirir.Hərflərin özəl əlamətləriYuxarıdan açıq hərflər – xeyirxahlıq, sülhsevərlik, etibarlıq, nəzakətlilik əlamətidir.İnsanların problemlərinə qəlbən yanaşır, empatiya duyğusuna sahibdirlər. Dərin münasibətlər qurur, çətinliklə sevdiklərindən ayrılırlar.Aşağı hissədən açıq hərflər – yalançılıq, ikiüzlülük əlaməti.Qapalı hərflər – özünəqapanma, introvertlik əlaməti, tənhalığa meyl.Cümlənin baş hərfi böyükdürsə- özünüsevərlik, özünü yüksək qiymətləndirmə,müstəqilliyə meyl.Hədsiz böyük olarsa- tiranlıq, despotluq əlamətidir.Qısa və enli hərflər- hassaslığıEnli, hündür hərflər-nümayişkarlıq, aktyorluq.Dar və hündür -hərflər səxavətlilik, comərdlik, xeyirxahlıq, işgüzarlıq.Sıxılmış hərflər – xəstəlik, yorgunluq, ağıldan kəmlik.Xırda hərflər – güclü yaddaş, elmilik.Bərabər ölçülü – praktiklik, fiziki güc.Qeyri-bərabər –artistlik qabiliyyəti, çeviklik, verbal imkanlar, hoqqabazlıq, natarazlıq.Çox dairəvi – həyatsevər, dostcanlı, ünsiyyətcil, çoxdanışan.Çox küncvari – sərtlik, acıdillik.Çubuq vari- aqressivlik, davakarlıq.Kvadrat hərflər – diktatorluq, hakimiyyətseverərlik.Ilk hərf sızdən ayrı yazılırsa – intuitiv təbiətli insandır, gələcəyi hiss edir, gərəkli tədbirləri görür.Tez-tez görünən qırıqlar – (3-4 hərfdən bir) qəlbin rahatlılığını,məntiqi düşüncəliliyi bildirir.Çox oval və dartılmış hərflər – inadkarlığı, iddialılığı, güclü şəxsiyətin varlığını bildiriImzaya gore xarakterinizŞəxsiyyətin imzasına görə müəyyən etmək olurmuş.
1. Yuxarı istiqamətlənmiş imza-insanın enerjili, temperamentli, optimist olduğunu xarakterizə edir.
2.Üfiqi istiqamətlənmiş imza- ağır xasiyyətə, sadiqliyə, mətin, vəfalı olmağa işarədir.
3. Aşağı istiqamətlənmiş imza- pessimizmi inamsızlığı yerinə yetirilmiş işlərdən narazılığını ifadə edir
4. İri və gen-bol imza- xudbin və həyatın orta səviyyəli şəraiti ilə barışmayan müəllifdən xəbər verir.
5. İmzanın ilk hərfi soyadın ilk hərfi ilə uyğun gəlirsə- bu təvazökarlıq sadəlik tələblərin real imkanlarla üst-üstə düşməsinə işarədir.
6. İmzanın ilk hərfi müəllifin adının sonrakı isə soyadın ilk hərfidirse- bu işgüzarlıq məsuliyyət diqqətlilik ifadə edir.
7.İlk hərfin dolaşıq və ya müxtəlif simvolların birləşməsindən əmələ gəlməsi – müəllif gizli qapalı qalmağı xoşlamasını bildirir.Belə insanlar dostluqda seçicidirler etibar etməyənlərdir.
8.İlk hərfdə müxtəlif burulmuş cizgilər həddindən artıq bəzənmiş xətlər olarsa – şöhrətpərəsliyə ifrat dərəcədə eqoizmə gördüyü işlərin nəticələrini və özünü bəyənməyə mücərəddliyəvə abstraktlığa hər hansı bir işin mahiyyətini tuta bilməməyə işarədir.
9. Dəfələrlə təkrarlanan monoton cizgilərin imzada mövcudluğu – müəllifin yüksək enerjili elmi işlə məşğul olan qarışıq işlərdə perspektivi görə bilmək bacarığına sahib olduğunu göstərir.
10. İmzada nə qədər çox cizgi burulmuş xətt bəzədilmiş ştrixlər olarsa – bu gərginliyə son dərəcə böyük təxəyyülə geniş təsəvvürə bedii zövqə hazırcavablığa işarədir.
11. Quyruqsuz imza – mədəni zövq ədəb-ərkandan xəbər verir
12. Düz və qırıq sonluq aşağı istiqamətlənirsə — müəllifin enerjili qətiyyətli cəsarətli tabeliyində olanlarla sərt münasibətdə oldugunu bildirir.
13. Ziqzaq və ya dalğalı xətt şəkilində quyuruq – fəallıq çalışqanlıq çeviklik şən xasiyyət ayrı-ayrı məsələlərin hllinə səthi yanaşma kimi xarakterlərin göstəricisidir.
14. Aşağıdan imzanın başlanğıcına qayıdan quyruq – eqoizim və etibarsızlığın kəskin dərəcədəd olmasından xəbər verir. Müəllif: Psixoloq Zümrüd Səfərova, BDU SEP fakultəsi
|
['psixologiya', 'qrafologiya', 'yazı', 'imza', 'maraqlı məlumatlar', 'maraqlı fakt']
|
1,631 |
https://kayzen.az/blog/yazar/16851/vonnequtdan-g%C9%99l%C9%99c%C9%99y%C9%99-m%C9%99ktub.html
|
Vonnequtdan gələcəyə məktub
|
Apollon
|
Yazıçılar
|
16 sentyabr 2014, 20:27
|
“Volkswagen” şirkəti 1988-ci ildə “Time” jurnalında yayımlayacağı reklam seriyası üçün bir çox məşhurdan 100 il sonraya məktub yazmağı xahiş edib. Layihəyə qatılanlar arasında yazıçı Kurt Vonnequt da vardı.Yazıçı məktubunu Şekspirin “Hamlet” əsərindəki Poloniyi xatırladaraq başlayır:“Poloniyin ”Hər şeydən əvvəl özünə qarşı düzgün ol” deməyi yadınızdadır? Ya Müqəddəs İohann kilsəsində yazılan “Tanrıdan qorxun. Onu yüksəldin. Çünki onun mühakimə vaxtı gəldi!” əmrini xatırlayırsınız?
Bu əsrdən sizə, ya da əslində istənilən birinə verə biləcəyim ən yaxşı məsləhət içkiyə tövbə edən əyyaşın etdiyi dua olacaq: “Tanrım, mənə dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün dinclik, dəyişdirə biləcəyim üçün cəsarət və aradakı fərqi anlamaq üçün ağıl ver”.Vonnequt gələcəyə ötən əsrin təbiətindən də danışmağı unutmayıb: “Məni ən çox təəccübləndirən Təbiətin heç də təbiətsevər olmamağı idi. Planetimizi yerlə bir edəndə də, fərqli də olsa hər şeyi yenidən yerinə qaytaranda da bizim köməyimizə ehtiyacı yox idi və biz canlılar onun bunları edəndə heç nəyi inkişaf etdirmədiyini, ancaq dəyişdiyini görürdük.
İldırımla çəmənlərə od vururdu, əkinə yararlı torpaqlara lavalar yağdırırdı. Hələ buz parçalarını Cənub Qütbündən qoparıb Asiyaya, Avropaya, Cənubi Amerikaya sürükləyir arada. Təbiətin bir gün bunlardan əl çəkəcəyini düşünmək üçün heç bir səbəb yoxdur.
İndi də Afrikadakı təsərrüfatları biyabana çevirir. Nəhəng sunamilərin baş verməsini, meteroidlərin başımıza yağmasını gözləyə-gözləyə qalmışıq. Əgər insanlar həqiqətən Təbiətin onlara dost olduğunu düşünürlərsə, başqa düşmənə ehtiyacları yoxdur demək”.Təbiətin necə amansız olduğunu vurğulayan Vonnequt siyasi məsləhətlərini də əsirgəməyib:“Ümid edirəm kor, axmaq optimistləri lider seçməkdən əl çəkmisiniz. Mənim dövrümdəkilər böyük şirkətlərin başına keçib böyük fəlakətlərə yol açmaqdadır. İndi ehtiyacımız olan liderlər inadla həyatdan yapışıb, Təbiəti məğlub edəcəklərini iddia edənlər deyil, Təbiətin çılğınlığını və atəşkəs qaydalarını dünyaya göstərəcək qədər cəsur və ağıllı olanlardır. Atəşkəs qaydaları isə bunlardır:1. Əhali sayını azaldıb sabitləşdirin.2. Havanı, suyu və torpağı çirkləndirməkdən əl çəkin.3. Müharibəyə hazırlaşmaqdansa real problemlərinizlə maraqlanın.4. Uşaqlarınıza və əlbəttə ki özünüzə ətrafdakıları öldürmədən balaca bir planetdə necə yaşaya biləcəyinizi öyrədin.5. Bir trilyon dollar xərcləsəniz, elmin hər şeyi həll edəcəyinə inanmaqdan əl çəkin.6. Siz nə qədər israfçı olursunuz olun, nəvələrinizin nə vaxtsa başqa planetə köçüb daha yaxşı həyat quracağına inanmağı buraxın. Bu, həm qəddarlıqdır, həm də axmaqlıq.Və bunlara oxşar digər şeylər. “7. Və bunlara oxşar digər şeylər. “Məktubun son abzasında yazıçı niyə öz dövründə bu qədər bədbin olduğunu açıqlayır:“Yüz il sonrakı həyatı niyə belə bədbin görürəm? Bunun səbəbi bəlkə də alimlərlə çox, siyasətçilərin çıxışlarını yazanlarla az vaxt keçirməyimdəndir. Kim bilir, bəlkə 2088-ci ildə həyatlarını bir çantaya qoyan evsizlərin də cibində raketlər və ya vertolyotlar olacaq”.
|
['yazıçılar', 'Kurt Vonnequt', 'gələcəyə məktub']
|
1,632 |
https://kayzen.az/blog/DMF/16953/%C5%9F%C9%99rab-kimi-qad%C4%B1nlar.html
|
Şərab kimi qadınlar
|
_BUMERANQ_
|
Düşüncələrim, münasibətim, fikirlərim
|
15 sentyabr 2014, 17:25
|
Bu yaxınlarda facebookda dostlardan birinin paylaşdığı şəkillər və bu şəkillər ətrafındakı müzakirəmiz məni çox düşündürdü. Şəkilləri bəlkə də çoxu bəyənməyəcək, nə bilim bizim mentalitetə uyğun «nənələr» deyil deyəcəksiz, ya da üzlərində boya çoxdu və s.
Çox təəssüf ki, məndə də bu mühakimə var. Ta uşaqlığımdan bəri fikirlərimə hopturulmuş nənə, bacı, bibi, xala, ana obrazı var. Hər birinin də mütləq şəkildə, hər kəsə bəlli cavab verməli olduğu tələblər var.
Maraqlı olan odu ki, gündəlik həyatda, ən çox da ictimai nəqliyyatda rastlaşdığım xalalar, nənələrin əksəriyyəti həddən artıq kök, lap belə çirkin şəkildə deyim tərli, bığlı olması heç kimdə təəccüb doğurmur, çox normal hal kimi qəbul edilir, amma hansısa yaşlı nənənin bəzəkli-düzəkli, baxımlı olması qəbul edilmir. O saat ətrafdakıların üzündə əyilmə halları müşhidə edilir.
Düzdü, mən də çox boyanın, ifrat makiyajın tərəfdarı deyiləm, amma o boz kütlənin içində baxımlı qadın(yaşının neçə olmasından asılı olmayaraq) görəndə həyat eşqim artır.
Və görürəm ki, bizdə «nənə», «xala», «bibi», «ana» anlamı «Qadın» anlayışından çox güclüdü.
Deyir, qadın şərab kimidi, yaş artdıqca dəyəri də artır. Şərab kimi qadınları çox görmək diləyilə...
P.S: Ön mühakiməni öldürmədən şəkillərə baxmaq qadağandır!
© Axundova Təhminə
|
['düşüncələrim', 'münasibətim', 'qadın olmaq']
|
1,633 |
https://kayzen.az/blog/moda/16932/atelier-poetikan%C4%B1n-2014-c%C3%BC-il-g%C9%99linlik-kolleksiyas%C4%B1.html
|
"Atelier Poetika”nın 2014-cü il gəlinlik kolleksiyası
|
Apollon
|
Moda dünyası
|
15 sentyabr 2014, 15:44
|
['moda dünyası', 'gəlinliklər', 'Atelier Poetika', '2014 gəlinlik kolleksiyası']
|
|
1,634 |
https://kayzen.az/blog/dua/16933/tilav%C9%99t-s%C9%99cd%C9%99si.html
|
Tilavət səcdəsi
|
heyatin-ellerinde
|
Namaz, dua, zikr
|
13 sentyabr 2014, 12:40
|
«Qurani-Kərim»də verilən bəzi ayələr vardır ki, həmin ayələr səcdə ayələri adlanır. Səcdə ayələri oxunduğu zaman səcdə etmək lazımdır. Belə səcdələrə tilavət səcdəsi deyilir. Tilavət səcdəsi aşağıdakı şəkildə yerində yetirilir. Tilavət səcdəsi niyyəti ilə əllər qaldırılmadan «Allahu əkbər» deyilir. Sonra səcdə edilir və səcdədə 3 dəfə «Subhanə rabiyəl əla» zikri deyilir. Sonra «Allahu əkbər» deyilir və yenidən səcdə edilir. Səcdələr bitdikdə isə «Allahu əkbər» deyilir və qalxılır. (Səcdədə 1 dəfə «Subhanə rabbəna in kane vadü Rabbina ləməfula» zikrini də demək olar). Səcdədən qalxarkən müstəhəbdir ki, "Ğüfranəkə Rabbəna və ileykə`l masir" deyilsin. Digər müstəhəb əməl isə səcdəyə ayaq üstə durulmuş vəziyyətdən gedilməsidir. Səcdə ayələri oxunduğu andan etibarən səcdə edilməlidir. Əgər həmin vaxt səcdə edilməsi mümkün deyilsə, onda bu sözlər deyilməlidir. «Səmi`na və əta`na ğüfranəkə- Rabbəna və ileykə`l masir». Səcdə ayələri aşağıdakılardır:1. Əs-Səcdə surəsi 15-ci ayə2. Fussilət surəsi 37-ci ayə3. Ən-Nəcm surəsi 62-ci ayə4. Əl-Alaq surəsi 19-cu ayə5. Əraf surəsi 206-cı ayə6. Rad surəsi 15-ci ayə7. Nəhl surəsi 49-cu ayə8. Hacc surəsi 18-ci ayə9. Məryəm surəsi 58-ci ayə10. İsra surəsi 107-ci ayə11. Furqan surəsi 60-cı ayə12. Nəml surəsi 25-ci ayə13. Sad surəsi 24-cü ayə14. İnşiqaq surəsi 21-ci ayə Qeyd: Namaz qılarkən əməl edilən qaydalar (dəstəmazlı olmaq, geyim və s.) ayənin səcdəsini yerinə yetirərkən də keçərlidir.
|
['Quran', 'səcdə', 'ayə']
|
1,635 |
https://kayzen.az/blog/Bilirsinizmi/16448/yarad%C4%B1c%C4%B1-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html
|
Yaradıcı məsləhətlər
|
Apollon
|
Bilirsinizmi?
|
11 sentyabr 2014, 19:35
|
Qeyd etməyi unutmayın: Gördüyünüz maraqlı şeyləri, qəribə anları, fərqli mənzərələri qeyd edin. İşinizə yarayıb-yaramayacağını düşünmədən yazın hər şeyi. İdeya axtarışında olduğunuz vaxt bu qeydlər çox köməyinizə çatacaq.
Yeni üsullara əl atın: Peşəniz yazmaqla bağlıdırsa, çalışın, fərqli məşğuliyyətlər tapasınız. Məsələn, rəsm çəkin, yaxud riyazi məsələlər həll edin, yəni bir növ beyninizi başqa səmtə yönəldin.
Yenilikçi olun: Yemək bişirəndə, iş görəndə, sevişəndə yeniliklərə açıq olmaq, “ilk”i sınaqdan keçirmək həmişə təzə fikirlərə qapı açır. Yeniliklərdən qorxmayın.
Gülmək: Birlikdə gülə bildiyiniz dostlarınıza gözünüz kimi baxın. Vacib olan təkcə gülməyin faydaları deyil. Güldürmək bacarıqdır. O dostlarla ən adi söhbət belə içinizdə qığılcımlara səbəb ola bilər.
Musiqi dopinqi: Özünüzü xoşbəxt hiss etdiyiniz vaxtda xoşbəxtlikdən bəhs edən mahnı dinləməkdən gözəl nə ola bilər? Əmin olun ki, bu, sizə fərqli əsər yaratmaqda əvəzsiz kömək göstərəcək.
Tualetdə mütaliə: Aqata Kristi detektiv romanlarının süjetini qab yuyarkən tapdığını deyirdi. Görünür ən gözlənilməz yerlərdə ağlınıza yeni ideyalar gələ bilər. Məsələn, tualetə gedəndə özünüzlə kitab, jurnal və ya elə qeyd dəftəri götürməyi unutmayın.
Gizli bir işlə məşğul olun: Qanunlar daxilində əlbəttə… Özünüzə məxsus bir hobbi, məşğuliyyət tapmaq elə də çətin deyil. Bu gizli işinizi heç kimə deməyin, tək vaxt keçirməyə çalışın.
Çox gəzin: “Çox oxuyan, yoxsa çox gəzən çox bilər?” sualı az qala yumurta-toyuq məsələsi qədər qədimdir. Əlbəttə ki, hər ikisi insana əvəzsiz təəssürat bağışlayır, amma çox gəzənin gördükləri bir başqadır… Səyahət etmək sizi dəyişdirəcək. Yeyib-içdiklərinizi deyil, gördüklərinizi danışın.
Nostalgiya: İşiniz nə olur-olsun, onun keçmişi ilə maraqlanın. Dizaynerlər keçmişin dəbinə, reklamçılar köhnə reklam üsullarına, mühəndislər orta dövr çertyojlarına baxsın.
Oyun oynayın: Kart da olar, Play Station da...Yetər ki məntiqinizi işlədib öz qaydalarınızı tətbiq edəcəyiniz oyun olsun. Bu cür oyunlarda qələbə qazanmaqdan daha həvəsləndirici nə ola bilər?!
Hazırladı: Rəna Nevzat
|
['yaradıcılıq', 'yaradıcı məsləhətlər']
|
1,636 |
https://kayzen.az/blog/psixologiya/16697/u%C5%9Fa%C4%9F%C4%B1-s%C9%99liq%C9%99-s%C9%99hman-yaratma%C4%9Fa-nec%C9%99-%C3%B6yr%C9%99tm%C9%99k-olar.html
|
Uşağı səliqə səhman yaratmağa necə öyrətmək olar?
|
Apollon
|
Psixologiya
|
11 sentyabr 2014, 15:50
|
Sizin körpəniz ilk addımlarını atmağa başlayan andan etibarən dolabçaların və dolabların içində olanlarla tanış olmağa can atır, öz oyuncaqlarıyla oynamağa bir o qədər aktiv maraq göstərmir, hər bir ana bu zaman özünə sual verir: Necə edim ki, uşaq səliqə səhman yaratmağı öyrənsin.
Uşaqdan dərhal şeyləri öz yerinə qoymağı tələb etmək lazım deyil, çünki uşaq hələ anlamır, “öz yeri” nədir. Bunun üçün əvvəlcə ona izah etmək lazımdır, haradır bu yer, niyə məhz ora qoymaq lazımdır.
Hamısından yaxşı bunu oyun vasitəsi ilə məşq etmək (tətbiq etmək) lazımdır. Əgər siz körpənizə desəniz ki, oyuncaqları yığmaq lazımdır 99 % zəmanətlə deyə bilərəm ki, körpə bunu etməyəcək, amma siz ona oyun təklif etsəniz: məsələn, kim daha tez oyuncaqları yerinə yığa biləcək, belə bir oyun mütləq onun ürəyincə olacaq. Artıq zamanla, uşaq öyrəşəcək ki, oyundan sonra oyuncaqları yerinə yığmaq lazımdır.
Təmizliyə və nizama uşağı elə alışdırmaq lazımdır ki, ona bunu etmək maraqlı olsun
Uşaqlar ana və ya atalarının hərəkətlərini təkrarlamağı çox sevirlər. Ona görə uşağı təmizliyə öyrətməyin daha bir üsulu– təmizliyi birgə başlamaqdır. Arxayın olun ki, körpə sizə kömək etməyə, sizdən nümunə götürməyə (ibrət götürməyə) can atacaq, daha aktiv olacaq. Yalnız nəyi isə düzgün etməsə heç bir halda ona “bunu belə etmə ” deməyin, əksinə körpədə maraq oyatmağa çalışın, onu ürəkləndirin və hər mükəmməl hərəkəti üçün tərifləyin. Əgər uşaq qab-qacağı yumağa qərar verdisə – ona yox deməyin. Çünki siz ona rədd cavabı versəniz, onda gələn dəfə istəyini irəli sürməyəcək.
Uşağa kömək etmək ananın arzusudur, çünki ilk anlarda körpə hər şeyi daha çox qarışdıracaq, nəinki təmizləyəcək, amma bir az gözləməyə dəyər.
Yadda saxlayın ki, ən vacib – daimilikdir. Yəni əməyə vərdiş bir dəfə yox, gündəlik olmalıdır
Bu çox gözəl oyuna öz körpəsini cəlb edin, hər dəfə tərifləməyi və ona kömək üçün təşəkkür etməyi unutmayın, axı o sizin tərifinizə və dəstəyinizə belə ehtiyac duyur və ən əsası ona vaxtı verin. Səbirli olun və tezliklə siz öz əməyinizin birinci nəticələrini alacaqsınız.
|
['uşaq psixologiyası']
|
1,637 |
https://kayzen.az/blog/kino/16630/sizi-a%C4%9Fladacaq-15-film.html
|
Sizi ağladacaq 15 film
|
Apollon
|
Kino
|
10 sentyabr 2014, 17:32
|
Yaxşı film odur ki, tamaşaçıda müəyyən emosiya yaratsın. Tamaşaçı bəzən gülsün, bəzən bütün dünyanı dəyişmək fikrinə düşsün, bəzən isə hönkür-hönkür ağlamaq istəsin.
"Şerburq çətirləri"
Film müharibənin ayrı saldığı çətir satıcısı Jenevyeva və avtomexanik Qinin sevgi əhvatından bəhs edir. Ekran əsəri Kann kinofestivalının “Qızıl palma budağı”nı qazanıb. Filmə bu gün də həyəcansız və kövrəlmədən baxmaq olmur. Bəstəkar Mişel Leqranın əfsanəvi musiqisi isə artıq illərdir ki, sevgililər üçün əsl himnə çevrilib.
«Yad planetli»
Rejissor Stiven Spilberq bütün dünyanı bədəndən tısbağaya, üzdən Enşteynə oxşayan yad planetli ilə insanın dostluğuna inandıra bilib. Bu dostluq sizi də düşünməyə və kövrəlməyə məcbur edəcək.
«Sofinin seçimi»
Polşadan olan gənc qadın nasist düşərgəsində ərini və uşaqlarını itirir. İndi o, özündə güc tapmalı, müharibədən sonra ona yad olan Amerikada yaşamalıdır. Aktrisa Meril Strip tamaşaçını bu qadının faciəsinə inandıra bilir. Yoxsa Strip “ən yaxşı aktrisa” nominasiyasında “Oskar”ı qazanmazdı.
“Ölü yazarlar birliyi”
Robin Uilyamsın bənzərsiz ifasında təqdim olunan Con Kitinq minlərlə həmkarı arasında əsl “ağ qarğadır”. O, özünü çox sərbəst və səmimi aparır, tədris proqramına tabe olmur. Kitinq tələbələrini gizli “Ölü yazarlar birliyi” ilə tanış edir və gənclərin həyatı tamamilə dəyişir. Bu filmə baxandan sonra sizin də həyatınız çox dəyişəcək.
«Oyanış”
Film həkim, utancaq alim və mütəxəssis Malkolm Seyer (Robin Uilyams) və onun pasiyenti Leonardonun (Robert De Niro) dostluq hekayəsindən bəhs edir. “Oyanış”a baxanda siz insan ruhunun dərinliklərinə səyahət edəcəksiniz. Bu film sizə dünyaya yeni gözlə baxmağa və həyatdan zövq almağa vadar edəcək.
“Mənim həyatım”
Uğurlu iş adamı Bob Cons (Maykl Kiton) qırx yaşına çatmamış xərçəng xəsətliyindən öləcəyini öyrənir. Bobun yeganə istəyi bütün həyatını, gündəlik yaşayışını, ailəsini videokameranın yaddaşına köçürməkdir. Bob yeni doğulacaq körpəsinə demək istədiklərini bu video vasitəsilə deyəcək. Həqiqətən təsirli hekayədir.
“Şindlerin siyahısı”
Bir insan çox şey etməyə qadirdir. Stiven Spilberqin tarixi dram janrından çəkdiyi film alman iş adamı və nasist partiyasının üzvü Oskar Şindlerdən bəhs edir. Oskar Şindler Holokost illərində minlərlə polşa yəhudisinin həyatını xilas edir. Film 7 nominasiyada “Oskar”ın qalibi olub.
“Yaşıl xətt”
Stiven Kinqin romanının motivləri əsasında çəkilən mistik dram qeyri-adi məhkum Con Koffidən bəhs edir. Ölüm cəzasına məhkum olan Con tamaşaçıları da, tənqidçiləri də möcüzələrin olduğuna inandırır. Film inanılmaz uğur qazanıb. Dörd nominasiyada “Oskar”, üç nominasiyada “Saturn” və daha onlarla mükafat qazanıb.
“Qaranlıqda rəqs edənlər”
Film tənha və kor ananın faciəvi taleyindən bəhs edir. Tənha ana var gücü ilə çalışır, oğlunu xilas etmək üçün əlindən gələni əsirgəmir. Bu filmdən sonra bütün dünya istedadlı müğənni Börkün aktrisa istedadını da kəşf edib. Filmin unudulmaz musiqilərini də Börk özü yazıb.
“Qozbel dağ”
Vayominq ştatının yaşıl mənzərələri və bəstəkar Qustavo Santaolalyanın əsrarəngiz musiqisi fonunda iki gənc homoseksualın mürəkkəb sevgi əhvalatı təsvir olunub. Film kifayət qədər böyük səs-küy yaratsa və müzakirələrə səbəb olsa da “Qozbel dağ” dünya kinematoqrafının şah əsərlərindən birinə çevrilə bilib.
“Ruanda oteli”
Filmin baş qəhrəmanı Pol, Ruanda paytaxtındakı dəbdəbəli otellərdən birinə rəhbərlik edir. Etnik təmizləmə illərində Polun otelində yüzlərlə insan sığınacaq tapır. Pol onları xilas etmək üçün əlindən gələni əsirgəmir. O, hədələrdən qorxmur, 1268 insanı ölümdən xilas edir.
“Zolaqlı pijamalı oğlan”
Filmdə hadisələr İkinci Dünya Müharibəsi illərində cərəyan edir və müharibə düşərgə komendantının oğlu, səkkiz yaşlı Brunonun dilindən təsvir olunur. Brunonun yəhudi oğlanla tanışlığı və dostluğu isə hadisələrin gedişatını alt-üst edir.
“Hatiko”
Film real hadisələrə əsaslanır. Universitet professor Parker Uilson vağzalda tapdığı balaca küçüyü evə gətirir və adını Hatiko qoyur. Onların dostluğu və bağlılığı uzun illər davam edir, hətta ölüm belə onları ayıra bilmir.
“Yağış adam”
Çarlinin atası mirasının bir hissəsini autizmdən əziyyət çəkən qardaşı Raymonda vəsiyyət edib. Bu mirası ələ keçirmək üçün Çarli qardaşını oğurlayır və girov saxlayır. Vaxt keçir və eqoist Çarli sevginin, dostluğun nə olduğunu anlayır.
“Bağışlanma”
Brayoni və Sesiliya bacıdırlar. Onlardan biri çox istedadlıdır və pyeslər yazır. Digəri isə qulluqçunun oğluna aşiq olur. Onların həyatı İkinci Dünya Müharibəsinin başlamasından sonra alt-üst olur. Film mərhəmət və bağışlamaq hissinin əhəmiyyətindən, gücündən bəhs edir.
|
['kono', 'filmlər', 'təsirli filmlər']
|
1,638 |
https://kayzen.az/blog/maraqli-faktlar/16916/q%C4%B1z%C4%B1l-ba%C5%9Fqa-harda-var.html
|
Qızıl başqa harda var?
|
Ferbara
|
Maraqlı faktlar
|
10 sentyabr 2014, 16:44
|
Doğurdan da qızılı belə bir mötəbər edən nədir? Yer kürəsində bu metalın ehtiyatları çox deyil. Rast gəlmə ehtimalına görə 73-cü elementdir. Lakin nəzərə alın ki, platin daha nadir metaldır və qiyməti qızıldan bahadır.
Bütün dünya dillərində qızıl adı ya “sarı”, ya da “qırmızı” mənasını verir. Onun Latınca adı Aurum da “dan parıltısı” və ya “şəfəq” deməkdir.
Qızılı nəcib metal edən odur ki, o başqa kimyəvi maddələrlə gümüş kimi reaksiyaya girmir. Qızıl həmçinin çox plastikdir və onu döyərək son dərəcə nazik lövhə şəklinə salmaq mümkündür. Məsələn, düyü boyda qızılı döyərək ondan 1 kvadratmetr sahəsi olan lövhə hazırlamaq olar.
20 ildən sonra qızıl tükənəcək
1500-cü ildən bəri cəmi 100 min ton qızıl çıxarılıb və onun qırx faizi bir yerdən – Cənubi Afrikanın Vitvotersrand əyalətindən gəlir. Ən paradoksal hal budur ki, dünyada nadir tapılan qızıl, aşkar olunarkən bəzən çox asanlıqla çıxarılır. O düyü və ya noxud boyda dənələrlə üzə çıxa bilər. Qızılın qeyri-reaktiv təbiəti onu qarışıqlardan təmizləməyi asanlaşdırır. Məsələn, tərkibində qızıl olan süxurları adi xörək duzu ilə birlikdə qızdırmaq kifayətdir ki, başqa metallar yanıb tökülsün və yalnız təmiz qızıl qalsın.
Lakin qızıl yataqlarını tapmaq getdikcə çətinləşir. Bu gün qızıl mədənlərində 500 min insan çalışır, lakin bir ildə əldə edilən qızıl 2500 tonu keçmir. Təxminlərə görə dünyada asanlıqla çıxarılacaq qızılın yalnız 20 illik ehtiyatı qalıb.
Qızıla sevgi qanımızdadır
Bəli, qızıl gözlənilməyən yerlərdə də olur. Məsələn, bizim qanımızda. Lakin bu ən qeyri-kommersiya qızıl mənbəyidir. Çünki onun qanımızdakı miqdarı 0,2 milliqramdır. 8 qram qızıl 40 min nəfərin qanından əldə oluna bilər. Qadınlarda qızılın miqdarı kişilərdən 5 dəfə çoxdu.
Bəzi küknar növləri və doqquzdon adlı bitki də torpaqdan qızıl sormaq xüsusiyyətinə malikdir. Doqquzdon Bakının bir çox məhəllələrində, adətən bağçaların çəpərlərində bitir. Lakin bu da kommersiya əhəmiyyəti daşımır.
Qızılın ən böyük ehtiyatı dünya okeanıdır. Orada 10 milyon ton qızıl var, amma bunun da emalı olduqca baha başa gələ bilər. O qədər baha ki, heç dənizə girməyə də dəyməz.
Yeməli qızıl
Qızılın e-nömrəsi də var: E175. Bu isə o deməkdir ki, Avropa İttifaqı və İsveçrə standartlarına görə, qızıl qida əlavəsi kimi işlədilə bilər və səhhət üçün heç bir təhlükə təşkil etmir.
Məsələn, İsveçrədə istehsal olunan darçınlı “Goldschlager” likörlərinin içində qızıl zərrəcikləri var.
Qızıldan təbabətdə revmatik artritlərin müalicəsi üçün istifadə olunur və buna “qızıl terapiyası” deyilir.
Diş həkimləri qızılın dünya ehtiyatının 2 faizindən istifadə edirlər ki, bu da 60 ton deməkdir.
Lakin unutmayın ki, qızıl dişin yalnız 75 faizi qızıldır. Qalanı gümüş, palladium və sinkdən ibarət olur.
Təmiz qızıl
Qızılın təmizliyi karatlarla ölçülür. Karat yunan sözü olan «keration»dan götürülüb. Noxudkimilər fəsiləsinə aid olan bu bitkinin Azərbaycanca rəsmi adı buynuzcuqlu seratoniyadır. Belə hesab olunur ki, bu bitkinin 24 toxumu ilə eyni çəkidə olan qızıl sikkə ən təmiz qızıldır. 24 karatlı qızıl 99,99 faiz qızıl deməkdir. Avropada 24 karatlı qızıldan sonra 18 karatlı qızıl gəlir. Belə qızılın tərkibində 75 faiz qızıl var.
Britaniyada 9 karatlı qızıl məmulatları geniş yayılıb. Belə qızıldan hədiyyələr üçün zinət əşyaları hazırlanır. Lakin 9 karatlı boyunbağıların qutusunda yazılır ki, duş qəbul edərkən belə hədiyyəni boynunuzdan açmanız məsləhətdir. Çünki onun yalnız 38 faizi qızıldır və o su dəydikdə qarala bilər.
Hər ölkədə qızılın “öz təmizliyi” var
Çində, Honk Konqda, Tayvanda, Malaziyada, İndoneziyada və bir sıra Ərəb ölkələrində təmiz qızıl deyəndə 24 karatlıq qızıl başa düşülür (99,99%).
Böyük Britaniya, Banqladeş, Hindistan və Şri-Lankada 22 karatlıq (91,6%) qızıl ən yaxşı qızıl hesab olunur.
Dubay da daxil olmaqla, Fars körfəzi ölkələrində 21 karatlıq (87,5%), Misirdə 18 karatlıq (75%) qızıl ən yaxşı qızıl sayılır.
Almaniya, Aralıq dənizi hövzəsi, Türkiyədə ən yüksək əyarlı qızıl deyərkən, 18 karatlıq (75%) qızıl başa düşülür.
Portuqaliyada və Cənubi Avropanın bir sıra ölkələrində ən yaxşı qızılın karatı 19,2-dir (80%). “Rolex” saatları əsasən belə qızıldan hazırlanır.
Keçmiş Sovet ittifaqında ən yaxşı qızıl sayılan 585 əyarı 58,6 faizə uyğun gəlir. Rusiyada zinət əşyaları üçün 375, 500, 585, 750, 900, 916 və 958 əyarlı qızıldan istifadə edilir. Belə əşyalarda qızılın faizini bilmək üçün əyarda 2-ci və 3-cü rəqəmin arasına vergül qoymaq lazımdır. Yəni 900 əyarlı qızılda 90,0 faiz qızıl vardır.
Mənbə: www.sun.az
|
['qızıl', 'qan', 'karat.']
|
1,639 |
https://kayzen.az/blog/fotosessiya/16807/tarixin-%C9%99n-maraql%C4%B1-fotolar%C4%B1.html
|
Tarixin ən maraqlı fotoları
|
Apollon
|
Fotosessiya
|
9 sentyabr 2014, 16:55
|
Hitler Parisdə
“Disneyland”in ilk fotosu
Fidel Kastro Linkolinin məzarını ziyarət edir
Atom bombasından 20 dəqiqə sonra Naqasaki – 1945
Tolstoy nəvələrinə nağıl danışarkən
Che Guevara
“Microsoft”un qurucuları – 1978
“Azadlıq heykəli”nin tikintisi – 1884
Eynşteynin öldüyü gün iş otağı
Stalin
Samuraylar — 1860
Eyfel qülləsinin tikintisi, 1888
Albert Einsteinin qiymət kitabçası
İstehsalı 1947-dən 1955-ə qədər davam edən ENİAC, istehsal olunan ilk kompyuter
1912-ci ildə Titanik limandan ayrılarkən
1940-cı ildə İngilis və Alman təyyarələri arasında it boğuşması və bombalanma sonrası göy üzü
|
['tarixi fotolar', 'maraqlı fotolar']
|
1,640 |
https://kayzen.az/blog/flora/16904/%C9%99hval%C4%B1-qald%C4%B1ran-dadl%C4%B1-meyv%C9%99-%7C-kokos.html
|
Əhvalı qaldıran dadlı meyvə | Kokos
|
Someone
|
Flora
|
9 sentyabr 2014, 09:42
|
Tədqiqatçıların sözlərinə görə, hind qozu yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısa müddətli olsa da, demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır.Diyetoloq Piter Klifton bildirir ki, onların Alzeymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, hind qozu yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da, valehedicidir. Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün cəmi 30 qram hind qozu yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərir ki, bu yağın tərkibində olan yağlar qara ciyəri toksinlərdən qoruyur, ağciyərlərə, böyrəklərə kömək edir, cinsiyyət funksiyasını yaxşılaşdırır, iltihabi proseslərin və ürək xəstəliklərinin konsentrasiyasını aşağı salır.
Müəllif: Fidan Süleymanova / tabloid.az
|
['hind qozu', 'flora', 'Piter Klifton', 'kokos']
|
1,641 |
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/16903/ar%C4%B1qlamaq-%C3%BC%C3%A7%C3%BCn-n%C9%99l%C9%99ri-bilm%C9%99k-laz%C4%B1md%C4%B1r.html
|
Arıqlamaq üçün nələri bilmək lazımdır
|
Someone
|
sağlam həyat tərzi
|
9 sentyabr 2014, 09:28
|
Arıqlamaq üçün bütün günü idman zalından çıxmırsınızsa, heç cür arıqlaya bilmirsinizisə, deməli, haradasa səhv edirsiniz. İdmanda yol verilən bəzi səhvlər sizin istədiyiniz çəkiyə düşməyinizə mane olur. Bu qaydalar sizə arzuladığınız çəkiyə və bədən quruluşuna tez zamanda qovuşmağa kömək edəcək.
İlk növbədə unutmayın ki, nə qədər çox idman etmək deyil, hansı məşqləri və necə yerinə yetirdiyiniz daha önəmlidir.
Dünya birdən-birə yaranmayıb!
İdmana ilk başladığınız dəqiqələrdən həddindən artıq ağırlıq qaldırmaq olmaz. Daha ilk başladığınız dəqiqədən özünüzü yormamalısınız. İdmana yavaş-yavaş qızışaraq başlayın. Məşqlərə bu şəkildə başlamaq sizi yalnız idmandan soyudar!
Problemli bölgənizə fokuslanmayın!
Qadınlar hər zaman bədənlərində bəyənmədikləri bölgədən şikayət edirlər. Onu aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxırlar. Digər nahiyələri isə nəzərə almırlar. Etdikləri səhv isə idman edərkən həmin bölgələrə fokuslanmalarıdır. Yüz dəfə jim etsəniz belə, qarın yağlarınız dərhal əriməz. Bədəninizin bir bölgəsinə fokuslanmaq yerinə, etdiyiniz idmanın bütün bədəninizdə təsirli olmasını təmin edin.
