Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
1,700
https://kayzen.az/blog/evdarliq/16624/bokallar%C4%B1n-n%C3%B6v%C3%BC-v%C9%99-m%C9%99nalar%C4%B1.html
Bokalların növü və mənaları
Apollon
Evdarlıq
24 avqust 2014, 18:30
Masanın bayram “servirovka”sını bokallarsız təsəvvür etmək mümkün deyil. Bir də ki, bokalların formasını, dizaynını seçməkdən ötrü bəzi qaydaları bilmək gərəkdir. Gəlin indi bokalların növləri və onların təyinatını nəzərdən keçirək: 1. Kokteyl bokalları. 120-160 ml – Bu bokalları “Martini bokalları” adlandırırlar. Əslində isə bu bokallar məhz elə buzsuz kokteyllər üçün nəzərdə tutulmuşdur. Təmiz “Martini” üçün isə bu bokallar, demək olar ki, əlverişsiz sayılır. 2. Şampan füjeri. 160-180 ml – Bu füjerlər tək şampan üçün deyil, oynaq şərablar üçün də nəzərdə tutulur. Hətta şampan tərkibli kokteyllər üçün də yaralıdır. Bu cür füjerlərdən 100 illərdi istifadə olunur. 3. Konyak bokalı. 260-360 ml – Təmiz brendi, kalvados və konyak üçün istifadə olunur. Böyüklüyündən asılı olmayaraq, bu bokallar 4/1 hissəsinəcən doldurulur və qurtumlanaraq içilir. 4. Diqustasiya stəkanı. 140-160 ml – İstənilən içkinin diqustasiyası üçün nəzərdə tutulmuşdur. Bu stəkanı içki ilə 3/1 hissəsinəcən doldurulur. 5. Köhnə dəbli stəkan (old-fashion). 180-320 ml – Əvvəllər çox populyar olub. Bu stəkanlarla tünd içkilər içilirdi. Görünüşünün balaca olmasına baxmayaraq, tutumlu stəkanlardır. Buzun tez əriməsinin qarşısının alınması üçün stəkanın divarları olduqca qalın idi. 6. Kollinz. 240-320 ml – Ən çox yayılmış bokallardı. Bu bokallar tünd spirtli içkilərin qarışdırılması üçün istifadə olunur (Məsələn: cin, viski və sairələrinin buzla qarışdırılması üçün). bu bokallardan adətən, şirə, kokteyl və minerallar üçün də istifadə edilir. Bu cür bokalların divarları düz olur. 7. “Porto” bokalı. 60-80 ml – Bu bokallar tünd tərkibli çaxırlar və portveynlər üçün nəzərdə tutulmuşdur. Amma çox nadir hallarda istifadə olunur. 8. “Xerez” bokalı. 60-80 ml – Bu bokallar keçən əsrin əvvəllərindən bizə gəlib çatmışdır. Bokalın üçkünc olması içkinin buxarlanmasına kömək edir. 9. Pilsner. 240-300 ml – Bu cür stəkanlar çoxdan istifadədən çıxmışdır. Bu stəkanlar əvvəllər spirtli içkilərin kokteyllə qarışdırılması üçün istifadə olunurmuş. 10. Likör qədəhi. 40-60 ml – Bu qədəhlər standart olaraq 40 ml olur. Bu qədəhlərlə yalnız və yalnız likör içilir. 11. Stopka. 40-60 ml – yüksək dərəcəli içkilər üçün nəzərdə tutulmuşdur. Məsələn: vodka üçün. Bəzi hallarda spirtli kokteyllər üçün də istifadə olunur. Bu qədəhlərdəki içkilər qurtumlanaraq içilir. 12. Araq (vodka) qədəhi. 40-60 ml — Adından məlum olduğu kimi ancaq araq üçün istifadə edilir. 13. Pus kafe. 80-120 ml – Az miqdarda təbəqəli kokteyllər üçün istifadə olunur. Bu bokallarlardakı içkilər adətən, bir nəfəsə içilir. 14. Tumbler. 260-320 ml – Sərinləşdirici işkilər üçün nəzərdə tutulur. Divarları aşağı hissədən qalınlaşır. Çox universal stəkandır. 15. Armanyak bokalı. 160-240 ml – Armanyakı konyak bokallarına da süzmək olar. Amma bir özünə məxsusluğu vardır ki, onu ev temperaturunda içmək daha məsləhətdir. Bu içki soyuq olarsa əldə bir az qızdırılır. Bu səbəbdən də armanyak üçün xüsusi, boğazı dar bokalardan istifadə olunur, armudvarı. Bu bokallarda içilən içkilər aromatını uzun müddət özündə saxlayır. 16. Qırmızı çaxır bokalı. 180-240 ml – bu bokal ağ çaxır bokalına nisbətən daha enli və daha dəyirmi olur. Ayağının uzun olması isə əlin istisi ilə çaxırı qızdırmamaq üçündür. 17. Ağ çaxır bokalı. 180-260 ml – Bu bokal digər bokallara nisbətən daha uzunsov olur. Ayağı isə nazik uzun olur. Bu bokalla içilən ağ çaxır çox təravətli olur. 18. İrland kofesi bokalı. 200-260 ml – Konusvari və ya zambaq formalı olur. Gödək ayaqları və qulpu olur. Bu bokallar istiyə dözümlü şüşədən hazırlanır və əsasən, içərisində qaynar kofe verilir. Bundan başqa bu bokallarda soyuq içkilər də verilir. Yəni kokteyllə qarışdırılmış spirtli içkilər. 19. Marqarita. 200-250 ml. Bokal “marqarita” içkisi üçün nəzərdə tutulmuşdur. 20. Pivə parçı. 300-500 ml — bu parçlar ancaq pivə üçün nəzərdə tutulmuşdur. Çünki 500 ml-lik parça pivədən başqa nə tökmək olar ki? 21. Frappe. 160-260 ml – Bu bokallar yalnız frappe (soyuq, qatı kokteyl ) üçün nəzərdə tutulmuşdur. Frappenin tərkibi — kofe, dondurma, soyuq süd və meyvə şirəsindən ibarətdir. 22. Şampan piyaləsi. 160-200 ml – keçmişdə şampanı bu cür piyalələrdə içərdilər. İndi bu piyalələrə çox nadir hallarda rast olunur. Bu piyalələrin diametri çox iri, ətraf divarları isə nazik və alçaq olurdu, bir növ meyvə vazını xatırladırdı. azens.az
['evdarlıq', 'süfrə qaydaları', 'bokallar']
1,701
https://kayzen.az/blog/fotosessiya/16740/d%C3%BCnyan%C4%B1n-g%C3%B6z%C9%99l-m%C9%99scidl%C9%99ri.html
Dünyanın gözəl məscidləri
Someone
Fotosessiya
23 avqust 2014, 16:15
İranlı tələbə Məhəmməd Gənci dünyanın müxtəlif ölkələrindəki məscidlərin interyerləri və tavanlarının fotolarını çəkir. Şəkillərdə Yaxın Şərq memarlığına xas eleqant tağları və spiral şəkilli sütunları aydın görmək mümkündür. Məscidlərin daxili divarlarındakı bənzərsiz naxışlar, eləcə də parlaq vitrajlar və həndəsi mozaika isə heç kəsi laqeyd qoymur. Bir çox məscidlərdə foto çəkmək qadağan olunduğu üçün bu layihə qeyri-adi interyerləri incələmək baxımından unikaldır.
['fotossesiya', 'məscidlər']
1,702
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/16737/irlandiya-haqq%C4%B1nda-6-maraql%C4%B1-fakt.html
İrlandiya haqqında 6 maraqlı fakt
Someone
Ölkələr
23 avqust 2014, 15:58
İrlandiyaya yamyaşıl təbiətinə görə “Zümrüd ada” da deyirlər və keçmiş İrlandiya bayrağında simvol olaraq üçyarpaq yonca, arfa, Kladdaq üzüyü, Kelt xaçı var.Kelt xaçı Müqəddəs Patriki, Kladdaq üzüyü dostluq və sevginin simvolizə edirmiş. Üçyarpaq yoncanın sehrli gücünün olduğuna inanırlar. Əfsanələrə görə, yonca fırtına qopacağını yarpaqlarını dikəldərək xəbər verirmiş. Həmçinin üç irlandların ən uğurlu rəqəmi hesab olunur. Arfa isə irlandların yenə sehirli gücünün olduğuna inandıqları musiqi alətidir. Pullarının üzərində belə arfa şəkli var.İrlandiyanın indiki bayrağının rəngləri isə narıncı, ağ və yaşıldır. Yaşıl katolikliyi, narıncı protestantlığı, ağ isə bu konfessiyalar arasında sülhü təcəssüm edir. 1. İrlandiyada bir dənə də ilan yoxdur  İrlandiya buz dövrünün baş verdiyi coğrafi əraziyə düşdüyünə və soyuq iqlimi olduğuna görə, adada ilan yoxdur 2. Yüksək rifah səviyyəsinə sahibdirlər “The Economist” dərgisinin yayımladığı rəqəmlər bunu təsdiqləyir. Dərginin 111 ölkədə apardığı həyat səviyyəsi araşdırmalarında İrlandiya birinci yerə çıxıb. Həyat səviyyəsinə maddi rifah, sağlamlıq, siyasi sabitlik, ailə həyatı (boşanma səviyyəsi), ictimai həyat, iqlim və coğrafiya, işsizlik səviyyəsi, siyasi azadlıq, qadın və kişi bərabərliyi daxildir.3. İrlandiyanın rəsmi dilində “hə” və “yox” sözləri yoxdur İrlandiyanın rəsmi dili olan irlandcanı (galce) əhalisinin 40%-i yaxşı bilir. İrlandiya dilini ingiliscə ilə qarşılandıranda qəribə situasiya yaranır. “Hə” və “yox” sözlərinin irlandca qarşılığı tapılmır. İrlandiyalılar hə-yox cavabı verilə bilən sualları feli təkrar edərək cavablayırlar. Məsələn, “Evə gedirsən?” sualına “hə” deyil, “gedirəm” deyə cavab verirlər.4. Ölkənin qoruyucusu müqəddəs deyil, irlandiyalı da deyil! İrlandiyanın qoruyucusu sayılan Müqəddəs Patrik haqqında əfsanələr mövcuddur. Onun varlı bir ingilis ailənin uşağı olduğu, 16 yaşında olanda irland işğalçılar tərəfindən qaçırılaraq ora gətirildiyi deyilir. Altı il əsarət altında qalandan sonra ölkəsinə qaçır, amma yuxusunda missioner kimi yenidən İrlandiyaya getdiyini görür və beləcə rahib olur.5. Əhalisinin sayı 6 milyon olsa da, dünya üzrə 80 milyon insan irland olduğunu iddia edir İrlandiyada ümumilikdə 6 milyon insan yaşayır. Ancaq 1845-ci ildə iqtisadi böhran yaranır. Buna “Böyük qıtlıq” və ya “İrlandiyada kartof qıtlığı” dövrü də demək olar. Milyonlarla insan aclıqdan və ya xəstəlikdən dünyasını dəyişir. Əksəriyyət isə Amerika, Kanada, Avstraliya, Avropaya köçür. Hazırda dünyada 80 milyon insan irland olduğunu iddia edir.6. Pivə istehlakında dünya ikincisidir Statistikaya görə, burada hər il 35 qallon pivə istehlak olunur. Bu da adam başına il ərzində 131 litr pivə deməkdir.
['İrlandiya', 'maraqlı faktlar']
1,703
https://kayzen.az/blog/kino/16629/insanlar%C4%B1-vampir%C9%99-%C3%A7evir%C9%99n-filml%C9%99r.html
İnsanları vampirə çevirən filmlər
Apollon
Kino
23 avqust 2014, 15:36
Tez-tez real həyatda baş verən müxtəlif hadisələr film ssenarilərinin yaranmasına səbəb olur. Bəzən isə bunun əksi baş verir. İnsanlar filmlərdə gördükləri səhnələri real həyatda yaşamaq, film qəhrəmanının yerində özünü görmək istəyir. “Oğrular şəhəri” (2010) Kriminal dram janrında çəkilən bu filmdə Ben Afflek dostları ilə birlikdə soyğun təşkil edən gənc qəhrəmanı canlandırır. Banklarda baş tutan uğurlu soyğunlar qəhrəmanı daha da ruhlandırır, o, öz “işinin” ustadına çevrilir. Filmin nümayişindən qısa müddət keçəndən sonra artıq bir qrup gənc filmin “ardını çəkməyə” başlayır. Belə ki, gənclər 46 soyğun həyata keçirir. Və bu əməliyyatlar nəticəsində əldə olunan gəlir 217 min dollara çatır. Cinayətkarlar proses boyu Afflekin filmindəki metodlardan istifadə edir – kömək üçün heç yerlə əlaqə saxlanıla bilməsin deyə bankın binasına enerji axınının qarşısını alırlar. Soyğunu həyata keçirən gənclər qaranlıqda rahat hərəkət edə bilmək üçün mədənçi formaları geyinir, öz DNK-larını ağardıcı ilə məhv edirlər. Bütün bunlara baxmayaraq, qruplaşmanın bütün üzvləri həbs olunur. Həbs olunan gənclər özləri “Oğrular şəhəri”ndən ilhamlandıqlarını dilə gətiriblər. “X Proyekti” (2012) Yəqin ki, gənclər üçün “X Proyekti” komediyasını yaradanlar bu filmin bir çox amerikalı yeniyetmə tərəfindən həyata keçirilmə ehtimalını ağıllarına da gətirməyiblər. Əgər filmi izləməmisinizsə, bir neçə sözlə sizə danışım: valideynlərinin şəhər kənarında olduğu bir vaxtda gənclərdən ibarət qrup parti təşkil edir. Zaman keçdikcə gəncləri idarə etmək olmur. Bu haqda xəbər tutanlar partinin keçirildiyi evə axışmağa başlayır. Bir müddət sonra parti narkotik maddələrlə, yanğınlarla, davalarla müşayiət olunur. Film nümayişə çıxdıqdan bir neçə ay sonra ştatlarda yeniyetmələr haqda polisə şikayət sayı artmağa başlayır. “X Proyekti” filmindəki kimi olmasa da, yeniyetmələr bu tip partilər təşkil etməklə ictimai asayişi pozur, narkotik maddələrdən istifadə edir, qonşuları bezdirməyə başlayırlar. Vandalizmə gətirib çıxaran bu partilər nəticəsində polis xeyli sayda azyaşlını həbs etməyə məcbur olur. Bununla yanaşı, üzərində icazəsiz silah gəzdirən yeniyetmələr bir çox vətəndaşa xəsarət yetirir. “Çığırtı” (1996 ) Ues Kreyvenin klassik treyleri hələ nümayiş olunduğu ilk gündə sensasiyaya səbəb olmuşdu. Filmin süjeti yəqin ki, sizə məlumdur. Qorxu filmlərini sevən hər kəsin tez bir zamanda sevimlisinə çevrilən “Çığırtı” həm də bir çoxlarına cinayət üçün stimul verdi. Filmin ən yaxşı imitasiyası hollandiyalı Terri Jaradenə nəsib oldu. O, 2001-ci ilin noyabrında 15 yaşlı Ellison Kembiri öldürməsinin səbəbini filmdən aldığı “ilhamla” izah etmişdi. Gənc xanım Ellisona etdiyi görüş təklifinə neqativ cavab aldıqdan sonra qonşu otağa keçib, məşhur maskanı taxıb, mətbəx bıçağı ilə xanıma hücum edib. Gənc fanatik filmin ilk seriyasında olduğu kimi xanıma 30 bıçaq zərbəsi endirib. Sorğuda Terri çoxdandır ki, filmin bu səhnəsini reallaşdırmaq istədiyini etiraf edib. “Döyüşçü klubu” ( 1999 ) Çak Palanyakın romanı əsasında ekranlaşdırılan bu şedevr Devid Finçerin rejissorluğu ilə çəkilib. Film o qədər mükəmməl və ideal işlənib ki, Bret Pitin canlandırdığı Teyler Derden obrazını bir çox gənc özündə tapıb. Və bundan sonra öz “Məğlubiyyət layihəsi”ni yaratmağa başlayıb. 2009-cu ildə Birləşmiş Ştatlar özünün ən mühüm bayramlarından birini – Anım Gününü qeyd edirdi. Bu bayram Amerika Birləşmiş Ştatlarının indiyə qədər itirdiyi bütün şəhidləri anma mərasimi kimi hər ilin may ayının sonuncu bazar ertəsi qeyd olunur. Mərasimin davam etdiyi bir vaxtda Nyu Yorkun bir neçə küçəsində, eyni anda partlayış baş verir. Terrorçular kapitalizmə qarşı çıxaraq filmdəki kimi koorperativ şirkətlərin binalarını partladırlar. Terrorun əsas təşkilatçısı tezliklə polis tərəfindən saxlanılır. Saxlanılan şəxsin yerli “Döyüş klubu”nun üzvlərindən biri olan Kayl Şou olduğu məlum olur. Onu da qeyd edim ki, film ekranlara çıxdıqdan sonra dünyanın hər yerində “Döyüşçü klubu” yaradılıb və onlar hazırki günümüzdə də fəaliyyət göstərir. “Mişar” ( 2004 ) Psixopat Con Kramer son dövrlərin ən xoşagəlməz qatil obrazlarından biridir. Kramer öz qurbanlarını, sadəcə, öldürmür, o, “məntiqli” oyunlar quraraq öz qurbanlarına əzab verir və ya onlara öz həyatlarını xilas etmək üçün şans verir. Baş qəhrəmanın sözlərinə görə, o, qəhrəmanları öldürmür, kifayət qədər yaşamaq eşqi olmayan qurbanlar özləri-özlərini öldürür. Filmin çılğın süjeti ABŞ-ın Solt-Leyk-Siti şəhərində yaşayan iki gənci cinayətə sövq edib. Belə ki, azyaşlılar kinodakı qədər orijinal olmasa da, bir neçə plan qurub insanlara əzab veriblər. Tez bir müddətdə polis tərəfindən saxlanılan gənclər öz günahlarını etiraf edib və “Mişar” filmindən təsirləndiklərini dilə gətiriblər. “Vampirlərlə müsahibə” ( 1994 ) Daniel Sterlinq və onun 8 yaşlı rəfiqəsi Liza Stelvaqen 17 noyabr, 1994-cü il tarixində vampirlərlə bağlı qorxu filmini izləyirlər. Səhərə yaxın, saat 3 radələrində Liza ona kiminsə baxdığını hiss edib oyanır. Yatağının yanında o, Danieli görür: “Sən bu gün öləcəksən. Səni öldürəcəyəm və qanını içəcəyəm”. Qız bunun yuxu olduğunu düşünüb yatmağa davam edir. Bundan sonra isə Daniel ona 7 xəsarət yetirir və qanını içməyə başalayır… “Rembo” ( 1982 ) Silvestr Stallonenin iştirakı ilə lentə alınan “Rembo” filmi. Vyetnam müharibəsinin veteranından bəhs edən bu film hələ çoxdan izləyicilərin sevimlisinə, “müqəddəs”inə çevrilib. Bir çox yeniyetmə filmin nümayişindən sonra Rembonu təqlid etməyə başladı. Lakin onlardan çox az bir hissəsi böyüdükdən sonra öz uşaqlıq idealına sadiq qaldı. Bir müddətdən sonra başına qırmızı lent bağlayan, kamuflyaj kostyumunda kanadalı polis maşınını partladan gənc meydana çıxdı. Filmin təqdimatından bir neçə həftə sonra başına eynilə “Rembo” kimi qırmızı lent bağlayıb “ədaləti bərpa edən” çoxsaylı gənc həbs olundu. “Qara Cəngavər” ( 2008 ) Kristofer Nolanın premyerasından dərhal sonra Ceyms Xolmsun 12 nəfəri qətlə yetirməsi hər kəsin heyrətinə səbəb oldu. Fantastik ssenarinin təsiri ilə törədilən nə birinci, nə də sonuncu olan bu cinayətin səbəbini qatil belə açıqladı: “Mən Cokerəm!” 1937.az
['kino', 'qorxulu filmlər']
1,704
https://kayzen.az/blog/stil/16190/ya%C4%9Fl%C4%B1-cildl%C9%99r%C9%99-qulluq.html
Yağlı cildlərə qulluq
Someone
Yaraşıqlı görünüş, gözəl imic
23 avqust 2014, 15:27
Yağlı cildlərə qulluq o qədər də asan deyil.  Bu məsləhətlər işinizə çox yarayacaq: Həftədə bir dəfə dərinizi ölü hüceyrələrdən təmizləmək (peeling etmək) dərinizin parlamasını və təravətli olmasını təmin edəcək. Maskalar: 1. Yumurta və şəkər maskası tam yağlı dərilərə görədir. Bir az yumurta və  bir az şəkər alıb qarışdırın. Daha sonra üzünüzə dairələr şəklində hazırlanan məhlulu tətbiq edin. 2. Bir az portağal suyu və yumurta sarısı ilə edəcəyiniz maskanız üzünüzdəki artıq yağı alacaqdır. Bu maskanı həftədə 1 dəfə tətbiq etmək məsləhətdir. Bu sizin dərinizə daha çox parlaqlıq verərək, dərinizdə olan artıq yağları alacaqdır. * Dərinizdəki yağlanmadan xilas olmaq üçün nəmləndiricilərdən istifadə etmək lazımdır və istifadə edəcəyiniz nəmləndiriciləri çox yaxşı seçməlisiniz. Yağlı dəri üçün mütləq su əsaslı nəmləndiricilərdən istifadə edtmək məsləhətdir Tərkibi su ilə olan nəmləndiricilərin faydası da olduqca böyükdür. Su əsaslı nəmləndiricilər yüngüldürlər və tərkibində yağ olmur. Beləcə məsamələrinizin nəmləndiricilərinizlə dolması kimi bir dərdiniz olmaz. * Dərinizdəki yağı alan kağızlar həqiqətən də bu işdə kömək olur. Bu kağızlar makiyajı həm pozmur həm də dəridə olan artıq yağları alır. * Yağ əmici pudra həqiqətən də bir makiyaj möcüzəsidir. Neutrogena pudarsı bu sahədəki  ən yaxşı markalardan biridir. Bunu da sınaqdan keçirmək məqsədə uyğundur. * Tərkibi spirtnən olan təmizləyicilərdən istifadə etməyin. Çünkü, bu məhsullar dərinizi tamamilə qurudur və dərinizi gərgin hiss etməyinizə səbəb olur.
['Yağlı dəri', 'yağlı dəriyə qulluq', 'yagli deriye qulluq', 'yagli deri']
1,705
https://kayzen.az/blog/fotosessiya/16628/g%C3%BCn%C9%99%C5%9Fin-%C3%B6pd%C3%BCy%C3%BC-q%C4%B1zlar.html
Günəşin öpdüyü qızlar
Apollon
Fotosessiya
22 avqust 2014, 17:45
Bəziləri çilli qızları olduqca qeyri-adi hesab edir, bəziləri isə bunu çirkinlik əlaməti sayır. Çilli qızlar da iki qrupa bölünür: təbiətin hədiyyəsi ilə mübarizə aparanlar və çilləri ilə barışanlar. Çillər qadını qətiyyən çirkinləşdirmir, əksinə, onu daha canlı və qeyri-adi göstərir. 1937.az
['fotosessiya', 'fotopost', 'çilli qızlar']
1,706
https://kayzen.az/blog/google/16727/bir-vedr%C9%99-buzlu-su.html
"Bir vedrə buzlu su"
kurdamir
Hər şey daxil
22 avqust 2014, 16:57
*Bu günlərdə dünyada “buzlu su” çılğınlığı yaşanır… Təqdimat bir qədər şou-biznesvari olsa da, əslində dünya məşhurları ALS xəstəliyinə diqqət cəlb etmək, eləcə də onlara maddi yardım etmək üçün ilginc bir kampaniyaya başlayıblar. Aksiyanın prinsipi isə belədir: başına bir vedrə su tökən şəxs (bu, məşhur biri də ola bilər, sıradan biri də) 3 adamı bu hərəkəti təkrarlamağa çağırır. Əgər çağırış etdiyi şəxslər bu addımı təkrarlaya bilməsələr, ALS xəstələri üçün açılmış hesaba 100 dollar ödəməlidir.   Xatırladaq ki, ALS xəstələrinə dəstək aksiyası — “İce Bucket Challenge” adlanır. Amiotrofik Lateral Skleroz (ALS) və ya Şarko xəstəliyi sinir sisteminin sağalmaz xəstəliyidir. Xəstənin şüuru aydın olsa da, o, tez-tez hərəkətdən qalır. ALS əqli keyfiyyətlərə zərər vurmasa da, ağır depressiyalara səbəb olur. Xəstəliyin son mərhələsində nəfəs borusu daralır, tənəffüs çətinləşir. Bu zaman ciyərləri yalnız süni havalandırma ilə fəaliyyətdə saxlamaq olur. Bu xəstəliyə yoluxanlara dəstək olmaq məqsədilə məşhurlar başlarına vedrə ilə soyuq su tökür və estafeti digərlərinə verirlər. İndiyədək bu kampaniyaya ABŞ-ın keçmiş prezidenti Corc Buş, facebook-un yaradıcısı Mark Zükerberq, “Microsoft”un prezidenti Bil Qeyts, müğənni Jenifer Lopes, Demet Akalın, Hülya Avşar, məşhur futbolçular Neymar və Kristiano Ronaldo, aktyorlar Cim Parsons və Robert Dauni, müğənni Castin Biber, Selena Qomez, italiyalı ulduz futbolçu Mario Balotelli, türkiyəli futbolçu Arda Turan da iştirak edib.  Bu aksiyaya qatılanlar arasında ən maraqlı simalar isə Corc Buş və Bill Klinton olub. Belə ki, Buşun başına buz ilə qatışdırılmış bir vedrə suyu həyat yoldaşı Laura Buş töküb. Bundan sonra isə eks-dövlət başçısı digər eks- prezident Bill Klintonun adın çəkib.  Hazırda bu fondun hesabında 15 milyon dollar pul toplanıb.  Kampanyanın təşəbbüskarlarından biri 27 yaşındakı Corey Griffindir. O, çox yaxın dostu Pete Frates ALS-yə yoluxduğu üçün bu kampaniyaya başlayıb.  Amma dünən kampaniyanın təşəbbüskarı ilə bağlı da üzücü hadisə baş verib. Bostonlu gənc dəniz qəzasında faciəvi şəkildə dünyasını dəyişib. Yay istirahətini keçirən Griffin iki mərtəbəli bir evin eyvanından özünü suya atıb və bir daha oradan çıxmayıb. Dostları bunun fərqinə varanda isə o, çoxdan dünyasını dəyişibmiş...*Bəzi Azərbaycan məşhurlarida bu aksiyada iştirak edib.*Şou əhli canlı yayımda suya batdıÖtən gün “Xəzər” telekanalında yayımlanan “5/5” verilişində maraqlı anlar yaşanıb Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqramın qonağı olan yumor ustası Fərda Xudaverdiyev “Buzlu su” aksiyasını canlı yayımda etmək təklifi irəli sürüb. Onun bu istəyi ilə razılaşan aparıcı Zaur Kamal və digər qonaqlar — reper Qurd, müğənni Çingiz Mustafayev, idmançılar içərisi buzla dolu suyu başlarına töküblər. F.Xudaverdiyev estafeti aktyor Elməddin Cəfərov, Müşviq Şahverdiyevə; Qurd prodüser Anar Mədətov, müğənni Günay İbrahimli, idmançı Kamil Zeynallıya; Çingiz əməkdar artist Tünzalə Ağayeva, menecer Zəhra Bədəlbəyli, aparıcı Şəhriyyar Əbilova; Zaur isə əməkdar artist Elza Seyidcahan və müğənni Vasif Məhərrəmliyə verib.*Məşhur idmançı Abutalıbovu “buzlu su” aksiyasına dəvət etdi İfaçı Gülay Qədirovanın həyat yoldaşı, idmançı Kamil Zeynalov dünya ulduzları kimi ALS-dən əziyyət çəkənlərə yardım məqsədilə keçirilən xeyriyyə kampaniyasına dəstək olub.                   P.S.Məlumatda bir çox saytlarin məlumatlari verilmişdir
['buzlu su']
1,707
https://kayzen.az/blog/moda/16726/2014-2015-pay%C4%B1z-q%C4%B1%C5%9F-trendl%C9%99ri.html
2014-2015 payız-qış trendləri
Someone
Moda dünyası
22 avqust 2014, 15:58
                             Bir çox xanımlar 2014-2015 payız-qış trendlərini öncədən bilməklə, qarderoblarını ona uyğunlaşdırırlar.Qarşıdakı mövsümlərdə də ötən il olduğu kimi 60-70-ci illərin stilini xatırladan geyimlər aktual olacaq. Bundan başqa, yun, kürk və məxmər parçaların dəbdə olması qışda sizi həm soyuqdan qoruyacaq, həm də dəbli göstərəcək. 2014-2015 payız/qış trendləri: Mavi rəng Bu rəngin çalarları — «buz» mavisi, açıq mavi, kobalt mavi mövsümün populyar rəngləri sırasındadır. Xüsusən kobalt mavi rəngli geyimlər qış mövsümündə çox rastımıza çıxacaq. Kürk Kürk, daha doğrusu saxta kürklər payız/qış mövsümlərinin trendlərindəndir. Onlar paltarların ətəklərini, yaxalarını, qollarını bəzəyir. Əsasən rəngarəng, yəni «color block» kürklər əldə etməyə çalışın, hətta «Teddy Bear» kürk paltolarına da bu ilin dəbində yer veriləcək. «Sporty-Chic» Street style-ın modaya gətirdiyi yeni üslub — sport-şıq bu qış «kapitone» parçalar, idman ayaqqabıları, nömrəli idman köynəkləri, kollec gödəkçələrində görünür. «Military» Hərbi geyimlər 2014-cü ilin qış mövsümündə geri qayıdacaq. Kamuflaj naxışlar, haki yaşılı, hərbi gödəkçələr, çoxcibli şalvarlarla Kara Delevin kimi dəbli görünüşlər əldə edə bilərsiniz. Retro 1960-cı illərin mini ətəklərini, enlibalaq şalvarlarını, uzunboğaz çəkmələrini, qısa gödəkçələrini, Helmet papaqlarını və retro naxışlarını hər yerdə görməyə hazır olun. Maskulin Bu ilki «BAFTA» mükafatlandırma mərasimində Ancelina Colinin geyindiyi Saint Laurent imzalı kostyum çoxunuzun yadındadır. Siz də onun kimi maskulin, eyni zamanda şıq görünmək istəyirsinizsə, bu qış kostyumlara, «pinstripes» naxışlara, «oversized» paltolara və pencəklərə üstünlük verin. Bu obrazda əsas tonlar — qara, boz və qəhvəyidir. Yun kostyumlar Həmişəkindən fərqli olaraq yun donlar və köynəklər deyil, yun şalvarlar da trend olacaq. Metallik parçalar Qışın darıxdırıcı soyuq havası ilə metallik parçalı geyimlər «mübarizə aparacaq». Xüsusən qızıl parıltılı geyimlər bol olacaq. Pelerin və pançolar İri şallar, pelerinlər və pançolar da bu il dəbə qayıdan trendlərdəndir. Dama-dama naxışlar Dama-dama naxışlı paltarların həvəskarısınızsa, «Tommy Hilfiger», «Burberry», «Ralph Lauren» markalarının bu ilki kolleksiyalarına mütləq nəzər yetirin.     
['moda dünyası', 'trendlər', 'payız-qış trendləri']
1,708
https://kayzen.az/blog/kisiler/16193/%C9%99z%C9%99l%C9%99li-olma%C4%9F%C4%B1n-daha-bir-faydas%C4%B1.html
Əzələli olmağın daha bir faydası
Someone
Kişilər
22 avqust 2014, 15:42
Elm adamları, əzələli gənc kişilərin uzun yaşamaq ehtimalının digər yaşıdlarına nisbətən daha çox olduğunu müəyyən etmişlər. İsveçli elm adamları, 1 milyondan çox gənc kişinin iştirakı ilə 24 il aparılan araşdırmalarda, əzələ gücü aşağı olan, zəif ayaq və qol əzələlərinə sahib kişilərin köklük xəstəliklərinə tutulmasını, yüksək təzyiqli olduğunu və bu səbəbdən erkən ölüm risklərinin daha çox baş verdiyini müəyyən ediblər. «British Medical Journal (BMJ)» jurnalında nümayiş olunan araşdırmaçılar bədəni inkişaf etdirmənin, idmanla məşğul olmanın insan ömrünü uzatdığını ifadə ediblər. Həmçinin əzələ gücü ortalamanın üzərində olan gənc kişilərdə hər hansı bir səbəbdən ürək və  damar xəstəliklərinin olması və  erkən ölüm ehtimallarının 20-35 %  nisbətində baş verdiyi qeyd edilmişdir.
['əzələli kişilər']
1,709
https://kayzen.az/blog/internet-yenilikleri/16715/itan-zukerman-internetin-ilkin-g%C3%BCnah%C4%B1.html
İtan Zukerman - internetin ilkin günahı
Someone
internet aləmi
22 avqust 2014, 15:27
Dizayner və proqramçı İtan Zukerman 1990-cı illərin ortalarında reklam pəncərələri yaratdığına görə internet istifadəçilərindən üzr istəyib. Zukermanın məqaləsi "İnternetin ilkin günahı" başlığı altında «The Atlantic» nəşrində dərc edilib.   «ICTnews» elektron xəbər xidməti «hitech.vesti.ru» saytına istinadən bildirir ki, 20 il bundan əvvəl Zukerman «Tripod» şirkətində işləyib. Bu şirkət istifadəçi səhifələrinin təhlili ilə məşğul olaraq hədəflənmiş reklam sahəsində pioner olub. Bu fəaliyyət nəticəsində bu günədək istifadəçilərin narahatçılığına səbəb olan reklam pəncərələri yaradılıb.   «Bu, reklamın bilavasitə səhifədə yerləşdirmədən reklam xəbərinin tərkibini istifadəçi səhifəsi ilə əlaqələndirmək üsulu idi. Çünki reklam brendi və səhifənin məzmunu arasında arzuolunmaz uyğunluq elan verənləri narahat edirdi. Mən ayrıca pəncərənin işə salınması və ora reklam bannerinin yüklənməsi üçün kod yazdım. Mən üzr istəyirəm. Bizim niyyətimiz xeyirxah olub», – Zukerman yazıb.   İki həftə sonra rəqib «Geocities» saytı Zukermanın proqram kodundan istifadə edərək üzə çıxan pəncərə kodunu kopyalayıb. İndiyədək mövcud olan reklam biznes modeli beləcə yaranıb. mənbə: 365.Az
['internet aləmi', 'İtan Zukerman', 'reklam pəncərələri']
1,710
https://kayzen.az/blog/psixologiya/16716/sa%C3%A7lar%C4%B1n%C4%B1z%C4%B1n-r%C9%99ngi-v%C9%99-qurulu%C5%9Fu-haqq%C4%B1n%C4%B1zda-n%C9%99-deyir.html
Saçlarınızın rəngi və quruluşu haqqınızda nə deyir?
Someone
Psixologiya
21 avqust 2014, 16:41
Psixoloqların fikrincə, insanın saç rəngi, forması onun xasiyyətindən xəbər verir. Əgər sevdiyiniz insanı daha yaxşı tanımaq istəyirsinizsə, onun saç rəngini yadınıza salın və aşağıdakı uyğunluqları oxuyun. * Tünd qara rəngli saç sahibləri – qənaətcil və sərt insandırlar. Saturunun təsiri altında olan bu insanlar iradəli və güclü xarakterlərinin sayəsində əksər istədiklərinə nail olmağı bacarırlar. Dostlarına və sevgililərinə qarşı xüsusi həssaslıqla yanaşan bu insanlar eyni zamanda çox qısqancdırlar. * Açıq qara saçlılar – yaradıcı, cəzbedici və qorxmaz insanlardır. Plutonun enerjisi qara saçlılara güc, qüdrət verir. Nə qədər güclüdürlərsə, bir o qədər də təvazökardırlar. Daim yeniliklərə can atan bu saç sahibləri tez-tez sevgili dəyişirlər. * Xurmayı saçlılar – Onlar çox qısa zamanda ətrafdakıların etibarını qazana bilirlər. Comərd və sadiqdirlər. Sadiqliklərini ailə həyatında da sübut edən bu insanlar həm də xoşbəxt ailə sahibidirlər. * Şabalıdı saçlılar – Yupiterin enerjisi altında olan bu şəxslər həm hakim olmağı, həm də hakimiyyətdəkilərə təsir göstərməyi əla bacarırlar. Buna görə də siyasət sahəsində özlərini sınadıqda böyük uğurlar əldə edirlər. Münasibətlərində də ipləri öz əllərinə almağı bacarırlar. * Kürən saç sahibləri – Marsın alovlu enerjisi üzərlərində olan bu kəslər seçdikləri istənilən sahədə uğur əldə edə bilərlər. Yumor hissləri güclü olan bu insanlar, hətta ən çıxılmaz vəziyyətdə belə bu bacarıqlarından istifadə edib etrafa müsbət enerji ötürürlər. Bu şəxslərlə münasibət yaşamaq olduqca maraqlı və əyləncəlidir. * Qızılı saçların sahibləri – Günəş enerjisinin daşıyıcılarıdırlar. Ətrafdakıların diqqətini asanlıqla özlərinə çəkə bilirlər. Özlərinin mükəmmələ yaxın olduqlarını düşünən bu insanlar daim ideal sevgili axtarışında olurlar. * Parıltılı sarı saç sahibləri – Bu insanlar romantiklikləri və zəriflikləri ilə digərlərindən seçilirlər. Bir çox paranormal (qeyri-adi) bacarıqları olan bu insanlar özləri də bunun fərqinə çox gec varırlar. Daha çox standartdan kənar münasibət yaşamağı sevirlər və belə münasibət qura biləcəkləri insan axtarırlar. Bəs saçının quruluşu onun haqqında nə deyir? Saçlar nə qədər sərt, sözə baxmayandırsa, insan da ən az o qədər inadkar və davakar biridir. Bunun əksinə olaraq əgər onun saçı ipək kimi yumuşaqdırsa, deməli siz zərif, tez yolagələn tərəf müqabili ilə birlikdəsiniz. P.S Ancaq bu o demək deyil ki, saçları bu rəngdə, bu formada olan insanlar mütləq yuxarıda sadalanan xarakterin sahibirlər. Sözsüz ki, istisnalar həmişə var.  
['saç', 'saç rəngi']
1,711
https://kayzen.az/blog/moda/16714/moda-n%C3%BCmayi%C5%9Fl%C9%99rinin-yaz%C4%B1lmam%C4%B1%C5%9F-qanunlar%C4%B1.html
Moda nümayişlərinin “yazılmamış” qanunları
Someone
Moda dünyası
21 avqust 2014, 16:02
                             Dəb həvəskarları sentyabrda başlayacaq moda həftələrini maraqla gözləyirlər. Lakin çoxları bilmir ki, hər kəsin maraqla izlədiyi bu nümayişlərin bəzi «yazılmamış” qanunları mövcuddur. Moda nümayişlərinə gedənlər üçün mütəxəssislərin hazırladığı qaydalar siyahısını təqdim edir:      1. Gecikmək olmaz Hər hansı tədbirə, yaxud ziyafətə gecikmək dəb nümayişlərində də pis hal sayılır. Dünya moda paytaxtlarında bu, bəzən „ev sahibindən“ və qonağın vacibliyindən asılı olaraq dəyişə bilər. „Most invited“ siyahısındakı qonaqların cüzi ləngimələrinə çox vaxt göz yumulur. Məsələn, ötən il „Moschino“ nümayişi təxminən bir saat gec başlayıb. Səbəb isə brendin kreativ direktoru Ceremi Skottun rəfiqəsi, müğənni Keti Perri gəlməyənədək nümayişə başlamamaq əmri verməsi olub.  Ancaq ümumilikdə, son moda həftələrində bir saatlıq gecikmələr azalıb. Buna baxmayaraq, Mark Ceykobs kimi açılış vaxtı tamam olanda qapıları bağlatdıran və gecikənləri içəri buraxmayan dizaynerlər də var.   2.Nümayişə uşaqları və heyvanları aparmaq olmaz Bu, qaydadan çox, məsləhət xarakterlidir. Düzdür, Hollivud ulduzları övladlarına kiçik yaşlarından dəbi öyrətmək istədikləri üçün onları nümayişlərə aparırlar. Ancaq uşaqların əksəriyyəti insanların gur olduğu yerləri xoşlamırlar. Ev heyvanlarını isə ümumiyyətlə, gətirməmək məsləhətdir. Tanınmış dəb redaktoru Anna Dello Russo „Kuççiolina“ adlı itini bəzi tədbirlərə aparsa da, dəb nümayişlərinə həmişə tək gedir.  3. Birinci sıranın qızıl qaydaları Birinci sırada əyləşmisinizsə, demək nümayişin vacib qonaqlarındansınız və bəzi „birinci sıra qaydalarını“ bilməlisiniz. Moda paytaxtlarında birinci sırada, əsasən, bloqqerlər və məşhurlar (50%), ikinci sırada potensial alıcılar (30%), ən sonda isə mətbuat nümayəndələri və redaktorlar (20%) əyləşirlər. Son zamanlar varlı alıcılar üçün ayrıca nümayişlər keçirilir. Birinci sıra üçün bəzi məsləhətlər:  — Dizaynerə hörmət əlaməti olaraq, nümayişə onun brendinə aid paltarlarda gəlmək olar, ancaq bu, əsas şərt deyil. Anna Dello Russo „total look“un əksinə, görünüşdə dizaynerdən maraqlı bir elementin işıqlandırılmasının tərəfdarıdır. Gün eynəkləri barədə isə redaktor bunları deyir: „Çox çox vacib insan deyilsinizsə, gün eynəyi taxmayın. Bu, nəzakətsizlikdir“, — deyir.  — Böyük çantalar götürməyin və üst geyiminizi (palto, kürk və s.) dizləriniz üzərinə qoymayın. Bu, fotoqraflar üçün ümumi dəfilə görüntüsünü pozacaq. Yox, əgər üst geyiminizi saxlamaq istəsəniz, onu geyinib əyləşin. İri papaqlardan, həcmli saç düzümündən qaçın.  — Təsadüfən yanaşı oturduğunuz məşhur insana şəkil çəkdirməyi təklif etməyin, avtoqraf almaq fikrindən daşının.   4. Gül dəstəsi verməyin Gül almaq və hədiyyə etmək əlbəttə ki, xoşdur. Ancaq nümayişdən sonra dizaynerə gül dəstəsi vermək o qədər də xoş qarşılanmaya bilər. Getdiyiniz yer teatr deyil, nümayişdir.  5. Telefonunuzu kənara qoyun Nümayişlərə hər kəs bir məqsədlə qatılır; kimi peşəsinə, kimi marağına görə gəlir. Bəziləri isə nümayişləri telefonun yaddaşına köçürmək istəyir. Canlı nümayişdən həzz almaq var ikən, video çəkmək nə dərəcədə ağıllı addımdır?  6. Özünüzü kameraların qarşısına atmayın »Street style" xronikasına düşmək istəyənlər bu abzası yaxşı oxusun. Nümayişə gəlib girişdə fotoqrafların səni «kəşf etməsini» gözləmə. Əgər Tommi Ton, yaxud Skott Şuman kimi fotoqraflar sizin fotonuzu ilk dəfə çəkməyiblərsə, bunu ikinci, üçüncü, heç onuncu dəfə də etməyəcəklər.  7. Mehriban olun Gülərüz və mehriban olmaq gözəldir, ancaq hamı ilə söhbətə can atmaq, eləcə də vizit kartı ilə qonaqları «spam»lamaq yaxşı deyil.                                                                                                                                                                                                                                                                                                      
['Moda dünyası', 'moda nümayişləri']
1,712
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/16408/g%C9%99nc-v%C9%99-sa%C4%9Flam-qalman%C4%B1n-sirl%C9%99ri.html
Gənc və sağlam qalmanın sirləri
Someone
sağlam həyat tərzi
21 avqust 2014, 15:27
Sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur. Ömrü uzatmaq, daim sağlam və gümrah olmaq üçün qidalanmadan tutmuş gənc və gözəl görünməyə  kimi hər şeyə xüsusi diqqət ayrılmalı, lazımi prosedurlar öyrənilməli və ona riayət edilməlidir. Gənc və gözəl görünməkdə dəriyə qulluq  vacib amillərdən hesab olunur. Bilidiymiz kimi dərimizin günəşin təmin etdiyi D vitamininə ehtiyacı vardır. Lakin buna baxmayaraq günəş şüalarına çox nisbətdə məruz qalmağın yaşlanma müddətini sürətləndirdiyi bildirilir. Bu səbəbdən də günəş kremi istifadə etmək lazımdır.Həmçinin bütün göz ətrafını örtən və ultrabənövşəyi şüaların qarşısını alan qorumalı eynəklərdən  istifadə də məsləhətdir. Bu eynəklərin göz kənarlarında bəzi qırışlara qarşı qoruma təmin etdiyi bildirilir. Dərinizdə kollagenin meydana gəlməsinə köməkçi olan alfa hidroksil tərkibli üz temizləyiciləri ilə üzünüzü təmizləyin. Beləcə yeni dəri hüceyrələrinin daha tez meydana gəlməsinə köməkçi olarsınız. Balanslı qidalanmaq, dərinizin A, C, D və E kimi vitaminlərini lazımlı miqdarda almasını təmin edir. İstək əsnasında gündəlik pəhrizinizə tərəvəz və meyvələri də əlavə edə bilərsiniz.Əllərdəki yaşlılıq əlamətlərinin qarşısını almaq üçün ilk öncə əllərə yumaq losyon tətbiq etmək məsləhətdir. Hər gün idmanla məşğul olmaq, bədən tarazlığı və maddələr mübadiləsi baxımından faydalı hesab olunur. Sağlamlıq baxımından üzmək, qaçmaq, rolik və velosiped sürmək də çox faydalıdır. Bu cür həyat tərzi gənc və sağlam olmağın əsas ünsülərindən hesab olunur. Bir sözlə sağlamlığınıza xeyri olan bütün imkanlardan yararlanın. Çünkü, həyatınız təkcə sizin üçün deyil, sizi sevənlər üçün də çox önəmli hesab olunur.
