Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
1,500
https://kayzen.az/blog/psixologiya/17329/insan-psixologiyas%C4%B1na-aid-maraql%C4%B1-faktlar.html
İnsan psixologiyasına aid maraqlı faktlar
Apollon
Psixologiya
17 noyabr 2014, 20:21
1. Biz adətən öz valideynlərimizə oxşayan adamlara vuruluruq. Uşaqlıqdan valideynlərimizlə aramızda olan problemləri vurulduğumuz adamla həll etmək, çatışmazlıqları onda tapmağa çalışırıq.2. Hətta müsbət hadisələr belə — universiteti bitirmək, evlənmək və ya yeni işə başlamaq, depressiyaya gətirib çıxara bilir.3. Psixologiyada belə prinsip var: bir hadisədən nə qədər çox şey gözləyirsənsə, o qədər də çox məyusluq yaşayırsan. Çox gözləyirsən – az əldə edirsən, az gözləyirsən, çox əldə edirsən. Bu dəmir prinsipdir, heç bir istisna yoxdur.4. İnsanlar tanış olmayan yerə gedib çıxanda adətən sağ tərəfdən geriyə dönürlər. Bunu bilməyin faydası: siz qələbəlik arasına düşmək istəmirsiniz, yaxud növbədə çox qalmaq istəmirsinizsə, sol tərəfə meyllənin.5. Qıza deyin ki, ona hədiyyə almısınız və nə olduğunu tapmağını istəyirsiniz. O, istəklərini deyəcək.6. Əgər gecələr sizə qarabasmalar əzab verirsə, böyük ehtimalla yuxuda donursunuz. Elmi faktdır – yataq nə qədər soyuq olarsa, o qədər çox  qorxulu yuxular görəcəksiniz.7. Mütəxəssislərin müşahidələrinə görə mavi gözlü adamlar bir neçə dəqiqə ərzində aşiq ola bilərlər, qonur gözlü insanlar isə eyni zamanda iki nəfəri sevə bilərlər. Yaşıl gözlü adamların aşiq olması üçün uzun müddət lazımdır, hətta bir ilə yaxın. Yerdə qalanlar üçünsə bir saat bəs edir. 8. Kişi və qadın arasında şahidlik baxımından fərqlər var. Məsələn, bir cinayətkar küçədə kiminsə çantasını qapıb qaçır, bunu görən qadın qurbanın üzünü yadda saxlayır, bunu görən kişi isə oğrunun.9. İnsanın yaddaşı ən yaxşı səhər 8-dən 12-ə kimi, bir də axşam 9-dan sonra işləyir. Ən pis isə günortadan sonra.10. Əgər hər tərəfi tərs göstərən eynək taxsanız, bir müddət sonra tərs velosiped də sürə bilərsiniz.11. Eyni vaxtda birdən çox işi görmək mümkün deyil. İnsanların çoxu bunu mümkün saysa da elmi araşdırmalar sübut edir ki, bir işdən daha çox işə diqqəti cəmləmək mümkün deyil. Fiziki işlər istisnadır. Məsələn, yeriyə-yeriyə telefonla danışmaq mümkündür. Bu halda ya yola, ya da telefondakına diqqət verməliyik.12. Bir insan üçün ən xoş səs onun adının səslənməsidir. Kiminləsə tanış olduğunuz zaman çalışın onun adını yadda  saxlayasınız. Vəzifəsini, ixtisasını deyil, adını yadda saxlayın. Bu yaxşı münasibətlərin qurulmasının əsas qaydasıdır.13. Tez yatmaq üçün kürəyi üstə uzanın. Gözlərinizi bağlayın və göz bəbəklərinizi yuxarı qaldırın. Bu yuxu zamanı gözlərin normal halıdır. Bu vəziyyətdə yatarkən insan tez, asan və bərk yatır.14. Psixoloqlar qadınların kişiləri qiymətləndirmək üçün onlara 45 saniyənin kifayət etdiyini deyirlər. 10 saniyə ərzində qadın kişinin fiqurası, 8 saniyə ərzində gözləri, 7 saniyə ərzində saçları, 10 saniyə dodaqları və çənəsi, 5 saniyə ərzində çiyinləri barəsində təəssüratını dəqiqləşdirir. Son 5 saniyədə isə qadın kişinin barmağında üzüyün olub-olmamağına baxır.
['psixologiya', 'insan psixologiyası', 'maraqlı məlumatlar']
1,501
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17392/sa%C3%A7lar%C4%B1-uzatma%C4%9F%C4%B1n-8-%C3%BCsulu.html
Saçları uzatmağın 8 üsulu
MuSHviG
sağlam həyat tərzi
17 noyabr 2014, 11:19
Saçlar orta hesabla ay ərzində 1-2 santimetr uzanır. Bu prosesi iki, üç dəfə sürətləndirmək mümkündürmü?Qidalanma - Saçların əsas tikinti elementi və hüceyrələrin artımını sürətləndirən zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeqa 3, 6 və 9 yağ turşularını rasiondan əksik etməyin. Bu yağ turşularının ən əlverişli mənbəyi zeytun və kətan yağlarıdır. Bu yağları salatlara əlavə edin və ya qaşıqla için. Saçları A və E  vitaminləri, məsələn, kök, kələm və çuğundurla da uzatmağa cəhd edin.Saçları uzatmaqla bağlı bir əla xəbəri də xanımlarla bölüşəcəyəm. Məlumdur ki, saçlar sinki sevir. Bu mineralın ən gözəl mənbəyi isə qabaq toxumları, mal əti və əlbəttə ki, şokoladdır. Bu, sevimli ləzzəti dadmaq üçün sanballı bəhanədir.Təbii ki, gün ərzində 1,5 litr su içməyi də unutmayın.Qidalanmanın effektini gözləməyən səbirsizlər isə əlbəttə ki, aptekdən saçları uzatmaq üçün mineral kompleks alıb qəbul edə bilərlər.Saçlara qulluq vasitələri - Rəfiqələrinizin tövsiyələrinə, heyranlığına aldanıb şampun almayın. Bəlkə də onu xoşbəxt edən şampun sizi üçün əsl baş ağrısı olacaq. Şampun alarkən mütləq baş dərisinin tipini nəzərə alın. Piy vəziləri yaxşı işləyərsə, saç köklərinin inkişafı dayanmaz. Saçları ağırlaşdırmamaq üçün tərkibində silikon, paraben olmayan şampunlara üstünlük verin. Kondisionerlər, balzamlar və maskalar saçların kövrəlməsinin, qırılmasının qarşısını alır. Yağlar isə əksinə uzanmasına yardım edir. 4-6 aydan bir saçları uzadan xüsusi şampunlardan, kapsullardan istifadə etmək olar.  Bonus qismində isə peşəkar tonik və ya zərdab alın. Əfsanəvi ev maskası - Mənzilin kandarından kənara çıxmadan saçları necə uzatmaq olar? Evdə hazırlanmış ən məşhur saç maskası xardaldan hazırlanır. Xardal qan dövranını sürətləndirir. İki xörək qaşığı xardala 1 yumurta sarısı, 1 çay qaşığı bal, 2-3 xörək qaşığı zeytun yağı, bir qədər isti su əlavə edib. Sıyıq konsistensiyasına gələnə qədər qarışdırın. Maskanı ancaq başın dərisinə sürtün və başınıza sellofan və ya yun papaq qoyun. Və yaxud dəsmalla bağlayın.  15-30 dəqiqə maskanı başqa saxlayın, səbriniz çatsa daha çox da saxlaya bilərsiniz. Saçları yuduqdan sonra fensiz qurudun. Bu proseduranı müntəzəm olaraq etsəniz saçlarınızın uzandığının şahidi olacaqsınız.Yağ maskalarını isə yaxşı olardı ki, axşamdan saçlarınıza çəkib səhər vurasınız. Əlbəttə ki, qida plyonkası ilə başınızı bağlamağı unutmayın.  Effekti hiss etmək üçün bir necə həftə proseduranı təkrarlamalısınız.Kəsim - Hər üç aydan bir saçların uclarını kəsdirin ki, onlar sağlam qalsınlar. Əvvəlcədən Ay təqvimi ilə  günü müəyyənləşdirin.  Deyilənlərə görə, Ay təzə çıxanda, xüsusilə ilk 3-4 sutkada saçları kəsdirməyin xeyri var.Salon - Saçların vəziyyətini yaxşılaşdırmaq və onların uzanmasını sürətləndirmək üçün gözəllik salonları müxtəlif metodikalar təklif edirlər. Onların arasında saçları möhkəmləndirmək üçün laminariya (iri su yosunu növü) yarpaqları ilə qulluq, şiitake göbələkləri və ot kisəçikləri ilə masaj, baş dərisinin  mikrosirkulyasiya prosedurası və əlbəttə ki, mezoterapiya var. Bunlarda ən ağrılısı və effektlisi başda qan dövranını yaxşılaşdıran, fərdi qaydada seçilmiş kokteyl — vitamin və mineralların baş dərisinə iynə şəklində vurulması, yəni mezoterapiyadır. Bu proseduraların köməyi ilə saçların tökülməsi dayanır, saçlar uzanır, həcmi artır. Amma qeyd etmək lazımdır ki, bu proseduraların hər birinin əks göstərişləri var, mütləq mütəxəssislə məsləhətləşin.Salonlarda həmçinin "şok" darsonval üsulundan da istifadə edir. Bu üsul saç soğanağına yüngül tok zərbələri ilə təsir edərək onları stimulyasiya edir.  Termasauna adından da göründüyü kimi saçların isti prosedura ilə bərpa olunmasıdır. Bundan başqa, son illər saçların uzanması və ya tökülməsinin qarşısının alınması üçün ozonoterapiyadan və cürbəcür qulluq vasitələrindən istifadə edilir.Kəpək - Bəzən saçların düzgün uzanmasına sadəcə kəpək maneçilik yaradır.Masaj - Baş dərisinin müntəzəm masajı saçları uzatmağın ən zərif, eyni zamanda orqanizmin stressdən xilas olmasının ən gözəl yoludur.  Hər gün təbii lifləri olan daraqla saçlarınızı darayın. Saçlarınızı 50 dəfə arxadan qabağa, 50 dəfə də əksinə darayın. Mərkəzdən başlayın. Bundan başqa, barmaqlarınızın ucu ilə də saçların diblərini masaj etmək olar.Daramaq - Məşhur cizgi filminin qəhrəmanı Rapunselin saçlarının uzunluğunun sirri həm də daramada idi. Hər səhər və axşam saçları çoxlu daramaq lazımdır. Yaxşı olar ki, təbii fırçası olan darağa üstünlük verəsiniz. Bu, kapilyarların fəaliyyətini stimullaşdırır. Buruq saçlı xanımlara isə başqa, daha sərt materialdan hazırlanmış daraqdan istifadə etmək tövsiyə edilir.Unutmayın ki, daraqların da istifadə müddəti mövcuddur. Adətən bu, malın etiketində qeyd edilir. Məsələn, təbii materialdan hazırlanan daraqların istifadə müddəti 6 aydır.Mənbə:www.tabloid.az
['Kəpək', 'masaj', 'saç', 'Rapunselin', 'salon', 'qidalanma', 'omeqa', 'yağ', 'şampun', 'maraqlı', 'sağlamlıq.']
1,502
https://kayzen.az/blog/MuSHviG/17391/m%C3%BCs%C9%99lmanlar-amerikan%C4%B1-xristofor-kolumbdan-%C9%99vv%C9%99l-k%C9%99%C5%9Ff-etmi%C5%9Fdir.html
Müsəlmanlar Amerikanı Xristofor Kolumbdan əvvəl kəşf etmişdir
MuSHviG
Bloq: MuSHviG
17 noyabr 2014, 10:25
Türkiyənin yeni prezidenti Rəcəb Tayib Ərdoğanın  “1-ci Latına Amerika Ölkələri Müsəlman Dini Liderlərin Zirvəsində”  çıxışı zamanı söylədiyi ifadələr qısa bir müddətdə dünya meydyasının gündəminə oturdu.  Onun “Amerikanı Xristofor Kolumbdan əvvəl Müsəlmanlar kəşf etmişdir” ifadəsi İspaniyada müsbət qarşılanmadı. İspanlar türk lideri gerçəklərdən uzaq olmaqda günahlandırdı və söylədiyi bu qeyri–adi iddianı sübut etməyə çağırdı.Ərdoğan qeyd edir ki, Xristofor Kolumb öz gündəliyində Kubada yerləşən dağın zirvəsində məscid gördüyünü yazmışdır. Bu isə göstərir ki, müsalman dənizçilər Amerika qitəsinə 300 il əvvəl çatmışdır. Ərdoğan çıxışında bu fakta əsaslanaraq Latın Amerikası ilə İslam Dünyası arasındakı əlaqələrin təməlinin 12-ci əsrə dayandığını söyləyir.  O qeyd edir ki, “Amerika qitəsinin Kolumb tərəfindən 1492-ci ildə kəşf edildiyi məlumdur. Lakin bu faktdır ki, müsəlman dənizçilər Amerikaya 314 il qabaq, 1178-ci ildə çatmışlar”. Ərdoğan bu barədə Kubadakı vətəndaşlar ilə söhbət etmək istədiyini vurğulayır. “Yəqin ki, o məscid bu gündə o dağın zirvəsində mükəmməl şəkildə qalmaqdadır” — deyə Ərdoğan əlavə edir.  İspaniya mediyası Ərdoğanın sözlərinə geniş yer verərək bildirirlər ki, Kolumb öz gündəliyində heç bir zaman Kuba da dağın zirvəsində məscid görməsindən bəhs etmir. İspanlar bu iddianın mənbəyinin həmin dövrün filosof və din adamı olan Bartolome De Las Casas-ın Kolumbla əlaqədar yazıdığı hekayədə “Bir dağ gördüm, dağın üzərində zərif bir məscidə bənzəyən bir təpəcik var” ifadəsinin olduğunu vurğulayırlar. Bu din adamının yazıdığının uydurma nağıl olduğunu söyləyirlər. Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.  Mənbə: www.independent.co.uk
['Kolumb', 'Cənubi Amerika', 'Türkiyə', 'Ərdoğan', 'din', 'məscid', 'Kuba.']
1,503
https://kayzen.az/blog/edebiyyat/17377/nizami-g%C9%99nc%C9%99vinin-m%C3%BCdrik-k%C9%99lamlar%C4%B1ndan-n%C3%BCmun%C9%99l%C9%99r.html
Nizami Gəncəvinin müdrik kəlamlarından nümunələr
MuSHviG
Ədəbiyyat
16 noyabr 2014, 20:43
Xalq mənə versə də əziyyət, kədər,Qıymaram incisin məndən bir nəfər. (Şərəfnamə) Eşqinlə atəşə dön, nifrətinlə buza dön,El yolunda günə dön, aya dön, ulduza dön!Yaxşılığın hər yanda qapı açar üzünə… (Sirlər xəzinəsi.) Əziyyət eyləsən, cəfa görərsən,Mehribanlıq etsən, səfa sürərsən. (Xosrov və Şirin) Yamanlıq etməkdən uzaq ol, uzaq,Pisliyin əvəzi pislik olacaq. (Xosrov və Şirin)  Yaxşılıq etməsən əgər insana,Böyüklük şərəfi verilməz sana. (Leyli və Məcnun) Bir xərabə görsən, qurmağa tələs,Məsləhət belədir, əməyin itməz. (Leyli və Məcnun) Dünyanın işini yaxşı düşün sən,Nə əksən, onu da sən biçəcəksən.Yaxşı iş də görsən, pis iş də, inan,Unutmaz onları bu qoca dövran. (Xosrov və Şirin) Zəhmətlə açarsan bağlı tilsimi,Açdın, xəznə çıxar aydın gün kimi. (Xosrov və Şirin) Bu dərya yolunda vardır çox zəhər,Əziyyət çəkənlər dürr əldə edər. (Xosrov və Şirin) Bilikli adamlar uzağı görər,Cahilin zəhməti hədərdir, hədər. (Yeddi gözəl) El gözündə Nizami ucalıbdır düzlükdən,İlhamına, qəlbinə gün salıbdır düzlükdən. (Sirlər xəzinəsi) Ucalmaq istəsən, bir kamala çat,Kamala ehtiram göstərər həyat. (Leyli və Məcnun) Bir elmi öyrənmək istədikdə sənÇalış ki, hər şeyi kamil biləsən.Kamil bir palançı olsa da insan,Yaxşıdır yarımçıq papaqçılıqdan. (Leyli və Məcnun) Doğru yazmağa var madam ki, imkan,Neçin gəlməlidir ortaya yalan!Sözün qiymətini saldı yalanlar,Doğrunu danışan hörmətli olar. (Xosrov və Şirin) Ölkədə tərk olsa sənət, sənətkar,Heyhat, bundan böyük fəlakətmi var?Sənətkar əl çəkmiş öz sənətindən,Başqa bir sənətə yapışmış cəbrən. (Şərəfnamə) Eşqdir mehrabı uca göylərin,Eşqsiz, ey dünya, nədir dəyərin? (Xosrov və Şirin) Oğul, sözlərimə yaxşı qulaq as!Ata nəsihəti faydasız olmaz. (Leyli və Məcnun)Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Nəsihət', 'kəlam', 'eşq', 'cahil', 'Şərəfnamə', 'Nizami', 'poeziya', 'maraqlı', 'şeir.']
1,504
https://kayzen.az/blog/fotosessiya/17271/minimalist-d%C3%B6ym%C9%99l%C9%99r.html
Minimalist döymələr
Apollon
Fotosessiya
16 noyabr 2014, 20:06
['fotosessiya', 'fotopost', 'döymə', 'minimalist döymələr']
1,505
https://kayzen.az/blog/istorik_c/17385/s%C9%99m%C9%99d-vur%C4%9Fun-s%C9%99hvl%C9%99rimiz-haqqinda.html
Səməd Vurğun SƏHVLƏRİMİZ HAQQINDA
istorik_c
Bloq: istorik_c
16 noyabr 2014, 16:48
      Son vaxtlarda Azərbaycan Sovet Yazıçıları İttifaqında baş verən hadisələr və bu haqda partiya orqanlarımızın yazdığı vaxtlı və haqlı tənqidlər geniş oxucu kütlələrini düşündürməyə bilməz.Biz işimizdə buraxdığımız səhvlərə göz yummadan, sağlam bolşevik özünütənqidi ilə bu səhvləri ləğv etməli, sovet ədəbiyyatımızın iri addımlarla inkişafını təmin etməliyik.      Azərbaycan Sovet Yazıçıları İttifaqı öz siyasi-ideoloji istiqaməti ilə böyük partiyamıza daim sadiq qalaraq bütün xalq düşmənlərinin ədəbiyyat sahəsinə soxulan agentləri ilə dönməz və yorulmaz mübarizə aparmışdır.     Bugünkü ədəbi nailiyyətlərimiz hər şeydən əvvəl bu barışmaz sinfi mübarizəmizin qanuni bir nəticəsidir. Biz, sovet yazıçıları öz qələmimiz ilə bir tərəfdən xalq düşmənləri – faşist casusları olan mənfur müsavatçı və trotskiçilərin iç üzünü ifşa etməklə, digər tərəfdən isə böyük sovet vətənimizin çiçəkli baharından ilham alaraq, onu tərənnüm etməklə böyük Stalin epoxasına layiq əsərlər uğrunda çarpışırıq.     Əldə etdiyimiz bütün müvəffəqiyyətlər bizimlə qalır, nöqsanlarımızdan nə qədər çox və düz danışsaq, gələcək inkişafımız bir o qədər sürətlə gedər.     Qabaqca qeyd etməliyəm ki, Azərbaycan Sovet Yazıçıları İttifaqında bolşevik özünütənqidi lazımi yüksəkliyə qaldırılmamış, kütlədən gələn səslərə təşkilat rəhbərliyi lazımi qiymət verməmiş və məhz buna görə də işimizdə böyük səhvlər və nöqsanlar baş vermişdir.     Nə kimi əsas nöqsanlarımız var və bunlar nədən iləri gəlmişdir?     Birinci əsas səhvimiz Sovet Yazıçılar İttifaqına qəbul zamanı siyasi korluq üzündən öz cərgəmizə bir sıra yabançı və düşmən adamları qəbul etdiyimiz olmuşdur.    Biz onların fəaliyyətini bir yanda buraxaraq quru vədlərinə aldanmışıq. Demək ki öz bolşevik sayıqlığımızı zəiflədərək qapılarımızı dosta da, düşmənə də açmışıq. 3-cü plenum açıq göstərdi ki, Ə.Cavad, Yusif Vəzir, Musaxanlı, Sanılı, Simurq və başqaları cərgələrimizdə özlərinə yurt salaraq öz qara keçmişlərindən əl çəkməmişlər və ədəbiyyatımıza az ziyan verməmişlər.     Talıblı, Əli Nazim, Hüseyn Cavid, Müşfiq kibi alçaqlar öz kontrrevolüsyon fikirlərini ədəbiyyat sahəsində də aparmışlar.     Bütün bu ciddi faktlar açıq göstərir ki, biz qəbul zamanı Sovet Yazıçıları İttifaqının nizamnaməsini pozaraq sovet platformasında durmayan və sosializm quruluşunda iştirak etməyən bu xalq düşmənlərinə təşkilatmızın qapılarını açmışıq.     Bütün bu işdə yazıçılar ittifaqı, onun rəhbər işçiləri, o cümlədən mən özüm partiyamız və xalqımız qarşısında cavab verməliyik. Şəxsən mən ittifaqın məsul katibi və respublikanın ordenli şairi kibi buraxılan bu səhvlərdə özümü hər kəsdən daha çox müqəssir görürəm və bunu etiraf etməyi özümə bir vətəndaşlıq borcu hesab edirəm.     Lakin səhvi etiraf etmək azdır. Onu ləğv etmək və bir daha təkrar etməmək hamımızın borcudur. Qarşımızda duran birinci məsələ sıramızı sovet platformasında durmayan, bizim böyük günlər quruluşundan ilham ala bilməyən ictimai tüfeylilərdən, bu və ya digər boyalarla öz qara fikirlərini yürüdən xalq düşmənlərindən təmizləməkdir. Qeyd etməliyəm ki, bunları təşkilat sırasından çıxarmaqla bizim mübarizəmiz qurtarmayır. Onların iç üzünü daha dərindən ifşa etmək üçün qüvvələrimizi səfərbərliyə alaraq tənqidimizi yüksək səviyyəyə qaldırmalıyıq. Onların yaradıcılığında yürüdülmüş antisovet ideyaları xalqımız qarşısında meydana çıxarmaq lazımdır ki, bu sahədə gördüyümüz işlər azdır.     İkinci nöqsanımız içərimizdə olan yoldaşlıq əlaqəsinin zəifliyi və bunun nəticəsində əmələ gələn ailəçilik və dəstəbazlıq elementləridir. Bu bir tərəfdən bizim ümumi işimizə zərər vurmuş, digər tərəfdən isə düşmənlərlə apardığımız mübarizənin  zəifləməsinə səbəb olmuşdur. Yazıçılar İttifaqının heyət idarəsi bu məsələ ilə də məşğul olmamış və ailəçilik, dəstəbazlıq kibi bolşeviklərə yaraşmayan sifətlərin birdəfəlik aradan qaldırılmasında bir iş görməmişik. Misal üçün, gənc və istedadlı dramaturqumuz Mirzə İbrahimov yoldaşın “Həyat” pyesi haqqında Mir Cəlal və başqa yoldaşların mənfi fikirləri ilə heyət idarə mübarizə etmiş olsaydı, başqalarına da dərs olardı. Belə faktlar çox göstərmək mümkündür.      Üçüncü nöqsanımız budur ki, heyət idarə təşkilatın aktiv qüvvələrindən istifadə işini lazımınca qura bilməmişdir. Buna görədir ki, averbaxçılıq kibi kontrrevolüsyon trotskist bir cərəyanın istər nəzəri, istər yaradıcılıq tərəfdən iflası və onun Azərbaycan ədəbiyyatına verdyi zərərləri meydana çıxarmaq bu günə qədər gecikmişdir. Qoy bizim nəzəriyyə və tənqidlə məşğul olan yoldaşlar ağızlarına su alıb oturmasınlar. Əks təqdirdə onları da mübarizə dezertirləri kibi ifşa etməyimiz lazım gələcəkdir.     Nə üçün H.Mehdi, Nəzərli, S.Rüstəm, Rza və başqa yoldaşlar özlərini Az.APP vaxtı buraxdıqları səhvlərdən və averbaxçılığın onlara olan təsirindən danışmayırlar?     Nə üçün onlar bu trotskist təşkilatı nəzəri və yaradıcılıq nöqteyi-nəzərindən xalqımız qarşısında ifşa etmirlər? Bu işdə yalnız onlar müqəssir deyil. Biz, ittifaqın rəhbər işçiləri də bu mübarizəni təşkil etmək işində zəiflik və liberallıq göstərərək vaxtında siqnal verə bilməmişik. “Kommunist” qəzetinin “Averbaxçılığın kökünü kəsməli” məqaləsi bizi ayıltmışdır.     Dördüncü əsas nöqsanımız ölkəmizin inkişafı ilə birlikdə boy atan yüzlərlə gənc istedadlar üzərində rəhbərlik işini qura bilməmiyimizdir. Bu isə ədəbiyyatımzın gələcək  rezervlərinə kadro hazırlamaq işini təhlükə altına ala bilər ki, buna da dözmək mümkün deyildir. Yeni yazanların respublika müşavirəsini çağırmaq kibi bir təşəbbüs hələ də həyata keçirilməmişdir. Şəxsən mən bu müşavirəyə böyük əhəmiyyət verirəm. Onun vasitəsilə ən yaxşı talantlarımızı seçmək, ölkəmizə tanıtmaq, onlara qol-qanad vermək və doğru rəhbərlik göstərmək lazımdır ki, bu sahədə istər Sovet Yazıçıları İttifaqı, istərsə də mətbuat orqanları zəif işləmişdir.     Kadro hazırlığı işində ən geridə qalan sahəmiz tənqid sahəsidir. Yazıçılar İttifaqının tənqid seksiyası və onun rəhbəri Hidayət Əfəndiyev bu sahədə yalnız özünü düşünərək gənc tənqidçi kadrolarını seksiya ətrafına toplamamışdır. Biz isə liberallıq üzündən onu vaxtında tənqid etməmişik. Məncə, tənqidçilərin Bakı şəhər müşavirəsini tez bir zamanda çağırmaqla tənqid kadrolarımızın inkişafı ilə xüsusi bir diqqətlə məşğul olmalıyıq və bunu işimizin sisteminə keçirməliyik.     Beşinci əsas nöqsanımız Böyük Oktyabrın 20 illiyinə hazırlıq işlərinin zəifliyidir. Partiya və hükumətimizin bizə göstərdiyi maddi və mənəvi yardıma baxmayaraq hələ də yazıçılarımız öz yaradıcılıq məzuniyyətindən istifadə etmirlər.     Biz bütün qüvvələrimizi səfərbərliyə alaraq böyük əsrimizə layiq olan əsərlərlə Oktyabr bayramını qarşılamalıyıq. Azərbaycan sovet yazıçıları bu işdə qabaqcıllar cərgəsində olmağı özünə şərəf bilməlidir.     Altıncı əsas nöqsanımız ədəbiyyatımızın keyfiyyəti uğrunda apardığımız mübarizənin qənaətcil olmamasıdır. İstər şeirimizdə, istər nəsrimizdə ideoloji səhvlər və bədii nöqsanlar az deyildir. Sovet ədəbiyyatının yüksək bədii qiyməti uğrunda mübarizə əsas vəzifələrimizdəndir. Zira inkişaf etmiş kültür xalqımızın bizdən ümumi sözlər, təriflər deyil, bədii, inandırıcı həyat səhnələri və onu yaradan insanlar obrazını tələb edir.     Bütün bu nöqsanların əsas səbəbi bolşevik özünütənqidinin sıramızda lazımi yüksəkliyə qaldırılmamasındandır. Biz əminik ki, partiyalı və partiyasız bolşevik yazıçılarımızın səmimi yoldaşlıq və qardaşlıq ailəsini daha möhkəm qurmaqla, ədəbiyyat sahəsində olan bütün düşmənlərlə daha amansız mübarizə aparmaqla, bolşevik özünütənqidini genişləndirməklə bütün bu nöqsanlar tez bir zamanda aradan qalxacaq və Böyük Oktyabr revolyüsiyasının 20 illiyinə verəcəyimiz ölməz əsərlərimiz bizim ən gözəl cavabımız olacaqdır. “Ədəbiyyat qəzeti”, 9 iyun, 1937-ci ilazadliqradiosu.az   «Oxu zalı»
['Səməd Vurğun']
1,506
https://kayzen.az/blog/erzaq/15623/%C5%9F%C9%99rab.html
Şərab
Ferro
Ərzaqlar
16 noyabr 2014, 11:11
Məşhur Lui Paster (1822-1895-ci illər) deyir ki, «şəraba tam haqla cana faydalı içki kimi baxmaq olar». Amerikalı professor M.Emerinin fikrincə isə «şərab — kimyəvi bir simfoniyadır». Şərabın tərkibində 45-dən çox kimyəvi maddə vardır. Onlar insan orqanizminə xoş təsir göstərir. Latınlara Vinum (şərab) sözü xaldeylərin dilindən keçmişdir. Mənası «qaynamaq», ya da şərab, şirənin acıması nəticəsində alınmış içki deməkdir. Şərab deyəndə bizim nəzərimizə ilk növbədə üzüm şərabı gəlir. Həqiqətən də şərabı əsasən üzümdən hazırlayırlar. Lakin hansı xalqın şirin və şirəli meyvələri boldursa, onlardan da ənənəvi şərab əldə edilir. Şirin meyvə şirələri, ağac şirələri, məsələn, ağcaqayın şirəsi acıyaraq alkoqollu içkiyə çevrilir. Bu içkinin kəşfi insan üçün, yəqin ki, elə də çətinlik törətməmişdir. Ancaq əsas şirəni əldə etmək lazımdır. Şirəni isə təbiət özü insana hazır şəkildə, hətta qaba doldurub «təqdim» edir. İsti ölkələrdə kokos palmaları bitir. Palma qozalarının şirəsini içir, qozanın qabığını qab kimi istifadə edirlər. Təsəvvür edək ki, bir gün belə hadisə baş verir: qozanın ağzın açırlar, lakin müəyyən səbəbə görə onun şirəsini həmin saat içmirlər. Deyək ki, yaddan çıxır. Bir neçə gündən sonra insan həmin qozanın şirəsini başına çəkir. Şirə ona ləzzət verir, daha doğrusu, kefləndirir. Əgər bu insan müşahidə qabiliyyətinə malikdirsə, o, Arximed kimi özü qədim yunan dilində «evrika» deyə qışqırardı. Nə üçün də qışqırmasın? Meydana yeni kəşf çıxmışdır. Onu hamıya bildirmək, yaymaq gərəkdir. Biz şərabın kəşfini sadələşdirilmiş şəkildə xəyala gətirdik. Əslində onun kəşfi müxtəlif yerlərdə bir-birindən fərqli olmuşdur. Bu, müxtəlif meyvə şirələrindən, yaxud dənli bitkilərdən hazırlanmış horra əsasında əldə edilmişdir. Əsas ilk addımdır. Sonralar şərabın hazırlanması texnologiyası təkmilləşdirilmişdir. Hazırda ayrı-ayrı xalqların özünəməxsus orijinal şərabları, şərababənzər içkiləri vardır. Qədim Misirdə şərabı üzümdən hazırlayırdılar. Bunun üçün xüsusi torbalardan istifadə olunur. Əvvəlcə torbanın hər ucunu bir dirəyə bağlayır, sonra uclarında olan deşiklərə taxta keçirib burur, sıxardılar. Bu o dövrün presi sayılırdı. Misirdə üzümdən başqa xurmadan da şərab hasil edirlər. Qədim Babilistanda palma şirəsindən tünd şərab hazırlayırdılar. Ehtimala görə, Şumerin ən qədim şəhərlərindən biri olan Urda da şərab çox istifadə edilən içki növlərindən biri olmuşdur. Müasir İran ərazisində yerləşən qədim Manna dövlətində bizim eradan əvvəl VIII əsrin axırında üzümçülük və şərabçılıq inkişaf etmiş təsərrüfat sahəsi olub. Herodot yazırdı ki, farslar böyük şərab həvəskarıdırlar. Onlar şərab süfrəsi arxasında ən mühüm məsələləri müzakirəyə çıxarır və qərarlar qəbul edirlər. Səhəri gün ev sahibi qəbul olunmuş qərarı bir daha şərabın təsirindən tam ayılmış qonaqların təsdiqinə verir. Əgər həmin qərar bu dəfə də qəbul edilirsə, onu həyata keçirməyə başlayırlar. Əksinə olarsa, yenidən şərab süfrəsi arxasında həmin qərar təkrarən müzakirə edilir və proses yenidən təkrar olunur. Marko Polo orta əsrlərdə İranda xurma şərabının olmasını dəfələrlə qeyd etmişdir. Strabon yazır ki, dağlıq yerdə yaşayan kiçik Asiya tayfalarından biri — qeptakomitlər bir dəfə savaş zamanı Pompeyin ordusuna hücum edərək az qüvvə ilə bir həmlədə 600 əsgər öldürür. Əslində əhvalat belə olub:qeptakomitlər ağacdan çəkilən şirədən kefləndirici içki hazırlayır və onu tuluqlara doldurub, Pompey ordusunun keçəcəyi yola düzürlər. Əsgərlər tuluqları görən kimi həvəsə düşür və onun içindəki mayeni içir və sərxoş olurlar. Bunu görən tayfa döyüşçüləri hücuma keçir və Pompey ordusunun təpədən-dırnağa kimi silahlanmış əsgərlərini sıradan çıxarırlar. Eramızdan əvvəl Hindistanda kefləndirici içki hazırlanması barədə Meqasfen öz yazılarında söz açmışdır. Tver taciri və səyyahı Afanasi Nikitin ( ?-1472-ci il) yazır ki, hindlilər də şərabı kokos palmasından hazırlayırlar. Bu, hind qozasının şirəsinin acımasından əmələ gəlmiş spirtli içki idi. Şri-Lankada palma ağacının meyvəsindən indi də şərab hasilində istifadə edilir. Proses zamanı acımış şirə «toddi» deyilən yüngül, xoşagələn şəraba çevrilir. Toddini distillə etməklə, palma arağı alınır. Toddini əsasən kitul palmasından hazırlayırlar. Yaşı 15-20 il olan ağacın gövdəsini çərtib, şirəni qaba yığırlar. İl ərzində bir palma ağacı təxminən 800 litrə yaxın şirə verə bilir. Yaponların alkoqollu milli içkisi sakedir. XX əsrin əvvəlində Xioqo və Osaka vilayətləri bu içkinin istehsal mərkəzləri olmuşdur. Sake xüsusi texnologiya ilə düyüdən hazırlanır. O, zəif alkoqollu (11-14 faiz) açıq sarı rəngli, xoş ətirli içkidir. Onu, demək olar ki, Yaponiyanın hər yerində içirlər. Afrikada da şərabı ağacdan yığılan şirəni acıtmaq yolu ilə alırlar. Palma şərabının tündlüyü üzüm şərabınınkı kimidir. Ona bəzən müxtəlif ağac qabığı əlavə edirlər. Belə olanda o daha təsirli olur. Qafqaz üzümçülük və şərabçılıq ilə qədimdən məşhurdur. Bu cəhətdən Gürcüstan daha məşhur olmuşdur. XI-XIII əsrlərdə Gürcüstanda qayalıqlar arasında üzüm əzmək üçün xüsusi tutumlar yonulmuşdur. Bir vaxtlar Azərbaycanda da üzüm əzmək üçün iri daşları yonur və xüsusi qablar düzəldirdilər. Belə qabların bir tərəfində üzüm əzildikcə şirəsi nov vasitəsi ilə axır, başqa qaba yığılardı. XVII əsrdə gürcü şərabları geniş şöhrət tapmış və Şərq ölkələrinə, o cümlədən İrana və Hindistana da aparılmışdır. XIX əsrdə Gürcüstanda olmuş (1792-1866-ci illər) alman baronu fon Qaksthauzen yazır: «Çox yerdə, əsasən də əkin yerlərində, yol kənarlarında və təpələrin ətəyində dördkünc şəklində daşdan döşənmiş, uzunluğu 8, eni 3 və dərinliyi 2 fut olan çalalar görünür. Bunlar qədim üzüm sıxılan yerlərdir. Amma indi üzümlüklər görünmür, onlara ancaq bağlarda rast gəlmək olur». Baron fon Qakstqauzen şərabın hazırlanmasını belə təsvir edir: «Qafqazlılar şərabı kobud və namünasib şəkildə hazırlayır. Onlar müxtəlif sortdan salxımları olan ağ, qara, bənövşəyi üzümü yetişmiş və kal halda dördkünc, daşla döşənmiş çalaya tökür, ayaqları ilə tapdalayırlar. Alınmış şirə taxta novla axaraq, ucları basdırıldığı torpağın səviyyəsindən dörddə bir arşın (1 arşın=0,71 metr) aşağı olan gil tutuma yığılır. Bu tutumlar müxtəlif ölçülərdə olur. Ən kiçiyi 5-10 vedrə (1 vedrə=12,3 litr) şirə tutur. Məni inandırmaq istəyirdilər ki, bir neçə yüz vedrə tutan tutumlar da vardır. Qab dolanda, onun diametri bir fut (1 fut=30,5 santimetr) və daha çox olan ağzını daşla, ya da qalın taxta qapaqla bağlayıb, üstünə bir futa qədər torpaq tökürlər. İki və ya üç aydan sonra şərabı yerə basdırılmış başqa tutuma boşaldırlar. Burada şərab ağzı açıq şəkildə payıza qədər saxlanılır. Su, toz, torpaq, hətta müxtəlif həşəratlar tökülür onun içinə. Sonra o, heç o qədər də yaxşı təmizlənmir. İstifadə üçün şərabı tuluqlara doldururlar. Çəllək və şüşə onlara məlum deyil. Camış, öküz, donuz və ya keçi dərisini neftə hopdurub, yağdan təmizləyirlər. Sonra dərinin tüklü üzünü içəri çevirirlər. Dəri şərabı tündləşdirir və ona xüsusi dad verir. Lakin şərabı tuluqda uzun müddət saxlamaq mümkün olur». Gürcülər qulluq göstərilməyən hər desyatin torpaqdan 200, xüsusi qulluq edilmiş torpaqlardan isə 200-350 vedrəyə yaxın şərab ala bilirdilər. Əcnəbi məhəllələrində isə aqrotexniki qulluq nəticəsində hər desyatin torpaqdan 600 vedrə və daha çox şərab istehsal edirdilər. Bəzən tənəklərin yaşı 100 ili keçirdi. Köhnə, sahibsiz bağlarda diametri 1 fut olan tənəklərə rast gəlinirdi. Yaşının çox olmasına baxmayaraq, belə tənəklərin verdiyi məhsul heç də cavan tənəklərinkindən az olmur. XIX əsrin 80-ci illərində Qafqazda istehsal olunan şərabın təqribən 70 faizini İberiya bölməsi verirdi. Ümumiyyətlə, XIX əsrin son rübündə Qafqazın şərab istehsalında əsas yeri Zaqafqaziya tuturdu. V.S.Krivenko yazırdı: «Bakı bütün Avropaya ağ neft axıtmaq imkanına malik olduğu kimi, Zaqafqaziyanın üzüm bağları bunu şərabla etməyə qadirdir». Son əsrlərdə Azərbaycan da şərabçılıq sahəsində diqqətəlayiq yerlərdən birini tutmuşdur. V.S.Krivenko yazırdı ki, Şamaxı qəzasında çox yaxşı üzümlüklərə rast gəlmək olur. Mədrəsə kəndində elə yüksək keyfiyyətli şərab hasil edilir ki, o, bütün Qafqazda şöhrət tapmışdır.Bu məlumat təqribən 1888-ci illərə təsadüf edir. XIX əsrdə Qafqazda şərabı ən çox istehlak edən yer Tiflis olmuşdur. «Qafqaz təqvimi»ndə göstərilir ki, 1849-cu ildə Tiflisdə 7,5 milyon şüşə şərab içilmişdir. Deməli, orta hesabla gün ərzində bir nəfərə 13 şüşə şərab düşür. Dağıstanda kumıklar üzüm şirəsindən məşhur «çaba» adlı dadlı şərab hazırlayırdılar. Onlar üzüm şirəsini qaynadır, suyunu müəyyən qədər buxarlandırır, sonra gil qaba töküb ağzını bağlayırdılar. Maye o vaxta qədər acıyırdı ki, qabdan qabarcıqlar çıxırdı. Onda bilinirdi ki, «çaba» artıq hazırdır. Çabanın ən yaxşı növü «musseles» sayılırdı. Qafqaz haqqında XIX əsr məlumatlarının birində deyilir ki, bu şərab «dadca tokay şərabını xatırladır və qaldıqca, keyfiyyəti daha da yaxşılaşır». Musselesi hazırlamaq üçün şirəni ağ gil ilə təmizləyir, zəif alovda onun üçdə iki hissəsini buxarladır, sonra isə acıdırlar. Şərabçılıqla məşğul olan qədim xalqlardan biri də yunanlardır. Bizim eradan təqribən min il əvvəl Yunanıstanda yüksək keyfiyyətli və xoş ətirli şərablar hasil edilirdi. Homer şərabı «allahların içkisi» adlandırırdı. O deyirdi ki, birə iyirmi nisbətdə su ilə qarışdırılmış yunan şərabı hər tərəfə sehrli bir ətir saçır. Yüksək keyfiyyətli Yunanıstan şərabları barəsində Elian yazırdı: «Mən sizə qədimdə şöhrət tapmış yunan şərablarının adlarını söyləmək istəyirəm. Bunlar Xios, Lesbos, Fasos, Krit, Kos adalarında, həmçinin Sirakuzda, Rodosda hazırlanan şərablardır». Qədim yunanlar bal, şərab və ədviyyatlardan «meliteyon» adlı xoş ətirli içki hazırlayırdılar. Onlar arpa unu ilə çəkilmiş pendiri qarışdırıb, şəraba tökür və xüsusi içki alırdılar. Qədim yunanlılar bu içkini ən sevimli içki sayırdılar və ona «kikeon» adı vermişdilər. Romalılar şərabın sirlərini İtaliyanın cənubunda yaşayan köçəri yunanlardan öyrənmişdilər. Buna baxmayaraq şərabçılıq peşəsini yüksək səviyyədə inkişaf etdirərək yunanları arxada qoymuşdular.Qədim İtaliyada da 60-a yaxın şərab növü istehsal edilirdi. Böyük Plini öz əsərlərində üzüm və şərab növləri haqqında geniş məlumat verir. O yazır ki, bütün dünyada 80-ə yaxın şərab növü vardır ki, bunun üçdə ikisi İtaliyaya məxsusdur.Strabon yazır ki, İtaliya vilayətlərində bol şərab istehsalına ən gözəl sübut ev hündürlüyündə olan çəlləklərdir. Şərab xüsusi şəraitdə saxlanılır. O qaldıqca daha gözəl xüsusiyyətlərə malik olur. Romalılar «qoca» şərablara lazımi qiymət verə bilirdilər. Onların 40 ildən 200 ilə qədər saxlanılan şərabları olurdu.Romalılara mövücdən və nardan hazırlanmış şərablar da məlum idi. Avropa ölkələrindən Fransa öz şərabları və tünd içkilərlə əsrlərdən bəri məşhurdur. Fransızların hazırladıqları şampan, kaqor şərabları, həmçinin konyak bütün dünyada adla söylənilir. Fransanın «qazlı şərabı» üç əsrdən çoxdur ki, məlumdur. Lakin onun məşhurluğu 1688-ci ildən başlayır. Həmin il Fransanın Şampan vilayətində — Marna çayının sahilində yerləşən Qautvilye abbatlığında Perinyon adlı benediktinlər evi «musso» adlı qazlı şərab hazırlayır. Çox keçmir ki, bu şərab bir çoxlarının sevimli içkisinə çevrilir. Reym şəhərindən olan Randyu adlı şəxs 1780-cı ildə altı min şüşə şampan şərabı hazırlayıb satışa buraxır. Bununla «şampan» şərabının kütləvi istehsalının və satışının əsası qoyulur. Fransadan sonra XVII əsrdə Hollandiyada da şərabçılıq inkişafa başlayır. Avropada Macarıstan çoxəsrlik şərabçılıq təcrübəsilə tanınır. Ölkənin 900 il yaşı olan Tokay şəhəri bütün dünyada şöhrət tapmış eyni adlı şərabı ilə məşhurdur. Volter yazırdı:«Bu şərabın şirinliyi, tündlüyü adamı dirildir. O, beynin bütün qırışlarını hərəkətə gətirir, ruhun dərinliklərində sehrli atəşfəşanlıq və fərəh qığılcımları doğurur». İspaniyada istehsal olunan «Xeres» şərabının adı Xeres-de-la-Frontera adlı şəhərlə bağlıdır. Madriddə Xose Çikote adlı bir şəxsin təşkil etdiyi sərgidə bütün dünya ölkələrindən gətirilmiş 20 min şüşəyə yaxın içki vardır. Onların içərisində xereslə dolu orijinal bir şərab şüşə də vardır. Onu 1494-cü ildə doldurmuşlar. Çikotenin dediyinə görə, bu şərab şüşəsini Amerikaya birinci səfərindən qayıdandan sonra Xristofor Kolumba bağışlamışlar. XIII əsrdə Almaniyada şərabı almadan, armuddan hazırlayırdılar. Üzüm şərabına az diqqət verilirdi. Onu əsasən üzümçülük rayonlarında — Reyndə və Mozeldə istehsal edirdilər. Şərabçılıqda ən diqqətəlayiq yeniliklərdən biri Almaniyada baş vermişdir. Orada şərabın kütləvi istehsalı üçün laboratoriya üsulu ilə yetişdirilən «təmiz maya»dan istifadə edilmişdir. Onu ilk dəfə Qanzen təklif etmişdir. Bunun üçün məşhur mikrobioloq R.Koxun (1843-1910-cu illər) 1883-cü ildə mikroorqanizmləri yetişdirmək üçün təklif etdiyi üsuldan istifadə olunmuşdur. Rusiya ərazisində yaşamış xalqların spirtli içkilərlə tanışlığı min ildən çoxdur. Səyahətçilərin məlumatına görə, qədim Xəzər dövlətində əhali üzümçülük və şərabçılıqla məşğul olmuşdur. Rubrun yazırdı ki, tatarlar düyüdən, darıdan, arpadan və baldan istifadə etməklə yaxşı içki hazırlayırlar. Əhməd ibn Fədlan 921-922-ci illərdə Volqaya səyahəti zamanı bolqarların ölkəsində şərab hazırlanması barədə yazırdı: «Onlar bu ağacın gövdəsində deşik açır və onun altına qab bağlayırlar. Deşikdən bu qaba bala oxşayan şirə axır. Bu müəyyən müddət qalıb acıyanda ondan şərab əmələ gəlir». Tədqiqatçılar İbn Fədlanın təsvir etdiyi bu ağacın ağcaqayın olduğunu təsdiq edirlər. Marko Polo Çin ölkəsini təsvir edərkən yazır ki, oranın bir çox sakinləri ədviyyat əlavə etməklə düyüdən elə şərab hazırlayırlar ki, o, başqa şərablara nisbətən insana daha çox xoş gəlir. Şərab təmiz, dadlı, həm də isti gətirən olur və başqa içkilərə nisbətən insana tez təsir edir. Rus tarixçisi Nestor (1056-1114-ci illər) məlumat verir ki, Rusiyada baldan xoşa gələn, «med» ya «medovnik» adlanan kefləndirici içki hasil edirlər. Bunun üçün müəyyən nisbətdə balla suyu qarışdırıb qaynadırlar, sonra isə onu acımağa qoyurlar. İçki orta əsrlərdə Skandinaviyanın ən dəyərli içkisi sayılmış və adətən təntənəli günlərdə içilmişdir.Rusiyada bu içki ilə yanaşı darıdan «buzanı» adlı içki də hazırlayırlar. Afrikada şərabı tərkibində qlükoza olan banandan hazırlayırlar. Uqandada banan şərabına bəzən sorqo unu da əlavə edirlər. Zuluslar palma ağacının şirəsinə kül qatıb acımağa qoyurlar. Nəticədə süd rəngi verən kefləndirici içki alınır. Efiopiyada baldan və geşo bitkisindən «tedc» adlı şərab hazırlayırlar. Keniya buşmenləri də baldan kefləndirici içki hasil edirlər. Zairdə palma şirəsindən şərab alırlar. Rəssam E.Patnemin qeydinə görə, bu şərab həm dadı, həm də rənglə başqa şərablardan seçilir. Onun rəngi tünd qəhvəyidir, avropalılara acısayağı gəlir. Yerli əhali isə onu böyük məmnuniyyətlə içir. Ərəb müəllifi İbn-əl-Fakihin əsrin əvvəllərində verdiyi məlumatda göstərilir ki, Hind okeanındakı Nikobar adasının sakinləri — lənclər kokos qozunun süd kimi ağ şirəsini içirlər. Şirə bal kimi şirin olur. Onu bir gün saxlayanda adamı kefləndirir. Tailandda palma qozalarının şirəsindən acıtma yolu ilə həm spirtli içki, həm də sirkə alınır. Meksikada otuza yaxın palma növündən alkoqollu içki hazırlanır. Bunların arasında ən məşhuru Meksikanın milli içkisi sayılan «pulkve»dir. Onu 450 ildən çoxdur ki, istehsal edirlər. Hindular maisdən (qarğıdalıdan) kefləndirici içki — «vinepu» alırlar. Məlumdur ki, şərab əlverişli şəraitdə nə qədər çox qalsa keyfiyyəti bir o qədər də yüksək olur. Buna görə də şərabın hansı qabda saxlanmasına xüsusi diqqət verirdilər.Qədimdə bir çox ölkələrdə, o cümlədən Misir, İran, Gürcüstan və Yunanıstanda şərab yerə basdırılmış gil güvəclərdə, küplərdə, həmçinin böyük silindrik qablarda saxlanılırdı. Şərab basdırılan tutumların həcmi 100 litr və daha çox olurdu. Keçən əsrdə Naxçıvan ərazisində şərabı içəri tərəfdən divarlarına qoyun piyi çəkilmiş güvəclərdə saxlayırdılar. Yunanıstanda şərab saxlamaq üçün iri saxsı tutumlardan, hündürlüyü 1,5-2 metrə çatan pifaslardan və amforlardan istifadə olunurdu. Belə qabların şərabla dolu çəkisi 25 kiloqrama çatırdı. Onları asanlıqla bir yerdən başqa yerə aparmaq mümkün olurdu.Yunanıstanda şərab saxlamaq və ya daşımaq üçün öküz dərisindən tikilmiş və tutumu 300 litrə çatan motallardan və tuluqlardan istifadə etmişlər. Bəzən tuluqda uzun müddət qalmış şərabın suyu buxarlanaraq qatılaşır, ya da quru kütlə şəklini alırdı. Alınmış quru kütlədən istifadə etmək üçün onu suda həll edirdilər. XI əsrdə Romada şərabı gil şüşələrdə saxlayırdılar. Hava dəyməsin deyə, onun ağzını gipslə möhkəm bağlayırdılar. Açmaq lazım gələndə şüşənin boğazını iti kəsərlə, məsələn balta ilə kəsirdilər. XIX əsrdə Qafqazda üzüm sıxmaq üçün daşdan yonulmuş böyük həcmli təknələrdən istifadə edilirdi. Bu daş avadanlıq keçmiş əsrlərin yadigarı idi. Sıxılmış üzüm şirəsini iri səhənglərdə acıdırdılar. Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
['şərab', 'şərabçılıq']
1,507
https://kayzen.az/blog/fotosessiya/17376/d%C3%BCnyadak%C4%B1-prezident-saraylar%C4%B1.html
Dünyadakı prezident sarayları
MuSHviG
Fotosessiya
15 noyabr 2014, 12:43
 Brezilya, Palacio da Alvorada, Brasilia Finlandiya, Başkanlık Sarayı, HelsinkiFransa, Elysee Sarayı, ParisCənubi Koreya, Mavi Ev, SeulGürcüstan, Başkanlık Sarayı, TiflisHindistan, Rashtrapati, Yeni DehliŞimali Koreya, Kumsusan Sarayı, PxenyanMeksika, Dövlət Sarayı, MexikoRusiya, Büyük Kremlin Sarayı, MoskvaTürkiyə, Cumhurbaşkanlığı Sarayı, AnkaraTürkmənistan, Oğuz Xan Sarayı, AşkabadUkrayna, Mariyinsky Sarayı, Kievİtalya, Quirinal Sarayı, RomaÇili, La Moneda Sarayı, SantiyaqoABŞ, Ağ Ev, VaşinqtonAlmanya, Bellevue Sarayı, BerlinAvstriya, Hofburg Sarayı, VyanaHazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Bellevue', 'Ağ Ev', 'Çili', 'Kiev', 'Kreml', 'Koreya', 'Mavi Ev', 'maraqlı', 'foto.']