Həkim nəzarətindən çıxmayın!
İdman sizi formaya salır, sağlamlığınızın qeydinə qalır. Amma idmanla birlikdə yeni rejim üçün həkim nəzarətində olmaq lazımdır. Bir çox insan bu addımı atmamaqla səhv edir. İdman etmədən əvvəl bədəninizin hansı növ idmana dayanıqlı olduğunu öyrənmək lazımdır.
Fikirlərdən xilas olun!
İdmanla bağlı başqa səhv də fikirli olmaqdır. Daha çox idman yaxşıdırmı? İdmanı bitirdikdən dərhal sonra ideal çəkiyə nail olmaq haqqında düşünmək gülüncdür. Və idmanı ancaq arıqlamaq üçün məcburi şəkildə etmək olmaz. Psixoloqlar bildirirlər ki, həvəssiz edilən məşqlər çox gec nəticə verir. Bu səbəblə bədəninizi və psixologiyanızı bu qədər yormanın mənası yoxdur.
İdman etməkdən zövq almırsınızsa, bu sizə bir vəzifə kimi görünürsə, idmandan soyuyub buraxma ehtimalınız artır. Özünüzü sevmədiyiniz idmanı etmək üçün məcbur etməyin. Maraqlandığınız başqa bir yol tapın.
Fitness salonsuz da idman edə bilərsiniz!
Edilən səhvlərdən bir başqası isə insanların bədənlərini formada tutmaq üçün yalnız fitness salonlarının işə yarayacağına inanmalarıdır. Lakin üzgüçülük, velosipedə minmə, tennis və xizək kimi bitmək-tükənmək bilməyən bir çox idman növü var. Əlinizdəki ehtimalları yaxşı qiymətləndirin. Hətta evdə və ofisdə də bəzi məqşləri etmək çansınız çoxdur.
İdman etməzdən əvvəl ağır yeməklərdən qaçın!
İdmandan əvvəl yüngül qidalar qəbul etmək yaxşı təsir göstərir. İdmandan əvvəl yaşıl çay içmək yağların daha yaxşı əriməsinə gətirib çıxarır. Lakin ağır yeməkləri əsla yaxın buraxmayın! Hərəkət üçün qidaya və enerjiyə ehtiyacın yaranması bir gerçəkdir. Amma idmandan ən az bir saat əvvəl yeməyə çalışın. Çünki həzm sistemi qidaları parçalayar, qanınız vasitəsilə mədənizə və bədəninizin digər orqanlarına daşıyar. Bu səbəbdən yemək sonrası özünüzü yorğun hiss edərsiniz. İdman isə həzmə mane olar.
Əhəmiyyətli olan mərhələli arıqlamaqdır!
Arıqlamaq istəyənlərin bir çoxunun məşhurların idman proqramlarından və yedikləri az porsiya halında yeməklərdən ilham aldıqlarını bilirsiniz. Lakin bu rejimin dəyişilməsinin daha sürətli kökəlməyə səbəb olduğunu da bilməniz lazımdır. Yenə də xəbərdar etməkdə fayda var: nə olursa-olsun, əhəmiyyətli olan mərhələli arıqlamaqdır.
Mənbə:milli.az
|
['arıqlama', 'idman', 'sağlamlıq', 'arıqlamağın sirrləri']
|
1,642 |
https://kayzen.az/blog/edebiyyat/16902/neyl-qeymandan-yeni-yazarlara-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html
|
Neyl Qeymandan yeni yazarlara məsləhətlər
|
Someone
|
Ədəbiyyat
|
9 sentyabr 2014, 08:46
|
İngiltərədə anadan olmuş yazar, daha çox qısa hekayə müəllifi kimi tanınan Neyl Qeyman qorxu, fantastika janrında uğur qazanıb. O, “The Sandman”, “Stardust”, “Coraline” kimi bir çox kitabın müəllifidir. Yazarın gənc və həvəskar yazarlar üçün paylaşdığı məsləhətləri təqdim edirik.
• Yazın.
• Sözbəsöz irəliləyin. Hər sözü hər yerdə işlətməyin, ən doğru sözü tapın, sonra yazmağa davam edin.
• Başladığın nədirsə, necədirsə olsun, amma onu tamamla. Onu tamamlamaq üçün nə lazımdırsa et, işə yaramayacağından əmin də olsan, tamamla.
• Onu uzun bir müddət gözdən uzaqda saxla, əgər bacarsan, başqa bir adamın yazısıymış kimi oxu. Bacarmasan, fikirlərinə və ədəbi zövqünə etibar etdiyin bir dostundan və ya ədəbiyyat adamından kömək istə.
• Bir şeyi əsla unutmayın. Əgər kimsə, sizə nəyinsə yanlış olduğunu və ya əsərin hansısa hissəsini yaxşı yazmadığınızı, ya da tərzinizi əks etdirmədiyini iddia edirlərsə, əmin olun, əksər hallarda haqlıdırlar. Əgər nəyi necə düzəltməli, nəyi harada yazmalı olduğunuzla bağlı məsləhət verməyə cəhd etsələr, əsla dinləməyin, çünki hər zaman yanlış yönləndirəcəklər.
• Yazdıqlarınızın üzərində işləyin, düzəliş aparın. Mükəmməl olana çatana kimi siz heç nəyə fikir verməməli, durmadan yazmalı, nəşr olunan nə uğur qazanırsa, qazansın, dərhal yeni və daha uğurlu iş üçün qolları çirmələməlisiniz. Mükəmməllik axtarışı zehnin üfüqlərini axtarmaq kimidir.
• Sizi güldürən şeylərə zaman ayırın.
• Yazmağın, ümumiyyətlə, uğurun əsas şərti özünə inanmaqdır, bu varsa, nə istəsəniz, əldə edəcəksiniz. Necə yazmalı olduğunuzu düşünürsünüzsə, elə yazın, dürüst davranır. Oxucu sevərmi deyə düşünməyin.
Mənbə: Kaspi qəzeti
|
['Neyl Qeyman', 'yazarlar', 'şair', 'şeir', 'nəsihətlər']
|
1,643 |
https://kayzen.az/blog/kitab/16804/faranheyt-451-%7C-rey-bredberi.html
|
Faranheyt 451 | Rey Bredberi
|
_BUMERANQ_
|
Kitablar və mütaliə
|
7 sentyabr 2014, 17:28
|
Bir cəmiyyət düşünün bütün kitablar yandırılsın, hətta onları evdə saxlamaq belə cinayət sayılsın. «Yanğınsöndürən»lərin peşəsi kitab yandırmaq olsun. Mənəvi dəyərlər, hisslərə qapılmaq, düşünmək lazımsız hesab edilsin. Ətraf robotlaşmış «insan»larla əhatələnsin.
Tam təsəvvür edə bilmədinizsə, Rey Bredberi sizə kömək edər.
«Faranheyt 451» Rey Bredberinin 1953-cü ildə nəşr edilmiş romanı. Adı ilə oxucuda maraq yaradan əsərlərdəndi. Əsərə ad seçməkdə də ustalıq çox vacibdi. Bredberidə bu əla alınıb.
Nədi 451 dərəcə faranheyt?
451 dərəcə faranheyt — bu, kağızın alışdığı və yanmağa başladığı temperaturdu. Yanan kağızlarsa, sadəcə kağız deyil, məhv olan fikirlərdi. Məhv olan düşüncələrdi. Düşünən insanlığın külləri. Mühakimə edən insanların son nəfəsi. Robotlaşmanın təməli…
Qay Monteq on ilini kitab yandırmağa həsr edən «yanğınsöndürən». Sadəcə yandırır, mühakimə etmir. Ta ki… bir gün işdən evə qayıdarkən qarşısına çıxan 17 yaşlı gənc qızla etdiyi söhbətə qədər. Bu qısa söhbət Monteqin bütün düşüncələrini alt-üst edir və onun bugünə qədərki doğruları və yalnışları yerini dəyişir. Monteq yaşadığı həyatı, həyat yoldaşını, işini mühakimə etməyə başlayır.
Və özünün böyük bir boşluğun içində boğulduğunu görür. Xilas olaraq ilk addımı yandırdığı kitablardan oğurlayıb oxumağa başlamaq olur. Bundan sonra roman Monteqin mübarizəsi istiqamətində çox maraqlı şəkildə davam edir. Oxuyun, siz də Monteqlə bu mübarizəyə qoşulun.
Bir əsər haqqında minimum məlumatla oxumağa başlamaq xoşbəxtlikdi. Bu xoşbəxtliyi əlinizdən almağa haqqım yoxdu. Maraqlı roman, gözəl tərcümə, düşünməyi sevənlər üçün əvəzolunmaz əsər. Bitməsini istəməyəcəyiniz roman...
P.S: Əsər əsasında film də çəlilib. Amma filmi izləmədiyimçün o haqda heç nə deyə bilmərəm.
Əsərdən seçmə misralar:
Necə də inanılmazdır. Sən öz işığının əksini görə bildiyin neçə adam tanıyırsan? İnsanlar daha çox...- o, bənzətmə üçün söz axtardı və peşəsinə uyğyn birini tapdı- məşəllərə bənzəyirlər, onlar ta ki, biri gəlib onları söndürməyincə bütün gecəni yanıq halda qalırlar. Necə də nadir hallarda başqasının simasında sən öz simanın, ən gizli düşüncə və arzularının əksini görə bilirsən!
Nəticədə, indi bir dəfəlik istifadə əsridir. İnsan indiki zəmanədə kağız salfet kimidir: onunla burunlarını silirlər, əzirlər, atırlar. Sonra yenisini götürülər və yenə də burunlarını silirlər, əzirlər, atırlar...
Siz gərək həmişə bir dəfə də olsun hər şeyin nə daddığını, necə olduğunu yoxlayasınız.
Ona elə gəlmişdi ki, əgər arvadı ölsə, o ağlaya bilməyəcək. Bu ona bir yad adamın ölümü kimi təsir edəcək. Və qəflətən bu hiss ona o qədər yalnış gəldi ki, ağlamağa başladı. Arvadının ölümü düşüncəsinə görə yox, bu ölümə ağlaya bilməyəcəyinə görə ağlayırdı.
Kütləviləşən hər şey sadələşir.
O, şeylərin necə düzəldiyini deyil, niyə düzəldiyini öyrənmək istəyirdi. Bu isə təhlükəli haldır. Siz «niyə?» sualını verməyə başlasanız və vaxtında dayanmağı bacarmasanız, bu sizi çox pis nəticələrə gətirib çıxara bilər.
İnsanların beynini lazımsız rəqəmlər, lazımsız faktlarla doldururn. Onlar bir müddət sonra bundan bezəcəklər, lakin eybi yox, əvəzində onlara elə gələcək ki, onlar çox savadlıdırlar, Onlara elə gələcək ki, onlar düşünürlər, irəliyə doğru hərəkət edirlər. Lakin əslində, onlar elə yerlərində də sayacaqlar. Özlərini xoşbəxt hiss edəcəklər, çünki öyrəndikləri faktlar dəyişilməzdir, sabitdir.
Kitablar bizim unutmağa qorxduğumuz şeyləri saxladığımız xəzinələrdən yalnız biridir. Onlarda möcüzəli, sehrli heç bir şey yoxdur. Sehr kitabların dediklərində, onların danışa bilmə bacarığındadır.
Bir səhifədə nə qədər çox məsamə, həyatın fərqli tərəflərinin həqiqi təsvirlərini tapa bilsəniz, deməli siz bir o qədər də «bədii»siniz.
Ölməkdə olan adamın vəziyyətinin də bəzi üstünlükləri var. Sənin daha itirməyə heç nəyin olmadıqda istədiyin riski edə bilərsən.
Nəsə yaratmayan insanlar, yandırmalıdırlar. Bu tarix qədər yaşlı qaydadır. Azyaşlı canilərin məntiqi.
Əgər siz öz cahilliyinizi gizlətsəniz, heç kim buna görə sizi qınamayacaq və siz heç vaxt düzəlməyəcəksiniz.
Sözlər yarpaqlar kimidir, onların çox olduğu yerdə meyvə nadir hallarda tapılır.
Hətta şeytan da öz məqsədinə çatmaq üçün müqəddəs yazılara istinad edə bilər.
Nəhənglərin çiyninə dırmaşmış cırtdan ondan daha uzaq yerləri görür.
Biz həiqəti heç vaxt yandıra bilməmişik.
Zaman illəri və insanları yandırmaqla məşğuldur.
Xoş mütaliələr
Hazırladı: Axundova Təhminə
|
['kitablar', 'mütaliə', 'romanlar', 'əsərlər', 'faranheyt 451', 'Rey Bredberi']
|
1,644 |
https://kayzen.az/blog/qadin/16635/h%C9%99r-qad%C4%B1na-laz%C4%B1m-olan-15-m%C9%99sl%C9%99h%C9%99t.html
|
Hər qadına lazım olan 15 məsləhət
|
Apollon
|
Qadın
|
7 sentyabr 2014, 14:51
|
Görünüşünüzə diqqət göstərir, hər mövsüm başında alış-verişə çıxıb qarderobunuza yeni paltarlar əlavə edirsiniz. Yaxşı, stilinizi yeniləyəcək praktik addımları izləyərək daha tez nəticəyə necə çata biləcəyinizi söyləsək? Hər qadının sahib olması lazım olan, heç köhnəlməyən məsləhətlər...
1. Hündürdaban ayaqqabılar
Ayaqlarınızı uzun göstərən yüksək dikdaban ayaqqabılar möcüzə aksesuarlardır. Siz özünüzü bir anda kraliça kimi kiss edəcəksiniz.
2. Rahatlaşdırıcı duş yağı
Stress dərinizə ziyan vurur. Özünüzü daha gümrah və rahat hiss edə bilmək üçün möhtəşəm qoxulu bir duşdan daha yaxşısını düşünmürük.
3. Yaxşı saç stilisti
İstədiyiniz qədər hamar bir dəriyə sahib olun, pis bir saç kəsimi bütün yaxşı xüsusiyyətlərinizi silib atmağa kifayətdir. Gözəl bir seqment isə tam fərqli bir insan olmanızı təmin edər. Müvəffəqiyyətli bir saç stilisti tapmısınızsa, çox şanslısınız.
4. Dırnaq boyası
Bəzən manikürə gedəcək zamanınız olmaya bilər. Ancaq yenə də baxımlı görünmək istəyirsiniz. Rahatlandırıcı duşdan sonra tək qat dırnaq boyası çəkərək hər cür mühitə hazır ola bilərsiniz.
5. Corablar
Solğun rəngli ayaqlarınızı gizlədə bilmək üçün möcüzə bir üsuldur. Geyindiklərinizə görə yüngül parlaq və ya tam tünd olanları seçim edə bilərsiniz.
6. Çanta
Belə bir aksessuar getdiyiniz bütün dəvətlərdə maraq çəkəcək. Tüklü, daşlı və fərqli parçalardan olan çantalar daha gözəl görsənir.
7. Qırmızı pomada
Pomadanızın çox tünd olmasından qorxursunuz? Bu zaman qırmızı rəngdə olan pomada sizə kömək olacaqdır. İstər bir parladıcı ilə rəngini daha işıqlı edin, istər qat- qat tətbiq edərək tünd bir görünüş əldə edin.
8. Dodaq balzamı
Özünüzə nə qədər diqqət göstərirsinizsə göstərin, soyulan və çatlamış dodaqlar üzünüzdə ilk gözə dəyən xüsusiyyətiniz halına gələ bilər. Bu köhnəlmiş görünüşü yox etmək üçün dodaq rənginizlə eyni tonlara sahib dodaq balzamı istifadə edə bilərsiniz.
9. Daraq
Təcili bir görüşdə iştirak etmək lazım olduğu zaman saçlarınızı 15 saniyədə şəklə sala bilərsiniz. Bunun üçün rezin uclu və qatlanan bir saç darağını çantanıza qoymağı unutmayın.10. Böyük günəş eynəkləri
Sahibinə sirrli bir hava qatan bu aksesuar tam bir stil sahibinin zövqünə uyğundur.
11. Dəri pul kisəsi
Pul kisəsi qədər sıxlıqla istifadə etdiyiniz və yanınızdan ayırmadığınız bir əşya mümkün qədər qəşəng və funksional bir dizayna sahib olmalıdır. Zamanla dərisi yumuşadıqca, o, daha da xoş bir görünüş alır.
12. Klassik ətir
Hər kəsin bildiyi və insan həyatında iştirak etmiş olan klassik bir ətir özünüzü möhtəşəm hiss etmənizi təmin edə bilər. Keçdiyiniz hər yerdə izinizi buraxaraq ətirin sizinlə birləşməsi də bu qoxunun gətirəcəyi üstünlüklərdən bir başqasıdır. Buna az qala bir sərmayə kimi baxa bilərsiniz.
13. Dəri jaket
Əsasən az köhnəlmiş görünüşə sahib bir model ala bilər və ya bir neçə ildə bir köhnə paltarlarınızı arasından çıxardığınız, tələbə illərinizdən qalma dəri pencəyinizi təkrar geyinə bilərsiniz.
14. Saç aksessuarı
Saç bantları, bəzəkli tac son dövrün ən gözəl aksessuarlarındandır. Artıq az qala hər markanın hazırladığı bu saç aksessuarları görünüşünüzə təzəlik qataraq ən pis əhvalınızı belə yaxşılaşdırar.
15. Makiyaj fırçaları
Tükləri tökülən makiyaj fırçalarınızdan xilas olun. Müvəffəqiyyətli bir makiyaj üçün dərinizə bir professional kimi baxmalısınız. Keyfiyyətli fırçalar seçin və dərinizə layiq olduğu kimi davranın.
qadin.net
|
['gözəl qadın', 'gözəl qadın obrazı']
|
1,645 |
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/16778/do%C4%9Fu%C5%9Fdan-kuba-v%C9%99t%C9%99nda%C5%9F%C4%B1-%C3%A7e.html
|
Doğuşdan Kuba vətəndaşı – Çe!
|
Apollon
|
Böyük insanlar,şəxsiyyətlər
|
6 sentyabr 2014, 15:32
|
Ona “Çe” təxəllüsü Kuba partizanları tərəfinnən verildi. Çe argentinalıların xarakterik çağırış formasıdı, “hey”, “dost” mənası daşıyır. Beləcə Ernesto, Ernesto Çe Gevara oldu. Qısa zamanda dünyaya səs salan inqilabçı, siyasətçi kimi şöhrət qazandı.Çe Gevara 14 iyun 1928- ci ildə ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlib. Gevara uşaqlığından astmadan əziyyət çəksə də, mükəmməl bir atlet olur. Yetkinlik dövründə şeirə, xüsusilə də Pablo Nerudanın şeirlərinə maraq saldı. Gevara həyatı boyu Latın Amerikasında məşhur olan şeir yazma sənətinə meyl göstəirr. Bir çox mövzularla maraqlanan həvəsli oxucu olur Yetkinliyinin son dövrlərində fotoqrafiyaya maraq saldı və vaxtının əhəmiyyətli qismini insanları, getdiyi yerləri və arxeoloji bölgələri fotolentə çəkməklə keçirirdi.
Gevara tibb təhsili almaq üçün 1948-ci ildə Buenos-Ayres Universitetinə daxil olur. Fasilələrlə davam edən təhsil həyatını 1953-cü ilin martında bitirərək, həmin il iyunun 12-də diplomunu alır. Gevara tələbəlik dövründə Latın Amerikasına uzunmüddətli səfərə çıxır. 1951-ci ildə köhnə yoldaşı, biokimyaçı Alberto Qranado illərdir planlaşdırdıqları Cənubi Amerika səyahəti üçün tibb təhsilinə bir il fasilə verməyi təklif dir. Qısa müddət sonra, “La Poderosa II” (Güclü II) adını verdikləri 500 sm³-lik 1939-cu il model Norton markalı motosikletlə Alta-Qrasiadan yola çıxırlar. Peruda Amazon çayı sahilindəki San-Pablo cüzam koloniyasında könüllü olaraq bir neçə həftə keçirməyi düşünürdülər. Gevaranın bu səfərini izah etdiyi səyahət qeydləri 2004-cü ildə Motosiklet gündəlikləri adı ilə kinoya uyğunlaşdırılıb.
Bu səfər əsnasında kütlələrin yoxsulluğunu, təzyiqi və gücsüzlükləri yaxından müşahidə edən və marksizmdən təsirlənən Gevara, Latın Amerikasındakı iqtisadi və ictimai bərabərsizliklərin tək həllinin inqilab olduğu nəticəsinə varır. Səfərləri ona Latın Amerikasına ayrı-ayrı xalqlardan ibarət qarışıq bir quruluş kimi deyil, xilası yalnız qitə miqyasında bir strategiya ilə reallaşa biləcək bütöv bir bədən kimi baxmasını təmin edir.
1955-ci ilin iyununda Meksikada dostu Niko Lopez onu Raul Kastro ilə tanış edir. Bir neçə həftə sonra Kubada həbsdən azad edilən Fidel Kastro da Meksikaya gəlir və 8 iyul 1955-də Raul Çe Gevaranı Fidel Kastro ilə tanış etdi. Aralarındakı qızğın söhbətdən sonra Gevara Kastronun inqilab lideri olmaq üçün lazımi keyfiyyətlərə sahib olduğu qərarına gələrək Kuba rəhbəri Fulxensio Batistanı devirmək üçün qurulan “26 İyul hərəkatı”na qatılır. Qrupun həkimi olmasına qərar verilsə də, hərəkatın digər üzvləri ilə hərbi təlimlərə olur.
18 avqust 1955-də Çe Gevara Hilda ilə evləndi və 15 fevral 1956-da Hilda Beatriz adını verdikləri qızları doğuldu. Bəli, 25 noyabr 1956-da Meksikadan Kubaya doğru yola çıxan “Granma” yaxtasında kubalı olmayan yeganə şəxs Çe Gevara idi.
Quruya çıxar-çıxmaz Batistanın əsgərlərinin hücumuna məruz qalan qrupun yarısı dərhal orada və ya tutulduqdan sonra öldürüldü. Gevara, bu qarşıdurmada qaçan bir yoldaşının yerə saldığı sursatı götürmək üçün tibbi ləvazimat çantasını buraxdığını və o an həkimdən döyüşçüyə çevrildiyi anı ömrünün dönüş nöqtəsi sayır. Bununla da o, həkim Ernestodan inqilabçı Çe Gevaraya çevrilir.
Sağ qalan 15-20 üsyançı qaçaraq Syerra Maestra dağlarında gizlənir və Batista rejiminə qarşı partizan döyüşünə başlayır. Yoldaşları tərəfindən cəsarəti və əsgəri qabiliyyəti səbəbindən hörmət görən Gevara üsyançılar arasında lider, Komandan olur. Bir çoxları üçün isə “qəddarlığı” səbəbiylə qorxulu adam idi. Düşmənə məlumat ötürənlərə, qaçaq və ya cəsuslara qarşı amansız olur Çe Gevara. 1958-ci ilin son günlərində inqilabın ən əhəmiyyətli hadisələrindən olan Santa-Klaraya hücum zamanı “xüsusi təyinatlı intihar dəstəsi”nə rəhbərlik edir. Generallarının, başda general Kantilyo olmaqla “Central America” adlı işləməyən şəkər fabrikində Fidel Kastro ilə görüşdüyünü və onunla razılaşdığını öyrənən Batista 1 yanvar 1959- Dominikana qaçır.
Yeni yaradılan hökumət tərəfindən 7 fevralda Çe Gevara “doğuşdan Kuba vətəndaşı” elan edilir. Qısa müddət sonra Meksikadan yola çıxmazdan əvvəl ayrıldığı Hilda ilə boşanır. 2 iyun 1959-cu ildə “26 İyul hərəkatı”nın üzvü Aleyda Març ilə evləndi.
Dekabr 1964-də Birləşmiş Millətlərdə çıxış etmək üçün Kuba heyətinin rəhbəri olaraq Nyu-Yorka gedir.17 dekabrda Parisə üç aylıq bir beynəlxalq gəzintiyə başlayır. Bu gəzinti əsnasında Çin Xalq Respublikası, Birləşmiş Ərəb Respublikası (Misir-Suriya), Əlcəzair, Qana, Qvineya, Mali, Konqo-Brazzavil və Tanzaniyanı gəzdi. İrlandiya, Paris və Pragada fasilələr verdi. 24 fevral 1965-ci ildə Cəzairdə, sonradan beynəlxalq səhnədə son görünüşü olacaq olan “İkinci afrika-Asiya İqtisadi Həmrəylik Seminarı”ndakı çıxışını etdi. 14 Martda Kubaya döndüyündə Havana aerodromda Fidel və Raúl Kastro, Osvaldo Dorticós və Carlos Rafael Rodríguez tərəfindən sadə bir mərasimlə qarşılandı.
Fidel Kastro dostuna bir neçə vəzifə Verdi. Kabana həbsxanasının rəhbəri, Milli Torpaq İslahatı İnstitutunda əhəmiyyətli vəzifə, Kuba Mərkəzi Bankının sədri, Sənaye Naziri və s. Ancaq Çe Gevara son vəzifəsini özü seçdi. Bütün vəzifələrini buraxaraq inqilabçı olmağına davam etdi…
Onun bu qərarını heç kim bilmirdi. O qeyb olmuşdu. Kastrodan sonra gələn adam olaraq baxıldığı Kubada harada olduğu, 1965-ci ilin ən böyük sirrlərindən idi.
Gevaranın aqibəti haqqındakı beynəlxalq fərziyyələrin təzyiqiylə Kastro 16 iyun 1965-ci ildə etdiyi şərhdə insanların Gevara haqqında məlumat götürmələrinin ancaq Gevara istədiyində mümkün ola biləcəyini söylədi. Gevaranın ortadan yoxa cıması ilı ilə əlaqədar Kuba içində və xaricində bir çox dedi-qodu yayıldı. Eyni ilin 3 oktyabrında Kastro, Gevaranın bir neçə ay əvvəl özünə yazdığı tarixsiz məktubu açıqladı. Bu məktubda Gevara Kuba inqilabına bağlılığını təkrarlayır ancaq inqilab yolunda xarici torpaqlarda döyüşmək üçün Kubadan ayrılma niyyətini bildirirdi. Məktubunda “dünyadakı digər xalqlar mənim sadə əməyimə çağırış etdilər” deyərək, “yeni döyüş sahələrində” partizan olaraq döyüşmək üçün ayrılmağa qərar verdiyini ifadə edirdi. Eyni zamanda hökumət, partiya və ordu içindəki bütün vəzifələrindən istefa verdiyini və ona inqilab üçün etdiklərini təqdir məqsədiylə verilmiş olan Kuba vətəndaşlığından imtina etdiyini də əlavə edirdi.
Dörd xarici jurnalistlə 1 noyabrda etdiyi görüşmə əsnasında Kastro, Gevaranın harada olduğunu bildiyini amma açıqlamayacağını ifadə edərək, köhnə yoldaşının öldüyünə dair söz-söhbətləri rədd etdi və Gevaranın sağlamlığının çox yaxşı olduğunu əlavə etdi. Kastronun sözlərinə baxmayaraq 1965in sonunda Gevaranın aqibəti bir sirr olaraq qaldı, hərəkətləri və harada olduğu iki il boyunca diqqətlə saxlanan bir sirr oldu.
Boliviyada partizan müharibəsində iştirak etdiyi vaxt Ernesto Çe Gevara gündəlikdə qeydlər aparır. Onun ölümündən sonra bu gündəlik bütün dünyada 100 000 tirajla işıq üzü görür. Gündəlikdəki ilk qeyd 7 noyabr 1966-cı ildə yazılıb:
Bu gün həyatımda yeni mərhələ başlayır. Belə götürəndə səfər uğurlu keçdi. Paçenqo ilə öz görkəmimizi dəyişdik, Koçabambuya gəldik və burada bizə lazım olan adamlarla görüşdük. Hərəmiz bir cipə minib yola düşdük. Rançoya az qalmış maşınları saxladıq. Bizi kokain istehsalıyla məşğul olmaqda günahlandıran kəndlilərdən birini şübhələndirməmək üçün rançoya 1 cipdə yollandıq.
Çe Gevaranın Boliviya gündəliyinin 7 oktyabr 1967-ci ildə yazılan son qeydi isə belə idi. Bura – Nyankauasuya gəldiyimiz gündən on bir ay keçib. Gün gözlənilməz hadisələrsiz, demək olar ki, əla keçdi…
…Radioyla xəbər verilir ki, 250 əsgər Serranoda 37 partizanı – yəni bizi – mühasirəyə alıb, yolumuzu kəsib və biz Asero və Ora çayları arasında mühasirədəyik. Bu xəbər mənə çox gülməli gəldi.
Əslində Çe Gevaranın partizan dəstəsi doğrudan da o vaxt bu çaylar arasında mühasirəyə düşmüşdü. Sadəcə o, yerli relyefi yaxşı tanımadığından harda olduğunu bilmirdi. Bu məlumatı isə o radioadan eşitmişdi. Elə həmin gün Çe Gevara döyüşdə ayağından yaralanır, əsir düşür və oktyabrın 9-u güllələnir…
Çe gevaranın onu öldürməyə gələn cəllada son sözü bu olur: Bura məni öldürməyə gəldiyini bilirəm. Vur məni cəllad, qorxaq, yalnız bir adam öldürmüş olacaqsan. “Çe” 39 yaşında güllələndi. Ancaq üstünnən uzun illər keçsə də onun inqilabi sloqanları bu gün yaşayır.
“Mübarizə aparan itirə də bilər, amma mübarizə aparmayan çoxdan itirib.
Diz üstə yaşamaqdansa ayaq üstə ölmək yaxşıdı.
Uğrunda yaşayacaq bir şeyimizin olduğunu, uğrunda öləcək bir şeyimiz olmadan dərk edə bilmərik"- kimi məşhur şüarlar bu gün dünyanın demək olar ki, bütün ölkələrdə dillərdə dolaşır…
Sərdar Amin
|
['Çe Gevara', 'Çe Qevara']
|
1,646 |
https://kayzen.az/blog/poeziya/16882/bir-yoxla-g%C3%B6r%C3%BCm-s%C9%99n-%C3%B6l%C9%99-bilirs%C9%99n.html
|
Bir yoxla görüm sən ölə bilirsən?
|
Shabnam_Ilham
|
Poeziya
|
6 sentyabr 2014, 14:05
|
İşıq közәrirsә uzaqda bil ki,
Cırtdanın yoludu, dön qayıt geri.
Pulum da yoxdur ki, mәn gedim alım
Eni üçün dördә bir mәzar yeri.
Yәqin ki, bilirsәn nağılda heç vaxt
Yaxşılar ölmәyir, pislәrdi ölәn.
Yәqin ki, bilirsәn hәyatda heç vaxt,
Yaxşılar gülmәyir, pislәrdi gülәn.
Cәnnәti satan yox, pulsuzdu orda
Sevgilәr, sevinclәr, xoş münasibәt.
Cәhәnnәm ucuzdu, amma alan yox,
Bizәmi qalacaq bu istirahәt?
Qocalıb ölәndә sәn anlayırsan,
İnsanın nә dostu, nә düşmәni var.
Sevgili yarımdı sevgili ölüm,
Tәkcә mәni atmır bu sevgili yar.
Yaxşı ki, yazılmış bir neçә sözlә
Dәrdini azaldıb, bölә bilirsәn.
Yaşamaq pisdimi? deyә düşünsәn,
Bir yoxla görüm sәn ölә bilirsәn?
[Hacı Səfərov]
|
['şeir']
|
1,647 |
https://kayzen.az/blog/happy/16867/bir-g%C3%BCn-yuxudan-oyanacaqsan-ki,-75-ya%C5%9F%C4%B1n-var.html
|
Bir gün yuxudan oyanacaqsan ki, 75 yaşın var...
|
Apollon
|
Xoşbəxtlik üçün
|
5 sentyabr 2014, 20:05
|
Komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini, — Həyatının sevgisini qüruruna qurban verdiyini, — Yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan.***
Başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını, — Binanın başına çıxıb səsin gəldiyi qədər qışqırmadığını, — Səni vaxtilə üzən böyük problemlərin əslində nə qədər kiçik olduğunu, — Sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən.
***
Paraşütün açılmayacağından qorxub hoppanmadığın dağ başını, — Soyuq olduğu üçün çimmədiyin dənizləri, — İsti olduğu üçün saatlarla çıxmadığın yatağı, — Televizor qarşısında boş yerə keçirdiyin saatları, — Yetərincə qucaqlamadığın dostları, — Öyrənməyə vaxt tapmadığın pianinonu, — Düşüncələrini həmişə çox ciddiyə aldığın qonşuları, — Tənbəllik edib getmədiyin yığıncaqları xatırlayacaqsan.
***
— Üzmədiyin okeanları, — Səyahət etmədiyin ölkələri, — Yazmadığın kitabı, — Tanış olmadığın insanları, — Dadına baxmadığın yeməkləri — Yazmadığın ad günü kartlarını, — Nə cür keçdiyini hiss etmədiyin günləri, — Öyrənmədiyin rəqsləri düşünəcəksən…
***
Bu düşüncələr sənin ürəyini parçalayacaq.
Bunun baş verməsinə imkan vermə!
hellokishi.com
|
['xoşbəxtlik üçün', 'arzular', 'xəyallar']
|
1,648 |
https://kayzen.az/blog/fotosessiya/16874/katerina-kampranid%C9%99n-laz%C4%B1ms%C4%B1z-%C9%99%C5%9Fyalar.html
|
Katerina Kamprani`dən lazımsız əşyalar
|
Don_Elnur
|
Fotosessiya
|
5 sentyabr 2014, 16:27
|
['lazımsız əşyalar', 'Katerina Kamprani', 'istifadəsiz əşyalar']
|
|
1,649 |
https://kayzen.az/blog/evdarliq/16769/i%C5%9Fl%C9%99ri-y%C3%BCng%C3%BCll%C9%99%C5%9Fdir%C9%99n-%C9%99%C5%9Fyalar.html
|
İşləri yüngülləşdirən əşyalar
|
Apollon
|
Evdarlıq
|
4 sentyabr 2014, 12:56
|
Bu mətbəx əşyaları yemək bişirməyi əyləncəli hala gətirir. Hətta hamısı mənim olsun deyəcəksiniz!Öz süzgəci olan makaron qazanı
Spreyli salat sousu şüşəsi
Yer tutmayan, qatlanması mümkün olan rəndə
Çox bıçaqlı doğrayıcı
Maqnitli İpad qabı
Təzə ot üyüdücüsü
Ananas doğrayan
Silikon kasa
Julyen kəsən alət
Dəmir üstlü kəsmə taxtası
Dar ağızlı şüşələr üçün nazik buz qabı
Vermeşil ölçən aparat
Qazanın ucuna taxıla bilən süzmə aparatı
Yumurta sarısını ağından ayıran aparat
Soğan tutan
Qarğıdalı dənləyən
Qaşıq tutan
Yer tutmayan praktik yumurta çırpan
Yığıncaqlar üçün ideal bölümlü kasa
Çəyirdək çıxaran aparat
Boşqabın kənarına yapışdırıla biləcək sous kasası
|
['mətbəx əşyaları', 'kreativ əşyalar']
|
1,650 |
https://kayzen.az/blog/dieta/16861/i%C5%9Ftah-k%C9%99s%C9%99n-l%C9%99zz%C9%99tli-qidalar.html
|
İştah kəsən ləzzətli qidalar
|
Someone
|
Dietologiya
|
4 sentyabr 2014, 12:43
|
Çəki atmanızı asanlaşdıracaq ləzzətli qidaların siyahısı:Xiyarı yaxşıca yuyub incə-incə doğrayın və üzərinə bol dərəotu səpin. Bu tərəvəzin kalorisi çox azdır və adamı tox tutur.Gül kələmi və brokolini yaxşıca doğrayıb üzərinə qatıq əlavə edin. Liflə zəngin olduğundan sizi uzun müddət tox saxlayacaq.Şirniyyat əvəzi olaraq 250 qram gavalını darçınla qaynadıb yeyinn. Bir porsiya yaşıl lobyanı 20 dəqiqə suda qaynadın, sirkə, duz və istiotla dadlandırın. İstəsəniz, üzərinə yağsız krem də əlavə edə bilərsiniz.200 qr ananası süzgəcdən keçirin. İçinə 100 qram kefir və təzə nanə əlavə edin. Ananasın tərkibində olan fermentlər, protein həzmi sürətləndirdiyindən adamı gec acdırar. Yaşıl salat, ton balığı, kivi və portağaldan ibarət dadlı bir süfrə hazırlayın. Balığın tərkibində olan yod tiroit vəzinin funksiyasını sürətləndirdiyindən gec acacaqsınız.Acdığınızda qara kişmiş yeyin. Qara kişmiş qan təzyiqinin düşməsinin qarşısını alır, ancaq çox da həddini aşmayın. Bir ədəd qara kişmişdə 8 kalori var.Həftədə 2 dəfə yumurta yeyin. Yumurtada yetərincə triptofan var. Bu da əhvalınızın hər zaman yaxşı olmasına kömək edir.Enerjisiz qalmamaq üçün 1 dəstə cəfərini süzgəcdən keçirib tərəvəz suyuna əlavə edin. Üzərinə acı bibər sousu töküb için. Bu qarışımın içində olan C vitamini və bitki mənşəli maddələr yağların yandırılmasını asanlaşdırır.Qırmızı almanı nazik dilimlərə doğrayıb üzərinə 1 çay qaşığı çəkilmiş qoz və yarım çay qaşığı yonca balı əlavə edin. Bu, sizi həm tox tutacaq, həm də bağırsağın fəaliyyətini yaxşılaşdıracaq.Yağsız holland pendirini nazik-nazik doğrayıb qara zeytunla bəzəyin. Üzərinə 1 xörək qaşığı sirkə tökün. Bu, bir neçə saatlıq aclığınızı yox edəcək.Qaraciyəri yaxşı çalışdırmaq üçün 10 ədəd ənginar kökünü içinə 1 ədəd doğranmış soğan, qara bibər və yarım limon qatılmış suda qaynadın. 1 çay qaşığl bal, bir az kəklikotu və limon suyunu qaynadın. Ənginar kökünün suyunu süzün və hazırladığınız bu qarışımın içində bir az bişirib çıxarın.Bol-bol böyürtkən yeyin. Böyürtkən sizin həm əhvalınızı yaxşı tutar, həm də tox saxlayar. Böyürtkənin tərkibində olan şəkər qan şəkərini artırmaz.Səhər yeməyində armud yeyin. Armudu rəndələyib una qatın. İçinə bir az da yoqurt əlavə edin. Armudun tərkibində olan fruktoz sizi tox tutacaq.Günü canlı keçirmək üçün özünüzə yulaf əzməsi hazırlayıb içinə quru meyvələr qatın. Bu, karbohidrat ehtiyacınızı ödəyəcək.Portağal və 50 qram ispanaqdan ibarət salat hazırlayın. 50 qram yağsız qatıq, duz və istiotlu sousla dadlandırın. Həm infeksiyalara qarşı qoruyar, həm də mədənizi doyurar.Noxudun tərkibində olan albümin sizi tox tutduğundan tez -tez noxud şorbası için.200 qram yağsız qatığın içinə 1-2 qaşıq yulaf qatın. Bu, sizi tox tutacaq.Acdığınızda içinə limon və yaşılalmadilimləri əlavə edilmiş 1 stəkan soyuq su için.Meyvə suyunun içinə əlavə edəcəyiniz soda maqnezium ehtiyacınızı qarşılayacaq və aclığınızı yox edəcək.