['sağlamlıq', 'gənc qalma', 'məsləhətlər']
1,713
https://kayzen.az/blog/stil/16712/ev-%C5%9F%C9%99raitind%C9%99-art%C4%B1q-t%C3%BCkl%C9%99rd%C9%99n-azad-olmaq.html
Ev şəraitində artıq tüklərdən azad olmaq
Someone
Yaraşıqlı görünüş, gözəl imic
20 avqust 2014, 21:28
Bir çoxları arzuolunmaz tüklərdən azad olmaq üçün ülgücə, müxtəlif tüktökücü kremlərə, epilyasiyaya müraciət edir. Amma bunlardan bəziləri tüklərin daha qalın çıxmasına şərait yaradır, bəzilərinə görə isə külli-miqdarda pul xərcləməli olursunuz. Ev şəraitində tükləri kökündən qopardan və gec-gec çıxmasını təmin edəcək qarışıqdan yararlana bilərsiniz. Hər kəsin “lipuçka” olaraq tanıdğı bu vasitələri hazır şəkildə də alıb tətbiq etmək olar. Amma tərkibində müxtəlif kimyəvi maddələr olduğu üçün ev şəraitində təbii məhsullarla hazırlamaq daha məqsədəuyğundur.   Lazım olan vasitələr: 1/4 stəkan sirkə və ya limon suyu 3 stəkan şəkər Hazırlanması: Bir balaca qazan götürüb içinə şəkər tökün. Daha sonra isti sobada qızdırın. Şəkər əriyənə qədər qarışdırmaq lazımdır. Üzərinə sirkə və ya limon suyu əlavə edin. 15-20 dəqiqə qarışdırın. Daha sonra alınan məhsulu nisbətən soyuması üçün qırağa qoyun. İstifadəsi: Tətbiq edəcəyiniz yeri ilıq su ilə yuyub durulayın, dəriniz təmiz, məsamələriniz açıq olsun ki, daha tez təsir etsin. Daha sonra taxta çubuğun köməyi ilə məhsulu tüklərin çıxış istiqamətinə doğru sürtün, amma bu zaman məhsul isti olmalıdır. Lakin ayağı yandıracaq qədər və dözülməz dərəcədə isti olmamalıdır. Daha sonra bunun üçün nəzərdə tutulmuş xüsusi yapışdırıcılardan istifadə edə bilərsiniz. Alınan məhsulu tük olan yerə yaydıqdan sonra yapşqanı üzərindən örtüb yavaşca sıxın. Tükün böyümə istiqamətinin tərsinə bantı dartın. Bu zaman bir az cəld tərpənməyə və yapışqanı sürətlə qopartmağa diqqət edin.      
['artıq tüklər', 'lipuçka']
1,714
https://kayzen.az/blog/kitab/16709/amerika-k%C9%99%C5%9Ffiyyat%C4%B1n%C4%B1n-%C3%A7ap-etdiyi-m%C9%99%C5%9Fhur-rus-roman%C4%B1.html
Amerika kəşfiyyatının çap etdiyi məşhur rus romanı
Someone
Kitablar və mütaliə
20 avqust 2014, 21:00
Məşhur rus yazıçısı  Boris Pasternakın “Doktor Jivaqo” romanını ilk dəfə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi çap edib.  “İTAR-TASS” agentliyinə istinadən verilən xəbərə görə buna sübut Amerikanın qapalı Mərkəzi Kəşfiyyat Muzeyində tapılıb.“Yahoo” inetrnet portalının müxbiri Ollivye Noks muzeydə kitabın 1959-cu ildə Fransada yayımlanmış nəşrinin slaydını görüb. Fotonun altında ““Doktor Jivaqo”nun MKİ tərəfindən rus dilində gizli çap edilmiş orijinal nəşri” yazılıb. Kitabın alt qapağında onun Fransada çap olunması qeyd edilib.Əvvəllər də romanın çapında MKİ-nin rolu olması ehtimalları vardı. Bəzilərinin fikrincə məhz bunun nəticəsində Pasternak Nobel mükafatı ala bilib. Amma bu versiyalar heç vaxt təsdiqini tapmayıb.  Amerika kəşfiyyat idarəsinin mütəxəssislərinin fikrincə, “Doktor Jivaqo” heç vaxt siyasi təbliğat romanı olmayıb. Sovet hakimiyyəti əsəri insanları intellektual vicdana və insan azadlığına çağırışa görə qadağan edib.  
['maraqlı məlumatlar', 'yazıçılar', 'Boris Pasternak', 'Doktor Jivaqo romanı']
1,715
https://kayzen.az/blog/tibbi-yard%C4%B1m/16290/yan%C4%B1q-zaman%C4%B1-ed%C9%99-bil%C9%99c%C9%99yiniz-ilk-t%C9%99dbir.html
Yanıq zamanı edə biləcəyiniz ilk tədbir
Someone
Tibbi yardım
20 avqust 2014, 20:48
Gündəlik həyatda insanın başına gələ biləcək və enə çox qarşılaşılan qəzalardan biri yanıqdır. Hər hansı bir məlhəm tətbiqdən əvvəl, bir neçə təklifə nəzər salın. Yanıq meydana gəldiyi an edilməsi lazım olan ilk tədbir, istilənmiş olan dərini soyudaraq ağrınıazaltmaqdır. 15-20 dəqiqə yanmış hissə üzərinə soyuq su tətbiq edin. Yanıq bir az daha ciddi isə, 10 dəqiqəlik buz kompresleri tətbiq edə bilərsiniz.Bir sonrakı addım yanmış sahəsni dezinfeksiya edib ağrını aradan qaldırmaq üçün, bir anti-inflamatuar və anti-bakteriyel topikal dərman tətbiq etməkdir.Aloe VeraAloe vera kiçik yanıqlar və kəsiklərdə  hər cür tropik müalicə üçün əsrlərdir istifadə edilməkdədir. İltihabı azaldaraq, ağrını azaldan xüsusiyyətlərə malikdir. BalBal, yanıq və yaraları sağaltmaq üçün misirlilər tərəfindən istifadə edilmişdir. Bir pradusur və filtrasyon əməliyyatı uğramamışdır xam bal, təbii antibiotik, vitamin və minerallar ehtiva edər və eyni zamanda mükəmməl bir antiseptiktir.Yanıq yerin üstünə soyuq su tətbiq edin. Üzərinə bal tökün və bütün yaranı əhatə edəcək şəkildə yayın. Steril bir tənzif yerləşdirin və bantla bağlayın. Ortalama 48 saat bu tətbiqi yeniləyərək təkrarlamaq kafi olacaq.  
['tibbi yardım', 'yanlıqlar']
1,716
https://kayzen.az/blog/ruzgar_m/16708/%C3%B6yr%C9%99tm%C9%99yin,-g%C3%B6st%C9%99rin.html
Öyrətməyin, göstərin!
ruzgar_m
Bloq: ruzgar_m
20 avqust 2014, 20:28
Danışmağa nə var eh, dilin ki, sümüyü yoxdur?! Dediyin vəd yalan çıxanda da, dili verirsən qabağa ki, bəs Vallah, Billah mən elə şey deməmişəm, mənim xəbərim yoxdur. Yazıq dil… Dil demişkən, bilirsiniz də, bizimkilər də dildən çox iti olurlar, təəsüf ki, əməldən də küt. Hamı danışır, dərs verir, məsləhət verir, nəsə öyrədir, baxmayaraq ki, heç özləri bu dərsdən, məsləhətdən heç bir şey öyrənməyiblər… mentalitet təlimlərindən savayı... Cəmiyyət iki əks cinsin birləşməsindən yaranır və davam edir, bu çox adi və həm də mürəkkəb məsələdir.  Hər nə olursa olsun, bu belə olub, belədir və elmin inkişafına, süni doğuşların çoxalmağına baxmayaraq, bu təbii proses daha çox üstünlük təşkil edəcək. Yoxsa Siz mentalitet aşiqi valideyinlərin “Səni dükandan almışıq” hekayələriylə böyüyənlərdən və daha sonra bu “hekayələri” övladlarınıza danışanlardansınız? Ay-hay…  Görünür böyük adamlar balaca adamları hələ də sevir və bu balaca adamların dünyaya gəlməsinin təbiiliyini istəyir. Əslində böyük adamlar balaca adamları istəməsəydi, həyat durardı. Bu balaca adamların da böyük-böyük rolları olur...işə bir bax. Amma iş bununla bitmir. Hər şey təkcə nəsil artırmaqla bitsəydi, nə vardı ki? Bəs bu yeni adamların təlim-tərbiyəsi? Həyat dərsi? Təcrübə proqramı? Mən klişe ənənələrdən danışmıram, mən nəsilbənəsil davam edən xroniki tərbiyə növündən danışmıram, mən balaca adamlarınızın dövürlərinə uyğun olaraq ehtiyac duyduqları məsləhətlərdən danışıram. Sual verən uşaqlar Sizi qorxudur? Bəs nə bilmişdiniz? Elə bilirsiniz balaca adamların məsuliyyəti də balaca olur? Ciddi deyirəm, özünüz hələ balacasınızsa, balaca uşaq düzəltmək kimi böyük işə baş qoşmayın. Baş varsa… Bizim cəmiyyətdə dünyaya göz açan balaca adamlar onlardan öncə gələn adamalrın yaşam tərziylə ömür sürməyə məhkum olurlar, yeni adamlar olur köhnə adamların klonu, kopiyası, təkrarı, davamı deyil, sanki keçmişi və biz beləliklə yavaş-yavaş gedirik...geriyə gedirik...  İnsanlar təbiətlə, öz orqanizmləriylə harmoniyada yaşamalıdırlar, təbiətdən, bir-birlərindən aldıqları müsbət enerjini özlərində bir az da çoxaldaraq balaca adamlara ötürməlidirlər. Aqressiya yaradan istər dini, istər milli qaydaların yeri zibillikdir, bu manipulyasiya vasitələrindən üstün olun ki, onlar Sizi altlarına salıb əzməsin… Ya da əzilmişlər ordusuna qoşulun...əzilin. Normal yaşam üçün normal adamlarla əhatə olunmalısan, həmin o normal adamlara da normal tərbiyə verilməlidir ki, normal olsunlar. Anormal adamlarla, tərbiyəsi pozuq adamlarla birlikdə yaşamaq adamın bütün sağlamlığını tədricən sıradan çıxarır. Nəcisli suyun axarıyıla üzsən, nəcisli olacaqsan, atam balası. Əgər özün nəcis deyilsənsə təbii ki... Bizim bəzi bədbəxt kişilərimiz ömürlərində nəyinki qadınla normal həyat yaşamayıblar, hətta onların qadına maksimum yaxınlıqları ancaq avtobusda, metroda basabas vaxtı olub. Qadına da yaxın olmayan, qadını haradan tanısın k? Onun nə istədiyini nə bilsin ki? Qadın nəvazişi görməyən adam, qadını haradan duysun ki, onu bütün qəlblə sevə bilsin? Sonra deyirlər ki, kişilərimiz acgöz və vəhşidirlər. Əzizim, bu insan nə yatdı ki, nə yuxu görsün? Nə vaxt normal qadınla təcrübə qazandı ki, indi də ondan alicənabcasına “podxod” gözləyirsiniz? “Podxod” e... Hər şey ailədən və tərbiyədən asılıdır, cəmiyyət isə ailələrin cəmidir...ailə ailədirsə... Bütün bu kələfin içində bizə düşən öhdəlik, qızlarımızı qadın kimi, xanım kimi, oğlanlarımızı alicənab, kişi kimi böyütmək və onları cəmiyyətə buraxmaqdır. Biz isə bunun əvəzində övladlarımızı mental qaydalarla, sağlam prinsiplərdən çox uzaq olan rituallarla yönəldirik, bu isə hazırki vəziyyətin dəyişməməsinə gətirir. Siz sual verən övladlarınıza hələ də nağıl danışırsınız? Nə deyirlər desinlər, qadınlar kişilərdən asılıdır, eynən kişilər də qadınlardan asılı olduqları kimi. Bunu təksib edən adamlar isə artıq ciddi psixoloji pozğunluqları olanlardır. Kişi kişi olmaq üçün əsl qadın nəvazişi görməlidir, qadın qadın olmaq üçün əsl kişi qayğısını hiss etməlidir. Siz qızlarınıza qadın olmağı öyrətməyin, qadın olmağı göstərin, Siz oğullarınza kişilikdən dəm vurmayın, kişi kimi yaşamağı göstərin! Kişi olmağı göstərin! Yoxsa Siz bu bunu bacarmazsınız?
['gündəlik yaşam', 'gündəlik həyatın çətinlikləri', 'gender', 'cinslərarası münasibətlər']
1,717
https://kayzen.az/blog/edebiyyat/14787/lev-tolstoy-%7C-ilyas.html
İlyas | Lev Tolstoy
Apollon
Ədəbiyyat
20 avqust 2014, 17:04
Ufa quberniyasında İlyas adlı bir başqırd yaşayırdı. Onu evləndirəndən bir il sonra atası vəfat elədi. O vaxt mal-heyvandan İlyasın 7 madyanı, 2 inəyi və 20 qoyunu var idi. Bir mülk sahibi kimi İlyas sərvət toplamağa girişdi: sabahdan axşama qədər arvadıyla min bir zəhmətə qatlaşdı, hər kəsdən erkən oyanıb, hamıdan sonra yatağa girdiyi üçün ildən-ilə zənginləşdi. Düz 35 il əziyyət çəkən İlyas, ən nəhayət, böyük var-dövlət qazandı. Atlarının sayı 200-ə, iri buynuzlu heyvanlarının sayı 150-yə, qoyunlarının sayı isə 1200-ə çatdı. Nökər-naibləri onun ilxı və sürülərini otarır, qaravaşları isə madyanlarını və inəklərini sağır, südündən kumıs, pendir və yağ hazırlayırdılar. İlyasın malı, sərvəti başından aşırdı. Bütün mahal camaatı ona həsəd aparırdı. Haqqında deyirdilər: "İlyas bəxtəvər adamdır. Bu cür varlı-hallı birisinə heç ölüm də yaxın düşməz".  Nüfuzlu insanlar da İlyasın səsini-sorağını alıb, onunla dostluq qurmağa can atırdılar. Çox-çox uzaqlardan qapısına qonaqlar gəlirdi. İlyas isə onların hamısını xoş qarşılayır, yedirib-içirirdi. Qapısına gələn hər kəsin qabağına kumıs, çay, şerba (pulu təmizlənməmiş xırda balıqlardan bişirilən şorba növü olmaqla, tatar və başqırd mətbəxinin təamıdır — A.Y.) və qoyun əti qoyulurdu. Həyətə qonaqlar girən kimi əlüstü bir-iki qoyun, qonaq-qara lap çox olanda isə at kəsilirdi. İlyasın cəmi iki oğlu və bir qızı vardı. Oğlanlarını evləndirmiş, qızını isə gəlin köçürmüşdü artıq. İlyas kasıb olanda oğlanları onunla birgə çalışar, ilxılara və sürülərə baxardılar. Elə ki ailə varlandı, oğlanlar daha çox əylənməyə meyl saldılar, bir oğlu isə içkiyə qurşandı. Böyük oğul bir dalaşma zamanı öldürüldü, kiçik oğlunun arvadı isə çox yekəxana idi deyə, həmin övladı İlyasın sözündən çıxmağa başladı. Buna görə də o, həmin oğlunu evdən ayırdı. Ayırdığı oğluna İlyas ev və mal-qara verdiyi üçün öz sərvəti azaldı. Bundan bir az sonra isə İlyasın sürülərində xəstəlik yayıldı və xeyli heyvan tələf oldu. Sonrakı il qıtlıq yaşandı — ot-ələf qəhətə çıxdı. Qara qış xeyli heyvanı məhv elədi. Sonra qırğızlar gəlib, ən yaxşı ilxısını zorla onun əlindən aldılar və beləcə, İlyasın malı-dövləti zavala uğradı. Get-gedə İlyasın maddi durumu pisləşdi, gücü isə azaldı. Yetmiş yaşına çatanda İlyas elə vəziyyətə düşdü ki, xalçalarını, yəhərlərini, kürklərini, içigilərini (uzunboğaz çəkmənin nisbətən yüngül növü — A.Y.), daha sonra isə mal-heyvanını satmağa məcbur oldu və tamamilə yoxsullaşdı. Heç özü də xəbər tutmadı ki, o qədər sərvət haraya yox oldu və əlacsız qalıb, ahıl yaşında arvadıyla birlikdə el qapılarında muzdurluq eləməyə başladı.  Artıq İlyasın bütün var-dövləti əynindəki pal-paltarı, kürkü, xəz papağı, içigisi və başmaqları idi, bir də ağbirçək arvadı Şam-Şemagi. Evdən ayırdığı oğlu qürbət ellərə üz tutmuşdu, qızı isə dünyadan köçmüşdü. Odur ki, bu dünyada ahıl ər-arvada əl tutacaq bir kimsə qalmamışdı. Qonşu Muhəmmədşahın bu insanlara ürəyi yandı. Özü nə hədsiz varlı idi, nə də çox kasıb, sadəcə düzənli bir yaşamı vardı və xeyirxah biriydi. Bir vaxtlar İlyasın süfrəsində yediyi duz-çörəyi o, hələ unutmamışdı. Rəhmi gəldiyi üçün qocaya dedi: "İlyas, arvadını da götürüb, bizim evə yerləş. Yayda imkanın yetdikcə, bağ-bağçada işləyər, qışda mal-heyvanı yemləyərsən. Şam-Şemagi isə qoy madyanları sağıb, kumıs hazırlasın. Yeməyiniz, geyiminiz mənim boynuma, bundan başqa ürəyiniz nə isə istəsə, deyərsiniz, onu da verərəm". Qonşusuna təşəkkür edən İlyas arvadıyla birlikdə Muhəmmədşahın himayəsinə sığındı. İlk vaxtlar çətinlik çəksələr də, sonradan bu şəraitə öyrəşdilər, ər-arvad qonşunun evində yaşamağa və imkanları yetdikcə işləməyə çalışdılar. Ev sahibinə bu cür adamlarla işləmək əl verirdi, çünki qocalar özləri təsərrüfat sahibi olduqlarından hər işin çəmini bilirdilər, tənbəl deyildilər, bacardıqları qədər işə can yandırırdılar. Muhəmmədşaha ağır gələn yalnız o idi ki, vaxtilə böyük imkan sahibi olan bu insanlar indi necə ağır duruma düşüblər. Bir gün uzaq diyardan Muhəmmədşahın qapısına elçilər gəldi. Məclisə molla da çağırıldı. Muhəmmədşah göstəriş verdi ki, bir qoç kəsilsin. Heyvanı soyan İlyas bişirdiyi təamı qonaqlara yolladı. Qoç ətindən yeyən qonaqlar bunun üstündən çay içdilər, sonra isə kumısa keçdilər.  Ev sahibi qonaqlarla xalça üstə düzülən, qu tükündən döşəkçələrdə oturub, piyalələrdən kumıs içib, söhbətləşdikləri vaxt iş-gücünü bitirən İlyas açıq qapının önündən keçdi.  Onu görən Muhəmmədşah qonağından soruşdu: — O qapının önündən keçən qocanı gördünmü? Qonaq dilləndi: — Hə, gördüm. Onda marağımı çəkəcək nə isə vardı ki? — Məsələ burasındadır ki, o kişi vaxtilə bu mahalın ən zəngin adamı sayılan İlyasdır. Ad-sanını yəqin eşitmiş olardın. Qonaq dedi. — Əlbəttə ki eşitmişəm. Üzünü görməsəm də, şan-şöhrəti xeyli uzaqlara yayılmışdı. — İndi onun əlində-ovcunda heç nəyi qalmayıb və mənim qapımda işləməyə möhtacdır. Arvadı da bizdə qalır, madyanları sağır. Qonaq necə heyrətləndisə, ağzını nırçıldadıb, başını yellədi və dedi: — Hə, görünür, xoşbəxtlik gəldi-gedər nemətdir. Fələyin fırlanan təkəri birini təpəyə qaldıranda, digərini çamura atır. Yaxşı, bəs o qoca necə dözür buna, xiffət-zad eləmir ki? — Onu haradan biləsən?! Sakit, farağat bir həyat sürür özü üçün, yaxşı da işləyir. Qonaq şoruşdu: — Onunla söhbətləşə bilərəmmi? Həyatı barədə nələrsə öyrənmək istəyirəm. Ev sahibi: — Niyə də olmasın? — deyib, alaçığın divarını döyəclədi: — Babay (başqırd dilində «baba» deməkdir — A.Y.), gəl, bizimlə birgə kumıs iç. Arvadını da gətir. İlyas arvadıyla birlikdə alaçığa girdi. Qonaqlar və ev sahibi ilə salamlaşdı, dua oxuyandan sonra girişdə diziüstə oturdu. Arvadı isə pərdənin arxasına keçib, ev sahibəsinin yanında əyləşdi. İlyasa da bir piyalə kumıs gətirdilər. O, bir daha qonaqlara və ev sahibinə baş əyərək, kumısdan bir qurtum alıb, piyaləsini yerə qoydu. Qonaq ondan xəbər aldı: — Hə, baba, bizim bugünkü növrağımıza baxanda yəqin sən öz keçmiş günlərini xatırlayıb, dərdə-qəmə batırsan? Vaxtilə, gör, necə gen-bol yaşayırdın, indi isə sıxıntılar məngənəsində qıvrılırsan? İlyas gülümsəyərək, dedi: — Əgər əsl xoşbəxtliyin və bədbəxtliyin nədə olduğunu sənə desəm, yəqin mənə inanmazsan. Sən bu sualı mənim xanımıma ver, çünki qadınların ürəyində nə varsa, dilində də odur. Bu məsələ barədə bütün həqiqəti qoy o, sənə açıb, söyləsin. Qonaq pərdənin o biri üzünə səsləndi: — Hə, nənəcan, əvvəlki xoşbəxtliyin və indiki qara günlərin barədə sən nə fikirləşirsən? Pərdənin arxasından Şam-Şemaginin səsi gəldi: — Mənim gəldiyim qənaət belədir: ərimlə baş-başa düz əlli il ömür sürmüşük, daim xoşbəxtlik axtarsaq da, onu tapmamışıq. Ancaq iki ildir bütün sərvətimiz əldən çıxıb və muzdurluqla çörəyimizi qazanırıq. Əsl xoşbəxtliyi biz bunda tapdığımız üçün artıq xoşbəxtlik axtarışlarından əl-ətək üzmüşük.  Qonaq da, ev sahibi də bu cavabdan heyrətə gəldilər. Muhəmmədşah yerindən dikəlib, pərdəni çəkdi ki, qarının üzünü görsün. Əllərini çataqlayan qarı gülümsəyərək, ərinə baxırdı, əri isə bu ara ona gülümsünürdü. Qarı bayaqkı fikrini təkrarladı: — Bu, doğru sözümdür, zarafat-zad eləmirəm. Varlı olduğumuz o əlli il boyunca biz səadət axtarsaq da, onu heç cür tapa bilmədik. Daha heç nəyimiz qalmadığından muzdurluğa başladıq və əsl xoşbəxtliyi onda daddıq. Daha bu dünyadan başqa bir umacağımız yoxdur. — Axı, indiki xoşbəxtliyinizin məğzi nədədir? — Deyim nədədir: zəngin olanda bircə saat da boş vaxtımız olmurdu ki, dərdləşək, axirətimiz barədə düşünək, Allaha iman gətirək. Qayğılarımız daim başımızdan aşırdı çünki! Qonağımız gəlirdi — düşünürdük ki, ona nə yedirək, nə içirək, nə pay qoyaq ki, bizi yamanlamasın. Qonaq-qara olmayanda isə nökər-qaravaşı güdürdük ki, az işləyib, çox yeməsinlər. Beləcə, daim dünya malı üstündə əsirdik, bu isə günahdır. Ya dayçanı, ya buzovu canavar dağıtmasın deyə, ya da oğru sürünü aparmasın deyə təlaşlanırdıq. Gecələr gözümüzə yuxu getmirdi ki, birdən qoyunlar quzuları basıb, tapdalayarlar. Gecə vaxtı çıxıb, tövləyə baş çəkirdik. Təzəcə rahatlaşan kimi qış üçün yem tədarükünün qayğısı alırdı canımızı. Üstəlik, bütün bu məsələlərdə ərimlə aramda vaxtaşırı münaqişə qopurdu. O, deyirdi ki, belə eləyək, mən isə deyirdim yox, belə edək və başlayırdıq dilləşməyə, günaha batmağa. Bu minvalla biz qayğılarla, günahlarla baş-başa bir ömür sürmüş və xoşbəxt həyatın nədə olduğundan bixəbər qalmışdıq. — Bəs indi? — İndi isə ərimlə mən sevgi və anlayış şəraitində dil tapırıq, üstündə dilləşəcək heç nəyimiz qalmayıb, yeganə qayğımız isə ağaya xidmətdir. Gücümüz yetdikcə, həm də həvəslə çalışırıq ki, ağa ziyana uğramasın, qazancı bol olsun. Nahar və şam yeməyi baxımından hər hansı qayğımız yoxdur, içməyə kumıs da tapırıq hələ. Şaxtada isinmək üçün təzəyimiz və isti kürkümüz var. Həm dərdləşməyə, həm də axirətimiz barədə düşünməyə və Allaha tövbə etməyə vaxt tapırıq. Əlli il sərasər axtardığımız xoşbəxtliyi biz yalnız indi tapa bilmişik. Qonaqlar bu cavaba güldülər. İlyas söhbətə qoşuldu: — Gülməyin, mənim qardaşlarım, bütün bu deyilənlər zarafat deyil, insanın bir ömür sonucu gəldiyi qənaətdir. Əvvəllər var-dövlətimizi itirdikcə arvadımla mən axmaq kimi buna ağlayıb-sızlayardıq. İndi isə Allah bizim gözlərimizi əsl həqiqətə açıb, onu bizə göstərib. Biz də bu sirri öz könülxoşluğumuz üçün deyil, xeyrini görüb, yararlanasınız deyə, sizlərlə paylaşırıq. Molla dedi: — Bunlar — hikmətli sözlərdir. İlyas indi burada həyatın əsl həqiqətini açıb, söylədi sizlərə. Bu öyüd Müqəddəs Kitabımızda da var.  Gülüşməyə ara verən qonaqlar fikir aləminə daldılar.  Tərcümə: Azad Yaşar
['ədəbiyyat', 'dünya ədəbiyyatı', 'Lev Tolstoy', 'hekayə', 'İlyas']
1,718
https://kayzen.az/blog/maraqli-faktlar/14950/litr-kimdir.html
Litr kimdir?
Apollon
Maraqlı faktlar
20 avqust 2014, 17:02
Metrik ölçü sistemində litr ən çox işlədilən həcm və ölçü vahidlərindən biridir. Ancaq az adam bilir ki, bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan – Batist Litrin adını daşıyır. Laboratoriya qablarını ilk dəfə o hazırlamışdır. Təəssüf ki, onun tərcümeyi – halının çox az hissəsi dövrümüzə gəlib çıxmışdır. Təkcə bu məlumdur ki, onun valideynləri  də şərab şüşələri hazırlamaqla məşğul imişlər.  İsveç astronomu Anders Selsi ilə tanışlıq onun həyatında böyük rol oynamışdır. 1763-cü ildə 47 yaşlı Litr həcmi ölçmək üçün onun içərisindəki mayenin çəkisini təyin etmək üsulundan yararlanmağı irəli sürdü. Standart maye olaraq o, civədən istifadə etməyi məsləhət bildi. Litrin təklifi onun ölümündən sonra təsdiq olundu. Ancaq standart maye kimi civə əvəzinə su işlədildi. Ölçü və çəki üzrə 1901–ci ildə keçirilmiş III Baş Konfransın qərarına görə, bir litr normal atmosfer təzyiqində və suyun sıxlığı ən çox olan  temperaturda  (4 dərəcə Selsi) 1 kiloqram saf suyun həcmi kimi təyin edilirdi.: 1 litr = 1, 000028 kub. dm. Ölçü və çəki üzrə 12-ci Baş Konfrans (1964) 1 litr = 1 kub.dm. olduğunu qəbul etdi. Hazırda bu ölçü vahidi standart Beynəlxalq Metrik Ölçü Vahidləri Sistemində həcmin və tutumun vahidi kimi qəbul edilmişdir. Mənbə: azens.az 
['maraqlı faktlar', 'litr', 'Batist Litr']
1,719
https://kayzen.az/blog/kulinariya/16695/g%C3%BCl-k%C9%99l%C9%99mi-tur%C5%9Fusu.html
Gül kələmi turşusu
Someone
Kulinariya
19 avqust 2014, 19:13
Ərzaqlar: 2 ədəd gül kələmi1 ədəd acı bibər 1 baş sarımsaq 3-4 baş şüyüd qurusu 1 x.q kərəviz qurusu 1 ç.q reyhan qurusu Duz  Hazırlanması: Gül kələmini balaca hissələrə ayırıb, təmiz yuyuruq. Qazanda su qoyub, qaynadırıq. Qaynayan suya gül kələmini salıb, 5-10 dəqiqə saxlayırıq.  Sudan çıxarıb, qaba yığırıq, soyuruq.  Banka ya da tuj qazan götürüb, bütün ərzaqları qat-qat yığırıq. 1 l bankaya 3 x.q duz töküb, qarışdırırıq. Sonra duzlu suyu gül kələminin üstünə tökürük. Gül kələminin üzünə çıxana qədər duzlu su hazırlayıb, əlavə edirik. Təxminən 2-3 həftəyə yeyilməli olur. Nuş olsun! Resept.az
['reseptlər', 'qış tədarükü', 'turşular', 'gül kələmi turşusu']
1,720
https://kayzen.az/blog/video-bloq/16693/h%C9%99r-hans%C4%B1-%C5%9F%C9%99kilin-yerini-nec%C9%99-m%C3%BC%C9%99yy%C9%99n-etm%C9%99k-olar.html
Hər hansı şəkilin yerini necə müəyyən etmək olar?
ORIGINAL
Video Bloq
19 avqust 2014, 17:55
İlk maarifləndirici video bloqmu paylaşıram.Bu videoda şəklin yerini harda çəkildiyini asan yolla təyin etmək yolunu başa salmağa çalışmışam.Digər bloqlarımda Whatsapp-da hansısa nömrəni rahatlıqla izləməyi,Facebook-da profilinə kimlərin baxdığını və dostluğundakıların kimləri dostluqdan çıxardığını və s. funksiyaları başa salmağa çalışacam.Dediklərim realdı,Ümid edirəm nəyəsə xeyri olar. P.S.ola bilər ki,videoda mədən asılı olmuyan səbəblərə görə səs yavaş gəlsin,sadəcə mikrofon maksimum o boyda səs yaza bilir.Gələcəkdə çalışacam bunu aradan qaldırım.Əgər videoda həvəkarlıq hiss olunursa,üzrlü sayın.Nəzərə alın ki,ilk dəfədir.Təşəkkür.
['video', 'bloq', 'google', 'şəkil', 'photo', 'tapmaq', 'axtarmaq']
1,721
https://kayzen.az/blog/paint/16692/d%C3%BCnyan%C4%B1n-10-m%C9%99%C5%9Fhur-r%C9%99sm-%C9%99s%C9%99rinin-sirl%C9%99ri.html
Dünyanın 10 məşhur rəsm əsərinin sirləri
Someone
Məşhur rəsmlər və rəssamlar
19 avqust 2014, 17:39
Hətta bizə yaxşı tanış olan şedevr əsərlərin belə sirləri var. Az qala hər qiymətli incəsənət əsərinin özünün sirri və tapmacası olur ki, onun «ikiqat dibi”ndə bütöv bir tarixçə yata bilər.   Tədiqatçı-kulturoloqların illərini həsr etdiyi axtarışlar da, bəzən bir əsərin sirrini tam kəşf etməyə bəs etmir, hər tədqiqatçı öz fərziyyəsini irəli sürür. 1. Salvador Dalinin doğma bacısından qisası    1925-ci ildə (21 yaşında) çəkdiyi „Pəncərədə önündəki qız” əsərində Salvador Dalinin ilham pərizi bacısı Anna Mariya idi. Onların əvvəl isti olan bacı-qardaş münasibəti sonralar korlanıb. Buna səbəb isə onun əsərlərin birinə belə bir epataj yazması olub: “Bəzən mən öz anamın portretinə tüpürürəm və bu, mənə həzz verir”.  Anna Mariya 1949-cu ildə „Salvador Dali bacısının gözü ilə” adlı kitab yazır və Dali haqqında heç də yaxşı sözlər işlətmir. Bundan qəzəblənənSalvador öz bacısından intiqamını 1954-cü ildə alır. Rəssamın yeni əsəri belə adlanır: “Öz zəkasının buynuzları iləSodom günahına batan bakirə”.  Qadının duruşu, onun bədən cizgiləri, pəncərəarxasındakı peyzaj isə „Pəncərə önündəki qız” əsərini xatırladır. 2. İkiüzlü Danaya Rembrandt Harmens van Reyn, “Danaya”, 1636-1647 Rembrandtın məşhur əsəri „Danaya”nın sirri XX əsrin 60-cı illərində açılıb.  Tədqiqatçılar əsəri roentgen şüaları ilə işıqlandırıblar, nəticədə məlum olub ki,  Zevslə əlaqəyə girən çariçanın iki siması var.  Əsərin ilk versiyasında rəssamın 1642-ci ildə vəfat etmiş həyat yoldaşı Saksiya təsvir olunsa da, final variantda Rembrandt özünün yeni məşuqəsi Herta Dirksi təsvir edib.   3. Van Qoqun sarımtıl yataq otağı Vinsent Van Qoq, “Arlada yataq otağı”, 1888-1889.  1888-ci ilin mayındaParistənqidçilərinin əlindən Arladakı kiçik emalatxanaya pənah aparan dörd otaqdan birində yataq otağı yaradır. Oktyabrda hər şey hazır olur və rəssam istirahət düşüncələrini əks etdirən bir əsər yaratmağa girişir. Yaşıl-sarı rənglərinin əsərdə bolluq təşkil etməsini isə ekspertlər onun üskükotundan asılı olması ilə əlaqələndirirlər. Belə ki, rəssam epilepsiyadan əziyyət çəkdiyi üçün, üskükotundan istifadə edirdi. Bu otdan istifadə etdikcə isə rənglərin dərkində probleml yaranır. Məsələn, bu əsərdəki kimi – hər şey yaşıl və sarı rəngdə görünür.  4. Dişsiz ilahə    Leonardo da Vinçi, „Liza del Cokondonun portreti”, 1503-1519 Alimlər tərəfindən gəlinmiş ümumi nəticə odur ki, əsərdə Mona Lizanın təbəssümündəki əsrarəngizlik hansısa xəsarətlə və ya xüsusi bir cəhətlə bağlıdır. Belə ki, məşhur tədqiqatçı Borkovski qadının ön dişlərinin olmamasını və Lizanın ağzının kənarında çapıqlar aşkar etdiyini açıqlayıb. O, iddia edir ki, belə təbəssüm ancaq ön dişləri tökülmüş qadına məxsus ola bilərdi.   5. Mayorun adaxlıbazlığı Pavel Fedotov, “Mayorun elçiliyə gəlməsi», 1848. Fedotovun «Mayorun elçiliyə gəlməsi” əsəri o dövrün publikasında gülüş doğurmuşdu. Əsas səbəb o idi ki, qız istəməyə gələn mayor dvoryan adət-ənənəsi ilətanışdeyil, qızın yanına gül dəstəsi və hədiyyələrlə gəlməyib.Tacir valideynlər isə qızlarına bər-bəzəkli bal paltarı geydiriblər. Evdə şamlar sönüb, bayırda günortadır. Və mayoru qapı ağzında görən qız açıq sinəli ziyafət geyimindən utanaraq öz otağına qaçır.  6. Azadlıq simvolu niyə çılpaqdır?   Ferdinand Viktor Ejen Delakrua, „Barrikadalarda azadlıq”, 1830. İncəsənətşünasın Etyen Jülinin fikrincə, Delakrua məhurParisinqilabçısı Anna Şarlottanın üzünü təsvir edib. Həmin qadın öz qardaşının kral əsgərləri tərəfindən öldürülməsindən sonra barrikadalara çıxaraq, inqilabçılara qoşulmuşdu. Lakin onun çılpaq təsviri isə yalnız rəssamın təxəyyülünün məhsulu idi. Rəssam isə ona görə bu yola əl atmışdı ki, qadının çılpaq sinəsində qorxmazlıq və qətiyyəti simvollaşdırmağa çalışmışdı. Həmçinin, rəssamın fikrincə, bu təsvir demokratiyanın qələbəsi idi. Azadlıq simvolu da adi qadınlar kimi korset taxmır (o zamanlar zadəgan xanımlar korset geyirdilər). 7. Kvadrat olmayan qara kvadrat  Kazimir Mavleviç, “Qara suprematik kvadrat”, 1915 Əslində, „qara kvadrat” heç də qara deyil və heç də kvadrat deyil. Dördbucaqlının heç bir tərəfi digərinə paralel deyil. Həmçinin əsərin çərçivəsi də kvadrat deyil. Tünd rəng isə müxtəlif boyaların qarışığından əmələ gəlib və bu rənglər arasında qara boyadan istifadə olunmayıb. Hesab olunur ki, bu, rəssamın məqsədli və prinsipial addımı olub – dinamik və hərəkətli bir forma əldə etmək üçün. 8.  Qoca balıqçının sirri 1902-ci ildə macar rəssamı Tivadar Kostka özünün “Qoca balıqçı” adlanan şedevrini yaradır. İlk baxışdan əsərdə qeyri-adi heç nə görünmür, amma Tivadar Kostka öz əsərini məhz güzgü ilə çəkərək, ona ikili xüsusiyyət verib.  Belə ki, əsəri ikiyə bölüb, hər yarısını simmetrik şəkildə „güzgü effekti” ilə tamamlayanda, iki fərqli obraz ortaya çıxır. Tanrı və İblis obrazları bir qocanın simasında təsvir olunub. Arxadakı mənzərə də obrazlara görə dəyişir. 9. Avstriya Mona Lizasının melodraması   Qustav Klimt, “Adeli Blox-Bauerin portreti”, 1907. Klimtin ən dəyərli əsərlərindən birində onun məşuqəsi – Avstriyanın qənd maqnatı Ferdinan Blox-Bauerin xanımı təsvir olunub. Bütün Vyana rəssamla qadının gizli münasibətlərini müzakirə edərkən, şayiələr Ferdinanda qədər gedib çıxır. Qısqanc ər rəssamı və xanımını cəzalandırmaq üçün fərqli üsula əl atır. Rəssama Adelinin protretini çəkməyi sifariş edir və uzun müddət ondan fərqli eskizlər tələb edir. Zamanla, məşuqlar bir-birindən soyuyurlar və onların çılğın eşq macərasından ancaq bu əsər qalır. Nə Klimt, nə də Adeli hiləgər ərin bu münasibəti bilməsindən və hansı məqsədlə portret sifarişi verməsindən şübhələnmirlər. Portret isə nə az, nə çox – 4 ilə başa gəlib.   10. Gogeni xilas edən „son əsər”i Pol Gogen, “Hardan gəlmişik? Kimik, Hara gedirik?”, 1897-1898 Gogen bu məşhur əsərini Taitidə, aclıq və kasıblıqdan əzab çəkdiyi vaxtlarda çəkib. Rəssamın planına görə, sözügedən əsər onun „vəsiyyətnamə”si olmalı idi. Rəssam əsəri bitirdikdən sonra mərgümüş içir, amma zəhərlənmək əvəzinə, sadəcə bir müddətlik huşunu itirir. Ölmək üçün yetərsiz olan dozaya görə həyatda qalmış rəssamın bu “son əsər”i ona qəfildən uğur gətirir və beləliklə, Gogenin yaradıcılığında yeni mərhələ başlayır.    mənbə:klut.az  
['məhşur rəsimlər', 'rəssamlar']
1,722
https://kayzen.az/blog/anal%C4%B1q/16400/u%C5%9Faqlar-%C3%BC%C3%A7%C3%BCn-g%C3%BCnd%C9%99lik-s%C3%BCd-normas%C4%B1.html
Uşaqlar üçün gündəlik süd norması
Someone
Körpəyə qulluq və analıq
19 avqust 2014, 16:52
Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Valideynlərin həkimlərə ən çox soruşduğu sullardan biri də "Uşaqlarıma nə qədər süd içirməliyəm" sualıdır. Bu sul da bir çox həkimlər tərəfindən «Gündə iki stəkan» olaraq cavablandırılıb. Kanadadakı Michael xəstəxanasından həkim Jonathon Maguire və qrupu, inək südündəki D vitaminini və dəmirin təsirini tədqiq etmək üçün 1300-dən çox uşağın (2-5 yaş arası) iştirakı ilə tədqiqat aparıb. Valideynlər ümumiyyətlə uşaqlarının nə qədər süd içdiyini elm adamlarına bildirərkən elm adamları da qan təhlilinə əsaslanaraq nə qədər D vitamininə və dəmirə ehtiyac səviyyəsini müəyyən ediblər. Həkim Maguire, gündə 2 stəkan südün uşaqların kafi nisbətdə D vitamini almasını və dəmir depolarının normal səviyyədə qalmasını təmin etdiyini söyləyib. Elm adamları, gündə 2 stəkandan çox süd içən uşaqların isə D vitamini nisbətinin yüksəldiyini, ancaq dəmir anbarlarının azaldığını təyin ediblər. Tədqiqatda ayrıca olaraq,  tünd dəri piqmentinə sahib uşaqlar üçün günəşin az olduğu qış aylarında 2 stəkan südün D vitamini almaları üçün kafi olmadığını, bu səbəblə də  uşaqlarına daha çox süd içirmələrini və D vitamini almalarını təklif edib.