1,508
https://kayzen.az/blog/texnologiya/17368/d%C3%BCnyanin-%C9%99n-m%C3%BCasir-10-tanki.html
DÜNYANIN ƏN MÜASİR 10 TANKI
MuSHviG
Texnologiya
14 noyabr 2014, 18:50
Müasir müharibələrin ən mühüm silahlarından biri də tank qarşısına çıxan hər maneəni əzib keçir. Tank vasitəsi ilə müharibədə üstünlüyü ələ almaq mümkündür. İkinci dünya müharibəsindən bu yana tanklar günümüzün ən təsirli döyüş vasitələridir. Uzun lüləli topları, deşilməz zirehi və qarşısına çıxanı hər şeyi əzib keçən tırtılları ilə tanklar müharibə tarixində böyük izlər qoyublar. Dünyada ilk dəfə Leonardo Da Vinçi tərəfindən hazırlanan tank maketi əsrlər sonra birinci dünya müharibəsində həqiqətə çevrilmişdi. İkinci dünya müharibəsi əsnasında isə tanklar inkişaf etdi. Hal-hazırda tanklar döyüşün ən böyük strateji ünsürlərindən biridir.  Günümüzün ən inkişaf etmiş 10 tankını siz oxuculara təqdim edirik: 1) Type 90 Kyu Maru — «Mitsubishi» ağır sənayesi tərəfindən Yaponiyada hazırlanan bu tank «Type 90» adını daşıyır. Saata, 70 km sürət hərəkət edən tankın ağırlığı isə 50 tondur.   2) Challenger 2 — İngiltərə istehsalı olan «Challanger 2» tankları ilk dəfə 2003-cü ildəki İraq müharibəsində istifadə edilib. 8 milyon dollar qiyməti olan bu tank 62 ton ağırlığındadır. 3) «T-84» oplot — Ukranya istehsalı tank «T-84» oplot tankaları güclü tırtıllara sahibdir. Tank 46 ton ağırlığında və saatda 65 km sürətlə hərəkət edir.4) «K1A1» — Cənubi Koreyanın ana hücum tankı olan «K1A1» general Dinamiks və Hyundai Rotem hazırlayıblar. Saatda 40 km sürətlə hərəkət edən tankdan Cənubi Koreyada 300 ədəd var.5) Leclerc — Fransa tərəfindən istehsal edilən tank Nextar şirkəti tərəfindən hazırlanıb. Titanyum və polad gövdəsi olan bu tank, saata 74 km sürətlə gedir. 8 silindrli bir mühərrikə sahib olan tankın iki geriyə çarxı var.6) ZTZ-99 — Çin ordusunun beşinci nəsil tankı olan ZTZ-99, saata 80 km sürətlə hərəkət edir.7) Merkava — İsrail istehsalı bu tanklar saatda 55 km sürətlə hərəkət edir.8) Vladamir — Rusların fəxri olan bu tank gecə görmə cihazı ilə təchiz olunub. Saata, 60 km sürətlə hərəkət edən «Vladamir» xüsusi bir zireh örtüyünə sahibdir. Rusiyada bu tanklardan 1730 ədəd var.9) M1 Abrams — M1 Abrams uzun müddətdir Amerikanın müharibələrdə istifadə etdiyi tankdır. Dünyanın ən güclü qaz mühərrikinə sahib olan bu tanklardan ABŞ-da 9000 ədəd var.10) Leopard 2A6 Kampipanzer — Almaniya istehsalı bu tank lazer dəstəkli hədəfi tapmaq sistemlərinə və güclü toplara sahibdir. 72 km sürətlə hərəkətə edir. 62 tonluq ağırlığındakı bu tankın qalın zirehi var. Leopard dünyanın ən yaxşı tankıdır.Mənbə:faktxeber.com
['Tank', 'silah', 'müharibəç Kyu Maru', 'Challenger 2', 'Leopard', 'T-90', 'maraqlı', 'texnologiya.']
1,509
https://kayzen.az/blog/texnologiya/17369/10-il-davam-ed%C9%99n-s%C9%99f%C9%99r-tamamland%C4%B1.html
10 il davam edən səfər tamamlandı!
MuSHviG
Texnologiya
14 noyabr 2014, 18:50
   Kosmos tarixindəilk dəfə olaraq tədqiqat qurğusu kometin səthinə enib. Avropa Kosmik Agentliyinin Rosetta zondunun “File” modulu Churyumov-Gerasimenko kometinin səthinə noyabrın 12-də çatıb. File modulunda yeri qazan qurğu, fotokameralar quraşdırılıb. Kometdən analiz üçün qrunt götürüləcək və həmçinin onun tərkibi analiz olunacaq. File modulu kometin səthində 4-6 ay işləyəcək. Rosettanın kometə yaxınlşamasına 10 ildən çox vaxt gedib. Kometi 1969-cu ildə sovet astronomları kəşf edib. Bu kometin əhəmiyyəti və ona belə maraq onunla bağlıdır ki,o, 4,5 milyard il bundan əvvəl yaranıb, indiyə kimi onda heç bir dəyişiklik olmayıb. Alimlər onu öyrənməklə, kainatın necə yaranmasını öyrənmək istəyir.   Mənbə:annet.az
['Kosmos', 'komet', 'modul', 'astronom', 'Rosetta', 'File', 'maraqlı', 'kainat.']
1,510
https://kayzen.az/blog/fotosessiya/17370/2014%C3%BCn-%C9%99n-%C3%A7ox-qazanan-idman%C3%A7%C4%B1lar%C4%B1.html
2014'ün ən çox qazanan idmançıları!
MuSHviG
Fotosessiya
14 noyabr 2014, 09:13
Forbes jurnalı dünyanın ən çox qazanan idmançılarının siyahısını müəyyənləşdirdi...10 — Matt Ryan — 43.8 milyon dollar 9 — Rafael Nadal — 44.5 milyon dollar8 — Phil Mickelson — 53.2 milyon dollar7 — Roger Federer — 56.2 milyon dollar6 — Tiger Woods — 61.2 milyon dollar5 — Kobe Bryant — 61.5 milyon dollar4 — Lionel Messi — 64.7 milyon dollar3 — LeBron James — 72.3 milyon dollar2 — Cristiano Ronaldo — 80 milyon dollar1 — Floyd Mayweather — 105 milyon dollar Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Forbes', 'idmançı', 'spor', 'Nadal', 'Ronaldo', 'Messi', 'Lebron', 'foto', 'maraqlı.']
1,511
https://kayzen.az/blog/moda/17367/pay%C4%B1z-modas%C4%B1-2014.html
Payız Modası - 2014
MuSHviG
Moda dünyası
13 noyabr 2014, 12:54
Havaların sərinləməsi ilə yayın al-əlvan libasları öz aktuallığını itirir.  Rusiya mətbuatına istinadən payızın ən dəbli rənglərini təqdim edirik. Belə ki, bu payızda ən çox boz, qəhvəyi və bej rənglər gündəmdə olacaq. Bununla yanaşı mavi, qırmızı rəng də üstünlük təşkil edəcək. Dəniz mavisi: Bu yayın bitməsinə pis olanların seçimidir. Payızda qarderobunuzda mütləq mavi rəngli libasa yer verin. O, həm əhvalınızı yüksəldəcək, həm də sizin gözəl görünməyinizə kömək olacaq.      Qəhvəyi: Qəhvəyinin tünd rənglərinə can atmayın. Bir az açıq qəhvəyi tonlardan istifadə edin. Bu rəngə təkcə aksessuarlarda üstünlük verməyin. Çalışın qarderobunuzda qəhvəyi şalvar, palto və koftalar da yer alsın. Tünd albalı rəngi: Daha bir payız rəngi — tünd albalı. Əhvalınızı yüksəldəcək bir rəngdr. Qarderobunuzda bu rəngdə ətəyə, koftaya və ya şalvara yer ayırın. Qırmızı: Soyuq payız gecəsi hansısa bir dəvətə qatılarkən qırmızı rəngli libaslardan istifadə edə bilərsiniz. Hətta istəsəniz onu ağ və ya qara geyimlərlə uyğunlaşdırarsınız. Qırmızı hər zaman sizi zövqlü və dəbli göstərəcək. Mənbə: www.qadin.az
['Dəb', 'payız', 'rənglər', 'moda', 'mavi', 'qızmızı', 'libas.']
1,512
https://kayzen.az/blog/kulinariya/17366/t%C3%BCrk-q%C9%99hv%C9%99si.html
Türk qəhvəsi
MuSHviG
Kulinariya
13 noyabr 2014, 11:12
 Türk qəhvəsi yalnız Türklər tərəfindən hazırlanan, özünəxas bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyilincə ağla ilk gələnlər köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə telve deyirlər), cezve (qəhvədan) və fincandır.Tarixinə nəzər salsaq görərik ki, Türk Qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan İstanbula gətirilmiş və zamanla Osmanlılardan Avropaya keçmişdir. Avropada qəhvə uzun müddət Türk Qəhvəsi olaraq təqdim edilmişdir. Türk mədəniyyətinə xas güğüm(səhəng) və qəhvədanlarda bişirildiyi üçün Türk qəhvəsi olaraq xatırlanmağa başlanmışdır. O dövrdə açılan qəhvəxanalar sayəsində Türk xalqı qəhvə ilə tanış olmuşdur. Qəhvəxanalar söhbət edilən, oyun oynanan ictimai yerlərdir və Türk mədəniyyətində əhəmiyyətli bir yer tutmaqdadırlar.Hazırlanması da olduqca maraqlıdı. Türk qəhvəsi istəyə görə sadə, az şəkərli, orta şəkərli və çox şəkərli olaraq təqdim edilə bilər. Qəhvəni bişirmədən öncə təqdim olunacaq fincan qədər su götürülür və həmin su qəhvədana tökülür. Bu çox qısa bir müddətdə olur və dərhal bu qarışıq qarışdırılır. Məsələn, bir adama orta şəkərli qəhvə bişirmək üçün, bir fincan soyuq su, iki dolu çay qaşığı qəhvə və iki çay qaşığı şəkər qəhvədana qoyulur. Qəhvədan az atəşli ocağa alınır və suyun üstündəki qəhvənin tamamilə çökməsi gözlənilir. Yaxşıca qarışdırılan qəhvə az atəşdə ağır-ağır bişirilir. Qısa bir müddətdə qəhvənin üzərində köpük meydana gəlməyə başlayır. Bu köpük və qəhvənin bir qismi soyuq olmayan fincana boşaldılır. Daha sonra qəhvədandakı qəhvə təkrar köpürənə qədər ocaqda tutulur və sonra qalan qisim də fincana boşaldılır. Qəhvəni təqdim edərkən, yanında mütləq bir stəkan su verilir. Qəhvə içilmədən öncə əvvəl həmin sudan bir qurtum içilir. Daha sonra yenə də lazım olarsa, su içilməsinə davam edilir.Mənbə: www.wikipedia.org
['Qəhvə', 'telvə', 'Avropa', 'köpük', 'fincan', 'çay', 'Türk', 'cezve', 'maraqlı.']
1,513
https://kayzen.az/blog/MuSHviG/17365/super-niva.html
" Super Niva "
MuSHviG
Bloq: MuSHviG
13 noyabr 2014, 10:37
Rusiyali bir sakin motorlu qayığını daşımaq üçün avtomobil məzarlığından aldığı Lada Niva markalı avtomobili yenidən yaratdı. 15 min rubl qarşılığından aldığı avtomobili başdan sona yeniləyən rus Nikolay Fedov axırda isteyini əldə etdi. Oturacaqlar da daxil olmaqla avtomobilin bütün interyerini yeniləyən və cipin üstünü açan Nikolay az miqdarda maliyyə vəsaiti xərcləyərək sonunda xəyalları bəzəyən avtomobil yaratdı. Son günlərdə internetdə fenomenə çevrilən bu cipin istehsal mərhələləri...  Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Niva', 'rus', 'avtomobil', 'cip', 'maraqlı', 'foto', 'Lada.']
1,514
https://kayzen.az/blog/maraqli-faktlar/17358/d%C3%BCnyan%C4%B1n-%C9%99n-g%C3%BCcl%C3%BC-10-ordusu.html
Dünyanın ən güclü 10 ordusu
MuSHviG
Maraqlı faktlar
12 noyabr 2014, 13:07
Global Firepower Index’in 2014-сü ilin ən güclü ordularının sihayısını elan etdi. Global Firepower Index təxminən 50 göstəriciyə görə orduların gücünü hesablayıb sıralayır. Bu göstəricilərə ehtiyatda olan hərbi qulluqçuların sayı, tank, döyüş təyyarəsi, nüvə başlığı, təyyarə daşıyan gəmi, sualtı gəmi sayı və müdafiə xərcləri daxildir. Ancaq bu kateqoriyalar hər ölkə üçün fərqli ağırlıqda hesablanır. Məsələn, dənizə çıxışı olmayan ölkələrin gəmi sayı ordu gücü hesablanan zaman az ağırlıqda götürülür.10- YaponiyaHərbi qulluqçuların sayı: 53,608,446 Tank sayı: 767 Döyüş təyyarəsi sayı: 1,595 Nüvə başlığı sayı: 0 Təyyarə daşıyan gəmi sayı: 1 Sualtı gəmi sayı: 16 Müdafiə xərcləri (dollar): 49,100,000,000 9- Cənubi KoreyaHərbi qulluqçuların sayı: 25,609,290 Tank sayı: 2,346 Döyüş təyyarəsi sayı: 1,393 Nüvə başlığı sayı: 0 Təyyarə daşıyan gəmi sayı: 1 Sualtı gəmi sayı: 14 Müdafiə xərcləri (dollar): 33,700,000,0008- TürkiyəHərbi qulluqçuların sayı: 41,637,773 Tank sayı: 3,657 Döyüş təyyarəsi sayı: 989 Nüvə başlığı sayı: 0 Təyyarə daşıyan gəmi sayı: 0 Sualtı gəmi sayı: 14 Müdafiə xərcləri (dollar): 18,185,000,0007- AlmaniyaHərbi qulluqçuların sayı: 36,417,842 Tank sayı: 408 Döyüş təyyarəsi sayı: 710 Nüvə başlığı sayı: 0 Təyyarə daşıyan gəmi sayı: 0 Sualtı gəmi sayı: 4 Müdafiə xərcləri (dollar): 45,000,000,0006- Fransa Hərbi qulluqçuların sayı: 28,802,096 Tank sayı: 423 Döyüş təyyarəsi sayı: 1,203 Nüvə başlığı sayı: 300 Təyyarə daşıyan gəmi sayı: 1 Sualtı gəmi sayı: 10 Müdafiə xərcləri (dollar): 43,000,000,0005- İngiltərəHərbi qulluqçuların sayı: 29,164,233 Tank sayı: 407 Döyüş təyyarəsi sayı: 908 Nüvə başlığı sayı: 225 Təyyarə daşıyan gəmi sayı: 1 Sualtı gəmi sayı: 11 Müdafiə xərcləri (dollar): 53,600,000,0004- Hindistan Hərbi qulluqçuların sayı: 615,201,057 Tank sayı: 3,569 Döyüş təyyarəsi sayı: 1,785 Nüvə başlığı sayı: 80-100 Təyyarə daşıyan gəmi sayı: 2 Sualtı gəmi sayı: 17 Müdafiə xərcləri (dollar): 46,000,000,000 3- ÇinHərbi qulluqçuların sayı: 749,610,775 Tank sayı: 9,150 Döyüş təyyarəsi sayı: 2,788 Nüvə başlığı sayı: 250 Təyyarə daşıyan gəmi sayı: 1 Sualtı gəmi sayı: 69 Müdafiə xərcləri (dollar): 126,000,000,000 2- RusiyaHərbi qulluqçuların sayı: 69,117,271 Tank sayı: 15,000 Döyüş təyyarəsi sayı: 3,082 Nüvə başlığı sayı: 8,484 Təyyarə daşıyan gəmi sayı: 1 Sualtı gəmi sayı: 63 Müdafiə xərcləri (dollar): 76,600,000,0001- ABŞ Hərbi qulluqçuların sayı: 145,212,012 Tank sayı: 8,325 Döyüş təyyarəsi sayı: 13,683 Nüvə başlığı sayı: 7,506 Təyyarə daşıyan gəmi sayı: 10 Sualtı gəmi sayı: 72 Müdafiə xərcləri (dollar): 612,500,000,000  Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Müdafiə', 'ordu', 'nüvə', 'təyyarə', 'indeks', 'Yaponiya', 'ABŞ', 'Türkiyə.']
1,515
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/17352/kino-kapitan-fillips.html
KİNO: Kapitan Fillips
Türkəl
Bloq: Türkəl
11 noyabr 2014, 20:20
Captain Phillips (2013) Film real hadisələr əsasında lentə alınıb. Rejissyor: Paul Greengrass Ssenari: Kapitan Riçard Fillips, Billy Ray Baş rollarda: Tom Hanks və Barkhad Abdi "İndi iş tapmaq əvvəlki qədər asan deyil. İşəgötürənlər olduqca tələbkar olub, gələcəkdə iş tapmaq övladımız üçün çox çətin olacaq, o gərək indidən bu barədə düşünsün".Dənizçi Riçard Filips ticarət gəmisinin kapitanıdır. Onun işi qiymətli konteynerlərlə yüklənmiş gəmini bir limandan digər limana idarə etməkdir. Nadir hallarda onun iş öhdəliklərinə əlavə maddələr əlavə olunur, lakin gəmini silahlı dəniz quldurlarından özbaşına müdafiə etmək onların arasında deyil. Böyük hissəsi gəmi göyərtəsində və açıq səma altında cərəyan edən film izləyicini 2 saatdan çox müddət ərzində daim həyəcanda saxlayır və darıxmağa qoymur. Burada aktyorlarında misilsiz əməyi vardır. Baş qəhrəman rolunu ifa edən Tom Hanks işinin öhdəsindən yaxşı gəlir və bu Terminal (2004) filmindən bəri onun bəyəndiyim ilk ifasıdır. Əksər hollivud filmlərinə zidd olaraq gəmi heyəti qeyri-atletik, əsasən orta yaşlı insanlardan təşkil olunmuşdur ki, bu da filmi bir qədər də həqiqi göstərir. Filmin ən böyük originallığı isə Somali quldurlarını ifa edən… onlara aktyor deməyə adamın dili gəlmir, yox-yox, onlar da filmdə gözəl təsir bağışlayır, sadəcə olaraq bu onların kinoda ilk işidir. Belə ki, filmdə Somali piratlarını ABŞda yaşayan Somalili qaçqınlar oynayıb. Filmin əsl qəhrəmanları məncə elə onlardır.Bu kinoya yalnız Amerikalı gəmi heyətinin rakursundan baxmaq lazım deyil, çünki film qismən Somali piratları haqqındadır. Hind Okeanı sahililərində yaşıyan Somalili balıqçılar iri quldur dəstələri tərəfindən okeana çıxıb iri ticarət və turist gəmilərini qarət etməyə təhrik olunurlar. Kəndlərini basqınçılardan qorumaq və daha yaxşı güzəran əldə etmək üçün bu onların yeganə yoludur. Üçüncü Dünyaya xoş gəlmişsiniz! Bu sadəcə olaraq sağ qalmaq uğrunda mübarizədir. Bu mübarizədə daha güclü və daha amansız tərəf qalib gəlir. Yazının başında işlədilmiş sitat da elə filmin əvvəlində uşaqlarını müzakirə edən Kapitan Filipsə məxsusdur.Onu da qeyd etməyə dəyər ki filmdə baş rolları ifa etmiş hər iki aktyor, Tom Hanks və Barkhad Abdi öz əməklərinə görə Oskar mükafatına namizəd olublar. Xoş seyrlər!
['film', 'kino', 'Tom Hanks', 'piratlar', 'dəniz quldurları', 'Oskar']
1,516
https://kayzen.az/blog/edebiyyat/17351/kitablar-haqq%C4%B1nda-%C9%99n-maraql%C4%B1-faktlar.html
Kitablar haqqında ən maraqlı faktlar
MuSHviG
Ədəbiyyat
11 noyabr 2014, 18:16
1) Yer üzündə ən qədim kitab “Prissanın papirusu”dur. O, bizim eradan əvvəl 3350-ci ildə yazılıb. Təbii ki, kitabı Fiv şəhərindəki piramidalardan birində tapıblar. Papirusun məzmunu bu gün də tamamilə aktual olan bir mövzuya həsr olunub. Bu, nəsillərin konfliktidir. Papirusun müəllifi gənclərin əxlaqsız, tənbəl və tərbiyəsizliyindən şikayətlənir. Göründüyü kimi, beş min ildən də artıq bir müddət ərzində heç nə dəyişməyib. 2) Ədəbiyyatşünaslar Şekspirin əsərlərində işlənən “sevmək” sözünü sayıblar. Bu söz sənətkarın əsərlərində 2259 dəfə, ”nifrət” sözü isə cəmi-cümlətani 229 dəfə işlənib.   3) Ən darıxdırıcı kitabların siyahısına “Hərb və sülh”, “Cinayət və cəza”, “Uliss”, “Əl-kimya” və “Harri Poter və Od Qədəhi” əsərləri daxildir.  4) Kitaba görə ən böyük qonorarı şair Oppian alıb. O, iki poemasının – “Balıq ovu” və “Ov” – hər sətrinə bir qızıl sikkə Qazanıb. Kitabdakı sətirlərin ümumi sayı iyirmi min idi. Pul Roma imperatoru Mark Avrelin tərəfindən ödənilib.5) Dünyada ən çox oxunan kitaba gəldikdə isə birinci yeri “Bibliya” tutur, ümumi tirajı – 6 milyard nüsxədir. İkinci yer  Mao Tszedunun sitatlarınındır. Üçüncü yer isə hələ ki “Üzüklər şahzadəsi”nə məxsusdur.   Mənbə: www.axar.az
['Dünya', 'kitab', 'qonorar', 'papirus', 'Şekspir', 'maraqlı', 'Ov', 'nüsxə.']
1,517
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17350/sa%C3%A7-t%C3%B6k%C3%BClm%C9%99sinin-qar%C5%9F%C4%B1s%C4%B1-alma%C4%9F%C4%B1n-yollar%C4%B1.html
Saç tökülməsinin qarşısı almağın yolları
MuSHviG
sağlam həyat tərzi
11 noyabr 2014, 18:05
1. Qan dövranını sürətləndirmək və saç köklərini canlandırmaq üçün zeytun yağı və ya hindistan qozu yağı ilə saç dərinizi masaj edin. Saçlarınızı duruladıqdan sonra ilıq su ilə masaj etmək saç dökülməsinin qarşısını almaq və saçlarınızın uzanması üçün olduqca faydalıdır.2. Saç dökülməsinin müalicəsində istifadə olunan əsas üsullardan biri də alma püresi ilə hindistan qozunun yağından hazırlanmış qarışıqdır. Bu qarışıq saçların uzanması, quru və qaşınan saç dərisinin müalicəsi üçün istifadə edilir. Qarışımı saçınıza vurduqdan sonra başınızı bağlayın və sabaha qədər gözləyin. Səhər yüngül bir şapun ilə saçlarınızı yuyun və soyuq su ilə durulayın. Bu işi hər həftə təkrarlayın və nəticəni öz gözlərinizlə görəcəksiniz.3. Gücsüz və tez-tez qırılan saçların müalicəsində ən çox sardinya bitkisinin yarpaqlarından istifadə edilir. Sardinya bitkisinin yarpaqlarını 15-30 dəqiqə qaynar suyun altında ağarana qədər saxlayın. Sardinya yarpağının suyunu süzün və bu su ilə həftədə ən azı iki dəfə saçlarınızı şampun ilə yuduqdan sonra durulayın. 4. İnanılmaz saç gücləndirici təsiri olan xına (çini) Hindistanda yetişən bir bitkidir. Hindistanda gözəl, güclü, daha havalı saçlara malik olan qadınların əksəri bu bitkidən hazırlanan saç şampunu və dərmanlarından istifadə edir.5. Yonca suyu uzun illərdir istifadə edilən saç baxımı dərmanıdır. Saç köklərinin qidalandırılmasında və saçların incəlməsinin və seyrəlməsinin qarşısının alınmasında istifadə edilir.6. Tərkibi kükürdlə zəngin olan soğan bitkisinin saçların çoxalmasında güclü təsiri olduğu çoxlarına məlumdur. Soğanı sıxaraq bir neçə yemək qaşığı soğan suyu əldə edin və saçlarınızı yumaqdan qabaq bir saat soğan suyu ilə masaj edin. Bu proseduru davamlı təkrar etdikdə güclü, sağlam və yeni saçlara malik ola bilərsiniz.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['Üsul', 'sardinya', 'yonca suyu', 'kükürd', 'saç', 'bitki', 'zeytun', 'təbii', 'müalicə', 'maraqlı.']
1,518
https://kayzen.az/blog/fotosessiya/17349/art-fotoqraf-eduard-qordeyevin-peterburqda-pay%C4%B1z-fotosilsil%C9%99si.html
Art-fotoqraf Eduard Qordeyevin `Peterburqda payız` fotosilsiləsi
MuSHviG
Fotosessiya
11 noyabr 2014, 09:58
         Mənbə:www.azvision.az 
['Art-fotoqraf', 'Eduard Qordeyev', 'Peterburq', 'payız', 'fotosilsilə', 'maraqlı.']
1,519
https://kayzen.az/blog/maraqli-faktlar/17347/titanik-batmaz-g%C9%99mi.html
TİTANİK-"Batmaz gəmi”
MuSHviG
Maraqlı faktlar
10 noyabr 2014, 23:43
15 aprel günü dünyada Titanik faciəsi ilə yadda qalır. Bu nəhəng gəmi 31 mart 1909-cu ildə hazırlanmağa başlanmış, 2 aprel 1912-ci ildə yekunlaşmışdır. 10 aprel 1912-ci ildə Nyu York istiqamətində ilk səfərə çıxan Titanik 15 aprel saat 23.40-da Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olmuşdur. 66.000 ton ağırlığı, 269m uzunluğu olan gəminin 2.435 nəfər sərnişini, 892 şəxsi heyəti vardı. Gəmini Harland və Volf tərsanəsi hazırlamışdır, sahibi  Uayt Star Layn, kapitanı isə Edvard Smit olmuşdur.Gəmidəki sərnişinləri müxtəlif qruplara aid insanlar olmuşdur.Ən maraqlısı da odur ki,onlardan 57-si dünyanın məşhur neft, kömür, dəmiryol və polad krallarından ibarət milyonçular olmuşlar. Hətta onların arasında 150 mln dolladan artıq kapitalı olan 47 yaşlı Con Astor vardı ki, o, 20 Titanik almaq iqtidarında idi. Bundan əlavə gəmidə qızıl, brilyantla bərabər, Ömər Xəyyamın «Rübai” manuskripti, Van Qoq, Salvador Dali kimi məşhurların əl işləri vardı. Gəminin seyfində indiki qiymətlə 300mln dollar, daş-qaş olmuşdur. Məlumatlara görə gəmidə olan 2224 sərnişindən 710 nəfər xilas olmuş, 1514 nəfər həlak olmuşdur. Titanik gəmisinin hissələri baş verənlərdən 73 il sonra ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balard tərəfindən 1985-ci ildə  4.000 metr dərinlikdə aşkar edilib. Gəmi  iki hissəyə bölünmüş vəziyyətdə 3.657 metr dərinliyə düşmüşdür. Gəminin qalıqları da bunu sübut edir.  Gəminin araşdırmaları davam edir. Məlumatlara görə yaxın 20 il ərzində qalıqların tamamilə məhv olması gözlənilir.             Mənbə: www.tarix.info  
['Titanik', 'Uayn Star', 'gəmi', 'aysberq', 'Nyu-York', 'faciə', 'foto', 'maraqlı.']
1,520
https://kayzen.az/blog/turizm/17279/istirah%C9%99t-%C3%BC%C3%A7%C3%BCn-10-c%C9%99nn%C9%99t.html
İstirahət üçün 10 cənnət
Apollon
Turizm
10 noyabr 2014, 18:03
Fransa, ABŞ, İspaniya, İtaliya, Türkiyə dünya turistlərinin ən çox sevdikləri istirahət məkanlarındandır. Bu ölkələrə ildə milyonlarla turist üz tutur. Lakin dünyada turistlərin diqqətini cəlb etməyən onlarla gizli məkan var.  Ağ qumlu çimərliklər, mavi sular, fərqli mədəni kolorit, möhtəşəm mənzərə... BMT-nin turizm idarəsi ən yaxşı halda bir neçə min turistin diqqətini çəkən 10 məkanın siyahısını hazırlayıb.  10. Palau (Sakit okean) Palau respublikası ada dövlətdir. Fillipin dənizindəki bu dövlət 328 adadan ibarətdir. Ada mərcan rifləri, batan gəmi qalıqları, sualtı mağaralarla zəngindir. Bu mağaralarda sualtı gəzintini sevənlər tropik balıqlar, nəhəng molyuskalar tapa bilərlər. Quruda isə ekzotik quşlar, orxideyalar, timsahlar, dostcanlı yerli xalq insanı valeh edir.  9. Moldova  Şərqi Avropada yerləşən bu ölkə Rumıniya ilə Ukrayna arasındadır. Əslində bura iqtisadi cəhətdən o qədərdə güclü inkişaf etmiş region deyil. Amma mədəni-tarixi baxımdan çox zəngindir. Lakin bu gözəl ölkəni ötən il cəmi 96 min turist ziyarət edib.  8. Şərqi Timor Timor adasının şərq hissəsini tutan eyniadlı dövlətdir. Keçmiş Portuqaliya müstəmləkəsi olan bu adada günəş,dəniz, dağlar turistlərin vazkeçilməzlərindən ola bilər.  7. Dominik  Bura sualtı turizmi sevənlər üçün əla yerdir. Dominiki Dominikan respublikası ilə qatmaq lazım deyil.  6. Sent Vinset və Qrenadin Karib dənizində kiçik dövlət 32 kiçik adadan ibarətdir. Ağ qum, mavi dəniz hətta «Karib dənizinin quldurları» filminin rejissorlarını da ilhamlandırıb. Buranı banan cənnəti də adlandırmaq olar.  5. İngiltərə Mərcan lifli məkanlarda turistlər fərqli hisslər keçirə bilərlər.  4. Lixtenşteyn  Dünyanın ən kiçik dövlətlərindən biridir. İsveçrə ilə Avstrya arasında yerləşir. Möhtəşəm təbiət, rəngarəng görüntü turistlərə unudulmaz tətil yaşada bilər.  3. Niue (Sakit Okean)  Niuedə 1,5 minə yaxın insan yaşayır. Adanın 20% meşələrdən ibarətdir. Burada internet pulsuzdur. Belə ki, Niue 2003-cü ilsə pulsuz WiFi şəbəkəsi quran yeganə adadır.  2. Monserrat  Böyük Britaniyanın Karib dənizindəki daha bir adası. Bir zamanların çox məşhur kurort zonası olub. Lakin 1989-cu ildə «Hyuqo» qasırğası buranın 90 faizini dağıdıb. Buna baxmayaraq əla vəziyyətdə olan çimərliklər hələ də az da olsa turistin diqqətini cəlb edir.  1. Kiribati (Sakit okean) Kribati resbublikası 33 kişik adadan ibarətdir ki, onların 20-i kəşf edilməyib. 1979-cu ildə Britaniya müstəmləkəsindən azad edilib. 
['turizm', 'istirahət məkanları']
1,521
https://kayzen.az/blog/MuSHviG/17342/bir-k%C9%99r%C9%99-y%C3%BCks%C9%99l%C9%99n-bayraq,-bir-daha-enm%C9%99z!-m%C9%99h%C9%99mm%C9%99d-%C9%99min-r%C9%99sulzad%C9%99.html
"Bir kərə yüksələn bayraq, bir daha enməz!" - "Məhəmməd Əmin Rəsulzadə"
MuSHviG
Bloq: MuSHviG
10 noyabr 2014, 01:29
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilirdi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr — şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər mövcud olub.  Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi. 1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan Sovet Sosialist Respublikası) elan olundu. İlk dövrlərdə inqilabi al bayraqlarla yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu. 1921-ci ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu. 1920-1921-ci illər ərzində Azərbaycan Sovet Sosialist Respublikasının ilk bayrağı. 1921-ci ilin may ayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarət idi, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı «AİŞC» və ya “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti" yazısı yerləşdirilmişdir. Azərbaycan SSR-in bayrağının RSFSR-in (Rusiya Sovet Sosialist Federativ Sosialist Respublikası) bayrağından fərqi onda idi ki, RSFSR bayrağında yazılı sahə qırmızı idi, Azərbaycan SSR-ində isə yaşıl verilmişdi. 1921-ci Azərbaycan SSR-in dövlət dili əsasında türk dili, əlifbası isə ərəb əlifbası idi, odur ki, «AİŞC.” abreviaturası da ərəb əlifbası ilə türk dilində verilirdi. Azərbaycan SSR-in 1921-1922-ci illərdəki bayrağı.  1922-c i ilin dekabrın 30-da SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyini de fakto itirən Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi) yeni latın qrafikalı əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə eyni hüquqa malik olması barədə dekret qəbul etdi. Bu amil bayrağın təsvirinə də öz təsirini göstərmiş oldu, yəni „A.S.S.R“ abreviaturası, həm latın, həm ərəb əlifbası ilə verildi. Azərbaycan SSR-in 1922-24-cü illər ərzində dalğalanan bayrağı.  1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış üçüncü sessiyası Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasını qəbul etdi. Azərbaycan SSR Sovetlər Qurultayı 1925-ci il martın 14-də onu təsdiq etdi. „AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq sapı tərəfdə radiusu bayraq eninin 1/6-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib; ayparanın diametri bayraq eninin 1/10-nə bərabərdir, oraq və çəkicdən sağda yeni və əski türk əlifbası ilə “A.İ.Ş.C» yazısı verilib. Azərbaycan Sovet Sosialist Respublikasının 1924-1930-cu illər bayrağı.  20-ci illərin axırında rus dilindəki «социалистическая» sözü əvvəlki tək «ictimai» kimi deyil, «sosialist» kimi tərcümə edilməyə başlanıldı. Bununla bağlı bayraq üzərindəki abreviatura yazısında da düzəlişlər edildi. 1930-cu ildən başlayaraq, Azərbaycan SSR-in bayrağı üzərində «ASSR» abreviaturası yalnız latın əlifbası ilə verilməyə başladı. Azərbaycan Sovet Sosialist Respublikasının 1930-1937-ci illər bayrağı.  1937-c i il Konstitusiyasının 152-ci maddəsində isə dövlət bayrağının təsviri belə ifadə edilmişdi: Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində «Az SSR» sözləri yazılmış qırmızı qumaşdan ibarətdir. Azərbaycan SSR-in 1937-1940-cı illər ərzindəki bayrağı. Bayraqdakı təsvirlər latın qrafikası ilə göstərilib.     1939-cu il 11 iyul tarixdə qəbul edilmiş «Azərbaycan əlifbasının latın əlifbasından rus əlifbasına keçməsi» haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq 1940-cı il yanvarın 1-dən Azərbaycan əlifbası latın əlifbasından rus əlifbasına keçirildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart tarixli fərmanı ilə Azərbaycan SSR Dövlət bayrağı üzərində «Az. SSR» abreviaturası yeni əlifba ilə təsvir edildi. Azərbaycan SSR-in 1940-1952-ci illər ərzindəki bayrağı.      Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan SSR xalq rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru K.M. Kazımzadənin layihəsi əsasında Azərbaycan SSR-in yeni Dövlət bayrağı təsdiq olundu və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) 152-ci maddəsinə daxil edildi: «Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi yerləşən rəngli zolaqlardan ibarətdir: qırmızı rəngli üst zolaq bayrağın eninin ¾-nə bərabər ölçüdədir, göy rəngli alt zolaq bayrağın eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir. Azərbaycan SSR-in 1952-1991-ci ilə kimi mövcud olmuş bayraq.   1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başlayıb.  Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr qəbul etdiyi ilk bayraqla bağlıdır. Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə görə, bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. İlk Dövlət Bayrağı Günü 2010-cu ilin noyabrın 9-da qeyd olunub.   Mənbə:www.azerbaijans.com 
['Azərbaycan', 'bayraq', 'vətən', 'fərman', 'dövlət', 'ulduz', 'aypara.']
1,522
https://kayzen.az/blog/MuSHviG/17341/q%C9%99hr%C9%99manlar-%C3%B6lm%C3%BCr-natiq-qas%C4%B1mov.html
Qəhrəmanlar ölmür "Natiq Qasımov"
MuSHviG
Bloq: MuSHviG
10 noyabr 2014, 00:53
  Qasımov Natiq Səlim oğlu 1971-ci ildə Gədəbəydə  doğulub. 1975-ci ildən  ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir. Ağdamda Yaqub Rzayevin başçılığı altında «Qarabağ şahinləri» dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır. Dəhşətli Xocalı faciəsindən sarsılan Natiq yenidən «Qarabağ şahini»nə dönür.           Natiqin atası Qasimov Səlimin dedikləri: «Xocalı soyqırımından sonra evdə yazıb qoyduğu məktubdan bildik ki, o, yenə də Y.Rzayevin «Qarabağ şahinləri» dəstəsində vuruşmağa gedib. Yazırdı ki, Qarabağda xalqımızı qırırlar, ana-bacılarımızın namusu tapdanır, belə vaxtda mən evdə otura bilmərəm».          1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.          Burada  bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürülmüş Xocalı sakinləri içərisindən yaşlı bir kişini — Cəfərov Cəfər Məhəmməd oğlunu çağırıb ona bildirirlər ki, məbəddəkilər təslim olmasalar, bütün xocalıları güllələyəcəklər. Bu xəbərdarlığı çatdırmaq üçün Cəfər Cəfərovu Azərbaycan döyüşçülərinin olduğu yerə göndərirlər.          Girovluqdan azad ediləndən sonra Cəfər müəllim bu hadisəni Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına belə danışıb:          -Mənə dedilər ki, sizin türklər bizim Qriqoryan kilsəsini (Alban məbədini! A.H.) tutublar, özü də adamlarımızı çox qırıblar. İstəmirik itki verək. Sonra məni özləri ilə bir ormana gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Ermənilər mənə oranı nişan verib dedilər:          -Oradan sizin türklər bizi atəşə tuturlar. Onları xəbərdar et ki, təslim olmasalar, oranı partladacağıq, əsir götürdüyümüz xocalıları da öldürəcəyik. Qoy tabe olsunlar. Yəqin orada sizin adamlar çoxdur. Neçə dəfə hücum etmişik, yaxın qoymayıblar.          Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər.  Xarabalığa çatıb ayağa qalxanda onlar qışqırdılar ki, yerə yatım. Yerə uzandım, başımı qaldırıb baxanda gözümə 3-4 meyit göründü, başa düşdüm ki, bizimkilərdir. Ayağa durub irəli getdim ki, qoy mənə bizimkilərin gülləsi dəysin.  Qapının ağzında yerə oturub bütün səsimlə çığırdım:          -Ay igidlər, ay vətən oğulları, burada sizlərdən kim var?!  Qalxın ayağa, düşmən yaxındadır! Xocalıdan girov götürülənlərdənəm, məni sizin yanınıza göndəriblər!          Bir azdan içəridən öskürək və hənirti gəldi, diksindim, həm də sevindim ki, burada bizimkilər var!  Güclə eşidilən səs eşitdim, məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir əl pulemyotu, bir avtomat silah, çoxlu patron gördüm. O, üzü üstə yerə yıxılmışdı, qucaqlayıb çevirdim. Soruşdum ki, yaralanmısan? Güclə cavab verdi ki, yaralı deyil, aclıqdan və susuzluqdan heydən düşüb. Cibimdə qalmış əl boyda çörəyi ona verdim, könülsüz yedi. Soruşdum ki, bəs yoldaşların hanı, təksən? Dedi ki, komandirim Ala Yaqub (Yaqub Rzayev. A.H.) məni 6 nəfərlə birgə bura göndərib. Yoldaşlarımın üçünü ermənilər öldürdü, üçü də bilmirəm necə oldu, mən tək qaldım. 5 gündür ki, ac-susuzam, güllələr də qurtarıb. Özüm üçün iki dənə saxlamışam-deyərək döş cibindən 2 patron çıxarıb avtomata saldı, çaxmağını çəkdi, cəld sıçrayıb ayağa qalxdı. Mən Natiqi qucaqlayıb dedim:          –Onsuz da ermənilər məni öldürəcəklər. O güllədən birini mənə vur. Sonra apaydın görünən Ağdamı göstərib soruşdum– gecə ermənilər gəlmirdilər, niyə qaçmamısan?          –Komandirimə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəyəm. Kömək gözləyirdim, lakin gəlmədilər. Bir də ki, bu bayrağı qoyub hara gedəydim?-dedi.          Natiq bayrağı endirdi, bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, dalbadal havaya iki güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər, onun üst-başını axtardılar, tək olduğuna inanmadılar. Məbədin içərisini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada 2 xarici jurnalist də vardı, fotokamera axşamın toranında əlində bayraq düşmənə gözləri nifrətlə zillənmiş Natiqə tərəf yönəldi….          Cəfər müəllimin gördüyü jurnalistlərdən biri Rusiya Federasiyasında nəşr olunan  məşhur «Oqonyok» jurnalının müxbiri Konstantin Smirnov, digəri isə fotomüxbir Enriko Sarzini idi. Jurnalın 1992-ci ilin aprel nömrəsində  Natiqin əlində bayraq erməni hərbçiləri tərəfindən əsir götürülməsini əks etdirən foto dərc olundu…          Natiq Qasımovun qəhrəmanlığı dillərə düşdü, haqqında xeyli məqalələr, bədii əsər yazıldı.  Fikrət Qoca «Bayraq tutan oğlullar», Alim Fərzəliyev «Qeyrət qalası» poemalarını Natiqə həsr etdilər… Özü isə sanki qeyb oldu.          Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.          İgid eloğlumuzun taleyi naməlum qalsa da, öz həmvətənlərinə, hətta düşmənlərinə də bir şeyi sübut etdi: Belə oğullar yetirən vətən torpağı düşmən ayağı altında qalmayacaq! Natiq kimi igidlərimizdən ibrət götürən gənclərimiz tezliklə torpaqlarımızı azad edəcəklər!          Mənbə: «Azərbaycan» qəzeti
['İgid', 'qəhrəman', 'Natiq Qasımov', 'vətən', 'bayraq', 'Qarabağ', 'Xocalı']
1,523
https://kayzen.az/blog/dusundurucu-hekayeler/17094/insanl%C4%B1q.html
İnsanlıq
Apollon
Düşündürücü hekayələr
8 noyabr 2014, 18:14
Faciə baş vermişdi. Kolxozçu qızı olan 3 yaşlı Rasa Prasceviçutenin hər iki ayağı otbiçənlə kəsilmişdi.  Bir neçə saatdan sonra içərisində cəmi bir neçə nəfərin olduğu TU-134 hərbi təyyarəsi Litvadan Moskvaya uçurdu. Dispetçerlər bilirdilər ki, salonda balaca sərnişin var və hər bir balaca gecikmə yeni başlayan insan həyatı üçün böyük bir dərdə çevrilə bilər. Buna görə hava korridoru bütün yol boyü boş idi.  Faciədən 12 saat keçmiş qızçığaz SSRİ-nin paytaxtında əməliyyat masasında uzanmışdı. 1 gün əvvəl 12 saatlıq əməliyyatdan çıxan, təzəcə yatmağa hazırlaşan və ”Qızcığazı qəbul et, yoldadır” deyilib yatağından çağırılmış gənc cərrah Ramazi Datiaşvili artıq əməliyyata başlayır. O vaxtı həkimlərin və xəstələrin milliyəti barədə fikirləşmirdilər, çünku SSRİ-dəki bütün millətlər SSRİ xalqını təşkil edirdi.  Ramazi Datiaşvili xatırlayırdı ki, əməliyyatı bir nəfəsdə keçirdi. 4 saatdan sonra onun 5-ci gün gecə vaxtı çağırılmış köməkçiləri artıq ayaqda dura bilmirdilər. O isə davam etməli idi, tək işləyirdi, bircə-bircə vətər vətər dalınca, sinir sinir dalinca. “Mən elə bil dartılmış tel üzərində gəzirdim: bir səhv addım etsəydim – yıxılacaqdım...” 9 saatdan sonra əməliyyat başa çatdı, cərrahın əlində qızcığazın ayaqları isindi.  Dünyada ilk dəfə olaraq SSRi-də insanın hər iki ayagi yerinə bitişdirilmişdi.  2013-cü il Azad ölkə Hollandiya. Amsterdamda Liza adlı balaca qizcığaz xəstələnib. O ölüm ayağında olarkən həkim onun valideynlərinin tibbi sığortasının olub olmadığını və onun məbləğini araşdırırdı. Balaca Liza artıq yoxdur.  Rasa isə sağdır. Onun həkimi Ramazi Datiaşvili çox məşhur cərrah oldu.  Şəkildə ilk addımlarını edən Rasa və onun həkimidir. Ramazi Datiaşvili sonradan xatırlayırdı ki, Rasanın əməliyyatdan sonra ilk addımlarını görəndə göz yaşlarını saxlaya bilmədi. 