Ailem.az
|
['dietologiya', 'çəki atmaq', 'qidalar', 'iştah kəsən qidalar']
|
1,651 |
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/16866/yor%C4%9Funlu%C4%9Fun-5-%C9%99sas-s%C9%99b%C9%99bi-v%C9%99-h%C9%99ll-yollar%C4%B1.html
|
Yorğunluğun 5 əsas səbəbi və həll yolları
|
Someone
|
sağlam həyat tərzi
|
4 sentyabr 2014, 12:33
|
Yorğunluq iş həyatımızdan tutmuş ailə yaşamımıza və sosial münasibətimizə qədər hər şeyə mənfi təsir göstərir. Bəs ümumilikdə yorğunluğun səbəbi nədir?Susuzluq beyninizi tənbəlləşdirib, özünüzü ağır hiss etmənizə və diqqət əskikliyinə səbəb olur. Bundan sonra özünüzü yorğun hiss etsəniz, dərhal yeməyə qaçmayın. 1-2 stəkan su için.Yatağa girmədən öncə telefonlarınızı söndürdüyünüzə əmin olun. Sadəcə mobil telefon deyil, bütün mavi işıq saçan cihazlar yuxu hormonu olan melatoninə təsir edir. Yəqin ki, hər biriniz gecə şirin yuxudaykən gələn mesaj, ya zəng ucbatından dəfələrlə oyanmalı olmusunuz. Buna görə yatmadan əvvəl telefonlarınızı mütləq söndürün.Antidepressant, allergiya əleyhinə və təzyiq dərmanları enerji əskikliyi yaradır. Buna görə dərman atmadan əvvəl həkimlə məsləhətləşin. Həddən çox idman etdikdə tərləmə müddəti uzanır. 30 dəqiqədən artıq qaçmaq, stress hormonu olan kortizol səviyyəsini artırır.Əgər gündə 18 mq dəmir qəbul etməsəniz, bədəniniz işləmir, mübarizə aparır sanki. Özünüzü bitkin hiss edirsiniz. Aşağı dəmir səviyyəsi qan azlığına yol açar. Buna görə özünüzü bitkin hiss etsəniz, həkimlə məsləhətləşib dəmir tərkibli dərmanlar qəbul edə bilərsiniz.
|
['yorğunluq', 'yorğunluqun səbəbi', 'yorğunluqun həlli']
|
1,652 |
https://kayzen.az/blog/erzaq/16864/sirk%C9%99nin-bilm%C9%99diyimiz-xeyirl%C9%99ri.html
|
Sirkənin bilmədiyimiz xeyirləri
|
Someone
|
Ərzaqlar
|
3 sentyabr 2014, 18:51
|
Sirkənin müəyyən növləri tonlarla dərmanı əvəz edə bilər.
Sirkənin tərkibində qocalmanın qarşısını alan antioksidantlar var. O, həmçinin xərçəng xəstəliklərini və beynin degenerativ pozğunluğunu önləyir. Bundan başqa, sirkənin iltihab əleyhinə təsiri də var. O, diabetin orqanizmə təsirini azaldır. Sirkə qəbul edərkən ürək-damar sisteminin vəziyyəti yaxşılaşır, qan təzyiqi aşağı düşür.
Belə məlumatlar da var ki, sirkə idmançılara ağır fiziki yükdən sonra bərpa olunmağa kömək edir. İnsan hər gün sirkə istifadə edərsə, onun iştahı azalır və təbii ki, artıq çəkidən azad olmaq istəyənlər üçün dəyərli ərzaqdır.Alimlər deyirlər ki, hər gün 1-2 qaşıq sirkə qəbul etməklə orqanizmdəki «yaxşı» xolesterinin qədərini artırmaq olar. Onlar bunu 120 nəfər könüllünün üzərində təcrübə keçəndən sonra isbat ediblər. Onların yarısına sirkə, qalanına isə plasebo verirdilər. Təcrübə ümumilikdə 2 ay çəkdi.Məlum oldu ki, sirkə qəbul edən insanlarda yüksək sıxlıqlı lipoproteinlər — «yaxşı» xolesterin — çoxalıb. Yeri gəlmişkən, alma sirkəsi artrit və podaqra xəstəliyndə də effektlidir: qanda şəkəri, iştahı azaldır, yağların metabolizmini sürətləndirir.
|
['ərzaqlar', 'sirkə', 'sirkənin xeyirləri']
|
1,653 |
https://kayzen.az/blog/Bilirsinizmi/16857/%C3%B6mr%C3%BCm%C3%BCz%C3%BC-n%C9%99l%C9%99r%C9%99-s%C9%99rf-edirik.html
|
Ömrümüzü nələrə sərf edirik?
|
Someone
|
Bilirsinizmi?
|
3 sentyabr 2014, 18:31
|
Yaşanan illərin nələrə sərf olunduğuna nəzər yetirsək, belə qənaətə gələrik ki, insan ömrü o qədər də uzun deyil. Faktlara nəzər yetirin, görün 70 il yaşayan insan ömrünü hansı məşğuliyyətlərə sərf edir?Əgər insan sutka ərzində 8 saat yatırsa, bu o deməkdir ki, o, ayın 240 saatını, ilin 2880 saatını, yəni 120 gün, bütövlükdə ömrünün 25 ilini yatmağa sərf edir. Hələ onu nəzərə almırıq ki, bir çox insanlar 8 saatdan artıq, 10-12 saat yatırlar.Müasir insan oyaq vaxtı, yəni yuxudan kənar 16 saatın təxminən yarısını telefon danışığına, televizora baxmağa, kompüter qarşısında əyləşməyə sərf edir. Bu vaxt sərfiyyatı isə ömrümüzün 20 ilini əlimizdən alır. Bu rəqəm bəzi insanlarda daha böyükdür. Çünki elə insanlar var ki, onlar sutkanın yarısından çox monitor qarşısında əyləşirlər. Orta hesabla insanın ömrünün 4-5 ili qidalanmaya, yeməyə və içməyə gedir. Bu rəqəm fərqli də ola bilər. Çünki elələri var ki, vaxtını çox böyük səxavətlə restoran və kafelərdə yeyib-içməyə, çayxanalarda çay içməyə sərf edir.Ömrün 2-3 ilini insan şəxsi gigiyenasına və sağlamlığına sərf edir. Bu vaxta həkim müayinəsinə getmək, apteklərdən dərman almaq, diş fırçalamaq, vanna qəbul etmək, xəstəxanada müalicə almaq, sanatoriyada istirahət etmək daxildir.Böyük şəhərlərdə yaşayan avtomobil sahibləri öz ömürlərinin 2 ilə yaxın bir vaxtını özlərindən asılı olmayaraq tıxaclarda dayanmağa sərf edirlər. Svetoforlarda yaşıl işığı gözləməyə isə sürücülərin ümumilikdə 20-30 günü gedir. Şəxsi, yaxud xidməti avtomobili olmayanlar ömürlərinin təxminən 1 ayını ictimai nəqliyyatı gözləməyə sərf edirlər. Əgər gözlədikləri nəqliyyat vasitəsi vaxtlı-vaxtında gəlirsə.Alış-veriş etmək də ömrümüzdən az kəsmir. Dükan-bazarda kişilər ömrünün 2 ilini, xanımlar isə 3 ilini keçirirlər. Bu rəqəm şopinq azarkeşlərinə aid deyil.Siqaret çəkənlər vaxt baxımından öz ömürlərinə ikiqat zərbə vururlar. Bu xoşagəlməz vərdişlə onlar həm ömürlərini qısaldır, həm də buna görə 160 gün vaxt sərf edirlər.Xanımlar gözəl görünməkləri naminə vaxt itirməkdən çəkinmirlər. Zərif cinsin nümayəndələri bəzənmək üçün ömürlərinin 135 gününü qurban verirlər.Xanımların bəzənməyə itirdikləri vaxtı kişilər üz qırxmağa sərf edirlər. Saqqal saxlayanları nəzərə almasaq bu iş üçün kişilərə 115 gün vaxt lazımdır.Vaxtımızı amansızcasına alan məsələlərdən biri də banklarda, marketlərdə, idarələrdə və s. gözlədiyimiz növbələrdir. Növbələr ömrümüzün düz 6 ayına şərik olurlar.Mənzilin təmizlik işlərinə, yır-yığışa, səliqə-sahmanına qadınlar könüllü, yaxud qeyri-könüllü ömürləri boyu təxminən 3-4 il vaxt sərf edirlər. Bu səliqəsiz və pinti qadınlara aid deyil.Elə düşünməyin ki, qadınlar mənzili yığışdıranda kişilər istirahət edirlər. Kişilər eyni vaxtı bağ-bağçaya, mənzil və avtomobil təmirinə sərf edirlər.Nəhayət kişi ilə qadının birlikdə sərf etdiyi vaxt da var. Bu seksdir. Hər bir insan orta hesabla ömrünün təxminən 3-4 ayını intim münasibətlərə sərf edir.Sadalanan faktlar insanda heç də xoş ovqat yaratmır. Bütün bunlar insanın yaşam tərzinin qaçılmaz və mütləq həqiqətləridir. Çıxış yolu isə birdir. Yerdə qalan beş-üç dəqiqəni mənalı yaşamaq. /modern.az/
|
['yaşam', 'ömür', 'zaman', 'məşğuliyyətlər', 'maraqlı məlumatlar']
|
1,654 |
https://kayzen.az/blog/maraqli-faktlar/16853/maraql%C4%B1-v%C9%99-q%C9%99rib%C9%99-faktlar-4.html
|
Maraqlı və qəribə faktlar - 4
|
Someone
|
Maraqlı faktlar
|
3 sentyabr 2014, 18:13
|
1. Bir insan həyatı boyunca təxminən 22 kiloqram dəri itirir 2. İsti su soyuq sudan daha ağırdır.3. Həşəratlar yatmır.4. Bambuk dünyanın ən sürətlə böyüyən bitkisidir, bir gündə 90 sm-ə qədər uzanır.5. Asqırarkən ürəyiniz də daxil olmaqla bütün orqanlarınızın funksiyaları dayanır. 6. Dünyada baş verən müharibələrin əsas səbəbi təbii ehtiyatları əldə etməkdir.7. Səudiyyə Ərəbistanında arvadın ərinə qəhvə hazırlamaması boşanmaya səbəbi ola bilir.8. Balinalar gözləri açıq yatır.9. Şirlər bir gündə 50 dəfə sevişə bilirlər.10. Qitə adlarının hamısı eyni hərflə başlayıb eyni hərflə bitir.11. Yellənən stolda heç durmadan yellənmək rekordu 440 saatdır. Rusiyanın dörddə biri meşələrlə örtülüdür. Əgər bir insan fasiləsiz olaraq 8 il 7 ay qışqıra bilsəydi, bir qəhvəni isidə biləcək enerji yarada bilərdi. Pişiklərin hər bir qulağında 32 əzələ var. Kərəvəz yeyərkən sərf edilən kalori kərəvəzin içindəki kaloridən daha çoxdur. İtlərin tər vəzləri ayaqlarındadır. Sarışınların saç teli əsmərlərə nisbətən daha çoxdur. Atlar bir aya qədər ayaq üstə qala bilirlər. Sadəcə donuzlar günəşdən yana bilərlər. Avstraliyadakı restoranlarda unitazın suyu saat əqrəbinə uyğun axır. Kişihəyatının 3350 saatını üzünü təraş etməklə keçirir. Dünyadakı piylənmədən əziyyət çəkən insanların üçdə biri inkişaf etmiş ölkələrdə yaşayır. Hər insanın dilinin izi də barmaq izi qədər fərqlidir. Tarakan 250 milyon il yaşasa da, heç bir dəyişikliyə uğramır. Timsahlarda rəng korluğu var. Ayı mağaralarının girişi həmişə şimala baxar..
|
['maraqlı faktlar', 'maraqlı məlumatlar']
|
1,655 |
https://kayzen.az/blog/fotosessiya/16824/dik-smitin-m%C9%99%C5%9Fhur-qrim-i%C5%9Fl%C9%99ri.html
|
Dik Smitin məşhur qrim işləri
|
Apollon
|
Fotosessiya
|
3 sentyabr 2014, 15:55
|
Bu il 92 yaşında vəfat edən amerikalı Dik Smit bədii qrimin pionerlərindən sayılır. Qrimin xaç atası adlandırılan Smit başqa qrimçilərdən fərqli olaraq, təkcə pudra, boyalarla kifayətlənmirdi.O, həm də yeni materiallarla eksperiment edirdi. 2012-ci ildə ona kinonun inkişafındakı xidmətlərinə görə Oskar mükafatı verilib. O, bu mükafatı alan yeganə qrimçidir. Onun metodları bu gün də geniş istifadə edilir. Smitin məşhur işləri arasında “Amadey”, “Taksist”, “Xaç atası” filmləri var.
«Xaç atası» filmi, Marlon Brando
"Şeytan" Linda Bler
«Taksi sürücüsü» Robert de Niro
«Aclıq» Devid Boui
«Qaratoxmaq qadın» Uini Fred Haydt
«Kiçik-böyük adam» Dastin Hoffman
«Mark Tven bu gecə» Hel Holbruk
«Viktoriya Regina» Kler Brun
«Amadey» Fərid Mürrey Abraham
«Ay və qara şahı», Lorens Olivye
«Mən Don Kixotam» İlay Uollak
Mənbə: adme.ru
|
['fotosessiya', 'fotopost', 'Dik Smit', 'qrim işləri']
|
1,656 |
https://kayzen.az/blog/maraqli-faktlar/16815/siz%C9%99-sevgili-laz%C4%B1md%C4%B1r-160-dollara-g%C3%B6nd%C9%99r%C9%99rik.html
|
Sizə sevgili lazımdır? 160 dollara göndərərik!
|
Apollon
|
Maraqlı faktlar
|
2 sentyabr 2014, 16:08
|
Son səkkiz il ərzində Yaponiyada saxta dost, qohum, hətta sevgili xidmətləri təklif edən firmaların sayı xeyli artıb. Bunun başlıca səbəbi — bənzər xidmətlərə müştəri marağının, tələbatının günbəgün artmasıdır. Hazırda ölkədə bu cür xidmətlər göstərən 10 firma mövcuddur.Firma əməkdaşları müştərilərin toy, yas, ad günü, uşaqlar üçün keçirilən əyləncəli gecə və sair tədbirlərinə qatılır, oradakı digər dəvətlilərə özlərini tədbir səbəbkarının dostu, qohumu və ya iş yoldaşı kimi tanıdırlar. Bundan əsas məqsəd — həmin məclis sahibinin dost-yoldaşsız, tənha və özünə qapanmış (introvert) biri olduğunu gizlətmək, ört-basdır etməkdir.Məsələn, sözügedən firmanın kişi əməkdaşı ad günü keçirilən uşağın müəlliməsinə özünü doğma əmi kimi təqdim edə bilər. Özünün bu məclisə hazırlıq ərəfəsində işdən çıxarıldığını açıb-ağartmaqdan çəkinən ev sahibi firma əməkdaşını məclisdəkilərə öz şirkətinin şefi kimi tanıdır. Məclisin təşkilatçısı başına topladığı dost-tanışın onun şəxsi həyatındakı uğursuzluqlarına acımasını istəmirsə, onda firmadan gələn cavan və yaraşıqlı qız onun sevgilisi rolunu görünməmiş səmimiyyətlə oynamağa çalışır. Üç il yarım bundan əvvəl yaradılan belə firmalardan biri də “Xaqemasi Tay”dır. Onu ixtisasca vəkil olan Ryuiti İtinokava yaradıb. Şirkətdə müxtəlif yaş kateqoriyalarını təmsil edən 30 qadın və kişi çalışır. Bu əməkdaşların Yaponiyanın ən müxtəlif şəhərlərində yaşaması firmanın öz müştərilərinə ölkə miqyasında xidmət göstərməsinə şərait yaradır.Firmasının göstərdiyi xidmət növlərinin qiymətləri barədə söz düşəndə R.İtinokava jurnalistlərə bildirib ki, saxta dostun məclisdə iştirakı üçün müştəri 160 dollarından keçməlidir. Əgər “yaxından tanıdığı” məclis sahibi barədə təmtəraqlı sağlıq və xoş sözlər söyləməsi ondan tələb olunarsa, onda məbləğ bir qədər şişir.Firma rəhbəri etiraf edib ki, fəaliyyət göstərdikləri üç il yarım ərzində onun əməkdaşları saxtakarlıq üstə bir dəfə də yaxalanmayıblar. Bundan ötrü firma əməkdaşları xüsusi və ciddi hazırlıq keçirlər, bir aktyor kimi oynayacaqları rolla bağlı önəmli məlumatları əzbərləyirlər ki, müştərinin paxırının üstü açılmasın. İtinokava bu sahədəki fəaliyyətini ailəsinə və dostlarına da indiyədək açıb söyləməyib. Hətta onun həyat yoldaşı son vaxtlar xəbər tutubmuş ki, əri bənzər xidmətlər göstərən firmanın rəhbəridir.Hər şeyə rəğmən, İtinokava etiraf edir ki, saxta dost-qohum biznesinə tələbat yüksəkdir və müştərilərinin sayı durmadan artır. O isə gördüyü işdən yerdən-göyəcən razıdır, çünki insanların üzünü güldürmək, onları pəncəsində çapaladıqları tənhalıq, kimsəsizlik duyğusundan, bənzər sıxıntılardan qurtarmaq yetərincə nəcib işdir.
Azad Yaşar
|
['tənhalıq']
|
1,657 |
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/16836/yem%C9%99kd%C9%99n-sonrak%C4%B1-z%C9%99r%C9%99rli-v%C9%99rdi%C5%9Fl%C9%99r.html
|
Yeməkdən sonrakı zərərli vərdişlər
|
Someone
|
sağlam həyat tərzi
|
2 sentyabr 2014, 14:43
|
Yemək sonrası vərdişlərin nə qədər zərərli olduğunu bilirsinizmi?
1) Siqaret çəkməkYeməkdən sonra çəkilən tək bir siqaretin 10 dənəyə əvəz olduğu sübut edir. (Xərçəng riski də doğru nisbətdə artır)2) Meyvə yeməkYeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur. Ona görə meyvənizi yeməkdən 1-2 saat əvvəl ya da sonra yeməlisiniz.3) Çay içməkÇay yarpaqları yüksək nisbətdə turşu ehtiva etdiyi üçün yeməklərdən aldığımız zülalları həzm etməyinizi çətinləşdirər. 4) Kəmər boşaltmaqYeməkdən sonra kəmər boşaltmaq bağırsaqların bükülməsinə və bloka olmasına səbəb olar5) Yeriməkİnsanlar ümumiyyətlə yemək yedikdən sonra yeriməyin ömrü uzattığına inanır. Halbuki bu doğru deyil. Yerimək, həzm sisteminin yediyimiz yeməklərdən nutrient mənimsəməməsinə səbəb olar. Yəni yediyimiz yeməyin heç bir mənası qalmaz.6) Duş qəbul etməkDuş qəbul etmək qan axışını əllərə, ayaqlara doğru çoxaldar və bu da mədənin ətrafındakı qan miqdarını azaldar. Nəticə olaraq, həzm sistemini zəiflədər.7) YatmaqYeməkdən dərhal sonra yatdığımızda, yediklərimizi kifayət qədər həzm edə bilmərik. Bu da bağırsaq iltihablanmalarına və mədə xəstəliklərinə səbəb olurMənbə: Bizimyol.info
|
['zərərli vərdişlər', 'qidalanma']
|
1,658 |
https://kayzen.az/blog/fotosessiya/16835/%C5%9F%C9%99kil-%C3%A7%C9%99kdir%C9%99rk%C9%99n-poz-verm%C9%99yin-hiyl%C9%99l%C9%99ri.html
|
Şəkil çəkdirərkən poz verməyin hiylələri
|
Someone
|
Fotosessiya
|
2 sentyabr 2014, 12:45
|
Şəkil çəkdirərkən poz vermək heç də asan deyil. Hətta bunu heç bacarmayan, bütün şəkillərində heykəl kimi duran insanlar var. Şəkillərlə özəl anlarımızı ölümsüzləşdiririksə, niyə də poz verməyi bacarmayaq? Sadəcə çalışmaq lazımdır.Arxa fon çox vacibdir. Yəni harda şəkil çəkdirməniz şəklin keyfiyyəti üçün əhəmiyyətlidir. Arxa fonun rəngi geyiminizin rəngi ilə təmas edirsə, yerinizi dəyişin. Şəkil çəkdirərkən geyiminizin, saçınızın rəngindən fərqli rəngdə olan yerlər seçin. Dümdüz kameraya baxmayın. Başınızı fərqli yönlərə əyərək poz verin. Hansı istiqamətdə baxarkən qəşəng göründüyünüzü bilmirsizsə, güzgünün qarşısınıda bunun üçün çalışınƏgər profildən şəkil çəkdirirsizsə, qollarınızı bədəninizlə təmas etdirməyin. Bu zaman qollarınız olduğundan da qalın görünə bilər.Şəkil çəkdirərkən sadəcə başınıza deyil, bədəninizə də müəyyən bir istiqamət verin. Düz dayandıqdan sonra bədəninizi 45 dərəcə istədiyiniz istiqamətə çevirin. Bir ayağınızı digər ayağınızın arxasına atın və bütün bədən ağırlığınızı arxadakı ayağın üzərinə yıxın. Əllərinizi belinizə qoyunAyaqlarınızı çarpaz tutun. Bu, ayaqlarınızın daha uzun görünməsinə kömək edəcək. Oturarkən ayaqların çarpaz qoyulması daha gözəl effekt verir.Gülün, əhvalınız pis olsa da gülün. Unutmayın, xoşbəxt insanlar hər zaman şəkillərdə qəşəng düşərlər. mənbə: ailem.az
|
['şəkil', 'şəkil çəkdirmək', 'şəkillərdə gözəl düşmək']
|
1,659 |
https://kayzen.az/blog/TAvA/16834/m%C9%99%C5%9Fhurlar%C4%B1n-sevgi-tarix%C3%A7%C9%99si.html
|
Məşhurların sevgi tarixçəsi
|
Someone
|
Tanınmış aktyorlar və aktrisalar
|
2 sentyabr 2014, 11:32
|
Mətbuatın nəfəs dərmədən izlədiyi sevgi romanı Ancelina Coli və Bred Pitt 2004-cü ilin axırında “Mister və Missis Smit” filminin çəkilişlərindətanışoldular. O zaman Bredd Pitt komediya aktrisası Cenifer Enistonla evli idi. Cütlüyün evlilikdən uşağı yox idi. Coli isə iki dəfə evlənib ayrılmışdı. İki uşağı vardı: daha doğrusu üç yaşlı kambodcalı oğlan Meddoksu və ondan daha balaca efiopiyalı qız Zaharanı övladlığa götürmüşdü Aktyorlar sevgi macəralarının filmin çəkilişində başladığını heç vaxt rəsmən təsdiqləməsələr də 2005-ci ilin əvvəllərində paparatsilər tərəfindən çəkilmiş şəkildə onlar artıq çəkiliş meydançasında idilər. Bu şəkil mətbuatda onların arasında nələrinsə baş verməsi haqda şübhələrin yaranmasına əsas verirdi. Pitt və Coli bu barədə inadla susurdular. 2005-ci ilin yanvarında Bredin həyat yoldaşı Cenifer ərindən boşandı. Mətbuat o saat boşanmanın səbəbini Colidə gördü. Publikanın simpatiyası zərərçəkən tərəfə-Einstona idi. Qaynana ilə gərginliklərHələ Bred Pittlə Ancelina Coli sevgi yaşadıqlarını etiraf edənədək mətbuat Colinin uşaqlarını övladlığa götürmək üçün Pittin sənəd təqdim etdiyini ortaya çıxardı. Uşaqlar ikili familiya aldılar: Coli-Pitt. Cütlük özü isə Brandcelina kimi təxəllüs qazandı.2006-cı ildə Coli mətbuata Pittdən hamilə olduğunu dedi və bu artıq Hollivuddakı yeni cütlük haqda ilk rəsmi fakt oldu. Bu hadisədən sonra Bredin boşanma səbəbi haqda KİV “etibarlı mənbələrdən” aldığı məlumatı yazmağa başladı: Pittlə Einstonun nikahı ona görə pozulub ki, Einston aktyora övlad bəxş edə bilməyib. Artıq cütlüyün evlənəcəyinə heç kim şübhə etmirdi. Amma cütlük nikah dəm-dəstgahının onları maraqlandırmadığını bəyan etdi.Sevgililərin ilk övladı Şaylo Nuvel 2006-cı ildə doğuldu. Sonrakı illərdə Coli və Pittin himayəsinə daha üç uşaq keçdi: 2007-ci ildə Ancelina Vyetnamdan olan Paks Tyen adlı oğlanı övladlığa götürdü, 2008 ci ildə isə vətəndaş nikahında yaşayan cütlüyün özünün əkiz uşaqları doğuldu: Noks və Vivyen.Bütün müsahibələrində Pitt və Coli jurnalistlərə tamamən xoşbəxt olduqlarını, heç evlənmək barədə düşünmədiklərini söyləyirdilər. Bu tez-tez səslənən “Nə zaman?” sualı onları bezdirəndə Bred standart cavablardan qaçıb maraqlı fikirlər səsləndirirdi, məsələn deyirdi ki, onlar yalnız “dünyadakı bütün homoseksual cütlüklər evlənmək hüququ qazananda” evlənəcəklər.Pitt və Colinin rəsmi nikahlarının olmamasına baxmayaraq onların həyatında yeni ailə personajı-qaynana da ortaya çıxdı: KİV yazırdı ki, Bredin anası Ceyn Etta Hilhaus oğlunun sevgilisindən xoşlanmır, münasibətlərdə gərginlik var. Qadınlar aşkarca bir-birindən xoşlanmırdılar. Ceyn Bredin Ceniferdən ayrılmasına təəssüflənirdi. Ancelina isə qeyri-rəsmi qaynananın uşaqları tərbiyə metodundan qıcıqlanırdı. Məsələn, Bredin anasını Şaylonun oğlan kimi geyinməsi narahat edirdi. Qadın uşağın gələcəkdə qeyri-ənənəvi seksual orientasiya qazanacağından qorxurdu. Colinin onun “köhnə fikirlərinə” dözməkdən başqa çarəsi qalmırdı.“Xəstəlikdə və sağlıqda”2013-cü Ancelina Coli mətbuata profilaktik mastektomiya əməliyyatı keçirdiyini elan etdi. O, süd vəzilərini cərrahi əməliyyatla götürtmək qərarına gəlir. Həkimlərin rəyinə görə aktrisada süd vəzi xərçənginin olması riski yüksək idi. Aktrisa onu da bildirdi ki, onkoloji xəstəliyə tutulma ehtimalından qaçmaq üçün gələcəkdə yumurtalıqlarını da götürtmək fikri var. Colinin anası yumurtalıq xərçəngi ilə uzun mübarizədən sonra 2007-ci ildə 56 yaşında vəfat etmişdi.Bred Pitt sevgilisinin qərarını dəstəklədi, onu cəsur qadın adlandırdı. Coli cərrahiyyə əməliyyatı fikrinə getmək qərarını belə açıqladı: “Düşündüm ki, ciddi bir xəstəlik keçirsəm və ölsəm uşaqlarım yetim qalacaq.”Çətin ki, bu günlərdə keçirdikləri nikahdan sonra cütlük müsahibə verib niyə uzun müddətdən sonra onsuz da möhkəm olan ailə bağlarını rəsmiləşdirmək qərarına gəldiklərini söyləsinlər. Amma “Brancelina”nı mehraba uşaqların gətirdiyi artıq məlumdur. Sözün həm hərfi, həm də məcazi mənasında... Lenta.ru
|
['Aktyor', 'Bred Pitt', 'aktirsa', 'Ancelina Coli', 'sevgi tarixcəsi']
|
1,660 |
https://kayzen.az/blog/daxili-sekresiya/16831/hipoqlikemiya.-hipoqlikemik-sindromlar.html
|
Hipoqlikemiya. Hipoqlikemik sindromlar
|
Giashka
|
daxili sekresiya xəstəlikləri
|
1 sentyabr 2014, 20:23
|
Hipoqlikemiya – qanda şəkərin normadan az olmasıdır. Sağlam insanda sutka ərzində qanda şəkər acqarına 3,3-5,5 mmol/l arasında dəyişir. Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya yaranır. O bir neçə səbəbdən yarana bilər:1.karbohidratların kifayət qədər istifadə olunmaması
2.insulinin yüksək dozada vurulması
3.böyük fiziki aktivlik
4.alkoqolun qəbulu
Bundan başqa hipoqlikemiya qanda şəkərin səviyyəsinin kəskin düşməsindən də yarana bilər. Hiperqlikemiyadan fərqli olaraq hipoqlikemiya qəfildən və çox kəskin şəkildə başlayır.Qanda şəkərin miqdarı tədricən düşərsə o hətta 3 mmol/l-dən aşağı olduqda belə xəstə ozünü yaxşı hiss edir.
Hipoqlikemiya ağır və yüngül ola bilər. Yüngül hipoqlikemiyada xəstə ozü əmələ gələn ağırlaşmanın öhdəsindən gələ bilər. Lakin vaxtında tədbir görmədikdə beyinin fəaliyyətinin pozğunluğu kəskin artır ki, buda huşun itməsi ilə nəticələnən ağır hipoqlikemiyaya gətirib çıxarır.
Yüngül hipoqlikemiyanın simptomları aşağıdakılardır:
1. aclıq hissi
2. ürək döyünmə
3. bədənin əsməsi
4. tərləmə
5. baş gicəllənmə
6. dərinin solğunluğu
7. qorxu
8. narahatlıq
9. zəiflikBəzi insanlarda hipoqlikemiya zamanı bu əlamətlərdən başqa, xüsusi hisslər də yaranır. Misal üçün, keyləşmə, burunun ucunda, ağızda və üst dodaqlarda arabir sancma ola bilər.Hipoqlikemiyası olan xəstənin rəngi kəskin şəkildə ağara bilər, əhval ruhiyyəsində dəyişkənliklər, birdən-birə yaranan əsəbilik, gərginlik, qəmginlik müşahidə oluna bilər.Ağır hipoqlikemiya zamanı əsasən bu əlamətlər müşahidə edilir:
1. fikirin dolaşıqlığı
2. pis koordinasiya
3. nitqin pozulması
4. qıc olma
5. koma Hipoqlikemik komaƏgər qanda şəkərin səviyyəsi çox aşağı göstəricilərə qədər düşərsə, bu mərkəzisinir sisteminə çox pis təsir edər. İnsan öz hərəkətlərində durğunluq hiss edər vəhuşunu da itirə bilər. Hipoqlikemiya zamanı adamın huşunu tamam itirməsi, vəhəyatı vacib orqanların fəaliyyəti (yəni ürəyin fəaliyyəti və tənəffüs) pozulmasıhipoqlikemik koma adlanır. Hipoqlikemik koma həyat üçün çox təhlükəlidirvə o azacıq hiss edilərsə təcili tədbir görülməlidir.
Hipoqlikemiyalar bir neçə qrupa bölünür:Reaktiv hipoqlikemiya.1)Fruktozaya qarşı tolerantlığın irsi pozulması,qalaktozemiya.2)Alimentar Hipoqlikemiya qida qəbulundan sonra adrenergik simptomlarla xarakterizə olunur. Əsasən qastroektomiya,piloroplastika,mədənin tez boşalması ilə əlaqədar qastroektomiya əməliyyatı olunmuş xəstələrdə rast gəlinir. Belə xəstələrdə qida bağırsağa tez keçor və sorulur. Bu zaman qlükozanın qana keçməsi lazımi miqdardan çox insulin sekresiyası törədir.Qlükozanin qanda miqdarı insulinə nisbətən daha tez enir.2)Aclıq Hipoqlikemiyası.Bu zaman qlükozanın qaraciyərdə produksiyası ilə onun utilizasiyası arasında tarazlıq pozulur.Balansın pozulmasının səbəbi hiperinsulinizmdir.İnsulinin miqdarının az olmasına baxmayaraq,qanda qlükozanın miqdarı aşağı düşürsə,bu əsasən şiş xəstəlikləri ilə əlaqədardır.Şiş hüceyrələri insulinəbənzər faktorlar sekresiya edirlər.Qanda qlükozanın səviyyəsinin aşağı enməsi həmçinin karnitinin azlığı ilə də əlaqədar ola bilər.Bu zaman sərbəst yağ turşularının oksidləşməsi pozulur.Ümumilikdə hipoqlikemiyasını törədən səbəblər bunlardır:1)Hormon defisiti:katexolaminlərin,qlükaqonun defisiti,böyrəküstü vəzilərin çatışmazlığı və s.2)Fermentlərin defisiti:Qlükoza 6 fosfataza,böyrək fosforilazası,piruvatkarboksilaza,fruktoza 1,6 difosfataza,qlikogensintetaza və s.3)Substrat defisiti:Qida rejiminin pozulması,əzələ zəifliyi,yaşlı dövrdə hamiləlik və s. zamanı.4)Dərmanlar və narkotiklər:alkohol,propranolol,salisilatlar.5)Qaraciyərin qazanılmış xəstəlikləri:sirroz,ağır gedişli hepatit.6)UremiyaHipoqlikemiyanın aradan götürülməsi taktikasını nəzərdən keçirək.1.şəkərli ərzaqlardan istifadə edin: qənddən və ya şəkər tozundan – 12 qr = (dərhal 5-6 tikə qənd və ya 2-3 xörək qaşığı şəkər tozundan yemək lazımdır);Bal – 2-3 xörək qaşığı,şirin içkilər (çay, isti suda həll olunmuş bal və ya mürəbbə);üzüm və ya alma şirəsi – dolu stəkan, 250 ml;2. şəkər qəbul etdikdən sonra alma yeyin və hipoqlikemiyanın əlamətlərinin yox olmasını gözləmək üçün 5-10 dəqiqə uzanın.
3. Həmin ərzaqlar 3-5 dəqiqədən sonra qanda qlükozanın səviyyəsini sürətlə qaldırır. Lakin yeyilən şəkər qlükozanı qanda sürətlə qaldırmış, lakin insulinin təsiri davam etdiyi üçün qanda şəkər enməyə başlamışdır. Hipoqlikemiyanın bu 2-ci dalğasını kompensasiya etmək üçün xəstə qara çörək qəbul etməlidir. Həmçinin 1 alma, bulka ,peçenyə, çörəklə 1-2 buterbrod qəbulu da məsləhətdir.Vəziyyət huşun itməsi ilə nəticələnibsə, onda müalicə belə olacaqdır:Vena daxilinə 40%-li 60-80 ml qlükozanın tədricən yeridilməsi.
2. Birinci inyeksiyadan sonra xəstənin huşu özünə gəlmirsə,təkrar olaraq 40-50 ml qlükoza məhlulu vena daxilinə yeridilməlidir, sonra isə xəstəxanaya göndərilməlidir.
|
['tibb dərsi']
|
1,661 |
https://kayzen.az/blog/qan-damar/16830/leykosit-sisteminin-pozulmas%C4%B1-leykositoz,-leykopeniya,-aqranulositozlar,-aleykiya,-onlar%C4%B1n-n%C3%B6vl%C9%99ri,-s%C9%99b%C9%99bl%C9%99ri-v%C9%99-inki%C5%9Faf-mexanizmi.html
|
Leykosit sisteminin pozulması ( leykositoz, leykopeniya, aqranulositozlar, aleykiya, onların növləri, səbəbləri və inkişaf mexanizmi )
|
Giashka
|
Qan-damar sistemi
|
1 sentyabr 2014, 20:18
|
Leykositoz leykositlərin sayının artması ilə xarakterizə olunan qanın hüceyrə tərkibinin dəyişilməsidir.