['araşdırma', 'uşaqlar', 'süd']
1,723
https://kayzen.az/blog/fotosessiya/16691/ilk-bax%C4%B1%C5%9Fdan-q%C9%99rar-verm%C9%99y%C9%99-t%C9%99l%C9%99sm%C9%99yin.html
İlk baxışdan qərar verməyə tələsməyin
Don_Elnur
Fotosessiya
18 avqust 2014, 22:45
                 
['Önyarğı', 'tələsməmək', 'doğru qərar']
1,724
https://kayzen.az/blog/sendeme/16688/m%C9%99h%C5%9Furlara-qoyulan-qada%C4%9Falar.html
Məhşurlara qoyulan qadağalar
Someone
Sən demə
18 avqust 2014, 18:38
Bəzi sənətçilərin milyonlarla heyranı olsa da, onların müəyyən ölkələrə girişi qadağandır. Onlara qapıları bağlayan səbəblər isə olduqca maraqlıdır.Amerikalı aktrisa və fotomodel Peris Hiltonun Yaponiyaya girişi yasaqlanıb. Səbəb isə narkotikdən istifadə etməsidir.  Amerikalı kinoaktrisa Lindsey Lohanın Hindistana girişi qadağandır. Səbəb isə onun turist vizasıyla Hindistana gəlib, bu ölkənin uşaq və qadın alveri haqqında BBC üçün sənədli film hazırlamasıdır.  İngilis aktrisa-müğənni Lili Allenin ölkənin fotoqrafını vurduğu üçün ABŞ-a girməsi qadağan edilib. İslandiyalı aktrisa-müğənni Björk isə Tibetə dəstək verdiyi üçün Çinə girişi yasaqlanan məşhurlandandır.   Amerikalı aktyor Bred Pitt də Tibetdə “7 il” adlı filmdə rol aldığı üçün Çinə gedə bilmir.  Digər amerikalı aktyor Harrison Fordun da Tibetə verdiyi dəstək səbəbilə Çinə  girişi yasaqlanıb. Aktyor Riçard Gir də bu sıradadır. Britaniyalı bəstəkar-müğənni Boy Corc alfons kirayələdiyi üçün ABŞ-a girişinə qadağa qoyulub.  İngilis müğənni Emi Uaynhausun sağlığında ABŞ-a gedə bilməməsinin səbəbi bir heyranını döyməsi olmuşdur. Amerikalı aktyor-müğənni Kris Braunun İngiltərəyə girməsinə qoyulan qadağa isə nişanlısı Rihannanı döyməsinə görədi  Amerikalı müğənni Leydi Qaqanın bəzi mahnılarının sözləri onun Malayziyaya girişini qadağan edib. Amerikalı bəstəkar-müğənni Cerri Li Luisin İngiltərəyə girişi yasaqlanıb. Səbəbi isə əmisi oğlu ilə evlənməsidir.
['maraqlı məlumatlar', 'şoubiznes', 'aktyorlar', 'aktirsalar', 'müğənnilər', 'sənətçilər']
1,725
https://kayzen.az/blog/psixologiya/16684/ayaqqab%C4%B1-se%C3%A7imin%C9%99-g%C3%B6r%C9%99-insan-xarakteri.html
Ayaqqabı seçiminə görə insan xarakteri
Someone
Psixologiya
18 avqust 2014, 17:26
                        Seçdiyiniz ayaqqabılar həm də xarakteriniz əks etdirir. Budur ayaqqabı seçiminə görə sizin xarakteriniz... Düz ayaqqabılar: Düz ayaqqabılar sizin nə qədər rahat və “cool” biri olduğunuzu göstərir. Bununla yanaşı, müstəqil ruhunuzdan xəbər verir. İdman ayaqqabılar: Liderlik xüsusiyyəti olan, həyatı anlıq yaşamağı sevən və atletik birisiz. Olduqca bəsit həyat tərzi sürdürməyə üstünlük veririsiniz. Nazik daban ayaqqabılar: Olduqca qadına xas bir görüntüyə sahib olan bu ayaqqabıları seçənlərin də qadınlıq motivlərinin üstünlük təşkil etdiyi deyilə bilər. Mokasen: Modaya uyğun, sevimli və rahat olan bu ayaqqabılar sizin nə qədər aktiv bir insan olduğunuzu göstərir. Siz hündür daban ayaqbbıların sizi narahat etdiyini və hərəkətlərinizi məhdudlaşdırdığını düşünürsüz. Hər cür mühitə uyğunlaşmaq sizin ən əhəmiyyətli arzularınızdan biridir. Barmaq arası ayaqqabılar: Gənc ruhlu və enerji dolu bir insansınız. Botinka: məsuliyyətli, kişiyə xas və sərt bir insansınız. Heç kimdən qorxmur və düşüncələrinizi asanlıqla müdafiə edə bilirsiniz. azerice-utuDəri ayaqqabılar: Dəri ayaqqabıya üstünlük verirsinizsə, deməli görünüş sizin üçün çox vacibdir. Pul sizin üçün ön planda durur. Rəngli ayaqqabılar: Rəngli bir insan olduğunuzu göstərir və bunu hər fürsətdə paltarlarınıza əks etdirirsiniz. Olduqca yaradıcı və hər zaman nəzər nöqtəsində olmağı xoşlayırsınız.
['ayaqqabılar', 'ayaqqab seçimi', 'xarakter']
1,726
https://kayzen.az/blog/stomatoloq/16415/a%C4%9F%C4%B1z-bo%C5%9Flu%C4%9Funun-gigiyenas%C4%B1.html
Ağız boşluğunun gigiyenası
Someone
Stomatologiya
18 avqust 2014, 17:07
Ağız qoxusu fizioloji və patoloji ola bilər. Fizioloji ağız qoxusu hər kəsin ağzında olan gündəlik bakteriyaların yığılması nəticəsində yaranan qoxudur.Patoloji ağız qoxusu isə ətrafdan hiss ediləcək dərəcədə olur. Ağız qoxusu lokal və sistemik xəstəliklər səbəbiylə də ortaya çıxır. Ağızdakı çürük dişlər, plomblar, köhnəlmiş örtmələr, dil üzərində yığılmış mikroorqanizmlər və yaranan faringit lokal səbəblərə aiddir.Bağırsaq, mədə, qaraciyər xəstəliklərindən yaranan ağız qoxusu sistemik səbəblərə aiddir. Türkiyəli mütəxəssis Ahu Alçının sözlərinə görə ağız qoxusu şikayətiylə gələn xəstələrə ilk öncə gigiyena təhsili verilməlidir. Bir çox hallarda qidalanma və həyat tərzini dəyişməklə həkimə müraciət etmədən ağızda pis qoxudan qurtulmaq olar. Bunun üçün dişlərə xüsusi qulluq etmək, dişarasında olan qida qalıqlarını və dili təmizləmək vacibdir. Çoxlu su içmək ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteriyiların yuyulub aparılmasına kömək edir. Ən azı ildə iki dəfə diş həkimində profilaktik müayinədə olmaq da lazımdır. Gün ərzində nanəli konfetlərdən istifadə etmək ağızda yaranan pis qoxunun qarşısını alır. Bəzi  xəstələr qarqara və nanəli şəkər ilə ağız qoxusunu tam həll edə bilmirlər.  Qarqara təsiri keçdiyində ağızdakı qoxu davam edir. Bu istiqamətdə ağız qoxusunu qarşısını almaqda şəkərsiz saqqızdan istifadə etmək olar.
['Ağız boşluğunun gigiyenası', 'ağız qoxusu', 'təravətli nəfəs']
1,727
https://kayzen.az/blog/kurdamir/16681/b%C9%99%C5%9F%C9%99riyy%C9%99tin-yox-olaca%C4%9F%C4%B1-tarix-a%C3%A7%C4%B1qland%C4%B1.html
Bəşəriyyətin yox olacağı tarix açıqlandı
kurdamir
Bloq: kurdamir
18 avqust 2014, 11:00
Nəhəng bir cisim 16 mart 2880-ci ildə dünyaya dəyəcək. Elm adamları bəşəriyyətin yox olacağı tarixi açıqlayıblar. Anspress-in məlumatına görə, ABŞ-dan olan alimlər nəhəng bir asteroidin insanlığın sonu olacığını bildirib. Fərziyyəyə görə, 1 kilometr ölçüsündə olan nəhəng cisim 16 mart 2880-ci ildə Yerə dəyəcək və nəticədə nəhəng sunamilər meydana gələcək. Bu isə bəşəriyyətin yox olmasına gətirib çıxaracaq. Elmi adının «Asteroit 1950 DA» olduğu bildirilən asteroitin sürətlə ətrafında dönərək Yer kürəsinə yaxınlaşdığı ifadə edilib. Yer kürəsi ilə 61 min kilometr sürətlə toqquşması gözlənilən asteroitin dəhşətli partlama gücü meydana gətirəcəyi ehtimal edilir.
['qiyamət']
1,728
https://kayzen.az/blog/sendeme/16680/b%C9%99zi-az%C9%99rbaycan-%C5%9F%C9%99h%C9%99rl%C9%99rinin-x%C9%99rit%C9%99l%C9%99ri.html
BƏZİ AZƏRBAYCAN ŞƏHƏRLƏRİNİN XƏRİTƏLƏRİ...
kurdamir
Sən demə
18 avqust 2014, 10:27
Sizlərə bəzi şəhərlərimizin xəritələrini təqdim edirikAbşeron AğcabədiAğdamAğsuBaləkənBiləsuvarGöyçayHacıqabulİsmayilliKürdəmirQaxQəbələQubaSalyanŞamaxıYevlax  Kayzen.az
['xəritə']
1,729
https://kayzen.az/blog/qadin/16612/dolu-qad%C4%B1nlar-ki%C5%9Fil%C9%99rin-daha-%C3%A7ox-xo%C5%9Funa-g%C9%99lir.html
Dolu qadınlar kişilərin daha çox xoşuna gəlir
Apollon
Qadın
17 avqust 2014, 19:21
Alman mütəxəsisləri apardığı sorğular nəticəsində belə bir qənaətə gəlmişdirlər. Sən demə qadınların əksəriyyətinin can atdığı arıq bədən forması, kişilərin əksəriyyətinin xoşuna gəlmirmiş. 1000 nəfər kişinin iştirak etdiyi sosial sorğuda respondentlərin yalnız 5% arıq qadınlara, 70% isə dolu qadınlara üstünlük verdiklərini bildirmişlər. Sorğunun nəticəsi mütəxəsisləri təçübləndirsədə, onlar bunun səbəbini psixoloji amillərlə bağlı olduğunu bildirmişlər. Artıq çoxdan məlumdur ki, kişinin seçdiyi qadın formasına həmin kişinin maliyyə vəziyyəti birbaşa təsir göstərir. Maliyyə çətinlikləri olan kişilər daha çox dolu qadınlara üstünlük verirlər. Bu formaya malik qadınları kişilər özləri üçün müdafiə simvolu hesab edirlər. PS… Bakıda 20 nəfər kişi respondent arasında keçirdiyim sorğudandan məlum oldu ki, dolu qadınlara 65%, arıq qadınlara isə 35% kişi üstünlük verir.
['qadın', 'dolu qadınlar']
1,730
https://kayzen.az/blog/kitab/16672/d%C3%BCnyan%C4%B1n-%C9%99n-bahal%C4%B1-kitablar%C4%B1.html
Dünyanın ən bahalı kitabları
Someone
Kitablar və mütaliə
17 avqust 2014, 16:29
Alman filosoflarından biri deyirdi ki, kitablar bəşəriyyətin yeganə qalıcı yaddaşıdır.Həqiqətən də bu belədir.Dövlətlər, şəxsiyyətlər, mədəniyyətlər, sivilizasiyalar gəlir və gedir, lakin kitablar bəşər cəmiyyəti durduqca durur, bir nəsildən digər nəslə ən dəyərli mülkiyyət kimi ötürülür. Məhz bu xüsusiyyət də, kitabların dəyərini, qiymətini müəyyənləşdirin başlıca amildir. Bəs görəsən dünyanın ən bahalı kitabları hansılardır? 1. Leonardo Da Vinçi – “Lester əlyazmaları”, 30.8 milyon dollar, (1994) 1500-cü ildə nəşr olunub. Bu kitab tarixə “bu günə qədər satılan ən bahalı kitab” adı ilə düşüb. Maraqlıdır ki, bu kitabın sahibi dünyanın ən zəngin adamı Bill Geytsdir. O, kitabın çox sayda şəkillərindən “Microsoft”un ekran qoruyucuları kimi istifadə edib və həmçinin kitabı sərgi üçün dünyanın müxtəlif şəhərlərinə verib. 2. Müqəddəs Kusbertin İncili, 14 milyon $, (2012) 7-ci əsrə aid bu nadir əsər latın dilində yazılıb. Kitabı hər kəs oxuya bilər, çünki elektron versiyası mövcuddur. Kitab Britaniya kitabxanasında nümayiş olunur. 3. Müqəddəs Venediktin sifarişi ilə yazılmış “Henri Lionun İncili”, 11.7 milyon $, (1983) 1175-ci ilə aiddir. Bu kitab 1994-cü ilə qədər “dünyanın bu günə qədər satılan ən bahalı kitabları” siyahısında ilk sırada dururdu. 266 səhifədən ibarət bu kitabın 50 səhifəsi yalnız gözəl illüstrasiyalardan ibarətdir. 4. Con Ceyms Audubon – “Amerika quşları”, 11.5 milyon $, (2010) Bu kitab Amerika ornitologiyasının əsl şah əsəri hesab olunur. Audubon yaşam ölçülərinə əsasən, Amerikanın bütün quşlarının şəkillərini çəkmək istəyirdi. Hələ də dünyada bu böyük kitabın təqribən 120 orijinal surəti vardır. 5. Cefri Çoser – “Etajer hekayələri”, 7.5 milyon $, (1998) 1478-ci ildə nəşr olunub. “Etajer hekayələri” nin 83 məlum versiyası mövcuddur. Əsər 1370 və ya 1380-ci ildə yazılmağına baxmayaraq, 1478-ci ildə çap olunub. 6. Uilyam Şekspir – “Birinci foliant”, 6.16 milyon $, (2001) 1623-cü ildə nəşr olunub. Bu kitab bütün dövrlərin ən yaxşı kitabıdır və Şekspirin 36 pyesindən ibarətdir. Hal-hazırda bu kitabın əsl qiyməti 1 paunddur. “Birinci Foliant”-ın 228 surəti hələ də mövcuddur. 7. Pier-Jozef Redut – “Liliasea”, 5 milyon $, (1985) 1802-ci ildə nəşr olunub. Kitab zanbaq fəsiləsinə mənsub güllərin gözəl illüstrasiyalarından ibarətdir. Belçikada doğulmuş Redut peşəkar rəssam idi. O, habelə “Qızılgül fəsiləsi” adlı kitabını çap etdirib. 8. Qutenberqin Bibliyası, 4.9 milyon $, (1987) 1450-1455-ci illərdə nəşr olunub. Bu kitab dünyada ilk çap olunmuş kitabdır. Hal-hazırda Qutenberq Bibliyasının ilk nəşrinin 48 məlum surəti mövcuddur. 9. Henri Luis Duhamel du Monkeau – “Meyvə ağacları barədə traktat”, 4.5 milyon $, (2006) 1768-ci ildə nəşr edilib. Beş cildlik bu kitab meyvə ağaclarının 16 müxtəlif növlərinin gözəl illüstrasiyasından ibarətdir. Fransız botaniki Henri Luis Duhamel du Monkeau, həmçinin, Fransa Elmlər Akademiyasında prezident kimi fəaliyyət göstərib. 10. Klavdi Ptolemey – “Coğrafi Kosmoqrafiya”, 3.5 milyon $, (2006) Bu kitab 1462-ci ildə nəşr edilib. Həmçinin “Coğrafiya”, yaxud “Geographike Hyphegesis” adı ilə tanınır. Bu kitab yerin coğrafiyasına və kartoqrafiyasına aid ən məşhur kitablar arasındadır. Yeni dünyanın kəşfindən əvvəl mövzusuna görə bu kitabı əsas götürərək ona istinad edirdilər. Mənbə: Gün.Az
['maraqlı faktlat', 'maraqlı məlumatlar', 'kitablar']
1,731
https://kayzen.az/blog/d%C9%99ri-z%C3%B6hr%C9%99vi/16671/%C3%BCzd%C9%99-s%C4%B1zanaq-yaradan-qidalar.html
Üzdə sızanaq yaradan qidalar
Someone
dəri-zöhrəvi xəstəliklər
17 avqust 2014, 16:07
Üzdəki sızanaqların yaranmasının bir çox səbəbləri olsa da, gündəlik qidalarımızın da bunda müəyyən rolu var.Pəhriz saxlayanlar üçün nəzərdə tutulmuş içkilər:Belə içkilərin tərkibində olan maddələr üzdə sızanaq yaranmasının başlıca səbəblərindən biridir. Dərinin pH səviyyəsini aşağı salan belə süni içkilərdən uzaq durub evdə hazırladığınız təbii meyvə sularını və kompotları içmək daha məsləhətdir. İşlənmiş qidalar:Marketlərdə satılan qablaşdırılmış qidalar, hazır meyvə suları, pizza, hamburger və s. belə qidalar sırasındadır. Bu qidaların tərkibində xüsusi kimyəvi maddələr olduğu üçün allergiya da yarada bilər. Sizə bu qidalardan hansının təsir edib, hansının təsir etmədiyini test edərək yoxlaya bilərsiniz. Ədviyyat:Həddindən artıq ədviyyatlı qidalar istifadə etməyiniz həzm prosesinə zərər verə bilər. Bu vəziyyət isə dəridə sızanaqların yaranmasına səbəb olar. Əgər ədviyyatların üzünüzdə müəyyən problemlər yaratdığını müşahidə etmisinizsə, bundan uzaq durmağa çalışın. Şəkər:Həddindən artıq qəbul edilmiş şəkər də üzdə sızanaqların yaranmasına səbəb ola bilər. Çünki daim şirniyyatla qidalanmaq sızanağa səbəb olan hormonları işə salıb onların artmasına gətirib çıxara bilər. Şokolad və digər şəkərli qidalar da bunun yaranmasına yol aça bilər.Karbohidrat:Un, makaron, çörək kimi taxıl məhsulları da həddindən artıq istifadə edildikdə üzdəki sızanaqların artmasına səbəb olur. Karbohidrat və şəkərin birgə istifadə olunması isə bunu daha da qaçılmaz edir. Yağlar:Marqarin, dəfələrlə istifadə olunmuş bitki mənşəli yağlar da sızanaqların yaranmasına yol açır. Əgər bu yağlardan istifadə edərkən üzünüzdə sızanaqların yarandığını və yaxud da artdığını müşahidə edirsinizsə, zeytun yağından istifadə etməyiniz məsləhətdir. Duz:Duz dəri toxumasında şişmə və qabarıqlığa yol açıb üzünüzün gözəl görünüşünə xələl gətirə bilər. Qidalanarkən duzun həcminin həddindən artıq olmamasına diqqət yetirin.  Ət, düyü, tərəvəz, lobya və s. kimi qidalardan istifadə etməzdən öncə yaxşıca yuyun.Qeyd edək ki, sadalanan bütün bu qidalardan tamamilə imtina etmək mümükün deyil. Amma əsas şərt normasında yararlanmaq və müəyyən edilən sərhəddi aşmamaqdır. 
['dəri xəstəlikləri', 'sızaqalar']
1,732
https://kayzen.az/blog/maraqli-faktlar/15086/cozef-cons-%C9%99fsan%C9%99vi-h%C9%99bsd%C9%99n-qa%C3%A7%C4%B1%C5%9F-ustad%C4%B1.html
Cozef Cons – Əfsanəvi həbsdən qaçış ustadı
Apollon
Maraqlı faktlar
17 avqust 2014, 15:06
Tarixdə elə insanlar var ki, onları barmaqlıq arxasında saxlamaq mümkün deyil. Gənc britaniyalı Cozef Cons üç çörək və hər hansısa xırda bir şey oğurladığına görə həbsə düşür. O nəyəsə görə hakimin xoşuna gəlmir və ona 10 il ərzində katorqaya göndərilir. Adətən belə cəzalar üçün 3 ay həbs cəzası təyin edilirdi. İlk həbs illərini o İngiltərədə keçirir. Daha sonra isə o Qərbi Avstraliyaya göndərilir və burada yaxşı davranışı səbəbindən şərti azadlığa buraxılır. Burada aclıq şəraitində yaşamasına baxmayaraq ilk zamanlarda qanun pozuntularından kənar dururdu. Lakin bir dəfə o başsız qalmış ata əl uzatmaqdan özünü saxlaya bilmir və ata öz damğasını vurur. Daha sonradan bu atın sahibi peyda olur. At oğurluğuna görə 10 il həbs cəzası nəzərdə tutulurdu. Lakin Co həbsdən qaçır və atın üzərindəki damğanı yox edə bilir. Nəticədə o yalnızca qaçdığına görə 3 il həbs cəzası alır. Bu dəfə də nümunəvi davranışına görə onu azadlığa buraxırlar. Lakin hər şey bununla bitmir. Qonşusunun öküzü itir. Bunu onun etdiyinə dair heç bir dəlil olmasa da keçmiş məhkum oğurluqda təqsirli bilinir. O bu dəfə də bir neçə aydan sonra qaçmağı bacarır. Onu tezliklə tutsalar da o yenə qaçmağı bacarır. Növbəti bir neçə aydan sonra polis onu ələ keçirə bilir. Onun həbs cəzasına əlavə olaraq 5 il də əlavə edilir və xüsusi inşa edilmiş kameraya salınır. Məhkumların sözlərinə görə oradan qaçmaq mümkün deyildi. Hətta qubernator bildirmişdi ki, o buradan da qaçmağı bacarsa ona rəhm ediləcək. Və hər zaman olduğu kimi Co buradan da qaçmağı bacarır və yalnızca iki ildən sonra tapılır. Məhkumun həbs müddəti artırılır və həbsə atılır. Bir neçə ildən sonta yeni qubernator bu haqda eşidir və əvvəlki qubernatorun vədinə əməl etməyi tapşırır. Lakin bir şərtlə ki, Co bir daha qanuna zidd hərəkət etməyəcək. Co söz verdi. Co qocalanadək öz vədinə sadiq qaldı. Lakin onun 80 yaşı olduqda ağlı zəifləmiş qocanı avara hesab edib tutdular. Tədqiqat aparmaq üçün onu həbsxananın köhnə binasına yerləşdirdilər. Əfsanəvi həbsdən qaçıc ustadı Avstraliyaya ilk gətirildikdə bu həbsxanaya salınmışdı. Co zəif idi və çox az şeyi başa düşürdü, lakin vərdişi üzrə o buradan qaçır. Sonra yenə və yenə… Lakin daha sonra onu yaxalayandan qaça bilmədi. Onun adı ölüm idi.
['maraqlı faktlar', 'həbsdən qaçış', 'Cozef Cons']
1,733
https://kayzen.az/blog/dusundurucu-hekayeler/16669/yolla-g%C3%B6z%C9%99l-ged%C9%99n-adam.html
YOLLA GÖZƏL GEDƏN ADAM
beautiful
Düşündürücü hekayələr
17 avqust 2014, 10:45
Bir məmləkətdə xeyirxah və ədalətli hökmdar var idi. Bu hökmdar vətənini çox sevirdi. Daim xalqı üçün faydalı işlər görər, hər zaman insanların rahatlığı üçün çalışardı. O vətənpərvərliyi  və fədakarlığı ilə hamının hörmətini qazanmışdı.Bir gün hökmdar öz sarayından şəhərin ən ucqar nöqtəsinə qədər geniş bir yol saldırmaq tapşırığı verdi. Tezliklə yol çəkilib qurtardı. Hamıya xəbər verildi ki, sabah yol istifadəyə veriləcək. Hökmdar yolu insanların istifadəsinə verməzdən əvvəl bir yarış keçirəcəyini elan etdi. Belə ki, yolu əvvəldən axıra kimi ən gözəl keçən insan mükafatlandırılacaqdı. Hökmdar bildirdi ki, hər kəs bu yarışda iştirak edə bilər. Ertəsi gün insanlar hökmdar sarayının qarşısına yığışdılar. Bir çoxları gözəl faytonda gəlmiş, ən bahalı paltarlarını geymişdilər. Qiymətli daş- qaşlarla bəzənmiş qadınlar, kəhər atların bəzəkli yəhərləri üzərində oturmuş gənclər yarışın başlanmasını intizarla gözləyirdilər.Nəhayət, yola çıxmaq işarəsi verildi. Hamı qalib olmaq ümidi ilə yola çıxdı. Yolun sonunda- şəhərin çıxacağındakı yüksəklikdə hökmdar öz yaxın əyanları ilə kəcavədə əyləşib durbinlə yarış iştirakçılarını izləyirdi. O gəlib çatanları salamlayır və hər kəsdən soruşurdu:-Yol necədir?Yolçuların bir çoxu eyni sözləri deyirdi: — Hökmdar sağ olsun, yol geniş və hamardır, lakin bəzi yerlərdə yığılmış daş və çınqıl qalıqları hərəkət etməyimizə mane olurdu.Nəhayət, hamı gəlib keçdi. Qalibi müəyyən etmək vaxtı idi. Əyanlar maraqla hökmdara baxırdılar. Lakin ondan səs çıxmırdı. Birdən yolda bir atlı da göründü. Hökmdar dilləndi:-Gəlin onu da gözləyək.Axır ki sonuncu yolçu gəlib çıxdı. O, yorğun görünürdü, üst- başıtoz- torpaq içində idi. Əlində balaca bir kisə atdan düşüb hökmdarın qarşısında hörmətlə baş əydi.-Niyə belə gecikmisən?-deyə hökmdar soruşdu.-Bağışlayın, gec gəlməyimin səbəbi var. Yolla irəlilədikcə qarşıma çıxan daş və çınqıl parçalarını kənara atır, yolu təmizləməyə çalışırdım. Bu qızıl kisəsini həmin daş qalaqlarından birinin altından tapdım. Bu qızıllar, yəqin ki. sizə çatmalıdır.Bunu deyib yolçu əlindəki qızıl dolu kisəni hökmdara uzatdı. Hökmdar gülümsəyərək cavab verdi:-O qızılların sahibi sənsən.Yolçu təəccübləndi:-Ey hökmdar, mənim heç vaxt bu qədər sərvətim olmayıb.-İndi isə var. Əlindəki qızıllar yoldan ən gözəl keçən insan üçün elan etdiyim mükafatdır. Bu qızılları mənim göstərişimlə daş qalaqlarının altına qoymuşdular. Mənim fikrimcə, yoldan ən gözəl keçn insan arxasınca gələnlər üçün yoldakı maneələri aradan qaldıran insandır. Sən bunu etdin. Deməli, yarışın qalibi sənsən. Mükafat da sənə çatır.
['kainat', 'samanyolu']
1,734
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/16670/bakteriyalar.html
Bakteriyalar
beautiful
sağlam həyat tərzi
17 avqust 2014, 10:44
 Yunanca «kiçik çubuq» mənasını verən bakteriya (bacterium) sözü 19-cu əsrdə elm lüğətinə girdi. Bakteriyaların uzunu 2-10, eni isə 1-2 mikron olur. Yəni 10 min bakteriyanı yan-yana düzə bilsəniz, təxminən 2,5 santimetr olar. Rəngsiz olduqlarındanmikroskopla görmək asan deyil. Xüsusi boyalar qatılaraq rəngləndirildikdən sonra bakteriyaları izləmək mümkün ola bilər.Bakteriyalar yayılmaq üçün kifayət qədər qida və mühit tapa bilirlər. Hava ilə ətrafa yayılan bakteriyalar əlverişli mühit tapdıqları zaman təkrar çoxalmağa başlayırlar.  Bakteriya növlərinin çoxu zərərsizdir. Üstəlik insanlara bir çox şəkildə xidmət edirlər. Məsələn,  bakteriyalar olmasaydı, torpağın məhsuldarlığını qorumaq, bitki yetişdirmək, yəni həyatın davam etməsi təmin etmək çətin ola bilərdi. Bakteriyalar olmadanayran, qatıq, sirkə, pendir, turşu kimi qida maddələrini də əldə etməyimiz mümkün ola bilməzdi. Bəzi heyvanlar dabakteriyalardan həzm üçün faydalanırlar. Bu heyvanların mədələrində olan bakteriyalar sellülozu parçalayaraq həzmə kömək edir. İnək və qoyun kimi heyvanlar üçün bakteriyalar həyati əhəmiyyət daşıyır. Bundan başqa, insanların da həzm sistemindəbəzi faydalı bakteriyalar olur. Bu bakteriyalar K vitamininin meydana gəlməsini təmin edirlər. Azot, fosfor, karbon kimi elementlərin təbiətdəki çevrilməsini həyata keçirirlər. Bakteriyaların bəzi mənfi təsirləri də vardır. Su çirklənməsinin birinci səbəbkarı bakteriyalardır. Kanalizasiya və sənayetullantıları istifadə suyu qarışdıqları zaman bakteriyalar su içində çoxalmağa başlayırlar. Bəzi bakteriyalar isə qidalarda sürətləçoxalırlar. Bu bakteriyalar ağır qida zəhərlənməsinə yol aça bilər, hətta sonu ölümə qədər gedən ciddi bir problem yarada bilərlər.Bakteriyaların nə üçün xəstəliklərə gətirib çıxardığı hələ də tam olaraq bilinmir. Eyni zamanda bəzi xəstəlik növlərinə səbəb olan bakteriyaların ifraz etdiyi toksinlərin olduğu məlumdur. Toksin ifraz edən bu bakteriyalar üst tənəffüs yoluna yerləşərəktoxumaları dağıdıb difteriya xəstəliyinə səbəb olur.  Bakteriyalardan qorunmanın yolları:Ət bakteriya törəməsinə ən uyğun qidalardan biridir. Ətləri böyük parçalar halında saxlamaq bakteriyaların törəməsinəsəbəb olur. Ətləri saxlamadan əvvəl kiçik parçalara ayırdıqdan sonra təmiz bir soyuducu poşetinə qoyaraq mütləq dərin dondurucuda ya da buzluğunda saxlanmalıdır.Ətin buzunu açmaq istədiyinizdə bu əməliyyatı əsla otaq istiliyində edilməməlidir. Soyuducunun alt bölməsini istifadə edərək ətin daha sağlam bir şəkildə buzdan açılmasını təmin etmək olar.Buzu açılan ət dərhal bişirilməlidir, qətiyyən təkrar dondurmamalıdır.Qidaları yaxşı bişirmək üçün istilik ən az 70 dərəcə olmalıdır. Və yemək yenidən isidilərkən istilik yenədə 70 dərəcə olmalıdır.Qida bişdikdən sonra dərhal yemək və otaq istiliyinə buraxmamaq lazımdır. Bişmiş qidalar otaq istiliyində uzun müddətqalsa, üzərində bakteriya və mikrobların artıma riski çoxalar.Bişmiş qidaların çiy qidalara təmasın qətiyyən olmaz. Hətta çiy bir qidanı kəsərkən istifadə bıçağı belə bişmiş bir yeməyətəmas etdirməkdədir qətiliklə uzaq olmalıdır.Əllərinizi tez-tez su və sabunla yuyun. Xüsusilə yemək bişirmədən əvvəl isti suyla yumaq faydalı olacaq. Əlinizdə kəsik ya da infeksiya varsa, yemək hazırlamadan əvvəl mütləq üstünü bağlayın.Mətbəxdə istifadə vəsaitləri və mətbəx səthinin təmizliyi də ən az əllərinizin təmizliyi qədər əhəmiyyətlidir.Yemək hazırlayarkən mütləq təmiz su istifadə edin. Qidalar hazırlanarkən istifadə edilən su ən az qidaların özü qədər əhəmiyyətlidir.Hər zaman sağlam olun! Mənbə: Qadın.net 
['şahmat', 'tennis', 'futbol']
1,735
https://kayzen.az/blog/poeziya/16667/bir-g%C3%BCn-%7C-%C9%99li-x%C9%99yyam.html
Bir gün | Əli Xəyyam
_BUMERANQ_
Poeziya
16 avqust 2014, 18:55
Səninlə mən Kövrəlib qısılmışıq Dünyanın daxmasına Ən şıltaq, ən yaltaq və ən müdrik insanların arasında Bax dost, Gör neçə aydır ki, unutmaq üçün fasiləsiz içirəm Neçə aydı içirəm, unutmuşam Nə qədər içmişəm, unutmuşam Bircə kədəri unuda bilməmişəm Bizlər bir gül ləçəyi kimiyik Bütün güllərdən fərqsiz, Eyni qoxuya sahib, eyni rəngə Lakin illər sonra bir kitab arasında yaşayan Yanında yaşlanacağımız sevgililəri Ən gənc yaşlarımızda seçmişik Nə xoş təsadüfdür bu?! Bilirsən sən, balaca şəhərin adamlarının Ümidləri böyük olur Hər kəsi eyni taleh gözləyir, hə? Hamı çəkib gedir Sonda adama qalan bircə ölüm olur Təsəlli necə də bərbad bir xülya Bircə sən demədin, “döz, bu da keçər” Gözlərindən oxunur, sən bilirsən ki: Bizim halımız Vətəndən də bətər... Biz doğmalardan uzaqda Saçlarını zamanın tumarladıqları Biz, ürəyi parça-parça ayaqüstə Hər içkidə səbəbsiz darıxan Boşluqla baxışan və “Bir gün”-lərə uşaq kimi inanan “Hərkəs”-li şəhərin heçkəsləri…
['poeziya', 'Əli Xəyyam', 'Bir gün']
1,736
https://kayzen.az/blog/qadinlar/16564/penelope-kruz.html
Penelope Kruz
Apollon
Məşhur qadınlar
16 avqust 2014, 15:32
Karyerası: Aktrisa  Boyu: 1.68 m Doğum tarixi: 28 aprel 1974-cü il Doğulduğu yer: Madrid, İspaniya Bürcü: buğa Atası: Eduardo Krus Anası: Enkarna Sançes Bacısı: Monika Kruz- aktrisa və rəqqasə Qardaşı: Eduardo Kruz –məşhur İspan müğənnisi və bəstəkarı Janrı: komediya, drama, melodrama Cəmi filmləri: 97 İlk filmi: 1986-cı il Sonuncu filmi: 2011-ci il Məşhur filmləri: “Bu yalandır”, “ Eleqiya”, ”Darvinin Missiyası”, ”Əsrin şousu” və s. Aktrisa öz ölkəsində qısaca olaraq Pe adlandırılır yəni Penelopa. Rəqsi həddindən çox xoşladığına görə, orta məktəbi bitirməsini gözləmədən rəqs dərslərinə başlamışdır. Bütün çətinliklərə baxmayaraq o, 10 il üddətində balet və ispan rəqslərini mükəmməl öyrənmiş və Nyu-Yorka getmişdir.  Nyu-Yorka getməyinin əsas səbəbi Kristina Rot aktrisalıq məktəbinə daxil olmaq və oranı müvəffəqiyyətlə başa vurmaq idi. İlk dəfə olaraq rejissorlar Penelopaya daha dəqiqliyi ilə “Gözəlliyin qaynağı” filmində qısa rolda rast gəlmişdilər. Penelopa 16 yaşında ilk rollarına dəvət almışdır. İspan gözəlinin amerika tamaşaçıları ilə ilk tanışlığı “Yağışda çəkməli adam” filmi ilə oldu. 2010-cu ildə aktrisa ilk dəfə olaraq 41 yaşlı aktyor Xaver Bardemlə ailə həyatı qurmuşdur. 25 yanvar 2011-ci ildə oğul övladı dünyaya gəlmişdir. Elə həmin gün də Xaver Bardem “ Ən yaxşı Aktyor ” nominasiyası üzrə “Oskar” mükafatı almışdır.
['məşhur qadınlar', 'Penelope Cruz', 'Penelope Kruz']
1,737
https://kayzen.az/blog/Bilirsinizmi/16591/pamb%C4%B1q-%C5%9F%C9%99k%C9%99ri-nec%C9%99-haz%C4%B1rlan%C4%B1r.html
Pambıq şəkəri necə hazırlanır?
Apollon
Bilirsinizmi?
16 avqust 2014, 15:29
Yay aylarının əvəzolunmaz ləzzətlərindən biri də pambıq şəkəridir. Sadə tərkibli və görünüşə malik bu şəkəri, yəqin ki, sevməyən yoxdur. Bəs görəsən, onun hazırlanma qaydası necədir, hər kəsə məlumdurmu? Teymur Rzayev — şəhər sakini: “Pambıq şəkərinin şəkərdən hazırlandığını bilirəm, amma tam necə hazırlandığını bilmirəm”. Orxan Məmmədov — şəhər sakini: “Yox, elə məlumatım yoxdur. Amma bilmək istəyərdim”. Peşmək, yəni bizim pambıq şəkəri adlandırdığımız şirniyyat növü yalnız toz şəkəri və qida boyasından ibarətdir. Qida boyası şəkərin dadına təsir etmir, sadəcə onun rəngli olmasını təmin edir. Bu vasitəylə sarı, yaşıl, mavi, çəhrayı peşmək hazırlamaq olar. Tərkibi sadə olsa da, xüsusi qurğu olmadan pambıq şəkəri hazırlamaq mümkün deyil. Satıcı: “Bunun içərisinə şəkər və vanil tökülür. Daha sonra düyməsi basılır və işə salınır. Daha sonra çubuq götürülür, isladılır və pambıq ona dolanır. Çubuq islanmasa, şəkəri saxlamaz”. Şəkərin pambıq halına gəlməsinə səbəb istinin təsiri ilə onun əriyərək, sentrifuqanın köməkliyi ilə qabın daxilindəki incə dəlikli süzgəcdən keçərək soyumasıdır. Qatı hal alan və qaba toplanan şəkər çubuq vasitəsi ilə bir yerə yığılır. Pambıq şəkərini çubuğa toplayarkən fərqli görkəm də vermək olar. Bu isə satıcının təxəyyülü və bacarığından asılıdır. Pambıq şəkəri Azərbaycanda olduğu kimi, dünyanın bir çox ölkəsində də sevilir. Alıcı və xüsusi ilə də turistlərin diqqətini çəkmək üçün bəzi istedadlı satıcılar əl qabiliyyətlərindən istifadə edərək pambıq şəkərinə müxtəlif görkəm verirlər. milli.az
['şəkər', 'pambıq şəkər']
1,738
https://kayzen.az/blog/Bilirsinizmi/16658/d%C3%B6vl%C9%99t-orqanlar%C4%B1n%C4%B1n-r%C9%99smi-saytlar%C4%B1.html
Dövlət orqanlarının rəsmi saytları
kurdamir
Bilirsinizmi?
16 avqust 2014, 12:34
                                                       Azərbaycan Respublikasının Prezidenti www.president.az Nazirlər Kabineti www.cabmin.gov.az Milli Məclis www.meclis.gov.az Xarici İşlər Nazirliyi www.mfa.gov.az Daxili İşlər Nazirliyi www.din.gov.az Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi www.dyp.gov.az Milli Təhlükəsizlik Nazirliyi www.mns.gov.az Әdliyyə Nazirliyi www.justice.gov.az Maliyyə Nazirliyi www.maliyye.gov.az Vergilər Nazirliyi www.taxes.gov.az İqtisadiyyat və Sənaye Nazirliyi www.economy.gov.az Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyi www.mlspp.gov.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi www.eco.gov.az Təhsil Nazirliyi www.edu.gov.az Səhiyyə Nazirliyi www.health.gov.az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi www.mincom.gov.az Gənclər və İdman Nazirliyi www.mys.gov.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi www.scs.gov.az Dövlət Gömrük Komitəsi www.customs.gov.az Qaçqınların və Məcburu Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi www.refugees-idps-committee.gov.az Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi www.stateproperty.gov.az Dövlət Statistika Komitəsi www.azstat.org Diaspor ilə İş üzrə Dövlət Komitəsi  www.diaspora.gov.az Dövlət Neft Şirkəti www.socar.gov.az Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi www.caspar.baku.az Mərkəzii Bank www.nba.az Mərkəzii Bankın nəzdində İpoteka Fondu www.amf.az Konstitusiya Məhkəməsi www.constcourt.gov.az Ali Məhkəmə www.supremecourt.gov.az Respublika Baş Prokurorluğu www.genprosecutor.gov.az Xüsusi Dövlət Mühafizə Xidməti www.dmx.gov.az Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya commission-anticorruption.gov.az İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) www.ombudsman.gov.az Hərbi Әsirlər, Girovlar və itkin Düşmüş Vətəndaşların işləri üzrə Dövlət Komissiyası www.human.gov.az Satınalmalar üzrə Dövlət Agentliyi www.tender.gov.az Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi www.azstand.gov.az Dövlət Neft Fondu www.oilfund.az Hesablama Palatası  www.ach.gov.az Auditorlar Palatası www.audit.gov.az Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası www.aak.gov.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyası www.tqdk.gov.az Milli Olimpiya Komitəsi www.noc-aze.org Mərkəzi Seçki Komissiyası www.cec.gov.az Nəqliyyat Nazirliyi  www.mot.gov.az, yaxud www.mintrans.azHər hansı şəhər (rayon) İH  saytı:(şəhər (rayon) adı).ih.gov.az yazmaq lazımdır                         QEYD*: Müəllif yazı haqqda məsulliyət daşımır.
['rəsmi saytlar']
1,739
https://kayzen.az/blog/maraqli-faktlar/16657/%C9%99n-q%C9%99dim-futbol-n%C3%B6v%C3%BC-tsu-cu.html
Ən qədim futbol növü – Tsu-cu
Someone
Maraqlı faktlar
15 avqust 2014, 19:14
Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur yəqin ki. Amma sən demə, müasir futbola çox oxşayan oyun nə az-nə çox 2000 il əvvəl Çində mövcud imiş.  Adı da tsu-cu imiş.Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, ayaqla, başla, sinəylə, bir sözlə əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi.Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki,torunortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi.Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi. Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı. Tsu-cunun adı ilk dəfə milladdan əvvəl 3-cü əsrə aid mənbədə çəkilir. «Tsu” – topu vurmaq, „cu” isə içi doldurulmuş dəri deməkdi. İlk dövrlərdə əsgərlər üçün təmrinlərdən olan bu oyun daha sonra zadəganlar arasında da dəb düşmüş, nəhayət saraya yol tapmışdı. Hətta Sonq sülaləsindən olan imperator Taizu özü də tsu-cu oynayardı.Bu oyun bayramların, festivalların da ayrılmaz hissəsi idi.Tsu-cu 17-ci əsrdən başlayaraq Çində populyarlığını itirib.Bu oyun müasir futbola çox oxşadığına görə, Çin futbolun vətəni də sayıla bilər. Təsadüfi deyil ki, 2004-cü ildə FİFA rəsmisi bildirmişdi ki, tsu-cu müasir futbolun sələfləri arasında ən qədimidir.                      