['düşündürücü hekayələr', 'insanlıq', 'həkim vicdanı']
1,524
https://kayzen.az/blog/maraqli-faktlar/17317/%C3%BC%C3%A7%C3%BCnc%C3%BC-reyxin-gizli-silahlar%C4%B1.html
Üçüncü Reyxin gizli silahları
MuSHviG
Maraqlı faktlar
7 noyabr 2014, 12:50
Üçüncü Reyx barədə çox danışılıb, çox yazılıb. Bu mövzuda bədii və sənədli filmlərin, kitab və oçerklərin, məqalə və araşdırmaların sayı-hesabı yoxdur. Amma hitlerçilərin, xüsusilə də faşist Almaniyası rəhbərinin yadplanetlilərlə münasibəti barədə məlumat azdır. Yəqin ki, bir çox səbəblərə görə mövzu barədə çoxları susmağa üstünlük verir. Bundan başqa, hitlerçilərin hərbi-texnologiyasının qələbə əldə etmiş müttəfiqlərdən məhz hansına çatdığı da dəqiq məlum deyil. Müttəfiqlərdən hər biri faşistlərin gizli biliklərinə sahib olmaq üçün maksimum səy göstərib. Hamıya məlumdur ki, müttəfiqlər Hitler Almaniyasına qarşı savaşın bütün mərhələlərində bir-birinə qəti inanmayıblar. Sovetlərin – Stalinin müttəfiqləri aldadaraq Berlinə ilk girməsi buna sübutdur. Sovet komandanlığı əmin idi ki, Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları gizli laboratoriya və tədqiqat mərkəzlərindəki bütün materialları ələ keçirib. Amma bununla belə, 1945-ci ilin mayında müttəfiqlər arasında ixtilaf heç bir tərəfə sərf etmirdi. Çünki Almaniyadan sonra növbədə Yaponiya idi və yapon ordusu da darmadağın edilməli idi. Bununla belə, müttəfiqlik münasibətlərinin qorunub saxlanılması amerikalılara faşistlərlə mübarizə vəzifəsini həyata keçirərək atom bombası icad etməyə mane olmadı.  Məlumdur ki, almanlar tərəfindən bir çox modern silahların, eyni zamanda atom bombasının hazırlanması üçün uğurlu layihələr hazırlanmışdı. Bu gün bir çox mütəxəssisin fikrincə, almanlar texnoloji və elmi nailiyyətlərə ancaq yadplanetlilərlə əlaqə sayəsində nail ola bilərdilər. Ola bilsin ki, bu əlaqələrin dərin kökləri olub. Mütəxəssislər deyir ki, yadplanetli irq Yer planeti sakinlərinin həyatına qarşı biganədir və hətta onların bizlərdən xoşu gəlmir. Ola bilər ki, yapdlanetlilərin dünya bəşəriyyətinə qarşı yüksək humanist məqsəd və dəyərləri yoxdur. Nasional-sosialistlər Almaniyada hakimiyyətə gəlməzdən öncə ari irqinin köklərini araşdırırdılar və əfsanəvi Şambalanın axtarışı ilə məşğul idilər. Nasistlər dünya hökmranlığını ələ keçirmək üçün sirli biliklərə sahib olmağa can atırdılar. Hətta bəzi alimlərin iddiasına görə, hitlerçilər uzun müddət Şərqdə və Rusiyanın ucqarlarında, Tibetdə məhz informasiya kanalını axtarıblar. Fərziyyəyə görə, bu kanala sahib olduqdan sonra dünyaya hökm etmək mümkün idi. İkinci dünya müharibəsi zamanı da bu kanalı axtarıblar. Himalay və Tibetə çoxsaylı məxfi ekspedisiyalar yola düşüb. Onların tərkibinə alimlər və onların təhlükəsizliyinə cavabdeh olan SS-çilər daxil idi. Bütün axtarışlar ən müasir avadanlıqlarla təchiz edilmişdi. 1935-1939-cu illər ekspedisiyaların ən uğurlu və məhsuldar dövrü sayılır. Amma tədqiqat nəticələri ilə bağlı rəsmi sənədlər yoxa çıxıb. Ya bu sənədlər məhv edilib, ya da keçmiş alman xüsusi xidmət orqanlarının gizli məkanlarında gizlədilib. Versiyalardan birinə görə, ekspedisiyalardan biri, çox güman ki, Himalay dağlarında qəzaya uğramış “uçan boşqab” tapıb və yadplanetlilərlə əlaqə qurmağa nail olub. İstisna deyil ki, almanlar hətta uçan aparatın ekipajını əsir götürüb və ya kosmik kəşfiyyat bazasını ələ keçiriblər. Yəqin ki, almanların hücumu bazada olan yadplanetlilər üçün gözlənilməz olub. Amma yadplanetlilərin bu hücumdan qoruna bilməməsi fikri inandırıcı görünmür. Çünki almanların silahları onlar üçün primitiv sayılırdı. Çox güman ki, əlaqə qarşılıqlı anlaşma nəticəsində baş verib: yadplanetlilər kosmik gəminin təmiri və texniki xidməti üçün lazım olan materialları almanlardan əldə ediblər. Almanlar isə, əvəzində yüksək texnoloji bilgilər barədə məlumat alıblar. Bu tip versiyaların səslənməsi təbiidir. Nəyin düz, nəyin yalan olduğuna qərar vermək çətindir. Çünki Almaniyanın o dövr üçün texniki və hərbi sahədə yüksək səviyyədə nailiyyətlər əldə etməsi yerdənkənar sivilizasiyadan əldə edilən informasiya sayəsində mümkün idi. Nəzərə almaq lazımdır ki, bütün bu texniki yeniliklər əldə olunanda Almaniyanın bütün alimləri ölkəni tərk etmişdilər. Nəticədə, elmi məktəblər bağlanmış, elmi-texniki layihələrin işlənməsi dayandırılmışdı. Almanların yeni silah istehsalı sahəsində Amerika Birləşmiş Ştatları və Rusiyanı kölgədə qoyması faktdır. Amma adıçəkilən ölkələr elmi və maddi potensiala görə Almaniyadan qat-qat üstün idilər. Almaniyanın təslimçilik aktına qol çəkdikdən sonra bəzi texniki nailiyyətlər Hitler əleyhinə qurulmuş koalisiyaya daxil olan müttəfiqlərin əlinə keçdi. Müharibədən sonra bütün ölkələrin texniki kəşfiyyat orqanlarının ciddi-cəhdlə işləməsi bunu təsdiq edən faktdır. Bütün bu versiyalara baxmayaraq, Hitlerin yadplanetlilərlə konkret əlaqələrinin olduğu barədə maddi sübut və dəlillər yoxdur. Amma dolayı yolla bunu sübut edən faktlara rast gəlmək mümkündür. Məsələn, 30-cu illərin sonunda Almaniya hərbi qüvvələrinin 57 ədəd sualtı qayığı var idi. Sonradan 4 il ərzində almanlar 1150 super müasir sualtı qayıq inşa etdilər. Bu bir çox strateji materialların çatışmazlığı və Almaniya şəhərlərinin daim müttəfiqlər tərəfindən bombalanması fonunda baş verdi. İngilis, amerikan və sovet hərbçiləri ələ keçirilmiş, amma qəti zədələnməmiş sualtı qayıqları görəndə böyük təəccüb keçirdilər. Görəsən, dənizçiləri təəccüblənməyə vadar edən səbəb nə idi? Birincisi, alman sualtı qayıqları tamamilə səssiz hərəkət edirdi. Bu isə düşmən hidroakustika qurğuları tərəfindən axtarışını çətinləşdirirdi. İkincisi, alman sualtı qayıqlarında 8.5 min dəniz mili məsafə qət etmək üçün yanacaq ehtiyatı daşımaq mümkün idi. Bu isə o illər üçün inanılmaz bir rəqəm sayılırdı. Üçüncüsü, alman sualtı qayıqları, digər ölkələrin sualtı qayıqlarından az nəzərə çarpan silueti, inanılmaz manevr qabiliyyəti, əla sükan sistemi, iki ədəd periskopu (sualtı gəmidən baxmaq üçün optik cihaz) ilə fərqlənirdi. Silah kimi qayığın burun hissəsinə 88 millimetrlik top quraşdırılırdı. Üst hissədə isə 20 millimetrlik zenit topu vardı. Dördüncüsü, alman sualtı qayıqlarında avtomatik tuşlanan elektrik torpedaları mövcud idi. Bu torpedalar hərəkət zamanı suda xarakterik qabarcıqlar buraxmırdı. Bu isə torpeda hücumunun olduğunu anlamaqda qarşı tərəfə çətinlik yaradırdı. Alman sualtı qayıqları yüksək texnoloji səviyyəyə sahib idi. Məsələn, 7-ci nəsil alman sualtı qayıqları Sovet hərbi-dəniz donanmasına verildi və 50-ci illərin sonuna qədər onlardan istifadə olundu. Qeyd etmək lazımdır ki, bu qayıqlardan biri SSRİ-yə 70-ci illərə qədər “xidmət edib”. Qayıqlarda olan xüsusi qurğu suyun altında havanı dizel mühərriklərə ötürürdü. Müqayisə üçün deyək ki, suyun altına enmiş adi qayıqlarda dizel mühərriklər söndürülür və elektrik mühərriklərinə keçilirdi. Bundan başqa, alman sualtı qayıqlarında idarəetmə hidravlik sistem vasitəsilə həyata keçirilirdi. Hidravlik laq (gəminin sürətini ölçmək üçün cihaz) və digər texnoloji yeniliklər başqa qayıqlarda mövcud deyildi. Əgər nasistlər, həqiqətən də, yadplanetlilərlə əlaqədə olublarsa, deməli, güclü silah, məsələn, sualtı atom kreyseri istehsal edə bilərdilər. Amma deyəsən, almanlar yadplanetli irqin elə biliklərindən yararlanıblar ki, qısa müddətə yeni silah növləri istehsal edə bilsinlər. Məsələn, almanlar 1000 km/saat sürətlə hərəkət edə bilən reaktiv qırıcılar istehsal etdilər. Bu təyyarə göstəricilərinə görə bütün müttəfiq ölkələrdə istehsal edən qırıcılardan çox üstün idi. Bugünədək də, kütləvi bombardman altında almanların 1945-ci ildə 2 min hərbi təyyarə istehsal etmələri sirr olaraq qalır. Alman mütəxəssislər yeni tip mühərrik istehsal etmişdilər. Hərbi analitiklər əminliklə söyləyirlər ki, əgər almanlar bu mühərriki 1944-cü ildə istehsal edib “Messerşmitt Me-163” qırıclarına quraşdırsaydılar, müharibənin gedişatı tamamilə hitlerçilərin xeyrinə dəyişə bilərdi. Maraqlı faktlardan biri də odur ki, Böyük Britaniya və ABŞ kəşfiyyat orqanlarının gizli arxivlərində hərbi təyyarəçilərin məruzələri var. Bu məruzələrə əsasən, təyyarəçilər ikinci dünya müharibəsi zamanı Almaniya səmasında əsgər dəbilqəsinə və ya boşqaba bənzər uçan aparatlar gördüklərini dəfələrlə qeyd ediblər. Sovet təyyarəçilərinin bu tip faktlarla qarşılaşdıqları barədə məlumat yoxdur. 90-cı illərin əvvəlində alman və çex mətbuatında maraqlı materiallar dərc olunmağa başladı. Bu materiallar II Dünya Müharibəsi zamanı Çexoslovakiyada hərbi qulluqda olan və yeni silahları sınaqdan keçirən alman əsgər və zabitlərinin ifadələri əsasında hazırlanmışdı. Şahidlərin verdiyi ifadəyə görə, 1943-cü ilin payız aylarında onlar səmada qeyri-adi uçan aparatı izləyiblər. Uçan aparat gümüşü rəngdə, diametri 6 metr olan disk formasında olub. Aparat silahla da təchiz edilib və onun topu tank lüləsinə bənzəyirmiş. Diskin alt hissəsində 4 cüt orta ölçülü şassi olub. Bu uçan aparatın sonrakı taleyi barədə məlumat yoxdur. İstisna deyil ki, ingilis və amerikalı təyyarəçilər məhz bu aparatla qarşılaşıblar. Ola bilər ki, sovet təyyarəçiləri də ona rast gəliblər. Amma bu barədə məlumat yoxdur. Çünki II Dünya Müharibəsi barədə sənədlər Rusiya xüsusi xidmət orqanları tərəfindən məxfiləşdirilib. Başqa bir informasiya da bu səpkidə düşünməyə vadar edir. 90-cı illərin əvvəlində dərc edilən bir xəbərə görə, 47 ildən sonra nasist kosmonavtlar Yer kürəsinə qayıtdı! Aprelin 2-də kosmonavtlar Atlantik okeanından səmaya uçmuşdular. Bəzi mənbələrin dəqiq məlumatına görə, uçuş Hitlerin şəxsi tapşırığı ilə həyata keçirilib. NASA-nın bəzi mütəxəssislərinin fikrincə, Penemyqnde poliqonundan 1943-cü ildə bir raket start götürüb. Raket açıq kosmosa uçub. Əldə edilən məlumata görə, uçuş zamanı kosmonavtlar qocalmayıblar və qayıdarkən Yer planetində uzun müddət uzaq düşdüklərindən xəbərsiz olublar. NASA-ya müraciət edən və bu barədə məlumat əldə etmək istəyən jurnalistlərin sorğusu cavabsız qalıb. Qurum bu məlumatı nə təsdiq edib, nə də inkar edib. Ola bilsin ki, nasist astronavtları unikal məlumata sahib idilər və ABŞ bu informasiyanın yayılmasında maraqlı deyil. Bu, dolayı yolla da olsa, Üçüncü Reyxin yadplanetilərlə əlaqələrinin olduğunu sübut edir. Bu əlaqələrin hansı müddətdə olduğu barədə də məlumat yoxdur. Nasistlərin yadplanetlilərlə əlaqəsini sübut edən faktlardan biri də Hitlerin tez-tez sirli silahı olduğu barədə verdiyi bəyanatlardır. Amma onun hansı silahı nəzərdə tutduğu naməlum olaraq qalır. Ola bilər ki, Hitler tezliklə kosmonavtların Yerə qayıdacağına, əldə etdikləri informasiya və biliklərlə yeni texnika istehsal edəcəyinə və dünya hökmranlığını ələ keçirəcəyinə ümid edirdi. Hələlik, Üçüncü Reyxin yadplanetlilərlə əlaqəsi tam açılmayıb. Amma Almaniyanın süqutundan sonra nasistlərin ələ keçirilən elmi-texniki layihələri insanı dəhşətə gətirir və bu barədə konkret düşünməyə vadar edir. Müharibənin sonunda müttəfiqlər bir-birinə etibar etmirdilər və Avropada kommunizmin yayılmasından qorxurdular. Bu səbəbdən də, Almaniyada ələ keçirilən laboratoriya layihələri gizli saxlanıldı. Qərb tarixçiləri və araşdırmaçılarının yazdığı bir çox məqalə və materiallar həddən artıq fantastik və absurd görünə bilər.Bununla belə, bəzi faktlar üzərində düşünmək lazımdır. Məlumdur ki, nasistlər nüvə bombası və yeni silah istehsalı sahəsində ciddi uğurlar əldə ediblər və bundan əlavə, texniki nəaliyyətlərə imza atıblar. Bir çox qərbli araşdırmaçının fikrincə, almanlar bu nailiyyətlərə yadplanetlilər sayəsində çatıblar. “Hitlerin yadplanetlilərlə əlaqəsi olubmu” sualına  konkret cavab vermək mümkün deyil. Bu, Üçüncü Reyxin sirri olaraq qaldı. Bu sirri ya yadplanetlilər aça bilər, ya da müəmmanı nasistlərin gizli mağaralarında saxlanılan sənədlər vasitəsilə gün işığına çıxarmaq mümkündür. Hələ ki, bu barədə danışarkən yalnız dolayı faktlara istinad etmək mümkündür.Mənbə:publika.az (Hikmət Həsənov)
['Yadplanetlilər', 'alman', 'Hitler', 'faşist', 'Sovet', 'modern silahlar', 'uçan boşqab', 'maraqlı.']
1,525
https://kayzen.az/blog/maraqli-faktlar/17316/d%C3%BCnyan%C4%B1n-%C9%99n-g%C3%BCcl%C3%BC-insanlar%C4%B1-forbes.html
“Dünyanın ən güclü insanları” Forbes
MuSHviG
Maraqlı faktlar
7 noyabr 2014, 11:55
Forbes “Dünyanın ən güclü insanları” siyahısını yayımladı. Sizə dünyanın ən güclü 10 insanını təqdim edirik.İngiltərənin baş naziri David Cameron dünyanın ən nüfuzlu 10-cu insanı “Google”-un qurucuları olaraq bilinən Sergey Brin və Larry Page siyahıya 9-cu sıradan giriblər“Avropa Mərkəzi Bankı”nın rəhbəri Mario Draghiyi səkkizinci sırada görürükYeddinci sırada “Microsoft”un qurucusu və xeyriyyəçi olan Bill Gates varDünyanın ən güclü altıncı adamı ABŞ-ın Mərkəzi Bankının sədri Janet YellenAlmaniya Federativ Respublikasının baş naziri Angela Merkel dünyanın ən güclüləri siyahısına beşinci sıradan daxil olubPapa Francis siyahıda dördüncü sırada oturmağı bacarıbDünyanın üçüncü ən nüfuzlu insanı Çin Xalq Respublikasının dövlət başçısı Xi JinpingAmerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama siyahıda ikinci yerdə qərarlaşıbForbes tərəfindən hazırlanan siyahıya görə, Rusiya Federativ Respublikasının dövlət başçısı Vladimir Putin dünyanın ən nüfuzlu insanıdırHazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm
['Nüfuz', 'güc', 'Obama', 'Jinping', 'Papa Francis', 'dünya', 'maraqlı', 'David', 'Putin', 'ABŞ.']
1,526
https://kayzen.az/blog/aforizmler/15403/bu-il-ke%C3%A7%C9%99n-ilki-insan-deyilik.html
Bu il keçən ilki insan deyilik
Apollon
Hikmət dənizi və aforizmlər
6 noyabr 2014, 20:08
Biz bu il keçən ildəki insan deyilik. Elə bizim sevdiyimiz insanlar da əvvəlki deyillər. O vaxt hər şey gözəl olur ki, biz də dəyişirik, sevdiyimiz insanlar da, amma aradaki sevgi olduğu kimi qalır. Dost seçimi edərkən xarakter altında gizlənən şəxsiyyəti seçərək aldanmayın. Roman yazmaq üçün üç qayda var. Bədbəxtlikdən, bu qaydaların nədən ibarət olulduqları heç kəsə məlum deyil. İnsanın hər töhvəsində onun ruhunun macəraları öz əksini tapmalıdır. Həyatdakı qəribəlik ondadır ki, qəbul etmək istəmədiyimiz şeylərlə daim qarşılaşmalı oluruq. Ancaq adi bir adam hər zaman etdikləri ilə qane olar. Ən uzun müddətli sevgi, heç vaxt geri dönməyən sevgidir. İnsanlar sizdən onları tənqid etmənizi xahiş edərlər, amma qəlblərində istədikləri yalnız tərifdir. Mən bilmirəm” deməyin nə qədər asan olduğunu anlamısınızsa demək ki, çox gecikməmisiniz. Hər hansısa bir şənlikdə ağıllı şəkildə yemək lazımdı, ancaq tam doymaq olmaz. Yaxşı danışmaq xoş olar, ancaq dahi təsiri bağışlamaq mütləq deyil. Somerset Moem
['hikmət dənizi', 'aforizmlər', 'Somerset Moem aforizmləri']
1,527
https://kayzen.az/blog/menecment/17308/biznes-proses-v%C9%99-onun-informasiya-texnologiyalar%C4%B1-il%C9%99-uy%C4%9Funla%C5%9Fd%C4%B1r%C4%B1lmas%C4%B1-bp-and-it-alignment.html
Biznes Proses və onun informasiya texnologiyaları ilə uyğunlaşdırılması (BP and IT alignment)
MuSHviG
Menecment
6 noyabr 2014, 14:55
Bildiyimiz kimi, İT hər bir şirkət üçün əsas biznes funksiyasını həyata keçirir və İT-yə yatırılan investisiyanın gələcəkdə yüksək gəlir gətirəcəyi gözlənilir. İT-nin müəssisələrdə, təşkilatlarda tətbiqinin aşağdakı üstünlükləri vardır:Qiymətin azaldılmasıİşin standartlaşdırılmasıMəhsuldarlığın artırılmasıƏlaqələrin genişləndirilməsiRisk idarəsinin genişləndirilməsiYeni biznes strategiyasının yaradılması    İT vasitəsi ilə biznesin bütün formal və qeyri-formal prosesləri təyin edilir. İT funksiyası şirkətin məlumat bazasını yalnız əldə saxlamır, həmçinin bölüşdürür və istifadə edilməsinə şərait yaradır. Bütün bunlar göstərir ki, biznesin İT uyğunlaşması biznesin başa düşülməsini daha da asanlaşdırır. İT tətbiq edilməzdən əvvəl əsas müəyyən etmək lazımdır ki, şirkətin nəyi var və ən əsası şirkət hansı işləri görür. Şirkətin uğurunun əsas səbəbi onun işinin düzgün təhlil edilməsidir. Təhlil mərhələsinin əsas faktorları aşağıdakılardır: Təşkilatın hüdudlarıRolu və məsuliyyətiTəşkilatdakı formal proseslərTəşkilatdakı qeyri-formal proseslərBazarMəhsul və xidmətƏsas alıcılarƏsas satıcılarƏsas biznes iştirakçıları Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm 
['Informasiya texnologiyaları', 'proses', 'biznes', 'təhlil. şirkət.']
1,528
https://kayzen.az/blog/menecment/17307/biznes-proses-business-process.html
Biznes Proses ( Business Process)
MuSHviG
Menecment
6 noyabr 2014, 14:50
Biznes proses müəyyən bir nəticəyə nail olmaq məqsədi ilə bir-biri ilə əlaqəli bir sıra funksiya və fəaliyyətlərdən meydana gəlir. Bu proses nəticəsində əldə edilən gəlir şirkətin daxili və xarici müştəriləri üçün dəyər yaratmalı və onlar tərəfindən yararlı qəbul edilməlidir. Reallaşdırılan funksiyalar şirkətin birdən çox departamenti tərəfindən və ya biri tərəfindən icra edilir. Bu funksiyaların icrası gedişində departamentlər bir-biri ilə resurs, maliyyə, informasiya mübadiləsi edirlər. Bir növ öz aralarında məntiqi bir bağ yaradırlar. Bir sıra funksiya və vəzifələr sıra ilə yerinə yetirilir, buna ardıcıl əlaqəli vəzifələr deyilir. Bəziləri isə eyni zamanda gerçəkləşdirilir ki, bunlar isə paralel vəzifələr olaraq adlandırılır. İş prosesləri tək bir təşkilat içərisində reallaşdırıldığı kimi, bəzən birdən çox təşkilatı da əhatə edə bilər. Birinci növdən proseslərə təşkilati, ikinci növdən proseslərə təşkilatlar arası iş prosesləri adı verilir. Proses yanaşması, Adam Smitin iş bölgüsü və Frederick Taylorun optimallaşdırılmış vəzifə yanaşmalarının əksinə olaraq, görüləcək işi bir sistem olaraq ələ alır. Bu yanaşmada vəzifələrin bir-birindən müstəqil olaraq tək-tək optimallaşdırılması yerinə, prosesin bütününün performansının optimallaşdırılması hədəflənər. İşin müddət olaraq təyin olunması onun vizuallığını artırır və nəzarəti asanlaşdırır. Gərəksiz və ya təkrarlanan vəzifələrə son verilməsinə, israfın qarşısının alınmasına, prosesin performansının yaxşılaşdırılmasına və daha da optimallaşdırılmasına imkan verir.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm
['Proses', 'biznes', 'funksiya', 'informasiya', 'Teylor', 'iqtisadiyyat.']
1,529
https://kayzen.az/blog/kino/17299/t%C9%99hmin%C9%99.html
Təhminə
kurdamir
Kino
5 noyabr 2014, 13:01
P.S. Yazida Vikipediya.az saytinın Məlumatlarindan istifadə edilmişdir...Çox sevilən və Hər dəfə baxdıqda insana mənəvi zövq bəxş edən 1993-ci ildə çəkilmiş Azərbaycan filmi. Filmdə əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Məlikov) və Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Zaurun anası Zivər xanım və atası buna qarşı çıxır. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zən edərək Təhminəni təhqir edir. Çox gözəl olduğundan işlədiyi yerdə bütün kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur. Təhminə və Zaur bir-birilə tez-tez mübahisə edirlər, ancaq sonuncu dəfə dalaşırlar və barışmaq ümidi qalmayaraq ayrılırlar. Bu ayrılığa Təhminə dözə bilmir davamlı olaraq içki içir və sonda qara ciyər seryozundan həyatını dəyişir. Həmin vaxt isə Zaur İstanbulda bal ayında olur. Qayıtdıqdan sonra bundan xəbər tutur və Təhminədən ona yeganə xatirə Sankt-Peterburqda olanda Zaurun aldığı cəza qəbzi (Xoşbəxtlik qəbzi) qalır.  Film üzərində işləyənlərSsenari müəllifi: AnarQuruluşçu rejissor: Rasim OcaqovQuruluşçu operator: Kənan Məmmədov (Kənan Əziz kimi)Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis İsmayılov kimi)Bəstəkar: Emin SabitoğluSəs operatoru: Akif NuriyevRejissor: Zəfər Murtuzov (Z. Murtuzov kimi)Operator: Tərlan Babayev (T. Babayev kimi)Geyim rəssamı: N. CəfərovaQrim rəssamı: Elbrus VahidovMontaj edən: Gülşən SəlimovaRejissor assistenti: Xuraman Abbasova, Nizami MəmmədovOperator assistenti: Aydın MustafayevÇalır: Rafiq Babayevin İdarəsi ilə İnstrumental AnsamblFilmin direktoru: Nadir ƏliyevMahnı ifa edən: Rafiq Babayev ("Əlvida" mahnısı) (titrlərdə yoxdur)Musiqisindən istifadə edilən bəstəkar: Frederik Şopen (titrlərdə yoxdur), Küçələrə su səpmişəm (Azərbaycan xalq mahnısı; titrlərdə yoxdur)
['Təhminə və Zaur']
1,530
https://kayzen.az/blog/kulinariya/17298/pizza-resepti.html
Pizza Resepti
MuSHviG
Kulinariya
5 noyabr 2014, 10:54
Əsl pizza nazik xəmirli pizzadır, necə deyərlər, əsl İtalyan pizzası kimi. Pizzanın xəmiri yaxşı deyilsə, üzərinə nə qoyursan qoy, pizzanın dadı istədiyin kimi olmur ki, olmur. Xəmirin orijinal resepti Peter Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.Bu xəmirdən 6 pizza kündəsi (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.Ərzaqlar:4 stəkan yarım (607.5 q) ağ un1 + dörtdə üç çay qaşığı duz1 çay qaşığı toz mayadörtdə bir stəkan (60q) zeytun yağı və ya başqa duru yağ1 + dörtdə üç stəkan (420q və ya 420ml) soyuq su (4.5° C – buz kimi soyuq olmalıdır) 1 xörək qaşığı şəkər tozu     BİRİNCİ GÜN1. Bir qabda unu, duzu və toz mayanı qarışdırın.2. Üzərinə zeytun yağı, şəkər tozu və soyuq suyu əlavə edin. Ya iri taxta qaşıqla, ya da ki, mikserlə bir qədər yapışqan xəmir əldə edənə kimi qarışdırın. Sonra xəmiri təmiz taxta və ya masanın üzərinə qoyub 5-7 dəqiqə əlinizlə yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ xoş gəlməlidir. Əgər xəmir çox suludursa, onda ona azacıq un əlavə edin və yenə yoğurun. Yox əgər xəmir çox bərkdirsə, onda ona 1-2 çay qaşığı soyuq su əlavə edin və bir az da yoğurun. Hazır xəmir elastik olmalı və bir qədər ələ yapışmalıdır.3. Xəmiri 6 eyni kündəyə ayırın. Hər kündəni bir az unlayıb yumrulayın. Kündələri hər tərəfinə bir az zeytun yağı sürtün və ayrı-ayrı selofana (yeyinti üçün nəzərdə tutulan, ingiliscə buna plastic wrap deyilir) bükün. Kündələri bir gecəlik soyuducuya qoyun. Bu xəmir soyuducuda 3 gün ərzində qala bilər.QEYD: Əgər xəmirin hamısını bir gündə istifadə etmək istəmirsinizsə, onda hər tərəfi yağlanmış kündələri selofana büküb dondurucuya qoyun. Burada xəmir 3 ay müddətində qala bilər. Pizzanı bişirməzdən biz gün əvvəl kündəni buzluqdan soyuducuya keçirin ki, donu açılsın.İKİNCİ GÜN4. Pizzanı bişirməyinizdən düz 2 saat əvvəl kündələri soyuducudan çıxardın. Taxta və ya masanı bir az unlayın. Əllərinizi xəfifcə unlayın və kündələrin üstünə basaraq onları yastıladın (qalınlığı 1.3 sm, diametri isə 12.7 sm olmalıdır). Kündələri bir az yağlayın və üzərlərini selofanla örtüb 2 saat müddətinə kənara qoyun.5. İki saatdan sonra sobanı 260˚C-dək qızdırın.6. Soba listini tərs çevirin və üstünə təxminən 2 xörək qaşığı un səpin. Kündəni yumruqlarınızın üzərinə yerləşdirib, xəmiri əks istiqamətlərə dartın ki, genişlənsin. Əsl pizza ustaları xəmiri havaya atıb sonra isə yumruqlarıyla tutub dartırlar ki, xəmir genişlənsin. Əgər “yumruqlu” metod sizə çətin görünürsə, onda xəmiri oxlov vasitəsilə açın. Hazır xəmirin diametri 23-30 sm olmalıdır. Açılmış xəmiri çevrilmiş listin üstünə qoyun.7. İndi isə xəmirin uzərinə istədiyiniz ərzaqdan qoyun, bir şərtlə ki, doldurmayasınız. Çünki bu pizzanın xəmiri çox incədir, ağırlığa tab gətirməyə bilər.lay 1: 4-5 qaşıq pomidor sousunu xəmirin üzərinə yayın (sousu hazırlamaq üçün ən asan üsullardan biri: doğranmış pomidoru bir az yağda bişirin, sonra isə çəkin ki, püre kimi olsun. Zövqə gərə tavaya döyülmüş sarımsaq da əlavə etmək olar)lay 2: dilimlənmiş sosis və yaxud kiçik tikələrə bölünmüş bişmiş toyuq əti – BU LAY olsa da olar, olmasa da. Vegetarian versiyası çox ləzzətli olur.lay 3: yarım-ay şəklində doğranmış baş soğanlay 4: dilimlənmiş göbələklay 5: uzunsov doğranmış yaşil Bolqar bibərilay 6: dənəsi çıxardılmış qara zeytunlay 7: təxminən bir ovuc rəndələnmiş mozarella pendiri (Holland pendiri ilə əvəz etmək olar). Pizzanı qızdırılmiş sobada 5-8 dəqiqə ərzində bişirin. Qalan kündələri də hazırlayıb pizza bişirin. Nuş Olsun! Mənbə:azcookbook.com
['Soba', 'İtaliyan', 'Pizza', 'kündə', 'The Bread Baker’s Apprentice', 'resept', 'dadlı.']
1,531
https://kayzen.az/blog/paint/17291/d%C3%BCnyaca-m%C9%99%C5%9Fhur-r%C9%99sm-%C9%99s%C9%99rl%C9%99ri-birinci-hiss%C9%99.html
Dünyaca məşhur rəsm əsərləri - Birinci Hissə
MuSHviG
Məşhur rəsmlər və rəssamlar
5 noyabr 2014, 10:27
Gecə gözətçisi — Rembrandt Harmens van Reyn. Rembrandtın 1642-ci ildə çəkdiyi «Kapitan Frans Banniq Kokun və leytenant Reytenbyurqun atıcı rotasının hücumu» adlı rəsm əsəri. 1642-ci ildə Rembrand Atıcılar Cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellər bilavasitə hərəkətli təsvir olunduğu üçün sifarişçilər tərəfindən bəyənilmir. Personajların çoxluğunun, kütləviliyinin Niderland inqilabı təsuratı yaratması sifarişçiləri qorxuya salır. Gernika – Pablo Picasso.  İspaniyalı rəssam Pablo Pikassonun 1937-ci il 26 fevral tarixində İspaniya Vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 1.600 insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.Self-Potrait Without Beard — Vinsent van Qoq.  Baxmayaraq ki, Van Qoq özünün bir çox potretini çəkmişdir, onlardan ən məşhuru məhz özünü saqqalsız çəkdiyi bu rəsm əsəridir. Van Qoq bu əsəri anasına ad günü hədiyyəsi etmişdir. Bütün zamanların ən bahalı rəsm əsəri olan bu tablo 1998-ci ildə 71,5 million dollara satılmışdır. Mirvari tanalı qız  —Yan Vermeeri.  Holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Holladniyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən «Qüzey Mona Lozası» və ya «Holland Mona Lizası» da adlandırırlar.  Əriyən Saatlar – Salvador Dali. “La persistencia de la memoria” adıyla da bilinən Yaddaşın Əzmi (Əriyən Saatlar olaraq da bilinir), Salvador Dali'nin ən məşhur tablosudur. 1932-ci  ildə 250 dollara satılan tablo, 1934-cü  ildən bu yana Nyu-York-daki "Çağdaş Sənət Muzeyi«ndə sərgilənir.  Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm
['Əriyən saatlar', 'Dali', 'rəssam', 'tablo', 'əsər', 'Picasso.']
1,532
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/17295/kino-q%C9%99bir-da%C5%9Flar%C4%B1-aras%C4%B1nda-g%C9%99zinti-a-walk-among-the-tombstones.html
KİNO: Qəbir Daşları Arasında Gəzinti (A Walk Among the Tombstones)
Türkəl
Bloq: Türkəl
4 noyabr 2014, 21:01
Janr: Kriminal/Triller. Rejissyor: Scott Frank. Baş Rollarda: Liam Neeson, Dan Stevens, Brian «Astro» Bradley — Məni tapa bildin… Axı mən özümü necə ələ verdim? — Çox sadə, sən ki psixsən.. Özünü hərtərəfli aktyor kimi sübut etmiş Liam Neeson (Liam Nison) 2008-ci ildə «Qaçırılmış» (Taken) filmində baş rolu ifa etdikdən sonra Hollivudun əsas döyüş qəhrəmanlarından birinə çevrildi. A-Komandası (The A-Team), Naməlum (Unknown), Non-Stop filmləri aktyorun adını Mark Whalberg, Jason Statham və Denzel Wahington kimi «action» ulduzları ilə bir sıraya qoydu. Yeni filmində aktyor yuxarıda çəkilən filmlərdəki rollarını təkrarlasa da, onu izləmək hələ də adama həzz verir.Nisonun qəhrəmanı bu dəfə 90-cı illərin sonlarında sərbəst dedektiv kimi çalışan keçmiş alkoqol aludəçisi olan Met'dir. Mobil telefonlar yeni dəbə minib, bütün kompüter istifadəçiləri isə «2000-ci il problemi» haqqında düşünür. Özü nümunəvi vətəndaş olmayan Met tükürpədici cinayət hadisəsini araşdırmalıdır. — Mən narkotik alverçisi deyiləm, sadəcə olaraq  təchizatçıyam. Hər halda fərqin nədə olduğunu yəqin siz bilirsiniz. — Sizin nə olduğunuz mənə heç maraqlı deyil... «Qəbir daşları arasında gəzinti» 90-cı illərdən bəhs etsə də həmin dövrün trillerlərindən çox fərqlənir. Kriminal janrda olmasına baxmayaraq bu klassik «whodunit» («who'd done it?» — ingiliscə «Bunu kim etmişdir?» cinayətkarın kimliyinin yalnız filmin sonunda açıqlandığı kriminal əsər) deyil. Filmin ortasında bizim artıq canilər haqqında təsəvvürümüz yaranır, və böyük həvəslə qəhrəmanın onların izinə düşməyini izləyirik. — Polisi niyə tərk etdiniz? Korrupsiya bezdirmişdi? — Yanılırsınız. Korrupsiyasız ailə saxlamaq çətindir. Filmdə cinayətkar ovu ilə yanaşı tamaşaçı həm də heroin iynəsinin iki əks ucunda dayanmış qardaşların münasibətinin də şahidi olur. Qatillər öz növbəsində sadizmə meylliliyi və acımasızlığı ilə adi quldurlardan fərqlənirlər. Müəmmalı qətl hadisələrini araşdıran Met isə narkotik satıcıları və psixopatların arasında qalır. İki saata yaxın davam edən "Qəbir daşları arasında gəzinti" hər şeydən öncə keyfiyyətli filmdir və kriminal həvəskarları üçün onun hər dəqiqəsi maraqlı gələcək. Siz dedektiv janrını sevirsiniz? Belə filmlərdən hansını bəyənirsiniz?
['film', 'kino', 'kriminal', 'dedektiv', 'triller', 'liam neeson', 'sadizm']
1,533
https://kayzen.az/blog/islam-tarixi/17290/a%C5%9Fur%C9%99-g%C3%BCn%C3%BC.html
Aşurə Günü
MuSHviG
islam tarixi
4 noyabr 2014, 10:40
Əziz müsəlmanlar, bu il Noyabr ayının dördünə təsadüf edən Aşurə günü Məhərrəm ayının onuncu günüdür. Bu günün fəziləti ilə əlaqədar Peyğəmbərimiz (səs) bir hədisi şərifində belə buyurur: “Ramazan orucundan sonra ən fəzilətli oruc, Məhərrəm ayında tutulan (Aşura) orucudur”Əziz qardaşlar, Məhərrəm ayı tarix boyunca insanlıq üçün sevindirici və kədərləndirici hadisələrin baş verdiyi bir aydır.  Məhərrəm ayının İslam dünyasında bu qədər məşhurlaşmasının səbəbi bu ayda Kərbala faciəsinin baş verməsidir. Hicri tarixlə altmış birinci ildə Peyğəmbərimizin (səs) nəslindən gələn bir qrup seçkin insan Kərbalada vəhşicəsinə şəhid edilmişdir. Bu faciə İslam tarixinin gördüyü ən dəhşətli hadisələrdən biridir. Bu cinayətin İslam dünyasının bağrında açdığı yara hələ də qanamaqdadır. Peyğəmbərimizi və onun mübarək əhli beytini sevən hər bir müsəlmanı bu hadisə dərindən kədərləndirməkdədir. Hz. Hüseyn, Peyğəmbərimizin həm əmisi oğlu, həm də kürəkəni olan Hz. Əli ilə cənnət qadınlarının anası Hz. Fatimənin övladıdır. Hz. Hüseyn, Hz. Peyğəmbərin: “Dünyanın iki çiçəyi, axitətdə də cənnətdəki uşaqların əfəndiləri” dediyi iki nəvəsindən biridir. Hz. Hüseyn, Peyğəmbərimizin: “Allahım! Mən onları sevirəm, sən də onları sev!” deyə dua etdiyi və  adını şəxsən qoyduğu nəvəsidir.      Əziz müsəlmanlar, Əhli beyt, yəni “Ev xalqı” Hz. Peyğəmbərin ailə fərdləri deməkdir. Onlar Hz. Peyğəmbərin xoşbəxt ailəsində yetişən, Onun məhəbbətlə dolu olan könlündən feyz alan müstəsna şəxsiyyətlərdir. Onların hər biri bir ulduzdur. Uca Allah, onlar haqqında belə buyurur: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! Hz. Peyğəmbər də əhli-beyti, səhabələri sevməyimizi və onları özümüzə rəhbər tutmağı tövsiyə etmişdir. Əhli-beyti sevmək və onları hər zaman xeyirlə yad etmək hər  bir müsəlmanın vəzifəsi olmalıdır. Hz. Peyğəmbər (səs) belə buyurur: “Allah Təalanı sizi nemətləri ilə təmin etdiyi üçün sevin. Məni, Allahı sevdiyiniz üçün sevin. Əhli-beyt də məni sevdiyiniz üçün sevin!” Əhli-beyt sevgisi o qədər mühümdür ki Hz. Peyğəmbər, namazlarımızda belə ət Təhiyyat duasından sonra oxuduğumuz Salli Barik dualarında da Ali-Muhamməd deyərək əhli-beyt üçün dua etməyimizi istəmişdir.  Əziz Qardaşlar, İslam tarixinin silinməz yaddaşına həkk olan Kərbala faciəsinin səbəbkarları və bu cinayəti işləyənlərin hər biri Allahın qəzəbinə düçar olmuşdur. Onun üçün bu gün bizlərə yaraşan qardaşlıq havası içində bu cinayəti törədənləri qınamaq, Kərbala faciəsi haqqında kitablar oxuyaraq Hz. Hüseyni yad etmək, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün Uca Allaha dua etmək və bu hadisədən ibrət almaqdır. Sinə döymək, qan çıxartmaq vs. kimi insana əziyyət verən davranışlar dinimizə görə heç də doğru deyildir.Hz. Hüseyn şəhid edilməsindən bir müddət əvvəl, öz sevimli bacısı seyyidə Hz. Zeynəbə onun ölümü uzərinə bu cür matəm saxlamamsı üçün nəsihət edərək belə demişdir: “Mənim əziz bacım! Sənə and verirəm (Allaha), mən ölsəm paltarlarını yırtma,  üz-gözünü cırma,   mənə görə kiməsə lənət oxuma, öz ölümünü istəmə!” Necə ki Hz. Peyğəmbər (səs) belə buyurmuşdur: “(ölən adamın arxasınca) özünü döyən, sinə paltarını cıran bizdən deyildir.”Hz. Hüseynin qarşısında iki yol var idi: zillətlə yaşamaq, şərəflə ölmək! Hz. Hüseyn ikincisini üstün tutdu. Döyüşə girdi, dostları, qohum-əqrabası və altı aylıq südəmər körpəsi ilə birlikdə şəhid oldu.  O bu qərarı verməklə islamın təhrif olunmasının qarşısını aldı. Bəzilərinin düşündüyü kimi O bu mübarizəni hakimiyyət uğrunda aparmırdı. O islamı yaşatmaq üçün bu mübarizəni apardı və şəhidliyi seçdi. O, mübarək babasının Hz. Muhammədin (s) yolunu davam etdirmək üçün bu mücadiləni apardı və haqqın rəhmətinə qovuşdu. O, bu tarixi savaşı yenilməz iradəsi ilə sanki bütün insanlara demək istəyirdi ki, İslamı təhrif etmək istəyən qüvvələr var, onlara boyun əyməyin izzət-nəfsinizi qoruyun, şərəflə yaşayın.Əziz müsəlmanlar, Hər bir müsəlman  Kərbala faciəsini geniş bir şəkildə təhlil edən müəyyən kitabları oxumalıdır. Çox təəssüflə qeyd edim ki, bir müsəlman kimi bu faciə haqqında yetərincə məlumatımız yoxdur. Əhli-beyti sevdiyini iddia edən hər bir mömin bu hadisəni dərindən öyrənməli və bundan ibrət almalıdır. Onun üçün bu barədə geniş bir bilgiyə sahib olmayan qardaşlar mütləq bu barədə bir kitab oxusun. Hz. Hüseynin Kərbala çöllərində niyə və kimlər tərəfindən şəhid edildiyini oxusun. Hz. Hüseynin haqsızlığa boyun əymədiyini Zalimə itaət etmədiyini oxusun. Başda Hz. Hüseyn və altı aylıq südəmər körpəsi olmaqla birlikdə 72 müsəlmanın faciəvi bir şəkildə şəhid edildiyin oxusun. Peyğəmbərimizin (s) bağrına basdığı O başın nə üçün kəsildiyini oxusun.  Bu hadisəni oxuduqda görəcəyik ki, bu faciənin nə şiəliklə nə də sünniliklə heç bir əlaqəsi yoxdur.  Bu hadisədən çox bəhs etmək şiəlik, heç söz açmamaqda sünnilik deyildir. Bu faciə qəlbində əhli-beyt sevgisi olan hər bir müsəlmanın bağrını yardığı bir faciədir. Bu faciə Allahı bir, Peyğəmbəri bir, qibləsi bir olan milyonlarca müsəlmanın faciəsidir. Bu faciə Əhli-beytdən bir fərd olan Hz. Hüseyni sevənlərin faciəsidir.Nəticə olaraq bunları deyə bilərik ki, özünü müsəlman olaraq qəbul edən hər bir kəs bu hadisəni geniş bir şəkildə oxuyub təhlil etməli və ondan ibrət almalıdır.Mənbə:www.minber.az
['Aşurə', 'mömin', 'müsəlman', 'faciə', 'Kərbəla', 'İslam', 'Məhərrəm.']
1,534
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17289/corpus-insan-b%C9%99d%C9%99ni-muzeyi.html
"Corpus - İnsan Bədəni Muzeyi"
MuSHviG
sağlam həyat tərzi
4 noyabr 2014, 10:07
İnsan bədəninin içərisində dolaşaraq daxili orqanlar arasında gəzinmək bəlkədə çoxlarımızın uşaqlıqdan qalan, ancaq reallaşdıra bilmədiyi bir arzudur. Lakin artıq bu arzunu süni şəkildə də olsa reallaşdırmaq imkanına sahibik. Belə ki, Hollandiyada yerləşən «Corpus İnsan Bədəni Muzeyi» buna imkan verir. 35 metrlik insan görünüşlü binada dolaşaraq insanın bütün orqanları haqqında visual məlumatlar əldə edə bilərsiniz. Bu maraqlı muzeydən bəzi görüntüləri sizə təqdim edirəm... Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm   
['Sağlamlıq', 'insan', 'Hollandiya', 'Corpus', 'maraqlı', 'foto.']
