Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Divarda kiçik oyuqlar da olur, bunlar isə heyvan bağlamaq üçün nəzərdə tutulub.
|
Deməli, bu samanlıqdan çox ailəyə məxsus heyvanı saxlamaq üçün yer olmuşdur.
|
A. Axundov Eneolit və tunc dövrünə aid edilən evlər haqqında bele yazır ".
|
Yaşayış məskəni əsasən gümbəzli, dairəvi tikilililərdən ibarətdir.
|
Yaşayış evinin yuxarı hissəsində dəliklə mövcud idi. Dəliklər əsasən otaqın işıqlandırılması və tüstünün cıxması üçün nəzərdə tutlurdu.
|
Ehtimalda varki həmən evlərdə pəncərələrdə mövcud olmuşdur.
|
R. Göyüşov öz kitabında bu yaşayış məskənlərinin təhlilini yazır: "Ümumi sahəsi 0.5 h dan bir qədər çox olan oval formalı bu abidədə iki mədəni təbəqə üzə çıxarılmışdır.
|
Onun I alt təbəqəsi Eneolit, II təbəqəsi isə son Tunc dövrünə aiddir.
|
Eneolit dövrü təbəqəsinin qalınlığı 1.5 m-dir.
|
Bu təbəqədə sahəsi 400 kv-ə yaxın dairəvi yaşayış binası və xeyli təsərrüfat tikililəri aşkar olunmuşdur.
|
Bunlar müxtəlif ölçülü (50–55x22–25x8;26x16x9 sm) ciy kərpiclə tikilmışdır.
|
Bir-birinə gil məhlulla bərkidilmiş, kərpic hörüklərinin diametri 3 m-ə catır.
|
Onlar yarımformal formada (0.5x0.5m ölçüdə) düzəldilmişdir.
|
Alimlərin bu fikri bizə Azərbaycan ərazisində eneolit və tunc dörlərində mövcud olan evlərin dairəvi və dəlikli olmasını deyir.
|
Belə bir tikili formasına Qala qəsəbəsində mövcud olub, bu günə kimi bizə qaranlıq qalıb, samanlıq kimi tanınan tikililərə rast gəlmək olar.
|
Onlar hansı dövrə aid edilməsini və hansı məqsədlə tikiliməsini qətiliklə demək üçün isə orada arxeoloji qazıntılara ehtiyac duyulur.
|
Qala kəndin qəbiristanlıq ərazisində, tikinti texnikası Şirvan-Abşeron memarlıq üslubuna xas olan iki türbə yerləşmişdir.
|
Ümumilkdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır.
|
Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar.
|
A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır.
|
Bu xatirə tikililərinin türkcə orijinal adı – türbət sözünün də anlamı "duran (daimi) ev" deməkdir.
|
("Tu / u / r" – duran – dayanan, "bet / d" – bina, xatirə binası, ev) İstər şərq, istərsə də qərb səyyahları türk ellərinin kurqanabənzər çadırabənzər qəbirüstü tikililəri haqqında məlumatlar vermişlər.
|
Onlardan İbn Fədlanın X yüzilin başlanğıcında Qərbi Türküstanda yaşayan oğuz türklərinin dəfn mərasimi haqqında olan məlumatıdır.
|
O yazmışdı: "Əgər onlardan adam ölübsə, onun üçün evəbənzər, böyük bir qəbir qazırlar…Sonra onu həmin evə qoyurlar, üstünü tirlərlə örtürlər, onun üstündə isə gildən yurtabənzər tikili ucaldırlar.
|
Qala kəndində yerləşən türbələrdən biri "Məhəmməd imarəti" adı ilə tanınan türbədir ki, 1624–1625-ci illərdə inşa olunmuşdur.
|
Bunu girişin üstündə, arxitravın altındakı epiqrafik yazıda oxumaq olur.
|
Ərəb əlifbasının nəsx xətti ilə yazılmış kitabədə qeyd olunur: "Bu binanı məğlubedilməz Şah-Abbas Heydərin və əl-Hüseyn Hacı Məhəmməd əl-Kəlainin hakimiyyəti günlərində h.q.