Normada leykositlərin qndakı miqdarı 3,5-8,8×109dir. Leykositoz pataloji və fizioloji ola bilər. Patoloji leykositoz xəstəliklər zamanı, fizioloji leykositoz isə sağlam orqanizmlərdə də yaranır.Fizioloji leykositozun səbəbləri:Qida qəbulu (bu zaman leykositlərin miqdarı 10—12×109yuxarı olmur)Fiziki işHamiləlik Patoloji leykositozun səbəbləri:Infeksion xəstəliklərImmun sistemin zədələnməsiMikroorqanizmlər tərəfindən yaradılan xəstəliklərMüxtəlif orqanların infarktıQanitirməYanıqlarBədxassəli xəstəliklərUremiya, diabetik komaQan sisteminin proliferativ xəstəlikləriLeykositlərin hansı növünün artmasından asılı olaraq leykositozun aşağıdakı növləri var:Eozinofiliya allergik xəstəliklərdə, qurd invaziyasında, düyünlü periartrit zamanı müşahidə olunurBazofiliya xronik mieloleykoz, eritremiya, xronik xoralı kolit xəstəliklərində yaranırNeytrofilyoz irinli infeksion proseslərdə, orqanizmə yad zülal yeridildikdə, nekroz zamanı yaranırMonositoz xronik monositar leykozun əsas əlamətidirLimfositoz xronik limfoleykozun əsas əlamətlərindən biridir Leykopeniya periferik qanda leykositlərin miqdarının azalmasıdır. Leykopeniyanın səbəbləri:Sümük iliyinin aplaziyası və hipoplaziyasıDərman preparatları və kimyəvi maddələrlə sümük iliyinin zədələnməsiIonlaşdırıcı şüalarHipersplenizmKəskin leykozlar MielofibrozMielodisplastik sindromPlazmositomaAdisson-Birmer xəstəliyiSepsisTif və paratifAnafilaktik şokKollagenozlar Simptomları: Orqanizmin tədricən zəifləməsi. Bunun nəticəsində infeksion xəstəliklərin artması. Bu zaman ağızda, yoğun bağırsağın selikli qişasında iltihab və pnevmoniyalar zəif şokla nəticələnə bilər. Leykositlərin miqdarının azlığı qaraciyərin böyüməsinə, selikli qişaların şişləri, badamcıqların şişməsi ilə nəticələnir. Leykopeniya inkişaf mexanizminə görə aşağıdakı qruplara bölünür:leykositlərin damarlarda qeyri bərabər paylanması nəticəsində yaranan leykopeniya-anafilaktik şok zamanı yarana bilərleykositlərin sürətlə parçalanması nəticəsində yaranan leykopeniya-antilimfositar antitellərin təsiri nəticəsində yaranır. Bu antitellər hapten və allergen təbiətli dərman məddələrinin iştirakı ilə yaranır.leykopoezin zəifləməsi nəticəsində yaranan leykopeniya- leykopoez özü aşağıdakı hallarda pozula bilər:sitotoksik preparatların yüksək dozada qəbulubenzol və tetraetilqurğuşunla zəhərlənmələr zamanıqış vaxtı tarlada qalan və toksik təsirli kif göbələkləri ilə çirklənmiş dənli bitkilərlə zəhərlənmə zamanı ( buna aleykiya da deyilir )rentgen və radioaktiv şüaların təsiri zamanıqanyaradıcı toxumaları zədələyən autoallergen reaksiyalar zamanıinfeksion xəstəliklər zamanısümük iliyinə bədxassəli şişlərin metastazı zamanı Qanda qranulositlərin miqdarının kəskin surətdə azalması aqranulositoz adlanır. Limfositlərin azlığı limfositopeniya, eozinofillərin azalması eozinopeniya, monositlərin miqdarının azalması isə monositopeniya adlanır.Müalicəsi üçün aşağıdakı dərman preparatları istifadə olunur: <strong>Batilolum</strong><strong> Leucogenum</strong><strong> Methyluracilum</strong><strong> Natrii nucleinas</strong><strong> Pentoxylum</strong><strong> Pyridoxinum</strong> Aqranulositozlar Aqranulositoz leykositlərdən aqranulositlərin miqdarının azalmasıdır. (1mkl-də 750-dən az olması) Adətən aqranulositoz müəyyən xəstəliyin sindromu kimi meydana çıxır. Mielotoksik və immun aqranulositə daha six rast gəlinir.Yaranma mexanizmi:Tam aydın öyrənilməmişdir. Autoimmun formalarında səbəb qranulositlərin erkən ölümüdür. Çox zaman sümük iliyinin funksiyasının ağır pozöunluqları zamanı yaranır. Anemiya və trombositopeniya ilə müşayət olunur. Bu zaman orqanizmin patogen mikroblara qarşı müqaviməti kəskin surətdə azalır. Bunun ciddi aöırlaşmalarından biri nekrotik xoralı anginadır.Xəstəliyin əlamətləri:Ən əsas əlaməti septik ağırlaşmalardır. Hapten aqranulositoz zamanı qanda qranulositlərin miqdarı çox aşağı olur. Amma digər leykositlərin miqdarı normal olur. Autoimmun aqranulositoz zamanı bəzən trombositlərə qarşı da antitel yaranır.Xəstəliyin müalicəsi:Xəstələr təcili surətdə aseptik mühitə keçirilməlidir. Autoimmun formasında qlükokortikoidlərdən də istifadə olunur. Aleykiya Qida qəbulu ilə bağlı qanda leykositlərin, trombositlərin, eritrositlərin miqdarının azalmasıdır. Bu qida maddələri sümük iliyinə təsir edərək orada nekroz ocaqları yaradır. Bu zaman aqranulositoz yaranır. Bununla bağlı selikli qişa və dəridə nekroz ocaqları, sepsis, pnevmoniya yarana bilir. Trombositlərin miqdarının azalması ilə bağlı olan qanaxmalar baş verə bilər. Qanın miqdarının da azalması xəstəliyin gedişinə pis təsir göstərir.Müalicəsi üçün qanın yuyulması,B qrupu vitaminlər, askorbin turşusu, hormonal preparatlar, antibiotiklər, qamma-qlobulinlər və s-dən istifadə olunur.
|
['leykosit']
|
1,662 |
https://kayzen.az/blog/Giashka/16829/damarlar%C4%B1n-funksiyalar%C4%B1n%C4%B1n-pozulmas%C4%B1.html
|
Damarların funksiyalarının pozulması
|
Giashka
|
Bloq: Giashka
|
1 sentyabr 2014, 20:14
|
Arterial hipertenziyalar.Yüksək arterial təzyiq dəqiq həkim müayinəsi və müalicəsi tələb edən bir xəstəlik və ya simptom olub, hazırda dünya əhalisinin hər dördüncü nəfərində rast gəlinir. Hipertonikləri ən çox narahat edən əlamətlər baş ağrıları, zəiflik və ürək nahiyəsində ağrılardır. Əmək qabiliyyəti azalır, xəstənin ümumi əhval-ruhiyyəsi getdikcə pisləşir. Müalicə olunmadıqda miokard infarktı, ürək çatmamazlığı, insult, böyrək çatışmazlığı və s. kimi ağırlaşmalara gətirib çıxarır.Əgər arterial təzyiq ən azı 2 dəfə təkrar-təkrar 140/90 mm c. s.-dan yüksək olarsa o zaman arteiral hipertoniya haqqında düşünmək olar. Arterial təzyiq sakit vəziyyətdə oturaq halda ölçülməlidir.Arterial hipertenziya- arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. KlassifikasiyaSistoloik arterial təzyiqDiastolik arterial təzyiqOptimal AT<120<80Normal AT120-12980-84Yüksək AT130-13985-89Arterial hipertoniya – I dərəcəli (yüngül)140-15990-99Arterial hipertoniya – II dərəcəli (mülayim)160-179100-109Arterial hipertoniya – III dərəcəli (ağır)>180>110İzolə olunmuş sistolik arterial hipertoniya>140<90 Yalnız sistololik AT-in yuxarı qalxması, diastolik AT-in isə normal qalması halları (sistolik AT >160mm.c.s.,diastolik AT <90 mm.c.s.) yaşlı şəxslərdə damar divarının boşalması nəticəsində əmələ gələ bilər.Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır.İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.Simptomatik hipertoniya (ikincili hipertoniya)Simptomatik hipertoniyaya aiddir:Böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s.Endokrin(hormonal) mənşəli hipertenziya – İtsenko – Kuşinq sindromu, feoxromositoma, hiperaldosteronizm, qalxanabənzər vəz xəstəlikləri(zob), hiperparatireoz, oral kontraseptivlərin qəbulu və s.Sinir mənşəli hipertenziya – Neyrosirkulyator distoniya(NSD), kəllə-beyin travmaları və s. Əlamətlər:i Arterial təzyiqin qalxması çox zaman əlamətsiz olur və yalnız təsadüfən ölçmə zamanı aşkarlanır. Əlamətlər olduqda isə bu adətən özünü başağrıları(təzyiq çox yuxarı qalxanda), başgicəllənmə, ürəkdöyünmə, ümumi halsızlıq şəklində göstərir.Bundan başqa arterial təzyiqin qalxması digər orqanların(göz, böyrəklər, beyin, ürək və s.) fəaliyyətinə mənfi təsir göstərir və onları zədələyir.Simptomatik hipertoniyanın digər əlamətləri əsas xəstəlikdən asılıdır. Belə ki, böyrək mənşəli hipertenziyada beldə ağrılar, nikturiya(gecələr kiçik bayıra çıxma), İtsenko-Kuşinq sindromunda piylənmə, feoxromositomada arıqlama və s. Diaqnostikası:Arterial təzyiqin qalxması aşkar edildikdə ilk öncə aparılması vacib olan müayinə üsulları aşağıdakılardır:Elektrokardioqramma (EKQ)Sidiyin ümumi analiziHematokritZərdabda KaliumZərdabda kreatinin və sidik cövhəriMüalicəsi: Simptomatik hipertenziyanın müalicəsi əsas xəstəliyin müəyyənləşdirilməsi və müalicəsilə və arterial təzyiqin qalxmasına görə simptomatik müalicəylə aparılır.Xəstədə ilkin olaraq arterial təzyiqin yüksəlməsi aşkar edilərsə o, ətraflı müayinə olunmalı, arterial təzyiqin yüksəlməsinə səbəb olan bütün mümkün xəstəliklər istisna edilməlidir.
İlk növbədə bütün xəstələrə həyat şəraitlərini dəyişmək məsləhət görülür:Duzlu qida məhsullarının məhdudlaşdırılması, sutka ərzində istifadə olunan xörək duzunun miqdarının 4.5 qramdan artıq olmaması.Bədən çəkisini azltmaq. Tədqiqatlar göstərir ki,bədən çəkisinin 10 kq-a qədər azaldılması arterial təzyiqin10 mm.c.s. azalmasına gətirib çıxarır.K, Ca, Mg və s. mikroelementlər ilə zəngin olan qida məhsullarının, bol meyvə, tərəvəz və dəniz məhsullarının qəbulu.Alkohollu içkilərin dayandırılması və ya xeyli məhdudlaşdırılması.Siqaretdən imtina.Arterial hipertoniyanın müalicəsində əsas məqsəd ürək – damar sistemi tərəfindən inkişaf edə biləcək ağırlaşmaların qarşısını maksimal dərəcədə almaqdır. Bir sıra antihipertenziv preparatlar vardır ki, onlar tək halda və bir neçəsi kombinə olunmuş şəkildə təyin oluna bilər. Hər bir pasiyent yadda saxlamalıdır ki, arterial hipertoniyanın müalicəsi uzunmüddətli, praktiki olaraq ömür boyu aparılır. Əgər xəstə həkim tərəfindən təyin olunmuş dərman preparatlarını düzgün qəbul etməzsə və ya ümumiyyətlə müalicə olunmazsa xəstəliyin daha da inkişafına və ağırlaşmalara səbəb olacaqdır. Hipertoniya zamanı zədələnən əsas orqanlar Ürək – Arterial hipertoniya zamanı ürək əzələsinin yükü artdığına görə sol mədəciyin kompensator hipertrofiyası əmələ gəlir.Hipertrofiyaya uğramış ürək əzələsinin qanla təchizatı da artmalıdır. Lakin qanla təchizat artmadığından ürək əzələsində işemiya inkişaf edir. Buna görə də sol mədəciyi hipertrofiyaya uğramış xəstələrdə miokard infarkti, ürəyin ritm pozğunluqları, ürək çatmamazlığı kimi ağırlaşmalar meydana çıxır.
Beyin – Hipertoniyanın hələ ilkin stadiyalarında baş beyinin qanla təchizatı pozulur. Baş ağrıları, başgicəllənmə, qulaqlarda küy, əmək qabiliyyətinin azalması əmələ gəlir. Bu uzun müddət davam etdikdə beyində xırda infarkt ocaqları əmələ gəlir, getdikcə xəstədə yaddaş və intellekt zəifliyinə gətirib çıxarır. Arterial təzyiq qəflətən nəzərəçarpacaq dərəcədə yüksələrsə beyini qidalandıran damarlardan hər hansı biri zədələnə bilər, bu vəziyyət hemorragik insult adlanır.
Böyrəklər – Arterial hipertoniya zamanı böyrəklərin qanla təchizatı pozulur və getdikcə böyrək toxumasında skleroz əmələ gəlir, bu isə onların funksiyasını pozmaqla xroniki böyrək çatışmazlığının inkişafına şərait yaradır. Böyrək çatışmazlığı özü də arterial təzyiqin daha da yüksəlməsinə səbəb olur.
Xəstəliyin inkişafı bir çox faktorlardan, o cümlədən aparılan müalicədən, insanın həyat şəraitindən və rejimindən, ətraf mühitdən, irsiyyətdən və s. asılıdır. Təəssüf ki, ölkəmizdə olduğu kimi, bir sıra xarici ölkələrdə də pasiyentlər bu xəstəliyin ciddiliyini tam olaraq dərk etmir və çox hallarda müalicədən yayınırlar. Xəstələrin bir çoxu özlərini praktiki olaraq sağlam hesab etdiklərindən hətta requlyar dərman qəbulundan belə imtina edirlər.Ateroskleroz. Ateroskleroz — Arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ prosesdir. Ateroskleroz ateromalar və ya ateromatoz və ya fibroz-yağlı lövhələr damar mənfəzinə doğru qabaran və mənfəzi daraldan, tunica medianı zəiflədən və ciddi ağırlaşmalar törədə bilən intimal zədələnmələrlə xarakterikdir. Ateroskleroz əsasən elastik tipli arteriyalarla (məs,aorta,yuxu və qalça arteriyaları)böyük və orta ölçülü əzələ tipli arteriyalarda (məs, koronar və dizaltı arteriayalar) olur. Bədəndəki qan damarlarının bir qisiminin və ya hamısının sərtləşməsi nəticəsində, elastikliyini itirməsinə; xalq arasında damar əhənglənməsi tibb dilində isə Arterio Skleroz və ya Atheremo deyilir. Səbəbi, qan damarlarının iç qatlarındaki hüceyrələrin elastikliyini itirib, zəifləməsi və ya qandakı yağlı maddələrin yığın edərək, damarı darlaşdırmasıdır.
Əlamətləri baş gicəllənməsi, baş ağrısı, titrətmə, gedərkən səndəlləmə, düşünmə və öyrənmə gücündə zəifləmə, əsəbilik və ya damarın sərtləşdiyi bölgələrdə ağrılar ilə müşahidə olunur. İlk ifadə olunanlar görüldüyündə tədbir alınacaq olsa, qorxulacaq bir şey yoxdur. Xəstənin sevinc və cəsarətini itirməməsi və həkimin tövsiyələrini yerinə gətirməsi yaxşılaşmada atılacaq ilk əhəmiyyətli addımdır.
Damar sərtliyi diaqnozu qoyulan kimsə, pəhriz saxlamalı, spirt və siqaret kimi kef verici maddələri buraxmalı, yumurta, kərə yağı və bənzəri yeməkləri tərk etməli, duzu da azaltmalıdır. Ayaq damarlarında meydana gələ biləcək hər hansı bir xəstəliyi önləmək üçün də dar ayaqqabı geyməkdən qaçınmalıdır.
Aterosklerozdan xilas olmaq üçün 1-) Siqareti və spirti mütləq buraxmaq lazımdır 2-) Sağlam qidalanmaq lazımdır, yəni az heyvani qida çox tərəvəz və meyvə yemək lazımdır. Əgər cola, aşırı qəhvə və qara çay içirsinizsə bunları azaltmaq lazımdır. Mümkünsə qatqı maddəsi ehtiva edən konserv, şokolad vs. maddələr yeməmək məsləhətdir. 3-) Köklük təhlükəlidir, bunun üçün mütləq arıqlamaq lazımdır. 4-) Mümkünsə həftədə ən azı üç gün idman etməli və ya hər gün ən azı yarım saat gəzinti etmək lazımdır. 5-) Əgər xolesterol, diabet və yüksək təzyiq kimi narahatlıqlar varsa mütləq müalicə olmaq lazımdır.
|
['damar', 'qan-damar sistemi']
|
1,663 |
https://kayzen.az/blog/qan-damar/16828/eritrosit-sisteminin-pozulmas%C4%B1.html
|
Eritrosit sisteminin pozulması
|
Giashka
|
Qan-damar sistemi
|
1 sentyabr 2014, 20:11
|
Anemiyalar və polisitemiyalar haqqında anlayış,təsnifatı və ümumi xarakteristikası ANEMİYA (yunanca- anemia- azqanlılıq deməkdir.) klinik-hematoloji sindromlar toplusu olub,əksər hallarda qanda eritrositlərin miqdarının azalması(və ya eritrositlərin ümumi həcminin azalması) ilə birlikdə müşayiət olunan hemoqlobinin konsentrasiyasının azalması ilə xarakterizə olunur.Anemiya termini konkret hər hansı bir termini xarakterizə etmir və anemiyanı əsasən müxtəlif patoloji proseslər zamanı əmələ gələn əsas simptomlardan bir kimi xarakterizə etmək daha düzgündür. Hidremiya və anemiyanı bir-birindən fərqləndirmək lazımdır.Hidremiya zamanı qanın formalı elementlərinin və hemoqlobinin miqdarı qanda normal miqdarda olur,lakin qanın maye hissəsinin həcmi artır.Həmçinin də gizli anemiyalar da baş verə bilər ki,qanın maye hissənin itirilməsi,qusma, geniş yanıqlar zamanı qanın maye hissəsinin azalması baş verirvə onun konsentrasiyası azalır. Anemiyaların klassifikasiyasının xüsusiyyətləri: Öz-özlüyündə istənilən anemiya nozoloji xəstəlik kimi inkişaf etmir,amma sindrom kimi bir sıra xəstəliklər zamanı rast gəlinə bilər ki,bu da ya qan sisteminin ilkin zədələnməsi il əlaqəli ola bilər,yadaki qan sistemindən asılı olmaya da bilər. Bununla əlaqədar olaraq anemiyaların ciddi nozoloji klassifikasiyası mümkün deyil.Ona görə də adətən anemiyaların klassifikasiyası üçün praktik məqsədəuyğunluq prinsipindən istifadə olunur.Bunun üçün anemiyaları vahid klassifikasyon əlamətə görə-rəng göstəricisinə görə ayırmaq daha əlverişlidir.Periferik qanın tərkibinin avtomatik analizinə keçilməsi ilə əlaqədar rəng göstəricini digər göstərici olan orta korpuskulyar həcmlə (OKH) də əvəz etmək olar.Onu birbaşa üsulla avtomatik hesablayıcı vasitəsilə hesablayırlar.OKH-in normal göstəricisi 80-90 fl(normositoz) olmalıdır.OKH-in azalması onun qiymətinin 80 fl-dan aşağı düşməsi(mikrositoz), artması isə qiymətinin 95 fl-dan yuxarı qalxması zamanı- makrositoz adlanır. Qanda hemoqlobinin konsentrasiyasının aşağı düşməsi eyni zamanda həm eritrositlərin miqdarının azalması və onların keyfiyyət tərkibinin dəyişilməsi ilə əlaqədardır.İstənilən anemiya qanın tənəffüs funksiyasının azalmasına və toxumalarda oksigen aclığının inkişafına gətirib çıxarır.Bu zaman dəri örtüyünün avazıması,yorğunluq,zəiflik,baş ağrıları,başgicəllənmə,ürəkdöyünmə,təngənəfəslik və s kimi əlamətlərlə özünü biruzə verir. ANEMİYALARIN KLASSİFİKASİYASI: anemiyaları müxtəlif əlamətlərə görə qruplara ayırırlar.Məsələn,Rəng göstəricisinə görə anemiyaların aşağıdakı növləri var:1.Hiperxrom anemiyalara) Dəmirdefisitli anemiyab) talassemiya2.Normoxrom(mikrositar) anemiyalara) Hemolitik anemiyalar(bu zaman eritrositlərin parçalanma sürəti onların əmələgəlmə sürətindən çox olur)b) posthemorragik (qanaxma və ya qansızma nəticəsində çoxlu miqdarda qan itirilməsi nəticəsində meydana cıxır.c)Sümük iliyinin neoplastik xəstəlikləriç)Aplastik anemiyalard)Sümük iliyindən kənar şişlər(внекостномозговые опухоли)3.Hiperxrom (makrositar) anemiyalara) Vitamin B12-defisitli anemiyab) Folturşusu defisitli anemiyac) Mielodisplastik sindromd) dərman anemiyaları Ağırlıq dərəcəsinə görə anemiyalar aşağıdakı kimi təsnif olunur: Yüngül- qanda hemoqlobinin miqdarı normadan aşağı olur,lakin 90 q/l dən çox olur.Orta-hemoqlobinin miqdarı 90-70 q/l arasında olur.Ağır-hemoqlibinin miqdarı 70 q/l –dən aşağı olur. Etiologiyasına görə isə anemiayaları aşağıdakı kimi təsnif edirlər: 1.Xroniki ilthablar zamanı əmələ gələnə anemiyalar1.1 İnfeksiyalar zamanı1.1.1 Vərəm1.1.2 Bakterial endokardit1.1.3. Bronxoektoziya xəstəliyi zamanı1.1.4 Ağciyər absesləri zamanı1.1.5 Brusellyoz1.1.6 Pielonefrit1.1.7 Osteomielit1.1.8 Mikozlar 1.2.Kollagenozlar zamanı1.2.1 Qırmızı qurd eşənəyi1.2.2. Revmatoid artrit1.2.3 Düyünlü poliartirt1.2.4 Xorton xəsətliyi 2.Meqaloblastik anemiyalar 2.1 pernisioz anemiyaETİOLOGİYA: Anemiyaların tipindən asılı olaraq etioloji faktorlar bir-birindən kəskin fərqlənə bilər.Əsas etioloji səbəbləri sə əaşağıdakılar hesab edilə bilər.1.Birtərəfli qidalanma2.Vitamin çatışmazlığı3.qeyri-müntəzəm qida qəbulu4.Keçici kəskin respirator xəstəliklər,uşaq infeksiyaları və s Patogenez:Anemiyanın inkişafında 3 mexaniz ayırd olunur.Anemiyalar normal eritrositlərin əmələ gəlməsinin pozulması və hemoqlobin sintezinin pozulması hesabına arana bilər ki,bu da dəmirin,B12 vitaminin,fol turşussunun çatışmazlığı, qırmızı sümük iliyinin ilthabı zamanı əmələ gələ bilir.Eritrositlərin itirilməsi ilə yaranan anemiyalar adətən kəskin qanaxmalar(travma,cərrəhi əməliyyatlar zamanı) zamanı əmələ gəlir.Bunu da qeyd etmək lazımdır ki,kiçik həcmli xroniki qanaxmalar zamanı anemiayanın səbəbi nəinki eritrositlərin itirilməsi həm də xroniki qanitirmə fonunda inkişaf edən dəmir çatışmamazlığı ilə əlaqədardır.Anemiya qandakı eritrositlərin parçalanmasının sürətlənməsi hesabına da yarana bilər.Normada eritrositlərin yaşama müddəti 120 gündür.Bəzi hallarda(hemolitik anemiya,hemoqlobinopatiyalar və s) daha tez ömürlərini başa vururlar ki.bu da anemiyanın inkişafına səbəb olur. KLİNİK ƏLAMƏTLƏRİ:Çox hallarda anemiayal hər hansı bir əlamətlə özünü göstərmir və gizli qalır,təsadüfi olaraq spesifik şkayətləri olmayan xəstələrdə aşkar edilir.Bir qayda olaraq anemiyalar zamanı anemik hipoksiyanın inkişafı ilə əlaqədar olan əlamətlər özünü göstərir.Yüngül formalarda bu zəiflik,tezyorulma,diqqətin zəifləməsi və s kimi özünü göstərə bilir.Nisbətən ağır hallarda isə təngənəfəslik,ürəkdöyünmə,baş ağrıları,qulaqlarda səs ,hətta yuxunun,iştahanın pozulması və s də müşahidə olunur.Ən ağır hallarda isə ürək çatışmazlığı da inkişaf edə bilər.Anemiyanın ən çox rast gəlinən simptomu dərinin və görünən selikli qişaların avazimasıdır.Bunnan başqa xelyoz,zirvə vurğusunun güclənməsi,funksional sistolik küyün əmələ gəlməsi kimi əlamətlər də böyük əhəmiyyətə malikdir.Kəskin və ağır anemiyalar zamanı əlamətlər daha qabarıq özünü biruzə verir. Hipoksiya ilə əlaqədar olan ümumi simptomlardan əlavə anemiyalarda etiologiya və patogenezdən asılı olaraq baüqa fərqli əlamətlər də ola bilər.Msələn hemolitik anemiya zamanı sarılığın inkişafı,B12 defisitli anemiya zamanı hissiyatın zəifləməsi və s.PROQNOZ:1.Dəmirdefisitli anemiyalar zamanı proqnoz əksər hallarda yüngüldür.Dəmir preparatlarının qəbulu nəinki anemiyanın inkişafının qarşısını alır, həmçinin də uşaqlarda bağırsaq infeksiyalarına qarşı immuniteti artırır və uşaqların inkişafınıa mesbət təsir göstərir.2.Hemolotik anemiyaların irsi formalarında isə proqnoz hemolotik krizlərin və azqanlılığın ağırlıq dərəcəsindən asılıdır.3.Aplastik anemiyalarda isə proqnoz ağırdır.POLİSİTEMİYA: qanyaradıcı sistemin xoşxassəli xəstəliyidir və sümük iliyinin hüceyrə elementlərinin mieloproliferasiya və hiperplaziyası ilə əlaəqdar olaraq inkişaf edir.Bu proses əsasən eritroblast hüceyrələrində baş verir.Bu zaman qanda əsasən eritrositlərin miqdarı artır,bununla yanaşı az dərəcədə trombositlərin və leykositlərin də miqdarı artır.Hüceyrələr normal morfoloji görünüşə malik olur.Eritrositlərin miqdarını artması hesabına qanın özlülüyü artır(вязкость),sirkulyasiya edən qanın kütləsi artır.Bu da damarlarda qanın hərəkət sürətinin azalmasına və trombların əmələ gəlməsinə səbəb olur,nəticədə orqanlarda qan dövranın pozulmasına və hipoksiyaya gətirib çıxarır. Həqiqi polisitemiya əsasən yaşlı insanlarda inkişaf edir.Uzun illər boyu xəstəlik heç bir simptom olmadan inkişaf edə bilir.Kişilər qadınlara nisbətən daha çox xəstələnirlər.Tədqiqatlar göstərmişdir ki,bu xəstəlik irsi olaraq nəsildən nəslə ötürülür. Son illərdə aparılan epidemioloji tdqiqatlar əsasında bele təkliflər irəli sürülmüşdür ki, polisitemiya xəstəliyi qanın sütun hüceyrələrinin transformasiyası ilə əlaqədar meydana çıxır.Tirozinkinazanın YAK 2(Yanuskinaza) mutasiyası baş verir ki,bu zaman molekulda 617-ci yerde duran valim fenilalaninlə əvəz olunur. Xəstəliyin klinik əlamətləri arasında əsasən pletora və damarların trombozu il əlaqədar olan ağırlaşmalar təşkil edir.- Dəri venaları genişlənir və dərinin rəngi dəyişir və venaları boyun nahiyəsində hətta gözlə də görmək olur. Polisitemiya zamanı dəri qırmızı-bənövşəyi rəngdə olur.Dil və dodaqlar göyümtül-qırmızı rəngdə,gözlər sanki qanla dolmuş şəkildə görünür(gözün konyuktivası hiperemiyalaşır),yumşaq damağın rəngi dəyişir(Kuperman simptomu).- Dəridə 40% xəstələrdə qaşınma hissi olur ki,bu da Vakez xəstəliyinin əsas əlamətidir.Əsasən qaşınma isti duş qəbul edənnən sonra histamin,serotonin və prostoqlandinlərin sintezinin artması ilə əlaqədar daha da güclənir.- Eritromeqaliya əmələ gəlir.- Dalağın böyüməsi baş verir,həmçinin qaraciyər də böyüyə bilər.- Mədə və onikibarmaq bağırsaqda xoralar inkişaf edə bilər ki,bu da kiçik damarların trombozları ilə əlaqədar olaraq selikli qişaların trofikasının pozulması və helicobakteriyaalrın inkişafına şəraitin yaranması ilə əlaqədardır.- Damarlarda tromblar inkişaf edir, bununla əlaqədar qida borusu venalarınnan və diş əti qanaxmaları müşahidə olunur.
|
['eritrosit']
|
1,664 |
https://kayzen.az/blog/edebiyyat/16627/alt%C4%B1-s%C3%B6zd%C9%99n-ibar%C9%99t-hekay%C9%99l%C9%99r.html
|
Altı sözdən ibarət hekayələr
|
Apollon
|
Ədəbiyyat
|
1 sentyabr 2014, 18:55
|
Çox maraqlı romanlar və hekayələr müəllifi olan dünya şöhrətli yazıçı Ernest Heminquey bir dəfə belə bir mübahisə edir ki, o, bir neçə sözdən ibarət elə bir hekayə yaza bilər ki, hər bir oxucunun qəlbini göynədər.
O, bir neçə sözdən ibarət: “ Uşaq çəkmələri satılır. Geyinilməmişdir” ( “For sale: baby shoes, never worn”) tərcümədən asılı olaraq, 1 söz artıq və ya əskik ola bilər. Ən qısa bir hekayə yazmaqla, mübahisəni udur.
O vaxtdan indiyədək dünya şöhrətli yazıçının bu təcrübəsindən bir çoxları yararlanmış və onun kimi 6 sözdən ibarət qəlblərə toxunan qısa hekayələr yazmağa cəhd etmişlər. Bu hekayələrin ən qısa və oxucuları daha çox təsirləndirən 18-ini sizə təqdim edirik:
1. Paraşüt satılır, heç vaxt açılmayıb, bir az ləkəsi var.
2. “Siz nömrəni səhv salmısız” – tanış səs cavab verir.
3. Sərnişinlər, indi sizinlə danışan kapitan deyil.
4. Üzümü qırxmağı anam mənə öyrədib.
5. Mən doğma qəlb gördüm – O isə məni görmədi...
6. Mənim əksim indicə mənə göz vurdu.
7. Yadlar. Dostlar. Yaxşı dostlar. Aşnalar. Yadlar.
8. Bu bizim qızıl toyumuzdur, amma süfrə bir nəfərlikdir.
9. Bu gün mən yenidən özümü anama təqdim elədim.
10. Səyyah hələ də siqnal verirdi. Yerdir – yox...
11. Mən evə qızılgül gətirmişdim. Amma açarlarım uygun gəlmədi.
12. Sınıq pəncərənin üzərində yazılmışdı: “Yeni evlənənlər”
13. Yataq otağımızdan iki nəfərin səsi gəlir. Mən qapını döyürəm...
14. Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi.
15. Mən aşağı atıldım. Sonra fikrimi dəyişdim.
16. Əsgər, biz çəkmələri cüt satırıq...
17. O, arvadının qatilinə butulka ilə süd verirdi.
18. Cərrah pasientin həyatını xilas edir. Pasient Allahına dua edir.
azens.az
|
['ədəbiyyat', 'qısa hekayələr']
|
1,665 |
https://kayzen.az/blog/qadin/16823/evd%C9%99-haz%C4%B1rlanan-parlaql%C4%B1q-v%C9%99-canl%C4%B1l%C4%B1q-ver%C9%99n-sa%C3%A7-maskas%C4%B1.html
|
Evdə hazırlanan parlaqlıq və canlılıq verən saç maskası
|
beautiful
|
Qadın
|
1 sentyabr 2014, 17:25
|
Saçlarımızın parlaq və canlı görünməsini hamımız istəyərik. Yaxşı, bunun yolunun mətbəxinizdən keçdiyini desək inanarsız?
Ehtiyacınız olanlar:
1 ç.q sirkə
1 ç.q qliserin
1 yumurta (çırpılmış)
2 x.q təmiz hindqozu yağı
Kasa
Hazırlanması:
Kasanın içində sirkə və qliserini bir-birlərinə tamamilə qarışana qədər qarışdırın. Daha sonra çırpılmış yumurtanı və ən son olaraq hindqozu yağını əlavə edin və hamısı bir-birinə tamamilə qarışana qədər qarışdırın.
Tətbiqi:
Saçlarınızı ortadan ikiyə, rahat tətbiq edə biləcəyiniz bir şəkildə ayırın. Daha sonra bir bölgəyə, masaj edərək kökdən uca hazırladığınız maskanın bir qisimini tətbiq edin. Daha sonra saçınızın digər bölgəsinə də eyni şəkildə maskanı tətbiq edin. Tətbiqi bitirdikdən sonra saçınızı bir dəsmala bükün və 2 saat gözləyin. Daha sonra normal şampununuz və saç kreminizlə saçınızı yuyun. Bu maskanı həftədə 2 dəfə tətbiq edin.
|
['saç baxımı']
|
1,666 |
https://kayzen.az/blog/qadin/15706/q%C4%B1zlar,-s%C9%99hv-etm%C9%99yin.html
|
Qızlar, səhv etməyin!
|
Tomris
|
Qadın
|
1 sentyabr 2014, 00:20
|
Deyirlər ki, qızlar minaaxtarana oxşayır. Cəmi bir dəfə səhv edir. İkinci dəfə üçün ona şans verilmir. Münasibətlər qurarkən ən çox buraxılan beş səhv haqqında söz açılır. Səmimi və təbii olsanız, ilk baxışdan anlaşıqsız görünən məsələlər də məqbul sayılar. Əsası odur ki, qarşı tərəfə xoş münasibətinizi göstərib səmimi hisslərinizi açıqlayasınız. Bir də unutmayın ki, öz sevginizlə istəklinizin zəhləsini aparmamalısmız. Tez-tez: «Mən səni sevirəm. ancaq sən...» sözlərini də deməyin. Beləliklə, Səhv 1
Addımbaşı nəzarətMüasir dövrdə kişilərin ən çox çəkindiyi, bəlkə də artıq «iyrəndiyi» bir şey mobil telefona səbəbsiz, dəqiqəbaşı gələn zəngdir: «Hardasan9», «Neynirsən?», «Niyə gec götürdün9». «Yanında kim var?»...Yadda saxlayın: mobil telefon lazım olanda əlaqə saxlamaq, ya da çox vacib sözü çatdırmaq üçündür. Kişi yanında telefon gəzdirir, hər işə qarışan deyingən qadın yox...Qadın etdiyi zəngin yerini və vaxtını bilməlidir. Yaxşı olar ki, ilk gündən əlaqə rejimini belə qurasınız: Mobil telefona gündə 3 dəfə zəng. Ümumi danışığı isə yalnız işdən sonra axşamlar evdə aparın. Kişidə sizə zəng etmək vərdişi yaradın.Səhv 2
Gələcək ailə həyatı, toy və uşaqlar haqqında söhbət etməkÜmumiyyətlə, bu mövzuda söhbətlər kişilərin "ən ağır həzm etdiyi" söhbətdir. Çünki oğlanlar qızla tanış olanda və ya nişanlısı ilə oturub söhbət edəndə yalnız bir şey haqda fikirləşir: görəsən o, necə qadındır'? Yataqda mənə uyğun gələcək, ya yox?Onun ağlından belə keçmir ki, toyu hansı şadlıq sarayında keçirmək yaxşıdır, neçə uşağı olacaq, adlarını nə qoyacaqlar'?Belə söhbətlər səni sevəni səndən uzaqlaşdıra, ərinin hisslərini isə soyuda bilər. Gözlə, nə vaxt lazım olsa, o zaman özü danışacaq.Səhv 3
Xırdavatı və oyuncaqları xoşlamaq və evi xırda əşyalarla bəzəməkÇox xanımlarımız evdə televizorun, mebelin, çarpayının üstünü böyüklü-kiçikli yumşaq oyuncaqlar, mənasız və gərəksiz suvenirlər, heykəlciklər, şəkillərlə bəzəyirlər. Hətta kişi bir də gözünü açıb görür ki, maşınının salonu oyuncaq dükanına dönüb. Əvvəl «təzəhəvəs» kişilər buna göz yuma bilər. Amma sonra… əsl əsəb partlayışı baş verəcək.O, sizin xırda «cehizinizdən» və xırdaçı arvadından sözün əsl mənasında bezəcək. Hətta arada fürsət tapıb, əşyalardan bir-ikisini aradan çıxaracaq da… Əmin olun ki, o, heç vaxt sizə xoşladığınız suveniri və oyuncağı hədiyyə etməyəcək. Çünki artıq böyümək vaxtıdır!Səhv 4
Hər dəqiqə xəstə olduğunuzu vurğulamaqÇernışevskinin «Kənd gözəli», "Şəhər gözəli" deyə iki yerə ayırdığı birinci qism xanımlar sağlam, güclü, kənd təsərrüfatı üçün yararlı qadınlar idi. Şəhər gözəli qisminə isə xəstə çöhrəli, əsl xristian mərhəmətinə möhtac zərif xanımlar aid edilirdi. Keçmişdə elə bizim kişilər də zəif, köməksiz, sifəti ağbəniz, qorxaq qızlardan xoşlanırdılar. Amma indi… Kişilərə sağlam, ağrıdan sızlamayan və dava-dərmana pul xərclətməyən qadınlar daha sərfəli və daha xoşdur. Onlar evdə sağlam arvadın onu qarşılamasını arzulayırlar. Ən diqqətcil kişi belə günlərlə xəstəyə baxmağa və onun nazı ilə oynamağa qadir deyil. Bir sözlə, sağlamlığınızın qeydinə qalın, bu, sizin özünüzə xeyirlidir.Səhv 5
Bədxərclik etməkHər gün müxtəlif firma və bahalı kosmetik vasitələrin cəlbedici reklam çağırışları istənilən qadını yoldan çıxara bilər. Kişilərsə səhər tezdən üzlərini yumaqla da kifayətlənirlər. Bahalı salon, krem, ənlik-kirşana görə evin büdcəsini «dağıdan» qadın hansı kişinin xoşuna gələr'? Kosmetikaya verilən pul (ətirdən başqa) kişi üçün zibilliyə pul atmağa bərabərdir. Gözəllik qurban tələb edir. Amma elə edin ki, bu qurban sizin əriniz və ya sevgiliniz olmasın.Buraxdığınız səhvləri bu xətaların içində gördünüzsə, bir daha yanlışlığa yol verməzsiniz.Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun SEVGİLİNİ TANIYIRSANMI? kitabından
|
['qızlara nəsihət']
|
1,667 |
https://kayzen.az/blog/burcler/15705/b%C3%BCrcl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-u%C4%9Furlu-g%C3%BCnl%C9%99r-v%C9%99-saatlar.html
|
Bürclər üçün uğurlu günlər və saatlar
|
Tomris
|
Bürclər və onların xüsusiyyətləri
|
1 sentyabr 2014, 00:19
|
Hər bürcün günlər üzrə uğurlu saatlarını bilməklə həyatınızın ən məsul görüşlərini, tədbirlərini həmin saatlara salsanız, uduzmazsınız.Qoç və Əqrəb bürcləriSəyyarəsi Mərrix (Mars), ən uğurlu günü çərşənbə axşamıdır. Həftələr üzrə ən uğurlu saatları:Bazar günü — saat 2, 7, 21.Bazar ertəsi — saat 11, 16, 18.Çərşənbə axşamı — saat 3, 8, 13, 22.Çərşənbə — saat 12, 17, 19.Cümə axşamı — saat 4, 9, 14, 23.Cümə — saat 1, 6, 20.Şənbə — saat 5, 10, 15, 24. Buğa və Tərəzi bürcləriSəyyarəsi Zöhrə (Venera), ən uğurlu günü cümə günüdür. Həftələr üzrə ən uğurlu saatları:Bazar günü — saat 4, 9, 14, 23.Bazar ertəsi — saat 1, 6, 20.Çərşənbə axşamı — saat 5, 10, 15, 24.Çərşənbə — saat 2, 7, 21.Cümə axşamı — saat 2, 11, 16, 18.Cümə — saat 3, 8, 13, 22.Şənbə — saat 12, 17, 19.Əkizlər və Qız bürcləriSəyyarəsi Ütarid (Merkuri), ən uğurlu günü çərşənbə günüdür. Həftələr üzrə ən uğurlu saatları:Bazar günü — saat 5, 10. 15, 24.Bazar ertəsi — saat 2, 7, 21.Çərşənbə axşamı — saat 11, 16, 18.Çərşənbə — saat 3, 8, 13, 22.Cümə axşamı — saat 12, 17, 19.Cümə — saat 4, 9, 14, 23.Şənbə — saat 1, 6, 20.Xərçəng bürcüSəyyarəsi Ay, ən uğurlu günü çərşənbə günüdür. Həftələr üzrə ən uğurlu saatları:Bazar günü — saat 11, 16, 18.Bazar ertəsi — saat 3, 8, 13, 22.Çərşənbə axşamı — saat 12, 17, 19.Çərşənbə — saat 4, 9, 14, 23.Cümə axşamı — saat 1, 6, 20.Cümə — saat 5, 10, 15, 24.Şənbə — saat 2, 7, 21.Şir bürcüSəyyarəsi Günəş, ən uğurlu günü bazar günüdür. Həftələr üzrə ən uğurlu saatları:Bazar günü — saat 3, 11, 26, 22.Bazar ertəsi — saat 12, 17, 19.Çərşənbə axşamı — saat 4, 9, 14, 23.Çərsənbə — saat 4, 6, 23.Cümə axşamı — saat 5, 10, 15, 24.Cümə — saat 2, 7, 21.Şənbə — saat 11, 16, 18.Dolça və Oğlaq bürcləriSəyyarəsi Zühəl (Saturn), ən uğurlu günü şənbə günüdür. Həftələr üzrə ən uğurlu saatları:Bazar günü — saat 12, 17, 19.Bazar ertəsi — saat 4, 9, 14, 23.Çərsənbə axsamı — saat 1, 6, 20.Çərşənbə — saat 5, 10, 15, 24.Cümə axşamı — saat 3, 8, 22.Ciimə — saat 11, 16, 18.Şənbə — saat 3, 8, 13, 22.Oxatan və Balıqlar bürcləriSəyyarəsi Müştəri (Yupiter), ən uğurlu günü cümə axşamıdır. Həftələr üzrə ən uğurlu saatları:Bazar günü — saat 1, 6, 20.Bazar ertəsi — saat 5, 10, 15, 24.Çərşənbə axşamı — saat 2, 7,21.Çərşənbə — saat 11, 16, 18.Cümə axşamı — saat 3, 8, 22.Cümə — saat 12, 17, 19.Şənbə — saat 4, 9, 14, 23.Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun SEVGİLİNİ TANIYIRSANMI? kitabından
|
['bürclər']
|
1,668 |
https://kayzen.az/blog/anal%C4%B1q/16821/k%C3%B6rp%C9%99ni-quca%C4%9Fa-almaq-laz%C4%B1md%C4%B1rm%C4%B1.html
|
Körpəni qucağa almaq lazımdırmı?
|
Someone
|
Körpəyə qulluq və analıq
|
31 avqust 2014, 22:24
|
Körpənin qucağa alınmasıyla əlaqədar fərqli fikirlərin olması ana namizədlərini çaşdıra bilər. Bəzi fikirlərə görə körpə mümkün qədər az qucağa alınmalıdır ki, qucağa öyrəşməsin və ana rahat olsun. Bəzi yanaşmalar isə bunun tam tərsini, analara körpələri hələ ana qarınındaymış kimi uzun zaman demək olar ki, yapışıq bir həyat keçirməsini təklif edir.