['idman növləri', 'futbol', 'futbol növü Tsu-cu']
1,740
https://kayzen.az/blog/Bilirsinizmi/16656/qan-qrupunuzun-x%C3%BCsusiyy%C9%99tl%C9%99ri.html
Qan qrupunuzun xüsusiyyətləri
Someone
Bilirsinizmi?
15 avqust 2014, 18:55
I qan qrupu O (I qrup)- tipi «Ovçu». Çox qədim və əsas qan qrupudur ki, evalusiya prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır. Müsbət tərəfləri: — möhkəm həzm sistemi — yaxşı immun sistemi Zəif cəhətləri: — yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur — mədənin yüksək turşuluğu — allergiya Dietik məsləhət- yüksək proteinli yeməklərdən uzaq durun. Məsləhətdir: ət məhsulları (donuz ətindən başqa), balıq, meyvə-tərəvəz (turş olmasın), ananas Azaldın: yarma, büğda və un məmulatları. İçkilərdən Yaxşıdır: yaşıl çay, ot çayları, itburnu, nanə, zəncəfil, cökə çiçəyi dəmləməsi; Neytraldır: pivə, qırmızı və ağ şərab, çobanyastığı, jenşen, sürvə (şalfey) Uzaq durun: kofe, tünd içkilər, aloe (əzvay) şirəsi. Çəkini nəzarətdə saxlamaq üçün: Menyudan çıxarın: təzə kələm, qarğıdalı, buğda, sitrus meyvələri, paxla, qənd, nişastalı yeməklər. Yaxşı kömək edir: dəniz bitkiləri, balıq, yodlaşdırılmış duz, ət, xüsusən də mal əti, qaraciyər, göyərti, brokkoli, qırmızı turp, B qrup vitaminləri. Fiziki hərəkət: intensiv hərəkətli idman növləri:  Aerobika, qaçış, üzgüçülük, xizəksürmə   II qan qrupu A (II) qrup- tipi «Torpaq adamı». Bu qan qrupu qədim insanların köçəri həyat tərzindən oturaq həyata keçidi dövründə yaranıb. Yer əhalisinin 37,8% -i bu tipə aiddir. Güclü cəhətləri: — yemək, pəhriz və ətraf mühit dəyişikliklərinə tez adaptasiya — effektiv həzm sisteminə malik olmaq Zəif cəhətləri: — həssas həzm traktı — zəif immun sistemi, infeksiyalara dözümsüzlük — yüksək dərəcədə oyanıq sinir sistemi — şəkərli diabetə tutulma ehtimalı böyükdür. Dietik məsləhət: Tam vegeterian qidalanmaya keçmək Yaxşıdır: tərəvəz, yarma, bütün paxlalılar, meyvələrdən – portağal, narıngi, banan, kakos, ananas, balıq və dəniz məhsulları (yalnız kambala, siyənək, kürü istisna olmaqla). Azaldın: ət ( toyuq və hind toyuğu), süd məhsulları, buğda,istiot, dondurma, qənd, qarğıdalı yağı). Kömək edir: bitki yağlarından ( soya, zeytun), tərəvəz, ananas, B, C, E vitaminləri, jenşen, bitki çayları, pişikotu (valerian). Fiziki hərəkətlər: sakit templi və nəfəs hərəkətləri olan növlər, yoqa, tan-zi.   III qan qrupu: B (III) qrup- tipi «Qəribə köçəri». Bu qan qrupu qədim dövrdə tayfa, nəsil yerdəyişmələri və məskunlaşması nəticəsində yaranıb. Dünya əhalisinin 20,6%-i bu qan qrupuna aiddir. Müsbət cəhətləri:  — güclü immun sistemi — yeməklərə yaxşı uyğunlaşma — balanslaşmış sinir sistemi. Zəif cəhətləri: — bir çox viruslara, iltihabi xəstəliklərə dözümü yoxdur. Dietik məsləhət: Qarışıq yeməklərdən və mürəkkəb dietalardan uzaq durun. Yaxşıdır: ət, ördək, qaz ətindən başqa bütün ət yeməkləri, balıq, süd məhsulları (turş, yağsız), yumurta, yarmalar, paxlalar, tərəvəz (qarğıdalı, pomidor, balqabaq, zeytun), meyvə. Uzaq durun: dəniz məhsulları, donuz əti. İçkilərdən: Məsləhətdir: yaşıl çay, ot çayları, çuğundur şirəsi, kələm şirəsi, üzüm şərabı. Uzaq olun: pomidor şirəsi, sodalı içkilər. Çəkini nəzarətdə saxlamaq üçün: Yeməyin: qarğıdalı, püstə, qarabaşaq (qreçka), pomidor, donuz əti, kolbasa. Kömək edir: yaşıl çay, yumurta, böyrək, mal əti, vitaminlər. Fiziki hərəkətlər: gəzmək, velosiped sürmək, tennis, üzgüçülük.   IV qan qrupu AB (IV) qrup — tipi «Sirli tapmaca». Bu qrup 2 əks – A və B tipli qanın qarışması, evalusiyası nəticəsində yaranıb. Müsbət cəhətləri: — Ən gənc qan qrupudur. — Hissiyyatlı immun sistemi — Həm A, həm də B qrupun müsbət tərəflərini özündə əks etdirir. Dietik məsləhət: əvvəlcədən hesablanmış və qarışıq pəhriz saxlaya bilər. Yaxşıdır: ət ( qoyun əti, dovşan, hind toyuğu), balıq ( dəniz bitkiləri istisna olmaqla), zeytun yağı, püstə, qoz-fındıq, yarma (qarğıdalı və qarabaşaqdan başqa), tərəvəz (istiotdan başqa),  Azaltmalı: paxlaları İçkilərdən:  Məsləhətdir: kofe, yaşıl çay, çobanyastığı çayı, itburnu. Olmaz: aloe şirəsi, cökə çiçəyi çayı. Çəkini nəzarətdə saxlamaq üçün: Kömək edir: balıq, göyərti, ananas, vitamin C, süd məhsulları. Uzaq durun: qırmızı ət, vetçina, bekon, qarabaşaq yarması, istiot, buğda, qarğıdalı.   Mənbə: Aktual.az
['qan qrupu', 'qan qrupları']
1,741
https://kayzen.az/blog/psixologiya/16399/r%C9%99ngl%C9%99rin-insan-psixologiyas%C4%B1na-t%C9%99siri.html
Rənglərin insan psixologiyasına təsiri
Someone
Psixologiya
15 avqust 2014, 18:23
Rənglər insan psixologiyasına təsir edən əsas vasitələrdən biridir və psixologiyaya müsbət təsir etdiyi kimi mənfi təsir də edə bilmək xüsusiyyətinə malikdir. Rənglərin insan psixologiyasına müsbət təsiri insanı dincəldir və rahatlandırır amma mənfi təsir nəticəsində ətrafdakı mənfi enerjini özünə cəlb edib psixologiyaya çox pis təsir edir və hətta orqanizmi xəstələndirir. Məhz bu səbəblərə görə rəngləri araşdırmaq, onların əsas xüsusiyyətlərini, insan psixologiyasına necə təsir göstərdiyini aydınlaşdırıb sizə təqdim etmək qərarına gəldik. İnsanın ətraf mühitdə özünə müsbət aura yarada bilməsi məhz öz əlindədir. Çünki ətrafda olan rənglər insanlara gözlə görə bilmədikləri müəyyən enerjini ötürə bilmək xüsusiyyətinə malikdir. Geyinilən geyimlər vasitəsilə orqanizmi rənglərin yaratdığı enerji toru bürüyür. Bu səbəbdən də hər bir insan geyinəcəyi geyimin rəngini seçən zaman öz psixologiyasına uyğun olan rənglərə üstünlük verməlidir. Əks halda orqanizmin nə fiziki nə də psixoloji vəziyyətini tarazılaşdırmaq mümkün olmaz. Çünki, geyinilən geyimlərin rəngləri həm fiziki həm də psixoloji olaraq orqanizmi tarazlaşdırır və müsbət enerji ilə təmin edir. İnsanların geyindikləri geyimlərdə istifadə etdiyi rənglər onların psixologiyası və şəxsiyyəti haqqında məlumat verir. İnsanların ətraf mühitində olan rənglər onların düşüncə və fikirlərinə təsir göstərir. Belə bir qənaətə  Britaniya elm adamları gəliblər. İngiltərə və Kembric Universitetinin alimləri təcrübə və tədqiqatlarında könüllü olaraq iştirak edənlərdən müxtəlif mənəvi problemlərə qiymət vermələrini istəyiblər. Sonra isə təcrübə sualları müxtlif rəngli fonlarda ekranda görünüb. Məlum olub ki, insan olmuş hadisələrə radikal münasibət bildirib. Bu qara və  ağ fonla daha qabarıq üzə çıxıb. (monoxrom fon.) Beləliklə, hətta interyer dizaynında olan rəng predmetləri də insanın başında olan fikirlərə təsir göstərir, dəqiq düşünmsəinə səbəb olur.  Məsələn, divar üzərində bir qara xalça da insanda mənfi təəsürat yarada bilər
['rənglər']
1,742
https://kayzen.az/blog/maraqli-faktlar/15028/g%C3%BClm%C9%99kd%C9%99n-%C3%B6l%C9%99nl%C9%99r.html
Gülməkdən ölənlər
Apollon
Maraqlı faktlar
14 avqust 2014, 17:29
Ölümün ən son metodu nə ola bilər sizcə? Gülməkdən ölmək. Lənət şeytana, bu yolla ölmək çox anormal və qeyri adidir. Təsəvvür edin, siz o qədər gülürsünüz ki, bu axırda sizin ölümünüzə səbəb olur. Hər halda son dəqiqələrinizi xoşbəxt gülüşlə başa vurursunuz. Digər ölüm metodları bu cür deyil. Bu cür yolla dünyasını dəyişən insanlar aşağıdakılardır: Ole Bentzen “ Vanda adlı balıq” filminə baxarkən dünyasını dəyişib. O, filmə baxarkən həddən artıq gülüb və yerindəcə keçinib. Yunan filosofu Krisipas da hhəmçinin gülməkdən ölmüşdür. O, ulağına şərab içizdirir və sonra onun ənciri necə yeməsinə tamaşa etməyə başlayır. Ayılanda isə ulaq bütün əncirləri heç bir problem olmadan yeyib bitirmişdir. Lakin içdikdən sonra ulaq dayandığı yerdə büdrəməyə başladı, yerində dura bilməyib tez – tez yıxılırdı. Krisipas bu mənzərəyə o qədər gülmüşdü ki, bu onun ölümünə səbəb olmuşdu. Belə bir hadisə 1975-ci ildə Aleks Mişel adlı birinin də başına gəlib. Deməli o, “ Kan Fu tayfaları “ adlı filmin 5-ci epizodunu izləyərkən düz 25 dəqiqə dayanmadan gülmüşdü. Şiddətli gülməkdən vəfat edən mərhumun həyat yoldaşı, ərinin son dəqiqələrinin bu cür şən keçməsinə görə həmin şirkətə öz minnətdarlığını bildirmişdir. Mən artıq gələcəkdə gülməkdən ölmək istəyən insanların sayının çoxalacağına belə inanıram. Hal–hazırda bu kimi halların sayı 7-ni keçib. Gələcəkdə ola bilsin, bu metoda artıq insanlar adi yanaşacaqlar. Gülməklə özünə qəsd etmək? Niyə də yox?
['maraqlı məlumatlar', 'gülməkdən ölənlər']
1,743
https://kayzen.az/blog/testler/16583/h%C9%99yatsev%C9%99rsinizmi.html
Həyatsevərsinizmi?
Apollon
Psixoloji və IQ testlər
12 avqust 2014, 21:14
Siz daima həyatdan narazısınız, yoxsa hətta xoşagəlməz vəziyyətlərdə də sevinməyə nə isə tapırsınız? Ən yaxşısı özünüzü test vasitəsilə tanıyın. Qeyd olunan cavablardan birini seçin. Suallar: 1. Sizə görə insanlar harada daha çox xoşbəxtdir?  a) Həmişə günəş parlayan şimal bölgələrdə. b) İnkişaf etmiş ölkələrin böyük şəhərlərində. c) Kanada və ya Skandinaviyada, çünki orada az əhali məskunlaşıb. 2. Bu məsəllərdən hansı sizin həyat deviziniz ola bilər? a) Dəmiri isti-isti döyərlər b) Hər işdə bir xeyir var c) Hər parlayan qızıl deyil 3. Tərəfdaşınız sizə hansı hədiyyəni bağışlaya bilər? a) Bəzək əşyaları b) Xaricə səyahət c) Hər hansı məişət əşyası 4. Peşənizi dəyişmək haqqında fikirləşirsiniz? a) Bəli, tez-tez. Mən başqa peşəni öyrənmək istəyirəm b) Bəzən, işdə problemlər olanda, ya da maaşlar gecikəndə  c) Yox, heç vaxt  5. Ən çox nəyə gülürsünüz? a) Dostumun başına gələn talehsizliyə b) Yaxşı zarafat və lətifələrə  c) Öz ağıllsız hərəkətlərimə  6. Şəhər ətrafında gəzinti zamanı sizi nə narahat edir? a) İzdiham b) Dilənçilər c) Çirkləndirilmiş hava 7. Hansı insanlar sizin diqqətinizi cəlb edir? a) Özünə inanan b) İntellektual c) Gülməli və hazırcavab Təlimatlar: Topladığınız balların miqdarını hesablayın. 1) a-2, b-1, c-3, 2) a-2, b-1, c-3, 3) a-1, b-2, c-3, 4) a-3, b-2, c-1, 5) a-3, b-2, c-1, 6) a-1, b-3, c-2, 7) a-2, b-3, c-1 Testin nəticəsi: 7-11 bal : Sizi təbrik etmək olar — siz həyatınızdan razısız və həyatı olduğu kimi qəbul edirsiz. Kiçik şeylərdən zövq ala bilirsiz və problemlərə fikir vermirsiz. 12-16 bal : Bəzən həyatınızdan narazı olursunuz və belə dünyanı necə sevə biləcəyinizi anlamırsınız. Bu sizin başqalarından özünüzə qarşı daha çox diqqət tələb etmənizdən irəli gələ bilər. 17-21 bal : Siz pessimistsiniz. Yadda saxlayın: Hər nə olursa, yaxşılığa doğru olur. Həyatsevər insanlarla daha çox vaxt keçirtməyə çalışın.
['psixoloji testlər', 'həyatsevərsinizmi?']
1,744
https://kayzen.az/blog/yazar/14297/yaz%C4%B1%C3%A7%C4%B1lar%C4%B1n-%C9%99n-sevdiyi-q%C9%99l%C9%99ml%C9%99ri-v%C9%99-yazma-%C3%BCsullar%C4%B1.html
Yazıçıların ən sevdiyi qələmləri və yazma üsulları
Apollon
Yazıçılar
10 avqust 2014, 18:01
Yazıçılar qələm, kağız, yazı makinası məsələsinə hər zaman həssas yanaşıblar. Niyə də yanaşmasınlar? Axı bu qələmlər, yazı makinaları ilə dünya ədəbiyyatının ən vacib əsərlərini yaradıblar.Vladimir Nabokov Nabokov romanlarının qaralamalarını köçürəndə həmişə “Eberhard Faber Blackwing 602” qələmindın istifadə edir. Ernest Heminquey Heminquey yazı yazanda qələm, kağız və yazı makinasından istifadə edib. Yazıçı bu haqda deyib: “Yazı yazmağa başlayanda səndəki həvəs oxucuya ötürülməyə bilər. Belə vaxtlarda yazı makinası daha faydalıdır, çünki istifadəsi daha rahatdır və əyləncəlidir. Makina ilə yazanda səhvləri rahat görmək olur”. Cek Keruak Cek Keruakın sevimlisi cib boyda dəftərlər idi. Bu dəftərlərə ədəbiyyatla bağlı müxtəlif qeydlər edər, oynadığı xəyali idman müsabiqələrinin nəticələrini yazmaq üçün yararlanarmış.Simona de Bovuar Simona de Bovuar avtomat qələm istifadə edirmiş. Sevdiyi marka və modellərsə bunlardır: Sheaffer Snorkel Triumph, Sheaffer's Snorkel ve Esterbrook.Mark Tven Tvenin göz bəbəyi özünün hazırladığı dəri üzlü dəftərlər imiş. Qələm seçimi isə “Conklin Csescent Filler” olub. Bu qələmin əsas üstünlüyü masaya qoyulanda yuvarlanıb düşməməyi imiş. Ancaq Tvenin revmatizması olduğundan sonradan əsərlərini diktə edib.Con Steinbek Steinbek əsl qələm həvəskarıymış. Yazı yazanda yanına mütləq 24 qələm qoyan yazıçı məşhur “Blackwing” qələmlərini sevirmiş. “Mongol 480” də onun sevimlilərindən olub. Deyilənə görə, Steinbek “Cənnətin şərqi” romanını yazanda 300, “Qəzəb salğımları”nı yazanda 60 qələm bitirib.Ceyn Osten Osten romanlarını lələk qələm və mürəkkəblə yazırmış. Qəribə mürəkkəbin resepti isə belədir: “8 yemək qalium turşusu, 4 qaşıq dəmir-sulfat, 3 qaşıq qətranı və yarım litr boyat pivəni qarışdır. İçinə bir az şəkər qat. 14 gün ərzində odun yanında saxla və hər gün iki dəfə möhkəm çalxala”.Truman Kapot Kapot yazı müddətini belə təsvir edir: “Əvvəl kağıza yazıb başqa qələmlə düzəlişlər edirəm.  Üçüncü mərhələdə xüsusi sarı kağıza yazı makinası ilə köçürürəm. Bunu edəndə yatağımdan heç çıxmıram. Dəqiqədə 100 söz yaza bilirəm”.J.K. Roulinq Hər nə qədər multimilyoner olsa da, Harri Potteri yaratma dövründə J.K. Roulinq əsərlərini dəftər-qələmlə yazıb. Ancaq indi yəqin ki kompüterlə işləyir.Artur Konan Doyl “Şerlok Holms”un yaradıcısı Doyl bir çox kitabını “Parker Duofold” qələmini ilə yazırmış.Aqata Kristi   Sirlərlə dolu romanların yaradıcısı Kristi “Remington Home Portable N 2” daktilosunda işləməyi xoşlayırmış.Silviya Plat Ted Hyuzun “Ad günü məktubları”nda yazdığına görə, Plat “Shaeffer” markalı qələmi ilə yazı yazmağı sevirmiş.
['yazıçılar', 'yazçıların yazma üsulları', 'yazıçıların sevimli qələmləri']
1,745
https://kayzen.az/blog/kino/16595/h%C9%99yat-g%C3%B6z%C9%99ldir-%7C-life-is-beautiful.html
Həyat gözəldir | Life is beautiful
_BUMERANQ_
Kino
6 avqust 2014, 20:12
Orijinal adı: La Vita è bella Rejissor: Roberto Benini Janr: Dram/ Melodram/ Komediya/ Hərbi Ölkə: İtaliya İl: 1997 İMDB xalı: 8.5Mükafatlar Qoya: — Ən yaxşı Avropa filmi Oskar: — Ən yaxşı aktyor: Roberto Benini — Dram janrında ən yaxşı sountrack — Əcnəbi dildə ən yaxşı film Britaniya Kino Akademiyası: — Ən yaxşı aktyor: Roberto Benini Sezar: — Əcnəbi dildə ən yaxşı film Kann Film Festivalı: — Böyük Jüri mükafatı Avrora Kino Akademiyası:  — Ən yaxşı film — Ən yaxşı aktyor: Roberto Benini  Bəzi insanlar təlxəyə çevrilir, digərlərinin də başqalarının da üzərində təlxəkliklə bağlı güclü təsiri var. Robert Beninini məktəbli oğlan, təcrübəli zarafatcıl və öz yumorundan tənqidləri kənarlaşdırmaq və bundan düşmənlərini təəccübləndirmək üçün istifadə etmədən təsəvvür etmək mümkün deyil. O axmaq kimi görünür və o, necə göründüyünü bilir. Mən onu bircə dəfə aeroportun gömrüyündə növbə gözləyərkən görmüşəm. O yorğun və halsız olsa da, kələkbazlıqla bir zal dolusu səbirsiz və yorğun insanı pantomim teatrının izləyicilərinə çevirməyi bacardı. «Həyat gözəldir» filmində canlandırdığı rol onun həyatının rolu idi. Film iki hissəyə bölünür. Birinci hissə saf komediyadır. Digərində isə göz yaşlarına boğularaq gülümsəyirsən. Filmin həm rejissoru, həm də ssenaristlərindən biri olan Benini eləcə də filmdə 1930-cu illərdə İtaliyada otellərin birində ofisiant kimi işləyən Qvido adlı obrazı canlandırır. Onun macəralarına baxdıqca biz Çaplini xatırlayırıq. O şəhərə əyləci işləməyən qaçaq bir maşında gəlir və səhvən bir keşişə baş çəkməli olur. Ordaca gözəl Doraya (Nikoletta Braski,  Benininin həyat yoldaşı) aşiq olur. Bununla o Doranın faşist məmuru nişanlısının bilinməyən rəqibinə çevrilir. O müntəzəm olaraq otelə gələn alman həkimlə (Horst Buçolz) dostluq edir və ona məhəbbətlə bağlı tapmacalar öyrədir. Maraqlı təsadüflərin və kələkbazlıqların köməyi ilə Qvido Doranın həyatındakı faşisti çıxarıb həyatına özü daxil olur. Bütün bu məlumatlardan məlum olur ki, birinci hissə çox səyahət edən bir insanın böyük rol oynadığı zərif komediyadır. Bizim filmin bu hissədində öyrəndiyimiz ən mühüm məlumat Qvidonun yəhudi olmasıdır. Yəhudi olmayan Dora çox asanlıqla ona aşiq olur və səhnələrin birində onlar banket stolunun altında qarşılaşır və öpüşürlər. Dora ona «məni burdan apar»-deyə pıçıldayır. Qvido şəhərdə uydurduğu bir yalanla qala bilir. Onu məktəbə gəlmiş müfəttişlə səhv salırlar. Qvido burda qəşəng qarnı və iri qulaqlarını nümayiş etdirən İtaliyanın irqi üstünlüyü barədə qısa çıxış edir. İllər keçir. Artıq Qvido və dora evlidilər və 5 yaşında Coşua (Georgia Çantarini) adlı oğulları var. 1945-ci ildə müharibənin qurtarmasına az qalmış şəhərdəki yəhudilər faşistlər tərəfindən ələ keçirilərək qatarla ölüm düşərgələrinə gətirilirlər. Qvido və Coşua daqatara mindirilir. Bununla da Qvido oğlunu qorxutmamaq üçün bütün hadisələri oyuna çevirməyə başlayır O qorxmuş olsa da oyunla oğluna qatardan gedi qalmamalı olduqlarının başa salır. Yəhudi olmadığına görə Doranı faşistlər buraxa bilərdilər, lakin o həyat yoldaşı və oğlu ilə ölüm düşərgəsinə getməyi seçir. Düşərgədə Qvido oğlunu qorumaq və qorxutmamaq üçün oyunu diqqətli şəkildə davam etdirir. o izah edir ki, bütün olanlar bir oyundur. Kim 1000 xalı tez yığsa, ona mükafat olaraq tank verəcəklər, özü də həqiqi tank. Və Coşua da bu tankı şəhərdə istədiyi kimi sürə bilər. Oğlu qorxmasın deyə Qvido özünü tərcüməçi kimi apararaq əsirlərə qışqıran almanın sözlərini öz istədiyi kimi tərcümə edir. Və o həqiqətən də düşərgədə oğlunu nəzarətçilərdən gizlədir. Oyunun qaydası olduğunu bəhanə edərək, oğlunu ən üstdəki yataqda çömələrək oturub səssiz qalmağa məcbur edir. Bu il Toronto film festivalında Benini mənə dedi ki, film İtaliyada sağ qanaddan kinayəli danışıqlar eşitməyimizə səbəb oldu. kann film festivalında isə bu Holokostla bağlı satirasına görə sol qanadı incidib. Hər iki qanadı incitmiş olsa da, bu sadə insan zəkasının xatirinə siyasətdən uzaqlaşmaq idi.  Film bu cür zərif məsələ ilə bağlı düzgün qeydlər aparır. Və Benini, heç bir şəkildə Holokostdan kənar satira yaratmır. O göstərir ki, Qvido sahib olduğu istedaddan oğlunu qurtarmaq üçün istifadə edir. əgər onun silahı olsaydı, faşistləri öldürərdi. əgər onun ordusu olsaydı, alman ordularını məhv edərdi. Amma o təlxəkdir və onun silahı komediyadır. Bu film Holokostu nisbətən yumşaldır və ona yumor qatır. Əsl ölüm düşərgələrində Qvido üçün heç bir rol olmayacaqdı. Lakin «Həyat gözəldir» filmi nasistlər və faşistlər haqqında film deyil. O insan cəsarətini təcəssüm etdirən filmdir. Bu film xəyalların xarabalığından yaxşı və ümid dolu  nələrisə xilas etmək haqqında filmdir. Bu film gələcəyə dair ümiddən bəhs olunan filmdir. Bu film uşaqlarımız üçün doğru olandan çox onlar üçün yaxşı olan inancının və xəyalların əhəmiyyət daşıdığı filmdir. Mənbə: "Ölməzdən öncə izləməli olduğunuz 111 film" kitabı
['kino', 'xarici filmlər', 'Həyat gözəldir', 'Life is beautiful', 'La Vita è bella']
1,746
https://kayzen.az/blog/bacariqli_eller/14455/dib%C3%A7%C9%99yini-%C3%B6z%C3%BCn-haz%C4%B1rla.html
Dibçəyini özün hazırla
Apollon
Bacarıqlı əllər
4 avqust 2014, 17:52
Özünüz düzəldəcəyiniz dibçəklə bağınıza gözəl görünüş verə bilərsiniz. Bu daşlarla bəzədilmiş dibçəklə bağınızda sahil mühiti yaratmağa cəhd edin. Əgər bunu alınmayacağını düşünürsünüzsə onda şəkildə necə gözəl göründüyünə baxın və qollarınızı çirmələyin. Beləliklə bu ləvazimatları toplayın: — Möhkəm dəmir vedrə ( dəmir banka) — Əhəng məhlulu — Duru məhlul( qumlu və ya qumsuz) — Çay daşları — Böyük süngər — Zamaska bıçağı
['bacarıqlı əllər', 'kreativ əl işləri', 'dibçək']
1,747
https://kayzen.az/blog/kulinariya/16578/m%C3%BCr%C9%99bb%C9%99-bi%C5%9Firilm%C9%99si-qaydas%C4%B1-v%C9%99-faydalar%C4%B1.html
Mürəbbə: bişirilməsi qaydası və faydaları
Someone
Kulinariya
4 avqust 2014, 16:11
Ev şəraitində hamı mürəbbə bişirir, lakin bu işin incəliyini hamı bilmir. Əvvəla mürəbbə emallı ləyəndə, az miqdarda, 2-3 kq. bişirilməlidir. Əgər alüminium ləyəndə bişirilsə, mürəbbə bişdikdən sonra başqa qaba boşaldılmalıdır. Mürəbbə bişirilən qab yastı və enli olmalıdır ki, bişirilmə və mətə qoyma zamanı artıq su tez buxarlansın. Bişib və soyudulmuş halda şüşə, saxsı küplərə töküb sərin yerdə saxlanmalıdır. Mürəbbə bişirmək üçün tam yetişmiş,bərk olmayan, eyni ölçülü meyvələr götürülməlidir. Kal meyvədən alınan mürəbbə bərk və büzüşmüş halda olur. Vaxtı ötmüş meyvədən isə mürəbbə əzilmiş formada olur. Yaxşı olar ki, orta irilikdə olan meyvədən mürəbbə hazırlansın. İri olan meyvəni məsələn alma, heyva doğranıb bişirilsin. Doğranılıb bişirilən zaman, meyvə qaralmasın deyə onları 0,5 -1 %li limonlu suda saxlamaq yaxşıdır. Alça, göyəm, gavalı mütləq bir-iki yerdən deşilməlidir ki, şərbət meyvəyə keçsin. Yumşaq meyvələr əhəng məhlulunda saxlanmalıdır ki, bişmə zamanı əzilməsin. Mürəbbələr müxtəlif cür hazırlanır. Birbaşa və bir neçə dəfə bişirilmə üsulu ilə hazırlanır. Meyvələr əzilməsin deyə bir neçə dəfəyə bişirilir. Mürəbbə bişirilərkən əmələ gələn köpük arada yığılmalıdır. Çalışmaq lazımdır ki, mürəbbənin içində köpük qalmasın. Limon turşusu bişməyə 10 dəqiqə qalmış əlavə edilir. Mürəbbənin hazır olmasını bilmək üçün bir neçə üsul var, əgər meyvə və gilə meyvə bişmişsə, onlar şirənin içində bərabər yayılır. Nəlbəkiyə töküb soyudulmuş azacıq mürəbbə şirəsini qaşıqla sıyırıb iki yerə ayırırıq və o uzun müddət birləşmir. Soyumuş mürəbbə damcısı yayılmadan öz formasını saxlayır. Bəzi meyvələr bişdikdə rəngi şəffaflaşır. Hazır mürəbbəni 12 saat soyutmaq lazımdır. Soyuma zamanı ağzını qapaq və qəzetlə örtmək olmaz. Tənziflə örtülməlidir. Qapaqla örtüldüyü zaman qapaqda buxar suya dönür və mürəbbənin içinə tökülür, nəticədə mürəbbə turşuya bilər. Bankalar yuyulub və qurulanmış halda olmalıdır. Mürəbbəni bankaya yığdıqda fikir verməliyik ki, meyvə şirə ilə eyni bərabərlikdə olsun. Xarlanmış mürəbbəni hər kiloqramına 3 xörək qaşığı su əlavə edib 5-8 dəq. qarışdırıla-qarışdırıla bişirilir. Qıcqırmış mürəbbə hər kiloqramına 200 qr toz-şəkər əlavə edilib yenidən qaynadılır. Əmələ gələn kəf yığılıb yenidən bankaya yığılır. Əhəng məhlulunu hazırlamaq üçün 250 q əhəng 5 lıtr suda həll edilir, çökdürülür və tənzifdən süzülüb istifadə olunur.Qənd ilə hazırlanan gülqənd və ya gülşəkər, bal ilə hazırlanan güləngəbin adlanılır. Bal ilə təsiri 4 ilədək təsir edir, qənd ilə hazırlanan 2 ilədək qalır. Hər ikisi də başı, mədəni, beyni möhkəmləndirir. Gül ləçəklərini toxumlardan və əlavə zibillərdən təmizlənir, döyüb qənd ilə qarışdırılır. Sonra qatışığı şüşə qaba töküb günün altında 40 gün ərzində saxlanılır. Gül və qəndin miqdarı eyni olmalıdır. Bal ilə olan oynaq ağrları, iflic, böyrək və sidik kisəsində olan daş, sidik tutulması zamanı faydalıdır. Ona 1/4 ölçüsündə zirə qatmaq mədə-bağlrsaqdakı qəliz qazları həll edir, bel ağrısı və həzm üçün yararlıdır. Albalı mürəbbəsi  sinəni yumşaldır, beli isti saxlayır, bel ağrılarını sakitləşdirir, cinsi fəaliyyəti gücləndirir. Alma mürrəbbəsi  ürək bulanmaya qarşı yaxşıdır, ürək və mədəni qüvvətləndirir. Badam mürəbbəsi öskürəyə görə çox yaxşıdır. Qabaq mürəbbəsi bal və şəkərlə hazırlanır. Bal ilə hazırlanan mürəbbə cinsi həvəs artırır, bədəni kökəldir, qəbizliyə kömək edir. Bədən tərəfindən çox məsrəf olunandır, daxili orqanları möhkəmləndirir. Şəkər ilə hazırlanan mürəbbə təmiz qan yaradır. Sinə ağrısını, öskürəyi, mədə və ciyər zəifliyi, sidik yollarının tutulması zamanı faydalıdır. Qarpız mürəbbəsi qorxu və vasvasalığı, sinə ağrısı, mədə zəifliyinə qarşı və həzmi yaxşılaşdırmaq üçün işlədilir. Qoz mürəbbəsi bədəni qüvvətləndirir, cinsi fəaliyyəti gücləndirir. Bel ağrısı və əsəbə qarşı xeyirlidir. Zəncəfil mürəbbəsi sidik qovucu təsirə malikdir, mədə, böyrək və sidik kisəsini isti saxlayır. Bəlğəmə qarşı faydalıdır. Yerkökü mürəbbəsi səsi və ağ ciyəri təmizləyir. Öskürəyi kəsir və qara ciyər üçün xeyirlidir, həzmə kömək edir, mədəni və cinsi fəaliyyəti qücləndirir. Naringi və limon mürəbbəsi ödü sakitləşdirir, mədəni və ürəyi möhləmləndirir. Püstə mürəbbəsi ürək, mədə, qaraciyər və beyni möhkəmləndirir. Heyva mürəbbəsi həzm üçün münasibdir. Ürəkbulanma və ishala qarşı təsirlidir. Tumu isə öskürəyə qarşı çox xeyirlidir. Tumunu fincana qoyub üzərinə qaynar su əlavə edib dəmə qoyub, sonra ilıq halda yeyilir.
['mürəbbə', 'mürəbbənin hazırlanması qaydaları', 'mürəbbənin faydaları', 'ərik', 'gilas']
1,748
https://kayzen.az/blog/kino/16543/kino-tarixinin-15-dahi-rejissoru.html
Kino tarixinin 15 dahi rejissoru
Apollon
Kino
2 avqust 2014, 15:30
15. Vudi Allen Amerikalı rejissor, prodüser, aktyor, yazar və musiqiçi Vudi Allen. 1 dekabr 1935-ci ildə Nyu-Yorkda anadan oldu. Əsərlərində əsasən insan münasibətləri və qara yumor qabarıqdır. Hardasa 50 ildir ki, film sektorunda yer alır və bir maşın kimi çalışan zəkası sayəsində hər il bir film çəkmək və ssenari yazmaqdan qalmır. “Enni Holl”, “Manhetten” və “Paris gecəyarısı” ən yaxşı filmlərindəndir. 14. Roman Polanski 1933-cü ildə Parisdə doğulan məşhur rejissor “Rozmarinin körpəsi” adlı qorxu filmi ilə tanınmışdı. 1974-cü ildə çəkdiyi və baş rolunu Cek Nikolsonun oynadığı “Çin kvartalı” filmi ilə məşhurluğuna məşhurluq qatsa da ona ən böyük uğuru ona 2002-ci ildə çəkdiyi “Pianist” filmi gətirib. 13. Billi Uaylder 22 iyun 1906-cı ildə anadan olub və 2002-ci ildə vəfat edib. Komediya və nuar janrının ən önəmli təmsilçilərindəndir. 21 dəfə Oskar mükafatına namizəd olsa da 7 dəfə qazanıb. “Bəziləri bu istini sevir”, “Sanset Bulvarı”, “İtirilmiş həftəsonu”, “Mənzil” ən önəmli filmləridir. 12. Sercio Leone ''Spagetti-vestern'' növünün ən böyük nümayəndəsidir. “Bir ovuc dollar”, xüsusən də “Yaxşı, pis və zalım” filmlərilə şöhrət qazanıb. 1984-cü ildə çəkdiyi “Bir dəfə Amerikada” filmi ilə təkcə ''Spagetti-vestern'' janrının ən usta rejissorlarından olmadığını sübut elədi. 11. Sidni Lyumet 1924-cü ildə anadan olan və 2011-ci vəfat edən usta rejissor. Çox erkən yaşda çəkdiyi “12 qəzəbli kişi” filmi ilə kino tarixinə adını yazmağı başardı. Al Paçinonun oynadığı “İt günortası” və “Serpiko” filmlərini çəkdi. 1976-cı ilə kulta çevrilmiş “Teleşəbəkə” filmini çəkdi. Böyük rejissor Oskar almayıb. Yalnız şərəf mükafatını alıb ki, bu da Oskar kateqoriyalarına daxil deyil. 10. Stiven Spilberq Kinematoqrafiyada özünəməxsus yolu var, xüsusən fantaziya janrında kult filmlərə imza atıb. Ən yaxşı filmləri “Şindlerin siyahısı”, “Yura dövrünün parkı”, “Siravi Raynı xilas etməli”, “Vəkillər” və “İndiana Cons”dur. Üç dəfə Oskar alıb. 9. Alfred Hitçkok Triller janrının ən böyük rejissorlarından. Mükəmməl filmlər çəkib və dahiyanə texnikaya sahib olub. Onun texnikası bu gün belə bir çox rejissor tərəfindən istifadə olunur. “Həyətə açılan pəncərə”, “Psixo”, “Başgicələnmə” və başqa filmlərin müəllifidir. 8. Fransis Ford Koppola “Xaç atası” kimi 3 seriyalı kult filmin çəkən dahi rejissor. “Xaç atası”ndan sonra 1979-cu ildə digər bir kult filmi “Apokalipsis bu gün” filmini çəkdi. Koppola 5 dəfə Oskar alıb. 7. Frank Kapra İtalyan əsilli Amerika rejissoru. 1939-cu ildə çəkdiyi “Missis Smis Vaşinqtona gedir” filmi ilə adını əbədiləşdirən Kapra 1946-cı ildə çəkdiyi və bu gün belə təsirini itirməyən “Bu gözəl həyat” filmini kino dünyasına təqdim edib. Üç dəfə Oskar alıb. 6. İnqmar Berqman İsveçli dramaturq, rejissor və ssenarist. Melanxolik kino anlayışı olan Berqman 1957-ci ildə çəkdiyi və baş rolunda əfsanə aktyor Maks fon Syudovun oynadığı “Yeddinci möhür” unudulmaz olub. 5. Sergey Eyzenşteyn Sovet kinorejissoru. Səssiz filmləri və kinematoqrafiya ilə bağlı tesizləri ilə məşhur olmuş rejissor. Ən unudulmaz əsəri “Potyomkin zirehli gəmisi” filmidir. 4. Andrey Tarkovski Rus kinorejissor və ssenaristi. Dünya kinosunda özünəməxsus yeri var. “Poetik kino”nun ən vacib nümayəndələrindəndir. “İvanın uşaqlığı”, “Solyaris” və “Andrey Rublyov” ən yaxşı filmləridir. 3. Akira Kurosava Yapon film prodüseri, rejissor, ssenarist. Kinematoqrafiya tarixinin ən böyük rejissorlarından biri sayılır. “Rosyomon” filmi ilə məşhurlaşan Kurosava “Yeddi samuray”, “Ran” “Cangüdən” kimi filmləri ilə də məşhurdur. 2. Orson Uells Onu kino dünyasının dahi uşağı da adlandırırlar. “Vətəndaş Keyn” kimi unudulmaz bir filmin rejissor və aktyoru. Ölümünün üstündən illər keçsə də texnikası çəkdiyi filmləri və ən önəmlisi “Rosebud” (qızılgül qönçəsi) kəlməsi ilə dünya durduqca yaşayacaq. 1. Stenli Kubrik Yaradıcı zəkası, kəskin kino dili və ədəbi sənətləri istifadə etmə bacarığı ilə fərqlənən dahi rejissor. “Kosmik Odisseya 2001”, “Portağal mexanizmi”, “Parıltı”, “Şöhrət yolu, “Lolita”, “Doktor Streyndclov”, “Barri Lindon” kimi əvəzedilməz filmlər onun bənzərsiz zəkasının məhsuludur.
['kino', 'kinomatoqrafiya', 'rejissor', 'rejissorlar']
1,749
https://kayzen.az/blog/elektron-biznes/16506/alsevin-al%C4%B1b-sevindir%C9%99n-sayt.html
ALSEVIN: alıb-sevindirən sayt
kayzen
elektron biznes
1 avqust 2014, 11:52
Azərbaycanda ən yaxşı internet-maqazin olmaq. Məhz bu məqsədi alsevin.az saytının yaradıcıları öz qarşılarına qoyublar.Saytın adı yaddaqalandır: Al+sevin=alsevin.az. Bir tərəfdən sayt çox sadədir və xarici  xarici internet-dükanlarda olan mürəkkəb funksiyalar burda yoxdur. Digər tərəfdən saytın dizaynı fərqlidir və insanı darıxmağa qoymur.Alsevin.az saytının yaradanlar haqqında səhifəsində özləri haqqında yazılıb. Değerli dostum kardeşim Süleyman Dəmirəl Tural Kərimovun da üzərində çalışdığı bu layihənin uğurlu olacağına əminəm.Bakı daxilində çatdırılma pulsuzdur. Özünüzə yaxud başqasına hədiyyə almaq istəsəniz, ən yaxşı internet-mağazaya üz tutun. Ucuz qiymət, pulsuz çatdırılma, online ödənişin yer aldığı alsevin.az saytı onlayn-maqazinlər içində ən qabaqcıl yerlərdən birini tutacaq. Saytda ən əsas diqqət qadın çantalarına verilir. Rükzaklar,klatçlar, “dorojnu sumka” dediyimiz yol çantaları,çamadanlar da saytda yer almağa başlayır.Elektron-kommersiya çox çətin bir sahədir: çünki o həm kommersiya, həm də informatikadan ibarətdir. Azərbaycanın normal online-maqazinləri çox azdır. Çünki onlarda ya kommersiya, ya internet, ya da çatdırılma xidməti yaxşı işləmir. Üzərində xeyli əziyyət çəkilmiş alsevin proyekti isə inanıram ki, yaxşı bir mövqe qazanacaq.