1,535
https://kayzen.az/blog/dusundurucu-hekayeler/17288/qarda%C5%9F%C4%B1n-valideynin%C9%99-etdiyi-qay%C4%9F%C4%B1-allah-d%C9%99rgah%C4%B1nda-s%C9%99nin-ibad%C9%99tind%C9%99n-daha-y%C3%BCks%C9%99kdi.html
Qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.
Ramil
Düşündürücü hekayələr
3 noyabr 2014, 22:22
 İki qardaş var imiş. Bunların qayğıya möhtac anaları da var imiş. Hər gecə qardaşlardan biri ananın xidməti ilə məşğul olur, digəri ibadətlə məşğul olardı… Bir axşam, ibadət edən qardaş etdiyi ibadətdən aldığı həzz və mənəvi rahatlığı hiss edib qardaşına deyir:  — Bu gecə də anama sən qulluq elə, mən ibadət edim.  — Qardaşı təklifi qəbul edir. İbadət edərkən yuxuya gedən qardaş yuxuda bir səs eşidir. Səs ona:  — Qardaşını bağışladıq, səni də onun xətrinə bağışladıq. Bu sözləri eşidən gənc:  — Mən Allah Təalaya ibadət edirəm. Qardaşım isə anama xidmət edir. Bəs nə üçün məni onun etdiyi əmələ görə bağışlayırsınız? Mənim ibadətimin savabı, fəziləti daha çox olmalı deyil? dedi.  Səs ona:  — Sənin etdiyin ibadətlərə bizim heç bir ehtiyacımız yoxdu. Ancaq, qardaşının anana etdiyi xidmətlərə ananın ehtiyacı vardı, ona görə qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.
['ibrətamiz hekayə', 'Ibrətamiz hekayələr', 'valideyn', 'Ana', 'Qardaş']
1,536
https://kayzen.az/blog/edebiyyat/17286/q%C4%B1z-m%C9%99kt%C9%99bind%C9%99-h%C3%BCseyn-cavid.html
"Qız məktəbində" - "Hüseyn Cavid"
MuSHviG
Ədəbiyyat
3 noyabr 2014, 15:46
-Quzum, yavrum! Adın nədir? -Gülbahar. -Peki,sənin anan, baban varmı? -Var. -Nasıl,zənginmidir baban? -Evet, zəngin, bəyzadə... -Öyle ise, geydiyin geyim neyçin böyle sade? Yoxmu sənin incilərin, altun bilərziklerin? Söyle, yavrum! Heç sıxılma... -Var, efendim, var... Lakin Müellimem hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti. -Çox doğru söz... Bu dünyada senin ən çox sevdiyin kimdir, quzum, söylərmisən? -Ən çox sevdiyim ilkin O ALLAH ki, yeri-göyü, insanları xəlq eylər. -Sonra kimlər? -Sonra ONUN gönderdiyi elçilər. -Başqa sevdiklərin nasıl,yoxmu? -Var... -Kimdir onlar? -Anam, babam, müellimem bir de bütün insanlar...
['Hüseyn Cavid', 'ədəbiyyat', 'nəsr', 'Gülbahar', 'Qız Məktəbində.']
1,537
https://kayzen.az/blog/turizm/17285/d%C3%BCnyan%C4%B1n-%C9%99n-q%C9%99rib%C9%99-v%C9%99-m%C3%B6ht%C9%99%C5%9F%C9%99m-otell%C9%99ri.html
Dünyanın ən qəribə və möhtəşəm otelləri
MuSHviG
Turizm
3 noyabr 2014, 10:56
Katikies Oteli – YunanıstanKaldera falezlərinin içərisində inşa edilmiş bu otel möhtəşəm Egey Dənizi mənzərəsinə sahibdir. Juvel Oteli – NorveçBu otelin ən gözəl xüsusiyyəti  otaqların quş yuvası formasında olmasıdır. Bu yolla siz yatan zaman özünüzü ağacların arasında yatmış kimi hiss edəcəksiniz.İnntel Oteli – HollandiyaCaluse Monetin “Mavi Ev” adlı rəsm əsərindən ilhamlanılaraq Molenaar Van Vinden memarlıq firması tərəfindən yaradılan bu otel çox möhtəşəm görünüşə malikdir.Free Spirit Spheres – KanadaYerlə əlaqəniz kəsildik də enerjiniz artar. Bu səbəbdən də kürə formasında olan otel otaqları yerdən bir neçə metr yüksəklikdə yerləşir.Kakslattanen – FinlandiyaTavanı və divarları yalnız şüşə və çərçivələrdən ibarət olan bu oteldə gecələr səmada sayrışan ulduzları izləməkdən zövq ala bilərsiniz.Cocoa Ada Oteli – MaldivlərOtel Maldivlərdəki “Cocoa” adlı özəl bir adada yerləşir. Birbaşa olaraq dənizin üzərində yerləşən otel otaqlarından qapını açaraq dənizə atlaya bilərsiniz.Jade Dağ Oteli — Sent Lüsiya Tropik iqlimə malik olan Karib dənizindəki “Sent Lüsiya” adasında tikilən bu otel dağın yamacında yerləşir. Otelin hər bir mərtəbəsində “sonsuzluq hovuzu” deyilən hovuzlar mövcuddur.Kirkenes Buz Oteli – NorveçTamamilə qardan hazırlanan, yataqları belə qardan olan bu otel yaz aylarında əriyir və hər qış təzədən inşa edilir. Buzdan olmasına baxmayaraq qorxmağa ehtiyac yoxdur. Çünki, Finlandiyanın məşhur votkası sayəsində soyuğu hiss etməyəcəksiniz.Kitabxana Oteli – ABŞ, Nyu-YorkBu hotel Jorge Luis Borgesin, “Mən cənnətin bir növ kitabxanan kimi olacağını düşünürəm” ifadəsindən ilhamlanılaraq tikilmişdir. Kitab qurdları üçün ideal məkan olan bu oteldə 6000 –dən çox kitab vardır.Jumbo Stay Oteli – İsveçStokholumun Arlanda hava limanında yerləşən bir təyyarəni hotelə döndərmək kimin ağlına gələ bilər? Əlbəttdə soyuqdan başları bir qəribə işləyən İsveçlilərin. Otelə çevrilən təyyarədə 3 nəfər qala bilər və burada kokpit yataq otağı kimi istifadə edilir.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm
['Otel', 'turizm', 'Yunanıstan', 'Maldivlər', 'Kakslattanen', 'maraqlı', 'foto.']
1,538
https://kayzen.az/blog/yazar/15689/astrid-lindqren-f%C9%99ls%C9%99f%C9%99si.html
Astrid Lindqren fəlsəfəsi
Apollon
Yazıçılar
2 noyabr 2014, 18:32
Bir neçə il öncə uşaqlara azərbaycan dilinin incəliklərini öyrətmək məqəsədilə Bakıdan bir neçə kitab gətirdik. “Vətən dili, “Riyaziyyat” və digər milli nağıllardan ibarət büroşuralarla bərabər “Azərbycan xalq nağılları” kitabı da Frayberqə gəlib çıxmışdı.  Həmin dövrdə uşağa axşamlar, yatmamışdan öncə kiçik nağıllar oxuyardıq. Düşündüm ki, arada bir bizim nağıllardan da oxumaq yerinə düşərdi, həm uşaq valideynlərinin uşaqlıqda oxuduqları nağıllarla tanış olar, həm də dilləri zənginləşər. Görünür illər ötdükcə elə mənim özüm uşaqlıqda oxuduğum milli nağılların fəlsəfəsini tam unutmuş imişəm. Artıq ikinci nağılda uşaq darıxmağa başladı, nağılın mənasını anlamağa çalışsa da kiçik qafası buna imkan vermədi. Mən ona divin nə üçün qızı oğurlayıb yerin altındakı mağarasında saçından asdığını, Məlikməmmədin qardaşlarının onu nuyə quyuda qoyub aradan çıxmalarını izah edə bilmədim. Keçəlin isə niyə saçlarının töküldüyünü uşaq dili ilə aydınlatmaq elə də asan olmadı. Sonradan mənə agah oldu ki, gecələr uşağa oxuduğumuz Astrid Lindqrenin hekayə-nağılları öz təsrini göstərib. Astrid Lindqren nağıllar dünyası elə füsunkardır ki, istər uşaq, istərsə də böyük oraya girdikdə çıxa bilmirlər. Bu hekayələrə qulaq asmış, onu oxumuş uşağı qədim dövrlərə aid “Yaxşı padşahın nağıl”ları ilə maraqlandırmaq çox çətindir. Astrid Lindqrenin kitabları əbəs yerə bir çox dillərə tərcümə olunmayıb. XX əsrin ortalarından yazıb-yaratmağa başalayan xanımın öz uşaqlıq aləmi olub. Astrid Lindqrenin əsərlərində aşıladığı fəlsəfənin əsasında tez böyümək, özlərini böyüklər kimi aparmaq istəyən uşaqlıq arzuları dururdu. Mühafizəkar cəmiyyətdə böyümüş və yaşayan yazıçı öz hekayələrində uşaq dəcəlliklərini ön plana çəkməsi ilkin vaxtlarda cəmiyyətdə heç də müsbət qarşılanmamışdır. Amma ilkin kitab olan “Uzuncorablı Pippi” çap olunandan sonra, qısa bir zamanda o uşaqlar tərəfindən rəğbətlə qarşılanmış və bu kitab yazıçının yaradıcılığında əsas sütun təşkil etmidir. Normal qaydalara tabe olamayan, məktəbin altını-üsütünə çevirən, qayda qanunu, hörməti ələ salan və reallıqdan qaçan Pippiyə xass olan əlamətlər sonrakı kitalarda da Astrid Lindqrenin yaradtığı uşaq qəhrəmanlarını qədim nağıllarda olanlardan fərqli etmiş və onu dəyişməkdə olan cəmiyyətin üzvləri arasında sevdirmişdi. Məsələn “Quldur qızı Ronya” əsərində yazıçı qadınların problemlərinə toxunur, onların bərabərliyindən, mübarizəsindən söhbət salır. O dövrdə ailədə qızın anadan olması arzu olunmadığından, bu əsərində Lindqren Ronyanın da çox güclü və qoçaq olmasını önə çıxarır və bununla onun heç də oğuldan pis varis olmamasını göstərir. Uşaq xəyallarını öz əsərlərində mahirliklə qələmə alan Astrid Lindqren onları öz nağıllar aləminə aparır, orada əyləndirdikən sonra reallığa qaytarır. Onun yazı üslubunun üstün cəhəti ondan ibarətdir ki, hadisələr uşaqlar ətrafında cərəyan edir və onlar əsas qəhrəman kimi hadisələrin gedişini müəyyən edirlər. Neçə illər sonra, ahıl vaxtımda Astrid Lindqrenin əsərlərini oxuyub təsirlənəcəyimi və uşaqlıqda böyük-kiçiyə hörmət, ədalətli şah, xeyir və şər, yaxşlıq və pislik kimi cəfəngiyyatlarla dolu oxuğum kitabların mənim uşaqlığımın və gəncliyimin formalaşmasında oynadığı rolunu anlayacığımı və bu dəyərlərin aşıladığı keyfiyyətlərin məni uzun müddət “ağsaqqlar” qarşında borclu, ikiqat etməsini dərk etməyim heç ağlıma gəlməzdi. Astrid Linqren öz kitablarında təsvir etdiyi problemlər bəlkə də İsveç cəmiyyəti üçün artıq keçmişdə qalıb. Amma o yolu keçmək istəyən Azərbaycan cəmiyyəti üçün bu problemlər hələ göz qabağındadır. Astrid Lindqren haqqında mühəndis təfəkkürü ilə yazdığım bu mətnlə bildirmək istədiyim arzum azərbaycanlı uşaqlarının da onun yaratdığı sehirli aləmdən dad almalarıdır. Dahi uşaq yazarının hansı əsərlərinin Azərbaycan dilində mövcud olmasından asılı olmayaraq istərdim ki, Astrid Lindqrenin bütün əsərləri və onlar əsasında çəkilmiş filmlər azərbaycan dilinə tərcümə olunsun. Yoxsa uşaqların başını “Məlikməmməd”lə, “Keçəl”lə qatmaqla cəmiyyətdə etmək istədiyiniz dəyişikləri reallaşdırabiləcək sərbəst düşünən gənc nəsildən əlinizi üzmək lazımdır. P.S. Ümumiyyətlə azərbaycan dilində uşaqlar üçün yazılmış hekayələri, romanları çox pis xatırlayıram. İnternetdə bu dahi İsveç yazıçı haqqında azərbaycan dilində apardığım axtarış heç bir nəticə vermədi. Görünür Lindqren fəlsəfəsi milli dəyərlərə zid olduğundan tərcümə olunmayıb. Diqqətimi başqa bir şey də çəkdi. Yeni yaradılmış milli uşaq portallarında yerləşdirilmiş, yeni yazılmış nağıl-hekayələr də padşahla başlayır, padşahla qurtarır. Fotoda Astrid Lindgren və «Pippi» Dr. Rezo Əliyev (Almaniya)
['ədəbiyyat', 'yazıçılar', 'Astrid Lindqren', 'Astrid Lindqren fəlsəfəsi']
1,539
https://kayzen.az/blog/maraqli-faktlar/14660/sfinks%C4%B1n-burnu-niy%C9%99-yoxdur.html
Sfinksın burnu niyə yoxdur?
Apollon
Maraqlı faktlar
2 noyabr 2014, 18:31
“Sfinks” sözü yunancadan tərcümədə “boğucu”, “boğan” mənasını daşıyır. Sfinks – qadın başlı, şir bədənli, quş qanadlı mifoloji bir varlıqdır. Bu nəhəng heykəl Misir piramidalarının yaxınlığında yerləşir və təxmini 6500 il yaşı var. Əgər fikir vermisinizsə, bu heykəlin burnu yoxdur, daha doğrusu, burnu sındırılıb. Neçə əsrlər idi ki, bunun günahını gah almanlarda, gah britaniyalılarda, gah da ərəblərdə görurdülər. Daha sonra isə günahın Napoleonda olduğu qərarına gəldilər. Amma bu ittihamlar əsassızdır, gümanlardır. Deyilənə görə, Sfinksın burnu Misirdə gedən müharibələr zamanı yadelli ordular tərəfindən sındırılmışdır. Digər iddiaya görə, I və yaxud da II Dünya Müharibəsi illərində Britaniya və ya Almaniya ordusu tərəfindən bu vandalizm törədilmişdir. Amma bu fikirin yanlış olduğuna dair faktlar var: 1886-cı ildə çəkilmiş fotolarda Sfinks burunsuzdur. Napoleona gəldikdə isə, yenə də, Sfinksın burunsuz olmasını təsdiqləyən rəsmlər mövcuddur. Avropalı səyahətçilər tərəfindən 1737-ci ildə çəkilmiş rəsmlər vardır ki, burada Sfinks burunsuz təsvir olunmuşdur. Bu rəsmlər fransız imperatorunun doğumundan 32 il əvvəl çəkilmiş rəsmlərdir. Faktların yalan çıxmasına baxmayaraq, misirli ekskursiya rəhbərləri ölkəyə gələn turistlərə Sfinksın burnunun Napoleon tərəfindən qopardılaraq Luvra aparıldığını söyləyirlər. Araşdırmaçıların tarixi faktlarına əsaslanaraq, Sfinksın burnunun sındırılmasında əsas günahkar sufi fanatı Məhəmməd Saim – Əl – Dah hesab edilir. Deyilənlərə görə, Sfinksın burnunu 1378- ci ildə bu adam sındırmışdır və onun törətdiyi vandalizmə görə, yerli əhali onu döyərək öldürmüşdür. Daha çox həqiqətə uyğun səbəblərdən biri isə heykəlin 6500 il səhra küləyinin və hava durumunun təsiri altında bu hala düşməsidir. Belə ki, Sfinksın burunsuz qalması, uzun illər hava durumunun əhəng daşına təsirinin nəticəsidir. Əsrlərlə səhranın ortasında “ömür sürən” Sfinksın çoxsaylı təbii kataklizmlərə məruz qalması həqiqətən daha çox oxşayır. Mənbə: azens.az
['maraqlı faktlar', 'bilirsinizmi', 'Sfinks']
1,540
https://kayzen.az/blog/kulinariya/17281/balqabaql%C4%B1-zefir.html
Balqabaqlı zefir
Apollon
Kulinariya
2 noyabr 2014, 18:31
Tərkibi: 400 q. dondurulmuş balqabaq 1 yumurta ağı  600 q. şəkər tozu   9 q. aqar-aqar  150 ml. su  Hazırlanması: Dondurulmuş xırda-xırda doğranılan balqabağı qazana tökün. Balqabaq əriyənə kimi qarışdırırıq.  Bişən balqabağı tənzifdən keçirib püre halına salın. Üzərinə 200 qram şəkər əlavə edib əriyənə kimi sobada bişirilir.  Başqa bir qazanda su və aqar-aqarı həll edirik və 400 q. şəkər əlavə edilir. Şərbət qaynayana kimi sobada qalır. 5-7 dəqiqə qaynadılır.  Mikserlə balqabaq püresi və yumurta ağını çalırıq. Köpük halına düşənə kimi çalırıq.  Soyuyan şərbəti də yavaş-yavaş qarışıma əlavə edirik. Quru köpük halına düşənə kimi çalırıq.  Əldə edilən qarışımı kulinar torbası ilə sobanın listinə gül formasında tökülür.  Zefiri hazır vəziyyətdə bir gün saxlamaq məsələhətdir. 
['şirniyyatlar', 'zefir']
1,541
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17283/daha-%C3%A7ox-alma,-daha-sa%C4%9Flam-%C3%BCr%C9%99k.html
Daha çox alma, daha sağlam ürək
MuSHviG
sağlam həyat tərzi
2 noyabr 2014, 14:40
Gülçiçəklilər fəsiləsinin ən geniş yayılmış növlərindən biri olan almanın respublikamızda üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir:  Yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort almalar iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın övündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almalar tərkibcə çox zəngindirlər. Onun tərkibində 5-24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.Qurudulmuş alma nəfəs darlığı və ürək xəstəliklərinə qarşı qoruyucu əhəmiyyətə malikdir. Bədəndən zəhərli maddələrin xaric edilməsinə kömək olur. Lifli olduğu üçün bağırsaqları təmizləyir. Qaraciyərindən şikayət edənlər, revmatizması olanlar və hətta şəkər xəstələri belə, quru almadan faydalana bilərlər. Alma sakitləşdirici, yuxuvericidir və baş ağrılarına da yaxşı təsir göstərir. Kiçik hisələrə bölünmüş almaları qabığıyla qaynadaraq, üzərinə limon, portağal, darçın əlavə edib çay kimi də içmək faydalıdır.Azərbaycanda isə Quba rayonu əsas almaçılıq rayonu sayılır. Burada müxtəlif növ almalar yetişdirlir. Burada son dövrlər Quba regional aqrar elm mərkəzi tərəfindən Frazer layihəsi çərçivəsində Fransadan introduksiya olunmuş müxtəlif alma, gilas və armud sortlarının virussuz tingliyi salınmışdır. Bu gün Qrani Smit ( Granny Smith), Fuci (Fuji), Conocold, Ağ renet, Reyn reneti, Qolden Delişes (Golden Delicious) sortlarının tingləri əkilmiş 24 hektarlıq alma bağı göz oxşayır. Bununla yanaşı, daha 4,5 hektar sahədə fransız texnologiyası ilə salınmış pilot bağ becərilir. Rayonun əsas almaçılıq kəndi kimi I və II Nügədi kəndləri daha çox tanınır.Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm
['Alma', 'şirə', 'Quba', 'vitamin', 'ürək-damar', 'turşu', 'sağlamlıq', 'Frazer', 'fransız.']
1,542
https://kayzen.az/blog/time-management/17164/su-kimi-ax%C4%B1b-ged%C9%99n-zaman.html
Su kimi axıb gedən zaman
Apollon
Time-management (zamanı idarə etmək)
1 noyabr 2014, 16:50
Zaman biz insanlar üçün ən əhəmiyyətli anlayışdır. Əhəmiyyətli olduğu qədər məhsuldar istifadə edilə bilməsi onun dəyərini artırır. Ancaq tez-tez zamanı yaxşı qiymətləndirə bilmədiyimiz üçün onun «su kimi axıb getdiyi»ndən dəm vurarıq… Budur, sizə «zamanın su kimi axıb getməməsi» üçün 15 tövsiyə…Zamanın su kimi axıb getməsi mövzusu dost-tanış söhbətlərinin əsas gündəm maddəsidir. İstər çalışan insanlar olsun, istər ev xanımları, fərq etməz, hər kəsdə bir işi tamamlaya bilməmə, zamanı işə çatdıra bilməmə problemi baş alıb gedir. Əgər zamanın su kimi axıb getməsini istəmirsinizsə, edəcəyiniz bəzi tədbirlərlə bunun qarşısını ala bilərsiniz. 1. Əvvəlcə əlinizə kağız-qələm alın və düşünməyə başlayın. Əvvəl həftə boyunca, daha sonra gün boyunca zamanınızı ən çox harada xərclədiyinizi anlamağa çalışın. Bütün həftə ərzində nə etdim? Günləri tək-tək düşünün, hansı gün nə etdiyiniz haqda fikirləşin. Bunları edərkən "Əsl etmək istədiklərim bunlar idimi? Keçən həftə boyunca etmək istədiyim hansı əhəmiyyətli işləri heç cür edə bilmədim?" kimi suallar əsasında siyahı hazırlayın. Kağızın bir üzü «Etmək istədiklərim, amma edə bilmədiklərim», ikinci üzü «Etdiklərim və edərkən gərəksiz yerə zaman xərclədiklərim» şəklində olsun. Gözünüzlə zamanın nələrə getdiyini gördükdə zamanı idarə etməyə olan həvəsiniz artacaq. 2. İşləyən və ya ev xanımı olmağınızın fərqi yoxdur, hər gün üçün etməli olduqlarınızın siyahısını hazırlayın. Amma siyahınız məqbul siyahı olsun. Edə biləcəyinizdən çoxunu yazıb siyahının gerisində qalmaqdansa, həddindən artıq ideal olmayan, amma məqbul bir siyahıyla başlayın yeni günə. Və hər axşam siyahınızın nə qədərini yerinə yetirdiyinizə nəzarət edin. Edə bilmədikləriniz haqqında düşünün. «Niyə edə bilmədim? Səbəbi nədir? Araya girən hesablamadığım detallardırmı?» Əgər nəzərə almadığınız detallar hər axşam diqqətinizi çəkirsə, demək, planınız olmayan işlərə çox zaman ayırırsınız. Ani gələn təkliflər, başqa insanların xahişləri və s. kimi. Bu vəziyyətdə bəzilərinə «Yox» deməyə başlamağınız lazımdır. Məsələn, ev təmizliyinə başlayırsınız, bu zaman rəfiqəniz zəng etdi, «Gəl çay içək» dedi. «Bu gün olmaz, işə başladım, sabah gələrəm» deyin və sabahkı siyahınıza rəfiqənizlə çay içməyi də əlavə edərək gününüzü planlayın. 3. Hər günün sonunda sabahısı gün üçün yeni plan qurun. Bu gün edə bilmədiyiniz işinizi də əlavə edərək, yeni bir siyahı hazırlayın. 4. Ən tipik səhv əhəmiyyətli sandığınız işlərinizin əslində kifayət qədər təcili olmadığı gerçəyidir! Bu ikisini bir-birindən yaxşı ayırmaq lazımdır. Deyək ki soyuducunu təmizləməyiniz lazımdır, çox çirklənib. Onunla zaman itirirsiniz, amma eyni zamanda marketə getməyiniz lazımdır, çünki evdə yeyəcək bir şey yoxdur. Soyuducunun başına keçdiyi zaman xanımlar təmizliyə ən az üç saat vaxt sərf edir. Beləcə, uşağın yatmaq vaxtıyla üst-üstə düşür, axşam olur, alış-veriş edilmir. Halbuki, daha əhəmiyyətli olan deyil, təcili olan iş edilməli idi. Zamanı idarə etmənin ən əhəmiyyətli nöqtəsi bu qismdir. Şüar nə idi? Əhəmiyyətli olan deyil, təcili olan əvvəl ediləcək! 5. O gün üçün siyahınız uzundursa, kefinizə görə və vaciblik sırasına görə başlaya bilərsiniz. Bəzən az vaxt alan, əhəmiyyətsiz görünən işlər olur. Onları da işlərin arasına salıb aradan çıxarmaq yaxşı bir üsuldur. 6. Xanımlar, üzünüzə demək olmasın, amma  televizor qarşısında çox zaman keçirirsiniz. Fatmagül idi, Feriha idi, kim kiminlə evləndi deyərkən axşam olur. Bu məsələdə qərarlı olmalısınız. Hər gün üçün ən çox sevdiyiniz proqramı seçib onu nizamlı izləyə bilərsiniz, amma hamısını nizamlı izləməyə cəhd etsəniz, yandınız! Qərarlı olmalısınız. Heç olmasa TV izləyərkən paltarlarınızı ütüləyə, yeməyinizin kartof-soğanını hazırlaya bilərsiniz. Həm istədiyiniz proqramı izləmiş olar, həm də evdəki işlərin bitməsinə nail ola bilərsiniz. 7. Çalışan xanımların TV izləmək vərdişləri yoxdur, amma sosial mediada hesabları, gələn mailləri var. Sizlər də əhəmiyyətli işlərinizi etmədən əvvəl maillərinizlə çox zaman keçirməməyə diqqət edin. İşinizin bir parçası olaraq maillərinizə baxmaq məcburiyyətindəsinizsə, zaman öldürməyinizə səbəb olacaq gərəksiz məktublara vaxt ayırmayın.  8. Xüsusilə evdar xanımlar, erkən yatın və erkən oyanın. Gecələr uzun müddət televiziya izləyərək, internet başında oturaraq səhəri açırsınız. Daha sonra günorta dərsə gedən uşağınızı az qala məktəbə güc-bəla ilə çatdırırsınız. Səhər namazını qılıb yatan, günorta 11-12-də oyanan qadının ev işi təbii ki, bitməz! Analarınızı nümunə götürün. Erkən oyanar, daha nahar hazırlayarkən bir tərəfdən yeməklərini bişirər, uşaqları məktəbə göndərən kimi ev işlərini görər, gəzməyə gedər, qonaq qəbul edər və «zaman çatmır» deyə şikayət etməzdilər. Üstəlik, indiki kimi hər şey elektronik də deyildi. Gecəni gecə, gündüzü gündüz olaraq qiymətləndirirdilər, vəssalam.9. Gün içində bir-biriylə əlaqəli işləri birlikdə etməyə çalışın. Beləcə, zaman qazanmış olarsınız. 10. Zamanınıza dəyər verin ki, başqaları da sizin zamanınıza dəyər versin. İşləyənlər üçün də, evdar xanımlar üçün də bu prinsip etibarlıdır. Evinizə və ya iş yerinizə müəyyən insanlar davamlı gedib-gəlirlərsə və siz heç nə deyə bilmirsinizsə, amma öz işlərinizin də ləngidiyindən narahatsınızsa, vəziyyəti şirin dillə qarşı tərəfə deməlisiniz. Məsələn, evdə olduğunuz vaxt qonşular davamlı gəlirsə, «Canım xoş gəldin. Təcili işlərim var, çatdırmağa çalışıram, işlərimi bitirən kimi çay hazırlayıb çağıraram səni, olarmı?» deməyə çalışın. 11. Bəzi günlər insanın bütün kefi və enerjisi yerində olur. Elə vaxtlarda heç sevmədiyiniz və sizə çətin gələn işlərinizi tamamlamağa çalışın. 12. Hər hansı bir işə başlayarkən, gərəyindən çox zamanınızı almaması üçün müəyyən bir zaman təyin edin. Məsələn, «bu işi iki saat içində bitirəcəyəm». Və o iki saatda bitirin.13. Gündəlik işləriniz üçün nə qədər zaman ayırdığınıza baxın. Daha aktiv və ardıcıl etmək üçün qısaldılmış zaman limitləri qoyun özünüzə. Beləcə, daha ardıcıl çalışarsınız.14. Hər gün axşam mümkün qədər gününüzü nəzərdən keçirin. «Nə etmək istəyirdim, nə qədərini etdim?» deyə sual verin özünüzə. Proqramınızın geridə qaldığı yerləri və geri qalma səbəblərinizi təsbit edin. Sabahısı gün üçün edəcəyiniz yeni siyahınızda bu günkü səhvləri etməməyə çalışın. 15. Telefonla danışmaq çox zaman alır. Mümkün olduqca danışııq müddətlərinizi qısaldın. Belə getsə, tezliklə beyninizdə şiş yaranacaq onsuz da! Danışıqları qısalda bilmirsinizsə, iş görərkən telefonunuzu səssizə qoyub, özünüzdən uzaqlaşdırın. Bir işi bitirdikdən sonra digər işinizə keçməzdən əvvəl kimlərin zəng etdiyinə baxın. Təcili olanlarına zəng edin. Uzun danışıb, vaxtınızı alacaq olanları işi bitirəndən sonraya saxlayın.Unudulmaması lazım olan ən əhəmiyyətli məsələ: bir işdə özünüzü nizama salmaq istəyirsinizsə, həmin məsələdə özünüzü buna məcbur etməlisiniz. Yəni özümüzü məcbur etmədən, kefimizi pozmadan zamanı idarə etmək mümkün olmaz. 
['zaman', 'time-management']
1,543
https://kayzen.az/blog/fotosessiya/17266/national-geographic-h%C9%99ft%C9%99nin-se%C3%A7m%C9%99l%C9%99ri.html
National Geographic - Həftənin Seçmələri
MuSHviG
Fotosessiya
1 noyabr 2014, 16:28
1. 30 ilin ardından motosiklet qadağası qaldırıldıqda – Tayvan  2. Hücumdan əvvəl – Texas, ABŞ3. Ağacda qaldığı üçün uzaqlara gedən ailəsini izləməklə kifayətlənən aslan — Cənubi Afrika4. Sarsıdıcı dalğa — Viktoria, Avstraliya5. Bayquş baxışı –Boundari körfəzi, Kanada6. Şou zamanı — Nikosiya, Kipr7. İki tülkünün hekayəsi – Manitoba, Kanada8. Düşünən suiti — Antarktika yarımadası9. Ağacların ruhu – Yaponiya10. Böyük köç — Şimali Serengeti, Tanzaniya.Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm.
['Texas', 'motosiklet', 'Viktoriya', 'Şimali Serengeti', 'maraqlı', 'foto.']
1,544
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/17276/kino-diana-2013.html
KİNO: Diana (2013)
Türkəl
Bloq: Türkəl
1 noyabr 2014, 12:30
Şahzadə Diana 1997-ci ilin avqustunun son günündə faciəvi şəkildə vəfat etmişdi. Bu barədə xəbərlərdə eşidəndə mən Lady D'nin kim olduğunu bilmirdim, əslində heç indi də bilmirəm. Yalnız ona əminəm ki, o kral ailəsinin digər üzvləri kimi deyildi və öz statusundan istifadə edərək başqalarına kömək etməyə can atırdı. «Doğru və səhv addımların olmadığı yerdə bir bağ var. Biz orada görüşəcəyik.» Cəlaləddin Rumi. Diana (2013). Resjissyor: Oliver Hirschbiegel Baş Rollarda: Naomi Watts, Naveen Andrews. Film Diananın tam həyatından bəhs etmir, yalnız ömrünün son 2-3 ilini, bəlkə də ən əlamətdar hissəsini əks etdirir. Bu müddət onun böyük sevgi macərası və dünyanı dəyişmək cəhdlərini əhatə etməyə kifayət edir. Filmdə bu hadisələr eyni dərəcədə təsirli alınıb. Lady Diana və onu filmdə canlandıran Naomi Watts. Şahzadə rolunu Hollivud nəhəngi Naomi Watts canlandırır. Bəzi səhnələrdə izləyici əsl Diananı gördüyünü düşünür və buna görə yalnız qrim ustasına təşəkkür etmək lazımdır. Watts'un işini təqdirəlayiq hesab etmirəm. Onun yerişi Diananın yerişi kimi deyil, o Diana kimi danışmır və ən əsası aktrisa Diana'da olmayan seksual cazibəyə malikdir. Filmdə bəyənmədiyim digər bir şey isə bioqrafik filmlərin çoxunun paylaşdığı texniki qüsur, bir-birini əvəz edən hadisələrin tarixinin qeyd olunmamasıdır ki, bu da izləyicini bir növ zaman tələsinə salır. Filmdə digər baş rolu, Hindistan əsilli aktyor Naveen Andrews (LOST serialından Sayid Jarrah) canlandırır. Bu onun böyük ekranda ən ciddi işidir və kifayət qədər uğurlu alınıb. — Əgər məni sevirsənsə, niyə evlənmirik? — Səninlə evlənsəm, bütün dünya ilə evlənməli olacağam. Paparazi Diana üçün xərçəng xəstəliyi kimi oldu, onu yavaş-yavaş məhv etdilər. Əvvəl şəxsi münasibətlərini əlindən aldılar, sonra isə həyatını.
['Film', 'Diana', 'romantika', 'melodrama']
1,545
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/17268/zal-xan-m%C9%99scidi-ir%C9%99van-xanl%C4%B1%C4%9F%C4%B1.html
Zal xan məscidi - İrəvan Xanlığı
MuSHviG
Azərbaycan tarixi
31 okyabr 2014, 15:37
İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Şəhər məscidi həcmcə Göy məsciddən nisbətən kiçik olsa da, çox gözəl olmuşdur. H.Linçin verdiyi məlumata görə, Şəhər camisinin üzərində ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Belə anlaşılır ki, Şəhər məscidi 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir. Həmin dövrdə İrəvan bəylərbəyliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası üçün xeyli əmək sərf etmişdi. Onun dövründə inşa edilən məscidlərdən birini əhali Zal xan məscidi, yaxud isə Şəhər məscidi adlandırmışdır. Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində “Yerevan” hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir. İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir.  Mənbə:iravan.info 
['Zal', 'arxiv', 'Linç', 'Göy məscid', 'tarix', 'İrəvan']
1,546
https://kayzen.az/blog/fotosessiya/17263/national-geographic-h%C9%99ft%C9%99nin-%C9%99n-g%C3%B6z%C9%99l-%C5%9F%C9%99kill%C9%99ri.html
National Geographic-Həftənin ən gözəl şəkilləri
MuSHviG
Fotosessiya
31 okyabr 2014, 12:08
1. Madaqaskarlılar gəmiləri ilə ticarət edərkən – Madaqaskar 2. Arbore qəbiləsindən Onno adlı gənc qız – Omo Vadisi, Efiopya3. Xərçəngin son anları – Sanibel Adası, Florida, ABŞ4. Ov və ovçu, qida zəncirinin bioloji müxtəlifliyini gözlər önünə sərir — Guadalupe Adası, Meksika5. Pomidor tarlalarında çalışan uşaq işçilər — Manisa, Türkiyə6. Yerdə olan cənnət — Şərqi Yava adası, İndoneziya7. Duman səmaya dağılarkən — Banff Milli Parkı, Kanada8. Qatil balinaların bölgəyə gəldiyini xəbər verməyə çalışan balina — British Columbia, Kanada9. Fırtına sonrası aşan ağacın altında qalan göbələklər — British Columbia, Kanada10. Yanardağ partlaması – İslandiya Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm.
['National Geographic', 'Efiopiya', 'foto', 'maraqlı.']
1,547
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/17259/s%C9%99rdar-m%C9%99scidi-ir%C9%99van-xanl%C4%B1%C4%9F%C4%B1.html
Sərdar məscidi - İrəvan xanlığı
MuSHviG
Azərbaycan tarixi
31 okyabr 2014, 00:02
Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar”, “Abbas Mirzə”, “Şah Abbas” kimi məscidlərinin adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə tərəfindən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan iki məsciddən birinin (yəni Rəcəb paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir.  Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasını ürək ağrısı ilə təsvir etmişdir. Erməni müəllifi Yervand Şahəzizin 1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” əsərində P.Uvarovadan sitat gətirərək, onun Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya bənzətdiyini yazır. P.Uvarovaya istinadən Y.Şahəziz yazır ki, Sərdar məscidinin əsas günbəzi, xarici divarları, sütunları, iç divarları, çoxsaylı digər günbəzləri rəngli kaşılarla və gözəl təsvirlərlə bəzədilmişdir. P.Uvarova Sərdar məscidinin tünd mavi rəngli günbəzinin açıq səma ilə bütöv bir ahəng təşkil etdiyini, onun portalındakı tünd mavi lövhə üzərində ərəb əlifbası ilə ağ rənglə mətn həkk olunduğunu, divar sütunları üzərində ucalan minarələrinin üzərinin kvadrat şəkilli tünd mavi və açıq mavi kaşılarla bəzədildiyini qeyd etmişdir. Daha sonra P.Uvarovanın dili ilə Y.Şahəziz yazır ki, Sərdar məscidinin önündə Şərq ənənəsinə uyğun, hər iki tərəfində hücrələrinin izləri hələ də qalan geniş həyətdə daha bir kiçik yay məscidi yerləşir. Hansı ki, adətən bu tip yay məscidləri Şərqdə əsas tikilinin qarşısında, üzü şimala doğru tikilir. Bundan əlavə, P.Uvarova həmin həyətin ortasında müsəlmanların yuyunması üçün tikilən hovuzdan 1870-ci ilədək istifadə edildiyini qeyd etmişdir. İmperator Arxeoloji Komissiyasının qərarına əsasən 1911-ci ildə professor Nikolay Marr İrəvan xan sarayına baxış keçirmiş və saray kompleksinə daxil olan Abbas Mirzə məscidinin də vəziyyətini təsvir etmişdir. N.Marr İmperator Arxeoloji Komissiyasının 17 may 1912-ci il tarixli iclasında etdiyi məruzəsində yazırdı: “Məscid indi də yaxşı vəziyyətdədir, lakin onun qorunması üçün heç bir tədbir görülmür və hər şey Sərdar sarayının vəziyyətinə düşməsinə xidmət edir. Bununla belə, o, yerli müsəlman mədəniyyətinin qiymətli irsidir: günbəzin içərisində çevrəsi boyunca ərəb hərfləri ilə kitabə mövcuddur; mehrab üzərindəki naxışlar xalçaya bənzəyir və yüksək dərəcədə üslubludur. Günbəzi çat vermişdir və onu çoxdan təmir etmək olardı.” Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi-mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılmışdır.    Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə dair İ.Əzimbəyovun yazdığı “Tiflisin, İrəvanın və Naxçıvan SSR-in müsəlman kitabələri” adlı məqaləsində göstərilir ki, Qalanın içərisində, Sərdar sarayının yaxınlığında yerləşən şah Abbasın adına inşa edilən məscid (yəni Sərdar məscidi-N.M.) yarıuçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaçqın ailəsi məskunlaşmışdır. O, həmin məscidin böyük həyətinin olduğunu, həyətin ortasında hovuz inşa edildiyini yazır. İ.Əzimbəyov məsciddə ibadət edilmədiyini qeyd edir. O, məscidin divarındakı kitabədə fars dilində yazılmış aşağıdakı iki misrasını oxuduğunu qeyd edir: Zamane şah Abbas cənnətməkan,  Əz u kəşt abad mülke – cahan. İ.Əzimbəyov həmin məqaləsində daha sonra yazır ki, həmin vaxt Məşədi Cabbar adlı şəxs ona yaxınlıqda Şah Abbas məscidindən daha qədim bir məscidin olduğunu və onun şah Xudabəndə (Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə (1532-1595)) tərəfindən inşa edildiyini söyləmişdir. Müəllif evlərin arasında aşkar edilən həmin köhnə, bərbad vəziyyətdə olan  məscidin divarlarının uzunluğunun 9 m, eninin 6 m olduğunu, alçaq mehrablı, qırmızı kərpicdən inşa edildiyini qeyd edir İ.Əzimbəyov çıxış qapısının üzərindəki kitabədə əbcəd hesabı ilə Sənge tarixe çu məqsud şod əz dur zəman,  Kordən xədid be tarixe qədim Əhməd xan yazıldığını və onun 1098-ci il hicri tarixində – yəni miladi tarixi ilə 1685-ci ildə inşa edildiyinin göstərildiyini yazır. P.Uvarova ilə İ.Əzimbəyovun təsvirlərindən aydın olur ki, söhbət eyni bir məsciddən – yəni Sərdar məscidindən və onun yaxınlığındakı kiçik məsciddən gedir. 1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalmışdır. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir. Mənbə:iravan.info
['Sərdar məscidi', 'İrəvan', 'günbəz', 'tarix', 'xanlıq', 'Şah Abbas', 'Türkiyə.']
1,548
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/17256/seymur-baycan.-quqark-%C9%99s%C9%99ri.html
Seymur Baycan. Quqark əsəri.
Türkəl
Bloq: Türkəl
30 okyabr 2014, 16:30
Seymur Baycanın Quqark romanı bioqrafik xarakter daşıyır, əsərin adı isə müəllifin iştirak etdiyi təlimlərin baş tutduğu Ermənistan kəndinin adından götürülüb. Əsər 2011-ci ildə qələmə alınıb.Əsərin ümumi məzmunu yoxdur. Müəllif öz xatirələrini kitabda xaotik şəkildə yerləşdirib. Əsərin adının Quqark olmasına baxmayaraq, bütün kitabın yalnız kiçik bir hissəsi yazıçının Quqarkda xatirələrindən bəhs edir. Romanın böyük hissəsi isə Seymur Baycanın doğulub böyüdüyü kənddə keçirtdiyi uşaqlıq və yeniyetməlik günlərindən danışır. Əsərin bu hissəsini bir qədər maraqlı edən yeganə şey həmin dövrün müharibə illərinə təsadüf etməsidir. Belə ki, özünü “üçüncü növ ölkənin ortabab yazıçısı” adlandıran şəxsin xatirələri şəxsən məndə bir oxucu kimi heç bir maraq oyatmır. Quqark əsərinin Apostrof nəşriyyatında çap olunmuş kitab üzü. Kitabın keyfiyyəti əsərin keyfiyyətindən də zəifdir. Yazıçı kitaba öz eşq macərlarını da əlavə etməyi unutmayıb. Yeri gəldi-gəlmədi qarşılaşdığı və yatdığı qadınları onların geyindiyi alt paltarlarının rənginə kimi detallı təsvir etməkdə məqsədi mənə tam aydın olmadı. Seymur bu qadınların adlarını əsərində heç bir problemsiz açıqlamasına baxmayaraq, öz kənd qonşularının anonimliyini qorumaq üçün onları adlarının baş hərfləri ilə — A., M., K. və s. göstərməsi isə təəccüb doğurur. Əsərdə bəzi hadisələr doğrudan da maraqlı təsvir olunub. Lakin, kitabın böyük hissəsi heç bir dəyər daşımır və yazıçının bir yerdən başqa yerə getdiy vaxt harada kiminlə hansı kafedə oturması, nə yeyib-içməyi və neçə qaşıq bal udması kimi bağlantısız əhvalatlarla doludur. Adətən müəllif abzasları standart “Mən… xatırladım” cümləsi ilə başlayır (Mən dayımı xatırladım, mən qapı qonşumuzu xatırladım, mən vağzalda keçirtdiyim günü xatırladım və s.) və xatırladığı şəxs, hadisə və yer haqqında əhəmiyyətsiz xatirələrini bölüşür. Müəllifin Quqarkda keçirtdiyi təlim günləri və təlimlər haqqındakı fikirləri əsəri dəyərli edən yeganə məqamdır. Kitabın bu vacib hissəsində Seymur Baycan müharibə əsirləri məsələsinə toxunur və problemin çözülməsi üçün bu təlimlərin xidmətini məharətlə sual altına qoyur. Çox təəssüf ki, yuxarıda təsvir etdiyim bağlantısızlıq, söz çoxluğu, oxucu üçün heç bir əhəmiyyət kəsb etməyən və oxucunu heç bir tərzdə maraqlandırmayan hadisələr bu romanın ciddiliyinə ağır zərbə vurur.
['kitab', 'ədəbiyyat', 'Seymur Baycan']
1,549
https://kayzen.az/blog/fotosessiya/17251/d%C3%BCnyan%C4%B1n-%C9%99n-uzun-%C3%A7aylar%C4%B1.html
Dünyanın ən uzun çayları
MuSHviG
Fotosessiya
30 okyabr 2014, 09:28
1. Nil Çayı, Afrika – Uzunluğu 6,650 km (4,132 mil). Keçdiyi ölkələr: Tanzaniya, Uqanda, Ruanda, Burundi, Konqo Demokratik Respublikası, Kenya, Efiopiya, Eritreya, Cənubi Sudan, Sudan and Misir Ərəb Respublikası. 2. Amazon Çayı, Cənubi Amerika – Uzunluğu 6,400 km (3,976 mil). Keçdiyi ölkələr: Braziliya, Peru, Boliviya, Kolumbiya, Ekvador, Venesuela, Qayana.3. Yansızı Çayı, Asiya – Uzunluğu 6,300 km (3,917 mil). Keçdiyi ölkə: Çin.4. Missisipi Çayı, Şimali Amerika – Uzunluğu  6,275 km (3,902 mil). Keçdiyi ölkələr: ABŞ, Kanada.5. Yenisey Çayı, Asiya – Uzunluğu  5,539 km (3,445 mil). Keçdiyi ölkələr: Rusiya, Monqolustan.6. Xuanxe Çayı, Asiya – Uzunluğu 5,464 km (3,395 mil) Keçdiyi ölkə: Çin.7. Ob Çayı, Asiya – Uzunluğu 5,410 km (3,364 mil), Keçdiyi ölkələr: Rusiya, Qazaxıstan, Monqolustan, Çin.8. Parana, Cənubi Amerika – Uzunluğu  4,880 km (3,030 mil). Keçdiyi ölkələr: Braziliya, Argentina, Paraqvay, Uruqvay, Boliviya.9. Konqo Çayı, Afrika  — Uzunluğu  4,700 km (2,922 mil) –  Keçdiyi ölkələr: Anqola, Burundi, Kamerun, MAR, Konqo Demokratik Respublikası, Qabon, Ruanda, Tanzaniya, Zambiya, Konqo Respublikası.10. Amur Çayı, Asiya – Uzunluğu 4,444km (2,763 mil). Keçdiyi ölkələr: Rusiya, Çin: Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm.
['Amur', 'Nil', 'çay', 'maraqlı', 'coğrafiya', 'ölkələr.']