|
tarixi ilə 1034-cü ildə (1624–25-ci illər) tikməyi əmr etmişdir.
|
Türbə ağ əhəng daşından tikilməklə üzlük daşla örtülmüşdür.
|
Tikintidə iri sal daşlardan istifadə olunmuşdur.
|
Türbənin həcm kompozisiyası iki hissədən—kvadrat plan quruluşlu əsas üzərində ucaldılmış aşağı və onun örtüyünü yaradan yuxarı, yarımdairəvi gümbəzdən ibarətdir.
|
Türbə karnizlə tamamlanır.
|
Naturadan tədqiqat zamanı, türbə içərisində heç bir qəbir aşkar olunmamışdır.
|
Qəbrin nə vaxtsa yer üzündən silindiyi güman edilsə də, yerli əhali onun mövcudluğunu ümumiyyətlə təsdiq etmir.
|
Lakin tarix təsdiqləyirki, insanlar ölməmişdən öncə özlərinə türbə tikdirmişlər.
|
məs; XIV əsrdə Əmir Teymur deyirdi ki, "xoşbəxt o kəsdir ki, içərisinə girməzdən öncə özünə türbə hazırlayır.
|
XII yüzildə Böyük Səlcuq Sultanı Səncər sağ ikən paytaxtı Mərvdə özünə əzəmətli bir türbə tikdirir və onu "gələcək yaşayışın evi" adlandırır.
|
Elxani hökmdarlarından Qazan xan XIII yüzilin sonunda Təbrizdə, Olcaytu xan isə Sultaniyyədə öncədən özləri üçün azman türbələr ucaltmışlar.
|
İkinci türbənin XVIII əsrdə tikildiyi fərz olunur.
|
Türbənin kimə məxsus olması haqda heç bir məlumat yoxdur.
|
Maraqlı plan quruluşuna malik olan bu memarlıq abidəsi iki mərtəbədə öz həllini tapmışdır.
|
sahəsi olan I mərtəbədəki otaq sanki türbənin pyedestalı rolunu oynayır.
|
Tağ-tavan sistemi ilə örtülmüş otaq, yer səviyyəsindən nisbətən aşağı səviyyədə tikilmişdir.
|
Pəncərəsiz yerləşkə kiçik qapı açımı və navalçası ilə yadda qalır.
|
Otağın üstündə, ikinci mərtəbənin mərkəzi hissəsində kvadrat əsaslı türbə yerləşir.
|
Türbənin interyerində şimal və şərq istiqamətə açılmış pəncərələr, qərb divardakı kiçik taxça diqqəti cəlb edir.
|
Türbə yarım sferik formalı gümbəzlə örtülmüşdür.
|
Şərq istiqamətdəki pəncərə, I mərtəbədəki qapı açımı ilə bir ox üzərində həllini tapmışdır.
|
Türbənin iki mərtəbədə həlli çox güman ki, burada dəfn olunmuş müqəddəs şəxsdən mətləb istəmək üçün nəzərdə tutulmuşdur.
|
İslam memarlığı geniş bir ərazini – şərqdən qərbə kimi Ərəbistan yarımadasından Atlantik okeanına və Avropaya kimi olan bir məkan boşluğunu doldurur.
|
Onun belə böyük bir arealda yayılması müəyyən fasilələrlə, təxminən 1200 il əvvəl başlamaqla davam etmişdir.
|
Azərbaycanın İslam memarlığı üslubu Orta Asiyanın, Misirin, Suriyanın, Avropanın xarakterik üslublarından fərqlənir.
|
Belə ki, İslam memarlığında vahid kanonlar yoxdur, o daima regionun və dövrün sosial-iqtisadi inkişafı ilə vəhdətdə mövcud olmuşdur.
|
Dini memarlıq Azərbaycanın bütün şəhər və kəndlərində olduğu kimi, Abşeron yarımadasınında yaşayış məskənlərində VIII əsrdən bəri şəhərsalma sisteminin formalaşmasında başlıca amillərdən biri olmuşdur.