Körpə ananın qarınına düşdüyündən etibarən (bəlkə də çox daha əvvəl) ananın zehinində bir yerə sahib olmağa başlayır. Bu «yer» ananın öz psixoloji vəziyyəti, bir körpə sahibi olmaqla əlaqədar duyğuları, hazırlığı, öz uşaqlığı və böyüdülmə tərzi ilə, öz ana atası, həmçinin yoldaşı ilə əlaqəsinə əsasən müəyyən edilir. Ananın özü bir körpə sahibi olmaq mövzusunda nə qədər qayğıdan uzaqdırsa, yoldaşıyla birlikdə nə qədər mehriban münasibətdədirsə, ayrıca öz uşaqlıq dövrü ilə əlaqədar emosional qarşıdurmaları nə qədər azdırsa, körpəsinin də sakit olma ehtimalı bir o qədər yüksəkdir. Ana özünü rahat və dinc hiss edirsə, körpənin ehtiyaclarını qarşılamaq mövzusunda daha uğurlu olacaq. Ehtiyacları qarşılanan körpə daha dinc və sakit olacaq. Körpə üçün əvvəllər çox yeni və aydın olmayan, bəlkə də təhlükəli kimi görünən dünya, ananın qayğısı və sevgisi sayəsində yavaş yavaş etibarlı bir yerə çevrilməyə başlayır. Beləcə güvən duyğusu yaranır. Güvən duyğusu inkişaf etdikcə və körpə sakitləşdikcə, başlanğıcda bəlkə də davamlı qucaqda olmaq istəyən körpə artıq daha çox ayrı qala bilir. Çünki artıq bilir ki, yenidən nəyəsə ehtiyacı olduğunda ana ehtiyacını qarşılamaq üçün yanında olacaq. Güvən duyğusu çox əhəmiyyətlidir:Güvən duyğusu inkişaf edən körpə yavaş-yavaş anadan ayrı daha çox vaxt keçirir. Ətrafındakılara diqqət etməyə başlayır. Gülümsəməyə, iməkləməyə, getməyə, dünyanı kəşf etməyə başlyır. Onu müşahidə edən ana də körpənin yeni ehtiyaclarını görür, onları qarşılayır və körpəni təbii olaraq daha çox sərbəst buraxa bilir. Əvvəllər körpə ağladığı anda qucağına alıb döş verərkən, artıq əlindəki işini bitirə bilmək üçün bəlkə də körpəsinin bir iki dəqiqə sızlanmasına icazə verə bilir. Onu da qeyd edək ki, körpə nə qədər çətin sakitləşən bir körpə olsa da ananın göstərdiyi maraq və qayğı nəticəsində çətin bir körpə ilə ana arasında zaman keçdikcə bir harmoniya yaranır. Ana körpəsinə, körpə də anasına uyğunlaşır. Bu səbəblədir ki, analar körpələrinin nə vaxt və niyə ağladığını ağlama şəkillərindən və səs tonlarından başa düşürlər.Düsturu yoxdur:Bütün bunları nəzərə aldıqda hər bir körpə üçün filan qədər qucağa alınmalıdır kimi bir düstur olmadığını görürük. Bəzi körpələr davamlı qucaqda tutulmaq istəyir, bəziləri isə daha çox ayrı qala bilir. Əgər körpənin psixoloji inkişafı yolunda gedirsə zaman keçdikcə daha az qucaq istəyəcəyini görəcəksiniz. Digər tərəfdən, uşağın inkişaf dövrlərini bilmək də qucaq mövzusunda əhəmiyyətlidir. Məsələn 7-8 ay ərzində körpədə xaric qorxusu inkişaf etdiyi üçün o, daha çox qucaq istəyə bilər. 18 və 24 ay arasında anaya təkrar bir bağlanma yaranar və daha çox qucağa ehtiyac duya bilər. Bu hallar tamamilə normaldır.Qucağa almamaq da düzgün deyil:Uzun müddətlərlə qucağa alınmamaq da körpələr üçün olduqca təhlükəli ola bilər. Xüsusilə bəzi amerikan məktəblərində körpənin yatızdırılması ilə əlaqədar uzun müddət qucağa alınmaması və körpənin buna vərdiş etməli olduğu tövsiyə edilir. Həqiqətən də körpə buna qısa bir zamanda öyrəşər. Lakin eyni zamanda körpədə ətrafla əlaqədar neqativ hisslər inkişaf edə bilər. Körpə belə hiss edər: «Qorxuram, ehtiyaclarımın da qarşılanması lazımdır, nə qədər ağlasam da kimsə gəlmir, bura etibarlı bir yer deyil.» Belə hallarda körpələrdə inamsızlıq, rahat ayrı qala bilməmək kimi hallar meydana gələ bilər və sakitləşə bilmək üçün daha çox qucağa ehtiyac duya bilərlər.
Uşaqlar üçün tək qala bilmə imkanlarının inkişafı əhəmiyyətlidir. Lakin yenə də körpəlik dövründə diqqətli olmaq lazımdır. «Necə olsa qoyuram öz-özünə oynayır» deyərək körpələrin uzun müddət tək qalması düzgün deyil. Bəzi körpələr uzun müddət tək qala bilir kimi görünə bilərlər amma bəlkə də özünə göstərilən diqqətin miqdarını qəbul etməyə və buna öyrəşməyə çalışırlar. Bu vəziyyət isə körpənin gələcəyi üçün olduqca təhlükəlidir və bir çox mənfi nəticələri ola bilər.
|
['körpələr', 'körpənin qucağa alınması']
|
1,669 |
https://kayzen.az/blog/maraqli-faktlar/16820/borc-haqda-10-maraql%C4%B1-fakt.html
|
Borc haqda 10 maraqlı fakt
|
Someone
|
Maraqlı faktlar
|
31 avqust 2014, 21:29
|
1. Qədim Yunanıstanda borc verən gedib borc götürənin torpağında xüsusi lövhə qoyurdu. Bu lövhə ipoteka adlanırdı. İpotekanın mənası bu idi ki, borclu vaxtında pulu qaytara bilməsəydi, torpaq kreditorun adına keçirdi.2. 1827-ci ildə Əlcəzair hökmdarı fransız səfiri borcunu ödəmədiyinə görə milçəköldürənlə vurmuşdu. Bu hadisə 3 il sonra Fransanın Əlcəzairi işğal etməsinə bəhanə olmuşdu. 3. Hindu qəbiləsindəki bir adətə görə, borc götürən girov əvəzinə öz adını qoyur. Borc ödənənəcən qəbilədəkilər həmin ona jestlərlə və anlaşılmazla səslərlə müraciət edirlər. Yəni adını çağırmırlar.4. Çörçill deyirdi: “Dövlətini reputasiyasını borc götürə bildiyi məbləğ müəyyən edir”.5. Orta əsrlərdə Roma papaları faizə borc verməyi qadağan edirdilər. İnsanların maddi durumundan istifadə edib varlanmaq qorxunc günah hesab edilirdi. Buna görə 1179-cu ildə III Aleksandr sələmçiləri islaholunmaz günahkarlar elan etmişdi. Belələri hətta öləndə də müqəddəs yerlərdə deyil, kənarda dəfn edilirdi.6. Orta əsrlərdə İngiltərədə bir qanun var idi ki, borca görə həbs qərarı çıxarılmış adamı evində həbs etmək olmazdı. Onu həbs etmək üçün evdən çölə çıxmağını gözləmək lazım idi.7. Orta əsrlər fransız komediyasında varlı adam ondan qoyun oğurlamış çobanı məhkəməyə verir. Məhkəmə zamanı varlı adam çobanı unudaraq onun vəkilini danlamağa başlayır. Sən demə vəkil də ona borclu imiş. Hakim mübahisəni kəsərək deyir: “Qayıdaq bizim qoyunlara”. 8. Rusiyada qədim vaxtlara bir adət mövcud idi: borclu borcu qaytara bilməyəndə ona izdihamın içində işgəncə verirdilər ki, başqaları dərs götürsün.9. Borclularla rəftarın ən sərt üsulunu öz "İlahi komediya”sında Dante göstərib. Əsərdə, onlar üçün cəhənnəmdə ayrıca yer ayırıb.10. Bir çox ölkələrdə borclar irsən alınır.
|
['maraqlı faktlar', 'hadisələr', 'pul', 'borc']
|
1,670 |
https://kayzen.az/blog/aforizmler/16819/h%C9%99yat-kredonuza-%C3%A7evril%C9%99-bil%C9%99c%C9%99k-sitatlar.html
|
Həyat kredonuza çevrilə biləcək sitatlar
|
Someone
|
Hikmət dənizi və aforizmlər
|
31 avqust 2014, 21:15
|
Əvvəl mən deyirdim: «Mən ümid edirəm ki, hər şey dəyişəcək». Sonra mən anladım ki, hər şeyin dəyişməsinin bir yolu var – mənim özümün dəyişməyi. Cim RonUğursuzluq – hər şeyi yenidən başlamaq imkanıdır, amma daha müdrikcəsinə. Henri FordƏgər problemi həll etmək mümkündürsə, narahat olmağa dəyməz. Əgər problem həll edilməzdirsə, onda narahat olmağa ehtiyac yoxdur. Dalay LamaSiz çox istedadlısınız və çox səy göstərirsiniz. Amma başa düşməlisiniz ki, bəzi nəticələri əldə etmək üçün vaxt lazımdır. Məsələn, siz hətta 9 qadını hamilə qoysanız, 1 aydan sonra ata olmağınız mümkün deyil. Uorren Baffet Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir. Mark TvenBizim ən böyük çatışmazlığımız ondadır ki, biz çox tez vaz keçirik. Uğura gedin yol yenidən cəhd etməkdən keçir. Tomas EdisonMən şəxsən çiyələklə qaymaq yeməyi sevirəm. Amma balıqlar qurd sevir. Ona görə də balıq tutmağa gedəndə mən öz sevdiyim yemək haqda deyil, balığın sevdiyi yemək haqda düşünürəm. Deyl KarnegiSəhər oyananda özündən soruş: “Mən nə etməliyəm”. Gecə yatanda özündən soruş: “Mən nə etdim?” PifaqorBədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir. Robert KiyosakiYaşlılar həmişə cavanlara məsləhət görür ki, pula qənaət edin. Bu pis məsləhətdi. Beş qəpikliklərə qənaət etməyin. Özünüzə maya qoyun. Mən 40 yaşıma qədər bir dollara da qənaət etməmişəm. Henri FordMən bunu istəyirəmsə, deməli bu olacaq. Henri FordMən məğlubiyyətlərə dözmürdüm. Mən sadəcə 10 min yol tapırdım, hansılar ki, heç vaxt işləmirdi. Tomas EdisonAğır iş, sizin indiyə kimi görmədiyin yüngül işlərin cəmidir. Con MaksvellMənim çıxartdığım və hər zaman əməl etdiyim bir dərs var, cəhd etmək, cəhd etmək, yenə də cəhd etmək! Və heç vaxt təslim olmamaq! Riçard BrensonƏgər heç vaxt malik olmadığın bir şeyə malik olmaq istəyirsənsə, heç vaxt etmədiyin bir şeyi etməlisən. Koko Şanel Mənbə:kulis.az
|
['aforizimlər', 'sitatlar']
|
1,671 |
https://kayzen.az/blog/psixologiya/16812/ad%C4%B1m%C4%B1z%C4%B1n-taleyimiz%C9%99-hans%C4%B1-t%C9%99siri-var.html
|
Adımızın taleyimizə hansı təsiri var?
|
kurdamir
|
Psixologiya
|
31 avqust 2014, 09:39
|
Uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır
Adlar da geyim kimidir, bəziləri insana tam uyğun olur, bəziləri böyük, bəziləri kiçik. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Çünki adların yarandığı hərflər hərəsi ayrılıqda bir məna daşıyır.
Hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün varlıqlara təsirini öyrənən elm huruf adlanır. İnsan adının taleyinə təsiri mövzusu ilmi hurufun əsas istiqamətidir.
Qədim Misirdən Roma İmperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar «nomen est omen» yəni «adımız taleyimizdir» deyəcək qədər qəti bir inanca sahibdilər.
Hərflərin sirri İsrail oğulları tərəfindən də araşdırılıb, analiz edilib. Bu üsulla Babil, Kalde, Asar və s. dövlətlər müxtəlif araşdırmalar aparıblar. Adamın adındakı hərflərin onun taleyinə təsir etdiyini zamanla ərəblər də qəbul ediblər. Məhəmmməd (ə.s) Peyğəmbər buyurub ki, "övladlarınızı gözəl adlarla adlandırın ki, onlar gözəl insan olaraq xatırlansınlar".
Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Belə ki, bu ad 541 körpəyə verilib. İkinci yerdə Hüseyn (344), üçüncü yerdə isə Əli (325) adıdır. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, qız uşaqlarına ən çox verilən ad isə Zəhradır. Bu ad 459 qız uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir. Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.
Türkiyədə adların analizi ilə məşğul olan həmyerlimiz Nicat Səmavinin sözlərinə görə, eynilə bürclərdə olduğu kimi hərflərdə də su, hava, od, torpaq qrupları var və hamısı heyvan xarakteriylə uyğunlaşdırılıb. «Elmi hurufa görə, adında ç, ş, ğ kimi işarəli hərflər və nöqtəli ö, i, ü hərfləri olan insanlar müəyyən həyati problemlər yaşaya bilər. Bura iqtisadi, sağlamlıq və ya ailəvi problemlər aid edilə bilər. Adında „gül“ hecası olan insanlara (Gülşən, Gülnar, Gülay) diqqət yetirilirsə, görmək mümkündür ki, bu insanlar bədbəxt bir həyat yaşayırlar. Çünki cüt nöqtəli bu sait bədbəxtlik və problem gətirir. Hecanın ilk hərfi g isə bu təsiri artırır. „Adında r, l, n hərfləri olan insanlar xoşbəxt taleli insanlar olur. Adında v ilə re, rə hecaları olan insanlar pul toplamaqda çətinlik çəkərlər“.
Araşdırmaçı deyir ki, adında s, ş, z olanlar fədakar, sevgi dolu insanlar olur. Od qrupu hərflər z, ş, f, g, y, hava qrupu hərflər k, h, r, c, j, su qrupu hərflər b, p, d, t və s, torpaq qrupu hərflər l, m, n-dır.
Mütəxəssisin sözlərinə görə, uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır. Bunun üçün uşağın adındakı hərflərin ədədi düzülməsi, hərf sayı, adın içindəki nöqtəli və işarəli hərflərin olmasına diqqət yetirmək və ata-ananın adıyla uyğun olmasına önəm vermək lazımdır. Həmsöhbətimiz bildirir ki, adlarda olan hərflər təkcə insanın taleyinə deyil, sağlamlığına da təsir edə bilər. „Əgər adda “a» hərfi çoxdursa, qan dövranı ilə bağlı xəstəliklər, «e» hərfi çoxdursa, boğaz yollarıyla bağlı xəstəliklər çox olur. «R» və «t» kimi sərt hərflərlə bitən adlı insanlar sərt insanlar olur.
Ekspertə görə, əslində heç bir hərfə yaxşı və ya pis demək doğru deyil. Çünki hamısı enerji dəyərləri daşıyır. Bu enerjilərin yarısı müsbət, yarısı mənfidir. Amma bəzi hərflərin daha ağır tale yaşatdığını bilirik. Məsələn ü, ö, ğ bir az çətin hərflərdir. İnsan istədiyi zaman adını dəyişərsə, bu, onun taleyinə təsir edə bilər.
İslam dinində də insanlara gözəl ad seçilməsi böyük əhəmiyyət daşıyır. Yeni doğulan uşağa qısa bir müddət ərzində gözəl bir ad qoymaq ana və ataların ən əhəmiyyətli vəzifələrindəndir. Uşağa qoyulan ad həm bu dünyada, həm də axirətdə etibarlıdır. İlahiyyatçı Səriyyə Saminin dediyinə görə, peyğəmbərimiz nəinki balaca uşaqların, hətta böyüklərin də adı ilə maraqlanmış və yaxşı təsiri olmayan adları dəyişmişdir. «Peyğəmbərimiz buyurub ki, „qiyamət günü adınız və atalarınızın adı ilə çağırılacaqsınız. Elə isə özünüzə gözəl adlar seçin“.
Müsahibimizin sözlərinə görə, Allaha xas adları insanlara qoymaq olmaz. „Əgər belə adlar qoymaq istəyirsinizsə, adların əvvəlinə “əbdül» sözünü artırmaq lazımdır. Məsələn Kərim, Əziz adarının qarşısına Əbdül sözünü qoymaqla bu adlardan istifadə edə bilərsiniz".
Peyğəmbərimizin insanlara məsləhət gördüyü adlar arasında Abdullah, Əbdürrəhman, Məhəmməd, Həsən, Hüseyn, Aişə, Fatimə, Zeynəb, Xədicə, Cəmilə, Zəhra adları var.
Seçim insanın əlindədir. Kim nəyi seçərsə, onu da yaşayar. Odur ki, övladlarınıza ad verərkən gözəl adlar seçin ki, həyatları gözəl keçsin...
Milli.az
|
['adların mənası', 'dini adlar']
|
1,672 |
https://kayzen.az/blog/Nesin/16054/k%C3%B6p%C9%99y%C9%99-ehsan.html
|
Köpəyə ehsan
|
Apollon
|
Əziz Nesin satirası
|
30 avqust 2014, 18:39
|
Mərhumun vəsiyyəti
Qasım kişinin çox qəribə inancları var idi. Mərhəmətli ürəyində heyvan sevgisinə geniş yer verən Qasım kişinin evində çoxlu pişik, itə rast gəlmək olardı. Ən çox sevdiyi, zövq aldığı iş göyərçinlərə çörək doğramaq idi.
Heç vaxt ət yeməz, bağçasında hər növ ev heyvanı saxlayardı. Amma onun ən çox sevdiyi Qarabaş idi. On dörd illik itiylə elə yola gedirdilər ki, hətta heç bir söz demədən bir-birlərinin sevinclərini, kədərlərini başa düşürdülər. Uşaqı-zadı yox idi… On dörd ili bu Qarabaşla keçmişdi.
Qarabaş iki gün davam edən xəstəlikdən sonra ölür və Qasım kişi pərişan olur. Heç nə ona təsəlli vermirdi. Düz iyirmi dörd saat onun başının üstündə ağladı.
Onu evinə gətirəndə yumruq boyda idi. Barmağını südə batırar, onun ağzına sürtərdi. Qarabaş sonradan qoç kimi iri, gözəl, insanlardan daha çox anlayışlı bir heyvan olmuşdu.
Qasım kişi Qarabaşa olan son borcunu, ona olan sevgisini göstərmək istəyirdi. Göz yaşı içində sanki bir insan cəsədi kimi onu sabun və isti suyla yudu. Ona bir də tabut düzəltdirdi.
Onu tanımayan bir məhəlləyə köçdü. Qonşulara, kəndxudaya, mollaya xəbər yollayıb uşağının öldüyünü bildirdi. Qarabaş təntənəli bir dəfn mərasimi ilə evdən çıxarıldı. Qasım kişi pul sarıdan korluq çəkmirdi.
İskatçılara (ölənlərin qılınmamış namazları, tutulmamış oruclarına görə sədəqə verilən adam-red.), duaçılara, mollaya çoxlu pul verdi. Tabut məscid həyətində müsəlla daşının üstünə qoyuldu. Dəfn mərasimi sona çatdıqdan sonra məzara aparıldı. Elə bu zaman da bütün əksikliklər ortaya çıxdı. Mərasimə toplaşan qələbəlik məzarın başında ağlayan Qasım kişini sakitləşdirərkən o biri tərəfdən də dua edirdi. İki nəfər tabutu götürüb çuxura qoyanda gözləri əcaib bir şeyə sataşdı. Tabutun deşiyindən iki qarış uzunluğunda bir it quyruğu sallanırdı. Qorxularından tabut əllərindən yerə düşdü. Hamı çaşbaş qalmışdı. Qasım kişi aranı düzəltmək üçün:
— Uşağımın quyruğu vardı- dedi.
Amma bir uşağın bu uzunluqda quyruğu olmasına heç kəs inanmadı. Tabutu açanda içindən Qarabaşın ölüsü çıxdı.
Qasım kişinin yaxasından tutub Qazının qarşısına çıxartdılar. Qazı molladan, camaatdan baş verənləri eşidib öyrənəndən sonra Qasım kişiyə:
— Bir iti niyə insan kimi bu cür kəfənləyib dəfn edirsən? Dinimiz sənin ədəb-ərkanına uyğun deyilmi?
Qasım kişi:
— Ah Qazı əfəndi, Qarabaşın necə bir heyvan olduğunu, onun üstünlüklərini bilsəydiniz məni bu cür günahlandırmazdınız.
— Bir itin qəbiristanlıqda dəfn edilməsi üçün hansı üstünlüyü var axı?
— Əvvəla sadiq idi… Bir sümük parçasının belə ölənə kimi xətrini tutardı. Heç kəsə pislik etməzdi. Cəsur və gözəl idi.
— Bunlar səbəb deyil!
Nə cavab verəcəyini bilməyən Qasım kişi, öz gördüyü xeyirxah işləri Qarabaş adına çıxmağa başladı.
— Xeyirxah işlər görərdi. Qazancının zəkatını, fitrəsini verirdi. Kasıb-kusubun könlünü xoş edərdi.
— Belə şey ola bilməz.
— Hətta sağlığında bir bulaq da düzəltdirmişdi. Mədrəsəyə iki xalça hədiyyə etmişdi.
Qazı:
-Sən dəlisən? Heç it də belə işlər görə bilər? — dedi.
Çətin vəziyyətə düşən Qasım kişi:
— İt idi, amma siz onun necə it olduğunu bilə bilməzsiniz. Hətta ölməzdən əvvəl mənə vəsiyyət də etmişdi.
Qazı hirslənərək:
— Ay dəli, sən hamını özün kimi axmaq hesab edirsən? Heç it də vəsiyyət edə bilər? — deyə qışqırdı. Bu zaman Qasım kişi:
— Qazı əfəndi, inanın mənə, vəsiyyət etmişdi. Bütün malının kasıb-kusuba verilməsini istəmişdi.
Qasım kişi qurşağından bir kisə çıxartdı:
-Hətta bu beş yüz qızılın da Qazı əfəndi həzrətlərinə çatmasını vəsiyyət etmişdi.
Qazı əfəndinin gözləri yaşardı:
— Allahın rəhməti üstündən əskik olmasın, danış görək, Qasım kişi. Mərhum daha sonra nələr demişdi?.. Hamısını bir-bir danış… Mərhumun vəsiyyətini yerinə yetirək, böyük savabı var.
|
['Əziz Nesin', 'Köpəyə ehsan']
|
1,673 |
https://kayzen.az/blog/346/16800/birlik-%7C-satirik-hekay%C9%99.html
|
Birlik | Satirik hekayə
|
ruzgar_m
|
346 saylı marşrut
|
29 avqust 2014, 20:39
|
“Ay kişi, sür gedək də! Öldük ki… Nəyi gözləyirsən? Camaat evə gecikir axı!” deyə bir səs məni Remarkdan ayırdı. Romanın şirin yerində kitabı bağlayıb tər və kir qoxulu adamlarla qaynayan avtobusun içində güclə də olsa arxaya çevrilməyi bacardım.Bu giperpola mənbəyi adamın 23,25 yaşı olardı, çox əsəbi görünürdü. Əslində avtobusda əsəbi görünməyən adam yox idi və mən bu əsəbi adamların əsəbi baxışlarına özüm də bilmədən tədricən çoxdan alışmışdım. Bu əsəbi adamalrı hər gün işə gedəndə küçədə, avtobusda, metroda və hətta işdə də görürdüm. Hər gün! Axşam evə qayıdanda isə hər şey tərsinə olurdu...metro, avtobus, küçə, əsəbi baxışlar.Təkcə evdən bayıra çıxmadığım günlərdə bu əsəbi baxışlardan gizlənə bilirdim. Evimin divarları məni və ailəmi xroniki əsəb daşıyıcılarından qoruyurdu. Nə yaxşı ki, evimizin divarları var. Əslində hərdən qorxurdum ki, bu əsəbi adamların, aqressiyası, paxıllığı divarları da dəlib keçər, yuvama, ocağıma təcavüz edər. “Nə qədər gözləmək olar axı? Sür bu zəhrimarı gedək evimizə rahat çataq da, adamda insaf da yaxşı şeydi...heç utanmırsan bu qədər adamı avara edirsən?”Sürücüyə tərəf boylansam da, onu görə bilmədim, basa-bas imkan vermədi. Əhsən,- deyə fikirləşdim, nəhayət ki, vətəndaşlarımız öz haqqlarını tələb edirlər, 20 dəqiqədən çoxdur avtobus tərpənmir, oğlan düz deyir də, balam. Kitabı açdım, birazdan Ravik Joanla sevişəcəkdi.“Necə gönüqalın adamdır e, gör heç vecinədir? Səndən mütləq şikayət edəcəyəm, görərsən,-sözləriylə bu dəfə 38, 40 yaşlarında olan bir kişi deyindi.Saat 9 u keçmişdi, qaranlıq axşamı qucaqlayaraq buludların arxasında gizlənmişdi. Yağışın tək-tük damcıları buludlardan bəlkə də istəmədən qoparaq yerə doğru yol alırdı və avtobusun kirli pəncərəsinə dəyib, üzü aşağı sürüşürdü. Radioda Brilliant Dadaşova “Bayatılar” mahnısını oxumağa başladı. Üzeyirin qapı cırıltısına meydan oxuyan səsiylə, mahnı məfhumuna təhqir dolu meyxanası artıq eşidilmirdi. Əla!Avtobus hələ də tərpənmirdi. Joan Raviki qucaqladı.Bu vəd ağsaqqal bir kişi dinləndi. Remarkı bu dəfə də tək qoymağa məcbur oldum. Ravik Joana nəsə demək istəyirdi, sözünü yarımçıq qoydum.“Düz deyir də, ay bala, gözünüz doymur? Nə qədər adam yığacaqsan? Sür gedək gedək də xarabamıza.” -Bunlardan nə əcəb? — öz-özümə fikirləşdim. Görəsən günəş bu gün haradan doğub ki, bunlar hamısı həmfikir olub, sürücünü qınayırlar? Əhsən!
Haqsızlıqlara sinə gərmək daxilimdə sarsılmaz bir hiss kimi həmişə yaşayırdı. Mübarizə aparmaq, uyğunsuzluqlara irad bildirmək, vətəndaşların haqqını qorumaq uğrunda mübahisələr etmək, həyat təcrübəmdə həddindən artıq çox yer almışdı. Amma sonda həmişə tək qalırdım. Həmişə müdafiə etdiklərim tərəfindən belə tərk edilib, təhlükəylə üzbəüz durduğumdan, bu yol məni bir az yormuşdu və əsəblərimin qayğısına qalmaq üçün arabir belə hallara susurdum da. Susmasaydım dəli ola bilərdim. Hərdən isə mənə elə gəlirdi ki, çoxdan dəli olmuşam, sadəcə bundan xəbərim yoxdur. Bizim cəmiyyətdə ağıllı olmaq da çox təhlükəli işdir axı. Çox təhlükəlidir.İndi isə hər şey əksinə idi. Xalqın bir avtobusa sığan nümayəndələri birağızdan ədalət tələb edirdilər, haqlarını qoruyurdular, sərnişin haqlarını.Avtobusda kiçikdən böyüyə hər kəs deyinməyə başlamışdı. Bu məni çox sevindirirdi, deməli millətimiz istəyəndə bir ola bilirmiş. Adamların səsi radiodakı mahnıların səsini batırmışdı, hamı danışırdı, təkcə sürücüdən başqa.“Sür gedək də...”“Avtobusun nömrəsini yazıb şikayət edəcəyəm.”“Ə sənin adın nədir, şofer?”“Camaat yorğundur...”“Camaatı fikirləşmirsiz!”-Düzdü-Hə, əlbəttə, aaa.-AfərinBirdən bütün səslər kəsildi, qəfil sükut çökdü, sakitlik bütün avtobusa hakim oldu. Düşündüm ki, bəlkə eşidmə qabiliyyətimə nəsə olub, ona görə bu qədər adamın danışığını eşidmirəm? Bir təhər bir az qabağa keçdim. Bir iki addımdan sonra sürücünün oturduğu yeri pis də olsa görürdüm. Qəfil bir hisslə yanıldığımı anladım. Eşidirdim, lap əla eşidirdim. Görürdüm, lap gözəl görürdüm. Hətta bayaqdan avtobusda olduğunu zənn etdiyim avtobus sürücüsünün ağzında siqaret, avtobusun qapısını açıb, yerinə keçdikdən sonra çırpılan qapı səsini də eşidirdim, barmağını burnuna salıb qurdalamağını da görürdüm. Kitab əlimdən düşdü, bəlkə də Raviklə Joan da heyrətlərindən və kədərlərindən bir-birilərinin qucağından ayrıldılar və kitabın arasından avotbusun palçıqlı döşəməsinə yıxıldılar. Dönüb tələsik avtobusun içindəki sərnişinlərə, bayaqdan meydan oxuyan sərnişinlərə baxdım. Salon sükuta qərq olmuşdu. Telefonunda qurdalanan kim, qəzet oxuyan kim, qulaqlıqla mahnlya qulaq asan kim. Sürücü siqaretdən bir qullab vurub salona üflədi. Nəfəsə qarışmış siqaret tüstüsündə sanki onun dünən yediyi xörəkdən də bir pay var idi. Sonra ağız dolusu bəlğəmi ağzına yığıb bayıra tüpürdü. Mənə elə gəldi ki, Remark özü də bu hala dözməyib qışqırdı. Əsəbləşib bir siqaret alışdırdı, bir qədəh kalvados da süzdü. Sonra başını bulayıb kalvadosu birnəfəsə içdi.Birdən avtobusa bir səs yayıldı:-Deyirəm, sürücü qardaş, bəlkə sürəsən gedək?Yaşlı bir arvad güclə eşidilən mızıltısıyla sanki sürücüyə yalvarırdı.Sürücü:-Vaxtı gələndə, gedəcəyik də...,-deyə kobud bir tonla cavab verdi...Hələ 5 dəqiqə də dayandıqdan sonra, axırı ki, yerimizdən tərpəndik.Avtobusun pəncərəsinə dəyən yağış damcıları üzü aşağı sürüşürdü, lap elə yanağımdakı göz yaşları kimi.Radioda hansısa şair vətənpərvərlik, birlik mövzusunda şeir oxuyurdu.
|
['Rüzgar Mövsüm', 'nəqliyyat']
|
1,674 |
https://kayzen.az/blog/google/16798/valideynl%C9%99rin-m%C9%99kt%C9%99b-d%C9%99rdi.html
|
Valideynlərin məktəb dərdi
|
kurdamir
|
Hər şey daxil
|
29 avqust 2014, 20:10
|
Bir uşağı məktəbə göndərmək valideynə neçəyə başa gəlir? Dərs ili yaxınlaşır. Uşaqlar sevinir, onların valideynlərini isə qayğı bürüyüb. Xüsusən, bir neçə övladını məktəbə yola salan valideynlər çətin vəziyyətdə qalıblar. Çünki məktəbə göndərilən övladlarına forma almalı, həmçinin kitab-dəftər və digər ləvazimatlarla təmin etməlidirlər.
Bütün bunların həyata keçirilməsi isə orta statistik azərbaycanlının cibinə uyğun deyil. Ayda 300-400 manat maaş alan ailə başçısı övladını məktəbə göndərmək üçün bir ayın maaşının ən azı yarısından gözünü çəkməlidir.
İldən-ilə qiymətlər bahalaşır
Bakıda dərslik və digər məktəb ləvazimatları satılan dükanlara baş çəkib qiymətlərlə maraqlandıq. Məlum oldu ki, bir şagirdin dərsliklə təmin olunması orta hesabla 150 manatı keçir.
Məsələn, metronun “28 May” stansiyasının yaxınlığında olan kitab mağazasında birinci sinif üçün kitablar və iş dəftərləri satışa tam tərkibdə çıxarılmadığından, neçəyə başa gələcəyini hələlik müəyyənləşdirə bilmədik. Digər məktəb ləvazimatlarına gəlincə, onların qiymətində ötən illə müqayisədə artım var. Dəftərlər 3-5, sadə qələmlər 4-6, rəsm dəftərləri, rəngli qələmlər 10-15 qəpik, məktəbli çantaları isə 3-6 manat bahalaşıb.
Birinci sinif şagirdləri üçün 12 vərəqli dəftərin bir ədədi 10, ancaq daha keyfiyyətli dəftərlər isə 20 qəpikdir. 20 vərəqli dəftər 20, 40 vərəqli 25-30, 100 vərəqli isə 60-70 qəpiyə satılır. Qələmlərin qiyməti də növündən asılı olaraq, 20 qəpik-4 manat arasında dəyişir. Sadə qara karandaşın bir ədədi 10-20 qəpikdir. 6 və 12 ədəd karandaş dəstlərinin qiyməti 60 qəpik-3 manat arasındadır. 24 ədəd rəngli karandaşın qiyməti isə keyfiyyətindən asılı olaraq, 5-8 manat arasında dəyişir. Şəkil albomlarının qiyməti isə ölçüsü və kağızın keyfiyyətindən asılı olaraq, 50 qəpikdən 4 manata qədərdir. Eyni flomaster dəstini də sayından və keyfiyyətindən asılı olaraq, 2 manatdan 10 manata qədər almaq olar. Plastilinin ən ucuzu 40 qəpik, bahası isə 3 manatdır. Pozanların qiyməti 20-80 qəpik arasındadır. Ən ucuz su qabı Çin istehsalıdır ki, onun qiyməti 2, Türkiyə, Dubay istehsalı olanlar isə 6-13 manatdır.
Ən çox bahalaşan ləvazimatlar...
Ən çox bahalaşan ləvazimatlar qələm qabları və çantalardır. Karandaş qablarının qiyməti 3-12 manat civarındadır. Qız uşaqları üçün məktəbli çantalarının qiyməti 10 manatdan 40 manatadək, oğlan uşaqları üçün isə 10 manatdan 20 manatadəkdir. Düzdür, dükanlarda 10 manatdan ucuz çantalar da tapmaq olur. Ancaq elə ilk baxışdan görünür ki, bu malın cəmi bir-iki ay ömrü var. Birinci sinif uşaqları üçün üz qabığı rəngli olan 12 vərəqli dəftərlərin bir ədədi 20-40 qəpiyə satılır. Məktəbə ilk qədəmlərini qoyacaq “birincilər” üçün məktəb ləvazimatları almaq valideynlərə 15 manatdan baha başa gəlir.
Bəzi firma mağazalarında qiymətlər daha yüksəkdir. Məsələn TD mağazalarında 12 vərəqli “Alfa” dəftərlərinin qiyməti 20 qəpikdir. Eyni adda rəsm dəftərlərinin qiyməti isə 1 manat 20 qəpikdir. Rəngli karandaş dəstinin qiyməti isə 2 manat 50 qəpikdir. Diyircəkli qələmlərin bir ədədini 20 qəpiyə, “Faber-Castel” rəngli qələmləri isə 1 manat 60 qəpiyə almaq olar. Mağazada çantalar da qiymətlərinə görə fərqlənir. Burada valideynlər qiyməti 10 manatdan 110 manatadək olan çantalar arasında seçim etmək imkanına malikdirlər.