1,550
https://kayzen.az/blog/kulturologiya/17250/s%C3%BCfr%C9%99-m%C9%99d%C9%99niyy%C9%99ti-haqq%C4%B1nda-ilkin-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html
Süfrə mədəniyyəti haqqında ilkin məsləhətlər
MuSHviG
Kulturologiya (mədəniyyətşünaslıq)
29 okyabr 2014, 11:58
Əvvəlcə qeyd edim ki, istər restoranda, istərsə də kababçıda yemək yediyiniz zaman süfrə mədəniyyəti restoran ilə deyil, məhz sizinlə bağlıdır. Süfrə sadə olsa da, ofisiant xidmət ədəbini bilməsə də süfrə mədəniyyəti qaydaları hər şəraitdə uyğun şəkildə istifadə edilərsə restoranda sizə verilən xidmət sizi qane edəcək. Bunun üçün aşağıda qeyd edilən ilkin qaydalara əməl etmək kifayyətdir:Masada yerləşdirilmiş parça salfet yeməyə başlamadan əvvəl ayaqların üzərinə yumuşaq bir şəkildə sərilər. Yemək zamanı xüsusilədə içki içmədən əvvəl tez-tez istifadə olunar. Ancaq ağız bu parça salfetlə silinməz. Ağız silmək üçün kağız salfet istəmək daha düzgündür. Süfrədən qısa müddətə durduğunuz zaman parça salfeti stula qoyun, bu zaman ofisiant sizin geri qayıdacağınızı bilər. Yemək qurtardıqdan sonra salfeti qırış şəkildə bükmək və ya yemək boşqabına qoymaq əvəzinə səliqəli formada qatlamaq və sol tərəfə qoymaz lazımdır.  İçkilər üçün içki menyusu alınar və içki sifariş edilər. Menyuya baxdıqdan sonra əvvəlcə qadınlar sifariş verər. Süfrəyə gələn şərab onu sifariş edən müştəri tərəfindən sınandıqdan sonra əgər uyğun bilərsə bütün qonaqlara sevis edilər. Boşqabların üst tərəfinə yerləşdirilən kiçik qaşıq desert qaşığıdır. Üst-üstə yerləşən boşqablardan birincisi salat boşqabı, sonra qəlyanaltı boşqabı və sonuncu əsas yemək boşqabıdır. Yeməyə ancaq və ancaq hər kəsə servis edildikdən sonra başlamaq lazımdır. Əgər sizin yemək birinci gələrsə, digər qonaqlar israr etsə də, ya da yeməyiniz soyusa belə yeməyə başlamayın. Yeməyin soyumağı problemdirsə, o zaman yeməkləri bir yerdə servis etməyi ofisiantdan xahiş edin. Yemək yeyən zaman çəngəl sağ əllə tutular. Bıçaq istifadə edən zaman bıçaq sağ, çəngəl isə sol əldə tutular. Yeməyə fasilə verdiyiniz zaman çəngəl və bıçaq saat əqrəblərinin 19:20-də dayanma formasına uyğun şəkildə boşqaba qoyulmalıdır. Süfrədən qalxdığınız zaman çəngəl və bıçaq heç bir vaxt təkrar şəkildə süfrəyə qoyulmamalıdır və yaxud kürək şəklində uc hissəsi boşqabda və sapı masada buraxılmamalıdır. Əgər çörək bütöv haldadırsa, heç bir zaman dişlənməz, tikə şəklində qoparılar. Çörək yemək boşqabının kənarında deyil, çörək qabında saxlanılar. Əgər qabda son çörək dilimi qalıbsa, əvvəlcə qonaqlara təklif edilər, sonra götürülər. Yeməklər ofisiant tərəfindən sol tərəfdən servis edilər. Boşqablar sağ tərəfdən yığılar.Duz və bibər qabından biri tələb olunduqda hər ikisini uzatmaq lazımdır. Yeməyin dadına baxmadan duz və ya bibər əlavə etmək olmaz.İçki qədəhləri boyun hissəsindən tutular. Solda yerləşən qədəh su, sağdakı isə şərab üçündürYemək yeyən zaman ətrafdakı insanlara, ofisianta qarşı mehriban olmaq lazımdır.Yuxarıda sadaladığımız süfrə mədəniyyəti qaydaları təbii ki əvəz olunmaz, son qaydalar deyildir. Lakin ləzzətli və xoş bir yemək üçün bu qaydalara əməl etmək vacibdir. Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm.
['Restoran', 'masa', 'süfrə', 'süfrə mədəniyyəti', 'yemək', 'maraqlı.']
1,551
https://kayzen.az/blog/fotosessiya/17243/d%C3%BCnyan%C4%B1n-%C9%99n-t%C9%99hl%C3%BCk%C9%99li-10-heyvan%C4%B1.html
Dünyanın ən təhlükəli 10 heyvanı
MuSHviG
Fotosessiya
29 okyabr 2014, 10:12
1. Mığmığa — Bu canlıların özləri əslində təhlükəsiz olsalar da, insanlar üçün təhlükəli hesab edilən bir sıra xəstəliklərin daşıyıcılarıdır. İl ərzində 700 milyon insanı qızdırma, malyariya, tularemiya kimi xəstəliklərə yoluxduraraq onların 2 milyonunun ölümünə səbəb olurlar. 2. İlan — Əslində bütün ilan növləri zəhərli deyildir. Dünyada cəmi 450 zəhərli ilan növü yaşasa da, onlardan ancaq 250-si insan ölümünə səbəb olur.3. Əqrəb — Bütün əqrəblər zəhərli olsalar da, onlardan ancaq 25-i insan üçün təhlükəlidir.4. Begemot — Afrikanın ən vəhşi heyvalarından hesab edilən begemotlar ərazilərinə daxil olan insanlara qarşı çox aqressiv olurlar.5. Timsah — Bu heyvanları insanlar üçün təhlükəli edən əsas səbəb onların güclü çənələri və cəld hücuma keçmələridir. Ən təhlükəli növləri Nil timsahı və duzlu su timsahı hesab edilir. Hər il yüzlərlə insan Afrika və Cənubi-Şərqi Asiyada timsah hücumuna məruz qalır.6. Nəhəng Ağ Köpək Balığı — çənəsində 3000 yaxın kəsici dişi olan bu dəniz canlısı əsasən ilıq okean sularında yaşayır. Bu canlılar 100 litr suda olan tək bir qan damlasının qoxusunu ala bilmək qabiliyyətinə sahibdirlər.7. Boz Ayı — Digər ayı növləri ilə müqayisədə daha iri ölçülərə malik bu canlılar insanlarla kontaktdan çəkinirlər. Ancaq öz azuqələrini və balalarını qorumaq üçün hücum edə bilərlər.8.  Afrika Şiri — Afrikanın ekvator hissəsində (qoruqlarda) savanna, dağlıq yarımsəhra, çay sahili meşələr və səhralarda yaşayan bu canlıların çəkisi 250 kiloqrama qədər, uzunluğu isə 3 metr olur. İri caynaqlı pəncələri və güclü çənələri onları insan üçün təhlükəli edən əsas faktorlardır.9. Fil — Daha çox aqressiv olan erkək fillər gecələr kəndləri xarabalığa çevirə, insanları ölümcül yaralaya bilərlər. Statistikaya görə 2000-2004-cü il ərzində 300-ə yaxın insan fil hücümu nəticəsində həlak olmuşdur10. Meduza — Çox az sayda meduza növü insanlar üçün təhlükəli olsada, onların zəhəri insanı 2-3 dəqiqə ərzində öldürməyə qadirdir. Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq verilmir.
['Meduza', 'fil', 'Boz ayı', 'heyvan', 'fotosessiya', 'maraqlı', 'Nil.']
1,552
https://kayzen.az/blog/psixologiya/17245/indiy%C9%99-q%C9%99d%C9%99r-n%C9%99l%C9%99ri-%C9%99ld%C9%99-etmisiniz.html
İndiyə qədər nələri əldə etmisiniz?
kurdamir
Psixologiya
28 okyabr 2014, 21:20
['sorğu']
1,553
https://kayzen.az/blog/fotosessiya/17244/avropan%C4%B1n-%C9%99n-ki%C3%A7ik-10-%C3%B6lk%C9%99si.html
Avropanın ən kiçik 10 ölkəsi
MuSHviG
Fotosessiya
28 okyabr 2014, 16:49
1. Vatikan – sahəsi 0.44 km2,  əhalisinin sayı isə 930 nəfərdir.  2. Monaco – sahəsi 2.02 km2, əhalisinin sayı isə 35,000 nəfərdir.3. San Marino – sahəsi 61 km2, əhalisinin sayı isə 26,000 nəfərdir.4. Lixtenşteyn – sahəsi 160 km2, əhalisinin sayı isə 35,000 nəfərdir.5. Malta – sahəsi 316 km2, əhalisinin sayı isə 500,000 nəfərdir. 6. Andorra  — sahəsi 468 km2, əhalisinin sayı isə 100,000 nəfərdir.7. Lüksemburq – sahəsi 2,586 km2, əhalisinin sayı isə 500,000 nəfərdir.8. Kipr – sahəsi 9,251 km2, əhalisinin sayı isə 1,000,000 nəfərdir.9. Monteneqro – sahəsi 13,812 km2, əhalisinin sayı isə 600,000 nəfərdir.10. İslandiya – sahəsi 103,000 km2, əhalisinin sayı isə 300,000 nəfərdir. Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq verilmir.
['Malta', 'Kipr', 'Monteneqro', 'ölkələr', 'sahə', 'maraqlı', 'avropa.']
1,554
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/17242/kino-amerika-m%C3%B6ht%C9%99%C5%9F%C9%99mliyi-american-splendor.html
KİNO: Amerika Möhtəşəmliyi (American Splendor)
Türkəl
Bloq: Türkəl
28 okyabr 2014, 12:39
"Əgər siz burada romantika, reallıqdan uzaqlaşma və ya fantastika axtararaq gününüzü yola vermək istəyən bir adamsınızsa… siz baxmağa səhv film seçmisiniz."Üçüncü arvadı onun haqqında deyir: " O yalnız depressiv deyil, həm də depressiya yoluxdurucusudur". O isə bunu heç vaxt gizlətmir: «Başa düşün mən bədbin birisiyəm. Mənim həyata baxışım belədir, mənim üçün hər şey bədbin və qorxuludur.» «Amerika Möhtəşəmliyi» (American Splendor, 2003)Filmin rejossyoru: Robert Pulcini və Shari Springer Berman.Baş rolda: Paul Giamatti.Komikslərin bugün bizə tanış olan forması ilk dəfə 1930-cu illərdə ABŞ-da çap olunmağa başlanmışdır. Adı komiks olmağına baxmayaraq bu növ dərgilər adətən komik üslubda olmur.Başlanğıc üçün ağ kağızın üstündə bir şaquli xətt çəkmək yetərlidir. Sonra isə o xətti iki üfüqi xətt ilə üç bərabər hissəyə bölmək lazımdır. Budur ağ kağızın üzərində 6 xana yarandı və hər xanada bir hadisə canlandırmaq olar. Əgər Harvey Pekar kimi sizin də rəssamlıq qabiliyyətiniz yoxdursa, dərd etməyin, çünki əsas hadisələri uydurmaqdır, şəkil məsələsi ilə isə rəssamlar məşğul olacaq. Amma Harvey Pekar heç hadisələri də uydurmurdu, belə ki, o öz gündəlik həyatından yazırdı. ABŞ-da hər il 500 milyondan çox komiks satılır.«Mən real həyat haqqında yazıram. Real insanların qarşılaşdığı problemlər haqqında.»70-ci illərin əvvəlində komikslərin yeni subjanrı, anderqraund və alternativ komikslərin nəşri geniş vüsət alır. Bu komikslər adətən cəmiyyətdən narazı gənclərin arasında və bəzi spesifik dairələrdə populyarlıq qazanır. Bunun səbəbi isə ənənəvi komikslərdən fərqli olaraq bu tip komikslərin bir çox sərhədləri aşıb cəmiyyət və siyasəti daha da səmimi şəkildə təsvir etmələri idi.Belə yazıçılardan biri də Harvey Pekar (1939-2010) idi. O daha çox avtobioqrafik xarakter daşıyan American Splendor komiksinin yazıçısı kimi məşhurlaşıb. Filmdə Harvey Pekarı canlandıran aktyor Paul Giamatti və əsl Harvey Pekar«Yəhudi olmaq. Mən heç vaxt buna öyrəşməyəcəm.» İnsanın öz mühitinin məhsulu olması Pekar-ın sevmədiyi şeylərdən biri idi. Pekar cəmiyyət və onun çərçivələnmiş meyarlarına qarşı qeyri-itaətkar mövqe seçmişdi və qiyamçı təbiəti ilə meynstrimə qarşı köklənmişdi. Dostlarının kassada uğur qazanmış filmə göstərdiyi heyranlıq onu məəttəl qoyur — «Bunun nəyini bəyəndiniz? Bu əsl həyat deyil, bu bir Hollivudu zibilidir!»American Splendorun ilk dərgisi 1976-cı ildə nəşr olunur. 2003-cü ildə isə komikslər əsasında Pekarın həyatından bəhs edən eyniadlı film çəkilir. Yazıçı özü də bu kinoəsərdə yer alıb. Tamaşaçı səhnələrin arakəsmələrində yer alan intervyu bölümündə yazıçı  ilə tanış olur.Həftəsonu mən özümü həmişəkindən də tənha hiss edirdim. Bəzən yuxuda yanımda kiminsə bədənini hiss edirdim, amputasiyalı adamlar fantom hisslər keçirtdiyi kimi. Mən oxuduğum kitabın qəhrəmanları və illərlə tanıdığım insanları xatırlayırdım. Onları düşündükcə ürəyimdən bir qədər də tənhalığa çəkilib ağlamaq keçirdi. Həyat həm çox şirin, həm də çox qüssəli gəlir adama. Amma neyləmək olar, hər açılan gün tam yeni bir söhbətdir.Şöhrətləndikdən öncə Pekarın yaşadığı tənhalıq filmin vacib mövzularındandır.Onun xarakterik xüsusiyyətlərindən biri yalnızlıq idi. İlk komiksləri yazmağa onu məhz yalnızlıq sürükləmişdi.«Mən heç kəsəm sadəcə olaraq öz yazdığım kitabın qəhrəmanından başqa heç kəs deyiləm.»Üçüncü arvadı onun haqqında deyir: " O yalnız depressiv deyil, həm də depressiya yoluxdurucusudur". Pekar isə bunu heç vaxt gizlətmir: «Başa düşün mən bədbin birisiyəm. Mənim həyata baxışım belədir, mənim üçün hər şey bədbin və qorxuludur.»Bu maraqlı şəxsin həyatı haqqında filmə baxıb özünüz qiymət verməyi hamınıza məsləhət görürəm.
['Kino', 'Film', 'Komiks', 'Paul Giamatti', 'Harvey Pekar', 'Tənhalıq', 'Depressiya.']
1,555
https://kayzen.az/blog/kino/17241/q%C9%99z%C9%99b.html
"Qəzəb"
MuSHviG
Kino
28 okyabr 2014, 11:40
«Fury» və ya bizim dildə desək sadəcə qəzəb deyil, «insan oğu niyə savaşır?» sualına cavab tapmaqda bizə kömək edən 134 dəqiqənin adı. Filmdə baş rolları «Brad Pitt», "Şia Labeouf" və «Loqan Lerman» bölüşür. Amerikalı məşhur rejissor «David Ayer» tərəfindən çəkilən Amerikan müharibə filmində hadisələr İkinci Dünya Müharibəsi dövründə cərəyan edir.  Filmin çəkilişlərinə ilkin hazırlıq 2013-cü ilin sentyabr ayının əvvəlində İngiltərənin Hertfordshire qraflığında başlayır, daha sonra əsas çəkilişlər 30 sentyabrda Oksford qraflığında həyata keçirilir. Çəkilişlər bir ay, Oksford şəhəri də daxil olmaqla müxtəlif ərazilərdə davam edir və noyabr ayının 15  də çəkilişlər başa çatır. Fim isə tam şəkildə 2014-cü ilin 17 oktyabr tarixində tamamlanır. Filmdə hadisələr 1945-ci ilin aprel ayında baş verir. Alman qoşunları geri çəkilməkdədi. Üçüncü reyx dağılsada, alman əsgərləri hələ də müqavimət göstərməyə davam edirlər. Döyüşlərdə iştirak edən Wardaddy ( «Müharibə atası») ləqəbli serjant idarə etdiyi Şerman tankı və onun 5 nəfərlik heyət üzvü ilə rəqibdən az olmalarına baxmayaraq Nazi Almaniyasının ürəyinə zərbə endirmək üçün qərhrəmanlıqla döyüşə başlayırlar. Başdan sona nəfəs almadan baxacağınız bu film 68 million dollara başa gəlmişdir.            Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq verilmir.
['Fury', 'qəzəb', 'müharibə', 'Bred Pitt', 'Nazi', 'Oksford', 'kino', 'Amerika.']
1,556
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/17239/allah-bir-oldu%C4%9Fu-halda-nec%C9%99-olur-h%C9%99r-k%C9%99si-eyni-anda-g%C3%B6r%C3%BCr.html
Allah bir olduğu halda necə olur hər kəsi eyni anda görür?
Ramil
islam dininin əsasları
27 okyabr 2014, 20:33
      Allah-Təala birdir, bunda şüphə ola bilməz. Eyni anda təkcə insanları deyil, bütün məxluqatı, yaratdığı hər şeyi də görür. Göyləri və yeri yaradan Uca Rəbbimiz gecənin bir vaxtında qəlbi nisgilli bir möminin səssiz yalvarışlarını eşitdiyi anda meşənin dərinliklərində kiçik bir qarışqanın ehtiyacını da görür və bilir. Həmçinin eyni anda Yerdən milyard dəfələrlə böyük olan ulduzları, qalaktikaları da görür və tam ahəng içində idarə edir. Allah zaman, məkan kimi hər hansı bir şeylə məhdud deyil. O zaman və məkana sığmaz. Onun elmi və qüdrəti sonsuzdur. Heç bir şey Allahın əlində çətin deyildir. Hər an, hər yerdə olmaq, hər kəsi və hər şeyi eyni anda görmək Ona çətin gəlməz.       Allahın «Nur” isminin bir təcəllisi olan günəş bu məsələni anlamağı bir az asanlaşdıracaq. Günəş bir olsa da, işığı, istisi və yeddi rəngi ilə yer səthindəki bütün cisimlərə eyni anda çatır. Bununla da kifayətlənməyib evlərimizə, otaqlarımıza girir, hər şeyi eyni anda işıqlandırır və isidir. Gəlin fərz edək ki, günəş şüurlu varlıqdır. İstilik gücü, işıq elmi və yeddi rəng də eşitmə, görmə, nitq kimi yeddi cəhətidir.      O zaman günəş əksər cisimləri, varlıqları eyni anda görə, eşidə, onlarla danışa və onlara hökm edə bilər. Şüursuz, aciz, ağılsız və donuq bir varlıq olan günəş »Nur” isminin təcəllisi sayəsində eyni anda milyonlarla yerdə ola bilirsə, kainatı yaradan Uca Allahın eyni anda bütün məxluqatı görməsi və onlara hökm etməsində nə qəribəlik ola bilər?        Əslində, Allaha məhdud təsəvvürümüzlə yanaşdığımıza, özümüz kimi düşündüyümüzə görə Onun kainatdakı bütün varlıqları eyni anda görməsini və idarə etməsini dərk etməkdə çətinlik çəkirik.        Belə bir düşüncə bir stolla onun ustasını müqayisə etməkdən də mənasız və məntiqsizdir. Bir masanın otağın içərisində hərəkət etməsi, darıxdıqda bayıra çıxıb gəzişməsi, avtomobil və ya təyyarə ilə başqa şəhərlərə, başqa ölkələrə səyahət etməsi qeyri-mümkündür. Hətta o, kənar müdaxilə olmasa, yerindən bir millimetr belə tərpənə bilməz. Bir anlıq bu masanın ağıllı olduğunu düşünək. Sonra ona ustasının nə etdiyini və edə biləcəyini sadalayaq: «Səni düzəldən usta sənin kimi bir yerdə dayanmağa məcbur deyil. O, istədiyi kimi oturub qalxır, istədiyi yerə asanlıqla gedə bilir. İndi burada, bir az sonra başqa yerdə ola bilir. Avtomobillə, yaxud təyyarə ilə qısa müddət ərzində uzaq şəhərlərə, ölkələrə gedə bilir”. Əgər masa ustasını özü ilə müqayisə etsə, özü kimi cansız, donuq bir varlıq şəklində təsəvvür etsə, onun avtomobillə, təyyarə ilə səfər etməsi bir yana qalsın, hətta otaqda istədiyi kimi hərəkət etməsini belə qavramaqda çətinlik çəkəcək.        İnsanın Uca Allahı özü ilə müqayisə etməsi bundan daha böyük yanlışlıqdır. İnsan bir gün, hətta bir saatdan sonra başına nə gələcəyini bilmir. Bəzən ensiz bir divar bircə metr o tərəfi görməsinə mane olur. Bircə gün yemək yeməsə, su içməsə, tərpənməyə belə taqəti qalmır. Biliyi, gücü məhduddur. Allah isə yeməkdən, içməkdən, zamandan, məkandan münəzzəh, hər cür nöqsan və qüsurdan uzaqdır.        Göyləri, yeri və yerlə göy arasında hər şeyi yaradan Odur. Onun elminin, qüdrətinin həddi-hüdudu, sərhədi yoxdur. Hər şeyi bilir və hər şeyə gücü yetir. Kiçik, böyük fərqi yoxdur, bir şeyin olması üçün »Ol!” deməsi kifayətdir. Onun əlində bir baharı yaratmaq bir gülü yaratmaq qədər asandır. Onun üçün hamını eyni anda görmək heç çətin ola bilərmi?        Kainata bir az diqqət və ibrətlə baxanda ilahi isimlərin hər yeri əhatə etdiyini görə bilərik.        Yalnız mikroskop altında görünən kiçik varlıqlardan insanlaradək bütün canlıların ruzisi tam və vatxlı-vaxtında verilir.        Bu, bizlərə Allahın Rəhman və Rəzzaq (ruzi verən) isimləri ilə hər yerdə, hər an hazır və nazir olduğunu göstərmirmi? Yenə hər yaz mövsümündə milyonlarla gülün, tərəvəz və meyvənin, arının, quşun, kəpənəyin mükəmməl şəkildə yaradılması Onun elmi, qüdrəti və bütün isimləri ilə hər yeri, hər şeyi əhatə etdiyini açıq-aşkar ortaya qoymurmu?         Rəbbimiz bizlərə – Onu görməsək də – «O, hər an və hər yerdə bizi görür” inancını, yəni ihsan şüurunu nəsib etsin.                                                                                                                                                               qadinlar.biz
['ALLAH', 'din']
1,557
https://kayzen.az/blog/dusundurucu-hekayeler/17238/h%C9%99rk%C9%99s-%C3%B6z%C3%BCd%C3%BCr.html
Hərkəs özüdür
19royal98
Düşündürücü hekayələr
27 okyabr 2014, 19:40
— Sən kimsən? + Mən yaxçı oğlanam. Əlimdə təsbeh söybət həll edirəm. — Sən kimsən bəs? + Mən cool ərgənlərdən. Əlimdə kitab Yer6da fırlanıram. Halbuki o kitabın mənasını bilmirəm. Məqsəd qız tutmaqdı. — Bəs sən kimsən? + Hərşeydən narazı ölkədən qaçmaq istəyən biri. Mən ancaq qınayıram. Mübarizə aparmağa gəldikdə isə yox. Mənlik deyil. Mən siyasətə qarışmıram. — Bəs sən? + Mən yolda gördüyüm hər qıza söz atan «oğlan». Başqa yerdə namusdan dəm vururam, amma günümü Malakan bağında keçirdib öz aləmimdə «babniklik» edirəm. + Sən bəs? + Mən ərgən ateist. Çoxları belə oldu deyə məndə belə oldum. Nəm deyirlər guya cool olursan. Bilmirəm. Toyda kababdan basıb yeyirəm, amma sözdə heyvan haqqlarından dəm vururam. + Sən? — Mən isə bu boyda insanın ağıllı və sağlam düşüncəyə malik olmasını istəyən bir yazıq. Millətinin bu vəziyyətinə baxıb, yanıb-tökülən yazıq. Qadına, qıza söz atan bəzi gənclikdən iyrənən yazıq. Mən buyam. Bu. «Hərkəs özüdür» adlı qısa bir yazı.
['təsbeh', 'yer6', 'oğlan', 'ərgən', 'ateist', 'cool', 'Malakan', 'qadına', 'hərkəs']
1,558
https://kayzen.az/blog/aforizmler/17119/s%C9%99nin-axtard%C4%B1qlar%C4%B1n,-s%C9%99ni-axtar%C4%B1r.html
Sənin axtardıqların, səni axtarır
Apollon
Hikmət dənizi və aforizmlər
27 okyabr 2014, 18:36
Xəzinənin öz evində basdırıldığını anlamaq üçün, hərdən dünyanı dolaşmaq lazım gəlir.Sən gözəlliyi görmək qabiliyyətinə maliksənsə, bu sənin içindəki gözəlliklə bağlıdır. Çünki dünya güzgü kimidir, orda hər kəs öz əksini görür.Bir dəfə baş verən şey, daha heç vaxt baş verməyə bilər. Amma iki dəfə baş verən şey, mütləq üçüncü dəfə də baş verəcək.Əgər sən bir şeyi ürəkdən istəyirsənsə, bütün kainat bu arzunun yerinə yetməsi üçün səfərbər olacaq.İnsanların məndən gözlədiyi hərəkətləri etsəm, o zaman onların quluna çevriləcəm.Həyat həmişə hərəkət etmək üçün münasib vaxtı gözləyir.Azmaq – nəsə maraqlı bir şey tapmağın ən yaxşı üsuludur.Heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, heç vaxt olmadığın birisi olmalısan. Gedən sizin üçün çox qiymətli də olsa, qapını örtün ki, içəridə qalanlar üşüməsin.Dünyada hər şey eyni şeyin müxtəlif təzahürləridir.İnsanlar lazımlı şeyləri arxadan danışırlar, sərf edən şeyləri isə gözün içinə baxa-baxa.Bizim mələklərimiz həmişə bizimlədirlər, onlar bizə nəsə demək üçün bəzən başqalarının dodaqlarından istifadə edirlər.Bəzi insanlar dünyaya göz açıblar ki, tənha yaşasınlar. Bu nə pisdir, nə də yaxşı, bu həyatdır.Heç vaxt xəyallardan imtina etmək olmaz! Yeməklər bədənimizi qidalandırdığı kimi, xəyallar da ruhumuzu qidalandırır. Hər nə qədər arzularımız puç olsa da, onlardan vaz keçmək olmaz.Bəzən səninlə birlikdə kimlərin qaçacağını bilmək üçün qaçmalısan. Bəzən sən daha  astadan danışmalısan, əslində kimin sənə qulaq asdığını görmək üçün. Bəzən kimlərin  səninlə birlikdə olduğunu bilmək üçün bir addım geri çəkilməlisən. Bəzən sən səhv qərarlar  çıxarmalısan, biləsən ki, hər şey dağılanda kimlər səninlə qalacaq.Cavabları tapdıqdan sonra, bütün suallar dəyişdi.Bəzən yaşamağa başlamaq üçün, ölmək lazımdır.Sənin axtardıqların, səni axtarır.İnsanlar həm hər şeyi dəyişmək istəyir, həm də istəyirlər ki, hər şey olduğu  kimi qalsın.İnsan hər şeyi tərsinə edir. Tez böyüməyə tələsir, sonra uşaqlığının həsrətini  çəkir. Pul üçün sağlamlığını verir, sonra sağlamlıq üçün pul xərcləyir.  Gələcəyi səbirsizliklə gözləyir, indiyə məhəl qoymur və buna görə də nə  indiyə, nə də gələcəyə sahib olur. Elə yaşayır ki, sanki heç vaxt ölməyəcək,  elə ölür ki, sanki heç yaşamayıb.
['hikmət dənizi', 'aforizmlər', 'Paulo Koelyo']
1,559
https://kayzen.az/blog/maraqli-faktlar/17237/d%C3%BCnya-%C3%B6lk%C9%99l%C9%99ri-haqq%C4%B1nda-maraql%C4%B1-faktlar.html
Dünya ölkələri haqqında maraqlı faktlar
MuSHviG
Maraqlı faktlar
27 okyabr 2014, 11:56
1. Məhbuslarının sayının ən çox olduğu ölkə ABŞ-dır. Kimisə həbsxanaya salmaq məsələsinə gəldikdə bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqr. 2,2 mln. insan) məhz buradadır. 2. Saat zolaqlarının sayı ən çox olan ölkə Fransadır. Fransanın dəniz əraziləri daxil olmaqla bütün ərazisini nəzərə alsaq görərik ki, bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11 saat zolağını, Rusiya 9 saat zolağını əhatə edir.… 3. Yolları mərcan liflərindən olan dünyada yeganə ölkə Quamdır. Quamda təbii qum yoxdur, ona görə orda asfaltı mərcan liflərindən və neftdən istifadə etməklə hazırlayırlar. 4. Göllərinin sayı ən çox olan ölkə Kanadadır. Dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır. 5. Opiumun ən böyük istehsalçısı olan ölkə Əfqanıstandır. Burada dünyada istehsal olunan opiumin 95%-i istehsal olunur.  6. Oksigenin ən böyük istehsalçısı olan ölkə Rusiyadır. Dünya meşələrinin təqribən 25%-i Sibirdə bitir və ABŞ-ın kontinental hissəsindən çox ərazini əhatə edir ki, bu da Rusiyanı dünyanın ən güclü karbon qazını oksigenə çevirən ölkəsi edir. 7. Dünyanın ən təhsilli ölkəsi Kanadadır. Bu ölkənin əhalisinin 50%-nin təhsili orta ixtisas təhsilindən aşağı deyil. Kanadadan sonra İzrail – 45% və Yaponiya – 44% gəlir. 8. Tanklarının sayı ən çox olan ölkə Rusiyadır. Rusiyada tankların sayı 21 000-dir. İkinci yerdə 16 000 tankı olan ABŞ-dır. 9. Ən gənc əhalisi olan ölkə Nigerdir. Niger əhalisinin təqribən yarısı 15 yaşdan gəncdir. Ölkə ərazisinin 80%-i səhra olduğundan görünür ki, burada yeganə iş uşaq dünyaya gətirməkdir. 10. Dillərinin sayı ən çox olan ölkə Papua-Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, bu tam rəsmidir: ingilis dilində əhalinin 2%-i danışır. Papua-Yeni Qvineya sakinləri 820-dən çox müxtəlif dillərdən istifadə edirlər ki, bu da dünya dillərinin 12%-ni təşkil edir. Mənbə: ANS PRESS
['Rusiya', 'Quam', 'təhsil', 'ölkə', 'maraqlı', 'dil.']
1,560
https://kayzen.az/blog/maraqli-faktlar/17236/%C9%99n-y%C3%BCks%C9%99k-ya%C5%9Fay%C4%B1%C5%9F-g%C3%B6yd%C9%99l%C9%99ni.html
Ən yüksək yaşayış göydələni
MuSHviG
Maraqlı faktlar
27 okyabr 2014, 11:40
Nyu-Yorkda 426 m hündürlüyü olan dünyanın ən yüksək «432 Park-Avenyu» yaşayış göydələninin tikintisi başa çatıb. Bu bina Nyu-Yorkda ən hündür ikinci tikilidir. Bu barədə tikinti şirkətinin rəhbəri Qarri Maklou məlumat verib. Manhettenin mərkəzində 56-cı və 57-ci küçələr arasında yerləşən Park-avenyu 96 mərtəbədən ibarətdir. Hazırda bina sadəcə yerləşdiyi ünvanla «432 Park-avenyu» adlandırılır. Göydələnin rəsmiləşməsi ilə əslən macar olan Rafael Vinyoli məşğul olur.Elit binanın sakinləri şəxsi restoran, bağ, spa və sauna ilə fitnes mərkəzi, masaj kabinetləri, hovuz, kitabxana və bilyard zalından istifadə edə biləcəklər. Bundan başqa, orada, həmçinin çaxır zirzəmisini yaratmaq planlaşdırılır. Sakinlər gəzinti üçün terras və qolf meydançasından istifadə edə biləcəklər. İlk sakinlər binada təxminən bir ildən sonra məskunlaşacaqlar. Ümumilikdə göydələndə hər birinin dəyəri 7 milyondan 80 milyon dollaradək olan 104 mənzil var. 2015-ci ildə «432 Park-Avenyu» ilə eyni hündürlükdə olacaq  daha 3 binanın; «217 West 57th Street», «111 West 57th Street» və «125 Greenwich Street» yaşayış binalarının tikilməsi planlaşdırılır. Məlumatı RİA Novosti xəbər agenliyi yayıb.Mənbə: [email protected]
['Manhetten', 'Nyu-York', 'bina', 'Park-Avenyu', 'mənzil.']
1,561
https://kayzen.az/blog/fotosessiya/17235/d%C3%BCnyan%C4%B1n-%C9%99n-bahal%C4%B1lar%C4%B1.html
Dünyanın ən bahalıları
MuSHviG
Fotosessiya
27 okyabr 2014, 11:09
10. “Clive Christian İmperial Majesty Perfume” – Dünyanın ən bahalı ətri. Məşhur dizayner Clive Cristian tərəfindən hazırlanan bu ətrin bir unsiyası 12,000 dollar dəyərindədi. Bir şüşə ətir almaq üçün isə siz 215,000 dollar ödəmək məcburiyyətindəsiniz. Bu qədər baha olmasının səbəbi şüşənin 18 unsiyalıq qızıl halqa ilə haşiyələnməsi və 5 karatlıq almazlarla bəzədilməsidir.  9. “Tequila from Tequilla Ley” – Dünyanın ən bahalı içkisi. Hər biri bir litr tutan içki şüşələri dizayner Fernando Altamiro tərəfindən hazırlanmışdır. Şüşəsi dünyada nadir tapılan ağ qızıl və platindən hazırlanan bu içkinin dadına baxmaq üçün siz təxminən 3,5 million dollar ödəməlisiniz. 8. “The Ego for Bentley” – Dünyanın ən bahalı laptopu. Məşhur avtomobil firması Bentley tərəfindən istehsal edilən, 16 GB-lıq sərt disk, xrom qulpla təhciz olunan və əllə işlənmiş dəri ilə əhatə olunan bu dizüstü kompüterlər 20.000 dollardan satışa çıxarılmışdır.7. “The Tibetan Mastiff Puppy” – Dünyanın ən bahalı küçüyü. Soyu qədim əsrlərə dayanan bu küçüklər Asiya qitəsində zənginlik və rifah rəmzi hesab edilir. Mifalogiyaya görə bu heyvanların damarında şir qanı axır. 45 kq çəkiyə qədər böyüyə bilən bu itlərin qiyməti 2 million dollar dəyərindədir.6. “North İsland, Seychelles” – Dünyanın ən bahalı ada tətili. North İsland hər birinin ayrıca çimərliyi olan 11 ultra xüsusi villadan ibarətdir. Viktoriya və Devid Bekxam kimi məşhurların istirahət etdiyi bu adada bir gecəlik istirahət sizə 4,829 dollara başa gələcək.5. “The Spin Jean by Damien Hirst” – Dünyanın ən bahalı cins şalvarı. Məşhur rəssam Damien Hirst tərəfindən layihələndirilən və məhdud sayda, yalnız 8 ədəd istehsal edilən bu şalvarın qiyməti 27,000 dollardır.4. “The Nike Dunk Low Pro SB Paris” – Dünyanın ən bahalı tennis ayaqqabısı. Fransız rəssam Bernard Buffet tərəfindən tərtib olunan və cəmi 202 cüt istehsal olunan “The Paris Dunk Low Pro” ayaqqabıları 3500 dollardan satışa çıxarılıb. 3. “The Stuart Hughes Prestige HD Supreme Rose Edition” – Dünyanlın ən bahalı televizoru. 19 kiloqram 22 karatlıq qızıldan hazırlanan, aliqator dərisi ilə haşiyələnən və 48 yüksək keyfiyyətli almaz daşı ilə bəzədilmiş bu televizora baxmaq üçün 2.27 million dollar ödəmək kifayətdir.2. “The Royal Ashera Cat” – Dünyanın ən bahalı pişik cinsi. Bu pişiklərin qiyməti 22,000 dollarla 125,000 dollar arasında dəyişir. Vəhşi təbiətdə tapılmayan bu pişik cinsi zolaqları və xalları ilə kiçik bəbiri xatırladır. Bu cins Asiya bəbiri, Afrika vəhşi pişiyi və ev pişiyinin hibritləşməsindən alınmışdır. 1. Lamborghini Veneno Roadster – Dünyanın ən bahalı avtomobili. İtalyan idman avtomobil şirkəti Lamborgini tərəfindən istehsal edilən bu avtomobil gücləndirilmiş karbon polimerdən hazırlanmışdır və olduqca yüngüldür. Saatda 353 km sürət yığa bilən bu idman avtomobil 4,5 million dollar dəyərindədir.Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq verilmir.
['Ətir', 'avtomobil', 'North İsland', 'Asiya', 'laptop', 'maraqlı', 'tequilla.']
1,562
https://kayzen.az/blog/ginekologiya/14734/hamil%C9%99lik-d%C3%B6vr%C3%BCnd%C9%99-anemiya.html
Hamiləlik dövründə anemiya
Apollon
ginekologiya
26 okyabr 2014, 17:25
Hamilə qadınlarının bir çoxlarında hamiləliyin 2-ci və xüsusən də 3-cü trimestrlərində (3-aylığında) anemiya inkişaf edir. Anemiyanı «qanazlığı» da adlandırırlar.Lakin bu o demək deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən azdır. Qanın miqdarı normal olur, lakin qanın tərkibində olan hemoqlobin zülalının və eritrositlərin (qırmızı qan hüceyrələri) miqdarı azalmış olur.Anemiya özünü necə büruzə verir? Bir çox hallarda hamiləlik dövründə qadınlarda ümumi zəiflik, təngnəfəslik, baş gicəllənməsi, özündən getmə kimi hallar baş verir. Bəzi hallarda isə anemiyanın daha ciddi əlamətləri də (saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, ağız bucaqlarında çatların yaranması, əllərin içəri səthinin və burunun altında olan üçbucağın bir qədər saralması) meydana çıxa bilər. Hamiləlik dövründə qadınlarda ağır formalı anemiyalar olduğu halda, onlarda ürəkdöyünmə ilə müşayət olunan ürək çatışmazlığı, bədəndə şişkinliklərin yaranması, arterial təzyiqin enməsi kimi əlamətlər də yarana bilər. Adətən hamiləlik zamanı «dəmirdefisitli anemiya» diaqnozu qoyulur. Lakin bəzi hallarda qadında digər anemiya növləri inkişaf edə bilər — vitamin B12 və fol turşusunun çatışmazlığı ilə bağlı olan anemiya, hipoplastik, hemolitik anemiya. Bu anemiyaların simptomları, diaqnostikası və müalicəsi tamam fərqlidir.Dəmir insan orqanizmində çox mühüm rol oynayır — hemoqlobin (oksigeni bütün orqan və toxumalara daşıyan zülal), qalxanvari vəzi hormonlarının sintezində iştirak edir, insan immun və sinir sistemləri üçün çox vacibdir və s. Dəmirdefisitli anemiya hamiləliyin gedişatına, gələcək uşağın səhhətinə mənfi təsir edir. Belə ki, anemiya hamiləlik dövründə müxtəlif fəsadların inkişaf etməsinə səbəb ola bilər: məsələn, toksikozlar, uşaqsalma, vaxtından əvvəl doğuş, doğuş zamanı fəsadlar və s. Hamiləlik dövründə analarında anemiya olan uşaqların bir çoxu 1 yaşına çatdıqca onlarda da dəmir çatışmazlığı qeyd edilir. Anemiyası olan qadınların uşaqları 1 yaşına qədər olan dövr ərzində digər uşaqlara nisbətən kəskin respirator virus infeksiyaları (KRVİ) ilə daha tez-tez xəstələnir, onlarda enterokolit, pnevmoniyalar, müxtəlif formalı allergiyaların (həmçinin diatezlərin) inkişaf etməsi ehtimalı da daha çox olur.Hamiləlik zamanı dəmirdefisitli anemiyanın inkişaf etməsinin səbəbi ondan ibarətdir ki, bu vaxt qadının orqanizmində qanın həcmi (qanın maye hissəsinin — plazmanın — həcmi) xeyli artır və qan hüceyrələri (o cümlədən də eritrisitlər) çoxalmış qan həcmində sanki «seyrəlirlər». Nəticədə də anemiya yaranır.Əgər hamiləlikdən əvvəl qadın orqanizmi üçün gün ərzində 1-2 mq dəmir kifayət edirdisə, hamiləliyin 2-ci trimestrində (4-5-6 aylar) 2-4 mq, 3-cü trimestrində (7-8-9 aylar) isə 10-12 mq (!) dəmir lazım olur.Məhz bu səbəbdən də dəmirdifisitli anemiya 3-cü trimestrdə qadınların, demək olar, əksəriyyətində inkişaf edir. Uşağı dünyaya gətirdikdən və əmizdirdikdən sonra qadın orqanizminə dəmir ehtiyyatını bərpa etmək üçün ən azı 3 il vaxt lazım olur. Bu və digər səbəblərə görə həkimlər doğuşlar arası 3 il fasilə verməyi tövsiyə edirlər. Bu şərtə əməl edilmədiyi halda qadının sonrakı hamiləlikdə daha ciddi problemlərlə üzləşməsi ehtimalı dəfələrlə artır.Həkimlərin ümumi rəyinə əsasən, hemoqlobinin 90-110 q/l olması ilə müşayiət olunan anemiyaları hamilə qadınlar nisbətən yüngül şəkildə keçirirlər. Hemoqlobinin miqdarı 80-89 q/l olduqda bu orta dərəcəli anemiya, 80 q/l-dən az olduqda isə bu, ağır formalı anemiya hesab olunur.Hamilə qadınlarda anemiyanın müalicəsində pəhizin böyük rolu vardır. Çox yayılmış belə bir səhv fikir mövcuddur ki, anemiyası olan qadınlar əsasən tərkibində dəmir olan meyvə və tərəvəzlər yeməlidirlər. Düzünə qaldıqda isə, bu zaman əsas diqqət ət məhsullarının (xüsusən heyvan ətinin) qəbuluna yönəldilməlidir. Belə ki, ət məhsullarının tərkibindən orqanizmə sorulan dəmirin miqdarı bitki məhsullarına nisbətən dəfələrlə çoxdur. Ancaq bu zaman meyvə və tərəvəzlərin qəbulunu da yaddan çıxarmaq lazım deyil! Xususi müalicəvi qidalar (misal üçün, apteklərdə satılan «hematoqen») da yaxşı effekt verir.Nəzərinizə çatdıraq ki, bəzi qidaların eyni zaman qəbul edilməsi dəmirin sorulmasına mane olur. Belə ki, ətdən hazırlanan yeməklərlə eyni zaman və ya dərhal sonra çay, süd içmək, pendir, şor, ispanaq, kahı, yumurta, yarmaları yemək, kalsium preparatları qəbul etmək dəmirin sorulmasını çətinləşdirir. Əksinə isə sitrus meyvələri, pomidor, kələm, kartof, bolqar bibəri, banan, qatıq, kefir, ayran, C vitamini preparatları dəmirin sorulmasına kömək edir.Əksər hallarda hamilə qadınlarda olan anemiyaları yalnız pəhrizə əməl etməklə aradan qaldırmaq mümkün olmur. Bu halda həkimlər onlara tərkibində dəmir olan müxtəlif preparatlar təyin edirlər.Apteklərdə tərkibində dəmir olan bir çox dərman preparatları satılır. Hər bir halda belə preparatı yalnız həkim seçməli və təyin etməlidir. Düzgün seçilməyən preparatın qəbulu ürəkbulanma, qəbizlik, qusma, mədənin selikli qişasının zədələnməsi, dəmirin qadının və gələcək uşağın müxtəlif orqanlarında yığılması ilə nəticələnə bilər.Anemiyası olan qadınlara dəmir preparatları adətən həb (tablet) və ya kapsula şəklində daxilə qəbul etməklə təyin olunur. Nadir hallarda isə, məsələn, dəmir preparatının mədə-bağırsaq sistemindən sorulması prosesi pozulduqda və ya onların daxilə qəbulundan sonra qadınlarda ürəkbulanma və qusma kimi əlamətlər yarandıqda, mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi və digər bu kimi hallarda, dəmir preparatları hamilə qadınlara inyeksiya (iynə) şəklində təyin oluna bilər.Dəmir preparatları ilə birlikdə qadına askorbin (C vitamini) və fol turşusu təyin olunur. Mənbə: saglamolun.az 
['ginekologiya', 'hamiləlik', 'hamiləlikdə anemiya', 'qan azlığı']
1,563
https://kayzen.az/blog/Yunus/17221/d%C3%BCnyada-n%C9%99-q%C9%99d%C9%99r-m%C3%BCs%C9%99lman-var.html
DÜNYADA NƏ QƏDƏR MÜSƏLMAN VAR?
Yunus
Bloq: Yunus
26 okyabr 2014, 15:36
Tez-tez din əleyhinə deyilən bu arqumenti eşidirik: "Əgər İslam dini, yaxşı dindirsə, bəs niyə dünyadakı müsəlmanlar, pis gündədirlər?" Bu sualın, çox açıq və dəqiq cavabı var. İzah edək. Əvvəla kiminsə, özünü müsəlman hesab etməsi, hələ onun müsəlman olması demək deyil. Bu, sadəcə onun şəxsi subyektiv fikri də ola bilər. Əsas məsələ budur: Ümumiyyətlə «müsəlman xalq» ifadəsi, özü, mübahisəli və subyektiv xarakter daşıyır. Tutaq ki hansısa ölkənin statistika qurumu, çıxıb deyir ki məsələn bizim ölkənin, 99 faizi müsəlmandır... Sual olunur: bunu, necə ölçüblər?...Axı, din, qəlblə bağlı bir şeydir?... Bəlkə anadangəlmə, hər kəsə, «müsəlmanlıq vəsiqəsi» mi verilir ki vəssəlam bu adam, İslam dininin "üzvüdür"?... Yoxsa bəlkə bu statistika idarəsində; yüksək irfan əhli olan, qeybdən xəbər verənlər ya da mələklərmi işləyir, xəbərimiz yoxdur?... Necə bilirlər ki tutaq ki məsələn bizim ölkənin 95 faizi müsəlmandır?...Hansı şəkildə müəyyən edirlər bunu?... Həqiqət budur ki istər Azərbaycan olsun ya da istər Türkiyə olsun, əhalinin müsəlman adlanması, heç bir real göstəriciyə və bilgiyə əsaslana bilməz(əslində bir tərəfdən bu, yaxşıdır ki bizim pasprotlarda, «Din» qrafası yoxdur, zatən bu, qeyri-ciddidir) Dolayısıyla da, bir kərə, «dünyada müsəlman cəmiyyət varmı?»-sualı, haqlı olaraq meydana çıxır... Çox kritik sualdır: gerçəkdən dünyada, müsəlman, yəni hamsı da olmasa, ən azından əksəriyyəti müsəlman olan bir toplum varmı?... Biz baxsaq, statistikaya, məsəlçün; əhalisinin 90 faizə yaxınını, müsəlmanların təşkil etdiyi — İndoneziyaya...Belə çıxır ki bu ölkədə, 200 milyon müsəlman var... Rəqəmə bax — 200 milyon!..Bu, bilirsiz nə deməkdir?.. Düşünək: madam ki İslam dini, ləyaqəti əmr edir və insanı; ağla, düşüncəyə, dərkə və fərqindəliyə çağırır və hər bir insanın, ya da hər insanın da olmasa ən azından, məsələn 50 insandan birinin; İbn Sina, Fərabi, Əl-Biruni ola biləcəyini söyləyir; bəs hanı, o İbn-Sinalar, Əl-Birunilər, İbn-Arabilər, İbn-Xaldunlar, Nəsirəddin Tusilər, İndoneziyada?... Əgər İndoneziyada, 200 milyon bir kənara qalsın, heç olmazsa, 20 milyon həqiqi müsəlman olsaydı, bu dəqiqə İndonezya dünyada; elm, bilik, texnologiya, inkişaf, dəyər, ləyaqət mərkəzinə çevrilməliydi...Normal məntiqlə belə olmalıydı... Nəinki 1 ölkədə 200 milyon, heç ümumiyyətlə bütün 7 milyardlıq bəşəriyyət içində, 200 milyon (həqiqi) müsəlman olsaydı, nələr olardı, təsəvvür etmək mümkünmü?.. Bu halda zatən dünyada İslam dini, gerçək din kimi qəbul görərdi; çünki İslamın; inkişafa, elmə, irəliyə aparan, ən doğru yol olduğu, hər kəsə, qəti şəkildə ayan olardı!... 200 milyonu da burax, sadəcə 20 milyon müsəlman olsaydı dünyada, o zaman da elm, düşüncə sahəsində, İslam barədə kimsə çıxıb demək durumunda olmazdı ki; "İslam gericilikdir!"... Burax, 20 milyonu; əgər dünyada cəmi 2 milyon həqiqi müsəlman olsaydı, o zaman İslam dini, Suriya, İraq və s. yerlərdə, belə axmaq işlərlə yan-yana göstərilə bilinərdimi?... Vallahi 2 milyonu burax; dünyada cəmi 200 min həqiqi müsəlman olsaydı, o zaman yenə də indikindən çox-çox yaxşı bir durum olardı, hər baxımdan... 200 mini də burax; cəmi 20 min həqiqi müsəlman varmı dünyada?.. Bu da inandırıcı görünmür... Vallahi, Avropada, Amerikada; o müsəlman adlanan ölkələrdən, daha çox İslam var...Bu, gəlişigözəl bir söz deyil, mübaliğə deyil, həqiqətdir... Əgər hansısa ölkə, doğrudan da müsəlman ölkəsi olsaydı və ya heç müsəlman ölkə olmayıb, orda heç olmazsa 100 min müsəlman yaşasaydı, şübhəsiz ki həmin ölkə, indi dünyanın hər baxımdan mərkəzi durumunda olmalıydı: həm siyasi, həm iqtisadi, həm elmi, həm də əxlaqi... Amma faktdır ki bu dəqiqə, dünyanın mərkəzi olan ölkələr, müsəlman adlanan ölkələr deyil, daha çox xristian və ya yəhudi adlanan ölkələrdir...Burdan da bu nəticə çıxır: DEMƏK Kİ, ABŞ, YAPONİYA, ALMANİYA, İSRAİL, DÜNYADAKI ƏN MÜSƏLMAN ÖLKƏLƏRDİR, DİGƏRLƏRİ İLƏ MÜQAYİSƏDƏ!.. Bəli, bu, şişirtmə deyil, həqiqətdir!...Demək onlarda; dinə əməl edən daha çox insan var... Bax belə.. Odur ki dünyada, zatən müsəlman ölkə bir yana qalsın, heç 10 min müsəlmanın yaşadığı bir ölkə yoxdur; varsa da bu ölkə, ABŞ-dır, Yaponiyadır, Almaniyadır, İsraildir, Avstraliyadır, Kanadadır... Məsələ budur...Nəticə etibarilə, dünyada, müsəlman ölkə yoxdursa, o zaman; mövcud olmayan, xəyali “müsəlman ölkəni” ekvivalent alıb; "İslam dini pisdir!" demək, ağılsızlıqdan və özünü aldatmaqdan başqa bir anlam daşımır... Müqayisə və ekvivalent üçün, yalnız fərdi olaraq tək-tək ayrı-ayrı müsəlmanları götürmək olar; ki, bu müsəlmanlar da çox-çox azdır zatən...Amma əlbəttə özünü aldatmaq istəyən və “pisi leqallaşdırmaq” meyilində olan bir insan üçün, bunların heç bir önəmi yoxdur...Ona, ancaq öz mənfi seçimlərinə və  acıncaqlı durumuna qılıf uydurmaq lazımdır, vəssəalam!... Yunis Dürüst
['müsəlman', 'islam', 'dünya', 'din']
1,564
https://kayzen.az/blog/sevgi/17103/axtard%C4%B1%C4%9F%C4%B1m%C4%B1z-sevgi-niy%C9%99-tap%C4%B1lm%C4%B1r.html
Axtardığımız sevgi niyə tapılmır?