['internet-maqazin', 'şoppinq', 'shopping', 'alış-veriş', 'online sifaris']
1,750
https://kayzen.az/blog/flora/16308/qar%C4%9F%C4%B1dal%C4%B1n%C4%B1n-faydalar%C4%B1.html
Qarğıdalının faydaları
Apollon
Flora
31 iyul 2014, 20:01
Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalı orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma proseslərini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün çox yaxşı vasitədir. Qarğıdalı qanda ateroskleroza səbəb olan pis xolesterinin və şəkərin səviyyəsini aşağı salır, mübadilə proseslərini tənzimləyir. Qarğıdalı B qrupu vitaminlərlə zəngindir və bu səbəbdən sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Lakin qarğıdalı köpə səbəb olur və bu səbəbdən onun həddən artıq çox yemək olmaz. Qarğıdalı yağlı və qizarmış qidaların mənimsənilməsini asanlaşdırır, onların orqanizmə olan mənfi təsirini azaldır. Bu səbəbdən ağır qidalardan sonra bişmiş qarğıdalı yemək yaxşıdır. Qarğıdalı sıyığı körpələr üçün çox xeyirlidir. Qarğıdalı saçaqları xalq təbabətində geniş istifadə olunur. Qarğıdalı saçaqları qanda şəkərin səviyyəsini aşağı salır, sidikqovucu və ödqovucu effektinə malikdir, aterosklerozla mübarizə aparır. Qarğıdalı unu kosmetik vasitə kimi istifadə olunur. Qarğıdalı unu qaynar su ilə qarışdırılır və ilıq vəziyyətdə üz dərisinə çəkilir. Belə maska dərini təmizləyir, ağardır, ləkələri aparır, dərinin rəngini daha yaxşı və sağlam edir. Bu maskaya limon, bal və yumurta əlavə etdikdə, maska dərinin qabıqlanması və quruluğu ilə mübarizə aparır, dərinin tonusunu artırır. Qarğıdalı iştahanı azaldır və bu səbəbdən arıqlama məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər. Qanın laxtalanmasının artması, tromblaşmaya meyillilik, mədənin və 12 barmaq bağırsağın xora xəstəliyi, iştahasızlıq zamanı qarğadalının qəbulundan imtina etmək lazımdır. saglamolun.az
['qarğıdalı', 'qarğıdalının faydaları']
1,751
https://kayzen.az/blog/maraqli-faktlar/16530/d%C3%BCnya-dill%C9%99ri-haqq%C4%B1nda-25-fakt.html
Dünya dilləri haqqında 25 fakt
Someone
Maraqlı faktlar
29 iyul 2014, 15:01
Hazırda dünyada 7000 dilin istifadə olunduğunu və hər 2 həftədə bir bunlardan birinin yox olduğunu bilirdinizmi? Kulis.Az dünya dilləri haqqında 25 maraqlı faktı təqdim edir.1. Meksikadakı bu dil dünyada o dildə danışan iki nəfər bir-birindən küsüb deyə yox olmaq təhlükəsi ilə qarşı qarşıyadır. 2. Amerikanın yerli zuni qəbiləsinin dili yapon dilinə bənzəyir. Aparılan araşdırmalar yaponlar ilə zuni qəbiləsi arasında bioloji bənzərliklərin olduğunu da ortaya çıxarıb.  3. İspaniya ilə Fransa arasındakı dağlıq ərazilərdə danışılan bask dili, bizə məlum olan hər hansı bir dil qrupu ilə əlaqəsi olmayan yeganə Avropa dilidir.  4. 11 rəsmi dilə malik olan Cənubi Afrika Respublikası başqa ölkələrdən daha çox rəsmi dilə sahibdir. 5. Roma papası rəsmi Twitter hesabından 9 dildə tweet atır. İspanca hesabı ən çox izləyici sayına malikdir. 6. 2454 fərqli dilə çevrilməklə ən çox dilə çevrilmiş kitab İncildir.  7. Ən çox tərcümə olunan ikinci kitab isə “Pinokkio”dur.  8. Dağıstanın Çarodin rayonunun Arçin kəndində məişət dili kimi istifadə olunan arçin dilində hər bir feilin təqribən 1.5 milyon fərqli təsnifi var. Arçin dilində 970 nəfər danışır. (2010, siyahıyaalma).(Mənbə: Vikipediadan istifadə olunub)  9. İspaniyanın Kanar adaları arxipelaqına aid La Qomera adasında istifadə olunan silbo dili sadəcə fitdən ibarətdir. 10. Türkiyənin Giresun ilinin Kuşköy ərazisində quşdili, fitlə xəbərləşmə hal-hazırda da mövcuddur.  11. Dünyada təxminən 7000 dildə danışılır.  12. Bunlardan 2400-ü yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.13. Əsasən hər 14 gündə bir, bir dil yox olur. 14. Dünyada danışılan dillərdən 840-ı (hardasa 7-də biri) sadəcə “bir” ölkədə istifadə edilir- Papua Yeni Qvineya.  15. “O” səsi fransızcada 13 fərqli şəkildə hecalanır. 16. “Klinqon” süni dilini yaradan dil professoru Mark Okrand bu dili oğluna öyrətməyə 3 il sərf edib. Oğlu bu müddətdə bildiyi hər şeyi unutmağa başlayıbmış. 17. Hollandiya yerlilərinin dili olan frisian, ingiliscə danışanların öyrənə biləcəyi ən asan dil hesab olunur. 18. Bir yapon olduqca çox ingilis sözü istifadə edərək onda ruhi pozuntu yaratdığına görə Milli Yayım Təşkilatını məhkəməyə verib. 19. Uelsdən başqa vall dilində danışılan yeganə ölkə Argentinadır. Bunun səbəbi təqribən 200 il öncə uelsli miqrantların Pataqoniyaya köçməsidir.  20. Papua Yeni Qvineyadakı “Rotokas” dilinin əlifbasında sadəcə 11 hərf mövcuddur. Bu dünyadakı ən kiçik əlifbadır. 21. Ən böyük əlifba isə 74 hərfdən ibarət Kimer (Kamboca) əlifbasıdır. 22. Əkiz uşaqların öz aralarında yaratdıqları və sadəcə onların başa düşdükləri gizli dilə kriptofaziya deyilir. 23. İnsanlar başqa dildə aksentlə danışdıqları kimi işarə dilində də aksent var. 24. Vatikandakı ATM-lərdə (bankomatlarda) latın dilindən istifadə etmək mümkündür. 25. Çin dilində (Mandarin/Kanton) 50 min işarə mövcuddur. Bir qəzeti oxumaq üçün bu işarələrdən təqribən 2 minini bilmək lazımdır.  Mənbə: kulis.az
['maraqlı faktlar', 'dil', 'dünya dilləri']
1,752
https://kayzen.az/blog/qadin/16529/b%C9%99d%C9%99n-qurulu%C5%9Funun-tipin%C9%99-g%C3%B6r%C9%99-geyim-t%C9%99rzi.html
Bədən quruluşunun tipinə görə geyim tərzi
Someone
Qadın
29 iyul 2014, 14:50
Qadınların ən böyük problemi bədən quruluşuna uyğun paltar tapa bilməməsidir. Hər bir qadının bədənində bəyənmədiyi üzvləri var. Əgər bu yerləri düzgün şəkildə örtməyi öyrənsələr, həm özlərinə inamları artar, həm də daha şən olarlar. Qadınlara xas 6 dəyişik bədən quruluşu var: Armudvari, üçbucaq, düzbucaqlı, qum saatı, oval və paxlava formasında bədən quruluşu var. Əgər aşağı hissə yuxarıya nisbətdə daha kökdürsə, ombanız çiyinlərdən böyükdürsə, yumru baldırlara sahibsiniz. Əgər yuxarı hissə, yəni sinəniz böyükdürsə, ombanız və ayaqlarınız nazikdir. Bu problemləri həll etməyin müxtəlif yolları var. Bu 6 kateqoriyadan hansının aid olduğunuzu müəyyənləşdirib düzgün geyinmək qaydasını öyrənə bilərsiniz 1. Armudvari bədən qruluşu: Bu cür bədən quruluşa malik olan xanımların bədənlərinin üst hissələri daha kiçik olur. Aşağı hissə isə geniş olur. İncə uzun boyunları, kiçik sinələri, balaca qabırğaları və düzgün belləri var. Feminen adlanan mükəmməl belə sahibdirlər və onlara bu beli vurğulayan stillərin hamısı onlara çox yaraşır. Armudvari bədən quruluşuna sahib olduğunuzdan tam əmin deyilsinizsə, Rihanna, Cenifer Lopez və Beyonsu gətirin. Geyim tərzi: Sırğa, boyunbağı kimi aksessuarlar gözləri böyük hissələrdən yuxarıya çəkməyə kömək edəcək. Çox dar olan geyimlərdən uzaq gəzin. Printli, şəkilli üstlər geyinərək diqqətləri alt bölgənizdən uzağa çəkə bilərsiniz. Daha çox bədənin üst hissəsi diqqət çəkici olmalıdır. Çox böyük üst geyimlərindən uzaq durun çünki sizi daha kök göstərə bilər. Çox dar olmayan, amma əyninizə tam oturan üst geyimlərinə üstünlük verin. Bluzlar və pencəklər ombanızı gizlətmək üçün uzun, ya da qısa olmalıdır. Açıq və şəkilli şalvarlar geyinməyin, tünd rənglərə üstünlük verin. Şalvarlar yaxşı materialdan olmalı və ombaya yapışmalıdır. Aşağısı yığılan, büzgülü şalvarlardn uzaq durun. Yanları cibli şalvarlar qətiyyən geyinməyin. Qısa ətəklər sizə görə deyil. Düz ətəklərin yumru qalmasının qarşısını almaq üçün ətək qələm formasında olmalıdır. Hündürdaban ayaqqabılar ayaqların uzun və daha nazik görünməsini təmin edir. Uzunboğaz çəkmələrlə ayaqlarınızı gizlətmək istəyirsinizsə, buna yardım edəcək. 2. Tərs üçbucaq bədən quruluşu: Bu tip bədən quruluşuna sahibsinizsə, çiyinlər geniş, bel normal, ombalar balaca, ayaqlar isə uzun olur. Mükəmməl ayaqlarınız var. Sinələriniz diqqət çəkmək üçün idealdır. Ancelina Coli və Demi Moor bu tip bədən quruluşu üçün yaxşı nümunədir. Geyim tərzi: Çox tökülən geyimlərdən uzaq durun. Geniş çiyinli pencəklər geyinməyin, iri cibli pencəklər çiyinləri tarazlaşdırır. Yuxarıdan aşağıya tərəf genişlənən şalvar və ətəklər geyinin. Beli aşağıda olan kəmərlər diqqətin belə yönəlməsini təmin edir və görkəminizi tarazlaşdırır. 3.  Düzbucaqlı bədən quruluşu: Üst və alt hissə bərabərdir. Sinə qəfəsi böyük olur, bədənin alt hissəsi düz, ayaqlar isə nazik olur. Ayaqlarınız əsl sərvətdir. Buna görə də ayaqları mümkün qədər qabardın. Cameron Diaz və Gwyneth Paltrow bu bədən tipinə yaxşı nümunədir. Geyim tərzi: Qolsuz üstlər mükəmməl çiyinləri vurğulayır. Korsetli üst geyimlərinə üstünlük verin, V yaxalıqlı geyimlər boynu daha incə göstərir. Beli çox aşağı olan şalvarlar geyinməyin. Assimetrik ətək ucları sizə mükəmməl stil qazandıra bilər. Düz kəsim ətəklər seçin, kəmərlərdən isə istifadə etməyin. Orta hissədə boşalan paltarlar sizin üçün uyğun ola bilər. Qısa ətəklə uzun pencəklər geyinin. Uzun kəsimli ətəkləri isə uzun köynəklərlə kombinasiya edin. 4. Qum saatı: Xırda sümüklər, diqqət çəkən incə bel, düz ayaqlar və əyri ombalarınız var. Sofia Loren və Halle Berry bu bədən tipi üçün yaxşı nümunədir. Geyim tərzi: İri bir kəmər taxın, bədən quruluşunu gizlədən dalğalı köynəklər sizə görə deyil, beli vurğulayan və ayaqlarınızı göstərən geyimlər seçin. Düşük bel geyimlər geyinməyə icazə var. Üst geyimlərinin tam omba hissəsində bitməməsinə fikir verin. Daha çox əyninizə olan geyimlər alın. Parlaq və gözə girən rənglər yerinə, adi rənglərə müraciət edin. Dar üst geyimləri olmaz. Bol paltarlar da sizə yaraşmır. 5. Paxlava formasında bədən quruluşu: Paxlava formasında bədən quruluşuna sahib olan qadınların çiyinləri balaca, ombaları geniş, baldırları isə iri olur. Armud və paxlava forması bir-birinə bənzəsə də, paxlava bədən quruluşuna sahib olan qadınların bədəni daha əyridir. Üst hissələri daha incə olur. Salma Hayek və Cathrine Zeta Jones buna yaxşı misaldır. Geyim tərzi: Arxasında detallar işlənən şalvarlardan uzaq durun. Ombaya doğru boşalan pencəklərə üstünlük verin. Əyninizə tam oturan köynəklər seçin. Rəngli və parlaq tonlar ola bilər, qırçınlı ətəklərdən uzaq durun. Paltarlar üst bölgənizi gizlədir və qıçlarınızı önə çıxarar. 6. Oval formasında olan bədən quruluşu: Bu bədən tipində sinə qəfəsi böyük, alt hissə dairəvi, ombalar dar olduğu üçün ayaqlar da zərif və düz olur. Mükəmməl ayaqlarınız və obmanız var. Bu da o deməkdir ki, ayaqlarınızı istədiyiniz formada göstərmək haqqınız var. Kate Winslet və Elizabeth Hurley bu bədən tipinə daxildir. Geyim tərzi: V yaxalıqlı geyimlər boynunuzu incə və zərif göstərmək qabiliyyətinə malikdir. Əyninizə yapışan üst geyimlərdən uzaq durun. Uzun köynək modelləri diqqətin gözəl ayaqlara yönəlməsini təmin edir. Boyundan asqılı donlar baldır xətlərinin üzə çıxması baxımdan mükəmməl seçimdir. Özünüzü cəsur qadın hiss edirsinizsə, qısa köynəklər seçə bilərsiniz. Lakin rənglərin açıq olmasına xüsusi fikir verin. Zolaqlı geyimlər seçin. Beş cibli «avara» şalvar modelləri sizin dostunuzdur. Çox dar geyimləri isə yaxına qoymayın. Qısa ətəklər olar, iri kəmərlər taxın. Omba hissəsinin qüsurlarını örtmək üçün çantanızı ombadan bir az aşağı hissədə saxlayın. 
['bədən quruluşu', 'bədən quruluşu tipi']
1,753
https://kayzen.az/blog/islam-ve-aile/15203/u%C5%9Fa%C4%9F%C4%B1n-do%C4%9Fulmas%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-olan-m%C3%BCs%C9%99lman-ad%C9%99tl%C9%99ri.html
Uşağın doğulması ilə bağlı olan müsəlman adətləri
Apollon
İslam və Ailə tərbiyəsi
28 iyul 2014, 23:25
Müsəlmanlar ailəsində uşağın dünyaya gəlməsi bu ailənin həyatında ən böyük və mühüm hadisələrdən sayılır. İslamda uşaq bu ailəyə Allah tərəfindən verilən əmanət kimi qəbul olunur və bu səbəbdən xüsusi qayğı ilə bəslənilir və qorunur. Şəriətin qanunlarına görə, yenidoğulmuş uşağın ilk eşitdiyi söz «Allah» sözü olmalıdır. Bunun üçün ata (bəzi hallarda baba, əmi) uşağın sağ qulağına azanın sözlərini, sol qulağına isə iqamənin sözlərini deməlidir. Bu adətin dərin mənası var. Məsələ burasındadır ki, insanın bu dünyada əsas düşməni olan şeytan yeni insanın dünyaya gəlməsini «səbirsizliklə» gözləyir ki, onu düz yoldan azdırmağa başlasın. Bu səbəbdən çox vacibdir ki, uşağın ilk eşidtiyi söz şeytanın vəsvəsəsi deyil, Allahın adı olsun. Bu insanın bütün gələcək həyatına təsir edəcək. AZAN Allahu Əkbər — Allah ən böyükdür! — 4 dəfə; Əşhədu ən lə iləhə illəllah — Mən şahidlik edirəm ki, Allahdan başqa heç bir ilahi (ibadət olunmağa haqqı çatan) yoxdur! — 2 dəfə; Əşhədu ənnə Muhammədən rasulullah — Mən şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir! — 2 dəfə; Hayyə alə-s-saləh — Namaza tələsin! — 2 dəfə; Hayyə alə-l-fələh — Səadətə qovuşmağa tələsin! — 2 dəfə; Allahu Əkbər — 2 dəfə; Lə iləhə illəllah — 1 dəfə. İQAMƏ Allahu Əkbər — 2 dəfə;  Əşhədu ən lə iləhə illəllah — 1 dəfə; Əşhədu ənnə Muhammədən rasulullah — 1 dəfə; Hayyə alə-s-saləh — 1 dəfə; Hayyə alə-l-fələh — 1 dəfə; Qad qamətis salət Artıq namaz başladı! — 2 dəfə; Allahu Əkbər — 2 dəfə; Lə iləhə illəllah — 1 dəfə. Doğulduqdan 7 gün sonra uşağın saçları qırxılmalı və tərəzidə çəkilməlidir. Daha sonra isə kasıb və ehtiyacı olanlara saçların çəkisində olan qızıl və ya gümüş paylanmalıdır (saçların çəkisinə uyğun olan qızılın dəyəri pul şəklində də paylanıla bilər). Əgər yenidoğulmuşun başında tük yoxdursa, ehtiyacı olanlara istənilən məbləğdə sədəqə vermək olar. Yenidoğulmuş uşaq üçün adın seçilməsi əhəmiyyətli bir məqamdır. Bəzilərin fikirinə görə, ad uşağa doğulduğu gün, digərlərin fikirinə görə isə — 7-ci gün verilməlidir. Lakin bu o dərəcədə önəmli sayılmır. Əsas məsələ uşağın valideynləri və yaxınları tərəfindən bu vacib işə olan münasibətdir. Məhəmməd peyğəmbər (s.a.s) deyirdi: «Uşaqlarınız üçün gözəl adlar seçin». Uşağa verilən ad ləyaqətli olmalıdır, böyüdükdə uşaq öz adından utanmamalı və çəkinməməlidir. Uşağın adı bu ərazi üçün qeyri-adi olmamalıdır ki, gələcəkdə bu ad istehza üçün səbəb olmasın. Adın mənası da gözəl olmalıdır. Mənası insanın mənfi cəhətləri, pis hadisələr və s. olan adları uşağa vermək olmaz. Deyirlər ki, Məhəmməd peyğəmbər (s.a.s) Asıya (itaətsiz, inad) adlı bir qıza yeni Cəmilə (gözəl) adı verib. Müsəlmanlara öz uşaqlarına peyğəmbərlərin (Məhəmməd, Musa, İsa, Davud, Süleyman, Yusif, Zəkriyyə, İbrahim, İsmayıl, İlyas, İdris, Yaqub, Yahyə, Əyub və s.), peyğəmbərlərin həyat yoldaşlarının və anaların (Məryəm, Sara, Həcər və s.) adlarını vermək tövsiyə olunur. Təbii ki, Məhəmməd peyğəmbərin (s.a.s) adı ən şərəfli adlardan sayılır. Deyirlər, ki əgər bir evdə Məhəmməd adı olan insan varsa, bu ev hər zaman ruzili və xoşbəxt olacaq (söhbət, təbii ki, mömin ailələrdən gedir). Məhəmməd peyğəmbərin (s.a.s) ailəsindən və onun tərəfdarlarından (Əbu-Bəkir, Ömər, Osman, Əli, Hüseyn,Həsən, Aişə, Zəhra, Fatimə, Xədicə və s.) olan insanların adları da müsəlmanlar üçün yaxşı sayılır. Bundan əlavə müsəlmanlara "əbd" (ərəb dilində "əbd" — «qul» deməkdir) sözündən başlayan və Allahın 99 adlarından biri ilə qurtaran adların uşaqlara verilməsi də tövsiyə olunur. Məsələn, Əbdulla (Allahın qulu), Əbdürrəhman, Əbdürrəhim və s. Lakin bu halda Allahın adlarından başqa digər adları istifadə etmək olmaz. Bunun səbəbi insanın yalnız Allahın qulu olmasıdır. Şəriətə uyğun olaraq, uşağa görə Allaha öz minnətdarlığını bildirmək məqsədi ilə ailə Allah yolunda qurban kəsməlidir. Uşağın doğulmasının 7-ci günü qız üçün 1 qoyun, oğlan üçün isə 1-2 qoyun kəsilməli və kasıb, xəstə, ehtiyacı olan, yetimlər arasında paylanmalıdır.
['islam', 'islam adətləri']
1,754
https://kayzen.az/blog/poeziya/16520/harda-m%C3%BCs%C9%99lman-g%C3%B6r%C3%BCr%C9%99m-qorxuram-mirz%C9%99-%C9%99l%C9%99kb%C9%99r-sabir.html
Harda müsəlman görürəm qorxuram (Mirzə Ələkbər Sabir)
kurdamir
Poeziya
28 iyul 2014, 18:55
                        Harda müsəlman görürəm qorxuram (Mirzə Ələkbər Sabir)    Payi-piyadə düşürəm çöllərə,  Xari-müğilan görürəm, qorxmuram. Seyr edirəm bərrü biyabanları, – Quli-biyaban görürəm, qorxmuram. Gah oluram bəhrdə zövrəqnişin, – Dalğalı tufan görürəm, qorxmuram. Gah çıxıram sahilə, hər yanda min  Vəhşiyi-ğürran görürəm, qorxmuram. Gah şəfəq tək düşürəm dağlara, – Yanğılı vulkan görürəm, qorxmuram. Gah enirəm sayə tək ormanlara, – Yırtıcı heyvan görürəm, qorxmuram. Üz qoyuram gah neyistanlara, – Bir sürü aslan görürəm, qorxmuram. Məqbərəlikdə edirəm gah məkan, – Qəbirdə xortdan görürəm, qorxmuram. Mənzil olur gah mənə viranələr, – Cin görürəm, can görürəm, qorxmuram. Xarici mülkündə də hətta gəzib Çox tuhaf insan görürəm, qorxmuram. Bu küreyi-ərzdə mən, müxtəsər,  Müxtəlif əlvan görürəm, qorxmuram. Leyk, bu qorxmazlıq ilə, doğrusu,  Ay dadaş, vallahi, billahi, tallahi,  Harda müsəlman görürəm, qorxuram!…. Bisəbəb qorxmayıram, vəchi var:  Neyləyim axır, bu yox olmuşların Fikrini qan-qan görürəm, qorxuram,  Qorxuram, qorxuram, qorxuram!….
['şeirlər']
1,755
https://kayzen.az/blog/psixologiya/16299/psixoloji-effektl%C9%99r.html
Psixoloji effektlər
Apollon
Psixologiya
27 iyul 2014, 17:57
“Romeo və Culyetta” effekti Valideynlərin və ya başqalarının-klassik dildə desək əğyarın-iki sevən adamı ayırmağa cəhd göstərməsi nəticəsində onların bir-birinə məhəbbətinin artması. Bu fenomeni özümünkiləşdirsək “Leyli və Məcnun” effekti də demək olar. Şahid effekti Fenomenin sirri ondan ibarətdir ki, bədbəxt hadisə zamanı ətrafda nə qədər çox adam varsa zərərçəkənə kömək edənlərin sayı bir o qədər artır. Əvvəllər bu əlamət şəhərə mühitindən qaynaqlanan humanistsizləşmə ilə əlaqələndirilsə də sonralar bu effektin hamı üçün keçərli olduğu məlum olub. Hadisə zamanı ətrafda nə qədər çox adam olsa onların hər biri zərərçəkənə başqasının kömək edəcəyini düşünəcək. Əlçatmazlıq effekti Bu sosial psixologiya fenomeninin məğzi ondan ibarətdir ki, bir insan özünü nə qədər əlçatmaz göstərirsə o qədər arzuolunan olur. Bu fenomenə ofislərdə, hərbi hissələrdə rast gəlmək olar. Adətən özlərini ciddi, əlçatmaz göstərən zabitlərə digərlərinə nisbətən daha çox hörmət olunur. Piqmalion effekti Bu terminin adı Bernard Şounun pyesindən götürülüb. Bu anlayışı ilk dəfə şagirdlərin davranışlarına müəllimlərin gözləntilərinin təsirini öyrənən Robert Rozentel və Lenor Cekobson öz əsərlərində işlədiblər. Araşdırma müəllimlərin gözləntilərinin manupulyasiyası və məktəblilərin İQ-lərinə onların təsirinin qiymətləndirilməsindən ibarət olub. Təsadüfü seçimlə 18 müxtəlif məktəbdən şagirdlər seçilib. Seçilmiş uşaqların 20 faizi müəllimlərim tədrisdə yüksək nəticə gözlədikləri şagirdlər olub. Təcrübə nəticəsində məlum olub ki, müəllimlərin tez-tez təriflədiyi şagirdlər başqalarına nisbətən daha yüksək nəticə göstəriblər. Hazırda bu fenomendən biznes, idman, menecerlik kimi sahələrdə daha çox istifadə olunur. Zeyqarnik effekti Hafizənin effektivliyinin hərəkətin və ya materialın bitmə dərəcəsindən asılı olaraq dəyişməsindən asılı olan menemonik effektdir. Bu effekti ilk dəfə 1927-ci ildə B.V.Zeqarnik aşkarlayıb. Fenomenin əsas təsiri bundan ibarətdir: insan yarımçıq qalmış hərəkətləri daha yaxşı yadda saxlayır. İş yarımçıq qaldıqda onun əvvəlində yaranmış gərginlik xaric ola bilmir. Nəticədə həmin hadisə qeyri-iradi olaraq yaddaşa həkk olur. Bu effektdən daha çox incəsənət pedaqoqikasında istifadə olunur. Parıltı effekti Əgər bir adam hansısa bir situasiyada özü haqqında yüksək rəy yaradırsa bu zaman onun “ayağına” başqa müsbət keyfiyyətlər də yazılır. Yox əgər mənfi təəssürat yaranarsa o zaman bütün mənfi keyfiyyətləri ona yükləyirlər. Tələbələr arasında belə bir ifadə var: “Əvvəl sən zaçota üçün işləyirsən, sonra o sənin üçün.” Məsələ burasındadır ki, birinci və ikinci semestrlarda yaxşı oxuyan, özlərini müəllimin “gözünə soxmağ”ı bacaran tələbələr, sonrakı semestrlarda lap pis cavab versələr də müəllimlər əlavə suallarla onlara yüksək qiymət verməyə çalışırlar.  Elnarə Ağaoğlu
['psixologiya', 'psixoloji effektlər']
1,756
https://kayzen.az/blog/testler/16507/%C3%B6z%C3%BCn%C3%BC-k%C9%99%C5%9Ff-etm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-psixoloji-test.html
Özünü kəşf etmək üçün psixoloji test
kurdamir
Psixoloji və IQ testlər
27 iyul 2014, 10:48
İnsanların müəyyən hissəsi həyatda özünü tapmaqda, kəşf etməkdə çətinlik çəkir. Psixoloqlar insanların xarakterini, necə insan olmasını müəyyən etmək üçün müxtəlif testlər fikirləşir.PSİXOLOJİ TEST:1 — Favorit rənginiz hansıdır: Qırmızı — Qara — Mavi — Yaşıl — Sarı  2 — Adınızın ilk hərfi?  3 — Dogdugunuz ay?  4 — Hansını daha çox sevirsiniz? Qara yoxsa Ağ?  5 — Sizinlə eyni cinsiyyətdə birinin adı?  6 — Favorit rəqəmin?  7 — Hansını daha cok sevirsiniz? Kaliforniya — Floruda ?  8 — Gölmü sevirsiniz Okeanmı? Cavablar: 1.Əgər seçtiyiniz rəng;  Qırmızı: Həyəcan vəziyyətindəsiniz və həyatiniz sevgiylə doludur.  Qara: Qapalı və hirsli birisiniz.  Yaşıl: Ruhunuz dincdir və rahatsınız.  Mavi: Spontane ask opucukleri və qayğıkeş birisiniz.  Sarı: Xoşbəxt bir insansınız… Pis rejimdə olanlara yaxşı tövsiyələr verirsiniz.  2.Əgər baş hərfiniz;  A-K Həyatinizdə bolca sevgi və dostluq var.  L-R Həyatınızı maksimumda yasamaya çalışırsınız,yaxınlarda  həyatınız yenidən canlanacaq.  S-Z Basqalarına kömək etməyi sevirsiniz.. Gələcəyiniz gözəl  görünür.  3.Əgər doğulduğunuz ay;  Yanvar — Fevral — Mart: İl sizin üçün gözəl keçəcək. Heç gözləmədiyiniz  birinə aşıq olacağınızı keşf edəcəksiniz.  Aprel — May — İyun: Sonsuza qədər davam edəcək bir sevgiyə sahib olacaqsınız  İyul — Avqust — Sentyabr: Çox gözəl bir il yaşayacaqsınz və həyatinizdə köklü dəyişikliklərə səbəb olacaq təcrübələr yasayacaksiniz.  Oktyabr — Noyabr — Dekabr: Eşq həyatınız möhtəşəm olacak,ruh ekizinizi tapacaqsınız.  4.Əgər seçdiyiniz  Qara: Həyatiniz bambasqa bir tərəfə doğru hərəkət edəcək. Sizin üçün ən  yaxşı sey bu olacaq və bu dəyişimdən xoşbəxt olacaqsınız.  Ağ: Sizi tamamlayan və sizin üçün hər şeyi edə biləcək dostlara sahibsiniz,amma bunun fərqinə çatmaya bilərsiniz.  5.Bu insan sizin ən yaxşı dostunuz.  6.Bu rəqəm həyatınızda sahib olduğunuz ən yaxın dostlarınızın sayını göstərir.  7. Əgər seçdiyiniz;  Kaliforniya: Macera sevirsiniz.  Floruda: Yan gəl yat bir tipsiniz.  8.Əgər seçdiyiniz;  Göl: Siz dostlarına,sevgilisinə tamamilə bağlılıq göstərən birisiniz.  Okean: insanları xoşbəxt etməyi sevən birisiniz.            MƏNBƏ:ANSPRESS.COM ‎
['yoxlayaq', 'Test- Mən qorxağam yoxsa cəsarətli ?']
1,757
https://kayzen.az/blog/letife/16485/l%C9%99tif%C9%99l%C9%99r-3.html
Lətifələr :) (3)
kurdamir
Lətifələr
25 iyul 2014, 10:43
                                                                         1)Polis: Harda yaşayırsan ? MameD: Ailəmlə. Polis: Ailən harda yaşayır ? MameD: Mənimlə. Polis: Siz hamınız harda yaşayırsınız ? MameD: Evdə. Polis: Eviniz hardadı, ay vətandaş ? MameD: Qonşunun evinin yanında. Polis: Qonşunun evi hardadı ? MameD: Desəm inanmazsanız. Polis: Denən. MameD: Bizim evin yanında… 2)MameD əsgərlikdə olan zaman biraz tənbəl olur. Deməli günlərin bir günü postda bir ağacın altında yatır. Amma biraz keçmir ki, bunu görürlər. Komandir yanına çağırıb deyir : -Sənin peşən nədi ? MameD : -Tikintidə ustayam. Komandir : -Hə demək belə. Yaxşı, bəs tikintidə yanında işləyən bir işçini iş vaxtı belə yatan vaxt tutsan, nə edərsən ? MameDdə fürsətdən istifadə edib deyir : -Dərhal, heç düşünmədən işinə son verib, evinə göndərərdim...xD 3)Bir gün MameD kənd avtobusa minir və çatacağı yerə çatanda düşür, amma pulu vermir. Sürücü də arxasıyca qışqıraraq : -Ay kişi, ay kişi, hara gedirsən ?! Pulumu verməmisən e. MameD : -Borcum nə qədərdi ? Sürücü : -20 qəpik. MameD çıxardıb 1 manat verir və üstü qalsın deyir. Sürücü təəccüblə deyir : -Dəli olmusan? 1 manat niyə verirsən ??? MameD : -Əşşi bu kənddə mənə kişi deyən olmamışdı...xD 4)Bir gün MameD Tağıdan soruşur : -Sənə desələr ki, at ol, olarsan, yoxsa yox ? Tağı: Ala əlbəttəki yox. MameD: Belə də bilirdim. Sən dünyaya eşşək gəlib, eşşək də gedəcəksən e...xD 5)MameD ati capir gelir qizin yanina.. Size ag atli Shahzade lazim idi? Qiz: aha :) MameD: budur men gelmiwem :)) Qiz: ati gördum bes shahzade hani? :( 6)  Günlərin bir günü Mamed özündən böyük qardaşını vurub öldürür. Hakim: Mamed qardaşını niyə öldürdün? Mamed: Əsəbləşmişdim! Hakim: Əsəbləşmişdin siqaret çəkərdin. Mamed: Nə?Dəlisən? Qardaşımın yanında nə siqaretidi?  7)  ir gün Mamedin dostu rəhmətə gedir.Mamed gedib dostunun anasından soruşurki necə oldu, niyə öldü dostum? Ana: Pilləkəndən yıxılıb gicgahına mismar girib. Mamed: Ooohhhh şükür, yenə bəxti gətiribki gözünə girmiyib. 8)  Mamed Amerikaya, dostunun evinə gedir,  girir tualetə əlin yumağa, qapı bağlanır aça bilmir dostun cağırır ki,  bəs qapı açılmır dosdu diyir krantı  2 dəfə aç bağla qapı açılacağ.  Bu Mamedin çox xoşuna gəlir,  vətənə qayıdandan sora öz evinədə düzəltdirir.  1 gün həmin dostu gəlir Bakıya Mamedin evinə qapını döyür. Qapını Mamedin arvadı açır, dosdu soruşur ki, bəs Mamed hardadı?  Arvad diyir ki, onun boyun qara yerə soxum,  3 gündü sular kəsilib qalıb tualetdə 9)     Mamedin qarnında qurd olur.Gəlir həkimin yanına deyir ki, bes həkim belə-belə qarnımda qurd var.Necə çıxara bilərik onu?Həkim deyir ki, 39 gün hər səhər acqarına su iç sorada bidənə bulku ye.40-cı gün su iç ama bulkunu yemə.Mamed belədə edir.40-cı gün suyu içir amma bulkunu yemir.İki dəqiqədən sonra qurd Mamedin ağzınnan çıxıb deyir: Mamed bəs bulki olmuyacağ? :)) 10)Bir gün dəlixana sakini müdürə şikayət eleyir. — Mənim otaq yoldaşım başına vedrə keçirir,əllərini də toka taxıb deyir: Lampoçkayam yandım söndüm yandım söndüm. Məni yatmağa qoymur.  Müdür də cavabında deyir:  — Sən ona fikir vermə yat.  Dəli deyir: — heç işıqda da yatmaq olar??  
['letife', 'letifeler']
1,758
https://kayzen.az/blog/azerbaycan/16483/az%C9%99rbaycanda-bayram-g%C3%BCnl%C9%99ri.html
Azərbaycanda bayram günləri
kurdamir
Azərbaycan
24 iyul 2014, 10:26
1) Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:  Yeni il bayramı (yanvarın 1 və 2-si)  Qadınlar günü (martın 8-i)  Faşizm üzərində qələbə günü (mayın 9-u)  Respublika günü (mayın 28-i)  Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i)  Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı)  Dövlət müstəqilliyi günü (oktyabr 18-i)  Azərbaycanın Dövlət bayrağı günü (noyabrın 9-u)  Konstitusiya günü (noyabrın 12-si)  Milli Dirçəliş günü (noyabr 17-si)  Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i)  Novruz bayramı – beş gün  Qurban bayramı – iki gün  Ramazan bayramı – iki gün 2) Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir. 3) İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. 4) Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur. 5) Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 6) Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. 7) Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. 
['bayramlar', 'bayram']
1,759
https://kayzen.az/blog/fotosessiya/16267/sehrli-u%C5%9Faql%C4%B1q.html
Sehrli uşaqlıq
Apollon
Fotosessiya
24 iyul 2014, 10:09
Mədəni, etnik, dini, irqi fərqlərindən, iqtisadi vəziyyətlərindən asılı olmayaraq uşaqlar həmişə əylənməyin yolunu tapırlar. Onların geniş xəyal dünyaları və sehrli uşaqlıq anları bu 33 fotoda öz əksini tapıb. Qərb ölkələrində valideynlər uşaqlarının texnologiyadan asılı qaldıqlarını, təbiətdə yetəri qədər vaxt keçirmədiklərindən narahatlıq keçirirlər. Ola bilər ki, texnologiya onların intellektual cəhətdən inkişafına kömək edir, amma palçıqda eşələnməyi, qumdan qalalar düzəltməyi də unutmamalıyıq.
['fotosessiya', 'uşaqlıq', 'uşaqlar']
1,760
https://kayzen.az/blog/letife/16472/l%C9%99tif%C9%99l%C9%99r-2.html
Lətifələr :) (2)
kurdamir
Lətifələr
23 iyul 2014, 09:49
Gülməli lətifələr:1)Bir gün MameD görür ki, top atəşi açılır. MameD yaxınlaşır və 1 əsgərdən soruşur: — Nəyə görə atəş açırsız? Əsgər: Kraliça Elizabetta gəlir, ona görə. Atəş yarım saat davam edir. MameD yenə soruşur: — Yaxşı indi niyə atırsız ??? Əsgər: Dedim axı, kraliça Elizabetta gəlir. MameD: Əşşi yarım saata bir arvadı vura bilmədiz?    2)      Mamed rayondan qatarla Bakida təhsil alan oglunun yanina gedir və özü ile bir qoyun aparır.              Sərnisinlərdən biri soruşur:             — Bu nədi, qoyundu?              Mamed cavab verir:             — Yox bu rüşvətdi, «qoyun» Bakıda oxuyur ))))3)MaMeD: Nəsə söhbət olsa səndə nömrəm varda? Tağı: hə var MaMeD: silərsən :D 4)Anası MameDdən soruşur: — Oğlum, gündəliyivi niyə küncə qoymusan ? MameD: İçindəki «2»lərə görə onu cəzalandırmışam... 5)      Oglan:salam canim qiz:salam ureyim oglan:neyniyirsen? Qiz:bekarciliqdi,evdeyem,se neyliyirsen? Oglan:hec,sen mindiyin mawrutdayam,arxada oturmuwam… :) 6)Bir gün MameD türməyə düşür. Baxir ki, qaqaşin biri qolun kəsib pəncərədən aşağı atır, sonra ayağını kəsib pəncərədən atır.  MameD: Emoğlu yavaş-yavaş aradan çıxırsan haaa 7)   MameD bir gün rəsm dərsində olur. Müəllimə uşaqıara mələk rəsmini çəkməyi tapşırır və hamı çəkməyə başlayır. Hamı 2 qanadlı mələk şəkli çəkir. MameD isə 3 qanadlı mələk şəkli çəkir. Müəllimə: Ay MameD, sən heç 3 qanadlı mələk görmüsən ??? MameD: Guya siz 2 qanadlı mələk görmüsüzdə... 8)Bir qocanının tilovuna yenə qızıl balıq düşür. Qoca: -Maşın, ev istəyirəm. Balıq: -Seçin. Kreditlə, yoxsa lizinqlə ? -Onda sən də seç. Bitki yağında, yoxsa kərə yağında? 9)Hitler bir falçının yanına gedib nə vaxt öləcəyini soruşur. Falçı onun yəhudilərin bayram etdikləri gün öləcəyini söyləyir. Hitler: -Nəyə görə bunu belə arxayın söyləyirsiniz ? Falçı: -Hansı gün ölürsünüz ölün, o gün yəhudilər bayram edəcəklər 10)Bir gün biri çıxır söyüd ağacına -Dostu Deyir: Hara çıxırsan? — Armud Yeməyə Dostu Deyir: -Axı bu söyüd ağacıdır -Deyir Nə olsun Armud Cibimdədi
['lətifələr', 'letife']
1,761
https://kayzen.az/blog/maraqli-faktlar/14957/albinos-adamlar.html
Albinos adamlar
Apollon
Maraqlı faktlar
21 iyul 2014, 15:38
Albinoslar — belə insanlar genetik cəhətdən ferment çatışmazlığından əziyyət çəkirlər. Albinoslar görünüş cəhətdən adi insanlardan çox fərqlidirlər: onların dərisi bəyaz, saçları çox açıq rəngli və gözlərinin ətrafı, demək olar ki, rəngsiz olur. Onların dərisi heç vaxt qaralmır, lakin gün şüası onların dərisini qızardır.Qədim zamanlarda bu xəstəlik ilə doğulan insanlar böyük təhlükələrlə üzləşirdilər. Orta əsrlərdə onları şeytanın köməkçisi hesab etdiklərinə görə tonqalda yandırırdılar. İndiki dövrdə albinoslar cəmiyyətdən tam olaraq təcrid olunmurlar. Amma bəzi maneələrlə rastlaşırlar. Buna baxmayaraq Afrikanın bəzi əyalətlərində albinoslar hələ də təhlükəli şəraitində yaşayırlar. Yerli cadugərlər hesab edirlər ki, albinosların bədən üzvləri bəzi cadu və tilsimin gücünü artırır. Onların öldürülməsinə görə muzdlu qatillər çox yaxşı pul alırlar, hətta bu pul adi bir afrika vətəndaşının yarım illik əmək haqqından daha yüksəkdir. Bununla əlaqədar olaraq albinos uşaqların təhlükəsizliyi üzrə birlik yaradılmışdır və burada onlar təhsil alır və qorunur.Statistikaya əsasən “rəngsiz” insanlara Afrikada Avropadan 6 dəfə çox rast gəlinir.Maraqlı fakt: belə körpələrin dünyaya gəldiyi ailələrdə valideynlərin hər ikisində genetik problem olur və onların qanının qarışması nəticəsində albinos xəstəliyi övlada keçir.
['maraqlı faktlar', 'albinos adamlar']
1,762
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/14497/%C9%99l-t%C9%99rl%C9%99m%C9%99si.html
Əl tərləməsi
Apollon
sağlam həyat tərzi
21 iyul 2014, 15:37
Bütün işlərdə istifadə edilən orqan olan əllərin tərləməsi bir çox fəaliyyətə maneə törədə bilər. Yaş əllərin yaratdığı anormal görünüşlə bərabər ən narahatedici vəziyyət əl təması və qucaqlaşmadır. Çünki yaş əli tutmaq insanlarda diksinmə hissi və əlini çəkmə duyğusu meydana gətirir. Əllərini yumaq və ya silmək istəyirlər. Bunun fərqinə varan xəstələr bundan narahat olurlar. Uzunqollu geyimlər geyinirlər. Rəqs etməkdən, sevdiklərinin əlini tutmaqdan belə çəkinirlər. Həddindən artıq tərləmənin səbəbləri nələrdir? «Həddindən artıq tərləmə » olaraq bilinən hiperhidrozisin səbəbləri tam olaraq bilinməməklə yanaşı, ümumiyyətlə, genetik olduğu qəbul edilir. Hiperhidrozis bir növ tər vəzisinin həddindən artıq işindən və ya problemli olan bölgədə çoxlu miqdarda tapılmasından qaynaqlanır. Bu cür tər vəzləri bədəndə ən çox əl, ayaq və qoltuqaltında var. Hiperhidrozisi olanlar çox tərləyirlər. Xüsusilə həddindən artıq stresli vəziyyətlərdə sinir sisteminin simpatik hissəsinin həddindən artıq işləməsi ilə tər ifrazatı artır. Hər 100 adamdan biri həddindən artıq tərləmədən əziyyət çəkir. — Hipertiroidizm ( tiroid vəzinin çox işləməsi ) — İnfeksiya — Pis xassəli şiş xəstəliyi — Köklük — Menopoz — Diabet — Psixiatrik xəstəliklər ola bilər. Müalicə necə tətbiq olunur? Tərləmənin müalicəsinə başlanmadan əvvəl bunun səbəbi araşdırılmalıdır. Tərləmə problemi olan insanların çəkisi, istifadə etdikləri dərmanlar, menopozda olub-olmadığı və endokrinoloji bir xəstəliyin varlığı ( tiroid və ya böyrək üstü vəzlərindən qaynaqlanan xəstəliklər ) araşdırılmalıdır və müalicəyə bundan sonra başlanmalıdır. Əl və ayaq tərləməsi üçün bitki mənşəli formul Bir vedrə suyun içinə 1 qəhvə fincanı dəniz duzu və 1 qəhvə fincanı alma sirkəsini töküb ayaqlarınızı 20 dəqiqə içində saxlayıb qurulayın. Daha sonra başqa bir qabda bir kasa pudranın içinə 7 damla kəklikotu yağı damladıb əl, ya da ayaqlarınıza çəkin və pambıq bir corab geyinib gecədən səhərə qədər saxlayın. Həftədə 3 dəfə edilə bilər.