***
Beləliklə, bir valideyn övladını məktəbə göndərmək üçün dərsliklərə 80-120, dərs ləvazimatlarına 20-40, məktəbli geyiminə 40-55 manat arası pul xərcləməlidir. Bu isə 140-215 manat arası bir rəqəm deməkdir. Bir evdən iki və daha çox uşaq şagird olanda vəziyyət lap ağır olur
Milli.az
|
['mekteb']
|
1,675 |
https://kayzen.az/blog/avtomobil/16795/%C9%99n-%C3%A7ox-sevil%C9%99n-avtomobill%C9%99r.html
|
Ən çox sevilən avtomobillər
|
Someone
|
Avtomobil dünyası
|
29 avqust 2014, 13:54
|
Ən çox beyənilən avtomobillərin yeni siyahısı açıqlanıb. Amerika Müştəri Məmnuniyyəti İndeksinin (American Customer Satisfaction Index — ACSI) avtomobil markaları ilə bağlı araşdırma aparıb. Araşdırmada yerli və xarici avtomobil istehsalçılarına duyulan müştəri məmnuniyyətinin 1,2 faizlik eniş göstərərək 82 faizlə gerilədiyi məlum olub. Ötən illə müqayisədə 21 avtomobil markasının 80 faizindən razı olmayanların sayının artdığı ortaya çıxıb. Acura 7 faizlik enişlə siyahıda sonuncu yeri, Cadillac isə 6 faizlik enişlə sondan beşinci yeri tutub.Araşdırmada avtomobil markalarından yalnız Chevrolet və Buickin müştəri məmnuniyyətinin artdığı vurğulanıb. ACSI avtomobil hesabatını, təsadüfi seçilən 4 min 360 müştəri arasında keçirdiyi sorğu əsasında hesablayıb.Araşdırmaya görə, Acura, Dodge, Jeep, Audi, Cadillac və Mazda ən sevilməyən avtomobillərdir.Mütəxəssislər, insanların bu məmnuniyyətsizliyinin səbəbini avtomobil şirkətlərinin müştərilərinə avtomobil almağın üstünlüklərini təqdim edə bilməməsində görür.Müştəri məmnuniyyətində 2 faizlik bir eniş yaşasa da, ən sevilən avtomobil markaları siyahısının zirvəsində Mersedes-Benz, ikinci sırada Subaru, üçüncü Lexus, dördüncü Volkswagen, beşinci sırada isə Buick qərarlaşıb.Mercedes-Benzin liderliyinin çaşdırıcı olmadığı, lüks avtomobil markasının təqdim etdiyi keyfiyyət və xidmət səbəbləri ilə siyahının başında olduğu bildirilir. Avtomobil həvəskarlarının diqqətinə:
Changan ehtiyat hissələrinə sahib olmaq üçün rəsmi mərkəzə müraciət edə bilərsiniz.
|
['Acura', 'Dodge', 'Jeep', 'Audi', 'Cadillac', 'Mazda', 'avtomobil dünyası', 'avtomobil şirkətləri']
|
1,676 |
https://kayzen.az/blog/kisiler/16362/bu-c%C3%BCml%C9%99l%C9%99r-qad%C4%B1nlar%C4%B1-uzaqla%C5%9Fd%C4%B1r%C4%B1r.html
|
Bu cümlələr qadınları uzaqlaşdırır
|
Apollon
|
Kişilər
|
29 avqust 2014, 11:49
|
Əziz kişilər, bir qadınla münasibətinizin uzun müddət davam etməsini istəyirsinizsə, hər şeydən əvvəl həmin qadınla ünsiyyətinizə fikir verməlisiniz. Qadınlarla söhbət zamanı özünü həmcinsi ilə danışırmış kimi hiss etmək biz kişilərin ən böyük səhvidir. Bütün bunlardan əlavə həm də qadınların qəlbinə gedən yolu tapmaq üçün onların sevmədiyi sözlər, ifadələr barəsində də məlumatlı olmalıyıq. Bu dəfəki məqaləmizdə sizə elə bu barədə məlumat verməyə çalışacağıq. Beləliklə, qadınları əsəbiləşdirən ən məşhur cümlələr:
Mənimlə sevgili olarsan?
Bir qadınla münasibətiniz zamanı əsla belə bir cümlə qurmayın. Çünki qadınlar həmişə idarəni öz əlində saxlamağı bacaran kişilərə üstünlük veririlər. Onlar üçün ideal kişi tipi fikirləri yanlış olsa belə, öz dediyini qadına qəbul etdirməyi bacaran şəxslərdir. Buna görə də sizin qadına qarşı belə bir cümlə qurmağınız onda sizin özünüzə inamınız barədə mənfi rəylər formalaşdırır. Bu cülənin əvəzinə, “Bəlkə birlikdə nəsə edək?” və ya “Telefon nömrəni verə bilərsən?” tipli cümlələr daha özünə əmin səslənir.
Səni öpə bilərəm?
Bir qadından əsla onu öpmək barədə icazə istəməyin. Bu sual qadını kişinin gözündə uşaq kimi göstərir. Ümumiyyətlə, edəcəyiniz hərəkərlərlə bağlı qadından icazə almağınız onların gözündə heç də xoşagələn addım deyil.
Yersiz özünütərif
Kişi əsla evi, avtomobili və ya digər maddi varlıqlarından qadına təsir etmək üçün istifadə etməməlidir. Bu qadınların gözündə çox sadə və bəsit üsul hesab edilir və heç də sizin düşündüyünüz qədər təsirli vasitə deyil.
Axşam nə edək?
Biz kişilərin ən çox yol verdiyimiz səhvlərdən biri də budur. Çünki qadınlar nizamlı bir planı və proqramı olan kişiləri daha çox sevirlər. Buna görə də çalışın ki, ona belə sual ünvanlamaq əvəzinə, axşam üçün bütün planı hazırlayıb daha sonra onu dəvət edəsiniz.
Məndən xoşun gəlir?
Əgər bir qadından sizdən xoşu gəlib gəlmədiyini soruşursunuzsa, bu sualla siz onun gözündəki dəyərinizi itirirsiniz. Qadınlardan bu sualı soruşmağa heç bir ehtiyac yoxdur. Onsuzda o öz hərəkətləri və sözləri ilə sizin bu sualınızı cavablandıracaq.
Mesajıma niyə cavab vermədin?
Bir qadına əsla psixoloji təzyiq etməyə çalışmayın. Çünki qadın özünü günahkar kimi hiss etməyə başladığı an əsla rahat olmaz. Bu da münasibətinizin gələcəyinə mənfi yöndə təsir göstərər.
Bu vaxta qədər neçə sevgilin olub?
Qadının gözündə kişini hörmətdən salan cümlələrdən biri daha. Bu sualla siz özünüzə olan inamsızlığınızı bir daha hiss etdirmiş olursunuz.
kishi.az
|
['kişilər', 'kişi-qadın münasibətləri']
|
1,677 |
https://kayzen.az/blog/anal%C4%B1q/16791/i%C5%9Ftahas%C4%B1z-u%C5%9Fa%C4%9Fa-nec%C9%99-yana%C5%9Fmal%C4%B1.html
|
İştahasız uşağa necə yanaşmalı
|
Someone
|
Körpəyə qulluq və analıq
|
28 avqust 2014, 11:23
|
“Uşağım yemək yemir” tez-tez rast gəlinən şikayətlərdəndir.
İştahasız uşağa necə yanaşmaq lazımdır?
İştahasızlıq nə vaxt problemdir, nə vaxt isə adi hal?
Nə vaxt narahat olmalı, nə vaxt isə uşağı öz-özünə buraxmalıyıq?İlk öncə bir problemin olub-olmamasını araşdırmaq lazımdır. Görəsən, uşağın yeməsini ümid etdiyimiz qida miqdarı onun yaşına, boyuna və çəkisinə görə uyğundur? Yoxsa ümidlərimizi dəyişməliyik. Bu sualın cavabını ən yaxşı sizə uşaq həkimi, diyetoloq verə bilər. Hər yaşın lazımı norması nə qədərdi?
Məsələn, yaşyarımlıq bir uşağın gönorta yeməyində bir dənə kotlet, yarım kasa düyü və bir necə xörək qaşığı göy noxud yetərlidir. Əgər ana uşağının bundan daha da çox yeməsini düşünürsə bu zaman o, yiyən uşağını “iştahasız uşaq” kimi təyin edir. Halbuki uşaq lazım olan miqdarı yeyir. Xüsusilə 1-3 yaş arası uşaqların bir qida qəbulu zamanı yaxşı yeyərkən digər bir qida qəbulu zamanı o qədər də yaxşı yeməmələri təbiidir. Qidalanmanı da günbəgün deyil, həftəlik olaraq qiymətləndirmək lazımdır. Bundan başqa, uşaqlar onlar üçün ən sağlam qidalanma şəkli olan «az-az, tez-tez» yeməyə meyllidirlər. Bəzən də uşaqların yemək arasında çoxlu maye içmələri, ya da ayaqüstü tezbazar “nəisələr” yemələri də yemək əsnasında nisbi bir iştahszlık yarada bilər. Əgər problem gözləmələrimiz ya da yuxarıda qeyd etdiyim digər səbəblər deyil isə, uşağımız yaşına görə lazım olandan az qidalanırsa bu problemin müvəqqəti yoxsa daimi olduğuna baxmaq lazımdır. Müvəqqəti iştahasızlıq qışda tez-tez rast gəlinən yuxarı tənəffüs yollarının infeksiyalarından ya da digər xarici amillər kimi səbəblərdən ötəri ola bilər. Dərman istifadəsi, iqlim dəyişikliyi ya da romantik səbəblər də uşaqların iştahlarının azalmasına səbəb ola bilər tip iştahsızlıklar ötəridir və daha sonrasında iştaha normaya dönər.
Əgər daimi bir iştah problemi varsa uşağa kompleksli şəkildə yanaşmaqda yaklaşmakta fayda ola bilər. Öncelikle büyümesi değerlendirilmelidir. Çəkisi yaşına uyğun artırmı? Boyu yaşına uyğun artırmı? Boyla çəki nisbəti birbirinə proporsional artırmı? Bədən kütlə indeksi yaşa uyğundumu? Uşağın böyüməsində də, inkişafında da bir problem yoxdur ki? Bu sualı incə fərqlərinə belə fikir verərək yaxşı cavablandırmaq lazımdır. Böyüməsində də inkişafında da problem olmayan uşağı belə problemsizdir deyə nəzərə almamaq səhv olar, ancaq böyümə və inkişafında problem varsa bu uşağın daha ətraflı araşdırılması lazımdır. Əvvəlcə aldığı kalorinin və qidanın kafi olub-olmadığına nəzarət yetirilir və kifayət olmadığı halda ailə ilə əlbir olaraq bunların necə artırılacağı barədə birgə qərar verilməlidir. Bəzi hallarda qəlxanvari vəzin göstəriciləri, ümumi və biokimyəvi qan təhlili, lazım gəlsə iltihab markerləri kimi testlərin keçirilməsi faydalıdır. İştahsızlığın və böyümə problemi olan uşaqda yatan xroniki bağırsaq xəstəliyi, qalxanvari vəz problemi kimi problemlər ola bilər.
Ancaq iştahsızlığın tibbi problemlərə bağlı olması nadirdir. Çox vaxtı bu ya quruluş problemidir və uşağın quruluşu, vərdişləri və ailənin yanaşması kimi faktorların birinin ya da bir neçəsinin cəmləşməsi ilə ortaya çıxır. Amma əksəriyyət hallarda, ailə içi bir uyğunluq görəcəksiniz. Çox iştahsız, incə quruluşlu bir uşağın ana və ya atası da uşaqkən oxşar yemə və böyümə nümunəsi göstərmiş ola bilər.Daimi iştahasızlığı olan, yümək yeməyən uşağa isə çox incəliklə yanaşmaq lazımdır. Bir yandan ailənin yemək süfrəsi ətrafındakı mənfi duyğuları, savaşmaları dəstək şəklində həll edilməsinə çalışılmalıdır, digər tərəfdən isə uşağın həm tələblərinə uyğun həm də istəyi ilə hazırlanmış menyu tərtib edilməlidir. Uşağa seçmə imkanı verməyən, onun seçimlərini, duyğularını hesaba almayan bir qidalanma sistemi sağlam olmaz. Əvvəlcə uşağa «Bu sənin sağlamlığın, özün üçün yeyirsən» hissi verilməlidir. Yeməyi müsbət və keyfli bir hal vəziyyətinə gətirmək, bir tərəfdən də öz sağlam qidalanma vərdişlərimizlə yaxşı nümunə olmaq lazımdır. Uşağın fərd olduğunu və bir az azad qərarvermə şansının da olmasının lazım olduğunu xatırlamaq sağlam uşaq qidalanmasının əhəmiyyətli şərtlərindəndir. Bəslənmə planının necə irəliləyəcəyi ailəyə və uşağa görə dəyişə bilər və olduqca səbr istəyən bir müddət ola bilər. Səbirli olmaq və asan olan səhv vərdişlərdən çəkinmək vacibdir. Məsələn, televiziya qarşısında yemək və ya kotleti yesin deyə şəkər vermək.
Səbirlə və düzgün prinsiplərlə yaxınlaşmamız iştahsız uşaqların qidalanmasını daha zövqlü və daha da yaxşılaşdıra bilər. bebe.az
|
['uşaqlar', 'uşaqla rəftar', 'iştahasızlıq', 'iştahasız uşaq']
|
1,678 |
https://kayzen.az/blog/kino/16789/fa%C5%9Fist-diktaturas%C4%B1n%C4%B1n-kino-s%C9%99n%C9%99tin%C9%99-t%C9%99siri.html
|
Faşist diktaturasının kino sənətinə təsiri
|
Someone
|
Kino
|
28 avqust 2014, 10:15
|
Kino və diktatura mövzusunu araşdırarkən maraqlı bir ziddiyyət üzə çıxır. Diktatura bəzi ölkələrdə kinonun bir sənət növü kimi az qala məhvinə rəvac versə də, bəzi ölkələrdə, əksinə, totalitar rejim kinonun inkişafına səbəb olub. Əsasən Afrika, Asiya, Kuba da daxil olmaqla Latın Amerikası və Mərkəzi Amerikanın bir sıra ölkələrində siyasi senzura kinonun inkişafı yolunda ciddi əngəldir.Amma bu tendensiyanın əks qütbündə faşist diktaturası zamanı kino sənətində inqilab etmiş italyan neorealizmi, sərt dini rejimin qılıncı altında bütün dünya kinematoqrafiyası üçün hadisə sayılası filmlər ortaya çıxaran, dahilər yetişdirən İran kinosu dayanır.Diktatura ilə kino sənətinin ilk toqquşduğu dövr isə İkinci Dünya müharibəsinə təsadüf edir. İtaliyaDünya kinematoqrafiyasında böyük bir məktəb yaratmış italyan neorealizmi müharibə illərində — faşizm diktaturası dövründə təşəkkül tapdı. Əslində, neorealizm cərəyanı faşist diktaturası əleyhinə müqavimət və etiraz kimi ortaya çıxmışdı. Ən maraqlısı isə o idi ki, faşizmin qatı əleyhdarları və neorealizmin ən parlaq nümayəndələri olan Roberto Rosselini, Lukino Viskonti, Vittorio de Sika, Cüzeppe de Santis və sonralar tanınmış digər italyan rejissorları Mussolininin qılıncının dalı-qabağı kəsdiyi vaxtlarda onun oğlu Vittorionun baş redaktoru olduğu «Cinema» kinojurnalının ətrafında toplaşmışdılar.Toplaşmağa məcbur idilər, çünki o, bütün italyan kino sənayesini ələ almışdı və onun icazəsi olmadan film çəkmək qadağan idi. Özü də ssenarilər yazan Vittorio İtaliya kino sənayesi ilə öz mülkü kimi rəftar edirdi.Bununla belə, rejissorlar həyatlarını riskə ataraq faşizm haqda həqiqətləri anladan filmləri gizlin çəkirdilər. Rosselini «Roma açıq şəhərdir» filmini məhz belə şəraitdə çəkirdi. Həmin dövrdə Mussolini devrilmişdisə də, İtaliya hələ almanların işğalı altında idi. Real hadisələrə əsaslanan film alman ordusunun dinc insanlara basqısından, rejimin əleyhinə çıxanlara qarşı amansız repressiyalardan bəhs edir. Rosselini bu filmi birbaşa küçədə, dekorasiyasız-filansız çəkmişdi. Təbii işıq, reallığı maksimum şəkildə kinoya gətirmək neorealizmin əsas prinsiplərindən idi.Neorealist filmlərin əsas diqqəti diktaturadan əziyyət çəkən kiçik insanların problemlərinə yönəlmişdi. Qısaca desək, neorealizm amansız reallığın kino dilində dəqiq ifadəsi idi.Diktatura və kino mövzusundan danışarkən bu cərəyanın digər tanınmış təmsilçisi, müqavimət hərəkatının iştirakçısı və buna görə həbs olunan, hətta deyilənlərə görə, həbsdə seksual zorakılığa məruz qalan Lukino Viskontini xatırlamamaq ədalətsizlik olardı. O, 1943-cü ildə ekranlaşdırdığı «Mübtəlalıq» debütünü İtaliya kommunist partiyasının və özünün şəxsi vəsaiti hesabına çəkmişdi. Filmdə ərinin sərvətini ələ keçirmək istəyən qadın məşuqəsi ilə birgə onu qətlə yetirir. Amma rejissor bu hadisənin fonunda tamaşaçının diqqətini həm də yoxsulluğa, sosial problemlərə çəkir.Müharibədən sonra da neorealist üslubda filmlər lentə alınırdı. Həmin filmlər faşist diktaturasının qoyduğu izlərdən danışırdı: sosial bərabərsizlikdən, işsizlikdən, ölkədə müharibənin yaratdığı xarabalıqlardan, mənəvi ağrılardan. Bu filmlər arasında C. de Santisin «Faciəvi ov», «Roma, saat 11», De Sikanın «Velosiped oğruları», "Şuşa", Viskontinin «Torpaq titrəyir» kimi ekran əsərlərinin adını çəkmək olar.50-ci illərə doğru getdikcə əhalinin gəliri artır, müharibənin ağrıları unudulurdu. Məhz belə bir mərhələdə İtaliya hökuməti pessimist ovqatlı neorealist filmlər çəkməyi qadağan etdi, rejissorlar təqib olunmağa başladı. Nəticədə rejissorlar özlərinin sıxılmış enerjilərini tamamilə fərqli kinoestetikada ifadə etməyə can atdılar. İtaliya kinosunda qadağalar nəticəsində ortaya çıxmış postmodernist mərhələ belə yarandı. Bu istiqamət dünya kinosuna Antonioni, Fellini kimi dahiləri bəxş etdi. Müasir insanın təklənməsi, biganəliyi, onun cəmiyyətdəki davranışının sosial motivləri, fərdlə dünya arasında qarşıdurma, insanların ünsiyyətindəki çatların səbəblərinin tədqiqi — bütün bunlar məhz postmodernist rejissorların ekran əsərlərində öz əksini tapdı. Antonioni, Fellini ilə yanaşı artıq tanınmış klassiklər — R.Rosselini, L.Viskonti də bu mövzulara müraciət edirdilər.Həmin dövrdə Fellininin «Yol», "Şirin həyat", «Kabiriyanın gecələri», «Səkkiz yarım», Antonioninin «Bir sevginin tarixçəsi», «Fəryad», eləcə də, «Yalqızlıq və ünsiyyətsizlik» adlı trilogiyasına daxil olan «Macəra», «Gecə», «Toranlıq» kimi dahiyanə filmləri yarandı.İtaliya kinosu ilə bağlı bölməni digər dahi rejissor Paolo Pazolininin kino tarixində ən qalmaqallı filmlərdən sayılan «Sodomun 120 günü» ekran işi ilə tamamlamaq yerinə düşərdi. Filmin mövzusu birbaşa kapitalizm və faşizmlə bağlıdır. Pazolini faşizmi sosial-tarixi kontekstdə yox, seksual zorakılıq prizmasından ustalıqla traktovka edib.İspaniyaİspaniyada kinematoqrafiyanın diktatura ilə ən kəskin toqquşması 1936-ci ildə baş verdi. Buna qədər isə ispan faşistləri "Çörəksiz torpaq" etnoqrafik filminə görə Luis Bunyueli vətənpərvərliyə qarşı çıxmaqda ittiham etmişdilər. Franko diktaturası zamanı isə Bunyuel ölkədən qovuldu. Sonralar o, Fransada rejissor Jan-Pol le Şanuanın çəkdiyi antifrankist "İspaniya, 1936" adlı sənədli lentin ssenari müəllifi oldu.Kinodan təbliğat vasitəsi kimi istifadə eləməyə başlayan frankoçular həm də ona senzura tətbiq etdilər, Milli Kinematoqrafiya İdarəsini, bir qədər sonra isə Dövlət Kino Məktəbini yaradıb, kinematoqrafçıların qarşısına nümayiş olunan bütün filmlərin Kastiliya ləhcəsində səsləndirilməsi tələbini qoydular. Ölkədəki siyasi vəziyyətə qarşı çıxan peşəkar kinematoqrafçıların əksəriyyəti vətəni tərk elədi.Bununla belə, ispan kinosu İkinci Dünya müharibəsindən sonrakı inkişafına, hazırkı uğurlarına görə — tamamilə başqa məqsədlərlə yaradılmasına baxmayaraq — Frankonun təsis etdiyi kino məktəbindən çıxmış solçu, müxalif mövqeli gənc rejissorlar Mario Kamusa, Migel Pikasso, Fransisko Reqeyro, Manuel Sammers və Karlos Sauraya borcludur.AlmaniyaAvropada diktatura rejimindən ən çox əziyyət çəkən, sözsüz ki, alman kinosu idi. Alman kinematoqrafiyası hələ 1917-ci ildən dövlətin monopoliyasına keçməyə başlamışdı. Çünki dövlət kinonu ən uğurlu təbliğat vasitəsi sayır və rejissorlardan pafoslu vətənpərvər filmlər çəkməyi tələb edirdi. Amma alman tamaşaçısı daha çox əyləncəli filmlərə maraq göstərdiyindən dövlət bu cür filmlər də sifariş verməyə məcbur idi. 1918-33-cü illərdə alman kinosunda ekspressionizm cərəyanı yayılır. Ekspressionizm estetikasında olan filmlər Birinci Dünya müharibəsindən sonra kəskinləşən sosial ziddiyyətlərə emosional reaksiya, reallığın subyektiv interpretasiyası idi. Ekspressionizm cərəyanının ən parlaq nümayəndələri P.Veqener («Qolem»), F.Murnau («Nosferatu — dəhşətin simfoniyası»), R.Vine («Doktor Kaliqanın kabineti»), Frits Lanq («Metropolis») idi.30-cu illərdə nasistlərin hakimiyyətə gəlişi ilə alman kino sənayesində də dəyişiklik yarandı. Bu cərəyandan olan bütün filmlərə qadağa qoyuldu. Kino sənətinin onlarla nümayəndəsi ölkəni tərk etdi: Frans Lanq, Peter Lorre, Erix Pomer və s. Antisemit siyasətə qarşı çıxan yəhudi əsilli və açıq fikirli Almaniya rejissorları hərbi düşərgələrdə öldürüldü. Bu dövrdə hakimiyyət üçün təhlükəli sayılmayan əyləncəli və təbliğat filmləri istehsal olunurdu. Repressiyalara baxmayaraq nasional-sosializm ideologiyası ilə üst-üstə düşməyən kiçik büdcəli filmlər də çəkilirdi. Amma həmin filmlər ciddi senzuraya məruz qalırdı.1937-ci ildə isə kino sənayesi tamamilə dövlətin nəzarətinə keçdi. Hərçənd mütəxəssislər kino sənayesində həmin dövrün müsbət rolunu da istisna etmirlər: dövlət kinoya külli miqdarda vəsait ayırırdı, kino sənayesi texniki baxımdan təkmilləşirdi. Maraqlıdır ki, faşist diktaturası dünya kinosuna sənədli kino ustalarından birini, Hitlerlə əməkdaşlıq edən dahi Leni Rifenştalı («Olimpiya», "İradənin təntənəsi") da tanıtdı.Sosialist gerçəkliyiİkinci Dünya müharibəsindən sonra faşizmdən xilas olan kino sənəti sovet diktaturası ilə toqquşdu. ADR-dəki alman kinematoqrafiyası sovet ordusunun diktəsi altında fəaliyyət göstərirdi. İlk illərdə kinoteatrlarda alman dilinə dublyaj edilmiş sovet filmləri nümayiş olunurdu. Sonrakı illərdə isə dövlətin maliyyələşdirdiyi və nəzarətdə olan ADR kinematoqrafiyası hakim partiyanın siyasi məqsədlərinə tabe etdirilmişdi. Buna baxmayaraq alman rejissorlar hər vəchlə siyasi ehkamlardan qurtulmağa, müəllif filmləri yaratmağa çalışırdılar.Amma 50-ci illərin sonunda qadağalar o həddə çatdı ki, siyasi rejim kinoda gündəlik həyatdan, reallıqdan danışmağı yasaq etdi. 1965-ci ildə «sosialist gerçəkliyinə» tənqidi yanaşan bütün filmlər qadağan olundu, rejissor Frank Bayerin müasir dövrdən cəsarətlə bəhs eləyən «Daşların izi» filmi premyeradan dərhal sonra arxivə göndərildi. Onda Şərqi Almaniya rejissorları demək istədiklərini «almanların günahı» mövzusu ilə pərdələyərək çatdırmağa başladılar. Konrad Volfun «Mənim 19 yaşım vardı» (1967), «Sanninin solosu» (1980), Eqon Günterin «Açar» (1974), Hayner Karovun «Paula və Paula haqqında əfsanə» (1973), Roland Qrefin «Brandenburq araşdırmaları» (1982) filmləri bu tip sətiraltı anlamlarla zəngin eksperimental ekran əsərləri idi.Nəhəng sovetlər ölkəsində də kino qadağalarla üzləşmişdi. Ən bariz nümunə Sergey Eyzenşteynin son filmi "İvan Qroznı«ya Stalinin şəxsən özünün qoyduğu qadağa idi. Rejissor bu filmdə şübhələri üzündən insanları amansız repressiyaya məruz qoyan Qroznının müstəbid obrazını yaratmışdı. Sovet senzurası ilə üzləşənlər arasında Kulişov, Dovjenko və digər rejissorlar da vardı. Sözsüz ki, sovetlərdə də kino hər şeydən əvvəl təbliğat vasitəsi idi. Amma bu yanaşma sovet kinosunda müəllif dəst-xəttinin görünməsinə (Tarkovski, Paracanov, Daneliya, Mixalkov) mane ola bilmədi.Oğulların üsyanı – Fransa1950-60-cı illərdə Fransa kinosunda meydana gəlmiş „yeni dalğa“ cərəyanı isə ataların diktaturasına qarşı oğulların etirazından doğdu. Gənc rejissorlar ilk növbədə fransız kinosunda etik və estetik ənənələrin diktaturasına etiraz edirdilər. Onlar fransız kino sistemini, rejissorların yaşlı nəslini burjua dəyərlərinə önəm verdiklərinə görə tənqid edirdilər.Bu cərəyanın nümayəndələri reallıqdan uzaq kommersiya filmlərini rədd edir, eksperimentlərə əl atır, o dövr üçün radikal görünən priyomları kinoya gətirir, insanı robota çevirən cəmiyyətə, burjuaziyaya, sosial normalara qarşı çıxırdılar.Hər şeydən əvvəl isə rejissorun özünəməxsus fərdi üslub yaratmasının tərəfdarı idilər. Alen Rene ( „Mənim sevgim Xirosima“), Fransua Trüffo (»400 zərbə"), Klod Şabrol («Yaraşıqlı Serj»), Jan Lyük Qodar («Son nəfəsdə») kimi rejissorlar orijinal kino dili, yeni montaj üsulu ilə kino sənətində inqilaba nail oldular.Müasir kinonun bəlalarıMüasir dünyamızda da kinematoqrafiyanın siyasi senzuraya tuş gəldiyi ölkələr var. Belə ölkələrdən biri də Fidel Kastronun arzuladığı sayaq yaşamağa məhkum olunmuş Kubadır. Kastro rejiminin ən qatı tənqidçiləri olan kubalı rejissorlar (Gilyermo Kain, Nikolas Mayaruz) Avropaya mühacirət etmək məcburiyyəti ilə üzləşdilər.Digər ölkə isə dünya kinosuna Apxitçatpxonq Virasetakun kimi son dərəcə istedadlı rejissor bəxş etmiş Tailanddır. Senzuraya baxmayaraq dünya kino mütəxəssislərinin yeni minilliyin rejissoru adlandırdığı Apxitçatpxonq Virasetakun öz ölkəsinə nüfuzlu Kann mükafatını gətirən («Tropik qızdırma» filminə görə) ilk rejissordur. Filmləri sadə Asiya kinosunun neoprimitiv nümunəsi kimi yozulan və 2010-cu ildə ikinci dəfə Kannda mükafat alan rejissorun «Bunmi əmi» filmində siyasi motivlər çox dərində gizlədilib. Onun «Sindromlar və yüzilliklər» filmi isə Tailandda senzuraya məruz qalıb. Çünki Tailand filmlərində mənfi polis obrazı ola bilməz, separatizm və terrorizm mövzusunda isə danışmaq qadağandır. Rejissor etiraf edir ki, Tailanddakı siyasi vəziyyət və senzura haqda danışmaq yasaqdır: «Mən ümid edirəm ki, gənc nəsil bu haqda daha cəsarətlə danışacaq, hakimiyyəti siyasi və sosial məsələlər barədə düşünməyə vadar edəcək».Asiyadan söz düşmüşkən, dünya kinosunda brendə çevrilmiş və özünəməxsus kino məktəbi yaratmış İran kinematoqrafiyasından danışmamaq olmaz. Son 20 ildə İran kinosunun güclü inkişaf mərhələsinə qədəm qoymasının səbəbi nədir? Keçmiş prezident Məhəmməd Xatəmi ölkənin mədəniyyət naziri olanda kinoya böyük sərmayə qoymuşdu. Bu, düşünülmüş siyasət idi. İran həmişə siyasi cəhətdən fəal və inqilabi potensialı güclü ölkə olduğuna görə narazılar kinoya yönəldildi, rejissorlara müəyyən qədər yaradıcılıq azadlığı verildi. Vaxtilə Tehran küçələrində hakimiyyətə qarşı döyüşən Möhsün Məxməlbaf indi dünya şöhrətli rejissordur.İran filmləri dəfələrlə Kann, Venesiya, Berlin festivallarında baş mükafatlara layiq görülüb, Oskara nominant olub. Tanınmış İran rejissorları arasında Abbas Kiorastami («Dostumun evi hanı», «Gilasın dadı»), Möhsün Məxməlbaf («Velosipedçi», «Qəndəhar»), Məcid Məcidi («Səma övladları», «Boran») və başqalarının adını çəkmək olarAmma İran rejissorları senzuraya tuş gəlməmək üçün açıq mətnlə yox, metaforalarla işləyir, sətiraltı siyasi, sosial mesajlar ötürürlər. Bəziləri isə daha çox azadlıq əldə etmək üçün Avropa prodüserləri ilə işləməyə üstünlük verir. Bəzi filmləri İranda qadağan olunan A.Kiorastami, M.Məxməlbaf son illər ölkədən kənarda yaşayır. “Toplum” jurnalı, 2011
|
['kino', 'kino sənəti', 'kinomatoqrafiya', 'kino aləmi', 'kino tarixi', 'kinoşünaslıq']
|
1,679 |
https://kayzen.az/blog/Nabiyevtural/16788/pul-v%C9%99-xo%C5%9Fb%C9%99xtlik.html
|
Pul və Xoşbəxtlik
|
Nabiyevtural
|
Bloq: Nabiyevtural
|
28 avqust 2014, 00:45
|
Xoşbəxtlik anlayışı iqtisadiyyatda geniş mənada 1700cü illərdə araşdırma mövzusu olub. 20ci əsrin ikinci yarısından isə yenidən gündəmə gəlib. Xoşbəxtlik insanların rifahı ilə əlaqədar olduğu üçün iqtisadçılar fərd və cəmiyyətin xoşbəxtliyini formalaşdıran səbəbləri araşdırmışlar. Bu mövzuda danışarkən əksəriyyətimizin ağlına gələn ilk sual budur: " Pul xoşbəxtlik gətirərmi? "
Cəmiyyət içərisində bu suala müxtəlif cür cavablar verilir:
Pul xoşbəxtlik gətirər, pul varsa hər şey var ; Pul xoşbəxtlik gətirməz; Pulun xoşbəxtlik gətirib gətirməməsi şəraitə və insanlara görə dəyişir; Pul o halda xoşbəxtlik gətirər ki, məqsədlərə çatmaqda vasitə olsun, məqsəd olmasın ; Pul xoşbəxtlik gətirər amma doğru xərcləndiyində; Pul xoşbəxtlik gətirməz, amma pulsuz da yaşanmaz .Əlbəttə hər birimiz bilirik ki, insanın xoşbəxtliyində pulun müəyyən qədər rolu var. Lakin xoşbəxtliyi bir başa pulla əlaqələndirmək düzgündürmü ? Əgər xoşbəxtlik puldan birbaşa asılıdırsa daha çox pul bizi daha da xoşbəxt edərmi?.. 1946 — 1990cı illərdə ABŞ-da 3lü şkala üzrə (xoşbəxt deyiləm, xoşbəxtəm, çox xoşbəxtəm) keçirilən sorğuda 1946cı ildə əhalinin adam başına düşən orta gəliri 6000 dollar olduğu halda özünü çox xoşbəxt hesab edənlərin cəmiyyətdəki payı 7,5 faiz, 1990cı ildə isə adam başına düşən orta gəlir 20000 dollar özünü çox xoşbəxt hiss edənlərin payının 7 faiz olduğu ortalığa çıxmışdır. Orta gəlirin artmağına baxmayaraq özünü çox xoşbəxt hesab edənlərin sayında azalma baş vermişdir. Bir çox ölkələrdə də aparılan araşdırmalarda da eyni nəticələr alınmışdır. Son illərdə bu məsələ daha da aktuallaşmışdır. Çünki böyük iqtisadi inkişafa nail olan ölkələrdə bu inkişafa baxmayaraq cəmiyyətin xoşbəxtliyi artmamışdır. Bunun üçün də həmin ölkələrin iqtisadiyyatında böyümə məqsədli siyasətlərdən xoşbəxtlik mərkəzli siyasətlərə keçişi gündəmdədir. 19cu əsr İqtisadçısı Sismondinin dediyi kimi siyasi iqtisadiyyatın əsas məqsədi zənginliyin artırılması deyil, cəmiyyətin xoşbəxtliyidir.
Cəmiyyətin böyük bir hissəsinin " nə sizi daha çox xoşbəxt edə bilər" sualına verdikləri cavab — «daha çox pul qazanmaq » olmuşdur. Görəsən həqiqətənmi belədir? Gəlin daha bir maraqlı araşdırmaya nəzər salaq:
Avstraliyada illər boyunca evlərinde ölümü gözləyən xəstələrlə işləyən həkim Bronnie Ware teqaüdçü olduqdan sonra təcrübələrindən faydalanaraq yazdığı "Ölüm döşəyində beş böyük peşmanlıq" adlı kitabında insanların ölüm döşəyində ən çox nələrə peşman olduğunu bu cür sıraladı.
1) Kaş ki, başqalarının məndən gözlədiyi həyatı sürmək yerine xəyallarımı reallaşdırma cəsarətim olsaydı.
2) Kaş ki, bu qədər çox işləməyəydim. Ware-yə görə kişi xəstələrin böyük bir qisimi, işləri səbəbiylə ailələrinə və dostlarına kifayet qədər vaxt ayıra bilmədikləri üçün peşman olur.
3)Kaş ki, duyğularımı dilə gətirməyə cəsarətim olsaydı.
4)Kaş ki, dostlarımla əlaqələrimi davam etdirsəydim .
5) Kaş ki, özümə xoşbəxt olmaq üçün daha çox şans versəydim .Gördüyünüz kimi bu sıralamada Kaş ki, daha çox pul qazansaydım fikrinə rast gəlmədik. Çox təəssüflər olsun ki, böyük əksəriyyət bunu ölüm döşəyində anlayır.Biz məntiqi olaraq düşündükdə pul xoşbəxtlik gətirməlidir. Bəs nə üçün bəzən xoşbəxtlik gətirməyə də bilər? Hətta insanın həyatını altüst də edə bilər? Səbəb nədir? Bir çox insanların pula vasitə kimi yox, məqsəd olaraq yanaşmaları və bundan dolayı düzgün xərcləməmələri səbəb ola bilərmi ? Pulu ancaq özümüzə xərcləməklə, geyim keçim, yeni model maşın, yeni model telefon və s. əldə etməklə nə qədər xoşbəxt ola bilərik? Bu xoşbəxtlik nə qədər çəkər? Yeni seriyalı mobil telefon çıxana qədərmi? Yoxsa yeni bir paltar dəb olana qədərmi? Xoşbəxtlik anı bu qədər qısadırsa bu həqiqi xoşbəxtlik ola bilərmi? Bəs pulu düzgün xərcləmək nədir? Kimlər əlində olan pulu daha düzgün xərcləyər? Mən bu suala belə cavab verərdim ki, varlı insanlar əllərində olan pulu daha düzgün xərcləyərlər. Yox, yanlış anlamayın, mən varlı insanlar deyərkən daha çox pulu olanları nəzərdə tutmadım. Varlı insan o kəsdir ki, o həqiqi istəklərinin nə olduğunu bilir. Pulu həqiqi istəkləri üçün xərcləyir, sonradan yaradılan süni istəklər (dəb, hər dəfə çıxan yeni serialı telefonlar və s) üçün yox. Çünki bu adam sonradan yaranan saxta ehtiyacların arxasıyca düşmür. Necə ki, tox insan marketə daxil olarkən etdiyi alış- veriş ac insanınkına nisbətən daha məntiqlidir.Harward biznes məktəbinin marketinq professoru Norton «Happy Money» kitabında pulun xərclənməsi və bunun insana yaşatdığı hisslər haqqında araşdırmalarını yazıb. Bir çox ölkələrdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, cibində olan 25 dolları başqaları üçün xərcləyən insanlar ancaq özləri üçün xərcləyənlərdən daha çox xoşbəxt olurlar.
Demək ki, xoşbəxtlik bizim nələrə sahib olmağımızdan deyil, sahib olduqlarımızı necə dəyərləndirməyimizdən asılıdır.
Tural Nəbiyev
|
['pul', 'xoşbxətlik', 'insan']
|
1,680 |
https://kayzen.az/blog/Nabiyevtural/16787/s%C9%99rmay%C9%99-diktatorlar%C4%B1-t%C9%99rc%C3%BCm%C9%99.html
|
Sərmayə diktatorları (tərcümə)
|
Nabiyevtural
|
Bloq: Nabiyevtural
|
28 avqust 2014, 00:09
|
'Diktator' deyilincə, ağla ilk gələn siyasi diktatorlardır. Halbuki siyasi diktatorları da diktatorluğu altına alan, görünməyən və reaksiya çəkməyən gerçək diktatorlar sərmayə diktatorlarıdır. Bu diktatorluğun təməli neo-liberalizmlə atıldı və günü -gündən inkişaf etdi. Neo-liberalizm ideologlarının ən böyük müvəffəqiyyəti, bazarın sərbəst buraxılması lazım olduğunu və bunun təbii və doğru bir yol olduğunu istismar olunan cəmiyyətlərə də qəbul etdirmələri oldu. Ideoloqlar digər bütün tezislərini bu qəbul üzərinə bina etmiş və beləcə sərmayə diktatorlarını meydana çıxarmışlar.Daha açıq bir deyimlə, dövrümüzün gerçək diktatorları siyasi diktatorlar deyil, sərmayə diktatorlarıdır. Çünki siyasi diktatorlar, sərmayə diktatorlarının əlində kuklaya dönüblər. Yaxın tariximiz güclü və təsirli siyasi diktatorların sərmayə diktatorları qarşısında aciz vəziyyətə düşdüklərinə çox şahidlik etmişdir. Siyasi diktatorların sərmayə diktatorlarına qarşı dirənəbilməsi üçün ilk və əhəmiyyətli şərt öz-özünə kafi bir iqtisadiyyata sahib olmaq və ən azından neo-liberalizm siyasətindən uzaq durmaqdır. Həm neo-liberalizm siyasətini tətbiq etmək, həm də sərmayə diktatorlarına qarşı mübarizə aparmaq qeyri-mümkündür. Çünki sərmayə diktatorları neo-liberalizm sayəsində, tarixdə heç bir kral və imperatorun əldə edə bilmədiyi güc və sərvətə sahib olmuşlar. Sərmayə diktatorları siyasi diktatorlar kimi hədəf olmadan və nifrət də qazanmadan, daha doğrusu görünmədən bir dünya görüşü təlqin edirlər. Təlqin etdikləri görüş budur: «Sərbəst bazarda uğur qazanmamısansa, kimsəni günahlandırma. Özünü günahlandır, „başqaları qazandı da, mən niyə qazana bilmədim?“ Sualını ver özünə. Qazananlar azdan da az imiş, »olsun,amma mən də onların arasına girməli idim " deməlisən özünə.