|
Məscidlərin köməyi ilə Abşeron kəndlərində dini etiqadları müəyyən etmək olar.
|
Azərbaycanın Sovet hökumətinin tərkibində olduğu zaman, 1805-ci ildə rus memarı Lastrov tərəfindən ilk məscid layihələri tərtib edilmişdir.
|
Lakin Şərq memarlıq üslubuna uyğun olmadığına görə dini idarələr tərəfindən bu layihələr qəbul edilməmişdir.
|
Hal-Hazırda Qala kəndində müxtəlif vaxtlarda tikilmiş 5 məscid mövcuddur.
|
Cümə məscdi – Qalada olan məscidlərdən biri "Cümə məscidi"dir, hansı ki, Hacı Ramazan məhəlləsində yerləşir.
|
Kəndin əsas dini tikilisi kimi əlverişli relyefdə yerləşməklə, həcm-məkan həllinə görə müdafiə qalasının memarlıq–plan qruluşuna uyğunlaşdırılmış, ətraf şəhərsalma strukturunda dini mərkəzə çevrilmişdir.
|
Cümə məscidi Qala divarlarının şimal-qərb hissəsində, künc mövqe tutmaqla onun həcmini iki istiqamətdə kəsir.
|
Məscidin inşa tarixi XVII əsrə aid edilir.
|
Lakin bu məscid üzərində bu əsrdə bərpa işləri aparıldığına görə onun tarixini daha qədim hesab etmək olar.
|
Maraqlı fakt odur ki, məscid nə vaxtsa müdafiə qalası ilə bir kompleks təşkil etmişdir.
|
Bu dini məbədin bir neçə mərhələdə tikilmə versiyası irəli sürülür.
|
Tikintinin şərqdən başlanan qolu tikinti texnikası nöqteyi nəzərindən ən qədim hissə hesab olunur.
|
Qala divarları üzərində ucaldılmış məscidin şimal divarı bunu bir daha sübut edir.
|
Birinci məscid tikilisinin altında, arxeoloji qazıntılar zamanı dirəvi stolu xatırladan 12 taxçalı, oval şəkilli yeraltı kamera aşkar olunmuşdur.
|
(bu yəqin ki, gizli ibadətlər üçün nəzərdə tutlmuşdur.)
|
Məscidin döşəməsindəki sal daşı kameraya giriş qapısını əvəz edir.
|
Düzbucaqlı plan quruluşuna və günbəz konstruksiyalı örtüyə malik olan məscidin ikinci hissəsi, birinci məscidin davamı kimi uzanaraq əhalinin artımını nəzərə alaraq böyüdülmüş və cənuba istiqamətlənmiş, tikintisi XIX əsr əsas aid edilən məscidin üçüncü tikilişi ilə birləşir.
|
Hər üç tikilinin tikintisi texnikası bir birindən fərqlənir.
|
Hər iki mərhələdə bir kameralı ibadət məkanı, üfüqi istiqamətdə həlli ilə, memarlıq konstruksiyası baxımından oxvari tağ-tavan örtük sistemi ilə diqqəti cəlb edir.
|
Ona perpendikulyar ikinci üfüqi kameranın həlli və bu iki zalın mərkəzi oxlarının kəsişməsində çox da hündür olmayan günbəz konstruksiyası məscidin monumental bədii-memarlıq simasını tamamlamışdır.
|
Cümə məscidinə giriş iki istiqamətdən, həm köhnə, həm də sonuncu tikilidən həll olunmuşdur.
|
Hər iki giriş portalsız və dekorativ motivlərdən istifadə olunmadan sadə həllini tapmışdır.
|
Girişin ikili həlli, məscidin "əndərun" və "birun" hissələrinə bölünməsi ilə izah olunur.
|
Cümə məscidinin interyer kompozisiyası sadə həlli ilə yadda qalır.
|
Məkkənin istiqamətini göstərən mehraba məscidin hər iki qolunda – köhnə və yeni tikilidə rast gəlinir.