['əl tərləməsi']
1,763
https://kayzen.az/blog/kino/16446/filml%C9%99rd%C9%99n-yaddaqalan-sitatlar.html
Filmlərdən yaddaqalan sitatlar
Apollon
Kino
20 iyul 2014, 15:39
— Mən robot deyiləm, insanam.  — Onda de görək hisslərin olmağı necə şeydir? — İnsanam dedim, qadınam demədim. (“Simpsonlar”) — Yaddaşını tamamilə itirdikdən sonra xəstənin yaxşılaşması mümkün deyil. — Doktor, elm bir yerə kimidir, sonra məsələyə Tanrı qarışır. (“Noutbuk”) “Münasibətdə olan qadınlar 3 qrupa ayrılır: xoşbəxt olanlar, xoşbəxt olmadığını bilməyənlər və xoşbəxt olmadığını etiraf etməyənlər” (Larnacoeur) “Danışıb danışmamaq nəyisə dəyişməyəcəksə, susmamaq üçün bir səbəb yoxdur” (“Paradizo kinoteatrı”) “Axıra kimi xoşbəxt yaşadılar, amma ayrı-ayır” (Kazanova) “Bir qadının həyatına, ən azından bir alçaq girmədikcə o yetkin qadın sayıla bilməz...” (“Cənan Bruks”) “Biz televizora baxa-baxa milyoner, kino ulduzu, rok ulduzu olacağımıza inanaraq böyüdük. Amma ola bilməyəcəyik. İndi bunu anlamağa başlayırıq...” (“Döyüş klubu”) "Öp məni, bütün sualların cavabı budur" (“Kasablanka) “Kim nə deyir desin, sözlər və düşüncələr dünyanı dəyişdirə bilər” (“Ölü şairlər dərnəyi”) “Əgər kiminsə ruhuna baxmaq istəsən, sənə xəyallarını göstərməyini istəməlisən” (“Arizona arzusu”) “Gözlərimin içinə bax. Ehtiyacın olan tək güzgü mənəm” (“The Cooler”) “Bütün ümidi itirmək azadlıqdır…” (“Döyüş klubu”) “Mən nə getdim, nə də qala bildim…” (“Atam və oğlum”) “Mənə sevgi, pul, inanc, şöhrət, ədalət yerinə həqiqəti verin” (“Vəhşi şərtlər altında”) “Əgər hamımız tənhayıqsa, deməli hamımız bərabərik…” (“P.S. Mən səni sevirəm”) — Sən niyə danışmırsan, Üzeyir abi? — Bir ara çox danışdım, faydasını görmədim, daha danışmıram (“Organize işler”) — Xəstəxanaları heç sevmirəm. — Nəyə görə? — Ən pis günüm orda keçdi. — Hansı gün? — Doğulduğum gün. (“Powder”) “Keçmiş bəzən xatırlamaq istədiyin kimidir” (“Mustafa haqqında hər şey) “Barmaq izlərimiz toxunduğumuz həyatlardan silinməz” (“Xatırla məni”)
['filmlər', 'filmlərdən sitatlar']
1,764
https://kayzen.az/blog/fotosessiya/16441/m%C3%BCasir-inc%C9%99s%C9%99n%C9%99t-yoxsa-u%C5%9Faq-c%C4%B1zma-qaras%C4%B1.html
Müasir incəsənət yoxsa uşaq cızma-qarası?
Don_Elnur
Fotosessiya
18 iyul 2014, 21:05
Təklif olunan 20 rəsmdən bəziləri müasir rəssamlara, bəziləri isə uşaqlara aiddir. Sizcə hansı nömrəli şəkilləri rəssamlar çəkib? 1.   2. 3. 4. 5. 6. 7. 8.   9. 10. 11. 12.   13. 14. 15. 16. 17. 18. 19. 20.  
['müasir incəsənət', 'rəsm əsərləri']
1,765
https://kayzen.az/blog/google/16398/k%C3%BCrd%C9%99mir-s%C3%BCd-kompleksi-fotolar.html
Kürdəmir Süd Kompleksi-Fotolar
kurdamir
Hər şey daxil
18 iyul 2014, 09:56
Aərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tapşırığına əsasən tərkibində süd emalı savodu və 500 başlıq heyvandarlıq kompleksi olan Kürdəmir heyvandarlıq və süd emalı kompleksi istifadəyə verilmişdir. Müəssənin gundəlik emal gücü 160 tondur.140 nəfərə yaxin işçisi vardir.10 növdə,36 çeşiddə məhsul istehsal olunur.Süd emalı zavodunun İsverç Krallığınin «TETRA PAK» şirkətinin ən son avadanliqlari ilə təchiz edilmişyeni qablaşdirma sahəsi 2013-cu il avqustun 7-də İlham Əliyev tərəfindən açılmışdır. Zavodun xammal bazasının təmin edilməsi məqsədi ilə süd emalı kompleksinin tərkibində ilkin olaraq yaradılan 500 başlıq iribuynuzlu heyvandarlıq kompleksi Almaniyanın «GEA» şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, bir dəfəyə 28 baş inək tutumlu «Paralel» tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Kompleksə hər biri gündəlik 25 litrdən çox süd vermə qabiliyyətinə malik 500 baş «Holstein Friesian» cinsli inəklər gətirilmişdir. Heyvandarlıq kompleksində il ərzində 3,8 min ton süd istehsalı nəzərdə tutulur. Bu isə süd emalı zavodunun xammala olan tələbatını qismən ödəyir. Bununla yanaşı, Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərdən gündəlik südün qəbulu təşkil edilir ki, bu da öz növbəsində heyvandarlığın inkişafını stimullaşdırır. Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. KAYZEN.AZ                                
['kurdemir sud kompleksi']
1,766
https://kayzen.az/blog/testler/14761/x%C4%B1rda%C3%A7%C4%B1s%C4%B1n%C4%B1z.html
Xırdaçısınız?
Apollon
Psixoloji və IQ testlər
17 iyul 2014, 15:55
Klassik yapon ədəbiyyatçısı Akutau belə söyləmişdir: “Həyat kibrit qutusuna bənzəyir- ona ciddi yanaşmaq gülməlidi, qeyri ciddi yanaşmaqsa təhlükəli.”  Həyata, həyatdakı hadisələrə necə yanaşmağı hər kəs özü qərarlaşdırır. Bəzən həyata çox ciddi, bəzənsə qeyri-ciddi yanaşırıq. Əgər sizdə yanaşma tərzinizi öyrənmək istəyirsinzsə, o zaman bizim sizə təqdim etdiyimiz test vasitəsilə özünüzü yoxlayın. Qiymətləndirmə: “hə” cavabı -1 bal, “yox” cavabı -0 bal, “bəzən”- 0,5 bal.Zəng etmək istədiyim şəxsin nömrəsnin mənə lazım olan vaxta məşğul olması məni qıcıqlandırır. HəYoxBəzən  Mənim maşın sürərkən kiminsə mənə fasiləsiz olaraq məsləhət verməsi məni hirsləndirir.HəYoxBəzən  Kiminsə məni izlədiyni biləndə çox əsəbləşirəm.HəYoxBəzən  Kimsə fikrimi dağıdanda özümdən çıxıram.HəYoxBəzən  Biri ilə söhbətləşərkən 3-cü şəxsin daimi olaraq bizim söhbətə müdaxilə etməsi məni çox qıcıqlandırır.HəYoxBəzən  Bir-birnə zidd rənglərin kombinə edilməsini görəndə özümü pis hiss edirəm.HəYoxBəzən  Kiminləsə görüşəndə qarşı tərəfdən qarşılıqlı münasibəti görməmək məni qıcıqlandırır.Hə YoxBəzən  Hər şeyi məndən yaxşı bilən insanla söhbət məni çox əsəbləşdirir.HəYoxBəzən Cavablar : 6 baldan çox - Xırda bir problem sizin üçün çox şey deməkdi. Bəlkə də siz vəziyyəti bütövlükdə ələ almaq istəyirsiniz və nəyinsə sizin planlaşdırdığnız kimi getməməsini qəbul edə bilmirsiniz. Yaxud da sizin üzərinizdə  gizli gərginlik var, hansı ki, üzə çıxmaq üçün bəhanə axtarır.4 baldan 5 bala kimi - Xırda şeylər sizi qıcıqlandırsa da, sizin xoşbəxt olmağınıza mane olmurlar. Sadəcə hər xırda detala görə narahatçılıq keçirməməniz üçün problemlərin üzərində çox qalmayın.3 baldan az - Bəzən xoşagəlməz xırdalıq böyük problemin xəbərçisi ola bilər. Əgər siz üzünüzdəki zəhlətökən milçəyi deyildə, ayağınızın altındakı banan qabığını görürsünüzsə demək sizin diqqətiniz optimal şəkildə bölüşdürülüb.
['test', 'xırdaçılsınız?']
1,767
https://kayzen.az/blog/letife/16386/l%C9%99tif%C9%99l%C9%99r.html
Lətifələr :)
kurdamir
Lətifələr
17 iyul 2014, 10:33
Sizlərə ən gülməli bildiyim bir neçə lətifəni yazmaq istədim.Belə ki;1)Alo 103-dü? -Bəli -Ambulans var? -Bəli var -Bizdə də var yarışaq? 2)Oğlan:Sevgilim sən göydən düşmüş mələksən. Qız:Ayyy çox sağol əzizim. Oğlan:Amma baxan kimi bilinir ki,üzü üstə düşmüsən:)) 3)Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir: -Həkim, mənim arvadım dəli olub -Hardan bilirsiz? -evdə qanadlı ağ atlar uçur amma arvadım onları görmür. 4)Hakim deyir: Ayəəə bu biçaği taniyirsan??Şübhəli cavab verir:yooxxHakim sabah yene soruşur: bu biçaği taniyirsan??Şübhəli cavab verir:heeeHakim:bəs deyirdin tanimiram?? Nə oldun??!!Şübhəli cavab verir:dünən gostərməmişdüünn :))5)Müəllim: — Sənin riyaziyyat məsələni yenə anan həll edib? Şagird: — Üzr istəyirem müəllim, atam da mənim kimi riyaziyyatdan heçnə bilmir 6)Müellim Fatma agliyir.Olar bayira cixaq? — Ne olub qizim? — Üüüühüühü. — He cixin. — Müellim Ehmedin barmagi qirilibdi,olar bayira cixaq? — Oturun yerinizde,teneffüsde ne edirdiniz? — Ehmedin barmagini sindirirdiq 7)Dərsdə müəllim soruşur: Gözlüklü ilanlar hansı sinifə aiddir? Şagirdlərdən biri cavab verir zəif görənlər sinifinə. 8)Bir gun bir kisi polise zeng eleyir: Kisi:Polis burda 500 ölü var. Polis:Hardadi de tez gelim. Kisi:Qebirstanliqda. 9)Ev sahibi:Qonaqlar acmisiniz??Qonaqlar: hə-hə-HəEv sahibi:O zaman yavaş-yavaş evinizə gedə bilərsiz...:)10) Sarışın qız avtobusda gedir və radioyaya qulaq asır. Radio: -Siz 101 FM ə qulaq asırsınız! Sarışın qız: — Aaa, bunlar haradan bildilər ki,mən 101 FM ə qulaq asıram?! 11)Həbsxana rəisi məhbusa: -Niyə yanına heç kim gəlmir, dost-tanışın yoxdur? -Rəis, onların hamısı burdadır, həbsxanada.              Mənim bir lətifə sevən kimi sevmədiyim lətifə;12)Bir nəfər gedirmiş yolda nəfəs almaq yadinda çixir.Və ölür....
['lətifələr']
1,768
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/15450/ferens-list.html
Ferens List
2ral
böyük musiqiçilər
17 iyul 2014, 08:15
Macar musiqisinin klassiki Ferens List həm görkəmli bəstəkar, virtuoz pianoçu, məharətli dirijor, həm də həssas pedaqoq, fəal musiqi-ictimai xadimi və nəhayət, gözəl ədəbi qələm sahibi kimi tanınmışdır. Çoxşaxəli fəaliyyətinin, demək olar ki, bütün sahələrində List böyük nailiyyətlər əldə etmiş, müasirləri tərəfindən qəbul olunmuş və layiqincə qiymətləndirilmişdir.Hələ uşaq ikən Macarıstanı tərk edib ömrünün əsas hissəsini Fransa, Almaniya və İtaliyada keçirmiş List doğma vətəni ilə əlaqəsini heç zaman itirməmişdir. Fortepiano üçün yaratdığı məşhur «Macar rapsodiyaları», «Macarıstan» simfonik əsəri bu fikrin əyani sübutudur. Ümumiyyətlə, List musiqisinin ruhu, onun təravəti macar folklorundan, özünəməxsusluğu ilə seçilən milli mahnı və rəqslərdən bəhrələnir. 1875-ci ildə Budapeştdə yaratdığı Musiqi Akademiyasında bəstəkar Macarıstanda milli musiqi kadrlarının yetişdirilməsi üçün var-gücü ilə çalışır. List romantizm dövrünün ən qabaqcıl sənətkarları — Berlioz, Şopen, Paqanini, Hüqo, Jorj Sand, Balzak, Heyne və başqaları ilə sıx yaradıcılıq ünsiyyətində olub. Sənətşünasların fikrincə, məhz Paqanininin ecazkar sənəti Listin həm ifaçı, həm də bəstəkar kimi püxtələşməsinə ciddi təsir göstərib.List fortepiano musiqisini Paqanininin skripka ifaçılığında əldə etdiyi yüksək nailiyyətlər səviyyəsinə qaldırmağı qarşısına məqsəd qoyur və buna nail olur. List hətta Paqanininin skripka üçün yazdığı kapriz adlanan virtuoz əsərlərini fortepiano üçün işləyir və onları etüd şəklində təqdim edir. List musiqisinin ən başlıca xüsusiyyəti onun incəsənətin başqa növləri ilə sıx əlaqədə olmasıdır. Belə ki, Listin əsərləri görkəmli ədiblərin, rəssamların və heykəltəraşların yaradıcılığından bəhrələnmişdir. Məsələn, onun «Faust» simfoniyası dahi alman yazıçısı İ.V.Hötenin eyniadlı əsəri əsasında yaranmışdır. «Dante» simfoniyası isə məşhur italyan yazıçısı Dantenin "İlahi komediya«sının poetik obrazlarından bəhrələnmişdir. Bəstəkarın digər simfonik əsərləri də görkəmli yazıçıların ədəbi irsindən qidalanmışdır: məsələn, „Hamlet“ dahi U.Şekspirin faciəsi, „Tasso“ İ.V.Hötenin poeması, „Prelüdlər“ isə tanınmış fransız yazıçısı Lamartinin əsəri əsasında yaranmışdır. Listin ən populyar fortepiano əsərləri sırasında „Petrarkanın soneti“, Rafaelin rəsmi əsasında bəstələdiyi „Nişanlanma“, Mikelancelonun heykəlinin təsiri altında yazdığı „Mütəfəkkir“ pyeslərini göstərmək olar. Bir cəhəti xüsusi qeyd etmək lazımdır: simfonik musiqidə List yeni bir formanın yaradıcısıdır. Simfonik poema adı ilə tanınan bu forma adi simfoniyadan fərqli olaraq dörd hissədən deyil, cəmi bir hissədən ibarətdir.Fortepianonun spesifikasına mükəmməl bələd olan List bu alətin repertuarını xeyli zənginləşdirmişdir. O, fortepianonun ifadə imkanlarını genişləndirərək alətin bütöv bir orkestr kimi səslənməsinə nail olmuşdur. Listin etüdlərini, konsertlərini, sonatalarını çalmağı hər pianoçu özünə böyük şərəf bilir. Nəhayət, List irsinin mühüm hissəsi bəstəkarın mahnı və romansları, eləcə də xor əsərləridir. Həyatının son mərhələsində Listin taleyində gözlənilməz bir dönüş baş verir — o, dinə qapılıb rahib rütbəsini qəbul edir. Lakin musiqidən də uzaqlaşmır, yaradıcılıq yolunu davam etdirir. Vaqnerin „Parsifal“ operasını dinləmək üçün Bayroyta yollanır və orada xəstələnib vəfat edir. List sənəti, List irsi bu günədək öz yüksək bədii dəyərini itirməmiş, romantik musiqinin ən parlaq səhifəsi olaraq qalmışdır.Bu əsərlərlə tanış olun:2, 6 və 12 N-li „Macar rapsodiyaları“»Məhəbbət xəyalı" noktürnləri«Paqanini üzrə böyük etüdlər»: N 3 («Kampanella») və N 6Fortepiano və orkestr üçün 1 N-li konsert«Loreleya» romansıMənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi Müəllif Aida Hüseynova
['bəstəkar', 'Ferens List']
1,769
https://kayzen.az/blog/menecment/14892/biznesd%C9%99-r%C9%99qab%C9%99t.html
Biznesdə rəqabət
Apollon
Menecment
16 iyul 2014, 20:31
Rəqabətin aydın dərk edilməsi biznesdə uğurun əsas elementlərindən biridir. Hətta sizin məhsul və ya xidmətiniz bazardakı unikal boşluğu doldursa da başqa şirkətlər eyni müştərinin ehtiyaclarını təmin etmək üçün başqa variantlar təqdim edə bilər. Rəqabət barədə düşünərkən öyrənməli olduğunuz əsas şey müştərilərin hansı məhsulu və xidməti digərindən daha üstün tutduğudur.Rəqabət birbaşa (eyni məhsulun satışında rəqabət)  və dolayı (eyni bazarda rəqabət) ola bilər. Birbaşa və dolayı olmasından asılı olmayaraq rəqabətin intensivliyi biznesdə uğura hərtərəfli təsir edir. Bu səbəblə sənayedə başqalarından daha üstün olduğunuzdan əmin olmaq üçün biznes planlaşdırmada rəqabətin bütün növlərini nəzərə almaq vacibdir. Birbaşa rəqabət Oxşar məhsul və ya xidmət təklif edən çoxsaylı bizneslər arasında birbaşa rəqabət yaranır. Burger King və McDonald's birbaşa rəqiblərdir.Müştərilər bir şeyi haradan almalı olduqlarına qərar verərkən qiymət, məkan, xidmət səviyyəsi və məhsulun xüsusiyyətləri arasındakı müxtəlifliyi nəzərə alır. Ancaq heç də bütün müştərilər bu xüsusiyyətləri eyni dərəcədə qiymətləndirmir və məhz buna görə rəqabət yaranır. Biznesinizin mövqeyini müəyyənləşdirməklə müxtəlif növ istehlakçıya nail ola bilərsiniz. Məsələn, varlı istehlakçıları hədəfləyən bizneslər qiymətlə bağlı rəqabət aparmır lakin hədəf auditoriyası işçi təbəqə olan biznesdə rəqiblərdən biri eyni məhsulu daha aşağı qiymətlə təqdim edə bilər. Rəqibinizin mövqeyini müəyyənləşdirməklə onun biznesindəki boşluqları öyrənə bilərsiniz. Dolayı rəqabət Dolayı rəqabət fərqli məhsul və xidməti təklif edən lakin eyni qrup istehlakçını hədəfləyən və onların eyni ehtiyaclarını təmin etmək məqsədi güdən bizneslər arasında yaranır. Bu, həmçinin, əvəzetmə adlanır.Demək olar ki, bütün bizneslər dolayı rəqabətlə qarşılaşırlar. Məsələn, Web dizaynerlər kimi xidmət provayderləri Wordpress kimi özün hazırla (DIY) xidmətləri ilə və hətta yüklənməsi və alınması mümkün olan hazır web şablonlar ilə dolayı rəqabətə girir. Bütün bu xidmətlər müştərilərin  web səhifə yaratmaq ehtiyacını qarşılayır.Müştərilərin ehtiyaclarını təmin etmək üçün bütün mümkün yolları nəzərə almaq və rəqabəti ələ almaq üçün düzgün strategiya yaratmaqla siz özünü bazarda unikal və rəqibsiz hesab edən digər biznes sahibləri üzərində üstünlük qazana bilərsiniz. 
['menecment', 'biznes', 'biznesdə rəqabət']
1,770
https://kayzen.az/blog/Bilirsinizmi/16379/d%C9%99niz-suyunun-b%C9%99d%C9%99nimiz%C9%99-faydalar%C4%B1.html
Dəniz suyunun bədənimizə faydaları
Someone
Bilirsinizmi?
16 iyul 2014, 12:28
                       Dəniz suyunun tərkibində 104 element və mineral var. Dərinin məsamələrindən nüfuz edən su bədən funksiyalarını tarazlayır.Bu səbəbdən dənizə girmək bədən üçün çox faydalıdır. Dəniz suyu, yalnız bioloji xəstəliklərin deyil, eyni zamanda bir çox psixoloji xəstəliklərin də şəfası ola bilər.Türkiyə mətbuatına istinadən verilən xəbərdə bildirilir ki, dəniz suyu sızanaqların təmizlənməsinə də kömək edir. Buna görə estetik və gözəllik mərkəzlərində dəniz suyundan istifadə edilir. Göbələk kimi mənfi faktorlardan bədəni təmizləyir.Dəniz suyu ayaq qoxusu və tər qoxusunun da qarşısını alır.Diş ağrıdığı zamanı dəniz suyunu ağızda qarqara etdikdə ağrının qarşısı alınır. Ağızda olan yaraların tez sağalmasına kömək edir. Dəniz suyunda olan yod immuniteti də gücləndirir. 
['Dəniz', 'dəniz suyu']
1,771
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/16378/vitaminl%C9%99r-haqq%C4%B1da-bilm%C9%99k-ist%C9%99dikl%C9%99riniz.html
Vitaminlər haqqıda bilmək istədikləriniz
Someone
sağlam həyat tərzi
16 iyul 2014, 11:55
Vitaminlər bədəndəki metabolik proseslərin normal şəkildə meydana gəlməsi və davam etdirilməsi üçün lazım olan və qidalar içində az miqdarlarda olan maddələrdir. Sağlam həyat üçün hansı qidalar lazımdır?Qidaların 4 əsas maddəsi olan proteinlər, yağlar, karbohidratlar və yemək duzu kimi makroqidalandırıcılar saf şəkildə qəbul edildikdə, kifayət qədər bədənə daxil olsalar da, sağlam həyata davam etmək üçün kifayət etmirlər. Bunlarla bərabər vitaminlər və dəmir, sink, mis, yod, xrom, maqnezium, manqan, molibden, venadium və silisium kimi əsas minerallar da qəbul edilməlidir. Bədənimiz üçün lazım olan vitaminlərin hamısını qidalardan ala bilərikmi? Bəli. Tərkibində karbohidrat, protein və yağ kimi əsas qida maddələri kifayət qədər miqdarda olan qidalarla qidalanma, bəzi xüsusi hallar istisna olmaqla, bədənin gündəlik ehtiyacını ödəyəcək qədər vitaminlə təmin edir. Lakin gündəlik qidalanmanız tərəvəz, meyvə, dənli bitkilər, süd məhsulları, ət, yumurta kimi proteinlə zəngin qidalardan hər hansı birindən ibarət deyil, və ya az miqdarda ibarətdirsə, ehtiyacınız olan vitaminlərin hamısını qidalardan ala bilmədiyiniz üçün əlavə vitamin qəbuluna ehtiyacınız var. Qidalar saxlanıldıqda vitamin itirirmi? Qidalar bişirmə, saxlanma və qızdırma zamanı vitaminlərini itirə bilər. Qidaların içindəki yağda həll olan vitaminlər hava və işığın təsirinə çox da məruz qalmırlar. Tiamin (B1 vitamini), fol turşusu, pantoten turşusu (B5 vitamini) və xüsusilə askorbin turşusu (C vitamini) kimi suda həll olan vitaminlər isə, qida maddələrinin qaynadılması və qızardılması zamanı qismən parçalanır. Yemək suyunun atılması da, qidaların içindəki suda həll olan bir qisim vitaminlərin itirilməsinə səbəb olur. Qadınlar kişilərə nisbətən qidalanma ilə bağlı pozğunluqlara qarşı daha həssasdırlar? Qadınların çoxunun kalori ehtiyacı və aldıqları kalori miqdarı kişilərdən azdır. Bu səbəblə kifayət qədər vitamin və mineral qəbulunu təmin etmək üçün, qadınlar qida tərkibi bol olan bir pəhriz tutmalıdırlar. Qadınların kalsium və dəmir ehtiyacı kişilərdən çoxdur. Hamiləlik, laktasiya və oral kontraseptivlərin istifadəsi də bədənin vitamin balansını pozur. Vitamin çatışmamazlığı, bəzi qadınların menstruasiya periodundan qabaq bir çox şikayətlərinə səbəb olur. Hamilə və süd əmizdirən qadınların hansı vitaminlərə ehtiyacı var? Hamiləlik və ya süd vermə zamanı, istər ana, istərsə də döl və ya uşağın A, C, B1, B6, B12, fol turşusu vitaminlərindən əlavə, dəmir, kalsium kimi mineral ehtiyacları artır və bu ehtiyacı qarşılaya bilmək üçün, vitamin preparatlarına müracitə etmək lazım ola bilər. Kalsiumun orqanizm üçün əhəmiyyəti nədir? Kalsium doğumdan qocalığa qədər sümük, diş əti və dərnaqların sağlam inkişafı ilə bərabər, sümük itkisinin qarşısını almaq üçün lazımdır.  Yaş ötdükcə, kalsiumun sorulması azalır. Yaşı 30-dan çox olan qadınların vitamin və kalsium qəbuluna niyə ehtiyacı var? Xüsusilə 30 yaşından sonra qadınlar daha çox kalsium itirməyə başlayır. Menopauza ilə birlikdə bu itki sürətlənir və osteoporoz əlamətləri (sümüklərdə zəifləmə, ağrı) üzə çıxa bilər. Kalsiumun sorulması və orqanizm tərəfindən tam olaraq istifadə edilə bilinməsi üçün D vitamini və ümumi sağlamlğın qorunmasında vitaminlər çox önəmlidir. Qadınlar 30 yaşından sonra süd və süd məhsullarından daha çox istifadə etməli, günəş işığından daha çox yararlanmalı və idmana vaxt ayırmalıdırlar. Dəmirin insan orqanizmi üçün əhəmiyyəti nədir? Qanın ən əsas funksional komponentini əmələ gətirən dəmir, hüceyrələrə oksigen daşınması və beləcə hüceyrələrdəki oksidləşmənin davam etdirilməsi üçün lazımlıdır. Dəmir çatışmamazlığıı ilə əlaqəli olaraq, qanazlığı, yorğunluq və əmək qabiliyyətində azalma görülür. Qadınların kişilərdən daha çox dəmirə ehtiyacı var? Kişilərin dəmir ehtiyacı gündə 10 mq, qadınlarınkı usə 15 mq-dır. Qadınlar hər ay aybaşı (menstruasiya) zamanı qan itirdiyindən, bundan əlavə hamiləlik və əmizdirmə zamanı uşağın dəmir ehtiyacını ana ödədiyindən, dəmirə ehtiyac artır. Qadınların dəmir toplayıb saxlama qabiliyyəti aşağı olduğundan, onlar dəmir qəbuluna xüsusi ehtiyac duyurlar. İqlim və coğrafi bölgə vitamin ehtiyacına təsir edirmi? İqlim və coğrafi bölgə şərtlərinə görə D vitamininə olan ehtiyac dəyişə bilər. Günəşli bir mühitdə, açıq havada yaşayanlarda dəridə kifayət dərəcədə vitamin sintez edildiyi üçün bu vitaminə ehtiyac azalır. D vitamininin ən əsas qaynağı dəridir. Şimal ölkələri və dərin vadilər kimi az günəşli yerlərdə yaşayan və peşəsi ilə əlaqəli olaraq gündüz vaxtını qapalı məkanlarda keçirənlərdə D vitaminə ehtiyac artır. Mənbə: resept.az 
['Vitaminlər']
1,772
https://kayzen.az/blog/Bilirsinizmi/16373/insanlar%C4%B1-%C9%99n-%C3%A7ox-maraqland%C4%B1ran-20-sual.html
İnsanları ən çox maraqlandıran 20 sual
Someone
Bilirsinizmi?
16 iyul 2014, 11:34
Dünyanın ən məşhur elmi dərgilərindən olan “BBC Focus” illərdir insanları ən çox maraqlandıran sualları müəyyən edib. Həmin 20 sualı və onların cavablarını təqdim edir:                      1. OK (Yaxşı) nəyin qısaltmasıdır? Bununla bağlı ən populyar ehtimal budur: “All Correct”in (hər yer yaxşıdır) qısaldılmış “Oll Korreckt” formasında səhv yazılmış olması və elə “OK” kimi də qalması.2. Solaxaylar daha ağıllıdılar? Bu vaxta qədərki elmi araşdırmalar solaxayların sağ əlini işlədənlərdən daha yaradıcı, ya da ağıllı olduqlarını göstərməyib.3. Niyə qızdırmamız olanda üşüyürük? Qızdırma bədənin öz termostatının hərarətini yüksəltməsi ilə yaranır. Ancaq insan tərləmədiyi, ya da qan təzyiqi qalxdığına görə üşüyür. 4. Soğan doğrayanda niyə ağlayırıq? Soğan doğrayanda havaya “lachrymatoryfactor” adlı ferment yayılır ki, bu da gözdə qaşıntı yaradır. Göz isə özünü qorumaq üçün yaş axıdır.5. Siqaretdən asılılıq neçə siqaretdən sonra yaranır? Vacib olan siqaretin sayı deyil. Asılılıq səhər oyananda ilk siqareti nə vaxt yandırmağınızla bağlıdır. İlk siqaret çəkiləndən sonra asılılıq bir il ərzində formalaşır.6. Dəniz havası almaq şəfalıdırmı? Şəhərdən uzaqda, dəniz kənarında yaşamaq şəfalı ola bilər. “Dəniz havası”, yəni dənizdən gələn gözəl qoxu sahildə yaşayan bir bakteriya sayəsində yaranır. Ancaq alimlər bakteriyanın sahildəki havanı daha da çirkləndirdiyini müəyyən ediblər.7. Hamı evində qalsa, qrip qurtarar? Bəli. Qlobal karantin qrip virusunun sonu olar, amma bir insanın çölə çıxmağı kifayətdir ki, virusun yenidən yayılsın.8. Bitkilər qocalıb ölə bilərmi? Bəzi bitkilər yaxşı qulluq edildikdə insan ömründən də çox yaşaya bilərlər. Amma mövsümi bitkilərin ömrü qısadır.9. Saqqız mədədə həmişəlik qalır? Xeyr. Saqqız udulanda həzm olunmur, amma ən gec üç gün ərzində bədəndən ifraz olunur.10. Öz-özünə danışanlar dəlidir? Xeyr. İnsanların tək, yaxud pis olanda öz-özlərinə danışmaları olduqca normaldır.11. Kişilərdə sellülit olur? Portağal qabığı kimi dəri təkcə qadınlarda yox, kişilərdə də olur. Kişilərdə sellülit əsasən boyun və qarın bölgələrində rastlanılır.12. Quşlar həqiqətən islanmır? Quşlar dimdiklərində hazırladıqları yağı tüklərə sürtürlər. Bu da suyun yağı keçərək tükə keçməsinin qarşısını alır. Yəni quş tükləri suya davamlıdır. 13. Kosmosdakı ən soyuq yer haradır? Dünyanın 5 min işıq ili uzaqlığında olan böyük toz və qaz buludu Bumeranq Nebulada temperatur mənfi 272 dərəcədir.14. Rəqəmsal fotolar 100 il qalır? Kağızda çap olunsa, ya da gün işığından qoruna bilən CD-də saxlansa, qalar.15. Havaya atılan su necə buz kimi düşə bilər? Mənfi 30 dərəcədə havaya atılan su yerə buz kimi düşür.16. Niyə qaşınırıq? Qaşınmaq dərinin yüngülvarı xəbərdarlığıdır. Bunun böcək dişləməsinə qarşı qoruyucu mexanizm olduğu da təxmin edilir.17. Niyə ozon təbəqəsini ozon qazı ilə doldurmuruq? Antarktika üstündəki ozon dəliyi Amerikanın sahəsindən daha böyük ərazini tutur və oranın yenidən doldurulmaq üçün on milyonlarla ton ozon lazımdır. Bu miqdarda ozonun nəqlinin qiyməti isə astronomik dərəcədədir.  18. Qüsursuz görmə nədir? Göz həkimlərinin gözü yoxlamaq üçün istifadə etdikləri lövhələrdəki hərflərin hamısını 6 metrlik uzaqlıqdan görmək qüsursuz görmə sayılır.19. Mikroblarda da mikrob olur? Bəli. Mikroblara yapışan daha balaca mikroblar da var.20. Niyə tək yumurta əkizlərinin barmaq izləri bir-biri ilə eyni deyil? Tək yumurta əkizləri eyni DNT-yə sahib olsalar da, tamamilə eyni deyillər. Xarici görünüş genləri müəyyən etmir. Barmaq izləri isə bədəndəki hormonlarla əlaqəlidir. İki hüceyrənin hormon səviyyəsi fərqli olduğu üçün barmaq izləri də eyni olmur.  Mənbə: Kulis.az
['maraqlı faktlar', 'maraqlı məlumatlar']
1,773
https://kayzen.az/blog/testler/16376/yoxlayaq.html
Yoxlayaq
Someone
Psixoloji və IQ testlər
15 iyul 2014, 18:17
Adlarımızın baş hərfi bizi əks etdirirmi ?A hərfi: yoldaşınız çox cazibədar olmalı. Çünki bir Eşq düşkünü olaraq buna əhəmiyyət verirsiniz. B hərfi: Romantiklik və romantizm xüsusiyyətiniz. Sevginizi ifadə etmə qabiliyyətiniz qüvvətli. C/Ç hərfi: Eqoistsiniz. Eşqi sevmənizə baxmayaraq uzun müddət Eşq olmadan yaşaya bilərsiniz. D hərfi: İstədiyiniz adamı əldə edirsiniz. Sifətləriniz isə, Aşiq, sadiq, qısqanc və eqoist. E hərfi: Əsla duyğunuzu tamamilə itirmirsiniz. Ehtiyacınız davamlı maraqda. Ə hərfi: Cazibədar və asan insansınız.Sevgilinizi hər şeyin üstündə tutursunuz. F hərfi: Sevimlinizi ilahlaşdırmaqdan zövq alırsınız. İsti və romantik bir insansınız. G hərfi: Sizin üçün deyiləcək iki söz: Müskülpesent və detalçı. H hərfi: Sizi hər baxımdan zənginləşdirəcək birini axtarırsınız. Onun üçün hər şeyi edə bilərsiniz. X hərfi: Asanlıqla əldə olunursunuz. Romantikanı çox sevirsiniz. xəyalpərəstsiniz. İ hərfi: Sevilmək icin yaradılmısınız. Amma hər şeyi həmişə ondan gözləyirsiniz. Bu da əlaqələrinizin qısa sürməsinə səbəb olur. J hərfi: Romantik olduğunuz deyilə bilər amma sizi əsl maraqlandıran başdan çıxarmaq. K hərfi: Utancaq görünsəniz də çox xaricə dönüksünüz. Aldatmaqdan nifrət edərsiniz. L hərfi: Sevilməkdən çox sevməyə əhəmiyyət verirsiniz. Bir az meymun iştahlısınız. M hərfi: Çox romantiksiniz. Birlikdə olduğunuz insanı uşaq kimi qoruyub, gözləyirsiniz. N hərfi: Mükemmeliyetçi olduğunuz üçün standartlarınıza uyğun birini tapmanız çox çətin. O/Ö hərfi: Pul və güc sizin icin çox əhəmiyyətli. Ayrıca eşq ada çox düşkünsünüz. P hərfi: Sizin icin həyatın mənası idealliq. Biriylə birlikdə ola bilməniz bu səbəblə çətin. R hərfi: Sizin özünüz kimi intellektual və ağıllı birinə ehtiyacınız var. Eşq, sizin bir çox şeydən əvvəl gəlir. S hərfi: Bir dəfə ürəyinizi qapdırdığınız zaman dünyanın ən sadiq insanı olursunuz. Ş hərfi: Düşünmədən hərəkət edirsiniz. Sevgilinizə böyük hörmət edirsiniz.Hamını özünüz kimi bilirsiniz T hərfi: Eşqbazlıq icin ideal bir tipsiniz. Aşiq olduğunuzda dərhal qırılırsınız. U/Ü hərfi: Dəyər verəcək birini axtarırsınız. Sevgilinizi hər şeyin üstündə tutursunuz. V hərfi: Azadlıq və həyəcanı çox sevirsiniz. Buna görə bütün əlaqələriniz təhlükəlidir,amma çox xoşbəxtsiniz.Bütün gününüzün əyləncəli etmək istəyirsiniz.Sevsəniz bunlardan heç biri olmayacaq romantika başlayacaq Y hərfi: Müstəqillik, şüarınızdır. Sevgiyə əhəmiyyət verirsiniz. Amma pul daha əhəmiyyətli. Z hərfi: Eşqın acı olduğunu bilirsiniz. Səmimi, həssas, romantik və xəyalpərəstsini. 
['test', 'psixoloji test', 'adlar']
1,774
https://kayzen.az/blog/kurdamir/16375/psy-gangnam-style.html
PSY-Gangnam Style
kurdamir
Bloq: kurdamir
15 iyul 2014, 17:47
Park Çe-San (Koreya dilində: 박재상, 朴載相; 31 dekabr, 1977),daha çox PSY  adı ilə tanınır. Cənubi Koreyalı müğənni, söz yazıçısı, k-pop ifaçısı, rəqqas və prodüserdir. 15 iyul 2012 — ci ildə nümayiş etdirilən hərəkətli mahnısı Gangnam Style ilə iTunesda 31 ölkənin ilk sırasında yerləşdi. Gangnam Style mahnısı Youtubeda, 20 sentyabr 2012 -ci ildə ən çox bəyənilən və baxış sayı olan video kimi Ginnesin Rekordlar Kitabına girdi.  Gangnam Stylenın PSYnin Hyuna ilə də birlikdə oxuduğu başqa versiyaları da vardır.            Gangnam Style — koreyalı musiqiçi Çe-Sanın mahnısı. Mahnı 2012-ci ilin iyul ayında səslənib. Komik, ritmik və qeyri-adi rəqslərə görə çox böyük maraq doğurub. Mahnının YouTube-a yüklənən videosunu ilk dövrlərdə 350 milyondan çox adam izləmiş və bununla da o Ginnesin Rekordlar Kitabına daxil olmuşdur. İndi isə 1.9 milyarddan çox izlənmiş bu video youtubedə ən çox izlənmiş videodur. Video YouTube tarixinin ən populyar videosu sayılır.
['psy']
1,775
https://kayzen.az/blog/maraqli-faktlar/16374/ke%C3%A7mi%C5%9Fd%C9%99-%C5%9F%C9%99kil-%C3%A7%C9%99kdirm%C9%99k-qaydas%C4%B1.html
Keçmişdə şəkil çəkdirmək qaydası
Someone
Maraqlı faktlar
15 iyul 2014, 17:33
Keçmişdə şəkil çəkdirmək mədəniyyəti, qaydaları tamamilə başqa olub. Bəlkə də çoxunuz qorxulu filmlərdə qəhrəmanların ölülərlə çəkilmiş fotoşəkillər tapmasını görmüsünüz. Bu heç də rejissorun, yaxud ssenaristin uydurması deyil. Bir dövrlər həqiqətən ölülərlə şəkil çəkdirmək adəti varmış.Ancaq indi isə anaların uşaqları ilə şəkillərində necə “gözəgörünməzə” çevrildiyini görəcəksiniz. Görünür, bu da nə vaxtsa “selfie” kimi foto-dəb olub. Analar fotoda əsas diqqət uşaqlarına yönəlsin deyə, üzlərinə parça örtürmüşlər. Bir növ oturacaq, yaxud xalçaya “çevrilirlərmiş”. Estetik cəhətdən o qədər də yaxşı görünməyən bu şəkilləri də anaların fədakarlıqları siyahısına salmaq olar.      
['maraqlı faktlar', 'keçmiş fotolar']
1,776
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/15667/yaponiya-haqq%C4%B1nda-bilm%C9%99dikl%C9%99rimiz.html
Yaponiya haqqında bilmədiklərimiz
Apollon
Ölkələr
15 iyul 2014, 16:49
Yapon xalqı vicdanlıdır. Əgər siz metroda pul kisənizi itirsəniz, 90 % onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi “itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək. Yapon dilində söyüş yoxdur. Bu dildə ən pis sözlər “dəli” və “axmaq”dır. Bütün yaponlar yemək haqqında danışır. Yemək zamanı yeməyin dadından, görünüşündən danışmaq lazımdır. Siz yemək zamanı bir dəfə də olsa, “dadlıdır” (oishii) sözünü deməsəniz, sizi mədəniyyətsiz insan hesab edəcəklər. Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir. Bu ölkənin polis işçiləri rüşvət almırlar. Siz ciddi bir qanun pozuntusu etmisinizsə, sizi 30 gün təcridxanada saxlamağa və vəkilinizi yanınıza buraxmamağa ixtiyarları var. Yapon dili çox çətin olduğu üçün, yaponlar onların dilində 1-2 söz deyə bilən turistlərə hörmətlə yanaşırlar. Onlar hesab edirlər ki, dillərini öyrənmək mümkünsüzdür. Dünyada Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Bura o qədər təhlükəsizdir ki, valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün narahat olmurlar. Yaponlar delfin əti yeyirlər. Balıq dadı verməyən delfin əti dadlıdır. Delfin ətini həm çiy, həm də bişirilmiş (kabab, sup) şəkildə yeyirlər. Maraqlı fakt – Yaponiyada küçələrdə zibil qabları yoxdur. Zibili hər kəs evinə aparır. Yaponlar zibili dört hissəyə ayırırlar: yandırılmalı olan zibil, şüşə, yandırılmayan zibil və yenidən emal oluna biləcək zibil. Yaponlar çox utancaq xalqdır. Onlar açıq şəkildə ətrafdakı insanlara hisslərini biruzə verə bilmirlər. “Səni sevirəm” kəlməsini demək qəhrəmanlıq kimi hesab olunur. Yapon ailələrində ailə daxil münasibətlər fərqlidir. Qardaş və bacının ünsiyyət qurub danışmaması tam normal hal hesab olunur. Onlar hətta bir birilərinin mobil nömrələrini də bilməyə bilərlər. Yaponlar spirtli içkini az istifadə edirlər. Səbəb isə bir qədəh içəndən sonra yaponların üzləri və bədənləri qızarır. Yaşlı yaponların pensiyası çox azdır. Maksimal pensiya 300 dollar təşkil edir. Bu o deməkdir ki, hər bir yapon öz qocalığını təmin etməlidir. Çox işləməyə öyrəşən yaponlar gündə 15-18 saat fasiləsiz işləyə bildikləri üçün, yaponları rahat “qarışqa” adlandırmaq olar. Yapon dilində “karoşı” sözü var. Tərcümədə “çox işləməkdən ölüm” deməkdir. Bu diaqnozla Yaponiyada ildə 10000 insan ölür. Gündoğan ölkəsində işə vaxtında gəlmək adət deyil. İş yerində yarım saat əvvəl gəlmək lazımdır. Qeyd edək ki, Yaponiyanın hər ikinci sakini gözəl rəsm çəkir və yaxşı səsə malikdir. Bu hal tərbiyyə ilə izah olunur – uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı öyrədirlər, sonra isə yazmağı və danışmağı.