Hər kəsə bərabər fürsət və imkan verilsə, belə düşünmənin və inanmanın bir məntiqi ola bilərdi, amma gerçək tam bunun əksinədir.Sərmayə diktatorlarının bunun kimi bir çox yalan və səhv fikirləri vardır. Bunlardan biri də belədir: «Neo-liberalizm suveren olsa, yəni dünya ticarəti sərbəstləşdirilərsə, dünya sülhü ancaq o zaman təmin olunar.» Bunun tərsi doğrudur. Belə ki, ticarətin liberallaşdırılması, insanları sakitləşdirmir, əksinə daha çox təcavüzkar edir. Hətta bunu da söyləmək mümkündür: Bir çox döyüşün əsl səbəbi ticarətin liberallaşdırılması sayəsində qamçılanan daha çox qazanma və hökm etmə ehtirasıdır.Sərmayə diktatorları, belə də deyirlər: «Zənginlər, ehtiyaclarını aşan nisbətdə varlandıqda, bunu öz əlləriylə yoxsullara paylamağa başlayacaqlar.» Bunun da reallaşdığı heç bir yerdə və heç bir zamanda görülməmişdir. Belə deyənlər, ehtiyac nisbətini da açıqlamalıdırlar. Nə qədər zənginlik ehtiyac nisbətini aşır? Dünyada, ən güclü 100 transmilli şirkətin, hər birinin satış rəqəmləri, ən yoxsul 120 ölkənin ixracat rəqəmlərindən yüksəkdir. Bundan da yüksək zənginlik? Yaxşı, bu şirkətlər, yoxsullara bir şey vermək üçün daha nə gözləyirlər? Göründüyü kimi, bu iddia da yalandır.İddia edildiyi kimi sərmayə diktatorlarının məqsədi, yalnız və yalnız zəngin olmaq deyil. Əsl məqsəd, zənginlik vasitəsiylə, insanlar üzərində hakimiyyətlərini qurmaqdır. Ona görə də, sərmayə diktatorları dünyaya sahib olsalar belə, qarşılıqsız heç kimsəyə heç bir şey verməzlər.Təəssüf ki, cəmiyyətlər -İslam cəmiyyətləri da daxil- sərmayə diktatorlarına layiq olmadıqları halda dəyər verirlər. Siyasi diktatorları təhqir edilir, sərmayə diktatorları isə hörmətlə qarşılanır. Bu, böyük bir ziddiyyət və yanılmadır. Əslində bir çox siyasi diktatoru diktatorluğa təşviq edən də sərmayə diktatorlarıdır. Uzun sözün qısası, dünyada ədalətsizliyin, bərabərsizliyin və sülhün qarşısında ən böyük maneə sərmayə diktatorlarıdır. Bilinməsi lazım olan ən əhəmiyyətli gerçəklərdən biri də budur. Müəllif: Mustafa Hilmi Yıldırım (yenimesaj.com.tr)
Tərcümə: Tural Nəbiyev
|
['liberalizm', 'iqtisadçı', 'neoliberalizm', 'transmilli şirkətlər']
|
1,681 |
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/16785/krali%C3%A7a-ii-yelizavetan%C4%B1n-50-illik-sirri.html
|
Kraliça II Yelizavetanın 50 illik sirri
|
Someone
|
Böyük insanlar,şəxsiyyətlər
|
27 avqust 2014, 17:55
|
II Yelizavetanın 50 ildir simvoluna çevirilən dəri ayaqqabılarının sirri açılıb.2003- cü ildən bəri Kraliçanın paltarlarını dizayn edən modaliyer Stevard Palvin Kraliçanın demək olar ki, hər fotosunda ən böyük ortaq nöqtə olaraq ortaya çıxan dəri ayaqqabıları ilə bağlı detalları açıqlayıb.
Məşhur ingilis qəzetinə müsahibə verən Palvin Yelizovetanın ayaqqabılarının Londononun Kensinqton səmtində yerləşən tarixi Anello və David ayaqqabı sexində 4 nəfərlik bir komanda tərəfindən hazırlandığını bildirib. Adını daşıdığı nənəsinin tövsiyəsi ilə bu ayaqqabı sexini seçən Kraliça burdakı ilk ayaqqabısını 1960- cı illərin əvvəllərində hazırladıb. Kraliçanın yeni ayaqqabısıdan narahat olduğu üçün ayaqları Yelizoveta kimi 37 nömrə olan bir saray əyanı tərəfindən Buckingham Saray dəhizlərində geyinilrək, genşləndirildiyini ifadə edən Palvin “Cinders adı verilən saray əyanı yeni ayaqqabıları pambıq corablarla geyinib bir müddət xalçaların üstündə gəzir” deyib.1922-ci ildə tikilən Anello və David ayaqqabı sexinin ustalarında olan David Hyatt “Kraliça üçün hər il bir, ya da iki ayaqqabı istehsal edirik. Bəzən də köhnə ayaqqabılarının iplərini və topuqlarını dəyişərək onları yeniləyirik. Kraliça qətiyyən müsriflik etmir”.Ayaqqabıların cütü min sterlinqə başa gəlsə də Kraliça köhnə ayaqqabılarını hələ də təmirə verir.
|
['Karaliçalar', 'II Yelizaveta']
|
1,682 |
https://kayzen.az/blog/maraqli-faktlar/16782/d%C3%BCnyada-ba%C5%9F-ver%C9%99n-maraql%C4%B1-hadis%C9%99l%C9%99r-v%C9%99-faktlar.html
|
Dünyada baş verən maraqlı hadisələr və faktlar
|
Someone
|
Maraqlı faktlar
|
27 avqust 2014, 17:36
|
1. 2030-cu il nə qədər uzaqdadırsa, 1998-ci il də o qədər uzaqdadır.
2. Mamontların nəsli Misir piramidaları tikildikdən 1000 il sonra tükənib.
3. Kök əvvəl bənövşəyi olub.
4. “Ulduz müharibələri” filmi çıxanda Fransada hələ də gilyotinlə edam cəzası mövcud idi.
5. İnanmaq çətindir, amma ABŞ-da kitabxanalar MakDonalds restoranlarından daha çoxdur.
6. Bananla insan DNT-sinin 50 faizi üst-üstə düşür.
7. Səudiyyə Ərəbistanı Avstraliyadan dəvə alır.
8. Hər iki dəqiqədə çəkdiyimiz fotolar, bütün XIX əsr ərzində çəkilənlərdən daha çoxdur.9. Donuzlarda orqazm 30 dəqiqə davam edir.
10. İnsan eyni vaxtda yeməyi udmaq və nəfəs almaq qabiliyyətinə malik deyil.
11. Şokoladlı süd İrlandiyada kəşf olunub.
12. Saturn və Yupiterdə almaz yağışları yağır.
13. Venerada bir gün bizim bir ilimizdən çox çəkir.
14. Pluton kəşf olunduğu və planet hesab olunduğu dövrdən bəri Günəş ətrafında bir dövrəni başa vurmayıb.
15. Delfinlər bir-birlərinə ad verirlər.
16. Kleopatra iPhoneun ixtirasına daha yaxın dövrdə yaşayıb, nəinki Misir ehramlarının tikintisinə.17. “Simpsonlar” serialı o qədər uzun müddətdir davam edir ki, bu il universiteti bitirənlər doğulanda bu serial artıq bir neçə il idi yayımlanırdı.18. Dünyada süni flaminqoların sayı canlılardan daha çoxdur.19. Hansısa xatirəni yada salanda əslində onu axırıncı dəfə yadınıza saldığınızı xatırlayırsınız, hadisənin özünü yox.20. Mikki və Minni Mausu səsləndirən Ueyn Elvayn və Rassi Teylor həyatda da evli olublar
Mənbə: kulis.az
|
['maraqlı hadisələr', 'faktlar', 'məlumatlar']
|
1,683 |
https://kayzen.az/blog/heyvan/16777/maraql%C4%B1-m%C9%99lumatlar-4.html
|
Maraqlı məlumatlar-4
|
Someone
|
Heyvanlar aləmi
|
27 avqust 2014, 15:41
|
Timsahlar daş yeyir
Timsahların mədəsi daşı həzm etmək üçün də yararlıdır. Onun mədə həzmindən bütün canlılar keçə bilər-tısbagalar,balıq və quşlar, zürafələr,şirlər və timsahların özü.Hətta daşlar.Timsahlar onu udur və mədəsində saxlayır.Bu onun suyun altında qalma müddətini tənzimləyir.
Kit balığının südü
Analarının 1/3 hissəsinə çatana kimi öz balalarının qaygısına qalmaq kit balıqları üçün heç də asan iş deyil. Onun südü 50 % yaglılıq təşkil edir ki, bu da insanla nisbətdə 10 qat daha çoxdur. Bu körpənin daha sürətli çəki almasına kömək edir.
Quşlar işarətlərdən istifadə etməyi bacarırlar
Siz tək,xəritəsiz və ya sürücüsüz harasa səyahətə çıxa bilərsinizmi? Çox güman ki, yox. Amma bəzi quşlar və əsas da göyərçinlər heç bir problem olmadan minlərlə kilometr yolu uçaraq öz yuvalarına qayıda bilirlər.2006- cı ildə çıxan bir məqaləyə əsasən alimlər düşünürlər ki, göyərçinlər yerdə özlərinə hər hansı bir işarə taparaq,evə rahat qayıtmaq imkanını qazanırlar.
Su siçanlarının qış günləri daha uzun olur
Bu gəmiricilər qışda öz quyruqlarındakı yaga və yığdıqları qidaya görə qışı sag salamat başa vura bilirlər. Öz kürklərində soyuqdan qaçaraq enerjilərini qoruya bilirlər. Nəticədə isə onlar işıq üzü görmürlər.Onların bioloji saatı dəyişir və günlərinə 5 saat daha əlavə olunur.
Köstəbəklər əslində heç də kor deyillər
Özünün yeraltı həyat tərzi və zəif gözləri ilə Afrika köstəbəkləri gəmirici kimi tanınırlar.Demək olar ki, işıq üzü görmür və öz gözlərini hava axınındakı dəyişiklikləri aşkar etmək üçün istifadə edir. Sonrakı araşdırmalar isə aydınlaşdırıb ki, köstəbəklərin görmə qabilliyyətləri heç də pis deyil.Onların rahatlıqla tunel qazması da bunu sübut edir.
Bir çox balıqlar öz orqanlarını dəyişmə imkanına malikdirlər
Yer üzərində o qədər qəribə və maraqlı heyvan növləri var ki, bəzən suyun altında olan canlıları unuduruq. Ikicinsiyyətlilik kimi qəribə təcrübə hər hansı digər onurğalı qruplara da xarakterikdir.Hormonal dövründə və ya ətraf çirklənmə və ya dəyişilmə nəticəsində balıqlarda bu cür dəyişikliklər gedir. Bəziləri həm dişi,həm erkək cinsi orqanlarına malik olur.
Zürafələrdə mükəmməl qan dövranı var
Boyunları Yerdən 4 m məsafədə olan zürafələr öz uzun boyunlarını qidalanmaları üçün hətta ən hündür agacdan belə yarpaq dərərək daha səmərəli şəkildə istifadə edirlər.Lakin bu cür şəraitdə onların bir çox çətinlikləri yaranmış olur. Ürək gərək qanı 2 dəfə daha çox dövr etdirsin ki, qan beyinə işləsin və həm də elə alınsın ki, o başını aşagı əyəndə yenidən qan dövranı ilə problem yaranmasın.Bu işi zürafələrin orqanizmi layiqincə yerinə yetirmiş olur.
Fillər agıllıdır
Ən böyük beyin fillərdə mövcuddur.Lakin onlar bu beyindən istifadə edirlərmi? İnsanların və ya heyvanların hansı daha agıllıdır sualını dəqiqliklə cavablandırmaq mümkün olmasa da, fillərin bütün heyvanlar içərisində intellekt və yaddaşı yetərincə güclüdür.
Tutuquşular hər şeyi anlayır
Tutuquşuları adətən civildəyən və ya agılsızcasına sözləri təkrarlayan quş kimi tanıyır hər kəs. Lakin son 30 ilin araşdırmalarına görə tutuquşular daha çox şeyə naildilər, nəinki özləri təkrar etməyəReklam olmaz !!!im bu dostumuz 4-6 yaşlı uşağın beyin səviyyəsinə bərabər olan linqvistik məsələləri həll etməyə qadirdir. Onlar «eyni» və «müxtəlif», «böyük» və «kiçik» sözlərinin mənalarını anlayır, rəqəmləri tanıya bilirlər. Bundan əlavə onlar söz və söz birləşmələrini də rahatlıqla təkrarlaya bilirlər.
|
['heyvanlar aləmi', 'maraqlı faktlar', 'maraqlı məlumatlar']
|
1,684 |
https://kayzen.az/blog/moda/16701/midi-%C9%99t%C9%99kl%C9%99r.html
|
Midi ətəklər
|
Apollon
|
Moda dünyası
|
27 avqust 2014, 15:29
|
Bu mövsümdə dizaynerlər 70-ci illərin dəbindən ilhamlanaraq daha çox midi ətəklərə üstünlük verməyə başlayıblar. Bu tip ətəklər payızın əsas dəbli xiti olacaq. Sizə midi ətəkləri düzgün uyğunlaşdırmaq üçün bəzi məsləhətlər təqdim edirik.
Dəbin tarixinə nəzər salsaq görərik ki, orta uzunluqda olan ətəklər artıq 40-cı illərədən dəbdədir. Lakin buna baxmayaraq onlar yalnız 70-ci illərdə məşhurluq əldə ediblər.
Nəticədə dizaynerlər ətəklərin fasonları ilə təcrübə aparıb midi ətək modellərinin ən müxtəlif variantlarını təklif etməyə başladılar. Ən məşhur fasonların arasında “günəş ətək”, “karandaş ətək” və s. kimi modelləri qeyd etmək olar.
Müasir zamanda Valentino, Michael Kors, Lanvin, Christian Dior və digər məşhur dəb evləri öz kolleksiyalarında midi ətəklərə üstünlük verməyə başlayıblar.
Bu mövsümdə daha çox plisse edilmiş midi ətəklər dəbdə olacaq. Sizə ağ və gümüşü rəngin bütün çalarlarında olan modellərə diqqət etməyi məsləhət görürük. Belə ətəkləri pastel çalarlarında olan sviterlər və ya qara tvid jaket ilə uyğunlaşdırmaq daha yaxşıdır.
Çoxmənalı münasibətə baxmayaraq, dəri ətəklər yeni mövsümdə midi formada çox dəbli görünəcəklər. Bunun üçün ən uğurlu variant “karandaş” formasında olan dəri ətəklərdir. Belə ətəkləri trikotaj sviterlər və ya birrəngli köynəklərlə geyinmək məsləhətdir.
Çiçək motivləri və dama-dama naxış artıq ardıcıl olaraq bir neçə mövsümdür ki, ən dəbli motiv sayılır. Bu mövsümdə bu istisna deyil. Dizaynerlər təmtəraqlı çiçək və ya rəngli kvadrat naxışlı modellərə üstünlük verməyi təklif edirlər. Əgər siz belə ətək modeli əldə etməyə qərar verdinizsə, bu zaman onu birrəngli köynək və ya nazik jaket ilə geyinməyi məsləhət görürük.
Güllü və rəngli modellərə baxmayaraq, birrəngli ətəklər də həmçinin çox məşhurdur. İlk növbədə payız yarpaqlarının çalarında olan modellərə üstünlük verin. Bundan başqa dizaynerlər göy və bej rəngin bütün çalarlarına diqqət etməyi məsləhət görürlər.
Ofis stilində olan “karandaş” ətəklər bu payız da bir az daha uzun və daha cəsarətlidir. Dekorativ aksentlər kimi uzun kəsiklərdən istifadə edə bilərsiniz.
Midi ətəklər daha çox kimlərə yaraşır?
Dəbin arxasınca gedərək biz bəzən öz başımızı və sağlam düşüncəmizi itiririk və bizə uyğun olmayan əşyaları almağa başlayırıq. Midi ətəklərin daha çox kimlərə uyğun gəldiyini aydınlaşdırmaq üçün sizə bəzi məsləhətlər təqdim edirik. İlk olaraq unutmayın ki, hər bir xanıma uyğun gələcək midi ətəklərin fərqli uzunluğu mövcuddur.
Əgər sizin boyunuz qısadırsa, bu zaman dizdən bir az aşağı modellərə üstünlük verin. Boyunuz nə qədər hündür olarsa, bir o qədər uzun midi ətəklər seçə bilərsiniz.
Əgər kürüləriniz doludursa, bu zaman midi ətəklərdən uzaq dursanız yaxşıdır, çünki o yalnız sizin köklüyünüzü vurğulayacaq. Vizual olaraq siz alçaq və olduğunuzdan daha kök görünəcəksiniz.
xanim.net
|
['ətəklər', 'midi ətəklər']
|
1,685 |
https://kayzen.az/blog/kitab/16776/iqtisadi-inki%C5%9Faf.html
|
İqtisadi İnkişaf
|
fanatka_
|
Kitablar və mütaliə
|
27 avqust 2014, 02:29
|
İqtisadi İnkişaf
1. İqtisadiyyat real ifadədə 3,4 dəfə artmışdır.
2. Qeyri- neft sahələrində 2,7 dəfə artıma nail olunmuşdur.
3. Dövlət büdcəsi 19 dəfə artmışdır.
4. Davos Dünya İqtisadi Forumunun " 2012-2013 Qlobal Reqabətqabiliyyətlilik İndeksi «nə görə Azərbaycan dünyada 46-cı, MDB məkanında birinci yerdədir.
5. İqtisadiyyata 110 milyard manat sərmayə qoyulmuşdur.
6. Sənayə sahələrində 2,8 dəfə, kənd təsərrüfatında 1,5 dəfə, tikinti sektorunda 7 dəfə, nəqliyyat və İKT sektorunda 3,2 dəfə, xarici ticarət dövriyyəsində 8,8 dəfə artım olmuşdur.
7. Azərbaycan 2013-cü il fevralın 8-də ilk telekommunikasiya peykini orbitə çıxarmışdır.
8. Davos Dünya İqtisadi Forumunun » Qlobal İnformasiya Texnologiyaları-2012" hesabatında Azərbaycan "Şəbəkə Hazırlığı İndeksi«nə görə əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlmişdir, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də birinci yerdədir.
9. Beynəlxalq Telekommunikasiya İttifaqının » İnformasiya Cəmiyyətinin Ölçülməsi-2012" hesabatında Azərbaycan " İKT İnkişaf İndeksi«nə görə əvvəlki mövqeyindən 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutmuş, 10 „Ən dinamik inkişaf edən ölkələr“ qrupunda yerini möhkəmlətmişdir.
10. Əhalinin hər 100 nəfərindən 56-sı kompyuter, 70-i internet istifadəçisidir.
11. Nəqliyyat sektorunun davamlı inkişafı sayəsində yük daşınmasının həcmi 2,1 dəfə, sərnişinlərin sayı 2 dəfə çoxalmışdır.
12. İstismara verildiyi vaxtdan indiyədək Heydər Əliyev adına Bakı- Tbilisi-Ceyhan ixrac kəməri ilə 214 milyon ton neft, Bakı-Tbilisi-Ərzurum kəməri ilə 24 milyard kubmetr qaz ixrac edilmişdir.
Mənbə: Azərbaycan 10 ildə adlanan kıtabdan götürülüb.Xahiş olunur materialdan istifadə edən zaman mənbəni qeyd edin.
|
['Azərbaycan 10 ildə', 'Azərbaycan', 'Bakı', 'Hədəflər', 'inkişaf', 'Nəticələr']
|
1,686 |
https://kayzen.az/blog/maraqli-faktlar/16775/d%C3%BCnyan%C4%B1n-%C9%99n-g%C9%99nc-t%C9%99l%C9%99b%C9%99l%C9%99ri.html
|
Dünyanın ən gənc tələbələri
|
kurdamir
|
Maraqlı faktlar
|
26 avqust 2014, 20:07
|
Adətən tələbələri yetkinlik yaşına çatmış, dünyagörüşü formalaşmış gənclər kimi təsəvvür edirik
Lakin bəzən istisnalar olur. Öz yaşına uyğun olmayan zəkaya və biliyə malik uşaqlar (Qərbdə belə uşaqlara “vunderkind” deyirlər) böyüklərin onlar üçün hördüyü stereotip və inamsızlıq hasarlarını aşaraq tələbə adı qazanırlar. Təbiətin bəxş etdiyi fitrəti və düşüncəni maksimum istifadə edən belə istedadlı uşaqlar gələcəkdə böyük elmi nailiyyətlərə sahib olurlar.
Milli.Az modern.az-a istinadən dünyanın ən gənc tələbələrinin siyahısını təqdim edir.
Karson Xyu Yu – Texas Universitetinin ən gənc tələbəsidir. O bu adı 11 yaşında qazanıb. Karson hələ 2 yaşında öz qeyri-adi hərəkətləri ilə diqqəti cəlb edib. Belə ki, o 2 yaşında bütöv kitablar oxuyur, 3 yaşında isə vurma-bölmə əməlləri yerinə yetirirdi. Gənc istedad 5 yaşından məktəbə getməyə başlayır. Artıq bu zaman aydın olur ki, Karson Xyu Yu öz yaşıdlarından çox irəlidədir və orta məktəb proqramı onun üçün azlıq edir. Buna görə valideynləri öz 10 yaşlı istedadlı övladının sənədlərini Texas Universitetinə verirlər. Uşağın yaşının azlığı ilə bağlı olan bəzi formal sənədlər qaydaya salındıqdan sonra Karson Xyu tələbə adını qazanır. Onun sözlərinə görə, ali müəssisənin tədris proqramı ilə bağlı heç bir problemlə üzləşmir və özündən dəfələrlə böyük qrup yoldaşları ilə normal münasibətlər saxlayır. O, ümid edir ki, təhsilini davam etdirib 20 yaşında elmlər doktoru fəxri adı qazanacaq.
Tanişk Abraam – dünyanın nə gənc tələbələrindən sayılır. Tələbə adının qazanılması tezliyinə görə o, Karson Xyu Yunu 4 il qabaqlayır. 2010-cu ildə 7 yaşlı Tanişk Abraam ümumfederal intellektual testini verərək “American River College”-in paleontologiya və astrologiya fakültəsinə daxil olub. Valideynlərinin sözlərinə görə, uşağında qeyri-adi bilik 2 yaşında müşahidə olunmağa başlayıb. Abraam 7 yaşında məktəb proqramını tam keçib. Bundan sonra isə Stenford Universitetinin 2-ci kurs riyaziyyat kitablarındakı məsələləri həll etməyə başlayıb. Arzuladığı Stenford Universitetinə isə o, 10 yaşında daxil olub. Siyasətçi olmağı özünə hədəf seçən Tanişk Abraam yeniyetmə yaşında bir neçə ictimai bitliyin əsasını qoyub. Eyni vaxtda 2 dəfə Nobel mükafatına namizəd göstərilib.
Arran Fernandes – Kembric Universitetinə daxil olan ən gənc ikinci tələbədir. 1773-cü ildə tələbə olan 13 yaşlı Uilyam Pitt Kembricin ən gənc tələbəsi hesab olunur. İngiltərənin Surrey qraflığından olan Fernandes uşaq yaşlarından ev şəraitində dərs alıb və biliklərə yiyələnib. O əsas məqsədinin Riman hipotezini isbat etmək olduğunu söyləyib.
Kim Un Yonq – Cənubi koreyalı dahi sayılır. Yonq 3 yaşında ikən Seul Universitetinin fizika fakültəsinə daxil olub. Onun İQ (AyKyu) dərəcəsi 210-a çatır. Bu bütün vaxtlarda qeydə alınan ən yüksək intellekt göstəricisi sayılır. Vunderkind 6 yaşında universiteti bitirib və ABŞ-a köçərək NASA-da kosmik tədqiqatlarla bağlı layihələr hazırlayıb. İnandırıcı görünməsə də, Un Yonq 15 yaşında doktorluq dərəcəsi qazanıb. Gənc yaşlarında yenidən vətəni Koreyaya dönən dahi insan hazırda bölgə universitetlərindən birində dərs deyir.
Ksavyer Qordon-Braun – İngiltərə Açıq Universitetinin tibb fakültəsində təhsil alır. 11 yaşlı Braun ölkənin ən gənc tələbəsi sayılır. Riyaziyyata maraq onda 4 yaşından başlayıb. Bir aya Ksavyer Braun 1 aya bütün vurma cədvəlini öyrənir. Bundan başqa 3 musiqi alətində ifaçılıq edən, taekvando və hündürlükdən tullanma yarışlarına qatılan vunderkind yaxınlarda universiteti tərk etmək niyyətindədir. Onun valideynləri hesab edir ki, övladı universiteti tərk edərək həyatını öz yaşıdları arasında keçirməlidir.
Boqdan Baras – Ukraynanın ən gənc tələbəsi hesab olunur. 14 yaşında universitetə sənəd verən Baras eyni zamanda 4 universitetə daxil olub. Sonda o, Vadim Geltman adına Kiyev Milli İqtisad Universitetində təhsil almağı üstün bilib. Güclü yaddaşa və iti zəkaya sahib yeniyetmə iqtisadiyyat sahəsində yeni elmi nəzəriyyələrin yaradılması ilə məşğul olur.
İsmayıl İsmayılov – Qafqaz Universitetinin tələbəsi adlarını xatırlatdığımız əcnəbi tələblərlə yarışmaq gücündə olmasa da, hələlik Azərbaycanda ən gənc tələbədir. 2013-ci ildə 15 yaşında ali məktəbə daxil olmuş İ. İsmayılov (1998-ci il təvəllüdlü) qəbul imtahanlarında 461 bal toplayıb. və Qafqaz Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsinə daxil olub. Ödənişli əsaslarla oxuyur.
İsmayıl İsmayılov açıqlamasında deyib ki, o da hər kəs kimi 6 yaşında orta məktəbə qəbul olunub. Amma yaşıdları kimi 1-ci sinfə deyil. “Hələ uşaq yaşlarından oxumağa həvəsli olduğum üçün 1 və 2-ci sinifin proqramını anamın vasitəsilə evdə öyrənmişdim. Bunları yenidən məktəbdə keçmək mənə maraqsız olacağı üçün Təhsil Nazirliyində imtahan verdim və birbaşa 3-cü sinifə qəbul olundum. İlk iki ili Bakıdakı 18 nömrəli pilot məktəbində oxumuşam. 5-ci sinifdən isə Həbib Mahmudbəyov adına 2 nömrəli liseyə getdim. Bütün qiymətlərim «5» olub. Sadəcə 10 və 11-ci siniflərdə «Araz» kurslarında hazırlaşdığım üçün dərslərə vaxt ayıra bilmirdim və attestatımda «4» qiyməti də oldu".
Qeyd edək ki, İ. İsmayılovla eyni ildə ən gənc abituriyentin 13 yaşı (2000-ci il təvəllüdlü) olub.
Milli.Az
|
['en genc telebeler']
|
1,687 |
https://kayzen.az/blog/Bilirsinizmi/16774/test.html
|
Test
|
Someone
|
Bilirsinizmi?
|
26 avqust 2014, 19:24
|
Latın dilində “testum” adətən gildən hazırlanan odadavamlı qaba deyilirdi.
Qədim zamanlarda qızıl və gümüş indiki kimi qiymətli daşlar hesab olunurdular və onların xalisliyini yoxlamaq insanlar üçün çox vacib idi.
Ticarət zamanı sikkələrin xalis daşlardan düzəldildiyini yoxlamaq üçün onlardan bir nümunəni “testum” adlanan qablarda əridir və ayrılan məhlulları ölçürdülər.
Sonradan bu kəlmə “test” şəklini aldı və bütün növ qiymətləndirmələrə şamil olundu.
|
['maraqlı məlumatlar', 'test', 'testum']
|
1,688 |
https://kayzen.az/blog/sendeme/16773/restoran-r%C9%99hb%C9%99rliyinin-m%C3%BC%C5%9Ft%C9%99ril%C9%99r%C9%99-m%C3%BCraci%C9%99ti.html
|
Restoran rəhbərliyinin müştərilərə müraciəti
|
Someone
|
Sən demə
|
26 avqust 2014, 19:11
|
Populyar Nyu-York restoranlarından biri tez-tez müştərilərdən xidmətin asta olması ilə bağlı şikayətlər alırmış. Restoran rəhbərləri 10 il əvvəlki video çəkilişləri araşdırandan sonra şikayətlərin səbəbini anlayıblar. Və araşdırmaların nəticələrini də yayımlayıblar. Məlum olub ki, məsələ ofisiantların astagəlliyində deyilmiş.Nəticələr:2004-cü ildə belə olub Müştərilər restorana daxil olrestoranlarda asta qulluq edirlərurlar. 45 nəfərdən 3-ü onları başqa stola keçirməyi xahiş edir. Təxminən 8 dəqiqə yemək seçməyə sərf edirlər. 6 dəqiqəyə məzələr verilir. Yemək seçimindən asılı olaraq hazırlanma vaxtı fərqlənir. 45 müştəridən 2-si yeməyi geri göndərir. Ofisiantlar masalara nəzarət edir və mümkün qədər tez müştərilərin sifarişlərini yerinə yetirirlər. Yeməklər verilir, yeyilir və hesab istənir. Hesabı ödəmək və restorandan çıxmaq təxminən 5 dəqiqə vaxt alır.Ümumilikdə hər müştəri restoranda ortalama 1 saat 5 dəqiqə vaxt keçirir.
2014-cü ildə isə belədir:Müştərilər restorana daxil olurlar. Oturandan sonra menyuya baxırlar. 45 nəfərdən 18-i ofisiantdan onları başqa stola keçirtməyi xahiş edir. Menyunu açmamış telefonlarına baxırlar. Kimisə nəsə çəkir, kimisə də sadəcə telefonda nəsə edir. 45 müştəridən 7-si “Wi-Fi”ya qoşulmaqla bağlı problem yarandığı üçün ofisiantı çağırır. Bu problemlərin həlli təxminən 5 dəqiqə çəkir. Sonra ofisiantlar stola yaxınlaşıb sifarişi soruşurlar. Müştərilərin əksəriyyəti hələ menyuya baxmadıqlarını deyirlər. Daha sonra menyunu açırlar, ancaq yenə əlləri telefona gedir. Ofisiant qayıdır, müştərilər yenə gözləməyi xahiş edirlər. Nəhayət bir müddətdən sonra sifarişlərini verirlər. 6 dəqiqəyə məzələr verilir. Yeməyin növündən asılı olaraq hazırlanma vaxtı fərqlənir. 45 müştəridən 26-sı yeməyin şəklini çəkib paylaşmağa başlayır, bu təxminən 3 dəqiqə vaxt alır. Müştərilərdən 14-ü yemək yeyən zaman bir-birini çəkir. Sonra necə düşdüklərinə baxırlar, bəzən yenidən çəkirlər, bu da 4 dəqiqəyə qədər uzanır. Müştərilərdən 9-u ofisiantdan yeməklərini qızdırmağı xahiş edirlər.Aydındır ki, vaxtında yeməklərini yesəydilər, o da soyumazdı.Müştərilərdən 27-si ofisiantdan onları qrup halında çəkməyi, 14-ü isə şəkli yenidən çəkməyi xahiş edir. Bu proses təxminən 5 dəqiqə vaxt aparır. Yeməyi yeyəndən təxminən 20 dəqiqə sonra hesabı istəyirlər. Hesabı ödəyib restoranı tərk etmək isə 15 dəqiqə vaxt alır, halbuki 10 il əvvəl bu rəqəm 5 dəqiqə idi.45 müştəridən 8-i restorandan çıxanda (yaxud daxil olanda) digər müştərilər və ofisiantlarla toqquşurlar. Çünki başlarını əyib telefonda yazı yazırlar. Və nəhayət məlum olur ki, ümumilikdə hər müştəri restoranda ortalama 1 saat 55 dəqiqə vaxt keçirir.Restoran rəhbərliyinin müştərilərə müraciəti isə belədir: “Restoranımıza gələn hər kəsə təşəkkür edirik. Amma olmazmı ki, bir azca diqqətli davranasız?”
|
['maraqlı faktlar', 'restoranlar']
|
1,689 |
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/16452/braziliya-haqq%C4%B1nda-maraql%C4%B1-m%C9%99lumatlar.html
|
Braziliya haqqında maraqlı məlumatlar
|
Apollon
|
Ölkələr
|
26 avqust 2014, 18:58
|
Braziliyada heç kəs və heç vaxt vaxtında gəlmir, əgər siz axşam saat 6-da qonaqları dəvət etdinizsə, gözləyin ki, onlar 8-9dan tez olmayaraq yavaş-yavaş yığılmağa başlayacaqlar. Hətta televizorlarda xəbərlər və seriallar 10-15 dəqiqə gec başlanır.
Pulla nağd ödəmək qəbul edilmir, praktik olaraq hər şeydə və həmişə kredit kartlarından istifadə edirlər.
Əgər siz nəğd pulla hesablaşmağa qərar verdinizsə, ona hazır olun ki, dəqiq təslim etməni sizə burada verməyəcəklər.
San-Paulo sakini üçün qorxunc tıxaclar normal şeydir. Hər bir sakinə 11-milyonluq şəhərdə ən azı 3 maşın düşür.
Braziliyalılar Havaianasın (Xavayanas) rezin şap-şaplarında küçədə gəzməyi xoşlayırlar. Hətta bahalı restoranlarda və gecə klublarında da şap-şaplarda olan insanlarla qarşılaşmaq olar.
Quarana və koka-kola — ən məşhur alkoqolsuz içkilərdir.
Suala: "İşlər necədir (Tudo bem)?", yalnız bir cavab variantı mövcuddur — «Hər şey yaxşıdır (Tudo)». Hətta əgər hər şey tamamilə yaxşı deyilsə və ya hətta pisdisə, cavab vermək lazımdır — «Hər şey əladır».
Braziliyada meymunları tapmaq çox çətindir.
Küçələrdə çox təhlükəlidir, buna görə heç kəs və heç vaxt axşamlar qaranlıq döngələr üzrə gəzmir. Uşaqları ümumiyyətlə bəzi küçələrdə gəzməyə buraxmırlar.
Hamıda, hətta çox kasıblarda, qulluqçu var, hansı ki, mənzili təmizləyir və yemək hazırlayır.
Evdə heç kimdə döşəmədə xalça və divarlarda divar kağızı yoxdur.
Hər mənzildə ən azı 2–3 vanna otağı var, braziliyalılar təssəvür edə bilmirlər ki, ruslar bir vanna otağı olan mənzildə necə yaşayırlar.
Braziliyada yemək çox monotondur — düyü, bişirilmiş paxla, qızardılmış kartof, salat və qızardılmış mal əti gündə iki dəfə hər gün yeyilir.
Küçədə həmişə və hər yerdə çox dilənçi və bomj olur. Nəzir istəmək, hətta əgər sən gəncsənsə və sağlamsansa, əmək fəaliyyətinə yararlı braziliyalı, biabırçı hesab edilmir.
Braziliyalılar çox söhbətcil və ünsiyyətli xalqdır, onlar bir-biri ilə küçədə, mağazada, ictimai nəqliyyatda yüksəksəslə danışmağı xoşlayırlar.
Digər tərəfdən, cavan insanların küçədə «Ay qız, gəl tanış olaq» kimi təklifləri ciddi hesab edilir.
Braziliyalılar pivəni və kaşasanı (şəkər çuğundurundan araq) sevirlər.
Qiymətlər Braziliyada dünya qiymətlərindən 2-3 dəfə yuxarıdır. Bütün idxal mallarına vergi qoyulur.
Braziliyada əhalisinin 15% yazıb-oxuya bilmir, amma təxminən 30% əhali funksional savadsız hesab edilirlər.
Braziliyalılar günün və gecənin istənilən vaxtı qəhvə içməyi sevirlər, hətta balaca uşaqlara belə tez-tez qəhvə içməyə icazə verirlər.
Braziliyalılar şirniyyata çox düşkündülər.
Hətta Braziliyada çox köhnə yaşayış evləri içəridə çox yaxşı vəziyyətdə dəstəklənir, çünki hər bir kiryəçi məcburi surətdə kondominat ödəməlidir.
Orta statistik braziliyalısının sevimli məşğuliyyətləri:
a. dostlarla futbola baxmaq və çox pivə;
b. şuxasko (bizim kababımızın braziliya növü) yeməsi və çox pivə;
c. çimərlik (harada pivənin istifadəsi həmçinin çıxarılmamışdır, bəzi hallarda pivə kokos suyuyla əvəz etmək olar)
İldə ən əhəmiyyətli bayram — Miladdır. Yeni İl burada ayrıca qeyd etmirlər.
Braziliyalıların əksəriyyəti — katoliklərdir, təxminən 70% əhali hər bazar kilsəyə gedir.
Ənənəvi Braziliya səhər yeməyi — pendir çörəyidir (pão de queijo), yetişmiş papaya və yoqurt və ya bir fincan qəhvə.
Braziliyalılar heç vaxt donuz ətini praktik olaraq yemirlər, dini inamlara görə yox, sadəcə onlar donuz ətini piyli və ağır qida hesab edirlər.
Braziliyanın cənubunda daha çox sarısaçlı və göygöz braziliyalılar olur, bütün braziliyalılar qarasaç və qarabuğdayı deyil.
Braziliyada qadın bədəninin mühüm hissəsi arxası hesab edilir. Hesab edilir ki, o nə qədər böyükdüsə, bir o qədər cazibəlidir.
Seriallar və futbol televizorda heç vaxt bir vaxtda göstərilmir, çünki enliekranlı sənətin hər iki şah əsərinə baxış braziliyalının gündəlik məişətinin ayrılmaz hissəsidir.