|
İnteryerdəki dekorativ bəzəklərin kasadlığı mehraba da siraət etmişdir.
|
Təbii işıqlanma yalnız məscidin günbəzi vasitəsilə həyata keçirilir.
|
Divardakı kiçik taxçalar ikinci dərəcəli işıqlanma üçün nəzərdə tutulmuşdur.
|
Qala kəndinin Cümə məscidinin memarlıq-plan həlli Azərbaycanın, eləcə də Abşeronun dini memarlığında az təsadüf olunan memarlıq tipidir.
|
Abşeronun Bilgəh kəndindəki Abdin (XIV əsr), Zirə kəndindəki Heybət-Əli məscidləri, (1878–79, 1839–40-cı illər) "L" şəkilli plan quruluşları ilə Qalanın Cümə məscidinin analoqları sayıla bilər.
|
Lakin analoji məscidlərin baş fasadının frontal istiqamətdə həlli, onların memarlıq kompozisiyasını Qala Cümə məscidindən fərqləndirir.
|
Balaverdi məscidi – Qala kəndinin şərq ərazi tutumunda Balaverdi məhəlləsinin ictimai-ibadət tikilisidir.
|
İnşa tarixi 1864-cü ilə təsadüf edən məscidin, Kərbəlayı Süleyman tərəfindən tikdirildiyi məlumatlandırılır.
|
Giriş qapısının üstünə oturdulmuş epiqrafik daş kitabə, Balaverdi adlı imkanlı şəxsin məscidi bərpa etdirdikdən sonra hörülmüş və dini məbəd o zamandan bəri "Balaverdi məscidi" adını almışdır.
|
Məscid kəndin baş arterial küçəsi – Qala küçəsinin sağ "qolunda", alçaq, dublalı evlərlə təzadda, həcm-məkan həlli ilə uzaq məsafədən seçilir.
|
Bütün dörd fasadı ilə məhəllə meydanında mərkəzi mövqe tutması, məhəllə məscidinin məkan mühitində memarlıq mahiyyətini əsas faktor kimi qeyd edir.
|
Eninə uzanan baş fasad assimetrik həll olunmuşdur.
|
Giriş qapısı ilə eyni hündürlükdə açılmış üç pəncərə, məscidin daxili plan quruluşuna uyğun yerləşdirilmişdir.
|
Girişi nəzərə çatdırmaq məqsədilə, qapı portalı əvəz edəcək çərçivə ilə əhatə olunmuşdur.
|
Tikintinin tarixindən məlumat verən daş kitabə, çərçivənin içində yerləşdirilmiş, lakin təəssüflər olsun ki, bu kitabə indi yerində yoxdur.
|
Fasad yuxarıdan karnizlə əhatələnmişdir.
|
Qala kəndinin digər məhəllə məscidlərindən memarlıq şərhi və həcm kompozisiyası ilə seçilən Balaverdi məscidinin günbəzi, hündürlüyü və fasadın dominant elementi kimi məscidin bütün plastik xüsusiyyətlərini özündə cəmləşdirir.
|
Məhəllə məscidinin mərkəzi günbəz konstruksiyalı ibadət zalı bir kameralı olmaqla, daxili məkan həlli ilə diqqəti cəlb edir.
|
Örtük konstruksiyasının və günbəzin barabanının yükünü daşıyan tağlar, interyer kompozisiyasında tağ-tavan sisteminin yaratdığı xaçvari plan quruluşlu, bir-birini təkrarlayan iki məkanın yaradıcı elementlərinə çevrilmişlər.
|
Balaverdi məscidi yeni sosial-iqtisadi formasiyanın və yeni əsrin memarlıq şərhini özündə əks etdirməklə, Qala kəndinin orta əsr məscidlərindən fərqli olan həcm-fəza həlli ilə kəndin şəhərsalma sistemində dövrünün dini memarlıq simasının ilk təcəssümü olmuşdur.
|
Vestibülsüz və portalsız memarlıq-plan quruluşlu məscid, Abşeron tikinti mədəniyyətinin bariz nümunələrindəndir.
|