['maraqlı faktlar', 'ölkələr', 'Yaponiya']
1,777
https://kayzen.az/blog/fotosessiya/16366/%C3%B6lk%C9%99y%C9%99-uy%C4%9Fun-g%C3%B6z%C9%99llik-standartlar%C4%B1.html
Ölkəyə uyğun gözəllik standartları
Don_Elnur
Fotosessiya
15 iyul 2014, 11:26
Amerikalı jurnalist və fotoqraf Esther Honig bir proyektlə məşhur photoshop`çulara müraciət edir. Photoshop`çular onun şəkli üzərində hər ölkəyə uyğun gözəl qız modelini yaratmağa çalışıb. Sizcə hansı daha uğurlu alınıb və hansı daha gözəldir? Original foto   Almaniya   Ukrayna İtaliya ABŞ   Hindistan   İndoneziya Argentina Avstraliya   Pakistan Mərakeş Çili   Viyetnam Birləşmiş Krallıq Serbiya Filippin Bolqarıstan   İsrail Şri-Lanka Banqladeş   Kenya Yunanıstan  
['gözəllik', 'gözəllik standartları', 'photoshop', 'Esther Honig']
1,778
https://kayzen.az/blog/erzaq/16357/yaln%C4%B1%C5%9F-qaydada-yediyimiz-meyv%C9%99-v%C9%99-t%C9%99r%C9%99v%C9%99zl%C9%99r.html
Yalnış qaydada yediyimiz meyvə və tərəvəzlər
Someone
Ərzaqlar
14 iyul 2014, 15:32
Ola bilsin ki, siz düzgün təmizlmə qaydalarını bildikdən sonra daha çox meyvə və tərəvəzlərdən istifadə edəsiniz. Sizə düzgün istifadə etmədiyiniz 5 məhsulu təqdim edirik. Protağal və naringi Siz bu narıncı sitrusları çox xoşlayırsınız ama onların təmizləyərkən əliniz yapışqan olur? Sizə bu C vitamini ilə zəngin meyvələrin düzgün istifadsini təqdim edirik: bunu üçün sadəcə meyvənin alt və üts  hissəsinin kəsmək və qabığının çıxartmaq lazımdır. Çuğundur Bilirsinizmi ki, çuğunduru kök kimi çiy vəziyyətdə də yemək mümkündür? Bu iştahalı tərəvəz çiy, qanyanamış və ya pörtlədilmış vəziyyətdə öz dad xüsusiyyətlərini itmir, əkisinə gözəl tam əldə edir. Çuğunduru təmizləyin, nazik dilimlərə kəsin duzlayın və öz dad reseptorlarınızı orjinal hisslərlə tanış edin. Nar Nar təmizləyərkən bir səhv hərəkət nəticəsində onu şirəsini sıçradıb paltarınızı ləkləyə bilərsiniz. Daha pis isə divar kağızlarını və ya mebeli ləkələməkdir ki, bu ləkələri heç çür  təmizləmək olmur. Nar təmizləyərkən sadəcə onun üst və alt hissəsini kəsin və meyvəni ayrı-ayrı dilimlərə ayırın. Kivi Siz kivini hələ də qabığını təmizləyirsiniz? Əlliriniz batmadan da bu meyvədən dadmaq olar. Bunun üçün sadəcə meyvəni ortadan yarı kəsini və meyvə ətini çay qaşığı ilə yeyin. Avokado Bilirsinizmi ki, avokadonun yarısın da cəmi 160 kalori var? Avokadonu da yemək üçün sadəcə meyvəni yarı kəsmək və meyvə ətini çay qaşığı ilə yemək lazımdır.
['meyvə', 'tərəvəzlər', 'porağal', 'nar', 'kivi', 'avokado', 'çuğundur']
1,779
https://kayzen.az/blog/heyvan/16356/definl%C9%99rd%C9%99-iti-g%C3%B6rm%C9%99ni-t%C9%99min-ed%C9%99n-sonar-sistemi.html
Definlərdə iti görməni təmin edən sonar sistemi
Someone
Heyvanlar aləmi
14 iyul 2014, 13:57
Bir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç çətinlik çəkmirlər. Həm də bu görmə prosesini gözləri ilə deyil, başlarının alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan böyük-kiçik hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər. Sonarın göndərdiyi siqnallar cisimlərə dəydikdən sonra təkrar geri qayıdaraq delfinin alt çənəsinə çatır və buradan da lipit adlı yağ vasitəsilə daxili qulağa ötürülür. Tam uyğun miqdarda ifraz edilən bu yağ sayəsində daxili qulağa çatan məlumatlar beyinə ötürülür və qəbul etmə tamamlanmış olur.Hər şeyi bənzərsiz və qüsursuz yaradan Allah delfinləri də ən gözəl şəkildə yaratmış və üstün texnologiya ilə təchiz etmişdir. 
['heyvanlar aləmi', 'delfin', 'delfinlərdə görmə sistemi']
1,780
https://kayzen.az/blog/kulinariya/16355/sobada-%C9%99tli-d%C3%BCy%C3%BC.html
Sobada ətli düyü
Someone
Kulinariya
14 iyul 2014, 13:40
Lazım olan ərzaqlar:  1 stəkan düyü 400-500 qr çəkilmiş mal əti1 soğan 2 yumurta 150-200 qrHollandpendiri2 x.q. xama 4-5 pomidorduzistiot Düyünü yuyub, suyunu süzüb 1 xörək qaşığı duz əlavə olunmuş suda qaynadıb süzün. Çəkilmiş əti xırda doğranmış soğan ilə duz, istiot, sarıkök vurub qovurun.Hollandpendirinin 2/3 sini sürtkəcdən keçirin. Düyünü, qovrulmuş əti, holland pendirini və yumurtaları bir qabda qarışdırın.  Bu qarışımı soba üçün qaba yayıb üzərinə xamanı çəkin. Pomidorları nazik halqalar şəklində doğrayıb xamanın üzərindən düzün və sobada 190 dərəcədə 15-20 dəqiqə bişirin. Sobadan çıxarıb holland pendirinin qalan hissəsini də sürtkəcdən keçirib yeməyin üzərinə səpin və yenidən sobaya qoyun. Pendir əriyəndə yeməyi sobdan çıxarın.  Nuş olsun!
['reseptlər', 'Sobada ətli düyü']
1,781
https://kayzen.az/blog/346/14719/ki%C5%9Fi-%C9%99d%C9%99biyyat%C4%B1n%C4%B1n-%C5%9Forg%C3%B6zl%C3%BCy%C3%BC.html
Kişi ədəbiyyatının şorgözlüyü
Apollon
346 saylı marşrut
13 iyul 2014, 16:54
Üzüm ayağınızın altına, bir oxucum var, hər gün yeni şeir istəyir məndən. Lap nağıllarda hər gün qurban istəyən əjdaha kimi. Dünən dedim ki, bəs qışın gəlməsi şeir deyilmi? Yemədi.Yenə üzr istəyirəm, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm, başqa bir oxucum da var, adama qəribə-qəribə suallar verir. Bir dəfə soruşdu ki, sizin ən, ən, ən böyük arzunuz nədir? Qaldım gözlərimi döyə-döyə.Nə qədər axtardımsa, bu ən böyük arzu şoğəribi ürəyimin heç bir küncündə tapmadım. Yadıma düşdü ki, əslində mənim ən böyük arzum-filan yoxdu, eləcə su üzündə gəmi kimi yaşayıram özüm üçün. Amma bunu oxucuya deməkmi olar, biçarənin həyatdan əli üzülər, xəyalqırıqlığına uğrayar. Yenə sağ olsun, özü məni vəziyyətdən çıxardı, nəsə anlamadığım fəlsəfi şeylər danışdı, mən də dedim, elə sən deyəndi. Öyünmək kimi çıxmasın, öyünərsə ər öyünsün, öyünmək qadına yaraşmaz, o gün, yəni müsəlmanın  “o günü” məni  televiziyaya çağırdılar. Canlı insandan çox gəlinciyə oxşayan donuq baxışlı  aparıcı qız üzünə saxta bir təbəssüm qondurub ciddi-ciddi soruşdu ki, bəs kişi ədəbiyyatıyla qadın ədəbiyyatının fərqi nədir?Burda artıq gözlərimi döyməklə iş bitmədi, başladım, siz də məni bağışlayın, ürəyimdə söyməyə. Ağlınıza başqa şey gəlməsin, ürəyimdə  mən ancaq özümü söydüm. On yaşındaykən oyunun şirin yerində evə qaçıb o lənətəgəlmiş ilk şerimi yazdığıma və utanmaz-utanmaz evdəkilərə göstərdiyimə görə.Sözüm məclisdən kənar, özümü xeyli söyəndən sonra rahatladım və qadın ədəbiyyatının gül camalından, vəsfi-halından, məkri-felindən, kişi ədəbiyyatının vüqarından, əzəmətindən, şorgözlüyündən, arvadbazlığından gözəl bir nitq irad elədim, ilan ağzından qurbağa qurtaran kimi çıxıb gəldim evə.İçəri təzəcə girmişdim ki, müəllim yoldaşım ev telefonuna zəng elədi ki, bəs ölmüşəm, məni yerdən götür, bu “araşdırmaq” sözündəki “ş” ünsürü nə olan şeydi?  Yəni, dilimizdə aramaq sözü var, araşmaq sözü isə yoxdu, deməli, şəkilçi deyil. Heç bitişdirici samit də deyil, çünki iki sait arasında gəlmir.Ağlıma gələn ilk variantı dedim ona, dedim ki, bu “ş” mərdimazar  bərpaedici samitdi. Gözünə döndüyüm həmkarım da qayıtdı ki, bəs onda quraşdırmaq sözündəki  “aş” nədi?Necə deyərlər, “burda nitqim tutuldu”, aldım, görün nə dedim: “Sən hələlik bu sözü bir yerdə gizlət, şagirdlərə göstərmə, düşünüm görüm, neynirəm”.Elə  müəllim yoldaşımın ağzını boza verib dəstəyi yerinə qoymuşdum ki, kənddə yaşayan dayımoğlu cib telefonuma zəng elədi: — Bibiqızı, mən ölüm, qulaq as gör, bu qəzəl Nizamınındı, yoxsa Füzulinin?Anladım ki, dayoğlum əməlli-başlı keflidi, mübahisə də hansısa  içki məclisində tost üstündə düşüb. Başladım  bığlı-saqqalı kişini başa salmağa ki, bu qəzəllərin fərqini bilmək üçün on altıncı əsr türkcəsi ilə müasir Azərbaycan dilini fərqləndirmək kifayətdi. Bibioğlum, lənət şeytana, dayoğlum ( bu bibi-dayı məsələlərində həmişə çaşıram) kefli də olsa səsimdən əsəbiləşdiyimi hiss edib tələsik sağollaşdı. Qoymadı deyəm ki, gedin özünüzə başqa “zakuska” tapın, əl çəkin bu Nizamiylə Füzulinin yaxasından.Əslində bunlar elə də dözülməz məsələlər  deyil, başınızı ağrıtdımsa, üzr istəyirəm. Di gəl bütün bunlardan sonra adamdan “necəsən?” soruşmayalar. Bu suala cavab tapmağa  artıq heç bir istedad kömək eləmir. Əlacsız qalıb uşaqlıqdan əzbərimdə qalmış o cümləyə müraciət edirəm:Əvvəla salam, salamdan sonra əgər zəhmət çəkib bizim tərəflərin əhvalı ilə tanış olmaq istəsəniz, biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir olan Allahdan arzu edirik.Vəssəlam. Bu qədər bəsit. Sonda bir daha üzr istəyirəm.Yazar: Səhər Əhməd
['346 saylı marşrut']
1,782
https://kayzen.az/blog/bacariqli_eller/14440/k%C3%B6rp%C9%99-ba%C5%9Fmaqlar%C4%B1n%C4%B1n-toxunmas%C4%B1.html
Körpə başmaqlarının toxunması
Apollon
Bacarıqlı əllər
13 iyul 2014, 16:52
Siz körpələrinizin sevərək geyinəcəkləri başmaqlar toxuya bilərsiniz. Bunun üçün lazım olacaq: 2 rəngdə yumşaq ip, bəzək vermək üçün yumşaq yun, toxumaq üçün mil. Və indi gəlin toxumağa başlayaq. Aşağıdakı videonu izləyərək mərhələlərlə tanış ola bilərsiniz. Beləliklə bütün etməli olduğunuz ləvazimatları almaq və körpəniz üçün bir cüt başmaq toxumaqdır.
['evdarlıq', 'bacarıqlı əllər', 'toxuma', 'körpə başmaqları']
1,783
https://kayzen.az/blog/Bilirsinizmi/16352/s.o.s.-nec%C9%99-yaranm%C4%B1%C5%9Fd%C4%B1r.html
S.O.S. necə yaranmışdır
Someone
Bilirsinizmi?
13 iyul 2014, 15:55
               Çox insanın dənizlər haqqında cəkilən filmlərdə gördüyü S.O.S siqnalı, gündəlik həyatda qarşımıza çıxmasa da bir çox adam tərəfindən bilinməkdədir. S.O.S. beynəlxalq mors əlifbasında istifadə edilən, təcili vəziyyət siqnalıdır. Samuel Morse tərəfindən 1835-ci ildə yaradılan mors əlifbası, teleqraf siqnalları ilə xəbərləşmə üçün istifadə edilən bir kod olaraq qısa müddət içərisində bütün dünyada istifadə edilmişdir. Zaman içərisində hər ölkə, mors əlifbası ilə xəbərləşərkən təcili vəziyyətlərdə istifadə edilməsi üçün özünə xas bir təcili vəziyyət kodu inkişaf etdirmişdir. S.O.S. təcili vəziyyət siqnalının açılışı haqqında bir çox fərqli versiyalar vardır. İngiliscə «Save Our ​​Ship» yəni gəmimizi qurtarın ya da «Save Our ​​Souls» yəni ruhlarımızı qurtarın şəklində bir çox fərqli açılışlar, SOS təcili vəziyyət siqnalı üçün istifadə edilmişdir. Ancaq əslində mors əlifbasında istifadə SOS təcili vəziyyət siqnalının hər hansı bir mənası yoxdur. 1905-ci ildə ilk dəfə Alman hökuməti tərəfindən istifadə edilən SOS kodu, daha əvvəl olan C.Q.D. kodunun bəzi hallarda tam olaraq aydın ola bilməməsi səbəbi ilə inkişaf etdirilmişdir. S.O.S. kömək siqnalına bu hərflərin istifadə edilməsi isə mors əlifbasında  "… — ..."  şəklində çox sadə və qarışdırılması qeyri-mümkün olan bir şəkildə yazılmasıdır. Daha əvvəl istifadə C.Q.D. siqnalının açılımı isə; C.Q. hərflərinin dənizçilikdə  «mesaj gəlir» mənasına gəlməsi və sona əlavə D hərfinin «Danger» yəni təhlükə mənası ilə "təhlükə mesajı gəlir" şəklində istifadə edilirdi. Ancaq Almanlar xüsusilə kömək siqnalının mənasından çox, mors əlifbasında asan bir şəkildə başa düşülməsinin əhəmiyyətli olduğunu düşünərək; 3 qısa, 3 uzun və təkrar 3 qısa siqnal kimi hər kəs tərəfindən aydın olan SOS hərflərini seçmişdir. Mors əlifbasında bütün rabitələr hər hərfdən sonra gözlənilərkən, yalnız SOS siqnalı aralıqsız tək səfərdə verilməkdədir. Bu vəziyyət S.O.S. kömək siqnalına xüsusi və yalnız bu siqnalda istifadə edilən bir vəziyyətdir.
['maraqlı məlumatlar', 'SOS']
1,784
https://kayzen.az/blog/dusundurucu-hekayeler/16351/iki-canavar-haqq%C4%B1nda-hind-prit%C3%A7as%C4%B1.html
İki canavar haqqında Hind pritçası
Someone
Düşündürücü hekayələr
13 iyul 2014, 15:07
Çoxdan bəri, bir qoca öz nəvəsinə  bir həyat həqiqəti açmışdı. — Hər insanda daxildə iki canavarın mübarizəsinə bənzər bir mübarizə gedir. Canavarlardan biri şəri təmsil edir: qibtə, qısqanclıq, eqoizm, təkəbbür,  lovğalıq, yalan. İkinci canavar isə xeyirin təmsilçisidir:  sülh, sevgi, ümid, mərhəmət, sədaqət.  Uşaq bir qədər düşünüb soruşur : — Bəs axırda  hansı canavar qalib gəlir ? Qoca gülümsünüb cavab verdi : — Həmişə qalib canavar sənin qidalandırdığın canavar olur.
['hekayə', 'düşündürücü hekayələr', 'Hind pritçası']
1,785
https://kayzen.az/blog/psixologiya/16332/u%C5%9Faqlar-leyl%C9%99kl%C9%99r%C9%99-inanm%C4%B1r.html
Uşaqlar leyləklərə inanmır
Apollon
Psixologiya
12 iyul 2014, 17:48
Uşaqlar əvvəlki kimi «səni leyləklər gətirdi» yalanına inanmır!… Mütəxəssislər, ailələrdən cinsi təhsili uşaqlarının anlaya biləcəklərisəviyyədə evdə verməyə başlamalarının əhəmiyyətinə diqqət çəkir. Cinsəlliyin həyatımızın ən əhəmiyyətli parçalarından biri olduğunu söyləyən Cinsi Sağlamlıq İnstitutu Dərnəyi (CİSED) Ümumi Başçısı Dr. Cem Keçə; «Bu səbəblə adamın cinsəlliklə əlaqədar məlumatlarını, düşüncələrini, dəyər mühakimələrini, tutumlarını və bacarıqlarını necə, hansı şərtlərdə və kimlərin təsirləriylə öyrənmiş olduğu çox əhəmiyyətlidir. Cinsəlliklə əhəmiyyətli olan 4 mövzu vardır. Bunlar; ayıb, qadağan, günah və maraq duyğusudur. Biz bunlara cinsəllikdə məhşərin 4 atlısı adını veririk. Məhşərin 4 atlısı, adamın içində olduğu ailədə başlayan və ictimai ətrafıyla davam edən bir şəbəkə tərəfindən adam fərqinə belə çatmadan ona öyrədilə bilər. Adam yetkinlik çağına gəldiyində artıq yalnız öz impulslarıyla deyil bu öyrənilmiş ictimai dəyər mühakimələriylə birlikdə ilk cinsi yaxınlaşmalarına başlar. Bu baxımdan baxıldığında cinsəllik hər kəsin doğulduğu andan etibarən həyatında özünəməxsus yer etməyə başladığı üçün ilk cinsi təhsil ailədə yəni evdə başlamalıdır. Cinsi orqanların əl, qol, qıç, ağız kimi adama aid görülmədiyi, baxılmaması, toxunulmaması lazım olan qadağanlı sahələr olduğu mesajını alan bir uşaq; cinsəlliylə bağlı maraq duyğusuyla ayıb, qadağan, günah və pis mesajını öyrənə bilər; bədənini kəşf etmə yerinə bədəninə xariciləşə bilər və irəlidəki cinsi həyatında vajinismus, orgazm ola bilməmə, erkən boşalma və ya sərtləşmə pozuqluqları kimi cinsi problemlər yaşaya bilər. Həyatın ən kefli yanlarından biri olan cinsəllik, bir qayğı və stress qaynağı halına çevrilə bilər» dedi. Cinsilik Təlimlə bilinən Bir Bacarıq Valideynlərin uşaqlarının yanında bir-birlərinə sevgilərini göstərmələrinin və ifadə etmələrinin əhəmiyyətinə diqqət çəkən CİSED səlahiyyətlilərinin verdikləri məlumatlara görə, ana və atalar evdə bir-birlərinə və uşaqlarına sıx toxunsalar, uşaqlarının yanında qucaqlaşıb öpüşsələr, zarafatlaşsalar, bir-birlərinə sevgilərini göstərə bilsələr, cinsəlliyin öyrənilə bilər bir bacarıq olduğunu qavrayarlarsa, uşaqlarına da sağlam cinsi təhsil verə bilər və öz müsbət dünyagörüşləriylə uşaqlarına doğru bir model ola bilərlər. Bu şəkildə cinsəlliklə əlaqədar qorxu və qayğılar cinsi problemlər halına gəlmədən həll edilə bilər və cəmiyyətin yüklədiyi mənfi cinsi inanışlar uşaq tərəfindən mənimsənmədən ailə içində doğru şəkliylə düzəldilə bilər. Cinsi Təhsil Qısa və Təlimçi Olmalı Cinsi təhsili qız uşaqlarına analarının, oğlanlarına isə atalarının verməsi ən doğru olan yanaşmadır. Çünki artıma və cinsəllik mövzusunda bir uşağa məlumat verməyə ən uyğun kəslər valideynləridir. Əks halda uşaqlar cinsəlliyi maraqlandıqlarından ötəri yoldaşlarından ya da televiziyadan cinsəlliyi öyrənməyə çalışa bilərlər. Valideynlərin cinsəlliyi uşaqlarıyla danışarkən rahat olmaları, qısa və təlimçi məlumatlar vermələri, bilmədikləri suallar qarşısında cavabını araşdırmaq üçün zaman istəmələri, boşluq buraxmamaları, tərəddüd etməmələri və özlərindən əmin olmaq çox əhəmiyyətlidir. Cinsi Təhsil Vermək Bir Sənətdir Cinsi təhsildə qısa, dəqiq və elmi dil istifadə edilməsi lazımdır. Valideynlər üçün cinsi təhsil vermək bir sənətdir. Uşaqlara onlar sual verənə qədər cinsi mövzularda bir şey izah edilməməlidir. Əhəmiyyətli olan onlara sual verə biləcəkləri sevgi dolu bir ailə mühitə təqdim edə bilməkdir. Sevginin hiss edildiyi və paylaşıldığı ailə mühitində uşaqlar cinsi məzmunlu suallar soruşacaqlar, valideynlərdə bu suallara gerçək məlumatlarla cavab verməli və lazım olsa doğru məlumatları bir neçə səfərdə izah etməyə çalışmalıdırlar. Çünki 4-5 yaşlarındakı uşaqlar ətraflı bir şərh gözləməzlər, yalnız maraqlarının aradan qaldırılmasını istəyərlər. Cinsi Orqanlar Utanılacaq Orqanlar Olaraq Tanıdılmamalı Cinsi orqanların utanılacaq və iyrənc orqanlar olaraq tanıdılmaması lazımlıdır. Cinsi orqanlar təbiətdəki bütün canlılarda vardır. Valideynlər utancaq və içinə qapalı, cinsəlliyə qarşı sərt və mühafizəkar bir rəftar içindədirsə və ya cinsəllik ilə əlaqədar mövzuları danışıla bilməz, toxunulmaz yəni tabu olaraq görürlərsə, uşaqları da da cinsəlliyi, cinsiyyəti və cinsi orqanlarını utanılacaq və iyrənc orqanlar olaraq tanıya bilərlər. Bu da yetkinlik həyatlarında partnyorlarla aralarında ciddi problemlərə səbəb ola bilər. Uşaqların Cinsilik Marağı Təbiidir Uşaqların ilk yaşlarda bədənləri və qarşı cins haqqında maraq duyğuları sıx ola bilər. Ümumiyyətlə 3-4 dörd yaşlarında uşaqlar özləri, cinsi orqanlar və haradan gəldikləri haqqındakı sualları qorxmadan və çəkinmədən soruşmağa başlarlar. Bu suallar valideynləri tərəfindən onların marağını aradan qaldıracaq, onları təmin edəcək və kafi məlumatı verəcək şəkildə doğru olaraq cavablanılmalıdır. Çünki uşaqların cinsəlliyi maraqlanmaları çox təbiidir. Bu səbəblə inkişafının ilk 5 ili çox əhəmiyyətlidir və yetkinlik dövründəki cinsi əlaqələrin təməlini meydana gətirə bilər. Cinsi Təhsil Doğumdan Etibarən Başlar Cinsi təhsil doğumdan etibarən başlar. Cinsi təhsil yetkinlikdə də adamın məsləhətləşərək, oxuyaraq, doğru və etibarlı qaynaqlara çatması yoluyla davam etməlidir. Cinsi təhsil üçün heç bir yaş gec deyil. CİSED, cinsi təhsilin evdə başlayaraq ibtidai təhsildə verilməsinin tərəfdarıdır… Bundan başqa yetkinlik əvvəli cinsi məsləhətləşməxidmətlərinin, evlilik əvvəli cinsi məsləhətləşmə və ana, ata və yoldaş təhsillərinin qanuni zərurət olaraq verilməsi də tələblər arasında iştirak edir.
['psixologiya', 'uşaq psixologiyası']
1,786
https://kayzen.az/blog/maraqli-faktlar/16341/d%C3%BCnyan%C4%B1n-9-%C9%99n-bahal%C4%B1-g%C3%BCl%C3%BC.html
Dünyanın 9 ən bahalı gülü
Someone
Maraqlı faktlar
12 iyul 2014, 14:57
9-cu yer: Hydrangea (Гортензия) — Asiya həm də Şimali və Cənubi Amerikada  yetişən güldür. Adı Müqəddəs Roma imperiyasının şahzadəsi Charles Henryin Nassau-Siegen bacısı şəhzadə Hortense şərəfinə verilmişdi. Hydrangea gülünü 1 dənəsin orta qiyməti 6,5 dollar edir. 8-ci yer: Gloriosa (Глориоза)- olduqca nadir və bahalı gül olub Cənubi Afrika və Asiya, gəlir. Onu adı “gloriostis” latın sözü olub, tərcüməsi “şöhrət” deməkdir buna görədə onun adına "şöhrət gül" deyirlir. Gloriosa — kövrək gövdəli, uzun yarpaqları, bəzən 3 metrə catan  sarı-qırmızı və ya sarı-yaşıl rəngli böyük güldür. Bu ekzotik gülün biri  dənəsi 10 dollar dəyərindədir. 7-ci yer: Rainbow rose (Радужные розы) — texnologiya nəticəsində əldə edilmiş bu gülün ideyasi gül kompaniyasın sabinkarı Peter van de Verkena məxsusdur. Iki niderlanda F.J  Zandbergen və River Flowers şirkətinin apardığı təcrübələr sayəsində 2004-cü ildə ilk uğurlar əldə etmişdirlər. Rəngarəng gül üçün müxtəlif rəngli boyalı su udmaq vasitəsilə bir neçə kanallarla bölüşürlər. Beləlikə adi ağ gül bir göy qurşağı çevrilir. Bu rəngarəng gül orta hesabla  10 $, 30 ədəddən ibraət bir gül buketi isə  325 dollara başa gələcək. 6-cı yer: King Night (Король ночи) — bənövşəyi-qara rəngli lalə növü. Ən bahalı rəng biri hesab olunur, Bu gün, qara lalə orta qiyməti 15-20 $ — dır. 5-ci yer: Pierre de Ronsard və ya Eden Rose (Пьер де Ронсар или Эден Роуз) — dünyanın ən gözəl məşhur gülü.Bu gülün çəhrayin çalarların bir neçə versiyada ola bilər, baxmayaraq böyük ağır qönçələr krem rəng var. Bu gülün adı Fransız şair Pierre de Ronsardın şərifın verilmişdi, lakin onun adı dünyaca məhşur olmadığından — Eden Rose «Cənnət qızılgülü” II adını vermək qərarına gəlmişlər. Pierre de Ronsard 20 illik tarixi ərzində rekord sayda müxtəlif mükafatlar qazandı. Yeri gəlmişkən, bu  gül sevdiyiniz məşhur aktyor Louis de Funes sevimli gülüdür. Eden Rose qiyməti 20.5 $-dır. 4-cü yer: Sweet Juliet — qızılgülü sortları İnglis seleksionri David Austin tərəfindən yaradılb. Bu gülü yaratmaq üçün ona təxminən 15.8 milyon dollar və 15 il əmək səfər etmək lazım olmuşdur. Kiçik ərik tumurcuqlu ilk zərif gül  ilk dəfə  2006-ci ildə biritaniya Chelsea Flower Show ictimaiyyətə təqdim olunub və həmin ildən dünyanın seleksiyaçıların gərgin müzakirələr mövzusu olmuşdur. Sweet Juliet gülün kiçik bir buket təxminən 150 $, bir gül isə 25 $-dır. 3-cü yer: Medinilla (Мединилла) — solğun çəhrayı gül Asiya meşələrində Afrika və bəzi Sakit okean adaları ərazisi yayılmışdır. Bu gül ən gözəl ekzotik gül hesab edilir. Bağbanlar və botaniklərinin dünyanın ən gözəl hesab edilirlər —  Bu gülün dəyəri 50 -150 $  arasında dəyişə bilər.  2-ci yer: Orchide „Gold Kinabalu (Орхидея “Золото Кинабалу) — bu gül florist bazarında dünyanın ən bahalı gül hesab olunur. Nadir bitkiyə dünyanın yalnız bir yerdə —  Borneo  adasında milli park olan Kinabalu dağlarında rast gəlmək olar. Bu gül yalnız mart ayından  maya qədər acır və yenidən acılması üçün  uzun müddət kəcə bilər. Bir  “Gold Kinabalu»  almaq üşün 5-6 min $  ödəmək lazım olacaq. 1-ci yer: Shenzhen Nongke — süni yetişdirilmiş Orkide növü Çin seleksionerləri tərəfindən 8 il davam edən zəhmətli nəticəsində yaradılması. Bu zərif gülə baxmaq və xoş ətri gül qoxlamaq üçün ün 4-5 il gözləmək lazımdır. Shenzhen Nongke orkide 2005-ci ildə, təşkil edilən hərracda record bir məbləğə, 202.000 $ anonim alıcı tərəfindən alınıb və beləliklə, dünyanın ən bahalı satılan gül statusunu əldə etmişdir.  
['maraqlı faktlar', 'güllər', 'qiymətli güllər']
1,787
https://kayzen.az/blog/etiket/16344/aktual-etiket-qaydalar%C4%B1.html
Aktual etiket qaydaları
Someone
Etiket və nəzakət qaydaları
11 iyul 2014, 14:52
Etiket- lazım olduğu zamana yaxşı davrana bilməkdir. Əslində etiketin əsəsları kifayyət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzkat, səliqəli xarici görnüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir. Hər kəsin bilməli olduğu aktual etiket qaydalar: * Əgər siz “Mən sizi dəvət edirəm” kəlməsini işlədirsinizsə,, dəməli, hesabı siz ödəməlisiniz.  Amma əgər siz “Gəlin restorana gedək “ kimi ifadəsini işlədirsinizsə, bu halda hər kəs öz yerinə ödəyir.* Zəng etmədən qonaq getməyin. Bir britaniyali xanim  deyirdi ki, çağırılmamış qonaq gəldikdə, o çətrini götürüb ayaqqablarını geyinirdi və şlyapasını qoyurdu. Əgər gələn insan ona xoş gəlirdisə, “ Ah, nə yaxşı, mən elə indicə gəlmişəm” söyləyirdi. Əks halda isə “ ah, nə pis oldu mən getməyə hazırlaşırdım”. * İctimai yerlerdə telefonunuzu süfrəyə qoymayın. Belə etməklə siz bu rabitə qurğusunun həyatınızda nə dərəcədə mühüm rol oynadığını və ərafdakıların danışdıqlarının sizə nə dərəcədə maraqsız olduğunu vurğulayırsınız. * Kişi hec vaxt qadının cantasını daşımamalıdır. Qadın paltosunuda o, yalnız qarderoba aparamaq üçün götürməlidir.* Əgər siz kiminləsə yol gedirsiniz və sizin yanınızdakı adam sizin tanımadığınız bir kəslə salamlaşsa, siz də salam verməlisiniz.* Ayaqqablar hər zaman təmiz olmalıdır. * Həmsöhbətə ehtiyac duyduğunuz zaman telefonla boş-boş mənasız danışmaqdansa, bir-birinizlə görüşsəniz yaxşıdır.* Əgər sizi təhqir edirlərsə, bu zaman səsinizi qaldırıb kobudluqla cavab verib onun səviyyəsinə enməyin. Gülümsəyin və tərbiyəsiz mübahisədən uzaqlaşın. * Küçədə kişilər xanımların solunda getməlidir. * Qadınlar otaqda şlyapalarını çıxartmaya bilərlər, amma papağı çıxartmaq lazımdır. * Qadınların istəyi olmadan onun əlindən tutmaq, söhbət zamanı ona toxunmaq olmaz. Bunu yalnız nəqliyytdan istifadə zamanı və yolu kəçərkən etməyə icazə verilir.* Ətirlərdən həddindən artıq çox istifadə etmək olmaz. * Qadının yanında kişi yalnız onun izni ilə siqaret çəkə bilər. * Kim olmasında asılı olmayaraq otağa ilk daxil olan salamlaşmalıdır. * Çox bərkdən gülmək, səs-küylə danışmaq, insanları başdan ayağa süzmək olmaz. * Bağlı qapını döymədən açmaq olmaz.  
['etik qaydaları', 'davranışlar', 'nəzakət qaydaları']
1,788
https://kayzen.az/blog/maraqli-faktlar/16340/benvenuto-%C3%A7ellinin-ziyanverici-g%C3%BCzg%C3%BCs%C3%BC-ii.html
Benvenuto Çellinin “Ziyanverici” güzgüsü -II
Someone
Maraqlı faktlar
10 iyul 2014, 13:51
Qadınları gözəlləşdirən sehirli güzgü  (yazınını əvvəlini burdan oxuya bilərsiz) O, həm də bədbəxtlik gətirir                       Zaman keçdi… Tarix güzgünün izini artıq çoxdan gündəmdən silmişdi. Bununla belə, o, dildən-dilə gəzərək yeni nəslin də diqqətini çəkirdi. Əbədi gözəllik eşqində olan qadınların ona olan marağı artmaqdaydı. Təbiətin və zamanın hökmünə qarşı bütün fəlakətləri gözə alan növbəti qadın – görkəmli rus şairi Sergey Yeseninin qəlbinin sultanı kimi tanıdığımız amerikalı rəqqasə Aysedora Dunkan oldu. Rəqqasə qadın bədən quruluşunun dəyişməsi ilə barışa bilmirdi. Bu zəif məqamlarında Benvenuto Çellininin güzgüsü haqda duyduqları ona rahatlıq vermirdi...Aysedora ona həmin güzgünü əldə edib verəcək şəxsi istənilən məbləğdə mükafatlandıracağını bəyan etdi. Və belə birisi tapıdı! Yaşlanan rəqqasə axır ki, xəyalındakı güzgüyə qovuşdu. O vaxtdan etibarən qadının görünüşündəki yaş göstəricilərinin izi-tozu da qalmadı! O, da güzgünün digər sahibələri kimi günü-gündən gözəlləşməyə başladı. O ərəfələrdə sənətşunas, yazıçı-publisist və tənqidçi Anatoli Lunaçarski Aysedora Dunkana Rusiya səhnəsində çıxış etməsi və həmçinin öz maliyyə dəstəyi ilə ona Moskvada rəqs məktəbi açması üçün rəsmi təklif irəli sürdü. Rəqqasəni yeni qurulmuş ölkədə – yeni həyat gözləyirdi! Dunkan çox fikirləşmədən Lunaçarskinin bu təklifinə razılıq verdi. Beləcə, 1921-ci ildə o, Rusiyaya yola düşdü. Aysedoranın gözəlliyi göz qamaşdırıdı. O füsunkar cazibəyə malikiydi. Onun bu məftunedici gözəlliyi şair Sergey Yeseninin qəlbini fəth etdi. Ətrafında yüzlərlə gənc, gözəl qızlar dolaşan şair özündən on səkkiz yaş böyük Aysedoranı görər-görməz ona aşıq oldu. Yesenin Dunkanı sözün əsl mənasına əlləri üstə gəzdirirdi. O, gözəlçələri-pərəstişkarları haqda heç düşünmədi də, həyatındakı bütün varını-yoxunu bu füsunkar rəqqasənin ayaqları altına sərdi.“AYSEDORA Dunkan gənc şair Sergey Yeseninə ərə gedir!” – çox keçmədi ki, onların evlilik xəbəri bu başlıqla bütün Rusiya və ABŞ qəzetlərində dərc olunmağa başladı. Bütün dünya onların sevgisindən danışırdı. Ancaq unudulmuş təcrübələr vardı… Gözəllik, şəxsi həyat və yaradıcılıq uğurları əbədi görünsə də, nəticədə GÜZGÜ məhz oğurluqla əldə olunmuşdu. Bu o deməkdir ki, müəllifin – dahi italyan ustadı Benvenuto Çellininin lənəti gec-tez işə düşəcəkdi! Aysedora Dunkanın ovsunlanmış güzgünün qaydalarına ciddi yanaşmaması, onun bəlasına çevriləcəkdi. Axı güzgü sahibəsini özü seçməli və onu haqsız yollarla əldə edənləri amansızca cəzalandırmalıydı!Orta yaşlı gözəl rəqqasə Aysedora və gənc şair Sergey Yesenin ailə qurdular. Onlar çox xoşbəxt və maraqlı həyat sürürdülər. Fəqət, Aysedora cəzasını öncə iki övladını itirməklə ödədi, sonra da ailəsinin dağılmasıyla… Və daha sonra… Öz faciəvi ölümüylə! Belə ki, üstü açıq avtomobillə səyahətə çıxan Aysedoranın boynuna doladığı qırmızı şərfin bir ucu avtomobilin təkərinə ilişdi və qadın öz şərfi ilə yerindəcə boğulub keçindi...Beləcə, Benvenuto Çellininin şah əsəri öz növbəti qurbanıyla incəsənət tarixinə iz salmağa davam etdi… Bu qəddar, fəqət, eyni zamanda ədalətli GÜZGÜnün növbəti sahibəsi operetta muğənnisi Kazemira Neverovskaya oldu. Bu güzgünü ona komissar pərəstişkarı hədiyyə etmişdi. Komissar onu təsadüfən istintaq araşdırmalarının birində görüb — çırpışdırmışdı. Hədiyyəni qəbul edəndən sonra çox keçmədi ki, Neverovskaya əyləşdiyi kreslosundaca gözlənilməz şəkildə yanaraq keçindi. Heç kim bu hadisənin hansı səbəbdən və necə baş verdiyini anlamadı. Ümumiyyətlə, bu nə ola bilərdi axı?! Söndürülməmiş siqaretmi? Zərgər dəqiqliyi ilə yerinə yetirilən qətlmi? Ağlasığmazdı...“Ziyanverici” güzgü isə bu dəfə də yoxa çıxdı. Bəlkə də o öz yeni sahibəsinin axtarışındaydı?..Güzgünün növbəti zühuru...1929-cu il. Berlin. Kifir və son dərəcə zövqsüz geyimdə Mariya Maqdalena adlı tanınmayan bir müğənni öz ifasıyla küçədə çörək pulu qazanmaq üçün evindən çıxar. Qapısının çölündəcə o, xırda-xuruş bəzək əşyaları satan qoca bir səyyar satıcıyla rastlaşır. Satıcı özüylə daşıdığı əşyaların içindən sadə bir güzgünü çıxarıb, qıza onu almağı təklif edir. Cavabında isə: — Güzgü mənim nəyimə gərəkdir axı? Ona baxıb öz görünüşümdən məyus olum deyə? – Mariya satıcıdan soruşdu. — Sən bunu al, gör, ola bilsin ki, nə isə dəyişdi… – qoca söylədi. — Mənim pulum yoxdur. — Sən də ödəyə biləcəyin qədər ver.Mariya yöndəmsiz paltarının cibindəki bütün xırda pulunu çıxarıb satıcıya tərəf uzatdı. — Bundan artıq pulum yoxdur.Həmin görüşdən sonra bir il keçmədi ki, Almaniya səhnələrdə Marlen Ditrix adlı yeni ulduz parladı! Bəli, bu, məhz o cibində siçanlar oynaşan Mariya Maqdalena idi. Artıq o – tamaşaçıların sevimlisi Marlen Ditrix idi.Taleyin möcüzəvi dönüşü və bu qadının uğurlu karyerası hələ də insanların diqqətindən kənarda qalmır. Onun uğuru haqda gedən söhbətlər daha çox mübahisələrə müşahidə olunur: axı o, qadın olaraq xüsusi bir gözəlliyə malik deyildi, buna baxmayaraq, onun görkəmində izaholunmaz çəkicilik vardı ki, bu da onu digərlərindən fərqləndirib ön plana çıxarırdı. Onun görkəmində nə isə vardı… Amma nə? Nəticə etibari ilə, o, XX əsrin ən sevilib-seçilən aktrisalarından biri oldu. Onu gözəllik ilahələrinə bənzədirdilər. Digər tanınan və sevilən aktrisalardan Marleni bir cəhət də fəqləndirirdi – onun şəxsiyyət kimi nüfuzlu olması. Demək olar ki, bütün qadınlar ona həsəd aparırdılar. Kişilərsə ona zərif hislər bəsləyirdilər. Lakin o, əlçatmaz qadın idi! Çoxlarının sevgisini bir müddətdən sonra rədd edirdi. Bu səbəbdən ona qarşı əksər atılmış kişilərdə kin, nifrət yaranırdı. Marlen isə öz dəyərini yaxşı bilirdi… Və o, düşmənlərinin bütün cəhdlərinə amiranə tərzdə təbəssümlə yanaşırdı... Adolf Hitler onu ilk gördükdə əyilib onun əllərindən öpmüşdü və onu rəsmən Xalqın Siması elan etmişdi!Marlen Ditrix ən qoca yaşlarına qədər səhnələrdə parladı. Son günlərinə qədər əvəzolunmaz cazibəyə malik olan qadın dünyanın ən məşhur səhnələrində gurultulu alqışlarla qarşılanırdı. Sevənləri onu “Dünyanın kraliçası” kimi adlandırırdılar. Bütün qapılar onun üzünə açıq idi!29 sentyabr 1975-ci ildə 74 yaşlı Marlen Sidneydə yıxılıb boynunu və çanaq sümüyünü sındırdı. O gündən etibarən evinə qapanan qadın insanlarla ünsiyyətini dayandırdı. Deyilənlərə görə, 91 yaşında vəfat edən Marlen ölümqabağı kiçik qədimi güzgüsünə baxıb güzgüylə danışırdı. Marlenin xidmətçisinə son vəsiyyəti, həmin güzgünü küçədə qarşısına çıxan ilk köhnə əşyalar satıcısına vermək idi. Xidmətçi qadın sevimlisi sahibəsinin son istəyini dediyi kimi yerinə yeritdi.Bəs görəsən, hal-hazırda tanıdığımız hansı dünyaca məşhur sənətçi məhz Benvenuto Çellininin güzgüsü sayəsində parlamaqdadır?!Belə bir söhbət gəzir ki, güzgünün hazırki sahibəsi – fransız aktrisası Katrin Denevdir.İndi o, 71 yaşındadır, ancaq hələ də inanılmaz gözəlliyə malikdir. Kim bilir, o, güzgünü necə əldə edib? Və ya güzgü onu necə gedib-tapıb? Bəlkə də, bu – bir dost, mason, aktyor, bir sözlə – Jerar Depardyenin bəxşişi olub? Axı masonlar həmişə Yerdə mövcud olan bütün fövqəladə gücə malik əşyaları saxlayıblar. Bilinmir… Ancaq kim bilir, bəlkə də Katrin Denev haçansa öz uğurunun və gözəllik sirrinin üstünü açacaq?