Apollon
Sevgi
25 okyabr 2014, 16:08
Arxanızca əli bıçaqlı bir qatıl gəlirmiş kimi tələsdiyiniz üçün.Həmişəki kimi ananıza qulaq asmadığınız üçün. Sevgidən söhbət gedirsə, baş yerinə boş bir saxsı daşıyırmış kimi davranırsız. Bir az ağıl, məntiqə ehtiyac var.Keçmiş sevgilinizdən əvəz çıxmağa çalışdığınız üçün.Dərhal yaranıza məlhəm axtardığınız üçün. Bir az ara verib yas tutsanız, hər şey keçər.Sevməyə yanlış kişi, qadın seçdiyiniz üçün.Tayınızı tapa bilmədiyiniz üçün. “Qapaq yuvarlanıb qazanını tapar”, — siz hələ qazanı tapmamısız.  Dilinizdə “saf sevgi istəyirəm” desəniz də, sevgidən başqa hər şey istəyirsiz.  “Sevir, ancaq hədiyyə almır. Hədiyyə alır, ancaq gündə 20 mesaj yazmır...” Əslində qarşınızdakı insana deyil, sevgiyə aşiq olduğunuz üçün.Həmişə keçmişi düşünüb irəli gedə bilmədiyiniz üçün.Dörd bir yanınızı köhnə xatirələr bürüdüyü üçün.Sanki hər yan dolu imiş kimi mükəmməl bir insan gözlədiyiniz üçün.Qəbul etməyi, olduğu kimi sevməyi bacarmadığınız üçün.Yanlış yer, doğru zaman tərsliyi üçün.Yalnızlıqdan bezdiyiniz üçün üzünüzə ilk gülənə vurulduğunuz üçün.Dostlarınızın “qazına” getdiyiniz üçün.  Evdən işə, işdən evə getməkdən başqa bir şey etmirsən. Arada çıx bir çölə, gəz, əylən.Gözünüzün önündəki şahanə insanları görmədiyiniz üçün. “Dostumdur, bacım-qardaşımdır” donunu geyindirdiyiniz üçün.Kədəri, yalnızlığı, monotonluğu sevdiyiniz üçün.Olmayan dualara “amin” dediyiniz üçün.Balıq əvvəldən pis qoxsa da, burnunuzu tutub yola davam etdiyiniz üçün.Özünüzü psixoloq zənn edib insanları dəyişməyə çalışdığınız üçün.İnadçı keçi olduğunuz üçün.Həyatınızın “pin kodu”, bürclərinizin uyğun gəlmədiyi üçün.Və sonda sevgi axtarılaraq tapılmaz. Öz yolunla get, qoy sevgi özü gəlib sənin qapını döysün.
['sevgi', 'sevgi axtarışları']
1,565
https://kayzen.az/blog/kadrlar/17209/avtomobil-s%C3%BCr%C3%BCc%C3%BCs%C3%BCn%C3%BCn-%C9%99m%C9%99k-funksiyas%C4%B1.html
Avtomobil sürücüsünün əmək funksiyası
Ramil
İnsan resursları (kadrlar)
25 okyabr 2014, 14:48
        İşin xüsusiyyəti.4-cü dərəcə      Yük götürmə qabiliyyəti 3-dən 5 tona qədər yük maşınlarının, bütün növdən olan minik avtomobillərinin və qabarit uzunluğu 7 m-ə qədər avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması. Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması. Avtomobillərin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirililə kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması. Avtobuslarda radio qurğudan istifadə etməklə gedişin ödəmə qaydasının, dayanacaq məntəqələrinin elan edilməsi. Yol sənədlərinin rəsmiləşdirilməsi.           Bilməlidir: xidmət edilən avtomobillərin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edililə düzəldilməsi üsullarını; texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda,. açıq dayanacaqlarda mühafizəsi qaydalarını; akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını; təzə və kapital təmirdən çıxmış avtomobillərin sürülüb yoxlanılması, tez korlanan və təhlükəli yüklərin daşınması qaydasını; avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu, sərnişinlərin minməsi və düşməsi üçün avtobusun dayanacağa yanalma qaydasını və bu qaydanın yerinə yetirilməsinə nəzarəti; yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin təcili surətdə avtobuslardan boşaldılması qaydasını, avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını.       3-cü dərəcə: yükqaldırma qabiliyyəti üç tona qədər, bütün tip və markalardan olan yük avtomobillərinin idarə olunmasında.5-ci dərəcə       Təcili yardım və xüsusi səs və işıq siqnalları ilə təchiz olunmuş əməliyyat avtomobillərinin, 1 milyondan çox əhalisi olan şəhərlərdə taksilərin, yükgötürmə qabiliyyəti 5 tondan 7 tona qədər olan bütün növ yük avtomobillərinin (avto-qatarların), uzunluğu 7 metrdən 9 metrə qədər olan avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Xidmət edilən avtomobilin iş zamanı qarşıya çıxan və sökülməsi tələb edilən istismar nasazlığın düzəldilməsi. İş şəraitində texniki yardım olmadıqda nizamlama işlərinin yerinə yetirilməsi.         Bilməlidir: xidmət olunan avtomobillərin, aqreqat, mexanizm və cihazlarının təyinatını, quruluşunu, işləmə prinsipi və xidmət göstərilməsini nasazlıqların əlamətləri və səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üsullarını.6-cı dərəcə       Yükgötürmə qabiliyyəti 7-10 ton olan bütün növ yük avtomobillərinin (avto-qatarların) və qabarit uzunluğu 9-11 metr olan avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması.          Bilməlidir: avtoqatarların quruluşu və texniki xidmət qaydalarını və yeni buraxılmış avtomobillərə texniki xidmət qaydalarını, avtomobil işinin ayrı-ayrı istismar göstəricilərinin yükdaşımanın maya dəyərinə təsirini, hərəkət vasitələrindən məhsuldar və səmərəli istifadə üsullarını, hərəkət dəstələrinin əsas texniki-istismar keyfiyyətlərini və onların təhlükəsiz hərəkətə təsirini, avtomobil nəzəriyyəsi elementlərini, avtonəqliyyat təsərrüfatının təhlükəsiz hərəkət xidmətinin əsas müddəalarını.        7-ci dərəcə: yükgötürmə qabiliyyəti 10-15 ton olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 11-12 metr olan avtobusların idarə olunması.        8-ci dərəcə: yükgötürmə qabiliyyəti 15 tondan çox olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 12 metrdən çox olan avtobusların idarə olunması.
['Avtomobil sürücüsünün əmək funksiyası', 'əmək funksiyası', 'kadrlar şöbəsi', 'insan resursları']
1,566
https://kayzen.az/blog/biologiya/17207/ar%C4%B1lar-haqq%C4%B1nda-bilm%C9%99diyimiz-15-maraql%C4%B1-fakt.html
Arılar haqqında bilmədiyimiz 15 maraqlı fakt
MuSHviG
Biologiya
25 okyabr 2014, 00:59
 Dünyada 16,000-dən çox arı növü mövcuddur. Bunların çoxu sürü halında yaşamayan arılardır. Yalnız yüzdə beş arı növü qrup halıda yaşayır. Ən geniş yayılmış arı növü bal arısıdır.80,000 qədər arı bir qovanda koloniya halında yaşaya bilir.Erkək bal arıları yalnız kraliça arı ilə cütləşmək üçün yaşayır. Əgər qovanda yemək çatışmamazlığı varsa işçi arılar tərəfindən qovandan qovulurlar. Xortumları çiçəkdən nektar toplamaq üçün kifayyət qədər uzun olmayan bu arılar qidalana bilmədikləri üçün tələf olurlar.Erkək bal arıları çoxalma zamanı gövdələrinin alt hissəsi zədələndiyi üçün ölərlər.Kraliça bal arısı bir deyil bir neçə erkək bal arısı ilə çütləşər. Bir çox fərqli arıdan 70 milyon sperma yığana qədər bu proses davam edər. 1660-cı ilə qədər “kraliça” arının əslində “kral” olduğu düşünülürdü. Lakin sonra Hollandiyalı alim Jan Svammerdam qovanın böyük arısını hissələrə bölüb tədqiq edən zaman  onda yumurtalıqlar kəşf etdi. Beləliklə, həmin dövrə qədər davam edən səhv anlaşılma aradan qalxdı.Avstraliyalı alimlər apardıqları tətqiqadlar yolu ilə arıların insan sifətini tanıya bilmə qabiliyyətini kəşf etmişdirlər.Arılar həm də partlayıcı maddələri tanıya bilmək bacarığına malikdirlər.“Balayı” kəliməsi qədim Şimali Avropa ənənəsindən qalmadır. Belə ki, bu ənənəyə görə yeni evlənən çütlüklər bir ay ərzində mayalı baldan hazırlanan bal likörü içirlər. Birinci Dünya müharibəsində baldan əsgərlərin yarasını sağaltmaq üçün istifadə edirdilər. Çünki bal nəmi əmir və yaranın tez bir zamanda bağlanmasına kömək edir.Bal düzgün şəraitdə saxlandıqda heç bir zaman xarab olmur.Şimali Myanmarda bir mədəndən tapılan “melittosphex burmensis” cins arı bilinən ən qədim arı hesab edilir. Bu arı cinsi təxminən 100 milyon il əvvəl yaşamışdır.Bir arı yaxınlaşdıqda eşitdiyimiz “bız” səsi dəqiqədə 11,400 dəfə çırpdıqları qanadların səsidir.Arılar saatda ən azı 25 km sürətlə uça bilirlər.1943-cü ildə Avstraliyalı zooloq  Karl Von Friş arıların etdikləri rəqsləri araşdırmışdır. Karlın tətqiqatına görə dairəvi şəkildə edilən rəqs yeməyin yaxınlıqda olduğunu, yellənərək edilən rəqs isə uzaqda olduğunu bildirir.    Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq verilmir.
['Arı', 'qovan', 'bal', 'Karl Von', 'kral', 'kraliça']
1,567
https://kayzen.az/blog/texnologiya/17201/sim-kartlar%C4%B1n-sonu-g%C9%99ldi.html
SİM kartların sonu gəldi
MuSHviG
Texnologiya
24 okyabr 2014, 17:10
«Apple SİM»-in yaxın zamanlarda SİM kart istifadəsinin sonunu gətirəcəyi düşünülür.Apple keçən həftə təqdim etdiyi tablet modellərində daha əvvəl başqa cihazlarda istifadə etmədiyi bir texnologiyanı tətbiq etməyə başlayıb. «Apple SİM» adı verilən bu yeni proqram vasitəsi ilə istifadəçilər artıq GSM operatorlarından SİM kart almaq məcburiyyətində qalmayacaqlar. Yeni İPad modellərində tətbiq edilən Apple SİM istifadəçilərə istədikləri vaxt, arzuladıqları GSM opreatoruna SİM kart dəyişmədən keçmək imkanı verir.Apple-ın bu yeni proqramının istifadəyə verilməsi nəticəsində qısa bir zaman ərzində bu günə kimi istifadə etdiyimiz SİM kart dövrünün sona çatacağı iddia edilir.«Apple SİM» ilə müqavilə bağlayan GSM operatorlarının sayı hal-hazırda olduqca azdır. Çox güman ki, bu proqram yeniliklərə daim açıq olan ölkəmizdə də tezliklə olunacaq. Lakin ABŞ-da sadəcə «T-Mobile», «AT&T» və «Sprint» şirkətləri ilə razılığa gələ bilən «Apple SİM»-in Azərbaycanda nə zaman və hansı GSM operatoru ilə müqavilə bağlayacağını isə gələcək zaman göstərəcək.   Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 
['SİM kart', 'Apple', 'tablet', 'texnologiya', 'mobile']
1,568
https://kayzen.az/blog/fotosessiya/17200/frankenstein-heyvanlar.html
Frankenstein Heyvanlar
MuSHviG
Fotosessiya
24 okyabr 2014, 15:40
 Maraqlı və tük ürpədici bir sənət sahəsi hesab edilən «Frankenstein Heyvanlar»Enriki Qomez De Molina tərəfindən icra edilirdi. De Molina fərqli heyvan bədənlərinin hissələrini birləşdirib dolduraraq yeni qəribə heyvan formaları əldə edirdi. Lakin 2012-ci ildə nəsli kəsilmək təhlükəsində olan vəhşi heyvan cinsini material kimi istifadə etdiyinə görə De Molina 20 ay həbslə və istifadə etdiyi qaçaq heyvan hissələrinə görə isə hissə başı 80.000 dollar cərimə ilə cəzalandırıldı. Bu heyvan heykəlləri çox qəribə, ürpədici və maraqlı olsada arzu edirik ki, bu sənət növü uzun müddət davam etməz. Çünki heyvanlar canlı daha gözəldir.                               Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm
['Frankenstein', 'heyvan', 'De Molina', 'maraqlı', 'foto']
1,569
https://kayzen.az/blog/sevgi/17100/u%C5%9Faqlar%C4%B1n-d%C3%BCnyas%C4%B1nda-sevgi-n%C9%99dir.html
Uşaqların dünyasında sevgi nədir?
Apollon
Sevgi
24 okyabr 2014, 11:31
4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb. Rebeka (6 yaş)  — Mənim nənəm artritdən əziyyət çəkəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına boya çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə öz əllərilə etməkdən usanmırdı. Bu, sevgidir.Billi (4 yaş)  — Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.Krissi (6 yaş)  — Sevgi — bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən  qızarmış kartoflarının yarısını həmin adama verməkdir. Terri (4 yaş)  — Sevgi – yorulanda belə səni gülməyə məcbur edən yeganə şeydir.Denni (7 yaş)  — Sevgi — anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.Emili (8 yaş)  — Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.Noel (7 yaş)  — Sevgi –  bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.Kris (7 yaş)  — Sevgi — anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.Meri Enn (4 yaş)  — Sevgi – itini bütün günü evdə yalnız buraxsan da yenə də gəlib qarşında oturmasıdır.Cesika (8 yaş)  — Əgər sən sevmirsənsə, heç bir halda “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə unudurlar. ailem.az 
['sevgi']
1,570
https://kayzen.az/blog/fotosessiya/17190/d%C3%BCnyan%C4%B1n-%C9%99n-g%C3%B6z%C9%99l-10-muzeyi.html
Dünyanın ən gözəl 10 muzeyi
MuSHviG
Fotosessiya
23 okyabr 2014, 16:33
10. Rijksmuseum, Amsterdam, Hollandiya 9. Uffizi Qalereyası, Florensiya, İtaliya8. Vatikan Muzeyi, Vatikan, İtaliya7. Metropoliten Sənət Muzeyi, Nyu York, ABŞ 6. Prado Muzeyi, Madrid, İspaniya5. Britaniya Muzeyi, London, İngiltərə4. Ermitaj Muzeyi, Sankt-Peterburq, Rusiya3. Akropolis Muzeyi, Afina, Yunanstan 2. Luvr Muzeyi, Paris, Fransa1. Smitsonian İnstitutu, Vaşinqton, ABŞ Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm
['Smitsonian', 'Luvr', 'Ermitaj', 'muzey', 'maraqlı', 'İngiltərə', 'Madrid', 'Vatikan']
1,571
https://kayzen.az/blog/maraqli-faktlar/17187/kosmosda-h%C9%99yat-m%C3%BCmk%C3%BCn-olacaqm%C4%B1.html
Kosmosda həyat mümkün olacaqmı?
MuSHviG
Maraqlı faktlar
23 okyabr 2014, 10:31
BBC Future Proqramı çərçivəsində 21 Oktyabr tarixində “Dünyanı Dəyişdirən Fikirlər” adlı konfrans keçirilmişdir. Konfransda elm, texnologiyalar və sağlamlıq haqqında yeniliklər müzakirə edilmişdir. Əsas müzakirə olunan məsələlərdən biri də kosmosda insan koloniyalarının qurulması ilə bağlı olmuşdur.Planetimizdə əhali sayının sürətlə artması nəticəsində yaranan ərazi və resurs problemləri insanları yeni dünya axtarmağa məcbur edir. SpaceX adlı kosmik turizm şirkətinin sahibi Elon Mask bildirir ki, “Hər hansı bir fəlakət nəticəsində insan varlığını qorumaq üçün başqa planetlərdə yaşamağa imkan verən araşdırmalar vacibdir”. Kosmik koloniya haqqında ilk fikiri 1920-ci ildə Avstriyalı roket dizayneri Herman Potoçnik irəli sürmüşdür. Potoçnikin xəyal etdiyi layihə UFO-ya bənzər dairəvi kosmik aparat yaratmaq idi. Bu aparat süni yer cazibəsi yaratmaq üçün fırlanacaq və enerjini isə günəş palelləri vasitəsi ilə əldə edəcəkdi.Digər alimlər isə kosmosda koloniya qurmaq əvəzinə başqa bir planetdə ya da Ayda insanın yaşaması üçün lazımi vasitələri özündə birləşdirən süni biosfer yaratmağı daha ağlabatan hesab edirlər. Bu sahədə ilk layihə “Mars 2025”-dir, hansı ki həmin ilə qədər Marsda yeni mədəniyyətin yaradılmasını nəzərdə tutur.  Bəs kosmosda yaşayış necə təşkil olunacaq? Beynəlxalq Kosmos Stansiyası təcrübəsi kosmik koloniyalarda qarşılaşılacaq problemlər haqqında ilkin fikir yaratmağa kömək edir. Beləki, stansiyada 6 nəfər ekipaja su daşımaq üçün ildə 2 milyard dollar maliyyə vəsaiti xərclənir. Qida və oksigen tədarükünü nəzərə aldıqda xərclər daha da artır. Bu səbəbdən də öz-özünü təmin edən kosmik koloniyanın yaradılması zəruridir.Digər önəmli problem insan orqanizminin qarşılaşa biləcəyi problemlərdir. Yer cazibəsinin az olması nəticəsində sümük və əzələlərdə zəiflik və başda təzyiq yüklənməsi yaranacaqdır. Bu nəticədə ömürlük və ya müvəqqəti göz xəstəliklərinə səbəb olur.  Kosmik radiyasiya katarakt və xərçəng xəstəliyi riskini artırır. Moskva şəhərində Mars 500 layihəsi çərçivəsində 6 nəfər 520 gün ərzində 80 metrlik bir ərazidə yaşamaq məcburiyyətinə qalmış və nəticədə bir çoxunda yuxu, qavrama, depressiya kimi problemlər ortaya çıxmışdır. Kosmik koloniyalarda bu cür problemlər aradan qaldırılmalıdır.Kosmosda doğulan və yaşayan insanlar bizdən fərqlimi olacaq ?Tətqiqatlara görə bu cür izolə edilmiş koloniyalarda yaşayan insanların özlərinə xas mədəniyyətləri olacaq. Bəlkə öz dillərini yaradacaqlar, hətta bəzi fiziki xüsusiyyətlərə sahib olacaqlar.Portland Universitetinin professor Kameron Smitə görə 2000 insandan ibarət olan bir kosmik koloniyanın sakinləri 300 ildən sonar bizdən fərqli bir görünüşə, fərqli davranış formalarına, saç quruluşuna, fərqli dəriyə, aşağı yer çəkiminə uyğun manevr etmək bacarığına malik hündür bədən quruluşuna və.s malik olacaqlar. Smitə görə hətta bu koloniyalarda genetik mühəndislik yolu ilə yeni orqanlar belə yaradıla bilər. Məsəl üçün, kosmik şüalardan qorunmaq üçün orqanlar və yaxud karbondioksidi oksigenə çevirə biləcək qəlsəmələr yaradılacaq. Bu yolla artıq insan süni biosferdən çıxaraq yeni evlərinə tam olaraq yerləşmiş olacaq.  Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm 
['Kosmos', 'mars', 'Kameron Smit', 'BBC', 'layihə', 'koloniya']
1,572
https://kayzen.az/blog/fotosessiya/17179/d%C3%BCnyan%C4%B1n-10-%C9%99n-m%C9%99%C5%9Fhur-k%C3%B6rp%C3%BCs%C3%BC.html
Dünyanın 10 ən məşhur körpüsü
MuSHviG
Fotosessiya
22 okyabr 2014, 15:16
10. Böyük Belt Körpüsü, Danimarka — 1998-ci ildə tikilmiş, 6,790 m uzunluğunda olan bu körpü Danimarkaya məxsus Zealdan və Funen adalarını birləşdirir. 9.  Akaşi Kaikyo Körpüsü, Yaponiya — 1998-ci ildə tikilmiş 1,991 m uzunluğunda olan bu körpü Hönsü adasındakı Kobe şəhərini Avaji adasında yerləşən İvaya şəhəri ilə birləşdirir. 8. Karl Körpüsü, Praqa, Çexiya Respublikası — tikintisi 15-ci əsrdə tamamlanan bu körpü Vltava çayı üzərində yerləşir.   7. Millau Viyadüğü, France — 2004-cü ildə istifadəyə verilən 343 m hündürlüyündə olan bu asma körpü Tarn çayı üzərində salınmışdır.  6.Rialto Körpüsü, Italy — 1591-ci ildə tikilmiş bu körpü Venesiya şəhərində yerləşir. 5. Ponte Vecchio, Italy  — Arno çayı üzərində yerləşən Florensiya şəhərinin ən məşhur körpüsü 14-cü əsrdə tamamlanmışdır. 4. Bruklin Körpüsü, Amerika Birləşmiş Ştatları — 1883-cü ildə istifadəyə verilən bu körpü Nyu York şəhərindən axan Şərq çayı üzərində yerləşir. 3. Sidney Harbur Körpüsü,  Avstraliya — Sidney şəhərinin iki sahilini birləşdirən dəmir konstruksiyalı körpü. 2. Tauer Körpüsü, England — 1894-cü ildə istifadəyə verilən bu körpü Londonu iki yerə bölən Temza çayı üzərində yerləşir. 1. Golden Gate Körpüsü, Amerika Birləşmiş Ştatları  — 2.730 uzunluğunda olan körpü San-Fransisko şəhərinin Marin County ilə Napa və Sonoma Valley səmtlərini birləşdirir. Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Aks halda halallıq vermirəm
['Golden Gate', 'Tauer', 'Sidney Harbur', 'körpülər', 'maraqlı']
1,573
https://kayzen.az/blog/informatika/17178/whatsapp-dan-yeni-visual-xidm%C9%99t.html
“WhatsApp”-dan yeni visual xidmət
MuSHviG
İnformatika
22 okyabr 2014, 10:41
Smart telefonlarda ən çox üstünlük verilən ünsiyyət proqramı hesab edilən WhatsApp istifadəçilərinə yeni xidmətlər təklif etməyə hazırlaşır. Artıq mobile telefonunuzda bu proqramın köməyi ilə visual ünsiyyət yarada biləcəksiniz. Pulsuz məktublaşma, şəkil, video faylları göndərmə kimi imkanlar təklif edən WhatsApp artıq istifadəçilərinə səsli danışma və danışıqları qeyd etmə kimi xidmətlər göstərməyə başlayıb. Uzun müddətdir səbirsizliklə gözlənilən səsli danışma funksiyasının proqramın yenilənməsi ilə istifadəçilərə təqdim edilməsi gözlənilir.Bildiyimiz kimi WhatsApp əvvəllər yalnız isitifadəçilər  arasında internet vasitəsilə pulsuz məktublaşma xidməti təklif edən bir proqram olsada, artıq Blackberry, iPhone, Windows Phone ve Nokia kimi smart telefonuna sahib olan müştərilər bu proqram vasitəsilə, 3G və ya WiFi Internet bağlantısı yolu ilə bir-birlərinə şəkil, video çəkiliş, səsli və yazılı məktub göndərə bilirlər. Proqramla eyni adı daşıyan şirkət Yahoo!-nun keçmiş işçiləri olan Biran Acton və Jan Koum tərəfindən 2009-cu ildə ABŞ-nın Kaliforniya statının Santa Clara şəhərində yaradılmışdır. Əvvəllər proqram istifadəçilərinin sayı şirkət tərəfindən gizli saxlanılırdı. Lakin məşhur amerikalı analitik Benedict Evansın qiymətləndirməsinə görə  2012-ci ilin oktyabr ayında istifadəçi sayı 100 milyonu ötmüşdü. Qısa zaman müddətində məşhurlaşan proqramın istifadəsi 2012-ci ilin avqust ayından 2013-cü ilin yanvar ayına qədər  75% miqdarında artaraq 2012-ci il ərzində ümumilikdə 500% artıma çatmışdır. Həmin müddətdə istifadəçi sayı 500 milyona çatmışdır. Apple mağazasında bu proqram 121 ölkədə ən çox yüklənən proqram sayılır. Google Play mağazasında isə proqram qısa müddət ərzində 100 milyondan çox istifadəçi tərəfindən yüklənmişdir.Proqram 2014-cü ildə Facebook tərəfindən 4 milyarda ABŞ dolları nəğd pul, 12 milyard ABŞ dolları dəyərində hissə (səhm) sənədi və 3 miylard ABŞ dolları dəyərində məhdudlaşdırılmış hissə sənədi qarşılığında alınmışdır.Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Aks halda halallıq vermirəm
['whatsapp', 'iPhone', 'Santa Clara', 'informatika', 'internet']
1,574
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17168/qara%C4%9Fat%C4%B1n-insan-orqanizmi-%C3%BC%C3%A7%C3%BCn-xeyirl%C9%99ri.html
Qarağatın insan orqanizmi üçün xeyirləri
MuSHviG
sağlam həyat tərzi
21 okyabr 2014, 10:39
Qarağat çox zəngin kimyəvi tərkibə malik olan giləmeyvədir. Xüsusilə qara qarağat C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır.Bundan əlavə, qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlı insanlar, xəstəliyin nəticəsində zəiflənmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir. Qara qarağatda həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var.Müsbət cəhətlərindən digəri dəmirlə zəngin olmasıdır. Bu onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir. Eyni zamanda qara qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır. Aterosklerozun müalicəsi və profilaktikası üçün qara qarağat çox xeyirlidir. Qara qarağat iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Bu giləmeyvə azkalorilidir və bu səbəbdən arıqlamaq məqsədi ilə tutular pəhrizlər zamanı uğurla istifadə oluna bilər. Qara qarağat iltihab və revmatizm əleyhinə, antiseptik xüsusiyyətlərinə malikdir. Qara qarağat kapilyar və damarlar üçün da çox xeyirlidir — onları təmizləyir, elastikliyini artırır. Bronxit zamanı qara qarağatın şirəsi çox yaxşı bəlhəmgətirici və iltihabəleyhinə təsir edir. Qara qarağatın yarpaqları da çox xeyirlidir və bu səbəbdən həkim-fitoterapevtlər (bitkilərlə müalicə edən həkimlər) onları müxtəlif müalicəvi ot yığımlara əlavə edirlər. Profilaktik məqsədi ilə qara qarağatın yarpaqlarını çay dəmlədikdə əlavə etmək olar. Körpə uşaqları çimizdirdikdə vannaya qara qarağat yarpaqların dəmləməsini əlavə etmək olar. Bu çox təsirli antiseptik vasitədir.Qara qarağatla müqayisədə qırmızı qarağatın kimyəvi tərkibi daha «kasıbdır». Lakin qırmızı qarağatın tərkibində də xeyirli vitaminlər və mikroelementlər var. Qırmızı qarağatın tərkibində C vitamini daha azdır, lakin yod daha çoxdur.Qara və qırmızı qarağat sidikqovucu xüsusiyyətlərinə malikdir və böyrək və sidik kisəsi xəstəlikləri zamanı çox yaxşı müalicəvi təsir edir. Qara və qırmızı qarağat kosmetologiyada da istifadə olunur. Bu giləmeyvələr dəriyə ağardıcı təsir edir, çillər və piqment ləkələri ilə mübarizə aparır, dərini tonuslaşdırır və cavanlaşdırır.Mənbə:www.saglamolun.az
['Qarağat', 'bronxit', 'piqment']
1,575
https://kayzen.az/blog/fotosessiya/17166/d%C3%BCnyan%C4%B1n-10-%C9%99n-tez-s%C3%BCr%C9%99t-y%C4%B1%C4%9Fan-avtomobili.html
Dünyanın 10 ən tez sürət yığan avtomobili
MuSHviG
Fotosessiya
21 okyabr 2014, 09:33
 10. Lamborghini Murciélago LP 670–4 SuperVeloce – 2.8 saniyə 9. BAC Mono – 2.8 saniyə 8. SSC Ultimate Aero TT – 2.78 saniyə 7. Porsche 911 Turbo S – 2.7 saniyə 6. Nissan GT-R R35 – 2.7 saniyə 5. Lamborghini Aventador  — 2.7 saniyə 4. Porsche 918 Spyder - 2.6 saniyə 3. Caparo T1 – 2.5 saniyə  2. Bugatti Veyron Supersport – 2.46 saniyə 1. Ariel Atom – 2.3 saniyə Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['BAC Mono', 'Porsche 911', 'Nissan GT-R R35', 'Caparo T1', 'avtomobil', 'sürət']
1,576
https://kayzen.az/blog/informatika/17165/elektron-se%C3%A7ki-n%C9%99dir.html
Elektron seçki nədir?
MuSHviG
İnformatika
21 okyabr 2014, 09:06
Demokratik cəmiyyətin ən vacib elementlərindən biri seçkidir. Bir çox ölkələr seçki üçün daha sistematik, asan və ucuz yeni sistem yaratmışlar. Yeni seçki sistemi vətəndaşların seçkilərə qatılma faizini artırır və ölkənin vətəndaşlar tərəfindən idarəedildiyini əks etdirir. Məqalədə informasiya kommunikasiya vasitlərinin seçki sistemində tətbiqi və onun gətirdiyi üstünlüklər araşdırılmışdır. Bundan əlavə elektron seçki texnologiyasının xüsusiyyətləri şərh edilmiş bu sahədəki problemlər, saxtakarlıqlar və dünya təcrübəsi təhlil edilmişdir.Seçki dövlətin əsas elementlərindən biridir. Ölkədə seçki sisteminin olması demokratiyanın mövcudluğundan xəbər verir. Seçkilər vətəndaşda dövlətə qarşı inam yaradır. O, demokratiyanın ayrılmaz və zəruri bir hissəsi kimi çıxış edir. ABŞ-ın keçmiş prezidenti Con Kennedi vətəndaşların maariflənmiş, məlumatlı seçici olmasını önəmli amillərdən sayırdı. O deyirdi: “Demokratik cəmiyyətdə bir nəfər seçicinin belə məsələlərdən xəbərsiz qalıb seçim etməsi hamının təhlükəsizliyinə ziyan vurur”.  Seçicilər bəzən uzun növbələrdə iştirak edib zaman itirməmələri üçün, prosesin əllə aparıldığını nəzərə alaraq, inam hissinin olmaması kimi problemlər üzündən seçki prosesindən kənarda qalırlar. Seçicilərin artıq vaxt itirmələrini, seçki prosesində iştirak edən müşahidəçilərə, mütəxəssislərə, həmçinin seçki bülletenlərinə çəkilən maliyyə xərclərini də nəzərə aldıqda, daha səmərəli, iqtisadi cəhətdən daha sərfəli olan bir sistemin meydana çıxması zərurəti yaranır. Daha səmərəli, daha inamlı bir seçki sistemi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə ehtiyac yaranır. Seçkilərdə İKT-nın tətbiqi onun nəticələrinin qısa zaman ərzində hesablanıb elan edilməsinə, maliyyə vəsaitlərinin qənaətinə və seçki sisteminin şəffaflaşmasına səbəb olur. Seçki sisteminin elektronlaşdırılması elektron dövlət formasının tərkib hissəsi sayılır.  ELETRON SEÇKİ: Bildiyimiz kimi 1990-cı ildən başlayaraq artıq müxtəlif ölkələrdə elektron səsvermə sisteminin tətbiqinə başlanılmışdır. Elektron səsvermə dedikdə, səsvermə prosesinin elektron mühitdə aparılması prosesi başa düşülür. Elektron seçki dedikdə isə, seçici səslərinin qeydiyyatını və hesablanmasını həyata keçirən sürətli səssayma imkanına malik olan texnoloji sistem başa düşülür. Elektron seçki sistemi iki əsas hissəyə ayrılır. Birincisi, yerində səsvermədir. Başqa sözlə səslərin seçki prosesi keçirilən məkanda aparılmasını nəzərdə tutur. İkincisi isə, səsvermənin seçki prosesi keçirilən məkandan kənarda internet texnologiyalarının istifadəsinə əsaslanıb həyata keçirilən elektron seçki sistemidir.Elektron seçki prosesində istifadə edilən texnologiyaları dörd qrupa ayırmaq olar.   I qrup – pano kart sistemləri: Bu sistemdə seçici dəlikli kartlarda öz seçimini göstərmək şərti ilə kartı dəlir. Bu sistemləri istehsal edən iki əsas satıcı firma vardır: Datavote və Votomatic. Votomatic sistemlər 2002-ci ildə ABŞ-da seçkilərdə bir çox problemlər yaratmışdır və şikayətlərə yol açmışdır. Ona görə də Datavote daha inamlı sayılmağa başlanmışdır .      II qrup – optik sistemlər: Bu sistemlər çox bahalıdır və istifadə çətinliyi var. Oxunma optic formada aparılır. Beələki seçici optik formalar üzərində namizədlərin adlarının üzərinə işarələr edir və qutuya qoyur. Səslər ya mərkəzdə, ya da həmin yerdə optic oxuyucu vasitəsilə sayılır.      III qrup – xüsusi təchizatlı sistemlər: Burada proqramlaşdırılmış xüsusi təchizatlı sistemlər istifadə edilir. Sandıq seçicinin istifadəsi üçün elektron qutu halına gətirilir. Seçici bir-iki düyməni basmaqla seçim işi tamamlamış olur. Bəzilərində isə heç düymə də yoxdur, ekran üzərindən toxunma üsulu ilə seçim başa çatdırılır. Nəticələr rəqəmsal formada hesablanır və mərkəzə ötürülür. Mərkəzlə bağlı olmayan məntəqələrdə səsvermənin son nəticələri disketlər və ya CD-lərlə mərkəzə göndərilir. Bu sistemin əsas nümunəsi Braziliya və Hindistandadır. Braziliyada seçkilər bütünlüklə bu sistem üzrə həyata keçirilir.      IV qrup – İnternet-texnologiyalara əsaslanan sistemlər: Bu sistem tamamən proqramlaşdırılıb. Seçici onlayn rejimdə seçki psosesinin iştirakçısı olur. Seçici kompyuter vasitəsilə və ya komutatorun yardımıyla müvafiq seçim saytına girir. Qeydiyyatdan keçir və ekrana boş bülleten çıxır. Seçici səsvermə bülletenində namizədlər arasından seçimini edir və “göndər” düyməsini basır. İnternet-texnologiyalara əsaslanan və rəsmi orqanlar tərəfindən qəbul edilən ilk elektron seçki AmerikanınArizonaştatında Demokrat Partiyasının əyalət valiliyinə seçkilər zamanı tətbiq edilmişdir.                                               ELEKTRON SEÇKİ SİSTEMİNİN ÜSTÜNLÜKLƏRİ1. Seçici fəallığının yüksək olması;2. Səsvermə prosesində və səslərin sayılması zamanı xətaların aradan qalxması;3. Seçki sisteminə inamın artması;4. Seçicinin yalnız bir namizədə səs verə bilməsi;5. Etibarsız sayılan səslərin sayının azalması;6. Fiziki imkanları və vaxtı məhdud olan seçicilərin daha praktik səs verə bilmələri;7. Seçim prosesində gizliliyin təmin olunması;8. Seçkilərdə qanun pozuntularının azaldılması;9. Nəticələrin daha qısa zaman ərzində müəyyən olunması;10. Mövcud seçki prosesinə nisbətən daha az insan əməyindən istifadə edilməsi;11. Maliyyə xərclərinə qənaət edilməsi. ELEKTRON SEÇKİ SİSTEMİNİN PROBLEMLƏRİ       Elektron seçkidə də müxtəlif problemlər yarana bilər. Bu problemləri baş vermə səbəblərinə görə 3 qrupa ayırırlar:Texniki problemlər – bu zaman elektron qeydiyyat sistemi səsləri ya az, ya da səhv qeyd edir.Qeyri-düzgün istifadə –.bu zaman səsvermə başlanmazdan öncə əvvəlki seçkilərdən qalan nəticələr silinməmiş ola bilər və ya seçkidən sonra nəticələr əldə edilməmiş proqramdan səhv istifadə nəticəsində səslərin silinməsi baş verə bilər.Saxtakarlıq – sistemin proqramına müdaxilə edilə bilər və ya seçicinin düşünərək və görərək verdiyi səs onun düşündüyündən fərqli şəkildə qeyd edilmiş ola bilər        2002-ci ildə ABŞ Konqresinin üzvləriFloridaştatındakı seçkilərdə nəticələri dəyişdirən proqram istifadə olunduğunu qeyd etmişdilər. Bundan başqa, 2003-cü ildə Virciniya ştatında keçirilən seçkilərdə 953 elektron seçki maşınının modem xəttində eyni zamanda problemlər yaranmışdı. Modemlər kənardan hakerlər tərəfindən hücuma məruz qaldığından nəticələri növbəti günə qədər əldə etmək mümkün olmamışdır. 2004-cü ildə Kaliforniya ştatındakı seçkilərdə baş vermişdir. İşarə tanıyan sistemin yetərli qədər sınaqdan keçirilməməsi səbəbi ilə 6692 səs yanlış qeydə alınmışdır.ELEKTRON SEÇKİDƏ İSTİFADƏ OLUNAN ƏSAS METODLAR       Səslərin verilənlər qismində elektron seçki maşınlarında toplanması ilə kifayətlənən ölkələr müxtəlif problemlər üzündən səslərin kağız nüsxəsinin saxlanılması ehtiyacını hiss etdilər. Həmin ölkələr bu səbəblə müxtəlif metodlar tətbiq etməyə başladılar. Bu metodlardan daha çox yayılanları aşağıdakılardır:       Mercuri metodu: Amerika alimi Rebeka Mercuri elektron seçki ilə bağlı şübhələri aradan qaldırmaq, sistemin yaxşılaşdırılması və etibarın qazanılması üçün bir metod irəli sürmüşdür. Onun fikrincə, seçicinin verdiyi səs ilə sistem tərəfindən qeyd edilən, əlaqələndirilən və təsnifləşdirilən səsin eyni olduğunu tam olaraq təsdiq edən elektron sistem yoxdur. Bütün seçki sistemlərində xətalar baş verə bildiyindən, kağız bülletenlərə ehtiyac yaranır. Ona görə də bu metodda seçici səsini elektron qaydada qeyd etdikdən sonra ayrıca olaraq kağız bülleteni şüşəli ekranın arxasında görür. Bu bülleten seçici səs verdikdən sonra ayrı bir sandıqda etibarlı şəkildə toplanır. Etibarlı şəkildə saxlanılan bu kağız bülletenlər seçkinin nəticələrində şübhə yaranan zaman ehtiyac olduqda sayıla bilər.       Chaum metodu: Chaum daha qarışıq bir sistem təklif edir. Bu sistemdə bəzi şifrələmə metodları istifadə edilərək, seçiciyə səs verdikdən sonra özü ilə apara biləcəyi qeyd edilmiş bir bülleten təklif edir. Bu, hər bir seçici üçün ayrıca olaraq çap edilir. Seçkidən sonra elektron seçki qurğusunun qeyd etdiyi səslər İnternetdə yayılır və seçici istərsə, öz verdiyi səsin bu səslər arasında olub-olmadığını yoxlamaq üçün əlindəki qeyd edilmiş bülletenlə müqayisə edə bilər. ELEKTRON SEÇKİDƏ DÜNYA TƏCRÜBƏSİ Müasir dövrdə ABŞ, Avstraliya, Kanada və bir çox bu kimi ölkələrdə elektron seçki ərazi üzrə keçirildiyi halda, Venesuela, Hindistan və Braziliya kimi ölkələrdə isə bütün ölkə səviyyəsində keçirilir. Hindistan seçkilərdə Electronic Voting Machines (“EVM”) sistemindən istifadə edilir. EVM-lərin sınaq istifadəsinə 1990-cı ildən sonra başlanıldı və 1998-ci ildən bütün ölkə üzrə tətbiq edildi. Hindistanda tətbiq edilən bu qurğular iki hissədən ibarətdir. Səsin qeyd hissəsi (səsvermə hissəsi) və bu hissənin naqillə birləşdiyi elektron səslərin toplandığı hissə (müşahidə, nəzarət hissəsi). İki hissə bir-biri ilə beş metrlik naqillə bağlıdır. Nəzarət hissəsi seçki nəzarətçisinin yanında, səslərin qeyd edildiyi hissə isə səsvermə kabinələrində yerləşdirilir. Braziliya bir seçki prosesində bütün ölkə üzrə elektron seçkidən istifadə edən ilk dövlətdir. Burada 1996-cı ildən başlayaraq elektron seçkidən istifadə edilir. Burada istifadə edilən elektron seçki qurğularının qiyməti təxminən 1000 dollar məbləğindədir. Bu ölkədə seçici səs verdikdən sonar Merkuri yanaşmasında olduğu kimi, qeyd edilmiş səsləri ekranda görə bilir. Venesuelada elektron seçkilərdə touch monitorlarından istifadə edilir. Bir şəxsin bir dəfədən artıq səsverməsinin qarşısını almaq üçün barmaq izləri alınır. Kanadada ərazi üzrə seçkilərdə 1990-cı ildən etibarən elektron seçkidən istifadə edilir. Artıq kiçik ərazilərdə bu iş başlanmışdır və əyalət səviyyəsində tətbiqi planlaşdırılır. Amerka Birləşmiş ŞtatlarınınMarkhambölgəsində Election Systems & Software firmasına məxsus sistemdən istifadə edilir. Albertdə 2004-cü illərdə touch monitorlu sistemlərdən istifadə edilmişdir.Saint JohnvəNew Brunswickəyalətləri 2004-cü ildə optik oxuyucuları tətbiq etmişdir.Ontario,MarkhamvəPrescottəyalətlərində İnternetlə səsvermə sistemindən istifadə edilmişdir.       Hazırladı: Mushviq Huseynli, IT managment_QafqazUniversity\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Elektron dövlət', 'elektron seçki', 'elektron seçki maşını', 'mercuri metodu', 'chaum metodu']
1,577
https://kayzen.az/blog/maraqli-faktlar/16786/barbinin-u%C4%9Fur-tarixc%C9%99si.html
Barbinin uğur tarixcəsi
Apollon
Maraqlı faktlar
20 okyabr 2014, 20:02
Oyuncaqlar arasında dünyada ən populyar olan “Barbi” gəlinciyidir.Təsəvvür edin, hər saniyə dünyanın hər hansı bir yerində bu gəlinciklərdən yüzlərlə satılır. Belə bir göstərici yalnız və yalnız “Barbi”yə məxsusdur. Bu gəlinciklərin satışa çıxarıldığı ilk günlərdən indiyədək milyardlarla alışısı olmuşdur.  Bəs gəlinciyə “Barbi” adı nə üçün verilmişdir?  Barbi – bu gəlinciyin  yaradıcısı olan Rut Hendlerin qızı Barbaranın adıdır. Rut Hendler sevimli qızı Barbaranı Barbi deyə çağırarmış və düzəltdiyi gəlinciyə də qızının adını verir.  Gəlincik ilk dəfə 9 mart 1959-cu ildə Nyu-Yorkda keçirilən “Uşaq malları və oyuncaqları” sərgisində nümayiş etdirilmişdir. İlk dəfə sərgidə nümayiş etdirilərkən, satıcılar bu gəlinciyin satılacağına şübhə ilə yanaşırdılar. Amma elə ilk günlərlərdən başlayaraq bu qəribə görünüşlü (nə körpəyə, nə də uşağa bənzəyən, daha çox gənc qıza oxşayan) oyuncaq haqqında bütün qəzetlər yazmağa başladı. Bir həftə içərisində bu gəlincik o qədər populyarlaşdı ki, gəlincik satılan mağazaların qarşısındakı növbələrin ucu-bucağı görsənmirdi. Elə ilk günlərdən gəlinciyin satışı rekordlar qırmağa başladı.  Belə bir sual ortaya çıxır ki, bu gəlinciyin yaradıcısının haradan belə bir oyuncaq düzəltmək ağlına gəlib? Bu cür gəlinciyə Rut Hendler ilk dəfə kişilər üçün nəzərdə tutulmuş seks-şopda rast gəlibmiş. Belə ki, Rut Hendler İsveçrəni səyahət edərkən, böyüklər üçün (əsasəndə, kişilər üçün) nəzərdə tutulmuş mağazaların birində vitrinə qoyulmuş qeyri-adi bir gəlinciyə rast gəlir. “Lilli” adlı bu gəlinciyin çox nazik beli və çox iri sinəsi vardı. Bu gəlincik orta yaşlı, cəlbedici makeyajlı bir qadını xatırladırdı. Sonralar isə o, bu gəlinciyin çox kiçildilmiş, makeyajsız və yeniyetmə qız prototipi olan “Barbi”ni yaradır və elə satışa çıxarılan ilk gündən milyonlarla uşağın sevimlisinə çevrilir.  İlk illər “Barbi”  hərəkətsiz  formada olurdu. İllər keçdikcə “Barbi”nin müxtəlif geyimli, hərəkət edən növləri də satışa çıxarılmağa başladı. 1961-ci ildən başlayaraq, əyilən və otura bilən “Barbi”lər satışa çıxarıldı.    “Barbi”nin ilk kütləvi istehsalçısı olan “Mettel” kompaniyası ilk 10 il ərzində “Barbi”nin satışından 500 milyon dollar gəlir əldə etmişdir. Hal-hazırda bu kompaniyanın “Barbi”nin satışından əldə etdiyi gəlir ildə 2 milyarda yaxındır.  1999-cu ildə “Barbi”nin 40 illiyi münasibəti ilə “De Beers” zərgərlik firması tərəfindən dünyanın ən bahalı “Barbi”si düzəldilmişdir. Bu gəlinciyin donuna 160 brilyant qaş düzülmüş və 18 karat qızılla bəzədilmişdir. Qiyməti isə nə az, nə çox, düz 85.000 dollar təşkil edirdi.  Bu məşhur gəlinciyin 50 illiyi münasibəti ilə Nyu-Yorkda keçirilən “Moda həftəsi”ndə dünyanın 50 ən məşhur dizayneri (Mark Ceykobs, Vera Vonq, Diana fon Furstenberq və s.) əfsanəvi “Barbi” üçün hazırladıqları paltarları nümayiş etdirmişlər.  “Barbi” gəlinciklərinin ayaqları istehsal olunduğu ilk günlərdən indiyədək çox uzundur. Fizioloqların fikrincə isə bu anormal bir görkəmdir. Çünki, “Barbi”nin ayaqları qollarına nisbətən 50%  uzundur. Alimlərin fikrincə həqiqətən belə bir qız uşağı dünyaya gəlsəydi, bu cür uzun ayaqlarla o, bir addım belə ata bilməzdi. azens.az 
['maraqlı məlumatlar', 'Barbi', 'Barbie']
1,578
https://kayzen.az/blog/fotosessiya/17161/d%C3%BCnyan%C4%B1n-10-%C9%99n-g%C3%B6z%C9%99l-m%C9%99d%C9%99niyy%C9%99t-abid%C9%99si.html
Dünyanın 10 ən gözəl mədəniyyət abidəsi
MuSHviG
Fotosessiya
20 okyabr 2014, 11:50
Maçu Piççu, Peru — Antik İnk şəhəri  2. Cizə ehramları, Misir  — Xeops (Xufu) ehramı dünyanın yeddi möcüzəsindən ən qədimi       3. Böyük Çin səddi, Çin -  Kosmosdan görünən insan əli ilə düzəldilmiş yeganə tikili  4. Baqan şəhəri,  Myanma – 10,000 məbədli antik şəhər 5. Tac Mal, Hindistan — Dünyanın yeddi möcüzəsindən biri 6. Mont Sankt-Mişel, Fransa – Normandiya sahillərində ada qəsir   7. Anqkor Vat, Kamboca — Tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm məbədi kompleksi 8. Afina Akropolisi, Yunanstan – Afina üzərində yüksək qayalıqda yerləşən antik qala 9. Rapa Nyu Milli parkı, Çili — «Moai» adlanan 887 heykəl  10. Çiçen-İtsa, Meksika —  Yukatan yarımadasında salınmış Mayya mədəniyyətinə aid antik piramida  Hazırladı: Mushvig Husseinli / Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
['Maçu Piççu', 'Cizə ehramları', 'Tac Mal', 'Mont Sankt-Mişel']
1,579
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17160/g%C9%99l%C9%99c%C9%99yin-qidalar%C4%B1.html
Gələcəyin qidaları
MuSHviG
sağlam həyat tərzi
20 okyabr 2014, 10:26
İngiltərənin məşhur yayım quruluşu BBC-nin “The One Show” verlişinin aparıcısı Michael Mosley qeyd edir ki, hal-hazırda yer kürəsində 7 milyardan artıq insan yaşayır və milyonlarla insan xroniki olaraq yaxşı qidalana bilmir. Lakin bu o demək deyil ki, onlar aclıq çəkirlər.Hazırda 120 milyon insanda “A” vitamini çatışmamazlığı vardır, bu isə sonda gözlərin zəifləməsinə və korluğa səbəb olur. Heyrətləndirici haldır ki, planetimizdə 2 milyard insanda dəmir çatışmamazlığı mövcuddur. Bu səbəbdən də onların əksəriyyəti gün ərzində yorğun və halsız olurlar.Əgər sizin gündəlik qidalanmanızda kifayət qədər “C” vitamini yoxdursa, bu zaman siz skorbut xəstəliyinə yoluxa bilərsiz. Nəticədə sizdə yorğunluq, iştaha azalması, yaralanmış toxumaların gec sağalması, dəridə quruluq və çatların yaranması, immunitet çatışmamazlığı, diş əti qanamaları müşahidə ediləcək. Əgər siz kifayət qədər kalsium və “D” vitamini qəbul etməsəniz bu zaman sizdə raxitlik xəstəliyi yarana bilər. Bütün bu faktlar göstərir ki, insan orqanizimi üçün vacib olan əsas qidaların qida rasionunda olaması bədənin zəifləməsinə və sıradan çıxmasına səbəb olur. Bu səbəbdən də alimlərin insan üçün vacib olan ərzaqları inkişaf etdirməsi son dərəcə vacib məsələdir. Qida çatışmamazlığından ən çox əziyyət çəkən yaş qrupu 5 yaşından aşağı yaş qrupudur. Belə ki, 5 yaşıdan kiçik uşaqların 1\3-nin ölüm səbəbi lazımi qidalanmamadır. Ümumiyyətlə, bütün bu sadalananlar göstərir ki, pis qidalanma əsas qlobal problemlərdən biridir və bu problemin həlli yolları təcrübə mərkəzlərində yeni ərzaq növlərini inkişaf etdirməkdir. Qidaları elmi yolla inkişaf etdirməkXroniki pis qidalanma mürəkkəb və qlobal problemdir, hansı ki sonda ciddi xəstəliklərə səbəb olur. Bu səbəbdəndir ki, müasir dövrün alimləri yüksək enerjili, daha xeyirli və lazımi vitaminlərlə zəngin qidalar yaratmaq üçün müxtəlif yollar axtarırlar. Gücləndirici qidalar.Geniş əhali kütlələrinin qidalanma problemini həll etməyin əsas yollarından biri vacib mikroqidaların əsas məhsullara istehsal prosesində əlavə edilməsidir. Misal üçün, qənnadı məhsullar və dənli bitkilərə. Lakin bununla belə elə kasıb icmalar vardır ki, hər kəs bu ərzaq məhsullarını əldə etmək imkanında deyil. Bu səbəbdəndir ki, alimlər dünya əhalisinin 3\2 -sinin yaşadığı  və əsas qidası düyü olan Cənubi-Şərqi Asiya ölkələrində pis qidalanma problemini həll etmək məqsədilə bio-gücləndirici qida sayılan “A” vitamini ilə zəngin olan “Qızı Düyü” sortu yaradıblar.HəşəratlarHəşaratlar insan üçün zəruri olan heyvan zülalarının, yağın, lifin və mineralların əsas mənbələrindən biridir. Halhazırda bu canlılar dünyada 2 milyar insanın ənənəvi qida rasionunun əsas tərkib hissəsinə çevrilmişdir. Misal üçün, Tailanda artıq 20,000 həşərat ferması fəaliyyət göstərir. Yeni istehsal üsulları ilə yaxın gələcəkdə bu canlılar quşların və məməlilərin insan qida pəhrizindəki yerini tutacaqlar.Sintetik (süni) ətDünya əhalisinin sürətlə artması ət məhsullarına olan tələbi kəskin şəkildə artırır. Bu isə kənd təsərrüfatı işçilərindən daha çox məhsul istehsal etməyi tələb edir. Belə bir şəraitdə alternativ çıxış yolu laboratoriyalarda inəyin kök hüceyrəsindən istifadə edərək sintetik ət məhsulları yaratmaqdır. İlkin nəticə də kiçik ölçülü və daha az ləzzətli olan məhsullar əldə edilsə də, yaxın gələcəkdə sintetik ət istehsalı əsas qida rasionuna çevriləcəkdir. Hazırladı: Mushvig Husseinli / Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.   