Yüksək qiymətlərə görə hətta supermarketdə məhsullar üçün möhlətli kredit kartıyla 2-3 ay ödəməyi qəbul edilmişdir.
İngilis dili Braziliyada sizə kömək etməyəcək.
Braziliyalılar əsl vətənpərvərlərdirlər. Brasil yazısıyla futbolka və Braziliya bayrağı hər bir braziliyalının şkafında var.
Ərdə olmaya burada ehtiyatla yaxınlaşırlar.
Ailədə 3-cü uşaq — bu minimumdur, ailədə 2 uşaqlı praktik olaraq yoxdur.
Böyük miqdarda kasıb insana və problemə baxmayaraq, braziliyalılar planetdə ən xoşbəxt millətlərdən biridirlər.
Karnaval vaxtı bütün ölkə dincəlir (Karnaval milli bayramdır).
Çox temperamentli və qısqancdır braziliyalılar.
Braziliyalılar ailələrə çox bağlıdırlar, hətta uzaq qohumlarla belə çox yaxın və sıx münasibətdədilər.
|
['ölkələr', 'Brazilya']
|
1,690 |
https://kayzen.az/blog/optimist/16685/oxuyan-q%C4%B1zla-sevgili-olmaq.html
|
Oxuyan qızla sevgili olmaq
|
Apollon
|
Hər şey gözəldir
|
26 avqust 2014, 18:54
|
Oxuyan bir qızla sevgili ol. Pulunu pal-paltar əvəzinə kitablara sərf edən bir qızla sevgili ol. Kitablarından dolayı rəfinə sığa bilməz o. Oxuyacağı kitabların siyahısını tutan, 12 yaşından bəri kitabxana kartı olan bir qızla sevgili ol.Oxuyan bir qız tap. Oxuyan bir qız olduğunu çantasında hər zaman oxumaqçün kitab gəzdirməyindən anlaya bilərsən. Kitab dükanında sevgiylə rəflərə baxan və axtardığı kitabı tapanda səssizcə sevinəndir o. Bukinistdə köhnə bir kitabın səhifələrini qoxlayan gözəl xanımı gördünmü? Bax, o oxucudur. Üstəlik kitabın səhifələri saralıbsa qoxlamadan durmaz...
Kafedə kimisə gözləyərkən oxuyan qızdır o. Fincanına göz gəzdirsən qəhvəsinin soyuduğunu görərsən, çünki kitaba dalıb. Yazarın yaratdığı dünyada qeyb olub. Sən də bir stul çək, otur yanında. Sənə tərs-tərs baxa bilər, çünki kitab oxuyan qızlar narahat edilməyi sevməzlər.
Ondan kitabı sevib sevmədiyini soruş. Ona yeni bir qəhvə sifariş ver. Murakami haqqında nə düşündüyünü soruş. Coysun “Ulisis”ini başa düşdüyünü deyirsə, deməli intellektual görünməyə çalışır. Alisanı çox sevir, yoxsa Alisa olmaq istəyir, bunu soruş.
Oxuyan bir qızla sevgili olmaq çox asandır. Doğum günündə, Yeni ildə və ona kitab ala bilərsən. Ona sözlər hədiyyə et, şeirlərdən və mahnılardan hədiyyə olan sözlər. Ona Neruda, Paund, Sekston, Kamminqs hədiyyə et. Sözlərin eşq olduğuna inandığını bilsin.
Real həyatla kitablardakı həyatı ayırd edə bilər, amma yenə də həyatını bir az da olsa ən sevdiyi kitabdakı həyata bənzətməyə çalışacaq. Bunda sənin günahın yoxdur. Hər hansı bir üsulla bunu yoxlayacaq. Ona yalan danış. Sintaksis bilirsə yalan dediyini də başa düşəcək. Sözlərin arxasından başqa şeylər var: niyyət, dəyər, təfərrüat, ünsiyyət. Dünyanın sonu olmayacaq. Onu boş ver. Çünki oxuyan bir qız dərələrin hər zaman zirvələrlə bitdiyini bilir. Hər şeyin sona çatacağını bilir.
Hekayənin davamını hər zaman yaza bilərsən. Təkrar-təkrar başlaya bilər və hələ üstəlik qəhrəman olaraq da qala bilərsən. Bu həyatda bir-iki pis adama yer vardır. Olmadığın hər şey üçün niyə qorxursan iki? Oxuyan qızlar da bilirlər ki, obrazlar kimi insanlar da inkişaf edə bilərlər. “Alatoran” silsiləsi istisnadır.
Əgər oxuyan bir qız tapsan onu yanından ayırma, ondan ayrılma. Gecənin bir yarısında kitabı sinəsinə basmış ağlayan vəziyyətdə tapa bilərsən onu, ona çay dəmlə və qucaqla. Onu bir neçə saniyəliyinə itirə bilərsən, amma həmişə sənə geri qayıdacaq. Kitabdakı obrazlardan elə danışacaq ki, elə bil həqiqidirlər. Çünki bir anlıq olsa belə həqiqətdirlər. Ona bir hava şarında, ya da bir rok konsertində evlənmə təklifi et. Ya da növbəti dəfə xəstələnəndə qəfildən de. Skaypdan de onunla evlənmək istədiyini. Qəhqəhəylə elə güləcəksən ki, niyə hələ də sinən partlayıb qana boyanmayıb deyə təəccüb edəcəksən.
Sevginizin tarixçəsini yazacaqsız, qəribə uşaqlarınız və qəribə adları olacaq. Uşaqlarınıza icazə verərsiz “Şapkalı pişik” və “Aslan”a eyni gün baxsınlar. Yaşlandığınızda qışda birlikdə gəzintiyə çıxarsız, sən botinkalarındakı qarı təmizləyərkən o da əzbərdən Kits oxuyacaq.
Oxuyan bir qızla sevgili ol, çünki bu sənin haqqındır. Xəyal edilə bilən ən rəngli həyatı sənə verə biləcək bir qıza layiqsən. Əgər ona sadəcə monotonluq, itirilmiş saatlar və alayarımçıq məsləhətlər verə biləcəksənsə, tənha qalman daha xeyirlidi. Əgər dünyanı və onun ardındakı dünyaları istəyirsənsə, onda oxuyan qızla sevgili ol. Ya da ən yaxşısı yazan bir qızla sevgili ol sən.
Rozemari
|
['Rozemari', 'mütaliə', 'mütaliənin faydaları', 'kitab oxumaq', 'kitabdan reallığa', 'Oxuyan qızla sevgili olmaq', 'oxuyub ibrət götürək.']
|
1,691 |
https://kayzen.az/blog/romantika/16765/x%C9%99zan%C4%B1n-g%C3%B6z%C9%99lliyi.html
|
Xəzanın gözəlliyi
|
beautiful
|
Romantika və düşüncələr
|
26 avqust 2014, 09:36
|
Eşitdiyi ürküdücü səslə qeyri-ixtiyari diksindi. Gördüyü mənzərə qarşısında çaşıb qaldı. Yarpaq, bağlı olduğu budaqdan ayrılmış, yerə doğru düşürdü. Dünyasını səs-küyə bürüyən bu ayrılığın səsi idi. “Bu bir qopmamı, yoxsa doğuşmu?" dedi. Nə olacaq bundan sonra deyə düşünərkən, dilinə, hər vaxt təkrar etdiyi «Boşluq yox bu aləmdə!” cümləsi gəldi... Tumurcuqkən, ətrafında bir çox yarpaq görmüşdü. Bir müddət sonra da budaqların çiçəklərlə bəzəndiyini… Yarpaqlar və çiçəklər, gün keçdikcə bir-birlərindən ayrılmaz hala gəlmişlərdi. Yaşlı ağacın budaqlarında səadət içində bahar nəğmələri söyləyirdilər. Və beləcə ayrılığın soyuq küləklərini hiss edənə qədər sürmüşdü bu mahnı. O gün canı kimi sevdiyi yoldaşlarının sağa, sola itələnilib qaxıldığını gördüyündə yarpaq dəliyə dönmüşdü. Ağaca, niyə çiçəklərə sahib çıxmadığını soruşmuşdu. Ağac isə hər şey normalmış kimi təbəssüm edərək bunları pıçıldadı: “Övladım, bu aləmdə boşluq yox. Hər şey bir plan çərçivəsində cərəyan edir. Bütün olanlar, qədər kitabının bir cümləsi, şeirinin bir misrasıdır. Mən daha toxum ikən, irəlidə həyat tapıb ağac olacağım yazılı idi. Biz faydsız sayılırıqmı səncə? Məni əmanət olaraq bağrında daşıyan toxum, çürüməyi qəbul etməyib üsyan etsəydi, bu gün sən və mən baharın simfoniyasını dinləyə bilərdikmi? Biz bu zaman çayında kiçik köpükdən başqa bir şey deyilik. Bu həqiqəti qavrayanlar, kiçiklikdən xilas olub böyük olarkən; yalanlarla özlərini ovudanlar, zillətləri səbəbiylə gülünc vəziyyətə düşəcəklər. Sən də gəl bu gülünc vəziyyəti burax və hadisələri olduğu kimi qarşılayaraq pərdə arxasındakı hikmətlərdən ləzzət al. Bir çay ki axar Ərşdən dayanmadan,Yuyun sən də fürsətin itmədən.” Yarpaq, ağacın dediklərindən bir şey başa düşməsə də, birazca təsəlli olduğunu hiss etmişdi. Havada uçuşan çiçəklərdən biri yarpağa toxunduqda, yoldaşı yerə düşməsin deyə onu tutmaq istəmişdi. Lakin çiçək ondan qaçmış və yarpaq bu vəziyyətə heyrətlə baxmışdır. Bu itib getmədə nə gözəllik ola bilər, deyə düşünmüşdü. Suallarına cavab tapmadan rahat edə bilmirdi. Bir müddət sonra, çiçəklərin tərk edib getdiyi yeri nazənin meyvələr yetişdiyini görəndə səhvini onda anlaya bilmişdi. Onlarla qurduğu dostluq səbəbiylə, artıq çiçəklərin yoxluğunu heç xatırlamırdı. Çiçəklərin vəzifəsinin meyvələrə zəmin hazırlamaq olduğunu və getmələrində nə böyük hikmətlər olduğunu anlayınca ağacdan üzr istəmişdi. Ağac da hər zamanki kimi böyüklük edib bağışlamış, müdrik qoca ədasıyla nəsihət vermişdi: “Demək ki bu aləmdə boşluq olmadığını anladın. Sən də buradan gedəcəyini bilməlisən. Amma sən daha gözəl bir şey üçün gedəcəksən. Torpaqda çürüdükdən sonra, təkrar diriləcəksən. Çürümək yoxluq aləminə getmək deyil, əksinə yeni bir həyata ayaq basmaq deməkdir. Bizə bu qədər lütf edən Mərhəməti Sonsuz, bizi yoxluğa atmaqla rəhmətini kəsməz.” Yarpaq bir dəfə daha “Boşluq yox bu aləmdə!” deyərək xatirələrindən ayrıldı. Hər gün yoldaşlarıyla oynaşdığı küləyin qollarında süzülüb dayanırdı. Külək də onu çox sevirdi. O, hər gəlişində üst başına bulaşmış çirkləri təmizləyirdi. Yarpaq içini sıxıb qovuran ayrılıq ağrısını dostuyla qucaqlaşaraq azaltmağa çalışırdı. Külək onun bu kədərini gördükdə, hər zaman yaxşılıq edən yoldaşının dərdinə ortaq olmaq istədi. Sərin nəfəsiylə yarpağı yüksəklərə qaldırdı: — Nə olub dostum, kədərli görünürsən? — Baş verən hadisələrə bir etirazım və ya bir üsyanım yox, amma... Düşünürəm də bu qədər böyük aləmdə kiçik bir yarpağa kim əhəmiyyət verər ki?Külək dostunu sevindirmək üçün onu bir yuxarı, bir aşağı endirib dayanırdı. — Ah dostum, sanki bu aləmdə hər kəsin əhəmiyyəti öz əlinədir ki, sən əhəmiyyətsizliyinə kədərlənirsən. Kim qiymətlidirsə, bu dəyər ona bir lütfdür. Ne nemət verilmişsə öpüb başına qoyacaqsan. Bunu “Mən qazandım.” lovğalanması səhv olduğu kimi, “Mən bir heçəm” ifadəsidə səhvdir. Bax nə gözəl paltarların və vəzifən var. — Yaxşı, sən niyə zərrəciklərimi bir-bir təmizləyirdin? Niyə bu qədər kiçik zərrələrin, atomların əhəmiyyəti yox demirdin? — Nə bilim, vəzifəm o idi və mən də edirdim. — Eh, sənə o vəzifəni verən Zat, mənim hər zərrəmi hər an bilir və idarə edir deməkdir. Mənim bütün zərrəciklərim faydasız olsaydı mən onları bir istiqamətə icra edib əsə bilməzdim heç? Mənim kiçik zərrələrimi unutmursa, sənin kimi əhəmiyyətli işlər görən birini heç unutmaz. Haydı gəl səninlə varlıqlar arasındakı bir-birlərinə necə kömək etdiklərinə baxmağa gedək. Orada suallarına daha yaxşı cavab taparsan. Külək yavaş yavaş solğunlaşan yarpağı yüksəldib ətrafdakı canlıları seyr etdirdi. Bitki və ağaclar meyvəyə dayanmanın təlaşında idilər. Şəfqət dənizində üzən varlıqlar, bir-birlərinin köməyinə gedirdilər. Yarpaq baxışlarını qaldırıb, əndamını şəfqətlə isidən günəşə baxmaq istədi. Ən sevdiyi şey, hər səhər günəşlə cilvələşmək idi. Doğulduğundan bəri onun isti iqlimində xoşbəxt bir həyat sürmüşdü. Gecə itdiyində, səhərə qədər səbirsizliklə onun geri gəlməsini gözləyərdi. Günəşlə vaxt keçirdiyi zaman ondan aldığı şüalarla içindəki çirkli havanı təmizləyərdi. Bu dostluqdan doğan tərtəmiz nəfəs ətrafdakı hər kəsə həyat azuqəsi olurdu. Günəş, yarpağın, yoldaşı küləklə düşüncəli bir şəkildə gəzdiyini görüncə, onu daha bir şəfqətlə isitməyə başladı. — Qardaşım, demək sənin də vuslat vaxtın gəldi. Lakin düşüncəlisən bir az. Bir məsələnmi var? — Külək mənə onun hər zərrəsindən xəbərdar olan birinin olduğunu söylədi. O Zatın məni görəcəyini və gözləyəcəyini bildirdi. Bunu heç cür anlaya bilmirəm. Necə olar da mənim kimi saysız-hesabsız yarpaqları, hətta onların zərrələrini bilsin və idarə etsin, amma bir-birinə qarışdırmasın. Bu qədər qarışıq və saysız işlərin öhdəsindən necə gəlir heç cür qavraya bilmirəm. — Mən də sənin kimi bu aləmdə qonağam. Hər kəs kimi məhdud və faniyəm. Vəzifəmsə, yer üzündəki hər kəsi isitmək və işıqlandırmaqdır bilirsən. Mən bu vəzifəni edərkən saysız yarpağı, ağacı… qısacası hər kəsi istilədirəm. Lakin bu vəzifəmi icra etdiyim zaman heç kim nəzərimdən qaçmaz. Milyonlarla yarpağı istilətməm səni istilətməmə mane deyil. Səninlə olan dostluğum başqalarının dostluğuna mane olmaz. Sən məndən uzaq olsansa da, mən sənə yaxınam. İndi, mən bu vəzifəyə layiq görüldümsə bu vəzifəni mənə verən, bundan daha gözəlini edə bilməzmi? Hamımızın arasına bu qədər sevgi və kömək etmək qanununu qoyan, sevməz və mərhəmət etməzmi? Yarpaq, dostlarının, məntiqli şərhlərlə suallarını cavablandırdıqca özünü fövqəladə xoşbəxt hiss edirdi. Artıq aqibətindən qorxmurdu. Torpaqda çürüməyi yoxluğa atılmaq, unudulmaq kimi görmürdü. İçində yeni bir səfərə çıxmanın həyəcanını yaşayırdı. Yolunu gözləyən bir sevgilinin eşqi meydana çıxırdı içində. Bir an əvvəl qovuşmaq istəyirdi. Yarpağın ruh halını anlayan külək, dostunu daha çox yormamaq üçün onu yavaş yavaş yerə endirməyə başladı. Yarpaq son dəfə ağaca və dostlarına baxıb onlarla vidalaşdı. Cisimini hər zərrəsi əmr altında olan küləyə təslim etdi. Dostunun başıboş olmadığını bilirdi. Onun aparacağı yerin özünün qədəri olduğuna inanırdı. Külək, yarpağı yavaşca torpaq zəminə endirdi. Son dəfə dostunu yüngülcə oxşayıb oradan ayrıldı. Yarpaq, ana qucağını xatırladan güvən və istiliyi torpaqda tapdı. Özünü fövqəladə gücsüz və solğun hiss edirdi. Səbirsizliklə bədəninin parçalanıb torpağa qarışmasını gözləyirdi. Ölüb təkrar dirilib yüksəklik də bir yerdə dayandığını görürdü ele bil. Günəş və küləkdən sonra indi özünü tək buraxmayan torpağı görüncə, ağacın dediklərini daha yaxşı anlayırdı. Görə bilmədiyi bir Zatın özündən hər an xəbərdar olduğuna adı kimi əmin idi. Taqəti qalmayan dodaqlarını çətinliklə hərəkət etdirib, son dəfə “Boşluq yox bu aləmdə!” dedi.Abdülgafur Neft ÇalalıMənbə: Qadın.net
|
['xəzan', 'ağaclar', 'payız mənzərəsi']
|
1,692 |
https://kayzen.az/blog/aforizmler/16761/allah-susanlarla-dan%C4%B1%C5%9Fma%C4%9F%C4%B1-sevir.html
|
Allah susanlarla danışmağı sevir
|
Someone
|
Hikmət dənizi və aforizmlər
|
25 avqust 2014, 23:21
|
İtaliya – təkcə Avropa sivilizasiyasının beşiyi, İntibah dövrü dahilərinin vətəni və çəkməyə bənzər ölkə deyil, həm də müdrik fikirlər anbarıdır.
İtalyan atalar sözləri :
1. Oyun qurtaranda şah da, piyada da eyni qutuya qoyulur.2. İntiqam – soyuq verilən yeməkdir.3. Qoyunla yüz il yaşamaqdansa, şirlə bir gün yaşamaq yaxşıdır.4. Qonaq balıq kimidir, 3 gündən sonra iylənməyə başlayır. 5. Ay Allah, sən məni dostlarımdan qoru, düşmənlərimlə özüm baş çıxaram. 6. Özünü tanıyan dünyanı da tanıyar.7. Sən istəyirsənsə, mümkünsüz heç nə yoxdur.8. Şərab və dost köhnə deyillərsə, bir qəpiyə də dəymirlər.9. Yalan danışırsansa, lakonik ol.10. Axmaqlara hərdən döz, bəlkə nəsə onlardan öyrəndin. Ancaq heç vaxt onlarla mübahisə etmə. 11. Hava, ər və oğul – təxmin elədiyin kimi olurlar. 12. Qadınla mübahisə etməyin iki üsulu var. Amma heç biri işə yaramır.13. Uzunqulaq doğulan at kimi ölə bilməz.14. İstəyirsənsə, səni qiymətləndirsinlər – öl.15. Evlənəndə və at alanda gözlərini yum və Allaha həvalə et. 16. Heç kim tənha olmaq istəmir, hətta cənnətdə belə.17. Hər şey Allahdandır, qadından başqa. 18. Pullu olmaq kifayət deyil, gərək onu xərcləməyi də bacarasan.19. Ancaq əsl dost üzünün çirkli olduğun deyə bilər.20. Problem sənə toxunana qədər ona toxunma.
21. Dünya səbirlilərə məxsusdur.22. Çayın dərinliyini hər iki ayağınla yoxlama. 23. Xoruzların susduğu, toyuqların qışqırdığı hində sülh olmaz.24. Başqasının məsləhətini ya al, ya da imtina et. Ancaq heç vaxt özününkündən dönmə. 25. Düzgün yol heç vaxt uzun olmaz.
26. Pivə içən yüz il yaşayar. 27. Qara toyuq da ağ yumurta yumurtlayır.28. İnsanı kitablardan çox illər dəyişdirir. 29. Sevgini, alovu və öskürəyi insanlardan gizlətmək olmur.30. Sevgi müharibəsində gedən qazanır.
Kulis.Az
|
['atalar sözləri', 'aforizimlər', 'İtalyan atalar sözləri']
|
1,693 |
https://kayzen.az/blog/kitab/16764/m%C3%BCasir-q%C4%B1rm%C4%B1z%C4%B1-papaq.html
|
Müasir Qırmızı papaq
|
kurdamir
|
Kitablar və mütaliə
|
25 avqust 2014, 20:27
|
Tanınmış yazıçılar “Qırmızı Papağın nağılı”nı yazsaydılar necə alınardı? Haruki Murakami
Mən oyananda, Qırmızı Papaq hələ yatırdı. Mən dalbadal yeddi siqaret çəkdim və mətbəxə keçib əriştə bişirməyə başladım. Mən həmişə əriştəni çox diqqətlə bişirirəm və kiminsə məni bu prosesdən ayırmağını sevmirəm. Radioda Pink Floyd oxuyurdu. Əriştənin sousunu hazırlayanda qapının zəngi eşidildi. Mən qapıya yaxınlaşanda otağa da göz atdım. Qırmızı Papaq hələ də yatırdı. Onun qulaqlarına tamaşa etdim. Bir qulağını səhər günəşi işıqlandırırdı. Mən ömrümdə belə qulaqlar görməmişdim… Qapını açanda Canavarı gördüm. Dərhal yadıma qoyun düşdü.
Viktor Hüqo
Qırmızı Papaq titrədi. O tək idi. O, səhrada iynə kimi tək idi, ulduzların arasında qum zərrəsi kimi, zəhərli ilanların arasında qladiator kimi tək idi…
Cek London
O, öz irqinin ləyaqətli qızı idi. Onun damarlarında Şimalın ağ fatehlərinin güclü qanı axırdı. O gözlərini qırpmadan canavarın üstünə atıldı. Dağıdıcı zərbədən qorxuya düşən canavar qaçdı. Qırmızı Papaq öz füsunkar qadın təbəssümüylə onun arxasınca baxırdı.
Qabriel Qarsia Markes
Uzun illər keçəcək və Canavar ayaq üstə divara söykənib güllələnməyini gözləyəndə, o uzaq axşamı – nənənin tortla dərman yediyi günü xatırlayacaq, hansı ki o dərmanlarla nə qədər siçovul qırmaq olardı. Amma o heç bir şey olmamış kimi royalı parçalayırd. Gecə yarısınadək ifa etdi. İki həftə sonra Canavar və Qırmızı Papaq dözülməz qarının çadırını partlatmağa çalışdılar. Onlar yana-yana detenatora yaxınlaşan ipin qığılcımlarına baxırdılar. İkisi də qulaqlarını tutdular. Amma nahaq, çünki heç bir gurultu eşidilmədi. Qırmızı Papaq ölmüş nənəsini görmək ümidi ilə içəri girəndə başqa mənzərə ilə rastlaşdı: nənə cırıq-cırıq olmuş köynəkdə, yanmış parikdə ora-bura qaçıb yanğını söndürməyə çalışırdı.
Erix Mariya Remark
— Gəl yanıma – Canavar dedi.
Qırmızı Papaq iki qədəh konyak süzdü və çarpayıya dirsəkləndi. Onlar konyakın tanış ətrini içlərinə çəkdilər. Bu konyakda kədər və yorğunluq var idi. Kədər və sönən alaqaranlıqların yorğunluğu. Konyak həyatın özü idi.
— Əlbəttə — qırmızı papaq dedi. Biz heç nəyə ümid edə bilmərik. Mənim gələcəyim yoxdu.
Canavar susurdu. Çünki onunla razı idi.
Uilyam Şekspir
Yemək, yoxsa yeməmək? Bütün məsələ budur Milli.az
|
['müasir deyimlər']
|
1,694 |
https://kayzen.az/blog/daily-problems/16763/d%C3%BCnyan%C4%B1n-%C9%99n-%C3%A7%C9%99tin-pe%C5%9F%C9%99l%C9%99ri.html
|
Dünyanın ən çətin peşələri
|
kurdamir
|
Gündəlik həyatın çətinlikləri
|
25 avqust 2014, 20:17
|
Milli.Az ailem.az-a istinadən dünyanın ən çətin peşələrini təqdim edir.
Kanalizasiya dalğıcı. Hindistanın Delhi şəhərində kanalizasiya dalğıcı olaraq çalışan Devi Lal bu işinə görə gündə 10 lirə qazanır. Devi qazandığı pulla özünə içki alır. Devi Delhinin çirkli, mikrobların baş alıb getdiyi kanalizasiyalarında hər gün çılpaq halda öz vəzifəsini yerinə yetirir.
Yumurta qıran, qoxulayan. Yumurta qoxulayanlar qida sektorunda istifadə ediləcək yumurtaları qırb ağını, sarısını ayırır və çürük olub olmadığını müəyyən etmək üçün qoxulayır. Yəqin ki, hər biriniz çürük yumurtanın necə dəhşət pis iyi verdiyini bilirsiz.
İllərdir sularda işləyən Vei Xinpenq hər səhər qayığı ilə dənizə gedir. Balıq ovlamaq üçün deyil, cəsədləri toplamaq üçün. Dənizdən tapdığı cəsədləri qayığına yığır. Son 7 ildə 500 cəsəd çıxartdığnı deyib. Bu cəsədlər gölün kənarındakı ərazidə dəfn olunur.
Bomba zərərsizləşdirən. Ölümü düz yaxınlığında hiss edən, bombaları zərərsiz hala gətirən mütəxəssislər dünyanın ən stressli işini görürlər.
Soxulcan toplayan. Balıq ovlamaq üçün tilovun ucuna bağlamağa soxulcan yığmanız lazımdır. Kanada tarlalarında soxulcan toplayıb 1 ədədini 4 sentə satmaqla dolanmaq olar.
Dölləyici. Bir inəyin döllənmədə ən məhsuldar olduğu vaxt və sperm donoru ilə uyğun olub olmadığı təsbit edilə bilir. Ancaq bu işi görən inəyin vaginasına həmin spermanı yerləşdirməlidir. Dölləyicilər çiyinlərinə qədər uzunluqda olan əlcək geyinib bu işi yerinə yetirməlidirlər.
Cəsəd tarlasının nəzarətçisi. Bu tarlalar tibb tələbələrinin xəstəlik nümunələri üzərində işləmək üçün nəzərdə tutulub. Nəzarətçilərin işi ölümündən əvvəl cəsədlərinin bu tarlalara yerləşdirilməsinə könüllü icazə verən şəxslərin meyitlərini ora cəsədlərini yerləşdirmək, incələdikdən sonra dağınıqlığı toplamaqdır.
Ölü heyvanların cəsədlərini toplayanlar. Maşın yollarında, yol kənarlarında ölmüş heyvanların cəsədlərini toplamaq həssas və yorucu bir işdir.
Toyuq cütləşdirənlərin işi yeni doğulmuş cücələrin erkək, ya dişi olduğunu müəyyən etməkdir.
Virtual qızıl toplayanlar saatlarla bir kompüter oyunu qarşısında vaxt keçirirlər. Virtual qızıl toplayanlar topladıqları bu qızılları digər oyun «xəstələrinə» pul qarşılığında satırlar.
Köpək balıqlarının akvarium təmizləyicisi. Dalğıc geyimi ilə dənizə girən bu işçilər akvariumun şüşələrini silir, içini təmizləyir və köpək balıqları arasında qorxu dolu anlar yaşayırlar.
Qoltuqaltı qoxulayanlar. Bu qadınların gündəlik işi kişilərin qoltuq altını iyləməkdir. Çünki bu yolla işlədikləri kosmetika firmasnın istehsal etdiyi məhsullarının davamlı və təsirli olduğunu müəyyən etməyə çalışırlar.
Göydələnlərə nəzarət edən. Neçə metr hündürlüyə çıxaraq göydələnlərin şüşələrini silən və nasazlığına baxan işçilər hər an ölüm təhlükəsi ilə qarşı-qarşıya olurlar.
Fil dayələri. Fillərin baxımı ilə məşğul olan bu işçilər fiilərin tualetlərinə qədər hər işi ilə maraqlanırlar.
Ayaq xəstəlikləri üzrə mütəxəssis gün ərzində onlarla ayaq xəstəliklərini diaqnoz edərkən ehtiyatsızlıq ucbatından infeksiyaya yoluxa bilərlər.
Milli.Az
|
['çətin peşələr']
|
1,695 |
https://kayzen.az/blog/kulinariya/16762/pirat-salat%C4%B1.html
|
"Pirat" salatı
|
Someone
|
Kulinariya
|
25 avqust 2014, 19:55
|
«Pirat» salatının hazırlanma qaydası
Tərkibi:
100 q toyuq filesi
50 q ağ kələm
2 pomidor
1 xiyar
30 q bərk pendir
30 q mayonez
10 q göy soğan suxarı (zövqə görə)
2 x.q. soya sousu
Toyuq filesini duzlu suda hazır olunca bişirin, kubik doğrayın, soya sousu əlavə edib qarışdırın.
Kələmi xırda doğrayın.
Pendiri sürtgəcin xırda gözündən keçirin.
Pomidoru kubik doğrayın.
Xiyarı da kubik doğrayın.
Göy soğanı xırdalayın.
Boşqaba öncə kələmi, üzərinə toyuq ətini qoyun. Xiyarla pomidoru qarışdırın, toyuğun üzərindən döşəyin. Duz, istiot vurun, üzərinə pendir səpin. Göy soğanı salatın ətrafına səpin. Üzərinə mayonez tökün, suxarı səpin. Yaxşı olar ki, toyuq dadı verən suxarı götürəsiniz.
Nuş olsun!
|
['reseptlər', 'salatlar', 'pirat salatı']
|
1,696 |
https://kayzen.az/blog/psixologiya/16760/xarakterizmizi-%C9%99ks-etdir%C9%99n-yatmaq-pozas%C4%B1.html
|
Xarakterizmizi əks etdirən yatmaq pozası
|
Someone
|
Psixologiya
|
25 avqust 2014, 19:14
|
Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.
a) Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.
b) Dik yatış
Sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar. Bütün bunlara baxmayaraq bəzən tez aldana bilirlər.
V) Yaşlı yatışı
Böyrü üstə, hər iki əli ya yastığın yanında, ya da çiyin səviyyəsində bükülən insanlar təbiiliyi sevirlər. Ancaq bəzən şüphəçi, hər şeyə ehtiyatla yaxınlaşa bilirlər. Fikirləri çətin dəyişir. Bir qərar verəndən sonra onu dəyişdirməyi heç sevmirlə.
q) Əsgər yatışı
Qollar rahat şəkildə yana salınmış, kürəyi üstə, ancaq başı sağa sola dönəcək şəkildə yatanlar sakit, ağzı bütöv olurlar. Lazımsız yerə danışıb, ortalığa təşviş salan insanlardan heç xoşları gəlmir.
d) Üzü üstə
Üzü üstə, ayaqlar aralı və düz, qolar yastığın üzərində qatlanmış formada, başını sağa sola çevirərək yatan insanlar toplu, kütləvi halda yaşamağı sevirlər. Bundan əlavə onlar əsəbi, narahat, asan inciyən insanlardırlar. Tənqid edilməyi sevmirlər.
e) Ulduz yatışı
Kürəyi üstə, qollar və ayaqlar açılmış, ulduzu xatırladan formada yatanlar yaxşı dost olurlar. Onlar hər zaman başqalarını dinləməyə və yardım etməyə hazırdırlar. Diqqət mərkəzində olmağı sevmirlər.
Sağlamlıq cəhətdən üzü üstə yatmaq həzmi pisləşdirir,dəniz ulduzu və əsgər forması xoruldama problemi yaradır, pis yatmağa səbəb olur.
|
['Araşdırmalar', 'xarakter', 'yatmaq', 'yatmaq formaları']
|
1,697 |
https://kayzen.az/blog/maraqli-faktlar/16750/%C9%99n-%C3%A7ox-g%C3%B6r%C3%BCl%C9%99n-30-yuxu.html
|
Ən çox görülən 30 yuxu
|
Someone
|
Maraqlı faktlar
|
24 avqust 2014, 23:32
|
Almaniyada aparılan bir araşdırma, yuxu dünyasının qapısını açdı. Qadınlar ən çox üzür, kişilər qadınlardan daha çox sevişir, gənclər hörümçəkdən qorxur, yaşlılar pul tapır. Ən çox uçmağı sevirik. Təcavüzə məruz qalmaq, kiməsə təcavüz etməkdən daha çoxdur.
Yuxunun sirri əsrlərdir insanlara bəlli deyil. Ümumiyyətlə niyə yatmağımızın da ağlabatan bir cavabı yoxdur. Amma Almaniyada aparılan bu araşdırma yuxu ilə bağlı bəzi statistik məlumatlar verməkdədir. Sən demə bəzi yuxuları bütün insanlar görür. Dünən gecə siz böyük ehtimalla evlərin, yolların üzərindən uçmusuz. Kimdənsə qaçmısız, bir şeyi təkrar-təkrar etməyə çalışmısız, tanıdığınız, yaxud tanımadığınız biriylə sevişmisiz. Araşdırma təkcə almanlar üzərində deyil, digər böyük xalqlar üzərində də aparılıb. Nəticədə bəlli olub ki, bütün dünyanın insanları ortaq yuxular görürmüşlər.
Yuxuda sevişdiyini görmək daha çox kişilərə xasdır. Kişilər həmçinin yuxuda alov görürlər. Eyni zamanda bir avtomobilin idarəsinin itirildiyini görmək də kişi yuxusuna xasdır.
Qadınların yuxuları sellə, tufanla doludur. Qadınlar çox vaxt yuxuda üzürlər. Yaşayan adamları ölmüş, ölmüş adamları diri görənlər də daha çox qadınlardır.
Özünü çılpaq, yaxud yarıçılpaq geyinmiş halda görmək isə qadınlarda və kişilərdə bərabərdir.Gənclər böcəklər və hörümçəkləri çox görürlər. Özlərini daha çox güzgüdə görürlər.Yaşlılar isə yuxularında yeni şeyləri sınaqdan keçirirlər və hardansa pul tapırlar.
Bu da bütün insanların gördüyü ortaq yuxular:1. Uçmaq.2. Bir şeyi davamlı şəkildə təkrarlamaq, etməyə çalışmaq.3. Kimdənsə, yaxud nədənsə qaçmaq.4. Sevişmək.5. Məktəbə getmək, oxumaq, öyrənmək.6. Harasa gecikmək.7. Ölmüş bir adamı diri görmək.8. Sağ adamı ölmüş görmək.9. Hücuma məruz qalmaq, zərbə almaq.10. Üzmək.11. Yıxılmaq.12. Vəhşi heyvanlar.13. Sel, tufan görmək.14. Gözəl yeməklər yemək.15. Bir yerdə bağlı qalmaq.16. Bağlanmış olmaq, hərəkətsiz qalmaq, nəfəs ala bilməmək.17. Öldürülmək.18. Bir varlığı hiss etmək.19. Şər bir varlıqla qarşılaşmaq.20. Pul tapmaq.21. Bir avtomobilin idarəetməsini itirmək.22. Alov görmək.23. Yıxılmaq üzrə olmaq.24. Biədəb geyinmək.25. Böcək və hörümçək görmək.26. Boğulmaq, havasız qalmaq.27. Birini öldürmək.28. Tualet tapa bilməmək, tualetdən istifadə edərkən utanmaq.29. İmtahanda uğursuz olmaq.30. Yenidən uşaq olmaq.
Mənbə: kulis.az
|
['yuxu', 'yuxu görmək', 'yuxu haqda maraqlı faktlar']
|
1,698 |
https://kayzen.az/blog/stil/16183/ya%C5%9Fla-ba%C4%9Fl%C4%B1-v%C9%99-vaxts%C4%B1z-yaranan-q%C4%B1r%C4%B1%C5%9Flar%C4%B1n-h%C9%99lli.html
|
Yaşla bağlı və vaxtsız yaranan qırışların həlli
|
Someone
|
Yaraşıqlı görünüş, gözəl imic
|
24 avqust 2014, 22:59
|
Vaxtından öncə və yaş artıqca onlarla bərabər sayda artan qırışları düzgün qidalanma və təbii vasitələrlə qırışları gecikdirmək olar.
Vitaminlərin antioksidant təsirləri, xüsusilə düzgün qidalanmaqla dərizinə xeyli yaxşı təsiredici gücü var. Vitaminlər dəri sağlamlığı, qırışların qarşısının alınması və ya əmələ gəlməsini əngəlləyən xassələrə malikdirlər.
A, C, D, E vitaminlərinin çatışmazlığı isə dərinin cansız, quru və ya həddindən artıq yağlı olmasına səbəb olur.
A vitamini və beta-karotin qocalmanı gecikdirmək üçün istifadə olunur.
Sarı, narıncı və yaşıl rəngli tərəvəzlər, yumurtanın ağı, ciyər, kərə yağı (təbii əldə olunmuş) və balıq yağlarında olur.
B vitamininə daxil olan niasin (B3 vitamini) civzə və sızanaqların müalicəsində istifadə olunur.
Ümumiyyətlə, təbabətdə niasin «sakitlik vitamini» də adlandırılır. Toyuq, balıq, fıstıq, təmiz dənli bitkilərdə olur.
C vitamini yaxşı antioksidant vitaminidir. Yara müalicəsi zamanı təsiri güclüdür. Səthi olaraq incə cizgi və qırışların aradan qaldırılması, dəri yanıqlarının müalicəsində istifadə olunur.
Limon, qreyfurt, portağal, çiyələk, kivi, qarağat və qara qarağat kimi meyvələr, kələm, pomidor, gül kələmi, qırmızı bibər və yaşıl bibər kimi tərəvəzlər C vitamini ilə xeyli zəngindirlər.
E vitamini də yaxşı antioksidantdır. Dərinin canlanması üçün köməkçi vasitədir. Dərini yumuşaq və hamar edir.
|
['dəriyə qulluq', 'qırışlar', 'qırışıarın artması']
|
1,699 |
https://kayzen.az/blog/patologiya/16200/amneziya.html
|
Amneziya
|
Someone
|
Tibbi patologiya
|
24 avqust 2014, 22:51
|
Hafizə pozuntularının bütün formaları amneziya adlanır.
Məsələn, siz axtardığınız əşyanı hara qoyduğunuzu tapa bilmirsinizsə deməli bu fiksasion amneziyadır.
Hər hansı bir hadisədən sonra (travma, sərxoşolma) məlumatlar unudularsa buna anteroqrad amneziya deyilir.
Amneziyaların geniş yayılmış formalarından biri də retroqrad amneziyadır – keçmişə aid olan hadisələrin və ya məlumatların unudulması....
|
['yaddaş', 'hafizə pozuntusu', 'amneziya', 'amneziyanın növləri']
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.