['heykəltəraş Benvenuto Çellini', 'güzgü']
1,789
https://kayzen.az/blog/fotosessiya/16213/kreativ-yast%C4%B1qlar.html
Kreativ yastıqlar
Apollon
Fotosessiya
7 iyul 2014, 18:26
['fotosessiya', 'fotopost', 'yastıqlar', 'kreativ yastıqlar']
1,790
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/15686/italiyan%C4%B1n-sevgi-allah%C4%B1-%7C-eros-ramazzotti.html
İtaliyanın sevgi allahı | Eros Ramazzotti
Apollon
böyük musiqiçilər
7 iyul 2014, 15:29
İtalyan musiqisi sərhəd tanımır — o, gözəldir, incədir, o, həyatın bir parçası, bəlkə, elə özüdür...  Adriano Çelentano, Toto Kutunyo, Albano, Rikkardo Foli, Pupo, Ricchi e Poveri, Nino D’Ancelo, Laura Pauzini və daha onlarla əvəzedilməz səs — italyan səsi, ruhu… Bu gün isə onlardan biri — Eros Ramazzotti barədə danışacağıq... Ya musiqi, ya futbol... Eros Ramazzotti: “Yuventus” klubuna azarkeşlik edirəm. Uşaq ikən professional futbol klubunda oynayırdım. Məşqçilər heç də pis oynamadığımı söyləyirdilər. Professional futbolçu ola bilərdim, lakin futbol və musiqi arasında seçim etməli oldum, musiqini seçdim”. Bu yaxınlarda 50 yaşını qeyd edəcək yaraşıqlı italyan ifaçısı Eros Ramazzotti artıq otuz ildir ki, səhnədədir, fəqət günü bu gün də onun ulduzu parlayır, o sevilir, onun fərqli ifa tərzinə, musiqisinə tələbat var…  İfaçının duet oxuduğu ulduzlar arasında Adriano Çelentano, Andrea Boçelli, Co Koker, Tina Törner, Karlos Santana, Luçano Pavarotti kimi nəhənglər olub...  Eros Ramazzotti: “Mən sevgi haqda o qədər mahnı ifa etmişəm ki… Düzdür, yaradıcılığımda sevgidən başqa da mövzulara yer ayırmışam...” “Ən gözəl”… Səninlə olarkən ehtiras gərəkdir və bir az da dəlilik... Eros Ramazzotti İtaliyanın ən uğurlu, ən sevilən səs sahiblərindəndir. Əsl adı Eros Luçano Uolter Ramazzotti olan yaraşıqlı italiyalı uşaqlıqdan musiqi ulduzu olmağı və özünü tamamilə musiqiyə həsr etməyi arzulayırdı. O, kasıb ailədə dünyaya gəlmişdi. Bu vacib deyil, məgər kasıb uşaqlar xəyal qura bilməzlər? Və əsas sual, kim deyib ki, kasıb uşaqların arzuları həyata keçmir? Fəqət bir incə məsələni mütləq qeyd etməliyik: Kino və musiqinin beşiyi sayılan İtaliyada arzular mütləq həyata keçir, keçməlidir. başqa yol yoxdur... “Mənim üçün ömürlük” ...  “Sevgi allahı” Eros Ramazzotti 1963-cü ilin 28 oktyabrında Romada anadan olub. Ailə elə də imkanlı deyildi. Ancaq nəyə də imkanları çatmasa, oğullarına gitara almağa pulları vardı. Erosa alınan həmin gitara onun gələcək taleyinin həll edir... Hər şey necə başladı? Heç xatırlamıram, Səninlə bağlı olan bu sonsuz xatirələr, Nə zamandan ömrümün qadını oldun?... Məktəbi bitirdikdən sonra Eros konservatoriyaya daxil olmağı planlaşdırsa da, buraxılış imtahanlarında uğursuzluğa uğrayır və ona aid olmayan yolu seçir. Mühasibat kurslarına yazılan gələcək meqa ulduz, bu sahənin ona aid olmadığını vaxtında başa düşür və mühasibatın daşını atıb, öz yolu ilə addımlamağa başlayır... 1984-cü ildə Eros San-Remo festivalında “Terra promessa” mahnısı ilə çıxış edir. Debüt uğurlu olur... “Başqa sən” — Sənin qısqanclığından ötrü darıxmışam... 1993-cü ildə işıq üzü görən “Tutte storie” albomundan sonra Eros Ramazzottinin möhtəşəm səsi ilə artıq bütün dünya tanış olur. Albomdan olan “Cose della vita”, “Un'altra te” xüsusilə sevilir və ifaçıya milyonlarla pərəstişkar qazandırır.  Yaşamaq yaxşıdır, yoxsa yox, bilmirəm,  Günlərdən asılıdır, xatirələrimdən asılıdır. İndi gördüyün kimi, sənin barədə düşünürəm. Sanki heç nə dəyişməyib, Harada olmuşuq, bundan sonra harada olacağıq... Sənin haqda düşünürəm, İkimiz barədə düşünürəm... *** Sənin al-qırmızı dodaqlarına toxunaraq ölmək istəyirəm... «Piu bella cosa”, “Cosa della vita”, “un'altra te”, “Fuoco nel fuoco”, “L'ombra del gigante”, “Più che puoi”, “Musica è”, “Un Angelo Disteso Al Sole”, “Per me per sempre”, “Dove c'è musica” ... İfaçı həm italyan, həm ispan dilində ifa edir. Eros Ramazzotti: “İspan dilinə çox vaxt ayırıram, düzgün tələffüz üzərində işləyirəm. Deyilənə görə, yaxşı alınır. Lakin hər iki dil o qədər gözəldir ki, hər bir halda, gözəl səslənir”. Sizi nə ilhamlandırır sualını isə italiyalı ulduz belə cavablandırır: “Heç nə məni narahat etmirsə, rahat musiqilərimi bəstələyirəm. Əsəbi olanda isə musiqi düşündüyüm ən son şey olur” İtaliyalı ulduz iki dəfə evli olub. İlk həyat yoldaşı sarışın gözəl teleaparıcı Mişel Huntsiker ifaçıya Avrora adlı qız bəxş edir. Eros Mişeli çox sevirdi, lakin… həyat yoldaşının ailəyə az diqqət ayırması ifaçını qıcıqlandırırdı: “Qızım anasını efirdə daha çox görür, nəinki evdə”. Beləcə, sevgi üstündə qurulan ailə üç ildən sonra dağılır...  Eros Ramazzotti bundan sonra daha heç vaxt aşiq olmayacağını düşünürdü, fəqət… 2009-cu ildə italiyalı ifaçı Wind Music Awards musiqi festivalında Marika Peleqrinelli adlı xanımla tanış olur. Marika, həqiqətən, gözəldir və bu gənc, gözəl xanım məşhur həyat yoldaşını 47 yaşında ikinci dəfə ata etdi!. Eros Ramazzotti: “Mən aşiq oldum və başımı itirdim. İndiyə qədər heç bir qadını belə sevməmişdim...” Vaxt keçir və həyatda ən əsas şeyin yenə də sevgi olduğunu görürsən. Ola bilsin, müasir dövrdə bu bir az banal səslənəcək, ancaq bu belədir. Sizi əmin edirəm ki, sevgidən daha vacib başqa bir şey mövcud deyil!” “Per me per sempre”… Gözlərimin qarşısında günəş kimi saçırsan, Sonsuz ürək döyüntüləri, Sonsuz sevinc... © Aytən Cavanşir
['musiqi', 'böyük musiqiçilər', 'Eros Ramazzotti']
1,791
https://kayzen.az/blog/ramazan/16305/ramazan-ay%C4%B1nda-%C9%99n-%C3%A7ox-oruc-tutan-%C3%B6lk%C9%99l%C9%99r.html
Ramazan ayında ən çox oruc tutan ölkələr
Apollon
Ramazan ayı
7 iyul 2014, 15:26
Müsəlmanlığı bildirən əsas amillərdən biri oruc tutmaqdır. Bəzi ölkələrdə orucun müddəti 9 saat, bəzilərində isə 21 saat olacaq. Məlumata görə, bu rəqəm Yaxın Şərqdə 14-15 saat müddətində olacaq. Mənbənin məlumatına görə, dünya ölkələrində oruc tutma müddətinin 12 saata qədər fərqli və fasiləli olması təbiidir. Bu ondan irəli gəlir ki, bu məsələ yalnız şəri vaxtlarla hesablanmalı və ölçülməlidir. Bəzi ölkələrdə orucun müddəti 12-13 saat olsa da, bəzi ölkələrdə bu müddət 20-21 saatadək davam edir. Ən az oruc tutan ölkə Argentina olacaq. Burada müsəlmanlar 9 saat 30 dəqiqə oruc olacaqlar. Afrika qitəsində 10 və 16 saat 30 dəqiqə arasında dəyişir. Cənubi Afrikada müsəlmanlar 10 saat yarım oruc tutacaqlar. Əlcəzair, Liviya, Mərakeş və Sudanda yaşayan müsəlmanlar 14 saat, Tunisdə 15 və Misirdə 16 saat 30 dəqiqə oruc tutacaqlar. Avstraliyaya gəlincə, burada yaşayan müsəlmanlar 10 saat oruc tutacaqlar. Halbuki Asiya qitəsində Sinqapur, Hindistan, Pakistan, Malaziya müsəlmanları iftarı 12 saat gözləməli olacaqlar. Qonşu İranda müsəmanlar 16 saat 40 dəqiqə oruc tutacaqlar. İraq, Suriya, Küveyt və İordaniyada 14 saat, Qətərdə 14 saat 40 dəqiqə, Yəməndə 14 saat 50 dəqiqə, Ərəb Əmirliklərində 14 saat 51 dəqiqə, Fələstin, Livan, Bəhreyn və Ərəbistanda isə 15 saat oruc tutulacaq. Avropaya doğru irəlilədikcə oruc saatı gedərək uzanır. Ən uzun oruc saaatı isə Danimarkada olacaq, 21 saat. İslandiyanın paytaxtı Rekyavik, İsveçin Kiruna və Norveçin Tromse şəhərlərində Ramazanın ilk günü 22 saata yaxın oruc tutulacaq. Stokholm, Oslo, Kopenhagen və Helsinki kimi şəhərlərdə isə müsəlmanlar 21 saata yaxın oruc qalacaq. İspaniya və Türkiyədə 17, İngiltərə və Almaniyada isə 16 saat oruc tutulacaq. Bundan başqa Amerikada müsəlmanlar 15 saat iftarı gözləməli olacaqlar. Meksikada isə bu müddət 13 saat olacaq. Azərbaycanda isə oruc tutanlar təxminən 17 saat 30 dəqiqə iftarı gözləməli olacaqlar. azens.az
['Ramazan', 'oruc tutmaq']
1,792
https://kayzen.az/blog/futbol/16303/d%C3%BCnya-futbol-kubokunun-ke%C5%9Fm%C9%99ke%C5%9Fli-taleyi.html
Dünya Futbol Kubokunun keşməkeşli "taleyi"
Apollon
Futbol
6 iyul 2014, 16:18
Kubok çox maraqlı səyahətlər etmişdir.Yəni ki, ölkədən — ölkəyə keçərək, özünəməxsus səyahətlər etmiş və bununla bərabər “başına” bəlalar gəlmişdir. Belə ki, Dünya Futbol Kuboku II Dünya Müharibəsi illəri dövründə neçə-neçə illər İtaliya Futbol Federasiyasının prezidentinin çarpayısı altında gizlədilərək, saxlanmışdır. 1966-cı ildə İngiltərədə keçirilən Dünya Çempionatında “təqdim etmə” zamanı oğurlanmış və bir həftədən sonra bir təsadüf nəticəsində tapılmışdır. Bu hadisə belə olmuşdur: Piklz ləqəbli iti sahibi London bağlarının birində gəzdirərkən, bağın ucqar bir yerində itin qazonunu eşerək hürməsini görür və həmin yerə yaxınlaşıb baxarkən, iri bir qızıl kubok görür. İtin sahibi tez polisə xəbər verir. Beləliklə, bir həftədən sonra oğurlanmış Qızıl Kubok xoş bir təsadüf nəticəsində, Piklz ləqəbli itin sayəsində tapılmış olur. 1983-cü ildə isə həmin kubok (bu kubok 1970-ci ildə Braziliyaya həmişəlik verilmişdi) Braziliyadan oğurlanaraq, bir dəfəlik yoxa çıxaraq qeyb olur və indiyədək tapılmamışdır. İndiki, hal-hazırda dövriyyədə olan Dünya Futbol Kubokunun dəyişdirilməsi ən azından 2038-ci ilədək nəzərdə tutulmur və heç bir ölkənin yığmasına da hələki, həmişəlik verilməyəcəkdir. Dünya Futbol Kuboku (FİFA dünya kuboku) maraqlı və keşməkeşli bir “tale” yaşamışdır. 1930-cu ildən (ilk dünya çempionatı keçirilən ildən) 1970-ci ilədək futbol üzrə Dünya kuboku – “Jül Rime kuboku” adlandırılırdı. Bu kubok ilk dəfə 1930-cu ildə Uruqvayda keçirilən Dünya Çempionatının qalibi olmuş yerli Uruqvay yığmasına təqdim olunmuşdur. 1970-ci il Meksikada keçirilən Dünya Çempionatından sonra bu kubok Braziliya yığmasına 3-cü dəfə dünya çempionu olduğuna görə həmişəlik verildi və 1974-cü ildən kubok – FİFA dünya kuboku adlandırıldı. Bu yeni kubok isə həmişəlik olaraq heç bir ölkə yığmasına verilməyəcək. Kubok keçici olaraq, yığması çempion olan ölkəyə, sonra da yeni çempion olan ölkəyə gedərək, daima səyahət edəcəkdir. azens.az
['futbol', 'futbol kuboku']
1,793
https://kayzen.az/blog/24199601/16275/son-s%C3%B6zl%C9%99r.html
Son sözlər
24199601
Bloq: 24199601
5 iyul 2014, 16:31
Elə dahilər var ki, onların yaşayarkən dediyi sözlər onlardan sonrada yaşayır. Mən isə onlardan bəzilərinin ölərkən dediyi son sözləri yazmaq istərdim.Bağışla, Tanrım. — Rotterdamlı ErazmBir nərdivan, tez bir nərdivan gətirin. — Nikolay QoqolBir az daha işıq. — İohann Volfqanq GöteBu da mənim üçün yeni bir təcrübə olacaq. — Bernard ŞouBu cəhənnəmin alçaq varlıqlarına çox düşkünəm və onların həsrətini çəkirəm. — Rixard VaqnerBu möhtəşəm müharibə məni bitirdi. — Yozef HaydnHər şey bitdi, artıq çox gecdir. — Corc BayronHər şey çox gözəl olacaq. — Dursun QaradaşHər şeydən elə sıxıldım ki… — Uinston ÇörçillKomediya bitdi. — Lüdviq van BethovenQara bir işıq görürəm. — Viktor HüqoMən vəzifəmi burada bitirirəm. — Albert EynşteynMəzarıma nə şəkil, nə də heykəl, heç bir şey qoymayın. — Ejen DelakruaÖlümün dadı, dilimin ucunda bu dünyadan olmayan bir şey hiss edirəm. — Volfqanq Amadey MotsartNiyə də olmasın? Nə də olsa öz malıdır. («Tanrı ruhunu bağışlasın» deyən keşişə qarşılıq olaraq) — Çarlz ÇaplinYa divar kağızı gedir, ya da mən. — Oskar UayldAzərbaycan, Azərbaycan, Azərbaycan. — Məhəmməd Əmin Rəsulzadə
["''"]
1,794
https://kayzen.az/blog/psixologiya/16036/yaln%C4%B1zlar%C4%B1n-g%C3%BCc%C3%BC.html
Yalnızların gücü
Apollon
Psixologiya
4 iyul 2014, 16:09
«The Boston Globe”da maraqlı bir yazı çıxdı, ola bilsin nəzərdən yayınıb. Adı belə idi: “Yalnızların gücü” Məqalədə, başda Harvard Universiteti olmaqla, hal-hazırda aparılan müxtəlif elmi araşdırmaların nəticələrinə görə, yalnız uşaqların, yalnızlığı sevən gənclərin, ümumiyyətlə yalnız insanların empatiya gücü yalnız olmayanlarla müqayisədə daha yüksəkdir. Başqa bir ifadəylə, fasiləsiz olaraq qrup psixologiyası ilə hərəkət edən, özünü hər-hansı kollektivin üzvü hesab edən, müstəqil bir şəxsiyyətə malik olmayan insanlar, hansı sosial statusa malik olursa olsun, arada bir tək qalmağı sevən insanlarla müqayisə edildikdə, başqasına anlayış göstərməkdə, tolerant olmaqda, digərlərinə nəvaziş göstərməkdə daha geridə qalırlar. O halda yalnız insanlar zənn etdiyimiz kimi, asosiyal, bacarıqsız və kədərli deyillər. Müxtəlif universitetlərdə keçirlən təcrübələr yalnız insanların, digərlərinə nisbətən daha xoşbəxt olduqlarını göstərir. Tez-tez başqalarıyla vaxt keçirməyin insanı yoran, insanı narahat edən bir tərəfi var. Bu cümləni çox eşitmişik “İnsan sosial varlıqdır”. Sosial həyatda aktiv olmağa, tez-tez başqalarıyla vaxt keçirməyə ehtiyac duyuruq. Görəsən belədirmi? Bu iddia bir az qəribə görsənə bilər, fəqət düşünməkdə xeyir var. Bəlkə də biz, Türkiyədə həddindən artıq sosiallaşırıq? Gözəl dostluqları nəzərdə tutmuram. Onlara çörək, su kimi ehtiyacımız var. Maraqlı bir söhbətin, gözəl dostların iştirak etdiyi məclisin yeri hər zaman başqadır. Amma boş-boşuna, yararsız, maraqsız, sırf ətrafa adaptasiya olmaq üçün keçirdiyimiz günlər, saatlar, hətta həftələr, aylar, illər var. Sosial axıntının təsirinə düşərək indiki gənclərin sözləriylə desək “elə belə, vaxtı öldürürük”. Bax bunların heç kimə faydası yoxdur. Bəli, insan sosial varlıqdır. Eyni zamanda insan yalnız qaldıqda çox şey istahsal edən bir varlıqdır. Bəlkə də bu gün ən vacib, ən böyük çatışmazlıqlardan biri də budur – lazımınca yalnız qalmırıq, ya da qala bilmirik. Qala bilmirik, çünki həyat təkrarlar üzərində qurulub. Ritm budur, şərait budur və biz bu şəkildə yaşamağa öyrəşmişik. Necə olsa hər şey öz axarında gedəcək. Bu barədə çox düşünmürük. Bunu bir acizlik, bir zəiflik kimi qəbul edirik. Ətrafda başqaları olduqda, çoxluğun içində olduqda, özümüzü daha təhlükəsiz hesab edirik və ya daha uğurlu, daha xarizmatik, daha xoşbəxt. Ətrafa bu gözlə baxırıq. Birbirimizin yalnızlığına hörmətlə yanaşmırıq. Məsələn bir kafedə, bir parkda, şəhərin mərkəzində, universitetdə yalnız oturub nəsə qaralayan, oxuyan, düşünən, öz daxili aləminə çəkilən insan çox azdır. Halbuki sənət, fəlsəfə, ədəbiyyat, düşüncə, dərinlik həmin yalnızlıqdan törəyir. Özümüzlə yalnız qaldığımız nadir anlardan. Tərcümə: Emin Əliyev
['tənhalıq', 'yalnızlıq', 'yalnızların gücü']
1,795
https://kayzen.az/blog/Bilirsinizmi/16287/bumeranq-haqq%C4%B1nda-maraql%C4%B1-faktlar.html
Bumeranq haqqında maraqlı faktlar
Someone
Bilirsinizmi?
4 iyul 2014, 15:11
 İnsanoğlunun köhnə tarixlərdəki primitiv silahı BumeranqBumeranqın tarixçəsi: Ümumiyyətlə, bumeranq yalnız Avstraliya Yerliləri nə xas olduğuna inanılırsada, bu doğru deyil. Buna bənzər silahlar, son zamanlara qədər, cənub və şimal-qərb Hindistan Yerliləri və ABŞ-nin cənub-qərbində yaşayan Hopi Qırmızıdərililəri tərəfindən də istifadə edilirdi. Tarix əvvəli avropalıları və Köhnə Misirlilər də bumeranq istifadə edərdilər. Misirın daha sonrakı dövrlərində (E.Ə 1500 ətraflarında) Nil bataqlıqlarında bumeranglarla quş ovlamaq, Misir əsilzadələri tərəfindən sevilən və tutulan bir idman olmuşdur. Buna görə bumeranq atmanın, insanoğlunun ən köhnə idmanı olduğu qarşıya sürümüştür. Bumeranq, indiki vaxtda Avstraliya, ABŞ və bəzi ölkələrdə sporamacıyla istifadə edilməkdədir. Bumeranq nədir? Bumeranq deyilincə, atıldığında atana geri dönən qıvrım bir sopaya bənzəyən bir alət ağla gəlir, lakin əslində bumeranq geri dönən və dönməyən olmaq üzrə iki növü var. Ən çox bilinəni, yüngül taxta, plastik və ya bənzər başqa bir vəsaitdən xüsusi olaraq hazırlanmış olan geri-dönən bumeranq. Bunlar ənənəvi olaraq bir-birinə birləşdirilmiş iki qanaddan meydana gələn və banana bənzər bir şəklə sahib alətlər, ancaq indiki vaxtda üç ya da daha çox qanadlı, dəyişik şəkildə edilmiş bumeranglar da tapmaq mümkün. Doğru fırlatıldığında bumeranq havada dairəvi bir yol izləyərək atana geri dönər. Geri-dönən bumeranglar, geri dönməyən bumeranglardan törəmiş. Geri dönməyən bumeranglar da qövslü taxta parçaları, ancaq həm daha ağır, həm də boyları daha uzun (1 metr ətrafı) və xüsusi olaraq hazırlanmış geri dönməyi təmin edən qanadları yox. Qövslü şəkilləri havada rahatca fırladılamasına imkan verir, nişan alması asan və havada sürətli hərəkət etdikləri üçün yaxşı bir ov aləti olmuşlar. Ayrıca üz-üzə döyüşlərdə silah olaraq geri dönməyən bumeranglar da istifadə edilmişdır. Bumerangda uçmağı nə təmin edir? Düz bir çubuğu havaya fırlatdığımızda bir müddət gedər və yerə düşər. Çubuğun şəklini dəyişdirmək, onun havada daha çox qalmasını və sizə geri dönməsini təmin edir. Bumeranqı sadə bir çubuqdan fərqli edən ilk xüsusiyyət, onun ən azı iki komponentdən meydana gəlmiş olmasıdı. Bu onun bir mərkəz nöqtə ətrafında dönməsini, və havada gedərkən hərəkətinin sabitləşdirmək olmasını təmin edir. Bananı xatırladan klassik bumerangda, tək bir vahiddən birləşdirilmiş iki qanad var. Qəribə uçuş yolunun açarı da onsuz da bu qanadlar. Qanadların yüngül bir yamacında, və aerodinamik profile sahib bir dizaynı var. Eyni təyyarə qanadında olduğu kimi, qanadların bir tərəfi dairəvi, digər tərəfi isə düz. Bu dizayn, qanadda qaldırma təmin edir. Hava parçacıqları, qanadın üst hissəsi boyunca, alt hissəsinə nisbətən daha sürətli hərəkət edərlər, bu da dəyişik bir hava təzyiq yaradır. Qanad hərəkət etdiyində, üstünə nisbətlə altında daha çox təzyiq olduğundan qaldırılma xüsusiyyəti qazanır. Bumeranq özündə heç bir yerə tutturulmamış bir pərvanədir. Təyyarənin önündəki ya da vertolyotun təpəsindəki kimi pərvanələr, qanadlarını çevirərək havada irəli doğru bir güc meydana gətirərlər. Bu güc, pərvanəyə mərkəz nöqtəsi olan ox üzərində təsir edər. Bir vasitəsi təyyarə ya da vertolyot kimi hərəkət etdirə bilmək üçün, pərvanəyə bu oxu tutdurmaq lazımdır. Klassik bumeranq pərvanə oxu xəyalidir, heç bir şeyə tutturulmamış olduğu aşkardır, lakin pərvanələrin özü, qanadın qaldırmasıyla irəli doğru hərəkət sayəsində hərəkət edir. Bumeranq necə geri dönər? Helikopter ya da təyyarədə pərvanə, vasitə tamamilə işə başlamadan əvvəl dönməyə başlar. Bumerangda isə bunun əksinə, fırlatıldığında, dönər pərvanə hərəkətinə əlavə olaraq havada uçaraq təcil qazanar və irəliləyər. Qanad havada daha sürətli hərəkət etdiyində altından daha çox hava keçər. Bu daha çox qaldırma deməkdir, çünki qanad artan kütləni aşağı doğru itələmək üçün daha çox qüvvət tətbiq etməlidir. Bu səbəbdən bu, bumeranq dönən pərvanəsinin çevrilin üst nöqtəsində sanki davamlı olaraq biri tərəfindən itiliyormuş kimi bir təsir yaradar. Bir təkər, təyyarə pərvanəsi ya da bumeranq kimi dönən bir obyekti tək bir nöqtədən iterseniz, alət gözlədiyiniz kimi reaksiya verməz. Məsələn dönən bir təkəri iterseniz, həqiqətən sövq etdiyinin nöqtədən 90 dərəcə fərqli bir nöqtədən itilmişçesine reaksiya verər. Burada bir növ gecikmiş reaksiyadan söz etmək mümkün, və təzyiq, itələmə, vurma kimi tətbiq olunan qüvvə, həqiqətən tətbiq nöqtədən 90 dərəcə uzaqda ən güclü şəkildə hiss edilir. Velosiped istifadə edərkən əllərinizi buraxmağı denediyseniz, bu təsiri yaşamısınız. Velosipedin üzərindəykən ağırlığınızla təkərə tətbiq olduğunuz qüvvət, onun aşmasına deyil sağa ya da sola dönməsinə səbəb olar. Əslində bumerangda olan da eynilə bu təsirdir. İki qanad arasındakı sürət fərqi, dönməkdə olan bumeranq təpəsində sabit bir güc tətbiq, bu da əslində dönmənin ön cəbhəsində, qabaqcıl kənarında hiss edilər. Bu səbəbdən eyni yanlara doğru meyl velosiped təkərini olduğu kimi, bumeranq da davamlı olaraq sağa ya da sola dönər və bir dairə çəkərək atana geri dönər. Bumeranq səyahətində beş faktor  var: · Cazibə · Pervanə hərəkəti · Atış şəkli · Qanadların stabil sürəti tərəfindən ibarət olan qüvvət · Hakim külək Bumeranq iş prinsipinin ardındakı fizika güclərini anladıqdan sonra son dərəcə məntiqli bir alət olduğu görülər. Lakin ilk insanın elə asan asan icad edə biləcəyi qədər sadə bir alət də deyil doğrusu. Antropoloqlar, yoxlama-yanılma nəticəsində əldə edildiyinə inanırlar. Bumeranq mucitlerinin Avstraliya yerliləri olan Aborijiniler olduğu bilinir. Geri dönməyən bumerangların ən köhnəsinin isə, Polşada olan nümunələrindən günümüzdən 20.000 il əvvəl istifadə müəyyən olunmuş. Bumeranq həqiqətən insanoğlunun etdiyi ilk uçan maşın sayıla bilər. Bu səbəbdən təyyarənin, vertolyotun kəşfinin atası sayıla biləcək bumeranq, fizikaya maraq duyan hər kəs üçün əhəmiyyətli bir öyrənmə vasitəsidir. Bumeranq və Bənzərləri: Bumeranglar (atma çubuqları), tarix əvvəlindən bu yana silah olaraq istifadə edilmişdir və günümüzdədə dünyanın müxtəlif bölgələrində istifadə görülməkdədir. Cənubi Afrika qəbilələrinin istifadə Topuzlu dəyənək kimi silahlar, uzunluğu 30 sm ilə bir metr arasında dəyişən, yumru kəsikli taxta çubuqlar. Bunlar, eynilə atılan bir daş kimi, düz bir balistik yol izləri və ən çox 50 metr uzağa gedə bilərlər. Bununla birlikdə, kimi bölgələrdə, havada dayana bilmək üçün aerodinamik qaldırma gücündən faydalanan, bir az daha inkişaf etdirilmiş şəkildə sopalara rast gəlinər. Avstraliya bumeranq 'ı bu cür çubuqları tipik bir nümunəsidir. Hər Bumeranq Geri Dönməz: Ümumiyyətlə, bütün bumerangların atan adama geri dönəcəyinə inanılar. Ancaq bumerangların çoxu növü, düz bir yol izləyəcək şəkildə hazırlanmışdır və 200 metr qədər uzağa gedə bilərlər. Bərabər boy və çəki bir sopaya nisbətlə, bumeranq daha uzağa fırlada bilməsinin səbəbi, havada uçarkən yüksəlməsini təmin edən «AEROFIL» kesitinin. Bu qaldırma gücü, AEROFIL formanın mərkəzində təsirini göstərməz. Bumeranq dümdüz ediləcək olsaydı, hava axınını yan alacaq şəkildə dönər və yerdən yükselemezdi. bu səbəblə bumeranglar əyriləri və çevirilərək fırladılırlar. İki qanad, eynilə bir pərvanə kimi dönərək bumeranq tarazlıqlar. Qanadlar, sürətlə dönən bir cayroskop 'un tarazlıq tapması kimi, külək axınına qarşı həmişə kiçik bir bucaq verərək həm hava müqavimətini azaldır, həm də yerdən lazımınca yüksələr. Mənbəyi uçan bir bumerangte qanadlar, bütün qaldırma gücü bumeranq ağırlıq mərkəzini təsir edəcək şəkildə hazırlanır. Bu bumeranglar, dönmə müstəvisi az qala üfüqi olacaq şəkildə fırlatılır, beləcə, uçuş əsnasında qaldırma gücü, cazibənin tərsi cəhətdən təsirlidir. Bumeranga, fırlanma sürəti uçuş əsnasında dəyişməyəcək bir şəkil verilmişdir. Yolun sonuna doğru sürətini itirsə belə, sürətlə dönən qanadları, hədəfə şiddətlə çarpar. Bumeranq, yerdən ancaq 1,5 metr qədər yüksəklikdən yol aldığı üçün, mizraq kimi yüksəkdən atılan silahlara nisbətən daha yaxşı və müvəffəqiyyətli nişan Alama təmin edər. Avustualya yerliləri bumeranq, kenquru kimi heyvanları avlamakta və qəbilə döyüşlərində silah olaraq istifadə etmişlər. Geri Dönən Bumeranglar: Bu cür bumeranglar, gündəlik həyatda çox əlverişli olmadığından, Avstraliya yerliləri arasında, düz gedən bumeranq növlərinə nisbətən daha az istifadə edilər. Formaları, düz gedən bumeranglara görə ancaq detallar cəhətdən fərqlidir; lakin ümumiyyətlə daha kiçik və daha yüngüldürlər. Geri dönən bumerangların bir ucdan bir uca uzunluğu 45 — 75 sm, ağırlılarıda 110 — 280 qram arasındadır. Mənbəyi gedən bumerangların boyu isə 60 — 90 sm, ağırlıqları 200 — 400 qram arasında dəyişir. Geri dönən bumerangların bir özellliği, boylarının və ağırlıqlarını kiçikli, ayrıca, əyik formalarıdır. Qanadlar arasındakı bucaq, ümumiyyətlə 90 ° — 130 ° arasındadır. Mənbəyi gedən bumeranglarda bu bucaq 150 dərəcəyə qədər çıxa bilər. Adındanda aydın olacağı kimi, geri dönən bumeranglar, fırlatana geri dönəcək şəkildə fırlatılır və usta əllərdə, diametri 27 — 54 metr arasında dəyişən geniş, düz bir dairə çəkərlər. Bumeranq bu dairəni, yerdən 1-2 metr yüksəklikdə çəkər. Bu, tipik bir yoldur, amma başqa yollarda cəkə bilər. Mənbəyi gedənlərin tərsinə, geri dönən bumeranglar, dönmə müstəvisi dərhal dərhal şaquli olacaq şəkildə fırlatılır. Dönme müstəvisi, dik xəttin sağına doğru (sağ əllə atılmış bir bumerangda) 20 ° qədərdir və qanadların qıvrım yanı yuxarıya gelniştir. Bumeranq müstəvisinə şaquli təsir edən qaldırma gücü, biri şaquli o biri üfüqi iki ayrı komponentdən meydana gəlmiş kimi də düşünülə bilər. Kiçik olan, dikinə komponent, bumeranq ağırlığına qarşı qoyaraq onu havada tutmağa fayda. Daha böyük olan üfüqi güc isə, bumeranq sola doğru sürətlənməsini təmin edər. Geri dönən bumerangların qanad forması, düz gedən bumeranglara nisbətlə daha az inkişaf etmişdir və qaldırma gücü, ağırlıq mərkəzini təsir etməz. Yuxarı qanad, aşağı kanada nisbətlə havanı daha sürətli kəsər; beləcə yuxarı qanad, daha böyük qaldırma gücü təmin etmiş olar. Buna görə, iki qanadın ümumi qaldırma gücü, ağırlıq mərkəzinin üzərindəki bir nöqtəni təsir edər; bu da bumeranq, saat qollarının tərsi istiqamətində yatırır. Bununla birlikdə bumeranq, bir tərəfdən daha sürətli döndüyü üçün bir cayroskop kimi davranar və eğileceği yerdə sola dönər (presisyon). Bunu uçduğu müddətcə yeptığı, dayanmadan döndüyü və yana doğru sürətləndiyi üçün də, təxminən olaraq bir dairə çəkərək atıldığı nöqtəyə dönər. Geri dönən bumeranglar, dönmə müstəvisi az qala şaquli olacaq şəkildə fırlatılmakla birlikdə, uçuşun sonuna doğru, ümumiyyətlə üfüqi dönmə müstəvisinə girərlər. Qanadların əyik yanları yuxarı gəlmişdir və ümumi qaldırma gücü, ağırlıq mərkəzinin həm qarşısında, həm də yuxarısındakı bir nöqtəni təsir etdiyi üçün, bu yana doğru eğilmişlerdir (beləcə bumeran, həm yuxarıda izah edildiyi kimi dikinə bir ox, hemde üfüqi bir ox ətrafında dönər). Bu əyilmə bumeranq dönməsi üçün tələb olunur; çünki bumeranq azaldıqca, ümumi qaldırma gücünün daha böyük bir nisbətində, antigravity qoymaq üçün, yuxarı yönəldilməsi lazım olacaq. Bumeranq müstəvisi üfüqi olunca, uçuşun sonuna doğru, bütün qaldırma gücü yuxarı doğru təsirini göstərər və bəzən bumeranq, ağır ağır yerə düşmədən əvvəl, bir neçə saniyə havada salınır (usta bir başlatma, bumeranq fırlatırken bucaq və sürətdə edəcəyi yüngül dəyişikliklər, dairəvi uçuşa bu kimi Varyasyonları qata bilər ). Geri dönən bumeranglar, bir zamanlar quş avlamada, xüsusilə quşları ürküdüb yuvalarından qaçırmaq üçün istifadə edilmişdir. Avstraliya yerliləri bumeranq, əyləncə amcıylada istifadə edərdilər. Sahib olduqları xüsusi aerodinamik quruluş sayəsində fırlatıldıklarında sahiblərinə geri dönmə xüsusiyyətinə sahib bumeranglar çoxumuz üçün hələ də bir naməlum olmağa davam etməkdədir.   
['maraqlı məlumatlar', 'Bumeranq', 'Bumeranq tarixçəsi']
1,796
https://kayzen.az/blog/dua/15662/b%C9%99r%C9%99kallah-n%C9%99-dem%C9%99kdir.html
BərəkAllah nə deməkdir?
Apollon
Namaz, dua, zikr
3 iyul 2014, 21:41
Bərək Allah uca Allahın adını istifadə edərək tərifləməkdir. Bərekallah dediyimizdə Allahın bizə bəxş etdiyi neməti özümüz üçün mübarək etməsini söyləyərik. Allahın sənə bəxş etdiyi şeyin mübarək olmasını diləmiş olursan. Allah hər şeyə sahibdir və onun bəxş etdiyi hər şeyə şükür etmək lazımdır. Qorumaq istədiyiniz bir şeyə Maşallah Bərəkallah deməyiniz yetərlidir. Allah onu qoruyacaq. Sevdiyimiz şeyləri Allahın adıyla qoruyuruq. BərəkAllah – Allah mübarək etsin deməkdir. azens.az
['zikr', 'BərəkAllah']
1,797
https://kayzen.az/blog/daily-problems/16279/s%C9%99m%C9%99r%C9%99li-yox-dem%C9%99yin-7-yolu.html
Səmərəli “yox” deməyin 7 yolu
Someone
Gündəlik həyatın çətinlikləri
3 iyul 2014, 16:19
“Yox”, “Xeyr” demək və yaxşı əlaqələr saxlamaqda çətinlik çəkirsiniz? Günahınızı hiss etmədən sərhədlərinizi yaradın. Bir çox qadınlar və kişilər ənənəvi olaraq xeyr deməkdən çəkinirlər, xüsusilə hakimiyyət (səlahiyyət) fiqurları ilə üzləşəndə. Bəzilərimizə gənc yaşlardan valideynlərimizə, qohumlarımıza, müəllimlərimizə yox deməmək tövsiyyə edilir. Qarşıdurma və eqoizmdən qaçaraq özünü təqsirləndirməyə görə insana tez-tez qorxu hissi olur. Əlbəttə ki, bu  sərhədlərimizi və öz prioritetlərimizi qorumaq üçün lazımı zamanda «yox» demək vacibdir. «Yox» demək və yaxşı əlaqələr saxlamağın 7 yolu Məsələn, dostunuz sizdən avtomobilinizi almağı xahiş edirsə, siz verməyə narazısınızsa bu fikirdən ya birbaşa yox deməyi,ya da siyası yolla imtina etməyi seçərdiniz.  “Mən avtomobilimin yeganə insan tərəfindən idarə olunmasına üstünlük verirəm»“Mən öz avtomobilimi verməməyi tərcih edirəm.” “Avtomobili vermək mənim işim deyil.” “Mənim öz istifadəm  üçün avtomobilimi saxlamağım vacibdir.”“Təəssüf ki, mən avtomobilimi sizə  təqdim etmək niyyətində deyiləm." “Başqasının mənim avtomobilimi idarə etməsindən rahatsız oluram.” “Mən özəmə söz vermişəm ki,başqa  insanların avtomobilimi idarə etməsinə icazə verməyəcəyəm”
['münasibətlər', 'yox dəmək']
1,798
https://kayzen.az/blog/sevgi/16039/mopassan%C4%B1-r%C9%99dd-etmi%C5%9F-yegan%C9%99-qad%C4%B1n.html
Mopassanı rədd etmiş yeganə qadın
Apollon
Sevgi
3 iyul 2014, 15:03
Fransız klassiki Gi de Mopassan dünya ədəbiyyatında ən romantik müəlliflərdən biri hesab olunur. Onun, demək olar ki, bütün əsərləri yalnız bir mövzuya – ehtiraslı və hər şeyi unutduran sevgiyə həsr olunub. Mopassanın əsərlərinin qəhrəmanları həyatda gerçək sevgi axtarır və bəzən hətta ağıllarını itirəcək dərəcədə güclü sevgiyə təslim olmaqdan qorxmurlar. O dövrdə bu cür sanballı, parlaq və cəsarətli əsərlər yaratmaq üçün müəllifin mütləq ilham mənbəyi olmalı idi. Mopassan həyatda belə bir ilham pərisi tapmışdı. O, məşhurluğu dövründə şörgöz və qadın düşkünü kimi ad çıxarmışdı. Həqiqətən də, onun həyatında çox qadınlar olub və Mopassan, romanlarının qəhrəmanları kimi, nəticə barədə düşünmədən bütünlüklə hisslərinə təslim olurdu. Amma yazıçının həyatında bir qadın da olub ki, o, digərlərindən tamamilə fərqlənirdi. Bu, Mopassanın şəhərkənarı evinin qonşuluğunda yaşayan Ermina idi. Yazıçının ürəyində ömürlük xoş xatirələr buraxmış və eyni zamanda dərin yaralar açmış ən faciəvi sevgi hekayəsi məhz onun adıyla bağlıdır. Onlar tam təsadüfən tanış olmuşdular. Mopassan vaxtının çoxunu Parisdə keçirirdi. Çox nadir hallarda dəniz kənarındakı Etreta kəndində valideynlərinə məxsus malikanəyə baş çəkərdi. Məhz burada yazıçı gözəl Ermina ilə tanış olur. Qadın ilk baxışdan çox xoşuna gəlir. Erminanın qızılı saçları, iti baxışları yazıçını valeh edir. O, uzun müddət qadına diqqət göstəririr, amma onun ürəyini ələ ala bilmir. Ailəli və bir oğul anası olan Ermina əlçatmaz idi. O, məhz ailəsinə görə Mopassana təslim olmağı özünə rəva bilmirdi. Doğrudur, onun saray arxitektoru olan əri çox çalışır və çox vaxt səfərlərdə olur, Etretaya gec-gec gəlirdi. Baxmayaraq ki, Ermina həyat yoldaşını bütün qəlbiylə sevirdi, amma onun ayrılığına da bir o qədər üzülürdü. Bu boşluğun içərisində məşhur yazıçının diqqəti Erminanın qadın heysiyyətini oxşayırdı. Yəqin ki, Erminanın müqaviməti və əyilməzlyi olmasaydı, Mopassanla münasibətləri yazıçının həyatında növbəti qısamüddətli romanlardan biri olacaqdı. Dövrünə görə çox məşhur biri olan Mopassan qadınların ona heyranlıqla yanaşmasına öyrəşmişdi. Amma yazıçının cazibəsi Erminaya təsir etmir, ərini sevdiyini və ona sadiq olduğunu əsas gətirərək Mopassanı rədd edirdi. Bu inadkarlığın Mopassan üçün gözlənilməzliyi isə onun bu qadına marağını daha da artırır, israrla onu əldə etməyə çalışırdı. O artıq sevgililərini, az qala, əlcək kimi dəyişən qadın düşkünündən sevdiyinə nail olmağa çalışan oğlan uşağına çevrilmişdi. Amma bu sevgi hekayəsinin sonu çox dramatik bitir. Mopassanın diqqəti, atəşli sevgisi Erminanın ürəyini yumşaldır. O başa düşür ki, böyük yazıçı onun üçün yalnız qonşu deyil, əslində, çox doğma və yaxın insandır. Günlərin birində o, dərk edir ki, artıq ailə xoşbəxtlyini riskə atmağa və hisslərinə təslim olmağa hazırdır. Amma bu vaxt Mopassan ona qarşı soyumuşdu artıq. Ermina uğrunda uzunmüddətli və heç bir nəticə verməyən cəhdlər onu incitmiş, yormuşduг. Onun bütün gücü tükənmişdi və Mopassan Erminaya sahib olmaq arzusundan əl çəkmişdi. Həyatında yenidən başqa qadınlar peyda olmuş və yazıçı əvvəlki yelbeyinliklə özünü asan sevgi münasibətlərinin axarına buraxmışdı. Bu cür dramatik dönüşə baxmayaraq, Ermina yazıçının arvadı olmasa da, sadiq dost olaraq qalır. Mopassan ömrünün sonuna qədər Erminayla məktublaşıb. Onların təsirli məktubları qarşılıqlı incə bağlılılıq duyğuları ilə doludur. Bundan başqa, Erminaya olan sevgisi Mopassanı gözəl əsərlər yaratmağa ilhamlandırır. Çox az adam bilir ki, yazıçı bir çox povest və hekayələrində Erminanın obrazını yaradıb. Onların münasibətləri Mopassanın sonuncu romanı “Bizim ürəyimiz”də xüsusilə faciəvi notlarla təsvir olunub. Ermina bu kitabı oxuyarkən əsərin qəhrəmanı – dəniz kənarında yaşayan qızılı saçlı gözəlin simasında özünü yaxşı tanımışdı.
['yazıçıların sevgisi', 'Gi de Mopassan', 'Ermina']
1,799
https://kayzen.az/blog/daily-problems/16274/%C9%99n-z%C9%99r%C9%99rli-10-qida.html
...Ən zərərli 10 qida
kurdamir
Gündəlik həyatın çətinlikləri
2 iyul 2014, 21:29
1. QAZLI İÇKİLƏR2.SÜNİ ŞİRİNLƏŞDİRİCİLƏR3.QALMA MÜDDƏTİ UZUN OLAN DADVERİCİLƏR                                                 4.BƏZİ BALIQLAR5.EMAL EDİLƏN ƏTLƏR                                                                       6.SATİLAN PARTLADİLMİŞ QARĞIDALI                                                  7.AÇMA(ŞİRNİYYAT),SİMİT8.MARQARİN9.TAMAMİLƏ YAĞLI OLAN SÜD MƏHSULLARI10.QIZARDILMIŞ QİDALAR                                                                                     
['QİDA']