['Michael Mosley', 'Qızı Düyü', 'Həşəratlar', 'Sintetik (süni) ət']
1,580
https://kayzen.az/blog/psixologiya/16620/ail%C9%99d%C9%99-ya%C5%9F-f%C9%99rqi-n%C9%99-q%C9%99d%C9%99r-olmal%C4%B1d%C4%B1r.html
Ailədə yaş fərqi nə qədər olmalıdır?
Apollon
Psixologiya
19 okyabr 2014, 20:35
Ailə həyatı qurarkən tərəflər hər şeydən çox, yaşa diqqət yetirməlidirlər  Günümüzdə evlilik və sevgi münasibətlərində qadın və kişi arasında olan yaş fərqinə böyük diqqət verilir. «Yaşa deyil, sevgiyə önəm veririk», "Əsas olan sevgidir", «Sevdikdən sonra yaş fərqi problem yaratmır», «Yaşın nə fərqi var ki?» deyib özlərindən yaşca çox kiçik və çox böyük insanlarla münasibətə girənlər kifayət qədərdir. Bəziləri isə yaş fərqini önəmli hesab edir, eşqin bir neçə ildən sonra bitdiyini və insanların yaş fərqinə görə uyğunsuzluq içərisində ailə kimi çox yaşaya bilmədiklərini düşünürlər. Çox zaman insanlar münasibətə girərkən fərdlər arasındakı yaş fərqinin bir-birinə yaxın olmasına çalışırlar. Belə hesab edilir ki, fərdlər əvvəlcə münasibətə girdikləri zamanı gözlərini sevgi «kor» etdiyi üçün gələcəkdə yaşanıla biləcək problemləri nəzərə almırlar. Lakin zamanla o həyəcan keçdiyi və problemlər özünü göstərdiyi üçün münasibətlər soyumağa başalyır. 29 yaşlı Azərin İbrahimova 10 il əvvəl özündən 16 yaş böyük olan biri ilə ailə həyatı qurub. İlk illər özünü xoşbəxt hiss etsə də, sonradan ailədə problemlər yaranmağa başlayıb. «Mənə deyirdilər „ay qız, şükür elə, qocaya gedən quyruq yeyər“, mən də bu deyimə inanırdım. Yoldaşım uzun illər Rusiyada çalışmış biri idi, yaxşı imkanı var idi. Nə istəsəm, edirdi. Amma 3 il sonra hər şey mənasızlaşdı. Bir oğlumla mən az qala çörəyə möhtac idik. Mən vəziyyəti ailəmə danışdım, onun bizə baxmadığını dedim. Söz-söhbət böyüdü. Məni döyüb „yəqin, başqasını tapmısan“ dedi». Münasibətləri uzun illərdir belə davam edən Azərin deyir ki, həyat yoldaşı onu ayrılmağa da qoymur. «Deyir ki, sən bu evdən kəfənlə çıxacaqsan». Müsahibimiz hesab edir ki, gənclər ailə həyatı qurarkən hər şeydən çox, yaşa diqqət yetirməlidirlər. Çünki yaşlı insanlar həyatı görüb gəldiyi üçün onlara hər şey adi gəlir və tərəf müqabillərinin düşüncələrini nəzərə almırlar. Psixoloq İkram Rüstəmovun sözlərinə görə, aralarında yaş fərqi çox olan cütlüklər zaman keçdikcə bir çox problemlər yaşayırlar: "Əgər həyat yoldaşınızdan yaşlısınızsa, ona qarşı səbrsiz ola bilərsiniz. Çünki sizin nə vaxtsa etdiyiniz səhvləri onun təkrar-təkrar etməsi sizə xoş gəlməyəcək. Siz isə bunu müşahidə etdikcə səbirsizləşəcəksiniz. Və bu vəziyyət uzun müddət davam etdiyi üçün aranızda mübahisələr yaranacaq, münasibətləriniz bitmək dərəcəsinə çatacaq. Aranızda yaş fərqi çox olduğu zaman siz ona, ana və ya ata kimi və ya övlad kimi baxa bilərsiniz. Bu da münasibətinizin sonu deməkdir". Müsahibimiz bildirir ki, yaş fərqi olan zaman bir müddət sonra cinsi münasibətlərdə problemlər özünü göstərir. Zamanla cinsi münasibətlər zamanı hissiyyatsızlıq, istəksizlik baş qaldırır. İ.Rüstəmovun dediyinə görə, qadınlar çox zaman özlərindən kiçik şəxslərlə münasibətə girmirlər. Onları nə zamansa tərk ediləcəkləri qorxusu bu addımı atmaqdan saxlayır. Kişilərdə isə bu qorxu olmur, onlar cinsi yetərsizlik yaşamaqdan qorxurlar. Amma buna baxmayaraq, daha gənc xanımlarla münasibətə «yox» deyə bilmirlər. Mütəxəssislərə görə, qadın və kişi arasında yaş fərqi ən az 5, ən çox 10 yaş olmalıdır. Aralarında 15-20 yaş olan insanlar ayrı dövrlərdə, ayrı mədəniyyətlərdə yaşadıqları, həyat tərzləri fərqli olduğu üçün ailədə övlad doğulduqdan sonra problemlər yaşanılmağa başlanılır. Çünki hər kəs uşağı öz tərbiyəsi ilə böyütməyə çalışır. «Düşüncə fərqləri olur. Məsələn, 70 yaşlı bir kişi ölüm haqqında düşünməyə başladığı halda 55 yaşlı qadın hələ özünü cavan hiss edir. Və ya 50 yaşında bir kişi evində sakit bir həyat arzulayarkən 35 yaşlı qadın əylənmək, gəzmək barədə düşünür». Bundan əlavə, qadınından daha yaşlı kişilərdə qısqanclıq hissi daha güclü olur ki, bu da ailəyə zərər verir. Həmsöhbətimizə görə, özündən kiçik bir kişi ilə münasibət yaşayan qadınlar gəncliyində cəmiyyətin qınağını düşünən qadınlar olur. Bu qınaq yaşadıqları münasibətdə də davam edir. Qadının fikirləri qarışır və «görəsən, bir gün məndən ayrılarmı», «məni həqiqətən sevirmi», «mənimlə evlənəcəkmi» fikirləri onu rahat buraxmır. İ.Rütəmov deyir ki, ümumiyyətlə, münasibətlərdə kişinin daha böyük olması məsləhət görülür. "Çünki kişilər daha gec yetişir və qadınlardan 2-3 il gec həyatı başa düşməyə başlayırlar. Yaşlı qadınlarda isə gənc sevgililəri üzərində sahiblənmə hissi daha çox olduğu üçün münasibətlər uzun müddət davam etmir". Psixoloq hesab edir ki, hər kəs özünə uyğun biri ilə münasibət qurmalıdır. Onun fikrincə, arada 5-10 yaş olması normaldır. «Amma bu 5-10 yaş qadının kişidən kiçik olması anlamına gəlir. Qadınlar, ümumiyyətlə, özlərindən böyük kişilərlə münasibət qurmalıdır».
['ailə həyatı', 'ailə münasibətləri', 'ailədə yaş fərqi']
1,581
https://kayzen.az/blog/kitab/16826/sisteml%C9%99-m%C3%BCbariz%C9%99-haqq%C4%B1nda-on-kitab.html
Sistemlə mübarizə haqqında on kitab
Apollon
Kitablar və mütaliə
19 okyabr 2014, 20:32
Fransız yazıçısı Frederik Beqbeder yazır: “Sistem o halda qalib gəlir ki, insanlara öz həbsxanalarını sevirlər.” Sistemin təqdim etdiyi reallıqla barışmaq lazımdırmı? Bir adam və ya qrup azadlıq uğrunda döyüşüb qalib gəlməyə qadirdirmi?XX və XXI əsrlərdə sistem əleyhinə yazılmış ən məşhur kitablar: Rey Bredberi, “Farenheytlə 451 dərəcə” Farenheytlə 451 dərəcə kağızın yanma temperaturudur. Gələcəyin dünyasında kitabları yandırır, insanların başını informasiya zibili ilə doldurur, fərqli düşünənləri elektorşokla müalicə edirlər. Gələcəyin dünyası təhlükəlidir, çünki həqiqidir, çünki öncəgörmələrin bir çoxu artıq baş verib. Amma hələ ki, məhəbbət, gözəllik və həqiqətə can atma var, deməli ümid var. Ken Kizi, “Ququ quşu yuvası üzərindən uçuş” Bu kitab sağlam fikirlə dəlilik arasındakı sərhədin təsviridir. Psixi xəstəxanada hamı ideal işləyərək insanları vicdanlı vətəndaşa çevirirlər. Həbsxanadan canını qurtarmaq üçün burada gizlənən kürən adam isə xəstələri mövcud sistemə qarşı qaldırır. Amma bəla burasındadır ki, yekun qələbə çalmaq mümkünsüzdür.Corc Oruell, “1984” Romanda üç totalitar dövlət arasında bölünmüş dünyadan bəhs olunur. Kitabda insanlar üzərində hər cür nəzarəti həyata keçirən, onların beyinlərini yuyaraq, tarixi istədiyi kimi yazan bir sistem var. Roman dəfələrlə sosialist respublikalarında qadağan edilib. SSRİ-də də bir vaxtlar qadağan olunub. Oruellin bu romanə ən qorxunc antiutopiya əsərlərindən hesab olunur.Yevgeni Zamyatin, “Biz” İyirmi altıncı əsrdə Utopiyanın vətəndaşları öz fərdiliklərini o qədər itiriblər ki, ancaq nömrələri ilə fərqlənirlər. Vahid Dövlətin rəhbəri Hami adlı adamdır. Rus yazıçı Yevgeni Zamyatinin yazdığı əsər dünyanın ən məşhur antiutopiya əsərlərindəndir.Çak Palanik, “Döyüşçü klubu” Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır.Cerom Selincer, “Çovdarlıqda uçurumdan qoruyan” 1951-ci ildə çap olunmuş “Çovdarlıqda uçurumdan qoruyan” bir neçə nəslin stolüstü kitabı olub. Əsərdə yeniyetmə Holden Kolfildin həyat, dünya haqqında təsəvvürləri yer alıb, onun sistemə etirazından bəhs olunur.1980-ci ildə qətlə yetirilən “Bitls” qrupu üzvü Con Lennonun qatili Mark Çapmanın cibindən bu əsər çıxmışdı.Harper Li, “Bülbülü öldürmək” Kitab qara dərili bir insanın zorlama ittihamı ilə təqsirli bilinməsindən bəhs edir. Bundan başqa kitabda kiçik bir vilayətdə inanc və vicdanla bağlı hökmlərin necə verildiyindən bəhs olunur. Sözü gedən kitab, 1960-cı illərin ən çox satılan kitabı olmuşdur.Əsərin sonunda görürük ki, xeyirxahlıq insanın dərisinin rəngindən və sosial vəziyyətindən, ictimai rəydən asılı deyil. Bu adamın ürəyinə bağlı bir işdir.Oldos Haksli, “Yeni, gözəl dünya” Əsərdə qarşımıza qəm-kədər bilməyən istehlak cəmiyyəti çıxır. Burda hər bir adama doğulandan onun cəmiyyətdə ən yaxşı yer tutması təlqin olunur. O, lazım olan hər bir nemətlə təmin olunub. Yox, əgər bütün bunlara rəğmən kədərlisənsə o zaman bir ədəd som həbi qəbul etmək yetər. O zaman xoş əhval-ruhiyyə qazanacaqsan. Əsərin adı Uilyam Şekspirin “Fırtına”adlı pyesindən götürülüb.Frans Kafka, “Proses” 30 yaşının tamamında Yozef K. həbs olunur. Amma həmin gizli təşkilatın əməkdaşları ona həbs səbəbini bildirmirlər. Bununla belə Yozef K. öz həyatını yaşamaqdadır, çünki təşkilat onun qaçacağından narahat deyil. Onu məhkəməyə dəvət edir, evinə, işinə gəlir, izləyirlər. Bütün bu müddət ərzində o öz həbs olunma səbəblərini müəyyənləşdirməyə çalışır. Amma Kafkanın başqa əsərlərində olduğu kimi bürokratiyanın əlindən bu səbəbi öyrənə bilmir.Coann Harris, “ Centlmenlər və oyunçular” İmtiyazlı Sent-Osvald məktəbi hər zaman özünün bənzərsiz intizamı və əlahiddə əxlaqı ilə seçilir. Burada ədəbsiz, yaramaz, əxlaqsız bir hadisənin baş verə biləcəyini təsəvvür etmək çətindir. Amma bu baş verir. Kiçik narazılıqlardan başlayan etiraz getdikcə qar topası kimi böyüyür və Sent-Osvalda qarşı gizli mübarizə başlayır.
['kitablar', 'sistem əleyhinə ən məşhur kitablar']
1,582
https://kayzen.az/blog/maraqli-faktlar/17130/bilm%C9%99k-ist%C9%99diyiniz-maraql%C4%B1-faktlar.html
Bilmək istədiyiniz maraqlı faktlar
MuSHviG
Maraqlı faktlar
19 okyabr 2014, 11:27
İnsanlar nəyə görə içki badələrini toqquşdururlar?Bu ənənə ilə bağlı iki ayrı fikir irəli sürülür:          1. Şərab içən insanın 5 duyğu orqanını razı salmaq məqsədi ilə şərab qədəhini süfrədə çın səsiylə toqquşdurmaq. Burada 5 duyğu dedikdə aşağıdakılar nəzərdə tutulur: Şərabın rəngi — görmə hissi; Şərabın dadı — tam alma hissi; Şərabın iyi – qoxu alma hissi; əl ilə toxunmaq – toxunmaq hissi;  çın səsi – eşitmə duyğusu. Şərab bütün duyğuları qane edən mənasını daşıyır.     2. Digər fərziyəyə görə antik dövrlərdə bir insanın düşmənini yeməyə dəvət edib ona zəhərli içki təqdim etməsi  tez-tez müşahidə edilirdi. Ev sahibi içkisinin zəhərsiz olduğunu göstərmək üçün öz içki badəsini havaya qaldırar və qonağın içkisinin bir hissəsinin öz badəsinə tökülməsini istərdi. Sonra eyni vaxta içkilər içilərdi. Qonaq bu zaman ev sahibinə inamını göstərmək üçün badəsini ev sahibinin yuxarı qaldırdığı badəyə yavaşca toqquşdurar və çın səsi ilə içkini yoxlamağa ehtiyac olmadığını göstərərdi. Həftədə nəyə görə 7 gün vardır?     İlk dəfə Babillər 7 günlük həftə zaman periodundan istifadə etmişlər.  Həmin dövrdə insanlara məlum olan beş planet ilə günəş və ayın birgə sayının 7 olması bu rəqəmin gizli və uğurlu rəqəm olmasını göstərirdi. Daha sonra dinlərdə göyün 7 qatdan ibarət olması, təbiətdəki ana rənglərin sayının 7 olması, musiqidə notların sayının 7 olması bu rəqəmin əhəmiyyətini daha da artırdı. Sonralar bir sıra ölkələr bu təqvim periodunu dəyişdi. Fransa təqvimdə həftə günlərinin sayını 10 etdi, amma bu xalq tərəfindən qəbul edilmədi. Rusiyada da 5 günlük həftə tətbiq edildi, lakin bu da uzun müddət davam etmədi. Sonda yenə həftə 7 günlük olaraq qaldı.Təhlükəni bildirə S.O.S-un mənasə nədir?    Bir çoxlarımız bu qısaltmanın “Save our Ship” gəmimizi xilas et, “Save our Soul” ruhumuzu xilas et, “Stop other Signals” digər signalları söndür sözlərinin qısaltmasından yarandığını fikirləşirlər. Lakin əsas məsələ tamam fəqlidi. Bu teleqraf dövründən qalma Mors əlifbası ilə əlaqəlidir. Yardım çağırışının daha asan yadda saxlanılması üçün 1908-ci ildə bu ifadədən istifadə edilirdi.   Otellerdə nəyə görə fırlanan qapılar (revolving doors) istifadə edilir?     Fırlanan qapıların məqsədi enerjiyə qənaətdir. Hotel, ofis kimi böyük binalarda içəri daim isidilir. Açılan normal qapılar hava axınına mane olmur və soyuq ( yay aylarında isti) hava rahatlıqla içəriyə daxil olur. Əgər normal qapılar  istifadə olunsa hava axını səbəbi ilə isitmə və soyutma mexanizmləri yenidən fəaliyyətə başlayacaqdır. Bu isə əlavə xərclərə səbəb olur. Bu səbəbdən qapılarından tez-tez istifadə olunan otel və bənzəri binalarda fırlanan qapılardan istifadə olunur və bu yolla enerjiyə qənaət edilir.Fırlanan qapılar isti havanın xaricə, soyuq hava axının isə içəri girməsinə mane olur.Təcümə etdi: Muşviq\ istifadə zamanı sayta istinad mütləqdir
['Şərab', 'badə', 'fırlanan qapılar', '7 gün', 'içkilər']
1,583
https://kayzen.az/blog/poeziya/17158/s%C9%99m%C9%99d-vur%C4%9Fun-ceyran.html
Səməd Vurğun- "Ceyran"
beautiful
Poeziya
19 okyabr 2014, 09:25
Səməd Vurğun-Ceyran (“Muğan” poemasından) De, yolun düşdümü Muğan düzünə? Piyada gəzdinmi çölləri sən də’? Söz qoşub ceyranın qara gözünə, Dincini aldınmı bir göy çəməndə?Yerdən ayağını quş kimi üzüb, Yay kimi dartınıb, ox kimi süzüb, Yenə öz sürünü nizamla düzüb, Baş alıb gedirsən hayana, ceyran? Əzəldən meylini salıb çöllərə, Bəxtini tapşırdın bizim ellərə, O qara gözlərin düşdü dillərə. Dişlərin oxşayır mərcana, ceyran!Bir məsəl qalmışdır ata-babadan: Uçarda turacdır, qaçarda ceyran Bir mən deyiləm ki, hüsnünə heyran, Şöhrətin yayılıb hər yana, ceyran!Sükuta qərq olmuş ürəyimlə mən Keçirəm yenə də Muğan çölündən. Yanında balası, yağış gölündən Əyilib su içir bir ana ceyran!Elə ki, son bahar min büsat qurur, Kolları-kosları yıxıb uçurur, Sıxlaşıb bir yerə baş-başa durur Düşəndə çovğuna, borana ceyran.On addım kənarda yatmayır təkə, Gəzinir, oylağa baş çəkə-çəkə. Gələn qaraltıdır, yoxsa təhlükə? Bir özünə baxır, bir ona ceyran!Ovçu, insaf elə, keçmə bu düzdən! O çöllər qızını ayırma bizdən! Qoyma ağrı keçə ürəyimizdən, - Qıyma öz qanına boyana ceyran! Nə gözəl yaraşır Muğana ceyran! 
['Səməd Vurğun- "Ceyran"']
1,584
https://kayzen.az/blog/maraqli-faktlar/17144/da%C5%9Fa-d%C3%B6n%C9%99n-%C5%9F%C9%99h%C9%99r-pompey.html
Daşa dönən şəhər “Pompey”
MuSHviG
Maraqlı faktlar
18 okyabr 2014, 16:18
Bizim eranin 79-cu ilində İtaliyanın indiki Neapol şəhərinin yaxınlığında yerləşən Vezuvi vulkanından dumanlar yüksəlməyə başladı. Bir partlayış olacağını anlayan yerli xalq limana tərəf qaçmağa çalışdı. Gəmilərə minməyi bacaranlar bir daha geri dönməmək üzrə şəhərdən uzaqlaşmağa başladılar.Silkələnmə başlayanda 20 dəqiqə çəkən bir həyəcan yaşandı. Xalq təşvişə düşdü və Sarno çayından 600 m uzaqda yerləşən limana tərəf qaçmağa başladı. Bədbəxtçilikdən onların yolunu dəniz qabarması kəsdi. Silkələnmədən yaranan nəhəng dalğalar gəmiləri sanki oyuncaq kimi şəhərin sahilindəki qaynar lava dənizinə tərəf tullayırdı.Eyni vaxta göydən isti qum dənələri şəklində kiçik daşlar yağmağa başladı. Az keçmədən qazla yüklənmiş nəhəng qara daşlar düşməyə başladı. Bu daşlar yerə dəyən kimi partlayır və şəhərdəki ilkin insan itiklərinə səbəb olurdu. Göyün üzü tüstü və qaz buludları ilə örtülü olduğundan görüş məsafəsi sıfıra düşmüşdü, sanki şəhərə zülmət düşmüşdü. Şəhər sakinləri çaşqınlıq içində sağa-sola qaçırdı. Onların içində həyəcandan istiqaməti səhv salıb Vezuviyə doğru qaçanlar belə vardı. Çıxış yolunu evlərə, zirzəmilərə sığınmaqda görən əhali isə isti hava  və havada miqdarı kəskin şəkildə artan karbon qazı səbəbindən boğulurdu. Bəziləri evlərinin tavanının vulkanın tullantılarının ağırlığına dözməyib çökməsi nəticəsində tələf olurdular. Yerdə yaranan çatlardan çıxan zəhərli qazlar da ölümün əsas səbəblərindən idi. Faciə nəticəsində 200 000 insan bir anda yox oldu. Lavanın şəhərin üzərini örtməsi nəticəsində görkəmli binalar, heykəllər, divar rəsmləri, məbədlər və bazarlar 2000 il ərzində gömülmüş vəziyyətdə qaldı. Pompey şəhərinin üzərini alan qara buludlar 3 gün ərzində qara qar kimi yağmağa davam etdi.    Arxeoliji qazıntılar zamanı daş şəklində tapılan insan qalıqları ölüm anında nə edirdilərsə elə o vəziyyətdə də tapılmışdı. Geoloqlara görə insanların əsas ölüm səbəbi partlayışdan sonra havada yayılan kükürd qazı olmuşdur. Daşa dönmə səbəbləri isə yanardağın püskürtdüyü vulkanik tozun bərkiməsi olmuşdur. Bu lavalar qəlibə çevrilmiş və zaman keçdikcə içindəki cəsədlər çürüsə də qəlib eyni formada qalmışdı.    Hazırda qədim Pompey şəhərinin yerləşdiyi həmin ərazi dünyanın ən nəhəng açıq hava muzeyinə çevrilmişdir.                                 Hazırladı – Müşviq\ İstifadə zamanı mənbəyə istinad mütləqdir
['Pompey', 'Vezuvi', 'Lava', 'İtaliya']
1,585
https://kayzen.az/blog/kino/15849/al-pa%C3%A7ino-siz%C9%99-bir-hekay%C9%99-dan%C4%B1%C5%9Facam.html
Al Paçino: "Sizə bir hekayə danışacam"
Apollon
Kino
17 okyabr 2014, 16:09
Sizə bir hekayə danışacam. Mən beyzbol matçına getmək istəyirdim. Beyzbolu sevirəm. Yadımdadı, hələ 3 yaşım olanda babamla stadiona gedirdim. Düzdü, indi hər şey bir az fərqlidi: tribunaya gəlib oturan kimi, dərhal tabloda mənim adım peyda olur. Burda pis şey görmürəm — sadəcə insanlar belə yaradılıb. Amma bu dəfə bir əngəl çıxdı. Matç gündüzüydü, axşam isə mən işlərimlə bağlı bir yerdə olmalıydım. Qərara aldım ki, stadiona tez gedim, məşqi izləyim, 1-2 dənə də inninqə baxım. İstəmirdim ki, matça axıradək baxmadan getməyim diqqət cəlb eləsin. Başa düşürsüz də: idmançılar da artisdirlər. Təsəvvür edin, Brodveydə, hansısa tamaşa zamanı mən elə ilk dəqiqələrdə ayağa dururam və hər kəsin gözü qarşısında zalı tərk edirəm-necə başa düşülər? Qərara gəldim: gedəcəm, tribunada öz yerimi tutacam, sonra isə çalışacam ki, sakitcə aradan əkilim. Amma birdən yadıma düşdü ki, matça birlikdə gedəcəyim qadın mənim kimi məşhur şəxsdi. Stadiona çatdım, maşından düşüb, mühafizəçidən soruşdum: “Sizin avtomobilinizin baqajında köhnə papaqdan-zaddan bir şey var?” O baxdı, papaqla eynəyi tapandan sonra dedi: “Ey, Al sən hələ bir buna bax, gör burda nə tapmışam! Köhnə saqqal!” Mən saqqalı taxdım-görəsən mənim ağlım hardaydı? Stadiona gəldik, oyun başlayır və birdən tribunadakı bütün insanlar çevrilərək mən tərəfə baxmağa başladı. Telekameralar mən tərəfə çevrildi. Stadionda kim var, mənə tərəf baxır. “Bu nə zəhrimardı? — fikirləşdim — Axı məndə saqqal var”. Əlbəttə ki, bütün bunlar məni müşayiət edən qadına görəydi. Əşi, nə isə… Amma birdən hiss elədim ki, saqqal çənəmdən sürüşür. “Axmaq bir vəziyyət yarandı. İndi nə etməli? Saqqalı qoparıb düzəltdim-başqa nə edə bilərdim ki? Təbbi ki, bütün bunlar saat 11 xəbərlərində göstərildi: “Maraqlıdır, niyə Al Paçino stadiona yalançı saqqal taxaraq gəlib?” Bu saqqalı sancaqlar muzeyinə vermək lazım idi. Xəbərlərdə özümü görüb xeyli güldüm, amma bəzi nəticələr də çıxardım. Bir də belə hadisə baş verməyəcək. Hara getməyimdən asılı olmayaraq, daha mən hər yerdə necəyəmsə — elə peyda oluram. * * * Balaca oğlan olduğum zaman, böyük nənəm (nənəmin anası-R.C) bəzən mənə gümüş dollar verirdi. O mənimlə həmişə çox mehriban rəftar edirdi. Nənəm mənə pulu verməyə hazırlaşan kimi bütün ailə xorla bağırmağa başlayırdı: “Yox! Yox! Yoooox! Ona gümüş dollar vermə!” Bu sözlər ciddiyyətlə deyilirdi — axı biz dəhşətli dərəcədə kasıb idik. Pul mənim ovcumda peyda olan kimi hamı böyürməyə başlayırdı: “Ver! Geri qaytar!” — buna görə də hədiyyəni aldığım üçün özümü narahat hiss eləyirdim. * * * Valideynlərim boşanmışdılar, mən hələ çox balacaydım. Ailənin yeganə uşağıydım, anam, nənəm və babamla birlikdə Cənubi Bronksun çoxmənzilli evlərindən birində yaşayırdım. Biz çox çətin dolanırdıq. Buna görə də əyrilmiş yulaf sarğısından kupon kəsməklə Tom Miksdən mahmız (şpor) əldə etmək mümkün olduğunu biləndə sevincimin həddi-hüdudu yoxuydu. Tom Miks qərblilərin kavboy qəhrəmanı idi. O çox məşhuruydu, çox! Kağız lentlə sarınıb poçtla göndərilmiş mahmızlar əsrarəngiz anlam daşıyırdı.Nə isə biz mahmızları sifariş etdik. Böyük nənəm öləndə mənim təxmini 6 yaşım olardı.Yadımdadır, biz dəfn mərasimindən evə gəldik və məlum oldu ki, Tom Miksin mahmızlar olan bağlaması gəlib. Sevincimin həddi — hüdudu yoxuydu. Amma birdən xatırladım ki, nənəm yenicə ölüb. Mən mahmızlara görə sevincimdən tullanıb düşmək istəyirdim, amma...Mən o gün insanın içində özü ilə ziddiyətin nə olduğunu anladım. * * * Anam işləməsinə baxmayaraq, hər dəfə yeni film çıxanda məni kinoteatra aparmaq üçün vaxt tapardı. O birisi gün mən evdə tək qalır, bütün rolları ifa etməklə filmi başdan — axıracan özüm üçün canlandırırdım. “Kədərli uikkend” filminə mən hələ çox balaca olanda baxmışdım, amma o mənə çox ciddi təsir etmişdi. Mən ekranda baş verənləri anlamırdım, amma heyranlıqdan tüklərim biz-biz olmuşdu. Rey Millend boş yerə “Oskar”a layiq görülməmişdi, o bu filmdə rolunu əla oynamışdı. “Kədərli uikend”də bir səhnə var, Millend viski butulkasını axtarır. Sərxoş olub o şüşəni mənzildə harasa qoyub, amma indi ayılıb və onu tapmaq istəyir. Bilir ki, şüşə hardasa buralardadı, amma dəqiq hardadı xatırlamır. Uzun müddət axtarır və sonda tapır. Mən tez — tez bu səhnəni oynayardım. Atam məni ziyarət eləməyə gələndə, bəzən məni də götürüb Qarledəki qohumlarının yanına aparardı və deyərdi: “Onlara butulkayla olan səhnəni göstər”. Mən səhnəni oynayardım və hamı gülərdi. Mənsə öz-özümə fikirləşərdim: “Onlar nəyə gülür, axı bu ciddi səhnədi?” * * * Bir dəfə uşaqlıqda küçə tamaşasına getmişdim, topu götürüb atdım və bir neçə butulkanı yıxa bildim, amma mənə hədiyyə vermədilər. O gün mən heç cür özümə gələ bilmirdim: necə oldu ki, onlar belə hərəkət elədilər? Bu nə ədalətsizlikdir?! Evə getdim və babama hər şeyi danışdım. Amma o elə bir sifət aldı ki...o hələ də mənim gözümün qabağından getmir. Onun sifətində bu ifadə vardı: “Səncə mən indi 6-cı mərtəbədən pilləkənlə aşağı düşməli, 5 kvartal piyada getməli və küçə tamaşasındakı hansısa avaraya sübut eləməliyəm ki, sən butulkaları yıxmısan və hədiyyəyə layiqsən?!” Mən bütün bunları onun sifətindən oxudum. Bununla belə o, mənə izah eləməyə çalışdı ki, həyatda belə şeylər də baş verir. O haqlı idi. Həqiqətən baş verir. * * * Anam mən hələ uğur qazanmamışdan qabaq öldü. Yadımdadır, mənim 10 yaşım olardı. Bizim mənzil yuxarı mərtəbədəydi. Dəhşət soyuğuydu. Aşağıda, döngədəki dostlarım məni küçəyə oynamağa çağırırdılar. Amma anam məni buraxmadı. Mən çox incidim və dayanmadan onun üstünə qışqırmağa başladım. O mənim acı məzəmmətlərimə dözdü. Və mənim həyatımı xilas elədi. Başa düşürsüz, məni o vaxt gəzməyə çağıran dostlarım indi həyatda yoxdular. Anam istəyirdi ki, mən gecə keçənədək küçədə veyllənməyim, dərslərimi oxuyum. Məhz buna görə mən indi burda oturmuşam və sizinlə söhbət edirəm. Hər şey çox sadədir, elə deyilmi? Amma biz çox unutqanıq... * * * Mən hələ balaca oğlan olduğum zamanlarda, avtobusdan düşüb başqa marşruta minəndə sarı, qırmızı, mavi rəngdə talon verirdilər. Biz, uşaqlarla istifadə edilmiş talonların hara tullandığını bilirdik, onları tapır və ciblərimizə doldururduq. Bu kağızcıqlar heç nəyə yaramırdı, amma onlar bizə çox dəyərli görsənirdi. Sən heç təsəvvür edə bilirsənmi ki, cibində çoxlu pulla veyllənmək nə deməkdir? * * * Aktyor kimi mən səhnədə ilk dəfə ibtidai məktəbdə oxuduğum zaman olmuşam. Biz tamaşa qoymuşduq, səhnənin ortasında böyük tiyan, bədnam “hər şeyi əridən tiyan” varıydı, mən isə italiyalı nümayəndə kimi onu qaşıqla qarışdırırdım. İndi də xatırlayıram: məktəbdəki uşaqlar məndən avtoqraf istəyirdilər, mən də “Sonni Skott” imzasıyla avtoqraf paylayırdım. Юzümə ahəngdar təxəllüs götürmüşdüm, başa düşürsüz də? * * * Həyatımın ən böyük sarsıntılarından birini Cənubi Bronskda, əvvəllər varyete (yüngül janrlı tamaşalar göstərən teatr — R.C), sonra isə kinoteatra çevrilmiş zalda yaşamışam.Tamaşanı “gəzən” truppa təqdim edirdi. Çexovun “Qağayı”sını (Çayka) oynayırdılar. Tamaşa başladı...və birdən — birə də qurtardı. Zaman bir anda keçdi. Bu möcüzə idi. Yadımdadır, mən fikrə daldım: “Necə olmalısan ki, belə bir şey yaza biləsən?” Mən dərhal Çexovun seçmə hekayələrini axtarıb tapmışdım. * * * Bir dəfə qəlyanaltı etmək üçün “Hovard Consona” girdim və gördüm ki, həmin tamaşada parlayan aktyor piştaxtanın arxasında kofe süzür. Onda mən başa düşdüm ki, həyat nisbidir: əvvəlcə o məni öz oyunu ilə heyran etdi, indi isə “Hovard Consonun” piştaxtasının arxasında dayanıb və mənə qulluq edir. * * * Vaxt vardı ki, mən köşklərə “Şou-biznes” adlı qəzet paylayırdım. Heç vaxt yadımdan çıxmaz ki, mənə nə qədər maaş verirdilər — 12 dollar. Onluq və iki kağız dollar. Onluğu dərhal xırdalayardım ki, məndə on iki dənə bir dollarlıq olsun. Barda hesab ödəyirsən, barmaqlarını tüpürcəkləyib dəstələnmiş dollarları sayırsan və hamıya elə gəlir ki, səndə pul ağlasığmaz qədərdi. * * * İlk dəfə Bostonun repertuar teatrından normal qonorar alanda, təxmini mənim 25 yaşım olardı. Bara getdim, stulda oturub martini içdim. Hətta bundan sonra da məndə pul qalmışdı! * * * Filmdə oynamaqla, tamaşada oynamaq arasındakı fərq nədir bilirsizmi? Oynamaq onsuzda tarım çəkilmiş kəndirbaz üstündə oynamaqdır. Səhnədə ip çox yuxarıdandı. Yıxılsan şil-küt olacaqsan. Amma kinoda ip yerin üstündədi. * * * Bir dəfə işıqforun yanında durub küçənin o tərəfindəki qıza baxdım və gülümsədim. Amma o: “O-oo, salam Maykl” — deyərək cavab verdi. Bilirsiz də Maykl “Xaç atası” filminin qəhrəmanıdı. Məndə belə bir təəssürat yarandı ki, o bir anda məni yoldan ötən adi insan olmaq hüququndan məhrum elədi. O məni görmüşdü, amma o məndəki məni görməmişdi.“Oskar”ı mən ancaq səkkizinci cəhddə əldə edə bildim. Ona qədər məni yeddi dəfə siyahıya salmışdılar, vəssalam.Bilmirəm mən bu məsələyə adekvat münasibətimi bildirə bilərəmmi, heç olmasa qismən… İndi mən nominantlara baxıram və düşünürəm: “Bəs birdən onlar neyroxirurq olsaydılar necə? Məcbur qalsaydın onlara öz beynini əməliyyat eləməyə etibar edərdin? “Oskar”ı məhz o etibarlı şəxsə vermək lazımdı. Amma əvvəllər hər şey mənim əhval-ruhiyyəmin necə olmasından asılı olardı. * * * Elə il olub ki, mən alkoqoldan və həblərdən hədsiz dərəcədə çox istifadə eləmişəm. Bu məsələləri mən çoxdan qapatmışam. Amma mərasimdə oturduğum zaman düşündüyüm vaxt olub: “Birdən məni təltif eləsələr, səhnəyə qədər gedə biləcəyəmmi? Əmin deyiləm”. * * * Atam beş dəfə evli olub, amma mən heç vaxt evlənməmişəm. Bundan hansı nəticəyə gəlirəm? Biz öz vərdişlərimizin köləsiyik. * * * Əgər aktyorun çoxlu pulu varsa, o adətən onu xərcləməyə yer tapır. Mən öz pullarımı şəxsi filmim olan “The Local Stigmatic”ə (“Mestnıy Stiqmatik”) xərcləsəm də, sonradan onu prakata çıxarmadım. * * * Bir gün Mərkəzi parkda gəzişirdim, tanımadığım bir insan mənə yaxınlaşdı və dedi: “Qulaq as, sənə nə olub belə? Niyə biz səni görmürük?” Mən nə isə mızıldamağa başladım: “Bilirsiz mən...heç...mən...” Amma o: “Hə Al, mən səni zirvədə görmək istəyirəm!” Və mən anladım ki: mənim bəxtim gətirib, mənə istedad verilib və mən ondan istifadə etməliyəm. * * * Bir filmdə mən suda üzən tirin üzərində qəhrəman Robin Uilyamsı təqib etməli olmuşdum. Bu səhnəni ideal səviyyədə oynamaq lazım deyil. Bunun üçün lazım olan şey — spontanlıqdı. Bütün fokus spontanlıqdadı. * * * 20 il bundan əvvəl Frenk Sinatranın konsertinə getmişdim. Çətin anlarda onun Baddi Riçi vardı. Beləliklə, səhnəyə Baddi Riç çıxdı və mən necə oldusa fikrə getdim: “Axı Baddi Riçin 79 yaşı var, amma o baraban çalır”. Mən bilirdim o yaxşı barabançıdır, amma o zaman düşünmüşdüm: “ İndi Frenk Sinatra səhnəyə çıxana qədər otur, Baddi Riçin qımıldanmağına, yerində yırğalanmağına bax”.Baddi Riç başladı, necə başladı. Onun ifası mənim gözlədiyimdən on qat artıq idi. Riffin ortasında hamı yerindən sıçradı və heyranlıqla əl çalmağa başladı. Sonra isə Sinatra gəldi və sadə bir söz dedi: “Görürsünüzmü, bu oğlan necə baraban çalır? Bəs bilirsizmi ki, bəzən seçilmiş yoldan çıxmamaq xeyirlidi”.Baddi Riç seçilmiş yoldan çıxmadı. O təkcə illər boyu barabanda ifa etmədi, həm də həmin gecə öz yoluyla getdi. O dəqiq belə dedi: “Gör mən nə qədər yol gəlmişəm, gəlin yoxlayaq, mən davam edə biləcəyəmmi...” Qəflətən yol onu lazım olan yerə gətirdi. Bax, biz bütün bunları ona görə edirik. Lazım olan yeri tapmaq istəyirik. Amma o yeri tapmaq hələ hər şey demək deyil. Lazım olan kifayətlənməməkdi. Bilirsizmi, belə bir atalar sözü var: “Kim ki, öz dəliliyindən əl çəkmir, o hansısa gözəl bir gündə müdrik olacaq”. Tərcümə etd: Cavid Ramazanov 
['kino', 'aktyorlar', 'Al Pacino']
1,586
https://kayzen.az/blog/kadrlar/17143/qap%C4%B1%C3%A7%C4%B1n%C4%B1n-%C9%99m%C9%99k-funksiyas%C4%B1.html
Qapıçının əmək funksiyası
Ramil
İnsan resursları (kadrlar)
17 okyabr 2014, 14:42
1-ci dərəcə         Mehmanxanalarda, çoxmərtəbəli binalarda, kinoteatrlarda, sirklərdə, yeyinti, ticarət və s. yerlərdə qapıların açılıb-örtülməsi, müştərilərin (gəlib-gedənlərin) qəbul edilməsi, onların istənilən yerə (nömrəyə, otağa, zala, şöbəyə və s.) getməsinin istiqamətləndirilməsi, gələnlərin binaya daxil olmaq üçün hüququ olub-olmamasının yoxlanılması, baqajın daşınmasına kömək göstərilməsi, binaya daxil olanlara lazımi məlumatların verilməsi, hüququ olmayanların binaya daxil olmasının və digər xoşagəlməz təsadüfi halların qarşısının alınması. Daxil olanlardan biletlərin toplanılması, ictimai yerlərin qarderob və yaxud tualetlərə nəzarət edilməsi. Sifarişlə taksi çağırılması, giriş qapılarının təmiz və saz vəziyyətdə olmasına nəzarət edilməsi. Nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi. Siqnalizasiya sisteminin, işıq reklamların saz işləməsinin yoxlanılması və onların yandırılıb söndürülməsi.         Maşın dayanacağına nəzarət. Digər fəhlələrin işinə göz yetirmək.             Bilməlidir: müştərilərə xidmət qaydasını, şöbələrin, seksiyaların, ticarət zallarının yerləşməsini, taksi sifariş etmək, təcili yardım maşını, yanğın komandasını çağırmaq üçün telefon nömrələrini, yaxınlıqda yerləşən yeməkxana, ticarət, kommunal təsərrüfat və s. müəssisələrin ünvanlarını, yanğından mühafizə və siqnalizasiya vasitələrinin yerləşməsini və onlardan istifadə qaydasını, gigiyena qaydalarını.             2-ci dərəcə: böyük mehmanxanalarda qapıçı işlədikdə.
['əmək funksiyası', 'qapıçının əmək funksiyası', 'qapıçı']
1,587
https://kayzen.az/blog/seirler_edebiyyat/17142/m%C9%99ni.html
Məni
Ramil
ŞEİRLƏR
17 okyabr 2014, 14:22
 Ağlım təzə-təzə kəsirdi hələ Sən vara, dövlətə satanda məni. Məhəbbət yandırıb kül eləmişdi On səkkiz yaşıma çatanda məni.Saçımda dolanan dən idin onda Gözumdə dumandin,çən idin onda Özündən xəbərsiz sən idin onda... Axtaran da məni, atan da məni. Yollarim od olub, ayağım yalın Əlində qalmışam dərdin, məlalın Əridib şam kimi şirin xəyalın Soyuq zindanlarda yatanda məni.Onun məhəbbəti dilində idi Həqiqət gözümün selində idi Əlin o alçağın əlində idi Həsrətin odlara satanda məni.Birimiz ağlarıq, birmiz də şən Dağdan ağır dərddi Sücaət çəkən Həmişə yadıma sən düşəcəksən Hər ürək ağrısı tutanda məni.Sücaət Kəlbəcərli (Əhmədov)
['Sücaət Kəlbəcərli', 'Sücaət Əhmədov', 'məni', 'şeir', 'poeziya', 'məhəbbət şeiri']
1,588
https://kayzen.az/blog/turizm/17132/avropan%C4%B1n-%C9%99n-g%C3%B6z%C9%99l-10-%C5%9F%C9%99h%C9%99ri.html
Avropanın ən gözəl 10 şəhəri
MuSHviG
Turizm
17 okyabr 2014, 09:31
Avropa zəngin tarixi, qədim mədəniyyəti, nəfəs kəsən təbiəti və əyləncəli atraksionları ilə məşhur olan möhtəşəm bir qitədir. Avropalı sənətkarların əsərləri ilə bəzədilmiş paytaxtları, tarixi orta əsrə dayanan memari üsluba sahib tikililərə ev sahibliyi edən heyrətamiz küçələri ilə başdan çıxaran bir qitədir. Dünyanın ən kiçik ikinci qitəsi olsada ən çox turist axını olan qitədir.Gəzməli, görməli çox möhtəşəm yerləri özündə ehtiva edən Avropa ziyarəti hər zaman çox maraqlı və əyləncəli olur. Sizə Avropa səyahətiniz zamanı gəzməli olduğunuz 10 ən gözəl şəhəri təqdim edirəm. 1. Venesiya 2. Berlin 3.Amsterdam4.Brüssel5.Dublin6. Kopenhagen7. Budapeşt8. Edinburq9. Vyana10. Praqa  Hazırladı — Müşviq\ İstifadə zamanı sayta istinad mütləqdir.
['Venesiya', 'Berlin', 'Edinburq', 'Vyana', 'Praqa', 'Amsterdam', 'Dublin', 'Kopenhagen', 'Budapeşt']
1,589
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17131/sa%C4%9Flam-qalmaq-%C3%BC%C3%A7%C3%BCn-t%C3%BCk%C9%99tm%C9%99li-oldu%C4%9Funuz-5-%C9%99n-xeyirli-qida-m%C9%99hsulu.html
Sağlam qalmaq üçün tükətməli olduğunuz 5 ən xeyirli qida məhsulu
MuSHviG
sağlam həyat tərzi
17 okyabr 2014, 09:23
Qoz. Qoz zülalın ən yaxşı bitki mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi  antioksidantlarla zəngindir. Ümumiyyətlə qoz- fındıqda yüksək miqdarda  bitki sterolları və omeqa 3 turşuları var. 2004-cü ildə Amerikanın Qida və Dərman İdarəsi (FDA-Food and Drug Administration) qozun ürəyə faydasını dəstəkləyərək, sağlamlıq üçün əhəmiyyətini təsdiqləmişdir.  Kətan toxumu. Bitki mənşəli olduğundan kətan toxumu vegetarianlar üçün omeqa 3-ün bitki alternativini təqdim edir. Bir sıra tədqiqatlar kətan toxumunun ürəyə faydalarını göstərir. Bundan əlavə kətan toxumu lif və antioksitant fitoestrogen növü olan lignan kimi faydalı tərkibə malikdir. Tədqiqatlar kətan toxumalarında olan lignanın xərçəng kimi mübarizə tələb edən xəstəliklərdə ümidverici nəticələr göstərdiyini aşkar edib. Belə ki, lignan xərçəng əlehinə xüsusiyyətlərə malikdir. Nəticələr süd vəzisi xərçənginin profilaktikasında daha çox ümidvericidir.  Nar. Son iki ildə nar haqqında daha çox danışılan ən üstün məhsullardan biri oldu. Nar dənələri polifenol, tannin, və antosianin kimi faydalı antioksidantlara malikdir. Digər tərəfdən nar şirəsi yüksək miqdarda antioksidant tərkibinə malikdir ki, bu digər meyvələrdən, qırmızı şərabdan və çayda olduğundan daha çoxdur. İlkin faktlar göstərir ki, konstentrə olunmuş nar şirəsini içmək xolesterinin miqdarını aşağı sala bilər. Habelə, gündə bir stəkan olmaqla bir il ərzində nar şirəsi içmək qan təzyiqini (xüsusən də sistolik təzyiqi) aşağı salır və LDL (aşağı sıxlıqlı lipoprotein) xolesterin (bəd xolesterin) oksidləşməsini zəiflədir. Ümumiyyətlə nar şirəsi içmək üçün zərərsizdir. Tədqiqatların çoxu  günlük 45 millilitr nar şirəsi içməyin əhəmiyyətli olduğunu və əks-təsir olmadan kömək etdiyini göstərir. Qızıl balıq. Qızıl balıq əti əvəz etmək üçün çox gözəl məhsuldur. O zülal və omeqa 3 yağ turşularının yaxşı mənbəyidir. Təəccüblü deyil ki, əsaslı elmi dəlillərlə on ildən artıqdır ki, qızıl balıq beş ən üstün məhsullar siyahısında öndə durur! 2002-ci ildə Amerika Ürək Assosiasiyası (American Heart Association) həftədə ən azı 2 dəfə, xüsusilə də qızıl balıq kimi yağlı balıq növü yeməyi tövsiyyə etmişdir.   Göyərti. Kələm,  çuğundur, çin kələmi, brokkoli, quşqonmaz, yaşıl paxlalar və s kimi tünd yaşıl tərəvəzlər vitamin A və C, dəmir, kalsium və fitonurientlərlə zəngindirlər. Yaşıl tərəvəzlərin çox doyumlu, yüksək lifli və aşağı kalorili olmaları ürəyi sağlam və beli incə saxlamağa imkan verir ki, bu da onları ən üstün məhsullardan edir. Amerika Ürək Assosiasiyası (American Heart Association) tərəfindən işlənmiş yeni pəhriz gündə ən azı 4 dəfə müxtəlif növ tərəvəzlər yeməyi tövsiyyə edir.www.etibb.org
['Qoz', 'nar', 'qızıl balıq', 'kətan toxumu']
1,590
https://kayzen.az/blog/kurdamir/17134/%C3%BCr%C9%99yinizi-qorumaq-%C3%BC%C3%A7%C3%BCn-bunu-edin.html
Ürəyinizi qorumaq üçün bunu edin
kurdamir
Bloq: kurdamir
16 okyabr 2014, 20:01
Xoşbəxtliyin həddi insan səhhətinə psixi sağlamlıqdan daha çox təsir göstərir. Xoşbəxtlik insanın ürək xəstəliklərinə yoluxmaq riskini azaldır.Xoşbəxtliyin həddi insan səhhətinə psixi sağlamlıqdan daha çox təsir göstərir. Xoşbəxtlik insanın ürək xəstəliklərinə yoluxmaq riskini azaldır Digər saytların birinin  məlumatına görə, Con Hopkins Universitetinin alimlərinin son araşdırmaları göstərir ki, həyat sevgisi olan insanlar daha az halda koronar xəstəliklərə yoluxur və nadir hallarda ürək çatışmazlığından vəfat edirlər. Əldə olunan məlumatlar daha əvvəl aparılmış araşdırmalara əlavə olub. Bundan əvvəl aparılmış araşdırmalar depressiv və narahat fərdlərin ürək tutmalarına daha çox meylli olduqlarını, həmin xəstəliklərin çox vaxt ölümcül nəticə verdiyini aşkar etmişdi.  Tədqiqatçılar hesab edirlər ki, həyat sevgisi, sakitlik, enerjili olmaq, həyatdan zövq almaq kimi xoşbəxtlik hissləri ürək tutması riskini azaldır. Tədqiqatın rəhbəri Liza R. Yanek deyir ki, həyat sevgisi və optimizm insanı kardioloji problemlərdən qoruyur. Bununla belə, doktor Yanek xəbərdarlıq edir ki, belə pozitivlik insan temperamentinin anadangəlmə hissəsidir. Bunu insan öz arzusu ilə dəyişə bilməz. Pozitiv həyatın ürək sağlamlığına necə təsir göstərdiyi elm üçün hələ də qaranlıq qalıb. Həyata keçirilmiş araşdırma bədənlə ruh arasındakı əlaqəyə də yeni baxış bucağı ortaya qoyur. Araşdırma zamanı alimlər 25 illik müddəti olan GeneSTAR layihəsinin məlumatlarından istifadə ediblər. Həmin layihə ürək xəstəliyinə tutulan insanların həyatı haqda bilgilər əldə edib. Alimlər layihədə iştirak etmiş 1483 nəfər ürək xəstəsinin yaxın qohumlarından da məlumatlar almışdılar. 
['Sağlam həyat tərzi']
1,591
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17133/ebola-virusu-n%C9%99dir-v%C9%99-insanlar-bu-virusa-nec%C9%99-yoluxur.html
Ebola virusu nədir və insanlar bu virusa necə yoluxur?
MuSHviG
sağlam həyat tərzi
16 okyabr 2014, 16:15
Son zamanlar adı tez-tez duyulan Ebola xəstəliyi və qısa müddət ərzində bir çox ölkəni təsiri altına alaraq ölümcül nəticələrə səbəb olur. Qan və ifrazat yolu ilə insandan insana asanlıqla keçən Ebola virusu ilk olaraq Sudan və Konqo Demokratik Respublikasında aşkarlanmışdır. Dünya Sağlıq Qurumu tərəfindən 4-cü Risk Qrupu Patojen olaraq qəbul edilən virusun indiyənə kimi aşkarlanan 3 əsas növü vardır. Ebola Sudan Ebola Reston Ebola Fildişi Sahiliİp formasında olan virus 80 nm boyundadır və əsasən RNA'dan ibarətdir. İlk öncə insanlarda qanamalı qızdırmaya səbəb olur. Sonrakı mərhələlərdə orqan çatışmamazlığına səbəb olan Ebola virusu ölümə səbəb olan ciddi sağlıq problemidir. Xəstəlik insanlara əsasən meymunlar və meyvə yarasalarıdan keçir, qan və maye ilə yayılır. Hava ilə yayılma halına rast gəlinməmişdir. Özel Medline Aydın xəstəxanasının baş həkimi Dr. Serkan Kurnazın söylədiklərinə əsasən virus insan bədəninə daxil olduqdan sonra 5-10 gün ərzində xəstlik inkişaf etməyə başlayır. Xəstəliyin ilkin göstəriciləri aşağıdakılardır:       Yüksək temperatur, üşütmə, titrəmə, yorğunluq. Xəstəliyin digər göstəriciləri şiddətli baş ağrıları, əzələ ağrısı, ürək bulanma, qusma, qarın ağrısıdır. Virusun ən əsas göstəricisi sonrakı dövrlərdə yaranan qanamalardır. Beləki xəstəliyə yoluxma zamanı irəlləyən dövrlərdə göz, burun, qulaq, ağız və rektumdan qan gələ bilir. Ebola virusu yoluxma zamanı ağ qan hüceyrələrini tez bir zamanda yox edərək həzm sistemini zəiflətdiyi üçün insan bədəni virusa müqavimət göstərə bilmir və nəticədə orqan çatışmamazlığı yaranır. Bu virusa yoluxma zamanı ölüm faizi yüzdə 90-a qədər çıxa bilir. Virus adını Afrika qitəsində axan bir çaydan götürüb. Əsasən virus Liberiya, Qvineya, Konqo Demokratik Respublikası, Qabon, Cənubi Sudan, Fildişi Sahilləri, Uqanda, Konqo Respublikasında aşkarlanıb. Son dövrlərdə Avropa və Amerikada da Ebola virusu daşıyan xəstələrə rast gəlinmişdir. Ebola xəstəliyi təkcə Qərbi Afrikada 3.400 insanın həyatını itirməsinə səbəb olmuşdur.Hazırladı: Muşviq / İstifadə zamanı sayta istinad mütləqdir (linki elave etməklə) 
['Ebola', 'Sudan', 'Reston', 'Fildişi Sahili', 'RNA', 'ölkələr']
1,592
https://kayzen.az/blog/moda/17128/qad%C4%B1n-g%C3%B6z%C9%99lliyini-tamamlayan-r%C9%99ngl%C9%99r.html
Qadın gözəlliyini tamamlayan rənglər
MuSHviG
Moda dünyası
16 okyabr 2014, 11:19
Hər bir qadının arzusu qarşı cinsin diqqetini cəlb edən çəkici bir imic sahib olmaqdır. İlk baxışda qadınlar imicini dəyişməyə cəhd etməkdən çəkinir. Lakin bunun üçün özünüzə gün ərzində bir neçə extra dəqiqə ayırmaq və müəyyən qadın sirrlərini bilmək kifayyət edərd. Bildiyimiz kimi işgüzar imicə mühafizəkar və işgüzar geyim tərzi sayəsində nail olmaq mümkündür. Əgər maliyyə vəsaitiniz məhduddursa, onda onu kəmiyyətə deyil, keyfiyyətə yönəldin. Dəqiqliklə seçilmiş geyimlər həm işinizin xeyrinə olacaq, həm də şkafınızı lazımsız paltardan azad edəcək.  Ustalıqla və keyfiyyətli materiallardan tikilmiş geyimlərdən müxtəlif variantlarda istifadə edəcəksiniz. Klassik tərz. Bu tərz illər ötsə də, yaxşı görünür. Ona görə ki, klassik üslubda tikilmiş geyimlər əbədidir, modanın tendensiyaları kimi dəyişmir. Ciddi, dəyişən dəblərin tendensiyasına uyğun tikilməyən geyimlərin universal elementləri olur. Yaxşı tikilmiş klassik pencəkdən parlaq və dəblidən daha çox istifadə edəcəksiniz. Çünki ikincisi növbəti mövsüm dəbdən düşəcək. Klassik üslublu geyimdə istənilən vəziyyətdə yaxşı görünəcəksiniz. Bir neçə dəbdə olan aksesuar əlavə etməklə müasir görünmək heç də çətin deyil.Təməl rənglərdən istifadə edin. İşgüzar qarderob əsas «işgüzar rənglərdən» ibarət olmalıdır. İşgüzar qadının qarderobunda qara, göy, tünd göy, zoğalı, qəhvəyi, bej və boz rənglər olmalıdır. İşgüzar kişinin qarderobunda isə tünd göy, göy, boz və bej rənglər. Çox parlaq rənglərdən uzaq olun.  Rənglərin hakimləri qara, tünd göy, göy, tünd boz və qəhvəyi rənglərdir. Tünd göy xətli kostyum rəhbər vəzifədə çalışanların qarderobunda mütləq olmalıdır. Çünki göy rəng insanı daha yüksək rütbəli, vacib şəxslər kimi göstərir. Ona görə də məsələn, satıcısınızsa, bu rəngli geyimlərdən uzaq olun ki, alıcıları qorxutmayasınız. Bu rənglə bağlı kiçik bir sirri də sizlərlə bölüşürük. O qədər hündürboylu olmayan şəxslər bu rəngdə geyinilmiş kostyum vasitəsilə real boylarından vizual olaraq hündür görünəcəklər.Kişilərin dominatlıq etdiyi biznes sferasında yerini tapmaq istəyən xanımlar tünd göy, tünd boz rənglərdən istifadə etsə uduzmaz. Əgər hökmran olduğunuzu bəyan etmək istəyirsinizsə, tünd rənglərdən istifadə edin. Daha açıq çalarla tutalım, bej və ya göydən o halda istifadə edin ki, əlçatan və dostcanlı görünmək istəyirsiniz. Unutmayın ki, geyim seçiminə mövsüm və hava əhəmiyyətli təsir edir.Qara hakimiyyətpərəstliyin rəngidir. Bundan başqa, kişi kostyumlarının rəngidir. Ona görə də bir çox peşə sahiblərinə qara rəngli kostyumdan deyil, aksessuarlardan istifadə məsləhətdir. Tutalım qara kəmər, pulqabı, portfel və ya botinka. Qadınlar isə qara kostyum, yubka, geyim və həmçinin aksessuarlardan istifadə edə bilərlər.Göy bu həm kişilər, həm qadınlara uyğun olan çox münasib rəngdir. Bu rəngdə paltar geyinməyin həmişə yeri var. Tünd göy əsl hakimiyyətin, həmçinin səmimiyyətin və pulun rəngidir. Xüsusilə kişilər üçün. Çox tünd olmayan göy sizin açıqlığınızı və ya əlçatanlığınızı nümayiş etdirməyə qadirdir.Boz gücü və stabilliyi sərgiləyir. Bu rəngin istənilən çaları kişi və qadın qarderobunun əsas detalları üçün münasibdir. Tünd boz hər iki cins üçün hökmranlıq rəngidir. Açıq boz az rəsmi və daha çox dostcanlığı göstərir.Qəhvəyi küknar kimi qeyri-hamar olan tvin yəni yun parçalardan tikilmiş kostyumlarda çox yaxşı görünür, nəinki hamar parçalarda. Bu rəng portfel, kəmər və botinka üçün daha əlverişlidir. Qəhvəyi rəngi daha yaşlı nəslin nümayəndələri seçirlər. Doğrudan da bu rəng gənclər üçün o qədər əlverişli deyil. Bej qadınlar və kişilər üçün çox universal rəngdir. Yay üçün ideal rəng hesab edilir. Həmsöhbətə təzyiq etməyən, xeyirxah rənglərin siyahısındadır. Kişilər bej rəngli kostyumu açıq-mavi köynəklə geyinə bilərlər.Tünd-qırmızı hökmranlığın rəmzidir. Amma universal görünür. Kişilər tünd qırmızı kəmər, pulqabı və ya portfelə məhdudlaşa bilərlər. Qadınlar nəinki bu rəngdə aksessuarlar taxa, həm də kostyumlar seçə bilərlər.Qırmızı hansısa vəziyyətlə uyğunlaşa və ya heç uyğunlaşmaya bilər. Bu sahibinin cinsindən, dəqiq seçilmiş çalardan, geyimin növündən və geyimdə əsas rəngin olub-olmadığından asılıdır. Al-qırmızı rəng uzun müddət kral hökmranlığı ilə assosiasiya edilib. Bu rəng modanın rəngidir. Biznesin əsas bir sıra sahələrində ondan əsas rəngi kimi istifadə etmək lazım deyil.Yaşılvə sarı rənglərdən işgüzar aləmdə istifadə məqsədəuyğun hesab edilmirMənbə: qadinlar.biz
['Geyim', 'stil', 'rənglər', 'qarderob.moda', 'imic']
1,593
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/17127/yapon-uzun-%C3%B6m%C3%BCrl%C3%BCl%C3%BCy%C3%BCn%C3%BCn-sirri-%7C-getto-m%C3%B6c%C3%BCz%C9%99si.html
Yapon uzun ömürlülüyünün sirri | Getto möcüzəsi
MuSHviG
sağlam həyat tərzi
16 okyabr 2014, 11:06
Dünyada orta yaş həddinin ən yüksək olduğu Yaponiyanın Okinava adasında uzun ömürlüyün sirri tapıldı. Okinavada yerləşən Ryuku universitetindən Şinkiçi Tavada və komandası 20 il davam edən axtarışı sonunda bəhrəsini verdi. Adadakı uzun ömrün sirrinin zəncəfil ailəsindən olan yerli Getto bitkisinin olduğu aşkarlandı. Tavada laboratoriyada bitkidən əldə etdiyi iksiri ömrü 1 ay olan soxulcanda təcrübədən keçirdi. Soxulcanları iki qrupa ayıran alimlər getto maddəsi alan heyvanların yaşama müddətinin 22,6 faiz artdığını sübut etdilər. Bu bitkinin üzümdə də tapılan antioksidan resveratrol maddəsinə sahib olduğunu təsdiqləyən Tavada yerli Okinavaların qış aylarında getto yarpaqları ilə düyü yediklərini, bu yolla qripə daha az yoluxduqlarını, xəstəliklərə qarşı daha dayanıqlı və güclü olduqlarını bildirdi. 1,2 milyon əhalisi olan adada orta insan ömrü 81,2 ildir. Dünya miqyasında bu rəqəm 70 ildir. Tayvana doğru uzanan Yapon adalarından ən böyüyü olan Okinavada orta insan ömrü Yaponiyaya görə daha çox uzundur, həm də ölkədəki 100 yaşını aşan insanların əksəri bu adada yaşayır. Adada yaşayan 427 adamın yaşının 100-ü keçdiyi aşkarlanıb. Bitkinin əsas sirri ürəkdə yaranan yavaşımanı durdurmasıdır. Həmçinin hüceyrələrin enerji mənbəyi olan mitoxondriyadakı aktivliyi artıraraq hüceyrənin yenilənməsinə stimul verir. Damar tutulmasını 75 faiz azaldır. Ölkəmizdə bu maddənin istidafə imkanlarını gələcək yazılarımızda diqqətinizə çatdıracıq.Tərcümə etdi: Muşviq / İstifadə zamanı sayta istinad mütləqdir 
['Yaponiya', 'uzun ömürlülük', 'Okinava', 'Getto']
1,594
https://kayzen.az/blog/yazar/15753/kurt-vonnequt.html
Kurt Vonnequt
Apollon
Yazıçılar
15 okyabr 2014, 19:33
Amerikalı yazıçı Kurt Vonnequt: Vyetnamdakı müharibə milyonçuları milyarder etdi, İraqdakı müharibə isə milyarderləri trilyonçu edəcək. Mən bunu inkişaf adlandırıram... Hamı pis kitab yazır, mən niyə yaza bilmərəm ki?... Atam və babam memar olub. İndianapolisdənik. Ancaq atam memarlıqdan başqa istənilən sənəti seçməyimi tapşırmışdı. Evin kiçik övladları həmişə zarafatcıl olurlar. Süfrə arxasında özünə cəlb etməyin ən yaxşı yolu zarafat etməkdir. Bacımın özünəməxsus yumor hissi var idi – kimsə yıxılanda sevincinin həddi-hüdudu olmurdu. Bir dəfə o, maşından çıxan qadının ayağı dolaşaraq yerə çırpıldığını görmüşdü. Bu hadisədən sonra bacım hələ bir neçə həftə güldü. Böyük depressiyadan sonra ailəmiz bütün var-yoxunu itirdi, anam dəbli jurnallar üçün yazmağa başladı. Ədəbiyyat kurslarına getdi. O, təkcə oxumaqla kifayətlənmirdi, o, bütün jurnalları öyrənməyə başladı – oyunçular at yarışlarının nəticələrini izlədikləri tək. Oğullar, adətən, analarının həyata keçmədiyi arzuları reallaşdırmağa çalışırlar. Mənim ədəbi təhsilim yoxdur. Universitetdə kimyanı, daha sonra antropologiyanı oxumuşam. Bleykə aşiq olduğum vaxt otuz beş yaşım vardı, qırx yaşımda “Madam Bovari”ni oxudum. Tam təsadüf nəticəsində, mən Tomas Vulfun “Öz evinə nəzər yetir, mələyim” kitabını oxudum. Əslində, bu kitabı on səkkiz yaşımda oxumalı idim. Mən uşaq kimi yazıram. Uzun cümlələrdən istifadə etmirəm. İroniyadan qaçıram – insanların bir şey söyləyib, başqa şey düşünmələrini sevmirəm. Ona görə, məni məktəblilər oxuyur. İncəsənət nümunəsinə əsəbləşmək şokolad souslu dondurmaya incimək kimi bir şeydir. Bir dəfə oğlum Markdan həyatın mənasının nə olduğunu soruşdum. O cavab verdi: “Biz bir-birimizə yardım etmək üçün doğulmuşuq”. O, haqlıdır. Bir çoxları düşünür ki, Drezdenin məhvi düşərgələrdə həlak olan insanların qisası idi. Ola bilər. Ancaq ölüm hökmü həmin vaxt şəhərdə olan hər kəsə oxunmuşdu — uşaqlara, qocalara, heyvanlara, nasistlərə, mən və dostum Bernarda. Daha çox cəsəd – daha düzgün qisas... Dünyada yalnız bir insan Drezdendəki qırğından xeyir götürdü. Həmin adam mənəm. Mən Drezdendə həlak olan hər nəfərə görə üç dollar qazandım. Mən dərd çəkirəm, təsəvvür edin, mən kitab yazıram. Prezidentlər və generallar isə onu oxumur. Bütün ömrüm boyu rəsm çəkmişəm, ancaq heç kimə onları göstərmirəm. Bu çox xoş, gözəl məşğuliyyətdir. Hamıya məsləhət görürəm. Oxuyun, rəqs edin, rəsm çəkin, musiqi alətində çalın. Vacib deyil, bu sizdə yaxşı alınacaq, yoxsa yox. Bununla, siz ruhunuzu qidalandırmış olacaqsınız. İnsanların yaxşı yalana ehtiyacı var, çünki ətrafdakı pisin sayı çoxdur. Televiziya — ən canlı incəsənət növüdür. Bir çoxları üçün televiziya həyatın özüdür. Vacib deyil, sən harada yaşayırsan, ailən kimdir. Televiziyanı yandırırsan və orada sənin öz ailən var. Qohumlarım mənim varlanmağıma şad olduqlarını söyləyirlər. Ancaq əvvəlki tək kitablarımı oxuya bilmədiklərini etiraf edirlər. Hamı pis kitab yazır, mən niyə yaza bilmərəm ki? Mən dülgər, çilingər və avtomexaniklərlə söhbət etməyi sevirəm. İstənilən işdə istedad gərəkdir. Mən Keyp-Kodda mexanikliyi oxuyurdum, lakin istedadım olmadığına görə məni xaric etdilər. Yazıçılar ən yaxşı kitablarını qırx beş yaşına qədər yazırlar. Pall Mall-un istehsalçısını məhkəməyə verəcəm: 83 yaşım var, on iki yaşımdan Pall Mall çəkirəm və bu utanmaz yalançılar o vaxtdan bəri məni öldürməyi söz verirlər, özü də bunu düz siqaretin üzünə yazırlar. Amma mən hələ də sağam. Siqaret çəkmək – özünə qəsdin yeganə kübar yoludur. Əgər nə vaxtsa Allah eləməsin, ölsəm, mənim qəbrimdə yazmaq lazımdır: “Musiqi ona Allahın mövcud olduğunu sübut edən yeganə şey idi”. Vyetnamdakı müharibə milyonçuları milyarder etdi, İraqdakı müharibə isə milyarderləri trilyonçu edəcək. Mən bunu inkişaf adlandırıram.  Buşla Hitler arasında yeganə fərq ondadır ki, Hitleri, həqiqətən, seçmişdilər. Ölkəm xarabalığa çevrilib. Mən isə zəhərlənmiş akvariumdakı balığam. Biz böyük ölkə olmalı idik, ancaq bütün dünya bizə nifrət edir. Mən əminəm ki, QİÇS xəstəliyi planetimizin immun sisteminin bizdən azad olması cəhdidir. İki dünya müharibəsindən sonra planetin bizdən azad olmaqdan başqa yolu yoxdur. Biz dəhşətli heyvanlarıq. Mənə elə gəlir ki, təkamül prosesini Tanrının mühəndislərindən biri həyata keçirir. Ona görə, zürafələr, begemotlar və qonoreya mövcuddur. Bu dünya çox ciddidir. İnsanlar, rica edirəm, xoşbəxtliyinizi anlayın.. Təəsüf ki, mən musiqiçi deyiləm. Bax belə işlər... Tərcümə: Aytən Cavanşir
['yazıçılar', 'Kurt Vonnequt']
1,595
https://kayzen.az/blog/sendeme/3106/avropa-nec%C9%99-yerdir.html
Avropa necə yerdir?
rokfeller
Sən demə
13 okyabr 2014, 20:46
Ingiltərədə yaşayan Yanko Tsvetkov Avropanı müxtəlif xalqların necə təsəvvür etdiyini xəritələrlə gözəl izah edib. Avropa amerikanların gözündə: Avropa franızların gözündə: Avropa almanların gözündə: Avroipa italyanların gözündə Avropa bolqarlarların gözündə Avropa ingilislərin gözündə: Avropa geylərin (homoseksualistlərin) gözündə: Həmçinin egil-belshevic.livejournal.com/669883.html#cutid1 və chidlovski.livejournal.com/154314.html baxın.
['Avropa']
1,596
https://kayzen.az/blog/dusundurucu-hekayeler/16912/h%C9%99yat-da-bir-marafondur.html
Həyat da bir marafondur
Apollon
Düşündürücü hekayələr
13 okyabr 2014, 11:35
Bir gənc bir müdrikə yaxınlaşıb deyir: — Mənim 23 yaşım var problemim isə həvəssizliyimdir. Bir işə başlayanda həvəslə başlayıram, amma bu işi qurtarmamış həvəsdən düşürəm. Sizcə nə edə bilərəm? Müdrik deyir: — Sənə sadə bir nümunə gətirəcəm. Meksika olimpiyadalarının adi bir günü idi, yarışma başa çatmışdı, hamı stadionu tərk edirdi. Birdən qaraltı gördülər. Yolda yaralanmış idmançı finiş xəttini axtarırdı. Çətinliklə addımlayırdı. Finiş xəttinə çatdı, beləliklə Con Stiven Akvari 1968 – ci il Olimpiyadalarında adını tarixə yazdı. Tarixə düşməsinə səbəb finişi axırda keçməsi yox, finişi keçdikdən sonar dediyi sözlər idi. — Ona sual verdilər ki, onsuz da qalib gələ bilməyəcəkdiniz niyə davam etdiniz? — “Ölkəm məni yarışa başlamaq üçün göndərmədi, yarışı başa vurmaq üçün göndərdi” Həyat özü də bir marafondur. Və əsas məsələ yarışa başlamq yox, yarışı başa vurmaqdır. Hətda yolun yarısında qəzaya düşsəniz belə…
['düşündürücü hekayələr', 'həyat']
1,597
https://kayzen.az/blog/anal%C4%B1q/17049/ana-s%C3%BCd%C3%BC-haqq%C4%B1nda-10-yalan.html
Ana südü haqqında 10 yalan
Apollon
Körpəyə qulluq və analıq
13 okyabr 2014, 11:34
Yeni ana olmuş təcrübəsiz xanımları ana südü və əmizdirmə mövzusunda əslində, doğru olmayan məlumatlarla yükləyən qohum, dost və tanışlar həmişə var.Onlar sözsüz ki, bu məsləhətləri xoş niyyətlə verirlər və əmizdirmə ilə bağlı yarana biləcək problemlərdən qorumağa çalışırlar. Amma təəssüf ki, bu cür məsləhətlər nəinki yeni olan analara kömək edir, bəzi hallarda onlar üçün problem yaradır. Əgər körpənizi əmizdirməyi qərara almısınızsa, onda mənfi fikirlərə qapılmayın.Süd gələnə qədər süni qida vermək lazımdır.Çox geniş yayılmış səhv məlumatlardan biri doğuşdan sonrakı 3-4 gün müddətində ananın döşlərində körpəni qidalandırmaq üçün lazımi miqdarda südün olmamasıdır. Həqiqətən də, bu dövrdə ananın döşlərində süd olmur. Lakin tərkibində ana südündən qat-qat zəngin zülal olan ağuz südü olur. “Childbirth” Beynəlxalq Təlim Təşkilatının təqdim etdiyi sonuncu məlumatlara (2010) görə, ana südünün 100 ml-də 0.9 qr zülal olduğu halda, eyni miqdarda ağuz südünün tərkibindəki zülalalın miqdarı 2.3 qr təşkil edir. Ağuz südü verməklə körpənizin bütün qida ehtiyaclarını ödəmiş olacaqsınız və süni qidaya heç bir ehtiyac qalmayacaqdır.Ana südü ilə bərabər körpəyə əlavə maye və qida lazımdır. Ana südü məişət dili ilə desək, həm yemək, həm də içməkdir. Körpənin ilk 6 ayında ana südündən başqa heç bir əlavəyə ehtiyacı yoxdur. Bunu eşidən nənənlər başını tutub, “Siz uşağa şirin çay vermirsiniz?” deyəcəklər. Aşraf R.N. (Ashraf R.N.) “Additional water is not needed for healthy breastfed babies in hot climate” (Acta Paediatrica Scandinavia 1993) adlı məqaləsində hətta qızmar yayın istisində belə ana südü ilə qidalanan körpəyə əlavə mayenin verilməsinin lazımsız olduğunu qeyd edir. İsti iqlim ölkələrində körpələrin sadəcə olaraq daha tez-tez əmizdirilməsini Qoldberg N. (Goldberg N.) və E. Adams (Archives of Diseases of Childhood 1983) “Supplementary water for breast-fed babies in a hot and dry climate-not really a necessity” adlı məqalədə tövsiyə edirlər. Amerika Pediatrlar Akademiyası (American Academy of Pediatrics) və Dünya Səhiyyə Təşkilatı (World Health Organization) ümumiyyətlə, 6 ayına qədər körpəyə ana südündən başqa heç bir qidanın (su, meyvə, tərəvəz, şirə, sıyıq və s.) verilməsini məsləhət görmür. Mütəxəssislər bildirirlər ki, bu hal gələcəkdə körpənin sağlamlığında fəsadlara səbəb ola bilər. Cill Rapli (Gill Rapley) və Treysi Mörkit (Tracey Murkett) “Baby-led weaning” (2008) adlı kitabında məlumat verirlər ki, 2003-cü ildə Dünya Səhiyyə Təşkilatının “Ana südü Əvəzləyicilərinin Beynəlxalq Marketinq Məcəlləsi” (International Code of Marketing of Breast-Milk Substitudes) 6 ayından aşağı körpələr üçün qidaların istehsal olunmasına məhdudiyyətlər qoyduğu halda, hələ də bir çox ölkələrin dükanlarında (Azərbaycan da daxil olmaqla) 4 aylıq körpələr üçün nəzərdə tutulan hazır qidalara rast gəlmək olar. Kanada Pediatrik Cəmiyyəti, Kanada Dietoloqları və Kanada Səhiyyənin (The Canadian Paediatric Society, The Dietitians of Canada, Health Canada) birgə nəşr etdirdikləri bəyanatda deyilir ki, “Ana südü körpələr üçün ən optimal qidadır. Buna görə də körpələr 2 yaşlarına qədər ana südü ilə qidalanmalıdırlar”.Ana südü dəyişmir. Ananın südü körpənin ehtiyaclarından asılı olaraq günü-gündən həm miqdar, həm də keyfiyyət baxımından dəyişmək qabiliyyətinə malikdir. Ananın və ya körpənin xəstə olması südün tərkibində xəstəliklə mübarizə apara bilən əlavə anti-cisimlərin ifraz olunmasına səbəb olur. Ananın qidalandığı yeməklərin dadı südə tam verir. Cill Rapli və Treysi Mörkit “Baby-led weaning” (2008) adlı kitabında hesab edirlər ki, məhz bu səbəbdən ana südü ilə qidalanan körpələr daha rahat “ümumi qida masasına” keçir və yeməklər arasında daha az fərq qoyurlar.Süni qidanın tərkibində ana südündə olduğundan artıq vitamin var. Sözsüz ki, ana südü və süni qidanın tərkibində olan vitaminlərin miqdarına baxsanız, çox təəccüblənəcəksiniz. İnanmazsınız, lakin süni qidanin tərkibində vitaminlər qat-qat çoxdur (Childbirth Beynəlxalq Təlim Təşkilatı nəzərə çatdırır ki, məsələn, 100 ml ana südündə dəmir 0.04 mq olduğu halda süni qidada 1.4 mq-dır). Lakin yenə də ana südü üstünlüyünü itirmir. Çünki ana südündə olan az miqdarda dəmir təbii olduğundan daha böyük faydaya malikdir. Ana südünün həzm olunması çox rahatdır və həzm prosesinin getməsi üçün daha az vitaminə ehtiyac duyulur. Sintez olunmuş süni qidanın həzminə isə külli miqdarda faydalı maddə sərf olunur. Məhz bu səbəbdən süni qidaların tərkibindəki vitaminlərin miqdarı qat-qat artırılır .Müasir süni qidalar demək olar ki, ana südü ilə eynidir. Tamamilə yalnış olan bu fikir haqqında kanadalı pediatr və əmizdirmə üzrə dünya miqyaslı mütəxəssis Cek Nyümən (Jack Newman) “Some Breastfeeding Myths” adlı məqaləsində (1998) yazır: “1900 və ondan əvvəlki illərdə istehsal olunan süni qida müasir süni qida ilə eyni tərkiblidir. Onların tərkibində ana südündə olan anti-cisimlər, canlı hüceyrələr, hormonlar və fermentlər yoxdur. Ana südü doğuşdan 1-7 gün ərzində, anadan və körpədən asılı olaraq dəyişdiyi halda, süni qidanın tərkibi sabit olaraq qalır. Ana südü konkret körpənin, süni qida isə bütün körpələrin ehtiyacını ödəmək üçün nəzərdə tutulduğundan heç bir xüsusi xassəyə malik deyil”. Belə bir qənaətə gəlmək olar ki, süni qidalarda dəyişən yalnız rəngarəng, gözəl və cəlbedici qablaşdırmalardır.Döşdə olan süd köhnəlir. Beynəlxalq Süd Liqi (La Leche League) “The womanly art of breastfeeding” (2004) adlı kitabında oxucuların nəzərinə çatdırır ki, ananın döşündə olan süd şüşə qabda olan südlə eyni deyil. Ana bədənindən ifraz olunan “sehrli” maye həmişə eyni hərarətdə və yüksək keyfiyyətdə olur.Yağlı və yağsız süd. Dünya praktikasında ana südünə tətbiq olacaq belə bir terminologiya və ümumiyyətlə, anlayış mövcud deyil. Mövcud olan başqa bir anlayışlar var: ön və arxa süd. Ön süd tərkibində daha çox maye, arxa süd isə daha çox yağdan və zülaldan  ibarət olan süddür və bütün anaların südünə aiddir. Əgər kiminsə yalnız ana südü ilə qidalanan körpəsi sizin körpənizdən daha canlı və kökdürsə, bunun səbəbini südünüzün qüsurlu olmasında axtarmayın. Sadəcə həmin körpədə genetik ailə tarixi və şəxsi bədən konstitusiyası özünü göstərə bilər.Çox yemək! Çox içmək! Çox yatmaq! Dusdiyeker L.B (Dusdieker L.B.) “Is milk production impaired by dieting during lactation?” ( American Journal of Clinical Nutrition 1994) və Duvi K.Q. (Dewey K.G.) “Effects of maternal caloric restriction and exercise during lactation” (Journal of Nutrition 1998) məqalələrdə əmizdirən ananın qidası haqqında ətraflı məlumat veriblər. Bu mütəxəssislər ananın çoxlu su içməsi və qidasında çox miqdarda və kalorili yeməklərin südü daha keyfiyyətli etməsi fikirlərini təkzib edirlər.UNİCEF (BMT-nin Uşaq Fondu) qeyd edir: “Əgər ana çox kasıb deyilsə və şiddətli qida çatışmamazlığından əziyyət çəkmirsə bu halda, Afrikanın kəndində yaşayan ana ilə Manhettanda (Nyü York şəhərinin ən sıx məskunlaşmış və bahalı küçəsində) yaşayan ananın südünün keyfiyyəti eynidir.” Ana ac olduğu zaman yeməli, susuzlayanda içməli və yorulanda dincəlməlidir. İfrata varmağa ehtiyac yoxdur.Yalançı südartıran ərzaqlar. Azərbaycanda qatılaşdırılmış südü, çay və ağır xəmir xörəklərini analara tez-tez süd artıran ərzaqlar kimi məsləhət görürlər. Qeyd etmək lazımdır ki, vətənimizin hər bir bölgəsinin özünə məxsus ləziz xəmir xörəkləri analara demək olar ki, doğuşdan dərhal sonra verilir və əmizdirən analara təklif olunur. “Childbirth İnternational”ın verdiyi məlumata görə, Cənubi Amerikanın And dağlarında yaşayan bəzi tayfalarda əmizdirən analara hakaçu quşunun ətini və lələklərini yedizdirmək, Çində isə kurau balığının yumuşaq, ağ ətindən şorba azırlamaq yerli ənənənin bir hissəsidir. Sözsüz ki, bütün bunların heç bir möhkəm elmi və praktiki əsasları yoxdur. Yalnız sağlam qida vərdişləri laktogenetikaya müsbət təsiri ilə özünü dəfələrlə təsdiqləyib.Südün miqdarı sağılmaqla bəllidir. Anaların ən böyük dərdi “istehsal” etdikləri südün miqdarının körpələri üçün kifayət olub-olmamasıdır. Adətən bunun üçün analar südlərini əl və ya südsağan aparatlar ilə sağıb miqdarını ölçməyə çalışırlar. Südünüzün kifayət qədər olmasını sübuta yetirən başqa vasitələr var. Ilk növbədə körpənizi müşahidə edin. Yaxşı əmən körpə ananın bütün çalışqanlığı ilə sağa biləcəyi süddən dəfələrlə çox süd əldə edə bilir. Dr. Nyümana görə, sağmaq süd ehtiyatınızı deyil, yalnız sizin sağa biləcəyiniz südün miqdarını göstərə bilər.Bu mövzuda “yalnış” məlumatların geniş vüsət almasına baxmayaraq, ana südü minilliklər boyu özünü doğruldub və həyatın müxtəlif sınaqlarından müvəffəqiyyətlə çıxıb. Zəngin tərkibi olan ana südü bəşəriyyətin yaradıldığı gündən etibarən keyfiyyətinə və eyni zamanda asanlığına görə rəqib tanımır. Müharibə, yoxsulluq, təbii fəlakət və digər fövqəladə vəziyyətlərdə körpələrin sağ qalmasına səbəb olan və ətraf mühitdə baş verənlərdən asılı olmayaraq, körpələri ən keyfiyyətli qida ilə təchiz edən məhz ana südüdür.Müəllif: Səltənət Zülfüqarova Əmizdirmə məsləhətçisi
['ana südü']
1,598
https://kayzen.az/blog/maraqli-faktlar/14983/xuliqan-%7C-k%C9%99lm%C9%99baz.html
Xuliqan | Kəlməbaz
Apollon
Maraqlı faktlar
11 okyabr 2014, 20:58
Neçə on illiklərdir ki, dilimizdə “xuliqan” sözü işlədilir.  Elə həmin dövrdən indiyədək avara, boş, səfil bir həyat keçirən, qanunlara tabe olmayan, addımbaşı qanunları, asayişi pozanları – “xuliqan” adlandırırlar. Bu gün hamı “xuliqan” sözünü işlədir. Bəs, bu sözün haradan gəldiyini bilirsiniz?  1898-ci ildən London polisinin hazırladığı məruzələrdə artıq “xuliqan” kəlməsindən istifadə edilməyə başlanmışdı. Bəzi iddiyalara görə, həmin dövrdə qanunları pozmaqda ad çıxarmış, millətcə irland olan Xuliqan (ingiliscə “Hooligan”) ailəsi haqqında mahnı vardı və çox güman ki, bu söz burdan götürülmüşdür.  Lakin Klarens Rukun  1899- cu ildə nəşr edilmiş  “Xuliqan gecələri” adlı kitabında bildirilir ki, bu kəlmə Londonda yaşamış mühafizəçi və oğru Patrik Xuliqanın adından götürülmüşdür. Öz ailəsi və kiçik dəstəsilə birlikdə o, tez – tez  cinayətlər törətməklə, qarətlər etməklə ad çıxarmışdı. Patrik Xuliqan hətta polis işçisini qətlə yetirmiş, həbsxanaya düşmüş və ömürlük həbs cəzası almışdır. Adı isə əbədiləşmışdir – “Xuliqan”.   İndinin özündə ictimai asayişi pozan, camaatı tez-tez öz ədəbsiz hərəkətləri ilə narahar edən, söyüşlər söyərək camaatı təhqir edənləri  “xuliqan” adlandırır və ya “ bu adam xuliqanlıq edir”, “xuliqanlıqla məşğuldur” deyirlər. Bir sözlə, yüz il bundan əvvəl yaşamış Patrik Xuliqan cinayətkar olmaqla bərabər, öz cinayət əməlləri ilə ad çıxarmış və adını “tarix”ə salmışdır. Mənbə: azens.az
['maraqlı faktlar', 'kəlməbaz', 'sözlərin mənşəyi', 'xuliqan']
1,599
https://kayzen.az/blog/bacariqli_eller/14434/r%C9%99ngar%C9%99ng-boyunba%C4%9F%C4%B1.html
Rəngarəng boyunbağı
Apollon
Bacarıqlı əllər
11 okyabr 2014, 20:48
Xanım oxucularımızın bəyənəcəyi kreativ əl işini sizə təqdim edirik. Əziz xanımlar, sizə rəngli karandaşlardan necə dəbli boyunbağı hazırlamağı göstərəcəyik. Bu işdə sizə karandaş (müxtəlif rənglərdə), ülgüc, drel və sap lazım olacaq. İlk növbədə işə rəngli karandaşlar əldə etməklə başlayın. Sonra karandaşın aşağı hissəsini ülgüclə istədiyiniz qalınlıqda kəsin.  Boyunbağı üçün kifayyət qədər muncuq kəsdikdən sonra muncuqların orta hissəsində drellə deşik açın. İndi isə etməli olduğunuz tək iş rəng sıralamasını zövqünüzə görə uyğunlaşdıraraq muncuqları saplara düzməkdir. İstəsəniz əlbəttə ki, sap əvəzinə lentdən də istifadə edə bilərsiniz. Və budur boyunbağı hazırdır, asan ərsəyə gələn və eyni zamanda gözəl olan bu boyunbağı çoxlarının diqqətini cəlb edəcək.
['boyunbağı', 'rəngarəng boyunbağı', 'bacarıqlı əllər']